id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
43,203 | 20.11.2008 06:29 | Media | JURNALİSTLƏR YANVARA QƏDƏR AZADLIĞA BURAXILACAQ | Etibarlı mənbənin verdiyi məlumata görə, jurnalistlər Obama kabineti fəaliyyətə başlayana qədər həbsdən azad olunacaq. Bununla bağlı artıq ilkin razılaşma da var. Bundan başqa, hakimiyyət AŞ PA-nın yanvar sessiyasına da məhbus jurnalistlərlə girmək istəmir. Bu səbəbdən sözügedən müddətə qədər bu problemin həll olunacağı gözlənilir. Bu arada ABŞ dövlət katibinin köməkçisi Devid Kremerin “Azadlıq” radiosuna verdiyi müsahibədə də buna işarə var. Cənab Kremer dövlət başçısı İlham Əliyev və Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə görüşlərində həbsdəki jurnalistlərin məsələsini qaldırdığını deyib: “Azərbaycan hökumətini həbsdə olan jurnalistlərin məsələsinə yenidən baxılmasına dəvət etmişik. Onların mümkün qədər tez azadlığa buraxılmasının tezləşdirilməsini vurğulamışıq. Bu məsələ ilə əlaqədar çox ciddi müzakirələr aparmışıq. Lakin nə baş verəcəyini əvvəlcədən güman etmək, məncə, düzgün olmazdı”. |
43,204 | 20.11.2008 06:30 | Media | GƏNCLƏR XARİCİ RADİOSTANSİYALARLA BAĞLI İKİ ETİRAZ AKSİYASI KEÇİRƏCƏK | Bəyanatda bildirilir ki, hakimiyyətin bu qərarı siyasi motivlidir və ölkədə tənqidi mətbuatın tamamilə susdurulmasına yönəlib: “Adıçəkilən radiostansiyalar dışında Azərbaycanda heç bir elektron KİV müstəqil deyil və bu radiostansiyaların yayımının dayandırılması xalqı alternativ informasiya əldə etmək hüququndan birdəfəlik məhrum edəcək. Biz MTRŞ-i və bu qurumu belə bir addım atmağa məcbur etdiyi kimsədə şübhədə doğurmayan siyasi hakimiyyəti xarici radiostiansiyaların yayımının dayandırılması iddiasından vaz keçməyə çağırır, vətəndaşların alternativ informasiya əldə etmək haqqına sayğı ilə yanaşmağa çağırırıq”.Xatırladaq ki, sənədi Elnur Astanbəyli (yazar), Zahir Əzəmət (yazar), Samir Sədaqətoğlu (yazar), İlham Qəhrəman (yazar), Qan Turalı (yazar), Aqşin Yenisey (yazar), Ağalar Məmmədov (filosof), Firidun Allahverdi (bəstəkar), Murad Köhnəqala (yazar), Mövlud İsmayıl (yazar), Bəxtiyar Hidayət (yazar), Günel Mövlud (yazar), Sevinc Pərvanə (yazar), Elçin Səlcuq (yazar), Vəfa Cəfərova (yazar), Orxan Eyp (yazar), Seymur Baycan (yazar), Həmid Herisçi (yazar) imzalayıb. Bizə açıqlamasında E.Astanbəyli yaxın iki-üç gündə İctimai Dəstək Komitəsini elan edəcəklərini bildirdi. Onun sözlərinə görə, bu kampaniyanın əsas devizi “Ya bizi güllələyin, ya da biz susmayacağıq” olacaq: “İlk olaraq, növbəti həftədə iki aksiya keçirməyi planlaşdırırıq. Bunun biri saat aksiyası olacaq. ”Moskva vaxtına keçid" adlanan aksiya radio yayımının dayandırılmasının Rusiya maraqlarına xidmət etməsini ifadə edəcək. İkinci aksiyamızda Heydər Əliyevin məzarını və ya şəhərdəki heykəllərindən birini ziyarət edəcəyik. Bu, “Allah sizə rəhmət eləsin, Heydər Əliyev” aksiyası olacaq". Müsahibimiz bildirdi ki, aksiyalarla bağlı gələn həftə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində keçirəcəkləri tədbirdən sonra geniş məlumat verəcəklər. E.Astanbəyli həmçinin bəyanata qoşulmayanların adlarını da həmin tədbirdə açıqlayacaqlarını vurğuladı. |
43,205 | 20.11.2008 06:31 | Media | AZƏRBAYCANLI JURNALİSTİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB | A.Məmmədovanın şikayətində göstərilib ki, 2006-cı il oktyabr ayının 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Hacı Məmmədov və digərlərinin işi” üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı A.Yusifov proses barədə reportajı stenoqram şəklində hazırlayıb dərc edən kütləvi informasiya vasitələri nümayəndələrinin məhkəmə iclasında iştirakının qadağan olunmasına dair vəsatət verib. Məhkəmə vəsatəti təmin edərək məhkəmə proseslərinin stenoqram şəklində işıqlandırılmasına qadağa qoyub.Bundan bir gün sonra - oktyabrın 17-də digər dövlət ittihamçısı B.Cəfərov məhkəmədə təqdim etdiyi başqa bir vəsatətdə bildirib ki, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimovun “Azadlıq” qəzetində dərc olunmuş müsahibəsində səslənən bəzi fikirlər Hacı Məmmədova münasibətdə təqsirsizlik prezumpsiyasının pozuntusudur və buna görə də həmin qəzetin əməkdaşlarına prosesdə iştirak etmək qadağan edilməlidir. Məhkəmə bu vəsatəti də təmin edib və həmin gündən “Azadlıq” qəzetinin əməkdaşlarının məhkəmə prosesində iştirakına qadağa qoyulub.Jurnalist məhkəmənin bu qərardadlarını fikri ifadə etmək azadlığının və məhkəmə prosesinin açıqlığı prinsipinin pozuntusu kimi qiymətləndirib. 2006-cı il noyabrın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə informasiya sorğusu ilə müraciət edərək qərardadların surətlərinin ona təqdim olunmasını istəyib. Ancaq bu günə kimi informasiya sorğusına cavab verilməyib. Jurnalist informasiya sorğusuna cavab verilməməsinin qanunsuz sayılması barədə şikayətlə 2006-cı il dekabrın 15-də Səbayel rayon Məhkəməsinə müraciət edib. Səbayel məhkəməsi və ondan sonrakı instansiyalar şikayəti təmin etməyib. Ərizəçi Avropa Məhkəməsinə şikayətində hüquqlarının pozuntusunun tanınmasını xahiş edib. Elçin Sadıqov 2006-cı il üçün Azərbaycan Respublikası məhkəmələrində baxılmış KİV-lə bağlı işlərin hesabatını hazırlamaq məqsədilə 2007-ci il fevralın 14-də Ali Məhkəməyə informasiya sorğusu ilə müraciət edib. Sorğuda E.Sadıqov 2006-cı il ərzində Ali Məhkəmə tərəfindən informasiya əldə etmək azadlığı, fikir azadlığı, təhqir və böhtan iddiaları üzrə baxılan işlərlə əlaqədar çıxarılan məhkəmə qərarlarının ona göndərilməsini xahiş edib. Ali Məhkəmə ərizəçinin sorğusuna cavab verməyib. Ərizəçi Ali Məhkəmənin hərəkətsizliyinin qanunsuz sayılması barədə 2007-ci il martın 16-da Yasamal rayon Məhkəməsinə şikayət verib. İddia rədd olunub. Ərizəçinin apelyasiya və kassasiya şikayətləri də rədd edilib. E.Sadıqov hesab edir ki, bu iş üzrə Azərbaycan məhkəmələrinin çıxardığı qərarlar ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququna əsassız müdaxilədir. |
43,206 | 20.11.2008 07:31 | Astrologiya | ULDUZ FALI | QOÇ - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda gərginlik müşahidə olunsa da, sonrakı müddəti normal şəkildə başa vura biləcəksiniz. Bütün iş və görüşlərinizdə Allahı yaddan çıxarmayın. BUĞA - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə səhhətinizlə bağlı problemlərin baş qaldırması əsəblərinizə mənfi təsir göstərə bilər. ƏKİZLƏR - Göstəricilər düşərli bir gün yaşayacağınızı bəyan edir. Xislətinizdən asılı olaraq ətrafda hər şey gözəl olacaq. Amma vaxt tapıb müqəddəs ziyarətgahlarımıza da baş çəkməyə çalışın. XƏRÇƏNG - Hansısa xoşgəlməzlik haqqında düşünməyə dəyməz. Çünki ulduzların düzümü günün əksər saatlarını xoş ovqatda keçirəcəyinizi bildirir. Təzə xəbərlər və büdcədə artım da gözlənilir. ŞİR - Ailə-sevgi münasibətlərində bütün proseslər ürəyinizcə olacaq. Bu səbəbdən də qarşı tərəfin rəylərinə hörmətlə yanaşmalısınız. Yeni sövdələşmələrdə təşəbbüskarlığı ələ alın. QIZ - Səhər saat 05:14-dən etibarən mənfi enerjili Ay bürcünüzdə qərar tutub. Buna baxmayaraq, həftənin ən dəyərli gününü yaşayacaqsınız. Atdığınız addımlar ətrafda sizə qarşı rəğbət yaradacaq. TƏRƏZİ - Həddindən ziyadə məhsuldar gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Yeni təkliflərə razılıq verin. Əks təqdirdə, müttəfiqlərinizi itirəcəksiniz. ƏQRƏB - Yaxşı olar ki, vaxtınızı bütünlüklə münasibətlərin tənzimlənməsinə həsr edəsiniz. Çünki hesablamalar fəaliyyətdə passivliyin hökm sürəcəyini göstərir. Dini dəyərlərə hörmət edin. OXATAN - Hiss olunur ki, ətrafınızda olanların əksəriyyəti fikirlərinizə qarşıdır. Lakin bunu əsəbi şəkildə qəbul etməməlisiniz. Sübut edin ki, haqqınızda deyilənlər doğru deyil. OĞLAQ - Qərarlarınızda qətiyyətli olmasanız, qarşınıza çıxan mühüm şanslarınızı itirəcəksiniz. Risk etməkdən qorxmayın. Hər şeydən əlinizi üzəndə heç olmasa sevgi amilindən bəhrələnin. SUTÖKƏN - Bəxtinizdə müəyyən qədər mübahisəli bir tarix durur. Odur ki, istər evdə, istərsə də iş yerində çılğınlıqdan uzaq olmalısınız. Konflikt yaratmaqdansa, barışdırıcı mövqe seçin. BALIQLAR - Yeni simalarla rastlaşma ehtimalınız böyükdür. Ola bilsin ki, qarşılaşdığınız adamların bir çoxu mövcud problemlərinizin həllində əsaslı rol oynasın. Odur ki, buna hazır olun. |
43,207 | 21.11.2008 04:42 | Yazarlar | TOPLUMUN OKSİGENLƏRİ | İkinci tarix - Avropa İslamı ilə əlaqəlidir. İtaliyalı müsəlman doktor Eduardo Aniyellinin şəhadət günləridir. Dünya vicdanlarına aid bir isimdir bu. Zəmanəsini qabaqlayan, dairəsinin, yazılmış, planlaşdırılmış robotsayağı həyatının məngənəsindən çıxıb bunu mənalı, ixlaslı, həqiqət axtaran bir bəndə ömrüylə əvəzləyən İNSANın hekayəsidir onun həyatı.Bu 2 tarixi nəzərə alaraq, bəhsimizi alimlə və şəhidlə əlaqəli mövzulara əsasən quracağıq. Öyrənən, əməl edən və öyrədən alim Əllamə Təbatəbai o şəxsiyyətlərdəndir ki, zaman keçdikcə, vaxt keçdikcə onun etdiklərini bəşər daha yaxşı anlamağa başlayır. O şəxsiyyətlərdəndir ki, etdiklərini öz zamanında yaşayanların dərk etmək imkanı məhdud olur. İslamda alim və mütəfəkkirlər hər zaman xeyli sayda olub. Amma Əllamənin özəlliyi ondadır ki, elmi mühitdə mövcud olan bütün ətalətləri, bütün stereotipləri dağıda bildi. Bütün donuqluqları aradan apara bildi. İslam elmi hövzələrinə, akademiyalarına məxsus təravəti qaytara bildi. İlkin mahiyyətinə, dinamik, kreativ, xəllaqiyyətli mahiyyətinə qaytara bildi. Təbii ki, zamanında bu dəyişikliklər heç də hamı tərəfindən lazımi diqqətlə qarşılanmadı. Amma nəticə nə oldu? Bir onu demək kifayətdir ki, İslam dünyasında elmin mərkəzi fiqurları, İslam fikrinin daşıyıcılarının mütləq əksəriyyəti Əllamə Təbatəbai məktəbinin yetirmələridir. Öz dövründə Əllamənin etdiklərinin əhəmiyyətini anlamaq üçün elə bu faktı dərk etmək kifayət edir. Ustad Şəhid Mütəhhəri kimi fəlsəfi dühalardan tutmuş mərcei-təqlid müctəhidlərinə qədər nəhəng elm sahibləri Təbatəbai dühasının yetirmələridir. Əllamənin böyüklüyünü anlamaq və etdiklərinin mahiyyətini başa düşmək üçün dinimizin alimə verdiyi yüksək qiyməti təzahür edən mətnlərlə tanış olaq. Əhli-beytdən (ə) aşağıdakı hədisi nəql edirlər: “Hər kəs ki, elm öyrənə və ona əməl edə, və digərlərinə Allaha xatir öyrədə - səmaların, göylərin mələkutunda əzim (böyük) ünvanı ilə çağırılar. Və deyilər: bu adam Allah üçün elm öyrəndi, Allah üçün əməl etdi və Allah üçün öyrətdi”.Hədisdə alimin 3 əsas xüsusiyyətinə toxunulur: elm öyrənmək, öyrəndiyi elmə riayət etmək və bildiklərini digərlərinə öyrətmək. Bu 3 elementdən mərkəzi xətt olaraq, Allaha xatirlik səciyyəsi, ixlaslılıq xüsusiyyəti, niyyətin paklığı, qarışmaz olması keçir. Bu sifətləri özündə daşıyan insan ən yüksək ruhani-mənəvi səviyyədə təqdir edilər və mələklər ona “əzim, böyük, uca” deyə müraciət ünvanlayarlar. Alimin qiyməti Mübarək hədisin təfsirilə bağlı ariflər buyururlar ki, yəni əslində bu o deməkdir ki, mələklər deyirlər: “Ey böyük! Ey cənab! Ey o kəs ki, Allaha xatir elm öyrəndi! Ey o kəs ki, Allaha xatir ona əməl etdi! Ey o kəs ki, Allaha xatir onu öyrətdi! Sən ağasan! Sən böyüksən! Sən əzəmətlisən!” Bu cür yüksək qiymət verilər mələklər aləmində əməl edən və öyrədən alimə.Diqqət etsək, görərik ki, xüsusi vurğu var həm öyrənmədə, həm əməl etməkdə, həm də öyrətməkdə. Allah üçün öyrəniləndə, Allah üçün əməl edəndə və Allah üçün öyrədəndə insanın məqamı bu cür yüksələ bilər. Dinimizin nəzərində həqiqi alim o kəsdir ki, hər zaman öz maariflənməsilə məşğul olur. Və bütün bunları Allah-təalaya xatir edir. Nə deməkdir Allaha xatir? O işlər ki, onlarda Allahın razılığı var. O işlər ki, həm fərd olaraq həmin insanın, həm də qlobal mənada bəşəriyyətin həqiqi faydasına xidmət edir. Öz elmi səviyyəsini artırmaqdan əlavə, əsl alimi səciyyələndirən digər xüsusiyyət - öyrəndiyinə əməl etməkdir. Belə ki, elmi bilgilərini tətbiq etməyən, boşa yönəldən alim həqiqi ola bilməz. Və bunlarla yanaşı, həqiqi alim biliyinin zəkatını verməlidir. Öz bildiklərini digərlərinə ötürməldir. Çalışıb bəşəriyyətə xidmət etməlidir. Şagirdlər yetişdirməyə, elminin sistemli şəkildə və düzgün metodoloji üslubda öz yetirmələrinə ötürülməsinə səy etməlidir. Əllamə zirvəsi Əllamə Təbatəbai belə alimlərdən idi. Sözün əsl mənasında alim idi. Came alim idi. Həm bütün islami bilgilərə yiyələnmişdi, İslam elmlərini, ümumən İslamla bağlı bütün bilgiləri, bütün mərifətləri çox mükəmməl və gözəl bilirdi, həm də digər elmlərə vaqif idi. Zirvə idi Əllamə. Hər sahədə zirvədə idi. Təfsirdə də, fəlsəfədə də, hədis elmində də, üsulda da, kəlamda da, fiqhdə də. Və Allah üçün öyrənmişdi. Və zirvədə ola-ola, bu bilgiləri tətbiq edirdi. Öz şəxsi dühasını daha da ucaltmaq üçün və bəşəriyyəti daha aydın, daha gözəl etmək üçün. Və bildiklərinə əməl etməsi də ən yüksək səviyyədə idi. Yəni əməletmədə də zirvə idi Əllamə. Və bunlarla yanaşı, Əllamə Təbatəbai öyrədən alim idi. Bir budaqlar yayılıb onun elm ağacından ki, bunun bərəkətindən dövrümüzdə İslam elmi əqlani sahələrdə hər vaxtdan daha təravətli və mütərəqqi bir durumdadır. Zamanımızın demək olar ki, istisnasız olaraq bütün təfəkkür və fiqh nəhəngləri məhz Əllamə elminin çeşməsindən bəhrələnmişlərdir. Bu, öyrədənin və öyrənənlərin qarşılıqlı səylərinin, bərəkətli əməllərinin və ən başlıcası Allaha xatir olmaqlıq niyyətinin nəticəsidir. Məhz bu niyyətin sayəsində İslami elm mühitində bu böyüklükdə dəyişikliklərə rəvac verilmişdir. Mübarək hədisdə göstərilən 3 mübarək sifətin canlı təcəssümüdür Əllamə: öyrənən, əməl edən və öyrədən. Elm əldə etmək - inancın buyuruşu Mübarək dinimizin elmə olan münasibəti məlumdur. Elm öyrənmək dinimiz tərəfindən hərtərəfli təşviq olunur. Lakin bəzi islami mətnlərdə elm öyrənmək nəinki təkcə məsləhət görülən bir iş kimi təqdim edilir, hətta inanclı insanın üzərinə qoyulan birmənalı dini vəzifə kimi vurğulanır. Belə, Həzrət Rəsuli-Əkrəmdən (s) nəql edirlər: “Elm öyrənmək hər bir müsəlman üçün vacibdir. Xəbəriniz olsun ki, Allah elm hərislərini sevir”.Gördüyümüz kimi, mübarək hədisdə iman gətirən insanın elm öyrənmək kimi bir vəzifə daşıması bildirilir. Bununla yanaşı, elm öyrənməyin hətta “hərislik” kimi ifrat formada belə Uca Rəbb tərəfindən bəyənilməsi, iman gətirən və elmlərə yiyələnməyə güclü səy edən insanın İlahi məhəbbət qazanması bəyan edilir. Elm ardınca getmək - Allah Təbarəkə və Təalanın sevgisini qazanmaq yollarından biri kimi bəlli edilir. Digər hədisdə İslam Peyğəmbərindən (s) nəql edilir: “Bir kəs elm əldə etmək üçün bir yola çıxarsa, Allah onu cənnətə gedən bir yola yönəldər. Mələklər öz razılıqlarını bildirmək üçün qanadlarını elm talibi (öyrənən) üçün açarlar. Dənizdəki balıqlara qədər göydə və yerdə olan bütün canlılar elm talibi (öyrənən) üçün istiğfar, bağışlanma diləyərlər”.İnsan elm öyrənməyə doğru bir addım atsa, Allah-təala bu yolu cənnətlə tamamlandırar və mələklər bu vəziyyətdə olan insana xüsusi diqqətini göstərərlər. İlahi əmrə hazır olan bütün canlılar elm öyrənən insan üçün istiğfar diləyərlər. Elm ardınca olmaqlıq səbəb olar bu böyüklükdə diqqətə və İlahi rəhmətin mərkəzində olmağa. Alimin ölümünə iblis sevinər Mübarək hədisin davamında buyrulur: “Alimin abiddən üstünlüyü - 14 gecəlik Ayın digər ulduzlardan üstün olmasına bənzər”.Bu qədər nuraniyyət aid edilir elm adamına. Necə Ayın işığı digər səma cisimlərindən güclü surətdə fərqlənir, eləcə də alimin abiddən üstünlüyü çatdırılır. Mübarək hədisin sonunda Rəsuli-Əkrəm (s) buyurur: “Alimlər peyğəmbərlərin (ə) varisləridir”.Alimlər bu böyüklükdə nəcib missiyaya malikdirlər. İnsanları haqq yola dəvət edən, İlahi göndərişi insanlara çatdıran, İlahi nurun təmsilçiliyini təcəssüm edən peyğəmbərlər (ə) öz əhəmiyyətinə görə misilsiz iş görürlər. Və dinimiz elmə və elm insanına o qədər böyük əhəmiyyət verir ki, alimi peyğəmbərin varisi adlandırır. Hər bir alimin üzərində fövqəl dərəcədə böyük məsuliyyət qoyur bu müddəa. Və alimlər var ki, bu böyük məsuliyyəti böyük şərəflə yerinə yetirirlər.Belə nəcib insanlardandır Əllamə Təbatəbai. Həzrət Peyğəmbərin (s) mübarək işinin, insanların qəlbini elm nuru ilə işıqlandırmaq missiyasının davamçılarındandır Əllamə. Alimin itkisi həmişə yeri dolmayan bir itkidir. Hər bir alim əvəzolunmaz bir aləmdir. Və bu itkiyə hamıdan çox lənətlik iblis sevinir. Zira, alimin nəcib missiyalarından biri məhz iblisin şərlərini, bu şərlərin üsul və vasitələrini ifşa etmək olur. İmam Cəfər Sadiq (ə) buyurur: “Möminlərdən heç kimsənin ölümü bir fəqihin (came və dərin alimin) ölümü qədər iblis lənətliyi sevindirməz”.Allahdan istəyimiz odur ki, bu nəcib alimi tanımağı, onun irsini öyrənməyi, yaşatmağı, əməl etməyi bütün müsəlmanlara nəsib etsin. Avropalı müsəlman Bəhsimizin əvvəlində toxunduğumuz ikinci tarix doktor Eduardo Aniyellinin şəhadəti - bu gün dünyanın bir çox yerlərində vurğulanır. Artıq dünya insanı bu həyatı və bu ölümü tanımağa başlayır. Şəhid Eduardo Aniyelli dünyanın ən imkanlı insanlardan birinin, avtomobil maqnatının oğlu idi. Çox gözəl təhsil almışdı - dünyanın ən nüfuzlu elm və tədris müəssisələrində oxumuşdu. Bütün akademik mərhələlərdən keçmişdi. Eduardo İslamla tanış olur. Dinimizin dərinliyi o qədər bu insanı valeh edir ki, İslamı qəbul edir. Sadəcə qəbul etmir. Tam dərinliklərinə qədər varır bu dinin. Qəlbinin dərinliklərinə hopdurur dinin gözəlliklərini. Tam kamil halda qəbul edir dini. Amma onun bu seçimi böyük narahatlıqlara səbəb olur. Çünki, ksenofoblar, islamofoblar bunda nəsə öz mövqe və durumlarına anlaşılmaz təhlükə görürlər, vərdiş olunmuş stereotiplərin və çərçivələrin dağıdılmasının şahidi olurlar. Dözümsüzlük o qədər yüksək olur ki, doktor Eduardonu şəhid edirlər.Amma kimsə əgər elə bilir ki, bu şəhid etməklə nəyinsə qabağı alındı - böyük səhv edir. Xam xəyaldır. O zaman Eduardolar tək-tük idi, nadir bir hal idi. İndi bir şəhid olmuş doktor Eduardonun yerinə minlərlə, onminlərlə intellektual Avropa insanı İslama gəlir. Təkcə Fransada 500ÿ000 etnik fransız İslamı qəbul etmişdir. Artıq bütün Avropa toplumu mübarək dinimizin gözəlliyinin fərqinə varmaqdadır. Və şəhid doktor Eduardonun pak qanı bu psixoloji transformasiyada az rol oynamamışdır. Ustad Mürtəza Mütəhhərinin ibarəsi ilə desək, “şəhidlər toplumun oksigenidir”.İslam Peyğəmbəri (s) şəhidlik zirvəsi ilə bağlı buyurub: “İnsanın Allah yolunda öldürülməsi həddinə qədər, hər yaxşılıqdan üstün yaxşılıq vardır. Beləliklə, insan Allah yolunda öldürülsə, bundan daha üstün (və dəyərli) yaxşılıq olmaz (insana üz verməz)”.İnsanın bəndəlik missiyasını həyata keçirərkən, şər qüvvələrin yolunda durması halları baş verir. Və geri dönmədikdə, sınmadıqda, iblis nökərləri tərəfindən həyatından belə məhrum oluna bilər. Və İlahi ideallar uğrunda həyatını qurban vermək zirvəsinə ucala bilir. Fədakarlığın ən son həddinə yetişə bilir. Və Eduardonun mübarək şəhid qanı Avropa toplumundakı İslama qarşı qərəz və yabançılıq səddinin dağıdılmasında öz mübarək rolunu oynadı. Allah-təala onun və bəşəriyyətin xilas yoluna qədəm qoyması üçün canını fəda edən bütün bəndələrin də nurani məqamını uca etsin!Allahım! Öz böyüklüyün və rəhmətinlə insanlığı düz yola hidayət et! Qəsb olunmuş torpaqların azad olunmasını nəsib et! 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu təcil et! Amin! Hacı İlqar İBRAHİMOĞLU |
43,208 | 21.11.2008 04:45 | Yazarlar | RUSBAŞLILAR VƏ İQTİDARYANLILAR | Son 15 ildə yalnız demokratik düşərgənin nümayəndələri parlament tribunasından və hakimiyyət qəzetlərinin səhifələrindən, telekanalların efirindən tənqid və təhqir atəşinə tutulur. Ya da müxalifət qəzetlərinin baş redaktorları, köşə yazarları barədə hədyanlar söylənir, yazılır. İndi biz yaddan çıxmışıq. Məmnunluq doğuran səhnədir. Aşırı tənqidin, təhqirin, haqsızlığın nə demək olduğunu biriləri də dadsın. Bunun ümumi prosesə ziyanı dəyməz.Azərbaycanda hazırda xalqın mənafeyi naminə hakimiyyətlə döyüşən, onu tənqid edən ziyalı varmı? Əsl ziyalı, elita nümayəndəsi haqsızlığa, rüşvətə, yalana, şərə, yaltaqlığa boyun əyib onun daha da inkişaf etməsinə kömək göstərməməlidir. Bu gün “mən ziyalıyam”, “əsl elita mənəm” deyib yaxa cıran, göz çıxaran tanınmışlardan hansı biri bu bəxtsiz və zavallı ölkəni sarmış neqativ proseslərlə bağlı hakimiyyəti, onun ayrı-ayrı nümayəndələrini ardıcıl şəkildə tənqid edib? Yaxud hansısa jurnalist həbsə atılanda, döyüləndə, öldürüləndə səsini çıxarıb? İqtidar mediasında tanınmış müxalifət liderləri illərdir təhqir edilir, mənəvi terrora məruz qoyulur. Hələ bircə dəfə eşitmədik ki, elita “razborka”sı aparanlar bu biabırçılıqlarla bağlı mövqe bildirsinlər. Əksinə, onlar parlament tribunasından, iqtidar qəzetlərinin səhifələrindən belə biabırçı kampaniyalarda bu və ya digər formada hətta iştirak da ediblər.Rusdilli olmaq, ingilis dilində danışmağı bacarmaq, “Oskar” almaq, kitablarını bir çox ölkələrdə nəşr etdirmək, elmi titula sahiblənmək, deputat mandatı almaq kiməsə özünə ziyalı və elita yarlığı yapışdırmağa əsas tanımır. Sən özcə vətənində baş verən dəhşətlərə susursansa, ziyalı adına iddia etməyə haqqın çatmır. Bu, üzdə olan bütün tanınmış ədəbiyyat və incəsənət xadimlərinə, ictimai yüklü şəxslərə aiddir. Bunca haqsızlığın, saxtakarlığın, oğurluğun və yalanın baş verdiyi ölkədə bircə sanballı ziyalıdan səs çıxmır. Rejimi və onun mövcud siyasətini iki-üç qəzetdən, beş-on jurnalistdən və elə o sayda da müxalifətçidən başqa mütəmadi şəkildə tənqid edən kimsə yoxdur ortalıqda. Hamı başını girələyir. Susması ilə məşəqqətin ömrünün bir qədər də uzanmasına yardım göstərir.Mübahisə aparan tərəflərin heç biri ziyalı və elita anlayışını haqq etmir. Nizami Cəfərov düşüncə və təfəkkür baxımından milli adamdır. Türkçüdür, millətçidir, milli dəyərlərə önəm verən alimdir. Xalqın adət-ənənəsini, folklorunu bilir, sevir. Fəqət əməlcə antimillidir. Bu millətə zülm edən bir rejimin ideoloqu kimi çıxış edir, onun süfrəsinə bağlıdır. Bunca olanlara rəğmən Nizami müəllimi son 15 ildə bircə dəfə haqqın yanında görmədik. İndi də görmürük.Rüstəm İbrahimbəyov yaxşı mütəxəssisdir, ərdəmini, abrını saxlayandır, hakimiyyətə özünü biabır edəcək formada yaltaqlandığını indiyədək nə görən olub, nə də eşidən. Amma milli adam deyil. Yoxsa erməni rejissorla müştərək film çəkməzdi. Bu, onun milli düşünə bilməməsindən irəli gəlir. Üstəlik, Rüstəm müəllim də heç vaxt haqqın və xalqın yanında yer almayıb. Söz və fikir adamı ola-ola söz azadlığının boğulmasına qarşı etiraz səsini qaldırmayıb. Öz işi-gücü və qayğıları ilə məşğul olub. Bircə dəfə heç bir ad çəkmədən, ünvan göstərmədən ümumi sözlərlə haqsızlığa etiraz etməklə az qala milli qəhrəmana çevrildi. Görürsünüzmü, hörmətli Rüstəm müəllim, haqqı söyləmək nə gözəl işdir, adamın başını uca edir. Hətta düşmən millətin nümayəndəsi ilə film çəkməyiniz də yada düşmür. Baxmayaraq ki, bu, tərcümeyi-halınızın ən ciddi nöqsanlarından biridir.Azərbaycana ona görə yazıq olub ki, inkişafımız və qurtuluşumuz üçün lazım olan nəsnələrin hamısı yarımçıqdır. Milli olan haqqın yanında, haqqı deyən isə milli deyil. Azər AYXAN |
43,209 | 21.11.2008 04:47 | Gündəm | BİR MİLLƏT-İKİ DÖVLƏT ARASINDA QAZ NARAZILIĞI | Qəzet Türkiyənin enerji çevrələrindəki mənbələrə istinadən yazır ki, Ankara ilə Bakı arasında yaranmış problemləri üç hissəyə bölmək olar. Bunlardan birincisi Türkiyənin Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qazı hansı qiymətə almasıdır. Bu yataqdan hasil edilən qaz ötən ilin iyulundan Bakı-Ərzurum qaz kəməri ilə Türkiyəyə nəql edilir. Ankara ilə Bakı arasında əldə edilmiş razılaşmaya görə, qazın min kubmetri üçün Türkiyə ötən il 120 dollar ödəyib. Bu razılaşma bir il müddətinə qüvvədə olub. Bu ilin iyulunda razılaşmanın müddəti başa çatanda Azərbaycan qiymətlərə yenidən baxıb və Türkiyə min kubmetr qaz üçün 150 dollar ödəməyə hazır olub. Lakin bu rəqəm Azərbaycanı qane etmir. Çünki hazırda Avropa bazarlarında qazın min kubmetri 400 dollar həddindədir. Türkiyənin özü İran və Rusiyadan aldığı qaza görə 280-290 dollar ödəyir. Belə olan halda Türkiyəyə işarə edilib ki, Azərbaycan qazını beynəlxalq bazar qiymətlərindən iki dəfədən də çox ucuz əldə etmək artıq mümkün olmayacaq.Türkiyənin enerji nazirliyindəki mənbə deyib ki, Bakının bu mövqeyi Rusiyanın “Şahdəniz” qazının hamısını Avropa qiymətləri ilə almaq haqda təklifi ilə bir vaxta təsadüf edir. Digər problem isə “Şahdəniz” yatağının ikinci fazasından əldə ediləcək qazın necə bölünməsidir. Bildirilir ki, Avropa Birliyi həmin qazın “Nabukko” kəməri ilə Türkiyə vasitəsilə nəql edilməsində maraqlıdır. Çünki “Şahdəniz” “Nabukko” üçün hələlik ən real qaz mənbəyi hesab olunur. Bu məsələdə ABŞ da maraqlıdır. Birləşmiş Ştatlar Xəzər qazının Avropaya Türkiyə üzərindən nəqlini istəyir. Türkiyə hökuməti də danışıqlar zamanı Azərbaycan hökumətini “Şahdəniz”in ikinci fazasından əldə ediləcək qazı onun ərazisindən nəql etməyə razı salmağa çalışır. Bildirilir ki, Türkiyə “Şahdəniz”in ikinci fazası açılandan sonra Azərbaycandan ildə 8 milyard kubmetr qaz almaq istəyir, özü də aşağı qiymətə. Lakin Azərbaycan tərəfi bildirir ki, ən uzağı 4 milyard kubmetr qaz verə bilər. Qəzetin yazdığına görə, bu mesaj prezident İlham Əliyevin Ankaraya son səfəri zamanı verilib. Azərbaycan tərəfi işarə edib ki, qazın qiymətləri müəyyən edilərkən, kommersiya prinsipləri və bazar şərtləri əsas götürüləcək. Prezident Abdullah Güllə danışıqları zamanı Əliyev deyib ki, bəzi avropalılar “Şahdəniz”in ikinci fazasından qazın Türkiyə vasitəsilə nəqlini istəmədiklərini deyirlər. “Məxfi danışıqlarda onlar Türkiyəni kənara qoymağa çalışırlar. Lakin bizim üçün Türkiyə əsas prioritetdir. Amma məsələ bundadır ki, ARDNŞ ”Şahdəniz" layihəsində cəmi 10 faiz paya malikdir. Yataqda əsas pay bp və Norveçin “Statoil” şirkətinə məxsusdur. Bu yaxınlarda Bakıya səfəri zamanı bp nümayəndəsi mənə bildirdi ki, Türkiyənin təklif etdiyi tranzit şərtləri məqbul deyil. O, mənə dedi ki, bp başqa alternativlər axtaracaq"-deyə Əliyev Güllə iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə aparıılan qapalı danışıqlar zamanı bildirib. Prezident onu da bildirib ki, Rusiya Azərbaycan qazını Avropa qiymətləri ilə almağı təklif edib, özü də qaz Azərbaycan-Rusiya sərhədində təhvil alınacaq və haqqı nağd ödəniləcək. Qəzetin yazdığına görə, Əliyevin bu sözləri Türkiyəyə açıq tekstlə bu mesajı verib ki, Ankara Azərbaycan qazına daha sərfəli müştərilərin çıxdığı bir vaxtda öz qiymət təklifinə yenidən baxmalıdır.Qəzet yazır ki, Türkiyə ilə Azərbaycan arasında üçüncü problem Bakı-Tiflis-Ceyhan neft kəməri ilə bağlıdır. Belə ki, Türkiyənin dövlət neft şirkəti BOTAŞ kəmərlə nəql edilən neftin hər barelinə görə 35 sent tələb edir. Lakin bu tələb BTC konsorsiu tərəfindən rədd edilib. Nəticədə BOTAŞ BTC konsorsiumunu Beynəlxalq Arbitraj Məhkəməsinə verməyə hazırlaşır. Bildirilir ki, bu məsələ də Əliyevin Ankarada Abdullah Güllə danışıqları zamanı müzakirə olunub. Təkbətək görüşlərdən sonra Gül iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda deyib ki, o, iki ölkə arasında problem yaranmasını istəmir. Ona görə də enerji nazirləri Beynəlxalq Arbitraj Məhkəməsindən əvvəl bu məsələnin həlli üçün öz aralarında danışıqlar aparmalıdır.Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər nə dərəcədə mühüm olsa da, enerji məsələsində qardaş ölkənin hökumətinin tutduğu mövqe haqlı narazılıq yaradır. Bir daha göründüyü kimi, Türkiyə Azərbaycan qazını bazar qiymətlərindən iki dəfədən də çox ucuz alıb sonradan onu Avropaya daha baha satmağa çalışır. Bu halda Türkiyənin gəliri qaz hasilatçısı olan Azərbaycanın əldə etdiyi gəlirdən qat-qat çox olacaq. Üstəlik, Türkiyə ona nail olmaq istəyir ki, Azərbaycanın “Nabukko” ilə nəql olunacaq qazının 15 faizini aşağı qiymətlə özünün daxili tələbatına yönəltsin. Digər tərəfdən Türkiyə yüksək tranzit qiymətləri təklif edir. BTC ilə bağlı narazılıq isə artıq yeni və gözlənilməz məsələdir. Belə ki, Türkiyə onsuz da bu kəmərlə Azərbaycan neftinin nəqlindən yüksək gəlirlər əldə edir. Lakin kəmərin Türkiyə ərazisindən keçən hissəsini istismar edən BOTAŞ hansısa əsaslarla əlavə olaraq hər barel neftə görə 35 sent tələb etməyə başlayıb. Hətta iş o yerə çatıb ki, Türkiyə şirkəti məsələni Beynəlxalq Arbitraj Məhkəməsinə çıxarmağa hazırlaşır. |
43,210 | 21.11.2008 04:48 | Gündəm | TÜRKİYƏ ORDUSU PKK-ya QARŞI DÖYÜŞLƏRDƏ YENƏ İTKİ VERİB | Bu terror hücumlarından sonra Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri ölkənin cənub-şərq əyalətlərində havadan və qurudan PKK-çılara qarşı irimiqyaslı əməliyyata başlayıblar. Bölgəyə yeni qüvvələr göndərilib, dünən səhərdən hərbi vertolyotların havadan Şırnak bölgəsinin İraqla sərhəd ərazisindəki PKK mövqelərinə intensiv zərbələr endirdiyi xəbər verilirdi. Bölgədən terrorçularla təhlükəsizlik qüvvələri arasında atışmaların getdiyi haqda xəbərlər də gəlirdi. Terrorçuların nə qədər itki verdikləri haqda xəbər yoxdur, yalnız Şırnak bölgəsində 1 terrorçunun cəsədinin ələ keçirildiyi bildirilir. Diyarbəkirdə isə 1 terroçu silahı ilə birlikdə təhlükəsizlik qüvvələrinə təslim olub. Bölgədən gələn xəbərlərə görə, İraqın şimalından ölkəyə yeni terrorçu qrupu daxil olub və onlar kiçik dəstələrə bölünərək təhlükəsizlik qüvvələrinə qarşı təxribatlar təşkil edirlər. Bingöl vilayətində yola yerləşdirilən minanın işə düşməsi nəticəsində 4 nəfərin yaralandığı da bildirilir.Bu arada Diyarbəkirdə təsadüfən yaxalanan şəxsin PKK-nın silahlı qanadına rəhbərlik edən Murad Qarailanın adamı olduğu və onun üzərində mühüm dövlət sirləri təşkil edən məlumatların aşkar edildiyi bildirilir. Mətbuatın yazdığına görə, şübhəli şəxs Diyarbəkirdə oğurluq malların satıldığı bazarda həbs edilib. Polis onu şəhərdə 10 gün əvvəl baş vermiş oğurluğa görə saxlayıb. Lakin məlum olub ki, 19 yaşlı bu şəxsin üzərində mühüm dövlət sirləri təşkil edən məlumatlardan ibarət kompyuter diskləri var. Həmin məlumatların silahlı qüvvələrin Baş Qərargahına, ordu komandanlıqlarına, kəşfiyyat strukturlarına və digər dövlət qurumlarına aid olduğu bildirilir. Məlum olub ki, saxlanılan şəxs PKK-çıdır və Qarailan üçün çalışır. O, hakerlik qabiliyyəti sayəsində dövlət qurumlarının kompyuterlərindən mühüm məlumatları əldə edib. Saxlanılan şəxs ifadəsində etiraf edib ki, artıq topladığı məlumatların bir hissəsini Qarailana göndərib və ondan özəl təşəkkür alıb. |
43,211 | 21.11.2008 05:00 | Gündəm | QARABAĞ DANIŞIQLARI HƏR AN POZULA BİLƏR | Londonda yerləşən Oksford Universitetinin professoru Mark Almond Qarabağ nizamlaması ətrafında son vəziyyəti “Amerikanın səsi”nə şərh edib. Qafqaz üzrə mütəxəssis Mark Almond müsahibəsində deyib ki, hazırda Qarabağ nizamlaması ətrafında cərəyan edən proseslərə Azərbaycan və Ermənistana ÿverilmiş bir sınaq dövrü kimi baxılmalıdır. Yəni indi bəlli olacaq ki, bu ölkələrin liderləri doğrudan sülh istəyirlər, yoxsa sülh danışıqları arxasında gizlənirlər: “Problem ondan ibarətdir ki, son razılaşma əldə olunmayana qədər hadisələr istənilən istiqamət ala bilər. Yerlərdə praktiki məsələlərin həlli ilə bağlı belə təhlükə mövcuddur. Buna görə də ekspert deyir ki, indi müxtəlif istiqamətlərdən - Rusiyadan, Türkiyədən və hətta İrandan gələn sülh təklifləri ÿəslində proses ətrafında beynəlxalq çəkişmələrin bariz sübutudur”.Ekspertə görə, aydın görünür ki, Gürcüstandakı müharibədən sonra Qarabağ münaqişəsi ətrafında kontekst dəyişib. Onun fikrincə, problem budur ki, Ankara məhz Gürcüstan olayları nəticəsində verdiyi iqtisadi itkilərə görə yeni sülh təşəbbüsü ilə çıxış edib. Bölgədə tərəflərin maraqlarını tutuşdurmaq isə olduqca çətin məsələdir. Belə ki, məsələn, Türkiyə ilə sərhədlərin açılması Ermənistanı qane edə bilər, amma Dağlıq Qarabağda buna fərqli münasibət bəslənilir. Bakıda Ankara ilə İrəvanın yaxınlaşması birmənalı qarşılanmayıb. Tərəflər kəskin qaçqın problemini çözə bilməyiblər. Bu kimi praktiki məsələlər əngələ çevrilib. Hərçənd ki, danışıqların özündə irəliləyiş nəzərə çarpır. “İndi Rusiya da İlham Əliyevlə Serj Sərkisyana nizamlama ilə bağlı bəyanat imzalatdırıb. Sizcə, bu, Qarabağ danışıqlarında yeni mərhələ sayıla bilərmi” sualına Almondun cavabı belə olub: “Bunu demək bir qədər tezdir, çünki hər iki cəmiyyətdə mümkün güzəştlərə güclü müqavimət var. Bu, elə bir mərhələdir ki, danışıqlar prosesi qəfildən real bir prosesə çevrilib. Buna görə də səmimi olmaq mərhələsi gəlib çatıb - tərəflər aydın mövqe bildirməlidilər ki, doğrudan da sülhün əldə olunmasını istəyirlər, yoxsa onlar status-kvo vəziyyətində özlərini daha rahat hiss edirlər”. Almond deyib ki, həmişəki kimi, indi də hər iki tərəfdə güzəştə getmək asan deyil. Onun sözlərinə görə, siyasi dairələr və liderlər son zamanlar bu mövzu ətrafında qızğın mübahisələrə qatılıblar. ÿBeynəlxalq səviyyədə tərəflər razılığa gəlsələr də, bu razılığı əhaliyə təqdim etmək müşkül görünə bilər. Xüsusilə də Ermənistanda. “Burada razılıq nüfuzlu Ermənistan və Qarabağ elitaları tərəfindən qəbul edilməlidir.ÿBütün bunlara baxmayaraq, diplomatik təmaslara son qoyulmamalıdır. Çünki hər kəs başa düşür ki, münaqişə sənin düşündüyündən fərqli şəkildə yaranır. Hamı anlayır ki, Cənubi Osetiya münaqişəsi Qarabağda mümkün münaqişədən daha kiçikdir. Bu, sanki hərbi yoldan danışanları ayıltdı”, - deyə ekspert vurğulayıb. |
43,212 | 21.11.2008 05:19 | Gündəm | “QONDARMA DAĞLIQ QARABAĞ REJİMİ DANIŞIQLARDA İŞTİRAK EDƏ BİLMƏZ” | V.İstratovun sözlərinə görə, prezidentlər tərəfindən imzalanmış Moskva bəyannaməsi münaqişənin həlli perspektivlərini göstərir: “Orada Dağlıq Qarabağın nümayəndəsinin imzası yoxdur. Ona görə ki, Dağlıq Qarabağın heç bir görüşdə iştirak etmək hüququ yoxdur. Görək hadisələrin inkişafı necə olacaq. Gəlin nəzərə alaq ki, əlimizdə sənəd var və bu sənəd Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında indən belə ortaya çıxan suallara cavab vermək üçün yol xəritəsidir. Dağlıq Qarabağ tərəfi prezidentlərin imzaladığı heç bir sənəddə, BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in beynəlxalq hüquqi sənədlərində göstərilməyib. Ona görə də gəlin bu bəyanata bəyanat olaraq yanaşaq”. |
43,213 | 21.11.2008 02:20 | Yazarlar | NUHUN QƏBRİ HAQDA HƏQİQƏT | Qısa arayış üçün bəzi qeydlər etməliyik. Nuh peyğəmbər mifoloji şəxsiyyət sayılır, Vasif əkəyə qədər onun dünyada mövcudluğu sırf elmi yollarla sübuta yetməmişdi. Bibliyada, Quranda, başqa dini kitablarda Adəm peyğəmbərin nəslindən olan Nuh haqda qeydlər var. Məsələn, xristian kilsəsi 19-cu əsrə qədər - dahi alim Şampolyon qədim Misir heroqliflərinin sirrini açanacan iddia edirdi ki, Nuh daşqını İsa peyğəmbərin doğuluşundan 2349 il öncə olubdur. Amma Şampolyon Misir sivilizasiyasının bu mifik “daşqından” zərər görmədiyini sübut elədi. Yeri gəlmişkən, daşqın məsələsi Nuhla bağlı ən məşhur rəvayətdir. Detallarına varmayacam, qısa desək, Allahın insanlara qəzəbi tutur, bütün yer üzünü suya qərq edir. Ancaq bundan öncə Nuha xəbər göndərir, o da gəmi düzəldir, hər canlıdan minimum bir cüt gəmiyə yığır və s. Sonra su çəkiləndə Nuhun gəmisinin dayandığı ilk yer haqda da fərqli rəvayətlər var. Məsələn, Ağrı dağının adı çəkilir. Yaxud Quranda Əl Cudi dağı deyilir. O cümlədən bizdə “Naxçıvan” sözünü “Nuh çıxan” kimi yozurlar, lakin bunların heç birinin ciddi elmi əsası yoxdur. Hətta çeçenlər deyir ki, Nuh çeçen olubdur, çünki onlar özlərini “noxço” adlandırır.Bu məsələdə mənə maraqlı gələn bilirsiniz nədir? Görəsən, Vasif Talıbov Naxçıvandakı uçuq türbədə uyuyanın məhz Nuh olduğunu necə bilib? Detallar xalqa çatdırılmalıdır. Bəlkə Nuhun sümükləri üzərində şəxsiyyət vəsiqəsi olubdur, ya hər hansı yazılı daş tapılıbdır? Hər halda, Nuhun sümükləri Naxçıvan camaatı deyil, ona işgəncə verəsən, sonra boynuna ala ki, bəli, mən elə Nuham. Başı elita qayırmağa qarışan tarixçi Yaqub Mahmudovdan məsələyə münasibət gözləyirik.Ümumən, mən təşəbbüsü alqışlayıram. Əgər Vasif əkəyə bir azca da şərait yaratsaq, o, Şərurda İsa peyğəmbərin çarmıxını, hətta qəbrini də tapar. Böyük sensasiya olar, dünyanın hər yerindən xristianlar bölgəyə axışar.Fərasət lazımdır. Məsələn, Qazax camaatı, yerli icra başçısı fil qulağında yatıb. Halbuki eradan öncə 50-ci minillikdə yaşamış məşhur ərəb salnaməçisi Vasif Əl Talıb özünün “Fitrətül tarix ənd zırrameyi külafirəng” əsərində qeyd edib ki, Musa peyğəmbərin əsası Qazağın Musaköy kəndində gərməşov ağacından, Vasif Səmədoğlu adlı dülgər tərəfindən düzəldilibdir. Qurdalasan, bir də gördün Musa peyğəmbərin qəbri də ordan çıxdı.Nəhayət, onu qeyd edim ki, Bibliyada Nuh peyğəmbər yeyib-içən, bir növ, “kefqom” şəxsiyyət kimi təsvir edilib. Məsələn, yazılır ki, bir dəfə, daşqından sonrakı vaxtlarda Nuh möhkəm şərab içir, özü də çılpaq, üstü açıq uzanıb qalır (görünür, xilas olmağını “yuyurmuş”). Nuhun iki dənə oğlu atalarının bu cür pis vəziyyətdə şellənməyini görür, ayıbını örtmək üçün üstünə paltar, örtük atırlar.Məncə, nə qədər bütün dünyada tam biabır olmamışıq, kimsə tapılıb Vasif əkənin də “üstünü” örtməlidir.Və əgər dünya daşqını indi olsaydı, Talıbov Nuhun gəmisini qanunsuz adlandırar, özünü Türkiyəyə qovardı. Zamin HACI |
43,214 | 21.11.2008 06:40 | Gündəm | SƏRKİSYAN QARABAĞ MÜNAQİŞƏSİNİ 50 PARTİYA İLƏ MÜZAKİRƏ ETDİ | Ermənistan KİV-lərinin xəbərlərinə görə, görüşdə hakim Respublika Partiyasının, Milli Təhlükəsizlik Şurasının indiki rəhbəri, keçmiş spiker və müxalifət lideri Artur Bağdasaryanın başçılıq etdiyi Qanunçuluq Ölkəsi Partiyası, habelə iqtidara yaxın Çiçəklənən Ermənistan Partiyası, hakim koalisiyanın tərkibində yer alan Daşnaksütyun və konstruktiv mövqedən çıxış edən İrs müxalifət partiyaları təmsil olunublar. Ermənistan Milli Şurasında birləşən müxalifət partiyaları isə məsləhətləşmələri boykot edib.Görüşün mətbuata açıq hissəsində Sərkisyan çıxış edərək deyib ki, müzakirələr xüsusi əhəmiyyət daşıyan məsələyə həsr olunub. Ermənistan prezidenti bildirib ki, müzakirələr qapalı keçiriləcək. Bu səbəbdən də görüş iştirakçıları aparılan müzakirələr haqda mətbuata heç bir açıqlama verməməli, müzakirələrin məzmununu məxfi saxlamalıdır. Sərkisyan əlavə edib ki, görüşdə səslənən mövqelər əsasında Qarabağ məsələsinə dair Ermənistanın vahid mövqeyi formalaşacaq. Onun fikrincə, prezidentin müxalifət partiyaları ilə bir araya gələrək bu cür müzakirələr aparması mexanizmi siyasi partiyaların Dağlıq Qarabağa dair qərar verilməsi mexanizmində iştirakını təmin edəcək.Daha sonra jurnalistlər zaldan çıxarılıb.Qeyd edək ki, bu görüşdən əvvəl Ermənistan müxalifəti prezident Sərkisyanı Moskva bəyannaməsinə imza atdığına görə sərt tənqid edirdi. Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifət hərəkatı hesab edir ki, Sərkisyan Qarabağ məsələsində ciddi güzəştlərə hazırlaşır, razılaşma isə hətta gələn ay imzalana bilər. Ter-Petrosyan Moskva bəyannaməsində Dağlıq Qarabağın tərkib kimi yer almamasını və sənəddə münaqişənin beynəlxalq hüquq normaları, indiyədək bu sahədə qəbul edilmiş qərarlar çərçivəsində həllinin vacibliyi haqda bəndi təhlükəli adlandırır. Müxalifətlə yanaşı, Ermənistan hakimiyyətində təmsil olunan qatı milətçi Daşnaksütyun Partiyası da Sərkisyanın apardığı danışıqlardan narazıdır. Bu partiya ətraf rayonların qaytarılmasına qarşı çıxır və hesab edir ki, danışıqlarda keçmiş Şaumyan rayonunun məsələsi də qaldırılmalıydı. Həmçinin Dağlıq Qarabağ separatçıları arasında narazılıq yaranıb. Xankəndindən bildiriblər ki, onların imzası olmayan heç bir razılaşma qüvvəyə malik deyil. Bəzi məlumatlara görə, Sərkisyan ötən bazar günü Xankəndinə səfər zamanı separatçıların lideri Bako Saakyanla mübahisə edib. Belə ki, Ermənistan prezidenti ondan tələb edib ki, ilk mərhələdə 5 rayonun boşaldılmasını, daha sonra Dağlıq Qarabağda referendum keçirilməsini və Kəlbəcərin qaytarılmasını nəzərdə tutan mümkün razılaşmanı yerinə yetirməlidir. Saakyan isə ona ətraf rayonların boşaldılmasına yol verməmək üçün “xalqı ayağa qaldıra biləcəyini” deyib. Bu məlumatlar Ermənistanda “Miatsum” fondunun rəhbəri tərəfindən irəli sürülüb. Dünən fond Ermənistan XİN-in qarşısında Qarabağ danışıqlarında İrəvanın tutduğu mövqeyə etiraz olaraq aksiya keçirib.Ermənistanda hesab edirdilər ki, mürəkkəb vəziyyətlə üzləşən Sərkisyanın müxalifətlə dünənki görüşü ciddi nəticələrə səbəb olmayacaq. Çünki bu görüşdə real müxalifət qüvvələri iştirak etmir və belə görünür ki, Sərkisyan mümkün Qarabağ razılaşması ətrafında ölkə daxilində siyasi konsensus əldə edə bilməyəcək. Ən azından o, qatı millətçi qüvvələrin və Qarabağ məsələsindən öz siyasi məqsədləri üçün faydalanmağa çalışan Ter-Petrosyanın təzyiqləri ilə üzləşə bilər. Dağlıq Qarabağda isə Sərkisyanın apardığı danışıqları pozmaq üçün hər an təxribatlar ola bilər. Bununla belə, Ermənistan prezidentinin siyasi partiyalarla məsləhətləşmələrə başlaması təsdiq edir ki, danışıqlarda həlledici mərhələ çatıb və tərəflər qərar qəbul etmək ərəfəsindədir. |
43,215 | 21.11.2008 06:58 | Ölkə | İÇƏRİŞƏHƏRDƏKİ QƏZALI BİNANIN SAKİNLƏRİ HOTELDƏN DƏ KÜÇƏYƏ ATILDI | Tikilidə əmələ gələn çatlar getdikcə genişlənib. Artıq həmin evlərdə yaşamaq mümkün deyil. Evlər hər an uça bilər. Fövqəladə Hallar Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarından ibarət komissiya da binaya baxış keçirib. Binada bərpa işlərinin aparılması zərurəti meydana çıxıb. Evlərin yavaş-yavaş bərpası mümkün olmadığı üçün sakinlərin köçürülməsinə qərar verilib.Dünən köçürülən ailələrin müvəqqəti məskunlaşdıqları hotelə də baş çəkdik. Ancaq hotelin inzibatçısı sakinlərin burada yaşamadığını dedi. O bildirdi ki, qəzalı binanın sakinləri bu gündən (dünəndən-red.) “İçərişəhər” mehmanxanasına yerləşdiriləcək. Odur ki, sakinlərlə görüşmək üçün I Qəsr döngəsi, 45 saylı ünvana getdik.Evi qəzalı vəziyyətə düşmüş Nailə Əhmədova bizi görər-görməz bildirdi ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanov neçə aydır onların başına oyun açır: “Zəlzələdən sonra evlərimizdə çat yarandı və getdikcə genişlənməyə başladı. 8 ay öncə məsələ ilə əlaqədar Kamran müəllimin yanında olduq. O da binanı bərpa etdirəcəyinə söz verdi. Amma nəticəsi yoxdur. Srağagün (noyabrın 18-də-red.) isə bildirdilər ki, belə vəziyyətdə binada yaşamaq qorxuludur. Bu gün (dünən-red.) səhər isə hotelin rəhbərliyi bizi zorla bayıra atdı və dedi ki, ayağınız bir də bura dəyməsin. İndi də qalmışıq çöllərdə. Binaya keşik çəkən polislər də bizi evimizə buraxmır. Bu gecə harada qalacağımızı bilmirik”.Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda olduğunu söyləyən N.Əhmədova merin də onlara kömək etmək istəmədiyini dedi: “Hacıbala Abutalıbov İçərişəhərə ayrılan vəsaiti mənimsəyib. Bu səbəbdən də memarlıq abidəsi olan İçərişəhər bərbad vəziyyətə düşüb. Buradakı tarixi abidələr imkanlı adamlara satılıb. Bəzi küçələr bərpa edilsə də bizim küçəyə baxan olmayıb. Ölkə başçısının bugünlərdə İçərişəhərə baş çəkəcəyini nəzərə alan məmurlar yaxın ətrafda bərpa-abadlıq işlərinə başlayıb. Bizim evlər isə uçur. Mən çox istəyirdim ki, İlham Əliyev bizim küçəyə də baş çəksin”.Zərərçəkmiş Nurxanım Əliheydərzadə də bizimlə söhbətində ailəsi ilə birlikdə hazırda küçədə yaşadığını dedi: “45, 47 və 49-cu evlər bərbad vəziyyətdədir. Bu binalar hər an aşa bilər. Binanın əyilməsi nəticəsində daşlar hörgüdən çıxıb. Fövqəladə Hallar Nazirliyinin işçiləri də hadisə yerində olub. Amma ekspertlər hələ qərar verməyib. Heç kəs bizimlə maraqlanmır. 6 ailə küçələrdə qalıb. Qərara almışıq ki, təhlükəli olsa da bu gecə öz evimizdə qalaq. Bu barədə binada növbə çəkən polislərə də məlumat vermişik”.Müsahibimizin dediyinə görə, onların nəsli bir əsrdir ki, İçərişəhərdə yaşayır: “Biz onu tələb edirik ki, aidiyyəti qurumlar bizə diqqət yetirsin. Bu qədər insanı evsiz qoymaq olmaz”.APA-nın məlumatına görə, dünən baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə toplantı keçirilib və bu məsələ müzakirə olunub. Qərara alınıb ki, evlərindən evakuasiya olunanların müvəqqəti məskunlaşması məqsədilə dövlət tərəfindən kompensasiya ayrılsın. |
43,216 | 21.11.2008 04:45 | Kriminal | “AKKORD” QƏSDƏN YANDIRILDI? | Dünən adıçəkilən agentliyə açıqlama verən “Akkord” şirkətinin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva bildirib ki, yanğın inzibati binanın zirzəmisində yerləşən elektrik lövhəsində baş verən qısa qapanma zamanı baş verib. O da məlum olub ki, hadisə yerinə gələn yanğınsöndürənlər alovun yuxarı mərtəbələrə keçməsinə imkan verməyiblər.A.Quliyevanın dediyinə görə, hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təqdiqat aparırlar. Yayılan qeyri-rəsmi məlumatlara görə, yanğın qəsdən törədilib. Bununla bağlı bir neçə versiya var. Onlardan biri budur ki, hadisə qisas məqsədilə törədilib. Digər versiyaya görə isə şirkət “Akkord”dakı yeyintinin üstünü ört-basdır etmək üçün yandırılıb. |
43,217 | 21.11.2008 04:45 | Gündəm | PKK-çı İŞ ADAMI NAXÇIVANDAN QAÇDI | Amma Türkiyə xüsusi xidmət orqanları onunla ciddi maraqlanırdılar. Çünki onun sahibi olduğu “Gəmiqaya” şirkətinin istehsal etdiyi bəzi ərzaq məhsulları PKK-çıların mağaralarında tapılmışdı. “Emil Uçarın İrana keçməsi də təsadüfi deyil. Ən azı ona görə ki, onun həbsinin gündəmə gəlmə ehtimalı böyük idi”- deyə mənbə bildirir. |
43,218 | 21.11.2008 04:45 | Dünya | PİLOT DƏLİ OLDU, TƏYYARƏNİ STÜARDESSA İDARƏ ETDİ | Bu vəziyyətdə işinin öhdəsindən gələ bilməyən müavini stüardessa əvəzləyib. Belə ki, təyyarəni təkbaşına endirə bilməyəcəyini başa düşən pilot sərnişinlərin arasında pilot olub-olmadığını soruşub. Ancaq sərnişinlərdən heç biri təyyarə idarə etməyi bacarmayıb. Nəticədə stüardessa pilota təyyarəni endirməyə yardım edib, təyyarə İrlandiyaya təcili eniş edib. Nəticədə 146 sərnişin və 6 ekipac üzvü xilas olub. |
43,219 | 21.11.2008 03:47 | Gündəm | VERTOLYOT FACİƏSİNDƏN 17 İL ÖTDÜ | Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. |
43,220 | 21.11.2008 06:47 | Ölkə | “FÖVQƏLNAZİR”ə QARŞI MÜDHİŞ TƏXRİBAT | Bəs görəsən, Etibar Hüseynov niyə qəfildən Heydərovun qəzəbinə gəlib?Mənbə bildirdi ki, öz vəzifəsinin öhdəsindən uğurla gələn general Hüseynovun fəaliyyəti Kəmaləddin Heydərovu da qane edirmiş. Mənbəmiz sonra bunları dedi: “Nazirlə müavinin münasibəti o həddəcən yaxşı olub ki, Kamal müəllimin ən dar dairədə təşkil etdiyi məclislərdə Etibar Hüseynov əksər vaxtlar iştirak edirmiş. Onların arasının dəyməsinə isə başqa məsələ səbəb olub. Sadəcə, bir qədər əvvəl ”fövqəlnazir"ə çatdırılıb ki, özünə yaxın bildiyi general-mayor Etibar Hüseynov ən dar məclislərdə, yığıncaqlarda öz şefinin söhbətlərini, danışıqlarını yazıb, onun iqtidardakı rəqiblərinə çatdırırmış. Bundan xəbər tutan Kəmaləddin Heydərov əvvəlcə E. Hüseynovu tənbeh edib, sonra isə vəzifəsindən kənarlaşdırıb".Mənbənin dediyinə görə, Etibar Hüseynov nazirlikdən tamamilə uzaqlaşdırılmayıb, sadəcə rütbəsinə uyğun olmayan çox kiçik vəzifəyə keçirilib. *** Yeri gəlmişkən, Kəmaləddin Heydərovun həyatında dinləmə ilə bağlı daha bir məqam da olub. Bu haqda zamanında mətbuatda geniş yazılıb. Məqamı düşdüyü üçün o məşum olayı bir daha xatırlatmağı məqsədəuyğun saydıq. 2001-ci ildə o vaxt Gömrük Komitəsinin sədri vəzifəsini tutan K.Heydərov hansı səbəbə görəsə İngiltərədən gətirtdiyi xüsusi cihaz vasitəsilə İlham Əliyevin telefon danışıqlarını dinlətdirirmiş. Üstündən bir qədər keçəndən sonra bunun üstü açılır. Və o dövrdə medianın yazdığı, indiyə qədər də təkzibolunmayan xəbərlərə görə, bu işin üstündə K. Heydərovu ciddi dərəcədə cəzalandırıblarmış. Bu səbəbdən də o, ölkədən çıxmaq məcburiyyətində qalıb. Yalnız atası Fəttah Heydərovun mərhum prezident Heydər Əliyevə minnətçi düşməsindən və onun razılığını almasından sonra Kəmaləddin Heydərovun ölkəyə qayıtması mümkün olur. Bir daha xatırladırıq ki, bu xəbərlər 2001-2002-ci illərdə Azərbaycanın bir neçə nüfuzlu KİV-lərində dərc olunmuş yazılardan götürülüb. *** Maraqlıdır, görəsən, hörmətli Kamal müəllim dar çevrədə nələr və kimlər haqda danışırmış ki, müavini onun səsini yazıb iqtidardakı rəqiblərinə ötürüb? Mənbəmiz dedi ki, Kəmaləddin Heydərov adətinə uyğun olaraq özünə yaxın bildiyi şəxslərin əhatəsində emosiyalarına nəzarət edə bilmir və yaxın gələcəklə bağlı qurduğu xəyallarını tez-tez dilə gətirir. Bu isə hakim dairələrdə qətiyyən xoş qarşılanmır. Etibar Hüseynovun vəzifəsindən çıxarıldığı barədə xəbəri dəqiqləşdirmək üçün dünən FHN-in mətbuat xidmətinin rəhbəri Tural Müseyibovla telefon vasitəsilə əlaqə saxlamaq istədik. Lakin xidmət rəhbəri zənglərimizə cavab vermədi. Mövzuya qayıdacağıq. Yazıda adıçəkilənlərin fikirlərini də dərc etməyə hazırıq. |
43,221 | 21.11.2008 05:49 | Media | AzTV AMERİKA TELEVİZİYASINA XƏBƏRDARLIQ ETDİ | Bu zaman AzTV Milli Teleradio Şurasının (MTRŞ) müvafiq məktubuna istinad edir.Öz növbəsində MTRŞ sədri Nuşirəvan Məhərrəmli ABŞ dövlət katibinin köməkçisi Devid Kremerin 2009-cu ildə xarici radiostansiyaların yayımı davam etdirməsi haqda sözlərini təsdiq etməyib. Xatırladaq ki, dünən Bakıda keçirdiyi mətbuat konfransında Kremer deyib ki, prezident İlham Əliyevlə Azərbaycanda Qərb radiostansiyalarının yayımı məsələsini müzakirə edib. Kremerin sözlərinə görə, yayımın davam etdirilməsi və paralel olaraq hüquqi məsələlərin müzakirə olunacağı barədə razılıq əldə olunub.N.Məhərrəmli bildirib ki, bu məsələ “Azərbaycan qanunvericiliyi çərçivəsində” həll ediləcək.Maraqlıdır ki, bu olay Devid Kremerin media kapitanları ilə görüşündə, mətbuat konfransında xarici radiostansiyaların yayımının dayandırılmayacağı ilə bağlı açıqlamasından dərhal sonra baş verdi. İlkin rəylər hakimiyyətin bu addımını Amerikaya əzələ nümayişi kimi xarakterizə etməsi ilə bağlıdır. Belə ki, N.Məhərrəmli bu məsələnin dekabrda keçiriləcək iclaslarında həll olunacağını desə də, bir ay qalmış belə xəbərdarlığın edilməsi birmənalı qarşılanmır. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, “News Flash”in yayımına yaradılan əngəli xarici radiostansiyalarla bağlı problemdən tamamilə ayırmaq lazımdır. Onun sözlərinə görə, radiostansiyalar özünəməxsus tezliklərdə yayımlanır və onların yayımlarının dayandırılması cəhdi hüquq pozuntusundan xəbər verir: “Amma ”Amerikanın səsi" televiziyası özünəməxsus tezlikdə yayımlanmır. AzTV də razılaşma əsasında yayımını davam etdirir və tərəflərdən biri bu yayımı istəmirsə, həmin anlaşma pozula bilər. “Amerikanın səsi” televiziyasının AzTV-də yayımını davam etdirib-etdirməməsinin ümumi prosesə isti-soyuğu yoxdur. Çünki o, digər radiostansiyaların daşıdığı funksiyaları daşımır və alternativ informasiya mənbəyi deyil. Radiostansiyalarla bağlı məsələdə bizim iki prinsipimiz var: bunlardan biri plüralizm, yəni fərqli informasiya mənbəyi, digəri isə ictimai debatların həyata keçirilməsidir. Adıçəkilən kiçik veriliş isə bu fnuksiyalardan heç birini yerinə yetirmir. Ona görə də tezliyin gerçək sahibi kimi AzTV müəyyən açıqlamalar verə bilər". O ki qaldı Kremerin verdiyi vədlərlə bu olayın ziddiyyət təşkil etməsinə, müsahibimiz vurğuladı ki, bu barədə konkret fakt olmadığı üçün şərh vermək mümkün deyil: “Bunu yalnız o zaman qiymətləndirə bilərik ki, Amerika tərəfi öz mövqeyini bildirsin. Ola bilsin, Kremer dövlət nümayəndələri ilə görüşəndə ”Amerikanın səsi"ndəki verilişin bağlanması, digər xarici radiostansiyaların isə yayımını davam etdirməsi ilə bağlı razılıq verilib. Yəni razılaşma bu formada verilə bilər". Bu arada Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında xarici radiostansiyaların Azərbaycanda yayımlanması vəziyyətinə də toxunub. “Azadlıq” radiosunun məlumatına görə, E.Aslanov Azərbaycanda 1000-dən artıq KİV-in azad şəkildə fəaliyyət göstərdiyini vurğulayıb: “Radiostansiyaların fəaliyyətinə və onların ətrafında dolaşan müxtəlif fikirlərə gəldikdə isə bildiyiniz kimi, hələ konkret qərar qəbul edilməyib”. E.Aslanovun sözlərinə görə, xarici radiostansiyaların yayımını dayandırılacağı ilə bağlı deyilənlər yalnız Milli Teleradio Şurası sədrinin Azərbaycan qanunvericiliyinə və tələblərə uyğun səsləndirdiyi fikirlərdir. |
43,222 | 21.11.2008 04:47 | Media | “YENİ AZƏRBAYCAN”ın KEÇMİŞ BAŞ REDAKTORU DANIŞDI | A.Həsənoğlu deyib ki, bu cür təkliflər səslənə bilər: “Əslində mən elə hesab edirəm ki, bunlar müsbət mahiyyətli təkliflərdir. Ancaq təəssüf ki, bu tipli ideyaların, təkliflərin təqdimatı, istiqamətləndirilməsi və arqumentləşdirilməsi düzgün aparılmır. Bu cür təkliflərin səsləndirilməsini dövlət başçısı İlham Əliyevin adı ilə bağlamaq yolverilməzdir. Çünki istər-istəməz bu təklifləri cənab prezidentin adı ilə əlaqələndirib səsləndirəndə bunu ona yönəlik bir minnət çaları ilə yükləndirmiş oluruq. Mən hesab edirəm ki, bu, qətiyyən düzgün deyil. İkincisi, hesab edirəm ki, burada söhbət prezidentdən getməməlidir, söhbət konkret prezidentlik institutunun yenidən formalaşmasından getməlidir. Bunun özü də, heç şübhəsiz, normal bir prosesdir. Dünyanın bütün ölkələrində, bütün vaxtlarında dövlət idarəçiliyinin təkmilləşməsi ilə bağlı təkliflər olur. Çünki dövlət idarəçiliyi havadan götürülmür, vaxtın, dövrün, zamanın tələbi ilə bağlı olaraq yaranmış prinsiplər əsasında müəyyənləşir. Mən belə hesab edirəm ki, əgər vaxt, zaman tələb edirsə, hər hansı bir təkliflə çıxış etmək mümkündür, o cümlədən bu təklif dövlət idarəçiliyinin təkmilləşməsi istiqamətində atılan addım kimi şərh olunmalıdır". A.Həsənoğlu həmçinin bildirib ki, bu təklifi prezidentin adı ilə əlaqələndirib səsləndirmək olmaz. Onun sözlərinə görə, bunu bəzi maraqlı qüvvələr cəmiyyətə konstitusiyanın bir şəxsə görə dəyişdirilməsi anlamında təqdim edirlər. Odur ki, onların əlinə belə əlavə bəhanə vermək olmaz. A.Həsənoğlu həmçinin “Azərbaycanda nə iqtidarda, nə müxalifətdə İlham Əliyevə alternativ mövcuddur” fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, əslində bu gün İ.Əliyev Azərbaycandakı ictimai-siyasi sabitliyin şəriksiz və şəksiz təminatçısıdır: “Bu baxımdan, mən belə hesab edirəm ki, İlham Əliyev şəxsiyyətinin özündə daşıdığı missiya onun prezidentlik missiyasının fövqündə dayanır”. |
43,223 | 21.11.2008 01:55 | Media | EYNULLA FƏTULLAYEVƏ HƏLƏ DƏ QƏZET VERMİRLƏR | Amma E.Fətullayevə yenə də oxumağa qəzet vermirlər: “Eynullanın vəkili İsaxan Aşurov nəhayət ki, bu problemi həll etmək üçün ona poçtla qəzet göndərib. Amma hələ də çatdırılmayıb. Maraqlıdır ki, türmə elə uzaq məsafədə yerləşmir və qəzetin çatdırılması bu qədər uzun müddətə başa gəlməməlidir”. Emin Fətullayev həmçinin bildirdi ki, baş redaktoru Beynəlxalq Amnistiya Təşkilatı da mövlud bayramı münasibətilə ayrıca təbrik edib və onunla bağlı kampaniya keçirib. “Siz unudulmayacaqsınız” şüarı ilə keçirilən kampaniyaya Almaniya, Belçika, Yaponiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarından da ziyalılar qatılıb. |
43,224 | 21.11.2008 02:10 | Yazarlar | MƏRDANƏ MİSRİDATİZM | Amma sən mənim kimi eləmə, oğlum. Sən hələ balacasan, o Əlövsət Osmanlı əminin, Etibar Əliyev dayının sözünə inanıb-eləmə. Onlar səni Misir müəllimin sözlərinə qulaq asmayıb yaxşı oxumağa çağırır, gül kimi ali savadlı, zirək təhsil nazirimizin cahanşümul fəaliyyətini, onun müdrik rəhbərliyi ilə hazırlanan girdirmə dərslikləri gözdən salmağa çalışırlar. Məxləs, onlar destruktiv qüvvələrdir, təxribatçıdır, xalq düşmənidir, qolçomaqdır, gözləri təhsilimizdəki uğurları götürmür.Nəbadə onların sözünə inanasan. Yoxsa and olsun orta məktəblərdə fidan balalardan bircə ildə alın təri ilə, ləyaqətlə, şərəflə, vətənpərvərliklə toplanan 153 milyon manat rüşvətin halal bərəkətinə, sənə daha süpürgə, fond, təbaşir, sinif rəhbərinin xalasının ad günü üçün pul vermərəm. Bütün elmi-pedaqoji ictimaiyyətin yanında biabır olarsan. Hamı sənə vətən xaini kimi baxar. Rüşvət verə-verə müstəqil həyata qədəm qoya bilmədiyini görüb səni çuşka sayarlar. Aç qulağını eşit, sözümə baxmayıb məni lap çox qəzəbləndirsən, məktəbi bitirəndə 3 min manat verib sənə attestat da almaram.Bir də ki, onlar nə yazır axı, oğlum?! Diqqətlə oxudum, orada qeyri-adi bir şey görmədim. “Pedaqogika” nəşriyyatının direktoru, fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı yazır ki, 1-ci siniflər üçün nəzərdə tutulan və Misir müəllimin xeyir-dua verdiyi “Riyaziyyat-1" və ”Həyat bilgisi-1" dərslikləri təhsilə zərbədir, onların heç bir sistemi, metodikası yoxdur. Guya indiyədək dünyanın heç yerində bu kitablar qədər savadsız, ziyanlı, anti-elmi, anti-pedaqoji dərsliklər olmayıb.Gördünmü, oğlum, mən deyəndir. Əlövsət bəy özü də bilmədən boynuna alıb ki, təkcə iş yerlərinin sayı, analoqu olmayan dinamik inkişaf deyil, biz elə dərslik sahəsində də dünyada yeganəyik, birinciyik. Lider ölkəni başqalarından nə fərqləndirir? Ay sağ ol. Heç yerdə olmayan şey lider ölkədə olur. Day buna görə Mərdanovu günahlandırmaq nə üçün? Necə deyərlər, Makedoniyalı İsgəndər böyük adamdır, daha stulları niyə sındırırsınız?Əlövsət bəyi qəzəbləndirən odur ki, “Riyaziyyat-1" dərsliyində kobud qüsurlar var. Guya nə hərf, nə də rəqəm tanımayan 1-ci sinif şagirdi o kitabdakı qəliz sual, termin, tapşırıq və məsələləri anlamaq gücündə deyil. Məsələn, hələ ”a" hərfini öyrənməli olan uşaq “plan”, “koordinat” sözlərini necə anlasın və s.Boş şeydir, oğlum. Sən guya riyaziyyat elmini öyrənməsən, yaxşı yaşaya bilməyəcəksən? Ümumiyyətlə, bizim ölkədə bu elmə nə ehtiyac var? Axı o işləmir. Bax, tutalım Ziya əminə deyirsən ki, smetası 7 milyon olan bu körpünü neçəyə tikirsən. O da qayıdır ki, 31 milyona, balası, xeyir ola soruşmaqda. Deyirsən ki, heeeç, elə-belə. Ya da oturub fikirləşirsən ki, YAP hökuməti 32 min işlək əhalisi olan Saatlıda 38,7 min təzə iş yerini hansı riyazi düstur, iqtisadi model əsasında açdı. Burada sənin köməyinə elm gələ bilməz. Dəli şeytan isə gələr. Sənə pıçıldayar ki, burada riyaziyyat-zad lazımdır bəyəm, buna nə riyaziyyat, nə zad. Ona görə də Əlövsət bəyin yazdıqlarına bir quş...Bəyin nazirdən qəribə narazılığı da var. Deyir, dərsliklərin biabırçı vəziyyəti ilə bağlı bəlkə yüzlərlə məktub, müraciət, məqalə yazılıb, amma Misir müəllimə xeyri yoxdur. Adam heyrətlənib. Amma nahaq. Səbəbini deyirəm. Qədimdə Mitridat adlı bir şah varmış. Qorxurmuş ki, düşmənləri onu zəhərləyib öldürər. Bunun qabağını almaq üçün həkiminin məsləhəti ilə yeməyinə hər gün hissə-hissə artırmaqla müəyyən dozada zəhər qatır. Bədəni buna elə öyrəşir ki, axırda 100 adamı öldürə biləcək qədər zəhəri bir oturuma yeyir, amma ölmürmüş. Tibbdə buna mitridatizm deyirlər.Görünür, Misir müəllim tarixi də yaxşı bilir. |
43,225 | 21.11.2008 03:03 | Siyasət | “ƏLİ KƏRİMLİ MƏNDƏN ARTIQ DEYİL Kİ...” | Bu görüşdə iştirak edən və onun təşəbbüsçüsü kimi çıxış edən CHP sədri Bədrəddin Quliyev müəyyən dairələr tərəfindən hədəfə götürülüb. Belə ki, “Azadlıq” bloku ilə Müsavat Partiyası arasında əməkdaşlıqla bağlı müzakirələr getdiyi bir ərəfədə B.Quliyevin Müsavat Partiyasının iştirakı ilə hansısa bir blok yaratmaq təşəbbüsü bölücülük missiyası kimi dəyərləndirilir. Artıq “Azadlıq” blokuna yaxın mətbu orqanlarda həm B.Quliyevə, hətta Müsavat Partiyasının yetkililərinə qarşı kampaniyaya start verilib. Doğrudanmı B.Quliyevin təşəbbüsü müxalifətin real birliyinin alınmaması ilə nəticələnə bilər? Bu və digər suallarımıza cavab almaq üçün CHP sədri ilə danışdıq. B.Quliyev bildirdi ki, 2003-cü ilin prezident seçkiləri ilə bağlı yaradılmış “Bizim Azərbaycan” blokunda təmsil olunmuş 9 partiyanın rəhbəri bir neçə gün öncə Müsavat başqanı İsa Qəmbərlə görüşərək, ölkədəki siyasi vəziyyəti və qarşıdan gələn seçkilərdə iştirak məsələsini müzakirə ediblər: “Bu gün müxalifət daxilində gedən danışıqlarda gah parlament seçkiləri məsələsi ortaya qoyulur, gah da müxalifətin birliyi məsələsindən danışılır. Amma heç bir nəticə yoxdur. Proses boş-boşuna uzadılır. Təcrübə onu deməyə əsas verir ki, bu cür nəticəsiz danışıqlar davam edən həlledici məqamda - seçkilər yaxınlaşanda ən yaxşı halda boykotdan danışılır. Neçə illərdir ki, Azərbaycanda müxalifətin birliyi alınmır və biz koalisiya şəklində seçkilərə qatıla bilmirik. Məhz buna görə də sonuncu prezident seçkisində bir qeyri-müəyyənlik yarandı və nəticə etibarı ilə müxalifətin bu prosesdə iştirakı mümkün olmadı. Bu ondan irəli gəlir ki, ”yuxarılar"da müəyyən bir oyunlar gedir və 4-5 nəfərin ambisiyası üzündən müxalifətdə birlik yaranmır. Mən də bu vəziyyəti müşahidə edərək, kimlərinsə deyil, xalqın mövqeyindən çıxış edərək ilk növbədə 2009-cu ildə keçirilcək bələdiyyə seçkilərində iştirak etmək təşəbbüsü ilə çıxış etmişəm. Mən təklif elədim ki, bələdiyyə seçkilərinə getməklə bağlı blok yaradılmalıdır. Blokun adının “Xalqın gücü” olmasını təklif etdim. Seçkilər dövründə də bizim devizimiz “Xalqın gücü, xalqın səsi” olacaq. Bilirsiz, bələdiyyə seçkilərində iştirak etmək vacibdir. Azərbaycanda 24 mindən çox bələdiyyə üzvü var. Bu yaxınlarda Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev də etiraf etmişdi ki, bələdiyyə üzvlərinin böyük əksəriyyətinin yalnız orta təhsili var. Hansı ki, müxalifət düşərgəsində illərdir demokratiya uğrunda mübarizə aparan on minlərlə insan var və onların hər biri bələdiyyə üzvü seçilməyə layiqdir və bu işin öhdəsindən uğurla gələ bilərlər. Onlar imkan verməzlər ki, bələdiyyə fondları dağıdılsın, yerlərdə haqsızlıqlar baş alıb getsin. Bəzi müxalifət liderlərinin ambisiyası üzündən bu adamlar hətta bələdiyyə üzvü seçilməkdən məhrum olublar. Faktiki olaraq onları bu prosesdən kənarda qoymuş olmuşuq. Bizim yüzlərlə fədakar üzvlərimiz var ki, onlar bələdiyyələrə üzv seçilə bilərlər və bu yerlərə savadsız, bələdiyyənin mahiyyətini bilməyən insanlar doluşmaz. Biz problemlərimizin həllinə aşağıdan yuxarıya doğru başlamalıyıq. Ona görə də ilk növbədə bələdiyyə seçkilərində iştirak etmək lazımdır. Cəmiyyətdə etimad mühiti yaratmaq üçün tərəfdarlarımızı bələdiyyə seçkilərinə cəlb etməli və onların bələdiyyələrə seçilməsi üçün mübarizə aparmalıyıq. Bundan sonra parlament seçkilərinə hazırlıqdan danışmaq olar. Əgər bələdiyyə seçkilərində müəyyən uğurlar qazansaq, parlament seçkilərində iştirakımız asanlaşar. Əgər kim bu prosesə qatılmaq istəyirsə, buyursun, kim istəmirsə, biz öz gücümüzü, bacarığımızı ortaya qoyacağıq. İnşallah, “Xalqın gücü”nü göstərəcəyik".B.Quliyev söylədi ki, yaxın vaxtlarda “Xalqın gücü” bloku rəsmən elan olunacaq: “Hazırda bununla bağlı danışıqlar gedir. Belə bir ərəfədə ”Azadlıq" blokunun rəhbərləri və onlara yaxın olan mətbuat vasitələri bizə qarşı hücuma keçiblərsə, biz də sakit dayanmayacağıq. “Azadlıq” blokunun başında Əli Kərimli durur. Mən hələ 2001-ci ildən Əli Kərimlinin missiyasını açıb demişəm. 1992-ci ildən bu yana Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” təşkilatının Azərbaycan müxalifətinə vurduğu ziyanı heç kim vurmayıb. Özlərinə sərf edəndə, onlara mandat verəndə deyirlər ki, bu seçkiləri tanıyırıq, verməyəndə, deyirlər tanımırıq. Onlarla əməkdaşlıq etmək nəticə etibarı ilə bizə fayda verməyəcək. Ən həlledici məqamda AXCP-də hansısa oyunlar başlayır. Oradan kimlər getmədi? Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Cəmil Həsənli, Əli Kərimlinin sağ əli olan Qulamhüseyn Əlibəyli və sair. Bu təşkilat xırdalana-xırdalana gedir, biz isə böyüməyin, birləşməyin, monolit olmağın tərəfdarıyıq. Odur ki, mən bundan sonra Əli Kərimli ilə birgə addımlamağın, onunla bir blokda olmağın tərəfdarı deyiləm. Çünki həlledici məqamda onlar hansısa oyuna gedəcəklər, kimsə ortaya çıxıb parçalayıcılıq missiyasını həyata keçirəcək və bununla da proses bizim ziyanımıza olacaq. Əli Kərimlinin məndən nəyi artıqdır ki, həmişə ideyanı o verməlidir? O, universitetdə komsomol olanda, mən 1989-90-cı illərdə Respublika Tətil Komitəsinə sədrlik edirdim. Bizi zəiflikdə qınayırlar. “Azadlıq” blokunda təmsil olunan Liberal Partiyanın Lalə Şövkətlə Əvəz Temirxandan başqa bir tanınmış simasını göstərə bilərlərmi? Eləcə də VİP-in. AXCP-in özündə də bu problem artıq özünü göstərir, çünki partiyanın qaymaqları müəyyən müddətlərdə çıxıb gediblər".“Sizin təşəbbüsünüz baş tutarsa, bu, Müsavatla AXCP arasında birləşmə istiqamətində danışıqlara xələl gətirməyəcəkmi” sualına B.Quliyevin cavabı belə oldu: “Bizim niyyətimiz odur ki, bütün müxalifət düşərgəsi bu blokda təmsil olunsun. O ki qaldı AXCP ilə Müsavat arasında birlik yaradılmasına əngəl olacağımıza, belə birləşən idilərsə, neçə aydır niyə birləşə bilmirlər? Biz onları nə qədər gözləməli idik? Həm də ki, Azərbaycan müxalifəti AXCP-dən ibarət deyil axı. Onlarsız da keçinmək olar. Birləşmirlər, heç birləşməsinlər. Biz öz gücümüzü göstərəcəyik. Guya cəmiyyətdə inanırlar ki, AXCP ilə Müsavat birləşəcək? Belə bir inam yoxdur”.“Bəs yeni birlik yaradılması ideyanız İsa Qəmbər tərəfindən qəbul olunubmu” sualına isə B.Quliyev “toplantıda iştirak edən bütün tərəflər bu ideyanı qəbul etdilər” deyə cavab verdi.B.Quliyevin bu təşəbbüslə parçalayıcı missiya daşıması və onun vaxtı ilə Pənah Hüseynin partiyasını parçalaması barədə ittihamlara gəlincə, CHP sədri bunu cığallıq adlandırdı: “Parçalayıcılıq missiyasını daşıyanların kimliyi göz önündədir. Sadəcə, bundan sonra oyun qaydalarını biz diqtə etmək istəyirik. Buna görə bizə böhtan atanlar cavablarını alacaqlar. Pənah bəyin partiyasının parçalanmasına gəlincə, əslində biz belə bir problem yaşamamışıq. Sadəcə, Pənah bəylə siyasi baxışlarımızda ziddiyyət olub, siyasi yollarımızı ayırmışıq. Amma biz onunla bu gün də dostuq. Bunu deyənlər nə bilirlər, bəlkə o zaman bu addımı atmaq Pənah bəylə bizim taktikamız olub? Onlar özlərindən danışsınlar”. |
43,226 | 21.11.2008 05:14 | Müsahibə | “CİDDİ FİQURLARI DƏYİŞMƏK İLHAM ƏLİYEV ÜÇÜN TƏHLÜKƏLİDİR” | - Müxalifətin Əməkdaşlıq Mərkəzinin daxilində fikir ayrılıqlarının olduğu haqda mətbuatda ən müxtəlif fikirlər səslənir. Açıqlamalarınızın birində Siz medianın müəyyən qədər ittiham etmisiniz. MƏM daxilində problem varmı və bunun səbəbkarı mətbuatdırmı? - Mənim mətbuatla bağlı dediklərim narazılıq ifadə etmək məqsədi daşımır. Sadəcə olaraq, demək istəyirəm ki, müxalifətin əməkdaşlıq mövzusu mətbuatda adekvat əks olunmur. Bunun da əsas səbəbi odur ki, mətbuatın böyük bir hissəsi hakimiyyətin nəzarətindədir. Bir sıra informasiya agentlikləri iqtidarın tam nəzarəti altındadır. Onlar şüurlu şəkildə mövzunu dəyişməyə cəhd göstərirlər. Müxalifətin əməkdaşlıq mövzusunun mediada işıqlandırılmasını başqa yönlərə çəkirlər. Bu gün aktual olmayan istiqamətlərə yönəltməyə və əməkdaşlıqda guya hansısa çox ciddi problemlərin olduğu barədə cəmiyyətə fikir təlqin etməyə çalışırlar. Əslində isə müxalifət düşərgəsində seçkisonrası mərhələdə əməkdaşlığın təşkil olunması ilə bağlı məsləhətləşmə dövrü gedir. Bu məsləhətləşmə mənim fikrimcə, kifayət qədər normal gedir. Sadəcə olaraq, detallara varmaq istəmirəm. Hesab eləmirəm ki, müxalifətin əməkdaşlıq məsələləri məhz mətbuat səhifələrində həll olunmalıdır. Təbii ki, mətbuatın həm vəzifəsidir, həm haqqıdır ki, bu mövzunu işıqlandırsın. Ancaq olan məsələləri işıqlandırmaq gərəkdir. Olmayan məsələlərlə bağlı çoxsaylı versiyalar irəli sürmək, mümkün qədər fərqli fikirlər mənzərəsini yaratmağın bir anlamını görmürəm. - Müsavatın əməkdaşlıqla bağlı konkret yanaşması, modeli varmı? - Yanaşmanı dəfələrlə mediada izah etməyə çalışmışıq. Təbii ki, həmkarlarımızla - digər partiyaların rəhbərləri ilə söhbətlərimizdə də təqdim etmişik. Bu da ondan ibarətdir ki, bu gün Azərbaycanda hakimiyyəti zəbt etmiş və heç bir halda xalqın iradəsi ilə hesablaşmaq fikrində olmayan bir rejim mövcuddur. Buna görə də siyasəti seçkilərə hesablamaq, məhz seçki ilə bağlı seçki blokları, koalisiyaları yaratmaq mövzusu günün ən aktual məsələsi deyil. Ən aktual məsələ ölkədə vəziyyəti dəyişmək, həqiqətən demokratik ab-hava yaratmaq, normal seçkilər üçün şəraitə nail olmaqdır. Bunlar baş verərsə, ondan sonra istər siyasi, istər seçki blokları, koalisiyaları qurmaq tamamilə aktual olar. O zaman da bu istiqamətdə zəruri addımlar atıla bilər. İndiki mərhələdə istər partiyaların ayrı-ayrılıqda fəaliyyəti, istərsə də onların əməkdaşlıq formatları məhz ölkədəki hazırkı vəziyyəti dəyişməyə yönəlməlidir. Hədəflər məhz vəziyyətin dəyişməsi olmalıdır. Bu barədə artıq fikirlərimizi bildirmişik. Seçki komissiyalarının paritet əsasda formalaşması, sərbəst toplaşmaq hüququnun, media azadlığının bərqərar olması, parlament seçkilərində və ola bilər ki, bələdiyyə seçkilərində proporsional seçki sisteminin tətbiq olunması və bir sıra başqa məsələlər var. Bunlara nail olmağa çalışmalıyıq. Hədəflərin bunlar olduğu ilə razılaşırıqsa, bu hədəflərə çatmaq üçün ən məqsədəuyğun əməkdaşlıq formatları hansılardırsa, onlar aydınlaşdırılmalıdır. Bu formatlarla bağlı Müsavatın öz yanaşması var. Biz maksimum səmərəli əməkdaşlıq tərəfdarıyıq. Mən bu məsələ ilə bağlı da detallara getmək istəmirəm. Çünki bu bizim həmkarlarımızla söhbətlərimizin, müzakirələrimizin mövzusudur. Konkret nəticələr olarsa, təbii ki, media bunu birinci biləcək. - Daha çox MƏM-in daxilində Müsavat Partiyasının problem yaratdığı iddia olunur. Bu cür iddiaların müəlliflərinin fikrincə, Müsavat Müxalifətin Əməkdaşlıq Mərkəzində “Azadlıq” blokundakı üç partiyanın qarşısında tək olduğu üçün bu formatda birliyin əleyhinədir. Müsavat məhz buna görə KXCP, AMİP və ADP-nin də bu quruma gəlməsini istəyir. Belə olmadığı halda isə yalnız AXCP ilə əməkdaşlığı real sayır. - Biz Müsavat Partiyası olaraq özümüzə arxayınıq. Həqiqət yolunda olduğumuza da əminik. Müsavatın gücünə, ölkədə dəstəklənmə əmsalına əminik. Ona görə də bizim bir partiya olaraq bir narahatçılığımız yoxdur. Bizim narahatlığımız Azərbaycanın problemləri ilə bağlıdır. Sizin dedikləriniz, xüsusən də sonuncular bir qədər məsələnin texniki tərəflərinə aiddir. Biz açıq şəkildə bildirmişik ki, hər bir partiyaya onun mövqeyinə və real gücünə əsasən qiymət verməyin tərəfdarıyıq. Bu baxımdan biz AXCP ilə “Azadlıq” blokunda təmsil olunan digər partiyaları eyni şəkildə görmürük. Bunu biz bəyan eləmişik və bundan daha artığını deməyə ehtiyac duymuram. Bu mövqeyimiz bir qədər əvvəl haqqında danışdığımız hədəflərə çatmaq üçün mübarizədə ən səmərəli, ən məqsədəuyğun formanı müəyyənləşdirmək üçündür. - Bədrəddin Quliyev Müsavat ətrfında 9 partiyanın iştirakı ilə bələdiyyə seçkisi ilə bağlı blok yaradılması haqda razılıq əldə olunduğunu bildirib. - Bilirsiniz ki, 2003-cü ildə biz bir sıra partiyalarla birgə “Bizim Azərbaycan” blokunu yaratmışdıq. Obyektiv müşahidəçilər bildirirlər ki, bu blok Azərbaycanın seçkilər tarixində ən güclü bloklardan biri idi. 2003-cü il prezident seçkisinin də qalibi məhz “Bizim Azərbaycan” bloku olub. Prezident seçkilərindən sonra bəzi partiyalar blokdan kənarlaşdılar. Blokun formatı dəyişdi. Siyasi blok kimi fəaliyyətə başladı. 2005-ci ilin yayında isə “Azadlıq” seçki blokunun yaranması ilə əlaqədar “Bizim Azərbaycan” blokunun fəaliyyətinin müvəqqəti dayandırılması qərara alındı. 2006-cı ildə isə bloka daxil olan bir neçə partiya bizim fikrimizi nəzərə almadan fəaliyyətin bərpa edilməsi barədə qərar qəbul etdi. Biz buna heç bir reaksiya vermədik. Həmin hadisədən sonra biz bu brenddən - “Bizim Azərbaycan”ın adından istifadə etmədik. Bu günə qədər də istifadə etməmişik. Ancaq fakt faktlığında qalır ki, vaxtilə “Bizim Azərbaycan” blokunda olan partiyaların bir çoxu Müsavatla əməkdaşlığı bu günə qədər davam etdirirlər. Biz həmin partiyalarla siyasi məsləhətləşmələrimizi heç vaxt dayandırmamışıq. Təxminən ayda bir dəfədən az olmayaraq, həmin partiyalarla bir araya gəlirik, vəziyyəti dəyərləndiririk, sonrakı addımlarımızla bağlı fikir mübadiləsi aparırıq. Açığı, mən birinci dəfədir ki, bu barədə tam bilgi verirəm. Mediaya bu istiqamətdə informasiya verməyə xüsusi ehtiyac duymamışıq. Çünki bu, bizim işçi bir əməkdaşlıq formamızıydı və kifayət qədər də səmərəli forma idi. Son keçirdiyimiz ənənəvi məsləhət görüşümüzdə təkliflər səsləndi ki, bələdiyyə seçkiləri ilə bağlı blok yaradılsın. Mən sizin əvvəlki suallarınıza cavab olaraq dediklərimi görüşdə iştirak edən həmkarlarıma da bildirdim ki, indi seçkilərlə bağlı bloklar yaratmaq aktual deyil. Hədəf vəziyyəti dəyişmək olmalıdır. Bu mövzunun həmkarlarımızla müzakirəsi davam edəcək. Ancaq Müsavat indiki mərhələdə bələdiyyə seçkiləri ilə bağlı seçki bloku yaratmaq niyyətində deyil. Bizim niyyətimiz ölkədə demokratik azadlıqları genişləndirmək və elə bir situasiya yaratmaqdır ki, seçkidə iştirakın, seçkiqabağı bloklar yaratmağın doğrudan bir anlamı olsun. - Bələdiyyə seçkilərində prezident seçkisindən fərqli olaraq on minlərlə namizədin iştirak etdiyini əsas göstərən siyasi təhlilçilər hesab edir ki, hər bir halda müxalifətdən bələdiyyə üzvü seçilənlər olacaq. Ona görə də vəziyyət dəyişməsə belə, seçkidə iştirak edilməlidir. - Biz bələdiyyə seçkisi ilə prezident seçkisinin fərqlərinin nədən ibarət olduğunu bilirik. Qəzetlərdə gedən və getməyən bütün detalları müzakirə etdikdən sonra qərarlar qəbul edirik. Zamanında bu barədə qərar veriləcək. İndiki mərhələdə isə Müsavatın hədəfi ölkənin demokratikləşməsinə nail olmaqdır. - Dövlət başçısı İlham Əliyevin srağagün verdiyi sərəncamlarla hökumətin tərkibi tam bəlli oldu. Həm də bəll oldu ki, hakimiyyət bu dəfə də ciddi kadr dəyişikliklərinə getmədi. Heydər Babayev istisna olmaqla, heç bir güclü fiqurun yerindən tərpədilməməsinin sirri nədədir? - Heç bir sirri yoxdur. Bir sıra səbəbləri var. Bir motiv odur ki, bu komanda ilə Əliyev rejimi hakimiyyəti qoruya, ölkəyə siyasi və iqtisadi nəzarəti monopoliyaya götürüb əlində saxlaya bilir. Ona görə də komandada ciddi dəyişikliklər etməyə siyasi nədənlər görmür. Digər bir səbəb bu rejimdəki ayrı-ayrı şəxslər, qruplar 1993-cü ildən bu günə qədər uzun müddət bir yerdə olublar. Bu qüvvələr arasında yüzlərlə müxtəlif bağlar yaranıb. Siyasi, iqtisadi, şəxsi, qohumluq, dostluq, düşmənçilik və digər münasibətlər formalaşıb. Bu situasiyada hər hansı bir ciddi fiqurun oradan çıxarılması sistemdə kifayət qədər problem yaradar. Komanda sağlam təməllər, Azərbaycanın maraqları üzərində qurulmadığı üçün onu dəyişmək İlham Əliyev üçün təhlükəli görünür. Ciddi bir fiquru dəyişəndə çox şeylər hərəkətə gəlir və İlham Əliyev üçün çoxlu problemlər yaranır. Üçüncü səbəb hakimiyyətdəki bir çox ciddi fiqurların Moskvaya bağlı olmasıdır. Bu bir faktdır ki, hakimiyyətdəki bir sıra ciddi fiqurların arxasında Rusiya dayanır. İlham Əliyev onları vəzifədən kənarlaşdırmaqla Moskva ilə əlaqələri gərginləşdirməkdən çəkinir. Bir sözlə, bu rejim islahatlara qadir olmadığını tam sübuta yetirib. Ona görə də bu rejimdən heç bir sahədə ciddi dəyişikliklər gözləməyin anlamı yoxdur. O cümlədən daha bacarıqlı, dünyanı bilən demokratik təfəkkürlü insanların ciddi vəzifələrə gətirilməsini gözləmək yersizdir. - Prezidentlik müddətinin artırılması ilə bağlı YAP-çılar tərəfindən təkliflər səsləndi. Lakin bu təkliflərə hakimiyyət təmsilçilərinin bir çoxu tərəfindən dəstək verilmədi. Ötən il də belə bir hal baş vermişdi. Bu məsələdə hakimiyyət düşərgəsində birmənalı mövqeyin olmaması nə ilə bağlıdır? Hakimiyyət Rusiya təcrübəsindən bəhrələnərək prezidentlik müddətini artıra bilərmi? (davamı gələn sayımızda) |
43,227 | 21.11.2008 04:20 | Yazarlar | KİTABI BAĞLANANLAR | Prezident seçkisi öncəsi hansısa beynəlxalq qurumun hesabatında Azərbaycan birdən-birə 64 pillə irəliləyib dünyanın ən islahatçı ölkəsi sayılmışdı. Bizi nədə qabağa düşdüyümüzü ayırd eləmək müşkülü ilə üz-üzə qalan, bu ölkədə yaşaya-yaşaya gedən islahatlardan xəbəri olmayanlarda istehza doğursa da, reklam çarxı üçün ən gözəl mövzu olmuşdu. Gözdən-könüldən iraq düşən Heydər Babayev də, onun özündən sonra “biçilən” məmurları da bu fürsətdən yararlanıb iqtidar tv-lərinin qəhrəmanına çevrildilər. İnsafən, buna haqları da çatırdı: əgər bir ölkədə iqtisadi islahat gedibsə və Azərbaycan birdən-birə 97-ci yerdən 33-cü yerə yüksəlmişdisə, bunda Heydər Babayevin payı da olmalı idi. Hətta bu tarixi olaydan sonra çoxumuza elə gəlirdi ki, onun başının üstünü 50 illik yubileyində alan duman da çəkiləcək. “Uğur” göz qabağında idi.3 il əvvəl - beləcə bir payız günündə yıxılan Fərhad Əliyevin kadrlarının yerində əyləşənlər dərindən nəfəs aldılar: deyəsən, təhlükə sovuşdu. Nüfuzlu beynəlxalq təşkilatın dilindən çıxan bu “qələbə” normal məntiqlə onları qorumalı idi. Limit tükənmişdi, Azərbaycan bir daha bu qədər irəliləyib dünya 5-cisi, lap 10-cusu olsaydı, lap ağ olardı. Amma bu “tarixi qələbə” də qəzəbdən qorunmağa bəs eləmədi.Adamı daha çox düşündürən də bu kadr biçimində puç olan insan taleləridir. 3 il əvvəl Fərhad Əliyev həbs olunanda nə qədər insan taleyində şırım açıldı. Əksəriyyətinin ən böyük günahı da onunla işləmək idi. Təzadlarla dolu olan ölkədə kimisinə zindan, kimisinə də işsiz-gücsüz qalıb azad məhbus həyatı yaşamaq qismət oldu. Özü də onların əksəriyyəti mükəmməl təhsil görmüş, müəyyən təcrübəyə malik olan mütəxəssislər idi. İndi öz üzərlərində “Fərhad Əliyev” damğası daşıyanları illər boyu işə götürən olmayacaq, bütün qapılar üzlərinə bağlanacaq.İndi də Heydər Babayevin kadrlarının biçimi başlayıb. Əgər hər nazirin istefası ilə bu qədər insan taleyinə qələm çəkilirsə, bu, adi bir olay deyil. Düşündürən, Azərbaycana xas olan, miqyasından asılı olmayaraq artıq ənənəyə çevrilən bir faciədir. Hər nazirdən sonra bu qədər çıxdaş edilən, hamısı bir günah ayağına yazılan bu “insan dəyirmanı” hələ nə qədər insan taleyini dən kimi üyüdəcək. Onların əksəriyyəti qəlbi sabaha ümidlə dolu olan, yaşının qurub-yaradan çağlarını yaşayan gənclərdir.Hər gün qəzetdə təzə nazir gələndən sonra vəzifələrindən çıxarılanların adları sadalanır. Hamısını üst-üstə gəlsən, uzun bir siyahı alınar. Azərbaycanın kadr potensialı doğrudanmı bu qədər tükənməzdir? İndi dünyanın nüfuzlu tədris ocaqlarında təhsil alan gənclər ən böyük günahı Fərhad Əliyevlə, Heydər Babayevlə işləmək olanların aqibətini göz önünə gətirib vətənə dönərlərmi? Kim deyə bilər ki, bu “dəyirmanda” bir gün də Kəmaləddin Heydərovun, ya da Ziya Məmmədovun kadrları bax beləcə üyüdülməyəcək?Əslində belə hal bir toplum kimi bizə qənim kəsilən korrupsiyanın da özəyində dayanır. Onsuz da sonu olmayan, yaxşı-pis işləməyinə fərq qoyulmadan eyni düyünlə bağlananların da vəzifə fürsətindən məqamında yararlanmaqdan savayı çıxış yolu qalmır. 5 il işləyib sonra da bütün həyatı boyu atılan “günahsız günahkarlar” həm də öz xalqına dönüklüyə məcbur edilirlər.Bu ağrını mən də yaşamışam. Ən böyük “günah”ımın - “Xalq qəzeti”nin baş redaktoru işləməyin ağrısını artıqlaması ilə çəkmişəm. Bu dünyada yeganə “günahı” mənim qohumum olanların işdən çıxarılması, əzilməsi daha dözülməz işgəncə oldu. Elə mənim ömrüm də vur-tut 6 il yarım sürən əzabın davamıdır.Başının üstünü qara bulud alanlara, qəfil qəzəbə tuş gələnlərə baxıb “filankəsin kitabı bağlandı” deyirik. Halbuki o “bağlanan kitab”ı heç oxuyan da olmamışdı. |
43,228 | 21.11.2008 08:21 | Mənəviyyat | BU HƏFTƏ HƏCC ZİYARƏTİ BAŞLAYIR | Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirdilər ki, bu il Azərbaycan üçün 6200 nəfərlik yer ayrılıb. Bunun əsas hissəsi avtobuslarla ziyarətə gedən zəvvarlara verilib. Təxminən 1500 yer isə təyyarə ilə ziyarətə gedən zəvvarlara ayrılıb. QMİ-dən bildirdilər ki, artıq ölkəmiz üçün ayrılmış kvotanın əksəriyyəti dolub. Müraciətlər isə hələ də davam edir.Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinin təşkili ilə QMİ-nin müvafiq qurumu və Mədəniyyət və Turizm Nazirliyinin lisenziya ayırdığı bir neçə özəl şirkət məşğul olur. Özəl şirkətlər arasında “Karvan-D”, “Prezident”, “Tur” şirkətləri bu sahədə bir neçə illik təcrübəyə malikdir.Hər il olduğu kimi, bu il də azərbaycanlı zəvvarların əksəriyyəti - təxminən 4 min nəfərə yaxın adam QMİ-nin xətti ilə Həcc ziyarətinə gedəcək. Yerdə qalanlar isə özəl şirkətlərlə ziyarətə yollanacaq. Bu il Azərbaycana 6200 yer ayrılsa da, QMİ-nin beynəlxalq şöbəsinin müdiri Müqəddəs Məmmədov deyir ki, hələlik müraciətlər davam etdiyindən, eləcə də viza üçün göndərilən sənədlər qaytarılmadığından Həccə gedənlərin dəqiq sayını söyləmək mümkün deyil.Yeri gəlmişkən, Həcc ziyarətinə QMİ-nin xətti ilə gedənlər avtobusla getmək üçün 2050 manat, təyyarə ilə getmək istəyənlər isə 3500 manat ödəməlidir. Bu pula bilet, o cümlədən ziyarət zamanı hotellərin qiymətləri daxildir. QMİ-nin xətti ilə ziyarətə gedənlər hotellərdə bir nömrədə 4 nəfər olmaqla qalacaqlar. Ötən il tətbiq olunan nömrə seçiminə görə qiymət fərqi bu il ləğv olunub. M.Məmmədovun sözlərinə görə, bu il yalnız 4 nəfərlik nömrələr olacaq, istisna hal kimi zəvvarlar əvvəlcədən müraciət etməklə 2 adamlıq nömrələrdə qalmağı sifariş edə bilərlər. Bunun üçün ziyarət qiymətlərinə müəyyən məbləğ əlavə olunur.Azərbaycandan Həcc ziyarətinin təşkilində iştirak etmiş ilk özəl müəssisə olan “Karvan-D” şirkəti bu il Həcc ziyarətinə 350 zəvvar aparacaq. Şirkətin nümayəndəsi Rəhim Əliyevin sözlərinə görə, bu il şirkətə 200 nəfəri avtobusla, 150 nəfəri isə təyyarə ilə ziyarətə aparmaq hüququ verilib.“Karvan-D” şirkətinin xətti ilə avtobusla Həcc ziyarətinə getmək istəyənlər 1950 manat, təyyarəni seçənlər isə 3350 manat ödəməlidir. R.Əliyev deyir ki, onlar “Karvan-D”-ni seçənlər üçün xüsusi güzəşt və hədiyyələr müəyyən edib: “Şirkətimiz tərəfindən zəvvarlara ehram paltarı, orada geyinməyə mövsümi libaslar, zəm-zəm suyu və digər hədiyyələr veriləcək. Məkkədə zəvvarlar gün ərzində iki dəfə yeməklə və yerli mobil nömrələrlə təmin olunacaqlar, onlara qiymətli hədiyyələr də veriləcək”.“Karvan-D” ilə ziyarətə gedənlər hotellərdə hər nömrədə 4 nəfər olmaqla qalacaqlar.Hər il olduğu kimi, bu il də zəvvarlar arasında sənət, siyasət adamları olacaq. Əldə etdiyimiz məlumata görə, bu il Küveyt xeyriyyə təşkilatı və Asiya Müsəlmanları Komitəsinin maliyyə dəstəyi ilə Nazirlər Kabinetinin 50 əməkdaşı Həcc ziyarətinə yollanacaq.Sonda onu da qeyd edək ki, Azərbaycandan Həccə gedəcək adamların sayı kvotadakı yerlərin sayından az olduğundan QMİ-nin sifariş verdiyi bir təyyarə, dörd avtobus reysi təxirə salınıb. Bu barədə QMİ-dən verilən məlumatda bildirilir. |
43,229 | 21.11.2008 08:12 | Ölkə | GÖYÇAY MƏKTƏBİNDƏ “DEDOVŞİNA” | “Onlarda aqressiya ola bilər. Amma bu o demək deyil ki, onlar döyülməlidir. Heç kim müəllimə belə bir hüquq vermir”.A.İsazadə onu da bildirib ki, belə şagirdlərdə sonradan müxtəlif fəsadlar yarana bilir: “Zora məruz qalan şagirdlərdə göz qırpmaları, titrəmə kimi xüsusiyyətlər yaranır. Onlar həmin müəllimin dərsinə getməkdən qorxurlar”. A.İsazadə həmçinin deyib ki, belə şagirdlər daha da aqressivləşir və onlar döyülmələrinin əvəzini çıxacaq qədər kinli olurlar.Təhsil Nazirliyinin mətbut xidmətinin rəhbəri Bayram Hüseynzadə isə “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, şagirdin məktəbdə döyülməsi qanuna ziddir. B.Hüseynzadə belə hallara az-az rast gəlindiyini söyləyib. O, videorolikə bir dəfə baxdığını bildirib: “Amma hadisənin Azərbaycanda, yoxsa xaricdə baş verdiyini müəyyən etmək olmur. Orda nə bir ad yazılıb, nə də başqa əlamətlər var”.B.Hüseynzadə ilə əlaqə saxlayıb hadisənin araşdırılıb-araşdırılmayacağı ilə maraqlandıq. Nazirliyin rəsmisi bizə məsələ ilə bağlı Göyçay rayon Təhsil Şöbəsi ilə əlaqə saxladığını söylədi: “Təhsil Şöbəsinin rəhbəri bizə həmin faktın Göyçay məktəblərinə aid olmadığını söylədi”.B.Hüseynzadə hadisənin Azərbaycanda baş verməsinin şübhə altında olduğunu söylədi. Mətbuat xidmətinin rəhbərinə videorolikin əvvəlində divarda Azərbaycanın gerbinin rəsminin, onun yanında isə ölkə başçısı İlham Əliyevin portretinin asıldığını xatırlatdıq.Bundan sonra B.Hüseynzadə Azərbaycanda beş min məktəbin olduğunu və onlara nəzarət mexanizminin olmadığını söylədi: “Konkret ünvan yoxdursa, nə edə bilərik? Bilirsiniz bunu araşdırmaq nə deməkdir? Müəllim şagirdin ikinci valideynidir. Onu döyə də bilər”.Xatırladaq ki, bu yaxınlarda orduda baş verən “dedovşina” faktları da “youtube.com” saytında yayılmışdı. Amma Müdafiə Nazirliyi faktları təkzib edirdi. Sonda baş verənlərin həqiqət olduğu meydana çıxdı. İndi eyni mövqeyi Təhsil Nazirliyi də nümayiş etdirir.Mövzuya qayıdacağıq. |
43,230 | 21.11.2008 04:41 | Media | MÜSTƏQİL VƏ MÜXALİFYÖNLÜ QƏZETLƏRDƏN QƏRİBƏ QOXU GƏLİR | B.İsmayılova belə bir problemin yarandığını təsdiqləyib. Qeyd edib ki, buna səbəb boyaların saxlandığı çəlləklərdə asetonun rəngin üzünə çıxmasıdır: “Boyaların tərkibində kimyəvi qarışıqlar olur. Biz boyaları müxtəlif ölkələrdən çəlləklərdə alırıq və ona heç nə qatmırıq. Çəllək isəÿ uzun müddət tərpənməz qalanda tərkibindəki aseton üzə yığılır. Bir az işlənəndən sonra qəzetlərdən gələn həmin qoxu çıxıb gedəcək”. Bu qoxunun rəsmi qəzetlərdə hiss olunmamasına gəlincə, B.İsmayılova bildirib ki, dövlət qəzetləri nəşriyyatın başqa maşınında çap olunur və rəngli çıxan həmin nəşrlərin çapında ayrı boyalardan istifadə edilir.Xatırladaq ki, eyni problem özünü digər mətbəələrdə çap olunan qəzetlərdə, o cümlədən “Yeni Müsavat”da göstərmir. |
43,231 | 21.11.2008 03:46 | Müsahibə | “ANARLA MƏNİ ÖLDÜRMƏK İSTƏYİRDİLƏR” | İş üzrə keçirilən proseslərdən birində Yalçın Həsənov ibtidai istintaq zamanı şantaj edildiyini bildirmişdi. Məhkəmənin diqqətinə çatdırmışdı ki, özünün telefon danışıqlarının və mesajlarının çıxarışını ona göstərib deyiblər ki, istədikləri ifadəni verməsə ona zəng etmiş və onun zəng etdiyi tanınmış şəxsləri MTN-ə çağırıb dindirəcəklər. Y.Həsənov tanınmışlardan birinin - müğənni Röyanın adını çəkmişdi. Bundan sonra “Yeni Müsavat” qəzetində Röyanın həbs ehtimalı ilə bağlı manşet yazısı dərc olundu. Həmin yazıda bildirilirdi ki, müğənninin həyat yoldaşı Anarın atası, “Çudo Peçka” mağazalar şəbəkəsinin rəhbəri Çingiz Cəlilov bu məqamdan istifadə edib onsuz da əlindən yanıqlı olduğu Röyanı həbs etdirmək istəyir. Bu yazıdan sonra Röya xanımın köməkçisi, ardınca isə özü redaksiyamıza zəng vuraraq yazılanların həqiqəti əks etdirmədiyini söylədilər. Dünən isə müğənni qəzet rəhbərliyinə zəng vurub barəsində yazılanlara aydınlıq gətirmək üçün “Yeni Müsavat”a müsahibə vermək istədiyini bildirib. Biz onun bu istəyinə hörmətlə yanaşıb öz mövqeyini əsaslandırmaq üçün tanınmış sənətçiyə şərait yaratdıq.Beləliklə, müğənni Röya ilə müsahibəni təqdim edirik. İlk sualımız ekstazi işinin əsas “qəhrəmanı” Yalçın Həsənovu haradan tanıdığı haqda oldu. “Hamı ona “Porşe” Yalçın deyirdi” - Birincisi onu deyim ki, mən populyar olmaq üçün xeyli əziyyət çəkmişəm. Amma bu oğlan heç bir əziyyət çəkmədən populyar oldu. Onun adını çoxdan eşitmişdim. Hamı ona “Porşe” Yalçın deyirdi. O vaxt onun niyə belə çağırılmasının səbəbini soruşdum. Dedilər ki, ilk dəfə Bakıya “Proşe”ni o gətirib deyə hamı ona belə deyir. Sonra bir çox sənətçi dostlarımız var ki, onlarla, İlhamə xanımın oğlu Orxanla dostluq edirdi. Orxanla bir-iki dəfə yol yoldaşlığımız olub. Yalçını onun yanında görmüşəm. Elə bir zəngləşməmiz, yəni onun məndə telefonu olsun zəngləşək, belə şeylər yoxdur. Ola bilər ki, nömrəmi haradansa götürüb. “Sergey Strekalinlə yaxın dost olmuşuq” - Məhkəmədəki ifadəsində Yalçın Həsənov dedi ki, mənə dedilər ki, Röyanı, filan “zamministir”in oğlunu çağırıb dindirəcəyik. Mən də buna razı olmadım, dedim ki, nəyə istəyirsiniz qol çəkim, amma o adamları bura çağırmayın. Yəni Yalçın Həsənovun sizinlə zəngləşməsində qeyri-adi heç nə yoxdur. Yalçın Həsənovun bu gün həbsdə olması heç də onun pis insan olması demək deyil ki? - Bir çox dostlarım var ki, bu gün zindandadırlar. Ən yaxın dostum Serqey Strekalin də bu gün zindandadır. Allah bütün günahsız tutulanların qapasını açsın. Mətbuatda yazılıb ki, guya qayınatam ekstaziyə görə məni tutdurmaq istəyir. Biz həyat yoldaşımla bir yerdə olmaq üçün 3 il mübarizə aparmışıq. Təsəvvür edin, bilirdik ki, hər dəqiqə bizi vura da, öldürə də bilərlər. Amma buna baxmayaraq, biz bunlara dözdük. “Çingiz müəllimin “Çudo Peçka” biznesində gözüm yoxdu” - Demək istəyirsiniz ki, yoldaşınızın yaxınları sizi öldürə bilərdi? - Bəli, həm o tərəfdən, həm də mənim yaxınlarım tərəfindən. Mənə yaxınlarım deyirdi ki, sən kimin qızından əskiksən ki, o ailəyə düşmək üçün bu dərəcədə mübarizə aparırsan? Nə mən, nə də Anar yaxınlarımızı başa sala bilmirdik ki, biz bir-birimizi sevirik. Mən oxumağımdan da keçmək istəyirdim ki, biletimi alıb onunla birgə çıxıb gedim. Mən özüm də bilməzdim ki, bu insana qarşı bu dərəcədə istək ola bilər. Çünki hər gün gözümü açıb onu görmək, ona “sənə qurban olum” demək istəyirəm. Hər gün, özü də min dəfə. Toyumuzdan sonra hamı başa düşdü ki, burada pul marağı yoxdur. Mən özüm də normal qazanıram, öz ailəmi özüm saxlayıram. Bir çox kasıb ailələrə köməklik edirəm. Hamı bilir ki, mən Çingiz müəllimin nə “Çudo Peçka”, nə də “5 qazan” biznesinə gözümü dikməmişəm. Biz bunların hamısını yola saldıq. Artıq hamı sakitləşib. Aramızda “salam”, “sağ ol” səviyyəsində barışıq da yaranıb. Qəzetinizdəki yazıdan sonra isə... Axı onlar məni çox istəməyiblər. Həmin yazı qarşı tərəfə “kozır” verir. Deyirlər ki, yenə yazırlar mən səni tutdurmaq istəyirəm. İzah edə bilmirəm ki, jurnalistlər şayiələri belə xalqın gözünün qabağında canlandırırlar. Çoxları bunu başa düşmür. Demək istəyirəm, kimsə kiminləsə danışıbsa, bu ona gətirib çıxarmır ki, məni çağırıb dindirələr. - Ümumiyyətlə, hər hansı bir məsələ ilə bağlı sizi çağırıb dindiriblərmi? - Qətiyyən belə şey olmayıb. - Bəs bu söz-söhbətlər haradan qaynaqlanır? “Yalçın mənim rəfiqəmin sevgilisi olub” - 4-5 il əvvəl Yalçını Orxanın yanında görmüşəm. Bir dəfə onu İlhamə xanımı aeroporta yola salanda görmüşəm. Bir dəfə də klip çəkdirəndə o, maşını 2 çarx üstə qaldırdı. Onda mənim prodüserim Ülviyyənin ürəyi tutdu. Sonra uşaqlar Yalçının nömrəsini haradansa tapıb ona dedilər ki, belə hərəkətlər eləmə, qorxuruq. Yəni mənim ona qarşı heç bir pis niyyətim yoxdur. - Axı məhkəmədə Yalçın Həsənov dedi ki, bizim telefon danışıqlarımızın stenoqramını stolun üstünə qoymuşdular. - Yenə də deyirəm, ola bilsin kiminləsə telefonla danışmışam. Amma sıx münasibət, daimi zəngləşmək söhbəti olmayıb. - Eşitdiyimizə görə, rəfiqənizlə Yalçın Həsənovun sıx münasibətləri olub. Bəlkə sizin telefonunuzdan istifadə ediblər? - Bəli, olub. Onların çox normal münasibətləri var idi. Hətta evlənmək istəyirdilər. Bu söhbət 4-5 il əvvəl olub. Bəlkə də o zaman telefonla danışmışıq. Amma yenə də deyirəm, qətiyyən belə şeylər yadıma gəlmir. - Həmin xanımın adını açıqlayın, bəlkə o, bu məsələyə aydınlıq gətirdi? - Bilirsiz, mən həmin xanımın adını açıqlamıram. - Bu məsələ indi açılmasa, mətbuatın gündəmində qalacaq? - Heç mən istəmirəm ki, bu məsələ saqqız kimi çeynənsin. - Yeri gəlmişkən, Sergey Strekalinlə münasibətləriniz necə yaranıb? - Serqey mənim masajistim olub. Ən yaxın ailəvi dostumdur. Bütün günü bir evdə yatıb-durmuşuq. Ondan heç bir pislik görməmişəm. Onda da mənim telefon zənglərim, mesajlarım, zarafatlarım bu qədər yoxlandı (fikrini tamamlamır). Yəni Anarın, onun ailəsinin adı hallanmasını istəmirəm. Bir gün yaxşı əhval-ruhiyyədə efirə çıxıram, səhəri yazırlar ki, Röya efirə hallı, nə bilim narkotikin təsiri altında çıxıb. Mən gülüb-danışıramsa, bu o deməkdir ki, hallıyam. Hallı adam tamam başqa cür olur. Hər şey mənim üçün maraqlı olub, amma onu deyə bilmərəm ki, haçansa dərman atmışam, narkotikdən istifadə etmişəm, nə bilim iyləmişəm, vurmuşam. Mənim üçün maraqlı olub ki, bu nədir belə? Gəlin bunun bir dadına baxaq. Heç nəyin dalınca getməmişəm, ona görə ki, ən kasıb ailənin övladı olmuşam. Toya 2-3 minə getmişəm, səhər yuxudan ayılanda aldığım pulu özlüyümdə 300 buna, 200 o birinə, 500 başqasının arasında bölüşdürmüşəm. Atama, qardaşıma nəsə almaq barədə düşünmüşəm. Qayıdıb belə şeylərə pul ayırmağım... Allah bütün ruzimi məndən alar. “Xalam il yarımdır mənimlə danışmır” - Bəlkə vaxtilə Yalçınla münasibəti olmuş rəfiqənizin adını deyəsiniz, ondan sizin telefon vasitəsilə danışıb-danışmadığını aydınlaşdıraq? - Bilirsiz, mən Röyayam. Nə qədər də olmasa, mənimlə kimsə düşmənçilik edəcək ki, niyə bunu dedin. Öz verilişimdə xalam qızının boşanmasından danışdım, üstündən il yarım keçməsinə baxmayaraq, xalam bizimlə danışmır. Heç toyuma da gəlmədilər. Halbuki verilişimdə o sözü qızlara xitabən demişdim ki, baxın, mənim o cür xalam qızı ərə getdi və 3 ay sonra qayıdıb gəldi. Mən xalam qızını fahişə-filan adlandırmamışdım. Bu günə kimi də bizimlə düşməndirlər. Efirdən Nazpəri xanımın gözəl olduğunu, ondan xoşum gəldiyini dedim. Bildirdim ki, istəmirəm onun modelyeri paltarlarına gül vursun. Həmin söhbətdən üç il keçib, amma Nazpəri xanım bu gün də mənim salamımı almır. Ona görə də bu adların ortaya çıxmasını istəmirəm. Yəqin ki, Yalçını həbs edən MTN-in də bu məsələdən xəbəri var. |
43,232 | 21.11.2008 07:51 | İqtisadiyyat | BAKIDA 1 SOT TORPAQ YARIM MİLYON DOLLARA ÇATDI | Birliyin ekspertlərinin sözlərinə görə, torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi oktyabr ayının əvvəlindən nisbətən səngiməyə başlayıb. Bu, son aylarda davam edən qiymət azalmasının qarşısını alıb: “Lakin ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında bazarın digər seqmentlərinə müvafiq olaraq azalma müşahidə edilib. Bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib”.Mütəxəssislər bildirir ki, bazarda torpağın ekspazisiya müddəti əvvəlki ayla müqayisədə 2,7 faiz artaraq 189 günə çatıb: “Yaranmış vəziyyət əsasən şəhərin mərkəzində boş torpaq sahələrinin məhdud səviyyəyə enməsi nəticəsində 3 və 4-cü zonalarda torpaq sahələrinin bazara real dəyərindən baha təklif olunması və əksər torpaq sahələrinin hüquqi sənədlərinin olmaması ilə bağlıdır. Sentyabr ayında isə Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlər demək olar ki, stabil qalıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 0,1 faiz azalaraq 1 sot üzrə 25.209 dollar səviyyəsindən 25.185 dollar səviyyəsinə enib”.Bazar iştirakçıları deyir ki, zonalar üzrə cüzi səviyyədə qiymət dəyişikliyi qeydə alınıb. Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması 1 və 2-ci zonalarda tələbin aşağı düşməsinə gətirib çıxarıb. Ötən ayla müqayisədə rayonlar üzrə ən çox qiymət artımı Suraxanı (4,2 faiz), ən çox qiymət azalması isə Səbayel (-2,2 faiz) rayonlarında qeydə alınıb. Diqqəti çəkən isə Nərimanov rayonunda torpağın sotunun qiymətidir. Birliyin mütəxəssislərinin monitorinqlərinə görə, Nərimanov metrosu yaxınlığında torpağın sotu 480 min dollardır. Ən ucuz torpaq sahəsi isə Əzizbəyov rayonunda (Türkan qəsəbəsində 600 dollar) olub:“Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında ən aktiv rayonlar sırasına Binəqədi, Suraxanı və Nizami (sənaye obyektlərinin qalıqlarından təmizlənməsi və boş sahələr hesabına) rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylarda olduğu kimi Nəsimi rayonudur”. |
43,233 | 21.11.2008 03:00 | İqtisadiyyat | ƏHALİ BANKLARDAKI PULUNU GERİ GÖTÜRÜR | Əmanətlərin azalması adətən bir sıra amillərlə bağlı olur (məsələn, ötən ilin yanvarındakı kimi), lakin hazırkı azalmanın iki əsas səbəbi var. Birincisi, Azərbaycanda bu il yüksək inflyasiya müşahidə olunur və artıq onun səviyyəsi 10 ayın yekununda illik təxminən 22 faizə çatıb. Eyni zamanda əhalinin nominal pul gəlirlərinin həcmi il ərzində 35,7 faiz artıb. Lakin aydındır ki, bu gəlirlərin artımını əhali arasında mütənasib bölmək düzgün deyil. Nəticədə gəlirləri artmayan, artımı qiymətlərin yüksəlməsini üstələməyən və ya ümumiyyətlə, yaşayış səviyyəsini təmin edə bilməyən gəlirlərə malik olan əhalinin bir hissəsi pul yığımlarını, o cümlədən bank əmanətlərinin xərclənməsinə məcbur olur. Lakin Azərbaycanda əmanətlərin azalmasının dünya maliyyə böhranının vaxtı ilə üst-üstə düşməsi aspekti nəzərdən yayınmamalıdır. Nəticə etibarı ilə, dünya böhranı ilə əlaqədar müxtəlif qurumların müflisləşməsi və ya müflisləşmə təhlükəsi Azərbaycanda əhalinin banklara etibarını azaldıb. |
43,234 | 21.11.2008 06:23 | İqtisadiyyat | TİKİNTİ MATERİALLARI UCUZLAŞIR | Oktyabr ayında Bakı şəhəri üzrə tikinti materialları bazarında izlənilən 82 adda məhsuldan 43-ü üzrə qiymət azalması, 28-i üzrə stabillik, 11-i üzrə isə qiymət artımı müşahidə olunub. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma əvvəlki ayla müqayisədə 2,1 faiz təşkil edib.Bahalaşma əsasən mişar daşı 11,8 faiz, DSP 2,7 faiz, zamaska 3,1 faiz, elektrod 7,1 faiz üzrə qeydə alınıb. Ucuzlaşan məhsullara isə kərpic 9 faiz, qum 16 faiz, çınqıl 15 faiz, taxta 8 faiz, dikt 7 faiz, DVP 5,7 faiz, künyə 11,5 faiz, şveller 4,6 faiz, dəmir təbəqə 8,9 faiz, sink təbəqə 9,5 faiz, katinka 6,7 faiz, şifer 6,5 faiz, plastik boru 10,8 faiz, lambrin 10,4 faiz, otsep 13,6 faiz, bitum 16,4 faiz, alçipan 10,3 faiz daxildir. Araşdırmalar göstərir ki, qiymətlərdə azalma əsasən yerli istehsalın artması və xaricdən gələn bəzi məhsulların tədricən rəqabətə davam gətirməyib bazardan çıxması hesabına baş verib. Ay ərzində qiymətində azalma müşahidə olunan 43 adda tikinti materiallarının 17-si xaricdə istehsal olunan məhsullardır. Eyni zamanda qiymətində azalma müşahidə olunan tikinti materiallarından 5 adda məhsul ötən iki ay ərzində bazarda yerli istehsalla əvəzlənib. |
43,235 | 21.11.2008 08:41 | İqtisadiyyat | BANKLAR KREDİTLƏRİ 50 FAİZƏ QƏDƏR QALDIRIBLAR | Hazırda nisbətən aşağı faizlə kredit verən bank “Bank of Baku”dır. Bu bankın təklif etdiyi kreditlər üzrə faiz dərəcəsi 27-dir. Amma “Bank of Baku”nun şərtləri ağır olduğundan hər kəs oradan kredit götürə bilmir. Xatırladaq ki, hələ bir müddət əvvəl ekspertlər dünyada gedən maliyyə böhranının Azərbaycanda kreditləri bahalaşdıracağını bildirirdilər. Hətta Beynəlxalq İnkişaf Bazarı Təşkilatının rəhbəri Ceyms Kaddaras da demişdi ki, qeyri-bank kerdit təşkilatlarına borc illik 8-10 faizlə, kredit təşkilatları isə bu pulu müştərilərə 18-50 faizlə ayıracaqlar. Lakin Milli Bankın kreditlər üzrə uçot dərəcəsini 15 faizdən 12, daha sonra isə 10 faizə endirməsi faiz dərəcələrinin qalxacağı ilə bağlı gözləntiləri gündəmdən çıxardı. Bir nömrəli bankın özü də iddia edirdi ki, uçot stavkasını aşağı salmaqla ölkədə bahalı kredit siyasətinə son qoyulacaq. Bütün hallarda Milli Bankın uçot stavkasını endirməsi praktiki kommersiya banklarının ucuz kredit almaq imkanı əldə etməsi demək idi. Yeni qaydalara görə, mərkəzləşdirilmiş kreditlər 10 faizlə bölüşdürülür. İqtisadi baxımdan əslində kommersiya bankları müəyyən faiz endirimlərinə getməlidilər. Lakin Azərbaycanın bank sektoru zəif, eyni zamanda bankların əksəriyyəti izafi gəlir əldə etmək marağında olduğu üçün ucuz kredit alan banklar da onları daha yüksək faizlə verirlər. Mütəxəssislərin fikrincə, Milli Bank ölkədə bahalı kredit siyasətinə son qoymaq istəyirsə, kommersiya bankları tərəfindən təklif olunan kredit faizlərinin tənzimlənməsinə müdaxilə etməlidir. Düzdür, kommersiya banklarının verdikləri kredit faizləri birbaşa onların öz səlahiyyətindədir. Ancaq aydındır ki, Milli Bankın Azərbaycandakı kommersiya banklarına həm inzibati, həm rəsmi, həm də qeyri-rəsmi təsir imkanları böyükdür. Onu da nəzərə çatdıraq ki, kreditlərin verilməsi dayandırılana qədər kreditlər üzrə faizlər təxminən 6 faiz yüksəlmişdi. Əgər iyun ayında kreditlər 20 faizdən verilirdisə, artıq avqust ayında kreditlər, bütün sığorta və digər xərclər nəzərə alınmaqla 26 faizdən başlayaraq təklif olunurdu. Bu gün isə banklar mikrokreditləri 36-40 faizlə verirlər. İqtisadçılara görə, bu, kommersiya banklarının vəsaitlərinin az olmasıyla bağlıdır. Yəni tələbat təklifdən çoxdur. Digər tərəfdən, güman edilirdi ki, Milli Bankın qərarından sonra kommersiya banklarının vəsaitlərinin həcmi artacaq. Amma bu baş verməyib. Bəzi mütəxəssislərin fikrincə, hazırda ölkədə kredit çatışmazlığı var. Bu çatışmazlığın nəticəsində də kredit faizləri yüksəlməyə başlayıb. Qeyd olunur ki, Azərbaycan bankları üçün heç vaxt nə Milli Bankın ressursları, nə də əhalinin qoyduğu əmanətlər ucuz kredit mənbəyi olmayıb. Yerli bankların ucuz kredit mənbəyi xarici banklar- Avropa və ABŞ bankları idi. İndi isə həmin mənbələrdən kredit almaq mümkün deyil. MB-nin atdığı addımları yetərli hesab etməyənlər də var. İqtisadçı ekspert Zöhrab İsmayılın fikrincə, Milli Bank uçot dərəcəsini 10 faizə salsa da, bu rəqəm yenə də yüksəkdir: “Məsələn, Yaponiya Milli Bankı uçot stavkasını 0,3 faizə, Amerika Federal Rezerv sistemi bunu 1,5 faizdən 1 faizə endirib. Böyük Britaniya, o cümlədən digər Avropa ölkələrinin mərkəzi banklarının uçot dərəcəsi 2-3 faiz ətrafındadır. Belə bir şəraitdə Milli Bank da uçot dərəcəsini kəskin şəkildə aşağı salmalıdır”. Z.İsmayıl deyir ki, Azərbaycanda uçot stavkası vaxtı ilə 4 faiz idi. Əvvəlcə bu, 7, sonra isə 10 faizə qaldırıldı. Bu addımların hamısını Milli Bank atıb deyən mütəxəssis hesab edir ki, Milli Bank uçot dərəcəsini əvvəlcə 7, sonra isə 4 faiz həddinə qaytarmalıdır. Onun sözlərinə görə, belə olarsa, kredit faizləri aşağı düşər. Ekspertlərin fikrincə, Milli Bankın özü də inflyasiya risklərini hesablamaq, müəyyən maliyyə alətlərini istifadə etmək şərti ilə kredit resurslarının həcmini artırmağa çalışmalıdır. Bunun üçün də ən əsası şabka əməliyyatları yığışdırılmalıdır.Rəylərə görə, bankların kütləvi kredit verməsi yaxın zamanlarda gözlənilmir. Kommersiya bankları xüsusilə adi vətəndaşlara kredit vermək niyyətində deyillər. Bu proses ilin sonuna qədər davam edəcək. |
43,236 | 21.11.2008 09:26 | İqtisadiyyat | NEFT DÜŞMƏKDƏ DAVAM EDİR | Təşkilatın prezidenti Şakib Xəlil bildirib ki, dünyada baş verən maliyyə böhranı nəticəsində 60 faizdən çox ucuzlaşan neftin bundan sonra da ucuzlaşmasına imkan verilməyəcək. Resesiya ilə əlaqədar neftə tələbatın azaldığını etiraf edən OPEK rəhbəri noyabrın 29-da olmasa da, dekabrın 17-də keçiriləcək iclasda hasilat kvotasının azaldılacağını bildirib. Qeyd edək ki, iyulda 147 dollardan baha satılan “qara qızıl” 3 dəfə ucuzlaşıb. |
43,237 | 21.11.2008 04:19 | Gündəm | İLHAM ƏLİYEV YENƏ YUŞŞENKONUN DƏVƏTİNİ QƏBUL ETMƏYİB? | Lakin mərasimi təşkil edən Ukrayna XİN-in mədəniyyət və humanitar əməkdaşlıq üzrə departamentinin direktoru Mixail Skuratovski yerli mətbuata açıqlamasında bildirib ki, Azərbaycan prezidenti mərasimdə iştirak haqda dəvəti qəbul etməyib. Onun sözlərinə görə, rəsmi Bakı bunu ölkə daxilindəki situasiya ilə əlaqələndirib. Kiyevə bildirilib ki, prezident Əliyev hökuməti formalaşdırmaqla məşğuldur və Kiyevə səfər etməyə vaxtı yoxdur.Skuratovksinin bildirdiyinə görə, Rusiya prezidenti Dmitri Medvedyev də mərasimdə iştirakdan imtina edib. Rəsmi Moskva bunu Ukrayna hakimiyyətinin Qolodomor adı verilən hadisəni siyasi motivlərlə ortaya atması və bundan öz məqsədləri üçün istifadə etməsi ilə əsaslandırır. Makedoniya və Çernoqoriya prezidentləri isə həmin vaxt iqtisadi məsələlər üzrə Balkan regionu ölkələrinin sammitinə qatılacaqları üçün Kiyevə gələ bilməyəcəklər. Belə görünür ki, Yuşşenkonun dəvətinin yalnız Bakı və Moskvada qəbul edilməməsi siyasi motivlidir. Belə ki, Ukraynada hakimiyyətə demokratik qüvvələrin gəlişindən sonra 1932-1933-cü illərdə Ukraynada yaradılmış kütləvi aclıq nəticəsində milyonlarla adamın ölməsi genosid kimi qiymətləndirilib və bu hadisə dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Məlumatlara görə, həmin illər ölkədə 10 milyona yaxın adam aclıqdan ölüb. Rəsmi Kiyev Azərbaycan da daxil olmaqla, onunla yaxın tərəfdaşlıq edən ölkələrdən xahiş edib ki, bu hadisəni öz parlamentlərində “soyqırım” kimi tanısınlar.Lakin Ukraynada Qolodomor faciəsinin dövlət səviyyəsində qeyd olunması Moskvanı qəzəbləndirib. Rusiya hakimiyyəti hesab edir ki, Ukraynada kütləvi aclıq və milyonlarla adamın həlak olması uydurmadır. Moskvanın mövqeyinə görə, Kiyev bununla Rusiyanı nüfuzdan salmağa və gələcəkdə ondan kompensasiya tələb etməyə çalışır. Lakin Ukrayna prezidenti Viktor Yuşşenko İspaniyanın “El Pais” qəzetinə dünənki müsahibəsində deyib ki, prezident Dmitri Medvedyev onun dəvətini rədd etməklə on milyona yaxın gühahsız insanın ruhunu təhqir edib. Onun sözlərinə görə, Qolodomorun 75 illiyinin beynəlxalq səviyyədə qeyd olunmasında Ukraynanın heç bir siyasi marağı yoxdur və bu mərasim Rusiyaya qarşı yönəlməyib: “Biz faciəyə görə Rusiyanı yox, kommunist rejimini günahlandırıq”.Belə görünür ki, Azərbaycan prezidenti Moskvadan ölkəyə qarşı Qarabağ məsələsi ilə bağlı güclü təzyiqlərin edildiyi bir vaxtda Yuşşenkonun dəvətini qəbul edərək Kremli daha da qıcıqlandırmaq istəməyib. Çünki Azərbaycan prezidentinin Rusiyanın tanımadığı və ona qarşı yönəldiyinə inandığı hadisənin qeyd olunmasında iştirakı Kremli qətiyyən razı salmazdı. Bu üzdən Kiyevə getməmək üçün səbəb tapılıb və deyilib ki, prezident hökuməti formalaşdırmaqla məşğuldur. Baxmayaraq ki, bundan əvvəl İlham Əliyev Moskvada və Ankarada səfərlərdə olub. |
43,238 | 21.11.2008 02:26 | Dünya | NATO GÜRCÜSTANLA BAĞLI MÜHÜM QƏRAR QƏBUL ETDİ | “Avqustda gürcü kəndlərinə hücum edənlər Gürcüstanı təxribata sürükləyiblər, təəssüf ki, rəsmi Tiflis bu təxribatlara hərbi güc tətbiqi ilə cavab verib”. NATO Parlament Assambleyası Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın tərkibi olaraq tanımaqda davam etdiyini, Rusiyanın da BMT Təhlükəsizlik Şurasının 15 aprel tarixli qətnaməsi ilə bu faktı tanıdığını bildirib. NATO PA həmçinin alyans ölkələrini Gürcüstanın NATO-ya üzvlüklə bağlı fəaliyyət planını qəbul etməyə çağırıblar. Bəyannamədə həmçinin alyans üzvlərindən Gürcüstanın Rusiya ilə münaqişə dövründə dağılmış infrastrukturunu bərpa etməkdə yardım göstərilməsi xahiş olunur: “Parlament Assambleyası bəyan edir ki, o, Gürcüstana tamhüquqlu üzvlük vəd edildiyi NATO-nun Buxarest sammitinin qərarlarına sadiqdir”. NATO Parlament Assambleyası həmçinin Rusiya ilə gələcək münasibətlərə dair 371 saylı qətnamə də qəbul edib. Qətnamədə alyansın Rusiya ilə münasibətlərinin prinsipləri öz əksini tapıb. Gürcüstana qarşı hərbi güc tətbiqinin, atəşkəs haqqında sazişə riayət olunmamasının pisləndiyi qətnamədə bildirilir ki, NATO Rusiya ilə terrorizmə qarşı mübarizə, Əfqanıstanda stabilliyin bərqərar olması, kütləvi qırğın silahının yayılmasının qarşısını almaq və İranın nüvə proqramı məsələlərində əməkdaşlığa hazırdır. |
43,239 | 21.11.2008 06:21 | Dünya | POLŞANIN XARİCİ İŞLƏR NAZİRİ OBAMANI BİABIR ETDİ | “Obamanın Polşa ilə tarixi bağlılığı var. Onun babası Afrikada bizim bir missionerimizi yeyib”. Məsələyə reaksiya verən Polşa Xarici İşlər Nazirliyi faktı inkar etməyib: “Ancaq nazirin irqçilik və ya cənab Obamaya həqarət etmək kimi bir düşüncəsi olmayıb. Cənab Sikorski, sadəcə, Obama ilə bağlı xoşagəlməz və irqçi məzmunlu zarafatlara dair bir nümunə göstərmək istəyib”.Xatırladaq ki, İtaliyanın baş naziri Silvio Berluskoni də B. Obamanın dərisinin rənginə işarə edərək onun təbii “zaqar”ı olduğunu söyləmişdi. |
43,240 | 22.11.2008 07:57 | Ölkə | TƏHSİL NAZİRLİYİNDƏ PENSİYA MÜBAHİSƏSİ | Nazirlikdəki mənbəmizin bildirdiyinə görə, Misir Mərdanov üzünü Təhsil Nazirliyinin maliyyə idarəsinin rəisi Həmid Zeynalova, şəhər məktəbləri şöbəsinin müdiri Arif Muradova və nazirliyin baş məsləhətçisi Abbasqulu Quliyevə tutaraq “artıq getmək vaxtınızdır, könüllü şəkildə istefa verib pensiyaya çıxın” deyib.Adıçəkilən şəxslər isə bu təklifə ciddi şəkildə etiraz ediblər. Deyiblər ki, ona qalsa gərək elə birinci Misir Mərdanovun özü istefa versin. Çünki artıq onun 62 yaşı tamam olub. Ardınca da “Misir müəllim, siz nə vaxt vəzifədən getsəniz, biz də onda istefa verəcəyik” replikasını veriblər.Müqavimətlə üzləşədiyini görən nazir belə bir bəyanat verib: “Sizə güzəştim o ola bilər ki, kişilərin pensiya yaşını 62-dən 67 yaşa, qadınlarınkını isə 57-dən 62 yaşa qaldırım”.Nazirlikdəki mənbəmizin fikrincə M.Mərdaovun bu qərarı birinci növbədə qanun pozuntusudur. Belə ki, pensiya yaşını tamam ayrı dövlət strukturu müəyyən edir və bunu hansısa nazirin dəyişməsi qeyri-mümkündür. İkincisi, nazir bununla özünü hədəfdən yayındırmaq istəyir. Yuxarıda qeyd etdiyimiz kimi, cənab Mərdanovun özü də artıq 62-ni tamalayıb və hazırda pensiya yaşındadır.Xəbər əlimizə gec çatdığından məsələ ilə bağlı Təhsil Nazirliyindən rəsmi mövqe öyrənə bilmədik.Mövzunu davam etdirəcəyik. |
43,241 | 22.11.2008 07:58 | Ölkə | CÜMƏ MƏSCİDİNDƏ DİNDARLARA QARŞI ZORAKILIQ | DEVAMM sədri Hacı İlqar İbrahimoğlu baş verənləri kobud hüquq pozuntusu kimi qiymətləndirib: “İnanclı insanın namazına müdaxilə edilməsi, özü də Allah evində, onun vicdan azadlığının ən qəddar şəkildə pozulması deməkdir. Dinimizin nəzərində isə böyük günahdır”. Hacı İlqar haqları pozulmuş inanc adamlarınınn kobud hüquq pozuntusu müqabilində təmkin və səbr göstərməsini isə yüksək qiymətləndirib: “İnsanın Allahla rabitəsi bütün dinlərdə ən ülvi məqamlardan sayılır. Dözümsüzlüyün həddi nə qədər olmalıdır ki, namaz halında olan insanın möhürünü qəsb edəsən, üstünə qışqırasan, itələyərək namazını pozasan. Hətta fərdi namaz qılmaq istəyən insanı məsciddən kənara çıxarmaq kimi özbaşınalıq edəsən. Dinimiz insanın fərdi namaz qılmasını, istədiyi şəxsin arxasında qılıb-qılmamaq məsələsini öz etiqadına uyğun həll etməsini birmənalı təsdiq edir. Və Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) əməkdaşlarına bu, sözsüz ki, məlum olmalıdır. Bu cür hərəkətləri, özü də Allah evinin içində yol verməyi həm dinimiz qətiyyətlə pisləyir, həm də ölkə Konstitusiyası qadağan edir”. Yeni təxribatlara yol verilməməsi və olaya aydınlıq gəlməsi üçün Hacı İlqar inanclı insanlardan bir müddət İçərişəhər Cümə məscidinə getməməyi, ibadətlərini öz evlərində etməyi xahiş edib. O, eyni zamanda Qafqaz Müsəlmanlar İdarəsini qurumun günah və hüquq pozuntusuna yol vermiş əməkdaşlarının hərəkətlərini pisləməyə və belə biabırçılıqların qarşısını almağa çağırıb.QMİ-nin mətbuat xidmətinin əməkdaşı Rəhimə Dadaşova isə lent.az-a açıqlamasında olaydan xəbərsiz olduğunu, hadisə araşdırılıqdan sonra reaksiya veriləcəyini deyib: “Lakin fərdi namaz qıldığı üçün kimisə ibadət evindən qovmaq və ya ona namaz qılmağa icazə verməmək düzgün deyil”. |
43,242 | 22.11.2008 06:57 | Ölkə | ƏCNƏBİ ŞİRKƏT YÜZƏ YAXIN AZƏRBAYCANLINI İŞDƏN ÇIXARIB | “Caspian Shipyar Co. LTD” şirkətinin Həmkarlar İttifaqının sədri Neyman Qarayev isə əcnəbi işçilərlə müqayisədə çox az məvacib aldıqlarını, bu azmış kimi, şirkətin xidmət servisinə erməni mənşəli livanlının rəhbərlik etdiyini deyib: “Şirkətin personalına xidmət göstərən qurum həm də işçilərin qida təminatı ilə məşğul olur. Bizdə olan məlumata görə, bu quruma rəhbərlik edən Albert Abela adlı şəxs ermənidir. O, Azərbaycana ”AA" şirkəti adı altında gəlib. Qidalanma ilə bağlı azərbaycanlı fəhlələr dəfələrlə etiraz aksiyası keçiriblər. Burada zəhərlənmə halları da baş verib". N. Qarayevin sözlərinə görə, şirkətin Çindən olan rəhbəri Asiya ölkələrindən gətirdiyi savadsız mühəndislərə yüksək əməkhaqqı verir: “İşçilərlə bağlanan əmək müqaviləsi Azərbaycan qanunvericiliyinə uyğun deyil”. Adı çəkilən şirkətdən isə bildirilib ki, mətbuat konfransında səslənən ittihamları cavablandıracaq şəxs işdə deyil və bu məsələ ilə bağlı jurnalistlərə kömək edə bilməyəcəklər. |
43,243 | 22.11.2008 07:00 | Kriminal | SUMQAYITDA DÖRD AMERİKALI HƏBS OLUNDU | ABŞ vətəndaşları ilkin dindirmədən sonra Milli Təhlükəsizlik Nazirliyinə təhvil veriliblər. Sumqayıt Şəhər Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən APA-ya bildirilib ki, dörd ABŞ vətəndaşı bir neçə gün əvvəl “Sintez-Kauçuk” zavodunun şəkillərini çəkdiyi üçün saxlanılaraq, MTN-ə təhvil veriliblər. |
43,244 | 22.11.2008 07:01 | Mənəviyyat | ZƏVVARLARIMIZ BU GÜN HƏCCƏ YOLA DÜŞƏCƏKLƏR | QMİ-dən Həcc ziyarəti ilə bağlı bütün hazırlıqların başa çatdırıldığı qeyd olunub. Azərbaycan zəvvarlarının builki Həcc ziyarətinə QMİ-nin sədr müavini Hacı Salman Musayev rəhbərlik edir. Qeyd edək ki, builki Həcc ziyarəti üçün Azərbaycana 6 min nəfərlik kvota ayrılsa da, kvota tam dolmayıb. |
43,245 | 22.11.2008 07:57 | Gündəm | TÜRKİYƏ JURNALININ ERMƏNİ SEVGİSİ | Xatırladaq ki, “Çırpınırdın, Qara dəniz” mahnısının sözləri böyük Azərbaycan şairi Əhməd Cavada, musiqisi isə dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsusdur. Ə. Cavad bu şeiri Nuru paşanın komandanlıq etdiyi Osmanlı ordusunun Bakını azad etməsinin şərəfinə yazıb. Qeyd edək ki, “Yeni Aktüel” jurnalı “Turkuaz” Media Qrupuna aiddir. Bu media qrupunun səhmlərinin 75%-i “Çalık Holding”ə məxsusdur. Media qrupuna ATV telekanalı, “Sabah” qəzeti və digər qəzet-jurnallar da daxildir. |
43,246 | 22.11.2008 07:02 | Media | NUŞİRƏVAN MƏHƏRRƏMLİ DEVİD KREMERİN DEDİKLƏRİNƏ CAVAB VERDİ | N.Məhərrəmli onu da bildirib ki, AzTV-nin “Amerikanın səsi” televiziyasının “News flash” proqramının yayımının dekabrın 31-dən dayandırılacağı ilə bağlı xəbərdarlıq məktubu da MTRŞ-nin müraciəti əsasında verilib. |
43,247 | 22.11.2008 07:03 | Ölkə | MÜSAVAT GƏNCLƏR TƏŞKİLATI BŞİH-ə MÜRACİƏT ÜNVANLAYIB | Məktubda bildirilir: “Azərbaycan respublikası konstitusiyasının 49-cu maddəsinə, Azərbaycan Respublikasının ”Sərbəst toplaşma azadlığı haqqında qanunu"na əsasən Müsavat Partiyasının Gənclər Təşkilatı 26 noyabr 2008-ci il tarixində saat 13:00-dan 13:30-a qədər Bakı Şəhərində Gəncər və İdman Nazirliyinin yerləşdiyi binanın qarşısında nazirliyin gənclərlə bağlı yarıtmaz siyasətinə etiraz əlaməti olaraq piket keçirmək niyyətindədir. Müsavatçı gənclər piketdə “Nazirliyin gənclərin problemləri ilə məşğul olmasını tələb edirik”, “Nazirlik gənclər arasında ayrı-seçkiliyə son qoymalıdır” şüarları ilə çıxış edəcək. |
43,250 | 22.11.2008 07:07 | Dünya | İRANDA 5 MİLYON SAYTA GİRİŞ BAĞLANDI | “Amerikanın səsi” radiosunun xəbərinə görə bu, İranda internet üzərində senzuranın tətbiqinə dair ilk rəsmi etiraf sayılır. “İnternet informasiya okeanıdır. Bundan başqa internet vasitəsi ilə peyk televiziyalarını izləmək çox asandır” -deyə Xürrəmabadi İranda internet polisinin yadaılmasına çağırıb. O habelə internetdən istifadə ilə bağlı qanun qəbul edilməsi və “internet cinayətləri”nə dair təlimlərin keçirilməsini vacib sayıb.İranda “arzuolunmaz” internet saytlarına qadağanı həyata keçirən Komunikasiya Texnologiyası Şirkəti hər ay daha 1000 internet səhifəsinin yayımının yasaqlandığını etiraf edib. Mənbənin bildirdiyinə görə, ölkədə internet üzərində senzuraya birbaşa Təhlükəsizlik Nazirliyi nəzarət edir və saytlar da bu qurumun sifarişi ilə qapadılır. |
43,251 | 22.11.2008 07:08 | Ölkə | KƏND TƏSƏRRÜFATI AKADEMİYASINA YENİ REKTOR TƏYİN EDİLDİ | Prezident İlham Əliyev Kənd Təsərrüfatı Akademiyasının rektorunun təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. APA-nın məlumatına görə, Mirdamət Sadıqov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru təyin edilib. |
43,252 | 22.11.2008 07:08 | Media | “QANUNLAR JURNALİST ETİKASINI TƏNZİMLƏYƏ BİLMƏZ” | Tədbirin aparıcılığını edən tanınmış jurnalist Qulu Məhərrəmli bildirdi ki, yeni nəşr jurnalistlər, xüsusilə də gənc yazarlar üçün əhəmiyyəti böyükdür. Bugünkü medianın ən ciddi problemlərindən birinin media etikası prinsiplərinə əməl etməməsi olduğunu söyləyən Q.Məhərrəmlinin sözlərinə görə, “Media etikası” bu sahədə onlara yardımçı olacaq. Çıxışçı oxucuların burada həm yerli, həm də beynəlxalq təcrübədən nümunələrlə tanış olacağını dedi: “Kitabda yerli və xarici müəlliflərin imzaları var”.Daha sonra söz kitabın redaktorlarından birinə - institutun direktoru Rəşid Hacılıya verildi.Onun sözlərinə görə, medianın ən böyük gücü ona inamın olmasıdır. Etik normaların qorunması da inamın əsasını təşkil edir: “Bu kitab o jurnalistlərə ünvanlanıb ki, onlar uydurmaya yol vermir, bilərəkdən yalan danışmır, məsuliyyət yükünü daşımaqdan yorulmurlar”.R.Hacılı həmçinin qanunların jurnalist etikasını tənzimləyə bilməyəcəyini də vurğuladı.“Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızı isə müasir jurnalistikada təcrübə vəsaiti, habelə jurnalistikanın təməl prinsiplərini öyrənmək üçün vəsait tapmaq çətindir. Həmkarımız bu səbəbdən “Media etika”sının jurnalistlərə xeyli faydalı olacağını dedi. |
43,253 | 22.11.2008 04:59 | Media | ESTONİYALI JURNALİSTLƏR AZƏRBAYCAN MEDİASI İLƏ TANIŞ OLDULAR | Estoniya Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, xanım Merike Vilyup ölkəsində 2 il əvvəl yaranan Qadın Jurnalistlərinin təşəbbüs qrupu barədə məlumat verib. Xanım Vilyup bu yaxınlarda ailə problemi ilə əlaqədar yeni qanunun qəbul edilməsi sahəsində fəaliyyəti barədə danışdı. “Hazırkı qanun 90-cı illərdə qəbul edildiyindən, zamanın tələblərinə cavab vermir. Biz Jurnalistlər İttifaqında müzakirə və seminarlar keçirdik. Buraya mətbuat nümayəndələri də dəvət olunurdu. Yeni qanunla bağlı digər ölkələrin qadın təşkilatları ilə də əlaqə saxladıq. Ölkə parlamentində debatlar keçirdik. Lakin təkliflərimiz ölkə parlamentində birmənalı qarşılanmadı. Hazırda həmin qanun layihəsinin müzakirəsi təxirə salınmışdır, çünki o hələ də təkmil deyil”.Estoniyalı qonaqlar qadının mətbuatda işıqlandırılmasının təhlili sahəsində təcrübələri ilə də bölüşüblər. Estoniyada vüsət alan ictimai kampaniya nəticəsində, qadınların çılpaq fotolarının jurnal səhifələrinə çıxarılması ictimai qınaq predmetidir. “Kişilərin mediada, efirdə qadınlara nisbətən daha çox görünmələrinin səbəbini araşdırdıq. Nəyə görə qadınlardan ekspert kimi istifadə olunmasın? Nəyə görə qadına yalnız əyləncəli verilişlərdə yer ayrılır? 2 il əvvəl apardığımız araşdırmada belə bir qənaətə gəldik ki, bizim media qalmaqal üzərində qurulub. Buna görə də onları xeyirxah işlərə həvəsləndirmək məqsədilə “Xeyirxah söz” mükafatını təsis etdik. Bu, pul mükafatı deyil, daha çox emosional qüdrətə malikdir. “Biznes” qəzetinin jurnalisti Ayta xanım həm də gözəl rəssamdır, ikinci dəfədir ki, özü çəkdiyi rəsmi mükafat olaraq, qaliblərə təqdim edir”.S.Osmanqızı isə “Təbii doğuş qeysəriyyə əməliyyatına qarşı” kampaniyası çərçivəsində üzləşdiyi maraqlı təcrübəni qonaqlarla bölüşüb. |
43,254 | 22.11.2008 07:11 | Media | REDAKTORLAR KREMERİN VƏDLƏRİNƏ ÜMİD BƏSLƏYİR | “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov ümumiyyətlə, Barak Obamanın ABŞ hakimiyyətinə gəlişi ilə bağlı bu məsələlərin həllində nikbin olduğunu söylədi. Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq, Obama demokratiyanın qayğısına respublikaçılardan daha çox qalacaq: “Kremerlə görüş zamanı da dedim ki, Obamanın hakimiyyətə gəlişi ilə hakimiyyət bu radioları susdura bilməyəcək. Hesab edirəm ki, hakimiyyət sadəcə, Amerikanın reaksiyasını yoxlayır və bu reaksiya sərt oldu. Amerika hökuməti də elə zəif deyil ki, hər təzyiqə görə öz radiosunun bağlanmasına seyrçi qalsın”.A.Əhmədov həmçinin vurğuladı ki, bu kimi məqamlarda Amerikanın mövqeyi onda sual doğurur. Müsahibimizin sözlərinə görə, “Azadlıq” radiosunun həbsə düşən müxbirinin cəmi bir günə azad edən Amerikanın 3 məhbus jurnalistlə bağlı daha sərt addımlar atmamasının səbəbi bəlli deyil: “Hesab edirəm ki, Obamaya meydan oxumaq mmkün deyil. Həbsdəki jurnalistlər ya Obama rəsmən fəaliyyətə başlayana kimi, ya da fəaliyyətə başlayandan sonra azadlığa buraxılacaq. Təbii ki, hakimiyyət onların azadlığa çıxmasında könüllü olmayacaq. Sadəcə, özünə problem yaratmamaq üçün bu addımı atacaq”.“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə D.Kremerin bu açıqlamasının birmənalı olduğunu söylədi. Onun sözlərinə görə, şərhsiz və vasitəçilər olmadan dövlət katibinin köməkçisinin belə vədlər verməsi düşündürücüdür. A.Quliyev hesab edir ki, bu vədləri müvafiq dövlət instansiyaları ilə müzakirələr aparandan sonra verməsi, üstəgəl D.Kremerin demokratik insan haqları məsələsində mühüm post tutmasını nəzərə alsaq, nəticəsiz qalmayacaq: “Əlbəttə, son aylarda Azərbaycanda məhbus jurnalistlərlə bağlı rəsmi bəyanatlar eşidilsə də, bunlar nəticəsiz qalıb. Kremerin bəyanatı həmin nüfuzlu təşkilatların bəyanatlardan biri kimi qala bilər. Amma eyni zamanda nəticə də verə bilər”. |
43,255 | 22.11.2008 08:15 | Kriminal | AZƏRBAYCAN ORDUSU QAN ÇANAĞINA DÖNÜB | Müdafiə Nazirliyinin Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissəsində isə əsgər öz xidməti silahından atəş açaraq əsgər yoldaşlarından birini öldürüb, digərini isə ağır yaralayıb.APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə dünən baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya faktı təsdiqləyib. E. Sabiroğlu deyib ki, bu ilin may ayında Yevlax Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılan 1989-cu il təvəllüdlü Məmmədov Həzan Mürtəzim oğlu əlindəki avtomat silahdan atəş açaraq əsgər Qasımov Samir Əkbər oğlunu öldürüb, onun əkiz qardaşı əsgər Qasımov Zaur Əkbər oğlunu isə ağır yaralayıb. Zaur Qasımov ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib. E.Sabiroğlu deyib ki, Həzan Məmmədov həbs edilib, faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir. |
43,256 | 22.11.2008 07:11 | Ölkə | “AKKORD”u YANDIRIBLAR, YOXSA YANIB? | Nəzərə çatdıraq ki, “Akkord” şirkətində neçə aydan bəri maraqlı proseslər gedir. Şirkətdə erməni əsilli Gürcüstan vətəndaşlarının çalışması, bu ermənilərin şirkətə məxsus yük maşınlarını Ermənistana qaçırması haqda informasiyalar yayılıb. Həmçinin bu məlumat da sızıb ki, şirkətdə yoxlamalar başlayıb və bunun nəticəsində 80 nəfərə yaxın adam maxinasiyalara görə həbs edilib. Düzdür, şirkət rəsmi şəkildə bu məlumatları təkzib edir. Yalnız onu etiraf edirlər ki, “Akkord” Şirkətlər Qrupunun nəzdində yaradılmış “Akkord-Georgiya” tikinti şirkətində erməni əsilli Gürcüstan vətəndaşları çalışıb. Qeyd edək ki, “Akkord”un bir neçə xarici ölkədə - Ukraynada, Gürcüstanda, Qazaxıstanda nümayəndəliyi yaradılıb. Onlar orada tikinti işləri ilə məşğul olurlar.Mətbuatda yayılan digər bir xəbərdə isə şirkətin təsisçiləri arasında narazılıq yarandığı da qeyd olunurdu. Bütün bu informasiyalardan dolayı şirkətin inzibati binasında baş verən yanğının qəsdən törədilməsi və burada məqsəd bəzi sənədlərin məhvinə nail olunması barədə informasiyalar inandırıcı görünməyə bilmir. |
43,257 | 22.11.2008 07:16 | Yazarlar | “MOŞŞENNİK” YAZIÇI | Söhbət son bir ayda bir-birini kəskin ittiham edən ziyalılardan gedir. Rüstəm İbrahimbəyovun müsahibəsi ilə başlayan qarşıdurma hələ çox su aparacaq.Danışanların çoxu bir-birinin yanında gözükölgəlidir. Çünki çoxusu şərin qarşısında bir yerdə əyiliblər və əyiləndə də olmasa, dikələndə bir-birinin gözünün içinə baxa biliblər. Kimin harada necə yaltaqlandığını, məddahlıq etdiyini, nəyin hesabına mal-mülk sahibi olduğunu da yaxşı bilirlər. Ona görə də bir-birinin haqqında belə ağır sözlər danışırlar, bir-birlərini bu cür ifşa edirlər.Hələ çox danışacaqlar, cəmiyyətin bilmədiyi çox məsələlərin üstünü açacaqlar.Sirus Təbrizli müsahibələrinin birində demişdi ki, vaxtilə onun müavini olan bir nəfər tez-tez keçmiş dövlət başçısı haqqında deyirmiş ki, o, mənim anamdır. Sirus bəyin sözlərinə görə, bir gün hirslənib və deyib ki, a kişi, ayıbdır, heç olmasa, atamdır de. Yazı-pozu ilə məşğul olan adamların əksəriyyəti həmin şairin kim olduğunu bilir. Həmin adam tez-tez televiziyalarda nümayiş olunan yaradıcılıq gecələrində bu xalqa kişilik, mərdlik, mübarizə əzmi dərsi keçir, cild-cild kitablar nəşr etdirir, ədəbiyyat dərsliklərində onun “həyat və yaradıcılığı”na yer ayrılır. Məktəblilərə onun kimi düşünmək, onun kimi yaratmaq, onun kimi yaltaqlanmaq öyrədilir.Ziyalıların davasında mənim üçün maraqlı olan əsas məqam onların davranışı, özlərindən nə qədər razı olması, xüsusən də bir-birini ən ağır formada təhqir etməsidir. Onların danışıqlarından belə anlaşılır ki, əksəriyyətinin bir-biri ilə yaxşı münasibətləri olub, hətta dəfələrlə bir məclisdə olublar, yaxşı yeyib-içiblər. Heç şübhəsiz ki, həmin məclislərdə badə toqquşdurarkən bir-birini o ki var tərifləyiblər, bu ölkədə elə babat adam özləri olduğunu deyiblər. Amma indi danışdıqlarına bax. Başqa vaxt gəncləri ittiham edirlər ki, yazılarında təhqir elementləri çox olur, söyüş söyürlər və s.Bəs sizin bir-biriniz haqqında dediklərinizə nə ad verək? Daha nələr qalmayıb deməyəsiniz? Az qala ailə-məişət səviyyəsinə qədər gedib çıxmısınız. Deyirsiniz ki, gənclər sizdən öyrənmir. Nə öyrənsinlər? Əvvəl bir-birini tərifləməyi, yaradıcılıq gecələrində dil boğaza qoymamağı, sonra da bir-birini söyməyimi?Nizami Cəfərov Rüstəm İbrahimbəyovu “moşşennik” adlandırır, onun və Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatına aidiyyəti olmadığını deyir, Rasim Balayevi aşağılayır və s. Doğrudur, Nizami Cəfərov haqqında bundan da ağır ifadələr işlədilib. Hətta Çingiz Abdullayev deyib ki, Nizami Cəfərov kimi adamla bir ölkədə yaşadığına görə xəcalət çəkir. Ona görə də Nizami Cəfərovun bu ittihamlara cavab verməsi onun haqqıdır və düz eləyib. Deputatı buna görə heç kim qınaya bilməz. Amma ortada başqa məsələlər də var axı.Çingiz Abdullayevə xalq yazıçısı adı veriləndə, onun təntənəli yaradıcılıq gecələri keçiriləndə Nizami Cəfərov niyə səsini çıxarıb demirdi ki, bu adamın Azərbaycan ədəbiyyatına dəxli yoxdur, buna xalq yazıçısı adı düşmür?! Yaxud Rüstəm İbrahimbəyova xalq yazıçısı adı veriləndə niyə indi səhifə-səhifə müsahibələr verdiyi qəzetlərdə haray qoparmırdı ki, bu adam “moşşennik”dir?!Məncə, hörmətli professor bu barədə danışsa, yaxşı olar. Eyni fikirlər digərlərinə də aiddir. Zabil MÜQABİLOĞLU |
43,258 | 22.11.2008 07:18 | Müsahibə | “ABŞ-ın YENİ ADMINİSTRASİYASINDAKI ŞƏXSLƏRLƏ MÜNASİBƏTLƏRİMİZ VAR” | (Əvvəli ötən sayımızda) - Prezidentlik müddətinin artırılması ilə bağlı YAP-çılar tərəfindən təkliflər səsləndi. Lakin bu təkliflərə hakimiyyət təmsilçilərinin bir çoxu dəstək vermədi. Ötən il də belə bir hal baş vermişdi. Bu məsələdə hakimiyyət düşərgəsində birmənalı mövqeyin olmaması nə ilə bağlıdır? Hakimiyyət Rusiya təcrübəsindən bəhrələnərək prezidentlik müddətini artıra bilərmi? - Qeyd etdiyiniz vəziyyət hakimiyyətin strategiyasının olmaması, o cümlədən iqtidardaxili qruplaşmalarla bağlıdır. Bilirsiniz ki, Konstitusiyaya görə 2013-cü ildə İlham Əliyev prezidentliyə namizədliyini irəli sürə bilməz. Bu məsələ bir çox hakimiyyətdaxili qruplaşmalar üçün aktuallaşmağa başlayıb. “Müddəti uzada bilərlərmi” sualına gəlincə, nəzəri cəhətdən bu mümkündür. Sabah elan edə bilərlər ki, ölənə qədər prezidentlik statusu tətbiq olunacaq. Yaxud 7 il yox 17 il prezidentlik müddəti olmalıdır. Yəni bu hakimiyyətdən hər şey gözləmək mümkündür. Ancaq burada iki məqam var. Birincisi, bu tipli addımlar beynəlxalq birliyin ciddi narazılığı ilə müşahidə olunur. Bu günlərdə Bakıda olan ABŞ dövlət katibinin köməkçisi Devid Kremer mətbuat konfransında prezidentlik müddəti məhdudiyyətinin aradan qaldırılması ideyasına ehtiyatla da olsa münasibət bildirdi ki, zaman-zaman prezidentlərin, hakimiyyətlərin dəyişməsi sağlam bir hadisədir. Kremer bu ideyadan narazı qaldıqlarını bu şəkildə büruzə verdi. Təbii ki, həmin ideyanın gerçəkləşməsi istiqamətində cəhdlər göstəriləcəksə, beynəlxalq birliyin hakimiyyətə təzyiqi artacaq. Rejim üçün özlərinin də hesablaya bilmədikləri bir çox problemlər çıxacaq. İkincisi bunlar 50 illik hakimiyyətdə qalmaqla bağlı da qərar qəbul edə bilərlər. Necə ki, vaxtilə Türkmənbaşı və bir çox avtoritar liderlər özlərinin xoşuna gələn bu tipli qərarlar qəbul etmişdilər. Bu gün hardadır o qərarlar, hardadır o diktatorlar, avtoritar liderlər? - Politoloqlar proqnozlaşdırırlar ki, Barak Obama hakimiyyəti Azərbaycan iqtidarı üçün heç də asan olmayacaq. Devid Kremerin Bakıda keçirdiyi görüşlərdə də təxminən bu cür xəbərdarlıq etdiyi bildirilir. Siz necə hesab edirsiniz? - Obama ciddi dəyişikliklər şüarı ilə hakimiyyətə gəlib. Təbii ki, bir çox şeyləri dəyişməyə çalışacaq. Dəyişiləsi məsələlərdən biri indiki dövlət katibi Kondoliza Raysın son illər bir neçə dəfə təkrar etdiyi bir ideyada qeyd olunan problemdir. O bildirib ki, ABŞ son 60 ildə Yaxın Şərqdə azadlığı sabitliyə qurban verib, 60 il keçib nə azadlıq var, nə də sabitlik. Əslinə qalsa, bu fikir ABŞ üçün yeni deyil. Bu fikri Amerikanı bir dövlət olaraq yaradanlardan biri - Benjamin Franklin zamanında belə ifadə edib ki, azadlığı sabitliyə qurban verənlər nə azadlığa, nə də sabitliyə layiq deyillər. Bu fikir hətta ABŞ-ın Azərbaycandakı səfirliyinin binasında divara həkk olunub. Yəni ABŞ azadlıqlar üzərində qurulmuş bir dövlətdir. Zamanında Amerikanın prezidentlərindən biri Karter belə bir fikir işlətmişdi ki, ABŞ insan haqlarını yaratmayıb, insan haqları Amerikanı yaradıb. Belə bir dövlətin onilliklər ərzində azadlıqları sabitliyə qurban verməsi təbii ki, ABŞ-ın ideallarına uyğun bir davranış deyil. Düzdür, burada bir nüans var ki, Bencamin Franklin o fikri səsləndirərkən ABŞ-ın özünü nəzərdə tutub. Kondoliza Raysın etiraf elədiyi siyasi səhv həqiqəti isə ona aiddir ki, ABŞ başqa regionlarda, başqa xalqların azadlıqlarını sabitliyə qurban verib. Bu, mənəvi yükü daha da artırır. O baxımdan Obamanın dəyişməyə qalxa biləcəyi məsələlərdən biri məhz budur. Edə biləcəkmi? Bunu fəaliyyətə başlayandan sonra görəcəyik. Onu da nəzərə almaq lazımdır ki, hələ hazırkı Buş adminstrasiyasının da təxminən iki aylıq müddəti var. İstək olsa, bu müddətdə də ciddi addımlar atıla bilər. Hər halda Devid Kremerin Bakıya səfəri zamanı səsləndirdiyi fikirlər nikbinliyə əsas verir.İkinci bir nüans Barak Obamanın Qərbin enerji dairələrinə birbaşa bağlılığının olmamasıdır. Üstəlik, dünya miqyasında iqtisadi böhranın başladığı bir mərhələdə neftin qiymətinin düşməsi və sair məsələlər kifayət qədər imkan verə bilər ki, Barak Obama bir çox məsələlərdə yeniliklər etsin. - Azərbaycan hakimiyyətinin Barak Obama və administrasiyası ilə şəxsi əlaqələri necədir? Azərbaycanın müxalifət qüvvələrinin Obama və onun komandası ilə tanışlığı, münasibətləri varmı? - Bizim senator, yeni prezident Obama ilə görüşlərimiz olub. Obamanın adminstrasiyasında təmsil oluna biləcək adamların bir çoxları ilə, o cümlədən vitse-prezident Cozef Baydenlə ABŞ-da görüşlərimiz olub. Bir neçə gün əvvəl Türkiyə baş naziri Ərdoğanın Vaşinqton səfəri zamanı Barak Obamanın administrasiyasına təsir edə biləcək adamlarla görüşləri barədə məlumat verildi. Görüntülərdə əsas göstərilən ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt idi. Bizim xanım Olbraytla kifayət qədər səmərəli əməkdaşlığımız, şəxsi münasibətlərimiz olub. Ancaq Azərbaycanın hakimiyyət dairələrinin də ABŞ-da hakimiyyətə gələn qüvvələrlə münasibətləri, tanışlıqları var. Hər halda Obama öz administrasiyasını yalnız indiyə qədər heç vaxt hakimiyyətdə olmamış demokratlardan qurmayacaq. Obamanın administrasiyası Amerika və dünya üçün tanınmayan adamlardan ibarət olmayacaq. Bir məsələni də nəzərə almaq lazımdır ki, siyasətdə şəxsi münasibətlərin, əlaqələrin çox ciddi təsiri olsa da, hər halda həlledici deyil. Hər bir siyasətçi öz kursunu müəyyənləşdirərkən dövlətinin maraqlarını nəzərə alır. Ən azı demokratik ölkələrdə belədir. - Qarabağ danışıqlarının sürətlənməsi, Rusiya və Türkiyənin prosesdə aktivləşməsi müşahidə olunur. Qarabağla bağlı təhlükənin yarandığı haqda fikirləri bölüşürsünüzmü? Azərbaycan cəmiyyətinin narahatlığına əsas var? - Dağlıq Qarabağ və ətraf rayonlar 15 ildir Ermənistanın işğalı altındadır. Bu 15 ildən artıq müddətdə də Əliyev rejimi Azərbaycanda hakimiyyətdə olduğu üçün işğal altındakı torpaqlarımızın hüquqi cəhətdən də itirilməsi təhlükəsi hər zaman olub və bu gün də var. Bu təhlükə realdır. Ancaq eyni zamanda son vaxtlar Qarabağ mövzusunda keçirilən görüşlər, atılan addımlar, verilən bəyanatlar mənə yenə də kifayət qədər imitasion təsiri bağışlayır. Yəni müxtəlif qüvvələr bu problemi həll etməkdən daha çox, problem adı ilə görüşlər keçirmək, bəyanatlar verməklə sanki öz maraqlarını həyata keçirməyə çalışırlar. Bu maraqlar Azərbaycanın maraqlarına uyğun ola da bilər, olmaya da bilər. Məsələn, biz Türkiyənin bu məsələdə fəallaşmasını çox yüksək qiymətləndiririk. Baxmayaraq ki, onların fəallaşmasının Qarabağ məsələsində qısa bir müddətdə müsbət dəyişikliyə gətirib çıxaracağını hesab etmirəm. Ancaq Azərbaycana çox yaxın olan qardaş ölkənin fəallaşması obyektiv olaraq ölkəmizin maraqlarına uyğundur. Eyni zamanda, təbii ki, bu mövzulardan Türkiyə Cənubi Qafqazda öz siyasətini fəallaşdırmaq, mövqelərini möhkəmlətmək üçün istifadə edir. Bunu biz illərlə Türkiyə siyasətçilərinə bildirirdik ki, onlar regionun önəmli dövlətlərindən biri kimi Cənubi Qafqazda daha fəal olmalıdır. Ancaq bu tərəfdən də açıq görünür ki, Rusiya fəallaşır, prosesi öz nəzarətinə almağa və bunu dünyaya nümayiş etdirməyə çalışır. Yəni burada da problemin həllindən daha çox Rusiyanın regionda təsirin artması təhlükəsi göz qabağındadır. Və təbii ki, bu mənzərədə yersiz bəyanatlar, yersiz çıxışlar da az deyil. Xüsusən də ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfər edib orada və ondan sonra verdiyi bir çox bəyanatlar həddindən artıq yersiz, səviyyəsiz açıqlamalardır. Məncə Azərbaycan hakimiyyət dairələri bu məsələ ilə bağlı kifayət qədər prinsipial mövqe tutub həmsədrlərdən diqqətli davranmalarını tələb etməlidirlər. İstənilən halda Azərbaycan xalqı, ictimaiyyəti, siyasi dairələri çox diqqətli olmalıdırlar. Müsavat Partiyası olaraq biz bu prosesi hər an izləyirik. Bütün nüanslara diqqətlə yanaşırıq. Qarabağ məsələsində Azərbaycanda heç bir qüvvə öz siyasi maraqlarından çıxış etməməlidir. Bütün qüvvələr milli maraqlar məsələsində birgə mövqedən çıxış etməyi bacarmalıdırlar. - Rusiya beş rayonu qaytarıb Dağlıq Qarabağla arada sülhməramlı qüvvələr adı altında öz qoşunlarını yerləşdirə bilərmi? - Rusiyanın bu istəkdə olması şübhəsizdir. Ancaq Azərbaycanın buna razılıq verməsini mən təsəvvür edə bilmirəm. Bu nəinki Qarabağın itirilməsi, hətta Azərbaycanın müstəqilliyinə real təhlükə deməkdir. Heç bir hakimiyyət bu addıma gedə bilməz. Və hesab eləmirəm ki, təzyiq də burada həlledici rol oynaya bilər. |
43,259 | 22.11.2008 07:25 | Proje | “STOLUMUZUN ÜSTÜNDƏ HEÇ VAXT DUZ OLMUR” | Xülasə, müsahibim “Qaya” Mətbuat Yayımının rəhbəri Xanhüseyn Əliyevdir. Dediyim kimi, toyuq sousu bişirəcək. Özü də həyatında ikinci dəfə. İlk dəfə 23 il öncə xəstəxanada yatan həyat yoldaşına məcburən bu yeməyi bişirib. O gündən mətbəxə, tavaya yaxın dayanmır. Niyə? Bu haqda bir qədər sonra. “Qaya”nın mətbəxində baş tutan söhbətimiz elə soğança hazırlamaqla başlayır. Xanhüseyn bəy həvəslə kərə yağını tavaya atır, ardınca soğanları. Sonra da hər bir soğan layının “naz”ı ilə oynaya-oynaya onları qızardır...Və başlayır ilk yemək təcrübəsini danışmağa... - 85-ci il idi. O vaxt Litvada yaşayırdım. Təzə ailə qurmuşduq və Mətanət(həyat yoldaşı, “İmpuls” qəzetinin baş redaktoru Mətanət xanımı nəzərdə tutur) xəstəxanaya düşdü. Oradakı xəstəxanalarda xəstəyə yemək üçün hər şey versələr də, beynimə girdi ki, yemək bişirim. Toyuq souzu bişirməyi qərarlaşdırdım. Çünki Pribaltikada tomatlı, souzlu xörəklər yeməyiblər, anlayışları yoxdur. Bişirib apardım və çox təriflədilər. (gülür) Mətanət danışır ki xəstəxanada yeyənlər çox təriflədilər, hətta reseptini də istədilər. Mən ilk dəfə bişirdiyim bu yeməyin niyə belə dadlı alınması barədə baş sındıranda mənə izah etdilər ki, işin sirri qazandaymış. Yəni, qazanım balaca olduğu üçün yemək də dadlı alınıb. - Litvada yaşamısınız. Litva mətbəxinə nə dərəcədə bələdsiniz? - Litvanın mətbəxinə yad deyiləm. Məsələn, onlar qreçkanı yaxşı bişirirlər. SSRİ dövründə yaşayan adam bilir ki, Pribalitka yeməkləri ilə Rusiya yeməkləri oxşardır. Ümumiyyətlə isə mənimçün yeməyin heç bir fərqi yoxdur. Nə bişirsələr, onu da yeyəcəm. - Yeməyə həssas deyilsiniz, deməli, yoldaşınızın bu sahədə bəxti gətirib. Gözəl yemək bişirə bilirmi Mətanət xanım? - Nə deyim? Bilmirəm. (gülür) Stola nə qoysa, yeyirəm. Yemək olmayanda da problem olmur mənimçün. Pendir-çörəklə də aclığımı öldürürəm. Bu günə qədər heç vaxt yoldaşıma yeməklə bağlı sifariş verməmişəm. Bilir ki, ən xoşladığım yemək dovğadır. Ona görə də evdə hətta isti yemək olmayanda da mütləq soyuducuda dovğa taparsan. Götürüb başıma çəkirəm. Günün əsas hissəsini isə işdə oluram. - Mətanət xanım sizin ilk yemək təcrübənizi bəyənən biri olaraq, nə əcəb sonradan mətbəxə girməyinizdə israr etməyib? - Çox təklif edib, amma imtina etmişəm. Çünki buna hövsələm çatmaz. - Bəs bu işləri necə görmüsünüz? Soğanları xırda-xırda doğramısız, toyuğu bişirmisiniz və sair... - Bunu “Yeni Müsavat”ın xətrinə elədim ki, yemək bişirməyi bacardığımı görsünlər. *** Soğanlar tam qızarır, sonra tomatı çıxarıb, içinə tökür. Bir müddət də yağ-soğanla tomatın qarışmasına vaxt sərf edir. - Kişinin mətbəxdə iş görməsinə, qab yumasına, yeri gələndə evi yığışdırmasına necə baxırsınız? - Mən onun tərəfdarı deyiləm. Mentalitetə görə kişi qazanıb gətirir, qadınsa onun qazandıqlarından bişirib süfrəyə qoyur. Bu, əsrlərdir belə davam edir. Özü də inanmıram ki, kişinin bişirməsi özünə dadlı görünə. Qadının bişirdiyi yemək daha dadlı olur. - Kişini mətbəxdə görməyi sevmirsiz, bunu ona yaraşdırmırsınız. Bəs kişilərə yaraşdırmadığınız başqa hansı hərəkətlər var? - Paltar yumağın da tərəfdarı deyiləm. Düzdür, bu əskiklik deyil, yoldaşım çatdırmayanda götürüb bunu özüm yuya bilərəm. Amma bunun adət halına gətirilməsinin tərəfdarı deyiləm, çünki kişi işi deyil. 1977-ci ildən 1994-ə bu işlərimi özüm görmüşəm. Amma onu edəndə də bilmişəm ki, paltar yumaq kişiyə yaraşmır. Ümumi xarakter cəhətləri təhlil etsək, ümumiyyətlə, kişiyə qeybəti heç yaraşdırmıram. Elələri var ki, başqalarının yanında ailəsinin qeybətini edir. Tənqid başqa şeydir, qeybət başqa... - Gözəl yemək bişirməyi bacarmayan qadın sizin gözünüzdə necə görünür? - Mənimçün fərqi yoxdur ki, o, gözəl yemək bişirir, ya yox. Əsas mənimçün qadın anlayışı odur ki, bu qadın ailə üçün yaranıb. Təpədən-dırnağa kimi anadırsa, yeri gəlsə, uşağının xətrinə işini də, ərini də arxa plana atar. Ona görə də mən karyerist qadınları anlamıram. Tutaq ki, Mətanət paltar tikməyi bacarmır. İndi deyəcək ki, mənim sirrimi niyə açdın?(gülür) Amma mən buna adi yanaşıram, tutaq ki, corabımın söküyünü, şalvarın süzülən yerini özüm tikirəm. 7 il subay yaşamışam axı... Amma bilirəm ki, o, əsl anadır, uşaqlarını dünyada heç nəyə, heç kimə dəyişməz. - Heç dadmaq istədiyiniz, amma uzaqda bişirildiyi üçün əliniz çatmayan hansısa yemək varmı ki, onun həsrətini çəkirsiniz? - Yox, mən elə yemək həsrəti deyiləm. İldə bir dəfə olar ki, Mətanətə zəng vurub, hansısa yeməyi bişirməsini xahiş edim. Amma bizim evdə stolun üstünə nə gəlirsə sözsüz-söhbətsiz yeyirik. Ay qara ikra olsun, ay filan yemək bişirilsin deyə kaprizlərimiz yoxdur. Tutaq ki, uşaqlar rayondadır, evdəsə hazır yemək qalmayıb. Sosiskanı qaynatmağa vaxt gedir deyə kolbasanı doğrayıb buterbrod edirəm. Bununla da problem həll olunur. - Yemək sizinçün ikinci dərəcəlidir. Paket şorba, hazır yeməklə də qidalana bilirsiniz. Maraqlıdır, bəs yemək yeyəndə nə dərəcədə sağlamlığınızı düşünürsünüz? Yəni “filan yemək səhhətimə ziyan vura bilər, yeməyim” deyə özünüzə məhdudiyyət qoyursuzmu? - Yox, o barədə düşünmürəm. Mən Litvada polis işləyərkən Daxili İşlər Nazirliyində hər il tibbi yoxlamadan keçir, bizi başdan-ayağadək yoxlayırdılar. 1995-ci ildən təqaüdə çıxmışam. Hələ ki bir dəfə də olsun həkimə gedib, müayinə olunmamışam. Üstündən 13 il keçib. Özü də bilirəm ki, nə qədər çox həkimə getsəm, məndə bir o qədər xəstəlik tapacaqlar. - Bəs sağlamlığınıza xeyri olacaq hansı qidaları qəbul edirsiniz? - 50 yaşından sonra bu barədə düşündüm. Həmin vaxta qədər dilimə göyərti dəyməmişdi. Amma 50 yaşdan sonra göyərtiyə üstünlük verirəm. Deməli, qocalıq qorxusu artıq başlayıb. (gülür) - Mövzudan uzaqlaşacağıq, amma maraq mənə üstün gəlir: keçmiş polis işçisi hara mətbuat yayımı sahəsi hara? - Mən Litvadan Bakıya gələndə, cinayət-axtarış idarəsinə təyinat aldım. Rüşvət alıb-verə bilmirdim deyə o vaxt hakimiyyətdə olanlar məni çıxardılar. Hətta mənə dəli damğası da vurmaq istədilər. O vaxt sistemdə kimdən can qurtarmaq istəyirdilərsə, əməlində heç nə tapa bilməyəndə hərbi həkim komissiyası ilə əvvəlcədən razılaşıb, adının qabağına “yararlı deyil” yazdırırdılar. Məni də rəhmətlik Ağabəy Sultanovun yanına göndərdilər. Soruşdu, niyə gəlmisən? Dedim, rəislə dalaşmışam. Səbəbini soruşdu, demədim. “Yararlı deyil” yazmaq istəyəndə əlindən tutdum. Dedim, professor, bu adam “qatıq qaradır” deyəndə mən də bunu təkrarlamalıyam? Mən dəliyəm, qatığa qara deyim? Bu sözü deyən kimi kağıza yazdı ki, yararlıdır. Sonra da dedi, gedin onun rəisini gətirin bura. Məni dəli adı ilə sistemdən çıxara bilmədilər, sonradan özüm təqaüdə çıxdım. - Bayaq dediz, paltarımızın söküyünü tikə bilirsiniz. Maraqlıdır, bəs evdəki təmir işlərində nə dərəcədə məharətlisiniz? Məsələn, krant, soyulducu və ya ütü xarab olanda onu təmir edə bilirsiniz? - Əlimə nə düşsə, sındırıram. Ən yaxşısı mənim əl vurmamağımdır. Görürəm ki, krandan su sızır, istəyirəm, usta gələnə qədər onu müvəqqəti düzəldim. Amma əlimi vuranda onu sındırıram. - Evdə üzünüz nəyə görə danlanır? - Qadınların deyingənliyi olmasa, tayı-bərabəri olmaz. Bu deyingənlik Allahın onlara verdiyi ruzinin 50 faizini alır. - Yəqin səbəbi olur ki, deyinirlər. Heç vaxt qüsuru özünüzdə axtarmırsınız? - Od olmasa, tüstü çıxmaz. Bizim evdəki deyingənlik əsasən işə görə yaranır. Bəlkə ona görə ki, ikimiz də iş adamıyıq. Tutaq, hansısa layihəyə pul xərclənib. Başlayır əvvəldən danışmağa, deyinir, “bundan heç nə alınmayacaq” deyir. İşi qurub yoluna qoyursan, düşür xeyrə. Ondan sonra deyir ki, hə, sən düz elədin. Onda da mən qayıdıram ki, niyə əvvəldən məni bezikdirirdin? - Pul məsələsi çoxmu müzakirə olunur evinizdə? - Hər bir iş adamı gün ərzində ən çox pul barədə düşünür. “Ehtiyatda pulum varmı, kimə nə qədər borcum, kimdən nə qədər alacağım var” kimi suallar adamı rahat buraxmır. Mətanət də qəzet redaktorudur deyə bu qayğılar onu narahat edir. Amma əsas müzakirə mövzularımız bu deyil. - Qadınların deyingənliyindən narazısınız. Bəs başqa hansı cəhətləri xoşunuza gəlmir? Tutaq ki, bəzək-düzəyə, ger-geyimə çox vaxt sərf edənlər barədə nə düşünürsünüz? - Xoşlamıram, qadın təbii gözəl olmalıdır. Onu brilliantla bəzə, xeyri yoxdur. Qadın yaxşı ana olandan sonra təbiiliyi onun sərvətinə çevriləcək. - Kişilər evlərindəki qadının yaxşı ana olmasını arzulamaqla yanaşı, bayırda da gözəl qadın görəndə ona baxmaqdan, bəzən hətta onu sevməkdən çəkinmirlər... - Elə şeylər olur, amma hamı üçün keçərli deyil. Bəzən bizim evdə də belə müzakirələr olur. Mətanət başlayır ki, kişilər üçün 50 yaşdan sonra təhlükəli hədd başlayır və sair. Deyirəm, sən yenə heç nə olmayan yerdə niyə danışıb özünü yorursan? - Qısqancdır? - Qismən. Deyim ki, məni axtarsın, tez-tez zəng edib, yoxlasın, elə xasiyyətləri yoxdur. Tam inam var aramızda. “Qısqanırsa sevir” söhbətinə də inanmıram. Çünki həyatda sevgiyə inanmıram. Ailə məsuliyyəti məsələsi var. Biz sevib evlənməmişik. İnsanlar bir-birini ilk baxışda bəyənirsə, sonra evlənir, uşaqlar dünyaya gəldikcə isə ailə məsuliyyəti yaranır, insanlar bir-birinə bağlanır. - Evdə, mətbəxdə nə dərəcədə qənaətcilsiniz? - Qənaətcilik. Bəlkə də bu, onunla bağlıdır ki, bizim özümüzdən başqa heç kimimiz, dayağımız olmayıb. Bu məsələdə bir-birimizə çox uyğunuq. Baxmayaraq ki, o, pişik, mənsə it ilində doğulmuşam. Hərdən deyirlər, itlə pişik necə dolanır? Dolanırıq da. İş adamı xəsislik edirsə, ondan iş adamı çıxmayacaq. Çünki pul pulu gətirir. Pul+pul=gəlir. Bunu Karl Marks deyib. - Bəs evdə artıq yemək qalanda onu nə edirsiniz? - Bizdə artıq yemək qalmır, çünki yediyimiz qədər bişiririk. Çörək qalanda isə onu yığırıq, fermadakı itlərimizə veririk. - Fermanız var? Harda? - Fermamız Hacıqabuldadır. Böyük fermadır, 500-ə yaxın qoyun, inəyi var. - Deməli, ailənizin qoyun-toyuq tadərükü ordan gəlir? - Yox, ordan heç nə gətirmirik. İşçilər sifariş verəndə gətizdirir, ildə bir dəfə satışa çıxarırıq. *** Tomatlı yağ-soğanın içinə toyuq bulyonunu, ardınca isə soyutma toyuqları əlavə edir və nəhayət, kartofları da qazana atır. “Nə qaldı görəsən?” deyə məndən soruşur, yeməyə duz qatıb-qatmadığını öyrənmək istəyirəm. Unudubmuş sən demə: “Duzla bağlı bizim evdə həmişə problem olur. Mən ümumiyyətlə, bilmirəm ki, yediyim yemək duzludur, ya duzsuz. Yeyib qurtaranda görürəm ki, bunun duzu yox idi. Heç vaxt bizim stolun üstündə duz olmur. Çünki duzlu yeməyi sevmirik”. - Bir-birindən fərqli biznes sahələriniz var. Yayım sektoru, ferma, qəzetçilik... - Hətta restoranımız da var. O da Hacıqabuldadır. Orada da hər cür yeməklər veririk. Bundan başqa, Şamaxının Qız Meydanında 3-4 otaqlı, həyət-bacalı bir istirahət mərkəzimiz var. İşçilərimiz yayda gedib orada dincəlir. - Restoran açmaq hardan ağlınıza gəlib? - 1996-cı ildə ferma açıldı. Orda inək süd verir, qoyundan əti götürə bilərsən, meyvə bağları, göyərtisi var. Fikirləşdik ki, belə sahələrimiz var, burdan da gəlir götürək. Beləcə, “Qaya” restoranını açdıq. - Restoranınızın aşpazları nə qədər mahirdilər? - Azərbaycanda hər sahənin başında rəhbərin özü olmalıdır. Asfalt zavodumuz da var, amma kadr olmadığından fəaliyyətini saxlamışıq. O zavodda 9 müdir dəyişdim, axırda bağladım. Restorana da 12-13 müdir dəyişmişəm. Çünki bizə gəlir vermirlər. Ola bilsin, özləri üçün qazanırlar. Amma o boyda sərmayə qoyulub, divident gətirmir. Bax belə... Deyəsən, sous hazırdır. Öncə özü dadına baxır, “pis deyil” deyir. Sonra isə əlavə edir ki, amma 23 il öncə bişirdiyi sousa əsla çatmaz: “Gərək vaxt tapıb bu işlə daha çox məşğul olum. Əlim korşalıb”... Amma o həvəslə, o enerjiylə ki Xanhüseyn müəllim yemək bişirdi, inanıram ki, onun dadı pis olmaz. Axı xoş ovqat, enerji yeməyin dadına da keçir? |
43,260 | 22.11.2008 07:19 | Ölkə | ÖLÜMÜN ÜSTÜNƏ GEDƏN ƏSGƏR | “Orxan orduya könüllü gedib” Tərtər rayonunun Buruc kəndinin hüzn içərisində olduğu elə ilk andaca hiss edilirdi. Demək olar ki, kəndin bütün sakinləri Orxanın ata yurduna toplaşmışdı. Evdən isə qadınların ah-nalə səsləri gəlirdi. Qonşularının deməsinə görə, ailənin sonbeşiyi olan Orxan atasını çox erkən itirib. Orxan və 3 qardaşı babaları Novruz kişinin himayəsində böyüyüblər. Yaşlı və kasıb adam olan Novruz kişi nəvələrini minbir əzabla boya-başa çatdırıb. Orxan və qardaşları yeniyetməlik dövrlərində işləyərək, həm özlərini həm də qoca baba və nənələrini saxlayıblar. Orxanın çox tərbiyəli və ailəcanlı olduğunu bildirən qonşular, həm də onu çox məğrur oğlan kimi xarakterizə etdilər: “Orxan çalışqan uşaq idi. Elə uşaqlığından işləyib babasına kömək edərdi. Qonşuların bir sözünü iki eləməzdi. Amma qabağından ”yeyən", onu aşağılamağa çalışanlara boyun əyən deyildi. Lazım gələndə vuran əli də var idi”.Kənd sakinlərinin sözlərinə görə, Orxanın böyük qardaşları cəbhə xəttində xidmət ediblər. Orxanın əsgərlik yaşı çatanda isə onu orduya çağırmayıblar: “Orxanın sinif yoldaşlarının hamısını əsgər apardılar. Amma nədənsə onu əsgərliyə aparmırdılar. Buna görə Orxan əsgərliyə gec getdi. Dostlarının əsgərlikdə olması özünün isə orduya çağırılmaması ona pis təsir edirdi. Orxan əsgər getmək üçün bir neçə dəfə “voyenkomat”a müraciət etdi. Axırda ərizə yazmalı oldu. Bu ilin aprelində Orxanı əsgərliyə apardılar”. Xidmət etdiyi 8 ay ərzində Orxan bir dəfə də olsun məzuniyyətə gəlməyib: “Əsgər gedəndən sonra bir dəfə də olsun, evə gəlmədi. Başqaları kimi evə zəng edib nədənsə şikayətlənməyib də. Kasıb ailə olduqları üçün dalınca gedəni də yox idi”. Hərbi tribunalda Orxandan 5 min manat rüşvət istəyiblər Orxan həlak olmazdan əvvəl noyabrın 6-da Füzuli Qarnizonunun Hərbi Tribunalı ona 1 il cəza taboru kəsib. Əmisi Vaqif Şəmilov Orxanın zabitlərin və hərbi tribunalın qanunsuzluğu üzündən bu cəzaya məruz qaldığını söylədi: “Orxangilin xidmət etdiyi yerdə ancaq kasıb balalarıdır. Bu səbəbdən səngərdə yüz əsgər əvəzinə on nəfər keşik çəkir. Elə olur ki, bir əsgər həftələrlə postda növbə çəkməli olur. Orxan postda növbə çəkərkən ayaqyoluna getmək üçün çavuşundan icazə istəyib. Lakin çavuş qəsdən ona icazə verməyib. Üstəlik onu təhqir edib və vurub. Orxan da özünü müdafiə etmək üçün müqavimət göstərib. Zabitlər bu faktdan istifadə etdilər. Əvvəlcə xidmət etdiyi taborda ondan rüşvət istədilər ki, tribunala verməsinlər. Orxan tələb olunan pulu vermədiyindən işi tribunala göndərdilər. Hərbi tribunalın hakimi isə Orxanın cəzasını 6 aya endirmək üçün bizdən 5 min manat rüşvət istədi. Biz bu pulu vermədik. Ona görə də, Orxana 1 il cəza kəsdilər. Əslində Orxan heç bir cinayət törətməmişdi. Özünü müdafiə etmişdi. Müqavimət göstərdiyinə görə onu uzaqbaşı haupvaxta sala bilərdilər”.Orxanın əmisi baş verən qanunsuzluqların bununla yekunlaşmadığını bildirdi: “Noyabrın 6-da tribunal hökm çıxardı. Tribunalın hökmü qüvvəyə minənəcən Orxan ”naryad"a aparılmamalı, ona silah verilməməliydi. Hökm qüvvəyə minəndən sonra isə o cəza yerinə göndərilməliydi. Lakin zabitlər ondan qisas almaq üçün Orxanı posta aparıblar. On gün ardıcıl postda olub. Onu dəyişməyiblər. Bu da Orxanın əsəblərini korlayıb". “Bəlkə səhərə sağ çıxmadım” Orxan ölümündən bir gün əvvəl qardaşı Elxan Şəmilova zəng edib. Qardaşı bizimlə söhbətində Orxanın ona axşam saatlarında zəng etdiyini bildirdi: “Ayın 15-i axşam doqquza qalmış komandirinin telefonu ilə mənə ”vızıv" atdı. Mən nömrəni yığıb onunla danışdım. Evdəkiləri soruşdu, sonra dedi ki, sənə telefonla iki şəkil göndərmişəm. Amma ona dedim ki, mənim telefonumun MMS xidməti işləmir. Sonra mənə dedi ki, uşağın səsini eşitmək istəyir. Uşağı çölə çıxardım, o da telefonda mənim uşağımın səsinə qulaq asdı. Sonra yenə söhbət etdik. Axırda mənə dedi ki, elə pis yerə gəlib çıxmışam ki, bilmirəm sabaha sağ çıxacam, ya yox. Elə bu sözü demişdi ki, telefonumun konturu qutardı. Dediklərindən narahat olduğumdan, tez gedib kontur aldım. Yenidən zəng edib soruşdum ki, bu nə sözdür deyirsən? Bəlkə səni incidib edirlər? Dedi elə bir şey yoxdur, bir sözdü də ağlıma gəldi dedim. Soruşdum ki, hardasan? Dedi ki, postdayam. Orxana dedim ki, axı sənə iş veriblər, posta çıxa bilməzsən. Dedi ki, uşaq çatışmır ona görə məni posta çıxarıblar. Həmin vaxt Orxan silahlı olduğunu söylədi".E.Şəmilov daha sonra qardaşının komandirinə zəng edib: “Orxanla danışandan sonra komandirinə zəng etdim. Komandirə dedim ki, axı Orxana iş veriblər, ona silah verib posta çıxarmaq olmaz. Dedi ki, mənlik deyil, bölük komandiri əmr edir, mən də onu posta çıxarıram. Orxanla danışanda mənə dedi ki, saat 02-dən 04-dək posta olacaq. Sonradan məlum oldu ki, Orxan saat 03-də yoxa çıxıb”.E.Şəmilov noyabrın 16-da səhər saat 7 radələrində hərbiçilərin Orxanı axtardığını söylədi. Onun sözlərinə görə, hərbiçilər və hərbi prokurorluğun əməkdaşları Orxanın silahla qaçdığını deyiblər. E.Şəmilov isə gecə qardaşı ilə danışdığını və onun posta olduğunu söyləyib. Daha sonra rayon ərazisində postlar qurulub. Axşam isə Orxanın ölüm xəbəri gəlib. Orxan erməni səngərinə təkbaşına hucum edib Orxanın ölüm xəbərindən sonra əmisi və qonşuları Füzulidə cəbhə xəttində olublar. Onlar Orxanın əsgər yoldaşları və zabitləri ilə görüşüblər. Əsgərlərin dediyinə görə, Orxan 10 gün mütəmadi olaraq posta çıxıb. Onu əvəz etməyiblər. Orxan qanunsuz olaraq tribunal tərəfindən cəzalandırılması və günlərlə posta qalmasını qəbul edə bilməyib. Yoldaşları ilə söhbətində erməni öldürsə, yaxud əsir götürsə, tribunalın kəsdiyi cəzadan azad ediləcəyini söyləyib. Digər tərəfdən, zabitlərin ona qarşı davranışı Orxanın əsəblərini tarıma çəkibmiş. Əsgərlərin verdiyi məlumata görə, Orxan gecə saat 2-də posta çıxıb. Bir saat sonra isə erməni səngərinin qarşısında atışma səsi gəlib. Bir müddət davam edən atışma dayandıqdan sonra məlum olub ki, Orxan postda yoxdur. Bölük komandiri isə Orxanın harada olmasını araşdırmadan onun qaçması barədə raport yazıb. Həmin raport əsasında Orxan fərari kimi axtarışa verilib. Lakin səhər hava işıqlananda Orxanın erməni səngərinin qarşısında həlak olduğu üzə çıxıb. V.Şəmilov hadisə barədə əsgərlərdən ətraflı məlumat aldığını söylədi: “Orxan qəhraman kimi həlak olub. Əsgərlərin dediyinə görə, Orxan iki erməni əsgəri öldürüb. Ermənilərin cəsədləri həmin gün axşama qədər öz səngərlərinin qarşısında olub. Axşam isə ermənilər öz cəsədləri götürüblər. Sonrakı gün isə Orxanın cəsədini çıxarıblar”. V.Şəmilov qardaşı oğlunun şərəfli yol seçdiyini söylədi: “Orxana qarşı hərbi hissədə çox haqsızlıq olub. O həmişə zabitlər tərəfindən incidilib. Haqsız yerə tribunal tərəfindən cəzalandırılıb. Başqası olsaydı zabitləri güllələyərdi. Orxan isə şərəfli yol seçdi, özümüzünküləri yox, erməniləri öldürdü və özü də qəhrəmancasına həlak oldu”. |
43,261 | 22.11.2008 07:12 | Siyasət | MONARXİYA TƏRƏFDARLARI FƏALLAŞDI | Mənbənin verdiyi məlumatda bildirilir ki, iqtidar nümayəndələri artıq təkliflə bağlı əməli fəaliyyətə başlayıb. Paytaxtın müxtəlif yerlərində xüsusi adamlar tərəfindən vətəndaşlardan imza toplanır və onların şəxsiyyət vəsiqələri yığılır. İmza toplayanlar bunun İlHam Əliyevin ömürlük prezident olması ilə əlaqədar olduğunu söyləyiblər.Xatırladaq ki, bundan əvvəl də iqtidar düşərgəsindən eyni təşəbbüslə çıxış edən deputatlar olmuşdu. Bu təklifin ilk müəlliflərindən biri isə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalıdır. İl yarım öncə isə konstitusiyada dəyişiklik edilməsi ilə bağlı yerlərdə sorğuların keçirilməsi haqda xəbər yayılmışdı. Kampaniyaya əcnəbi iş adamlarının da qatıldığı bildirilirdi. Həmin ərəfədə Elşən Nəsibov adlı politoloq ömürlük prezident ideyasının ona məxsus olduğunu bildirmişdi. Amma təbliğat aparanlar az keçmədi ki, həbs edildi, onların sonrakı taleyi isə məlum olmadı.Xatırladaq ki, sonuncu dəfə bu təkliflə YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxış edib. O, bu ayın əvvəllərində “Trend” agentliyinə verdiyi açıqlamada partiyanın bu barədə lazımi instansiyalara müraciət edəcəyini bildirmişdi. Bir şəxsin iki dəfə prezident seçilməsini qadağan edən maddənin demokratik prinsiplərə zidd olduğunu deyən YAP funksioneri konstitusiyada deputat seçimində məhdudiyyət olmadığını əsas gətirərək, eyni maddənin prezident seçiləcək şəxsə də şamil olunmasının tərfdarı olduğunu söyləmişdi.Düzdür, YAP Siyavuş Novruzovun təklifini müzakirəyə çıxarmadı və dolayısı ilə bu ideyanı dəstəkləmədiyini bildirdi. Buna baxmayaraq təklif əksər siyasi ekspertlər tərəfindən Azərbaycanda monarxiya rejimi qurmaq istəyi kimi qiymətləndirildi.Bəs təkliflərin intensiv hal alması hardan qaynaqlanır? Xatırladaq ki, prezidentin səlahiyyət müddətinin uzadılması təşəbbüsü Rusiya prezidenti Dimitri Medvedyevin noyabrın 4-də Federal Məclisdə parlamentin hər iki palatası qarşısında illik məruzəsində prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilədək artırılması təklifindən dərhal sonra meydana çıxdı. Azərbaycan hakiyyətinin analoji təklif səsləndirməsi heç də təəccübləndirici deyil. Çünki iqtidarın daxili və xarici siyasətində dəfələrlə rusiya praktikasınıdan istifadə etməsi hamıya məlumdur.Yuxarıda qeyd etdiyimiz kimi, ötən dəfə ömürlük prezident məsələsilə bağlı imza toplananda hakimiyyət buna sərt təpki göstərdi və kampaniyanı aparanları həbs etdirdi. Bəs görəsən, bu dəfə də eyni tövr nümayiş olunacaqmı? Yəqin bu sualın cavabı yaxın günlərdə aydınlaşacaq.Dünən günün sonunda mövzu ilə bağlı əlavə məlumatlar aldıq. Məlumatda bildirildi ki, Tərtər rayonunda analoji hallar baş verir. Belə ki, vətəndaşlara boş blanklara qol çəkdirir, həmçinin şəxsiyyət vəsiqələrinin nömrələrini götürürlər.YAP sədrinin müavini, icra katibi Əli Əhmədov isə dünən APA-ya müsahibəsində bildirib ki, prezident seçkilərinin 5 ildən bir keçirilməsi mahiyyət etibarı ilə bir yandan vətəndaşın seçilmək, xalqın isə seçmək hüququnu təsbit edirsə, ikinci tərəfdən prezident səlahiyyətlərinə vaxt məhdudiyyəti qoyulması normasını ifadə edir: “Prezident seçkilərinin hər 5 ildən bir keçirilməsi xalqın seçmək hüququnun tam şəkildə həyata keçirilməsini təmin edir və imkan yaradır ki, seçicilərin etimadını doğruldan şəxs yenidən seçilə bilsin, etimadı doğrulda bilməyən isə yox. Digər tərəfdən, xalq növbəti seçkilərdə layiqli namizədi müəyyənləşdirmək imkanı qazanmış olur. Deməli, demokratiyanın vacib şərti olan hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi mexanizmi təmin edilir”.Onun sözlərinə görə, prezident səlahiyyətlərinin vaxt etibarı ilə məhdudlaşdırılmasına yönəldilmiş belə bir normanın olduğu şəraitdə bir şəxsin iki dəfədən artıq seçilməsinə qadağa qoyulması əslində xalqın seçmək hüququnun məhdudlaşdırılması deməkdir: “Bu məhdudiyyət seçicilərin prezident görmək istədikləri, çox etibar etdikləri şəxsə səs vermək şansını onların əlindən alır və nəticə etibarı ilə seçiciləri digər şəxsə səs vermək məcburiyyəti ilə üz-üzə qoyur. Təsəvvür edin ki, bu formal norma ölkə inkişafına müstəsna töhfələr verə biləcək şəxsi öz potensialını gerçəkləşdirmək imkanından da məhrum edir və deməli, dövlət, ictimai maraqlar baxımından da özünü doğrultmur. Hesab edirəm ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət həm qeyri-demokratik, həm də ədalətsizdir, ona görə də ləğv edilməlidir. Özü də nə qədər tez olsa, düşünürəm ki, o qədər yaxşıdır. Yeni Azərbaycan Partiyasının mövqeyi belədir və inanıram ki, partiyamızın bu rəyi xalqın əksəriyyətinin istəyini ifadə edir.İnanıram ki, Konstitusiyada xalqın iradəsi əsasında dəyişiklik edilməsi zamanın tələbidir”.Mövzunu davam etdirəcəyik. |
43,262 | 22.11.2008 07:49 | Yazarlar | “BÖYÜK QARDAŞ”ın KİÇİK NÜMUNƏSİ | Ancaq qonşu Rusiyada prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilə çatdırılması bütövlükdə region üçün parlaq presedentdir. Ta sovet dövründən bəri dövlətin idarə edilməsi, köhnə strukturların ləğvi, yenilərinin yaradılması ilə bağlı məsələlərdə təşəbbüs həmişə Moskvada olub. Məsələn, FHN-i əvvəlcə onlar yaradıblar, sonra o biri MDB ölkələri. Hakimiyyətin “doğma siyasi varis”ə ötürülməsini əvvəlcə ruslar təşkil eləyiblər, ardınca başqa postsovet ölkələri buna bəzən uğurlu (Azərbaycan, Ermənistan), bəzən isə uğursuz (Ukrayna) cəhdlər göstəriblər.Budur, artıq rusiyalı deputatlar ölkə konstitusiyasına düzəliş qəbul ediblər, gələn dəfədən etibarən Rusiya Federasiyasının prezidenti öz postunda 6 il oturacaq. Bu, o deməkdir ki, Azərbaycan və onun cərgəsində olan ölkələrin “böyük qardaş”dan örnək götürmək ehtimalı birəbeş artıb.Artıq prezidentin səlahiyyət müddətinin artırılmasına dair təşəbbüslərin yeni dalğası müşahidə olunmaqdadır. Əgər saraydan rüsxət olsa, çox qısa zamanda bu dalğa sunamiyə çevriləcək, ölkənin gündəmini altına alacaq.“Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru, sabiq deputat Alqış Həsənoğlunun müvafiq açıqlaması bu qəbildəndir. A.Həsənoğlu bildirir ki, bu təklifi prezidentin, yəni bir şəxsin adıyla bağlamaq olmaz, guya ki, bu, dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan ideyadır. Amma buna uşaq başı aldatmaq deyərlər. Ölkədə hər bir yetkin və sağlam şüurlu şəxs bilir ki, ayının yüz oyunu bir armudun başındadır, əgər bu təklifi iqtidar adamları səsləndirirlərsə, demək, niyyətləri qeyri-rəsmi şəkildə monarxiya quruluşu bərqərar etmək, onun dövranının uzun sürməsi üçün qanuni əsaslar yaratmaqdır. Sonrası texniki işdir, 6, yaxud 7 ildən bir keçirilən prezident seçkilərində qalib gəlməyin yolu-yöndəmi çoxdan bəllidir.Söz yox, bu təşəbbüsün tərəfdarları öz təkliflərini əsaslandırmaq üçün güclü arqumentlərə söykənmək, dünya praktikasına istinad etmək istəyəcəklər. Həmin arqumentlərdən biri də böyük ehtimalla belə olacaq: “Fransa da, Türkiyə də demokratik dövlətdir, amma hər ikisində prezidentin səlahiyyət müddəti 7 ildir”.Elədir. Ancaq hamı onu da yadında saxlasın ki, bu ölkələrdə prezidentin ikinci müddətə seçilmək şansı yoxdur. 2000-ci ildə Türkiyədə prezident Süleyman Dəmirəlin tərəfdarları onun ikinci müddətə seçilməsi üçün böyük kampaniya başladılar, amma mümkün olmadı, siyasilər Konstitusiyanın müvafiq maddəsinin pozulmasındansa başqa adamın prezident seçilməsini üstün tutdular.Prezidentin səlahiyyət müddətinin artırılmasının isə dövlətin qüdrətlənməsinə, iqtisadiyyatın güclənməsinə qətiyyən dəxli yoxdur. Bir neçə parlaq misalla bunu asanca sübuta yetirmək olar. Məsələn, iqtisadiyyatına görə dünyanın ən qüdrətli ölkəsi Yaponiyadır, Yer üzündəki bütün dövlətlərin ona borcu var, amma son 50 ildə Yaponiyada 25-dən artıq baş nazir dəyişib. Yəni faktiki olaraq iki ildən bir dövləti yeni iqtidar komandası idarə edib. Son 30 ildə yalnız bir baş nazir (Koudzumi) postunda 5 il qalıb. İtaliya, Cənubi Koreya və Kanada da tez-tez hakimiyyət dəyişikliyinə qol qoyan ölkələrdir. İnkişaf səviyyələri göz qabağındadır.İndi bunun əksinə baxaq: son 60 ildə 25-dən artıq yeni baş nazir görən Cənubi Koreyadan fərqli olaraq Şimali Koreyada hakimiyyət bir ailənin (Kim İr Sen və oğlu Kim Çen İr) əlindən çıxmayıb, amma hər il ölkədə kütləvi aclıq təhlükəsi yaranır. 1959-cu ildən bəri hakimiyyət dəyişikliyi görməyən Kubada, 30 ilə yaxın Muqabenin əsarətində yaşayan Zimbabvedə vəziyyətin necə olduğu hər kəsə bəllidir.Ona görə də heç kəs əziyyət çəkib bir şəxsin dövlətin ali postunda uzun müddət oturmasının faydasını əsaslandırmağa çalışmasın. Bunun dövlətə və xalqa heç bir faydası yoxdur. Xalid KAZIMLI |
43,263 | 22.11.2008 07:49 | Siyasət | “HEYDƏR ƏLİYEVİ HAKİMİYYƏTƏ YAP GƏTİRMƏYİB” | YAP-ın yaranmasının 16 illiyilə bağlı tədbirlərə dəvət edilib-edilməməsinə gəlincə, A.Həsənoğlu bunları deyib: “YAP-ın yaranmasının ildönümü ilə bağlı hər hansı kütləvi tədbirlər keçirilmir. Redaktor olanda da adətən qəzetin çapı ilə, nəşri ilə məşğul olurdum. Kütləvi tədbirlərdə daha çox partiya funksionerləri fəallıq göstərirdilər. Heç o illərdə də bu cür tədbirlərdə yaxından iştirak etmirdim”.Sabiq baş redaktor “YAP Siyasi Şurasının üzvüsünüz. İclaslarda iştirak edirsinizmi? Partiyadaşlarla münasibətləriniz necədir” sualını belə cavablandırıb: “Bəli, Siyasi Şuranın üzvüyəm. Münasibətlər əvvəllər necə idisə, elə indi də elədir - nə artıb, nə soyuyub, nə isinib. Həmin səviyyədədir. Elə bir yenilik yoxdur. Nə pisə doğru, nə yaxşılığa doğru yenilik var. Siyasi Şuranın iclası bir ildə iki dəfə çağrılır. Onun axırıncı iclasında iştirak etmişdim”.A.Həsənoğlu “Yeni Azərbaycan” qəzetinin baş redaktorluğundan uzaqlaşdırılan zaman partiyanın mətbuat xidmətinin bunu onun fəaliyyətinin qeyri-qənaətbəxş olduğu ilə əsaslandırmasına da münasibət bildirib: “Bu hadisəni müzakirə etmək istəmirəm. Qəzetçilik fəaliyyətimə Heydər Əliyev cənabları qiymət verib. Hesab edirəm ki, onun verdiyi qiymət bütün qiymətlərin fövqündə durur. Ondan sonra fəaliyyətimə verilən qiyməti müzakirə etmək fikrində deyiləm. Heydər Əliyevin verdiyi qiymət mənə bəs edir. Bu qiymətlə həmişə fəxr eləmişəm və bundan sonra da belə olacaq.Bilirsiniz, qəzet bir dənədir, partiya funksionerləri isə çox. Hər funksionerin öz dünyagörüşü, öz zövqü var və qəzet haqqında müxtəlif fikirlərin olmasını da təbii qəbul edirəm. Çünki bir adam hamının xoşuna gəlmədiyi kimi, bir qəzeti də hamı eyni rəğbətlə qarşılaya bilməz, eyni münasibətlə qəbul edə bilməz”.A.Həsənoğlu hazırda kitab yazdığını və bir neçə planının olduğunu deyib.Onun sözlərinə görə, YAP-ın son qurultayında iştirak etməyib. Buna səbəb isə qurultaya dəvət olunmamasıdır. |
43,264 | 22.11.2008 07:50 | Yazarlar | OKEAN BOYDA DƏRD | Göyçay rayonunda hansısa məktəbdə coğrafiya müəllimi şagirdi döyübdür, bu “təlim-tərbiyə”nin videoroliki internetdə yayılıbdır. Uşağın çırpılması səbəbi maraqlıdır: o, xəritədə Atlantik okeanı ilə Sakit okeanın yerini səhv salıbmış. Hazırda bizim məktəblərdə tədris üsulu bu cürdür. Sakit okeanın yerini bilməyəni sakitcə döyürlər. Təbii, bundan sonra uşaq Göyçayın hansı kəndində doğulduğunu da unudur.Hərdən düşünürəm ki, Misir Mərdanov - əbədi, daimi və dönməz təhsil naziri təhsilimizdə islahat və uğurlardan dəm vurarkən nə üçün kompüterləşmə söhbəti salır. “Keçən il hər şagirdə filan qədər kompüter düşürdü, indi hər kompüterə neçəsə şagird minir” və sairə. Ay Misir əkə, bu cəfəng, mənasız söhbətlərinizin qəti yeri yoxdur. Yaxşı olar “hər şagirdin başına ildə neçə qapaz endirilməsi” statistikasını aparın. Əgər bir ölkədə ibtidai sinif müəlliməsi “indiki uşaqları vurmaq olmur, hamısı xəstədir, vuranda adam zibilə düşür” deyirsə, kül olsun o ölkənin cəmi təhsil sisteminin təpəsinə...Azərbaycanda böyük və haram neft pulları hesabına harınlaşma prosesi gedib. Kimin özündən zəifə gücü çatırsa, döyür. Zabit əsgəri, polis vətəndaşı, müəllim şagirdi, həkim xəstəni... Örnək bu cür qoyulubdur. Əgər camaat televizora baxıb görürsə ki, dövlətin ən birinci adamı “xarici təşkilatlar tələb edirdi mitinqdə kobudluq eləmiş polisləri cəzalandırım, ancaq mən onlara mükafat verirəm” deyirsə, daha nə qoyub, nə axtaraq?Okeanların yerini qarışıq salmaq elə böyük suç deyil. Öyrənərsən, bilərsən. Uzağı özünə zərər edərsən, savadın az olar. Ən pisi insanın həyatdakı yerinin səhv düşməyidir. Nə üçün yaşayıram, məqsədim nədir? İnsan bu sualların cavabını axtarmaq yerinə qarnının, arvad-uşağının, tamahının, kin-küdurətinin... əsiridirsə, apar tulla. Bu, insanlıq deyil.Mən uşağı döyən həmin müəllimə haqq qazandırmır, eyni zamanda qınamıram da. Şeytan bilir o, həmin dərsə hansı məişət əzabları, axmaq və mənasız, ancaq düzəlməsi bu ölkədə mümkünsüz görünən problemlər içində gəlibmiş. Bu gün bölgələrdə müəllim işləmək çox çətindir. Hətta 19-cu əsr fransız maarifçilərini də dirildib gətirsən bircə aya dərd əlindən şagirdləri at kimi minərlər.Təzəlikcə deputatxanada oxşar hadisə olmuşdu. YAP üzvü Siyavuş Novruzov İordaniya ilə Liviyanı qarışıq salmışdı. Amma nədənsə spiker Oqtay Əsədov Novruzovu döymədi. İndi neyləyək, göyçaylı müəllimi Milli Məclisə çağıraqmı?.. Zamin HACI |
43,265 | 22.11.2008 07:56 | Gündəm | ABŞ YETKİLİSİNİN BÖYÜK ÜMİDLƏRİ | Millət vəkili Nəsib Nəsibli bildirdi ki, Kremerin nikbin olduğu barədə fikri bölüşmür: “Sadəcə, Kremer bildirib ki, məsul şəxslərlə görüşdə bu məsələnin həllinə ümid yaranıb. Vəssalam”. Nəsib bəy hakimiyyətin belə bir addıma getməsinə mənfi münasibət bəslədiyini vurğuladı: “Məncə, deyilənlərə baxmayaraq, vəziyyət bir az da pisləşəcək”.Ümid Partiyasının sədri İqbal Ağazadəyə görə, Kremer onlarla bir araya gələrkən hələ hökumət yetkililəri ilə görüşməmişdi: “Biz onun hökumətlə hansı danışıqlar apardığını və ümumən hansı razılıqlara gəldiklərini bilmirdik. Buna görə də mənimçün bunu demək çətindir. Amma hökumət adətən, xaricilərlə görüşlərdə bu tipli məsələlərdə çox ümidverici sözlər, təsəlliverici bəyanatlar səsləndirir. Təəssüf ki, xaricilər də həmişə buna inanır. Praktikamızda olan bir şeyi də nəzərə alaq ki, Teleradio Şurası da, AzTV də müəyyən dövr üçün nələrsə deyə bilər. Amma son anda biz bilirik ki, qərarı dövlət başçısı verir. Ona görə də ola bilsin ki, yekunda belə bir mövqe sərgilənəcək və daha demokratik obraz, daha demokratik imic formalaşdırılacaq”.İ.Ağazadə hesab etmir ki, hakimiyyət ABŞ-ın təzə hökuməti ilə problem yaradır: “Əslində bu problem olmaması üçün atılan ön addımlardır. Sərt mövqelər ifadə olunur, sonda sanki Azərbaycan tərəfi güzəştə gedir və onların dediyini edir. Burda artıq yumşalma siyasəti başlayır. Məncə, məsələlərə belə yanaşmaq daha doğru olar”. Ümid sədrinin fikrincə, sonda yayıma qadağa qoyulmayacaq: “Əgər Kremer də belə inamlı mövqe ifadə edirsə, hesab edirəm vəziyyət dəyişməyəcək”.Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə nəticə çıxarmaq üçün tələsməməyi məsləhət görür: “Gəlin gözləyək, görək nəticə necə olur? Həm ictimaiyyət, həm də Qərb ölkələri yayımın dayandırılmasını istəmir. Ancaq bu tərəfdən də AzTV-nin bəyanatı yayılıb. Bu mənada qəti fikir bildirmək olmur”. V.Quluzadə yayımın dayandırılmasını Azərbaycan üçün ziyanlı məsələ sayır: “Təcrübə onu göstərir ki, qadağaların xeyri olmur. Bizim üçün Sovet İttifaqı nümunə olmalıdır. Sovet İttifaqı qadağalar dövləti idi, ucdantutma hər şeyi qadağan edirdi. Eyni zamanda hər şeyi partiyanın xəttinə uyğunlaşdırırdı. Belə etdilər, nəticədə o boyda dövlət dağıldı. Qadağalar qeyri-konstruktiv və qeyri-produktiv yoldur. Əgər azad yayımlar dayandırılsa, ölkədə şayiələr artacaq. Onsuz da bu radiolar başqa formada yayılır”. |
43,266 | 22.11.2008 07:49 | Siyasət | SİYASİ PARTİYALAR İLHAM ƏLİYEVLƏ GÖRÜŞƏ RAZIDIR | Müsavat Partiyasının başqanı İsa Qəmbər bu məsələnin partiya Divanının son iclasında müzakirə olunduğunu xatırlatdı: “Mövqeyimizi bəyan etmişik ki, son vaxtlar işğal olunmuş torpaqlarımız ətrafında danışıqların və ümumiyyətlə, prosesin intensivləşdiyi göz qabağındadır. Bununla bağlı biz hakimiyyətdən tələb etmişik ki, ictimaiyyəti məlumatlandırsın. Eyni zamanda parlamentdəki deputat qrupumuza tövsiyə etmişik ki, Milli Məclisdə bu mövzuda müzakirələrin keçirilməsi ilə bağlı məsələ qaldırsınlar. Bu baxımdan bizim məsələyə yanaşmamız göz qabağındadır”. İsa Qəmbər onu da qeyd etdi ki, Ermənistanda belə bir görüşün keçirilməsi ilk dəfə deyil: “Orada hakimiyyətdə olan qüvvə gah müxalifət partiyalarının liderləri, gah parlament fraksiyalarının rəhbərləri ilə görüşdə, gah da parlamentdə qapalı dinləmələrdə bu məsələ ilə bağlı öz ictimaiyyətlərini, xalqlarını müxtəlif kanallarla məlumatlandırırlar. Son görüş haqqında məlumatları da izlədik və bu, həmin tendensiyanın davamı kimi qiymətləndirilə bilər. Ancaq eyni zamanda aydındır ki, 50-dən artıq partiyanın nümayəndəsinin bir yerə yığışıb məsələni bir neçə saat ərzində müzakirə etməsi o qədər də səmərəli yol hesab oluna bilməz. Aydın məsələdir ki, Ermənistanda 50-dən artıq nüfuzlu siyasi qüvvə yoxdur. Orda üç-beş nüfuzlu siyasi qüvvə ola bilər. Bu baxımdan belə bir görüş imitasiya xarakteri daşımırsa, doğrudan da aparıcı siyasi qüvvələrin məlumatlandırılması xarakteri daşıyırsa, onda burda 50-dən çox partiyanın iştirakına ehtiyac olmazdı”.Azərbaycana gəldikdə, Müsavat başqanı bildirdi ki, hakimiyyət belə bir görüşə təşəbbüs göstərsə, Müsavat Partiyası ona diqqətlə yanaşacaq: “Təbii ki, biz o məqamlara da diqqət edəcəyik ki, bu, həqiqətən hakimiyyətin ölkənin aparıcı siyasi qüvvələri ilə məsləhətləşmək təşəbbüsüdür, yoxsa 50-60 partiyanı bir araya yığıb hansısa bir imitasion tədbir keçirmək məqsədi güdür. İstənilən halda biz Qarabağ məsələsi kimi ümummilli bir məsələdə bütün siyasi qüvvələrin vahid mövqedən çıxış etməsinin tərəfdarıyıq". Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirdi ki, əgər belə bir görüş təşkil olunsa, məmuniyyətlə iştirak edər: “Hesab edirəm ki, əslində bu addım çox vacibdir. Ona görə ki, Dağlıq Qarabağ və ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü məsələsi təkcə iqtidarın problemi deyil. Heç məsuliyyət də iqtidarın deyil və təkbaşına iqtidarın qərar qəbul etmək səlahiyyəti də yoxdur. Təbii ki, iqtidar əsaslandıra bilər ki, sonda Konstitusiyanın tələblərinə uyğun olaraq bizə verilən səlahiyyət çərçivəsində davranacağıq. Amma bu səlahiyyət çərçivəsində davranışa qədər elə bir mühit formalaşdırılmalıdır ki, qəbul edilən qərarlar Azərbaycan xalqının mənafeyinə uyğun və tərəflərin hamısını, Azərbaycan cəmiyyətinin bütün təbəqələrini qane edən addımlar olsun. Qaneedən addımın olması üçünsə əvvəlcədən məsləhətləşmələr hökmən aparılmalıdır”. İ.Ağazadə qeyd etdi ki, dövlətlərdə daxili balanslaşdırılmış siyasət anlayışı var və Ermənistan buna çox ciddi riayət edir: “Ermənistan hakimiyyətinin müxalifətlə görüşündən sonra mənim gəldiyim ilk qənaət budur ki, Ermənistan indiyə qədərki mövqeyindən geri çəkiləcək. Geri çəkilməyinin tək səbəbi də bu olacaq: Sərkisyan bəyan edəcək ki, müxalifət və parlament mənə təzyiq edir. Məsuliyyəti artıq onların üzərinə qoyacaq. Azərbaycanda isə daxili balanslaşdırma anlayışı yoxdur. Ən azı ümummilli məsələlərdə bu, olmalıdır. Heç olmasa parlament fərqli mövqe ifadə etməlidir, müxalifətin bir qismi ayrı mövqe sərgiləməlidir. Nəticə etibarilə iqtidar danışıqlarda iştirak edən tərəf kimi manevr imkanları əldə etməlidir. Mahiyyət etibarilə hətta danışıqları davam etdirsə belə, qeyd etməlidir ki, mən bütün məsuliyyəti öz üzərimə götürüb bu addımlara ona görə gedirəm ki, problem həll olunsun. Amma görürsünüz Milli Məclis, müxalifətin böyük bir hissəsi, bütövlükdə xalq bunun əleyhinədir. Buna gediriksə, siz də bizim marağımızı nəzərə almalısınız. Amma iqtidar nə edir? Deyir ki, hər şey mənim çubuğumla idarə olunur, mənimlə razılaşın, istənilən məsələni onsuz da razılaşdıracağam. Bu da mahiyyət etibarilə yekunda onun mövqeyindən geri çəkilməsinə səbəb olan addımların atılmasına rəvac verir, proseslərdə təklənməsinə gətirib çıxarır. Ermənistan qədərmi bizim ağlımız işləmir ki, balansı, həllolunma prosesində məsuliyyəti paylaşa bilək və bu şəkildə Azərbaycan xalqının mənafeyinin qorunmasına xidmət edək?”ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, onsuz da bu cür məsələlərin həllində beynəlxalq ictimaiyyət mütləq ölkədəki bütün siyasi qüvvələrin konsensusunu tələb edir: “Danışıqlarda hansısa nəticə əldə olunsa da, daxildə konsensus əldə olunmasa, heç kim mövcud şərtlər əsasında müqavilənin imzalanmasına razılıq verməyəcək”. ADP sədri bildirdi ki, görünür yaxın müddətdə problemin həlli optimal deyil: “Elə həll prosesi gözlənilmədiyi üçün müxalifət qüvvələri ilə görüş keçirilmir”. S.Cəlaloğlu İ.Əliyevin belə bir təşəbbüslə çıxış edəcəyi təqdirdə görüşə qatılacağını bildirdi: “Azərbaycanda milli problemlərin həllində ADP iqtidarla əməkdaşlığa hazırdır. Bu, bizim yeni siyasi kursumuzun tələbindən doğur və yeni siyasi kursumuzun mahiyyəti bundan ibarətdir”. |
43,267 | 22.11.2008 07:00 | Yazarlar | HAKİMİYYƏT ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜ TANIYIRSA | Görünür, o üzdən eks-prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi ana müxalifət tədbiri boykot etməli oldu. Halbuki qonşu ölkədə Qarabağ məsələsinə yanaşmada ciddi fikir ayrılığı yoxdur. Hər halda erməni siyasi qüvvələri rəsmi İrəvanın danışıqlarda 10 ildən çoxdur irəli sürdüyü 3 məlum şərti dəstəkləyir, referendum ideyasının əksini tapdığı “Madrid sənədi”nə etiraz etmirlər (O “Madrid sənədi” ki, Bakının təriflədiyi Moskva bəyannaməsində ona istinad var).Yanaşmada fərqlər yalnız texniki nüanslarla bağlıdır. Məsələn, erməni radikalları bölgənin müstəqilliyi müqabilində Azərbaycana 5 rayonun qaytarılmasını da çox görürlər və referendumun ən qısa zamanda keçirilməsində israr edirlər; Laçını, Kəlbəcəri azad etməyi ağıllarına belə gətirmirlər. Ən radikalları və daşnaklar isə DQ-nin müstəqilliyindən öncə keçmiş Şaumyan (kənd) rayonunun qaytarılması məsələsini qoyur, referendumsuz-filansız qondarma qurumun Azərbaycan tərəfindən tanınmasını tələb edirlər.Yəni elə təəssürat yaranır ki, Azərbaycan artıq separatçı bölgənin müstəqilliyini qəbul edib, status problemi həllini tapıb və indi də ikinci dərəcəli məsələlərə keçildiyi üçün ermənilər ilgilənməyə başlayıblar. Ayrı sözlə, qonşu ölkədə məsələ ətrafında cərəyan edən proseslər qətiyyən “saxta qurum müstəqil olsun, ya olmasın” ətrafında getmir, Vardan Oskanyanın da dediklərindən göründüyü kimi, “necə, nəyin müqabilində, nə vaxt olsun” ətrafında gedir.Əsl erməni bicliyidir ki, var. Məqsəd də təbii ki, azad dünyaya, qlobal güclərə, Rusiyaya Ermənistana təzyiqlərin effektsiz olması fikrini aşılamaq, erməni xalqının iradəsini göstərməkdir. Dağlıq Qarabağın müstəqilliyi müqabilində minimum güzəştə gedib maksimum dividend götürmək, imkan olsa “Bakı-Ceyhan”dan, “Nabukko”dan da pay qoparmaq, “Şaumyanı”, Bakı ermənilərini geri qaytarmaqdır.Qoyulan hədəfin, yəni danışıqlardan narazılıq görüntüsü yaratmağın naminə srağagün bir qrup ultramillətçi Ermənistan XİN-i qarşısında hətta etiraz piketi də keçirib. Guya Moskva bəyannaməsinə qondarma rejimin başçısının imza atmaması xəyanətmiş. Halbuki həmin sənəddə Azərbaycan öz üzərinə faktiki, müharibə etməmək öhdəliyi götürüb ki, bu daha əhəmiyyətli hadisədir və min təəssüf ki, yenə işğalçıların maraqlarına uyğundur. Yeri gəlmişkən, Ermənistanda son siyasi ajiotajın kökündə ola bilsin, həm də savaş olmayacağı sarıdan arxayınçılıq durur. Baş verənlərin həmçinin Azərbaycanda ictimai rəyi çaşdırmaq niyyəti güddüyü istisna deyil. Artıq effekt var: Bakı rəsmilərindən biri bizdə analoji toplantıya lüzum olmadığını söyləyib. Onun iddiasına görə, belə müzakirələr vaxtilə parlamentdə keçirilib və heç nəyi dəyişməyib. Amma artıq qeyd etdik ki, bu cür debatlar (qapalı olsun, yaxud açıq - fərqi yoxdur), nəyisə dəyişməkdən qat-qat çox, milli iradənin dünyaya nümayişi üçün vacibdir. Vahid mövqe, yekdil iradə isə indi ən çox bizə gərəkdir, təcavüzkara yox. Zira, aranlı-düzənli Qarabağı itirən, qarşımıza təslimçi həll modeli qoyulan bizik! Əfsus ki, Azərbaycan iqtidarı hələ də milləti əsassız şəkildə sakitləşdirməklə, “ərazi bütövlüyü tərkibində müstəqillik” kimi qorxulu, eyni zamanda absurd ideyanın təbliği ilə məşğuldur. Təsəvvür edin, yanğın qapımıza - Bakıya gəlib çatıb, amma hakimiyyət “təlaşa lüzum yoxdur” deyir. Niyə yoxdur? Daha nə baş verməlidir ki, iqtidar Azərbaycan xalqının da nizamlama prosesindən, bivec vasitəçilərdən narazı olduğunu nümayiş etdirsin?! Əgər hakimiyyət bunu bacarmırsa, “radikal müxalifətlə” ümummilli məsələdə belə, bir araya gəlməyi özünə sığışdırmırsa və “üzüyünün qaşından” ehtiyatlanırsa, barı ölkədə Qarabağ mövzusunda etiraz aksiyalarına mane olmasın. Heç olmasa, bircə piketə şərait yaratsın və orada bu cür plakatlar qaldırılsın: “Qarabağ ermənilərinə yalnız Ermənistandan qovulanlarla eyni, simmetrik status tanına bilər!”, “Heç bir müstəqillik, referendum söhbəti!!!”, “BMT qətnamələri ləğv edilməyib!”, “Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin qurulmasına dözməyəcək!”, “Nə vaxtdan terrorçular xalq adlanır?”, “Adı türk mənşəli olan ərazi erməniyə məxsus ola bilməz!” və s. Dünya da görsün ki, bu xalq yatmayıb, onun maraqlarını tut arağına satmaq qorxuludur. Milli iradədən söz düşmüşkən, bir neçə il öncə bu yöndə mükəmməl bir sənəd - “Qarabağ xartiyası” hazırlanmışdı. Həmin sənədi YAP-dan savayı siyasi partiyaların və ictimai təşkilatların hamısı, habelə müstəqil siyasətçilər imzaladı. O vaxtdan bu günədək bir sual açıq qalır: görəsən YAP Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı? Zahid SƏFƏROĞLU |
43,268 | 22.11.2008 07:03 | Yazarlar | BU GÜNƏ NECƏ GƏLDİK? | 20 il öncə eyni inamı və eyni hədəfi qəbul edən bir ictimai düşüncə modeli mövcud idi. Yuxarıda dediyimiz elə bu idi. Məhz bu paradiqma hər şeyi bəlirləyir, hər kəsi tənzimləyirdi. Heç olmazsa, çoxluğu öz təsirində saxlayırdı. Kütlə ilə elita arasında ictimai düşüncə konturları eyni idi. Şəhərlə kəndin ürəyi bir döyünürdü. Bütün ideologiyalar eyni sərhədlər içində idi. Müxtəlifliklər də birləşirdi.İndi bunsuz həmin liderlər, partiyalar nəticəyə vara bilmir, bütün fədakarlıqlar faydasız qalır, ictimai hədəflər uğrunda çalışmalar effekt vermir, hətta bir çox hallarda geriləmələr yaradır. Çünki həmin ictimai paradiqma mövcud deyil, onun böhranı gözə görünmədən getdi və bizi indiki duruma gətirdi.Təsəvvür edin ki, sizin sehrli üzüyünüz vardı, onun qaşını sürtən kimi bütün dostlarınız yığışıb səfərbər olurdu, amma bir gün üzüyü sürtməkdən yorulsanız da, dostlar yığışmır...Təsəvvür edin ki, biz hamımız Yer kürəsinin səth halında olduğunu düşünürdük, amma birdən-birə bu düşüncə böhranla üzləşir və hər gün daha çox adam Yerin kürə halında olması haqqında hiylə və şoulara qapılmağa başlayır. Baxmayaraq ki, bizdə proses tam tərsinə getdi, biz Yerin kürə şəklində olması fikrindən döndük...Biz necə səfərbər ola bilərik? Hərəmizin ağzından bir hava gəlir və bizi ayıran müxtəlifliklərə qarşı bizi birləşdirən ümumi konturlar, eyni model, eyni paradiqma yoxdur.Bizi ayıran səbəblərin olması qorxulu deyil, bizi birləşdirən səbəblərin və sərhədlərin modeli olan ictimai paradiqmanın olmaması təhlükəlidir. Bu gün həmin dövrdür. Ölkəmizin gələcəyinə inanmırıq, təbii ki, mübarizə aparmağı da faydalı saymırıq. Qazandığımız bir-birimizlə didişmə, dartışma, ağızbüzmələr, qarşılıqlı nifrət dalğası və hər cür etimadsızlıqlardır. İctimai paradiqma böhranı öz işini gördü. Sol da, sağ da böhran yaşadı. İndi yalnız həşəratlaşma inkişaf tapır və özünü yeni ictimai paradiqmaya çevirir. Ünlü bir ziyalı ilə sadə kəndli də eyni yaltaqlığı, eyni mütiliyi sərgiləyir.Qardaşlıq, dostluq, insanlıq, bərabərlik kimi dəyərlərlə yaşayan alman cəmiyyəti, Avropa faşizmə (həşəratlaşmanın başqa bir formasına) yuvarlanmadımı? Biz isə bu günə gəldik. Mən səbəblər üzərində də dayanmaq istərdim, bildiyim və bilmədiyim səbəbləri sadalayardım. Amma məqsədim bu deyil.Bu yazı ilə müxalifətin birliyi üzərində niyə çox əsdiyimi açmaq istəyindəyəm. Özlüyündə İsa Qəmbərin, Əli Kərimlinin, Lalə Şövkət xanımın, Eldar Namazovun dostluqları bizim nəyimizə lazımdır? Onların hər biri ilə özümüzün ən yaxşı münasibətlər qurmaq imkanımız var. Mən birləşmənin digər faydaları və üstünlükləri, siyasi çıxarları üzərində də dayanmayacağam. Bu haqda çox deyilib. Yalnız və yalnız əsl birliyin yeni ictimai paradiqmaya çevriləcəyinə inanmağım şəxsən məni birlik üzərində təkrar-təkrar dayanmağa sövq edir. Biz bir-birimizi qəbul etmək, bir yerdə olmaq, bir hədəfə çalışmaq nümunəsi vermək, bunu modelə, düşüncə və yanaşma konturlarına çevirmək və yaymaq məcburiyyətindəyik. Paradiqma elə bundan yaranır, bir adamın düşüncəsi və tərzi ilə yaranmır, onu çoxaltma üsulu ilə qururlar. Kimlərsə bunun bir nəzəri düşüncə olduğunu düşünürsə, yanılır. Kimlərsə buna inanmırsa, qoy parçalanmaqda, didişməkdə davam etsinlər.Xalq da bunu istəyir. O, eyni ictimai düşüncə modelini görmədikdə, onun içində olmadıqda qorxur, fərdlərə bölünüb çırpınır. Ən cəsur adamlar ən qorxaq adamlara çevrilir. Ən güclü liderlər ən aciz liderlərə çevrilir. Böyük təşkilatlarla kiçik təşkilatların fərqi olmur.Bir şeyi də bilməliyik ki, toplumu konfederativ ictimai birliyə çevirmədən xalqı ortada görməyəcəyik. İndiki hal vəziyyəti dəyişəcək lider və təşkilat da yetişdirməyəcək. Sadəcə, bir-birimizi yormaqda, söyməkdə və günahkarlar axtarmaqda davam edəcəyik. |
43,269 | 22.11.2008 08:48 | Gündəm | SƏRKİSYAN SİYASİ QÜVVƏLƏRİ SAKİTLƏŞDİRİB | Keçmiş xarici işlər naziri Vardan Oskanyan isə erməni telekanallarından birinə müsahibəsində deyib ki, prezidentin məqsədi cəmiyyətdə yaranan narahatlığı aradan qaldırmaq və siyasi qüvvələri sakitləşdirmək olub. Xəbər verildiyi kimi, Ermənistanda ilk dəfə Qarabağ məsələsi ilə bağlı prezident və siyasi qüvvələr arasında məsləhətləşmələr olub. Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifətin boykot etdiyi bu görüşdə 50-yə yaxın irili-xırdalı partiya və təşkilatların nümayəndələrinin iştirak etdiyi bildirlir.Oskanyan bu görüş şərh edərək deyib ki, onun fikrincə, prezident cəmiyyətə Qarabağ məsələsi ilə bağlı narahatlığa əsas olmadığını çatdırmaq istəyirdi. “O demək istəyirdi ki, heç kimin Qarabağı qaytarmaq niyyəti yoxdur, hesab edirəm ki, bu, dövlət başçısı tərəfindən müsbət addım idi”, - deyə Oskanyan bildirib. Keçmiş xarici işlər nazirinin sözlərinə görə, belə görüşün ilk dəfə təşkil olunmasına baxmayaraq hələlik ictimaiyyətin müzakirəsinə çıxarmaq üçün hazır sənəd yoxdur. Ona görə də prezident, xarici işlər naziri hələ çox iş görməlidir. Oskanyana görə, danışıqların bütün detallarını siyasi qüvvələrə açıqlamaq hələ tezdir. Bununla belə, bütün detalları açıqlanmadıqca narahatlıq üçün əsaslar da qalacaq: “Prezident həqiqətən Qarabağ məsələsinin həllini istəyir, o müharibə iştirakçısıdır və nəyin mümkün olduğunu yaxşı anlayır. Ona görə də məndə prezidentin milli maraqlara qarşı hansısa addıma gedə biləcəyi barədə şübhələr yoxdur”.Oskanyan deyib ki, Qarabağ məsələsini həll etmək istəyi həmişə olub. Lakin keçmiş hakimiyyətdə bu alınmayıb, çünki bu hakimiyyət özü üçün müəyyən etdiyi hədlərdən aşağı enməyib. Azərbaycan isə bu çərçivələr daxilində müəyyən olunmuş prinsiplərdən hansısa biri ətrafında razılığı gəlmək niyyətində olmayıb: “Lakin bu gün situasiya dəyişib. Rusiya-Gürcüstan münaqişəsi, yeni geosiyasi situasiya, Azərbaycan prezidentinin ikinci dəfə seçilməsi ola bilsin ki, Bakının güzəştə getməsi və Ermənistanın müəyyən etdiyi çərçivə daxilində razılaşma əldə etməsi üçün daha böyük imkan yaradır”. Keçmiş xarici işlər naziri onu da deyib ki, “Madrid sənədi” Ermənistan diplomatiyasının böyük nailiyyəti idi. Çünki bu sənəddə aydın şəkildə yazılıb ki, Dağlıq Qarabağ əhalisi öz müqəddəratını özü təyin etməlidir. Ona görə də bu sənəd bizim üçün qiymətlidir.Milli-Demokratik ittifaqın rəhbəri Vazgen Manukyan isə Sərkisyanla keçirilən görüşü şərh edərək deyib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması zamanı milli maraqlardan güzəştə getməyəcək. Onun sözlərinə görə, ölkəyə müharibədə işirak etmiş adamlar rəhbərlik edir və bu adamlar heç vaxt milli maraqlardan geri çəkilməz. “Mənim qənaətimcə bu münaqişənin həllli üçün hələ çox vaxt tələb olunacaq, ancaq ölkəyə rəhbərlik edən adamlar işi qələbəyədək aparmaqda qərarlıdır”. Ermənistan Demokratik partiyasının sədri Aram Sərkisyan da hesab edir ki, Serj Sərkisyan Qarabağ məsələsində hansısa ciddi güzəştlərə getmək və bununla da münaqişəni tezliklə həll etmək fikrində deyil: “Dövlət başçısı toplaşanları əmin edib ki, zərurət yaransa o, danışıqların detallarını siyasi partiyalara açıqlayacaq və ictimaiyyətin ümumi mövqeyini müəyyən etmək üçün onları müzakirələrə çıxaracaq”. Aram Sərkisyan onu da deyib ki, görüş zamanı Madrid sənədi ilə bağlı ətraflı müzakirələr olub. Onun sözlərinə görə, bu sənəddə əksini tapan bütün prinsiplər, o cümlədən ərazilər, Dağlıq Qarabğın statusu və sülhməramlı qüvvələrlə bağlı məqamlar tam aydın deyil: “Lakin prezidentin mənim suallarımla bağlı verdiyi izahatları qaneedici saymaq olar”.Qeyd edək ki, Ermənistan prezidenti Moskva bəyənnaməsinin imzalanmasından sonra müxalifətin tənqidləri ilə üzləşib. Müxalifət onu güzəştlərdə və xəyanətdə ittiham edib. Dağlıq Qarabağ separatçıları da Sərkisyanın apardığı danışıqlardan tam məmnun deyil. Onlar hesab edir ki, danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakı təmin olunmalıydı. |
43,270 | 22.11.2008 08:04 | Ölkə | PROKURORLUQ BEYNƏLXALQ UNİVERSİTETDƏ YOXLAMALARA BAŞLADI | Universitetdəki mənbəmizin rəyinə görə, yoxlamalar rektor Elşad Abdullayevin həbsi ilə nəticələnə bilər: “Ortada o qədər ciddi yeyinti faktı, qanun pozuntusu var ki, Elşad müəllimin bütün bunların altından necə çıxacağı ciddi sual yaradır. Ya onun külli miqdarda pulunu alıb vəzifədən çıxaracaqlar, ya da həm pulunu, həm azadlığını, həm də universitetini əlindən alacaqlar”.Bu arada qeyd edək ki, ABU rektorunun əsas rəqiblərindən biri də elə təhsil naziri Misir Mərdanovdur. Nazir son aylar E.Abdullayev və onun rəhbərlik etdiyi təhsil müəssisəsi haqda mediada ciddi ittihamlar səsləndirib. Bir neçə ay öncə isə M.Mərdanov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Elşad Abdullayev itib, onu tapa bilmir. Bunun ardınca mətbuatda ABU rektorunun itkin düşdüyü, ölkədən qaçdığı barədə silsilə yazılar dərc olundu. Əslində Misir müəllim bircə açıqlama ilə rektoru medianın hədəfinə çıxardı. Nazirin rektora qarşı bu cür mövqe seçməsi isə onunla əsaslandırılırdı ki, M.Mərdanov ABU-nu öz nəzarətinə keçirmək istəyir6 lain Elşad Abdullayev onun bu niyyətinə maneçilik törədir. Bu məqamı boşuna xatırlatmadıq. Belə ki, mənbəmizin bildirdiyinə görə, Elşad Abdullayev prokurorluq işçilərinin universitetdəki qanun pozuntuları, xüsusilə də testdən kənar qəbul və saxta diplom məsələləri ilə bağlı suallarına cavab verərkən bildirib ki, bu işləri özbaşına görməyib. Rektor prosesdən Misir Mərdanovun xəbərdar olduğunu söyləyib. Və bununla da bütün məsuliyyəti nazirin üzərinə atmaq istəyib.Əldə etdiyimiz məlumatlarda bildirilir ki, rektorun bu açıqlamaları Misir Mərdanov üçün yaxşı bir şey vəd etmir. Təhsil nazirliyindəki mənbəmiz isə dedi ki, nazir rektorun əlində onun əleyhinə kompromat olduğundan ciddi təşviş keçirir. Dünən axşam saatlarında Elşad Abdullayevlə telefon əlaqəsi saxlamağa çalışsaq da cəhdlərimiz baş tutmadı. Mövzunu davam etdirəcəyik. |
43,271 | 22.11.2008 07:06 | Ölkə | “FÖVQƏLNAZİR”in İŞDƏN ÇIXARTDIĞI GENERAL HAQDA SON MƏLUMATLAR | Orada göstərilirdi ki, general Hüseynov vaxtı ilə Kəmaləddin Heydərovun ən yaxın adamlarından sayılıb. 2006-cı ildə nazirlik yarananda onu işə Heydərov şəxsən özü dəvət edib. Bir neçə ay əvvəl isə E.Hüseynova general-mayor rütbəsi verdirib. Mənbəmizin dediyinə görə, nazirlə müavinin münasibəti o dərəcədə yaxşı olub ki, K.Heydərovun ən dar dairədə təşkil etdiyi məclislərdə Etibar Hüseynov əksər vaxtlar iştirak edirmiş. Onların arasının dəyməsinə isə başqa məsələ səbəb olub. Bir müddət əvvəl “fövqəlnazir”ə çatdırılıb ki, özünə yaxın bildiyi general-mayor Etibar Hüseynov ən dar məclislərdə, yığıncaqlarda öz şefinin söhbətlərini, danışıqlarını yazaraq onları K.Heydərovun iqtidardakı rəqiblərinə çatdırırmış. Bundan xəbər tutan Kəmaləddin Heydərov əvvəlcə E. Hüseynovu tənbeh edib, sonra isə tutduğu vəzifədən kənarlaşdıraraq, rütbəsinə uyğun olmayan çox kiçik vəzifəyə keçirib.Dünən general-mayor Etibar Hüseynovla bağlı bəzi özəl məlumatlar almışıq. Gələn xəbərlərə görə, E.Hüseynov respublikanın baş hərbi komissarı general-leytenant Əliağa Hüseynovun yaxın qohumudur. Ə.Hüseynov nəqliyyat naziri Ziya Məmmədovla quda olmaqla bərabər, “fövqəlnazir” Kəmaləddin Heydərovla da bərk dostdur. Məhz bu dostluq E.Hüseynovun FHN-də yüksək post tutmasına səbəb olub. Amma general-mayorun özü bir vaxtlar iki dəfə bu və ya digər səbəblərə görə, tutduğu müxtəlif mühüm vəzifələrdən uzaqlaşdırılıb. AXC hakimiyyəti dövründə o, rayonlardan birinin hərbi komissarı olub. Amma işində yol verdiyi nöqsanlara görə, vəzifəsindən azad edilib. Heydər Əliyevin hakimiyyəti dönəmində Gədəbəy rayonu ərazisindəki hərbi birləşmələrin birində alay komandiri vəzifəsində çalışıb. Orada da işində yol verdiyi nöqsanlara görə aşağı vəzifəyə keçirilib. 2006-cı ildə Fövqəladə Hallar Nazirliyi yaradılarkən Kəmaləddin Heydərov onu da nazirliyə işə götürüb, özü də polkovnik-leytenant rütbəsi ilə. Amma bir qədər keçmiş ona polkovnik rütbəsi verilib. Bir neçə ay əvvəl isə o, general-mayor rütbəsi alıb. General Etibar Hüseynovu yaxından tanıyan şəxslər onun K.Heydərova münasibətdə dönüklük etməsinə inana bilmirlər: “O, hər şeyini Heydərova borcludur. Onun bu cür davranışının əsas səbəbini axtarmaq lazımdır. Adi halda heç vaxt belə hərəkətə yol verməməliydi...”Vurulmuş generalın müxalifət düşərgəsinin önəmli şəxsləri arasında tələbə yoldaşları da var. Mövzuya qayıdacağıq. |
43,272 | 22.11.2008 08:03 | Ölkə | SOMALİ QULDURLARINDAN QURTULAN HƏMYERLİMİZİN HEKAYƏTİ | “Həmin vaxt Türkiyə gəmisində işləyirdim. Rumınıyadan Hindistana - Kəlküttəyə ağac aparırdıq. Çox da böyük gəmi deyildi. Hava küləkli olduğundan yarıyoldan geri qayıtmalı, az sonra isə dayanmalı olduq. Biz bilirdik ki, bura Somali sahilləridir. Durbinlə baxanda yalnız səhra gördük, heç bir ins-cins gözə dəymirdi. Narahatlıq yaradan bir şey görməyincə lövbəri atdıq. Bundan yarım saat sonra gördük ki, bortumuza içərisində 3 nəfər olan kiçik bir qayıq yaxınlaşdı. Fikirləşdik ki, balıqçı qayığıdır. Hətta bizim uşaqlar onlara tərəf acıqlanaraq qovdular da. Sonra hərə öz işiylə məşğul olmağa başladı. Kayutdaydım, birdən atəş səsi eşitdim. Düşündüm ki, yəqin kayutun yaxınlığındakı istirahət salonunda kinoya baxırlar, kinoda gələn səsdir. Birdən köməkçim kayuta girib, gəmiyə hücum olduğunu bildirdi. Çıxanda gördüm, gəmini təxminən 20-25 kiçik qayıq mühasirəyə alıb. Hər qayıqda 2-3 nəfər vardı. Vəziyyətin ciddi olduğunu bildim. Bizdə yalnız siqnal raketlərini atmaq üçün tapançalar var idi ki, o da silah sayılmırdı. Ancaq Somali quldurları müxtəlif odlu silahlarla silahlanmışdı. Gəminin kapitanı mənə zəng vuraraq dedi ki, mühərriki yandırmaq lazımdır, çünki bizə hücum ediblər. Bir də gördüm ki, gəminin burun tərəfindən 2-3 nəfər dırmaşıb. Göyərtədə üz-üzə gəldik. Lakin bizə yaxınlaşmağa cürət etmirdilər. Axı onlar bizdə silah olub-olmadığını bilmirdilər. Aşağı zəng vurdum ki, mühərriki işə salın. Onu da deyim ki, lövbəri yığmaq üçün istifadə etdiyimiz hidravlik motor köhnə olduğundan onu işə salarkən gəminin burun tərəfi güclü şəkildə titrəyirdi, silkələnirdi. Gəmidə quldurlar olduğundan lövbəri yığmağa gedə bilməzdik. Fikrimiz var idi ki, lövbər qala-qala gəmiyə sürət verək, bəlkə sürət hesabına gəmi lövbəri sürüyər, yaxud zənciri qırar. Yəni düşünürdük ki, ən azından gəmini yerindən tərpətməklə quldurları dağıda, gəmidən kənarlaşdıra bilərdik. Motoru işə salandan 2 dəqiqə sonra zəng gəldi. Məndən soruşdular sən neylədin ki, bunlar özlərini suya atdılar. Onlar yarımvəhşi insanlar idi. Səhrada yaşadıqlarından texnologiyadan da başları çıxmırdı. Sonradan aydınlaşdırdıq ki, gəminin burnunun titrəməsindən qorxaraq suya tullanıblar. Onların düşdüyünü görüb lövbəri yığmağa başladıq. 80-100 metr uzunluğunda zənciri yığınca lövbərin üzərində dairə vurduq. Gəmi dairə vurduqca təbii ki, ətrafda olan Somali quldurlarının qayıqlarını dağıtdı. Bununla da quldurlardan xilas olduq. Oradan Yəmənin Ədən körfəzinə gəldik”.Qeyd edək ki, Somali sahillərində dünya ticarətinə meydan oxuyan dəniz quldurlarına qarşı eyni vaxtda bir neçə istiqamətdən hərbi qüvvələr yeridilir. Hazırda 17-yədək gəmini girov saxlayan piratlara qarşı mübarizə üçün Hindistan Somali sahillərinə 16 raketlə və çoxlüləli avtomatik artelleriya qurğusu ilə silahlanmış esminets göndərməyi qərara alıb. Piratların meydan suladığı Ədən körfəzində Hindistan hərbi donanmasına aid freqa növbə çəkir, iki gün əvvəl o piratlara aid gəmini batırıb.Xarici kəşfiyyat məlumatlarına görə, hazırda Somali sahillərində dəniz quldurlarının 18 iri qruplaşması fəaliyyət göstərir. Onların sərəncamında 60-dan çox sürətli kater var. Quldurların girov götürdüyü ən iri gəmi isə Səudiyyə Ərəbustanına aid “Sirius Star” tankeridir. 2 milyon barel neftlə yüklənmiş tankerin buraxılması üçün 25 milyon dollar tələb edilir. Bu arada Rusiya da bölgəyə iri donanma qruplaşması göndərməyi qərara alıb.Qeyd edək ki, ABŞ-ın 5-ci donanmasının qüvvələri də Somali sahillərində növbə çəkir.Bu arada NATO hərbi komandanlığı da bölgəyə hərbi gəmilərin göndərilməsi haqda qərar verib. Somali sahillərində NATO-ya aid bir neçə gəmi olsa da, onlar indiyədək quldurların hücumlarının qarşısını ala bilməyiblər. Gələn ay isə Avropa Birliyi Böyük Britaniya dəniz qüvvələrinin rəhbərliyi altında Somali quldurlarına qarşı hərbi əməliyyat keçirməyə hazırlaşır. Bu məqsədlə bölgəyə bir neçə Avropa ölkəsindən donanma birlikləri yola salınıb. Yaxın şərqin bir neçə ərəb ölkəsinin nümayəndələri də Dubayda toplaşaraq dəniz quldurlarına qarşı mümkün birgə hərbi əməliyyat məsələsi ilə bağlı müzakirələr aparıblar. |
43,273 | 22.11.2008 07:09 | Media | NAZİM QULİYEVİN ARXASINDA KİM DURUR? | T.Rüstəmxanlı mətbuata verdiyi açıqlamalarında bildirib ki, oktyabrın 29-dan bugünədək N.Quliyevin həbs edilməməsi onlarda narahatlıq yaradır. Tənzilə xanım qeyd edib ki, N.Quliyevin arxasında PKK simpatizanları durur. Birlik sədri konkret ad çəkməsə də, söhbətin kimlərdən getdiyini təxmin etmək olar. Azərbaycanda kimisə həbsdən yayındıra bilmək əlbəttə, asan məsələ deyil. Bunu yalnız yüksək vəzifə sahibləri edə bilər. İndiyədək də N.Quliyev rəhbəri olduğu mətbu orqanlarda PKK-nı təbliğ edib, özünü isə general Bəylər Əyyubovun adamı kimi qələmə verib. Bizə çatan xəbərlərə görə, müəyyən məqamlarda o, B.Əyyubovun adından istifadə edərək niyyətlərinə nail olub. Maraqlısı odur ki, B.Əyyubov N.Quliyevin onun adından istifadə etməsinə indiyədək heç bir reaksiya verməyib. O da bəllidir ki, B.Əyyubovun adı dəfələrlə PKK simpatizanı kimi hallanıb. General indiyədək bunu təkzib etməyib. Bu məntiqlə təxmin etmək olar ki, N.Quliyevin arxasında dayanan qüvvələr kimlərdir. Doğurdanmı, B.Əyyubov N.Quliyev kimi bir adamı himayə edir? Bu istiqamətdə araşdırmalar apararkən çox maraqlı məlumatlar əldə etdik. Bizə məlumat verən mənbə bildirdi ki, hazıda N.Quliyevi açıq şəkildə kimsə himayə etmir: “Çünki bir qrup qadının prezidentə ünvanladığı məktubdan sonra ölkə başçısı bu məsələni şəxsən nəzarətdə saxlayır. Amma müəyyən dairələr - hansı ki, Nazim Quliyev onların adından istifadə edib, bu adamlara xoş gəlmək üçün PKK-nı və onun lideri Öcalanı təbliğ edib - onu həbsdən yayındıra bilirlər. Əslində, onların məqsədi Nazim Quliyevi müdafiə etmək deyil. Sadəcə, Nazim bu qüvvələrin fəaliyyətinə dair bir çox məlumatlara malikdir. Ehtiyat edilir ki, Nazim Quliyev ələ keçərsə, bu məlumatları ondan alacaqlar. Bu nöqteyi-nəzərdən onun ölüm xəbərinin yayılması da təsadüfi deyil. Hələ bu inandırıcı deyil, amma mümkündür. Nazim Quliyevi himayə edən qüvvələr özlərinin taleyini düşünərək onu aradan götürə bilərlər”.Başqa bir mənbədən isə dəqiqləşdirə bilmədiyiz bir məlumat eşitdik. Qeyri-rəsmi xəbərə görə, Nazim Quliyev artıq ölkə xaricindədir. Onun PKK-nı təbliğ edən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanovun köməkliyi ilə gizli yolla ölkədən çıxarıldığı bildirilir. Ehtimal edilir ki, T.Süleymanov onu sıx əladə olduğu İraqa qaçıra bilər. Dünən isə internet saytlarında xəbər yayıldı ki, polis indiyədək N.Quliyevin bir neçə qohumunu saxlayıb. Onların hansı ittihamlarla tutulduğu bilinməsə də, Daxili İşlər Nazirliyinin N.Quliyevi həbs etməkdə maraqlı olduğu göz önündədir. N.Quliyevə 182.2.4 maddəsilə də ittiham irəli sürülüb. |
43,274 | 22.11.2008 07:20 | Kriminal | AZƏRBAYCANLI ƏKİZ BACILAR TÜRKİYƏDƏ YOL QƏZASINA DÜŞDÜLƏR | Qeyd edək ki, 1977-ci ildə Bakıda doğulan Nigar və Həcər bacıları orta təhsillərini Türkiyə paytaxtındakı Qazi Anadolu liseyində tamamlayıblar. Əkizlər 1998-ci ildə Ankaradakı Qazi Universitetinin hüquq fakültəsinə daxil olublar və 2002-ci ildə ali məktəbi bitiriblər. Hər ikisi 2004-cü ildə Ankara Vəkillər Kollegiyasına qəbul edilərək vəkil kimi fəaliyyətə başlayıblar. YOL QƏZALARINDA 3 NƏFƏR ÖLDÜŞəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən aldığımız məlumata görə, noyabrın 20-də saat 15:20 radələrində Şəki şəhərinin Qarasu kəndində, Şuşa rayon sakini Cavid Quliyevin idarə etdiyi “VAZ-2106" markalı və Şəki şəhər sakini Eldar Ramazanovun idarə etdiyi ”VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə E.Ramazanovun sərnişini, anası Şəfiqə hadisə yerində ölüb. *** Həmin gün Kürdəmir rayonu ərazisində, İmişli rayon sakini Əziz Ələkbərov “VAZ-2106" markalı avtomaşını idarə edərkən Atakişili kənd sakini Nüsrət Mustafayevi vurub. N.Mustafayev aldığı xəsarətdən hadisə yerində keçinib. *** Noyabrın 20-də saat 21:50 radələrində Əmircan qəsəbəsi E. Həsənov küçəsində 1964-cü il təvəllüdlü Aslan Alim oğlu Əliyev idarə etdiyi “Mercedes 230" markalı avtomaşınla Emin Oqtay oğlu Qasımovu və Məhəmməd Bəxtiyar oğlu Salahovu vurub (lent.az). Nəticədə hər iki şəxs xəstəxanaya çatdırılıb, E. Qasımov aldığı xəsarət nəticəsində orada ölüb. |
43,275 | 22.11.2008 07:21 | Yazarlar | SIRAMIZDAN SEÇİLƏNLƏR | Bir ortaq ağrı da var. Onun özəyində indi üzləşdiyimiz yaşam tərzi, hər günümüzə yük olan qayğılar durur. Bir vaxtlar yeni dünya qurmaq istəyi ilə yaşayanlar çox asanlıqla mövqeləri əldən verdilər. Daha səriştəli köhnələrin yenilik arzulayanlar üzərində səssiz qələbəsi baş tutdu. Qurtulmaq istədiyimiz keçmiş daha ifrat formada bizi axarına aldı. İndi dönə-dönə özümüzə sual veririk: 25-30 il əvvəlkindən fərqli bir həyat yaşayırıqmı? Rüşvət daha pis formada, məmur özbaşınalığı daha amansız bir şəkildə təkrarlanır. Yenə də kağız üzərində inkişaf görüntüsü yaradılır və bu yalana qarşı durmağa insanlar özündə güc duymurlar.“Xalq qəzeti”nin baş redaktoru işlədiyim dönəmlərdə mənimlə yaşıd olan, məmur ierarxiyasında ikinci, üçüncü sırada dayananlarla baş-başa verib dərdləşir, pis saydığımıza qarşı ortaq mövqeyə gəlməyə çalışırdıq. Di gəl ki, bizə əmr verənlərin qarşısında bir az öncə dediklərimiz unudulur, könlümüzcə olmayan işin icraçısına çevrilirdik. Bax beləcə indi yaşadığımız bu əcaib, heç bir forması, məzmunu olmayan həyatın atributları formalaşırdı. İndi 20 il keçir, demokratiya sözündən savayı bu dəyəri anladacaq heç nəyin şahidi olmuruq.Bizim yaşıdımız olan kəs bütün etik normaları tapdayıb, özündən 20 yaş böyük olan, elə bir o qədər də yüksək nüfüza sahib olana “qələt edib, başını da daşın yekəsinə döyüb” deyərək cəmiyyətdə söz sahibi olduğuna iddia edirsə bu, bütöv bir nəslin ortaq faciəsidir. Adam heç cür inana bilmir, rüşvətin, məmur özbaşınalığının bütün fəsadları ilə üz-üzə qaldığımız bir zamanda “bunu Azərbaycan xalqı üçün böyük təhlükə” sayan tapıla. Özü də bu adam alim adına iddia edə-edə, zooloci bir instinktdən ? yeyib-içməkdən həzz aldığını gizlətmir. Görünür, öz predmetinə zooloci yanaşma, həm də həmin şəxsin həyat tərzidir. Siyasi düşərgəni birdən-birə 180 dərəcə dəyişib, sonra da belə təəssübkeşə çevrilənlər bir çox faciələrimizin üstünə işıq salırlar. Elə mədəniyyətimizdə, ədəbiyyatımızda da hakimiyyətə yarına-yarına zooloci tələbatın ödəyənlərin sırasının gündən-günə artır.90-cı illərin sonunda öz doğma elinə ? Sədərəyə gedən bir əməkdaşımız səfər təəssüratlarını yazmışdı. Blokada şəraitində yaşayan Naxçıvanın bütün çətinliklərə dözdüyü, aradan qaldırılması mümkün olan məsələrin isə diqqətdən kənarda qaldığı qeyd edilmişdi. O yazıda tənqidə oxşayan ikicə cümlə var idi: “Çiçəyini tökən gilasların, əriklərin, şaftalıların susuzluqdan meyvələri üstündə qurumuşdu. İki-üç kilometr aralıda axan Arazdan gələn su xəttinin bərpa edilməsi isə heç kimin yadına düşmür.” Qəzetin baş redaktoru kimi onda keçirdiyim hissləri hələ də unuda bilmirəm. Muxtar respublikanın baş naziri Bakıya uçub gəldi, prezident aparatında baş prokurordan tutmuş, ali məhkəmə sədrinə qədər bütün səlahiyyətlilərin iştirakı ilə təcili müşavirə çağırıldı. Hamı mənim buraxdığım “böyük səhvlə” bağlı iradlarını bildirirdi. Axırda yekun rəyə gəldilər ki, son xəbərdarlıq elan edilsin. Yalnız onda Ali Məhkəmənin sədri olan S. Həsənovanın son sözü bir az yumşaqlıq yaratdı: “Doğrudan da Sədərək susuzluqdan yanar.” Elə oradaca Sədərəyə su çəkməklə bağlı lazım olan vəsaitin ayrılması üçün Naxçıvanın baş nazirinə tapşırıq verildi. Mən töhmət aldım, əvəzində Sədərəyə su çəkildi.Məni ən çox dəhşətə gətirən heç bu da olmadı. Bir gün sonra Vasif Talıbovun köməkçisi işləyən, 16 ildən bəri üzünü görmədiyim tələbə yoldaşım da Bakıya uçub gəldi. O, qrupumuzda yaxşı oxuyan, savadlı, dərrakəli bir insan idi. Tələbəlik illərində yaxın ünsiyyətimiz varıydı. İndi isə qarşımda tamam başqa bir insan dayanmışdı. V. Talıbovun dahi bir insan olduğu, onun əvəzedilməzliyi haqda uzun-uzadı danışdı. O cür savadlı, daim doğruluq tərəfində duran insanın belə bir çevrilməsi məni dəhşətə gətirmişdi.Bax beləcə, öz sıramızdan seçilənlər öz müsibətlərimizin yaradıcısı oldular. |
43,276 | 22.11.2008 07:04 | Gündəm | VARDAN OSKANYAN SİYASƏTƏ QAYIDIR | Mən bunun zəruriliyini hiss edirəm və uyğun zaman gələn kimi siyasətə dönəcəyəm" deyə o bildirib. Oskanyan əlavə edib ki, siyasi partiya formalaşdırmaq, yaxud başqa formada siyasətə qayıtmaq haqda hələ müzakirələr aparır. O, Ermənistanda hakimiyyətlə müxalifət arasında sağlam olmayan mühit hökm sürdüyünü deyib. Oskanyan bildirib ki, cəmiyyətdə müxalifətin barəsində yanlış fikir formalaşıb və bu, ötən hakimiyyətin 10 ildə buraxdığı səhv idi. “Müxalifət dövlətin qarşısında duran vəzifələrin həllinə kömək edə bilən qüvvə olmalıdır, hakimiyyət isə müxalifəti təkcə hakimiyyəti ələ keçirə bilən təhlükə kimi görməli deyil”. Oskanyan əlavə edib ki, ölkədəki siyasi vəziyyəti izləyir və məsləhətləşmələr aparır. O , yeni ideyalar formalaşdırdığını deyib. Oskanyan bildirib ki, vaxtı gələndə komanda formalaşdıracaq. Keçmiş xarici işlər naziri eks-prezident Robert Köçəryanla siyasi müstəvidə heç bir təmaslarının olmadığını da deyib. Onun bildirdiyinə görə, postlarını təhvil verəndən sonra Köçəryanla görüşləri olub: “Biz situasiyanı analiz etmişk, lakin bu zaman mənim siyasi fəaliyyətimlə bağlı müzakirə olmayıb. Prezident hələ istirahət edir, hələ qərar verməyib ki, nə işlə məşğul olacaq. Mən isə artıq qərara almışam”. |
43,277 | 22.11.2008 07:23 | Gündəm | İTALİYA QƏZETİNƏ AZƏRBAYCANLA BAĞLI ÇƏTİN SUAL | Qəzetin yazdığına görə, oxuculardan biri Azərbaycanda bu yaxınlarda keçirilən prezident seçkilərindən bəhs edərək yazır ki, müxalifətin boykot etdiyi bu seçkilərdə İlham Əliyev 90 faiz səslə qalib gəlib. Lakin ABŞ administrasiyası seçkilərin nəticələrindən məmunluğunu ifadə edib: “Bəyəm avtoritar rejimi ancaq onun strateji baxımdan faydalı olmasına görə dəstəkləmək ədalətlidirmi? Biz avropalılar bu cür ”demokratiyanı" dəstəkləyən Amerikaya necə etibar edə bilərik?" İkinci oxucu isə hələ sovet dövründə olduğu Ermənistandakı situasiya ilə maraqlanır. Bildirilir ki, onun eşitdiyinə görə, son vaxtlar bu ölkədə müəyyən dəyişikliklər baş verir, Türkiyə ilə sərhədlərin açılması, Azərbaycanla münaqişənin həll edilməsi istiqamətində işlər gedir. S.Romano qeyd edir ki, hər iki məktubun Azərbaycan və onun böyük dövlətlərlə münasibətlərinə dəxli var.S.Romano oxuculara cavab olaraq yazıb ki, onun mövqeyinə görə, Buş administdasiyasının Azərbaycandakı seçkilərə bu cür laqeyd yanaşması ancaq onun Gürcüstan və digər Qafqaz respublikalarında demokratiyanın müdafiəsi ilə bağlı qaldırdığı həyəcan siqnalına inananları təəccübləndirə bilər. “Neft və strateji maraqlara görə Birləşmiş Ştatlar Qafqazda öz nüfuzunu genişləndirmək istəyir. Lakin Qafqazın neft mərkəzi Azərbaycan və onun paytaxtı Bakıdır. Məhz buna görə vitse-prezident Dik Çeyni Gürcüstan və Ukraynaya səfərinin ilk dayanacağı kimi Bakını seçib. Aydındır ki, o Azərbaycanın açıq şəkildə Amerikanın yanında yer almasın istəyirdi”.Lakin italiyalı siyasi şərhçi qeyd edir ki, bu yaxınlarda Moskvada Dağlıq Qarabağ münaqişəsinə dair imzalanan bəyannamə aydın şəkildə göstərib ki, prezident İlham Əliyev heç də kiminsə tərəfində yer almaq fikrində deyil. Serjio Romano hesab edir ki, Qarabağ danışıqları buna bariz sübutdur. Daha sonra müəllif bu münaqişənin tarixçəsi haqda arayış verir. O yazır ki, hazırda Rusiyanın sayəsində Ermənistanla Azərbaycan sülh razılaşmasını imzalamaq ərəfəsindədir. Bu razılaşmaya görə Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq, lakin geniş muxtariyyət əldə edəcək. Bundan əlavə, bölgə əsasən Bakının qoyduğu investisiya sayəsində bərpa olunacaq. Romano hesab edir ki, bu anlaşma Gürcüstabn ətrafındakı münaqişənin təsiridir. ABŞ Rusiyanın Gürcüstana müdaxiləsinə qarşı çıxanda azərbaycanlılar başa düşdülər ki, Ermənistanla danışıqları Rusiyanın rəhbərliyi altında aparmaq daha məqbuldur. “Onlar Çeyniyə səmimi qəbul təşkil etdilər, ancaq işarə etdilər ki, Qafqaz Vaşinqtona yox, Moskvaya daha yaxındır”. |
43,278 | 22.11.2008 07:25 | Dünya | AMERİKANIN BAŞ PROKURORU BUŞU TƏRİFLƏYƏN YERDƏ HUŞUNU İTİRDİ | Onun çıxışının başlamasındna 15-20 dəqiqə sonra baş prokuror qəfildən boğulub, nəfəs ala bilməyib və əsərək yerə yıxılıb. Zalda olan həkim dərhal ona ilk tibbi yardım göstərməyə çalışıb.Daha sonra Mukasey xəstəxanaya aparılıb. Şahidlər deyiblər ki, xəstəxanaya aparılarkən 67 yaşlı baş prokurorun huşu özündə olub. Onun səhhəti ilə bağlı məlumat verilmir, bildirilir ki, Mukaseyin vəziyyəti stabildir və həkim nəzarətindədir. Administrasiya baş prokurorun səhhəti ilə bağlı ətraflı məlumat olan kimi ictimaiyyətə açıqlanacağını bildirib. İnsidentlə balı prezident Corc Buş məlumatlandırılıb. Ağ Evin rəsmi nümayəndəsi Skott Stanzel deyib ki, prezident nazirin tezliklə sağalmasını və işə çıxmasını arzu edir. Mukasey ötən il bu vəzifəyə təyin olunub. Ədliyyə naziri postunda o Buşun yaxın dostu Alberto Qonsalesi əvəz edib. Qonsales barəsində üzə çıxan qalmaqallardan sonra istefa verməli olmuşdu. |
43,279 | 22.11.2008 07:27 | Gündəm | ZAHİD ORUC MİLLİ MƏCLİSDƏ QARABAĞ DİNLƏMƏLƏRİNƏ EHTİYAC GÖRMÜR | Bir çox hakimiyyət təmsilçilərinə, iqtidaryönlü siyasətçilərlə müqayisədə nisbətən konstruktivlik nümayiş etdirən Milli Məclisin təhlükəsizlik daimi komissiyasının üzvü deputat Zahid Oruc hesab edir ki, həqiqətən, Qarabağ danışıqlarında Azərbaycanın mövqeyinin daha da güclü olması üçün siyasi mövqeyindən asılı olmayaraq bütün qüvvələrin, ictimaiyyətin Qarabağ məsələsində vahid mövqedə olması zəruridir: “İctimaiyyətin müxtəlif spektrlərində müzakirələr indi də keçirilir. Bu cür müzakirələr Azərbaycanda Qarabağ məsələsi ilə bağlı cəmiyyətdə olan yekdilliyin güclənməsinə təkan verir. Ona görə də cəmiyyətdə Qarabağ məsələsi ilə bağlı dialoqun olmasını müsbət hesab edirəm. Mənim ”Yeni Müsavat"ın srağagünkü sayında da bu mövzuda fikirlərim dərc olunub. Ancaq indi səsləndirdiyim fikirlərim mənim Milli Məclisdə Qarabağ dinləmələri keçirilməsinə ehtiyac duyduğum kimi başa düşülüb və elə də dərc edilib. Əslində isə mən hesab edirəm ki, bu gün parlamentdə Qarabağ dinləmələri keçirilməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, normal ideyaların, modellərin, strategiyaların ortaya gəlməsi üçün hakimiyyətli müxalifətli bütün siyasi qüvvələrin ictimai dialoqunun ziyanı yoxdur. Bu fikirlərim Milli Məclisdə Qarabağ dinləmələri keçirilməlidir kimi başa düşülməməlidir". |
43,280 | 22.11.2008 07:30 | İqtisadiyyat | ƏMANƏTLƏRİN AZALMASI NƏLƏRƏ SƏBƏB OLACAQ? | Qeyd edək ki, əhalinin banklardan əmanətlərini geri götürməsi əslində gözlənilən idi. Çünki dünya maliyyə böhranından sonra onsuz da zəif inkişaf edən Azərbaycanın kommersiya bankları əsas funksiyalarını yerinə yetirə bilmirlər. Digər tərəfdən Əmanətlərin Sığortalanması Fondu tərəfindən 6 minə qədər olan əmanətlər sığortalanır. Fond yalnız 2010-cu ildən sonra 8 min manatadək əmanətlərin sığortalanmasını həyata keçirəcək. Bundan əlavə Azərbaycanın heç də bütün bankları bu fondun üzvü deyillər. Bütün bunları nəzərə alan əmanətçilər banklara güvənməməyə başlayıblar.İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, oktyabr ayından başlayaraq kommersiya banklarına yerləşdirilən əmanətlərin həcmində azalamalar baş verəcəyi proqnozlaşdırılırdı: “Bank sektorundakı problemlər əhalinin əmanətlərini geri götürməsinə gətirib çıxarıb. Kommersiya bankları kredit verməkdən imtina edirsə, bir çox funksiyalarını yerinə yetirə bilmirsə, bu o deməkdir ki, əhalinin banklara yerləşdirdiyi əmanətlər də azalacaq. Bank sektorunda likvidlik problemi var. Kommersiya banklarının xarici maliyyə mənbələri sıradan çıxıb və onlar son illər aldıqları kreditləri qaytarmaqla məşğuldular. Belə ki, xarici borcların böyük qismi qısamüddətli olduğu üçün qlobal maliyyə böhranından sonra kommersiya banklarından həmin vəsaitləri geri ödəmək tələb edilir. Təbii, kommersiya bankları üçün həmin vəsaitləri geri ödəmək mənbəsi kimi daxili mənbələr çıxış edə bilərdi ki, bunlardan da biri əmanətlərin banklara yerləşdirilməsidir. Amma bank sektorunda problem varsa və bir sıra banklar nizamnamə kapitalını yerinə yetirə bilmirsə, kütləvi kredit verə bilmirlərsə, o halda əhalinin öz vəsaitlərini əmanət şəkilində banklarda yerləşdirəcəyinə inanmaq fantaziyadan başqa bir şey deyil. Əmanətlərin azalması bankların xarici borc öhdəliklərini yerinə yetirməsində problemlər yaradacaq”.“Əmanətlərin həcminin azalması bank sektorunun fəaliyyətinə neqativ təsir göstərir” deyən iqtisadçının sözlərinə görə, bu təsir digər sahələrə - istehsala, tikinti sektoruna keçib. O bildirir ki, əhalinin əmanətlərinin həcminin azalmasına yalnız bankların problemi kimi baxımaq lazım deyil. Bu dəyişmə bütövlükdə iqtisadiyyata neqativ təsir edir: “Əslində Milli Bank uçot stavkasını endirməklə bankların likvidliyini artırmağa çalışdı. Banklarda likvidlik probleminin yaranmasının səbəbi məhz elə Milli Bankın bahalı kredit siyasətinin nəticəsi idi”.Bank kapitalında nağd vəsaitlərin həcminin 4 faiz təşkil etdiyini vurğulayan iqtisadçı həmçinin bildirir ki, əmanətlərin yalnız 6 min manata qədər olan hissəsi sığortalanır: “Güman olunur ki, noyabrda əmanətlərin yerləşdirilməsi baxımından izafi rəqəm elan ediləcək. Bu proses artıq başlayıb. Kommersiya bankları kütləvi kredit verilişinə başlamayınca, eyni zamanda, bankların likvidliyi bərpa olunmayınca əhali öz əmanətlərini kommersiya banklarına yerləşdirməyəcəklər”.Ekspertin qəanətincə, atılan addımlar həm də ona görə səmərə vermir ki, Azərbaycanda bank sektoru çox zəifdir: “Azərbaycanın bank və maliyyə sektoru qlobal bank və ya maliyyə sektoruna inteqrasiya etməsə də bank sektorunun zəif olması yerli bankların qlobal maliyyə böhranının neqativ təsirindən yayınmasına imkan vermədi. Digər tərəfdən, bankların himayə edilməsi ənənəsi Azərbaycan üçün spesifikdir. Himayə olunma siyasətinin davam etməsi bankların rəqabətli mühitdə inkişafının qarşısını alır. Bütün bunlar əhalidə banklara inamı azaldır”.V.Bayramovun sözlərinə görə, əmanətlərin yerləşdirilməsində azalamalar davam edəcək: “Çünki bankların sağlamlaşdırılması istiqamətində atılan addımlar kosmetik xarakter daşıyır. Banklara qoyulan əmanətlərin azalması kifayət qədər ciddi siqnaldır. Bu, bank sektorunda problemlərin daha da dərinləşəcəyi ilə bağlı narahatlıqları ortaya qoyur. Ən böyük narahatlıq isə odur ki, banklar müflisləşə bilər. Digər problem maliyyə sektorunda baş verən problemin domino effekti ilə digər sektorlara keçməsidir”. |
43,281 | 22.11.2008 07:31 | İqtisadiyyat | ARDNŞ MƏHKƏMƏYƏ VERİLİR | Tədbiri giriş sözü ilə açan MSŞA-nın Şura Əlaqələndiricisi Qubad İbadoğlu bildirdi ki, Azərbaycan 2003-cü ildən rəsmi olaraq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulub: “Bundan sonrakı dövrdə vətəndaş cəmiyyəti fəallığa başladı. O zaman vətəndaş cəmiyyəti indiki kimi mütəşəkkil təşkilatlanmamışdı. Lakin biz təşkilatlanmağa başlayaraq koalisiya şəklində cəm olduq. Həmin dövrdə həm şirkətlərlə, həm də hökumətlə səmərəli, o cümlədən kifayət qədər qarşılıqlı əməkdaşlığa başladıq. 2004-cü ilin noyabr ayının 24-də mədən sənayesində fəaliyyət göstərən yerli, eyni zamanda xarici neft və qaz şikətlərinin nümayəndələri, eləcə də hökumət komissiyası üzvləri ilə birgə memorandum imzaladıq”.Daha sonra İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırovun “MŞHT-nin Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” Memoranduma əlavə və dəyişikliklər barədə MSŞA Koalisiyasının təklifləri mövzusunda məruzəsi dinlənildi. MSŞA Koalisiyasının 2004-cü ildə yaradıldığını deyən S.Bağırov koalisiyanın MSŞT-də iştirakından söz açdı. Bildirdi ki, əsas fəaliyyət istiqamətləri memorandum üzrə fəaliyyət, vəkillik, monitorinq, maarifləndirmə, təhlillər, koalisiyanın güc və bacarığının artırılması, beynəlxalq əməkdaşlıqdır. Onun sözlərinə görə, anlaşma memorandumunun təkmilləşməsinə ehtiyac var: “Baxmayaraq memorandum 4 ildir işləyir burada təkmilləşdirmələrə ehtiyac yaranıb. İrəli getmək istəyiriksə, bu təşəbbüsdə şəffaflığın artırılmasına zərurət var. Yeri gəlmişkən, bu təşəbbüsün prinsipləri, meyarları buna imkan da yaradır.Bu günə qədər dövlət qurumlarından bəziləri gəlirləri barədə hesabat vermirlər. Düzdür, gəlirlərin böyük qismi 90-95 faizi mədən sənayesində şəffaflıq təşəbbüsü ilə əhatə edilib. Amma müəyyən gəlirlər də var ki, hansı ki az deyil və milyardlarla ölçülür, onlar haqqında da hesabatlar verilsə, pis olmaz. Sosial Müdafiə Fonduna böyük ödəmələrin edilməsinə baxmayaraq, bu barədə heç bir hesabat təqdim olunmur. Mədən sənayesinin bir sıra sahələri - qızıl, daş karxanaları hesabat verməlidirlər. Digər tərəfdən, yarımillik və illik hesabatların memorandumda aşkarlanması tarixləri yox, təqdim edilməsi tarixləri qeyd olunub - 15 mart və 15 avqust. Bu ona gətirib çıxarıb ki, rəyin təqdimolunma tarixlərini həmin 15 mart və 15 avqustla müqayisə etdikdə bəlli olur ki, daim 3, 5, hətta çox aylar ərzində ləngimələr baş verib. Bəlkə də bunun səbəbi ondan irəli gəlir ki, memorandumda hesabatların təqdim olunması tarixləri göstərilib. Amma hesabatlar nə vaxt aşkarlanacaq tarixləri yoxdur”.S.Bağırov dedi ki, MHŞT gəlirlərin böyük qismini əhatə etsə də bəzi gəlir növləri təşəbbüs xaricində qalır: “Anlaşma memorandumu təkmilləşməlidir. Bunu nəzərə alaraq memorandumun tərəfləri arasında yeni razılaşma imzalanmalıdır. Artıq razılaşmanın mətni koalisiya tərəfindən hazırlanıb. Bundan əlavə, neft gəlirlərinin idarə edilməsinə dair yeni qanun qəbul olunmalıdır. Neft Fondunun Müşahidə Şurasında ictimai birliklərin nümayəndəsi təmsil olunmalıdır və MHŞT hesabatları genişləndirilməlidir. O cümlədən neft gəlirlərinin xərclənməsinə dair hesabatlıq sistemi yaradılmalıdır”.Q.İbadoğlu isə dedi ki, koalisiya Neft Fondu haqqında qanun layihəsinin işlənməsinə başlayıb: “Növbəti ilin əvvəllərində biz belə bir qanun layihəsi ilə çıxış edəcəyik. Əvvəlcə ictimai müzakirələr keçirəcəyik”.İqtisadçı-ekspert həmçinin Dövlət Neft Şirkətinin hesabatlıqla, şəffaflıqla bağlı tədbirlərdə iştirak etməyə vaxt tapmamasından təəssüfləndiyini söylədi: “Çünki daha ciddi işlərlə məşğuldur. Görünür, hesabatlıq, şəffaflıq onların yaxın dövr üçün fəaliyyət planlarına daxil deyil. O baxımdan tədbirlərdə iştirakları zəifdir, sorğulara cavab vermirlər. Bu yaxınlarda Dövlət Neft Şirkətindən sorğumuza yeganə cavab almışıq. Qurum informasiya daşıyıcısı olmadığı üçün sorğuya cavab verməyə öhdəliyinin olmadığını qeyd edir”.Q.İbadoğlu ARDNŞ-i məhkəməyə verəcəklərini vurğuladı: “Dövlət Neft Şirkətinin davranışları Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin vətəndaş cəmiyyətinə münasibətinə mənfi təsir göstərir”.Daha sonra memoranduma əlavələr və dəyişikliklər barədə MSŞA Koalisiyasının təkliflərinə tərəflərin münasibəti dinlənildi. Nəzərə çatdıraq ki, tədbirdə mədən sənayesində fəaliyyət göstərən neft və qaz şirkətləri, iqtisadçı ekspertlər, Neft Fondunun, Beynəlxalq Valyuta Fondunun nümayəndələri iştirak edirdi. |
43,282 | 22.11.2008 07:30 | İqtisadiyyat | “MƏRDƏKAN BROYLER” ÖZ ƏRAZİSİNİ SATIR | Yeri gəlmişkən, qeyd edək ki, həmin ərazinin indiki halda qiyməti həddən artıq yüksəkdir. Mənbə həmçinin dedi ki, şirkət ərazini satdıqdan sonra başqa bir ad altında fəaliyyətini bərpa edəcək.Xatırladaq ki, “Mərdəkan Broyler” Azərbaycanın ilk broyler müəssisəsi olub. ASC əvvəllər ildə 2,5-3 min ton quş əti istehsal edib. Müəssisədə 300 nəfər işləyirdi. Səhmdar Cəmiyyətin səhmdarlarının sayı isə 50 nəfərdən çox deyildi. |
43,283 | 22.11.2008 07:30 | Ölkə | İLHAMƏ QULİYEVANIN MƏHKƏMƏSİNDƏ DAVA DÜŞDÜ | S.Kərəmoğlunun hüquqlarını məhkəmədə vəkil İlhamə Həsənova, İ.Quliyevanın hüquqlarını isə vəkil Şəfiqə Nağıyeva müdafiə edib. Şahid qismində ifadə vermək üçün prosesdə iştirak edən Azərbaycanın xalq artisti Flora Kərimova hakimin qərarı ilə məhkəmə zalından çıxarılıb.Proses başlayan kimi İ.Quliyevanın vəkili Ş.Nağıyeva hakimdən iddiaçının hüquqlarını müdafiə edən İ.Həsənovanın qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirərək, onun prosesdən uzaqlaşdırılmasını tələb edib. Ş.Nağıyeva, eyni zamanda Flora Kərimovanın prosesdə şahid qismində ifadə verməsinin əleyhinə çıxıb: “Hər kəsə məlumdur ki, İlhamə Quliyeva ilə Flora Kərimova arasında illər boyu davam edən münaqişə var. Bu münaqişə hətta düşmənçilik səviyyəsinə çatıb. Buna görə də Flora Kərimovanın bu prosesdə şahid qismində dinlənilməsi qanuna ziddir”.Ş.Nağıyeva hakim Abbas Rzayevin də işi düzgün araşdırmadığını iddia edərək, onun başqa hakimlə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb. İki saata yaxın davam edən prosesdə Ş.Nağıyeva və İ.Həsənova arasında kəskin mübahisələr baş verib. Vəziyyəti bu cür görən hakim məhkəmə zalına xüsusi mühafizəçilər cəlb etməli olub. Hakim Abbas Rzayev Ş.Nağıyevadan sübutlar tələb etsə də, vəkil heç bir sübut təqdim edə bilməyib. Bunu əsas gətirən məhkəmə Ş.Nağıyevanın vəsatətlərini təmin etməyib.Proses dekabrın 4-də davam etdiriləcək. Həmin prosesdə Flora Kərimovanın, cavabdeh İ.Quliyeva tərəfdən isə Ülvi Qılınc və Tolikin şahid qismində ifadə verməsi nəzərdə tutulur.Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunur. |
43,284 | 22.11.2008 07:34 | Yaşam | “KOMPÜTERLƏRƏ KÜTLƏVİ HÜCUM OLACAĞI XƏBƏRİ CİDDİYƏ ALINMALIDIR” | Xatırladaq ki, sonuncu dəfə virusların analoji aktivliyi 2007-ci ilin eyni dövründə qeydə alınıb. O zaman “Şükran günü”ndə troyan virusunun aktivləşməsi nəticəsində bir çox istifadəçinin kredit kartının nömrəsindən tutmuş, özəl dosyesinə qədər məlumatlar hakerlərin əlinə keçib. Mütəxəssislər xəbərdarlıq edir ki, hakerlər bu il də eyni aksiyaya hazırlaşır. Onlar gələn həftə keçiriləcək “Şükran günü” və Yeni il ərəfəsində virusları aktivləşdirəcəklər. İlkin hesablamaya görə, istifadəçilərin bu ilki itkisi ötən ilkindən 15 faiz çox ola bilər.Bizimlə söhbətdə Multimediya Mərkəzinin rəhbəri Osman Gündüz internetdə zaman-zaman belə problemlərin yarandığını söylədi: “Məsələn, Çernobil günü ilə bağlı belə hadisə baş verib. Həmçinin müəyyən əlamətdar günlərlə bağlı internetdə virusların yayılması prosesini müşahidə edirik”. O.Gündüz virusların yayılmasında maraqlı qüvvələrin olduğunu istisna etmədi: “Belə hallarda antivirus şirkətləri də maraq güdə bilər. Yaxud müəyyən haker qruplar var ki, özlərini təsdiq etmək üçün bu yollara əl atırlar”.Ekspert belə günlərdə viruslardan qorunmaq üçün öz tövsiyələrini verdi: “Əlbəttə, belə məlumat yayılıbsa, nəticəsi olacaq. Məlumdur ki, xüsusi qorunmasına ehtiyac olan informasiya-internet resursları, dövlətə məxsus internet resursları və özəl şirkətlərdə vətəndaşlarla bağlı özəl məlumatlar var. Harda ki, vətəndaşlar və dövlət haqqında, digər sahələrlə bağlı gizli informasiyalar saxlanılır. Bu qurumlar ehtiyatlı olmalıdırlar”.O.Gündüzə görə, informasiya təhlükəsizliyi üç istiqamətdə həyata keçirilən işdir: “Bunlar texniki-texnoloji işlər, kadrların və hüquqi-normativ bazanın yerində olması ilə bağlıdır. Azərbaycanda üç qurum bu istiqamətdə iş aparır. Milli Təhlükəsizlik Nazirliyi, Prezident Yanında Xüsusi Dövlət Mühafizə Xidməti İdarəsi və Daxili İşlər Nazirliyi. Dövlət qurumlarının internet resurslarına onlar cavabdehdir. Həmin gün xüsusilə bu qurumlar ayıq olmalıdırlar. Qaldı ki vətəndaşlara, onların boynuna bir iş düşür - özlərinin elementar təhlükəsizlik qayğılarına qalmalıdırlar. Yəni kompüterlərinə antivirus qoymalı, İnternetə girəndə naməlum yerlərdən məktub varsa, açmamalıdırlar”.O.Gündüzün sözlərinə görə, vətəndaşların İnternet təhlükəsizliyinə heç bir qurum cavabdeh deyil: “Təklif edərdim ki, dövlətin də iştirakı ilə bir milli informasiya təhlükəsizliyi institutu yaradılsın. Və o da öz saytları və ya qəzetləri vasitəsilə gözlənilən problemlər barədə əvvəlcədən məlumat yaysın”. |
43,285 | 22.11.2008 07:37 | Yazarlar | SİYAVUŞ NOVRUZOVUN İORDANİYA İMTAHANI | Onun “İordaniya ildə neftdən 200 milyard dollardan artıq gəlir əldə edir, amma xalqı acından qırılır, prezidenti çadırda yaşayır” deməsi aləmi qarışdırdı. Deputatın İordaniya ilə Liviya rəhbərlərini qarışıq salması isə vəziyyəti bir az da tündləşdirdi. Liviya səfirliyi cavab reaksiyasında elmlər doktoru olan YAP-çı deputatı coğrafiyanı bilməməkdə, təməli mərhum Heydər Əliyev tərəfindən qoyulan münasibətlərlə üst-üstə düşməyən mövqe sərgiləməkdə qınayıb və bunun ayıb iş olduğunu bildirib. Durduğun yerdə işə düşmək buna deyirlər. Elə bu yerdə parlamentdə jurnalistlərin foyesindən etdiyim bir müşahidəni bölüşmək istəyirəm. Siyavuş Novruzov bir qayda olaraq həmkarı Pənah Hüseyndən sonra çıxış edir. Bəzi vaxtlarda çıxışa Pənah bəydən əvvəl yazıldığı vaxtlar da olur. Ancaq az sonra görürsən ki, Siyavuş bəyin adı monitordan silindi və yenə müxalifətçi deputatın ardınca qeyd olundu. Yəni Novruzov bir növ Pənah Hüseynin izləyicisi rolunda çıxış edir. Bəlkə də bu, yuxarılarda razılaşdırılmış qaydadır və Novruzova Hüseynin tənqidi fikirlərini cavablandırmaq vəzifəsi həvalə olunub.Deyəsən, o gün Siyavuş Novruzov Pənah bəyi gözləməyə hövsələsi çatmadığı üçün qabağa düşüb çıxış elədi. Pənah Hüseyn isə danışmayıb axı, kimi və nəyi tənqid eləsin? O üzdən nitqini hökumətə xoş gələn tezislər üzərində qurdu. Neft Fondundakı pulların xərclənməsini, gələcəyə saxlanılmamasını əsaslandırmağa, neftin xalqın rifahına həsr olunduğunu isbatlamağa çalışdı. İqtisadi siyasətin mədhi zamanı “barıt”ı o qədər qoydu ki, axırda Liviyanı da Azərbaycana düşmən elədi. Yoxsa durduğumuz yerdə Liviya ilə münasibətləri korlamaq bizim nəyimizə lazım idi?Bir məsləhətim var, gərək bundan sonra Siyavuş bəy çıxışa Pənah Hüseyndən əvvəl yazılmasın. Əks təqdirdə bax belə, diplomatik skandala tuş gəlirik. Pənah Hüseyni tənqid etməyə, yaxud açılışı olan obyektlərdə kəsilən qırmızı lentlərdən “müxalifətçilərə kostyum tikməyə” nə var ki? Əsas məsələ Liviyaya cavab verməkdir. YAP-ın reaksiyasını gördünüz? Mətbuat katibi Hüseyn Paşayev deyir: “Biz inanmırıq ki, Liviya kimi nüfuzlu müsəlman ölkəsinin Azərbaycandakı səfirliyi parlamentdə səslənmiş və mətbuatda təhrif olunmuş şəkildə əks olunan fikirlərə bu cür reaksiya verə bilər”.Bəs, Siyavuş Novruzovun Liviya ilə İordaniyanı dəyişik salmağına da inanmırsınız? Təhrif nəyə deyirsiniz? Həmin iclasdan reportajı mən hazırlamışam və mötərizədə qeyd etmişəm ki, çadırda yaşayan İordaniya yox, Liviya rəhbəridir. Bu, təhrifdirmi? Təhrif olsaydı, Novruzov neçə gündür susardımı?Ümumiyyətlə, son vaxtlar onunku gətirmir. Təklif edir amnistiya verilsin, reaksiya verən olmur. Deyir bir nəfərin iki dəfədən çox prezident seçilməsi ilə bağlı referendum keçirib konstitusiyaya dəyişiklik edək, YAP-çılar belə bu təşəbbüsü dəstəkləmir. Bu yandan Liviya məsələsi.Hələ bu nədir ki? Mən maraqla İordaniyanın verəcəyi reaksiyanı gözləyirəm. Axı, YAP-çı deputat bu ölkənin Neft Fondunda 200 milyon dollar olduğu halda, xalqın acından qırıldığını demişdi. Özü də İordaniya kralı ilə Azərbaycan rəhbərliyi arasında çox yüksək səviyyəli münasibətlər olan bir vaxtda. İqtidar deputatının bu münasibətlərə xələl gətirmək cəhdi, yəqin ki, hər iki ölkənin rəhbərliyi tərəfindən təpki ilə qarşılanacaq. Allah göstərməsin, birdən YAP-çı deputatın məsələsini İslam Konfransı Təşkilatına çıxarsalar, lap biabırçılıq olar.Xülasə, əsl həngamə qabaqdadır. Elşad PAŞASOY |
43,286 | 22.11.2008 07:32 | Ölkə | “QOBUSTAN HƏBSXANASINI UMBAKİYƏ KÖÇÜRMƏYƏ EHTİYAC YOXDUR” | Bundan əlavə, Heydər Əliyev prospektindəki 1, 6, 15 saylı cəzaçəkmə müəssisələri və məhbuslara xidmət edən xəstəxana şəhərdən kənara çıxarılacaq. Köçürüləcək həbsxanalar arasında Dərnəgül şossesindəki 10 saylı cəzaçəkmə müəssisəsi də var. Onların yerində göydələnlərin tikiləcəyi söylənilir.Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin penitensiar xidmətinin sabiq rəisi, Məhbuslara Yardım Fondunun prezidenti Məmməd Zeynalovla söhbət etdik. M.Zeynalov dünya standartlarına görə həbsxanaların elə şəhərdən kənarda yerləşdirilməli olduğunu dedi: “Bu, əsasən təhlükəsizlik məsələsilə bağlıdır. İndi sakitlik olsa da, dustaqxanalarda hər cür hadisə yaşana bilər. Həbsxanalardakı kütləvi iğtişaşları yatırmaq üçün bəzən təhlükəsizlik qurumları silahdan istifadə etməli olur. Bu da ətrafdakı əhalinin ciddi narahatlığına səbəb ola bilər. Vaxtilə həmin həbsxanalar şəhərdən kənarda olub. Amma indi şəhər böyüdüyündən vəziyyət dəyişib və bu səbəbdən onların köçürülməsi zərurəti yaranıb”.M.Zeynalova görə, qanunla məhkumlar yaşadıqları və doğulduqları yerlərə yaxın ərazilərdə cəza çəkməlidirlər: “Artıq bu məqsədlə Naxçıvan Muxtar Respublikasında həbsxana tikilib və yaxın aylarda bölgədən olan məhkumlar ora yerləşdiriləcəklər. Məqsəd məhbusların yaxın qohumlarının və ailəsinin onlara tez-tez baş çəkməsini təmin etməkdir. Bundan əlavə, yeni cəzaçəkmə müəssisələri müasir tələblərə uyğun inşa ediləcək”.Müsahibimiz onu da qeyd etdi ki, Azərbaycanda bu günədək cəmi iki təcridxana mövcud olub. Onlardan biri Bayılda, digəri isə Şüvəlan qəsəbəsində yerləşib: “Aydın məsələdir ki, Şüvəlan kurort zonasıdır. Bundan əlavə, həmin təcridxana vaxtilə Hacı Zeynalabdin Tağıyevin at tövləsi olub. Sonradan müəyyən dəyişiklik apararaq buranı təcridxanaya çeviriblər. Bir sözlə, təcridxana o qədər köhnədir ki, onu bərpa edib müasir formaya salmaq mümkün deyil. O cümlədən 1 saylı Bayıl təcridxanasındakı binalar da həbsxana üçün nəzərdə tutulmayıb. Amma sonra həmin tikililərin təyinatı dəyişdirilib”.Amma bununla belə o, Qobustan Qapalı Həbsxanasının Umbakiyə köçürülməsinin əleyhinə olduğunu dedi: “Bu həbsxana şəhərdən onsuz da kifayət qədər uzaqda yerləşir. Bundan əlavə, Umbakidə cüzamlı xəstələr yaşayır. Belə əraziyə məhbusların köçürülməsi yolverilməzdi”. M.Zeynalov da köçürülən həbsxanaların ərazilərinin imkanlı şəxslərə satılacağını və burada çoxmərtəbəli evlər tikiləcəyini istisna etmədi. |
43,287 | 22.11.2008 07:35 | Ölkə | SABUNÇU MƏHKƏMƏSİ KÖÇKÜNLƏRİN EVİNİN UÇURULMASINA QƏRAR VERDİ | Sonda hakim Neft Şirkətinin iddiasını təmin etdi. Çıxarılan qərara əsasən bir ay ərzində adıçəkilən ünvandan köçməliyik”.Çıxılmaz vəziyyətdə qaldıqlarını söyləyən A.Əliyev ərazidə yaşayan 20 ailənin Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəyini də dedi: “Biz evlərimizin sökülməsinə imkan verməyəcəyik. Lazım gəlsə Prezident Aparatına yürüş edəcəyik. İmkan vermərik ki, kimsə gəlib zəhmətlə tikdiyimiz evləri uçursun. Torpaq sahəsi almaq üçün qəsəbə icra nümayəndələrinə pul vermişik və bu evləri 1997-ci ildə tikmişik”. |
43,288 | 22.11.2008 07:41 | Kriminal | BAKIDA 16 YAŞLI OĞLAN BACISINA SATAŞINI ÖLDÜRDÜ | Dünən Balakən rayonunda da qətl hadisəsi baş verib (APA). Hadisə səhər saat 11.50 radələrində rayonun mərkəzi bazarında olub. Şambul kənd sakini, 1961-ci il təvəllüdlü Burbamov Teymur Mahma oğlu bazarda ticarətlə məşğul keçmiş həyat yoldaşı, Şambul kənd sakini, 1963-cü il təvəllüdlü Əhmədova Ayzənət Musa qızını boğazından və qarnından bıçaq zərbələri endirməklə qətlə yetirib. O, hadisəni törədəndən sonra qaçıb. Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T. Burbamov 1 saatdan sonra həbs edilib. Təqsirləndirilən şəxs istintaqa ilkin ifadəsində qətli qısqanclıq zəminində törətdiyini bildirib. |
43,289 | 22.11.2008 07:44 | Kriminal | MASAZIRDAKI PARTLAYIŞDA ƏR-ARVAD YARALANDI | İlkin məlumatlara əsasən, təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə evin qapı və pəncərə çərçivələri yerindən çıxıb, divarlarda çat əmələ gəlib, ev əşyaları qismən yanıb, xəsarət almış R. İsmayılov və həyat yoldaşı Almaz Cavadova isə xəstəxanaya yerləşdiriliblər. RƏFİQƏSİNİ DÖYƏN QADIN TUTULDUBakının Nəsimi rayonunda axtarışda olan qadın yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, saxlanılan 1969-cu il təvəllüdlü Qızılgül Babaqulu qızı Ağaquliyevadır. O, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. Məlumata əsasən, Q. Ağaquliyeva yaxın rəfiqəsini döyərək, ona ağır bədən xəsarətləri yetirib. O, Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 132-ci (döymə) maddələri ilə ittiham olunur. BAKIDA QADIN BANKDAN SAXTA SƏNƏDLƏ 46 MİN MANAT GÖTÜRÜBBinəqədi rayon sakini saxta sənədlərlə bankdan külli miqdarda pul alıb. Bu ilin aprelindən avqustunadək Rəsulzadə qəsəbəsinin sakini Tünzalə Əmirovanın ayrı-ayrı şəxslərin adından saxta sənəd təqdim edərək “Deka-Bank”dan 46000 manat pul götürməsi müəyyənləşdirilib. Faktla əlaqədar noyabrın 15-də Səbayel RPİ-nin 39-cu PB-nə ərizə ilə müraciət olunub, araşdırmalar aparılır. “LAS VEQAS”da ƏXLAQSIZLIQ YUVASI AŞKARLANDIDaxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində istirahət mərkəzində əxlaqsızlıq yuvası aşkarlanıb. Şimali DRES qəsəbəsi ərazisindəki “Las Veqas” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün Bakı şəhər sakini Namiq Məmmədov tutulub. İdarənin keçirdiyi daha bir əməliyyatla isə insan alverində təqsirləndirilən qadın saxlanılıb. Əsli Qarayeva bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Türkiyəyə göndərib cinsi istismara məruz qoyması faktı ilə əlaqədar həbs olunub. |
43,290 | 22.11.2008 07:38 | Astrologiya | ULDUZ FALI | QOÇ - “Həmişə haqlıyam” kimi dəhşətli və qərəzli fikirlərdən əl çəkin. Əks təqdirdə hər şeydən məhrum ola bilərsiniz. Çünki insanların dözüm və güzəşt limmiti tükənməz deyil. BUĞA - Tale imtahanlarından birini vermək üçün bu gün qarşınıza çıxan hər bir hadisəyə imanla yanaşın. Nəzərə alın ki, Böyük Yaradandan gizli heç nə yoxdur. Doğmalarınıza baş çəkin. ƏKİZLƏR - Neçə vaxtdan bəri mövcud olan pulla bağlı sıxıntılarınız nəhayət ki, aradan qalxmağa başlayacaq. Bu isə həmişə olduğu kimi ovqatınızın yüksəlməsinə stimul verəcək. XƏRÇƏNG - Astroloji göstəricilər nahara qədərki vaxtı adi işlərə həsr etməyi məsləhət görür. Bütün görüşlərdə ehtiyatlı olun. Sonrakı müddətdə isə fəaliyyətdə müəyyən uğurlarınız mümkündür. ŞİR - Lazımsız əlaqələrə son qoymağı bacarsanız, ulduzlar sizə xoş bir gün bəxş edəcək. Enerjinizi yalnız xeyirxah işlərin həllinə və maliyyəyə yönəldin. Yuxusuzluğa qarşı əncam çəkin. QIZ - Günün ümumi mənzərəsi normal olsa da, bəzi səhvlərdən yaxa qurtarmağa çalışın, ələlxüsus da münasibətlərdə. Dəqiq olmayan məsələlərə yekun münasibət bildirməyin. Gəlir də mümkündür. TƏRƏZİ - Yaşamağın çox çətin olduğu indiki vaxtda “körpüləri yandırmaq” sizə yaramaz. Ən azı xoş gələcəyiniz üçün bunu etməməlisiniz. Davranışda səmimi, sağlamlığınızda ehtiyatlı olun. ƏQRƏB - Əgər əsas gücü ünsiyyətin mülayimləşdirilməsinə yönəltsəniz, ulduzlar sizi sevindirəcək. Hətta maddi durumunuz da qənaətbəxş hala gələ bilər. Bu gün yaxın səfərə çıxmaq olar. OXATAN - Planetiniz Yupiterin aktivlik nöqtəsinə çatması ümumi işlərinizdə xeyli irəliləyiş yaradacaq. Həm fəaliyyətdə, həm də münasibətlərdə sevinəcəksiniz. Yeni təkliflərə razılıq verin. OĞLAQ - Günün birinci yarısında əsəblərinizi qorumağı bacarın ki, Göy qübbəsinin sürprizləri sizdən yan keçməsin. İnsanlara əşya kimi deyil, Tanrının yaratdığı ali varlıq kimi baxın. SUTÖKƏN - Soyuqla mübarizədə əzmkar olun ki, qarşıda duran perspektivlərə yetişəsiniz. Öz təklif və əmrlərinizlə müsahiblərinizin işini çətinləşdirməyin. Gecəni öz evinizdə keçirin. BALIQLAR - Ulduzlar bu gün əsas ixtiyarı özünüzə verəcək. Bu isə gözlənilən hadisələrin nəticəsini qərarlarınızdan asılı edəcək. Hər şey müvafiq olsa, nahardan sonra ovqatınız yüksələcək. |
43,291 | 23.11.2008 03:21 | Yazarlar | GÖRDÜN BÖCƏK, VAR YEYƏCƏK | Bunun çox aktual, qlobal və saytal səbəbləri var. Ölkəmizin neftsiz halını heç cür təsəvvür edə bilmirəm. Hətta bəzi klaviatura-displey dostlarımızın “neftin qiyməti düşür, cəhənnəmə düşsün” kimi fikirlərini eşidəndə acığım tutur. Çünki neftsiz Azərbaycanın halının necə ola biləcəyi haqda beynimdə müdhiş versiyalar əmələ gəlib - Zimbabve camaatının qida problemindən xəbər tutandan sonra. Siz heç həşarət yeyə bilərsinizmi? Söhbət böcəklərdən, tırtıllardan gedir. Əlbəttə, yeyə bilməzsiniz. Çünki hamınız onlardan (başda tarakan olmaqla) iyrənirsiniz. Mən özüm ixtisasca entomoloqam və tələbə vaxtı həşarat herbarisi də düzəltmişəm (sadə şeydir, hör növdən olan böcəkləri tutursan, spirtə salıb qurudursan, sonra səliqə ilə “Mister D” köynəyinin qutusundan düzəltdiyin qaba düzürsən), amma yenə onlardan zəndeyi-zəhləm gedir. Ancaq təsəvvür edin ki, hazırda Zimbabvedə camaat həşaratları sevir, çünki onlarla dolanır. Ona görə ki ulu şona və ndebele xalqının karbohidrogen ehtiyatları yoxdur. Yazıqların ayrıca karbonları da var, hidrogenləri də, amma bu andır elementlər gərək ikisi bir yerdə, birləşmiş şəkildə olsun, olmayanda qara quruşluq qiyməti olmur. Yoxsa, platini, almazı, zümrüdü bol olan Zimbabve xalqı Kolorado böcəyinə tamah salmazdı. Neft-qaz tamam başqa nemətdir.Üstəlik, Zimbabve xalqının müdrik bir lideri var (üzünü mürdəşir yumuşun adını bilə-bilə çəkmirəm), 28 ildir xalqa səadət və firavanlıq gətirməklə məşğuldur. Nəhayət, o, camaatı başa sala bilib ki, böcək çığırtması ləzzətli şeydir.Baxın, 15-20 il öncə bizim qara şabalıdı, bərəkətli torpaqlarımız vardı, adına Qarabağ deyərdilər, hazırda ermənidədir. Kəlbəcər tərəflərdə qızıl və mis mədənlərimiz vardı, o da onlardadır. Uranımız yox, platinimiz yox, amma Zimbabve camaatı kimi yal-yamaca daraşıb çəyirtkə, may böcəyi, dozanqurdu ovlamırıq. Nəyin hesabına? Əlbəttə ki, karbohidrogen resurslarımızın. Yoxsa hökumətimiz bu tamah və fərasətlə bizi çöllərə salardı. Adicə dövlət büdcəsini götürək və neft-qaz satışından gələn gəlirləri çıxaq. Yerdə nə qalacaq? Heç nə. Yerdə qalan pul məmurların avtomaşın qarajını və züryətlərinin xaricdə kef, təhsil xərclərini belə ödəməz. Bəlkə bu da bəxtəvərçilikdir ki, prinsipcə, Yaradan bizə hər şey verib - neft-qaz da, mal-davar da, it-pişik də, hələ böcək-möcək də. İlk ikisindən lazımınca istifadə edirik, amma şükür ki, üçüncü və dördüncüyə keçməmişik. Məsələn, hazırda Koreya yarımadasının şimalında yaşayan camaat üçüncü neməti istemal etməklə məşğuldur. Şona xalqı isə dediyim kimi, dördüncü mərhələyə keçib, qənaətlə işlətsələr, harınlıq eləyib həşaratın kökünü kəsməsələr, hələ beş-altı il dolanışıqları var. Deyilənə görə, əslində böcək qovurması çox qidalı və dadlı şeydir, necə deyərlər, dadı dad, kalorisi kalori, xartdat özünçün. Tırtıllardan isə başqa cür delikateslər düzəltmək olur, üstünə də bir az ketçup (leço da olar, amma acika olmaz - acı dad verər) əlavə edirsən, vazkeçilməz təam əmələ gəlir. İndi hesab olunur ki, məğrur şona və ndebele xalqının bu durumu insan əzabının son variantıdır. Amma elə deyil. Elə ölkələr var ki, onun məmurları camaatın bu vəziyyətindən də pul qazanarlar. Uzağa getməyək, Allah eləməmiş kimi, biz həşaratla qidalanası olsaq, məlum olacaq ki, Ziya Məmmədov vaxtilə dərə-təpələri alıb və orda bəslənən böcəklərin yiyəsi özüdür. Xaricdən gətirilən həşaratların inhisarçılığı, əlbəttə ki, Kamal müəllimin “kruq”una məxsus olacaq. Polis isə brakonyerliyə - qanunsuz böcək ovuna görə nə qədər adamı basacaq içəri. Di gəl, dolan, kasıb. Odur ki, şair demişkən, yenə də Allaha şükür, yenə də lənət şeytana. Dədə Qorqudun təbirincə desək, qoy çağlayan neft bulaqlarımız tükənməsin, Oğuz eli kəpənək “setka”sına möhtac qalmasın. Samir SARI |
43,292 | 23.11.2008 03:42 | Ölkə | MƏZAHİR PƏNAHOVUN OĞLUNUN NARKOMAN OLMASI XƏBƏRİ YAYILDI | İlkin tibbi müayinə zamanı Araz Pənahovun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Bundan sonra M.Pənahov oğluna lazımi tibbi yardımın göstərilməsi barədə göstəriş verərək bir qədər gözləyib. MSK sədrinin oğlu həkimlərin köməyi ilə özünə gələndən sonra oradan çıxarılaraq evinə aparılıb. Qeyd edək ki, əldə etdiyimiz digər xəbərdə Araz Pənahovun ABŞ-da təhsil aldığı və çox tərbiyəli, istedadlı bir gənc olduğu, onun haqqında yayılan bu xəbərin doğru olmadığı bildirilir. A.Pənahovun narkoman olduğunu iddia edən mənbəmiz isə dediklərində israr edir.Məsələ ilə bağlı MSK-nın mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumdan davamlı zənglərimizə cavab verilmədi. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. |
43,293 | 23.11.2008 04:59 | Ölkə | İCRA BAŞÇISI SAHİBKARI DÖYDÜRDÜ | Buna baxmayaraq onun şikayətlərinə heç bir reaksiya verilməyib.Srağagün isə insident son həddinə çatıb. V.Mirzəyev bir dəstə “qoçu”su ilə Q.Həşimovun yaşadığı yerə gəlib. Bundan sonra icra nümayəndəsi iş adamını vəhşicəsinə döyməyə başlayıb. Onun yanındakı “qoçu”lar da Q.Həşimovu təpikləyiblər. Daha sonra “qoçu”lar başqa bir həqarətə yol veriblər. Onlar iş adamını döyəndən sonra üzünə tüpürüb və hadisə yerindən gediblər.Dünən Q.Həşimov polisə şikayət ərizəsi verib və xəsarət alması ilə bağlı tibbi ekspertizadan keçib. Daha sonra isə Masallı RİH-də olub və icra başçısı Qəzənfər Ağayevlə görüşmək istəyib. Zərərçəkənin əməkdaşımıza bildirdiyinə görə, onu heç kim qəbul etməyib və beləcə də deyiblər: “İstəyirsən get lap prezidentə de!”İş adamı ona qarşı zorakılıq sifarişinin icra başçısı Qəzənfər Ağayevdən gəldiyini deyir. Q.Həşimovun bildirdiyinə görə, o, sabah (bu gün-red.) Bakıya gedəcək və paytaxtda özünəməxsus aksiyaya başlayacaq. Xatırladaq ki, Q.Həşimov Cəbrayıl qaçqınıdır və 40 il polis sistemində işləyib.P.S. Masallıda yaşanan eybəcər hadisələrlə bağlı geniş yazımızı sabahkı sayımızda oxuya bilərsiniz. |
43,294 | 23.11.2008 03:11 | Kriminal | SƏRHƏD QOŞUNLARININ 15 ƏSGƏRİ HƏBS OLUNDU | ...dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 339.2 (sərhəd xidməti qaydalarını pozma), 32.5 və 206.3.1-ci (qaçaqmalçılıq) maddələri ilə təqsirli bilinirlər.Həbs olunan Nahid Eyvaz oğlu Cəbrayılov və digərləri Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin əsgərləridir. Onlar Yardımlı rayonu ərazisindəki 18-ci sərhəd zastavasında qulluq edərkən sərhəd xidməti qaydalarını ağır nəticələrə səbəb olmaqla pozaraq 2008-ci ilin mart-may ayları ərzində İran İslam Respublikasının vətəndaşı Fərruxi Mənsur İzzət oğlunu ölkə ərazisinə buraxıb və onun ölkəmizə külli miqdarda narkotik vasitə keçirməsinə şərait yaradıblar. Bunun əvəzində birinci dəfə M.Fərruxinin bilavasitə özündən 400 dollar, ikinci dəfə M.Fərruxinin cinayətlərinin iştirakçısı olan əsgər Səyavuş Sədi oğlu Bədəlov vasitəsilə 400 dollar, ümumilikdə isə 800 dollar alıblar. Faktla bağlı açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir. |
43,295 | 23.11.2008 03:12 | Kriminal | PREZİDENTİN MƏTBUAT XİDMƏTİ RƏHBƏRİNİN EVİ QARƏT OLUNUB? | Oğrular kifayət qədər geniş maddi imkanı olan mənzil sahiblərinin evindən bir xeyli qızıl-zinət əşyaları aparıb, sonra isə zərərçəkənin qonşularının da evinə “əl gəzdiriblər”. Zərərçəkən mənzil sahibləri baş verən hadisə barədə Səbayel Rayon Polis İdarəsinə məlumat versələr də onların kimliyi bəlli olandan sonra faktın qeyri-rəsmi araşdırılmasına qərar verilib. İlkin və qeyri-rəsmi araşdırma zamanı bəlli olub ki, qarət edilən mənzillərin sırasında Azər Qasımovun da evi var.Məsələyə aydınlıq gətirmək üçün dünən prezidentin mətbuat xidmətinin rəhbəri A.Qasımovla əlaqə saxladıq. Əvvəlcə belə məsələnin olmadığını bildirən xidmət rəhbəri bir qədər sonra redaksiyamızla yenidən əlaqə saxlayaraq bunları dedi: “Bu məsələnin sizin qəzetin səhifələrində hər hansı formada dərc olunmasının əleyhinəyəm. Ümumiyyətlə, bunu dərc edəcəyiniz halda hər hansı bir informasiyanıza inamımız itəcək. Sizin müxbiriniz Prezident Aparatında akkreditə olunub. Mən belə cəfəng məlumatların dərc olunmasının əleyhinəyəm”.Qeyd edək ki, A.Qasımov belə məlumatların dərc olunmasının əleyhinə çıxdığını, ona bu məsələ ilə bağlı sual verən müxbirin (yəni bu sətirlərin müəllifinin-red.) kimliyini gizlətməsinə əmin olduğunu bildirdi. Biz isə öz növbəmizdə bəyan edirik ki, heç bir dövlət rəsmisi ilə, o cümlədən hörmətli Azər bəylə hər hansı problemimiz yoxdur. Sadəcə olaraq Azər bəyin də peşə fəaliyyəti baxımından çox yaxın olduğu jurnalistikanın qızıl qaydalarından birinə - daxil olan məlumatın həmin xəbərin aid olduğu şəxsin bilavasitə özü ilə dəqiqləşdirilməsi prinsipinə istinad edərək hörmətli Azər Qasımovla birgə məsələyə aydınlıq gətirmək istədik. Onun bizim redaksiyanın əməkdaşının Prezident Aparatında akkreditə olunmasını vurğulamasını isə bu məsələ ilə heç cür uzlaşdıra bilmirik. |
43,296 | 23.11.2008 08:13 | Kriminal | BAKI BARLARINDA 5 SPİD-li QIZ TUTULDU | Əməliyyat zamanı əxlaqsızlıqla məşğul olmaqda təqsirləndirilən 53 qadın polis tərəfindən saxlanılıb. Saxlanılan qadınlardan 6-sı xarici ölkə (1 Dağıstan, 1 Özbəkistan, 1 Moldova, 3 Gürcüstan) vətəndaşıdır. BŞBPİ-dən bildirilib ki, bu, həmin ad altında keçirilən 3-cü əməliyyat tədbiridir. Birinci reyd zamanı 28, ikincidə isə 32 əxlaqsız qadın aşkar edilib. Araşdırma nəticəsində ilk reyd zamanı saxlanılan 28 qadından 5-də SPİD xəstəliyi aşkar edilib. Hər üç reyddə saxlanılanlardan 5-i azyaşlı qızlar olub. Məlumata görə, bu tədbirlər davam etdiriləcək. İSTİRAHƏT MƏRKƏZİNDƏ “PRİTON” AŞKARLANDIƏxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən Bakı sakini həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərindəki “Neptun” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün oranın işçisi, Bakı şəhər sakini Həmid Nəbiyev tutulub. |
43,297 | 23.11.2008 04:00 | Kriminal | SABİRABAD SAKİNİNİ TOK VURDU | Yanğın söndürülüb. Məlumata görə, yanğın zamanı evdə tək olan Cəlal Bilalov yüngül xəsarətlə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yanğının qaz artımından baş verdiyi ehtimal edilir. ÖZÜNÜ ÖLDÜRMƏK ÜÇÜN ÇOX ƏLLƏŞSƏ DƏ SAĞ QALDI44 yaşlı Sumqayıt şəhər sakini intihar etmək məqsədilə özünü bıçaqlayıb, daha sonra isə 3-cü mərtəbədən atıb (APA). Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhər ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Vahab Mirzəyev yaşadığı evdə özünü bıçaqlayıb. Daha sonra o, yaşadığı binanın 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib.Təcili olaraq xəstəxanaya çatdırılan V.Mirzəyevin üzərində əməliyyat aparılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. İlkin ehtimala görə, V.Mirzəyevin intihar etməsinə ailədaxili münaqişə səbəb olub. PAYTAXT SAKİNİ 22 YAŞLI GƏNCİ BIÇAQLAYIBDünən səhər saatlarında Bakının Binəqədi rayonunda isə bıçaqlanma hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Bakı sakini, 1988-ci il təvəllüdlü Cavid Möhübbət oğlu Məmmədov münaqişə zəminində 1986-cı il təvəllüdlü Vüqar Təyyar oğlu Həsənovu bıçaqlayıb. V.Həsənov hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ əməkdaşları hadisəni törədən şəxsi həbs edib. Hazırda onun ifadəsi alınır. BƏRDƏDƏ ANA İLƏ KÖRPƏSİNİ ÖLDÜRDÜLƏRBərdə rayonunun Alaçadırlı kəndində dəhşətli qətl hadisəsi baş verib (APA). Bu kənddə məskunlaşan Ağdam rayon sakini, 1966-cı il təvəllüdlü Cəmilə Əhəd qızı Şükürovanın və onun qızı - 2002-ci il təvəllüdlü Arzu Mahir qızı Quluzadənin meyiti tapılıb. Hadisə yerinə gedən polis və prokurorluq əməkdaşları müəyyən ediblər ki, ana və körpəsi gecə qətlə yetiriliblər.İlkin ehtimala görə, ana və qızı küt alətlə öldürülüblər. C.Şükürovanın 4-5 il əvvəl həyat yoldaşından boşandığı bildirilib. |
43,298 | 23.11.2008 03:21 | Ölkə | QƏZALI BİNANIN SAKİNLƏRİ BAŞQA OTELƏ YERLƏŞDİRİLİB | Məsələ ilə bağlı dünən bir daha İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxladıq. Sorğumuzu cavablandıran qurumun adının çəkilməsini istəməyən əməkdaşı bizimlə söhbətdə artıq vəziyyətlə bağlı baş nazirin müavini Abid Şərifovun yanında müşavirə keçirildiyini söylədi. Onun sözlərinə görə, yığıncaqda binanın təmiri barədə qərar qəbul edilib və bu barədə sakinlərə məlumat verilib: “O ki qaldı 6 ailənin yerləşdirilməsinə, bununla bağlı da heç bir problem yoxdur”.Ancaq adıçəkilən ünvanın sakini Nailə Əhmədova deyilənlərin heç də hamısının həqiqət olmadığını söylədi. Onun sözlərinə görə, binanın təmirində ləngimələr var: “İşə məsul şəxslər binada yalnız xırda bərkitmə işləri həyata keçiriblər. Halbuki binanın ciddi təmirə ehtiyacı var”.Sonda müsahibimiz bina sakinlərinin yaxınlıqdakı mehmanxanaların birinə yerləşdirildiyini dedi. |
43,299 | 23.11.2008 03:21 | Ölkə | OBYEKTLƏRİ YANAN TİCARƏTÇİLƏR AKSİYAYA HAZIRLAŞIR | “Burada elə adamlar var ki, 60-70 min dollar ziyana düşüb. Həmin vaxt hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanmış əşyaların siyahısını tərtib edərək zərərçəkənlərə kompensasiya veriləcəyini bildirmişdir. Amma bu günədək heç bir nəticə yoxdur”.Müsahibimiz deyir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları aldadıb: “İndi həmin ticarətçilərin əksəriyyəti borc içində qalıb. Bəziləri isə pul olmadığından yerlərini başqasına icarəyə verib”.Şikayətçinin sözlərinə görə, ziyana düşənlər yaxın günlərdə Fövqəladə Hallar Nazirliyinin binası qarşısında aksiya da keçirmək istəyirlər: “Biz bu məsələnin axırına çıxmaq niyyətindəyik”. |
43,300 | 23.11.2008 03:27 | Güney hadisələri | DAHA BİR GÜNEY AZƏRBAYCANLI MİLLİ FƏAL MƏHBƏSƏ ATILDI | “Amerikanın səsi” radiosu C.Zareinin bu ilin əvvəllərində də həbs olunduğunu xəbər verib. Bildirilir ki, o, 3 ay müddətinə ETTELAAT təcridxanasında saxlanıldıqdan sonra zaminə buraxılıbmış.Bu arada qeyri-rəsmi mənbələr habelə İranın Maku şəhərində İslam İnqilab Məhkəməsinin Sabir Beytullahi və Bəhmən Nəsirzadə adlı iki gənc haqqında azadlıqdan məhrumetmə cəzası çıxardığını xəbər verib. Daha iki azərbaycanlı isə Təbrizdə ETTELAAT-ın yerli şöbəsinə çağırılıb. Mahmud Fəzli və Vahid Şıxbəylinin təhlükəsizlik orqanlarına siyasi fəaliyyətlərinə görə çağırıldığı bildirilir. |
43,301 | 23.11.2008 04:21 | Siyasət | MÜSAVATÇI GƏNCLƏR ORDUDAKI ÖZBAŞINALIĞA ETİRAZ ETDİ | Bəyanatda deyilir: “Son bir ayda Azərbaycan ordusunda baş verən ölüm faktlarının sayı artıb. Bu hal sərhəd bölkələrində daha intensiv hal alıb. Müdafiə Nazirliyi vətənə xidmət borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanan əsgərlərə qarşı laqeydlik nümayiş etdirir. Torpaq uğrunda şəhid olan əsgərə fərari adı verilir”.Sənəd müəllifləri bu halların yaranmasında Müdafiə Nazirliyi rəhbərliyini günahlandırır. Gənclər orduya ögey münasibət bəslədiyinə görə müdafiə naziri Səfər Əbiyevin istefasını da tələb ediblər. |
43,302 | 23.11.2008 08:28 | Ölkə | MAŞIN BAZARINDA ÜSYAN GÖZLƏNİLİR | İki-üç gün öncə həmin məbləği 500 manata qaldırdılar. Üstəlik gündəlik də 2 manat ”haqq" tələb edirlər. Bunun ardınca isə bizə daha böyük zərbə vurmaq istəyirlər. Maşın bazarının sahibi burada ticarətlə məşğul olan şəxslərə avtomobil şinlərini və digər ehtiyat hissələrini ancaq iki nəfərdən almağı tələb edir. Həmin o iki nəfərin arxasında isə yüksək vəzifəli adamlar durur. Bu adamlar təkər ticarətini inhisara almaq istəyirlər. Biz indiyədək təkəri topdansatışla məşğul olan müxtəlif adamlardan alırdıq. İndi həmin adamlardan 50 manata aldığımız təkəri maşın bazarının sahibinə yaxın olan iki nəfər bizə 56 manata təklif edir. Biz onu neçəyə alıb neçəyə satacağıq? Biz müdirə deyəndə ki bu, inhisarçılıqdır, kimdən istəyiriksə, necə sərfəlidirsə, ondan da təkər və digər ehtiyat hissələri alacağıq, onda da bizi bazardan çıxarmaqla hədələyir. Deyirik ki, bu özbaşınalıqla bağlı Prezident Aparatına şikayət edəcəyik, yolu bağlayacağıq, yenə faydası olmur. Cavabı bu olur ki, bircə kəlmə artıq-əskik danışsanız, başınıza oyun açaraq, mən heç kimdən qorxmuram. Müdir Rasim adlı bir şəxsdir, başımıza oyun gətirir. Azərbaycanda bütün sahələr inhisardadır. Az-çox ehtiyat hissələrinin satışı ilə məşğul olmaq asan idi, indi onu da inhisara alırlar. Faktiki olaraq biz üç gündür alver edə bilmirik. Bizim balalarımız ac qalmalıdır? Kimsə varlanacaq deyə biz bir tikə çörəyimizdən olmalıyıq? Biz aidiyyəti dövlət qurumlarına müraciət edirik ki, bu özbaşınalığa son qoysunlar". |
43,303 | 23.11.2008 04:30 | Kriminal | MARŞRUT AVTOBUSU AŞIB YANDI | Biz hadisə yerində olarkən artıq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları avtobusu söndürürdü. Yanğın zamanı avtobus tamamilə sıradan çıxmışdı. Hadisənin şahidlərinin sözlərinə görə, avtobus yanarkən maşının salonunda xoşbəxtlikdən sərnişin olmayıb. Avtobusun sürücüsü isə qəza yerindən qaçıb. Ərazidəki polis nəfərləri isə hadisənin təfərrüatları barədə məlumat verməkdən imtina etdilər. |
43,304 | 23.11.2008 03:31 | Media | ŞİRZAD MƏMMƏDLİ “MƏRKƏZ”dən ÖZ İSTƏYİ İLƏ GEDİB | Xatırladaq ki, jurnalistikaya “Yeni Müsavat” qəzetindən gəlmiş Ş.Məmmədli “Mərkəz”ə 2006-cı ilin aprel ayından rəhbərlik edirdi. Ona qədər bu vəzifəni hazırda “Lider” TV-də çalışan Sahib Alıyev tutub. Göründüyü kimi, “Mərkəz”ə Ş.Məmmədlidən əvvəl və ondan sonra rəhbərlik edən şəxslər iqtidaryönlü televiziyada çalışanlar olub. Bu fakt Ş.Məmmədlinin vəzifəsindən çıxmasında qaranlıq məqamların olduğunu düşünməyə əsas yaradır.Ş.Məmmədli “Media foruma” öz istəyi ilə çıxdığını bildirib.Bu, həqiqətənmi belədir?Bu sualla Ş.Məmmədlinin özünə müraciət etdik. O, redaktoru olduğu qəzetdən uzaqlaşmasının siyasi baxışlarla əlaqəsinin olmadığını söylədi: “Hər şey öz istəyimlə olub. Mənim baş redaktorluqdan uzaqlaşmağım ikitərəfli razılaşma əsasında olub”.Ş.Məmmədli bunun çoxdan planlaşdırıldığını da söylədi: “Mən Seçki Texnologiyaları İnstitutunun rəhbəriyəm. 2000-ci ildən 2006-ci ilə qədər seçki məsələləri ilə məşğul olmuşam. 2005-ci ilin partament seçkilərində seçki texnoloqu kimi iştirak etmişəm. 2006-2008-ci illər isə boş keçdiyindən mətbuatda işləmək qərarına gəldim. Eyni anda media və seçki ilə işləmək çətindir. Mən seçkini seçdim. Gedəcəyimi son bir ildə redaksiyada da bilirdilər”.Qeyd edək ki, BDU-nun şərqşünaslıq fakültəsinin məzunu olan V.Qaradağlı tanınmış diktorlar Aydın Qaradağlı və Gültəkin Cabbarlının kiçik övladıdır. |