date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-10-24
584
Hakerlər Azərbaycanın məxfi sənədlərini ələ keçirdi
null
2013-10-24
585
“Siyasi məhbus”a görə qətnaməyə kölgə almaq olmaz
Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib. Sessiyada Avropa Birliyi ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı çərçivəsində saziş barədə qətnamə qəbul olunub. Qətnamədə Avropa Parlamenti bir sıra problemlərlə yanaşı, bu il ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edib. Avropa Parlamentinin qətnaməsindəki bu məqamla bağlı "Axar.az" olaraq politoloqların münasibətini öyrəndik. Məhbuslar vaxtından əvvəl onsuz da azad edilir "Azərbaycanda siyasi motivli iddialarla həbsə alınanlar yox deyil. Onların arasında siyasi partiya funksionerləri də var, amma onlar konkret cinayət əməllərində günahlandırılır. Onların peşə fəaliyyəti siyasi yönümlü olduğundan, həbs olunanları Avropada siyasi məhbus hesab edirlər. Azərbaycan Prezidenti də tez-tez bu motivdən həbs olunan insanlara humanist yanaşıb, onları vaxtından əvvəl həbsdən azad edir. Hazırda Azərbaycanda siyasi məhbus anlayışına ehtiyatla yanaşmaq lazımdır və nəzərdə tutmaq lazımdır ki, siyasi məhbusların hökmlərinin yumşaldılması və onların həbsdən azad edilməsi Azərbaycanda həmişə diqqət mərkəzində saxlanılır". Bu məsələ həllini tapmalıdır "Ümid" partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə hesab edir ki, "siyasi məhbus"larla bağlı məsələ beynəlxalq təşkilatların müdaxiləsindən əvvəl öz həllini tapmalıdır: Hesab edirik ki, bu məsələ öz həllini tapmalıdır. Qəribədir ki, daxildə bu məsələ dəfələrlə səslənsə də, eşidilmir, amma nədənsə, beynəlxalq təşkilatların mövqelərindən sonra buna nail ola bilirlər. Çox istəyərdik ki, Azərbaycanda siyasi fikirlərinə və fəaliyyətinə görə həbs olunanlar olmasın. Biz də siyasi məhbusların azad olunmasını hər zaman tələb eləmişik, bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. AB-in tələbi yerinə yetirilməyəcək "Şərq-Qərb Araşdırmalar Mərkəzinin" rəhbəri Ərəstun Oruclunun fikrincə, Avropa Parlamentinin bu tələbi yerinə yetirilməyəcək: Qeyd edilən 14 nəfərin azad olunacağını düşünmürəm. Çünki dünənki qətnaməyə cavab olaraq bu gün AvroNest Azərbaycan qrupunun rəhbəri Elxan Süleymanov reaksiya bildirdi və Avropa Parlamentini Azərbaycanda təxribat və iğtişaş yaratmaq cəhdində suçladı. Baxmayaraq ki, o qətnamədə çox müsbət bir məqam var: Dağlıq Qarabağla bağlı ilk dəfədir ki, Azərbaycan konkret olaraq ərazisi işğal edilən, Ermənistan işğalçı kimi göstərilib. Və ərazilərimizin işğaldan azad olunması tələbi irəli sürülüb. Amma bu qədər mühüm qərara "siyasi məhbus" məsələsi ilə kölgə salmaq istəyirik. Bu, təhlükəli məqamdır.
2013-10-24
586
Mövlanə Cəlaləddinin sirləri (I yazı)
İrfan gizlinləri Rumi - Hülakü xanın məmuru Mövlanınin kimliyini başa düşmək üçün onun yaxın ətrafına, quhum-əqrəbasına, hansı mühitdə böyüdüyünə, yazdığı əsərlərə, xüsusilə də yaradıcılığının zirvəsi olan "Məsnəvi"yə baxmaq lazımdır. Mövlanə Cəlaləddin Rumi 1207-ci ildə bugünki Əfqanıstan ərazisində yerləşən Bəlx şəhərində doğulub və 1273-cü ildə Konyada vəfat edib. Bəlxdə Mövlanənin ailəsi babası Hüseyn əl-Xətibinin adı ilə Xətibi olaraq tanınırdı. Mövlanənin atası o dövrün İslam mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx şəhərində müəllimlik edən və Sultanu-l-Üləma (alimlərin sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələd, anası isə Xarəzmşahlar nəslindən Bəlx əmiri Rüknəddinin qızı Möminə Xatundur. Əsl adı Məhəmməd, ləqəbi isə Cəlaləddindir. Bundan başqa, o, Molla Hünkar, Xudavəndigar (sahibimiz), Sultanu-l-Aşiqin (aşiqlərin sultanı), Sultanu-l-Məhbubin (məşuqların sultanı), Mollayi-r-Rum (Rumun mollası) kimi ləqəblərlə də tanınırdi, lakin Hz. Mövlanə adı ilə məşhur olub. Cəlaləddin Rumiyə nə üçün Mövlanə deyə müraciət edildiyini soruşsanız, deyə bilərəm ki, o dövrdə təriqət müridləri öz şeyxlərinə "mövlanə" (mövla - ağa, əfəndi; "nə" - "bizim" deməkdir) deyə müraciət edirdilər. Bəlxdə doğulmuş və ömrünün böyük bir hissəsini Konya şəhərində keçirmiş bir adamın nə üçün Bəlxi, ya da Konyəvi deyil, məhz Rumi nisbəsi ilə anılmasının da maraqlı tarixçəsi var. Rumi ünvanını Cəlaləddinə monqol xanı Hülakü verib. Bu rəvayəti, məncə, burda qısa şəkildə qeyd etməkdə yarar var. Monqollar Bağdadı istila edəndən sonra Hülakü xan son Abbasi xəlifəsi Əbu Əhməd əl-Müstasim bi-l-Lah Abdullah bin Mənsur əl-Müstənsiri 1258-ci ildə edam etdirmişdi. Deyilənə görə, Hülakü xan özünün baş münəccimi Məhəmməd ət-Tusinin məsləhəti ilə xəlifənin qanının yerə tökülməməsi üçün onu bir palaza bürütdürür və xəlifə ölənədək onu əsgərlərinə təpiklədir. Bu, əl-Müstasim bi-l-Lahın ölümü haqqında ən səhih rəvayət hesab edilir. 34-cu Abbasi xəlifəsi ən-Nasir li-Dini-l-Lahdan ("Allahın Dininin Müzaffzri" - 1180-1225 illərdə xəlifə olub) bu yana Abbasi xəlifələri həm də bütün İslam aləminə yayılmış "Fütüvət" (gənclər) təşkilatının rəhbərləri idilər. Başqa sözlə desək, əl-Müstasim bi-l-Lahı edam etdirməklə Hülakü xan "Fütüvət" təşkilatını da başsız qoyur. Həmin dövrdə Anadolunun bütün şeyxləri, "əxilər" də daxil olmaqla, "Fütüvət" təşkilatına tabe idilər. O zaman Anadoluda Zeynə-d-Din Sadaqa adında birisi Abbasi xəlifəsinə tabe olan Şeyxu-ş-Şyüxu-r-Rum (Rum şeyxlərinin şeyxi, ya da rəisi) olsa da, "Fütüvət" təşkilatını ləğv etdikdən sonra Hülakü xan Mövlanəni Anadoluya Şeyxu-ş-Şyüxu-r-Rum təyin edir və Anadolunun bütün şeyxlərinə Mövlanəyə biət etmələrini əmr edir. Bu təyinatdan sonra Mövlanə artıq monqol dövlətinin məmuruna çevrilir, onlardan məvacib alır və Rumi ünvanı ilə tanınmağa başlayır.
2013-10-24
587
Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytı "vuruldu"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi internet səhifəsi hücuma məruz qalıb. "Axar.az" "APA"ya istinadın xəbər verir ki, bu gün günorta saatlarından etibarən səhifədə saytın bütün fəaliyyətləri yoxa çıxıb. QMİ- nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, idarənin internet səhifəsinin fəaliyyət tarixində ilk dəfə olaraq ciddi haker hücumuna məruz qalıb: "Ehtimal ki, bu, QMİ-nin fəaliyyətini gözü götürməyənlərin işidir. Hazırda müvafiq yerlərlə əlaqə saxlanılır və məsələ araşdırılır. Qısa müddət ərzində saytın fəaliyyətinin bərpasına çalışılır. Çünki son günlər Həcc ziyarəti ilə bağlı ayrıca bölüm saytda fəaliyyət göstərirdi və Həcc ilə bağlı proseslər gündəlik orada işıqlandırılırdı".
2013-10-24
588
Pərviz Həşimli obudsmanı MTN-ə dəvət etdi
Oktyabrın 24-də vəkil Bəhruz Bayramov MTN-in istintaq təcridxanasında jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. "Axar.az"ın məlumatına görə, "Media forum"a danışan vəkil bildirib ki, jurnalist saxlanma şəraitindən, istintaqın ləng aparılmasından şikayətlənib: "Pərviz saxlanılan kameraya yenə baxış keçirilib və onun qeydləri diqqətlə yoxlanılıb. Jurnalist onunla hərbi əsir kimi davranılmasına etiraz edir. O, təcridxanadan prezident İlham Əliyevə səslənərək hüquqlarının pozulduğunu vurğulayır və ailə üzvləri, körpə qızı ilə əlaqə saxlamağa imkan verilmədiyindən şikayətlənir. Prezidentdən xahiş edir ki, onun ailə üzvləri ilə görüşməsinə imkan yaradılması barədə göstəriş versin". Bəhruz Bayramov bildirib ki, Pərviz Həşimli ombudsman Elmira Süleymanovanı MTN-in istintaq təcridxanasına dəvət edib: "Dedi ki, xahiş edirəm şəxsən Elmira xanım mənə baş çəkib şikayətlərimi dinləsin, saxlanma şəraitimlə tanış olsun". Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb.
2013-10-24
589
Son nobelçi pul lazım olanda qanını satırmış
Türkiyənin "Onedio.com" saytı ədəbiyyat üzrə sonuncu Nobel ödülçüsü Elis Manronun həyat yolunu araşdırıb və bəzi ilginc məqamlar üzə çıxarıb. Onları sizə təqdim edirik. 1. Qızlıq soyadı Leydloudur. 2. Müəllimə olan anası xəstələndikdən sonra üç uşağın ən kiçiyi olan on yaşındakı Elis kitablar dünyasına sığınmaya başlayıb. 5. Qərbi Ontario Üniversitetində jurnalistika üzrə bursu (təşkilatların qarşılıqsız ödədiyi pul.- red.) qazanan Manro dolanışığını təmin etmək üçün bəzən qanını satmağa və hətta tütün satmağa da məcbur olub. 6. İlk hekayəsi olan "Kölgənin ölçüləri"ni (The Dimensions of a Shadow) 1950-ci ildə şagird olanda çap etdirdi. 7. İlk həyat yoldaşı Cim Manroyla birlikdə Viktoria, Britaniya Kolumbiyasında bu gün hələ də fəaliyyətdə olan bir kitab evi açdı. 8. İkinci həyat yoldaşı, coğrafiyaçı Ceri Fremlin üniversitetdən keçmiş dostu idi. Cütlük yenidən qarşılaşanda üç qədəh martinidən sonra evlənməyə qərar verdilər. 9. Manro 2009-cu ildə "Buker" Beynəlxalq mükafatını qazandığında münsiflər heyətinin sədri Jan Smili məşhur yazıçının əsərlərini "qüsursuz" kimi qiymətləndirdi. 10. Nobel Ədəbiyyat mükafatını qazanan ilk kanadalı yazıçıdır. Ondan əvvəl Kanada doğumlu Sol Bellov bu mükafatı qazansa da, yazar 1941-ci ildə Nobel mükafatını qazanmasından iyirmi altı il öncə ABŞ vətəndaşlığı almışdı.
2013-10-24
591
DAK Urmiya gölü ilə bağlı kəskin bəyanat yaydı
Güney Azərbaycanda dünyanın ikinci ən duzlu gölü olan Urmiya gölünün quruması prosesi hələ də davam edir. Bununla bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında dəfələrlə etiraz aksiyası keçirilsə də, bütün bu etirazlara baxmayaraq, İran hökuməti ciddi tədbir görməyib. Bununla bağlı olaraq Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Xidməti bəyanat yayıb. Bəyanatda deyilir: "Güney Azərbaycanın təbii tarazlığını qoruyan Urmiya gölü son illərdə İran rejiminin apardığı məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsilə qarşı-qarşıya qalıb. Mütəxəssislər də ciddi tədbirlər görülməyəcəyi təqdirdə gölün 6-7 il ərzində yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər. Bu da ərazinin tamamilə səhraya çevrilməsinə və müxtəlif problemlərin yaranmasına gətirib çıxaracaq". Daha sonra bəyanatda gölün quruyacağı halda yaranacaq təbii fəlakətlərdən danışılır və qeyd olunur: "Bunda isə əsas məqsəd əslində Azərbaycan türklərinin öz dədə-baba və tarixi torpaqlarını tərk etməsi marağıdır. Bu proses isə sürətlə olmasa da, artıq yavaş-yavaş baş verməkdədir. Biz DAK olaraq əvvəllər də Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılmayacağı təqdirdə çox ağır fəsadlar törədəcəyini bəyan etmişdik və bununla bağlı öz etirazımızı müxtəlif formalarda bildirmişik. Bir daha İran rejimini Urmiya gölünü xilas etmək üçün lazımi addımlar atmağa, eyni zamanda BMT başda olmaqla bütün beynəlxalq təşkilatları belə bir böyük ekoloji fəlakətəə biganə qalmamağa çağırırıq".
2013-10-24
592
“Hər gün yeni qadınla olmasam…”
ABŞ-ın keçmiş prezidenti Con F. Kenneddinin ölümünün 50-ci ilində şəxsi hayatı ilə əlaqəli maraqlı faktlar meydana çıxıb. Belə ki, ingilis yazar Sara Bradfordun qələmə aldığı "ABŞ prezidentinin həyatı" ən çox satılan kitablar cərgəsinə əlavə olunub. Kitabda keçmiş prezidentin Merlin Monro ilə yaşadığı, sevgili olduğu yazılıb. Yazıdan sonra prezidentin xəyanətkar olduğu və həyat yoldaşını demək olar ki, hər gün aldatdığı məlum olub. Bradford Kennedinin müsahibəsində dediyi sözlər ilə diqqət mərkəzinə gəldiyini qeyd edib. Kennedi bir dəfə müsahibəsində bildirib ki, hər gün yeni qadınla birlikdə olmadıqda sıxıntı yaşayır. Məhz buna görə də o ehtiyacını bakirə katibələri ilə ödəyib. Prezident bildirib ki, ən sevdiyi işi hər gün ofisində bakirə katibələrini yoldan çıxartmaq olub. Prezidentin həyat yoldaşı isə məsələyə maraqlı münasibət bildirib: "Həyat yoldaşımın mənə xəyanət etdiyini bilirdim. Demək olar ki, əksəriyyətindən xəbərim var idi. Lakin o mənə çox gözəl sevgi verirdi. Mənə hörmət etməyi, istədiyim hər şeyi verməyi bacarırdı. Elə buna görə də onun xəyanəti mənə pis təsir bağışlamırdı".
2013-10-24
593
Hicablı voleybolçu Azərbaycanda oynamaqdan imtina etdi
Axar.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Maidə Bürhani Azərbaycanda voleybol üzrə ölkə çempionatının qaydalarının oyunçalara hicabdan istifadəyə icazə verməməsini göstərib. İranın voleybol üzrə qadınlardan ibarət yığma komandasının üzvü Maidə Bürhani bildirib ki, Azərbaycanın voleybol üzrə ölkə çempionatında mübarizə aparan komandalarından biri onu öz heyətinə qatmaq istəyib: "Mən əsas şərt kimi örtüklə çıxış etməyimi qoymuşdum. Ancaq Azərbaycanın voleybol üzrə ölkə çempionatının qaydaları buna icazə vermir. Ona görə də mənim Azərbaycan çempionatında çıxış etməyim mümkün deyil. Bu baxımdan məsələ ilə bağlı razılıq əldə olunmadı".
2013-10-24
594
Sərdar Cəlaloğlu prezidentdən vəzifə istəyəcək
"Mən hakimiyyətdən konkret bir vəzifə istəmirəm. Sadəcə koalisiya hökumətinin yaradılmasını və orada mənə və ya digər müxalifət rəhbərlərinə vəzifə verilməsini təklif edirəm. Bu, ölkədə demokratiyaya keçid üçün ən uğurlu yol olardı". "Axar.az"ın məlumatına görə, bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, əgər lazım olsa, bu məsələ ilə balı prezident İlham Əliyevə müraciət edə bilər: "Hakimiyyət mənim bu bəyanatımı müsbət dəyərləndirsə, mən də öz növbəmdə hətta bu məsələ ilə bağlı prezident İlham Əliyevə də müraciət edərəm. Təki Azərbaycanda da koalisiya hökuməti ənənəsi formalaşsın". ADP sədrinin sözlərinə görə, o, təklif etdiyi koalisiya hökumətində "Qarabağ" blokunda birgə təmsil olunduqları Ümid Partiyasının da olmasını nəzərdə tutur: "Mən bu təklifi tək öz partiyamız üçün vermirəm. Həm də "Qarabağ" blokunda təmsil olunduğumuz Ümid Partiyasını da koalisiya hökumətində görməyi təklif edirəm".
2013-10-24
596
“Facebook” kürd partiyasının səhifəsini bağladı
"Facebook" Barış və Deomokratiya Partiyasının (BDP) İstanbul Rayon Təşkilatının səhifəsini bağlayıb. BDP İstanbul Rayon Təşkilatı yayın haqlarına müdaxilə edildiyini bəyan edərək "Facebook"a etirazını bildirib. BDP-nin açıqlamasında belə deyilir: "Milyonlarla tərəfdarı olan və bunların çoxunun "Facebook" izləyicisi olduğunu nəzərə aldıqda, izah etməyə çətinlik çəkdiyimiz bu qərara qarşı ictimaiyyəti fikir bildirməyə çağırırıq". Qeyd edək ki, "Facebook" daha öncə də bir neçə siyasi şəxs və təşkilatların səhifələrini bağlamışdı. "Facebook"un rəhbəri Riçard Allan isə bağlanma səbəbi olaraq "Terror təşkilatının təriflənməsi" və "təşkilatın bayraq və rəmzlərinin istifadəsi"ni göstərib.
2013-10-24
597
Milli Şuranın qalmaqallı toplantısı davam edir
"Axar.az" xəbər verir ki, saat 16:00-dan etibarən Müsavat partiyasının qərargahında Milli Şuranın iclası keçirilir. İclasın əsas müzakirə mövzusu Milli Şuradan kənarlaşdırılanlar və qurumda yaşanan istefalardır. Sessiyanın gedişində Ə.Temirxan təklif edib ki, ALP lideri Lalə Şövkətin Milli Şuradan istefası ilə bağlı məsələ təşkilatı məsələlər sırasından çıxarılsın. Milli Şuranın namizədi Cəmil Həsənli isə bu təklifə qarşı çıxıb: "Müxtəlif adamlar Milli Şurada olmadıqları ilə bağlı bəyanatlarla çıxış edirlər. Biz də burda onların istefasını qoyuruq və üzvlükdən çıxarırıq. Biz nəinki Lalə Şövkət, istefa vermiş digər şəxslər haqqında da müzakirə açmaq niyyətində deyilik. Lakin bizim borcumuzdur ki, istefa faktını təsdiq edək". Hüquqşünasların qalmaqalı Ə.Temirxan isə israr edib ki, Milli Şuradan istefalar ad çəkilmədən səsə qoyulsun. Elə mübahisə də bu zaman yaşanıb. Həmin vaxt hüquqşünas Hüseyn Hüseynovla Ə.Temirxan arasında qalmaqal baş verib. H. Hüseynov deyib ki, bəzi partiyalar Mili Şuraya daxil olanda səs-küylə gəlir, gedəndə isə ad çəkilməsini istəmir. Temirxan isə onun bu sözlərinə etiraz edib, nəticədə mübahisə yaranıb. Ə. Temirxan deyib ki, Milli Şuradakı daxili düşmənçilik səbəbindən Lalə Şövkət istefa verib. O da istefa verdiyini elan edərək sessiyanı yarımçıq tərk edib. 7 nəfər Milli Şuradan çıxarılıb Daha sonra Milli Şuradan istefa ərizələrinin qəbulu ilə çıxarılanların adları açıqlanıb. Milli Şuradan istefa verənlər arasında eks-spiker Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və partiyanın sədri Əvəz Temirxan, İslam Partiyasının və Açıq Cəmiyyət Partiyasının hərəyə 2 üzvü var. Qarşımızda duran əsas hədəf İstefalarla bağlı məsələ səsverməyə qoyulandan sonra isə bir neçə çıxış olub. Cəmil Həsənli qeyd edib ki, qarşıdakı zamanlarda görəcəyimiz işlərin planını cızmalıyıq: "Həbsdə siyasi partiyaların üzvləri var, jurnalist dostlarımız var. Onların həbsdən azad edilməsi bizim qarşımızda duran əsas hədəfimizdir. Onların azad edilməsi üçün bütün aparıcı beynəlxalq təşkilatlara məlumat verilib. Onlar məsələdən xəbərdardılar. Bizim özümüzün birlik və qətiyyəti gərəklidir". Cəmil Həsənli qeyd edib ki, həbsdə olan siyasi məhbusları, jurnalistləri, vicdan məhbuslarını azad etmək üçün əllərindən gələni edəcəklər. Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli xalqı 27 oktyabr tarixində keçiriləcək mitinqdə iştirak etməyə çağırıb.
2013-10-24
598
“Neftçi” özünə yeni baş məşqçi tapdı
Ölkə Superkuboku uğrunda matçda "Xəzər Lənkəran"a məğlubiyyətdən sonra Tərlan Əhmədovun başçılıq etdiyi "Neftçi" məşqçilər korpusu istefa ərizələrini rəhbərliyə təqdim ediblər. Bu gün paytaxt klubunun rəsmi saytının yaydığı məlumata görə, rəhbərlik məşqçilər korpusunun istefasını qəbul edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. "Axar.az"ın "İdmanxeber.com" saytına istinadən verdiyi məlumata görə, son ölkə çempionu ötən illərin məşhur futbolçusu Nazim Süleymanovla müqavilə bağlayıb. Xatırladaq ki, Nazim Süleymanov bundan əvvəl milli komandada Foqtsun köməkçisi funksiyasını yerinə yetirirdi.
2013-10-24
599
Müəllimlərin işə qəbul qaydası dəyişdirildi
Axar.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları"na dəyişiklik edilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qaydalara edilən dəyişiklərə əsasən, Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində 65 yaş həddinə çatmış müəllimlərin çalışmanın yaş həddi müəssisə rəhbərləri tərəfindən hər dəfə 1 il olmaqla 5 ildən çox olmayaraq uzadıla bilər. 70 yaşdan sonra çalışma müddətinin uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr tarixli qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə tabeçilik üzrə idarəetmə orqanı rəhbərinin razılığı əsasında həyata keçirilir. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin razılıq ərizəsi əsasında fiziki tərbiyə, texnologiya, musiqi və təsviri incəsənət dərsləri ixtisas müəllimləri tərəfindən tədris edilə bilər. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər".
2013-10-24
600
ABŞ-la Türkiyə üz-üzə gəldi
Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Françis Riçardone vacib açıqlamalar verdi. Riçardone Türkiyənin Çin raketləri almasından çox narahat olduqlarını dilə gətirib. Türkiyənin baş naziri R.T.Ərdoğan: "NATO bu mövzularda bu qədər həssasdırsa, o zaman ilk öncə bu nəzərə alınmalıdır ki, NATO üzvü olan bir çox ölkənin hərbi alyansında hələ də Rusiya istehsalı olan silahlar var",- deyib, ABŞ səfiri isə onun bu açıqlamasını cavabsız qoymayıb: "O silahlar Sovet dövründən qalıb".
2013-10-24
601
İran uran zənginləşdirməyi dayandırıb
İran Milli Məclisi Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Nəqavi Tehranın uran istehsalını dayandırdığını bildirib. İran Məclisinin rəsmi xəbər saytı "ICANA"ya müsahibə verən Nəqavi "Tehrandakı nüvə stansiyasının 20% zənginləşdirilmiş yanacağa ehtiyac var idi. Və ehtiyac olan yanacaq təmin olunduğundan daha uran zənginləşdirməyə ehtiyac yoxdur və istehsal edilməyəcək",- deyib.
2013-10-24
602
Volqoqrad terroru “Akvarel”də törədiləcəkmiş
"Axar.az"ın "Ng.ru" saytına istinadən verdiyi xəbərə görə Volqoqradda avtobusu partladan terroçu qadın əslində ticarət mərkəzini partlatmaq istəyirmiş. Üstündə çoxlu partlayıcı olan terrorçu qadın "Akvarel" ticarət mərkəzində gəzib, lakin TM-də insanların az olduğunu gördüyü üçün tələbələr gedən avtobusu seçib. Terrorçuya cavab - məscid yandırmaq Hadisəyə cavab olaraq rus millətçilər Volqoqradda olan məscidi yandırmağa cəhd ediblər. Bu, artıq qeydə alınan ikinci hadisədir. Atdıqları "molotov-kokteyli" pəncərəni sındıra bilmədiyi üçün alışma olmayıb. Faktla bağlı cinayət işi açılıb.
2013-10-24
603
“Titanik”dən tapılan skripkaya 300 min ilkin qiymәt qoyuldu
"Axar.az"ın Türkiyə mətbuatına əsasən verdiyi xəbərə görə, "Titanik" gəmisi 1912-ci ilin aprel ayında batarkən ifaya davam edən orkestrin şefi Uulis Hartliyə aid skripka 100 il sonra hərraca çıxarılıb. Xatırladaq ki, "Titanik" batandan sonra Uulis Hartli və orkestri fədakarlığın simvoluna çevrilmişdi. Skripkanın hərracda başlanğıc qiyməti 300 min sterlinq (təxminən 358 min AZN) olaraq təyin edilib. Bu skripka "Titanik"dən qalan əşyalar içində ən yüksək qiymət qoyulanıdır. Ancaq mütəxəssislər daşıdığı romantik və simvolik dəyərə görə qoyulmuş bu satış qiymətinin daha da yüksələcəyini bildiriblər.
2013-10-24
604
15 yaşlı qıza kütləvi təcavüz
Hollandiya qorxunc bir təcavüz hadisəsi ilə çalxalanır. 15 yaşlı bir qıza 8 nəfər təcavüz edib. Onlardan altısının türk olduğu açıqlanıb. "Axar.az"ın "haber3.com" saytına istinadən verdiyi məlumata görə, Zvole şəhərinin Kestanjelaan küçəsində keçən ay meydana gələn təcavüz hadisəsi ilə əlaqədar cinayət işi açılıb. Nəticədə gənc qızın təcavüzkarlardan bəzilərini tanıdığı bəlli olub.
2013-10-24
605
“Frans Kafka”nın 13-cü sahibi bəlli oldu
Dünyaca məhşur israilli yazar Amos Oz "Frans Kafka" Cəmiyyəti tərəfindən verilən "Beynəlxalq ədəbiyyat mükafatı"na layiq görülüb. Amos 2001-ci ildən verilən mükafatın 13-cü sahibi olub. İki kitab müəllifi olan Amos Oz mükafatını bu gün xalqa açıq keçirilən təqdimat gecəsində alacaq. Mükafatın verilməsində məqsəd tanınmış yazarın modern ədəbiyyat dünyasına töhfələrini qiymətləndirməkdir. Qeyd edək ki, yazar mükafat gecəsində həm də yeni kitabı "Eşq və qaranlıq" haqqında məlumat verəcək.
2013-10-24
606
Ancelina Coli imzasını 31 milyona satır
38 yaşlı aktrisa Ancelina Coli dünya miqyasında daha da məşhur şəxsə çevrilir. Bir çox nəşriyyatlar, haqqında kitab yazmaq üçün onunla iş birliyinə imza atmaq arzusundadır. "Axar.az"ın məlumatına görə, hazırda aktrisanın avtobioqrafiyası üçün auksion təklifi 31 milyon funtdur. Mənbələr bildirir ki, Colinin kitabını əldə edən şəxs birmənalı şəkildə qazanmış olacaq. 6 uşaq böyüdən cütlüyün ailə dostu bildirib ki, Coli kitab yazmaq üçün artıq püxtələşib və bundan sonra fikrindən dönən deyil.
2013-10-24
607
Dırnaqların sağlam uzanması üçün 5 məsləhət
Dırnaqlar qadının ən çox diqqət yetirdiyi vacib hissələrdən biridir. Bəs dırnaqların qırılmaması üçün nə etməliyik? Bunun üçün bir neçə məsləhətdən istifadə etmək olar. 1.Sağlam dırnaqlar üçün ən vacib şərt onun bəslənməsidir. Ət, süd və balıq məhsulları bunun üçün ən yaxşı qida hesab oluna bilər. 2.Aseton dırnağa zərər verən faktorlardandır. Asetondan istifadə etməyi azaldın. 3.Təmizlik işləri ilə məşğul olarkən mütləq əlcək geyinin. 4.Manikür etdirərkən alətlərin gigienik olmasına diqqət edin. Dırnaqlarınıza mikrob düşməsinə səbəb ola bilər. 5.Dırnaqlarınızı qayçı ilə deyil, dırnaq yonqarı ilə qısaldın. Bu, dırnaqlarınızın daha sağlam uzanmasına kömək edəcək.
2013-10-24
608
Ağız qoxusunu yox etmək üçün 6 təklif
Ağız qoxusundan əziyyət çəkmək istəmirsinizə, onu aradan qaldırmaq üçün bir neçə vasitədən istifadə edin. 1. Bol- bol su için! Bədən susuz qaldığı zaman ağızda xoşagəlməz qoxu yaranır. 2. Dişlərinizi fırçalayarkən diş sapından istifadə edin və ən əhəmiyyətlisi də dilinizin üstünü təmizləməyi unutmayın. 3. Keyfiyyətli qarqaradan istifadə edin. 4. Siqaret, ədviyyatlı yeməklər və şəkərli saqqızlar ağızdakı bakteriyaları artırır və xoşagəlməz qoxu yaradır. Bunlardan istifadə etdikdən sonra mütləq dişlərinizi yuyun. 5. Şəkərsiz saqqız çeynəməniz məsləhətdir. 6. Bir və ya iki dənə mixəyi gün ərzində ağzınızda saxlayın.
2013-10-24
609
Zakir Həsənova yeni müavin təyin edildi
Azərbaycan Müdafiə nazirinin yeni müavini təyin olunub. "Axar.az" "APA"ya istinadən xəbər verir ki, yeni nazir müavini və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ramiz Tahirovdur. R.Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb. Qeyd edək ki, bu gün müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub.
2013-10-24
610
Samir Əsədlidən Fərəc Quliyevə ağır sözlәr
Milli Dirçəliş Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev Modern.az-a açıqlamasında VHP-yə qarşı sərt ittihamlarla çıxış edib. O, VHP-nin İcra Aparatının rəhbəri Samir Əsədlinin partiyaların dövlət büdcəsindən maliyələşməsi məsələsinə münasibət bildirərkən işlətdiyi ifadəyə qəzəblənib. Samir Əsədlini tanımadığını deyən millət vəkili ittihamları VHP sədri Sabir Rüstəmxanlının düşüncələri kimi xarakterizə edib. F.Quliyev əlavə edib ki, onun partiyasının hər bir departamenti VHP-dan böyükdür. Xatırladaq ki, S.Əsədli bəzi partiyaların, o cümlədən MDHP-nin partiya olaraq dövlət büdcəsindən maliyələşməyə haqqı olmadığını deyib. Fikrini belə əsaslandırıb: "Fərəc Quliyev parlamentə seçilərkən onun partiyası qeydiyyatdan keçməmişdi. Faktiki olaraq F.Quliyev partiya funksioneri kimi yox, özü müstəqil olaraq deputat seçilmişdir. Və buna görə də onun partiyasının dövlət büdcəsi tərəfindən maliyələşməsi düzgün deyil". Axar.az-a açıqlamasında VHP funksioneri Samir Əsədli deyib ki, VHP seçkilərə partiya kimi qatılıb, 60 dairədən partiya siyahısı ilə kampaniya aparıb və parlamentdə 3 yer qazanıb: "Fərdi qaydada namizədliyini verən və seçilən bir şəxsin seçkilərdən sonra qeydiyyata alınan partiyası necə "parlament azlığı olan siyasi qurum" kimi dövlət büdcəsindən maliyyələşə bilər?" S.Əsədli Fərəc Quliyevin VHP-nin nüfuzu və sayı barədə deyilənlərə də reaksiya verib: "VHP Mərkəzi Aparatının və Siyasi Şurasının deyil, hətta rayon təşkilatı sədrlərinin hər biri siyasi fəallıq baxımından Fərəc Quliyevin özündən geri qalmır. Fərəc bəy hansı haqla ölkənin ən nüfuzlu partiyalarından olan VHP-ni öz partiyacığı ilə müqayisə edir? Onun 10-15 nəfərdən ibarət qurumunun ölkə üzrə bütün üzvlərinin sayını 3-ә vursaq, bu say VHP-nin təkcə Xətai rayon təşkilatının üzvlərindən 3 dəfə az olar".
2013-10-25
611
Prezident Türkiyəyə yox, Belarusa getdi
Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə yola düşüb (Aznews.az). Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportundan Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Məlumat üçün qeyd edək ki, uzun illərdir Türkiyə Baş naziri ilk səfərinin Azərbaycana, Azərbaycan Prezidenti isə ilk səfərinin Türkiyəyə edir və bu, artıq ənənə halını almışdı.
2013-10-25
612
Sürücülərə mühüm xəbər
null
2013-10-25
613
Ağ Ev Almaniyaya açıqlama verməkdən imtina etdi
Ağ evin nümayəndəsi Cey Karni Almaniyanın kansleri Anhela Merkelin telefonunun xüsusi təyinatlılar tərəfindən dinlənilib-dinlənilməməsi ilə bağlı açıqlama verməkdən imtina etdi. Karni xatırlatdı ki, daha öncə də ABŞ prezidenti Obama Merkellə telefon söhbətində "Amerika heç bir izləmə etmir və etməyəcək" söyləyib. Kansler AB-nin Brüsseldə keçirilən sammitində elan etdi ki, amerikalı xüsusi təyinatlılar tərəfindən telefon dinlənilməsi mövzusunu Fransanın prezidenti Fransua Olandla müzakirə edəcək. Qeyd edək ki, dinləmələrlə bağlı məlumatı Britaniyanın "Qardian" qəzeti MKİ-nin keçmiş işçisi Snoudenin verdiyi sənədlərə istinadən yayıb. Məlumatda ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin 35 dünya liderinin telefonunun dinlənilməsindən danışılır.
2013-10-25
614
Qiyamət riski son həddə çatdı
2032-ci ildə dünyanın yaxınlığından keçəcəyi gözlənilən "2013 TV 135" adlı meteoritin son hesablamalara görə yer kürəsinə çırpılma ehtimalının 63 mindən 9 mində birə yüksəldiyi açıqlandı. "Axar.az"ın "Hürriyyət"ə (RİA) istinadən verdiyi xəbərə görə, mütəxəssislər dünyanın 2032-cı ilə qədər meteoriti məhv etmə vəziyyətinə çata biləcəyini iddia edib.
2013-10-25
615
Şirniyyat fabrikində dəhşətli partlayış
Meksikanın Syudad Xuares şirniyyat fabrikində yerli mülki müdafiə xidmətinin verdiyi məlumata görə, partlayış nəticəsində 50-dən çox insan yaralanıb, 1 ölü var. İlkin məlumatda 40 ölünün olduğu qeyd edilirdi. Güman edilir ki, partlayışa qazanların başında iş aparılan zaman qaz yığılması səbəb olub. Nəticədə binanın damı dağılıb. Partlayışdan dərhal sonra minlərlə işçi evakuasiya olunub. Məlumatı "Ria Novosti" agentliyi yayıb.
2013-10-25
616
Hərbi xidmət azaldılıb 1 il oldu
Türkiyədə əsgərlik müddətini 15 aydan 12 aya endirən Nazirlər Kabinetinin qərarı qüvvəyə mindi, ancaq qərar 2014-cü il yanvarın 1-dən etibarən tətbiq olunacaq. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əsgər və çavuşlar üçün xidmət müddətinin azaldılması ilə bağlı Nazirlər Kabinetinin qərarı rəsmi qəzetdə yayımlanıb. Nazirlər Kabinetinin qərarı belə elan edilib: "Torpaq, Dəniz və Hava qüvvələri ilə Jandarma Baş Komandirliyi və Sahil Təhlükəsizlik Komandirliyində 1111 saylı Əsgərlik Qanununa tabe məsul işçilər tərəfindən hərbi xidmət müddətinin 01.01.2014 tarixindən etibarən silah üzərində olan öhdəçilikləri də əhatə edəcək şəkildə, əsgər və çavuşlar üçün 15 aydan 12 aya endirilməsi qərara alınıb. Bu qərar 2014-cü il yanvarın 1-indən qüvvəyə minir".
2013-10-25
617
Türkiyə Rusiyanın iqtisadi birliyinə qoşulur – ŞOK
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Şurasıının yığıncağında Türkiyənin Qazaxıstan və Rusiya ilə birgə Gömrük İttifaqına daxil ola biləcəyini dedi. "Axar.az" saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qazaxıstan Respublikasının başçısı Türkiyənin Gömrük İttifaqına qatılması ilə əlaqədar istəyin Türkiyə tərəfindən gəldiyini söyləyib. O qeyd edib ki, "Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Gömrük İttifaqına daxil olmaq istədiyi ilə əlaqədar mənimlə görüşdü". O, həmçinin qeyd edib ki, Qərbdə özünə tez-tez hallanan "Rusiya Sovetlər Birliyini bərpa etmək istəyir?" şübhələrinə Türkiyənin bu istəyi son vermiş olur.
2013-10-25
618
İstanbulda Azərbaycanla bağlı konfrans keçiriləcək
"Axar.az" xəbər verir ki, oktyabrın 27-də İstanbulda Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə "Güney Azərbaycanın Türk Dünyasındakı yeri və önəmi" adlı konfrans keçiriləcək. Kültür Evinin başqanı Hikmet Alp bildirib ki, onlar bu konfransın təşkili ilə heç bir ölkəni, heç bir qurumu hədəf seçməyiblər: "Tək məqsədimiz bəzi suallara aydınlıq gətirməkdir. O bölgədəki bəzi güclərin, kimliyindən asılı olmayaraq, yürütdükləri siyasətin qarşısında bizlər nə edə bilərik? Öz varlığımızı qorumaq üçün nə etməmiz lazımdır?"- deyə Hikmət bəy əlavə edib. Konfransda VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının, prof.dr. Nəsib Nəsiblinin, Arif Kəskinin, yazar Yasəmən Qaraqoyunlunun çıxış edəcəyi gözlənilir.
2013-10-25
619
Bu fotolar sizi heyrətə gətirəcək
(Finalçıların adları fotolarının üstündədir)
2013-10-25
620
ABŞ-Rusiya: kəşfiyyat böhranı
Rusiyada müvəqqəti sığınacaq tapan ABŞ-ın MKİ-nin (CİA) eks-əməkdaşı Snoudendə 30 minə yaxın sənəd var. "Vaşinqton Post" qəzetinin verdiyi məlumata görə, sənədlərin içində Rusiyaya qarşı aparılan kəşfiyyat fəaliyyəti haqda materiallar da var. Qəzetin yazdığına görə, ABŞ hazırda gizli əməkdaşlıq etdiyi bir sıra xarici kəşfiyyatı xəbərdar edir ki, Snoudendəki sənədlərdə Rusiya, İran və Çin haqda onların yığdığı informasiyalar var. Əsasən NATO ölkələrindən birinin ABŞ-ın hərbi-hava və hərbi-dəniz qüvvələri üçün Rusiya haqda yığdığı məlumat ictimailəşə bilər.
2013-10-25
621
Müdafiə nazirindən sərt kadr dəyişikliyi
Yeni təyin olunmuş müdafiə naziri general-polkovnik Zakir Həsənovun kadr islahatları davam edir. "Axar.az"ın məlumatına görə bunu, "Modern.az" saytı hərbi ekspert Üzeyir Cəfərova istinadən xəbər verir ki, nazirliyin Şəxsi iş İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini, Səfərbərlik İdarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib. "Dünəndən etibarən üç idarənin işinə nazirliyin Tərbiyəvi işlər İdarəsinin rəisi, general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək. Müdafiə Nazirliyində adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən Prezidentə açıq müraciətdə adı çəkilən nazirliyin Büdcəyə nəzarət və maliyyə İdarəsinin rəisi, polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyev Bərdə hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib. Nazir, general-polkovnik Zakir Həsənovun dünənki qərarları Müdafiə Nazirliyində şok effekti yaradıb. Bəzi şəxslərin səhhətində ciddi problemlər yaranıb", - deyə hərbi ekspert vurğulayıb.
2013-10-25
622
Azərbaycan 12 illik təhsilə keçir
Azərbaycanda 12 illik ümumi təhsilə keçid strateji hədəf kimi müəyyənləşdirilib. Bu haqda APA məlumat verib. Məsələ ilə əlaqədar təhsil eksperti Nabatəli Qulamoğlu "Axar.az"a danışıb: Azərbaycan təhsilinin problem 12 illik təhsil sistemi deyil "Bu gün ümumiyyətlə dünya təhsil sistemində standartlar dəyişir. Köhnə standartlarla indiki standartlar arasında həddindən çox miqyas etibarı ilə fərq olduğuna görə, dünyanın əksər sivil ölkələrində 12 illik təhsil sisteminə keçirilir və bu normaldır. Amma onu da vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan təhsilinin problemi 12 illik təhsil sistemi deyil. Bizim başlıca problemlərimiz çoxdur və hesab edirəm ki, 12 illik təhsil sisteminə keçməzdən əvvəl bu vacib problemləri həll etmək lazım idi". Vacib problemlərin nədən ibarət olması barəsində sualımızı isə Nabatəli bəy belə cavablandırdı: Bu, sadəcə, görüntü xarakteri daşıyır "Tutaq ki, baloniya sisteminin qəbul olunmasına nə ehtiyac var idi Azərbaycanda? Bax onu qəbul elədi. Lakin baloniya bəyənnaməsinin demək olar ki, heç bir bəndi həyata keçirilmir. Vacib bəndlərin heç birisi həyata keçirilmir. Kurikulumla bağlı hansı vacib məsələ var idi ki, kurikulum təhsil sisteminə keçdilər? Bütün bunların hamısı onu göstərir ki, guya Azərbaycanda təhsil inkişaf edir, dünya təhsil sisteminə inteqrasiya edir. Ancaq bu, sadəcə, görüntü xarakteri daşıyır".
2013-10-25
623
Oktyabrın 27-dən “qış” başlayır
Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il oktyabrın 27-də saat 05:00-da ölkə ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat verib (APA). Qeyd edək ki, Nazirlər Kabinetinin yay vaxtının tətbiq edilməsi haqqında 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
2013-10-25
624
Peyğəmbərimizin son sözü
"Gənc Fikir" İctimai Birliyinin təşkilatçılığı ilə Beynalxalq Mətbuat Mərkəzində "Qədir Xum hadisəsinin İslam tarixində rolu" mövzusunda elmi praktiki konfrans kecirilib. Konfransı giriş sözü ilə birliyin sədr mavini açaraq bildirib ki, Qədir Xum hadisəsi islam tarixində böyük rolu olub: "İslam peyğəmbəri Məhəmməd (s) sonuncu dəfə həccə gedərkən Qədir Xum çölündə özündən sonra müsəlmanlara rəhbər olaraq Həzrət Əlini (ə) qoymuşdur". "Gənc Fikir" İctimai Birliyinin sədri Polad Aslanov isə deyib ki, əgər o dövrdən sonra İslam rəhbəri Həzrət Əli (ə) olsaydı, İslam ölkələrində vəziyyət bu gün tamam başqa cür olardı: "Çox təəsüf ki, bir çox İslam torpaqları düşmən tapdağı altındadır və bir çox İslam dövlətləri məzlum halda həyat tərzi sürür". Konfransdan sonra tanınmış şair va məddahların ifasında Hz. Əlinin şəninə qəzəl, qəsidə və ilahilər səsləndirilib.
2013-10-25
625
Ərzaq mağazası yandı
Bu gün paytaxtın Xəzər rayonunda yerləşən ərzaq məhsulları mağazasında yanğın hadisəsi baş verib. Yanğın zamanı sahibi məlum olmayan ərzaq məhsulları mağazasının yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. "Axar.az"-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərdə bildirilir ki, yanğın FHN Yanğınsöndürmə briqadası tərəfindən söndürülüb. Qeyd edək ki, hadisə zamanı ölən və xəsarət alan olmayıb.
2013-10-25
626
Falçı Almaz: “Arxamda MTN, DİN durub” - Gizli çəkiliş
Falçı Almaz: "Yuxarılardan elə adamlarla işləyirəm ki…" Mistikadı, nədi, bilmirəm; nədənsə, hər dəfə bir əskiklik çıxır. Bu qədər təsadüf ola bilməz!!! Axı, ümumiyyətlə, təsadüflər olmur. Bu dəfə də alınmasa, artıq Almaz xanımın vergili olduğuna zərrəcə şübhəm qalmayacaq. Düz üç gün-üç gecə redaksiyamızda o əməkdaş qalmadı ki, Almaz xanıma müxtəlif adlar və nömrələrlə zəng edib, görüş qoparmağa çalışmasın. Hər dəfəsində görücümüz sanki niyyətimizdən duyuq düşüb, telefonu üzümüzə qapayırdı. Sürücü mistikanı "korladı" Nəhayət, bir neçə gündən sonra budur, son gümanımız gələn sürücümüz işi yoluna qoya bildi və… Falçı Almazın "hə"sini aldı. Allahsaxlamış olmasaydı, az qala, bütün bu müəyyən zərurətdən doğan təsadüflərə uyub baxıcılığa nəinki inanmağa, hətta baxıcılığa başlaya bilərdim. (Ay can-ay can, nə qaz vurub, qazan doldurmaq olar!) Xahiş edirəm, ciddiyətimə inanın. Burda çətin nə var ki?! Almaz xanım demişkən, TV-lərdə piarına 3-4 min xərc çəkib, abır-həyamı qatdalayıb dal cibimə qoyur və baxıcılığa başlayıram. Hələ bir az təcrübə yığıb, babat "day-day" tapdımsa, bir az da üzərimdə işləyib, özümə prodüsser götürə bildimsə, var ya, Zirəddin-zad yanımda qələt edər. Olaram bu ölkəninn bir nömrəli baxıcısı… Yox, ekstrasensi. Qorxdum ki, birdən məni öldürərlər Belə məşəqqətli yollardan keçib, Almaz xanımın telefonda tərif etdiyi ünvana çatdıq. Sağ olmuş, qonşusunun balkonundan yarıya qədər sallanıb bizə əl eləyərək, yuxarı çağırdı. İşdən sonra getdiyimizdən, 8 yaşlı oğlumu da özümlə götürmüşdüm. Oğlumu maşında qoyub qalxdıq "müqəddəs ocağa". Qonşudan çıxıb, üzümüzə gülə-gülə evinin qapısını açdı. İçəri keçdik. Dəhlizdə işıq olmadığından, ayaqqabılarımızı qaranlıqda əl havasına çıxarmalı olduq. İçəri keçə-keçə dedi: - Qorxduz, hə? Mən də Moskvaya ilk dəfə gedəndə axşam binanın bloku belə qaranlıq idi. Qorxdum ki, birdən məni öldürərlər. Yenə bayaqkı kimi gülüb, mənasız söhbəti qapatdı. Evin aurasından, toz-torpaq və havasızlığından hiss elədim ki, burda daimi yaşayış yoxdu. Yanılmamışdım. Özü də dedi, daha doğrusu, minnət qoydu ki, bəs bu gün Moskvaya gedəcəkmiş, bizə görə yolçuluğu təxirə salıb. Ümumiyyətlə, konkret bir yerdə qalmadığını, işi ilə bağlı daha çox Moskvada yaşadığını, elə bu günlərdə də orda bir televiziya verlişinə dəvət aldığını birnəfəsə döşədi. Bir az daha üyüdüb-tökdükdən sonra stolun üstündəki kartları götürüb, bir-bir aça-aça kim olduğumuzu, nə niyyət tutduğumuzu soruşdu. Mənim yalançı ərim Sürücümüz mənə aman verməyib, Almaz xanıma cavab verdi: - Bizim uşağımız olmur, yola getmirik, heç nədən qan-qaraçılıq düşür evimizə. Bu, dəhşət qısqanclıq edir, daşa-divara da qısqanır məni… Beləcə, oxuyub-görüb öyrəndiyi mutsuz bir ailə tablosu uydurub çizdi. Heç cür susub kirimirdi ki, xanım işinə başlasın. - Yoldaşım (məni göstərir) müəllimədi, - "qarabaxt ərim" (bundan sonra dırnaqsız, – red.) davam elədi, - özüm də taksi şoferi… Qarabaxt ərimin fantaziyası artıq məni əsəbiləşdirirdi. Özünün də dediyi kimi, yola gedə bilmədiyimizi fürsət bilərək üstünə qışqırıb, az danışmasını tələb elədim. O da öz növbəsində vəziyyətdən yararlanıb mənimlə əməlli-başlı davaya qalxdı. İyicə dalaşqan ər-arvad havasına girmişdik. Hamısı cadu-əməldəndir Xoş niyyətli Almaz xanım mübahisəmizi kəsdi, düzdüyü kartlara diqqətlə baxıb, gözəgörünməzliklərdən gördüklərini dilə gətirdi : - Vaayyy, sizin gününüz bax beləcə, dava-dalaşla keçir. Bir-birinizi dəlicə sevməyinizə baxmayaraq, xoşbəxt ola bilmirsiz. Hamısı da sizə edilən cadu-əməldəndir. İncimə, qardaşım, mən düzünü deməliyəm. Sizin xoşbəxtliyinizə mane olub cadu edən də sənin ailəndi. Ailən bu qızı ilk gündən qəbul etmək istəməyib. Onların dediyi qızı yox, bunu aldığına görə. Bu yazığın heç bir günahı yoxdur.Uzaqda qohumunuz var, hə? Bir də cavan qohumunuz rəhmətə getməyib? Ərimin susduğunu görüb əlavə edir: - Nə vaxtsa… Biləsuvardan paqonlu bir müştərim var... Qarabaxt ərim bu saçma-sapanı da təsdiqləyir. - Həm də sənin qaranlığın var. Sükan arxasındamı deyim, yol üstündəmi-nə, maşında xətər görürəm sənə. Özü də xətəri bel hissəndən alacaqsan. Bu əməli üstündən təcili təmizləməliyəm. Yoxsa, axırın qaranlıq görünür. Başdan-ayağa nəzər, əməl-cadu içindəsən. Haralısız? - Biləsuvarlı. - Biləsuvardan bir paqonlu müştərim var. Mənim üçün eləmədiyi şey qalmayıb. Yuxarılardan elə adamlarla işləyirəm ki… Kimliyini soruşuruq, gülə-gülə: "Demərəm axı. Mən nə bilim ki, siz onun qohumu, qonşusu deyilsiniz?! – deyir. - Mən elə işləsəm, müştərilərimi itirə bilərəm. Yoxsa yuxarıdan elə adamlarla işləyirəm ki, adlarını çəksəm, diliniz quruyar". Sürücümüz əndazəni necə aşdı Kartları yenidən qarışdıra-qarışdıra diqqətlə üzümə baxır: - Ailədə altı bacı-qardaşsız. – Özümü bir sifətə salıram ki, guya təəccübdən nitqim quruyub (əslində isə 4 nəfərik) və bu öncəgörümünü başımla təsdiqləyirəm. Qalib ədasıyla bic-bic gülüb davam edir: - Açığını deyim ki, yaman xoşuma gəldin. Çox gözəlsən. Ürəyin də tər-təmizdi. Artıq oyuna başladığını görüb (mən də bu məqamı gözləyirdim) söhbətə keçid alıram. İçəri girəndən diqqətimi çəkən üstü kart şəkilli maraqlı koftasını hardan aldığını soruşuram. - Bunu mənə Moskvada bağışlayıblar. Ərim başlayır xanıma komplimentlər deməyə. Xanımın üzündə güllər açır. Təvazökarlığa keçir. - Qocalmışam hələ. Baxın, başımda bir dənə qara tük yoxdu. Rənglə-zadla gizlədirəm. Elə bil, heç 28 yaşım yoxdu, qoca qarıyam. Get-gedə komplimentlərin dozasını artıran ərimin yaradıcı fantaziyası aşıb-daşır: - Bax, indi sizə tərif deyirəm, bu zalımın qızı bunu da qısqanır. – Söz Almaz xanıma necə ləzzət eləyirsə, ağzı gedib qulaqlarının dibinə çatır və qəfildən yerinə qayıdanda başlayır qışqırmağa: Kukla kimi ər - Bu nə deməkdir?! Sən də mənim qardaşım. Mənə belə söhbətlər etmək olmaz! Mənim kukla kimi ərim var. Buna görə heç vaxt kişilər tək gələndə baxmıram. Deyirəm ki, gedin, xanımla gəlin. Mən belə müştəriləri iti qovan kimi qovuram. Yığışdırın bu söhbətləri!!! Birtəhər aranı sakitləşdiririk. Anidən qızışdığı kimi, anidən də sakitləşir. Qayıdır kartlara. Mənə üzünü tutub deyir: - Bacı, narahat olma. Sizin taleyinizdə bir oğlan, bir qız görürəm. Özü də bu, səni dəlicə sevir. Başa düşürəm, qısqanclığı sevgindəndi, amma narahat olma, sizin üstünüzdəki əməl-cadunu götürüb təmizləyəcəm. Sonra xoşbəxt də olacaqsınız, balanız da olacaq. Xoşbəxtliyimizin xərci - Bizim xoşbəxtliyimizin xərci nə qədər olacaq? - Nəyə gücünüz çatar? - Baxıcı sizsiniz, mən nə qiymət deyim? Görürsünüz ki, elə də güclü imkanımız yoxdu. Elə bil, adamın atasının goruna söyürəm. - Baxıcı-zad nədir? Mən ekstrasensəm. Bizim işimiz narkozdur - Cindar əməli var, molla duası var. Cindarlar yalandan Quranı tutur üzünə, artistlik edir, mollalar xristian üsulu ilə, bax, mənim kimi kartla baxır. Mənim heç bu karta da ehtiyacım yoxdu ee, hissiyatımla baxıram. Sən içəri girəndən bütün ruhunu oxumuşam. Məlumatlar mənə birdən, özü də çox gəldiyinə görə, kartı da açıram ki, onların üstündə fikrimi cəmləyəm. Cindarların əməlinin təsiri tez keçir. Elə bil, analgin-dimedrol kimi bir şey. Amma bizimki narkozdu. - Deməli, belə çıxır ki, sizinki də müvəqqətidi də. Almaz xanımın canavarla döyüşü - Əlbəttə, daimi heç nə yoxdu. Biz ekstrasenslər heyvanlarla işləyirik. Canlı heyvanlarla. – Almaz xanımın bu sözündən sonra bu dəfə doğurdan əlim üzümdə qalır. - Bəs nə, səni heyvanın üzərində canlandırıb işləyirəm. Əl-ayağıma baxın. - Qollarını çırmalayır. Bir-iki yerdə yüngülvarı cızıq görünür. Dediyinə görə "iş" prosesində canavarla əlbəyaxa olubmuş. Mənim bir kişiylə görüşüb öpüşdüyümü görmüsüz? Bu arada maşında qalan oğlum durmadan zəng edir. Əslində bu mənim işimə yarayır, çünki danışmağı bəhanə edib telefonla onun şəkillərini çəkirəm. Yoldaşım da aramsız gələn zənglərdən qısqanclıq krizinə girir. Yenidən mübahisəmiz düşür. Baxıcımız yenə başlayır bizi sakitləşdirməyə: - Mənim yerimə olsan neynərsən bəs?! Ərim gözümü açmağa imkan vermir. Onsuz bir addım da ata bilmərəm. 23 yaşımdan efirlərdəyəm. Hər dəfə iki addımlığımda oturur. Efirdə mənim bir kişiylə görüşüb öpüşdüyümü görmüsüz? Dilim dinc durmur: - Rəşid bəylə çox mehriban davranırdınız axı. "ANS"dən Elgizdi… - Əşşi, o, qoca kişidi, - gülür, - onun qısqanılası nəyi var? - Telefonuna zəng gəlir. Söndürür. - "ANS"dən Elgizdi. Efirə dəvət edir. Bayaq da "Lider"dən Xuraman dəvət eləmişdi. Vaxtım olmur. Bax, görürsüz, mənim buynuzum qızıldan deyil ki?! Tamaşaçı məni tələb edir deyə, çağırırlar. Reytinqim var axı. Yoxsa adamlar var ki, bir proqrama çıxmaq üçün TV-lərə 2-3 min pul verir. TV demişkən, divardakı diplomları göstərib, gözümə ilk dəyən "Lider"in "Ekstra hiss" proqramının diplomuyla bağlı soruşuram. TV-lərdə yerlər pulla satılır - Bunlar hamısı boş şeylərdi. Yerlər puluynan satılır. İstəsəm, mən də birincilik diplomu alardım. Amma mənim belə şeylərə ehtiyacım yoxdu. Hələ bu nədi, rayondakı evim doludu diplomlarla. Falçı Yeganə bacarmadı, mən həll elədim - Düzünü deyin görüm, məndən əvvəl hansı məşhurların yanına getmisiz? - Yeganənin. Məzhəkəçi tərzdə gülür: - Nə qədər vermisiz ona? - 1500 istədi. - Ay əlinə dönüm! O, elə yüksək qiymət oxuyanda elə sevinirəm ki! Zəng edib deyirəm ki, əllərindən öpürəm. Bir nəfər ona beş dənə brilyant vermişdi, işini düzəldə bilməmişdi. Mən üç minə həll elədim. - Axı o qaranti vermir. Bir də bizə deyib ki, Allahşükürün hesabına işləyir. Düz deyir? Mənim arxamda MTN, MVD durub - Mən onu pisləyə bilmərəm heç vaxt. Həkimlər var ee, yanına başqa həkimin resseptini aparanda deyir, "kül başına, qanmır-filan". Mənim elə xasiyyətim yoxdu. Mənə nə - onu kim qoruyur? Ona qalsa, mənim dalımda MTN, DİN dayanıb. Onların nəzarətində işləyirəm. Yoldaşım soruşur: - Nadim var ee, efirə də tez-tez çıxır. Onu da tərifləyirlər. Məsləhətli baxıcıdı? Mən taksi sürürəm axı, olur ki, müştərilər məndən baxıcıları soruşur. Bir də sizin nömrənizi verə bilərəm onlara? Nadimi mən gətirmişdim, mən də qaytardım - Çox safsınız ee, efirdən hər gördüyünüzə inanırsınız (gülür). Nömrəmi də ki, verməyinə ver e, amma mən çox vaxt burda olmuram. Şəmkir uşaqları tez-tez aparır məni Moskvaya. - Babat pul verirlər barı? - Allah qəbul etsin, pis deyil. Amma olur ki, bir qəpiksiz gedib-gəlirəm. - Niyə? - O yerə ki burnum girmir, başımı nətəri soxum? Yaxşı müştəri olsa, nömrəmi verin, skaypla baxaram. Onsuz da demək olar ki, son vaxtlar ancaq internetdən işləyirəm. Skayp ən rahatıdı. Nadimə gəlincə, onu Moskvadan mən gətirmişdim, burda da qabağa mən çəkdim. Özünü yaxşı aparmadı, dalına təpiyi qoyub yolladım yerinə. Mənim qızlarım ondan yaxşı baxır. Burda da vəzifə irsən keçir Qızlarını çağırır. Biri beş, o biri səkkiz yaşlarında olan iki gözəl qızı gəlir. Böyük qızına deyir: - Bunlara bax, gör, nə deyə bilərsən? Çox qısa, bir-iki cümləylə. Qız yoldaşıma baxıb deyir: - Sənin maşının var?!. Anası müdaxilə edir: - Nə görürsən maşınında, nə gözləyir bunu maşında? Qız sözü göydə tutmuş kimi deyir: - Qaranlığın var, qəza edəcəksən. Qızını öpür: - Gedin, sakitcə oturun divanda, kompüter oynayın. Qızlar sevincək qaçırlar. Adambaşına iki yüz manat və xoşbəxtlik! - Başqa nə dərdiniz var? Danışın, mənə baxmayın, mən danışmağı sevmirəm. Daha çox dinləməyi xoşlayıram. Yox, əgər başqa probleminiz yoxdursa, gedə bilərsiz. Duaları nə vaxt götürə biləcəyimizi və qiymətini dəqiqləşdirmək istəyirik. - Baxıram, kasıb adamsız, həm də bir-birinizi çox sevirsiz. Allah bərəkət versin. Hərəniz iki yüz manat verərsiz. Lap indi verin, sabah saat doqquzda gəlib duaları götürün. Bəs harda qalmısan? Tez ol, gəl evə! İşin müharibəli yerinə gəldiyimizi anlayıb yoldaşıma deyirəm: - Sən düş maşında gözlə, mənim xanımla söhbətim var. Bir azdan mən də gələcəm. Yoldaşım çıxır. Bu vaxt Almaz xanım da ərinə zəng edir. Və başlayır qışqırmağa ki, bəs harda qalmısan? Tez ol, gəl evə! Danışa-danışa keçir o biri otağa. Məni bir qüvvə qoruyurmuş Anasının çıxdığını görən kiçik qızı qaçır yanıma. Diqqətlə üzümə baxıb şirin-şirin gülümsəyir. Təbii ki, mən də öz növbəmdə uşağı cavabsız qoymuram. Birdən uşaq deyir: - Sənin başında tez-tez ağrılar olur. Bir də bir qüvvə səni həmişə qoruyur. Uşaq anasının gəldiyini görüb qaçır yerinə. Bu mənzərədən çox təəsirlənmiş halda yerimdən qalxıram. Almaz xanıma baxıb o an ürəyimdən keçən sözlərin hamısını udqunaraq əridib yox edirəm. Əvəzində bayaqdan fikrimdə təkrar etdiyim sözü soruşuram: Oğlumun əlləri - Otuz manat. Gözləyin, düşüm, ərimdən alıb gətirim. Dualar üçün də sabah gələcəyik. Yorğun və hüzünlü halda pillələri enirəm. Təbii ki, "ərimdən" o pulu almıram və geri də qayıtmıram. Amma… Yol boyu gülümsəyən o körpənin yaddaşıma güllə qəlpəsi kimi girmiş məsum üzü gözlərimdən getmir. Bu xəyaldan məni bayaqdan fərqində olmadan əlini bərk-bərk sıxdığım oğlumun "ana, ağrıdırsan "sözü ayırır.
2013-10-25
627
ABŞ-ın 35 prezidenti dinləməsi skandal yaratdı
İngiltərənin "Quardian" qəzeti xəbərində Snoudenin sızdırdığı sənədlərə istinad edərək Amerikanın 35 prezidenti dinlədiyini iddia etsə də, ad çəkməyib. 200 prezidentin məxfi telefon nömrəsi Qəzet sabiq Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti Edvard Snoudenin sızdırdığı sənədlərə istinadən 2006-cı ildə Amerikanın Milli Təhlükəsizlik Agentliyinin (NSA) ölkədəki ictimai təşkilatlara göndərdiyi gizli bir məktubu yayınlayıb. Məktubda yüksək vəzifəli məmurlar əllərində olan 35 dünya prezidentinə aid kontakt məlumatları beynəlxalq agentlik ilə paylaşmağa təşviq edildiyi göstərilib, həmçinin yaxın tarixdə 35 prezidentə aid 200 telefon nömrəsinin agentliyin əlinə keçdiyini və bu nömrələrdən 43-nün daha əvvəl bilinmədiyi qeyd edilib. Məlumatda ələ keçirilən telefon nömrələri "potensial kəşfiyyat qaynağı" adlandırılıb. Almaniya: Bizdə məlumatlar var Almaniya hökumətinin sözçüsü dünən verdiyi açıqlamada "əlimizdə baş nazir Merkelə aid telefon danışıqlarının Amerika tərəfindən dinlənilmiş ola biləcəyinə dair məlumatlar var",- deyib. Hadisəyə görə Merkel Obamaya zəng edərək açıqlama tələb edib. Fransada 70 milyon telefon danışığı Fransanın "Le Monde" qəzeti bu günlərdə başlatdığı araşdırmanın nəticələrini açıqlayıb. Araşdırmanın nəticələrinə görə, Amerikanın Milli Təhlükəsizlik Agentliyi 10 jurnalistdən ibarət olan özəl komanda tərəfindən gizli dinləmə proqramı vasitəsi ilə Fransada 70 milyon telefon danışığı qeydə alındığını bəyan edib. Xəbərdə MTA-nın, sadəcə, 10 dekabr 2012-ci ilə 8 yanvar 2013-cü il tarixləri arasında bu dinləməni həyata keçirdiyi bildirilib.
2013-10-25
628
Məmurlarımıza sanksiya tətbiq ediləcəkmi? – Reaksiya
Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Azərbaycan haqda iki qətnamə qəbul olunub. Qəbul olunan birinci qətnamədə ilk dəfə olaraq Dağlıq Qarabağla bağlı "işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycan torpaqlarından çıxarılması" tələb edilir. Çıxarılan ikinci qətnamədə isə Avropa Parlamenti insan haqlarının pozulmasından bəhs edir və Azərbaycanda 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir. Onlar öz imiclərinə ziyan vurur Qəbul olunan son qətnamə Avropa Parlamenti ilə Azərbaycan arasında gərginliyə yol açıb. Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məsələ ilə bağlı "Axar.az"a danışdı. XİN rəsmisinin fikrincə, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqe tutur və çıxarılan qərarla öz imicini təhlükə altına qoyur: "Biz hansısa ölkə ilə və ya təşkilatla əməkdaşlıq qururuqsa, o əməkdaşlıqda bərabərhüquqluluq, qarşılıqlı hörmət və şəffaflıq müşahidə olunmalıdır. Gördüyünüz kimi, Azərbaycana bir çox beynəlxalq təşkilatlardan göndərilən müşahidə missiyaları var idi. Onlar dəfələrlə seçkilərin şəffaf və ədalətli keçirildiyini qeyd etmişlər. Hətta Avropa Parlamentinin özünün də müşahidə missiyası seçkilər haqda müsbət rəy bildirmişdir. Təbii ki, Avropa Parlamentinin hazırda ATƏT-in DTİH-bürosunun qərəzli və həqiqəti əks etdirməyən hesabatına istinad edib, öz təşkilatının hesabatına istinad etməməsi təəccüb doğurur və anlaşılmaz hesab edilir. Azərbaycana qarşı bir qrup şəxslər öz qərəzliyini ortaya qoyaraq həmin təşkilatların imicini təhlükə altına qoyur". "Kürü diplomatiyası" cəfəngiyyatdır Elman Abdullayev həmçinin avropalı məmurların Azərbaycan hakimiyyəti tərəfindən "kürü diplomatiyası" ilə ələ alınması iddialarına da münasibət bildirdi: "Tamamilə cəfəngiyyat, absurd və əsassız iddialardı. Beynəlxalq münasibətlər sistemi daimi maraqlar üzərində qurulur. Azərbaycan beynəlxalq təşkilatlar üçün faydalı və maraqlı ölkədir. Regiona edilən səfərlərin təxminən 95 faizi Azərbaycanadır. Belə çıxır ki, bu səfərlərin hamısı "kürü diplomatiyası" ilə həll edilir? Təbii ki, belə deyil. Bu, ölkəmizə olan maraqdan irəli gəlir". Belə haqlı bəyanatlardan çox olub Birinci qətnamədə erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması məsələsinə də Abdullayev toxundu: "Bundan əvvəl Ermənistan-Azərbaycan münasibətlərinə dair qəbul olunan bəyanatlarda Azərbaycan haqsız tərəf kimi göstərilirdi? Yəni bu bəyanatlardan çox olub, amma təəssüflər olsun ki, beynəlxalq müstəvidə qəbul olunmuş qətnamələrin icrası həyata keçirilməyib, öz həllini tapmayıb, çünki Ermənistanın qeyri-konstruktiv mövqeyinə beynəlxalq ictimaiyyət göz yumur və onların mövqeyi yalnız kağız üzərində əks olunur. Yəni bu müstəvidə Azərbaycanın yanaşması hansı mövqedə olursa-olsun, ədalətə söykənir". Elman Abdullayev Azərbaycan məmurlarına qarşı tətbiq edilə biləcək mümkün sanksiyalar barəsində bunları deyib: "Niyə Azərbaycan məmurlarına qarşı sanksiya tətbiq edilməlidir ki? Sanksiya tətbiq olunacaq biri varsa, o da Ermənistan məmurlarıdır. Onlar bir xalqa qarşı soyqırım və qətliam həyata keçiriblər. Avropa ilk növbədə ədalətlilik prinsipini bu yolla qorumalıdır".
2013-10-25
629
Toy karvanında qəza anları - VİDEO / ÖZƏL
null
2013-10-25
630
Azərbaycan “Orxan Zeynalov olayın”da nəyə nail oldu
Məişət zəminində baş verməsinə baxmayaraq, ətrafında böyük hay-küy qaldırılan "Orxan Zeynalov olayı"na Azərbaycan öz münasibətini bildirməklə təqsirləndirilən vətəndaşının hüquqlarını nə dərəcədə qorumağa nail oldu? "Axar.az" açıqlama verən XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev suala cavab olaraq bildirdi ki, Azərbaycan tərəfi öz mövqeyini çox aydın şəkildə ifadə etdi: "Orxan Zeynalovla görüşün keçirilməsinə nail olduq. Ona lazım olan hüquqi dəstəyi verdik. Onun üçün bir vəkil tutduq və həmin vəkil Orxan Zeynalovun maraqlarını ifadə edir. Orxan Zeynalovla bağlı danışıqları yenə də davam etdiririk və artıq beynəlxalq ictimaiyyət, o cümlədən Rusiyanın öz ictimaiyyəti də Orxan Zeynalova qarşı tətbiq edilən tədbirlərə, aşağılayıcı hərəkətlərə mənfi reaksiya göstərdi".
2013-10-25
631
“Azadlıq”ın bank hesabına həbs qoyuldu
Bildiyiniz kimi Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova "Azadlıq" qəzetinə qarşı iddia qaldırmışdı. "Axar.az" "Azadliq"a istinadən xəbər verir ki, məhkəmə qəzetin 32000 manat miqdarında cərimələnməsi haqqında qərər qəbul etmişdi. Oktyabrın 14-də məhkəmə qəzet qarşısında həmin məbləğin 10 gün ərzində ödəniləmsi tələbin qoymuşdu. Qəzetin çox ağır maliyyə vəziyyətində olduğu vaxtda belə bir tələbin yerinə yetirilməsinin mümkünsüzlüyü hamıya bəllidir. Buna baxmayaraq artıq qəzetin bank hesabına həbs qoyulub.
2013-10-25
632
Avropa bankları vahid mexanizmə keçir
AB ölkələri problemli Avrozona banklarının bir mexanizmlə işləməsi üçün 2014-cü ilin əvvəlində Avropa Parlamentində qanunvericiliyin təsdiqlənməsində razılığa gəlmək istəyirlər. "Ria.ru"nun yazdığına görə, məlumatı Avropa Şurasının başçısı Herman van Rompey verib. AB-de bank birliyi formalaşır. Birinci addım bank nəzarətinin vahid sistemi, ikinci addım problemli bankların ümumi işləmə mexanizminin olmasıdır. Avrokomissiya və Mərkəzi Avropa Bankı bu mexanizmi 2015-ci ilin yanvar ayından aktivləşdirmək istəyir.
2013-10-25
633
“Tələbələrin saqqalı”na ekspertlər rəy verir
"Son zamanlar bir sıra universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri təhsil haqqında qanuna ziddir. Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqa saxlamasına müdaxiləsi yolverilməzdir". Bu sözləri "Axar.az"a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib. O, bildirib ki, hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir: Saç-saqqal tələbənin öz seçimidir "Ola bilsin ki, təhsil haqqında qanunda hansısa məsələlərə toxunulmayıb. Əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər. Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər təhsil haqqında qanunun da demədiyi sözü deyir. Dolayısı ilə, qanundan kənar addım atılır. Təhsil sahəsində olan dərəbəyliklər Misir Mərdanovun dövründə baş verdi. O, əsas diqqətini pul gətirən sahələrə yönəltdi. Orta məktəblərə, bağçalara fikrini yönəldərək pul qazanmaqla məşğul idi. Belə olan halda da universitetlərdəki qaydaları rektorlar özləri tənzimləməyə başladılar və beləliklə, hər universitetdə ayrı-ayrı qaydalar yaranmağa başladı. Ali təhsil müəssisələrinin əksəriyyəti-təxminən 8-9 nəfəri Milli Məclis üzvü olduğuna, digərləri də nüfuz sahibi olduğuna görə, heç kim onlara heç nə demir. Buna görə də istədikləri özbaşınalıqları edirlər. Bakı Dövlət Universitetində Abel qaydaları, Xarici Dillər Universitetində Səməd qaydaları, Texniki Universitetdə Havar qaydaları, Milli Konservatoriyada Siyavuş qaydaları hökm sürür". Təhsil eksperti yeni nazirlə bağlı fikirlərini də bildirdi: "Bütün bunlara nazir səviyyəsində müdaxilə olunmalıdır. Yoxsa bu özbaşınalıqla təhsildə heç bir uğur əldə etmək olmaz. Yeni təhsil naziri islahatlar aparmaq istəyirsə, elə bu məsələdən başlaya bilər. Ancaq başqa bir məsələ də var ki, təzə nazirin bunlarla işləməyə gücü çatacaqmı?" Gəncləri düzgün yola gətirmək lazımdır Məsələ ilə bağlı "Axar.az"a danışan millət vəkili Fəzail İbrahimli isə məsələlərə milli və nizam-intizam rakursundan yanaşmağın tərəfdarı olduğunu bildirdi: "Universitet rektorları Təhsil Nazirliyindən hər hansı bir göstəriş alıb-almamasından ziyadə bu onların borcudur ki, sahib olduqları müəssisələrdə, universitetlərdə səliqə-sahman, nizam-intizam yaratsınlar. Yanlış mövqedə olan gəncləri isə düzgün yola gətirmək lazımdır. Tutaq ki, auditoriyada olan 20 tələbə tamam başqa bir ruhdadır, bir tələbə isə saçını uzadıb, buruq hala gətirib. Biz ona deməliyik ki, bu insan azadlığıdır, şəxsiyyət azadlığına toxunmaq olmaz?! Yox! Bəzi dəyərlər var ki, onlardan kənara çıxmaq olmaz".
2013-10-25
634
Yeni Müdafiə Nazirindən daha bir kadr dəyişikliyi
Azərbaycan Müdafiə Nazirliyində kadr islahatları aparılıb. "Axar.az" Trend ə istinadən xəbər verir ki, vəzifəsindən azad edilən Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyevin yerinə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi, polkovnik Anar Kərimov təyin edilib. Bundan əlavə, nazirliyin Hərbi Polis İdarəsinin rəisi vəzifəsini icra edən Bəbir Həsənov vəzifəsindən azad olunub. Qeyd edək ki, Azərbaycanın yeni təyin olunan müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyində bir sıra kadr islahatları aparıb. Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilib və nazirliyin hərbi hissələrindən birinə təyin edilib.
2013-10-25
635
Qadın dəlisi olan rəssam
Əsgərliyə getsəydim, general olardım. Lakin mən rəssamlığı seçdim və Pikasso oldum Bu gün rəssamın doğum günüdür. Dünyanın elə bir yeri yoxdur ki, rəssamlıqdan danışılanda Pikasso adı çəkilməsin. XX əsrdə yaşamış bu dahi rəssamın yaradıcılığı hər kəs tərəfindən bəyənilmir. Lakin istedadı gizlətmək mümkün deyil, hətta onun opponentləri belə, Pikassonun yaradıcılığına hörmət edirlər. Onun nailiyyətinə qibtə etmək olar. Həyatda ilk sözü "karandaş" olan rəssam Pikassonun 132-ci ad günü münasibətilə rəssamın həyatından ən maraqlı faktları sizə təqdim edirik. Kiçik Pablo adi insanlardan fərqli olaraq ilk dəfə danışmaqdan qabaq şəkil çəkməyi öyrənir. Onun ilk sözü isə karandaş olur. Pikassonun 7 yaşı olanda rəssam və incəsənət professoru olan atası ona şəkil çəkməyi öyrədir. Tezliklə atası oğlunun rəssamlıqda onu üstələdiyini görür və rəssamlıqdan imtina edəcəyinə and içir. Bildirək ki, Barselonadakı rəssamlıq məktəbinə qəbul imtahanını başqaları bir ay ərzində verəndə, Pikasso cəmi bir gün içində verir. Pikasso "Pikador" adlı ilk rəsmini 9 yaşında, ilk akademik-professional rəsmini isə 15 yaşında olarkən işləyir. Pablo məktəbdə oxuyarkən müəllimlərə qarşı pis rəftarına görə tez-tez oturacaq və ağ divarlardan ibarət xüsusi otağa qoyulur. Məhz bu otaq onun şəkil çəkməsi üçün əlverişli olur. Rəssamın sözlərinə görə, o heç vaxt bu otaqdan çıxmaq istəmirmiş. Qadınlara olan ehtiras Heç bir məşhur rəssamın həyatında qadınlarla olan eşq macəraları Pablo Pikassodakı qədər ola bilməz. Qadınlar ona hava kimi lazım idi. Pikasso Mari-Terez Valterlə Parisdəki Lafayet qalereyasında tanış olur. Məhz o, rəssamın ən məşhur şedevr əsərlərindən biri olan "Arzu" adlı rəsm işinin modeli olur. Qeyd edək ki, bu rəsm əsəri cəmi bir gün ərzində çəkilir. Pikasso 21 yaşlı Fransuaza Jiloyla tanış olanda onun 61 yaşı vardı. Məlumat üçün bildirək ki, Fransuaza rəssamdan ayrılan ilk qadın idi. Baxmayaraq ki, rəssam şəkillərinə görə məşhur idi, o, eyni zamanda keramika, qrafika və heykəltəraşlıq ilə də təcrübələr aparıb. Hətta Pikasso iki pyes və şeirlər müəllifidir.
2013-10-25
636
Əli Əhmədovun görəcəyi iş məlum oldu
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin olunan Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədovun məsul olduğu sahə açıqlanıb. "Axar.az"ın məlumatına görə, YAP icra katibinin müavini Siyavuş Novruzov "APA"ya açıqlamasında bildirib ki, Ə. Əhmədov baş nazirin müavini kimi hökumətdə sosial sahələrə nəzarət edəcək. Yeni müavinlərin vəzifə bölgüsü Nazirlər Kabinetində ötən gün keçirilən toplantıda müəyyənləşib.
2013-10-25
637
Türkiyəni dəhşətə gətirən hadisə
Türkiyədə yaşanan hadisə insanları şoka salıb. Övladlarını satmaq, başqasına vermək və uşaq götürmək istəyən qadınlar "evlatlikarayanlar.com" adlı sayt qurub. Saytda ana olmağa namizəd olan qadınların dərc etdiyi elanlar görənləri şoka salıb. Bir ananın övladından imtina etməsi və xilas olmaq istəyinə fərdin deyil, cəmiyyətin problemi adı da qoyula bilər. Saytın idarəçisi, "Siz də özünüzə övlad tapa bilərsiniz. Saytımız vasitəsilə övlad əldə edə bilmək artıq çox asandır" kimi ifadələrdən istifadə edib. Ancaq yaranan skandal saytın məzmununa zidd olması ilə diqqət çəkir. Saytda göstərilən elanları diqqətinizə çatdırırıq: Tələbəyəm, doğuşuma bir ay qalıb… "E.H." adlı bir universitet tələbəsinin elanı adamı dəhşətə salır: "Doğuşuma bir ay qalıb. Bir səhv nəticəsində hamilə qalmışam. Aborta cəsarət edə bilmirəm. Nikahdan kənar uşağım dünyaya gələcək. Bu körpənin ortada qalmasını istəmirəm..." Pul istəmirəm, yetər ki, getsin Əsmər adıyla sayta üzv olan bir başqa ana namizədin isə qeydi belə olub: "Yaxın zamanda doğulacaq qızımı övladlığa vermək istəyirəm. Nikahdan kənar bir əlaqəyə girdiyimdən ailəmin xəbəri yoxdur. Övladımı rəsmi və ya qeyri-rəsmi yolla birinə vermək istəyirəm..." Xilas olmaq istəyirəm Leyla adında bir başqa istifadəçi də körpəsindən xilas olmaq üçün: "20 günə qədər nikahdan kənar bir qız körpəm olacaq. Ərimlə 2 il yarımdır ayrılmışam. Heç kim bilmədən və qarşılıq gözləmədən doğulacaq körpəmi birinə verib xilas olmaq istəyirəm",- deyə elan verib. Şok yaradan elanlar "Bir qız körpəm olacaq. Doğuşuma çox az qalıb. Ankarada yaşayıram. Daxilində sevgi və hörmət hissi olan, həqiqətən övlad sahibi olmaq istəyən bir ailəyə körpəmi vermək istəyirəm. – Təciliii..." "Təxminən üç ay sonra dünyaya gələcək olan körpəmi xəstəxanadan birbaşa etibarlı bir ailəyə təmannasız şəkildə vermək istəyirəm. İmdadıma çatsanız sevinərəm..." "Bəzi çətinliklərə görə yaxında doğulacaq körpəmizi əvvəlcə Allah qorxusu olan, sonra da çox ciddi düşünən bir ailəyə vermək istəyirik. Körpə artıq 4 aylıqdır, həkimə belə gedə bilməmişik. Qeyd: Rəsmi olaraq da evliyik". "Mərhaba, səkkiz aylıq hamiləyəm. Bir oğlan gözləyirəm və övladlığa vermək istəyirəm. Maraqlanan ailələr məni bu nömrədən dərhal axtarsın. Heç bir qarşılıq gözləmirəm". Sayt idarəçisi: Maddi dəstəyə ehtiyacımız var Sayt idarəçisi olduğu aydın olan adamın üzvlərə göndərdiyi 2 sentyabr tarixli "Övlad götürmək istəyənlər üçün şərtlər" başlıqlı yazıda məqsədini açıq şəkildə ortaya qoyur. Övlad götürmək, ya da vermək istəyən ailələri ziyarət etdiyini ifadə edən şəxs maddi dəstəyə ehtiyac duyduqlarını vurğulayır. Və ardıyca da sayta üzvlük əvəzinin ödənilməməsindən şikayətlənir.
2013-10-25
638
Türkiyəyə aparılan raket hissələri gömrükdə saxlanıldı
Rusiya Federasiyasının Federal Gömrük Xidməti (FGX) Saratov vilayətinin sədri general Sergey Ovsyannikov 15 tonluq raket sistemi hissəsinin bir hərbi bazadan qaçırıldığını bəyan edib. O, bildirib ki, hərbi texnologiyaya aid vəsaitin "dəmir-dümür" adıyla xaricə çıxararılmasının qarşısı son anda alınıb. Daha sonra mətbuata açıqlama verən FGX Saratov vilayətinin sözçüsü Anatoli Poluboyarov bildirib ki, Saratov gömrük məntəqəsinə qara dəmir ilə əlaqədar mal bəyannaməsi təqdim edilib. Dəmirin yük gəmisi ilə Rusiyadan Türkiyəyə göndərilməsi nəzərdə tutulu. 15 ton ağırlığında olan dəmirin yoxlanılması üçün bölgəyə hərbi mütəxəssislər dəvət edilib. Mütəxəssislərin yoxlaması nəticəsində dəmir-dümür adıyla göndərilməsi planlaşdırılan yükün qitələr arası ballistik raket sisteminə aid bir hissə olduğu aydın olub. Bu raketlər isə Müdafiə Nazirliyi strateji raket bölmələrindən birinə aiddir.
2013-10-25
639
17 yaşında milyonçu oldu
Amerikalı Bella Vims doğum günündə ailəsində avtomobil istədi. Ailəsindən "qazan, özün al" cavabını alanda qarşısına məqsəd qoydu və zərgərlik dizaynı ilə 250 milyon dollar qazandı. Atasının verdiyi xərcliklə dolanan gənc qızın üç ilin içində 250 milyon dollarlıq dövriyyəsi olan bir şirkət qurması inandırıcı olmaya bilər. Ancaq amerikalı Bella Vims bu möcüzəni gerçəkləşdirdi. 14 yaşında öz işini qurdu Zərgərlik dizaynerliyinə həvəsi olan Bella əvvəlcə dostlarını müştəri olaraq seçdi. Sonra "Oriqami Oul" adı altında qurduğu şirkətlə özü kimi daş-qaş dizayneri olanları bir yerə toplayaraq bir şəbəkə qurdu. Daimi olaraq təşkil etdiyi şənliklərdə düzəltdikləri bəzək əşyalarını satmaq imkanı olan fərdi dizaynerlər eyni zaman professional alıcılarla da görüşmək imkanı tapdı. Qarşıma məqsəd qoydum, milyonçu oldum Satışlardan əldə edilən gəlirlərin üzərinə bərabər dizaynerlik təlimini də gələndə 2011-ci ildə 280 min dollarlıq bir büdcəyə nail olundu. 2012-ci ildə gəlir 86 dəfə artdı. İndi isə 17 yaşındakı Bella Vims 250 milyon dollarlıq və 25 min müstəqil dizaynerdən ibarət olan bir komandanın başçısıdır.
2013-10-25
640
“Xəzər Gəmiçiliyi”ndə əmək müqavilələri ləğv edilir
Azərbaycan prezidentinin sərəncamı ilə yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC keçmiş Xəzər Gəmiçiliyi və ARDNŞ-nin tərkib hissəsi olan Xəzər Dəniz Neft Donanması İdarələrinin birləşməsindən ibarət olacaq. "Axar.az"ın əməkdaşı XDND–nin Xətai rayonu, Əbilov küçəsi 25-də yerləşən əsas idarələrindən birində olub. Adını bildirmək istəməyən rəhbər şəxslərdən biri əməkdaşımıza deyib ki, Donanma əvvəllər olduğu kimi yenə də öz ritmində işləyir, heç bir narahatçılıq yoxdur. Yaxın günlərdə idarənin bütün işçilərinin əmək müqaviləsi ləğv ediləcək və yeni yaradılmış QSC ilə yeni müqavilələr təklif olunacaq. Bütün bunların Donanmanın üzən heyətinin əmək haqqına mənfi təsiri olmayacaq. Baxmayaraq ki, iki fərqli Donanma birləşdirilib. Xatırladaq ki, Aydın Bəşirovun rəis olduğu Xəzər Gəmiçiliyi İdarəsi Ticarət donanması, Mübariz Mədətovun rəis olduğu Donanma isə Neft Donanmasıdır. Bununla belə mənbəmiz bildirib ki, QSC yarandıqdan sonra, donanmada güclü ixtisarların olacağı da istisna deyil. Xatırladaq ki, yeni yaradılmış "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Göyüş oğlu Vəliyev təyin edilib.
2013-10-25
641
Keçmiş məhbus həbsxana qapılarında
"Müstəntiq köpəyoğlu dedi də, dedi axı: on min ver, bağlayaq..." 2 sayli cəza çəkmə müəsisəsindən reportaj Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsi Binə qəsəbəsindədir. Qonşuluqda 17 saylı CÇM yerləşir. Buraya məhkumlar və penitensiar xidmətin işçiləri sadəcə "TUB" deyirlər. Ağ ciyər xəstəlikləri olanlar, əsasən, bu müəssisədə yerləşdirilir. Doğrusu, əvvəlcə elə bu müəssisənin girişində gözləyib, görüşə gələn məhkum ailələrini müşahidə edib yazmağı planlaşdırsam da, sonradan fikrimi dəyişəsi oldum. Fikrimdən daşınmağıma səbəb son vaxtlar ölkə ictimaiyyətini və mətbuatı daha çox maraqlandıran bir olayın baş verməsi oldu. Söhbət prezident seçkiləri ərəfəsində verdiyi məlum bəyanat və əfv olunması üçün prezidentə məktub ünvanlaması ilə yenidən gündəmə gələn Fərhad Əliyevdən gedir. SALAM ŞAİR, NECƏSƏN? Salam verən adama tərəf döndüm, tanıya bilmədim. Salamını cavabsız qoymadım, gülə-gülə uzatdığı əlini sıxdım, "yaxşılıqdır", dedim. Sifəti çox tanış gəlirdi. "Xeyir ola, burda?" - sualına, "heç, tanış var, onu gətirmişəm, - dedim, - qohumu burda yatır". "Dedim, bəlkə "Akulanı" görməyə gəlmisən", deməsinə əlüstü cabvab verdim: "Yox, indiyə çıxar o", - dedim və yadıma düşdü, salamını aldığım adam Bayıl türməsində ən insaflı "nadzor"lardan – nəzarətçilərdən biri idi ("Akula" ləqəbli dustaq isə məşhur Tambov qruplaşmasının üzvü Tofiq Belov idi, Bakıda törədilən sifarişli ölümə görə günahkar bilinib həbs edilmişdi, Bayıl türməsində eyni kamerada olmuşduq, aramızda bir mübahisə yaranmışdı və sonradan dostlaşmışdıq. Özünün dediyinə görə, atası general olan bu adam Sankt-Peterburda rus anasının yanında böyümüşdü, ali təhsilli idi, Azərbaycan dilini mükəmməl bilirdi, zamanında yay aylarını da Azərbaycanda keçirirmiş). Keçmiş "nadzor" isti, bürkülü havada kameranın "kormuşka"sını bağlayar, dustaqlar içəridə havasızlıqdan boğulanda 40 qəpiyə həmin nəfəsliyi açardı. Başqa nəzarətçilər bu təmiz hava alış-verişini 1 manatdan aşağı eləməzdi. Yaxşı da "ayaq" idi ("ayaq" – dustağın xəbərini çölə aparıb-gətirənlərə deyilirdi, yəni sənin əvəzinə o gedib gəlir, istədiyini ödənişlə həyata keçirir). Bayıra nə lazım idisə - xəbər göndərmək, gətirmək - məmnuniyyətlə yerinə yetirərdi. …Tanımadığımı zənn etdi: "Sən "desyati"də olanda da görüşmüşdük, - dedi,- biz "şmona" gəlmişdik, sənin "sançastda" qaldığın palatandan kitabları, qəzetləri götürmüşdülər, bir də şeir dəftərini, əsəbi halda söyürdün. Necə oldu, axırı geri qaytardılar?" - Hə, Vəli müəllim qaytardı, - dedim. - Sən burda işləyirsən? - Yox, pensiyadayam, tanış oğlan var, onunla işim vardı, bayaq çöldə idi, söhbətimizi bitirdim, indi gedirəm. "UŞAĞI QURTARMAQ OLARDI..." Bu sözləri buraxılış məntəqəsindən bir qədər aralı yerləşən, üstündə "kafe-çayxana" yazılmış tikilinin qarşısında toplaşan bir dəstə adamdan ən yaşlısı deyirdi. Necə deyərlər, hər kəs öz dərdini "çalxalayır", bir-birinə ürək-dirək verir, əzizlərinin indiki durumundan narahat olduqlarını dilə gətirirdilər. İçəri keçirəm. 30-35 yaşlı bir nəfər görüşə gələn adamların şəxsiyyət vəsiqələrini alıb baxır, buraxılış üçün lazım olan qeyd vərəqini doldurur, ərzaqların siyahısını tutur, miqdarını qeyd edirdi. Hər kəs onunla çox səmimi idi, görünür, dəfələrlə görüşə gələnlərdilər, çünkü hər kəs ona adı ilə müraciət edir, o da hamıdan adbaad hal-əhval tutur, dustaq yaxınlarının necəliyini, məhkəməyə düşüb-düşmədiyini soruşur, canıyananlıq sərgiləyir. Arada da əlavə edir: - İndi vəziyyət yaxşıdır, əvvəllər başqa cür idi. Dərdli insanlar isə "görək də..." deməklə kifayətlənirlər. Fikir verirəm, ona manatlıqlar təklif edənlərə dilucu etirazını bildirir və bu zəif etiraz əslində heç etiraz olmasa da, dustaq yanına gələnlər manatlıqlarını qaytarıb ciblərinə qoyur, onun canına dualar edirdilər. Sözsüz ki, sənəd yazan oğlanın gözütoxluğunu "görməyənlər", etirazını "eşitməyənlər də" olurdu ki, bu zaman da "çox sağ ol, Allah cibini dolu eləsin, gözlərini yol gözləməkdən qurtarsın" deyə dua-səna eləyirdi. Ara-bir də mənə baxır, işinə ara verib, "Qardaş, Allah qapısını açsın, sən kimin yanına gəlmisən, təzələrdəndi?" - deyə soruşur. - Yox, çoxdandır yatır, amma mən indi gəlirəm, yoldaş var, onu gözləyirəm, gəlsin, sənədlərimizi verərik. Canyananlıq edir: "İstəyirsən, ver yazım, növbə tut, dostun gələndə sənədini gətirər, onu da əlavə edərəm". Təşəkkür eləyib, bayıra çıxıram. Bayırda "uşağı qurtarmaq mümkün olarmış" qənaətinə sonradan gələn kişiyə yaxınlaşıb: "Allah qapısını açsın, çoxdan yatır?" - soruşuram. - Hə, üç ildən çoxdu, hələ bir o qədər də qalır. Müstəntiq kopayoğlu dedi də, dedi axı, on min ver, bağlayaq. Mən altı min gətirdim, hirsləndi, 2-ci maddəni də "zıpladı" gedəyə. İndiyə qədər on min çıxıb, yalan deyən nakişidi. - Ardıyca üzünü mənə tutur: - Tapa bimədim də, neynəyim. - Gərək kredit götürəydin bankdan, hər ay bura iki dəfə gələndə çəkdiyin xərci banka ödəsəydin, canın da dincələrdi, belə peşmançılıq da çəkməzdin, uşaq da gözünün qabağında olardı. - Adamam, ə, mən? - deyir və əlini uzadır: - Papruzunnan görüm! Siqaretin acı tüstüsünü cigərlərinə çəkib, burun pərlərindən çölə fısqırdır: - Gədəyə etivarım olmadı, gündə birini basıb döyürdü, malını-qoyununu əlindən alırdı, o da bir köpəyoğludu, gedif dayısına oxşadı, mənə oxşamayan qurumsaq. Düşündüm ki, bu, əslində uşağını tərifləməkdi. Ətrafdakılara da maraqlı gəlir bu kişinin danışığı. Hər kəs öz uşağının, qohumunun ipə-sapa yatmazlığından bəhs edir, indi qalın divarlar arxasında ömürlərini saat əqrəblərinin arxasıyca baxıb da günün keçməsini gözləyərək vərəqləyənlərinin – doğmalarının müsbət tərəflərini nəql edirlər. Xatirələr o qədər şirindir ki, lap acılı günlərin xatirələri olsa belə. Bir dəfə rəhmətlik Zakir Sadatlıya türmə həyatının yaddaşımdan heç vaxt silinməyəcək tərəflərindən bəhs edərkən dedi: "Aya, zalım, elə danışırsan, istəyirəm kimisə vurub öldürəm, gedəm düşəm o xarabaya..." "PUL KÖPƏYOĞLU ŞEYDİ" Buraxılış məntəqəsinə yaxınlaşıram. İnsanların üzündə kədər və nisgil yuva salıb. Hamının dərdi eyni olduğundan, burdakı insanlar sanki bir ailənin üzvləridir. "Həbsxana həyatını biz çəkmirik ki! - çöldə qoyub gəldiklərimiz çəkir". Bunu Bayıl türməsində olarkən gənc, lakin dustaqlıq həyatı barədə kifayət qədər məlumatlı olan bir dustağa demişdim. Törətdiyi cinayətdən fəxrlə danışar və "Mən bu yolun yolçusu olacam. Hələlik "strimit" edirəm", - deyərdi. Bu adamla ilk gündən düz gətirməmişdi mənimki. Mənim yazan (jurnalist), "paqon" (gəmi kapitanı) işləməyim bunun fikrincə "zapodlo" idi. Lakin mənim generalları, dövlət məmurlarını tənqid edən yazılar yazmağımı anlayınca, "sən adi serjantla qodulanırsan, mən isə kimlərlə kəllə-kəlləyə gəlmişəm!" - deməyimdən sonra üzrxahlıq etmişdi. Çalışırdım ki, onun cinayət aləminə olan meylini azaldam. Burda bir neçə dəqiqədən sonra əzizləri ilə görüşəcək insanların sifətinə baxarkən həmin fikirlər yenidən beynimdən keçir: "İçəridikilərdən çox, çöldəkilər əzab çəkir!" – bu, həqiqətən də belədir! Ağır, dəmir qapı açılır və nadzor: - Kimin növbəsidi, gəlsin, - deyir. Sözsüz ki, növbə ilə tikanlı məftillərin kəmər kimi dolandığı qalın divarların o üzündəki məhbuslara bir udumluq azadlıq havası, sevinc aparacaq adamların sənədləri artıq içəri təhvil verilib və onların görüşünə icazə qadağası yoxdur. Gənc bir oğlan və cavan bir gəlin məndən sonra növbəyə yaxınlaşır, "siz neçəncisiz", deyib, öz əllərindəki xırda kağız parçasına yazılmış rəqəmə baxırlar. "Biz iyirmi dördüncüyük",- deyir qadın. - Mən növbəmi sizə verərəm, dostum gəlməlidir, hələ gəlməyib, - deyirəm. Və yeni həmsöhbət üçün körpüyə özül qoyuram: - Tez-tez görüşə gəlirsiz? Xanım: - Ayda iki dəfə. Görüş vaxtı belədi. Amma kimin imkanı, adamı varsa, ayda üç dəfə də görüşə gələ bilər, bu onların büdcəsinə baxır. - Bunun üçün kiminlə danışmaq lazımdı? - Burdakı paqonluların hamısı bunu düzüb–qoşa bilər. - Siz heç elə etmisiz? – təcrübəsiz adamlar kimi soruşuram. - Yox, - deyir, - biz bir dəfə istədik ki, növbədənkənar görüş alaq, imkan vermədilər, nə qədər pul təklif etsək də, alınmadı. Amma deyirlər, mümkündü. Gənc oğlan müdaxilə edir: - Dayı, pul köpəyoğlu şeydi. Söhbətimiz alınır. Məlum olur ki, əslən Ermənistandan olan bu gənc qadın oğlanın qardaşı arvadıdır. "İçəridə" olan isə xanımın həyat yoldaşıdır. Şəxsi – üç günlük ailəvi görüşə gəlib. Oğlan sonra qayıdacaq. Qardaşına ACM-in 120-ci maddəsi ilə 8 il cəza veriblər. Nümunəvi dustaq olsa da, cəza növü hələ də dəyişdirilməyib. Bir neçə dəfə ərizə ilə mürciət etsələr də, müsbət cavab alınmayıb. Mən ona qanunla cəzanın üçdə birini, yaxud üçdə ikisini çəkdikdən sonra müsbət xasiyətnamə ilə məhkəməyə müraciət etmənin mümkünlüyünü xatırlatdıqda, oğlan mənə çəkilməmiş cəzanın iki ilini "çölə" çıxartmaq üçün bir nəfər tanışla söhbət etdiklərini, lakin onun bu iş üçün 10.000 manat tələb etdiyini dedi. - İnanma, eşitdiyimə görə, yerdə qalan hər ay üçün də 100 manat ödəyirsən, - deyirəm. - Hə, əvvəllər belə olub. İndi "korrupsiya" işləyir axı, az edirlər, amma yaxşı alırlar, - deyir. Sonra da əlavə edir ki, buranın indiki rəisi yaxşı oğlandır, "Tub"da – "17"-də idi əvvəllər. - Dəyişiklik çoxdur, əvvəlin "zakonları" yoxa çıxıb. Rüşvətin kökünü də demək olar ki, kəsib. Vallah, görüşə gələndə daha əvvəlki kimi əlavə heç bir xərcimiz çıxmasa da, buna inanmaq da olmur. Bura Azərbaycandır e... Söhbətə qoşulanlar çox olur. Hərə bir fikir səsləndirir. Özləri ilə gətirdikləri ərzağı, mer-meyvəni, su qablarını divar boyu düzüb də istidən və görüşə buraxılmanın ləng getməsindən gileylənirlər. "SƏNİN XƏBƏRİN OLMADI BƏ, DƏDƏM DƏ BURDADI, QARDAŞIM DA..." AXCP-nın Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli qeybdən çıxmış kimi qarşımda peyda olur. Səmimi görüşdən sonra, "burda xeyir ola"ları yan-yana düzürük. Mən eləcə reportaj hazırlamağa gəldiyimi deyirəm və soruşuram ki, bəs sənin oğlun Vasif, Allah qapısını açsın, "detski"də olmalıdır, burda nə gəzirsən? - Sənin xəbərin olmadı bə, mənim başıma nələr gətirdilər? Uşaqdan sonra da dədəmlə qardaşımı şərləyib tutdular. - Elə o məsələyə görə? - Dolayısı yolla həmin məsələdi, amma onları narkotika satışı ilə "qruzladılar". Görüşə 3 nəfərdən artıq adam buraxılmadığından, Təzəxan bəyin doğmaları görüş otağında idi, özü isə tikanlı məftillərlə "duvağı bağlanmış" qalın və hündür daş hasarın bu tayında onların görüşdən çıxmalarını gözləyirdi. Elə hasarın bu tayındaca o taydakıların taleyinə acıdıq. Bir neçə dəqiqə də keçdikdən sonra Təzəxan bəyin doğmaları görüşdən qayıtdı və biz sağollaşdıq. Sağollaşarkən ona dedim ki, mən hasardan o tərəfə keçəcəyəm və ordan da reportaj hazırlayacağam. Çiyinlərini çəkdi, hiss etdim ki, inanmır. Amma onunla xudahafizləşdikdən təxminən yarım saat sonra mən artıq "içəri"də idim.
2013-10-25
642
Məşhur ulduzların əfsanə toy fotoları
Məşhurlar dünyasının əfsanə cütlüklərinin toyları unudulmaz kadrlarla yadda qalıb. Amerika Birləşmiş Ştatlarının "Huffington Post" qəzeti ulduzların toy şəkillərini çap eləyib. Onları sizə təqdim edirik.
2013-10-25
643
Vəfa Quluzadə seçkiylə bağlı susacaq
Avropa Parlamentinin prezident seçkisi haqda mənfi rəyi və ABŞ-ın da Azərbaycanda prezident seçkisini müsbət qiymətləndirdiyinə görə AŞPA müşahidə missiyasını tənqid etməsi ilə bağlı faktları politoloq Vəfa Quluzadənin "Axar.az" oxucuları üçün şərh etməsini istədik. Lakin o, fikirlərini "Axar.az"la bölüşməkdən qəti şəkildə imtina edərək bunu belə əsaslandırdı: "Mən seçkilərlə əlaqəli heç bir mövzuya və heç kəsə şərh vermirəm. Bu, beynəlxalq aləmlə əlaqəli olsa belə, cavab verməyəcəyəm".
2013-10-25
644
ANS TV daha 6 il efirdə olacaq
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Axar.az APA-ya istinadən xəbər verir ki, Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda ANS Müstəqil Yayım və Media Şirkətinin və "Xəzər TV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. Hər iki qurumun lisenziyalarının müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib. Qeyd edək ki, ANS-in lisenziyasının müddəti bu il aprelin 27-də, "Xəzər TV"nin lisenziyasının müddəti isə sentyabrın 14-də başa çatmışdı.
2013-10-25
645
İdris Cəfərov: “İçib stol üstünə çıxan Elçin Əlibəylinin...”
ANS-in əməkdaşı Elçin Əlibəylinin son günlər şəxsi həyatı və fəaliyyəti ilə bağlı mətbuatın gündəminə gələn Space" telekanalının direktoru Vaqif Mustafayevi müdafiə edən fikirlərinə qarşı tərəfdən cavab gecikməyib. AzNews.az-ın məlumatına görə, V.Mustafayevin ünvanına bir sıra ittihamlar səsləndirən "Space"in əməkdaşı İdris Cəfərov kanal direktorunu müdafiə edən E.Əlibəylini hədəfə alıb: "Elçin Əlibəyli öz ad günündə içib stolun üstündə erməni dilində "Sarı gəlin" oxuduqdan sonra nəinki jurnalistlər, ümumiyyətlə, heç Mənzil İstismar Sahəsinin mühəndisi haqqında fikir bildirməyə haqqı yoxdur. Bildirmək istəyirəm ki, ATV-dən bütün layihələri ilə kənarlaşdırılan qardaşı Oqtay Əliyevin yeganə sığınacaq yeri "Space"dir. Bu səbəbdən də qardaşlar çox narahatdır".
2013-10-25
646
Lukaşenko Gürcüstanı yenidən MDB-yə səslədi
Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstanı MDB-nin tərkibinə qayıtmağa çağırıb. Axar.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə o, MDB Dövlət başçıları Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib. Belarus prezidenti Gürcüstanın MDB-ni tərk etmək üçün müəyyən səbəbləri olduğunu söyləyib: "Gürcüstanda və o cümlədən ölkə rəhbərliyində dövlətlərimizin həyatına aid siyasi və iqtisadi məsələlərin müzakirə olunduğu meydançaya malik olmağı istəyən adamlar var. Ümid edirəm ki, Gürcüstan bu çağırışı qəbul edəcək". A.Lukaşenko sözdən əmələ keçməyin vaxtı çatdığını deyərək, Gürcüstana MDB-yə heç olmasa, müşahidəçi statusunda qayıtmağı təklif edib.
2013-10-25
647
General-mayor YAP-Milli Şura davasına qarışdı
Siyavuş Novruzov Milli Şuraya xəbərdarlığının detallarını açıqladı "Açıqlama verərkən bildirmişəm ki, dövlətimiz əleyhinə müxtəlif çağırışlar olarsa, şəxsiyyətin ünvanına təhqiramiz, şər və böhtan xarakterli ifadələr səslənərsə, buna cavab veriləcək". Bu sözləri "Axar.az"a açıqlamasında YAP-dan olan millət vəkili Siyavuş Novruzov Milli Şura haqqında etdiyi xəbərdarlığın detallarını, "cavab veriləcək" deyərkən nəyi nəzərdə tutduğunu izah edərkən bildirdi: "Mitinqdə bu kimi çağırışlar olarsa, Milli Şura üzvlərinə qanunun tələbi ilə cavab verəcəyik. Qanun nəyi nəzərdə tutursa, hansı cəzalar verilə bilərsə, onu nəzərdə tuturuq. Mitinq iştirakçılarının səsləndirəcəyi şüarlara görə mitinq təşkilatçıları hüquqi məsuliyyət daşıyır. Onlar bilməlidir ki, orda səslənəcək olan fikirlərə görə birbaşa cavabdehlik daşıyırlar". Daha bir xəbərdarlıq Bakı Şəhər Polis İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da Milli Şuranın mitinqi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribatın baş verməsinə imkan verilməyəcək: "Biz mitinqin təşkilatçılarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar". Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 27-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Mitinqin oktyabrın 27-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) saat 16.00-dan 18.00-dək keçirilməsinə razılıq verilib". Novruzovdan ikinci açıqlama Bu arada YAP funksioneri Milli Şura ilə bağlı növbəti açıqlamasını verib. Novruzov mitinqdə təxribat planlaşdırıldığı barədə ciddi məlumat aldıqlarını da bildirib: "Bizdə olan dəqiq məlumata görə, müxalifətçilər mitinqlərə gətirmək üçün xüsusi təxribatçı qrup hazırlayıblar. Məqsədləri mitinqdə qarşıdurma yaradıb, bunun məsuliyyətini iqtidarın üstünə atmaqdır". Onun sözlərinə görə, bu məlumat artıq müvafiq orqanlarda da var: "Onların xüsusi təxribatçı qruplar tərəfindən aksiyada qarşıdurma yaradıb, bunu iqtidarın üstünə atacaqlarını biz də, müvafiq orqanlar da artıq bilirik. Mətbuat vasitəsilə onlara çatdırırıq ki, artıq məsələdən xəbərdarıq. Baş verəcək istənilən qanunsuz əməllərə görə məsuliyyət aksiya təşkilatçılarının üzərinə düşür". Milli Şuradan Siyavuş Novruzova cavab Edilən xəbərdarlıqlarla bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Axar.az"a münasibət bildirdi. O dedi ki, bu fikirlər hakimiyyətdə olanların feodal düşüncəsindən xəbər verir: "Hakimiyyət nümayəndələri elə təşvişə düşüblər ki, kimin nə danışacağını da müəyyənləşdirə bilmirlər. Bu, hakimiyyətin, o cümlədən Siyavuş Novruzovun feodal təfəkkürünü və getdikcə daha da mürtəce xarakter aldığını göstərir. Beynəlxalq birliyin, eləcə də cəmiyyətin sərt reaksiyasından sonra müəyyən yumşalma addımı ata bilərlər. Ancaq baş verənlər onu göstərir ki, hakimiyyət beynəlxalq strukturlara müharibə elan etməklə məşğuldur. Bu da onu göstərir ki, hakimiyyətdə rasional düşüncə problemi var. Rasional düşüncə probleminin olması da hakimiyyəti süquta sürükləyir. Ancaq hakimiyyət nümayəndələri həm cəmiyyətin, həm də beynəlxalq strukturların fikirlərini nəzərə almalıdırlar".
2013-10-25
648
Yadigar Sadıqov həbsdə qaldı
Bu gün Sabunçu rayon Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şikayətinə əsasən məhkəmə prosesi keçirilib. Aznews-un məlumatına görə, məhkəmədə Yadigar Sadıqov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin bitdiyi halda onun həbsdə saxlanılması ilə bağlı verilmiş şikayətə baxılıb. Məhkəmə Y.Sadıqovun vəsatətini təmin etməyib. Qeyd edək ki, Y. Sadıqov Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət əvvəl Lənkəran Rayon Məhkəməsi Y. Sadıqov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Daha sonra isə onun haqqında bir aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
2013-10-25
649
Masazır yolunda dəhşətli qəza - FOTOLAR
Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunun Masazır ərazisində avtomobil qəzası baş verib. 42-BN-680 nömrə nişanlı "Mersedes"lə 99-EJ-329 nömrəli avtomobil toqquşub. Hadisə yerində olan müxbirimiz bildirir ki, xəsarət alanlar var. Qəza yerinə təcili tibbi yardım çağırılıb. Müxbirimizin çəkdiyi fotoları təqdim edirik.
2013-10-25
650
Müdafiə Nazirliyində kadr dəyişikliyi davam edir
Azərbaycan Müdafiə Nazirliyinin Katibliyinin rəisi nazirlikdə aparılan kadr islahatları nəticəsində vəzifəsindən azad olunub. "Axar.az" "APA"ya istinadən xəbər verir ki, müdafiə nazirinin əmri ilə polkovnik Samir Musayev tutduğu vəzifədən azad edilib. Onun Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs rəisi təyin olunduğu bildirilir.
2013-10-25
651
Məşhur modelyer Hadisəni görəndə kanalı çevirir
Türkiyənin məhşur modelyer Hakan Akkaya Hadisə haqqında şok ifadələr işlədib. O, mediaya açıqlamasında "Hadisəni efirdə görəndə kanalı dəyişirəm", - deyib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sayfa" proqramına qonaq olan tanınmış modelyer Hakan Akkaya veriliş zamanı Hadisəni topa tutub. Belə ki, Hakan efir zamanı şok ifadələr işlədib. O bildirib ki, Hadisəni efirdə gördükdə kanalı çevirir. "O səs Türkiyə" musiqi yarışmasının münsiflərinin geyimlərindən də danışan modelyer Hadisənin geyimi haqqında danışmayıb. "Əvvəllər Hadisəni çox bəyənirdim. Bəzi məşhurlar ekranda başqa, ekran arxasında başqa olurlar. Amma Hadisə bilsin ki, o heç vaxt Handə Yenər, Dəmət Akalın, Bəngü, Gülşən ola bilməz. Hadisə işində uğurlu olsa da, mən onu görəndə kanalı dəyişirəm". Qeyd edək ki, Hadisə 2009-cu il "Avrovisiya" musiqi yarışmasında Türkiyə təmsilçisi olub. Hazırda müğənnilik fəaliyyəti ilə yanaşı, "O səs Türkiyə" musiqi yarışmasının münsifidir.
2013-10-25
652
İlham Əliyevin Belarus səfəri başa çatdı
MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri başa çatıb. "Axar.az" "Anspress"ə istinadən xəbər verir ki, Minsk şəhərinin Milli Aeroportunda dövlət başçısını Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. - See more at: http://axar.az/news/652#sthash.P8S0lfjU.dpuf
2013-10-25
653
Bina sakinlərini aldadaraq 75 min pul yığdılar
"Axar.az" xəbər verir ki, "Ayla"Mənzil tikinti kooperativi barəsində cinayət işi açılıb. Tikinti şirkətində yol verilmiş qanun pozuntuları barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılır. Respublika Baş Prokururluğundan "Axar.az"a verilən məlumata görə, MTK-nın təsisçisi Əli Abışovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tikdiyi mənzillərin sakinlərindən qeyri-qanuni olaraq 75 min manat pul yığıb. Kooperativin Suraxanı rayonu ərazisində inşa etdiyi yaşayış binasının 36 sakinindən binaya təbii qazın verilməsini və mənzillərə mülkiyyət hüququna dair sənədlərin alınmasını vəd edərək aldadıb. Ümumilikdə 75 min manat məbləğində pulu ələ keçirməkdə ittiham edilən şirkət rəhbərinə şübhələr üçün yetirincə əsas olduğundan, fakta görə cinayət işi başlanıb. Ə.Abışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam edir. "Ayla" MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
2013-10-25
654
“Biznes İnsayder” azərbaycanlıları ağılsız saydı
"Axar.az" "Biznes İnsider" saytına istinadən xəbər verir ki, qonşu ölkə Türkiyə beyin gücü ən yüksək insanların yaşadığı 25 ölkə arasında yer alıb. Saytın hazırladığı siyahıda ölkədəki gənc əhalinin lisey və universitet imtahanlarında aldıqları ən yüksək, səhvsiz nəticələr dəyərləndirilib. Qeyd edək ki, tələbələrin aldıqları yüksək qiymətlər ölkə əhalisinin nisbətinə görə sıralanıb. Ən ağıllı insanların yaşadığı 25 ölkə bunlardır: 1. Amerika Birləşmiş Ştatları 2. Yaponiya 3. Cənubi Koreya 4. Almaniya 5. Fransa 6. Tayvan 7. Kanada 8. Rusiya 9. İngiltərə 10. Avstraliya 11. İtaliya 12. Polşa 13. Sinqapur 14. Türkiyə 15. Honq Konq 16. Hollandiya 17. Belçika 18. İspaniya 19. İsveçrə 20. Braziliya 21. Çexiya 22. Yeni Zelandiya 23. İsveç 24. Finlandiya 25. Avstriya
2013-10-25
655
Tanınmış jurnalistin ailəsində dəhşətli faciə
null
2013-10-25
656
Sonadan "Adı üstündə" "Qadın"
Adı üstündə Bir daha açmamaq üzrə yumarıq gözlərimizi İlk dəfə əziləndə. Çıxmaz canımızdan bu korluq azarı bir ömür. Bir ömür də belə qurban gedər ilk səhfə. Ayağımız kəsiləndə yaşamağın qapısından Unudarıq yürüməyi, Alıb canımızı dişimizə sürüyərik, Sürünərik, çürüyərik beləcə, hərəmiz bir ad altında – Ana, arvad, bacı, qız... Adı üstündə qadınıq Aciz, ucuz... *** QADIN Heç vaxt dərk edilməyən, tərk edilən Həmişə yatağa, yatılmağa itələnən, atılmaqla hədələnən, bədəni satılan, ruhu vətənsiz qalan Ay allahın qadını, daha nə deyim sənə?! Bəsdi boynunu bükdün yaşamağın qapısında. Yoxdu sənin adına bu dünyada zaman, məkan Ya çıx get bu iyrənc varlığınla, yox ol, ya da soyun gir, hətta yıxıl bir kişinin həyatına. Gir qoynuna, qoltuğuna sığıntı kimi gündə min kərə lənət oxu varolduğuna. Elə ilk fürsətdəcə qaytar qadınlıq borcunu. Kişiləri yaşatmağa yeni qadınlar yarat, yarat, yaşat, sat adını, haqqını yeyib böyüsün insanların gözündə, qalxıb göyün üzündə kef eləsin, kimsə olsun yaradan, sənsə qadın. Sənsə qadın, kiçil, əyil keçsin üstündən zaman. Əzik, qırıq, çilik-çilik çıx illərin altından. Axı sən kişiyə xərclik... Tükənincə ölüm əl atacaq qalanına Beləcə, son qoyacaq aldandığın yaşamaq yalanına. Və kişilərin həyatından artıq ət kimi kəsib atacaq yerin altına səni. İnan mənə, bu qədər bəsit olacaq varolmanın sonu Oysa qadın yaşamağa başlarsa Ölüm utanıb ölər, Tanrı səcdəyə gələr, Kişilərsə... *** Nələrsə… Həmişə yanımda oldu hər kəs... Ata, ana, bacı, qardaş, qonum-qonşu, dost-tanış... Həmişə dop-doluydu həyatım içi bom-boş insanlarla Sanki hamısı şəkildi Hiss etmədim, duymadım, Sadəcə gördum onları. Elə bil dünyadan köçmüşdülər göz yaddaşıma. Orda yaşayırdılar qarğa-quzğun kimi. Çökmüşdülər haqqlarıma. Əl çəkmədilər adımdan, qol çəkdilər, qərarlar verdilər. Sanki ömrümə şərikdilər, Sərhəd kimi çəkildilər önümə, qırıb keçə bilmədim. Hərəsi soyuq bir daş Hörüldülər canıma. Həmişə kölgədə qaldım, gün doğmadı arzularıma... Zülmətlər çökmüş içimdən Ağ bayraqlar ucaldı Mental dəyərlərin önündə. Onlar qanuntək başım üstə, mən isə əmirqulu aldım yerimi hər kəsin arxasında. Və başladım yürüməyə özümə qarşı, sona döğru... Dilimdə ölüm marşı. Ömrüm insanlarla dolu Yaşamağa yerim yox. Keçib getmək üçünmüş sən demə ömür yolu... Hər kəs alıb başını, sıxıb dişini... Tələsə-tələsə gedəcək Axı qarşıdadı gələcək dediyimz Bom-boz, soyuq, son, sonra, sonsuzluq, ölüm, torpaq... Və ya hələ də adını bilmədiyimz nələrsə... *** Atamı axtarıram... Həqiqətə sevgim itən gündən Ozümə nifrətim artib. İçimdəki insanlığı yırtıb atan gündən. Ötən gündən qalanları, Son ümidi gümanları Yandırıb qızışmışam bir gecəlik yalanları örtüb üstümə yatan gündən. Nə yaxşı ki, qızıymışam, Əsil yetimxana qızı... İlk dəfə dodağım qaçdı Bu gün Dünənim əlində çıraq Yanımdan keçdi Tanımadı məni. Hamı yatağını açdı Sevgidə sınamadı məni. İndi yetimçiliklə doldurduğum Gündəliyim cırıq-cırıq... Kimsə qınamasın məni Başqa uşaqlar kimi Dil açmadım heca-heca, qırıq-qırıq Ata, ana sözü Ağlıma gələndə susmuşam, Ağzıma gələndə qusmuşam. Hələ də göynəyir dilimin ucu. Hıçqırıqlarıma basıb öldürdüyüm Hönkürtülərim şirin laylam Gecələr ölümün dizinə qısılmışam Gözlərim taybatay açıq. Kölgələrdən qorxa-qorxa Yatmamışam illərboyu balınıcmdan asılmışam. Uçuqlu dodaqlarımı kəsib boynumdan asmaq istəmişəm. Uşaqlığımı "muncuq" deyə-deyə vurub başa Sürünmüşəm, dirənmişəm. Mən bu yaşa Ölümün izində Biri mənə "kişi qızısan..." deyən gündən Düşmüşəm atamın izinə Küçə-küçə, qucaq-qucaq Atamı axtarıram... Atasız illərdən qalmış, Toy-düyünsüz gəlin olmuş Bu talesiz gəlin ölmüş Fahişə qızının qara üzünü Gözünə soxum deyə, Atamı axtarıram... Atamı axtarıram...
2013-10-26
657
Los-Ancelsdə 3-cü Türk Film Festivalı
3-cü Los-Anceles "Türk Film Festivalı" 2014-cü ilin mart ayında Hollivudun məşhur salonu tarixi "Misir Kinoteatrı"nda baş tutacaq. 2014-cü il mart ayının 6-9 mart tarixində təşkil ediləcək "Finalist" qısa film festivalına son müraciət tarixi 30 noyabrdır. "Axar.az" "Haberler.com"a istinadən xəbər verir ki, festivalın "ən yaxşı film" nominasiyası üzrə mükafatı 2 min dollardır. Münsiflər heyəti lazım bildiyi təqdirdə uzağı iki filmə 750 dollar məbləğində "Münsiflərin xüsusi mükafatı"nı verə biləcək. Festivalın müraciət şərtləri və forması ilə www.latff.org saytında tanış olmaq olar.
2013-10-26
658
Şori Kraliçası “Axar.az”a danışdı
"O uşaqlar isə ruslaşaraq Azərbaycan dilini və Azərbaycanı atalarına unutdururlar…" Çıltıs Tannaqaşeva Sibirdə yaşayır. Kemerovo vilayətində - Qədim Türklərin əzəli torpaqlarında, öz torpaqlarında. Pasportların "milliyəti" bölümündə Sovetlər dönəmində rus dilində elə beləcə də yazılıbmış - "Koroleva Şorii" -"Şori kralicası". Şori türk tayfalarının Sibirdə yaşamaları məlum idi. Amma rus – sovet hakimiyyətinin onları belə adlandırması xəyala belə gəlməzdi. Çıltıs xanım Kemerovoda aktirisa kimi tanınır və yaxın bölgələrdə çox sevilir. Azərbaycan diasporu ilə də sıx əlaqələri var. Birgə tədbirlərin düzənlənməsində xidmətləri olub. Çıltıs xanımla müsahibəni təqdim edirik. - Çıltıs xanım kimdir, qədim Türklərin hansı soyuna aiddir? - Mən Rusiyanın Kemerovo vilayətində yaşayıram, bura mənim doğulduğum yerdir. Mənim çocugluğum burada kecdi, burada böyüdüm, burada ana oldum, buradan dünyaya boylandım. Mən məmləkətimi cox, lap cox sevirəm! - Siz aktirsasız. Əsasən hansı dildə oxuyursuz, hansı musiqi alətində ifa edirdsiz? - Düz deyirsiz, mən bir sənətçiyəm. Həm kay-komuzla, həm də dəmir komuzla ifa edirəm, Şori dilində xalq mahnıları oxuyuram. - Sibirdə hansı türk tayfaları var? - Sibirdə yaşayan millətlərin sayı coxdur. Amma ən qədimi Şorilər və Teleutlar olub. İndiki zamanda isə Kemerovo da başqa turklər də yaşayır - Kazan tatarları, azərbaycalılar, çuvaşlar, başqırdlar, qırğızlar, özbəklər və təbii ki, biz və teleutlar… - Şori dilində məktəbiniz, TV verlişləri, radio, qəzet necə, varmı? - Təəssüf ki, bizim öz dilimizdə nə Televiziya, nə də radio var. Heç qəzet də çıxmır. Məktəbimiz də yoxdur. Sadəcə, bütün vilayətdə cəmi 3 məktəbdə fakultətiv dərslər keçirilir. Amma sizlərə gözəl bir xəbərim də var. İnşallah, ən qısa zamanda "TRT Avaz"da Şori dilində bir proqram yayımlanacaq. Mənim hazırlayacağım bu tele-layihə dunyada Şori dilində ilk veriliş olacaq. Buna görə "TRT-Avaz"ın koordinatoru Adnan Suere və yönətmən Tayfun Tanju Karaya təşəkkür edirəm. - Azərbaycan diasporu ilə əlaqələriniz varmı? - Təbii ki, bizim bölgədə Azərbaycan diasporu var və hər il burada keçirilən festivallarda, dövlət tədbirlərində biz onlarla bərabər oluruq. İş birliyimiz var. Oktyabrın 30-da burada yenə də böyük bir tədbir düzənlənəcək. Azərbaycanlılar, biz və digər türk xalqları öz mədəniyyət nümunələrini sərgiləyəcəklər. Biz cox yaxşı münasibətdəyik. Novruzda birlikdə tədbirlər keçiririk. Axı bu bayram bizim də milli bayramdır. - Azərbaycanda olmusuz? - Xeyir, çox təəssüf ki, olmamışam. Amma Azərbaycanı, insanlarını demək olar ki, artıq tanıyıram. Gözəl arxitekturaya malik olan abidələriniz haqda, şəhərləriniz haqda məlumatlarım var. İnşallah yaxın zamanlarda olaram. - Kimləri tanıyırsız, kimlərlə əlaqələriniz var? - Dostlar çoxdur. Türkiyədə və başqa türk dilli dövlətlərin tədbirlərində olmuşuq. Sizin gözəl sənətçiniz Azərin xanıma pərəstiş edirəm. Dostumdur. Yazarlarla dostluğum var, onları oxuyuram. Sizi, Əkbər Qoşalını, Salamı, Həyat Şəmini və başqalrını tanıyıram. Onları internet vasitəsi ilə oxumuşam. Çox yaxşı yazarlardır, amma fərqlidirlər, onların yaradıcılığında oxşarlıq yoxdur. Bu, çox yaxşıdır. - Bildiyimizə görə, sizi Rusiyada assimliasiya edirlər, var ola-ola "yoxa" çıxırsınız. Barı diliniz yaşayırmı? - Bizdə assimiliasya var və bu, çox sürətlə gedir. Gənclər var ki, oz dilini heç bilmir. Bu, təkcə bizə aid deyil. Bölgədə başqa tük millətləri var ki, onlar da dillərini unudur. Məsələn, tatarlar, azərbaycanlılar və digərləri… - Rusların son vaxtlar qeyri millətlərə qarşı pis davranmaları haqda danışılır, bu, Sibirdə də müşahidə olunurmu? - Mən bunu müşahidə etməmişəm. Bu torpaqda ilk olaraq biz yaşamışıq, ona görə də biz burada yad deyilik. - Azərbaycanlılar sizin bölgədə fəaldırmı? - Məncə azərbaycanlılar her yerdə aktiv insanlardır, fəaldırlar. Bizim bölgənin restoran biznesləri, bazarlar azərbaycanlıların nəzarətindədir. Əksəriyyəti rus qadınlarla ailə qurublar. Rus qadınları onlara azərbaycanlı usaq doğur. O uşaqlar isə ruslaşaraq Azərbaycan dilini və Azərbaycanı atalarına unutdururlar. İnşallah hər şey yaxşı olacaq. - İnşallah...
2013-10-26
659
Daha bir institutda tələbə aksiyası başlayır
Azərbaycan Turizm İnstitutunun 2-ci korpusunun tələbələri etiraz etməyə hazırlaşır. "Axar.az"ın "AzNews.az"a istinadən məlumatına görə, onlar öz etirazlarını rektora imza toplamaq yolu ilə çatdırmaq istəyirlər. ATİ-nin "feyzbuk" ("Facebook") səhifəsində tələbələrin tələbləri də yer alıb. Onların tələbləri aşağıdakılardır: 1) Qayıb limitinin yığışdırılması; 2) İmtahanların test üsulu ilə keçirilməsi; 3) Aşağı kurslarda kəsrin olarsa, pul ödəməmək; 4) Təcrübəyə daha çox kəsirlə gedə bilmək; 5) 2-ci korpusda şəraitin yaxşılaşdırılması. Bundan əlavə, onların artıq 250-dən çox imza topladığı və imzatoplama aksiyasının 1-ci gündən əsas korpusda da olacağı qeyd olunub. Tələbələr bildirirlər ki, əgər tələbləri qəbul olunmasa, etiraz aksiyasına başlayacaqlar. Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri imtahanların test üsulu ilə keçirilməsi tələbiylə oktyabrın 21-də etiraz aksiyası keçirmişdilər.
2013-10-26
661
“Qurdlar Vadisi”ndən AKP-yə transfer
"Axar.az"ın "Oda.tv" saytına istinadən verdiyi məlumata görə, Türkiyənin hakim partiyası AKP-nin siyasətini yayınladıqları bölümlərlə dəstəkləyən "Qurdlar Vadisi" serialının Əşrəf bəyi olaraq tanınan Barbaros H.Binicioğlu AKP-dən Yalova Bələdiyyə sədri olmaq üçün partiyanın Yalova şəhər qərargahına namizədiklə bağlı müraciət edib. 2004-2009-cu illər arası Yalova Bələdiyyə sədri olan və 29 mart 2009-cu ildəki seçkilərdə Demokrat Partiyasını təmsil edən Yaqub Qoçala min səs fərqi ilə məğlub olan Binicioğlu bu dəfə keçmiş rəqibi ilə bərabər eyni partiya içində namizədlik üçün yarışacaq.
2013-10-26
662
Qəzzafinin yataq sirləri yayıldı
Qəddafinin hərəmində yaşanan təcavüz olayları keçən il işıq üzü görən kitabda yer alıb. Qəddafinin öz hərəm sirlərini qələmə alması oxuyanları heyrətə salır. "Axar.az"ın məlumatına görə, "Qəddafinin hərəmi" adı altında çıxan kitabda Liviyalı diktatorun onlarla qadını qaçıraraq necə təcavüz etdiyindən bəhs olunur. Kitabda Qəddafi üçün qaçırılan qadınların içərisində məktəbdə oxuyan uşaqlarla yanaşı, toy mərasimindən oğurlanan gəlinlər də var. Diktator 15 yaşlı qızı belə aldadıb Gənc qız və qadınların Qəddafinin hərəminə necə daxil olduğunu anladan kitabda 15 yaşındakı bir qızın məktəbdə ikən diktator tərəfindən seçilərək qaçırılması haqqında yazı var. Bu hadisə 2004-cü ildə baş verib. Belə ki, Qəddafi məktəblərdən birini ziyarət edəndə qız uşağı ona gül gətirib. Qəddafi də gülü alaraq qızı öpüb. Bu hadisədən sonra o qızın həyatı tamamilə dəyişib. Ertəsi gün həmin qız uşağı anasının gözəllik salonunda işləyən zaman əsgər formalı üç qadın ora daxil olub. Qadınlardan biri Qəddafinin keçən görüşdən qız uşağından xoşu gəldiyini və ona yenidən gül aparmasının lazım olduğunu bildirib. Anasının buna qarşı çıxmasına baxmayaraq, əsgərlər qızı qaçırmağa müvəffəq olublar. Daha sonra qızı çılpaq halda Qəddafinin qarşısına çıxardıblar. Diktatorun göstərişi ilə qıza açıq-saçıq gecə paltarı geyindirərək otağına göndəriblər. Qızın ona toxunmasına icazə verməməsinə əsəbləşən Qəddafi onu öyrədəndən sonra yenidən qarşısına gətirilməsini tapşırıb. Fransız qəzetçisi Annick Cojeanın qələmə aldığı kitabda qız o anları belə xatırlayır: "O anı heç vaxt unutmayacam. O, bədənimi ələ keçirtdi, fəqət ruhumu da bir xəncərlə dəlik-deşik etdi" . Məlumat üçün deyək ki, kitabında bu olaya yer verən qəzetçi hekayənin təsdiqini tapmaq üçün çox əziyyət çəkdiyini bildirdi və bununla məşğul olanda başqa qurbanlarla da tanış olduğunu söylədi.
2013-10-26
664
Çin Türkiyəyə qahmar çıxdı
Rəsmi Pekin son günlərdə ABŞ və NATO tərəfindən tənqid olunan Türkiyənin Çindən hava müdafiə sistemi alması ilə əlaqədar olaraq "məsələni siyasiləşdirməyin" açıqlamasını verib. Paytaxt Pekində təşkil olunan toplantıda danışan Çinin Xaqici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq Türkiyənin raket müdafiə sistemi razılaşmasında çinli bir firmanı seçməsinə dair NATO və ABŞ-ın tənqidlərinə cavab verib. "Cihan" xəbər agentliyinin mövzu ilə əlaqədar sualına verdiyi cavabda Hua, "Bizə görə bu, Türkiyə ilə Çin arasındakı normal bir hərbi razılaşmadır", - deyib. Hua müsahibəsinin davamında ABŞ və NATO-nun ölkələr və şirkətlər arasındakı razılaşmaya səmərəli və obyektiv yanaşmaq lazım olduğunu vurğulayıb. Həmçinin bu normal və adi bir iqtisadi rəqabətin siyasiləşdirilməməsini də istəyib.
2013-10-26
665
Əl-Nusra lideri öldürüldü
Suriya dövlət televiziyası Əl-Qaidəyə bağlı Əl-Nusra təşkilatının lideri Əbu-Məhəmməd əl-Culaninin öldürüldüyünü iddia edib. İddia edilən hadisəylə bağlı videolar hələ ki, yayılmayıb. "Axar.az"ın türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əl-Culaninin Suriyanın qərbində yerləşən liman şəhəri Lazkiyədə öldürüldüyü iddia edilib. Əl-Nusra isə hadisəylə bağlı hələ ki, heç bir açıqlama verməyib.
2013-10-26
666
Dinlənmə skandalı İspaniyaya çatdı
İspaniyanın baş naziri Rajoy, "ABŞ-ın İspaniyanı dinlədiyinə dair dəqiq məlumat yoxdur", - desə də, mövzu ilə əlaqədar məlumat almaq üçün ABŞ-ın Madrid səfirinin nazirliyə dəvət olunacağını bəyan edib. Daha öncə xəbər verdiyimiz kimi, Amerikanın Milli Təhlükəsizlik Agentliyinin (MTA) bir çox ölkə liderlərinin telefon danışıqlarını dinlədiyi iddiaları İspaniyaya da sıçradı. Brüsseldə səfərdə olan İspaniya Baş naziri Mariano Rajoy mövzuyla əlaqədar verdiyi açıqlamada, "Hökumət olaraq ABŞ-ın ispan siyasətçilərini dinlədiyinə dair əlimizdə bir fakt yoxdur", - deyib. Rajoy həmçinin hər ehtimala qarşı ABŞ səfirinin nazirliyə dəvət olunacağını da bəyan edib. "Dostluq və ittifaq cəsusluqla uyğun gəlmir" "Dostluq və ittifaq cəsusluqla uyğun gəlmir", - deyən İspaniya baş naziri ABŞ ilə əlaqədar iddialar doğru çıxacağı təqdirdə ən doğru qərar verəcəyini açıqlayıb.
2013-10-26
667
Bakının mərkəzində yanğın - FOTO
Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant Elman Nəsirov Milli.Az-a açıqlamasında bildirib ki, yanğın ikimərtəbəli kommunal evin 2-ci mərtəbəsində baş verib. Alov iki otaq və bir eyvan olmaqla 40 kvadrat metr sahəni əhatə edib. "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Səbail rayon yanğınsöndürənləri hadisə yerinə gəliblər. Yanğın səhər saatlarında baş verib", - o əlavə edib. Onun sözlərinə görə, qısaqapanma nəticəsində yaranan yanğının baş verdiyi evdə adam olmadığına görə xəsarət alan da olmayıb.
2013-10-26
668
İlhamiyyə Rza və Aysel Əlizadə "Ümid"in yeni layihəsində
Ümid Partiyasının sədri İqbal Ağazadə yeni hərəkat yaradır. "Axar.az"-ın əldə etdiyi məlumata görə, yeni proje "125-lər hərəkatı" adlanır və bu layihə İqbal Ağazadənin çoxdankı fikridir. Proje ötən parlament seçkiləri ərəfəsində düşünülsə də, onun icrasında gecikmələr olduğundan millət vəkili həmin projeni 2015-ci ildə keçiriləcək olan parlament seçkilərində sınaqdan keçirmək niyətindədir. İqbal Ağazadə parlament seçkilərində iştirak edəcək "125 iddialı" namizəd ilə seçkilərə qatılmaq fikrindədir. Yaxın günlərdə həmin layihə cəmiyyətə açıqlanacaq və beynəlxalq aləmin iştirakı ilə tanıtım tədbiri keçiriləcək. Hərəkata qoşulanların arasında İlhamiyyə Rza, Həmid Herisçi, Azər Həsrət, Ələsgər Əhmədoğlu, Aysel Əlizadə və s. tanınmış adlar da var.
2013-10-26
669
Eminlə "Bir cənub şəhəri"ndə - Şanxay
Emin Nihilin fotoreportajı
2013-10-26
670
ANS əməkdaşının meyiti tapıldı
ANS Şirkətlər qrupunun keçmiş əməkdaşının maşında meyiti tapılıb. Şirkətin mühafizəçisi olan Ramin Qədimovun meyiti ötən gün "Mercedes" markalı avtomobilin arxa oturacağından aşkarlanıb. Sabunçu rayonu ərazisində dünyasını dəyişmiş R.Qədimovun meyitinin üzərində zorakılıq əlaməti olmayıb. "Milli.az" xəbər verir ki, R.Qədimov bir neçə il əvvəl "Bakıfilm" kinostudiyası tərəfindən çəkilmiş "Seçilən" filmində "Saşa" rolunun ifaçısı olub. Sabunçu Rayon Prokurorluğundan R.Qədimov ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.
2013-10-26
671
Yazıçılar yenidən Şüvəlana qayıdacaq
İndi orada su yox, qaz yox, ədəbiyyat adına isə cəmi iki şair var "Axar.az" saytı olaraq yolumuzu Şüvəlan qəsəbəsində yerləşən S.Vurğun adına Yaradıcılıq Evindən saldıq. Vaxtilə Şüvəlanda yaradıcı adamlar üçün tikilmiş bu binada indilər cəmi iki şair yaşayır: İsa Şuşalı və Murad Köhnəqala. Beşmərtəbəli evin qalan sakinləri isə əsasən Cəbrayıl, Ağdam və Füzuli rayonlarından olan təxminən 60-70 qaçqın ailəsidir. Yaşayış şəraiti heç də ürəkaçan deyil, evlərinə su daman, beşinci mərtəbəyə birinci mərtəbədən vedrəylə su daşıyanlar bir yana, hələ heç bir şəraiti olmayan zirzəmidə acınacaqlı vəziyyətdə gün keçirən ailələr də var. Binada işıq daimi olsa da, qaz xətti ümumiyyətlə yoxdur. Su ehtiyacını isə bina sakinləri özləri sifariş verib, başqa yerdən gətizdirdirməklə ödəyirlər. Beşmərtəbəli ev AYB-nin nəzdindən çıxıb Yaradıcılıq Evinin hələ də AYB-nin nəzdində olub-olmadığını öyrənmək üçün AYB-nin Mətbuat Katibliyi ilə əlaqə saxladıq. Nazim Məmmədov Yaradıcılıq Evinin AYB-nin nəzdində olmadığını, təxminən 1980-ci ildə tikilən bu evdə 90-dan sonra demək olar ki, bütünlüklə qaçqınların yerləşdirildiyini dedi. AYB ev satmayıb Evlərin qaçqınlara satılması ilə bağlı dolaşan söz-söhbətə cavab olaraq, Nazim bəy qətiyyən elə bir şey olmadığını, elə bir hal baş veribsə belə, bunun AYB-yə aidiyyatı olmadığını bildirdi. Onlara tezliklə qaçqınların Şüvəlandakı Yaradıcılıq Evindən başqa mənzillərə köçürüləcəyinin söz verildiyini deyən Nazim bəy ondan sonra Yaradıcılıq Evinin yenidən təmir olunub yaradıcı adamların istirahəti üçün istifadəyə veriləcəyini vurğuladı. 1988-90-cı illərdə Şüvəlan Yaradılıq Evində direktor müavini işləyən Əjdər Ol da müavin işlədiyi müddətdə evlərin satılması ilə bağlı heç bir halın olmadığını bildirdi. Yaradıcılıq Evinin "yaradıcı problemləri" Qayıdaq Şüvəlandakı Yaradıcılıq Evinin kifayət qədər "yaradıcı" olan problemlərinə... Divarlarda hələ payızın ilk həftəsi çıxmamış yağış suyunun yaratdığı "mənzərələr" qışda yaranacaq vəziyyətin necə acınacaqlı olacağını indidən açıq-aşkar nişan verir. Gəl ki, bu vəziyyətdə yaşayan adamlar, ailələr arasında "halından" məmnun olanlar da az deyil. Zirzəmidə yaşayan 4 nəfərlik ailə Ən dəhşətli vəziyyət əslən Cəbrayıldan olan, Sumqayıt qeydiyyatlı ailənin zirzəmidəki evindəydi. Başçısı fəhlə işləyən ailə sosial yardım da ala bilmir. Evləndikləri gündən kirayələrdə yaşayan ailə bir il bundan əvvəl bu zirzəmiyə köçüb. Tamara, bu zirzəmi evin xanımı, qaldıqları ona yaxın evdən kirayə haqqını verə bilmədiklərinə görə çıxarıldıqlarını, nəhayət, bir tanışın köməkliyi ilə Yaradıcılıq Evinin zirzəmisinə köçdüklərini deyir. Ailənin 10 yaşlı oğlu və 7 yaşlı qızı internatda oxuyur. Anarın AYB-dən qovduğu şair Binanın dördüncü mərtəbəsində bir otaqlı mənzildə yaşayanlardan biri də Yaradıcılıq Evində məskunlaşan iki şairdən ikincisi İsa Şuşalıdır. Quliyev İsa Fərman oğlu 1937-ci ildə Şuşada anadan olub. 1975-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. İlk kitabı "Həqiqətlə qoşasan" şeirlər toplusudur. İsa bəy ailəsi ilə birlikdə 2006-ci ildən Şüvəlan qəsəbəsindəki Yaradıcılıq Evində yaşayır. 2007-ci ildən AYB-nin üzvüdür. Qalaq-qalaq çap olunmayan əlyazmaları var. Əlyazmaların əksəriyyəti kimlərəsə həsr olunmuş şeirlərdən ibarətdir. Deyir ki, ev üçün müraciətə gedəndə Anar müəllim onu AYB-dən qovub, ordan qayıdan kimi də götürüb ərizəsini cırıb. Aşıq Şəmşirlə şəkilləri var. Onunla deyişmələrini də göstərir. Bəxtiyar Vahabzadəyə, Şuşanın icra başçısına şeirlər həsr eləyib, Üzeyir Hacıbəyov haqqında xatirə yazıb: "Prezidentə çoxlu şeirlər həsr eləmişəm, amma o şeirləri hələ kitabda toplayıb çap elətdirməmişəm. 53 ildir ki, şeir yazıram, indiyə qədər 6 kitabım çap olunub. Şair dostlarımdan heç biri gəlib mənə baş çəkmir, əksinə, şeirlərimi götürüb öz adlarından istifadə eləyirlər. Şuşa rayon icra başçısı Bayram bəy mənim dörd cildlik kitabımın çapını dayandırıb. Ona çoxlu şeirlər həsr etmişəm, əvvəllər çox yaxşı münasibətlərimiz olub, amma bir il xəstə yatdığım müddətdə bir dəfə də olsun, gəlib məni yoluxmadı". Murad Köhnəqala qansız adamdır "Bir müddət yazıçı Əli Vəliyevin evində qalmışam,- ithafçı şair deyir.- Vaxtilə münasibətlərimiz çox yaxşıydı. Dövrümüzün yazarlarından Əkrəm Əylisliyə nifrətim var. Çıxıb televizorda bir şuşalının vəhşiliklə erməni öldürdüyünü deyirdi. Mirzə Xosrov mənə dərs deyib, ona şeir də həsr eləmişəm. Bir şair var - Köhnəqaladandır, bizim həyətdə yaşayır, tanımıram onu, haqqında kitab yazdım, amma gəlmədi, qansız adamdı o. Gedib məlumatları ailəsindən götürüb kitab yazdım, bir dəfə də olsun, gəlib mənə dəymədi. Amma hələ o kitab çap olunmayıb, vermədim çap olunmağa, verməyəcəm də". (Şairdən Murad bəyə, prezident İlham Əliyevə həsr etdiyi şeirlərdən heç olmasa birini bizə verməsi üçün nə qədər yalvar-yaxar eləsək də, inadından dönməyib vermədi. İnanıram ki, böyük zövdən məhrum olmuşuq.) Şuşanı Fikrət Qoca verdi... "Xuraman Vəfa haqqında da kitab yazmışdım. Sonra bekara çıxdı, gördüm mənə başqa qələm verdilər ki, bunu KQB-dən aparıb-gətirirlər, başqa yolun quludu. Ona görə çapa vermədim. Mən onu o şərtlə yazırdım ki, bu kitabı verəm çıxa, mənim də bir 100-150 dənə öz şeirimi çıxara. Bu niyyətə yazırdım. Fikrət Qocayla görüş keçirmişəm Şuşada, sonra o da kömək eləmədi mənə. Elə Şuşanı Fikrət Qoca verdi... Anar müəllimdən xahişim odur ki, prezident təqaüdünə salsın adımı. Ağırdı vəziyyətim, özüm xəstəyəm, evdən çxıb heç yerə gedə bilmirəm, ev şəraitim də çox pisdi. Şairdən şəhidə... İki otaqda 10 nəfər Növbəti acınacaqlı vəziyyət Ağdam qaçqını, 2-ci qrup əlil Sədaqət Aslanova və övladlarının yaşadığı "mənzil"dədir. Sədaqət xanımın dörd oğlu var, həyat yoldaşı könüllü olaraq əsgər gedərək Ağdamın Şelliqasımlı kəndində şəhid olub. İki otaqda 10 nəfər ailə üzvü yaşayır. Sədaqət xanımın 92 yaşlı anası da onlarla bir otaqda qalır. 1992-ci ildən bu mənzildə yaşayırlar. Əsas problemləri sudur, beşinci mərtəbəyə suyu birinci mərtəbədən ağır vedrələrlə, sınıq-salxaq nərdivanla qaldırmağa məcburdular. Sosial yardımı heç cürə ala bilmədiklərini, ev üçün müraciətlərinə qətiyyən baxılmadığını, onlarla heç kimin maraqlanmadığını deyir. Hökumətdən, əlaqədar qurumlardan ev istəyir... Sakinlər indiyə qədər "komendant"dan başqa heç kimin onlarla maraqlanmadığını deyir. Seçki keçirilir, amma hələ də onların harada səs verəcəkləri barədə heç bir məlumatları yoxdu. Ümumiyyətlə, heç bir təbliğat kampaniyası aparılmayıb. Yaradıcılıq Evinin sakinləri bizi gözlərində böyük ümidlə yola saldılar...
2013-10-26
672
Səhiyyə Nazirliyi həkim terroruna münasibət bildirdi
"Bu hadisə Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq, həkimlərin rəyi, Tibbi Ekspertizanın nəticələri məlum olduqdan sonra yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək". Bu sözləri "APA"ya Səhiyyə nazirliyinin mətbuati xidməti telejurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynovanın həkim terror nəticəsində dünyasını dəyişməsinə münasibət bildirərkən deyib.
2013-10-27
673
“Narkomaniyaya qurşanmağımın səbəbkarı odur...”
Məşhur meyxanaçı Aydın Xırdalanlıdan şok etiraflar Meyxana həvəskarlarının sevdiyi tanınmış meyxanaçı Aydın Xırdalanlının son vaxtlar səhhətində yaranan problemlərdən əziyyət çəkdiyini eşidib, birbaş mənzilinə yollandıq. Aydın bəy gəlişimizdən sevindiyini gizlətmədi və həvəslə söhbətə razılıq verdi. - Bir vaxtlar Aydını hamı qatı dindar kimi tanıyırdı. Son illərdə isə təəssüf ki, narkotik aludəçisi olduğun bilindi. Bu necə oldu? Nələr səbəb oldu buna? - Başda insanın öz ağlı gəlir. Amma heç nə səbəbsiz deyil. Məni və bir neçə yoldaşımı bu işə bir nəfər sövq etdi, səbəbkar oldu. Adını çəkmək istəmirəm. Amma onu da deyim ki, öz canımızda da var idi. Həmin gün bir meyxanaçı dostumuz bizimlə bir yerdə idi. Ancaq o, bu işə getmədi... Şəxsən mən beş-altı il keçəndən sonra bezdim narkomaniyadan, sonra şükür olsun Allaha ki, üç-dörd il keçəndən sonra qətiyyən əlimi vurmadım.Amma hər gün dərman qəbul edirdim. Onu qəbul edəndə narkotikaya ehtiyac olmur. - Hazırda meyxana xiridarlarını Aydının indiki vəziyyəti düşündürür. Səhhətin barədə nə deyə bilərsən? - Hazırda narkotikanın yüngül növündən istifadə edirəm, o da ayda bir-iki dəfə, əsəblərimi sakit etməkçün. Faiq Ağayev də... narkomandır - Meyxanaçıların bəzilərinin narkomaniyaya bağlılığını nə ilə əlaqələndirmək olar? - Bu sırada təkcə meyxanaçıların adını çəkməyin. Ümumiyyətlə, incəsənət aləmi bu barədə zəngindir. Meyxanaçı yazıqların sadəcə adı çıxıb. Bu incəsənət aləmində bir qəribəlik var: müğənnilər, meyxanaçılar narkomaniyaya, aktyorlarımız isə içkiyə meyllidirlər. Onu bilirsən ki, müğənnilərin içində nə qədər narkoman var? Misal üçün biri xalq artisti Faiq Ağayev, Samir Bağırov... Rəmiş kimi öz sahəsində mahir ifaçı yoxuydu, amma sonra onu narkotika nə vəziyyətlərə saldı. Yenə də Allah Gülü bacının canını sağ eləsin, Rəmişin üstündə əsdi və nəticəsidə gözəl oldu. 20 il əvvələ qayıtsaydım - Yəni bu adları rahatlıqla çəkirsiniz? - Mən açığını deyirəm, burda nə var ki? Şəxsən mən bunu deyirəm. Kim demir, özü bilsin. Faiq Ağayevi niyə bıçaqlamışdılar bəs? Kubinkaya narkotik dalıyca getmişdi, orda da nə isə söhbət düz gəlmədiyinə görə yaxşı oğlanların biri altı bıçaq vurmuşdu ona... Məndən soruşurlar ki, iyirmi il əvvələ qayıtmaq imkanın olsa, yenə də narkomaniyaya meyllənərdin? Əvvəla iyirmi il öncəyə qayıtmaq imkanım olsaydı, mən heç meyxana deməzdim. Narkotika istifadəsinə gəldikdə isə təbii ki, yox. Gənclərə bir tövsiyəm var ki, nəinki narkotika, hətta spirtli içkidən, siqaretdən də uzaq olsunlar. "Pristupniy mir" özü də ədalətsizlikdən yaranıb - Müxtəlif mövzulardan söz açdıq. İndi isə meyxanaçı Aydın Xırdalanlının cəmiyyətdə tutduğu mövqe, ictimai-sosial problemlərə, hakimiyyətə münasibətindən danışaq. - Əsas odur ki, dövlətdə gərək ədalət olsun. Ədalətsizlikdən çox fəsadlar doğur. "Pristupniy mir" özü də ədalətsizlikdən yaranıb. Ədalət olsa, bu yaranmazdı – "ehtiyac olmaz" yox, "yaranmaz"! Yəni bu ədalətsizliyə qarşı yaranmış bir şeydir. Cinayətkar görür ki, hakim rüşvət alır, müstəntiq rüşvət alır, "postavoy" rüşvət alır və ondan sonra da günahkara tərəfkeşlik edir. Bu nə deməkdir? Çox yaxşı olardı ki, hər yerdə Allahın qanunu qüvvədə olardı. - Şairlər adətən xalqın problemlərinə biganə qalmayıblar. Sən də yeri gəldikdə öz etirazını bildirirsən... - (Sözümü kəsir...) Elə 2001-ci ildə mənim efirdə dediyim: Əvvəl-əvvəl vətən işğalına imkan veririk, Sonra sakitliyə, atəşkəsə fərman veririk, – qafiyəli meyxana etirazımdır da. Əsl şairlər heç vaxt haqsızlığa dözə bilməyiblər. Şair - hissiyatlı adam deməkdir. Hissiyatlı adam da haqsızlığa mütləq etirazını bildirir. Əgər ölkədə təqaüdçü yetmiş-səksən manat pul alırsa və aldığının səksən faizini təkcə çörəyə gedirsə, necə etiraz etməyim? Axı, neftin gəliri gərək bizi bəy balası kimi dolandırsın! Dubayda neftin gəliri sayəsində əhali yüksək səviyyədə dolanır. Amma bizdə necədir? - Bəs ölkədəki inkişaf, yeni tikililər, abadlaşdırma işləri. Onları görməmək də ədalətsizlikdir axı... - Sənə qurban olum, əvvəlcə, dövlət gərək xalqın mənəviyyatını abadlaşdırsın. Bir xalq ki, ac oldu, onda mənəviyyat olmaz. Peyğəmbərin bir sözü var, kasıbçılıq bir qapıdan girəndə iman o biri qapıdan çıxar. Bir ailə nə qədər kasıb olsa, orda o qədər imansızlıq olacaq.
2013-10-26
674
“Vay belə namaz qılanların halına”
"Azadlıq" radiosundakı yazılarında tarixə fərqli baxışı, xüsusilə Şah İsmayıl Xətaiyə münasibəti ilə tanınan və birmənalı qəbul edilməyən güney Azərbaycandan olan, hazırda Finlandiyada yaşayan soydaşımız Güntay Gəncalpla danışırıq. Dünya haradır? - Dünya bulunduğumuz yerdir. "Hər otaq dünyanın mərkəzidir", - deyir Nobel ödüllü böyük şair Oktavio Paz. Çünkü hər otaqda bir insan ürəyi çaprmaqda, bir insan xəyal qurmaqdadır. Dünyanı dəyişmək mümkün olsaydı… - Dünyada dəyişiləcək bir şey yox, çox gözəl, mükəmməl və qüsursuz yaradılıb. Dünyanı dəyişdirməyə gərək yox, dünyanın və varlığın qanunları ilə həmahəng olmaq lazımdır. Xeyirxahlıq və ədalət - İnanıram. Hər insanın varlığında "vicdan" deyə bir durum var. "Vicdan", yəni bulunma yeri. İnsanın ədalət, sezgi və sevgi anlayışı da orada bulunar. Müşahidələrimiz də orada gerçəkləşər. Orada doğru və yanlış açıqlanar. Xeyirxahlıq da oradan çıxan hökmə görə, məna qazanar. Ancaq bəzi toplumlarda doğru olmayan üsullarla insanların fitrətində mövcud olan bu duyğunu ya söndürmüş, ya da kor etmişlər. Peyğəmbərlər və Mahatma Qandi kimi insanlar ədalətli idilər. Onların həyatı çox şəffaf idi. Həyatlarında gizlin bir şey olmadı. Ədalətli olmanın ilkin şərti şəffaflıqdır. Sosial anlamda ədalətin bərqərar olması üçün açıq cəmiyyət lazımdır. Yəni xalqın yönətimi kontrol edib sorğu-suala çəkə biləcəyi imkanı olmalıdır. Ailə həyatında da buna bənzər ədalət anlayışı gərəkməkdədir. Çünkü ədalətin təməli olan güvən məsələsi şəffaflıq gərəkdirər. Ədalətli olmaqdan insan özü zövq almalıdır. Bunun üçün insan öz nəfsinin köləsi olmamlıdır. Öz nəfsinin qulu olanların əlinə fürsət və imkan düşdüyündə ədalət duyğusunu unudar. Din ilə ədalət arasında bağ - Din - yol deməkdir və həyatın bütününü içinə alar. Dinlər həyat yolunda ədalətli olmağı təlqin edərlər. Dindarların ədalətsiz olma imkanı - Vardır. Qurani-Kərimdə din üzərindən para qazananların yerinin cəhənnəm olacağı vurğulanır. Qurani-Kərimdə namaz qılmayanlara qarşı heç bir sərt söz söylənməzkən, "Maun" surəsində namaz qılıb, ancaq yetimə, yoxsula yardım etməyərək iqtidarlarla işbirliyi edənlərə "Vay belə namaz qılanların halına" söylənməkdədir. Əxlaq - Əxlaq insanın etdiyi davranışlara başqalarını dəvət etməsidir. Əxlaq haqqında danışılmaz, nəzəriyyə yaradılmaz. Əxlaqın təməli rəftar və davranışdır. Yaxşı əməllər əxlaq sayılar, yaxşılıq və xeyirxahlıq haqqında danışmaq əxlaq sayılmaz. Azadlıq - Azadlıq dəyərli hərəkətlər etmək, dəyərli işlər görməkdir. Dəyərli işləri etmək mümkün deyilsə, bu dəyərli işlərin düşüncəsini yaratmaqdır. Nə tökərsən aşına - Buna çox inanıram. Mövlana Cəlaləddin bunu gözəl açıqlamış. Deyir ki, bir dərədə yüksək səslə hansı sözü dilə gətirsək, dağdan eyni söz geri dönəcək, onu eşidəcəyik. İnsan həyatı da elədir. Kim yaxşılıq və pislik edərsə, bir növ bunların nəticəsini öz həyatında görəcəkdir. Bir də hər cəmiyyətin ümumi təlim-tərviyyə, rifah səviyyəsi də bu məsələni təsirləndirər. Gözəllik və mərhəmət - "Doğurdanmı dünyanı gözəllik və mərhəmət xilas edə bilər" sualı verilərkən, dünya deyəndə yəqin ki, sosial təbiət nəzərdə tutulur, yoxsa kainat çox düzənli yaradılıb. Mərhəmət çox önəmli bir ruh halıdır və Allaha məxsus bir özəllikdir. Mərhəmətli olmaq Allaha bənzəməkdir. Mərhəmət ediləndən, mərhəmət edənin özünə daha çox lazımdır bu duyğu. Çünkü mərhəmət edənin özünü daha çox tərbiyə edər mərhəmətli olmaq. Gözəllik də gözəl davranış, gözəl əxlaq və sayqınlıq anlamında nəzərdə tutularsa, əlbəttə ki, sosial dünyanı mərhəmət və gözəllik xilas edə bilər.
2013-10-26
675
Zəminə Əliqızına yeni vəzifə verildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının yerinə təyinat olub. Axar.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, bu vəzifəyə daha əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində çalışan Arzu Tairquliyeva təyin olunub. Zəminə Əliqızı isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Aparatında baş məsləhətçi vəzifəsinə keçirilib. Bununla bağlı rəsmi əmr imzalanmasa da, artıq təyinat icra olunur. Qeyd edək ki, Z.Əliqızı "Bakı təhsili" qəzetinin baş redaktor postundan da uzaqlaşdırılıb.
2013-10-26
676
Tikanlı Sona
Ona olunan təhqir - onun dediklərində həqiqət çaları olduğunu isbatladı... O, həm zərifdi, həm zəifdi, həm də... güçlüdü, tikanlıdı. Güclülər tikanlı olur. Heç fikir verməmisiniz, çöldə bitən tikanlı kollar ətirli çiçəklərdən nə qədər dözümlüdü? Onu tanımaq istəmirəm... Mən onu tanıyıram artıq! O, tənhadı... Dostlarının çox olduğu görüntüsünə aldanmayın,- yalqızdı. Yalquzaq deyil ancaq... Həm də kövrəkdi... Dedim axı bayaq,- zəifdi! Dost dediyi adamların, haqqında ürəklə danışdıqlarının əksəriyyəti ilə 20-25 ilin uzaqlığından üzü bəri gəlmişəm. Və o "əksəriyyətin" əksəriyyətinin adamı yarı yolda qoya biləcəyinə də şübhə etmirəm. O isə tanıdıqlarının əksəriyyətini tanımır... Onlara güvənir. Amma bu güvəncin görüntü olduğunu da bilərəkdən etdiyinin fərqində olmasını bildiyimi bilmir... Özünü qadına həqarət edənlərə, mentalitetə tüpürənlərə rəğbəti var kimi göstərir... Əslində isə içində əyləşən bir klassik xanımın ört-basdır edilməsidir bu! İçərisi param-parça olan bu adam dünyanın hər üzünə laqeyd biri kimi təəssürat yaradır. O özündə başqa bir "Öz" yaradır və onun rolunu oynayır... O özünə qarşı nə vaxtsa olan haqsızlığa görə hər kəsi qınayır... Qınamaq yaxşıdır e,- günahlandırır, ittiham edir!.. Mən onu tanımaq istəmirəm... Mən onu tanıyıram artıq! İstəyirəm, onun dostları olsun... İstəyirəm o, dostlarını özü seçsin. Bir də istəyirəm ki, onun yanında olduğumuzu bilsin!
2013-10-26
677
iPhone 5C və 5S satışı Rusiyada başladı
Bu il sentyabrın 10-da ABŞ-ın texnologiya nəhəngi "Apple" tərəfindən tanıdılan iPhone 5C və 5S-in satışı Rusiyada başlayıb. Barmaq izlərini tanıyan və kompüter performansına yaxınlaşan 5S-ə sahib olmaq istəyən yüzlərlə adam başda Moskva olmaqla Rusiyanın bir çox şəhərində "Apple" mağazalarının qarşısında uzun növbələr yaradıb. "Axar.az"ın Türkiyə mətbuatına əsasən xəbər verir ki, satış başlamamışdan əvvəl növbəyə dayanan iPhone həvəskarları 16 GB-lıq yaddaşa malik 5C modelini 24 min 999 rubla ala bilirlər. Fərqli rəngli variantlarda olan eyni telefonun 32 GB-lıq modeli isə satışa 29 min 999 rubla (743 azn) çıxarılıb. Ancaq yeni iPhone 5S sahibləri telefonun sürətli internetə bağlanma xüsusiyyəti olan LTE texnologiyasından istifadə edə bilməyəcəklər. Rusiyadakı operatorların bu texnologiyanı istifadə etmə funksiyası olmasına baxmayaraq, "Apple" şirkəti ABŞ, Kanada və Yaponiya başda olmaqla hələlik yalnız 9 ölkəyə bu funksiyadan istifadəyə icazə verir. LTE-dən Rusiyada istifadə edə bilmək üçün ölkə operatorlarının istifadəçilərinə keyfiyyətli və sürətli internet təmin etdiklərini "Apple" şirkətinə sübut etməlidirlər. "Apple"ın bu addımı atmasına səbəb isə keyfiyyətsiz xidmətin telefonu istifadəçilərin gözündən salacağından çəkinməsi olub.
2013-10-26
678
Afət Telmanqızı: “Həkim terroru ailələrimizi məhv edir”
"Günahkarların layiqli cəzasını alması üçün şəxsən özüm Baş prokurora, ölkə rəhbərliyinə müraciət edəcəm!" Bu sözləri jurnalist Afət Telmanqızı Sumqayıtda 1 saylı Doğum Evində qardaşının 26 yaşlı həyat yoldaşı Pərvinə Hüseynovanın həkim terroru nəticəsində vəfat etməsinə münasibət bildirərkən "Axar.az"a bildirdi. "Bütün bunlar barədə ilk dəfə sizə danışıram. Bu hadisənin baş verməsində günahkar Sumqayıtda 1 saylı Doğum Evinin rəhbərliyi İnna Ələkbərzadə və əməliyyatı yetirən həkimlərdi. Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib. Əməliyyat vaxtı sidik kisəsini zədələyiblər və kəskin böyrək çatışmazlığı əmələ gəlib. Doğuşdan 9 gün sonra Pərvanənin vəziyyətinin ağır olduğunu bildik. Həkimlər Pərvanənin vəziyyəti ağır ola-ola, bizə heç nə demirdilər. Axırda məcbur olub, Bakıya, Respublika Xəstəxanasına gətirdik. Burda da 15 gün qaldı və nəticədə məlum oldu ki, Sumqayıtdakı həkimlər əməliyyatı düzgün yerinə yetirməyiblər. Sidik kisəsi zədələnib, içəridə "sonluq cift"in qalıqları qalıb və bunun nəticəsində zəhərlənib və böyrəyi fəaliyyətini dayandırıb. Kəskin böyrək çatışmazlığı yüksək təzyiq yaratdı və nəticədə beyninə qan sızdı. Bu vəziyyətlə də komaya düşdü. 8 gün komada qaldı. Dünən gecə də keçinib". Afət Telmanqızı həkim terroru nəticəsində son vaxtlar çoxsaylı ölümləri izlədiyini də söylədi: "Bu ölüm artıq bizim sıralarımıza çatıb, bu ağrını hər birimiz çiynimizdə hiss edirik. Həmkarım Anar Niftəliyevin də ailəsində həkim məsuliyyətsizliyi üzündən itki baş verdi və bu da bizə ciddi siqnaldır. Son günlər səhiyyə sistemində həkimlərin səhlənkarlığı üzündən baş verən hadisələrə qarşı kampaniyalara qoşulmaq artıq ictimai vəzifəmizə çevrilir. Ortada ailələr məhv olub gedir, körpə uşaqlar anasız qalır. Bütün bunlara son qoyulmalıdır".
2013-10-26
679
Marşrut avtobusu qəza törətdi – Foto/Video
Keçmiş "İnqilab" kinoteatranın, indiki "Büllur" Şadlıq Sarayının qarşısında yol hərəkəti qaydalarını kobudluqla pozan Nəqliyyat Nazirliyinin sərnişindaşıma departamentinə məxsus olan, Akif adlı sürücünün idarə etdiyi 10-TF-248 dövlət nömrə nişanlı 155 saylı marşrut qəza törədib. Avtobus S.S.Axundov küçəsi ilə hərəkət edən Şükür Rəhimovun idarə etdiyi "Mersedes" markalı, 90-DL-502 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Tərəflər qəzanın baş verməsində bir-birini günahlandırır. Xəsarət alan yoxdur. Müxbirimiz hadisə yerindən çəkilişlər edib.
2013-10-26
680
“Bulla-dəniz”də yeni qaz quyusu işə başladı
Xəzərdəki "Bulla-dəniz" qaz yatağında 90 nömrəli quyu istismara verildi "Axar.az" ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən ARDNŞ və ABŞ-ın "BOOTS & COOTS" servis şirkəti mütəxəssisləri tərəfindən aparılmış birgə tədbirlər nəticəsində "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyudan alınan məhsulun sistemə verilməsi prosesinə başlanılıb.
2013-10-26
681
İsrail də prezidentləri dinləyirmiş
Fransanın "Le Monde" qəzeti xəbər verir ki, Fransa prezidentinin iqamətgahı- Yelisey sarayı İsrailin xüsusi təyinatlıları tərəfindən 2012-ci il prezident seçkisinə qədər dinlənilib. Yelisey sarayı bu ifşa barədə açıqlama verməkdən imtina etdi. E. Snoudenə istinadən deyilirdi ki, dinləmə cihazlarını ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) quraşdırmaq istəyib. Amma indi Fransa mediası MTA-nın ələ keçirilən sənədlərinə əsaslanaraq bu fikri təkzib edib. ABŞ-ın casusluq qalmaqalında adı hallanan iki ölkə arasında münasibəti təhlükə altına aldı. Lakin Fransa hökuməti tərəfindən aparılan araşdırma ABŞ-ın aidiyyətini inkar etdi. Qeyd edək ki, keçən həftə Snoudenin KİV-ə təqdim etdiyi sənədlərə istinadən ABŞ 35 ölkə başçısının telefonlarını dinləyib.
2013-10-27
683
Tanınmışlar “yay vaxtını” necə keçdi
Bu gün – elə indicə - "yay vaxtı" bitdi, saatları qışa köklədik. Qış qapının kandarındadı, isti yay günlərisə xeyli geridə qalıb. Ancaq indi sümüklərin soyuqdan sızıldamağa başlayanda daha çox yayı düşünürsən. Beləliklə, bütün il boyu xüsusi istirahət günləri olmayan məşhurların yayı harada, necə istirahət etməsi ilə maraqlanmaq heç də pis olmazdı. Bəlkə onların da canı bir az qızınardı. İlqar Cahangir Yay tətilində cəmi 10 gün Batumi və Tiflisdə olub, təxminən 300 dollar pul xərcləyib. Səlim Babullaoğlu Xərclədiyi pulu saymayıb, amma Qubada ailəsi ilə birgə keçirdiyi 3-4 günlük tətildə 600-700 manat pul xərclədiyini deyir: "Artıq bir neçə ildir ki, yay vaxtı adətən Corat bağlarında, Novxanı tərəfdə oluruq. Xüsusi süfrə açılmasa, qonaq, ziyafət olmasa, xərclər də uyğun olur". Abbas Atilay Yayda 15 gün Naxçıvanda olub, orada işləyib: "Bir neçə yerə getmişəm, dağa-filan qalxmışam, ümumilikdə təqribən 500 AZN xərcləmişəm". Kənan Hacı Yazar Kənan Hacı üç il ardıcıl olaraq yay tətilini İstanbulda keçirib, bu il isə çoxlu problemləri olduğundan, tətilinə çıxa bilməyib: "Həyatımın ən maraqsız, ən sönük yayını keçirdim. Bütün yay boyu Bakının istisində tər tökməklə məşğul olmuşam". Sevinc Çılğın Nabranda ailəsi ilə birgə dincəlib və 2000 AZN-ə qədər pul xərcləyib. Salam Sarvan Bakıda "yaxşı-yaxşı" istirahət edib. Rəbiqə Nazimqızı Bakıda "dincəlib", xüsusi xərci-filan çıxmayıb. Şərif Ağayar Cəmi 10 gün Ağcabədidə, kənddə olub: "Adi qaydada pul çıxdı, həmişəki kimi, artıq pul xərcləmədim. Yay boyu alça yedim, göy qutabı yedim... Murakamini oxudum... Çoxlu-çoxlu yatdım". İntiqam Soltan "Bütün yay uzunu işlәmişәm. Türkiyәdә 10 tamaşa oynamışıq. Gürcüstanda festivalda olmuşam. Azәrbaycanın 10 rayonunda "Hәyatla oyun" (narkomaniya) tamaşasını oynamışıq. Vә nәhayәt 15 gün Qubanın Alpan kәndindә tam qüvvә ilә (çatdırım deyә) "Sәndәn sonra" serialının çәkilişlәrindә olmuşam. Bir sözlә, hәqiqәtәn әla istirahәt olub mәnimçün. Mәn işimdәn kәnarda istirahәt elәmәyi bacarmıram. Lap sonda isә İrana festivala qatılmaqla yay günlәrinә nöqtә qoydum". Ramal Hüseynov Ramal Hüseynov: "Bütün tətil planlarım alt-üst oldu. Keçən ilin sentyabr ayında verilişim bağlandı və işdən ayrıldım. Yay aylarına qədər ehtiyaclarımı təmin etməkdə maddi çətinliklərim oldu. Və görünən odur ki, üzümüzə gələn yayda da tətilə gedə bilməyəcəm". Cavanşir Yusifli "Mən yay tətilini hardasa keçirə bilmək qədərində imkanlı deyiləm". İntiqam Hacılı "Biləsuvarda, Masallıda, Lənkəranda, Yevlaxda, Tovuzda və Qəbələdə keçirtmişəm. Üst-üstə 15 gün edib bu. 800 manat pulum çıxıb. Sözsüz ki, həmin yerdə yaşayan dost-tanış da istirahətimin ucuz başa gəlməsinə yardımçı olub". Sevinc El-Sevər "Cəmi iki gün Türkanda bağ evində qalmışıq. Sonra ailəvi Masallı, Lənkəran, Astara və Lerikdə bir neçə istirahət zonalarında olduq. Ucuz olsun deyə, rayonun mərkəzində qalırdıq. Beş gün dalbadal iki-üç maşınla meşəyə tərəf çıxırdıq. Bu istirahətdən də bir qram ləzzət almadım. Yollara tökülüb vaxt itirirdik. Nəsə, ciddi pul xərcləmədən istirahət eləmişik bu yay, yaxşı dostların canı sağ olsun!" Şövqi Hüseynov "Bakıdan kənara çıxmadım. Teatrda Bekketin "Tək aktyorluq mim" tamaşasını hazırlayıb qurtarmışam. Yay tətilim belə keçib". Bəhruz Vaqifoğlu "Dübəndidə dincəldik. İsti hava, sakit dəniz, səhərlər samovar çayı, axşamlar nərd oyunu və maraqlı söhbətlər, çərpələng uçurmaq, futbol oynamaq, bol-bol şəkil çəkdirmək və s. Ayağımı yorğanıma görə uzatdım, necə deyərlər: "Aclıq olsun, kef olsun" prinsipiylə".
2013-10-26
684
Ramiz Mehdiyev: “Avropa müstəqil siyasət yürüdə bilmir”
"ABŞ prezident seçkilərini ləkələməyə yönələn yalan mövqe ortaya qoyur" "Axar.az" xəbər verir ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Qərbin Azərbaycandakı prezident seçkilərinə dair mövqeyini yenə tənqid edib. R.Mehdiyev "İnterfaks-Azərbaycan" agentliyinə açıqlamasında ABŞ-ın ATƏT-dəki səfirinin AŞPA-nı Azərbaycandakı seçkiləri təriflədiyinə görə tənqid etməsinə, habelə Avropa Parlamentinin seçkilərə dair əvvəl verdiyi müsbət rəyi dəyişərək, ATƏT-in rəyini dəstəkləyən qətnamə çıxarmasına sərt münasibət bildirib. Prezident Administrasiyasının rəhbəri deyib ki, Avropanın son vaxtlar yürütdüyü siyasəti analiz edərək bir neçə mühüm məqamı ayırmaq olar: "Hər şeydən əvvəl pozitiv məqamı - Avropa Parlamentinin qətnaməsində Ermənistan-Azərbaycan münaqişəsinə dair bəndi qeyd etmək olar. Orada deyilir ki, bu münaqişə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən qətnamələri əsasında həll olunmalıdır. Bu qətnamə bir sıra Avropa strukturlarının Azərbaycan ərazilərinin işğalı məsələsinə ciddi yanaşmasından xəbər verir. Eyni zamanda bu, Ermənistanın xarici siyasətinin münaqişənin səbəblərini təhrif etmək və başqa dövlətin ərazilərinin işğalı faktına haqq qazandırmaq üzərində qurulan xarici siyasətinin daha bir iflasıdır".
2013-10-26
685
Səttar Mehbalıyevin oğlu rəis təyin edildi
Bu gün Daxili İşlər naziri Ramil Usubovun əmrinə əsasən, Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin bazası əsasında Pirallahı rayon Polis Şöbəsi yaradılıb və bölmənin rəisi İsfəndiyar Mehbalıyev polis rəisi təyin edilib. Xatırladaq ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin oğludur. 2012-ci ildə Bakının 12-ci rayonu kimi yaradılan Pirallahının yeni rəisinin karyerası hardan başlayır? Prokurorluqdan polisə İsfəndiyar Mehbalıyev Nərimanov rayon prokurorunun müavini işləyib. Lakin 2006-cı ildə prokurorluq orqanlarından uzaqlaşıb və 2008-ci ildə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə rəis təyin olunub. Ötən il isə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə rəis gətirilib.
2013-10-26
686
Finlandiya Prezidenti İlham Əliyevi təbrik etdi
"Axar.az" Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Finlandiya Prezidenti Sauli Niiniste Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 3-cü dəfə prezident seçilməsi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə daha böyük uğurlar diləyir, ən xoş arzularımı və ən yüksək ehtiramımı çatdırıram".
2013-10-26
687
Sofi Lorenin 40 illik məhkəməsi başa çatdı
İtaliyada vergi orqanları ilə Sofi Lorenin məhkəməsinə artıq son qoyulub. Aktrisanın vəkili bu məsələ ilə bağlı açıqlama verib: "Sofi Loren 40 il davam edən absurd hekayənin bitməsinə çox sevinir" Kassasiya məhkəməsi 1974-cü ilin gəlir vergisi bəyannaməsini qanuni hesab edən qərar qəbul edib. Beləliklə, aktrisaya qarşı olan bütün ittihamlar rədd edildi. Məlumat üçün bildirək ki, 1974-cü ildə S.Loren həyat yoldaşı Karlo Ponti ilə birlikdə filmlərdən gələn gəlirin bir hissəsi göstərilməyən gəlir vergisi bəyannaməsini təqdim edib. İstintaq 1982-ci ildə başlayıb. Sofi Loren vergidən yayınma ittihamı ilə 17 gününü türmədə keçirməli olub.
2013-10-26
688
FİFA haqqında film ekranlara çıxacaq
Məşhur Britaniyalı aktyor və rejissor Tim Rot FİFA-nın tarixinə həsr olunmuş filmdə yer alacaq. Bildirək ki, aktyor bu filmdə FİFA-nın prezidenti Yozef Blatter rolunda çıxış edəcək. Həmçinin, bu yaxınlarda Rusiya vətəndaşlığını qəbul etmiş Jerar Depardyenin də filmdə rol alacağı bildirilir. O isə FİFA-nın üçüncü prezidenti Julya Rimi canlandıracaq. Qeyd edək ki, filmin adının "F2014"olacağı qeyd olunur. Lakin bu məlumatın nə qədər dəqiq olduğunu hələ tam müəyyən etmək mümkün deyil. Filmin gələn il, FİFA-nın 100 illiyində ekranlara çıxacağı gözlənilir.