date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-03-16
11,719
Diriləcək deyə 6 həftədir gözləyirlər - Foto
Təriqət üzvləri Maharajın ölmədiyindən əmin olduğunu bildirib. "Axar.az" türk mətbuatına istinadən bildirir ki, Hindistanda Aşutoş Maharaj adlı quru (buddizmdə insanlara dini aşılayan şəxs – red.) ölümündən 6 həftə keçməsinə baxmayaraq hələ də dəfn edilmir. Yanvarın 29-da ölən və ölümü tibbi olaraq təsdiq edilən şəxsi təriqət üzvləri yenidən diriləcəyinə əmin olduqları üçün 6 həftədir ki, dondurucuda saxlayır. Qurunun təqibçiləri onun ölmədiyini, meditasiyanın ən üst səviyyəsi olan "Samadi" mərtəbəsinə çatdığını və şüurunun hələ də açıq olduğunu iddia edir. Hindistanın şimalındakı Punjab əyalətində kiçik bir qəsəbədə yaşayan 70 yaşlı Maharajın milyonlarla təqibçisinin olduğu bildirilir.
2014-03-16
11,720
Azərbaycan avtomobil idxalını 6 faiz azaldıb
Azərbaycan 2014-cü ilin yanvar-fevral aylarında 13 162 ədəd avtomobil idxal edib. Dövlət Statistika Komitəsindən "Axar.az"a verilən məlumata görə, bu rəqəm 2013-cü ilin müvafiq dövründə 14 091 ədəd olub. İdxal edilən avtomobillərin 11 998-i insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-ci ilin yanvar-fevralında bu göstərici 12 856 ədəd təşkil edib. Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal edib. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə bu göstərici 89 652 ədəd təşkil edib. Bundan başqa, yanvarda ölkəyə 512 yük avtomobili idxal edilib. 2013-ci ilin eyni dövründə bu rəqəm 452-yə bərabər olub. Yanvarda idxal edilən avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələri olub. 2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.
2014-03-16
11,721
Bakıda bir gecədə iki “Mercedes” yandı - Foto
Bakı şəhərində gecə saatlarında iki "Mercedes" markalı minik avtomobilində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Digər yanğın hadisəsi isə Yasamal rayonunda baş verib. Belə ki, "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-16
11,722
Rusların Moldovaya giriş-çıxışına qadağa qoyuldu
Moldova-Ukrayna sərhədinin Dnestryanı hissəsində yerləşən nəzarət-buraxılış məntəqələrində Rusiyanın kişi cinsinə mənsub vətəndaşlarının Dnestryanıya giriş və çıxışına qadağa qoyulub, həmçinin qeyd olunan ərazidəki Rusiya hərbçiləri üçün nəzərdə tutulmuş yük qatarları da Dnestryanıya buraxılmır. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentin qərargahında bu məlumat təsdiqlənib. Qərargahda bildiriblər ki, "Kuçurqanı" nəzarət-buraxılış məntəqəsində martın 10-dan Rusiya hərbçiləri üçün nəzərdə tutulmuş, ərzaq geyim və yanacaqla dolu 2 yük qatarı saxlanılıb.
2014-03-16
11,723
"Böyük yeddilər" Rusiyasız sammit keçirməyə hazırlaşır
Böyük yeddilik ölkələrinin dövlət başçıları artıq sammitin keçiriliməsi üçün Soçinin yerinə başqa şəhər axtarışına çıxıblar. Bu barədə "Ukranskaya pravda" qəzeti məlumat yayıb. Nəşrin verdiyi məlumata görə, böyük yeddilik ölkələrinin dövlət başçıları artıq sammitin keçiriliməsi üçün Soçinin yerinə başqa şəhər axtarışına çıxıblar. Nəşrin yaydığı məlumatda qeyd olunub ki, sammitin Soçidə baş tutmaması, gələcəkdə Rusiyanın böyük səkkizliyə üzv məsələsini sual altında qoya bilər. Həmçinin nəşrdə qeyd olunub ki, iyuna planlaşdırılan görüşün Britaniyada keçirilməsini təklif ediblər. Amma böyük yeddilərə üzv olan digər dövlətlər sammitin Londonda keçirilməsinin əleyhinə çıxış ediblər: "Əgər Rusiya prezidenti Vladimir Putin Krım barəsində öz mövqeyini dəyişdirməyəcəksə, rəsmi Berlin Leypsiqdə keçiriləcək Alman-Rusiya hökumətlərarası məsləhətləşmələrdə iştirak etməkdən imtina edəcək". (ANS)
2014-03-16
11,724
Türkiyə Krımdakı referendumla bağlı mövqeyini açıqladı
Bu gün Krımın taleyinin referendumla həll olunacağı gözlənilir. "Axar.az" xəbər verir ki, ABŞ və qərb ölkələrinin keçiriləcək olan referendumun nəticələrini tanımayacaqlarını bildirmişdilər və bu gün rəsmi Ankara da öz mövqeyini açıqlayıb. Əgər Krım Muxtar Respublikası Rusiyaya birləşmək barədə qərar versə, Türkiyə referendumun nəticəsini tanımayacaq. Ancaq Türkiyə qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə də qarşı çıxır.
2014-03-16
11,725
Krımın taleyini həll edəcək referenduma start verildi
Krım və Sevastopolun dövlət mənsubiyyəti barədə referendumda səsvermə üçün məntəqələr açılıb, region sakinləri Ukrayna tərkibində səlahiyyətlərin genişləndirilməsi və ya Rusiya Federasiyasına qoşulması arasında seçim etməlidirlər. Səsvermə yerli vaxtla 8:00-dən 20:00-dək davam edəcək. Seçici siyahılarına 1,515 milyon Krım və 305 min Sevastopol sakini daxil edilib. Krım ərazisində 1205, Sevastopolda - 192 seçki məntəqəsi işləyəcək. Seçkilərdə iştirak həddi olmayacaq. Seçicilər pasportu təqdim etməklə bülletenləri ala biləcəklər. Yalnız qeydiyyat yeri üzrə səs vermək mümkün olacaq, uçotdan çıxma vəsiqələri nəzərdə tutulmayıb. Krım və Sevastopol üzrə referendumda işləmək üçün 23 ölkədən 800-dən artıq jurnalist və 180-dən çox müşahidəçi qeydiyyatdan keçib. Exit pollun keçirilməsi üçün yeganə təşkilat - Respublika sosioloji və siyasi araşdırmalar institutu akkreditasiya alıb. Referendumun ilkin nəticələri artıq səsvermə başa çatdıqdan bir neçə saat sonra elan oluna bilər, lakin yekun nəticə - martın 17-də, referendumun keçirilməsi üzrə Krım komissiyasının rəhbəri Mixail Malışev hesab edir. (Trend)
2014-03-16
11,726
Hərbçilərin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama - Rəsmi
Müdafiə Nazirliyindən hərbi hissələrdə hərbi qulluqçuların sağlamlıqlarına diqqətin artırılması və onların dərman preparatları ilə təmin edilməsi ilə bağlı açıqlama veriblər. Şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi, hərbi qulluqçulara tibbi yardımın göstərilməsi, onların müalicəsi, əmək və döyüş qabiliyyətlərinin bərpa olunması istiqamətində qoşunların tibbi təminatı tədbirləri tam həcmdə və yüksək səviyyədə aparılır. "Hərbi qulluqçulara vaxtlı-vaxtında tibbi yardım göstərilir, sanitar-gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət olunur", - deyə Nazirliyin mətbuat xidmətindən bildiriblər. (ANS)
2014-03-16
11,727
NATO-ya hücum edildi
NATO-nun internet saytı haker hücumu nəticəsində bağlanıb. "Axar.az" xəbər verir ki, bu barədə NATO sözcüsü Oana Lunqesku Tvitter hesabında məlumat yayıb. Lunqesku bildirib ki, NATO informasiya mütəxəssisləri saytın bərpa olunması üçün fəaliyyətə keçib. NATO rəsmi saytına hücumun Krımdakı referendumla üst-üstə düşməsi diqqətləri çəkib.
2014-03-16
11,728
Krım separatçılarının lideri referendumda səs verdi
Krımın baş naziri Sergey Aksyonov referendumda səs verib. Krım separatçılarının lideri ümidvar olduğunu bildirib ki, referendumun nəticələri böhrana səsbəb olmayacaq, "hər şey dinc və yaxşı keçəcək". Xatırladaq ki, Ukraynanın Krım Muxtar Respublikasında dünyanın tanımadığı referendum keçirilir. ("Musavat.com")
2014-03-16
11,729
Nəqliyyat müfəttişi taksini səkiyə çırpdı - Foto
Bakıda Nəqliyyat Nazirliyinin müfəttişi ilə taksi sürücüsü arasında baş verən münaqişə qəza ilə nəticələnib. "Axar.az" APA TV-yə istinadən xəbər verir ki, Tbilisi prospektində müştəri qismində 90 NZ 109 dövlət nömrə nişanlı taksiyə əyləşən nəqliyyat müfəttişi bir qədər sonra sürücü ilə mübahisə edərək ondan avtomobili saxlamasını tələb edib. Sürücü maşını saxlamayınca müfəttiş əli ilə sükanı sağa çevirib. Yoldan çıxan avtomobil piyada səkisinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Qəzanın səbəbkarı olan nəqliyyat müfəttişi hadisə yerindən qaçmaq istəyərkən digər taksi sürücüləri tərəfindən tutulub. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları müfəttişi saxlayaraq polis bölməsinə aparıblar. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.
2014-03-16
11,730
Baxçalı Ərdoğanı aşağılayana xəbərdarlıq etdi - Video
Türkiyədə MHP-nin seçki kampaniyası çərçivəsində vətəndaşlardan birinin Baş nazir Ərdoğana qarşı təhqiredici söz işlətməsi Dövlət Baxçalının qəzəbinə səbəb olub. "Axar.az" xəbər verir ki, seçk mitinqində azan oxunan zaman çıxışın ara verən Dövlət Baxçalı vətəndaşlardan birinin Baş nazir Ərdoğana "sən kimsən?" deməsinə cavab olaraq bildirib ki, "Azan oxunarkən belə danışmaq olmaz, Ərdoğan sənin Baş nazirindir" Mitinq iştirakçıları isə Dövlət Baxçalının bu sözlərini alqışlayıblar.
2014-03-16
11,731
Yer üzünün ən güclü qızı - Şok/Foto
Hələ 3 yaşında ikən həmyaşıdlarından fərqlənən ukraynalı Vara Akulova yetkin bir insanın tərpətməktə çətinlik çəkdiyi 100 kq ağırlığı olan əşyanı yerindən tərpədə bilib. "Axar.az" xarici mətbuata istinadən bildirir ki, uzun müddət hobbi kimi baxdığı bu istedad 10 yaşında Vara üçün qazanc qapısı açıb. Gecə klublarında nümayiş etdirdiyi hər bacarığına görə 10 dollar pul qazanan Varanın xüsusi bir məşq proqramı da yoxdur. Ginnes rekordlar kitabına düşməyi bacaran Vara Akulova hər əlinə 36 kiloluq şar götürdükdən sonra atası, anası və iki kiçik uşağı tam olaraq 297 kq çəkini bir neçə saniyə çiyinlərində saxlayıb. Əvvəlki nümayişlərində 350 kq ağırlığı qaldırdığı bildirilən Vara "yer üzünün ən güclü qız uşağı" olaraq tanınır.
2014-03-16
11,732
Hüseyn Dərya dəfn olundu - Yenilənib/Foto
12:27 Yol qəzası nəticəsində dünyasını dəyişən reper Hüseyn Dərya dəfn edilir. O, Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, martın 14-də saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi "Opel Astra" markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya uğrayıb. ("Musavat.com") 14:53 Martın 15-də dünyasını dəyişmiş tanınmış reper Hüseyn Dərya bu gün torpağa tapşırılıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, H. Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Onunla vida mərasimi Yasamalda H. Dəryanın bacısının evində keçirilib. Vida mərasiminə H. Dəryanın yaxınları, ailə üzvləri ilə yanaşı sənət dostları və həmkarları da qatılıb. H. Dərya ilə uzun illər aralarında münaqişə olan Anar Nağılbaz da mərasimə qatılıb.
2014-03-16
11,733
Krımda gərginlik: Ruslar xalqı səs verməyə məcbur edir
Rusiya kazakları Ukrayna hərbçilərini referenduma getməyə məcbur edirlər. Bu barədə, Krımdakı Ukraynanın Müdafiə Nazirliyinin media-mərkəzinin rəhbəri Vladislav Seleznyov "Ukraynskaya Pravda" qəzetinə açıqlama verib. Nəşrin yaydığı məlumatda qeyd olunub ki, Rusiya kazakları dəniz kənarındakı dövlət elmi-tətqiqat mərkəzinin əməkdaşlarını işə buraxmırlar. Seleznyov nəşrə bildirilib ki, Rusiya hərbçiləri işçilərə əvvəlcə səs verməyə getməyin lazım olduğunu deyirlər: "Bu gün Primorskdakı hərbi hissənin Rusiya Müdafiə Nazirliyinə məxsus kazaklar qrupu dövlət elmi-tətqiqat mərkəzinin işçilərini işə buraxmırlar. Onlar bunu işçilərin səs verməyə getmələrinin vacibliyi ilə əsaslandırırlar" (ANS)
2014-03-16
11,734
Almaniya Rusiyaya sonuncu çağırış
Almaniya Rusiyanı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə sonuncu dəfə çağırıb. Bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib. "Əgər Rusiya son anda Ukrayna ilə bağlı mövqeyini dəyişməsə, Avropa Birliyi martın 17-də müvafiq cavab verəcək", - diplomat bildirib. Almaniyanın XİN rəhbəri Kremlin tutduğu mövqeyi sərt tənqid edib: "Biz qarşıdurma axtarmırdıq. Amma Rusiya son anda güzəştə getməsə, bazar ertəsi Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında bunun cavabını verəcəyik". Ştaynmayerin sözlərinə görə, Krım böhranı ətrafındakı vəziyyətdə "partlayış təhlükəsi var": "Rusiya bütün nizamlama variantlarını rədd edir. Görünür, o, bizim barışmayacağımız addımları atmaqda qərarlıdır". ("Musavat.com")
2014-03-16
11,735
Krımda seçicilərə qarşı təzyiq edilməsi ilə bağlı açıqlama
Sevastopol Administratsiyasında müvəqqəti olaraq idarəçilik səlahiyyətlərinə malik olan Dmitri Belik referendumda iştirak edib. Sevastopolun müvəqqəti rəhbəri Dmitri Belik səs vermə məntəqəsinə gəlib və səs verib. Dmitri Belik jurnalistlərə açıqlamasında heç kəsin referenduma gəlmək üçün məcbur edilmədiyini bildirib: "Sevastopol sakinləri kütləvi referenduma gedirlər, onları heç kim məcbur etmir, onlar öz şüurlu seçimini edirlər". Qeyd edək ki, Sevastopolda 192 açıq tipli seçki məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə siyahıda 306 min seçicinin adı qeyd olunub. Seçki prossesində 50 xarici müşahidəçinin iştirak etdiyi bildirilir. Yalnız referendumun işıqlandırılması üçün Sevastopolda 15 ölkədən 200-dən çox jurnalist göndərilib. (ANS)
2014-03-16
11,736
Prezident indi də onunla eşq yaşayır
Ötən il Fransa prezidenti Fransua Ollandın aktrisa Jülye Qaye ilə sevgi münasibətlərini ortaya çıxaran "Klozer" jurnalı bu dəfə ortaya yeni iddia atıb. "Axar.az" xəbər verir ki, həmin qalmaqaldan sonra prezidentin qeyri-rəsmi həyat yoldaşı Valeri Trierveller ondan ayrılmışdı. Jurnalın verdiyi son məlumata görə, Olland artıq aktrisa Jülye Qaye ilə münasibətlərinə son verib. Prezident 20 il sevgili olduğu keçmiş sevgilisi, siyasətçi Seqolen Royalla eşq yaşamağa başlayıb.
2014-03-16
11,737
“Ermənistan sülhə məcbur edilməlidir” - XİN
"Ermənistan sülhə məcbur edilməlidir, əks halda bu ölkə qeyri-konstruktivliyini davam etdirəcək". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu müsahibəsində Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan tərəfinin Azərbaycanın qoşunların təmas xəttindən snayperləri çəkməsi tələbinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarıldığı və demilitarizasiya aparıldığı təqdirdə snayperlərlə bağlı bəhanələrə əsas qalmayacaq: "Həmsədrlər də bir şeyi dərk etməlidirlər ki, Ermənistan qarşısında konkret addımların atılması şərti qoyulmalıdır. Bəhanələrə üz çevrilməməlidir. Ermənistan tərəfinin bəhanələri münaqişənin həllinə mane olur". E. Abdullayev Ermənistanın müxtəlif bəhanələrlə, qeyri-konstruktiv yanaşmalarla dünya ictimaiyyətini aldatmağa çalışdığını bildirib: "Amma ortada konkret bir durum var, işğal, insanların öz tarixi torpaqlarından qovulması faktı var. Azərbaycanın daim təklifi ondan ibarət olub ki, hərtərəfli sülh sazişi imzalansın, buna əsasən də münaqişənin mərhələli həlli həyata keçirilsin. Təbi ki bu həll, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazisindən çıxarılmaqla başlaya bilər. Belə olan halda Ermənistanın snayperlə bağlı bəhanələri də öz həllini tapmış olur".
2014-03-16
11,738
Rusiya MSK sədrləri Krımda seçkiyə nəzarət edir
Rusiyanın bir neçə vilayətinin Mərkəzi Seçki Komissiyasının sədri Krımda keçirilən referenduma nəzarət etmək üçün ora gediblər. "Axar.az" xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinin Krıma ezam olunmuş müxbiri məlumat verib. Onun sözlərinə görə, Belqorod, Kuban, Başqırdıstan, Tatarıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Voronej və Krasnodar vilayətlərinin MSK sədrləri referendumu müşahidə edirlər. Krım Ali Şurasının referenduma hazırlıqla bağlı komissiyasının sədri Mixail Malışev muxtar respublikada 1205 seçki məntəqəsi açılıb. Malışev hava şəraiti ilə əlaqədar bir neçə mənqətədə telefon əlaqəsi yoxdur və işıqlar da söndürülüb.
2014-03-16
11,739
Eldar Sultanov ad gününü qeyd edir
Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 51 yaşı tamam olur. "Axar.az" APA-ya istinadən xəbər verir ki, E.Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Milli Məclis sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb. E.Sultanov 2008-ci ildən Baş Prokurorluğun mətbuat xidmətinə rəhbərlik edir. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.
2014-03-16
11,740
Ukraynalı səfirin məktubu rusları özündən çıxardı - Foto
Ukraynanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Sergey Pirojkovun qondarma Dnestryanı qurumun rəhbərliyinə göndərdiyi məktub Rusiya rəsmi dairələrini özündən çıxarıb. "Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, ruslar bu məktubu o qədər emosiya ilə qarşılayıb ki, hətta Rusiya Baş nazirinin müavini Dmitri Roqozin səfirin ünvanına nalayiq ifadələr işlətməkdən belə çəkinməyib. Rus rəsmisi dipomatı "it oğlu" adlandırıb. Qeyd edək ki, məktubda son zamanlar Ukrayna sərhədlərindən təxribatçı qrupların keçməsi barədə xatırlatma yer alıb. Əlavə olunur ki, Dnestryanı bölgə sərhəddə yerləşdiyindən buraxılış-keçid məntəqəsi ciddi iş rejiminə keçib. Bu üzdən səfir qondarma qurumun məsələyə anlayışla yanaşmasını istəyib. Rusları özündən çıxaran məqam isə, ukraynalı səfirin ifadələrində Dnestryanı bölgəni dönə-dönə qondarma qurum adlandırması və bütün olayları yalnız rəsmi Kişinyovla razılaşdıracağını dilə gətirməsi olub. Bəzi rusiyalı ekspertlər isə məsələyə emosional reaksiya verərək, bu bölgənin də müstəqilliyinin vaxtının çatdığına işarə edib.
2014-03-16
11,741
İranda zəlzələ oldu
İranda bir-birinin ardınca 3 dəfə zəlzələ baş verib. Bu barədə İranın Seysmologiya Mərkəzindən məlumat veriblər. Mərkəzdən bildiriblər ki, yeraltı təkanlar İranın Fars vilayətinin Nodan, Dehram bögələrində və Xorasanın cənub ərazilərində qeydə alınıb. Yeraltı təkanların maqnitudasının 2,7 və 3,1 bal təşkil etdiyi bildirilir. Zəlzələlər zamanı dağıntı və fəsadların baş verməsi barəsində məlumat verilmir (ANS).
2014-03-16
11,742
Aydın Bəşirovun qudasının oğlu tutuldu
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi xalq artisti Ağasəlim Abdullayevin ailəsinin düşdüyü qəza ilə bağlı birgə məlumat yayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı şəhər Prokurorluğundan verilən məlumatda bildirilir ki, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi "Mercedes-Benz G-55" markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə "VAZ-2106"da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Yol nəqliyyat hadisəsinin "Mercedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib. Hazırda iş üzrə istintaq davam etdirilir. Qeyd edək ki, Xalid Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi Mübariz Mədətovun oğludur. Mübariz Mədətovun Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (DXDGİ) sabiq rəisi Aydın Bəşirovun oğlu İlşar Bəşirovun biznes ortağı olduğu bildirilir. M.Mədətov həm də Aydın Bəşirovun qudasıdır.
2014-03-16
11,743
Ərdoğan mitinqlərə avtobusla adam daşıyır
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu gün İzmirdə baş nazir Rəcəb Tayyib Ərdoğanın keçirəcəyi mitinqə avtobuslarla adam daşıyır. Bu barədə "Axar.az"a İzmirdəki mənbə məlumat verib. Onun sözlərinə görə, 50-yə yaxın avtobus hazırda İzmirə daxil olub. "İstanbula aid dovlət nömrə nişanlı avtobusların içində suriyalı qaçqınlar və başı bağlı qadınlar var" deyə mənbə bildirib. Qeyd edək ki, İzmir Türkiyədə Ərdoğana qarşı sərt mövqe sərgiləyən şəhərlər arasındadır.
2014-03-16
11,744
Gənclər “Qanun”a dəstək aksiyası keçirdi - Foto
Martın 15-də "Dalğa" Gənclər Hərəkatı "Qanun" nəşriyyatına dəstək flaşmobu keçirib. "Axar.az"ın verdiyi məlumata görə, gənclər aksiyanı Vergilər Nazirliyinin önündə planlaşdırsalar da, polis buna imkanı verməyib. Fəallar nazirliyin qarşısındakı Hüseyn Cavid parkında kütləvi kitab oxumaqla nəşriyyata öz həmrəyliklərini bildiriblər. "Dalğa" hərəkatının sədri Hacı Zeynallı flaşmobu keçirmələrinə səbəbin nəşriyyatı müdafiə etmək olduğunu deyib: "Kitabı sıxışdıranlara qarşı çıxdıq, parkda kütləvi kitab oxuduq. Kitabın bir bəşəri dəyər olduğunu səsləndirdik".
2014-03-16
11,745
Təhsil şöbəsinin keçmiş müdiri özünü öldürdü
Bu gün Salyan rayonunda intihar hadisəsi baş verib. Salyan Ziyalılar Birliyinin sədri özünü güllələyərək öldürüb. Hadisə martın 16-da günorta saatlarında baş verib. Salyan Ziyalılar Birliyinin sədri Qulam Sadıqov yaşadığı evdə özünü ov tüfəngi ilə güllələyib. O, ürəyinə atəş açıb. Xəbərdə deyilir ki, 1946-cı il təvəllüdlü Qulam Sadıqov həm də Salyan Rayon Təhsil Şöbəsinin keçmiş müdiri idi. Qulam Sadıqov Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitabın müəllifi idi. Qulam Sadıqovun özünü öldürməsinin səbəblərinə gəlincə isə intihara səbəb kimi onun ağır xəstəliyi göstərilir. Mərhumun başında şiş varmış və buna görə iki il qabaq əməliyyat da olunubmuş. Onun son vaxtlar xəstəlikdən daha çox əziyyət çəkdiyi bildirilir ("Musavat.com")
2014-03-16
11,746
Ərdoğan “Qurdlar Vadisi”ndən danışdı:
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Adana şəhərində partiyasının keçirdiyi mitiq zamanı maraqlı açıqlamalar verib. "Axar.az" xəbər verir ki, Ərdoğan çıxışı zamanı ötən ay Milli İstihbarat Təşkilatının (MİT) Adanada yük maşınlarının saxlanılmasından danışıb. "Ötən ay MİT-in yük maşınları Adanada saxlanıldı. MİT kapitanı və baş leytenantımıza qarşı zor tətbiq etdilər. Suriyadakı türkmənlərə yardım aparan yük maşınlarımıza düşmən münasibəti göstərdilər. Bunları izləyərkən baş nazir olaraq dəli oldum. Kimliyindən asılı olmayaraq onları saxlayanlar xaindilər. "Mən MİT əməkdaşıyam" deyəcək, sən də onları qandallayıb, təpikləyib həbs edəcəksən. Əxlaqsızlar", - deyə Ərdoğan çıxışında bildirib. Qeyd edək ki, cümə axşamı nümayiş olunan "Qurdlar Vadisi Pusu" serialının 218-ci seriyasında Kara və komandası Suriyaya yardım apararkən həbs olunnurlar. Ərdoğanın bu çıxışı ilə serialdakı həmin kadrların üst-üstə düşməsi təsadüfi deyil.
2014-03-16
11,747
Rus hərbçiləri ukraynalı rahibə hücum etdilər - Son dəqiqə
Rus hərbçiləri Krımdakı yunan-katolik kilsəsinin keşişi Kvıça Nikolayın evinə hücum edirlər. "Axar.az" xəbər verir ki, bu barədə informasiya "Krım SOS" Feysbuk səhifəsində yayılıb. Keşiş ona hücum edənlərin Rusiya hərbçiləri olduğunu deyib. O, evə hücum edənlərin sayını dəqiq müəyyən edə bilmədiyini söyləyib. Səhifədə hələlik keşişin taleyi haqqında heç bir məlumatın olmadığı bildirilib.
2014-03-16
11,748
Ruslar Ukrayna gəmilərinin ətrafını minaladı
Sevastopola 54 BTR 82A markalı zirehli trasportyor gətirilib. "Axar.az" xəbər verir ki, bu informasiya ilə ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində çıxış edib. Yerli krımlılar isə digər sosial şəbəkələrdə artıq Rusiya hərbçilərinin Feodisiyada yerləşən Ukrayna hərbi dəniz donanmasının ətrafının minaladığını yazıblar. Ətrafda yerləşən yaşayış sahələrindən heç kim əraziyə buraxılmır.
2014-03-16
11,749
Türkiyə kəşfiyyatının lideri İran agentidir - Şok sənəd
Türkiyə Milli İstihbarat Təşkilatının sədri İran kəşfiyyatına çalışır. "Axar.az" xəbər verir ki, bu iddia ilə Fətullah Gülən camaatına yaxın olan qəzetlər çıxış ediblər. Qəzetlər hazırkı MİT sədri olan Hakan Fidanın "Hizbullah" terror təşkilatının üzvü olduğunu söyləyiblər. "Camaat"a yaxınlığı ilə seçilən qəzetlər hətta bununla əlaqədar xüsusi gizli sənəd də paylaşıblar. Qeyd edək ki, bir müddət öncə həmin mətbuat orqanları Hakan Fidanı PKK-nın üzvü adlandırmışdılar. Fətullah Gülən "camaat"ına aid olmayan mətbuat orqanları isə xəbərə inanmadıqlarını və bunların hər birinin yalan olduğunu bəyan ediblər.
2014-03-16
11,750
Kəmaləddin Heydərov İranın Daxili İşlər naziri ilə görüşdü
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Tehranda İranın daxili işlər nazirinin müavini və ölkənin böhran vəziyyətinin idarəedilməsi təşkilatının sədri İsmayıl Nəccarla görüşüb. Görüşü Fars agentliyi işıqlandırıb. Kəmaləddin Heydərov görüşdə bildirib ki, Azərbaycan İranla fövqəladə halların qarşısının alınması və sənaye tullantılarının aradan qaldırılması sahəsində əməkdaşlıq etməyə hazırdır. Heydərov deyib ki, Azərabycan İranla Xəzər dənizinin ətraf bölgələrində xilasetmə işlərini gücləndirmək və ehtimal olunan hadisələrin qarşısını almaq məqsədi ilə müştərək təlim məşqləri keçirməyə hazırdır. "Xəzər dənizində və ya ətraf meşələrdə yanğın baş verdikdə bəzən həmin bölgələrə qüvvələri yalnız vertolyotlarla göndərmək mümkündür. İki ölkə arasında krizis hallarında qarşılıqlı əməkdaşıq haqqında sazişin olmaması xilasetmə işlərini çətinləşir. Bu sahədə sazişin imzalanması fövqəladə hallarla mübarizə sahəsində iki ölkə arasında əlaqlərin güclənməsində təsiredici rol oynaya bilər" Görüşdə İranın daxili işlər nazirinin müavini İsmayıl Nəccar sel, zəlzələ, torpaq sürüşməsi və digər fövqəladə hallarla mübarizə sahəsində İranlı qüvvələrin təcrübəli olduğunu və bu təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib. "İran və Azərbaycan fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığını artırmalı və bu sahədə iki ölkə qüvvələrinin iştirakı məşqlərin keçirilməsi zəruridir", - Nəccar bildirib. O, deyib ki, birgə təlim məşqlərinin keçirilməsi fövqəladə hallarla mübarizəni effektiv edə bilər. Görüşdə həmçinin İki ölkə arasında sel, zəlzələ, torpaq sürüşməsi, yanğın və digər fövqəladə hallarla mübarizə yolları haqda fikir mübadiləsi aparılıb (ANS).
2014-03-16
11,751
Konqresmen Azərbaycana hərbi yardımın dayandırılmasını istədi
"Mən sizdən Azərbaycana hərbi yardımın dayandırılmasını xahiş edirəm". "Axar.az" xəbər verir ki, bu sözlər ABŞ Konqresmeni Bred Şermanın Dövlət katibi Con Kerriyə yazdığı məktubda yer alıb. O, Azərbaycan tərəfindən Ermənistan və Dağlıq Qarabağa edilən təzyiqin beynəlxalq hüquq normalarına sığmadığını bildirib. "Mən sizin Senatda olduğunuz zaman erməni soyqırımını tanıtmaqdan ötrü nələr etdiyinizi çox yüksək qiymətləndirirəm. Amma Azərbaycanın Ermənistan və Dağlıq Qarabağı hədə altında saxlaması üstəlik Qarabağa gələcək sərnişin təyyarələrini vuracağını bildirməsi bütün səbr kasalarını daşırdır". Qeyd edək ki. bundan öncədə Bred Şerman Azərbaycan və Türkiyə qarşı sərt iddialarla çıxış etmişdi.
2014-03-16
11,753
"Gənclik"dəki ticarət obyektləri sökülməyə başladı - Foto
Polislər Gənclik Metro Stansiyasında yerləşən obyektlərin sökülməsi üçün satıcılara bir saat vaxt verib. Bu barədə "Axar.az"a metro stansiyadakı obyekt sahibləri məlumat veriblər. Satıcılar artıq öz mallarını dəyər-dəyməzə satmağa başlayıblar. Bəzi obyekt sahibləri artıq öz yerlərini sökməyə başlayıblar. Qeyd edək ki, bir müddət öncə Bakı Metropoliteninin yeni sədri metrodakı bütün ticarət obyektlərinin sökülməsinə qərar vermişdi. Fotoları təqdim edirik.
2014-03-16
11,755
Məşhur Birinci katibin nəvəsi öldü
Şirvan Şəhər Polis Şöbəsinin rəis müavini qəflətən vəfat edib. Məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Əsgər Qurbanov öz evində ürək tutmasından dünyasını dəyişib. Əsgər Qurbanovun 38 yaşı vardı. Qeyd edək ki, Ə.Qurbanov tanınmış sovet partiya xadimi, Neftçala və Cəlilabad rayon partiya komitələrinin keçmiş I katibi, Sosialist Əməyi Qəhrəmanı İbrahim Qurbanovun nəvəsi idi (ANS)
2014-03-16
11,756
Krımda Rusiyaya qarşı partizan dəstəsi yaradıldı
"Krımın şimal-şərqində yerli tatarlar və ukraynalılardan ibarət partizan dəstəsi yaradılır". "Axar.az" xəbər verir ki, bu informasiyanı Krım tatarları öz Feysbuk səhifələrində yazıblar. Yeni yaradılacaq dəstənin seçkilərdən sonra Rusiya qoşunlarına qarşı mübarizə aparacağı bildirilib. Artıq bu dəstələrə tatarların da qoşulduğu deyilib. Bəzi şəxslər isə hətta bu dəstəyə tatar əsilli şəxsin rəhbərlik etdiyini də qeyd ediblər. Qeyd edək ki, bundan öncə də krımlıların Rusiyaya qarşı partizan dəstələri yaratması haqqında informasiya Ukrayna mətbuatında və sosial şəbəkələrdə yayılmışdı. Onların həqiqətə uyğun olub olmaması hələ indiyə qədər müəyyən edilə bilməmişdi.
2014-03-16
11,757
MKİ: "Fətullah Gülənə qarşı böyük əməliyyat hazırlanır"
"Türkiyədə 30 Mart seçkilərindən sonra Fətullah Gülən tərəfdarlarına qarşı "təmizləmə" kampaniyasına başlanılacaq". "Axar.az" xəbər verir ki, bu iddia ilə Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə üzrə eksperti Henri Barkey çıxış edib. O, ABŞ rəhbərliyinin artıq Ərdoğana olan bütün ümidini itirdiyini bildirib. "Ərdoğan artıq öz güvənini itirib. ABŞ da bunu yaxşı anlayır. O, seçkilərdə qələbə qazansa, hətta prezident olsa belə, daha heç bir zaman xarizmatik lider ola bilməyəcək. Fətullah Gülənlə bağlı Ərdoğanın ABŞ-dan hesab tələb etməsi məntiqsizdir. O zaman ABŞ-a Fətullah Gülənin burada qalması güvənini verən elə Ərdoğanın özü olmuşdu. Əgər dövlət içində dövlət var idisə, niyə o zaman dinmirdiniz?" Ekspert həmçinin Fətullah Gülənin CHP-yə böyük dəstək verəcəyini deyib: "Fətullah Gülən seçkilərdə CHP-yə böyük dəstək verəcək. Hər bir cəhətdə bu müşahidə olunacaq. Əgər Ərdoğan yenə qalib gəlsə, o zaman böyük "təmizləmə" kampaniyasına başlayacaq. Bu planı artıq o hazırlayıb".
2014-03-16
11,758
Məşhur müğənnidən inanılmaz hərəkət
Gənc ifaçı Mayli Sayrus dodağına pişik şəklində tatu elətdirib. "Axar.az" xeber verir ki, ifaçı dodağındakı tatunun şəklini çəkərək öz İnstaqram səhifəsində paylaşıb. O, tatunu Tulsa şəhərindəki konsertində elətdirib. Qeyri-adi tatunun mənası ilə bağlı isə ifaçı heç bir açıqlama verməyib. Qeyd edək ki, bu xanım ifaçının sayca 18-ci tatusudur.
2014-03-16
11,760
Rusiyanın BMT-dəki nümayəndəsi aşağılandı - Foto
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vitali Çurkin iclas iştirakçılarının gözü önündə Amerika təmsilçisi Samanta Pauer tərəfindən aşağılanıb. "Axar.az" məlumat verir ki, amerikalı nümayəndənin belə hərəkət etməsinə səbəb Çurkinin Rusiyanın Krım məsələsinə ədalətsiz və diplomata xas olmayan şəkildə mövqe bildirməsi olub. Yerindən duran Pauer həmkarını tənqid, hətta təhqir etməyə başlayıb. Xatırladaq ki, Pauerin belə hərəkəti digər nümayəndələrin də ürəyincə olub. Onlar rusiyalı diplomatın aşağılanmasından həzz alıblar.
2014-03-16
11,761
Putinin etiraf etdiyi türk lider - Mustafa Krımoğlu
Son həftələrdə dünyanın qüdrətli dövlətlərinin – ABŞ, İngiltərə, Almaniya və Fransanın rəhbərlərinin Rusiya prezidenti Vladimir Putindən Ukrayna məsələsindən dolayı ard-arda xahişlər etdiyi bir vaxtda Putinin özünün xahişdə bulunduğu bir nəfər oldu: Krım türklərinin (tatarlar) lideri Mustafa Abdulcəmil Krımoğlu. Gerçək bir fenomen.... Möhtəşəm türk oğlu... Sarsılmaz iradə yiyəsi... Dönməz əqidə sahibi... Prinsipial və dürüst siyasətçi... Xarizmatik lider... Dünya şöhrətli dissident... Onu təqdim etmək üçün çox söz tapmaq olar. Hamısı da gerçək. Yalansız. Təsəvvür edin, Krımoğlu Mustafa bəyin deputatlıqdan yüksək vəzifəsi yoxdur, Ukrayna Ali Radasının 450 üzvündən biridir, dövlət vəzifəsi daşımır, amma dünyanın ən böyük dövlətlərinin birinin lideri onunla görüşə ehtiyac duyur, xahiş edir, NATO kimi dünyanın ən böyük hərbi bloku onunla təmasa keçir, Ukraynanın keçmiş və indiki rəhbərləri Krımoğlu ilə məsləhətləşir, onun mövqeyi ilə hesablaşır, şəxsiyyətinə hörmət göstərirlər. Bütün bunların səbəbi Mustafa Cəmiloğlunun fenomenal iradə yiyəsi olması, əzmkarlığı, dönməzliyi, parlaq şəxsiyyətidir. Onun arxasında elə böyük bir qüvvə də yoxdur. Təmsil etdiyi etnik qrup Ukraynada, eləcə də Krımda azlıqdadır. Onlar ruslardan da azdırlar, ukraynalılardan da. Amma onlar həm bu bölgənin aborigenləridir, həm də Krımoğlu Mustafa bəy kimi liderləri var və onun ətrafında sıx birləşiblər. 6 aylıq körpə ikən ailəsi ilə birlikdə "sovet dövlətinə xəyanət etmiş xalq"ın oğlu olaraq sürgünə göndərilən Mustafa bəyin sürgün illərində Özbəkistanda çəkdiyi məşəqqətlərdən ətraflı danışsaq, dastan, yazsaq, roman olar. Bir məqamı isə mütləq qeyd etmək lazımdır: onu Daşkənd universitetində ali təhsil almağa qoymayıblar – "xain xalqın oğlusan" deyə. Görünür, məhz bu haqsızlıq Mustafa bəyin həyat yolunu birdəfəlik müəyyənləşdirib, onu sovet dövlətinə asi edib. Sonralar uzun-uzadı məhkəmələr, sürgünlər, həbslər, sıxışdırılmalar, keşməkeşlər... Bu, 1989-cu ilə qədər davam edib. 1944-1989. Tam 45 il. Bu, Krımoğlu Mustafa bəyin həyatının ən yaxşı illəriydi. Onun azadlığa çıxması, təqiblərdən azad olması da dünyanın iki ən böyük siyasi liderinin – Reyqanla Qorbaçovun razılaşması əsasında baş tutub. Reyqan azadlığa buraxılmasını xahiş etdiyi bir neçə sovet dissidentinin sırasında akademik Saxarovla yanaşı Mustafa Cəmilov da olub. 1998-ci ildə isə o, öz xalqının haqları uğrunda dönməz mübarizə apardığına görə BMT-nin Ali Komissarlığı tərəfindən ali mükafata layiq görülüb. Hazırda 71 yaşlı bu bəstəboy lider yenə də xalqının taleyi üçün ayaqdadır və mübarizəsini davam etdirir. Onu tanıyanların hamısı əmindirlər ki, Mustafa bəyi heç nə ilə qorxutmaq və heç bir dünya malı ilə şirnikləndirib yolundan döndərmək mümkün deyil. Əslində Rusiya prezidenti Putinin, eləcə də Krımın separatçı rəhbəri Aksyonovun Krım türklərinə, şəxsən Mustafa bəyə verdiyi vədlər çox cəlbediciydi: Krım türklərinin ana dilinin ikinci dövlət dili olması, onlara tam təhlükəsizlik təminatı verilməsi, baş nazirin iki müavini postu, bir neçə nazir vəzifəsi, güc strukturları da daxil olmaqla bütün nazirliklərdə müavin vəzifələri və sair və ilaxır. Ancaq bir vaxtlar "sovet xalqına xəyanət"ə görə Stalin tərəfindən sürgünə göndərilmiş Krım türkləri bu qədər cəlbedici, şirnikdirici vədlərdən imtina etdilər, təbəəsi olduqları dövlətə (Ukrayna) xəyanət yolu tutmadılar. Beləliklə, Stalinin tarixi damğası və bu xüsusda olan şübhələr ("bəlkə də Stalin onları sürgün etdirərkən haqlı imiş") darmadağın oldu. Əlbəttə, Mustafa bəy və onun silahdaşları onsuz da qırılıb-çatılmış, sayı sürgünlər və repressiyalar nəticəsində azalmış Krım türklərini növbəti siyasi təlatümlərdən necə sağ-salamat çıxarmağı yaxşı bilirlər. Krımoğlunun iradəsi, təcrübəsi, beynəlxalq nüfuzu buna yetəcək qədərdir. Əsl millət rəhbəri odur ki, dövlət vəzifəsi olsa da, olmasa da, sözü eşidilsin, saya salınsın. Vəzifəsini itirdikdən sonra qara qəpiklik hörməti qalmayan başçılar sadəcə özləri, ailələri üçün çalışanlardır. Onların millətə aidiyyatı yoxdur. Mustafa bəy öz şəxsiyyəti ilə təkcə Krımın deyil, bütün türk dünyasının oğludur, bəşər oğludur.(musavat.com)
2014-03-16
11,762
Putinin varidatı sxemi ilə göstərildi - Foto
Rusiya Prezidenti Vladimir Putinin varlı şəxslər arasında yer alması məsələsi son günlərin ən aktual xəbərlərinə çevrilib. "Axar.az" məlumat verir ki, bu dəfə onun pullarını ukraynalı bloggerlər "sayıb". Daha anlaşıqlı olması üçün onlar xüsusi sxem tərtib edilər. Xatırladaq ki, dünən Rusiya müxalifətinin öndə gedən simaları prezident Putinin varidatı barədə xüsusi hesabatla çıxış etmişdilər. Onlar Putinin əsl simasını və nə boyda mülkiyyətə malik olmasını göstərmək üçün xüsusi aksiya keçirəcəklərini açıqlamışdılar.
2014-03-16
11,763
Rusiya “Dinamo”su ÇL qalibi oldu
Bu gün qadın voleybol komandaları arasında Çempionlar Liqasının final qarşılaşması keçirilib "Axar.az" xəbər verir ki, "Baku Crystal Hall"da təşkil olunmuş qarşılaşmada Türkiyənin "Vakıfbank" və Rusiyanın "Dinamo" (Kazan) komandaları qarşılaşıblar. Oyunun ilk hissəsində Kazan təmsilçisi rəqibini 25:23 hesabı məğlub edib. İkinci setdən sonra hesabda önə çıxan "Dinamo" bu hissəni də 25:11 hesabı ilə öz xeyrinə başa vurub. Üçüncü setdə də inamlı oyun nümayiş etdirən ruslar 25:23 hesabı ilə qalib gəliblər. Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən "Dinamo" komandası Çempionlar Liqası yarışlarının qalibi olub.
2014-03-16
11,765
Vəli Küçük Paşa – Qafqazın Qladiosu? – Müsahibə
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı müsahibəsində Türkiyədə "Ərgənəkon" əməliyyatı zamanı həbs olunanların azadlığa buraxılması, onların Türkiyə siyasətinə bundan sonrakı təsiri, eləcə də DAK-ın İdarə Heyətinin üzvü Vəli Küçük Paşa haqqında bir sıra qaranlıq məqamlara aydınlıq gətirib. "Onların azadlığı kamalçıların mövqeyini möhkəmləndirəcək" - Ərgənəkon əməliyyatında həbs olunanlar 5 ildən sonra azadlığa çıxdı. Onların bundan sonra Türkiyə siyasətinə təsirlərini necə görürsünüz? - Onlara qarşı cinayət işi başlayanda da, məhkəmə prosesi gedəndə də bunun uydurma iş olduğu məlum idi. Bu şəxslər Türkiyədə kifayət qədər nüfuza, siyasi həyata təsir etmək imkanına malik olduqlarına, millətçi təfəkkürə sahib olduqlarına görə həbs olundular. Türkiyəni indiyə qədər davam edən Atatürk yolundan uzaqlaşdırmaq, bəzi kənar qüvvələrin diktəsi ilə Konstitusiya islahatları adı altında aparılan prosesləri sürətləndirmək və asanlaşdırmaq üçün bu tipli adamların aradan götürülməsi, müvəqqəti olaraq meydandan çıxarılması lazım idi. Bu göz qabağında olan məsələ idi. Orda həbs olunanların arasında Türk Provaslav Kilsəsinin təmsilçisi Sevgi Əronal var idi. O, İstanbulda Yunan Pravoslav Kilsəsinin apardığı siyasətin anti-türk mahiyyətini görürdü və bunları aşkar sürətdə dilə gətirirdi. Türkiyədə həm ordu, həm də siyasətin içində ölkənin müstəqilliyini düşünən, kənar diktələri qəbul etməyən adamlar var. Onlar demorkatik tərbiyə görmüş, qanunlar çərçivəsində fikirlərini azad ifadə edən insanlardır. Amma buna bir "Ərgənəkon" adı verməklə bunu guya vaxtilə Türkiyədə baş vermiş hərbi çevrilişlər silsiləsinə bağladılar. Onların gücünü zəiflətmək və Türkiyədə meydanı boş qoyub, istədikləri layihələri həyata keçirmək məqsədilə bu həbslər aparılmışdı. Məncə, bu insanların azadlığa çıxması Türkiyədəki millətçi kəsimin, Türkiyənin müstəqil siyasət yürütməsinin tərəfdarı olan, Atatürk yolunda olmasını istəyən insanların mövqeyini möhkəmləndirəcək. Vəli Küçük Paşa DAK İH üzvüdür" - Ola bilərmi ki, bu şəxslər hansısa siyasi partiya qursunlar? - Türkiyədə bu gün kifayət qədər siyasi partiya var. Onların toplaşıb ayrıca siyasi partiya yaratmaları mənə inandırıcı görünmür. Çünki həbs olunanlar arasında olan Doğu bəyin İşçi Partiyası var və kifayət qədər çevrəsi, gücü olan, Türkiyə siyasətinə təsiri olan partiyadır. O biri hərbçilərin siyasətə qoşulacağını düşünmürəm. Amma ola bilsin ki, onlar müxalifət düşərgəsində olan ayrı-ayrı partiyalara dəstək versinlər. - Vəli Küçük Paşa da həbsdən azad olundu. Əslən azərbaycanlı olan bu generala Azərbaycanda kifayət qədər maraq var. O həm də DAK-ın İdarə Heyətinin üzvü idi. Onun DAK-da təmsil olunması necə oldu? - Azərbaycan cəmiyyəti Vəli Küçük Paşanı kifayət qədər tanıyır. Onun haqqında bu yaxınlarda ayrıca kitab da çap olunub. Bakıda da var, maraqlananlar oxuya bilərlər. Vəli Küçük Paşa doğrudan da çox cəsur, Türkiyəyə bağlı, öz ölkəsini sevən, Türkiyənin torpaq bütövlüyünə, demokratik inkişafına çalışan adamdır. O, terrorçu qruplaşmalarla, separatçılarla mübarizə aparmış insandır. Azərbaycanı, həm də Cənubi Azərbaycanı yaxından tanıyır, bölgələdə nələrin baş verdiyini yaxşı bilir. Hər şeydən əvvəl, o, ömrü boyu Azərbaycan sevgisi ilə yaşamış adamdır. Türkiyədə mənim bağlı olduğum mərhum professor Turan Yazqanın rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfinə bağlı idi. Ora gəlib gedirdi, biz tez-tez orda görüşürdük. Bundan əlavə DAK-ın qurultaylarında iştirak edirdi. Vəli Küçük Paşa DAK-ın İdarə Heyətinin üzvü seçilmişdi. İdarə Heyətində kifayət qədər fəal olan insanlardan idi. Faktiki olaraq da İdarə Heyətinin üzvüdür. Təkcə DAK yox, DAK çevrəsində də Azərbaycanın taleyi ilə bağlı bir sıra adamlara həmişə dəstək verirdi. Misal üçün, Doktor Mahmud Çöhrəqanlı Bakıya gəldi, burdan Türkiyəyə getdi. Mən rica etdim ki, orda onu yüksək səviyyədə qarşılasınlar. Vəli Küçük Paşa onu qarşıladı, görüşlərdə dəstək verdi, himayədarlıq etdi. O həbs olunanda biz Ukrayna qurultayında buna etiraz olaraq bəyanat verdik. Dəfələrlə mətbuatda da yazmışam ki, o, Türkiyənin ziyanına olan addım atmaz. O qanunlardan kənarda heç bir şey etməz. Özü dediyi kimi, nə iş görübsə, dövlətin xeyrinə və Türkiyə iqtidarının istəyi ilə həyata keçirib. Sevinirəm ki, haqq bu gün yerini tapdı. Vəli Küçük Paşanın özü də həbsdən çıxanda gözəl bir söz dedi. Dedi ki, "mən 5 ildir ölkəmin xidmətində olan hərbçi kimi növbədə idim, növbəm qurtardı. Azadlıqda da boynuma hansı vəzifə düşəcək, onu yerinə yetirəcəm". Yəni bu dərəcədə hər şeyə yuxarıdan baxan, ancaq dövlətinin və millətinin mənafeləri görən bir adamdır. Amerika onu Cənubi Azərbaycan layihəsində istifadə etmək istəyirmiş - Həbs olunarkən açıqlamışdı ki, Amerika onu Cənubi Qafqazla bağlı planda istifadə etmək istəyib, o buna razı olmadığı üçün başına bunlar gəlir. - Bu həbslərdə kənar sifarişlərin, kənar əllərin olduğunu biz bilirik. Amma detalları mənə məlum deyil. Konkret Vəli Küçük Paşanın həbsinin pərdəarxası mən aydın deyil. Bunun Güney layihələri ilə nə qədər bağlı olması haqqında da bir söz deyə bilmərəm. Amma onu bilirəm ki, rəsmi sənəd olmasa da, "Böyük Yaxın Şərq" deyilən bir layihə var. Bu layihəyə daxil olan xəritədə Cənubi Azərbaycanın Qərb hissəsi gələcəkdə yaradılacaq Kürdüstana birləşdirilib. Bu layihə Amerikada hazırlanıb. Mən ABŞ-da olarkən Konqresdə etirazımı bildirmişdim ki, bu nə layihədir, harda hazırlanıb. Onlar da deyirlər ki, bu rəsmi bir şey deyil, buna o qədər də ciddi əhəmiyyət vermək olmaz. Amma məlumdur ki, bu, bir beyin testidir, psixoloji hazırlıqdır. Dünyaya yayırlar ki, ABŞ-ın niyyəti elə budur, Amerika deyirsə, buna etiraz etmək olmaz. Halbuki heç bir dövlət başqa bir xalqın torpağını əlindən alıb başqa bir xalqa verə bilməz, buna böyük dövlətlərin haqqı çatmır. Dünyada hər şey zorla həll olunmur, müəyyən qanunlar da var. O qanunların da nüfuzu azalmır, getdikcə artır. "Böyük Yaxın Şərq " ilə bağlı Türkiyənin indiki hakimiyyəti dönə-dönə deyib ki, biz bu layihədə rəhbərlərdən biriyik, yəni Türkiyə burda həmsədr olaraq çıxış edir. Əslində bu proyektin Azərbaycana və Türkiyəyə zərərli tərəfləri göz qabağındadır. Orda Türkiyənin də torpaqlarına iddialar var, Güney Azərbaycanın da. Belə olan halda buna həmsədrlik etmək və bunu qürurla demək bir dövlət başçısının səlahiyyətinə daxil olan məsələ deyil. Ola bilsin ki, bütün bunların hamısı "Ərgənəkon" məsələsinin ortaya çıxmasına səbəb olan amillər sırasındadır. Amma bunlar ehtimallardır. Motivlər aydınlaşmayana qədər tam inamla bir söz deyə bilmərəm. Şübhəsiz ki, bunun arxasında dayanan məsələləri bilən adamlar var. Məhkəmə prosesində "Ərgənəkon" məsələsinin incələnməsində yaxından iştirak edənlər də var, onlar bu barədə kitablar yazıblar. Mən sadəcə öz ehtimallarımı deyirəm. Vəli Küçük Paşa Qladionun rəhbəri idi? - Belə iddialar var ki, Vəli Küçük Paşa Türkiyə Qladiosunun gizli rəhbəri olub və Azərbaycanda Xocalı, 20 Yanvar hadisələrinin törədilməsində rolu olub. - Bu gülünc və tamamilə cəfəngiyat söhbətlərdir. Vəli Küçük Paşa Azərbaycan xalqının ziyanına heç bir addım atmaz, bir nəfərin də burnunun qanamasına razı olmaz, yaxından, uzaqdan olan maraqlara xidmət edəcək addımlar atmaz. O, istefada olan jandarma komandanı idi. Çox şeyi bilirdi, amma bu cür layihələrə heç vaxt qoşulmazdı. - Vəli Küçük Paşa yenə də DAK-da fəaliyyət göstərəcək? - Təbii ki, o, qurultaya dəvət olunacaq. Ən yaxın vaxtlarda mən ola bilsin ki, onunla görüşüb bir sıra məsələləri müzakirə edəcəyik. ("Publika.az")
2014-03-16
11,766
Hüseyn Dəryanın son sözü: efirə getməyən 6 dəqiqə - Video
Azərbaycan rep sənətində xüsusi dəsti-xətti olan Hüseyn Dəryanın avtomobil qəzasında vəfatından sonra onun sonuncu dəfə efirə gedən qalmaqallı verilişinə yönəlib. "Axar.az" xəbər verir ki, İradə İsaqın "Düz üzünə" verilişində efirə getməyən və montaj olunan 6 dəqiqə 56 saniyəlik görüntü sosial şəbəkədə yayılıb. Bu kadrlar artıq həyatda olmayan və bu qəza ilə daha çox intihar etdiyi barədə rəy yayılan Hüsen Dərya fanatlarının müzakirəsindədir.
2014-03-16
11,767
Ukrayna ordusu Donbassda müqavimətlə üzləşdi – Video
Krımdan sonra Ukraynanın şərq vilayətlərində də gərginlik davam etməkdədir. "Axar.az"ın məlumatına görə, məsələnin ciddiliyini nəzərə alan rəsmi Kiyev ordusunu Donbassa və digər şəhərlərə yollayıb. Lakin hərbi qoşunlar şəhərlərin girişində yerli separatçıların müqaviməti ilə üzləşib. Xatırladaq ki, belə oxşar hadisə dünən Donbass vilayəti ərazisində də müşahidə olunub. Videonu təqdim edirik:
2014-03-16
11,768
Bakı metrosunda ticarət köşkləri tamamilə söküldü - BŞİH
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən qurumun icra strukturlarının nəzarəti altında həyata keçirilən söküntü işləri sabah tamamilə yekunlaşacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, "Dünəndən bəri görülən tədbirlər nəticəsində Bakı Metropoliteninin 11 stansiyasında ticarət köşkləri tamamilə sökülüb. Həmin stansiyalarda gediş-gəliş üçün çətinlik yaradan artıq heç bir avadanlıq, köşk qalmayıb". Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib. Ə. Bağırov deyib ki, söküntü işləri Bakı Metropolitenin "Sahil", "28 May", "Ulduz", "Koroğlu", "Nəsimi", "Azadlıq" və daha bir neçə stansiyasında həyata keçirilib. O, həmçinin qeyd edib ki, hazırda "20 Yanvar" və "Memar Əcəmi" stansiyalarında köşklərin sökülməsi prosesi davam edir. Ə. Bağırov vurğulayıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən qurumun icra strukturlarının nəzarəti altında həyata keçirilən bu işlər sabah yekunlaşacaq: "Bakı Metorpolitenində heç bir ticarət obyekti qalmayacaq" Qeyd edək ki, həmin sərəncama əsasən, martın 28-nə qədər Bakı Metropoliteninin bütün stansiyalarının giriş-çıxışlarında olan obyektlər söküləcək. BŞİH rəhbərliyinin Metropoliten ərazisində fəaliyyət göstərən obyekt sahibləri ilə əldə etdiyi razılığa əsasən, sahibkarların işlə təmin edilmələri və digər ticarət obyektlərinə köçürülmələri üçün təkliflər edilib. Sahibkarlara Yeni Günəşli qəsəbəsindəki ticarət mərkəzlərində, "Keşlə", "Yaşıl" və "Şərq" bazarlarında yer təklif olunur. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Qeyd edək ki, Bakı Metropolitenində 1194 ticarət obyektinin sökülməsi planlaşdırılıb.
2014-03-16
11,769
Metrodakı söküntü zamanı insident - Foto
Bu gün "Elmlər Akademiyası" metrosundakı ticarət köşkləri sökülüb. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarət köşkləri sahiblərindən tez bir zamanda köşkləri sökmək tələb edilib. Söküntü prosesinə nəzarət edən polis əməkdaşları isə günün sonuna qədər obyektləri sökməyi və malların daşınması üçün tapşırıqlar verirlər. Metronun "Memar Əcəmi" stansiyasında da ticarət köşklərinin bir hissəsi sökülüb. Stansiyada olan ticarət köşklərinin sahibləri ayın 27-nə qədər ərazini tərk etməyəcəklərini bildiriblər. Müxbirimizin verdiyi məlumata görə, "Qara Qarayev" və "Memar Əcəmi" stansiyalarında olan köşk sahibləri ilə rəsmi şəxslər arasında kiçik insident yaranıb və məhz bundan sonra həmin ərazidə satış aparan şəxslərə daha bir neçə gün satışı davam etdirilməsi üçün icazə verilib. Xatırladaq ki, 2 gün öncə Bakı Şəhər İcra Hakimiyyətindən ticarətçilərə martın 27-nə qədər satış apara biləcəklərini deyilmişdi.
2014-03-16
11,770
Vanqa: "Dünyanın sonu 2015-dədir" - Şok öngörü/Video
Dünyaca məşhur Vanqanın öncəgörmələri ilə bağlı fikirlər, xüsusilə, Ukrayna ətrafında baş verən hadisələr fonunda yenidən gündəmə gəlib. "Axar.az" olaraq Vanqanın 2011-2016-cı illəri əhatələyən proqnozları barədə NTV kanalının hazırladığı süjetlərin təqdimatını davam edirik: Qiyamətdən heç kim canını qurtara bilməyəcək Məşhur bolqar ekstrasens Vanqanın sözlərinə görə, yalnız saf insanlar bundan xilas ola biləcək. Üçüncü Dünya Müharibəsinin Suriyadakı hadisələrlə başlayacağını xatırladan kor ekstrasens kainatın sonunun da bundan sonra gələcəyini bildirib. SSRİ-də KQB-nin arxivinə tam məxfi qrifi ilə daxil olan sənədlərin birində Vanqa Rusiyanın gələcəyi haqqında bu sözləri işlədir. "Dünyanın yeni paytaxtı Peterburq olacaq. Onun başında dəqiq görən, aydın danışan biri oturacaq. O, çox şey görüb, çox şey edib. Amma onu əsl böyük şəxs kimi dünyanın sonunda tanıyacaqlar". Sovet kəşfiyyatı o zaman bu proqnozla bağlı etdiyi bütün araşdırmalarına rəğmən, heç bir şey ortaya çıxara bilməmişdi. Vanqanın həyatının əks olunduğu filmdə onun verdiyi bütün proqnozlar və onların yerinə yetmə ardıcıllığı faktlarla təqdim edilir. Beləliklə, Vanqanın proqnozları ilə bağlı 5-ci veriliş:
2014-03-16
11,771
Azərbaycanın "Avroviziya 2014" mahnısı – Video
Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımovanın oxuyacağı mahnı bəlli olub. Təmsilçimiz "Start a Fire" adlanan mahnını ilk dəfə Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində 6 mayda oxuyacaq. Qeyd edək ki, 29 yaşlı D.Kazımova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. O, 2008-2010-cu illərdə də "Eurovision"un milli seçim turlarında iştirak edib. D.Kazımova "Yeni Dalğa-2010" müsabiqəsinin laureatıdır. "Eurovision-2014" Kopenhagenin B&W kompleksində keçiriləcək. "Evrovision-2014"də 37 ölkə iştirak edəcək. Müsabiqənin yarımfinal mərhələləri mayın 6-ı və 8-də, finalı isə 10-da keçiriləcək (ANS).
2014-03-16
11,772
Ukraynalılar himnlərində dəyişiklik etdilər - Video
Bir qrup ukraynalı milli himnlərini ingilis dilinə çevirərək ifa edib. "Axar.az" xəbər verir ki, himni tərcümə edən müəlliflərdən biri Yelena Boltuşkina bu hərəkətin məqsədini belə izah edir: "Mən istəyirəm ki, dünyanın hər bir ucunda olan insanlar himnimizin mənasını bilsinlər və eyni zamanda bu bir neçə ay ərzində milyonlarla ukraynalının dilində niyə əzbər olduğunun fərqinə varsınlar".
2014-03-16
11,773
Goranboyda ağır yol qəzası: ölən və yaralananlar var
Goranboyda ağır yol qəzası baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Goranboy rayonu, Balakürd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşlara məxsus iki "VAZ" markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərin sürücüləri və iki sərnişini yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən avtomobildən çıxarılıb, digər sərnişin 1959-cu il təvəllüdlü Həsənova Zöhrə Talış qızı isə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2014-03-16
11,774
Azərbaycanda Krıma dəstək aksiyası
17 mart, saat 15:00-da Rusiya səfirliyi önündə Ukraynanın ərazi bütövlüyünə və Krım türklərinə dəstək məqsədi ilə Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresi piket keçiriləcək. Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə martın 11-də xəbərdarlıq məktubu göndərilsə də, rəsmi cavab verilməyib. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, martın 14-də BŞİH-in şöbə müdiri Zaur Ramazanovla iki dəfə telefon əlaqəsi saxlasa da, o, günün sonuna rəsmi cavab verəcəklərini bildirib: "Amma təəssüf ki, heç bir cavab verilmədi. Martın 15-də də gün ərzində zənglərimizə cavab verən olmadı". Buna baxmayaraq, VHP rəsmisi aksiyanın qüvvədə olduğunu bildirib: "Ümid edirik ki, sabah saat 12-yə qədər BŞİH bizə cavab verəcək. Bundan sonra qərarımızı açıqlayacağıq".
2014-03-16
11,775
Sumqayıtda çörəkbişirmə sexi yandı
Sumqayıtda çörəkbişirmə sexində yanğın olub. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində sahibi məlum olmayan, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 200 kv.m olan çörəkbişirmə sexinin içərisinə yığılmış məişət tullantıları 100 kv.m sahədə və sexin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-16
11,776
Sumqayıtda dəhşətli qəza: gizir dünyasını dəyişdi - Foto
Bakı-Quba yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində ağır yol qəzası baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, 24 yaşlı İbrahimov Rauf Zöhrab oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü xilas etmək üçün əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər tərəfindən avtomobildən çıxarılan sürücü ağır bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 24 yaşlı Rauf İbrahimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət keçir. Gizir xidmətdən sonra şəxsi avtomobili ilə evə qayıdırmış. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
2014-03-16
11,777
Referendum başa çatdı: Krım qərarını verdi - Şok
Bu gün Krımın statusu üzrə keçirilən referendum başa çatıb. "Axar.az" xəbər verir ki, referendumda seçicilərin 85 faizi iştirak edib. Respublika Siyasi və Sosioloji Araşdırmalar İnstitutunun məlumatına görə, referendumda iştirak edən seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs veriblər. Seçicilərin 7 faizi isə Krımın Ukraynanın tərkibində qalmasının tərəfdarıdır. Qeyd edək ki, referendum keçirilən ərəfədə bir çox hökumət binalarında Rusiyanın bayrağı qaldırılmışdı.
2014-03-16
11,778
Rusiya və Ukrayna razılığa gəldi
Bu gün Rusiya və Ukrayna 21 mart tarixinə qədər atəşkəs elan etmək barədə razılaşıblar. "Axar.az" xəbər verir ki, Ukrayna Müdafiə naziri İhor Tenyuk açıqlamasında müvəqqəti olaraq 21 marta qədər Rusiyanın hərbi müdaxilə etməyəcəyini bildirib. Nazir daha sonra qeyd etdi ki, atəşkəs müddətində Ukrayna hərbi birliklərinin ehtiyat qüvvələrini yaradacaq.
2014-03-17
11,779
Jirinovski 16 martı bayram günü elan etdi
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirovski Krımda keçirilən referendum başa çatar-çatmaz və ilkin nəticələr elan edilən kimi fikirlərini açıqlayan ilk siyasilərdən olub. "Axar.az" məlumat verir ki, Jiriovski Dövlət Dumasının Krımın Rusiyanın tərkibinə daxil olması qərarının 3 gündən 3 aya qədər müddətə rəsmiləşdirəcəyini bildirib. Jiriniovski həmçinin 16 mart tarixinin gələcəkdə dövlət bayramı günü kimi qeyd olunmasını təklif edib. Xatırladaq ki, Rusiyanın qalmaqallı siyasətçisi və Dövlət Dumasının vitse-spikeri Jirinovski Krım hadisələrində ən separatçı çıxışları ilə fərqlənir və onun bu açıqlamaları ciddi şəkildə rus mediasında yayılır.
2014-03-17
11,780
ABŞ: "Rusiya Krıma görə çox ağır cavab verəcək"
Bu gün Krımda keçirilən referendumla bağlı ABŞ və Fransa münasibət bildirib. "Axar.az" xəbər verir ki, Ağ Ev öncə referendumun nəticəsini tanımadığını bildirib və Rusiyaya qarşı sərt xəbərdarlıq edib. Açıqlamada Rusiyanın Krıma hərbi müdaxiləsi və beynəlxalq hüquqa zidd addım atdığı üçün ağır bədəl ödəyəcəyi qeyd edilib. Fransa Xarici İşlər naziri Loran Fabius isə "Krımdakı referendumun qanunsuz və Rusiyanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanımalı olduğunu" deyib.
2014-03-17
11,781
Bakıda əmi qardaşı oğlunu öldürdü
Ötən gün axşam saatlarında Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Salatın Əsgərova küçəsində qeydə alınıb. Bakı şəhər sakini Tahir Əliyev şəxsi münaqişə zəminində qardaşı oğlu İlham Əliyevi bıçaqlayıb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Qətli törədən Tahir Əliyev saxlanılıb.
2014-03-17
11,782
Rusiya nüvə silahına əl atacağını xatırlatdı – Video
"Rusiya 1" kanalının məşhur aparıcısı Dmitri Kisilyov bu gün efirə gedən ənənəvi müəllif verilişində Krımda keçirilən referendum məsələsinə toxunarkən, açıq-aşkar Amerika Birləşmiş Ştatlarını nüvə silahı ilə təhdid edib. "Axar.az" məlumar verir ki, Kisilyov hadisələrin gərginləşəcəyi təqdirdə Amerikanın önündə rus nüvə silahını görəcəyini bildirib. O, əlavə edib ki, Rusiya Amerikanı radioaktiv külə çevirə bilən yeganə ölkədir. Rusiyanın "Böyük səkkizlər"dən çıxarılacağı ilə bağlı hədələrə toxunan Kisilyov bilidrib ki, buna qarşı tərəfin gücü və hünəri çata bilməz. Belə olmasaydı, Obama əldən-ayaqadan düşüb Putinlə saatlarla danışmazdı. Digər məsələlərdə də Amerika və Qərbi hədələyən Kisilyov bir qədər də irəli gedərək, Rusiya ilə Amerika arasında savaşın getdiyini, sadəcə, bu mübarizənin hələ ki, informasiya müstəvisində aparıldığını vurğulayıb. Xatırladaq ki, Kisilyov Kreml siyasətinin ifadəçisi sayılır və Putindən "Vətənə xidmətə görə" mükafatı da alıb.
2014-03-17
11,783
Ajda Pekkan əməliyyat olunacaq
Türkiyənin superstarı Ajda Pekkan əməliyyat olunacaq. "Axar.az" xəbər verir ki, bir müddətdir dizindəki ağrılardan şikayətçi olan ifaçı bıçaq altına girəcək. Məşhur müğənni öz sağlamlığını amerikalı həkimlərə əmanət edərək Çikaqoda əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat may ayında baş tutacaq. Əməliyyatdan öncə isə Ajda Pekkan Amerikanın Siyatıl və Çikaqo şəhərlərində, eyni zamanda Kanada da konsert proqramı ilə çıxış edəcək.
2014-03-17
11,784
Əsgər zarafatı sosial şəbəkədə – Video
Sosial şəbəkələrdə rus əsgərlərinin bir-birini ilə zarafatını əks etdirən video çarx paylaşılıb. Əsgərlər ağzındakı qaşıqla ardıcıl olaraq bir-birinin başına vurmağa başlayırlar. Bu zaman üçüncü arxada dayanan əsgər əlindəki qaşıqla birinciyə "yardım" edir. Bundan xəbərsiz əsgər isə gülüş hədəfinə çevrilir. Xatırladaq ki, video-çarx qısa müddət ərzində minlərlə internet istifadəçisi tərəfindən izlənilib və bütün dünyada yayılıb. "Axar.az" həmin videonu təqdim edir.
2014-03-17
11,785
Ərdoğan Krım lideri ilə görüşdü - Son dəqiqə
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Krım tatarlarının lideri, Ukrayna millət vəkili Mustafa Cəmil Kırımoğlunu qəbul edib. "Axar.az" xəbər verir ki, İzmirdə görüşən liderlər Krımda baş verən son hadisələri müzakirə ediblər. Ərdoğan bildirib ki, "Türkiyə qərb dünyası ilə birgə Ukraynanın ərazi bütövlüyünün qorunmasından yanadır. NATO hər hansı bir qərar verərsə, bizdə icrasında iştirak edəcəyik". Ərdoğan Putinlə telefon əlaqəsi yaratdığını xatırladaraq qeyd etdi ki, Türkiyə Krımın yanında olacaq və onlara qarşı ziyan gəlməməsi üçün çalışacaq. Kırımoğlu da Türkiyənin yanlarında olmasının özlərinə böyük mənəvi dəstək olduğunu vurğulayıb.
2014-03-17
11,786
Bakıdan Məşhədə birbaşa aviareys açıla bilər
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti səfərin son günü İranın Xorasan Rəzavi vilayətinin paytaxtı Məşhəd şəhərində olublar. Vilayətin valisi Əli Rza Rəşidianla keçirilmiş görüşdə nazir K.Heydərov bildirib ki, Azərbaycan və İran xalqlarının mədəniyyət, din və tarixi ənənələr baxımından ortaq dəyərləri iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin təşkil edir. İqtisadiyyat, xüsusilə sərmayə sahəsində əlverişli şərait mövcuddur. O, İrana səfərinin və keçirdiyi görüşlərin məhsuldar olduğunu da diqqətə çatdırıb. Xorasan valisi Ə.R.Rəşidian da ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinin xalqlarımızın mənafeyinə uyğun olduğunu söyləyib. Keçən il 13 min azərbaycanlı zəvvarın Məşhəd şəhərini ziyarət etdiyini diqqətə çatdıran vali deyib ki, Məşhədlə Bakı arasında birbaşa uçuşların təşkili ziyarətə gələnlərin sayının artmasına müsbət təsir göstərər. Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov iştirak edib. (AzərTac)
2014-03-17
11,787
Yasamalda bina yandı
Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-03-17
11,788
Sabunçuda yol terroru: Yaralanan var
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BYD" markalı minik avtomobili yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobil deformasiyaya uğrayıb, avtomobildə olan sürücü sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib və habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər. Əməliyyat saat 05:28-də başa çatıb.
2014-03-17
11,790
Avropa Parlamenti Krım referendumunu tanımadı
Avropa Parlamentinin (AP) sədri Martin Şultz Krımda keçirilən referendumla bağlı açıqlama verərək belə deyib: "Qeyri-qanuni olan və Krım böhranının həllinə yönəlmiş olan səyləri qarmaqarışıq hala gətirən bu referendumun keçirilməsinə təəssüflənirəm". "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Krıma qarşı hərbi işğalını qınadığını təkrarlayan Şultz bunun beynəlxalq hüququn və Ukraynanın suverənliyinin pozuntusu olduğunu qeyd edib. Şultz verdiyi yazılı açıqlamada səsvermənin Ukrayna hüququ və beynəlxalq hüquq baxımından etibarlı olmadığını bildirərək Avropa Birliyinin Ukraynanın ərazi bütövlüyünü tam olaraq dəstəklədiyini deyib.
2014-03-17
11,791
Obamadan Putinə: “Bu sənə baha başa gələcək”
ABŞ prezidenti Barak Obama Rusiyanın Krımı birləşdirmək cəhdləri ilə barışmayacağını deyib. "Axar.az" xəbər verir ki, Ağ Evdən verilən məlumatda bildirilib ki, Obama Putinlə telefonla danışıb. " Ukraynanın konstitusiyasını kobudcasına pozan Krım "referendumu" nə ABŞ, nə də dünya birliyi tərəfindən tanınır" deyə Obama bildirib. Bundan başqa Obama Putinlə danışığı zamanı bildirib ki, Vaşinqton bu addımının Rusiyaya baha başa gəlməsi üçün avropalı ortaqları ilə hər şey edəcək. "Prezident Obama həmçinin qeyd edib ki, nə qədər ki Rusiya hərbi qüvvələri Ukrayna ərazisindədirlər və Ukrayna sərhədləri yaxılnlığında hərbi təlimlər keçirlər, münaqişənin diplomatik həllindən söhbət gedə bilməz" deyə Ağ Evdən yayılan bəyanatda bildirilib.
2014-03-17
11,792
Fətullah Gülən Ərdoğana halallıq verdi - Foto
Türkiyənin "Zaman" qəzetinin "hizmət" hərəkatının lideri Fəthullah Güləndən götürdüyü və bir neçə gündür tele kanallarda anons edilən müsahibə bir gün əvvəldən internetdə yayıldı. Bir müddətdir, "Hamı danışdı, o susdu" şüarı ilə reklam olunan müsahibə "Yaraşdırmadım" başlığı ilə nəşr olundu. Fəthullah Gülən "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlının suallarına cavab verib. "O cür ağır sözləri heç əhli-küfür də işlətməyib. Eyni qibləyə yönəldiyimizi düşündüyümüz insanların bu cür rəftarı əlbəttə çox ağırdır. "Bu da keçər Ya Hu" deyərək səbr etməkdən başqa əlimizdən bir şey gəlmir... Belə çətin dövrlərdə özünü itirməmək çox önəmlidir. Hər kəs öz xarakteri qədər. İnciməmək lazımdır. Kim başını önə əyəcək, kim utanacaq, onsuz da o biri dünyada məlum olacaq... Biz bizə olan haqqı halal etdik. Yeddi cahan eşitsin. Amma təcavüz edilən şeylərdə dinin haqqı varsa, bu müqəddəs əmanətdir..." Qeyd edək ki, bir müdətdir Türkiyə hökuməti ilə Fəthullah Gülənin liderlik etdiyi "hizmət" hərəkatı arasında soyuq müharibə davam edir.
2014-03-17
11,793
Mövqelərimiz atəşə tutuldu
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir k, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Xocəvənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-03-17
11,794
Azərbaycan ABŞ-la birgə hərbi təlim keçəcək
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 18-19-da Bakı şəhərində Silahlı Qüvvələrin Hərbi Təhsil Sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ Ekspert Qrupunun işçi görüşü, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 18-dən 20-dək Tuusula şəhərində (Finlandiya) Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Analiz Proqramının məlumat bazası üzrə təlim kursu və Azərbaycan-ABŞ iş planına əsasən martın 18-dən aprelin 4-dək Novo Selo şəhərində (Bolqarıstan) "Saber Guardian" kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
2014-03-17
11,795
Tərlan Əhmədov AZAL-ın baş məşqçisi oldu
Tərlan Əhmədov AZAL futbol klubunun baş məşqçisi təyin olunub. Verilən məlumata görə, klub rəhbərliyi T.Əhmədovun baş məşqçi olmasına razılıq verib və artıq onun komandanı ilk məşqə çıxaracağı gözlənilir. Klubun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər və artıq T.Əhmədovla müqavilə imzalandığını bildiriblər. Qeyd edək ki, martın 15-də AZAL-ın baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən istefa verib. Buna səbəb kimi klubun son vaxtlar Premyer Liqada uğursuz çıxışı etməsi göstərilir ( Trend ).
2014-03-17
11,796
Yanukoviç erməni biznesmenin evini aldı
Ukraynanın sabiq prezidenti özünə Rusiyada yeni ev alıb. Bu barədə Ukrayna mətbuatı yazır. Məlumata görə, "Mayendorf bağları" adlanan yerdə yerləşən evin qiyməti 52 milyon dollardır. Evin əvvəlki sahibinin erməni əsilli rus biznesmen olduğu deyilir. Evin ərazisi 2822,8 kvм-dir. Villanın ətrafındakı bağın az qala 2 hektara çatdığı deyilir. Qeyd edək ki, Viktor Yanukoviç 2010-cu ildə Ukrayna prezidenti seçilib. Kiyevdə Evromaydan aksiyalarından sonra vəzifəsini buraxaraq Rusiyaya qaçmışdı (ANS).
2014-03-17
11,797
İranlı yazardan türkiyəli həmkarına qorxunc məktub
İntellektuallar həbsə, mollalar hakimiyyətə "Türkiyədə şəriət hökuməti qurula bilərmi", - sualı qardaş ölkədə həmişə aktual olub. Əslində bu sual haqlı olaraq çoxlarını narahat edir. Çünki qardaş ölkənin İranla yetəri qədər ortaq tarixi var: Paralellər 1. Keçən əsrin əvvəllərində İranda 1906, Osmanlıda 1908-ci ildə hərbçilərin tələbi ilə konstitusiya elan edilib. 2. XIX əsrdə İngiltərənin hər iki ölkədə böyük nüfuzu olub. 3. Hər ikisində 20-ci illərdə reformist rəhbər hakimiyyətdə olub. Türkiyədə 1923-cü ildə Mustafa Kamal, İranda isə 1925-ci ildə Rza Pəhləvi şah hakimiyyətə gəlib. 4. Hər iki lider ölkələrinin tarixində görülməmiş dərəcədə modern islahatlar keçirib, hüquq sistemini qaydaya salıb, dini geyimlərdən imtina edilməsini təmin edib. 5. Hər iki ölkədə dini inqilab təhlükəsi olub və hər iki lider dini inqilab etmək istəyənləri sürgün edib. Mustafa Kamal Atatürk Səid Nursini Rusiyaya, Rza Şah isə Xomeynini Türkiyəyə sürgün edib. 6. Hər iki ölkə 40-cı illərdə demokratik sistemə keçib. İran 1940, Türkiyə isə 1946-cı ildə parlamentli demokratiya sisteminə keçib. Hər iki ölkədə 60-cı illərdə sol hərəkatı problemi olub. Hər iki ölkə ötən əsrin ortalarında Amerikanın nüfuz dairəsində idi". Qorxunc məktub Dini çevrələrin demokratik vədlərlə hakimiyyətə gəlişi ilə bağlı İranlı yazar Bəhman Niruməndin türkiyəli yazar Sonər Yalçına məktubu olduqca maraqlıdır: "Şahın devrilməsində aktiv iştirak edən milyonlarla solçu, demokrat, millətçi və liberal insanlardan biriyəm. Xomeyni bizə "yer üzündə cənnəti vəd etdi". Demokratiya gələcək, heç kim siyasi fikirlərinə görə həbs edilməyəcək, heç kimə işgəncə verilməyəcək, qadınların hüquqlarına toxunulmayacaq, geyim sərbəst olacaq. Şahı devirdikdən sonra mollaların məscidə qayıdacaqlarına inanırdıq. Düşünürdük ki, dövlət idarə edəcək qədər intellektləri yoxdur. Ancaq yanılmışdıq. Hər şey 1979-cu ilin 14 yanvarından başladı. Şahı devirəndən sonra milyonlarla insan Tehran küçələrində mitinq edirdi. Öldürülmüş liberal lider Müsəddiqin və solçu şəhidlərin şəklini daşıyan mitinq iştirakçıları mollalar tərəfindən döyülürdü. Fahişə və ya homoseksual olduğu üçün edam olunan insanların xəbərlərini qəzetlərdən almağa başladıq. Fikirləşdik ki, demokratiyanı yeni qazanmış ölkələrdə belə şeylər ola bilər, keçid dövrüdür və ötüb keçəcək. Xırda problemlərin cəmiyyətimizin yeni qazandığı demokratiyanı və müstəqilliyi zədələməsini istəmirdik və buna görə susurduq. Xomeyninin "bütün problemlərin səbəbi cəmiyyətimizdəki əxlaqsızlıqdadır" sözü mollaların kütləvi qırğınlara başlamasına təkan verdi. Kitabxanalar yandırıldı, qəzet redaksiyaları partladıldı. Qadınların məcburi şəkildə başlarını bağlamasını tələb etdilər, başlarını bağlamayanlara isə fahişə damğası qoyub edam etdirdilər. Yaşadığımız bütün problemlər Xomeyninin referendumla qəbul etdirdiyi İslam Cümhuriyyəti, İslam Respublikası idi. İlk əvvəl biz də buna qarşı çıxmırdıq. Düşünürdük ki, cümhuriyyət olandan sonra nə fərqi var ki. Referendumda qoyulan sual belə idi ki, İslam cümhuriyyətinə "hə", yoxsa "yox". Yəni ki, İslama. Təbii ki, əhalisinin böyük əksəriyyəti savadsız müsəlmanlar olan İran bu referendumda "hə" dedi. Bu referendumdan sonra mollalar musiqini haram elan etdilər, qadınların məcburi başlarını bağladılar, minlərlə insanı əxlaqsız adi ilə, İslama ziyanverici qüvvələr adı ilə edam elədilər. Bundan sonra milyonlarla insan ölkədən baş götürüb qaçdı". Xomeyni 77 yaşında inqilabı gerçəkləşdirəndə... Bu məktubu oxuyandan sonra Türkiyədə islam əsaslı dövlət qurulmasının nə qədər real olduğunu anlamaq olur. İslahatçı qiyafəsi geymiş və liberal islamı təbliğ etdiklərini deyən Xidmət hərəkatı və onun lideri Fətullah Gülənin Xomeyni və onun mollalarından seçilmədiklərini görmək olur. Fətullah Gülənin yaşının çox olduğunu əldə əsas tutaraq onun heç bir zaman siyasi hakimiyyətə gəlməyəcəyini deyənlər İran tarixini bilmir, ya da bilməzlikdən gəlir. Guya Gülənin yaşı çox imiş və onun heç bir siyasi iddiası yoxdur. Elə İranda da bu cür deyirdilər. Xomeyni 77 yaşında islam inqilabını gerçəkləşdirəndə də elə bilirdilər ki, inqilabı edib geri çəkiləcək və dövləti intellektuallar idarə edəcək. Ancaq elə olmadı, intellektuallar türməyə getdi, mollalar hakimiyyətə gəldi.
2014-03-17
11,798
Azərbaycan martın 30-da yay vaxtına keçir
2014-cü ildə Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 30-da saat 4.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir ("Trend").
2014-03-17
11,799
Metro ticarət obyektlərinin gecə söküntüsü - Fotoreportaj
Ticarət obyektləri sökülən metro stansiyalarına "Əhmədli" və "20 yanvar" da əlavə olunub. "Axar.az"ın əməkdaşının verdiyi məlumata görə, söküntü işləri bu gün də davam edib. "Əhmədli" metro stansiyasında polislərin nəzarət etdiyi proses zamanı sıxlıq yaşanıb. Satıcılar onlara günün sonuna qədər ərazinin boşaldılmasının tələb edildiyini bildiriblər. Bu səbəbdən mallarını dəyər-dəyməzə satmağa çalışıblar. Xəbər verdiyimiz kimi, 2 gün öncə metronun "Koroğlu", dünən isə "Gənclik", "Elmlər Akademiyası", "Sahil", "Memar Əcəmi" stansiyalarında köşklər sökülüb. Fotoreportajımızı təqdim edirik.
2014-03-17
11,800
Dopinqə görə medallarımız geri alındı – Şok
Azərbaycan idmanı ilə bağlı daha bir şok yaşanıb. Bu dəfə ağır atletika ilə bağlı. Avropa çempionatında medal qazanmış 5 idmançımızın hamısının dopinq qəbul etdiyi məlum olub. "Axar.az" xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Ağır Atletika Federasiyasının saytında yayılıb. Məlumatda bildirilir ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanı Qazaxıstana dəyişən perspektivli idmançımız Nicat Rəhimov millidə yaşanan özbaşnalıqlardan danışmış, bütün idmançılara məcburi qaydada dopinq verildiyini bildirmişdi. Rəhimovun açıqlamasına münasibət bildirən Ağır Atletika Federasiyasının rəsmiləri onu az qala vətən xaini hesab etmişdilər. Məsələ ilə bağlı federasiya rəsmilərinin də mövqeyini öyrənməyə çalışdıq. Ancaq telefon zənglərimizə cavab verən tapılmadı. Gün ərzində federasiya rəsmilərinin və dopinqdə ilişən idmançıların mövqeyini öyrənməyə çalışacağıq.
2014-03-17
11,801
Krımlılar seçki bülletenlərində Putini ələ saldılar - Foto
Dünən Krımda keçirilən referendum zamanı maraqlı hadisələr baş verib. "Axar.az" xəbər verir ki, səsvermədən sonra seçki qutularını açan nəzarətçilər qəribə vəziyyətlə üzləşiblər. Bir çox krımlı bülletenlərdə səs vermək əvəzinə ora öz arzularını yazıblar. Hətta Rusiya prezidenti Vladimir Putini ələ salmaqdan da çəkinməyiblər. Bülletenlərdə "Xutinə salam", "Şanlı Ukrayna", "Ya azadlıq ya ölüm" kimi sözlər yazılıb.
2014-03-17
11,802
İtən təyyarə “11 sentyabr” üçün qaçırılıb - İddia
Bir həftədən artıqdır tapılmayan Malaziya təyyarəsi ilə əlaqəli terror iddiaları artır. "Axar.az" Türk mətbuatına istinadən xəbər verir ki, itkin düşən təyyarənin "11 sentyabr" tipli terror hadisəsi üçün qaçırıldığı və işin içində pilotların da ola biləcəyi ehtimalı irəli sürülüb. Hava nəqliyyatı naziri Hişamuddin Hüseyn pilotun idarə qülləsinə "gecəniz xeyrə" mesajını vermədən əvvəl radarla əlaqəsinin kəsildiyini bildirib: "Belə hal ya pilot tərəfindən qəsdən, ya da təyyarəni qaçıran kəslərin təhdidi altında baş verə bilər". Əl-Qaidə şübhəsi İngiltərədə əl-Qaidə üzvü olmaqla ittiham olunan Sacid Məhəmməd Badat adlı şəxs ötən həftə məhkəmədə Əfqanıstanda tanış olduğu 4-5 malaziyalı mücahidin ona təyyarə qaçırma planından danışdığını və bu kəslərdən birinin pilot olduğunu söyləyib. Badat planın başında "11 sentyabr" hücumunun təşkilatçılarından olan Xalid Şeyx Məhəmmədin də olduğunu deyib. Nəqliyyat nazirliyi pilot Zahari Əhməd Şah və köməkçisi pilot Faruk Əbdül Həmidin Kuala Lumpurdakı evində iki saat boyunca axtarış aparıldığını bildirib. "Sunday Express" hakerlərin təyyarənin idarəsini ələ keçərmək üçün cib telefonundan istifadə etdiyindən şübhəli olduğunu yazıb. Xatırladaq ki, martın 8-i tarixində Malaziyanın paytaxtı Kuala Lumpurdan Çinə istiqamət alan 227 sərnişin və 12 şəxsi heyəti olan "Boeing 777" tipli təyyarə havaya qalxdıqdan qısa bir müddət sonra radarlardan itib.
2014-03-17
11,803
Tofiq Yaqublu və İlqar Məmmədova hökm oxundu - Yeniləndi
10:58 İsmayıllı hadisələri ilə bağı məhkəmədə hakimlər qərar verib. Ancaq heç bir media nümayəndəsi məhkəmə zalına buraxılmayıb. Məhkəmə binasının qarşısında gözləyənlərin "Axar.az"a verdiyi məlumata görə, hakim bu dəqiqələrdə hökm oxuyur. Məhkəmə prosesi ilə bağlı məlumtlar yenilənəcək. 17:24 Bu gün Şəki Rayon Məhkəməsində "İsmayıllı işi" ilə bağlı keçirilən məhkəmə prosesində hökm oxunub. Məhkəmənin hökmü ilə Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu 5 il, REAL hərəkatının təsisçisi İlqar Məmmədov 7 il azadlıqdan məhrum edilib.
2014-03-17
11,804
Krımlılar referendumu belə qeyd etdi - Foto
Dünən Simferopol əhalisi keçirilən referendumu qeyd edib. "Axar.az" xəbər verir ki, yerli əhali Simferopolun mərkəzi meydanına yığılaraq referendumun nəticəsini bayram ediblər. Şəhərin "Lenin" meydanında Rusiyadan gəlmiş musiqi qrupları çıxış ediblər. Nazirlər Şurasının binasından isə "Biz Rusiyadayıq", "Krım baharı" kimi şüarlar səsləndirilib. Vaxtaşırı referendumun nəticələri elan olunub. Bayram şənliyi havaya atılan fişənglərlə başa çatıb. Bazar ertəsi günü Krımda istirahət günü elan olunub.
2014-03-17
11,805
İslam Bakçılığında faizsiz kredit yoxdur – Açıqlama
"Hazırda dünyanın islam bankçılığı şərtləri əsasında kredit verən heç bir ölkəsində faizsiz kredit verilmir. Faiz deyiləndə riba yəni sələm deyil, bankların pul qazanmağı nəzərdə tutulur". "Axar.az" xəbər verir ki, bunu "Səda" Maarifçi Klubunun təşkilatçılığı ilə "İslam Bankçılığı" mövzusunda keçirilən seminarda çıxış edən Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı Departamentinin direktoru Behnam Qurbanzadə dedi: "Dünyada İslam bankçılığının 117 adda məhsulu var. Amma Azərbaycanda yalnız bunlardan 9-nu reallaşdırmaq mümkün olub. Çünki bugünkü qanunvericilik yalnız bu məhsulları müştərilərə təqdim etməyə imkan verir". Ekspert islam bankçılığı üzrə qanunvericiliyi tam oturuşmuş dövlətlərin olduğunu da deyir: "Pakistan, İran və Sudan kimi dövlətlərdə artıq islam bankçılığının inkişafı üçün xüsusi qanunvericilik var və bu dövlətlərdə islam bankçılığı ilə bağlı bütün məhsullar var. İnsanlar arasında islam bankçılığı ilə alınan kreditlərdə faizin olmaması ilə bağlı fikir yayılıb. Sizə deyim ki, bu fikir tam yanlışdır. Hazırda dünyanın islam bankçılığı şərtləri əsasında kredit verən heç bir ölkəsində faizsiz kredit verilmir. Yəni bank öz heyətini saxlamaq üçün və mənfəət üçün müəyyən faiz tutulur. Gecikdirməyə görə də müəyyən cərimələr olunur ki, həmin cərimələr mənfəətə əlavə edilmir. Məhz o cərimələr vasitəsi ilə müəyyən xeyriyyə işləri görülür. Məsələn, məhz biz bu cərimələr hesabına Azərbaycanda olan bəzi məscidlilərin təmir və tikintisini öz üzərimizə götürmüşük". Dünyada İslam bankçılığının tutduğu mövqe ilə bağlı danışan ekspert hesab edir ki, tezliklə islam bankçılığı öz mövqeyini daha da möhkəmləndirəcək: "Hazırda dünya banklarında dövr edən təxminən 100 trilyon dollarlıq valyutanın təxminən 2 trilyon dolları İslam bankçılığna məxsusdur. Bu isə təxminən 2 faiz deməkdir. Amma hesab edirəm ki, bu rəqəm tezliklə artacaq. Son zamanlar baş verən 2 böyük iqtisadi böhrandan tam ziyansız və itkisiz çıxan banklar ancaq islam bançılığı modeli ilə çalışanlardır". Xatırladaq ki, İslam Bankçılığı modeli ilk dəfə 1963-1966-cı illərdə Misirli alimlər tərəfindən yaradılıb və birinci də həmin ölkədə tətbiq edilib. Azərbaycanda isə bu modelin tətbiq tarixi 10 ilə yaxındır.
2014-03-17
11,806
Rusiya Xəzərdə hərbi təlimlərə başladı
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Donanmasının gəmilər qruplaşması Xəzər dənizində təlimlərə başlayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, təlimdə Flotiliyanın "Tatarıstan", "Dağıstan" raket gəmiləri, "Ataman Platov" orta desant kateri və 4 ədəd "Serna" tipli sürətli desant kateri iştirak edir. Martın 15-də başlanmış təlim iki həftə davam edəcək. Təlim müddətində raket gəmiləri tərəfindən şərti rəqibin suüstü və yerüstü obyektlərinə qarşı döyüş hərəkətləri aparılacaq. Minaların məhv edilməsi, gəminin hava hücumuna qarşı müdafiəsi, həmçinin diversiyalara qarşı müdafiə və desant çıxarma əməliyyatları yerinə yetiriləcək.
2014-03-17
11,807
Nurçuların Azərbaycan hesabatındakı siyasilər – Foto/Siyahı
Azərbaycandakı nurçular Fətullah Gülənə müxalifət siyasətçilərlə bağlı hesabat məktubu göndəriblər. Bu barədə informasiya "Axar.az"a etibarlı mənbələrdən daxil olan sənəddə yer alır. Əhməd Səlim Uzunhancı tərəfindən göndərilən məktubda "xidmət hərəkatı"na qarşı müxalifətdə düşmən mövqeyi tutan liderlərin adları yer almaqdadır. Məktubu yazan şəxs demək olar ki, bütün müxalifət liderləri haqqında məlumat verməklə onların "xidmət hərəkatı"na yararlı olub-olmayacağı haqqında fikirlərini bildirir. Məktubu olduğu kimi təqdim edirik: "Möhtərəm Fətullah Gülən Xoca əfəndim! İnşallah yaxşısınız. Uca Rəbbimdən sizə sağlıq və səhhət diləyirəm. Sizin əmrinizlə Azərbaycanda "ximət hərəkatı"nın yürüdülməsi işini üzərimə götürdüyüm üçün böyük qürur duyuram. Azərbaycan kimi fövqəladə bir ölkənin imamı olmaq məni həddindən artıq xoşbəxt etmişdir. Bu mühüm vəzifəni həyata keçirə bilməkdən ötrü sizin dualarınıza möhtacam. Sizin dualarınız sayəsində qarşıdakı beş il ərzində böyük işlər həyata keçirəcəyimizi uca Allahdan niyaz edirəm. Ənvər Özərən abimizin müvəffəqiyyətlə həyata keçirdiyi işi daha da irəli aparacağımızdan ümidliyəm. Sizin əmrinizlə hazırlanması gərəkən son vəziyyət hesabatını dostlarımızla birlikdə hazırlayıb, təftiş etməkdəyik. Azərbaycandakı siyasi ortamın "xidmət hərəkatı"mıza qarşı tutduğu mövqeyi nəzərə alaraq, əldə etdiyimiz bilgilərlə aşağıdakı nəticələrə gəlmişik. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sekulyar fikriylə, mütədəyyin qrupa qarşı mövqeyilə seçilməkdədir. Türkiyədəki masonik məxfilərlə sıx münasibət içində olduğuna dair bilgilər tərəfimizdən təsbit edilmişdir. Seçkilərdə müvəffəqiyyət qazana bilməməsi nəticəsində cəmiyyətdəki dəstəyini itirib. AXCP daxilindəki dostlarımdan əldə etdiyim məlumata görə, Əli Kərimliyə qarşı əslində partiya daxilində ciddi bir müxalifət formalaşmaqdadır. Lakin bu müxalifət hələ açıq hərəkət edəcək vəziyyətə gəlməyib. Əli Kərimlinin partiya daxilində dəstəyini itirdiyi üçün uzun müddət sədr vəzifəsində qalma ehtimalı yoxdur. AXCP daxilində formalaşan müxalif kəsimdə bizə yaxın dostlarımız yer almaqdadır. Gələcəkdə Əli Kərimlinin yerinə alternativ axtarılmalı olanda bizə yaxın olan adamlardan birini bu vəzifəyə gətirmək imkanına malikik. Dindar qruplara mənfi münasibətilə seçilən müxalif partiya liderlərindən biri olan Sabir Rüstəmxanlı "xidmət hərəkatı"mıza qarşı düşmən mövqeyilə seçilməkdədir. Sabir Rüstəmxanlı və xanımı Tənzilə Rüstəmxanlının Türkiyədə kamalçı, dünyəvi və ərgənəkonçu adlanan bir qrupla sıx əlaqədə olduqları hər kəs tərəfindən bilinən bir gerçəkdir. Dostlarımızın Rüstəmxanlı cütlüyünün Türkiyədəki fəaliyyətlərini davamlı olaraq nəzarət altında saxlayacaqlarının faydalı olacağından əminəm. Bir zamanlar mərhum Əbülfəz Elçibəyə yaxın çevrədən çıxmasına rəğmən İslama qarşı mövqeyilə önə çıxan digər bir müxalifət lideri Qüdrət Həsənquliyevdir. İslama və müsəlmanlara qarşı düşmən mövqeyi tutan Qüdrət Həsənquliyevin "xidmət hərəkatı"mıza qarşı sərt mövqeyilə seçilən şəxslərdən biri olduğunu qeyd etmək gərəkdir. Azərbaycan İslam Partiyasının idarəçiləri və onların tərəfdarlarının məzhəb fərqliliyi və qatı şiə olma səbəbilə "xidmət hərəkatı"mıza qarşı mənfi mövqe tutduqları bilinməkdədir. AİP sədri Mövsüm Səmədovun 2011-ci ildən həbsdə olmasına baxmayaraq, ona yaxın olan dairələr və partiya üzvləri irançı təbliğatı aparmaqla məşğuldurlar. AİP sədri və digər irançı qrupların fəaliyyətlərinin aşkara çıxarılması və həbslərində dövlət idarələrindəki dostlarımız da böyük rol oynamışlar. Azərbaycan və Türkiyədəki dostlarımızın ortaq fəaliyyəti sayəsində Azərbaycanla Türkiyədəki irançı qrupların bir-biriylə əlaqələrinin inkşafının qarşısı müvəffəqiyyətlə alınmışdır. "Xidmət hərəkatı"mıza qarşı mənfi münasibətiylə seçilən şəxslərdən biri də Azərbaycan müxalifətinə yaxınlığı ilə fərqlənən irançı aktivist Hacı İlqar İbrahimoğlu adlı şəxsdir. Bu şəxsin "xidmət hərəkatı"na qarşı gizli söyləmlər etdiyini öyrənmişik. Yuxarıda adını açıqladığımız kişi və qurumların "xidmət hərəkatı"mıza qarşı mənfi münasibət və davranışlarıyla əlaqədar önləmlərimizi almaq istiqamətində çalışmalarımızı aparırıq".
2014-03-17
11,808
Cəmil Quliyevdən İsmayıl Ömərova: “Pulları geri qaytar”
İTV rəhbərliyi kanalın keçmiş direktoru İsmayıl Ömərovdan adına yazdırdığı artıq pulları geri istəyir. "Axar.az"ın "AzNews.az"a istinadən verdiyi məlumata görə, bununla bağlı artıq İ.Ömərova rəsmi məktub da göndərilib. Məktubda bildirilir ki, onun maaşı hesablanarkən yanlışlığa yol verilib, bununla da televiziyanın büdcəsindən əlavə pul mənimsənilib. Məktubda xahiş olunur ki, həmin vəsait televiziyanın büdcəsinə qaytarılsın. Məlumata görə, keçmiş direktordan geri istənilən pulun məbləği təxminən 4 min manatdır. Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı İsmayıl Ömərovla əlaqə saxlayıb. O, xəbəri təkzib etməyib: "Mən nə "hə" deyirəm, nə də "yox". Telefonla heç bir açıqlama vermək istəmirəm. Bayram günləri gələrsiz, yaxından danışarıq". Bu yazını hazırlayarkən məlum oldu ki, eyni məzmunlu məktub İTV-nin çıxarılmış departament rəhbərlərinə və əməkdaşlarına da göndərilib. Bununla bağlı dəqiqləşdirmələr apardıqdan sonra geniş material təqdim edəcəyik.
2014-03-17
11,809
Ərdoğan Krımı Azərbaycanla müzakirə edəcək
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Krımla bağlı Azərbaycan və Qazaxıstanla siyasi məsləhətləşmələr aparacaq. Bu barədə Baş nazir verdiyi açıqlamasında deyib. Ərdoğanın sözlərinə görə, Ankara Ukraynadakı hadisələr və Krımdakı referendumla bağlı Rusiya ilə danışıqları davam etdirəcək. Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaranın Rusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırdığını bəyan edib. Nazirin sözlərinə görə, Moskva regionda təkbaşına siyasət aparır ("Trend").
2014-03-17
11,810
Azərbaycanın qərb bölgəsində güclü qasırğa başladı
Səhər saatlarından Azərbaycanın qərb bölgəsində güclü külək əsməyə başlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qərb bürosunun verdiyi məlumata görə Tovuz, Qazax, Ağstafa və Şəmkir rayonlarında külək bir sıra fəsadlar törədib. Şəmkir rayonunda bəzi evlərin dam örtüyünün və ağacların küləyin təsirindən qopduğu bildirilir. Gəncədə isə güclü külək bəzi ərazilərdə elektrik naqillərinin qırdığından, enerji təminatında fəsadlar yaranıb. Güclü külək davam edir.
2014-03-17
11,811
Krımda referendumun rəsmi nəticələri açıqlandı
Krımda dünən keçirilən referendumun rəsmi nəticələri açıqlanıb. "Axar.az" xəbər verir ki , Krım Nazirlər Şurasının Referendum Komissiyasının sədri Mixail Malişev referendumda iştirak edənlərin 97 faizinin Rusiyaya qatılmağa səs verdiklərini deyib. Onun sözlərinə görə, referendumda iştirak edən 1 milyon 272 min 871 nəfər Krımın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.
2014-03-17
11,812
Azərbaycanlı milyonçular Viktor Yanukoviçlə qonşudur
Yanukoviçin yeni malikanəsi Podmoskoviyada yerləşir. "Axar.az" xəbər verir ki, bu informasiya ilə rus mətbuatı çıxış edib. Mətbuat Yanukoviçin yeni malikanəsinin "Mayendorf bağları" adlanan yerdə yerləşdiyini yazıb. Onun bu villanı hələlik adı bəlli olmayan erməni əsilli milyonçudan 52 milyon dollara aldığı bəlli olub. Yanukoviçin yaşayacağı məhəllədə dünyanın məşhur milyonçularının iqamətgahlarının yerləşdiyi bildirilib. Rus mətbuatı hətta Yanukoviçin yaşayacağı ərazidə azərbaycanlı milyonçuların da evləri olduğunu vurğulayıb. Qeyd edək ki, Ukraynanın eks-prezidenti ölkəsindən qaçdıqdan sonra ilk məskunlaşdığı "Ukraina" mehmanxanasıda milliyətcə azərbaycanlı olan İlham Rəhimova məxsus idi.
2014-03-17
11,813
Əməkdar artist keçirdiyi qəzadan danışdı
"Mənə heç nə olmayıb, çox yaxşıyam və özümü də çox əla hiss edirəm. Sadəcə, maşın sürmək həvəsinə düşmüşdüm, lakin şükürlər olsun ki, heç nə olmadı" Bu sözləri "Axar.az"a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva avtomobil qəzası keçirməsi barədə xəbərlərə münasibət bildirərkən dedi. Əməkdar artist narahat olan bütün media işçilərinə və ictimaiyyətə təşəkkür edib: "Çox təşəkkür edirəm ki, mənim sağlamlığımla maraqlanır və narahat olursunuz. Hamınızı Novruz bayramı münasibəti ilə təbrik edirəm". Xatırladaq ki, bu gün Ruhəngiz Allahverdiyevanın avtomobil qəzası keçirməsi ilə bağlı xəbər yayılıb. Xəbərdə bildirilir ki, avtomobil sürmyi öyrənmək istəyən əməkdar artist yüngül qəza keçirib.
2014-03-17
11,814
Bakıda vəhabilərə qarşı əməliyyat keçirildi
Bakıda polis vəhabi təriqətinin üzvü olduğu iddia olunan dindarlara qarşı əməliyyat keçirib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, polisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndi, C. Cabbarlı küçəsi döngə 2, ev 7 B ünvanında radikal dini yönümlü şəxslərin toplaşması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında həmin ünvanda əməliyyat keçirən polis 11 nəfəri saxlayıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlar 500 manatdan 1500 manatadək cərimələniblər. Polisin əməliyyat keçirdiyi evin sahibi, 1964-cü il təvəllüdlü Arif Məmmədov açıqlamasında bildirib ki, onlar 10 ilə yaxındır yaşadığı evdə ibadətlə məşğul olurlar: "Əbu Bəkr" məscidi bağlanandan sonra mən öz evimin qapısını ibadət edən şəxslərin üzünə açdım. O gündən bəri dindarlar mənim evimdə toplaşaraq ibadətlə məşğul olublar. Bu günə qədər heç bir problemimiz olmayıb və bizə heç kim xəbərdarlıq da etməyib. İki gün əvvəl polis gələrək ibadət edənlərin hamısını apardı. Mən də daxil olmaqla doqquz nəfər 1500 manat, bir nəfər 1600 manat, bir nəfər isə 500 manat cərimələdilər. Daha bir nəfərə isə xəbərdarlıq edilib".
2014-03-17
11,815
Ukraynada hərbi səfərbərlik elan olundu
Ukrayna Ali Radası ölkədə səfərbərlik elan olunması ilə bağlı qanun layihəsini qəbul edib. "Axar.az" xəbər verir ki, səfərbərlik Kiyev də daxil olmaqla Ukraynanın bütün regionlarında aparılır. Krımda da könüllü şəxslər hərbi komissarlıqlara və hərbi hissələrə gedərək adlarını orduya yazdırırlar. Səfərbərlik qanunun qüvvəyə mindiyi gündən başlayaraq 45 gün davam edəcək.
2014-03-17
11,816
Ronaldonun arvadı restoranda gürcülərlə rəqs etdi - Video
Dünyaca məşhur futbolçu, Portuqaliya yığması və İspaniyanın kral klubu "Real" Madridin hücumçusu Kriştianu Ronaldonun rusiyalı həyat yoldaşı İrina Şeykin diqqət çəkən videosu paylaşılıb. "Axar.az" məlumat verir ki, İrina Moskvadakı gürcü restoranlarının birində gürcü əsilli müğənni İrakli Partsxilavi ilə milli rəqs edərkən həvəskar kamera obyektivinə düşüb. Xatırladaq ki, İrina Şeyk həm də qlamur həyat tərzi ilə paparasilərin diqqətini çəkir.
2014-03-17
11,817
Azərbaycan üçün qızıl Ayfon buraxıldı – Foto
Azərbaycan üçün xüsusi olaraq qızıl Ayfon istehsal olunub. Londonda `Golden and Co` şirkətinin buraxdığı "Ayfon 5S gold limited" telefonu məhdud sayda buraxılıb. Telefonun arxa tərəfində Azərbaycanın xəritəsi və Milli Lider Heydər Əliyevin imzası var. Telefonun qiyməti haqda hələ ki, məlumat yoxdur. Amma bu cür "limited edition" telefonlar 5500-6000 dollara satılıb ("azvision.az").
2014-03-17
11,818
“Metro ticarətçilərinə 10 milyon ziyan dəyib”
"Metro keçidlərindəki ticarət kösklərinin sökülməsi sahibkarlara 10 milyon manatdan çox zərər vurub". Bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, hər bir obyekt üzrə orta qiymətləndirmənin aparılması və dəyən ziyanın məbləğinin hesablanması mümkündür: "Ticarət köşklərinin hər birində orta hesabla 15 min manat məbləğində məhsul olub. Ümumilikdə bu da metroda ticarət obyektlərində 16 milyon manat dəyərində malın olması deməkdir". V. Bayramov qeyd edib ki, satış məntəqələri bağlandığından sahibkarlar mallarını ucuz qiymətə satmaq məcburiyyətində qalıblar: "Məhsulları saxlamaq üçün yerin olmaması malların öz dəyərindən aşağı satılmasına səbəb olub. Ümumi hesablama zamanı sahibkarlara 10 milyon manata yaxın ziyanın dəydiyini söyləmək olar" ("Aznews.az").
2014-03-17
11,819
Messi “Barsa”dan gedəcək - azarkeşlər istəsə
İspaniya çempionatının sonuncu turunda, "Osasuna" ilə oyunda 3 qol vuran Lionel Messi klub tarixinin rekorduna imza atıb. "Axar.az" xəbər verir ki, ulduz futbolçu "Barsa"da vurduğu qolların sayını 371-ə çatdrmaqla, Paulino Alkantarunu geridə qoyub. Qarşılaşmadan sonra mətbuata açıqlama verən Messi karyerasını "Barselona"da bitirmək istədiyini bildirib: "Barselona"da o vaxta qədər çıxış edəcəm ki, bunu azarkeşlər tələb edəcək. Burda məni hər şey qane edir. Karyeramı "Barsa"da bitirmək istəyirəm. Təbii ki, rekordu təzələməyim məni həyəcanlandırır. Klub tarixinin bir hissəsi olmaq qürurvericidi. Zədəyə görə ağır anlar keçirdim. Amma bilirdim ki, oyundan oyuna artıracam. Güman edirəm ki, mövsümün sonuna qədər bu tempi qoruya biləcəm".
2014-03-17
11,820
Türkiyə Krım referendumunu tanımır
"Türkiyə martın 16-da keçirilən Krım referendumunu tanımır və tatarlara kömək etməyə hazırdır". "Axar.az" xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Krım tatar xalqının lideri ilə görüşü zamanı söyləyib. Baş nazir, Türkiyənin Krıma olan mövqeyinin dəyişməz olduğunu da vurğulayıb: "Krım tatarlarına təzyiq göstəriləcəyi təqdirdə Türkiyə maksimum dəstəyini göstərəcək. Krım böhranın sülh yolu ilə həlli baxımından Ukrayna ərazi bütövlüyü saxlamaqla Türkiyənin mövqeyi qəti və dəyişməzdir".
2014-03-17
11,821
Balakəndə ağac binanın üstünə aşdı - Foto
Balakəndə ağac ikimərtəbəli binanın üstünə aşıb. "Axar.az" xəbər verir ki, hadisə Balakən rayonunun mərkəzi küçələrindən biri olan Rafiq Səmədov 54 ünvanında baş verib. Ağac 2 mərtəbəli yaşayış binasının üstünə aşsa da, xəsarət alan olmayıb. Pəncərə şüşələrinin sındığı deyilir. Sakinlərin verdiyi məlumata görə, yerli Yaşıllaşdırma Təsərrüfat Birliyinin nümayəndələri 1 həftə öncə əraziyə baxış keçiriblər və aşma təhlükəsi olan ağacları kəsiblər. Amma sakinlərin təkidinə baxmayaraq, bu ağac kəsilməyib. Yerli sakinlər hadisədən dərhal sonra aidiyyəti strukturların əraziyə baxış keçirdiyini və aşan ağacın ərazidən uzaqlaşdırdığını bildiriblər. Xatırladaq ki, hidrometeoroloji proqnozlara görə, Balakən və ətraf rayonlarda küləyin sürəti son zamanlar artıb.
2014-03-17
11,822
İlaxır çərşənbədə hava necə olacaq?
Bakı və Abşeron yarımadasında martın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, güclü şimal-qərb küləyinin günün birinci yarısında mülayimləşəcəyi, günün ikinci yarısında isə güclü cənub küləyi ilə əvəz olunacağı ehtimal olunur. Havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 18-də hava şəraitinin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü cənub-qərb və şimal-qərb küləklərinin tez-tez bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
2014-03-17
11,823
Siqaret yenidən bahalaşdı
Dünəndən etibarən ölkədə siqaret və tütün məmulatlarının qiymətləri artıb. "Axar.az" xəbər verir ki, markasından asılı olaraq hər bir siqaretin qiyməti 10-30 qəpik artırılıb. Satıcılar bunun topdansatış mərkəzlərindəki siqaretin qiymətinin bahalaşması ilə bağlı olduğunu deyiblər. Qeyd edək ki, ötən il də bəzi siqaretlərin qiymətində artım müşahidə olunmuşdu.