date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-03-24 | 12,475 | Tvitter yasağından danışan nazir bayıldı - Video | Türkiyədə İsveç nazirinin bir çıxışı zamanı gülməkdən qəşş elədiyi anı alt yazı ilə birləşdirib, gülməli bir video hazırlayıblar. "Axar.az" xəbər verir ki, nazir Ərdoğanın Tvitterə yasaq qoymasından danışarkən gülməkdən elə bir hala düşüb ki, danışmağa belə çətinlik çəkib. Nazir deyib: "Baş nazir Tvitterə yasaq qoyub. Siz buna inana bilirsinizmi?" |
2014-03-24 | 12,476 | Devid Kemeron: "G8 Rusiyada toplanmayacaq" | "Dünyanın 8 böyük dövlətinin toplantısı sayılan G8-in Soçidə keçirilməsi planlaşdırılan görüşünün yeri dəyişidirilib və bundan sonrakı toplantılar Rusiyanın iştirakı olmadan keçiriləcək". "Axar.az" "Röyters" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Devid Kemeron Çin xalq Respublikasının sədri Xi Jinping ilə görüşü zamanı bildirib. İngilis Baş nazir deyib: "Biz əminliklə deyə bilərik ki, G8-in növbəti zirvə toplantısı Soçidə keçirilməyəcək. Bu, tamamilə aydın və qətidir. G8-in Rusiyada keçirilməsi planlaşdırılan görüşü baş tutmayacaq". İngilis Baş nazirin bu sözləri G7-yə müraciətlə deməsi də diqqət çəkib. Dünyanın aparıcı güc mərkəzi olan 7 dövlətə müraciət edən Devid Kemeron Rusiyanın Ukrayna ilə sərhəddə ordu yığmasından narahatlığını bildirməklə bərabər, Rusiyanı Şərqi Ukraynaya qoşun yeritməkdən çəkinməyə çağırıb. |
2014-03-24 | 12,477 | Ərdoğan özünə atəş açdı - Video | "Vaşinqton Post" qəzetinin internet səhifəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Tvitteri qadağan etməsi ilə bağlı maraqlı bir video yayımlanıb. Belə ki, Tvitterin işarəsi olan quşu öldürmək üçün Ərdoğan tapançadan atəş açsa da, buna nail ola bilmir. Sonda bu quş onun öz başına qonur və onu öldürmək üçün Baş nazir tapançanı başına dayayıb, atəş açır. "Axar.az" həmin videonu təqdim edir: |
2014-03-24 | 12,478 | "Ukraynalılar yaradıcılığımı görməyəcək" | Məşhur rus ifaçısı Valeriya Putinin siyasətini dəstəklədiyinə görə ukraynalı fanatların göstərdiyi reaksiyadan çox üzülüb. "Axar.az" xəbər verir ki, ifaçı ukraynalı fanatların onun və Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyən həmkarlarının yaradıcılığına həsrət qalacaqlarını bildirib. Qeyd edək ki, Putinin siyasətini dəstəkləyən konsertlərdə çıxış edən Valeriya Ukrayna fanatları və bir sıra həmkarları tərəfindən tənqid atəşinə tutulub. |
2014-03-24 | 12,479 | İcra başçısı 30 manata təqvim satdırır? – Foto | Cəlilabad rayon məktəblərində çalışan müəllimlərə məcburi qaydada 30 manat qiymətinə təqvim aldırırlar. Bu barədə "Axar.az"a Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 nömrəli məktəbdə bədən tərbiyəsi müəllimi işlədiyini bildirən Murad Hüseynov deyib. M.Hüseynov bildirib ki, əslində qiyməti 6 manat olsa da, Təhsil Şəbəsindən göndərilən həmin təqvim 30 manatdan müəllimlərə zorla satılır. Üstündə rayon icra başçısının müxtəlif tədbir və açılışlardakı çıxışlarını əhatələyən fotoların yer aldığı təqvimin xüsusi təşkil edildiyi də bildirilir: "Cəlilabad rayon icra başçısı Əziz Əzizovun adı ilə satırlar bu təqvimi və təkcə məktəblərə yox, xəstəxanaya, bələdiyyələrə də veriblər. Başçı həm özünü reklam edir bu təqvimlə, həm də həddən artıq baha qiymətlə öz ciblərini doldururlar. Müəllimin əməkhaqqına da göz dikərlər?" Qeyri-iş günləri olduğundan, qarşı tərəfin münasibətini öyrənə bilmədik. |
2014-03-24 | 12,480 | AKP-çidən Prezidentə: “Xanımının porno videosu çıxarsa...” | AKP-nin Çorum vilayətindəki təşkilatının məclis üzvlüyünə namizəd olan İsmayıl Ağgöz Türkiyə Prezidenti Abdullah Gülə olduqca təhqiramiz sual ünvanlayıb. "Axar.az"ın "Cihan" Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, Prezidenti Tvitter qadağası ilə bağlı fikirlərinə görə tənqid edən İsmayıl Ağgöz Abdullah Güldən özünü Tvitterin qurbanı olanların yerinə qoymasını istəyib: "Sənə olan sevgimiz Rəcəb Tayyib Ərdoğana görədir. Tvitter bir qadının adına açılmış hesabdan porno paylaşır. Qadağalar da bu səbəbdən baş verib. Öz yoldaşının adına belə bir rüsvayçılıq edilsə, hələ də demokrat kimi Tvitter hesabından istifadə etməyə davam edəcəksənmi?" |
2014-03-24 | 12,481 | “Biz Rusiyanı 22 dövlətə parçalamalıyıq” – Şok video | "Rusiya 22 dövlətə bölünməlidir". Bu sözləri məşhur politoloq Zbiqnev Bzejinski dilə gətirib. "Axar.az" xəbər verir ki, videoda Bjezinskinin planları əks olunub. Xatırladaq ki, məşhur siyasətçi bütün ömrünü SSRİ-nin parçalanmasına həsr edib. O, uzun müddət ərzində Rusiyanın silahsız parçalanması ilə əlaqədar planlar hazırlayıb. Bjezinskinin planının ən maraqlı hissəsi Rusiyanın SSRİ-dən sonra 22 yerə parçalanması ilə əlaqədardır. Onun 1982-ci ildə rusların necə məhv edilməsi ilə bağlı planı indiyə qədər də ABŞ siyasətinin əsas sütununu təşkil edir. Videoda həmçinin məşhur siyasətçinin 1990-cı ildə verdiyi intervüyə də diqqət edilir: "SSRİ dağıldıqdan sonra bizim əsas düşümənimiz provaslav ruslar olacaq". Bjezinskinin Rusiyanı parçalamaq planlarını özündə əks etdirən videonu təqdim edirik. |
2014-03-24 | 12,482 | Öcalan: “Türkiyəni idarə edənlər mənimlə məsləhətləşir” – Video | "Mən dövlətdə sürətlə önəmli söz sahibi vəziyyətinə gəlirəm". "Axar.az" xəbər verir ki, PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalana aid bu sözlər bir neçə saat öncə Yutubda yerləşdirilib. Kadrlarda terror təşkilatının lideri ölkə rəhbərliyinin onunla birgə dövləti necə idarə etməyi planlaşdırdığı haqqında bu ifadələr yer alıb: "Baş Qərargahla MİT dövləti ayaq üstündə tutmağa çalışır. Mənimlə birgə dövləti necə idarə edəcəklərini planlayırlar". Terrorçu dövlətdə sürətlə söz sahibi vəziyyətinə gətirildiyini də bildirib: "Mən dövlətdə sürətlə önəmli söz sahibi vəziyyətinə gəlirəm. Mən hazır deyiləm. Geri də addım ata bilərəm. Sevmirəm bu cür şeyləri. Mən siyasəti sevməsəm, həyata keçirəmmərəm. Dövlətdə vəzifə almam hətta mövcud halıyla belə mənə artıq gəlir". |
2014-03-24 | 12,483 | Gürcüstan Avropa Birliyi ilə assosiativ saziş imzalayacaq | Avropa Şurasının sədri Herman van Rompey bu gün Haaqada Avropa Birliyi və Gürcüstan arasında assosiativ sazişin imzalanacağını təsdiqləyib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə van Rompey özünün Tvitter sosial şəbəkəsindəki səhifəsində yazıb. "Nüvə təhlükəsizliyi sammiti çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüm oldu. Gürcüstan ilə assosiativ saziş iyunda imzalanacaq", - van Rompey qeyd edib. |
2014-03-24 | 12,484 | Rusiya Azərbaycan əleyhinə film çəkdi - Video | Rusiyanın dövlət kanalı "Rossiya 1"də yayımlanan "Svoya pravda" ("Onların həqiqətləri") adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlar Moskvada yaşayan Azərbaycan disaporunun da ciddi etirazına səbəb olub. "Ocaq" cəmiyyətinin sədri Tofiq Məlikli adı hallanan bədii filmin indi efirə getməsinin təsadüfi olmadığını düşünür: "Bu məsələnin kökünə baxanda görürük ki, indiki Rusiyanın ideologiyası köhnə sovet ideologiyasıdır və ondan da irəli gedib, daha bərbad bir şəkil alıb. Bu ideologiyanın işığında biz çox hadisələrin şahidi oluruq. Bədii cəhətdən aşağı səviyədə olan bir filmin sırf azərbaycanlılara garşı olduğu üçün efirdə yayımlanması və Jirinovskinin Dumadakı o biabırçı çıxışına eyni kontekstdə baxmaq lazımdır. Bütün bunlar onu göstərir ki, qəribə də olsa Rusiyada yönləndirilmiş bir ideologiya var. Rusiya bu gün yeni imperiya iddiasında olaraq imperiyanın bərpası yolunda siyasət yürüdür və bu siyasətin nəticəsində də son hadisələr baş verir". Rusiyanın politoloqları da Krım hadisələrinın davam etdiyi bir vaxtda dövlət kanalında belə bir filmin yaımlanmasının MDB respublikalarına siyasi mesaj məqsədi daşıdığı fikrindədirlər. Filmin nümayiş olunduğu "Rossiya 1" kanalı isə film haqqında hər hansı mövqe bildirməkdən yayınıb. ANS TV-nin Moskva bürosunun əməkdaşı Aqşin Sabiroğlu dəfələrlə "Rossiya 1" kanalına zəng edib və film barədə danışmağı xahiş etsə də ona "yox" deyiblər. "Rus dövlət kanalından "Onların həqiqətləri" filmi haqqında müsahibə almaq cəhdlərim bütün günü bir nəticə vermədi. Kanalın mətbuat xidməti bu film haqqında hələlik susmağı üstün görür",- deyə Aqşin Sabiroğlu bildirir. Azərbaycanın Rusiyadakı səfirliyindən isə film haqqında lazımı tədbirlərin görüldüyü bildirilib. Qeyd edək ki, film Sovet İttifaqının dağıldığı dövrləri əhatə edir. Film Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyi üzərində qurulub. Təxminən 3,5 saatlıq filmdə vəhşi və amansız kimi təqdim edilən azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Etirazlara da səbəb Azərbaycanın bu cür yanlış təqdim edilməsidir. |
2014-03-24 | 12,485 | Kıvanç Tatlıtuğun yeni sevgisi üzə çıxdı - Foto | Məşhur türk aktyoru Kıvanç Tatlıtuğun sevgilisi kimi dəyər verdiyi yeni motosikleti görüntülənib. "Axar.az" xəbər verir ki, Tatlıtuğ keçən il keçirdiyi qəzadan sonra bir daha motosiklet sürməyəcəyi barədə anasına söz verib. Lakin o, sözünün üstündə sadəcə 6 ay dayana bilib. Qeyd edək ki, sevimli aktyorun yeni motosikletinin dəyəri 30 min dollar təşkil edir. |
2014-03-25 | 12,486 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz yaxın 2 gündə Abşeron rayonunda meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə,Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz, səhər dağlarda duman, çiskin olacaq. |
2014-03-25 | 12,487 | Seda Sayanın proqramına şok cəza | Məşhur türk ifaçısı Seda Sayanın proqramına 418 min lirə cəza verilib. "Axar.az" xəbər verir ki, Seda Sayanın aparıcılıq etdiyi "Qayınana-Gəlin, Sedaya gəlin" proqramında gəlin ilə qayınana arasında müzakirələr təhqirlərə yol açıb. Nəticədə Kanal D-yə 418 min 963 lirə cəza verilib. Xatırladaq ki, Seda Sayanın TV8 telekanalında aparıcısı olduğu "Seda Sultan" proqramının fevralın 21-də efirə çıxan bölümündə də "Evlilikdə seks" mövzusu müzakirə edilərkən təklif edilən seks fantaziyası ilə bağlı kanala 11 min dollar cəza verilmişdi. |
2014-03-25 | 12,488 | ABŞ-dan Türkiyənin təyyarə vurmasına reaksiya | Vaşinqton rəhbərliyi həftəsonu Türkiyənin Suriyaya məxsus təyyarəni vurmasına münasibət bildirib. "Axar.az" xəbər verir ki, ABŞ Dövlət Katibliyinin nümayəndəsi Marie Harf Suriya təyyarəsinin sərhədi pozduğu və edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulduğunu və bu məlumatları da Türkiyədən aldıqlarını bəyan edib. Harf bildirib: "ABŞ hadisələri yaxından izləyir. Bizim Türkiyəyə inanmamağımız üçün hər hansı bir səbəbimiz yoxdur". Xatırladaq ki, buna bənzər hadisə 2012-ci ildə baş vermişdi və o zaman Suriya Türkiyəyə məxsus təyyarəni vurmuşdu. |
2014-03-25 | 12,489 | Çin ABŞ-dan dinlənilməsi ilə bağlı açıqlama tələb edir | Çin ABŞ tərəfindən telekommunikasiya texnologiyaları nəhəngi "Huawei" şirkətinin rəhbərlərinin bütün görüşlərinin təqib edildiyi və şirkət barədə əhəmiyyətli informasiyalar əldə olunduğu barədə açıqlama gözləyir. "Axar.az"ın xəbərinə görə, Çin iddia edir ki, ABŞ Çinin telekommunikasiya texnologiyaları üzərindən cəsusluq fəaliyyəti göstərir. Qeyd olunur ki, ABŞ bu vasitə ilə Çinin sabiq liderlərini, Xarici işlər, ticarət nazirlərini və bankların fəaliyyətini izləyib. "Nyu-York Tayms" qəzeti ABŞ-ın "Shotgiant" adını verdiyi əməliyyatda "Huawei" və Çin ordusu arasında gizli əlaqə olub-olmadığını ortaya çıxarmağı məqsəd qoyduğunu yazıb. Qəzet həmçinin, başqa bir məqsədin əməliyyat nəticəsində 145 ölkədə fəaliyyət göstərən "Huawei"nin texnologiyalarına sızıb, şirkətin digər ölkələrə satdığı telefonlar və kompüterlər üzərindən də məlumat toplamaq olduğunu bildirib. |
2014-03-25 | 12,490 | Ərdoğandan gecəyarısı telefon danışığı - Video | Türkiyə Baş naziri Ərdoğan internetdə 90 yaşında olan Mahmud adlı birini izlədikdən sonra gecə saatlarında ona telefon açıb. "Axar.az" xəbər verir ki, Baş nazir Ərdoğan Ordu mitinqində o yaşlı kişiyə zəng etdiyini və onun sağlığı üçün dualar etdiyini bildirib. Belə ki, Mahmud adlı yaşlı kişi gözlərinin görməməsinə baxmayaraq, Türkiyənin gələcəyinə dair düşüncələrində nikbindir. Buna səbəb isə Baş nazir Ərdoğana bağlılığıdır. Mahmud kişi Ərdoğanın ikinci Osmanlı sultanı Fatih Sultan olduğunu və ona qarşı edilən haqsızlıqları Türkiyənin çökdürülməsinə atılmış addım kimi dəyərləndirir. Həmçinin 90 yaşlı Mahmud kişi nurçuların lideri Fətullah Gülənlə bağlı da fikir bildirərək, onun çox təhlükəli biri olduğunu vurğulayır. |
2014-03-25 | 12,491 | Çeçenlərin azərbaycanlı komandirindən sensasiyalı müsahibə | Azərbaycanlı polkovnik, Krıma yollanan çeçen batalyonunda döyüşmək üçün müraciət edən və Cövhər Dudayev batalyonuna qərargah rəisi təyin edildiyi barədə xəbərlər yayılan İsa Sadıqov Ukrayna hadisələri ilə əlaqədar qürbətdə olan çeçen saytına geniş müsahibə verib. Müsahibəni tanınmış hüquq müdafiəçisi və jurnalist Mayrbek Taramov götürüb. "Axar.az" müsahibəni təqdim edir: Rusiya qərb torpaqlarını itirəcək - İsa, bildiyimə görə, Krıma getmək istəmisiniz. Bu baş tutdumu? Yarımadadakı son vəziyyətə aydınlıq gətirərdiniz. Necə düşünürsünüz, Ukrayna Krımı birdəfəlik itirdimi? - Bəli, mən doğurdan da Kiyevə gəlmişdim. Ukrayna rəhbərliyi ilə müəyyən görüşlərdən sonra Krıma getməyi düşünürdüm. Ancaq martın əvvəlindən yarımadaya girişlər rus hərbi birləşmələri ilə dolu idi. Doğrudur, onlar başqa forma geyinmişdilər. Ancaq adi gözlə də görmək olurdu ki, həmin şəxslər Rusiya hərbi qoşunlarının əsgərlərdir. Qısa müddət ərzində Krıma kifayət sayda rus qoşunları yeridildi. Arqumentləri də o oldu ki, guya rusdilli əhaliyə qarşı təzyiqlər var. Sual olunur, hansı rusun burnu qanadı? Məhz Rusiyanın özündə qeyri-rus millətlərinə qarşı ayrıseçkilik mövcuddur. Dəfələrlə Rusiyanın müxtəlif şəhərlərində faşist çağırışları ilə marşlar keçirilib, miqrantlara qarşı təzyiqlər olub. Guya ukraynalı millətçilər tərəfindən təhdidlər olduğu barədə Rusiyanın düşük təbliğatı öz sözünü dedi. Rusiyalılardan başqa buna kim inanardi ki! Bizim üçün tanış bir maneradı – rus mediası qısa müddət ərzində kimdən istəsən, düşmən obrazı yarada bilər. Hazırda 21-ci əsrdir və belə olayların yaşanması yolverilməzdir. Bəli, bu gün biz deyə bilərik ki, Krım zəbt olunub, anacaq deməzdim ki, bu ərazilər birdəfəlik itirilib. Ancaq həqiqətdir ki, Rusiya Ukraynanı birdəfəlik itirdi. İnanıram ki, həmişə olduğu kimi, Krım Ukraynanın ərazisi olaraq qalacaq. Tək Krım deyil, Rusiyanın qərb əyalətləri də gələcəkdə Ukraynaya birləşməyə səy göstərəcək. Çünki bu presedenti Rusiyanın özü yaradıb. Yaxın gələcəkdə Rusiya nə siyasi, nə də iqtisadi sanksiyaların qarşısında tab gətirə biləcək. Böyük ehtimalla SSRİ-nin başına gələn Rusiyada da təkrarlanacaq, nəhəng ölkə müəyyən hissələrə bölünəcək. Bu, qaçılmazdır, çünki əksər ölkələr bu haqda düşünməyə başlayıb. Əgər bu cinayətkar dövlət 2008-ci ildə cəzalandırılsaydı (Gürcüstan hadisələri nəzərdə tutulur – tərcüməçi), indiki hadisələr baş verməzdi. Ukraynada postsovet ölkələrin taleyi həll olunur - Bəs Krımda keçirlən qondarma referendumu necə şərh edərdiniz? - Birlirsiniz ki, bu referendum martın sonlarına təyin olunmuşdu, birdən prosesi qabağa çəkdilər. 10 gün ərzində ərazi etibari ilə elə də kiçik olmayan Krımda referendum hazırlıqlarını həyata keçirmək elə də asan məsələ deyil, praktiki olaraq mümkünsüzdür. Hansı referendumdan söhbət gedir ki, sərhədlər başdan-başa rus hərbçiləri tərəfindən mühasirəyə alınmışdı. Müşahidəçilər yox idi və qeyri-rus xalqları arasında bir qorxu hökm sürürdü. O da məlumdur ki, referendumda kənardan gətirilən kazaklar səs verirdilər. - Sizin Ukrayna, yaxud Krım rəhbərliyi ilə görüşləriniz oldumu? - Bəli belə görüşlərim oldu. Krıma gedə bilməsəm də, iki həftə ərzində yarımadada cərəyan edən hadisələri anbaan bilən şəxslərin yanında qaldım. Biz həmişə Ukraynanın torpaq bütünlüyünə hörmətlə yanaşmışıq. Düşünürük ki, burada təkcə Ukraynanın deyil, həmçinin postsovet ölkələrinin taleyi həll olunur. Bizim bu liliputinlərin, rəzil insanların axmaq niyyətlərindən xəbərimiz var. O üzdən dostların yanında olmağı özümüzə borc bilirik. Sevindirici haldır ki, ukraynalı qardaşları dəstəkləmək üçün dünyanın dörd tərəfindən insanlar axışmışdı. Dünyanı Putinin nüvə düyməsi qorxudur - Rus hərbi hissələrinin hazırlığı barədə nələri deyə bilərdiniz? Vurğulanırdı ki, rusların tərəfində Serbiya və Ermənistandan olan muzdlular savaşa hazırlaşır. Sonuncular orada nə edirdilər? - Biz rus ordusunun vəziyyətini kimdənsə eşitməmişik. Bu gic ordunu dünyanın ən qaynar nöqtələrində - Çeçenistan, Gürcüstan və digər bölgələrdə gördük. Əgər bu gic ordu özünə tam arxayın olsaydı, kazaklar, serblər, ermənilər və digərlərinə rast gəlinməzdi. Bəli, orada Bosniyanın Serebrinitsa məntəqəsinin 8 minə yaxın dinc əhalisini qısa müddət ərzində qətl edən serb bölmələri var idi. Krımda digər cinayətkar elementlərə də rast gəlinirdi. Odur ki, orduları haqqında mifi rusların özləri yaradır. Deyə bilərəm ki, Putin etdiyinə görə mütləq cavab verəcək. Dunyanı bu gic ordu qorxutmur, yalnız terrorist ölkənin əlindəki nüvə düyməsi narahat edir. Bilirisiniz ki, tarixdə analoji xəstə təfəkkürlü təhdidlər olub. Xruşşov dəfələrlə belə addım atacağını bildirb. Sonra Fidel Kastro, Kim Çen İr, Səddam və Uqo Çaves dünyanı hədələyib. "Vostok" tatar qardaşlarını qoruyacaqdı - İstərdim çeçenlər barədə xüsusi danışaq. Mətbuatda da yazılıb ki, kadırovçular təhdilər altında Ukraynaya göndərilib. Çünki könüllü olaraq ora heç kim getmək istəmir... - Əvvəlcə "Vostok" batalyonu haqqında danışmaq istərdim. Nədənsə məndə onların Krım hadisələrində iştirakları ilə bağlı birmənalı fikir formalaşmayıb. Hətta mənim Çeçenistanın hazırkı rəhbərliyinə qarşı nifrətimin müqabilində belə öz mövqeyimdə qalıram. Biz referendum ərəfəsi həyacanlı xəbərlər aldıq ki, tatarlara qarşı hədə, şantaj və digər xoşagəlməz hallar gözlənilir. Təsəvvür edin, insanlar üzlərini örtərək əli silahlı Krım küçələrində hərəkət edir. Bu, insanlarda vahimə hissi yaradırdı. Axı, hadisələr başqa istiqamətdə də cərəyan edə bilərdi. Bir güllənin atılması hadisələri alt-üst edə bilərdi, qırğın ola bilərdi. Bizim üçün, ilk öncə, rusların özünün Putinin hansı cinayətlərə əl atması barədə məlumat alması lazım idi. Məhz həmin şəxs iki qardaş xalqı üz-üzə qoydu, bu, faktdır. Sizə qəribə görünəcək, hadisələrin bu çağında yerli Krım tatarlarına qaşı təxribatların olduğu bir vəziyyətdə çeçen batalyonun orada olması məni tam rahatlamışdı. Bəziləri mübahisə etsə də, öz mövqeyimdə qalırdım. Bilirdim ki, Krım tatarlaına qarşı hər hansı deportasiya, yaxud təxribat olsa belə, Rusiyaya məxsus və çeçenlərdən ibarət "Vostok" batalyonu qardaşlarının müdafiəsinə gələcək. Qəlbimin dərinliyində buna inanırdım. Niyə? Çünki çeçenlər Krım tatarlarının yaşadıqları deportasiyanı görüblər. Çeçenlər həmin Rusiya və həmin Putinlə müharibəni görüb. Çeçenistanda o ailə yoxdur ki, itki ilə üzləşməsin. Qısa müddət ərzində yüz minə yaxın uşaq, qadın qətlə yetirildi. Qalanları isə həbsxanalara atıldı. Odur ki, çeçen batalyonunun orada olması təkcə tatarların deyil, həm də digər xalqların təhlükəsizlyinin qarantı idi. Arqumentlərimi əsaslandırmaq üçün bir nümunə gətirim. 2008-ci ilin Gürcüstan hadisələri zamanı gürcü xüsusi təyinatlılarının bir neçəsi Rusiya tərəfinə əsir düşdü. "Vostok" batalyonu onları gürcü bayrağı altında Gürcüstan tərəfinə keçirməsəydi, indi rus xüsusi təyinatlıları onları öldürmüş, başlarına müəyyən işgəncələr gətirmişdilər. Bu fakta görə mən onlara təşəkkür etmək istərdim... Biz Şər imperiyasının təxribatlarına uymamalıyıq. Onsuz da onlar yetərincə olub. Dünya Putini cəzalandırmaqda qəti mövqedədir - Rusiyaya qarşı tətbiq olunan sanksiyalar öz bəhrəsini verəcəkmi? - Bilrsiniz, keçmiş Sovetlər Birliyi ölkələri Rusiyaya ehtiyatla baxırlar. Rusiyanı Krım hadisələrinə görə təkcə Suriya və Şimalı Koreya dəstəklədi. Budur Rusiyanın qalan dostları. Ola bilər ki, Həmas və Hizbullah kimi terror təşkilatları və bir neçə ada ölkələri də dəstəkləsin. Lakin dünya bir məslədə - Putin və onun ətrafının cəzəlandırılmasında qəti mövqedədir. Doğrudur, sanksiyalar ilk öncə rus vətəndaşlarına təsir edəcək. Nə etmək olar, gərək onlar da öz talelərini müəyyənləşdirə bilsin, Putinə "get" desinlər. Ukraynlılar həmişə öz tolerantlığı ilə seçiliblər. Buna görə, biz onları sevir, hörmət edirik. Bu xalq sivil xalqdır və Avropa ailəsində yaşamağa haqları çatır. Sanksiyalar yaxın günlərdə öz sözünü deyəcək. Eyforiyaya qapanan Putin anlayacaq ki, Rusiyanı qara günlərdən qurtarmaq lazımdı. Rusiya mütləq dağılacaq - Sizin Qərbin Ukraynanın təhlükəsizliyi ilə bağlı proqnozlarınız nədən ibarətdir? - Hazırda NATO daxilində təlimlərə start verilib. Qurum öz sərhədlərinin pozulmasına imkan verməyəcək. İnanın, buna onun gücü də çatır. Ukraynanın NATO-ya üzvlüyünə gəlincə isə, hesab edirəm ki, hansısa quruma, yaxud bloka daxil olmadan bu ölkənin ayaqda qalması mümkün deyil. Rusiyaya etibar etmək olmaz. Bunu son hadisələr də təsdiqlədi. Rusiya mütləq dağılacaq. Bu ölkə Krımdakı bənzər referendumu niyə öz ərazisində keçirmir? Bəyəm bura daxil olan subyeklərin güzaranı yaxşıdır, onlar həyat tərzindən razıdırlar? Qərb böyük həvəslə bu subyektlərdə keçiriləcək referendumları dəstəkləyərdi. Fikrimcə, Ukrayna NATO-ya daxil olacaq. Bizim yalnız bir düşmənimiz var - 10 il geriyə qayıtmaq istərdim. İsa, biz Bakıda sizinlə dəfələrlə görüşürdük. Mən sizi Qarabağ müharibəsini keçən peşəkar hərbçi kimi tanıyıram. Müəyyən fikir ayrılığına görə ölkənizi tərk etməli oldunuz. Geriyə qayıtmaq vaxtı çatmayıb? Axı, qara buludlar Azərbaycanın da üzərini tutmaqdadı. Şimaldan Rusiya, cənubdan isə bu ölkənin əzəli müttəfiqi Ermənistan yetərincə akivləşməkdədirlər... - Bəli, Azərbaycan üçün belə təhlükələr ötən illər boyunca mövcud olub. Məhz Rusiya Qafqazda qardaş qarşıdurmasının, qırğınlarının təməlini qoyub. Mənim tarixi vətənimə gəlincə, həmişə ölkəmlə nəfəs almışam. Hamımız geri dönərək, əlimizdə silah ana yurdumuzun keşiyində duracağıq. Bu, təkcə azəbaycanlıların deyil, həm də bütün qafqazlıların borcudur. Çünki bizim bir düşməniimiz var, o da Rusiyadır. Fikrimcə, Ermənistanda ağılı başında olan elə şəxslər tapılacaq ki, hansı cinayətə sürükləndiklərinin fərqində olsunlar. Güc yolu ilə özgə torpaqlarını saxlamaq olmaz. Tarixdən də bəllidir ki, belə mövqe tutan ölkələrin aqibəti necə olub. |
2014-03-25 | 12,492 | İstanbulda AZAL-a məxsus təyyarə alışdı | İstanbulun Atatürk Hava Limanında Azərbaycan Hava Yollarına məxsus təyyarənin təkərləri alışıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hava limanındakı dayancaqda dayanmış sərnişin təyyarəsinin təkəri yanıb. Məlumata görə, Bakı-İstanbul reysini həyata keçirən Boeing 757-200 tipli sərnişin təyyarəsi hava limanına eniş edib, dayanacaqda dayanıb. Sərnişinlər təhlükəszi halda təyyarəni tərk ediblər. Amma bu zaman təyyarənin sağ arxa eniş təkərləri birdən-birə alışıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər dərhal yanğının qarşısını alıblar. Təyyarənin digər hissələri yanğından mühafizə olunub. Təyyarə təmir edildikdən sonra yenidən İstanbul-Bakı reysini uğurla həyata keçirib. |
2014-03-25 | 12,493 | Krımda rus pasportundan imtina etmək olar - Qayda | Krımda Rusiya vətəndaşlığından imtina edən şəxslər yarımadada qala bilər, ancaq həmin şəxslər müvəqqəti yaşayış vəsiqələri təqdim etməlidirlər. "Axar.az" xəbər verir ki, bu barədə Rusiya Federal Miqrasiya Xidməti rəhbərinin müavini Sergey Kalyujnı açıqlama verib. Onun qənətinə görə, bu istiqamətdə hər hansı hüquqi problem yoxdur. Kalyujnı deyib ki, vətəndaşlıqdan imtina edən şəxslər bir ay ərzində qərarları barədə aidiyyəti struktura yazılı məlumat verməlidirlər Xidmət rəsmisi bildirib ki, Krımda pasportlaşma proseduru 3 ay ərzində başa çatmalıdır. Hazırda yarımadanın əhalisi 2 milyon nəfərə yaxındır: "Məsələnin tezləşdirilməsi üçün xidmət Krıma bir neçə əməkdaşını göndərib. Rusiya milli pasportlarının verilməsi cəmi 3-5 gün çəkəcək. Yeganə problem növbəlik məsələsidir". Kalyujnı sonda krımlıların pasportların rəsmiləşdirilməsi üçün hələ ki, dövlət rüsumu ödəməyəcəyini açıqlayıb. |
2014-03-25 | 12,494 | Putin SSRİ-nin daha bir ənənəsini qaytardı - Video | Rusiyanın idman şurasının iclasında çıxış edən Prezident Vladimir Putin fiziki hazırlıq normalarının bərpasına fərman verdiyini açıqlayıb. "Axar.az" məlumat verir ki, Putin sözügedən normaların yalnız Sovetlər Birliyi dönəmində olduğu kimi — QTO (müdafiə və əməyə hazırla) şüarı altında aparılmasını vacib bilib. Çıxışı zamanı məktəblilər və balaca uşaqlar üçün açıq havada idman meydançalarının tikilməsinin önəmini vurğulayan Rusiya prezidenti əlavə edib ki, belə addımlar bu kateqoriyadan olan şəxslərin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayar. Putin həmçinin orta məktəblərdə xüsusi idman mütəxəssislərinin yetişdirilməsinin əhəmiyyətindən də danışıb. |
2014-03-25 | 12,495 | “Berkut” Krımda öz adıyla fəaliyyət göstərəcək | Rusiya Daxili İşlər naziri Vladimir Kolokolçev bilidrib ki, "Berkut"un Krım bölməsi rəhbərlik etdiyi nazirliyə tabe olmaqla öz adı altında fəaliyyət göstərəcək. "Axar.az" məlumat verir ki, martın 24-də Simferopolda bölmənin şəxsi heyətinin önündə çıxış edən nazir həmçinin Krım Daxili İşlər Nazirliyinə yeni rəhbərin təyin olunduğunu dilə gətirib. Kolokoçev "Berkut" əməkdaşlarının Rusiya qanunlarına yiyələnməsinin vaciblyini də ifadə edib. O, həmçinin, sözügedən xüsusi təyinatlıların əmək haqlarının artırılacağına da toxunub. Xatırladaq ki, fevralın 26-da Ukraynanın yeni Daxili İşlər naziri Arseni Avakov xüsusi əmrlə "Berkut"adını ləğv etmişdi. |
2014-03-25 | 12,496 | Bakıda naməlum kişi meyiti tapılıb - Foto | Bu gecə Bakının Binəqədi rayonunda kimsəsiz ərazidən kişi meyiti tapılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, təxminən 30-35 yaşlı kişiyə məxsus meyit yol kənarında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, şəxsiyyəti hələ dəqiqləşdirilməyən kişinin narkotikdən dozadan artıq istifadə nəticəsində dünyasını dəyişdiyi ehtimal olunur. O, narkotikdən başqa yerdə istifadə edib, yolla gedərkən isə dünyasını dəyişib. Binəqədi rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır. Meyit müayinə üçün məhkəmə-tibb ekspertizasına aparılıb. |
2014-03-25 | 12,497 | Binəqədi rayonunda yanğın | Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı evin mətbəx, dəhliz və hamamının taxta konstruksiyalardan ibarət tavanı 18 kv.m sahəsi yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-25 | 12,498 | Hökümət qüvvələri qan tökməkdən yorulmur: 62 ölü | Suriyada göz qırpmadan silahlarını sadə vətəndaşlara tuşlayan hökumət qüvvələri dünən 62 adam öldürüb. "Axar.az" Suriya müxalif mətbuatına istinadən xəbər verir ki, hökumət qüvvələri ölkənin müxtəlif bölgələrində qadın, qoca, uşaq demədən havadan və qurudan təşkil etdiyi hücumlarla daha bir qətliam törədib. İnsan Haqları Təşkilatının yayınladığı hesabatda ölən 62 nəfər arasında 3 qadın və 3 uşaq olduğu da qeyd edilib. 2 adamın isə rejim həbsxanalarında işgəncə ilə öldüyü açıqlanıb. İnsan Haqları Təşkilatı Şamda 26, Hələbdə 18, Dərada 5, Xümsdə 4, İdlibdə 5, Latikiyada 3, Raqqada 1 adamın öldürüldüyü barədə hesabat verib. |
2014-03-25 | 12,499 | Astarada ev, Şəkidə maşın yandı | Şəki rayonunda vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin salonu yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Astara rayonu, Seləkəran kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-25 | 12,500 | Prezident ailəsi də dəbdən geri qalmadı - Foto | ABŞ-da aparıcı Elen Diqeneresdən sonra bu dəfə də "Gecə yarısı şou"nun aparıcısı Cimi Kimel Klinton ailəsi ilə çəkdiyi selfi ilə gündəmə gəlib. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Cimi Kimel Klintonlara məxsus Universitetdə iştirak etdiyi konfransda fasilə zamanı Klinton ailəsi ilə birlikdə son vaxtlar dəb halını almış selfi fotosu çəkdirərək Tviterdə paylaşıb. Kimel çəkdiyi fotonu Oskar mərasimində həmkarının Hollivud aktyorları ilə çəkdiyi fotoya söz ataraq bu başlıqlı paylaşıb: "Bredli Kuper yoxdur, amma 3 Klinton və 1 Kimel var". ABŞ-ın keçmiş prezidenti Bill Klinton, arvadı Hilari Klinton və qızları Çelsinin Universitet yoldaşlarının da yer aldığı selfi indiyə qədər təxminən 8 min 500 dəfə retvit olunsa da Oskar selfisindən çox geridə qalır. Oskar mərasimi zamanı çəkilən selfi təxminən 3 milyon dəfə retvit olunub. |
2014-03-25 | 12,501 | Trofimçuk: "Rusiya və Ukrayna arasında müharibə başlayıb" | "Rusiya və Ukrayna arasında artıq müharibə gedir". "Axar.az" xəbər verir ki, bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk öz Feysbuk səhifəsində yazıb. O, Rusiya və Ukrayna arasında müharibənin başladığını söyləyib. "Rusiya və Ukrayna arasında artıq müharibə gedir. Amma çoxları bunu etiraf etməyə qorxurlar. Ukrayna gəmisi tutulub, hərbi qarnizon təslim olub, qərargahın qarşısında başqa bayraq qaldırılıb. Bunlar hamısı hələlik minlərlə cəsədsiz olan müharibə terminologiyasıdır. Əgər müharibə demək ki, meyitlər də olacaq". |
2014-03-25 | 12,502 | Cəbhədə atışma: itki yoxdur | Cəbhə xəttində atəşkəs bayram günlərində də pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Həmçinin, Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-03-25 | 12,503 | Rusiya Argentinada hərbi baza yaradır | Argentina Rusiya hərbi bazalarının öz ərazisində yerləşdirilməsinə razılıq verib. "Axar.az" xəbər verir ki, bu informasiyanı "Liberty Voice" jurnalı yayıb. Mətbuat artıq Qərblə Rusiya arasında münasibətlərin tam ciddiləşdiyini yazıb. Qərbin siyasətindən narazılıq edən Argentinanın Venesuella kimi Rusiyayla ittifaq yaratması planlaşdırılır. Qeyd edək ki, Rusiya hərbi bazalarının Cənubi Amerikada yerləşdirilməsi ilə bağlı ilk təklifi Putin bu ilin fevralında dilə gətirmişdi. |
2014-03-25 | 12,504 | Azərbaycan NATO-dakı zabitlərinin sayını artırır | Azərbaycan bu il NATO-da xidmət edən zabitlərin sayını artıracaq. Məlumata görə, 2014-cü ilin yay aylarında Azərbaycanın NATO-da xidmət edən zabitlərin say tərkibinin artırılması planlaşdırılır. Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edirlər. Bundan əlavə,Azərbaycan Respublikasının NATO ilə 2014-cü üçün Fərdi Tərəfdaşlığın Əməkdaşlıq Proqramının Müdafiə Nazirliyinə aid olan hissəsində 90 tədbirdə Silahlı Qüvvələrin 900-ə yaxın hərbi qulluqçusunun iştirakı nəzərdə tutulub. Bu tədbirlərdə 81-i xarici dövlətlərdə, 9 tədbirin isə Azərbaycanda keçirilməsi planlaşdırılıb. NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə NATO arasında 2013-cü il üçün razılaşdırılmış Fərdi Tərəfdaşlığın Əməkdaşlıq Proqramının Müdafiə Nazirliyinə aid olan hissəsinə əsasən 100-dək tədbirdə Silahlı Qüvvələrin 1000-dən artıq nümayəndələri iştirak edib. Müdafiə Siyasəti və Strategiyası, dil təlimi, hərbi təlimlər və təlimlə bağlı tədbirlər, hərbi təhsil, doktrina, Maddi - Texniki Təminat, Sülhməramlı qüvvələrin konsepsiyası, planlaşdırılması və əməliyyat sahələri, Komanda və nəzarət, Beynəlxalq humanitar hüquq, Müdafiənin planlaşdırılması, Büdcə və ehtiyatların idarə edilməsi sahələrinə əsas prioritet verilib. |
2014-03-25 | 12,505 | Ərdoğanın partiyası Türkiyədə qadağan oluna bilər | AKP Türkiyədə yasaqlana bilər. "Axar.az" xəbər verir ki, bu iddia ilə "Axşam" qəzetinin yazarı Murad Kelkitlioğlu çıxış edib. O, iki dövlət prokurorunun bununla bağlı fəaliyyətə başladığını söyləyib. "Hazırda Ərdoğan iqtidarını zəiflətməklə bağlı fəaliyyət davam edir. Bütün yayılan səslər, videolar heç bir işə yaramır. Əslində AKP-ni bağlamaqla bağlı iddialar xeyli müddətdir ki, ortalarda gəzirdi. Hətta Tvitterdə də zamanla bununla bağlı fikirlər ortaya atılırdı. Lakin dünən əldə etdiyim informasiya hər şeyə son nöqtə oldu". |
2014-03-25 | 12,506 | MDB-nin Baş Qərargah rəisləri Bakıya toplaşır | Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilk dəfə olaraq Azərbaycanda keçiriləcək iclas aprelin 7-8-də baş tutacaq. Azərbaycan Silahlı Qüvvələrinin qarşısında beynəlxalq əməkdaşlıq üzrə duran əsas vəzifə respublikamızın strateji maraqlarına uyğun olaraq, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda hərbi əməkdaşlığın genişləndirilməsindən, bu əməkdaşlığın Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və prioritet vəzifələrinin yerinə yetirilməsi işinə töhfə verməkdən ibarətdir. Qeyd edək ki, hazırda Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib (ANS). |
2014-03-25 | 12,507 | Bu binanın uçmadığına hamı heyrətlənir – Fotolar | Cəlilabad rayon Göytəpə qəsəbəsinin Oqtay Eynullayev küçəsində bu ikimərtəbəli bina istismar müddətini çoxdan başa vurub. Ondan çox ailə yaşayır bu binada və hər səhəri binanın uçmadığına şükranlıqla günə başlayırlar. "Axar.az" həmin unikal binadan fotoları təqdim edir: |
2014-03-25 | 12,508 | Nurçu adlandırılan politoloq iki saytdan şikayət etdi | "Dia.az və "Avrasiya.net" "qara siyahıya" salınmalıdır". "Axar.az" xəbər verir ki, bu sözləri politoloq Fərhad Mehdiyev öz Feysbuk səhifəsində yazıb. O, bu gün iki saytın "qara siyahı"ya salınması üçün Mətbuat Şurasına müraciət etdiyini bildirib: "İlk addımı atdım və "Dia.az" saytını və onun təsisçisi Məhəmməd Zamanovu (Ərsoy) Mətbuat Şurasına onlayn formada şikayət etdim. Sabah müraciəti poçt ilə də göndərəcəm. "Dia.az" və "Avrasiya.net" "qara siyahıya" salınmalıdır. Martın 27-də Yasamal Rayon Məhkəməsinə mənə atılan böhtan və iftiraya görə bunlara qarşı iddia ərizəsi verəcəm. Fəaliyyətim qanuni olduğu üçün qanuni yollara üstünlük verirəm. Vaxtımı və əməyimi alsa da, bundan sonra heç bir şərçi jurnalistin yalanına göz yummayacam, biraz onları məhkəmələrdə yoracam. Əleyhimə böhtan yazmaq istəyənlər bunu nəzərə alsınlar. Xəbər çıxandan sonra onları axtarıb mövqe bildirməyəcəm". Politoloq heç bir qruplaşmanın, təriqətin üzvü olmadığını qeyd edib: "Bir daha təkrar edirəm ki, heç bir təriqətin, xarici qruplaşmanın, daxili qruplaşmanın, partiyanın üzvü deyiləm. İrəli sürdüyüm fikirlər heç bir quruma aid deyildir, konkret faktlara və müvafiq elm sahəsinin qaydalarına əsaslanır. Fəaliyyətim şəffafdır, hazırladığım ekspert rəyləri, keçdiyim dərslərin video-qeydiyyatı aparılır. Bir çox Azərbaycan vətəndaşı kimi, xalqım və dövlətim üçün yaşayır və çalışıram; yoxsa hər hansı şəxsin, ailənin, zümrənin, təriqətin, dini liderin, məzhəbin, xarici dövlətin maraqları üçün deyil. Ödənməmiş vergi borclarım və cərimələrim mövcud deyildir. Sahib olduğum hər bir əmlakın mənbəyi şəffafdır, tələb olunduqda izah oluna bilər". Qeyd edək ki, bir müddət öncə mediaya sızan sənədlərdə Fərhad Mehdiyev nurçuların Azərbaycanda "əmniyyət imamı" adlandırılıb və buna görə ona 70 min manat pul göndərildiyi bildirilmişdi. Saytlar həmçinin Fərhad Məmmədovun bahalı avtomobilinə diqqət çəkib, müəllim maaşı ilə belə avtomobil almağın mümkünsüzlüyü arqumentini əsas gətirmişdilər. F.Mehdiyev isə cəmi 18 min dollar dəyərində olan avtomobilinin "bahalı maşın" deyə hallandırılmasını oxucuları çaşdırmağa xidmət edən təxribat adlandırmışdı. |
2014-03-25 | 12,509 | Zakir Həsənov 3 qurum təsis etdi | Azərbaycan Silahlı Qüvvələrinin 3 ölkədə hərbi attaşelik aparatları təsis edilib. "Axar.az" "APA"ya istinadən xəbər verir ki, bu informasiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilib. Yeni hərbi attaşe aparatları Braziliya, CAR və İndoneziyadakı səfirliklərin nəzdində olacaq. Təsis olunmuş yeni hərbi attaşeliklərə təyinat həyata keçirilməyib. Bununla Azərbaycan Silahlı Qüvvələrinin xarici dövlətlərdə hərbi attaşeliklərinin sayı 21 olub. Nazirlikdən verilən məlumata görə, ötən il Xorvatiya, İraq, Macarıstan, Nigeriya, Serbiya, Sloveniya, Yunanıstan və Zambiyanın iqamətgahı digər ölkələrdə yerləşən hərbi attaşeləri Azərbaycanda akkreditə olunublar. |
2014-03-25 | 12,510 | Azərbaycan 26 ölkə ilə hərbi müqaviləyə hazırlaşır | Azərbaycan hazırda daha 26 ölkə ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumların imzalanmasına dair müzakirələr aparır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı ildən-ilə inkişaf edir və genişlənir. Azərbaycan Respublikası dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hal-hazırda daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir. Qeyd edək ki. Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus,Moldova, Polşa, İsrail, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Qətər, Belçika, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, İsveçrə, Koreya Respublikası və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1500-dək nümayəndəsinin iştirakı təmin edilir ( Trend ) . |
2014-03-25 | 12,511 | Pensiyaları ödəmək üçün dövlət əmlakı satılır | Ukraynada təqaüdləri ödəmək üçün dövlətə məxsus obyektlər satışa çıxarılacaq. İqamətgahlar, sanatoriya, mülk və torpaq sahələri hərraca çıxarılacaq. Əldə edilən gəlirlər sosial ödənişlərə sərf ediləcək. Nazirlər Kabineti ilk gündən büdcədəki vəziyyətin ürəkaçan olmadığıni demişdi. Belə ki, yeni vergilər, yüksəlmiş tariflər kimi islahatlar olacağı barədə xəbərdarlıq edilmişdi. Büdcə kəsiri olacaq. Baş nazir Arseni Yatsenyukun sözlərinə görə, büdcənin gəlir hissəsi təxminən 80 milyard qriven (təqribən 20 faiz) azalacaq. Bundan başqa Nazirlər Kabineti bütün dövlət məmurlarına formalı geyimlər, avtomobil, yeni mobil telefonlar, komputerlər almağı qadağan edib. Kabinetlərin təmiri, çarter reyslər, mobil telefonlarda rouminq xidməti də olmayacaq və dövlət aparatının saxlanma xərcləri də azaldılacaq. Güzəştlərin böyük qismindən də imtina edilməsi, ştat işçilərinin sayının azaldılması nəzərdə tutulur. Nazirliyin məlumatına görə, işçilərin 40 faizi işdən azad ediləcək. Artıq maaşlarda azalma edilib. Belə ki, bir necə ay öncə 3-4 min qriven maaş alan nazirlik işçiləri indi 1200 qriven alırlar. Ukrayna prezidenti vəzifələrini icra edən Aleksandr Turçinov daha sərt addımlar atmaq qərarına gəlib. Hərraca çıxarılanların gəlirləri ilə büdcə kəsiyini qapatmağa kömək edəcək. Məmurlara mülklərin siyahısını hazırlamaq, Nazirlər Kabineti və Əmlak Fonduna isə şəffaf hərrac keçirmək tapşırılıb. Satışa çıxarılan mülklər arasında Ukraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviçin yaşadığı, o Rusiyaya qaçandan sonra mətbuat nümayəndələrinin üzünə açılan "Mejiqoriya" iqamətgahının da olacağı bildirilir (ANS). |
2014-03-25 | 12,512 | Lavrovdan gülməli anlar – Video | Bir neçə il bundan öncə Fidciyə səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun qeyri-adi qarşılanma mərasimi ukraynalılar tərəfindən lağ obyekti kimi sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb. "Axar.az" məlumat verir ki, Rusiyanın baş diplomatına xüsusi köynək təqdim olunur və mərasim iştirakçıları tam 40 dəqiqə rituallardan ibarət milli musiqilər sərgiləyir. Sosial şəbəkə istifadəçiləri "siyasətdən yorulduq, bir az da siyasətə gülək" adıyla paylaşımlar aparırlar... |
2014-03-25 | 12,513 | Bayram günlərinin qəzaları: 15 ölü, 112 yaralı | Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarında 15 nəfər ölüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, mart ayının 20-dən 25-nə qədər respublika ərazisində 79 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 112 nəfər yaralanıb. Piyadaların vurulması ilə nəticələnən 22 yol qəzası qeydə alınıb, 4 nəfər ölüb, 19 nəfər yaralanıb. K. Əliyev qəzaların minimuma endirilməsi məqsədilə reydlər keçirildiyini bildirib. Hesabat dövründə 528 sərxoş sürücü, 713 ötmə qaydasını pozan, 3073 təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən 60 sürücü barəsində, ümumilikdə isə 23082 hərəkət iştirakçısı haqqında inzibati protokol tərtib edilib. |
2014-03-25 | 12,514 | Ukraynada hərbi çevriliş olacaq - Şok | Ukrayna ordusu ölkədə hərbi çevriliş edə bilər. "Axar.az" xəbər verir ki, bu informasiyanı rus mətbuatı Ukrayna ordusundakı mənbələrinə istinadən yayıb. Rusiya telekanalı hazırda Ukrayna ordusunun tam şəkildə döyüş vəziyyətinə gətirilərək ölkənin şərq və cənub istiqamətlərində yerləşdirildiyini yazıb. "Ukrayna ordusunun maliyyələşməsi bərbad vəziyyətdədir. Müdafiə naziri hökumətə və oliqarxlara müraciət edib. Lakin ordunun içində də bu vəziyyətlə bağlı narazılıq yaranıb. Ölkənin içində Rusiya yönümlü insanların sayı az deyil. Xüsusən rəhbərlikdə siz bunları müşahidə edə bilərsiniz. Belə gedişatla ordu ölkədə hərbi çevriliş edəcək". |
2014-03-25 | 12,516 | Nigar Köçərli İstintaq İdarəsinə çağrıldı | "Qanun" nəşriyyatına kəsilən 150 min manat məbləğində cəriməyə görə "Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb. Bu barədə kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərili özü məlumat verib. Onun sözlərinə görə, "Qanun" nəşriyyatına kəsilən 150 min manat cərimə ilə bağlı həyata keçirilən istintaq prossesində şahid qismində iştirak etmək üçün "Ali və Nino"-nunu istintaqa çağırıblar: "Yəqin ki, bizi istintaqda şahid qismində ifadə vermək üçün çağırıblar. Sorğu gəlmədiyi üçün mən də istintaqa getmədim. "Qanun" nəşriyyatı" da vergi yoxlaması ilə bağlı öz etirazını bildirir. Cəriməni ödəməyə də onların imkanları yoxdur". Qeyd edək ki, bir müddət bundan öncə "Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb. Xatırladaq ki, Vergilər nazirliyi "Qanun" nəşriyyatını cərimələyib. Aparılan Vergi yoxlamalarının nəticəsi olaraq "Qanun" nəşriyyatı 150 min manat cərimə olunub. Vergilər Nazirliyi, Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentində İstintaq idarəsində cinayət işi başlanıb (ANS). |
2014-03-25 | 12,517 | Dudayevin ordusunda savaşan Biliy necə öldürüldü? – Video | Ukrayna və Rusiya kütləvi informasiya vastələri "Sağ sektor" adlanan hərəkatın 3 liderdən biri – "Saşko Biliy" ləqəbli Aleksandr Muzıçkonun qətlə yetirildiyi barədə məlumat yayıb. "Axar.az" məlumat verir ki, qətl hadisəsi Ukraynanın Rovnenski vilayətinin Barmaki kəndindəki "Tri karasya" kafesinin yaxınlığında baş verib. Verilən məlumata görə, müstəntiqlər ərazidən Makarov tipli tapançanın güllələrini tapıblar. "Sağ sektor"dan verilən məlumatda həmçinin bildiriib ki, Biliydən başqa daha bir neçə təşkilat üzvü oğurlanıb. Saşko Biliyin qətlə yetirildiyini Ukrayna Daxili İşlər Nazirliyi və "Sağ sektor" hərəkəti nüməyəndələri də təsdiqləyiblər. Faktla bağlı istintaq-əməliyyat işlərinə start verilib. Xatırladaq ki, 20 nəfər rus hərbçisinin qətlində şübhəli bilindiyinə görə Rusiyada Saşko Biliyə qarşı cinayət işi açılmışdı. Saşka Biliy Çeçenistan müharibəsi zamanı çeçenlərin tərəfində, Basayevin bölməsində ruslara qarşı savaşıb. |
2014-03-25 | 12,518 | Türkiyənin yeganə müxalif qəzeti liderə çevrildi | "Sözcü" Türkiyənin ən çox satılan qəzeti statusunu aldı. "Axar.az" xəbər verir ki, qəzet son bir həftə ərazində oxucularının sayını 402.870 nəfərə çatdıra bilib. Türkiyənin tək müxalifət qəzeti olan "Sözcü" bunun sayəsində "Posta"nı önləyə bilib. Doğan Holdinqə aid olan digər bir qəzet - "Hürriyet" isə 399 min oxucu ilə üçüncü yerlə kifayətlənib. Dördüncü yerdə isə hökumətə yaxınlığı ilə seçilən "Sabah" qəzeti qərarlaşıb. |
2014-03-25 | 12,520 | Erməni rəis Bakıya gəlir | Ermənistanı Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah Rəisləri Komitəsinin iclasında kimin təmsil edəcəyi açıqlanıb. "Armtoday" məlumat verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu barədə açıqlama verib. O, iclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun təmsil edəcəyini deyib. Qeyd edək ki, Bakıda MDB ölkələri Baş Qərargah Rəisləri Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumata görə, ilk dəfə olaraq Azərbaycanda keçiriləcək iclas aprelin 7-8-də baş tutacaq. Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah Rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib (ANS). |
2014-03-25 | 12,521 | Nyu Yorkda qeyri-adi oğurluq – Video | Nyu York polisi 4 gənci həbs edib. "Axar.az" ABŞ mətbuatına əsasən xəbər verir ki, dünyanın ən hündür göydələni olan Dünya Ticarət Mərkəzindən (World Trade Center) oğurluq etmək istəyən 4 gənc saxlanılıb. Ərazi polisinin mediaya verdiyi məlumata görə, gənclər oğurluğu 30 sentyabra, gecə saat 03:00-a planlaşdırıblar. Plana əsasən, onlardan biri binanın aşağısında keşik çəkməli, digərləri isə oğurluğu edib paraşütlə aşağı düşməliymiş. Ceyms Bredi, Kul Hartvel, Marko Markoviç və Andre Rossinqdən ibarət olan komanda planın məşqləri zamanı həbs edilib. Komandanın ən gənc üzvü 16 yaşlı Castin Kaskuyeyo (Justin Casquejo) martın 16-da həbs edilmişdi. Polis onu 2 saatlıq təqibdən sonra binanın liftinin şaxtasında həbs edib. Məlum olub ki, Castin 1368 metrlik binanin damına bir neçə dəfə gizlin qalxmağı bacarıb. İlkin dindirmə zamanı müttəhimlər planlarını həyata keçirə bilmədikləri üçün təəssüfləndiklərini deyiblər. |
2014-03-25 | 12,522 | Qətl kameralara düşüb, amma qatillər “tapılmır”? | Lənkəranda qətlə yetirilən sələmçi Sürəyya Tağıyevanın qatilləri hələ də tapılmayıb. "Axar.az"ın məlumatına görə, qadının 2 nəfər tərəfindən öldürüldüyü bildirilsə də, polisin onları "isti izlərlə" tapması mümkün olmayıb. Maraqlı burasındadır ki, lənkəranlılar qətlin necə və kimlər tərəfindən həyata keçirilməsinin mərhumun həyətindəki təhlükəsizlik kameralarına düşdüyünü iddia edirlər. Bu hadisədən öncə isə maskalı şəxslərin bir başqa qadının evinə basqın edib, əl-qolunu bağlayaraq qızıllarını aparmasından sonra da həmin cinayətkarların tapılmaması əhalini təlaşlandırıb. Sakinlərin bildirdiyinə görə, sələmçi qadının qatilləri maskalı şəxslər olub. Onlar cinayəti törədikdən sonra ağ rəngli xarici maşına minərək hadisə yerini tərk ediblər. Əhali təhlükəsizlik kamerasına düşən canilərin hələ də tapılmamasından narahatdır. Xatırladaq ki, mart ayının 21-də iki nəfər maskalı şəxs Lənkəranın Şəhidlər Xiyabanı-5 ünvanında yerləşən mənzilə basqın edib. Hadisə zamanı 1954-cü il təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun illərdir sələmə pul verməklər məşğul imiş. |
2014-03-25 | 12,523 | “Valideyn klubu” yaradıldı | "Xüsusi qayğıya ehtiyaclı uşaqlara sahib olan gənc ailələrin maarifləndirilməsi" layihəsi başa çatıb. "Axar.az" xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "Birgə və Sağlam" İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib. Layihə çərçivəsində gənc ailələr və eləcə də ailə qurmağa hazırlaşan gənclər üçün 5 günlük maarifləndirici təlim və seminarlar təşkil edilib . Layihə rəhbəri Xanxanım Sadıxovanın verdiyi məlumata görə, 5 gün ərzində xüsusi qayğıya ehtiyaclı uşaqları olan valideynlərə maarifləndirici seminar və təlimlər keçirilib. Qeyd edək ki, təlim və seminarlarda iştirak edən və xüsusi qayğıya ehtiyacı olan uşaqlara sahib valideynlərin gələcəkdə daha sıx ünsiyyət saxlaması üçün "Valideyn Klubu" yaradılıb. Bu klub mütəmadi olaraq ayda bir dəfə görüşlər təşkil edərək, uşaqlarının inkişafını mütəxəssilərin iştirakı ilə müzakirə edə biləcəklər. |
2014-03-26 | 12,524 | Ucar qəzası ilə bağlı FHN məlumat yaydı - Foto | 15:00 Bakı-Qazax avtomobil yolunda ağır yol qəzası baş verib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 14:30 radələrində magistralın Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Yanacaq daşıyan yük maşını "Mercedes" markalı və daha bir neçə minik maşını ilə toqquşub, daha sonra idarəetməni itirərək aşıb. Nəticədə, bir nəfər ölüb, bir neçə sərnişin ağır xəsarət alıb. Yanacaq daşıyan maşın yolun hərəkət hissəsinə aşdığından yolda nəqliyyatın hərəkəti məhdudlaşıb və yanacaq dağılıb. Hazırda baş verə biləcək partlayış və yanğın təhlükəsini nəzərə alaraq orada olan şəxslər ərazidən uzaqlaşdırılır. 20:00 Bu gün günorta saatlarında Ucar ərazisində yanacaq daşıyan maşının aşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilindən FHN-in xilasediciləri meyiti xüsusi alətlərin köməyi ilə çıxarıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılar 99-EF-293 dövlət nömrə nişanlı "Mercedes"in sürücüsi Tahir Əliyev, həmçinin Bakı şəhər sakinləri 41 yaşlı Məharət Məmmədova, 50 yaşlı Lətafət Əliyeva, 18 yaşlı Orxan Qocayev, 62 yaşlı Rəqiyyə Muradovadır. Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır, digər üç nəfərin isə orta ağır kimi qiymətləndirir. Hadisə yerində ölənin şəxsiyyəti hələ müəyyənləşdirilməyib, onun T.Əliyevin idarə etdiyi avtomobildə olduğu bildirilir. 00:32 Ucar rayonu, Mürsülü kəndində (rayon mərkəzindən 25 km aralı) minik avtomobilləri ilə yük avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı minik avtomobilində sərnişin 1961-ci il təvəllüdlü Həqiqət Şükür qızı Cabbarovanın cəsədi sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən H.Cabbarovanın cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 15:10-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2014-03-25 | 12,526 | Ukraynanın Müdafiə naziri istefaya göndərildi | Mixail Koval Ukraynanın yeni Müdafiə Naziri təyin olunub. "Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb. Radada keçirilən səsvermə zamanı 314 deputatdan 251-i Mixail Kovalın yeni nazir təyin olunmasının leyhinə səs verib. Qeyd edək ki, Mixail Kovaldan öncə bu postu erməni əsilli İqor Tenyux tutmuşdu. |
2014-03-25 | 12,527 | Rus politoloqdan Qarabağ etirafı | Dini siyasət və etnik mədəniyyət üzrə ekspert, Rusiyanın ORT telekanalın ictimai-siyasi tok-şousunun aparıcısı Maksim Şevçenko Dağlıq Qarabağla Krım münaqişəsi arasında paralel aparanlara cavab verib. "Vestnik Kavkaza"nın müxbiri ilə söhbətində M. Şevçenko azərbaycanlıların Dağlıq Qarabağın yerli əhalisi olduğunu bildirib. "Nəzərinizə çatdırım ki, Dağlıq Qarabağ ətrafında status-kvo müharibədən sonra yaranıb. Müharibə nəticəsində minlərlə insan həlak olub, on minlərlə şəxs isə əsrlərdir yaşadığı doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Krımda isə Qarabağdan fərqli olaraq etnik təmizləmə olmayıb. Krım sülh olan ərazidir", - deyə Maksim Şevçenko deyib. "Yaddan çıxarmaq olmaz ki, azərbaycanlılar təkcə türklərdən ibarət deyil. Bura alban əsilli qafqaz xalqaları və ləzgilər də daxildir. Qarabağ xanlığı burda yaşayan və sonradan özlərini azərbaycanlı adlandıran yerli əhalinin qurduğu bir xanlıqdır. Həmin əhalinin Qarabağdan çıxarılması cinayətdir. Yalnız oranın yerli əhalisi həmin əraziyə qayıtıqdan sonra hər hansı refenrendumun keçirilməsi haqda danışmaq olar. Qaçqınların Qarabağa qayıtmasınadək orada keçirilən istənilən referendum qeyri-legitim olacaq", - deyə M.Şevçenko bildirib. Ekspert Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə qarışacağı haqda söz-söhbətlərə də aydınlıq gətirib. O, bildirib ki, bu cür söz-söhbətlərin əsası yoxdur: "Rusiya Ermənistanla hərbi əməkdaşlıq edir. Bundan başqa KTMT-ni də unutmaq olmaz. KTMT-nin nizamnaməsinə görə, quruma üzv olan ölkələr digər bir üzv dövlətə hücum olarsa münaqişəyə qoşulmalıdır. Dağlıq Qarabağ isə KTMT-yə üzv deyil. Rusiya bu regionda sülhün təminatçısı kimi çıxış edir. Belə ki, Dağlıq Qarabağ de-yure Rusiyanın hərbi qüvvələrinin Azərbaycan ərazisinə yeritmək üçün presedent ola bilməz". "Azərbaycan güclü ordusu, müstəqil siyasəti olan, qonşularına qarşı prinsipial mövqe nümayiş etdirən Cənubi Qafqazın önəmli ölkəsidir. Əgər Rusiya Xəzər regionunda sülhdə maraqlıdırsa, Azərbaycan onun üçün 1 nömrəli partyordur".(Anspress) |
2014-03-25 | 12,528 | İlham Əliyev Əbdül Həmidi təbrik etdi | Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Əbdül Həmidi təbrik edib. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Dövlət başçısının təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Banqladeşin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Banqladeş əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Banqladeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". |
2014-03-25 | 12,529 | Ukrayna rus müğənnilərini cərimələyəcək | Rus müğənniləri Ukraynadakı konsertlərini ləğv elədikləri üçün cərimə olunacaqlar. "Axar.az" xəbər verir ki, bu barədə konsert sarayının direktoru Mixail Kulinyak açıqlama verib. Həmin müğənnilər müqavilə şərtlərini yerinə yetirməyiblər və təxminən 3500 dollar dəyərində cərimə olunacaqlar. Qeyd edək ki, müqaviləni pozanlar arasında İrina Alleqrova, İrina Dubçova, Nadejda Kadışeva, Vladimir Kuzmin və digər ifaçılar yer alıb. |
2014-03-25 | 12,530 | Bakıya gələcək erməni generalla bağlı açıqlama - Rəsmi | Ermənistanı Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah Rəisləri Komitəsinin iclasında kimin təmsil edəcəyi ilə bağlı yayılan xəbərlərə Azərbaycan Müdafiə Nazirliyindən münasibət bildiriblər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 7-8 aprel 2014-cü il tarixlərində MDB ölkələri Baş Qərargah Rəisləri Komitəsinin Bakıda ilk dəfə keçiriləcək iclasının iştirakçıların siyahısı tam müəyyən edilmədiyindən Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsinin tədbirdə iştirak etməsi hələlik bəlli deyil. Qeyd edək ki, "Armtoday"də yayımlanan məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu barədə açıqlama verib. O, iclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun təmsil edəcəyini deyib. |
2014-03-25 | 12,531 | Rusiya Krıma görə medal təsis etdi | Rusiya Krımın bu ölkəyə birləşdirilməsi şərəfinə xüsusi medal hazırlayıb. "Axar.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən hazırlanmış medal "Krımın qaytarılması şərəfinə" adlanır. Rusiyanın Qara Dəniz Donanması, dəniz piyadaları, "Berkut"un keçmiş əməkdaşları medalla təltif olunublar. Medallar Krıma səfər edən Rusiya Müdafiə naziri Sergey Şoyqu tərəfindən təqdim olunub. |
2014-03-25 | 12,532 | Yol polisi Bakıda reydlərə başladı | Martın 19-dan 25-dək paytaxtda dayanma, durma, parklanma qaydalarının pozulmasına görə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin göstərişi əsasında idarənin bölmə və şöbə əməkdaşlarından ibarət qrup tərəfindən 3800 inzibati protokol tərtib edilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, aparılan təhlil nəticəsində məlum olub ki, bu günədək eyni xətanı törətdiyi üçün həftə ərzində 81 nəfər barəsində 2 dəfə, 136 nəfər barəsində isə 4 dəfəyə qədər təkrar protokol tərtib edilib: "Yəni 217 nəfər etdiyi hərəkətlərlə nə qanunu, nə də yol polisini saydıqlarını göstərirlər. Onlar eyni xətanı təkrar etməklə bildirmək istəyirlər ki, bu qaydalar onlara aid deyil və bu xətalara görə edilən cərimələri ödəməyə imkanları var". V.Əsəsdov bildirib ki, dayanma, durma, parklanma qaydalarının pozulması dedikdə əsasən nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində, yolun ikinci cərgəsində, piyada səkilərində, yolların kəsişmə hissəsində, avtobus dayanacaqlarında saxlanması nəzərdə tutulur. Bölmə rəisi qeyd edib ki, hazırda yol polisi tərəfindən reydlər davam etdirilir ("Trend"). |
2014-03-25 | 12,533 | Timoşenkonun gizli səs yazısı ortaya çıxdı - Video | Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonun gizli səs yazısı ortaya çıxıb. "Axar.az" xəbər verir ki, yayılan səs yazısında Timoşenko Ukraynanın təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı və Müdafiə nazirinin müavini Nestor Şufrixlə söhbəti zamanı, "Silahlanıb lənətə gəlmiş rusları öldürməliyik" dediyi ortaya çıxıb. Şufrixin, "Bir az əvvəl dostumla danışdım, ağlamaq dərəcəsindəydi, Krım hadisələrindən yoruldum" deməsinə, Timoşenko, "Mənim belə içimdən avtomat alıb cəbhədə o lənətə gəlmiş rusları öldürmək keçir" cavabını verib. Söhbət zamanı keçmiş baş nazir, "Bunlar həddini aşıb, dərhal silahlanmağımız lazımdır. Bu qəssabların hamısını yox etməliyik" deyib. Bununla bağlı məsələyə münasibət bildirən Timoşenko səs yazısının ona aid olduğunu təsdiq edib. |
2014-03-25 | 12,534 | Qazın qiyməti qalxacaq | Rusiyada qazın qiyməti iyulun 1-dən qalxacaq. "Axar.az" xəbər verir ki, 2014-cü ilin iyulun 1-dən ruslar üçün qazın qiyməti 4,2% qalxacaq. Bu barədə Federal Tarif Xidmətinin nümayəndəsi bildirib. Qeyd edək ki, ötən il Rusiyada mavi yanacağın qiyməti 15% qalxıb. Xatırladaq ki, ilin əvvəlində Rusiya hakimiyyəti əhali və ölkənin sənayesi üçün işığa və suya olan tarifləri dondurmaq haqqında qərar qəbul edib. |
2014-03-25 | 12,535 | Messi yeni müqavilə imzalayacaq | "Barselona"nın futbolçusu Lionel Messinin Kataloniya klubu ilə müqaviləni nə zaman yeniləcəyi müəyyənləşib. Argentinalı hücumçu qarşıdakı iki ay ərzində yeni müqavilə imzalayacaq. Sözləşməsinin müddəti 2018-ci ildə bitəcək futbolçunun müqaviləsi bir il daha artırılacaq. Qeyd edək ki, Messinin illik 25 milyon avro qazanacağı gözlənilir ("qol.az"). |
2014-03-25 | 12,536 | Polşadan: “Jirinovski psixiatra məktub yazmalıdır” | Polşalı siyasətçilər Jirinovskiyə psixiatra məktub yazmasını məsləhət görüblər. "Axar.az" xəbər verir ki, Jirinovskinin Ukrayna torpaqlarının bölüşdürülməsi ilə bağlı Polşaya göndərdiyi məktubu polyak həmkarlarını əsəbləşdirib. Polşanın SSRİ-də keçmış səfiri olan Stanislav Çesek Jirinovskini ruhi cəhətdən xəstə insan olduğunu söyləyərək, onun bir neçə dəfə müxtəlif xalqları təhqir etdiyini vurğulayıb. Polşa prezidentinin müşaviri də Jirinovskinin hərəkətini normal saymır: "Jirinovski məktubun ünvanını səhv salıb. O, psixiatra məktub yazmalıdır. Sağlam düşüncəli insan heç vaxt belə hərəkət etməz". Xatırladaq ki, Polşa rəsmilərinin Jirinovskinin məktubuna ilk reaksiyası da eynilə bu cür oldu. |
2014-03-25 | 12,537 | Ceyms Uorlik prezidentlərə səsləndi | ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə çağırış edib. Məlumata görə, həmsədr İlham Əliyevlə Serj Sərkisyanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv dialoqa səsləyib. Uorlik martın 25-də Tvitterdə yazıb ki, Azərbaycan və Ermənistan prezidentləri konstruktiv dialoq üçün açıq olsalar, biz davamlı sülh yolunu tapa bilərik. Amerikalı həmsədr İlham Əliyevlə Serj Sərkisyanın növbəti görüşünün razılaşdırıldığını, amma vaxtın hələ bilinmədiyini əlavə edib. Hazırda Dağlıq Qarabağ danışıqları yenilənmiş Madrid prinsipləri üzrə aparılır. Həmin prinsiplər Dağlıq Qarabağa keçid statusu verilməsini, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi nəzərdə tutur. Madrid sənədinə görə, münaqişə bölgəsinə sülhməramlı qüvvələr yerləşdiriləcək, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından və Laçın rayonunun cənubundakı 13 kənddən çıxarılacaq. Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılacaq ("Media forum"). |
2014-03-25 | 12,538 | İmişlidə beş otaqlı ev yandı | İmişlidə ev yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-25 | 12,539 | Elçibəy toyumda “Süleymani”ni oynadı... | "Xatirə dəftəri" həmişə maraqla oxunub. Hər kəsin yaşadığı acılı-şirinli xatirələr onun yaşadığı ömrün bir parçasıdır. Biz, "Axar.az" olaraq bu xatirələri vərəqləməklə müsahibimizi təkcə ötənlərə qaytarmırıq, həm də yaşanan günlərə işıq tutub bu günün baxışları ilə qiymət veririk... Gənc şair, ssenarist Ehtiram İlhamın "Xatirə dəftəri"ni oturub onunla birlikdə vərəqləmək istədiyimi dedim. "Dərdiş, mənim xatirələrim kimə gərəkdir ki?" – cavab verdi, ardınca da sualı gəldi: - Sənə nə olub, bir təhərsən? - Dişim ağrıyır.. - Əəə, nə üçün? – soruşdu. "Maraqlı sualdı", - fikirləşdim, ardıyca dedi: - Araq iç, keyisin. Allah kəssin, hamısı zülümdi, əziyyətdi - Bu aralar az görünürsən, nə işlə məşğulsan? - Evdəyəm, əlimdə redaktələr var. - Nə redaktələrdi elə? Kimləri redaktə edirsən, sifariş kimdəndi? - Kitab... çoxdandı nəşriyyatlarla, müəlliflərlə əməkdaşlıq edirəm də. Kim hansı kitabı versə. "Qanun" nəşriyyatı ən müxtəlif və məşhur müəllifləri verir... - Demək, dolanışığın ordandır. Başqa yerdən maaş-zad almırsan ki? - Demək olar həm də ordandı, yəni başqa işlərim də olur. Hərdən... uzun söhbətdi, gəl araq içək, dişin keyisin... Yaxından tanımaq üçün, yaxın əyləşmək lazımdı, dərdiş - Dişimlə işin olmasın, məsələn, nədi başqa işlər, baş kəsib, qan tökürsən? - Faiq, qadan alım, mən baş kəsənəmi bənzəyirəm? Dedin söhbətim var, nə söhbətdi elə? - Elə söhbətdi də edirik... - Şəmistan Əlizamanlı ilə QHT-miz var. Düşəndə film çəkirik. Sonra belə işlər. Amma Allah kəssin, hamısı zülümdi, əziyyətdi. Sənədli filmlərdi, müharibə, milli qəhrəmanlarımız, işğal olunan torpaqlarımız, yaxın tariximiz... yaxından tanımaq üçün, yaxın əyləşmək lazımdı, dərdiş. Filmlərin prodüsseri də özüməm... Allah qıymasın, pis deyil... Adam ha döy... - Dərdiş demişkən, dişlərim yaman ağrıyır, dedim sənə, necə düşünürsən, varmı elə bir filmin baxam, dişimin ağrısı kəsə? - Həkimə niyə getmirsən ki! Ayə, Vasifə de, bir dənə şeir desin, ağrısı kəsəcək, o araq içə bilmir ha... - Vasifə zəng vurdum ki, görüşək, deyir, vaxtım yoxdur... - Adam ha döy... O gözəllikdə şair olasan, amma dostlara vaxt ayırmayasan, Allahın arağın içə bilməyəsən, gərək onu bir abıra salaq, ayıbdır e, tənəsi bizə dəyər... - Bir filmdən nə qədər qazana bilərsən? - Qəpik-quruşdu qazanc. Ailəni dolandırmağa, dostlarla araq içməyə çatır deyəsən. - Ssenarilərin hollivuda gedib çıxa bilər? - Hollivuda bədii filmlər gedir, amma sənədli filmlər festivalına bəlkə də göndərmək olar. - Yəni ssenarist kimi heç fikirləşmirsən sənin filmlərinə uzaq Qvineyada baxsınlar? - Hər şey istəkdən asılıdı... Adamına baxır həm də. Vallah, elə qəliz məsələlərlə məşğul olammıram. Amma universitetdə ürəyimdən çox şey keçirdi... O ki qaldı ssenarist məsələsinə, vallah, mən utanıram özümə ssenarist deməyə. Gözəl şair, romançı Əyyub Qiyas olan yerdə adam bu sözü öz ünvanına götürə bilmir… Mən fəal hərəkatçı olmuşam axı... Azərbaycan torpaqlarının azadlığı, bütöv məmləkət–filan. - Ürəyindən keçənləri gerçəkləşdirmək mümkün olmadı? - Gördüyün kimi. Amma ilahi arzular və coşqulu illər idi. - O illərə dönmək mümkün olsaydı... - Keşkə... - Nə edərdin ki? - Amma mən yenə hərəkatçı olardım. - Hərəkatçı olduğunu deyənlər var, amma hərəkətsiz qalıblar. - O baxır insan xarakterinə və qismətinə.. - Kimlərlə daha çox ünsiyyətdəsən? Kim ki sazı daha çox sevir, onlarla? - Dostlarımla. O dost sazı sevməyə də bilər, amma yetər ki, soyuq yanaşmasın. Ayə, qıvlasız, kimi oxumuşamsa, əzbərimdədir... - Ən çox kimi oxuyursan, daha doğrusu - kimi əzbərdən bilirsən? - Yaddaşımda şeirlərin sayı-hesabı yodur, – xeyli fikrə gedir. - Sən adların de, mən əzbərdən deyim şeirlərini... Abbas Tufarqanlı, Qaracaoğlan, Səməd Vurğun, Nihal Atsız, B.Vahabzadə, H.Arif, M.İsmayıl, A.Səməd, M.İlqar, Murad Köhnəqala, Şaiq Vəli, İbrahim, Vasif, birmi, beşmi, hər kəsdən əzbər deyim... Nəbi Xəzri, Sabir Yusifoğlu, gəldi üzü belə... Salam, Pərviz, Aqşin... ayə, qıvlasız, kimi oxumuşamsa, əzbərimdədir... - Seçim qarşısında qalmısan. Tərəzi var, bir tərəfinə saz-söz qoyulub, o biri tərəfinə nə qoyardın? - Dostlarımın xatirəsini, Azərbaycanın bütövlüyünü, bütövlüyümüzə özümü qurban verərəm, nəinki sözü, sazı... Baxmayaraq ki, sazın səsi mənim damarımdan axan qanı tənzimləyir. - Xatirələrdən bəhs edirsən, amma heç o dəftəri vərəqləmirsən, danışmırsan... - Xatirə dəftəri 2 cür olur – biri orta məktəbdə yazılan "Xatirə dəftəri", bir də var insan yaddaşının "Xatirə dəftəri". Birinci dəftərim olmasa da, ikinci dəftərim xeyli böyükdür və ordan "kimlər gəlib, kimlər gedib..." Aşıq ola bilmədi... getdi, professor oldu - Yəni elələri olub ki, həmin xatirə dəftərindən silinib, yoxsa vərəqləmək istəmirsən? - Silinəni də var, vərəqini qatladığım da, amma silinməyənlər o qədər çoxdu ki... Məqamı çatıb, sənə bir olmuş söhbəti danışım. Demək, şair dostumuz Akif Əhmədgilin evində balaca bir məclis vardı. Məmməd İsmayıl, professor Nəsir Əhmədli, onun böyük qardaşı, mərhum dilçi-alım Bəşir Əhmədli, rəhmətlik Akif Səməd və başqa dostlar. Məclisin şirin yerində Bəşir müəllim divardan asılan sazı götürüb sinəsinə sıxaraq, asta-asta çalmağa başladı. Məmməd İsmayıl dedi: - Ay Bəşir müəllim, maşallah olsun, nə gözəl çalırsız sazı... Nəsir müəllim həmişəki hazırcavablığıyla dilləndi: - Məmməd müəllim, Bəşir cavanlığında aşıq olmaq istəyirdi, ola bilmədi. Getdi, professor oldu. Elçibəy toyumda "Süleymani"ni oynadı - Xatirə dəftərləri insanın iç dünyasıdır. O dünyana kimisə buraxsaydın, kimlərlə bağlı olan səhifələri açardın? - Övladlarıma vaxtsız itirdiyim valıdeynlırim və qardaşlarımla bağlı səhifələri açardım. Könlüylə içimi oxşayan insanlara isə açmağa fəxr eləyəcəyim xeyli səhifələr var... Məsələn, Əbülfəz Elçibəylə, Aşıq Xanlarla, Akif Səmədlə, Şaiq Vəliylə, Milli Qvardiyanın komandanı var idi - Tahir Məmmədov, onunla, Samir Tağızadə ilə və s. bağlı səhifələri açardım. Faiq, qadan alım, Elçibəy 1997-ci il noyabrın 26-da toyumda iştirak edib, əla çıxış eləyib, "Süleymani"yə qol qaldırıb oynayıb. - Döyüşmüsən? - Ömrümüz döyüşlərdə keçmədimi? Çiynimdə silahlar daşımışam. Səngərlərdə gecələmişəm.. - Hərakatda oldun, mitinq, tətil, müharibə. Ötən günlərdən hansılarını "Xatirə dəftəri"ndən silmək istəyirsən, amma bacarmırsan? - Elə hadisələr çoxdu, ay qardaş. Ən çox da hərəkatın və bəzi hərəkatçıların bu vəziyyətə düşməsi, torpaqların işğala düşməsinə səbəb olan amillər... Dərdiş, sən gəl iç e... dişin də toxdasın... Yaxşı olacaq inşallah. Bu dırnağın ucu boyda yaltaqlanmaq bəsdir - Musiqi, saz, silah, hərakat, redaktə, kitablar, araq məclisləri... Sənin "Xatirə dəftəri"ndə salamat yer olmaz... - Şeiri unutdun, deyəsən. Heç içimdə də salamat yer yoxdu, dərdiş... Məmməd İsmayıl, Məmməd İlqar, Zirəddin... Bunların hər biri ustaddır, hər birinin də mənim ürəyimdə ayrıca yeri var. Böyük adamlardı həm də... Bir dəfə rəhmətlik Akif Səmədlə bir məclisdə televizora baxırdıq. Tanınmış şairlərdən biri yenə öz ampluasında - yaltaqlanmağında idi. Akif Səməd bir az tamaşa edəndən sonra dedi: - Ay həpənd, dolanmaq üçün bu dırnağın ucu boyda yaltaqlanmaq bəsdir axı... Bu boyda hara girirsən belə?.. Və hirsindən rəngi qap-qara qaralan Akif Səmədlə məclisi tərk etməli olduq. Mənim xatirələrim, xatirə dəftərim o qədər zəngin olmasa da, çox maraqlıdır, dərdiş. Ehtiram birdən süfrəyə qoyulmuş arağa tərəf baxır: - Sən bunu bəyənmirsən, deyəsən, hansı araqdan içəcəyik, özün de, heç olmasa arağı mən alım, qonaqlığı özün verirsən də... Ehtiram İlham həmin gün araq içmədi, heç mən də... onun xatirələrinin sərxoşu olmuşdum... |
2014-03-25 | 12,540 | Sərkisyan Bəşər Əsədə məktub göndərdi | Ermənistan prezidenti Serj Sərkisyan Suriya lideri Bəşər Əsədə təşəkkür məktubu göndərib. "Axar.az" xəbər verir ki, Sərkisyan məktubunda Əsədə erməni əhalisini qoruduğu üçün təşəkkür edib. Suriyanın rəsmi SANA agentliyi Sərkisyanın məktubunun məzmununu açıqlayıb: "Sərkisyan türk hərbi legionlarının hücumlarından sonra 3-cü dəfə evlərini tərk etmək məcburiyyətində qalan Kesebdəki erməniləri qoruduqları üçün suriyalı rəsmilərə təşəkkür edib". Sərkisyan məktubunda yazıb: "Hamımız Kesebin tarixini yaxşı xatırlayırıq. Ötən əsrdə buralar ermənilərin sürgün olunması kimi cəhənnəm səhnələrinə şahid olmuşdu". |
2014-03-25 | 12,541 | Prezidentin qızının zindandan yazdığı qorxunc məktub | Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova Mərkəzi Asiyanın ən güclü simalarından biri olub. Amma ötən il ətrafında baş verən qalmaqaldan sonra atasının gözündən düşüb. Gülnarə 5 həftə öncə internetdə öz aktivliyini davam etdirirdi. Amma onun son günlərdəki susqunluğu hələ də davam edir. "Mən psixoloji təzyiq altındayam. Döyülmüşəm. Mənim əllərimdəki xəsarətləri, zədələri saya bilərsiniz" - "bbc.com"un yazdığına görə, Özbəkistandan göndərilən məktubda belə yazılır. Məktubu yazan şəxs ev məhbusluğu yaşadığını, hər gün təhdidlərlə üzləşdiyinı, polis və kamera ilə izləndiyini bildirir. Bu məktub dünyanın ən çox represyalar olan ölkəsi Özbəkistandan göndərilib. Məktubu göndərən anonim şəxs özünü "ədalətin bərpaçısına çalışan" kimi təqdim edib. Bildirib ki, məktub bir neçə gün öncə yazılıb və gizli yollarla ona çatdırılıb. Məktubu göndərən şəxs əlavə detalları açıqlamaqdan imtina edib. "...İNSAN KİMİ YAŞAMAQ MÜMKÜN DEYİL" Məktub bu sətirlərlə başlayır: "Kameralarla izlənmək, hər tərəfdə əli silahlıların nəzarətində insan kimi yaşamaq mümkün deyil". Məktubu kimin yazdığı məlum olmasa da məktubda deyilənlər, məktubu yazanın xətti onun Özbəkistan prezidenti Gülnarə Kərimovaya məxsus olması ehtimalını artırır. "Bu ölkədə qanunun aliliyinin mövcudluğuna inanmaqda mən necə də sadəlöhv olmuşam"- məktubdakı sətirlərdən birində yazılır. Analitiklər Gülnarə Kərimovanın əl yazısı ilə bu məktubu müqayisə ediblər. Gəldikləri qənaət belədir ki, hər iki məktubu 75 faiz eyni şəxs yazıb. Kiril əlifbası üzrə əlyazısı eksperti İnessa Qoldberq deyir ki, müqayisə olunan iki xətt eyni şəxsə məxsusdur. "Orijinal nümunə olmadan bu haqda 100 faiz məlumat vermək mümkün deyil. Amma çox böyük ehtimalla bu iki xətt eyni şəxsə məxsusdur". Gülnarə Kərimova öz ailəsi haqda sərt tənqidi tvitlər yazandan sonra onun Tvitter hesabı bağlanıb. Kərimova son vaxtlar Tvitterdə yazırdı ki, onun başçılıq etdiyi təşkilatlara və media orqanlarına təzyiqlər başlanıb və ya onlar istintaq altındadırlar. "Human Rights Watch" təşkilatının Avropa Mediası üzrə direktoru Andrew Stroehlein bildirir ki, Gülnarənin Tvitterdə fəaliyyəti ölkədə həbsxana işgəncələrinin, məcburi əməyin və qanunsuz həbslərin olduğunu bir daha göstərib. Gülnarə yüngül əyləncələrindən – pop musiqisindən, moda dizaynerliyindən, yoqadan daha çox həzz alan biri kimi görünürdü. Amma eyni zamanda o, rəqiblərin əlindən qəddarlıqla alınmış mülkiyyətlərdən və xarici investorlarla korrupsiyalı sövdələşmələrdən yaranmış sərvətin üstündə oturub. Gülnarə İsveçrə, İsveç və Fransada başlanmış cinayət təhqiqatında əsas fiqurdur. Bəzi iddialara görə o, həmçinin İsveçin telekommunikasiya nəhəngi "TeliaSonera"nın Özbəkistan bazarına daxil olması üçün rüşvət istəyib. Şirkətin özbək filialı olan "UCell" Kərimovanın "Fund Forum" xeyriyyə cəmiyyəti və hər il keçirilən "style.uz" festivalının maliyyələşdirilməsini davam etdirir. Eyni zamanda Kərimova beynəlxalq səhnədə də müəyyən legitimlik qazana bilib. O hətta prezidentin varisi kimi tanınmazdan əvvəl BMT-nin Cenevrə ofisində səfir olub. Belə görünürdü ki, yaxşıca cilalanmış və dünya görmüş Kərimova 2005-ci ildə Əndicanda törədilmiş qətliam, şagirdlərdən pambıq yığımında qul kimi istifadə olunması barədə ittihamlara tutarlı cavablar verə bilər. Yeri gəlmişkən, bu kimi məsələlərə görə onun dizaynı 2012-ci ildə Nyu York Moda Həftəsində boykot edilmişdi ("Musavat.com"). |
2014-03-25 | 12,542 | Putin üzünü dəyişdirtdirib – Video | Putinin üzünü dəyişdirilməsi ilə bağlı söz-söhbətlər bitmək bilmir. "Axar.az" xəbər verir ki, 2012-ci ildə Yutuba yerləşdirilən bu videonu 4 milyon 921 min 920 nəfər izləyib və indiyə kimi də şərhlər gəlməkdə davam edir. "Deyli Meyl" Rusiya Federasiyasının Prezidenti Putinin yeni və köhnə şəkillərini müqayisə edir. Bildirilir ki, şəkillər arasındakı fərq yetərincədir. Bunun səbəbini ya plastik əməliyyatda görürlər, ya da Putinin lazım olduğundan çox yatmağında. Bundan sonra Putini Mister Botoks adlandırmağa başlayırlar. Lakin plastik əməliyyat variantı o qədər də inandırıcı görünmür. Çünki televiziya ekranlarında görünməklə plastik əməliyyat eləmək olmaz. Putinin son 12 ildəki video və şəkillərinə nəzər yetirsək, onun hər dəfə necə dəyişildiyini aydın görmək olar. Bundan da belə nəticə çıxarmaq olar ki, Putin mütəmadi olaraq plastik əməliyyat elətdirir, ya da ki, onun oxşarı var. |
2014-03-25 | 12,543 | "Barselona"dan 120 milyonluq transfer | "Barselona" prezidenti Xosep Mariya Bartomeu bəyan edib ki, klub yay transfer pəncərəsində əhəmiyyətli dərəcədə məsrəfə hazırdır. Bartameu "El Periodico"ya müsahibəsində deyib: "Gəlirimiz vergi ödənişlərinə və amortizasiyaya qədər təxminən 120 milyon avro təşkil edir. Adətən, biz bu məbləğin yarısını transferlərə xərcləyirik. Lakin bu il biz bütün gəlirimizi yeni oyunçuların alınmasına xərcləyə bilərik". Katalonlar Viktor Valdes və Karles Puyolun gedişi ilə əlaqədar qapıçı və mərkəz müdafiəçisi mövqeyinə oyunçu axtarırlar. "Barsa"nın yeni qapıçısının "Borussiya"nın (Münhenqladbax) üzvü Mark-Andre ter Şteqen olacağı gözlənilir. Bununla yanaşı, katalonların "Çelsi"nin braziliyalı müdafiəçisi David Luis, "Tottenhem"in holland oyunçusu Yan Vertonqen və "Portu"dan fransız Elyakim Manqalaya maraq göstərdikləri bildirilir ( Trend ). |
2014-03-25 | 12,544 | Səhiyyə Nazirliyindən hepatit açıqlaması | Səhiyyə Nazirliyi epidemioloji xəstəliklərin daşıyıcılarının daha çox hansı bölgələrdə yaşaması ilə bağlı açıqlama verib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva bildirib ki, son illər infeksiya daşıyıcılığı əsasən B və C virus hepatitləri üzrə qeydə alınır. Onların aşkarlanması xüsusi müayinə üsulları ilə həyata keçirilir. Afaq Əliyeva son zamanlar belə xəstəliklərin artma səbəblərinə də aydınlıq gətirib. Son zamanlar insanlar arasında daşıyıcılıq hallarının artması laborator şəbəkələrinin genişləndirilməsi və diaqnostika üsullarının keyfiyyətinin təkmilləşdirilməsi ilə izah olunur. Daşıyıcılıq halları əsasən Bakı şəhərində daha çox aşkar edilib. Viruslu hepatitlərlə xəstələnmə 25-50 yaşlarda daha çox təsadüf olunur (ANS). |
2014-03-25 | 12,545 | Rəqsanə Əli Mirəliyevi məhkəməyə verdi | Müğənni Rəqsanə İsmayılova həmkarı Əli Mirəliyevi məhkəməyə verib. Sənətçi bu haqda ANS telekanalının "Günəbaxan" verilişində bildirib. Buna səbəb Ə.Mirəliyevin onun ünvanına təhqiramiz sözlər işlətməsi olub: "Bir dəfə mənim haqqımda biabırçı ifadələr söylədi. Cavab vermədim, susdum, ona hörmət etdim. Dünən eşidirəm ki, başqa verilişdə yenə eyni sözləri deyib. Hamı məni qınayır ki, niyə onun cavabını vermirsən? Qorxursan? Mən də gedib Əli Mirəliyevi məhkəməyə verdim". Qeyd edək ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş hərəkətləri müəyyən etdikdə hər bir halda, həmin Məcəllənin 121-ci maddəsinin I və II hissələrinldə və 122-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri müəyyən etdikdə isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq zərərçəkənin və ya onun nümayəndəsinin bu barədə şikayəti olduğu hallarda cinayət işi başlaya bilər ("Publika.az"). |
2014-03-25 | 12,546 | Məşhur aparıcı Nazarbayevi və Lukaşenkonu ələ saldı – Video | Məşhur aparıcı İvan Urqant öz şousunda Qazaxıstanın prezidenti Nursultan Nazarbayevi və Belarus prezidenti Lukaşenkonu ələ salıb. "Axar.az" xəbər verir ki, İvan Urqant Nursultan Nazarbayevin Hollandiyaya səfəri zamanı lalənin yeni növünü onun şərəfinə adlandırdığını bildirib. Aparıcı Belarus diktatoru Lukaşenkonu isə çiyələklə müqayisə edib. |
2014-03-25 | 12,547 | İlham Əliyev: "Ermənistan AES-i region üçün təhdiddir" | Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti martın 25-də öz işini davam etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış edib. Sammitin ikinci iş günü nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olundu. Bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulandı. Dünya liderləri bu Zirvə görüşündə də nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə saxladılar. Onlar nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu təhlükənin qarşısının alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkdilər. Sammitin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. Zirvə görüşü iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammiti qəbul etdiyinə və göstərdiyi qonaqpərvərliyə görə Niderland hökumətinə minnətdarlığını bildirdi. Nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolundan danışan Azərbaycan dövlətinin başçısı ölkəmizin nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə bu Agentliklə fəal əməkdaşlıq etdiyini və Azərbaycanın iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəklədiyini, bu yaxınlarda Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil edib. Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk "Dəniz Təhlükəsizliyi Strategiyası"nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də aidiyyati materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir. Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır. Daha sonra Azərbaycan Prezidenti Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq dedi ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaqdır. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır. Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən Prezident İlham Əliyev bildirdi ki, biz regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla apardığımız əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə sadiqik. Çıxışının sonunda Azərbaycan dövlətinin başçısı Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bütün çağırışların həll ediləcəyinə və daha təhlükəsiz dünya qurulacağına əminliyini ifadə etdi. Sonra zirvə görüşünün "Nüvə təhlükəsizliyi sammitinin gələcəyi" mövzusunda qeyri-rəsmi iclası oldu. Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron və İtaliyanın Baş naziri Matteo Rentsi ilə görüşdü. Söhbət zamanı Azərbaycan ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Zirvə görüşü zamanı Türkiyə Prezidenti Abdullah Güllə də görüşdü. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyəti və perspektivi ilə bağlı müzakirələr aparıldı. Zirvə görüşünün yekununda liderlər birgə foto çəkdirdilər. Sonra dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verildi. Zirvə görüşünün sonunda yekun Kommünike qəbul olundu (AzərTac). |
2014-03-25 | 12,548 | İTV-dən çıxarılan baş direktor müavini İrana göndərildi | İctimai Televizyanın Baş direktorunun keçmiş müavini Oqtay Bayramova AzərTAc-ın İrandakı bürosunda vəzifə verilib. Bu barədə AzərTAC-dakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, AzərTAc-dan İTV-yə Baş direktor müavini vəzifəsinə göndərilən Oqtay Bayramov bir müddət öncə Cəmil Quliyevin təkidi ilə ərizə yazaraq işdən çıxmış, yenidən əvvəlki iş yerinə qayıtmışdı. O, hazırda AzərTAc-ın İstanbul bürosunda xüsusi müxbir kimi çalışır. Hazırda adıçəkilən şəxsin İrana təyinat aldığı bildirilir. Sözügedən qurumun Baş direktor müavini Dağıbəyi İsmayılov açıqlamasında məlumatı təsdiq etdi: "Məlumat doğrudur. Oqtay Bayramov İstanbuldan çağırılaraq İrandakı büroya təyin olunub. O, bundan sonra İstanbulda deyil, ancaq İranda fəaliyyət göstərəcək" İndiyədək bu vəzifəni İranda icra etmiş Sabir Şahtaxlıya gəlincə, D.İsmayılov onun yaxın günlərdə Naxçıvan bürosuna göndərilə biləcəyini istisna etmədi ("Qaynar.info"). |
2014-03-25 | 12,551 | Ermənilər Əlibəylini gülləbaran edir - Son dəqiqə | Cəbhənin təmas xəttində yenidən atəşkəs pozulub. "Axar.az" "Aktual.az"a istinadən xəbər verir ki, erməni silahlı bölmələri bu gün saat 12.00-dan 17.20-yə qədər ağır çaplı silahlardan Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi intensiv olaraq atəşə tutublar. Bu barədə məlumatı Əlibəyli kənd sakinləri verib: "Əhali vahimə içindədir. Sakinlərdən yaxınlıqdakı kəndlərə gedənlər var". |
2014-03-25 | 12,552 | Rusiyadan Türkiyənin təyyarə vurmasına kəskin reaksiya | Rusiya Xarici İşlər Nazirliyi Suriya və Türkiyə sərhəddində təyyarənin vurulmasına münasibət bildirib. "Axar.az" xəbər verir ki, Rusiya tərəfləri təmkinli olmağa, hərbi gərginliyin artmaması üçün səy göstərməyə çağırıb. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Suriya və Türkiyə sərhədində müxaliflərlə iqtidar tərəfdarları arasında yaranan qarşıdurmalar, Suriyanın təyyarənin vurulması ilə bağlı BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasına göndərdiyi məktub, Türkiyə və Səudiyyə Ərəbistanının terrorçulara dəstək verdiyi barədə xəbərlər araşdırılır. Bölgədə gərginliyin artmaması üçün çıxış yolunun dialoq olduğu vurğulanır. |
2014-03-25 | 12,553 | Beyləqanda ərzaq anbarı yandı | Beyləqan şəhərində ərzaq anbarında yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Beyləqan şəhərində ümumi sahəsi 264 kv.m olan ərzaq anbarının dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-03-25 | 12,554 | Fətulah Gülən-İsrail əlaqələri yenidən gündəmdə - Foto | Fətullah Gülənə məxsus olan "Golden Generation" (Qızıl Nəsil) vəqfinin nümayəndəsinin israilli əsgərlərlə bir yerdə fotoşəklinin yayılması Türkiyə tərəfindən çox kəskin qarşılanıb. "Axar.az" xəbər verir ki, "Mavi Mərmərə" olayları zamanı 9 türkün şəhid olmasına heç bir reaksiya verməyən Fətullah Gülən İsraili bir dəfə də olsun qınaq obyektinə çevirməyib. Vəqfin nümayəndəsi Yasəmin Aksoy İsrailə səfəri zamanı əsgərlərlə bir yerdə çəkil çəkdirərək sosial şəbəkədə paylaşıb. Bu görüntülərdən sonra Gülən-İsrail əlaqələrinin sübuta yetirildiyi barədə yenidən iddialar ortaya atılıb. |
2014-03-25 | 12,555 | Daha bir ölkə MDB-dən çıxmağa hazırlaşır | Moldovanın müxalif Liberal Partiyası tərəfindən irəli sürülən və ölkənin MDB-dən çıxmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qeydə alınıb. Bu barədə danışan sənəd müəllifi, partiya sədri Mixay Qimpu bildirib: "MDB-nin bir üzvünün təşkilatın təməl prinsiplərini pozmasından və başqa bir üzv ölkənin ərazisini qəsb eləməsindən sonra Moldova bu qurumu tərk eləməlidir". Az öncə rəsmi Kişinyov Avropa Birliyi ilə assosiativ saziş imzalayandan sonra Moldovanın MDB-dən çıxa biləcəyini bəyan eləmişdi. ("Musavat.com") |
2014-03-25 | 12,556 | Müxalifət lideri Ərdoğanın qaçacağı ölkənin adını açıqladı | CHP lideri Kamal Kılıçdaroğlu Baş nazir Ərdoğanın ölkədə çevriliş baş verəcəyi təqdirdə hansı ölkəyə qaçacağını açıqlayıb. "Axar.az" xəbər verir ki, Kılıçdaroğlu Ərdoğana Ömər əl-Bəşirin ölkəsi Sudanı uyğun görüb. Hər iki ölkə liderinin minlərlə uşaq ölümünə, korrupsiyaya alət olduğunu bildirən Kılıçdaroğlu ikisinin də yanaşı yaşamalı olduğunu qeyd edib. Kılıçdaroğlu Dənizlidə keçirilən seçki mitinqində 30 martda ölkənin təmizlənəcəyinə işarə edib. |
2014-03-25 | 12,557 | Suriya müxalifəti Türkiyə ilə sərhəd əraziləri ələ keçirdi - Foto | Suriyada rejimə qarşı döyüşən müxalif qüvvələr Türkiyə sərhədində yerləşən Samra sahil kəndini ələ keçirərək, Aralıq dənizinə çatdığı bildirilir. "Axar.az" xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Təşkilatı rəhbəri Rami Abdülrahman məlmat verib. Ələ keçirilən kəndin idarəsinin müxaliflərə keçməsinin rejimə böyük bir zərbə olduğu vurğulanır. Qeyd edək ki, müxalif qüvvələr ötən gün də Türkiyənin Yayladağı mahalına iki kilometr məsafədə yerləşən və əhalisinin əksəriyyətini ermənilər təşkil edən Qasab qəsəbəsini ələ keçirmişdi. |
2014-03-25 | 12,558 | Ağsuda məktəbli qız intihar etdi | Ağsuda məktəbli intihar edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində qeydə alınıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini 11-ci sinif şagirdi 1997-ci il təvəllüdlü Musayeva Gülnar Qalib qızı özünü yaşadığı evin həyətində asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil. |
2014-03-25 | 12,559 | Ərdoğan: "Gülən camaat"ı terror təşkilatıdır" - Şok | "Fətullah Gülən camaat"ı terror təşkilatıdır". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, "Gülən camaatı"na qarşı seçkilərdən sonra daha sərt addımlar atacağını bildirib: "Bu Pensilvaniya "camaat" deyil, təşkilatdır. Etdikləri elə şeylər var ki, bunlar sadəcə terror təşkilatı xarakterini özündə əks etdirir. Bu seçkilərdən sonra daha fərqli şəkildə addımlar atacağıq. Biz bu vətəni, bu dövləti küçələrdən tapmamışıq. Lazım olanı edəcəyik. Millətimizin bizə əmri nədirsə, onu da edəcəyik". |
2014-03-25 | 12,560 | Balıqçılar Xəzərdə itkin düşdü | Azərbaycanın Siyəzən rayonunda 5 nəfər balıqçı itkin düşüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar. Onların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar. Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat verilib. Nazirliyin aviasiya dəstəsinin bir helikopteri və digər xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub. |
2014-03-25 | 12,561 | ABŞ-ın dünyada inşa etdiyi mülki obyektlərin sirri - Video | ABŞ bütün dünyada nəhəng antenlərə bənzəyən və mülki obyekt kimi təqdim edilən qeyri-adi binalar tikir. "Axar.az" xəbər verir ki, bu iddia ilə latviyalı ufoloqlar çıxış edib. Onların iddiasına görə, Riqada "Dünya qəsri" adlanan qeyri-adi görünüşlü milli kitabxana da belələrindən sayılır. Latviyalı ufoloqlar iddia edir ki, bu bina əslində UNO-ları izləyən və onlarla əlaqə yaradan nəhəng radio-lokasiya stansiyasıdır. Yerli sakinlərin dediklərində qəribə bir məqam ondan ibarətdir ki, bu kitabxananı tikənlər ABŞ-dan olub. Halbuki büdcə xərclərinin az olması üçün burada çalışanlar ya yerli, ya da Rusiya, Ukrayna vətəndaşları olmalı idi. Daha bir maraqlı cəhət budur ki, memarı ABŞ vətəndaşı olan latviyalının ərsəyə gətirdiyi bu binanın quruluşu kitab saxlamaq üçün qətiyyən məqsədəuyğun deyil. Kitabxananın yerləşdiyi yerin ətrafında ciddi rabitə problemi var. Hazırda isə bina boşdur. Daha ətraflı videoda: |
2014-03-25 | 12,562 | Öz-özünə od tutub yandılar - Sirr/Video | İnsanların öz-özünə alışıb yanması faktları əsrlərdir ki, hər kəsə məlumdur. "Axar.az" xəbər verir ki, son dəfə belə öz-özünə, kənardan heç bir fiziki təsir olmadan alışma hadisəsi Rostov-Donda baş verib. Gecə klubunun iki müştərisi birdən-birə yanmağa başlayıb. Onlardan birinin bədəni 20% yanıb, o biri isə müalicə alandan sonra xəstəxanadan buraxılıb. Mütəxəssislərin bildirdiyinə görə, öz-özündən alışma kimi hadisəyə 20 ildən bir təsadüf edilir. Bu fenomeni molekulların mikrodalğa prinsipi ilə yaranan titrəyişlə əlaqələndirirlər. Beləliklə, mikrodalğalar insanların daxilində cəmləşə bilər. Lakin onların insan daxilində cəmləşməsinin dəqiq səbəbi hələ ki, müəyyənləşdirilməyib. Ümumilikdə partlayıcı maddələr və öz-özünə alışma arasında müəyyən əlaqənin olduğu ehtimal edilir. Bəzi mütəxəssislərin dediklərinə görə, bu halda özünü məhvetmə mexanizmi işə düşür. Daha ətraflı videoda: |
2014-03-25 | 12,563 | Putin ABŞ əleyhinə 6 hərbi baza yaradır - Revanş | "Dünyanın altı ölkəsində Rusiya hərbi bazaları yerləşdiriləcək". "Axar.az" xəbər verir ki, bu iddia ilə Qərb mətbuatı çıxış edib. Mətbuat Argentinadan sonra əsas hədəfdə Nikaraquanın durduğunu deyib. "Rusiya öz hərbi bazalarını bu il ərzində xeyli genişləndirəcək. Artıq Amerika qitəsində bu bazaları görə biləcəyik. Argentina başlanğıc idi. Bundan sonra Nikaraqua, Venesuela, Kuba, Seyşel adaları, Sinqapur və Vyetnamda da bu bazalar yerləşdiriləcək. Argentinadan sonra əsas namizəd Nikaraquadır. Rusiya bununla ABŞ-a öz gücünü nümayiş etdirir. Qərbin Monro doktorinasından imtina etməsi Putinin əl-qolunu açıb". Qeyd edək ki, bu gün Argentinada Rusiya hərbi bazalarının yerləşdirilməsi ilə bağlı razılıq əldə olunub. |
2014-03-25 | 12,564 | Məhv edilməsi planlaşdırılan müsəlman ölkələri – Video | "Biz 5 il ərzində 7 ölkəni bombalayacağıq". "Axar.az" xəbər verir ki, bu iddia ilə ABŞ generalı çıxış edib. Kadrlarda general Ağ Evdə müsəlman ölkələrinin necə məhv edilməsi haqqında planın hazırlandığını bildirir: "Onlar mənə 5 il ərzində 7 ölkəni sadəcə bombalayacaqlarını bildirdi. Heç bir səbəb yox idi. Bu, İraqdan başlamalı idi. Daha sonra isə Somali, Livan, Liviya, Sudan, Suriya və İran olmalıdır". Amerikalı generalın etiraflarından ibarət videonu təqdim edirik. |
2014-03-25 | 12,565 | 11 sentyabr haqqında ABŞ milyarderindən şok sözlər – Video | "11 sentyabrı terrorçular həyata keçirməyib". "Axar.az" xəbər verir ki, məşhur milyarder Nikolas Rokfellerin səs yazısından ibarət süjetdə bu iddia əksini tapıb. Süjetdə N.Rokfellerin bir nəfər jurnalistlə dialoqu verilir. Dialoq zamanı Rokfeller hansı istiqamətlərdə hücum keçirəcəklərini bildirir: "Biz öncə Əfqanıstanı, İraqı, sonra isə Venesuelanı ələ keçirəcəyik. Əvvəl bu ikisi olmalıdır. Çavesi isə sonraya da saxlaya bilərik". Milyarder Əfqanıstan və İraqda aparacaqları müharibə formasını da etiraf etməkdən çəkinmir: "Burada iş aparmaq çox asandır. İnsanlar səndən bezəndə terrorçu sözünü ortaya atırsan. Mətbuat, televiziyalar o qədər bunun haqqında danışır ki, axırda hər kəs onları qəbul etmək məcburiyyətində qalır". Rokfellerin etirafından ibarət olan süjeti təqdim edirik. |
2014-03-25 | 12,566 | ABŞ səfiri Azərbaycanla əlaqələrdən danışdı - Foto | "Biz istəyirik ki, Amerika-Azərbaycan əlaqələri mədəniyyət sahəsində də güclənsin". "Axar.az" xəbər verir ki, bu sözləri bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Mary McBride" qrupunun Bakıdakı konsertinin açılışı zamanı deyib. Səfir bu konsertin ABŞ səfirliyi tərəfindən keçirilən ilk konsert olmadığını da bildirib. Qrup Bakı ilə yanaşı, növbəti 3 gündə Gəncə, Şəki və Zaqatalada da konsert verəcək. Xatırladaq ki, "Mary McBride" qrupu Əfqanıstan, İtaliya, Türkiyə, Argentina və başqa ölkələrdə pulsuz xeyriyyə konsertləri verib. |
2014-03-25 | 12,567 | Jirinovski tatarca danışdı - Video | Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "Rossiya 1" kanalında Vladimir Solovyovun aparıcılığı ilə hər bazar günü efirdə olan "Bazar axşamı" verilişində tatarca danışıb. "Axar.az" məlumat verir ki, siyasi partiya sədrləri və politoloqların qatıldığı proqramda Jirinovski Krım tatarlarına onların dilində müraciət edib. Yarımadada keçirilən referendumun gedişinə və nəticələrinə toxunan Jirinovski tatarca Krım sakinlərinə bu sözləri deyib: "Sülh, dostluq və barış içində yaşamalıyıq. Daima bir yerdə yaşamalıyıq. Krım, mən səni sevdiyim qədər başqası sevə bilməz. Başqa cür ola bilməz". Partiya sədrinin bu cür çıxışı auditoriya tərəfindən alqışlarla qarşılanıb. |
2014-03-26 | 12,568 | Krım rəhbərliyinin pasport sevinci – Foto | Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov və Rəyasət Heyətinin üzvləri bu gün rus pasportları alıblar. "Axar.az" məlumat verir ki, pasportları onlara Rusiya Miqrasiya Xidməti sədrinin müavini Anatoli Fomenko təqdim edib. Konstantinov bunu bayram adlandırıb: "Krım Parlamentinin Rəyasət Heyəti fəaliyyətində ardıcıl idi. Biz birlikdə ən çətin dövrü keçdik. Bu gün heyətin bayram günüdür". |
2014-03-26 | 12,569 | Obama: "Putin daha da irəli getsə, Rusiyanı çökdürəcəyik" | ABŞ Prezidenti Barak Obama Rusiyanı Ukraynada daha da irəli getməməsi barədə xəbərdar edib. "Axar.az" xəbər verir ki, Barak Obama Putinin işğal siyasətini davam etdirəcəyi təqdirdə enerji və maliyyə sektoruna məhdudiyyətlər qoyulacağını və silah embarqosu tətbiq edəcəklərini bildirib. Hollandiyanın Haaqa şəhərində keçirilən nüvə sammitindən sonra mətbuat konfransı keçirən Obama Rusiya və Ukrayna arasındakı böhranın görüşlər keçirməklə həll etməyin lazım olduğunu vurğulayaraq, Ukrayna hakimiyyətinin tutduğu diplomatik yol variantını təqdir edib. Obama daha sonra qeyd edib ki, Rusiyanın diplomatik yolla məsələni həll etməməsi əlavə problemlərlə üzləşməsinə səbəb olacaq və iqtisadiyyatının tamamilə çökməsinə gətirib çıxaracaq. |
2014-03-26 | 12,570 | Dağıstanda əməliyyat: Azərbaycan vətəndaşı öldürüldü | Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı "Xasavyurt bandası"nın başçısı da daxil olmaqla 5 silahlı öldürülüb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İTAR-TASS-a Rusiya Milli Antiterror Komitəsindən bildiriblər. Xüsusi əməliyyat zamanı Rusiya DİN-in bir əməkdaşı həlak olub, daha bir nəfər isə yaralanıb. Məlumata əsasən, Federal Təhlükəsizlik Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Xasavyurt rayonunun Pervomayski kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar. Evdə olan qanunsuz dəstə üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar. Xüsusi əməliyyat zamanı evdə olan 5 silahlı zərərsizləşdirilib. Onların şəxsiyyəti artıq müəyyənləşdirilib. Öldürülən silahlılar arasında "Xasavyurt bandası"nın başçısı hesab edilən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Tural Atayevin da olduğu bildirilir. Rusiya Milli Antiterror Komitəsinin (MAK) məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən terror aktının təşkilatçısı olduğu bildirilir. Hadisə yerində çoxlu sayda silah-sursat aşkarlanıb. Mülki əhali arasında xəsarət alanların olmadığı bildirilir. |
2014-03-26 | 12,571 | Türk polisini şəhid edən azərbaycanlı həbs edildi - Foto/Yenilənib | 00:46 Türkiyənin Niydə bölgəsində iki polis və bir mülki şəxsin öldürülməsi ilə nəticələnən silahlı hücum olub. "Axar.az" xəbər verir ki, hadisəyə əlaqədar ikisi azərbaycanlı olmaqla 3 nəfər saxlanılıb. Saxlanılanlar İstanbul əmniyyətinə gətirilib. Hadisənin terror zəmnində baş verdiyi bildirilir. 2:45 Martın 20-də iki polis və bir mülki şəxsin öldürülməsi ilə bağlı saxlanılanların Ulukışlaya aparıldığı bildirilir. "Axar.az" Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, saxlanılanlar məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarına əsasən saxlanılanlardan biri azərbaycanlı olmaqla 2 nəfər sərbəst buraxılıb. Digər azərbaycanlı barədə isə həbs qərarı çıxarılıb. |
2014-03-26 | 12,572 | Brayza gürcülərin əlindən cana gəlib | Amerka Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayza gürcü jurnalistlərindən yorulduğunu deyib. "Axar.az" Gürcüstan mediasına istinadən xəbər verir ki, amerikalı diplomatın media nümayəndələrindən yorulması faktını qonşu ölkənin parlament sədri David Usupaşvili ictimailəşdirib. Usupaşvili vurğulayıb ki, Brayza ilə yazışmasında sonuncu gurcü jurnalistləri ilə hansı dildə danışmağın yollarını axtardığını onun diqqətinə çatdırıb. Brayza daima fikirlərinin təhrif olunduğundan şikayətlənib. Məsələn, NATO-Gürcüstan münasibəti ilə bağlı sonuncu olay. Brayza bildirib ki, tərəflər arasında əməkdaşlığın sona çatacağı ilə bağlı fikirlər səsləndirməyib. Bunu kimlərinsə uydurması adlandırıb. Parlament sədri olaya görə Brayzanı sakitləşdirdiyini və gürcü jurnalistlərin digər şəxslərin də fikirlərini interpretasiya etdiyini onun diqqətinə çatdırıb. |
2014-03-26 | 12,573 | Türkiyə Suriya ilə sərhədə tank yığır - Foto/Video | Türkiyə sərhədləri xaricindəki tək torpağı olan Süleyman Şah türbəsinin təhlükəsizliyinin təmini üçün Suriya sərhəddinə iri zirehli tankları toplayır. "Axar.az" xəbər verir ki, Əl-Qaidəyə bağlı olan İraq Şam İslam Dövləti təşkilatı Süleyman Şah Türbəsinin 3 gün ərzində boşaldılıb, türk bayrağının endirilməyəcəyi təqdirdə türbənin yerlə-yeksan ediləcəyini bildimişdi. Bundan sonra türkiyəli səlahiyyətli nümayəndələr xüsusi komissiya yaratmışdı. Türkiyə hökuməti həmçinin patrul dəstələrinin sayını sərhəddə artırıb. |
2014-03-26 | 12,574 | "Bavariya" ölkə çempionu oldu | Almaniya Bundesliqasında "Bavariya" çempionatın bitməsinə 7 tur qalmış çempionluğunu elan edib. "Bavariya" 74 mindən çox azarkeşin qarşısında "Herta"ya 3:1 hesabı ilə qalib gəlib. Bu, "Bavariya"nın 24-cü çempionluğudur. Ötən mövsümün 28-ci turunda çempionluğunu elan edən "Bavariya" bu dəfə birinciliyi 27-ci turdan təmin etdi və bununla da yeni rekorda imza atmış oldu. ("Musavat.com") |
2014-03-26 | 12,575 | Sergey Lavrov: "Heç kim Rusiyanı G8-dən qova bilməz" | Rusiya Xarici İşlər naziri Sergey Lavrov G8-dən Rusiyanın çıxarılmasına münasibət bildirib. "Axar.az" xəbər verir ki, Sergey Lavrov heç kimin Rusiyanı "Böyük Səkkizlik"dən qova bilməyəcəyini deyib. Lavrov mətbuat konfransında G8-in qeyri-rəsmi təşkilat olduğunu, heç bir ölkənin üzvlük kartının olmadığını və heç kimin də Rusiyanı buradan qova bilməyəcəyini qeyd edib. Rusiyalı nazir Şimali Koreya, İran nüvə problemi, Suriya böhranı, Balkanlar və digər bir çox beynəlxalq məsələlərin zirvə toplantılarında Rusiyanın bilavasitə idarəçi olduğunu və bunun üçün münbit şəraitin yaradıldığını bildirib. Rusiya Xarici işlər naziri Lavrov Putinin Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməməsinin də Ukrayna olayları ilə əlaqəli olmadığını vurğulayıb. |
2014-03-26 | 12,576 | İtən təyyarə ilə bağlı yeni şok iddia | Günlərdi itən Malayziya təyyarəsi barəsində hər gün yeni bir iddia gündəmə gəlir. Bu dəfə də Hind okeanının cənubunda qəzaya uğrayan və dənizin 7 min metr dərinliyində olduğu açıqlanan itkin düşmüş Malayziya təyyarəsinin birinci pilotu Ahmet Şahın intihar etdiyi iddia olunur. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malayziya hökuməti 153-ü Çinli olan 239 adamdan heç birinin xilas olmadığını açıqlayandan sonra ölənlərin yaxınları Çinin paytaxtı Pekində Malayziya səfirliyi qarşısında "Qatil Malayziya hökuməti" sloqanlı aksiya keçirib. Yaxınlarına ölən hər adam üçün 5 min dollar veriləcəyi açıqlanıb. Qəzanın baş verdiyi yerə havanın pis olmasından üzündən gedib çatmaq hələ ki mümkün deyil. Bu arada təyyarənin pilotunun intihar etməsi şübhələri də ortaya çıxıb. Belə ki, arvadının atdığı pilot Şahın depressiyada olduğu və təyyarəni yanacağı bitənə qədər Cənuba sürərək intihar etdiyi iddia edilir. Pilotun 13-14 min metr yüksələrək təyyarənin kabinəsindəki oksigeni yox etdiyi və təyyarə qəzaya uğramamışdan əvvəl bütün sərnişinlərin öldüyü güman edilir. |
2014-03-26 | 12,577 | Obama: Krımı Rusiyanın hesab etmək hələ tezdir | ABŞ prezidenti Barak Obama Haaqada keçirilən sammitdə bildirib ki, Krımın Rusiyaya keçməsi "həll edilmiş məsələ" deyil. Obama Krımın Rusiyaya keçməsi ilə barışmağın hələ tez olduğunu deyib. Prezidentin sözlərinə görə, Krım Federasiyanın tərkibində dünya icmaiyyəti nümayəndələri tərəfindən qəbul edilmir. Buna görə də onun Rusiyaya birləşməsi qanuni xarak ter daşımır. Obama eyni zamanda qeyd edib ki, Krımdakı məsələnin Kosovodakı vəziyyətlə müqayisəsi ümumiyyətlə heç bir məna kəsb etmir. Ağ ev rəhbəri bildirib ki, Rusiya "ABŞ-ın milli təhlükəsizliyi üçün ilk təhlükə" deyil. "Məni hələ də nüvə silahının Manhettendə partladıla bilməsi fikri bundan daha çox narahat edir",- deyə o, Haaqada keçirilən sammitdə jurnalistlərə bildirib (ANS). |
2014-03-26 | 12,579 | "Qalatasaray"dan gedərəm" – Mançini | "Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini "Bursaspor"la kubok matçından sonra maraqlı açıqlamalar verib. İtaliyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında hər an komandadan gedə biləcəyini bildirib: "Gözlənilməz nəticə oldu. Son həftələrdə çox əsəbiyəm. Çünki çox səhvlərə yol veririk. Səhv mənimdir, məsuliyyət mənə aiddir. Bursada nələr olacağını görəcəyik. Oyunla bağlı söyləniləcək çox şey yoxdur. Qollar vurduq, amma sonradan yaratdığımız imkanlardan yararlana bilmədik. Nəticədə qapımızda iki top gördük. Özümə gəlincə mən bu axşam da, sabah da gedə bilərəm. Bu, asandır, mənim üçün problem deyil. Lakin mən buraya ciddi iç birliyi üçün gəlmişəm. Bunu anlamağınızı istəyirəm". Qeyd edək ki, Türkiyə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində evdə "Bursaspor"la qarşılaşan "Qalatasaray" rəqibi ilə 2:2 bərabərə qalıb. Cavab görüşü aprelin 16-da Bursada keçiriləcək ("qol.az"). |
2014-03-26 | 12,580 | Bakıda möhtəşəm sərgi keçiriləcək | Mayın 15-dən 17-dək Azərbaycanın avtomobil həvəskarlarının çoxdan gözlədikləri VIII Bakı Beynəlxalq "Motor şou" ("BIMS 2014") sərgisi keçiriləcək. Xəzəryanı regionunun ən böyük avtomobil sərgisi olan bu tədbir yerli və xarici avtomobil istehsalçılarını, habelə avtomobil texnikası və komplektləşdiricilərinin dünyaca məşhur brendlərinin distribütor və dilerlərini bir araya gətirəcək. Sərgi iştirakçıları arasında minik avtomobillərinin istehsalında məşhur olan "Bentley", "Toyota", "Lexus", "Volvo" və digər dünya istehsalçılarının distribütorları da yer alacaq. Motosiklet dilerləri isə "Aprilia", "Suzuki", "Harley Davidson" və "Vespa" kimi dünya üzrə aparıcı istehsalçıların modellərini təqdim edəcək. Kommersiya sektorunda "MANN" və "HOVA" şirkətlərinin istehsalı olan traktorlar, özüboşaldan yük maşınları və yarım-qoşqular nümayiş etdiriləcək (AzərTAc). Sərgidə avto-hissələr, avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasına aid digər məhsullarla bağlı tematik bölmə əhəmiyyətli yer tutacaq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.