id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
43,305
23.11.2008 03:33
Yazarlar
AMERİKAYA İNANAQMI?
Qərb xüsusilə son beş ildə ölkəmizdəki proseslərdə demokratiyaya qahmar çıxmır. Söz və mətbuat azadlığının vəziyyətinin düzəlməsi, müstəqil qəzetlərin məhv olmaması, azad jurnalistikanın əldən getməməsi üçün real addımlar atmır. Paralel olaraq, iqtidara münasibətdə xeyli yumşalıb. Tənqidi azaldıb, bəyanatlardakı əvvəlki sərtlikdən isə əsər-əlamət yoxdur. Zatən cəmiyyət bunun səbəbini yaxşı bilir. Neft amili, enerji maraqları, beynəlxalq miqyaslı korrupsiya, rüşvət Azərbaycan kimi ölkələrin taleyində özünəməxsus rol oynayır - təbii ki, mənfi mənada. Bütün bunlara rəğmən, Qərbdən ümidimizi tam kəsmirik. Obamanın prezident seçilməsi bu ümidləri yenə bir qədər dirçəldib. Artıq qəzetlərdə Amerikanın Azərbaycanla bağlı siyasətində köklü dəyişikliklərin olacağına dair proqnozlar səslənir. Bu proqnozların ortaya çıxmasında Barak Obamanın bəyanatlarının da rolu var. ABŞ-ın yeni prezidenti demokratiyanın yayılması və müdafiəsi ilə bağlı cəlbedici fikirlər səsləndirir. Fəqət, təkcə bəyanatla iş düzəlsəydi dərd yarı idi. 8 il əvvəl də eyni ovqat hökm sürürdü. Corc Buşun hakimiyyətə gəlməsinin ölkəmizdəki demokratik proseslərə müsbət təsir göstərəcəyinə dair birmənalı bəyanatlar yəqin çoxlarının yaddaşından hələ silinməyib. Buş ikinci inauqurasiyasında verdiyi bəyanatla da diqqət cəlb etmişdi: “Demokratiya istəyən xalqlar ona qovuşacaq”. Üstəlik, Kondoliza Rays dövlət katibi vəzifəsinin icrasına başlayan ərəfədə təmtəraqlı bəyanat verdi: “Bundan sonra Amerika üçün demokratiya əsas prioritet olacaq, enerji maraqları və təhlükəsizlik məsələləri ikinci plana keçəcək”. Tam əksi oldu. Son 4 ildə Azərbaycanda avtoritar idarəçilik, həmçinin korrupsiyanın miqyası daha ciddi şəkil almağa başlayıb. Əslində istərdik bu dəfə fərqli olsun. Dünyanın qabaqcıl ölkələri avtoritar rejimlərə dəstəklərini dayandırsınlar. Lakin bunlar təkcə arzu-istəklə həyata keçmir. Bizim üçün Obama hələlik müəmmadır, sirdir: nə edəcək, nə etməyəcək bəlli deyil. ABŞ-ın Azərbaycana yönəlik siyasətində dəyişikliklərin olub-olmayacağı da həmçinin bilinmir. Düzdür, Qərb Qafqazlarda buraxdığı səhvlərin altını zaman-zaman çəkir. Azərbaycanda iqtidara gətirdiyi avtoritar rejim indi onun öz maraqlarını təhdid edir. Xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı yaranmış vəziyyət buna ən bariz nümunədir. Təkcə bu məsələyə yanaşması Obama admnistrasiyasının demokratiyaya münasibəti üçün ən gözəl test olacaq. ABŞ-ın yeni hökumətinin ölkəmiz və onun iqtidarı ilə bağlı ilk işlərindən biri söz, media azadlığı məsələsi olacaq. Bunun bizə bir növ xeyri var... *** Cəmiyyətin inamını özünə qaytarmaq lazımdır. Qərbin dünyada gedən proseslərə nə qədər müdaxilə imkanları olsa da, ölkələrdə rejimləri dəyişməyi, dəngələri müəyyənləşdirməyi bacarsa da yenə də özümüzə güvənməliyik. Heç bir iş görmədən oturub Amerikaya, Avropaya ümid bəsləsək 100 il sonra da ağ günə çıxa bilməyəcəyik. Bir də onlara çox inanmağa gərək yoxdur. Bəzən bütöv bir xalqı elə peşman və məyus edirlər ki, həmin xalqların demokratiyaya inamları 10 illər boyu bərpa olmur. Eynən bizdəki kimi. Allah özümüzə versin. Azər AYXAN
43,306
23.11.2008 02:30
Gündəm
ABŞ-ın İKT-dəki SƏFİRİ QARABAĞ MÜNAQİŞƏSİNDƏN XƏBƏRSİZDİR?
S.Kumber bu ilin əvvəlində səfir təyin olunub. Dediyinə görə, əvvəllər biznes sahəsində fəaliyyət göstərib. Səfirin əsas vəzifəsi ABŞ-la müsəlman dünyası arasında anlaşma yaratmaqdır. S.Kumber bu yaxınlarda Nyu-Yorkda keçirilən dinlərarası dialoq konfransının bu istiqamətdə mühüm addım olduğunu vurğuladı, o cümlədən xristian-müsəlman sivilizasiyaları dialoqunun yaradılması üçün həm İKT-nin mərkəzi qərargahının yerləşdiyi Ciddə şəhərinə, həm də Vatikana səfər edərək Roma papası ilə görüşdüyünü bildirdi. Onun fikrincə, müsəlmanların özlərinin də arasında müəyyən işlərin görülməsinə ehtiyac var.Diplomat dünyada böyük ümidlər bəslənən yeni prezident Obamadan çox şeylər gözlədiklərini və yeni administrasiya dönəmində müsəlman ölkələri ilə əlaqələrin daha da yaxşılaşacağına inandıqlarını qeyd etdi: “Müsəlman adı daşıyan Barak Hüseyn Obamanın prezident seçilməsi bəzilərinin ABŞ haqqında təəssüratını dəyişib”.“Amerika ilə müsəlman ölkələri və icamalararası dialoqdan danışarkən əsas müsəlman ölkələrində görülən işləri qeyd etdiniz. Amma nədənsə ABŞ-ın görəcəyi işlər qeyd olunmadı. Sizcə, Amerika hökuməti bu istiqamətdə hansı addımları atmalıdır” sualına cavab olaraq səfir müəyyən işləri gördüyünü dedi: “Dünya mediasında ”İslam terrorizmi", “İslam faşizmi”, “İslam fundamentalizmi” kimi ifadələr işlədilir. Təəssüf ki, bu ifadələr ABŞ hökumət nümayəndələrinin dilindən də səslənib. Ancaq mən bu vəzifəyə təyin olunduqdan sonra hökumət qarşısında məsələ qaldırdım ki, bu cür aşağılayıcı ifadələr yığışdırılmalıdır. Az sonra rəsmilərin dilindən bu ifadələr yığışdırıldı. Mən müsəlman ölkələrində olarkən deyirdilər ki, biz Amerikanın gücünü görürük, amma yumşaq üzünü görmürük. Mən hökumət qarşısında “Amerikanın yumşaq üzünün göstərilməsi” ilə bağlı təkliflər hazırlamışam. Amerikanın müsəlman ölkələrində mədəni, təhsil və digər sahələrdə işlər görməsinə çalışıram. İKT ilə təhsil proqramı hazırlamışıq. ABŞ hökumətinin dəstəyi ilə 10 kasıb müsəlman ölkəsində elektron kitabxana yaradılıb. Kasıb müsəlman ölkələrində 25 universitetin və bu qədər sayda xəstəxananın tikilməsi üçün 1 milyard dollar ayrılmasını təklif etmişəm".Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı suala cavabında isə səfir nə qədər qəribə də olsa, Qarabağ münaqişəsi barədə ətraflı məlumatının olmadığını dedi. Məsələyə münasibət bildirən hüquq müdafiəçisi, dinşünas-alim Hacı İlqar İbrahimoğluna görə, ola bilsin, səfir fikrini doğru çatdıra bilməyib: “Hər halda bu təşkilatda rəsmi nümayəndə ola-ola Qarabağ məsələsindən bixəbər qalmaq qeyri-mümkündür. Çünki qurum hər il konfliktlə bağlı xüsusi qərar çıxarır və Ermənistanı işğalçı kimi tanıyıb”.
43,307
23.11.2008 02:37
Siyasət
“KONSTİTUSİYA DƏYİŞİKLİYİNİN QARŞISINI ALMAQ ÇƏTİN OLACAQ”
O qeyd edib ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətlər qoyulması həm qeyri-demokratiklikdir, həm də ədalətsizlikdir. Ona görə də YAP bununla bağlı konstitusiyaya dəyişiklik edilməsini istəyir. Bu arada isə bəli olub ki, artıq yerlərdə bununla bağlı imzatoplama kampaniyası keçirilir. Vətəndaşlardan “ömürlük prezident” məsələsi ilə bağlı imza toplanılır, onların şəxsiyyət vəsiqələri yığılır. Nəzərə çatdıraq ki, hakimiyyətdəki monarxiya tərəfdarları “ömürlük prezident” təşəbbüsündə təxminən iki il öncə bulunublar. Bununla bağlı ilk dəfə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı təşəbbüs irəli sürmüşdü. Əslində hakimiyyətin “ömürlük prezident” məsələsini kimin vasitəsi ilə gündəmə gətirməsinin elə bir fərqi yoxdur. Əsas məsələ odur ki, bu kimin marağındadır və nə üçün hakimiyyət məhz İlham Əliyevin əbədi olaraq ölkə başçısı postunda qalmasını istəyirlər? Söhbət ondan gedir ki, hələ 2005-2006-cı illərdən belə rəylərə rast gəlinib ki, 2013-cü ildə ölkə başçısı postuna ən şanslı iddiaçı elə indiki iqtidarın öz içindən çıxacaq. Əcəba, bu ehtimal kifayət qədər əsaslı olduğu halda, YAP-çılar nədən “ömürlük prezident” məsələsində israr edirlər? Onları əndişələndirən nədir? Və hakimiyyət konstitusiyaya dəyişiklik etmək üçün əməli addımlar atarsa, demokratik qüvvələrin bu təhlükəni aradan qaldırmağa gücü çatacaqmı? Müsavat Məclisinin üzvü, politoloq Hikmət Hacızadəyə görə, iqtidarın bu niyyətinin həyata keçməsi böyük biabırçılıq olar: “Bu, hər bir demokratik cəmiyyət üçün biabırçılıq demək olar. Bundan əvvəl Özbəkistan, Qazaxıstan, Tacikistan prezidentləri bu addımı atıblar və böyük tənqidlərlə qarşılaşıblar. Biz də o ölkələrin sırasına düşəcəyik”.H.Hacızadə hesab edir ki, məsələ ilə bağlı referendum keçirilərsə, iqtidar öz niyyətinə nail ola bilər: “Niyə də baş tutmasın? Məncə, demokratik qüvvələrin bunun qarşısını almağa gücü çatmayacaq. Güclü etiraz dalğası olmayacaq. Dünya da bunları sıxmayacaqsa, istəklərin həyata keçirəcəklər. Amma hər halda etirazlar olacaq”.ADP sədri Sərdar Cəlaloğlunun fikrincə də, məsələdə beynəlxalq aləmin mövqeyi önəmli olacaq: “Ölkədəki demokratikləşmə prosesi yalnız Azərbaycan vətəndaşları qarşısında deyil, həm də beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəlikdir. Ona görə də Azərbaycanın demokratik qüvvələri beynəlxalq təşkilatlarla birlikdə bu tendensiyanın qarşısını almağa çalışmalıdır. Əks halda ölkədə ya destabilizasiya başlayacaq, ya da hakimiyyətdəki monarxiya yaratmaq istəyən qüvvələr öz ideyalarını həyata keçirəcəklər. Bu daha ağır nəticələr verəcək. Ona görə də bu məsələdə beynəlxalq aləmin mövqeyi önəmli olacaq”.
43,308
23.11.2008 02:38
İqtisadiyyat
SOYDAŞLARIMIZIN RUSİYADAN GÖNDƏRDİYİ PULLAR AZALIR
Rusiya İqtisadi İnkişaf Nazirliyinin açıqladığı hesabatda bildirilir ki, MDB ölkələrindən olan miqrantların vətənlərinə yolladığı pulların həcmində ciddi azalma müşahidə olunur: “Hesablamalar göstərir ki, Rusiyadan fiziki şəxslərin göndəriş və köçürmə vasitəsilə çıxarılan vəsaitin həcmi baxımından postsovet məkanı ölkələri arasında Ukrayna, Azərbaycan, Tacikistan və Moldova lider mövqelərini qoruyur. Lakin həmin pul axınında zəifləmə prosesi gedir. Ukraynaya ünvanlanmış pul göndərişlərində 45, Moldovaya 43, Tacikistana 40, Azərbaycana isə 20 faiz azalıb. Bu, qlobal maliyyə böhranının Rusiyaya təsiri nəticəsində sənaye istehsalının zəifləməsi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və bir çox sektorlarda işlərin intensivliyinin azalması ilə bağlıdır”.
43,309
23.11.2008 02:35
Yazarlar
NİZAMİ CƏFƏROV VƏ PULLU ADAMLAR
Professor Cəfərovun cavabı məni məyus etdi. Amma açığı, elə bunu da gözləyirdim. Saray ziyalıları başqa cür ola bilmir. Bu dəfə də artıq alışdığımız və haradasa barışdığımız qorxaq, yayğın, qeyri-səmimi bir mövqe ilə üz-üzə idik. Özünü yuxarılara da, aşağılara da patriot, ağıllı, peşəkar, dövlətçi kimi göstərməyi sevən tipik nomenklatura ziyalısı manerasında bir bəhanə: “Hüquqşünas olsaydım, peşəm bunları araşdırmaq olsaydı, bunu da edərdim. Mədəniyyət komissiyasının sədriyəm, dilçiyəm, bir az da tarixçiyəm. Mən öz obyektimlə məşğulam. Bundan kənara çıxıb kimisə ittiham etsəm, buna cavab verə bilmərəm. Bəlkə də bunu hiss edirəm, amma deməyim peşəkar görünməz”.Mənim alim-deputat Nizami Cəfərovun kinorejissor-ssenarist Rüstəm İbrahimbəyovla və yazıçı Çingiz Abdullayevlə “milli elita varmı-yoxmu” mövzusu ilə başlayıb tərəflərin bir-birini aşağılaması ilə davam edən davasına zərrə qədər də marağım yoxdur. Əvvəla, yazar dostlarım bu mövzunu son ilməsinə qədər çözüb-çözələyib. İkincisi, elə bu adamların öz müsahibələrindən gördüyümü deyirəm: uzaqdan nəhəng görünən bu ziyalılar bir-birini artıq “kim pulgirdir”, “kim yaltaqdır və ya daha çox yaltaqdır” mübahisəsi müstəvisinə sürüyərək özlərini xeyli xırdaladı. Onların söz savaşı artıq şəxsi qərəzlilik xarakteri alıb. Bu üzdən o davaya artıq marağım yoxdur.Məni Nizami bəyin ölkədəki sosial-iqtisadi və mədəni-ictimai vəziyyətdən tam məmnun qaldığını deməsi də əsla narahat etmir. Ola bilsin bu ölkədən aldıqları - mənəvi, yaxud maddi nəsnələr - onu qane edir. Məni sadəcə bu cavabdakı dəhşətli bir məqam - onun alim, ictimai xadim obrazını çox cılız formada təqdim etməsi, ziyalını məmurun çəkdiyi cızığa salmaq şövqü, bir də ətrafdakı fəlakətə biganəlik əndişələndirir.Professor Cəfərovdan fərqli olaraq mən belə hesab edirəm ki, rüşvətə, oğurluğa, qanunsuzluğa, yaramazlığa, hər cür əbləhliyə və haqsızlığa qarşı çıxmaq, buna etiraz etmək üçün hüquqşünas yox, sadəcə vicdanlı ziyalı və vətəndaş olmaq yetər. Anlamaq olmur: ətrafını saran çirkaba, əclaflığa, allahsızlığa etiraz etmək üçün mütləq hüquqşünas diplomu, ya da hansısa ixtisas təhsili lazımdır? Sadəcə bəhanə və cəfəngiyyatdır, lap təmizinə qalsa, biabırçı qorxaqlıqdır, bu çirkabı yaradanlara şərik olmaq, onlara haqq qazandırmaqdır.Heydər Əliyev prospekti, 31 ünvanındakı sığınacağından 20 gün öncə zorla küçəyə atılan Qarabağ əlili ailəsinin dərdini bölüşmək, bu haqsızlığa etiraz etmək üçün guya alim, yaxud deputat olmaq lazımdır? Əli Abbasov ailəsi ilə küçədə gecələyir. Bu soyuqda! Heç yerə qeydiyyata götürülməyən, heç yerdən gəliri olmayan Əliyə müharibə veteranı kimi verilən müavinəti də kəsiblər.Bu rəzalətə nə vaxt etiraz etdiniz, Nizami bəy? Bunun üçün hüquq fakültəsini bitirməyə gərək yox ki! Bu ölkədə gör nə qədər adam hüquq və ilahiyyət fakültəsini bitirib. Nə olsun? Hanı o hüquq, o ilahiyyat? Bəs siz, Nizami bəy, vətən uğrunda savaşan bir türkün küçədə yaşamağına necə tabladınız? Atatürk Mərkəzi mane oldu? Atatürk özü belələrini bağrına basırdı ki... Əlinin 9 yaşlı oğlu Ağacavad bu vəziyyət üzündən məktəbə gedə bilmir. Budurmu sizi qane edən dövlət, dövlətçilik?Sevinc xanıma redaksiyada dedim, oxuculara da qəzetdə deyirəm: Nizami bəy ölkəni basıb yeyən, milləti basıb minən harın və varlı oliqarx-nazirlərin əməllərini saf-çürük edə bilməz. Ona bu hüququ verməyiblər. Bu hüququ olsaydı, heç hüquqşünas diplomuna da ehtiyac qalmazdı.Bilirəm, Nizami bəy oxumuş adamdır. Belə adamları fərqləndirən tək şey onların vicdanı olur. Oxuyub-bildiklərinizi, amma deyə bilmədiklərinizi dilə gətirin, bəy. Qorxmayın. Bizə yalançı bəzək kolları yox, oksigen verən kök-budaqlı təbii ağaclar lazımdır. Mənəvi ekologiya çox korlanıb. Məmləkət boğulur... *** Həqiqəti demək həqiqətən də yaxşı peşədir. Ən böyük mədəniyyət də elə budur - komissiyasız-filansız. Onu öyrənməyə dəyər. Elə də gec deyil...
43,310
23.11.2008 03:41
Ölkə
“BU GÜN ƏSGƏRLƏR DUSTAQLARDAN DAHA PİS VƏZİYYƏTDƏDİR”
Ordu ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının son hesabatına görə, təkcə bu il Silahlı Qüvvələrdə müxtəlif səbəblərdən 70-dək itki qeydə alınıb. Üstəlik ordudakı “dedovşina” faktları ilə bağlı videoroliklərin yayılması məsələyə ciddi diqqət ayırmağın zəruriliyini ortaya çıxardı. Dövlət büdcəsindən külli miqdarda vəsaitin ayrıldığı bu sahəyə ciddi vətəndaş nəzarətinin olması barədə təkliflər hələ də lazımi reaksiya doğurmadığından fəlakətli vəziyyəti aradan qaldırmaq mümkün olmur. Bəzi müşahidəçilər hesab edir ki, əslində təkcə son aylardakı olaylara görə ordu rəhbərliyində istefalar olmalı idi.Bəs ictimai-siyasi təşkilatlar, media təmsilçiləri vəziyyət barədə nə düşünür?Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hakimiyyətin atəşkəs rejiminin mövcudluğu barədə bəyanatlarını xatırlatdı: “Paralel olaraq çoxsaylı şəhidlərin gəlməsi narahatçılıq doğurur. Digər tərəfdən, şəhidlərin ruhuna hörmətsizlik mühiti var. Məsələn, Türkiyədə hər bir şəhidi böyük dövlət törənində, yüksək səviyyədə dəfn edirlər. Bu halda şəhidlərin ruhu şad olur, onların yaxınları təsəlli tapır, ölkədə vətənpərvərlik ruhunu yüksəldir. Azərbaycanda isə hətta böyük qəhrəmanlıq göstərmiş şəhidlərin də rəsmi dəfn törəni təşkil edilmir, bu da tamamilə anormal haldır”.A.Hacılı müharibə aparan ölkədə şəhidlərin olmasını mümkün sayıb deyir ki, cəmiyyət buna öyrəşməlidir: “Amma müharibə aparmayan, torpaqları işğal altında olan ölkədə şəhidlərin olması anormal haldır. Hakimiyyət bu məsələ ilə bağlı xalqa izahat verməlidir ki, nəyə görə həm torpaq qorunmur və işğal altındadır, həm də hərbi əməliyyatlar aparılmır, amma şəhidlər gəlir”.Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ordu ilə bağlı kompleks tədbirlərə ehtiyac olduğunu düşünür: “Bu gün orduda yeni dövr və yeni rəhbərlik başlamalı, prinsiplər dəyişməlidir. Orduya çağırış prinsipinin dəyişdirilməsinə, köklü islahatlara da ehtiyac var. Yalnız bundan sonra ordudakı neqativ hallar aradan qalxa bilər. Yoxsa istənilən kosmetik dəyişiklik nəticə verməyəcək. İndiki durum uzun müddət ərzində orduya eyni adamın rəhbərlik etməsinin və mahiyyətcə heç nəyi dəyişə bilməməsinin nəticəsidir. Mən müdafiə nazirini heç vaxt bacarıqlı kadr hesab etməmişəm. Bütün problemlər ondan doğur”.İ.Ağazadə dedi ki, kiçik zabit heyətinin yaşı azaldılmalıdır: “Bu tipli məsələlər ciddi surətdə həll olunandan sonra artıq ordu rəhbərliyinin də dəyişməsi mahiyyətcə bir sıra problemləri aradan qaldıracaq. Ordudakı vəziyyətin parlamentdə müzakirəsinə ciddi ehtiyac var. Ordudakı vəziyyət hər bir vətəndaşı narahat edən məsələdir. Ona görə də bu məsələni parlamentdə bir daha qaldıracağıq”.“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, fəlakətlərin qarşısını almaqdan ötrü orduya ictimai nəzarət olmalıdır, əks halda vəziyyət yaxşılığa dəyişməyəcək: “QHT-lər, siyasi partiyalar, parlament və digər strukturlar məsələyə müdaxilə etməlidir. Müvafiq komissiyalar yaradılmalı və orduda ictimai nəzarət funksiyasını yerinə yetirməlidir”.Baş verənlərə görə istefaların olmamasına gəldikdə isə M.Əliyev bunu təbii saydı: “İstefa mədəniyyəti bizdə harada olub ki, bu barədə danışaq? İqtisadiyyat dağılıb gedir, inflyasiya 30 faizdir, amma hökumət dəyişmir, baş nazir təzədən öz vəzifəsinə təyin olunur”.Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa görə, 11 ay ərzində 70 əsgərin ölməsi ciddi faktdır: “Biz ordu ilə bağlı fəaliyyət göstərən QHT-lərin təkliflərini dəstəkləməliyik. Orduya ictimai nəzarət olmasa, heç bir irəliləyişdən danışmağa dəyməz. Bu gün əsgərlər daha çətin vəziyyətdədir, nəinki dustaqlar. Bir neçə il əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyi hansısa cəzaçəkmə müəssisəsində monitorinq keçirilməsinə icazə verdi. Yəni artıq dustaqlar olan yerlərdə ictimai nəzarət var. Əsgər isə daha pis vəziyyətdədir və onun hüquqları cinayətkardan da pis qorunur. İctimai nəzarət olmasa, vəziyyət dəyişməyəcək”.L.Yunus hesab edir ki, orduda NATO standartlarına keçidi də sürətləndirmək lazımdır. O, bildirdi ki, Ombudsman Aparatı rəhbərindən ölkədə neçə nəfərin işgəncədən öldüyünü soruşanda Elmira Süleymanova onun sualına cavab verməyib: “Deyək ki, türmədə, yaxud polis şöbələrində işgəncəyə məruz qalanlardan danışılmır. Bəs ordudakı işgəncə faktları ombudsmanın hesabatına niyə daxil edilmir? Ombudsman heç olmasa bu məsələlərə baxmalıdır”.L.Yunus qeyd etdi ki, Sülh və Demokratiya İnstitutu ordu ilə məşğul olan QHT rəhbərlərinin Hərbi Məhkəmədə monitorinq aparmasını təklif edir: “Heç olmasa gələn il hər bir cinayət işini Hərbi Prokurorluq və Hərbi Məhkəmənin necə araşdırdığı barədə monitorinq aparılsın”.QHT rəhbəri ordu rəhbərliyinin faciələri sükutla qarşılamasında təəccüblü bir şey görmür: “Əgər nəzarət, sorğu yoxdursa, ordu rəhbərliyi də heç nəyə fikir verməyəcək. Nə ictimaiyyət, nə Milli Məclis, nə də ombudsman ondan bir söz soruşmur. QHT-lərə isə fəaliyyət göstərmək üçün imkan vermirlər”.Hüquq müdafiəçisi əsir əsgərlərin taleyi ilə bağlı da narahatçılığını bölüşdü: “Bizim əsgərlər işgəncədən qaçarkən cəbhə xəttini keçir və ermənilərin əlinə keçirlər. Stalin rejimində olduğu kimi əsgərlərin çoxuna ”casus" və “vətən xaini” ittihamı ilə 8-12 il iş kəsirlər. Bu da ədalətsizlikdir".L.Yunus ordudakı vəziyyətlə bağlı forum keçirilməsi ideyasına müsbət yanaşdı və bununla bağlı məsləhətləşmələr aparılacağını dedi. Ancaq ictimaiyyətin də məsələyə kəskin reaksiya verməsini zəruri saydı: “Niyə əsgər anaları hansısa nazirliyin qarşısına çıxıb etiraz aksiyaları keçirmir? Nə üçün şəhid anaları həlak olan övladlarımızın siyahısını tutub ortaya çıxmır, haqqını tələb eləmir?”Mövzu ilə bağlı Müdafiə Nazirliyinin də mövqeyini öyrənmək istədik. Lakin telefon zənglərimiz cavabsız qaldı.
43,311
23.11.2008 02:42
Ölkə
“NİZAMİ CƏFƏROV BARƏDƏ TƏDBİR GÖRÜLSÜN”
“Nizami Cəfərovun 15 noyabr 2008-ci ildə day.az internet portalında dərc etdirdiyi məqalədə böhtanla yüklənmiş fikirləri, 50 ildən bəri Azərbaycan mədəniyyət və incəsənəti tarixinə neçə-neçə şərəfli səhifələr yazmış Azərbaycan Kinematoqrafçılar İttifaqının və onun üzvlərinin təhqir edilməsinin yolverilməz olduğunu hesab edirik. Məqalədə guya R.İbrahimbəyov fikirlərini dövlət tərəfindən nələrinsə ona verilmədiyi, onun rəhbərliyi altında hansısa Kinematoqrafiya Akademiyasının maliyyələşdirilmədiyi səbəbi ilə söylədiyi, ziyalıların isə R.İbrahimbəyovun haqlı fikrinin müdafiəsi Kinematoqrafçılar İttifaqının İbrahimbəyovun əlində bir alət olduğu kimi təqdim olunur. Təəssüf doğuran odur ki, MM-in Mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri ölkədə mədəniyyət sahəsində aparılan siyasətdən xəbərsizdir və bu, onun səriştəsizliyinə dəlalət edir".Müraciət müəllifləri spikerdən xahiş edir ki, N.Cəfərovun ölkəmizin imicinə və mənəvi dəyərlərin itirilməsinə gətirən hərəkətlərinə qiymət verilsin: “Əks təqdirdə əsassız təhqir və hücumlara vətəndən kənarda yaşayan çoxsaylı azərbaycanlıların, beynəlxalq kino ictimaiyyətinin və R.İbrahimbəyovun şəxsiyyət və yaradıcılığının dünya mədəniyyətindəki rolunu anlayan insanların münasibəti ölkəmizin nüfuzuna arzuolunmaz xələl gətirə bilər. Nizami Cəfərovun MM-in Mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri vəzifəsi ilə bir araya sığmayan davranışı barədə tədbir görülməlidir”.
43,312
23.11.2008 03:39
Mənəviyyat
1700 ZƏVVARIMIZ HƏCCƏ YOLA DÜŞDÜ
Bir həftə sonra isə təyyarə ilə Həcc ziyarətinə gedəcək zəvvarlar yola düşəcək. QMİ-dən Həcc ziyarəti ilə bağlı bütün hazırlıqların başa çatdırıldığı qeyd olunub. Azərbaycan zəvvarlarının builki Həcc ziyarətinə QMİ-nin sədr müavini Hacı Salman Musayev rəhbərlik edir.
43,313
23.11.2008 02:43
Siyasət
“BİZ “XALQIN GÜCÜ” BLOKU BARƏDƏ MÜZAKİRƏ APARMAMIŞIQ”
B.Quliyev qəzetimizə verdiyi müsahibəsində bu təşəbbüsü doğuran arqumentlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, 2003-cü ildə yaradılmış “Bizim Azərbaycan” blokunda təmsil olunan 9 partiya rəhbəri İsa Qəmbərlə görüşüb və danışıqlar başlayıb. CXP rəhbəri yaxın vaxtlarda “Xalqın gücü” blokunun rəsmən elan olunacağını da söyləyib. O, Əli Kərimli ilə bir blokda olmağın tərəfdarı olmadığını da bildirib. B.Quliyevin toplantıda iştirak edən bütün tərəflərin bu ideyanı qəbul etdiyini söyləməsi AXCP sədri Əli Kərimlinin blokda iştirak edəcəyini şübhə altına salır.Belə olan təqdirdə Müxalifətin Əməkdaşlıq Mərkəzinin ömrünün uzun olmayacağı meydana çıxır.Bəs Müsavat Partiyasının mövqeyi necədir?Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının dediyinə görə, “Bizim Azərbaycan” blokunun üzvlərinin Müsavat Partiyası ilə müttəfiqliyi davam edir: “Bloka daxil olan təşkilatların rəhbərləri Müsavat başqanı ilə görüşərək müəyyən məsləhətləşmələr aparıb. Yeni blok söhbəti də yəqin ki, həmin toplantıların birində olub. Yeni blokun yaradılması ilə bağlı Müsavat Partiyasında müzakirələr aparılmayıb”.A.Hacılının sözlərinə görə, bələdiyyə seçkiləri ilə bağlı yaradılacaq blok heç bir halda 9 siyasi partiya ilə məhdudlaşa bilməz: “Daha geniş spektrin yaradılması məqsədəuğundur. ”Bizim Azərbaycan" blokuna daxil olan partiyalardan biri də Cümhuriyyət Xalq Partiyasıdır".
43,314
23.11.2008 02:45
Gündəm
MÜXALİFƏTÇİLƏR TÜRKİYƏDƏKİ TOPLANTIYA NİYƏ APARILMADI?
Qeyd edək ki, assambleyanın yığıncağına türkdilli dövlətlərdən təkcə Özbəkistan qatılmayıb. Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Ancaq Türkiyə ilə yaxın əlaqələri olan, türkçü kimi tanınan müxalifətçi millət vəkilləri nümayəndə heyətinin tərkibində yoxdur.Türkiyədə keçirilən toplantını yüksək qiymətləndirən millət vəkili Pənah Hüseyn assambleyanın Azərbaycan və ümumiyyətlə, türk dünyası üçün əhəmiyyət daşıdığını düşünür. Onun fikrincə, bu gün olmasa da gələcəkdə bu addımın müsbət nəticələri ola bilər. O ki qaldı toplantıya müxalifətçi millət vəkillərinin dəvət olunması məsələsinə, həmsöhbətimiz dedi ki, parlament rəhbərliyi onları nümayəndə heyətinin siyahısına salmayıb: “Ümumiyyətlə, bizi heç bir xarici səfər proqramına dəvət etmirlər”.Daha bir müxalifətçi millət vəkili, tarixçi-alim, Türkiyə ilə yaxın əlaqələri olan Nəsib Nəsibli də Türkiyəyə gedən nümayəndə heyətinin tərkibinə daxil edilməyib. Millət vəkili bunu parlament rəhbərliyinin müxalifətçi deputatlara qısqanc münasibətinin təzahürü sayır: “Hətta tarixi mövzuda konfranslara da mühəndis göndərirlər, təki müxalifətçi olmasın. Həmişə belə olub”.
43,315
23.11.2008 03:45
Siyasət
MÜSAVATIN ƏSAS İSTƏYİ BƏLLİ OLDU
Onun sözlərinə görə, bu cür davranış əməkdaşlığın yaranması işinə xidmət etmir: “Açıq-aydın görünür ki, şəxsən mənim fikirlərim qəsdən təhrif olunur. Fikirlərimi təhrif edənlərin mövqeyində ciddi məntiqsizlik var. Mən bütün müsahibələrimdə demişəm ki, biz konkret olaraq AXCP ilə daha dərin əməkdaşlığa hazırıq. Bilirəm ki, bu fikir Əli Kərimlinin özünə də deyilib. Belə olan halda bizim guya ”Azadlıq" bloku daha radikal olduğu üçün onlardan məsafə saxlamaq istəməyimiz barədəki fikirlər absurdur. Bu fikri izah etməli olsaq, onda “Azadlıq” blokuna yaxın qəzetlər və blokun bəzi təmsilçilərinin məntiqincə, “Azadlıq” blokunda olan radikal partiya Vətəndaş və İnkişaf Partiyasıdır, AXCP isə loyal partiyadır. Sual olunur: əgər “Azadlıq” blokundan onların radikal mövqeyinə görə məsafə saxlamaq istəyiriksə, niyə həmin blokda aparıcı qüvvə olan AXCP ilə daha dərin, daha sıx əməkdaşlığın tərəfdarıyıq? Hətta müttəfiqlik münasibətlərinə yaxınlaşan əməkdaşlığın tərəfdarıyıq?"Müsavatın KXCP, AMİP və ADP-nin Müxalifətin Əməkdaşlıq Mərkəzinə (MƏM) gəlməsində təkid etməsi barədə deyilənlərə gəlincə A.Hacılı bu məsələnin şişirdildiyini vurğuladı: “Heç bir təkid yoxdur. Müsavat heç kimi zorla harasa aparmaq fikri yoxdur. Adıçəkilən partiyaların MƏM-də təmsil olunması təkliflərdən biridir. ”Təklif" və “təkid” ifadələrini qarışdırmaq olmaz. Müxtəlif variantlar müzakirə olunur və onlardan birinin üzərində dayanılacaq. Ona görə də bu məsələlərin vaxtından əvvəl müzakirəsinin mətbuata çıxarılması, partiyalar arasında müzakirədə olan, ancaq hələ razılaşdırılmamış layihələrin mətbuat vasitəsilə müzakirə edilməsi əslində əməkdaşlığa aparan yol deyil. Əməkdaşlıq istəkləri səmimidirsə, bu məsələlər bütün təkliflər müzakirə ediləndən və müəyyən razılaşmalar əldə olunandan sonra mətbuata çıxarılmalıdır. Biz bu məsələləri mətbuatda müzakirə etməli deyilik. Masa arxasında çözməliyik".“Azadlıq” blokuna yaxın qəzetlərdə yazılanlara istinad edən A.Hacılının sözlərinə görə, bu qəzetlərdəki yazılardan belə təəssürat yaranır ki, AXCP Müsavatla o şərtlə müttəfiqlik münasibətlərinə hazırdır ki, Müsavat mütləq AXCP-nin müttəfiqləri ilə də müttəfiqlik etsin: “Bu mövqe konstruktiv deyil. Biz AXCP ilə indikindən daha dərin əməkdaşlığın tərəfdarıyıq. Haqqında mətbuatda danışılan layihələri AXCP ilə müzakirə etməyə hazırıq. Ancaq bu məsələləri mütləq başqaları ilə də müzakirə etməli olmağımızın şərt kimi irəli sürülməsi prosesin ləngiməsinə gətirib çıxarır. Tam məsuliyyətlə deyirəm ki, Müsavat Partiyası real əməkdaşlığın qurulmasında maraqlıdır. O ki qaldı digər partiyaların iştirakı ilə əməkdaşlığa, bu, ümumi əməkdaşlıq ola bilər. Ölkədə demokratik şəraitin yaradılması ilə bağlı ən ümumi məsələlərdə Azərbaycanda fəaliyyət göstərən irili-xırdalı bütün müxalif siyasi qüvvələrin bir araya gəlməsi mümkündür. Biz digər partiyaların da bu prosesdə iştirakı haqqında fikir səsləndirərkən onlarla hansısa seçkiləri hədəf götürmək məqsədilə bir arada olmaq yox, məhz ölkədə demokratik şəraitin yaradılması işində ən ümumi əməkdaşlığın olması barədə düşünürük. İki istiqamətdə müzakirələr aparıla bilər. Bir tərəfdən, ümumi əməkdaşlıqla əlaqədar bir çox partiyaların bir araya gəlməsi, digər tərəfdən isə AXCP-nin təklif etdiyi kimi, ayrı-ayrı partiyaların, məsələn, Müsavatla AXCP-nin daha dərin əməkdaşlığı barədə sənədi müzakirə edib qəbul etmək mümkündür”.
43,316
23.11.2008 03:46
Gündəm
TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASI YARADILDI
S.Aran hələlik Parlament Assambleyasının tərkibinin müəyyənləşmədiyini, yaradılacaq katibliyin bununla bağlı təkliflər hazırlayacağını və növbəti zirvə görüşündə prosedur məsələlərin öz təsdiqini tapacağını bildirib: “Parlament Assambleyasının iclaslarının ildə bir dəfə keçirilməsi nəzərdə tutulub. Növbəti görüş 2009-cu ilin sentyabrın sonlarında Azərbaycanda olacaq. Bir çox məsələlər həmin görüşdə dəqiqləşdiriləcək”.S.Aran bildirib ki, PA-nın iclasları hansı ölkədə keçiriləcəksə, həmin ölkə assambleyaya rəhbərlik edəcək: “İstanbul görüşündə əsas məqsəd Parlament Assambleyasının yarandığını bəyan etmək idi”.
43,317
23.11.2008 02:47
Yazarlar
“AĞSAQQAL, SƏNİ QANUN ƏSASINDA DÖYÜRÜK...”
Görünür, o üzdən “Azadlıq” və “Amerikanın səsi” radioları ilə bağlı “proje”ni də uğurla reallaşdırmağa ümidlidirlər. Di gəl, daş qayaya rast gəlib. Çünki söz azadlığı Qərbin avtoritar-totalitar idarəçiliklərə asan güzəştə getmədiyi tək-tük dəyərlərdəndir. Ondan ötrü bir növ şərəf məsələsi olduğu üçün.Əslinə qalsa hakimiyyət ABŞ-a “xox” (deməli, Rusiyaya “xoş”) gəlməyə çalışır. Eyni zamanda özü xofdadır, narahatdır. Bəzi müşahidəçilərə görə isə mövzunu siyasi alverə çevirməklə sonucda Obama hökumətindən bəri başdan müəyyən dividendlər qoparmağa ümid edir. İstənilən halda süni yaradılmış bu problemin çözümündə siyasi amil aparıcı olacaq, hüquqi yox. Bunu ən əvvəl hakim rejimin mahiyyəti diqtə edir.Hərçənd Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli srağagün yenə xarici radioların yayım probleminin hüquqi müstəvidə həllini tapacağını bəyan edib. Təbii ki, cənab Məhərrəmlini danışdıran başqasıdır. Amerika ilə “çilingağac” oynamaq cürəti onda ola bilməz. Digər yandan, “hüquqi müstəvi” şərti o vaxt normal sayılardı ki, ölkə həyatının başqa sahələrində də qanunun heç olmasa əlifbası qüvvədə olaydı.Hakimiyyət belədir, ona sərfəli olmayan vəziyyətlərə dərhal hüquqi don geydirməyə çalışır, o saat beynəlxalq standart-filan yadına düşür. Guya həbsdəki 3 jurnalist qanun əsasında tutulub, qanun və hüquq əsasında mühakimə olunub; guya bizdə seçkilər qanuni keçirilir, məhkəmələr, istintaq orqanları, parlament, təhsil-səhiyyə sistemləri tam hüquqi müstəvidə fəaliyyət göstərir; yaxud guya bizdə jurnalistləri döyənlər, linç edənlər və öldürənlər azadlıqda məhz qanun əsasında sərbəst gəzirlər. Xülasə, hər şey qanunidir, qalır bircə radiostansiyaların yayımını abıra salmaq.Hüquqi müstəvi demişkən, neçə vaxtdır haqqında cinayət işi qaldırılan “İdeal”ın reket baş redaktoru Nazim Quliyevi nədənsə damlaya bilmirlər. Sanki yağlı əppək olub yoxa çıxıb. Halbuki məsələnin hətta ölkə başçısının nəzarətində olduğu söylənir. Tutmurlar, çünki deyilənlərə görə, Quliyevi “güclü əllər” himayə edir. Kimdi həmin “əllər”?Vaxtilə Hacı Məmmədov məhkəmədə işarə vurmuşdu ki, hələ bayırda bizim çoxlu adamlarımız var və iş başındadır. Bəlkə Quliyev də azadlıqdakı digər mütəşəkkil cinayətkar dəstənin üzdə olan fiquru, aysberqin yalnız görünən hissəsidir? Bəzi məlumatlara görə, Quliyev PKK-yanlıların köməyi ilə ölkəni tərk edib. Belədirsə, vəziyyət lap tündləşir, çünki məsələ beynəlmiləl xarakter alır, qardaş Türkiyənin maraqlarına toxunur, dəstəni zərərsizləşdirmək zəruriliyi bütün ciddiliyi ilə ortaya çıxır.Quliyevi saxlamaq isə hüquq-mühafizə orqanlarımızın əlində su içmək kimi bir şeydir. Onlar bunu bacarar. İstəsələr, təbii ki. Axı necə olur üzərindən məhbusluq götürülsə də Hacı İlqar İbrahimoğlu bu günədək xaricə buraxılmır, amma haqqında axtarış elan edilmiş, Bakıda yaşadığı deyilən bir şəxs, üstəlik RKK simpatizanı ölkə sınırlarını rahatca tərk edir? Nuşirəvan müəllimin hüquqi müstəvisi nədən “Azadlıq”, “Amerikanın səsi”nə, azad fikirli insanlara münasibətdə dərhal işə düşür, amma reketçi “İdeal”ın rəhbərinə münasibətdə yox? *** Sonda mövzuya dəxli olan bir məzəli-kədərli əhvalatı nəql edək. Deməli, polis 6-7 il öncə Bakıda müxalifətin razılaşdırılmamış etiraz mitinqlərindən birini dağıdarkən yaşlı nümayişçini zopa zərbəsinə qonaq edir. Yaşına da məhəl qoyulmamasından əsəbiləşən müxalifətçi buna etiraz edəndə isə polis əməkdaşının reaksiyası özünü çox gözlətmir: “Ağsaqqal, biz səni qanun əsasında döyürük...” Zahid SƏFƏROĞLU
43,318
23.11.2008 02:47
Yazarlar
BU LABİRİNTİ NECƏ ÇÖZMƏLİ?
Kafka yazır ki, bir adam dayanıb gözləyir, bir qapıdan keçmək istəyirdi. Qapı da açıq idi, iki tayını da açmışdılar, elə bil kimisə gözləyirdilər. Adam var-gəl edir, qapıdan keçməyə hazırlaşırdı. Amma yaxınlaşmırdı. Fikirləşirdi ki, onu buraxmazlar. Qapıda duran gözətçilərə baxırdı. Onların sifətini, ürəyini oxumaq istəyirdi. Qəti qərar verə bilmirdi. Gah keçmək istəyirdi, gah da ümidsiz olurdu. Birdən keçə bilməsə? Birdən buraxmazlar?Adam var-gəl edir və qərar verə bilmirdi. Baxa-baxa qaldı. Nəhayət, axşam oldu, gözətçilər sakitcə qapını bağlayıb getdilər.Görün Kafka nə yazır? Yazır ki, o gün bu qapı yalnız və yalnız həmin adam üçün açılmışdı. Həmin gün yalnız və yalnız həmin adam bu qapıdan keçə bilərdi. Onun üçün açıq idi.Kafka bu qədər zəhlətökən, qaramat, ümidsiz və qapı bağlayan birisidir. İndi həyatı boyu milyonlarla adam oturub fikirləşir ki, görəsən, onun qapısı hansı imiş, o, hansı qapıdan keçməyib, həmin qapı bir də açılacaqmı...İnsan Kafka labirinti ilə bir gün də yaşaya bilməz. Axı bu nə qapı məsələsidir? İndi biz neynəyək, hər açıq qapını gözaltımı eləyək? Hər açıq qapıdan soxulmaqmı istəyək? Bəlkə keçə bildik, amma bizim qapı olmadı. Bəlkə həmin gün o qapı başqası üçün açılıbmış və keçmək olmazmış. Adam heç vaxt bu labirinti çözə bilməz, çünki bu labirint həyatın özüdür, onu ancaq yaşamaq lazımdır. Çözə bilmək heç şərt də deyil. Kafkanın labirinti bu cür həll olunur.Nitsşe axmaq kitablar haqqında maraqlı bir fikir söyləyib. Yazır ki, yazmaq üçün qələm, kağız və masa lazımdır. Bəziləri görür ki, qələm, kağız və masa var, başlayır yazmağa. Düşünür ki, bir halda ki bunlar var, deməli, yazmaq lazımdır. Nitsşe deyir ki, axmaq kitablar yalnız bu halda yaranır, qalan hallarda yazılanlar isə o cür deyil.Amma həyatla kitablar arasında fərq var. Həyatı yaşamaq üçün nələrinsə olması şərt deyil. Hətta onu axmaqcasına yaşamaq üçün də nəsə tələb olunmur. Bəlkə çoxlarının xəbəri yoxdur ki, həyatı yaxşı yaşamaq üçün də nəsə tələb olunmur. Həyat daha çox şərtsiz, tələbsiz yaşamağı bacaranlarındır. Hətta nə qədər yaşamaq və necə yaşamağın özü də şərt deyil.Kafkanın açıq saxladığı qapının kimin üçün açıq olduğunu gözətçilərin sifətindən müəyyənləşdirmək mümkün deyilsə, ümumiyyətlə, o qapının niyə açıq olduğunu öyrənmək mümkün olmursa, deməli, sənin üçün açılan qapı yoxdur. Ya da istənilən qapı məhz elə sənin üçün açılıb. Buyur, gir içəri. Bəs bütün qapılara üz çevirib getsən necə? Kim sənə nə deyəcək ki? Kim nə deyir desin!Sən getməyində ol, sənin də bir yolun var. Sən niyə bu yolla getdiyini bilirsən. Taybatay açılmış qapılarda dayanmış gözətçilərin üzündən heç nəyi oxumağa çalışma. Gözətçilərin üzündə heç nə yazılmayıb. Oxumağa bu dünyada yalnız kitablar var. Yalnız kitablar. Bu dünyada axmaq kitablar da var, amma yalnız kitablardan nəyisə oxumaq olar.Həyatın təzadı da budur. Kitablar həyat deyil, amma kitablardan həyatı daha çox öyrənmək olur. Sonra hətta sənin üçün açılmış qapının bağlanmasından sonra da yoluna və həyatına davam etmək olar. Bilirsən ki, sənin də bir yolun var...
43,319
23.11.2008 02:52
Dünya
ABŞ 20 İLDƏN SONRA HEGEMON DÖVLƏT OLMAYACAQ
Həmin sənədə görə, növbəti 20 il ərzində Amerikanın qlobal miqyasda üstünlüyü zəifləyəcək və yeni, çoxqütblü dünya qaydasında Çin, Hindistan və Braziliya kimi ölkələrin beynəlxalq meydanda rolu xeyli artacaq (“BBC”). Hesabatda Avropa Birliyi müxtəlif səbəblər ucbatından özünün iqtisadi qüdrətini diplomatik və ya hərbi əzələyə çevirə bilməyən “zəif nəhəng” adlandırılıb.Yer kürəsi əhalisinin çoxalması və iqtisadi artım təbii ehtiyatları əlavə gərginlik altına qoyacaq, ehtiyatlar uğrunda mübarizələr adi hala çevriləcək. Hesabata görə, uğursuz dövlətlərin sayı artacaq və beynəlxalq tənzimləyici qurumlar bu məsələləri həll etməkdə çətinlik çəkəcək.Bununla belə, maraqlısı budur ki, bu hesabat bir çox mənada proqnoz yox, bu günkü gerçəkliyin ekstrapolyasiyasıdır, yəni belə demək olarsa, gələcəyə köçürülməsidir. Sovet İttifaqının dağılmasından sonra Amerika dünyada yeganə fövqəldövlət olaraq qaldı, lakin hesabata görə, bu durumun da artıq sonu görünməkdədir. Buna səbəb isə yalnız Çinin yüksəlişi yox, eləcə də Amerikanın özünün hərəkətləridir. İraq müharibəsi onu göstərdi ki, hərbi qüvvədən istifadə etmək və Qərbin demokratiya modelini tam müxtəlif cəmiyyətlərə tərbiq etmək cəhdləri baş tutmaya bilər. Amerikanın tam dominantlıq dövrü başa çatıb. Prezident seçilmiş Barak Obamanın özü də bunu yaxşı başa düşür. Bununla belə, Birləşmiş Ştatlar zəifləmiş şəkildə belə bütün əlamətlərə görə qarşıdan gələn illər ərzində mühüm diplomatik aktyor olaraq qalmaqda davam edəcək.Hesabatda deyilir ki, təqribən 20 ildən sonra Amerika Birləşmiş Ştatları əvvəlki dövrlərdən fərqli olaraq dünyada dominantlığını artıq itirəcək. Sənəddə deyildiyinə görə, Çin, Hindistan və Rusiya Amerikanın qlobal dominantlığını sual altına qoyacaq və Birləşmiş Ştatlar “bərabər ölkələr sırasında birinci ölkə” olacaq. Hesabatda həmçinin deyilir ki, İranın beynəlxalq meydandakı rolu xeyli artacaq, lakin bir şərtlə ki, bu ölkədə siyasi və iqtisadi islahatlar həyata keçirilsin.Hesabatda növbəti 20 il ərzində aparıcı ölkələr kimi İslam dünyasından 3 ölkə müəyyən edilib - İran, Türkiyə və İndoneziya. Sənəddə deyilir ki, Tehran siyasi islahatlara başlamalıdır, bu isə öz növbəsində iqtisadi irəliləyişə gətirəcək. Şuranın dediyinə görə, iqtisadi tərəqqi İranın ali təhsilli və dünyəvi baxışlara malik olan orta təbəqəsinin ön plana çıxması sayəsində mümkün olacaq. Hesabata görə, bu islahatlar İranın beynəlxalq imicini də dəyişəcək.
43,320
23.11.2008 02:52
Gündəm
“NABUKKO”ya DAİR HƏLLEDİCİ SAMMİTİN VAXTI BƏLLİ OLDU
Xəbər verildiyi kimi, prezident İ.Əliyev bu yaxınlarda Türkiyədə rəsmi səfərdə olub. Bu ölkənin mətbuatı yazır ki, iki ölkə arasında yaxın dostluq və qardaşlıq münasibətlərinə baxmayaraq Azərbaycan qazının Türkiyədən nəqli məsələsində ciddi problemlrə yaranıb. Çünki Türkiyə “Şahdəniz” yatağından hasil edilən qazı ucuz qiymətə almaq, sonradan onu Avropaya baha satmaq fikrindədir. Söhbət “Nabukko” kəməri ilə nəql ediləcək qazdan gedir.Lakin Azərbaycan tərəfi işarə edir ki, qaza müştərilərin çox olduğu bir vaxtda onu Türkiyəyə ucuz qiymətə satmaqda maraqlı deyil. Digər tərəfdən, Türkmənistan da öz qazını Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə üzərindən Avropaya nəql etməyə maraq göstərir. Ehtimal olunur ki, Aşqabad sammiti qaz məsələsi ilə bağlı mövcud olan problemləri və təklifləri müzakirə edib “Nabukko”ya dair siyasi qərar çıxarmaq üçün çağırılıb. Çünki Avropa Birliyi bu layihə ilə bağlı əsas qaz hasilatçısı olan ölkələri - Azərbaycan və Türkmənistanı tezliklə siyasi qərar verməyə çağırır.
43,321
23.11.2008 02:16
İqtisadiyyat
RUSİYA UKRAYNANI QAZLA “BOĞMAĞA” ÇALIŞIR
Öz növbəsində Ukrayna tərəfi borcların xeyli hissəsini boynuna almır. “Qazprom” isə bəyan edir ki, gələn ildən Ukraynaya satılan qazın 1000 kubmetri 400 dolları aşa bilər, bu isə hazırkı qiymətdən 2,5 dəfə artıqdır. Mətbuat yeni Rusiya-Ukrayna qaz müharibəsinin başlanmasından yazır.Hazırda Ukrayna Rusiyadan gələn qazı 1000 kubmetri 179,5 dollardan alır. Bu qaz nisbətən ucuz Mərkəzi Asiya və nisbətən baha Rusiya qazının qarışığıdır. “Qazprom”da bildirirlər ki, tərəflər arasındakı müqaviləyə əsasən 2011-ci il yanvarın 1-dən Ukrayna qazı bazar qiymətinə almalıdır. Ancaq “Qazprom”a görə, indi bir əsas problem var, o da Ukraynanın borcudur. Bu ölkənin baş naziri Yuliya Timoşenko yaxınlarda qaz məsələsini müzakirə etmək üçün Moskvaya getmişdi. “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller prezident D.Medvedyevlə görüşündə borcun 2,4 milyard dollar həcmində olmasını bildirərək ümumi vəziyyəti təsvir edib. “Ukraynanın baş nazirinin Rusiyaya səfərindən keçən müddətdə Ukraynanın borcu nəinki azalıb, əksinə, artıb”- deyə Miller prezidentin hökumət üzvləri ilə keçirdiyi müşavirədə bildirib. Medvedyevin buna reaksiyası isə belə olub: “Borc məsələsini birdəfəlik müəyyənləşdirmək lazımdır. Borcu geri almaq lazımdır, ya könüllü şəkildə, ya da qanunvericilikdə və ikitərəfli razılaşmalarda göstərildiyi kimi məcburən”.Ukrayna da öz növbəsində iddia olunan borcu boynuna almır. Ölkənin Milli Neft-Qaz Şirkətində bildirirlər ki, “Qazprom” qarşısında heç bir borc yoxdur. Ukraynaya yeganə qaz idxalçısı 50 faizi “Qazproma” məxsus “Rosukrenergo” şirkətidir və məhz bu şirkətə borc var, bu borcun miqdarı 1 milyard 270 milyon dollardır, yəni Rusiyanın tələb etdiyi borcdan 2 dəfə az. İndi tərəfləri borcla bağlı çətin danışıqlar gözləyir. Bundan başqa, kifayət qədər mürəkkəb danışıqlar qazın qiyməti məsələsinə də təsir göstərə bilər. Hələ ki, yeganə uzlaşdırılmış rəqəm gələn il Rusiyadan Ukraynaya ixrac edilən qazın həcmidir - 55 milyard kubmetr.Ekspertlərə görə, əgər “Qazprom” iqtisadiyyatı çətin durumda olan Ukraynaya qazı 400 dollardan satsa, bu, Kiyev üçün kifayət qədər ciddi problemlər yarada, ölkənin əsasən qazla işləyən əsas sənaye müəssisələri müflis olub bağlana bilər. Rusiyada bir sıra mütəxəssislərə görə, “Qazprom” indi daralan tələbat və həcmlərin azalması ilə üzləşir və onun vəsaitə böyük ehtiyacı var. Təşkilatın özündə də bildirirlər ki, perspektivdə Qərbi Avropa üçün qiymət aşağı düşə bilər. İqtisadçı analitik Yuri Solozubov məsələni BBC-yə belə şərh edib: “Qazla neftin qiyməti bir-birinə bağlıdır. Neftin bahalaşması qazın bahalaşmasıdır, neftin ucuzlaşması qazın ucuzlaşmasıdır. Ancaq bu təsir təxminən 6-9 ay fasilə ilə həyata keçir. İndi neftin qiyməti 3 dəfə aşağı düşüb, məncə, artıq gələn ilin əvvəlində Avropadakı istehlakçılar qiyməti salmağı tələb edə bilər”.Bu arada ekspertlər bir məqama da diqqət çəkir - Ukraynadan təxminən 2 milyard dollarlıq borc tələb edən Moskva eyni vaxtda faktiki olaraq eyni həcmdə yanacağı başqa qonşusu Belarusa borc verir. Müşahidəçilər bunun səbəbini Minsk və Kiyevin apardığı siyasətdə görür. Düzdür, rəsmi Moskva bəyan edir ki, işdə heç bir siyasət yoxdur, problem sırf kommersiya xarakterlidir. Ancaq şübhə yoxdur ki, Kreml Ukraynanın NATO-ya üzvlüyünə nail olmaq üçün səylər göstərən və bu ilin avqustunda Gürcüstana hərbi müdaxilə zamanı Rusiyanın addımlarını açıq şəkildə pisləyən prezident Viktor Yuşşenkodan qisas almaq istəyir. Yuşşenko bu günlərdə bəyan edib ki, onun administrasiyası Rusiyaya olan borcun təcili ödənilməsi üçün tədbir görəcək. Prezident hökuməti borc məsələsini qəsdən yubatmaqda da ittiham edib.Öz növbəsində Yuşşenko bildirir ki, Rusiya ilə qaz məsələsində problemi baş nazir və onun komandası yaradıb. Ona görə də hökumət prezidentin məsuliyyət daşıdığı borcun altına girmək fikrində deyil. Hazırda Ukraynada baş nazir və prezident arasında kəskin ziddiyyətlər hökm sürür. Buna səbəb Timoşenkonun Rusiya ilə gizli əməkdaşlığa getməsidir. Yaranmış vəziyyət Ukraynaya sarsıdıcı təzyiqlər göstərmək üçün Kremlə əlverişli mühit yaradır.
43,322
23.11.2008 02:53
Yazarlar
ELEKTRİKLİ POLİS
Ümumiyyətlə, son vaxtlar hiss edirəm ki, heç bir səbəb olmadan məni gülmək tutur. Başa düşürəm, bu, dəli olmağın əlamətidir, ancaq bunu başa düşürəmsə, məncə, ağlımı hələ tam itirməmişəm. Üstəlik, onu itirsəm də çox vecimə olmaz. Guya Azərbaycanda yaşamaq üçün ağıl nə qədər vacibdir? Sıfır faiz önəmi var. Adamda heç başın olması da - qutu şəklində - vacib deyil. Yetər ki, peysərin olsun. Tək peysərlə 90-100 il ömür sürən oğullar yurdudur mənim məmləkətim (Bu yerdə köşənin içində həzin, romantik musiqi gedir. Qəzet köşkündən pleyer alıb dinləyə bilərsiniz).Bax, Heydər Babayevin mitilini İqtisadi İnkişaf Nazirliyindən atdılar. Onunla birgə nazirlikdə əməllicə təmizləmə gedir, təzə nazir (hələ benzinin qiymətini artırmadığı üçün adı xalqımıza məlum deyil) Heydər əkənin bütün kadrlarını qovur. Yaxşı, belə iqtisadi sistem, islahat, inkişaf olarmı? Beləliklə məmur sistemi yetişərmi? Yuxunuzda görərsiniz. Elə bil nazirlik ailə təsərrüfatıdır. Boşanırlar, bütün əşyaları da ayırırlar.Ötən yazılarımın birində Naxçıvan xanı Vasif Talıbovun ərazidə Nuh peyğəmbərə qara Ukrayna mərmərindən qəşəng qəbir kompleksi düzəltdiyinə toxundum. Sağlığına qismət, necə deyərlər. Amma bu boyda idiotizmə gülməyib, nə edəsən? Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov Rüstəm İbrahimbəyovun qarasınca söylənincə nə üçün bu cür saxta tarix qayıranlardan danışmır? Aydın məsələdir: elə onun özünün yazdığı tarix kitabları bu cür uydurmalarla doludur. Ermənilərin axmaq hərəkətlərini təkrarlayırlar. Hələ ötüb keçiblər. Hər halda Noyemberyanda Nuha qəbir qayırmaq onların ağlına gəlmişdi.İdiotizm, yalançılıq, hap-gop elə şeydir ki, bunun sərhəddi, həddi-hüdudu olmaz. Danışdıqca gedərsən, hətta axırda özün də öz yalanına inanarsan. “Azərbaycanı xilas elədi”, “milli qurtuluş”, “işsizliyin ləğvi”, “analoqsuz inkişaf”, nə bilim, “dahi şəxsiyyət” kimi uydurmalar bir gün Nuh peyğəmbərin qəbrini tapmaq qədər absurda yuvarlanmalıydı. Cəhalət dövrlərində həmişə belə yalançı alimlər, elmlər (rusca “ljenauka” deyirlər) meydan sulayır, gerçək elm ayaq altda qalır.Diqqət edin, son vaxtlar cürbəcür parapsixoloqlar, ekstrasenslər, bioenergetiklər nə qədər çoxalıb. Biri Eynşteyndə səhv “tapır”, başqası ayı qanı ilə bronxial astmanı “sağaldır” (televizorda bir arvadı tez-tez göstərirlər, o, “dərman”a “dərmən” deyəndə mən həmişə ləzzətlə gülürəm). Üçüncüsü uçan boşqablarla söhbətləşir, dördüncü 8 min il yaşı olan Qobustan qayaüstü rəsmlərini aparır 40 min ilə çıxarır. Soruşursan “nəyə əsasən 40 min il”, deyir yuxuda görmüşəm. Gəncənin icra başçısı Eldar Əzizov da elə bu cür yatıb şəhərin yaşını 2500 ilə çıxartdı. Miladdan öncə Azərbaycanda xristianlığın geniş yayıldığını söyləyən “mütəxəssislər” də var. Bizim elm bu saat Dövlət Statistika Komitəsindən qəti fərqlənmir.Bəs Füzuli rayonunda işığın polis rejimində yanmağının sirri nə imiş? Sən demə, orada polis rəisi Binnət Məmmədovu noyabrın 12-də işdən azad edib yerli elektrik şəbəkəsinə müdir qoyublar. Böyük peşəkarlıq örnəyidir...Əslində bizim polislər elektrik işini yaxşı bilir. Cərəyanla o qədər ifadə alanlar olub... Zamin HACI
43,323
23.11.2008 02:34
Dünya
HİLLARİ KLİNTON DÖVLƏT KATİBİ OLMAĞA RAZILAŞDI
H.Klintonun yaxın ətrafındakı mənbə qəzetə açıqlamasında deyib ki, o, həmin vəzifəni tutmağa hazırdır. Nyu-York ştatından senator, prezidentliyə keçmiş iddiaçı isə bu xəbərləri hələ şərh etmir.NBC telekanalının xəbərinə görə, Obama administrasiyasında ticarət naziri postu Nyu-Mexiko ştatının indiki qubernatoru Bill Riçardsona təklif edilib. Riçardson bundan əvvəl keçmiş prezident Bill Klintonun administrasiyasında energetika naziri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub. Builki prezident seçkilərində Riçardson da yarışa qatılmışdı, lakin az sonra elan etdi ki, heç bir şansı olmadığına görə bu mübarizədən geri çəkilir.Obama ticarət naziri postunu əvvəlcə Çikaqo ştatından olan qadın milyarder Penni Pritskerə təklif edibmiş. Lakin o, bundan imtina edib. Mühüm postlardan olan daxili təhlükəsizlik naziri postunda isə Arizona ştatının demokrat qubernatoru Canet Napolitano olacaq. O, qadın olsa da kişi xarakterli və güclü şəxsiyyət hesab edilir. 50 yaşlı, italyan əsilli Napolitanonun daxili təhlükəsizlik naziri postunda terrorçuluqla sərt mübarizə aparacağı da gözlənilir. Lakin bildirilir ki, Obama digər namizədlər kimi onun da siyasi keçmişini diqqətlə araşdırandan sonra yekun qərar verəcək. Napolitano əvvəllər federal prokuror, Arizonanın baş prokuroru, vəkil işləyib. O, vəkil kimi seksual zəmində zorakılıqlara dair bir çox işlərə baxıb. Napolitanonun B.Klinton və xanımı ilə yaxın şəxsi münasibətləri var.ABŞ-ın işgüzar çevrələrinin və birjaların səbirsizliklə gözlədiyi maliyyə naziri postuna isə 1988-ci ildən bu yana Maliyyə Nazirliyi sistemində işləyən Timoti Geytnerin təyin ediləcəyi gözlənilir. O, ABŞ Mərkəzi Bankının Nyu-York şöbəsinə rəhbərlik edib, Beynəlxalq Valyuta Fondunda işləyib. Geytner qlobal maliyyə böhranına qarşı mübarizə üçün bacarıqlı mütəxəssis sayılır. O, keçmiş dövlət katibi Henri Kissincerin lobbi şirkətində də işləyib. Mühüm postlardan olan milli təhlükəsizlik məsələləri üzrə prezidentin müşaviri vəzifəsinə kimin təyin ediləcəyi hələ məlum deyil. Bununla belə, Obama indiki müdafiə naziri Robert Geytsdən öz postunda qalmağı xahiş edib.Beləliklə, ABŞ-ın gələn il yanvarın 20-dən səlahiyyətlərinin icrasına başlayacaq yeni administrasiyasında aparıcı postları kimlərin tutacağı artıq bilinir. Bu məlumatlara əsasən Azərbaycan hakimiyyətinin Obama administrasiyası ilə gələcək mümkün münasibətləri haqda müəyyən mülahizələr yürütmək olar. Xarici siyasətin həyata keçirilməsində əsas funksiya dövlət katibinin üzərinə düşdüyünə görə bu postda H.Klintonun olması rəsmi Bakını çətin ki, məmnun etsin. Çünki Azərbaycan hakimiyyətinin ABŞ-ın digər tanınmış siyasətçilərindən fərqli olaraq H.Klintonla özəl münasibətləri, yaxud biznesi olması haqda faktlar məlum deyil. İndiki dövlət katibi Kondoliza Rays vaxtilə ABŞ-ın neft şirkətlərində məsləhətçi kimi işlədiyinə görə neft lobbisinin ona çıxışı var idi. Ancaq H.Klintonun neft lobbisi ilə yaxın əlaqələri məlum deyil.Vitse-prezident Cozef Bayden də Azərbaycan iqtidarı ilə indiki vitse-prezident Dik Çeyni qədər yaxın ola bilməz. Çeyni hələ hakimiyyətə gəlməzdən əvvəl rəsmi Bakı ilə çox yaxın əlaqələrə, o cümlədən biznes əlaqələrinə malik idi və Amerika-Azərbaycan Ticarət Palatasının həmsədri idi. Ancaq Baydenin neft biznesində əli yoxdur, o, indiyədək Konqresdə erməni dəstək qrupuna daxil olduğuna görə Azərbaycan hökuməti ilə yaxın əlaqələrə malik olmayıb. Rəsmi Bakının Obama administrasiyasında dövlət katibinin keçmiş müavini Riçard Armitac kimi dostu da olmayacaq. Digər mühüm məqam isə odur ki, Azərbaycan hökuməti ABŞ-ın yeni prezidentinin atasını tanımır. İndiki prezident, Azərbaycanda işləyən Amerika neft şirkətlərində paya sahib olduğu deyilən Corc Buşdan fərqli olaraq Obamanın keniyalı atası heç vaxt neft işinə qarışmayıb. Üstəlik o, sağ da deyil və Obama uşaq olanda Keniyada yol qəzasında ölüb.Elə Obama özü də indiki prezident Buşdan fərqli olaraq hələ hakimiyyətə gəlişindən əvvəl neft məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə münasibət qurmayıb. O, cəmi bir dəfə Bakıda olub və ABŞ mətbuatının məlumatına görə, “McDonalds” şirkəti ilə bağlı hakimiyyətdən nəsə xahiş edib.Lakin məlumatlardan görünür ki, rəsmi Bakının Obama administrasiyasında dost-tanışı hər halda olacaq. Ticarət naziri postunu tutacağı gözlənilən Bill Riçardson Klinton administrasiyasında enerji naziri vəzifəsini tutarkən Bakı-Tiflis-Ceyhan neft kəməri, neft layihələri ilə bağlı Azərbaycanla müntəzəm danışıqlar aparıb. O vaxtdan onun rəsmi Bakı ilə əlaqələri yəqin ki, qalır. Maliyyə naziri postunu tutacağı gözlənilən Timoti Geytner isə göründüyü kimi, Azərbaycan iqtidarının yaxın dostu olan Kissincerin lobbi şirkətində işləyib. Gözlənilir ki, bu tanışlıqlardan əlavə, rəsmi Bakı Obama administrasiyası ilə yaxın münasibətlər qurmaq üçün lobbi şirkətlərinin xidmətindən də istifadə edəcək.
43,324
23.11.2008 03:59
Gündəm
“İSTƏNİLƏN MÜQAVİLƏ AZƏRBAYCAN ÜÇÜN ZƏRƏRLİ OLACAQ”
Müsavat başqanının müavini, politoloq Qabil Hüseynli bu fikirləri düşmən ölkədə cərəyan edən son hadisələri, həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın siyasi partiyalarla Qarabağ müzakirələri keçirməsini şərh edərkən söylədi. Ekspertin sözlərinə görə, müxalifət lideri Levon Ter-Petrosyanın Qarabağ məsələsi ətrafında aparılan kampaniyaya qoşulması ermənilərin ictimai şüurunda ciddi təlatüm yarada bilib: “Belə olan təqdirdə hakimiyyət ölkədə artmaqda olan siyasi hərarəti aşağı salmaq üçün variantlara əl atır. Məsələn, bir müddət əvvəl erməni saytlarının birində Madrid bəyannaməsinin müddəaları öz əksini tapdı. Bunun ardınca Moskvadan müxtəlif ekspertlər, hətta Dövlət Dumasının komissiya sədri Zatulin Qarabağın heç zaman Azərbaycana verilməyəcəyi barədə Moskva qəzetlərində məqalələrlə çıxış etdi. Daha sonra Sərkisyan ölkədə qeydə alınmış 65 partiyanın 50-sini öz iqamətgahına toplayaraq onlara danışıqların gedişi, əldə ediləcək sazişin mümkün variantları barədə məlumat verdi. Oradakı danışıqlardan da bəlli olur ki, Ermənistan əhalisini həyəcanlandıracaq elə ciddi bir şey yoxdur. Hətta bunu Xankəndində tut arağından vurub sərxoş halda mətbuat konfransına çıxan fransalı həmsədr Fasyenin dedikləri də sübut edir. Yəni Azərbaycan cəmiyyətinin həyəcanlanması əvəzinə ermənilərin həyəcanlanıb vay-şivən qoparması doğrudan da təəccüblü və ibrətamizdir”.Q.Hüseynlinin fikrincə, belə bir görüşü keçirməklə əslində Sərkisyan Ermənistan cəmiyyətinə mesaj göndərmiş oldu: “Siyasi elitanı toplayıb onlara başa saldı ki, Ermənistanın Dağlıq Qarabağa dair mövqeyində zərrə qədər dəyişiklik yoxdur. Həmçinin öz müqəddəratını təyinetmə hüququ əsasında Dağlıq Qarabağın müstəqilliyindən və bu ərazinin anklav olmaqdan çıxarılaraq Ermənistanla quru sahəsinin yaradılmasından vaz keçilməyib. Üstəlik, Dağlıq Qarabağın hüdudlarından kənarda olan keçmiş Şaumyan rayonunun bir hissəsi haqqında da ağlasığmaz iddialar var”.Qeyd edək ki, Ermənistan müxalifəti bir müddət əvvəl kütləvi aksiyaların keçirilməsi ilə bağlı fasilə elan etdiyini bəyan etmişdi və bunu Qarabağ məsələsi ətrafında yaranmış ciddi vəziyyətlə bağlamışdı. Sonrakı proseslər hansısa razılaşmanın vaxtının çatdığı anlamını verirmi?Q.Hüseynlinin sözlərinə görə, bu, həqiqətdir ki, Ermənistanda müxalifət xeyli güclənib və liderlər cəmiyyət tərəfindən qəbul edilir: “Amma bu dəfəki mitinqlərin təxirə salınması Qarabağ məsələsi ilə bağlı deyildi. Sadəcə müxalifət əvvəlki qədər adam toplaya bilmədiyindən sonrakı addımları proqnozlaşdıraraq Qarabağ məsələsi ilə bağlı danışıqları bəhanə gətirib taktiki cəhətdən mitinqləri dayandırdı. Müxalifət gözləyir ki, Qarabağ zəminində beyinləri dumanlandıraraq mitinqlərin yeni dalğasını başlatsın. Amma hakimiyyət də qabaqlayıcı addımlar ataraq onu bu imkanlardan hələ məhrum edir”.Q.Hüseynliyə görə, hazırkı dönəmdə Ermənistanda hakimiyyət dəyişikliyindən danışmağa dəyməz. Fransalı həmsədr Bernar Fasyenin anti-Azərbaycan mövqeli bəyanatına gəldikdə isə politoloq bu məsələnin də ciddi reaksiya tələb etdiyi qənaətindədir: “XİN-in nümayəndəsi söz verib ki, məsələ ciddi surətdə araşdırılacaq. Əgər faktlar təsdiq olunsa, lazımi ölçülər götürüləcək. İndi gəzləyək, görək nə olur. Əgər hadisə baş veribsə, sözsüz ki, Minsk Qrupu həmsədrliyində qalıb-qalmaması məsələsi onun ölkəsi ilə müzakirə edilməlidir”.Baş verənlərə rəğmən Q.Hüseynli yaxın dönəmlərdə sülh sazişinin imzalanacağını güman etmr: “Çünki istənilən müqavilə Azərbaycan üçün zərərli olacaq. Azərbaycan rəhbərliyinin söylənilən və yazılan şərtlər çərçivəsində Azərbaycan üçün əlverişsiz olan sülh sazişinə gedəcəyinə və xalqın da bunun həzm edəcəyinə inanmıram”.
43,325
23.11.2008 02:20
Ölkə
“PROKURORLUQDA ELŞAD ABDULLAYEVLƏ BAĞLI KONKRET FAKTLAR VAR”
Maraqlısı odur ki, E.Abdullayevin universitetində aparılan yoxlamalar təhsil naziri Misir Mərdanovu da narahat edib. Düzdür, M.Mərdanov ABU rektorunun rəqibi sayılır. Amma E.Abdullayev universitetdə qanunsuzluqlar aşkarlayan prokurorluq əməkdaşlarına bunları M.Mərdanovdan xəbərsiz etmədiyini deməklə naziri də pis vəziyyətdə qoyub.ABU-dakı qanunsuzluqlarla bağlı araşdırmalar əslində hələ 6-7 ay öncə başlayıb. Bu barədə sentyabrda oxucularımıza məlumat vermişdik. Bildirmişdik ki, bu ilin yazında Bakı Şəhər Baş Polis İdarəsinə ABU-da müəllimə işləmiş, rektor Elşad Abdullayevin yaxın adamı kimi tanınan Bənövşə Hacıyeva adlı şəxsdən şikayətlər daxil olub. Vətəndaşlar bildirib ki, B.Hacıyeva onlardan uşaqlarını ABU-ya düzəltmək və saxta diplom vermək məqsədilə pul alıb. Lakin o, verdiyi vədlərə əməl edə bilməyib, pulları da geri qaytarmayıb. Vətəndaşlar pullarını tələb edəndə “pul yoxdur” cavabını alıb. Valideynlərə bəlli olub ki, B.Hacıyeva adlı qadın ABU-ya testdənkənar qəbulun həyata keçirilməsi ilə məşğul olan əsas şəxsdir və E.Abdullayevin yaxın adamıdır. O, əvvəlcə E.Abdullayevin yoxa çıxmış qardaşı Mahir Abdullayevin adamı olub. Sonradan isə E.Abdullayevin yaxın kadrına çevrilib. Onun vasitəsilə ABU-ya xeyli adam qəbul etdirib.Lakin həmin şəxslərə sonda aldadıldıqları bəlli olub və onlar polisə şikayət edib. B.Hacıyeva BŞBPİ-yə çağırılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Onunla bağlı araşdırma aparılarkən xeyli adamı həqiqətən aldatdığı bəlli olub. Onun digər məsələlərlə bağlı da bəzi şəxsləri aldatdığı aydınlaşıb.B.Hacıyevanın həbsi həmin vaxta təsadüf etdi ki, ABU-da diplom qalmaqalı başlamışdı. Bu ərəfədə B.Hacıyevadan şikayətlər edilib və o tutulub. Bu faktlarla əlaqədar Təhsil Nazirliyi də araşdırmalara başlayıb. Çox maraqlıdır ki, nə Təhsil Nazirliyi, nə də hüquq-mühafizə orqanları bu faktla bağlı heç bir açıqlama vermir. Belə məlumatlar da var ki, B.Hacıyevadan E.Abdullayevə qarşı ifadə almaq istəyirlər. O da diqqətçəkəndir ki, B.Hacıyeva ilə bağlı aparılan araşdırmalar hələ də başa çatdırılmayıb. Belə məlumatlar da var idi ki, ondan qanunsuz qəbulu birbaşa E.Abdullayevin özünün aparması barədə ifadə istənilir. İlkin vaxtlarda B.Hacıyeva özündən başqa heç kimə qarşı ifadə verməsə də görünür, ondan tələb olunan ifadələri alıblar. Və bunların əsasında da ABU-da yoxlamalara start verilib.O zaman məlumatla bağlı E.Abdullayevin də mövqeyini öyrənmişdik. Cənab Abdullayev B.Hacıyeva adlı şəxsi tanımadığını və universitetdə belə müəllim çalışmadığını desə də ABU-da təhsil alan tələbələr orada belə bir adamın “makler”liklə məşğul olduğunu təsdiqləmişdilər. Son məlumatlara görə, B.Hacıyeva bu işləri E.Abdullayevin razılığı ilə həyata keçirdiyini bildirib və bundan sonra məsələ böyüyüb. Artıq prokurorluq əməkdaşları ABU-da yoxlama aparır. Bu barədə məlumat verən mənbə söylədi ki, prokurorluq əməkdaşlarında E.Abdullayevlə və ABU-da baş verənlərlə bağlı konkret şikayətlər və sübutlar var. İstisna deyil ki, araşdırmaların sonunda ABU-nu E.Abdullayevin əlindən alacaq, özünü də həbs edəcəklər.Dünən bu məsələ ilə bağlı E.Abdullayevin özü ilə danışmağa çalışdıq. Gün ərzində rektorun mobil telefonuna dəfələrlə telefon açsaq da o, zənglərimizə cavab vermədi. İş günü olmadığından prokurorluğun mətbuat xidməti ilə də əlaqə saxlaya bilmədik.Dünən ABU-ya da baş çəkdik. Şənbə günü olduğundan orada da heç kəs yox idi. Nəzarətçi universitetdə kimsənin olmadığını dedi və içəri keçməyə icazə vermədi. Nəzarətçi ABU-da prokurorluq əməkdaşlarının yoxlama aparmasından xəbərsiz olduğunu dedi: “Hazırda burada kimsə yoxdur”.
43,326
23.11.2008 03:04
Ölkə
“İDARƏMİZƏ HÖRMƏT EDİN, KƏNDİNİZƏ QAZ ÇƏKƏK...”
Bu il də belədir. Soyuqlar gələndə əhalinin əsas qayğıları daha çox qazla, işıqla bağlı olur. Bölgələrin qazla təchiz olunmasında bu il də problemlər var. Qazlaşdırma prosesi hələ də başa çatmayıb. Ölkə başçısının rayonların sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi sərəncamların tam həcmdə yerinə yetirilməsi uzandıqca uzanır. Ermənistanla həmsərhəd bölgələrin qaz və işıq problemlərinin həlli isə ümumiyyətlə heç kimin yadına düşmür.Sosial durumu acınacaqlı olan belə rayonlardan biri də Qazaxdır. Rayonun ən böyük kəndlərindən hesab olunan Daş Salahlıya 15 ildir ki, təbii qaz verilmir. Rayon əhli qazı sonuncu dəfə Elçibəy hakimiyyəti dönəmində görüb. O zamanlar rayonda qaz xətti də var idi. Sonra isə hakimiyyət və vəziyyət dəyişdi. Əvvəl olub-qalan infrastruktur da dağıdıldı. Məsələn, qəzetimizə açıqlama verən yerli sakinlər deyir ki, Qazaxda yerli məmurlar qaz xətlərini də söküb satdılar.Qazax rayonunun Ermənistanla sərhədində yerləşən Fərəhli kəndinin bir qrup sakini redaksiyamıza ünvanladığı müraciətində 22 ailənin qazsız qaldığını bildirir. Şikayətçilərin bizə verdiyi məlumata görə, Qazax Rayon Qaz İstismarı İdarəsinin əməkdaşları kənd sakinlərinin evlərinə qaz xətti çəkmək üçün onlardan 100 manat məbləğində rüşvət tələb edirlər. Məmurlar sakinlərə deyiblər ki, “idarəmizə hörmət edin, kəndinizə qaz çəkək...”Rayonun Quşçu Ayrım kənd sakinləri də eyni problemlə üzləşiblər. Sakinlər onlara nə vaxt qaz veriləcəyini soruşduqda Qaz İstismarı İdarəsinin işçiləri qazın başqa ölkələrə satıldığını söyləyiblər.Bu məsələyə aydınlıq gətirmək məqsədilə Qazax Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxladıq. RİH-in ümumi şöbəsinin müdiri Gündüz Abışov onlara Quşçu Ayrım kəndindən 6 nəfərin imzası ilə şikayət məktubunun daxil olduğunu və problemin araşdırıldığını söylədi: “Quşçu Ayrıma qaz verilib. Amma bizə müraciət edən 6 ailə qeydiyyata düşmədiyindən onlara qaz verilməyib”.Qazax Rayon Qaz İstismarı İdarəsinin baş mühəndisi Sərdar Abdurrəhmanov Quşçu Ayrımda köhnə abonentlərin qazla təchiz edildiyini söylədi: “Həmin 6 ailə isə qeydiyyatda deyil. Bu haqda ”Azəriqaz"a da məlumat verilib. Elmi-tədqiqat institutunda yeni layihə hazırlanacaq. Həmin layihələrə əsasən də ailələr qazla təmin ediləcək".S.Abdurrəhmanov Fərəhli kəndindən onlara hər hansı bir şikayətin daxil olmadığını söylədi: “Heç kimdən qaz çəkilməsi üçün pul tələb olunmayıb. Onlarda da eyni problem var. Məsələnin kökü ailələrin qeydiyyata düşməməsindədir”.Daş Salahlı kəndinə gəlincə isə S.Abdurrəhmanov prezidentin 2009-13-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını imzaladığını, Daş Salahlı kəndinə də bu proqram çərçivəsində qaz çəkiləcəyini söylədi.
43,327
23.11.2008 02:26
Yaşam
QƏDİM ƏRƏB YAZI NÜMUNƏSİ TAPILIB
Araşdırmalar zamanı bəlli olub ki, qızılı qumdaşı üzərinə həkk olunmuş yazı 1300 il əvvəl yazılıb. Eyni zamanda yazıda qeyd olunan təqvimin 2-ci xəlifə Ömərin öldürüldüyü 644-cü ilə təsadüf edtdiyi və beləliklə də yazıda adı gedən şəxsin xəlifə olduğu ehtimal olunur. Özünü Zuheyr adlandıran müəllifin isə həmin vaxt Məkkədən Suriyaya gedən hacı olduğu hesab olunur. Ancaq alimlərin marağına səbəb olan yazının yazıldığı tarixdir. Dünya alimlərinə görə, sözügedən yazı Qurani-Kərimin kitab halına salınmasından əvvələ təsadüf edir və ərəbcə yazılmış ikinci ən qədim yazı hesab olunur.Onu da qeyd edək ki, indiyədək ərəb yazısının İslamın ilk illərində hərəkəsiz (sait səslərin ərəb əlifbasında yazılış forması) olması ehtimal olunurdu. Mütəxəssislərə görə, hərəkələr və imla işarələri sonrakı dövrlərdə meydana çıxıb. Belə ki, Quranın ilk yazılarında da hərəkələr olmayıb. Hərəkələr sonrakı dövrdə, fərqli ləhcələrə malik ərəb qəbilələrinin Quranı fərqli tələffüz etməsi və bununla da mənanın dəyişməsi ehtimalı yarananda hərəkələrin işarələnməsinə, ümumiyyətlə, ərəb qrammatikasının yazılmasına ehtiyac yaranıb...Doğrudur, yeni tapılan yazıda hərəkələr və nöqtələr olmasa da, yazıların anlaşılması üçün işarələr mövcuddur. Bu isə alimlərin belə bir qənaətinə səbəb olub ki, hətta həmin vaxtda da mükəmməl ərəb yazısı mövcud olub. Səudiyyəli İbrahim Qabban bununla Quranın İslamın ilk illərindən kamil şəkildə yazıya alındığını və bununla da bəzi Qərb alimlərinin onun mənasının dəyişdirilməsi ilə bağlı şübhələrinə tutarlı cavab olduğunu düşünür. Türkiyəli ilahiyyatçı yazar Nihat Xətiboğlu yazının İslamın ilk dönəmlərində geniş yayılmış Kufə xəttinə yaxın olduğunu düşünür. Ancaq tanınmış ilahiyyatçının fikrincə, bu yazı hərəkəli yazının meydana çıxdığı hicrətin 70-ci illərindən sonra yazılması ehtimalı böyükdür.
43,328
23.11.2008 02:06
Ölkə
BAŞ PROKUROR İŞLƏMƏK ÜRƏYƏ ZİYANDIR
Amerika kimi bir dövlətin baş prokurorunun ürəyində qəfildən ciddi problemlər yaranırsa, deməli, bu, onun tutduğu vəzifə ilə bağlıdır. Yəni baş prokuror postunda oturan şəxs istər-istəməz böyük stresslər keçirir, daim həyəcan içində olur və yumruq boyda ürək bu qədər yüklənməyə dözmür. Qəfildən ürək tutması ilə üzləşən təkcə ABŞ-ın baş prokuroru deyil. 2007-ci ilin sentyabrında Azərbaycanın baş prokuroru Zakir Qaralovun da ürəyində ciddi problemlər yaranmışdı. Düzdür, cənab Qaralov amerikalı həmkarından fərqli olaraq ictimaiyyət qarşısında çıxış edərkən tribunadan yıxılmamışdı. Hətta hörmətli baş prokurorun səhhətində problemlər yaranarkən əvvəlcə ona kəskin zəhərlənmə diaqnozu qoyaraq Mərkəzi Neftçilər Xəstəxanasının mədə-bağırsaq xəstəlikləri şöbəsinə də yerləşdirmişdilər. Sonradan məlum olmuşdu ki, Z.Qaralovun ürəyində problemlər yaranıb. Allah ona uzun ömür versin, görünür, hörmətli Qaralov ürəyində problemlər yarana biləcəyini heç güman etmirmiş.Dünyanın iki məşhur dövlətinin baş prokurorunun ürəyində problemlər yaranması onu deməyə əsas verir ki, bu vəzifə ürək üçün ancaq ziyan törədir. Hərçənd ki, ABŞ-ın baş prokuroru Maykl Mükeysi ilə onun azərbaycanlı həmkarı Zakir Qaralov - eyni vəzifə daşıyıcıları eyni problemi yaşasalar da onların ürəyini narahat edən problemlər başqa-başqadır. Superdövlətin baş prokurorunun qəlb krizi keçirməsinin səbəblərini dəqiq deyə bilmərəm. Bəlkə Corc Buşun prezidentlik müddətinin bitməsi onu həyəcanlandırıb?Hər halda onun həyəcanlanması biznesinin əlindən alınması ilə bağlı deyil. Amerikada Azərbaycandan fərqli olaraq yüksək vəzifəli, lap elə kiçik postları tutan məmurlar bizneslə məşğul ola bilmir. Hörmətli Qaralovun isə adı yumurta ticarətindən tikinti biznesinə qədər geniş bir sektorda hallandırılıb. Onun infarkt keçirdiyi ərəfədə, daha dəqiqi, ondan bir neçə həftə əvvəl baş prokurora aid olduğu bildirilən “Akkord” şirkətlər qrupunun başqa adamların nəzarətinə verildiyinə dair informasiyalar əldə olunmuşdu. Hər halda belə bir itkiyə dözmək çətindir...
43,329
23.11.2008 03:06
Dünya
PAKİSTANDA “ƏL-QAİDƏ”nin İKİ LİDERİ ÖLDÜRÜLDÜ
Bu zərbələr nəticəsində adları çəkilən terrorçlarla bərabər 5 nəfər ölüb. “Frans press” agentliyinin xəbərinə görə, Rəşid Rauf 2006-cı ildə Londondan ABŞ-a uçan sərnişin təyyarələrini partlatmaq planı hazırlayan terrorçulardan biridir. Onu Londonda həbs ediblər, ancaq haqqında kifayət qədər dəlil olmadığına görə azadlığa buraxıblar. Nəticədə Rəşid Rauf Pakistana qaçıb, sonradan Britaniya hakimiyyət orqanlarının tələbi ilə o 2007-ci ildə Pakistanda həbs edilib, lakin həbsdən qaçıb və bu günədək gizlənirdi. Qeyd edək ki, Amerika silahlı qüvvələri bu ilin sentyabrından başlayaraq prezident Buşun “əl-Qaidə” liderlərinə qarşı məxfi əməliyyatlar haqda sərəncamı əsasında Pakistanın şimalına müntəzəm olaraq zərbələr endirirlər. Kəşfiyyat məlumatları əsasında pilotsuz təyyarələr vasitəsilə endirilən zərbələr nəticəsində bir çox hallarda dinc insanlar həlak olur, ancaq əməliyyatlar zamanı “əl-Qaidə”nin orta rütbəli şəxslərindən də ölənlər var.
43,330
23.11.2008 03:09
Dünya
TƏHLÜKƏ VƏD EDƏN “TƏHLÜKƏSİZLİK SAZİŞİ”
Toplantıdan sonra mətbuat konfransı keçirən hökumət sözçüsü Əli Dabbağ hökumətin müqaviləni əlavə və dəyişikliklərdən sonra qəbul etdiyini bildirib. Eyni zamanda ABŞ-ın yeni prezidenti Barak Obamanın müqaviləyə sadiq qalacağı haqda vəd verdiyini söyləyib. Müqaviləyə görə, ABŞ qüvvələri 2011-ci il iyunun 30-dək şəhər və qəsəbələrdən, 31 dekabr 2011-ci ildə isə bütün ölkədən çıxarılacaq. 2009-cu ilin yanvarından etibarən isə İraqın hava sərhədlərini bu ölkəyə məxsus qüvvələr qoruyacaq.Hazırda İraq ərazisində 400-dən çox hərbi bazalarda 152 min Amerika əsgəri var. Ə.Dabbağ bildirib ki, əgər İraqda sabitlik daha tez bərpa olunarsa, Amerika qoşunları hər iki ölkə arasında razılaşma əsasında ölkəni müəyyən olunmuş vaxtdan tez tərk edə bilər. Eyni zamanda müqavilədə ABŞ-ın təklif etdiyi bənd - “ABŞ ordusu hərbçilərinin yalnız Amerika məhkəməsində mühakimə olunması” bəndi qüvvədə qalıb. Bundan başqa, müqavilədə Amerika qüvvələrinin İraq məhkəməsindən icazəsiz mülki evlərə basqın, qonşu ölkələrə isə hücum etməyəcəyi barədə, həmçinin digər bəndlər mövcuddur.Amerikanın daha 3 il İraqda qalmasını nəzərdə tutan bu müqavilə ölkədə ciddi siyasi böhrana səbəb ola bilər. Məsələ burasındadır ki, İraq müxalifəti - istər şiə hərəkatları olsun, istərsə də sünni müxalif qruplar - müqaviləyə etiraz edir. İraqda əsas müxalif qüvvə sayılan və parlamentdə 30-a yaxın deputatla təmsil olunan Sədr qrupunun lideri Müqtəda əs-Sədr müqaviləni kəskin tənqid edib. İraqlı deputatlara müraciət edən M.Sədr onları sənədi imzalamamağa çağırıb. O, sənədi imzalamağı vətənə xəyanət kimi dəyərləndirib. Ölkənin şiə və sünni icmalarına da müraciət edən Sədr onları birgə mübarizəyə çağırıb. Eyni zamanda amerikalıları İraqdan çıxmayacaqları təqdirdə savaşın yenidən bərpa olunacağını bildirib.Xatırladaq ki, İraqın hazırkı hökuməti Amerikanın dəstəyi ilə M.Sədrə bağlı “Mehdi ordu”sunu zərərsizləşdirməyə cəhd göstərir. Amma müqaviləyə qarşı çıxan təkcə Sədrlər ailəsi deyil, İraqın daha bir şiə hərəkatı olan İraq İslam Şurasının lideri Əbdüləziz Həkim də nümayəndələri vasitəsilə müqaviləyə qarşı olduqlarını bəyan edib. İraq şiələrinin mənəvi lideri Ayətullah Seyyid Əli Sistani də ötən həftə yaydığı açıqlamada anlaşmaya o qədər də inamlı yanaşmadığını ortaya qoyub.Səddam devriləndən sonra hərbi-siyasi gücünü ciddi şəkildə itirən sünni icması nəinki sözügedən anlaşmaya, ümumiyyətlə, İraqın hazırkı hakimiyyətinin imzaladığı sənədlərə qarşı çıxır. Belə bir vəziyyətdə baş nazir Nuri əl-Maliki və onun əd-Dava Partiyası demək olar ki, siyasi dəstəyini itirmiş sayıla bilər. Əgər qarşıdakı günlərdə İraq siyasi qüvvələri (həmçinin əsas söz sahibi olan və Malikinin hesablaşdığı Ayətullah Sistani) anlaşmaya etirazlarını birgə şəkildə ortaya qoysalar, o zaman Maliki üçün ağır dönəm başalaycaq. Əgər bu müddətdə qüvvələr arasında razılaşma (bu razılaşmanın əldə olunmasında Sistaninin böyük rolu ola bilər) əldə olunmasa, o zaman İraqda ciddi siyasi böhran başlaya bilər. hətta Müqtəda əs-Sədrin bəyan etdiyi savaşın başlaması da mümkündür. Maliki hökumətinin bu dönəmdə sığına biləcəyi yeganə qüvvə Amerika ordusu olacaq.Əlavə edək ki, İraqın iki əsas qonşusu - İran və Suriya da müqaviləyə qarşıdır. İranın mövqeyi hələ əvvəldən bəlli idi; müqavilə imzalanandan dərhal sonra isə Suriya hökuməti bəyanatla çıxış edərək müqaviləni pisləyib. Nəzərə alsaq ki İraqa bu ölkələrin ciddi təsiri var, o zaman sözügedən müqavilənin İraqda sabitlik yaratmayacağını, hətta əksinə, kövrək sabitliyə ciddi zərbə olacağını söyləmək olar.
43,331
23.11.2008 02:10
Dünya
BUŞLA QƏDƏH TOQQUŞDURMANIN BƏDƏLİ
Dünya telekanallarında dəfələrlə verilən kadrlarda görünür ki, ziyafətin giriş nitqini bitirən Buş əlində qədəhlə masadakı yerinə - kral II Abdullanın oturduğu stula yaxınlaşır və ayağa qalxan ərəb lideri qədəhini ABŞ prezidentinin qədəhi ilə toqquşdurur.Təbii ki, müsəlmanların qəzəbinə səbəb olan hadisənin özü, yəni Abdullanın qədəh qaldırmasıdır. Digər tərəfdən, qədəhin məhz Buşla qaldırılması qəzəb odunu körükləndirib. Məsələ burasındadır ki, iki müqəddəs şəhərin - Məkkə və Mədinənin hakimi statusu daşıyan Səudiyyə kralının İslamın haram buyurduğu şərab qədəhi qaldırması heç bir izaha sığmır. İkinci tərəfdən, qədəhin ABŞ-ın hazırkı prezidenti ilə toqquşdurulması daha böyük qəzəb yaradıb.Livanın məşhur əhli-sünnət alimlərindən olan Mahir Həmmud kralın içki süfrəsində əyləşməsinin və ABŞ prezidenti ilə qədəh toqquşdurmasının heç bir izahının olmadığını və kralın bu süfrəni tərk etməli olduğunu bildirib.
43,332
23.11.2008 02:11
Dünya
SOMALİ PİRATLARI BU İL 150 MİLYON ƏLDƏ EDIBLƏR
NATO-nun, Avropa Birliyinin, Rusiyanın və Hindistanın piratlara qarşı bölgəyə donanma birlikləri göndərməyə hazırlaşdığı haqda xəbərlərdən sonra quldurlar ən iri qənimətlərini qorumaq üçün onun göyərtəsinə əlavə qüvvələr cəlb ediblər. “Frans press” agentliyinin xəbərinə görə, onlara Somalidə fəaliyyət göstərən islamçı qruplaşmalardan biri də dəstək verir. Yerli hakimiyyət orqanları deyiblər ki, tankerin saxlanıldığı limanda çoxlu hərbi geyimli və silahlı şəxslər var. Görünür, onlar gəmidən alınacaq pulu bölüşdürmək üçün gəliblər. Quldurlar tankeri buraxmaq üçün 10 gün vaxt qoyublar. Lakin gəminin məxsus olduğu şirkət hələ quldurlarla danışıqlara girməyib.
43,333
23.11.2008 02:12
Gündəm
ÖCALANI “DARIXMAĞA” QOYMAYACAQLAR
MHP hökumətin Öcalanın rahatlığına yönəlmiş bu qərarı ilə bağlı çox sərt açıqlama verib. Açıqlamada deyilir ki, bu qərarla AKP hökuməti PKK-nın himayəçisi olduğunu bir daha nümayiş etdirib və Avropa Birliyindən gələn təzyiqlərə boyun əyib.Avropa Birliyi neçə vaxtdır Türkiyə hökumətindən Öcalanın saxlanıldığı həbsxanaya əlavə məhbuslar köçürülməsini istəyirdi. AB hesab edir ki, Öcalanın həbsxanada tək məhbus olaraq saxlanılması işgəncədir. Hökumət isə tənqidlərə cavab olaraq bildirib ki, əslində İmralıda inşa edilən tikililər həbsxana nəzarətçilərinin və Öcalanı qoruyan silahlı qüvvələr mənsublarının qalması üçündür. Lakin gələcəkdə həmin binalarda daha 5-6 məhbus saxlamaq nəzərdə tutulur. Ədliyyə naziri Mehmet Əli Şahin deyib ki, heç bir halda həmin məhbuslar Öcalanla eyni kamerada qalmayacaq. O, qərarın AB-nin təzyiqləri altında atıldığını da təkzib edib.
43,334
23.11.2008 02:13
Dünya
İRANDA “MOSSAD” CASUSU ASILDI
Onun asılmaqla edam edildiyi bildirilir. Bu, İranda son 10 il ərzində edam edilən ilk “Mossad” agentidir. “Biz bu edamı həyata keçirməklə tamamilə aydın məqsəd güdürük, düşmən ölkələrə göstərmək istəyirik ki, onların xüsusi xidmət orqanları ilə növbəti amansız mübarizə başlayıb” - deyə İran əks-kəşfiyyatının rəhbəri bildirib. Məhkəmədə sübuta yetirilib ki, Əştari uzun müddət “Mossad”la aəməkdaşlıq edib, İsrail xüsisi xidmət orqanlarının yüksək rütbəli zabitləri ilə görüşərək onlara İranın hərbi obyektləri, nüvə proqramları və digər mühüm sirləri haqda məlumatları ötürüb. Əştari həmçinin İran rəhbərliyindəki bəzi konkret şəxslər haqda da məlumatlar verib, İranın məxfi xidmətləri ilə “Mossad” arasında əlaqə yaratmağa çalışıb. İttihama görə, biznesmen bəzi dövlət strukturlarının binalarında öz dinləmə qurğularını da yerləşdirə bilib: “Bizim bəzi araşdırma proqramlarımız məhz bu diversiyalar nəticəsində pozulub, üstəlik, bunlar çox ciddi əhəmiyyət kəsb edən və bərpası mümkün olmayan proseslər olub” deyə əks-kəşfiyyat rəhbəri bildirib.
43,335
23.11.2008 02:10
İqtisadiyyat
MƏNZİL BAZARINDA KƏSKİN UCUZLAŞMA GÖZLƏNİLİRMİ?
Yeri gəlmişkən, qlobal maliyyə böhranı ilə əlaqədar dünyanın bir çox ölkələrinin paytaxt şəhərlərində mənzillərin qiyməti kəskin ucuzlaşıb. Bakıda isə tikintinin dayanmasına, böhrana baxmayaraq, qiymətlərin aşağı düşməsi az rəqəmlə ifadə olunur. Məsələn, Moskva bazarında 5-6 faiz ətrafında düşmələr müşahidə edilirsə, bizdə ucuzlaşma 1,8 faiz ətrafındadır. Təkrar bazarda son 3 ayda hər ay üzrə qiymətlər təxminən 2 faiz ətrafında azalıb. Ancaq ilkin mənzil bazarında qiymətlərdə nə azalma, nə də bahalaşma müşahidə edilir. Bəzi xırda şirkətlər, hansı ki mənzilləri tez satmaq istəyirlər, yalnız onlarda müəyyən güzəştlər var. Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzinin ekspertlərinə görə, bəzi amillər daşınmaz əmlak bazarındakı vəziyyətin digər ölkələrdə olduğu kimi çıxılmaz vəziyyətə düşməsinin qarşısını alır. Belə ki, banklardan pullarını çıxaran əmanətçilər vəsaitləri etibarlı saydıqları daşınmaz əmlak bazarına qoyur. Bununla yanaşı tikinti şirkətləri mallarını ucuz qiymətə satmamaq üçün gözləmə mövqeyi tuturlar. Mərkəzin ekspertlərinin fikrincə, dünya maliyyə və fond bazarlarında müşahidə olunan böhranın Bakının daşınmaz əmlak bazarına təsiri yaxın aylarda da davam edəcək və proses qiymətlərin kəskin ucuzlaşması ilə bitəcək.MBA Konsaltinq Qiymətləndirmə Şirkətinin rəhbəri Nüsrət İbrahimov kəskin ucuzlaşmanın gözlənilmədiyi qənaətindədir. Mütəxəssis bu yöndə qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, cüzi enmələr var və bu proses yaxın aylarda da davam edəcək: “Böyük sürətlə enmə gözlənilmir. Çünki bunun üçün əsas yoxdur. Hansı ölkələrdəki qiymətlər kəskin ucuzlaşıb, orada buna əsas olub. Belə ki, həmin dövlətlərdə banklar tərəfindən bazara kütləvi şəkildə yaşayış sahələri çıxarılıb. Bu, bazara təsir edərək qiymətləri sürətlə aşağı çəkir. Bizdə isə banklar tərəfindən bazara kütləvi şəkildə girov predmeti olan yaşayış sahələri çıxarılmayıb. Ona görə qiymətlərin sürətlə düşməsinə zəmin yoxdur”. İndiyədək qiymətlərin şişirdilməsi də mənzil bazarını tənəzzülə aparır. Bu sahədə rentabellik azı 300 faiz olduğundan mənzillər maya dəyərindən xeyli baha satılır.Məsələn, N. İbrahimovun sözlərinə görə, Bakıda yeni binalarda mənzillər maya dəyərindən ən azı 2,4 dəfə baha satılır: “Son vaxtlar tikinti materiallarının bahalaşması ilə əlaqədar mənzil tikintisinin maya dəyəri artıb. Əvvəllər sahibkarlar mənfəəti qorumaq üçün qiymətləri artıra bilirdi. İndi isə əhalinin alıcılıq qabiliyyəti buna imkan vermir. Aşağı hədd maya dəyəridir, yuxarı hədd isə alıcılıq qabiliyyəti. Bu hədlər arasında fərq getdikcə azalır. Sahibkarlar manevr edə bilmədikləri üçün aktivlik də azalır. Ekspert deyir ki, tikintidə qeyri-rəsmi xərclər də var və bunlar maya dəyərinə daxil edilərsə, maya dəyəri ilə satış qiyməti arasında fərq azalacaq. Bazar iştirakçıları deyir ki, indi paytaxtın nisbətən kənar ərazilərində mənzilin 1 kvadratmetrinin maya dəyəri 230 manat təşkil etdiyi halda, onu ən azı 600 manata satırlar. Elit binalarda isə xərc maddələri 1500 manat, satış qiyməti isə 3-4 min manat arasında dəyişir. N.İbrahimovun qənaətincə, maliyyə böhranı aradan qalxana, iqtisadi vəziyyət tam düzələnə, əhalinin alıcılıq qabiliyyəti yaxşılaşana qədər bazarın bu seqmentində vəziyyət belə davam edəcək: “Əsas məsələ əhalinin alıcılıq qabiliyyəti ilə bağlıdır. Bu, düzələndə tikintidə də problemlər həllini tapacaq”. Analitiklərə görə, təkliflə tələb arasındakı uyğunsuzluq cari ilin sonuna qədər daha da artacaq. Bunun da başlıca səbəbi bankların ipoteka kreditinin verilməsini dayandırması, maliyyə bazarlarındakı qeyri-stabillik və dünya daşınmaz əmlak bazarlarında müşahidə edilən dəyişikliklərdir. Kredit götürməyə macal tapan insanlar isə hələ də daşınmaz əmlak alır. Çünki Azərbaycanda mənzilə tələbat həmişə var. Lakin bu tələbat lazımi tələblə ödənilmir.Mənzil bazarında ən kritik aylar kimi, gələn ilin mart, iyun ayları proqnozlaşdırılır. Elə N.İbrahimov da deyir ki, bazarda boşluq 2007-ci ilin ortalarından başlamışdı. Özünü 2008-ci ildə qabarıq büruzə verməyə başladı. Bu, 2009-cu ilin mart, iyun aylarında kritik nöqtəyə çatacaq: “Ola bilsin, ən çox qiymət ucuzlaşması onda baş versin. Amma 2009-cu ilin ikinci yarısından bazarın stabilləşəcəyi və qiymətlərin yenidən artıma doğru hərəkət edəcəyi gözlənilir”. Problemin digər tərəfinə gəlincə, 2003-2006-cı illərdə tikinti şirkətləri evləri əsasən vətəndaşların pulu ilə tikirdi. Yəni binanın bünövrəsi qoyulmamış mənzillərin bir qismini satan tikinti kooperativlərinin sahibləri inşaat işlərinə elə bu vəsaitlə başlayırdı. Əksər hallarda isə tikilməkdə olan binadan əldə edilən mənfəət hesabına növbəti binanın inşasına başlanırdı. Bununla da onlar əlavə xərclərdən azad olmaqla, məsələn, kredit cəlb etmədən fəaliyyətlərini davam etdirə bilirdilər. Hazırda tikinti şirkətləri bu üsulla fəaliyyət göstərə bilmir. Ona görə də Bakıda bəzi binalarda işlər yarımçıq qalıb. Bazar iştirakçılarından verilən məlumatlara görə, hazırda paytaxtda 540 binada işlər tamamlanmayıb.
43,336
23.11.2008 02:06
İqtisadiyyat
AZƏRBAYCAN NEFTİ 47 DOLLAR 82 SENTƏ DÜŞÜB
Mazutun payı 21,5 faiz, dizel yanacağı 21,2 faiz, avtomobil benzini 19 faiz, təyyarə yanacağı 11,1 faiz, neft bitumu 3,8 faiz, maye qaz 2 faiz, digər neft məhsullarının payı 21,4 faiz təşkil edib. 2008-ci ilin yanvar-oktyabr aylarında neft məhsullarının ümumi həcmindən SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsinə 41,8 faiz sürtkü yağı, 38,6 faiz dizel yanacağı, 25,4 faiz avtomobil benzini və 3,2 faiz mazut verilib. “Azpetrol” neft şirkəti 51,1 faiz avtomobil benzini və 32,6 faiz dizel yanacağı alıb. “Azərbaycan hava yolları” Qapalı Səhmdar Cəmiyyətinə 93,4 faiz təyyarə yanacağı, Rusiyanın “Lukoyl” şirkətinə 15,2 faiz avtomobil benzini və 10,5 faiz dizel yanacağı, Xəzər Dəniz Gəmiçiliyinə 1,8 faiz dizel yanacağı, 7,8 faiz sürtkü yağı verilib. “Azərenerji” Səhmdar Cəmiyyəti 52,2 faiz soba mazutu alıb. 36,2 faiz mazut isə emal üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna verilib. Neft məhsullarının yerdə qalan həcmi digər müəssisələrə satılıb. Bütün bunlara baxmayaraq, Azərbaycanın neft emalı zavodlarının anbarlarında 28,6 mln manat məbləğində satılmamış məhsul var. Bunun 17 min tonunu avtomobil benzini, 5,4 min tonunu nafta, 31,2 min tonunu kerosin, 23,3 min tonunu mazut, 87,4 min tonunu dizel yanacağı, 9 min tonunu sürtkü yağları və 1,2 min tonunu neft bitumu təşkil edir.
43,337
23.11.2008 02:15
İqtisadiyyat
UN MƏHSULLARI BAHALAŞIR
Hazırda bazarlarda qiymət azalmaları 5-6 faiz intervalındadır. O da xaricdən idxal edilən süd və süd məhsullarının, düyü, ət məhsullarının qiymətində baş verib. Bu arada dünya bazarında ən çox ucuzlaşan məhsul buğdadır. Son bir ayda yalnız buğdanın qiyməti 2 dəfə aşağı düşüb. Qiymətlərin monitorinqinə digər iri market şəbəkələri ilə müqayisədə ucuz olduğu iddia edilən “Almalı”dan başladıq. Son bir həftədə bu mağazalar şəbəkəsində qiymətlərdə kəskin artım var. Məsələn, Türkiyədən idxal edilən şirniyyatların qiyməti bahalaşıb. Əvvəllər qiyməti 90 qəpiyə olan “Dankek” pirojnası 1 manat 90 qəpiyə, “Hanım əlləri” 1 manatdan 1 manat 40 qəpiyə, “Tutqu” 1 manatdan 1 manat 40 qəpiyə qaldırılıb. Qeyri-ərzaq növlərinin də qiymətlərində artımlara gedilib. Məsələn, “Tayd”, “Ariel”, “Losk”, “Persil” yuyucu tozlarının həcmindən asılı olaraq qiymətlərinə 40 qəpik, 1 manat əlavə edilib. Toyuq ətinin də qiymətində artımlar müşahidə etdik. Əvvəllər kilosu 4-5 manata satılan toyuq əti 6 manatadır. Yumurtanın qiyməti isə 15-20 qəpik arasındadır. Kolbasa məmulatları növündən asılı olaraq 1 manatadək bahalaşdırılıb. Bundan əlavə, marketdə 1 manatdan ucuz qablaşdırılmış vermişel, makaron yoxdur. Halbuki bir ay əvvəl adıçəkilən məmulatlar 60-90 qəpiyə satılırdı. Yoqurtların da qiymətində artımlara gedilib. Məsələn, əvvəllər 60 qəpiyə satılan “Aktivia” yoqurtu əvvəlcə 90, indi isə 1 manata qaldırılıb. Zeytun yağı, quru süd, İran xurması, meyvə şirələri də bahalaşan məhsullar sırasındadır. Belə ki, 1 manat 60 qəpik olan şirələr hazırda 2 manatdır. Zeytun yağı 6 manatdan 6 manat 50 qəpiyə, quru süd 5 manatdan 6 manata qalxıb. İran xurmaları isə fantastik həddə bahalaşıb. Ötən mövsümdə 1 manat 20 qəpik olan xurma hazırda 1 manat 90 qəpik, 2 manat arasındadır. “Ankor” yağının qiyməti isə dəyişməyib -7 manat. Ucuzlaşan məhsullara da rast gəldik. Belə ki, “Azərsun”un istehsal etdiyi bitki yağlarının qiyməti 40 qəpik düşüb. Paytaxt bazarlarında da qiymətlər od püskürür. Üz tutduğumuz “6-cı mikrorayon” bazarında (keçmiş 3-cü mikrarayon bazarı) əvvəlcə meyvələrin qiyməti ilə maraqlandıq. Məlum oldu ki, üzüm 4 manat, mandarin 1 manat, bəzi yerlərdə isə 1 manat 20 qəpik, portağal 2 manat, bəzi yerlərdə 2 manat 50 qəpik, alma 1.6 manat, xaricdən gətirilən almalar isə 2 manatdan başlayaraq satılır. Feyxua 1 manat, xurma 1 manat, xirniy 2 manatdır. Pomidor 3 manat, xiyar isə 1 manat 60 qəpik, 2 manat təşkil edir. Kartof 80 qəpik, soğan 50 qəpik, kələm 1 manat, kök 1 manat 20 qəpik, 1 manat 60 qəpik civarındadır. Göyrəti də bahalaşıb. Belə ki, göyərtinin dəstəsi 40 qəpik təşkil edir. Badımcan 2 manat, bolqar bibərinin ədədi isə 1 manatdır.Süd məhsullarının qiyməti qalxıb. 1 kq motal pendiri 5 manat, qoyun pendiri 4 manat təşkil edir. “6-cı mikrorayon” bazarında qoyun əti 8 manat, dana əti isə 5 manat 40 qəpikdir. Şəhərin digər bazarlarında isə qoyun ətinin qiyməti 11 manat, dana əti 7-8 manat təşkil edir. Bazarda diqqətimizi çəkən alıcıların sayının azlığı oldu. Alış-veriş edənlərdən birinə yaxınlaşıb bazardakı qiymətlərə münasibətini soruşduq. Cavab isə belə oldu - Azərbaycanda yaşayışın özü bahalaşıb: “Hər məhsulun qiymətində azı 10-20 qəpik artım var. Deyirlər dünyada buğda ucuzlaşıb. Bizdə şirniyyat evləri əksinə qiymətləri bahalaşdırıblar”. Başqa bir müsahibimiz isə Azərbaycandakı qiymətləri Türkiyədəki bazar qiymətləri ilə müqayisə etdi: “Qonşu ölkədə pomidor, xiyar bizdən ucuzdur”. Respondentlərdən biri də verilən məvaciblərin bazar qiymətlərinə uyğun olmadığını vurğuladı: “Deyirlər məhsullar ucuzlaşıb. Bunu deyən şəxslər heç olmasa 1 məhsulun adını çəksinlər”. Maraqlıdır ki, satıcılar da şikayətçidilər. Belə ki, onlar istehsalın çətinləşdiyini, malın paytaxt bazarına çatdırılma xərclərinin ardığını deyirlər: “Gətirdiyimiz məhsulu elə həmin gün də satmağa məcburuq. Çünki bazarın anbarı yoxdur. Bir sıra hallarda isə malımızı dəyər-dəyməzinə topdan başqasına satırıq. Həmin şəxs isə məhsulun üzərinə əlavə qiymət qoyaraq bazara çıxarır”. Yeri gəlmişkən, inflyasiyanın alternativ hesablamasını aparan İqtisadi Tədqiqatlar Mərkəzinin qiymətləndirməsinə görə, Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) bu ilin ilk 10 ayında 18,85 faiz olub. Bu ilin oktyabr ayının ötən ilin oktyabr ayı ilə müqayisəsində illik inflyasiya 27,02 faiz qeydə alınıb. Aparılan statistik müşahidələrin nəticələrinə görə, təkcə ötən ay əmək qabiliyyətli əhali üçün minimum istehlak səbətinin dəyəri 109,84 manat, uşaqlar (0-15 yaşlı) üçün 100,22 manat, pensiyaçılar üçün isə 81,61 manat təşkil edib. Bu ay isə bu səbətin daha yuxarı rəqəmlə ifadə olunacağı gözləniləndir.
43,338
23.11.2008 02:17
Mədəniyyət
“...İLHAMƏNİN ARXASINDA DURAN MƏMURUN ADINI AÇIQLAYACAM”
Xatırladaq ki, iddiaçı S.Kərəmoğlu xalq artisti İlhamə Quliyevanı şərəf və ləyaqətinin təhqir olunması ilə əlaqədar məhkəməyə verib və ondan 50 min manat təzminat istəyir. Sərxan Kərəmoğlunun hüquqlarını məhkəmədə vəkil İlhamə Həsənova, İ.Quliyevanın hüquqlarını isə vəkil Şəfiqə Nağıyeva müdafiə edib. Prosesdə Ş.Nağıyeva və İ.Həsənova arasında kəskin mübahisələr baş verib. Hakimin qərarı ilə məhkəmə dekabrın 4-nə təyin edilib. Dünən prosesdə baş verənlərin təfsilatını öyrənmək məqsədilə hər iki tərəflə əlaqə saxladıq.F.Kərimova bəzi mətbuat orqanlarında onun zorla məhkəmə zalından çıxarılmasının həqiqətə uyğun olmadığını dedi: “Sən demə, şahidlər məhkəmə zalında oturmamalıymış. Bunu əvvəlcədən Sərxan Kərəmoğlunun vəkili İlhamə xanım Həsənova mənə demişdi, amma nədənsə unutdum. Digər tərəfdən, zaldan tək mən yox, bütün şahidlər çıxarıldı. Qeyd edim ki, proses də obyektiv keçirilirdi. Sadəcə, qarşı tərəf onu pozmağa cəhd edirdi. Cavabdeh məhkəməyə gəlməsə də, onlar tərəfdən 20-dək nümayəndə iştirak edirdi, Sərxan tərəfdən isə mən, onun həyat yoldaşı və vəkil idik”. Flora xanımın dediyinə görə, həmin 20 nəfər özünü çox nalayiq aparıb: “Hətta Ülvi Qılınc Sərxanın vəkilinə sataşdı, mən bunu mətbuata açıq şəkildə deməyi belə ehtiyac duymuram. Cavabdehin vəkili də özünü savadsız apardı, hansı vəsatəti qaldırdı, hüquqi əsası olmadı. Bir məsələni də qeyd edim ki, mən həmin gün ”Xəzər" televiziyasında İslam Rzayevlə bağlı bir verilişə dəvət almışdım və prosesdə sonadək qalmaq imkanım yox idi. Bütün bunları isə onlar mənim əleyhimə yönəltsə də, mən canlı yayıma çata bildim".Sənətçi onu da bildirdi ki, Sərxan Kərəmoğlunun məhkəmə iddiası yekunlaşdıqdan sonra İ.Quliyevanı yenidən məhkəməyə vermək fikrindədir: “Həyatıma yerli-yersiz müdaxilələrinə, barəmdə danışdığı hədsiz böhtanlara görə bu prosesdən sonra mən də onu məhkəməyə çəkmək fikrindəyəm. İndiyədək İlhamə Quliyeva başqalarının əlilə iş görüb, amma indi öz imzası ilə tələyə düşüb. Məndə olan məlumata görə, BMCQMİ-yə yazdığı ərizəni öz mətbuat katibi Faiqin üzərinə atmaq niyyəti var, indi də o uşağı bada vermək istəyir. O, həmin idarəyə şikayət ərizəsində mənim də adımı çəkib. Guya mən siyasi sabotajla məşğulam. Rəsmi və qeyri-rəsmi heç yerdə seçki kampaniyası keçirilmədiyi halda, bu təbliğata 12 gün qalmış guya mən Sərxan Kərəmoğlu ilə birgə İlhamənin prezident seçkisi təbliğatına mane olmuşuq. Necə, nə vaxt və harda? Bu dərəcədə savadsızlığa nə deyəsən? O, şantaj məqsədilə məni yuksək çinli bir məmurun ailəsi vasitəsilə hədələyir. İlhamə deyib ki, onsuz da Floranın məsələsini həmin o məmurun qardaşı oğlanları çürüdəcək. Bu söhbəti hələ ki dəqiqləşdirirəm. Əgər burada həqiqət varsa, o ailənin ağsaqqalına mətbuat vasitəsilə sualım olacaq: sizin ailəniz tərəfindən mənim ailəmə qarşı nə şəxsi-qərəzlik var ki, qohumlarınıza güvənərək mənə İlhamə tərəfindən hədə-qorxu gəlinir? Həmin məmurun ailəsi tərəfindən mənə və ailəmə təhlükə yaradılsa, onların kimliyini açıqlayacam”.İ.Quliyevanın mətbuat katibi Faiq Ələkbərli isə bildirdi ki, müğənninin prosesdə iştirak etməmək hüququ var və qarşı tərəfin vəkili məhkəmədə qanunsuzluğa yol verib: “Mətbuatda yazırlar ki, İlhamə xanım Bakıda deyil. İlhamə xanım Bakıdadır və onun məhkəmədə iştirak edən nümayəndələri kifayət qədər olduğundan, özünün iştirak etməmək hüququ var. Digər tərəfdən, Şəfiqə xanım da prosesdə dedi ki, iddiaçı tərəfin vəkili İlhamə Həsənovanın məhkəməyə vəkil geyimində gəlməməsi onu göstərir ki, o, ümumiyyətlə, Vəkillər Kollegiyasının üzvü deyil”.F.Ələkbərli onu da bildirdi ki, məhkəmə prosesində nəzarətçi onu təhqir edərək kobud davranıb: “Mən şahid kimi məhkəmə zalından çıxarıldım, çantamı zalda unutduğum üçün, qayıdıb götürmək istədim. Lakin böyük məhkəmə nəzarətçisi Arzu Abdullayev məni təhqir edərək itələdi və zala buraxmadı. Onun bu qeyri-etik rəftarı ilə bağlı Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərova ərizə ilə müraciət etmişəm”.İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva isə həmkarı İ.Həsənovanın Vəkillər Kollegiyasının üzvü olmamağı barədə fikirlərin ona məxsus olmadığını dedi: “Mən prosesdə bu sözləri deməmişəm. Qarşı tərəfin vəkili məhkəməyə dövlət rüsumunu ödəməsi barədə order təqdim etmədi. Əgər o, order təqdim etməyibsə, deməli, dövlətə vergidən yayınmaq istəyir. Digər tərəfdən, Flora Kərimova ilə İlhamə Quliyeva arasında uzun illər münaqişə yaşandığı üçün, Flora xanımın bu məhkəmədə şahid qismində ifadə verməsi qanuna ziddir. Mən prosesdə bunları bildirdim, lakin iddiam təmin olunmadı. Odur ki, hakimin dəyişdirilməsini tələb etdim. Bir məsələni də qeyd edim ki, gələn məhkəmə prosesindən İlhamə xanım da Sərxan Kərəmoğluna qarşı iddia qaldıracaq. O, S.Kərəmoğludan 50 min manat maddi, 30 min manat isə şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı mənəvi təzminat tələb edəcək”.Məsələ ilə əlaqədar vəkil İ.Həsənova ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Məhkəmədə iddiaçı qismində iştirak edən S.Kərəmoğlu isə vəkili barəsində deyilənlərin əsassız olduğunu bildirdi: “İlhamə Həsənova Vəkillər Kollegiyasının üzvüdür və dövlətə vergidən yayınmayıb. Onun mənim vəkilim olması ilə əlaqədar dövlət rüsumunu ödəməsi barədə sənəd MCQBMİ-yə verilib. Çünki mən İlhamə Quliyevanın şikayəti ilə əlaqədar həmin idarəyə çağırılmışdım. O zaman mənim həm vəkilim, həm də məhkəmədə hüquqi nümayəndəm olan İlhamə xanım da mənimlə getdi. Biz qeydiyyatdan keçərkən vəkilin həmin sənədləri ondan alındı. Amma nədənsə, bu sənəd və İlhamə Quliyevanın şikayət ərizəsi məhkəmə tərəfindən dəfələrlə tələb olunsa da, onlara göndərilməyib. Burada qanun pozuntusuna mənim vəkilim yox, MCQBMİ-nin nümayəndələri yol verib. Vəkilin bütün sənədləri qaydasındadır və məhkəmə prosesində hələ ki heç bir qanun pozuntusuna yol verilməyib”. S.Kərəmoğlunun dediyinə görə, srağagünkü məhkəmə prosesindən sonra ona qarşı tərəfdən bir neçə müxtəlif adamlar zəng edərək, iddianı geri götürmək xahişi ilə barışıq təklif ediblər: “Mən isə bildirdim ki, nəticəsindən asılı olmayaraq sonadək gedəcəm. Hələ qarşıda Flora Kərimovanın İlhamə Quliyevaya qarşı məhkəməsi gözlənilir”. O, növbəti həftə cavabdeh tərəfin qanunsuz hərəkətləri ilə bağlı mətbuat konfransı keçiriləcəyini də bəyan etdi: “Orada çox məsələlərə aydınlıq gətiriləcək”.
43,339
23.11.2008 02:25
Ölkə
“TƏHSİL NAZİRLİYİ MƏKTƏBLƏRDƏN KOMMERSİYA MƏQSƏDİLƏ İSTİFADƏ EDİR”
Bəs məktəblərdə müəllimlə şagird arasında olan aqressiyanı doğuran səbəblər nədir?“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev sovet dövründə şagirdin müəllim tərəfindən döyülməsi faktına daha çox rast gəlindiyini söylədi: “O zaman qanun daha çox müəllimin tərəfində dururdu. Şagird ya dərsi bilmədiyinə, ya da tərbiyəyə görə döyülürdü”.E.Əliyev bu metodun o qədər də uğurlu olmadığını və tezliklə sıradan çıxdığını, amma belə halların hələ də mövcud olduğunu söylədi. O, məsələnin kökündə cəmiyyətlə məktəb arasında qarşıdurmanın olduğunu söylədi: “Bu gün məktəblə cəmiyyət arasında narazılıq var. Bu qarşıdurmaya səbəb isə hökumətin müəllimin yaşayış tələbatını ödəmək üçün kifayət qədər təminatının olmaması, şagirdlərin repetitor xidmətinə cəlb olunması, müəllimlərin məktəb rəhbərliyi tərəfindən haqsızlığa sövq edilməsi ola bilər. Cəmiyyətdə müəllim aqressivliyi hiss olunur. Şagird məktəbdə siqaret çəkəndə, repetitor yanına gedəndə buna heç kim fikir vermir və bu hallar sonradan müəllimdə əsəb gərginliyi yaradır”.E.Əliyev təhsil sistemindəki problemlərlə rayon və internat məktəblərinin daha çox qarşılaşdığını önə çəkdi. O, məktəblərdə nəzarətin olmadığını, idarəetmə mexanizminin pozulduğunu söylədi: “Təhsil Nazirliyi məktəblərdən kommersiya məqsədilə istifadə edir. Bu, özünü məktəb direktorlarının təyinatında da göstərir. Rüşvət üstündə həbs edilən şəxsin yenidən vəzifəsinə qaytarılmasının, direktorun nazir tərəfindən təyin edilməsinin bir tərəfi də aşağılara təsir edir. Məktəbdə satılan mallar direktorları təlim-tərbiyədən daha çox maraqlandırır. Yaşlı nəsil təqaüdə çıxır. Orta yaşlı müəllimlərdən kişilərin 80 faizi yoxdur. Əksəriyyəti qadın müəllimlərdir. Gənc müəllimlərin əksəriyyətinin orta məktəbi necə bitirdiyini isə hamı bilir. Onların çoxu müəllim ixtisasını seçməyib, instituta ali təhsil almaq məqsədilə gedib”.E.Əliyev məktəbin get-gedə müqəddəs missiyasından uzaqlaşdığını deyir: “Bu isə müəllmlərin maaşının az olmasından, müəllimlərin siyasətə cəlb olunmasından, valideynin məktəbin tələbatını ödəyə bilməməsindən asılıdır. Məktəbdə pul yığılır. Valideynin maaşı repetitora zorla çatır. Bu da şagirdlə müəllim və valideyn arasında aqressiya yaradır”.
43,340
23.11.2008 02:25
Oxucu poçtu
“MƏNİM PULUMU BALAKƏNİN TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ “YEYİR”
Təhsil şöbəsindən S.Köndölovaya gec müraciət etdiyini bildirib və sənədlərin düzəldilməsi üçün ondan 500 manat tələb ediblər. S.Köndölovanın həyat yoldaşı Vüqar Köndölov 500 manatı T.Quliyevaya verib. Bir müddətdən sonra T.Quliyeva sənədlərin hazır olduğunu söyləyib. Lakin təhsil şöbəsinin müdiri Seyfulla Kərimovla danışandan sonra S.Köndölovaya sənədlərin itdiyini deyib və götürdüyü rüşvəti geri qaytarıb. S.Köndölova isə təhsil şöbəsində onu aldatdıqlarını bildirir. Belə ki, müəllimənin iddiasına görə, ona çatası nəqliyyat xərci nazirlik tərəfindən ödənilir. Lakin həmin məbləğ qanuni sahibinə yox, təhsil şöbəsinin müdirinə çatır.S.Köndölova bununla bağlı aidiyyati orqanlara dəfələrlə müraciət etsə də nəticəsi olmayıb. T.Quliyeva isə müəllimənin problemini həll etmək əvəzinə ona “get hara istəyirsən şikayət elə, sənin işini düzəltməyəcəm” deyə sərt cavab verir. S.Köndölova bu qanunsuzluqla bağlı ombudsman Elmira Süleymanovaya müraciət edib. O, təhsil nazirinin məlum sərəncamının gənc mütəxəssislərə aid edildiyini vurğulayıb: “Təhsil nazirinin gənc mütəxəssislərə normal iş şəraitinin yaradılması və təhsilin keyfiyyətinin artırılması məqsədilə imzaladığı sərəncama Balakəndə əməl edilmir. Mən Balakən rayonunun İtitala kəndində müəllim işləyirəm. Özüm isə Balakən rayonunun mərkəzində yaşayıram. Evimlə işlədiyim məktəbin arasında 20 kilometrdən artıq məsafə var. Rayonda ictimai nəqliyyat pis işlədiyindən maaşımın 70 faizini taksilərə ödəməli oluram. Təəssüf ki, müraciət etdiyim dövlət orqanları bu qanunsuzluğu aradan qaldırmayıb. Hörmətli Elmira xanım, ümid edirik ki, siz bizim müraciəti araşdıracaq və qanunların pozulmasının qarşısını alacaqsınız”.
43,341
23.11.2008 02:06
Ölkə
TAR-MAR TƏRTƏR
Yevlaxdan Tərtərə yollar görünür... Tərtərin hazırkı icra başçısı Vidadi İsayev vaxtilə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin müavini işləyib. Respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı olan E.Vəliyevin səyi ilə V.İsayev Tərtər rayonuna icra başçısı təyin olunub. V.İsayev isə bu yaxşılığın əvəzində Tərtəri sözün əsl mənasında Yevlaxın “filial”ına çevirib. Hazırda Tərtərdə əksər vəzifə sahibləri Yevlax rayonundan, daha doğrusu, Qərbi Azərbaycanın Dərələyəz mahalından olan şəxslərdir. İcra başçısının 1-ci müavini Vidadi Bəylərov da daxil olmaqla digər müavinlər, rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev, səhiyyə idarəsinin rəisi Yaşar Hüseynov, gənclər və idman şöbəsinin müdiri Şahlar Qurbanov, maliyyə şöbəsinin müdiri Zahid Təhməzov, Sosial Müdafiə Mərkəzinin direktoru Zaur Bəylərov (icra başçısının 1-ci müavini V.Bəylərovun qardaşı) rayonun baş memarı Fərhad Hüseynov, Suvarma Sistemləri İdarəsinin rəisi Emin Hacıyev, Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin müdiri Böyükkişi Cümşüdov və əksər məktəblərin direktorları Yevlaxdan gəlmədirlər. İcra başçısı tək yerli mütəxəssisləri gözümçıxdıya salmaqla kifayətlənmir. V.İsayev havadarlarının etimadını doğrultmaq üçün yerli sakinlərlə məsləhətləşmədən, heç bir əsas göstərmədən Tərtər rayonuna məxsus 120 hektar torpaq sahəsinin Yevlaxa verilməsi üçün Milli Məclisə müraciət edib. Parlament isə məsələni yerində araşdırmadan həmin torpaq sahəsini Yevlax rayonunun inzibati ərazisinə verilməsi barədə qərar çıxarıb. Halbuki yerli fermerlər torpaq çatışmazlığından əziyyət çəkir. V.İsayev hazırda Tərtər rayonunun inzibati ərazisinə daxil olan, bir zamanlar Ağdərə rayonuna məxsus 3 min hektar torpaq sahəsini də baş himayəçisi Xanlar Vəliyevə “hədiyyə” edib. Həmin torpaq sahələrini suvarmaq üçün xususi kanal çəkilib. Rayonda gəzən söz-söhbətə görə həmin ərazidə narkotik becərilir. Məlumatı dəqiqləşdirmək istəsək də, buna nail ola bilmədik. Çünki həmin ərazi hərbçilər tərəfindən mühafizə olunur. Ali məktəblərə qəbula görə Tərtər sonuncu yerdədir Tərtərin ən ağrılı problemlərindən biri də təhsillə bağlıdır. Son illər Tərtər ali məktəblərə qəbul faizinə görə ölkədə sonuncu yerlərdən birini tutur. Təhsilin səviyyəsinin bu dərəcədə aşağı düşməsində isə icra başçısı V.İsayevlə birgə təhsil şöbəsinin müdiri A.Qarayevin də misilsiz “xidmətləri” var. Tərtər sakinlərinin sözlərinə görə, V.İsayev təhsilə ayrılan vəsaitə sahib çıxmaq üçün təhsil şöbəsinin keçmiş müdiri Fazil Museyibovu şərləyərək həbs etdirib. F. Museyibov icra başçısının qanunsuz göstərişlərinə və məktəblər üçün ayrılan vəsaitin talan edilməsinə imkan vermirmiş. Fazil müəllim icra başçısının qanunsuz əməllərini durdurmaq tələbi ilə məktəblərdə müəllimlərin tətilini də təşkil edib. İcra başçısı isə öz növbəsində F.Museyibovun guya ona rüşvət təklif etdiyi barədə prokurorluğa şikayət edib. Məhkəmə zamanı icra başçısı və onun müavinləri Vidadi Bəylərov, Ramiz Şabanov və digərləri V.Museyibovun üzünə duraraq onun başçıya rüşvət təklif etdiyini bildiriblər. Eyni zamanda üsyankar təhsil şöbəsinin müdiri 1 ton təbaşiri mənimsəməkdə ittiham olunub. 2006-cı ilin oktyabr ayında məhkəmə V. Museyibova 4 il yarım həbs cəzası verib. O hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. İcra başçısı həm də təhsil naziri Misir Mərdanovla konfliktdə olduğuna görə, iki ildir ki, təhsil şöbəsinə müdir təyin edilmir. İki il ərzində A.Qarayev şöbə müdirini əvəz edir. A.Qarayev isə “gözü çıxan qardaşından” nümunə götürərək, icra başçısının bütün tapşırıqlarına can-başla əməl edir. Tərtərdə məktəblər qış aylarında qızdırılmır. Halbuki məktəblərin odunla təmin edilməsi üçün hər il dövlət vəsaiti ayrılır. Həmin vəsait isə icra başçısının 1-ci müavini Vidadi Bəylərovun qardaşına məxsus müəssisənin hesabına köçürülür. Məktəbi odunla təmin etməli olan özəl müəssisə pulu mənimsəsə də, məktəbləri odunla təmin etmir. Təhsil şöbəsinin müdiri A.Qarayev bu ilin may ayında müəllimlərdən qanunsuz olaraq imtahan götürüb. İmtahandan keçmək üçün müəllimlərdən ixtisasına uyğun olaraq 50-150 manat məbləğində pul yığılıb. Onu da qeyd edək ki, müəllimlərin attestasiyadan keçməsi barədə Təhsil Nazirliyi hər hansı bir sərəncam imzalamayıb. Eyni hal keçən il buraxılış imtahanları zamanı da müşahidə olunub. A.Qarayev attestat üçün valideynlərdən 50-100 manat məbləğində pul toplayıb. Tərtərdə şagirdlərə məcburi qaydada Yevlax Tikiş Fabrikinin istehsalı olan məktəbli forması satılır. Dəyəri 20-50 manat olan bu məktəbli formalarının pulu nağd şəkildə məktəb direktorlarından alınır. Məktəb direktorları isə formaların pulunu şagirdlərdən yığır. Pulu ödəməkdən imtina edən şagirdlər isə dərsə buraxılmır. Tərtərdə olarkən müəllimlər bizə yay məzuniyyətinə çıxdıqdan sonra, 5 ay ərzində məvacib almadıqlarını söylədilər. Əhali 25 litr içməli suyu 1 manata alır Tərtərdə yerli fermerlər ən çox su problemi ilə üzləşirlər. Tərtər rayonu hazırda ermənilərin nəzarəti altında olan Tərtər çayı üzərində qurulan Sərsəng və Madagiz su anbarında yığılan sudan istifadə edir. Hər iki su anbarı ermənilərin nəzarətində olduğundan yay aylarında əhali su üzünə həsrət qalır. Belə ki, ermənilər suvarma dövrü anbarlardan çox az miqdarda su buraxır. Sentyabr ayından etibarən isə ermənilər su anbarlarına yığılan lili təmizləmək üçün suyu Tərtər çayına buraxır. Lilli su isə kanalları sıradan çıxarır. Tərtərçay Hidroqovşağı İstismar İdarəsi isə kanallara yığılan lili təmizləmir. Halbuki həmin idarənin 150-200 əməkdaşı və yetərincə texnikası var. Tərtər çayının çirkli suyundan isə əhali istifadə edə bilmir. Əksər kəndlərdə əhali 25 litr içməli suyu 1 manata almalı olur. Suvarma dövründə Tərtər çayında olan az miqdarda olan su da əhali arasında düzgün bölüşdürülmür. Hidroqovşağın rəisi B.Cümşüdov suyu Xanlar Hacıyev və rayonun rəhbər vəzifəli şəxslərinə məxsus sahələrə verir. Bu da öz növbəsində əhalinin əkinçiliklə məşğul olmasına ciddi əngəllər törədir. Tərtərdə olarkən nar bağlarının məhv edildiyinin də şahidi olduq. Yerli sakinlərin sözlərinə görə, sovet dönəmində Tərtər narçılıq rayonu olub. Rayon ərazisində 2 narçılıq sovxozu, nar emalı zavodu və 3300 hektar tumsuz nar bağı olub. Lakin nar bağları məhv edilib. Hazırda Tərtərdə yalnız həyətyanı sahələrdə nar becərilir. Kəmaləddin Heydərovun daş karxanaları Tərtərlilər yalnız dövlət vəzifələrindən məhrum olmayıb. Yerli əhali bizneslə də məşğul ola bilmir. Rayon ərazisində olan gəlirli sahələr də icra başçısı və yüksək rütbəli məmurlar arasında bölüşdürülüb. Rayonda ən böyük müəssisələr Kəmaləddin Heydərova məxsusdur. Tərtərçayın yatağına “fövqəlnazir” sahiblik edir. Tərtər çayı üzərində K.Heydərova məxsus daş karxanaları mövcuddur. Yerli əhali çaydan daş və qum götürə bilmir.Bundan əlavə Buruc kəndinə məxsus iki hektar ərazi də K.Heydərova verilib. Hazırda həmin ərazidə qızğın tikinti gedir. Deyilənlərə görə, həmin ərazi “Gilan” holdinqə məxsus şirə zavodu tikilir. Tərtərdə dövlət sifarişlərini isə icra başçısının 1-ci müavini Vidadi Bəylərovun qardaşına məxsus şirkətlər həyata keçirir. Yerli sakinlər isə yalnız xırda ticarətlə məşğul ola bilirlər.Müsavat Partiyasının Tərtər rayon təşkilatının sədri Xaqani Məmməd də yerli əhalinin bizneslə məşğul olmaq imkanından məhrum edildiyini söylədi. Xaqani bəy icra başçısının bu sahədə apardığı siyasətin qurbanlarından birinin də özü olduğunu dedi: “Vahid pəncərə” sistemi işə düşdükdən sonra müəssisə açmaq sadələşdi. Bundan istifadə edib “Müdafiyyə-Hüquq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyət təsis etdim. Lakin icra başçısının göstərişi ilə müəssisəmin fəaliyyət göstərməsinə əngəl yaradıldı". Dərə xəlvət, tülkü bəy... Tərtər sakinləri ermənilərə sinə gərsələr də, rayon icra başçısının və yüksək rütbəli məmurların əsirinə çevrilib. Onların sözlərinə görə, icra başçısı bütün sahələrdə rüşvət və korrupsiyaya imkan yaradır. Tərtər rayon Sosial Müdafiə Mərkəzində əhalinin yoxsul təbəqəsi üçün verilən dövlət yardımını almaq istəyənlər mütləq yuxarılara görüm-baxım etməlidilər. İdarəyə icra başçısının 1-ci müavininin qardaşı Zaur Bəylərov rəhbərlik edir. Başçıya arxalanan müdir sosial yardım almaq istəyənlərdən yardımın 3 ayının məbləğini özünə götürür. Yardım alan şəxsə çatmalı olan bank kartı idarədə saxlanılır. 3 ay ərzində ayrılan vəsait SMM-nin rəhbəri tərəfindən mənimsənilir. Eyni hal dəfn pulu ödəyərkən də baş verir. Dəfn üçün ayrılan vəsaiti 50 faizi də müdirə çatır. İcra başçısı eyni zamanda fermerlərə ayrılan kompensasiyalara, toxumluq buğda almaq üçün ayrılan vəsaitə, bələdiyyələrə verilən dövlət yardımına da şərikdir. İcra başçısı V.İsayev Tərtər rayonunda yeni məktəbin inşası üçün ayrılan 2 hektar torpaq sahəsini də qohumları və rayonun rəhbər vəzifəli şəxsləri arasında bölüşdürüb. Tərtərdə əlillər üçün 4 yaşayış evi inşa edilir. Hazırda həmin yaşayış evlərindən ikisi istismara verilib. Lakin həmin evlər də əlillərə pulsuz verilməyib. Mənzillərdə olan otaqların sayından asılı olaraq əlillərdən 3-6 min manat rüşvət yığılıb. İcra başçısı eyni zamanda dövlət başçısının imzaladığı “Regionların inkişaf proqramı” çərçivəsində görülməli işləri yerinə yetirməyib. Dövlət büdcəsindən bu işlər üçün xeyli vəsait ayrılıb. Həmin proqrama əsasən rayon ərazisində olan nar emalı zavodu işə salınmalı, artezian quyuları tikilməli, xəstəxananın yarımçıq qalmış binası inşa edilməli və kənd yolları abadlaşdırılmalıydı. 2006-cı ildə dövlət başçısı Tərtər, Bərdə və Ağdam rayonlarının inkişafı üçün əlavə tədbirlər planını təsdiq edib. Həmin plana görə 3 rayonun büdcəsinə 21 milyon manat vəsait əlavə olunub. Həmin vəsaitin hara xərclənməsi isə məlum deyil. İcra başçısı həm də Bakı-Xankəndi dəmiryol xəttinin Küçərli stansiyasından sonrakı 20 kilometrlik hissəsini sökdürüb. Həddən artıq baha qiymətə olan polad relslər və “şpal”lar isə satılıb.
43,342
23.11.2008 02:38
Astrologiya
ULDUZ FALI
QOÇ - Görəcəyiniz işləri xırda detallarına qədər analiz etməyiniz məsləhətdir. Adi bir yanlışlıq planlarınızı poza bilər. Günün ikinci yarısında maliyyə problemlərinizi həll edə bilərsiniz. BUĞA - İxtiyarınızda olan bu təqvim qarşılıqlı anlaşma şəraitində cərəyan edəcək. Sizə qarşı yönələn şübhələri dəf etməyi bacaracaqsınız. Bu amil xüsusilə sevgi istiqamətinə yönəlməlidir. ƏKİZLƏR - Nəzərdə tutduğunuz hər bir fiziki işi təxminən saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə passivləşəcəyiniz mümkündür. Axşam qonaq getməyə dəyər. XƏRÇƏNG - Fəaliyyət göstərdiyiniz sahələrdə həmkarlarınızla mübahisələriniz gözlənilir. Bu istiqamətdə ayıq-sayıqlıq göstərməyiniz vacibdir. Günün ikinci yarısı sövdələşmə üçün ideal vaxtdır. ŞİR - Qarşılaşacağınız hadisələrin əksəriyyəti çıxaracağınız qərarlardan birbaşa asılı olacaq. Bu səbəbdən də atacağınız hər bir addımda zərgər dəqiqliyi nümayiş etdirməlisiniz. Səfərə çıxmayın. QIZ - “Əkizlər”lə sizdə eyni proqnozlar olduğundan onlara şamil olunanları oxumağınız kifayətdir. Üstəlik, siz sağlamlığınıza da diqqəti artırmalısınız. Müqəddəs ziyarətgahlara baş çəkin. TƏRƏZİ - İşgüzar aktivliyinizin yüksələcəyi gözlənilir. Bu səbəbdən də qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdırmaqda çətinlik çəkməyəcəksiniz. Axşama yaxın sürprizlər labüddür. ƏQRƏB - Yaxşı olar ki, qeyri-ənənəvi və ya riskli işlərə girişməyəsiniz. Əks təqdirdə cəhdləriniz baş tutmayacaq. Ümumiyyətlə, bu təqvimdə neytral mövqedə dayanmağınız məsləhətdir. OXATAN - Qərarlarınızda qəti olsanız, gün ərzində heç bir maneə ilə rastlaşmayacaqsınız. Ulduzlar müdafiənizdə durduğundan daxili narahatçılığınız da əriyəcək. Ədalətli olun. OĞLAQ - Səhər saatlarında bəzi anlaşılmazlıqlarla rastlaşdığınızdan süstləşə bilərsiniz. Lakin günün əsas hissəsində potensial imkanlarınız genişlənəcək. Bəxtinizdən şikayətlənməyin. SUTÖKƏN - Sağlamlığınızla bağlı xırda narahatçılıq gözlənilir. Təzyiqinizin düşmə ehtimalı var. Maddi çətinliklərə görə bədbinləşməyin. Çünki əhalinin böyük əksəriyyəti sizdən də pis dolanır. BALIQLAR - Şəxsi planlarınızda bəzi redaktələrə ehtiyac duyulur. Bir çox məsələlərə yenidən baxmağınız məsləhətdir. Çalışın ki, indiki həlledici məqamda yanlışlığa yol verməyəsiniz.
43,343
24.11.2008 09:47
Yazarlar
“LAZIM” QAPINI DÖYÜR...
İbtidai sinif uşaqlarının kabinetindəyəm və bu siyasi, hətta deyərdim, “geopolitik” çıxışı eşidəndə, inanın ki, ilk növbədə özümə yazığım gəlir. Sinif müəlliməsinin hələ sümüyü bərkiməmiş, siyasət haqqında anlayışı valideynlərinin arabir küsüşməsi və bu zaman bir-birinə qarşı sərgilədiyi soyuq davranışlardan uzağa getməyən cocuğa dediklərinə bir bax... Lazım gəlsə, torpaqlar qaytarılacaqmış. Ay camaat, dövlət məktəblilərə parta, lövhə hədiyyə edibmiş, xəbərimiz yox... Axır vaxtlar ya xoşbəxtçilikdən, ya da əksinə, yolum tez-tez Bakı məktəblərindən birinə düşdüyündən maraqlı müşahidələr aparmaq imkanı qazanıram. Girişdə yazdığım o dahi geopolitik cümlələrdən isə həmin məktəbin (əminəm ki, digərlərinin də) otaqlarında hər gün eşidilir. Ağzından süd iyi gələn körpələrin boynuna elə sinif otağına girən kimi özləri boyda yük qoyulur. Hökumət bunlara parta-yazı taxtası hədiyyə edibmiş. Kimə gəlirsiniz? Təkcə elə bu ilin 28 sentyabr tarixində həmin o “səxavətli” Təhsil Nazirliyi Dünya Bankı ilə 25 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb. Bu nazirlik 92-ci ildən bəri Dünya Bankının üzvüdür və bu 16 il ərzində Dünya Bankı ölkədə keçirilən 45 layihəyə 2 milyard dollardan artıq vəsait ayırıb. Yəni deməyim odur ki, həmin 2 milyarda o partalar, stol-stullar, nə bilim, təbaşirlərin alınması da daxildir. Bəlkə o məsum körpələr bilmir, amma haqqında danışdığım kreditlərin qaytarılması da onların ata-anasının məvacibindən tutulan vergidən ödənilir. Yəni məndən alıb, mənə verir və boynuma böyük bir minnət qoyur. Mən siyasətçi-filan deyiləm, amma bilirəm ki, bu açıqlamanın kökündə ciddi siyasi çalarlar var. Uşağı müti ruhda böyütmək, “biz sənə hər şey edirik, sən bizə borclusan” psixologiyasını aşılamaq... Bəlkə də elə bu mənzərələrə görə indi Azərbaycan valideyninin ən böyük problemi övladını normal məktəbdə oxutdurmaqdır. Hətta bunun üçün absurda varanlar da var. O gün bir tanışım danışır ki, oğlunu hazırda paytaxtdakı az-çox nüfuzu olan liseylərdən birinə qəbul elətdirmək üçün 10 ay xərc töküb. Təsəvvür edin, həmin liseyin hazırlıq sinfində bir ay təhsil almaq haqqı keçən il 80 manat imiş. Həftədə iki dəfə dərs və axırda imtahan... Amma uşağın liseyə qəbul olunacağına təminat yoxdur. Sən bir ildə 800 manat pul xərclə ki, uşaq normal bir məktəbə qəbul olunsun. Bunun adı absurd deyil, nədir? Axı elə Təhsil Nazirliyi də milyonlarla, milyardlarla manat “xərc tökür” ki, məktəblər təmir olunsun, müəllimlər təkmilləşsin. Elə mənim bildiyim 25 min dollar vəsait təkcə müəllimlərin təkmilləşdirilməsinə həsr olunub. Hanı o “təkmilləşmiş” müəllimlər? Vaxtınız olanda Ağdamda, nə bilim Ucarın hansısa ucqar kəndində pilot məktəblərin təmirinə ayrılan vəsaitlərlə maraqlanın. Adamın gözü kəlləsinə çıxır. Bəs niyə həmin məktəblərdən indiyədək yüksək göstərici nümayiş etdirən məzunlar çıxmayıb? İndi orta məktəblərdə normal müəllimlər barmaqla sayılacaq qədərdir. Filan müəllimənin sinfinə düşmək üçün yaranan basabas, araya girən tanış-bilişlər... Sanki nəsə sağalmaz xəstəliyin müalicəsi üçün xaricdən həkim gətizdirirsən. Bəs, “Evdə məktəb” sisteminin necə qol-budaq atdığı barədə məlumatlısınız? Əslində müəyyən xəstəlikləri olan uşaqlar üçün nəzərdə tutulan bu sistem artıq Bakı məktəblərinin yarıtmazlığı üzündən valideynlərin alternativinə çevrilib. “Müəllim evə gəlsin, uşaq məktəbdəki rəzilliklərdən maksimum uzaq olsun”; əksəriyyət belə düşünür. Əslində bu yazdıqlarım, AzTV-nin təbirincə desək, Bakı məktəblərindən cəmi bir-iki lövhəydi. Reallıqlar isə bundan qat-qat ağır və dəhşətlidir. Müəllimə də sonra deyir ki, lazım gəlsə... Lazım gəlib ey, sadəcə, siz qapını açmırsınız. Sevinc TELMANQIZI
43,344
24.11.2008 09:47
Siyasət
LALƏ ŞÖVKƏT DƏ MÜTTƏFİQLİK İSTƏYİR
“Biz konkret olaraq AXCP ilə daha dərin əməkdaşlığa hazırıq. Bilirəm ki, bu fikir Əli Kərimlinin özünə də deyilib”. A.Hacılı bu cümləsi ilə həm mövqelərini mətbuat vasitəsilə açıqlayıb, həm də “Azadlıq” blokunun digər üzvlərinə üstüörtülü şəkildə “Müsavat başqanı ilə AXCP sədri arasında sizin iştirakınız olmadan danışıqlar olub” mesajını çatdırıb. Müsavatın AXCP ilə müttəfiqlik münasibətləri qurması istəyinə “Azadlıq” blokundakı digər partiyaların, xüsusilə də Liberal Partiyasının mövqeyinin sərt olacağı gözlənilsə də, əksi baş verdi. Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva “Reytinq” qəzetinə müsahibəsində bildirib ki, onun tərəfindən heç bir problem ola bilməz: “Hansı partiya ilə birləşmək, müttəfiqlik etmək hər bir partiyanın müstəsna hüququdur. Mən hətta Əli bəyə AXCP ilə Müsavatın müttəfiqliyi məsələsi ilə əlaqədar öz münasibətimi bildirmişəm ki, mənim tərəfimdən hər hansı maneə ola bilməz”. Maraqlıdır ki, AXCP-Müsavat müttəfiqliyinə “Azadlıq” blokunda olmayan ADP sədrindən sərt reaksiya verilib. ADP sədri Sərdar Cəlaloğlu məsələyə xeyli müddət əvvəl baş verənləri xatırlatmaqla münasibət bildirib: “Təkrar parlament seçkilərinə qatıldığı üçün AXCP rəhbərliyi Müsavat Partiyasını satqın adlandırırdı, müxalifətə xəyanət etdiklərini bildirirdilər. İndi isə bacı-qardaş olublar”.
43,345
24.11.2008 06:48
Kriminal
“BAKI-CEYHAN”ı DEŞDİLƏR
Neft məhsullarının oğurlanmasında ittiham olunan 10 nəfər tutulub. Saxlanılan 8 nəfərə qarşı cinayət işi açılıb. BAYIL İSTİNTAQ TƏCRİDXANASINDA YANĞIN Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bayıl qəsəbəsində yerləşən 1 saylı istintaq təcridxanasında yanğın baş verib. Bu barədə redaksiyamıza orada saxlanılan dustaqlardan birinin qohumu məlumat verib. Yanğının qarşısı qısa müddətdə alınıb. Hadisəyə səbəb kimi isə elektrik naqillərində qısaqapanma olduğu bildirilib. Dünən məsələyə aydınlıq gətirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqə saxladıq. Xidmət rəhbəri qısa araşdırmadan sonra 1 saylı istintaq təcridxanasında belə bir hadisənin baş vermədiyini söylədi: “Növbətçi hissədən mənə bildirdilər ki, təcridxanada yanğın olmayıb”. Məhbusun yaxını ilə yenidən əlaqə saxladıq. O isə israrla hadisənin baş verdiyini dedi.
43,346
24.11.2008 10:02
Ölkə
GƏNCƏDƏ DƏHŞƏTLİ PARTLAYIŞ
Onu da qeyd edək ki, Gəncəni təbii qazla təmin edən əsas boru xəttində partlayış faktını Gəncə Şəhər İcra Hakimiyyətində və “Azəriqaz” SC-də təsdiq etməyiblər. Hər iki qurumdan bildiriblər ki, boruda çat yaranıb və şəhər bu səbəbdən qazsız qalıb. Hazırda Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” səhmdar cəmiyyətinin briqadaları və yerli icra orqanlarının nümayəndələri hadisə yerindədir.P.S. Qəzet çapa gedərkən məlum oldu ki, şəhərə qazın nəqli bərpa edilib.
43,347
24.11.2008 10:03
Yazarlar
NAZİRLİKDƏ MONARXİYA VƏ ANARXİYA
İkincisi, təcili qayıdıram Təhsil Nazirliyinə. Çünki bu dəyqə (BDU-ya 590 balla bağlanan gənc YAP-çı “dəqiqə” sözünü belə yazırdı, indi deyəsən, PİA-da vəzifə sahibidir, gələcəkdə təhsil naziri də ola bilər - ömürlük nazir söhbəti alınmasa) ən maraqlı proses orada gedir. Əslində Müdafiə Nazirliyindəki söhbəti yazmaq da pis olmazdı. Amma orada oturan Eldar Sabiroğlundan söz almaq çətindir.Deyirsən, Eldar müəllim, erməni köpəkuşağı filan yerdə əsgərimizi öldürüb. Deyir - bilmirəm. Deyirsən, bəy, əsgərimizin meyiti dığaların əlindədir. Qayıdır ki, məlumatım yoxdur. Deyirsən, deyirlər iki zabitimizi bu işə görə həbs ediblər. And içir ki, bunu da sizdən eşidirəm. Xülasə, ordu haqda nə soruşursansa, İsgəndər Böyüyün əlindəki Polad Alemdar kimi yalnız bunu deyir: “Bilmiyorum, hatırlamıyorum”.Odur ki, gəl Təhsil Nazirliyinə gedək. Orada indi həm də yekə siyasət var, böyük quruculuq işi gedir. Yox, əşşi, nazirliyi “yevroremont” eləmirlər. Misir müəllim orada bu dəyqə vurhay monarxiya qurur. Sən də Eldar bəy kimi demə ki, bilmirəm. Lap əlasını bilirsən. Qəzetlər də yazmışdı. Ki, Misir Mərdanov yoldaş Təhsil Nazirliyində bir suyundan Misir fironlarının Yeni şahlıq dövrü səltənətinə oxşayan xudmani bir monarxiya qurur. Tutanxamonun-zadın çarlığı fason özəl, şəxsi bir monarxiya. Hə, sən öl. Deyirdim axı, bu politologiya, geopolitika-zad, Rusiyadan əsən soyuq küləklər hamını xəstələndirəcək. Buyur, bu da sənə nəticə.Misir müəllim nazirliyin 3 yekə məmuruna - maliyyə şöbəsinin rəisi Həmid Zeynalov, şəhər məktəbləri şöbəsinin rəisi Arif Muradov və baş məsləhətçi Abbasqulu Quliyevə deyib ki, bəylər, pensiya yaşınız çatdı, haydı istefaya. Onlar da bic-bic gülüb ki, bəy, sən də bizimlə getməlisən, çünki sən də 62-ni haqlamısan, pensiya yaşındır. Misir müəllim bu sözdən, yəqin ki, pis olub. Diksinməsəydi deməzdi ki, yaxşı, onda gəlin YAP-ın sosial siyasətinə bir balaca plastik əməliyyat yapaq, mən sizli-mənli pensiya yaşımızı qovzayıram 67-yə, hələ bir 5 il də oturub bu millətə bir gün ağlayaq.Bilmirəm, bəlkə də o 3 müdirdən kimsə folklorumuzu yaxşı bilir, bəlkə də qayıdıb ki, ay Misir müəllim, nə millət, nə zad, bəs bilmirsən ki a, el üçün ağlayan gözsüz qalar. Hər halda nazirin otağında müdrik camaatımızdan belə bir sitat gətirilib-gətirilməməsi barədə səhih məlumatım yoxdur. Amma bəlkə də deyiblər. Deməsələr də, qorxusu yoxdur. Professor Mərdanov aşıq ədəbiyyatından tutmuş, el söyləmələrinə qədər, hər şeyi özü də bilir. Mentaliteti bilməsən, bu ölkədə 11 il birnəfəsə təhsil naziri işləmək hər adamın işi deyil.Əlqərəz, Misir müəllim Təhsil Nazirliyində daha 5 il qalmaq üçün orada öz ikimaddəli konstitusion monarxiyasını yapır. Maddə 1. Mən təhsil naziriyəm. Maddə 2. Mən hələ 5 il də nazir olacam, sonrası Allah kərimdir.Əcəb eləyir, iki çömçə də o yana keçir. Siyavuş Novruzovla Əli Əhmədov nə deyir? Bəli, deyir ki, bizdə prezident ömürlük olmalıdır, YAP əbədidir, dönməzdir, daimidir. Niyə? Çünki mentalitetimizə sıx bağlıdırlar, camaatımızın hələ Qaraqoyunlu-Ağqoyunlu dövlətləri zamanından şahsevən olduğunu əla bilirlər. Jirinovski isə qələt eləyir, başını daşa döyür.Elə adına inkişaf etmiş Qərb deyilən Avropanın alimləri də qələt eləyir bizimkilərin qabağında elm-təhsildən danışır. Bu ispanlara bax e. Qıy vurublar ki, bəs, əbədi gəncliyin sirrini tapmışıq. Guya nəsə bir ferment tapıblar, o ferment hüceyrələri, DNT molekullarını, telomeraza zülalının nə bilim nəyini korlanmağa qoymur deyə adam qocalmır. Amiqo, özünüzü dağa-daşa niyə salırsınız? Təhsil nazirinə bir tel vuraydınız, əbədi nazir yaşında qalmağın yolunu bir dəyqəyə başa salaydı də. Bir “filfilo” və 5 il də cavanlaşırsan. Daha nə elm, nə analiz-manaliz?!Amma heyf Cəfərabad sakinlərinin 15 ilinə...
43,348
24.11.2008 10:04
Müsahibə
“RÜSTƏM İBRAHİMBƏYOVUN MƏNİ MƏHKƏMƏYƏ VERMƏSİ ONUN ZƏİFLİYİDİR”
N.Cəfərov bizə müsahibəsində öncə məhkəmə perspektivinə toxundu. - Bunu birinci növbədə Rüstəm İbrahimbəyovun zəifliyi kimi qarşıladım. Yazıçı, düşüncə adamı kimi. Məhkəmə məsələsi o vaxt gündəmə çıxır ki, kimsə artıq fikrini ifadə edə bilmir, məsələni başqa sferaya keçirir. Təhqirə qalanda, doğrudur ki, mənim dediklərimdə də təhqir var. Amma bütün bunların hamısı onun sözlərindən, təhqirindən sonra olub. İlk təhqirin müəllifi Rüstəm İbrahimbəyovun özüdür. Mənim sözüm isə bu olub ki, Rüstəm İbrahimbəyovu böyük yazıçı, ümumiyyətlə isə yazıçı hesab etmirəm. Buna mənim haqqım var, bu, təhqir deyil. Demişəm ki, Azərbaycan xalqından üzr istəməlidir, bu da təhqir deyil. Amma Rüstəm İbrahimbəyovla qardaşı deyiblər ki, filankəs adama oxşamır - bu, artıq təhqirdir. Onun arxasınca mən də demişəm ki, onlar mənə necə baxırsa, mən də o cür baxıram, hətta ondan bir az aşağı səviyyədə. Yəni bunlar cavablardır. Ona görə də əgər Rüstəm İbrahimbəyov mənim dediklərimi təhqir hesab edirsə, öz dediklərinə də fikir versin. Rasim Balayev Milli Məclisdə çıxış edən deputatları “adamcığaz” adlandırırsa, mən də böyük məmnuniyyətlə deyə bilərəm ki, Rasim Balayev adam deyil. Yəni təhqir eləmisənsə, təhqir götürməyi də bacarmalısan. Burda söhbət yenə də təhqirdən getmir. Söhbət məsələni öz orbitindən çıxarma cəhdləridir. Amma bu, mətləbi yaddan çıxarmır. Mətləb bundan ibarətdir ki, Rüstəm İbrahimbəyov Azərbaycan insanını təhqir edib. Məni təhqir etmək elə mühüm deyil. Təhqir edəcək, cavabını da alacaq. Azərbaycan xalqının adından kim cavab verməlidir? Xalqın sahibi yoxdur? Mən özümlə əlaqədar məsələlərə cavab verəcəm. Ehtiyac olsa, məhkəmədə görüşəcəyik. - Qarşılıqlı məhkəmə iddiası verməniz mümkündürmü? Hər halda, siz də təhqir olunduğunuzu deyirsiniz... - Təbii ki, mümkündür. Görünür, Rüstəm İbrahimbəyov öz düşüncə ənənəsinə, o məşhur ənənəyə uyğun olaraq, təzminat istəyəcək. Bu da onun yaradıcılığının, düşüncəsinin mənşəyini izah etmək üçün də çox “maraqlı” üsuldur ki, tətbiq edir. - Kinematoqrafçılar İttifaqının Oqtay Əsədova ünvanladığı müraciətdə isə sizin barənizdə “mədəniyyət sahəsində aparılan siyasətdən xəbərsizsiniz” deyilib. Bu barədə nə düşünürsünüz? - Bu da, təbii ki, çox qüsurlu və nöqsanlı prosedurdur. Əvvəla, bunların qanunvericilikdən, Milli Məclisin işindən xəbərləri yoxdur. Bu onların dövlətçilik təfəkkürünə nə dərəcədə sahib olduqlarını göstərir. Kinematoqrafçılar İttifaqının üzvləri bilməsə də, onun katibi Rasim Balayev yaxşı bilir ki, mən illərlə bu ittifaqın idarə strukturunun maliyyələşməsi üçün mübarizə aparmışam. Və hər dəfə də çalışmışam ki, maliyyələşdirilsin. Çox maraqlıdır ki, hər dəfə Milli Məclisdə buna etiraz olub, hətta doğru da eləyiblər. Ümumiyyətlə, bu yaradıcılıq ittifaqları belədir ki, bunlar dövlət tərəfindən maliyyələşdiriləndə müstəqilliyi aradan götürülür. Gərək yaradıcılıq ittifaqı öz-özünü maliyyələşdirsin. Amma mən bu mübarizəni bu gün də davam etdirirəm və onlar bunun üçün də həmişə mənə “sağ ol” deyib. Dünən mənə “sağ ol” deyənlər bu gün mənim Azərbaycanın mədəniyyət siyasətindən xəbərsiz olduğumu söyləyir. Mən Azərbaycan mədəniyyətinə rəhbərlik etmirəm. Onlar bunu da başa düşmürlər. Mən mədəniyyət sahəsindəki qanunvericilik məsələsinə rəhbərlik edirəm. Komissiyanın xətti ilə olduqca da yüksək səviyyədə qanunlar qəbul olunur. Və mədəniyyətimizin inkişafı üçün əlimizdən gələni eləmişik. Keçirilən hər bir müzakirəyə Kinematoqrafçılar İttifaqının rəhbərliyini, nümayəndəliyini dəvət etmişəm. Deməli, bunlar bir adamın əlində oyuncaqdılar da. Vəziyyət belədir. Hər halda, mənim münasibətim kinematoqrafiyayadır, ordakı ayrı-ayrı, öz işlərini bacara bilməyən adamlara yox. Bu müddət ərzində bu ittifaq nə iş görür? Buna cavab versinlər. Mənə müraciət eləmək, mənasız hərəkətlər etmək nəyə lazımdır? - Rüstəm İbrahimbəyovun ölkəyə gəlişi ilə belə bir müraciətin imzalanması eyni günlərə təsadüf edir. Sizcə, bu dalğadan sonra nələr baş verə bilər? Yəni “elita polemika”sı bundan sonra hara gedir? - Əslində bunlar yaradıcı adamlardır və gərək məsələnin mahiyyəti üzərində düşünələr. Görün müzakirə olunan məsələ nəyin üzərindəydi və bunlar hərləyib-fırlayıb məsələni mənim üzərimə gətirdilər. İndi mən müzakirə olunuram. - Sizcə, məqsəd müzakirəni mətləbdən uzaqlaşdırmaq idi? - Bəli, başqa şey deyil. Məqsəd Rüstəm İbrahimbəyovun günahlarını yumaq, dediyi sözləri yaddan çıxarmaq idi. Bu bizim tariximizdə həmişə belə olub. Yəni o məsələ ki, müzakirə olunmalıdır, səhvi edən öz səhvinə görə cavab verməli və ya səhv demədiyini təsdiq eləməlidir, bunun əvəzinə böyük bir yaltaqlar ordusu yaranır. Bu nə bütövlükdə bizim mədəniyyət xadimlərimizə, nə də kinematoqrafçılara aiddir. Bu, bir qrup insanlara aiddir ki, onların adlarını bu siyahılarda görürük. Amma bu müzakirə əsas mətləb üzərindən nə qədər yayınsa da, hər halda, bizim cəmiyyətimiz, xalqımız - bunu deyəndə bir az demaqoqiya kimi görünə bilər, amma vallah, demaqoqiya deyil - gördü ki, bu millətin çörəyini yeyib, maddi imkanlarından istifadə edib, yeri gələndə onun arxasından qaçacaq insanlar kimlərdir. - Bu müzakirələr zamanı cəmiyyətdə sizin barənizdə də müəyyən sərt fikirlər səsləndi. Tutaq ki, sizin də kobud, ziyalıya yaraşmayan çıxışlar etdiyiniz deyildi. Yəni bu polemikalarda sizə dəyən ziyan nə oldu? İctimaiyyətin gözündə sizə münasibət dəyişdimi? - Yox. Mən bu cür çıxışlara, sadəcə, məcbur oldum. Mənim bundan əvvəl müsahibələrim də var, yazılarım da çıxıb. Onların heç birində indiki səviyyəyə enməmişəm. Obyektin özü elədir ki, adam məcbur olur bu səviyyəyə ensin. Səni arxasınca dartıb aparır ki, mənimlə bu dildə danış. - Hakimiyyətin yuxarı instansiyalarından sizə bu çıxışlarınıza, xüsusilə də bizə verdiyiniz sərt müsahibəyə görə təpkilər olmayıb? - Heç bir səviyyədə təpki olmayıb. Amma hər halda, bu cür danışmağa məcbur olduğum üçün hərdən özümü kifayət qədər narahat hiss edirəm. Amma sonradan da düşünürəm ki, axı bu sözlər deyilməli, özü də məhz bu cür deyilməlidir. Təhqir olunursansa, ona cavab verməlisən. Bunun yolu belədir. Hər sözü necə deyirlərsə, ona o cür də cavab verməlisən. Bəzən ifadələrində bir az irəli getməyə məcbur olursan ki, başa düşələr. Amma əminəm ki, başa düşürlər. - Bu polemikadan özünüzə çox düşmən qazandınız? - Mənimçün təhlükəli odur ki, düşmənlərim ola, onları tanımayam. Məsələn, indi müəyyən adamlar öz etirazlarını müəyyən səviyyədə səsləndiriblər. Bəzi adamların müsahibələrini oxuyanda hiss edirəm ki, onlar da özlərinə nəsə mənəvi kapital toplamaq üçün bunu edirlər. Rasim Balayev, Çingiz Abdullayev kimi adamların sözlərindən, yazılarından tam yaltaqlıq tökülür. Və yaxud elə insanlar var ki, həqiqətən belə düşünürlər. Bunlar mənim üçün əhəmiyyətli deyil. Məni daha çox narahat edən isə həmişə xalqın tərəfində olduğunu düşündüyüm adamların susmağı və hərdənbir mənə “bilirsən, mən də səninlə həmrəyəm, amma filankəslə dost olduğuma görə bir söz deyə bilməyəcəm” demələridir. - Kimlərdir onlar? - Elə ziyalılarımız çoxdurlar. Hər halda, mən onları da tanıdım. Halbuki onlar haqqında yaxşı fikirdəydim. Ad çəkmək istəmirəm. Çünki bu, şəxsi məsələdir. Bəlkə yuxarılardan çəkinirlər. Biri ad, o biri mükafat gözləyir, biri bu məsələnin onunçün o qədər də əhəmiyyətli olduğunu dərk eləmir. Qorxan, çəkinən, abrını gözləyənlər də var. Amma abır gözləyə-gözləyə adam abırdan düşür, şəxsiyyətini itirir. Belə hesab edirəm ki, bu polemikalar bizim cəmiyyəti bir az silkələdi. - Bu polemikadan öz adınıza nə gözləyirsiniz? - Vallah, heç onu düşünməmişəm. Bu proses o qədər gərgin gedir ki, onun mətləbinin ortaya çıxarılması o qədər vacibdir ki, bunun mənim və həyatım üçün nəylə nəticələnəcəyi mənimçün maraqlı deyil. - Mükafatlandırılacağınızı gözləyirsinizmi? - Əlbəttə yox. (gülür) Ən azı özümdən razı olacam ki, burda mən susmadım. - Bu məhkəmə dartışmasında hansı həddə qədər gedəcəksiniz? Hansı halda barışma ehtimalınız var? - Vallah, mən əvvəl necə demişdimsə, o həddə qədər gedəcəm. Yaxşı, barışaq, sən öz fikrində qal, mən də öz fikrimdə. Amma bir şey var ki, mənim fikrim, sözüm haqdır, həqiqəti ifadə edir. Azərbaycan xalqını təhqir etmək olmaz, bu xalqın çörəyini yeyib, ona yuxarıdan aşağı baxmaq olmaz. Mən bunu deməyə məhkumam. Bu mənim iradəm, mövqeyimdir. Bu tipli düşünənlərlə də barışa bilmərəm. Getsinlər öz düşüncələri ilə yaşasınlar.
43,349
24.11.2008 10:05
Gündəm
“AŞQABAD SAMMİTİ TƏKCƏ “NABUKKO” İLƏ BAĞLI DEYİL”
Qeyd edək ki, “Nabukko” layihəsi ilə Azərbaycandan Türkiyə vasitəsilə Avropaya qaz ötürülməsi məsələsində problemlər mövcuddur. Belə ki, Türkiyə tərəfi Azərbaycandan qazı ucuz qiymətə alıb Avropaya baha qiymətə satmaq istəyir. Qaza tələbatın artdığı bir vaxtda isə Azərbaycan tərəfi buna razılıq vermək istəmir. Avropa Birliyi isə bu yaxınlarda Azərbaycan və Türkmənistanı, əsas qaz hasilatçıları olan ölkələri bu məsələdə siyasi qərar verməyə çağırıb. Ehtimal olunur ki, Aşqabad görüşündə hər hansı bir razılaşma əldə olunacaq. Buna əsaslanıb “Nabukko” layihəsinin reallaşmaq ərəfəsində olduğunu söyləmək olarmı? Politoloq Rasim Musabəyov bu görüşü müsbət qiymətləndirir: “Amma mən düşünmürəm ki, bu sammit təkcə ”Nabukko" layihəsi ilə bağlıdır. Bu görüşün təşəbbüskarı Türkiyədir. Türkiyənin Türkmənistan qazı ilə bağlı marağı çoxdan mövcuddur. Onlar Türkmənistan qazını almaqda maraqlıdırlar. Aldıqları təbii yanacağı “Nabukko” layihəsi ilə, yoxsa başqa bir proyektlə Avropaya satacaqlar, yaxud da onu öz daxili tələbatı üçün istifadə edəcəklər, bu barədə konkret bir söz demək çətindir. Ancaq hər halda Türkmənistan qazı ilə bağlı müzakirələr aparılacaq. Bir məsələni də nəzərə almaq lazımdır ki, hazırda Türkmənistanın artıq qazı yoxdur. Yəni hazırda hasil olunan qazı Rusiyaya, Çinə, İrana müqavilə əsasında satırlar. Yeni layihə ilə Avropaya qaz ötürmək üçün öncə yeni yataqların işlənməsi və oradan qaz çıxarılmasını həyata keçirəcək bir şirkətin Türkmənistana gəlməsi məsələsi daha aktualdır. Yəni bu məsələ kompleks şəkildə həll olunmalıdır. Əvvəl Türkmənistanda qazı çıxarmaq lazımdır ki, onu hər hansı bir layihə ilə satmaq mümkün olsun. Hər halda, mövcud olan problemlərin həllini müzakirə etmək baxımından bu görüşə ehtiyac var. Sammitdə həmçinin Azərbaycanla Türkmənistan arasında olan Xəzərin delemitasiyası ilə bağlı qeyri-müəyyənliyi də müzakirə etmək olar. Bəllidir ki, Kəpəz yatağı ilə bağlı Azərbaycanla Türkmənistan arasında konkret bir qərar yoxdur. Bu məsələyə də həmin görüşdə aydınlıq gətirmək olar".
43,350
24.11.2008 10:07
Siyasət
HAKİMİYYƏTDƏN XALQIN İRADƏSİNƏ DAHA BİR SAYĞISIZLIQ
Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva bu dairədə qazandığı deputat mandatından imtina etsə də, bu günədək sözügedən dairədə seçki keçirilməyib. 2005-ci il seçkilərindən sonra formalaşmış hazırkı parlamentin isə çağırış müddətinin yarıdan çoxu arxada qalıb.Lakin Azərbaycan hakimiyyəti bəlli olmayan səbəblərdən boş dairələrdə seçki keçirmir ki, seçicilər hansısa problemlərini öz millət vəkilinin qarşısında qaldırsınlar. Beləliklə, faktiki olaraq on minlərlə seçicinin hüququ açıq-aşkar tapdanır. Bu günlərdə söhbət etdiyimiz 24 saylı Nizami seçki dairəsinin seçiciləri bildirdilər ki, Hüseyn Abdullayevin deputatlığı dövründə müraciət edib dərdlərini deməyə ünvan var idi. H.Abdullayev xüsusi qərargah yaradıb hər ay seçicilərlə görüşürdü və bir çox problemlər həllini tapırdı. 2007-ci ilin martından sonra minlərlə seçici bu imkandan məhrum olub. Onu da qeyd edək ki, hər dəfə bu mövzu gündəmə gətiriləndə Mərkəzi Seçki Komissiyasından eyni cavab verilir: “MSK həmin dairələrdə seçkilər keçirmək üçün tam hazırdır. Parlament seçkisinin keçirilməsi ilə bağlı qərarı qanunla prezident verdiyi üçün həmin dairələrdə də seçkinin nə vaxt keçiriləcəyini MSK yox, dövlət başçısı müəyyən etməlidir. Qanuna görə, seçkilərin keçirilməsi ilə bağlı dövlət başçısı sərəncam verməlidir. Konkret vaxt da həmin sərəncamda göstərilməlidir”. Prezidentin boş qalan dairələrlə bağlı sərəncam verəcəyi haqda isə indiyə qədər bir neçə dəfə məlumat yayılıb. Lakin doğrulmayıb. Bu arada xatırlatmaq yerinə düşər ki, qonşu Gürcüstanda iki seçki dairəsi 6 ay deputatsız qaldı. 2 həftə qabaq seçki keçirildi və maraqlıdır ki, həmin dairələrdə müxalifət qalib gəldi. Azərbaycan müxalifəti isə seçkinin nə vaxt keçiriləcəyi bəlli olmadığı üçün bu məsələdə qeyri-müəyyənlik içindədir. Müsavat Partiyası Seçkilər Departamentindən bildirildi ki, seçkilərin vaxtı rəsmən elan olunmadığı üçün partiyanın rəhbər strukturlarında məsələ hələ də müzakirəyə çıxarılmayıb: “Seçkilərdə iştirak edib-etməmək məsələsi partiyanın rəhbərliyində müzakirə olunacaq və son qərar veriləcək. Belə görünür ki, deyəsən hakimiyyət növbəti parlament seçkisinə qədər həmin daiərələrdə seçki keçirmək niyyətində deyil”. “Azadlıq” blokuna isə müraciət etməyə ehtiyac duymadıq. Çünki onlar dəfələrlə bəyan ediblər ki, 2005-ci ildə formalaşmış parlamentin legitimliyini tanımırlar. Ona görə də nə 2006-cı ildə keçirilən təkrar seçkilərə qatılıblar, nə də hazırda boş olan dairələrə maraq göstərirlər. AMİP-də də sözügedən seçkilərdə iştirak edib-etməmək məsələsi hələ müzakirə edilməyib. Odur ki, qərar yoxdur. Təbliğat katibi Əli Oruclunun dediyinə görə, qəti fikir söyləmək bu müzakirələrdən sonra mümkündür: “Seçkidə iştirak etmək barədə rəsmi qərar verildikdən sonra həmin dairələrdə namizədlərimizi də müəyyən edəcəyik”.Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü Samir Əsədli istənilən seçkidə iştirak etmək qərarının partiyanın rəhbər orqanı olan Siyasi Şuraya məxsus olduğunu söylədi: “Siyasi Şura isə hələlik həmin dairələrdə keçiriləcək seçkilərdə iştirak qərarı verməyib”.
43,351
24.11.2008 10:08
Yazarlar
ORTAQ MƏXRƏC
İndi gələcək mübarizənin dəqiq konturlarının cızılmalı olduğu, bütün səhvləri götür-qoy edib fərqli mübarizə yoluna ehtiyac yarandığı bir vaxtda yenə şahidi oluruq ki, sən demə, şəxsi müstəvidə yaranan narazılıqlar cəmiyyətdən gələn sifarişdən üstün tutulur. Kimin kimdən xoşu gəlmirsə, müxalifəti parçalayacaq özək səbəbə dönür.Çox qəribədir ki, indi əhalinin gün-güzəran qayğılarının dözülməz həddə çatmağı, son 5 ildə inflyasiya burulğanında qiymətlərin də az qala beş dəfə qalxdığı, korrupsiyanın dövlət idarəçiliyinin əsas qanadına çevrildiyi, ölkənin təbii sərvətlərindən əldə olunan gəlirlərin ən səfeh proyektlərə sərf edildiyi, bütün görülən işlərdəki yarımçıqlığın fəlakət həddinə çatdığı bir vaxtda müxalifətin mübarizə metodlarını dəyişməyinə də ciddi ehtiyac var.İndi müxalifət bütün uğursuzluqların özək səbəbi kimi demokratik prinsipləri enerji maraqlarına qurban verən Qərbi günahlandırır. Ancaq unutmaq lazım deyil ki, müxalifət də öz mövqelərindən çox asanlıqla geri çəkildi. O, geriyə doğru bir addım atanda iqtidar heç bir müqavimətə rast gəlmədən iki addım onun üstünə yeridi. Bütün bunlara baxmayaraq yenə də əsas güc müxalifət tərəfdədir. Cəmiyyət, arzularına adekvat olan addımlar atılsa, müxalifətin buraxdığı səhvləri də bağışlamağa hazırdır. Neyləyək, özgə müxalifətimiz, öndə gedəcək siyasi lokomotivimiz yoxdur; bu ağır yükü elə bu müxalifətin də daşıyacağı ilə barışmaq zorundayıq.Nədənsə atılan addımlardan, Müxalifətin Əməkdaşlıq Mərkəzindən (MƏM) mətbuata sızan söz-söhbətdən belə qənaətə gəlmək olur ki, heç olmasa yaxşının ən pis variantı yox, pisin ən yaxşısı sayılan, zamanın sınağından çıxmayan köhnə vasitələrə əl atılır. Yenə də xırda partiyaların birliyindən yaranan say çoxluğu böyük güclərin ortaq dəyər ətrafında yaranmalı olan birliyindən üstün tutulur. Ən azından 2003-cü ildə 24 partiyanın birliyini təmsil edən “Bizim Azərbaycan” blokunun həlledici anda özünü doğrultmadığını yada salmaq kifayətdir. Hələ seçkilərin nəticələri rəsmi elan edilməmiş o “partiya”ların liderləri iqtidarın qapısı önündə buyruq qulu kimi növbəyə düzülmüşdülər. Başqa cür ola da bilməzdi. Heç kimə sirr deyil ki, bu qədər partiya bolluğu və o qədər də parçalanma iqtidarın strateji xətti olub. Elə o partiyalar doğulanda “mamaça”sı da bu hakimiyyət olub. “Mamaça”nın borcundan hələ də çıxa bilməyənlərin seçkidən-seçkiyə peyda olmasının sirri də elə bundadır.İqtidar indi “siyasi yetimlər”in - adı olub özü olmayan partiyaların heç öz xidmətini təklif etməyini də eyninə almır. Vəhdət Partiyasının sədri Tahir Kərimlinin, ATA blokunun sədri Çingiz Dəmiroğlunun saya salınmaması buna bir nümunədir. Belə aqibət çoxlarını ehtiyatlandırır. Adı olub, özü olmayan partiyalar düşərgə dəyişmək məqamı gözləyir və bu addımı atanlara heç bir qədir-qiymət qoyulmadığını görəndə isə yenə müxalifətin aparıcı qanadının yanında görünməyi seçirlər. “Biclərin” bic aqibətlə barışmaqdan savayı yolu da yoxdur.Saya yox, keyfiyyətə söykənən, xalqdan dəstək alan birlik əl-ayağa dolaşanların siyasi səhnədən silinməsi ilə nəticələnəcək. Ortaq məxrəcə gəlmək üçün çox baş sındırmağa ehtiyac da yoxdur - bu, dözülməz həddə çatan həyatdır.Şəxsi müstəvidə baş verənlərin önə keçməsi gözdən yayınmır. Müxalifəti daha da nüfuzdan salır. Sanki hadisələrin nə qədər ciddi bir məcraya yönəldiyinin fərqinə varmırlar. 2010-cu ildə uğursuzluqlar seriyası davam etsə, bu, indiki müxalifətin siyasi səhnədən getməsi ilə nəticələnəcək. Onda bu cəhalət və səfalət üstündə özünə dəbdəbəli həyat quran iqtidar ikiqat qələbə qazanacaq.Bizi ayıran səbəblər kiminsə kimdənsə umu-küsüsü qədərdir. Küsəyən isə gözü süfrəyə baxa-baxa ac qalır.
43,352
24.11.2008 09:04
Yazarlar
GƏMİNİN BURCUDULMASI
Təsəvvür elə, dəniz quldurları 2 milyon ton neft daşıyan super - tankeri, 30 dənə döyüş tankı aparan gəmini də tutub aparıblar. NATO, ABŞ və Rusiya kimi tarixən okean dövlətləri bu Somali piratlarının əlində əsir-yesir qalıbdır.Amma ölümdən başqa hər şeyə çarə var. Sizcə, dəniz quldurlarına qarşı mübarizənin çarəsini kim tapıb? Bəli, yanılmadınız, o dahi insan bizim yerlimizdir! Fəxrimiz, can-ciyərimizdir. Urra! Mən həmişə demişəm, dünyanı gözəllik xilas eləməyəcək - bu mövzuda Fyodor Mixayloviç böyük qələt yapıbdır - dünyanı ancaq azərbaycanlı xilas edəcək! (Hərçənd, öz aramızdır, mən televizorda Zəlimxan Yaqubu görəndən sonra qərara gəlmişəm ki, dünyanı xilas eləmək lazım deyil).İnternet saytı lent.az 1999-cu ildə Somali dəniz quldurlarının əlindən qurtulmuş azərbaycanlı dənizçi Fəyyaz Rüstəmovla intervü veribdir. Bəy nəql edir ki, o vaxt Türkiyə gəmisində baş mühəndis işləyirmiş, Rumıniyadan Hindistana ağac aparanda Somali sahillərində bu dəniz quldurları ilə rastlaşıblar. Sitat: “Bir də gördüm gəminin burun tərəfindən 2-3 nəfər dırmaşıb. Göyərtədə üz-üzə gəldik”. Uzun sözün qısası, sonra Fəyyaz bəy gəminin motorunu işə salıb, gəminin burnu necə titrəyibsə quldurlar qorxub suya atılıblar. Sitat: “Onlar yarımvəhşi insanlar idi. Səhrada yaşadıqlarından texnologiyadan da başları çıxmırdı”.Gördünüz? Demək, hazırda Somali dəniz quldurlarını məhv eləməyin çarəsi tapılıb. Gəminin burnunu titrədirsən, cəhənnəm olurlar. Sadə, ucuz, səmərəli metoddur. Dahi yerlimizə eşq olsun! Bunu təcili bütün dənizçilərə yaymaq lazımdır.Təkcə dənizçilik yox, başqa sahələrdə də belənçik alimlərimiz vardır. Məsələn, sivil dünyada adamın ölkə prezidenti qoyulmağına məhdudiyyətlər var, o cümlədən, bizim qanunlar belə göstərir. Təbii, bizdə heç bir mənası yoxdur, ancaq hər halda elə yazıb qoyublar. Bir şəxsin iki dəfədən artıq prezident olmağına yol verilmir. Bu ənənəni ABŞ-ın ilk prezidenti Corc Vaşinqton qoyubdur, o vaxt Amerika camaatı böyük xidmətlərinə görə Vaşinqtonu 3-cü dəfə prezident seçmək istəyib, ancaq bəy razılaşmayıb. Təxminən belə deyib ki, biz kral hakimiyyətinə qarşı çıxmışıq, indi təzədən kral olsaq, ayıbdır. Gerçəkdən, respublika quruluşunun, prezident institutunun, demokratiyanın mahiyyətində çox önəmli element elə budur: bir nəfərin diktaturası olmasın.İndi görün bizim vilayətdə nə olur. YAP-çılar özlərinə əl qatıblar ki, bir prezidenti cəmi iki dəfə seçmək qaydasını rədd eləsinlər. Əl Əhmədov adlı dahi şəxsiyyət deyir: “Bu qayda xalqın seçmək hüququnu pozur. Hesab edirəm ki, bu həm qeyri-demokratik, həm də ədalətsizdir, ona görə də ləğv edilməlidir”.Ləğv edirsiniz - edin, nə işimizə qalıb. Onsuz da belə şeylər camaatımızın vecinə deyil. Amma dərindən düşünəndə görürsən ki, ABŞ-ın qurucusu, ümummilli lideri Corc Vaşinqton qeyri-demokratik, ədalətsiz, xalqın seçim hüququnu pozan adam olubdur. Bu da elə gəmini burcudub dəniz qulduru ürkütmək kimi bir zaddır. Qoy amerikalılar Əli Əhmədovdan öyrənsinlər.İnşallah, gələcəkdə “İsmayıl TV”-ni, “Lider”i, nə bilim, QAZ TV-ni Kaliforniyaya translyasiya edərik. Radionun adını “Azadlıq” qoymaqla deyil ki? Gərək adamda baş olsun. Belə şeylər dərrakə, ağıl tələb edir. Zamin HACI
43,353
24.11.2008 09:12
Astrologiya
ULDUZ FALI
QOÇ - Ümumi yorğunluğunuzu nəzərə alan ulduzlar günün əsas vaxtını istirahətə həsr etməyinizi məsləhət görür. Çox da uzaqda yerləşməyən ünvanlara qonaq getməyə də dəyər. BUĞA - Yeni əlaqələr yaratmaq üçün bütün gücünüzü axtarışlara həsr etməlisiniz. Bu gün sizə daha da əzmkarlıq göstərmək məsləhətdir. Nahardan sonra maraqlı görüşləriniz olacaq. ƏKİZLƏR - Ümumi əhvalınızda aktivlik baş qaldırdığından neytral mövqedə dayanmamalısınız. İşlə bağlı planlarınızın həllini sürətləndirin. Nahar ərəfəsində sürprizlə rastlaşacaqsınız. XƏRÇƏNG - Saat 16-ya qədər bütün planlarınızı reallaşdırmağa çalışın. Qərarlarınızda obyektiv olun ki, nəticədə udasınız. Axşam saatlarında qəlbinizə yaxın insanlarla bir araya gəlin. ŞİR - Ailədaxili problemləriniz qabara bilər. Bunun qarşısını almaq üçün qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Sevgiyə xələl gətirən bütün neqativ hərəkətlərə son qoyun. QIZ - Yalnız sənədləşdirmə və alış-veriş işi üçün uğurlarınız ola bilər. Saat 14-16 arası isə qazanc əldə etmək imkanınız yaranacaq. Şəxsi münasibətlər üçünsə gərgin gündür. TƏRƏZİ - Saat 14-ə qədər münaqişəli situasiyalara cəlb olunma ehtimalınız yarandığından həmin müddəti yalnız ev şəraitində keçirməlisiniz. Sonrakı ərəfəni isə xoş ovqatda başa vuracaqsınız. ƏQRƏB - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə ciddi məbləğdə pul xərcləməyəsiniz. Əks təqdirdə ayın sonuna qədər problemləriniz olacaq. Nəzərə alın ki, tarixi seçim ərəfəsindəsiniz. OXATAN - Hər mənada uğurlu gündür. İstər ailə-sevgi münasibətlərində, istərsə də məqsədlərə yetişmək istiqamətində uğurlarınız artacaq. Özünüzə güvənməklə çox zirvələri fəth edəcəksiniz. OĞLAQ - Əvvəlki bürclərlə müqayisədə uzaq səfərə çıxmaq yalnız sizin üçün müvəffəqiyyətli olacaq. Bununla yanaşı maliyyə məsələlərinin həllində də müəyyən irəliləyişlərə nail ola bilərsiniz. SUTÖKƏN - Bütün vaxtınızı görüş və əyləncələrə həsr etsəniz, bu təqvimdən xeyli razı qalacaqsınız. İştirak etdiyiniz məkanlarda çalışın ki, daha çox sevdiyiniz adamlarla birgə olasınız. BALIQLAR - Böyük dəyişikliklər astanasındasınız. Daxili süstlüyünüz də səngiməkdədir. Elə addımlar atın ki, qarşınızdakı şanslardan bəhrələnin. Fəaliyyətdə uğurlarınız yaxınlaşmaqdadır.
43,354
24.11.2008 10:09
Kriminal
DEPUTAT HACI MADƏR QARƏT EDİLDİ
Bu barədə Nəsimi Rayon Polis İdarəsinə Hacı Madərin köməkçisi məlumat verib. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi üzrə cinayət işi başlanıb. Təhqiqat aparılır.Məsələ ilə əlaqədar deputatın özünə telefon açdıq. İsrarlı zənglərimizə baxmayaraq, cənab deputat dəstəyi qaldırmadı.
43,355
24.11.2008 10:16
Media
POLİS JURNALİSTİN EVİNƏ BASQIN EDƏN ŞƏXSİ BURAXIB...
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə polislərin İdrak Abbasovun evinə hücum edən şəxsi azad etmələrində qanunsuz məqam axtarmağın yersiz olduğunu deyir. Onun sözlərinə görə, polislər həmin anda etməli olduqları işi görüblər: “Polislər tam qanuni hərəkət ediblər. Şəxsi əslində vaxtından artıq saxlamaq qanunsuzluqdur. Polislər qanuna uyğun olaraq şəxsi bir neçə saatdan sonra buraxıblar. Araşdırmalar davam edir. Sadəcə, həmin adam yayınır. Buna baxmayaraq tezliklə saxlanılıb məsuliyyətə cəlb olunacaq”.E.Zahidov həmçinin bölməyə gətirilənin şəxsiyyətini müəyyən etdiklərini də söyləyib. Onun sözlərinə görə, narahatçılığa heç bir əsas yoxdur. O adam uzağa gedə bilməz.Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsindən də “Azadlıq” radiosuna bildirirlər ki, jurnalistin bölməyə gətirdiyi şəxsin axtarışı davam edir. Hətta onun şəklini artıq axtarışda olan vətəndaşların qırmızı kitabına da daxil ediblər. Növbətçi polisə ünvanladığımız, “bölmədə olan şəxsi azad edib sonradan onun şəklini axtarışda olanların siyahısına əlavə etmək peşəkarlığa nə qədər uyğundur” sualına isə tutarlı cavab ala bilmədik: “Təhqiqatçı araşdırır da işi. İndi görək nə olur”.İdrak Abbasov noyabrın 21-də faktla bağlı DİN-ə də müraciət edib: “Qənimət Zahidi tuturlar, gecə saat 1-də ona törətmədiyi olaya görə məhkəmə həbs-qətimkan tədbiri seçir. İnsanların həyatına təcavüz etmiş şəxsi isə polis azad edir. Əgər Qənimət Zahidlə bağlı olayda gecə saat 1-də məhkəmə qurmaq mümkün idisə, niyə cinayət törətmiş bir insan məhkəməyə verilmədi? Polis deyir ki, bizim bir şəxsi üç saatdan artıq saxlamaq səlahiyyətimiz yoxdur. Ancaq bu üç saatda onu məhkəməyə təhvil verib törətdiyi cinayətə adekvat qərar çıxarmaq mümkün olardı”.İ.Abbasov deyir ki, həmin şəxsin yenidən onun evinə basqın etməyəcəyinə əmin deyil. Yaxın günlərdə həmin şəxsi tutmaq mümkün olmasa, jurnalist təhlükəsizliyinin təmin olunması üçün daha yuxarı orqanlara muraciət etmək niyyətindədir.
43,356
24.11.2008 10:00
Gündəm
AVROPA ŞURASININ BAŞ KATİBİ BAKIYA GƏLİR
Terri Devis bildirib ki, səfər zamanı prezident İlham Əliyevlə də görüşməyi planlaşdırır. O, həmin görüşdə söz və mətbuat azadlığı ilə bağlı problemləri müzakirə edəcəyini deyib: “Azərbaycanda məni daha çox söz və mətbuat azadlıqları sahəsində problemlər narahat edir. Mən səfərim zamanı bu məsələni rəsmi şəxslərlə görüşümdə qaldırmağa hazırlaşıram. Prezident İlham Əliyevi çox yaxşı tanıyıram. Mən İ. Əliyevlə görüşümü səbirsizliklə gözləyirəm”.Avropa Şurasının baş katibi Azərbaycandakı prezident seçkilərinə toxunaraq deyib ki, bu seçkilər daha yaxşı keçirilə bilərdi. Onun sözlərinə görə, İlham Əliyevin səslərin əksəriyyətini topladığına heç bir şübhə yoxdur. Lakin Azərbaycanda seçkiləri prezidentin və ölkənin maraqları naminə daha yaxşı təşkil edib keçirmək mümkün idi: “Demokratiyada əsas məsələ sənin mövqeyinlə razılaşmayanlara münasibətin necə olmasıdır. Mənim atam iki şeylə maraqlanırdı - futbol və siyasət. Açığını deyim ki, o, futbolla daha çox maraqlanırdı. Mən balaca olanda o mənə deyirdi ki, siyasətdə və futbolda bir prinsip olmalıdır: sən oyunçularla yox, topla oynamalısan. Yadda saxlamaq lazımdır ki, sən haqlı olmaya bilərsən, qarşındakı adam isə haqlı ola bilər. Bu, qanundan da vacibdir və siyasi rəqiblərə qarşı münasibətin necə qurulmalı olduğunu göstərir”.
43,357
24.11.2008 09:21
Yazarlar
O ADAM YOXDUR!
İnsanlara zor etmək də doğru deyil, zorla birləşdirmək də olmur, zorla birləşmək lazım da deyil. 5-6 ilə hər şey aydınlaşacaq. Üstəlik, bu məsələnin sonunu nə Allah bilir, nə də şeytan. Hakimiyyətdə bilənlərin olduğundan isə şəxsən mən xəbərsizəm. Bəlkə orada bilənlər var deyə Siyavuş Novruzov birləşmənin olmayacağını qətiyyətlə söyləmişdi. Mən etiraf edirəm ki, Siyavuş müəllim bizim müxalifətin bəzi xüsusiyyətlərini məndən yaxşı bilirmiş. Etiraf bəlkə elə jurnalistikanın da sonudur, amma son da olsa, bunu boynuma almalıyam.Vaxtilə Hitler müəllim deyirdi ki, partiyalar birləşər, amma ideolojilər birləşməz. Bizim dünyada ideolojilər də birləşdi, amma bizim müxalifət birləşmədi. Bunun sosilojisini isə Ramiz Mehdiyev bilər, bir də Frensis Fukuyama, Pol Qobl, Barak Obamanın şəxsi analitikləri və “Bizim Azərbaycan” blokunun siyasi başbilənləri. Bəlkə heç onlar da bilmir. Bəlkə də bu iş caduluqdur, bu qədər yazıb-danışana qədər mollaya-seyidə getmək lazım idi. Gərək durub boş-boş yazılar dərc etdirməkdənsə, onlara müraciət edəydik.Canları sağ olsun. 2013-də seçkini daha yaxşı boykot edərik. Sonra da birləşərik...Birləşmək asan məsələ deyil. İki tanınmış müğənni 20 il bundan qabaq da bir-birini didirdi, indi də. Flora Kərimova da İlhamə Quliyeva kimi İlham Əliyevin ətrafında birləşəndən sonra ümid etdik ki, bu qalmaqal bitər. Amma bitmədi. Məhkəmə, qırğın-qiyamət davam edir. ATƏT də işə qarışsa, xeyri yoxdur. Birləşmə bu qədər çətin bir şey olduğu üçün heç kimi qınamaq düz deyil.Zarafat öz yerində, dünyada çoxlu yanlış təsəvvürlər var. Məsələn, çox adam hesab edir ki, “Əkiz binalar”ı terrorçular yox, Amerikanın özü partladıb. Deyirlər, bu, bir plandır. Bəziləri söyləyir ki, AİDS viruslarını genetiklər yaradıb, yayıb və hansısa məqsədlər üçün ondan istifadə edirlər. Elə adamlar var ki, zəlzələnin təbiət hadisəsi olmasına şübhə ilə yanaşır, bunu yeraltı silahların məharəti sayır. Avropada xeyli fanat hesab edir ki, Elvis Presli 70-ci illərdə yox, 90-cı illərdə ölüb. Xeyli müddət qəzetlər Yuri Qaqarinin sağ olmasından yazırdı, oxucular da bunu həvəslə oxuyurdu.Uzun illər çalışmışam ki, bizim müxalifət qüvvələri haqqında yanlış təsəvvürlər olmasın, amma görünür, mən özüm də onlar haqqında bəzi yanlış baxışlara sahib olmuşam. Nə qədər yarızarafat-yarıciddi söhbət olsa da, bunlardan birini deməliyəm. Heç kimə şübhə ilə yanaşmıram, heç kimi qaralamıram, birləşməməyi də hər şeyin sonu hesab etmirəm. Hər kəsin qiymətini, potensialını, elədiyi fədakarlıqları, xidmətlərini yanında durub “ləbbeyk” deyən adamlardan da yaxşı bilirəm. Bunların üstündən xətt çəkməyə cəsarət etmərəm. Amma mən indi dəqiq anlayıram ki, Elçibəyin ölümü ilə çox ciddi dəyişiklik olub. Onun ölümü ilə yeni dövr başlayıb. Bu itki mənə indi daha dərindən çatır.Ona görə də heç kimi ittiham etmək istəmirəm. İndi bir-birini qəbul edə bilməyən dəyərli adamlara baxıb fikirləşirəm. Qaragüruhçudan tutmuş son dərəcə rasional təfəkkürlü bir adama kimi hər kəsi birləşdirən o adam yoxdur. Hər kəsə eyni dəyəri verə bilən, hər kəsə eyni coşqunu, eyni vəzifəni aşılayan bir adam yoxdur.O adam yoxdur! Onun yerini isə doldurmaq istəmirlər!
43,358
24.11.2008 10:00
Ölkə
BAKIDA 17 SAYLI POLİKLİNİKA GECƏ İKƏN UÇURULDU
Nəticədə, demək olar, bütün tibbi cihazlar lazımsız hala düşüb. Poliklinikanın baş həkimi Tofiq Hacıyev qəzetimizə açıqlamasında ərazinin Nazirlər Kabinetinin sərəncamı ilə mərkəzi ofislər tikmək üçün müxtəlif nazirliklərə verildiyini bildirdi: “Bizim məskunlaşdığımız ərazi də “Azərenerji”yə verilib. Lakin biz köçəndən sonra həmin qurum burada öz mərkəzi ofisini tikməli idi. Bu vaxtadək bizimlə “Azərenerji” arasında müxtəlif yazışmalar gedib”. T.Hacıyevin sözlərinə görə, “Əmlak Komitəsi” (Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi - red.) onların yerləşdiyi ərazini “Azərenerji”yə verərkən onlara da yer ayırmalı imiş, amma komitə bunu etməyib: “Biz ərazi prinsipi üzrə əhaliyə xidmət edirik. Bu günə qədər ”Əmlak Komitəsi” ilə yazışmaları davam etdiririk ki, onlar bizə yer təklif etsinlər. Amma komitədən bizim rəhbər orqanların sonuncu məktubuna cavab verilməyib. Gözləyirdik ki, “Əmlak Komitəsi” yer axtarır və biz də oraya köçəcəyik. Dünən isə axşam saatlarında “Azərenerji”nin işçiləri ekskovatorlarla vurub hər yeri dağıdıblar. Bütün əmlakı və tibbi sənədləri, ağır xəstələrin, dispanser xəstələrin sənədlərini, digər dövlət əmlakının hamısını vəhşicəsinə tarmar ediblər. Bu, birbaşa “Əmlak Komitəsi”nin göstərişi əsasında edilib. “Azərenerji”nin işçiləri tərəfindən isə icra olunub. Amma son dərəcə özbaşına hərəkətdir”.Baş həkimə görə, hüquqi-demokratik ölkədə belə bir hadisə insanı təəccübləndirir: “Tutaq ki, binanın boşaldılması gecikirdi. Bunun qanuni yolları var idi. “Əmlak Komitəsi” qanuni şəkildə məhkəməyə müraciət edəydi və məhkəmə qərarı əsasında ərazidən çıxarılardıq. Amma başqa yol seçildi”.Bakı Şəhər Səhiyyə İdarəsinin poliklinika işçilərinin işlə təmin olunacağına söz verdiyini deyən T.Hacıyev əslində daha çox ərazidə yaşayan əhalinin halına acıdığını söylədi: “Qeydiyyatda olan 15 min əhaliyə xidmət edirik. Amma səhiyyə haqqında qanunda var ki, ərazidə məskunlaşan hər kəsə tibbi xidmət göstərilməlidir. Bakı şəhərində isə insanların sıxlığı çoxalıb və hazırda bizim ərazidə 40 mindən çox yaşlı insan var. Biz məhz bu qədər adama xidmət göstərirdik. Sabahdan işimizi imkanlar daxilində davam etdirəcəyik. Çalışacağıq ki, poliklinika müvəqqəti olaraq başqa yerdə yerləşdirilsin. Yeganə etirazımı “Əmlak Komitəsi”nin və “Azərenerji”nin ünvanına bildirirəm ki, bu iki qurum dövlətimizin qanunlarının əleyhinə gedib. Hüquqi-demokratik dövlətdə bu cür özbaşınalığa yol verilməməlidir. Belə hərəkət komitənin sədri Kərəm Həsənova yaraşmır. Səhiyyə ilə bu şəkildə davranmaq olmaz”.Baş həkimin sözlərinə görə, gecə poliklinikada oğurluq halı da baş verib: “Poliklinika, demək olar, qarət olunub. Avadanlıqlar aparılıb. Hətta həkimlərin şəxsi əşyalarını götürüblər. Səhər saatlarında Nizami rayonu 23 nömrəli polis bölməsinin əməliyyatçıları burda idilər. Onlar hadisəni aktlaşdırdılar. Salamat qalan əmlakı, birinci növbədə də sənədləri xilas edirik. Artıq hüquq-mühafizə orqanları işə qarışıb. Axşam burada polis postu qurulacaq ki, yararlı əmlakı da oğurlanmasınlar”. Poliklinikanın terapiya şöbəsinin müdiri Mahizər Mirzəyeva bildirdi ki, onun otağından əl dəsmalına kimi hər şeyi oğurlayıblar. Kardioloq Aida Qarayeva isə xəstələrin sənədlərinin hamısının “kubik” daşların altında qaldığını dedi: “Əlillik vərəqəsi almış xəstələrim var. Onların sənədlərinin hamısı sıradan çıxıb, yoxdu. Tibbi avadanlıqlar yerlə-yeksan edilib. Xoşbəxtlikdən rentgen otağını dağıtmayıblar. Əgər o otaq uçurulsaydı, şüalanmadan nə qədər insan ölə bilərdi. Yetmişə yaxın insanı işsiz qoydular”.İşçilər “Əmlak Komitəsi”nin şöbə rəisi Yusif Qənbərovun onları təhqir etdiyini də dedilər: “Qadınların yanında kişiləri əxlaqsız söyüşlərlə təhqir elədi. Nədi-nədi, binanın sökülməsinə etirazımızı bildirmişik. Hökumətin məsul işçisi bizə deyir ki, Azərbaycanda hökumət yoxdur, nə edirsiniz edin. Biz buranın satılmasına etiraz etmirik. Sadəcə, işimizi davam etdirmək üçün yer istəyirik. Burada işləyənlərin çoxu qaçqınlar və şəhid ailələrinin üzvləridir. Maaşı qaldırırlar, Allah canlarını sağ eləsin, bəs bizim günahımız nədir ki, işdən çıxarırlar? Buranın işçiləri işlə təmin olunacaqlarına da inanmırlar. Hökumətin adamı deyirsə ki, hökumət yoxdur, biz kimə inanaq? “Əmlak”dan gələn işçilər bizə bildirdilər ki, burda pullu xəstəxana açacağıq, siz camaatın qeydinə qalmayın. O xəstəxana açılsa da, bizim kasıb xəstələrimizin orada müalicə almasına imkanları olmayacaq”.Az keçməmiş əraziyə Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyli gəlib çıxdı. Onu əhatəyə alan işçilər “günahımız nə idi ki, bizlə belə rəftar elədilər, axı biz seçkilərdə də aktiv iştirak etmişik”, - deyə etirazlarını bildirməyə başladılar. Leyla xanım isə seçki məsələsinin ortaya atılmasından məmnun qalmadı və otaqların tanınmaz hala düşdüyünü görüb baş həkimə KİV nümayəndələrinin çağırılmasını təklif etdi: “Lider”, İTV, bütün kanalları və qəzetləri çağırın, gəlib çəksinlər“. Baş həkim ona artıq “Yeni Müsavat”ın əməkdaşının hadisə yerində olduğunu deyəndə o, əsəbi halda “çağırmağa qəzet tapmadın”, - deyə sərt formada iradını bildirdi. Şəklini çəkəndə isə “çəkməyin, yoxsa bu dəqiqə vəkilimi çağıraram” dedi. Az sonra ANS-in müxbirinə də eyni münasibəti göstərdi. Mövzuya qayıdacağıq. KONSTİTUSİYA MƏHKƏMƏSİ SƏDRİNIN QARAJINI SÖKÜBLƏRBakının Bayıl qəsəbəsində Azərbaycan bayrağının ucaldılması planının həmin ərazidə yaşayan sakinlərə yaratdığı problem barədə mətbuatda məlumat verilib. Hətta bununla bağlı sözügedən ərazidə mülkləri olanlar geniş mətbuat konfransı keçirib. Konfransda zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Müzəffər Baxışov bildirib ki, ərazidəki mülklərin sökülməsində hökumət qanunsuzluqlara yol verib və vətəndaşların mülkiyyət hüquqları pozulub. Hüquqşünasın sözlərinə görə, Səbayel Rayon İcra Hakimiyyəti o ətrafda yerləşən bir sıra obyektlərin, o cümlədən qarajların sökülməsinə qərar verib. Mülkiyyəti əlindən alınan sakinlərə isə heç bir kompensasiya verilməyəcək. Məlumat üçün bildirək ki, burada söküntü işlərinə icra başçısının müavini Qəzənfər Novruzov başçılıq edir. Qeyd edək ki, bu şəxs Binəqədi rayonunda işlədiyi 2001-2002-ci illərdə də bu cür söküntü işlərinə rəhbərlik edib. Zəhməti Hacıbala Abutalıbov tərəfindən qiymətləndirilən Qəzənfər müəllim sonradan Nərimanov rayonuna aparılıb. İndi isə səsi Bayıldan gəlir. Qeyd edək ki, bu günlərdə “Azadlıq” qəzetinin apardığı araşdırmalardan məlum olub ki, adıçəkilən ərazidə qarajı sökülənlərdən biri də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. Məlumatda o da bildirilib ki, digər vətəndaşlar hüquqlarının müdafiəsinə qalxsa da, məhkəmə sədri susmağa üstünlük verib. O, narazı sakinlərin etiraz aksiyalarına qoşulmur. Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan vətəndaşlarının mülkiyyətinin qorunmasına cavabdeh olan ali qurumdur. Ancaq Azərbaycan vətəndaşlarının mülkiyyətinin zorla əlindən alınması hallarına o qədər göz yumulub ki, indi də dövlətin ən ali qurumlarından sayılan Konstitusiya Məhkəməsinin sədrinin əmlakını sökürlər.
43,359
24.11.2008 09:20
Gündəm
TÜRKİYƏ QARABAĞ MƏSƏLƏSİNDƏ MÖVQEYİNİ DƏYİŞİR?
Müzakirələr zamanı qeyd olunub ki, Rusiyanın bu ilin avqustunda Gürcüstana hərbi müdaxiləsindən sonra regionda qüvvələr nisbəti dəyişib. Türkiyə və Ermənistan isə bu situasiyadan yararlanmaq üçün iki ölkə münasibətlərini normallaşdırmaq məqsədilə müzakirələrə başlayıblar. TESEV-dən ekspert Sabiha Şenyücel deyib ki, Ermənistan Türkiyənin Qafqazda stabillik təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub. Onun sözlərinə görə, bu ideya heç vaxt həyata keçməsə belə, Ermənistanın ona reaksiyası artıq müsbət nəticə deməkdir. Şenyücel deyib ki, əslində bu ideya göydən düşməyib və Ermənistanla Türkiyə arasında son iki ildə aparılan gizli danışıqların nəticəsi idi. “Bununla belə, ideya Ermənistanla birbaşa danışıqların başlaması üçün çox yaxşı əsas oldu” deyə ekspert bildirib.Qəzetin yazdığına görə, konfransda qeyd olunub ki, Türkiyə Ermənistanla münasibətlər qurmaq üçün əvvəlki kimi üç əsas şərt irəli sürür. Bunlar “soyqırım” iddialarının tarixçilər səviyyəsində birgə müzakirəsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsidir. “Lakin Türkiyə hökumətinin xarici siyasət üzrə əsas müşaviri Əhməd Davudoğlu ötən ayın sonlarında Vaşinqtonda bəyan edib ki, ermənilərin ”soyqırım" məsələsində dəyişməyən tələblərindən fərqli olaraq Türkiyə hökuməti Dağlıq Qarabağ məsələsi ilə bağlı ilkin şərtini dəyişə, yaxud yumşalda bilər" deyə qəzet yazıb.Şenyücel qəzetə açıqlamasında deyib ki, əgər bu dəyişiklik baş versə, o zaman Türkiyənin Ermənistanla münasibətlər qurması üçün əsas maneə aradan qalxar. “Türkiyə üçün Qafqazda sülh və tərəfdaşıq platforması ideyası baxımından daha güclü və sərbəst əllərə malik olmaq önəmlidir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli mühüm əhəmiyyət kəsb edir”. Lakin İrəvandakı Qafqaz İnstitutundan Sergey Minasyan deyib ki, Türkiyə ilə Ermənistan arasında əsas problem Dağlıq Qarabağ məsələsi deyil. “Əgər Türkiyə bunu anlayırsa, daha yaxşı” deyə o, “Zaman”a açıqlamasında bildirib. Minasyan qeyd edib ki, azərbaycanlılar və ermənilər Rusiyanın bölgədə artan təsirindən narahatdır. Ancaq bununla belə, İrəvan və Bakı Rusiyanın istəyi ilə imzalanan Moskva bəyannaməsindən sonra öz müttəfiqləri ilə məsləhətləşdilər. Ermənistan prezidenti Serj Sərkisyan Fransaya, Azərbaycan prezidenti İlham Əliyev isə Türkiyəyə səfər etdi. Dağlıq Qarabağdan olan ekspert Mais Mailyan isə fikirləşir ki, əgər Türkiyə neytral vasitəçi kimi bu münaqişənin həllinə qoşulsa, o zaman razılaşma əldə edilməsi üçün Azərbaycana təsir göstərə bilər. Lakin Türkiyənin Azərbaycanla qardaşlıq münasibətləri onun neytral roluna mane olur.
43,360
24.11.2008 10:23
Yaşam
ESTETİK ƏMƏLİYYATLAR: FAYDALANANLAR ÇOXDUR, YOXSA QURBANLAR?
Burun, qulaq, göz ətrafı, lipoksasiya (dərialtı piyin çəkilməsi), süd vəzilərinin böyüdülüb-kiçildilməsi əməliyyatları hazırda daha çox dəbdədir. Zahiri görkəmindən narazı qalıb qüsurlarını aradan götürtmək niyyətində olanlar isə bəzən uğursuzluğa düçar olurlar. Necə deyərlər, qaş düzəltdiyi yerdə göz çıxardır. Məsələn, amerikalı Maykl Ceksonun 50-dən çox burun əməliyyatı etdirməsinə baxmayaraq, hələ də zahiri görkəmindən razı qalmadığı bildirilir. Türkiyədə manikenlərdən biri özünü keçmiş baş nazir Tansu Çillərə bənzətmək üçün əməliyyat olunub. Ancaq əməliyyatdan sonra elə hala düşüb ki, nəinki Çilləri, güzgüdə heç özünü də tanıya bilməyib. Londondakı Kromvel hospitalının cərrahı hazırda əməliyyat keçirmiş hər 100 nəfərdən 15-nin əvvəlki vəziyyətinə qayıtmaq istədiyini deyib. Azərbaycan Müstəqil Səhiyyə Monitorinqi Təşkilatının məlumatına görə, ölkədə indiyədək təxminən 100 qadın plastik cərrahiyyə əməliyyatlarının qurbanı olub. Xatırladaq ki, bir neçə il öncə aktrisa Reyhan Müslümova bədənindəki piylərdən xilas olmaq üçün cərrahiyyə əməliyyatı keçirərkən həyatını itirib.İngilis psixoloqların fikrincə, əgər əməliyyatın əsaslı səbəbi varsa, estetik cərrahiyyə nəinki lazımdır, həm də zəruridir. Lakin əməliyyat onun həyatında problem yaradırsa, deməli, qərar verməkdə tələsmək olmaz. Məsələn, Amerikalı dollar milyarderi Aleks Vildenşteynin xanımı Cocelayn gənc və gözəl görünmək üçün 7 dəfə əməliyyat olub. Bu əməliyyata 2 milyon dollar xərcləsə də, qadının yeni üzü ərini hətta ondan perik salıb və onların evliliyinə son qoyulub. Plastik əməliyyatların biznesə çevrilməsi, kütləvi hal alması nə dərəcədə düzgündür? Hansı hallarda gözəlləşmə əməliyyatlarına ehtiyac var? Bu kimi suallarla Azərbaycanda estetik və plastik əməliyyatlar üzrə mütəxəssis, tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. A.Qeybulla əvvəlcə onu vurğuladı ki, Azərbaycanda plastik əməlliyyatların keçirilməsilə bağlı qanunlardakı boşluqlar ölkədə bu sahənin inkişafına əngəl yaradır: “Plastik əməliyyatların həyata keçirilməsilə bağlı 100-dən çox qurbanın olması, hər halda rəsmi stastistika hesab oluna bilməz. Çünki çox vaxt estetik əməliyyatlar xəstəlik tarixində öz əksini tapmır. Əslində plastik əməliyyatlar xəstə yox, sağlam adamlar üzərində aparılmalıdır. Azərbaycanda belə əməliyyatlarla bağlı qanunda boşluqlar var. Məsələn, Azərbaycanda cinsin dəyişilməsi haqqında göstəriş, yaxud əks göstəriş yoxdur. Rusiyada bu iş kifayət qədər qanuni mexanizmlərlə tənzimlənib. Burada plastik, rekonstruktiv və estetik əməliyyatları ayırmaq lazımdır. Çox vaxt üç anlayış ümumiləşdirilir. Digər tərəfdən, xəstəliyin qurbanları və ölüm hallarının səbəbləri konkret açıqlanmalıdır. Təəssüflər olsun ki, estetik əməliyyat etdirənlər bunu daha çox gizlətməyə meyillidirlər. Odur ki, bu haqda rəy bildirmək çətindir”. A.Qeybullanın fikrincə, “gözəlləşmə əməliyyatları” bütün dünyada artırsa, Azərbaycan bu prosesdən kənarda qalmamalıdır. Professorun qənaətincə, estetik əməliyyatlar sağlam adamlar üzərində aparılmalıdır: “Estetik əməliyyat prosesində hətta psixoloq da iştirak edir və kontingenti müəyyənləşdirir. Əməliyyatın zəruri olub-olmaması isə sırf pasientin istəyinə bağlıdır. Anadangəlmə dovşandodaqlıq, qurdağızlıq bunlar anotomik qüsurların aradan qaldırılması üçün tibbi və zəruri göstərişlərdir. Plastik rekonstruktiv əməliyyatlar isə, məsələn yol qəzasından sonra müəyyən fiziki qüsurların yaranması zamanı aparılır. Amma kiminsə qulaqları həddən artıq böyükdürsə, amma onun qulaqları fizioloji cəhətdən tam normal olaraq fəaliyyət göstərirsə, o, bunu korreksiya etdirmək istəyirsə, bu onun öz hüququdur. Əməliyyatların aparılması üçün isə pasientlər psixoloqlarla əvvəlcədən danışıqlar aparmalıdır və onlar da həmin şəxslərə münasib yolu göstərməlidirlər”.
43,361
24.11.2008 09:29
Mədəniyyət
“NİZAMİ CƏFƏROVUN HƏRƏKƏTLƏRİNƏ QİYMƏT VERİLMƏLİDİR”
Onun sözlərinə görə, müraciət hazırlanan vaxt R.İbrahimbəyov ölkədə olmayıb: “Onunla hər hansı məsləhətləşmə aparılmadı. Özü isə bu bəyanatla sonradan tanış oldu. Tələb edirik ki, Milli Məclisin mədəniyyət məsələləri üzrə komissiya sədri mədəniyyət işçilərinin taleyini, problemini həll etməli olan adam kimi çıxışlarına, sözlərinə sərhəd qoysun. O, Azərbaycan mədəniyyətinin öndə gedən, tanınmış adamlarını təhqir edir. Halbuki əsas vəzifəsi Azərbaycan mədəniyyətində, kinosunda özünü göstərən problemləri həll etməkdir. Buna görə də Nizami Cəfərovun hərəkətlərinə qiymət verilməlidir”. Maraqlıdır ki, R.Balayev müraciətlərində N.Cəfərovun komissiya sərdrliyindən çıxarılması tələbini qoymadıqlarını dedi. Onun sözlərinə görə, əsas məqsəd kino işçilərinin bu çıxışlara etiraz etdiyini göstərən müraciət barədə ictimaiyyətin məlumatlandırılmasıdır. “Bu müraciət təşəbbüsünün konkret müəllifi kim olub” sualına cavabda isə R. Balayev söylədi ki, söhbət bir nəfərdən getmir. Onun sözlərinə görə, İdarə Heyətinin bütün üzvləri deputatın parlamentdəki çıxışı, habelə qəzetlərə verdiyi təhqir dolu müsahibələrdən sonra belə qərara gəlib: “Hamı bu müsahibələri oxuyandan sonra bir-birilə əlaqə saxlayıb, buna münasibət bildirdi. Ona görə də bu məsələyə görə İttifaqda yığışdıq. Sonra da belə bir müraciət hazırladıq. Bizi onun söylədiyi konkret ifadələr narahat etmir. Sadəcə, Rüstəm İbrahimbəyovun söylədiyi müəyyən sözlər vardı və ona elə normal səviyyədə cavab vermək olardı. Amma bunu parlamentdə, böyük şey kimi demək doğru deyildi. Bu nəyə lazım idi?”
43,362
24.11.2008 08:23
Ölkə
NİZAMİ CƏFƏROV CƏZALANDIRILACAQ?
Kinematoqrafçılar İttifaqının müraciətinə münasibət bildirmələri üçün Müsavat deputat qrupunun üzvlərindən bir neçəsi ilə əlaqə saxladıq. Millət vəkili Pənah Hüseyn məsələyə qısa münasibət bildirdi: “Nizami Cəfərovun həmin müsahibəsini oxudum və çox təəssüfləndim. Çünki bu, Nizami müəllimin özünün səviyyəsinə uyğun müsahibə deyildi”.“Milli Məclis Nizami Cəfərov haqqında tədbir görməlidirmi və tədbir görüləcəyinə inanırsınızmı” sualına isə P.Hüseynin cavabı belə oldu: “Bu məsələ ziyalılararası münasibətlərdir. Mənim fikrimcə, bunu hansısa tədbirlər görülsün müstəvisinə gətirmək doğru olmaz. Ona görə ki, bu, bir az yüksək materiyadır. Bu, Milli Məclis, məhkəmə və ya hansısa səlahiyyətli orqanların həll edəcəyi məsələ deyil”. Millət vəkili Arzu Səməbdəyli isə bildirdi ki, Rüstəm İbrahimbəyova qarşı parlamentdə o cür münasibət sərgilənməməliydi və mediada yersiz ifadələr işlədilməməliydi: “Məsuliyyətsiz, qeyri-obyektiv və qərəzli fikirlər səsləndi. Bu, Rüstəm İbrahimbəyova qarşı bir kampaniya idi. Çox təəssüf ki, bu, millət vəkillərinin özlərinin təşəbbüsü ilə deyildi. Yönləndirmə ilə olan kampaniya idi. Bu kampaniya onunla nəticələndi ki, ölkənin tanınmış bir çox ziyalıları məsələyə öz kəskin münasibətlərini bildirdilər”. A.Səmədbəyli Kinematoqrafçılar İttifaqının parlament rəhbərliyinə müraciətində əksini tapan istəklərin Milli Məclis tərəfindən həyata keçiriləcəyini düşünmədiyini vurğuladı: “İnanmıram ki, parlament özündə güc tapıb iradə nümayiş etdirəcək. Ancaq bu müraciət hər halda tam nəticəsiz də olmayacaq. Ola bilər ki, Nizami Cəfərovun, Yaqub Mahmudovun və digərlərinin nəzərinə çatdırılsın ki, belə məsələləri bir daha parlamentin iclasında səsləndirməsinlər. Ancaq onların sərt cəzalandırılacağına inanmıram”.
43,363
24.11.2008 10:32
Gündəm
QARABAĞ FƏLƏSTİN MƏSƏLƏSİNƏ ÇEVRİLƏ BİLƏRMİ?
Amma istənilən halda ortaya bir məntiq çıxır ki, Sərkisyan atdığı addımlarla Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyində hər hansı dəyişiklik olmadığını büruzə verib. Bu o deməkdir ki, münaqişənin həlli istiqamətində aparılan danışıqlarda hər hansı yenilik, irəliləyiş yoxdur və son vaxtlar yaranan hay-küy, sadəcə, pafos imiş. Beləcə, Qarabağ ixtilafının meydana çıxmasından 20 ilə yaxın vaxt ötür. Bu müddət ərzində hər hansı həll variantının tapılmaması təəssüf doğurmaqla yanaşı, istər-istəməz belə bir sual da doğurur: görəsən, zaman baxımından Qarabağ münaqişəsi Fələstin probleminə çevrilməyəcək ki? Qeyd edək ki, Fələstin problemi 50 ildən artıqdır mövcuddur və həllini tapmayıb...Mövzu ətrafında söhbət etdiyimiz politoloq Vəfa Quluzadəyə görə, Fələstin problemi daha qəlizdir: “Yəni Qarabağ münaqişəsi ilə müqayisədə Fələstin məsələsi daha ağır problemdir. Qarabağ məsələsinin həlli müqayisədə asandır. Bu problem o zaman çözüləcək ki, regionda geosiyasi vəziyyət dəyişəcək. İndiki geosiyasi maraqlar çərçivəsində münaqişənin həlli mümkün deyil. Bölgədə digər bir qüvvə, məsələn, Amerika, NATO qərarlaşarsa, onda Qarabağ problemi də tezliklə həll yolunu tapmış olacaq”.Bir məsələ də maraqlıdır ki, bu yaxınlarda “Madrid prinsipləri” açıqlanandan sonra Azərbaycan hakimiyyəti belə bir versiya ilə çıxış edir ki, ölkəmizin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratını təyin etmək hüququ verilə bilər. Ümumiyyətlə, dünyada belə təcrübə varmı, “ərazi bütövlüyü tərkibində müstəqillik” anlayışı nə dərəcədə doğrudur və beynəlxalq hüquqla səsləşir? Ərazi bütövlüyü olan yerdə müstəqillik, müstəqillik olan yerdə ərazi bütövlüyü saxlana bilərmi? V.Quluzadə söylədi ki, bu prinsipin mahiyyətində Dağlıq Qarabağ ermənilərinə ən yüksək muxtariyyət verilməsindən söhbət gedə bilər: “Yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll modelindən söhbət gedirsə, ermənilərə ən yüksək status kimi muxtariyyət tanına bilər. Prinsipin mahiyyəti, məncə, budur”.Politoloq eyni zamanda nikbindir. O hesab edir ki, Qarabağ münaqişəsinin həllində beynəlxalq vəziyyət Azərbaycanın xeyrinə işləyir: “Mən düşünürəm ki, gələcəkdə uduzan Ermənistan olacaq”.
43,364
24.11.2008 09:34
Gündəm
BORÇALI PROBLEMİ BÖYÜYÜR
Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli Borçalı ilə bağlı həyəcanlı xəbərlərin əsassız olmadığını bildirdi: “Müsavat deputat qrupu bir müddət əvvəl Borçalıda səfərdə olan zaman da ciddi problemlərin mövcudluğunu görmüşdü. Biz şahidi olmuşduq ki, doğrudan da Borçalı boşalır. Bu boşalmanın əsas iki səbəbi var. Birincisi Gürcüstan hakimiyyətinin apardığı siyasətdir. Borçalıdakı məktəblərə və rəsmi strukturlara rəhbər vəzifələrə demək olar ki, ancaq gürcü kadrlar təyin olunur. Müəllimlərin hamısı testdən keçirilir və gürcü dilini bilməyən müəllimlər rəhbər vəzifələrə, təyin edilmir. Bəzi hallarda isə hətta işdən çıxarılır. Düzdür, biz gürcü dilini mütləq bilmək məsələsinin əleyhinə deyilik. Hansı ölkənin vətəndaşısansa və işləmək istəyirsənsə, dövlət dilini bilməlisən. Ancaq dili bilməyi bir anın içində şərt kimi irəli sürüb testdən keçməyənləri kənarda qoymaq mənfi siyasətdir və narazılıq yaradır. Yaxşı olar ki, əvvəlcə gürcü dilini öyrədən kurslar yaradılsın. Müəyyən müddətdən sonra test həyata keçirilsin. Daha bir problem Borçalıda məktəb və digər rəsmi strukturlara rəhbər təyin olunan gürcülərin yerli azərbaycanlı əhalinin dilini bilməməsidir. Biz Borçalıda olarkən məhz bu problemlə bağlı bir neçə kənddə konfliktlərin yarandığı haqda məlumat almışdıq. Azərbaycanlı kadrların, ümumiyyətlə, Gürcüstanın ali hakimiyyət orqanlarında rəhbər vəzifələrə çəkilməsinə olan əngəllər də ciddi problemdir. Gürcüstanda yaşayan digər azlıqda olan millətlərlə müqayisədə azərbaycanlılar, demək olar ki, yüksək vəzifələrə təyin olunmurlar. İkinci səbəb Borçalıda əhalinin dolanışığı üçün çox çətin durumun yaranmasıdır. Bu üzdən əhali Azərbaycana, Rusiyaya və digər ölkələrə üz tutub. Beləliklə, Borçalının bir xeyli kəndlərində boşalmalar var. Bunu orada olduğumuz zaman müşahidə etmişdik". A.Səmədbəylinin sözlərinə görə, onlar Borçalıdan qayıdandan sonra nümayəndə heyətinin fikirlərini, təkliflərini spiker Oqtay Əsədova şəxsən çatdırıblar: “Oqtay Əsədov isə məsələ ilə maraqlanacaqlarını və təkliflərin də nəzərə alınacağını demişdi. Borçalı əhalisi Azərbaycan hökumətinin onların problemləri ilə ciddi maraqlanmadığından şikayətçidilər. Milli Məclisin deputatlarından Qənirə Paşayevadan isə razılıq edirdilər. Qənirə xanım Borçalıda yaşayan soydaşlarımızın problemləri ilə daha çox maraqlanır və daha çox ora gedib-gəlir. Biz Borçalı səfərimizdən sonra Qənirə Paşayeva ilə də müzakirə apardıq. Ümumi razılaşmamız oldu ki, iqtidarlı- müxalifətli, fərq qoymadan Borçalıya birgə səfərimiz olsun. Hələ ki bu məsələ olduğu kimi qalır. Nəsib Nəsibli əslən Borçalıdandır. Ona görə də ora ilə sıx əlaqəsi, gediş-gəlişi var. Nəsib bəy indi ciddi həyəcan təbilini çalırsa, deməli, vəziyyət keçən il gördüyümüzdən də pisdir. Müsavat deputat qrupu məsələni müzakirə edəcək və parlament rəhbərliyi qarşısında bir daha qaldıracağıq. Məncə, bu ərəfədə Borçalıya səfər vacibdir”.Millət vəkili Pənah Hüseyn bildirdi ki, Borçalı ilə əlaqələri var. Nəsib bəy, təbii ki, daha intensiv əlaqə saxlayır. Ona görə də şübhəsiz ki, Nəsib bəyin narahatlığı əsassız olmaz: “Vəziyyətlə bağlı mən də geniş məlumat əldə etməyə çalışacağam. Azərbaycanın dövlət olaraq gözü daim Borçalının üstündə olmalıdır. Şübhəsiz ki, qonşu müttəfiq dövlətlər arasındakı münasibətləri tənzimləyən çərçivədə. Səfər etmək məsələsinə isə həmkarlarımla müzakirə aparmadan konkret fikir bildirmək istəməzdim”.
43,365
24.11.2008 09:05
Dünya
ƏRDOĞAN SİYASƏTDƏN GETMƏYƏ HAZIRDIR
“Mən mübarizədən yorulmadım, yorulmayacağam da. Səs qazanmaqla bağlı narahatlığım da yoxdur. Millət məni iqtidardan alsa, başımızın üstündə yeri var. Heç bir şeyi iqtidarda qalmaq üçün etmirəm və açıq bəyan edirəm: bu seçkilərdə partiyam ikinci olsa, istefa verib siyasətdən getməyə hazıram”- deyə Ərdoğan bildirib.Türkiyədə gələn ilin əvvəllərində keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqlar artıq başlayıb və iqtidarla müxalifət İstanbul, Ankara, İzmir kimi mühüm şəhərlərdə bələdiyyə başqanı postuna öz namizədlərini müəyyən edirlər. Bu zaman hər iki düşərgə seçkilərə “ağır topları” göndərir. Rəy sorğularına görə, AKP üzləşdiyi korrupsiya qalmaqallarından sonra reytinqi azalır və ötən parlament seçkilərində olduğu kimi səslərin az qala yarısını qazanmaq imkanında olmayacaq. Bəzi rəy sorğularına görə, AKP bu seçkilərdə ikinci də ola bilər, lakin əksər sorğulara görə, AKP-nin səsləri azala bilər, ancaq hakim partiya yenə birinci olacaq. Çünki AKP-nin zəifləməsi müxalifət partiyalarının güclənməsi ilə müşayiət olunmur.
43,366
24.11.2008 09:34
Müsahibə
“ƏVVƏL DEMİŞDİLƏR SƏNƏ GÜLLƏLƏNMƏ DÜŞÜR”
Əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunan, 30-dək kitabın müəllifi olmasına baxmayaraq, 70 illik yubileyinin dar çərçivədə qeyd olunmaması belə, onu üzmür. Hesab edir ki, Azərbaycanın bu qədər dərdlərinin, problemlərinin fonunda şəxsi məsələləri önə çəkmək doğru deyil. 1993-cü ildə könüllü şəkildə “Ulduz” jurnalındakı işindən çıxan Sabir bəy o vaxtdan işsiz qalmasını da faciə saymır: “Baş redaktorun müaviniydim. O zamandan işləmirəm. Yazı-pozu ilə məşğul oluram. Yazıçının bir xoşbəxtliyi var ki, onun darıxmağa nə vaxtı, nə də haqqı var. Yəni yazmağa, düşünməyə həmişə imkanlar mövcuddur. Material da ki, şükür Allaha, bol”. - Hazırda nədən yazırsınız? - “Qullar” adlı bir povest üzərində işləyirəm. Sözün düzü, mən bunu insanlarda qul psixologiyasının yaradılmasından daha çox, yaranması kimi başa düşürəm. Bu məni çox ağrıdır. Çünki insan ki özünə hörmət edə bilmədi, insan ki özünü ailəsinin, şəxsiyyətinin qarşısında rahat saya bilmədi, deməli, çox faciəli tale yaşayır. “Qullar” Azərbaycanla əlaqəli əsərdir. Son vaxtlar insanlarda müşahidə etdiyim keyfiyyətlər, tale əksini tapıb. İntəhası bu yaşımadək başıma gəlməyən bir bəlaya düşdüm. Ev sarıdan ki, rahatlığım yoxdur... - Nə mənada? - Mən çox əziyyət görmüşəm. Bakıda 16 il kirayədə yaşamışam. İki uşağım vardı, hələ də kirayədəydim. Üç oğlum var. Üçotaqlı evimi satdım. Bir bağ evim də vardı. Bakıya gələndən bağ arzusundaydım. Nəhayət, yer aldım, ev tikdirdim, axırda onu da satdım. Uşaqların hərəsinə ikiotaqlı mənzil aldım. O vaxtdan yazılarımı o evdə, bu evdə yazıram. Həmin povestin bir xeyli hissəsini işləmişdim, onu itirdim. Harda it-bat oldu, necə oldu, mənimçün bir dərddir. Düzdür, yazdıqlarımı detallarına qədər bilirəm. Amma təzdən yazmaq... Ədəbiyyatda belə bir şey var, birinci dəfə dediyin sözü sonra bəzən deyə bilmirsən. Bu da hisslərlə, sənin taleyinlə, keçirdiyin həyəcanla bağlı məsələdir. İndi onu oturub təzədən işləyirəm. - “Ulduz” jurnalını tərk eləməyinizin səbəbi nə idi? - 91-ci ilin axırlarında Gəncədə çox ağır formada infarkt keçirdim. Bir neçə saat ərzində bu dünyadan xəbərim olmamışdı. Yalnız təcili yardıma götürəndə hava hiss elədim. Mən çox inanclı adamam. Allaha yalvardım ki, İlahi, balalarımı bir yana çıxarmamışam, mənim həyatım onsuz da sənin əlindədir. İmkan ver, bunları ayaq üstə qaldırım, sonra nə vaxt istəsən halallıqla hüzuruna gələrəm. Allah möhlət verdi. Bir il də işlədim. Sonra bir az da Yazıçılar İttifaqındakı dostlardan incidim. Mənə qarşı haqsızlıq eləmişdilər. Onunçün ərizə yazdım. Bir dəfə də maraqlanmadılar ki, niyə gedirsən? Ondan sonra İttifaqla da üzülüşdüm. İnfarktdan sonra əziyyət də çəkirdim, bir il müalicə ilə məşğul oldum. Sonra da işləmək istədim, artıq yerlər tutulmuşdu. - Yəqin ki, böyük fasilə sizə yaradıcılıq üçün geniş imkanlar verib? - Əlbəttə. 30-dək kitabın müəllifiyəm. Sonuncusu avtobiaqrofik romandır. Orda mənim həyatım, taleyim, başıma gələnlər əksini tapır. Mənim həyatım çox ziq-zaqlı keçib. - 70 yaşınız sakitcə ötüşdü. Nə bir yubiley tədbiri, nə təltif-filan olmadı. İncimədiniz ki? - İnan, mən and içməyi xoşlamıram. Deyirlər and yalanı həqiqətə çevirmək üçün bir vasitədir. Həyatım boyu özümçün, fəxri ad, vəzifə üçün çalışmamışam. Heç evi də Yazıçılar İttifaqından almamışam. Heç vaxt heç kəsə heç nə üçün ağız açmamışam. Haqqımı da tapdalayıblar. Mənim yaşıdlarım, məndən kiçiklər də xalq yazıçısı adı alıb. Amma mən bir adama ağız açmamışam. Nə keçmiş Mərkəzi Komitədən, nə indiki hakimiyyətdən heç vaxt heç nə almamışam. - Adətən Yazıçılar Birliyi təqdimat göndərir. Ola bilərmi ki, adınızın həmin siyahılarda olmaması sizə münasibətdən qaynaqlanır? - Görünür, belədir. Nə bunlar göndərib, nə də yuxarıdan verməyiblər. Amma mən iddialı adam deyiləm, sakit yaşamağı xoşlayıram. - Yəqin ki, “Qullar” povestindən sonra fəxri addan danışmağa ehtiyac belə olmayacaq... - (Gülür) Yəqin ki. Ümumiyyətlə, povestə qədər də mən cəmiyyət haqqında həmişə sözümü demiş adamam. Həmişə haqqın tərəfində olmuşam. - Müxalif fikirli olsanız da, nədənsə partiyalı olmağa üstünlük verməmisiniz... - Onun da səbəbi var. Partiyalara da, ordakı adamlara da hörmətim var. Mən müxalifət haqqında tamam başqa fikirdə olan adamam. Müxalifətə düşmən kimi baxılmağın qəti əleyhinəyəm. Müxalifət cəmiyyət üçün çox vacib strukturdur. Mən Kommunist Partiyasının üzvü olarkən gördüm ki, istənilən partiyanın üzvü olmaq adamda müəyyən bir məhdudiyyət yaradır. O partiyanın prinsiplərindən kənara çıxmamalısan. Mənsə məhdud çərçivədə yaşamağa öyrəşməmişəm. Ürəyimdən keçən səhvdir, düzdür, hər nədirsə, bu mənim öz addımım, öz seçimimdir. Həyatımda belə məqam olub. Universitetin filologiya fakültəsinin jurnalistika şöbəsinin üçüncü kursunda oxuyanda həbs olunmuşam. - Həbsiniz nə ilə bağlıydı? - Siyasi məsələydi. 1956-cı ildə partiya qurultayında Stalinə qarşı böyük kampaniya başlandı. Mən Stalini müdafiə eləmək fikrindən həmişə uzaq olmuşam. Çünki o, dünyanın ən böyük despotlarından biri idi. Ancaq həmin vaxt SSRİ Ali Sovetinin sədri Voroşilova məktub yazdım ki, siz repressiya baiskarlarını axtarırsınızsa, günahı tək Stalinin boynuna yükləməklə bu həqiqətləri ört-basdır eləmiş olursunuz. Mən Xruşşov və Mikoyan haqqında yazmışdım. İndi də o fikirdəyəm ki, həmin faciələr bir adamın işi deyildi. O faciələr ideoloji mühitin mahiyyəti idi. Sadəlöhvcəsinə güman edirdim ki, Voroşilov bu məktubu oxuyan kimi Xruşşovla Mikoyanı çağırıb tutacaq. Ancaq o, məktubu bura göndərmişdi və bunlar məni tutdular. Üçüncü kursun dərs ilinin birinci günüydü. “KQB”-dən gəlib məni dərsdən apardılar. Bir də iki ildən sonra qayıtdım. İki aylıq istintaq dövründə “KQB”-də yatdım. Məhkəməm Hərbi Tribunalda, qapalı keçdi. Mənə çox ağır maddə ilə güllələnmə verə bilərdilər. Onda hələ sovet hökumətinin “qan-qan” deyən vaxtı idi. Ancaq hər şeyi özüm etiraf elədim. Sənə dediyimi onlara da dedim ki, mən belə düşünmüşəm, səhv eləmişəm, mənim səhvimdir, cəzam da nədirsə, verin. Amma bu fikirdəyəm ki, bir adamı günahlandırmaqla faciələrə son qoymaq mümkün deyil, bunun kökünü araşdırmaq lazımdır. Görünür, gəncliyimi, səmimiyyətimi nəzərə aldılar. Siyasi maddəni dəyişib elədilər “şəxsiyyəti təhqir”. Yoxsa əvvəl demişdilər sənə güllələnmə düşür. Beləcə iki il verdilər. Bir müddət 10-cu, sonra isə 7-ci “kolon”larda saxladılar. Çox yaxşı qurtardım. Düzdür, mənimçün ağır oldu, ailəm üçün böyük zərbə idi. Biz 7 uşaq idik, hamısının böyüyü mən idim. Ancaq qəribə burasıdır ki, ora mənimçün çox böyük həyat məktəbi idi. Mən bu cəmiyyətin mahiyyətini çox erkən dərk elədim. Heç şübhəsiz, mənim yaradıcılığıma da təsiri olub. Ona görə də mənim yazılarımın heç birində sovet rejimini tərifləyən bir cümlə tapa bilməzsiniz. - Nə yaxşı sonra universitetə bərpa elədilər? - Paradoksal bir məsələ də vardı. “Taleyin ironiyası” deyilən ifadə var. Məni tutduran da Voroşilov olmuşdu, buraxdıran da o oldu. İki illik cəzamın çoxunu yatmışdım. Axıra yaxın amnistiya verdilər. Ona sevindim ki, məni məhkumluğum üstümdən götürülmək şərtilə azad elədilər. Ancaq universitetə bərpa olunmağım asan olmadı. Prorektorumuz vardı - Mehdəliyev, məni heç qəbul eləmək istəmədi. Rektorumuz rəhmətlik Yusif Məmmədəliyev idi, çox alicənab kişiydi. Mənim bəxtimdən Polşaya getmişdi. Prorektor dedi get, payızda gələrsən. Bütün ümidim öldü, qolum-qanadım qırıldı ki, hər şey batdı. Avqustun axırında təkrar gəldim. Rəhmətlik Şəfaət Mehdiyev vardı. Ac-susuz axşam saat 6-ya 10 dəqiqə qalmışa qədər onun qəbul otağından tərpənmədim. Köməkçi girib çıxandan sonra sevincək dedi ki, Şəfaət müəllim sənədə qol çəkdi. Dedi ki, gedib dekana məlumat versin. Nə təhər sevincək özümü “filfak”a atdımsa, baxdım ki, lələ köçüb, yurd ağlayır. Dekan da gedib, işçilər də. Qayıtdım ki, heç olmasa Şəfaət müəllimə sağ ol deyim. Köməkçi içəri girib çıxdı ki, bəs, deyir gedib oxusun, onun oxumağı bizə “sağ ol”dur. Komsomola bərpa olunanda da mənim həyatımda rolu olub. Onun otağı ilə universitetin komsomol katibi olan rəhmətlik Elmira Qafarovanın (Ali Sovetin keçmiş sədri) otağı yanaşı idi. Şəfayət müəllim içəri girdi, dedi ki, mən Sabir Tatlıyevə görə gəlmişəm. Mənim soyadım Tatlıyev idi. Bunu deyib çıxıb getdi və məni bərpa elədilər. - Tatlıyev necə oldu Azəriyə çevrildi? - Mənim “azəri” sözündən çox xoşum gəlir. Bizim nəslimiz Tatlıoğlularıdır. Qazaxın bir Tatlı kəndi var, türkün dadlı sözündəndir, babalarım ordan indi Ağstafanın olan Dağ Kəsəmənə köçüb. Familiyamdakı “ov-yev” məni həmişə əsəbiləşdirirdi. Elə əlimə fürsət düşdü, Azəri soyadını götürdüm. Pasportda uşaqlar Tatlıyev gedir, mən Azəri. Təbii ki, dəyişəndə problem yarandı. Soyadımı dəyişməyimin əsas səbəbi də o oldu ki, daşıdığım “Azəri” ləqəbinə çox ilişirdilər. Axırda da rəsmiləşdirdim, dedim bu mənim soyadımdır, nə istəyirsiniz? Ondan sonra əl çəkdilər. - İndiyədək hansısa fəxri ada layiq görülmüsünüzmü? - Mənim bir məşhur romanım vardı. Onu dövlət mükafatına təqdim eləmişdilər. Bütün mərhələləri də keçmişdim. Son məqamda çağırdılar ki, bəs, sən cavansan, həyatın hələ qabaqdadır, gəl bunu Mirvari Dilbaziyə verək. Yalnız bir dəfə mənimçün qiymətli olan “Qızıl oraq” mükafatını almışam. Mənim ilk povestlərimə görə Şəmkir rayonunda - Yazıçılar İttifaqında bir rayonun mükafatı idi - bu mükafatı Əli Vəliyevə, Hüseyn Arifə, bir də mənə vermişdilər. - Deməli, dövlətdən yalnız təqaüd alırsınız? - Bəli, yaşa görə pensiya alıram - 93 manat idi, artıb 108 manat oldu. - Ziyalılar arasında “soyuq müharibə”ni necə qarşıladınız? Bu məsələdə kimin tərəfindəsiniz? - Mən həmişəki kimi, həyat prinsipimə sadiq qalaraq haqqın tərəfindəyəm. Burasını da deyim ki, mənimçün ən doğma təşkilat olan Yazıçılar İttifaqında intriqalar həmişə olub. Sovetin vaxtından üzü bəri. Amma mən - orda olanların hamısı bilir, üzüm də ağ, dilim də uzundur - heç bir qrupa qoşulmamışam. Haqq nəyi, kimi saymışamsa, onun tərəfində olmuşam. İndi burda yazıçıların, yaradıcı adamların bir-birini aşağılamasının qəti əleyhinəyəm. Mən bunu yaradıcı adamlara yaraşdırmıram. Bu ittihamlar nə Çingiz Hüseynova şərəf gətirir, nə də Nizami Cəfərova. Mən Nizami Cəfərovu ağıllı adam sayıram, çox yaxşı ədəbiyyatşünasdır. 2005-ci il parlament seçkilərində onunla rəqib olmuşam. Ağstafada bütün Azərbaycan üçün yeni bir ənənə qoydum. 16 rəqibin hamısını öz ofisimə yığdım. Dedim şəxsən mən heç kəsin haqqında pis söz deməyəcəyəm. Qoy camaat özü istədiyi namizədə səs versin. Nizami Cəfərovun da haqqında heç bir söz demədim. Mən Rüstəmi də görkəmli yazıçı sayıram. - Necə bilirsiniz, Rüstəm İbrahimbəyov tənqidlərində haqlı idimi? - Vallah, mən bilmirəm Rüstəmin dediklərində müstəqil mətbuatın, o cümlədən “Yeni Müsavat”ın dediklərindən kəskin, təzə nə var ki? Bunları elə siz də hər gün yazırsınız da. Rüşvət də var, haqsızlıq da, insanlara qarşı laqeydlik də. Bunlar həqiqətdir. Ziyalıların Azərbaycanın dərdlərini, problemlərini qoyub bu cür məsələlər üstündə bir-biri ilə atışmasını, ən yumşaq desəm, anormal hal sayıram. - Azərbaycan ziyalısı olaraq Qarabağın taleyi ilə bağlı nə düşünürsünüz? - Təbii ki, narahatçılıq var. Yeri gəlmişkən, Ermənistandakı siyasi qüvvələrə baxın. Hakimiyyətin əleyhinə olsalar da, Qarabağ məsələsində hamı eyni sözü deyir. Dünya da görür ki, bu, erməni xalqının mövqeyidir. Mən sizin qəzet vasitəsilə hökumətə üz tutub deyirəm. Bizim səhvimiz onda oldu ki, dedik Qarabağ ermənilərinə ən yüksək status verəcəyik. Danışıqlarda heç vaxt ən yüksəkdən başlamırlar. Ən yüksək deyirsənsə, deməli, bir addım da güzəştə gedib müstəqillik verəcəksən. Niyə bizim rəsmilər Fasyedən soruşmur ki, “Qarabağ xalqı” hardan peyda oldu? Əgər ermənilərin kompakt bir yerdə yaşamasından söhbət gedirsə, onda həm Amerika, həm Fransa, həm də Rusiya öz ərazilərində kompakt yaşayan ermənilərə dövlət yaratmaq, öz müqəddaratını təyin etmək hüququ versin. Bizim rəsmilər həmin dövlətlərin təmsilçilərinə sual eləsinlər ki, bəs siz niyə ermənilərə bu hüququ vermirsiniz? Bu fikirlər mənim bir ziyalı olaraq üsyanımdır. Niyə çeçenlərə müstəqillik imkanı yaradılmadı? - Televiziyalara baxırsınızmı? - Xəbərlərə baxıram. Çünki televiziyalara baxmaq mümkün deyil. Mən 5 il AzTV-də işləmişəm. O dövrdə hər yetəni ekrana buraxmazdılar, diktorların davranışına baxardılar. İndi diktor, aparıcı yoxdur. Aparıcı oğlanlar var, xanımla elə danışır ki, mən əsəbiləşirəm. Az qalıram bu yaşımda vurub televizorun ekranını sındırım. Ayə, qanacağın olsun, belə danışmazlar. Bunlar efirdən əxlaqsızlığı təbliğ edirlər. Mədəniyyət, incəsənət, tariximiz haqqında verilişlər qəhətə çəkilib. Mənəviyyat pozulub gedib. Ayrılarkən arzularını dilə gətirdi: “Ən böyük arzum Azərbaycanı bütöv, qüdrətli, güclü görməkdir. İkincisi, biz həqiqi mənada Azərbaycan naminə birləşməyi bacarmalıyıq. Bir də ki, mən Azərbaycanın taleyindən çox narahatam. Mən Azərbaycanı həddən ziyadə, özümdən, ailəmdən çox istəyən adamam. Atamı da itirmişəm, anamı da. İnan, bu mənim sirrimdir, açıram. Azərbaycana xəyanəti onların ruhuna xəyanət kimi qəbul edirəm. Gəlin hamımız bir yerdə, çətin də olsa, böyüklü, kiçikli, ağsaqqal, qarasaqqallı bu Vətəni, bu milləti qoruyaq. Yazıqdır bu vətən, onun köməyə çox böyük ehtiyacı var”.Görüşümüz yekunlaşanda bir az rahatlaşan kimi oldum. Ürəyimdən “bax bu oldu ziyalı söhbəti” fikri də süzülüb keçdi. Yoxsa kimin hansı canlıya bənzədiyi barədə diskussiyalar açmağın ziyalılığa, elitaya, Azərbaycana nə dəxli var axı?..
43,367
24.11.2008 10:38
Dünya
OBAMA 2,5 MİLYON İŞ YERİ AÇACAĞINI VƏD ETDİ
Obama əlavə edib ki, iqtisadi tənəzzülün dərinləşməsinə yol verməmək üçün cəld tərpənmək lazımdır. Yeni seçilmiş prezident iki illik iqtisadi planının Amerika büdcəsinə hansı məbləğə başa gələcəyini deməyib. “İndi milyonlarla ata və ana gecələr gözlərini yuma bilmir və fikirləşir ki, görəsən, onların aylıq maaşı gələn aya qədər xərcləri ödəyəcəkmi. Elə amerikalılar var ki, səhər tezdən işə gəlir, ancaq günorta ona məlum olur ki, iş yerini boşaltmalıdır. Bu cür amerikalılara kömək lazımdır, özü də bu köməyi məhz indi göstərməliyik” deyə Obama bildirib. O deyib ki, iki il ərzində ölkədə sıradan çıxmaqda olan infrastruktur bərpa ediləcək, prezident administrasiyası ABŞ-ı neft idxalından xilas etmək üçün dərhal digər enerji mənbələrinin bərpası imkanlarını öyrənməyə başlayacaq.Məlumatlara görə, neçə vaxtdır davam edən böhranın təsiri altında Amerika iqtisadiyyatında tənəzzül davam etməkdədir. Bu həftəəvvəlin rəsmi statistikasına görə, Amerikada işsizlik son 16 ildə ən yüksək səviyyəyə çatıb. Bu arada amerikalı milyarder Corc Soros deyib ki, Birləşmiş Ştatların iqtisadiyyatına hazırki maliyyə proqramının nəzərdə tutduğuna əlavə olaraq daha 300 milyard dollardan 800 milyarda qədər vəsait tələb olunur. Almaniyada çıxan dərgilərdən birinə verdiyi müsahibədə cənab Soros deyib ki, hazırkı maliyyə böhranı gözlənildiyindən də ağırdır. Onun sözlərinə görə, böyük həvəsləndirici proqramlar və infrastruktura investisiyalar lazımdır. Corc Soros prezident seçilmiş Barak Obamaya böyük ümidlər bağladığını da deyib. Onun sözlərinə görə, böhranın nə qədər davam edəcəyi yeni prezidentin bu sahədə nə dərəcədə uğurlu siyasət həyata keçirəcəyindən asılı olacaq. Obamanı qısa müddətdə məşhurlaşdıran Robert Qibbs Ağ Evin yeni mətbuat katibi olacaqABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama Ağ Evin gələcək mətbuat katibini təyin edib. “Frans press” agentliyinin xəbərinə görə, Ağ Evin yeni mətbuat katibi Obamanın yaxın köməkçilərindən Robert Qibbs olacaq. Bu haqda Obamanın keçid administrasiyası açıqlama yayıb. Bildirilir ki, Alabama ştatından olan 37 yaşlı Qibbs Obamanın seçki qərargahında aparıcı rola malik olub. Analitiklərin mövqeyinə görə, məhz Qibbsin sayəsində Obama qısa müddət ərzində ölkədə və dünyada məşhurlaşıb. Nəticədə o, prezident seçkilərində inamlı qələbə qazanıb. Digər məlumata görə, Obama administrasiyasında xarici əlaqələr şöbəsinə Ellen Moran rəhbərlik edəcək. Obamanın komandasını tam tərkibdə bu həftə elan edəcəyi gözlənilir.
43,368
24.11.2008 10:34
Ölkə
NARDARANLILARLA ESKUDERONUN DAVASI SƏNGİMİR
Onun sözlərinə görə, kənd camaatı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderonun qanunsuz əməlləri ilə bağlı Ali Məhkəməyə müraciət etsələr də, bu günədək heç bir nəticə yoxdur: “Nardarana məxsus 30 hektar torpaq sahəsini ələ keçirmiş Eskuderonun qanunsuz əməlləri ilə əlaqədar Ali Məhkəməyə müraciət olunub. Hətta Ali Məhkəmənin sədri Ramiz Rzayev kənd sakinlərinin nümayəndəsini qəbul edib. Görüş zamanı o, işə ədalətli baxılacağına söz verib. Amma indiyə qədər məsələ plenuma çıxarılmayıb. Bundan əlavə, bu il avqustun 26-da Nardaranda baş vermiş polis zorakılığı barəsində də aidiyyəti qurumlara şikayət edilib. Bildirilib ki, həmin gün 2000 minə yaxın polis qəsəbədəki ”Səfixani" deyilən əraziyə gələrək buradakı tikililəri uçurub və bir neçə kənd sakinini döyərək həbs edib. Ancaq hüquq-mühafizə orqanları bizim şikayətimizə baxmayıb".R.Əlizadə üzləşdikləri problemlə bağlı deputat Eldar Quliyevə də müraciət olunduğunu və onun kəndə dəvət edildiyini dedi: “Deputatın köməkçisilə görüşmüşük və lazımi sənədləri ona təqdim etmişik. Söhbət əsasında bildirilib ki, kənd sakinlərinə məxsus torpaqlar qanunsuz yollarla Eskuderonun gəlini Nigar Nəzərovanın adına keçirilib. Bu proses zamanı Azərbaycan məhkəmələri ciddi qanunsuzluğa yol verib”.Müsahibimiz kəndə yeni icra nümayəndəsinin təyin edildiyini söylədi. Onun sözlərinə görə, məlum saxtakarlıqda iştirak edən qəsəbənin icra nümayəndəsi Yaşar Orucov ötən ay işdən çıxarılıb: “Onun yerinə saxta şahidçilik aktına qol çəkmiş Tofiq Həsənov təyin edilib. Belə ki, T.Həsənov və onun atası ”Səfixani" deyilən ərazinin Salman Cəbrayılova məxsus olması barədə əvvəlcədən tərtib edilmiş saxta akta imza atan 104 şahiddən biridir. Məhz bu akt əsasında 30 hektar torpaq sahəsinin S.Cəbrayılova məxsus olmasına hüquqi don geydirib və sonradan həmin torpaq sahəsi vərəsəlik yolu ilə Nigar Nəzərovaya verilib. Ancaq Tofiq müəllim ayrı-ayrı yerlərdə deyib ki, guya onu aldadaraq bu sənədə imza atdırıblar. Amma nədənsə T.Həsənov bu günədək bir dəfə də olsun məhkəməyə gələrək etirafedici ifadə verməyib".
43,369
24.11.2008 10:58
İqtisadiyyat
MOSKVA UKRAYNANIN QAZINI KƏSMƏKLƏ HƏDƏLƏDİ
Sergey Kupriyanovun dediyinə görə, danışıqlara mane olan Ukraynanın Rusiyaya böyük borcu olmasıdır. O hazırda iki ölkə arasında qazın alınması ilə bağlı danışıqların getmədiyini bildirib.Ötən həftə Rusiya prezidenti Dmitri Medvedyev Ukraynadan 2,4 milyard dollarlıq borcunu ödəməyi tələb etmişdi. Ukrayna bildirir ki, ölkənin Rusiyaya borcu 1,25 milyard dollara qədər təşkil edir və bu məbləği də Ukrayna “Qazprom”a yox, vasitəçi şirkət olan “RosUkrEnerqo”ya borcludur. 2006-cı ilin yanvar ayında Rusiya Ukraynaya qaz təchizatlarını dayandıracağı barədə hədələrinə əməl edərək Mərkəzi Avropaya qaz axınını kəsmişdi. Bu il isə Rusiya Ukraynanın daha baha rus qazına görə ödəniş etmədiyini səbəb göstərərək qaz təchizatlarını yarıya qədər azaldıb. “Qazprom” şirkəti xəbərdarlıq edir ki, gələn il üçün Ukraynaya satılacaq qazın min kubmetri 400 dollardan aşağı olmayacaq. Ekspertlərə görə, bu qiymət Ukrayna iqtisadiyyatı üçün sarsıdıcı zərbədir. Çünki qazla işləyən sənaye müəssisələri bu qiymətə tab gətirməyərək müflis ola bilər. Rusiyanın Ukraynaya qarşı qaz məsələsi ilə bağlı göstərdiyi bu təzyiqlərin arxasında siyasi motivlərin dayandığına heç bir şübhə yoxdur. Prezident Viktor Yuşşenko Ukraynanın NATO-ya üzvlüyü üçün çalışır və Rusiyanın Gürcüstana qarşı hərbi təcavüzünü pisləyənlərdən biri idi. Həmçinin Rusiya iddia edir ki, Ukrayna prezident Yuşşenkonun tapşırığı əsasında Gürcüstanı silahlandırıb.
43,370
24.11.2008 08:58
Gündəm
DÜŞMƏN OLSA DA, KİŞİ İŞİDİR
“Regnum” agentliyinin xəbərinə görə, hakimiyyət orqanları ona anasının dəfnində iştirak etmək üçün bir neçə günlüyə icazə veriblər. Canqiryanın 79 yaşlı anası bir gün əvvəl ölüb. Onun səhhətinin iki oğlunun həbsindən sonra ağırlaşdığı bildirilir. Canqiryan anasının dəfnində iştirak zamanı həbsxana nəzarətçiləri tərəfindən müşayiət ediləcək. O, dövlət çevrilişi cəhdində, qanunsuz silah saxlamaqda və kütləvi iğtişaşların təşkilində ittiham olunur.
43,371
24.11.2008 09:03
Yazarlar
XANIM KLİNTON, SİZ HARALISIZ?
Bu, dəqiqən noyabrın 5-də oldu, Obamanın prezident seçildiyi barədə xəbərlər yoğunlayanda dedim, uşaqlar, indi yaxşı olar ki, ağ prezidentin qara və qadın dövlət katibi olduğu kimi (Buş və Rays), qara prezidentin də ağ və qadın dövlət katibi olsun. Bu posta ən yaxşı namizəd isə, ərz etdim, Hillari xanımdır, çünki 8 il o yandan bəri Amerikanın birinci ledisi olub, “n” qədər rəsmi səfərlərdə, mərasimlərdə iştirak edib, Ağ Evə yaxşı bələddir və sair. Allah tərəfi, öz namizədimi irəli sürəndə həmkarlardan heç kəs bu xüsusda mənimlə höcətləşmədi, dedilər, hər şey keniyalı Hüseyn kişinin oğlundan asılıdır. O da sağ olsun, versiyamı yerə salmadı. Dünən qəzetlər yazıblar ki, artıq xanım Klintonun dövlət katibi postunu tutması söhbəti dəqiqləşib. Bunu yazmaqla vurğunu ona salmaq istəyirəm ki, işə baxın, bu ölkədə yaşayan adi jurnalist oturub Atlantikin o tayındakı azman dövlətdə mühüm dövlət postuna kimin təyin ediləcəyini proqnozlaşdırır və gümanı düz çıxır. Özü də mən bunu qətiyyən öz fitri istedadıma bağlamıram (təbii ki, bunun da öz rolu var), diqqəti Amerikanın nə dərəcədə məntiqlə, proqnozlaşdırıla biləcək halda idarə olunmasına yönəldirəm. O ölkədə elədir, baxırlar ki, bir sıra parametrlərinə görə filan posta ən yaxşı namizəd filankəs ola bilər. Bunu Sem dayı da qəbul edir, Tom dayı da. Və həmin filankəsi o posta təyin edirlər ki, dövlət və xalq naminə işləsin, fayda versin. Bizdə isə nazir postuna kimin təyin olunacağını bilmək üçün gərək namizədin cəddi-əqrəbasını tanıyasan, harada doğulduğunu, hətta ata-anasının haralı olduğunu biləsən, ibtidai məktəbə harda getdiyindən, onuncu sinfi hansı məktəbdə bitirdiyindən, partada kiminlə yanaşı oturduğundan, universitetdə kiminlə dostluq etdiyindən xəbərin olsun. Hələ başqa nüanslar da var, yaxşı olar ki, namizədin diplom, yaxud elmi iş rəhbərinin kim olduğu barədə də məlumata malik olasan. Yoxsa proqnozun düz çıxmaz. Məsələn, 8 il əvvəl heç kimin ağlına gəlməzdi ki, Ziyafət Əsgərov parlament sədrinin müavini ola bilər. Bunu ancaq vaxtilə onun spiker Murtuz müəllimin köməkçisi olduğunu bilənlər bilə bilərdilər.Yaxud heç ola bilərmi ki, Azərbaycanda kimisə mühüm dövlət postuna qoyalar və onun haralı olduğunu nəzərə almayalar? Ola bilməz. Elə vəzifələr var ki, ora yad eldən olan adamı təyin etmək olmaz. Çünki insan çiy süd əmib, birdən etibarsız çıxar və fikrindən birinci olmaq keçər; onda beləsi ilə nə edərsən, təzədən birinciyə - ibtidai sinifə göndərməyəcəksən ki. Məcbursan əvvəlcə işini ibtidai istintaqa göndərəsən, sonra isə birinci kalona basasan. Bu isə istənilən hökumət üçün böyük minusdur. Tez-tez naziri tutulan dövlətə qıraq yerdə yaxşı baxmırlar. Bu baxımdan, kadr seçən adam çox ölçüb-biçir və axırda bu qərara gəlir ki, eloğludan başqası yoxdur. Deyirlər, hazırda parlamentdə bir oğlan var (indi bir az yekəlib, amma mandat alan vaxtı tamam uşaq imiş), o mərtəbəyə həyat yoldaşının sinif yoldaşının hesabına qalxıb. Bax yalnız bu rəfiqəlik büsatını biləndən sonra bilmək olardı ki, yekə-yekə namizədlərin qoşulduğu yarışda mandatı məhz o uşaq alacaq. Amerikada isə belə şeylərə baxmırlar, peşəkarlığa, səriştəyə, reytinqə, ictimai rəyə fikir verirlər. Hərçənd xanım Klintonun İllinoys ştatından olmasını, Obamanın isə dünənəcən bu ştatın qubernatoru olduğunu biləndən sonra adam şübhələnir ki, bəlkə Obamanın da yerlibazlıq damarı yoğunlayıb, ona görə o boyda vəzifəni elqızına verir. Hər halda, yenə o fikirdəyəm ki, ABŞ-ın dövlət katibi postuna Hillari Klintondan parlaq namizəd tapmaq çətindir - necə ki, 2005-ci ildə Bahar Muradovadan layiqli vitse-spiker tapmaq çətin idi. (Müqayisənin qüsurlu olduğuna görə məni bağışlayın, xanım Klintondan fərqli olaraq xanım Muradova o vəzifəyə ərinin hesabına yüksəlməyib). Samir SARI
43,372
24.11.2008 10:58
İdman
RƏŞAD SADIQOV İSPANİYADA OYNAYA BİLƏR
Qəzetin etibarlı mənbələrə istinadən yaydığı xəbərdə bildirilir ki, artıq “Valyadolid” Sadıqovu baxışa çağırıb. Məlumatda bildirilir ki, millinin kapitanını ispanlara əcnəbi bir menecer təklif edib. Qəzet çox çalışsa da həmin menecerin kimliyini dəqiqləşdirə bilməyib. Yalnız onu öyrənib ki, ispan klubunun rəsmiləri artıq Azərbaycan-Albaniya oyununu Az.TV vasitəsilə (bu kanal peyk vasitəsilə xaricdə də izlənilir) izləyib və Rəşadın oyununu bəyəniblər. Bundan sonra isə kapitanın baxışa gəlməsini istəyiblər.Mənbə deyib ki, “Valyadolid” yaxın iki gündə “Neftçi”yə rəsmi dəvət məktubu göndərəcək. Sadıqovun dekabrın 14-dən sonra İspaniyaya getməsi gözlənilir. Gələn ayın 13-14-də La liqanın oyunları olacaq və ispanlar futbolçumuzun məhz bu tur ərəfəsində baxışa getməsini istəyir.Yeri gəlmişkən, “Valyadolid” son tur çərçivəsində səfərdə “Vilyarreal”a böyük hesabla qalib gəldi - 3:0. Komanda hazırda 16 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Hazırda komandaya ispaniyalı mütəxəssis Xose Luis Mendilibar rəhbərlik edir. O, 2006-cı ildən komandanın baş məşqçisidir. “Valyadolid” ilk dəfə 1987-ci ildə La liqaya vəsiqə qazanıb.Digər məlumata görə, “Valyadolid”dən başqa İspaniyanin birinci divizionunda çıxış edən bir neçə klub da Rəşadın xidmətində maraqlıdır. Amma həmin klubların adlarını dəqiqləşdirmək mümkün olmayıb. Qəzet yazır ki, R.Sadıqovun “Boluspor”a keçmək variantı da gündəmdə qalır. Futbolçu özü isə telefon zənglərini cavabsız qoyduğundan yayılan məlumtalara onun özünün münasibətini öyrənmək mümkün olmayıb.Qeyd edək ki, Rəşadın “Valyadolid”ə keçidi baş tutsa, o, İspaniya La liqasında forma geyən ilk azərbaycanlı olmayacaq. Belə ki, ondan əvvəl hazırda “Neftçi”nin idman direktoru vəzifəsində çalışan Vəli Qasımov “Betis”in heyətində “böyük beşlik” həyəcanı yaşayıb.
43,373
24.11.2008 09:06
İdman
TƏRLAN ƏHMƏDOV KARYERASINI BİTİRMƏYƏ TƏLƏSMİR
- Tərlan, OMİK-lə qarşılaşmada müdafiə xəttində çətinlik oldumu? - Bildiyiniz kimi, rəqib autsayderlər qrupunda yer alıb. Elitada qalmaq üçün bütün qüvvələri ilə mübarizə apardılar. Biz də oyunun maraqlı keçməsi üçün birinci hissədə buna şərait yaratdıq. Bu baxımdan ilk hissədə bir az çətinliklər oldu. - Komandanız ötən çempionatdakı uğuru təkrarlaya biləcəkmi? - Biz elə bunun üçün çalışırıq. Bu gün “Olimpik” həm kubok, həm də çempionluq uğrunda mübarizə aparır. Əsas məqsədimiz çempion olub Azərbaycanı beynəlxalq arenada təmsil etməkdir. - Razılaşın ki, “Olimpik” çempionata yaxşı başlamadı. Hazırda çempionluq uğrunda mübarizə aparan çox güclü klub var. Sizcə, “Olimpik” üçün çətin olmayacaq ki? - Hələ qarşıda ikinci dövrə var. İndidən heç nə demek olmaz. Hər şey sonda məlum olacaq. Keçən çempionatda “İnter” bizdən 11 xal geridə idi. Amma sonda çempion oldu. Nə bilmək olar, bəlkə ikinci dövrədə “Neftçi” ideal klub yaradıb çempion adını qazanacaq?! Əsas məqsədimiz rəqiblərdən çox geri qalmamaq və oynadığımız hər oyundan xal götürməkdir. - Futbolçu karyeranı başa vurmağı düşünürsənmi? - Mənim oyunum nə vaxt sizin xoşunuza gəlməyəcəksə, mətbuatın tənqidini eşidəcəm, bax, o zaman da futbolu buraxacam. Amma hələ ki, tənqidi eşitmədiyimə görə oynayıram (gülür). Mənimlə birgə çıxış edən gənc futbolçulara kömək etməli və örnək olmalıyam. - Kimə örnək olmaq istəyirsiniz? - Klubda gənc və perspektivli futbolçular çoxdur. Təcrübəmizi Nizami Hacıyev, Nəriman Əzimov kimi futbolçulardan əsirgəməməliyik. Məşqçi hər şeyi çatdıra bilmir. Futbolçular təkcə məşqçidən yox, təcrübəli oyunçulardan da öyrənməlidir. Elvin Əliyev iki il mənim yanımda oynadı, indi güclü klublar onu öz sıralarında görmək istəyir.
43,374
24.11.2008 09:06
İdman
HACİEVSKİ FOQTSU “YIXIB SÜRÜDÜ”
O, Azərbaycan yığmasına rəhbərlik etdiyi müddətdəki komandanın Foqtsun komandasından iki baş üstün olduğunu da vurğulayıb: “Mən Azərbaycanın ən güclü futbolçularını komandaya toplamışdım. Onda komandada motivasiya, nizam-intizam var idi. Həm də ab-hava yüksək səviyyədə idi. Amma indiki komandada elə futbolçular var ki, premyer-liqada heç 20 oyun da keçirməyib. Foqts onlarla Avropada nəticə qazanmaq istəyir. Mən o vaxt dedim ki, biz seçmə mərhələdə 10-12 xal yığa bilərik. Amma mənə dedilər ki, bizə daha çox xal lazımdır. Amma indi 3 oyundan sonra yığmanın cəmi 1 xalı var. Belə olan halda ancaq perspektiv üçün işləmək lazımdır. Qarşıda Almaniya və Rusiya ilə oyunlar qalıb. Bəlkə Foqts almanlarla rusları məğlub edəcək? Düzdür, belə bir söz deməyib. Amma onun ağlına nə gəlsə, onu da edəcək. Foqtsun yığmaya çağırdığı futbolçuların çoxunun fiziki durumu yerində deyil. Əksəriyyəti oynamayan, heyətə düşə bilməyən futbolçulardan qurulub. Bir gün durub deyir ki, Azərbaycanda yaxşı məşqçi yoxdur, sabah da fikirlərini təkzib edir. Bəhanə etmək, ”futbolçular klublarında heyətə düşə bilmir" demək lazım deyil. Futbolçu fiziki cəhətdən normal deyilsə, onun millidə nə işi var? Foqtsun futbolçuları hansı kriteriyalarla seçdiyini hələ də bilmirəm. Mən heç də istəməzdim ki, Foqtsa qarşı çıxım. Bəlkə də onun qədər təcrübəm, daha doğrusu, nəticəm yoxdur. Amma işləri, futbolu ən azı onun qədər bilirəm. Azərbaycanda, Yaponiyada və başqa ölkələrdə işləmişəm. Yəni təcrübəm kifayət qədərdir. Bilirəm ki, Foqts işini düzgün qurmayıb. Belədə durub onu tərifləyə, “hər şey yaxşıdır” deyə bilmərəm. Onunla heç bir qərəzim yoxdur. Ancaq gördüyüm faktları deyirəm".
43,375
24.11.2008 09:17
İdman
OMİK-in MƏŞQÇİSİ GÜNAHI HAKİMLƏRİN ÜSTÜNƏ ATDI
apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan premyer-liqasının XII turu çərçivəsində “Olimpik”lə görüşdən sonra OMİK-in baş məşqçisi Qəhrəman Əliyev deyib. “Hərbçilər”in çalışdırıcısı bildirib ki, komandasının 1:3 hesablı məğlubiyyətə uğradığı qarşılaşmada ədalət təmsilçilərinin nöqsanlarını hakim-inspektor da təsdiqləyib: “Turnir cədvəlindəki mövqeyimiz bizi birinci dövrənin son 3 oyununda maksimum xal yığmağa sövq edirdi. Buna görə də ”Olimpik"lə matça ciddi hazırlaşmışdıq. Rəqibin vurduğu ikinci qol epizodunda top xətti keçməmişdi. Oyundan sonra epizodun videotəkrarına görüşün hakim-inspektoru Orucəli Durmuşovla birgə baxdıq. O da topun xətti keçmədiyini təsdiqlədi".Q.Əliyev OMİK-in əleyhinə təyin olunan penalti qərarını da ədalətsizlik sayıb: “Qapımıza penalti verilməməli idi. Bu haqsızlığa dözə bilmədiyimdən oyun başa çatmamış paltardəyişmə otağına yollandım. Çünki hakimlər xal qazanmamağımıza bais oldular”.Qeyd edək ki, “Olimpik”ə məğlubiyyətin ardından OMİK yenə 4 xalla 13-cü pillədə qərarlaşıb.“Olimpik”in baş məşqçisi Əsgər Abdullayev isə komandasının hücumçularından narazı qalıb. OMİK-lə matçdan sonra təcrübəli çalışdırıcı yetirmələrini tənqid edib. “Hücumçularımdan çox narazıyam. Oyunda 2-3 real qol imkanından istifadə etməməyi başa düşmək olar. Ancaq təxminən 15 qol şansından yararlana bilməmək hücumçuların ustalıq səviyyəsinin yüksək olmamasından xəbər verir”- deyə Abdullayev vurğulayıb.Baş məşqçi vurğulayıb ki, ön xətt futbolçularının qeyri-fəallığı arzuolunmaz fəsadlar törədir: “OMİK-lə matçda elə epizodlar yaranırdı ki, orada qol vurmamaq qol vurmaqdan çətin idi, ancaq biz fərqlənə bilmirdik. Belə hal komandamın müdafiə xəttində təşviş yaradır, məşqçiləri isə gərginlikdə saxlayır”.O, az qala saymazlığın qurbanına çevriləcəklərini söyləyib: “Yetirmələrimə həmişə deyirəm ki, zəif komanda yoxdur, zəif hazırlıq, rəqiblə hesablaşmamaq var. Bu gün rəqibi saymamağımız az qala bizə baha başa oturacaqdı”.Ə.Abdullayev həmçinin “Olimpik”in ikinci qolunun “təmiz” olduğunu, topun qapı xəttindən keçdiyini nəzərə çatdırıb.
43,376
24.11.2008 09:15
Ölkə
BUKMEYKERLƏR: ONLAR NECƏ VƏ NİYƏ YARANIB
Əslində bu proses, yəni futbol üzrə milli çempionatların oyunlarına “stavka” qoyuluşu o vaxtlar bütün SSRİ-ni başına götürmüşdü. Hər həftə milyonlarla pul müxtəlif ciblərə gedirdi. 1986-cı il Meksikada keçirilən dünya çempionatı ərfəsində SSRİ İdman Komitəsi bukmeykerlərə öldürücü zərbə vurdu: komitənin rəsmi nəşri, ölkənin bir nömrəli idman qəzeti “Sovetski sport” da “Futbol-proqnoz” adlı oyun keçirilməyə başlandı. Eyni zamanda milis də qeyri-qanuni pul qoyuluşu edənlərə qarşı mübarizəyə qalxdı. “Sovetski sport” o dövrdə sözün həqiqi mənasında bukmeyker kontoru rolunu oynayırdı. Əldə olunan milyonlar isə, təbii ki, dövlətin xəzinəsinə gedirdi... Hər şey atçapmadan başladı... Bəs ilk bukmeyker kontorları harda və necə yaranıb? Əslində kontorların tarixi çox uzaqlara, 19-cu əsrin ortalarına gedib çıxır. O dövrə ki, hələ futbol adlı oyun, necə deyərlər, icad edilməmişdi. Söhbət ondan gedir ki, Avropanın ilk bukmeyker kontoru olan “Uilyam Hill” 60-cı illərin ortalarında cıdır yarışmalarına “stavkalar” qəbul etməyə başladı. Bu yeni qumar növü qısa vaxt ərzində o qədər populyarlaşmışdı ki, Avropanın hər yerindən minlərlə varlı cıdır azarkeşi hər həftənin şənbə və bazar günləri özünü Birmengemdəki atçapma yarışlarına çatdırırdı. “Uilyam Hill” isə qısa müddət ərzində elə bir qazac əldə etməyə başladı ki, artıq onun Avropanın əksər iri ölkələrində, eləcə də çar Rusiyasında şöbələri yaranmağa başladı. 19-cu əsrin 80-ci illərindən isə futbolun təşəkkül tapması və həddən artıq populyarlaşması ilə “Hill”in yeni rəqibləri meydana çıxdı. 20-ci əsrin əvvəllərində təkcə Avropada iyirmiyə yaxın və ancaq futbol oyunlarına “stavka” qəbul edən kontorlar vardı. Və onların sayı günü-gündən də artırdı. Birinci və tarix üçün çox qısa müddətdən, 19 ildən sonra başlayan İkinci Dünya müharibələri - baxmayaraq ki, 1930, 1934, 1938-ci illərdə üç dünya çempioantı keçirilmişdi, amma iş ondadır ki, indiki dövrdən fərqli olaraq həmin çempionatları çox bəsit formada təşkil olunmuşdu və məhdud saylı komandaların iştirakı ilə keçirilirdi - bu sahəni də iflic etdi. Necə deyərlər, dünya döyüşürdü, “stavka” vaxtı deyildi. İkinci Dünya müharibəsi bitəndən sonra, futbolun intibahı tezliklə bukmeyker kontorlarını da fəallaşdırdı. 1950-ci ildə futbol üzrə növbəti dünya çempionatı keçirildi. Bundan bir qədər sonra isə Avropa ölkələri Yarmarkalar Kubokunu, ardınca Çempionlar, daha sonda isə Kuboklar Kubokunu təsis etdilər. Və bununla da kontorların çiçəklənmə dövrü başlandı. Gizli bukmeyker kontorlarının birinə xalq artisti rəhbərlik edirdi Bukmeyker kontorlarının fəaliyyətinə qayıdacağıq.Hələlik isə Azərbaycana dönək. Yazının girişində qeyd etdiyimiz kimi, hələ sovetlər dönəmində Azərbaycanda gizli şəkildə “stavka”lar qəbul edirdilər. Elə müstəqillik dönəminin ilk illərində də bu sahə kustar üsulla formalaşır, ayrı-ayrı çayxana və kafelərdə “şot” yığılırdı. Bakının “şotyığan” və “şotverənlər”i artıq dioslokasiya yerlərini də işlədirlər. İndi onlar “Səməd Vurğun bağı”na yox, “Nizami” kinotetarının arxasına yığışırdılar. Bakının ən böyük səyyar “bukmeyker kontoru”na isə adını çəkmək istəmədyimiz Azərbaycanın xalq artistlərindən biri rəhbərlik edirdi. Şənbə və bazar günləri həmin ərazidə bərk qələbəlik olurdu. Burda bir çox tanınmışlara da rast gəlmək mümkün idi; jurnalistlər, artistlər, şoumenlər, hətta partiya sədrlərinin müavinlərinədək. Heydər Babayevin inhisarı və Vüqar Məmmədovun həbsi Amma xalq artistinin səyyar kontorunun ömrü 90-cı illərin sonunacan çəkdi. Artıq ölkədə elə bir sahə yox idi ki, inhisara götürülməsin. Oliqarxlar bu sahəni də ələ keçirdilər. Tezliklə, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin patronajlığı altında “Futbol planeta” qəzeti təsis edildi. Alternativ məkan olmadığından “stavka” həvəskarları bu qəzetə üz tutmağa başladı.Və bu arada ölkənin bir nömrəli idman nəşri “Futbol+” ortaya çıxdı. Qəzetin oxucu auditoriyası böyük olduğundan və H.Babayevin qəzetindən daha səviyyəli nəşr edildiyindən “stavka” həvəskarları ora axışmağa başladı. Çox keçmədi ki, inhisar öz sözünü dedi. “Futbol+”un təsisçisi Vüqar Məmmədov həbs edildi. Qəzet “stavka” qəbul etməkdən əl çəkdi. Əks təqdirdə, ümumiyyətlə bağlana bilərdi. Bu sahədə inhisar bütünlüklə H.Babayevin əlinə keçdi. Kütləvi “mini-bukmeyker”lər paradı 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı ərəfəsində Bakıda kütləvi şəkildə qeyri-rəsmi bunkmeyker kontorları əmələ gəldi. Əsasən kiçik kafelərdə, heç bir müqaviləsiz-filansız, sadəcə, etibarlılıq prinsipi ilə fəaliyyət göstərən bu mini-kontorlar sayı durmadan artmağa başladı. Bakının mini-kontorlarının fəaliyyəti olduqca primitivdir. Adi vərəqələrə Avropa bukmeyker kontorlarının həmin gün üçün təyin etdiyi kotirovkaları yazırsan. Bir də “stavka” etdiyin məbləği göstərirsən. Vərəqələrin hər ikisinə yerli “bukmeyker”- qol çəkib, birini sənə qaytarır, o biri onda qalır. Sizə elə gəlir ki, həmin adam həmin pulu aparıb “Maraton”, “Qeymbukers” və ya “Bvin” hesabına keçirəcək. Sadəlövh olmayın. Pul elə onda qalır. Əgər udmusunuzsa, gəlib pulunuzu götürürsünüz. Uduzmusunuzsa heç, pul qalır ona. Heç bir əziyyət çəkmədən, necə deyərlər, daş atıb başını tutmadan. Hə, yaddan çıxmamış onu da deyim, udduğunuz pulun 5 faizini də ona verməlisiniz. Deyilənə görə, ona qalan da elə bu 5 faizdir, 95 faiz isə “krışa” nın cibinə gedir. Belə eləməsən, faizi gizlətsən, adamı yaranmasına peşman edərlər. Axı bu qumardır. Qumar isə ölkədə çoxdan ləğv olunub. Futbol, eləcə də digər idman yarışlarına pul qoyuluşu etmək həmvətənlərimiz üçün İnzibati Xətalar Məcəlləsinin 309-cu maddəsi ilə qadağan olunub. Amma bu ölkədə yaşayan hər kəs yazılan qanunların yalnız kağız üzərində qaldığını gözəl bildiyindən, can rahatlığı ilə sözügedən maddəni tapdalamağa cəsarət tapır. Azərbaycan çempionatına niyə pul qoyuluşu qəbul edilmir? Futbol-proqnozla məşğul olanlar yaxşı bilir ki, ötən mövsüm yalnız “Bwin” bukmeyker kontoru Azərbaycan çempionatının oyunlarına pul qoyuluşu qəbul edirdi. Maksimum məbləğ isə 50 avro idi. Digər müəsissələr bizimkilərin xasiyyətinə bələd olduğundan baş tutan matçları siyahıya salmağa risk etmirdi. Amma bu mövsümdə ünlü “gamebookers” kontoru bizimkilərin nəfsini sınaqdan keçirməyə qərar verdi. Üstəlik, Bakıdakı kafelərin bəzilərində milli çempionata pul qoyuluşu qəbul edilir. Düzdü, bu hələ geniş vüsət almayıb və altdan-altdan edilir. Bizim oyunlardan “bəhrələnmək” üçün gərək həmin obyektlərin sahibləri ilə yaxından-uzaqdan tanışlığın ola.“Futbol+”un araşdırmalarına görə, bu “örtülü bazar”ın ömrü uzun olmayacaq. Çox keçməz, hər şey açıq-aşkar cildə girər. Hər halda, ölkə çempionatının oyunları da “böyük bazar”a qədəm qoydu. Bu isə o deməkdi ki, premyer-liqamızda sürpriz nəticələrin sayı əvvəlki illərlə müqayisədə daha çox olacaq. Qısası, zibilə bənzər futbolumuzun tamamilə zibili çıxacaq. Bu işdə isə ölkəmizdə top qovan futbolçuların “əməyi” misilsiz olacaq. “Şot” verməklə dolanmaq mümkündürmü? Özünü xəstəlik səviyyəsinə çatdırmış “şot”verənlərdən biri deyir ki, bu yolla dolanmaq olsaydı, bütün millət elə bu işlə məşğul olardı da.- O gün səkkizinci sinifdə oxuyan oğlum mənə deyir ki, ata, “Fənər”lə “Qalatasaray” oyununa birincinin qələbəsinə 5 manat atmaq istəyirəm. Üstünə qışqırdım ki, get dərsini oxu. Bir tərəfdən də fikirləşirəm ki, uşaq yazıq neyləsin. Telefon zəng çalır, məni çağırırlar, söhbət də ancaq futboldan, şotdan gedir. Səhər “şot”, axşam “şot”. Evdə eşitdiyi də ancaq budur. Həmsöhbətimiz deyir ki, indiyədək ən çox 650 manat udub. “Fənər”in “İnter”lə qələbəsi, üstəgəl əlavə 4 oyunu da tutub. Amma onu da etiraf edir ki, uduzduğu udduğundan çox olub. Və hamıya da məsləhət edir. Oynamayın, uduzacaqsınız.Düz deyir, oynamayın!
43,377
24.11.2008 10:58
Dünya
AMERİKA VƏ RUSİYA PREZİDENTLƏRİ SON DƏFƏ GÖRÜŞDÜ
Xarici işlər naziri Sergey Lavrov məlumat verib ki, prezidetlərin görüşündə dəniz quldurluğuna qarşı birgə mübarizə məsələləri də müzakirə olunub. Görüş nəticəsində razılıq əldə edilib ki, tərəflər bu məsələnin praktiki və hüquqi tərəfləri ilə bağlı birgə təşəbbüslə çıxış edə bilərlər. Lavrov əlavə edib ki, ABŞ-la Rusiya arasında fikir ayrılıqları qalır. Lakin bunları aradan qaldırmaq üçün istək də var.Corc Buş isə deyib ki, o, iki ölkə arasındakı problemlərin həll oluna biləcəyinə ümid edir. ABŞ prezidenti bu məsələlərin üzərində işləyəcəklərini deyib: “Mənim prezident Putinlə və prezident Medvedyevlə bir çox görüşlərim olub. Elə məsələlər olub ki, biz onlar barədə razılaşma əldə etmişik, elə məsələlər də olub ki, razılaşmamışıq. Bununla belə, iki ölkə arasında işgüzar münasibətlərin qalmasına çalışmışıq”. Bildirilir ki, görüşdə qlobal maliyyə böhranı ilə bağlı məsələlər də müzakirə olunub. Digər xəbərə görə, Corc Buş sammitdə çıxışı zamanı dünya liderlərini hazırkı iqtisadi böhrandan çıxmağa kömək etmək üçün azad bazarları və ticarətləri qəbul etməyə çağırıb. Buş deyib ki, iqtisadiyyata stimul verəcək ən güclü qüvvə “azad bazar, azad ticarət və azad insanlardır”. ABŞ GÜRCÜSTANA HƏRBİ GƏMİLƏR GÖNDƏRİBABŞ hərbi dəniz qüvvələri Rusiyanın hərbi müdaxiləsindən sonra növbəti dəfə Gürcüstan sahillərinə özünün hərbi gəmilərini göndərib. ABŞ rəsmiləri bunun xoşməramlı missiya olduğunu bildirirlər. Məlumata görə, “U.S.S Barry” Batumi limanında ötən şənbə günü lövbər salıb. Tiflisdəki Amerika səfirliyinin rəsmiləri deyir ki, gəmi gələn həftə Poti limanına hərəkət etməmişdən öncə ekipaj üzvləri yerli rəsmilər və ictimai təşkilatlarla görüşəcək. ABŞ-ın əvvəlki gəmilərinin səfərindən fərqli olaraq rəsmilər deyir ki, “U.S.S. Barry” humanitar yardım aparmır. Gəmi son dəfə Potiyə oktyabr ayında gəlmişdi. Bugünkü səfər Rusiyanın “Böyük Pyotr” hərbi dəniz gəmisi də daxil olmaqla flotiliyasının Karib dənizində Venesuela ilə təlimlər keçmək üçün hərəkətə düşdüyü vaxta təsadüf edir. GÜRCÜSTANDA “QIZILGÜL İNQİLABI”NIN İLDÖNÜMÜ QEYD EDİLİBDünən Gürcüstanda “qızılgül inqilabı”nın beşinci ildönümü qeyd edilib. Həmin inqilabla Şevarnadze hakimiyyəti qərbmeyilli Saakaşvili hakimiyyəti ilə əvəzlənib. ABŞ prezidenti Corc Buş “qızılgül inqilabı”nın ildönümü münasibətilə çıxışında ölkəsinin azadlığı müdafiə edən cəsur gürcü xalqı ilə qürur duyduğunu bildirib". (“Azadlıq”) O deyib ki, “qızılgül inqilabı” xalqa seçim hüququ verəndə onun azadlığı üstün tutduğunu bir daha sübut edir. Corc Buş Birləşmiş Ştatların demokratiya, müstəqillik və ərazi toxunulmazlığı məsələsində gürcü xalqına dəstək vədinə sadiq qaldığını bildirib.Gürcüstan prezidenti Mixail Saakaşvili isə televiziya ilə xalqa müraciətində təhlükələrə qarşı milli birlik nümayiş etdirməyə çağırıb. O etiraf edib ki, “qızılgül inqilabı”ından sonra heç də bütün ideallara çatmaq mümkün olmayıb. Saakaşvilinin sözlərinə görə, Rusiyanın hərbi təcavüzü Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək perspektivlərini mürəkkəbləşdirib və ölkə iqtisadiyyatına ciddi zərbə vurub. “Qızılgül inqilabı”nın ildönümü ilə bağlı bu il də müxtəlif mərasimlər təşkil olunub, bu mərasimlərə Polşa prezidenti Lex Kaçinski də qatılıb. Ekspertlərə görə, bu bayramı qeyd edənlərin sayı ildən-ilə azalır. DÜNYA LİDERLƏRİ QLOBAL BÖHRANA QARŞIAsiya-Sakit okean bölgəsinin 20-dən çox ölkəsinin dövlət rəhbərləri qlobal ticarət və investisiyalara qarşı yeni maneələrin yaradılmasından çəkinmək çağırışı ilə çıxış ediblər. Bu, qlobal maliyyə böhranına cavab tədbirləri çərçivəsində prezident Buş və Çin prezidenti Hu Tsintaonun təşəbbüsüdür. Perunun paytaxtında keçirilən Asiya-Sakit okean ölkələrinin iqtisadi əməkdaşlıq təşkilatı ATEC-in sammitində toplaşan dövlət rəhbərləri ən məhsuldar kiçik və orta biznesin ixracat kreditlərilə təmin olunmasına dair beynəlxalq təsisatların cəhdlərini dəstəkləyiblər. Toplantı zamanı dünya ticarəti məsələsinə dair danışıqları canlandırmaq çağırışları da səslənib. “TALİBAN” LİDERİ SƏUDİYYƏ ƏRƏBİSTANINDAN SIĞINACAQ ALIR?Səudiyyə Ərəbistanının rəsmiləri “Taliban” hərəkatının lideri, ABŞ-ın başına 10 milyon dollar təyin etdiyi Molla Ömərə bu ölkədə sığınacaq veriləcəyi haqda yayılan xəbərləri təkzib edib. Bu xəbərin Almaniyanın “Spiegel” jurnalı tərəfindən yayıldığı bildirilir. Məlumatda deyildiyinə görə, Əfqanıstan hakimiyyəti talibançılarla danışıqlar zamanı Molla Ömərə Səudiyyə Ərəbistanında sığınacaq verilməsinə razılaşıb. Lakin Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu xəbərlərin əsassız və həqiqətdən uzaq olduğunu açıqlayıb. Əfqanıstan prezidentinin administrasiyası da xəbəri təkzib edərək bildirib ki, Karzayi Molla Ömərlə bağlı Səudiyyə Ərəbistanı kralından heç bir xahiş etməyib. Lakin bir neçə gün əvvəl Kərzayi mətbuat konfransı zamanı Molla Öməri və onun yaxın tərəfdaşlarını ölkəyə qayıtmağa və danışıqlara başlamağa çağırmışdı. Lakin “Taliban” bu çağırışı rədd edərək Əfqanıstandakı hakimiyyətə və koalisiya qüvvələrinə qarşı cihadın davam edəcəyini bildirib.
43,378
24.11.2008 09:20
Siyasət
VƏZİFƏDƏN DAHA KİMLƏR GEDƏCƏK?
Bu günlərdə ölkə başçısı komitə və agentliklərin rəhbərlərini təyin edərkən daha üç nəfər vəzifəsini itirib. Bunlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədov və Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İmran Mehdiyevdir. Qeyd edək ki, G.Məmmədov H.Babayevin kadrı idi və onun “vurulması” başadüşüləndir. Digər iki agentlik rəhbəri isə “dişsiz” məmurlar hesab olunurdular. İ.Mehdiyevin ötən müddətdə həmin vəzifədə hansı meyarlarla əyləşdiyini demək çətindir. Amma Abutalıb Səmədovun Müəllif Hüquqları Agentliyinə yaxşı “iqtidarşünas” və “növbətçi prezidentliyə namizəd” olduğu üçün təyin edildiyi bəllidir. Amma görünür, A.Səmədova daha ehtiyac yoxdur, onun limiti bitib və vəzifədən azad edilib. Bu cür “limiti bitən” məmurlar hələ də var. Məsələn, bu sırada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, Heydər Babayevin qardaşı, “Neftbaza”nın müdiri Yaşar Babayevin, bir neçə rayonun icra başçılarının adlarını çəkmək olar. Eyni zamanda bəzi rayonların polis rəisinin də tutduğu postdan azad ediləcəyi istisna deyil. Əlbəttə, bunlar hakimiyyətdə köklü kadr islahatları sayıla bilməz. Sadəcə, hakimiyyətdaxili qruplaşmalar arasında gedən mübarizədə uduzan, mövqelərini itirən tərəfin çevrəsində olan adamlar “vurulur” və bu, istər-istəməz kadr dəyişiklikləri kimi təqdim edilir. Bəzi ekspertlər isə düşünürlər ki, əgər Qərbin demokratiya istiqamətində təzyiqləri artarsa, hakimiyyət köklü dəyişikliklərə 2009-cu ilin yazında başlaya bilər.
43,379
24.11.2008 09:23
İdman
KİŞİ ŞAHMATÇILARIMIZ SERBİYAYA DA UDUZDU
Kişi şahmatçılarımız yarışda ikinci dəfə məğlubiyyətlə üzləşib. Milli komandamız Serbiyaya uduzub - 1,5:2,5. Məğlubiyyətə Rauf Məmmədov bais olub. Dördüncü lövhədə mübarizə aparan şahmatçımızın Boyan Vukoviçə uduzması yekun nəticəyə birbaşa təsir göstərib. Yığmamızın digər üzvləri Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Qədir Hüseynov heç-heçə oynayıblar. Maraqlıdır ki, kişi şahmatçılarımızın ardından xanımlarımız da xorvatları məğlub edib - 2,5:1,5.Olimpiadanın sonuna iki tur qalmış şahmatçılarımızın medal qazanmaq üçün nəzəri şansları var. Qızıl medal qazanmaq isə möcüzəyə bərabərdir.
43,380
24.11.2008 09:19
İdman
“RUBİN”dən SƏBRİYƏ CƏLBEDİCİ TƏKLİF
Türkiyə mətbuatı yazır ki, “Rubin” hazırda “Cim-Bom”da mövsümünə 1 milyon dollar qazanan Səbrinin hər ilinə 2,5 milyon avro ödəməyə hazırdır. Türk oyunçu ilə 4 illik razılaşmaya da hazır olan kazanlıların bu transferi gerçəkləşdirmək üçün “Qalatasaray”a 5 milyon avro təklif edəcəyi bildirilir.Amma cari mövsümdə sağ cinahda ciddi problemlər yaşayan İstanbul klubunun Səbrini satacağı inandırıcı görünmür. Gənc oyunçu isə “Rubin”dən gələn cəlbedici təklifi qəbul etməyə hazırdır. O, klubu tərk etmək üçün rəhbərlikdən icazə almağa hazırlaşır. Yada salaq ki, Tatarıstan klubunun düşərgəsində iki türk - Göydəniz Qaradəniz və Hasan Kabze çıxış edir. RONALDO “VİLYARREAL”a OYUNU BURAXA BİLƏR“Mançester Yunayted” bu həftə Çempionlar Liqasının “Vilyarreal”la növbəti görüşünə ciddi itki ilə çıxa bilər. “Qırmızı şeytanlar”ın portuqaliyalı lideri Kriştiano Ronaldonun İspaniya klubu ilə görüşdə meydana çıxmayacağı gözlənilir.Məlumata görə, ulduz futbolçu İngiltərə premyer-liqasının “Aston Villa” ilə son turunun oyununda sıradan çıxıb. Ayağından zədə alan oyunçu 82-ci dəqiqədə matçı davam etdirə bilmədiyindən əvəzlənib.
43,381
24.11.2008 09:25
Kriminal
AĞCABƏDİDƏ YOL QƏZASI: DÖRD ÖLÜ, BIR YARALI
“VAZ-2107" markalı maşının digər sərnişinləri, 1964-cü il təvəllüdlü Rüstəmov Akif Ziyad oğlu və 1961-ci il təvəllüdlü Rüstəmov Eldar Sayad oğlu isə müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Yaralılardan biri isə xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.Ötən gecə Bakı-Ələt yolunda dəhşətli yol qəzası baş verib. Yolun işıqlandırılmayan ərazisində sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Məlumata görə, vurulduqdan sonra yolun əks istiqamətinə düşən şəxsin üzərindən bir neçə avtomobil keçib və o tamamilə tanınmaz hala düşüb.Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırmalar başlayıb.
43,382
24.11.2008 09:38
Mədəniyyət
SƏRXAN KƏRİMOĞLU BU GÜN SENSASİYA VƏD EDİR
Xatırladaq ki, İ.Quliyeva S.Kərəmoğlunu şərəf və ləyaqətinin təhqir olunması ilə əlaqədar məhkəməyə verib və ondan 50 min manat təzminat istəyir. Qeyd edək ki, İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva da bildirib ki, onlar da S.Kərəmoğluna qarşı iddia qaldıracaqlar və 80 min manat təzminat istəyəcəklər. RÖYA TARKANLA BİRGƏ KONSERT VERƏCƏKBu barədə məlumat Röya Ayxanın röya.az saytında yer alıb. Məlumatda bildirilir ki, hər iki ulduzun tamaşaçılara yeni il sürprizləri olacaq. Konsert dekabrın 30-da Heydər Əliyev adına sarayda baş tutacaq. Onlar sarayın səhnəsindən ən məşhur mahnılarını ifa edəcəklərini bildiriblər.
43,383
24.11.2008 08:40
Ölkə
QUBADA KÜTLƏVİ İNSAN MƏZARLIĞINI SU YUYUB-APARA BİLƏR
Qəhrəman Ağayev deyib ki, qabaqlayıcı tədbirlər həyata keçirilməsə, 2 il ərzində aparılan tədqiqatların nəticəsiz qalması və tarixi sübutların məhv olması təhlükəsi yaranacaq. Çünki məzarlıq sel və qrunt sularına həssas olan ərazidə yerləşir.
43,384
24.11.2008 09:58
Dünya
DƏNİZ QULDURINA QARŞI ATOM KREYSERİ GÖNDƏRİLDİ
Dıqalo manevrlərin başa çatmasından sonra gəminin Somali sahillərinə istiqamət götürəcəyini bildirib. O deyib ki, Rusiyanın Sakit okean donanması da Somali sahillərinə dəniz quldurlarına qarşı gəmilər göndərəcək. Dıqalo məlumat verib ki, Rusiya hərbi gəmiləri ticarətin təhlükəsizliyini təmin etmək üçün Somali sahillərində uzunmüddətli növbə təşkil edəcək. O, gəmilərin quldurlara qarşı silah tətbiq etməyə səlahiyyətləri olduğunu da bildirib. Qeyd edək ki, hazırda Rusiyanın Somali sahillərində “Neustraşimiy” adlı iri hərbi gəmisi var. Dıqalo Rusiya gəmilərinin Hindistan donanması ilə birlikdə manevrlər keçirəcəklərini də deyib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov isə deyib ki, dəniz quldurlarına qarşı mübarizə üçün müxtəlif donanmaların, o cümlədən Baltik donanmasının gəmiləri Hind okeanına yola salınacaq.Qeyd edək ki, Hind okeanı sularında Amerikanın 5-ci dəniz donanması da yerləşir. Avropa Birliyi isə tezliklə bölgəyə dəniz quldurlarına qarşı hərbi əməliyyat üçün çoxsaylı hərbi gəmilərdən ibarət donanma qruplaşması göndərəcək. Hindistan isə artıq özünün iki iri hərbi gəmisini Somali sahillərinə yola salıb. Bu arada Səudiyyə Ərəbistanı da dəniz quldurlarına qarşı mübarizə üçün özünün hərbi gəmilərini göndərməyi qərara alıb. Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Saud əl-Feysal məlumat verib. Ancaq nazir nə qədər gəminin göndəriləcəyini dəqiqləşdirməyib. Hazırda Somali piratlarının əlində 17-dək gəmi var. Onlardan ən irisi Səudiyyə Ərəbistanına aid 2 milyon barrel neft daşıyan tankerdir. Müxtəlif məlumatlara görə, Somali piratlarının ümumi sayı mindən çoxdur, onlar 18 ayrı qruplaşma şəklində fəaliyyət göstərirlər və adətən atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar və sürətli katerlərlə silahlanıblar. Hərbi baxımdan bu quldur qruplaşmasını darmadağın etmək üçün bir neçə minlik qüvvə kifayət edərdi. Lakin göründüyü kimi, dünyanın müxtəlif istiqamətlərindən Somali sahillərinə ağır silahlarla, raketlərlə silahlanmış ən iri hərbi gəmilər, donanma birlikləri göndərilir. Rusiya üçün isə Somali piratları özünün dünya okeanında hərbi gücünü nümayiş etdirə bilmək üçün nadir fürsət sayıla bilər. Məhz bu səbəbdən Rusiya hərbi donanmasının əsas qüvvələrini bölgəyə yola salır.
43,385
24.11.2008 09:44
İqtisadiyyat
HACIBALA ABUTALIBOVUN 12 MİLYON MANAT BORCU VAR
Onun sözlərinə görə, bu məbləğ BŞİH-nin Mənzil Kommunal Təsərrüfat Departamentinin yaşayış binaları üzrə 5,929, blokların işıqlandırılmasına 2,786 milyon, binaların fasadlarının işıqlandırılmasına 38,36 min, şəhər üzrə işıqlandırmaya 320,8 min, park və fontanlar üzrə isə 197,23 min manat məbləğində borcu var. Borcla bağlı icra hakimiyyətinə bir neçə dəfə müraciət edilsə də, işıq pulları hələ də ödənilməyib.
43,386
25.11.2008 02:39
Ölkə
DEPUTAT QARƏT OLUNMASI XƏBƏRİNƏ AYDINLIQ GƏTİRDİ
Məlumatlı mənbə F.Qasımov küçəsində deputatın xidməti istifadəsində olan “Şevrole Aveo” markalı avtomobilin arxa şüşəsini sındıran naməlum şəxslərin salondan 500 manat pul, sənədlər, deputatın və onun köməkçisinin vəsiqələrini götürərək aradan çıxdığını xəbər vermişdi. Oğurluq hadisəsi barədə Nəsimi rayon Polis İdarəsinə Hacı Madərin köməkçisinin məlumat verdiyi və faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi üzrə cinayət işinin başlandığı qeyd olunmuşdu. Xəbəri hazırlayan müxbirimiz hadisə ilə əlaqədər hörmətli deputata da telefon açmışdı. Lakin əməkdaşımızın zəngləri cavabsız qalmışdı.Məsələ ilə əlaqədar Hacı Madərlə dünən danışa bildik. Deputat ilk olaraq yazılanları təkzib etdi: “Mənim ”Şevrole" maşınım olmayıb. Deputat vəsiqəm də bu dəqiqə cibimdədir". Məsələ ilə bağlı Nəsimi polisinə şikayət ünvanlandığını xatırlatdıqda, Hacı Madər dedi ki, bu olay köməkçisi ilə bağlı baş verib: “Keçən həftə köməkçim ailəsi ilə xalasıgilə gedib. Evdən çıxanda görüb ki, maşınının şüşəsi sındırılıb, çantasını aparıblar. Vəsiqəsi də həmin çantada olub. Köməkçim bu barədə Nəsimi polisinə ərizə verib”. M.Musayev onun adının bu məsələdə hallandırılmasına etirazını bildirdi: “Köməkçim Milli Məclisin işçisidir, sabah gedib haradasa həbs edilə bilər. Bunun mənə nə aidiyyəti var?” *** Redaksiyadan: Manşetdən yayınladığımız məlum xəbəri inandığımız mənbədən almışıq. Hadisə ilə bağlı polisdə şikayət və qeydiyyat da mövcuddur. Hörmətli Hacı Madər də köməkçisinin maşınının qarət edilməsini və onun vəsiqəsinin oğurlanmasını təsdiqləyir. Sadəcə, bizə məlumat verilib ki, deputatın köməkçisi şikayət ərizəsində Hacı Madər Musayevin də vəsiqəsinin oğurlanmasını və onun adına olan maşının əslində Milli Məclis üzvünə məxsusluğunu göstərib.Bütün hallarda bildiririk ki, Hacı Madərə ehtiramımız var, onu incitmək fikrimiz olmayıb; sadəcə, baş verən olayı və deputatın əhəmiyyətini nəzərə alaraq xəbəri manşetdən yayınlamışıq.
43,387
25.11.2008 04:39
Ölkə
MİNGƏÇEVİRDƏKİ DƏHŞƏTLİ OLAY BU GÜN ALİ MƏHKƏMƏDƏ ARAŞDIRILACAQ
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma - maddəsi ilə cinayət işi başlanmışdı. 2008-ci il aprelin 9-da isə şəhər məhkəməsində hakim Fərhad Əfəndiyevin sədrliyi ilə iş üzrə məhkəmə prosesi keçirilib. Proses mərhumun həyat yoldaşı, əslən Ağdam rayonunun Novruzlu kəndindən olan Cahid Əzizalı oğlu Məmmədovun təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə sonuclanıb.Mərhumun valideynləri isə faciənin məhz Cahidin Dilbərlə amansız rəftar etməsi nəticəsində baş verdiyini bildirirlər. Buna görə də onlar Cahidə verilən cəzanın yüngül olmasından şikayətlənirlər. Qeyd edək ki, D.Məmmədova 2007-ci il sentyabrın 5-dən 6-na keçən gecə Bakı şəhər 5 saylı Kliniki Xəstəxanada dünyasını dəyişib. Mərhumun anası Raqiyyə Kazımovanın sözlərinə görə, Dilbər ölümündən öncə “Cahid üstümə benzin tökərək məni yandırdı, uşaqlardan muğayat ol” deyib və 10 dəqiqə sonra keçinib. R.Kazımovanın bildirdiyinə görə, hadisə baş verən gün Dilbəri döyən Cahid daha sonra onun əl-qolunu bağlayıb və üzərinə benzin tökərək yandırıb. İstintaqın gedişatında isə bu faktlar cidd-cəhdlə ört-basdır edilib: “İbtidai istintaq zamanı Mingəçevir şəhər Prokurorluğunun müstəntiqi, əslən Ağdamın Novruzlu kəndindən olan Rafael Süleymanov yerlibazlıq mövqeyi nümayiş etdirərək Cahid Məmmədovun yüngül cəzayla canını qurtarması üçün əlindən gələni edib. Biz buna etirazımızı bildirəndə isə artıq gec idi. Çünki Süleymanov hər şeyi necə lazımdırsa “malalamışdı””. Mingəçevir şəhər Məhkəməsinin qərarı Kazımovları qane etmədiyindən onlar hökmdən Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest veriblər. Lakin burada da hökmü qüvvədə saxlayıblar. Kazımovlar isə Şəki Apelyasiya Məhkəməsinin qərarından kassasiya qaydasında Ali Məhkəməyə şikayət veriblər. Bu gün Ali Məhkəmənin hakimi Nəriman Hüseynovun sədrliyi ilə işə baxılacaq. Kazımovlar inanırlar ki, bu məhkəmə instansiyasında qızlarının döyülərək yandırılması faktı dəqiqliklə araşdırılacaq. C.Məmmədov nəhayət ki, törətdiyi qanlı cinayətə görə öz layiqli cəzasına çatacaq. Növbəti sayımızda Ali Məhkəmədə keçirilən proses barədə ətraflı məlumat verəcəyik.
43,388
25.11.2008 04:42
Kriminal
SAATLININ AXUNDU ÖZÜNÜ ASDI
Redaksiyamıza daxil olan xəbərdə deyilir ki, hadisədən bir gün əvvəl mərhum bir qadınla arasında yaşanan problem üzündən rayon polis şöbəsinə aparılıb.Qaynağımızın sözlərinə görə, qadınla axund arasında əvvəldən münasibət olub. Deyilənə görə, hadisə baş verən gün qadın məscidə gəlib və tərəflər arasında mübahisə yaranıb. Bu zəmində M.Alışov qadını döyüb. Həmin qadın isə rayon prokurorluğuna gedərək şikayət edib. Şikayət əsasında M.Alışov polisə dəvət olunub və faktla bağlı orada saxlanılıb. Dünən isə onu rayonun hörmətli ağsaqqallarından biri zamin dayanaraq polis şöbəsindən azad etdirib. Bundan sonra M.Alışov özünü asıb. Qaynağımız onu da əlavə etdi ki, mərhum M.Alışov ailəlidir, hətta nəvələri də var. Rayondakı əksər yas məclislərinə onun özü də qatılıb. Məsələ ilə bağlı Saatlı rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbənin növbətçi hissəsindən faktı təsdiqləsələr də, əlavə məlumat almaq üçün rayon prokurorluğuna müraciət etməyimizi tövsiyə etdilər. Rayon prokurorluğunun adının çəkilməsini istəməyən səlahiyyətlisi də xəbəri təsdiq edərək bildirdi ki, hazırda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə - maddəsi ilə cinayət işi başlanıb: “İlkin ehtimallara görə, 1957-ci il təvəllüdlü Müslüm Alış oğlu Alışov Nahidə Cavadova (ad-soyad dəyişdirilib-müəllif.) ilə arasında baş vermiş insidentə görə hüquq-mühafizə orqanlarına dəvət olunması ilə bağlı özünü öldürüb. Onu hadisə baş verən gün həm polisə, həm də prokurorluğa dəvət ediblər. Lakin Müslüm Alışov heç bir orqana gəlməyib. Hazırda araşdırma davam etdirilir”. Prokurorluq səlahiyyətlisi onu da bildirdi ki, qadının döyülməsi materialı da prokurorluqda araşdırılır. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxladıq. Xidmət rəhbəri hadisədən xəbərsiz olduqlarını bildirdi. Mövzunu davam etdirəcəyik.
43,389
25.11.2008 03:39
Media
EYNULLA FƏTULLAYEVƏ İTALİYADAN MƏKTUB GƏLİB
Onun sözlərinə görə, məktub PEN təşkilatının İtaliyada yaşayan 83 nəfər alman dilli yazarlarının adından göndərilib. Müsahibimiz bildirdi ki, məktubu Kristina Volter adlı yazar imzalayıb: “Məktub müəllifləri bildirirlər ki, onlar Eynulla ilə həmrəydilər. Eləcə də ona, ailəsinə sağlamlıq arzulayırlar. Bilirsiniz ki, daha öncə də həmin təşkilatın üzvləri adından Eynullaya dəstək məktubları gəlmişdi. Onlar Eynullanın qondarma ittihamlarla həbsdə olduğundan, yerli jurnalist ictimaiyyətinin ona verdiyi dəstəkdən xəbərdardılar”. EYNULLA FƏTULLAYEVİN ELMAR MƏMMƏDYAROVA QARŞI İDDİASI TƏMİN OLUNMADIDünən Yasamal rayon Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin xarici işlər naziri Elmar Məmmədyarova qarşı iddiasına baxılıb. APA-nın məlumatına görə, E. Fətullayevin vəkili İsaxan Aşurov məhkəmədə müdafiə etdiyi şəxsin iddiasını müdafiə etdiyini deyibİ. Aşurov bildirib ki, E. Fətullayevin 2007-ci ildə “Realnıy Azerbaydjan” qəzetində dərc olunmuş “Əliyevlər müharibəyə gedir” məqaləsinə görə Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının, iş adamlarının narahat olduğunu deyən xarici işlər naziri öz mövqeyini faktlarla əsaslandırmalıdır. Vəkil qeyd edib ki, Eynulla Fətullayev Elmar Məmmədyarovdan narahat olan şəxslərin siyahısının açıqlanması üçün sorğu göndərsə də, hələ də cavab almayıb. XİN nümayəndəsi Ramiz Əliyev isə ümumilikdə iddianı əsassız hesab edib. Hakim müşavirədən qayıtdıqdan sonra iddianın təmin edilməməsi barədə qərar çıxarıb.E Fətullayevin vəkili İ. Aşurov jurnalistlərə qətnamədən apelyasiya şikayəti veriləcəyini deyib.
43,390
25.11.2008 03:44
Ölkə
BUZOVNA BƏLƏDİYYƏSİ “YENİ MÜSAVAT”dan ŞİKAYƏT ETDİ
Şikayət müəlliflərinin fikrincə, yazılarda göstərdiyimiz kimi, qəsəbədə total şəkildə torpaq sahələri, hətta müxtəlif sosial obyektlərin yerləri satılmır. Müraciətdə bələdiyyə üzvləri həmçinin bildiriblər ki, qəzetdə yazılan bütün faktlar araşdırılmış, lakin belə halların mövcud olmadığı aşkarlanmışdır. “Yeni Müsavat” olaraq bildiririk ki, qəsəbədən hazırladığımız reportajdakı faktlar bizə yerli sakinlər, həmçinin həmin bələdiyyədə təmsil olunan və sözügedən şikayət məktubunu imzalayan şəxslər tərəfindən verilib. Mətbuat Şurasına da bu barədə arayış veriləcək.
43,391
25.11.2008 03:48
Ölkə
TƏRTƏRİN İCRA BAŞÇISI “YENİ MÜSAVAT”ı ŞANTAJ EDİR
Məqalə dərc ediləndən sonra V.İsayev göstərilən nöqsanları aradan qaldırmaq əvəzinə, qəzetimizi şantaj etmək yolu tutub. V.İsayevin göstərişi əsasında dünən gün ərzində adıçəkilən rayonun ayrı-ayrı rəhbər şəxsləri - idarə-müəssisə müdirləri, yerli hüquq-mühafizə orqanlarının başçıları qəzet rəhbərliyinə zəng vuraraq sakit formada yazılanlara öz etirazlarını bildiriblər. Günün ikinci yarısından etibarən isə redaksiyanın telefonlarına çoxsaylı “zəhmətkeş” zəngləri olub. Özlərini sıravi tərtərli kimi təqdim edən şəxslər bir qayda olaraq icra başçısını tərifləyib və Tərtərin “gül-çiçək” içində olduğunu bildiriblər. Dünən günün sonunda isə özünü təqdim etməyən şəxslər şəhid ailələri olduqlarını və icra başçısı barədə yazdıqlarımızı təkzib etməyimizi tələb etdilər. Tələblərinə əməl edilməyəcəyi təqdirdə isə bizi redaksiyamıza hücumla hədələdilər. Qeyd edək ki, redaksiyaya edilən zənglərin sıravi tərtərlilər olması bizi ciddi şəkildə şübhələndirir. Çünki “Yeni Müsavat” qəzetinin 23 noyabr tarixli sayının Tərtər rayonunda satılması qadağan edilib. V.İsayevin göstərişi əsasında qəzetimizin nüsxələri hətta Bərdə rayonunda olan qəzet köşklərindən də yığılıb. Görünür, bizim Tərtər rayon rəhbərliyi ilə sivil, mədəni danışmağımızdan, onların mövqelərinə hörmətimizi izhar etməyimizdən biriləri çox uzağagedən nəticələr çıxarıblar... Hər halda, bu, təəssüfedici haldır. Belə çıxır ki, bəzi məmurlarımız mətbuatla, jurnalistlərlə sivil münasibətlər barədə elementar təsəvvürə belə malik deyillər. Bütün bunlara rəğmən, “Yeni Müsavat” qəzeti olaraq Tərtərin icra başçısı hörmətli Vidadi İsayevin, yaxud onun nümayəndəsinin mövqeyini dinləməyə, çap etməyə hazırıq. Eyni zamanda Tərtər rayonunda baş verən qanunsuzluqlar barədə araşdırmalarımız davam edir. Qəzetimizin növbəti saylarında rayonda baş verən digər neqativ proseslər barədə oxucuları ətraflı tanış edəcəyik.
43,392
25.11.2008 04:43
Media
QƏNİMƏT ZAHİDİ İNDİ ƏCNƏBİ DİLLƏR VƏ KİTABLAR MARAQLANDIRIR
Bu dili normal səviyyədə bilən böyük qızı ilə söhbət zamanı Q.Zahid heç bir çətinlik çəkməyib. Q.Zahid həyat yoldaşına deyib ki, əgər bir il ingilis dili ilə müntəzəm şəkildə məşğul olsa, onu tam mənimsəyəcək. Müsahibimiz baş redaktorun ondan istədiyi ingilis dilindəki bədii ədəbiyyatı isə apara bilməyib: “Gələn dəfə onları da tapacam. Artıq ona alman dilini ibtidai səviyyədə öyrənə biləcəyi kitabları aparmışam. Qənimət artıq bu dillə ingilis dili arasında paralellər aparır. Deyir, bu dilləri mənimsəyəndən sonra ərəb dilini də təkmilləşdirəcək. Bilirsiniz ki, institutda oxuyanda bu dili bilirdi”. A.Mürsəliyeva baş redaktorun səhhətinin də normal olduğunu dedi. Onun sözlərinə görə, artıq Qənimət bəy ağrılarından şikayət etmir. Baş redaktoru indi maraqlandıran əsas məsələlərdən biri də əlyazmaları ilə bağlı keçirilən məhkəmə prosesinin növbəti mərhələsi, habelə kitablar, öyrənəcəyi yeni dillərdir. Baş redaktor həmçinin əlyazmaları ilə bağlı başlanan məhkəmə prosesinin də tezliklə sonuclanıb, bu işin Avropa Məhkəməsinə göndərilməsini istəyir: “Həbsindəki qanunsuzluqlarla bağlı Avropa Məhkəməsinə müraciət ünvanlansa da, həmin işlə bağlı yenilik yoxdur. Bu məsələyə görə nəsə darıxır. Bilirsiniz ki, müraciətlər iki aydan sonra qeydiyyata alınır”. Qəzetlərlə həftəlik tanış olan Q.Zahidin bu sahədə problemi yoxdur. Ayəndə xanımın sözlərinə görə, ilk gündən bu, bir qayda olaraq belə həyata keçirilir. Müsahibimiz baş redaktorun istədiyi qəzetləri ona aparmaqda heç bir maneə ilə qarşılaşmadığını vurğuladı.Həbsdəki baş redaktor “Azadlıq” qəzetinin də vəziyyətindən razıdır. Sadəcə, hərdən müvafiq məsləhətlər verərək, hansısa mövzuya geniş yer ayırmağı tövsiyə edir. A.Mürsəliyeva həmçinin vurğuladı ki, baş redaktor yeni yaranan ASİ təşkilatının təşkil etdiyi “Qənimət həftəsi” ilə xüsusi maraqlanmayıb. Xatırladaq ki, müsahibimiz keçən həftəki görüşündə baş redaktora bu təşkilat, habelə onların təşkil etdiyi “Qənimət həftəsi” çərçivəsində məşhur yazarların qəzetdə yazılarla çıxış etməsi barədə məlumat verib: “Elə ilk dəfə məlumat verəndə qısa və lakonik şəkildə cavablandırdı ki, çox yaxşı. Özü ilə bağlı məsələlərdə çox təvazökardır”.
43,393
25.11.2008 03:54
Media
JURNALİSTİN EVİNƏ BASQIN EDƏN ŞƏXS YAXALANDI
Jurnalistin sözlərinə görə, onun evinə basqın edən Babək rayon sakini Əli Quliyevdir. İndi polis faktla bağlı araşdırmalara başlayıb. Araşdırmalardan sonra Əli Quliyevin haqqında cinayət işinin qaldırılıb-qaldırılmayacağı ilə bağlı qərar veriləcək.Jurnalist iddia edir ki, Əli Quliyev noyabrın 18-də onun evinə basqın edib, onu və ailə üzvlərini təhqir edib, itini isə öldürüb. İdrak Abbasov qohumları ilə bir yerdə olaydan dərhal sonra Ə.Quliyevi polisə təhvil versə də, onu Binəqədi rayon Polis İdarəsinin 40-cı bölməsində 3 saat saxladıqdan sonra azadlığa buraxmışdılar.
43,394
25.11.2008 04:54
Media
TERRİ DEVİSİN SƏFƏRİ HƏBSDƏKİ JURNALİSTLƏRİ AZADLIĞA ÇIXARA BİLƏRMİ?
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, başda T.Devis olmaqla, bütün beynəlxalq təşkilatların nümayəndələrindən əlini üzüb. Onun sözlərinə görə, bu səfərlər mövcud problemlərin həllinə heç nə verməyəcək. Müsahibimiz media ilə bağlı yaşanan təcrübənin olduqca acı olduğunu dedi. Onun sözlərinə görə, vəziyyət düzəlmir, əksinə, hər şey pisliyə doğru gedir: “Terri Devis də formal, növbəti bir işçi səfər gerçəkləşdirəcək. Bu səfərlərlə heç vaxt heç nə düzəlməyib. Azərbaycanda iqtisadi durum, yoxsa siyasi hadisələr yaxşılaşıb? Bəlkə insanların yaşamaq imkanları düzəlib? Biz öz yolumuzu gedir, həyatımızı yaşayırıq, onlar da öz həyatlarını. Dəyişən bir şey yoxdur bu istiqamətdə”. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də T.Devisin səfərinin hansısa dəyişiklik yaradacağına inanmadığını söylədi. Onun sözlərinə görə, Qərb indiki halda ölkəmizdə fəaliyyət göstərən radiolarını qoruya biləcək: “Düşünmürəm ki, bu, onlar üçün həll edilməz baryerdir. Çünki bu məsələ birbaşa prezidentlə müzakirə olunacaq. Qərb Azərbaycanda demokratik proseslərin başlanmasına təsir göstərmək fikrində və gücündə deyil. Bununçün hansısa sahələrdə - bilavasitə idarəçiliyin özündə islahatlara ehtiyac var”. A.Əliyev hesab edir ki, Qərb istəsə, həbsdəki jurnalistləri azadlığa buraxa bilər. Onun sözlərinə görə, bunun üçün digər üstünlüklərindən əl çəkib, bütün gücünü bu istiqamətə yönəltməsi yetərlidir: “Amma nə diplomatik, nə də praqmatik cəhətdən bu addım maraqlarına uyğun gəlir. Qərb öz günahları və vaxtilə qeyri-ardıcıllığı üzündən bir çox təsir rıçaqlarını itirib. Bu gün Azərbaycanda nəinki hansısa dəyişiklikləri etmək, bəzən özünün maraqlarının qorunması üçün də bu sahədə çətinliklər çəkir. Çünki ikili standartlar, balans deyilən məsələlər var. Bunlar boş məsələlər deyil. Qarabağ, demokratiya məsələsində ikili standartlar var. Bunlar varsa, özünü orta dərəcəli məsələlərdə, habelə ayrı-ayrı fərdlərin maraqlarında da göstərir. Bir çox hallarda fərdi maraqlar üstündür”.
43,395
25.11.2008 03:04
Gündəm
TÜRKİYƏ ERMƏNİSTANA SƏFİR GÖNDƏRMƏYƏ HAZIRLAŞIR
Ermənistan XİN-in rəsmi nümayəndəsi Tiqran Balayan isə deyib ki, Türkiyə xarici işlər naziri Nalbəndyanın İstanbulda olmasından istifadə edərək onunla görüşmək təklifini verib. Bu təklif qəbul olunub. Balayan deyib ki, görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin müzakirə ediləcəyi gözlənilir. Türkiyə mənbələri isə Nalbəndyan-Babacan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələrin də aparılacağını xəbər veriblər. Nazirlər arasında görüş Bakı vaxtilə axşam saatlarında, QİƏT toplantısının başa çatmasından sonra olub. Əvvəlcədən bəlli idi ki, bu görüş Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında göstərdiyi səylərin bir hissəsidir. Türkiyənin Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi təşəbbüslər bir tərəfdən müsbət olsa da, Ankaranın bu məsələdə mövqeyinin dəyişə biləcəyi haqda söz-söhbətlər var. Belə ki, AKP hökumətinin xarici siyasət məsələləri üzrə müşaviri Əhməd Davudoğlu Ankaranın Ermənistanla münasibətlərin qurulması üçün Qarabağ məsələsinin ön şərtlərdən biri olmaqdan çıxara biləcəyini istisna etmir. Yəni Türkiyə Ermənistanla münasibətlər qura bilmək üçün artıq Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasını gözləməyə bilər. Bu isə Azərbaycanda Ankara-İrəvan danışıqlarının məqsədi ilə bağlı haqlı narahatlıqlar yaradır. Türkiyə həm də Ermənistan və Azərbaycan prezidentləri arasında gələn ay üçtərəfli görüş ideyası ilə çıxış edib. Bu təklifə Azərbaycan tərəfi razıdır. Ermənistan tərəfinin Türkiyənin birbaşa vasitəçiliyi ilə Qarabağ sammitinin keçirilməsi təklifinə rəsmi münasibəti yoxdur. İrəvanda bunu belə izah edirlər ki, təklif onlara rəsmən daxil olmayıb. Gözlənilirdi ki, xarici işlər nazirlərinin İstanbulda dünənki görüşü zamanı prezidentlər arasında üçtərəfli görüş ideyası da müzakirə olunacaq. Ermənistan xarici işlər naziri Türkiyəyə səfər ərəfəsində “Hürriyet” qəzetinə müsahibəsində deyib ki, bu ilin avqustunda Gürcüstan ətrafında baş verən hadisələr Cənubi Qafqaz regionunda vəziyyətin nə dərəcədə kövrək olduğunu göstərdi. Onun fikrincə, bu hadisələr sərhədlərin və kommunikasiyaların açılmasının vacibliyini də ortaya qoyub. Nalbəndyan etiraf edib ki, Ermənistan bu hadisələrdən çox ziyan çəkib. Çünki vacib kommunikasiya imkanlarından məhrum olub. Ona görə də Ermənistan Türkiyə ilə normal münasibətlərin qurulmasında, sərhədlərin açılmasında maraqlıdır. Özü də heç bir ilkin şərt olmadan. Nalbəndyana görə, münasibətlərin normallaşması hər iki ölkənin marağındadır. Sərhədlərin açılmasını isə Ermənistan qədər Türkiyə də istəyir. “Bu məqsədlə də biz danışıqlar aparırıq. Həm də danışıqlar xətrinə yox. Regionda bir çox ölkələr arasında problemlər var. Lakin onların arasında normal münasibətlər də var, sərhədlər açıqdır, dialoq üçün imkanlar var, qarşılıqlı narahatlıq doğuran bütün məsələləri müzakirə edirlər”.Bu arada “Hürriyet” qəzeti onu da xəbər verib ki, Türkiyə Ermənistana xüsusi təklif verməyə hazırlaşır. Bu təklif Ermənistanda diplomatik missiya açılmadan akkreditə olunmuş səfir göndərməkdən ibarətdir. Lakin Türkiyə İrəvana o halda səfir göndərə bilər ki, Ermənistan “soyqırım” məsələsini tarixçilər səviyyəsində müzakirə etməyə razılaşsın. Xəbərə görə, əgər təklif qəbul olunsa, Türkiyə Ermənistanla de-fakto diplomatik münasibətlər quracaq.lent.az-ın məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan üçtərəfli görüş təklifini qəbul edib.
43,396
25.11.2008 04:06
Yazarlar
MİLLİ MƏSƏLƏ
Yeri gəlmişkən, hökumət rəsmiləri (yəni şəkil kimi oğlanlar) bəyan edir ki, neftin ucuzlaşmasının, dünya iqtisadi böhranının Azərbaycana təsiri olmayacaq, kef eləyin. Belə baxanda, bu sözdə müəyyən məntiq var. Təsir canlı orqanizmlərə olur, bizim ölkədə can qalmayıb ki, ona hələ təsir də edəsən. Sovet dövründəki məşhur lətifəni xatırladım. Faşistlər sumqayıtlını qaz kamerasında boğmaq istəyirlər, ancaq o, qazın dozası artdıqca cana gəlir. İndi görərsiniz, neftin bareli 1 dollara olsa belə camaatımız prosesdən uduşla çıxacaqdır. Ulu öndərimiz demişkən, “xalqımız dözümlü xalqdır”.Elə son oğurluq hadisələrinə də mən işıqlı nəzərlə, optimistcəsinə yanaşmağın tərəfdarıyam. Məsələn, deputat Madər Musayevin avtomobilinin soyulması, mandat və pulların çırpışdırılması əhvalatını götürək. Əgər Musayevin avtomobilinə bu xain basqın olmasa Binəqədi camaatı deputatın varlığından xəbər tutmazdı. Musayev seçkilər tarixində nadir şəxsiyyətdir ki, nəinki seçicilərlə görüşmüş, heç divara-filana öz nurlu şəkillərini də vurmamışdı. Deputatlıq müddətində isə cəmi bircə dəfə çıxış eləyib, onda da deyib ki, “işverən” sözü pis səslənir, gəlin onu qanun layihəsindən çıxardaq. Hə, bir dəfə də “hmmm” eləyibdir. Yaxud prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımovun evində oğurluq xəbəri qəzetə çıxmasa, biz jurnalistlər prezidentin mətbuat xidməti olduğunu hardan bilərdik? Qəti ağlımıza gəlməzdi ki, belə idarə var, rəhbəri də cavan oğlandır. Oğrular bir növ piar menecmenti ilə məşğul olmuşdur.Gərək hər qaranlıqda işıq axtarasan, yoxsa yaşamaq çətindir.Bayılda dünyanın ən hündür bayrağı üçün meydan qururlar, xeyli qaraj bunun güdazına gedib. Qəzetlər yazır ki, qarajı sökülənlərdən biri də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. Görürsənmi, sən gərək konstitusiya söküləndə susmayasan, yoxsa konstitusiyanı sökə-sökə axırda gəlib adamın qarajına çıxırlar. Qarajdan sonra maşının maqnitofonunu, sonra maşının özünü və sairə. Ey gidi dünya, vaxtilə məhkəmədə məşhur quldurumuz Hacı Məmmədov özünü “milli Robin Qud” elan etməmişdimi?Söz millilikdən düşmüşkən... Keçən həftə Bakı Şəhər Polis İdarəsi paytaxtın gecə barlarında “Milli-mənəvi dəyərlərin qorunması” adı altında əməliyyat keçirdib. Milli-mənəvi dəyərin gecə barına nə dəxli? Polisin mənəviyyata, mənəviyyatın fahişəliyə nə dəxli? Əcaib söhbətdir. Belə çıxır ki, ayıb olmasın, cinsi orqanların da millisi olur. Hələ əməliyyat keçirilən barların “milli” adına bax: “Tunel”, “İnfiniti”, “Alliqator”, “Mars”, “Qladiator”, “Karabella”, “Plaza”, “V-52", ”Life". Bir yerin ki, adını “İnfiniti” qoyublar, polis orda hansı “milli-mənəvi dəyər” qoruyur?Polisin xəbərində deyilirdi ki, bu, həmin ad altında keçirilən 3-cü əməliyyatdır. 1-ci reyddə 28, 2-cidə 32, sonuncuda isə 53 nəfər əxlaqsız qadın polis tərəfindən saxlanılıb. Terminləri düz seçmək lazımdır və “əxlaqsız” sözü düşük sözdür. “Fahişəliklə məşğul olan” deyilməlidir. Və statistikaya baxanda görürük ki, fahişələrin sayı reyddən-reydə daha da artıbdır: 28, 32, 53. Ta bu nəzarətin nə xeyri olub? Yaxşı olar ki, polis deputatın milli mandatını oğurlayanları tutsun. Zamin HACI
43,397
25.11.2008 04:06
Siyasət
MARTDA HAKİM KOMANDADA YENİLƏNMƏ OLACAQ
İndi bir çoxları iddia edir ki, qarşıdakı beş ildə ölkə başçısı bu şəxslərlə işləyəcək. Lakin bunu birmənalı söyləmək məntiqə də mümkün deyil. Çünki qarşıdakı müddət ərzində ölkədə hansı hadisələrin baş verəcəyini müəyyən etmək çox çətindir. Bütün dünyanı silkələyən maliyyə böhranı, iqtisadi geriləmələr, neftin qiymətinin sürətlə enməsi prosesləri proqnozlaşdırmağa imkan vermir. Bu baxımdan hakim komandada bir çox səbəblərdən dəyişikliklər qaçılmazdır. İqtidar daxilindən sızan məlumatlara görə, hakim komandada hər hansı bir köklü dəyişikliklər edilməməsi beynəlxalq təşkilatların diqqətindən yayınmayıb. Hazırda bununla bağlı iqtidara ciddi təzyiqlər edildiyi bildirilir. Ehtimal edilir ki, 2009-cu ilin ilk aylarında bu təzyiqlər daha da güclənəcək və hakimiyyət qarşısında kadr dəyişiklikləri barədə konkret tələb qoyulacaq. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, artıq bunu hakimiyyətdəkilər özləri də başa düşürlər və hakim komandada müəyyən yeniliklər barədə düşünürlər. Bəllidir ki, Azərbaycan kimi ölkələrdə komandada dəyişiklik etmək o qədər də asan məsələ deyil. O baxımdan ki, bu kimi rejimlərdə məmurlar korrupsiya və digər “qara işlər”in biliciləri kimi vəzifələrdə əyləşdirilirlər. Neçə illər ərzində onlara nəyi haradan götürüb hara qoymağı öyrədirlər və onlardan müəyyən asılılıq olur. Bundan əlavə, yüksək vəzifəli məmurların əllərində fantastik məbləğlər olur ki, bu da onların tutduqları postdan kənarlaşdırılması üçün müəyyən əngəllər törədir. O mənada ki, hər hansı məmuru işdən çıxarmazdan əvvəl onun maliyyə imkanlarını əlindən almaq, mövqelərini tamam zəiflətmək lazım gəlir. Bu nöqteyi-nəzərdən yaxın vaxtlarda bəzi yüksək vəzifəli məmurların hədəfə götürüləcəyi və mart ayına qədər onların vurulmaq üçün hazır vəziyyətə gətiriləcəyi şübhə doğurmur.
43,398
25.11.2008 03:06
Siyasət
PƏNAH HÜSEYN DEMOKRATİYA UĞRUNDA İTTİFAQIN PARLAMENT TƏMSİLÇİSİ OLDU
Xatırladaq ki, P.Hüseyn parlamentdə Müsavat deputat qrupunun üzvüdür. Bəs DUİ-nin təmsilçisi olmaq onun Müsavat deputat qrupundakı fəaliyyətinə hansısa təsir edəcəkmi? P.Hüseyn bildirdi ki, o, Müsavat deputat qrupunun üzvüdür və üzvü olaraq da qalır: “Hər hansı mənfi təsiri olmayacaq. Mən parlamentdə həm də AXP-ni təmsil edirdim. Müsavat deputat qrupunun üzvü kimi yenə də fəaliyyətimizi davam etdirəcəyik. Eyni zamanda bundan sonra DUİ-nin parlament təmsilçisi kimi fəaliyyət göstərəcəyəm”. “Nədən Müsavatın təmsil olunduğu Müxalifətin Əməkdaşlıq Mərkəzini yox, DUİ-ni seçdiniz” sualına deputatın cavabı belə oldu: “Açığı, inteqrasiyada həqiqətən səmimi şəkildə maraqlı olan və bu prosesləri istəyən blok da yoxdur. Yaxud başqa bir format mövcud deyildi. Son vaxtlar dalbadal bəyanatlar verilir ki, Müxalifətin Əməkdaşlıq Mərkəzi deyilən birlik, blok yoxdur. Özü də bu bəyanatları MƏM-in üzvləri səsləndirirlər. Deyirlər ki, MƏM bir funksional birlik olub. Digər tərəfdən, həmin bəyanatlarda siyasi münasibət baxımından sərt görünən şərtlər qoyulur. Sözün doğrusu, bəzi partiyalara bəzi formatlarda yuxarıdan aşağı baxılır. Bütün bunları xeyli müddət götür-qoy etdik və ölkədəki ictimai-siyasi proseslərə baxışına, xəttinə görə daha müvafiq olan DUİ-yə daxil olmaq barədə qərara gəldik”.P.Hüseyn vurğuladı ki, Müsavatın üzv olmadığı DUİ-yə getməsi AXP-nin bu partiya ilə siyasi əlaqələrinin, münasibətlərinin qırılması demək deyil: “Amma rəsmi olaraq bu gün AXP-nin siyasi müttəfiqlik münasibətlərinin rəsmiləşdiyi təşkilatlar DUİ-nin üzvləridir”. DUİ-də Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat və Böyük Azərbaycan partiyaları birləşir.
43,399
25.11.2008 03:09
İqtisadiyyat
NEFT ŞİRKƏTLƏRİNDƏ İXTİSAR BAŞLADI
“Binəqədi Oyl Compani”də çalışan işçilər lent.az-a bildiriblər ki, artıq onlara belə bir xəbərdarlıq olunub. Fəhlələrin bildirdiyinə görə, ötən həftənin sonunda şirkət rəhbərliyi işçiləri bir yerə yığaraq yanvar ayından ixtisarlara başlanacağını deyib. Səbəb isə neftin ucuzlaşması ilə əlaqədar istehsalın həcminin azaldılmasıdır.Fəhlələr bildirirlər ki, şirkət rəhbərliyi müəssisənin gəlirlərinin azaldığını və bu səbəbdən işçilərə əməkhaqqı ödənişlərində çətinliklərin yarandığını deyib.
43,400
25.11.2008 04:06
Kriminal
YENİ AİLƏ QURAN ƏR VƏ ARVAD ÖZLƏRİNƏ QƏSD ETDİLƏR
Adıçəkilən şəxslər dəniz kənarında huşsuz halda yerli sakinlər tərəfindən aşkar edilərək, şəhər xəstəxanasına çatdırılıblar. Həkimlərin dediyinə görə, Ş. Əliyevanın vəziyyəti ağır, X. Hüseynovun yaşamaq şansı isə çox azdır. Sumqayıt polisindən bildirilib ki, yeni ailə qurmuş gənclərin intihar etməsinə X. Hüseynovun valideynlərinin onların ailə qurmalarına etiraz etməsi səbəb olub. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu araşdırma aparır. BAKI SAKİNLƏRİ ALKOQOL VƏ DƏRMANDAN ZƏHƏRLƏNƏRƏK ÖLÜBLƏRBakı sakini alkoqoldan zəhərlənərək ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal rayonu İnşaatçılar prospektindən Bakı şəhər sakini Rəşad Bağırov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib. Məlumata görə, Nərimanov rayonundakı B. Dadaşov küçəsində yaşayan Kamil Məmmədov isə evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada vəfat edib. Hər iki faktla bağlı araşdırmalar aparılır.
43,401
25.11.2008 03:13
Kriminal
ABŞERONDA DƏHŞƏTLİ QƏTL
Onun itkin düşməsindən 16 gün sonra H. Novruzova məxsus “Mercedes” yanmış halda Abşeron rayonunun Saray bağları adlanan ərazidə aşkar edilib. Abşeron rayon Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dünən H. Novruzovun meyiti həmin ərazidə torpağa basdırılmış vəziyyətdə tapılıb. H. Novruzovun əlləri və ayaqları bağlı vəziyyətdə olub və onun cəsədinin üzərində çoxlu sayda zorakılıq əlamətləri aşkar edilib. İlkin ehtimala görə, H. Novruzov xüsusi amansızlıqla qətlə yetirilib və sonradan torpağa basdırılıb. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib və hazırda Abşeron rayon PŞ tərəfindən qətl hadisəsini törədənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Abşeron rayon Prokurorluğundan APA-ya fakt təsdiqlənib. Prokurorluqdan cinayət hadisəsinin üstünün açılmadığı və araşdırma aparıldığı üçün heç bir açıqlama verilməyib. YEVLAX SAKİNİ GƏLİNİNİ BALTALADIYevlax sakini gəlininə balta ilə xəsarət yetirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Yevlax rayonunun Gülövşə kənd sakini Əkbər Əsədov münaqişə zəminində gəlini Narınca baş nahiyəsindən balta ilə xəsarət yetirib. Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə. Əsədov tutulub.
43,402
25.11.2008 03:06
Kriminal
ƏSGƏR HOSPİTALDA DÜNYASINI DƏYİŞDİ
Qeyri-rəsmi mənbələrin məlumatına görə, əsgər ürək-damar xəstəliyindən vəfat edib.Xatırladaq ki, bir müddət əvvəl ordunun daha bir əsgəri - Ruslan Adıgözəlov xəstəlikdən vəfat edib.
43,403
25.11.2008 03:17
Ölkə
SABİQ KOMİTƏ SƏDRİNƏ VƏZİFƏ VERİLDİ
Qeyd edək ki, G. Məmmədov 2005-ci il oktyabrın 18-də Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub. Bu il noyabrın 19-da yeni kabinet təsdiqlənərkən isə o, təyinatdan kənarda qalıb. QKDK sədri vəzifəsinə isə Azərbaycan Milli Bankı İdarə Heyətinin üzvü, Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin rəhbəri Rüfət Aslanlı təyin olunub. BAŞ PROKURORLUĞUN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ DƏYİŞDİRİLDİRespublika Prokurorluğunda kadr dəyişikliyi olub. Prokurorluqdan APA-ya verilən məlumata görə, Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini, mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev başqa vəzifəyə təyinat alıb. Bildirilib ki, Vüqar Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkilati-analitik şöbəsinin rəisi təyin edilib. Hazırda mətbuat xidmətinin rəhbəri vəzifəsini qurumun əməkdaşı Əntiqə Qonaqova icra edir.
43,404
25.11.2008 03:18
Kriminal
AZƏRBAYCANDA CƏZA ÇƏKƏN 20 İRANLI MƏHBUS ÖLKƏSİNƏ VERİLDİ
Penitensiar Xidmətdən analoji tədbirlərin qarşılıqlı şəkildə davam etdiriləcəyi bildirilib.