date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2014-05-06 | 16,949 | PKK rəsmən geri çəkildi: "Dövlət qurmaq niyyətimiz vardı" | KCK İcra Şurasının üzvü Mustafa Qarasu PKK-nın milli dövlət qurmaqdan imtina etdiyini bildirib. "Axar.az" xəbər verir ki, Qarasu Türkiyənin kürd problemini demokratikləşmə çərçivəsində həll etməyə çalışdığını deyib. Qarasu qeyd edib ki, PKK ulus dövləti yaratmaqdan imtina edib: "Əvvəllər dövlət qurmaq niyyətimiz vardı. Bundan imtina etdik. Solun da belə bir anlayışı vardı: "Millətlərin müqəddəratını təyin etmək haqqı dövlət qurmağa bərabərdir". Xalqların dövlət yaratmadan da azad və demokratik şəkildə öz müqəddəratını təyin edə biləcəyini düşünürük. Belə bir niyyətimiz var. Türkiyə sərhədləri daxilində kürd problemini həll etməyi planlaşdırırıq". |
2014-05-07 | 16,950 | Bu günün hava proqnozu | Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 11-16, günün birinci yarısında 25 dərəcəyədək isti, günün ikinci yarısında 15-20 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Azərbaycanın rayonlarında mayın -də hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. |
2014-05-06 | 16,951 | Ukraynada iki oliqarx savaşır: Kolomoyski və Putin | Bu gün İqor Paliçanın Odessanın qubernatoru təyin edilməsindən sonra ekspertlər Dnepropetrovsk vilayətinin rəhbəri İqor Kolomoyskini faktiki olaraq Ukraynanın cənubi-şərqinin prezidenti sayıblar. "Axar.az" xəbər verir ki, analitiklər bunu ikincinin kifayət qədər nüfuz sahibi olması və yeni təyinat alan Paliçanın onun ən yaxın adamı olması ilə izah ediblər. Məsələ ilə əlaqədar bir neçə ukraynalı politoloq öz fikrini açıqlayıb. Məsələn, Taras Berezovetsin sözlərinə görə, hadisələr faktiki olaraq o həddə çatacaq ki, Ukrayna gərginliyi iki oliqarxı - Kolomoyski ilə Rusiya Prezidenti Vladimir Putini üz-üzə gətirəcək: "Bu gün praktiki olaraq separatçılar Dnepropetrovskidə heç bir uğura imza atmayıblar. Düşünürəm ki, Kolomoyski yeni qubernatora da həm maliyyə, həm də mənəvi dəstək olarsa, tez bir zamanda Odessa vilayətində də qanun bərqərar olunacaq". Politoloq Viktor Nebojenko da hesab edib ki, Kolomoyski bütün cənubi-şərqi öz nəzarətinə almaqdadır: "Mən onun bu qədər idarəçi olduğunu düşünmürdüm. İlk dəfədir ki, özünə inamlı şəxsi görürük. Deməli, faktiki olaraq o, ölkənin şərqində Putinlə savaşmalı olacaq. Hər iki oliqarxın üz-üzə gəlməsinin nəticələrini zaman göstərəcək". |
2014-05-07 | 16,953 | Rokfeller: “Biz SSRİ-yə dəstək verdik ki…” | ABŞ vətəndaşı, yəhudi əsilli məşhur iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının yeddinci hissəsi Sovetlər Birliyi ilə bağlıdır. "Axar.az" xəbər verir ki, Rokfeller SSRİ-yə kifayət qədər ölkənin maliyyə dəstəyi verdiyini bildirib. Rokfeller SSRİ-nin iqtisadiyyatının inkişafında birbaşa xidmətlərinin olduğunu da etiraf edib: "Sovetlər Birliyi Amerika "İnternational BARNSDALL Corporation" şirkətinin verdiyi avadanlıqlar vasitəsi ilə, "WA Harriman Company" və "Guaranty" tresti tərəfindən verilən maliyyə dəstəyi ilə neft quyuları və mədən yataqları qazaraq iqtisadiyyatını inkişaf etdirdi. Bu vaxt dünya ölkələri kommunizm və kapitalizm arasında seçimlərini etməyə başlamışdılar. Sovetlər Birliyinə kapitalizmi müdafiə edən bizlərə qarşı bərabər bir güc meydana gətirməsi və bu oyunun davam etdirilə bilməsi üçün kifayət qədər ölkə lazım idi və o, bu ölkələri təsis etmişdi". |
2014-05-07 | 16,954 | "Avroviziya-2014": Azərbaycan finalda - Video/Yenilənib | 00:19 Bu gün "Eurovision-2014" mahnı müsabiqəsinin birinci yarımfinal şousu keçirilir. "Axar.az" xəbər verir ki, finala vəsiqə qazanan ilk 10 ölkənin adı açıqlanacaq. Xatırladaq ki, Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində gənc ifaçı Dilarə Kazımova təmsil edəcək. 02:00 Avroviziya musiqi yarışmasında final iştirakçılarının adlarına aydınlıq gəlib. Finala yüksələn ölkələr arasında Azərbaycan da var. Finala yüksələn ölkələr bunlardır: Monteneqro, Macarıstan, Rusiya, Ermənistan, Azərbaycan, San-Marino, Ukrayna, İsveç, Hollandiya, İslandiya. |
2014-05-07 | 16,955 | Türkiyə ən müasir döyüş təyyarəsi almağa başladı – F 35 | Türkiyə layihə ortağı olduğu dünyanın ən inkişf etmiş savaş təyyarəsi F-35-lərin ilk mərhələdə 2 ədəd alınmasına qərar verib. "Axar.az" xəbər verir ki, bu gün Ərdoğanın Başnazirlikdə keçirilən Müdafiə Sənayesi İcra Komitəsinin toplantısında F-35-lərin alınmasına dair çətin bir qərar qəbul edilib. Qeyd edək ki, Türkiyə ötən il büdcə xərclərinə qənaət etmək üçün təyyarələrin alınmasını 2014-cü ilə ertələmişdi. Xəbərdə bildirilir ki, Türkiyə ən müasir döyüş təyyarəsi sayılan F-35-dən 100 ədəd almağı və hərbi təyyarə parkını yeniləməyi hədəfləyib. ABŞ-ın müştərisi və dəstəkçisi olduğu layihəyə Türkiyə, İtaliya, Niderland, Kanada, Norveç, Danimarka, Avstraliya və İngiltərə şərikdir. Proqramın ümumi dəyəri 40 milyard dollardır. F-4-ləri əvəzləyəcək F-35-lər radara düşməyən, rəqibə hiss olunmadan yaxınlaşma imkanı olan ecazkar döyüş təyyarəsi sayılır. F-35 şaquli enmə və qalxma gücünə malikdir. |
2014-05-07 | 16,956 | Gənclərin yarısı xaricə getmək və qayıtmamaq istəyir | Macarıstanda keçirilən sorğu nəticəsində maraqlı nəticələrdə qeydə alınıb. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə yaşayan 20-35 yaşlı gənclərdən 44%-i yaxın 5-10 il ərzində işləmək üçün xarici ölkələrə getmək və bir daha geri qayıtmamaq istəyir. 20-24 yaş arası ali təhsili olan gənclərin 60 faizi, 30-35 yaşlı şəxslərin isə 45%-i həmin düşüncədədir. Sorğunu "Bridge Budapesht" təşkilatının üzvləri keçirib. Təşkilatın direktoru Veronika Pistyur sorğunun nəticələri ilə bağlı bunları deyib: "Müxtəlif vasitələrlə onların ölkə daxilində işləməsi üçün həvəsləndirmələrin olmaması gənclərin "hansı işlə məşğul olacam?!" problemini ortaya qoyur". Xatırladaq ki, adıçəkilən təşkilat bu tipli müxtəlif sorğulara keçirib. |
2014-05-07 | 16,957 | Rusiya asılılığından xilas başladı - Böyük plan | "Böyük yeddilik" ölkələri Rusiyanın enerji asılılığından xilas olmaq üçün plan hazırlayır. "Axar.az" xəbər verir ki, G7 ölkələrinin enerji nazirlərinin mayın 6-da Romada keçirilən görüşündə 13 maddədən ibarət plan hazırlanıb. Xüsusilə də Rusiyadan enerji asılılığını azaltmaq üçün Şimali Amerikadan – ABŞ və Kanadadan slans qazının alınması nəzərdə tutulur. Böyük Britaniyanın energetika və iqlim dəyişikliyi problem üzrə naziri Edvard Deyvi görüşün nəticələri ilə bağlı bildirib ki, strateji qərarlar qəbul olunub və Rusiyanın enerji asılılığından qurtulmaq prosesi başlayır. Almaniya iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel isə xəbərdarlıq edərək bildirib ki, Ukrayna məsələsilə bağlı tələsik qərarlar vermək lazım deyil: "Kim bizə deyə bilər ki, biz tezliklə Rusiyanın enerji asılılığından xilas olacağıq". ABŞ-dan isə avropalılara bildirilib ki, slans qazının çatdırılması ən tez yaxın 10 ildə baş tuta bilər. |
2014-05-07 | 16,958 | Mariupolda qanlı döyüş başladı: 1 ölü, 3 yaralı – Video | 00:38 Ukraynanın Donbas vilayətinin Mariupol şəhərinin mərkəzi prospeklərində qanlı atışmalar başlayıb. "Axar.az" xəbər verir ki, avtobus və trolleybusların hərəkətləri dayandırılıb. Separatçılar tərəfindən ələ keçirilən şəhər administrasiyanın önündə təkərlər yandırılır, güllə səsləri eşidilir. Mariupol hava limanı yaxınlığındakı hərbi bazada isə şiddətli döyüşlər gedir. Üzü bağlı şəxslər qarşılarına çıxana atəş açırlar. Hazırda atışma davam edir. 01:11 Son məlumata görə, toqquşmalarda 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Rusiya mediası yaralananlardan birinin vəziyyətinin ağır olması barədə xəbər yayıb. Hücumu "Sağ sektor"un təşkil etdiyi qeyd olunur. Mindən artıq silahlı şəxs Mariupolda toqquşmalarda iştirak edir. Bildirilir ki, onlar gecə saatlarında şəhərin təmizlənməsini qarşıya məqsəd qoyublar. |
2014-05-07 | 16,959 | Terrorçular qaçırtdıqları qızları qul kimi satacaq - Video | "Boko Haram" qruplaşması Nigeriyada 200-dən artıq qızın qaçırılması ilə bağlı video yayımlayıb. "Axar.az" Qərb mətbuatına istinadən xəbər verir ki, qruplaşma qaçırılan qızların əsir olaraq saxlandığını və onları qul kimi satacaqlarını açıqlayıb. 3 həftədir qızlarından xəbər ala bilməyən valideynlər Nigeriya rəsmilərinin məsələ qarşısında yetərincə diqqət göstərməməsindən şikayətlənirlər. Xatırladaq ki, "Boko Haram" qruplaşması aprelin 14-də "Borno" ştatında yerləşən məktəbə hücum ediərək, 200-dən artıq qızı qaçırtmışdı. |
2014-05-07 | 16,960 | Kənan MM: “Haqqınızı halal edin dostlar” - Foto | "Getdim Kərbəlaya, imamlarımızı ziyarət etməyə. Haqqınızı halal edin dostlar". "Axar.az" xəbər verir ki, bu sözləri qalmaqallı rejissor Kənan MM şəxsi instaqram səhifəsində yazaraq paylaşıb. Xatırladaq ki, bundan əvvəl mərhum reper Hüseyn Dərya da Kərbəla ziyarətində olmuşdu. |
2014-05-07 | 16,961 | İlin aktrisası bu dəfə Aqafya Tixonovnanı oynadı | Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında gedən "Evlənmə" (N.Qoqol) tamaşasında aktrisa dəyişikliyi olub. "Axar.az" xəbər verir ki, bundan sonra Aqafya Tixonovna rolunda, "ilin ən yaxşı aktrisası" adına layiq görülmüş Gültac Əlili oynayacaq. Aktrisa bu rolda ilk dəfə mayın 2-də səhnəyə çıxıb. Xatırladaq ki, sözügedən tamaşada Aqafya Tixonovna rolunda daha öncələr respublikanın Xalq artisti Məleykə Əsədova oynayıb. Məlumat üçün deyək ki, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gültac Əlili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr" aktyorluğu fakültəsini bitirib. 2007-ci ildə hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Teatrına aktrisa kimi dəvət alıb. Gözəl vokal səsə və səhnə mədəniyyətinə malik olan aktrisa teatrda Nərgiz (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov "Talelər qovuşanda"), Xəyalə (O.Rəcəbov, A.Babayev "Şeytanın yubileyi"), Leyla (R.Mirişli, M.Haqverdiyev "Qısqanc ürəklər"), Reyhan (R.Mirişli, M.Haqverdiyev "Amerikalı kürəkən"), Qonşu qız (S.Ələsgərov, Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"), Gülnar (F.Sücəddinov, T.Vəliyeva "Mən dəyərəm min cavana"), Zari (İmre Kalman "İddialı qaraçı"), Çiçək (İ.Məlikzadə, S.Ələsgərov "Kələrbazlar"), Əsmər (O.Rəcəbov, A.Babayev "Əlin cibində olsun"), Bahar ( Əbdürrəhim bəy Haqverdiyev "Kimdir müqəssir") və s. kimi əsas rolların ifaçısı olmuşdur. Musiqili Teatrın gənc aktrisası Gültac Əlili, "Kimdir müqəssir?" (Ə. Haqverdiyev) komediyasındakı Bahar roluna görə, 2013-cü ildə Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı aktrisası" mükafatına layiq görülüb |
2014-05-07 | 16,962 | Moskva irimiqyaslı hərbi parada hazırdır | Qələbə günü ilə bağlı əsas məşq mayın 7-də, saat 10-da Qırmızı meydanda başlayacaq. "Axar.az"ın məlumatına görə, bu son məşqə paradda iştirak edəcək bütün heyət qatılacaq. İndiyə qədər 29 aprel və 5 may tarixlərində 2 məşq keçirilib, aviasiya isə mayın 3-də sınaq uçuşu edib. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, son məşqə bütün heyət və texnika paradda iştirak qrafiki üzrə qatılacaqlar. Xatırladaq ki, 9 may – Qələbə günü münasibəti ilə Moskvanın Qırmızı meydanında keçiriləcək paradda 11 min hərbçinin, 151 döyüş texnikasının və 69 təyyarə və helipokterin iştirakı nəzərdə tutulur. |
2014-05-07 | 16,963 | Tvitter ticarətə girişdi | Məşhur Amazon satış şəbəkəsi ilə Tvitter arasında razılıq əldə edilib. "Axar.az" xəbər verir ki, Tvitter istifadəçiləri üçün daha bir yenilik gətirib. Bundan sonra alış-verişlə məşğul olan evdar qadınlar da Tvitterin imkanlarından istifadə edə biləcəklər. Belə ki, Amazon və Tvitter arasında əldə edilən razılığa əsasən tvitterdə #AmazonCart haştəqi ilə yazılar paylaşan şəxslərə xüsusi güzəştlər ediləcək. Qurum rəsmiləri hələlik bu güzəştin yalnız hər gün alınacaq ikinci məhsula aid ediləcəyini deyirlər. Xatırladaq ki, #AmazonCart haştəqində tvit atmazdan öncə həm tvitter həm də Amazonda olan hesablara qoşulmaq lazımdır. |
2014-05-07 | 16,964 | Ərə getmək üçün kilsəyə üz tutan müsəlman qızlar - Foto | Reportajımız şəhərin mərkəzində yerləşən Rus pravoslav kilsəsindəndir. Məntiqlə rus kilsəsindən hazırlayacağımız reportajın qəhrəmanları da elə ruslar və ya xristian dininin nümayəndələri olmalı idi. Amma kilsənin hündür darvazalarından içəri girib fərqli mənzərənin şahidi olduqda təəccüblənməmək mümkün deyil... Bura məscid deyil, burada Quran ayələri oxunmur, azan səsi eşidilmir, amma bura gələnlər arasında nə qədər desən azərbaycanlı və nə qədər desən müsəlmanla qarşılaşmaq mümkündür, hətta gələnlər arasında məşhurlara da, sənət adamlarına da rast gəlmək olar. Özlərinin dili ilə desək, məscid kimi kilsə də Allahın evi, İsa peyğəmbər də Allahın elçisidir... Rus kilsəsində şam yandıran müsəlmanlar... Bakıda Rus pravoslav kilsəsi kimi tanınan ibadətgaha üz tutanların sayını müəyyənləşdirmək bir qədər çətindir. Çünki bura fərqli saatlarda fərqli sayda adam gəlir. Biz kilsədə olduğumuz zaman günorta saatları olduğu üçün gələnlərin sayı o qədər də çox deyildi. Amma onların arasında ruslarla, xristian dininin nümayəndələri ilə yanaşı xeyli sayda müsəlmanlar da var idi. Ancaq ruslardan, xristianlardan fərqli olaraq, həmvətənlərimiz olan müsəlmanlar adlarını söyləməkdən və fotoaparatın obyekti önünə keçməkdən çəkinirdilər. Elə kilsənin hündür darvazasından içəri keçəndə də kilsənin həyətində qarşımıza çıxan ilk həmsöhbətimiz müsəlman qadını Zəhra Sabirova oldu. Başıma hicab da bağlamışam Həmsöhbətimiz bizimlə söhbətində bura tez-tez gəldiyini söylədi: "Mən məscidə getdiyim kimi, kilsəyə də tez-tez gəlirəm. Mənə elə gəlir ki, burda pis heç nə yoxdur. Hər kəs başa düşməlidir ki, məscid kimi kilsə də Allahın evidir. Düzdür, mən müsəlmanam və müsəlman kimi də ibadət edirəm, vaxtlı-vaxtında namazımı qılıb, orucumu da tuturam. Hətta dinimin, peyğəmbərimin buyurduğu kimi başıma hicab da bağlamışam. Amma bununla yanaşı kilsəyə gəlməyə də, xristian dini və digər bu kimi səmavi dinlərlə maraqlanmağa da pis baxmıram. Ən əsası mən Allahımı sevirəm və buna görə də Allahın göndərdiyi elçiləri də sevmək mənim bir bəndəlik borcumdur..." Qızım xristianlığı qəbul edib Zəhra xanımdan ayrılıb kilsənin pilləkənləri ilə yuxarı qalxırıq. Başımızın üstündə kilsənin əzəmətli zəngi və açıq qapıdan kilsə divarlarından asılmış Məryəm ananın, İsa peyğəmbərin və digər xristian övliyalarının şəkilləri gözə dəyir. Kilsəyə daxil olanda qəribə abı-hava bizi dərhal öz ağuşuna alır. Yanan şamların fonunda kilsənin alaqaranlığı ağ tüstüyə qərq olub. İnsanların hərəkəti ilə fəzada yaranan duman burulğanı, şam işıqlarının rəqsi və hər tərəfdən səni izləyən ikonalar ruhani bir aura yaradır. İkonaların qarşısından keçən insanlar hərəsi bir, yaxud bir neçə şam yandırır. Elə ikonalar var ki, orada şam daha çoxdur. İçəridə tam sükut hökm sürür. Bu sükutu yalnız keşişlərin oxuduğu dua səsləri pozur. İkonaların qarşısında üç-bir, iki-bir dayanan qadınların, gənclərin sifət cizgiləri onların özlərinə qapanaraq dua etdiklərini, Allahdan nəsə dilədiklərini açıq ifadə edir. Kimlərsə kilsədə xidmət edən Ataların dualarının sədası altında ikonalara baş əyir, kimlərsə bir-bir onların qarşısından keçərək əllərini üzlərindən sinələrinə və sol çiyinlərindən sağa doğru apararaq xaç çəkirlər. Bütün bu mənzərəni seyr etdikdən sonra əlində şam, İsa peyğəmbərin şəkli önündə dayanıb ibadət edən bir qadına yaxınlaşırıq. Simasından dərhal azərbaycanlı olduğu duyulur. Adını açıqlamaqdan imtina edən bu xanım bizimlə söhbətində kilsəyə gəlişinin səbəbini belə izah edir: "Mən azərbaycanlıyam, atam da, anam da azərbaycanlıdır. Ancaq qızım xristianlığı qəbul edib. İndi o ağır yataq xəstəsidir. Qızımın sağalması üçün tez-tez bura gəlib Allahdan, İsa peyğəmbərdən və Məryəm anadan kömək istəyirəm. İnanıram ki, onlar tək, köməksiz ananın səsini eşidəcək və qızım tez bir zamanda sağalıb ayağa duracaq. Burda Məryəm anaya, İsa peyğəmbərə şam yandırdım. Daxilən özümü çox rahat hiss edirəm. Hərdən mənə elə gəlir ki, etdiyim duaları Allah eşidir, axı Allah hər şeyi görəndir". Bu düşüncə ilə oğlunun və ya qızının xəstə olduğunu əsas gətirərək kilsəyə ayaq açan müsəlmanların sayı kifayət qədər olsa da, sadəcə, maraq üçün gələnlərin də sayı az deyil. Növbəti həmsöhbətimiz də belə insanlardan biri idi. Tanınmış klinikaların birində həkim işlədiyini əsas gətirərək adını söyləməkdən imtina edən bu xanımla söhbətimiz maraqlı idi. Kilsədə bir neçə dəfə olduğunu deyən xanım sadəcə maraq üçün bura gəldiyini söylədi: "Mən islam dininin bütün qayda-qanunlarına əməl edirəm. Əsil müsəlman kimi namaz qılıram, oruc tuturam, imkanım daxilində kimsəsizlərə yardım edirəm və hətta Həcc ziyarətində də olmuşam. Quranı ərəb dilində oxuya bilirəm. Ancaq bütün bunlarla yanaşı hərdən kilsəyə gəlib xristian adətləri, xristian dini ilə də maraqlanıram. Mənə elə gəlir ki, burada pis heç nə yoxdur. Axı İsa peyğəmbər də Allahın elçisidir..." Dəfələrlə kilsədə olan xanım heç vaxt şam yandırmadığını söylədi. Ancaq kilsəyə maraq göstərənlər arasında xristian dinini qəbul edənlər də var. Belə insanlardan biri də 19 yaşlı Əlabbas Əkbərovdur. Atası azərbaycanlı, anası isə rus olan Əlabbas 7-8 yaşından kilsəyə gəlməyə başlayıb, 15 yaşında isə xristianlığı qəbul edib: "İlk dəfə kilsəyə gələndə 7-8 yaşım olardı. Elə o vaxtdan kilsə mənə qəribə təsir bağışlamağa başladı və bundan sonra mütəmadi olaraq bu müqəddəs yerə ayaq açdım. 15 yaşımda isə xristianlığı qəbul etdim. İndi isə burada ibadət etməklə yanaşı keşiş köməkçisi işləyirəm". Rus keşişin İslam sevgisi... Müşahidələrimizin və apardığımız qeydlərin sonunda Rus Pravoslav kilsəsinin keşişi Ruslan Şerstnyovla ayaqüstü də olsa söhbət edə bildik. Ruslan Şerstnyov bura gələn müsəlmanların hər birinə hörmətlə yanaşdığını və islam dininə xüsusi sevgisi olduğunu da bildirdi. Onun sözlərinə görə, kilsəyə gələn müsəlmanlar arasında xristian dinini qəbul edənlər də olur: "Biz bura gələn müsəlmanların hər birinə hörmət və sevgi ilə yanaşırıq. Bizim dinimiz ayrı olsa da, başa düşmək lazımdır ki, hər bir insanı yaradan Allahdır. Allahın yaratdıqlarını sevmək isə bizim borcumuzdur. Bura gələn müsəlmanlara isə heç bir təsir göstərmirik. Sadəcə, onlar öz istəkləri ilə kilsəyə gəlir və xristianlığı qəbul edənlər də öz istəkləri ilə bunu edirlər". Söhbət zamanı Ruslanın Quran oxuduğu və hətta Kərbəla ziyarətində olduğu da məlum oldu: "Mən islam dininə xüsusi sevgi ilə yanaşıram, hətta müsəlmanların müqəddəs kitabı olan Quranı da oxuyuram. Dəfələrlə məscidlərə və müsəlmanların müqəddəs yerləri sayılan ocaqlarda olmuşam. Ancaq islam dinini qəbul etmək fikrim yoxdur. Çünki mən 2 yaşımdan xaç suyuna salınmışam. Bundan əlavə bizim dinlərimiz fərqlidir, biz İsa peyğəmbəri Allahın oğlu kimi qəbul edirik. Amma İslam dinində bu, belə deyil, müsəlmanlar Məhəmməd peyğəmbəri Allahın elçisi kimi qəbul edirlər. Elə əsas ziddiyyətli məqam da bununla bağlıdır". Ərə getmək üçün kilsəyə üz tutan müsəlman qızlar... Keşişlə söhbətimizi yekunlaşdırıb xristianların müqəddəs ziyarətgahını və ibadətgahını tərk edirik. Bu zaman kilsənin həyətində qarşımıza bir neçə müsəlman qız çıxır. Fotoaparatın qarşısından haray-həşir qopararaq qaçan qızlar kilsəyə gəlişlərinin səbəbini yarızarafat, yarıciddi ərə getmək sevdası ilə izah edirlər. Qızlar hesab edirlər ki, keşişin duası və içdikləri müqəddəs su onların bəxtini açacaq... Apardığımız müşahidələr və etdiyimiz söhbətlər bəzi insanların ibadət anlayışının zədəli olduğunu ortalığa çıxartdı. O zədəni isə belə ifadə etmək olar: "Mənim ibadətim təmənnasız deyil. Sevimli və sevgili Tanrım, zəhmət çək ibadətimin mükafatını ver. Yoxsa səndən uzaqlaşıb başqa tanrıya üz tutaram..." |
2014-05-07 | 16,965 | Müğənnimiz Yunanıstanda klip çəkdirməyə gedir | Mənzurə Musayeva "Kövrək olmuşam" adlı yeni mahnısına klip çəkdirəcək. Bu haqda müğənni Mənzurə Musayeva "Axar.az"a məlumat verib: "İki yeni mahnı hazırlamışam, biri lirikadır, biri şən. Şən mahnı "Kövrək olmuşam", lirika isə "Məhəbbət" adlanır. "Kövrək olmuşam" mahnısına klip də çəkdirməyə hazırlaşıram, bunun üçün də iyulun 3-4-ü Yunanıstana gedəcəyəm. Həm istirahət edəcəyəm, həm də klip çəkilişinə görə, foto sessiya etdirəcəyəm". Həmin mahnını təqdim edirik. |
2014-05-07 | 16,966 | Xoşbəxt qadın olmağın 15 üsulu | Xoşbəxt olmağın xüsusi formulu olmasa da, amerikalı alimlər heç nədən razı qalmayan qadınların ürəyincə olacaq bir araşdırma aparıblar. "Axar.az" amerikalı alimlərin müəyyən etdiyi qadınların şəxsi və iş həyatında xoşbəxt olmaq üçün "etməməsi gərəkən 15 vərdiş"i oxuculara təqdim edir. 1. Davamlı olaraq üzr istəmək Üzr istəmək qadınlar üçün asan deyil. Və bu onların əhvalını pozacaq ən pis xüsusiyyətlərdəndir. Xanımlar, bundan imtina etmək sizi xoşbəxt edəcək. 2. Hər kəsə "Bəli" demək "Xeyr" deməyi öyrənmək lazımdır. Heç kimin xətrinə dəyməmək üçün deyilən "bəli" qadınları narahat edir. Səmimi olaq, xanımlar. Lazım gəldiyində "xeyr" deməyi öyrənək. 3. Yeməkləri düşmən kimi görmək Artıq çəkiylə mübarizə aparmaq bütün qadınların alnına yazılıb. Ancaq anlamaq lazımdır ki, yemək həddindən artıq olduğu zaman düşmənə çevrilə bilər. Dadlı yemək düşmən deyil. 4. Bədənini pisləmək İdeal bədən quruluşuna sahib olan qadınlar da bunu edir. Ancaq gözəl və zövqlə seçilmiş geyim hər qadın bədəninin gözəl olduğuna sübutdur. Bədəninizi sevin. 5. Hər gün dikdaban ayaqqabı geyinmək Buna məcbur deyilsiniz. Hətta imtina etsəniz də, heç nə itirmiş olmayacaqsınız. Sünilikdən nə qədər uzaq olsanız o qədər yaxşıdır. 6. Başqa qadınların seks həyatını mühakimə etmək Kimin necə yaşamasını müzakirə etmək heç də yaxşı deyil. O sizi də, mühakimə etdiyiniz qadınları da narahat edəcək. Bir-birinizi incitməyin. 7. Super görünməyə çalışmaq Hər gün kosmetika, dikdaban ayaqqabı geyinmək məcburiyyətində deyilsiniz. Sadə görünmək daha gözəldir. Belə daha cazibədar görünürsünüz. 8. Hər şeyin cavabını, xəstəliklərin çarəsini internetdə axtarmaq Düzdür, internetdə istədiyiniz çox şeyi tapa bilərsiniz. Ancaq bu o demək deyil ki, orada hər şey var. Ehtiyatlı olun, o sizi aldada bilər. 9. Tək qalmaqdan qorxmaq Qadınların illərdir üstün gələ bilmədiyi yeganə hiss. Çalışın, onları tək buraxmayın. Ancaq xanımlar, tək qalmaq elə də qorxulu deyil. Qaranlıqdan da, təklikdən də zövq almaq olar. Bunu da öyrənək. 10. Zəhlətökən dostluqlara davam etmək Qadınlar bunu məcburiyyətdən edir. Sevmədikləri insanları özlərindən uzaqlaşdırmağı istəsələr də, çox vaxt bunu edə bilmirlər. Ancaq sizin zəhlənizi tökənləri özünüzdən uzaqlaşdırın. 11. Öz gerçək həyatını başqalarının virtual həyatları ilə müqayisə etmək Qadınlar hər şeyi, hər kəsi müqayisə edirlər. Özlərini də ətrafdakılarla müqayisə etmək adətindən vaz keçə bilmirlər. Bu sizi narahat edirsə, tərgitməyə çalışın. Hər kəsin özünə xas fərqliliyi var. Ancaq düşünün ki, siz daha fərqlisiniz. 12. Keçmişdəki peşmanlıqları unuda bilməmək Ya da unutmaq istəməmək. Qadınlar adətən peşman olduqları çox şeyi unutmaq istəsələr də, bacarmırlar. Bu isə onların xoşbəxtliyinə əngəl yaradacaq ən böyük səbəblərdəndir. 13. Yalnız bir şəxsə məxsus olmaq üçün başqaları ilə münasibət qurmamaq Qadınlar onları xoşbəxt etməyən insanla da ömür çürütməyə razı olurlar. Səbəb isə başqaları ilə adlarının hallanmamasıdır. Bu istək onları xoşbəxt etmir. Sizi xoşbəxt etməyəcək insanlarla olan münasibətinizi kəsməkdən qorxmayın. Həyat qısadır, bunu kiməsə qurban verməyə dəyməz. 14. Tətil günlərini yaxşı qiymətləndirmək Ev işləri həmişə görmək olar. İstirahətinizi buna sərf etməyin. Gözəl bir gün keçirməyin gərgin iş həftəsindən sonra necə xoş təsir bağışladığını görəcəksiniz. 15. Həyatdakı əhəmiyyətli şeylər üçün tarix təyin etmək Bu günün işini sabaha saxlamayın. Kimlərinsə planına uyub əhəmiyyətli gününüzü təxirə salmayın. Bir gününüzü də kiməsə və ya nəyəsə qurban verməyə dəyməz. Hər gününüzün qədrini bilin, xanımlar. Bu sizi xoşbəxt edəcək. |
2014-05-07 | 16,967 | Samirə: “Nömrəmi verin ona, mənə zəng etsin...” | "Lazım gəlsə, nikah şəhadətnaməsini üzə çıxararam". Bu sözləri meyxanaçı Samirə Yusifqızı müğənni Orxan Dənizin "Axar.az"a onun haqqında dediyi sözlərə cavab olaraq bildirib. "Mən elə səviyyəsiz insanlara fikir vermirəm. Onun nə haqqı var ki, mənim şəxsi həyatıma müdaxilə edə?! Lazım gəlsə, evli olduğum haqda nikah şəhadətnaməsini üzə çıxararam. Əgər lazımdırsa, mənim nömrəmi verin ona, mənə zəng etsin. Gəlsin, görüşək görüm nə demək istəyir?! Ayıb olsun ona!" Xatırladaq ki, Orxan Dəniz, meyxanaçı Samirə haqqında "Onun əri yoxdur, taksi şoferi ilə yaşayır" sözlərini demişdi. |
2014-05-07 | 16,968 | Kişilər il ərzində coraba 2,8 milyard dollar verir | ABŞ-ın məşhur "NPD Group" alış-veriş şəbəkəsi maraqlı araşdırma aparıb. "Axar.az" xəbər verir ki, 14 yaşdan yuxarı insanlar arasında aparılan tədqiqatların nəticəsində məlum olub ki, 2012-ci ilə nisbətən 2013-cü ildə insanlar coraba 14 faiz daha çox pul xərcləyiblər. Orta hesabla bir kişi il ərzində 23 dollar, 2013-cü il ərzində ABŞ əhalisinin kişi kəsimi coraba bütövlükdə 2,8 milyard dollar pul xərcləyib. Kişi paltarlarının satışında bahalaşma kişilərin çıxarlarına da təsirsiz ötüşməyib. Yola saldığımız il kişilər geyimə 60,8 milyard dollar pul xərcləyiblər ki, bu da əvvəlki ilə nisbətən 5 faiz artıqdır. 2013-cü ildə güclü cinsin hər bir nümayəndəsi orta hesabla 382 dollarlıq geyim alıb. Xatırladaq ki, bu araşdırma ancaq ABŞ alıcıları arasında aparılıb və verilən açıqlamaya görə, Yeni Zelandiyada kişilər coraba 1500 dollar, Peruda isə 1150 dollar xərcləyirlər. |
2014-05-07 | 16,969 | ABŞ Azərbaycanı Rusiyaya sığınmağa məcbur edir | BAXCP sədri Qüdrət Həsənquliyevin Qarbağ problemi ilə bağlı Rusiya dövləti ilə danışıqlar aparmaq təklifi geniş rezonansa səbəb olub. Artıq bir çox siyasi təşkilatlar bunula bağlı BAXCP sədrinə ittihamlar irəli sürüblər. BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyamədddin Orduxanlı mediaya açıqlama verərək, bu ittihamları qərəzli adlandırıb: "Qüdrət bəy 10 ildən artıqdır ki, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. O, bu qurumun bütün toplantılarında çıxışının əksər hissəsini Dağlıq Qarabağ mövzusuna həsr edir. NATO Parlament Assambleyasında dəfələrlə qeyd edib ki, bu problemi Azərbaycan üçün Rusiya yaradıb". Qüdrət Həsənquliyevin çıxışının qəsdən təhrif edilməsindən danışan N.Orduxanlı bu problemi yaradan, Azərbaycan torpağını işğal etmiş Rusiya ilə birbaşa danışıqlar apara biləcəyimizi bir daha önə çəkib: "Rusiyanın streteji maraqları nəzərə alınmaqla, bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq üçün birgə saziş imzalana bilər. Çünki hamı bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmək gücündə deyil. Bilirsiniz ki, Azərbaycan müstəqil olandan sonra Rusiyanın hərbi bazası olan Qəbələ RLS 20 ilə yaxın müddətdə Azərbaycanda fəaliyyət göstərib. Yəni bu, Azərbaycanın müstəqilliyinə təhlükə törədirdimi? Əgər Rusiyanın Azərbaycanı işğal etmək planı varsa, burada hərbi bazanın olub-olmaması nə qədər əhəmiyyətli rol oynayacaq? 1920-ci ildə Rusiya ADR-i işğal edəndə Azərbaycanda Rusiyanın hər hansı bir bazası var idimi? Bir neçə il bundan qabaq Gürcüstan əraziləri işğal olunduqda orada rus hərbi bazaları var idimi? Məsələnin mahiyyəti budur ki, biz bu məsələnin yalnız Rusiya ilə birgə danışıqlarla həll oluna biləcəyini təklif etmişik. 20 il ərzində Amerikanın, Qərbin Azərbaycana Qarabağla bağlı verdiyi nə olub? Onlar birgə olaraq Azərbaycana "Madrid Prinsipləri"ni təklif kimi irəli sürüblər. "Madrid Prinsipləri" bütövlükdə Azərbaycanın milli maraqlarına cavab vermir. Ermənistan tərəfi nəzərdə tutur ki, 5 ildən sonra referendum keçirilsin, Azərbaycan tərəfi 15 ildən sonra. Bunun fərqi nədir? Bu prinsplərə görə, 15 ildən sonra yenə də referendum keçirilməlidir. Bu da Azərbaycanın milli maraqlarına cavab vermir. Bu gün Amerika, Avropa Birliyi, BMT Azərbaycan dövlətini elə bir vəziyyətə gətirib çatdırıb ki, biz yalnız yeganə çıxış yolunu Rusiya ilə danışıqlarda görməyə başlamışıq. Yəni bunun də səbəbkarı məhz Amerikanın, Avropanın Azərbaycana ikili standartla yanaşmasından irəli gəlir. Amerika, Avropa Qarabağ məsələsinin həll olunmasında Azərbaycanın milli maraqlarını müdafiə edirmi? Dağlıq Qarabağdan Ermənistan qoşunların çıxarılması barədə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edirmi? Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasında, bütün beynəlxalq tədbirlərdə, Avropada səlahiyyətli şəxslərlə görüşündə də onlar açıq şəkildə deyir ki, "gedin, Rusiya ilə danışın". Onlar da bu problemin Rusiya ilə həll olunmasının tərəfdarı olduqlarını bildirirlər. Ona görə də biz bu məsələni qaldırmağa məcburuq". |
2014-05-07 | 16,970 | Ölkəyə elektriklə çalışan maşınlar gətirilməlidir - Ekspert | "Yaponiya 2020-ci ilə kimi elektromobillərin payını 20%-ə çatdırmağı planlaşdırır". "Axar.az" xəbər verir ki, bunu ölkəyə elektrik enerjisi ilə çalışan avtomobillərin gətirilməsi ilə bağlı məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev qeyd edib. Ekspertin fikrincə, ölkəyə elektromobillərin gətirilməsi üçün dövlət proqramı qəbul edilməlidir: "Yanacaq istehlakının son illər kəskin artması hökuməti bir sıra sərt addımlar atmağa sövq etdi. Yanacaq bahalaşdı, avtomobil kreditlərinin şərtləri ağırlaşdırıldı, Aİ-95 markalı yanacağın ölkə daxilində istehsalı dayandırılaraq idxalına başlandı, yanacağın idxalına tətbiq edilən vergi və rüsumlar müvəqqəti aradan qaldırıldı. Üstəgəl avtomobil idxalına tətbiq edilən Avro-4 ekoloji norması çox köhnə və ekoloji cəhətdən havanı çirkləndirən avtomobillərin ölkəyə axınını xeyli dərəcədə məhdudlaşdırdı. Bütün bu addımların səbəbi bir tərəfdən avtomobillərin sürətli artımını yavaşıtmaq, digər tərəfdən yanacaq istehlakını azaltmaqdır. Statistik təhlil göstərir ki, ölkədə həm avtomobillərin sayı, həm də yanacaq istehlakı hər il orta hesabla 10 faiz artır. 2007-ci ildə benzin istehlakı 785 min ton idisə, 2013-ci ildə 1,3 milyon tona qalxıb. Bu müddətdə istehlakın həcmi 67 faiz artıb. Həmin dövrdə bütün növdən avtomobillərin artımı 61 faiz olub: avtobuslar, yük maşınları qarışıq avtomobillərin sayı 773 mindən (2007) 1,246 milyona (2013) çatıb. Hətta hökumətin məhdudlaşdırıcı tədbirləri avtomobillərin artımını ciddi əngəlləyə bilməyəcək. İndiki artım tempi ilə yaxın 10 ildə ölkədə müxtəlif təyinatlı avtomobillərin sayı 2 dəfəyədək artacaq və onların sayı 2,5-3 milyon ədəd civarında olacaq". Samir Əliyev hesab edir ki, yanacaqla işləyən avtomobillərin daha da artması Bakıda ekoloji fəlakət ehtimalının daha da güclənməsinə gətirib çıxarır. Onun sözlərinə görə, bunun üçün hökumət ciddi addımlar atmalıdır. Bu addımların nədən ibarət olmasına gəlincə isə, S. Əliyev kompleks işlərin görülməsini əhəmiyyətli hesab edir: "Avtomobillərin sayı artdıqca yanacağa olan tələbat da artacaq. Bu isə öz növbəsində ekologiyanın daha da çirklənməsinə, xüsusən də avtomobillərin daha çox cəmləşdiyi Bakıda ekoloji fəlakət ehtimalını artıracaq. Bir tərəfdən yaşıllıqların dağıdılması, avtomobil parkının köhnə olması, digər tərəfdən də getdikcə artan tıxaclar havaya buraxılan zərərli maddələrin həcmini artıracaq. İlk növbədə, avtomobil parkının təzələnməsinə diqqət yetirilməlidir. Bu barədə ən azı Rusiya təcrübəsi var. Xüsusi dövlət proqramı hazırlanmalı, ekologiya üçün zərərli köhnə avtomobillərin dövriyyədən çıxarılmasına başlanmalıdır. İkincisi, çoxlitrajlı avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Bunun üçün xüsusi vergi rejimi tətbiq oluna bilər. Artıq Rusiya və Qazaxıstan müvafiq vergi rejimi tətbiq edir. Digər tərəfdən qənaətli və azlitrajlı maşınların, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırılmalıdır. Dünyada elektromobillərin istehsalına son illər xüsusilə diqqət artıb. Enerji asılılığını azaltmaq və ekologiyanın çirklənməsinin qarşısını almaq siyasəti hökumətləri alternativ nəqliyyat vasitələrinə üz tutmağa vadar edib. Bir çox ölkələrdə elektromobillərin istehsalını və alışını stimullaşdırmaq üçün müxtəlif səviyyəli proqramlar qəbul edilib. Bu proqramların əsas 3 məqsədi var: ölkənin enerji müstəqilliyini artırmaq, atmosferə CO2 tullantısının buraxılmasından yaranan istixana effektini azaltmaq və yeni növ nəqliyyatla işləyən müəssisələrin rəqabət qabiliyyətini artırmaq". Ekspert nümunə kimi Latviya təcrübəsini nümunə göstərməyi də unutmur: "Latviyada ötən il 3 illik proqram qəbul edilib və onun icrası üçün 30 milyon avro ayrılıb. Estoniya, Rusiya, Ukraynada da oxşar proqramlar həyata keçirilir. Məsələn, Estoniyada 2014-cü ilin əvvəlinə dövlətin köməkliyi ilə 750-yə qədər elektromobil əldə edilib. Elektromobil bazarının inkişafı üçün dövlətin üzərinə çox böyük yük düşür. Bir sıra Avropa ölkələrində elektromobillə ənənəvi avtomobillərin qiymətləri arasındakı fərqi dövlət kompensasiya şəklində ödəyir. Elektromobillərin satışını stimullaşdırmağın bir yolu da vergi güzəştidir. Britaniya, Fransa, İspaniyada və digər ölkələrdə elektromobil sahiblərinə vergi güzəştləri tətbiq edilir. Almaniyada elektromobil sahibləri nəqliyyat vergisindən azaddır və alışda xüsusi güzəştlərə malikdirlər. Hətta Norveç kimi neft istehsal edən ölkə də elektromobil idxalına diqqət yetirir. Elektromobillərin satışının ən effektiv sxemi məhz bu ölkədədir. Skandinaviya ölkəsində dövlət subsidiyası almaq, pulsuz parklanma, enerjidoldurma məntəqələrinin bir sıra vergi və rüsumdan azad olması, ictimai nəqliyyat zolağından istifadə hüququ kimi üstünlüklər mövcuddur. Adambaşına düşən elektromobillərin sayına görə Norveç dünya lideridir. Hökumətin qiymətləndirmələrinə görə, ölkədə belə nəqliyyat vasitələrinin sayı 15 minə çatıb. Rusiyada elektromobil üzrə idxal rüsumları 0 dərəcəyə endirib. ABŞ elektromobillərin sayına görə dünya lideridir. Dünyada satılan hər ikinci elektromobil bu ölkənin payına düşür. 2015-ci ilədək ölkədə elektromobillərin sayının 1 milyon ədədə çatdırılması planlaşdırılır. Hazırda onların sayı 200 min ədəddir. Yaponiya 2020-ci ilə kimi elektromobillərin payını 20%-ə çatdırmağı planlaşdırır. Ümumilikdə götürdükdə, 2025-ci ilə kimi avtomobil parkının ABŞ-da 6-10%-nin, Qərbi Avropada 6-10%-nin, Yaponiyada 25%-nin, Çində 11-15%-nin, Hindistanda 6-10%-nin, Braziliyada 6-10%-nin, Rusiyada 1-5%-nin yeni nəqliyyat vasitəsi ilə əvəzlənməsi nəzərdə tutulub. Elektromobillərin satışının stimullaşdırılmasının şərtlərindən biri də "yanacaqdoldurma" məntəqələrinin olmasıdır. ABŞ-da 21000, Britaniya və Almaniyada 3000, Fransada 2000, Yaponiyada 5000, Niderlandda 4000, Rusiyada 50-yə yaxın (ilin 1-ci yarısında daha 150-si açılacaq), Estoniyada 163 enerjidoldurma stansiyaları fəaliyyət göstərir. Elektromobillərin üstünlükləri çoxdur: 100 km məsafəyə enerji sərfiyyatı 1-2 avro təşkil edir. Ekologiyanı çirkləndirmir, səssiz işləyir və s. Təbii ki çatışmazlıqları da mövcuddur. Ancaq yeni mexanizm getdikcə təkmilləşdirilir və çatışmazlıqlar aradan qaldırılır". Xatırladaq ki, Avropa ölkələrinin əksəriyyətində elektromobillərin istifadəsi kütləviləşib. Hətta qonşu Gürcüstanda belə, bu tipli avtomobillərdən istifadə edilir. |
2014-05-07 | 16,971 | ABŞ-da ən çox satılan 10 kitab | Əvvəla, onu qeyd edək ki, "Axar.az" olaraq bu maraqlı siyahını araşdırarkən bir sıra qanunauyğunluqları aşkar etdik. "Birincisi, informasiya açıqlığı ona gətirib çıxarır ki, dünyanın dörd bir tərəfində insanlar eyni kitabı oxuyurlar, həm də eyni zamanda". Ya indi informasiya çox tez yayılır, ya da bız, insanlar bir-birimizə oxşamağa başlayırıq (qloballaşma!), yaxud ola da bilər ki, naşirlər həddən artıq zirək və diribaşdırlar. Ancaq hər halda fakt fakt olaraq qalır – hələ çap maşınının istisi canından çıxmamış kitablar Amerikanın kitab mağazalarının rəflərinə düzülməyə macal tapmamış, okeanın o tayındakı oxucu həmkarlarımızın elektron qiraətxanalarında yerləşdirilir. İstəsək, hər bir kitabı öz dilimizdə tapa bilərik. İkinci qanunauyğunluq Kitablar anındaca ekran variantında yayımlanmağa başlayır, kino isə romana olan marağı daha da artırır. Keçmişdə ədəbi əsərlərin ekrana gətirilməsinin çətinliyindən çox danışırdılar. İndi isə kitab hit-paradlarının ilk sətirlərini tutmuş bütün əhvalatlar ekranda harmonik kino versiyasını yaşayır. Qadın yazarlar həmişə öncül mövqelərdə olub və öz yerlərini getdikcə daha da möhkəmləndirirlər. Heç təsadüfi deyil ki, ödüllü yerlərdən üçünün sahibi xanım yazarlardır. Və sonuncu müşahidəmiz. Eyni müəlliflər cürbəcür toplara bir neçə dəfə düşməyi bacarırlar. Ya onlar bu qədər istedadlıdırlar, ya da ki, biz "sevəndə ömürlük sevirik". Ümumiyyətlə isə, döngədə kimin kimi ötüb keçməyinin heç bir mənası yoxdur. Əsas odur ki, xoşunuza nə gəlirsə, onu da oxuyun. Qoy mütaliənin özü sizə zövq versin. Beləliklə, Şimali Amerika hit-paradının çempionu Stiq Larssondur. O, bütün pyedestalı tutur. Birinci yerə onun "Əjdaha döyməli qız", ikinci yerə "Odla oynayan qız" kitabları çıxıb, bürünc isə daha bir qeyri-adi qıza - "Canilər yuvasını dağıdan qız"a nəsib olub. Reytinqin dördüncü yeri ödüllülər arasındakı yeganə təmiz amerikalıya məxsusdur. Sabiq prezident Corc Buş öz xatirələrini "Dönüş anları" adı ilə nəşr etdirib. Beşinci yer məhsuldar yazıçı Nikolas Sparkın və onun "Sonuncu nəğmə" romanınındır. Altıncı pillədə - Ceff Kinninin "Zəif adamın gündəliyi" əsəri qərarlaşıb. Daima ən adi vəziyyətlərdə qeyri-adi macəralara tuş gələn amerikalı aşağı şinif şagirdi haqqında çox şən və gülməli əsərdir. Yeddincidə isə Elizabet Gilbertin "Yemək, dua etmək, sevmək" kitabı dayanır. Xanım Gilbert sübut etdi ki, onun kitabı birgünlük pərvanə deyil, o, Top-10-luqda artıq 5 ildir ki, yer tutur. Və yenə Nikolas Spark, onun "Əziz Con" əsəri səkkizinci yerdə. Gözlənilmədən Top-10-luğa yeni bir kitab qatılıb (doqquzuncu) – Ketrin Stokett və onun ilk romanı "Quluqçu". Əsər okeanın hər iki sahilinin oxucularının sevgisini qazanıb. Onluğu bütün dünyanı vampirlərin ağır taleyinə acıdan Stefan Mayerin "Alacaqaranlıq" kitabı bağlayır. |
2014-05-07 | 16,972 | Kainat haqqında bilmədiyimiz şok faktlar | Kainat haqqında bilmədiyimiz bəlkə milyonlarla, hətta daha çox həqiqət var. Milyardlarla ildən bəri sərhədlərini tamamilə öyrənmədiyimiz, bəlkə də heç vaxt öyrənə bilməyəcəyimiz bu sonsuz müstəvidə davamlı bir təkamül prosesi yaşanır. Təkcə bir planetdə yaşayan insan üçün kəşf edilməsi çox uzun zaman tələb edən kainatın ölçülərini rəqəmlərlə ölçmək bir çox baxımdan qeyri-mümkün gələ bilər. Ancaq sonsuzluq kimi anladığımız kosmosu əslində çox kiçik sərhədlərə sığdıra biləcəyimiz kimi başa düşülməsi çox çətin görünən kainatı da asanlıqla təyin edə bilərik. Bunu aşağıdakı 12 inanılmaz faktla sizə təqdim edirik: 1. Bütün insanlar bir şəkər kürəsinin həcminə sığa bilər. Bunun səbəbi maddənin inanılmayacaq dərəcədə boş olmasıdır. Maddənin ən fundamental quruluşunu təşkil edən atom kürəcikləri Günəş sisteminin miniatürü kimidir. Atomun nüvəsi ətrafındakı elektronlar günəşin orbitində hərəkət edən planetlərə bənzəyir. Mərkəzdəki nüvə elektronların orbitlərinə müqayisədə çox kiçikdir. Bu da bu mənanı verir: Əgər dünyadakı bütün insanlarda olan atomlardakı boşluqları çıxarsaq, yerdə qalan maddəni bir şəkər kürəciyinə sığdıra bilərik. Çünki siz və digər bütün insanların yüzdə 99.9999999999-u boşluqdan meydana gəlir. 2. Əgər Günəş banandan yaradılsaydı, eyni istiliyi verərdi Günəşin istiliyi tərkibindəki bir çox maddədən qaynaqlanmaqdadır. Günəş mərkəzinə çəkdiyi maddələri burada sıxaraq təxminən 15 milyon dərəcədə isidir. Bu nöqtədə əhəmiyyətli olan odur ki, növündən və tərkibindən asılı olmayaraq bütün növ maddələr həll olunaraq "plazma" adlandırdığımız maddəyə çevrilir. Qısası, Günəşin tam olaraq niyə meydana gəldiyi o qədər də əhəmiyyətli deyil. Gerçəkdə günəş tərkibi hidrogen olan katrilyonlarca ton qazdan ibarətdir. Digər tərəfdən, əgər katrilyonlarca ton bananı bir araya gətirə bilsəniz, Günəşlə eyni istilikdə olan bir sıxlıq əmələ gətirmiş olarsınız. Ancaq bananlar günəş kimi davamlı istiliyini qoruya bilməz. 3. Kainatın yüzdə 98-i görünməzdir Kainatın kütləsinin yalnız yüzdə 4-ü insanları, ulduzları və planetləri meydana gətirən atomlardan yaranıb. İnsanlar isə hələ bu kütlənin yalnız yarısını görə bilmək gücündədir. Kainatın yüzdə 23-ü isə əsrarəngiz "qaranlıq maddə"dən meydana gəlir. Qaranlıq maddənin varlığını ehtimal etdiyimiz planetlərə görə onların meydana gətirdiyi cazibə qüvvəsi sayəsində bilirik. 4. Kainatın yüzdə 73-ü qaranlıq enerjidən meydana gəlir Hələ 1998-ci ildə kəşf edilən bu enerji bütün kosmosda yayılıb və əks təsir qüvvəsinə malikdir. Əgər elmə məlum olmayan qalan yüzdə 98-lik bilinməyən sahənin nə olduğunu kəşf etsəniz, böyük ehtimalla Nobel mMükafatı alacaqsınız. 5. Dünyaya bu gün düşən gün işıqları 30 min il yaşındadır Gün işığı Günəşin mərkəzində meydana gələn nüvə reaksiyaları sayəsində meydana gəlir. Ancaq Günəş o qədər yüksək bir sıxlığa sahibdir ki, gün işığının Günəşin mərkəzindən çıxaraq kosmos boşluğuna çatması 30 min il vaxt aparır. 6. Günəş şüaları önünə heç bir maneə çıxmadan bir düz xətt boyunca irəliləsəydi, Yer kürəsinə 2 saniyə ərzində çatardı. Ancaq gün işığı o qədər ağır və ziqzaqlı bir yol keçir ki, dünyaya çatması üçün təxminən 30 min il vaxt sərf edir. Yəni, bu gün başınıza düşən gün işıqları əslində Buz dövründən qalma günəş şüalarıdır. 7. Aşagı qatda oturanlar ən üst mərtəbədə oturanlarla müqayisədə daha gec yaşlanır. Bu, Eynşteynin cazibə nəzəriyyəsi ilə əlaqəli bir mövzudur. Eynşteynin nəzəriyyəsinə görə, zaman güclü cazibə sahəsində daha yavaş irəliləyir. Bir binanın aşağı mərtəbəsində olarkən təbii olaraq ən üst qatda olan bir insanla müqayisədə dünyanın mərkəzinə daha yaxın olarsınız. Bu da daha çox cazibə qüvvəsinin təsiri ilə əlaqlədir. Nəticədə daha gec yaşlanacaqsınız. Təbii ki, bu çox kiçik bir təsirdir. Yəni gənc qalmaq üçün aşağı qatlarda bir ev axtarmaq məcburiyyətində deyilsiniz. 8. Zaman səfəri fizika qanunları ilə bağlı deyil Eynşteynin cazibə nəzəriyyəsinə görə, zaman səfəri prinsip olaraq mümkün görünür. Fiziklər yarım əsrdən çox müddətdir ki, zaman səfərinin mümkün olmadığını göstərməyə çalışır. Ancaq bu vaxta qədər nəticə əldə edə bilməyiblər. Məşhur fizik Stefen Havkinq bu ziddiyyəti ortadan qaldıracaq bir fizika qanununun hələ olmadığına sübut gətirərək, fikrini belə ifadə edir: "Gələcəkdən gələn ziyarətçilər bəs hardadır?". 9. Televiziya kanallarını dəyişdirərkən bir televiziyanın çıxardığı statik elektrikin yüzdə 1-i "Böyük Partlayış"a aiddir Kainat "Böyük Partlayış" adlandırdığımız bir atəş topunun içində yarandı və atəş topunun çıxardığı istilik o gündən bu yana gedəcək bir yer tapa bilmədi. Kainatda sıxılan istilik bu gün hələ də ətrafımızdadır. Təbii ki, bu istilik kainatın genişlənməkdə olduğu son 13.7 milyard ildə əhəmiyyətli dərəcədə enib. Buna görə də bu istilik artıq gözlə görülə bilən işıq halında deyil, sadəcə, mikrodalğalar halında televiziya antenlerinin ətrafında toplanır. 10. 1 milyon kainatı əhatə edəcək məlumatı 1 GB həcmində fləş diskə yerləşdirmək mümkündür Bu inanılması qeyri-mümkün olan güc nəzəriyyəsinin gerçək olmasının səbəbi kosmik kainatın sahib olduğu quruluşdan qaynaqlanır. Kainat fiziki kosmologiya daxilində sürətli genişlənməyə məruz qalaraq, şişmiş bir maddə kimidir. İstər inanın, istər inanmayın, 1 GB həcmində fləş diskə 1 milyon kainatı əhatə edəcək məlumatı yerləşdirmək olar. 11. Sizcə, Merlin Monro ilə kosmosun bu gün necə bir əlaqəsi ola bilər? Aldığınız hər nəfəs Merlin Monronun verdiyi nəfəsdən bir atom ehtiva edir. Bunun səbəbi atomların çox kiçik olmasıdır. Monronun verdiyi hər nəfəsdə ağciyərlərindən çıxan atomlar atmosferə bərabər olaraq dağılır. Bu səbəbdən də ötəri aldığımız hər nəfəsin Monronun və ya Abraham Linkolnun, ya da digər bir insanın nəfəsindən gələn bir atomu ehtiva etdiyini söyləyə bilərik. 12. Kainatın hansısa bir nöqtəsində sonsuz sayda siz varsınız Bu kosmologiyanın kiçik bir sirridir. Bunu elm adamlarının sizə izah etmək istəməməsinin səbəbi isə utandırıcı olmasıdır. Ancaq kainatın quruluşu ilə fizika qanunları bir araya gəldiyi zaman ortaya çıxan "Quantum nəzəriyyəsi" kainatın elmə məlum olmayan hər hansı bir nöqtəsində sonsuz dəfə təkrarlandığı bir sahə olduğunu üzə çıxarır. Bu günki dövrdə elm hələlik bu nəzəriyyə qarşısında acizdir. Bəlkə doğurdan da kainatın hansısa hissəsində sonsuz sayda sizin əksiniz var? |
2014-05-07 | 16,973 | Goradildə üçotaqlı ev yandı | Abşeron rayonu, Goradil qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. "Axar.az" xəbər verir ki, yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-05-07 | 16,974 | Bələdiyyə sədri qadın jurnalistin ayağına əl atdı – Video | Boliviyanın Santa Kruz şəhərinin bələdiyyə sədri Persi Fernandez efirdə qadın jurnalistin ayağına əllə toxunub. Boliviyada Santa Kruz şəhərinin bələdiyyə sədri Persi Fernandez iştirak etdiyi televiziya proqramlarından birində əllə təcavüz etdiyi jurnalist Mersedes Quzmandan üzr istəyib. O, bu hərəkətilə jurnalisti hirsləndirmək istəmədiyini və yaranan xoşagəlməz söz-söhbətlərə görə təəssüfləndiyini söyləyib. Televiziyada canlı olaraq yayımlanan görüntülərdə bələdiyyə sədrinin yanında əyləşən jurnalistin ayağına toxunduğu, ikinci tərəfin isə bundan narahat olaraq bələdiyyə sədrinin əlini uzaqlaşdırmağa çalışdırdığı görülür. Proqramdan sonra Bolivyada çox sayda millət vəkili, jurnalist və qadın hüquqları müdafiəçisi 75 yaşlı bələdiyyə sədrinin həmin hərəkətini qınayıb. Qeyd edək ki, jurnalist Quzmanın həyat yoldaşı isə Fernandezin cəmiyyətin qarşısında üzr istəməsini tələb etmiş, əks halda qanuni yollara müraciət edəcəyini açıqlamışdı (ANS). |
2014-05-07 | 16,975 | Peyğəmbərin sarayı tapıldı – Foto | İsrailli arxeoloq Eli Şukron 19 illik qazıntıdan sonra Davud peyğəmbərin sarayını tapdığını iddia edib. Şukron daha əvvəl də bu sarayı tapdığını iddia edən arxeoloqlar kimi, araşdırmaların İncildə yazılan ifadələr işığında aparıldığını deyib. Şukron iddialarını doğrulayacaq qüvvətli dəlillər olduğunu desə də, daha əvvəl bu istiqamətdə araşdırma aparan arxeoloqlar tapılan əşyaların hələ güclü dəlil ola bilməyəcəyini açıqlayıb. "Bu yer həzrəti Davudun sarayıdır. Bu yer Zionun qalasıdır. Bu yer həzrəti Davudun İuseevdən aldığı yerdir. Hər şey İncildə yazılanlarla mükəmməl səviyyədə paraleldir" – deyə Şukron bildirib. Arxeoloqlar arasında, həzrəti Davudun Qüdsün hansı tərəfini fəth edərək saray tikdirməsi məsələsində fikir müxtəlifliyi olsa da bəzi tarixçilər Davud peyğəmbərin tarixi bir obraz olduğuna inanır. Qeyd edək ki, həzrəti Davud Qurani Kərimdə adı çəkilən 25 peyğəmbərdən biridir (ANS). |
2014-05-07 | 16,976 | Bakı Metropolitenində növbəti problem | Bu gün səhər saatlarında Bakı Metropolitenində "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb. "Axar.az" xəbər verir ki, "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatar "Nərimanov" stansiyasında dayanıb və sərnişinlər vaqonlardan boşaldılıb. Yarım saata yaxın qatarın hərəkəti məhdudlaşıb. Bundan sonra da bütün stansiyalarda gecikmə olub. Hadisəni gündəmdə saxlayacağıq. |
2014-05-07 | 16,977 | Səfər Əbiyevin ən yaxın adamının həbsinin səbəbi bilindi | Səfər Əbiyev tutduğu vəzifədən çıxarılandan sonra ətrafı "krışa"sız qaldı. Nəticə də özünü çox gözlətmədi. Hərbi Dəniz Qüvvələrində Hərbi Prokurorluğun apardığı araşdırmalar nəticəsində vitse-admiralı Şahin Sultanov da daxil olmaqda 8 yüksək vəzifəli hərbçi həbsə alınıb. Ötən saylarımızdan birində "N" saylı məxfi hərbi hissənin komandiri Elçin Xəlilovun həbsi barədə məlumat vermişdik. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi E.Xəlilovu Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçib. Redaksiyamıza E.Xəlilovun həbsinin detalları haqda məlumat daxil olub. Aldığımız məlumata görə, həbsindən 2 ay əvvəl Müdafiə Nazirliyinə dəvət olunan E.Xəlilova nazirliyin daxili yoxlaması nəticəsində rəhbərlik etdiyi hərbi hissədə 3 milyon manata yaxın yeyintinin olması bildirilib. E.Xəlilovdan həmin vəsaitin geri qaytarılması istənilib. Sabiq nazirin köməkçisi 2-3 gün ərzində həmin vəsaiti geri qaytaracağına söz verib. Lakin 2 ay ərzində vəsait dövlət büdcəsinə qaytarılmayıb. Bundan sonra məsələ ilə bağlı Hərbi Prokurorluğa yeyinti haqda məlumatlar göndərilib. Məsələ Hərbi Prokurorluqda araşdırılıb və istintaqa dəvət olunan Elçin Xəlilov orada qandallanıb. Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya bildirilmişdi ki, aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir (Musavat). |
2014-05-07 | 16,978 | 3 kompüter, 2 printer, 1 masa yandı | Cəlilabad şəhərində ümumi sahəsi 1450 kv.m olan dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində lambirdən ibarət tavanı 140 kv.m sahədə və 1 otağında 3 ədəd kompyuter, 2 ədəd printer və 1 ədəd masa yanıb. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğından inzibati binanın qalan hissəsi mühafizə olunub. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. |
2014-05-07 | 16,979 | Mövqelərimiz atəşə tutuldu | Cəbhənin təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Xocavənd rayonunun Kuropatkino və Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. |
2014-05-07 | 16,980 | 3 yaşlı ukrayn qız: “Putinin əsgərləri adamları öldürürlər” - Video | Ukraynalı balaca körpənin internettə yayılan videosu izlənmə rekordu qırıb. "Axar.az" xəbər verir ki, mayın 6-da yerləşdirilən videoda körpə qız Putini pisləyərək ölkəsindən çıxmağını istəyir: "Yanukoviç və Putin adamları döyür. Putinin əsgərləri var. Onlar adamları öldürürlər. Bəs, bunun sonu necə bitəcək? Bizim əsgərlərimiz Putinə deməlidir ki, o bizim torpaqlara, Ukraynaya gəlməsin və xuliqanlıq eləməsin. Mən istəmirəm ki, bizim Ukraynamızda müharibə başlasın. Mən istəyirəm ki, Ukraynamız bütöv olsun". |
2014-05-07 | 16,981 | “İnsanlarımız yiyəsiz qalaraq bu yola düşürlər” | "Son illər Azərbaycanda radikal dini qruplar, missioner təşkilatları, o cümlədən vəhabilik və nurçuluqla bağlı xeyli işlər görülüb. Statistikaya da baxsaq, görərik ki, təkcə vəhabilik və digər dini təriqətlərin fəaliyyətinin qarşısının alınması ilə bağlı nə qədər maaifləndirici tədbirlər həyata keçirilib" "Axar.az" xəbər verir ki, bu sözləri Qafqaz şeyxinin qardaşı, millət vəkili Cavanşir Paşazadə "Publika.az"a geniş müsahibəsində deyib. Onun sözlərinə görə, Suriyaya ayrı-ayrı, "yiyəsiz qalan" insanlarımız yola düşür: "Ayrı-ayrı cavan insanlarımız yiyəsiz qalaraq bu cür yollara düşürlər. Bu isə ümumilikdə Azərbaycan dövlətinin və xalqının adına ləkə gətirən hallardır. Suriyada onlara hələlik əlimiz çatmır. Mən bu yaxınlarda Böyük Britaniyada idim, orda mənə dedilər ki, Suriya müxalifətinə azərbaycanlıların da böyük dəstəyi var. Onlar bir azərbaycanlının hərəkətlərini bütövlükdə Azərbaycan dövlətinin adına şamil edirlər". Qardaşı, Qafqaz şeyxi Allahşükür Paşazadənin ənənəvi olmayan təriqətlərdən pul alması ilə bağlı xəbərlərə toxunan C.Paşazadə bu söz-söhbətləri böhtan adlandırıb: "Əgər Şeyx onlardan pul almışdısa, o zaman nə üçün konfrans keçirib vəhabiləri və nurçuları tənqid edirdi, onlarla bağlı bəyanat qəbul edirdi?" |
2014-05-07 | 16,982 | Obamanın bibisi müsəlman kimi dəfn olundu | ABŞ Prezidenti Babark Obamanın bibisi Zeitun Onyanqo vəfat edib. Xanım Onyanqo islam şəriətinə uyğun olaraq, dəfn edilib. Məlumata görə, Zeitun Onyanqo 2000-ci illərdə vətəni Keniyadan ABŞ-a gedib, 2004-cü ildə onun bu ölkədən sığınacaq tələbi qəbul edilməyib. Ölkədə qeyri-leqal qalmağa davam edən Onyanqo Bostonda dövlətin kasıblar üçün tikdirdiyi müvəqqəti sığınacaqda yaşayıb. Barak Obamanın atasının ögey bacısı olan Onyanqo 2008-ci ildə keçirilən prezident seçkisi ərəfəsində gündəmə gəlmişdi. Yaşlı qadının sığınacaq tələbi isə ancaq 2010-cu ildə müsbət qarşılanmışdı. /ANS/ |
2014-05-07 | 16,983 | Diktatorun bakirə qanı içdiyi məlum oldu - Video | Şimali Koreya lideri Kim Çenin cavan qala bilmək üçün bakirə qızların qanını özünə enjektə etdirdiyi məlum olub. "Axar.az" xəbər verir, "Harvard" və "Stanford" Universitetinin alimləri bala siçanların qanının köçürüldüyü böyük siçanların beyinlərində və bədənlərində cavanlaşdırıcı maddələrin yarandığını üzə çıxarıb. ABŞ-da aparılan araşdırmadan sonra uzun ömrün sirrinin cavan qanda olduğu məlum olub. "Vampir müalicəsi" çərçivəsində bala siçanların qanının köçürüldüyü digər siçanların zehni və fiziki bacarıqlarının da artdığı təsbit edilib. Şimali Koreyalı diktator Kim Çenin də bu araşdırmadan sonra gənc bakirə qızların qanını özünə köçürtdürdüyü məlum olub. Cavan qızların qanını özünə köçürməklə cavanlaşacağına inanan Kim Çen də bu yola əl atıb. |
2014-05-07 | 16,984 | Çoban Xanışın oğlu qətl törətdi | Dünən axşam saatlarında Lerikdə baş verən ağır cinayət hadisəsinin təfərrüatı bəlli olub. Çoban Xanış kimi tanınan mərhum Xanış Şahıyevin oğlu Nazim Şahıyevin ailə münaqişəsi zəminində həyat yoldaşı Əliyeva Səkinə Şaban qızını qətlə yetirib. Mərhumun yaxınları deyiblər ki, Səkinə Əliyeva bir neçə dəfə ərizə ilə Lerik rayon İH-nə müraciət edib, həyat yoldaşı tərəfindən təhdid edildiyini bildirib. Amma bu müraciətə heç bir reaksiya verilməyib. Qeyd ediblər ki, ailədə tez-tez baş verən dava-dalaş zamanı həyat yoldaşı onu öldürəcəyini deyirmiş. Mərhum dəfələrlə bu barədə rayon hüquq-mühafizə orqanlarına da müraciət edib, lakin heç bir tədbir görülməyib. Qeyd edək ki, Nazim Şahıyevin qətlə yetirdiyi həyat yoldaşı iki uşaq anasıdır və 1975-ci ildə anadan olub. Leriki rayon xəstəxanasında xadimə işləyib. /Publika.az/ |
2014-05-07 | 16,985 | Əliyevdən Qafqaz Birləşmiş Ştatları təklifi: Tiflis gizlinləri | "Hər üç ölkənin liderlərinin bura toplaşması yeni regional təhlükəsizlik sisteminin yaranması üçün zəmindir". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə gürcü politoloqu Vaxtanq Maisaya çıxış edib. O, prezidentlərin Ukrayna hadisələrinin bölgəyə təsir imkanlarını da müzakirə etdiklərini bildirib: "Hər üç ölkənin liderinin bura toplaşması yeni regional təhlükəsizlik sisteminin yaranması üçün zəmindir. "Qafqaz Birləşmiş Ştatları"nın yaranması təşəbbüsünü ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb. Mənə elə gəlir ki, bu, artıq reallaşmağa başlayır. Tiflis sammitində prezidentlər Ukraynadakı hadisələr və onların bölgəyə təsirlərini də geniş müzakirə ediblər". Qeyd edək ki, dünən Tiflisdə Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri arasında görüş keçirilib. |
2014-05-07 | 16,986 | Rusiyaya qaçan general artıq Bakıdadır - Özəl | Rusiyaya qaçdığı bildirilən general-mayor Bağır Yusif oğlu Fətullayev artıq Bakıdadır. "Axar.az"a özəl mənbədən daxil olan məlumata görə, general Rusiyada yaşayan ailəsi ilə görüşəndən sonra ölkəyə dönməyə qərar verib. Onun qaçmadığı, lakin ailəsi ilə görüşmək üçün icazə istəyinə gec cavab verildiyi üçün Bakını özbaşına tərk etdiyi bildirilir. Təfərrüatlar bir azdan... |
2014-05-07 | 16,987 | Fərahim İlqaroğlunu döyənlər tutuldu | Ötən ayın 25-də "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı binanın girəcəyində döyənlərdən ikisi yaxalanıb. Bu barədə polis orqanlarından xəbər verilib. Onlardan biri - Feyruz Pişşari adlı şəxs idmançıdır, digəri isə ona dəstək verənlərdən biridir. Əldə edilən məlumata görə, polis orqanları hələlik yaxalanan şəxslər barədə məlumat yaymayıb, ancaq gün ərzində rəsmi açıqlama ilə çıxış edə bilər. Qeyri-rəsmi olaraq əldə olunan xəbərə görə, F.İlqaroğlunu cüdo fəndləri ilə yerə yıxaraq döyən şəxs bu cinayəti ilə bağlı ziddiyyətli ifadələr verib. Lakin istintaq nəticəsində məlum olub ki, o, aldığı sifariş əsasında jurnalisti döyüb. İstintaqa isə deyib ki, özü də bilmir ki, F. İlqaroğlunu nəyə görə döyüb. Feyruza jurnalisti döyməyi sifariş verənin kimliyi məlumdur, hazırda onun yaxalanması üçün əməliyyat aparılır. Bu səbəbdən də təfsilatlı məlumat yayılmır. Onu da qeyd edək ki, jurnalist həmin hücum zamanı ciddi xəsarət almışdı və bu məsələ daxili işlər nazirinin nəzarətində idi. Cinayət hadisəsi jurnalistin avtomobilinin video-qeydedicisinə düşməsi səbəbindən, ortada aydın görünən video-çəkiliş var /Musavat.com/. |
2014-05-07 | 16,988 | Türkiyədə prezidentliyə namizədlərin qeydiyyat vaxtı açıqlandı | Türkiyədə prezidentliyə namizədlərin qeydiyyatının vaxtı açıqlanıb. Qeydiyyata iyunun 29-da başlanacaq. Məlumata görə, bu barədə Türkiyənin Anadolu agentliyi ölkənin Yüksək Seçki Təşkilatına (YSK) istinadən xəbər verib. Məlumata görə, namizədlərin qeydiyyatı iyulun 3-də başa çatacaq. İyulun 11-dən isə namizədlərin seçkiqabağı təbliğat kampaniyasına start veriləcək. Prezident seçkilərinin birinci turunun nəticələri 11 avqustda elan ediləcək. Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. Seçkilərdə hakim partiyadan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın namizədliyinin irəli sürüləcəyi ehtimal edilir. Bir müddət bundan əvvəl AKP Təsisçilər Şurasının üzvü Salih Kapusuz bəyan edib ki, Türkiyədə prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülə bilər. Bir müddət əvvəl Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) qarşıdakı prezident seçkilərində ölkənin Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıçın namizədliyini irəli sürə biləcəyini bəyan etsə də, daha sonra Kılıç prezident seçkilərində iştirakdan imtina etdiyini bildirib. Daha sonra CHP-nin sabiq rəhbəri Dəniz Baykal partiyanın hakim Ədalət və İnkişaf Partiyasından olan namizədə səs verəcəklərini istisna etməyib. /Trend/ |
2014-05-07 | 16,989 | Hafiz Məmmədovun komandasında qiyam | İş adamı Hafiz Məmmədovun rəhbəri olduğu futbol klubunda problemlər pik həddə çatıb. "Bakı" futbol klubunda 4 aydır məvacib ala bilməyən futbolçular qiyama hazırlaşırlar. Bu gün Qəbələdə "Qəbələ" ilə qarşılaşacaq "Bakı"nın futbolçuları dünən keçirilən məşqə çıxmaqdan imtina ediblər. Futbolçular "Qəbələ" ilə oyuna çıxmayacaqlarını bildiriblər. Onları yola gətirə bilməyən klub rəhbərliyinin Qəbələyə gənc oyunçularla yollandığı bildirilir /futbol11.az/. |
2014-05-07 | 16,990 | Azərbaycanlılarsız Şuşanın son görüntüsü | Düz 22 il bundan əvvəl Şuşa erməni işğalı ərəfəsindəydi. Ermənilər general-mayor Arkadi Ter-Tadevosyanın rəhbərliyi ilə Şuşaya hücuma hazırlaşırdılar. "Meşə tülküsü" adlandırılan erməni komandanın başçılığı altında böyük qüvvə ilə hücuma keçən ermənilər Şuşanı ələ keçirdilər. Şuşanın işğalı nəticəsində ermənilər tərəfindən şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Artıq 22 ildir ki, Şuşa və digər işğal olunmuş şəhər-rayonlarımıza foto və videolardan baxırıq. Bir ümidlə... Biz oralara mütləq qayıdacağıq. Erməni mətbuatında yayılan Şuşanın son şəkillərini təqdim edirik. Azərbaycanlılarsız Şuşanın... /Teleqraf.com/ |
2014-05-07 | 16,991 | Moskvaya qaçan general açıqlama verdi - Eksklüziv | "Komandanlıq mənə bir neçə günlük məzuniyyət verdi və mən bir neçə günlük ailəmin yanına getdim". Bu sözləri "Axar.az"a eksklüziv açıqlamasında bir müddət öncə ölkədən qaçmış hesab olunan general-mayor Bağır Fətullayev dedi. O, ölkədən komandanlığın icazəsi ilə getdiyini bildirib: "Mən həqiqətən qismən hərbi qulluqçu, işçi kimi öz komandanlığıma məruzə elədim ki, mənə bir neçə günlük məzuniyyət versinlər. Çünki ailəmin vəziyyəti müəyyən qədər çətin idi. Komandanlıq mənə bir neçə günlük məzuniyyət verdi. Mən bundan istifadə edəndən sonra öz iş yerimə qayıtdım və rəsmi şəkildə müraciət etdim ki, artıq gəlmişəm. Ayın 3-ü bildim ki, belə bir problem ortalığa çıxıb. Mən üçü də gələ bilərdim, ancaq mən işə dünən çıxmalı idim. Mayın beşi saat beşdə Heydər Əliyev adına aeroporta eniş etdim. Qohumlarım məni qarşıladı. Saat 08:15-də artıq iş yerimdə idim. İndiyə qədər də buradayam". General-mayor dövlətdə vacib hərbi məsələlərlə məşğul olduğunu qeyd etdi: "Bilirsiniz, mən o qədər də açıq danışa bilmirəm. Çünki hərbi qulluqdayam, vacib tapşırıqlar yerinə yetirirəm, dövlətdə vacib hərbi problemlərlə məşğulam. Çalışıram ki, dövlətimizin Silahlı Qüvvələri lazımi səviyyədə olsun". Bağır Fətullayev bu tip ittihamların ona qarşı ilk dəfə irəli sürülmədiyini də diqqətə çatdırdı: "Bu, mənə qarşı yazılmış ilk xəbər deyil. İki il bundan qabaq mən ilk dəfə işə çıxanda bu şəxs məndən məqalə çap etmişdi. Eyni şəxslərdir, onların arxasında duranlar qəsdən belə yazdırırlar ki, mən bezim, buradakı işlərimi dayandırım. Mən bu insanlara yox, vətənimə, millətimə xidmət edirəm". Qeyd edək ki, bir müddət öncə Bağır Fətullayevin ölkədən qaçdığı haqqında informasiya yayılmışdı. |
2014-05-07 | 16,992 | Atalığımın əməlini anama deyəndə artıq gec idi – 16+ | "Qəlbiqırıq" layihəsində Hələ gəncdir. Bütün dişləri çürüsə də, üzündəki gözəlliyə xələl gəlməyib. Ancaq gülümsünəndə adamın ürəyi ağrıyır. Qonşuların köməyi ilə yaşayan 3 uşaq anası Şəhla əslində, işləmək istəyir, amma xəstə görünüşü olduğuna görə onu kimsə işə götürmür. Beləcə, "Qəlbiqırıq" layihəsinin qonağı gənc yaşlarından həyatı qaralan bir qadındır. ANAMA DEYƏNDƏ DƏ ARTIQ GEC İDİ - Şəhla, yoxsulsan, bilirəm, illərdir də səni tanıyıram. Amma incimə, bu yoxsulluqda 3 uşağı niyə dünyaya gətirdin? Axı onlara da yazıq, nə verəcəksən onlara? - Ağlım olsaydı bu halda olmazdım ki... Amma 3 uşağın hamısı mənim istəyimlə olmayıb. Böyük qızım… Bir az dayanır, mənə baxır və tərəddüd edir. Onu ürəkləndirirəm ki, nə demək istədiyini bilirəm. - Hə, ögey atam 15 yaşım olanda mənə təcavüz etdi, balaca idim, heç düz əməlli-başlı nə baş verdiyini də anlamadım, anama deyəndə də artıq gec idi. ATAM ÖLƏNDƏN SONRA ƏRƏ GETMƏSƏYDİ… - Anan nə etdi? - Elə nə edibsə, o edib də… Atam öləndən sonra təzədən ərə getməsəydi, hər şey başqa olardı. Bakının mərkəzində 3 otaqlı evimiz vardı, anam bu adama ərə gedəndən sonra atalığım evi satdı, bizi gətirib bu daxmaya tıxadı. Bura gələndə məni evə almadı, iki həftə bayırda qaldım, qorxudan evdən uzaqlaşmadım, gecələri də qapının arxasında büzüşüb yatırdım ki, kimsə mənə nəsə etməsin. - Bəs anan nə deyir olanlara? - Heç nə… - Hamilə olduğunu biləndə nə dedi? - Məni döydü… İnanmadı, döydü ki, başqası ilə zibil eləmisən, şər atırsan ona… Sonra atalığımla danışdı, o da anamı döydü. İnkar da etmədi. Anam ancaq bundan sonra inandı. ATALIĞIMIN İYİ GƏLİRDİ BURNUMA - Bu hadisədən sonra da anan ayrılmadı bu adamdan? - Yox, görürsən də ayrılmayıb… Qız doğulandan sonra ona baxa bilmədim, özümdən də, ondan da iyrənirdim, atalığımın iyi gəlirdi burnuma qızı götürən kimi… Elə nə oldusa onda oldu, arıqlayıb bu hala gəldim, vərəmli xəstəyə oxşayıram. Qızı da əvvəl anam saxladı, böyüyəndən sonra analıq üstün gəldi, yanıma aldım. Hərdən qorxuram ki, atalığım ona da nəsə edər. Evin yanında ona bir otaq tikiblər, qoymuram orda yatsın, yanımda, elə bu balaca evdə qalır mənimlə… - Sonra sən böyüdün, nə oldu, bəs bu iki uşağın atası kimdir? İndi də təksən axı... - 22 yaşım olanda Biləsuvar rayonundan biri ilə tanış oldum. Orda qohumlarımız var, kəndə getmişdim, bir ayağı şikəst idi, mən də bilirdim ki, bu halımla mənə sahib çıxan olmayacaq, dedilər, mən də razılaşdım. Elə orda da evlənib qaldım kənddə. İki uşaq doğulandan sonra onun ayağı tam tutuldu. Ev də atasının idi, mənim orda qalmamı istəmirdilər baldızlarım. Yoldaşım pis adam deyildi, amma məni də qoruya bilmirdi. Əvvəl İrana gedib alver etməyə başladım, uşaqları saxlamaq üçün... Amma evdən çıxarandan sonra yenə bura gəldim. Başqa hara gedəydim?!. AĞZIMDA DİŞİM YOXDUR - İndi nə deyir, yenədəmi incidir? -İncidir də sözdür?Allahın bəlasıdır, iki gündən bir deyir ki, çıx evdən. Anam dərzilik edir, amma qazandığı pulu da o əlindən alır ki, birdən mənə verər. - Heç anana demisən ki, ayrıl bu adamdan? - Nə ayrılması, hələ ona kömək də edir. Gözü ağrıyırdı, ordan-burdan borc tapıb əməliyyat etdirdi. Amma mənim ağzımda dişim yoxdur, heç nə etmir. Sonra keçən il bir uşaq vurdu maşınla, iş verdilər, hansısa rayonda cəza çəkməlidir, komendaturadır, nədir, orda qalmalıdır. Hər ay anam paltar tikib 220 manatı ora verir ki, bu qalsın evdə… - Bəs indi nə edəcəksən? Bu uşaqların taleyi necə olacaq? - Bilmirəm. Böyük qızı rahat adamla evləndirə bilsəm, yaxşı olar. Oğlanlardan böyüyü işləyir indi… - Balacadır axı… O, nə iş görə bilər? - Bu vaxtlar kəndlərdə bağları şumlayıb bir az pul qazanır. Amma inanırsan, elə allahsız adamlar var ki, onun belə, pulunu kəsirlər. DÜKAN SAHİBİ TƏKLİF ETDİ Kİ, ONUNLA… - Yaxşı, bəs özün niyə işləmirsən? - İstəyirəm, bir necə dəfə getmişəm. Bir dəfə hələ onda dişlərim də çürüməmişdi, getdim, dükanın sahibi təklif etdi ki, onunla yaxınlıq edim, mən də razılaşmadım. İşə götürmədi. Sonra yaxınlıqda böyük market açıldı, ora getdim ki, süpürgəçi işləyim. İşə götürdülər, iki həftə işlədim. Sonra dükanı işlədən qadın, Məlahət çağırdı ki, vallah, mən də istəyirdim işləyəsən, ancaq alıcılar sənin xəstə olduğunu düşünür, dükana gəlməyə çəkinirlər. Nə deyə bilərdim, dükanın sahibi odur… - Sənin qaldığın otaq əslində pis deyil, kim təmir edib? - İki il əvvəl Türkiyədən gəlmiş bir adam vardı. Yaxşı adam idi. Dindardı, onunla tanış olan iki azərbaycanlı qadın mənim vəziyyətimi deyiblər ona, o də gəldi, danışdı, kömək etmək istədiyini dedi. Mənə ayrıca ev də tikmək istədi, amma ögey atam həyətdən torpaq vermədi, yazıq da elə bu balaca otağı təmir edib yanında bir hamam, tualet artıra bildi. Yaxşı da kömək edirdi mənə burda olanda. Pul da verirdi, onun da yarısını atalığım tutub alırdı, vermək istəməyəndə də iki dəfə evdən qovdu. O türk mənə yaxşı soyuducu, televizor da almışdı, irilərindən, amma onu da bu adam satdı, bu qırıq soyuducunu verdi ki, bəsindir. ADAMIN ALLAHI VAR - Yaxşı, o bu pulları neynir axı? - Bilmirəm… Özünün övladı yoxdur, Mətişi (böyük qızı nəzərdə tutur) övladı saymır. Deyir ki, bu boyda həyəti, evi sizə qoyub gedəcəm. İndidən onun qisasını alır bizdən. - Bəs ərindən xəbər yoxdur? - Var, keçən il ayağı bir az açıldı, İrana müalicəyə gedəndən sonra… Sonra yeşik sexində işləməyə başladı, işləyəndə kömək edir yazıq, adamın Allahı var, amma nə qazanır ki… BİLİRƏM Kİ, BU PULLAR NƏZİRDİR - Yaxşı, sən işləmirsən, vəziyyətin belə… Necə dolanırsan? - Qonşular verir. Yemək, pul… Bilirəm ki, bu pullar nəzirdir, hərdən düşünürəm ki, bu nəzir mənə düşmür, əlim-ayağım tutur, niyə mənə nəzir verməlidirlər? Ancaq nə edim… - Uşaqlar nə deyir, ürəkləri bir şey istəyəndə necə yola verirsən onları? - Ən pisi də budur. Kiçik oğlum yoxdan-vardan anlamaq istəmir. Bayramqabağı, sən demə, gedirmiş qonşuya ki, anam belə dedi, elə dedi. Ya da balaca vedrəni götürüb gedirmiş ki, suya gəlmişəm. Qadın da bilirmiş ki, bu, əslində pula gəlib, çünki o qadın bunu heç vaxt boş qaytarmırdı. O da pulu alıb yığırmış. Novruz bayramı gələndə çıxartdı ki, məndə pul var, bayram bazarlığı edək. Saydım, 12 manat pul idi, götürüb getdim dükana, özünə də püstə aldım. Ən çox püstəni sevir. İnanırsan, o püstəni yeyəndə boğazım düyünləndi. - Qonşularından razısan deyəsən? - Hə, Allah onlardan razı olsun. ÇÜRÜK DİŞLƏRİNİN GÖRÜNMƏSİ Şəhlanın dərdi çoxdur, danışmaqla bitməz. Amma mən daha çox danışdırmıram onu… Kiçik oğlu adını eşidib bir az daha diqqətlə bizim söhbətimizə qulaq asmağa başlayır, gülümsəyirəm. Dərslərini soruşuram. Bir az dili dolaşa-dolaş yaxşı olduğunu deyir. Çox arıqdır, elə o da anası kimi xəstəyə oxşayır. Şəklini çəkmək istəyirəm razı olmur, ehtiyat eləyir ki, birdən atalığı hardansa öyrənər, bunu da bəhanə edib onu incidər. Sağollaşıb çıxıram… Şəhla isə əli ilə ağzını tutaraq arxamca gülümsünür. Çünki çürük dişlərinin görünməsini istəmir. |
2014-05-07 | 16,993 | “Avroviziya”da Rusiyanı fitə basdılar - Video | Dünən Danimarkada keçirilən "Avroviziya 2014"ün yarımfinal mərhələsində Rusiya komandası etirazla qarşılanıb. "Axar.az" xəbər verir ki, 10 finalçının elan olunmasını tamaşaçılar alqışlarla və ölkənin adını çəkməklə qarşılayıblar. Ancaq aparıcılar Rusiyanın finala çıxdığını elan edən kimi zalda böyük səs-küy qalxıb və tamaşaçılar "Fu" qısdırmağa başlayıblar. Qeyd edək ki, Rusiyanı "Avroviziya 2014"də Tolmaçeva bacıları "Shine" mahnısı ilə təmsil edirlər. |
2014-05-07 | 16,994 | Zakir Həsənovdan yeni təyinat | Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Rüfət Əmirov Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsində təyin edilib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Rüfət Əmirov özü bildirib. R. Əmirov, əmrin dünən imzalandığını deyib. İdarə rəisi jurnalistlərə açıqlamasında qeyd edib ki, uzun zaman ehtiyatda olmasına baxmayaraq, ordu ilə bağlı olub və yenidən nazirlikdə çalışmaq onun üçün heç bir problem yaratmayacaq. Azərbaycan Silahlı Qüvvələrində son iyirmi ildə mühüm irəliləyişlər olduğunu deyən R. Əmirov bildirib ki, artıq vahid komandanlığa bağlı ordu var. R. Əmirov Silahlı Qüvvələrin inkişafı ilə bağlı müəyyən planlarının olduğunu və yeni vəzifəsində bunun icrasına çalışacağını deyib. Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi vəzifəsinin icrası isə Sahib Qarayevə həvalə olunub. Qeyd edək ki, bundan əvvəl Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Vaqif Məmmədov olub. Vaqif Məmmədov hazırda sərəncamdadır. |
2014-05-07 | 16,995 | “Metroda nasazlığın olması normaldır” – Rəsmi | "Metroda son günlər baş verən nasazlıqları Metropoliten rəhbərliyində dəyişikliklə əlaqələndirirlər. Ancaq heç bir ciddi problem və ya nasazlıq yoxdur". Bunu "Axar.az"a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu gün də metroda yaranmış və son günlər tez-tez təkrarlanan problemlə əlaqədar açıqlama verərkən dedi. Onun sözlərinə görə, bu gün yaranmış problemlə əlaqədar qatarın gedişində yarım saatlıq gecikmə olmayıb: "Qatarda saat 08:40 dəqiqədə "Nərimanov" stansiyası istiqamətində 31 saylı marşrutun əsas idarəetmə sistemində yaranan nasazlıqla əlaqədar problem yaşanıb. Qatar tuneldə qalmayıb. Problem olduğundan bütün sərnişinlər "Nərimanov" stansiyasında boşaldılıb. Baxış üçün qatar oradan Depoya göndərilib. Qrafikdə ümumi gecikmə isə 7 dəqiqə olub. Saytların yazdığı kimi, gecikmə yarım saat olmayıb. 08:47 dəqiqədə hərəkət bərpa olunub. Ümumiyyətlə, qatarda yarım saatlıq gecikmə ola bilməz. Qatarda yarım saatlıq gecikmə təsəvvür edilməyəcək bir şeydir. Bəli, gecikmə olub, ancaq 7 dəqiqəlik. Qatarda maksimum gecikmə 10 dəqiqədən artıq ola bilməz". Mətbuat xidmətinin rəhbəri qeyd edir ki, əslində, qatarda belə gecikmələrin yaranması normal haldır: "Bütün dünya metrolarında bu cür hallar olur. Gün ərzində 16-18 saat fasiləsiz olaraq fəaliyyət göstərən qatarda hansısa texniki problemim yaranması gözləniləndir. Mütəxəssislər mütəmadi olaraq yoxlamalar aparır bununla əlaqədar. Ancaq nəzərə çarpacaq dərəcədə nasazlıqlarda artım yoxdur". N.Paşayevin sözlərinə görə, Bakı Metropoliteni rəhbərliyi dəyişdiyi üçün metro haqqında söz-söhbətlər də artıb. Yaranmış cüzi problemi də bu dəyişikliklə əlaqələndirirlər: "Belə nasazlıqlar həmişə olub. Sadəcə son günlər baş verən nasazlıqları Metropoliten rəhbərliyində dəyişikliklə əlaqələndirirlər. Ancaq sizi əmin edirəm ki, heç bir ciddi problem və ya nasazlıq yoxdur". Metropoliten sözçüsünün sözlərinə görə, yeni rəhbərliyin gələcəklə bağlı yeni planları var: "Əsas məqsəd ölkə metrosu dünya standartları səviyyəsinə çatdırmaqdır. Həm texniki, həm də xidmət baxımından. Bunun üçün də hazırda planlar hazırlanır. Gələcəkdə ən son texnoloji avadanlıqların və yeni qatarların gətirilməsi, yeni xətlərin çəkilməsi kimi planlar var. Lakin bütün bunlar üçün zamana ehtiyac var". Qeyd edək ki, bu gün səhər saatlarında Bakı Metropolitenində "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb. "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatar "Nərimanov" stansiyasında dayanıb və sərnişinlər vaqonlardan boşaldılıb. |
2014-05-07 | 16,996 | Slavyanskda döyüş gedir – Terrorçular mühasirədə | Ukraynanın Slavyansk şəhəri yaxınlığında döyüş gedir. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, Dmitri Tımçuk özünün Feysbuk səhifəsində məlumat verib. "Slavyansk ətrafında döyüş gedir. Səhərə yaxın bir qrup terrorçu şəhəri tərk etməyə cəhd göstərib. Bu cəhdin qarşısı güc strukturları tərəfindən alınıb. Hazırda blok-postlardan birində qarşıdurma davam edir". Tımçuk bildirib ki, hazırda Ukraynanın güc strukturları arasında itki yoxdur. Separatçılar arasında itkilərin olması ilə bağlı da məlumat verilmir. |
2014-05-07 | 16,997 | Azərbaycandakı yasaq dini ədəbiyyata İrandan reaksiya | "Azərbaycan Respublikasında qadağan olunmuş dini ədəbiyyat və kitabların siyahısı barədə mütləq İran İslam Respublikasının Bakıdakı səfirliyində lazımı izləmələri həyata keçirəcək və əmin olandan sonra dəyərləndirmə aparıb, öz cavabımızı verəcəyik". "Axar.az" xəbər verir ki, bu açıqlama ilə İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm çıxış edib. O, hələlik Azərbaycanda qadağan olunmuş dini ədəbiyyatlarla bağlı hələlik heç bir məlumata malik olmadıqlarını bildiriblər: "Azərbaycan Respublikasının Dini Komitəsi tərəfindən nəşr olunmuş və imamların həyatı, anti-vəhabilik kitablarının da ehtimal üzrə daxil olduğu qadağan edilmiş dini kitablar siyahısı haqda kifayət qədər məlumatımız yoxdur. Bu barədə dəqiq araşdırmadan sonra mövqe tutacağıq. Azərbaycan və İran xalqlarının bir çox yaxınlıqlar və ortaqlıqlara malik olduqlarına, digər tərəfdən də Azərbaycan xalqının doxsan səkkiz faizinin şiə olmasına görə, bu xalq indiyədək dini-məzhəbi əsərləri rəğbətlə qarşılayıbdır. Araşdırmadan sonra baxıb görməliyik ki, nə üçün bu siyahıya daxil olan kitabların bəzisi qadağan olunub və təhlükəli qələmə verilibdir. Azərbaycan Respublikasında qadağan olunmuş dini ədəbiyyat və kitabların siyahısı barədə mütləq İran İslam Respublikasının Bakıdakı səfirliyindən lazımı izləmələri həyata keçirəcək və əmin olandan sonra dəyərləndirmə aparıb, öz cavabımızı verəcəyik". Qeyd edək ki, bir müddət öncə Azərbaycanda yeni qadağan olunmuş dini ədəbiyyat siyahısı dərc edilib. Siyahıda şiəlik, sünnilik, nurçuluq, xristianlığa aid müxtəlif kitablar yer alıb. |
2014-05-07 | 16,998 | Azərbaycanlı manyak ələ keçdi: 6 zorlama - Şok | Rusiyanın Xanti-Mansiysk vialаyətinin Yuqra şəhərində Azərbaycan vətəndaşının törətdiyi dəhşətli cinysətin üstü açılıb. "Axar.az"ın yerli telekanallara istinadən verdiyi məlumata görə, Yuqrada miqrant həyatı yaşayan E.Abdullayev adlı Azərbaycan vətəndaşı 2013-cü ilin oktyabrından bu ilin martınadək müxtəlif vaxtlarda 6 məktəbli qızı zorlayıb. Abdullayev aprelin sonunda ələ keçib. O, parkda növbəti qurbanını zorlamaq istəyərkən əməliyyatçılar tərəfindən yaxalanıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Abdullayev məktəbli qızları qorxudaraq şəhərin Sadovaya küçəsində yerləşən mənzilinə gətirir, onları orada zorlayırmış. Qızlara hədə-qorxu gələrək bildirirmiş ki, bu barədə kiməsə bir söz desələr, başlarını kəsəcək. Cinayətkarın izinə qızlardan birinin anasının polisə şikayət etməsindən sonra düşüblər və keçirilən xüsusi əməliyyat zamanı manyak saxlanılıb. Məlumata görə, ondan qısas alıncağından ehtiyatlanan polis Abdullayevin harada saxlanıldığı barədə yerin gizliliyini qoruyur. |
2014-05-07 | 16,999 | Mehriban Əliyeva Sammitdə iştirak edir | Mayın 7-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti işə başlayıb. Məlumata görə, tədbirin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Sammitə, həmçinin tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri, eləcə də Azərbaycandan olan alimlər qatılıblar. Sammitdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, tədbirin əlaqələndiricisi Arlo Bradi çıxış ediblər. Tədbirdə Azərbaycan təbiətindən və faunasından, eləcə də IDEA-nın fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbirdə Qafqaz bəbirinin mühafizəsi, Azərbaycanda bu heyvan növünün yaşayışı üçün əlverişli mühitin yaradılması və onların sayının artırılması yolları ilə bağlı layihə təqdim olunub. /AzərTac/ |
2014-05-07 | 17,000 | Ziyafət Əsgərov: "Bu, böyük ədalətsizlikdir" | Vaxtilə keçmiş SSRİ-də Bakı şəhərinə "Qəhrəman şəhər" statusunun verilməməsi böyük ədalətsizlik idi". "Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z. Əsgərov bildirib ki, Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Bakının daha böyük rolu olub: "Müharibə dövründə SSRİ-ni 90 faiz neft və yanacaqla Bakı təmin edib. Ancaq elə şəhərlər var ki, onların Böyük Vətən Müharibəsinin uğurla başa çatmasında Bakı ilə müqayisədə çox az rolları olub. Bununla belə, onlara "Qəhrəman şəhər" statusu verilib. Ona görə də Bakıya "Qəhrəman şəhər" statusunun verilməməsini böyük ədalətsizlik sayıram". |
2014-05-07 | 17,001 | Ukraynalı milyarder separatçıları maliyyələşdirir | Donbassdakı separatçı hərəkatın arxasında milyarder Rinat Axmetov dayanır. "Axar.az" xəbər verir ki, bu barədə "Ostrov" internet-nəşrinin baş redaktoru Serqey Qarmaş bildirib. Onun sözlərinə görə, Axmetov bunu Kiyevdəki mərkəzi hökumətlə alver etmək üçün edir. Əslində isə Donbassın Ukraynadan ayrılması ona sərf etmir, çünki çox şey itirə bilər: "Bundan ən çox kim itirə bilər? Əlbəttə ki, Axmetov. Amma Axmetov separatçıların zərərsizləşdirilməsi üçün heç nə etmir. Niyə? Axmetovdan asılı olan yerli hakimiyyət orqanları da separatçılara müqavimət göstərmək üçün heç nə etmir". O, bildirib ki, Axmetovun nəzarətində olan "Metinvest" şirkətinin mühafizəçiləri martın 13-də Donetskdə Ukrayna meyilli aksiyaçıları döyüblər. "Mən əminəm ki, separatçıların arxasında böyük pullar, Axmetovun pulları dayanır. Mən buna inanıram", - deyə Qarmaş bildirib. |
2014-05-07 | 17,002 | Timoşenko göstəriş verdi: veteranlara hücum edin! – Gizli video | Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenkonun mayın 9-da veteranlara hücum çəkməklə bağlı göstəriş verdiyi qalmaqallı video yayılıb. "Axar.az" xəbər verir ki, o, bu ssenarini odessalı məmurlarla birlikdə cızıb. Videodan da göründüyü kimi, prezidentliyə namizəd bununla da Odessanı ayağa qaldırmaq məqsədi güdür. Xatırladaq ki, məlum Odessa hadisələrindən sonra Timoşenko dinc əhaliyə qarşı müəkəmməl hazırlanmış təxribatçıların təzyiqlər göstərdiyini dilə gətirmişdi. Səslənən son təhlillərdə nəyin bahasına olursa-olsun, Timoşenkonun seçkiləri təxirə salmaq istədiyi gündəmi zəbt etməkdədir. O, ilkin sorğularda irəlidə yer alan Pyotr Poroşenkoya məğlub olmaqdan ehtiyat edir. Videonu təqdim edirik: |
2014-05-07 | 17,003 | Məmurlar Fəxri Xiyabandadır – Foto | Heydər Əliyevin 91 illiyi münasibətilə təşkil olunan anım tədbirində dövlət və idarə rəhbərləri, icra başçıları, Prezident Administrasiyasının işçiləri, universitet rəhbərlikləri və müəllim heyəti onun Fəxri Xiyabandakı məzarını ziyarət edib. "Axar.az"ın Xiyabanda olan müxbiri xəbər verir ki, ziyarət zamanı ilk olaraq H.Əliyevin məzarına əklili ombudsman Elmira Süleymanova və idarənin işçiləri qoyub. Daha sonra isə İdman Akademiyası, Bakı Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının əməkdaşları və rəhbərliyi məzarı ziyarət edib. Ziyarətçilər arasında Əlillər İctimai Birliyinin rəhbərliyi və nümayəndələri də olub. Milli Məclisin nümayəndələri Bahar Muradova, Siyavuş Novruzov, Hadı Rəcəbli, Şəmsəddin Hacıyev, Abel Məhərrəmov, Zahid Oruc, Fəttah Heydərov, Ziyafət Əsgərov, Əli Əhmədov, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Baş nazirin müavini Əli Həsənov Fəxri Xiyabanı ziyarət edən şəxslər arasında olub. İcra başçılarından Əhəd Abıyev də H.Əliyevin məzarının ziyarətində iştirak edib. Ziyarətçilər arasında keçmiş Təhsil Naziri Misir Mərdanov da görünüb. H.Əliyevin məzarı ziyarət edildikdən sonra hökumət nümayəndələri Zərifə Əliyevanın da məzarını ziyarət edərək əklil qoyublar. |
2014-05-07 | 17,004 | Jurnalisti döydürən Aynar Məmmədovun dostu çıxdı | "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapılması ilə cinayətin üstü açılmağa başlayıb. Artıq jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər. Tural Bayramovun özü ilə bağlı kifayət qədər maraqlı məlumatlar var. O, K-1 döyüş növü üzrə tanınmış idmançıdır. 72 kiloqram çəki dərəcəsində çıxış edən Tural Bayramov dəfələrlə beynəlxalq yarışlara qatılıb. Peşəkar döyüşçü vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin ətrafında olub. Daha sonra Tural Bayramovun Adil Əliyevdən ayrıldığı və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir. Onların birlikdə fotosu da var. /Musavat.com/ |
2014-05-07 | 17,005 | İngilislərin 40 milyonluq bombası | "Mançester Yunayted" heyətini Dortmund "Borussiya"sının futbolçusu Marko Roysla gücləndirməyi planlaşdırır. "Axar.az" xəbər verir ki, Premyer Liqa nəhəngi artıq bu istiqamətdə işlərə də start verib. Bu barədə məlumat yayan "Bild" dərgisi "Qırmızı şeytanlar"ın Almaniya millisinin 24 yaşlı yarımmüdafiəçisi üçün qarşı tərəfə 40 milyon avroluq məbləğ təklif etdiyini yazıb. |
2014-05-07 | 17,006 | FHN-nin yeni bölməsinin açılışı oldu | Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi rayon Hissəsinin Abşeron rayonu Novxanı qəsəbəsindəki 1 saylı Bölməsinin açılışı olub. FHN-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsib, burada təşkil olunmuş və Ulu Öndər Heydər Əliyevin fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. Nazir, həmçinin şəxsi heyətlə də görüşüb, müvafiq tapşırıq və tövsiyyələrini verib. FHN Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi rayon Hissəsinin Abşeron rayonu Novxanı qəsəbəsindəki 1 saylı Bölməsinin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğın söndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq. /Trend/ |
2014-05-07 | 17,007 | Müdafiə Nazirliyi qaçan generalla bağlı niyə susur? | "Generalın işə qayıtması barədə heç nə deyə bilmərik". Bu sözləri "Axar.az"a Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı general-mayor Bağır Fətullayevin iş başında olmağına münasibət bildirərkən dedi. O, bu barədə məlumatsız olduğunu bildirdi: "Bu barədə heç bir məlumatımız da yoxdur. Biz bu işlərlə maraqlanmırıq. Rəis gələr, nə lazımdırsa, məlumat verər". Qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyi Mətbuat xidməti ölkədən qaçma xəbəri yayılan general-mayor Bağır Fətullayev haqqında "Adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb", - deyə münasibət bildirmişdi. Xatırladaq ki, general-mayor Bağır Fətullayev "Axar.az"a ekskülziv açıqlamasında rəhbərlikdən icazə aldığını, şəxsi məsələlərə görə ölkəni tərk etdiyini deyib: "Komandanlıq mənə bir neçə günlük məzuniyyət verdi və mən ailəmin yanına getdim. Hazırda iş başındayam, vətənimə, millətimə xidmət edirəm". |
2014-05-07 | 17,008 | Məhkəmə “Dalğa”nın sədrinə həbs qərarı çıxardı | "Dalğa" Gənclər Hərəkatının sədri Hacı Zeynallı 15 sutka həbs cəzası alıb. "Axar.az"ın xəbərinə görə, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb. Təşkilat sədri Nida Vətəndaş Hərəkatının həbs edilmiş üzvləri barəsində çıxarılan məhkəmə qərarına etiraz olaraq dünən keçirilən aksiyada saxlanılmışdı. Xatırladaq ki, Hacı Zeynallı "Dalğa" Gənclər Təşkilatının bir neçə ay öncə keçirilən qurultayında sədr seçilib. |
2014-05-07 | 17,009 | III Dünya Müharibəsi Kalininqraddan başlayacaq | Rusiyanın mayın 5-də Litva ilə 2001-ci ildə bağladığı "Regionda etibarın artırılması haqqında" memorandumu birtərəfli qaydada ləğv etməsindən sonra qarşı tərəfin rəsmi strukturları və tarixçilərindən narahat dolu bəyanatlar səslənməkdədir. "Axar.az"ın məlumatına görə, Litva Müdafiə Nazirliyinə müvafiq nota həftəninin birinci günü təqdim olunmuşdu. Məsələ ilə əlaqədar xüsusi bəyanat yayan Litva Müdafiə Nazirliyi vurğulayıb ki, Rusiyanın bu addımı anlaşılan deyil: "Litva həmişə sənədin şərtlərinə əməl edib ki, Rusiyanın belə addımlarına imkan yaranmasın. Moskvanın bu addımı növbəti dəfə göstərir ki, Rusiya Avropanın ümumu təhlükəsizliyində maraqlı deyil". Qeyd edək ki, Yuri Felştinski adlı tarixçi də məsələ ilə əlaqədar öz fikrini bölüşüb. Onun sözlərinə görə, İkinci Dünya Müharibəsində hərbi mütəxəssis deyil, bir tarixçi kimi iştirak edib: "Mənə nədənsə elə gəlir ki, Rusiya iki cəbhədən - Cənubdan (Krım istiqamətindən) və Qərbdən (Kalininqrad istiqamətindən) hücuma hazırlaşır". |
2014-05-07 | 17,010 | Messinin başı böyük dərddə | Argentina millisinin forvardı, "Barselona"nın ulduz futbolçusu Lionel Messinin İspaniya Maliyyə Nazirliyi ilə başı bəladadır. "Axar.az" xəbər verir ki, futbolçunun başı vergi dərdindən açılmır. Ötən il az qala həbsə göndərilən və sonradan razılaşma ilə canını qurtaran ulduz futbolçu yenidən problemlə üzləşib. Dünyanın ən çox qazanan futbolçusu olan Messinin bu gedişlə bank hesabındakı pul get-gedə azalacaq. Bir ildir hesabları araşdırılan futbolçunun faizi ilə birlikdə 35-41 milyon avro vergi verəcəyi iddia edilir. Messinin menecerlik işlərindən başqa maliyyə işlərini də idarə edən atası Xorxe Messi keçən avqust ayında 5 milyon avro cəza ödəyib. Xatırladaq ki, Messinin Türk Hava Yolları ilə reklam müqaviləsi olmasına baxmayaraq, 2020 olimpiada şəhərləri seçimində sürpriz şəkildə İstanbulu yox, digər namizəd şəhər Madridi dəstəkləmişdi. |
2014-05-07 | 17,012 | İlham Əliyev "ASAN xidmət” mərkəzinin açılışında | Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin fəaliyyəti ilə tanış olub. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib ki, 4 saylı Bakı "ASAN xidmət" mərkəzi paytaxtın Sabunçu, Xəzər, Pirallahı rayonlarında qeydiyyatda olan 407 min 700 vətəndaşa xidmət göstərəcəkdir. Mərkəzdə 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, burada 28 növ funksional yardımçı xidmətlər təşkil edilib. Mərkəzdə müasir avadanlıqla təchiz edilmiş İnnovasiyalar otağı var. Əlil vətəndaşlar da mərkəzin xidmətindən rahat yararlana biləcəklər. Gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi örtüklər vurulub. Diqqətə çatdırıldı ki, 4 saylı "ASAN xidmət" mərkəzinin həyətində "Uşaq avtoşəhərciyi" yaradılıb. Burada uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün hər bir şərait var. "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının istisna olunmasının, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiqinin, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır. Dövlətimizin başçısı mərkəzin kollektivi ilə görüşüb. /AzərTac/ |
2014-05-07 | 17,013 | İranlılar Suriyada kimyəvi silah istehsal edir - İddia | Suriya müvəqqəti hökumətinin Müdafiə naziri Əsad Mustafa Əsəd rejiminin kimyəvi silah istifadə etdiyinə dair əllərində dəlillər olduğunu bildirib. "Axar.az" xəbər verir ki, İstanbulda mətbuat konfransı təşkil edən Mustafa rejimə aid təyyarələrin İdlibin şimalına təşkil etdiyi hücumların birində atdığı və tərkibi kimyəvi maddələrdən ibarət olan partlamamış bir bomba ələ keçirdiklərini açıqlayıb. Paytaxt Şam yaxınlığında iranlı mütəxəssislər tərəfindən bu cür silahların istehsal edildiyini iddia edən Mustafa "Rejim 3 ildən çox müddətdir ölkənin müxtəlif bölgələrində 62 dəfə kimyəvi silahdan istifadə edib. Bu silahlarla təşkil edilən hücumlarda mindən çox adam ölüb və on mindən çox adam yaralanıb", - deyə fikrini tamamlayıb. |
2014-05-07 | 17,014 | Adil Əliyev jurnalisti döyən idmançıdan danışdı | Deputat, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı xəbərlərdə adının hallandırılmasına münasibət bildirib. Adil Əliyev bildirib ki, "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlunun döyülməsini sifariş vermiş Tural Bayramovu tanımır: "Federasiyaya on minlərlə adam gəlib-gedir. Hamısının nə işlə məşğul olmasına mən cavabdeh deyiləm". Qeyd edək ki, məlumatlarda T.Bayramovun bir müddət Adil Əliyevin ətrafında olması və daha sonra ondan uzaqlaşması qeyd edilir /Lent.az/. |
2014-05-07 | 17,015 | Rusiya Ukraynada yeni referendum hazırlayır – Gizli səs qeydi | Ukrayna Təhlükəsizlik Xidməti Rusiyadakı bir təşkilatın nümayəndəsilə Donetskdəki separatçıların gizli səs yazısını əldə edib. "Axar.az" xəbər verir ki, "Rus Milli Birliyi" adlı təşkilatının rəhbəri Aleksandr Barşakovla Donetsk separatçılarının liderlərindən olan Dmitri Boyçov arasında gedən danışıqda separatçı Donetsk Xalq Respublikasında referendumun keçirilməsindən bəhs olunur. Səs yazısında bildirilir ki, referendumdan sonra nəticələr mütləq 89 faiz yazılmalıdır. |
2014-05-07 | 17,016 | Niyə Dini Komitə rəhbərliyinə MTN zabiti gətirildi? | "Bütün dövlət qurumlarında, hətta ali məktəblərdə də MTN-nin nümayəndələri var". Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, MTN zabitinin Dini Komitəyə müavin təyin edilməsinin uğurlu hadisə olduğunu bildirib: "Əvvəla onu deyim ki, bu ümumi təcrübədir. Bütün dövlət qurumlarında, hətta ali məktəblərdə də MTN-nin nümayəndələri var. MTN dövlət təhlükəsizlik sisteminə, xüsusən nazirliklərə öz xətti ilə nəzarət edir. Amma bu nəzarət birbaşa göstəriş vermək kimi deyil, baş verən hadisələri toplayaraq, müəyyən yerlərə ötürmək funksiyasını yerinə yetirir. İndi burada MTN zabiti sədr müavini kimi hadisələrin gedişinə nəzarət edəcək. Komitə rəhbərliyinə məlumat ötürəcək və onunla birgə məsələlərin zəruriliyini ön plana çəkəcək. Bu xətt vasitəsiylə MTN-ə də müəyyən məlumatlar ötürüləcək və lazım gələrsə, təhlükə hiss olunarsa, müəyyən kömək almaqla məsələnin optimal həllinə çalışılacaq. Məncə, bu adamın ora təyin edilməsi uğurlu hadisədir. Bu dini komitənin daha səmərəli çalışmasına kömək göstərəcək". Politoloq təriqətlərə nəzarəti təkcə QMİ-yə buraxmağın o qədər də münasib olmadığını qeyd edib: "Təbii ki, dövlət qeyri-ənənəvi təriqətlərlə bağlı iş görür. Çünki Azərbaycanda dini təriqətlər, əhalinin kardinal dini qruplara meyllənməsi halları çoxalıb. Bu məqamda Dini Komitənin işi çox fəal olmalıdır. Yəni bu işi təkcə Qafqaz Müsəlmanlar İdarəsinin nəzarətinə buraxmaq olmaz. QMİ-nin özü də bu və ya digər formada nəzarət altında olmalıdır. Çünki QMİ dini orqandır və onlar müəyyən məsələlərə dini nöqteyi-nəzərdən yanaşdıqda, təhlükəni görməyə bilərlər. Amma hakimiyyət orqanları dinlə və onun siyasiləşməsi ilə bağlı məsələləri tez aşkarlamalı və onun əxlaq, mənəviyyat sahəsində öz funksiyalarını yerinə yetirmək qabiliyyətini geri qaytarmalıdır". Qeyd edək ki, bir müddət öncə Siyavuş Heydərov Prezidentin sərəncamı ilə Dini İşlər üzrə Komitəyə sədr müavini gətirilib. Məlumata görə, Siyavuş Heydərov Milli Təhlükəsizlik Nazirliyinin zabitidir. Bir sıra politoloqlar qeyri-ənənəvi dinlərin cəhd etsələr belə güc strukturlarına, xüsusilə MTN-ə sıza bilməmələrini əsas gətirərək, peşəkar xəfiyyənin Dini İşlər üzrə Komitənin rəhbərliyinə təyin edilməsini təsadüfü saymırlar. Xüsusən, keçmiş sədr Elşad İsgəndərovun adının nurçu kimi hallanmasından sonra hakimiyyətin bu addımı prosesləri nəzarət altına almaq baxımından uğurlu gediş kimi dəyərləndirilir. |
2014-05-07 | 17,017 | Zakir Həsənov NATO generalını qəbul etdi | Mayın 7-də Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messenceri Qaraheybət Təlim Mərkəzində qəbul edib. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimini izləyən qonağı salamlayan müdafiə naziri Azərbaycanla NATO arasında mövcud vəziyyəti və regionda baş verən hərbi-siyasi prosesləri müzakirə ediblər. General-leytenant Q.Messencer qiymətləndirmə təlimində iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin yüksək peşəkarlığı və hazırlığından məmnun qaldığını xüsusi vurğulayıb. Görüşdə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib. |
2014-05-07 | 17,018 | “Məqsəd Ziya Məmmədovdan yazan qəzetə gözdağı vermək idi” - Video | Bir müddət öncə "Yeni Müsavat" qəzetinin müxbiri Fərahim İlqaroğlunu döyən naməlum şəxslərin adları istintaqa məlum olub. Onların peşəkar idmançı olduğu hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib. "Axar.az" bununla bağlı həmkarımız Fərahim İlqaroğluna müraciət etdi. - Nəhayət ki, səni döyənlər tutuldu. Sifarişçilərin kim olduğunu təxmin edirdinmi? - Dünən Nizami Rayon Polis İdarəsinə çağırıldım. Məni döyən Firuzu tutmuşdular. Firuz dindirilmə zamanı etiraf etdi ki, məni sifariş əsasında döyüb. Firuz özü təhlükəsizlik xidmətində işləyir. Rəisi Tural Bayramov adlı K-1 idman növü üzrə peşəkar döyüşçüdür. Firuz dedi ki, rəis mənə tapşırıq verdi və dedi ki, bu adamı izləyin, mümkün olan yerdə ölümcül döyün. Güman edirəm ki, bunun arxasında deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov da var. Əsas Tural Bayramov tutulandan sonra bu daha da aydın olacaq. - Nə düşünürsən, döyülməyinin səbəbi nədir? - Əgər onlar sifariş veribsə, məqsədləri nazir Ziya Məmmədovdan yazan bir qəzetə mənim timsalımda gözdağı vermək olub. Hamı kimi mən də nazir Ziya Məmmədovla bağlı yazıları paylaşıb, status yazmışam. Amma heç vaxt təhqir etməmişəm. Hamı necə, mən də elə. - Aynar Məmmədovla bağlı yazılan yazıların müəllifi sən idinmi? Ola bilərmi ki, xüsusilə sənin döyülməyinin səbəbi budur? - Aynarla bağlı yazıların müəllfi mən olmamışam. O vaxt ilk dəfə bu barədə Eynulla Fətullayevin rəhbəri olduğu sayt məlumat yaymışdı. Mən də o məlumatları paylaşaraq münasibət bildirmişəm. Amma heç vaxt paylaşımlarımda təhqirə yol verməmişəm. - Onu məhkəməyə verib hər hansı tələb irəli sürmək fikrin varmı? - Sona kimi haqqımı tələb edəcəyəm. Mən günahsız yerə, peşə fəaliyyətimə görə döyülmüşəm. İlk gündən müxtəlif versiyalar səsləndirmişdilər. Hüquq-mühafizə orqanaları bu versiyalrın üstündə iş apardılar. Eyni zamanda mənim işim Daxili İşlər Naziri Ramil Usubovun şəxsi nəzarətində idi. Nazirliyə də dəvət olunmuşdum. Peşəkar əməliyyatçılarla görüşdüm. Məni əmin etdilər ki, narahat olmayın, sizin məsələniz diqqətdədir və tez bir zamanda açılacaq. Konkret olaraq mən iki həftə peşə fəaliyyətimlə məşğul ola bilməmişəm. Tələb edəcəm ki, həmin şəxslər qanun qarşısında sərt cəzlandırılsınlar. |
2014-05-07 | 17,019 | Ziyad Səmədzadəyə ağır itki üz verdi | Milli Məclisin deputatı, tanınmış iqtisadçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ziyad Səmədzadənin ailəsində ağır itki baş verib. Məlumata görə, millət vəkilinin bacısı Dilarə Səmədzadə bu səhər dünyasını dəyişib. Ailə üzvlərinin verdikləri məlumata görə, Dilarə xanım bir müddət idi ki, səhhətində problem yaşayırdı. Qeyd edək ki, Dilarə xanım gözəl bəstəkarımız Aygün Səmədzadənin bibisidir. Allah rəhmət eləsin! /Publika.az/ |
2014-05-07 | 17,020 | Əfqanıstanda narkotik istehsalı rekord həddə çatıb - Fakt | NATO-nun tərk etməyə hazırlaşdığı Əfqanıstanda narkotik istehsalı rekord həddə çatıb. "Axar.az" Avropa mediasına istinadən xəbər verir ki, son 12 ildə Əfqanıstanda narkotik becərilən torpaq sahələri 3 dəfə genişlənərək 209 min hektar sahəni əhatə edib. NATO qoşunlarının 2001-ci ilin oktyabrındakı müdaxiləsindən sonra Əfqanıstanda heroin və tiryək ticarəti çiçəklənib. Bu biznesdə əldə olunan gəlir isə terrorçu qruplaşmaların, xüsusən Taliban təşkilatının maliyyələşdirilməsinə yönəldilir. "Əfqanıstanın bərpası" proqramının baş koordinatoru Con Salko narkotik sahəsində Əfqanıstandakı situasiyanı "çox ağır" kimi dəyərləndirmişdi. ABŞ Dövlət Departamenti isə dünyada istehsal olunan qanunsuz tiryəkin 90%-nin bu ölkədə istehsal olunduğunu xəbər verir. Ekspertlərin fikrincə, əfqan tiryəki ABŞ-a daxil olmur. Burada istehsal olunan narkotik vasitələr əsasən Avropaya və Rusiyaya yönəldilir. |
2014-05-07 | 17,021 | Andrey İllarionov: “Ukraynayla bağlı Putinin dəqiq planı var” | "Qərbin hərəkətə keçməməsi Putinə işğal kampaniyasını davam etdirməyə əlavə güc verir". "Axar.az" xəbər verir ki, bu sözləri keçmiş Kremlin məsləhətçisi Andrey İllarionov söyləyib. Onun sözlərinə görə, Putinin Ukraynanın işğalı ilə bağlı dəqiq planı mövcuddur: "Putin artıq müharibəyə start verib və o, çoxşaxəli müharibə aparır - ticarət, maliyyə, psixoloji və hətta terror müharibəsi. Putin əmindir ki, Qərb ona hərb yolu ilə cavab verməyəcək. Ancaq sözlərlə və müxtəlif sanksiyalar tətbiq etməklə qorxutmağa çalışır. Qərbin belə addımları Putinin heç vecinə də deyil. Rusiya prezidenti müharibəyə hazırdır, lakin Ukraynaya qarşı. NATO-nun qoşunlarını Ukraynada yerləşdirmək kifayətdir ki, Putin heç barmağını belə tərpətməsin". Andrey İllarionov Putinin NATO-nun qoşunlarına qarşı heç vaxt atəş açmayacağını vurğuladı: "Putin heç vaxt NATO qoşunlarına atəş açmaq əmri verməyəcək. Putinin planlarında Ukraynanın səkkiz cənub və şərq bölgəsini Rusiyaya birləşdirmək var. Bu planı həyata keçirmək üçün o vətəndaşlarının da həyatını qurban verməyə hazırdır". |
2014-05-07 | 17,022 | Kürd başqanın qızı Suriyada öldürüldü | Diyarbəkirin mərkəz Çermik mahalı BDP Mahal Başçısı Haşim Dəmirkolun 23 yaşındakı qızı Helin Dəmirkolun Suriyada öldürüldüyü xəbəri yayılıb. "Axar.az" xəbər verir ki, BDP Çermik ilçə başqanının qızı Helin Dəmirkolun Suriyada kürdlərin yaşadığı və "Rojava" olaraq tanınan Kobanidə PKK tərəfində döyüşərkən Əl Qaidə ilə əlaqəli İraq Şam İslam Dövləti (İŞİD) milisləri ilə yaranan qarşıdurmada öldürüldüyü bildirilib. Qeyd olunur ki, öldürülən Çermik BDP Mahal başçısı Haşim Dəmirkolun qızı Helin Dəmirkolun cənazəsi sərhəddən keçirilərək Türkiyədə dəfn ediləcək. Digər tərəfdən təxminən 4 gündən bəri Kobaninin ətrafını cənub, şərq və qərb olmaq üzrə üç qoldan əhatə edən İŞİD xadimləri ilə şəhəri müdafiə etməyə çalışan PKK arasında çox şiddətli qarşıdurmalar yarandığı, hücumlarda hər iki tərəfin tanklardan və digər ağır zirehli texnikalardan istifadə etdiyi bildirilir. Xatırladaq ki, daha öncə 3 may 2014-cü il tarixində Diyarbəkirin mərkəz Sur mahalı Bələdiyyə başçısı BDP-çi Seyid Narının 22 yaşındakı oğlu Əli Narının da Suriyada İŞİD ilə girdiyi qarşıdurmada öldürüldüyü irəli sürülmüşdü. |
2014-05-07 | 17,023 | Elton Məmmədov: “Mən artıq bezmişəm” | Millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun adı hallanan növbəti qalmaqaldan danışıb. O, yayılan bu məlumatı növbəti iftira adlandırıb: "Artıq mən bu cür iftiralardan bezmişəm və hesab edirəm ki, belə məlumatlara münasibət bildirməyə dəyməz. Oğlumun kimlə şəkilinin olması ilə belə bir qənaəti taraşlamaq heç bir əxlaqa sığmır". Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapılması ilə cinayətin üstü açılmağa başlayıb. Artıq jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı bir idmançıdan aldıqlarını etiraf ediblər. Sonradan məlum olub ki, peşəkar döyüşçü olan T.Bayramov vaxtilə millət vəkili Adil Əliyevin rəhbərlik etdiyi Azərbaycan Kikboksinq Federasiyasının üzvü olub. Sonra isə onun Adil Əliyevdən ayrıldığı və Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir. /Aznews.az/ |
2014-05-07 | 17,024 | İlham Əliyev xanım nazirə orden verdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında qısa vaxt ərzində yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətim başçısı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə xanım Mireya Aquero de Korralesin Azərbaycanın "Dostluq" ordeni ilə təltif edildiyini dedi və ordeni qonağa təqdim etdi. Nazir xanım Mireya Aquero de Korrales Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarını və Prezident İlham Əliyevi Hondurasa səfərə dəvətini dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın yüksək mükafatlarından olan "Dostluq" ordeninə layiq görüldüyünə görə minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Honduras dövlətinin başçısına çatdırmağı xahiş etdi. |
2014-05-07 | 17,025 | Ermənilər Tiflisin mərkəzində Şuşanın işğalını bayram edir | Prezident İlham Əliyevin Gürcüstan səfərindən qayıdan kimi gürcülər Azərbaycan xalqına xoş olmayan sürpriz hazırlayıb. "Axar.az" "vesti.az"a istinadən xəbər verir ki, mayın 9-da Erməni Apostol Kilsəsi yeparxiyasının təşkilatçılığı ilə Böyük Vətən Müharibəsi zamanı Qələbə günü və "Şuşanın azad olunması" münasibətilə konsert keçiriləcək. Konsertdə tanınmış erməni müğənniləri və Tiflisin mahnı və rəqs ansamblları iştirak edəcək. Konsert Tiflisin mərkəzindəki "Art Hall" zalında keçiriləcək. |
2014-05-07 | 17,026 | Suriyada azərbaycanlı komandirin öldürülmə anı - Video | Suriyada döyüşən azərbaycanlı döyüşçülərin yeni videoları yayılıb. "Axar.az"ın verdiyi məlumata görə, videodakı döyüşçülərin böyük bir hissəsi azərbaycanlı vəhabilərdir. Son günlər Suriyadan yayılan və durmadan artan döyüş videolarında azərbaycanlıların iştirakı həddindən artıq çoxalıb. Yayımladığımız videodan da göründüyü kimi, azərbaycanlı döyüşçülər Suriyada vahid komandanlıq altında döyüşür. |
2014-05-07 | 17,027 | Aslan Quliyev “Ağrı”nı təqdim edəcək - Foto | Yazıçı Aslan Quliyev "Qanun" Nəşrlər evində çap olunmuş "Ağrı" adlı yeni romanına təqdimat mərasimi keçirəcək. "Axar.az" xəbər verir ki, təqdimat mərasimi may ayının 10-u saat 15:00-da Park Bulvarda yerləşən "Ali və Nino" kitab dükanında keçiriləcək. Qeyd edək ki, mərasimə Vətəndaş Həmrəylik Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Rəhim Əliyev, Əlabbas, Nəriman Əbdülrəhmanlı, Eyvaz Zeynalov, Zəka Vilayətoğlu, Nurafiz və yazıçının digər dostları, oxucuları da qatılacaq. |
2014-05-07 | 17,028 | Putinin hücum planı Ukraynanın əlinə keçdi | Rus qoşunları mayda Ukrayna ərazisinə yeridiləcək. "Axar.az" xəbər verir ki, bu barədə NATO Əməkdaşlıq İnstitutunun Azərbaycan üzrə nümayəndəsi Fərrux Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq Ukrayna kəşfiyyatı hücum planını ələ keçirib. Plana əsasən Qələbə Günündən 1 gün sonra, mayın 10-da Rus ordusu 3 istiqamətdən Ukrayna ərazisinə daxil olacaq. Hücumun Krım və Ukraynanın şərq hissəsindən həyata keçiriləcəyi bildirilir. Planın birinci hissəsinə görə, şərqdən ilkin olaraq 500 nəfər piyada qoşun və 25 tank yeridiləcək. İkinci hissəyə görə isə Krımdan helikopterlər vasitəsilə desant qüvvələri yüridiləcək. Planın üçüncü hissəsini isə Ramzan Kadırovun güclü təlim keçmiş çeçen döyüşçüləri həyata keçirəcəklər. |
2014-05-07 | 17,029 | Jurnalisti döydürənin Elton Məmmədovun oğlu ilə - Fotosu | Əməkdaşımız Fərahim İlqaroğlunun döyülməsini sifariş verən və onu aprelin 25-də Siyəzən sakini Feyruz Termişiyə amansızlıqla döydürən idmançı Tural Bayramovun deputat Elton Məmmədovun daha bir oğluyla mehribancasına çəkilmiş fotoşəkli yayılıb. Şəkildə idmançı ilə yanaşı əks olunan şəxs E.Məmmədovun oğlu Elnur Məmmədovdur. Qeyd edək ki, deputat Elton Məmmədov mətbuata açıqlama verərək, oğullarının T.Bayramovla şəkillərinin olmasının adı çəkilən işə aidiyyatı olmadığını bildirib. Görünən isə odur ki, T.Bayramov Məmmədovların ailə dostudur. /Baymedia/ |
2014-05-07 | 17,030 | Kadırovun xüsusi təyinatlıları Donetskdə - Video | İnternetdə çeçen xüsusi təyinatlılarının Ukraynanın cənub-şərqində vuruşması ilə bağlı video yerləşdirilib. "Axar.az" xəbər verir ki, video Slavyanskda çəkiliş aparan britaniyalı jurnalistlər tərəfindən qeydə alınıb. Videoda çeçen döyüşçülərinin komandirlərindən biri jurnalistə müsahibə verir. Daha sonra isə arxa fonda dayanan çeçenlərin "Allahu Əkbər" sədaları eşidilir. Məlumata görə, "kadrovçular" adlanan dösyüşçülər Qorlovka, Krasnıy Liman, Slavyansk və Donetskdə fəaliyyət göstərirlər. Onların sayının 300-dən çox olduğu bildirilir. Qeyd edək ki, Ukraynadakı məlum hadisələr başlayan zaman Çeçenistan lideri Ramzan Kadırov çeçen döyüşçülərinin Ukraynaya göndəriləcəyini demişdi. |
2014-05-07 | 17,031 | Obama taxta çıxdı, tac qoydu | Barak Obamanın hər axşam sevdiyi bir serialı izləmək üçün televizor qarşısına keçdiyi və bu zaman da günəbaxan tumu çırtlayaraq udum-udum çay içməyi sevdiyi haqqında xəbərlər əvvəllər də yayılıb. Bunun nə qədər düz olub-olmadığını bilmirik. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən gün Ağ Evdən atılan bir Tvit Obamanın bir serialı necə izləməsi ətrafında dolaşan suallara cavab verib. Obama və ətrafında bir necə adamın oturub serial izləməsi ilə bağlı maraqlı şəkillər ortaya çıxıb. Ən diqqət çəkənsə Obamanın oturduğu taxt və dizinin üstündəki tacdır. |
2014-05-07 | 17,032 | “Qafqaz Birləşmiş Ştatları” kimə sərf etmir? - Ekspert | "Azərbaycan üçün də adıçəkilən dövlətlərin bazarlarının ciddi əhəmiyyəti var". Bunu "Axar.az"a "Qafqaz Birləşmiş Ştatları" ideyasının iqtisadi aspektlərini şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi: "Adıçəkilən hər üç ölkənin hazırda da iqtisadi və siyasi əlaqələri yüksək səviyyədədir. Bu həm Bakı-Tiflis-Ceyhan kəməri vasitəsi ilə, həm Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsi ilə, həm də Bakı-Tiflis-Ərzurum dəmiryolu çəkilməsi ilə yükdaşımaların artması da mümkün olub. Hər 3 ölkə həm də "Böyük İpək Yolu"nun bir parçasıdır. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılmasında və Avropanın enerji təhlükəsizliyində Azərbaycan, Gürcüstan və Türkiyənin çox böyük rolu var. Hesab edirəm ki, hazırda təklif olunan "Qafqaz Birləşmiş Ştatları"na həm iqtisadi, həm də siyasi spektrdən yanaşılmalıdır. Böyük ehtimalla Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinə qarşı yaranan təhlükədən Prezident bu təkliflə çıxış edib. Türkiyənin bu bloka qoşulması eyni zamanda NATO-nun da hansısa formada hər iki ölkənin dövlətçiliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında iştirakının təmin edilməsi deməkdir. İkinci bir tərəfdən iqtisadi əməkdaşlıq nəzərdə tutulur. Çünki Türkiyə üçün həm Azərbaycan, həm də Gürcüstan bazarı əhəmiyyətlidir. Həmçinin Azərbaycan üçün də adıçəkilən dövlətlərin bazarlarının ciddi əhəmiyyəti vardır. Hesab edirəm ki, təklif edilən "Qafqaz Birləşmiş Ştatları"nın konsepsiyası hazırlandıqdan sonra iqtisadi əməkdaşlıq dərinləşəcək. Bu isə gömrük rüsumlarının azaldılmasına, iqtisadi inteqrasiyanın sürətlənməsinə gətirib çıxaracaq. Hansı ki, hər 3 ölkəyə sərf edir. Əvvəllər də müxtəlif formalarda oxşar birliklərin yaradılması təklif edilmişdi, amma müəyyən səbəblərdən alınmamışdı. Hesab edirəm ki, bu, vaxtında və yerində verilən təklifdir". Rusiyanın təzyiqi olmasaydı... "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmaları Mərkəzinin direktoru, hərbi məsələlər üzrə ekspert Cəsur Məmmədov hesab edir ki, "Qafqaz Birləşmiş Ştatları" ideyasının reallaşması o qədər də inandırıcı görünmür: "Bu iddiaların həyata keçirilməsi o qədər də real görünmür. Əgər söhbət "Qafqaz Birləşmiş Ştatları"ndan gedirsə, Ermənistanın da burada təmsilçiliyi məsələsi gündəmə gəlməlidir. Nəzərə alsaq ki, Rusiya ilə Ermənistan hərbi müttəfiqdirlər və əgər belə bir ideya gerçəkləşərsə, Rusiya buna imkan verməyəcək. Rusiya heç vaxt razı olmayacaq ki, bu 3 ölkə hərbi, siyasi və iqtisadi sahələrdə əlaqələri genişləndirsinlər, xüsusən də NATO-ya inteqrasiya prosesinin qarşısını almağa çalışacaq. Birincisi, özü buna qarşı olacaq, ikincisi isə Ermənistan vasitəsi ilə Azərbaycana, Ermənistana və Gürcüstana hərbi, siyasi və iqtisadi təzyiqlər edəcək və bu prosesin irəliləməsinin qarşısını alacaq. Əgər nə vaxtsa Ermənistan işğal etdiyi əraziləri geri qaytarsa və bölgədəki siyasi durum aydınlaşsa, o zaman "Qafqaz Birləşmiş Ştatları" deyilən qurumun yaradılması uğurlu olardı. Əslində Azərbaycanla Türkiyə və Gürcüstan arasında hərbi müttəfiqliyin olması gözləniləndir. Daimi olaraq hər 3 ölkə arasında birgə tədbirlər və təlimlər keçirilir. Amma Azərbaycanla Gürcüstan strateji sənədlərə imza atmağa çəkinir. Söz yox ki, əgər Rusiyanın təzyiqi olmasaydı, Azərbaycanla Gürcüstan çoxdan razılığa gələrdilər və bu hər iki ölkənin NATO-ya inteqrasiyasını daha da sürətləndirərdi". Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana səfəri zamanı yeni regional təhlükəsizlik sisteminin yaranması üçün zəmin yarandığını bildirib və Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə "Qafqaz Birləşmiş Ştatları"nın yaradılmasını təklif edib. |
2014-05-07 | 17,033 | Universitet müəllimi 13 min rüşvət aldı - Şikayət | Gəncə Müəllimlər İnstitutunun müəllimi Yeganə Əliyeva pul qarşılığında şagirdləri ali təhsil ocaqlarına qəbul etdirir. Bu sözlər "Axar.az"ın elektron poçtuna daxil olan məktubda yer alıb. Məktubu yazan şəxs Yeganə Əliyevanın onlardan 13000 manat pul aldığını bildirib: "2012 ci ildə həyat yoldaşımın qohumu Samux rayonu Sərkar kəndində yaşayan Cəfərov Həsən Abbasqulu oğlu Azərbaycan müəllimlər İnstitutuna tələbə qəbul edilməsinə köməklik edəcəyini bildirib . Bu səbəbdən həmin universitetin müəlliməsi Yeganə Əliyeva mənə Müəllimlər İnstitutunun Tələbə Qəbulu üzrə Dövlət Komisiyyasında təsdiqlənmiş diplom verməsi üçün 13000 (on üç min ) manat pul aldı. Həmin məbləği mən Yeganəyə Gəncə şəhərindəki evində verdim. 2012-ci il oktyabr ayından sonra mən diplomun saxta olduğunu öyrəndim. Yeganəyə verdiyim 13000 manatı tələb etdim. O bildirdi ki, biz indiyə qədər belə diplom satmamışıq, təsdiqlənmiş sənəd olmur. Pulu isə qaytarmaq müzakirə oluna bilməz". Şikayətçi iddia edir ki, Y.Əliyeva ondan başqa bir neçə şəxsi də bu yolla aldadaraq pulunu mənimsəyib: "Məndən başqa daha bir neçə adama saxta diplom düzəldib. Yeganə hər bir diplom üçün külli miqdarda pul mənimsəyib. Hazırda da o, Gəncə Müəllimlər İnstitutunda işləyir". Məsələ ilə əlaqədar Müəllimlər İnstitutu ilə əlaqə saxladıq. İnstitutun mətbuat xidmətindən "Axar.az"a deyilənlərdən xəbərsiz olduqlarını bildirdilər: "Bu haqda heç bir məlumatım olmadığı üçün araşdırma apardıqdan sonra sizə konkret cavab verəcəyəm. Müəllimin adı da məlumdur. Artıq bununla bağlı rəhbərliyi məlumatlandırmışıq. Həmin xanım kimdir, hazırda da burada işləyirmi, məktubda qeyd edilən ildə o müəllim institutda çalışıbmı kimi faktları araşdırdıqdan sonra məlumat verəcəyik. Artıq araşdırma aparılır. Tez bir zamanda məlumatlandırılacaqsınız". |
2014-05-07 | 17,034 | Slavyansdakı separatçıların əlinə dəhşətli silah keçdi | Slavyanskda separatçılar blok-postlara "Faqot" raket kompleksləri yerləşdiriblər. "Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu komplekslər zirehli hədəflərlə mübarizə aparmaq, rəqibin atəş sistemləri və nöqtələrini dağıtmaq, 2 kilometrə qədər hündürlükdə uçaq bilən sistemləri vurmaq üçün nəzərdə tutulub. Bundan başqa məlumatda Slavyanskda Krım kazaklarının yerləşdirildiyi də bildirlib. |
2014-05-07 | 17,035 | Keçmiş AMİP-çi İnstitut direktoru oldu | Bu gün Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin iclası keçirilib. Rəyasət Heyətinin qərarı ilə İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinin icrası iqtisad elmləri doktoru Nazim İmanova həvalə edilib. İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru İsa Alıyev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Nazim İmanov müstəqil Azərbaycanın ilk parlamentinin (1995-2000-ci illər) üzvü olub. Aktiv deputat fəaliyyəti ilə seçilən iqtisad elmləri doktoru N.İmanovun Milli Məclisdə iqtisadi qanunların qəbul olunmasında mühüm rol oynayıb. Nazim İmanov sonralar uzun müddət yanaşı addımladığı siyasi lider Etibar Məmmədovun partiyasından istefa verib. O, AMİP-də sədr müavini postunu tuturdu. Nazim İmanov 2005-ci ildə müstəqil namizəd kimi parlament seçkilərinə qatılsa da, deputat ola bilməyib. O vaxtdan etibarən N.İmanov aktiv siyasi fəaliyyətini dayandırıb. O, daha sonra Bakıda fəaliyyət göstərən xarici şirkətlərdə çalışıb. Nazim İmanovun 2 oğlu var. /Modern.az/ |
2014-05-07 | 17,036 | İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı | Prezident İlham Əliyev Şair Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Nəcməddin oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. *** Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılır. Fərmana əsasən, "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi" təsdiq edilməli, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilməlidir. Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. |
2014-05-07 | 17,037 | Nazim İmanov institut direktoru təyin olundu | Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru İsa Alıyev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub. Digər bir qərarla institutun direktoru vəzifəsini iqtisadiyyat üzrə elmlər doktoru Nazim İmanov icra edəcək. |
2014-05-07 | 17,038 | Sərkisyan Putinlə görüşə gedir | Ermənistan prezidenti Serj Sərkisyan bu gün axşam Rusiyaya işgüzar səfərə gedəcək. Sabah – mayın 8-də onun Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub. Həmin gün o və Putin, həmçinin Belarus, Qırğızıstan və Tacikistanın prezidentləri Rusiya Federasiyası Müdafiə İdarəsinin Milli Mərkəzində təlimləri izləyəcəklər. Sabah həm də sözügedən ölkələrin dövlət başçılarının qeyri-formal görüşü olacaq /Musavat.com/. |
2014-05-07 | 17,039 | Elnur Aslanovun saytları Elnur Baimovun adına qeydiyyatdadır | Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin eks-müdiri Elnur Aslanovun kurasiyasında olmuş saytlar hələ də həmin portalların ilk qurucusu Elnur Baimovun adına rəsmi qeydiyyatdadır. Söhbət "Gun.az" və ingilisdilli "News.az" saytlarından gedir. Xatırladaq ki, bir çox internet layihələrinin müəllifi Elnur Baimov "Gun.az" və "News.az" saytlarını da yaradan şəxsdir. Amma sonradan həmin portallar ondan alındı. Maraqlıdır ki, uzun müddət Elnur Aslanovun kurasiya etdiyi saytlar hələ də Elnur Baimovun adından çıxarılmayıb. /Modern.az/ |
2014-05-07 | 17,040 | AYB-nin Lənkəran bölməsində qalmaqal | AYB Lənkəran bölməsinin sədri İltifat Saleh səlahiyyət həddini aşaraq, qurultaya nümayəndələri bölgədə yaşayan Birlik üzvləri adından təyin edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı "Axar.az"a verdiyi açıqlamasında növbəti XII qurultay ərəfəsində AYB Lənkəran bölməsində qalmaqal yaşandığını bildirdi. Onun sözlərinə görə, qalmaqal qurultaya nümayəndə seçilərkən bölmə rəhbərliyinin ədalətsiz qərarına etiraz zamanı yaşanıb: "AYB-nin Lənkəran bölməsi 6 rayonun – Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarının yazarlarını əhatə edir. Bu rayonların hər birində 20-dən yuxarı AYB üzvü yazıb-yaradır. Bölmənin sədri İltifat Saleh elan edəndə ki, "Bölmədən qurultaya cəmi 6 nəfər nümayəndə seçilməlidir". Yığıncağa dəvət olunanların arasında qalmaqal yaşandı. Çünki ötən qurultaya bölgədən, təxminən, 18 nümayəndə seçilmişdi. Son səkkiz ildə bölgədə AYB üzvlərinin sayı 3-4 dəfə artdığı halda, qurultaya seçiləcək nümayəndələrin sayı 3-4 dəfə azaldılıb". Bilal Alarlı daha sonra dedi ki, ötən qurultay ərəfəsində nümayəndə seçmək üçün bölməyə 40-a yaxın AYB üzvü gəlmişdi: "Bu gün bölgənin yazarları sanki bölmənin yığıncağını boykot etdilər, bölmədə sədrlə birlikdə cəmi 15 yazıçı və şair vardı. Yığıncaqda iştirak edənlərdən yalnız 1 nəfər – Tərlan Əbilov qurultaya nümayəndə seçildi. Qalan 5 nəfər nümayəndəni İltifat Saleh "ağsaqqallığından" istifadə edərək, yığncaqda iştirak etməyən adamlardan təyin etdi. AYB üzvü Hafiz Mirzə yığıncağın bu şəkildə keçirilməsinə etirazını bildirdi və təklif etdi ki, bölgədə Birlik üzvlərinin sayının çoxluğunu nəzərə alıb, 15 nümayəndə seçək. İltifat Saleh isə bildirib ki, Yazıçılar Birliyinin təyin etdiyi kvotanı poza bilməz". Belə olan halda, AYB-nin Cəlilabaddan olan üzvü Bilal Alarlı başqa bir təklif irəli sürüb: "AYB rəhbərliyi bölgə yazarlarına qarşı böyük hörmətsizlik edir. Bölgədə Vahid Qasımzadə, Sakit İlkin, Əlirza Həsrət, Böyükxan Bağırlı, Gülbala Teymur, İslam, Əfrahim Hüseynli, Misir Alarlı və başqa bu kimi tanınmış şair və yazıçılar yaşayırlar". Bilal Alarlı bildirdi ki, təkcə onun rəhbərlik etdiyi "Nöqtələr" ədəbi qrupunda 12 nəfər Birlik üzvü var. O bu ədalətsiz seçimə etiraz olaraq, bölgədən qurultaya heç kimi nümayəndə göndərməməyini təklif edib: "Bölgə yazarlarının etirazına baxmayaraq, bölmə sədri İltifat Saleh səsvermə keçirmədi və hər rayondan 1 nəfəri qurultaya nümayəndə göndərməyi təklif etdi. Ən heyrətamiz hadisə isə seçilənlərin yığıncaqda iştirak etməməsi ilə bağlı oldu. Əlbəttə, qurultaya "seçilən" hər bir AYB üzvü buna layiqdir, lakin Cənub bölgəsinin qurultayda cəmi 6 nəfərlə təmsil olunması biabırçılıqdan başqa bir şey deyil. AYB rəhbərliyi və onun Lənkəran bölməsi bölgədə yaşayan Birlik üzvlərinin seçmək və seçilmək hüquqlarına, sadəcə, tüpürdü. Təkliflərə AYB Lənkəran bölməsinin sədri İltifat Saleh yalnız bir cavab verirdi: "Mən yuxarıdan verilən tapşırığı yerinə yetirirəm, yuxarılara heç bir irad tuta bilmərəm. Mənim vəzifəm onların tələbini yerinə yetirməkdir. Yuxarının, yəni AYB rəhbərliyinin istəyi ilə qurultaya hər rayondan 1 nəfər təyin edirəm və bu seçim ən ədalətli seçimdir"". Bilal Alarlı sonda bunları dedi: "Ağsaqqal" məlumatında bilərəkdən yanlışlığa yol verirdi, çünki Lerik yazarlarından qurultay nümayəndələri sırasına bir nəfər də olsun salınmamışdı. Yığıncaq başa çatmamış burada iştirak edən 15 AYB üzvü Birlik rəhbərliyinin ədalətsiz seçiminə etiraz əlaməti olaraq, nəticəni gözləmədən çıxıb getdi". |
2014-05-07 | 17,041 | Krım tatarlarının liderinə 1 milyon avro verildi | Krım tatarlarının lideri Mustafa Cəmilov azadlıq uğrunda xidmətlərinə görə Polşa hökuməti tərəfindən Həmrəylik Mükafatına layiq görülüb. "Axar.az" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər naziri Radoslav Sikorski Tvitter səhifəsində yazıb. Cəmilov bu mükafatı alan ilk Kırm tatarı olub. Həmrəylik Mükafatının pul ekvivalenti 1 milyon avro dəyərindədir. |
2014-05-07 | 17,042 | Krım Ukrayna qaçqınlarını qəbul etməyə hazırdır | "Krım Ukraynanın cənub-şərqindəki siyasi qaçqınları qəbul etməyə hazırdır". "Axar.az" xəbər verir ki, bu sözləri Krım Nazirlər Şurasının sədri Sergey Aksyonov söyləyib. Onun sözlərinə görə, Krım həmin şəxsləri və ailələrini dəstəkləməyə hazırdır: "Ukraynanın cənub-şərqindən qaçan şəxslər Krımda sığınacaq tapa biləcəklər. Biz onları hər mənada dəstəkləməyə və kömək etməyə hazırıq. Lakin bizə hələ ki, kütləvi şəkildə müraciət daxil olmayıb". Qeyd edək ki, Krım Şurasının sədri Ukraynanın cənub-şərqində baş verən hadisələri "1937-ci il hadisələri"nin ən pis variantı adlandırıb. |
2014-05-07 | 17,043 | Zakir Həsənov hərbi təlimdə - Fotolar | Mayın 7-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimində Müşahidəçilər Günü keçirilib. "Axar.az" bu barədə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Təlimin çöl-səhra fazasını izləmək üçün poliqona gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən qonaq qismində dəvət almış Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç, NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messencer, həmçinin ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi Təlim Mərkəzinin Qərargahında olublar. Əvvəlcə qonaqlara taktiki əməliyyat mərkəzində ön əməliyyat bazası haqqında ümumi məlumat verilib və təlimin ssenarisi üzrə həyata keçirilən fəaliyyətlər barədə tanışlıq brifinqləri təqdim olunub. Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov və qonaqlar ərazidəki taktiki əməliyyat mərkəzinə gələrək briqada, tabor və bölüklər səviyyəsində şəxsi heyətin hazırlığı ilə tanış olub, səhra təliminin ərazidə praktiki hissəsini izləyiblər. Ssenariyə əsasən təlimdə iştirak edən 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter 5 sahə üzrə, 117 kriteriyanı həyata keçirib və fəaliyyətin qiymətləndirməsinin 752 sualını yerinə yetiriblər. Təlim maraqla izlənilib və beynəlxalq müşahidəçilər şəxsi heyətin peşəkarlığını yüksək qiymətləndiriblər. Təlim mayın 8-də sona çatacaq. |
2014-05-07 | 17,044 | İlham Əliyev yeni icra başçısı təyin etdi | Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayonuna yeni icra başçısı təyin edib "Axar.az" xəbər verir ki, İlham Əliyev Müstəqim Səyyad oğlu Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. |
2014-05-07 | 17,045 | Gülən təriqətlərarası barışığı pozmağa hazırlaşır | Fətullah Gülənə yaxın bir çox din adamları mühafizəkar dini qruplaşmalar arasında yaranacaq uzlaşmaya qarşı hərəkətə keçməyə başlayıblar. "Axar.az" xəbər verir ki, bu informasiya ilə Türkiyə mətbuatı çıxış edib. Din adamları həmsöhbətlərinə narahatlıqlarını da bildiriblər. Belə ki, Fətullah Gülənə yaxın ilahiyyatçı professor Suat Yıldırım və iş adamı Mustafa Kavurmacının məsələ ilə əlaqədar artıq ABŞ-a Pensilvaniyaya yola düşdüyü qeyd edilib. Gülən isə onlara cavabında "Əməliyyat başlayıb, dərman müalicəsinə dönmək mümkün deyil", - deyib. |
2014-05-07 | 17,046 | Pakistan FBR agentinə cinayət işi açdı | Karaçi-İslamabad təyyarəsinə minmək istəyən bir FBR agenti üstündə sursat daşıdığına görə Pakistan polisi tərəfindən nəzarətə götürülüb. "Axar.az" xəbər verir ki, FBR agenti 9 mm tapança maqazini və 15 ədəd güllə ilə saxlanıldıqdan sonra haqqında cinayət işi başladılıb. Qeyd edək ki, FBR agentinin saxlanılması Amerika mətbuatında geniş səs-küyə səbəb olub. |
2014-05-07 | 17,047 | Milyarderlər məşhur modelə görə əlbəyaxa oldu - Foto | Avstraliyalı iki milyarder "Viktoriya Sekret"in mələyi Miranda Kerrə görə dalaşıb. "Axar.az" xəbər verir ki, qumarxana kralı Ceyms Paker ilə media rəhbəri Devid Ginqell 31 yaşlı modelə görə əlbəyaxa olublar. Dava zamanı paparassilərin obyektivinə tuş gələn biznesmenləri media maqnatı Rupert Merdokun kiçik oğlu Laklan barışdırıb. Qeyd edək ki, bir müddət əvvəl aktyor Orlando Blumdan boşanan Miranda Kerrin Paker ilə münasibəti olduğu deyilir. |
2014-05-07 | 17,048 | "Qarabağ" 21 il sonra çempion oldu | 19:24 Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına start verilib. Qəbələnin eyniadlı komandası doğma meydanda "Bakı"nı qəbul edib. Birinci hissənin tamamında meydan sahibləri Marat İzmaylov və Müşfiq Teymurovun qolları ilə öndə olublar. 57-ci dəqiqədə Daniel Subotiç hesabı 3:0-a çatdırıb. 8 dəqiqə sonra Namiq Ələsgərov "Bakı"nın təsəlli qolunu vurub - 3:1. Beləliklə, "Qəbələ" 34 oyundan 57 xal toplayaraq UEFA Avropa Liqasının seçmə mərhələsinə vəsiqəni təmin edib. 20:56 "Rəvan" - "Simurq" matçında 1 qol qeydə alınıb. Bakılıların qolunu 28-ci dəqiqədə penaltidən Xuan Manuel Varea vurub - 1:0. "Sumqayıt" "Xəzər Lənkəran"ın qonağı olub. Oyun 4:1 hesabı ilə Lənkəran təmsilçisinin xeyrinə başa çatıb. AZAL - "Neftçi" qarşılaşmasında isə qapılar toxunulmaz qalıb - 0:0. Turun sonuncu oyunu isə çempionluğa iddialı iki komanda - "Qarabağ" və "İnter" arasında baş tutub. Artıq 13-cü dəqiqədə Reynaldo Ağdam təmsilçisini önə keçirib. 70-ci dəqiqədə isə Reynaldo dubla imza atıb. Baçana Sxadadze qollardan birinin əvəzini çıxsa da, 85-ci dəqiqədə Reynaldo het-trik edib. Matçda son nöqtəni isə Muarem Muarem qoyub - 4:1. Bununla da "Qarabağ" 34 oyundan 72 xal toplayaraq sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib. /Trend/ |
2014-05-07 | 17,049 | Putindən separatçılara: “Referendumu təxirə salın!” | Rusiya prezidenti Vladimir Putin Ukraynanın federallaşmasının tərəfdarı olanlara müraciət ünvanlayıb. "Axar.az" xəbər verir ki, Putin onları mayın 11-də keçiriləcək referendumu təxirə salmağa çağırıb. "Ukraynanın cənub-şərqində federallaşmanın tərəfdarı olanları mayın 11-nə təyin olunmuş referendumu bu dialoqla bağlı lazımi şərait yaratmaq üçün başqa vaxta keçirməyə çağırırıq", - deyə Putin bildirib. |
2014-05-07 | 17,050 | İran Urmiya gölü ilə bağlı Azərbaycandan yardım istədi | İran hökuməti Urmiya gölünün bərpasını qarşısına məqsəd qoyub. "Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İran Ətraf Mühitin Mühafizəsi İdarəsinin sədri, vitse-prezident Məsumə Ebtekar bildirib. Onun sözlərinə görə, hazırda hökumətin qarşısında çox mürəkkəb bir problem var: "İranda yeni hökumətin iş başına gəlməsinin ilk günlərində məqsədilə işçi qrup yaradılıb. Bu hövzənin xilası beynəlxalq nailiyyətdir. Ona görə də bütün region ölkələri, o cümlədən Azərbaycan Respublikası İranın bu istiqamətdə atdığı addımlara sevinməli və bizə Urmiya gölünün yenidən bərpası məsələsində yardım etməlidir. Şübhəsiz, Urmiya gölünün ekologiyasının yenidən bərpası məqsədilə kifayət qədər vəsait ayrılması nəzərdə tutulub. Təbii ki, bu sahədə beynəlxalq əməkdaşlığa da ehtiyac var". Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv/km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb. Belə ki, rəsmi Tokio Urmiya gölünün bərpası bu məqsədlə bir milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.