date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-10-18
352
Rusiya səfirliyinə ayaqqabı atan danışdı
Bu gün Bakıda Rusiya səfirliyi qarşısında Moskva vətəndaşı İqor Şerbakovun ölümündə şübhəli bilinərək saxlanılan Orxan Zeynalova qarşı aparılan kampaniyaya etiraz olaraq aksiya keçirilib. "Axar.az"ın "İnterfaksa" istinadən verdiyi məlumata görə, səhər saatlarında aksiya yerinə Azərbaycanın Beynəlxalq diaspora mərkəzi qeyri-hökumət təşkilatının iki fəalı yaxınlaşıb və toplaşan jurnalistlər arasında qətnamə yayıblar. Daha sonra özünü Qarabağ müharibəsi veteranı kimi təqdim edən bir nəfər səfirliyin qarşısına gələrək, etiraz əlaməti olaraq ayaqqabısının bir tayını səfirlik istiqamətinə atıb. Polis müdaxiləsi nəticəsində həmin şəxs ərazidən uzaqlaşdırılıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, Rusiya səfirliyinə ayaqqabı atmış şəxs 20 Yanvar əlili, Qarabağ müharibəsi veteranı, Çeçenistanın milli qəhrəmanı Arif Məhərrəmov olub. Arif Məhərrəmov saytımıza verdiyi açıqlamada Rusiya səfirliyinə etiraz məqsədinin dinc şəkildə olduğunu dedi və səfirliyə ayaqqabı atmaq məqsədinin olmadığını bildirdi: "Mən ora gec gedib çıxdım. Jurnalistlər məni görən kimi ətrafıma toplaşdılar. Bunu görən polislər mənə qarşı fiziki zorakılıq etdilər və nəticədə yerə yıxıldım. Özümdən çıxdım, ayqqabımın bir tayını götürüb etiraz əlaməti olaraq səfirlik istiqamətinə atdım. Mənim məqsədim rus xalqına yox, rus hakimiyyətinə etirazdır. Amma polislər olduqca qəddar davrandılar. Bundan sonra da məni maşına mindirib döyməyə başladılar. 20-ci polis bölməsinə çatanda özümü itirmişdim. Yenə də sağ olsun bölmə rəisi, mənimlə olduqca mülayim davrandı və onun göstərişi nəticəsində mənə ilkin tibbi yardımı göstərdilər. Bundan sonra halım yenidən pisləşdi və 5 nömrəli xəstəxanaya apardılar. İndi də müalicə alıram". Qarabağ veteranı həmçinin ayaqqabısının səfirlikdə saxlanıldığını da qeyd etdi: "Xəstəxanadayam, amma ayqqabımın bir tayı yoxdur. Rusiya səfirliyi ayqqabımı götürüb və qaytarmayıb. Güman ki, dəlil-sübut kimi saxlayacaqlar". Xatırladaq ki, 20-ci polis bölməsinin növbətçi hissəsindən "Axar.az"a verilən açıqlamada Arif Məhərrəmovun bölməyə gətirildiyi məlumatını təsdiqlədilər və bölmədə ona qarşı cinayət işinin açılmadığını bildirdilər.
2013-10-18
353
Allaha məktub
İlahi, günahlarını bağışla bu millətin Yurdun çalan düşmənə düşmən tək baxmır, qorxu adlı zəlini içindən atmır, içindəki qeyrəti, qanı oyatmır, daha qara qılınca əlləri çatmır, sən verən torpaqları da qoruyammır... İlahi, günahlarını bağışla bu millətin! Dərd çəkir hey, torpaq qeyrəti çəkəmmir. Dahisinin qədrini zamanında biləmmir. Alana "dur!", verənə "yetər!" deyəmmir. Bədbəxt Arazdan da O taya keçəmmir, dostu kim, düşməni kim, hələ də seçəmmir... İlahi, günahlarını bağışla bu millətin! Bölünüb bölüm-bölüm, xırdalananda, haramı seçib yalana əl çalanda, çiyni əyiləndə, ikiqat olanda, yalanlar önündə səssizcə qalanda, dilini, adını, tarixin dananda... İlahi, günahlarını bağışla bu millətin. Qəlbi elə böyük, elə genişdi ki, düşmənə gərəkən cavabı vermədi! Gələn yadlara yerini göstərmədi! Uzanan xain əlləri kəsmədi! Tarixinə sahib çıxa bilmədi... İlahi, günalarını bağışla bu millətin! Yol gözlər Dərbənd, Borçalı, Təbrizimiz. Düşmən əlindədir İrəvan, Göyçəmiz, Qarabağımız, Laçın-Kəlbəcərimiz. Ayaqlar altında tapdanır şərəfimiz! Sədəqəyə uzananda əllərimiz... İlahi, günahlarını bağışla bu millətin! Milləti şəhər, küçə, ev-evmi böldük? Ərəndən qorxağa, yaltağamı döndük? Biri buraxıb, min-min dəfəmi öldük? Yad düşməni qoyub qardaşımı döydük?! Qələm alan kimi özümüzü söydük... İlahi, günahlarını bağışla bu millətin! Dua etmədi, cadular yazdı mollası. Evlər yıxdı neçə oğul-qız anası. Yad qızı xanım etdi oğul balası, girov getdi öz qızı, ana-bacısı. Hərraca da çıxdı eli, yurd-yuvası... İlahi, günahlarını bağışla bu millətin! Varmı öz içində bu qədər döyünən, adını unudub yad rənglə öyünən, qırınca qırılıb, itirincə itən, "Şərəfim ver" deyə, yad qapısı döyən?! Varmı bizim qədər torpağı bölünən?! İlahi, günahlarını bağışla bu millətin! Günahların bağışla, bağışla bu millətin...
2013-10-19
354
Əsgəri döyüb öldürdülər VİDEO
null
2013-10-19
355
Konstitusiya Məhkəməsi Azərbaycan xalqını təbrik etdi
Oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. "Publika.az"ın məlumatına görə, məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvalacı çıxış ediblər. S.Salmanova MSK tərəfindən seçki protokolunun təsdiq olunması üçün məhkəməyə göndərildiyini bildirib. R.Qvalacı isə seçkilərin nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib. İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılmış şərait, həmçinin ödənişsiz efir vaxtının, həmçinin qəzetlərdə yer ayrılmasını qeyd edib. MSK sədri deyib ki, seçkilərin şəffaflığının təmin edilməsi üçün MSK tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb. M.Pənahov bildirib ki, səsvermə günü seçicilər çox mütəşəkkil şəkildə məntəqələrə gəlib və öz seçdiyi namizədə səs veriblər: "Səsvermə günü baş verən proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm veb kameraların vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb. Səsvermə günü operativ şəkildə ilkin nəticələr ictimaiyyətə çatdırılıb". MSK sədri bildirib ki, səsvermə bitdikdən sonra MSK-ya 4 müraciət daxil olub ki, bunlar da dəqiqliklə araşdırılıb. Bütün seçki prosesi zamanı MSK müxtəlif dövlət qurumları ilə, aşağı seçki komissiyasının üzvləri ilə müxtəlif formatlı tədbirlər həyata keçirib. Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıblar. "APA" xəbər verir ki, İclasda Cəmil Həsənli çıxış üçün söz istəyib. Lakin F. Abdullayev etiraz edib, bildirib ki, bu cür iclaslarda tərəf kimi MSK, dəvət olunmuş ekspertlər çıxış edə bilərlər. Digər şəxslər isə iclasda iştirak edə bilərlər, lakin onların çıxış etmək hüququ yoxdur. Sonra hakimlər müşavirəyə gediblər. Hakimlər müşavirədən qayıdandan sonra F. Abdullayev Konstitusiya Məhkəməsi adından qərarı elan edib. Qərarda bildirilir ki, 9 oktyabr tarixində keçirilən prezident seçkilərinin nəticələrinə dair MSK-nın məhkəməyə təsdiq və rəsmi elan olunması üçün təqdim etdiyi protokola plenum iclasında baxılıb. Plenum MSK-nın protokolunu təsdiq edib. İlham Əliyev səslərin 84,54 faizini topladığı üçün prezident elan edilib. Qərar elan olunduğu gündən qüvvəyə minir. Fərhad Abdullayev prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib. İclas Azərbaycan dövlət himinin səslənməsi ilə başa çatıb. Qeyd edək ki, MSK səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək respublika üzrə səsvermənin nəticələrini müəyyən edib. Respublika üzrə Seçki Dairələrinin sayı 125, Seçki Məntəqələrinin ümumi sayı 5492 olub. Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı 0, səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı 0 olub. Respublika üzrə seçicilərin ümumi sayı 5 214 787, seçici siyahılarında olan seçicilərin sayı 5 145 592 , əlavə seçici siyahısında olan seçicilərin sayı 69 195, qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı 33 851 nəfər təşkil edib. Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı 5 149 255, seçki bülleteni almış seçicilərin sayı 3 735 374, istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı 1 409 949 olub. Korlanmış seçki bülletenlərinin sayı 3 932 , seçki qutularında olan seçki bülletenlərinin sayı 3 734 592, etibarsız hesab edilmiş səslərin sayı 36 622 , etibarlı hesab edilmiş səslərin sayı 3 697 970 olub. Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi isə aşağıdakı kimi olub: İqbal Ağazadə - 88 723 2.40 , İlham Əliyev 3 126 113 84.54, Araz Əlizadə 32 069 0.87, Hafiz Hacıyev 24 461 0.66, Qüdrət Həsənquliyev 73 702 1.99, Cəmil Həsənli 204 642 5.53, İlyas İsmayılov 39 722 1.07, Fərəc Quliyev 31 926 0.86, Sərdar Məmmədov 22 773 0.62, Zahid Oruc - 53 839 1.46.
2013-10-19
359
Bu gün İlham Əliyevin andiçməsidir
Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyası (MSK) 9 oktyabr seçkilərinin son nəticələrinə yekun vuraraq təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərib. "Publika.Az"-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, yaxın saatda Konstitusiya Məhkəməsi son nəticələrlə bağlı qərarını elan edəcək. Mənbənin məlumatına görə, MSK-nın Konstitusiya Məhkəməsinə göndərdiyi yekun qərarı qüvvəsində saxlayıb. Bu gün Milli Məclisdə 9 oktyabr seçkilərinin qalibi – Yeni Azərbaycan Partiyasının namizədi, prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək. Hazırda mərasimlə bağlı hazırlıq tədbirləri görülür. Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib. Digər namizədlərin səsləri isə belədir: Cəmil Həsənli - 5,53% (204 642 səs) İqbal Ağazadə - 2,40% (88 723 səs) Qüdrət Həsənquliyev - 1,99% (73 702 səs) Zahid Oruc - 1,46% (53 839 səs) İlyas İsmayılov - 1,07% (39 722 səs) Araz Əlizadə - 0,87% (32 069 səs) Fərəc Quliyev - 0,86% (31 926 səs) Hafiz Hacıyev - 0,66% (24 461 səs) Sərdar Məmmədov - 0,61% (22 773 səs)
2013-10-19
361
Saçınızı gözəlləşdirməyin resepti
Resept çox asan hazırlanır və saç dərisini isitmək üçün xardaldan istifadə olunur. 2 qaşıq suda isladılmış xardal 1 ədəd yumurta sarısı 2 xörək qaşığı qaynar su 2 xörək qaşığı zeytun yağı ( şaftalı, ayı pəncəsi və ya istənilən hər hansı kosmetik yağ da ola bilər) 2 çay qaşığı şəkər tozu Hazırlanan maskanı quru saçın uclarına toxunmamaq şərti ilə tükün diblərinə sürtün. Eyni zamanda daha yaxşı təsir əldə etmək üçün hər hansı bir isidilmiş kosmetik yağlardan maska kimi istifadə edib quru saçların uclarına da çəkə bilərsiniz. Maskanı sürtdükdən sonra başınızı selofan paketlə bükün, üzərinə isə isti papaq geyinin. Hər kəsin vərdişinə uyğun! Maskanı 1saata qədər saxlamaq olar, bu, təsirindən asılıdır. Əgər dözə bilərsinizsə, 1saat qalmağı məsləhətdir. Tükünüzün dibini çox yandırarsa, 15-20 dəqiqə saxlayın. Diqqət! Birinci dəfə maskadan istifadə edərkən 15dəqiqə saxlayın. Maskanı həftədə bir dəfə istifadə etmək olar, hədsiz yağlı saçlar üçün maksimum iki dəfə mümkündür. Əvvəl maskanı yüngül şəkildə isti su ilə yaxalayın, sonra isə saçlarınızı şampunla yuyun. Saçlarınızda parlaqlıq və gözəçarpan təsiri görmək istəsəniz balzam və ya hazır maskalardan istifadə etmək mümkündür. Maskanın tərkibində olan xardal sizin saçınızın uzanmasını tezləşdirir, onları möhkəmləndirir, daha çox həcm verir, tez-tez yağlanmasının və çirklənməsinin qarşısını alır. Hətta kişilər də xardallı maskadan müntəzəm istifadə etdikdə seyrəkləşmiş saçları qalınlaşar.
2013-10-19
363
Rusiya teokratik dövlətə çevrilir - iddia
"Axar.az"ın Rusiyanın "rosbalt.ru" saytına istinadən verdiyi xəbərə görə, işıq üzü görən treylerdə kilsənin məktəbləri öz təsir dairəsinə salması və bütün büdcə təşkilatlarında yayılmağa çalışması göstərilib. Eləcə də Rus Pravoslav Kilsəsinə tapınanların faşistsayağı salamlaşması nümayiş olunub. "Rusiya. XXI əsr. "Putin hakimiyyəti" normalara uyğun olmayan hərəkətləri gizlətmək üçün dini baxışı kütləvi kultivasiya edərək konstitusiyadan imtina etmək fikrindədir. Ölkə Sovet dönəminin nailiyyətlərindən geriyə - orta əsrlər və daş dövrünə yuvarlanır". "Sağalam düşüncə" fondu aktiv vətəndaşların dəstəyi ilə klerikalizmin (ölkənin siyasi və mədəni həyatında dini təşkilatların hakimiyyətini möhkəmləndirməyə çalışan siyasi cərəyan) nəticəsi haqqında filmin çəkilişllərinə başlayıb. Kadrlarda alimlər, dinşünaslar, siyasətçilər Rusiyada dini baxışların üstünlük təşkil etdiyi hakimiyyətin və cəmiyyətin ümidverici olmayan inkişafını müzakirə edirlər. Filmlə bağlı yazılan şərhlərdə ruslar fondun ölkədə klerikalizmin inkişafının qarşısını ala bilməyəcəklərini yazırlar.
2013-10-19
364
İlham Əliyev nazirlərini istefaya göndərdi
Bu gün 9 oktyabr Azərbaycan Respublikası prezidentliyinə seçkilərdə qələbə qazanmış İlham Əliyevin andiçmə mərasimi keçirilib. Ölkə konstitutsiyasının 116-cı maddəsinə əsasən, köhnə hökumət andiçmə mərasimindən dərhal sonra istefaya göndərilir. Həmin maddə də deyilir: "Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir". İstefadan sonra yeni höküməti and içmiş prezident formalaşdırır və yenidən köhnə vəzifəsinə təkrar təyin edilməyən nazir birdəfəlik istefaya göndərilmiş hesab edilir.
2013-10-19
365
Rus diplomatı döyüldü, yaşadığı ev qarət olundu
Eduard Limonov: "Hollandlar serblər üzərində amansız işgəncələr aparıblar" Oktyabın 18-i Amsterdamda rus diplomatlar yaşayan ev qarət olunub. Bina səfiriliyin yanında yerləşsə də, diplomatik statusu olmadığından qorunmur. Ancaq orda olan mənzillərdə Rusiyanın diplomatik missiyasına daxil olan işçilər yaşayır. Qeyd edək ki, Niderlandın Xarici İşlər naziri üzr istəyib və bildirib ki, polis rus səfirliyi ilə bərabər dərhal istintaqa başlayıb. Qeyd edək ki, ötən həftə rus diplomat Dmitri Borodinin döyülməsi ölkələr arasında gərginliyə səbəb olub. Prezident Putin Hollandiya hakimiyyətindən dərhal günahkarların tapılıb cəzalandırılmasını tələb edib. Niderland polisi isə hadisədə günahkar olan polisləri cəzalandırmamağa qərar veriblər. Birinci ruslar başladı Oktyabrın 16-sı isə naməlum şəxslər Niderland səfirinin köməkçisi Onno Elde-ren-Boşnun evinə hücum edib, onu döyüblər. Hollandiyanın Daxili İşlər naziri Frans Timmermans Rusiyanın Xarici İşlər nazirini hadisəyə aydınlıq gətirməyə dəvət edib. Rusiya XİN-i üzr istəyib. Limonov öz feysbuk saytında insidentlə bağlı fikrini bildirdi Rus yazıçısı, şair, publisist, "Druqaya Rossiya" partiyasının sədri Eduard Limonov hadisəyə belə reaksiya göstərib. O öz feysbuk saytında yazıb: "Hollandlar Rusiya ilə vendettanı davam edir. Haaqada rus diplomatlar yaşayan ev qarət olunub. Hələ sırağa gün bu məlumatı radiodan eşitdim. Lakin Hollandiyada nə üçün yaşadığı da bəlli olmayan rus qadın köks ötürərək radio dinləyicilərə hollandların necə sülhsevər olduqlarını inandırmağa çalışırdı. Aman Allah! Bir aç internetdə bax gör necə "sülhsevər"dilər. Onlar millət kimi və dövlətçiliyini ispanlarla mübarizədə yaradan german qolunun enerjili, acgöz və qəddar xalqıdır. Onlar hirsli protestantlardır. Kolonial imperiya olub xüsusən də İndoneziyanı qarət edən, indiki zamanda da Cənubi Amerikada Holland Qvianası adlı ərazisi olan ölkədir. Mən əvvəl də yazmışdım ki, onlar Hitlerlə döyüşən ən böyük milli qrup olub sayları 75minə çatıb. Ən Yeni Tarixdə ABŞ-ın hərbi avantüralarında iştirak edirlər. Serblər üzərində amansız işgəncələr aparıblar. Eləcə də bu əclaflar yanvar ayında Rotterdam həbsxanasında Saşa Dolmatovu qətlə yetiriblər. Bax belə "sülhsevər"dilər.
2013-10-19
366
Qızımın sayəsində narkotiki atdım
Əfsanəvi futbolçu Dieqo Armando Maradona narkotikanı atmasının səbəbini açıqlayıb. "Axar.az"ın xəbərinə görə, Dieqo Maradona həyatını danışdığı "DVD"nin təqdimetmə mərasimi üçün gəldiyi Milan şəhərində narkotika asılılığından Peleyə, FİFA-dan futbolda rüşvətə və Dünya Kubokuna qədər bir çox mövzuda təəccüblü açıqlamalar verib. "Peleinin aldığı mükafat heç nə ifadə eləmir" 2000-ci ildə internetdə təşkil edilən səsvermədə səslərin yüzdə 53-nü qazanmasına rəğmən, FİFA tərəfindən Peleyə verilən "Əsrin Oyunçusu" mükafatı haqqında danışan Maradona, "O mükafatı ictimaiyyətin fikrincə, mən almalıydım, Pele ikinci idi. Amma o mükafat onsuz da heç nə ifadə eləmir", deyib. FİFA idarəçilərini topa tutan Maradona, "Onların hamısı hardasa 95 yaşa çatmış adamlardı. O qədər qocadılar ki, avtomobil belə idarə edə bilməyəcək haldadılar. Bu adamlar dünya futbolunu necə idarə edə bilərlər?"- deyə bildirib. Maradona ştatlarda irqçiliklə bağlı da FİFA-nı adamların deyil, sadəcə öz çıxarlarını düşünməkdə günahlandırıb. "2012-cü il Dünya Kubokunu Cənubi Amerika qazanacaq" Braziliyada keçiriləcək 2014-cü il Dünya Kuboku haqqında da danışan Maradona, "Messi 2010-cü ildəki Dünya Kubokunda məni xəyal qırıqlığına uğratmadı. Möhtəşəm oyunlar keçirdi və finala keçmədiyimizdə hamı kimi onun da ağladığını gördüm. Ümid edirəm, 2014-cü ildə onun qalib olacağını görərəm, amma İspaniya və Braziliya qarşısında oynamaq çox çətin olacaq", deyib. Həm də əminliyini bildirib: "Nə olursa olsun Dünya Kuboku Cənubi Amerikada qalacaq, buna əminəm", - deyərək iddialı çıxış edib. Gənclərə narkotik məsləhəti... Bir müddət narkotik istifadəçisi olan Maradona hazırda həyatda olmayan anasını, həyat yoldaşını və qızlarını çox ağlatdığını etiraf edib: "Mən təkcə özümə pislik etdim. Gənclərə narkotikadan uzaq durmağı məsləhət görürəm. Qızım Dalma bir gün gəlib mənə, "Ata əsla ölmə, bacımın sənə ehtiyacı var", ondan sonra narkotiki atdım", - deyib.
2013-10-19
367
İlham Əliyev məscidləri qaz pulundan azad etdi
null
2013-10-19
368
Maykl Ceksonun ölüm işindən xəbər var
"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, pop kralı Maykl Ceksonun ölümüylə əlaqədar məhkəmə prosesində münsiflər heyəti axır ki, qərarını açıqlayıb. Onların qərarına görə, məşhur müğənni konsert təşkilatçısı olan "AEG Live"in laqeydliyi ucbatından dünyasını dəyişməyib. Qərarın açıqlanmasından sonra "AEG Live"in müdafiə tərəfinin əsas vəkili Marvin S. Putnam təbii olaraq qərardan məmnun qaldıqlarını söyləyib. Xatırladaq ki, Maykl Ceksonun 2009-cu ildə 50 yaşında hədsiz dərəcədə narkozdan dolayı öldüyü söylənilmişdi. Məşhur müğənninin həkimi Konrad Marri istəmədən Ceksonun ölümünə səbəb olduğu üçün dörd il həbsə məhkum edilmişdi. İstintaqda Ceksonun anası Katerina və ən böyük oğlu Prins daxil olmaqla 50-dən çox şahid ifadə vermişdi. Və Ceksonun ailəsi "AEG Live"dən maddi və mənəvi itki üçün 290 milyon dollar təzminat tələb edirdi.
2013-10-19
369
ATV efirindən küçə söyüşləri səsləndi
Dünən Zaur Baxşəliyevin aparıcısı və müəllifi olduğu "Ümid var" verilişinin yayımında çoxsaylı tamaşaçılara və verilişdəki qonaqlara qarşı hörmətsizlik edilib. Təxminən saat 17.15-də canlı yayımda qonaq qismində iştirak edən "Lalə" Qızlar Ansamblının vaxtilə solisti olmuş, amma bu gün küçələrdə səfil həyatı yaşayan Bənövşə Göyçaylı adlı xanım ona irad tutanlara, düşdüyü vəziyyətə görə onu qınayanlara etiraz əlaməti olaraq ayağa qalxaraq, küçə söyüşü söyməyə başlayıb: "Məni "askarblyat" edənin ağzını..." Canlı yayımda iştirak edən tamaşaçılar və ekspertlər tərəfindən etirazlar səslənsə də, aparıcı Zaur Baxşəliyev verilişi aparmaqda davam edib. Xoşagəlməz olayla bağlı "Ümid var" verlişinin lahiyə rəhbəri Nəmənd Rüstəmovla əlaqə saxladıq. Nəmənd bəy olayın xoşagəlməz hal olduğunu qeyd etməklə yanaşı, onu da dedi ki, "bu xanımın keçmişi çox parlaq olub. Bu gün isə alkoqoldan əziyyət çəkir. Verlişə dəvət etməkdə məqsəd ona kömək etmək idi. Verlişdən sonra göyçaylı bir iş adamı onu himayəyə götürdü. Həm də onu Mehriban Zeynalovanın "Təmiz Dünya" İctimai Bbirliyinin qadın sığınacağında yerləşdirdik. "Lalə" Qızlar Ansablının solistləri də bizimlə əlaqə saxladılar, ona hami olacaqlarına, əyin-baş alacaqlarına söz verdilər. Alkoqoldan əziyyət çəkən bu xanımın müalicəsinə artıq başlanılıb".
2013-10-19
370
Cəmil Həsənli oktyabrın 21-də hər kəsin sualını cavablandıracaq
"Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ona olan bütün sualları cavablandıracaq",- "Axar.az"a danışan Milli Şura namizədi həftənin birinci günü keçiriləcək mətbuat konfransında hər kəsin suallarına aydınlıq gətirəcəyini dedi. O bildirdi ki, 21 oktyabr tarixində keçiriləcək media konfransa qədər danışmaq istəmir: "Həftənin birinci günü, yəni oktyabrın 21-də saat 12-də mətbuat konfransı keçirəcəyik. "Axar.az" da daxil olmaqla hər kəsin suallarını cavablandıracağam. Buyurub, gələ və öz suallarınızı verə bilərsiniz. O tarixə qədər heç nə demək istəmirəm".
2013-10-19
371
“Ən yaxşı şair" intihar etdi
Tanınmış rus şairi Andrey Şiryayev Ekvadorda olarkən intihar edib. Bu haqda şairin dostları və yaxınları sosial şəbəkələrdə bildirib. Hal-hazırda şairin ölüm xəbəri rəsmi olaraq öz təsdiqini tapmayıb. Hadisənin baş vermə səbəbləri hələ məlum deyil. Ayın 18-i Moskva vaxtilə səhər saat 9-da Feysbuk sosial şəbəkəsində də ölüm haqda status paylaşılıb. O, müasir rus şairlərinin ən yaxşılarından biri hesab edilirdi. Bildirək ki, intihar ərəfəsində o özünün növbəti kitabının nəşrini yekunlaşdırmışdı. Məlumat üçün deyək ki, Andrey Şiryayev 1965-ci ilin 18 aprelində Qazaxıstanda anadan olub, sonra Moskvaya köçüb. 10 ildən çox idi ki Ekvadorda yaşayırdı. Ölümdən əvvəl Şiryayevin qeydi: "Artıq mənim vaxtımdır. Sonuncu kitabım da artıq yazılıb. Alina, Vadim, Qivi, mənim əzizlərim , çox sağ olun. Sevdiyim insanlara xüsusilə təşəkkürlər. Kimdənsə üzr istəməyəcəm... Son vaxtlar keçirdiyim iki infarkt və insult mənə çoxlu xoşagəlməz anlar yaşatdı. İflicdən sonra gəzmək, düşünmək və işləmək günü-gündən çətinləşir. Beləliklə, doğrudan da vaxtdır. (gülüş işarəsi ) Həm də görüm o biri dünyada nələr var. Bəlkə də görüşdük...
2013-10-19
372
Kapital Bank əmanətçinin pulunu vermir
Sovetlər dönəmindən əhalinin əmanət banklarına qoyulan pulları sahiblərinə çatdırılsa da, elə vətəndaşlar var ki, hələ də əmanətlərini ala bilməyib. Belə vətəndaşlardan biri Ağayev Xankişi Camal oğludur. 1925-ci ildə Füzuli rayonunun Şəkərcik qəsəbəsində doğulan 93 yaşlı Böyük Vətən müharibəsi veteranı və 2-ci qrup əlil olan Xankişi Ağayevin dediyinə görə, üz tutduğu, dərdini danışmadığı instansiya qalmayıb. Kişini hörmətlə qarşılayıb, ağsaqqallığına rəğmən də hörmətlə yola salıblar. Pulunu isə tapıb verə bilmirlər. Bu haqda "Axar.az"a onun nəvəsi Bənövşə xanım danışdı: "Babamın döyüş yolu 1941-ci ildən Mozdokdan başlayıb, 1945-ci ildə Berlində başa çatıb. Müharibədəki şücaətinə görə təltifləri var. O, həm də əmək veteranıdır. Elə əmək qəhrəmanı kimi də müxtəlif mükafatların, orden və medalların təltifçisidir. Axırıncı dəfə dövlət tərəfindən zəhmətinə verilən dəyər isə fasızım üzərində qələbənin 65 illiyi münasibəti ilə prezident İlham Əliyevin fərmanı ilə medalla mükafatlandırılmasıdır". Xankişi əmi qaçqındır. Nizami rayonu Babək prospekti 41-də, ARDNŞ-yə aid olan Boru Kəmərlər İdarəsinin inzibati binasında məskunlaşıb. Bir neçə il bundan qabaq nəticəsini qəyyumluğa götürən Xankişi Ağayev indi özü nəvəsinin məskunlaşdığı idarə binasında kiçik bir otağın küncünə sığınıb. Aldığı təqaüd dolanışığına və dərmanlarına belə çatmır. Şikayəti isə heç də bu deyil. Bank problemi təsdiq edir Şikayəti Sovetlər dönəmindən əmanət bankına yerləşdirdiyi pulunu ala bilməməsidir. Yaşlı adam dəfələrlə bu haqda "Kapital" bankın Füzuli rayon şöbəsinə müraciət etsə də, müsbət nəticə olmayıb. Bankın müdiri Camal Ocaqverdiyevlə əlaqə saxladıq. Bank müdiri bizimlə söhbətində Füzulinin qaçqın rayonu olduğu üçün sakinlərin bəzilərinin belə halla qarşılaşdığını təsdiqlədi. Konkret olaraq Ağayev Xankişi Camal oğlunun adına olan əmanət kitabçası işğal zamanı itdiyinə görə, onun əmanətini ödəmək mümkün deyil: "Bakıya sorğu göndərilib, hələ ki, cavab yoxdur. Xankişi Ağayevin həqiqətən bankın əmanətçisi olması təsdiqini tapdıqdan sonra ona düşən məbləğ ödəniləcək". Onlara baş qoşma Müharibə və əmək veteranı Xankişi Ağayevin narazılığı bununla bitmir. 2-ci qrup əlil Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən də soyuq münasibətlə qarşılaşıb. Belə ki, illərdir əlil kimi dayandığı maşın növbəsi çatmır ki, çatmır. "Hansı səbəbdəndirsə, ondan sonra növbəyə duran əlillər maşınla təmin olunublar. Soruşanda isə mənə belə cavab verdilər ki, onlara baş qoşmayaq, onlar hay-küy salanlardır", - nəvəsi Bənövşə xanım deyir.
2013-10-19
373
Ramin Hacılı Ermənistanda zəhərlənməkdən ehtiyat edir
Yerevanda səfərdə olan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı "Axar.az"ın əməkdaşına bildirib ki, təhlükəsizlik məqsədi ilə Yerevanda olduğu müddətdə yemək üçün heç nə almayacaq: "İki gün ərzində Yerevanda yeyəcəklərimi Tiflisdən almışam. Yerevanda keçirilən mətbuat konfransındakı çıxışımı nəzərə alaraq, zəhərlənmə ehtimalımın olduğunu düşünürəm. Heç bir narahatlığa ehtiyac yoxdur. Müvəqqəti çətinlikdir, 2 gün kolbasa-pendir yeməklə bir şey olmaz".
2013-10-19
375
Avropa “tətilə” çıxıb
İngiltərədə müəllimlərin tətili ucbatından minlərlə məktəb bağlandı "Axar.az"ın "Rabkor.ru"ya istinadən verdiyi məlumata görə, İngiltərədə müəllimlərin tətili ucbatından minlərlə məktəb bağlanıb. Ölkənin iki ən iri həmkarlar ittifaqının üzvü ikinci regional tətildə iştirak edib. Tətil Müəllimlərin Milli İttifaqı və Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən təşkil olunub. Aksiyaya səbəb kimi maaşların və təqaüdün azlığı, eləcə də iş şəraitindəki anormal vəziyyət göstərilir. Əsasən müəllimlər onlara sinif performansından asılı olaraq ödəmələrin edilməsi planına eləcə də iş müddətinin artmasına qarşı çıxıblar. Təhsil Nazirliyi aldıqları tədbirlərin lehinə belə deyiblər: "Sorğuda iştirak edənlərin 61%-i maaşın sinif performansından asılı olaraq ödənilməsini dəstəkləyib, 70% isə ümumiyyətlə onların tətilinə qarşı olduqlarını bildirdi. Qeyd edək ki, birinci tətil oktyabrın biri keçirilmişdi. İtaliyanlar da küçələrdədir İtaliyada dünən ictimai nəqliyyat işçiləri tətil edib. Milan, Roma və Neapolda avtobus, tramvay, metropolitenlərin, eləcə də regional dəmiryolunun dayanması əhali üçün böyük çətinliklər yaradıb. Romada kütləvi yürüşlə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Statistikaya görə, aksiyalarda 20-30 min nəfər iştirak edir. Onlar iqtisadiyyat, immiqrasiya, sürətli dəmiryolu sisteminin inkişafı və vətəndaşları narahat edən digər məsələlərə bağlı hökümətin islahatlarına qarşı çıxıblar. Etirazlara səbəb oktaybrın 15-i qanun layihsəsi çərçivəsində büdcəyə edilən düzəlişlər olub. Layihə xərclərin 27,3 milyard avroya qədər azaldılmasını və dövlət sektorunun maaşının yaxın üç il ərzində dondurulmasını nəzərdə tutur. Roma şəhərinin İcra Hakimiyyəti 2011-ci il 15 oktyabrda baş verən hadisələrin təkrarlanmasını da istisna etmir. Qeyd edək ki, o zaman gənclərin yürüşü polislə toqquşmaya çevrilib, dağıntılara səbəb oldu. Şəhər bir neçə milyon dollarliq zərər gördü.
2013-10-19
376
Əfv edilən Fərhad Əliyevə biznes imperiyası qaytarıldı
Qurban bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun rəhbəri Rafiq Əliyevin biznes imperiyalarının bir hissəsi geri qaytarılıb. "Axar.az"ın əldə etdiyi məlumata görə, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin şirkətdə olan payları bərpa edilib. Yada salaq ki, "Bank of Baku"nun səhmdarlarından olan R.Əliyevin həbsindən sonra bankın digər səhmdarları gəlir dividentlərindən məhrum olmuşdular. R.Əliyevin azadlığa çıxması ilə gəlir dividentləri də aktivləşib. Xatırladaq ki, "Bank of Baku"nun 11,22 faiz səhmi Rafiq Əliyevə məxsusdur. Bankın digər səhmdarları isə bunlardır: NAB Holding (40%), "Azpetrol" Neft Şirkəti LLC (28,89%), E.İsayev (10%) və "Azinvest" LLC (9, 98%).
2013-10-19
378
Qapımı sındırıb, evimə soxuldular...
Məhkəmə icraçısı Vasif Məhəmmədəliyev: "Mənim prezidentim də, baş nazirim də, polisim də Lütvəli Babayevdir!" "Axar.az"a müraciət edən Zərdab rayon sakini Kisərən Həmzə qızı Süleymanova problemlər burulğanında çabalamasından gileylənir. O da minlərlə vətəndaşımız kimi məmur özbaşımalığı ilə üz-üzə qalıb. İllərdir ki, "dərdinin dərmanını" tapmaq, haqsızlıqlardan yaxa qurtarmaq üçün qapılar döyən Kisərən xanım necə deyərlər, "kəsilə-kəsilə" qalıb ki, probileminin həlli üçün daha kimlərə ağız açsın. Kimlərə desin ki, 1985-ci ildən yaşadığ evin özündən xəbərsiz özəlləşdirilməsi və əmlakının zorla əlindən alınmasına bir əncam çəksinlər. Hər halda əlini çox yerə atıb, çox qapılar döysə də, Zərdab rayonunda onun başına gətirilənlərə "yox" deyən tapılmayıb. Lütvəli Babayev gələn günəcən Kəsirən xanımla onun yaşadığı evin həyətində görüşdük. Kür çayının sahilində, gözəl, mənzərəli yerdə yerləşən bir inzibati binada yaşayır. Köhnə, tavanı çökmüş, divarları "quzulamış" bu tikilidə yaşamağın nə demək olduğunu deməyə gərək yoxdur. Həyətdəki hündür, barlı-bəhrəli ağacların, taxta hasar boyu əkilmiş müxtəlif güllərin göz oxşamaq cəhdi də bu köhnə tikilinin müqabilində heçə çevrilir. Bu həyətdə qadın əlinin səliqəsi görünsə də, bu qadının başına gətirilən müsübətlərin fonunda heç bir səliqə-sahmandan bəhs etmək olmur. Onu dinlədikcə ürək ağrıdıcı bir durum yaranır: "Mənim bu evim əvvəllər baş idarəsi Sabirabad rayonunda olan Su-bənd idarəsinə aid olub. Sonralar isə Zərdab rayon Təsərrüfatlar arası Təmir Tikinti idarəsinə (TTTİ) verilib. "Raispolkomda" (Rayon İcraiyə Komitəsində) ev növbəsinə durmuşdum. Yoldaşım və iki uşağımla evsiz idik, rayonda kirayədə yaşayırdıq. 1985-ci ildə RİK-nin sərəncamı ilə mənə xidməti order verildi ki, bu binanın iki otağında yaşamaq hüququn var. Qeydiyyata da bura saldılar. Bir otağını isə başqa ailəyə verdilər. Beləliklə, səkkiz otaqdan ibarət olan tikilinin beş otağında TTTİ-si, üçündə isə iki ailə yaşayası olduq". Kisərən Həmzə qızının dediklərindən məlum olur ki, bu sakit və rahat həyat 2007-ci ilə qədər davam edir. O vaxta qədər ki, rayona yeni icra hakimi təyin olunur: "Lütvəli Babayev bu rayona gələn gündən bizim rahatlığımız ərşə çəkildi". Lütvəli müəllimin tapşırığı belədir Kisərən xanımın dediklərindən məlum olur ki, İcra başçısının birbaşa göstərişi ilə 2007ci ildə bina və onun bir hektara yaxın ərazisi bütünlüklə idarənin rəisi Adil Nuralıyev tərəfindən özəlləşdirilib. Xanım isə bundan yalnız 2009-cu ildə xəbər tutub. "Məhkəmə icraçıları qapıma gəldi. Evi boşaldın,- dedilər,- bu, başqasının əmlakıdır. Sənədləri təqdim etdilər. Dedilər ki, 2007-ci ilən bu tikili və ərazi özəlləşdirilib, özü də Adil Nuralıyevə məxsusdur. Məhkəmədə oldum, qətnamənin nə vaxt çıxarıldığını soruşdum, niyə mənə xəbər etməmisiz, soruşdum, axı bu qanuna ziddir. "Nəyinə deyəcəyikdik sənin, Lütvəli müəllimin tapşırığı belədir",- dedilər. Çox yalvardım-yaxardım, eşitmədilər. İndi hərbi xidmətdə olan oğlum Lətiflə Lütvəli müəllimin qəbuluna getdim. Məni dinlədikdən sonra oğlumu çölə çıxartdı. Dedi ki, sən o yeri boşalt, sənə 6 sot torpaq verəcəm, torpağın rüsumunu ödəyəcəm, 500 daş, 200 kisə sement və sair. Üçotqlı ev tikəcəm, yoxsa orda yaşamaq sənə yaraşmaz. Razılaşdım o vaxt. Sonradan xəbər göndərdi ki, yox, 200 kubik, 5 kisə sement verirəm. Torpağın rüsumunu da ödə. İcra hakimiyyəti basqın edir Bu dəfə də mən razılaşmadım. Xəbər göndərmişdi ki, o ləzgidir, rədd olsun bu rayondan getsin. Elə etməsin ki, ona pislik edəm. Bundan artıq pislikmi olar? Yenə yalvardım-yaxardım, 20 yaşlı oğlum da o ərəfədə rəhmətə getdi. Dedim ki, oğlumun xatirələri var burda, əkib-becərdiyi ağaclarla nəfəs alıram. Mənə güldülər, dünyasını dəyişmiş oğlum haqda təhqiredici sözlər işlətdilər. Görüm, oğlumun taleyini övladlarınız yaşasın, dedim. Çox keçmədi ki, Adilin oğlu rəhmətə getdi. Allahın işidi, insana ömrü O yazıb. Amma özümü çox qınadım, çox əzab çəkdim. Bu tifilin günahı nə idi ki, ömrü yarıda kəsildi? Qorxdum ki, mənim qarğışım tutub onu. Oğul dərdi ağır dərddir axı, heç kəsə bunu arzulmaram. Mənə olunan hədəyə görə Rayon polisinə, məhkəməyə müraciət etdim. Biz heç nə edə bilmirik, dedilər. Getdim Dağıstanın Azərbaycandakı nümayəndəliyinə. İsgəndərov familiyalı bir nəfər vardı, birbaşa prezident aparatına zəng etdi, məni tapşırdı. İki ay sakitlik oldu. Evimə basqın elədilər Sonra mən Bakıda olarkən məhkəmə icraçıları Vasif Məhəmmədəliyev və Ziya Məmmədov Adil Nuralıyevin oğlunun iştirakı ilə evimin qapısını lomla sındırıb içəri giriblər. Mebelimi, stol-stulumu, yataq dəstimi, paltar-palazımı yığıb aparıb tökdülər İcra hakimiyyətinin qarajına. Neçə ildir qaytarmırlar. Düz ay yarım küçədə yatdım. Hər yerə şikayət edirdim. Axırda məcbur olub Prezident Aparatının qarşısına getdim. Gözlədim. Prezidenti görə bilmədim. Üzümü aşağıdan yuxarı tutub qışqırdım, hay saldım ki, mənim prezidentim, görürsən nələr olur? Mənə yaxınlaşdılar, niyə belə edirsən, soruşdular. Hər şeyi danışdım. "Get, arxayın ol, sənin evini əlində heç kəs ala bilməz",- dedilər. Qayıtdım Zərdaba. Dedilər, yaxşı, get hələlik yaşa orda, amma gec-tez çıxacaqsan ordan. Əmlakımı geri istədim. Vermədilər. Getdim məhkəmə icraçısı Vasif Məhəmmədəliyevin yanına, paltar-palazımı almağa. Vermədi: "Lütvəli müəllim desin, sonra",- dedi. Dedim, a kişi, mən prezidentə, İlham Əliyevə demişəm e!.. Qayıtdı ki, o sənin prezidentindir, qoy sənə kömək eləsin, mənim prezidentim də, baş nazirim də, polisim də Lütvəli müəllimdir. Adil Nuralıyev həyətə gəldi, "tərslik eləmə,- dedi.- Sənin oğlunu öldürüb sənə gözdağı vermək, ürəyini partlatmaq istəyənlər var bu məsələyə görə. Qarşılarını güclə alıram". Ramil Usubov: "Bunlar qudurub deyəsən!" Bundan sonra MTN-ə, DİN-nə teleqram vurdum ki, özümün və oğlumun təhlükəsizliyini təmin etsinlər. Səhəri rayon polisinin rəisi mənim ardımca gəldi. İfadə verdim. Məni düz Bakıya, DİN-ə gətirdi. Ramil Usubov özü qəbul etdi məni. Dinlədi, bunlar qudurub deyəsən, dedi və otaqdakı Cavanşir Məmmədov adlı polisə, deyəsən general idi o da, dedi ki, mənim adımdan zəng elə ki, camaatı incitməsinlər. Bu yaxınların söhbətidi bu. Dörd aydı məni söymürlər, təhqir etmirlər, amma evimi də özümə qaytarmırlar. Rayon İcra Hakimiyyətini məhkəməyə verdim. Sındırılmış mebellərimə, bit-birə basmış yorğan döşəyimə, paltar-palazıma görə 20.000 manat təzminat istədim. İndi də İcranın hüquqşünası, Lütvəlinin qohumu Xəzri Babayev mənə rahatlıq vermir. "Gəl zir-zibilini apar, iddianı geri götür",- deyir. Dörd il qarajda zay olan əmlakı mən necə götürüm? Sındırıblar, cırıblar. Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim. Hakim mənim xeyrimə danışsa da, icranın nümayəndəsini haqsızlıqda ittiham etsə də qərarı onların xeyrinə çıxartdı. Məmur zülmündən solan talelər Mən yenə də mübarizə aparıram, amma birotaqlıda yaşayan o biri gəlin dözə bilmədi. Ürəyi partladı öldü. Hələ binəvanın qırxı çıxmayıb. Avqustun 30-da icra başçısının qəbulunda oldum. "Evimi əlimdən alırsız, yoldaşım rayon polis şöbəsində pasport masa idarəsinin rəisi idi, şərləyib işdən qovdurduz. Ailəm məni atdı. Sənə görə işimdən oldum,- dedim. - Oğlum hərbi xidmətdədi, özü də bu yaxınlarda nümunəvi əsgər olduğu və yaxşı xidmətinə görə prezident tərəfindən medalla təltif olunub. Heç olmasa mənə bir iş verin işləyim". İnanmazsız, o boyda kişi qəbuldakı adamların və rayon rəhbərliyində qəbulda olanların yanında məni ələ saldı, təhqir etdi: "Sən nə vaxt mənimlə razılaşsan, sənə iş verərəm, məndən yuxarılara şikayət etmisən",- dedi. Bu adamdan nə gözləyək axı?" *** Kisərən xanımın dediklərini dəqiqləşdirmək üçün Zərdab İcra hakimiyyəti ilə əlaqə saxladıq. Başçıyla, köməkçisilə görüşümüz mümkün olmadı.
2013-10-19
379
Dünya musiqisində gizli masonluq izləri
İndi az adam tapılar ki, masonlar barəsində təməl bilgiyə sahib olmasın. Yəqin ki, çox adam da masonların məqsədinin "Yeni Dünya Düzəni", bunun da öz növbəsində nə olduğunu bilir. Yalnız masonların müəyyən təşkilatlara bölündüyü (İlluminati, Opus Dei, K.K.K və s. kimi) haqqında çox məlumatımız yoxdur. Aydınlanmışların qaranlıq yanları Günümüzdə dünyanı ən çox monopoliyası altına almış mason təşkilatı – deyilənlərə inansaq İlluminatidir. İlluminati "aydınlamış" deməkdir və bu təşkilatın üzvləri illuminatorlar, yəni "aydınlanmışlar" adlanır. Təşkilat 1 May 1776-cı ildə Adam Veyşhoup tərəfindən qurulub. Modern İlluminatinin məqsədi zehin kontrolu, dövlətlərin ələ keçirilməsi və "Yeni Dünya Düzəni"dir. Yeni Dünya Düzəninin nə olduğuna baxsaq, bu qorxunun hakim olduğu, dini inancların olmadığı, vətənsevərliyin yox olduğu dünya deməkdir. Çatdırılan subliminal mesajlar Təşkilat istədiyini insanlara mesajlarla çatdırır. (Təbii ki, bunlar nəzəriyyədir, amma qarşımıza çıxan faktlar bu nəzəriyyələrin doğruluğunu göstərir.) İlluminati insanlara hansı yollarla öz mesajlarını çatdırır? Nəyə görə ən aktual təşkilat odur? Çünki media, musiqi, dizi, sinema sektoru onun əlindədir, məhz buna görə də insanlara çatması asan olur. Media və xüsusən də yaxşı tanıdığımız müğənnilər vasitəsi ilə bizə çatdırılan subliminal mesajlar nələrdir? Öncəliklə subliminal mesaj dedikdə nəyi nəzərdə tutduğumuzu açıqlayaq. Subliminal mesaj bizə əsas 25-ci kadr (insan gözünün deyil, yalnız beynin "gördüyü" görüntülər) vasitəsilə çatdırılır ki, bu da daha çox reklamlara və filmlərə mənsubdur. Amma subliminal mesajlar daha çox dünya gəncliyinin ən çox diqqətini çəkən musiqi vasitəsiylə verilir. Buna görə də dünyaca məşhur müğənnilərin çoxu bu təşkilatın üzvüdür. Yalnız bu durumdan müğənnilərin də xoşbəxt olduqlarını deyə bilmərik. Bəzi müğənnilər hətta bu durumdan narazı olduqlarını kliplərində açıqlayıblar. Buna misal olaraq, Keti Perri "Yuxudan oyandı" (Wide Awake), Mili Sirus "Dağıdıcı güc" (Wrecking Ball) və Rihannanın "S və M" klipini göstərmək olar. Bu kliplərdən gördüyümüz kimi, mahnıda adı keçən əxlaqsız-vulqar sözlər beynimizə ötürülür və bunu bizə çatdıran şəxslər özləri də bu durumdan narahatdır. Dünyanı sökən bənnalar Nə yazıq ki, bu təşkilata bir daha girən şəxs çıxa bilməz, çıxması özü üçün həyati təhlükə yaradar. Gəlin, İlluminatinin rəmzinin anlamına fikir verək. Bildiyiniz kimi, masonlar Misirdə piramida yapımı zamanı şübhəli davranışlarına görə Misirdən sürgün edilmiş ustalardır ki, "mason" sözünün anlamı da bənnadır. Məhz buna görə də emblemlərində pramidadan istifadə olunub, elə İlluminatinin məhşur üçbucaq adəti də burdan gəlir. Bəs piramidanın başındaki gözün anlamı nədir? Öncəliklə nəyə görə bunun iki göz yox, bir göz olmasını aydınlaşdıraq. Çünki İlluminatorların Allah olaraq qəbul etdiyi dəccalın sol gözü kordur. Məhz buna görə massonların işarəti tək gözdür. Amma göz rəsminin burda təsvir edilməsinin bir anlamı var təbii. Bunun anlamı isə odur ki, biz səni izləyirik. Bəlkə də bu söz Corc Oruellin 1984 kitabının oxucuları üçün tanışdır: "Böyük qardaş səni izləyir". Qardaşların dinsizliyi Bir qədər də araşdırıb baxsaq, görərik ki, masonlar "Qardaşlardır". Əslində "1984"əsərində bizə çox şey deyilirdi. Fikir versəniz, görəcəksiniz ki, kitabda hadisələrin baş verdiyi ölkədə insanlar daima ekranlardan izləmə altındadır və şəhərdə yalnız qorxu, nifrət, satqınlıq, kin kimi duyğular hakim olmasıyla bərabər, sevgi, sayğı, insanlıq və dindarlıq yoxdur. Təkrar "Yeni Dünya Düzəni" fəlsəfəsini yada salsaq, görərik ki, elə bu "düzən"in də məqsədi əsərdə insanlara təbliğ olunanlarla eynidir. Sadəcə, daha mistik və bəzəkli halda oxucuya çatdırılıb. Müğənnilərin gizli xidməti ​ Yuxarıda qeyd etdiyimiz üçbucaq işarəsinin anlamanı artıq bildiyinizə görə, bu işarətdən nəyə görə istifadə edildiyini də aydınlaşdıraq. Bu ki, subliminal mesaj deyil, açıq gördüyümüz üçbucağın bizə nə zərəri ola bilər? Bu işarəni daha çox ulduzlar istifadə edərkən görmüşük. Xususən də müğənnilərdə... İlluminatinin gizli təşkilat olmasına rəğmən artıq hamımız onun haqqında çox şey bilirik, demək, gizliliyi ortadan qalxıb və insanlar oyanıb, istər-istəməz, necə deyərlər, bir nifrət yaranır. Yalnız sevdiyimiz ulduzlar bu təşkilatı təbliğ etdiyi zaman sanki bu nifrət hissi yumşalır... Sizə dediyimiz işarətlərin yer aldığı kliplərdən bir necə nümunə təqdim edirik və güman edirk ki, bundan sonra izlədiyiniz klip və flmlərdə daha diqqətli olub gizli şəkildə beyninizə yeridilən mesajların mənasını araşdırmağa çalışacaqsınız. Şeytan işarətləri – kliplərdə Məşhur müğənni Keşanın "Vaxtsız ölüm" (Die Young) klipinin başında maşın səhnəyə daxil olduğunda gözə üçbucaqlar çarpır ki, artıq siz bunun nə demək olduğunu bilirsiniz. Keşa üçbucağın içində ortaya çıxır və bir gözünü tutub, tək göz simvolunu yaradır. Beləliklə, masonların logosu tamamlanlır. Üçbucaq içərisində tək göz... Klipə diqqət edin. Keşanın sağ əlindəki göz formasındaki üzük yəqin ki, hamının diqqətini çəkib. Daha sonra isə maşının sürücüsü avtomobilindən düşür və maşının üzərində "evil" (şeytan) sözünün yazıldığını görürük. Unutmayaq ki, İlluminati və başka mason qurumları şeytanı (Dəccalı) Allah olaraq qəbul edir. Bu söz sadəcə "havalı" görünüşə malik olması ilə qalmır, həm də gəncliyə satanizmin onları daha modern, daha gözəgəlimli edəcəyinə inandırır... Bundan sonra Keşanı maşının yüklüyündən çıxararaq əl-üstünə alırlar. Bu vaxt ekranda yenə üçbucaqlar təkrarlanır və tərs xaç işarəsi gözə çarpır. Gəncliyin sevdiyi işarə olaraq istifadə etdiyi tərs xaç özü də İlluminatinin məqsədlərinə xidmət edir. Dini inancların tərsinə çevrilməsi, yox edilməsinin simvolizə edilmiş formasıdır bu işarə. Kadrlarda sürətlə gəlib keçən üçbucaqlardan ziyadə üçbucaqların içərisində görünən Keşanın gözü də diqqətimizi çəkir. İndi isə ən maraqlı məqama diqqət edək. Başında Davud Ulduzu təsvir olunmuş taxt üzərində əyləşən Keşanın ətrafında bir çox qadınlar var və bunların davranışları açıq-aşkar əxlaqsızlığı təbliğ edir. Onu da qeyd edək ki, Davud ulduzu İsrail bayrağında var və masonluğun əsasının da məhz yəhudilər tərəfindən qoyulduğu hər kəsə bəllidir. Qayıdaq Keşanın klipinə Klipin sonunda birdən polislər basqın edir və bu vaxt Keşa ayağa qalxaraq sanki hər kəsə və hər şeyə meydan oxuyurmuş kimi qapını açmağa gedir. Bu zaman onun paltarının üzərində işlənmiş açıq mason işarəsi nəzərə çarpır. Bu kimi kliplərdə heç bir gizli işarətlərdən, 25-ci kadrdan istifadə olunmadan açıq şəkildə mesajlar verilir və bütün bunlar da bizim zehnimizə özümüz hiss etmədən müəyyən informasiyalar ötürür. Bu üzdən də xüsusən uşaqların izlədiyi kliplərə diqqət etmək məqsədəuyğundur.
2013-10-19
381
Xatirə İslam “Axar.az”a danışdı
Müğənni Xatirə İslam son zamanlar KİV-də verdiyi açıqlamalarla başına iş açıb. Xatırladaq ki, müğənni bir müddət əvvəl yeni sevgilisinin adının "E" hərfi ilə başladığını bildirmişdi. Bu isə cəmiyyətdə böyük ajiotaja səbəb olmuşdu. Səbəbi isə müğənninin ailəli ola-ola yeni sevgilisi barəsində danışması idi. Bu anlaşılmazlıqdan sonra oğlunu da qucağına alıb, ATV telekanalının "Ümid var" verilişinə qonaq gələn müğənni açıqlama verərək, oğlunun adının "E" hərfi ilə başladığını dedi: "Ancaq qara camaat məni səhv başa düşüb". Xatirənin Azərbaycan xalqına "qara camaat" deyə xitab etməsi də qalmaqala səbəb olub. Sosial şəbəkələrdə və KİV-lərdə böyük müzakirələrə səbəb olub və narazılıqla qarşılanıb. Məsələ ilə bağlı müğənni Xatirə İslamla əlaqə yaratdıq. Moskvada toyda olan müğənni "Axar.az"a açıqlamasında xalqı təhqir etmək fikrində olmadığını bildirdi: "Məni səhv başa düşüblər, işlətdiyim ifadəni hərə istədiyi yerə yozur. Mən robot deyiləm ki, ağzımdan çıxan hər kəlməni təhlil edib, danışım. Orda da özümü çox sərbəst, evdəki kimi hiss edirdim. "Qara camaat" elə mən özüməm. Yəni işlətdiyim ifadədə xalqı təhqir etmək üçün bir niyyətim olmayıb".
2013-10-19
382
Baş redaktor işdən çıxarılmasından danışdı
"Aznews.az" saytının baş redaktoru Elçin Zahiroğlunu "APA" informasiya agentliyinin siyasət bölümünün əməkdaşı Ramil Məmmədli əvəz edəcək. Bu haqda xəbər portalları məlumat verib. Yayılan məlumatı dəqiqləşdirmək üçün Elçin Zahiroğlu ilə əlaqə saxladıq. Baş redaktor "Axar.az"a açıqlamasında Ramil Məmmədlinin "Aznews.az" saytında çalışacağını, lakin baş redaktor yox, redaktor kimi fəaliyyət göstərəcəyini bildirdi: "Ramil Məmmədli mənim dostum və istedadlı jurnalistdir. Bizdə redaktor vəzifəsi boş olduğu üçün onu işə götürmüşəm".
2013-10-19
383
Beyin necə bərpa olunur? - Kəşf
Roçester Universitetinin alimləri təyin edib ki, yuxuda olan zaman onurğa beyin mayesi dövranı kəskin artır. Beləliklə, yuxu beyinin zərərli metabolitlərdən təmizlənməsini təmin edir. Araşdırma "Science" jurnalında dərc olunub. Araşdırmanın aparılması üçün müəlliflər təcrübə siçanlarına mikroskop altında yatmağı öyrədiblər. Heyvanların beyninə floresan boyaq maddə yeridə bilmək üçün kateter implant ediblər. Yuxuya getdikdən sonra yaşıl oyandıqdan sonra isə qırmızı boyaq maddə yeridiblər. Alimlər müşahidə ediblər ki, yuxu zamanı boyaq maddənin hərəkəti hüceyrələr arası zolaqların kəskin artmasından dolayı 60% daha da sürətlənib. Eləcə də beyinə əlavə edilən β-amiloidlər yuxu zamanı daha sürətlə təmizlənib. Metabolitlərin dövranında beynin hüceyrələrarası boşluğunun iştirakı neyrobioloq Mayken Nederqardın rəhbərliyi altında olan qrup tərəfindən cəmi bir il əvvəl göstərilmişdi. Onların araşdırmalarından əvvəl beyinin bu problemi necə həll etdiyi heç kimə məlum deyildi.
2013-10-19
384
“Google”un səhmlərində fantastik artım
Amerikan axtarış sistemi "Google"un birjadakı səhmləri ilk dəfə min dollardan çox olub. Şirkət tarixin ən yüksək hissə dəyərinə çatıb. "Axar.az"ın "CNNtürk"ə istinadən verdiyi xəbərə görə, cümə günü birja açılışında 970 dollar olan "Google"un səhmləri, yüzdə 13.8-lik artımla 1011.4 dollara çıxıb. "Google"dakı böyük artım digər internet şirkətlərinə də təsir edib. "Facebook" sosial şəbəkəsi yüzdə 4.4-lük artım əldə edib, "Amazon"un səhmlərində isə yüzdə 3.4-lük artım yaşanıb. 2004-cü ildə səhmlərinin qiyməti 85 dollar, bazar dəyəri də 23 milyard dollar olan "Google"un bu günki dəyəri 334 milyard dollara yüksəlsə də, 461 milyard dollarlıq bazar dəyərinə sahib "Apple"dən çox geridə qalır. C.P.Morqan analitiklər "Google"un bu uğuruyla "onlayn" ödəmələrdə gözlənilən yüzdə 21.5-lik artımın keçildiyini bildirib. "Apple"dan geri qalır... Araşdırmaçılar "Google"un uğurunda istehlakçıların mobil cihazları seçməsi, fevral ayında reklamçılara təqdim edilən və mobil cihazlarda satışı asanlaşdıran xidmət, video paylaşma platforması "Youtube" vasitəsiylə əldə edilən reklam gəlirlərinin yüzdə 75-ə çatan artımı, "Chrome" skayneri və "Google Maps" xidmətinin təsiri olduğunu da bildirib.
2013-10-19
385
Zahid Oruc səfirliklərin inauqurasiyaya çağırılmaması səbəbini dedi
"Andiçmə mərasimi hansı məkanda keçirilməsi və tədbirə kimlərin dəvət edilməsi Prezidentin seçimidir. Buna anlaşıqlı bir formada aydınlıq gətirilib ki, dövlət tədbirlərinin və törənlərinin sadə və təvazökar qaydada keçirilməsi ölkə başçısının istəklərini xarakterizə edir". Bu sözləri "Axar.az"a açıqlamasında prezidentliyə namizəd olmuş millət vəkili Zahid Oruc Prezidentin andiçmə mərasimində iştirakı ilə bağlı fikirlərini açıqlayarkən dedi. O bildirdi ki, bır sıra mətbu orqanlarda xarici qonaqların və səfirliklərin dəvət olunmaması məqsədli şəkildə şişirdilib, əslində isə bu, dövlət başçısının təmtəraqdan uzaq və təvazökar addımı kimi qiymətləndirilməlidir: "Ölkə başçısı təvazökarlığı həmişə təbliğ edir və hər kəsdən sadəlik istəyir, özü də hərəkətləri ilə də buna nümunə olur. Xarici qonaqların iştirakı ilə dəbdəbəli saraylarda keçirilən andiçmə mərasimi təvazökarlıqdan uzaqdır". Zahid Oruc onu da dedi ki, önəmli olan Prezident İlham Əliyevin sədaqət andı içməsidir: "Burada xüsusi və bütün ölkələr üçün dəyişməz olan qayda yoxdur. Hər bir ölkənin özünün istədiyi cür andiçmə mərasimi təşkil etmək özgürlüyü var. Önəmli deyil ki, inauqurasiya mərasimi təmtəraqlı keçsin. Əsas olan odur ki, prezidetimiz xalqımıza sədaqət andı içdi və növbəti 5 ildə Azərbaycanımız üçün əlindən gələni edəcəyinə söz verdi".
2013-10-19
387
Fərhad Əliyev Avropa Məhkəməsindən imtina edir
Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev ölkə prezidentinin əfvi ilə azadlığa çıxdıqdan sonra Avropa Məhkəməsinə etdiyi şikayəti geri götürəcəkmi? "Axar.az"ın bu sualını Fərhad Əliyevin vəkili Elton Quliyev cavablandırıb. E.Quliyev bildirib ki, Fərhad Əliyev Avropa Məhkəməsinə 3 dəfə müraciət edib: "İlk dəfə 2006-cı ildə Avropa Məhkəməsinə şikayət göndərilib. 2008-ci ildə edilmiş ikinci şikayətlə bağlı Avropa Məhkəməsinin qərarında isə Fərhad Əliyevin həbsi zamanı hüquqlarının pozulduğu, müdafiəsinin vacibliyi göstərilib. Sonuncu şikayət Avropa Məhkəməsinin ikinci şikayət əsasında çıxardığı qərarın Azərbaycanda icra olunmaması ilə bağlıdır. Amma bu şikayətə hələ baxılmayıb. İndi isə söz Fərhad Əliyevindir, çünki azadlıqdadır və həbsi zamanı hüquq pozuntularının olmasının azadlıqda olan şəxsə nə qədər lazım olduğuna özü qərar verməlidir".
2013-10-19
388
Prokurorun evinə it bağlayıblar - FOTO
"Əhməd filmə baxandan sonra deyirdi ki, bilsəydim bu Qaloş belə oğraşdı, heç onun əvəzinə at çapmazdım..." Zığ kəndinə gəlişimin səbəbi isə, məşhur prokurorun evinə it bağlanmasının şahidi olmağımdır. 200 yaşlı bəy evi Bu evin sahibi Məmmədhüseyn bəy olub. Ona da atasından qalıb. Evin 200-ə yaxın yaşı var. Bu haqda evin yerləşdiyi həyətdəki o biri evin hazırkı sahibi Mehdi Məmmədov danışır. Haqqında bəhs edəcəyimiz evdə isə Mehdi kişinin əmisi Cənnət kişi yaşayıb. Ev iki mərtəbəlidir. İndi bu evdə heç kəs yaşamır. Mülk acınacaqlı vəziyyətdədir. Bəy evində tövlə Mehdi kişinin atası Əli bəy isə həyətdə tikilən ikinci ikimərtəbəli evdə yaşayıb. Həmin evdə Mehdi kişinin mərhum oğlunun ailəsi qalır. Cənnət kişinin isə oğul övladı olmayıb. Qızları isə ailə qurub, gəlin köçüblər. Ev baxımsız haldadır. Daha doğrusu, evdən tamam başqa məqsədlə istifadə olunur. Otaqlardan biri zibillə doludur. Digər alt qatdakı otaqlardan isə tövlə kimi yararlanırlar. Prokuror Mehmanın evi Haqqında bəhs etdiyimiz ev qədimliyi ilə yanaşı arxitektura baxımından maraqlı görüntüsü ilə də diqqəti çəkir. Öyrənirəm ki, ev Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınsa da, tarixi abidə kimi qorunmur və tarixi binaların siyahısına salınmayıb. Bu ev "Qanun naminə" filminin çəkildiyi evdir: Prokuror Mehmanın evi. İtkiləri olan həyət Mehdi kişi həm də bu evin sahibi kimi tanınır: "Babamın evidir. Babamın atasının mülkü olub, ta ordan o yananını bilmirəm. Yadıma gələn odur ki, bizim bağlarımız olub, Hövsana qədər. Yuxarıda (əli ilə Günəşli yaylasını göstərir) bizim xırman yerimiz vardı. İndi mən o xırman yerində ev tikmişəm, bağ-bağat salmışam, orda da yaşayıram. Kiçik oğlum da mənimlə olur. Ailəlidir. Bu evi isə ortancıl oğluma vermişdim, dünyasını dəyişdi, balaları qalır", – deyir və qarşımızdakı qədim ikimərtəbəli evi göstərib əlavə edir: - Bu həyətdə itkilərimiz çox olub. Nəsillər dəyişib. "Yaxşı pul" Bu evin də yaşı 100–ü çoxdan keçib. Səni maraqlandıran bu "prokuror evi" isə əmim Cənnət kişinin olub. Qızları var, evin varislik hüququ onlara məxsusdur. Sökməyə də qoymurlar. Əvvəllər yaxşı idi yenə, bu evdə çəkilişlər olardı. Elə "Mehman" kinosu ("Qanun naminə") çəkiləndə gəldilər bu evi bir az abıra saldılar. 1969-70-ci illər idi. Artistlər bizim evdə geyinib-soyunurdular. Bizi də qarovulçu kimi "aformit" eləmişdilər. Yaxşı da pul verdilər. - Təxminən nə qədər pul verirdilər, məsələn, maşın almaq olardımı o pula? - Yox, əşşi, day o qədər də yox, amma qonum-qonşunun paxıllığı tuta biləcək qədər idi", - Mehdi kişi hazırcavablıq edir. Prokurorun söykəndiyi məhəccərə bağlanan it Evin alt qatını birgə gəzirik. Burda iki inək bağlanıb. Yuxarı qatın artırmasında isə bir it özünü həyətdəki qələbəlikdən uzağa salaraq "gizlənib". İti məhəcərə bağlayıblar. Həyətdə nişan mərasimi olduğundan, əl-ayağa dolaşmasın deyə, iti açıb buraxırlar, anında azadlığın dadını çıxarmaq üçün güllə kimi qaçıb gözdən itir, heç şəklini də çəkməyə macalımız olmur. Nişan isə Mehdi kişinin qız nəvəsinin nişanıdır. Cavanlar Floraya baxırdı - Bax Flora burda oturmuşdu (xalq artisti Flora Kərimova – Mehmanın həyat yoldaşı Züleyxa rolunun ifaçısı - F.B), kədərli mahnı oxuyurdu. Qazanları isə bax orda asmışdılar, - əli ilə hər iki yeri göstərir. - Flora çox yaraşıqlı idi, kənd cavanları çox vaxt onun yerişinə, duruşuna, hərəkətlərinə baxırdılar, filmə maraq elə bil bu zalım qızına görə idi. - Deyəsən o cavanlardan biri də siz olmusuz... - Əstəğfürullah! O bizim həyətdə idi, kino da olsa, gəlin idi bu həyətdə, həm də qonaq gəlmişdilər, kişilikdən olmazdı bu. O, bu evin xanımı idi. Bilsəydim bu Qaloş belə oğraşdı... - Burda adam əlindən tərpənmək olmurdu. Qaloş, bax, o divara söykənirdi. Elə bic kişi idi ki, kinoya baxandan sonra lap zəhləmiz getdi ondan. Qonşumuz Əhməd vardı. Şoferdi. Qaloşun əvəzinə atı o çapırdı. Qaloşu ancaq güclə ata mindirdilər. Dönüb hirsnən baxdı ha, o səhnəni deyirəm. Rza Təhmasib oynayırdı o rolu, qoca kişi idi, ayaq üstə zorla dururdu. Amma atı kəndin içi ilə üzü aşağı Əhməd çapdı. Bax e, at çapdığına görə ona da pul verdilər. Əhməd filmə baxandan sonra deyirdi ki, bilsəydim bu Qaloş belə oğraşdı, heç onun əvəzinə at çapmazdım... Evin birinci mərtəbəsində inək Evin qəribə memar quruluşu var. Damda iki baca tikilib. Bacalardan biri otağı işıqlandırmaq, o biri isə alt və üst qatdakı buxarının tüstüsünü bayıra çıxarmaq üçündür. Divarlar uçmaq üzrədir. Lakin bu ev illərin sınağından çox ləyaqətlə çıxıb. Baxmayaraq ki, illərdir burada heyvan saxlanılır. Evin həyəti yöndəmsiz daşlardan çox da hündür olmayan hasarla əhatələnib. Daş hasarlarda çıxıntılar var. Bu çıxıntılar oyularaq deşiklər yaradılıb ki, bu deşiklərə atlar bağlanarmış. Elə filimdə də Mehmanın atı həmin yerə bağlanır. - Özləri ilə camış da gətirmişdilər. Kənddə camışı olanlar vardı. Gileyləndilər ki, bizim camışı niyə çəkməyiblar. Hamı kömək etmək istəyirdi. Artistlər mehriban idi. Hamı onlara maraqla baxırdı. Camaat çəkiliş zamanı demək olar ki, iş-gücünü atırdı. Hələ biz də, mənim rəhmətlik atam da çəkilib bu filimdə. Kütləvi səhnələr var e, kənd adamları barıdan boylanır, bax, orda. Tarixi abidə Mədəniyyət Nazirliyində qeydə alınmayıb "Qanun naminə" filminin bəzi hissələri burada, bu həyətdə oynanılıb. Kənd camaatı bununla fəxr edir. Söhbətlərində bunu hiss etdim. Lakin evin bərbad hala salınmasına ürəkləri ağrısa da, yığışıb bir iş görmürlər. Axı artıq bu ev Azərbaycanın tarixinin kiçik bir parçasını özündə saxlayır. Keçmişimizə sahib çıxmağın vaxtı isə çoxdan keçib. Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin müdüri İntiqam Hümbətov bizimlə söhbətində dedi ki, Zığ kəndində 4 tarixi abidə qeydə alınıb. Onların içərisində bu ev yoxdur.
2013-10-19
389
Berluskoniyə daha bir şok
İtaliyanın əvvəlki baş naziri Silvio Berluskoni iki il müddətində heç bir vəzifə tuta bilməyəcək. Milandakı Apelyasiya Məhkəməsi İtaliyanın eks baş naziri Silvio Berluskonini iki il müddətinə vəzifə sahibi olmağı qadağan edib. İtaliyanın Ali Məhkəməsi vergidən sui-istifadə cinayəti ilə dörd il həbs qərarını təsdiqləyərkən, prokurorluğun beş il vəzifə sahibi olma qadağasını Milandakı Apelyasiya Məhkəməsidə yenidən nəzərdən keçirilməsini istəmişdi. 77 yaşlı Silvio Berluskoninin bu ilk məhkumluğu yaşına görə bir ilə endirilmişdi və Berluskoni cəzasını ictimai işlə əvəzlənməyini istəmişdi. Berluskoninin vəkilləri bu gün Apelyasiya Məhkəməsində çıxan qərardan Ali Məhkəməyə şikayət edəcəklərini bəyan ediblər. Senatın Toxunulmazlıq Komissiyası bundan iki həftə əvvəl ikinci dəfə Berluskoninin senatorluq vəzifəsindən azad olunması istiqamətində fikrini bildirmişdi. Bu mövzudakı son qərarın isə noyabr ayında verilməsi gözlənilir.
2013-10-19
392
“Axar.az”ın ilk iş günü – FOTOLAR
Düz ay yarımdı yol gəlirik. Hərçənd ki, başlanğıcda bu qədər uzun yola çıxmamışdıq. Gəl gör ki, bu zaman kəsiyində biz "Axar.az" olaraq nələrdən keçmədik... Xırda-para texniki səbəblər bir yana, qarşımızı kəsən qatil həkimlərin sayəsində saytın baş redaktoru Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızı həyatını itirdi. Və biz yola bu böyük itkinin sarsıntısı ilə davam edəsi olduq. Təəssüf ki, bu doğum günümüzü belə kədərli girişlə başlayıram. Amma bütün bunlara baxmayaraq, başda Anar bəy və Pərviz bəy olmaqla, bütün kollektivin zəhmətinin nəticə verdiyi gündür. "Axar.az"ın ilk onlayn iş günü. Nəticə haqda heç nə yazmaq istəmirəm, zaman özü nəticə haqda hər şeyi deyəcək. İstər başından bəri bizi dəstəkləyən dostlara, istərsə də ön yarqıları ilə redaktorlarımız Pərviz və Anar bəyi yarqılayan "dostlara". Bu gün hətta hər gün işə gecikən bəndəniz belə iş vaxtından xeyli əvvəl artıq ofisdəydi (Zəruri qeyd: 5 dəqiqə işə gecikmişdi! – red.) Hamımız onsuz da son dərəcə həyəcanlıyıq. Təbii ki, istisnasız olmaz... İstisnamız əziz redaktorumuz Pərvizdi. Hər zamanki sakit və təmkinli görkəminə zərrə qədər emosiya əlavə etməyən redaktorumuz bir yandan bizi təəccübləndirir, bir yandan da həyəcanımızı yatışdırıb işimizə sakit başla davam etməyimizi sağlayır. Bir də gəlin Pərvizlə illərdir çiyin-çiyinə yol gəlib, bir otağın yan-yana kreslosunda əyləşmiş baş redaktorumuz Anar bəyə baxın! Səhərdən fövqəladə vəziyyət elan edib narahatlığı ilə "nəfəsimizi kəsən" Anar bəy haqda heç nə yazmıram! Saat 10.00. Günəşin onlayn olmasından bir neçə saat keçir. Və biz də Azərbaycan mediasının üfüqlərindən virtual onlayn oluruq. Qocaman redaktorlar, istedadlı və kifayət qədər potensiallı gənc imzaların yığışdığı kollektivi ilə ilk iş gününə start veririk. Və bir azdan hamımızın ayrı-ayrılıqda saytla bağlı aldığımız müsbət rəylər həyəcan bürüyən canımıza yağ kimi yayılır. Artıq nahar fasiləsinin belə fərqində olmayan kollektiv özünü bu sevincə qapdırarkən Holdinqin rəhbəri Aynur Camalqızı təbrik üçün redaksiyamıza gəlir. Özü də əli boş yox, saytın şirinliyi ilə bir yerdə. "Ümid edirəm ki, "Axar.az" saytı son dövrlər siyasiləşmiş Azərbaycan jurnalistikasından fərqli olaraq öz prinsipləri olan peşəkar media nümunəsi ortaya qoyacaq". Ardınca redaktorlar öz ürək sözlərini kollektivlə bölüşür - təbrikimizə gələn "Publika.az"ın redaktoru Bəxtiyar Əlirzayev də... Sonrası da məlum - tort-kəsmə və fotosessiya mərasimi ilə ilk iş günümüzü kefi kök, damağı çağ şirin-şirin başa vururuq.
2013-10-19
393
Güc strukturları Qusarda əməliyyat keçirdi
Daxili İşlər, Milli Təhlükəsizlik və Baş Prokurorluq Qusarda keçirilmiş xüsusi əməliyyat barədə birgə məlumat yayıb. Qeyd edək ki, oktyabrın 16-da saat 08.00 radələrində Qusar şəhərində Edik Rüstəmov valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manatı qarət yolu ilə ələ keçirib. Polis Edik Rüstəmovu saxlayıb və pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları onu şəhər kənarındakı meşə zolağına aparıblar. Bu zaman orada E. Rüstəmovla cinayətkar əlaqələri olan Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov polisə hücum edib. Odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı keçirilən xüsusi əməliyyat tədbiri zamanı həmin şəxslər avtomat, tapança və əl qumbaralarından istifadə etməklə şiddətli müqavimət göstəriblər. Nəticədə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən Faiq Şahmuradov və Ramiz Rəhimxanov məhv ediliblər. Onların meşə massivində gizləndikləri xüsusi hazırlanmış siğınacağa baxış zamanı 1 avtomat, 2 tapança, çoxlu sayda əl qumbaraları, süngü-bıçaqlar və digər döyüş sursatları, həmçinin xeyli miqdarda müxtəlif ərzaq məhsulları götürülüb. Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
2013-10-20
394
“Karvan” Ticarət Mərkəzi belə yandı – VİDEO/FOTO
Sumqayıtda sahibkar Agamirzə Axundova məxsus "Karvan" Ticarət Mərkəzində güclü yanğın baş verib. "Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın təxminən 19 radələrində başlayıb. Hadisə yerinə FHN-nin 15-dən cox yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə yerinə həmçinin Sumqayıt şəhər icra başçısı Eldar Əzizov və muavini Akif Quliyev də gelib. Yanğın ticarət mərkəzinin 70 faizini əhatə edib. Əldə etdiyimiz məlumata görə, 15 nəfər tüstüdən zəhərlənib. Satıcılara külli miqdarda ziyan dəyib.
2013-10-20
398
Gülər Əhmədova məhkəməyə gətiriləcək
Oktyabrın 21-də sabiq deputat Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriləcək. Saat 9:30-da keçiriləcək məhkəmə prosesinə hakim Əlisultan Osmanov rəhbərlik edəcək. "Axar.az" "Musavat.com"-a istinadən xəbər verir ki, Gülər Əhmədovanın cinayət işi üzrə istintaq sentyabrın 23-də tamamlanaraq, aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xatırladaq ki, sabiq deputatın Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyi ilk məhkəmə prosesi sentyabrın 30-a təyin olunsa da, təxirə salınaraq, bu ayın 21-ə təyin edilib. Hazırlıq iclasında Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun müvəkkilinin həbsinin ev dustaqlığı ilə əvəz olunması üçün müraciət edəcəyi gözlənilir. Mətbuatda yayılan məlumatlara görə, Gülər Əhmədova barəsində açılmış cinayət işinin istintaq materialları 20 cilddən ibarətdir. Xatırladaq ki, Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.
2013-10-21
399
Qafqazın şeyxi Rusiyaya gedir
"Qafqazinfo.az"ın xəbərinə görə, səfər oktyabr 22-də Başqırdıstan Respublikasının paytaxtı Ufada "Rusiyada İslam və dövlət" mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvət əsasında həyata keçirilir. Konfrans Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin yaradılmasının 225-ci ildönümünə həsr olunmuş dövlət səviyyəsində qeyd olunacaq yubiley tədbirlərinə aiddir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransda məruzə ilə çıxış edəcək, səfər çərçivəsində Rusiyanın qədim dini mərkəzinin ildönümü tədbirlərində iştirak edəcək. Ufada bir sıra görüşlər keçirəcək QMİ sədri, həmçinin, Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, Rusiyanın Baş Müftisi Talqat Tacuddini anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edəcək.
2013-10-21
403
240 milyonluq nikah
Hollivudun ən məşhur cütlüyü Ancelina Coli və Bred Pitt 8 illik bərabərlikdən sonra münasibətlərini rəsmiləşdirərək nigah müqaviləsi imzaladılar. ANS PRESS-in CNN-ə istinadən verdiyi məlumata görə, 101 səhifədən ibarət sözləşmənin dəyəri 240 milyon dollardır. "Axar.az" ANS PRESS-ə əsasən xəbər verir ki, bu sözləşmə əsasən Colinin istəyi ilə hazırlanan bu sözləşmədə mülkiyyətdən tutmuş, uşaqlara düşəcək paya qədər bütün xırda detallar yazılıb. Cütlüyün yaxın ətrafının bildirdiyinə görə, Coli 110 milyonluq var-dövlətini Bred Pitlə paylaşmaq istəməyib. Bred Pittin isə 130 milyonluq sərvəti şəxsi sayılır. Sözləşmədə bildirilir ki, cütlük ayrılsa 3 uşaq Bred Pittdə, 3 uşaq isə Ancelina da qalacaq. Qeyd edək ki, onlar uşaqların 3-ünü övladlığa götürüblər. Ancelina Coli ilə Bred Pitin qarşıda gələn yeni il gecəsində evlənəcəyi deyilir.
2013-10-21
404
Həkimlər daha bir qətl törətdi
null
2013-10-21
405
Azərbaycanın pulunu dünyaya “səpələyən” adam
Bu gün Alfred Nobelin doğum günüdür. O, 1833–cü ilin bu günündə İsveçin paytaxtı Stolkhomda anadan olmuşdu. 1843 ci ildə atası Emanuel ailəsi ilə Sankt-Peterburqa köçüb. Uşaq vaxtlarından balaca Alfred professor N.N. Zinindən kimya elminin sirlərini öyrənir. Onlar Kırım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlayırlar. Azərbaycana isə əvvəlcə qardaşlardan Robert gəlir. O, tüfəng qundağı üçün qoz ağaçı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərandan Bakıya gəlir. Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırır. 1875-cu ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" – Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər. Lakin Rusiyada proletar iqnilabından sonra bolşeviklər Bakı neftinə can atırdılar. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobellərin milyonları, əlbəttə ki, batmır. Çünki pullar xarici banklara yatırılırdı. İndi həmin pullardır ki, "Nobel mükafatı" formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alımlərə təqdim olunur. Nobel mükafatının məbləği təxminən 1,3 mln. dollara bərabərdir. Alfred Nobel bədii yaradıcılıqla da məşğul olub. O, ölüm ayağında ""Nemezida" adlı yeganə faciə pyesi də yazıb.
2013-10-21
406
Uşaqlara bal yedirmək təhlükəlidir
null
2013-10-21
407
Kraliçanın cəsədi çayda tapıldı
Sinqapurlu maniken və gözəllik kraliçası Fəhminə Çadrinin meyiti tapılıb. Pakistan mediasının xəbərinə görə, anasını görmək üçün İslamabada gedən Fəhminə çərşənbə axşamı itkin düşüb. Anasının polisə qızının itkin düşməsi barəsində məlumat verməsindən sonra axtarış tədbirləri nəticəsində 27 yaşındakı model şəhər ətrafındakı bir çayda ölü tapılıb. Polis əməkdaşı Məhəmməd Naem cinayət axtarış tədbirləri nəticəsində bir dəllalı həbs etdiyini və sorğulama zamanı cinayəti etiraf etdiyini açıqlayib. İki uşaq anası olan Çadrinin Pakistandakı meneceri hadisəni təsdiqləyib və ölmədən əvvəl Pakistanda modalyer məktəbi açmağı planlaşdırdığını söyləyib. Anasını görmək üçün tez-tez Pakistana gedən Çadri İslamabadda bir hoteldə qalırdı və burada anası üçün ev almaq istəyirdi.
2013-10-21
408
Almaniya Türkiyəyə yaşıl işıq yandırdı
AB-ın İrlandiyanın başqanlığı dönəmində qəbul etdiyi, ancaq "Gəzi parkı" hadisələrinə görə açılmasını İrəliləmə hesabatı sonrasına saxladığı 22-ci maddənin (Regional siyasətlər və strukturların koordinasiyası) bu günkü - Litva başqanlığı dönəmində - açılımasının qarşısındakı Almaniya maneəsi aradan qalxdı. Maddənin açılmasında "Gəzi parkı" olaylarında hökumətin aşırı şiddətə əl atması səbəbilə Almanyanın baş naziri Angel Markel etiraz etmişdi. Markelin bu mövqeyində AB naziri Egemen Bağışın onun haqqında verdiyi, "Sentyabrdakı seçkilərdən sonra Sarkozilə birlikdə balıq tutmağa gedəcəklər", - açıqlamasının da təsiri olmuşdur. Almanyadakı seçkiləri böyük səs fərqi ilə qazanan Markelin baş nazir Rəcəb Tayyib Ərdoğanın İrəliləmə hesabatından öncə demokratikləşmə paketini açıqlamasını müsbət qarşıladığını və buna görə də 22-ci maddənin müzakirələrə başlamasına müsbət baxdığını bildirdi. "Der Spiegel" dərgisində yer alan xəbərə görə, Almanya Xarici İşlər naziri Guido Vestervelle bu gün və sabah keçiriləcək AB Xarici İşlər Nazirliyi toplantısında mövzunu gündəmə gətirəcək. Seçkilərdə partiyası beş faizi keçə bilmədiyi üçün Federal Parlamentə girə bilməyən Vestervellenin gedər ayaq Türkiyəyə bir jest eləmək istədiyi, Markelin də demokratikləşmə paketini müsbət qarşıladığına görə bu jestə yaşıl işıq yandırdığını bildirdi.
2013-10-21
410
Fırtına ilanı hamını şoka saldı - VİDEO
Türkəyinin Zonquldaq bölgəsində yağışla birlikdə su səviyyəsi yüksələn dərələrin limana gətirdiyi odun parçaları balıqçılar tərəfindən yığılıb. Fırtınada qırılan ağac budaqları və odun parçaları yağışla birlikdə su səviyyəsi yüksələn "Acılıq" və "Üzülməz" dərələri vasitəsilə Zonquldaq limanına axıb. Məişət tullantılarıyla birlikdə limanda çirkab görüntüsü yaradan odun parçaları sahildəki balıqçıların yanacaq ümidinə çevrilib. Balıqçılar, odunla doldurduqları qayıqları ilə sahildə gəzənlərin marağına səbəb olub. İnsanlar su üzərindəki mənzərəni seyr edərkən, suyun içindən qara bir ilanın çıxması qorxulu bir görüntü yaradıb.
2013-10-21
411
Qadınlar “depressiyadan xilas yolu”nu itirəcəklər
Şokoladın xammalı sayılan kakaoda yaşanan qıtlıq üzündən həyatın ən ləzzətli parçası yaxında yaddaşımızda yalnız şirin bir xatirə olaraq qalacaq. "Milliyet"in xəbərinə görə İngiltərənin paytaxtı Londonda həftə sonu toplantı keçirən qida sektoru nəhəngləri mütəmadi olaraq artan şokolad tələbatının 7 il sonra qarşılana bilməyəcəyini açıqladı. Mütəxəssislər 2020-ci ildə "xoşbəxtlik anbarı" sayılan şokoladın xammalı kakaoda qıtlıq yaşanacağını bildirib.
2013-10-21
412
Hillari Klinton siyasətə qayıdır
2016-cı ildə Demokrat Partiyasının sədrliyinə namizədliyi nəzərdə tutulan ABŞ-ın eks Dövlət katibi Hillari Klinton vəzifədən ayrıldıqdan sonra ilk dəfə siyasi fəaliyyətə başlayıb. Virciniya əyalətinin qubernatorluğuna namizəd Teri Makaylayfın seçki təbliğatına qoşulan xanım Klinton təxminən 800 nəfərlik bir mitinqdə çıxış edib. Fels Çurçda yerləşə əyalət teatrındakı tədbirə Makaylayfa dəstək olmaq üçün gedən Klinton, "Bəzi məqamlarda heç birimiz kənarda qala bilmərik. Bax indi Virciniya belə bir zaman kəsiyindədir", - deyib. Terinin gözəl ürəkli və açıq fikirli bir insan olduğunu bildirən xanım Hillari, "Teri həmişə mənim yanımda oldu və mən onun üçün burada olmaqdan xoşbəxtəm", - deyib. Xatırladaq ki, Klinton ailəsinə yaxınlığı ilə tanınan Teri Makaylayf Hillari Klintonun 2008-ci ildəki prezident seçkiləri zamanı seçki qərargahının sədri idi və Bil Klintonun da prezident seçkilərində aktiv işləmişdi.
2013-10-21
414
Azərbaycanda kriminal avtoritet həbs edilib
"Axar.az" "APA"-ya istinadla xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Mirzəyev Ramil Cəbrayıl oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Saxlanılarkən ondan marixuana götürülüb. Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, R.Mirzəyev kriminal aləmdə "Lal" ləqəbi ilə tanınıb. 2013-cü ilin yanvarında Sumqayıtda "Saşa" ləqəbi ilə tanınan avtoritet Elnur Babayevin həbsindən sonra R.Mirəzyev şəhərdə "obşak"a baxırmış. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
2013-10-21
415
Bəşər Əsəd Türkiyəyə qarşı daha bir cəbhə açdı
Suriya höküməti kürdlərlə sazişə gedir Suriya prezidenti Əsəd Türkiyə sərhədində savaşan Rojava kürdlərinə "biz dostuq" mesajını göndərərək ittifaq təklif edib. "Axar.az"ın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, Əsəd kürd millət vəkili Ömər Osə vasitəsi ilə Suriyadakı kürdlərə hüquqlarını tanımağa hazır olduğunu bəyan edib. Ankarada Xarici İşlər Nazirliyinin əməkdaşları ilə görüşən Kürd Beynəlxalq Şurası heyətində yer alan İlham Əhməd noyabr ayının sonunda təşkil olunacaq Cenevrə toplantılarından əvvəl kürdlərin tələblərini açıqlayıb. "MƏCLİSİN 18%-İ KÜRDLƏRƏ AYRILSIN" İ.Əhməd kürdlərin ittifaq üçün muxariyyət və Rojava kürdlərinin haqlarının konstitusional təhlükəsizliyi üçün milli məclisin 18%-nin kürdlərə ayrılmasını tələb edib. ORDUYA "ÖLDÜRMƏYİN" TƏLİMATI Əsədə yaxınlığı ilə bilinən Suriya Barış Komitəsinin sədri Ömər Osə vəzifəsinin təyinatı olaraq Şimali İraqa göndərildi. Bölgəni gəzən Osə mətbuata açıqlamasında bunları dedi: "Prezident Əsəd ordunu bilgiləndirərək kürdləri öldürməməsini və onlarla müharibə aparılmamasını istədi. İndi Suriya və Suriya kürdləri qarşısında Türkyənin vəziyyəti çox pisdir və kürdlərə qarşı savaşan terrorçu qrupları dəstəkləyir".
2013-10-21
416
Sumqayıtlılar aksiyaya başladı - FOTO/Yenilənib
12:30 Bu vaxta olan məlumata görə, "Karvan" Ticarət Mərkəzində çalışan sahibkarlar Eldar Əzizovla deyil, icra başçısının müavinləri ilə görüşə biliblər. Danışıqlar zamanı yanan yerlərin iki ay ərizndə təmir edilərək sahibkarlara təhvil veriləcəyi rəsmən elan edilib. Qeyd edək ki, danışıqlarda "Karvan" Ticarət Mərkəzinin sahibi Agamirzə Əhədov da iştirak edib. *** "Karvan" Ticarət Mərkəzinin sahibkarları bu dəqiqələrdə Sumqayıt şəhər icra hakimiyyətinin binası qarşısına toplaşırlar. "Axar.az" xəbər verir ki, sahibkarlar şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmək və kompensasiya almaq məsələsini müzakirə etmək istəyirlər. Hadisə yerində olan jurnalistlərdən birinin "Axar.az"a verdiyi bilgiyə görə, icra hakimiyyətinin qarşısı həddən artıq qələbəlikdir və zərərçəkən sahibkarların axını davam etməkdədir: "Eldar Əzizov yerində yoxdur, ona görə də onları kimin qəbul edəcəyi bilinmir". Qeyd edək ki, Eldar Əzizovun müavinləri sahibkarlarla icra hakimiyyətinin binası qarşısında görüşürlər.
2013-10-21
417
Pakistanlı qız II Yelizaveta ilə görüşdü
Keçən il Taliban döyüşçüləri tərəfindən güllələndikdən sonra bütün dünyada tanınan pakistanlı aktivist Malala Yusəfzay cümə günü Britaniya kraliçası II Yelizaveta ilə görüşüb. "Axar.az"ın "CNN"ə istinadən verdiyi xəbərə görə, kraliça və onun əri Şahzadə Flip gənc fəalı Bukinhem Sarayında qəbul edib, qısa görüş keçiriblər. Görüşə atası Ziyəddin Yusəfzayla gələn Malala kraliçaya özünün bu yaxınlarda nəşr edilmiş avtobioqrafik "Mən Malalayam" kitabını hədiyyə edib. Keçən cümə isə o, Ağ evdə ABŞ prezidenti Barak Obama və ABŞ-ın birinci xanımı Mişel Obama ilə görüşmüşdü və dünya bu günü "Qızın Beynəlxalq Günü" kimi qeyd etmişdi. Bir gün əvvəl Malala Avropa parlamenti tərəfindən "Fikir Azadlığı" üzrə "Saxarov mükafatı" ilə təltif edilib. Buna qədər isə Malalanın sülh üzrə Nobel Mükafatını alacağı gözlənilirdi. Malala bütün ölüm təhdidlərinə baxmayaraq 2009-cu ildən bu yana hələ də pakistanlı qızların təhsili üçün mübarizə aparır.
2013-10-21
419
ABŞ digər ölkə prezidentlərini güdür
MKİ-nin keçmiş işçisi Edvard Snoudenin jurnalistlərə verdiyi materiallara istinadən "Der Spiegel"in verdiyi xəbərə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) Meksika prezidentinin elektron poçtuna gizlin giriş edib. Sənədlərdə deyilir ki, MTA-nın bu və ya digər məlumatın əldə edilməsi ilə məşğul olan bölməsi 2010-cu ildə Meksika Prezident Administrasiyasının elektron poçtunun sındırılması barədə məruzə edib. 2006-2012-ci illərdə yüksək vəzifədə olan Felipe Kalderonla bərabər MTA Meksikanın nazirlərinin də diplomatik, iqtisadi və siyasi yazışmalarına da giriş əldə edib. Əməliyyat "Flatliquid" adını alıb. Hazirda isə yazışmalara girişin olub-olmaması haqda heç bir məlumat verilmir. MTA tək Meksika deyil, Braziliya prezidenti Dilma Rusefin də elektron poçtunu sındırıb. Rusef isə ABŞ-a planlaşdırılmış rəsmi səfərini təxirə salıb və açıqlama tələb edib. Bunlarla bərabər MTA-nın qlobal izləmə sisteminin olması barədə sənədlər də jurnalistlərə ötürülüb. Məlumatları ötürəndən sonra Snouden Rusiyada sığınacaq tapıb.
2013-10-21
420
"Karvan"da yanğından sonra izdiham - VIDEO/FOTO
"Karvan"da yanğından sonra izdiham VIDEO/FOTO: Emin Nihil
2013-10-21
421
Telefon danışıqları ucuzlaşacaq
Azərbaycanda stasionar telefon danışıqları və bir sıra digər rabitə xidmətlərinin mövcud tariflərinin aşağı salınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təkliflər hazırlanıb. "Axar.az" "APA"-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazir qeyd edib ki, bu məsələdə Nazirliyin ən əsas məqsədi şəbəkələrin səmərəliliyi və təhlükəsizliyinin artırılmasıdır: "Eyni zamanda, yeni xidmətlərin istifadəyə verilməsi də nəzərdə tutulur". Qeyd edək ki, təkliflərin yaxın zamanlarda Tarif Şurasına təqdim edilməsi planlaşdırılır.
2013-10-21
422
Almaniyalı deputat “Azadlıq”ı ittiham etdi
18 oktyabr 2013-ci il tarixində "Azadlıq" qəzetinin internet səhifəsində "Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu" məqaləsi yer alıb. Məqalədə Almaniyada yaşayan bir qrup azərbaycanlının (təxminən 20 nəfər) xanım Barnettin ATƏT-in müşahidə missiyasının rəhbəri kimi 9 oktyabr prezident seçkisinin yüksək səviyyədə keçirilməsi ilə bağlı verdiyi bəyanata etiraz olaraq, deputat xanımının yaşadığı Ludviqşafen şəhərində, onun üzvü olduğu Sosial-Demokrat Partiyasının (SPD) qarşısında keçirdiyi aksiya barədə məlumat verilir. Məqalədə həmçinin etirazçılarla görüşmüş xanım Barnettin dilindən seçkilər haqda söylədiyi fikirlərin təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırıldığı bildirilir. "Axar.az"ın verdiyi məlumata görə, məsələ ilə bağlı Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən xanım D.Barnettə müvafiq sorğu göndərilib və onun məsələyə münasibəti öyrənilib. Xanım deputat səfirliyə cavab məktubunda yuxarıda qeyd olunan məqalədə ona istinadən verilmiş sitatlar haqqında aşağıdakıları bildirib: "Faktların saxtlaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm. Mən dünən Maynts şəhərindən gəlmiş nümayişçilərin sözçüsünə bu haqda yazacağam". Xanim Barnettin "Azadlıq" qəzetinin ünvanına səsləndirdiyi fikirlərlə bağlı qəzetin baş redaktor əvəzi Rahim Hacıyevlə əlaqə yaratdıq. Baş redaktor əvəzinin cavabı belə oldu: "Mən "Axar.az" saytını tanımıram, ona görə də sualınıza cavab verə bilməyəcəm".
2013-10-21
423
Səbail rayon İcra Hakimiyyətinə yürüş olacaq
Sakinlər icra başçısından şikayətçidir Səbail rayon Arif İsmayılov küçəsi- 25-ci binada yaşayan bir qrup sakin rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və millət vəkilləri Fuad Muradovdan şikayətçidirlər. "Axar.az"a daxil olan məlumatda bildirilir ki, onlarla sakin bir neçə ildir ağır mənzil şəraitində yaşayır. Xüsusilə binanın 2-ci mərtəbəsində yaşayanların həyatı qış fəsli yaxınlaşdıqca kabusa dönür. Hər dəfə yağışdan sonra mənzillər damır. "Bu barədə cavabdeh təşkilatlara dəfələrlə müraciət etmişik. Amma səsimizə hay verən yoxdur. Binamızın ümumi pilləkəni də bərbad vəziyyətə idi. Aylarla aidiyyəti qurumlara etdiyimiz müraciətlər cavabsız qaldı, deputat Fuad Muradov problemimizi həll edəcəyinə söz versə də, yaxın durmadı. Binanın damına tol vurmaqdan bezmişik. Bütün ətraf binaların damı şiferlərlə təmir olunub, ancaq bizə çatanda, iş tilsimə düşüb". Qeyd edək ki, bir müddət əvvəl bina sakinləri ölkə rəhbərliyinə də müraciət ünvanlayıblar.
2013-10-21
424
“Space TV” əməkdaşı telekanalı nədən tərk edib?
"Space TV"də 13 il aparıcılıq etmiş İdris Cəfərov telekanalı tərk edib. "AzVision.az" saytının verdiyi məlumata görə, aparıcının işdən çıxmasına səbəb "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilovayla mübahisə etməsi olub. Xatırladaq ki, bir müddət əvvəl kanalın digər məşhur aparıcısı, əməkdar artist Əkbər Əlizadə elə canlı yayımdaca kanalı tərk etmişdi. O zaman Əkbər Əlizadənin telekanaldan getməsinə səbəb kimi də Kəmalə Xəlilovayla aralarında olan münaqişə göstərilmişdi. Məsələni aydınlaşdırmaq üçün "Space" telekanalı ilə əlaqə yaratdıq. Kanalın Kəmalə adlı başqa bir əməkdaşı "Axar.az"a açıqlamasında Kəmalə Xəlilovanın məzuniyyətdə olduğunu bildirdi və İdris Cəfərovun işdən ayrılması barədə söhbətlərin Kəmalə Xəlilovaya aidiyyəti olmadığını bildirdi: "Yayılan xəbər məntiqsizdir, çünki İdris "Səhər" departamentində işləmirdi. Həm də Kəmalənin məzuniyyətdə olduğunu nəzərə alsaq, İdrislə mübahisəsi də o qədər anlaşılan deyil".
2013-10-21
425
Rusiya miqrantlar üçün 81 xüsusi mərkəz yaradır
Birulevoda baş verən iğtişaşların nəticəsi olaraq rus hakimiyyəti miqrantlara qarşı bir sıra tədbirlər, qanun layihələri həyata keçirmək istiqamətində işlər görməyə başlayıb. Bu, Miqrasiya Bürosundan da yan keçməyib. "Axar.az" Rusiyanın "Lenta.ru" saytına istinadən xəbər verir ki, Rusiyanın Federal Miqrasiya Bürosu 2014-cü ildə illeqal miqrantlar üçün 81 xüsusi mərkəz yaradacaq. Bu məlumatı FMB-in başçısı Konstantin Romodanovski "Kommersant"a müsahibəsində verib. Onun sözlərinə görə, mərkəzlərin yarısı polisdən alınacaq, yarısı isə regional büdcənin hesabına sıfırdan tikiləcək. Romodanovski 2013-cü ilin avqust ayında illeqallar üçün yaradılan Qolyanovo kimi böyük müvəqqəti düşərgələrin yaradılmasının qəti əleyhinə olduğunu deyib və yeni xüsusi mərkəzlərdə şəraitin bu düşərgələrdən qat-qat yaxşı olacağına söz verib. Hazırda baş verən etnik iğtişaşları nəzərə alaraq Romodanovski cinayətlərin statistikasından da danışıb. Bildirib ki, paytaxtda cinayətlərin 52%-ini moskvalılar, 48%-ni digər regiondan gələnlər, 20%-ni isə xarici vətəndaşlar törədirlər.
2013-10-16
426
Fərhad Əliyev: “İdeyalara sadiq qalmaq əsasdır”
Oktyabrın 15-də keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev Prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxdı. Fərhad Əliyev Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin 2 saylı, Rafiq Əliyev isə 6 saylı CÇM-də cəza çəkirdilər. 2 saylı CÇM-nin qarşısı qələbəlik idi. Azadlığa çıxacaq dustaqların yaxınları əzizlərinin azad olacağı anı gözləyirdi. Fərhad Əliyevi qarşılamağa gələnlərin arasında isə jurnalistlər çoxluq təşkil edirdi. Saat 10.30-da Cəza müəsisəsinin qapısından çıxan Fərha Əliyev jurnalistlərin suallarına qısaca da olsa, cavab verdi. - Fərhad müəllim, əfv edildiniz, vəzifəyə də gətirilə bilərsinizmi? - Hansısa vəzifədə təmsil olunmaq əsas deyil, ideyalara sadiq qalmaq əsasdır. Mən dövlətimizi, dövlətçiliyimizi həmişə üstün tutmuşam. "Hamı yerli mal alsın…" artıq arxada qalıb - Sizin məşhur deviziniz vardı: "Hamı yeli mal alsın, xeyir Vətənə qalsın". Bu prinsip davam edəcəkmi? - Elə şeylər var ki, artıq arxada qalıb. Vətən üçün yaşamaq, çalışmaq, onu sevmək, dövlətçiliyə sadiq qalmaq isə arxada qalan məsələlərdən deyil. Hər şeyin öz zamanı var. Mən indi başqa duyğularla əhatələnmişəm. Azadlıqdayam. Buna görə Cənab Prezidentə təşəkkür edirəm. Azad olunmam üçün səy göstərən bütün insanlara minnətdaram. Qara paltarlı qadın Adamların arasından nurani bir xanım ona yaxınlaşır: - Oğlum, – və eks-nazirin boynunu qucaqlayır. Fərhad Əliyev: - Siz niyə əziyyət çəkmisiniz, özüm gələcəkdim də… - Dedim balamı görüm… - Ananızdır? - Yox, anam deyil, amma hamımızın anasıdır. Bu ana da başqa bir dustağın, gözəl bir oğlanın anasıdır. Elə bu zaman… Rafiq Əliyev gəldi Rafiq Əliyev cəza çəkdiyi 6 saylı Cəzaçəkmə Müəsisədən çıxdıqdan sonra birbaşa qardaşını qarşılamağa gəlmişdi. Fərhad Əliyev üzünü jurnalistlərə tutur: Ana ilə görüş Hər iki qardaş anaları Hacı Şövkət xanımın yaşadığı İçərişəhərdəki evə gəlirlər. Həyətdə qardaşların azad olunması münasibəti ilə qurban kəsilir. Evin 3-cü qatında yerləşən mənzildə də qələbəlikdir. İxtiyar yaşında olan qadının göz yaşları öz ixtiyarında deyil. Tanıdığı, tanımadığı insanlara minnətdarlıq hissi ilə baxır. - Oğlanlarınızın azadlığa çıxacağını gözləyirdiniz? – soruşuram. - Hər dəqiqə gözləmişəm onları. Mən onların yanında olmuşam. Özümü onlardan ayrı hiss etməmişəm heç... Hər iki oğul analarına sığınır. Üzlərini ağbirçək ananın sifətinə sürtürlər, - lap körpə uşaqlar kimi.
2013-10-21
427
Qladiator oskarlı həmkarını istəyir
Bundan öncə Rassl Krounun Türkiyədə çəkəcəyi film üçün Cem Yılmazla görüşdüyü haqqında məlumat vermişdik. İndi isə Oskarlı aktyor Türkiyədə çəkəcəyi film üçün avstraliyalı Oskar ödüllü aktrisa Keyt Blançeti ilə razılaşmağa çalışır.
2013-10-21
428
Gülər Əhmədova: “Mənə təzyiqlər var”
Bu dəqiqələrdə Ağır cinayətlərə dair İşlər Üzrə Məhkəmədə eks-deputat Gülər Əhmədovanın məhkəmə prosesi keçirilir. Məhkəmə zalında olan əməkdaşımızın "Axar.az"a verdiyi məlumata görə, sabiq deputat çıxışında ilkin istintaq zamanı ona olan təzyiqlərdən danışıb: "Aktda yazılıb ki, mənə qarşı heç bir təzyiq olmayıb, amma orda yazılanlar həqiqətə uyğun deyil. İlkin istintaq zamanı mənə həm mənəvi, həm də fizki təzyiqlər olub". Xatırladaq ki, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinib.
2013-10-21
429
Metropolitendə dəhşətli ölüm
Dünən Moskvanın Taqan-Krasnopresnensk metro xəttində maşinist intihar edib. "İnterfaks"ın verdiyi məlumata görə, "Ryazanskiy prospekt" metrostansiyasına gələn heyətin içində maşinist olmayıb. Qatar avtomatik əyləcin köməyi ilə dayandırılıb. Digər heyətin maşinistini bir neçə dəqiqə sonra öz həmkarının cəsədini "Kuzminki"-"Ryazanskiy Prospekt" metrostansiyalarının arasında tapıb. Təxmin edilir ki, maşinist kabinanın açılan qapısından hərəkət zamanı yıxılıb. Faktla bağlı araşdırma aparılır. Hadisənin intihar olması ehtimalı da var.
2013-10-21
430
Pelenin 15 kiloluq kitabı çıxdı – “1283”
"Yüz ilin futbolçusu", Maradonanın tənqid etdiyi Pele 15 kiloqram çəkisi olan kitabını təqdim edib. "1283" adlı kitab 500 səhifədən ibarətdir. Bildirək ki, "1283" adı Pelenin vurduğu qolların sayıdır. Kitabın qiyməti 1225 avrodur (təxminən 1700 ABŞ dolları). "1283" avtobioqrafiyadır. Pele kitabda öz karyerası ilə bağlı heç bir yerdə açıqlamadığı hadisələri qələmə alıb. Həmçinin təsirli uşaqlıq xatirələrindən, şəxsi rahatsızlığından söz açıb. Qeyd edək ki, kitaba 500-dən çox şəkil daxil edilib. Bundan əlavə, Pele 1283 ədəd hədiyyə nəşrlər də dərc edəcək. Bunlar isə üz qabığı və futbolçunun şəxsi imzası ilə fərqlənəcək. Kitabı 2013-cü il oktyabrından Dubay, Nyu-York və Londonun kitab satış mərkəzlərindən əldə etmək olar.
2013-10-21
431
Hökumətin səlahiyyət müddəti artırıldı - Sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb. "Axar.az" AzNews-a istinadən xəbər verir ki, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
2013-10-21
432
“Buker” öz tarixinin ən uzun romanına verildi
28 yaşlı Yeni Zelandiya yazıçısı "İşıqlandı" romanına görə ən prestijli ədəbiyyat mükafatına layiq görülüb. Əsər XIX əsrin 60-cı illərindən bəhs edir. Əsərin qəhrəmanı cinayət və intriqalar şəbəkəsinin mərkəzindədir. Kattonun özü romanın janrını "viktorian trilleri" kimi təqdim edir. Mükafatın jürisi qeyd edir ki, Eleanoranın romanı "Buker" tarixində ən uzun əsər kimi qeydə alınıb. Bu isə nə az-nə çox, 46 illik vaxtdır. Romanın çətinliyinə baxmayaraq, 832 səhifəlik əsər birnəfəsə oxunur. Tənqidçilər qeyd edir ki, Yeni Zelandiya yazarını çoxları favoritlər siyahısında görmürdü və son anadək onun qələbəsinə inanmaq çətin idi. Qeyd edək ki, "Buker" 2013–çü il mükafatını Eleanora Kattona Uels şahzadəsi Çarlzın həyat yoldaşı Kamilla təqdim edib. Təntənəli mərasim Gildholda baş tutub.
2013-10-21
433
"Parkov"dakı həmyerlilərimiz başqa bazara köçürülür
Moskvanın Qərbi Brilyevo rayonunda yerləşən "Pokrov" meyvə-tərəvəz bazasından çıxarılan bütün azərbaycanlılar yeni salınmış bazarda işləyir. Bu barədə APA-ya Rusiyada yaşayan azərbaycanlı iş adamı məlum verib. O qeyd edib ki, Moskva Dairəvi avtomobil yolunun 19-cu kilometrliyində "Cənub qapısı" deyilən ərazidə yeni bazar salınıb və bazarda azərbaycanlıların ticarətlə məşğul olması üçün hər bir şərait yaradılıb. Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi "Pokrov" meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən "Pokrov" meyvə-tərəvəz bazasının daxil olduğu "Novıe Çeryomuşki" QSC-nin fəaliyyətinin dayandırılıb. Məhkəmədə iddiaçı qismində "Rospotrebnadzor" iştirak edib. "Rospotrebnadzor"un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib. "Pokrov" bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub.
2013-10-21
434
Ölkənin ən böyük narkobaronu öldürüldü
Meksikada narkotik şəbəkəsinin lideri ailəsində təşkil edilən bir qonaqlıqda sui-qəsd nəticəsində öldürülüb. Meksikada narkotik şəbəkələri arasında çıxan qarşıdurmalarda yüzlərlə insan öldürülür. Bu dəfəki "qurban" ölkənin ən böyük narkobaronu Fransisko Rafael Arellano Feliks olub. "Axar.az"ın "Sabah"a istinadən verdiyi məlumata əsasən, Feliks ailə içində təşkil edilən qonaqlıqda yanına yaxınlaşan kloun geyimində bir adam tərəfindən tapançayla vurularaq öldürülüb. Polis 63 yaşlı narkobaronun Kabo San Lukas şəhərində olan bir oteldə başından və sinəsindən vurulduğunu bildirib. Narkotik üstündə üç qardaşı həbs olunan və bir qardaşı öldürülən Fransisko Rafael ailəsinə aid bütün işləri tək başına yerinə yetirirmiş. Rafaelin ölümündən sonra işlərin başına onun qızı və nəvəsinin keçəcəyi gözlənilir. 1980-1990-cu illərdən bu yana Meksikanın ən əhəmiyyətli və ən geniş narkotik ticarətini yerinə yetirən Arellano Feliks ailəsinin ABŞ-a tonlarla kokaini qaçaq yolu ilə apardığı məlumdur.
2013-10-21
435
Universitet tələbələri aksiya keçirir
"Axar.az"ın "Qaynar.info"ya istinadən verdiyi xəbərə görə, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyətində tələbələr etiraz aksiyası keçirirlər. Tələbələrin aksiyasına səbəb onlardan yazılı imtahan götürülməsidir. Bundan öncə tələbələr testlə imtahan versələr də, universitet rəhbrəliyi imtahanların bundan belə yazılı keçiriləcəyini bildirib. Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq etsələr də, cavab ala bilməyiblər. Son olaraq isə gənclər çıxış yolunu universitetin həyətində aksiya etməkdə görüblər. Hazırda mindən çox tələbə aksiyaya qoşulub. Hadisəni izləyirik...
2013-10-21
436
Yeni “Nobel”çi mükafatını almağa getməyəcək
2013-cü il Ədəbiyyat üzrə Nobel mükafatının laureatı Elis Munro dekabr ayında Stokholmda baş tutacaq təntənəli təqdimetmə mərasimində iştirak edə bilməyəcək. Bu barədə İsveç Akademiyasının daimi katibi professor Peter Enqland öz bloqunda yazıb. Enqland qeyd edib ki, 82 yaşlı yazıçının gələ bilməməsinin səbəbi səhhətindəki problemlə bağlıdır. Təqdimetmə mərasimində yazıçının əvəzinə kimin iştirak edəcəyi hələlik məlum deyil. Nobel mükafatının təqdimetmə mərasimi hər il ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçirilir. Bu gün Nobel mükafatının təsisçisi Alfred Nobelin ölüm tarixi ilə bağlıdır. Əlavə edək ki, qaliblər pul mükafatından əlavə İsveç kralı tərəfindən qızıl medal və diplomla da mükafatlandırılırlar.
2013-10-21
437
Yazarın yazarı
Kitab oxumaq uzun illərdən bəridir ki, mənim gündəlik işimin mühüm bir parçasına çevrilib və oxumaq məsələsində mənim konkret bir rejimim yoxdur. Səhər, axşam, maşında, təyyarədə... İmkan daxilində bütün oxumaq vasitələrindən yararlanıram - əlyazılarından tutmuş ənənəvi və elektron kitablara qədər. Oxuduğum kitabların coğrafiyası da çox genişdir. Bu da illər uzunu formalaşmış çevrədir. Bədii ədəbiyyatla yanaşı müxtəlif elmi-kütləvi nəşrlər, tarix, fəlsəfə, etnoqrafiya. Ən az oxuduğum janrlardan biri detektivdir və maraqlıdır ki, son oxuduğum kitab da nədənsə bu janrdan olan əsərdir. İngilis yazıçısı Simon Bekettin "Ölümün kimyası" adlı detektiv romanı. Bu müəllif bizdə az tanınsa da, Avropada çox məşhurdur və ən çox oxunan yazıçılardan biridir, kitabları otuza yaxın dilə çevrilib. Oxuduğum romanı da bu janrın ən gözəl nümunələrindən biri hesab edirlər. Ümumiyyətlə, mən "indi hansı kitabı oxuyursunuz" sualına cavab verməyə həmişə çətinlik çəkmişəm. Çünki evdə, işdə, maşında həmişə əlimin altında yeni kitablar olur və mən onları çox vaxt paralel oxuyuram. Çox dəbdə olan yazıçıların əsərlərini pis bir vərdiş olaraq, nədənsə, sona saxlayıram. Məsələn, dünyada çox məşhur olan əfqan yazıçısı Xalid Hüseyninin "Min möhtəşəm günəş" romanını oxumayan yazıçı az tapılar. İki-üç ildir ki, qardaşlarım bu romanı mənə təbliğ edirlər, ancaq qəribədir ki, oxumağa heç cür hövsələm çatmırdı. Yalnız indi "Ölümün kimyası"nı oxuyanda həmin romanı da başladım və ingilis yazıçısının kitabını yarıya çatdırana qədər onu oxuyub bitirdim. Əslində, o da ölüm haqqında bir romandır - ancaq ölümün siyasəti, böyük güclərin bir xalqı məhkum etdikləri ölüm haqqında ("Kulis.az").
2013-10-21
438
“Qalatasaray”dan möhtəşəm transfer xəbəri
Roberto Mançininin "Qalatrasaray"a baş məşqçi təyin olunmasından sonra İstanbul klubu ətrafında səs-küylü transfer xəbərləri dolaşır. "Axar.az"ın İngiltərənin "Daily Mail" saytına istinadən verdiyi xəbərə görə, İstanbul klubu "Mançester Siti"nin bosniyalı ulduzu Edin Dzekoya göz tikib və keçidin qış transfer pəncərəsində reallaşacağı gözlənilir. "Qalatasaray"ın indiki məşqçisi Roberto Mançininin vaxtilə "Mançester Siti"yə rəhbərlik etməsi də Dzekonun İstanbula köçmək perspektivini daha artırır. Bosniyalı futbolçu da İstanbula gəlməyin əlehinə deyil. "Daly Mail"in yazdığına görə, futbolçu Mançseter klubunda Neqredo və Aqueranın əvəzedicisi rolunu oynamaqdan bezdiyini bildirib və klublar arasında razılaşma əldə olunarsa, "Qalatasaray"a transfer olunmağın əlehinə olmadığını bildirib. Xatırladaq ki, Dzeko Almaniya Bundesliqasında "Volsfurq"un heyətində 85, "MS"nin heyətində isə 44 qolla yadda qalıb. Bosniya milli komandasının hücumçusu karyerası ərzində 142 oyuna 117 qola imza atıb. Onun uğrunda Madrid "Atletiko"su və "Napoli" kimi klublar da mübarizə aparır.
2013-10-21
439
Təhsil Nazirliyindən tələbələrin aksiyasına reaksiya
Azərbaycan Dövlət Pedaqoji Universitetində bir qrup tələbə semestr imtahanlarının yazılı keçirilməsinə etiraz edib. Onlar imtahanın test üsulu ilə aparılması tələbini irəli sürüblər. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, hər universitetdə semestr imtahanlarının hansı formada keçirilməsi professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bu, nazirlik tərəfindən təsdiq olunur: "Təhsil Nazirliyi olaraq bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi nazirlik təsdiq etməyib".
2013-10-21
440
Yeni iddialı GALAXY S5 gəlir
"Hürriyetin" yaydığı xəbərə görə, "Samsung"un ən çox seçilən modellərindən biri olan "Galaksi"nin yeni versiyası "Samsung Galaxy S5"in yanvar ayında təqdimatının keçiriləcəyi planlaşdırılır. "Galaxy S5"in 64 bit prosessor, barmaq izi oxuculu sensor və aliminiumlu dizaynda bazara çıxarılması gözlənilir. Toza və suya dayanıqlı Samsung Galaxy S5 "Galaxy S5"in suya və toza qarşı dayanıqlı olacağı məlumatları yayılıb. "Sony" firmasının ötən il bazara çıxardığı "Xperia Z" ilə başlayan sukeçirməz telefon macərasına qatılacaq olan "Samsung"un suya və toza qarşı dayanıqlı olan tək "Galaxy" modeli "Galaxy S4 Active"dir. "Galaxy S5" suya, palçığa və toza qarşı dayanıqlı, yəni IP67 sertifikatına sahib olacaq. Bir müddət öncə yeni admiral gəmilərini təqdim etdiyi "Galaxy S" ailəsi ilə ön plana çıxan "Samsung", bir yandan da ağıllı telefonlar üçün "Galaxy F" adlı 2014 ardıcıllığını başladacağı ilə gündəmə gəlmişdi.
2013-10-21
441
Araz Əzimovdan rus saytına ilginc açıqlama
Xarici İşlər Nazirinin müavini Araz Əzimov Azərbaycanın Avropa Birliyinə girməyində bir məna görmədiyini bildirib. Bu barədə məlumatı Rusiyanın "Rosbalt.ru" saytı "İnterfaks"a istinadən yayıb: "Düşünmürəm ki, biz öz siyasətimizə dəyişikliklər etməliyik. Azərbaycan dünya birliyinin üzvüdür, bir neçə beynəlxalq təşkilata daxildir və birtərəfli istiqamətin götürülməsində fayda görmürəm".
2013-10-21
442
Rusiya cinsi azlıqlarla bağlı qanun qəbul edir
"Vahid Rusiya" partiyasının deputatı Aleksey Juravlyov homoseksualların valideynlik hüququnun əldən alınması qanun layihəsini yenidən Dövlət Dumasında gündəmə çıxaracaq. Bu məlumatı "RİA Novosti" agentliyinə "Vahid Rusiya"nın mətbuat katibi verib. O qeyd edib ki, deputat qanun layihəsinin qəbul olunmasında son dərəcə israrlıdır. Qeyd edək ki, ailə kodeksinə düzəlişlər 2013-cü ilin sentyabrında Dövlət Dumasına göndərilib. Sənəd hər hansı bir valideynin homoseksual olduğu təqdirdə bu haqqın onların əlindən alınmasına icazə verir. İzahedici məktubda isə göstərilir ki, bu cür insanların uşaqları daha çox intihar edir, zöhrəvi xəstəliklərə tutulur və işə düzəlməkdə çətinlik çəkirlər. Bu, homoseksualların haqları ilə bağlı ilk rus qanun layihəsi deyil.
2013-10-21
443
Vısotskidən bəhs edən nadir kitab
Məşhur aktyor və şair Vladimir Vısotskinin həyatı və yaradıcılığından bəhs edən nadir kitabı oğlu Nikita Kalininqrad vilayətinin kitabxanasına bağışlayıb. O, 2013-cü il oktyabr ayının 19-da əlyazmanı Kalininqrad şəhərində nümayiş etdirib. "Novosti literatura"nın məlumatına görə, yanvarın 25-ində Vısotskinin 75 illiyinə həsr olunacaq festivalda onun oğlu da iştirak edəcək. Mayakovskinin adını daşıyan Kalininqrad kitabxanası da təsadüfən seçilməyib, çünki məşhur aktyor bu şairi çox sevib.
2013-10-21
444
Saatlar bazar günü - oktyabrın 27-də geri çəkiləcək
31 mart bazar günü saat 05:00-dən başlayan yay saatının tətbiqi 2013-cü il 27 oktyabr, bazar günü saat 06:00-dən etibarən saatların 1 saat geri çəkilməsiylə sona çatacaq. Hər il olduğu kimi, bu il də gündüzlərin qısalıb, gecələrin uzanması ilə əlaqədar olaraq saatlar 1 saat geri çəkiləcək.
2013-10-21
445
Bir neçə gün sonra Amerikanı fəlakət gözləyir
ABŞ-a Dünya Bankından sonra bir xəbərdarlıq da BVF-dən gəldi BVF sədr Kristin Leqard Amerika iqtisadiyyatının borclarını ödəyəcək vəziyyətdə olmadıqlarına görə bütün dünya iqtisadiyyatının durğunluğa qərq olacağını söyləyib. Amerikanın "ABC" kanalında bir proqrama qonaq olan Kristin Leqard cümə axşamı borclanma tavanına çatmadan Amerika Birləşmiş Ştatlarının limitini artırmağın lazım gəldiyini bildirib. Daha əvvəl Dünya Bankının sədri Cim Yonq Kim də borc tavanının son günü olaraq 17 oktyabr tarixini nəzərdə tutaraq "fəlakətdən sadəcə bir neçə gün uzaqdayıq" deyərək Amerika hökumətinə xəbərdarlıq etmişdi. Amerika hökuməti 17 oktyabrda borc limitini dolduracaq. Əgər bu tarixə qədər Konqres borc limitini yüksəldən bir razılaşma əldə edə bilməsə, hökumət xərclərə qarşılamaqda çətinlik çəkəcək.
2013-10-21
446
Deputatlar yeni nazirlərdən danışdı
Bu gün Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin müvəqqəti icra edilməsi haqqında sərəncam imzalayıb. Yaxın günlərdə isə Nazirlər Kabinetinin yeni tərkibdə təsdiqlənəcəyi gözlənilir. Yeni tərkibdə hər hansı dəyişikliklər gözlənilir? Bu, ikinci dərəcəli məsələdir Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili Aydın Mirzəzadə "Axar.az" açıqlamasında bunu ikinci dərəcəli məsələ hesab edir: "Əsas məsələ cənab İlham Əliyevin yenidən prezident seçilməsidir. Prezident özünü güclü lider, yaxşı təşkilatçı kimi çoxdan göstərib. Ona görə də kadr islahatlarını iknici dərəcəli məsələ hesab edirəm". Bəlkə, yeni gələn salam da verməyəcək? Böyük Quruluş Partiyasının sədri, milət vəkili Fazil Musafa isə deyir ki, islahat proqramı olmasa və korrupsiya aradan qalxmasa, kadr dəyişiklikləri effektsiz olacaq: "Hökumətdə 1 və ya 5 nəfərin dəyişməsi heç nəyi həll etmir. Əsas islahat proqramının olmasıdır. Ona görə də Nazirlər Kabinetində olacaq dəyişikliklər məni maraqlandırmır. Onu da qeyd edim ki, çox zaman yenilər köhnələrdən daha işbilməz olurlar. Məsələn, Artur Rasizadənin özü kifayət qədər deputatlara, nazirlərə sayğı ilə yanaşan adamdır, bəlkə elə adam gətirib qoyacaqlar ki, heç salam da verməyəcək? Mən "islahat" deyəndə daha fərqli bir şey başa düşürəm, yəni o sahələrdə köklü yenilik olmalıdır və korrupsiya aradan qalxmalıdır". Təhsil və səhiyyədən razı deyilik Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin fikrincə, təhsil və səhiyyə sistemində islahatlar həyata keçirilməlidir: "Bütün məsələ hakim partiya və prezidentin səlahiyyətlərinə adiddir. Amma hökumətin bir neçə sahələrdə işindən razı deyilik. Bu istiqamətdə müvafiq islahatlar həyata keçirilməlidir. Bura səhiyyə və təhsil sistemini misal göstərə bilərik. Düşünürəm ki, burda söhbət hansısa şəxsiyyətin fəaliyyətindən getmir və mənə elə gəlir ki, daha köklü islahatlar həyata keçirmək lazımdır. Məncə, yeni hökumətdə daha cavan və işini bilən gənc kadrların potensialından istifadə etmək lazımdır".
2013-10-21
447
Rusiyada partlayış - 10 ölü, 20 yaralı
"Axar.az"ın "Haberler.com"a istinadən verdiyi xəbərə əsasən, Rusiyanın cənubundakı Volqaqrad şəhərində sərnişin avtobusunda baş verən partlayışda ən azı 10 adam ölüb 20-dən çox adam yaralanıb. Rusiya Terrorla Mübarizə Komissiyasından edilən açıqlamada sərnişin avtobusunda partlayışa bombanın səbəb ola biləcəyini qeyd edilib. Azərbaycan saatı ilə 15:00-da baş verən partlayışda istifadə edilən partlayıcı maddə ilə bağlı araşdırma davam edir. 20 adam xəstəxanaya aparılarkən 7 sərnişinin vəziyyətinin ağır olduğu bildirilib. "İnterfaks" xəbər agentliyi partlayışdan sonra verdiyi xəbərdə təbii qazla çalışan avtobusun silindrinin partlamış ola biləcəyi bildirilib. Adı açıqlanmayan polis qaynağının verdiyi məlumata görə isə partlayışa avtobusda olan təbii qaz ehtiyatı səbəb olub. Agentlik, partlayışın hücum ola biləcəyi ehtimalına da diqqət çəkib. Partlayışın meydana gəldiyi bölgə nəzarət altına alınıb və geniş istintaq tədbirləri başladılıb.
2013-10-21
448
Millət vəkilləri Gülər Əhmədovanı haqlı sayır
"Gülər Əhmədovanın səsləndirdiyi fikirləri haqlı saymaq olar. Çünki o da bir vətəndaşdır və onun da konstitusion hüquqları var. Heç kimin haqqı yoxdur ki, məhkəmə qərarı olmadan kimisə cinayətkar elan etsin". Bu sözləri "Axar.az"a açıqlamasında Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov dedi. O bildirdi ki, beynəlxalq təşkilatların məhkum xanım haqqında səsləndirdiyi fikirlər onun hüquqlarının pozulmasıdır: "ATƏT"in Bakı ofisinin, ABŞ Dövlət Departamentinin, o cümlədən digər beynəlxalq təşkilatların məhkəmə qərarı olmadan belə bir fikir səsləndirmələri qeyri-obyektiv olmaqla yanaşı, həm də həbsdə olan bir xanımın hüquqlarını kobud şəkildə pozmaqdır". Siyavuş Novruzov keçmiş millət vəkilinin məhkəmə prosesində iştirakın YAP üçün maraqlı olmadığını da dedi: "Bizim YAP olaraq o məhkəmədə iştirak etməyimizin heç bir mənası yoxdur. Çünki Gülər Əhmədova məhkəmə prosesində iştirak etmək üçün onun hüquqlarını pozan tərəfləri dəvət edib. ABŞ Dövlət Departamentinin, ATƏT-in Bakı ofisinin və Milli Şuranın seçkidəki namizədi Cəmil Həsənlinin məhkəmədəki iştirakından söz gedə bilər. Çünki məhz onlar Gülər Əhmədovanın "təqsirsizkik prizumpsiyası" hüququnu pozub. Gülər Əhmədova da məhz onlara sözünü demək üçün çağırır". Məhkəmədə iştirak mümkündür Gülər Əhmədovanın məhkəməsi barədə danışan millət vəkili Zahid Oruc da onun hüquqlarının pozulduğu fikrində olduğunu dedi. "Axar.az"a danışan millət vəkili onu da dedi ki, bu məsələni siyasiləşdirməyə və iqtidarın üstünə hücum çəkməyə hazır olan xüsusi dairələr var: "Əgər sırf hüquqi müstəvidə qiymət verilməlidirsə, məhkəmə qərarı olmayan bir insan haqqında cinayətkar demək qanunsuzdur. Bu, insan hüquqlarının pozulmasıdır. Zahid Oruc Gülər Əhmədovanın məhkəmə prosesinidə iştirak edə biləcəyini də açıqladı: "Əgər Gülər Əhmədova məhkəmə prosesində geniş ictimai dairələrin iştirakını və bu prosesdə nəzarətin və izləyənlərin çoxalmasını istəyirsə, niyə də olmasın. Məhkəmədə iştirak barədə düşünmək olar. Bizim istəyimiz odur ki, məsələ məhkəmə və hüquq sistemi çərçivəsində saxlanılsın. Bunu siyasiləşdirib və barıt çəlləyinə çevirib, əllərini onun üzərində qızdırmaq istəyənlərin istəklərinin baş tutmasına imkan vermək olmaz".
2013-10-23
449
Salaram o namizədi yumruğumun altına…
Ağacan Əbiyev: "Hafiz Haciyev kürüsünü satsaydı, daha yaxşı olardı" Ağacan Əbiyevlə vədələşdiyimiz vaxtda görüşə gedirəm. Rektoru olduğu Bədən Tərbiyəsi və İdman Akademiyasının növbətçi-idmançı tələbəsi içəri keçməyimizə mane olur: "Xəbər edim, icazə versələr, keçərsiz", - deyir gənc oğlan. Özüm zəng edirəm: - Ağacan müəllim, biz burdayıq. - Balabəyli, vaxt tapdın da gəlməyə, indi çıxıram. "Bu günə vədələşmişdik" xatırlatmama, "qalx yuxarı", - deyir. Bir–iki nəfərdən sonra köməkçisi Samirə xanım, "keçin", deyir. İçəri keçirik. Ağacan müəllim gülümsəyir: - İnan, vaxt yoxdur. İndicə Milli Məclisdən zəng etdilər, gedirəm. Dedim, gəlmisən, qapıdan qaytarmayım, qalxasan, vədələşək, başqa vaxta salaq söhbətimizi. - Olar, - deyirəm və dəvət gözləmədən qarşı tərəfdə otururam. İllərin tanışlığı öz rolunu oynayır. Ərkli adamlar kimi sərbəst aparıram özümü. Fatiməyə diktafonu qoşması üçün işarə edirəm. Ağacan müəllim ayıq adamdır. - Sən Allah, yığışdır onu. Diktafon isə artıq işə başlayıb. - Nədən söhbət edəcəkdik? - soruşur. Xatırladıram. - Nə gənclik, - deyir, - görmürsən bunlar nə edir? İndi Milli Məclisdə bunların müzakirəsi olacaq (müsahibə prezident seçkisindən əvvəl alınıb. – red.). Ora tələsirəm. - Ağacan müəllim, kimin müzakirəsi olacaq ki? - Namizədlərin. Özlərini, danışıqlarını bilmirlər. - Yəqin... - Hamısı. Hafiz Haciyev gedib elə "ikralarını", balıqlarını satsaydı, daha yaxşı olardı, bura onun yeri deyil, axı. O, nə bilir siyasət nədi! Onun siyasəti heç kimə lazım deyil. "Tem bolee" YAP kimi böyük bir partiyaya. O ki qaldı Cəmil Həsənliyə, mənim ona əvvəllər professor olaraq hörmətim vardı, elm adamı idi. Amma indiki vəziyyətdə o özünü professor kimi apara bilmir. Adına layiq söhbət etmir. Küçə-tinlərdə edilən söhbətləri edir. Mən başa düşə bilmirəm bu namizədləri, əgər sən ölkənin siyasi vəziyyətindən, gələcəyindən danışmaq üçün efirə çıxmısansa, nə ixtiyarla kimlərinsə övladından, qızından danışırsan? Hələ qarşı tərəfin danışdıqlarını demirəm. O da dediyinin cavabında ağzına gələni danışacaq da. Ümumiyyətlə, prezidentliyə namizəd olan insan bu səviyyədə danışmamalıdır. Hamısına aiddir, təkcə Cəmil Həsənliyə və Hafiz Hacıyevə yox. Kül o ölkənin başına ki, siz oranın prezidenti olacaqsınız Azərbaycana kimin qızının kimin oğlu ilə ailə qurması problem yarada bilməz. Qlobal problemlər var, onlara toxun - əgər o problemləri görürsənsə, həlli yolunu bilirsənsə. Ümumiyyətlə, belə söhbətlərin insanlığa aidiyyəti yoxdur. Bu səviyyə ilə prezident olmaq olar? Kül o ölkənin başına ki, siz oranın prezidenti olacaqsız. Azərbaycanda ayrılıqda hər bir kəsi götürsək, görərik ki, onların hər biri o namizədlərdən ağıllıdır. Azərbaycan xalqı ağıllı xalqdır. Bu xalqa kimə səs vermələrini demək lazım deyil. Bu xalq seçimini edib. Bu xalq özü bilir kimə səs verəcək. - Sizcə kimə? - Əlbəttə, İlham Əliyevə. Debatdır o? - Deyəsən debatlardan çox narazısız? - Debatlara gəlincə, onu debat adlandırmaq olmaz. Debatdır o? Amma deyim ki, belə baxanda, debatlardan çox razıyam. Bu debatların sayəsində görürəm ki, kimdir onlar. Salardım yumruğun altına… - Təsəvvür edin, gənclik illərinizdir və onlar sizinlə rinqdə görüşürlər… - Əgər bu namizədlər vaxtilə rinqdə mənim əlimə düşsəydilər, bu gün İctimai Televiziyanın efirində çıxış edə bilməyəcəkdilər. Şikəst olacaqdılar. Salardım yumruğun altına. Birinin çənəsi sınacaqdı, o birinin ağzı-burnu… O ki qaldı rinqə çıxmağa, bu, hər adamın işi deyil. Onlar gərək öncə kişilik nümayiş etdirələr. Erməni boksçuya uduzmamışam - Söhbət rinqdən düşmüşkən, deyirlər, gənclik illərinizdə rinqdə bir neçə ermənini məğlub etdiyinizə görə təzyiqlərə məruz qalmısız. - Azərbaycanda, Rusiyada da mən rinqdə bir neçə erməni döyüşçü ilə qarşılaşmışam. Hər biriylə də oyundan üzüağ çıxmışam. Sərkisyan, Muradyan və s. Bir dəfə beynəlxalq turnir keçirilirdi. Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova respublikalarının boksçuları görüşürdü. Mənim o vaxt 19 yaşım vardı. Sərkisyanı məğlub edərək turnirin 2-cisi olmuşdum. O vaxt mən Rusiyada erməni döyüşçülərlə rinqdə qarşı-qarşıya gəlmişdim. Hər biriylə də yaxşı oyun nümayiş etdirmişdim. Ümumiiyyətlə, erməni boksçuya uduzduğum olmayıb. Müəllimlərlə mübahisə etmişəm - Deyirlər, təhsildə aldığınız yüksək qiymətlər idmandakı uğurlarınıza görə olub? - Elə şey yoxdu. Mən orta məktəbdə də, ali məktəbdə də, aspiranturada da birinci olmuşam. 1961-də Politexnik İnstitutunun əyani şöbəsinə qəbul olundum. Oxuduğum vaxt ərzində müəllimlərlə cəmi bir dəfə mübahisə etmişəm. İmtahan etmədən mənə "4" yazılmışdı. Əsəbiləşdim. Müəllimlə mübahisə etdim. Rektorluğa şikayət etdim ki, məni yoxlamamış niyə qiymət yazıblar? Bəlkə mən ikiyə bilirəm. Yenidən imtahan götürüldü. Bileti çəkdim, hazırlaşmadan başladım suallara cavab verməyə. Və "5" aldım. Hətta müəllimim məndən üzr istədi. 1961-ci ildə təhsil ala-ala, yarışlara gedə-gedə həm də məşqçi işləyirdim. Boş vaxtım demək olar ki, olmurdu. Politexnik İnstitutunda oxuduğum müddətdə bir dənə də olsun "4" almadım. Bütün qiymətlərim "5" idi. 8000 nəfərlik tələbəsi olan Politexnikin yeganə Lenin təqaüdçüsü mən idim. Qurtarandan sonra da rektor məni çağırıb dedi ki, səni Moskvaya göndərirəm, get, orda aspiranturanı oxu. 30 yaşımda aspiranturaya daxil olmuşam. 33 yaşımda müdafiə etmişəm . Onda boksdan uzaqlaşsam da, hakimlik edirdim. Aspiranturanı bitirdikdən sonra məni saxladılar orada işləməyə. 16 il Rusiyada işlədim. Elmlər namizədi, doktorluq adı aldım. Professoram. İxtiralarım, səmərələşdirici təkliflərim elmi şurada heç bir mübahisə olmadan qəbul edilirdi. O vaxt mən idmandan da heç uzaqlaşmadım. Hakimlik edirdim və daha sonra beynəlxalq hakim oldum. 1984-cü ildə artıq adlı-sanli elm adamı və idmançı kimi Bakıya qayıtdım. O zamandan da indiyə qədər Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoruyam. Rəssam deyiləm, amma… - Divarlarda rəsmlər asılıb. Siz həm də rəssamsınız. Sərgilərdə rəsm əsərlərinizlə iştirak etmisiniz? - Boş vaxtlarımda rəsm çəkirəm. Yağlı boya ilə çəkdiklərim də var. Təbiəti sevirəm. Rəsmlərimin çoxu mənzərələrdir. Peşəkar rəssam deyiləm, amma bu sənətə də peşəkarcasına bağlanmışam. - Ağacan müəllim, heç olubmu ki, bu uğurlar serialında uğursuzluqlarla üzləşəsiniz? - Olub, əlbəttə. Təhsildə, elmi araşdırmalarımda heç bir problemim olmasa da, idmanda bəzən bunsuz keçinə bilmədim. Çox az da olsa, rinqi məğlubiyyətlə tərk etdiyim anlar olub. Bundan əlavə, ölkənin hər hansı sıxıntılı anlarını vətəndaş olaraq öz uğursuzluğum kimi içimdən keçirmişəm. Qarabağ savaşı və başqaları. Bəzən boksçularımızın, idmançılarımızın məğlub duruma düşməsi vaxtı ilə Federasiya prezidenti, indi isə vitse-prezident kimi mənim uğursuzluğumdur. Qonşumuzda bir qız böyüyüb - Bəs gənc, yaraşıqlı, sağlam idmaçının, həm də elm adamının gənclik illərində həyatının lirik anları necə yaşanıb? Arxanızca göz yaş axıdan qadınlar, qızlar olubmu, həm şəhər uşağı olmusuz… - Yox əşşi, mənim elə şeylərlə aram olmayıb. Vaxtım yox idi kimisə sevim, ya da kimisə gözü yaşlı saxlayım. Ona görə də sevgi macəralarına vaxt ayırmırdım. Bir də onda ayıldım ki, qonşumuzda bir qız böyüyüb. Görüb-götürdüyüm gəncliyimin lirikası da elə bu olub. Dədə-baba qaydası ilə elçi gedilib, toyum olub. 1963-cü ildə ailə həyatı qurdum. Bu il birgə ailə həyatımızın 50 illiyidir. İki qızım, üç nəvəm var. Mən evli ola-ola da lirika-zad bilmədim, sən deyənləri deyirəm, gözü yaşlı kimsəni qoymadım. Məni provokasiyaya çəkirsən - Şərt deyil ki, gözü yaşlı qala, elə gözlərində sevinc, qəlbində xoş xatirələr qoyduqlarınız da ola bilər. - Məni provokasiyaya çəkirsən. Yox, əlavə işlərə ehtiyacım və vaxtım olmayıb. Ailə qurdum. Suraxanıda Əmircan kəndində ata həyətində balaca ev tikdim. Oxumağa oradan gedib-gəlirdim. Başqa heç nəyə gücüm çatmırdı onda. Aspiranturanı qutarandan sonra isə mənə üçotaqlı ev verdilər və ailə-uşağımı da götürüb Rusiyaya apardım… Ağacan müəllim tələsik ayağa qalxır: "Düzdür, vədələşmişdik. Amma pis vaxtda gəldin. Milli Məclisə gedirəm. - Kabinetindən birlikdə çıxırıq. - Xəbər edərsən, oxuyaram", - deyir.
2013-10-21
450
ADPU-nun rektoru: “Biz hiylə işlətdik” - VİDEO
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində bir qrup tələbə semestr imtahanlarının yazılı keçirilməsinə etiraz olaraq universitet qarşısında etiraz aksiyası keçirib. Hadisə ilə bağlı ADPU-nun rektoru professor Yusif Məmmədov "Axar TV"yə fikirlərini bildirib. Həmin videonu təqdim edirik.
2013-10-21
451
“Mark Tven”nin sahibi ilk dəfə qadın oldu
OnunLyusil Bol, Cimmi Styuart, Ronald Reyqan kimi qonaqları olub ABŞ-ın ən önəmli yumor mükafatı sayılan "Mark Tven yumor mükafatı"nın sahibi bu dəfə ölkənin ilk qadın şoumeni Karol Burnet oldu. 1960-cı illərdə ABŞ–da başlayan və öz adını daşıyan şounu 11 il davam etdirən, həftədə təxmini 30 milyona yaxın tamaşaçını ekran qarşısına yığmağı bacaran 80 yaşındakı məşhur komediya şoumeni Burnet mükafatı ABŞ-ın paytaxtı Vaşinqtonda "Kennedy Center for the Performing Arts" mərkəzində aldı. Burnet çıxışında: "Bu, çox həyəcan vericidir. Bu anı uzun zamandır gözləyirdim və gecikməsinin səbəblərini anlayıram. Vaşinqtonda məndən daha çox yumorlu insanlar var. Amma sevinirəm ki, bunların arasından mən seçildim",- deyə bildirdi. Müsahibələrində Kaliforniya Los Anceles Universitetində jurnalist ixtisasına qəbul olduqdan sonra aktyorluq kurslarına yazılaraq səhnədə ilk addımlarını atdığını deyən Burnet ilk rolunda Texaslı fermer qadını canlandırdığını və əvvəllər öz adını daşıyan şou proqram hazırlamağı düşünmədiyini bildirən Burnet ancaq CBS kanalı ilə müqavilə bağladıqdan sonra bu fikrə düşdüyünü dedi. Qeyd edək ki, Burnetin 1967–ci ildən 1978-ci ilə qədər davam edən şousunda Lyusil Bol, Cimmi Styuart, Ronald Reyqan və Betti Uayt kimi məşhurlar qonaq olub.
2013-10-21
452
“Vikiliks”in 30 milyonu batdı
"Vikiliks" saytının yaradıcısı Culian Assancdan bəhs edən film ekrana çıxdığı elə ilk həftədən uğursuzluqla qarşılaşıb. ABŞ-ın kinoteatrlarında nümayiş olunan 30 milyon dollara başa gəlmiş film üç gün ərzində büdcəyə cəmi 1.7 milyon dollar vəsait qazandırıb. Film 769 kinosalonda tamaşaçıların ixtiyarına verilib və həftə ərzində ekrana çıxan rəqibləri ilə müqayisədə çox geridə qalıb. Halbuki həftə ərzində təqdim olunan "Beşinci təbəqə", Kerri" filmləri büdcəyə 17 milyon qazandırıb. Qeyd edək ki, filmin uğursuz olmasını mütəxəssislər çəkilişlərdən öncə ssenarinin yayılması ilə əlaqələndiriblər. Rejissor filmin ekrana çıxmadan öncə ssenarinin internetdə yayılmasının anlaşılmaz olduğunu bildirib.
2013-10-21
453
Məşhur müğənni özünü qüllədən atdı
Beyons Yeni Zellandiyada konsert verib. Məhşur müğənni konsertdən sonra yorğunluq və stresini atmaq üçün qüllədən sərbəst uçuş edib.
2013-10-21
454
Castinə bənzəmək üçün 100 min dollar xərclədi
Castin Biberin fanatı olan bir adam məşhur müğənniyə bənzəmək üçün silsilə əməliyyatlar keçirib. "Axar.az"ın məlumatına görə, ABŞ-ın Kaliforniya ştatında yaşayan Tobi Şeldon bütün pullarını Castin Biberə bənzəmək üçün keçirdiyi estetik əməliyyatlara xərcləyib. 19 yaşındakı məşhur müğənniyə bənzəyə bilmək üçün 33 yaşlı Şeldon botoks etdirib, çənəsi və göz qapaqlarında əməliyyat keçirib və nəhayət, saç əkdirib. "DailyMail" qəzetinə müsahibə verən Şeldon belə deyib: "Castinin şəklini görəndə tək fikirləşdiyim şey ona bənzəmək idi. Mahnılarını çox dinləmirəm, amma üzü o qədər qüsursuzdu ki, bütün dəyişiklikləri ondan ilham alaraq etdirmişəm". Mahnı sözləri yazaraq pul qazanan Şeldon, Biberə oxşamaq üçün keçirdiyi əməliyyatlara 100 min dollar pul xərcləyib.
2013-10-21
455
“Oskar”dan imtina edən 6 məşhur
1927-ci il oktyabrın 18-də dünyaya gələn Amerikalı aktyor Corc K. Skot təkcə canlandırdığı obrazlarla deyil, həmçinin "Oskar"dan imtina edən ilk aktyor kimi də tarixə düşüb. Bəs Corc K. Skot "Oskar"dan imtina edən tək məşhurdurmu? 1. Ssenarist Dedli Nikols da "Oskar"dan imtina edib. Qeyd edək ki, bu mükafat 1935-ci ildə istedadlı ssenaristə "Müxbir" filminə görə veriləcəkdi. Lakin o bu mükafatdan imtina edib. Ssenarist "Oskar"dan imtina etməklə acgöz kinostudiyalara qarşı aksiya keçirən Qildiya ssenaristlərini dəstəkləyib. 2. 1970-ci ildə "Oskar" mükafatı "Patton" filmində "ən yaxşı kişi aktyor" nominasiyasında Corc K. Skota layiq görülüb. Film ikinci dünya müharibəsinin bir qəhrəmanından bəhs edir. Elə mükafatlandırma zamanı Corc hamını heyrətləndirərək bildirib ki, barbar və rüşvətxor hesab etdiyi kinoakademiyadan olan mükafatı qəbul etməyəcək. 3. 1971-ci ildə Kinoakademiya İ. Berqmanı möhtəşəm prodüsserlik işinə görə İrvinq Talbot adına xüsusi ödüllə mükafatlandırmaq istəyib. Lakin İ. Berqman dəyərli vaxtını sərf etmək fikrində olmadığını və bu tədbiri xüsusi diqqətə layiq hesab etməyərək, öz yerinə norveçli aktrisa Liv Ulmanı göndərib. 4. 1971-ci ildə məşhur rejissor Orson Uells də fərqlənib. Belə ki, o, layiq görüldüyü "Oskar" mükafatının təqdimetmə mərasiminə getməkdən nümayişkaranə şəkildə imtina edib. 5. 1972-ci ildə "Xaç atası" filmindəki "ən yaxşı aktyor" nominasiyası üzrə aktyor Marlon Brando "Oskar"a layiq görülüb. Lakin o, mərasimə getməyərək öz yerinə hindistanlı Kiçik Peronu göndərib. Hindistanlı xanım da səhnədən aktyorun kino dünyasının yerli amerikalılara qarşı münasibətindən narazı olduğunu bildirərək, aktyorun yaşanan vəziyyətin dəyişəcəyinə inanmadığını qeyd edib. Maraqlısısa odur ki, bu hadisəyə qədər Marlon artıq bir "Oskar"ın sahibiymiş. 6. 2010-cu ildə fransız aktyor və rejissoru olan Jan-Lyuk Qodar da "Oskar"dan imtina edib. Mərasimdən gələn dəvəti rejissorun həyat yoldaşı cavablandırıb və artıq 80 yaşı tamam olmuş Qodarın səhhətinə çox həssas yanaşdığını qeyd edərək "hər hansı dəmir parçasına" görə Kaliforniyaya getməyəcəyini bildirib. Qodarın həyat yoldaşı, bunun sadəcə vaxt itkisi olduğunu da əlavə edib. Lakin onun bu açıqlaması ən məşhur nəşriyyatlar tərəfindən tənqidi yazılarla qarşılanıb. Bunun qarşısında rejissor mərasimə qatılacağına söz versə də, öz sözünün üstündə durmayıb.
2013-10-21
456
Hamilə qadını öldür, siqaret qazan
"Axar.az" saytının "Tayms" qəzetinə istinadən verdiyi məlumata görə, Suriyada snayperlərin hamilə qadınlar üçün siqaret mərcinə girdikləri bəlli oldu. 20 ildir müharibə olan ölkələrdə işləyən ingilis həkimin iddiası: "Siqaretdən mərcə girən snayperlər Suriyada hamilə qadınları nişan alır". Suriyada baş verənlərə biganə qalmadığını deyən, əvvəllər də işlədiyi ölkəyə könüllü olaraq gedən ingilis doktor Devid Not yaşadıqları haqqında "Daily Mail" qəzetinə müsahibə verdi. Əsəd rejimi üçün işləyən snayperlərın "məşq" etmək üçün mülki şəxsləri öldürdüyünü iddia edən doktor Not, "bunun bir şaiyədən ibarət olduğunu zənn edirdim, ancaq xəstəxanaya gedəndə yüzlərlə sübut gördüm",- dedi. Dr. Nota görə, snayperlərin bir nömrəli hədəfi hamilə qadınlardır.
2013-10-21
457
Əcdadımızın kəlləsi tapıldı
Antropoloqların Gürcüstanın cənubunda yerləşən Dmanisi adlı balaca şəhərdə apardığı tədqiqatlar nəticəsində qədim insan kəlləsi, insan əcdadlarının başqa qalıqları, sadə daş alətlər və uzun müddət bundan əvvəl nəsli kəsilmiş heyvan qalıqları tapılıb. Dmanisi rayonu ərazisində arxeoloji qazıntılar nəticəsində bütöv hominid kəlləsinin və başqa daşlaşmış (qədim insan) qalıqların tapılması Homo növünün ən erkən üzvlərinin – hal-hazırda yarım düjün növə bölünür – bir növə mənsub olduğunu göstərir: Homo erektus. "Elm" jurnalının tədqiqatçıları deyir ki, bu erkən insan əcdadları ehtimal ki, çox geniş fiziki imkanlara malik olublar. Orta Asiyada təxminən iki milyon il əvvəl ölmüş qədim insan əcdadının kəlləsinin tapılması alimləri erkən insan təkamülünün hekayəsini araşdırmağa məcbur etmişdi.
2013-10-21
458
Erməni məmurları dalaşdı
Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin katibi Arur Baqdasaryan və "Çiçəklənən Ermənistan" Partiyasının lideri, Olimpiya Komitəsinin rəhbəri Qaqik Çarukyan arasında insident baş verib. Hadisə "Zvartnoç" aeroportunda, prezident Serj Sarkisyanın qarşılanma mərasimində baş verib. Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, mübahisə Voleybol Federasiyası ilə bağlı yaranıb. Onlar bir birinin ağır söyüşlərlə təhqir ediblər. Olimpiya Komitəsindən də insident xəbəri təsdiq edilib: "Kişi söhbəti olub. Mübahisə sivil başa çatıb. Prezidenti qarşıladıqdan sonra hərə öz maşınında qayıdıb, ancaq heç kəs öz fikrindən daşınmayıb. Hər iki rəhbər şəxs öz fikrində qalıb". Artur Baqdasaryanın mətbuat xidmətinin rəhbəri Artur Misakyan insidentin baş verdiyini təsdiqləsə də, təfərrüat barədə danışmayıb. Ancaq bəzi məlumatlara görə, mübahisə başqa səbəbdən yaranıb və tərəflər bir-birinin ünvanına hətta söyüş səsləndiriblər ("Aznews.az").
2013-10-22
460
Volqoqrad teraktını rus vəhhabi törədib
Rusiyanın Volqoqrad şəhərində marşrut avtobusunda baş verən partlayışa səbəb kimi ilkin olaraq qazla işləyən avtobusda nasazlıq ehtimalı irəli sürülsə də, araşdırmalardan sonra bu versiya təsdiqlənmədi və hadisənin terakt olduğu üzə çıxdı. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, xüsusi xidmət orqanları teraktı gizli "Qafqaz Əmirliyi" təşkilatının Mahaçqala sektorunun əmiri Arsanal Kambulatovun (Əbu Məhəmməd) törətdiyini müəyyənləşdirib. Belə ki, onun qruplaşmasında olan Dmitri Sokolovun vətəndaş nikahında olduğu həyat yoldaşı Naida Asiyalova vasitəsilə bombanı avtobusa qoyduğu təsdiqlənir. Kəşfiyyatın məlumatına görə, 2013-cü ildə Moskvaətrafından itkin düşən 1992-ci il təvəllüdlü Dmitri Sokolov Arsanal Kambulatovun dəstəsinə qoşulub. Kambulatov isə Şimali Qafqazda teraktların törədilməsində Sokolovdan istifadə edilməsi üçün digər qrup liderlərinə təklif verib. Onun seçilməsində məqsəd slavyan olması və diqqət çəkməməsidir. Xüsusi xidmət orqanlarında əmindirlər ki, teraktda Sokolovun nikahdankənar arvadı Naida Asiyalovadan istifadə edilib. Gənc cütlük Moskvada tanış olublar. 2012-ci ildə Sokolov itkin düşüb və bununla bağlı élan verilib. Lakin sonra aydınlaşıb ki, Sokolov Dağıstanda, Kambulatovun dəstəsində terakt təlimləri keçirmiş. Qeyd edək ki, terakt nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb. Yaralananlar içərisində 1997-ci il təvəllüdlü Nail Naib oğlu Əliyev adlı azərbaycanlı da var. Volqoqrad qubernatoru Sergey Bojenovun sözlərinə görə, ölənlərin ailəsinə bir milyon, yaralılara 400 min, zərərçəkənlərə 100 min rubl kompensasiya ödəniləcək. Rusiya Prezidenti Vladimir Putin də ölənlərin ailələrinə başsağlığı verib.
2013-10-22
461
Pozğun bir yazı
Kül keçəlin başına… Gəlibsə, deyəcəyəm e: Azərbaycandakı bu ziyalılıq söhbətləri artıq canımı boğazıma yığmaqda. Günahkar isə toyuq. Onun yumurtası tərs gələn kimi başlayırlar ki, bəs bu xalqın ziyalıları hara baxır? Neçə illərdi ki, bu yanlış münasibət davam etməkdə. Ki, alimsənsə, deməli, ziyalısan, yazıçısansa, deməli, ziyalısan, müəllimsənsə, deməli, ziyalısan. Adicə bir rəssam olan yazıq Təvəkkül and-aman eləyir, əlini Qurana basır, yaxasını cırır ki, ay camaat, əl çəkin məndən, mən ziyalı-zad deyiləm. Bizimkilər salırlar onu "qapazın" altına ki, yox e, nə danışırsan, sən axı şəkil çəkirsən. Şəkil çəkirsənsə, deməli, ziyalısan. Ziyalısansa, deməli, cəmiyyətin vicdanısan. Cəmiyyətin vicdanısansa, deməli, toyuğun yumurtasının tərs gəlməsinə sən cavabdehsən. Kinodu, kino… O şəkilçəkən Təvəkkülü hələ bir "qapazın" altından çıxarıb qoyurlar "qapanın" üstünə və çəkirlər də: buyur, bu da sənin cəmiyyətdəki ziyalı çəkin! Vay-vaaay, saytlar və qəzetlər əndrabadi başlıqlarla dolub-daşmaqda: "ziyalılar müdafiə edirlər", "ziyalılar müraciət imzaladılar", "ziyalılar forumu durumu dəyərləndirdi", "ziyalılar etiraz etdilər"... Əlimi ürəyimin üstünə qoyub qətiyyətlə deyirəm ki, belə şeyin dünyada anoloqu yox. On doqquzuncu əsrin sonlarında rusların humanitariyə soxuşdurduğu "intiligent" sözünü tərcümə eləyib boğazımıza nə təhər keçiriblərsə, yüz ildi nə asqırmaqla çıxır, nə öskürməklə. Dünyada isə "intellektual" anlayışı. Yəni, konkret sahədə zehni əməklə məşğul adam. Lap yəni, öz sahəsinin peşəkarı və yalnız öz sahəsinin peşəkarı. Bir az da yəni, dünyada, məsələn, ekzistensialist Sartrı, postmodernist filosof Derridanı, fizika müəllimi Maykı "yumurtası tərs gəlmiş toyuğa" görə narahat eləmirlər. İntellektualın üzərində cəmiyyətin sosial-ictimai, mənəvi öhdəlikləri yox. İntellektualın "ziyalı borcu" olamaz. Rusların "intelligentinin" və bizim "ziyalının" qarşısında isə bir sürü şərtlər və umacaqlar. Vallahi-billahi, mən bizdəki "ziyalı" anlayışının "işıqlı" mənasının "aydın" yozumunda azıb qalmışam. Aydınlaşmış adam o kəsə deyərlər ki, o, varlığın bütün çərçivələrindən azad. Aydınlaşmış adam o kəsə deyərlər ki, onun siyasi, milli, dini təəssübkeşliyi və hətta ictimai əxlaqı da yox. Aydınlaşmış adam o kəsə deyərlər ki, o hər cür ideoloji-mədəni-mental buxovlardan kənarda. Aydınlaşmaq – intellektual tənhalıq demək. Bizimkilər isə bir balaca qanacaq-qabiliyyəti olana, bir balaca əli və qəlbi təmiz olana "aydın" deyirlər e.... Lap pisi də bu ki, bir balaca istedadı-savadı-filanı olanın boynuna "aydın" adını qoyub başlayırlar ondan mələk əlamətləri tələb eləməyə. Xeyir vatana qalsın, hər şey bir yana qalsın, yaradıcı adamdan nə ziyalı?! İçiynən də, çölüynən də daim dağınıq, darmadağın, cəmiyyətinin əxlaqına sığmayan şairdən, yazıçıdan nə ziyalı?! Hə e hə, bizimkilər öz "güləşçisinin" tatami üstündəki qələbə­lə­riylə kifa­yətlənməməkdə, qolunun gücü var deyə Azərbaycanın başqa yüklərini də ona daşıtdırmaq istəməkdə. Yaradıcılardan estetik uğurlar deyil, minimum istehlak zənbilinə, Qarabağ proble­mi boğçasına, xalqın xilası və gilası səbətinə, milli dəyərlər xurcununa, ədəb-ərkan torbasına töhfələr ummaqda. Ona görə də buralarda, məsələn, Dostoyevskinin, Freydin yetişməsi qeyri-mümkün. Çünki onlar öz "pozğunluqları", "əxlaqsızlıqlarıyla" bizimkilərin "ziyalı" kriteriyalarına qeyri-uyğun. Çünki bizimkilərin "alimsənsə, yazıçısansa, deməli, ziyalısan" düşüncəsinin dəhşətli bir astarı da var: ziyalı deyilsənsə, deməli, yazıçı deyilsən, alim deyilsən. Tük keçəlin başına.
2013-10-22
462
Ölkə rəhbəri atasını həbs etdirdi
Qətərdə 18 ildir iqtidarda olan atası Kral Həmiddən varisliklə hakimiyyəti alan Qətər əmiri Şeyx Təmim atasını həbs etdirdi. Ata-oğul arasında mübahisənin səbəbi moda həvəskarı və gözəlliyi ilə tanınan eks-kraliça, 54 yaşlı Şeyika Mozahinin xarici gəzintilərdə bədxərcliyidir. Bu, Qətərin yeni Əmirini əsəbiləşdirib və o, atasını təhdid etmək üçün havaya atəş açıb. DAVADAN SONRA "HƏBS EDİN" ƏMRİ Əmir Tamimin otağından silah səsləri eşitdikdən sonra ora qaçan saray işçiləri otağa girdiklərində Əmirin atası haqqında "Həbs edin!" əmri verdiyini deyiblər. İsraildə bir şərab fabrikinin sahibi olan Şeyikanın sonuncu Təl-Əviv gəzintisinə sərt reaksiya göstərən gənc Əmir atasının gizli bir yerdə saxlanılmasını əmr etdi.
2013-10-22
463
Bir səfilin müəmması - Van Qoq
"İncəsənət elə bir mübarizədir ki, ona görə hər şeyi qurban verməlisən" Jan Fransua Mille. Fransız rəssamı "Kədər əbədi olaraq davam edəcək" Van Qoqun ölüm yatağında son sözləri 23 dekabr 1888-ci il. Fransanın cənubunda kiçik Arl şəhərində balaca bir evdə iki şəxs mübahisə edir. Van Qoq və Pol Hogen - xaraktercə bir-birlərinə tamamilə zidd olmalarına baxmayaraq, ayrılmaz dost olan iki rəsam bir fahişəni paylaşa bilmirlər. Mübahisənin qızğın yerində Van Qoq ülgücü əlinə alıb Hogenin üzərinə atılır. Kiçik qapışmadan sonra Hogen Van Qoqu üstələyir. Çarpışmadan sonra Hogen belə təhlükəli dostla eyni otaqda gecələməkdən çəkinərək otelə gedir. Dostu getdikdən sonra Van Qoq sağ qulağının aşağı hissəsini kəsib konvertə qoyur və Hogenlə paylaşa bilmədikləri Roşel adlı fransız fahişəyə yollayır… Bu hadisədən il yarım sonra, 29 iyul 1890-cı ildə Vinsent Van Qoq axşam saatlarında yaşadığı pansiondan çıxır. Bir qədər kasıb məhəllələrdə dolaşır. Sonra cibindən tapançanı çıxarıb sinəsinə atəş açır. Güllə ürəyindən yan keçib qabırğasına saplanır. Sağ əli ilə yarasını sıxan rəssam evə dönüb yatağına uzanır. Bir saatdan sonra qan içində olan rəssamı pansion sahibi tapır və Van Qoq təcili xəstəxanaya qaldırılır… Dahiliklə dəlilik arasında şəffaf pərdə Çoxdan bəllidir ki, dünyaının qədərini dəyişdirən dahilərin bir çoxu psixi problemləri olan şəxslər olub. Məhz dəli dahilərin insanlığın (sivilizasiayaların) yeni mərhələlrini kəşf etmələri yeni bir şey deyil. İnkarolunmaz faktdır ki, bəşəriyyətin inkişafını onlarla "dəli" filosof, ədəbiyyatçı, rəsam, siyasətçi, fizik, riyaziyatçı və başqa yaradıcı insanlar təmin edib və onların yaradıclığı davamlı olaraq insanların psixikasına təsir göstərib, inkişafı yönləndirib. Dahilərin dəli olması, ya da elə görüntü yaratmalarının əsas səbəbləri şəksiz ki, psixoloji olaraq zamanı qabaqlamaları ilə bağlıdır. Yəni özlərinin psixoz vəziyyətləri ilə daha çox azad olmağa cəhd göstərmələri ilə. Səfil və sərgərdan tale Vinsent Van Qoq - dünyaya gəlib gedən məşhurların və tanınmışların içində ən böyük müəmmalardan biri kimi tanınır. Onun bütün yaradıcılığı və yaşamı alçalmaqla, faciəylə müşayiət olunur. Ölənə qədər ancaq bir neçə adam Vinsentin nə qədər böyük və istedadlı olduğunun fərqinə varır. Dəhşətli böyüklüyünün fərqinə ancaq Vinsent özü varır, amma bunu kiməsə anlatmaq belə mümkün deyil. Çünki onu onsuz da səfil və sərgərdan olaraq bilirlər. Yaşamı boyunca hər kəs üçün o, avaranın biridir. Onun dahi olduğunun fərqinə varanlar belə, onu səfil və dəli hesab edirlər. Van Qoq öldükdən sonra isə onun çəkdiyi hər bir parça bir sərvətə dönüşür... Ömrü boyu qardaşının pulu ilə yaşayan və həmişə korluq çəkən avara və dəli Vinsent sən demə, dünyanın ən varlı adamı imiş. Onun sərvətinin bu gün qiymətləndirilməsi imkansızdır. Amma o hər gün bir tikə çörək üçün hər cür əclaflığı etməyə belə hazırdı… Van Qoq dünyanın ən məhsuldar rəssamlarından biri olsa da, yaşamı boyunca ancaq bir şəkilini sata bilib. "Arlın qırmızı üzümlükləri" adlı şəkilin satışı Vinset üçün böyük hadisəyə çevrilir. Aldığı pulla Paris yaxınlığındakı psixiatrik xəstəxayana yerləşən Vinsent iki ay ərzində 80-dən artıq şəkil çəkir. Xəstəxananın baş həkimi, həvəskar rəsam doktor Qaşe onun sənətin yüksək qiymətləndirir və Van Qoqun heyranına çevrilir. 1890-cı ilin başlanğıcında Van Qoq həyatının ən böyük ümidlərini yaşayır. Fransız jurnalı "Merkür de Frans" Van Qoqu "görür" və tənqidçi Alber Oryenin onun haqqında yazdığı tənqiddə Van Qoqun rəssamlıq sənətinə yeni çalarlar gətirdiyini qeyd edir. Həyatda ikən bu onun haqqında yazılan ilk və son tənqidi məqalə olur. Amma ölümündən sonra bütün dünya tənqidçiləri onun əsərlərini araşdırır və Van Qoqun sənət dühası içində çaşıb qalırlar. Ölümündən 10 il sonra o, dünyanın ən məşhur və dühası dərk olunmayan insanlarından birinə çevrilir. Baş tutmayan biznesmen və rahib Van Qoqun həyatı qəribə və mistik əlamətlərlə doludur. Onun doğuluşu belə, mistik əlamətdir. 1852-ci ildə martın 30-da Niderlandın Qrot-Zündert şəhərciyində protestant kilsəsinin pastorunun oğlu Teodor Van Qoqun ailəsində ilk uşaq ölü doğulur. Ölü doğulmuş uşağa babasının adını verib (Vinsent) dəfn edirlər. Düz bir il sonra, 1853-cü ildə martın 30-da Van Qoqların ailəsində ikinci uşağı dünyaya gəlir. Taleyin təsadüfündəmi, yoxsa mistik əlamətdənmi, yeni doğulan uşaq ölü doğulmuş Vinsentlə hətta eyni saatda dünyaya gəlir. Uşağın adını yenə Vinsent qoyurlar. Ona həm babasının, həm də dünyaya ölü gəlmiş böyük qardaşının xatirəsini yaşatmaq həvalə olunur... Vinsentin atası pastor olmaqla yanaşı sənət əsərlərinin və kitabların satışı ilə məşğuldu. Ona görə də Vinsent uşaqlıq illərini rəsm əsərlərinin içində keçirir. Dörd il sonra Vinsentin bütün ömrü boyu bağlı olduğu və tək gəlir mənbəyi olan qardaşı Teodor dünyaya gəlir. Daha sonra ailədə bir oğlan və iki qız uşağı doğulur. Qəribədir, Vinsent Teodan başqa o biri qardaş və bacılarına bütün ömrü boyu soyuq olur. Zamanla Teodor Van Qoq onun üçün yaşam mənbəyinə çevrilir. Uşaq vaxtı qəribə və ağlağan olan Vinsent etdiyi "yaramazlıqlara" görə tez-tez ata-anası tərəfindən döyülür. Valideynləri bu soyuq və qəribə uşaqdan ümumiyyətlə nə isə bir gələcək gözləmirlər və bunu da gizlətmirlər. Vinsent demək olar ki, başqa uşaqlarla oynamır və hər zaman fikirli və susqun olur. Təkcə qardaşı Teo onunla dil tapa bilir və Vinsent ömrünün axırına qədər kiçik qardaşından maddi və mənəvi cəhətdən asılı olur. Hətta qardaşı evləndiyi zaman Vinsent qısqanclıqdan özünə yer tapa bilmir və bəzi araşdırmaçılara görə dahi rəsam məhz qardaşını evlənməkdən vaz keçirmək məqsədi ilə öz qulağını kəsib fransız fahişəyə yollayır. Öz uşaqlığını isə Van Qoq belə xatırlayır: "Mənim uşaqlığım kədərli, soyuq və boşdu…" 1864-cü ildə Vinsenti evdən 20 km kənarda yerləşən internata qoyurlar. Vinsent kollecdə fransız, ingilis və alman dillərini öyrənir, rəssamlıqdan dərs alır. 1868-ci ildə 15 yaşlı Vinsent gözlənilmədən kolleci atır və evə dönür. Validenləri onu təhsilini davam etdirməyə məcbur edə bilmirlər. Oxumaqdan Vinsentin zəhləsi gedir. 18 yaşına gəldiyində Van Qoq dayısının sənət əsərləri ticarəti ilə məşğul olan firmasında işə alınır. Burda ona sənət dəllalı ola bilməsi üçün lazımı bilgilər verilir və daha sonra o, Londonda dayısının firmasının filialında çalışır. Vinsent rəsm əsərlərini təhlil edir və onlara qiymət qoyur. Londonda çalışdığı zaman ərzində o rəsm əsərlərinin eksperti kimi tanınr və 20 yaşlı Vinsentin illik qazancı atasının qazancından iki dəfə artıq olur. İlk uğursuz eşqi Van Qoqun həyatını dəyişir Londonda Van Qoq ilk uğursuz eşqini yaşayır və bu eşq onun həyatında böyük dəyişikliyə yol açır. Qaldığı otelin sahibəsinin qızı Yevgeniyaya (bəzi mənbələrdə Ursula) vurulan Vinsent rədd cavabı aldıqdan sonra işinə-gücünə olan marağını itirir. Londonda Yevgeniya ilə Vinsentin arasında nə baş verdiyini tam olaraq heç kim bilməsə də, uğursuz eşqi Vinsentin işinə olan marağını tamamilə söndürür. Utancaq və çəkingən Visent dəlicəsinə sevdiyi qıza ürəyini açmağa cəsarət etmir. Onların arasında başlayan flirt Yevgeniya üçün nə qədər ötəri olsa da, Vinsent üçün o qədər böyük və vaz keçilməz olur ki, Yevgeniya onun üçün müqəddəs varlığa çevrilir. 1876-cı ildə 23 yaşlı Vinsent dayısının firmasından ayrılır və dinə maraq göstərməyə başlayır və o, rahib olmağa qərar verir. Yevgeniyaya olan məhəbbəti onu kasıblara kömək etməyə və missioner fəaliyyəti ilə məşğul olmağa həvəsləndirir. O, kasıb uşaqlara dərs vermək fikrinə düşür. Milad bayramında Hollandiyaya, evə dönən Vinsent Londona geri döndüyündə artıq böyük eşqini Yevgeniyadan gizlətməməyə qərar verir. Xöşbəxtlik artıq bir addımdadır. O, Yevgeniyanın qarşısında durub və aylardır ürəyində hər saat təkrarladığı sözləri ona söyləyir. Cavabında Yevgeniya ona gülür və lağa qoyur. Yöndəmsiz əyalət gənci necə belə bir şeyi xəyal edə bilir. Birdə o nişanlıdır. Həm də çoxdan. Bunu Vinsent bilmirsə, günah özündədir. Vinsent israr etdikdə və nişanı pozmağı tələb etdikdə isə Yevgeniya daha bərkdən gülməyə başlayır. Bu Vinsentə görə taleyin ironik gülüşü idi və bütün ruhu, varlığı darmadağın olan Vinsent təcili Londonu tərk edir. Bir daha o, heç bir zaman çox sevdiyi bu şəhərə ayayq basmayacaqdı. Sonradan o uzun müddət Yevgeniyanın gülüşünü xatırlayacaq, hətta yuxularında belə həmin gülüşü görüb dəhşətlı qışqırıqla yuxudan ayılacaqdı. Hər dəfə bundan sonra o zülmətin içinə girəcək və ruhu iztirablardan ağlını itirmək həddinə çatacaqdı. İsa Məsihi örnək götürən missioner Amsterdamda əmisi admiral Yan Van Qoqun yanına yerləşən Vinsent burda dayısı Yohannesdən ilahiyyatı öyrənir və rəsmlər çəkir. Nəhayət ilahiyyatı öyrənmək də Vinsentin zəhləsini tökür və o, kasıb adamlara yardımçı olmaq üçün missoner olaraq Belçikanın kasıb şaxtaçı rayonuna yola düşür. Belçikanın Borinaj vilayətinin kiçik Vam şəhərciyində şaxtaçılara "Allahın buyruqlarını" öyrədir və onlara yardımçı olmağa çalışır. Burda o, könüllü şəkildə özünü abid həyatı yaşamağa sövq edir. O, şaxtaçılarla birlikdə daxmada yaşayır, döşəmədə yatır, ancaq çörək və su ilə qidalanır və bədəninə işgəncələr verir. Ancaq yerli hakimiyyətin üsyankar və fanatik rahibdən xoşu gəlmir. Onlara görə gənc rahib Vinsent başqa rahiblərə heç bənzəmir və qəsəbədə şaxtaçıları üsyana və asiliyə körükləyir. O, moizələrində ədalət və bərabərlikdən danışır, hər kəsi yaxını ilə paylaşmağa dəvət edir. O, hər kəsə İsa Məsih kimi yaşamağı məsləhət görür. "Özünüzlə artıq yük götürməyin, var-dövlətinizi paylaşın ki, yükünüz azalsın",- deyir gənc missioner. Vinsentin moizələri kiçik Borinaj əyalətində səs-küyə səbəb olur. Hakimiyyət dairələri və şaxta sahibi onun fikirlərini inqilabi fikirlər kimi qəbul edirlər. Bu üzdən 6 aylıq missioner fəaliyyətindən sonra Van Qoq rahiblikdən alınır və o şaxtaçı qəsəbəsindən çıxarılır. Axşam toranında Vinsent xudahafizləşmək üçün pastor Bontun qapısını döyür. Pastorun qarşısında müticəsinə boynunu bükən Vinsent: "Müqəddəs ata, heç kim məni başa düşmür. Mən əsil xristian kimi davranmaq istədiyimə görə məni dəli hesab edirlər. Bu bədbəxt insanlara yardımçı olmaq istədiyimə görə məni burdan murdar it kimi qovdular. Halbuki mən bir xristian kimi öz vəzifəmi yerinə yetirirəm. Bəlkə də siz haqlısınız. Bəlkə də mən doğurdan da heç kimə lazım olmayan sərgərdan biriyəm…" Axşam saatlarında Vinsent Borinajı tərk etdiyi zaman uşarlar onun arxasınca "zırrama, dəli", deyə qışqırır, hətta onu daşa belə basırlar. Pastor Bont uşaqları qovduqdan sonra titrək səslə arvadına etiraf etmişdi: "Biz onu səfil kimi qəbul etdik, bəlkə də o, müqəddəsdir". Özünü öyrədən cırtqoz Bundan sonra Vinsent dindar olmaqdan tamamən vaz keçir və qərara alır ki, rəssam olsun. Tədricən onda dəyişikliklər baş verir. Oxumağı hələ uşaq vaxtından o qədər də sevməyən Vinsent rəsm sənətində özünü tamamilə tapır. Dayısının firmasında çalışdığı illərdə o incəsənət bilicisi kimi formalaşmışdı və buna görə də Vinsentin beyni gecə-gündüz rəsm sənətində yeni fəlsəfinin formalaşması üzərində analizlər aparır. Vinsent Tanrıya və insanlara olan sevgisini rəsmləri ilə ifadə etməyə çalışır. İncəsənətin fəlsəfəsini analiz edən Van Qoq qardaşına yazır: "Böyük ustadların şedevrlərində əsas hədəf və kilid sözləri oxumaq və başa düşmək lazımdır. Onların əsərlərində nə axtarmaqdan asılı olmayaraq, yalnız Allahı tapmaq olar". Brüsseldə məşhur rəssam Anton Mauvye ilə tanış olur. Mauvye Van Qoqa dərs verməyə razı olur və Vinsent böyük ilhamla məşhur müəllimindən rənglərin sirrini öyrənir. 1880-ci ildə 27 yaşlı Vinsent Brrüsseldə rəssamlıq Akademiyasına daxil olur. Ancaq özünün dəyişkən və cırtqoz xarakterinə görə tez zamanda Akademiyadakı təhsilini atır. Buna baxmayaraq, rəssamlıqla davamlı olaraq məşğul olur və özü-özünü öyrətməyə çalışır. Vinsent 56 çox sevdiyi rəssamın (onların arasında Fransua Mille, Teodor Russo, Jül Breton və başqaları yer alır) əsərlərinin repreduksiyalarını öyrənir, onları təhlil edir və bütün marağını XIX əsr fransız və holland rəssamlarının məktəbini öyrənməyə yönəldir. XIX əsr fransız və holland realizm ustalarının əsərlərini öyrənən Van Qoq özünün ilk iki natürmortunu ("Kələmlə və taxta ayaqqabı ilə natrümot" və "Pivə parçı və meyvə ilə natürmot") yaradır. İkinci uğursuz eşq və Vinsent Allahdan imtina edir Vinsent üçün həyat tədricən öz axarına qayıdır. Ailəsi də artıq sakitləşir. Həmişə qapalı və üsyankar olan Vinsent sanki ailənin ağuşuna qayıdıb. Ancaq çox tezliklə onun valideynləri ilə münasibətləri ağır şəkildə korlanır. Səbəb isə Vinsentin öz kuzeni Keyə vurulması olur. Keyin əri yeni ölüb və onun bir uşağı var. Vinsent dəlicəsinə kuzeninə vurulur. Bu isə ailədə böyük qalmaqala səbəb olur. Onun bütün israrlarına baxmayaraq Key Yevgeniya kimi Vinsentin sevgisini rədd edir. Buna baxmayaraq Vinsent ondan əl çəkmir və bütün nəsli özünə qarşı qaldırır. Sonuncu dəfə Keyin atasının evinə gedib israrla qadının atasından qızını istədikdən sonra Van Qoqların evində böyük qovğa baş verir. Öz üzərində nəzarəti tam itirən Vinsent bağıraraq qapını çırpır və ailəni tərk edir. Bir müddətdən sonra məlum olur ki, o, Haaqaya qaçıb. Bundan sonra o yalnız qardaşı Teodorla əlaqə saxlayacaq və həmişə onun yardımları ilə yaşayacaq… Özünü bir fahişənin qucağında kəşf edən Van Qoq Ata evini birdəfəlik tərk edən Vinsent sözün həqiqi mənasında ağlını itirmiş vəziyyətdədir. İsa Məsih çarmıxa çəkildikdən sonra insanlara olan bütün inam və etibarını qeyb edib: "İli, İli, lama safaxfani" qışqırdığı kimi, o da Keydən əlini tam olaraq üzdükdən sonra "Doğurdanmı yer üzündə Allah yoxdur",- deyə bağırır. 1882-ci ilin yanvarında Haaqaya gələn Vinsent Anton Mauvyenin evinə gedir. Burda onu xoş üzlə qarşılayır və dərdini unutdurmağa çalışırlar. Mauvye ona rəsm dərsləri keçməkdə davam edir. O, Vinsentin istedadını hiss edir, ona istər yağlı boya ilə, istərsə də, kömürlə rəsm çəkməyi öyrədir. Ancaq Mauvye özünün "dahi"liyindən başqa heç kimi qəbul etmir və Vinsentin dühasını demək olar ki, heç sezmir. Bu isə Vinsenti özündən çıxarır. Zaman keçdikcə o, Mauvye ilə mübahisə etməyə başlayır. Bir dəfə Mauvye ona Apollonun gips heykəlini gətirir və heykəli naturadan çəkməyi tələb edir. Vinsent etiraz edir. O, daha çox Borinajda gördüyü şaxtaçıların dəhşətli və çirkli sifətlərini çəkmək istəyir. Apollonun özündən razı gözəlliyi Van Qoqu özündən çıxarır. İsterik bir şəkildə gips heykəli götürüb divara çırpır. Apollon çilik-çilik olur. Mauvye özünü təhqir olunmuş hesab edir və Vinsent fırçasını və molbertini götürüb (fırça və molberti ona Mauvye bağışlamışdı) onun evini tərk etməli olur. O, yenə də tək-tənhadır. Və Haaqanın kasıb kvartallarında avaralıq edir. Günlərin birində Vinsent kafedə arıq və hündür boylu, xoş hesab olunacaq bədən quruluşuna sahib qadınla təsadüfən həmsöhbət olur. Qadının adı Kristina Hoornikdir. Amma ətrafda hamı onu Sin deyə çağırır. Van Qoqdan yaşca böyük olan Kristina alkoqolikdir, 3 uşağı var. Çörəyini bədənini satmaqla çıxarır. Üstəlik kvartalda hamının Sin deyə çağırdığı yaşlı fahişə hamilədir. Ətrafında olan hər şeyə, o cümlədən cəmiyyətin ənənələrinə davranış qaydalarına nifrətini və qeyzini gizlətmək istəməyən Vinsent yaşlı fahişə ilə birlikdə yaşamağa başlayır və hətta onunla evlənmək belə istəyir. Dilənçi şəraitində yaşamasına və Kristinanın qazancı ilə dolanmalarına baxmayaraq, bir neçə şəkil çəkir və Haaqa rəssamlıq məktəbinin ənənələrini öyrənir. İlk yaradıcılıq əllərində o, adətən peyzajlar çəkir və tədricən rəssamlıqda özünün təmayüllərini formalaşdırır. Vinsent üçün yaradıcılıq heç də həqiqilik və ideal gözəllik yaratmaq deyil, o öz fırçası ilə əsil hissləri ifadə eləməyə çalışır. Kristina və uşaqları mütiliklə ona modellik edirlər. Vinsent Sinə yeni həyat gətirir. Yorğun və 4-cü dəfə hamilə olan Kristinanı yaşam instinkti demək olar ki, hər gün ölür, Vinsent ona yeni ümid və yaşam səbəbi gətirir və bunun əvəzində Kristina rəssamın istədiyi yerdə soyunaraq ona pozlar verir. Ancaq Vinsent Yevgeniya və Keydən sonra heç kimi sevməyə qadir deyil. Elə buna görə də onun Sin deyə çağırdığı Kristinasına sadəcə yazığı gəlir və ona olan rəhmini heç vaxt əsirgəmir. Amma bunun müqabilində o, Kristinanı özünün modeli edir: "Heç olmasa Sin nəyəsə yarayır", deyə bir dəfə sərxoş vəziyyətdə deyir. Əslində isə məhz Kristnanın sayəsində Vinsent yenidən yaşamaq və yaratmaq gücünü əldə edir, Kristinanın sayəsində hər gün bu gücünü artırır. O artıq Mauvye və onun ətrafı ilə dost olmağa çalışmır. Haaqa rəssamlarından qaçır və özünü xöşbəxt hesab edir. Qalın yun köynəkdə, dişləri arasında trubkasını sıxaraq Haaqanın xaraba məhəllələrində yorulmadan çalışır və böyük uğurlar əldə edir. Haaqada yaşadığı illərdə Van Qoq bir sənətkar kimi özünü doğur. Buna baxmayaraq, çox vaxt yeməyə çörək tapa bilmir. Əsasən qardaşının hər ay yolladığı pulla yaşayan Vinsent hər gün çəkdiyi şəkilləri sataraq varlı adam olmaq xəyalı ilə yatağa girir. Amma onun üslubu və rəng çalarları publikanın diqqətini cəlb eləmir. Hamının gözündə onun çəkdikləri boş şeydir. O özünü boş yerə incidir. Vinsent özü avara olduğu kimi, onun çəkdiyi şəkillər də heç nəyə dəyməz. Bir dəfə o, çox bəyəndiyi şəkillərdən birini "Qupil" firmasına satmağa aparır. Firmanın nümayəndəsi bir zamanlar bu firmanın ən aparıcı mütəxəssislərindən biri olan Van Qoqu qəbul edir və həm yazığı gəldiyi üçün, həm də firmanın sahibi Vinsentin qohumu olduğuna görə şəklin müqabilində ona 10 florin verir. Artıq Van Qoq modellərlə işləmir. Həm pula qənaət etmək gərəkir, həm də yeni axtarışlar aparır. Bu axtarışların sonu hara aparacaq, Vinsent özü belə bilmir… 80-ci illərin ortalarında Van Qoq yaradıcılıq atəşi ilə yanır. O tam olaraq özünə inanmır, amma mübarizə aparmaqdan da yorulmur. 1883-cü ildə qardaşı Teoya yazır: "Qoca, ümid edirəm ki, yorulmadan çalışmaqla mən axır ki, normal şeylər yaratmağa nail olacam. Mən hələ də istədiyim səviyyədə deyiləm, ancaq öz ovumu əldən buraxmaram. İrəli, İrəli!" Vinsent hər şeydən çox qardaşı ilə ayrılmaqdan qorxur. Teo həm onu başa düşən tək insan, həm də tək maliyyə qaynağıdır. O, var gücü qardaşını inandırmağa çalışır ki, bir gün doğurdan da məşhur rəssam olacaq. Bir il sonra Vinsent Sindən zöhrəvi xəstəliyə tutulur və xəstəxanaya yerləşdirilir. Teo onun ziyarətinə gəlir. O, qardaşından qəti şəkildə Kristinadan ayrılmağı tələb edir. Vinset etiraz edir. Teo getdikdən sonra o, Kristinadan fahişəliyi buraxmağı istəyir. Kristina artıq 6-cı uşağa hamilədir və bu uşaqların atalarının kim olduğunu Sin özü belə bilmir. Qəlbinin dərinliyndə Van Qoq hiss elir ki, artıq bu rəzalətin və çirkabın içində yaşaya bilməz. Ona görə də o, Haaqadan qaçmağa qərar verir. Tənhalıq qorxusu və Hogen 1888-ci ildə Van Qoq Fransanın Arl şəhərciyinə köçür. O artıq öz manerası olan bir sənətkardır. Amma onu heç kim başa düşə bilmir. Amma Van Qoq özü bilir ki, artıq istədyi səviyyəyə çatıb. Arla gəldikdən sonra dostu Pol Hogeni yanına dəvət edir. Hogenlə birlikdə yaşamaq və yaratmaq Van Qoq üçün yeni yaradıcılıq nəfəsi gətirməliydi. Çünki istedadlı rəsam olan Hogen onun yaradıcılığını anlayan və Van Qoqun təkrarolunmaz bir istedad olduğuna inanan tək-tük insanlardan biriydi. Hogen öncə Vinsentin dəvətini qəbul etməyə tələsmir. Kiçik əyalət şəhərində yaşamaq onu açmır. Amma Van Qoqun israrlarına qarşı Arla gəlir və dostlar birlikdə yaşayıb-yaratmağa başlayırlar. İki dost bir müddət birlikdə yaradıcılıqla məşğul olur. Amma tezliklə əyalət həyatı Hogenin zəhləsini tökür. Hogen çıxıb getmək istəyir, amma yenidən tək qalmaq qorxusunu yenə bilməyən Vinsent bütün gücü ilə onu saxlamağa çalışır. Buna baxmayaraq, Hogenin daha əvvəl Vinsentlə birlikdə olan fahişə Roşellə hərlənməsi Van Qoqun xoşuna gəlmir. Onların arasında mübahisə hər gün daha da böyüyür. Bir dəfə kafedə şam edirlər. Birdən Van Qoq əlindəki çaxır stəkanını dostuna tullayır. Hogen zamanıda əyilir və sətəkan qarşı divarda çiliklənir. Hogen sərxoş Vinsenti çiyninə alıb evə gətirib yatırır. Bu hadisədən sonra Hogen qəti olaraq qərar verir. Tez bir zamanda Arldan getmək gərəkir. Dekabrın 23-də axşam saatlarında Hogen səhər qatarı ilə Arldan gedəcəyini bildirir. Vinsent onu xəyanətdə ittiham edir və Hogenin Roşellə əlaqəsini ona qarşı rəzalət, böyük xəyanət adlandırır. Dostlar özündən çıxır və tutaşırlar. Vinsent ülgücü qapıb Hogenin üstünə cumur. Lakin daha güclü Hogen Vinsenti yenir. Hogen getdikdən sonra Vinsent ülgüclə qulağını kəsib zərfə qoyur. Qulağına bir əski parçası bağlayıb Roşelin çalışdığı otelə gəlir və zərfin ona çatdırılmasını istəyir. Konverti açan Roşel bayılır. Otelin sahibəsi polis çağırır və kəsik qulağı əşyayi-dəlil kimi ona təqdim edir. Polis Van Qoqun evinə gəldiyi zaman hər yeri qan içində görür. Çoxlu qan itirməsinə baxmayaraq, Van Qoq yatır. Yuxudan ayılan Van Qoq ilk olaraq Hogenin yanına çağırılmasını istəyir. Lakin artıq baş verənlərdən xəbərdar olan Hogen görüşməkdən imtina edir və Teoya teleqram yollayır. Dostlar bir daha görüşmürlər. Vinsenti xəstəxanaya qaldırırlar və orda özunün məşhur avtoportretini yaradır. Hələ də Van Qoqun hansı şəraitdə öz qulağını kəsməsi mübahisə obyektidir. Lakin bu bir faktdır ki, onun qulağını kəsdikdən sonra xəstəxanada çəkdiyi avtoportret dünya rəsm sənətinin şedevrlərindən biridir. Xəstəxanada Vinsent o qədər oyun çıxarır ki, onu dəlilərin palatasına yerləşdirirlər. Xəstəxanadan çıxdıqdan sonra Vinsent yenidən tək qalır. Tənhalıqdan qorxur, heç bir şey tək qalmaq qədər onun yaşamaq hisslərini öldürmür. Hogenin gedişindən sonra Van Qoq sözün həqiqi mənasında dəli olur. Və Van Qoq hər gün ağlını itirir. Artıq hər kəs onun xəstə olduğunu bilir. Qardaşı Teo müalicə olunmaq üçün onu doktor Qaşenin yanına göndərir. Özü də rəsam olan doktor Qaşe Van Qoqun heyranına çevrilir. O, Vinsentdən müalicə üçün pul almır, üstəlik ona yaradıcılıq üçün hər cür şəraiti yaradır. İki ay müddətində psixiatrik pansionda yaşayan Van Qoq 80-dən artıq əsər yaradır və bu əsərlər hazırda dünya rəsm sənətinin şedevrlərindən hesab olunur. Panisionatda Van Qoq həmçinin ruhi sakitlik tapır. Həyatının son iki ilini dəli vəziyyətdə, ruhi tarazlığını itirmiş şəraitdə durmadan işləyir və demək olar ki, yüzlərlə əsərinin böyük əksəriyyətini məhz son iki ildə yaradır. O fırçanı artıq əlinə aldığı zaman nə çəkəcəyini və hansı hissləri ifadə edəcəyini dəqiq bilir. Rənglər və həyatın fəlsəfəsi artıq onun üçün kəşf edilib. Əslində rəsm çəkmək çox asandır, sadəcə, özünü kəşf etməyi yetərlidr. Tanrı ona açılıb və o, asanlıqla ruhları seyr edə bilir. Ona görə əvvələr bir əsərini bir neçə aya çəkən Van Qoq artıq gündə bir neçə şedevr yaradır. O, artıq impressionizmi rədd edir. Öldükdən sonra isə, onun yaradıcılığını postimpressionizm adlandıracaqlar. Hər gün onun otağında bitmiş şəkillərin sayı artır və o demək olar ki, addım atmağa yer tapmır. Şəkillərinin çoxunu isə bir qayda olaraq qardaşı Teoya hədiyyə edir. Ən böyük problemi isə rəng almaq üçün pul tapmaq olur… "Doğurdanmı mənim intiharım baş tutmadı" Ömrünün son aylarını Overdə yaşayır. Overdə yaşadığı son iki ay ərzində 70-dən artıq rəsm çəkir. Özünü güllələməmişdən iki gün əvvəl anasına yazdığı məktubda çox sakit olduğunu və rahatlıq tapdığını bildirir. 1890-cı il dekabrın 27-də bazar günü axşam saatlarında yaşadığı pansiondan çıxıb uzun müddət Overin kasıb məhəllələrində gəzir. Onunla rastlaşanlar sonradan bildirirlər ki, Van Qoq əlini cibində sıxaraq tez-tez təkrar edirmiş: "Bu, mümkün deyil, mümkün deyil". Van Qoq cibində qardaşı Teodor Van Qoqa yazdığı məktubu sıxmışdı. Sonuncu məktubunda qardaşını bütün yaratdığı rəsm əsərlərinin həmmüəlifi olduğunu bildirmişdi. Vinsent onun yaratdıqları ilə Teonun da həmişə yaşayacağını yazırdı… Gecə yarını ötdüyü zaman Vinsent Over qəsrinin divaları qarşısında dayanır. Cibindən tapançanı çıxarıb sinəsinə sıxır və tətiyi basır… Atəş səsinə qəsrdəki qarğalar uçuşur. Amma heç bir şey… Vinsent ölmür… Güllə onun ürəyindən yan keçib qabırğasına saplanır. Vinsent geri, pansionata dönür. Əlini yarasının üstünə sıxıb otağına qalxır və yatağına uzanır. Bir saatdan sonra pansionun sahibi pilləkəndə qan izləri sezib, Vinsenti qan içində tapır. Onu xəstəxanaya qaldırırlar. Qardaşı Teo və doktor Qaşe təcili Overə gəlirlər. Həkimlər onun çoxlu qan itirdiyindən həyatının təhlükədə olduğunu bildirir. Vinsent özünə gəlir və trubkasını istəyir… O daha iki gün yaşayır və trubka çəkə-çəkə qardaşı ilə söhbət edir. Polislərə intihar səbəbini "Bu mənim işimdir", deyə açıqlayır. Polislər getdikdən sonra qardaşına, "Doğurdanmı mənim intiharım baş tutmadı", deyir. Teo onu sakitləşdirməyə çalışır, həkimlər sözsüz ki, onu xilas edəcəklər. Cavabında Van Qoq: "İşgəncə onsuz da bitməyəcək", deyir. 29 dekabr 1890-cı ildə gecə saat 2-də Vinsent Van Qoq ölür. Öldüyü zaman 37 yaşı vardı və yüzlərlə şedevr yaratmışdı. Yerli kilsə intihar edən birinin Over şəhər qəbiristanlığında basdırılmasına icazə vermir və ona görə də yaxınlıqdakı kənd qəbirstanlığına aparıb orda dəfn edirlər. Van Qoqun dəfnində qardaşı Teo, doktor Qaşe və daha bir neçə nəfər iştirak edir. Ətrafda olan heç kim dəfn olunan şəxsin Van Qoq oldunğunun fərqinə belə varmır… Van Qoqun mistik taleyi qardaşını da təqib edir Vinsentin ölümündən sonra Teo ruhi sarsıntı keçirir. Əsəb pozğunluğu keçirən Teodor öncə müdiri ilə əlləşib işindən ayrılır. Sonra dəlilik həddində arvadını və uşağını öldürməyə cəhd edir. Onu dəlixanaya salırlar. Bir müddətdən sonra arvadı onu xəstəxanadan çıxarıb Hollandiyaya aparır. Lakin tezliklə yenidən xəstəxanaya yerləşdirməli olurlar. Vinsentin ölümündən 6 ay sonra Teodor Van Qoq ifliçdən vəfat edir. 23 il sonra, 1914-cü ildə Teonun nəşini Hollandiyadan Overin Sür Uaz kəndinə gətirirlər. Vinsent Van Qoqun da nəşini dəfn olunduğu qəbirdən çıxarırlar. Həyatları boyunca mistik bir qüvvə ilə bir-birlərinə bağlı olan qardaşları elə həmin məzarlıqda yanaşı qəbirlərdə yenidən dəfn edirlər…
2013-10-22
464
Qara maskalılar təxribat törətdi
Polis aksiyaya müdaxilə etdi İtaliyada nümayişçilərin etiraz mitinqi zamanı polislə qarşıdurma olub. "Axar.az"ın məlumatına görə, İtaliyadakı on minləri əhatələyən tətillərdən (Avropa "tətilə" çıxıb) ölkə rəhbərliyi narahat idi və toqquşma olacağını proqnozlaşdırırdı. Gözlənilən baş verdi. İtaliyanın Birləşmiş Nəşr Milli Agentliyi bildirir ki, qara maskalı adamlar Romanın mərkəzində, İqtisadiyyat Nazirliyinin qarşısında zirehli polis maşınlarını daş-qalaq ediblər. Bir neçə nəfər saxlanılıb. Şəhərin mərkəzini 4 min polis və mülki geyimli xüsusi təyinatlı mühasirəyə alıb. Şəhərin bir çox mağazaları dağıntı təhlükəsinə görə qapadılıb. Nəzərinizə çatdıraq ki, etirazlara səbəb oktaybrın 15-i qanun layihsəsi çərçivəsində büdcəyə edilən düzəlişlər idi. Layihə xərclərin 27,3 milyard avroya qədər azaldılmasını və dövlət sektorunda maaşların yaxın üç il ərzində dondurulmasını nəzərdə tutur.
2013-10-22
466
Qəzzafi sağdır
İran mediası Liviyanın keçmiş ölkə başçısı Müəmmər Qəzzafinin ölmədiyini yazıb. Misir mediasının iddiasına görə, iki il əvvəl Qəzzafinin linç edildiyi görüntüləri də saxta imiş. Xəbərə görə, Qəzzafinin Liviyaya qonşu ölkələrdən birində gizlin yaşadığı qeyd edilib. İddia ilk dəfə Misirin "Əl-Məsri əl-Yəvm" qəzetində yayılıb. Qəzetin müstəqil jurnalisti Əsəd Əmbiyanın Əbu-Qaylanın iddiasına əsaslanaraq yazdığı xəbərə görə, Liviyanı 42 il ərzində idarə edən Müəmmər Qəzzafi hələ də yaşayır. Əbu-Qayla iki il milyonlarla adam tərəfindən izlənilən linç edilmə videolarının da saxta olduğunu, Qəzzafinin 2011-ci ildə NATO bombardmanı zamanı bir ayağını itirdiyini və Liviyaya qonşu olan Afrika ölkələrindən birində sağlamlığını bərpa edərək, gizli yaşamağa davam etdiyini iddia edib. İranın fransızca yayımlanan mediası da bu xəbəri dünyaya çatdırıb. Qəzzafinin cəsədi tələb olunur "Axar.az"ın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, Müəmmər Qəzzafinin həyat yoldaşı Safiyə Qəzzafi "Rusiyanın səsi" radiosuna müsahibə verərək, ərinin və oğlunun cəsədlərinin tapılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası və Avropa Birliyindən oğlunun və ərinin cəsədlərinin basdırıldığı yerləri açıqlamasını da istəyib. Darmadığın edilən Qəzzafi ailəsi Qəzzafinin beşinci oğlu və Liviyanın Beynəlxalq Təhlükəsizlik katibi Mötəsim Qəzzafi iki il bundan öncə atasıyla birlikdə Sirtdə ələ keçirilib, linç edilmişdi. Cəsədinin harada olduğu bəlli deyil. Müəmmər Qəzzafinin üçüncü oğlu Saadi Qəzzafi Nigeriyada yaşayır. Keçmiş futbolçu olan Saadini təhvil vermədiyinə görə, Liviya və Nigeriya arasında diplomatik böhran yaranıb. Qəzzafinin arvadı Səfiyə (61) və oğlu Hannibal (38) Əlcəzairdə yaşayır. Yerləri məlum deyil.
2013-10-21
467
Rihanna məsciddə
Rihanna dünya turu çərçivəsində getdiyi Birləşmiş Ərəb Əmirliyinin paytaxtı ƏBU-Dabidə məscidi ziyarət etdi. Məşhur müğənni məsciddə geyindiyi hicabla çəkdirdiyi fotoları pərəstişkarları ilə sosial şəbəkədə paylaşıb.
2013-10-22
468
Toyota sahiblərinə bəd xəbər
Toyota 885 min avtomobilini kondisioner sistemindəki problem ucbatından geri çağırmağa qərar verib. Su axıtma probleminin "airbag" rəhbərlik moduluna da təsir etdiyi deyilərək geri çağırmanın 2012/2013 modellərinə aid olduğu bildirilib. Geri çağırılan modellər sırasında Camry, Camry Hibrid, Avalon, Avalon Hibrid və Venza da var. "Milliyet"in xəbərinə görə, şirkət mütəxəssisi geri çağırmanın Şimal Amerika, Avropa, Asiya və Orta Şərqi əhatə etdiyini açıqlayıb. Keçən ay da RAV4 və Lexus HS 250h daxil olmaqla 780 min avtomobilini geri çağıran Toyota, sentyabr ayında da 615 min Sienna Minivan modelini pedal problemi üzündən geri çağırmışdı. Beləcə, avtomobil nəhəngi son həftələrdə 2.2 milyondan çox vasitəsini geri çağırmış oldu.
2013-10-22
469
Artur Rasizadə yenidən baş nazir oldu
Milli Məclis Artur Rasizadəni baş nazir postuna yenidən təsdiqlənib. "Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin baş nazir haqqında təqdimatına baxılıb. Plenar iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, prezident İlham Əliyev baş nazir vəzifəsinə yenidən Artur Tahir oğlu Rasizədənin təqdimatını verib. Səsvermə nəticəsində Milli Məclis Artur Rasizadəni baş nazir vəzifəsinə təsdiqləyib. Təqdimata 112 nəfər lehinə, 2 nəfər isə əleyhinə səs verib.
2013-10-22
470
Portuqaliya mundialdan kənarda qala bilər
Gələn il Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin Avropa zonası üzrə play-off mərhələsinin püşkü atılıb. Püşk Portuqaliya və İsveç kimi komandaları bir-birinə rəqib edib. Bu isə o deməkdir ki, ya heyətində Ronaldo, Pepe, Nani, Almeyda kimi dünya ulduzları olan Portuqaliya DÇ-ya yollanmayacaq, ya da İbrahimoviçli İsveç millisi mundialdan kənarda qalacaq. Maraqlı cütlüklər arasında Ukrayna-Fransa qarşılaşmasını da qeyd edə bilərik. Play-Off mərəhələsində qarşılaşacaq cütlüklər bunlardır: Portuqaliya - İsveç Ukrayna - Fransa Yunanıstan - Rumıniya İslandiya - Xorvatiya Xatırladaq ki, play-off mərhələsinin ilk oyunları noyabrın 15-də, cavab görüşləri isə 4 gün sonra baş tutacaq.
2013-10-22
472
“Orxan olayı”na sadə rusların reaksiyası
Orxan Zeynalov olayını və Rusiya dövlətinin bu hadisə üstündə təbliğat qurmasını sadə ruslar necə qarşılayır? "Axar.az" bu sualla Rusiyada yaşayan və yaşadıqları çevrələdə ictimai fəaliyyətləri ilə fərqlənən sadə Rusiya vətəndaşlarından açıqlama alıb. Səbəb bazarı almaqdır Çıltas Tannaqaşova (Kemerovo Dövlət Filarmoniyanın solisti): "Mən Sibirdə yaşayıram. Hadisələr haqqında geniş məlumatım yoxdur. Ancaq belə deyirlər ki, bütün baş verənlər orda bazarın azərbaycanlılardan alınması ilə bağlıdır. Axı bazarlara nəzarət əsasən azərbaycanlıların əlindədir. Bizdə də elədir. Mən bu qarşıdurmanın əleyhinəyəm. Bu ancaq bədbəxtlik gətirə bilər". Bu, bir oyundur Qalina Daquziyeva (Maykop şəhər sakini, tikiş sexinin sahibi): "Hadisədən xəbərim var. Belə fikirləşirəm ki, bu bir oyundur. Bu vaxta qədər Rusiyada çoxlu adam öldürülüb, heç belə reaksiya olmayıb. Və bu hoqqabazlıq, düşünürəm ki, bütün qafqazlılara qarşı olacaq. İnsanların birgə, mehriban yaşamasına mane olurlar, sadəcə". Zorakılıq, nasizm çox pisdir Qalina Linova (Puşkin şəhər dəmiryol idarəsinin baş dispetçeri): "Hadisəni dəqiq bilmirəm. Bildiyim odur ki, bu məsələdə milli maraqlar yox, biznes maraqları var. Mən zorakılığı, nasizmi sevmirəm, heç sevmirəm. Yaxşı olardı ki, bu məsələni sakit sülh şəraitində yoluna qoysunlar". Hadisəni pisləyirəm Jenya Leonteva (Krasnokamenski vilayət məhkəməsinin hakimi): "Azərbaycanlılar burada da var, amma paytaxtla, Rusiyanın başqa regionları ilə müqayisədə çox azdır. Zəhmətkeş insanlardır və hörmət sahibləridirlər. Əksəriyyətinin biznesi, böyük pulu var. Hər halda, görüntü budur. Yerlilərlə başqa millətlərin arasında münasibət arada gərginləşir. Moskvada baş verənləri isə mən ancaq televiziya və mətbuatdan izləmişəm. Gərək zorakılıq olmasın. Qanun da, insanlıq da buna icazə verməz. Mən bir qadın, ana və hüquq işçisi olaraq bu qarşıdurmanın əleyhinəyəm. Və bu hadisəni pisləyirəm". Hər iki halı pisləyirəm Veronika Lazereva (Çita şəhərindən olan sahibkar): "Qeyri millətlərdən mənim tanışlarım, işçilərim var. Azərbaycanlılar işgüzar və sevimli insanlardır. Onlara münasibət isə yaxşı deyil. Onları gözdən salmaq istəyən qüvvələr də az deyil. Mən Moskvada baş verən hadisəni pisləyirəm, hər iki hal ürəkaçan deyil. İnsanı qətlə yetirmək çox pisdir. Bir qatilə görə də bütün millətə münasibətin dəyişməsi lap pisdir".
2013-10-22
473
Fazil Say Türkiyə popçularını yıxıb-sürüdü
Həmişə arabeskçilərlə problemi olan məşhur türkiyəli bəstəkar-pianoçu Fazil Say bu dəfə popçulara sataşıb. Məşhur musiqiçi "feysbuk" səhifəsində belə yazıb: "Biz klassik musiqiçilər olaraq, adətən 3-4 günə bir albom yazdırıq. Yaxşı bir səs sistemi və konsertmeyster (mənim vəziyyətimdə olan biri üçün yaxşı bir piano və yaxşı bir texniki akkordçu da lazımdır) ilə 3-4 gündə albom yazdırmaq olar. Normaldır, adidir. İndi mövzunu dəyişdirək: Mənim indiyə qədər anlamadığım bir mövzu var. O da albom yazdırmaq üçün studiyanı 3-4 aylığına kirayə götürən "popçu" dostlardır. Elə bil, mahnını studiyada bəstələməyib fikirləşirlər. Ay qardaş, mahnını evində bəstələ də. Beş nəfər oturub akkord tapmağa çalışır. Qardaşım, akkordu mahnı bəstələyən bilər, bilmirsə öyrənsin. Beş nəfər bir akkordla məşğul olarsa, bəs sonrakı akkord necə olacaq? J Akkordları filan evinizdə işləyib mahnınızı yazdırın. O boyda studiya pulu, hər gün 1500 tl (750 manat). Yazıqdır, günahdır. Orada siqaret çəkirlər, qəhvə və s. içkilər içirlər... "Albom üzərində işləyirik" deyə farmazonluq edirlər... Eeee?? Nəticə?.. Albom! Deyəsən belə idi... "Sevim səni, həyatım gözəlim, həyatım gözəlim, həyatım gözəlim"... 50 ildir... Alboma bax e..."
2013-10-22
474
Vergi kapitanı qəza törətdi - Fotolar
Bu gün Ziya Bünyadov prospektində saat 12:10 radələrində avtomobil qəzası qeydə alınıb. "Honda Akkord" markalı maşın sürət həddini aşaraq "Ford" mini avtobusunu sağ arxa tərəfdən vurub. "Honda Akkord"un sürücüsü Vergilər Nazirliyinin kapitanı Tural Quliyev və "Ford" mini avtobusun sürücüsü günahın həqiqətən də Tural Quliyevdə olduğunu təsdiqlədilər. Ölən və yaralanan yoxdur. Qəza haqqında hadisə yerində olan əməkdaşımız foto-reportyor Emin Nihil xəbər verib.