date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-04-10 | 14,134 | Bu məktub Gülənin xəyanətini üzə çıxardı - Foto | Fətullah Gülənin fəxri başqan olduğu Barış Adaları İnistutunun xarici ölkə səfirliklərinə göndərdiyi sensasion məktub ələ keçirilib. "Axar.az" "Avropa.info"ya istinadən xəbər verir ki, Türkiyə haqqında qarayaxma ilə dolu məktubda "90 illik demokratiya təhlükədədir" kimi ifadələr işlədilib. Türkiyənin 2015-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması üçün Nyu- Yorkda danışıqlar aparan xarici işlər naziri Əhməd Davudoğlunun gündəmə gətirdiyi "paralel yapı"nın xəyanət dolu məktubu üzə çıxdı. Gülən camaatının yalanlamağa çalışdığı məktubda Türkiyə əleyhinə ağır iddialara yer verilir. Fətullah Gülənin fəxri başqan olduğu, "paralel yapı" ya aid Barış Adaları İnistutunun ABŞ-dakı xarici ölkə səfirliklərinə və təşkilatlara göndərdiyi məktubda Türkiyədə demokratiyanın təhlükədə olduğu bildirilir. Türkiyənin 24 aprel yalançı "erməni soyqırımı" üçün lobbi fəaliyyəti ilə məşğul olduğu bir vaxtda , ABŞ-dakı xarici ölkə səfirliklərinə göndərilən məktubda Türkiyə ağır ittihamlarla qaralanır. Qara piarla dolu məktubda, Türkiyə insan azadlıqlarını məhv etdiyi, başdan ayağadək yolsuzluq və rüşvət içində olan bir ölkə kimi təsvir olunur. Budan başqa məktubda baş nazir Ərdoğan haqqında ittihamlar irəli sürülür. Baş nazirin özünə və hökumətinə qarşı aparılmış əməliyyatlara kəskin reaksiya verməsindən şikayət edilir. Məktubun 3-cü bəndində Fətullah Gülənin siyasətə qarşı bir güc olduğunu deyən insitut təmsilçisi, özlərinin "Hizmət" hərəkatından olduqlarını bildirirlər. Mehmet Klıc imzalı məktubda Gülən camaatının heç bir siyasi namizədi olmadığı və partiya anlayışı içində olmadıqları da qeyd edilib. Məktubun Orta Şərq və Türkiyə ilə əlaqələri olan ölkələrin səfirliklərinə, ABŞ Konqresinin Nümayəndələr palatasının və Senatın bəzi üzvlərinə, ABŞ başda olmaqla yəhudi lobbisinin maliyyələşdirdiyi bir çox təşkilatlara göndərildiyi bildirilir. Fətullah Gülənin 17 dekabr olaylarında əlinin olmadığı bildirilən məktubda, onun vəkillərinin şikayətinə də yer verilir. Qeyd edək ki, məktubu ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlayıb. Xarici ölkə rəsmilərinin ABŞ mətbuatına da göndərilən məktubu ona verdiklərini deyən Davudoğlu bu məktubdan təssüfləndiyini dilə gətirib. Məktub Barış Adaları İnistutunun direktoru Mehmet Klıcın imzası ilə göndərilib. |
2014-04-10 | 14,135 | Azərbaycanlılar Ayda torpaq sahəsi satır - Endirimlə | Azərbaycanlılar Ayda özlərinə sahə ala biləcəklər. "Axar.az" xəbər verir ki, bu barədə bildirişi yerli elan şirkətlərindən biri öz internet səhifəsində yerləşdirib. "Ay səfirliyi" adlanan təşkilatın adına yerləşdirilmiş məlumatda hər kəsə Ayın səthində müxtəlif miqdarda ərazilər satılır. Yerin peykində 12 sot torpaq sahəsi 86,3 manat, 40 sot isə 215 manatadır. Şirkət Ayla yanaşı, Günəş sistemindəki digər planetlərdə də torpaq sahələri satır. Qeyd edək ki, suvenir xarakteri daşıyan bu satış rəsmi xarakter daşımır. |
2014-04-10 | 14,136 | Elton Məmmədov sürücülərin ittihamına cavab verdi | Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədov paytaxtdakı marşrut avtobusu sürücülərinin əmək haqlarını ala bilməməsi və səbəbdən də "Transqeyt" MMC-nin rəhbər olan Anar Məmmədovdan şikayətçi olmaları barədə məsələyə münasibət bildirib. Deputat E.Məmmədov "Publika.Az"a açıqlamasında deyib ki, sərnişindaşıma özəl sektordur. Onun sözlərinə görə, bu məsələyə nazir Ziya Məmmədovun və ya onun oğlunun heç bir aidiyyatı yoxdur: "Mən başa düşmürəm ki, sərnişin daşımaya Ziya Məmmədovun və ya Anar Məmmədovun nə aidiyyatı var? Nəqliyyat Nazirliyi Azərbaycanda nəqliyyatın siyasətini tənzimləyir. Sərnişindaşıma sektorunda isə özəl şirkətlər fəaliyyət göstərir. Bura Nəqliyyat Nazirliyinin hər hansı müdaxilə etmək səlahiyyəti yoxdur. "Transqeyt" MMC-nin də qardaşlarıma və Anar Məmmədova heç bir aidiyyatı yoxdur. Bu şirkət özəl və şərikli şirkətdir, öz iş prinsipi var, rəhbərliyi də ayrıdır. Bu özəl şirkətin Nəqliyyat Nazirliyinə də aidiyyatı yoxdur. Mən bu barədə yazılanları növbəti şantaj xarakterli iş hesab edirəm. Bununla ara qarışdırmaq istəyirlər". Xatırladaq ki, "Musavat.com"un əməkdaşına paytaxtdakı marşrut avtobusunun sürücülərindən biri deyib ki, sonuncu dəfə yanvar ayında əmək haqqı almışıq: "Artıq üçüncü aydır ki, maaş üzünə həsrətik. Daha bıçaq sümüyə dirənib". Daha sonra qəzet yazır: "Adının çəkilməsini istəməyən sürücünün sözlərinə görə, "Transqeyt" MMC-nin rəhbər şəxsləri heç bir ciddi səbəb gətirmədən onların halal haqqını verməkdən imtina edirlər. Hətta bu səbəbdən bir neçə dəfə marşrut avtobuslarının sürücüləri xətdən çıxmaqdan imtina edib aksiya keçirmək niyyətinə də düşüblər. Lakin son anda rəhbərlik müxtəlif vədlər verərək onları fikrindən daşındırıb. Bununla belə sürücülər yaxın vaxtlarda tətilə başlamaqla bağlı müzakirələr aparırlar. Verilən məlumata görə, Bakının əsas marşrut avtobuslarının daxil olduğu şirkətin haqsızlığı artıq son həddə çatıb". |
2014-04-10 | 14,137 | Avropa Şurasında Putini Stalinə bənzətdilər | Avropa Şurasında Rusiya ilə bağlı keçirilən dinləmələr zamanı parlamentarilərdən biri prezident Vladimir Putinin əleyhinə sərt çıxış edib. "Axar.az" xəbər verir ki, parlamentari çıxışı zamanı Putini keçmiş SSRİ rəhbəri Stalinə oxşadıb. "Stalin faşizmi məğlub etdikdən sonra Mərkəzi Avropanı ələ keçirdi. İndi də Putin onun siyasətini həyata keçirir. 2008-ci ildə Gürcüstana hərbi müdaxilə etdi. Daha sonra isə Ukraynaya qarşı eyni addımı atdı. Növbədə hansı dövlətdir, Moldova, Litva, Latviya, bəlkə də bütün Avropa? Avropa Şurasında Rusiyanın yeri yoxdur. Putinin kollaborsionist siyasətinə son vermək lazımdır". |
2014-04-10 | 14,138 | Duma üzvləri Qorbaçovu həbs etdirmək istəyir | Rusiya Dövlət Dumasının bir qrup deputatı SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun cəzalandırılması üçün ölkə prokurorluğuna müraciət edib. "Axar.az" xəbər verir ki, müxtəlif fraksiyaları təmsil edən bir qrup deputat Mixail Qorbaçovu SSRİ-nin dağıdılmasında günahlandıraraq RF-in Baş prokuroru Yuri Çaykinə müraciət edərək onun cəzaladırılmasını istəyiblər. Deputatlar müraciətlərində bildiriblər ki, SSRİ-nin saxlanması üçün keçirilən referendumda vətəndaşlar vahid dövlətin qorunmasının lehinə səs versələr də, sonradan Qorbaçovun rəhbərlik etdiyi hökumət dövlətin buraxılmasına qərar verib və bu bir qanunsuzluq olduğu üçün səbəbkar cəzasını almalıdır. |
2014-04-10 | 14,139 | Azərbaycanlı idman ustası Suriyada öldürüldü | Suriyada daha iki azərbaycanlının öldürülməsi barədə məlumat yayılıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, onların hər ikisi Qax rayon sakinidir. Öldürülən döyüşçülərdən biri "Cundullah Azəri" ləqəbi ilə tanınırmış. Onun əsl adının İbrahim olduğu bildirilir. Onun fotosu da yayılıb. "Cundullah Azəri" qaydasız döyüş üzrə idman ustası olub. Onların hər ikisinin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, Suriyada öldürülən şəxslər, Qax rayon sakinləri – 1981-ci il təvəllüdlü Kərimov İbrahim Aslan oğlu və 1987-ci il təvəllüdlü Samir Sadəddin oğlu Məmmədovdur. İdmançı kimi tanınan İ.Kərimov bir il əvvəl həyat yoldaşı və üç uşağı ilə birgə Suriyaya gedib. Suriyada döyüşlərə qatılan İ. Kərimov öləndən sonra onun ailəsi ilə də əlaqə kəsilib. İ. Kərimovun ailə üzvlərinin sağ olub-olmadığı məlum deyil. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. |
2014-04-10 | 14,140 | Nejat İşlerin 84 gün sonra ilk görüntüsü - Foto | İstanbulda müalicəsinə davam edilən Türk aktyoru Nejat İşlerin 84 gün sonra yeni fotosu yayılıb. 3 aya yaxındır ki, xəstəxanada müalicə olunan və ciddi rejimdə kameralardan qorunan sənətçi ilk dəfə olaraq görüntülənib. İstanbulda Amerikan xəstəxanasında müalicə olunan məşhur aktyor yanvarın 17-də ağciyər infeksiyası və nəfəs çatışmazlığına səbəbindən septik şok keçirərək Bodrumda xəstəxanaya aparılan aktyor yanvarın 22-də təyyarə ilə İstanbula köçürülmüşdü. Sənətçini görüntüləyən müxbir bildirib ki, xəstə baxıcısı ilə birlikdə dəhlizdə gəzən aktyorun vəziyyətinin yaxşı olduğunu deyib. Qeyd edək ki, 84 gün ərzində heç bir şəxs onun şəklini çəkə bilmirdi. Dəhlizdə gəzərkən belə ətrafında mühafizə işçiləri olurdu. Hətta elə bir vəziyyət yaranmışdı ki, hər hansı bir müxbir xəstəxanaya həkim yanına belə gəldikdə aktyorun palatasının qarşısında mühafizəçilər dayanırdı. Nejat İşlerin yeni fotosunu sizə təqdim edirik (ANS). |
2014-04-10 | 14,141 | “Akif Əlizadə elə direktor olsa yaxşıdır” | "Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin hansısa instituta direktor seçilməsini fərqli formada şərh etmək düzgün deyil". Bu sözləri "Axar.az"a açıqlamasında keçmiş Təhsil naziri, təhsil eksperti Firudin Cəlilov AMEA-nın prezidenti Akif Əlizadənin həm də AMEA-nın Geologiya İnstitutuna direktor seçilməsinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, bir şəxsin iki və daha artıq vəzifə tutması Azərbaycanda çoxdan ənənə formasını almış haldır: "Azərbaycanda bu, çoxdan var. Təkcə Akademiyada deyil, universitetlərdə də var. Ancaq Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin AMEA-nın nəzdindəki hansısa instituta direktor təyinatını bununla müqayisə etmək düzgün deyil. Akif Əlizadə AMEA prezidenti olmaqla yanaşı, həm də alimdir. O təbii ki, hansısa kafedraya da rəhbərlik etməlidir. Düşünürəm ki, institutlara belə insanların direktorluq etməsi daha məqsədəuyğundur. Bunu normal qəbul etmək lazımdır". Ekspertin fikrincə, bu, heç də kadr çatışmazlığı demək deyil: "Bunu kadr problemi ilə əlaqələndirmək düzgün deyil. Bu gün Azərbaycanda həm deputat, həm rektor , həm müəllim, həm hansısa şuranın sədri olan nə qədər insan var. Anormal olan budur. Bir alimin rəhbərlikdən əlavə ixtisası üzrə direktorluq etməsi olduqca normaldır". F.Cəlilovun sözlərinə görə, Təhsil Nizamnaməsi də bunu qadağan etmir: "Burada qadağan edilməli heç nə yoxdur". Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası institutlarına direktor seçkisi başa çatıb və AMEA seçkini udmuş 18 alimi direktor vəzifəsinə təsdiq edib. Yer Haqqında Elmlər Bölməsi üzrə akademik, AMEA-nın prezidenti Akif Əlizadə də Geologiya İnstitutunun direktoru vəzifəsinə təsdiqlənib. Bu təqdiqdən sonra AMEA prezidenti kimi yüksək vəzifə daşıyan məşhur alimin həm də AMEA nəzdindəki institutlardan birinə direktor təsdiqlənməsi birmənalı qarşılanmayıb. Bəzi təhsil ekspertləri 12 mindən artıq ziyalı kontingentinə rəhbərlik edən Akif Əlizadənin institut direktoru kimi tam gücü ilə işləməyə vaxt çatdırmayacağı iddiasını irəli sürüblər. |
2014-04-10 | 14,142 | Rusiya AŞPA-da səsvermə hüququndan məhrum edildi | Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin ləğvini nəzərdə tutan dəyişiklik qəbul olunmayıb. AŞPA-nın dördüncü iş günündə əsaslı səbəblərə görə Monitorinq Komitəsinin məruzəçisi, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) tərəfindən hazırlanan "Rusiya nümayəndə heyətinin artıq təsdiq olunmuş səlahiyyətlərinə yenidən baxılması" adlı hesabat müzakirə olunduqdan sonra sözügedən Komitənin təklif etdiyi qətnamə layihəsinə təklif edilmiş dəyişikliklər səsə qoyulub. Kristof Çop (Christophe Chope) və Monitorinq Komitəsinin digər üzvləri tərəfindən qətmanə layihəsinin 14-cü bəndinə təklif edilən 3-cü dəyişiklik AŞ PA-da Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin ləğv olunmasını nəzərdə tuturdu. 33 Assambleya üzvü 3-cü dəyişikliyə imza atmışdı. Bundan əlavə, Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin ləğvini nəzərdə tutan 6, 11 və 14-cü dəyişikliklər də Assambleya tərəfindən qəbul olunmayıb. Səsvermə zamanı Rusiya ilə bağlı daha bir qərar qəbul edilib. Qərara görə, Rusiya nümayəndə heyəti AŞPA-da səsvermə hüququndan məhrum edilib. Qərar 2014-cü ilin sonuna qədər qüvvədə qalacaq. |
2014-04-10 | 14,143 | Rusiyanın Azərbaycana əsas hücumu Tərtərdən olacaq | "Rusiya Azərbaycana birbaşa müdaxilə etməyəcək". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Azərbaycana qarşı hücumların Tərtər istiqamətində hazırlandığını bildirib: "Rusiya Azərbaycanı daha çox Ermənistan vasitəsilə hədələyir. Onlar bizi orada olan 102-ci ordusu və digər hərbi bazaları ilə təhdid edir. Rusiyanın Azərbaycana birbaşa müdaxilə etmək fikri yoxdur. O, yalnız erməniləri üstümüzə yönəltməklə müxtəlif hücum planları hazırlayır. Bu barədə informasiya Azərbaycan kəşfiyyat orqanlarına da bəllidir. Tovuzdan olan hücum əsəb müharibəsi idi. Əsas hücumlar Tərtər və Dağlıq Qarabağ istiqamətində hazırlanır. Burada əsas zərbə Tərtərdən vurulacaq. O istiqamətdə də Azərbaycan ciddi tədbirlər görür. İnanmıram ki, rusların köməyi olmadan ermənilər belə bir fikrə düşsünlər. Amma hələ ki, rusların Bakıya ilişmək fikirləri yoxdur. Hələlik başları Ukrayna məsələsinə qarışıqdır. Bunları nəzərə alaraq demək olar ki, ruslar Azərbaycana qarşı qəzəbli olsalar da, indi nəsə etmək fikrində deyillər". Politoloq Rusiyanın etnik azlıqlardan Azərbaycana qarşı istifadə edəcəyinə inanmadığını deyib: "Etnik azlıqların Azərbaycan üzərinə qalxması dövlətin zəif vaxtına təsadüf etmişdi. Azərbaycandakı etnik azlıqlar bizimlə birgə eyni dinə qulluq edib, qohumlaşmış etnik azlıqlardır. Ləzgilərin də çoxu elədir. Ona görə də mən güman edirəm ki, etnik azlıq kartından Azərbaycanda istifadə etmək mümkün olmayacaq. Bizim üçün əsas təhlükə Ermənistandan gəlir. Rusiyanın etnik azlıqlarla bağlı olan planını nəzərdən qaçırmayaraq bütün diqqəti Ermənistana yönəltməliyik". |
2014-04-10 | 14,144 | Davudoğludan Rusiyaya dəstək | Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Yaponiyada nəşr olunan "Nikkei" qəzetinə verdiyi müsahibəsində bildirib ki, Rusiyadan enerji idxalında bir problem olmayacaq. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Davudoğlu həmçinin, müsahibəsində Krımın Rusiyaya qatılmasını dəstəkləmədiyini və Ukraynanın ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğulayıb. Ukraynanın digər şərq bölgələrində baş verən separatçılıq çıxışlarını da qınayan nazir Ukraynadakı hadisələrin Türkiyə ilə Rusiya arasında qaz alış-verişinə mənfi təsir etməyəcəyini bildirib. Ə.Davudoğlu Ukraynada baş verənlərin ölkənin daxili işi olduğunu deyib və qeyd edib ki, Ukrayna NATO üzvü olmadığı üçün Alyans bu ölkənin daxili işlərinə qarışmayacaq. |
2014-04-10 | 14,145 | DİN: “150-dən çox polis işdən azad edilib” | Əfqan Ala qanunsuz dinləmə əməliyyatı çərçivəsində 180-dən çox istintaq işinin aparıldığını bildirib. "Axar.az" xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Əfqan Ala qanunsuz dinləmə istintaqı çərçivəsində 150-dən çox polis məmurunun vəzifədən uzaqlaşdırıldığını qeyd edib: "Bəzən ictimaiyyətə yanlış bilgi verirlər. Azad etmək istintaqın davam etdiyi mənasını vermir. İstintaqın gedişinə görə bəzən vəzifədən uzaqlaşdırmalar da ola bilər. İnzibati sanksiyalar vəzifədən uzaqlaşdırmaq kimi inzibati cəzalar tələb edir. İstintaq gizlidir". |
2014-04-10 | 14,146 | Rusiya üzünü Çinə tutdu | Ukrayna böhranından sonra yeni bazar axtarışına çıxan Rusiya Çinlə qaz anlaşması imzalamağı planlaşdırır. "Axar.az" xəbər verir ki, planlaşdırılan bu qaz anlaşması baş tutarsa, Rusiya Çinə qaz boru xətti çəkilişinə start verəcək. Əslində isə sözügedən iki dövlət arasında təbii qaz ticarət anlaşması 10 ildir ki, müzakirə mövzusudur və tərəflər arasında 30 illik bir müqavilə imzalanması gözlənilir. Son dövrlər Rusiya ilə Ukrayna arasında yaşananlar belə bir təbii qaz alış-verişi üçün münbit bir şərait yaradıb. Anlaşma baş tutacağı təqdirdə bu alış-verişi Rusiya tərəfdən "Qazprom", Çin tərəfdən isə CNOOC şirkəti gerçəkləşdirəcək. Mütəxəssislər isə belə bir anlaşmaya nəinki Rusiyanın, həmçinin Çinin də ehtiyac duyduğunu bildirirlər. Çünki inkişaf etmiş bölgələrində daş kömür istifadəsi Çin üçün arzuolunan hal deyil. Xatırladaq ki, bu ilin may ayında V.Putinin Çinə səfəri zamanı əməkdaşlığın müzakirəsi və nəticə əldə ediləcəyi gözlənilir. |
2014-04-10 | 14,147 | Azərbaycanlı klub prezidenti avtomobil qəzasına düşdü | Azərbaycan çempionatının 1-ci dəstəsində çıxış edən "Bakılı"nın işləri qaydasında deyil. Maddi imkansızlıq içində olan komanda "Şahdağ"la oyun üçün Qusara gedə bilməmişdi və 0:3 hesablı texniki məğlubiyyətlə üzləşmişdi. Bu azmış kimi klubun prezidenti də bədbəxt hadisə ilə üzləşib. "Axar.az" "Rekord.az"a istinadən xəbər verir ki, "Bakılı"nın prezidenti Misir Əbilov avtomobil qəzası keçirib. Qəza nəticəsində Əbilov ciddi xəsarət almasa da, avtomobil yararsız hala düşüb. |
2014-04-10 | 14,148 | Avropa Şurasında ruslarla jurnalistlər arasında dava | Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Rusiyaya qarşı sanksiyalarından dərhal sonra Rusiyanın qurumdakı nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçiriblər. "Axar.az" APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov bu qərardan sonra assambleyada qalmağın mənasız olduğunu bildirərək sessiyanı tərk edəcəklərini söyləyib. Bu il keçiriləcək növbəti iki sessiyada iştirak edib-etməyəcəklərinə toxunan A. Puşkov bu haqda qərarı 2-3 həftə sonra Moskvada verəcəklərini bildirib: "Bizə qarşı belə qərəzli münasibət davam edəcəksə, o zaman biz həmişəlik AŞPA-dan çıxmaq haqqında da qərar verə bilərik. Aydın olan odur ki, burda bizi görmək istəmirlər". Mətbuat konfransında bəzi jurnalistlərlə rusiyalı deputatlar arasında qalmaqal yaşanıb. Avropalı jurnalistlər rus dilində aparılan brifinqin ingilis və fransız dillərinə tərcümə olunmamasından şikayətləniblər. A. Puşkov isə buna cavab olaraq "biz rus dilində danışacağıq, kim başa düşmürsə, zalı tərk edə bilər", - deyib. Bu sözlərdən sonra avropalı jurnalistlər mətbuat konfransını tərk ediblər. |
2014-04-10 | 14,149 | "Gəmi alan" nazir qardaşının 25 milyonluq zarafatı | 17:44 Bu günlərdə bir sıra KİV- də məhşur iş adamı Hacı İbrahim Nehrəmlinin və Diaspora naziri Nazim İbrahimovun qardaşı, Atv telekanalının eks vitse prezidenti Natiq İbrahimovun ölkəyə 5 milyon dəyərində olan gəmi gətirməsi haqda məlumatlar yayılmışdı. Verilən məlumatda hətta Natiq İbrahimovun Türkiyədə ən bahalı yerlərdən birində möhtəşəm restoran açması xəbəri də yer almışdı. "Axar.az" məlumat verir ki, "Xeberdar.az" məsələni aydınlaşdırmaq, həmçinin yazılanların doğruluğunu öyrənmək üçün Natiq İbrahimovla əlaqə saxlayıb. Natiq İbrahimov açıqlamasında verilən məlumatın doğru olduğunu bildirsə də, gəminin qiymətinin az yazıldığını bildirib: "Gəminin qiyməti səhv yazılıb, 5 milyona yox, 25 milyona almışam. Hal-hazırda bu işlərlə əlaqədər İtaliyada görüşdəyəm. İnşallah ölkəyə qayıdanda bu məsələ ilə bağlı geniş məlumat verərəm". 22:20 N.İbrahimov gəmi alması barədə xəbəri zarafatla təsdiqlədiyini və jurnalistin bunu düzgün anlamadığını "Publika.az"a deyib: "Mən indi İtaliyadayam, bayaq bir jurnalist mənə zəng edib soruşdu ki, guya 5 milyona gəmi almışam. Mən də zarafatla dedim ki, 5 milyon nədir, 25 milyona almışam. O da götürüb xəbər kimi bunu yazıb. Nə gəmi? Yalan söhbətdir. Heç bir gəmi almamışam". |
2014-04-10 | 14,150 | İTV-də ciddi maliyyə nöqsanları aşkar edildi | Azərbaycan Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin fəaliyyətində bəzi maliyyə nöqsanları, qanunsuz vəsait xərclənməsi faktı aşkarlayıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib. Hesabatda göstərilib ki, şirkət tərəfindən bir sıra xərc istiqamətləri üzrə əhatəli iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb, normativ-hüquqi aktların tələbləri, müqavilə öhdəlikləri gözlənilmədən növbəti illər üçün proqnoz rəqəmləri hazırlanıb və büdcə təkliflərinə daxil edilib. Bəzi xərc istiqamətləri üzrə vəsait nəzərdə tutulduğundan az və ya çox icra edilib, nəzərdə tutulmuş subsidiya proqnoz sənədlərində göstərilməyən istiqamətlərə yönəlib. Yoxlama zamanı aşkar olunub ki, subsidiyalar əsasən cari xərclərin tənzimlənməsi üçün nəzərdə tutulduğu halda, əsaslı xərclər daim üstünlük təşkil edib. 2011 və 2012-ci illərdə Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dövlət büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitlər təyinatı üzrə deyil, televiziya, kino və digər texniki avadanlıqların alınmasına sərf olunub. Şirkətin strukturu, ştat cədvəli, ştat vahidləri, işçilərin sayı və əmək haqqı məbləğləri müvafiq normativ aktlarla müəyyən edilmədən, hüquq müəyyənedici tənzimləmə olmadan yalnız baş direktor tərəfindən müəyyən edilib. Maliyyə planı və xərclər smetası, eyni zamanda sərbəst mənfəətin xərc istiqamətləri Direktorlar Şurasının müvafiq qərarı ilə müəyyənləşməyib. Hesablama Palatası tərəfindən şirkətdə aparılmış bundan əvvəlki yoxlamanın nəticələri üzrə müəyyən edilmiş nöqsanların da tam aradan qalxmadığı aşkarlanıb. Qonorarların ödənilməsi və verilməsi şərtlərinə dair də hər hansı normativ baza işlənilmədiyi, yerinə yetirilmiş işlərin hesabatının aparılmadığı, qonorarların ödənilməsi üçün əsasların rəsmiləşdirilmədiyi qeyd olunub. Veriliş, film və digər yaradıcı əsərlərin istehsalında yaradıcı heyətə aid edilməyən şəxslərin adı xərc smetalarına daxil edilib, Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmadığı halda qonorar ödənilən şəxslərin siyahısına Şirkətin mərkəzi aparatının və təsərrüfat bölməsinin müxtəlif işçiləri daxil edilib. Dövlət tərəfindən subsidiya kimi ayrılan vəsaitdən Şirkətin balansında olan "Ekran" İstirahət Mərkəzinin işçilərinə əmək haqqı və mükafat, eləcə də qonorar kimi ödənişlər, habelə həmin istirahət Mərkəzinin kommunal xərcləri ödənilib. İşçilərə və digər yaradıcı şəxslərə ödənilən qonorardan sığorta haqqı tutulmayıb. Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edib, həmin qərar İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumat verilib. Qeyd edək ki, yarandığı dövrdən 2013-cü il aprelin 23-ə qədər İTV-nin baş direktoru İsmayıl Ömərov olub. |
2014-04-10 | 14,151 | Şimali Koreyadan ABŞ-ı məhv edəcək plan | Şimali Koreya kimyəvi və elektromaqnit zərbələri ilə ABŞ-ı məhv etməyə qadirdir. "Axar.az" xəbər verir ki, ABŞ Daxili Təhlükəsilzik Nazirliyinə bununla bağlı məxfi sənəd daxil olub. Sənədin surəti nazirlikdə milli və daxili təhlükəsizlik məsələləri üzrə işçi qrupunun üzvü Piter Vinsent Prayın əlinə keçib. Hesabatda nüvə başlıqlarının "Inxa-3" raketdaşıyıcısının köməyi ilə peyk adı altında Cənub qütbünə daşınaraq ordan ABŞ-a zərbələr endirmək imkanları nəzərdən keçirilir. Onun sözlərinə görə, ABŞ raket hücumları haqqında əvvəlcədən xəbər verə biləcək qoruma sistemlərinə malik deyil. Pray bildirib ki, elektromaqnit impulslarının hərəkətə gətirilməsi nəticəsində ölkənin bütün infrastrukturu iflic olacaq: "Ölkə elektrik enerjisiz qalacaq, rabitə, neft-qaz, bank-maliyyə sistemi donacaq, suyun və ərzaqın verilməsi dayandırılacaq, ölkə fövqəladə xidmətlər və kosmik texnologiyalardan məhrum olacaq. " Qeyd edək ki, hesabat 2013-cü ildə Şimali Koreya ilə ABŞ arasındakı nüvə böhranından sonra əldə edilib. |
2014-04-10 | 14,152 | Əbru Gündəşlə Rza Zərrab köçür - Foto | Əbru Gündəşlə Rza Zərrab evlərinə edilən telefon zənglərindən, söz-söhbətdən yorulduqları üçün yaşadıqları yerdən köçməyə məcbur olublar. "Axar.az" xəbər verir ki, Rza Zərrab azad olunandan sonra əvvəlki həyatına qayıdan Əbru Gündəşin rahatlığı uzun çəkməyib. Məşhur müğənni indi də evinə gələn zənglərdən, insanların qınağından şikayətlənir. Əbru Gündəşlə Rza Zərrab bitmək bilməyən söz-söhbətdən xilas olmaq üçün əvvəlcə telefon nömrələrini dəyişiblər. Daha sonra bunun işə yaramadığını görən cütlük Kanlıcadakı evlərini dəyişərək, İstanbulun başqa yerinə köçmək qərarına gəliblər. |
2014-04-10 | 14,153 | Tezliklə müstəqil kürd dövləti qurulacaq | Şimali İraq Kürd Bölgəsinin lideri Məsud Bərzani müstəqil kürd dövlətinin yaxın zamanda qurulacağını açıqlayıb. "Axar.az" xəbər verir ki, ərəb mediasına müsahibə verən Məsud Bərzani İraqdakı mövcud vəziyyətin çox da davam etməyəcəyini bildirib: "Bir an əvvəl konfederasiya qurmalıyıq. Belədə hər kəs hansı hüquqa malik olduğunu bilər. İraq indi parçalanmış vəziyyətdədir. Bütün ölkəyə nəzarət edən mərkəzi aparat yoxdur. Mən bu yaxınlarda müstəqil kürd dövlətinin qurulacağına əminəm. Bundan heç şübhəm yoxdur". |
2014-04-10 | 14,154 | İlham Əliyevdən 4 sərəncam, 1 fərman | Azərbaycan prezidenti İlham Əliyev Azər Mustafazadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az"ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, A.Mustafazadə Azərbaycanda nəşriyyat işi sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib. 18:27 Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. 19:20 Prezident İlham Əliyev İnşaat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi və inşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında sərəncamlar imzalayıb. "Axar.az" xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. İlham Əliyev həmçinin "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli 57 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. |
2014-04-10 | 14,155 | Gürcüstandakı azərbaycanlılar xristianlaşdırılır | Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə müsəlman əhalinin gizli formalarda xristianlaşdırılması təbliğatı həyata keçirilir. Bu barədə yerli sakinlər məlumat veriblər. Məlumata görə, son zamanlar Gürcüstanda müsəlmanların kompakt yaşadıqları bölgələrə gəlmiş ABŞ və Böyük Britaniyadan olan missionerlər yerli sakinlər arasında təmənnasız olaraq fars və ərəb əlifbasına tərcümə edilmiş xristianlıqdan və İsa peyğəmbərin həyatından bəhs edən video materiallar, eləcə də "İncil" kitabını yaymaqla məşğul olurlar. Məlumata görə, təbliğat aparan missionerlər arasında erməni mənşəli şəxslər də mövcuddur: "Təbliğ olunan dini ədəbiyyatlarda əsasən xristian dininə çağırışlar və dünya müsəlmanlarının əksəriyyətinin guya İslam dinindən imtina edərək xristian dini qəbul etmələri barədə bildirişlər yayılıb" ("Publika.az"). |
2014-04-10 | 14,156 | Azərbaycan AŞPA-da Rusiyanı dəstəklədi | Rusiyanın 2014-cü ilin sonuna qədər səsvermə hüququndan məhrum edən qətnaməyə səsvermə prosesində Azərbaycanın nümayəndə heyətinin 11 üzvündən 6-sı iştirak edib. Azərbaycanın bir deputatı (Sabir Hacıyev) qətnamənin qəbul olunmasının əleyhinə səs verib, digərləri, o cümlədən nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bitərəf qalıblar. Səsvermədə ümumilikdə 173 nümayəndə heyəti üzvü iştirak edib. Onlardan 140 deputat qətnamənin lehinə,16 deputat əleyhinə səs verib,17 deputat isə bitərəf qalıb ("Azvision.az"). |
2014-04-10 | 14,157 | Azərbaycan “Qaz ittifaqı” yaradır? | "Azərbaycan, Türkmənistan və İranı birləşdirə biləcək ən ciddi məsələ bir qaz anlaşması ola bilər". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, Rusiyanı iqtisadi blokadaya salmaq üçün istifadə ediləcək bu planın yalnız Qərbin dəstəyi ilə həyata keçirilə biləcəyini söyləyib. "Azərbaycan, İran, Türkmənistan neft-qaz ehtiyatları zəngin olan ölkələrdir. Azərbaycan daha çox tranzit ölkə kimi üzə çıxır. Çünki Azərbaycanın ehtiyatları Türkmənistan qədər deyil. Müvafiq birgə layihənin həyata keçirilməsi üçün məsləhətləşmələr, araşdırmalar aparılır. Amma bu ittifaq yalnız o halda mümkündür ki, buna Qərb dövlətləri, ABŞ və Avropa İttifaqı razılıq versin. Əslində, bu qazın bütün ixrac bazarı Avropa Birliyidir. Nəzərə alsaq ki, bu gün İran-ABŞ münasibətlərində hər şey tam aydın deyil, o zaman bunu hələlik məsləhətləşmələr adlandırmaq olar. Yaxud ola bilər ki, bu işin arxasında Avropa Birliyi və ABŞ dayanıb. Doğrudur, bizim aramızda müəyyən problemlər var. Bunların sırasında Xəzərin statusu ilə bağlı məsələni göstərmək olar. Amma Azərbaycan, Türkmənistan və İranı birləşdirə biləcək ən ciddi məsələ bir qaz anlaşması ola bilər". Qeyd edək ki, hələ İlham Əliyevin İrana səfərindən öncə bəzi ekspertlər Qərbin Rusiyanı blokadaya salmaqdan ötrü Azərbaycan, Türkmənistan və İrandan istifadə edə biləcəyi ilə bağlı proqnozlar vermiş, mətbuat isə İlham Əliyevin İrandan sonra Türkmənistana səfər edə biləcəyinə xüsusi diqqət yetirmişdi. |
2014-04-10 | 14,158 | “Atletiko” azərbaycanlı nazirlərə forma göndərdi | Bu mövsüm İspaniya La Liqası və Çempionlar Liqasında uğurlu çıxış edən Madridin "Atletiko" klubu Azərbaycan hökumətinin nümayəndələrinə və futbol qurumlarının rəhbərlərinə üzərində "Land of fire Azerbaijan" sözləri yazılan formalar göndərib. Bu haqda "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov məlumat verib. "Atletiko"nun rəhbərliyi son vaxtlar komandanın gərgin təqvimdə oynamasına baxmayaraq, Azərbaycanla uğurlu əməkdaşlığa sadiqliyini və ehtiramını nümayiş etdirir. Bunun nəticəsidir ki, artıq bu gün hədiyy' olaraq, bir neçə forma ölkəmizə göndərilib" – deyə o vurğulayıb. Qeyd edək ki, "Atletiko" tərəfindən formalar hər birinə bir ədəd olmaqla gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, eləcə də ölkəmizin futbol qurumlarının rəhbərləri – Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədovun adına göndərilib. Y.Seyidov yaxın vaxtlarda "Bakı" klubu rəhbərliyinin formaları adları çəkilən şəxslərə təqdim edəcəyini deyib. Xatırladaq ki, 2013-cü ildən başlayaraq, "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə "Atletiko" İspaniya çempionatı və Avropa kuboklarının oyunlarına üzərində "Land of fire Azerbaijan" sözləri yazılan formalarla çıxır.Bu mövsüm İspaniya La Liqası və Çempionlar Liqasında uğurlu çıxış edən Madridin "Atletiko" klubu Azərbaycan hökumətinin nümayəndələrinə və futbol qurumlarının rəhbərlərinə üzərində "Land of fire Azerbaijan" sözləri yazılan formalar göndərib. Bu haqda "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov məlumat verib. "Atletiko"nun rəhbərliyi son vaxtlar komandanın gərgin təqvimdə oynamasına baxmayaraq, Azərbaycanla uğurlu əməkdaşlığa sadiqliyini və ehtiramını nümayiş etdirir. Bunun nəticəsidir ki, artıq bu gün hədiyy' olaraq, bir neçə forma ölkəmizə göndərilib" – deyə o vurğulayıb. Qeyd edək ki, "Atletiko" tərəfindən formalar hər birinə bir ədəd olmaqla gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, eləcə də ölkəmizin futbol qurumlarının rəhbərləri – Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədovun adına göndərilib. Y.Seyidov yaxın vaxtlarda "Bakı" klubu rəhbərliyinin formaları adları çəkilən şəxslərə təqdim edəcəyini deyib. Xatırladaq ki, 2013-cü ildən başlayaraq, "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə "Atletiko" İspaniya çempionatı və Avropa kuboklarının oyunlarına üzərində "Land of fire Azerbaijan" sözləri yazılan formalarla çıxır ("Qol.az") |
2014-04-10 | 14,159 | Rusiya dünyaya qarşı: İrana nüvə başlıqları satılacaq | Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara qarşılıq olaraq İrana nüvə başlıqları sata bilər. "Axar.az" xəbər verir ki, bu haqda ABŞ-ın "Deyli best" qəzeti yazıb. Adı çəkilən qəzet Rusiya və İran arasındakı bu sövdələşmənin Qərbin İrana iqtisadi təyziqlərini azalda biləcəyini qeyd edib. Məqalədə həm də bazar ertəsi məhz Rusiyanın İrana nüvə başlıqları satmasından ehtiyatlanan iki senatorun Obamaya İranla bağlı sanksiyaları yumşaltmağı təklif etdiyi də bildirilib. Qeyd edək ki, keçən həftə "Röyter" agentliyi Rusiya və İran arasında "Neftin müxtəlif mallarla dəyişdirilməsi" ilə bağlı barterin olacağı haqqında xəbər yaymışdı. Adının çəkilməsini istəməyən iranlı məmur da bunu təsdiq edərək, belə bir barter nəticəsində Rusiyadan silah alınacağını istisna etməmişdi. |
2014-04-10 | 14,160 | “Laçın adamların içində yaşayır, onun portretini çəkməyə nə var!” | Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov "Media forum" saytının suallarını cavablandırıb. Akif Səlimov hüquqşünasdır, uzun illər daxili işlər orqanlarında çalışıb, bir neçə rayonun, o cümlədən Laçının polis rəisi olub, istefada olan polkovnikdir. Qarabağ müharibəsi veteranıdır. Laçın haqda bir neçə kitabın müəllifidir. 2013-cü ilin mart ayının 4-dən Laçın Rayon İcra Hakimiyyətinin başçısıdır. - Akif müəllim, bu müsahibənin məqsədi Laçını görməyən adamlar üçün Laçının xəritəsini, portretini çəkməkdir. Laçın 22 ildir işğaldadır, oranı görmürük. Çətin olmayacaq ki? - Yox, çətin olmayacaq, axı heç nə yaddan çıxmayıb, göz önündən getməyib. Laçında doğulan, böyüyən hər kəs onun portretini çəkə bilər. Laçın adamların içində yaşayır, onun portretini çəkməyə nə var! - Laçından danışanda nədən başlamaq lazımdır? - Deyiləsi o qədər söz var ki... Laçın Azərbaycanın Ermənistanla sərhəd rayonlarından biridir. Rayonun şərqində Dağlıq Qarabağ bölgəsi, cənubunda Qubadlı, şimalında Kəlbəcər rayonları yerləşir. Laçın füsunkar, gözəl təbiətə malik bir Azərbaycan torpağıdır. Təbii ki, Laçının tarixinə də ekskurs etmək lazımdır. Laçındakı qədim abidələrin tədqiqi və elmi-tarixi araşdırmalar bu yerdə ən azı 2 min illik türk izinin olduğunu sübut edir, buna şübhə yoxdur. Ora türk izi ilə doludur. Laçın özü də türk sözüdür, böyük türk tayfalarından birinin adıdır. Türkmənistanda böyük Laçın tayfaları var. Çinin şimalındakı Uyğur vilayətində də bu adda böyük tayfalar yaşayır. Türkmən və uyğur ellərində Laçın adlı quş var, eyni zamanda adam adıdır. Ümumilikdə bu ad türk tayfalarına məxsusdur. Bəziləri deyir ki, Laçının adı rayon mərkəzindən yuxarıdakı Laçın dağının adı ilə bağlıdır. Belə bir ehtimal var, amma çox güman ki, həmin dağın adı elə Laçın tayfalarının adından gəlir. - Laçınlıları fərqləndirən əsas xüsusiyyət nədir? - Laçında hər tərəf dağdır, səhər evdən çıxanda düz yer görmürsən, nə qədər uzağa baxmaq istəsən də, düz yer görməzsən. Gərək başını qaldırasan, yuxarı, dağlara baxasan. Bu da fizioloji, fiziki, təbii nöqteyi-nəzərdən insanlara təsir edir. İnsan hətta fiziki baxımdan da başıuca olur. Laçınlı küçədə başıaşağı gəzməz. Körpəlikdən, uşaqlıqdan evdən çıxır, düz yer görmür, yüksəyə baxır, qəddi düzəlir. Yerişi düzdür, başı da dimdik. Biz dəniz səviyyəsindən təxminən 2000-2500 metr yüksəklikdə yaşamışıq. Bu da Allaha daha yaxın olmaq kimi bir şeydir. Düzəngahdan fərqli olaraq dağlıq yerlərdə dinə bağlılıq dərin olmur. Amma Allaha bağlılıq dərindir. Laçın camaatı həmişə ürəkdən Allaha bağlı olub. Laçınlılar adət-ənənəyə sadiqdirlər, qədim adətləri qorumağa meyllidirlər. Bizim camaat müasir sivilizasiyanın mənfi xüsusiyyətlərinə çox sərt yanaşır, belə halları özündən uzaq tutmağı bacarır. Təbiətin sərtliyi istər-istəməz insanda qoçaqlıq, igidlik, sərtlik kimi xüsusiyyətlər formalaşdırır. Məsələn, dağ adamları insanlarla çox mülayim danışa bilməzlər. Bəzən etik çərçivələrdən də kənara çıxa bilərlər, çünki emosional olurlar. Amma təmiz, səmimi danışırlar, nə fikirləşirlər, onu deyirlər, dildə bir söz deyib ürəkdə başqa niyyət, fikir tutmurlar, insanın arxasınca danışmırlar, sözü üzə deyirlər. Bir məsələyə əmin olandan, onu biləndən sonra danışırlar. Ucqar bir dağ rayonunda yaşadığına, bir-birini aldadan, yalanla, ikiüzlülüklə dolu olan dolam-dolaşıq dünyadan bir az uzaq qaldığına görə adamlar sadədil olur. Hündürdə yaşamaq laçınlılara elə bil Allah payıdır, Tanrı onları özünə daha yaxın edib. - 22 ildir Laçın yoxdur, uşaqlar o dağları, təbiəti görmürlər. İndiki laçınlı ilə 22 il əvvəlki laçınlı arasında fərq çoxdur? İşğaldan sonra doğulan laçınlılar əvvəlki nəslə oxşayırlarmı? - Fərqlər var. Nəinki işğaldan sonra dünyaya gələnlərin, hətta Laçında doğulan, ömrünün az hissəsini orada yaşayan insanların belə xarakterində müəyyən dəyişikliklər var. Laçınsız keçən zaman böyüklərə də təsir edib. Uşaqlar isə Laçını görməyiblər, oranı valideynlərinin söhbətlərindən tanıyırlar, kinolarda, videolentlərdə görürlər. Amma harada doğulmasından asılı olmayaraq laçınlı ailəsində dünyaya gələn laçınlı olduğunu bilir. Ata-ana uşağına, baba-nənə nəvəsinə laçınlı olduğunu izah edir. Beş yaşlı uşaqdan soruşanda cavab verir ki, laçınlıyam, hətta kəndini də tanıyır, kəndin adını deyir. Bunu öyrədən valideynlərdir. Bizim camaat "j" ilə danışır, hətta bunu belə tərgitmirlər. Mən də insanlara həmişə deyirəm ki, danışıqdakı bu fərqi də tərgitməyin, unutmayın, biz onsuz da yerimizə-yurdumuza qayıdacağıq. İndi ölkənin hər yerində doğulan laçınlılar var. Hər ziyanda bir xeyir var deyirlər. Bunun da xeyri varsa, həmin xeyir ondadır ki, mədəniyyət, adət-ənənə, məişət, digər dəyərlər qarşılıqlı təsir göstərir, zənginləşir. Bu zənginləşmə həm laçınlılara məskunlaşdıqları şəhərlərin, rayonların təsiri nəticəsində, həm də laçınlıların həmin şəhər və rayonlara təsiri ilə yaranır. Amma genetik bağlılıq məsələsi var, iki nəsil də dəyişsə, laçınlılar Laçına laçınlı kimi qayıdacaq. Əsas problem Laçına qayıtmaqdır. Məni ayrı məsələ narahat etmir. Laçına qayıtmaqdan böyük arzum-istəyim yoxdur. Bizim camaat qoçaqdır, daşın dibində də olsa, özünə dolanışıq tapır, zəhmətkeşdir. Üstəgəl, dövlət qayğısı var, insanlara yardım edilir, ev verilir, təsərrüfatla məşğul olmaları üçün şərait yaradılır. Bircə ciddi problem var, o da işğalın hələ aradan qalxmamasıdır. Bir icra başçısı kimi laçınlıların təhsili məsələsinə xüsusi həssaslıqla yanaşmağı vacib bilirəm. Laçınlılar heyvandarlığa çox bağlıdır. Görürsən Bakıda, başqa şəhərdə yaşayır, elmlər doktorudur, şairdir, yazıçıdır, digər sahələrdə sözünü demiş ziyalıdır, amma imkanı varsa hansısa rayonda qoyun saxlatdırır. Bu bir ənənədir. Laçınlıların təhsil alanları da çox savadlı adamlar olur. Saflıq, şüurdakı təmizlik təhsildə də yüksək nailiyyət qazanmağa imkan yaradır. İcra başçısı kimi istəyirəm və çalışıram ki, laçınlılar daha çox təhsilə meyllənsin. İntellektual inkişafda səngimə olmamalıdır. Biz Laçına əvvəlkindən daha yüksək intellektli camaat kimi qayıtmalıyıq. Çünki yenidən düşmənlə böyür-böyürə yaşayacağıq. Düşmənlə qabaqlaşmaq üçün hər bir sahədə onunla bab gəlməlisən, onu üstələməlisən. Ona görə ən çox diqqət etdiyim sahə təhsildir. Təhsil məsələsində məxsusi diqqət ayırdığım sahə isə laçınlıların hərbi məktəblərə qəbuludur. Bütövlükdə götürdükdə xalqımızın hərbə, orduya münasibəti dəyişməlidir, yoxsa çox çətin olar. Qədim dövrdən başlayaraq çətinliklər içindəyik. Ərazilərimizin gah biri, gah digəri işğal edilib. Bundan başqa, Azərbaycan kişiləri müxtəlif orduların tərkibində döyüşüblər. Vaxtilə azərbaycanlılar iranlılarla ərəblərə, ərəblərlə Bizansa qarşı, hətta türk soylu xəzərlərə qarşı döyüşüblər. Heç də uzaq olmayan keçmişdə isə rusların tərkibində almanlara qarşı döyüşmüşük. Azərbaycanlılar döyüşə bilir, bunu tarixən sübut ediblər. İndi öz dövlətimiz var, amma ərazilərimiz işğal altındadır. Oraya qayıtmağın yeganə yolu hərbə yiyələnməkdir. Bunu mütləq etməliyik. - Laçınlı gənclərin hərbə marağı varmı, hərbçi olmaq istəyənlərin sayı çoxdurmu? - Az deyil, amma çox da deyil. Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu məsələlər ölkə səviyyəsində araşdırıldı. Belə qərara gəlindi ki, gənclərin hərbi akademiyalara qəbulu məsələsi ilə birbaşa icra hakimiyyəti başçıları ciddi məşğul olsunlar. Bu da zərurətdən atılmış addımdır. Laçın Rayon İcra Hakimiyyəti Ağcabədidə yerləşir. Hərbi liseylərə, akademiyalara getmək istəyən uşaqların valideynləri ilə son vaxtlar iki dəfə görüşmüşəm. Görüşə həmin uşaqların təhsil aldığı məktəbin direktorlarını və fənn müəllimlərini dəvət etmişəm. Müəllimlərdən ibarət qrup yaratmışıq ki, o uşaqları həm fiziki, həm də tədris baxımdan hazırlaşdırsınlar, onlar imtahandan kəsilməsinlər. Eyni zamanda övladlarını hərbi lisey və akademiyaya göndərən ailələrə maddi yardım edirik, uşaqlara da, onların ailələrinə də hər ay maddi dəstək göstəririk. Hazırda laçınlıların arasında sözün yaxşı mənasında böyük bir ajiotaj var. İndi məcburi köçkün ailələrində bu səpkidə iş aparılır. Camaatın özü deyir ki, laçınlılar arasında bu saat "hər ailədən bir zabit" devizi hakimdir. - Qeyd etdiniz ki, hərbi məktəblərə gedənlərə, onların ailələrinə maddi dəstək göstərirsiniz. Amma ortada bir işğal faktoru var. Necə olub ki, indiyə qədər bu maraq olmayıb insanlarda? Torpağın işğalda olması məsələsi uşaqlara yaxşı çatdırılmayıb, təbliğat düzgün aparılmayıb, yoxsa bunun başqa səbəbi var? Orduya getməyi maddi amillə bağlamaq nə qədər doğrudur? - Maddi amillə bağlamaq düzgün deyil. Belə olmaq elə muzdlu döyüşçü hazırlamaq deməkdir. Ancaq real vəziyyətdə bu qaçılmazdır. Təbii ki, bir, ya beş-altı rayonun icra hakimiyyəti həcmində bu işləri aparmaq bir az ayrı səpkilidir. Bizim indi güclü ordumuz, orduda çox müasir texnikalar var. Güclü aviasiyanı, tank qoşunlarını, top bölmələrini idarə etmək üçün yüksək intellektli uşaqlar lazımdır. Elə silahların xeyli hissəsi kompüter arxasından idarə olunur. Belə halda qorxmazlıq, igidlik kifayət etmir. Burada igidliklə intellekt, emosional vətənpərvərliklə hərbi vətənpərvərlik birləşməlidir. Vətənpərvərlik Azərbaycanda iki cürdür - emosional və hərbi. Şeir yazmaq, bayatı söyləmək, əsər səhnəyə qoymaq emosional tərəfidir. Digəri isə hərblə iç-içə bağlılıqdır. İki vətənpərvərlik birləşdisə qələbə var. Ona görə də hər bir Azərbaycan ailəsi, xüsusən də ev-eşiyi işğal altında olan məcburi köçkün ailələri bunu fikirləşməlidir. Bunu təbliğat doğurmalıdır. Hər kəs övladını, nəvəsini, nəticəsini vətən uğrunda tərbiyə etməlidir. Məsələn, bizim ailədə oturanda da, duranda da bu haqda danışırıq. Mənim bir oğlan nəvəm var, 9-cu sinifdə oxuyur. Çox güman ki, o da hərbi akademiyaya gedəcək. Sürücüm, cavan oğlan təbliğatın təsiri ilə hərbi liseyə girdi. Bu təkcə dövlətin funksiyası deyil. Prezident, ya dövlət məmuru bir-bir evlərimizi gəzib bizə vətənpərvər ruhu aşılayan deyil ki. Çeçenlər, əfqanlar və ya osmanlılar belə olub? Qanda olmalıdır, bunu da ailə edir. - Sizin ailədən hərbi sahədə çalışan var? - Mənim iki oğlum var, hüquq təhsili alıblar. Polisdə işləyirlər. Polis də elə yarımhərbi qurumdur. Amma nəvəmə hər gün təbliğ edirik ki, hərbi sahəyə getsin. - Marağı var? - Əvvəldən vardı, bizim apardığımız təbliğatdan sonra daha da artıb. - Akif müəllim, qayıdaq Laçın söhbətinə. Adət-ənənə, vərdişlər baxımından itirilən çoxmu şey var? - Laçınlı xeyir-şəri, bayramı öz yerində necə keçirirdisə, indi də elədir. Təbii ki, başqa insanlarla təmasda çox şey öyrənmişik. Eyni zamanda onlar bizdən çox şey mənimsəyiblər. Məsələn, polis rəisi kimi Qax zonasında işlədiyim zaman oranın məşhur pendiri - "sarıbaş" haqda eşitdim. Bizim camaatın pendirini dadandan sonra bu söhbət aradan çıxdı. Gördülər ki, laçınlılar necə pendir tutur, qatıq çalır, süd bişirir. Bizim camaat Aran zonasından əkinçiliyi, bostançılığı öyrəndi. Bu, qarşılıqlı təmasdır. Amma laçınlı kimi adət-ənənələrin itirilməsi təhlükəsi baxımdan ciddi narahatlıq yoxdur. - Laçına necə getmək olar? - İndi? - Ümumiyyətlə, yol haradan keçir, hara gedir? - Əvvəllər Bakıdan Yevlaxa, oradan Bərdəyə, sonra Ağdama, Əsgəranın içi ilə Şuşaya, sonra Laçına gedirdik. Laçın şəhəri ilə Şuşanın arası 44 kilometrdir. Ya da aşağı tərəfdən, İmişli, Füzuli, Qubadlıdan keçib Laçına gedirdilər. Laçına qayıtmağın ən qısa yolu Ağdam yoludur. Bunun da ən optimal yolu güclü ordu, yaxşı tədbirdir. Uzağı ay yarıma bütün ərazilərimiz işğaldan azad olunacaq. - Kəlbəcərdən də bir yol olmalıdır... - Biz o yolu çox gedib-gəlmirdik. Elə kəlbəcərlilər də o yoldan istifadə etmirdilər. O, müharibə yolu idi. Sonradan əlacsızlıqdan istifadə etdik. - Laçını görməyən adam sizdən soruşsa ki, oranı necə gəzim, haralarda olum, harası maraqlıdır, nə məsləhət verərdiniz? - Torpaq işğalçıdan azad ediləndən sonra asan olacaq. Kim istəsə, Laçına gələcək, laçınlılar ona izah edəcəklər, başa salacaqlar. Laçının yaxşı turş suları, Kəlbəcərdəkindən əskik olmayan isti suları, bərəkətli yaylaqları, meşələri, nadir ağacları var. Laçını gəzmək istəyənə elə şəhərdə istənilən adam bir xəritə cızacaq. İndi hamı savadlıdır. Laçınlılar da həddindən artıq qonaqpərvərdir. Laçının kəndlərində günorta vaxtı bir yad adam görəndə uşaq da olsa yaxınlaşırdı ki, nə köməyimiz dəyə bilər, gedək bizdə çörək yeyək. Ola bilərdi ki, o evdə maddi durum ürəkaçan deyil, amma olanını əsirgəməzdi, hamısını da açıq ürəklə edərdi. Laçında gəzmək problem deyil. Qonaq iki ay qalıb gəzsə, bir manat da xərcləməz, nə yatacağına, nə də yeyəcəyinə xərci çıxar. - "Laçına getsən mütləq filan yerə baş çək" deyə biləcəyiniz məşhur bir yer varmı? - Əgər xarici olsa, deyərdim Laçında qədim alban məbədi var. Mən ölkədə o böyüklükdə ikinci xristian, alban məbədi görməmişəm. Xüsusilə gedən xristian olsaydı, ora mütləq dəyməsini tövsiyə edərdim. O insana izah edərdim ki, görürsən, işğaldan sonra daşların üstünü erməni əlifbası ilə yazıblar, kitabələr yerləşdiriblər ki, guya onlarındır. Kitabımda da yazmışam, əgər alban məbədi ermənilərin olubsa, niyə onu təmir etdirdilər və müqəddəslər siyahısına saldılar? Onların idisə, elə qədimdən bu addımı atardılar. İndi Laçının girəcəyində kiçik bir kilsə tikiblər. Həmin yerdə Böyük Vətən müharibəsində həlak olanlara abidə ucaldılmışdı. Adları siliblər, üstünə ermənilərin adlarını yazıblar. Mən xristian turistə alban tarixini başa salardım. Bizim xalqın tarixində üç dəfə din dəyişməsi olub: atəşpərəstlik, xristianlıq, islam. Qoy xristian görsün ki, biz öz xristian abidələrimizi də tanıyırıq. İslamı qəbul edib məscidə getsək də, kilsələr də bizimdir, əcdadlarımız tikib. - İşğaldan azad olunan kimi Laçında birinci gedəcəyiniz yer haradır? - Elə Laçın, ora girdik, bitdi, bölmək olmur. Laçını ərazilərə bölmək olmaz. İnsanların çoxunun nə edəcəyini bilirəm. On minlərlə laçınlının valideyni, əzizi orada dəfn olunub, insanlar ilk növbədə qəbiristanlığa, əzizlərinin məzarının üstünə gedəcək. Amma mənim üçün bütövlükdə Laçın var. - Siz Laçının sakit vaxtlarını, işğaldan əvvəlki dövrünü, eyni zamanda müharibə vaxtlarını da görmüsünüz. Laçından yaddaşınızda qalan sonuncu görüntü nədir? - Sizə bir məsələni deyim. Mən Laçını, yurdumu bir dəfə də olsun yuxuda görməmişəm. Sevinirəm ki, görməmişəm. Yuxuma ancaq döyüş epizodları, səhnələri girir. Şərqdə belə bir deyim, fəlsəfi düşüncə var ki, yerinin-yurdunun həsrətini çəkən insan oranı yuxuda görmürsə, mütləq ora qayıdacaq. Mən o fəlsəfi yanaşmaya inanıram. Özü də ürəkdən inanıram. |
2014-04-10 | 14,161 | Putin generalları istefaya göndərir - Siyahı | Rusiya prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyindən (FHN), Cəzaların İcrası üzrə Federal Xidmətdən (CİFX), Daxili İşlər Nazirliyindən (DİN) və İstintaq Komitəsindən 14 generalı eyni anda işdən çıxarıb. Müvafiq sənəd Rusiyanın rəsmi hüquqi informasiya portalında yerləşdirilib. İşdən çıxarılanlar sırasında FHN-in nəzarət fəaliyyəti departamentinin direktoru, general-mayor Yuri Deşevıx və onun müavini general-mayor Anatoli Qiletiçin adı var. Bundan başqa, FHN yanğından mühafizə və mülki müdafiə departamentinin direktoru general-mayor Maksim Vladimirov, onun müavini general-mayor Robert Kireyev, həmçinin FHN arxa və silah təminatı departamentinin direktoru general-mayor Nikolay Qreçuşkin işdən çıxarılıb. Eyni zamanda FHN-in Peterburq idarəsinin rəisi, general-mayor Yevgeni Deyneka və Kalmıkiya idarəsinin rəisi general-mayor İqor Mixaylov işdən çıxarılıb. CİFX-dən rəis müavini general-mayor Nikolay Kolesnik, idarə rəisləri general-mayor Sergey Obux və general-mayor Valeri Trofimov işdən azad edilib. DİN-dən isə Tümen vilayətinin idarə rəisi general-mayor Mixail Korneyev, Kursk vilayətinin idarə rəisi general-mayor Viktor Potapov, maliyyə departamentinin rəis müavini general-mayor Aleksandr Şerbin ixtisar edilib. İstintaq Komitəsində isə Novosibirsk vilayətinin idarə rəisi general-mayor İvan Şeyenko işdən çıxarılıb (ANS). |
2014-04-10 | 14,162 | İcra başçısı 22 ildir özünə nəyi yasaq edib? - Səbəb/Foto | Vəzifəli şəxslərin qəribə vərdişləri ilə bağlı çox eşitmişik. Bəziləri bu vərdişlərini gizlədir, bəziləri isə bunu hətta tərcümeyi-halına salır. Ağdam Şəhər İcra hakimiyyətinin rəsmi saytında icra başçısı Nizami Sadıqov da özünün tərcümeyi-halında maraqlı bir cümlə yazıb. Rayonun İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən bu məlumatı oxuyanda bəlli olur ki, cənab başçı Qarabağ münaqişəsinə kimi ciddi şəkildə rəqs etmək həvəskarı olub. Belə olmasaydı çox da uzun olmayan tərcümeyi-halında bu cümləni qeyd etməzdi: "Şuşa şəhəri və Ağdam rayonu işğal edildikdən sonra toylarda oynamağı özünə yasaq etmişdir". Saytda yerləşdirilən məlumatdan aşkar şəkildə hiss olunur ki, rayon rəhbəri düz 21 ildir ki, toylarda oynamamaqla özünə zülm edir. Bax, əsl vətənpərvərlik də budur! ("AzNews.az") |
2014-04-10 | 14,163 | NATO-dan Rusiyaya sərt çağırış: ordunu sərhəddən yığışdır! | NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı Ukrayna ilə sərhəddə hərbi qüvvələrini geri çəkməyə çağırıb. Rasmussenin fikrincə, bu, Kremlin dialoq hazır olmaq məramının səmimiliyinə bir sübut olardı. "Əgər Moskva dialoqa ciddi yanaşırsa, o zaman ilk addı kimi ordusunu geri çəkməlidir. Biz peykdən çəkilən fotoları hər gün görürük. Rusiya Ukraynanın şərqində etnik gərginliyi artırır və qarışıqlığa stimul verir", - deyə alyans rəhbəri qeyd edib ("Musavat.com") |
2014-04-10 | 14,164 | ABŞ və Rusiya razılığa gəldi: 4 tərəfli qrup yaradılır | ABŞ Dövlət katibi Con Kerri və Rusiya Xarici İşlər naziri Sergey Lavrov Donetsk və Xarkovda yaşanan gərginliyin sülh yolu ilə həll edilməsi üçün razılığa gəlib. "Axar.az" xəbər verir ki, Kerri və Lavrov bir gündə iki dəfə telefon danışığı apararaq, Ukraynanın şərqində gərginliyin azaldılması yollarını müzakirə ediblər. Digər yandan, rəsmi Kiyevin Donetskin hökumət binalarını ələ keçirən nümayişçilərə verdiyi vaxt bu gecə başa çatır. Ukraynanın bu bölgəyə hərbi əməliyyat planlarının olacağı və Rusiyanın da bölgəyə müdaxilə edə biləcəyi riski artır. Rusiya Xarici İşlər Nazirliyindən də verilən açıqlamada Kerri və Lavrovun telefon danışıqları apardığı, böhranın sülh yolu ilə həlli edilməsi üçün və hərbi gücdən istifadə edilməməsi barədə razılıq əldə olunduğu bəyan edilib. Hər iki lider Rusiya, ABŞ, AB və Ukrayna nümayəndələrinin iştirakı ilə dördtərəfli qrupun yaradılmasını müzakirə edib. Görüşdə Kerri həmçinin Lavrova Ukraynada amerikalı xüsusi təyinatlıların olmadığı barədə zəmanət verib. Lavrov da öz növbəsində Kerrinin bu sözlərini qəbul etdiyini qeyd edib. |
2014-04-10 | 14,165 | Binəqədidə birmərtəbəli ev yandı | Bakı şəhərində yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 9 kv.m, çardağın yanar konstruksiyası isə 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-10 | 14,166 | AB Türkiyədən narahatdır | "Son 3 ayda yaşanan olaylarla bağlı Türkiyə Avropa Birliyinə bağlılığını şübhə altına alıb". "Axar.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Stefan Füle AB-Türkiyə komissiyalarının iclasında deyib. Füle Türkiyədə son aylar yaşanan olayların xəyal qırğınlığı yaratdığını və ciddi narahatlıqlar keçirdiylərini bildirib: "Türkiyədə məhkəmənin müstəqil olması və bitərəf olması ilə bağlı ciddi narahatlıqlar var. İfadə azadlığı, ictimai nüfuzun hər hansı məsələlərə təsiri Aropa İnsan Hüquqları Məhkəməsinin təyin etdiyi qaydalarla tərs mütənasibdir". Füle həmçinin qeyd edib ki, bundan sonrakı danışıqlarda əməkdaşlıq variantlarını dəyişdimək lazımdır. |
2014-04-10 | 14,167 | Keçmiş Baş nazir qocalar evinə göndərilir | İtaliyanın keçmiş Baş naziri Berluskoninin məhkəməsində hansı qərar çıxarılacaq? Bu haqda qəti qərar gələn bazar ertəsi veriləcək. "Axar.az" xəbər verir ki, bunu İtaliyanın "La Republik" qəzeti yazıb. Maliyyə fırıldaqçılığında ittiham olunan Berluskoninin ev dustaqlığı ilə cəzalandırılacağı gözlənilsə də, bu gün İtaliya qəzetlərinin yazdığına görə, onun ölkənin hansısa qocalar evinə göndəriləcəyi də istisna deyil. Xatırladaq ki, Berluskoninin 77 yaşı var və onun qocalar evinə göndərilməsi İtaliya qanunlarına görə mümkündür. Bundan başqa Berluskoninin hələ də bitməyən bir məhkəməsi var. O, bir qədər əvvəl boşandığı arvadı ilə hələ də maliyyə məsələsini həll etməyib. |
2014-04-10 | 14,168 | Davudoğlu Kerri ilə qondarma soyqırımı müzakirə etdi | Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu ABŞ Dövlət katibi Con Kerri ilə qondarma erməni soyqırımı layihəsini müzakirə edib. "Axar.az" xəbər verir ki, Davudoğlu Con Kerri ilə telefon danışığında ABŞ Senatına təqdim edilən və 1915 hadisələrinin soyqırım kimi tanınması çağırışında olan "S.Res.140" saylı qərarla bağlı narahatlığını bildirib. Görüşdə həmçinin Suriya və Misirdəki son hadisələr barədə fikir mübadiləsi aparılıb. Telefon danışığı ilə bağlı mətbuata danışan Davudoğlu bildirib: "Hər il aprel ayında Türkiyəyə qarşı hücumlar təşkil edilir və bütün bunların qarşısının alınması üçün tədbirlərin görülməsi vacibdir". |
2014-04-10 | 14,169 | Göyçayda bədbəxt hadisə: 1 nəfər kanala düşdü | Göyçay rayonunda bədbəxt hadisə baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Şirvan kanalının Göyçay rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması ilə bağlı məlumat daxil olub. Həmin şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Axtarışlar davam etdirilir. |
2014-04-10 | 14,170 | FİFA reytinqi: millimiz mövqeyini dəyişdi | FİFA-nın bu gün açıqlanan reytinq siyahısında ən çox irəliləyən komandaların cədvəli müəyyənləşib. Ötən ayla müqayisədə 6 pillə irəliləyişə nail olan Azərbaycan yığması da tərəqqiyə nail olanlar sırasındadır. Belə ki, 91-ci pilləni 85-ciyə dəyişən komandamız inkişafın böyüklüyünə əsasən "Top-20"yə düşüb. Ən çox irəliləyən 20 millidən biri olan yığmamız 13-18-ci yerləri bölən 6 komandadan biridir. Finlandiya, Seneqal, Qətər, Ekvatorial Qvineya və Suriya milliləri də eyni qədər irəli addımlayıb. Ən çox inkişaf edən isə Şotlandiyadır. Ada təmsilçisi 15 addım irəliləyib. Millimizin AVRO-2016-dakı rəqiblərindən olan Malta 7 pilləlik irəliləyişlə 10-12-ci yerlərdədir. Qeyd edək ki, mayın 27-də Azərbaycanla yoldaşlıq oyunu keçirəcək ABŞ da irəliləyib. Amerikalılar 14-cü pillədən 13-cüyə yüksəlib. Millimizin baş məşqçisi Berti Foqtsun müşavir kimi çalışdığı komandanın hesabında 1015 xal var ("Apasport.az"). |
2014-04-10 | 14,171 | Elmar Məmmədyarov Zimbabveli həmkarı ilə görüşdü - Foto | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, qonaqları salamlayan E.Məmmədyarov Zimbabve xarici işlər nazirinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd edib. Azərbaycanın regionun lider ölkəsi olduğunu bildirən ölkəmizin xarici işlər naziri Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. Zimbabve ilə bir çox sahələrdə, o cümlədən təhsil, turizm və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan E.Məmmədyarov bunun üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Eyni zamanda, görüşdə Azərbaycan ilə Zimbabve arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb. Zimbabvenin xarici işlər naziri S.Mumbengegvi ölkəmizə səfərindən məmnun olduğunu bildirib və ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsi haqqında Zimbabvenin nazirinə məlumat verən E.Məmmədyarov,Azərbaycanın münaqişənin beynəlxalq hüquq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin bildirib ki, Ermənistan münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlara məhəl qoymayaraq, Azərbaycan ərazilərinin işğalını davam edir. E.Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb. |
2014-04-10 | 14,172 | Basayev: “Canavar heç vaxt itə çevrilmir” – Video | Çeçenistan-İçkeriya Respublikasının əfsanəvi simalarından olan Şamil Basayev haqqında növbəti videomuzu təqdim edirik. "Axar.az" xəbər verir ki, illər öncə Azərbaycan kanallarından birinə -"Space"-ə müsahibəsində bir heyvan kimi, canavarın türklərin, çeçenlərin həyatında oynadığı rolundan, bu yırtıcının vəhşi təbiətdə yaşam tərzinin müsbət tərəflərindən bəhs edib. Basayev qeyd edib ki, canavar onun üçün heç vaxt təslim olmayan, itə çevrilməyən bir yırtıcı heyvandır. Əlavə edib ki, nə pələng, nə də digər heyvanlar canavar qədər özündən güclülərə qarşı savaşa getmir. Basayev vurğulayıb ki. Canavar onun üçün əyilməzlik, qürür simvoludur. Xatırladaq ki, türklərdə olduğu kimi, İçkeriyada da canavar əsas totemlərdən biridir. |
2014-04-10 | 14,173 | Xristianlar da “halal” məhsul istəyirlər - Foto | "Hələlik 4 şirkət halal sertifikatı alıb". "Axar.az" xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğun olaraq "Hakan Foods" FF Co. LTD müəssisəsi "Kral" və "Yeni dad" nişanlı məhsullar, "Səhliyalı" kiçik müəssisəsi "Min bərəkət, halal nemət" nişanlı məhsullar, "M T" LTD firması "Hacı Turqay" nişanlı məhsullar və "Zəhmət Ruzi" MMC "SAB" halal nişanlı məhsullar istehsal edəcək. Qurum rəsmisi standartları İslam Əməkdaşlıq Təşkilatının 2011-ci ildə təsdiq edilmiş Vahid Halallıq Standartına uyğun hazırladıqlarını deyib: "Bizə 9 müəssisə müraciət etmişdi və onlardan yalnız dördünə "AZS 731-2012 (OİC/SMİİC 1:2011)" sertifikatını vermişik. Digər 5 müəssisədə isə hələlik araşdırmalar davam edir. Onu da qeyd edim ki, bu sertifikatlar yalnız 1 illik verilir. Komitə tərəfindən müəyyən edilmiş halal nişanı həmin şirkətlərə göndərilib və qablaşdırmanın üzərinə vurulması tövsiyə edilib". Qafqaz Müsəlmanları İdarəsi ilə qurum arasında yaranan fikir ayrılığına aydınlıq gətirən Fazil Talıblı QMİ ilə hər zaman əməkdaşlıq etməyə hazır olduqlarını bildirib: "Halallıq sertifikatının verilməsi prosesində yalnız heyvanın kəsilməsi ilə bağlı məsələlərə QMİ-nin rəyi vacib ola bilər. Qalan mərhələlərdə isə sırf texniki göstəricilər nəzərə alınmalıdır. Əgər nə zamansa ölkədə ətin kəsilməsi ilə bağlı məsələlər ortaya çıxarsa, biz QMİ-nin mütəxəssislərini dəvət edəcəyik". Mətbuat xidmətinin rəhbəri son zamanlar mediada yayımlanan 3 qalmaqallı hadisə ilə bağlı da mövqeyini bölüşdü. Onun sözlərinə görə jurnalistlərin yayımladığı bu məlumatların heç biri öz təsdiqini tapmayıb: "Sosiskanın içindən qurd çıxması ilə bağlı yayılan xəbərdən dərhal sonra biz reaksiya verdik və həm vətəndaş dəvət olundu. Qeyd edilən məhsul laboratoriyaya göndərildi və iddiaların doğru olmadığı sübut edildi. Digər bir məsələ dönərin üzərində siçan gəzməsi ilə bağlıdır. Hansı ki, bu məsələ də təsdiqini tapmadı. Nəhayət sonuncu məsələdə jurnalistlərdən biri şəkil paylaşmışdı və bildirirdi ki, bu natəmiz obyekt Nərimanov rayonunda yerləşən 37 saylı məktəbdir. Amma biz getdik həmin yerə və gördük ki, deyilənlər tam yalandır". Xristianlar da "halal" məhsul istəyirlər Hazırda halal standartı islam ölkələri ilə yanaşı müsəlmanların yaşadığı bir çox dövlətlərdə də tətbiq edilir. Bəzi Qərb laboratoriyalarında aparılan tədqiqatlar sübut edir ki, "halal standartı"na uyğun olan məhsullar islami baxımdan deyil, həm də tibbi baxımdan orqanizmə xeyirdir. Belə ki, ət və ət məhsullarının tərkibində olan natrium nitrat, monosodium qlutomat və üzvi sulfitlərin miqdarı normadan çox olarsa, bu, çox ağır xəstəliklərə gətirib çıxarır. Havay Universitetinin (Hawai) tədqiqatlarının nəticələri göstərir ki, tərkibində natrium nitratı çox olan ət və ət məhsulları (kolbasa, sosiska) pankreatit xərçənginə tutulma riskini artırır. Bu tipli qidalardan mütəmadi istifadə edənlərin 67 faizi qeyd edilən xəstəliyə yoluxurlar. Avstraliyanın Hiperaktiv Uşaqları Qoruma Qrupu natrium nitratdan istifadənin azaldılması ilə bağlı hökumətə təkliflər verib. Qrup qeyd edilən kimyəvi maddənin oksigen çatışmazlığı, baş gicəllənmə və baş ağrısına səbəb olduğunu deyir. Digər bir araşdırma qrupu isə "halal" məhsullardan başqa digər növ ət və ət məhsullarında tapılan natrium nitratın leykemiya xəstəliyinə gətirib çıxardığını deyir. Xərçəngin bir növü olan leykemiya daha çox qadınlarda müşahidə edilir və el arasında qan xərçəngi adlanır. "Halal standart"ı müəyyən edilən və Azərbaycana yaxın ölkələr arasında Türkiyənin də adı var. 2014-cü ilin yanvarın 1-nə olan statistik məlumatlara görə, hazırda Türkiyədə "halal standartı"nı almış 70 firma var. Kodlaşdırılmış maddələr Bir çox hallarda alıcılar aldıqları ət və kolbasa məhsullarının üzərində onun tərkibinin necə olduğunu müəyyən edə bilmirlər. Bu, əsasən iki səbəbdən ola bilər. Birincisi, onların tərkibinin göstərilməməsi ilə əlaqədardırsa, digəri isə qeyd edilən qidaların tərkibində olan maddələrin öz adları ilə deyil, beynəlxalq aləmdə qəbul edilmiş kodlarla verilir. Belə ki, ümumdünya miqyasında göstərilən "E250" natrium nitratı, "E621" monosodium qlutomatı, "E221" isə natrium sulfiti göstərir. |
2014-04-10 | 14,174 | AMAY Abdullanın şikayəti təmin edilmədi | Bu gün Bakı Apellyasiya Məhkəməsində tanınmış iş adamı Abdulla Abdullayevin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarından A. Abdullayevin müdafiəçisi Əkbər Bağırov tərəfindən verilmiş apellyasiya şikayəti təmi edilməyib. Bu barədə "Axar.az"a iş adamının vəkili Əkbər Bağırov deyib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi iş üzrə Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarını qüvvədə saxlayıb. Vəkil Əkbər Bağırovun sözlərinə görə, qanunsuz hesab etdikləri həbs qərarını ləğv edilməsi üçün AR qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulmuş bütün mümkün müdafiə vasitələrindən istifadə edəcəklər. |
2014-04-10 | 14,175 | Türkiyə səfirliyinə raket atıldı: yaralılar var | Somalinin paytaxtı Moqadişuda Türkiyə səfirliyinin inşa edilən binası raket hücumuna məruz qalıb. "Axar.az" xəbər verir ki, 2 türkiyəli işçi ağır yaralanıb. Yaralılar təcili yardım təyyarəsi ilə Türkiyəyə gətiriləcək. Raket türkiyəli işçilərin qaldığı konteynerə dəyib, nəticədə yanğın baş verib. Yaralıları gətirmək üçün Türkiyədən təcili yardım təyyarəsi də artıq Moqadişuya yola çıxıb. Yaralıların bu gün gecə Türkiyəyə çatdıdırlmaları gözlənilir. Hücumun məsuliyyətini boyununa götürən olmayıb. |
2014-04-10 | 14,176 | Qazaxıstandan Rusiyanın torpaq iddiasına cavab | Rusiyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bu gün sözügedən ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. "Axar.az" xəbər verir ki, rusiyalı diplomatın təcili şəkildə nazirliyə çağırılmasına səbəb Rusiyanın Xakasiya vilayəti parlamentinin sədri Vladimir Ştıqaşevin Qazaxıstana qarşı ərazi iddiası ilə çıxış etməsidir. Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Nurjana Aytmaxanova bildirib ki, rusiyalı siyasinin qeyri-konstruktiv çıxışı ölkəsinin narahatlığına səbəb olmaya bilməz: "Hər halda hesab edirik ki, ya Ştıqaşev düşünmədən belə açıqlama verib, ya da media bunu təhrif edib. Ölkələrimiz arasında sərhədin delimitasiyası 2005-ci ildə başa çatıb. 2006-cı ilin yanvar ayının 12-də isə razılaşmanın son variantına dair müqavilələrə imza atılıb. Ölkələrimiz arasında dostluq əlaqələri var. Həm Qazaxısatan, həm də Rusiya bölgədə və dünyada təhlükəsizliyin qorunması üçün birgə səy göstərir. Ümid edirik ki, Rusiya hökuməti Ştıqaşevin ifadələrinə lazımı reaksiya verəcək". Xatırladaq ki, Rusiyanın Xakasiya vilayəti parlamentinin sədri Vladimir Ştıqaşev dünən mediaya açıqlamasında Qazaxıstan ərazisinin bir hissəsinin Rusiyaya aid olduğunu və həmin əraziləri xalqın tələb etmə haqqını bildirmişdi. |
2014-04-10 | 14,177 | NATO Baş katibinin müavini Bakıya gəldi | Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edi. Nazirliyin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub və sözügedən əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib. Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2014-04-10 | 14,178 | Tam məxfi: Leninin verdiyi dəhşətli əmrlər - Axar TV | Rusiyada Leninin 1800 abidəsi və 20 minə yaxın büstü qoyulub. 5 mindən çox küçə inqilabçının adını daşıyır. Bir çox şəhərlərin mərkəzi meydanlarında Vladimir İliçin heykəli ucaldılıb. Əgər biz bu məşhur öndər haqqında həqiqətləri bilsəydik, onun bütün abidələri zibilxanaya atılardı. Məşhur tarixçi-leninşünas Anatoli Latışev ömrü boyu Leninin bioqrafiyası ilə məşğul olub. Bu yaxınlarda Leninin gizli fondundan və KQB-nin qapalı arxivlərindən ən məxfi sənədləri əldə edə bilib. Sənədlərin üzə çıxardığı gerçəklər insanı dəhşətə gətirir. Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə: |
2014-04-10 | 14,179 | Ukraynanın işğal layihəsinin gizli adı açıqlandı - Şok | "Putin Ukraynanın işğalı üçün bir neçə il bundan öncə hazırlaşıb". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ukraynalı ekspert Vitali Kulik çıxış edib. O, Rusiyanın Ukraynanı birbaşa nəzarət altında almaq niyyətində olduğunu deyib: "Rusiya Ukraynanı birdəfəlik nəzarəti altına almağa çalışır. Çünki artıq Qərblə aparılan siçan-pişik oyunu Putini boğaza yığıb. Putin Yanukoviç prezident seçilməzdən öncə Ukraynanın işğal planını hazırlayırdı. Bunun üçün Rusiyanın kəşfiyyat orqanları xüsusi olaraq işə cəlb edilmişdilər. "Yanukoviç" adlanan layihəyə əsasən Ukraynanın ilk növbədə əsas idarəetmə strukturları ələ keçirilməli, sonra isə ölkə qərbyönümlü siyasətçilərdən təmizlənməli idi. "Yanukoviç" planı uğursuzluqla nəticələndikdən sonra Putin yalnız agentlərin gücündən istifadə etmək məcburiyyətində qaldı". |
2014-04-10 | 14,180 | Bərdədə naməlum kişi meyiti tapıldı | Bərdədə naməlum kişi meyiti tapılıb. Məlumata görə, meyit Yuxarı Qarabağ kanalının Mehdili kəndi ərazisində keçən hissəsində tapılıb. İlkin məlumata görə meyitin üzərində hər hansı xəsarət və zorakılıq əlamətləri aşkarlanmayıb. Bərdə rayon prokurorluğundan verilən məlumata əsasən meyiddə qətlin əlamətləri yoxdur. Hazırda meyitin müayinəsi aparılır. Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma gedir (ANS). |
2014-04-10 | 14,181 | "Qalatasaray"ın stadionu bağlanır | İstanbulun "Fənərbaxça" futbol klubu ilə oyunda azarkeşlərin səsləndirdiyi şüarlara görə Türkiyə Futbol Federasiyası "Qalatasaray" komandasını cəzalandırıb. Məlumata görə, bu səbəbdən qarşıdakı bir oyunda "Türk Telekom Arena"ya fanatlar buraxılmayacaq və klub 80 min lirə cərimə ödəyəcək. Qeyd edək ki, bu əzəli rəqiblər arasında keçirilən son görüşdə "Qalatasaray" doğma meydanda Sneyderin yeganə qolu ilə "Fənərbaxça"nı məğlub etmişdi (ANS). |
2014-04-10 | 14,183 | İzzət: "Müğənnilik bekara sənətdir, çox peşmanam" | Müğənni İzzət Bağırovun "Axar.az"a müsahibəsi. - Ailəlisiniz, üç oğlunuz var. Uşaqlara istədiyiniz kimi vaxt ayıra bilirsiniz? - Bəli, mən vaxtımın çoxunu evdə keçirirəm. Böyük oğlum mənsiz qala bilmir, mənə o qədər bağlıdır ki, çox vaxt gedəcəyim yerə özümlə aparıram. Başım qarışıq olanda ona, "dayan, işim var" deyə bilmirəm, bunu özünə qarşı diqqətsizlik kimi qəbul edir, elə həmin anda inciyir. - Övladlarınızın müğənni olmasını istəyərdiniz? - Əsla istəməzdim. Lakin bir də görürsən əllərinə bıçaq-qaşıq götürüb oxuyurlar. Mənim mahnılarımın hamısını əzbərdən bilirlər. Müğənnilik bekara sənətdir, istəmərəm müğənni olsunlar. Mən özüm bu sənəti təsadüfən seçmişəm, indi də peşmanam. - Bu sənətə belə nifrət bəsləyirsinizsə, niyə oxumaqda bacınız oğlu Tahirə dəstək oldunuz? - Yox, mən əslində ona bacardığım qədər mane olmağa çalışdım. Çox dedim ki, oxuma, təhsilini al, hara istəsən işə girməyə sənə köməklik edəcəm. Sonra düşündüm ki, bacım elə bilər müğənni olduğum üçün paxıllıq edirəm. Buna görə də məcbur qaldım Tahirə kömək etdim. - Bir çoxları düşünür ki, şou-biznes pul bulağıdır. Buradan heç kim uzaqlaşa bilmir. Çoxları indiyə qədər səhnədən uzaqlaşdığını deyib, lakin bir müddət sonra geri qayıdıb. Sizin fikrinizcə, bu, nədən irəli gəlir? - Doğru qeyd etdiniz, gedib-gələn çoxdur. İnanın ki, mən getsəm, gəlməyəcəm. Düzdür, müğənnilik gəlirli peşədir, lakin xalq kimi sevirsə, toyuna da onu dəvət edir. - Toya daha çox hansı müğənnilər gedir? - Açığı desəm, elə müğənni var ki, qırx ildir oxuyur, dəbdədir, ancaq ayda bir dəfə toya çağıran yoxdur. - Sizi necə, çox çağırırlar? - Min şükür Allahın verdiyinə, özümə görə çoxdur. - Gizli deyilsə, gəliriniz nə qədər olur? - Bunu desəm, göz dəyər (gülür). - Şou-biznesin kişiləri sanki qadınlarla yarışa girib. Qaş-üz aldıran kim, saç boyadan kim... Buna münasibətiniz? - Düzdür, son zamanlar bu mövzu böyük səs-küyə səbəb olub. Bir çox kanallarda, verilişlərdə müzakirə edilir. Düşünürəm ki, bütün bunlar hərənin öz şəxsi işidir. Mən çirkin olsaydım, bəlkə də edərdim. Burada qeyri-adi nə var ki? - "Mən də çirkin olsam edərdim" dediniz. Siz necə, lazım gəlsə silikondan istifadə edərdiniz? - Yox, silikondu-nədi, mən heç vaxt elə üsullardan istifadə etmərəm. Bu mənə yaraşmaz. - Müsahibələrinizin birində evinizdə olan rəsm əsərlərindən birinin yalnız sizdə olduğunu iddia etmisiniz... - Bəli, bu həqiqətdir. Həmin rəsm mənə Əfqanıstandan gəlib, çox dəyərlidir. Büsbütün əl əməyidir. - Özünüzü şou-biznesdə görürsünüz? - Deməzdim ki, tam şou-biznesdəyəm, amma hardasa hə. Şou-biznesdə olanlar daha çox qalmaqalla yadda qalırlar. Mən belə hallardan uzaq biriyəm. - İllərdir ki, ardıcıl olaraq ildə iki dəfə konsert proqramı ilə çıxış edirdiniz. Son illər nədənsə durğunluq var, bu, nədən irəli gəlir? - Düzdür, əvvəl ildə iki dəfə 8 mart və dekabrda solo konsert verirdim. Lakin indi əvvəlki vaxt deyil. İcarə qiyməti həddindən artıq yüksəkdir. Amma 2013-cü ildə üç klipim işıq üzü gördü. Bu il isə mütləq konsert vermək fikrindəyəm və bununla kifayətlənməyəcəm. Film də çəkmək istəyirəm. Filmin ssenarisi də özümə məxsusdur. - Layihə deyilən kimi yada sponsor düşür. Bu işləri görmək üçün sponsorunuz varmı? - Xeyr, mənim heç vaxt sponsorum olmayıb. İndiyə qədər bir çox işlər görmüşəm, heç bir işimdə də sponsorum olmayıb. |
2014-04-11 | 14,184 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 4-8, gündüz 15-20, günün birinci yarısında bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 11-də əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. |
2014-04-11 | 14,185 | Dağıstanlı politoloq: "Azərbaycan parçalanmalıdır" | "Azərbaycanın Ukraynadakı hadisələrdən çıxış yolu ölkəni federasiyaya çevirməkdir". "Axar.az" xəbər verir ki, bu cəfəng açıqlama ilə dağıstanlı politoloq Xancan Qurbanov çıxış edib. O, Azərbaycanda etnik azlıqların hazırkı vəziyyətdən narazı qaldıqlarını bildirib: "Azərbaycan əvvəllər də xanlıqlar dövrünü yaşayıb. Hazırda Azərbaycanda elan olunmuş multikulturalizm və liberalizmlə bağlı siyasətin arxasında da yerli xalqların narazılığı dayanır. Ona görə də bu ölkə üçün təcili olaraq federasiya lazımdır. Yalnız federasiya onu gücləndirə bilər. Çox təəssüf edirəm ki, bu xalqlar hələ də Rusiyaya müraciət etməyiblər. Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan Rusiyanı hələ də düşmən hesab edir, baxmayaraq ki, şimal qonşusu ona çox məsələdə güzəştə gedib". |
2014-04-11 | 14,187 | Rusiya-Türkiyə gərginliyi artır | Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsinin "Montrö Konvensiyasının tətbiq olunması kontekstində Rusiya Xarici İşlər nazirinə aid iddiaların heç bir şəkildə gerçəyi əks etdirmədiyi" barədə açıqlaması Rusiya Xarici İşlər Nazirliyi tərəfindən narazılıqla qarşılanıb. "Axar.az" xəbər verir ki, Rusiya XİN-in açıqlamasında Montrö müqaviləsinin Qara dənizdə sahili olmayan ölkələrə aid hərbi gəmilərin bu dənizdə üzməsinə bəzi məhdudiyyətlər yaratdığı və müqavilənin 18-ci maddəsinin ikinci bəndinə görə, bu cür gəmilərin, məqsəd nə olursa olsun, Qara dənizdə 21 gündən çox qala bilməyəcəyi bildirilib. Daha sonra bildirilir ki, "Türkiyə və Qara dənizə sahili olmayan digər ölkələrin müqavilənin öhdəliklərinə əməl edəcəklərinə ümüd edirik". Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov 3 apreldə verdiyi açıqlamasında ABŞ hərbi gəmilərinin Qara dənizdə üzmə müddətini son olaraq iki dəfə pozduğunu bildirib. Lavrov həmçinin bu məsələdə Türkiyə və ABŞ-ın Montrö müqaviləsinə əməl etməsi üçün çağırış etmişdi. Türkiyə Xarici İşlər Nazirliyindən isə verilən açıqlamada Sergey Lavrovun sözlərinin həqiqəti əks etdirmədiyi bəyan edilmişdi. |
2014-04-11 | 14,188 | Sevgilisini hündürdaban ayaqqabı ilə öldürdü | ABŞ-da keçən il sevgilisini öldürən əslən meksikalı Ana Trijiloya hökm oxunub. "Axar.az" xəbər verir ki, o, isveçli sevgilsi Stefan Andersonla dava edərkən 14 santimetrlik hündürdaban ayaqqabısı ilə kişinin başına vuraraq onu öldürüb. Bir ildən çox çəkən məhkəmədə Ananın vəkili bunun müdafiə xarakterli olduğunu bildirsə də, sonda məhkəmə qadını təqsirli bilərək, onu ömürlük həbs cəzasına məhkum edib. |
2014-04-11 | 14,189 | "Erməni soyqrımı" Konqresdə: ən kritik bir gün - Yeniləndi | 00:57 ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ermənilərin Türkiyəyə qarşı soyqırım iddiaları ilə bağlı layihəni qəbul edib. "Axar.az" məlumat verir ki, soyqırım iddiaları ilə bağlı qərara 12 nəfər səs verib, 5 səs əleyhinə çıxıb, 1 nəfər isə bitərəf qalıb. 02.15 Qanun layihəsinin ABŞ Konqresində müzakirəyə çıxarılması və hüquqi status alması prosesinin tamamlanması üçün Senatın Ali Komitəsində sabah səs verilməlidir. Soyqırım haqqında iddiaların əks olunduğu qanun layihəsinin Senatda qəbul olunmasını təmin etmək üçün bir günlük müddət var. Çünki sabahdan etibarən aprelin 28-ə qədər Konqres tətilə çıxacaq. Aprelin 24-ü isə qondarma erməni soyqırımı günüdür və bu tarixdən sonra Senatın onu müzakirəsi real deyil. |
2014-04-11 | 14,190 | Suriya ilə sərhəddə savaş başladı: 51 ölü | Suriyanın İraq sərhədi yaxınlığında İŞİD ilə Əl-Nusra qrupu arasındakı qarşıdurmalar baş verib. "Axar.az" xəbər verir ki, atışmalar zamanı 51 nəfər ölüb. Qarşıdurma İŞİD ilə Əl-Qaidəyə bağlı El-Nusra arasında davam edir. Qeyd edək ki, səhər saatlarından başlayan atışma hələ də davam edir. |
2014-04-11 | 14,191 | Türkiyənin korifey müğənnisi lal olur | 2011-ci ildə iflic olan Türkiyənin tanınmış sənətçisi Fərdi Tayfurun indi də nitqində problem yaranıb. "Axar.az" xəbər verir ki, 3 il bundan əvvəl iflic olan sənətçiyə həkimlər bu vəziyyətin müvəqqəti olduğunu desələr də, Fərdi Tayfurun vəziyyəti daha da pisləşib. Artıq müğənni danışmağa çətinlik çəkir. Fərdi Tayfurun bu problemi aradan qaldırmaq üçün nitq terapiyasına başladığı da qeyd edilib. Bu işdə sənətçiyə 36 illik həyat yoldaşı Zəliha Bayburt yardım edir. |
2014-04-11 | 14,192 | NATO Qara dənizə daha iki hərbi gəmi göndərir | NATO Qara dənizdə hərbi-dəniz qruplaşmasını gücləndirir. ABŞ hərbi-dəniz qüvvələrinin "İcis" raketdən müdafiə sistemi ilə təchiz olunmuş Donald Kuk esminesinə Fransa hərbi-dəniz qüvvələrinin iki gəmisi də qoşulacaq. Rusiya hərbi idarəsində iddia edilir ki, bu dəfə NATO açıq şəkildə bəyan edir ki, bu gəliş Ukraynadakı vəziyyətlə birbaşa bağlıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, alyans qüvvələrinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi NATO-nun beynəlxalq öhdəliklərinin pozulması demək olacaq ("Musavat.com"). |
2014-04-11 | 14,193 | ”Seçkilərin təxirə salınması ölkəyə xəyanətdir” | Ukraynanın xalq deputatı, prezidentliyə namizəd Pyotr Poroşenko bildirib ki, qarşıdan gələn prezident seçkilərinin təxirə salınması ölkəsinə xəyanat olardı. "Axar.az" xəbər verir ki, Poroşenko bunu ölkəsinin aqressiyaya məruz qalması ilə izah edib: "Ukraynaya olan aqressiya fonunda prezident seçkilərinin təxirə salınmasından söhbət gedə bilməz. İndi bunu etsək, Ukraynaya xəyanət etmiş olardıq. Seçkilər keçirilməsə, ölkəmizə qarşı təhlükələr kardinal şəkildə artacaq". Xatırladaq ki, Ukraynada prezident seçkiləri mayın 25-ə təyin olunub. |
2014-04-11 | 14,194 | Putin Avropanı təbii qazı kəsməklə təhdid etdi | Rusiya lideri Putin Ukrayna böhranı ilə bağlı əlaqələrinin son dərəcə pisləşdiyi Avropanı mavi qazı kəsməklə təhdid edib. "Axar.az" xəbər verir ki, avropalı liderlərə xitabən yazdığı məktubunda Putin Ukrayna ərazisindən Avropaya təbii qaz ötürən xətlərdə axının dayana biləcəyinə eyham vurub. Krımın ilhaqından sonra Qərblə əlaqələri pisləşən Putin enerji kartını oynamağa hazırlaşır. Rusiya prezidenti Avropa Birliyi liderlərinə xitabən yazdığı məktubda Ukrayna ilə yaşanan təbii qaz böhranından Avropa ölkələrinin də təsirlənə biləcəyini qeyd edib. Davam edən enerji böhranını xarakterizə edən Putin Ukraynanın "Qazprom"a 2 milyard dollardan çox borcunun olduğunu xatırladıb. Putinin məktubunda bu ödənişlərin edilməməsi durumunda təbii qazın dayandırılacağını və Avropa Birliyinə Ukrayna ərazisiindən keçən təbii qaz tranzit boru kəmərlərinin da bu sanksiyadan kənarda qalmayacağını bəyan edib. Avropa Birliyi qaz ehtiyacının təxminən 1/3-ni Rusiyadan alır. Xatırladaq ki, Avropa Şurası bu gün Rusiyanın şurada səsvermə hüququnu əlindən alıb. |
2014-04-11 | 14,195 | Qar adamının görüntüləri yayıldı - Video | İki ovçu nəməlum qar adamını lentə aldığını iddia edir. Ceyson Hill və Ceyson Dann adlı ovçular uzun muddətdir izinə düşdüyü qar adamının görüntüsünü lentə almağı bacarıb. Guya Avstraliyada kolluqda yaşayan bir mifik məxluq "Yovi"ni meyvələrdən ibarət tələnin köməyilə lentə ala bilib. "Biz alma və digər meyvələri kol dibinə qoyub "Yovi"nin gəlməsini pusurduq və o, bizim tələmizə düşdü, bununla biz coxdan arzuladığımız istəyimizi reallaşdırdıq", - deyə Ceyson Hill bildirib. Hazırda alimlər bu qəribə məxluqla bağlı araşdırma aparır (ANS). |
2014-04-11 | 14,196 | Türk aktrisa yerdən bezdi, maşınların üstündə gəzdi - Foto | Hər zaman cazibədarlığı ilə seçilən məşhur türk aktrisası Nurgül Yeşilçay tıxacda dayanan maşınların üstünə çıxıb. "Axar.az" xəbər verir ki, tanınmış firmalardan birinin siması olan aktrisa yeni reklam çarxında ssenariyə əsasən maşınların üstü ilə gəzib. Qeyd edək ki, aktrisa Tvitter hesabında da maşınların üstündə çəkilmiş fotolarını paylaşıb. |
2014-04-11 | 14,197 | Volqoqrad terror aktını Azərbaycan kəşfiyyatı törədib - Video | "Volqoqrad hadisələrində Azərbaycanın xüsusi xidmət orqanları günahkardır". "Axar.az"ın bu dəfə təqdim edəcəyi video rus millətçilərinin Volqoqrad hadisələrindən sonra Azərbaycanı günahlandırmasını özüdə əks etdirir. Videonu hazırlayan şəxslər 21 oktyabr 2013-cü ildə Volqoqradda baş verən hadisələrdə Azərbaycanı günahlandırırlar. Onlar bunu Brilyova hadisələrinin qisası adlandırırlar. Azərbaycanı Rusiyanın əsas düşməni olan İsraillə əməkdaşlıqda qınayan millətçilər buna qarşı ciddi tədbir görməyin vaxtının çatdığını bildirirlər. Videonu təqdim edirik. |
2014-04-11 | 14,198 | Ayfon 6-nın videosu yayıldı – Video | Sentyabr ayında tanıdılması gözlənilən yeni Ayfonun ekranının mövcud Ayfonlarla müqayisədə daha geniş olacağı dəqiqdir. "SCAVids" mütəxəssisi yeni modellə əlaqəli məlumatları toplayaraq Ayfonun skelet videosunu hazırlayıb. Yeni model daha nazik və incə görüntüsü ilə diqqəti cəlb edir. "Əpl"in A8 prosessoru ilə təchiz edilən modelində 3 GB ramın olacağı gözlənilir. |
2014-04-11 | 14,199 | Gənc müğənni öz hesabına klip çəkdirir - Foto | "Sponsorum yoxdur, klipimi öz hesabıma çəkdirirəm". Bu sözləri "Axar.az"a açıqlamasında gənc müğənni Rəvan Qarayev bildirdi. Müğənninin sözlərinə görə, klipin hazırlanmasına dörd min manata yaxın pul xərcləyib: ""Nədən" mahnısına klip çəkdirirəm. Klip Novxanıda "Aqva park" və "Modern hospital"da çəkilir. Klipin rejissoru gənc və istedadlı Caviddir, tərəf müqabilim Mələk adlı xanımdır, seçimi isə rejissor edib. Sponsorum yoxdur, öz hesabıma çəkdirirəm. Klipin hazırlanmasına isə nə baha, nə ucuz - dörd min manata yaxın pul ayırmışam". |
2014-04-11 | 14,200 | İnsan dərisi ilə üzlənmiş kitablar - Şok | Bahalı və qədim kitabları bir araya gətirən kitabxanaların hər zaman qəribə bir yönü olur. Toz qoxusu ilə sürreal bir hava yaradan bu kitabxanalar haqqında danışanda şübhəsiz ki, Harvard kitabxanasını unutmaq olmaz. Çünki 3 il öncə bu kitabxanada olan 3 kitab onun başqalarından fərqli olduğunu sübut etdi. Belə ki, onların üz qapaqlarındakı dəri digərlərinə bənzəmirdi. Aparılan araşdırmalardan bəlli oldu ki, kitabların üzlənməsində istifadə olunan dəri insan dərisidir. Hətta bu kitablardan birinin dərisi canlı insandan alınıb. "Axar.az" xəbər verir ki, əslində, kitab qapaqlarının insan dərisindən hazırlanması 17–ci yüz ildə yayğın hala gəlmişdi. Adına "İnsan dərisi ilə kitab üzləmə sənəti" deyilən bu "sənətdə" xüsusən anatomiyaya aid olan kitabların üz qapağını insan dərisi ilə örtmək dəb halına gəlmişdi. Bu dərilər tibbi araşdırmalar sırasında üzərində təcrübə aparılan meyitlərdən alınırdı. İndi Harvardda olan kitablardan biri qədim Roma şeirlərindən, digəri Fransa fəlsəfəsindən bəhs edən kitabdır. İnsan dərisi ilə üzlənən kitabsa orta əsrlər İspaniyasının hüquq sistemindən bəhs edən kitabdır. Kitabda bunu sübut edən qəribə bir paraqraf var. "Bu kitabın üzü 1632-ci ildə 4 avqust tarixində diri-diri dərisi soyulan sevgili dostum Conas Vriqqitdən qalan tək şeydir. İndi kitabın üzərində onun dərisi var. Rahat yatsın!" Əgər Harvard kitabxanasına yolunuz düşsə, bu kitablara toxuna bilərsiniz. |
2014-04-11 | 14,201 | Lermontovun Azərbaycanda yaşadığı evdən reportaj - Foto | Qusarda 177 il əvvəl rus şair Lermontovun yaşadığı ev var, qarşısında da şairin barelyefi... Hamı oranı Lermontovun ev muzeyi sayır. Təəssüf ki, həmin ev hələ də şəxsidir. Qonşulara görə 30 il əvvəl yağışlı bir gündə inşa olunmuş xatirə barelyefindən başqa bu küçədə Lermontovu nişan verə biləcək heç nə yoxdur. Qafqazda sürgün həyatı yaşadığı müddətdə Azərbaycanla bağlı üç poema, üç şeir yazan şairin hazırda Qusarda nə ev muzeyi var, nə adını daşıyacaq küçə, nə də başqa bir zad... Hərbçi olmasına baxmayaraq, zamanının həqiqətlərini bağıran Lermontov Qafqaza "Şairinin ölümü" şeirinə görə sürgün edilib. Puşkinin ölümünə yazılan həmin əsər 20 il sonra dərc olunmasına baxmayaraq, əlyazma şəklində bütün ölkəyə yayılır. Qəribə tale yaşayan Mixail Yuryeviçin sürgün həyatı da fərqli olur; Lermontov o zaman itaətsizlik ocağı olan Qafqaza cərimə batalyonunda, Quba üsyanını yatırmaq üçün - yəni ölmək üçün göndərilib. Lermontov şairliyinə görə sürgün edilir, amma hərbçi kimi. Sürgün həyatını da şair kimi yaşayır. O, Qafqaza çatanda Hacı Məhəmmədin başçılıq etdiyi Quba üsyanı demək olar ki, yatırılmışdı. Dünyanın ən nakam şairlərindən olan Lermontov Qusarda yaşadığı qısa müdət ərzində üç poema, üç şeirə "hamilə qalır". Çiləgirli riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olur, Ləzgi Əhməddən "Aşıq Qərib" dastanını dinləyir. "Aşıq Qərib", "Qaçaq Hacı", "Qaçaq İsmayıl bəy" poemalarını, "Xəncər", "Ayrılıq", "Gənc ləzgi" şeirlərini qələmə alır. Üzərində daşıdığı zadəgan titulunu, hərbçi buxovunu yırtmağı bacaran şair Qusarda yerli insanlarla yaxınlıq edir. Bu məqam şairin "Molodoy Lezginets" (Gənc ləzgi) şeirində səmimi hiss olunur. "Xəncər" şeirində isə şair ləzgi qızı qaragözlü Zöhrənin prototipini yaradır. Lermontov Qusarda 1837-ci ilin payızında, o zaman "Zabitlər küçəsi" adlanan küçədə hərbi həkim Marşevin evində yaşayıb. Həmin küçə indi Fəxrəddin Musayevin adını daşıyır. Bütün ədəbi və sənədli mətnlərdə Lermontovun yaşadığı bu ev şairin ev muzeyi kimi təqdim olunur. Elə qonşularla söhbətim zamanı da onlardan "şairin evi" ifadəsini eşidib sevindim. Sonra dedilər ki, söhbət şair Lermontovdan yox, keçmiş Mənzil Kommunal Təsərrüfatı Naziri Şair Həsənovdan gedir. Hazırda qapısı qıfıllı olan mənzildə adam gözə dəyməsə də, yay mövsümündə evdə yaşayış olur. Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbrahimxəlilov bu mənzilin Lermontovun ev muzeyinə çevirmək planının mövcud olmadığını deyir. Səbəb kimi şairə məxsus əşyaların kifayət qədər olmadığını və mövcud əşyaların hamısının Qusar Tarix Diyarşünaslıq Muzeyində qorunduğunu bildirir. Qeyd olunan muzeyin direktoru Xatirə Nağıbəyova muzeydə saxlanılan əyşaların Lermontova məxsus qələm (pero), qələmdan, mürəkkəb qabı, şairin gipsdən hazırlanmış XX əsrə aid barelyefi və digər azsaylı aksesuarlardan ibarət olduğunu deyir. Ancaq Xatirə xanımın sözlərinə görə, Qusar sakini Robert Səmədov adlı bir şəxsdə Lermontova aid daha bir neçə əşya olubmuş. Sözügedən şəxs hətta bu əşyalar arasında şairin çarpayısının, kitablarının və digər çoxsaylı ləvazimatlarının da olduğunu bildirib. Ancaq əşyaların muzeyə təhvil verilməsi məsələsi qeyri-müəyyən səbəblərdən alınmayıb. Dahi şairin Qusarda qalmış izlərini aşkarlamaq üçün Robert Səmədovu axtardıq. Axtarış uğursuz sonluqla bitdi: o bir neçə ay əvvəl dünyasını dəyişibmiş... Yəqin ki, əlaqədar qurumlar həmin əşyaları bir yerə toplayıb, şairin Azərbaycanla bağlı xatirələrini, əsərlərini komplektləşdirib yaşadığı evdə muzey yarada bilər. Axı bu gün dünyada Lermontov kimi məşhur insanların sadəcə əyilib su içdiyi bulaqda belə abidə tikilir, muzey yaradılır. Lermontov isə sanki bizi düşünüb, Azərbaycanda olduğu qısa müddət ərzində 6 əsər yaratmaqla yanaşı, kifayət qədər əşyasını da xatirə kimi burada saxlayıb. Nakamlıq Lermontovun təkcə alnına deyil, xatirəsinə da yazılıb: şairinin doğumunun 100 illik yubileyinə I dünya müharibəsi, ölümünün 100 illiyinə isə II dünya müharibəsi təsadüf edib. Bu günədək şairinin heç bir yubileyi təntənə ilə qeyd olunmayıb. 2014-cü ildə Lermontovun anadan olmasından 200 il keçir. Ümid edək ki, tarixin Lermontov üçün tutduğu "nakamlıq orucu" heç olmasa bu il pozulacaq. |
2014-04-11 | 14,202 | "Yuventus", "Benfika", "Sevilya", "Valensiya" - 1/2 finalda | Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Cavab oyunları yarımfinalçıların adına aydınlıq gətirib. "Benfika" Hollandiyada məğlub etdiyi "Alkmaar"la öz meydanında qarşılaşıb. Səfərdə qalib gələn portuqaliyalılar, öz meydanlarında da hollandların qapısından 2 qol keçirərək yarımfinala vəsiqə qazanıblar. İtaliya "Yuventus"u da yarımfinala vəsiqə əldə edib. Turinlilər Fransada minimal hesabla qalib gəldikləri "Lion"u evdə də 2:1 hesabı ilə məğlub ediblər. İspaniyadakı matçlarda isə meydan sahibləri səfər yenilgisinin əvəzini çıxmağı bacarıblar. "Sevilya" "Porto"dan minimal hesablı məğlubiyyətin əvəzini yetərincə çıxıb və növbəti mərhələyə yüksəlib. Səfərdə 3:0 hesabı ilə məğlub olan "Valensiya" öz meydanında əsas vaxtda "Bazel"in qapısından 3 qol keçirib. Əlavə olunmuş vaxtda "Bazel"in iki oyunçusu kobudluğa görə meydandan qovulub. "Valensiya" isə daha 2 qol vuraraq yarımfinala yüksəlib. Avropa Liqası, 1/4 final, cavab oyunları 10 aprel "Sevilya" (İspaniya) - "Porto" (Portuqaliya) - 4:1 Qollar: Rakitiç, 5; Vitolo, 26; Bacca, 29; Gamerio, 79 - Quareşma, 90 Qırmızı vərəqə: Coke, 54 ("Sevilya") İlk oyun – 0:1 "Benfika" (Portuqaliya) - "Alkmaar" (Hollandiya) - 2:0 Qollar: Rodriqo, 39; 71 İlk oyun – 1:0 "Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 2:1 Qollar: Pirlo, 4; Marcishio, 68 - Brand, 18 İlk oyun – 1:0 "Valensiya" (İspaniya) - "Bazel" (İsveçrə) - 5:0 Qollar: Alcacer, 38; 70; 113; Varqas, 42; Bernat, 118 Qırmızı vərəqə: Diaz, 100 ("Bazel"), Sauro, 105 ("Bazel") İlk oyun – 0:3 ("Apasport.az"). |
2014-04-11 | 14,203 | Castin Biber sevgilisinə əsəbiləşdi - Foto | Amerikalı müğənni Castin Biber tez-tez küsüb-barışdığı sevgilisi Selena Qomezlə Mayamidə fotokameralara tuş gəlib. "Axar.az" xəbər verir ki, müğənniliyə fasilə verdiyini deyərək pərəstişkarlarını məyus edən Biber yeni albom hazırlayır. O, buna görə neçə vaxtdır ki, Mayamidəki səsyazma studiyasından bayıra çıxmırmış. Amma gecəyarısı sərxoş halda sevgilisinə qonaq gedən Selena Qomez onun planlarına mane olub. Fotolarda Selenanın ayaq üstə güclə dayandığı və bu vəziyyətin də Castini əsəbləşdirdiyi aydın görünür. |
2014-04-11 | 14,204 | Beren Saatın toyu təxirə salındı | Türkiyənin tanınmış aktrisası Beren Saatla müğənni Kənan Doğulunun toy mərasimi təxirə salınıb. Belə ki, Kənan Doğulunun bacısı Canan Doğulunun da tor mərasimi aprel ayının 20-ə təyin edildiyindən cütlük bu qərara gəlib. "Axar.az xəbər verir ki, iki toyun bir ayda təşkil olunmasının çətin olacağını deyən Kənan Doğulu öncəliyi bacısına verdiyindən Cananın toyundan sonra nikah masasına oturacağını açıqlayıb. Xatırladaq ki, cütlük artıq iki ildir ki, birlikdədir. |
2014-04-11 | 14,205 | Bakıda ikimərtəbəli ev yandı | Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 9 kv.m sahədə yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-04-11 | 14,206 | Başı belə kəsirlər! | Filmlərdə baş kəsmə səhnələrinin necə çəkildiyini bilirsiniz? "Axar.az"ın təqdim etdiyi videoda xarici filmlərdə baş kəsmə səhnələrinin necə çəkildiyi detallı şəkildə izah olunur. |
2014-04-11 | 14,207 | Qatar tuneldə qaldı - Son dəqiqə/Yeniləndi | Metro qatarı "Nərimanov" stansiyasında tuneldə qalıb. "Axar.az"ın hal-hazırda qatarda olan müxbirinin dediklərinə görə, "Həzi Aslanov"dan "Dərnəgül" stansiyası üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında tuneldə qalıb. Artıq 15 dəqiqəyə yaxındır ki, tuneldə qalan qatar hələ də hərəkət etməyib. *** 08:41 Qatar "Nərimanov" stansiyasına çatan kimi bütün sərnişinlər vaqonlardan boşaldılıb. Buna səbəb kimi vaqonlardan gələn yanıq qoxusunun olduğu göstərilib. |
2014-04-11 | 14,208 | “Anti-nur” əməliyyatı Naxçıvana keçdi | "1992-ci ildən Azərbaycanda fəaliyyətə başlayan "Camaat" məktəblərinin ən rahat əl-qol açdığı bölgə Naxçıvandır. "Camaat"ın Naxçıvandakı imamı, "Zaman" qəzetinin Naxçıvan bölməsinin rəhbəri Süleyman Okumuşun vasitəsilə illərlə Naxçıvan hakimiyyəti içərisinə "Camaat" təmsilçilərinin yerləşdirilməsi planları həyata keçirilib. Bu məmurların vasitəsilə onlarla ortaq iqtisadi layihələr həyata keçirilib və cameənin büdcəsinə milyonlar axıdılıb". Bu iddia Türkiyə üzərindən anonim imza ilə göndərilən elektron məktubda irəli sürülür. Nurçulara qarşı Türkiyədə başlanan əməliyyatın Azərbaycana uzanacağı haqqında "Yeni Müsavat"ın aylar öncə irəli sürdüyü təxminlər baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən sonra təsdiqini tapmaqdadır. Türkiyədə "nurçu əməliyyatı" başlayan kimi Azərbaycana da illərlə ölkədə işləyən came üzvləri ilə bağlı kompromatlar gəlməkdədir. Redaksiyaya göndərilən məktubda iddia olunur ki, "Camaat"ın Naxçıvanda əsas məqsədi hakimiyyətdə təmsil olunaraq, açar mövqelərə yiyələnmək və iqtisadi projeləri uğurla həyata keçirmək olub: ""Camaat" öz məktəblərində yetişdirdikləri naxçıvanlıları muxtar respublikanın bir neçə nazirliyində yerləşdirməyə nail olub. Rəhbərlik bu işin icrasını birbaşa içəridə "Naxçıvan imamı" adlandırılan Süleyman Okumuşa tapşırmışdı. Okumuş "Camaat"a qoşulan naxçıvanlıları muxtar respublikanın dövlət idarələrinə yerləşdirmək üçün bir çox cəhdlər göstərib. Öz adamlarını bir sıra nazirliklərə yerləşdirə bilsələr də, "Camaat" açar vəzifələri asanlıqla əldə etmədi. Yalnız 2004-cü ildə Naxçıvanın maliyyə nazirinin müavini Xalid İsgəndərovu Süleyman Okumuşun böyük səyi ilə maliyyə naziri kürsüsünə əyləşdirmək mümkün oldu". Məktub müəllifinin iddialarına görə, Xalid İsgəndərovun nazirliyi dönəmində Naxçıvandakı bir sıra iri layihələri nurçu cameəyə məxsus Türkiyə şirkətləri gerçəkləşdirib: "Təbii, bu layihələri almaq üçün "Camaat" iri məbləğlərdə rüşvət də ödəyirdi. Ancaq qazanılan məbləğ təbii rüşvətdən qat-qat artıq olurdu. Naxçıvanda ən iri layihələri həyata keçirən qurum "Camaat"a bağlı "Çoban Qrup" şirkəti idi. Ərzurumda ətriyyatçılıq məqsədilə yaradılan qrup Naxçıvanda tibb müəssisələrinin yaradılması, hətta təbii qaz xəttinin çəkilməsi kimi iri layihələr üzrə tenderləri "qazandı". Aydın idi ki, bu məsələdə Xalid İsgəndərov və "Naxçıvan imamı" Süleyman Okumuşun böyük dəstəyi var. Bu dəstəyin qarşılığı olaraq "Çoban Qrup"un başçısı Şakir Çoban bütün muxtar respublika rəhbərliyinin payını artıqlaması ilə və vaxtında çatdırırdı. 2011-ci ildə Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz təbii qaz xəttinin çəkilişini bu "ətriyyatçı" şirkət həyata keçirib. Layihənin toplam dəyəri 50 milyon dollar idi. Özü də bu layihənin həyata keçirilməsi zamanı Azərbaycanın bütün qanunları çeynənir, hətta vəsait Şakir Çobana nağd olaraq verilirdi. Nağd ödəmə bütün ortaqların maraqlarına uyğun idi - həmin vəsait vergidən tamamilə yayındırılırdı. Azərbaycanın dövlət büdcəsinə vergi olaraq daxil olmalı olan pullar isə "Camaat"ın kassalarına axıdılırdı". Yazı müəllifinin iddialarına görə, təkcə 2011-2012-ci illərdə Şakir Çoban həmyerlisi Fətullah Gülənin xaricdəki hesablarına 1 milyon dollar ödəyib. Məktubda Naxçıvandan nağd pulun Azərbaycan-Türkiyə sərhədindən necə keçirilməsi ilə bağlı məqam da var: "Bu işi Süleyman Okumuş şəxsən həyata keçirirdi. O, pulları xidməti maşınında Dilucu sərhəd qapısına gətirir, qəzetçi vəsiqəsindən yararlanaraq sərhəd yoxlamasından yayınaraq Türkiyəyə keçirdi. İğdıra daxil olan kimi özünə çatacaq pulları götürür, qalanını isə Şakir Çobanın bank hesabına yatırırdı. Bu işdə Okumuşa Şakir Çobanın işçiləri də yardım edirdi. Maraqlıdır ki, 17 dekabr Böyük Rüşvət əməliyyatı zamanı gömrük məntəqəsinin rəhbərli həbs edilsə də, bu məsələ gündəmə gəlmədi". Maliyyə naziri Xalid İsgəndərovun isə "Camaat"a xidmət qarşısında xeyli üstünlükləri olduğu bildirilir: "Maliyyə naziri kürsüsündə oturan Xalid İsgəndərov vasitəçiliyi ilə gerçəkləşən projelərdən faiz almaqla yanaşı, "Camaat"ın Türkiyədəki imkanlarından geniş istifadə edirdi. O, ildə bir neçə dəfə öz komandası ilə Türkiyənin turistik bölgələrində nazirlərə yaraşan şəkildə istirahət edirdi". Məktubda yazılır ki, 2012-ci ildə "Camaat"ın Naxçıvan məktəblərində rüşvət skandalı yaranmışdı. Ancaq sonradan korrupsiya faktları ört-basdır edildi: "2012-ci ilin iyun-iyul aylarında Naxçıvan Təhsil Nazirliyi "Camaat" məktəblərində yoxlamalara başlamışdı. Yoxlamadan sonra iri maliyyə maxinasiyalarına görə, bir neçə məktəbin bağlanması qərara alınmışdı. Bu zaman işə "Camaat" rəhbərliyi qarışdı, Türkiyədən Naxçıvana nümayəndələr gəldi, sonda məsələ "sülh" yolu ilə çözüldü. 2012-ci ilin sonlarından "Naxçıvan imamı" artıq Naxçıvanda az-az görünməyə başlamışdı. O, zamanının çoxunu Türkiyədə keçirirdi. Böyük ehtimalla həmin zamanlar artıq 2013-cü il 17 dekabr əməliyyatına hazırlıqlar başlamış və Süleyman Okumuşa bu əməliyyatda xüsusi missiya tapşırılmışdı. Onun Sədərək gömrük-keçid məntəqəsinin sədri Mirməhəmməd Seyidovun həbsindən xəbərdar olduğu, hətta bu məsələyə yardım etməsi ilə bağlı şübhələr də var. Çox güman bu yolla Süleyman Okumuş 2012-ci ildə Naxçıvan rəhbərliyinin "Camaat" məktəblərində korrupsiya aşkarlayaraq yüksək məbləğdə "cərimə" ödənməsinin öcünü alırdı". Məktub müəllifi iddia edir ki, Naxçıvanın rəsmi strukturlarında xeyli sayda nurçu var və onlar "Camaat"a yardımlarını davam etdirirlər. Bir daha bildiririk ki, məqalədə səslənən iddialar "Yeni Müsavat"ın elektron poçtuna Türkiyə üzərindən göndərildiyi ehtimal olunan məktubda yer alıb. Məqalədə adıçəkilən şəxslərin fikrini dərc etməyə hazırıq (müsavat.com). |
2014-04-11 | 14,209 | Məndən başqa hamı ona həsəd aparardı - İlk dəfə | Ataqamdan yeni novella... Vurğun Azmışdıq. Bizi dördyoldakı qara daşın üstündə oturub avazla kitab oxuyan ağsaqqal kişi, bir də şüşə ciliklənməsi səsinə bükülmüş uzanıb-gödələn, nazilib zoğ kimi qıvrılıb düyünlənən, təzədən çözülüb açılan ağ-qara zolaq kölgələr çaşdırmışdı. Ağ səubunun ətəklərini altına yığıb bardaş qurub oturmuş nuranı qocaya salam verdik. Qoca: "Qabaqda çınqıllıq var, indi çayanların cütləşən vaxtıdı, bu yandan gedin, bura kəsədi" – deyib meşəyə gedən cığırı göstərdi. "Sağ ol"umuza saqqalını sığallayıb zorla sezilən təbəssümlə cavab verdi. Səmti dəyişib meşə yoluna üz tutduq. Çənub-qərbə gedib iki adsız sısqa çayı keçməli, qoşa çınarın yanında səfərçiləri gözləməli, karvana qoşulub Kərbəla ziyarətə getməli idik. Kölgələrin fantom rəqslərinə baxdıqca canıma xof dolurdu. O isə başını aşağı salıb məndən üç addım qabaqda gedirdi. Bircəcə dəfə gözucu ətrafa baxdı. Ürəklənib addımlarımı yeyinlətdim. İndi yanaşı gedirdik. Qorxduğumu, ola bilsin, ya inamsız yerişimdən, ya da tez-tez ətrafa boylanmağımdan duymuşdu. Hələ bəlkə ürəyimdən keçənləri də oxuyurdu. Arada sakitcə: "Qorxma, buranı keçək, düz yola çıxarıq"- deyib təsəlli verirdi. Bizdən qabaq buralardan çox adam keçmişdi; qoşa izlərdən, cığırın sağ-sol yörəsinə basdırılmış çubuqlardan, sönmüş ocaqların boz külündən bilirdim. Cüt ayaq izlərinin dabanı bizə tərəf idi. İzlərdən ucu bizə tərəf olanlar yalnız ləpirlər idi. Mən danışmaq istəyirdim; susmaqdan həmişə qorxmuşam. O da qaradinməz adam deyildi, əksinə, onu bütün şən məclislərimizin canı bilirdik. Hələ məktəbdə oxuduğumuz illərdə hər bayramda ağlagəlməz hoqqalar çıxarar, bağıryaran oyunlar düşünər, hərdən də uşaqları yığıb səhnəciklər düzəldərdi. Mənə həmişə arxa rolları verərdi (amma heç inciməzdim). Çox da yaraşıqlı idi. Sinifdə hamıdan hündür, hamıdan güclü idi. Məndən başqa hamı ona həsəd aparardı. Məktəbimiz Bakının adsız məktəblərindən biri idi, amma hamı ona "Nuzugilin məktəbi" deyərdi. Nuzu bizdən iki sinif aşağı oxuyurdu. Kefi kök olanda şabaladı buruq saçlarına çiçək taxardı. Vurduğu ətirin adını heç kimə deməzdi. Oğlanların yanından keçəndə həmişə gülümsəyərdi. Onun təbəssümünü hərə özünə götürərdi. Günlərin bir günü o, Nuzunun adını çəkdi. Həmin gün bütün oğlanların qaşqabağı yer süpürdü. Fikir verməmişdim, deyirlər guya o gün rus dili müəllimizin də kefi bərk pozulubmuş. Bir dəfə anamdan "gözəl adamlar niyə gözəl olur?" soruşdum. Anam qaradınməz adam idi, ən uzun cümləsi üç sözdən artıq olmazdı. "Vitamin yeyirlər" – dedi. O gündən atamın verdiyi simitpulundan kəsib meyvə alıb xəlvətcə yeyərdim. Meyvə olmayanda, vitamin həbləri alıb atardım, qutularını da yığardım. Nuzugilin toyundan bir gün qabaq mənə soyuq dəydi, sancı qarnımı doğradı, toya gedə bimədim. Bir neçə gün sonra uşaqlardan biri onların qoşa şəklini gətirdi. Nuzu gəlin paltarında tovuzquşuna oxşayırdı. İyirmi iki yaşımın tamamında, Nuzunun toy şəklini görən gün vitamın qutularını yandırdım. *** Talaya çıxdıq. Burda ot elə bil oraqla biçilmişdi, hamisi eyni boyda idi. Ətrafdakı ağacların kölgələri indi titrəşir, ucları talanın otrasındakı çömçəquyruqlar üzüşən gölməçədə birləşirdi. --Bəlkə bir az dayanaq? - razılığımı gözləməyib oturdu. Mən də oturdum. Azmağımızın canımı sarmış xofu olmasaydı, elə burdaca uzanıb doyunca yatardım. Çəmənliyə dirsəklənidim, onun gözlərini yumulu görüb, ayaqlarımı səssizcə uzatdım. --Yox, yatma! Bir azdan toran vuracaq, yaxşısı budur gedək, - o, elə gözüyumulu ayağa durdu. Ayağından çəkdim. – Otur, bir az ondan danış, - dedim. Ürəyim qopdu. Mən ondan belə bir xahiş edəcəyimi ağlıma da gətirməzdim, hətta, elə düşündüm ki, bu xahişi ürəyimdə etmişəm. --Nə danışım? - çöməltmə oturdu. Sifətinin gərildiyini duydum, - Çöküşümü mənə yenidən yaşatmaq istəyirsən?! --Yox, əlbəttə yox! Biz dostuq. Həm də... axı o vaxt işlərin elə alınmasında sənin günahın olmadı, - səhvimi düzəltmək üçün səsimi mülayimləşdırdim. İçimdə isə, maqma qayaları çatladıb püskürmək üçün vulkanın boğazına çiləkənlənən kimi, başqa sözlər yığılmışdı. Dilim mənə "Günahın özəyi sən idin; mənasını anlamadığın həyatı yaşamağı bacarmadın"- dedirtmək istəyirdi, demədim. Deməyə qorxdum. --Dostuq?! – səsində istehza duydum, - sən onun dostu idin, mənim yox! Məni bütün dostlarımla bağlayan o idi. Mən onun dostlarının dostuydum. Cəhənnəm olsun hamısı! Pərt oldum. Ona etdiyim yaxşılıqlardan birini yada salıb səmimi dost olduğumu sübüta yetirmək istədim, amma yadıma heç nə düşmədi. "Bəlkə təyyarə qəzasından sonra xəstəxanada keçirdiyi ağrılı günlərinə şərik olduğumu yada salım? Yox, olmaz! Əlbəttə olmaz!– başımı buladım, fikri başımdan qovmaq üçün ovurdlarımı dartışdırdım, - ömürdə elə günlər olur ki, o günləri yada salmaq iblisə sitayiş etmək qədər çəkicidi". Udqunub susdum. Bilirdim ki, bir qədər sussam, özü danışacaq. --Özünə götürmə, - çiynimə toxundu, - o vaxt xəstəxanada yatanda mənə çox kömək durdun. --... -- Aramıza iblis girmişdi. O iblisi mən özüm böyütmüşdüm. Özüm! – dizlərini yerə atıb əlini paçasının arasına apardı, - bax burda! İblis həmişə burda yuva salır, burdan da beyini dumanlandırır. - Ürək? – o, başımdan keçən sualı oxudu. - Ürək axmaq bir ət parçasıdı! - əlini yellədi, - bütün xəyanətlər ürəkdən xəlvət baş verir. O, əl-qolunu ölçə-ölçə yenə nəsə dedi, səsi kardioqram kimi dalğalandığından, dediklərinin yarısını eşitmirdim. Ayağa durdu, mənə əl uzatdı. Onun əlinə toxunmaq istəmirdim, biləyindən yapışıb qalxdım. Talanın ayağında qara bir cığır ağzını açıb bizi gözləyirdi. Ayağımız palçığa batmasın deyə, topa-topa bitmiş çayırların üstü ilə gedirdik. Çayır sürüşkən idi, addım atdıqca, tarazlığı saxlamaq üçün bir-birimizdən yapışırdıq. *** Çayırlı cığırı batutabənzər yol əvəz etmişdi. Çəkmələrimiz xışıltıyla illərlə solub cığıra tökülüb yapırıxmış yarpaq çürüntülərinə batır, ayağımızı çəkən kimi isə izimiz yay kimi gərilir, açılıb düzəlirdi. Kimsə ağaclardan birinə biçaqla "Nənni yol" cızıb yazmışdı. Şüşə ciliklənməsi səsi də boğulub itmişdi. Hardansa yenə ağ saqqalı göbəyinə düşən nuranı qocanın avazı gəlirdi. Dayanıb xeyli dinlədik. Qocanın hər sözü meşədə əks-səda verirdi. Zorla da olsa, dediklərini tuta bilirdik: "Dərinə gedin... Ləzzət dərinlikdədi... Zaman hər kəsi yolayrıcında yaxalayır..." Bir-birimizə baxıb çiynimizi çəkib meşənin dərinliyinə doğru addımladıq. Yol bizi yırğaladıca, o, Nuzuya vurulduğu ilk gündən – tənəffüsdə idman zalında tennis oynamağımızdan, birinci setdə onu udandan sonra hirslənib paltarlarını qurşağa qədər soyunduğundan, qızların gülüşüb pəncərənin ağzında basabas salmalarından, Nuzunun pəncərədəki dibçəklərdən qopartdığı gülləri ona atmasından danışırdı. O vaxt fikrimi çiçəklərdən ayıra bilməyib qızların istehzalı gülüşü altında oyunu uduzmuşdum. Danışdıqlarını əzbər bilirdim deyə, ona qulaq asmırdım, eləcə, arada başımı tərpədirdim. --Yadındadı, bir dəfə mənə yuxunu danışırdın? - əlinin dalı ilə qoluma bərkdən vurdu, - deyirdin yuxuda ilan görmüsən, sonra da gedib dişini çıxartdırmısan. Dişinin yeri ağrıya-ağrıya da gəlib başını qırxdırmısan. Hələ dəllək boynunun arxasını qırxanda ziyilini də kəsmişdi, yadındadı? -- Hə, yadımdadı, - özümdən asılı olmadan boynumu qaşıdım. -- O vaxt sənə demədim, mat qalmalı iş idi, axı mən də eyni yuxunu görmüşdüm! -- Ola bilməz! Bəs niyə demədin? -- Hə, demədim. Qorxdum Nuzu eşidib mənə gülə. -... --Sonralar da danışdığın yuxuların hamısını eynilə mən də görürdüm. *** Yorulmuşduq. Xəzəlli cığırı palçıq yol əvəz eləmişdi. Löhmə topuğumuza çıxırdı. Yavaşca: "Gəl qayıdaq, bu yolun axırı yoxdu" – dedim. Eşitmədi. Bəlkə də heç demədim, eləcə fikirləşdim. Qəfildən dayandı. Köynəyimin yaxasını ovuclayıb dişlərini qıcadı: -- Bilmirsən, gecə niyə qaranlıq olur? Əlini yaxamdan qopartdım: -- Bilmirəm... Xeyli göz-gözə dayandıq. O, şalvarının balağını dizinə qədər çirmələdi, çəkmələrini çıxardıb bağlarını bir-birinə düyünlədi, sol çiynindən aşırdı. Çəkmələrdən süzülən löhmə köynəyi boyu axıb bir neçə cığır açdı. Corabsız olduğunu indi sezdim. - Gündüzlər nifrət etdiklərimizi gecələrin qaranlığında sevmək üçün, - o, palçıqlı barmaqları ilə alnını ovuşdurub dedi. Mən də ayaqqabılarımı çıxartdım. Onun ayaqlarının izi ilə getməyə çalışdım, amma mənim ayağım onunkundan iri idi deyə, cəhdlərim boşa çıxdı. Yenə yanaşı addımlamalı olduq. Yalın ayaqlarımız gilli palçığa batdıqca, çirkli su sıçrayıb şalvarımızı batırır, ayaqlarımızı götürdükdə isə ufultuya bənzər səs çıxırdı. İndi də o bütün şəhərin əzbər bildiyi təyyarə qəzasının necə baş verdiyini, ayağını necə sındırdığını danışırdı. Toyundan iki il sonra vurulduğu bir ərli xanımla ezamiyyət adıyla xəlvətcə İssık-Kula getməsini, qayıdanbaş duman olduğundan, təyyarənin Binə limanının eniş zolağına sərt çırpılıb sol qanadını sındırmasını danışınca, mən artıq əhvalatın sonuna çatmışdım... *** Nuzuyla mən onun gipsə qoyulub dəmirdən asılmış ayağı tərəfdə durub üzgün-üzgün baxışırdıq. Palatadakı köhnə radio xışıltılı səslə axşam xəbərlərində yaralananların adını sadalayanda Nuzunun sifəti ağarmışdı. Dodaqları əsə-əsə qolumdan tutub məni dəhlizə dartmışdı: --Eşitdin?! Bir yerdə imişlər! --Kim? --O! - əlini palataya uzatmışdı, - məşuqəsi ilə. Adlarını yanaşı çəkdilər, deməli biletləri də yanaşı imiş. – Axı mənə deyirdilər! Deyirdilər axı! – Nuzu üzünü əlləriylə örtüb arxasını mənə çevirmişdi. -- Bəsdi! Qısqanc qəlbin açarı şeytanın əlində olar, - səsimə məzəmmət tonu qatıb hardansa oxuduğum cümləni deyib onu qucaqlamışdım. – Sən mənimsən! – saçını burnumun ucuyla aralayıb ehtirasla qulağına pıçıldamışdım. Nuzu bərk-bərk mənə sıxılmışdı. Onun ayağının gipsi açılan gün baş verən hadısəni isə heç yada salmaq istəmirəm. Nuzunu həmin gün birdəfəlik itirmişdim... *** Palçıq dizimizə çıxırdı. Qəribə idi: dərinə getdikcə, palçıq isinirdi. İndi palçıq elə ilıq idi, hər dəfə ayağım nazik su qatının səthini gərib özünə rahatca yol tapıb lıqqıltı ilə dizimin gözünə qədər löhməyə girəndə içimdən xoş bir gizilti keçirdi. Yanıq iyi gəldi. Devikdik. Bizə yol göstərən nuranı qoca ağacın altında oturub oxuduğu kitabdan qopardığı vərəqləri bir-birinin oduna yandırırdı. Vərəqlər yanana qədər lam dayanıb baxdıq. Bir neçə dəfə gücümü toplayıb qocadan kitabı niyə yandırdığını soruşmaq istədim, amma səsim çıxmadı. Qoca bizə baxıb gülümsədi, cibindən tütün çıxarıb papiros bükdü, alışdırıb dərin bir qullab vurub bizə tərəf üfürdü. Marixuananın yağlı qoxusunu əlbəəl aldım. Tüstü buruq-buruq süzüb gəlib düz qrşımızda bataqlığa hopub itdi. --Sabah tövbə edəcəm! – bunu o dedi. --... -- Tanrıya yalvarıb deyəcəm: Nuzuda görmədiklərimi başqasında gördüm, - ayaqqabılarını sağ çiyninə keçirtdi, - məni bağışla, Yaradanım! Palçıqlı barmağını mənə tuşladı: - mənə bütöv həyat lazım idi, başa düşürsən? Dinmədiymi görüb əlini havada oynatdı: --Axı sən heç vaxt bütöv həyatın tamını dadmamısan. Yenə susdum, çünki nə deyəcəyimi bilmədim. Onu çalafikir bir adam bilirdim, ona görə də dediyi bu qəribə sözlərə mat qalmışdım. Nuzuyla onun izdivacını Yaradanın ən böyük yanlışlığı sayırdım. O, hər dəfə Nuzunun adını çəkəndə, elə bilirdim Yaradan marixuanadan bir qullab alıb öz səhvinə qəşş eləyir. -- Bütöv həyatı tənha da yaşamaq olur, – mızıldandım. Biz yenə açıqlığa çıxdıq. Bura taladan çox, quruyub aşıb çalın qalmış ağac məzarlığına bənzəyirdi. Ayağımızın palçığını cürüyüb həlməşmiş ağaclara sürtüb təmizlədik. --Şükr, - dedi, - yola çıxırıq. --... --Kərbəladan anama güllü yaylıq alacam, evini eybəcər şlyapalarla doldurub. Ürəyim sancdı. Onun anası ilə rastlaşdığım an yadıma düşdü... *** Nuzu bütün rəfiqələrini toylarının ildönümünə, özünün dediyi kimi, "cuna" toyuna çağırmışdı. O isə bizim sinifdən məni, bir də həmişə birlikdə nərd oynadığı yaxın dostuna demişdi. Məni Nuzunun istəyi ilə çağırdığını sonralar öyrəndim. Getmək istəmirdim, ancaq bəhanəm də yox idi. Çağırılan yerə onsuz da vaxtında gedən adam deyiləm, o dəfə isə qəsdən çox gecikmişdim. Onlar yaşayan binanın tinini dönəndə, uşaqları səs-küylə evdən çıxan görüb gizlənmişdim. Onun nərd dostu əl-qolunu oynada-oynada Nuzunun rəfiqələrinə nəsə gülməli əhvalat danışırdı. Qapını üzümə ortayaşlı bir xanım açmışdı. Məktəb illəri valideyn iclasına həmişə onun damalı köynək geyən atası gəldiyindən, anasını heç vaxt görməmişdim. (Sonralar mən də damalı köynəkləri lap çox sevdim). Başında qırmızı dənəcikli sarımtıl tor şlyapa, əynində güllü zərif don vardı. Məni görüb duruxmuşdu. Bir neçə saniyə damalı köynəyimə diqqətlə baxıb: –İlyas!? - pıçıldamış və yaxınlaşıb məni qucaqlamışdı. Boyu məndən bir qarış kiçik idi. Başını çiynimə qoyanda şlyapası sürüşüb beli boyu diyirlənmişdi. Cəld əlimi atıb şlyapanı tutmuş, beləcə qolum xanımın belinə dolanmışdı. Ah çəkdiyini də aydınca eşitmişdim. Bir neçə dəqiqə beləcə quruyub qalmışdıq. --Yox, mən İlyas deyiləm, xala, adım... --Kim olduğunu bilirəm, bala. Keç, uşaqlar qonaq otağındadı, mən onsuz da evə gedirəm, - burnunu çəkmişdi. Deyəsən qəhərlənmişdi. Həmin gün ürəyimdə Nuzuya qoyduğum xəlvəti adı ilk dəfə dilimə gətirmişdim... Qonaq otağında o tək idi. Məni görüb dilucu salam vermişdi, yerindən də durmamışdı. Çaxır süzüb buludda qalan aşdan bulaşıq bir boşqaba yığmiş, əli ilə toyuq qanadı qopardıb aşın üstünə atmışdı. Xətrimə dəyməmişdi. Yox vallah! Sonra Nuzu saçını qurulaya-qurulaya çilək xalatında otağa girmişdi. Çaxırı kənara itələyib çay istəmişdim. O, narazılıqla mətbəxə keçib çay dəmləyən zaman Nuzu mənimlə üzbəüz dayanmış, məkrli təbəssümlə mənə baxıb "Necəsiniz?" soruşmuş, çilək xalatının toqqasını bərkitmək bəhanəsilə düyününü açıb toqqanı əlindən salmışdı. Mən onun bihuşedici şampun qoxuyan çılpaq bədəninə baxıb "Sən Tanrının qızısan!" deyəndə Nuzu qəhqəh çəkmişdi. "Ya Rəbb, düşünmüşdüm, -elə bil bu gülüşü sən özün bəstələmisən, Nuzu da heç vaxt gülüşündəki notlara qəlp qatmadan oxuyur!" *** Üst-üstə uzanıb qucaqlaşıb birlikdə cürümüş ağacların arası ilə açıqlığın kənarına doğru getdim. O isə oturub başını əlləri arasına almışdı. Gün batmaq üzrə idi. Sərt dönüşlərlə uçan kəpənəklər astaca yırğalanan ağacların arasından sızan şüaları tez-tez kəsiridi. Bir qədər irəlidə qarşıma ətrafı rəngli güllərlə dolu, içində qırmızı xırda balıqlar üzən gölçə çıxdı. Batmaqda olan günəşin narıncı şüaları dibi aydın görünən dupduru sulu gölçədə əks olunmuşdu. --Gəl bir bu gözəliyə bax! – onu çağırdım. Yaxınlaşdı. --O xınagülüdü, - dedi, - Bu da sünbülçiçəyi. -- Bəs bu? – soruşdum. -- Məncə, mayaotudu. -- Bu süsəndi, - ən yaxşı tanıdığım gülü göstərib əminliklə dedim. --Qəribədi, axı bu güllər buralarda bitmir! - əyilib mayaotundan birini qopartdı. -- Doğrudan qəribədi, sözünü təsdiqlədim. – Bəlkə bura güllərin görüş yeridi?! – dedim. Sözümün mənasızlığını anlayıb tez geri götürmək istədim, ancaq o "mən də elə düşünürəm" deyəndə sakitləşdim. --Mən ona ilk dəfə xınagülü bağışlamışam, - dedi. --Kimə? – Nuzunu nəzərdə tutduğunu düşünüb qısqanclıqla soruşdum. -- O xanıma. Mənə həyatın gözəlliyi öyrədən xanıma. O, xanımla yaşadığı alacan oyunlarının incəliklərini sonsuz vurğunluqla danışarkən, mən Nuzunun həmin təyyarə qəzasından bir gün sonrakı gecə zəngi haqda düşünürdüm. Kallaşmış səslə eləcə "mənəm" deyib dəstəyi asmışdı. Doyunca ağladığı bəlli idi. Bir an sonra yenə zəng gəlmişdi: --Bura gəl. Tez!- demişdi. Qapını açıb boynuma sarılmışdı. --Qayınanam bizdədi, yatıb, səs salma, - pıçıldamış, qolumdan tutub öz otağına dartmışdı. Səhər tezdən qapı cəftəsinin səsini Təzəpirdən gələn sübh azanının sədasına qatıb çıxmışdım. Gündüzlər xəstəxanada, onun çarpayısı başında, gecələrsə Nuzunun yatağında görüşüb zamanı həyata çevirirdik. Nuzuya vurğunluğumu bilidirmək üçün qulağına saysız söz pıçıldamışdım. Üçüncü gün yenə sübh azanına qalmış durub Nuzunun mehriban baxışları altında geyinmiş, Təzəpirin mikrofonları işə düşən kimi ayağımın ucunda otaqdan çıxmışdım. Dişlərimi qıcayıb qapının cəftəsini açan anda dəhlizin işığı yanmışdı. Yuxusuzluqdan gözləri şişmiş xanım acıqla məni süzəndə başımı aşağı salmışdım. --Səni vurğun vursun, bala! – xanım dünyanın bütün kədərini bir qarğışa büküb sifətimə çırpmışdı... *** --O xanım, mənə dünyanın çirkabdan təmiz bütün gözəlliyini yaşatdı! –Sənin üçün gözəllik nədi? – qoluma toxunanda fikirdən ayıldım. --Gözəllik... Məncə, gözəllik bax ətrafı əlvan güllərlə dolu, içində qırmızı balıqlar üzən bu gölçədı. Başını buladı. Dediklərimlə razı deyildi. Bu gölçəyə məftunluqla baxsam da, dediklərimə mən özüm də inanmırdım. – Bəs o xanımla niyə ayrıldın? – söhbəti dəyişmək üçün soruşdum. -- Nuzu hər şeyi öyrəndi. Necə öyrəndiyini demədi, amma xəstəxanadan çıxan gün hər şeyi bildiyini və məni bağışladığını dedi. Nuzunun məni bağışlayacağına inanmadım, çünki o hər xırda səhvi ömür boyu yadda saxlayan adamdı. Bağışlanmağımın səbəbini isə sonra öyrəndim. --Öyrəndin?! Necə?– elə həyəcanla soruşdum ki, o, təəccüblə dayanıb üzümə baxdı. --Sarı kişi köynəyindən... -- ... -- Mən heç vaxt rəngli alt köynəyi geymirəm. Xəstəxanadan çıxdığım günün ertəsi döşəyimin altından ətəyi bürüşüb yapışmış sarı alt köynəyi tapdım. Başımı aşağı saldım. Altdan geydiyim yaşıl can köynəyim görünməsin deyə, özümdən asılı olmadan, damalı köynəyimin yuxarı düyməsini bağladım. --Bəs... bəs sən Nuzunu bağışladın? – səsimin titrədiyini özüm də duydum. --Hə, bağışladım. Ayağımın gipsi açılanda elədiyi hərəkətdən sonra özümə söz verdim ki, nə olur olsun, heç vaxt Nuzudan ayrımayacam. Gips açılan günü baş verən və məni Nuzudan birdəfəlik ayıran hadisəni yadıma salmaq istəməsəm də, öz-özünə beynimə axdı... *** Həkimin "bu gün gipsi açırıq" deməsi hər üçümüzü sevindirmişdi. Nuzu mənim sevincimin yalançı olduğunu üzümə vurmamışdı. Bir azdan tibb bacısı gəlib gipsi sökəndə o, qanı çəkilib ağarmış ayağını havada oynadıb sevinclə bizə baxmış, "sağaldıq, Nuzu!", -demişdi. Nuzu tibb bacısını təşəkkürlərlə qapıdan yola salıb cəftəni vurmuş, çarpayının ayağına yaxınlaşıb qoftasını, məmədanını çıxarmış, onun ayağını sinəsinə söykəyib döşləri ilə ovuşdurmağa başlamışdı. O an boğazımın quruyub suluq atmış yanıq yarası kimi göynədiyini yaxşı xatırlayıram. O, mənə baxıb ikrah qarışıq ləzzətlə gülmüş, mən isə gözlərimi yumub başımı divara söykəmişdim. --Sən indi Nuzu ilə xoşbəxtsən? – özümə təskinlik vermək üçün onun cavabında azacıq da olsa narazılığa umud edıb soruşdum. --Hə! Tam xoşbəxtəm! – o bunu elə gümrah səslə dedi ki, qolumun keyiyib yanıma düşdüyünü hiss elədim. – Nuzunun xoşbəxt olub-olmadığını deyə bilmərəm, ancaq alacan oyunlarımızın gözəlliyi münasibətlərimizdəki bütün çala-çökükləri hamarlayır. Məni Nuzunun o oyunları hansı sarıköynəklidən öyrəndiyi əsla maraqlandırmır. İçimdəki qorun üstünü örtmüş külün ustufca sovrulduğunu hiss etdim. Düşündüklərimin üzümdə məkrli təbəssüm yaratmasını gizlətmək üçün mayaotundan birini qopardıb burnuma tutdum. --Atam da belə idi, - o dedi, - uşaq vaxtı hər gecə yorğanımın altından onun anamla davasını, anamın iniltili "olmaz"larını eşidirdim. Axırda atam onu atıb getdi. -- Hər ürəyin bir "olmaz"ı olur, - dedim. Xeyli susduq. -- Anam səni məndən çox istəyir, bilirsən? Heyrətlə ona baxdım. Anasının dəhlizdə ürəyimə sapladığı qarğışını yadıma saldım. --Sənə elə gəlir, - üzümü əllərimlə örtüb dedim. -- Doğru sözümdü. Xəstəxanadan çıxandan sonra bir dəfə anam sənin barəndə danışırdı, "o uşaq damalı köynəkdə atan İlyasın cavanlığına yaman oxşayır!" – bax belə də dedi. Barmaqlarımın arasından gölçəyə baxdım. Onun anasının niyə məni satmadığını indi anladım. Gölçənin o başında üstü ağ çiçəklərlə dolu, zil yaşıl, ətli, uzunsov yarpaqları pas rəngli saplaqlara sarmaşmış ladan kolları bitmişdi. Yarpaqların kənarı aşağı qatlanmışdı. Bu, mənə onun anasının şlyapasını xatırladırdı. Ona sarı çevrildim və onun da diqqətlə ladan kollarına baxdığını gördüm. -- Qəşəng güllərdi, hə?- soruşdu. -- Düzdü, qəşəngdilər. Yarpaqların büküşü məni valeh eləyib. --Çox dərdin dərmanıdı, - arxadan səs gəldi. Hər ikimiz qanrıldıq. Qoca idi. Ləngərli yerişlə gölçəni hərlənib ladan kollarının yanında dayandı. Başala barmağını bizə tuşlayıb "yaxın gəlin, yol burdandı, yolunuzun çətini arxada qalıb, buranı keçəndən sonra düz yola çıxacaqsınız" dedi. Bir-bimizə baxdıq. Çovğançı "başla!" əmrindən qabaq cilovu yığıb atını şahə qaldıransayağı dikəlib əzələlərimi gərdim. Heç olmasa, bu an ondan irəlidə olmaq istədim. O, yenə də məndən qabağa düşdü; gölçənin düz ortasıyla, qırmızı balıqların ətalətli üzüşünü pozub ladan kollarına tərəf qaçdı. Özümdən asılı olmadı, mən də onun dalınca suya girdim. Ladan kollarına az qalmış qəflətən onun boğaza qədər palçığa batdığını gördüm. Bataqlığın qıfşamış üfunəti burnumu qıcıqlandırdı. Geri qayıtmaq istədim, heç cür alınmadı, yapışqan kimi palçıq məni də yavaş-yavaş dərinə çəkirdi. --Ən gözəl güllər bataqlığın kənarında bitir, bilmirdiniz?! - qoca qəhqəh çəkdi. --Kömək elə, baba! – yalvardım. --Xilas yolun gözünün qabağındadı, - qoca barmağı ilə havada dairə çəkib onu göstərdi. Qocanın nə dediyini əvvəl anlamadım, sonra qarşımda qulaqlarına qədər palçığa batmış başa baxdım. Əl atıb onun saçından yapışdım. Baş palçığın altında itəndə əlimi çəkdim. Yenə dayaqsız qaldım. --Qurban olum, baba, kömək elə!- zarıdım. Qoca donquldanıb ayağını burnumun ucuna qədər uzatdı. Var gücümü toplayıb qocanın çirkli ayağından yapışıb sinəmə sıxdım. Bataqlıqdan zorla çıxardığım bədənimin yerini kirli su örtüb itirdi. Kəsif qoxuyan ağ ladan çiçəklərindən bir neçəsini qopardıb dodaqlarımı sildım. Qocaya minnətdarlıq etdim. O, cavab vermədi. Cibindən zəngli saat çıxardıb əqrəblərini burdu. Zəng səsi meşəni bürüdü... *** Gözümü ovuşdurdum. Səhər açılmışdı. Pəncərədən düşən günəş şüaları otağın küncünü işıqlandırmışdı. Telefon ara vermədən zəng çalırdı. Dəstəyi qaldırdım. Nuzunun düz iki il, üç ay, on bir gün həsrətində olduğum səsini eşitdim. Ağlaya-ağlaya "tək qaldım, o yatdı, durmadı" dediyindən savayı ayrı sözünü anlamadım. Axşamdan qalan yarımçıq marixuana bükümünü alışdırıb dərin qullab vurdum. Tüstünün dabanıma qədər işlədiyini açıqca hiss etdim. Bir neçə dəqiqə sonra başım dumanlandı. Gözümün qabağına Nuzunun yataq otağı gəldi: çarpayının bir tərəfində Nuzu şirin-şirin mışıldayır, o biri tərəfində isə onun ürəyi qorxudan şüşə kimi çatlayıb ciliklənir... Yasına getmədim. Ona edə biləcəyim ən ucuz yaxşılıq yasına getmək olardı. |
2014-04-11 | 14,210 | Hillari Klintona ayaqqabı atdılar – Video | ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Las-Veqasda oteldə məruzə oxuyarkən ona ayaqqabı atıblar. Hillari əyilə bilib, sonra isə hadisəni zarafata salıb. Ayaqqabı atan qadını isə həbs ediblər. Qeyd edək ki, bir neçə gün əvvəl Hillari Klinton 2016-cı ilin prezident seçkisində iştirak edəcəyini bildirmişdi ("Azvision.az"). |
2014-04-11 | 14,211 | Ziya Məmmədovdan daha sərt qərar - Açıqlama | "İri tonnajlı avtomobillərin Bakıya giriş-çıxışı ilə bağlı genişmiqyaslı reydlər keçiriləcək. Artıq məsələ ilə bağlı nəqliyyat naziri Ziya Məmmədov da ciddi tapşırıq verib". "Axar.az" xəbər verir ki, bunu "Aznews.az"a açıqlamasında Nəqliyyat Nazirliyi Mətbuat Katibliyinin rəisi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, artıq reydlər hər gün keçirilir və bu iş mütəmadi olaraq aparılacaq: "Bu birmənalı olaraq Nazirliyin iş rejiminin bir hissəsinə çevrilib. Lakin aparılan işlərə baxmayaraq, problemlər qalıb. Yəni sürücülər qadağalara müəyyən səbəblərdən məhəl qoyumur. Nəticədə bu da yollarda digər problemlərin yaranması ilə bərabər, böyük tıxaclara da səbəb olur". N. Həsənov bildirib ki, Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu məsələnin qarşısının alınması üçün tədbirlər görür: "Qaydaları pozmağa cəhd edən bütün sürücülərə qarşı cəza tədbirləri həyata keçirilir. Gündüz saatlarında bəzi iritonnajlı avtomobillər xüsusi icazələrlə şəhərə daxil olur. Amma girişə saat 23:00-da sonra icazə verilir". |
2014-04-11 | 14,212 | Cəbhədə atışma: itki yoxdur | Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-04-11 | 14,213 | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə iştirak edir | Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 13-dən 17-dək Sofiya şəhərində (Bolqarıstan) Silahların ixracına nəzarət üzrə tanışlıq səfəri, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 13-dən 25-dək İzmir şəhərində (Türkiyə) uçuş təhlükəsizliyi kursu, aprelin 14-dən 16-dək Azərbaycan-Fransa müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planına əsasən Saumur şəhərində (Fransa) Fransanın Baş Qərargah Akademiyasına ziyarət və Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakı şəhərində Hərbi Dəniz Qüvvələri üzrə seminar keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. |
2014-04-11 | 14,214 | Feysbukdan çağırış: Şifrənizi təcili dəyişin | İnternet dünyasının nəhənglərindən olan Quql ("Google"), Feysbuk ("Facebook") şirkətləri istifadəçilərinə xəbərdarlıq edib. "Axar.az" xəbər verir ki, internet trafikinin ən önəmli hissəsinin təhlükəsizliyini qoruyan kriptoqrafik yazılış kitabxanası Open SSL-də ciddi nöqsanlar aşkarlanıb. Bu nöqsanlar sayəsində istifadəçinin şifrələrini digərləri də görə bilir. Məhz bu səbəbdən Feysbuk, Quql, Tvitter, İnstaqram kimi sosial şəbəkələrdən istifadə edənlərə şifrələrini dəyişdirmələri məsləhət görülüb. |
2014-04-11 | 14,215 | Aygün Kazımova şəkillərini yaydı - Foto | Aygün Kazımova yeni konsertinə ciddi şəkildə hazırlaşır. "Axar.az" xəbər verir ki, Xalq artisti Aygün Kazımovanın yeni konsertinin reallaşacağı məkanın adı hələ dəqiq açıqlanmasa da, müğənni məşqlər zamanı çəkilən şəkilləri öz İnstaqram səhifəsində paylaşıb. |
2014-04-11 | 14,216 | Türkiyə səfirindən “soyqırım” açıqlaması | "ABŞ Senatı komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul etməsinə ciddi yanaşmaq lazım deyil, tarixi hadisələrə siyasi qiymət vermək olmaz, bu, tarixçilərin işidir". Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnaməni qəbul etməsini şərh edərkən deyib. Səfir bildirib ki, tarixi saxtalaşdırmaq, dəyişdirmək olmaz. Qeyd edək ki, sözügedən qətnamə ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri demokrat Robert Menendes və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilib. Xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar ("Trend"). |
2014-04-11 | 14,218 | Davudoğlu əsəbiləşdi – Video | Nazir "xaricdəki məktəblərin və Türk Dili olimpiadalarının qapadılması ilə əlaqədar nazirlik təlimat verdimi?" sualına əsəbiləşib. "Axar.az" xəbər verir ki, bu sual Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğluna yönəldilib. Suala çox əsəbiləşən nazir jurnalistə kobud cavab verib: "Deyəsən, bəzi jurnalistlər verdiyimiz təlimatları bizdən daha yaxşı bilir. Bu qədər qeyri-ciddi jurnalistika olmaz. Bu məktəblərə keçmişdə nə qədər dəstək verdiyimizi bütün aləm bilir". |
2014-04-11 | 14,219 | Gəmiqayırma zavodunda faciə: Ölən var | Ötən gün saat 19 radələrində Bakının Qaradağ rayonu ərazisində Gəmiqayırma zavodunda bədbəxt hadisə baş verib. Su Nəqliyyatında Polis İdarəsindən verilən məlumata görə, Sahil qəsəbəsi ərazisində Xəzər Dəniz Neft Donanmasının gəmisində maşinist işləyən 1964-cü il təvəllüdlü Mais Qasım oğlu Kazımov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Mais Kazımov bir gəmidən digər gəmiyə keçərkən yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır (ANS). |
2014-04-11 | 14,220 | Tanınmış prodüseri döyən şəxs həbs olundu | Prodüser Sayqa Məmmədovaya (Sayqa Cahid) hücum edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 10-da M.Rüstəmov küçəsində naməlum şəxs vətəndaş Sayqa Məmmədovanın üz nahiyəsinə gözyaşardıcı qaz vuraraq, əlindən içərisində geyim əşyaları olan çantanı alıb qaçıb. DİN Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulub. Qeyd edək ki, Sayqa Məmmədova (Sayqa Cahid) prodüsser kimi fəaliyyət göstərir ("Azews.az"). |
2014-04-11 | 14,221 | DİN-dən polis rəsinin gecə klubuna reaksiya – Rəsmi | "Nazirlik bunu əhəmiyyətli xəbər hesab etmir. Heç bir fakta əsaslanmayan xəbərlərin araşdırılması vaxt itkisindən başqa bir şey deyil". Bu sözləri "Axar.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Nəsimi rayonu, Azadlıq prospekti 58 V-də yerləşən "Buqatti" adlı gecə klubunun sözügedən rayonun polis rəisi Musa Musayevə məxsus olması iddiasına münasibət bildirərkən deyib. E.Zahidov qeyd edib ki, bu, əsaslandırılmamış iddiadır: "Musa Musayev polis rəisidir, polkovnikdir. Belə bir insanın bu cür qeyri-ciddi bir işlə məşğul olması mümkün deyil. Polis rəisinin işi o qədər məsuliyyətlidir ki, onun əlavə özəl işlərlə məşğul olmağa imkanı yoxdur. Bir polis rəisinin şəxsi obyektinin olmasına heç ehtiyacı da yoxdur. Nazirlik bu iddialarla bağlı araşdırma aparmağa ehtiyac duymur". DİN rəsmisi sözlərinə görə, polis rəisinin əlavə özəl işlə məşğul olması qanunla qadağandır: "Polis rəisinin şəxsi obyekti ola bilməz. Qanun buna icazə vermir". Xatırladaq ki, Nəsimi rayonu, Azadlıq prospekti 58 V ünvanında yerləşən "Buqatti" adlı gecə klubunun sözügedən rayonun polis idarəsinin rəisi Musa Musayevə məxsus olması barədə mediada xəbərlər yayılıb. M.Musayev bununla bağlı açıqlama verməyib. İdarədən "Axar.az"a Musa Musayevin bi neçə gündür işə gəlmədiyini bildiriblər. |
2014-04-11 | 14,222 | Rus tankları Laçına yerləşdirildi - Şok | Dünən gecə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank və zirehli texnikası Ermənistanın Gorus bölgəsinin Karaşen yaşayış məntəqəsinə gətirilib. Bu barədə məlumatı "Axar.az"a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov deyib. O, qeyd edib ki, Rusiya ordusuna məxsus tanklar Laçının bir addımlığındadır: "Artıq Rusiya Baş Qərargahı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yerləşən Ermənistan ekspedisiya korpusunu əlavə tank və zirehli texnika ilə gücləndirməyə başlayıb. Dünən axşam zirehli texnika, qoşqulu avtomobillərdə Gümrü-İrəvan-Artaşat-Sisian-Gorus avtomobil yolu vasitəsilə xüsusi maskalanmış vəziyyətdə işğal edilmiş Laçın rayonu yaxınlığına - Karaşen yaşayış məntəqəsinə gətirilib. Qoşqulu avtomobillərə yüklənmiş hərbi texnika maskalanmış olsa da peyk vasitəsilə müşahidə olunub. Onun sözlərinə görə, artıq İsrailin "Mossad" və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində bununla bağlı məlumat var: "Dünən gecə ABŞ Milli Təhlükəsizlik Agentliyi hərbi texnikanın köçürülməsini tam dəqiqliyi ilə müşahidə edib və peyk vasitəsilə videolentə alıb. Yaxın 2 gün ərzində isə Xankəndi-Ağcabədi və Ağdərə-Tərtər istiqamətindəki mövqelərə yaxın ərazilərdə yerləşdiriləcək. Çox güman ki, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinə başlanacağı təqdirdə, Tərtər-Yevlax istiqamətində genişmiqyaslı hücum imitasiya ediləcək". Gülməmmədov bildirib ki, iki gün öncə isə Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 3 generalı Xankəndiyə ezam olunub: "Bu məlumat artıq İrəvanda söz-söhbətə belə səbəb olub. Həmçinin, artıq Ermənistan televiziyaları bir həftədir ki, mütəmadi olaraq silahli qüvvələr barədə reportajlar hazırlayır və "Favorit" tipli HHM raketlərini reklam edirlər. |
2014-04-11 | 14,223 | Bakıda qeyri-adi toy - Foto | Bakıda qeyri-adi toy olub. Əslində toy məclisin sıradan düzənlənib, amma bəy və gəlin kürsüsündə əyləşənlər sıradan olmayıblar. Bəy kürsüsündə fiziki məhudiyyəti olan Əli Qasımov, gəlin kürsüsündə isə təmamilə sağlam, üstəlik də gözəl-göyçək Aynurə oturub. Bu isə o deməkdir ki, bu toydan sonra gəlin ömrünün sonuna qədər ərini əlləri üstündə daşıyacaq. Həm də sözün əsl mənasında. Aynurənin ilk evliliyi alınmayıb. Əli isə I qrup əlil olsa da 42 yaşında həyat onun üzünə gülüb. Aynurə ilə tanışlıq və sevgi ona yeni həyat bəxş edib. Sağlamlıq məhdudiyyətli Əli bundan sonra Aynurənin əlləri və ayaqları ilə yaşayacaq. Aynurə öz xoşu ilə Əlini özünə həyat yoldaşı seçdiyini deyir: "Vaxtilə ailə qursam da, bəxtim qara gətirmişdi. Bir də ayılıb gördüm ki, mənim ailəlik həyatımdan qazandığım yeganə şey-uşaqlarımdır. Ancaq qadın taleyim isə Əlinin cismi kimi şikəstdir. Onun cismən, özümün isə ruhən şikəst olmuş bir insan bilib taleyimizdəki doğmalığı boynuma aldım. Kim nə deyir desin, ər tapdağı altında əzilən qadın ruhən şikəst olmuş bir qadındır. Əli ilə dini nigahımız da tariximizin faciəvi təqvim günündə - Xocalı faciəsi günündə baş tutub. Toyumuzu Əlinin hacı dostları etmək istədi. Biz də etiraz etmədik. Bəli, bizim ikimizin də taleyində faciə öz qılıncını sıyırsa da, biz talelərimizi birləşdirməklə faciəni dəf etmək arzusundayıq". "Axı toy-bayramdır bu dünyanın əzabı, Əqli olan ona gətirər tabı" deyib böyük şairimiz. Bizim bir-birimizə ehtiyacımız var. Əli yeyə bilmir, bir uşaq kimi ona çörəyi də öz əllərimlə yedizdirirəm. Mənim də onun məhəbbət dolu baxışlarına ehtiyacım var" (ANS). |
2014-04-11 | 14,224 | Bakıda park söküldü - Foto | Hazırda Məzahir Rüstəmov 21 ünvanında yerləşən bina sakinləri aksiya keçirir. "Musavat.com"un hadisə yerində olan əməkdaşının Ferahim İlqaroglunun verdiyi məlumata görə, bina sakinləri yeni salınan parklarının gecə saatlarında naməlum şəxslər tərəfindən dağıdılmasına etiraz edərək yaxınlıqdakı yolu bağlayıblar. Sakinlərin sözlərinə görə, təkcə bu gecə 30 ağac kökündən çıxarılıb. Tikiləcək obyektin özülü qazılıb. Qeyd edək ki, sözügedən məkanda ikinci dəfədir ki bu olay baş verir. Aksiya davam edir. Aksiya keçirilən yerə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri gəliblər. Onlar sakinləri aksiyanı dayandırmaq üçün yola gətirməyə çalışırlar. Sakinlər isə çıxarılan ağacların yerinə basırılmasını tələb edirlər və yalnız bu halda aksiyanın dayandırılacağını bildirirlər. Xətai bələdiyyəsinin sədri isə sakinlərə söz verib ki, bu gün saat 18.00-adək ağaclar bərpa olunacaq. |
2014-04-11 | 14,225 | “Barselona”da baş məşqçi qalmaqalı | "Barselona"nın əfsanəsi Yohan Kroyf doğma komandasındakı durum haqda maraqlı fikir bildirib. "Axar.az" xəbər verir ki, Yohan Kroyfun bu açıqlamaları İspaniya mətbuatında gündəm olub: "Tata Martino əlindən gələni edir. Lakin "Barselona"da baş məşqçi komandanlıq etmir. Artıq uzun müddətdir ki, məşqçinin işinə rəhbərlikdən kimlərsə qarışır. Bu da müəyyən problemlər yaradır. Hər şey Çiqrinskinin satılmasından başladı. Quardiola satışa razı deyildi. Ancaq rəhbərlik onun sözünə qulaq asmadı. Məhz elə həmin vaxtdan Pepin "Barselona"da problemləri başladı". |
2014-04-11 | 14,226 | Azərbaycanlı biznesmenlərin adı Gülənin qara siyahısında | Azərbaycan və Türkiyədə fəaliyyəti məhdudlaşdırılan Gülən hərəkatı başqa ölkələrdə aktivliyini artırıb. "Axar.az" xəbər verir ki, Türkiyədə bələdiyyə seçkilərində uğurlu ola bilməyəndən və Ərdoğanın Azərbaycana səfərindən sonra ölkəmizdə də fəaliyyəti məhdudlaşan Gülən hərəkatı hər iki ölkəyə təzyiqlərini xaricdən davam etdirir. Kosova, Makedoniya, Bosniya və Hersoqoveniyada fəaliyyətini sürətləndirən illeqal hərəkat qardaş ölkələrə "xəyanət" etməyə davam edir. Olduqları ölkənin idarəçiləri ilə görüşmək üçün bütün dövlət tədbirlərinə qatılan gülənçilər əllərinə düşən hər fürsətdə Türkiyə və Azərbaycanı beynəlxalq arenada çətin vəziyyətə salmaq üçün təbliğat aparırlar. Razılaşmayan biznesmenlər qara siyahıya əlavə edilir Pensilvaniyadan gələn əmrlərlə hərəkət edən gülənçilərin fəaliyyətlərinin daha effektiv olması üçün Balkan ölkələrinə investisiya yatıran Türkiyə və Azərbaycan iş adamlarına da lobbiçilik etmələri üçün təzyiq göstərdikləri məlum olub. Basqılara qarşı çıxan və hərəkatın "xəyanət" planına uymayan biznesmenlərin qara siyahıya alındığı bildirilir. Olduqları ölkələrdə bəzi məmur və dövlət idarəçilərinə maaş verən gülənçilərin bu əlaqələrdən istifadə edərək onlara qarşı müqavimət göstərən biznesmenlərə sanksiyalar tətbiq etdikləri də vurğulanır. Bıçaq sümüyə dirənib Gülən hərəkatına boyun əymədiyi üçün bürokratik əngəllərlə qarşılısan və ziyana düşən çoxlu sayda biznesmenin rəsmi Ankaraya məktub göndərərək "Türkiyəyə qarşı əks-təbliğat sərhəd tanımır. İnanılmayacaq dərəcədə şər atırlar. Bıçaq sümüyə dirənib. Bizi bunlardan xilas edin", - dedikləri məlum olub. |
2014-04-11 | 14,227 | “Düşünülmüş surətdə Rusiya xofu yaradılır” | VHP Mərkəzi Qərargahında partiyanın Siyasi Şurasının iclası keçirilib. VHP mətbuat xidmətinin məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və geopolitik durum, partiyanın rayon təşkilatlarının konfranslarının keçirilməsi və bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycandakı infrstruktur layihələri zamanı sakinləri narazı salma ənənəsinin durmadan genişlənməsi, müxalifət düşərgəsindəki durum, həmçinin Ukrayna ətrafında başlayan hadisələrin dünya düzəminə təsiri barədə danışıb. VHP Ali Məclisinin sədri Rafiq Manaflı Azərbaycanda "Rusiya xofu"nun yaradılması üçün müəyyən qüvvələrin hərəkətə keçdiyini və bu tendensiyaya qarşı mübarizənin vacibliyini bildirib. Daha sonra cari məsələlərdən danışan Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli rayon təşkilatlarının konfranslara hazır olduğunu deyib. Qərara alınıb ki, rayon təşkilatlarının konfranslarının keçirilməsi üzrə qrafik Siyasi Şuraya təqdim edilsin. Siyasi Şura may ayının 11-də partiyanın Ali Məclisinin Ümumrespublika konfransının keçirilməsi haqda qərar qəbul edib. |
2014-04-11 | 14,228 | Məşhur raket konstruktoru öldü | Rusiyalı məşhur raket konstruktoru Sergey Nepobedimiy vəfat edib. "Axar.az" xəbər verir ki, məşhur konstruktor aprelin 11-də 93 yaşında yaşadığı evdə keçinib. Konstruktor Moskvadakı Hərbi Memorial qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Nepobedimıy "İqla", "Strela-2", "Strela-2 M" və digər zenit raket komplekslərinin yaradıcısı hesab olunur. |
2014-04-11 | 14,229 | Rəis sürücüsünün öldüyü qəzada daha bir ölüm | null |
2014-04-11 | 14,231 | ATV-nin efrində İlhaməni məsxərəyə qoydular - Biabırçılıq | ATV-nin efirində xalq artisti İlhamə Quliyeva məsxərəyə qoyulub. "Axar.az"ın "Publika.az"a istinadən verdiyi məlumata görə, "Biq şou" proqramında məşhur "Can-cana" mahnısının müəllifi, müğənni Vüqar xalq artistinin "Kaman" mahnısını ifa edib. Amma İlhamə Quliyevadan icazə almadığını deyib. Verilişdə qonaq olan meyxanaçı Vüqar buna görə, adaşının başının ağrıyacağını deyib: "Oxuduğun Can-cana" olacaq, "Qan-qana", İlhamə xanımın mahnısını icazə almadan oxumaq bilirsən nə deməkdir? Qardaş, bir həftə başını salamat saxla, yoxsa sənə nə olsa, ondan görəcəklər". Verilişin digər qonağı keçmiş aparıcı Tunay isə xalq artistini biədəb formada yamsılamağa başlayıb: "Sən kimsən ki, mənim mahnımı oxuyursan, bilirsən bu nə deməkdir?" |
2014-04-11 | 14,232 | Luqanskda Timoşenkonu “asdılar” - Foto | Ukraynanın Luqansk şəhərində separatçılar Təhlükəsizlik Xidməti İdarəsinin binasının qarşısında aksiya keçiriblər. "Axar.az" xəbər verir ki, aksiya zamanı separatçılar reklam şitlərinin birində keçmiş baş nazir, prezidentliyə namizəd Yuliya Timoşenkonun kuklasını asıblar. Timoşenkonun həbsdə yatdığını xüsusi vurğulamaq üçün kuklanın bədəninə döymə də vurublar. |
2014-04-11 | 14,233 | Heydər Əsədov İsmət Abasovun kadrını “vurdu” | Kənd təsərrüfati naziri Heydər Əsədov keçmiş nazir İsmət Abasovun daha bir kadrını işdən çıxarıb. Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, nazirin əmrinə əsasən İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Neymətulla oğlu Məcidov vəzifəsindən kənarlaşdırılıb. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Qurumda "nazirliyin üçünçü adamı" sayılan Məcidovun işdən çıxarılması təqaüd yaşına çatması ilə əlaqələndirilir. Şöbə müdiri yola salınarkən ona bir aylıq əməkhaqqı məbləğində mükafat təqdim edilib. Qeyd edək ki, Heydər Əsədov nazir təyin ediləndən sonra bir neçə aparıcı köhnə kadrı işdən çıxarıb. Məsələn, martın 17-də Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev də vəzifədən azad ediliblər. Xatırladaq ki, İsmət Abasov hazırda baş nazirin müavinidir. |
2014-04-11 | 14,234 | Azərbaycanlılar üçün “Domodedevo” bazarı açıldı | "Pokrov" bazarı bağlanandan sonra Moskvada ticarətlə məşğul olan azərbaycanlılar yeni bazara köçüblər. Bu barədə "Axar.az"a Rusiyada yaşayan soydaşlarımız bildirib. Məlumata görə, "Domodedovski" adlanan bazar ötən gün yenidənqurmadan sonra fəaliyyətə başlayıb. Qərbi Brilyevo rayonunda yerləşən "Pokrov" meyvə-tərəvəz bazasından çıxarılan azərbaycanlıların əksəriyyəti də hazırda bu bazarda işləyir. |
2014-04-11 | 14,235 | Cavanşir Paşazadə Şeyx qardaşını müdafiə etdi | "Halallıq məsələsinə toxunan yeganə idarə QMİ-dir və mənə elə gəlir ki, bunu da onlar verməlidir". Bu barədə millət vəkili, QMİ sədri şeyxülsialm Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə açıqlamasında son vaxtlar QMİ ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin arasında yaranmış mübahisəyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dünyanın hər yerində yeyinti məhsullarına halal sertifikatları verilir: "Avropanın özündən Azərbaycana, digər müsəlman dövlətlərə, həmçinin müsəlman olmayan, amma müsəlmanların da yaşadığı dövlətlərə göndərilən ərzaq məhsullarının üstündə halal sözü yazılır. Bu Avropa da, ABŞ-da da, həmçinin digər ölkələrdə də var. Bu məsələ tək müsəlmançılıqda yoxdur. Misal üçün yəhudilərin özündəün, krişna deyilən sektanın özündə də halallıq var". C. Paşazadə qeyd edib ki, dövlət komitəsi məhsulun halallığına yox, keyfiyyətinə cavab verə bilər: "Halal sözü deyəndə bəziləri deyir ki, filankəs hardasa halallıq sertifikatı verir. Məgər, halallıq sertifikatını Papa verməlidir? Papanın halal, haramı var ki, sertifikat da versin. Halallıq müsəlman dövlətləri üçün var. Buna görə də halallığı ruhani idarəsi verməlidir. Amma sertifikatın başqa formalarında, misal üçün ərzağın gəlməsi, hansı mənşəyə uyğun olması, gigiyenik qaydada qorunması və s. məsələlərə əlbəttə ki, komitə baxmalıdır". Qeyd edə ki, halal sertifikatının verilməsinə görə yaranmış mübahisənin qurumlar arasında birgə məsləhətləşmələrlə həll olunacağına qərar verilib ("Publika.Az"). |
2014-04-11 | 14,236 | “Çalı Quşu” qumarxanaya çevrildi | Bakıda qanunsuz qumarxana təşkil edən 15 nəfər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif obyektlərdə qumarxana təşkil edən iki qrupun ümumilikdə 15 üzvünü saxlayaraq istintaqa təhvil verib. "Çalı Quşu" kafesinə baxış keçirilərkən obyektin qumarxana kimi fəaliyyət göstərməsi müəyyən edilib. Məlum olub ki, Türkiyə Respublikasının vətəndaşı 64 yaşlı Alisa Ateş ətrafına Gündoğmuş Alişan, Sefer Bayraktar, Mehmet Durmaz, Göçer Tuncay və Mingəçevir şəhərində anadan olan 34 yaşlı Fariz Nuriyevi də cəlb edərək mütəmadi olaraq qumar oyunları təşkil edib. Onlar müştərilərin qumar oyunlarında udduğu pulların bir hissəsinə şərik olublar. Əməliyyatçılar ərazidəki "Parpali" kafesinə də baxış keçirərkən eyni durumu aşkarlayıblar. Araşdırmalarla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı 36 yaşlı Kənan Yıldırım ətrafına xeyli adam yığaraq 1 ilə yaxındır ki, qumar oyunları təşkil edir. Ona bu işdə həmyerliləri - İsa Karslı, Özgül Turqay, Ahmed Tuylu, Bircan Varol və Bakı şəhər sakinləri, Elçin Quliyev, Bağır Əliyoldaşov, Ehtiram Hüseynov, Elçin Abdullayev yardım ediblər. Faktlarla bağlı BMCMİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq araşdırmaları davam etdirilir ( Trend ). |
2014-04-11 | 14,237 | XİN-dəki nöqsanlar xəbərinə münasibət - Rəsmi | Hesablama Palatası bu gün APA-nın "Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyində qanun pozuntularının aşkarlandığını açıqlayıb" başlıqlı yazısına münasibət bildirib. Palatadan daxil olan məlumatda deyilib ki, xəbərdə "həqiqətə uyğun olmayan məlumatlar yayılıb və bu zaman Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabata istinad edilib": "Təəssüflə qeyd edirik ki, xəbərin başlığı və jurnalist tərəfindən verilən şərhlər, hətta ölkənin ali dövlət maliyyə nəzarəti orqanının adının tam göstərilməməsi onun öz işinə məsuliyyətsiz yanaşmasını ifadə edir. Hesablama Palatası Hesabatda göstərilmiş məqamların "saxta", "qeyri-qanuni" və s. bu kimi ifadələrdən istifadə etməklə təhrif olunmasını və fikri konteksdən çıxararaq ictimaiyyətin səhv məlumatlandırılmasını jurnalistin qeyri-peşəkar və qərəzli mövqeyi kimi qiymətləndirir". Qeyd edək ki, Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında Azərbaycan Xarici İşlər Nazirliyindəki audit yoxlamaları və bu zaman ortaya çıxan nöqsanlar barədə də məlumat əksini tapıb. Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edib, həmin qərarı icrası üçün XİN-ə göndərib. P.S. Təkzib dövlət qurumunun xahişi ilə dərc olunur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.