date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-04-22
15,393
AMEA-nın institutlarının adı dəyişdirildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının adı dəyişdirilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, AMEA-nın Kibernetika İnstitutu - İdarəetmə Sistemləri İnstitutu, Akademik M. Nağıyev adına Kimya Problemləri İnstitutu - Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu - Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu - Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisi - Dendrologiya İnstitutu adlandırılıb. AMEA-ya bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2014-04-22
15,394
Mikayıl Cabbarov əmr imzaladı
Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Məlumata görə, nazir "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmr imzalayıb. Əmrə əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları", "Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu" və digər müvafiq sənədlər təsdiq edilib. /Aznews.az/
2014-04-22
15,395
Azərbaycan xalqı mənim romanıma layiq deyil
- Seymur, səhv eləmirəmsə, yaxınlarda ad günün olacaq. - Hə… Aprelin 25-də 38 yaşım tamam olur. - Təbrik edirəm. - Çox sağ ol. - Maraqlıdır, bu yaşda özünü necə tanıyırsan? - Özümü çox yaxşı tanıyıram, nə qədər cəsarətli, nə qədər qorxaq, nə qədər istedadlı, nə qədər istedadsız olduğumu çox yaxşı bilirəm. Məncə, bir insanı özündən yaxşı heç kim tanıya bilməz, təbii ki, əgər o insan normal insandırsa, özü haqqında düşünə bilirsə, özü-özünə hesabat verirsə. - Neçə romanın var? - Dörd roman, bir povest yazmışam. - Dörd roman, bir povest yazmısan, amma səni yazıçı kimi yox, daha çox publisist kimi tanıyırlar. - Bu məni bir qram da narahat etmir. - Nəsrə daha çox can yandıran və özünü nəsrdə realizə etməyə çalışan adam məncə, buna görə narahat olmalıdır, axı. - Bilirsən, Kəramət, durub desələr ki, Seymur nə yazıçıdır, nə də publisistdir, təbii ki, ağın çıxarmış olacaqlar. Bu o qədər açıq qərəz olacaq ki, onlar özləri biabır olacaqlar. Ona görə də məni yazıçı kimi görməyənlər publisist kimi görməyə məcburdular. Hətta məhkumdular. - Niyə həmişə özünü elə təqdim eləməyə çalışırsan ki, guya səni başa düşən, anlayan yoxdur? Bəlkə, bu da orijinallıq xətrinədir? - Düzdü, məni başa düşmürlər. Məsələn, 18.6 romanımı bu camaat necə başa düşsün? Azərbaycan xalqı bu əsərə layiq deyil. Amma bu adamları da qınamıram, bu əsər Azərbaycan ədəbiyyatı üçün, ən azı, 20 il əvvəl yazılmış romandır. Bəxtiyar Vahabzadənin şeirləri ilə böyümüş xalq "18.6" romanını necə anlasın? Bu xalq aşıqdır, hələ gəlib yazı mədəniyyətinə çıxmayıb. Bu xalq folklor səviyyəsində olan bir xalqdır. Birdən-birə gətirib onun qabağına belə bir roman qoyursan. Əlbəttə, başa düşməyəcəklər. - Məncə, Azərbaycan yazılı ədəbiyyatı heç folklor səviyyəsinə gəlib çatmayıb. Lap istəyirsən, başını yerə qoy, ayaqlarını göyə qaldır, xeyri yoxdu, xalq bunları 1000 il bundan qabaq eləyib. Və axırda görəcəksən ki, elə sən də folklorun içində fırlanırsanmış. Bu xalq kəndirin üstündə də başı üstə dayanıb. Yəni sən yeni nə eləyə bilərsən ki, bu xalq təəccüblənsin? Sənin bəyənmədiyin folklor beyninə kodlaşdırılıb, əsərlərinə nə qədər ala-bəzək adlar qoysan da yenə folklorun içindəsən. Amma hiss edirəm ki, bundan heç özünün də xəbərin yoxdur. Mən səni bu qədər sadəlöhv bilməzdim. - Razıyam. Amma ölkənin reallığı bizim də reallığımızdır. Bir neçə dəfə demişəm, yenə təkrar edirəm. Əgər Novruzəli məktubu poçt qutusuna ata bilsəydi, Mirzə Cəlil başqa mövzuda əsər yazardı və ədəbiyyatımız dünyada gedən proseslərə daha yaxın olardı. Hansı ölkədə və necə insanların arasında yaşadığımı yaxşı bilirəm. Bu mənada hər birimiz siyasi mövqeyindən, üslubundan, istedadının dərəcəsindən asılı olmayaraq, reallığın bir parçasıyıq. - Yeri gəlmişəkən, "18.6 sm" nəyin ölçüsüdür? - Özümün ölçümdü. - Yəni, boyunun ölçüsü? - Yox! - Ağlının ölçüsü? - Yox! - Bəs nədir ? - Heç nə, elə-belə, mənasız bir şey. "Kişi sözü" filmində soruşur ki, o nə kəmərdi belinə bağlamısan? Deyir, heç elə-belə, karate. Onun kimi bir şey. - Qadınlar haqqında fikrindən sonra adamlar səndən bir söz soruşmaq istədilər: "Seymurun özün necə kişidir?". - Kişi kimi özümə qiymət vermək mənim üçün çox çətindir. Bircə onu deyə bilərəm ki, son vaxtlar çox deyingən və hövsələsiz olmuşam. - Deyirsən, xalq məni başa düşmür. Bəs sən niyə başa düşmürsən ki, sənin bu çıxışların yazıçı çıxışları deyil. Məsələn, ədəbiyyata dəxli olmayan o qədər adamlar var ki, hər gün sənin dediklərini deyirlər. - Hə, deyirlər. - Bəs fərq nədir? - Fərq yanaşmadadır. Yazının kimin qələmindən çıxması çox önəmli məsələdir. Yadıma gəlir, anam da bu sözü tez-tez deyirdi ki, başım çıxmır, sənin yazılarını niyə oxuyurlar. - Sən bu xalq üçün nə etmisən? - Bu gün Azərbaycanda Seymur Baycandan daha çox bu xalqa yaxşılıq edən ikinci bir adam var? - Məsələn... - Azərbaycan publisistika tarixində tək qələmi ilə hələ bu qədər adam dəyişdirən olmayıb. Mən bunu etmişəm. - Niyə sənin haqqında belə fikir formalaşıb ki, xaraktercə qorxaq adamsan? - Düz deyirlər, xaraktercə qorxaq adamam. Hesab eləmirəm ki, yazılarımda cəsarətliyəm. Sadəcə, ikiüzlülük etmək istəmirəm. Bu da məni cəsarətli göstərir. Yaltaqlığı Azərbaycanda epidemiyaya çeviriblər. Ona görə də bir balaca yaltaqlıq etməyən adamı cəsarətli kimi görürlər. Ümumiyyətlə, mən bütsevər insan deyiləm. Amma doğrudan da, çox qorxaq və çəkingən adamam. Atdığım addımlarımı ölçüb-biçirəm. - Bəlkə, bilə-bilə özün haqda bu cür təəssürat yaratmısan. Çünki adətən, cəsarətli çıxışların arxasında xaraktercə qorxaq və zəif adam dayananda istər-istəməz qəhrəmana çevrilirsən. - Bilirsən Kəramət, mənim gözümün qabağında o qədər adam öz mənliyini və şəxsiyyətini itirib ki, artıq onlardan dərs götürmüşəm ki, yekə-yekə danışmaq lazım deyil. Vaxtilə məni antimillilikdə, antitürkçülükdə ittiham edən adam indi gedib AZƏRSUN-a deyir ki, mən kürdəm, mənə iş verin. Halbuki o, mənə vətən xaini demişdi. Haqqımda yazılar yazırdı ki, bu vətən xainidir. Buna deyən yoxdur ki, ay alçaq, bəs niyə indi gedib deyirsən ki, mən kürdəm, mənə iş verin? - Anlamadım, kürd olanda nə olur ki? O da Azərbaycan vətəndaşıdır, insandır və haqqı var. - Əlbəttə, tamamilə doğrudur. Sadəcə, vaxtilə məni vətən xainliyində ittiham edən adamlar indi elə oyunlar çıxarırlar ki, onlara baxanda istər-istəməz daha da qorxaq olursan. - Seymur, küçədə də qorxa-qorxa yeriyirsən? - Əlbəttə, qorxmaq lazımdır. Biz çox qorxulu insanların əhatəsində yaşayırıq. Doğrudan, belədir. Təsəvvür elə ki, meşədəsən, üstünə ayı gəlir, sən o ayıya necə başa salasan ki, mən yazıçıyam? - Bəlkə, səni çıldağa aparaq, qorxuluğunu götürsünlər. - Ola bilər. Get-gedə özüm də hiss edirəm ki, mövhumatçı oluram. - Yeri gəlmişkən, yazmaq üçün rayona getmişdin. Nəsə yaza bildin? - Hə... Uşaqlar üçün xatirələr yazıram. - Təbiətdən, heyvanlardan qorxmursan ki? - Qorxuram. Bir dəfə az qalmışdı ki, ayı məni yesin. - Bəs ayını başa sala bilmədin ki, yazıçıyam? - Bilirsən ki, o, şüursuz heyvandır, yəni onu bağışlamaq olar. - Seymur, yaltaq olub-olmamağın ədəbiyyata nə dəxli var? Səncə, yaltaq olub, eyni zamanda yaxşı yazıçı olmaq mümkün deyil? - Bilirsən, bizi çox vaxt istisnalar aldadır. Bir istisnaya milyonlarla insan aldanır. Nə zamansa bir pis adam olub, amma yaxşı roman yazıb, bu o demək deyil ki, hamı pis olmalıdır. - Ən böyük istisna da Dostoyevskidir. - Dostoyevski çox pis bir insan olub, o, bizim bügünkü pis adamlardan heç də geri qalmayıb. - Nə mənada? - Mütləqiyyəti dəstəkləyib. - Seymur Baycan, Dostoyevskini "Cinayət və Cəza"ya, "Karamazov qardaşları"na, "İdiot"a bağışlaya bilməzsən? - O, bu əclaflıqları edib, söz yox, amma sürgündə də olub, sarsıntılar keçirib, məsələnin bu tərəfi də var. O da var ki, bizim pis adamlar Dostoyevski kimi həm pis olub, həm də gözəl romanlar yaza bilmirlər, axı. Ona görə də bu adamları bağışlaya bilmirəm. Köləlik mənim ürəyimi bulandırır. Baxırsan ki, nə boyda kişidi, nə boyda başı, nə boyda qulağı var, bir manatdan ötrü elə yaltaqlanır, özünü elə çölə qoyur ki, adamın ürəyi bulanır. - Özün haqqında niyə bu qədər yüksək fikirdəsən? - Çünki haqqım var. - Haqqın olsa da, olmasa da yüksək insani keyfiyyətlərdən biri odur ki, özün haqqında yüksək fikirdə olmamalısan. Sən bunu bilmirsən? - Yaxşı eləyib özümü tərifləyirəm. Mənim haqqımda layiq olduğum sözləri demirlər, mən də məcbur olub özüm deyirəm. Bir universitetin görmədiyi işi mən təkbaşıma görmüşəm, bu qədər adama ədəbiyyat sevdirmişəm, bu qədər adamın geyimini dəyişmişəm, bu qədər adama kitab oxutdurmuşam. Özü də heç nəsiz! Bircə qələmlə. Bəs məni niyə tərifləmirlər? Niyə qiymətləndirmirlər? Az iş görmüşəm? Amma bütün günü efirlərdə mənasız, başıboş adamları tərifləyirlər. - Əgər sən də bu tərifləri gözləyirsənsə, onda Seymur Baycanın bütün günü efirlərdə təriflənən başıboş adamlardan fərqi nədir? - Əlbəttə ki, Azərbaycan kimi ölkədə mənim onlardan heç bir fərqim yoxdu. Əksinə, onlar daha üstündülər. Amma bu mənim məğlubiyyətim deyil. Bu insanların məğlubiyyətidir ki, güləş döşəyinin üstünə çıxan ölkənin bütün qələm adamlarından hörmətli tutulur. Don Kixotun təbrincə desəm, mənim məğlubiyyətim mənim həqiqətimi əsla sarsıda bilməz. Əgər mən axmaq və gülünc vəziyyətə düşürəmsə və buna gülən, sevinən adamlar varsa, lütfən bir şeyi anlasınlar ki, onlar hər şeydən əvvəl öz faciələrinə gülürlər. Çünki sözün həqiqi mənasında mənim heç kəslə şəxsi davam yoxdur. Və səmimi qəlbdən insanlarımızın xoşbəxt yaşamasını arzulayıram. - Efirlərə çağırırlar? - Çağırırlar, amma getmirəm. - Niyə? - Çünki elə adamlarla çağırırlar ki, o adamlarla efirə çıxmaq istəmirəm. Görürəm ki, məni efirə biabir etməyə çağırırlar. Mən niyə Nadir Qafarzadə ilə bir verilişə çıxmalıyam? - Nadir Qafarzadə ilə verilişə cıxıb, öz sözünü deyə bilməzsən? - Sözümü, onsuz da, yazılarımla deyirəm. - Bəzən sənin də elə çıxışların olur ki, təxminən Nadi Qafarzadə təsiri bağışlayırsan. - Məsələn… - Məncə, "Azərbaycanda mənə layiq qadın yoxdur" fikrinlə sən də Nadir Qafarzadənin əxlaqını daşıyırsan. - Bir dəfə ATV-də Elçin Əlibəylinin verilişinə çıxmışdım. Səhərisi bir qız mənə zəng vurdu. Özü də tanınmış bir adamdı. Dedi ki, ay Seymur, verilişdə bir aşbaz səni yaman günə qoydu. Dedim, niyə sevinirsən? Bu sənin arzundur? Özü də yaman günə-zada qoymadı. Sadəcə, sən istəyirdin ki, bir aşbaz məni orda yaman günə qoysun. Eyni sözü sənə də deyirəm. Bəlkə, sənin də arzundur ki, mən Nadir Qafarzadə kimi görünüm? - Seymur, niyə hamını özünə düşmən hesab edirsən? Bu cəmiyyətdə düşmən olası nə qədər adam var. Səni Nadir Qafarzadə kimi görmək niyə mənim arzum olmalıdır ki? - Kəramət, sənə bir söz deyim, kiçik bir sirrimi sənlə bölüşüm. Azad olmayan insanın heç bir sözü, tənqidi mənə təsir eləmir. O daşların heç biri mənə dəymir. Başa düşürsən? Bu ölkədə sözü mənə təsir edəcək cəmi 3-4 adam var. - Maraqlıdır, o üç-dörd adam kimlərdi? - Şahvələd Çobanoğlu, Zamin Hacı, Elnur Astanbəyli, Rasim Qaraca... Çox sevinirəm ki, belə dostlarım var. Bu adamlar məni yaxşı tanıyırlar və bilirlər ki, Seymur Baycan kimdi. Dostlarım inkişafımda çox müstəsna rol oynayıblar. - Seymur, məncə, özün də istəyirsən ki, səni üç-dörd adam başa düşsün. Niyə özünü süni şəkilə yuxarı qaldırıb, orada özünə quş yuvası boyda balaca bir yer düzəltmisən? Və odlu-alovlu çıxışlar edirsən, bəyanatlar verirsən. - Düz deyirsən, təhqir olunmuş cəmiyyətdə insanlar belə düşünür. Azərbaycan xalqı təhqir olunub və təhqir olunmuş insanların arasında da yaşamaq, doğurdan da, çox çətindir. - Özün azdan-çoxdan kitab oxumuş adamsan. Amma elə bil oxuduğun kitablar sənə əksinə təsir edir. Məncə, vəziyyəti o yerə çatdırmısan ki, əlində tutduğun qələmdən çox nizəyə oxşayur. Belə mübarizə aparmaq olar? - Hə, düzdü. Həyatın elə anları olur ki, bəzən oxuduqları insanın xoşbəxt olmasına mane olur. - Tutalım, 20, 30, 40, 70 ildən sonra nə Anar, nə Elçin Əfəndiyev, nə də sən olacaqsan. Bu söz-söhbətlər də unudulub gedəcək. Sənin vətəndaş mövqeyin də hamının yadından çıxacaq. Ortada təkcə yaradıcılıq qalacaq. Səncə, onda Seymur Baycanın "Quqark" romanı bu xalqa daha çox lazım olacaq, yoxsa bu gün tənqid elədiyin, yaltaq dediyin adamların əsərləri? Heç bu barədə düşünmüsən? - Olsun! Mən həmişə demişəm ki, bizim nə yazdığımızı xalq bilməsə də, o adların çəkdiyin adamlar yaxşı bilirlər. Bu mənə bəsdir. Onlar özləri haqqında lazım olan bütün sözləri eşitdilər və oxudular. Bütləri də dağıldı. - Səncə, dağıldı? - Əlbəttə, dağıldı. Bir söz var, deyir, necə kef çəkməli əyyam idi. Çox istəyirdilər ki, insanlar həmişə nəşr olunmaqdan ötrü onlara yalvarsın, bunlar da donos yazıb kimisə sürgünə göndərsinlər, həbsə atdırsınlar. Amma dövr dəyişdi. - Kamal Abdulla "Dədə Qorqud"un bütünü dağıdır, sən də Anarın. Niyə bu qədər xırda işlərlə məşğul olmağa həvəs göstərirsən? - Məcburam. Bəzən istəyirəm ki, başqa yazılar yazım, amma reallıqlar mənə öz yazılarımı yazmağa imkan vermir. Əksər hallarda özümün bəyəndiyim, üstündə daha çox əziyyət çəkdiyim yazılar diqqətdən kənarda qalır. - Seymur, kor tutduğun buraxmayan kimi sən də yapışmısan Anarın yaxasından, əl çəkmirsən ki, çəkmirsən. - Görmürsən, 24 ildir oturub orda, hələ bir camaata minnət də qoyur ki, mən burda əziyyət çəkirəm. Sən bu sözü mənə niyə deyirsən? Niyə gedib Anara demirsən ki, dövlətin maliyyələşdirdiyi təşkilatı dədənin mülkiyyəti kimi idarə edirsən? - Səncə, Anar o kreslodan ibarətdi? - Əlbəttə! Anar özü də çox gözəl bilir ki, divin canı şüşədə olduğu kimi onun da canı o kreslodadır. Sabah o kreslodan dursa, nə onun dədəsi haqqında yazı yazan olacaq, nə də özünə yaltaqlanan. Anar paqonunu çıxarsa, hamı görər ki, o heç kimdir. - Bəs sən öz oğlun üçün hansı mülkiyyəti qoyub gedirsən? Axı, ədəbiyyatın özü də bir mülkiyyətdir. - Anarın nə yaradıcılığı var, ədəbiyyatı var ki? Anar məmurdur, yazıçı deyil. O, dədəsinin qucağında ədəbiyyata gəlmiş bir adamdı. Hakimiyyətə sərf eləyir deyə orda otuzdurublar. Anar həyatda bir dəfə də problem görməyib, ayaqqabı dərdi çəkməyib, bir dəfə vağzalda yatmayıb, bir dəfə kirayə pulu verməyib. Anar nə yaza bilər ki? Bəlkə, öz həyatından nəsə yaza bilər ki, maraqlı olsun. - Bu kövrəldici notlarla məni ağlatmaq istəyirsən? - Məncə, yersiz zarafatdı. - Səni başa düşürəm. Amma onu da başa düşmək lazımdır ki, yazıçılıq ayaqqabı dərdi çəkmək deyil. Yazıçılıq vağzalda yatmaq da deyil. Azərbaycanda o qədər ayaqqabı dərdi çəkən var, o qədər vağzalda yatan var. Anarın mənsub olduğu dairədə, bəlkə, elə dərdləri var ki, "ayaqqabı dərdi" onun yanında toya gedəsidir. - Düz deyirsən. Amma yazıçılıq həm də ayaqqabı dərdi çəkməkdir. - Səncə, Anar heç olmasa, həyatından nəsə yaza bilərmi? - Yox, heç həyatından da yaza bilməz! Onun həyatı başdan-başa ləkələrdən ibarətdir. Onun özü haqqında yazmağı böyük cəsarət tələb edir. - Seymur Baycan, necə kor-koranə şəkildə səni daşlayırlar, elə sən də kor-koranə şəkildə başqalarını daşlayırsan. - Mənim daşladığım adamlarla məni daşlayan adamlar arasında böyük fərq var. - Əkrəm Əylisli haqqında da eyni fikirdəsən? - Bizim köhnə yazıçıların içində bir balaca özünü yazıçı kimi aparan Əkrəm Əylislidir. Heç olmasa, o, bir az da olsa, yazıçıya oxşayır. Qalanları məmurdur. Ancaq Əkrəm də yazıçı kimi bitibdir. Onun "Ətirşah Masan" əsərini oxudum və gördüm ki, tükənibdir /1937.az/.
2014-04-22
15,396
Rus kəşfiyyatının Ukraynadakı təxribatı ifşa olundu - Video
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyat idarəsi Rusiya xüsusi xidmət orqanlarının ölkənin beynəlxalq imicinə zərbə vurmaq məqsədilə hazırladıqları təxribatın üstünü açıb. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. "2012-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) polkovniki Aleksey Aleksandroviç Çepik Ukrayna vətəndaşını ələ alıb. 2014-cü ilin yanvar-fevral aylarında Çepik ələ aldığı şəxsə Ukrayna Milli Assambleyası və Ukrayna Xalq Özünümüdafiə təşkilatının rəhbərliyi və fəalları ilə əlaqə qurmağı və FSB-nin nəzarəti altında silahları Rusiya Federasiyasına keçirməyi tapşırır. Bundan sonra rus xüsusi xidmət orqanları Ukraynanı Rusiyada terror aksiyaları həyata keçirmək üçün bu ölkəyə silah keçirməkdə ittiham edəcəkdilər" deyə UTX-nin məlumatında qeyd olunub.
2014-04-22
15,397
Avtoş kimdir: Nazirin qardaşı oğlu, yoxsa? – Foto/Video
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğluna aid edilən "Nissan Skyline Gtr35" markalı, 10 ZL 100 nömrə nişanlı avtomobilin Zığ şossesində yarışa çıxması barədə yazılanlar mübahisələrə yol açıb. Millət vəkili Elton Məmmədov "Axar.az"a açıqlamasında bu avtomobilin oğluna aid olmadığını və jurnalistlərin bu faktı dəqiqləşdirmək üçün nömrənin sahibini Dövlət Yol Polisindən müəyyənləşdirə biləcəklərini söyləmişdi: "Sizə tam səmimi bildirirəm ki, oğlumun belə bir maşını yoxdur. Bu, oğluma qarşı şantajdır. Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar. Yoxdur belə şey. Azərbaycan gənclərinə qara yaxmasınlar. Mətbuat işçisi kimi siz də buna imkan verməyin. Əksinə, bu gənclərin müdafiəsinə qalxın. Suçlu olmayan bir insana bu qədər qara yaxmaq olarmı? Allahdan qorxmurlar bu insanlar?" Bakı şəhər Dövlət Yol Polisi isə müraciətlərimizi cavabsız qoydu. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ona ümumiyyətlə belə video təqdim edilmədiyini söylədi, Bakı şəhər DYP-dən avtomobilin kimə məxsus olması ilə bağlı müraciətimizə isə müsbət cavab verilmədi. Məlumatı araşdıran jurnalist Eynulla Fətullayev isə bildirib ki, o öz mənbələri vasitəsilə bir daha DYP-nin kartotekasında Bakı küçələrində sürət yarışına çıxan avtomobilin kimə məxsus olduğunu dəqiqləşdirib. "DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline Gtr35"in sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin, birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E.Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz". Xatırladaq ki, sözügedən 10 ZL 100 nömrə nişanlı "Nissan Skyline Gtr35" avtomobili Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun gəlin karvanında ailə üzvlərindən biri kimi iştirak edib. Anar Məmmədovun toyunda gəlin maşınının dövlət nömrəsi 10 LR 100, onu müşayiət edən avtomobilin dövlət nömrə nişanı isə 10 LZ 100-dür. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toy mərasiminə aid gəlin karvanının 2012-ci il mayın 2-də Yutuba yerləşdirilmiş videosunu və 2012-ci ildə baş tutduğu bildirilən Zığ şossesindəki məlum avtoyarışı müqayisə üçün təqdim edirik.
2014-04-22
15,398
Şeyx QMİ-də ciddi kadr islahatlarına başladı
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclası keçirilib. "Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, toplantıda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və tövsiyyələrini səsləndirib. İclasda Şuranın fəaliyyətinə dair məsələlər müzakirədə QMİ-də ciddi struktur və kadr islahatlarının həyata keçirilməsinə dair müvafiq qərarlar qəbul olunub. Yeni qərara əsasən idarənin bölgələr üzrə səlahiyyətli nümayəndəlikləri ləğv edilib. Bunun bazasında isə regionun rayonlar üzrə ayrı-ayrılıqda nümayəndələri müəyyənləşdirilib. QMİ sədrinin səlahiyyətli nümayəndələrinin seçilməsi səsvermə yolu ilə baş tutub. Bölgələr üzrə səlahiyyətli nümayəndələr isə daha yüksək posta təyinat alıblar. Onlar bölgələr üzrə QMİ-nin Qazilər Şurasına üzv seçiliblər. Rayon axundları isə QMİ-nin həmin ərazi üzrə səlahiyyətli nümayəndə statusuna layiq görülüblər. Hələlik bəzi rayonlara QMİ-nin səlahiyyətli nümayəndələri seçilməsi prosesi tam yekunlaşmayıb. Bölgələr üzrə seçilmiş qazilər isə yaxın günlərdə öz işlərinin icrasına başlayacaqlar. Bununla da Qazilər Şurasının üzvlərinin sayı artırılıb. Bu barədə rəsmi mövqe öyrənmək üçün QMİ-nin aydiyyəti şəxslərinə edilən müraciətlərimiz cavabsız qalıb.
2014-04-22
15,399
Ramil Usubovun nazir təyin olunmasından 20 il ötür
Ramil Usubovun daxili işlər naziri təyin olunmasından 20 il ötür. Məlumata görə, Ramil Usubov başçılıq etdiyi qurumun tarixində nazir postunda ən uzun müddət çalışmış şəxsdir. 1918-ci ildən bəri Azərbaycanın daxili işlər naziri postunu, Ramil Usubov da daxil olmaqla, 27 nəfər tutub. Onların çoxu postlarında az müddət işləyib. Nazir kürsüsündə uzun müddət oturanlar arasında Ramil Usubovu çıxmaqla ən böyük göstərici Stepan Yemelyanova (1 avqust 1929 – 5 fevral 1941) məxsusdur: təxminən 13 il. Ağasəlim Atakişiyev 10 ilədək (10 iyul 1943 – 6 iyun 1953), Arif Heydərov (19 mart 1970 – 20 iyul 1978) və Cəfər Vəliyev 8 ildən bir qədər artıq (4 noyabr 1978 – 6 aprel 1987), Mircəfər Bağırov (5 oktyabr 1921 – 22 may 1927) 6 ilədək, Məmməd Əlizadə (5 yanvar 1965 – 19 mart 1970) 5 ildən bir qədər çox, Xəlil Məmmədov (3 noyabr 1960 – 5 yanvar 1965) 5 ilədək nazir olublar. Ramil Usubov 1994-cü il aprelin 29-da daxili işlər naziri təyin olunub. 1948-ci ildə Xocalıda anadan olan Ramil Usubov 1973-cü ildə Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı Şəhər-Rayon Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb. 1987-1989 və 1993-1994-cü illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub. 1989-1991-ci illərdə Daxili İşlər Nazirliyi Cinayət-Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. 1994-cü ildə general-mayor, 1995-ci ildə general-leytenant, 2002-ci ildə general-polkovnik hərbi rütbəsi alıb. 1998-ci ildə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub. /Media forum/
2014-04-22
15,400
Bakıda daha bir yol çökdü - Foto
Bakının Mirəli Qaşqay və Ənvər Qasımzadə küçələrinin kəsişməsində asfalt örtüyü çöküb. Hadisə səhər saatlarında baş verib. Yolun çökdüyü ərazidə problemin aradan qalxması üçün "Azərsu"ASC-nin əməkdaşları cəlb olunub. Nəsimi rayon Su İdarəsinin baş mühəndisi Hüseyn Ağasıyev qəzanın ilkin səbəbini su borusunun partlamasında görür. Baş mühəndis bildirib ki, problem gün ərzində aradan qaldırılacaq. Hazırda qəzanın baş verdiyi ərazidə tıxac müşahidə olunur. Qeyd edək ki, ötən gün Bakının Nobel prospektində də asfalt örtüyü çökmüşdü. /Faktxeber/
2014-04-22
15,401
Mustafa Cəmilova Krıma gəlmək qadağası qoyuldu
Bu gün səhər saatlarında Krım tatarlarının lideri Mustafa Cəmilov Məclis rəhbərinin müavini Aslan Ömərovla Krımdan Kiyevə gedib. Məlumata gör, bu haqda Krım Məclisinin saytında məlumat verilib. Məlumatda qeyd edilir ki, Krımla Ukraynanın administrativ sərhədini keçərkən Cəmilova Rusiya Federasiyası ərazisinə gəlməsinə icazə verilməməsini əks etdirən akt təqdim olunub. Burada yazılıb ki, 2014-cü il aprelin 19-dan Ukrayna vətəndaşı, 1943-cü il təvəllüdlü Mustafa Cəmilova Rusiya ərazisinə gəlmək qadağan olunur. Bu qadağanın 2019-cu il aprelin 19-dək qüvvədə olduğu da aktda qeyd edilib. Cəmilovun sözlərinə görə, istənilən qadağa əhəmiyyət verməyərək Krıma gəlib-getməkdə israrlıdır. /Modern.az/
2014-04-22
15,402
Ermənistanın BMT-dəki daimi nümayəndəsi dəyişdi
Ermənistanın BMT-dəki daimi nümayəndəsi dəyişib. Məlumata görə, aprelin 22-də Ermənistan prezidenti Serj Sərkisyan Karen Nazaryanı Ermənistanın BMT-dəki daimi nümayəndəsi vəzifəsindən azad edərək bu posta Zohrab Mnasakanyanı təyin edib. 48 yaşlı Zohrab Mnasakanyan 2011-ci ildən xarici işlər nazirinin müavini postunu tuturdu. /Mediaforum/
2014-04-22
15,403
Qamət Süleymanov Suriyaya gedən qadınlardan danışdı - Video
Azərbaycanın sələfi təriqətinin lideri, "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov Suriyaya Əsəd rejiminə qarşı döyüşlərə gedən azərbaycanlıları qınayıb. Q.Süleymanov son günlər Azərbaycandan kişilərlə yanaşı qadınların Suiryaya cihada getməsinə münasibət bildirərək bu halların sələfi əqidəsinə yad olduğunu deyib. O, Azərbaycanlı qadınların Suriyada "cihad kəbini"nə girməsinin dini baxımdan qəbul edilmədiyini diqqətə çatdırıb. "İslamda "cihad kəbini" yoxdur, olmayıb. Bu, yalandır. Mənə elə gəlir ki, bu, Bəşər Əsədə, Suriya hökumətinə bağlı qüvvələrin fikridir. Belə kəbib batildir. Birincisi, sələfi ora getməz. Sələfi əqidə və minhəcinə mənsub olan adam ora getməz. O ki qaldı qadın... Qadın ümumiyyətlə gedə bilməz. Qadın naməhrəmsiz kənara çıxa bilməz, xüsusən də səfərə", - deyə Q.Süleymanov vurğulayıb /Azvision.az/.
2014-04-22
15,404
Bakıda polis zabitinin evində əməliyyat aparıldı
Canpolad Eyvazovun Quşçuluq massivində yerləşən həyətindən 300 kq mənşəyi məlum olmayan iylənmiş toyuq əti aşkarlanıb. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, əməliyyatı Abşeron rayon baytarlıq idarəsi həyata keçirib. Məlumata görə, iylənmiş toyuq əti dönərxanalara ötürülürmüş. Baytarlıq idarəsinin əməkdaşı Fəxrəddin Səmədov müxbirimizə bildirib ki, götürülmüş ət Baytarlıq İdarəsinin laborotoriyasına göndərilib, ekspertiza rəyindən sonra keyfiyyəti haqda dəqiq məlumat veriləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova isə "Axar.az"a bildirib ki, bugünkü əməliyyat Balaxanı, Abşeron və Keşlədə baş tutmalı imiş: "Tədbirlər nəticəsində Balaxanı kəndində 1,2 tona yaxın, Abşeron rayonunda isə 300 kq sümükdən ayrılmış, antisanitar vəziyyətdə olan hind quşu əti aşkarlanıb. İndi isə reyd üçün Keşləyə yola düşürük". Qonşuların verdiyi məlumata görə, Quşçuluq massivindəki həmin ev Yasamal rayon Polis şöbəsində işləyən bir polis zabitinə məxsusdur. Canpolad Eyvazov həmin evdə kirayədə yaşayır. Əməliyyat sırasında o, evdə olmayıb. Xatırladaq ki, hadisə yerinə Abşeron Rayon Polis İdarəsi, Baytarlıq İdarəsinin əməkdaşları və rayon prokurorluğu cəlb olunub.
2014-04-22
15,405
Nuşirəvan Məhərrəmlidən ANS-ə cavab - Açıqlama
"Bizim son xəbərdarlığımızdan sonra reklam və sponsorlarla bağlı televiziya kanallarında xeyli irəliləyiş var. Ancaq nöqsanlar hələ tam aradan qaldırılmayıb". Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Əvvəlki illərə nisbətən xeyli irəliləyişin olduğunu vurğulayan N.Məhərrəmli deyib: "Biz tədricən bu prosesi tam başa çatdıracağıq və mövcud olan problemlər aradan qaldırılacaq". N.Məhərrəmli ANS TV-nin Milli Televiziya və Radio Şurasından bəzi narazılıqlarının olması məsələsinə də münasibət bildirib: "Təbii ki, belə hallar olur. Ancaq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün televiziya kanalları bizim üçün bərabər hüquqa malikdir. Yəni burada istər özəl, istərsə də, qeyri-özəl olan bütün televiziya kanallarının fəaliyyəti "Televiziya və radio yayımı haqqında" qanunla tənzimlənir. Bizim hər hansı televiziya kanalına qarşı qərəzli münasibətimiz yoxdur. İstər ANS, istər Xəzər, istərsə də, Lider telekanalı olsun, bütün televiziya kanallarının fəaliyyətinə qanunun prizmasından baxırıq. Televiziya kanalları arasında heç bir ayrı-seçkilik qoymuruq. Ancaq hər hansı televiziya kanalı "Televiziya və radio yayımı haqqında" qanunun tələblərini pozarsa, biz o zaman məsələyə qarışırıq. Bu isə bütün televiziya kanallarına şamil edilir. Bizim ANS-ə qarşı hər hansı ayrı-seçkilik münasibətimiz yoxdur və heç zaman da ola bilməz. Bu, şəxsi məsələ deyil ki, biz ayrı-seçkilik qoyaq? Bu dövlət məsələsidir və biz də dövlət qurumunda çalışırıq". Xatırladaq ki, bu il yanvarın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişində "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-nin qərarına əsasən, ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq elan edilib. ANS isə MTRŞ-ı məhkəməyə verib, qərarın ləğvi barədə iddia qaldırıb. İş icraata qəbul edilib və sabah 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində iş üzrə hazırlıq iclası keçiriləcək. ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayis Məmmədov açıqlamasında bildirib ki, qərarı düzgün hesab etmirlər və bunun üçün də məhkəməyə müraciət ediblər / Publika.az/.
2014-04-22
15,406
“Şeytanlar” onu günahkar gördü - Foto
"Mançester Yunayted"in sahibi - "Qleyzerlər" ailəsi baş məşqçi Devid Moyesi istefaya göndərib. Buna Moyesin 6 illik müqaviləsinin olması da əngəl olmayıb. "Axar.az" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Klub rəhbərliyinin səbr kasasını "Everton"la oyunda (0:2) daşırıb. Stiv Raund , Cimmi Lamsden və Fil Nevil də qovulacaqlar. Xatırladaq ki, onlar Mayk Felan və Rene Melensteni əvəz etmişdilər. Köməkçi məşqçilərin istefaya göndərilməsinin səbəbi futbolçularla normal ünsiyyət qura bilməmələridir. Dəfələrlə Moyesə etimad göstərsələr də , rəhbərlik artıq komandanın nəticələrindən məyusdu. Etimadın itməsinin səbəbi komandanın düzgün istiqamətdə inkişaf etməməsi və güclü futbolçuların narazılığıdır. "Qleyzer ailəsi" və vitse-prezident Ed Vudvort Moyeslə bağlı fikirlərini "Liverpul"la məğlubiyyətdən sonra dəyişiblər. Komandanın ağır vəziyyətə düşməsində əsas günahkar Moyesi görüblər. Mənbədə Moyesin əvəzinə əsas namizəd Yurgen Klopp , Lui Van Qaal və Karlo Ançelottini qeyd edilir. Klub isə bunu rəsmi saytlarında təkzib edib.
2014-04-22
15,407
Yasamal sakinləri elektrik təhlükəsi altında - Axar TV
Bu gün səhər saatlarında Yasamal rayon Zahid Xəlilov 64 ünvanında yaşayan sakinlər etiraz aksiyası keçirib. Etiraza səbəb "Bakıelektrikşəbəkə"nin yaşayış sahəsinə yaxın ərazidə qanunsuz yarımstansiyanın tikməsidir. "Bizim həyatımız təhlükədədir" Bu sözləri "Axar.az"a Yasamal rayon sakinləri bildirib. Onların sözlərinə görə, "Bakıelektrikşəbəkə"nin Yasamal rayon idarəsi Zahid Xəlilov 64 ünvanında qanunsuz şəkildə yarımstansiya tikir: "Bu bizim həyat üçün çox təhlükəlidir. Evimizin yanında stansiya tikilərkən yaşayış sahəsi nəzərə alınmayıb. Qabaq sahədə su anbarı olduğu üçün o ərazi Azərsu-ya aiddir. Onlar isə bunu kimin icra etdiyini demirlər. Biz nə isə soruşduqda heç biri cavab vermir. ". Sakinlər bildirir ki, yarımstansiya evlərinin bir addımlığında yerləşir: "Evlərdə uşaqlar yaşayır, bunlar hamısı şüa mənbəyidir deyə hər an bizlərə ziyan dəyə bilər. Onlar hər gün məktəbə gedərkən yarımstansiyanın yaxınlığından keçirlər". "Bakıelektrikşəbəkə" Yasamal rayon idarəsinin qəza xidmətinin rəisi İmdad Əhmədov əməkdaşımıza bildirdi ki, bu, prezidentin sərəncamına əsasən qurulur: "Birincisi, bu yarımstansiya deyil, transformator məntəqəsidir. Həm də cənab prezidentin sərəncamına görə park salındığından orada yerləşən transformator su anbarından çıxarılmalıdır. Orada abadlıq işləri aparılır". Onun sözlərinə görə, elektrik məntəqəsi heç bir ciddi təhlükə mənbəyi deyil: "Bu məntəqə yaşayış sahəsindən 20-25 metr aralıda yerləşəcək. Düşünürəm ki, bunun sakinlər üçün heç bir təhlükəsi yoxdur". Qeyd edək ki, sakinlərin etirazı hal-hazırda davam edir.
2014-04-22
15,408
Sığortada inqilab: Maşınlara dəyən zərəri kompüter deyəcək
Qəzaya uğrayan avtomobillərin sahibləri ilə sığorta şirkətləri arasında mübahisələr bəzən məhkəmələrə qədər gedib çıxır. Bu zaman uduzan tərəf isə həmişə sürücülər olur. Onlar sığorta şirkətlərindən avtomobilə dəyən zərərin çox az bir qismini ala bilirlər. Bu isə həmin şirkətlərə olan inamın azalmasına gətib çıxarır. Bir çox hallarda isə qəzalar gizlədilir, maşın sahibləri öz aralarında razılaşmağa üstünlük verirlər. Artıq bu problemlərə son qoyulacaq. İnkişaf etmiş Avropa ölkələrində olduğu kimi bizdə də ziyanın avtomatik hesablanması sistemi tətbiq ediləcək. "Axar.az" xəbər verir ki, müasir təcrübənin Azərbaycana gətirilməsi üçün İcbari Sığorta Bürosu (İSB) və Dövlət Sığorta Nəzarəti Xidməti "Audateks" ("Audatex") şirkəti ilə danışıqlar aparır. Şirkət nümayəndələri ilə son görüşdə də proqram təminatlarının və məlumat bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi, biznesin təşkili ilə bağlı gözləntilər və ehtimallar müzakirə edilib. Həmçinin, "Audateks"in ölkəmizdə fəaliyyətə başlaması ilə bağlı şirkət nümayəndələri ilə ilkin razılıq əldə olunub. Avtomatik hesablama nədir? Bu yeni sistem avtomabillə bağlı bütün məlumatların bir yerə toplanmasına imkan verir. Maşının hansı şirkətdə istehsal olunduğu, detallarının qiyməti, eləcə də ona göstərilən xidmətlərin qiymətləri vahid bazada cəmləşdirilir. Həmin məlumatlar avtomobil istehsalçılarından və xidmət sektorundan alınaraq birbaşa xüsusi proqrama daxil edilir. Bundan sonra yol qəzası baş verdikdə hadisə yerinə sığortaçının çağırılmasına ehtiyac qalmır. Sadəcə, qəza barədə məlumatları həmin kompüter proqramına yükləməklə nəticələri əldə etmək olar. Sistem əvvəlcədən yerləşdirilən məlumat bazasının köməyindən istifadə edərək qəza nəticəsində avtomobillərə dəyən zərəri avtomatik hesablayır. Burada qiymətlər əvvəlcədən bəlli olduğundan qeyri-qanuni işlərə yer qalmır. Eyni zamanda həm maşın sahiblərinin, həm də sığortaçıların işi xeyli yüngülləşəcək. "Audateks" proqram təminatının işə düşməsi ilə günlərlə uzanan qiymətləndirmə və hesablama prosesinə, maşın sahibləri ilə sığorta şirkətlərinin yorucu mübahisələrinə ehtiyac qalmayacaq. Sistemin digər üstünlüyü odur ki, zərərlər bütün sığorta şirkətləri tərəfindən eyni sistem vasitəsilə qiymətləndiriləcək. Qısa xatırlatma Qəza törədən maşınlara dəyən zərərin avtomatik hesablanması fikri ilk dəfə ötən əsrin 60-cı illərində Almaniyada meydana gəlib. Minden şəhərindəki "Röyter" mühəndis bürosunun təklif etdiyi ideyanın məğzi avtomobilə dəyən zərərin avtomobil istehsal edən zavodların məlumatları əsasında hesablanması idi. Bu təklif sığorta bazarı və avtomobil sənayesində yeni imkanlar açırdı. Ona görə də qısa müddətdən sonra bu sistemdən bütün dünyada istifadə edilməyə başladı. 1971-ci ildə "Audatex" xidmətlərini İsveçrə bazarına təqdim edib. Hazırda "Audatex", özünə aid firmaları və tərəfdaşları ilə ziyan hesablama və ziyanın idarəedilməsi yollarını 55-dən çox ölkədə təqdim edir. Bu ölkələrdə "Audatex" sığorta şirkətləri, ekspertlər və servislər arasında ortaq bir "dil" istifadə edilməsini təmin edir. Tez hesablaşma sistemi Sistemin əsas istifadəçiləri sığorta şirkətləri, ekspert büroları, texniki xidmət stansiyaları, eləcə də dövlət orqanlarıdır. Hazırda bu sistemə dünyadakı 60 istehsalçı tərəfindən buraxılan minlərlə müxtəlif model və marka nəqliyyat vasitəsi toplanıb. Bu məlumatlar tez-tez yenilənir. "Audatex" sistemində avtomobil istehsalçılarından alınan, avtomobilin quruluşunun necə olduğu, təmir üçün hansı ehtiyat hissələrinin mövcud olduğu, xərc baxımından sərfəli bir təmir üçün hansı hissələrin, dəstlərin və digər xərcazaldıcı alternativlərin olduğunu göstərən məlumatlar vardır. "Audetax" avtomobil üçün hansı ehtiyat hissələrinin mövcud olduğunu göstərir ki, bu da xərc baxımından ən uyğun təmirin seçilməsinə imkan verir. "Audateks" yalnız istehsalçı tərəfindən qəbul edilib təsdiqlənən təmir üsullarını göstərdiyindən, bu təhlükəsizlik və keyfiyyət üçün əhəmiyyətlidir. Bundan başqa "Audateks" avtomobilin hansı boya növü ilə boyanması üsulunu və xərclərini də göstərir. Avtomobili "tanıyan" üsullar "Audateks" sistemində avtomobilin tanınması iki üsul ilə yerinə yetirilr: VIN Sorğusu (AudaVIN ) və manual təyin etmə (VIC). VİN sorğusu üsulunda sistemə zərər dəymiş avtomobilin 17 rəqəmli şassi nömrəsi daxil edilərək axtarış verilir. Bu zaman avtomobilin zavod istehsalı bütün təchizat və ehtiyat hissələri məlumatları əldə edilir. Şassi sorğusu Reno, Ford, Opel, VW, Seat, Audi, Porşe, Mersedes, Saab, BMV, Mini, Smart və MAN markalarını əhatə edir. Digər markalardan olan avtomobilləri üçün isə internet bağlantısı olmadan sistemdə avtomobilin istehsalçısını, modelini seçilməklə tanınır. Xatırladaq ki, hər il dünyada 100 milyondan artıq sığorta hadisəsi baş verir və nəticədə 150 milyon ödəmə halı ortaya çıxır. Bunun 25 faizinin hesablanması məhz "Audateks" sisteminin payına düşür. Dünyada nəqliyyat vasitələrinin sığortası ilə məşğul olan şirkətlərin 95 faizi bu sistemin xidmətindən yararlanır. Almaniyada isə bu rəqəm 98 faizə çatır. Qiymətlər ayda 1 dəfə açıqlanır Ölkəmizdə yeni sistemin tətbiqi barədə fikirlərini bölüşən Başaq-İnam Sığorta şirkətinin mütəxəssisi Hikmət Allahverdi "Axar.az"a açıqlamasında həmin prosesin Türkiyədə həyata keçirilmə mexanizmlərindən danışıb: "Türkiyədə ayda bir dəfə bütün növ avtomobil markaları üçün bazar qiyməti açıqlanır ki, bu da sığortalama anında sığortaçıların və sığortalanmaq istəyənlərin işlərini kifayət qədər asanlaşdırır. Sığorta ödənişinin məbləği dəqiq müəyyənləşir. Bu çox maraqlı və faydalı bir sistemdir. Müştərilərlə problemlərin, anlaşılmazlıqların ciddi şəkildə aradan qaldırılmasına kömək olacaq". Hər iki tərəf qazanır Avtomatik hesablama sisteminin işə düşməsi ilə sığorta şirkətləri də qazanacaq. Belə ki, burada həm vaxt itkisinin qarşısını alacaqlar, həm də qiymətləndirmə prosesi üçün çəkdikləri xərclər kifayət qədər azalacaq. Lakin bütün sığorta şirtəkləri bundan yararlana bilməyəcək. H.Allahverdi deyir ki, yeni sistem ilk növbədə İSB üzvü olan şirkətlər üçün nəzərdə tutulub: "Amma çox yaxşı olardı ki, sistemdən istifadə olunmasında bütün sığorta şirkətlərinə bərabər imkanlar yaradılsın. "Başak-İnam Sığorta Şirkəti" ASC olaraq İSB üzvü olmasaq da, bu sistemin Azərbaycanda tətbiq olunmasında maraqlıyıq". Yenilik hamıya şamil edilməyəcək Qeyd edək ki, İSB üzvü olmayan şirkətlər icbari sığorta növlərinin satışı ilə məşğul ola bilməzlər. Buraya üzv olmaq üçün lisenziya almaq lazımdır. Bundan əlavə hansısa sığorta növündə xidmət göstərmək üçün dövlət tərəfindən müəyyən olunmuş məbləği ödəmək lazımdır. Bu ödənişlər ümumilikdə 400 min manat təşkil edir. Ancaq hər bir halda avtomotik hesablama sistemi həm vətəndaşların, həm də sığortaçıların işini asanlaşdıracaq, uzun süründürməçilikdən, mübahisələrdən azad edəcək. Eyni zamanda bu, sığorta sisteminə itən inamın bərpasına təkan ola bilər.
2014-04-22
15,409
Olland "erməni soyqırımını" yad edəcək
Fransanın paytaxtı Parisdə qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə rəsmi mərasim təşkil ediləcək. Kanada meydanında Komusatunun abidəsinin yanında təşkil olunacaq mərasim 24 apreldə saat 19.00-da keçiriləcək. Erməni lobbisinin təsiri altında olan Fransanın prezidenti Fransua Olland da bu mərasimə qatılacaq. Ermənilər Olandın bu mərasimdə iştirakını yüksək qiymətləndirirlər və ermənipərəst prezidentin bu addımını dünya ictimaiyyətinin nəzərində "məzlum" ermənilərin müdafiəsi kimi təqdim edirlər. Ermənilərin yaydığı müraciətdə deyilir: "Fransua Ollandın Suriyanın ermənilərin məskunlaşdığı Kesab qəsəbəsində etnik təmizlənmənin fonunda Ermənistana rəsmi səfəri, Türkiyə hakimiyyətinin "erməni soyqırımı"nı təkzib edən mövqeyinə əks reaksiyası kimi qəbul etmək olar. Bütün fransızları Komitas abidəsinin yanında təşkil ediləcək mərasimdə toplaşmağa çağırırıq" /ANS/.
2014-04-22
15,410
Turçinov Rusiyanı ittiham etdi
Rusiya və onun Ukraynadakı terrorçu birləşmələri Cenevrə anlaşmalarını icra etməyəcəklərini nümayiş etdirir. Ona görə də mövcud şərtlər altında Ukrayna hakimiyyəti adekvat addımlar atacaq. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı Ukrayna Ali Radasının sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib. O qeyd edib ki, Ukraynanın şərqində separatçıların fəaliyyəti Cenevrədə əldə edilmiş anlaşmaların üstündən xətt çəkib. "Şübhəsiz ki, belə olan halda biz adekvat hərəkət edəcəyik", - deyə o vurğulayıb
2014-04-22
15,411
İran-Azərbaycan sərhədində atışma - ölənlər var
İran-Azərbaycan sərhədində baş verən silahlı insident zamanı 4 nəfər öldürülüb. "Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə aprelin 21-də gecə saatlarında İranın Ərdəbil vilayətinin Biləsuvar şəhərinin Xoruzlu kəndində baş verib. Yerli sakinlər naməlum şəxslərin İran-Azərbaycan sərhədindəki posta hücum etdiklərini və tərəflər arasında silahlı qarşıdurma baş verdiyini bildiriblər. Onlar da həmin 4 nəfərin posta hücum zamanı öldürüldüyünü ehtimal edirlər. Bunlardan birinin polis əməkdaşı, o birinin əsgər, digər ikisinin mülki şəxslər olduğu vurğulanır. Ölənlərin yerli azərbaycanlılar olduqları qeyd edilir. Hazırda İran polisi və təhlükəsizlik qüvvələri hadisə yerində araşdırma aparır. Hökumət 4 nəfər yerli sakinin ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
2014-04-22
15,412
Korrupsiya faktları aşkarlandı
Dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilib. Məlumata görə, Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında deyilir ki, Daşkəsən rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə müəyyən tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra obyektin təyinatı dəyişdirilərək onun bazasında Gənclərin Təlim və İstirahət Mərkəzi tikilib. Başqa 2 rayonda isə olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton örtüyü işləri tam yerinə yetirilmədiyi halda bu obyektlər üzrə işlərin qəbulu haqqında akt bağlanıb. Hesabata görə, 5 rayonda olimpiya komplekslərinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilib, 2 rayonda tikintisi başa çatmış kompleks istifadəyə verilsə də, dövlət qəbul komissiyasının aktlarının imzalanması bir ilədək gecikdirilib. Həmçinin tikintisi başa çatmış 14 obyekt üzrə dövlət qəbul komissiyasının aktlarının başa çatdırılması tamamlanmayıb, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verilib. Gənclər və İdman Nazirliyi palatanın nöqsanlarının aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib. /Media forum/
2014-04-22
15,413
Donetskdə yenə qan töküldü
Donetsk vilayətində separatçılar Ukrayna ordusunun desant hərbi hissəsinə hücum ediblər. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin anti-terror mərkəzindən məlumat verilib. "Desant hərbi hissəsinə hücum olub. Desant qüvvələri hücum edənlərə cavab atəşi açıblar. Hücum edən tərəfdən 1 nəfər yaralanıb, qalanları isə saxlanılıblar. " Anti-terror mərkəzindən bildiriblər ki, separatçıların hər dəfə bu cür hücumlarından sonra Rusiya telekanalları Ukrayna hərbçilərinin yerli sakinləri güllələməsi kimi göstərir.
2014-04-22
15,414
Rusiya Krıma görə üçqat təzyiq altındadır
"Rusiya Krımın birləşdirilməsi ilə əlaqədar mürəkkəb üçqat təzyiq vəziyyətinə düşüb: dünya iqtisadiyyatında qeyri-sabitlik, öz problemlərimiz və sanksiyalar". Bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev şərşənbə axşamı Dövlət Dumasında hökumətin hesabatı ilə çıxış edərkən deyib: "Bizim qərarımız güclü reaksiya doğurub. Krım eləcə də sanksiyalar adı altında həyata keçirilən siyasi təzyiq üçün bəhanə olub. Mahiyyət etibarilə, son dərəcə mürəkkəb vəziyyət yaranıb. Rusiya ilk dəfə üçqat təzyiq vəziyyəti ilə üzləşib. Bir tərəfdən, bu, haqqında danışdığım qeyri-sabit dünya iqtisadiyyatı ilə, digər tərəfdən də bir sıra ölkələrin düşmənçilik siyasətilə bağlıdır. Hökumət qarşımızda dayanan çağırışların və bununla bağlı baş qaldıran məsələlərin ciddiliyini çox gözəl anlayır". Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və onlarla bir sıra tərəfdaş ölkələr Rusiyanın Krımla bağlı mövqeyinə və yarımadanın Rusiyaya birləşdirilməsinə cavab olaraq bir neçə Rusiya siyasətçisi, parlament üzvü və sahibkar barəsində sanksiyalar tətbiq edərək onların aktivlərini dondurub və onlara vizaların verilməsini qadağan edib. Bununla birlikdə, G7 ölkələri Rusiyanı gələcəkdə Ukrayna ətrafında vəziyyətin gərginləşdirəcəyi halda onun iqtisadiyyatının bir sıra sektorlarına qarşı sanksiyalarla hədələyib. RF Xarici İşlər Nazirliyi öz tərəfindən bildirib ki, Rusiya ilə sanksiyalar dili ilə danışmaq yersiz və səmərəsizdir. /Trend/
2014-04-22
15,415
Berti Foqtsun yerinə Aykut Kocaman gətirilir
"Rəvan"ın baş məşqçisi Güvənc Kurtar Türkiyə mətbuatına maraqlı açıqlama verib. "Axar.az" xəbər verir ki, ötən həftə ölkəmizdə səfərdə olan "Beşiktaş"ın sabiq baş məşqçisi Samet Aybaba və Türkiyə Məşqçilər Birliyinin rəhbəri İsmail Dilber sən demə, "Neftçi" - "Rəvan" matçını izləməklə kifayətlənməyibmiş. Onlar həm də AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb: "Samet Aybaba İsmail Dilberlə kubok matçını izləməyə gəldi. Federasiya prezidenti ilə görüşdülər. Yücəl İldiz, Giray Bulak kimi adlar da sabah, o biri gün bura gələ bilər". Daha sonra Kurtar "Fənərbaxça"nın sabiq məşqçisi Aykut Kocamanın milli komandamızda çalışa biləcəyini söyləyib. Onun sözlərinə görə, Berti Foqts yaxınlarda yığmamızı tərk edə bilər: ""Xəzər Lənkəran" Mustafa hocaya çox ciddi pullar ödəyib. "Qəbələ" komandasının güclü və maddi qaynaqlarının yaxşı vəziyyətdə olduğunu bilirəm. Daha əvvəl Aykut Kocamana Sofiya "Levski"sindən təklif gəlmişdi, ancaq qəbul etməmişdi. Və ya Berti Foqts yaxın vaxtlarda vəzifəsini buraxa bilər və yerinə Türkiyədən marka isimlər gündəmə gələ bilər. Mövsümün əvvəlində bəlkə hoca da Azərbaycan yığmasında işləməyi qəbul edə bilər. Ümid edirəm ki, türkiyəli məşqçilərin sayı burda artar".
2014-04-22
15,416
Rusiya Qarabağda pasport paylayacaq?
"Rusiya gələcəkdə Qarabağdan Azərbaycan və Ermənistana qarşı təzyiq vasitəsi kimi yararlanmaq üçün rus pasportları texnologiyası orada tətbiq edilə bilər". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, Rusiyada vətəndaşlığı almağı sadələşdirən qanun layihəsinin arxasında xoş niyyətin dayandığına inanmadığını bildirib: "Rusiya dövlətinin təbiəti imkan verir ki, ancaq belə düşünəsən və inanmayasan. Xüsusən də Ukraynada, Gürcüstanın işğal olunmuş ərazilərindəki fəaliyyət bu cür fikirləşməyə şərait yaradır. Bunların hamısı göstərdi ki, Rusiya süni şəkildə "beşinci kolon"lar yaradır. Məsələn, deyək ki, vətəndaşlıq pasportu verir və sonra o şəxsi qorumaqdan ötrü istənilən vədə bundan istifadə etmək hüququ qazanır. Hər halda hesab edirəm ki, bunun arxasında yaxşı niyyət yox, separatçılıq niyyətləri, MDB dövlətlərinə təzyiq marağı durur. Əgər bunu qanun şəklində qəbul edirlərsə, bu, artıq çox ciddi tendensiyalardan xəbər verir". Politoloq bu qanun layihəsindən Qarabağdakı ermənilərə vətəndaşlığın verilməsi üçün istifadə edilə biləcəyini deyib: "Rusiyada qəbul olunmuş qanun layihəsindən Qarabağda da istifadə edə bilərlər. Bunu istisna eləmirəm. Hazırda Qarabağın rəhbərliyinə Rusiyanın təsiri Ermənistandan daha güclüdür. Rusiya Qarabağdan gələcəkdə Azərbaycan və Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün rus pasportları texnologiyasını orada tətbiq edə bilər. Yeri gəlmişkən, Ermənistan mətbuatında da bununla bağlı ciddi narahatçılıqlar görünür". Ə.Oruclu Türkiyə ilə hərbi tərəfdaşlıq haqqında razılaşmanın hələlik yalnız niyyət kimi göründüyünü söyləyib: "Türkiyənin əməkdaşlıq və tərəfdaşlıq istiqamətində fəaliyyəti hələ ki, görünmür. Sözlər, danışıqlar var. Amma Türkiyənin Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı, tərəfdaşlığı görünən məsələ deyil. Heç asan məsələ də deyil. Çünki Türkiyənin NATO öhdəliyi var. Əgər Türkiyə belə istiqamətdə fəaliyyət göstərmək istəyirsə, bunu NATO ilə razılaşdırmalı olacaq. Türkiyə-NATO münasibətləri hansı müstəvidədir və burada hansı problemlər var? Bütün hər şey bundan asılıdır. Hələlik müəyyən niyyət görünsə də, niyyətdən o tərəf görünmür". Qeyd edək ki, dünən Rusiya Federasiya Şurası RF vətəndaşlığı almağı sadələşdirən qanun layihəsini təsdiq edib. Qanun layihəsinə görə, rus dilində sərbəst danışan şəxslər Rusiya pasportu ala biləcəklər. Yeni qanun layihəsində sadələşdirilmiş qaydada pasport almaq keçmiş SSRİ və ya Rusiya imperiyası ərazisində yaşayanlara da şamil ediləcək. Bu prosedur üç aydan çox çəkməyəcək. Xatırladaq ki, bəzi ekspertlər Rusiyada yeni qəbul olunmuş layihənin köhnə konflikt zonalarının aktivləşməsinə şərait yaradacağı ilə bağlı proqnozlar veriblər. Bu siyahıda Qarabağın da adı var. Politoloqlar Qarabağda istənilən vədə rus pasportlarının paylanılma ehtimalının olduğunu qeyd ediblər.
2014-04-22
15,417
Lukaşenko Qərbə xəbərdarlıq etdi
Belorus prezidenti Aleksandr Lukaşenko Qərbin onun ölkəsində çevriliş eləməsindən danışıb. "Axar.az"ın məlumatına görə, Lukaşenko bu barədə parlament və xalqa müraciəti zamanı deyib. "Qərb başa düşməlidir ki, Belorus Ukrayna deyil və bu ölkədə dövlət çevrilişi etmək mümkün deyil. Lukaşenko Qərb üçün qəbulolunmazdır. Lakin onlar özlərinə hesabat verirlər ki, bu gün Belorusda çevriliş etmək mümkün deyil", deyə Lukaşenko bildirib. Lukaşenkonun sözlərinə görə, bu gün hər şeyi ölkənin iqtisadi durumu həll edir: "Ukraynada böhranın yaranmasına səbəb korrupsiya idi. Bu da hakimiyyətin dəyişməsi üçün səbəb oldu. Gəlin işləyək, öz iqtisadiyyatımızı ən yüksək standartlarda artıraq, insanlara yüksək əmək haqqı, təqaüd, yaşayış verək və onda biz həmişə stabil qalacağıq".
2014-04-22
15,418
Nərimanov kinoteatrının yerində ticarət obyekti tikilir
2013-cü ilin iyul ayında sökülən "Nərimanov" kinoteatrının yerində ticarət obyekti tikilir. Məlumata görə, tikintinin sifarişçisi "Vulkan-S" məhdud məsuliyyətli cəmiyyətidir. Tikiləcək ticarət mərkəzi 3 ölçülü görünüşə malik olacaq. Obyektin hündürlüyü 17 metr, mərtəbələrinin sayı isə 3-dür. Tikinti üçün Dövlət Ekspertiziyasının rəyi 2014-cü ilin fevralın 12-də verilib. Layihəçi 2014-cü ildə yaradılan "AS-KO" MMC, podratçı isə 2012-ci ildə yaradılan "Minera" MMC-dir. Tikintiyə bu ilin fevralın 12-də başlanılıb və avqustun 1-də başa çatdırılması nəzərdə tutulub. Kinoteatrın yerində tikiləcək ticarət obyektinin maketinin fotosunu təqdim edirik. Qeyd edək ki, kinoteatr Mədəniyyət və Turizm Nazirliyinin balansından çıxdıqdan sonra uzun müddət idi ki, çayxana və mebel salonu kimi fəaliyyət göstərirdi. /Hafta.az/
2014-04-22
15,419
Müsəlmanların halal kosmetikaya xərclədiyi fantastik məbləğ
Dubaydan Azərbaycana halal geyim və kosmetika gətiriləcək. Bu barədə fikirlər Dubayın Ticarət və Sənaye palatasının üzvlərinin iştirakı ilə ölkəmizdə keçirilən Pərakəndə və Françayzinq biznesi üzrə dəyirmi masada səsləndirilib. Şirkətlər əsas hədəflərinin ölkəmizdə halal pərakəndə satış potensialını inkişaf etdirmək olduğu bildiriblər. Dubaydan gələn rəsmilərin və iş adamlarının sözlərinə görə, hazırda dünyada pərakəndə ticarətin 10 faizi halal malların satışının payına düşür. Bura yalnız ərzaq deyil, həm də ətriyyat, kosmetika, geyim kimi məhsullar daxildir. 2012-ci ildə müsəlmanlar islam geyiminə 224 milyard, təkcə halal kosmetikaya isə 26 milyard dollar pul xərcləyiblər. Hazırda halal satışın ikinci mərkəzi olan Dubay Azərbaycan kimi hələ potensialı tam istifadə olunmayan ölkələrin hesabına bu rəqəmləri artırmaq niyyətindədir. Bəs halal geyim və kosmetika necə müəyyən ediləcək? Ölkəmizdə bununla bağlı standart varmı? İslam qaydalarına görə, halal geyimin təməlində əsas məsələ ayıb yerlərin örtülməsidir, ikincisi gözəl görünməkdir. ""Ey insanlar" Sizə övrət yerlərinizi örtəcək və sizi gözəlləşdirəcək paltarlar yaratdıq"". İslama görə, kişilərin ipək paltar geyinməsi, qızıl taxması haram buyrulub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə hazırda ölkədə yalnız halal qida ilə bağlı milli standartın olduğunu dedi: "Halal geyim və kosmetika ilə bağlı milli standart olmasa da, bu istiqamətdə işlər aparılır. Komitə tərəfindən bununla bağlı beynəlxalq standartlar mövcuddur. Yaxın gələcəkdə bu standartlar öyrənilib, milli standartların hazırlanmasında istifadə ediləcək". Komitə rəsmisi onu da bildirdi ki, hazırda geyim və kosmetika ilə bağlı təhlükəsizlik və keyfiyyət tələbləri mövcuddur. Ölkəyə idxal edilən məhsullarda da bunlar əsas götürülür. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu məhsullar üzrə halal standartı kağız üzərində yazıla bilər, lakin ona nəzarət çox mürəkkəbdir: "İnsanların böyük əksəriyyəti halal kosmetika, halal geyim məhsulları adı ilə aldadılır. Kosmetikanın tərkibində yüzlərlə maddə olur ki, onların dini qaydalara uyğun olub-olmadığını araşdırmaq mümkün olmur. Paltarlar daşınarkən, xammal hazırlanarkən haramlıq qatılmadığına kim nəzarət edəcək?". E.Hüseynov halal geyim və kosmetikanın necə müəyyən edilə biləcəyindən də danışdı: "Kosmetikanın tərkibində müxtəlif yağlar, piylər, rəngverici maddələr var ki, bunlar halal hesab edilə bilməz. Geyimin tərkibində istifadə olunan parçalar, onların hazırlandığı iplərin saxlanması, haram məhsullarla əlaqədə olmaması ilə bağlı standart müəyyən edilə bilər. Bunu hazırlamaq çətin deyil. Amma parçanın sapı, rəngi ayrı-ayrı ölkələrdən gətirilirsə, onun halallığına kim nəzarət edə bilər? bir sözlə halal o zaman real olacaq ki, ona nəzarət etmək mümkün olsun" /Publika/.
2014-04-22
15,420
Messi təhlükəli xəstəliyə yoluxub? - Video
İspaniya La Liqasının son turunda "Barselona" - "Atletik" (2:1) oyunundan öncə xoşagəlməz hadisə baş verib. Kataloniya klubunun ulduz futbolçusu Lionel Messi dəhlizdə özünü yaxşı hiss etməyib və anidən qusub. "Axar.az" xəbər verir ki, artıq neçənci dəfədir təkrarlanan bu olay futbolçu haqda söz-söhbətlərin yaranmasına səbəb olub. Belə ki, bu hadisə Messinin səhhətində ciddi problemlər olması ilə bağlı iddiaları ortaya atıb. Qeyd edək ki, sonuncu dəfə ötən ay Argentina və Ruminıya milliləri arasındakı yoxlama oyununun 10-cu dəqiqəsində Messi bu cür hadisə ilə üzləşmişdi.
2014-04-22
15,421
Bayden Kiyevdən Putinə xəbərdarlıq göndərdi
"Biz istəyirik ki, Rusiya Ukraynanın şərqində binaları ələ keçirən, hərbi uniforma geymiş və maska arxasında gizlənən adamları dəstəkləməsin. Bildirmək istəyirik ki, Rusiyanın öz təxribatçı davranışlarını davam etdirməsi onun beynəlxalq təcridinin güclənməsinə səbəb olacaq". "Axar.az" APA-ya istinadən xəbər verir ki, Kiyevdə Ukraynanın baş naziri Arseni Yasenyukla görüşündən sonra keçirilən mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Cozef Bayden (Joseph Biden) bu bəyanatla çıxış edib. O bildirib ki, heç bir dövlət öz qoşunlarını sərhədə yığıb qonşusunun daxilində qeyri-sabitlik yaratmaqla həmin ölkəyə hədə-qorxu gəlməməlidir. C. Bayden Rusiya nümayəndələrinin hazırda Ukraynanın şərqində olan ATƏT missiyasına qoşulmasını zəruri sayır: "İndi Rusiyanın hərəkətə keçmək vaxtıdır. Hazırda Ukraynanın şərqində olan və binaların boşaldılması, tərksilah, amnistiyanın təmin olunması üzrə Cenevrə razılaşmalarının yerinə yetirilməsinə çalışan ATƏT missiyasına Rusiya təmsilçilərinin də qoşulması vacibdir". C. Bayden ABŞ-ın Ukraynada Konstitusiya islahatı və qeyri-mərkəzləşdirmənin aparılması sahəsində tərəqqi görmək istədiyini də söyləyib. O, Ukraynada prezident seçkilərinin açıq və şəffaf keçirilməsinə kömək edəcəklərini açıqlayıb: "Amerika seçkilərin şəffaf keçirilməsi, lazımi səviyyədə monitorinq aparılması üçün ciddi yardıma hazırdır. Seçki elə keçirilməlidir ki, heç kim bu seçkilərin legitimliyini şübhə altına ala bilməsin".
2014-04-22
15,422
Ukraynanın Baş naziri Roma Papası ilə görüşəcək
Roma Papası Fransisk aprelin 26-da Ukraynanın baş naziri Arseni Yatsenyukla görüşəcək. "Axar.az" xəbər verir ki, görüş iki Roma Papasının, II İohann Pavelin və XXII İohanın titullarının qanuniləşdirilməsi mərasimi ərəfəsində baş tutacaq Qeyd edək ki, Roma Papası aprelin 20-də Pasxa bayramı münasibətilə etdiyi çıxışında Ukrayna üçün dua da etmişdi.
2014-04-22
15,423
İlham Əliyev 3 sərəncam imzaladı - Yenilənib
17:14 Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına "Əməkdar Müəllim" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi sayına istinadən xəbər verir. Sərəncamda Prezident qərara alıb ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşlarına "Əməkdar Müəllim" fəxri adı verilib: Ağalarova Şəhla Köçəri qızı Babayeva Sevil Sultanovna Əhmədova Firdovsiyə Firdovsi qızı Quliyev Musa Nizam oğlu Nağıyev Fəxrəddin Tağı oğlu. Prezidentin digər Sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər: Bağırov Zaur Siyavuş oğlu Bədəlov Tahir Nadir oğlu Cahangirova Sevil Adilovna Çinani Sürəyya Ağababa qızı Əliyev Sakit Hacalı oğlu Hüseynov Muxtar Şəmsəddin oğlu Kərimova Mələk Lətif qızı Qasımova Yelena Vladimirovna Məmmədova Sədaqət Mahmud qızı. "Əməkdar Müəllim" fəxri adı: Ağalarova Şəhla Köçəri qızı Babayeva Sevil Sultanovna Əhmədova Firdovsiyə Firdovsi qızı Quliyev Musa Nizam oğlu Nağıyev Fəxrəddin Tağı oğlu. 17 :30 Azərbaycan Prezidenti İlham Əliyev Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. 18:50 Azərbaycan Prezidenti İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" sərəncam imzalayıb. "Axar.az" prezidentin saytına istinadən xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
2014-04-22
15,424
Hikmət Hacızadə: “Lenin bizim böyük rəhbərimiz idi”
Solçular və əks cinahda dayananlar V.İ.Leninin ad gününü necə xatırlayır? Bu gün tarixin olduqca ziddiyyətli şəxsiyyətlərindən olan Vladimir İliç Leninin doğum günüdür. O, dünyanın siyasi mənzərəsinə yenilik gətirmək, ilk kommunist dövləti yaratmaq kimi böyük tarix yazmış biridir. Maraqlıdır, bəs Azərbaycanın ictimai-siyasi xadimləri V.İ.Leninin doğum gününü necə xatırlayırlar? Onlar üçün bu gün nə ifadə edir? "Axar.az" V.İ.Leninin ad gününə həsr etdiyi yazını təqdim edir Əsl insan cəmiyyətini əyani göstərən bir şəxsiyyət "Altay" Strateji Araşdırmalar Mərkəzinin (ASAM) sədri, solçu jurnalist Elçin Bayramlı V.İ.Lenini bəşər tarixinin şəksiz ən dahi şəxsiyyəti hesab edir: "Tarixin ən böyük dövlətini, ən ədalətli insan cəmiyyətini, ən qüdrətli dövlət quruluşunu yaradan adam haqda başqa heç nə demək olmaz. Baxmayaraq ki, indi bəziləri onu aşağılamağa çalışır, həmin adamlar vəhşi kapitalizm tərəfindən necə istismar olunduqlarının, necə rəzil həyata məruz qoyulduqlarının fərqində belə deyillər. Mən pasportumu Sovet dövründə almışam. 16 yaşadək bu quruluşda yaşadım, 23 ildir də kapitalizm quruluşunda yaşayırıq. Bu hər iki sistemi müqayisə etmək tamamilə kifayətdir. Sovet sistemi ən insani, ən ədalətli, ən əxlaqlı sistem idi. Sosializm insanlığı meşədən çıxarıb yeni insan cəmiyyəti yaratdı. Təəssüf ki, indi yenidən meşəyə qayıtma prosesi gedir. Lenin mənim üçün bərabərlik, ədalət, azadlıq, insanlıq simvoludur. Əsl demokratiya SSRİ-də mövcud idi. Demokratiya, məlum olduğu kimi, xalq hakimiyyəti deməkdir, xalq da yalnız SSRİ-də hakimiyyətdə oldu. Dövlətlərin insani səviyyəsi yalnız intiharların sayı ilə ölçülür. Qalan hər şey cəfəngiyyatdır. İntiharların səviyyəsinə görə, dövlətimiz dünyada ən aşağı yerdə idi, amma təriflənən demonkratik dövlətlər ilk yerləri tutur. Bir cəmiyyətdə ki insanlar özlərini öldürür, o dövlətin, cəmiyyətin bütün inkişaf göstərciləri boş sözlərdən başqa bir şey deyil. Belə nağıllarla yeniyetmələri, gəncləri aldatmaq olar, amma orta və yuxarı yaşlı nəsilləri aldatmaq mümkün deyil. Çünki hər iki sistemi yaşayıb görmüşük. Biz Sovet adamları Lenini dünyaya əsl insan cəmiyyətinin necə olmalı olduğunu əyani göstərən bir şəxsiyyət kimi tanıyırıq". Xatırlanmağa, yad edilməyə layiqdir Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Sovet illərində bu günü kütləvi iməclikləri ilə xatırlayır: "Həmin gün bütün imperiyada iməcliklər keçirilirdi. Hər yerdə yır-yığış olur. Hər kəs həmin gün küçələrə axışırıdı. Lenin böyük şəxsiyyət idi. O böyük Rusiyanı ilk dəfə xaosdan çıxaran bir insandı. O, faşizmə qalib gəlməyi bacarmış lider olub. Lenin bu gün də ad günü qeyd edilməyə layiq şəxsiyyətdir. İnsana qiymət verəndə təkcə yaxşı, ya pis xüsusiyyətlərinə görə qiymət verməzlər. Bu tarixi şəxsiyyətin əvəzolunmaz xidmətləri olub. Tarixdə ad qoymuş bir insan xatırlanmağa, yad edilməyə layiqdir". Mükafat, orden, medal… Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Leninin doğum gününün ümumxalq bayramı olduğunu xatırlatdı: "Bu gün çox təəssüf ki, Azərbaycanda Leninin abidəsi yoxdur. Bu səbəbdən bizim partiya onun doğum gününü abidəsini ziyarət etmədən qeyd edir. Bu gün Moskvada daha yüksək səviyyədə qeyd edilir. Bu gün ilə bağlı mənim çoxlu xatirəm var. Mən sosializmin banisi olaraq deyə bilərəm ki, bu gün dövlət səviyyəsində qeyd edilirdi vaxtilə. Əmək kollektivləri həmin gün raport verirdi. Həmçinin həmin gün əmək qabaqcılları da mükafatlandırılırdı. Əməkçilər ordenlərlə, medallarla təltif olunurdu. SSRİ məkanında olan 15 respublikanın hamısında, başda Moskva olmaqla yüksək səviyyədə qeyd edilirdi bu gün. Ümumxalq bayramı idi Leninin doğum günü. Tarixin bu günü qəzetlərin baş məqalələri, radio və televiziyanın əksər verilişləri buna həsr edirdi". Leninin doğum günü pioner olmuşam Ərəstun Oruclu : "Bu günlə bağlı elə də xatirəm yoxdu. Ən gözəl xatirəm isə həmin gün pioner olmağımdır. Leninin doğum günü mən pioner adı almışam. Xatirəm budur". Hamı bayram keçirməyə məcbur edilirdi Hikmət Hacızadə: "Sovet hökuməti illərində bu gün böyük bir bayram idi. O vaxt üçün ulu öndər o idi. İclaslar, yürüşlər, mitinqlər keçirilirdi. Dünyada ən ziyanlı adamlardan biri idi Lenin. Hansı ki, onun zibilini indi də çəkirik. Mənim indi də yadımdadı. O vaxtlar çox pis idi vəziyyət. İnsanları məcbur edirdilər bayram keçirməyə, yürüşə, mitinqə çıxmağa. Heç də hər kəs istəyərək bu bayramı keçirmirdi. Məcbur edilirdi hamı".
2014-04-22
15,425
“Azəryolservis” yolun çökməsini “Azərsu”nun üstünə atdı
"Bakının Nobel prospektində çökmənin yeganə səbəbi həmin ərazidə baş verən su axıntısı ilə əlaqədardır. Su axıntısı ilə əlaqədar təxminən 10 metr dərinlikdə yolun əsası və torpaq yatağı yuyulub". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. "Yuyulmanın kollektorun (20 m dərinlikdə kanalizasiya kollektoru yerləşir) üzərində olması, ehtimal etməyə əsas verir ki, bu kollektorda olan uzunmüddətli sızmalar səbəbindən baş verib. Həmin ərazidə nə vaxtsa çala olub, sonra yumşaq torpaqla doldurulması fikirləri isə tamamilə əsassızdır. Çünki həmin hissədə "Azəryolservis" ASC tərəfindən heç bir təmir işi aparılmayıb. Yəni orada nə çala olub, nə də yumşaq torpaqla doldurulub", - deyə P. Mürsəliyev qeyd edib. Çala əmələ gələn ərazinin doldurulmasına gəlincə isə P. Mürsəliyev deyib ki, hadisənin baş vermə səbəbi araşdırılıb, tapılmayana qədər orda çökmə olacaq, proses davam edəcək: "Çalanı nəyə görə doldurduq? Həmin ərazidə hərəkətin intensivliyini və yarana biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə. Aidiyyatı üzrə tapşırıq verilib, ora tam nəzarətdə olacaq. Lazım gələrsə, orada təcili bərpa işləri görüləcək. Amma o səbəb ardan qaldırılmayana qədər, o çökmə yenə də baş verəcək". "Azəryolservis" sözçüsü əlavə edib ki, ərazidə birmənalı olaraq sızma baş verib: "Tutaq ki, "Azəryolservis" ASC deyil, başqa hər hansı bir podratçı texnoloji qaydalara riayət etmədən o işini aparsa idi belə, yenə də 10 metr dərinliyində qətiyyən orada çala yaranmazdı, yuyulma baş verməzdi. Burada konkret olaraq sızma var. Yuyulma da kollektorun üstündə olduğundan ehtimal edirik ki, hadisə onunla bağlı baş verib. Sızma olmasa, hətta düzgün texnoloji prosedur aparılmasa belə, 10 metr dərinliyində çala heç vaxt yarana bilməz", - deyə P. Mürsəliyev bildirib. Qeyd edək ki, ötən gün "Azərsu" ASC paytaxtın Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirməyin hələ tez olduğunu açıqlayıb. "Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib, kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb. Kollektorda çirkab suların səviyyəsi düşdükdə xətt daxildən yoxlanacaq, yalnız bundan sonra dəqiq nə isə demək mümkün olacaq", - deyə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
2014-04-22
15,426
Adam kişi olar, Əli Mirəliyev...
Bu gündən "Axar.az" yeni bir layihə ilə oxucularının görüşünə gəlir. "Toyxana" layihəsində tanınan və tanınmayan toy müğənniləri ilə söhbət edəcək, onların oxucularımız üçün maraqlı olan tərəflərinə aydınlıq gətirəcəyik. Layihənin ilk qonağı gənc müğənni Orxan Dənizdir. Hamıdan mənfi cavab almışam - Orxan, hardan hara gəlibsən? - 1986-cı ildə Bakı şəhərində dünyaya göz açmışam. Uşaqlıqdan musiqiyə həvəsim olub, Tofiq İsmayılov adına musiqi məktəbinə getmişəm. Daha sonra musiqi kollecinə daxil olmuşam. - Sənətə gəlmək üçün kimdənsə dəstək alıbsanmı? - Açığı deyim ki, yox. - Kiməsə müraciət etmisiniz heç? - Bəli, olub, bir çox müğənnilər, bəstəkarlar olub ki, kömək istəmişəm, hamısından da mənfi cavab almışam. - Nə üçün? Maddiyata görəmi? - Əlbəttə, madiyyatdan asılıdır. Bir çox bəstəkarlar efirdə deyirlər ki, biz gənclərə elə dəstəyik, belə dəstəyik. Həmin o bəstəkarlara müraciət etmişəm və müsbət cavab almışam, hamısı efir xətrinə danışır piar üçün. Bir qırıq səsi yoxdur, amma ekrandan düşmür - Necə oldu ki, "mən müğənni olmalıyam" dediniz? - Düzü, heç ailəmdə də musiqiyə bağlı insan yoxdur. Bilmirəm ki, bu, mənə haradan gəlir. Ancaq özümü dərk edəndən musiqiyə meylli olmuşam. Evimizdə qeyri-ciddi yanaşırlar oxumağıma. Mən heç nəyə baxmayaraq, özüm öz gücümə davam etdirəcəm bu sənəti. - Elə bir müğənni varmı ki, efirdə ona baxıb deyəsiniz: bu, oxuya bilmir, onun yerində mən olmalıyam? - Var. O qədəəər.. (gülür) Amma ad çəkmək istəmirəm. - Oxucu üçün də maraqlı olardı... - Əslində, ad çəkmək istəməzdim, amma belə baxanda lap çoxdur, barmaqla sayılası deyil. Hərdən baxıram, efirdə elə insanlar görürəm, qıcıqlanıram. Deyirəm, buna bax, bir qırıq səsi yoxdur, amma ekrandan düşmür, gündəmdədir. Başa düşürəm ki, həmin insanın maddi durumu yaxşıdır, arxasında dəstəyi var kimlərsə tərəfindən. Oxumaq baxımından mən ondan qat-qat üstünəm. - Kimi özünüzə rəqib görürsünüz? - Açığı, demək istəmirəm. Mən ondan yaxşı oxuyuram - Kamran Həsənli sizi oxumaq üçün öz verilişinə dəvət etsə, yarış üçün duelə kimi çağırardınız? - Dilimin ucunda ad var, sadəcə, o insan sənətə məndən öncə gəlib. - Kim ola o?.. - Zamiq Hüseynov. Düşünürəm ki, mən səs baxımından ondan yaxşı oxuyuram. Siz dediyiniz kimi, yarışma olsa, onu dəvət edərəm. Düzdür, ola bilər ki, onun fanat ordusu çox olsun və o qalib gəlsin. Çünki söhbət SMS yarışmasından gedir. Amma mən səs baxımından ondan yaxşı oxuyuram. - Estradamızda daha çox kimi dinləyirsiniz? - Röya Ayxan. O insanın vurğunuyam. - Bu vaxta kimi hansı bəstəkara müraciət etmisiniz? - Nailə xanım Mirməmmədliyə müraciət etmişəm, lakin məbləğ baxımından razılaşmamışıq. Təbii ki, həmin məbləğ Nailə xanımın halal haqqıdır, çünki onun musiqidə ürəyi, qızıl barmaqları var. Sadəcə, imkan yoxdur. - Klip çəkdirməyi düşünürsünüz? - Bəli, oxunmuş mahnıya klip çəkdirmək istəyirəm. Bu mahnı Röyanın çox sevdiyim "Gizli sevgi" mahnısıdır. Bu istəyimlə Röya xanıma müraciət edəcəm, icazə versə, klip çəkilişlərinə başlayacağıq. - Ola bilər ki, bu seçiminizin şəxsi həyatınızla bağlılığı olsun? - Çox düz qeyd etdiniz. Mən ürəyimdə, qəlbimin dərinliyində gizli bir sevgi yaşayıram. Hər hansı mahnı olur-olsun, fərq etməz, mən yaşamasam, o mahnıda özümü görməsəm, oxuya bilmərəm. Elə məhz o mahnını seçməyimin də səbəbi budur. Üzeyirin oxumağına bayağı demək olmaz - Deyirlər ki, Üzeyir Mehdizadə bayağı oxuyur. Bununla razısınız? - Yox, deməzdim. Üzeyirin oxumağına bayağı demək olmaz. Əgər elə olsaydı onun mahnılarını dünyanın bir çox yerində ifa etməzdilər. Üzeyir bu gün hər hansı bir konsert salonunda çıxış etsə, salonu doldura biləcək müğənnidir. Onun ifası gözəl və maraqlı olmasaydı, onu Moskvaya, İngiltərəyə, Gürcüstana toya dəvət etməzdilər. Pul söhbətlərində utanıram - Toy məktəbdir sizcə? - Yox, elə deməzdim, amma hardasa, hə. Bir çoxları toydan gəlib səhnəyə. - Siz necə, toya gedirsiniz? - Yalan deyərəm, amma belə dost-tanış xahiş edəndə gedirəm. - Ayıb bilirsiniz bunu, ya çağıran yoxdur? - Düzünü desəm, elə dəvət edən də yoxdur. Üstəlik, mən elə insanam ki, utanıram pul söhbətlərində. Heç kimə deyə bilmərəm ki, mənə bu qədər pul ver, gəlib oxuyum. Qiymət danışmağı sevmirəm. - Toya getmək istəyiniz sənətinizin inkişafına xidmət edə bilər, yoxsa dolanışığa? - Açıq danışacağam. Hamı bilir ki, dolanışıq yoxdur. Bir çoxları toya dolanışıq üçün gedir. Çörək qazanmaq ayıb deyil. Təəssüf olsun ki, bu gün mən toy bazarında yoxam. - Burdan kiməsə sözünüz varsa, buyurun... - Burdan Əli Mirəliyevə demək istəyirəm ki, adam kişi olar. Ayıbdır, qoca kişisən, bəsdir camaat haqqında danışdın, get, işinlə məşğul ol.
2014-04-22
15,427
Adnan Oktarın ən sevimli “kedisi” danışdı
Türkiyədə məşhur dindar Adnan Oktarla bağlı Azərbaycan mətbuatında yazılanlar səs-küyə səbəb olub. Bu gün Adnan Oktarın "kediciklər" adlandırdığı cazibədar xanımların Tvitter hesablarında Azərbaycan haqqında təhqiramiz ifadələr işlətdikləri haqqında mediada bir sıra məlumatlar yayılıb. Lakin məsələ ilə bağlı açıqlama verən "kediciklər" bu tivitlərin onlarla heç bir bağlılığı olmadığını deyiblər. Adnan Oktarın ən sevimli "kedisi" olan Didəm Ürər Publika.az-a açıqlamasında yazılanlara münasibət bildirib. -Didəm xanım, son günlər Azərbaycan mediasında xocanız dediyiniz Adnan Oktar və sizlər haqqında çoxlu yazılar dərc olunur. Oxumusunuzmu, necə qarşılayırsınız? -Bəli, bu yazılarla tanışıq. Biz çox izlənən bir dini qrupuq. Məqsədimiz dünyada islam birliyinin qurulmasıdır. Bizim söhbətlərimiz anti-Darvinizim və anti-materializim ətrafında olduğu üçün bəzi solçu çevrələri narahat edir. Onlar tez-tez bizə qarşı belə hücumlar edirlər. Azərbaycan mediasında yazılanlar bunun tərkib hissəsidir. -Bu gün sizin qrupun qızlarının yazdığı deyilən tvitlər gerçəkdən sizəmi aiddir? -Əsla, dediyim kimi, bu bizə qarşı olanların qara propaqandansından başqa bir şey deyil. Azərbaycan bizim ikinci vətənimzidir. Sizlər bizim can qardaşlarımızsınız. Başqa bir durum müzakirə mövzusu deyil. -Azərbaycan mediasında Adnan Oktarın ətrafında olan qadınları cinsi istismara məruz qoyduğu deyilir. Hətta bunla bağlı konkret şikayətçi var. Nə düşünürsünüz xocanız haqqında? -Bunlar çox ucuz propaqanda üsullarıdır. Heç kim belə xəbərlərə inanmaz. Meyvə verən ağac daşlanır həmişə. Peyğəmbər əfəndimizə iftira atanlar müsəlmanlara hər zaman iftira atar. Həzrəti Yusifə də iftira atmışdılar. -Azərbaycana gəlməyi düşünürsünüzmü xocanızla birlikdə? -Hazırda düşünmürük. Amma birləşək, pasportlar ortadan qalxsın gələrik. -Niyə müstəqil bir dövlət olan Azərbaycanın Türkiyəyə birləşməsini israrla təkid edirsiniz? -Bu siyasi bir birləşmək tələbi deyil, sadəcə könül bağından söhbət gedir. -Könül bağımız zatən var. Bu durumda siyasi bir istək olmurmu bu? -Xeyir, bu islam birliyinin ilk mərhələsi olmalıdır. -Adnan Oktar sizi canlı yaymdan kənarlaşdırdı. Necə qarşıladı qızlar bunu? -Bu bizim ortaq qərarımızdır və normal qarşıladıq. -Həm islam, həm də dekolitə bir arada necə mümkündür? -İslam gözəl olan hər şeydir. Dində basqı yoxdu. Kim istəyir hicab taxsın, kim də istəyir dekolitə geyinsin. Əsas əxlaqlı olmaqdır. -Adan Oktar niyə sizə "kediciklər" deyir? -Bu medianın uydurduğu bir şeydir. Xocamız pişikləri çox sevir deyə belə bir şey uydurublar. -Narahat etmir sizi? -Yox, pişiklər çox gözəl heyvandır.
2014-04-22
15,428
Sabah Bakıda qaz olmayacaq
Sabah bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qazpaylayıcı stansiyada kollektor üzərində yenidənqurma işlərinin aparılması, "Goranboy" qaz ölçü qovşağından qidalanan qaz kəmərlərinin yeni quraşdırılacaq kollektora birləşdirilməsi, "Şəmkir SES" (Kür qəsəbəsi) Avtomatik qazpaylayıcı stansiyasından qeyri-əhali istehlakçılarına nəql olunan təbii qazın bir nöqtədən təhvil verilməsi məqsədi ilə yeni sənaye kollektorunun yaradılması, Qazpaylayıcı stansiyadan qidalanan orta təzyiqli qaz kəmərində siyirtmənin yerinin dəyişdirilməsi və siyirtmələrə texniki xidmət göstərilməsi ilə əlaqədar 23 aprel 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək Quba rayonuna, Goranboy rayonunun bir hissəsinə və Şəmkir rayonunun Kür qəsəbəsinə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə "Kürdmaşı" qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaztənzimləyici qurğunun quraşdırılması məqsədi ilə saat 09:30-dan saat 18:00-dək İsmayıllı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Ələt qəsəbəsində 325 mm-lik qaz xəttinin bir hissəsinin istismardan çıxarlması və yeni çəkilmiş 325 mm-lik orta təzyiqli qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, "Kompressor st. N1" qaz ölçü qovşağından qidalanan "Siyəzən-1" QPS-ə gələn 325 mm-lik orta təzyiqli qaz kəmərində əmələ gəlmiş qaz sızmasının ləğvi və Nizami rayonu ərazisində aparılan təmir-bərpa işləri ilə bağlı 325 mm-lik orta təzyiqli qaz xəttinin uzun müddət istismarda olan bir hissəsinin yenidən çəkilərək qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 10.00-dan Siyəzən və Bakının Qaradağ və Nizami rayonlarının bir hissəsinə də təbii qazın verilişində məhdudiyyətlər olacaq. Həmçinin, qaz nəqli sistemində yaranmış qaz sızmasının ləğvi məqsədi ilə saat 10:00-dan saat 13:00-dək Bərdə rayonunun bir hissəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən yaşayış binasının qazanxanasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 10:00-dan saat 15:00-dək Ağdam rayonunun bir hissəsinə, QPS-dən qidalanan 100 mm-lik orta təzyiqli yerüstü qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Orta Salahlı kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətti üzərində qaztənzimlyici qurğunun quraşdırılması, "Yevlax-Şəki-Balakən" magistral qaz kəmərlərinin 131,2-154,4-cü kilometrlər arası hissəsində yeni çəkilmiş magistral qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və abonentlərin qaz təchizatının yaxşılaşdırılması, Ağstafa şəhəri, Şəhriyar küçəsində yeni çəkilmiş 160 mm-lik orta təzyiqli yeraltı polietilen qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, şəhərin küçələrində aparılan abadlıq işləri ilə bağlı yol keçidində qaz xətlərinin kənara çəkilməsi və müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və qaz xətləri üzərində quraşdırılmış avadanlıqların təmir-təftiş olunması ilə əlaqədar saat 10:00-dan saat 18:00-dək Balakən rayonuna, Zaqatala, Qazax və Ağstafa rayonlarının bir hissəsinə, qaz nəqli sistemində tənzimləyici klapanın dəyişdirilməsi ilə əlaqədar saat 11:00-dan saat 17:00-dək Daşkəsən rayonuna, qaz nəqli sistemində yaranmış qaz sızmasının ləğvi məqsədi ilə saat 13:00-dan saat 18:00-dək isə Bakının Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
2014-04-22
15,429
Bakı dairəvi yolunda çalışan işçilər işə çıxmır – Etiraz
Bakı dairəvi yolunun Pirşağı qəsəbəsindən keçən hissəsinin tikintisində çalışan işçilər aksiya keçirib. Fəhlələrin etirazına səbəb aylardır ki, maaşlarının verilməməsidir. Tikintidə maşinist vəzifəsində çalışan Rəsul İbrahimovun "Axar.az"a verdiyi məlumata görə, artıq üçüncü aydır ki, maaşları verilmir: "3 aydır ki, maaşları ala bilmirik. Bu səbəbdən də kollektiv olaraq işləri dayandırmışıq. Nə vaxt pulumuzu verərlər, işə başlayarıq". İşçilər bildirirlər ki, Pirşağı qəsəbəsində tikilməkdə olan körpü layihənin əsas qollarından biridir. Amma buna baxmayaraq, şirkət maaşları vermək istəmir və faktiki olaraq layihə dayandırılıb. Hadisə ilə bağlı həmin ərazidə tikintini aparan "AzVirt"MMC şirkəti ilə əlaqə saxlamaq istəsək də, qurum rəhbərliyində təmsil olunduğunu bildirən şəxs hər hansı açıqlama verməkdən imtina etdi.
2014-04-22
15,430
Sertifikat verilən mehmanxanaların adları açıqlandı - Siyahı
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib. "Axar.az"ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatı aparılır. Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotel Stars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir. 2015-ci ildə Bakı şəhərində I Avropa İdman Oyunlarının keçiriləcəyini nəzərə alaraq bu sahədə müvafiq işlər görülür. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 17.04.2014 - 17.04.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib: 1. "Fairmont Baku" mehmanxanası (5 + ulduz), 2. "Qafqaz Point Hotel" mehmanxanası (5 ulduz), 3. "Astoria Baku mehmanxanası (4 ulduz), 4. "Modern Hotel" mehmanxanası (4 ulduz), 5. "Çıraq Plaza" mehmanxanası (4 ulduz).
2014-04-22
15,431
Prezidentin uşaqlıq şəkilləri yayıldı - Foto
Şimali Koreya televiziyası ilk dəfə olaraq Kim Çen Inın uşaqlıq şəkillərini göstərib. Şəkillər ölkənin Hərbi Hava Qüvvələrlərinin şərəfinə təşkil edilən konsertin yayımı zamanı nümayiş etdirilib. Şəkillərdə Kim hərbi formada, həmçinin təyyarənin sükanı arxasında çəkilib. Bu şəkillərdə Kim Çen Inın neçə yaşı olduğu məlum deyil. Şəkillərin harada çəkilməsi və kim tərəfindən Hərbi Hava Qüvvələrlərinin nümayəndələrinə verilməsi haqda da xəbər verilmir. Kəşfiyyatın məlumatına görə, Kim Çen In ibtidai təhsilini İsveçrədə alıb. Sənədlərdə o, Kim Çen In adı ilə tanınıb. Sinif yoldaşlarının sözlərinə görə Çen In basketbola maraq göstərib və tamamilə siyasətlə maraqlanmayıb. Daha sonra oğul Kim Çen fərdi proqram üzrə Kim İr Çen adına universitetdə oxuyub. /ANS/
2014-04-22
15,432
Rus pasportlarının verilməsi ilə bağlı açıqlama - Rəsmi
"Hər bir ölkənin öz miqrasiya siyasəti var. Vətəndaşlığa qəbul hər bir ölkənin daxili qanunvericiliyi ilə tənzimlənir və bu, hər bir ölkənin suveren hüququdur". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Rusiyada keçmiş SSRİ respublikalarının sakinlərinin vətəndaşlığa qəbul qaydalarının sadələşdirilməsi ilə bağlı qəbul olunan qanunu şərh edən nazir müavini bildirib ki, məlum qanun layihəsi digər dövlətlərin mənafelərinə toxunursa, əlbəttə ki, həmin dövlətlər də bu mənafelərinin qorunması istiqamətində qanunvericilik sahəsində özünün tədbirlərini həyata keçirə bilərlər: "Bu, hansı formada dövlətin mənafeyinə toxunur, bunu əvvəlcədən şərh etmək mümkün deyil. Ona görə də bu məsələlərə konkret olaraq yanaşmaq lazımdır. Keçmiş SSRİ-yə daxil olan respublikalar və ya regiondakı digər ölkələrin vətəndaşlarının sadələşdirilmiş qaydada vətəndaşlığa qəbul olunması və ya olunmaması bizim məsələ deyil, hər bir dövlətin öz daxili işidir. Lakin bu, Azərbaycan vətəndaşlarına şamil olunarsa, hesab edirəm ki, bu məsələlər hər bir ölkənin qanunvericiliyinə uyğun şəkildə, qarşılıqlı hörmət əsasında həyata keçirilməlidir. Bu məsələlər dövlətlərarası sahədə də tənzimlənə bilər. Məsələn, bir çox dövlətlər arasında ikili vətəndaşlığın aradan qaldırılması sahəsində sazişlər mövcuddur. Bu sazişlər müəyyən edir ki, ikili vətəndaşlıqlar necə yaranır və yaranırsa, bunun aradan qaldırılması üçün hansı hüquqi mexanizmlərdən istifadə etmək lazımdır. Biz hələlik bu problemlərlə rastlaşmamışıq. Gələcəkdə bu problemlə qarşılaşarıqsa, o zaman bu, dövlətimizin apardığı miqrasiya siyasəti və qanunvericilik çərçivəsində öz həllini tapa biləcək".
2014-04-22
15,433
“Forsaj” qəhrəmanları Azərbaycanda - Foto/Yeniləndi
20:00 "Forsaj" filminin "avtoş" qəhrəmanı məşhur aktyor Vin Dizel Azərbaycanda olub. "Axar.az" xəbər verir ki, bu iddianın yayılmasına səbəb aktyorun rəsmi səhifəsində yayılan foto olub. Belə ki, Vin Dizel özünün 72 milyondan çox izləyicisi olan səhifəsində 55 dəqiqə bundan əvvəl bir foto yayımlayıb. Fotonun yuxarı hissəsində azərbaycanca yazı var. Tam görünməyən yazı təxminən belədir: "Ərazidə işləməyə..." Bu foto azərbaycanlı istifadəçilərin sosial şəbəkədə qızğın müzakirə mövzusuna çevrilib. Mövzunu gündəmdə saxlayacağıq. 21:12 Bir saata yaxındır sosial şəbəkələrdə qızğın müzakirə mövzusu olan fotonun orijinalını "Axar.az" əldə edib. Bu foto aktyorun yeni çəkilən "Sürətli və Hirsli" (The Fast and the Furious) filminin kadrlarından biridir. Şəkil 2013-cü ilin sentyabrında Türkiyə mediasında gündəmə gəlib. Türkiyə mediası əvvəlcə bu sözlərin Türkiyə türkcəsinə olduğunu zənn edirmiş, daha sonra fotonun orijinalının ortaya çıxmasıyla qardaş ölkənin kinomanları xəyal qırıqlığına uğrayıb. Şəkildə yazılanlar açıq-aydın görünür: "Heç vaxt tək başına suda və ya suya yaxın ərazidə işləməyin". Lakin Vin Dizelin Azərbaycana nə vaxt gəlməsi barədə dəqiq heç bir məlumat yoxdur. Xatırladaq ki, bu filmin 2015-ci ildə ekranlara çıxacağı gözlənir.
2014-04-22
15,434
ABŞ naziri: “Bakıda şam elədiyimiz restoranda yanğın başladı”
ABŞ-ın keçmiş müdafiə naziri Robert Geyts 2010-cu ilin iyun ayında Azərbaycanda səfərdə olarkən yemək yediyi restornda yanğın baş veribmiş. O başına gəlmiş bu hadisə barədə xatirələrini toplandığı "Müharibədə olan naizirin memuraları"nda qeyd edib. Eks nazir yazıb ki, Sinqapur konfransından sonra Azərbaycana gəlib. "Səfərin məqsədi Azərbaycanın Orta Asiya-Şimal Paylaşma Şəbəkəsi çərçivəsində bizim Əfqanıstana təchizat marşrutundakı iştirakını gücləndirmək idi. Mən əvvəllər heç vaxt Bakıda olmamışdım, amma onun tarixi haqda müəyyən məlumatım var idi". Geyts qeyd edib ki, president İlham Əliyevlə nəhəng sarayda görüşüb.."Ona Prezident Obamanın məktubunu təqdim etdim. Həmin məktubda münasibətlərin bizim üçün önəmi və onları genişləndirmək arzusu vurğulanırdı". Bakıda olarkən restoranda şam yeməyinə gedən müdafiə naziri burada yanğına tuş gəlib. "Həmin gecə biz taxta parçası üzərində manqalda bişirilmiş ətlər xidmət edən ənənəvi restoranda şam etdik. İştahla təzəcə yerimizə oturmuşduq ki, cangüdənlərimdən biri restoranda yanğın baş verdiyini xəbər etdi. Qrupumun üzvləri evakuasiya olunmağa başladılar. Amma nə od, nə də tüstü gördüyümdən, bir-iki qoçaq yoldaşımla yeməkdə davam edirdim. Bir neçə dəqiqə sonra yanğınsöndürən maşınların sirenası səsləndi və bu dəfə cangüdənlərim aydın etdilər ki, onlar mənə qalmaqla getmək arasında seçim verməyəcəklər. Qapıdan çıxanda birinci yanğınsöndürən maşın gəldi. Yeməyi yarımçıq qoyub getmək heç ürəyimdən deyildi."-deyə Geyts memurarında yazıb. /Modern.az/
2014-04-22
15,435
FHN-dən Gəncədəki daşqına rəy - Foto
20:28 Gəncədə yağış suları ciddi fəsadlara yol açıb. Saat 19:00 radələrində müşahidə olunan yağışlı hava evlərə ziyan vurub. Yarım saata yaxın davam edən leysan nəticəsində küçələri su basıb, yağış suları evlərin zirzəmisinə dolub. Şəhərin Dadaş Bünyadzadə küçəsindəki 16 və 17 saylı evlərə isə yağıntı daha böyük ziyan vurub. Hər iki evin həyətyanı sahəsi və ev özü su içindədir. Hazırda FHN-in müvafiq strukturları ərazidə qabaqlayıcı tədbirlər görür. Hadisə yerinə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının şəxsi heyəti də cəlb edilib. /Kəpəz TV/ 21:02 Fövqəladə Hallar Nazirliyi Gəncədə subasma hadisəsi ilə bağlı məlumat yayıb. "Axar.az" FHN-in rəsmi saytına istinadən məlumat verir ki, bu gün Gəncə şəhəri ərazisində hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağış yağıb. Nəticədə bir çox fərdi yaşayış evlərinin və inzibati obyektlərin həyətlərini və zirzəmilərini su basıb. Dərhal FHN-in müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür. Fotolar APA-ya məxsusdur.
2014-04-22
15,436
Məşhur aktyor 3 ay sonra evə buraxıldı – Foto
Təxminən 3 aydır xəstəxanada müalicə alan məşhur türk aktyoru Nejat İşlər bu gün xəstəxanadan evə buraxılıb. "Axar.az" xəbər verir ki, Bodrumda xəstəxanaya aparıldıqdan sonra İstanbula göndərilən aktyor Nejat İşlər 3 ay davam edən müalicədən sonra bu gün evə buraxılıb. Aktyorun müalicə aldığı Amerikan Xəstəxanası mövzuyla bağlı belə açıqlama verib: "2014-cü il fevralın 8-də xəstəxanamızın reanimasiya şöbəsinə qaldırılan Nejat İşlər səhhətində olan müsbət dəyişiklərə görə müalicəsinj evdə davam etdirmək üçün xəstəxanadan buraxılıb".
2014-04-22
15,437
Baş Prokurorluq Leyla Yunusla bağlı açıqlama verdi
Baş Prokurorluq Leyla Yunusla bağlı açıqlama verib. Jurnalist Rauf Mirqədirovun həbsindən sonra hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus açıqlama verib. O, R. Mirqədirovun SDİ xətti ilə Ermənistana səfər etməsini bildirib və bunda heç bir cinayət tərkibi olmadığını dilə gətirib. Belə olan halda Leyla Yunusun da istintaqa cəlb edilməsi ehtimalı yaranır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı münasibət bildirib. "Qeyd edilən cinayət işi üzrə istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın maraqlarına zidd olduğundan, eyni zamanda həmin informasiyalar istintaqa sirri təşkil etdiyindən sorğunuzun cavablandırılması cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir", – deyə E. Sultanov bildirib. Qeyd edək ki, aprelin 19-da Türkiyədən deportasiya edilmiş "Ayna-Zerkalo" qəzetinin əməkdaşı, Azərbaycan vətəndaşı Rauf Mirqədirov casusluq və dövlət sirri təşkil edən məlumatı ötürməkdə ittiham olunur. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. O, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. Jurnalistin vəkili Fuad Ağayev bildirib ki, R. Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı hərbi vəziyyət barədə Ermənistana məlumat ötürməkdə şübhəli bilinir. R. Mirqədirov hələlik ifadə verməkdən imtina edib. /Modern.az/
2014-04-22
15,438
Türkiyəni idarə edənlərin uşaqlıq şəkilləri yayıldı - Fotolar
Anadolu Agentliyi 23 aprel Milli Suverenlik və Uşaq bayramı münasibətilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, Baş nazir müavinləri Bülənt Arınç, Əli Babacan, Bəşir Atalay və bəzi nazirlərin uşaqlıq fotoşəkillərini yayımlayıb. "Axar.az" xəbər verir ki, fotolar "Türkiyəni idarə edən siyasətçilərin uşaqlıq fotoşəkilləri" başlığı altında yayımlanıb. Həmin fotoları təqdim edirik:
2014-04-22
15,439
İran və Azərbaycan dəmiryolları birləşdiriləcək
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran və Azərbaycan arasında olan tarixi əlaqələrdən və Tehran-Bakı münasibətlərinin yeni müstəvidə inkişafından danışıb. Cavanşir Axundov İranın Ərdəbil əyalətinin başçısı Məcid Xudabaş ilə görüşü zamanı iki ölkə arasındakı iqtisadi əlaqələrin qurulmasının vaxtının gəlib çatdığını söyləyib. Hər iki ölkə dəmiryollarının birləşdirilməsinə işarə vuran Axundov Ərdəbil dəmiryolu layihəsinin tezliklə tamamlanmasının və Azərbaycan dəmiryolları ilə birləşdirilməsinin ikili iqtisadi münasibətlərə yaxşı təsir göstərəcəyini qeyd edib. Görüş zamanı Ərdəbil əyalətinin başçısı Məcid Xudabaşı isə prezidentlərin görüşünün hər iki ölkə və millətlər arasında yaxınlıq əlaqələrinin inkişafına zəmin yaratdığını bildirib. /ANS/
2014-04-22
15,440
Qarabağı “beşinci kolon”un nümayəndələri satdılar
"Azərbaycanda vaxtı ilə "beşinci kolon" var idi və Qarabağda da uğur qazandılar". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, "beşinci kolon"a ilk dəfə Xalq Cəbhəsinin içində rast gəldiyini bildirib: "Mən öz həyatımda "beşinci kolon"u Xalq Cəbhəsinin içərisində görmüşəm. Onlar demokratik hərəkatın mahiyyətini dəyişib onu çevriliş, qiyam xarakterli bir şey elədilər. Bax "beşinci kolon"u orada görmüşəm. İndi həqiqətən də görürəm ki, "beşinci kolon" kimi bir sıra iri dövlətlərin nümayəndələri çıxış edir. Azərbaycanda vaxtı ilə "beşinci kolon" var idi və Qarabağda da uğur qazandılar. Avarları, ləzgiləri, talışları doğma vətənlərinə qarşı qaldırmaq cəhdləri iflasa uğradı. Bir sıra adamların sayəsində bu, mümkün oldu. İndiki dövrdə "beşinci kolon" deyərkən mən anlamıram nəyi nəzərdə tuturlar. Azərbaycanda korrupsiyanın miqdarını azaltmağa cəhd göstərən insanları "beşinci kolon" adlandırmaq nə dərəcədə düzgündür? Əgər burada Azərbaycanın dövlət müstəqilliyini, gücünü sarsıdan qüvvələr nəzərdə tutulursa, onda məni də hakimiyyətdəki rüşvətxorlarla birgə tutun". Qeyd edək ki, son günlər bəzi ekspertlər Azərbaycanda Rusiyanın "beşinci kolon" təhlükəsinin olduğu haqqında proqnozlar verir, gələcəkdə Rusiyanın bu kolondan Azərbaycana qarşı geniş şəkildə istifadə edəcəyini bildirirlər.
2014-04-22
15,441
Ukraynanın hərbi təyyarəsi vuruldu: Müharibə anonsu - Foto/Video
Slavyansk şəhəri üzərində uçan Ukrayna hərbi təyyarəsi vurulub. Bu haqda Ukrayna Müdafiə Nazirliyi acıqlama verib. Ukrayna Müdafiə Nazirliyi ölkənin bir hərbi təyyarəsinin silah atəşiylə vurulması barədə bildirsə də, hadisə ilə əlaqədar digər detallara heç bir şərh verməyib. Ölkənin şərqindəki Donetsk əyalətində yerləşən Slavyansk şəhərinin ruspərəst qüvvələrin nəzarəti altında olduğu məlumdur.
2014-04-22
15,442
O, ermənini 7 saniyəyə nokauta salıb - Axar TV
Martın 29-30-da MMA idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq yarışda idmançılarımızdan ibarət "Legion Fight klub" komandası qalib olub. "Axar.az" xəbər verir ki, Qafqaz ölkələrinin iştirak etdiyi yarışda vətənimizi beş idmançı təmsil edib. Onlardan üçü - Nihat Şükürzadə, Orxan Quliyev və Təbriz Bəşirov birinci pilləni qazanıblar. Yarışda ən diqqət çəkən məqam isə Orxan Quliyevin Ermənistan döyüşçüsünü 7 saniyədə nokaut etməsi olub. Axar TV həmin idmançılarla bağlı süjeti təqdim edir:
2014-04-22
15,443
Rusiyanın Türkiyədən tələbi - ABŞ geri addım atdı
ABŞ donanmasına məxsus "USS Taylor" adlı hərbi gəmi 43 gün sonra Qara dənizi tərk edib. "Axar.az" xəbər verir ki, bu gün səhər hərbi gəmi Çanaqqala boğazından keçib. Türkiyənin Samsun limanında 21 gün qalmış "USS Taylor" adlı gəmi bir müddət öncə Rusiyanın kəskin etirazına səbəb olmuşdu. Hətta Türkiyə ilə diplomatik gərginlik yaşayan Rusiya ABŞ gəmisinin Qara dənizi tərk etməsini tələb etmişdi. ABŞ donanmasına məxsus gəmi Nara burnunu dönərək Mərmərə dənizinə yol alıb. Gəmi Qara dənizi tərk edənə kimi Türkiyə Sahil Təhlükəsizlik qayıqları gəmini müşayiət edib.
2014-04-22
15,444
ABŞ-dan son xəbərdarlıq: “Rusiyanın vaxtına az qalıb”
"Ukrayna heç bir zaman Rusiyanın Krıma müdaxiləsini tanımayacaq". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın vitse-prezidenti Co Bayden çıxış edib. O, Rusiyanın Krımdan geri çəkilməsi üçün verilən vaxta az qaldığını bildirib: "Rusiya Krımdan öz ordularını geri çəkməlidir. Daha sonra diplomatik razılaşmalar əsasında konfliktin həll prosesinə başlanılmalıdır. Biz Rusiyanı maskalı insanlara dəstək verməməyə çağırırıq. Artıq verilən vaxta az qalıb. Biz proqres görmək istəyirik".
2014-04-22
15,445
Səid Nursinin gizli saxlanılan vəsiyyəti üzə çıxdı
Səid Nursinin tələbələrindən Hüsnü Bayramın nəzarətində olan nurrehberi.com saytında Risale-i Nur varislərinə dair rəsmi bir sənəd nəşr olunub. Rəsmi qurumlara verilmək üçün yazılan sənəddə Səid Nursi möhürü ilə Əmirdağlı Mehmet Çalışqan və Həmzə Əmək şahid olaraq bildirilir. "Axar.az"ın təqdim etdiyi sənəddə işlədilən ifadə və adlar bunlardır: Yüz otuz parçadan ibarət mürəkkəb Risale-i Nur külliyyatından sözlər, məktubat, şualar, məsnəviyi nuriyyə, işaratül icazə, lahika məktublarımı və s. türk və ərəb dilində əsərlərimdən nəşirlərinə aid hər cür haqqlarımı xüsusi xidmətkarlarım və varislərimdən olan Tahiri, Süngür, Zübeyr, Ceyran, Hüsnü, Bayram, şagirdlərim Səid Özdəmirə və Əhməd Aytimura təhvil verirəm. Mən öldükdən sonra mənə aid bütün Risale-i Nur kitablarının nəşrinə davam edəcəklər. Risale-i Nur nə mənim, nə başqasının malıdır. Quranın malıdır. Risale-i Nurdan əldə olunan gəlirlər Risale-i Nura aiddir. Mənəvi övladlarım və onların tələbələri mənim əvəzimdən Risale-i Nura xidmət edəcəklər. Bu vəsiyyətimin əlaqədar rəsmi qurumlara verilməsini arzu edirəm.
2014-04-22
15,446
Şimali Koreya nüvə sınağına hazırlaşır - Foto
Cənubi Koreya ABŞ prezidenti Barak Obamanın bölgəyə səfəri öncəsi Şimali Koreyada yerləşən "Punggye-ri" nüvə stansiyasında qeyri-adi bir hərəkətliyin müşahidə edildiyini bildirib. "Axar.az" xəbər verir ki, C. Koreya Müdafiə Nazirliyi sözçüsü Pyonqyanq Ş. Koreyanın nüvə sınağına hazırlıq gördüyünü, ya da belə bir təəssürat yaratmağa çalışdıqlarını deyib. Şimali Koreya bundan əvvəl üç dəfə nüvə sınağı keçirmişdi. Son olaraq 2013-cü ilin fevralında nüvə sınağı keçirməsi aylarla Koreya yarımadasında gərginliyin artmasına səbəb olmuşdu. BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə sınaqları və raket sınaqları etməsini qadağan edən qərarı da var. Qeyd edək ki, Barak Obama 23-29 aprel tarixində Yaponiya, Cənubi Koreya, Malaziya və Filippini ziyarət edəcək.
2014-04-22
15,447
İran “Krım kartı”nı işə saldı: Azərbaycanı tikə-parça edirlər
Tarixi Azərbaycan şəhərləri fars vilayətlərinə "birləşdirilir". Rusiyanın Krımı "məxməri yolla" ilhaq etməsindən həvəslənən İran hakimiyyəti də tarixi Azərbaycanın cənub torpaqlarında buna bənzər planlarını işə salıb. Tehran Azərbaycan şəhərlərini bir-bir doğma vilayətlərin tərkibindən çıxarıb digər vilayətlərə daxil etmək yolunda öz siyasətini davam etdirir. Qərbi Azərbaycan ərazilərini kürdlərə verməyə çalışan rejim Xalxal və Kosəri də Gilan əyalətinə verməyi planlaşdırır. Rejim tərəfindən Xalxal və Kosər şəhərlərindən İran parlamentinə millət vəkili kimi göndərilən Cəlil Cəfəri parlamentdə iddia edib ki, guya həmin Azərbaycan şəhərlərinin əhalisi öz əyalətlərini dəyişib Gilan vilayətinə birləşmək istəyirlər. Rejim bu yolla Astara, Həşpər və Ənzəli kimi Azərbaycan şəhərlərini Gilana verəndən sonra indi də Xalxal və Kosəri Azərbaycandan ayırmağı qarşıya məqsəd qoyub. Rejim eyni zamanda qərəzli və məqsədyönlü şəkildə təbliğat aparır ki, guya bölgənin məhrumiyyət içərisində yaşaması Ərdəbillə bağlıdır və əgər həmin şəhərlər Gilan əyalətinə qatılsalar, onda məhrumiyyət olmayacaq. Bu təbliğat isə rejimin Azərbaycanı parçalamaq üçün çirkin planını həyata keçirməyə şərait yaratmaq üçündür. Təhlükəlisi odur ki, İranda anti-Azərbaycan siyasəti nəticəsində "Azərbaycan" sözü artıq bir neçə məhdud məntəqəyə deyilir və Zəncan, Həmədan, Qəzvin və hətta Ərdəbil kimi böyük vilayətlərin üzərindən belə "Azərbaycan" sözü götürülüb. Rejimin bu siyasəti də həmin istiqamətdə atılan bir addım hesab olunur. /GünAz.TV/
2014-04-23
15,448
“Səməd Vurğun”un başına yığışan qədim peşə sahibləri
Bu haqda yazmaq ürəyimcə olmasa da, yazmamaq da mümkün deyil. Qədim peşə sahiblərinin günün istənilən vaxtı bu bağa toplaşması və müştəri ovuna çıxması diqqətdən kənar qala bilməzdi. Köhnə tanışımın gileyi də bu mövzuya müraciət etməyimə təkan verdi: - İnan, oturub nəfəs dərmək olmur. Adama elə baxır, elə təkliflər edirlər ki... bu yaşımda özümü çox pis hiss edirəm. Köhnə tanışıma, yaşı 70–i haqlamış Əhmədağa kişiyə: - Qocalıq öz işini görür, – deyib zarafat etsəm də, dediklərini qəribçiliyə salmadım. Ta sovetlər zamanından bu bağın – Xalq şairi Səməd Vurğunun adını daşıyan parkın həndəvərində dolanan yüngül həyat tərzi keçirən qadınların olması heç kəsə sirr deyil. Müstəqillik dönəmində də bu məkan özünün ampluasındadır. Parkda bir-neçə dəfə əsaslı təmir işləri görülüb, köklü dəyişiliklər baş versə də, haqqında bəhs etdiyimiz adamların ayaqlarını buradan kəsmək mümkün olmayıb. Yolumu şairin adını daşıyan parkdan saldım. Qadınlar parka gəzməyə çıxan kişiləri... Axşam üstüdür. Parkda əyləşib ətrafı seyr edirəm. Köhnə tanışımın dediyi mənzərə gözümün önündədir. O qədər də gözəl olmayan, çirkli sifətlərinə ənlik-kirşanı aşırı yaxmaqla daha da bayağılaşan bu qadınlar parka gəzməyə çıxan kişiləri baxışları ilə qarşılayıb, elə baxışları ilə də yola salırlar. Uşaqlarını, nəvələrini parka gəzdirməyə gətirən şəhər sakinlərinin də bu mənzərəyə ikrah hissi ilə yanaşmaları göz önündədir. Dodaqları ürək bulandıracaq qədər Ayağımı ayağımın üstünə aşırıb özümü fikirli, qayğılı göstərirəm. Üst-başıma əl qatmışam, köynəyimin ətəyini şalvardan çıxarıb, gödəkcəmin boyunluğunu qaldırmışam. Kimsəsiz, köməyə ehtiyacı olan nabələd adam görkəmim ətrafdakı insanların mənə yazığı gələcək qədərdir. Çox keçmir, tum çırtlayan, yöndəmsiz, qarnı sallaq, boyalı sifəti və dodaqları ürək bulandıracaq qədər olan bir qadın mənə yaxınlaşır. Nəzakətlə: "burada otursam, mane olmaram ki?" - deyə icazə alır. Bir qədər də kənara çəkilirəm: - Otur, dədəmdən qalmayıb ha, – deyib özümü yontalanmamış biri kimi göstərirəm. Oturur, məni yanpörtü süzür, gödəkcəsinin cibindən tum çıxarıb mənə də təklif edir: Qıjılıq eləmə... - Xanımla o cürnə danışmazlar. Deyəsən heç qadın, məclis, kulturnu yer görməmisən, - deyir. Tumdan götürürəm. - Niyə görməmişəm? Hər tərəf qadın deyil? Biri elə sən... Sarı saçlarını qulaqlarının ardına daraqlayır, qəribə bir təbəssüm var çöhrəsində. Tumun qabıqları ağzının künclərinə yapışıb qalıb. Əlinin içi ilə ovurdunu silir: - O mənada demədim. Qadınla danışmağı öyrən. Qıjılıq eləmə... Mən isə "qıjılığımdayam": - Qadınla hansı dildə danışmalıyam ki? Guya məni başa düşmürsən? - Adam tanımadığı xanıma "siz" deyə müraciət edər. Mən səni başa düşürəm e, sən məni başa düşmürsən, – deyir və məni öyrənirmiş kimi yenidən təpədən dırnağa qədər süzür. Dinmirəm. Dərindən ah çəkirəm. Bu ahdan sonra diqqəti bir qədər də üstümdə cəmləyir. Əlimi cibimə salıram. Pulumu çıxarıb sayıram və təzədən cibimə qoyuram. Sezdirmədən müşahidə edirəm. Hiss edirəm ki, o da pulumu sayır. Kimliyimi, haradan gəldiyimi soruşur. Rayonlu olduğumu, oğlumun əsgərlik məsələsini danışmağa gəldiyimi, bir nəfərin elə buradaca pulumu alıb getdiyini və iki gündür onun yolunu gözlədiyimi deyirəm. Təhər-töhrünü soruşur. Deyirəm. Cibindən mobil telefonunu çıxardır. Kiməsə zəng vurur. Xəttin o başındakı adamın sözləri aydın olmasa da, səsi eşidilir. Qadın ona uzaq qohumunun pulunun aldadılaraq əlindən alındığını deyir və xahiş edir ki, kömək etsin. - Qalmağa yerin varmı? Bəs harada qalırsan? Sir-sifətindən yalan danışana oxşamasan da, aldanana da oxşamırsan... - Yox, qalmağa yerim yoxdur. İki gündür vağzalda yatıram. Mənə bu istiqamətdə də yardımçı ola biləcəyini deyir. Söhbətə girişirəm. Ay bədbəxt, iki gündür səni... Qadınlarla maraqlanıram. - Ürəyindən keçir? Təşkil edə bilərəm... Çiyinlərimi çəkməklə razılığımı bildirirəm. Bir az da utancaq görkəm alıram: - Kənddə bilərlər, evim yıxılar e... - Ay bədbəxt, iki gündür səni... heç qorxmursan, indi kimdir kəndə xəbər aparan? Söhbətimiz bundan sonra məcrasına düşür. Əsgərlikdə rus qızları ilə oturub-durduğumdan danışıram. Arada adını soruşuram. - Gülya deyirlər, sən də belə de, – deyir. - Mənə yaxşısını tap, evi olsun. Gələndə onlara düşüm. Gözünü arada pul qoyduğum cibimə zilləyir. Konturunun az olmasından gileylənir. Deyir ki, 2 manatlıq "cin"i olsaydı, bu dəqiqə mənim üçün yaxşı bir "xala" tapardı, deməsindən başa düşdüm ki, artıq qarmağını atıb. - Alaram, – deməyimi görürəm, yerini bir qədər də rahlayır. Gözümün içinə zəndlə baxır. Sifətindən ifadə edə bilmədiyim həyasızlıq tökülür. İndi fərqinə varıram, üst-başından xoşagəlməz qoxu gəlir. - Mənə də 20 manat verərsən. 20 manat da o qadına. Evdə qalacaqsan da gecəni, buna görə də 10 manat. Məni təəccüb bürüyür. Bu necə də mənim saydığım pulu dəqiq hesablayıb! Qəpiyi-qəpiyinə. Onun dediyi rəqəmlə razılaşmıram. Bir qədər aşağı-yuxarı, 15 manat endirim edir. Bu dəfə qiymət məni "qane eləyir". - Amma hələ tələsmə, həyacanlıyam, qoy bir qədər vaxt keçsin, - deyirəm. Razılaşır. Bağın bizdən əks tərəfində oturan qadınlardan birinə əl edir. Arıq bir qadın yellənə-yellənə bizə yaxınlaşır. Gülya üzünü mənə çevirir: - Buna 2 manat ver, qoy, kontur alsın. Verirəm. Qadın gözlərini süzdürüb uzaqlaşır. Kənardakı adamların mənə nifrətlə baxmasının fərqindəyəm. Fotoreportyorumuz İsmiyə acığım tutur. Burda olsaydı, şəkilləri çəkər, məni də vəziyyətdən çıxara bilərdi... İşimiz olsaydı, bu yola düşərdikmi?! Təxminən 10 dəqiqədən sonra arıq qadın konturu gətirir. Fikir verirəm. 1 manatlıqdır. Demək, bunlar şərik işləyir. Aralanmaq istəyəndə Gülyaya: - Bu da pis deyil ha, – deyirəm. - Meylin çəkirsə, deyim? Yeri də var, amma mənim haqqımı bəri başdan ver... Gülya ilə bir az da "doğmalaşırıq". Soruşuram ki, kənddən 5-10 nəfər adam arada fəhləliyə gəlirik, istəsələr yanına gətirim? Qadının çiçəyi çırtlayır. Elə hal olsa, məndən haqq almayacaqlarını deyir. - Bəs sizə mane olmurlar? - Niyə olmurlar. Olurlar. Onlar göz açmağa imkan verir ki... çox vaxt öyrədilmiş kişiləri göndərirlər, qızları iş başında tuturlar, qazandıqlarını əllərindən alırlar. Çox vaxt da cərimə edirlər. Bizim dolanışığımızı allah kəssin. Adam da şeynən çörək qazanar? Zəmanə belədi də... işimiz olsaydı, bu yola düşərdikmi?! Səni aldadıb pulunu alan adamın işi olsaydı, heç belə fırıldaq da eləməzdi axı... Danışır və danışdıqca da özümü pis hiss edirəm... Əslində düz deyirdi. Amma... Sağollaşmadan ayağa dururam. Arxamca baxır...
2014-04-23
15,449
Bu günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 23-də gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
2014-04-23
15,450
NATO Baltik dənizində manevrlərə başladı
Şimalı Atlantik Alyansının (NATO) 5 gəmisi Almaniyanın Kilya limanından çıxaraq hərbi manevrlərə başlayıb. "Axar.az" xəbər verir ki, bu barədə NATO-nun dəniz əməliyyatları qərargahının rəis müavini Ariana Minderxuda bildirib. Onun sözlərinə görə, əsas məqsəd Baltikyanı ölkələrin təhlükəsizliyinin təminatına töhfə verməkdir: "Niderland, Estoniya, Belçika, Norveç gəmiləri beynəlxalq sularda müəyyən tapşırıqlar yerinə yetirməli, Baltikyanı ölkələrin limanlarına girməlidirlər". Xatırladaq ki, hələ bir müddət öncə NATO rəsmiləri bu təlimlərin müdafiə xarakteri daşıdığını vurğulamışdılar. Qurum Şurasının aprelin 16-da Brüsseldə keçirilən iclasında qərara alınmışdı ki, Ukrayna hadisələri ilə əlaqədar Şərqi Avropa ölkələrinin təhlükəsizliyinin qorunması istiqamətində müəyyən addımlar atılsın.
2014-04-23
15,451
Elza Seyidcahanın oğlunun toyunda dava düşdü
Əməkdar artist Elza Seyidcahanın oğlunun toyunda qalmaqal yaşanıb. Adının çəkilməsini istəməyən toy iştirakçılarından birinin "Axar.az"a verdiyi xəbərə görə, Elza Seyidcahanın keçmiş qudaları oğlunun ikinci toyunda qan-qaraçılıq salmağa cəhd ediblər. Elza xanım əməkdaşımıza xəbərin yalan olduğunu deyib: "Xeyr, bu deyilənlərin hamısı yalandır. Əksinə mən köhnə qudalarımla çox mehriban, yaxın dostam. Bizim aramızda elə bir problem yoxdur ki, nədənsə narazılıq da olsun. Onlar çox gözəl insandır. Bu söz-söhbəti çıxaran da kimdirsə paxıllıqdan edir. Dünən toy çox yüksək səviyyədə keçdi, gələn dostlar sağ olsun".
2014-04-23
15,452
Rusiya kanadalı diplomatı ölkədən qovur
Kanada səfirliyinin 1-ci katibi Marqarita Atanasov 14 gün ərzində təcili şəkildə Rusiyanı tərk etməlidi. "Axar.az"ın "Rusiya 1" kanalına istinadən məlumatına görə, onunla bağlı belə göstərişin verilməsinə səbəb rusiyalı diplomatın Ottavadan çıxarılmasıdır. Qeyd edək ki, Rusiya səfirliyinin əməkdaşı Yuri Bozlerlə bağlı insident hələ aprelin 8-də baş vermişdi. Kanada ərazisini tərk etməsi üçün həmin vaxt ona 2 həftə verilmişdi. Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyi rəsmiləri vurğulayıblar ki, oxşar hadisələr dəfələrlə baş verib. Hər dəfə də təşəbbüskar tərəf rəsmi Ottava olub. Əlavə edilib ki, Kanada Ukrayna hadisələrinə emosional yanaşır və atdığı addımlarda bir aqoniya hiss olunur. Xatırladaq ki, bütün bunlara baxmayaraq, Rusiya XİN partnyorları ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bəyan edib.
2014-04-23
15,453
Ukrayanada hərbi təlimlər yenidən başladı
Ukraynanın şərqində biri diplomat olmaqla, iki nəfərin qətlə yetirilməsi hərbi əməliyyatların yenidən bərpasına səbəb olub. "Axaraz" xəbər verir ki, əməliyyatların yenidən başlanması barədə Ukrayna Prezidenti Aleksandr Turçinov təlimat verib. Öldürüləndən sonra cəsədlərə işgəncə edildiyini bildirən Turçinov terrorçuların hədlərini aşdığını vurğulayıb. Turçinov həmçinin qeyd edib ki, bu cinayətlər Rusiyanın birbaşa dəstəyi və bunlara göz yumması nəticəsində baş verir.
2014-04-23
15,454
Rusiyanın aparıcı müxalifət lideri cəzalandı
Moskvada Babuşkin rayon məhkəməsi Rusiyanın aparıcı müxalif lideri olan Aleksey Navalnını bələdiyyə deputatına qarşı böhtanda təqsirli bilib. Mirnıy məhkəməsinin hakimi Anna Nekryaç buna görə siyasi fəalın 300 min rub, təxminən 8500 dollar miqdarında cərimələnməsinə dair qərar çıxarıb. Cinayət işi Vahid Rusiya partiyasının deputatı Aleksey Lisovenkonun şikayəti əsasında açılıb. Adı çəkilən deputat, Navalnının Tvitterdə paylaşdığı yazını ona ünvanlanmış böhtan kimi qiymətləndirib. Deputat cavabdehin Tvitterdə 5 mart tarixində qoyduğu yazıya istinad edib. Həmin yazıda deyilir: "Narkoman - deputat elə bilir ki, Tvitterə yalnız bir nəfər girə bilər". Deputat Aleksey Lisovenko məhkəmənin çıxardığı qərardan razılıq ifadə etsə də, Navalnı jurnalistlərə verdiyi açıqlamada qərarın siyasi motivli olduğunu bildirib. Rusiyalı müxalif lider Aleksey Navalnı deyib: "Vahid Rusiya partiyasının üzvləri və ya başqaları antikorrupsiya fondu və mənim apardığım müstəqil araşdırmaların nəticələrini dərc etməyəcəyimi düşünürlərsə, onlar buna yanılırlar. Biz işlərimizi dayandıran deyilik, susmaq fikrimiz yoxdur". Navalnının vəkili qərarın ədalətsiz olduğunu onunla əsaslandırıb ki, hakim həmin yazını Tvitterə kimin yerləşdirdiyini dəqiq bilə bilməz, çünki Navalnının Tvitter hesabına özündən başqa həyat yoldaşı və tərəfdarlarının da giriş imkanı var. Qeyd edək ki, müxalif lider Navalnıya qarşı eyni zamanda dövlət əmlakının talanı üzrə məhkəmə işi hələ yekunlaşmayıb. Bundan əvvəl onun 2 ay müddətin ev dustağı edilməsi barədə qərar çıxarılıb, sosial şəbəkələrə girişinə qadağa qoyulub. /ANS/
2014-04-23
15,455
Çinin ən şişman adamı öldü
Çinin ən şişman adamı hesab olunan 300 kg çəkili Sun Liang ürək və qaraciyər çatışmazlığından həyatını itirib. "Axar.az" xəbər verir ki, Çinin şərqində yaşayan 22 yaşlı Sun Liang aprelin 9-da xəstəxanaya yerləşdirilib. Dünən gecə isə ürək ritminin pozulması və qaraciyər çatışmazlığı üzündən həkimlərin ciddi səylərinə baxmayaraq, həyatını itirib. Ölkəsinin ən şişman adamı olan Sun Liang 6.5 kg çəki ilə dünyaya gəlib. 19 yaşında olanda 150 kg olan Sun Liang 3 il ərzində 300 kg-a qədər kökəlmişdi. Həkimlərin onun bu dərəcədə şişman olmasına səbəb kimi genetik amili qeyd edirdilər.
2014-04-23
15,456
Saakaşvili erməni separatçılarından danışdı
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsinin gələcək taleyi ilə bağlı proqnoz xarakterli açıqlama verib. "Axar.az" xəbər verir ki, keçmiş dövlət başçısı ölkəsinin hazırda bəlli çağırışlar və ciddi problemlərlə üzləşdiyini vurğulayıb. Qeyd edək ki, Saakaşvili bu fikirləri Tiflisdəki prezident kitabxanasının açılışında dilə gətirib: "Ölkəmiz təhdidlər və ciddi problemlərlə üz-üzədir. Rusiyanın bizə qarşı təbliğatının önündə baş əyməməliyik. Əlbəttə, hazırda Samsxe-Cavaxetiyada baş verənlər təsadüfdən meydana gəlməyib. Yeni hökumət Şkrılnikov, Çaxalyan, Qevorkyan və bu tip şəxsləri azadlığa buraxmamalı idi. FTB-nin agenti olan Emzari Kviçiani də buraxmaq olmazdı. Məlumdur ki, Kodor üsyanı Rusiyanın hücuma keçməsində qığılcım rolunu oynadı". Xatırladaq ki, müəyyən istintaq işləri ilə əlaqədar Saakaşvili Gürcüstana gələ bilmir və o, bu gün keçirilən mərasimə internet üzərindən qatılıb.
2014-04-23
15,457
Trofimçuk: “Moskvanın Bakıya informasiya savaşı axmaqlıqdır”
"Bir şeyi yaddan çıxarmaq lazım deyil ki, Rusiya-Ukrayna müharibəsi faktiki olaraq başlayıb və hadisələri praktiki olaraq geri qaytarmaq mümkünsüzdür". Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Rusiyanın uzun illər Ukraynaya kinayə etdiyini və hazırda bununla qarşı-qarşıya qaldığını bildirib: "Ukraynada baş verənlərə sarkazmla yanaşmaq lazım deyil. Bu qanuna ziddir və çox ağır nəticələrlə başa çata bilər. Ayrı-ayrı rus ictimai xadimləri 20 il ərzində Ukrayna salası və dilini gülüş obyektinə çevirmişdilər. Nəticədə Rusiya cənub-qərb sərhədləri boyunca total xaosla qarşılaşmalı oldu. Bu gün Kiyevin öz ordularına verdiyi və demək olar ki, heç birinin yerinə yetirilmədiyi sonsuz əmrlərə kinayə etmək olar. Amma bir şeyi yaddan çıxarmaq lazım deyil ki, Rusiya-Ukrayna müharibəsi faktiki olaraq başlayıb və hadisələri praktiki olaraq geri qaytarmaq mümkünsüzdür. Çoxları hələ də bunu etiraf etməyə qorxur". Politoloq Rusiyanın apardığı informasiya müharibəsinin qeyri-peşəkar olduğunu qeyd edib: "Bu və ya digər ərazilərə gəlincə isə ciddi siyasətçiləri hazırkı məqamda onun kimə məxsus olduğu narahat edir. Onlar iki min il bundan əvvəlki tarixlə maraqlanmırlar. Tarixi faktları qoy hər zaman bir-birinə düşmən olan və öz həmsöhbətinə heç bir şeyi başa sala bilməyən tarixçilər şərh etsin. Azərbaycana hansı ərazilərin məxsus olması, ya da ki, hansı ərazilərin Azərbaycana aid olmamasını demək olar. Amma bunu peşəkar informasiya müharibəsi adlandırmaq axmaqlıqdır. Əsl informasiya müharibəsində faktlar heç kimi maraqlandırmır. Maraqlı olan tək şey inandırmaqdır. Bu isə nəticədə milyonlarla insana təsir etmək deməkdir". Qeyd edək ki, son günlər Rusiya mediasında MDB ölkələrinə qarşı güclü informasiya savaşı başlayıb. Mediada Azərbaycan ərazilərinə və hakimiyyət nümayəndələrinə qarşı müxtəlif açıqlamalar, informasiyalar yer alır.
2014-04-23
15,458
"Atletiko" "Çelsi"nin müqavimətini qıra bilmədi
Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə baş tutan qarşılaşma Madriddə keçirilib. İspaniya çempionatının lideri "Atletiko" öz meydanında "Çelsi"ni sınağa çəkib. Pireneylilər 2 il əvvəl Superkubokda 4:1 hesabı ilə darmadağın etdiyi İngiltərə klubundan üstün olduğunu bu dəfə də sübut etməyə çalışıblar. Oyun "Atletiko"nun böyük ərazi üstünlüyü şəraitində keçib. Amma madridlilərin bütün cəhdlərinə baxmayaraq, hesab açılmayıb. Qeyd edək ki, cavab oyunu aprelin 30-da Londonda baş tutacaq. 22 aprel Çempionlar Liqası Yarımfinal, ilk oyun "ATLETİKO" (İspaniya) – "ÇELSİ" (İNGİLTƏRƏ) - 0:0 Baş hakim: Yonas Eriksson (İsveç) Madrid. "Visente Kalderon" stadionu /Apasport.az/
2014-04-23
15,459
İstanbuldan Mədinəyə sürət qatarı gedəcək - Foto
Osmanlı padşahlarından II Əbdülhəmidin layihəsi olan "Hicaz Dəmiryolu" yenilənərək işə salınacaq. Dəmir yolu xətinin Türkiyədə olan qismini yeniləyərək sürət qatarına uyğunlaşdırmağa qərar verən Türkiyə Dəmir Yolları (TCDD) rəsmiləri xəttin İordaniya və Səudiyyə Ərəbistanından keçən hissələri üçün bu ölkələrlə danışıqlara başlayacaq. Suriyada davam edən daxili iğtişaşlar səbəbindən layihə ləngisə də çalışmaların 2023-cü ilə qədər başa çatması gözlənilir. Məlumata görə, layihənin başa çatmasından sonra İstanbuldan Mədinəyə 12 saatda getmək mümkün olacaq. Həmçinin Avropa, Rusiya, Qafqaz və s. region ölkələrində yaşayan müsəlmanların da Həcc ziyarəti üçün bu yoldan istifadə edəcəyi istisna edilmir. Layihənin növbəti mərhələsi isə İstanbul – Məkkə xəttinin salınmasıdır. Bununla da Avropa ilə Məkkə və Mədinə şəhərləri arasında birbaşa dəmiryolu reysi olacaq. /ANS/
2014-04-23
15,460
Paulo Koelyo SSRİ haqda - "Cənnətdə söhbət"
Paulo Koelyonun SSRİ haqda hekayəsi (İbrətamiz hekayələr ) Cənnətdə söhbət Əbd Mübarək Məkkəyə ziyarətə yola düşəcəyi günlərin birində yuxuda görür ki, cənnətdədir. O, söhbət edən iki mələyin söhbətini eşidır. Mələklərdən biri o birindən soruşur: - Bu il müqəddəs şəhərə neçə ziyarətçi gəlmişdi? İkinci mələk cavab verir: - Altı yüz min nəfər idi. Birinci mələk: - Bəs onlardan neçəsinin ziyarəti qəbul olundu? İkinci mələk: - Heç birinin. Amma Bağdadda Əli Müfiq adlı bir çəkməçi ziyarətə gələ bilməsə də, onun ziyarəti qəbul olundu. Qazandığı savab altı yüz min ziyarəçinin arasında bölüşdürüldü. Əbd Mübarək yuxudan durub çəkməçi Əli Müfiqin yanına yollanır, yuxusunu ona danışır. Əli Müfiq göz yaşı içində deyir: - Çox çətinliklə, çox qurbanlar bahasına 350 qara qəpik toplamışdım. Məkkəyə yola düşməyə hazır idim ki, qonşularımın ac olduğunu gördüm. Topladığım qəpiklərimi qonşularım arasında bölüşdürdüm, Məkkəyə ziyarətə getməkdən vaz keçdim. Ayaqqabılar Sovet İttifaqının süqutundan sonra Belçikanın ayaqqabı şirkətlərindən biri Rusiyaya iki nümayəndəsini göndərir ki, bu ölkədə məhsullarının satılıb-satılmayacağını öyrənsinlər. Tezliklə nümayəndələrin hər ikisindən xəbər gəlir. "Burda heç kəs Qərb ayaqqabıları geyinmir. Biz burda fabrik açası olsaq, ağır itkilər verib ziyan çəkərik", - birinci nümayəndə belə yazır. İkinci nümayəndə isə yazır: "Burda heç kəs Qərb ayaqqabıları geyinmir. Əgər biz burda fabrik açası olsaq, bu ölkəyə yeni dəb gətirib bütün məhsullarımızı sata bilərik". Tərcümə etdi Sevil Gültən
2014-04-23
15,461
Pəhriz saxlayanların 4 böyük səhvi
Pəhriz sözsüz ki, insanların, xüsusən də qadınların arzuladığı bədən ölçülərinə sahib olması və ən əsası, daha sağlam yaşaması üçün bir vasitədir. Amma çəki atmaq üçün min bir əziyyətə qatlaşıb saxladığınız pəhrizlərdə elə səhvlər edə bilərsiniz ki, bu sizə məqsədinizə nail olmaqda mane ola bilər. Bəs bu səhvlər hansılardır? Yağı azaltsam, daha rahat çəki ata bilərəm Arıqlamaq istəyən insanların fərqinə belə varmadan etdiyi ən böyük səhvlərdən biri də budur - pəhriz müddətində yağlı qidaları atmaq və ümumiyyətlə yağın miqdarını azaltmaq. Bu isə nəticədə sizin fərqində olmadan (daha doğrusu, doymadığınız üçün) karbohidratın miqdarını artırmağınıza səbəb olacaq, yəni düyü, kartof, şəkər, un məmulatları, makaron fəsiləsi və s. kimi. Belə olduqda isə kalori atmaq əvəzinə daha çox kalori almış olacaqsınız, çünki bu qidalar qanda şəkər və insulin miqdarının sürətlə və daha çox artmasına səbəb olur. Bu da sonda çəkinin azalması yox, artması ilə nəticələnir. Ona gorə də bu səhvdən qaçın. Şirin heç bir şey yeməmək Bu başdan deyək ki, pəhrizdə un məmulatlarını və şirniyyati qida rasionunuzdan tamamilə çıxarmanız da sizə uğur gətirməyəcək, çünki bu cur pəhrizlər sizə gün ərzində lazım olan enerjini, gücü verməyəcək, üstəgəl də ləzzətsizlik tezliklə ondan imtina etməyinizə gətirib çıxaracaq. Qısası, bu səhv də ən azı yuxarıda qeyd etdiyimiz qədər təsirlidir. Ac qalaraq çəki atmaq Artıq çəkidən qurtulmaq, arıqlamaq istəyənlərin bir səhvi də məhz budur. Di gəl ki, insanların çoxu buna ciddi yanasmır. Hərəkətsizlik - əgər təkcə arıqlamaq yox, həm də formada qalmaq və o formanı qorumaq istəyirsinizsə, onda mütləq hərəkət edin. Gündəlik etdiyiniz fiziki hərəkətlər kalorilərin daha sürətlə əriməsinə səbəb olur və qidalanma əgər pəhriz dönəmində hər bir insan üçün individualdırsa, hərəkət də hər kəs üçün eyni qədər önəmlidir. Ona gorə də ac, amma hərəkətsiz olmaqdansa, doğru qidalanıb hərəkət etməyə üstünlük versəniz daha yaxşdır. İndi kökəlim, sonra arıqlaram Kökəlməyə meyilli olan və tez-tez kökəlib-arıqlayan insanların ən böyük səhvlərindən biridir bu. Əslində, nəzərə almaq lazımdır ki, bədən hər dəfə çəki alib-atdıqca kökəlməyə daha da meyilli olur. Bir yanlış da insanların "onsuz da tez çəki ata bilirəm" düşüncəsidir, yəni bir qədər artıq çəkinin ziyanı yoxdur. Bu isə nəticədə bir müddətdən sonra çəki atmağı daha da çətinləşdirrir.
2014-04-23
15,462
Altı otaqlı evin çardağı yandı
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin çardağı 70 kv.m sahədə və 2-ci mərtəbənin pəncərələri yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın gecə saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-04-23
15,463
Dəvə onu qurban kəsənlərdən belə əvəz çıxdı – Video/+18
Müsəlman dünyasının xüsusi təmtəraqla qeyd etdiyi Qurban bayramına bir neçə ay qalmış sosial şəbəkələrdə maraqlı bir video yayılıb. "Axar.az" xəbər verir ki, videonu paylaşanlar görüntünün İranda qeydə alındığını yazırlar. Videoda ərəblər kimi geyinən adamların bir dəvəni əhatəyə alıb dua oxuduğu, daha sonra bıçaqla boğazından vurduğu görünür. Zərbənin təsirindən ipi qırıb adamların, avtomobillərin üstündən keçən dəvə boğazından qan fışqıra-fışqıra qaçıb uzaqlaşmağa çalışır. Həmin videonu təqdim edirik:
2014-04-23
15,464
"Azərbaycan Ukraynanı xilas edə bilər"
ABŞ Ukraynaya maye qaz nəqli ilə bu ölkənin Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək. Bu barədə ABŞ konqresi Nümayəndələr palatasının Xarici əlaqələr komitəsinin sədri Ed Roys Kiyevdə mətbuat konfransında məlumat verib. "Biz Ukraynaya enerji yardımından danışırıq, bizim Luizianada əlavə gücümüz var. Biz ABŞ-dan təbii maye qaz nəql edə bilərik, o cümlədən Avropada terminalların tikintisini sürətləndirə bilərik ki, Avropa bu qazı ala bilsin" - deyə Roys bildirib. Bundan başqa, o qeyd edib ki, "Azərbaycandan da qaz boru kəməri çəkiləcək ki, bununla Avropanı qazla təmin etmək mümkün olacaq. Biz Azərbaycan tərəfi ilə də bu proqram haqqında danışacağıq". Konqresmen eyni zamanda əlavə edib ki, əgər qaz yataqları səmərəli işləsə Ukrayna 2020-ci ilə qədər öz təlabatının 50%-ni çıxara biləcək. "Bütün bu strategiyaların kombinasiyası Ukraynaya ayağa qalxmağa yardım edəcək, Ukrayna Qazpromdan asılılığını azaldacaq" - deyə Ed Roys bildirib (Ansprsess).
2014-04-23
15,465
Oğlunun “mən xoşbəxtəm” deyən səsini eşitməsi... - Açıq dərs
Aydın Dadaşovun açıq dərsi Möhsen Məxməlbafın filmləri... 1957-ci ildə Tehranın kasıb məhəllələrinin birində do­ğu­lub atası baş götürüb evdən getdikdən sonra anasının və nə­nə­sinin himayəsində qalan, on beş yaşında məktəbi ataraq antişah müxalifətə qoşularaq polis məntəqəsinə hücumda yaxa­la­naraq azyaşlılığına görə ölüm cəzasından yayınmaqla gənc­liyinin dörd ilini həbsxanada keçirən, iyirmi iki yaşında İslam inqi­la­bını qarşılayaraq dostları ilə dini təbliğat təşkilatı yaratsa da, tez­liklə siyasətdən uzaqlaşıb yaradıcılığa gələn, ekran sənəti haq­qında tam təsəvvürü olmasa da, 1984-cü ildə ssenari müəl­lifi və rejissor kimi debütünü çəkən Möhsen Məxməlbaf adı "Qurani Kərim"in "Təhrim" surəsinin səkkizinci ayəsindən gö­tü­rülən "Əsl tövbə" filmində ölüb dəfn mərasimində dirilməklə inqilabçı, sonradan müharibədə şəhid olacaq dindar dostu usta Yəhyanın məsləhəti ilə axirəti düşünən bank məmuru Lütvəli xanın (Fərəcullah Sərəhşur) timsalında dini mövzunu qabardır. Ailə dramı ilə qara komediya və hətta fantastika janrlarının qarışığından ibarət, mövzu xatirələrin lüzumsuz təkrarlandığı iri planların məntiqsiz halda növbələndiyi, bütövlükdə nəzəri müddəalara cavab verməyən bu filmdə haram yolla qazandığı var-dövlətini qarınqulu kürəkəni Cavadla əhlikef oğlu Əkbərə deyil, yaşı ötdüyündən iştirak edə bilmədiyi müharibədə qələbə naminə xərcləyən, qarşılarında günahkar olduğu yoxsullardan halallıq almaq istəyən Lütvəli xanın küçədə uzanıb gedən kanalizasiya arxına düşməklə çirkaba batması şərin real cəz­a­sını şərtləndirir. Ehtiramla adı çəkilən Ayətullah Xomeyninin portretinin ekranda görünməsi, vaxtilə Həzrət Əlinin də önəm ver­diyi "Kumel" duasının məsciddəki mollanın dilindən səs­lənməsi, Lütvəli xanın elə oradaca yaşayan islamçı oğlu Əsgərə qoşulması filmin rəsmi sifarişə uyğunluğunu göstərir. İlk işilə dini mövzudan uzaqlaşan Möhsen Məxməlbafın ölkənin həbsxanalarındakı siyasiləşmələrdən bəhs edən avto­bio­qrafik "Baykot" (1985) filmindən sonra lentə aldığı, doğuluş, həyat, ölüm kimi üç novelladan ibarət "Xırdavatçı" (ssenari müəllifi Möhsen Məxməlbaf, Alberto Moravia. 1986) ekran əsərində rejissorun tədricən cilalanan, sadəlövh yozumlu parlaq istedadı daha geniş miqyasda təsdiqlənir. Birinci novellada şəhər kənarındakı gecəqonduda yaşayıb şikəst uşaqları olan, təcili yardımla xəstəxanaya çatdırılan Haniyənin dünyaya yeni körpə gətirməsinin inəyin balalaması ilə paralel montajı insan amilini diqqət mərkəzində saxlayır. Ka­sıb­lıq ucbatından doğulan körpədən xilas olmaq istəyən vali­deynlərin əlillərin yaşadıqları internat mühitindən dəhşətə gəl­mələri xəstə uşaqların silsilə portretləri ilə həllini tapır. Həsir zənbildəki körpəni küçədə, ziyarətgahda və hətta məscid­də na­maz qılanların qarşısına qoyan valideynlərin nəticə hasil edə bil­məmələri sanki çıxış yolunun qapandığını vurğulayır. Kör­pəni bulaq başında qoyub qaçan valideynlərin qeyzli adamlar tərəfindən cəzalanmaları kütlə ilə fərdləri qarşılaşdırır. Sonda varlı bir ailənin iri çarhovuzun yanına qoyulan körpənin əlillərin yaşadıqları internat mühitində peyda olması vəziyyətin çıxıl­mazlığını şərtləndirir. İkinci novellada əlil arabasına pərçimlənən hərəkətsiz xəstə anasına baxan kişinin küçədəki hay-küylü adamların başlarına su tökməsi, iri təbili döyəcləməklə, şeypur çalmaqla onlara daxili müqavimətini göstərməsi kütlə ilə fərdləri yeni bir mühitdə qarşılaşdırır. Əlil arabasındakı xəstə anasını eyvanda qoyub dükandan ərzaq alıb qayıdan kişini avtomobili ilə vuran sürücünün aradan çıxması, kiminsə onun saatını qolundan aç­ması, təcili yardımdakılar tərəfindən soyulub yola atılması küt­lənin amansızlığını göstərir. Birinci novelladakı valideynlərin küçəyə dağılan ərzağı yığması müxtəlif personajları eyni mü­hitdə birləşdirdikdən sonra eyvandakı ananın gözünə görünən toy karvanından oğlunun "mən xoşbəxtəm" deyən səsini eşit­məsi və evinə qayıdan yaralının güzgüyə baxmaqla zar-zar ağ­laması vəziyyətin çıxılmazlığını yenidən təsdiqləyir. Qoyun cəmdəkləri arasından görünən, şıdırğı alver gedən bazarda həbs olunaraq avtomaşın qəbristanlığında üç təkərli, üstüörtülü motosiklə oturdulan Abbas Zabulinin dəfələrlə göz­ləri qarşısına gətirdiyi ölümünün sonda reallaşması əvvəlki no­vel­laların müşahidə metoduna yad olan yeni bir iş prinsipini üzə çıxarır. Bütün novellalarda təzahür edən saatın sonda uzaq­laşan avtomaşının arxasında da görünməsi təhtəlşüurun təza­hürünə çevrilən sürrealizmi struktura qoşmaqla müəllif eksperementini səciyyələndirir. İran-İraq müharibəsində ağır yaralanmasına baxmayaraq, evləndikdən sonra yenidən cəbhəyə dönən gənc barədə "Xeyir-dualı kəbin" (1988) filmindən sonra Möhsen Məxməlbafın Vittoriya De Sikanın "Velosiped oğruları"ından ilhamlanaraq öz ssenarisi əsasında islam əxlaqı ruhunda çəkdiyi "Velo­si­ped­çi" ekran əsərində (1989) ölüm ayağında olan arvadının müa­licə xərcini ödəmək üçün sirkdə çalışan dostunun məsləhəti ilə bir həftə ərzində gecə-gündüz davam edən əzablı velosiped m­a­r­a­fonuna qoşulmaqla xəstələrdən, məzlumlardan ibarət azar­keş­lərinə ruh verən, onu cəsus zənn edən təhlükəsizlik mə­mur­larının şübhələrinə, uduşuna pul qoyanların təhrikinə məruz qalan əfqan qaçqını Nazimin vaqeələri təsvir olunur. Əcaib mənəvi mühitli, əyalət miqyaslı bu yarışda qalib çıxması na­mi­nə oğlunun onu gedə-gedə yemləməsinə baxmayaraq Nazimin mənzil başına çatıb-çatmayacağının sual altında qalması gələ­cə­yə ümidsizliyi vurğulamaqla mövzu baxımından Sidni Pol­la­kın "Yorğun atları güllələyirlər, deyilmi?" ekran əsərinə yaxın­laşan bu filmin Rimini festivalının baş mükafatına layiq görül­məsi müəllifini daha ciddi xarici kinofestivallara səsləyir. Möhsen Məxməlbafın senzuranın olmadığı Türkiyədə yerli aktyorların iştirakı ilə çəkdiyi, İranda ailə sədaqətsizliyi, haramçılıq kimi ibtidai təfəkkürlə bağlı nadanlıq probleminə toxunan, eşitmə qüsurlu yaşlı qocanın haçansa itirdiyi quşu park­da axtararkən yad kişi ilə gördüyü qadını öldürən ərin məh­kəmə qərarı ilə dənizdə batırılmaq yolunu özü seçməsi "Eşq növbəsi" (1990) filminin məzmununu, bu olayın üç müx­təlif versiyasının təkrarlanması isə formasını təqdim edir. "Fəcr" kino festivalında nümayiş olunduqdan sonra ölkəsindəki beş illik qadağadan sonra Kannda göstərilməsi müəllifin sosial mövzulara marağını artırır. Möhsen Məxməlbafın öz ssenarisi əsasında 1992-cı ildə lentə aldığı, "Bir dəfə kinoda" (Nəsrəddin şah kino ulduzudur) filmi növbəti ekran eksperimenti kimi müəl­lifin durmadan öyrəndiyi kinonun möcüzələrinin açılışına yönəldi. Mövcud kinoxronikanın ötən əsrin əvvəllərində şah sarayının həyatını əks etdirən sənədli materialların yeni yozu­ma tabe etdirilməsi xalq teatrı ənənələrindən, mistik tamaşa es­te­tikasından, kinonun texniki imkanlarından yerli-yerində isti­fadə dramaturji və bədii cəhətdən özünü doğrultmaqla rejissor fan­taziyasının genişliyini də təsdiqlədi. İlk kadrda bağda skamyada oturmuş sevgilisi Gülnarın əks olunduğu güzgü da­şı­yan arabanı çəkib aparan rejissorun zaman-zaman qəzəbə gəl­məklə başını belə itirmək təhlükəsi ilə üzləşməsi acı sənətkar aqibətini ustalıqla göstərir. Ekranda sevgilisini dartıb qalaya çəkərkən rəqiblə də döyüşə girən qəhrəmanın əlindəki kəndirin sürtülməsi ilə Gülnar adlı qızın saraya düşməsi zaman-məkan şərtiliyini cəsarətlə pozur. Beləliklə, kinematoqrafa nifrət edən şahın ekranda görüb vurulduğu Gülnarı zorla sevgilisindən ayıraraq xacənin idarə etdiyi, bütün günü özləri ilə məşğul olan səksən dörd arvadından ibarət hərəmxanasına salması filmin mən­sub olduğu komediya janrını nizamlayır. Yeni zövcəsi ilə otur­duğu kəcavədə nökərlərin çiynində şahın da gətirildiyi mey­danda kiminsə, hətta, ulağı ilə birgə film seyr etməsi ko­mizmi artırır. Nümayiş olunan filmdə qarının əlində tutduğu iy­nəni uzun-uzadı saplaya bilməməsi, şahın əmri ilə ekrana gi­rən Xacənin belə bu işin öhdəsindən gələ bilməməsi ilə ham­ı­nın yatması, yuxuluyan nökərlərin kəcavəni əllərindən sal­ma­ları, tamaşaçıların dağılışması komizmi psixologizm və absurd elementləri ilə zənginləşdirir. Tədricən üslub şərtiliyinin geniş vüsət aldığı bu ekran əsərində şah dövrünün zorakılığı təbliğ edən qərbsayağı filmlə­rindən parçaların ekrana gəlişi arxaizmi sanki pozsa da, növbəti epizodlarda Bəhram Beyzayenin sevgilisi Atefeh uğrunda, onu şagirdlərinin gözü qarşısında döyən qəssab Rəhim ağa ilə mə­nə­vi mübarizəsində müəllim Hikmətinin qalib çıxmasını əks et­dirən "Leysan" (1971), Daryuş Mehrcuyinin "İnək" filmlə­rinə ekskurs balansı ustalıqla tarazlaylr. "İnək" filmində Nəsrəddin şah rolunun ifaçısı İzzətulla Entizaminin aktyorluq imkanından hərtərəfli istifadə səmərəli nəticə verir. Ekranda Cəfərin rejis­sor­luğu ilə "İnək" filmindəki Məşədi Həsənin rolunu məşq edən Nəsrəddin şahın ona müraciət edən əyyanlarına: "Mən qibleyi aləm deyiləm, Məşədi Həsənin inəyiyəm" cavabı kino­nun ecazkar gücünü real, dəqiq, inandırıcı detallarla göstərir. Audiovizual sənətin sirli imkanlarının tərənnüm olunduğu filmin finalında hakimiyyətindən, hərəmxanasından, iki yüz öv­ladından vaz keçərək atlanıb saraydan qaçmaqla, güzgü daşı­yan arabanı çəkib aparmaqla aktyorluğa qurşanan Nəsrəddin şahın əsarətinə düşdüyü kinonun sehirli mahiyyəti təsdiqlənir. 1992-ci ildə Karlovıy Vara festivalında münsiflərin mü­ka­fatını qazandıqdan bir il sonra "Qacarilər sülaləsinin ob­razları", "Daş və şüşə" kimi qısametrajlı filmlər üzərində çalışan Möhsen Məxməlbafın "Aktyor" filmində dramatik rollara çəkilmək arzusu ilə yaşayıb məişət komediyalarında oyna­yan­ların sənət yanğısından söz açılır. Möhsen Məxməlbafın öz ssenarisi ilə folklor motivləri əsasında çəkdiyi, təsvir rəngarəngliyilə seçilən neoprimitivizm cərəyanındakı "Gəbə" (1995) filmi müəllifini İran kinosunun dünyada tanınan parlaq simalarından birinə çevirdi. Audio­vi­ziual təsvirin dramaturji materialdan daha çox rənglər əsasında qurulduğu bu filmdə ornamental xalça naxışlarının yaranışı əsrarəngiz peyzaj daxilində qarı ilə qocanın çayda üzərindən su axan xalçanı kimin yuyacağı barədə mübahisələrinin şeirlə təq­dimatı təəssüratı gücləndirir. Deyişməklə xalçadakı təsvirləri vəsf edən qoca ilə qarının söhbətinə qarışan milli geyimli qaşqay qızının cavanlıq mücəssəməsi kimi bu iki yaşlı insanın sevgi tarixçəsini çözməsi məhz xalçanı paralel və əks perspektivli naxış məkanı prinsipində həll edir. Beləliklə, qa­rının gəncliyini təmsil edən qızla, canavar ulaması ilə hadi­sə­lə­rə qoşulan sevgilisinin qocanın oğlan çağını səciy­yələndir­mə­si paralel və əks perspektivli naxış müstəvisində bəyan edilir. Əmisi şəhərdən gəlincə qızının sevgilisinə qovuşmasına mane olan atanın şərin təcəssümünə çevrilməsi, nağıl təhkiyə­sini, folklor ziddiyyətini önə çəkir. Güllü pərdələrlə bəzənmiş sinif otağında əminin simasında rəngləri öyrədən müəllimin qırmızı lalələri, kəhrəba, buğda dənələrini tutan əllərinin göy, dəniz sözləri səslənməklə mavi, lacivərd rənglərə boyanaraq Günəş kimi saralması filmin təsvir dilinin kodlarını neoprimitivizm cərəyanında açır. Köçəri həyatının məğzində duran, elatın yaylağa qalx­ma­sının rəng ahəngi çərçivəsində təqdimatı fonunda şəhərdən qa­yı­dan əminin gəlişi ilə nənənin dünyasını dəyişməsi nağıl mo­de­l­ini bir daha üzə çıxarır. Nənənin dəfn olunduğu otlağın fo­nun­da göyə, sarıya boyanmış bir cüt əlin peyda olması rəng se­mantikasının struktura qoşulmasını uğurla davam etdirir. Sürü­nün arasından keçərək qardaşının, eybəcərliyinə görə əzab çək­diyi arvadı Səkinəyə üz tutan əminin rəngbərəng geyinmiş yed­di uşağa qarışması boyaların ahənginin dinamikasını yaradır. Ailənin simvoluna çevrilən ağac altına toplaşanların fonunda danışılan hekayətdə kimsə doğulanda və ya dünyasını dəyi­şən­də rəngbərəng lentlərin budaqlara bağlanıldığının bildirilməsi rəng çalarlarını mistik təxəyyüldə də zənginləşdirir. Hər nəvə­sinin, budağının yerini bilən nənənin artıq dünyada olmaması gözlənilən yaddaşsızlıq təhlükəsini üzə çıxarır. Səslənən ağı üzə­rində toxunan xalçanın naxışları ilə pəncərənin çölündə can­lanan çəmənliyin rəngbərəng çiçəklərinin mis qazanlara atıl­ması yeni dəyər qazanan gözəlliyin yaranış prosesinin bədii həllini verir. Qızın özünün deyil, əmisinin toyu barədə informasiya üzərində rəng silsiləsinə cikkildəşən sərçələrin də əlavə olun­ma­sı palitra çalarının audiovizuallığını dolğunlaşdırır. Buğda­nın rəngi ilə boyanan sərçənin əminin əlində bülbülə çevril­məsi, ulağın naxışlı palanı üzərində rəngbərəng xoruzların pey­da olması şərti audiovizuallığın dinamikasını artırır. Əmi­nin yuxusunda gördüyü bulaq başında bülbül kimi cəh-cəh vuran, azəri türkcəsində bayatı söyləyən gözəli axtarıb tapması filmin folklor modelinin irreal istiqamətini nizamlayır. Çiçəkli çə­mən­də lalə, nərgiz, qərənfil dəstələri qaynadılan mis qazanlardan əlvan ipliklərin çıxması toxucu hanaları fonunda rəngbərəng yay­lıqlarla rəqs edənlərin naxışlara çevrilərək axar su altında bərq vurmaları, canlı-cansız aləmin qovşağını yaratmaqla rejis­sorun peşəkar üslub cəbbəxanasının zənginliyini nümayiş etdirir. Toydan sonra köç yaylağa qalxsa da, əminin gənc xanımı ilə qalıb bal ayını keçirəcəyi məkanın allı-güllü ipliklərlə bə­zənməsi kadrdaxili rəngarəngliyi artırmaqda davam edir. Hələ də, canavar kimi ulayan sevgilisinə qovuşa bilməyən qızın ye­ni­dən atasının diktəsi ilə anasının növbəti uşağ doğmasını, kö­çün gur çaydan keçməsini gözləməyə vadar edilməsi, üfürülən tu­luqların bağlandığı bərələrdə qoyun-quzunun, mal-heyvanın çaydan keçirilməsi fonunda inləyən ananın doğuşa hələ də ha­zır olmaması nağıl modelinin dramaturji ziddiyyətini yenilən­dirir. Köç çayı keçərkən at belində toyuğun uşağın ovcuna yumurtladığı yumurtanın qıza ötürülməsi təbiətlə insan qovşa­ğı­nın dinamik həllini verir. Qocanın "həyat rəngdir" kəlmə­lə­rini, oğlanın qeybdən gələn səsinin təkrarlanması, qızın "sevgi rəngdir" sözlərinə toplaşanların "qadın, kişi, uşaq rəngdir" əlavəsi müəllif mövqeyini bəyan edir. "Mənə uşaq doğmadır"- deyib ağlamsınan qocadan üz döndərən qarının əvəzinə, gənc qızın uzatdığı yumurta həyatın ilkin simvolunu səciyyələndirir. Qızın könlünü almaq istədiyi qocaya ərə getməyə hazır olduğunu bildirdiyi məqamda qarının "Bu da sənə uşaq" deyib çiynində gətirdiyi çəpişin təsvirinin xalçada əksini tapması sim­volu yeni kontekstdə təzələyir. Həyat rəngdir deyərək əlindəki rəgbərəng ipliklərlə iri plandakı sifətini qapayan əmi "Ölüm...." dedikdə kadrın qaralması cavabı texnoloji təsvir he­sa­bına yaradır. Qaraltıdan səmaya şığıyan şahin quşundan sonra qırxılaraq yununa bələnən qoçun təsviri maraqlı sim­volların sırasını artırır. Atası, anası və əmisinin gəlini həkimə göstərmək üçün şəhərə getdiklərini deyən qızın göz yaşları içərisində, yana-yana vüsalı uzadan bu səyahətə dözmədiyini söyləməsi, kiçik bacısı Şölənin çəpişlə birgə itməsi nağıl modelini bir daha ortaya atır. Uşaqlara, heyvanlara baxan qızın çəpişlə sıldırım qayadan uçu­ru­ma yuvarlanaraq sanki şahinin süzdüyü səmaya uçan bacısını "Şölə" deyib haylaması, qara yumağın digər əlvan rəngli kələf­ləri sıxışdırması, toxunulan xalçada qara ilmələrin peyda ol­ması həyat-ölüm ziddiyyətini boyalar qarşıdurması hesabına üzə çıxarır. Və şərti audiovizuallıq gərginləşdikcə ölüm-dirim mə­sələsi kainatın əbədiliyinə qovuşur. Başında daşıdığı boğ­ça­dan çıxardığı rəngbərəng kəlağayıları qarlı yamaclara düz­mək­lə canavar kimi ulayan sevgilisinə nişanə qoyan qız hadisəliliyi təsviri zənginləşdirməklə zinətləndirir. İsti nəfəsini şaxtadan donan əllərinə hopduraraq sonuncu rəngli yaylığını qarlı dağ yamacına sərən qızın gözünə görünən qoşa alov yeni simvolik ünsür kimi təsvirə qoşulur. Şölələnən alovun fonunda alaçıqda yerə döşənmiş xalça-palaz arasında yatmış ailənin içərisində tək oyaq qızın həyəcanı tamaşaçıya da sirayət edir. Daxili monoloqunda ölmüş nənənin şərəfinə toxunulan xalçanın hazır olması ilə atanı sakitləşdirəcəyinə söz vermiş əminin tövsiyyəsilə qaçmağa hazır olduğunu bildirən qızın bu imkandan istifadə etmək iqtidarında olmaması uğurlu saspens yaradır. Canavar kimi ulamaqla daha dözə bilmədiyini göstərən qoca əlindəki çubuqla alma ağacından asılmış bəy-gəlin xalçasını döyəcləyə-döyəcləyə yalvarışları ikiləşən personajları bir müstəviyə gətirir. Quzunun doğuşu məqamından həmən sonra ana qoyunun torpağı eşən ayağı ilə ilmələri sıxan həvənin alqoritminin eyniləşdirilməsi texnoloji prosesin təbiiliyinin arxitekturasını yaradır. Ayağa qalxan quzu ilə birgə dikələn qı­zın qaçmağa qərar verməsi, sevgilisi ilə atlanaraq rəngli yu­maq­ları qoluna dolayan əminin baxışları altında gözdən itməsi, tü­fəng­dən açılan güllələrlə anasını yalayan quzunun səksən­mə­si nağıl sonluğunu yaxınlaşdırır. Silahlı atanın at belindən yerə atdığı, dəfələrlə açılan mavi bəy-gəlin xalçasının axar suyun altında qalması, üzərindən sarı-qırmızı almaların üzməsi ilə rəng həlli yenidən önə çəkilir. Və qocanın qarısına ona qoşulub qaçmağı təklif etməsi məqamında qızın daxili monoloqunda əslində onu öldürməyən atasının sadəcə canavar ulamasına reak­siya verməməli olan kiçik qızların gözlərinin odunu almaq istədiyinin üzə çıxması nigaran tamaşaçı üçün təsəlliyə çevrilir. Son­rakı qırx il ərzində bülbül səsinin, bulaq şırıltısının eşidil­mə­diyinin bildirilməsi, reallığı geriyə qaytardıqca ailə xalçasını örtən axar su üzərindəki titrlər əlvan nağıllı bu filmi başa çat­dırır. Məhz xalça estetikasının kinoya tətbiqi sayəsində ömür­lərini başa vurmaqda olan qoca ilə qarının keçirdikləri həyat yolunun rəng həlli ekranı zənginləşdirir. "Kinossenari" jurnalının 2000-ci il ilk sayındakı "So­nuncu aslan" məqaləsində Möhsen Məxməlbafın: "Əlli inqilab belə İran mədəniyyətini dəyişə bilməz... Bu amansız mədəniyyətdir: valideynlər övladlarını, hakimiyyət isə əhalisini cəzalandırır."- fikrini xatırlayan kinoşünas Andrey Stepanoviç Plaxovun: "Məxməlbafın bütün filmləri insanın zəifliyini deyil, ləyaqətini, alicənablığını göstərir. İran kinosunun Qərbdə popul­yarlığının, yüksəlişinin səbəbi məhz budur. Məxməlbafın sonuncu üç filmini məşhur fransız prodüseri Marin Karmitenin maliyyələşdirməsi təsadüfi deyil. Məxməlbaf deyir ki, onlar daim axtardıqları pozitivliyi burada, Şərqdə tapmağa ümid edirlər. Həyatı bər-bəzəkli göstərməyən İran kinosu dözümlülüyü və özünəməxsus dramatizmi ilə gözəldir." (31) qənaəti mübahisəyə yer qoymur. Dünya kinosunun yüz illiyi ərəfəsində Möhsen Məx­məl­ba­fın öz ssenarisi əsasında 1996-cı ildə lentə aldığı "Salam si­ne­ma" filmi elana əsasən studiyaya gələn minlərlə insanın ka­mera qarşısında durmaq, ekranda görünmək istəyi üzərində qu­ru­lur. Studiyanın həyətinə hücum çəkən insan kütləsinin qeydə alınaraq seçilməsi və şəxsən Möhsen Məxməlbafın özünün həyata keçirdiyi çəkilişdə iştirakı filmin strukturunu yaratsa da, dəqiq ssenarinin yoxluğu həmən nəzərə çarpır. Studiyaya gə­lən­lərin dünya kinosunun Kir Duqlas, Harrison Ford, Alen De­lon, Merlin Monro, Tom Devis, Arnold Şvartsneyger, Pol Ney­man kimi ulduzlarını, İran, Hindistan aktyorlarını kamera qarşısında canlandırmaq istəyənlərin portretlər qalereyası ilkin­li­yi və rejissor yozumunun sadəlövhlüyü ilə diqqəti cəlb edir. Möhsen Məxməlbafın barmağını tuşlayaraq "güllələdiyi" kəs­lərdən yıxılıb "ölməyi", mahnı oxumağı, gülməyi, ağlamağı tələb etməsi oyun elementi yaratsa da, dramaturji əhəmiyyət kəsb etmir. Yəqin ki, assistentlərin məsləhəti ilə özünü korluğa vurub filmdə taleyini oynamaq istəyən gəncin "sirrinin" Möhsen Məxməlbaf tərəfindən faş edilməsi, çəkiliş qrupunun Zeynal adlı aktyor üzvünün kamera qarşısında ağlamaqda mə­harət göstərməsi yalnız ayrıca etüd kimi maraqlı görünür və nədənsə: "Bizim artist təbiətinin öz yaradıcı qanunları vardır ki, onlar bütün ölkələrin, zamanların, xalqların insanlarına va­cib­dir." (35) - kəlmələri ilə insanların aktyor sənətini kütləvi şəkildə öy­rənməklə bir-birlərilə daha fəal ünsiyyətə girə biləcəyini vur­ğulayan K.S.Stanislavskinin səhnədə ağlamağın gülüş doğur­ması, "əsl sənət gülə-gülə ağlatmaqdır" fikri yada düşür. Filmə çəkilməklə viza alaraq xaricdə yaşayan sevgilisinə qovuşmaq istəyən qız, maddi vəziyyətini düzəltmək naminə oğlanlarını da çəkilişə sövq edən ata, sənətin və ya insanlığın öndə olması ba­rə­də qəti qərara gəlməyən rəfiqələrlə rejissorun söhbəti gerçək­liyiт deyil, ani, dəyişkən yaşantı prinsipinin növbələşməsini təqdim edir. Studiyadan çıxıb getsələr də, rejissorun tapşırığı ilə Zeynalın geriyə qaytardığı rəfiqələrin bir epizodda çəkilişi idarə etmələri nəhayət ki, keyfiyyət dəyişkənliyi yarada bilsə də, finalda çəkiliş qrupunun kamera ilə xudafizləşib getməsi lüzumsuz görünür. 1996-cı ildə Münhendə "ən yaxşı sənədli-oyun filmi" mükafatına layiq görülən bu film tezliklə daha mötəbər kino­fes­tivallarda uğurlar qazanacaq Möhsen Məxməlbafın növbəti sənət eksperimentinə çevrilir. Möhsen Məxməlbafın həyatının iyirmi il əvvəlki hadisə­sini əks etdirən avtobioqrafik "Çörək və güldan" (1996) fil­mi­nin ilk epizodunda səslənən azanın fonunda rejissorun özünü yaşıl qapı arxasında axtaran kəsin onun kiçik məktəbli qızına mək­tub uzadıb getməsi ekspozisiya yaradır. Hələ şah zama­nında inqilabçı Məxməlbafın bıçaqladığı gəncin silahlı polisin iyirmi il sonra filmində çəkilmək istədiyi rejissora hədiyyə kimi yun corablar gətirməsi, yaşıl qapı arxasında itən çarşablı qızcığaza niyyətini söyləməsi, faktın bədii hadisəyə çevrilmə­sinə təkan versə də, Məxməlbafın vaxtilə "insanlığı xilas etmək istəyən" gəncliyini oynamaq istəyinin üzə çıxması, baş qəhrə­ma­nı oynayacaq keçmiş polisin zahiri əlamətlərinə üsyan edil­məsi fabulanı dolaşıq ziddiyyətdə aşkarlayır. Uzun planların növbələşməsi fonunda gedən dialoqlardan əlavə ekranda görü­nən yazılı titrlərin lal kino estetikasını qoruması məntiqi cəhət­dən əsaslandırılmasa da, rejissorun diktəsini qəbul edərək taleyi ilə barışan qəhrəmanın istəmədiyi aktyorun gəncliyini oyna­ma­ğa razılaşması, Kerq Duqlasdan, Con Forddan, Sofi Lorendən da­nışan dərzinin tapıb çıxartdığı polis paltarını geyinərək keç­miş yaşantılarına baş vurması zaman həllini paralel müstəvidə təqdim edir. Məşq zamanı qapısını qoruduğu generalın gözəl qızına baxmayıb yalnız silahını qorumaq tapşırığı alan gənc po­lisin təlimdən sonra sevgi macərasını xatırlaması ilə Məx­məl­bafın vurduğu bıçaqla gələcək həyatının da təsvirə qoşulması üç zaman parametrini paralelləşdirir. Üzü görünməyən rejissor Məxməlbafın söhbətində bıçaq­lanan polisin gül vermək istədiyi, diqqətini yayındırmaq üçün qardaşına kömək edən qızın onun bacısı olduğunu bildirməsi do­laşıq ziddiyyət yaratmaqla qavrayışı çətinləşdirir. Bacısı qızı Məryəmə filmdə anasının gəncliyini oynamağı həvalə edən rejis­sor yalnız ümumi və arxa planlarla təsviri və mətni önə keçirməklə şəhərin qədim memarlıq abidələrinin fonunda mü­hiti açır. Oynayacağı filmdə özü üçün "Bəşəriyyətin anası"nı ax­taran gənc Denaunun çarşablı bacısı ilə dialoqu dünyəvi problemlərin utopik həllini önə çəkir. Filmdə polisi tərksilah etməklə götürəcəkləri silahla bank yararaq oğurlayacağı pul ilə Afrikada çiçək əkməyi, kasıblar üçün çörək almağı düşünən Denau özünü utopik qəhrəman kimi hiss edir. O zaman qızın ona həqiqətən vurulduğunu düşünərək, bu günə qədər evlən­mə­dən ona bənzər digərinə xoş gəlmək üçün aktyorluğu seçdiyini bildirməsi dolaşıq ziddiyyəti artırır. Nəhayət ki, çəkiliş məqa­mında bıçaqlanacaq polisi yandırmaq məsələsinin düşünülməsi gerçəklik anının açılışına yönəlir və təklifi edən keçmiş polisin "Anam öləndə bir kimsə gəlmədi" deyərək aparılan cənazəyə yardım edərkən gənclik personajının da gülü və saatı divar di­bi­nə qoyub ona qoşulması şərtiliyi artırır. Gənc polisin Günəş şüası altına qoyduğu gül dibçəyini itirməsi və çarşablı qadınl­a­rın birində tapması əşyaya yeni status verir. Məxməlbafın gənc­liyini oynayacaq oğlanın cinayət aləti olan bıçaqdan im­tina edərək bəşəriyyətin digər yolla xilası təklifini verməsi tərəddüdü göstərir. Dibçəkdəki gülün üşüməsi faktının önə çəkilməsi zərifliyin qorunması niyyətini vaxtaşırı xatırladır. Akira Kurosavanın "Rassemon" filminin strukturunu xatırladan filmdə qızın gənc Məx­məlbafla əlbir olduğunu bilən yaşlı polisin daxili üsyanı ger­çək­liyə qarşı yönəlir. "Həqiqət anı"nda dünyası dağılan yaşlı polisin həyatının iyirmi ilinin oğurlanması, daxili üsyanı ümu­mi hadisəsiz planlar üzərində işıqlandırılan məscid, bina, pey­zaj, aylı gecənin verilməsi filmi radioteatra çevirir. Növbəti məşq­də şərti qızın polis tərəfindən güllələnməsi daxili üsyanın audiovizual həllini verir. Filmin son kadrında növbəti dəfə "saat neçədir?" sualı verildikdə gül dibçəyi ilə çörəyin ekrana gəlməsi bəşəriyyətin yalnız qidaya, ərzağa və nəvazişə ehtiyacı olduğunu vurğulayır. "Çörək və güldan" filmini senzuradan qorumaq üçün 1996-cı ildə evini sataraq bankın borcunu qaytaran Möhsen Məx­məlbafın həmin ildə ərsəyə gətirdiyi "Günahsızlıq mə­qa­mı" ekran əsəri isə sənədli mühitin tətbiqi ilə yadda qaldı. Möhsen Məxməlbafın öz ssenarisi üzrə 1998-ci ildə çəkdiyi, Fransa, İran, Tacikistanın birgə istehsalı olan "Sakit­lik" filmində atası Düşənbədən Rusiyaya qazanc ardınca gedən Xurşud adlı asiyalılara bənzəməyən kor oğlanın anasını və özünü dolandırmaq, kirayələdikləri evin pulunu ödəmək na­minə müharibədə oğlunu itirən acıqlı sahibkarın emalat­xa­na­sın­da musiqi alətlərini kökləməklə məşğul olması parlaq sim­vollarla təqdim oluna bilir. Dünya işığına həsrət qalsa da, səs duyumunun gücü ilə arının gül-çiçəkdən və yaxud çirkabdan şirə çəkdiyini vızıltısının ahəngindən bilən Xurşudun bazardakı qızlar arasından birisinin səsinə aldanmaqla aldığı boyat təndir çörəyini gilasla yeməsi səsin aldadıcı xislətini də üzə çıxarır. Qoca sahibkarın himayəsindəki, qulaqlarına qoşa gilas asan, Xurşud tarı, rübabı kökləyərkən rəqsindən qalmayan Səadət adlı qızcığazın görməyən dostunun xırda güzgüdəki təsvirini nəfəsini hopdurmaqla barmağının ucu ilə yaratması ünsiyyətin obrazını qabardır. Xurşudun kasıbçılıqdan təngə gələn anasının üz tutduğu göldə rastlaşdığı, balığın azaldığından, təqaüdünün azlığından öz dilində gileylənən rus kişinin bir kimsəsinin olmadığı vətəninə gedə bilməməsini də dilə gətirməsi mühitin sosial mənzərəsinə işarə vurur. Yeganə ziddiyyəti avtobusda tar çalan çoban papaqlı, qırmızı köynəkli türkmənin musiqisinin tilsiminə düşən Xur­şu­dun daim işə gecikməsi səbəbindən müharibədə oğlunu itirən acıqlı sahibkarla qarşılaşdırılması əsas ziddiyyəti yaratsa da, korluğuna baxmayaraq, gözəllikləri duya bilən oğlanın daxili dünyasını səciyyələndirən səsin önə keçməsi hadisələri mü­cər­rəd­ləşdirir. Kökdən düşmüş musiqi alətlərinin azyaşlı ifaçılarının dirijorunun sahibkar qocadan şikayətlənməsi əks mövzuya işlə­sə də, palçığa yıxılan Xurşudun əlindən düşən rübabın yağış damlaları altında səslənməsi maraqlı tapıntıya çevrilir. Nəğmə­sin­də canavar səsi çıxarmaqla itləri qızışdırıb qoyunları ür­kü­dən çoban papaqlı, qırmızı köynəkli türkmənin iki dostu ilə pulsuz, kasıb kirayənişinlərini qovmaq istəyən ev sahibini mu­si­qiləri ilə sakitləşdirmələri, Xurşudun dirijorluğu ilə düzəlt­dik­ləri qazanları döyəcləyən misgərlərin ritmik ahəngdə birləş­mə­ləri ilə bitən bu filmdə forma məzmunu kölgədə qoyur. Möhsen Məxməlbafın öz ssenarisi üzrə 2001-ci ildə çək­diyi, elə həmin il Kann festivalında münsiflərin xüsusi m­üka­fatına layiq görülən, Əfqanıstan ərazisindəki çoxillik müha­ribə­lərin fəsadlarını, daha dəqiq desək vaxtilə ruslara qarşı mübari­zə­də Qərbin yaratdığı taliban hərakatından doğan qadın proble­minə diqqət çəkən "Qəndahar" filminin daim yeniləşən hadisə­ləri hər beş dəqiqədən bir insan həyatına son qoyulduğu vurğu­lanan bir məkanda cərəyan edir. Kanadada təhsil almış jurnalist Nəfəsin (Nilufər Pazira) hələ uşaq ikən yaşamağın mümkün olmadığı ölkəsindən qaçarkən atasının xoruz döyüşdürənlərə başı qarışdığı mə­qamda tapdığı gəlinciyin partlamasından bir ayağını itirərək yaralarından qan axmaqla Əfqanıstanın simvoluna çevrilən bacısını axtarması bir ölkənin xilas yolunun tapılmasına cəhdin bədii modelini yaradır. Atası dünyasını dəyişdikdən sonra ölkə­sin­də tənha qalan şikəst bacısının, Günəş tutulması zamanı inti­har edəcəyini bildirdiyi, iki ay gecikən məktubunu almaqla di­gər qonşu ölkələrə cəhdlərdən sonra İran ərazisindən Nəfəsin Qəndəhara üz tutması əsas hadisəni yaradır. Belə ki, bacısının xilasını həyat məqsədinə çevirən Nəfəsin üç gündən sonrakı Günəş tutulması zanmanı intihar edəcək qızın xilası naminə həyatını təhlükəyə atması zaman parametri ilə gərginləşdirilir. Bir bölük ailəsi ilə qaçqın kimi İranda yaşadıqdan sonra doğma yurda qayıtması barədə birisinin arvadı kimi Qəndəhara üz tutan Nəfəsin xırda qız uşaqları ilə birgə üz-gözünü Günəşin belə qarşısına sədd çəkən tor pərdəli qara çarşaba bürüməyə vadar olması məhrumiyyətli həyatın başlanmasından xəbər ve­rir. Rastlaşdıqları talibanın bıçaq çəkməklə əlində olanları aldığı məqamda belə ailəsini qorumaq naminə durmadan şük­ran­lıq edən ailə başçısının İrana qayıtmaq niyyəti müşayiətçini ye­ni­ləşdirir və daxili monoloqlarını maqnitafona yazması dra­ma­tizmi artırır. Növbəti epizodda din dərsi keçən çoxsaylı uşaq­lar arasından qovulmaqla gündəlik yeməyini də itirən Naak adlı oğlana əlli dollar verməklə yoluna davam edən Nəfə­sin xilaskarlıq missiyası daim maneələrlə rastlaşmaqla tamaşa­ç­ı­nı gərginlikdə saxlayır. Səhradakı qadın skiletinin barma­ğın­dakı üzüyünü belə çıxararaq Nəfəsə satmaq istəyən Naak ehti­yacın yaratdığı rəzalətin mənzərəsini göstərə bilir. Və nə yaxşı ki, müəllif müşkülləri iniltilərlə deyil, acı gülüş doğuran riş­xəndlə, kinayə ilə təqdim etməklə sənət səviyyəsini yüksəldir. Özünün tarixçəsi ilə dramaturji funksiyasını yerinə yetirən Naakın yol üstündəki quyudan su içməklə halı xarablaşan Nə­fəsi çatdırdığı kasıb xəstəxanadakı qara dərili Həkimin xəstənin ingiliscə danışmasının heyrətləndirməsi uğurlu dramaturji maneə yaradır. Nəfəsin ulu tanrının axtarışı naminə vaxtilə rus­lara qarşı, həm də, puştun-tacik döyüşlərində vuruşmuş, aclıq­dan əzab çəkən əfqanlara tibbi yardım göstərməyə vadar ol­muş, pərdə arxasında oturub ağızlarını, gözlərini yarıqdan gös­tərən xəstə qadınlara xidmət göstərən amerikalı həkimin tim­sa­lında növbəti müşayiətçisi ilə rastlaşması mühitin təqdimatını dolğunlaşdırır. "Qırmızı xaç" cəmiyyətinin şikəstlərə protez ayaqlar pay­laması, minaya düşməklə ayaqlarını itirmiş arvadına ölçüsünə uyğun deyil, daha zərif protez seçərək özü ilə gətirdiyi gəlinlik libasından, ayaqqabılarından da istifadə etməklə rəqs edən əfqan kişisi məhrumiyyətin acı mənzərəsini ürək ağrıdan ko­mik boyalarla yarada bilir. Qılıncın, "Kalaşnikov avtomatı"nın meydan suladığı bu mühitdə şikəst insanların havadan atılan pro­tezlərə hücüm çəkməsi isə yuxuya bənzər sürrealist mən­zə­rə yaratmaqla problemin vizual həllini zənginləşdirir. Dərin­lə­şən mizan həllində kəsik qolunu yola tutaraq həkimin idarə etdiyi arabanı saxlayıb guya dünyasını dəyişən anası üçün aldı­ğı protezləri satmaq istəyən kişinin Nəfəsi Qəndəhara çatdır­mağa razı salınması sonuncu müşayiətçini struktura qoşur. Və Mikelanjelo Antonioninin "Peşəsi repartyor" filmində olduğu ki­mi mühitin irreallığının, məkan həllinin obrazlaşmasına rəvac verir. Beləliklə də, hadisələrin cərəyan etdiyi horizontal real­lığın metaforluğu personajlararası münasibətlərin qabardıl­ma­sına şərait yaradır. Nəfəslə sonuncu müşayiətçisinin səhrada rast­laşdıqları, mənbəyi görünən musiqi, qadın xoru hesabına vəba dövründə şənlik təəssüratı yaradan, yalnız zənənlərdən ibərət toy karvanının əlvan libasları kinoda təsvir rəngarəng­liyinin ustadı sayılan Möhsen Məxməlbafın peşəkar üslubunun təntənəsinə şərait yaradır. Finalda Nəfəsin talibanlar tərəfindən tutularaq həbs edilməsi, taleyi naməlum qalan bacının timsa­lında ölkənin də vəziyyətinin çıxılmazlığını göstərir. Beləliklə, Nəfəsin Əfqanıstanın cənubundakı Qəndahara qədər gəldiyi yolda gördükləri, filmin əsasını qurur və xüsusən "Qızıl xaç" cəmiyyətinin yaratdığı əlillər düşərgəsinə təyyarədən paraşütlə atı­lan süni ayaqlar repressiyalara qarşı çıxan əsas ideyaya yönələn acı gülüşü dəhşətli reallıqdan doğan fəlsəfi absurdun ob­razlı həllinə çevirir. Doğma yurdu tərk etmək məcburiy­yə­tində qalanların işığı, suyu belə olmayan sərhəd kəndinə yığış­ma­ları, adi insani məişətdən belə məhrum olmaları realist, par­laq boyalarla zəngin sənədli kadrlarda əks olunur. Möhsen Məxməlbafın öz ssenarisi üzrə 2005-ci ildə, məskunlaşdığı Düşənbədə yerli aktyorların iştirakı ilə ən az maliyyə məsrəfi ilə çəkdiyi, İran, Tacikistan və Fransanın birgə istehsalı olan "Seks və fəlsəfə" filmində qırx yaşı tamamlanan rəqs müəllimi Conun (Dəliyar Nəzərov) öz ad günündə bütöv ömrünün hesabatını verməsi əsas hadisəni, onun məşhur Əfqan müğənnisi Əhməd Zahirin səsi altında akkardionda çalıb-oxu­yan yaşlı kor kişi ilə xanımını ön şüşəsinin altında qırx şam yan­dırdığı avtomaşınına götürməsi musiqili dramaturgiyanı gündəmə gətirir. Davam edən musiqi xəttində Ələkbər Tağı­yevin "Atacaqdınsa məni, sevdin bəs nə üçün?", Əli Səmiminin "Ayrılıq" kimi doğma mahnıların da səslənməsi məmnunluq doğurur. Rəqqasə qızlarla məşq edən Conun mətnindən onun dörd sevgilisi ilə
2014-04-23
15,466
General “avtoş” məmur övladlarından danışdı
Yollarda ötüşmə ilə məşğul olan, avtoxuliqanlıq edən gənclərin məsuliyyətsiz hərəkətləri ictimaiyyətin qınağına çevrilməlidir. Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib. BDYPİ rəisinin sözlərinə görə, təhlillər göstərir ki, respublikada baş vermiş yol-nəqliyyat hadisələrinin 25 faizi sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən törədilir. O bu məsələdə övladlarına avtomobil hədiyyə edən valideynləri də məsuliyyətli olmağa çağırıb: "Ötən il 18 yaşı tamam olmamış, özünü sürücü adlandıran, lakin sürücülük hüquqi olmayan şəxslər tərəfindən törədilən hadisələr nəticəsində 21 nəfər ölüb. Valideynlər buna diqqəti artırmalıdırlar. Gənc övladına avtomobil alırlar. Övlad gecə saat 3-4-ə kimi evə gəlmir. Bu valideyn düşünmürmü ki, oğlum indiyədək haradadır? Bu insanlar gedib ötüşmə ilə məşğuldurlar, avtoxuliqanlıq edirlər, sərxoşluq edirlər. Bu gənclərin yollarda belə məsuliyyətsiz hərəkətləri ictimaiyyətin qınağına çevrilməlidir. Belə olmasa, təkcə polislə bunun öhdəsindən gəlmək, onları tənzimləmək olmaz". R.Zeynalov qeyd edib ki, respublikada yol polisi ümumilikdə 25 min km ərazidə xidmət göstərir. Amma yol patrul xidmətinə cəlb olunan polis əməkdaşlarının sayı isə cəmi 1700 nəfərdir. Ona görə də təkcə yol polisi bu problemin öhdəsindən gələ bilməz: "Gəlin baxaq görək, 1700 nəfər bu qədər yolda xidmət apara bilərmi? Bilməz. Yəni bu məsələdə ictimaiyyətin rolu güclü olmalıdır. Biz yol polisi olaraq bu qəzaların qarşısını təkbaşına almaq iqtidarında deyilik". İdarə rəisi toy karvanlarının hərəkəti zamanı baş verən qayda pozuntularına da münasibət bildirib: "Bəzən toy karvanlarının hərəkəti zamanı ciddi şəkildə yol hərəkəti qaydalarının pozulması müşahidə olunur. Toy karvanında gəlin gedir. Təbii ki, bizim üçün də uyğun olmur ki, gəlini yolun ortasında saxlayıb inzibati protokol tərtib edək. Toy karvanında gedənlər dərk etməlidirlər ki, bu cür qayda pozuntuları sonda faciə ilə nəticələnir". R.Zeynalovun fikrincə, ölkədə yol infrastrukturunun təkmilləşməsi ilə bağlı gedən işlərin hamısı qəzaların qarşısının alınmasına xidmət edir. Yollarda 4 minə yaxın müşahidə kamerası, radar qurğusu və digər texniki vasitələr var. Bundan əlavə, çoxlu piyada keçidləri tikilir. Bütün bunlar təhlükəsizliyə xidmət edən amillərdir. İdarə rəisi hesab edir ki, müasir texniki vasitələrin köməyi ilə qayda pozuntularının qeydə alınması böyük rol oynaya bilər: "Biz ötən il sürət həddinin aşılması ilə bağlı 299 400-dən, bu ilin ilk 3 ayı ərzində isə 60 mindən artıq belə qayda pozuntusu aşkar etmişik. Əlbəttə, bu göstəricilər sürət həddini aşan sürücülərin çox az bir hissəsini təşkil edir. Amma görün, bu nə qədər böyük bir rəqəmdir. Bunun hər birinin arxasında böyük faciə dayana bilər. Lakin təəccüb və təəssüflə qeyd edim ki, texniki vasitələrin qurulmasından, radarların çoxluğundan şikayət edənlər də var. Şikayət edirlər ki, polis filan yerdə gizli radar qurub. Yəni qaydanı poza bilməməkdən şikayət edir, bir sözlə, həyatının sığortalanmasından, təhlükəsizliyindən narazı qalırlar. Əgər biz radarın köməyi ilə kiminsə sürətlə gedib qəza törətməsinin qarşısını alır və onun həyatını qurtarırıqsa, bu pisdirmi? İnsanların bu məsələyə diqqəti artırmasına nail olunmalı, onların təhlükəsizliyinə xidmət edən yol hərəkəti qaydalarına riayət olunması ön plana çəkilməlidir". R.Zeynalov həmçinin bildirib ki, yollardakı qadağanedici yol hərəkəti nişanları necə gəldi yox, Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Yol hərəkəti təhlükəsizliyi komissiyasının rəyi əsasında və bir sıra təhlükəsizlik məsələləri nəzərə alınmaqla qoyulur: "Yollarda sürət həddini hərə istədiyi kimi 90 və ya 100 qoya bilməz. Həmin yolların hansı təhlükəsizlik tədbirlərinə cavab verdiyi nəzərə alınır. Yolun tam hamar, gözəl olması hələ o demək deyil ki, orada istənilən sürət həddi qoyula bilər. Burada təhlükəsizlik məsələləri var. Nişanlar yolun digər yollarla birləşməsi, yolun qoruyucu çəpərlərinin olması, ora birləşən yolların müvafiq qaydalarda birləşməsi, piyadaların, mal-qaranın oradan keçmək imkanının mümkün olub-olmaması nəzərə alınaraq qoyulur. Bəzən insanlar bunu qəbul etmir. Deyirlər ki, yol yaxşıdır, bəs niyə biz burada saatda 120 km sürətlə getməyək? Onda biz bu maşını niyə almışıq? Daha nəzərə almırlar ki, orada təsadüfən qarşıya çıxan hər hansı bir maneə ağır nəticələrə gətirib çıxara bilər. Bunların hamısı nəzərə alınmalıdır". R.Zeylanov Azərbaycan sürücülərinin avtomobili ölkə daxilində və xaricdə necə idarə etmələri arasında maraqlı müqayisə aparıb: "Biz bəzi sürücüləri ittiham edirik, onları mədəniyyətsiz adlandırırıq. Həmin sürücülər gedib Avropada da avtomobil sürürlər. Lakin maraqlıdır ki, sərhədi keçəndən sonra onların heç biri yol hərəkəti qaydalarını pozmur. Hamısı da o qaydalara ciddi riayət edir. Amma Azərbaycan ərazisinə daxil olan kimi nəqliyyat vasitəsini istədiyi kimi idarə etməyə başlayırlar". BDYPİ-nin rəisi yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması hallarının çoxluğuna da münasibət bildirib: "Təkcə ötən il yol hərəkəti qaydalarını pozduğuna görə 101 min piyada inzibati məsuliyyətə cəlb olunub. Bu az rəqəm deyil. Bu insanlar öz həyatını təhlükəyə, riskə atırlar. Bu, yolverilməzdir! Axı ömür insana bir dəfə verilir. Bu gün Bakı ən gözəl, müasir şəhərə çevrilir. Amma bu gözəl şəhərə xaricdən gələnlər görür ki, burada insanlar yolda haradan gəldi, necə gəldi keçirlər. Bizim haqqımızda, mədəniyyətimiz haqqında çox pis fikir formalaşır. Bir azərbaycanlı kimi bu bizi narahat etməlidir ki, bu hərəkətlərimizlə şəhərimizin, dövlətimizin adına ləkə gətiririk. Biz buna yol verməməliyik! Axı niyə elə hərəkət etməliyik ki, bizə mədəniyyətsiz desinlər?!" İnsanların yol hərəkəti qaydalarına riayət etməsi sahəsində biliklərinin artırılmasına çox böyük zərurət olduğunu deyən İdarə rəisi bununla əlaqədar görüləcək tədbirlərin genişləndiriləcəyini açıqlayıb: "Bununla bağlı həm dərs vəsaiti, həm də metodik tövsiyələr hazırlamışıq. Bu sahədə Daxili İşlər Nazirliyi geniş işlər aparır. Artıq hörmətli nazirimiz Ramil Usubovla bu barədə müzakirələr aparılıb və bu işin daha da genişləndirilməsini, müasir üsullardan istifadə edilməsini planlaşdırmışıq. Bu tədrisdə yol polisinin özü də iştirak etməlidir. İnsanların bu sahədə biliyinin artırılmasını kütləvi şəkildə aparmaq lazımdır. Buna böyük ehtiyac var. Hələlik bu sahədə görülən işlər kifayət qədər deyil. Burada görülməli işlər çoxdur. İnsanların maariflənməsi, yol hərəkəti qaydalarını öyrənməsi vacibdir" /Trend/.
2014-04-23
15,467
Üç ABŞ casusu tutuldu - Foto
Yəmən və ABŞ ordusu ölkədəki "Əl-Qaidə" qüvvələrini məhv etmək üçün böyük əməliyyatlar başladıb. "Axar.az" xəbər verir ki, Yəmən Daxili İşlər Nazirliyinin açıqlamasında ölkədə olan "Əl-Qaidə" qüvvələrini məhv etmək üçün təşkil edilən əməliyyatlarda çoxlu silahlı müavimətçinin öldürüldüyü bildirilib. Digər tərəfdən, Yəmən "Əl-Qaidə"si Amerika üçün casusuluq edən 3 adam tutduqlarını iddia edib. Edilən açıqlamada casusluq edib siqnallar vasitəsi ilə yerləri müəyyənləşdirib ABŞ-a məlumat verən bir təhlükəsizlik işçisini öldürdüklərini digər ikisini əsir götürdüklərini bildiriblər.
2014-04-23
15,468
Yanacaqdoldurma məntəqəsində partlayış: ölənlər var
Ukraynanın Kiyev vilayətinin Pereyaslavl-Xmelnitski şəhərində yerləşən yanacaq-doldurma məntəqəsində ötən gün baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Kiyev vilayəti administrasiyasının rəhbəri Vladimir Şandra bildirib. Bundan əvvəl partlayış nəticəsində 4 nəfərin öldüyü bildirilirdi. Fakt üzrə yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb.
2014-04-23
15,469
Elton Məmmədovun digər oğlunun da avtoşluğu yayıldı - Video
Oxuculardan biri "Musavat.com"a Bakıdakı şosselərdən birində bahalı avtomobillərin yarışının əks olunduğu videoçarx göndərib. Videoda avtomobillərin çox sürətlə hərəkət etdiyi görünür. Hətta, bəzi vaxtlarda sürət saatda 260 kilometrə qədər çatır. Videonu redaksiyamıza göndərən oxucu iddia edir ki, videoda dövlət nömrə nişanı (10-AZ-458) aydın şəkildə görünən "Mersedes S class" avtomobili nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Elnura məxsusdur. Qeyd edək ki, video YouTube portalına ötən ilin noyabrında yüklənib. İki gün əvvəl Elton Məmmədovun digər oğlu - Aynar Məmmədovun da "avtoş"luq görüntüləri yayılmışdı. Lakin nəqliyyat nazirinin qardaşı həmin avtomobilin onun oğluna məxsus olmadığını bildirmişdi.
2014-04-23
15,470
Snouden qorxusu: ABŞ hərəkətə keçdi
Obama rəhbərliyi kəşfiyyat nümayəndələrinin jurnalistlərlə əlaqələrinə məhdudiyyət qoyub. "Axar.az" xəbər verir ki, Milli Kəşfiyyat rəhbəri Ceyms Klapperin imzası olan yeni təlimat ABŞ mətbuatında geniş əks-səda doğurub. Təlimatda ifşaların qarşısını almaq üçün kəşfiyyat idarəsi işçilərinə mətbuatla əlaqələrinə məhdudiyyətlər qoyulduğu qeyd olunur. Təlimat ABŞ hökumətinə bağlı 17 rəsmi kəşfiyyat idarəsinin hamısına aid edilir. Buna görə də kəşfiyyat səlahiyyətlilərinin gizli məlumatları, mənbələr, metodika və qərarlar məsələsində jurnalistlər ilə görüşlərinə qadağan qoyulub. Xatırladaq ki, sabiq ABŞ Kəşfiyyat İdarəsinin nümayəndəsi Edvard Snoudenin bu ölkəyə məxsus gizli məlumatları yayması Ağ Ev rəhbərliyini çətin vəziyyətdə qoymuşdu.
2014-04-23
15,471
Leyla Əliyeva: "O mənim sehrli çubuğumdur"
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın bacısı Arzu Əliyeva haqqında söylədiyi fikirlər sosial şəbəkələrdə böyük maraq doğurub. Məlumata görə, Arzu Əliyevaya olan sevgisini ifadə edən L.Əliyeva onu "sehirli çubuq" adlandırıb: "Mən bacıma və qardaşıma çox bağlıyam. Əminliklə deyə bilərəm ki, Arzu mənim hər şeyimdir. Bizim qədər bir-birinə yaxın olan bacılar tanımıram. Arzu həmişə köməyə çatmağa, özünü və vaxtını yaxınlarına fəda etməyə hazırdır. Ailə içində biz onu "sehrli çubuq" adlandırırıq. Arzu həm də mənim "sehirli çubuğum"dur". /Axşam.az/
2014-04-23
15,472
ABŞ raket gəmisini Qara dənizə göndərdi
ABŞ ikinci hərbi gəmisini Qara dənizinə göndərir. "Axar.az" xəbər verir ki, Pentaqon hazırda Qara dənizdə yerləşən "Donald Kuk" hərbi gəmisinin ardınca "Teylor" raket freqatını da bu bölgəyə göndərib. Bu barədə ABŞ Hərbi Dəniz Donanmasının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün Qara dənizə daxil olacaq freqatın məqsədi NATO-dakı müttəfiqləri ilə birlikdə regionda birgə əməkdaşlığı gücləndirməkdir. Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki gərginlik səbəbindən ABŞ Kiyevi və digər müttəfiqləri qorumaq üçün aprelin 8-də "Donald Kuk" gəmisini Qara dənizə göndərmişdi.
2014-04-23
15,473
Çempionlar Liqasında erkən final
Bu axşam Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq. "Axar.az" xəbər verir ki, son oyun gününə daha bir qarşılaşma nəzərdə tutulub. Madriddə baş tutacaq görüşdə "Real" və "Bavariya" klubları üz-üzə gələcək. Futbol azarkeşləri bu oyunu erkən final adlandırırlar. İki il öncə bu komandaların dueli olduqca dramatik alınmışdı. Münhen təmsilçisi Madriddə penaltilər seriyasında daha dəqiq oynamaqla finala yüksəlmişdi. Bu dəfə isə hansı komandanın finala yüksələcəyi böyük maraq doğurur. Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları 29-30 aprel tarixlərində keçiriləcək. Xatırladaq ki, dünən keçirilən "Atletiko Madrid"- "Çelsi" oyunu qolsuz bərabərliklə bitib.
2014-04-23
15,474
60 yaşlı kişi özünü 3-cü mərtəbədən atdı
Bakıda intihar hadisəsi baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Mikayıl Kamil oğlu Rzayev 3 mərtəbəli binanın damından özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
2014-04-23
15,475
Morninqstar: "Prezidentlərinin görüşü çox vacibdir"
Amerika Birləşmiş Ştatları ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü yaxın gələcəkdə keçiriləcək. Məlumata görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. Səfir bu gün Bakıda keçirilən Beynəlxalq Xəzər Enerji Forumundan əvvəl bildirib: "Bu görüş həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər". R.Morninqstar qeyd edib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davam edən danışıqlar prosesində aktivdir: "Hesab edirəm ki, münaqişənin həll edilməsi naminə konkret addımların müzakirəsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm görüşü çox vacibdir". /Trend/
2014-04-23
15,476
Həkim terrorunun daha bir qurbanı - Ana
Ucar rayonunda ana doğuşdan sonra dünyasını dəyişib. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib. Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Sayad Abdulrəhmanova aprelin 21-də doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Xəstəxanaya Bakıdan çağırılan həkimlər gəlsə də, ananı xilas etmək mümkün olmayıb, qadın gecə saatlarında dünyasını dəyişib. Dünyaya gələn oğlan uşağının isə tam sağlam olduğu bildirilib. Bu, S. Abdulrəhmanovanın ilk doğuşu imiş.
2014-04-23
15,477
Mövqelərimiz atəşə tutuldu
Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
2014-04-23
15,478
Ağcabədidə dövlət qulluqçusu ölümcül döyüldü
Ağcabədi rayonunda bir nəfərin ölümcül döyülməsi ilə nəticələnən insident baş verib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, Ağcabədi Paylayıcı Elektrik Şəbəkəsinin (PEŞ) əməkdaşı Ziyəddin Səfər oğlu Əbülhəsənov, dəfələrlə edilən xəbərdarlığa rəğmən işıq pulunu ödəməyən Hacıbədəlli kənd sakini Hüseynov Mehman Əmir oğlunun evinə gedən elektrik naqilini akt əsasında kəsib. Bundan sonra ev sahibi ilə elektrik arasında mübahisə yaranıb. Mehman Hüseynov dəmir linglə PEŞ əməkdaşını ölümcül döyüb. Ağcabədi PEŞ-nin rəisi Rza Səmədov faktı təsdiqləyib. Onun sözlərinə görə, ağır xəsarət alan Z. Əbülhəsənov Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
2014-04-23
15,479
Ukrayna Krımı iki ilə qaytaracaq
Krım Muxtar Respublikasının Ukraynanın tərkibinə qayıtması ilyarım-iki ilə, krımlıların istəyi ilə baş tuta bilər. "Axar.az" xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəisi, ordu generalı Nikolay Malomuj keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya Qərbin ona qarşı tətbiq etdiyi sosial-iqtisadi sanksiyalardan əziyyət çəkəcək: "Bütün hallarda biz Krım yarımadasını qaytaracağıq. Bu da uzaq perspektivdə baş verməyəcək: ilyarım-iki il. Bu o zaman baş verəcək ki, Rusiyada situasiya tam dəyişəcək və qayıdış real olacaq".
2014-04-23
15,480
Azərbaycanla İspaniya arasında sənəd imzalandı
Bu gün Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında "Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" konvensiya imzalanıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, sənədi Azərbaycan və İspaniyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Xose Manuel Qarsiya-Marqallo imzalayıblar. Qeyd edək ki, İspaniya XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlib.
2014-04-23
15,481
Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılır
Bu gündən etibarən Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zolaqlı keçidlər, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin, avtobus dayanacaqlarının nişanlanması, yol cizgilərinin və yol göstərici xətlərin yenidən rənglənməsi və s.) işlərinin aparılması ilə əlaqədar paytaxtın 28 May küçəsinin Yusif Səfərov küçəsinin kəsişməsindən Bülbül propektinə qədər olan hissəsi, həmçinin Bülbül prospektinin 28 may küçəsi kəsişməsindən Zərifə Əliyeva küçəsinə qədər olan hissəsində bu gün axşam 22:00-dan etibarən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu məhdudlaşma iş başa çatana qədər davam edəcək. Qeyd edək ki, tərtib olunmuş qrafikə əsasən, analoji işlərin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub. /Trend/
2014-04-23
15,482
Prezident “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcək
Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramının Praqa sammitində iştirak edəcək. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramımın 5-ci ildönümünə həsr edilən sammit aprelin 24-25-də keçiriləcək.
2014-04-23
15,483
İran səfirimizdən şok yaradacaq fikirlər - Foto
"Azərbaycan Respublikası İranın nüvə haqqını tanıyır". "Axar.az" Aran radiosuna istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov yerli mətbuata müsahibə verərkən deyib. Mətbuat müxtəlif məsələlərlə bağlı Azərbaycanın mövqeyinə işarə edərək, bunlardan birinin də İranın nüvə haqqını tanımaqdan ibarət olduğunu bildirib: "Bu mövqelərdən biri İranın nüvə haqqını tanımaqdır ki, Azərbaycan Respublikası prezidenti Ağ Evdə etdiyi çıxışı zamanı ona təkid edib. Azərbaycan Respublikası daim İranın siyasi və iqtisadi mövqelərini diqqət mərkəzində saxlayıb və bu ölkə ilə münasibətlərini inkişaf etdirmək niyyətindədir". Azərbaycan Respublikasının Tehrandakı səfiri hazırda İran və Azərbaycan arasında mövcud olan müsbət əlaqələrə işarə edib: "İranla qaz, elektrik enerjisi sahələri başda olmaqla ticarət əlaqələrinin genişləndirilməsi Azərbaycan Respublikasının əsas proqramlarındandır". Ərdəbil Palatasının Ərdəbil ilə Gəncə şəhərlərinin qardaş şəhər elan edilməsi üzrə təklifinə gəlincə isə bu təklifi, ticarət və mədəniyyət sahələrində əməkdaşlıqların genişləndirilməsi prizmasından araşdırmaq olar". Qeyd edək ki, Aran radiosu birbaşa Xamneyiyə bağlıdır. Bu orqan Prezident İlham Əliyevin İrana səfərindən əvvəl Culfa rayonundakı 44 metrlik ərazinin Azərbaycandan alındığı haqqında da informasiya yaymışdı.
2014-04-23
15,484
Rusiya Xəzər donanmasını döyüş hazırlığına gətirir
Rusiyanın Xəzər hərbi donanması vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında qəfil döyüş hazırlığına başlayıb. "Axar.az" xəbər verir ki, qəfil döyüş hazırlığı ilə bağlı məlumat Rusiya Cənub Hərbi Dairəsi tərəfindən verilib. Xəzər Hərbi Donanmasında qəfil döyüş hazırlığı sonuncu dəfə 20 il əvvəl – 90-cı illərin əvvəllərində keçirilmişdi. Onlarla gəminin və 400-dən çox hərbçinin iştirak edəcəyi hərbi hazırlıq 1 həftə çəkəcək. Rus hərbi ekspertləri Müdafiə naziri Sergey Şoyqunun bu qərarını müsbət qarşılayıb və bildiriblər ki, bu cür qəfil döyüş hazırlıqları ordudakı həqiqi vəziyyəti üzə çıxara bilər.
2014-04-23
15,485
Ordu Dərbəndi mühasirəyə aldı: vəhabi axtarışı gedir
Dağıstanın azərbaycanlılar yaşayan Dərbənd şəhərində xüsusi əməliyyat başlayıb. Dərbənd azərbaycanlılarından "Axar.az"a verilən məlumata görə, əməliyyat səhər saat 5-də başlayıb. Şəhərə texnika yeridilib. Bütün küçələrdə postlar qurulub. Bundan başqa, şəhər kənarındakı meşə massivi qarış-qarış axtarılır. Mənbənin dediyinə görə, şəhərdə fövqəladə vəziyyətdir. Mobil telefon rabitəsində ciddi problem yaranıb. "Açıq-aydın hiss olunur ki, mobil rabitədə süni şəkildə əngəllər var. Şəhərdə gəzən söhbətə görə, meşə massivində, habelə şəhərin özündə vəhabi yaraqlıların gizlənməsi barədə xüsusi xidmət orqanlarna məlumat daxil olub. Məhz bu səbəbdən Dərbənddə fövqəladə vəziyyətdir".
2014-04-23
15,486
Suriyaya gedən üç azərbaycanlı həbs olundu
Türkiyə sərhədçiləri sərhəddən gizli yolla Suriyaya keçmək istəyən 8 nəfəri saxlayıb. "Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, onların arasında Azərbaycan, Tunis, Almaniya, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyə vətəndaşları var. Sərhəd pozucuları Kilis vilayətinin Aşağıbəylərbəyi kəndi yaxınlığında tutulub. Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşının adı və soyadı açıqlanmır. Türkiyə sərhədini pozmaq istəyərkən saxlanılan 7 əcnəbi ölkədən çıxarılmaq üçün Kilis polisinə təhvil verilib. APA-nın Türkiyə müxbiri isə xəbər verir ki, Türkiyə ərazisindən Suriyaya keçmək istəyən daha 2 Azərbaycan vətəndaşı Hatay ərazisində saxlanılıb. Hatay polisindən bildirilib ki, biri qadın, biri kişi olan Azərbaycan vətəndaşları Hatay vilayət polis idarəsində verdikləri ifadələrində Suriyanın Hələb bölgəsində qohumlarını görməyə getmək istədiklərini qeyd ediblər. Hazırda hər iki Azərbaycan vətəndaşı Hatay vilayət polis idarəsinin nəzarət bölməsində saxlanılır. Polisdən o da bildirilib ki, Azərbaycan vətəndaşlarının Türkiyə üzərindən Suriyaya getməsinin qarşısının alınması üçün son vaxtlar sərhəddə nəzarət daha da gücləndirilib. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.
2014-04-23
15,487
Qazla təmin olunan dini məbədlərin sayı açıqlandı
Bu ilin aprelin 1-dək 190 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb. Məlumata görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı və ARDNŞ-nin Şurasının 63 nömrəli 30 dekabr 2013-cü il tarixli qərarına əsasən məscidlərə və digər konfessiyalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub. İB direktoru əlavə edib ki, 2013-cü il ərzində məbəd və ziyarət yerlərinin istifadə etdikləri qazın orta illik sərfiyyatının 1953 kubmetr olmasına baxmayaraq, hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5000 kub metr limitin tətbiq olunması qərara alınıb: "Gələcəkdə təbii qazdan istifadə etmək üçün "Azəriqaz"a müraciət edən İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd ziyarət yerlərində bu işin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, "Azəriqaz" öz vəsaitləri hesabına layihə-smeta sənədləri əsasında qaz xətləri çəkilib sayğac quraşdırıldıqdan və müvafiq qeydiyyatdan keçməsini təsdiq edən sənədlər təqdim etdikdən sonra nəzərdə tutulmuş limit tətbiq olunmalıdır". /Aznews.az/
2014-04-23
15,488
Rusların Ukraynada iyrənc təxribatının üstü açıldı - Foto
Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində Ukrayna ordusuna məxsus zirehli transportyorun mülki avtomobilin üstündən keçməsi ilə bağlı məlumat yayılıb. "Axar.az" xəbər verir ki, xəbər və foto "Russkiy Mariupol" adlı rəsmi səhifə tərəfindən yayımlanıb. Amma Ukrayna mətbuatının apardığı araşdırmalardan sonra xəbər və fotonun rusların iyrənc təxribatı olduğu üzə çıxıb. Məlum olub ki, foto 2008-ci ildə rus hərbçilərinin idarə etdiyi zirehli transportyorun mülki avtomobili əzərək çeçen vətəndaşını öldürdüyü zaman çəkilib. Qeyd edək ki, artıq bir neçə dəfədir ki, rus propaqandası Ukraynada bu cür təxribatlar hazırlamaqla məşğuldur.
2014-04-23
15,489
Türkiyə ermənilərin ölkəyə girişini çətinləşdirir
Türkiyə Ermənistan vətəndaşları üçün vizanın qiymətini qaldırıb. Məlumata görə, Türkiyə Ermənistan vətəndaşları üçün vizanın qiymətini 15 dollardan 25 dollara qaldırıb. Bu barədə Türkiyə ərazisində yerləşən sərhəd-keçid məntəqəsinin viza bölməsinin əməkdaşı bildirib. Onun sözlərinə görə, aprel ayının 14-dən Türkiyəyə getmək istəyən Ermənistan vətəndaşları üçün vizanın qiyməti 10 dollara qədər artırılıb. Qeyd edək ki, Türkiyə sərhədində Ermənistan vətəndaşlarına viza 30 günlüyə verilir. Ötən il Türkiyəyə 73 365, 2012-ci ildə isə 70956 erməni gedib. /ANS/
2014-04-23
15,490
Rauf Mirqədirovun atası prezidentə müraciət etdi
Dövlətə xəyanət ittihamı ilə həbs edilən tanınmış jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov prezident İlham Əliyevə açıq məktub yazıb. Məktubu olduğu kimi təqdim edirik: Möhtərəm Prezident, mən 83 yaşlı bir qocayam. Bu uzun ömrümdə həyatımda çox çətinliklər, əzab-əziyyətlər görmüşəm. Böyük Vətən müharibəsində qardaşımı, dinc dövrdə 13 yaşlı qız övladımı itirmişəm. Çox çətin də olsa bu müsibətləri yaşamışam. Amma bugün mənim və ailəmin həyatında ən ağır gündür. Bircə oğlum Rauf həbs edilib. Özüdə elə ağır bir ittihamla. Nələr çəkdiyimi sizə çatdırmaqda acizəm. Möhtərəm Prezident, sizə qarşı özümdə həmişə dərin hörmət hiss etmişəm. Həyat yoldaşım Rəfiqə xanım şəkər xəstəsidir. Həmişə dərmanlarını, təqaüdümüzü alanda sizə, balalarınıza dua edir. Biz bu yaşda heç kəsə möhtac olmadığımız üçün sizə minnətdarıq. Seçkilərdə ailəliklə sizə səs vermişik. Bunu sidq ürəkdən inanaraq etmişik. İnanmışıq ki, təhsilinizlə, təcrübənizlə mütləq bu ölkəni bir yerə gətirib çıxaracaqsınız. İnşallah belədə olacaq. Möhtərəm Prezident, mənim oğlum Rauf Mirqədirov gözəl təhsil almış, "Həsən Bəy Zərdabi" mükafatçısı, "İlin jurnalisti" və sair mükafatların sahibi, Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Dövlətini, vətənini, millətini sevən insandır. Və hər şeydən əlavə saf insandır. O xəyanət etməz, edə bilməz. Bu mümkünsüzdür. Onun nə ilə nəfəs aldığını belə bilirəm. Azərbaycanın milli azadlıq mübarizə illərində birincilərdən idi. 1990-cı ilin 20 yanvar gecəsi səhərəcən yaralıları daşımış, şəkillərini çəkmiş, hətta rus zabitlərinin qarşısına əliyalın çıxıb "atmayın, dinc əhalidir" deyə atəşin gur yerində olmuşdur. Həmin gecə səhərəcən mən, anası, bacısı küçələri gəzib onu axtarırdıq. Görünür Allahın bizə rəhmi gəldi, ona dəymədi. Sonralar Azərbaycanda aləm qarışanda, hərə torpağımızı bir tərəfə çəkəndə ilk olaraq Rauf öz məqaləsində deyirdi: "Azərbaycanı bu bəladan yalnız Heydər Əliyev qurtara bilər". Mən o məqaləni indi də saxlamışam. Rauf dövrün tarixini yazırdı. Haqqında dövlətə xəyanət ittihamı irəli sürülən oğlum tutulana qədər sutkanın yarıdan çoxunu kompüter qarşısında oturub müstəqil dövlətçiliyimizin inkişafı üçün təhlillər aparır, proqnozlar göstərir, məqalələr yazırdı. Möhtərəm Prezident, mənim oğlum bununla nəfəs alır. Demirəm ki, Raufun səhvləri yoxdur, çox olub ki yazılarında səhv hesab etdiklərimizi məndə, anası da ona demişik. Elə yazısı olub ki, heç bəyənməmişik, üstünə təpinmişik. Möhtərəm prezident məlumdur, uca Allah müxtəlifliyi sevər, sözə deyil, niyyətə baxar. Raufun niyyətinin saflığına heç zaman şübhəm olmayıb. Məqalələrində səhvi olubsa, kiminsə könlünə toxunubsa mən bir ata kimi oğlumun əvəzindən üzr istəməyə borcluyam. Möhtərəm Prezident, sizdən dönə-dönə xahiş edirəm bizim bu yaşda belə yaralı, gözü yaşlı qalmağımızı rəva görməyəsiniz. Bizi oğlumuza qovuşdurun. Ümidimiz sizədir! /Musavat.com/.
2014-04-23
15,491
Elton Məmmədov: “Bu videoları kimin yaydığını bilirəm” - Video
"Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Bu, mənə və övladlarıma qarşı təşkil edilmiş məqsədyönlü kampaniyadır". Bu sözləri "Axar.az"a millət vəkili Elton Məmmədov mediada digər oğlu Elnur Məmmədovun da avto-xuliqanlığı ilə bağlı yayılan videogörüntülər haqda danışarkən dedi. Millət vəkili bildirdi ki, bu hadisələrə mənim açıqlamamı öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: "Bu atılan addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır. Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyib". Elton Məmmədov qeyd etdi ki, onun övladları Azərbaycan gəncliyi üçün nümunə olduğuna görə də gözü götürməyənlər əl-ayağa düşüb: "Mənim oğlum yumruq hesabına Avropa çempionu olub. Rinqdə bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib. Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də Bakıdan 155 kanal vasitəsilə bütün dünyaya canlı yayımlanan "K-1 World Max" turnirinin təşkilatçısı olub. Hazırda da bu idman növünün ölkəmizdə təbliği ilə məşğuldur. Bəs, bundan niyə danışan olmadı? Xocalı faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdən çox ölkəyə tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbər deyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada bilməyəcəklər". Millət vəkilinin sözlərinə görə, o, övladlarına və özünə qarşı olan bu kampaniyanın kimlər tərəfindən təşkil edildiyini bilir: "Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Əgər bunları yazan insanın vicdanı hələ də qalıbsa, onu Allaha həvalə edirəm. Bunu təşkil edənlərin kim olduğunu siz də yaxşı bilirsiniz. Mən də yaxşı tanıyıram bu işlərin sifarişini verən insanı. Təsadüf deyilən bir şey yoxdur. Bu videoları da mənim övladlarım adı ilə redaksiyalara göndərənlər təsadüfi adamlar deyil. Bu, məqsədyönlü kampaniyadır. Bunu təşkil edənlərin də iç üzünü Allah özü açıb göstərəcək". E.Məmmədov ona qarşı kampaniya təşkil edənlərlə mübarizə aparmaq fikrində olmadığını bir daha xatırlatdı: "Bu insanlarla mübarizə aparmaq fikrində deyiləm. Mən düşmənimlə, erməni ilə mübarizə apararam. O kimdir ki, onun yalanlarına qarşı da mübarizə aparım?" Qeyd edək ki, ötən gün mediada millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova aid olduğu deyilən 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline GTR35" markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən videosu yayılıb. Bu gün isə millət vəkilinin digər oğlu Elnur Məmmədova aid olduğu deyilən növbəti avtoşluq videosu mətbuatın əsas mövzularından birinə çevrilib. Həmin videoda 10 AZ 458 nömrəli "Mersedes S klass" markalı avtomobilin 260-a yaxın sürətlə yarışdığı əks olunub.
2014-04-23
15,492
Türkmənbaşının atasını “yıxdılar”
Aşqabadda Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazovun (Türkmənbaşı) atası Atamurad Niyazovun heykəlini götürüblər. "Axar.az" xəbər verir ki, heykəlin götürülməsinin səbəbi açıqlanmır. Çexov küçəsindəki heykəl Türkmənbaşının doğma kəndi Kipçaqa aparılıb. Qeyd edək ki, heykəl 2001-ci ildə prezident Niyazovun iştirakı ilə açılmışdı.