id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
43,507
27.11.2008 05:39
Siyasət
MÜSAVAT HAMIYA EYNİ GÖZLƏ BAXMIR
Onun sözlərinə görə, “Azadlıq” siyasi blokdur və daha uzunmüddətli birlikdir: “Artıq iki ildən çoxdur bu blok fəaliyyət göstərir və bizim aramızda səmimi münasibətlər var. Düşünürəm ki, blok fəaliyyətini bu şəkildə də davam etdirəcək”. Lalə Şövkət Eldar Namazovun rəhbərlik etdiyi “Azərbaycan Naminə” İctimai Forumun da “Azadlıq” blokunda təmsil olunmasını istədiyinə işarə edib və dolayısı ilə Namazova təklif də irəli sürüb: “Eldar Namazov arzu edəcəyi halda, ”Azərbaycan Naminə" İctimai Forumun da bloka daxil olması mümkündür". Lalə Şövkətin ANİF-i “Azadlıq” blokunda görmək istəyi məsələsi ilə bağlı Eldar Namazovun fikirlərini öyrəndik. “Azadlıq” blokuna daxil olmağınız ehtimalı varmı sualına belə cavab verdi: “Bu məsələyə hələlik qəti şəkildə nə ”hə", nə də “yox” demək mümkün deyil. Lalə xanımın fikirləri ilə şəxsən tam tanış olduqdan və Müsavatın AXCP-dən başqa digər təşkilatlarla müttəfiqlik etməməsinin əsl səbəbi aydınlaşandan sonra geniş fikirlərimi bildirə bilərəm". Müsavat Partiyasının başqanı İsa Qəmbər isə “Mediaforum”a müsahibəsində müxalif qüvvələrin əməkdaşlığına dair müzakirələrin davam etdiyini bildirib. Onun sözlərinə görə, müxalifətin əməkdaşlığına dair konkret təkliflər də var, amma məsələ mediada adekvat əks etdirilmir. İsa Qəmbər Lalə Şövkətin Müsavat Partiyasını müttəfiqlik məsələsində ayrı-seçkilik salmaqda qınamasına da münasibət bildirib: ”Yanaşma özü maraqlıdır. Müttəfiqlik elə məhz seçimlə bağlıdır. Yəni hər bir qüvvə hansı qüvvə ilə müttəfiq olacağını özü seçir. Biz müxalifətin əməkdaşlığında maraqlıyıq. Bir daha rəsmən bildirirəm - bu əməkdaşlıqda bütün qüvvələrə eyni gözlə baxmırıq. Qüvvələrə həm mövqeyinə, həm də gücünə görə fərq qoyuruq, hansı qüvvə ilə hansı şəkildə münasibət qurmaqla bağlı təkliflərimizi veririk və yaxud da bizə verilən təkliflərə münasibət bildiririk. Bu proses davam edir".
43,508
27.11.2008 07:39
Gündəm
KOJENİ QALMAQALI YENİDƏN BÖYÜDÜ
O vaxt Kojeni Azərbaycan Dövlət Neft Şirkətini almağa çalışırdı. Xəbər verildiyi kimi, Kojeni Nyu-York məhkəməsi tərəfindən şirkəti almaq üçün Azərbaycan rəsmilərinə rüşvət verməkdə günahlandırılır və amerikalı prokurorlar onun məhkəməyə çəkilməsini istəyirlər. Kojeni ifadələrində bu ittihamı rədd etmir və Azərbaycan hakimiyyətindəki şəxslərə rüşvət verdiyini gizlətmir, ancaq deyir ki, Amerika vətəndaşı olmadığına görə bu ölkənin qanunları ona şamil oluna bilməz.1995-ci ildən 2000-ci ilə qədər Kojeninin təhlükəsizlik xidmətinin başçısı olmuş Con Pulli deyib ki, o, şefinin vəkilinin Azərbaycan rəsmiləri üçün İsveçrədə bank hesabları açdığını görüb. Pullinin fikrincə, Kojeni rəsmilərə qiymətli şeylər verirmiş. Bundan başqa, Con Pulli ifadəsində bildirib ki, 1998-ci ildə o, Azərbaycan Dövlət Əmlakı Komitəsinin başçısı Nadir Nəsibovu Nyu-Yorka səfərdə müşayiət edib. Pullinin ifadəsinə görə, N.Nəsibov Nyu-Yorka müalicəyə gedirmiş, xərci Viktor Kojeni ödəyirmiş. Agentlik xatırladır ki, bununla da Kojeninin Azərbaycan hakimiyyətindəki yüksək səlahiyyətli şəxslərə rüşvət verdiyi haqda artıq 6 nəfərin ifadələri var. Bunlar çex fırıldaqçısının keçmiş ortaqları Fredrik Brouk və Devid Pinkerton, habelə Kojeninin investorlarından olan Hans Bodmer özlərini onlara qarşı irəli sürülən ittihamlar üzrə təqsirli biliblər və istintaqa kömək etməyə razılaşıblar.Agentliyin məqaləsində Kojeni və keçmiş ortaqları haqqında irəli sürülən rəsmi ittihama istinadən deyilir ki, çex biznesmeni amerikalı investorların pulları hesabına 300 milyon dollarlıq investisiya fondu yaradıb. Bu pulların təqribən üçdə ikisi Azərbaycan hakimiyyətindəki şəxslərə rüşvət kimi verilib. “Praqa piratı” kimi tanınan Kojeni iki ilə yaxın həbsdə qaldıqdan sonra hazırda Baham adalarında yaşayır və ABŞ-a ekstradisiyadan yayınmaq üçün mübarizə aparır. Onu Çexiyada da axtarırlar, hansı ki, Kojeni bu ölkədə çex şirkətlərini 1.1 milyard məbləğində fırıldaqda ittiham olunur. Məqalə müəllifi Devid Qlovin məhkəməyə verdikləri ifadələr barədə Rastas və Pullidən açıqlama almağa cəhd edib. Hazırda evlərində olan şahidlər agentliyə açıqlama verməkdən imtina ediblər. İş üzrə federal prokuror Maykl Qarsiyanın köməkçisi də məsələni şərh etməkdən imtina edib. Azərbaycanın ABŞ-dakı səfirliyi isə agentliyin telefon zənglərinə cavab verməyib.Məqalədən bəlli olur ki, Rastas və Pulli sözügedən ifadələrini 2005-ci ilin noyabrında veriblər. Həmin vaxt onlar istintaqla tam əməkdaşlıq etmək öhdəliyi götürüblər. Rastas ifadəsində deyib ki, o Pentaqonu 1993-cü ildə tərk edib və Rusiyaya köçüb. 1997-ci ildə dostu ona Kojeni ilə işləməyi təklif edib. Rastas həmin il Kojeninin investisiya fondunda ildə 120 min dollar maaşla işə qəbul edilib. “Kojeni ilə biz dünyanın bu hissəsində nəsə işlər görmək üçün hökumət məmurları ilə yaxşı əlaqələr qurmağın vacibliyini müzakirə edirdik” deyə bildirib.
43,509
27.11.2008 07:20
Gündəm
TÜRKİYƏNİN İRƏVANA SƏFİR TƏYİN ETMƏK NİYYƏTİ CİDDİLƏŞİR
O deyib ki, Türkiyə ilə münasibətlər və diplomatik əlaqələrin qurulması məsələsində nikbindir, bu nikbinlik isə aparılan danışıqlara əsaslanır. Amma bir-biri ilə tarixi zidiyyətləri olan iki qonşu ölkənin hansı məsələlərdə anlaşdıqları barədə məlumat verilmir.Türkiyə mənbələri noyabrın 24-də Edvard Nalbandyanın türkiyəli həmkarı Əli Babacanla görüşündə 5 məsələninÿ müzakirə olunduğunu bildirirlər. Bunlar 1915-ci il hadisələrinin tədqiqi üzrə birgə komissiyanın yaradılması, erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılma müddətini müəyyən etməklə Ermənistan-Türkiyə sərhədinin açılması, Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyə səfərinin hazırlanması və Qara dənizdə Təhlükəsizlik və Əməkdaşlıq Platforması çərçivəsində əməkdaşlıq məsələləridir. ÿMətbuat yazır ki, bunlardan başqa Nalbandyana diplomatik münasibətlər qurulmadan Türkiyənin Ermənistanda səfirini İrəvana göndərmək də təklif oluna bilər. Amma əvvəlcə Ermənistan 1915-ci il hadisələrinin tədqiq edilməsi üzrə birgə tarixçilərdən ibarət komissiyanın yaradılmasına razılaşmalıdır.ÿBirbaşa olaraq “erməni soyqırımı” məsələsi isə qəzetlərin yazdığına görə, müzakirə olunmayıb. Bəs Ankarada erməni nazirin açıqlamalarına hansı münasibət bəslənilir? Avrasiya Strateji Araşdırmalar mərkəzinin Erməni Araşdırmalar İnstitutunun rəhbəri Ömer Engin Lütem “Amerikanın səsi”nə bildirib ki, Ermənistan rəsmilərinin bu cür nikbin bəyanatlar verməklə əslində nəyə əsaslandıqları onlara məlum deyil. Amma məlum olan budur ki, Türkiyə həqiqətən də son vaxtlar İrəvanla münasibətlərini aydınlaşdırmağa, daha doğrusu, bəzi həqiqətləri qonşusuna başa salmağa çalışır: ÿ"Türkiyənin niyyəti Ermənistanla olan bir çox problemlərinə həll tapmaqdır. Amma bu, Türkiyənin Ermənistanla olan siyasətinə bir dəyişiklik gətirmir. Xüsusilə də Azərbaycanla bağlı. Yəni Türkiyə Ermənistanın o torpaqlardan çıxmalı olduğunu yenə deyir, qaçqınların evlərinə qayıtmasını yenə istəyir. Bu məsələlərdə Türkiyənin köhnə mövqeyində dəyişən heç nə yoxdur".ÿ Vaxtı ilə Türkiyə diplomatiyasının Ermənistanla bağlı siyasətinə rəhbərlik etmiş Ömər Engin Lütəm iki ölkə arasında sərhədlərin birdən birə - qeyd -şərtsiz açılması ilə bağlı Ankaranın hər hansı qarara gedəcəyinə inanmır: “Sərhədin açılması bir çox şərtlərə bağlıdır. Qarabağ məsələsində heç olmasa bir həll ehtimalı olmasa, mən Türkiyənin buna gedəcəyini zənn etmirəm”. ÿErmənistanla Türkiyə arasında əlaqələrin inkişafı Bakıda da diqqətlə izlənilir. Ancaq Azərbaycan rəsmiləri baş verənləri aydınlaşdırıb təhlil etmək üçün Türkiyənin xarici işlər naziri Əli Babacanın gələn həftə Bakıya səfərini maraqla gözləyirlər. Ankara isə bildirir ki, strateji müttəfiqi olan Bakının maraqlarına Türkiyə - Ermənistan diplomatik fəallığı nəticəsində xələl gəlməyəcək. Xarici işlər naziri Əli Babacan deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması türk-erməni dialoquna müsbət təsir göstərəcək. “Anadolu” xəbər agentliyinin məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əli Babacan çıxış edib. (ANS) Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında dialoqun bərpası üçün diplomatların hər görüşündə tərəflər irəliləyə bilirlər: “Ümid edirəm ki, Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan danışıqları vahid nəticə ilə yekunlaşacaq. Türkiyə və Ermənistan əlaqələrinin normallaşması Azərbaycan ilə Ermənistan arasındakı danışıqlar prosesinə də müsbət təsir göstərəcək”. Babacan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə 30 noyabr - 1 dekabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Əli Babacan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək və hər iki ölkəni maraqlandıran məsələlər barədə müzakirə aparacaq. Görüşdə habelə bölgədəki vəziyyət, rəsmi Ankaranın təklif etdiyi “Qafqazda Sabitlik və Əməkdaşlıq Paktı”nın həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılcaq. Əli Babacanın prezident İlham Əliyevlə görüşü də gözlənilir.
43,510
27.11.2008 07:42
Ölkə
BAKIDA EVLƏR 13 FAİZ UCUZLAŞA BİLƏR
Qeyd edək ki, bu səbəbdən də bəzi alqı-satqı şirkətləri fəaliyyətlərini məhdudlaşdırıb. Ekspertlər əmlak bazarındakı durğunluğu bir neçə amillə izah edirlər. Onların fikrincə, iş adamları 2006-2007-ci ildə daşınmaz əmlak bazarına böyük yatırımlar yatırırdısa, 2007-ci ilin sonlarından bu fəallıq aşağı düşüb: “Çox təəssüf ki, son aylar bu istiqamətdə işlər tam dondurulub”. Makler Qəşəm Nəsibovun sözlərinə görə, alqı-satqıdakı durğunluq mənzillərin qiymətinə də təsir edib. Ucuzlaşma xüsusən təkrar ev bazarında özünü göstərib. Artıq kiçik tikinti şirkətləri qiymətləri endirib. İri şirkətlər isə hələlik güzəştə getmək fikrində deyillər. Ekspertlər hesab edir ki, satış tempini bərpa etmək üçün onlar da bu addımı atmağa məcbur olacaqlar. Mütəxəssislərin ehtimallarına görə, ucuzlaşma 2009-cu ilin payızınadək davam edəcək. Bu müddətdə mənzillərin qiyməti 12-13 faiz düşə bilər. Bəzi ekspertlərə görə, tikinti sektorundakı durğunluq zəif şirkətlərin məhvi ilə nəticələnəcək. Artıq bunun işartıları görünməkdədir. Digər tərəfdən, prosesin bu cür davam etməsi hələlik iri şirkətlərin xeyrinədir. Bu səbəbdən arxasında imkanlı məmurların durduğu iri şirkətlər qiymətləri aşağı salmayıb. Amma böhrana tab gətirməyən kiçik tikinti şirkətləri qiymətləri endirib. Banklara külli miqdarda borcu olan bu şirkətlərin müflis olacağı istisna deyil. O üzdən kiçik şirkətlər yeni binaların tikintisini tamamilə dayandırıb. Hazırda Bakı şəhərində yalnız “Akkord” və bir də dövlətə məxsus tikinti şirkətləri tikinti işlərini həyata keçirilir.
43,511
27.11.2008 07:45
Ölkə
ƏSİR ƏSGƏRİMİZƏ GÖNDƏRİLƏN MƏKTUB YETİŞDİ
R.Həsənov isə ailə üzvlərinə cavab məktubu yazmayıb. Buna səbəb kimi R. Həsənovla görüşdə Azərbaycan dilini bilən BQXK nümayəndəsinin iştirak etmədiyi göstərilib. Bildirilib ki, tez bir zamanda BQXK-nin Azərbaycan dilini bilən nümayəndəsinin R.Həsənovla görüşü gözlənilir. Görüş barədə əsirin ailəsinə də məlumat verilib. Qeyd edək ki, R.Həsənovun Azərbaycan dilində yazıb-oxuya bilmədiyi, onun ailəsinə yazdığı ilk məktubun BQXK nümayəndəsi tərəfindən yazıldığı barədə məlumat verilib.
43,513
27.11.2008 07:39
Ölkə
AZƏRBAYCANDA DA SİQARET QADAĞASI OLACAQ
“Qanun layihəsinə görə əyləncə mərkəzləri, kafe, restoran, meydança, dəhlizlər, nəqliyyat vasitələri və digər ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmalıdır. Dörd nəfərdən artıq şəxsin toplaşdığı ictimai yerlərdə siqaret çəkilməsinə icazə verilməməlidir”.Q.Paşayevə bu gün bütün dünyada siqaret çəkilməsinə qarşı böyük kampaniyaların aparıldığını, qanunlar qəbul edildiyini, təbliğat-təşviqat işlərinin görüldüyünü deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda siqaretdən istifadə halları artır: “Təəssüf ki, bu hal bizim qadınlar, məktəblilər arasında da baş verir. Siqaret çəkilməsi isə xərçəng və digər ağır xəstəliklər yaradır”. Millət vəkili “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsində bu qanunun pozulmasına görə cərimə hallarının tətbiq edilməsi, tütün məhsullarının filmlərdə, kliplərdə və digər vasitələrlə gizli reklamının tamamilə yığışdırılması və 18 yaşına çatmayanlara siqaret satışının qadağan edilməsi ilə bağlı məsələlərin də öz əksini tapdığını bildirib.
43,514
27.11.2008 07:46
Dünya
İRANDA KÜTLƏVİ EDAM
Edamın yerinə yetirilməsinə nəzarət edən rəsmi şəxslər bildiriblər ki, qadın ərini öldürdükdən sonra onun cəsədini parça-parça etdiyinə görə asılıb. Yerli qəzetlərdən biri ittihamın detallarını açıqlamadan bildirir ki, edam edilən qadının adı Fatemeh Pəcoh olub. İran hüquq müdafiə təşkilatlarındakı mənbənin sözlərinə görə, asılan qadın siğədə olduğu kişini onun qızını zorladığına görə öldürüb.Bəzi mənbələr ilin əvvəlindən bu yana İranda 216 nəfərin edam olunduğunu bildirirlər. Bu, 2008-ci ilin yanvarından 317 nəfərin edam edildiyi Çindən sonra ikinci göstəricidir.
43,515
27.11.2008 07:47
Ölkə
BAKI AEROPORTUNDA LƏNGİMƏ
Birinci reys günorta saat 15-də, ikincisi isə axşam saatlarında yola düşməli idi. Ancaq təyyarə Bakıya gəlmədiyindən, zəvvarlar uzun müddət gözləməli olublar. Gecə saatlarında məlum olub ki, təyyarə gəlməyib və zəvvarların birinci qrupu ertəsi gün, yəni noyabrın 26-da səhar saatlarında uça biliblər. Təyyarə ilə ikinci reysdə gedəcək qrupa isə QMİ əməkdaşları vaxtında zəng edərək aeroporta gəlməmələrini bildiriblər. Dünən axşam saatlarında onlar da müqəddəs səfərə yola düşüblər. Qeyd edək ki, adətən təyyarə reysləri ilə bağlı problem demək olar ki, hər il təkrarlanır. “AZAL”ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli lent.az-a bildirib ki, 3 gün əvvəl Bakı vaxtilə saat 17.30-da uçmalı olan təyyarə dünən saat 10.11-də yola düşüb: “Lakin bu məsələnin “AZAL”a heç bir aidiyyəti yoxdur. Həmin reysi Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Royal-AİR” şirkəti gerçəkləşdirir" .Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən isə reysin yubanmasına səbəb kimi Məkkədən Bakıya gəlməli olan təyyarənin gecikməsi göstərilir: “Dünən Azərbaycan zəvvarlarını aparan 2 təyyarə uçmalı idi. Onlardan 1-i bu gün (bu gün-K.) yola salınıb. Digər təyyarənin də gün ərzində yola düşəcəyi gözlənilir”.
43,516
27.11.2008 07:49
Ölkə
“MAŞİNA VREMENİ”nin ÜZVÜNÜN QƏTLİNDƏ AZƏRBAYCANLI ƏLİ
M. Məmmədyarov haqqında “dələduzluq” və “cinayəti bilib xəbər verməmə”, V.Qosudarev haqqında isə “qəsdən adamöldürmə” maddələri ilə cinayəti işi qaldırılıb. Bu iş üzrə əvvəl daha 2 azərbaycanlı - Əliyev və Hacıyev soyadlı şəxslər həbs olunub. İstintaqdan bildiriblər ki, şübhəlilərdən biri A.Zaytsevi məişət münaqişəsi zəminində öldürdüyünü etiraf edib. Xatırladaq ki, A.Zaytsev ötən ilin sentyabrında itkin düşüb. Bacısı naməlum şəxslərin onu maşına basaraq apardıqlarını görüb. Qətlin A.Zaytsevin mənzilini əlindən almaq məqsədilə törədildiyi güman olunur.
43,517
27.11.2008 07:48
Mədəniyyət
ƏFSANƏVİ PYER KARDEN BAKIYA GƏLİR
Görkəmli rəssamın yubileyinə vitse-prezidenti olduğu Rusiya Rəssamlıq Akademiyasının bir sıra üzvləri ilə yanaşı, ABŞ, Almaniya, Fransa Rəssamlıq akademiyalarının üzvləri, tanınmış rus yazıçısı Edvard Radzinski, Moskvada yaşayan tanınmış soydaşlarımız və digərləri də qatılacaq.
43,518
27.11.2008 07:49
Mədəniyyət
YAQUB ZURUFÇU AZƏRBAYCAN VƏTƏNDAŞI OLACAQ
Y.Zurufçu son günlər Şüvəlandakı evinin bir dövlət məmuru tərəfindən alınması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib və bu xəbərin həqiqətə uyğun olmadığını qeyd edib: “Mənim evimi heç kim əlimdən almayıb. Ümumiyyətlə, bütün dövlət məmurları ilə əlaqəm çox yaxşıdır və bu daimi olaraq da belə davam edəcək. Bu xəbərə gəlincə, mən bu gün də həmin evdə yaşayıram və evimlə bağlı heç kimlə qalmaqal olmayıb. Həmin dövlət məmuru Şüvəlandakı evimin yanında özü üçün ayrıca ev tikdirir”.Qeyd edək ki, Y.Zurufçu hazırda ABŞ vətəndaşıdır. Azərbaycan qanunları isə ikili vətəndaşlığa icazə vermir.
43,519
27.11.2008 07:51
Gündəm
QLOBAL BÖHRAN “NABUKKO”NU DA “VURDU”
O deyib ki, maliyyə çətinliklərinə baxmayaraq, konsorsium tikinti işlərinə 2010-cu ildə başlayaraq 2013-cü ildə yekunlaşdırmağı planlaşdırır. Mitçek 3 300 kilometr uzunluğunda qaz kəmərinin tikintisinin bu qrafikini daha real adlandırıb. Bundan əvvəl kəmərin tikintisinə 2009-cu ildə başlamaq nəzərdə tutulurdu. “Əlbətdə ki, qlobal maliyyə böhranı və iqtisadi tənəzzül ”Nabukko" ya təsirsiz ötüşməyəcək, ancaq biz işləri davam etdirmək niyyətindəyik" deyə Mitçek bildirib.Mitçek deyib ki, mövcud kreditləşmə şəraiti bu layihənin maliyyələşdirilməsinə də təsir göstərə bilər. Çünki “Nabukko” kəmərinin 70 faizini kredit hesabına inşa etmək nəzərdə tutulur. “Bizim beynəlxalq maliyyə institutlarından və kommersiya banklarından layihəyə kredit almaq barədə razılaşmalarımızda dəyişikliklər ola bilər” deyə Mitçek bildirib. Məlumata görə, bundan əvvəl “Nabukko” layihəsinin üçdə iki hissəsini Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı kimi maliyyə institutlarından cəlb edilən kreditlərin hesabına maliyyələşdirmək nəzərdə tutulurdu. Ancaq indi beynəlxalq maliyyə institutlarının əsas səyləri maliyyə böhranı ilə üzləşən ölkələrə təcili kreditlər ayırmağa yönəldiyindən və onların vəsaitlərinin həcmi məhdud olduğundan konsorsium kommersiya banklarını layihəyə cəlb etməyi düşünür. Son hesablamalara görə, “Nabukko” layihəsinin başa çatdırılması üçün 8 milyard avro, yaxud 10.3 milyard dollar tələb olunur. Türkiyə üzərindən Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyanın qaz anbarlarına ildə 31 milyard kubmetr qaz nəql etmək üçün nəzərdə tutulan kəmərin tikintisinin qiyməti dünya bazarlarında materialların və avadanlıqların qiymətlərinin dəyişməsi ilə bağlı dəyişə bilər. Mitçek deyib ki, xüsusən poladın qiymətinin dəyişməsinin layihəyə birbaşa təsiri olur. Onun bildirdiyinə görə, konsorsium kəməri doldurmaq üçün qaz tapılacağına əmindir. Mitçek bu günlərdə Qazaxıstan və Türkmənistan rəsmiləri ilə aparılan danışıqlara istinad edərək deyib ki, o optimistdir. “Mən optimistəm ki, qazın nəqli üçün irəli sürülən bu variant sərfəlidir. Biz Azərbaycan, Türkmənistan, İraq və İran qazına ümid edirik” .Xatırladaq ki, “Nabukko” nun reallaşması üçün onsuz da bir çox maneələr var idi. Bunlardan ən başlıcası Azərbaycan və Türkmənistanın kəmərə nə qədər qaz vurmağa hazır olduğu haqda möhkəm siyasi təminatın olmamasıdır. Digər tərəfdən, Türkiyənin təklif etdiyi tranzit şərtləri və Azərbaycan qazına təklif etdiyi aşağı qiymət layihənin reallaşmasına problem yaradır. Nəhayət, Rusiya Türkmənistan, Azərbaycan və Qazaxıstana təzyiq edərək onların bu layihədən uzaq durmasına çalışır. İndiyədək “Nabukko” layihəsinə cəlb olunmuş şirkətlər, xüsusən layihənin operatoru olan Avstriyanın OMV şirkəti qlobal böhrana baxmayaraq layihəni maliyyələşdirmək üçün vəsaitin tapılacağını bildirirdi. Ancaq indi etiraf olunur ki, qlobal böhran 10 milyard dollardan da baha olan bu layihədən də yan keçməyəcək. Böhranın isə ən yaxşı halda il yarımdan sonra dayana biləcəyi təxmin edilir.Bu arada məlum olub ki, Amerika iqtisadiyyatında tənəzzül qlobal böhranın təsiri ilə gözlənildiyindən daha dərindir. Rəsmi statistikaya görə, Birləşmiş Ştatlar iqtisadiyyatının iyul və sentyabr ayları arasında düşünüldüyündən daha böyük tənəzzüldə olduğu göstərilir. ABŞ hökumətinin açıqladığı hesabatda göstərilir ki, ölkədə istehsal edilən məhsullar və xidmətlər üçüncü rübdə yarım faiz azalıb. Bu, ehtimal edildiyindən 0.2% azdır. İqtisadçılar ümümdaxili məhsulun göstəricilərinin belə enməsini istehlakçı xərclərinin on illər ərzində ən aşağı səviyyəyə düşməsilə izah edirlər. Rəsmilər və investorlar istehlakçı xərclərini diqqətlə izləyirlər. Belə ki, tələbat ABŞ-da iqtisadi fəallığın üçdə-ikisini təşkil edir.ÿ Avropa ölkələrində də vəziyyət yaxşı deyil. Hazırda Avropa Birliyi böhranı dayandırmaq üçün təcili tədbirlər planını müzakirə edir. BBC-nin xəbərinə görə, Avropa Komissiyası qlobal maliyyə böhranı ilə bağlı 27 üzv ölkənin müraciətinə əsasən hazırlanan “vahid tədbirlər planını” dünən təqdim edib. Xəbər verilir ki, iqtisadi problemlərin öhdəsindən gəlmək üçün Avropada daha çox əlavə maliyyə ehtiyatlarına deyil, tədbirlərin yaxşı əlaqələndirilməsinə ehtiyac duyulur. Yeni təşəbbüs 27 ölkənin vergi və investisiya sahəsində ahəng siyasət keçirəcəyinə söykənəcək. “Hamı müalicə istəsə də heç də hamı eyni əlaca möhtac deyil”, - deyə Avropa Komissiyasının prezidenti Joze Manuel Barosso bildirib. İş və istehlak bazarında fəallığı bərpa etmək üçün ölkələr ümumdaxili məhsulun bir faizini bu sahələrə yönəltməyə çağırırlar. Konkret olaraq bir neçə tədbirlə yanaşı əlavə dəyər vergilərinin kəsilməsi də təklif olunur. Rusiyada isə tənəzzülün gələn il daha da dərinləşəcəyi təxmin edilir. Qlobal böhrandan ən çox ziyan çəkən ölkə olan Rusiyanın İqtisadi İnkişaf Nazirliyi gələn ilin əvvəlində işsizliyin artacağını gözləyir. Bildirilir ki, ixtisarlar ilk növbədə maliyyə fəaliyyəti, ticarət, tikinti, təbii ehtiyatların işlənməsinə toxunacaq. Bu arada hökumət böhranın real iqtisadiyyatda özünü göstərməsinin qarşısını almaq üçün vergiləri artırır. Habelə qeyd olunur ki, neftin qiymətinin kəskin düşməsi büdcə xərclərini azaltmayacaq, ölkənin böyük ehtiyatları var. Düzdür, bir çox ekspertlərə görə, bu ehtiyatlar bəs etməyə də bilər, Rusiya 2 aya artıq öz qızıl-valyuta ehtiyatlarının 20 faizindən artığını xərcləyib. Rusiya hökumətinin özündə artıq bildirirlər ki, ilk əvvəl tam əksəriyyət üçün tam mücərrəd görünən maliyyə böhranı yavaş-yavaş real iqtisadiyyata keçib miqyaslı iqtisadi böhrana çevrilir. Əksər müşahidəçilərin fikrincə, ölkə hələ böhranın əvvəlindədir, böhranın dibi isə təxminən gələn ilin yazına təsadüf edə bilər. Elə məhz həmin vaxta da işsizliyin xeyli artması gözlənilə bilər. Bu baxımdan hökumət artıq indidən iqtisadiyyatı canlandırmaq üçün müəyyən addımlar atır. İlk növbədə müəssisələrdə daha çox vəsaitin qalması və deməli, onların öz işçilərinə daha qayğıyla yanaşması üçün yanvarın 1-dən mənfəət vergisi azaldılır.
43,520
27.11.2008 07:10
Dünya
OBAMA KOMANDASINA “QIRĞILAR”ı YIĞIR
Respublikaçı olmasına baxmayaraq, Qeyts İraqda təhlükəsizliyin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlərə, habelə, prezident Buşu və vitse-prezident Dik Çeynini İrana qarşı hərbi əməliyyatlara başlamaq planlarından çəkindirə bildiyinə görə həm respublikaçılar, həm demokratlar arasında nüfuza malikdir. Məlumata görə, Obama Qeytsdən ən azı daha bir il müdafiə naziri vəzifəsini yerinə yetirməsini xahiş edib.Digər məlumata görə, Obama prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postuna NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanı, istefada olan ordu generalı Ceyms Consu gətirməyə hazırlaşır. Bildirilir ki, Ceyms Cons artıq Obamanın Çikaqodakı qərargahında olub və onunla müzakirələr aparıb. C.Cons Amerika ordusunun ən nüfuzlu generallarından hesab olunur. Onun təhlükəsizlik məsələlərində peşəkarlığı yüksək qiymətləndirilir. Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunda Consun köməkçisi Klinton administrasiyası dövründə dövlət katibinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş köməkçisi Tom Danilonun olacağı gözlənilir. Son vaxtlar o, Vaşinqtonda iri hüquq şirkətlərindən birində işləyib.Ölkənin 16 kəşfiyyat qurumunu özündə birləşdirən Milli Kəşfiyyat Şurasının direktoru vəzifəsinə istefada olan admiral, ABŞ-ın Sakit Okean donanmasının keçmiş komandanı, Mərkəzi Kəşfiyyat İdarəsində, prezident yanında Milli Təhlüəsizlik Şurasında, Silahlı Qüvvələrin Baş Qərargahında müxtəlif vəzifələr tutan istefada olan admiral Dennis Bleyer təyin olunacaq. Xəbər veriliyi kimi, dövlət katibi vəzifəsinə keçmiş birinci ledi, senator Hillari Klintonun təyin olunması razılaşdırılıb. Onun birinci müavini isə Klinton administrasiyasında prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin köməkçisi olan Ceyms Staynberq təyin olunacaq. Obama seçki kampaniyası dövründə xarici siyasət üzrə əsas köməkçilərindən olan Syuzan Raysı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna təyin edəcək. Onun təhlükəsizlik bloku komandasını gələn həftə elan edəcəyi gözlənilir. Bu arada Obama Demokratlar Partiyasının sol qanadında komandasını “qırğılar”dan təşkil etdiyinə görə tənqid olunur. Tənqidçilərə görə, Obama vəd etdiyi dəyişikliklərə sadiq qalmır. Onun komandasının aparıcı fiqurları, o cümlədən dövlət katibi olması gözlənilən Hillari Klinton xarici siyasətdə sərt xətt tərəfdarları kimi tanınırlar. Həmçinin H.Klinton və Ceyms Cons Türkiyəyə yaxın fiqurlar sayılırlar.
43,521
27.11.2008 07:58
Ölkə
BAKIDAKI İŞIQFOR, FONTAN VƏ LİFTLƏRİN İŞIĞI KƏSİLƏCƏK
Bu barədə “APA-ECONOMICS”ə “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.T.Mustafayevin sözlərinə görə, borcların ödənilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq edilib. Əks təqdirdə, park və fontanların, lift təsərrüfatı, bina bloklarının işıqlandırılması və işıqforlara elektrik enerjisinin verilməsi dayandırılacaq.Qeyd edək ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin park və fontanların 200 min manat, lift təsərrüfatının 6 mln. manat, bina bloklarının işıqlandırılmasına görə 3 mln. manat, işıqforlara görə 321 min manat borcu var.
43,522
27.11.2008 07:59
Kriminal
MER SNAYPERLƏ ÖLDÜRÜLDÜ
Məlumata görə, killer merin düz ürəyinə atəş açıb. Üstəlik, atəş ağırlıq mərkəzini dəyişən güllə ilə atılıb və merin yaşamaq üçün heç bir şansı qalmayıb. Karayevin xəstəxanaya aparıldıqdan az sonra keçindiyi bildirilir. Rəsmilər əvvəlcə bildiriblər ki, atəş çox güman ki, snayper tərəfindən açılıb: “Qətl peşəkarcasına törədilib, killer cəmi bir atəş açıb və merin həyati vacib orqanlarını sıradan çıxarıb” .Hadisədən sonra şəhərdə qatilin tapılması üçün əməliyyat başlayıb. Qatili görə bilən şahidlər axtarılır. Bildirilir ki, mer xidməti avtomobilinə oturarkən öldürülüb. Lakin bu zaman avtomobildə olan sürücü və mühafizəçi killeri görə bilməyiblər. Məlum olub ki, onlar ancaq atəş səsini və merin yıxıldığını görüblər. Atəşin hansı istiqamətdən açıldığı da məlum deyil. Ehtimal olunur ki, snayper yaxınlqıdakı evlərdən birinin damında mövqe tutub. Milis yaxınlıqdakı bütün yaşayış evlərinin sakinlərini dindirməyə başlayıb. Şimali Osetiyanın prezidenti Teymuraz Mamsurov deyib ki, qətlin kimlər tərəfindən təşkil oluna biləcəyi haqda heç bir versiya yoxdur. Çünki Vitali Karayev mer vəzifəsinin icrasına təzəcə başlamışdı. Mamsurov bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinin təcili müşavirəsini çağırıb. Hadisə ilə bağlı cinayət işinin istintaqını Rusiya Baş Prokurorluğunun İstintaq İdarəsi aparır.V.Karayev Vladiqafqazın meri vəzifəsinin icrasına bir neçə aydır başlamışdı. Bundan əvvəl onun müavini Mayram Tamayevə sui-qəsd edilib. Mer müavininin maşınında partlayıcı qurğu işə düşüb, nəticədə o yaralanıb. Bu yaxınlarda isə Valdiqafqazın mərkəzində sərnişin avtobusunun partladılması nəticəsində xeyli adam ölmüşdü. Respublikada yaranmış vəziyyətlə bağlı yerli Dumaya seçkilər təxirə salınıb.
43,523
27.11.2008 07:46
İqtisadiyyat
İQTİSADÇI EKSPERTLƏR SƏS-KÜYLÜ BÜDCƏNİ MÜZAKİRƏ ETDİ
Bir başqa narahatçılıq son illər baş alıb gedən qiymət artımı fonunda 2009-cu ildə əhalinin sosial vəziyyətinin ən azından daha da pisləşib-pisləşməyəcəyindən ibarətdir. Çünki əvvəlki illərdə qiymət artımını nisbətən də olsa kompensasiya edən hökumətin böyük imkanları, büdcəyə vaxtaşırı artım yönündə müdaxiləsi və sosial müavinatların, pensiyaların, əməkhaqqlarının artırılması idi. Bunun özünü 2009-cu ildə nə dərəcədə göstərəcəyi sual altındadır. Nəhayət, neft ölkəsi olaraq neftin qiymətinin özünü necə aparması çox ciddi problem kimi narahatlıq doğurmaya bilməz. Neft Fondu vəsaitlərinin gələcək nəsillər üçün istifadəsini gözləyirdik. Amma bu vəsaitlərin istifadəsi gözlədiyimizdən tez baş verdi. Növbəti ildə ən optimist proqnozlara görə, vəsaitlərdən çox böyük həcmdə istifadə ediləcək. Bu, ciddi problemdir. Çünki hesab edirdik ki, yaxın illərdə həmin vəsaitlərə toxunmağa ehtiyac olmayacaq”.Son illər artan büdcə xərclərində əsas yeri investisiya layihələrinin, investisiya sektorunun tutduğunu vurğulayan İ.Əhmədov bildirdi ki, bu, dövlətin imkanları ilə bağlı idi: “İndi bu layihələrin taleyi necə olacaq? Rəsmilər deyir ki, başlanmış layihələr 2009-cu ildə bitməlidir. Sonrakılara vəziyyətdən asılı olaraq baxılacaq”. Daha sonra MB üzvü, Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl 2009-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun rəyini məruzə etdi. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin gəlirlərinin 12 mlrd. 177 mln. manat, xərclərinin isə 12 mlrd. 355 mln. manat məbləğində nəzərdə tutulduğunu deyən Z.İsmayıl bildirdi ki, növbəti ilin büdcə gəlirləri 2008-ci il üçün nəzərdə tutulan gəlirlərlə müqayisədə 16,1 faiz, xərcləri isə müvafiq olaraq 11,7 faiz çox proqnozlaşdırılıb: “Son illərdə büdcə üçün xarakterik olan yüksək artım tempi 2009-cu ildə bir qədər səngiyəcək. Belə ki, əgər əvvəlki ilə nisbətən dövlət büdcəsinin gəlirləri 2006-ci ildə 88,2 faiz, 2007-ci ildə 49,2 faiz, 2008 ildə 74,5 faiz (proqnoz) artmışdısa, gələn il üçün bu artımın səviyyəsi 16,1 faiz proqnozlaşdırılır”.O həmçinin dedi ki, əvvəlki ilə nisbətən dövlət büdcəsinin neftdən asılılığı bir qədər də güclənir: “2008-ci ildə birbaşa neft gəlirlərinin dövlət büdcəsinin gəlirlərində payı 62,4 faiz səviyyəsində gözlənilirsə, gələn il həmin göstəricinin 65,4 faizə çatacağı proqnozlaşdırılır. 2009-cu ildə neft sektorundan birbaşa daxilolmalar 7595 mln. manat, o cümlədən 2680 mln. manat neft sektoru üzrə birbaşa vergi ödənişləri, 4915 mln. manat Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) transfertləri (büdcə gəlirlərinin 40,4 faizi) təşkil edəcək. Gələn il büdcə gəlirlərinin artımının (1693 mln. manat) 74 faizi (1264,5 mln. manat) məhz neft sektoru üzrə ödənişlərin məbləğinin artımı hesabına baş verəcək. Eyni zamanda büdcənin neft gəlirlərindən asılılığı qeyri-neft büdcə kəsirinin artımında özünü büruzə verir. Əgər 2007-ci ildə dövlət büdcəsinin qeyri-neft büdcə kəsirinin qeyri-neft sektorunda formalaşan ÜDM-ə nisbəti 32 faiz təşkil etmişdisə, 2009-cu ildə həmin göstəricinin 42,5 faizə qədər yüksələcəyi gözlənilir”.İqtisadçının sözlərinə görə, ölkədə rəsmi bəyan olunan işgüzar fəallığın 2009-cu ilin büdcəsinə təsiri son dərəcə zəif hiss olunur: “2009-cu ildə büdcənin ümumi gəlirlərinin artımının 3/4-ü neft sektorunun hesabına təmin olunucaq. MBQ ekspertlərinin hesablamalarına görə, 2009-cu il üzrə büdcə gəlirlərinin proqnozlaşdırılan ümumi artımının 11,2 faizini məhz idxal vergi və rüsumları təşkil edəcək. Deməli, neft sektorunun birbaşa ödənişləri və idxal ödənişləri hesabına artımları nəzərə almasaq, əvvəlki ilə nisbətən büdcə gəlirlərinin ümumi artımı cəmi 239,3 mln. manat, yaxud 2,3 faizdir.Z.İsmayıl dedi ki, qeyri-neft sektorunun vergi ödənişlərində mütləq artımı proqnozlaşdırılsa da, bu mənbədən daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi dəyişmir: “Digər tərəfdən vergi gəlirlərinin büdcədə payı əhəmiyyətli dərəcədə azalır”. Büdcə xərclərinə gəlincə, Z.İsmayıl qeyd etdi ki, 2009-cu ildə, 1995-ci ildən bəri ilk dəfə büdcə xərclərinin real həcmi azalacaq: “2009-ci ilin dövlət büdcəsi layihəsinin xərcləri əvvəlki illə müqayisədə 11,7 faiz çox proqnozlaşdırılıb. Rəsmi məlumatlara görə, gələn il üçün illik inflyasiyanın 12-14 faiz olacağı gözlənilir. (Beynəlxalq Valyuta Fondu isə 2009-cu ilə Azərbaycan üzrə inflyasiyanı 15 faiz proqnozlaşdırıb). Bu səbəbdən də inflyasiya təsiri nəzərə alınan halda gələn il büdcə xərclərinin real həcminin 2 faiz azalmasının şahidi olacağıq. Bundan əlavə, gələn ilin büdcəsində sosial xərclərin büdcədəki birbaşa payı 3,3 faiz bəndi artaraq 25,6 faiz təşkil edəcək. Bununla belə, son bir neçə ildə sosial xərclərin büdcədəki payı azalmaqdadır. Məsələn, 2003-cü ildə bu göstərici 41 faiz təşkil edib. 2009-cu ildə sosial müdafiə və sosial təminat xərclərinin büdcədəki payı artacaq. Bu xərclərin artımı Dövlət Sosial Müdafiə Fonduna taransfertlərin, sosial müavinətlərin, əmək haqqı və pensiya təminatı sisteminin təkmilləşdirilməsinə ayrılmış vəsaitlərin artırılmasına imkan yaradacaq. Bununla belə, 2009-cu ildə transfertlərin ümumi sosial müdafiə xərclərindəki payının azalması gözlənilir. Eyni zamanda sosial müdafiə və sosial təminat xərclərinin 39,3 faiz artmasına baxmayaraq, gələn il pensiyaların baza hissəsinin 10 manat artırılması nəzərdə tutulur ki, bu da ölkədə pensiya sahəsində problemlərə adekvat sayıla bilməz”.Zöhrab İsmayılın sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən bəri ilk dəfə olaraq 2009-cu ildə müdafiə xərclərinin nominal həcmi azalır: “Bu azalma 10,3 faiz proqnozlaşdırılır. Qeyri-rəsmi izahatlardan biri bu azalmanın qarşılığı olaraq müdafiə sahəsinə qoyulan dövlət investisiyalarının artırılmasıdır. Bununla belə, qeyd etmək lazımdır ki, 2009-cu ilin büdcə zərfində də müdafiə xərclərinin təsnifatı açıqlanmayıb. Beləliklə də, büdcə xərclərində 9,8 faiz paya malik olan müdafiə xərclərinin hara yönələcəyi 2009-cu ildə də ictimaiyyət üçün sirr olaraq qalacaq”.Məlum oldu ki, 2009-cu ilin büdcə layihəsində şəffaflıq və məlumatların açıqlanması baxımından xeyli geriləmələr var. Belə ki, hökumət 2008-ci ilin dövlət büdcəsini təqdim edərkən bu sahədə islahatların aparılacağını söyləsə də, faktiki olaraq heç bir nəzərəçarpacaq müsbət dəyişiklik baş verməyib. Əksinə, ötən ildən fərqli olaraq hökumət 2009-cu il üzrə dövlət investisiya siyasətini, sifarişçi dövlət qurumlarının və layihələrin siyahılarını parlamentə təqdim etməyib. Z.İsmayıl onu da vurğuladı ki, gələn il büdcənin ehtiyat fondunun həcminin azaldılması və Prezidentin Ehtiyat Fondunun həcminin artırılması nəzərdə tutulur: “Prezidentin Ehtiyat Fonduna ayrılacaq 180 mln. manat büdcənin ehtiyat fondundan 70 milyon manat, elm xərclərindən isə 75 milyon manat çoxdur. Tədqiqatlar göstərir ki, Gürcüstan və Azərbaycan istisna olmaqla dünyanın heç bir ölkəsində prezidentin büdcədən maliyyələşdirilən və yalnız özünün sərəncamı ilə xərclənən fondu fəaliyyət göstərmir”. Ekspert neftin büdcədəki baza qiymətinə də toxundu: “Nəzərə almaq lazımdır ki, dövlət büdcəsində neft gəlirlərinin dörddə üçü ARDNF-in transfertlərindən ibarətdir. 2009-cu il üzrə icmal büdcənin gəlirləri proqnozlaşdırılan zaman neftin hökumət tərəfindən hesablama bazası kimi istifadə etdiyi qiymət həddi (səlahiyyətli dövlət qurumlarının təmsilçilərinin çıxışlarında büdcə hesablamalarında xam neftin hər bareli üçün 70 dollar götürüldüyü qeyd olunsa da, 2009-cu ilin büdcə sənədlərində həmin göstərici 80 dollar göstərilib) özünü doğruldarsa, ARDNF-in gəlirləri 14 567 mln. manat təşkil edəcək. Bu halda gələn il üçün Fonddan proqnozlaşdırılan büdcə ayırmaları ARDNF-in gəlirlərinin cəmi 34 faizini təşkil edəcək. Yuxarıda qeyd olunduğu kimi, ən pis qiymət ssenarisinin (məsələn, hər barel üçün 40 ABŞ dolları) olacağı halda ARDNF-in proqnozlaşdırılan gəlirlərinin 2 dəfədən çox azalması mümkünsüzdür. Göründüyü kimi, hətta bu cür kəskin azalma şəraitində belə, ARDNF nəinki dövlət büdcəsi üzrə öhdəliklərini, habelə fondun öz xərc öhdəliklərini də icra etmək imkanında olacaq. Lakin bu halda ARDNF-in ümumi gəlirlərinin 60 faizə qədəri dövlət büdcəsinə transfert edilə bilər. Nəticədə neftin qiymətinin enməsindən itkilər dövlət bücəsində deyil, icmal büdcədə hiss olunacaq”.
43,524
27.11.2008 07:01
İqtisadiyyat
NEFTİMİZ YENƏ UCUZLAŞDI
Blumberq agentliyinin məlumatına görə, noyabrın 26-sı günün 1-ci yarısında Brend markalı “qara qızıl”ın bareli 2 faizdən çox bahalaşaraq 52 dollara təklif olunub. Azərbaycan neftinin qiyməti 1 günlük fasilədən sonra yenidən 50 dollardan aşağı düşüb. Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, srağagünkü hərraclarda Azərilayt markalı “qara qızıl”ın bareli 49 dollar 72 sentə satılıb. Maliyyə bazarlarına gəlincə, Avropanın vahid valyutası avro təqribən 1 dollar 30 sentə dəyişdirilir. Qızılın unsiyası isə 818 dollara və ya qramı 26 dollar 46 sentə təklif olunur.
43,525
27.11.2008 07:01
İqtisadiyyat
AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKINDAN XƏBƏRDARLIQ
İqtisadi meylləri və fəaliyyət göstərdiyi ölkələrdə islahatların icra olunması ilə bağlı irəliləyişləri əks etdirən AYİB-in 2008-ci il üzrə keçid dövrünə dair hesabatında ümumi iqtisadi inkişaf göstəricisinin 2007-ci ildə müşahidə olunan 7.5 faizdən 2008-ci ildə 6.3 faizə, 2009-cu ildə isə 3.0 faizə enəcəyi proqnozlaşdırılıb.Qurumun hesablamalarına görə, Mərkəzi Avropa və Baltik ölkələrində inkişaf tempi keçən il müşahidə olunan 6.3 faiz göstəricisindən 2008-ci ildə 4.3 faizə, 2009-ci ildə isə 2.2 faizə enəcək. Cənub-şərqi Avropa ölkələrində inkişaf göstəriciləri 2007-ci il üzrə 6.2 faizdən cari ildə 6.5 faizə qalxacaq, növbəti ildə isə 3.1 faizə enəcək. MDB və Monqolustanda cari il ərzində inkişaf göstəricisinin 8.5 faizdən 7.3 faizə, 2009-cu ildə isə 3.4 faizə düşəcəyi proqnozlaşdırılıb.Azərbaycanda 2007-ci ildə iqtisadiyyatda müşahidə olunan 23.4 faiz artımdan sonra, 2008-ci ildə artım göstəricilərinin 20, 2009-cu ildə isə 15 faiz təşkil edəcəyi gözlənilir. AYİB-in aparıcı iqtisadçısı Anita Tasi bildirib ki, Azərbaycan regionda ən sürətlə inkişaf edən, iqtisadiyyata malik olan ölkə və ilin ən öndə gedən islahatçısı adını qazanıb. Lakin Azərbaycanda da qlobal maliyyə böhranının təsiri artan meyllə hiss olunacaq. Xarici sərmayələr üçün mənbələr əhəmiyyətli dərəcədə azalacaq. İxraca tələbatın azalması, neft və qaz qiymətlərinin enməsi respublikanın iqtisadi inkişafına öz təsirini göstərəcək.Yeri gəlmişkən, hesabatın qlobal kredit böhranının regiona olan təsirinə dair ayrıca bölməsində bildirilir ki, ümumi maliyyə mühitində vəziyyətin pisləşməsi hal-hazırda kreditin genişlənməsində davamlı və əhəmiyyətli tənəzzül ilə nəticələnə bilər. Hesabatda xəbərdarlıq da edilir. Bildirilir ki, belə halda keçid dövründə olan regionda iqtisadiyyatın ümumi inkişafı üçün nəticələr ağır olacaq.
43,526
27.11.2008 07:03
Siyasət
DOKTOR SİYAVUŞ NOVRUZOVUN DİQQƏTİNƏ
Son günlər çıxışlarında çox savadlı görünməyə çalışan, fəqət səhvlər edən (məsələn, İordaniya ilə Liviyanı qarışıq salmaq kimi) YAP-çı deputatın fikirlərindən göründüyü kimi, o hesab edir ki, neft pullarını məhz indi xərcləmək lazımdır, əks halda indiki nəsillər acından qırıla bilər. Bəs digər ölkələrdə necə, neft pullarını indiki nəsilləri S.Novruzovun dediyi kimi, qırmadan gələcək nəsillərə saxlamaq mümkün olurmu? S.Novruzovun bu fikirləri ilə bağlı neft pullarını ən düzgün istifadə edən ölkə kimi Norveçin nümunəsini xatırlatmaq yerinə düşür. Çünki bu ölkədə neft pulları elə xərclənir ki, həm indiki nəsil acından qırılmır, əskinə, dünyada ən yaxşı səviyyədə yaşayır, həm də gələcək nəsillərə vəsait qalır.Norveçdə neft gəlirlərini idarə edən fond Dövlət Pensiya Fondu adlanır. Fondun iki məqsədi var; neftdən gələn gəlirin düzgün xərclənməsini təmin etmək və Norveç əhalisinin qocalmasıyla bağlı ortaya çıxan xərclərin öhdəsindən gəlmək üçün vəsait toplamaq. Hər il dövlətin neft əməliyyatlarından gələn gəlir neft fonduna gedir. Məsələn, keçən il Norveç hökuməti fonda 14 milyard dollar köçürüb. Fond isə bu vəsaiti idarə etmək, sərfəli sərmayələr qoymaq üçün işə əcnəbi ekspertləri də götürür. Onlar da vəsaiti Avropa ölkələrində, Asiyanın səhm bazarlarında bərabər bölürlər. Sərmayənin limiti keçməməsinə Maliyyə Nazirliyi nəzarət edir, fonda görə nazirlik məsuliyyət daşıyır. Fondun sərmayənı hara qoyduğuna da nəzarət var. Ölkə iqtisadiyyatını arzuolunmaz fəsadlardan qorumaq və Norveç milli valyutası olan kronu qəfil düşüş-enişlərdən sığortalamaq üçün fond daxili bazarda məhdud sərmayə siyasəti yürüdür. Hər il dövlət büdcəsi defisitinin kompensasiyası üçün cəmi 4%-ə qədər vəsait götürmək olar. Norveç hökuməti bütün neft gəlirlərinin müxtəlif yönlü sosial proqramların maliyyələşdirilməsinin əleyhinə çıxış edir. Bunun əvəzində hökumət neft pullarını iqtisadiyyatın qeyri-neft sektoruna aid layihələrə yönəldir. Neft və qaz ehtiyatları tükənəndə məhz bu sektor ölkə əhalisinin maddi rifahanın yüksək səviyyədə qalmasını təmin etmiş olacaq.Belə fikirlər var ki, norveçlilər neft istehsal edəndən 20 il sonra onların sərvətinin daimi olmadığını başa düşdülər və 1990-cı ildə Norveç parlamentinin qərarıyla Neft Fondu yaradıldı. İndi fondun 292 milyard yarım dolları var və Avropada ən nəhəng pensiya fondu hesab olunur. İki ildən sonra fondun 500 milyard dolları olacağını gözləyirlər. Hazırda fondun vəsaitini əhali arasında bölsələr, hər norveçliyə 30 min dollara yaxın pul düşər. Son 10 il ərzində hökumət neft gəlirlərinin bir qismini əsasən 4 sektora yatırıb: ağac, balıq, metallurgiya və maşınqayırma sənayəsinə. Hazırda bu sahələrin inkişaf templərinə görə Norveç Avropa qitəsində aparıcı yerlərdən birini tutur. Təəccüblü deyil ki, Norveçdə istehsal olunmuş ləziz balıq məhsulları və yaxud Norveç ağacından hazırlanmış mebel Avropa və Şimali Amerikadakı istehlakçılar arasında böyük təlabata malikdir.
43,527
27.11.2008 07:05
Gündəm
NAZİM QULİYEV PKK DÜŞƏRGƏLƏRİNDƏ GİZLƏNİB?
Bu xəbərlərin nə dərəcədə doğru olub-olmaması barədə bir söz deyə bilmərik. Ancaq bir məqam təəccüb doğurur ki, əgər Quliyev kimlərsə tərəfindən gizlədilmirsə və ölkə daxilindədirsə, bu boyda güc strukturlarının əlində onu yaxalamaq nə çətin işdir? Biz dəfələrlə şahidi olmuşuq ki, hər hansı bir əhəmiyyətli məsələdə hətta xaricə qaçıb getmiş adamı cəmi 3-4 günün içərisində həbs edirlər. Bir vacib məqam da ondan ibarətdir ki, N.Quliyev onun arxasında general Bəylər Əyyubovun dayanması barədə məlumatlar yayıb. Lakin ona qarşı iddia qaldıran şəxslər bildirirlər ki, bu istiqamətdə araşdırmalar aparıblar və bəlli olub ki, hazırda B.Əyyubov Nazimin arxasında dayanmır. İddiaçıların sözlərinə görə, onu Azərbaycana düşmən olan qüvvələr, PKK simpatizanları himayə edirlər. Əcaba, Azərbaycanda belə bir qüvvə kim ola bilər? Zaman-zaman belə məlumatlar səslənib ki, kürd mafiyasının başında B.Əyyubov dayanır. Əgər bu gün o, N.Quliyevi müdafiə etmirsə, belə qənaətə gəlmək olar ki, Azərbaycanda başqa bir yüksək vəzifəli PKK simpatizanı var. Onun kimliyi barədə hələlik söz açılmır. İddiaçılar bildirirlər ki, bu qüvvənin kimliyi N.Quliyev həbs olunandan sonra bilinəcək. N.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməzdən onun əvvəl təsisçisi olduğu “qəzet”də PKK-nın təbliğatını aparması da onu deməyə əsas verir ki, onun bu terror hörgütü ilə hər hansı bir əlaqəsi var. Və bu gün onu müdafiə edənlər, gizlədənlər də istənilən halda PKK-ya bağlı adamlardır. Nəzərə çatdıraq ki, PKK-ya bağlı adamların ölkə daxilində gizlənə bilmələri üçün şərait var. Məsələn, ölkənin qərb rayonlarında - Samuxda, Xanlarda (Göygöldə) kürd qəsəbələri var ki, ora hətta yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də girə bilmirlər. Heç kim bilmir ki, orada nə işlə məşğul olurlar. PKK simpatizanlarının köməkliyi ilə N.Quliyevin Azərbaycandakı gizli PKK düşərgələrində gizlənə bilməsi ehtimalı da böyükdür. Nəzərə çatdıraq ki, Azərbaycanda belə düşərgələrin olması barədə mətbuatda dəfələrlə məlumat verilib. Hətta bir neçə jurnalist həmin kəndlərdən ərazilərin şəklini də çəkə bilib. Bu düşərgələrdə əsasən Türkiyədən sıxışdırılıb çıxarılan PKK yanlılar məskunlaşdırılırlar. Burada isə onlara hər hansı formada təzyiqlər olanda təhlükəli kürd yaraqlıları gizli yolla İraqa və Almaniyaya qaça bilirlər. Bu ölkələrdə onları himayə edən qüvvələrin olduğu bildirilir.
43,528
27.11.2008 07:47
Siyasət
“PƏNAH HÜSEYNİN MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMAYA DA BİLƏR”
Məsələyə münasibət bildirən millət vəkili Pənah Hüseyn isə deyib ki, indiyə qədər parlamentdə Xalq Partiyasını təmsil edib və bundan sonra daha 4 müxalifət partiyasını təmsil edəcək. Pənah bəy məsələnin Müsavat deputat qrupunda müzakirə etdiklərini bildirib. Deputat əlavə edib ki, onu heç kim Müsavat deputat qrupundan çıxara bilməz. “Müsavat yalnız öz üzvlərinə həmin blokdan çıxmaq barədə tövsiyə verə bilər. Məni oradan çıxara bilməz. Mən inanmıram ki, ümumiyyətlə Müsavatda kimsə bu barədə hər hansı təklif versin. Bizi Müsavatla, onun başqanı və rəhbərliyi ilə çox dərin tellər bağlayır və bu, davam edəcək”-deyə o, əlavə edib. Aldığımız məlumata görə, məsələ ilə bağlı Müsavat deputat qrupunda məsələ müzakirə olunarkən P.Hüseynə iradlar bildirilib. Bununla əlaqədar münasibətini öyrəndiyimiz Müsavat deputat qrupunun üzvü İkram İsrafil bildirdi ki, P.Hüseyn bu barədə deputat qrupunun iclasında onlara məlumat verib: “Biz onun məlumatlarını dinlədik, ancaq hər hansı qərar qəbul olunmadı. Hər halda, Xalq Partiyasının hansısa bir quruma daxil olması və orda fəaliyyət göstərməsi həmin təşkilatın öz qərarı ilə həllini tapan bir məsələdir. Ancaq Pənah bəyin Müsavat deputat qrupu ilə yanaşı, başqa bir blokda təmsil olunması məsələsi müzakirə edilməyib. Ona görə də hər hansı bir qərar verilməyib”. İ.İsrafil bildirdi ki, əgər ehtiyac olarsa, bu məsələyə yenidən qayıdıla bilər. Deputat qrupunun digər üzvü Arzu Səmədbəyli də P.Hüseynin seçimi ilə bağlı qrupda müzakirənin aparılmadığını bildirdi: “Bu, yeni situasiyadır. Tutaq ki, Pənah bəy Müsavat deputat qrupunda 5 nəfərdən biri kimi fəaliyyət göstərir. Ancaq dörd nəfər Müsavat Partiyasını, Pənah bəy isə Xalq Partiyasını təmsil edir. Müsavat Partiyasının Əsasnaməsinə uyğun olaraq Pənah bəy də orda deputat qrupunun üzvü kimi təmsil olunub. İndi o, Xalq Partiyası ilə yanaşı, Demokratiya Uğrunda İttifaqın nümayəndəsi kimi Müsavat deputat qrupunda təmsil olunduğunu deyir. Əsasnamədə bunu qadağan edən müddəa yoxdur və ola da bilməz. Müsavat Partiyasının Əsasnaməsini, prinsip və ideyalarını qəbul edən istənilən partiya nümayəndəsi, yaxud müstəqil şəxs o quruma üzv ola bilər. Bu başqa bir məsələdir ki, indiyə qədər olan münasibətlər sistemində bundan sonra da davam edəcəkmi, yaxud yeni yaranmış situasiya hansısa yeniliyə gətirib çıxaracaqmı? Məncə, yox”. A.Hacılı isə P.Hüseynin Müsavatın onu blokdan çıxarmasının mümkün olmadığı barədə dediklərinə reaksiya verdi: “Kiminsə Müsavat blokundan çıxarılması zərurəti yaransa, təbii ki, bunun mexanizmlərini tapmaq mümkündür. Süleyman Dəmirəlin təbirincə desək, demokratiyada çarələr tükənməz. Ancaq mən sadəcə olaraq onun sərt və dramatik reaksiyasını başa düşmədim. Hər halda, Müsavat Partiyasında Pənah Hüseynin yeni siyasi seçimi ilə əlaqədar heç bir narahatçılıq yoxdur”. A.Hacılı əlavə etdi ki, P.Hüseynin son addımı ilə əlaqədar müzakirələr ola da bilər, olmaya da.Deyilənlərlə bağlı P.Hüseynə müraciət etdikdə münasibəti qısa oldu: “Mənim bir gün əvvəl dediklərimə heç bir əlavəm yoxdur. Hesab edirəm ki hər şey qarşılıqlı anlaşma şəraitində yoluna düşəcək”.
43,529
27.11.2008 07:02
Yazarlar
NİZAMİNİN DUELİ
*** Demək, qəzetlərə müsahibəsində Nizami müəllim bildirib ki, o, İbrahimbəyovla nəinki polemikaya, hətta duelə belə hazırdır. Hə, Nizami müəllim əlcək atdı, bircə qaldı İbrahimbəyovun cavab jesti. *** Əslində İbrahimbəyovla Cəfərov bir aya yaxındır ki, söz duelindədir. Tərəflər qəzetlərdə bir-birini sanki güllələmiş kimidirlər. Necə deyərlər, mətbutda bir-birinə elə sözlər deyirlər ki, ölüm ondan yaxşıdır. Nizami müəllimin son müsahibəsindən isə belə anlaşılır ki, deyəsən artıq onun da səbri tükənib, necə deyərlər, revolverə əl atmaq istəyir. Rüstəm müəllim də dueli qəbul etsə, bircə qalır sekundant məsələsi. *** Bax, elə əsl məqam da bundan ibarətdir. Bəs sekundant kim olsun? Nizami Cəfərovun mövqeyini müdafiə edən Yaqub Mahmudov, yoxsa ibrahimbəyovçu Rasim Balayev? Amma öz aramızdı, sekundantın kim olmasından asılı olmayaraq ilk atəşi İbrahimbəyov açmalıdır. Çünki onu duelə çağırıblar. Qayda belədir. Elə vaxtı ilə Puşkin də Dantesi duelə çağıranda ilk atəşi məhz sonuncu açmışdı və o boyda şairi öldürmüşdü. Hörmətli professor öz həyatını nə boyda riskə qoyduğunun fərqindədirmi? *** Maraqlısı həm də bilirsinizmi nədir? Bu duel söhbəti son zamanlar çox aktuallaşıb. Axır bir ayda artıq üçüncü duel çağırışıdır ki, eşidirik. İlk duel çağırışı Nadir Qafarzadə adlı manısdan gəldi. Özü kimi birisini duelə çağırdı. Və bəyan etdi ki, o bunu paytaxtda da edə bilər, ondan kənarda da. Daha sonra isə Azərbaycan siyasi bir duelə şahidlik edə bilərdi. Özünü ölkənin baş bayraqdarı hesab edən Elman Türkoğlu eyni partiyada təmsil oldunduğu Zəlimxan Məmmədlini duelə çağırdı. Sən demə, Zəlimxan bəyin Elmanın “Ağam” adlandırdığı Mirmahmud Mirəlioğlunun ünvanına söylədikləri bayraqdarın xoşuna gəlməyibmiş. Ona görə də duel qərarı verib. Nə yaxşı ki, Zəlimxan bəy Elmanın duel təklifini qəbul etmədi. Yoxsa bayraqdarsız qalardıq. Deyilənə görə, diş həkimi olmasına baxmayaraq, Zəlimxan bəy həm də mahir ovçudur. *** O ki qaldı Nizami professorun çağırışına, İbrahimbəyov çox güman ki, dueli qəbul etməyəcək. Ona görə yox ki, ürəksiz adamdır... və həm də silahdan istifadə etməyi bacarmır. Əksinə, vaxtı yoxdur. Əlinin altında necə deyərlər “N” qədər projeləri. Bu projelərdə isə mübarizə də var, müharibə də, hətta duel də. Vizual dueldənsə, elə əsl duelləri çəkmək yaxşı deyilmi? Həm də Nizami Cəfərov Puşkin deyil; heç Elman Türkoğlu kimi indiyədək əlinə bayraq da almayıb. Yaxşısı budur, tərəflər güləşsinlər. Amma bunda da professor Cəfərovun bəxti gətirməyib. Sən demə rejissor İbrahimbəyov gəncliyində yaxşı güləşçi olub. İndi Allah kimə verər, məsləhət Qurbanolduğumundur. Di, güləşin. Onsuz da eyni çəkidəsiniz. Tapançaya nə həcət?
43,530
27.11.2008 07:06
Yazarlar
JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR
“Zerkalo”nun əməkdaşı İdrak Abbasovun yaşadıqlarını deyirəm. Jurnalistin evinə basqın ediblər, qapısını, pəncərəsini sındırıblar və... Hürüb, səs salmasın deyə itini boğmağa, dişləməyə başlayıblar. Əslində bunun jurnalistin qapısı önündə baş verməsi maraqlı olaydır. Birincisi, ona görə ki, xəbər jurnalistin düz ayağına gəlib, ikincisi isə jurnalistika ilə it arasında daha bir əlaqə yaranıb. Yanlış anlamayın, həmkarlar. Amma qələm əhlinə “gözətçi itləri” ayamasını mən qoşmamışam. Hətta burda müasir Azərbaycan jurnalistikası statistikasına keçə biləcək yeni bir kəşfə də imza ata bilərik: Azərbaycan jurnalistlərinin nəinki özünə, hətta itlərinə qarşı da təzyiq var. Özümüzdən qurtarıb, itlərimizə keçdilər və sair və ilaxır. Fantaziyadan asılı olaraq, misalları artıra bilərsiniz... Nəysə, haqqında danışdığımız əhvalat bomboz və maraqsız adlandıra biləcəyimiz bu günlərdə az-çox dodağımızı qaçırdı. Ən azı, dünya jurnalistikasına ölkəmiz adından yeni teoriya töhvəsi verə bildik. Amma bu bombozluğu öz maraqlı məktubu ilə daha bir oxucumuz da dağıtdı. Daha dəqiqi, dünyanın ən rahat ölkələrindən birində yaşayan xanım oxuculardan biri həmkarımız Şahvələd Çobanoğluna maraqlı informasiyalar, fəlsəfə dadında hekayələr göndərir. Əhvalımızın duzsuz və bozumtul günlərində isə aşağıda yazacağım bu maraqlı həyat dərslərini göndərdi, həmkarım da onu mənim ünvanıma yolladı. Oxuyun, bəlkə lazımınız olar: *** Evini bir məclisdən sonra saatlarca təmizləməyə görə əziyyət çəkirsənsə... Çoxlu dostun var deməkdir. Qəbzlərini ödəyə bilirsənsə... Bir işin var deməkdir. Şalvarının düyməsi bir az sıxırsa... Ac qalmırsan deməkdir. Kölgən səni izləyirsə... Günəş işığını görürsən deməkdir. Avtobusdan düşdüyün yerdən iş yerinə qədər yol gözünə uzun görünürsə... Gəzə bilirsən deməkdir. Hökumət haqqında tənqidi fikirlər söyləyə bilirsənsə... Danışma azadlığın var deməkdir. (Bax, bu, bizlərə aid deyil. Ən azı son illərdə)Yanındakı adamın səsindən narahat olursansa... Eşidə bilirsən deməkdir. Pəncərəni silmən, damı qırlaman lazımdırsa... Bir evdə yaşayırsan deməkdir. Yuyulacaq və ütülənəcək paltarların hamamda üst-üstə qalaqlanıbsa... Deməli, geyinəcək çoxlu sayda paltarın var. Zəngli saatın səhərin alatoranında “bar-bar bağırırsa”... Demək ki, yaşayırsan. Axşamlar özünü yorğun hiss edir və ayaqların ağrıyırsa... Deməli, o gün nələrsə yarada bilmisən. Və bütün bunların fərqinə vara bilirsənsə... Deməli, xoşbəxtsən." *** Super təsəllidir, deyilmi? Həyatın yükü çiyinlərini yoranda tez-tez təkrarlaya biləcəyin bir neçə cümlədir əslində. Amma hər birində böyük məna yükü gizlənib. Baxmayaraq ki, Azərbaycan kimi ölkələrdə bunları əksinə yozub, daha fərqli nəticələr çıxarmaq mümkündür. Amma elə bu fəlsəfi tezisin müəllifi bundan gözəl bir nəticə də çıxarıb: xoşbəxtlik əslində problemsiz həyat yox, onları həll edə bilmə bacarığı deməkdir... Ona görə deyirlər ki, bəzən xoşbəxtliyin özü yox, onu yaşamaq bacarığı çatışmır. Siz də deyirsiniz ki, niyə jurnalistin itini dişləyiblər. Ona görə ki, bu jurnalist yaxşı jurnalistdir. Pis jurnalistin itini heç it də dişləməz. Bax belə... Sevinc TELMANQIZI
43,531
27.11.2008 07:16
Media
NAXÇIVANDA SAYTLARA QOYULAN QADAĞA DAVAM EDİR
Bir müddət öncə məlumat verilmişdi ki, adı çəkilən saytlar və həmçinin “Azadlıq” qəzetinin (www.azadliq.az) və “Turan” agentliyinin (www.turan.az) saytlarına Naxçıvan ərazisində daxil olmaq mümkün deyil. “Azadlıq” radiosunun araşdırması nəticəsində məlum olub ki, muxtar respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində olan nakhinternet.az provayderi saytlara girişə əngəllər yaradıb, çünki muxtar respublikada fəaliyyət göstərən digər provayder olan “Catel” vasitəsi ilə bu saytlara giriş məhdudiyyətsizdir. Lakin “Catel”in Naxçıvanda fəaliyyəti həddən artıq məhduddur, bu provayder vasitəsi ilə İnternetə yalnız nazirliklər və bir neçə özəl müştəri daxil ola bilir və hazırda bu provayder yeni müştərilər cəlb etməyi dayandırıb, səbəbini isə modem və telefon çatışmazlığı ilə izah edirlər.Radionun yaydığı məlumatda isə göstərilir ki, bir neçə gündür ki, “Azadlıq” qəzetinin (www.azadliq.az) və “Turan” agentliyinin (www.turan.az) saytlarına giriş açılıb. Muxtar respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnternet şöbəsinin müdiri Vüqar Rəsulov isə bildirib ki, hər hansı bir veb-sayta müdaxilə etmək onların imkanları xaricindədir. Problemlər yaşanırsa, bu, paytaxt Bakı ilə bağlıdır.
43,532
27.11.2008 07:16
Media
AQİL XƏLİL KARİKATURA KURSUNA GEDİR
Bu barədə jurnalist bizə verdiyi məlumatda deyib. Onun bildirdiyinə görə, artıq bu sahədə müəyyən işləri də var. Həmkarımızın bizə göndərdiyi ilk karikaturası isə Azərbaycan jurnalistikasına, daha dəqiq desək, həbsdəki jurnalistlərə həsr olunub. Azadlıqdakı jurnalistlərin də onların sırasına əlavə olunacağına işarə vurulan karikatura öz professionallığı ilə seçilir. Bu isə A.Xəlilin artıq bu sahədə uğur qazanacağına ilk işarədir.
43,533
27.11.2008 07:17
Media
“QƏNİMƏT HƏFTƏSİ”nin QALİBLƏRİ DEKABRIN 1-dən SONRA BƏLLİ OLACAQ
Kampaniyada qalib olan müəlliflərin adları isə gələn həftə açıqlanacaq. Klubun təsisçilərindən biri olan Anar Niftəliyev “Mediaforum”a müsahibəsində bildirib ki, qurumun təşkil etdiyi ilk kampaniya ilə bağlı işlər yekunlaşmaq üzrədir: “Sifariş etdiyimiz medal və diplomları bizə noyabrın 27-də təqdim edəcəklər. Əsas çətinlik kitabın çapı ilə bağlı idi. Artıq materialların tərtibatı işləri başa çatıb və nəşriyyata təqdim olunub. 100 səhifə civarında kitab 150 nüsxədə çıxacaq”.A.Niftəliyev bildirib ki, kitabların dekabrın 1-də kluba təhvil veriləcəyi barədə vəd alıblar: “Kitabları alan günün səhərisi təqdimat keçirəcəyik”.“Qənimət həftəsi” noyabrın 10-16-da keçirilib. 15 yazarın dəstək verdiyi kampaniya hazırda həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin azadlıqdan məhrum edilməsinin bir iliyilə bağlı olub. Müsabiqənin yekunu olaraq ən yaxşı iştirakçı qəzet, həftəliyə dəstək verən qəzet, iştirakçı və ödülçü nominasiyaları üzrə mükafatların verilməsi qərara alınıb. Əsas nominasiya - ödülçü nominasiyasının qalibinə 150 manat pul, ödül və diplom təqdim olunacaq. Digər nominasiyaların qaliblərinə isə diplom veriləcək.Təsisçinin sözlərinə görə, həftəlik çərçivəsində təqdim olunan müəllif yazılarını ingilis dilinə tərcümə etdirmək mümkün olmayıb: “Bizə tərcümə mərkəzlərindən bildirdilər ki, bu proses 20-25 gün çəkəcək. Yazıların tərcümə variantını kitaba daxil etmək bu səbəbdən mümkün olmadı. Amma həmin yazıları ingilis dilinə tərcümə etdirib ASİ Klubun bloqunda yerləşdirmək planımız var”.ASİ-nin təsisçiləri A.Niftəliyevdən əlavə köşə yazarları Pərviz Cəbrayılov, Seymur Həziyev, Eldəniz Elgündür.
43,534
27.11.2008 07:15
Media
NUŞİRƏVAN MƏHƏRRƏMLİ NORVEÇ SƏFİRİ İLƏ GÖRÜŞDÜ
MTRŞ-dən verilən məlumata görə, görüşdə xarici teleradio yayımçılarının Azərbaycanda yayımı ilə bağlı məsələ müzakirə edilib. N.Məhərrəmli mövcud qanunvericilikdə nəzərdə tutulan teleradio yayımı ilə bağlı ətraflı məlumat verib, “Televiziya və radio yayımı haqqında” qanunda Azərbaycan teleradio yayımının milli teleradio sisteminin əsasını təşkil edən dövlət, bələdiyyə, özəl və ictimai yayımçılar tərəfindən həyata keçirildiyini bildirib. Şura sədri Azərbaycan qanunvericiliyində, həmçinin əksər Avropa ölkələrinin qanunvericiliyində milli tezliklərdə yalnız yerli teleradio yayımçılarının fəaliyyətinin mümkün olduğunu səfirin nəzərinə çatdırıb. Görüşdə MTRŞ sədri səfiri maraqlandıran digər sualları da cavablandırıb.
43,535
27.11.2008 08:48
Müsahibə
“BƏZİ MEYXANAÇILAR ÖZLƏRİNDƏN ÇOX RAZIDILAR”
Azərbaycanın ən qədim folklor nümunələrindən sayılan meyxananın dəyərli və tanınmış təmsilçilərindən biri Vüqar Əbdülovu həmsöhbət seçməyimizdə məqsədimiz həm yuxarıda sadalananlara, həm də digər məqamlara aydınlıq gətirmək oldu. Əgər hər hansı məsələ ilə bağlı mübahisə varsa, istər-istəməz mütəxəssis fikrinə ehtiyac duyulur. Amma öncə müsahibimizin şəxsi yaradıcılıq məsələlərindən danışdıq. Vüqar bəy bildirdi ki, müxtəlif mövzularda 65-dək meyxanası var, amma üzə çıxara bilmir. Ona görə də efirdə az-az görünür. Meyxanaçı şou-biznes əhlinin obrazını yaradan bir film də çəkmək istəyir.Məşhur olmasına rəğmən ondan özü haqda qısa arayış verməsini xahiş etdik. - 1974-cü ildə Maştağada müəllim ailəsində anadan olmuşam. Orta məktəbdə humanitar fənlərə meylim vardı, bu həvəs məni Mədəniyyət və İncəsənət Universitetinə apardı. Hazırda tanınmış aktyorlardan Rəfael, Coşğun, Azər Axşam, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli ilə bir qrupda oxumuşam. Sırf aktyorluq sənətinə meyllənsəm də, sonradan avtomobil qəzasına düşdüm, üzümü şüşə kəsdi. Əməliyyat olundum, amma uzun müddət üzümdə qüsurlar qaldı, indi nisbətən normallaşıb. Ona görə də aktyorluq etmək fikrindən daşınıb toylara üz tutdum. Onu da deyim ki, bizim Maştağa toylarının sonunda ta qədimdən meyxana deyişməsi olur. Uşaqlıqdan həmişə içimdə meyxanaya bir maraq vardı. 1991-ci ildə Qorxmaz Əlilinin keçirdiyi meyxana yarışında mən də iştirak etdim. Altı qalibdən biri oldum. Mən Ağasəlim Çildağı, eləcə də digər meyxanaçıları çox dinləmişəm. Aktyorluqla bağlı bilgilərim mənə imkan verir ki, meyxanada müşahidə apara bilim, eyni zamanda ustad hesab olunan meyxanaçıların da nöqsanlarını görüm. - Son vaxtlar meyxananın adını dəyişib bədiyyə qoymaq barədə söz-söhbət gedir. Buna ehtiyac varmı? - Bədiyyə sözü meyxanaya yad deyil; bədahətən söz qoşmaq kimi başa düşülür. Sadəcə olaraq, meyxananın adını bədiyyə qoymaq mahiyyətcə heç nəyi dəyişmir. - ANS-də “De gəlsin” yarışmasında jüridə oturanlar özlərini meyxana ustası kimi təqdim edirlər. Bu dərəcəni meyxanaçılara kim verir? - Nəinki meyxana ustası, özlərini meyxana məktəbinin yaradıcısı kimi təqdim edənlər də var. Əhmədli, Sumqayıt, Maştağa meyxana məktəbi kimi təqdimatların heç bir əsası yoxdur. Burada lovğalıq, təkəbbür kimi qeyri-əxlaqi cəhətlər özünə yer edir, guya onlar ustadılar. Sınaq müddətində iştirakçılar üstünlük qazanmaq üçün özlərini kiminsə tələbəsi kimi tanıdırdı. Mən də deyirdim ki, belə müəllim, usta tanımıram. Bu da narazılıq yaradırdı, həmin “usta” da mənim əleyhimə qalxırdı. - “Sözüm var”da tələbəniz var? - Özümü heç kəsin müəllimi hesab etmirəm. Qəribədir ki, biri gedib digərinin yanında iki dəfə çay içməklə onu özünə usta seçir. Məsələn, Mehman Əhmədlinin minlərlə belə tələbəsi var. Bilmirəm, bunlar hara toplaşırlar. Biri özünə usta deyib “tələbə”sinə maşın yudurdur, birinə benzin, digərinə kontur aldırır. Belə münasibət olmaz! Bəlkə də bu səbəbdən meyxanaçı tələbələrin sayı durmadan artır. Axı 100 nəfərin arasından olsa-olsa 2-3 istedadlı seçmək mümkündür. İştirakçılara tələbkarlıqla yanaşmaq lazımdır. Onlardan çoxu məndən gen gəzir, çünki onlara efir məsuliyyətini anlatmışam. Bir iştirakçıya Cəfər Cabbarlının satirik şeirlərindən ibarət kitabı verdim ki, oxuyub, öyrənsin. Amma hələ də bir cavab yoxdur. - Meyxana yarışmalarında kobud və təhqiramiz ifadələr də yer alır. - Bu, savadsızlıqdan, söz bazasının zəif olmasından irəli gəlir. Eləsi var ki, qafiyəni asanlıqla tapır, amma yerində işlədə bilmir. O gün bir iştirakçı deyir ki, “eşşək”, “xiyar”, “xoruz” sözlərini işlətmək qadağandır. Onu başa sala bilmədim ki, bu sözləri yerində işlətdikdə təhqir olmur. “Xoruz” sözünü az qala yığışdırmaq istəyirlər, çünki rusca qarşılığı eyib sayılır. Bu gün düşündürən deyim yoxdur. Satiranı, yumoru təlxəkliklə qarışdırmaq olmaz. Bəzi meyxanaçılar özlərindən o qədər razıdırlar ki, özlərinə şair, qəzəlxan, bəstəkar adı verirlər. Hazırcavablıq, vəziyyətdən çıxmaq heç də o demək deyil ki, sən meyxanaçısan. Mənim də bəstələrim olub, amma özümü bəstəkar saymıram. Yarışmada yaradıcılıqdan, istedaddan söhbət getmir, iştirakçıların diqqəti SMS toplamağa cəmlənir. Hacılardan tutmuş hətta evin sonbeşiyinə qədər hamının adı çəkilir ki, nədi-nədi SMS göndərilsin. Bu, dilənçilikdir. Ən pisi odur ki, SMS göndərən də əvvəlcə efirdə adının çəkilməsini istəyir. Deyişənlər də ancaq bir-birini gözdən salmaqla məşğuldur. Deyirlər Qaraçuxurlu Namiq deyişmədən qaçır; çünki ağzını açan kimi ona “sən Aygünün şotuna gedirsən qabaq”, deyirlər. - Yeri gəlmişkən, meyxanada yenilik deyəndə Namiq Qaraçuxurlunun adı çəkilir. - Namiq “Rəvayət”i ilə məşhurlaşdı, amma o deyim meyxana deyildi. Klipində “indeyski xallar” vardı, bu da kütləvi zövqə uyğun olduğu üçün yadda qaldı. Həmin ərəfədə Ədalət Şükürovla “Bağlıdır eşqin qapısı üzümüzə” duetini oxuyurdum. O vaxtlar meyxanaya böyük həvəs yarandığından bizim ifamız da maraqla qarşılandı. Camaatda qəribə bir xüsusiyyət var: biri məşhurlaşanda, onun pisini də yaxşı qəbul edirlər. Bu da ona bənzəyir ki, atalar demişkən “adını çıxart, dəyirmanda yat”. - Sanki meyxana mövzudan qıtlıq çəkir. - Elədir. Məhəbbət, rəvayət sırf Namiq Qaraçuxurlunun mövzusudur. Onun da təlqinçiləri çoxdur. Bölgələr, rəqslər, musiqi alətlərilə bağlı mənim yazdığım meyxanalar var, şükür ki, dinləyiciləri az deyil. - İndi meyxanada bir duet ənənəsi də var. Siz hansı müğənni ilə duetə çıxardınız? - Mən hansısa xanım müğənnini adına, gözəlliyinə, səsinə görə yox, mövzuma uyğun gəldiyinə görə tərəf-müqabili seçərdim. Röya ilə, Almaz Ələsgərli ilə duet oxumuşam. Aygün Bəylərlə oxuya bilərəm. Amma yenə də deyirəm, hər kəsin özünə uyğun mövzusu var. Bu yaxınlarda Mələkxanım Əyyubovanın ad günündə onunla “Mehriban olaq” oxuduq, çox yaxşı da alındı. - Yarışmada bəzən ritm pozulur, amma münsiflər nədənsə bunu nöqsan tutmurlar. - Meyxana ritmə görə nizamlanır, buna rədif deyilir. Məsələn, 14-15 hecalı qafiyələrdə bir bənd çox olanda biz bunu ritmlə ölçüyə salırıq. Meyxana deyən qaydalara riayət etməlidir. Rədifə düşmək olmur, tutaq ki, bu stəkanın içindəkindən danışmalısan, çölündən yox. Yəni bu qafiyəyə oxşar bir şey olur, amma məna yoxdur. İştirakçıların fikri qalır rəqəmlərin yanında. Mən özüm professional meyxanaçıyam, amma belə yarışmaya çıxmaram. Guya qafiyə papaqdan çıxır, vallah, papaqdan çıxmır. Qafiyələri qabaqcadan bilib ona uyğun meyxana hazırlayırlar, bununla da bədahətlik pozulur, sənət kölgədə qalır. İştirakçılardan kimin “kruqu” böyükdürsə, o, da udur. Ona görə də mən qarışa bilmirəm. SMS hesabına istedadlı yox, irəli çıxan birincilik qazanır. - “Sözüm var”da bir müddət görünmədiz. - Yalnız bir verilişdə olmadım. Şəxsi işimlə bağlı idi. - Sizə bu layihədə qonorar ödənir? - Heç bir manat da ödənmir. Bu deyişmələr, yarışmalar elə bil meyxananı daha çox gözdən salmaq üçündür. O qədər məddahlar əmələ gəlib ki, adam bezir. İfalarda özünəməxsusluq yox, təlqinçilik var. - Münsiflər heyətinin heç bir hüququ yoxdur? - Yoxdur. Uduzan adamı müdafiə edəndə udan adamın yaxınlarının hücumuna məruz qalırsan. İştirakçıların hamısı gəlib deyir ki, ustadları salamlayıram. Müqavilə imzalayıblar ki, jüridən heç bir narazılığımız yoxdur. Amma gedəndə narazı qalırlar. Bəy dediyin nədir, bəyənmədiyin nə?! Bizi orada otuzdurublarsa, gərək fikrimizlə də hesablaşsınlar. - Toylara gedirsiz? - Əlbəttə, Allah toyları bol eləsin. Ayda 20-25 toyda oluram. 80 faizi də dost-tanış olur. Sağ olsunlar ki, qonorarımı da, hörmətimi də edirlər. Amma mən eyni cür olmaqdan bezmişəm. Bütün toylarımız, efirlərimiz eyni cürdü və darıxdırıcıdır. Maşın tıxaclarına aid “Probka” mahnısını yazdım, bir-iki dəfə səslənəndən sonra efirdən yığışdırdılar ki, körpülər tikilir, “probka” aradan qalxır, bu mahnıya ehtiyac yoxdur. Axı mən ölkədə gedən quruculuğa, inkişafa kölgə salan bir söz demirəm. Tıxac ümumi bəladır. Körpülərin tikilməsi məgər tıxac problemini həll etdi?! - Təzə klip çəkdirmək fikriniz varmı? - Var. Ancaq klipin nümayişi də baha başa gəlir. Bir klipimi bir dəfə göstərmək üçün məndən 500 manat istədilər. Özünüz hesablayın, əgər bir klipim 10 dəfə nümayiş olunarsa, nə qədər pul verməliyəm. Əksər verilişlər yalnız efirləri doldurmaq üçündür. Aygün Kazımovanın “Xeyir ola”sının nə mənası var? Bir adamı nə qədər qonaq çağırmaq olar? Yaxud “Toylar kralı” nədir, kimin başına tac qoymaq istəyirlər?! - Eşitdiyimizə görə, təzə layihələriniz var. - Layihələrim çoxdur, amma həyata keçirə bilmirəm. İstər ANS-də, istər ATV-dəki 16-lıq arasında istedadlı meyxanaçılar çoxdur. Mənim fikrim var ki, satirik meyxana teatrı yaradım. Qoy yumor deyişməçilərdə aparıcı olsun, nəinki söyüş və təhqir. Problemlərimizi incə yumorla deyək və həllinə çalışaq.
43,536
27.11.2008 02:58
Mədəniyyət
ARAZ ƏLİZADƏ BƏZİ MÜĞƏNNİLƏRİN HOMOSEKSUAL OLDUĞUNU EŞİDİB
Müğənni Aygün Kazımova ilə Namiq Qaraçuxurlu cütlüyünü isə istedadsız sayan həmsədr hesab edir ki, müğənnilərin plastik əməliyyat etdirməsini açıqlamaları onların reklamı üçündür: “Əvvəllər hansısa qadın cərrahiyyə əməliyyatı etdirəndə bunu gizlədirdi. İndi bunu böyük fəxrlə ortaya qoyur ki, mən gedib estetik yapdırdım, neylədim, neylədim... Mən bunu başa düşmürəm, nəyə lazımdır? Bu, bayağılıqdan, mədəniyyətin azlığından irəli gəlir. Məsələn, Aygün xanım. O daim deyir ki, getdim ikinci dəfə, üçüncü dəfə, dördüncü dəfə elətdirdim. Özü bilər, çünki öz bədənidir. Amma bunu reklam etməyin mənasını görmürəm.Ulduz o deyil ki, əxlaqsızlıq etsin, dərisini dəyişsin. Ulduz odur ki, sənəti ilə insanlara mənəvi cəhətdən nə isə versin".
43,537
27.11.2008 02:59
Mədəniyyət
EBRU GÜNDƏŞ BAKIDA KONSERT VERİB
11 ildən sonra yenidən Azərbaycanda olmasından məmnunluq duyduğunu bildirən Ebru Gündəş konsertində albomuna daxil olan bütün mahnılarını oxuyacağını söyləyib. Şəxsi həyatı barədə yerli jurnalistlərə məlumat verən müğənni hələ ki, toyunun vaxtının dəqiqləşmədiyini vurğulayıb.Noyabrın 29-dək Bakıda olacağını deyən türkiyəli sənətçi bu müddət ərzində Bakını doyunca gəzəcəyini də vurğulayıb.
43,538
27.11.2008 03:00
Mədəniyyət
BRİLLİANT DADAŞOVA XƏSTƏLƏNİB
Müğənni bildirib ki, möhkəm soyuqlasa da, bu onun səsində ciddi problem yaratmayıb: “Səsimdə heç bir problem yoxdur! Səsi Allah verib, o da ala bilər”. Həkimə müraciət etməyən müğənni xəstəliyini çox təhlükəli hesab etmir.
43,539
28.11.2008 06:37
Yazarlar
ŞƏRƏF VƏ LƏYAQƏT SAVAŞI
İşdi-şayəd, çobanın çomağı qoruqçuya dəysə, ya da qoruqçunun qamçısı çobanın belinə dolansa, suçu ilə kümçü bel-kətmən davasına çıxsa, qan tökülsə, xətər yetirilsə və iş gedib polisə-silisə düşsə, çəkdikləri xərc aldıqları xəsarətdən on qat betər olacaq. Bir il torpağa əyilib qazandıqları bir gündə əllərindən çıxacaq. Ona görə el-obada hökumət əli ilə haqq-hesab çürüdənlərə çox pis baxırlar. Elə adama da kəsə-kəramət arsız-abırsız deyirlər.Əkəndə - yox, biçəndə - yox, yeyəndə ortaq olanların davası isə başqa cür olur. Bircə himə bənddir ki, biri desin: “Filankəs oxuyanda xoruz buraxır”. Ucundan tutub ucuzluğa gedirlər. Düzdür, məhkəmə filankəsin doğrudan da “xoruz buraxdığını” sübuta yetirə bilməsə, istənilən kəsin xoruzunu qoltuğuna verir.Mən hər gün qəzetləri oxuyanda arayıb-axtarıram ki, İlhamə Quliyeva YAP-ın icraçı katibi Əli Əhmədovu məhkəməyə verəcək, ya yox. Mən də, cəmi məmləkət də şahiddir ki, İlhamə xanım hələ seçkidən xeyli əvvəl ömürlük prezidentlik təklifini irəli sürmüşdü. İndi seçkidən ay yarım keçəndən sonra Əli Əhmədov deyir ki, bu ideyanın atası mənəm. Bu möhtəşəm təklifin anasını isə heç saya salan da yoxdur. Haqq-ədalət primadonnanın tərəfindədir, üç-dörd ay əvvəlki qəzetlər isə daşdan keçən sübutdur.Əvəzində İlhamə xanım aktyor Sərxan Kərəmoğlu ilə şərəf və ləyaqət savaşına çıxıb. Müğənni öz ləyaqətinə 80 min, aktyor isə 15 min qiymət qoyub. Elə bu qiymət də sübutdur ki, iki fərqli çəkidə olan sənətçi savaşır. Kimin kimə qalib gələcəyi məhkəmənin işidir, kimin daha şərəfli-ləyaqətli olmasını isə heç kim sübut eləyə bilməz.Bir də eşitməmişəm ki, savaşdan qalib çıxana, məhkəmənin hökmünü əlində bayraq eləyənə desinlər ki, filankəsin doğrudan da şərəf və ləyaqətinə heç bir şübhə yoxdur. Əksinə, bu şərəf-ləyaqət savaşı qızışdıqca ar-abır ayaq altda qalır. Qiymətə minmək istəyən şey daha da ucuzlaşır. Ancaq bu cür davalar da səngimir.Bu yandan da hörmətli yazıçımız Rüstəm İbrahimbəyov mandatla toxunulmazlıq qazanan Nizami Cəfərovu məhkəməyə verir. Bax, burada məsələ xeyli qəliz olacaq. Yazıçı deyir ki, ölkədə rüşvət, məmur özbaşınalığı baş alıb gedir. Deputat-ədəbiyyatşünas isə buna daha çox zooloji aspektdən yanaşıb deyir ki, yalandır, bizdə nə rüşvət var, nə də qoluzorlu yazıq bir bəndənin üstündən tapdayıb keçmir. O ki qaldı Bakıya, zibili dizə çıxsa da paytaxtımız gözəldir. Kəndin şəhərə axıb gəlməsi isə bizim var-dövlət sahibi olmağımıza dəlalət edir.Bu işdə xeyli qəliz arqumentlər var: əvvəla, hörmətli yazıçı sübut etməlidir ki, Azərbaycanda doğrudan da rüşvət var və o rüşvətə əli çatan məmurlar da bu xalqı minib çapır. Bunu neçə ildir ki, bütün dünya deyir, amma bizim hökumətin boynuna qoya bilmir. Uzaqbaşı danmağa yer qalmayanda da deyirik ki, bu rüşvət deyilən şey dünyanın harasında yoxdur ki. Bizim rüşvətimiz niyə bıçaq olub paxıllığımızı çəkənlərin gözünə girir və s. Bu səbəbdən də Nizami Cəfərov deyir: “Rüstəm İbrahimbəyovun sözləri cəmiyyət üçün təhlükəlidir”.Dövlət rüşvətə qarşı qurum yaradır, parlament qanun qəbul edir, rüşvət isə heç bir dava-dərmanın qarşısını ala bilmədiyi çəyirtkə kimi qol-budağımızı yeyib-tökür. İndi bu boyda dövlətin bacarmadığı rüşvətlə Rüstəm bəy savaşamı çıxmaq istəyir? Bizim məhkəmələr də bu yöndə onun tərəfini tutacaqmı?Məsələnin üstünə işıq salmaq üçün bu sətirləri yazanda hakim dostuma zəng edib, bu şərəf və ləyaqət savaşlarının nə ilə sonuclandığını soruşuram. Dostum da məni bilmədiyim mətləblərdən agah edir: əvvəla, məhkəmə sədrinin hansı hakimdən xoşu gəlmirsə, bu cür xeyri-bərəkəti olmayan, bir o qədər də qəliz məsələləri onun üstünə yazır. Proses aylarla uzanır, hakim kasıb düşür, zəhmətinə qədir-qiymət qoyan da olmur. Üzdə özlərinə baha qiymət qoyanlar ucdan tutub ucuzluğa gedirlər.Olmayan şeyin tamaşasına durmaq isə hamımıza ləzzət eləyir.
43,540
28.11.2008 04:40
İqtisadiyyat
“NABUKKO” LAYİHƏSİ İFLAS EDİR?
Son hesablamalara görə, “Nabukko” layihəsinin başa çatdırılması üçün 8 milyard avro, yaxud 10.3 milyard dollar tələb olunur. Türkiyə üzərindən Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyanın qaz anbarlarına ildə 31 milyard kubmetr qaz nəql etmək üçün nəzərdə tutulan kəmərin tikintisinin qiyməti dünya bazarlarında materialların və avadanlıqların qiymətlərinin dəyişməsi ilə bağlı dəyişə bilər. Xüsusən poladın qiymətinin dəyişməsi layihəyə birbaşa təsir göstərir. Problemin digər tərəfi hələ də kəmərə vurmaq üçün yetərli qaz mənbəsinin tapılmamasıdır. Konsorsium isə qaz tapacağına əmindir.Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban qəzetmizə açıqlamasında bildirdi ki, “Nabukko” layihəsinin digər layihələrdən fərqi onun nəinki texniki-iqtisadi əsaslandırmasının, heç konsepsiyasının olmamasıdır: “Yeganə məlum olan bir amil var. O da kəmərin Türkiyənin Şərq hissəsindən başlanğıcını götürüb, Avstriyaya qədər uzanmasıdır. Kəmərin 5 ölkədən keçməsi nəzərdə tutulur. Bununla bağlı 5 ölkəni təmsil edən bir şirkət yaradılıb. ”Nabukko" Avropaya təqribən 31 milyard kubmetr qazı 2019-2020-ci ilə qədər 3 etapda çatdıra biləcək layihədir. Bunun üçün resurs bazası kimi böyük coğrafi ərazini əhatə edən (Misir, İran, İraq, Azərbaycan, Türkmənistan, Qazaxıstan) qaz ölkələri götürülüb. Lakin indiyədək ortada nə hökumətlərarası, nə də qaz hasil edən ölkələrlə alıcılar arasında saziş var. Kommersiya müqavilələri belə yoxdur". Ekspert deyir ki, ancaq layihənin ümumi fəlsəfəsi var: “Bu da Avropa bazarlarına hardansa alternativ yolla qaz gətirilməsinə dəstək verilməsidir. Layihənin reallaşması yönündə, deyilənə görə, 2009-cu ildə addımlar atılacaq. Bundan başqa heç nə yoxdur. Bu baxımdan boru kəmərinin qiymətini, xərcini açıqlamaq belə düzgün deyil. Konsorsiumun təyin etdiyi qiymət - 7 milyard avro 2007-ci ilin hesablamaları idi. Həmin ildə metalın tamamilə başqa qiyməti var idi. İndi get-gedə düşür. Servis xidmətlərinin gələn il, 2013-cü il üçün tamamilə başqa qiymətləri olacaq. Bu baxımdan 2013-cü il üçün deyirdilər ki, ilkin baza kimi Azərbaycan neftinə əsaslanaq və 8 milyard həcmində qazın nəqlinə başlansın. Tamamilə dumanlı, Cənub axınından hansısa öz konspesiyasına, başqa bir formada qaz satıcıları ilə qaz alıcıları arasında müqaviəsinə görə üstünlüyü yoxdur. Məsələn, Cənub axınında bilinir ki, Rusiyadan Bolqarıstana gedəcək. Bəs sonra hara və necə gedəcək məlum deyil. Maliyyə böhranı ilə bağlı onlar da faktiki dondurulub”. İ.Şabanın qənaətinə görə, olmayan şey haqqında nəsə söyləmək qeyri-ciddilik əlamətidir. “Layihənin ümumiyyətlə təxirə salınması mümkündürmü” sualına iqtisadçı “ola bilər” - deyə cavab verdi: “Çünki Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya kifayət qədər qaz alırlar. Baxmayaraq ki, Rusiyadan asılıdırlar. Heç kəs də demir ki, Rusiya qaz krantını axıra qədər bağlayacaq və yaxud azaldacaq. Heç Rusiyanın özü də bunda maraqlı deyil. Rusiyanın bu gün qazancı aşağı düşüb. Çünki dünya bazarında qiymətlər ucuzlaşıb. Ona görə də Rusiya həcmləri artırmaqda maraqlıdır. Əgər Rusiya hansısa siyasi formada qaz krantını bağlasa, onda birinci növbədə özü valyuta ehtiyatından məhrum olacaq. Bu, neftdən, qazdan asılı olan ölkə üçün özünə qəbirqazmaq kimi bir şeydir”. İqtisadçı bildirdi ki, Azərbaycan üçün “Nabukko” ölüm və olum arasında layihə deyil: “Azərbaycan bu layihəsiz ”Şahdəniz"in ikinci layihəsini çox böyük səviyyədə həyata keçirə bilər. Bundan heç bir qəpik də uduzmaz. Sadəcə, “Nabukko” Azərbaycanı Avropaya bağlayan bir kəmər rolunu oynayırdı. Bu olmasın, Cənub olsun, yunanlar, italyanlar olsun. Türkiyə, İran, Gürcüstan, Rusiya var. Hətta gələcəkdə Ermənistan da ola bilər. Nədən də olmasın? Rusiya bu gün təklif edir ki, heç nəyi gözləmədən Dağıstanın enerji təminatında Azərbaycan qazından istifadə edilsin. Bundan sonra inanıram ki, Şimali Qafqazın digər bölgələri üçün də belə təklif irəli sürüləcək. Bizim infrastrukturumuz var. Bundan tam yararlanmaq lazımdır. Mən hələ demirəm Azərbaycan qazına İsrail necə böyük ümidlər bəsləyir. İstənilən halda bizim qazın alıcısı olacaq. Özü də 8 milyard deyil, 20 milyard kubmetr qaz ixrac etmək üçün Azərbaycanın daim müştərisi var".
43,541
28.11.2008 06:41
İqtisadiyyat
MERİYA ADINA YAZILAN İŞIQPULU BORCU İLƏ RAZILAŞMIR
Nəzərə çatdıraq ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin park və fontanların 200 min manat, lift təsərrüfatının 6 mln. manat, bina bloklarının işıqlandırılmasına görə 3 mln. manat, işıqforlara görə 321 min manat borcu var. Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən bildirilir ki, BŞİH-in tərkibində çox sayda təşkilatlar, departamentlər var: “Onların hamısının borclarını cəmləşdirib rəqəm yazıblar. Yaxşı olardı ”Bakıelektrikşəbəkə" kimin nə borcu var onu açıqlasın. Borcu ümumi şəkildə icra hakimiyyətinin adından açıqlamaq doğru deyil. O ki qaldı xəbərdarlığa, bizdə elə bir məlumat yoxdur".“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qəzetimizə dedi ki, borclar indiyə qədər olanlardır: “Ola bilsin 2006-2007-ci illərdən də qalan borclar var. Bu günə qədər açıqlanan məbləğdə enerji istifadə olunub. Onun haqqı ödənilməlidir”. “Xəbərdarlıqdan sonra borcların hansısa hissəsi ödənilibmi” sualına cavab verən T.Mustafayev “ola bilər bu dəqiqələrdə kimsə ödəsin. Bu 1 sutka ərzində məlum olur” - deyə əlavə etdi. T.Mustafayev dedi ki, BŞİH-ə tabe olan Mənzil Kommunal Təsərrüfat Departamentinin 11,9 milyon manat borcu var: “O cümlədən yaşayış binalarının lifti üzrə 6 milyon manat, yaşayış binalarının blok işıqlanması üzrə 2 milyon 786 min manat, yaşayış binalarının fasat işıqlanması üzrə 38 min 35 manat borc var. Eyni zamanda şəhər üzrə işıqforlara görə 321 min manat borc yaranıb. Mərkəzi park və fontanlar üzrə vəziyyət normaldır. Mərkəzdən başqa digər yerlərdə park və fontanların 200 min manat borcu var”. BŞİH-in borcların ünvanı kimi ümumi şəkildə qurumun göstərilməsinə etiraz etməsinə gəlincə, mətbuat xidmətinin rəhbəri “Məgər borcu olan təşkilatlar hüquqi olaraq Bakı Şəhər İcra Hakimiyyətinə tabe deyil?!” söylədi.Məlum oldu ki, dünəndən istehlakçı qruplar üçün enerji təchizatı dayandırılıb. Onu da öyrəndik ki, BŞİH digər obonentlər kimi indiyədək borclarla bağlı bildirişləri alıb: “Orada sayğac göstəricisi, ödəmə məbləği, nə qədər borc var göstərilib. Vaxt da verilib”. Sonda nəzərə çatdıraq ki, 2008-ci ilin büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manat vəsait ayrılıb. Bu məbləğin 5 milyon manatı şəhərin küçə və prospektlərinin işıqlandırılmasına, 2 milyon manatı yaşayış binalarında 45 ədəd liftin əsaslı təmirinə, 52 ədəd liftin isə yenisi ilə əvəzlənməsinə, 15 milyon manatı Bakı şəhərində tarixi əhəmiyyətli binaların təmiri, bərpası, fasadların gücləndirilməsi, təmizlənməsi və işıqlandırılmasına, 11 milyon manatı fəvvarələrin və su hovuzlarının inşasına, 5 milyon manatının isə şəhərin küçə və prospektlərində dayanacaqların quraşdırılmasına yönəldilməsi nəzərdə tutulub.
43,542
28.11.2008 06:43
Ölkə
MƏHKƏMƏDƏ PROKUROR OĞLUNUN SƏHHƏTİ PİSLƏŞDİ
R.Rüstəmov özünü təqsirli bilmədiyini məhkəmənin diqqətinə çatdırdı. Bildirdi ki, Mahir Mirsalamlı ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bir qrupda oxuyublar: “Mahir Mirsalamlı mənə 50 dənə dərman verib dedi ki, stimulyatordur. O, mənə Cavid adlı oğlanın nömrəsini verib tapşırdı ki, onunla əlaqə saxlayım və stimulyatorları ona verim. Dedi ki, borcu olduğuna görə dərman satmağa məcbur olub. Həm də dedi ki, soruş, stimulyator istəyirsə yenə təşkil edək. Mən də Cavidlə ”Portofino" nun qarşısında görüşdüm. Dərmanları verdim və onun mənə verdiyi pulu Mahirə çatdırdım. Bir neçə gün sonra Cavid zəng elədi ki, gəl görüşək. Elə orada da məni həbs etdilər".Hakim: - Tutulanda üstündə dərman olub?- Yox.Dövlət ittihamçısı isə R.Rüstəmova Mahir Mirsalamlının nə vaxtdan borcunun olmasını soruşdu. Təqsirləndirilən suala “fevral, mart ayları olardı” deyə cavab verdi. Bundan sonra R.Rüstəmov dövlət ittihamçısının digər suallarını da cavablandırdı. - Məhkəmədə bir, ibtidai istintaqda isə başqa cür ifadə vermisiniz?- ?- Mahir Mirsalamlı sizə neçə dəfə həb verib satmağa?- 3 dəfə. 2 dəfə sata bildim, üçüncüsündə məni tutdular.- Cavidlə ilk dəfə harda görüşdünüz?- “Anadolu” restoranında.- Mahir Mirsalamlı ekstazini neçəyə satmağı tapşırmışdı?- Bir ədədi 45 manata.- Mahir sizə tabletkaları gizlətməyə verib?- Bəli.- Zulya ilə necə tanış olmusunuz?- İnternetde tanış olmuşam. Yanvarda da Türkiyədən Bakıya gəlib yaxından tanış olmuşuq. - Bu barədə kimə demişdiz?- Mahirə.- Zubayə Qulaminin psixotrop maddələrin alınmasında iştirakı olub?- Bilmirəm.- Həsən Həsənovu tanıyırsınız?- Yox.- Mahir Mirsalamlıdan soruşmuşdunuz ekstazini haradan alıb?- Yox.Bu yerdə təqsirləndirilənin vəkili hakimdən müvəkkili ilə məsləhətləşmək istədiyini bildirdi. Hakimin razılığından sonra müvəkkili ilə məsləhətləşən vəkil ona bir neçə sual ünvanladı:- Sizi neçə dəfə dindiriblər?- Çox.- Hansı ifadəniz düzdür?- MTN-də verdiyim.- Dediz ki, Mahir Mrisalamlı ilə tələbə yoldaşı olmusunuz. Ona inanırdınız?- Bəli.- Mahir dərman paketini sizə verəndə izah etdi ki, içindəkilər nədir?- Yox. Dedi ki, Cavidə zəng elə, apar ver ona. Dedi ki, o, Cavidi tanımır.- Mahir sizə dərmanları verəndə dedi ki, içində psixotrop maddə var?- Hə.- Narkotiki Cavidə harada verdiniz?- “Portofino”nun qabağında. - O dərmanlardan qəbul etmisiniz?- Heç adi dərman da qəbul etmirəm. Bundan sonra R.Rüstəmov digər təqsirləndirilənlərin vəkillərinin suallarını cavablandırdı. Onun tələbə yoldaşı Mahir Mirsalamlı isə suallara verdiyi cavabdan narazı qaldı:- Ruslan burada deyir ki, guya Əli İsmayılovu tanımır. Axı onlar dost olublar. Bilmirəm o, burada niyə ağlına gələni danışır. Sərbəst ifadə vermək növbəsi ittihama görə narkobandaya rəhbərlik etmiş Yalçın Həsənovun sürücüsü Həsən Həsənova çatdı. O bildirdi ki, həbsinə kimi Yalçın Həsənov, Orxan Nadirov, Mahir Mirsalamlı, Ruslan Zalıyev, Əli İsmayılov və Mirəli Hüseynovla tanış olub:- Yalçın Həsənovun sürücüsü olmuşam. 2 ay işləyəndən sonra Yalçın dedi ki, tyuninq şirkəti açmaq istəyir. Ona görə də məni Türkiyəyə göndərdi ki, gedib qiymətləri öyrənim. Oradan qayıdanda Yalçının tanışı Osman mənə balaca bir paket verib dedi ki, bunu Yalçın müəllimə çatdırarsan. Həmin paketi cibimə qoyub gəldim aeroporta və Bakıda Yalçın məni qarşıladı. Aeroportda “kurtka”mı xüsusi cihazdan keçirdilər. Həmin paket də cibimdə idi. Aeroportda paketi Yalçına verdim. 1-2 gün sonra Yalçından soruşdum ki, həmin paketdə nə var idi. Dedi ki, nəyinə lazımdır? Bir daha soruşmadım. Növbəti dəfə məni Türkiyəyə göndərəndə Yalçın müəllimə dedim ki, qoy avtobusla gedim. Təyyarəyə və ora getməyə verdiyin pulu ver, gedim ailəmi dolandırım. O da razılaşdı. Dedi ki, bu dəfə də get, təyyarəyə bilet almışam, gələn dəfə avtobusla gedərsən. Ümumilikdə Türkiyəyə 6 dəfə getmişəm, orada avtomobil ehtiyat hissələri ilə maraqlanmışam, Bakıya gətirmişəm. Hakim:- Türkiyədən neçə dəfə ekstazi gətirmisən?- 1 dəfə. Onu da Osman verib. İbtidai istintaqda da bunu demişəm. Amma mənə çox təzyiq göstəriblər. Deyiblər ki...Hakim:- Bunu saxla, ekstazidən danış.- Mən heç içki qəbul etmirəm.- Səni necə həbs ediblər?- Zəng edib çağırdılar MTN-ə, tutdular. Kameraya aparanda qabırğama yumruqla vurdular. İndinin özündə də ağrıdan əziyyət çəkirəm. 2-3 gün sonra çağırdılar ki, Türkiyədən gələndə ekstazi gətirmisən. Dedim ki, bir dəfə olub. Dövlət ittihamçısı:- Osmanın hədiyyəsini Bakıya necə gətirdin?- Cibimdə aeroportdan keçdim. Heç kim məni saxlamadı.- Ondan sonra ekstazi gətirməmisiz?- Bakıdan almışdıq. Amma ibtidai istintaqda boynuma qoydular ki, guya Türkiyədən alıb gətirmişəm. - Orxan Nadirovu tanıyırsan?- Bəli.- Ötən dəfə Yalçın Həsənov dedi ki, Həsən Türkiyədən 6 min dollarlıq ekstazi alıb gətirmişdi?- Elə şey olmayıb. - Türkiyədən dərman almamısan?- Yox. Mən Türkiyədən gələndə avtobusda sərnişinlərlə mübahisəm düşdü. Ona görə də “Qırmızı Körpü”də düşüb kafelərdən birində oturdum. Hələ Gürcüstan ərazisində olanda Yalçın Bakıda olmadığından Mahir Mirsalamlıya zəng elədim ki, imkanı varsa məni qarşılasın. O da razılaşdı. Oturduğum kafenin yaxınlığında 2 il yarım dönərçi işləmişdim. Ona görə də orada işləyənlərin əksəriyyəti məni tanıyırdı. Orada oturanda bir gürcü stola yaxınlaşdı. Bakıdan olduğumu biləndə məni sorğu-suala tutdu. Söhbət edəndə ona bir uşaq yaxınlaşıb 2 ədəd həb verdi. Maraqlandım, dedi ki, “vazbuditel” dir, “super viaqra” dır. Dedim ki, varsa, mənə də ver. Dedi ki, 1-i 6 dollaradır. Mən də Yalçın müəllimə zəng elədim, dedim ki, belə bir şey almaq istəyirəm. O da razılaşdı. Mahir Mirsalamlı məni oradan götürəndən sonra yolda Yalçın müəllimlə əlaqə saxlayanda o başa düşdü ki, ekstazi almışam. O da istədi, mən də çox hissəsini ona verdim. H.Həsənova təqsirləndirilən Vüqar Əliyevin vəkili Ramiz Zeynalov bir neçə sual verdi:- Dərmanların kimyəvi ekspertizasının nəticəsi ilə tanış olmusunuz?- Yox. Özləri nəyə istəyirdilər mənə qol çəkdirirdilər. Mən 9-cu sinfi qurtarmışam. Latın əlifbasını bilmirəm. Rusca da bilmirəm. Həmin faxt vəkilim olan İntiqam müəllim də mənə demişdi ki, o oldum-olmadı, nəyə desələr qol çəkim. Bundan sonra vəkil məhkəməyə müraciət etdi:- Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı beynəlxalq konvensiyalara imza atıb. Buna görə də bahalı avadanlıq alaraq ölkə sərhədlərinə yerləşdirilib. Əgər ittihamı qəbul edib fərz etsək ki, Həsən Həsənov 6 dəfə ölkə ərazisinə həm hava, həm də quru yolu ilə külli miqdarda ekstazi gətirib, bəs bu avadanlıq nəyə lazımdır?Hakim:- Ramiz müəllim, bu məsələnin sizin hüquqlarını müdafiə etdiyiniz şəxsə nə aidiyyəti var?- Dolayısı ilə aidiyyəti var və mən bununla bağlı vəsatət verəcəyəm. - Təqsirləndirilənə suallarınızı verin.Bundan sonra R.Zeynalov H.Həsənova V.Əliyevi tanıyıb-tanımaması ilə bağlı sual verdi. H.Həsənov isə 2006-cı ildə sürücülük vəsiqəsinin alınması ilə bağlı onun yanına getdiyini dedi. Hakimin O.Nadirovla bağlı suallarına isə H.Həsənov “o da mənim kimi fəhlə olub, birgə ”pol" rəngləyib, “oboy” yapışdırmışıq. O da mənim kimi siqaretdən başqa heç nədən istifadə etməyib. Bundan sonra fasilə elan olundu. Günün ikinci yarısında proses başlamazdan əvvəl dəmir barmaqlıqlar arasından təqsirləndirilən Yalçın Həsənovun səsi eşidildi. Zalda müxbirin olub-olmaması ilə maraqlanan Y.Həsənzadə axtardığını tapdıqdan sonra üzünü jurnalistlərə tutaraq onlara işlə bağlı düzgün məlumatlar yazmağı tövsiyə etdi. “Xahiş edirəm, olmayan şeyləri yazmayın. Lazımdırsa, məlumatları məndən dəqiqləşdirin, suallarınızı ünvanlayın, mən də cavab verim. Hakimdən görüş üçün icazə alın və mən lazım olan sualları cavablandırmağa hazıram”. İşlə əlaqədar mətbuatda mütəmadi olaraq xalq artisti İlhamə Quliyevanın adının hallandırılmasından narahatçılığını ifadə edən təqsirləndirilən şəxs bu işlə müğənninin və onun yaxın qohumlarının heç bir əlaqəsinin olmadığını söylədi. Sözünü yekunlaşdırmağa macal tapmamış məhkəmə nəzarətçisi zaldakı iştirakçılardan otağı boşaltmalarını xahiş etdi. Prosesdə yenidən 15 dəqiqəlik fasilə elan olundu. Elə həmin anda təqsirləndirilənlərdən birinin qohumu üzünü jurnalistlərə tutaraq, əsassız iradlar söyləməyə başladı, hətta mətbuat işçilərini təhqir etməkdən belə çəkinməyərək, onların üzərinə şığıdı. Qısa fasilədən sonra hakim prosesi dekabrın 3-nə kimi təxirə saldı. Buna təqsirləndirilən Mahir Mirsalamlının təzyiqinin qalxması səbəb oldu. Həkimlər rəy veriblər ki, M.Mirsalamlının səhhəti onun prosesdə iştirakına imkan vermir.
43,543
28.11.2008 06:44
Ölkə
NARKOTİKƏ “HƏ”, SİQARETƏ “YOX”?!
APA-ya müsahibəsində Q.Paşayeva qanun layihəsində cərimə hallarının tətbiqi, tütün məhsullarının filmlərdə, kliplərdə və digər vasitələrlə gizli reklamının və 18 yaşına çatmayanlara siqaret satışının qadağan edilməsi ilə bağlı məsələlərin də əksini tapdığını söyləyib. Lakin Azərbaycanda siqaret istehsalı və idxalının bir qrup yüksək çinli məmurun nəzarəti altında olduğu sirr deyil. Odur ki, hakimiyyətin yuxarı eşelonu tərəfindən himayə olunan “tütün mafiyası”nın siqareti qadağan edən layihənin Milli Məclisdə ratifikasiya edilməsinə əngəl törətməyəcəyini söyləmək çətindir. Digər tərəfdən, ölkədə tütünçülüklə məşğul olan ixtisaslaşdırılmış rayonlar mövcuddur və əsasən Zaqatala, Balakən və Qax rayonlarını əhatə edir. Fermerlərin bir qismi ailələrini məhz tütün becərməklə dolandırır. Qanunun qəbulu isə onsuz da ağır durumda olan tütünçülük sahəsini tamamilə məhv edə bilər.İctimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun lahiyəsinin hazırlandığı bir dövrdə nə qədər qəribə görünsə də, narkotiklərdən istifadənin leqallaşdırılması yönündə addımların atılması gözlənilir. Belə ki, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sonuncu iclasında “QİÇS-in yaranmasının qarşısının alınması haqqında” qanunun monitorinqi və təkmilləşdirilməsi məsələsinin müzakirəsi zamanı komissiya sədri Hadi Rəcəbli məhbuslar arasında bu xəstəliyin yayılmasının əsasən onların narkotik vasitələrdən istifadəsi nəticəsində baş verdiyini söyləyib: “Bu isə məhkumların azadlığa çıxmasından sonra onların cəmiyyətə inteqrasiyası prosesinə əlavə problemlər yaradır”. H.Rəcəbli Azərbaycan qanunvericiliyinə görə, narkotiklərdən istifadənin qanunla qadağan edilməsinin mənfi nəticələrə gətirib çıxardığını vurğulayıb. O, narkotikdən asılılığı olan şəxslər üçün bir sıra dövlətlərdə əlavə imkanlar yaradıldığını önə çəkərək Azərbaycanda da narkotiklərdən istifadənin leqalaşdırılmasının vacib olduğunu bildirib. Artıq bununla bağlı İşçi Qrupu yaradılıb.Bizimlə söhbətdə Müsavat deputat qrupunun üzvü İkram İsrafil siqaretə məhdudiyyətlər qoyan qanun layihəsinə müsbət yanaşdığını söylədi: “Amma həmin layihəni siqaretçəkən deputatlar təqdim etsəydi, daha yaxşı olardı. Bu yaxınlarda Şimali Kipr Türk Cümhuriyyətində oldum. Orda da belə bir qanun layihəsi qəbul olundu. Mən gördüm ki, siqaret çəkən millət vəkilləri də bu layihəyə müsbət yanaşırlar”. İ.İsrafil siqaret mafiyasının qanun lahiyəsinin qəbuluna əngəl törətmək qüdrətində olmadığını dedi.Tibb elmləri doktoru, professor Adil Qeybulla isə siqaretdən istifadəni məhdudlaşdırmaq üçün inzibati yox, kompleks tədbirlər həyata keçirməyin vacib olduğunu söylədi: “Bununla bağlı KİV-lərin təbliğatı lazımdır. Siqaretin vurduğu zərərin statistikası elan olunmalıdır ki, insanlar ondan uzaqlaşsın”. Müsahibimiz siqaret çəkənlərlə bir yerdə olan, amma ondan istifadə etməyənlərin daha böyük ziyan gördüyünü söylədi: “Ağciyər xəstəliklərinə siqaret çəkməyənlər arasında daha çox rast gəlinir. İctimai yerlərdə siqaret çəkilməməlidir. Amma təəssüf ki, qanundakı boşluğundan sui-istifadə olunur”.Narkotik vasitələrin leqallaşdırılmasına gəldikdə, A.Qeybulla bütün dünyada narkomanları iynədən ayırmaq üçün həb formasında dərmanlarla əvəz etmək proqramından istifadə olunduğunu söylədi: “1967-ci ildə bu proqram Vinsant Doul və Mari Nisvanger tərəfindən hazırlanıb. Buna metadon deyirlər. Metadon uzunmüddətli təsirə malik sintetik narkotik maddə olub, təsiri 24 saatdan 36 saata qədərdir. Sutkada bir dəfə qəbul olunur. Onun qəbulu əvvəlcə ciddi laboratoriya şəraitində həyata keçilir. Daha sonra isə narkomanlar onu apteklərdən alıb istifadə edirlər. Azərbaycanda da bu proqrama keçmək lazımdır. Proqram narkomanların əlavə cinayətlərə əl atmasının qarşısını alır”.Pofessor Müsavat Partiyasının həmin proqramı hazırlayıb hökumətə təqdim etdiyini, amma buna reaksiya verilmədiyini də nəzərimizə çatdırdı.
43,544
28.11.2008 06:44
Siyasət
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ MÜTTƏFİQLİK MƏSƏLƏSİNƏ MÜNASİBƏTLƏRİNİ AÇIQLADILAR
Dövriyyəyə belə bir fikir də buraxılıb ki, Müsavatın rəhbərliyinə daxil olan digər şəxslər heç də yalnız AXCP ilə müttəfiqliyin tərəfdarı deyil. Bu sırada daha çox İsa Qəmbərin müavinlərinin adı hallanır. Bunu nəzərə alaraq başqanın müavinlərinin sözügedən təklifə münasibətinin öyrəndik.Arzu Səmədbəyli bildirdi ki, istər Müsavatda, istər digər partiyalarda funksionerlər öz fikirlərini, arzularını təmsil olunduğu qurumun çıxardığı qərara uyğun bildirə bilərlər: “Lakin təəssüflər olsun ki, son dövrlər gedən proseslərdə təşkilatların çıxardığı qərarlara uyğun yox, hər kəs öz arzusunu, şəxsi istəyini qarşı tərəfi nəzərə almadan, bir az da sərt və haqsız şəkildə səsləndirirlər. Müsavata olan münasibət də bu qəbildəndir. Danışıqlar prosesinin getdiyi bir dönəmdə belə münasibətin sərgilənməsi heç də münasibətlərin dərinləşməsinə, qarşı tərəfin istədiyi müttəfiqlik münasibətlərinə gətirib çıxarmır. Ona görə də Müsavat rəhbərliyi məsələyə daha dözümlü, tolerant yanaşır. Əksər müsahibələrdə bu özünü göstərir. Amma çox qəribədir ki, qarşı tərəfdən ən çox hücuma məruz qalan da Müsavat rəhbərliyində təmsil olunan Arif Hacılıdır. Nəzərə almırlar ki, əslində Arif Hacılının Müsavatla AXCP-nin müttəfiqliyinin vacibliyini dilə gətirməsi xoş niyyətlidir. Müsavat isə haqq eləmədiyi ittihamlarla üzləşir. İttihamlar isə Müsavatın müttəfiqlik təklif etdiyi partiyanın funksionerlərindən çox o partiyanın təəssübünü çəkdiyini hesab edən bir sıra qələm əhli tərəfindən irəli sürülür. İttiham xarakterli yazılar heç də müttəfiqliyə xidmət eləmir. Kiminlə müttəfiqlik, kiminlə əməkdaşlıq münasibətlərində olmasını Müsavatın özü müəyyən edir. AXCP ilə müttəfiqlik məsələsi birdən-birə meydana çıxan məsələ deyil. Bu məsələ xeyli müzakirələrdən keçəcək, təhlil olunacaq və bundan sonra qərar halına salınacaq”. Qabil Hüseynli bildirdi ki, real müxalifət qüvvələrinin birgə fəaliyyəti sosial tələbdir: “Cəmiyyət də həqiqi, demokratik müxalifətin birgə fəaliyyətini istəyir. Amma bu istiqamətdə bir sıra nüanslar var. Bu nüanslar zahirən xırda görünsə də, hər halda, möhkəm birliyin bünövrəsi yaradılarkən qabaqcadan müzakirə edilərək razılaşdırılmalıdır. Bu razılaşdırılmalar da öncə partiya rəhbərləri səviyyəsində həyata keçirilir. Daha sonra isə bura partiyaların digər kollegial orqanları da qoşulur. Mən əməkdaşlığa ”hə" deyirəm. Amma bu əməkdaşlığın formaları, necə dərinləşdirilməsi və yaxud qurulması məsələlərində onların razılığa gəlmələrinə ehtiyac var".Başqanın digər müavini Mehman Cavadoğlu isə bildirdi ki, o, iki əlverişli formatdan birinin reallaşdırılmasının tərəfdarıdır: “Birinci əlverişli hesab etdiyim format müxalifətin daha geniş spektri əhatə edən koalisiyasının yaradılmasıdır. Bura Müsavat, ”Azadlıq" bloku və digər bir neçə müxalifət təşkilatı daxil olmalıdır. Əgər bu format qəbul edilməsə, yeganə ən doğru format Müsavatla AXCP-nin müttəfiqliyinin reallaşdırılmasıdır".
43,545
28.11.2008 06:46
Siyasət
PƏNAH HÜSEYN AMİP-in DUİ-yə GƏLMƏSİNİ İSTƏYİR
O, bu sırada AMİP-in adını xüsusi qeyd edib: “AMİP-i sıralarımızda görmək istəyirik”. AMİP-in bu istəyə münasibətinin necə olduğunu öyrənmək üçün təbliğat katibi Əli Orucluya müraciət etdik. Bildirdi ki, DUİ-də təmsil olunmaqla bağlı Klassik Xalq Cəbhəsi Partiyası və Böyük Azərbaycan Partiyasının sədrləri ilə görüşləri olub: “Onlar bizə AMİP-lə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirdilər. Hələlik konkret qərar yoxdur. Müzakirələr indi də davam edir. Amma bizim hansısa bloklaşmada iştirak etmək fikrimiz yoxdur". Ə.Oruclu bunun DUİ-yə inamsızlıqla əlaqələndirilməsinin əleyhinədir. Onun sözlərinə görə, yaxın dövr üçün hansısa bloklaşma və ittifaqda iştirak etməməklə bağlı AMİP Siyasi Şurasının qərarı var: “Əsas səbəb həmin qərardır. Bu qərarı da ciddi müzakirələrdən və prosesləri ölçüb-biçdikdən sonra vermişik. Ona görə də məsələyə ciddi yanaşırıq”. Partiya yetkilisi hələlik AMİP-lə DUİ-nin ikitərəfli əməkdaşlığını mümkün saydığını qeyd etdi: “Demokratiya Uğrunda İttifaqla əməkdaşlığın istiqamətləri, əməkdaşlığın hansı çərçivəni əhatə edə bilməsi ilə bağlı da məsləhətləşmələr aparırıq. Təmasların özü əməkdaşlığın bir formasıdır. Şərt deyil ki, əməkdaşlıq məsələsi sənəd halına salınsın, rəsmiləşsin. Blok yaranarsa, ideoloji xəttə söykənməlidir. Formal surətdə yaranan blok uğur da qazana bilməz. Ona görə də indi ən yaxşı variant hələlik əməkdaşlıq və onu inkişaf etdirməkdir. Sonra zərurət yaranarsa, bloklaşma və ya digər hansısa format seçilə bilər. Qarşıdakı ildə bələdiyyə seçkiləri keçiriləcək. Seçki ərəfəsi aktual olarsa, bələdiyyə seçkisi istiqamətində məsələ də gündəmə gələ bilər”.Təbliğat katibi sonda onu da vurğuladı ki, əgər hər hansı blok ciddi siyasi təsirə malik olmaq istəyirsə, AMİP mütləq orada olmalıdır: “Ona görə ki, AMİP-in sabit elektoratı var. AMİP-in cəmiyyətin mövqeyinə təsir etmək imkanları qalır. Bu səbəbdən bizi öz yanlarında görmək istəyənlər çoxdur”.
43,546
28.11.2008 06:48
Yazarlar
SİYAVUŞ NOVRUZOVDAN DOĞRU XƏBƏR
Bunlar boş şeydir, oğlum. Gələcəyimiz olmayacaq, bu, heç. Yaqub Mahmudovun YAP-ın xətrinə sol əllə yazdığı tarix naminə isə niyəsini də deyim. Çünki əvvəla, sən normal ölkədə yaşamırsan ki, hələ bir durub şoka-moka da düşəsən. Ali Məhkəmə ağır cinayətlərə başqa vaxt guya düz qiymət verib, ya onlara haqq qazandırmayıb? Yoxsa iqtidar müxalifətə can yandırıb? Bu hökumət təkcə müxalifəti yox e, əslində bütün camaatı cadulayıb. Görmürsənmi, 15 ildir kababı yeyəndən sonra ağzının yağını sildiyi dəsmalı da balıncının altına soxub hipnoz vəziyyətində mışıl-mışıl yatır.Onu da bilirsən ki, gündə normadan 1 saat artıq yatmaq insanın iflic olması riskini 70 faiz artırır. Bu halda adamın beyninə qan yaxşı işləmir, o, keyləşir, düşünmək və hərəkət etmək imkanlarını itirir. Bu, sənin üçün Oqtay Şirəliyevin 15 balla ali məktəbə girib diplom alan “medsestra” səviyyəli həkimlərinin yox e, alman təbiblərinin sözüdür. İndi Misir Mərdanovun dünyada analoqu olmayan riyaziyyat dərsliklərini qoy qabağına oxu, sonra da otur hesabla. Ki, bu gedişlə 15 ildir yatan cəmiyyət xəstəliyin, yəni iflicin hansı mərhələsindədir. Hələ bunu da gəl onun üstünə ki, kababda insan üçün azı 91 növ təhlükəli maddə var. “91-lər”in qurduğu YAP 15 ildə bu cəmiyyətə kabab yeyib doyandan sonra yatmaqdan başqa bir şey öyrədibmi? Əttövbə.İkincisi və ən əsası, ayağı patavalı rəiyyətin Kəmaləddin bəyin yanında nə iti azıb? Nökər-naibin bəy-xanla üzbəüz durub dərdini ona deməsi haçandan dəbə minib? Bu, nə tərbiyəsizlik və başıpozuqluqdur? Bizdə tarixən belə şey olmayıb. Min illərdir belədir, belə də olacaq. İnanmırsansa, get ölkədə ömürlük prezident sistemi qurmaq istəyən YAP-ın deputatı Rəbiyyət Aslanovadan soruş. Onun Şərq mentalitetinə uyğun yəhər-yüyənli demokratiya nəzəriyyəsi boşuna deyil ha...Görürsənmi, müdrik hökumətimizin bircə üzvü də feodalizmdən qalma bu ənənəni pozmur, onu göz bəbəyi kimi qoruyur. Vətəndaşı qəbul edib onun dərdini dinləyən bircə naziri tap göstər, sözümü dəbbələyib bu yazdıqlarımı pozum. Milli-mənəvi dəyərlərimizin qorunması bununla daha da dönməz, əbədi, daimi və dinamik proses olur də. Sən də elə bilirsən ki, bu dəyərləri təkcə DİN bəzi restoran və kafelərdə keçirdiyi reydlərlə qoruyur?Gəl məni belə axmaq mövzularla yorma, bala. Sənə təzə xəbərim var. YAP-çı deputat Siyavuş Novruzov o gün ağzından ağıllı söz qaçırdı. Dedi, neft pullarını gələcək nəsillərə saxlamaq olmaz: “Gərək indiki nəsillər qırılsın ki, neft pullarını gələcək nəsillərə saxlayaq”.Qızıl kimi sözlərdir. Sən də bu dəqiqə 2-3 mini birdən şartaşart bağlanan yeni iş yerlərinin qırmızı lentlərini yada salıb Siyavuşun məşhur sözünə vedrə bağlayırdın, onu ünlü ülgüçü-dərzi-modelyer sayırdın. Gördünmü necə strateji düşünən intellektuallarımız var?! Şəxsən mən Siyavuş yoldaşın uzaqgörənliyi ilə, onun milli folklorumuzu, o cümlədən Molla Nəsrəddinin lətifələrini dərindən bilməsi ilə həmişə fəxr eləmişəm. Adam doğru deyir. Gələcək nəsillər kimdir? Bəli, bu gün-sabah doğulacaq uşaqlar. İndi deyirsiniz bir belə pulu uşaq-muşağa saxlayaq? Axmaqlıq olar.Heç onu da bilmirsən ki, bu uşaqların harada gəldi körpü-muzey tikməyə qanacağı və savadı çatacaq, ya yox?! İngiltərədə 2021 nəfəri dindirib rəy alıblar. Sorğunun nəticələri göstərib ki, ingilislərin 54 faizi gələcək nəsilləri tərbiyəsiz, vəhşi, qəddar, 46 faizi isə kütbeyin sayır. Hələ məktəbində süpürgəpulu olmayan İngiltərədə belədir. Gör məktəblərin tamam dağıldığı bizdə nələr olacaq?! Sağ olsun, Misir müəllim də o gün camaatı arxayın saldı ki, darıxmayın, 2008-2013-cü illəri əhatə edən təzə təhsil islahatı layihəsi başlamışıq, 5 ilə-zada təhsillə tamam qurtarırıq.O dövrə yaxşı hazırlaşmalıyıq. Siyavuşu elə bu dəqiqə Neft Fonduna başçı qoymaq lazımdır. Adam xalqın canını neft və neft pulları bəlasından tezbazar qurtarmaq istəyir. Eləyə bilsə, o da XXI əsrin Siyavuşu olacaq...
43,547
28.11.2008 06:48
Ölkə
DEPUTATLAR SƏFƏR ƏBİYEVDƏN İZAHAT İSTƏYƏCƏKLƏR
A.Həsənovun sözlərinə görə, görüşdə ordudakı vəziyyət, nizamnamədənkənar hallar, ölüm hadisələri və s.-lə bağlı deputatları maraqlandıran məsələlərin müzakirəsi gözlənilir. Bundan başqa, Silahlı Qüvvələr üzərində ictimai nəzarət məsələləri də müzakirə mövzusu olacaq.
43,548
28.11.2008 06:44
Siyasət
“XALQ ÖZÜ YAXŞI BİLİR Kİ, ELİTAYA KİMİ AİD ETMƏK OLAR”
Nazir hesab edir ki, Azərbaycan ziyalısı intellektual gücünü bir-birinə qarşı deyil, ölkəyə xaricdən zərbələr vuran düşmənlərə qarşı yönəltməlidir: “Ona görə ümid edirəm ki, bu lazımsız söhbətlər səngiyəcək. Azərbaycan müsbət və yaradıcı proseslərə üstünlük verəcək”. O bildirib ki, xalqı təhqir etmək olmaz. “Hər bir şəxsin fikrinə və hər bir şəxsin şəxsiyyətinə də hörmətlə yanaşmaq lazımdır?, - deyə o qeyd edib.
43,549
28.11.2008 06:51
Siyasət
PƏNAH HÜSEYN İSA QƏMBƏRLƏ GÖRÜŞDÜ
Dünən isə günün ikinci yarısında İsa Qəmbərlə Pənah Hüseyn arasında görüş olub. Görüşdə sözügedən məsələnin müzakirə edildiyi bildirilir. Detallar barədə məlumat əldə edə bilmədiyimizdən görüşlə bağlı sabahkı sayımızda ətraflı məlumat verməyə çalışacağıq.
43,550
28.11.2008 06:47
Gündəm
PREZİDENTİN ... DƏFƏSİ NİYƏ 2?
S.Novruzovun arqumenti budur ki, Azərbaycan Respublikası Konstitusiyasında hakimiyyətin mənbəyinin xalq olması göstərildiyi üçün “xalqın seçiminə, iradəsinə hər hansı baryer qoymaq olmaz”. YAP-çının sözlərinə görə, bu təşəbbüslə çıxış etməkdə əsas məqsəd “xalqın seçiminin qarşısının alınmasının aradan qaldırılmasıdır”. Digər YAP-çı deputat Məlahət Həsənova da qəzetimizə müsahibəsində bu fikrə müsbət yanaşdığını vurğulayıb. O da həmkarı kimi bildirib ki, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin qoyulması diskriminasiyadır: “Xalqın mütləq əksəriyyətinin səsi ilə seçilmiş prezidentin seçki müddəti nəyə görə iki dəfə olmalıdır?” Maraqlıdır ki, əgər bir müddət əvvəl bu təşəbbüs irəli sürülərkən hakim partiya təmsilçiləri tərəfindən fərqli fikirlər səsləndirilirdisə, artıq prosesin vahid mərkəzdən idarə olunması sezilməkdədir. Bəzi müşahidəçilərin məlumatına görə, artıq YAP-çılar hakimiyyətin yuxarı dairələrində hazırlanmış ssenariyə uyğun davranırlar. Hesab olunur ki, hakim düşərgənin bəzi təmsilçiləri 2013-cü ildə prezidentliyə iddia ortaya qoyacaq namizədi qəbul edə bilmədiklərindən, üstəlik, həmin şəxsin seçiləcəyi təqdirdə indiki statuslarından məhrum olacaqlarını dərk etdikləri üçün qabaqlayıcı tədbirlərə əl atırlar. Bunun bir müddət dövlət başçısının diqqətindən kənarda qalan YAP-çıların rəhbərin gözündə ucalmaq istəyinin olduğu da güman edilir. Ancaq istənilən halda məsələnin gündəmə çıxarılması, parlamentdə müzakirəsinin gözlənilməsi ciddi münasibət tələb edir. YAP-çıların bunu xalqın istəyi, yaxud xalqın hüquqlarının qorunması ilə izah etməsi birmənalı qarşılanmır. Hesab edilir ki, bu yolla əksinə, xalqın digər hissəsinin hüquqları məhdudlaşdırılır və proseslər avtoritarizmə aparır. Mövzu ilə bağlı araşdırma apararkən öncə prezidentin nə səbəbə yalnız iki müddətə seçilməsinin səbəblərini öyrənməyə, bu praktikanın ilk dəfə harada tətbiq olunduğunu dəqiqləşdirməyə çalışdıq. Doğrudanmı konstitusiyaya belə bir düzəlişin edilməsi YAP-çıların təbiri ilə desək, demokratiyaya xələl gətirmir?Politoloq Hikmət Hacızadə bildirdi ki, bir nəfərin iki dəfə prezident seçilməsi ənənəsi Amerikada qoyulub: “Frenklin Ruzveltdən sonra prezident Hari Trumenin dövründə bu qayda tətbiq olundu. Ruzveltdən sonra konstitusiya dəyişikliyi oldu və bu təcrübə bütün dünyaya yayılmağa başladı”. Qeyd edək ki, YAP-çı deputat Siyavuş Novruzov Trumenin üç dəfə prezident seçildiyini nümunə gətirmişdi. H.Hacızadə isə bu fikrin doğru olmadığını söylədi: “Hari Trumen üçüncü dəfə prezident olmayıb. Ruzvelt hətta 4-cü dəfə prezident seçilmişdi. Amma bundan sonra xalq bezdi və iki dəfədən artıq prezident seçilməyə qarşı çıxdı. Bəyan etdilər ki, hansı dahi olursa olsun iki dəfədən artıq seçilə bilməz”. Ekspert bunun kifayət qədər əsasının olduğunu vurğuladı: “İki dəfədən artıq prezident seçilən şəxs yorulmağa başlayır. Ətrafında qohumluq, dostluq kimi qeyri-qanuni əlaqələr yaranır. Bütün bunlar da idarəçiliyə mənfi təsir göstərir. Demokratiyadan avtokratiyaya gətirir. Nəticədə bütpərəstlik yaranır. Bütpərəstlik isə demokratiyaya ziddir. Demokratiya bütpərəstliyin yox, tənqidçiliyin üzərində qurulur. Burada hamı hamıya nəzarət etməlidir”. Hakim partiya təmsilçilərinin bir nəfərin iki dəfədən artıq prezident seçilməsini yasaqlayan konstitusiya dəyişiklikləri təklifini xalqın hüquqlarının pozulması ilə əlaqələndirməsinə gəldikdə, H.Hacızadə bunları bildirdi: “Demokratiyanın nəzəriyyəsi və təcrübəsinə görə, kim olursa-olsun bir nəfər iki müddətdən çox prezident seçilə bilməz. Bu, artıq demokratiyanın süqutuna, avtoritarizmin formalaşmasına gətirərdi. Demokratiyanın elə əsas prinsipləri var ki, onu xalqın istəyi ilə də dəyişmək olmur. Xalq həmişə haqlı deyil ki. Müəyyən prinsplər var ki, xalqın rəyi keçmir. Sabah xalq rəy verə bilər ki, qadınları küçəyə çıxmağa qoymayaq. Bunu qəbul etmək olarmı? Elə isə İranı niyə tənqid edirik? Yaxud xalq qaraların hakimiyyətdə təmsil olunmasına imkan verməmək təşəbbüsünü qaldıra bilər. Məgər bu, demokratiyaya zidd deyilmi? Yəni elə demokratik prinsiplər var ki, orda xalqın istəyi əsas götürülməməlidir”. Məsələ ilə əlaqədar Müsavat deputat qrupundan da rəyi öyrəndik. Millət vəkili İkram İsrafil bildirdi ki, Azərbaycanda demokratiya bərqərar olmadıqca hakimiyyət istənilən addımı atmaqda və onları həyata keçirməkdə davam edəcək: “Nədənsə xalqın hüququ hakimiyyət təmsilçiləri öz maraqlarına uyğun qərar qəbul etmək istəyəndə yada düşür. Fikrimcə, cəmiyyətin və siyasi qüvvələrin bu məsələ ilə bağlı mövqeyi olacaq. O zaman biz də konkret fikrimizi ifadə edəcəyik. Hələlik konkret qərar layihəsi olmadığından və bu barədə Milli Məclisə tövsiyə verilmədiyindən qəti mövqe bildirmək çətindir”.
43,551
28.11.2008 06:54
Siyasət
FUAD MUSTAFAYEV PARTİYA YARADACAQ
Lakin “Yeni Müsavat” olaraq biz də yaydığımız xəbərin əsassız olmadığına əminik və ona görə də Fuad Mustafayevə bildirmək istəyirik ki, Fuad bəy, partiya yaratmaq fikrində olduğunuz haqda informasiyanın birbaşa həqiqətlə əlaqəsi var. Yaydığımız xəbər isə AXCP sədrinin digər müavinlərinin bəzi qəzetlərdə dediyi kimi, AXCP-yə və Fuad Mustafayevə qarşı qərəz, təxribat deyil. Bundan AXCP sədrinin həmin müavinləri və xəbərə şübhə ilə yanaşanların hamısı əmin ola bilərlər. “Yeni Müsavat”ı Fuad Mustafayevlə bağlı cəfəng xəbər yaymaqda ittiham edənlər onu da unutmasınlar ki, Qulamhüseyn Əlibəylinin də AXCP-dən istefa verib yeni partiya yaradacağı xəbərini ilk dəfə “Yeni Müsavat” yazmışdı. Qulamhüseyn Əlibəyli də o zaman bizi siyasi etikadan kənar cəfəng məlumat yaymaqda ittiham edirdi. Lakin məlumdur ki, bir ay keçməmiş yazdıqlarımız reallığa çevrildi: Qulamhüseyn Əlibəyli AXCP-dən istefa verdi, partiya yaradacağını elan etdi və prezidentliyə naizədliyini irəli sürdü. Bir neçə həftədən sonra onun yaratdığı Aydınlar Partiyasının təsis qurultayı keçiriləcək. Q.Əlibəylinin vaxtilə barəsində yaydığımız xəbərə qarşı sərgilədiyi mövqeyə bənzər mövqeni bu gün onun keçmiş partiyadaşı Fuad Mustafayev ortaya qoyub. Fuad Mustafayevin həmkarları Həsən Kərimov və Nurəddin Məmmədli də eyni mövqeyi bildiriblər. Eyni ilə Q.Əlibəylini bir müddət əvvəl müdafiə etdikləri kimi.
43,552
28.11.2008 06:55
Siyasət
4 AY SÜRƏN UĞURSUZ SİYASİ PROSES
Bu baxımdan siyasi diskussiyalarda kimin düz, kimin yanlış olduğunu axtarmaq səmərə verməyəcək. Hərə öz arqumentləri ilə özünün haqlı olduğunu sübut etməyə çalışacaq və bəlkə buna nail olacaq. Bir vətəndaş, jurnalist, ictimaiyyət nümayəndəsi kimi bizi maraqlandıran bir şey var: müxalifət artıq birləşə bilməyəcək səviyyəyə gəlib çıxıb. Düzdür, demokratik cəmiyyətlərdə partiyaların birləşməsi, birgə mübarizə aparması anlayışları o qədər də müsbət qəbul olunmur. O baxımdan ki, hər kəsin öz ideyaları var. Fikir müxtəlifliyi baxımından siyasi təşkilatların bir şüarla, devizlə çıxış etməsi demokratikliyə dəlalət etmir. Azərbaycan demokratik ölkə olmadığından burada demokratik qüvvələrin birgə fəaliyyətinə hələ zərurət var. Çünki ölkədə demokratiya uğrunda mübarizə gedir. Bu məsələdə demokratik fikir daşıyıcılarının bir arada olmasına ehtiyac duyulur. Bu vacib işi həyata keçirmək üçün cəhdlər edilmədiyini demək də düzgün olmazdı. Amma məsələ ondadır ki, proses başlayır, danışıqlar aparılır, amma ortada nəticə yoxdur. Dörd aydan çoxdur ki, müxalifətin birləşməsi məsələsi gündəmə gəlib. Artıq bir çox dairələrdə buna lağ predmeti kimi münasibət bəslənilir. Hətta bəzi köşə yazarları bu mənasız danışıqlarla bağlı mənalı lətifələr düzüb-qoşmaqdadırlar. Əgər hörmətli müxalifət liderləri də həvəs göstərib köşə yazarlarının beyin məhsullarını oxusalar, kluarlarda nələr danışılmasından xəbər tutacaqlar...Müsavatla AXCP birləşənə qədər AXCP-nin içərisindən bir “ağ atlı oğlan” - Qulamhüseyn Əlibəyli çıxıb təzə partiya yaratdı, üstəlik, prezidentliyə namizəd oldu, hətta özünə müttəfiqlər də tapıb. Amma bu iki qos-qoca təşkilat ortaq çıxış yolu tapa bilmir. Cənablar deyirlər ki, birləşmək ideyası zərurətdən doğub. Tamam, buna heç bir şübhə yox. Elə isə “bəy” dediyin nədir, bəyənmədiyin nə. Birləşmək lazımdırsa və belə bir fikriniz qətidisə, niyə birləşmirsiniz? Yox, bunu, sadəcə, görüntü naminə edirsinizsə, ürəyinizdə birləşməklə bağlı səmimi hisslər yoxdursa, açıq deyin. Vallah, heç kəs sizdən inciməyəcək. Əksinə, camaatda aydın fikir formalaşacaq və insanlar öz işlərini biləcəklər. Heç olmasa sadə vətəndaşlara yazığınız gəlsin. Səmimi şəkildə deyin ki, daha birləşə bilmirik, zorla birləşmək mümkün deyil. İkincisi, zorla, düşmən gözü çıxarmaq üçün yaradılan birliyin ömrü də çox olmayacaq. Baxın, 4 ay danışdınız, söhbətləşdiniz, müzakirələr apardınız, sonda yenə ortaya konflikt düşdü. İndi görün zorən birləşmədən sonra hansı narazılıqlar başlaya bilər... Bir çox ciddi politoloqlar hesab edirlər ki, Müsavat Partiyası bu birləşmək məsələsi ilə bağlı sərt bir bəyanatla çıxış etməlidir. Partiya bəyan etməlidir ki, onlar heç kimlə birləşmək haqqında düşünmürlər, öz tərəfdarlarını artırmaq, strukturlarını gücləndirmək istiqamətində fəaliyyətə keçməyi məqsədəuyğun sayırlar. Hər kəsə bəllidir ki, bu gün Müsavat Partiyası ölkənin ən güclü, real strukturlara malik partiyasıdır. Müsavat elə özü birlikdir. Kimsə xalqın, hətta öz təşkilatının taleyini düşünürsə, istər-istəməz gəlib Müsavatın yanında duracaq. Bu məsələdə beynəlxalq güclərin təcrübəsindən istifadə etmək yerinə düşər. Biz indiyədək şahidi olmuşuq ki, beynəlxalq təşkilatlar hər hansı ölkədəki qüvvələrə münasibətdə “kim güclüdürsə, biz onun yanındayıq” prinsipini ortaya qoyublar. Düzdür, avtoritar rejimlərin güclənməsi baxımından bu yanlış taktika olub. Amma indiki halda bu təcrübədən bir qədər fərqli formada müxalifətin öz daxilində istifadə etməsi uğurlu nəticə verə bilər...P.S. Bu yaxınlarda ünlü müxalifət liderlərindən birinin köməkçisi redaksiyamıza təşrif buyurmuşdu. Ordan-burdan söhbət etdik, müxalifətin birləşə bilməməsi məsələsinin üstünə gələndə çox fədakar və sadiq bir köməkçi olan bu dostumuz belə bir söz işlətdi: “Vallah, axırda bu liderlər özləri pis vəziyyətdə qalacaqlar. Bədəbəddə biz gedib fəhlə də olsa işləyib başımızı girələyəcəyik. Liderlər öz talelərini düşünsünlər...”
43,553
28.11.2008 06:59
Müsahibə
“ƏLEYHİMƏ DANIŞANLAR NÖKƏR PSİXOLOGİYASINA MALİKDİRLƏR”
(əvvəli ötən sayımızda) - Amma qarşı tərəf də iddia edir ki, polemikanın bu səviyyəyə düşməsində sizin qardaşınızın rolu böyük olub. Yəni normal fikir dartışması getdiyi bir ərəfədə Maqsud İbrahimbəyovun “Nizami Cəfərov adama oxşamır” kimi açıqlaması bu dartışmanın məcrasını dəyişdi. Sizcə, haqlı arqument deyil? - Düzünü desəm, Nizami Cəfərovun sifətini xatırlamıram. Onunla ya bir, ya da iki dəfə üz-üzə gəlmişəm. Yadımdadır ki, Bakıda keçirilən “Şərq-Qərb” kinofestivalında görüşmüşük. Onun çıxışından və verdiyi müsahibələrindən sonra qəzetlərdə portret şəklini görmüşəm. Həm də qardaşım elə deyəndən sonra da fikir verdim. - Amma hər halda, dartışmanın bu səviyyəyə düşməsində ilk addım Maqsud müəllim tərəfindən atılıb... - Başa düşürəm, amma onu da demək olmaz ki, mən Rüstəm İbrahimbəyovu yazıçı saymıram. Bu çox kobud ifadədir. Məsələn, o deyə bilərdi ki, Rüstəmin yazıları mənim xoşuma gəlmir. Yaxşı, məni Azərbaycan yazıçısı kimi qəbul etmirsən, etmə. Heç olmasa rus yazıçısı kimi qəbul et. (Gülür) Əslində onun belə deməyi məni təhqir etmək istəyindən irəli gəlirdi. Onların işi konkret mənimlədir - Bu, onun öz istəyi idimi? - Xeyr. Bayaq dediyim kimi, Prezident Aparatından tapşırıq almışdı. Bunlar niyə belə elədilər, hələ də başa düşə bilmirəm. - Bəlkə ölkənin gündəmini dəyişmək istəyirdilər? - (İsrarla) Yox, yox. İşləri konkret mənimlə idi. - Sizə qarşı hücumlardan sonra belə bir xəbər yayıldı ki, rəhbəri olduğunuz “İbrus” teatrını bağlamaq istəyirlər... - Yox, belə şey ömründə ola bilməz. Əvvəla, bu çox mürəkkəb prosedurdur. İkincisi, heç SSRİ dövründə belə teatr bağlamayıblar. Düzdür, rejissorları, bədii rəhbərləri dəyişirdilər. Amma heç bir teatr bağlamaqdan söhbət gedə bilməzdi. “İbrus”da sadəcə təmir gedir. Dekabr ayında yenidən fəaliyyətini bərpa edəcək. Bir həftədir Azərbaycandayam, heç kim mənə təzyiq etmir - Bax, bir həftədir ki, Azərbaycandasınız, hansısa təzyiqlərlə üzləşmisinizmi? - Heç bir təzyiq-filan yoxdur. Kimi görürəm, kiminlə görüşürəm, mənə hörmətlə yanaşır. - Yubileydən söz düşmüşkən, gələn il 70 illik yubileyinizdir. Sizcə, dövlət səviyyəsində qeyd ediləcəkmi? - İş ondadır ki, mənim yubileyim heç vaxt dövlət səviyyəsində qeyd olunmayıb. - Heydər Əliyevin vaxtında belə? Axı 60 illiyiniz onun prezidentliyi dövrünə təsadüf etdi? - O vaxt mən mərhum prezidentimizi yubileyə qonaq kimi dəvət etmişdim. 60 illiyimi isə dövlətin yox, öz cibimin pulu ilə keçirmişəm. Sarayı icarəyə götürmüşəm, xarcini də özüm ödəmişəm. Yubiley ərəfəsində isə indi yadımda deyil, ya zəng etdim, ya da teleqram vurdum, unutmuşam, ona dəvət göndərdim. O da sağ olsun, gəldi. Yubiley bir yana. Bu günə qədər bir kimsə deyə bilməz ki, mən bu dövlətdən ev almışam, maşın almışam. Mən Azərbaycan vətəndaşıyam - Siz Rusiya vətəndaşısınız, yoxsa... - (Sözümüzü kəsir) Xeyr, Azərbaycan vətəndaşıyam. - Belə söhbətlər gedir ki, siz hökumətdən nəsə istəmisiniz, amma alınmayıb. - Boş söhbətlərdir. Düzdür, mən hökumətə tez-tez müraciət edirəm, amma özüm üçün yox. Məsələn, mən, habelə Azərbaycan Kinematoqrafiya İttifaqı, ölkənin kino xadimləri ilyarım əvvəl prezidentə müraciət etdik ki, Azərbaycanda kinonun inkişafı ilə bağlı xüsusi sərəncam verilsin. Sağ olsun, müvafiq sərəncam da verildi. Amma nə olsun? Bu ilyarım ərzində hökumət kinonun inkişafı istiqamətində heç bir iş görməyib. Bir az əvvəl qəzetlərdə oxuyuram ki, sərəncamla bağlı xaricə oxumağa göndərilən tələbələrin valideynləri hökumətə müraciət ediblər. Amma indiyəcən hökumət onlara qəpik də ayırmayıb. Demək bəlkə də düzgün olmazdı, amma heç kim bilmir ki, onların təqaüdlərini mən verirəm. Beynəlxalq Kino Məktəbi yaratmışam, özü də yüksək səviyyədə. O uşaqların da bütün xərclərini özüm çəkirəm. - Hökumətin bu cür biganəliyi də bəlkə hansısa təzyiq formasıdır? - Əslində böyük mənada təzyiq və hücum olsaydı, Milli Məclisdə, qəzetlərdə, ümumiyyətlə ictimaiyyətdə məni müdafiə etməyə imkan verməzdilər. Axı məni də köhnə dostum Əkrəm Əylisli, çox yaxşı münasibətdə olduğum Elmira Axundova, professor Cəmil Həsənli, bir də ilk dəfə adını eşitdiyim bir qadın deputat... (fikirləşir) - Aynur Camalqızı? - Hə, Aynur Camalqızı müdafiə etdilər. Demək, Milli Məclisdə xeyli deputat var ki, mənə qarşı hücumların əleyhinə olublar. O ki qaldı əleyhimə danışanlara, onlar nökər psixologiyasına malik şəxslərdir. Gömrük işçiləri yolçuluq edirlər - Pul demişkən, “Pravda”ya verdiyiniz müsahibədə demisiz ki, Azərbaycan gömrükçüləri sərhəddə ölkəyə gələn əcnəbilərdən rüşvət alırlar.... - Bu, çox ağır və təhqiredici haldır. Çünki ölkəyə gələn qonaqdan pul alınması yolçuluq əlamətdir. Bundan sonra məşhur yazıçı Qarabağ məsələsinə dair fikirlərini də açıqladı. Rüstəm müəllimin dediyinə görə, bəzən bir sıra qəzetlərdə, telekanallarda səslənən populist çağırışlar Azərbaycanın imicinə zərbədir. - Ermənini qıracağıq, öldürəcəyik, asacağıq kimi çağırışlar əslində erməninin əlinə dəstəvuz verməkdir. Onlar da hər yerdə bəyan edirlər ki, azərbaycanlılarla bir yerdə yaşamaq mümkün deyil, bizi qıracaqlar. Bundan əlavə, torpağı qaytarmaqla iş bitmir, gərək əhali də ora qayıtsın. - Rüstəm müəllim, bir məqama qayıtmaq istərdik. Verdiyiniz müsahibədə göstərilən problemlər yeni deyil, əvvəl də vardı, indi də var. O adamlar ki, sizin müdafiənizə qoşuldular, nədən indiyəcən səslərini çıxarmır? Amma dostlarının müdafiəsinə qalxdılar. Mənim müdafiəmə qalxanlardan çoxunu tanımıram - Xeyr, elə deyil. Mənim müdafiəmlə bağlı müraciətə 284 nəfər imza atmışdı. O siyahıda isə mənim on, ya on beş dostum ola-olmaya. Çoxunu isə ümumiyyətlə tanımıram. İş ondadır ki, Milli Məclisdə bəzi adamları mənə qarşı təhrik etdilər. Onlar güman etdilər ki, mən müdafiəsiz qalacam. Bundan sonra Rüstəm müəllim söhbət əsnasında bir qədər tarixə ekskurs edir. Xalq Hərəkatının ilk dövrlərinə qayıdan yazıçının dediyinə görə, Azərbaycanın, Azərbaycan xalqının dünyada tanınmasında AXC-nin rolu danılmazdır. - Qarabağ problemi baş qaldıranda, məhz AXC-nin təşkil etdiyi kütləvi aksiyalar dünyaya sübut etdi ki, belə bir xalq var və o, öz haqqını heç kimə verməyəcək. Dövlət idarəçiliyi çox çətin işdir. Mənim rəhmətlik Əbülfəz Elçibəyə böyük hörmətim var. O, əsl ideya adamı idi. Mən görürdüm ki, o, şəxsi maraqlardan çox uzaqda duran adamdı. İqtdarda çox adam mənim kimi düşünür - Rüstəm müəllim, yenə əsas məqama qayıdaq. Bütün bu polemika və dartışmaların axırı hara gedir? Nə ilə qurtaracaq, sizcə? İqtidar sizin dediklərinizə sərt reaksiya göstərdi. Amma bir danılmaz fakt da var ki, sizdən də imtina etmək istəmir. Çünki ölkəni dünyada tanıdan adamsınız... - İş ondadır ki, iqtidarın özündə də çox adam mənim kimi düşünür. Bu sistem elədir ki, kim onun neqativ fəaliyyətini bir qədər tənqid edir, az qala düşmən gözü ilə baxırlar. Ona görə, çox adam susmaq məcburiyyətindədir.Ümumiyyətlə, mənim həyatımda onlarla belə polemika olub və bu da növbətisidir. Bu yaxınlarda növbəti tamaşamın təqdimetmə mərasimi olacaq. Tamaşada bugünkü Azərbaycanda baş verən real hadisələr göstərilir. İnanıram ki, bu tamaşa da mütləq növbəti polemika səbəb olacaq. Sonra bu polemikaya son qoyulacaq. - Bəs məhkəmə perspektivi? Nizami Cəfərovu məhkəməyə verməkdə israrlısınızmı? - Məhkəmə yəqin ki, iddianı qəbul etməyəcək. Çünki bu adam deputatdır və deputat kimi toxunulmazlığı var. Amma vəkilimlə məsləhətləşmişəm, artıq sənədlər də hazırdır. Əslində Milli Məclisdə ona deməlidilər ki, get məhkəməyə, etdiyin təhqirə görə cavab ver. Belə olmayacağı halda, demək, Azərbaycanda insan hüquqları pozulur. Axı məhkəmə ən ədalətli orqandır və bütün münasibətlər də orda həll olunmalıdır. İkincisi, bu hücumlar az da olsa davam etsə, Beynəlxalq “PEN-klub”, Amerika və Avropa kinoakademiyaları, digər nüfuzlu qurumlardan Azərbaycana etirazlar gəlməyə başlayacaq. Bundan başqa, dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diaspora qurumları da öz mövqeyini bildirməkdədirlər və hər gün mənə xəbərlər çatır. Mənə indidən müxtəlif ölkələrdən zənglər gəlir. Sizə bir məqamı da deyim. Bir qədər əvvəl Rusiya prezidenti Dmitri Medvedyev öz müraciətində etiraf etdi ki, Rusiyada korrupsiya var. Bunu Rusiya prezidenti özü deyir. Mən də demişəm ki, Azərbaycanda korrupsiya var. Və bunu kimsə deməlidir. İndi pulla, tanışlıqla Milli Məclisə düşən bu bisavad adamlar ölkənin problemlərindən danışmaq əvəzinə, mənə hücum edirlər. - Nizami Cəfərov da Milli Məclisə pulla düşüb? - Nizami Cəfərovu deyə bilmərəm.
43,554
28.11.2008 06:14
Gündəm
İLHAM ƏLİYEV QARABAĞ DANIŞIQLARININ ÜÇ PRİNSİPİNİ AÇIQLADI
Lakin bu gün “Nabukko” haqqında daha çox eşidəndə biz Azərbaycanın qaz ehtiyatlarını görürük. Biz əsas qaz yataqlarımızın işlənilməsinə son vaxtlar başlamışıq. Hələlik hasilatı ən yüksək həddə çatdırmamışıq, ümid edirik ki, buna növbəti 5-6 il ərzində nail olacağıq. - “Qazprom” Azərbaycan qazının alınması ilə bağlı yüksək qiymət təklif edib. Bu sahədə onlara verəcəyiniz cavab hansı ola bilərdi? - Bizə müxtəlif təkliflər gəlir. Əlimizdə olan təkliflərə biz eyni mövqedən yanaşırıq. Bu, tamamilə ticari məsələdir. Biz öz enerji layihələrimizi yalnız kommersiya, şaxələndirmə, təhlükəsizlik və uzunmüddətli tərəfdaşlıq baxımından həyata keçiririk. Məhz bu səbəbdən bütün təkliflərə baxılacaq. Təbii ki, qiymət də bazar qiymətlərinə cavab verməlidir. Bu gün Azərbaycan iqtisadiyyatı 100 faiz bazar iqtisadiyyatıdır və əgər qiymət yaxşıdırsa, təbii ki, hər bir təklif dəyərləndirilə bilər. - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin tutduğu mövqelər arasında fərqlər var. Bu yaxınlarda isə saziş imzalandı. - Xeyr! İlk növbədə, onu demək istəyirəm ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları sənəd saziş deyil, siyasi bəyannamə idi. Burada münaqişənin necə həll olunmasına dair ölkələrin mövqelərini əks etdirən bəyannamədən söhbət gedir. Həmin bəyannamənin üç vacib elementini vurğulamaq istərdim. İlk növbədə, bu sənəd Azərbaycan və Ermənistan arasında imzalanıb, Dağlıq Qarabağla yox. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu dərk edir. Əvvəllər bu, belə deyildi. Əvvəllər onlar hamını inandırmağa çalışırdılar ki, müharibə Dağlıq Qarabağ və Azərbaycan arasındadır. Məsələ budur. Bu, çox vacibdir. Ermənistan rəhbəri münaqişə tərəflərinin kim olduğunu göstərən sənədə öz əli ilə imza atıb. İkincisi, bəyannamədə deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında həll olunmalıdır. Bu o deməkdir ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələrə hörmətlə yanaşılmalıdır. Üçüncü vacib element ondan ibarətdir ki, münaqişənin həllində hər bir mərhələ beynəlxalq təminatla müşayiət olunmalıdır. Bu o deməkdir ki, münaqişə mərhələ-mərhələ həll edilməlidir. Bu, daim bizim mövqeyimiz olub, Ermənistanın mövqeyi isə münaqişənin paket şəklində həlli olub. Beləliklə, bu üç element danışıqlar prosesində yeni elementlərdir və mən şadam ki, Ermənistan rəhbəri bu prinsipləri, bu bəyannaməni imzalamağa özündə cəsarət tapdı. Əgər Ermənistan bu prinsiplərə riayət etsə, münaqişə asanlıqla həll oluna bilər. Münaqişənin sülh yolu ilə deyil, digər yollarla həllinə dair verdiyiniz şərhlə bağlı onu demək istərdim ki, bu bəyannamədə Azərbaycanı hərbi yoldan çəkindirən öhdəliyi heç kim tapa bilməz. Bəyannamədə “hesab edirik ki, siyasi həll yolu olmalıdır” deyilməsi fundamental hüquqlarımızdan imtina etməyimiz demək deyil. Bütün beynəlxalq normalara əsasən, hər bir ölkənin özünü müdafiə etmək hüququ var. Qafqazda heç kim müharibə istəmir. Lakin eyni zamanda biz bu vəziyyətlə barışa bilmərik. - “Freedom House” təşkilatı bildirir ki, demokratiya inkişaf etmir. - Bilirsiniz, “Freedom House” kimi təşkilatlar obyektiv deyil. Onlar Azərbaycanı olduğu kimi yox, fərqli təqdim etməyə çalışırlar. Şəxsən mənim üçün fəaliyyətimizin ən vacib qiyməti beynəlxalq təşkilatların verdiyi qiymətdir. “Freedom House” özünün gündəliyi, siyasi maraqları olan bir qeyri-hökumət təşkilatıdır. Onların Azərbaycanda bəzi müxalifət nümayəndələri arasında dostları da var. Buna görə də onların Azərbaycan haqqında dedikləri düzgün hesab edilə bilməz. Bu yaxınlarda bizdə prezident seçkilərini izləyən ATƏT-in və Avropa Şurasının qiymətləndirmələri rəyini açıqladı - vacib olan budur. Fakt odur ki, Azərbaycanda seçkilər çox normal və şəffaf şəraitdə keçirilib və onun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi. Nəticələrə, seçkilərin düzgünlüyünə dair heç bir şikayət daxil olmayıb. Mühüm olan budur. Bu onu göstərir ki, Azərbaycan real demokratiyanın qurulması üçün sürətlə irəliləyir və demokratikləşmə prosesi sürətlə gedir. - Bu yaxınlarda Beynəlxalq Valyuta Fondu korrupsiya sahəsində hazırladığı reytinq sənədlərində Azərbaycanın cədvəldəki mövqeyinin aşağı düşdüyünü göstərib. Dünyanın bir çox ölkələrində korrupsiya problemi var. Azərbaycanın bu sahədəki səyləri haqqında nə deyə bilərsiniz? - Burada bir düzəliş etmək istərdim. Bu qiymətləndirməni Beynəlxalq Valyuta Fondu deyil, “Transparency İnternational” adlandırılan QHT hazırlayıb. Bilirsiniz, QHT-lər çoxdur. Bizim ölkədə QHT-ni iki gün ərzində yaratmaq olar. Bundan sonra reytinqlər açıqlanır, təəssürat və ya maraqlar əsasında ölkələr həmin reytinqdə yer alır. Biz QHT-lərə böyük diqqət yetiririk. Biz ciddi beynəlxalq təşkilatların qiymətləndirmələrinə əhəmiyyət veririk. Dünyada bir nömrəli islahatçı olmaq təsadüfən baş vermir. Bu, özünü bizim liberal iqtisadiyyatımızda, korrupsiyaya qarşı mübarizəmizdə göstərir. Bu onu göstərir ki, Azərbaycanda biznes qurmaq asandır, korrupsiya mühitində bu mümkün deyil.ÿEyni zamanda biz bu xəstəlikdən uzağıq desək, yanılarıq. Bu, bütün dünya ölkələrində, keçmiş Sovet İttifaqı ölkələrində, hətta Avropada belə böyük bir problemdir. Onunla necə mübarizə aparaq? Biz korrupsiyaya qarşı mübarizə üçün xüsusi komissiya yaratmışıq, xüsusi proqramımız, qanunumuz var. Eyni zamanda biz inzibati və iqtisadi qüvvələri bununla mübarizəyə cəlb edirik. Bəzən biz çox ciddi addımlar atırıq. Bir neçə il bundan öncə təkcə korrupsiyaya görə Azərbaycanda bir neçə nazir həbs edilib. Bir çox digər yüksək rütbəli məmur da həbs olunub. Lakin biz görürük ki, təkcə inzibati tədbirlərlə bu, çox çətindir. Biz əlaqələndirmə yaratmalıyıq, iqtisadiyyatı liberallaşdırmalıyıq, güclü orta təbəqə, siyasi həyatda hər bir şəxs üçün geniş şərait yaratmalıyıq. Bundan sonra korrupsiya aşağı düşəcəkdir. - Sizin üç övladınız var. Onlar daha çox Qərbə, yoxsa Şərqə baxırlar? - Bilirsiniz, bunu demək çətindir. Onlar Azərbaycana baxırlar. Biz öz ölkəmizdə ənənələrimizi, həyat tərzimizi, mentalitetimizi çox yüksək qiymətləndiririk. Azərbaycandakı gənc nəsil və ələlxüsus mənim uşaqlarım milli ruhda tərbiyə edilirlər. Onlar üçün Vətən ən ön planda durur. Biz hərdən yüksək səviyyədə olduğunu hesab etdiyimiz Avropa dəyərlərindən danışırıq. Lakin bizim öz dəyərlərimiz var, milli dəyərlərimiz, ulu babalarımızdan qalma dəyərlərimiz var, tariximiz, ənənələrimiz var. Buna görə də uşaqlarımın naminə, bütün cavan nəslin naminə, bütün Azərbaycan xalqının naminə ölkəmizə qayğı ilə yanaşmağı və ölkəni gücləndirmək üçün işləməyi üstün tuturam. Buna nail olmaq üçün bizim həm Qərblə, həm də Şərqlə yaxşı münasibətlərimiz olmalıdır. Azərbaycanda hər şey məhz bu cür baş verir və bəlkə də bu bizim uğurlu inkişafımızın səbəblərindən biridir.
43,555
28.11.2008 05:22
Gündəm
HAKİMİYYƏT HELSİNKİ KOMİSSİYASININ XƏBƏRDARLIĞINDAN NƏTİCƏ ÇIXARACAQMI?
Hər iki radionun Azərbaycan dinləyicilərini obyektiv informasiya ilə təmin etdiyini bildirən Helsinki Komissiyası onların yayımının dayandırılmasının ölkə üçün böyük itki olacağını qeyd edib. Məktub müəllifləri prezident İlham Əliyevdən yayımın davam etməsinin bir yolunu tapmağı xahiş ediblər: “Siz prezidentlik dövrünüzün ikinci müddətində Azərbaycan-Amerika əlaqələrini gücləndirmək üçün yeni prezident Barak Obama ilə yaxşı əlaqələr qurmağa hazırlaşarkən ”Azadlıq" və “Amerikanın səsi” radiolarının bağlanması səhv siqnal olardı. Ümidvarıq ki, siz uzun illərdir fəaliyyət göstərən bu radioların yerli tezlikdə yayımının davam etdirilməsinin yolunu tapacaqsınız". Göründüyü kimi, Helsinki Komissiyası adıçəkilən radioların yayımının dayandırılmasının Amerika-Azərbaycan münasibətlərinə təsir göstərəcəyinə işarə ediblər. Əlbəttə, ABŞ-da söz azadlığına demokratiyanın təməl prinsiplərindən biri kimi baxırlar və bu, hər hansı münasibətlərin qurulmasına bu və ya digər şəkildə təsir göstərir. Xüsusilə ABŞ Konqresinin maliyyələşdirdiyi radioların yayımının dayandırılmasına təbii ki, bu ölkə ciddi reaksiya verməyə bilməz. Bəs bu barədə politoloqlar nə düşünürlər? Onlar hesab edirlərmi ki, Helsinki Komissiyasının məktubu radiolarla bağlı müsbət siyasi qərar verilməsinə səbəb olacaq? Əgər buna müsbət cavab verilməzsə, dövlətlərarası münasibətlərə necə təsir göstərər?Politoloq Elxan Mehdiyev bildirdi ki, Azərbaycan hakimiyyəti, hər halda, bu radioların yayımının davam etməsinin başqa yolunu tapacaq: “Əgər bunu 2002-ci ildə qanunla müəyyən edilmiş məhdudiyyətlərlə əlaqələndirirlərsə, Helsinki Komissiyasının məktubunda deyildiyi kimi, Azərbaycan iqtidarı bunun bir başqa yolunu tapacaq. Və radioların yayımı hansısa formada davam edəcək. Bu istisna deyil. Amma mən düşünmürəm ki, radioların yayımı dayanarsa, bu, Azərbaycan-Amerika münasibətlərinə ciddi təsir göstərə bilər. Azərbaycan ABŞ-la enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir və bu əlaqələr artan xətlə inkişaf edir. Əgər radiolar bağalanarsa belə, bu əməkdaşlıq davam edəcək. Nəticə etibarı ilə bu, mövcud əməkdaşlığa təsir göstərməyəcək. Sizə bir nümunə deyim. Ötən il Corc Buş Azərbaycanı jurnalistlərlə ən qəddar davranılan ölkə kimi qiymətləndirdi və bundan sonra bir baş redaktor həbs edildi. Amma buna baxmayaraq, ABŞ-Azərbaycan münasibətləri davam edir. Amerika dövlətinin vahid siyasəti var və burada prezidentlərin şəxsi mövqeyi önəmli rol oynamır. Amma təbii ki, Konqres tərəfindən maliyyələşən radioların yayımının davam etməsi üçün ABŞ səylər göstərəcək və yəqin ki, buradakı rejim də onun yolunu tapacaq”.
43,556
28.11.2008 04:23
Yazarlar
PARALEL HƏYAT
Tahir Salahova orden verdilər. Mən bu sovet rəngkarlıq məktəbi yetirməsinin əsərlərini heç vaxt bəyənmədim. O, rəssamlığın “Rəşid Behbudovu”, “Süleyman Rüstəmi” olubdur. Saxta əmək qəhrəmanları surətləri, iri planlı zərbəçi neftçi portretləri ilə Salahov keçmiş SSRİ-nin necə gözəl ölkə olduğunu xaricə göstərməliydi. Bu xidmətlərinə görə kommunist rejimindən bütün mükafatları, cah-cəlallı həyatı almışdı. Dərd orasındadır ki, Salahov heç monumentalizm cərəyanının görkəmli solçu rəssamlarından Rivera və Sikeyrosun əlinə su tökməyə də yaramır. Onun rəsmləri eynən köhnə Lenin sarayı kimidir - nə qədər bəzəsən, təmir eləsən də ölüb gedəsidir, incəsənət tarixinə yamaqdır.Biz Salahovun son 15 ildə vətəndaş, azərbaycanlı mövqeyini də görmədik. O üzdən, bugünkü orta statistika azərbaycanlı Salahovu tanımır. Başqa “paraleldə” yaşayır adam. Özü üçün.Mədəniyyət naziri Azərbaycan türkcəsində əzabla danışırsa, belə yerdə nə mədəniyyət olar? Dünən həmin yoldaş Qarayevin məşhur İbrahimbəyov-Cəfərov davasına münasibətini oxudum. Deyir ki, Azərbaycan xalqı özü elitasının, ziyalılarının kim olduğunu yaxşı bilir. Düz deyir. Bu gün orta statistik azərbaycanlı nə İbrahimbəyovu tanıyır, nə də Nizami Cəfərovu. O, Aygün Kazımovanın, Röyanın, Qaraçuxurlu və bir parça əppəyin peşindədir, türkün sözü. Bu davanın, süpürləşmənin xalqa nə dəxli? Yeri gələndə, xalq görür ki, İbrahimbəyov İçərişəhərdə özünə “yaşıl ada” düzəldib, heç bu qədim abidə dağıdılanda danışmayıb, yalnız zibil artıq qapısına çatanda dillənib. Məşhur məsəli dəyişsək, “həmişə susan doğru danışdı, heç kim inanmadı”. Nizami Cəfərov isə Atatürk Mərkəzi açıb öz kitablarını buraxır. Beləsinə nə deyəsən? Xaricdə oxuyan tələbələrin yaşamaq xərcini 3 aydır ödəmirlər. Nazirlər Kabinetindəki aktyor deyir: “Prosesin bir qədər gec-tez olmasından valideynlər niyə narahatdır?” Həqiqətən, toxun acdan nə xəbəri ola bilər? Bəlkə bu məmurlar aylarla yaşamaq xərci gözləyirlər?Amma hərdən bu paralel həyatlar arasında absurd körpücüklər atılır. Kefin istəsə, qarnını tut, gül.Milli Məclisin deputatı Gültəkin Hacıyeva bir müddət öncə öz soyadını milliləşdirdi. Oldu Hacıbəyli. Qulamhüseyn əkə “Əlibəyli” olanda buna müəyyən qədər dözümlü yanaşa bilərik. Neçə il cəbhəçi adı daşıyıb, ən azından. Amma YAP dəstəkçisində bu gözəl “bəy” sözünə məhəbbət hardandır? Hələ iqtidar deputatlarından Lalə Abbasovanın Abbasbəyli, Baba Tağıyevin isə Əlibəyli (atasının adı Əlidir) olacağı deyilir. Belə çıxır ki, Baba yoldaşın valideyni birbaşa bəy olubdur. Əhsən. Halbuki bu adamlar yeri gələndə “bəy” müraciət formasını bəyənmirlər, “bəylər hakimiyyətdə olarkən xaos idi” kimi rişxəndli cümlələr işlədirlər.Məncə, gərək İbrahimbəyovun acığına Nizami Cəfərov da öz soyadını Cəfərbəyli eləsin. Yoxsa adını dilçi, türkçü, millətçi qoyub, hələ də rus soyadıyla gəzir.P.S. Texniki problemlərə görə köşənin yuxarısındakı “Məktub göndər” bölümü müvəqqəti işləmir. Anlaşılmazlığa görə oxuculardan üzr istəyirəm. Məktublarınızı [email protected] ünvanına göndərin. Zamin HACI
43,557
28.11.2008 06:25
Gündəm
TÜRKİYƏ-ERMƏNİSTAN-AZƏRBAYCAN DANIŞIQLARININ YENİ RAUNDU
Xatırladaq ki, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında ilk üçtərəfli görüş bu ilin sentyabrında, Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı baş tutub. Bu danışıqları zamanı Türkiyənin irəli sürdüyü Qafqazda sülh və təhlükəsizlik platforması, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olunub.Babacan jurnalistlərlə söhbətində deyib ki, Türkiyə bir ilə yaxındır Ermənistanla intensiv diplomatik təmaslar içərisindədir və bu təmaslarda məqsəd Qafqaz bölgəsində sülhün, təhlükəsizliyin təmin edilməsidir. Nazir Türkiyənin Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə böyük önəm verdiyini deyib. O bildirib ki, Helsinkidə Ermənistan xarici işlər naziri ilə təkrar bir araya gəlmək barədə razılaşıb. Babacan Finlandiya paytaxtında nazirlər arasında üçtərəfli görüşün də gözlənildiyini deyib: “Bu barədə indidən qəti nəsə demək mümkün olmasa da, üçtərəfli görüş də ola bilər. Artıq təmaslar intensivləşib və bu çərçivədə belə görüşlər mümkündür”. Babacan hesab edir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması Azərbaycan-Ermənistan münaqişəsinin həllinə də təsir edəcək: “İstəyirik ki, hər iki istiqamətdə işlər paralel şəkildə və yaxşı getsin. Bu günə qədər aldığımız siqnallar olduqca müsbətdir”. Türkiyə hökumətinə bağlı “Star” qəzeti isə diplomatik qaynaqlara istinadən xəbər verib ki, Nyu Yorkda baş tutan birinci üçtərəfli görüş daha çox simvolik əhəmiyyət kəsb edirdi. Qarşıdakı görüşdə isə daha konkret danışıqlar aparılacaq. Görüşün əsas gündəmi Dağlıq Qarabağ münaqişəsi olmalıdır.Türkiyə tərəfi gələn ay Ermənistan və Azərbaycan prezidentlərinin iştirakı ilə öz ərazisində üçtərəfli samit təklifi ilə də çıxış edib. Lakin belə görünür ki, Ermənistan tərəfi Qarabağ münaqişəsi ilə bağlı Türkiyə prezidentinin vasitəçiliyi ilə üçtərəfli danışıqlara qatılmağa meylli deyil. Xarici işlər naziri Nalbəndyan İstanbulda keçirdiyi brifinq zamanı prezident Serj Sərkisyanın Türkiyəyə gələn ilin sentyabrında, iki ölkə milli futbol komandalarının oyununa baxmağa gələcəyini deyib. Lakin o, Sərkisyanın Türkiyənin gələn ay keçirmək istədiyi üçtərəfli sammitə qatılacağı haqda heç bir açıqlama verməyib.Bununla belə, Ermənistan tərəfinin prezidentlər səviyyəsində olmasa da xarici işlər nazirləri səviyyəsində Türkiyə və Azərbaycanla üçtərəfli danışıqlara hazır olduğu görünür. Məsələ ondadır ki, Ermənistanın bu cür üçtərəfli danışıqlara girməsi Sərkisyana qarşı tənqidlərə səbəb olur. Onu millətçi çevrələr və müxalifət Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçi kimi cəlb etməkdə günahlandırırlar. Prezidentlər səviyyəsində belə danışıqların aparılması isə Ermənistanda daha çox səs-küyə səbəb ola bilərdi. Doğrudur, rəsmi İrəvan Nyu Yorkda baş tutan ilk üçtərəfli görüşdə, habelə Türkiyə ilə ikitərəfli danışıqlarda Qarabağ məsələsinin müzakirə olunduğu haqda geniş danışmaqda maraqlı deyil. Lakin heç bir şübhə yoxdur ki, Türkiyə ilə normal münasibətlər qurmağa çalışan Ermənistan üçün danışıqlarda bu məsələnin gündəmə gəlməsi qaçılmazdır. Ən azından Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən çəkilməsi Türkiyənin bu ölkə ilə sərhədlərini açıb diplomatik münasibətlər qurması üçün rəsmən irəli sürdüyü üç şərtdən biridir.Ancaq son vaxtlar Türkiyə və Qərb mətbuatında belə xəbərlər yer alır ki, rəsmi Ankara Ermənistanla münasibətlərin qurulması üçün Qarabağ məsələsini ön şərt olmaqdan çıxara, yaxud bu məsələdə mövqeyini yumşalda bilər. Amerikadakı Strateji Analizlər Mərkəzinin analitiki Riçard Kirakosyan isə “Zaman” qəzetinə açqılamasında deyib ki, onun fikrincə, əgər Ermənistan 1915-ci il hadisələrinin tarixçilərdən ibarət birgə komissiya çərçivəsində araşdırılması təklifinə razılıq versə, o zaman Türkiyə İrəvanla diplomatik münasibətlər qura bilər. Kirakosyana görə, indi Türkiyənin əsas səyləri ona yönəlib ki, Ermənistanla bu şərt çərçivəsində diplomatik münasibətlər qurulmasına Azərbaycanın da üstüörtülü razılığını alsın, yaxud onun mövqeyini yumşaltsın. “Mənə elə gəlir ki, Türkiyə birinci addım kimi sərhədlərini açacaq, ardınca daha mürəkkəb məsələlər-diplomatik münasibətlərin qurulması və soyqırım məsələsi müzakirə olunacaq”, - deyə Kirakosyan bildirib. Lakin o hesab edir ki, Ermənistan Türkiyənin şərtini qəbul etməyəcək. Kirakosyanın fikrincə, tarixçilərdən ibarət ortaq komissiyanın yaradılmasında məqsəd soyqırımın olmadığını isbat etməkdir.
43,558
28.11.2008 05:27
Yazarlar
AZƏRBAYCAN SAVAŞ HÜQUQUNU İTİRİBMİ?
Ötən sayımızda vəkil Yavər Hüseynin bu mövzuda dəyərli yazısı dərc edilib. Yəni bir daha onun üstünə gəlirik ki, Moskva bəyannaməsi Azərbaycana ciddi problemlər yaratmaq gücündədir. Nədən ki, həmin bəyannamə də beynəlxalq sənəd sayılır və orada tərəflərin götürdüyü öhdəliklərin qarantı konkret halda Rusiyadır (Başqa superdövlət olsaydı, vəziyyət yenə dəyişməyəcəkdi). Bu, o anlamı verir ki, Moskva lazım gəlsə, tərəflərə həmin öhdəlikləri xatırlatmaq və yerinə yetirmək üçün güc tətbiq etmək hüququna malikdir. Öhdəliklərin isə azı ikisi milli maraqlarımıza daban-dabana ziddir. Onlardan biri problemin yalnız siyasi vasitələrlə həlli ilə bağlıdır ki, bu da ən çox işğalçı Ermənistana əl verir. Çünki BMT Qarabağa dair 4 məlum qətnaməsi ilə Azərbaycana öz torpaqlarını savaşla azad etmək haqqı tanıyıb. Amma indi belə çıxır ki, Moskva bəyannaməsini imzalamaqla Bakı könüllü şəkildə bu hüquqdan imtina edib. Beynəlxalq hüququ bilənlər hətta qeyd edirlər ki, əslində bəyannamə həmin qətnamələri qüvvədən salıb. İstisna deyil ki, ermənilər məhz bu üzdən son vaxtlar özlərini xeyli arxayın və aqressiv aparırlar. İkinci ciddi təhlükə əlbəttə ki, sənəddə təslimçi Madrid prinsiplərinə istinadın yer almasıdır. Madrid sənədi haqda çox yazmışıq. Bu sənədin ən təhlükəli məqamı şəksiz, 2-ci bənddə Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratını sərbəst təyinetmə haqqının tanınmasıdır. Doğrudur, rəsmi Bakı hələ ki onu imzalamayıb. Amma Madrid prinsiplərinin əksini tapdığı bəyannamayə qol çəkib. Yəni o, Madrid sənədinə də, separatçı qurumun statusunun referendumla müəyyənləşdirilməsi ideyasına da faktiki, “hə” deyib.Bu yerdə məntiqli sual ortaya çıxa bilər ki, bəs Kreml gerçəkdənmi problemin tezliklə və ermənilərin çözümündə maraqlı olmağa başlayıb? Axı konfliktin həlli ilə Rusiyanın Azərbaycanla Ermənistana təzyiq rıçaqları aradan qalxacaq və onların Qərbə, NATO-ya inteqrasiyasının yolu açılmış olacaq. Elədir. Amma Moskva da Moskva olmazdı, əgər öz maraqlarını arxa plana keçirsəydi, onları hansısa ölkənin ayağına versəydi. Suala aydınlığı isə müəyyən mənada bugünlərdə Londondakı “Canes İntelligency” təhlil mərkəzinin açıqladığı hesabatda tapmaq olar. Hesabatda Qarabağ məsələsi ətrafında ABŞ-la Rusiya arasında gizli sövdələşmənin olduğu barədə fikirlər əksini tapıb. Nədən söhbət gedir?Bəlli olduğu kimi, Rusiyanın Qarabağ ixtilafında güddüyü əsas hədəflərdən biri Azərbaycanda öz hərbi mövcudluğunu bərpa etmək, Amerikanın regiona hərbi girişini önləməkdir. Hesabatda iki supergüc arasında bu məsələdə razılıq əldə edildiyi iddia olunur. Guya Qərb, Vaşinqton artıq Rusiyanın regional gücü, maraqları ilə barışıb və münaqişə zonasına yeridiləcək çoxminli beynəlxalq sülhməramlı qüvvələrin tərkibinin və onlara komandanlığın əsasən rus hərbçilərindən formalaşdırılmasına razılıq verib.Bu iddianın həqiqətə yaxınlığı yəqin ki, yaxın zamanlarda bilinəcək. Bütün hallarda bir şey dəqiqdir ki, Rusiya öz maraqlarına qarant almayınca məsələnin həllində irəliləyişə maksimum dirəniş göstərəcək. Qayıdaq Moskva bəyannaməsinə. Sənədin yaratdığı hüquqi öhdəliklərin altından Azərbaycanın çıxmaq şansı qalır. Çünki o, Gül-Əliyev bəyannaməsi kimi parlamentdə hələ ratifikasiya edilməyib. Edilsəydi, artıq onun altından çıxmaq mümkün olmazdı. Necə ki, Milli Məclisdə təsdiqlənən neft müqavilələri beynəlxalq sənəd sayılır və Azərbaycan onları birtərəfli qaydada dəyişdirə, ləğv edə bilməz. Görünür, bizim hakimiyyətdə uzaqgörənlər də varmış. Yoxsa öz əlimizlə əl-qolumuzu həmişəlik bağlamış olardıq. Amma indi açmaq şansı var - 50 faizlik. Onu 100 faizlik eləmək üçünsə parlament Moskva bəyannaməsini rədd etməlidir. Görəsən, Milli Məclis milli maraqlar naminə buna gedərmi? Bacararmı?.. Zahid SƏFƏROĞLU
43,559
28.11.2008 05:27
Gündəm
TÜRKİYƏDƏ PARLAMENT SPİKERİ PKK TERRORÇUSUNU RƏSMİ ZİYAFƏTƏ DƏVƏT ETDİ
Fatma Kurtulanın əri Salman Kurtulanın PKK sıralarında olması onun ötən il bir neçə türk əsgərinin PKK-çılar tərəfindən əsir götürülməsindən sonra mətbuata çıxıb. Həmin hadisə zamanı Kurtulan daha iki kürd millət vəkili ilə birlikdə İraqın şimalındakı terror düşərgəsinə gedərək əsgərlərin azad edilməsi üçün Abdullah Öcalanın portreti altında təşkil olunan “rəsmi mərasimdə” iştirak etmişdi.PKK terrorçusunun parlamentə ziyafətə dəvət edilməsi faktı üzə çıxan kimi Köksal Toptan bu fakta görə ictimaiyyətdən üzr istəyib. O deyib ki, belə dəvət göndərilməməliydi: “Ancaq mənim 3 gündür İordaniyada səfərdə olmağımla bağlı parlament katibliyinin işçiləri diqqətsizlik üzündən belə səhvə yol veriblər”. Toptan deyib ki, Kurtulan özü də ərinə dəvət göndərilməsi ilə bağlı məyus olub: “O, mənimlə telefonla əlaqə saxladı, üzüldüyünü hiss etdim. Hər kəsdən üzr istədiyini bildirdi”.
43,560
28.11.2008 05:27
Yazarlar
AĞIR ZAMANLARIN AYIRIB-SEÇDİYİ
Dəyərlər, adətlər, baxış və doktrinlər yenidən saf-çürük edilə bilir, keçmiş və gələcək bir daha nəzərdən keçirilir. Elə islahat və inqilablar var ki, ağır zamanlar gəlməyincə gerçəkləşə bilmir. Çünki cəmiyyətin əngəlləyici qüvvələrinin, geridəqalan kəsimlərinin inadını bu halda qırmaq asanlaşır. Çox hallarda böhran mütərəqqiliyin və inkişafın yeni mərhələsi üçün təkan olur. Ehtiyac icadları yaratdığı kimi...Hətta insanı da çətin günlərdə tanımaq asan olur. Biz adətən bunu belə deyirik: “Dost dar gündə tanınar.” Bu atalar sözü bütün xalqlarda var, hətta uşaqlar bu sözü asanlıqla dərk edir. Bəziləri inanır ki, o, insan tanıyandır. Lakin mənim üçün ilk baxışdan adam tanımaq çətindir. Bəzən aşırı etimadla yanılıram, bəzən də haqlı çıxıram. Hətta onu da bilirəm ki, heç kim özünə “adam tanıyanam” deyə bilməz, bu məsələdə hamı eynidir. Adam tanımaq çətin işdir. Yaxşı olar ki, adamı çətin günlərdə tanıyasan.Məsələn, mən siyasətçi Lalə Şövkəti gec tanıdım. Məşhur adamı gec tanımaq qəribə görünə bilər, amma mən onun haqqında fikirlərimi tam qətiləşdirə bilmirdim. Hərə yanımda bir şey deyirdi, mənim də xüsusi araşdırma idarəm olmadığı üçün uzun müddət onun haqqında gözləntidə oldum. Hər zaman onu “oxuyub başa çatmaq” istəyirdim.“Gündəlik Azərbaycan”da işlədiyim vaxt gənclik illərimdən tanıdığım və hörmət bəslədiyim jurnalist Faina Hənəfiyeva səhər tezdən redaksiyaya zəng edib mənə təşəkkür etdi və qəzetdən razılığını söylədi. Elə bildim bu, sadəcə, bəhanədir, bəlkə də hal-əhval tutmaq istəyir, ya da dalınca başqa bir söz deyib hansısa yazının acığını çıxacaq, narazılıq edəcək. Belə hallar çox olur. Sonra dedi ki, həmin səhər avtobusda qəzeti oxuyub ağlayıb. Məni maraq götürdü, hansı yazıdan kövrəldiyini dərhal soruşdum. Cavab məni çaşdırdı: “Lalə xanımın müsahibəsini oxudum, çox təsirli idi, nə yaxşı ki, bir azərbaycanlı qadın bu cür danışır”.Dərhal qəzeti götürüb Lalə xanımın müsahibəsini yenidən oxudum. Axı nə demişdi? Mənim gözümdən nə qaçmışdı? Oxudum və gördüm ki, Lalə xanım sadəcə çox prinsipal və məsuliyyətli danışıb. Təbii ki, hər zaman olduğu kimi coşqun idi. Dünən səhər isə mən Lalə xanımın “Media forum” internet qəzetinə verdiyi kiçik bir müsahibəsini oxudum. Müxalifətin birliyi barədə, ölkənin gələcəyi ilə bağlı, siyasətçilərin gerçək imkanları haqqında danışmışdı. Amma suallar qıcıqlandırıcı idi, Lalə xanım Müsavatın və onun başqanının onlara ayrı gözlə baxması barədə danışmalı idi. Düşünürdüm ki, bu münasibət onu əsəbiləşdirəcək. Bu ölkənin siyasətçilərində gördüyüm kin-küdurəti yenə görəcəyimi gözləyirdim. Bu gözlənilməz və şəxsən mənim üçün də müəmmalı olan münasibətə Lalə xanımın kəskin yanaşacağını fikirləşirdim. Amma bunların heç birini görmədim. Hətta Müsavatın qiymətini və yerini danmamışdı: “Əgər Müsavat deyirsə ki, bu mərkəzin içində yalnız AXCP ilə əməkdaşlıq edə və yaxud müttəfiq ola bilər, bu, Müsavatın müstəsna hüququdur. Liberal Partiyanın lideri kimi buna heç bir maneçiliyim ola bilməz. Mən bu məsələni hətta AXCP sədri Əli Kərimli ilə müzakirə etmişəm. Demişəm, Müsavat və AXCP-nin müttəfiqliyi ümumi işimizə müsbət bir çalar gətirərsə, mən bunun tərəfdarıyam. Heç vaxt buna maneçilik törədə bilmərəm. Mən bunu ancaq alqışlayaram. Təki ölkədə vəziyyət dəyişsin. Mən Müsavatın yalnız bir partiyanı seçməsinə sadəcə öz təəssüfümü bildirmişdim”.Təmkinli, yalnız təəssüflənərək, artıq söz işlətmədən, cavabdan da qaçmayaraq danışan Lalə xanım məni doğrudan da heyrətləndirdi. İnandım ki, onu yalnız ölkədəki vəziyyətin dəyişməsi maraqlandırır. Partiya marağını belə düşünmürdü. Açığı, çox təsirləndim və onu bu çətin vaxtlarda yenidən tanımağıma sevindim. Ayrı-seçkiliyə yol verməməsi, nə də məruz qaldığı ayrı-seçkilikdən dəyişməməsi məni çox məmnun etdi. Ona təşəkkür bildirməyi özümə borc bildim.
43,561
28.11.2008 04:28
Yazarlar
HƏCC: ALLAHIN İNSAN ÜZƏRİNDƏKİ HAQQI
Bütün müsəlman dünyasında, eləcə də, belə demək olarsa, ənənəvi müsəlman toplumu olmayan ölkələrdə də yaşayan müsəlman icmaları indi yeni bir ab-hava yaşayır. Bir mənəvi yenilənmə yaşanır. Böyük İlahi səfərə yollanmaqla bağlı, mövcudatın mahiyyətinə yeni, təravətli nəzərlə baxmaqla səciyyələnən bir durum nəzəri cəlb edir. Beytullaha tərəf yola düşmüş insanları yola salma, onlardan xəbər tutma, onlarla birgə həyəcan keçirmə kimi bir mənəvi ovqatla yaşama var dünyada. Və Uca Allahdan diləyimiz budur ki, Həccin həm maariflənmə baxımından, həm həyata keçirilmə baxımından hər bir cəhətinin Həzrət Peyğəmbər (s) və Əhli-beytinə (ə) layiq halda olduğu gün tezliklə yetişsin! Ziyarət və xeyriyyəçilik Sevindirici haldır ki, Fransa kimi bir Avropa ölkəsindən bu il 50ÿ000 nəfər Həccə yollanıb. Bu, çox ciddi göstəricidir və həm müsəlmanların özünüdərkinin artmasına, həm Avropa İslamının geniş vüsət almasına, həm də konkret Fransada - nə vaxtsa dinsizliyə bərabər tutulan bir ölkədə gedən mənəvi proseslərin güclənməsinə dəlalət edən faktdır. Dünyanın müxtəlif yerlərindən gələn, irqi, milləti, ölkəsi, sosial vəziyyəti, cinsi, yaşı, sağlıq durumu və daha nələri müxtəlif olan milyonlarla insan Beytullahın ziyarətinə axışır. Misilsiz bir prosesdir bu. Tayı-bərabəri olmayan vücudi səfərdir bu. Sanki bütün dünya müsəlmanları bir vəhdət, eynilik, həmahənglik halına gəlib çatarlar. Allah- təala lütf və inayət etsin ki, həmin bu hal zəvvarlarda Həccdən sonra da öz mövcudiyyətini davam etdirsin. Müasir dönəmdə Həccin əhəmiyyəti haqqında danışmaq xüsusi aktuallıq kəsb edir. Həcclə bağlı bir çox məsələlərə toxunmaq olar. Həccin əhəmiyyəti, fəlsəfəsi haqqında çox söz demək olar. Bu, müqəddəs ziyarətlə bağlı ara-sıra edilən çıxışların fonunda daha da önəmli olur. Belə ki, bəzən araşdırma aparmaq istəməyən və ya qərəzli insanların qəribə çıxışları səslənir ki, bəs “Həccin nə əhəmiyyəti var, bu qədər insan ora gedir, nə qədər səy, müəyyən fiziki və psixoloji gərginlik keçirir, bir neçə gün səhra şəraitində qalır və s. Hələ bir filan qədər pul də xərclənir. Ondansa, filan işə pul xərcləsək daha məqsədəuyğun olardı və s.”Çox problemli yanaşmadır. Əvvəla, xeyir işlərlə ziyarəti qarşı-qarşıya qoymaq, bir növ alternativ kimi yeritmək istəməyin özü absurddur. Xeyir işlər görmək lazımdır, dinimizin bu sahədə, bununla bağlı saysız-hesabsız tövsiyələri var. Həcc isə bir İlahi vəzifədir ki, imkanı olan insana ömründə bir dəfə vacib olur. Və məhz bu İlahi göstərişlərə əsaslanaraq insan nəyin yaxşı, nəyin pis olmasını müəyyən edə bilər. Və bu yaxşı-pisi bilmək, ayırd etmək bazası əsasında insan xeyir işlər görə bilər. Yoxsa gördüyü işin xeyir və ya şər, pis və ya yaxşı olmasını insan nəyə əsasən bilər? Bilmədikdə isə, xeyir işi necə yerinə yetirə bilər? Gördüyümüz kimi, İlahi vəzifələri, dini tövsiyələri yerinə yetirməklə, bu tövsiyələrin məhsulu olan əməlləri qarşı-qarşıya qoymaq nə dərəcədə problemli addımdır. Həccə getmək Yaradanın haqqını əda etməkdir Təbii ki, bu yanlışlıqların bir çoxu bilməməzlikdən irəli gəlir. Bilən adam Həcclə xeyriyyəçiliyi qarşı-qarşıya qoymaz. Həcc namaz kimi vacibatdır. Kimsə deyə bilərmi ki, namaz qılmaq əvəzinə xeyriyyəçilik et? Əsla! Bu da onun kimi. Necə ki, Aşura günü qan verməklə əzadarlığı qarşı-qarşıya qoymaq istəyənlər də tapılır. Beləsinin məntiqincə, indi ki qan verirsən, kifayətdir, daha əzadarlıq nəyə lazım? Başa düşmürlər ki, qan vermək, öz qanını ehtiyacı olan bir kimsəyə ehsan etmək məhz İmam Hüseyni (ə) tanımaq, o Həzrətin (ə) uğrunda canını verdiyi idealları tanımaq məqsədi güdən əzadarlıq məclislərinin məhsuludur, bəhrəsidir! Həcc ilə xeyriyyəçiliyi qarşı-qarşıya qoymaq əzadarlıqla qanverməni qarşılaşdırmaq məntiqinin davamıdır. Həcclə bağlı səslənən digər fikir belədir ki, bəs filankəs haram pullarla Həccə gedir, yaxud filankəs camaata min bir zülm edib, indi də Həccə gedir və s. Tamamilə doğru iradlardır. Amma bunun Həccə dəxli yoxdur ki! Həcc bir mənəvi səfərdir və kimsə buraya turist kimi və ya digər bir qisimdə qatılmaq istəyirsə, bunun müqəddəs ziyarətə nə aidiyyəti?! Bu nurani səfərin özü məsul ola bilərmi kiminsə hansısa əyri yolla pul qazanıb bu səfərə yollanmaq niyyətinə görə? Təbii ki, belə iddia etmək absurd olardı.Uca Rəbbbimiz Həcclə bağlı öz müqəddəs Kitabında bizlərə dəqiq çatdırışını verir. Misal üçün, “Ali-İmran” surəsinin 97-ci ayəsində buyurulur: “Allahın insanların - əlbəttə ki, ora getməyə imkanı olan kəsin - üzərinə düşən haqqı budur ki, o Evə gedərək, oranın Həcc əməllərini yerinə yetirsinlər”.Ayədən hansı dərslər çıxır? Allah-təalanın insanların üzərində Həcc kimi bir haqqı var. İnsanlar bir İlahi vəzifələniblər bu məsələdə. Deməli, Həcc insanın üzərində bir mübarək təhəddüddür, öhdəlikdir, vəzifədir ki, imkanı olduğu təqdirdə insan onu yerinə yetirməlidir. İstitaət nədir? Burada imkan təkcə maddi müstəvidə baxılmır. Fiziki imkan, vaxtın kifayət qədər olması, işlə təminlik, ailənin bu ərəfədə təminatı, yolun təhlükəsizliyi - bu və bir çox digər məsələlər mübarək mətnlərdə xırdalıqlaradək açıqlanıb. Kompleks halında imkanlılığa malik insan üçün bu ziyarət həyatı ərzində 1 dəfə vacib olur. Burada İlahi vəzifə ilə imkanın tarazlığı məqamı mühümdür. Güc çatmayacağı təqdirdə, insanının üzərində belə bir vəzifə yoxdur. İstitaət - Həccə getmək üçün şərtlərin kompleks halında mövcudluğuna deyilir. Həmin bu istitaət Həccin zəruri və kafi şərtidir. İslamın bir ümumi prinsipi vardır - insanın bacarığına, imkanına, durumuna, iradəviliyinə görə onun mükəlləfiyyəti müəyyən edilir. Bacarığından kənar, imkanı fövqündə olan işlərin müqabilində insanın bir vəzifəsi yoxdur. Digər tərəfdən, Həccin hər hansı bir əvəzləyicisinin olmadığı bəlli olur. Deyilmir ki, bu işi görməsələr, digər bir işi görə bilərlər. Özü-özlüyündə bir vacib əməldir Həcc. İmkanı olduqda insanın üzərində Həcc ziyarətini yerinə yetirməklə bağlı dəqiq vəzifə var.Vurğulanan digər nöqtə ondan ibarətdir ki, Həcc gərək xalis niyyətlə, yalnız Allah-təala üçün yerinə yetirilsin. Digər ibadi məsələlər kimi, bu da Allah üçün edilməlidir. Digər niyyət üçün yerinə yetirilsə, o, artıq Həcc olmur. Allah öz qonağına nə hədiyyə edir? Həcclə bağlı Məsumlarımız (ə) bir çox məqamları vurğulamışlar. Bu mətnlərdə Həccin mübarəkliyinin müxtəlif çalarları açıqlanır. İmam Əlidən (ə) nəql edirlər: “Həcc və ümrə zəvvarı Allahın qonağıdır. Və Allah ona bağışlanmağı hədiyyə edər”. Mübarək Ramazan ayında İlahi ziyafət haqqında çox bəhslər olub. Ziyafətdə iştirakçılıq, qonaq olmağın mənəvi durumu haqda xeyli söhbətlər edilib. Əsas nöqtə odur ki, qonaq bir əziz insandır, ev sahibi ona xüsusi ehtiram göstərir, onu məxsusi qayğı ilə əhatə edir.Həcc də bu cür İlahi qonaqlıqdır. Və burada qonaq olan insan üçün bir Allah hədiyyəsi var. O da ondan ibarətdir ki, insanın ruhu günah və xətaların vurduğu yaralardan təmizlənə bilir. Allah-təala zəvvara bağışlanma hədiyyə edir. Həqiqi Həcci yerinə yetirmiş kəsi Allah bağışlamış olur. İmkanı və gücü çatanlar üzərində bir vəzifədir Həcc. Eyni zamanda Həccə getmək insanın imkanlarını artırar, onun yetərliliyini gücləndirər. İmam Səccaddan (ə) nəql edirlər: “Həcc və ümrəni yerinə yetirin ki, bədənləriniz sağlam olsun, ruziniz bol olsun, imanınız güclənsin, xalqın və öz evinizin xərcini təmin edə biləsiniz”.Görürük ki, burada bədən sağlamlığı, ruzi artımı, imanın güclənməsi, xərci təmin etmək imkanı kimi məqamlar vurğulanır. Həccin ana fəlsəfəsi insan üçün İlahi beyəti təzələmək, Yaradanı ilə əhd-peyman bağlayıb yenilənmiş bir həyat yaşamaq imkanı təqdim olunmasıdır, digər fəzilət və nemətləri də öz daxilində daşımasıdır. Həcc qəlblərə rahatlıq gətirər Həccin hədəflərini açıqlayan digər hədisdə isə İmam Rzadan (ə) nəql edirlər: “”Həcc nəyə görə əmr olunmuşdur?" soruşulanda cavabında deyilməlidir: “Bunun səbəbi Allaha yaxınlaşmaq və Ondan ruzinin artmasını istəmək, eləcə də dini məsələlərdən agah olmaq və İmamların (ə) xəbərlərini hər tərəfə, hər yana çatdırmaqdır”.Gördüyümüz kimi, Həccin ilkin məqsədi olaraq qurbi-İlahi, Allaha yaxınlaşmaq göstərilir. Həccin ana fəlsəfəsi odur ki, insan Allaha yaxınlaşsın. Bununla yanaşı, bir daha Həccin ruzinin artırılma vasitəsi olmasına diqqət çəkilir, dini maarifçiliyin güclənməsinə, İlahi hökmlərin əxz olunmasında və yayılmasında əvəzsiz rolu olmasına diqqət yönəldilir.İmam Muhəmməd Baqirdən (ə) nəql olunan digər hədisdə Həccin daha bir neməti vurğulanır: “Həcc qəlblərə rahatlıq gətirər”. Bu günün insanının stress dənizində yaşamasını nəzərə alaq. Çağdaş dünyanın ən böyük problemlərindən biri qəlbi aramlığa nail olmaq, rahatlıq əldə etməkdir. Baxırsan, bir kəs olur ki, maddi imkanı da var, hər cür məsələlərdə zahiri uğurları da var. Amma qəlbi narahatdır. Ümumiyyətlə, İslam dininin bütün ibadi məsələləri qəlbə bir aramlıq, rahatlıq gətirir. Və əslində bu, Allaha bağlantının bərəkətlərindəndir. Allaha bağlı olanın qəlbi rahat olar. Hər nə baş verəcəksə, onda narahatlıq yaratmaz. Çünki Allaha bağlıdır. Bu, böyük bir səadətdir. Allaha bağlantı yoxdursa, insan nəyə istəyir bağlansın, aramlıq tapmaz. Axı hər bir halda, insan nə isə asılı, müvəqqəti, zəif nələrəsə bağlanacaq. Streslər, narahatlıqlar, nigarançılıqlar burada yaranır, insanın bütün psixoloji problemləri buradan - qeyri-müəyyənlik hissinin qəlbini ələ almasından qaynaqlanır. Həccin növləri Biz ötəri toxunduq ki, Həccə gedən insanlar çox müxtəlif olur. Onların niyyətləri də, ibadi durumları da, dünyagörüşləri də çox fərqlənə bilir. Amma əksəriyyət bir amal ətrafında - Allahın razılığını əldə etmək, Allah-təala ilə qəlb bağlantısına nail olmaq niyyətilə bu mübarək səfərə yola düşür. Amma bir sıra insanlar da var ki, Həccin gözəllikləri onların gözünə görünmür, bu mübarək səfərdə onlar özlərini göstərmək niyyətini güdürlər. Belələri ilə bağlı dinimiz öz xəbərdarlıqlarını edir. Nəql edirlər ki, Həcc səfərində İmam Cəfər Sadiq (ə) dağ yüksəkliyindən camaata baxaraq buyurub: “Nə çox hay-küy, nə az hacı var!”.Digər yerdə İmam Cəfər Sadiq (ə) özünü göstərmək üçün Həccə gedənlərin acı aqibəti haqda ciddi xəbərdarlıq edir: “Həcc iki növdür: Allaha xatir Həcc və camaata xatir Həcc. Allaha xatir Həcci yerinə yetirənə Allah Təala cənnəti mükafat verər. Camaata xatir Həccə gedənin Qiyamət günü mükafatı və savabı həmin camaatın öhdəsinə qalar”. Özü ehtiyaclı olan insan Qiyamət günündə digərinə nə ilə həyan ola bilər? Təbii ki, heç nə ilə. Dinimiz ayıldıcı bir mesaj verir ki, özü üçün bir gün ağlaya bilməyən, sənin üçün nə edə biləcək?! İndi ki, camaata özünü göstərmək üçün Həccə səfər etmisən, mükafatı da elə bu camaatdan al. Beləliklə, Həcci nə üçün edirsənsə, mükafatı da oradandır. Ayıldıcı çatdırış Öncə toxunduğumuz, haram yolla Həccə gedənlərlə bağlı ağrılı mövzuya aid də dinimizin çox ayıldıcı bir çatdırışı vardır. Böyük islam Peyğəmbəri (s) buyurub: “Haram yolla Həccə gedən şəxs ”Ləbbeyk, Allahummə, ləbbeyk (Əmrinə müntəzir durumdayam, çağırışınla gəlmişəm, ey Allahım)" deyəndə, Allah-təala ona buyurar: “La ləbbeykə və la səədeykə”". Yəni Həccin özünə qalsın. Allah özü saxlasın belə cavabdan! Halallıqsız, Allaha xatirliksiz Həccin keyfiyyəti olmaz. Haram pula Həccə gələnin Həcci özünə qaytarılar. Beləsi özünü aldatmış olur. O qədər mübarək vəziyyət var ki, hacının durumunda, hətta ehram halında dünyadan köçmək belə insanın nicatına səbəb olar. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: “Ehram halında ölən şəxsi Allah-təala ”Ləbbeyk!" deyən halda dirildər".Həcc hər mənada önəmli, mühüm bir səfərdir. İnsanların bir çox vəziyyəti orada daha çox qabarır, üzə çıxır. Tək olurlar, müxtəlif vəziyyətlərdə, öyrəşmədiyi hallarda olurlar. Burada insanın özünü necə kontrol etməsindən tutmuş, digər zəvvarlarla ünsiyyətə qədər, bütün məsələlər hər an qarşıya çıxır. İnsan sanki həmişəkindən daha çox özünü Allah dərgahında hiss edir. Allah-təala cəmi zəvvarlara bu imtahanlardan şərəflə çıxmağı, həqiqi hacılardan olmağı nəsib etsin! Amin! Hacı İlqar İBRAHİMOĞLU
43,562
28.11.2008 04:33
Astrologiya
ULDUZ FALI
QOÇ - Kifayət qədər xoş məqamlar yaşayacaqsınız. Bir tərəfdən yeni işgüzar əlaqələr, digər tərəfdənsə ətrafınızdakıların sizə bəraət qazandırması ovqatınızı yüksəldəcək. BUĞA - Maliyyə problemləriniz olsa da, bu, işgüzarlığınızı azaltmayacaq. Hətta ola bilsin ki, saat 15-18 arası maraqlı və perspektivli təklif də alasınız. Özünüzü buna hazırlayın. ƏKİZLƏR - Ulduzlar kənar təsirlərdən uzaq olmağı, yalnız öz qərarınızla addım atmağı tövsiyə edir. Bu gün spirtli içki içmək, qarğış və qeybət etmək, o cümlədən yalan vədlər vermək yolverilməzdir. XƏRÇƏNG - Hər mənada düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizdən xəbər verəcək. Əlbəttə ki, bunun üçün özünüz də canfəşanlıq göstərməlisiniz. Sövdələşmələrdə aktiv olun. ŞİR - Bu təqvimi təsadüflərlə başa vuracaqsınız. Gözləmədiyiniz adamlarla, ağlınıza gətirmədiyiniz xəbərlərlə rastlaşacaqsınız. Axşama doğru sürprizlər də mümkündür. Şəxsi büdcənizlə bağlı narahat olmayın. QIZ - Ulduzlar xəbər verir ki, bu təqvim şəxsi işlərinizdə yeni mərhələnin baş qaldırmasına səbəb ola bilər. Bunun üçün müsahiblərinizə diqqətlə qulaq asmalı, düz seçim etməlisiniz. TƏRƏZİ - Səhhətinizin qayğısına qala bilsəniz, gün ərzində başqa narahatçılığınız olmayacaq. Nahardan sonra sevindirici xəbərlər və ya ürəyinizcə olan təkliflər alacağınıza şübhə etməyin. ƏQRƏB - Saat 16-ya qədər bütün vacib işlərinizi yekunlaşdırmağa çalışın. Həmin ərəfədə şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Sonrakı müddəti isə daha çox istirahətə həsr edin. OXATAN - Sizin üçün müəyyən mənada mistik gündür. Daxili sıxıntılarınızı və ruhi zəifliyinizi aradan qaldırmaq üçün müqəddəs ziyarətgahlarımıza üz tutun. Dini qaydaları pozmayın. OĞLAQ - O qədər də ürəkaçan ərəfə deyil. İlk növbədə səhhətinizə diqqət yetirin. Çünki ulduzlar sağlıq durumunuzun aşağı səviyyəyə düşəcəyini bəyan edir. Riskdən də uzaq olun. SUTÖKƏN - Astroloji göstəricilər yalnız səfər və qonaqlıqlar üçün səmərəli vaxt olduğunu bəyan edir. Digər məsələlərdə, xüsusən də fəaliyyət zəminində isə proseslər o qədər də uğurlu olmayacaq. BALIQLAR - Neçə vaxtdan bəri daxilinizdə mövcud olan gərginlik səngimədiyindən nahara qədərki ovqatınız aşağı səviyyədə ola bilər. Sonrakı saatlarda isə sürprizlər gözlənilir.
43,563
28.11.2008 05:31
Yaşam
“SPİD”li XƏSTƏLƏRİ YANDIRAQMI?
Əfsus ki, indiyədək effektli müalicə üsulu tapılmayan bu qlobal bəla Azərbaycanı da haqlayıb. Müşahidələr göstərir ki, tendesiya böyümək istiqamətindədir. O üzdən bir sual aktuallığı ilə ortaya çıxıb: cəmiyyətin bu cür xəstələrə, faktiki, tədrici ölümə məhkum olunanlara münasibəti necə olmalıdır, onlar təcrid edilməlidirmi, yaxud qayğı olmalıdırsa, necə olmalıdır? Problemin psixoloji aspektlərilə bağlı psixoloq Azad İsazadə ilə söhbət etdik. Onun fikrincə, QİÇS xəstəsinin psixoloji durumu özünə və yaxınlarına münasibətdə dəyişir: “Artıq qeydiyyatdan keçən xəstə insan müsbət cavab aldıqdan sonra faktiki surətdə cəmiyyət üçün təhlükə daşımır. İnsanın həyat tərzi dəyişir, daha ehtiyatlı olmağa başlayır. Mühüm məqamlardan biri də HİV daşıyıcı və QİÇS xəstəsi arasında olan fərqin aydınlaşdırılmasıdır. HİV daşıyıcısı sağlam insandır və sağlam həyat tərzi keçirə bilər, amma onun özünə qarşı, yaxınlarına qarşı münasibəti dəyişə bilir. Hətta psixoloji durumunda kəskin pozulmalar nəticəsində havalanma baş verə və intihara gətirib çıxara bilər”. Ayrı-seçkilikdən danışmaq isə psixoloqun sözlərinə görə, Azərbaycanda hələ tezdir: “Çünki belə xəstələrin sayı ildən-ilə artsa da, hələ ki cəmiyyətin böyük faizini əhatə etmir. O səbəbdən QİÇS xəstələrinin psixoloji durumu toplumu maraqlandırır. Amma gələcəkdə kəskin artma halları ola bilər. Qadın Krizis Mərkəzi olaraq biz layihələr həyata keçirir, seminarlar, təlimlər aparırıq. Cəmiyyətin QİÇS xəstələrinə psixoloji dəstəyinə gəldikdə, bu sahədə effektiv yol məlumatlandırma və maarifləndirmədən keçir”.“QİÇS-lə Mübarizə” İctimai Birliyi isə “Zərərin azaldılması” layihəsi çərçivəsində təşkilatın fəaliyyətinə uyğun olaraq profilaktik tədbirlər həyata keçirir. Öyrəndik ki, layihə 2006-cı ildən reallaşdırılmağa başlayıb. Açıq Cəmiyyət İnstitutu - Soros Fondu və Qlobal Fondun maliyyə dəstəyi ilə layihə çərçivəsində narkomaniyaya qurşanmış insanlara şprislərin, prezervativlərin paylanılması hər il həyata keçirilir. Aksiyalar əvvəlcədən müəyyən olunmuş məntəqədə həyata keçirilir. Təşkilatın 300-ə yaxın üzvünün olduğunu deyən layihə əlaqələndiricisi Ehtiram Paşayev bu ilin son dörd ayında dövlət sifarişi əsasında “Öyrən və sağlam yaşa” layihəsini həyata keçirdiklərini söylədi: “Biz artıq birinci mərhələdən keçmişik. Ümid edirik ki, gələn ilin yanvarından ikinci mərhələdə də iştirak edəcək və təbliğat sahəsində mühüm irəlilişlərə imza atacağıq”. Müsahibimizin sözlərinə görə, mətbuat və televiziya maarifləndirmə sahəsində fəal iştirak etməli, cəmiyyəti düzgün informasiya ilə təmin etməlidirlər: “Bu xəstələrə münasibət dəyişməlidir. Hətta həkimlərdə də. Məsələn, belə bir fakt olub. Həkim əvvəlcə QİÇS xəstəsi olan bir hamilə xanımı doğuzdurmaqdan imtina edib, doğuşdan sonra isə xəstəxanada qalmasına icazə verməyib”.Hüquqşünas Əlövsət Əliyev isə bizimlə söhbətdə QİÇS-li xəstələrin hüquqi məsuliyyətindən söz açdı: “Cinayət Məcəlləsinin 139-cu maddəsində zöhrəvi xəstəliklərin yayılmasına səbəb olan şəxslərin şərti maliyyə vahidinin 300 mislindən 500 mislinə qədər cərimə olunduqlarını və ya iki il azadlıqdan məhrum etmə, yaxud iki il islah işlərinə cəlb oluna biləcəkləri nəzərdə tutulur. 140-cı maddədə deyilir ki, insanı bilə-bilə HİV-ə yoluxma təhlükəsi qarşısında qoyan şəxslər, o cümlədən həkimlər öz xidməti vəzifələrini yerinə yetirə bilmədikləri halda üç ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum edilirlər. İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsindən məlum olur ki, insanın yoluxmasına səbəbkar ola biləcək həkimlər şərti maliyyə vahidinin 35 mislindən 40 mislinədək cərimə oluna bilərlər”. Ailə Məcəlləsinə əsaslanan hüquqşünas nikaha daxil olan hər iki tərəfin digərindən HİV və QİÇS testini tələb etmək hüququ var, ancaq bu, məcburi şərt kimi qoyulmur. Əlavə edək ki, BMT-nin hesablamalarına görə, 2003-cü ildən 2005-ci ilədək Azərbaycanda 5400 insan HİV daşıyıcısı kimi qeydiyyatdan keçib. Son məlumatlara görə, bu rəqəm dekabr ayında 5800-ə yaxınlaşıb. Ancaq nəzərə almaq lazımdır ki, hələ nə qədər qeydiyyatdan keçməyən var. Üstəlik, Azərbaycanda geniş miqyaslı testlər aparmaq imkanları məhdud olduğundan məlumatları dəqiq hesablamaq mümkün deyil. Lakin bir şeyi unutmaq lazım deyil ki, onlar da insandır. Onların da sevgiyə, diqqətə, mərhəmətə ehtiyacı var. Hər halda, heç kəs heç bir xəstəlikdən sığortalanmayıb.
43,564
28.11.2008 03:10
Yazarlar
BAYRAM ENDİRİMİ, BAYRAM QALDIRIMI
Xüləs, bu mövzuda yazmağı qeyri-müəyyən müddətə qədər təxirə salaraq, qərara gəldim ki, bəşər əhlinin qeyd elədiyi bayramlardan yazım. Bu il Ay və Günəş təqvimləri elə fırlanıb, dövr eləyib ki, müsəlman və yəhudi dünyasının Qurban bayramı ilə Amerikanın Şükranlıq bayramı gəlib təxminən üst-üstə düşüb. Arada cəmi 10 gün fərq var, gələn ilə isə eyni günə düşəcək, necə deyərlər, bayram bayrama qarışacaq. Qurban bayramının hekayəsini bilirsiniz, əziz oxucular, ona görə də onu təzədən yazıb vaxtınızı almaq fikrində deyiləm. Hər il noyabrın 4-cü çərşənbə axşamı keçirilən Şükranlıq bayramının yaranma tarixi isə başqadır. Bu, 1621-ci ildə Avropadan Amerikaya, müasir Massaçusets ştatına köçən gəlmələrin düzəltdiyi bayramdır. Şükranlıq bayramında insanlar düz 4 gün bəridən o yana çalıb-oynayır, yeyib-içir, bir-birinin evinə qonaq gedir, bir sözlə, Allahlarına şükür eləyirlər. Qurban bayramı ilə Şükranlıq bayramının mühüm fərqlərindən biri odur ki, biz toğludan başlamış dəvəyə qədər girimizə keçən heyvanları tutub kəsirik, amma amerikalılar yalnız hind toyuğunun (öz dilimizdə desək, hinduşkanın) canına qıyırlar. O səbəbdən Şükranlıq bayramı bir növ hinduşkaların qətliam günüdür. Bu yerdə yadıma düşür ki, keçənilki Şükranlıq bayramında prezident Corc Buşa kəsib yeməsi üçün qəşəng bir hinduşka bağışlamışdılar, o isə toyuqla 3-4 pozada şəkil çəkdirdi və quşun həyatını bağışladı. Bununla da Əfqanıstanda və İraqda 200 mindən artıq insanın ölümünə bais olmuş şəxs bir fotogenik hinduşkanın hesabına öz humanistliyini bəşəriyyətə görk elədi. Biz də dünən səhər ertədən başlayaraq Qurban bayramına hazırlaşırıq. Bayram ərəfəsində yaranan ənənəvi yolqırağı mənzərələr artıq göz oxşayır - müxtəlif çəki vahidlərinə və ağır qiymətlərə malik toğlu, şişək, qoçlar bıçağa hazır vəziyyətdə dayanıb, yol kənarlarındakı payız otundan qırpa-qırpa müştəri tərəfindən alınacağı günü gözləyirlər. Onların əksəriyyəti alınacaq və kəsilib qazanlara töküləcək, şişlərə taxılacaq. Bayramın qaydası budur - ətyeyənlər otyeyənləri yeməlidir. Buna sözüm yoxdur. Yoxsa hamı elə bilər ki, aydan-aya vegeterianlığa meyllənən müəllif antiət təbliğatı aparır. Xeyr, onsuz da hamı əmindir ki, Allah-təala əti halal heyvanları insanlara yem yaradıb. Yəni yol qırağındakı qoyunların fətvası birinci instansiyadan verilib, qəti qorxusu yoxdur. Bu məsələdə məni narahat edən yek xüsusat odur ki, ABŞ-da və Avropa ölkələrində belə bayramlar ərəfəsində dükan-bazarlarda, marketlərdə adətən qiymət endirimləri olur, bizdə isə bir qayda olaraq qiymətlərdə qaldırımlar baş verir. Niyə? Dinəndə avropalıları bəyənmirik, milli mentalitetdən danışanlarımızın ağzına qurbanlıq qoyun şaqqası yerləşmir, bəs nədən onlar insanların rahatlığı, firavanlığı qayğısına qalırlar, biz isə “sezondur ədə, bas getsin” düşüncəsi ilə daha çox pul qazanmağa çalışırıq. Bunlar havayı söhbətlər deyil, Avropada yaşayan dost-tanış və qohum-əqrəbayla tez-tez hal-əhval tuturam və onlar hər dəfə yazırlar ki, dünən bayram idi, marketlərdə endirim vardı, ailəlikcə bazarlığa çıxmışdıq. Baxırsan ki, onlarda iki həftədən bir hansısa bayramdır. Belə çıxır ki, Avropada daimi qiymət endirimi prosesi hökm sürür. Bizdə isə əksinədir, hər bayramda ətin, ərzağın qiyməti qalxır və düşmür.Bəli, savadlı şəkildə desək, bizdə bayramlar qiymətqaldırma prosedurunun təkanverici qüvvəsidir. Elə ona görə də son illər yemək-içməkli bayramlar yetişəndə kasıb qara gününü qablayır. Samir SARI
43,565
28.11.2008 04:10
Mədəniyyət
“TOYLAR KRALI” MƏN OLACAM”
- Toylara çoxmu dəvət olunursuz? - Bəli, prodüserim-filan da yoxdur. Toy sahibi ilə özüm danışıram. Qaçqın, şəhid, nazir toyuna da gedirəm. - Kimlərəsə əl tutursuz? - 20-dən çox qaçqın-köçkünə baxıram. Elə özümüzünkülərdi, hamısı yataqxanada yaşayırlar. - Necə oldu “Toylar kralı”na gəldiniz? - 30-35 nəfərin arasından seçildim. - “Toylar kralı”ndakı münsiflərlə, deyəsən, düz gəlmirsiz. - Mən orada tək döyüşürəm. Ancaq xalqıma qurban olum, mənə arxa durur. Birinci verilişdə belə bir məsələ qoyuldu: kimi lider görmək istəyirlərsə, səs versinlər. Üç dəfə lider seçildim. Bu, əslində mənim ziyanıma oldu, hədəfə götürüldüm. Sonradan yenə qalib olanda dedilər ki, Manaf özü zəng etdirir. Mən də bildirdim ki, burada 40-50 min manatdan söhbət gedir, mənim qohum-əqrəbam da yataqxanada yaşayır. Məgər başqa müğənnilərin imkanlı qohum-əqrəbası yoxdur?! “Bakılıyam, Bakı mənim arxamda durub” deyə öyünənlər niyə yarışmadan getdilər? Mən Məmmədbağır Bağırzadənin ən dəbdə olan “Azərbaycan” mahnısını oxudum, Akif İslamzadə bəyənmədi. Amma Elşad Qarayevin “Vur zəngi, zəngi” yol polisi haqqında oxuduğu mahnıya səs verdi. Camaat bunu görür axı. Akif İslamzadə özü o vaxtı nə oxuyub ki? Niyaməddin mənə səs verir, amma o yox. O verilişdə haqsızlıq edilir. Belə üzgörənlik olmaz. - Vidadi Bərdəli Səyyad Əlizadəni seçdi, dedi ki, Manaf qalsın sonraya. - Məndən qorxur də. Onsuz da Səyyada da uduzacaq. Düzdür, onun da səsi var. Amma burada populyarlıq da əsasdır. Səyyadı sevənlər ondan çoxdur. - Hər halda, “kral” ola biləcəksiz? - 99 faiz. Orada özümə az-çox Könülü rəqib görürəm, onun tamaşaçısı çoxdur, yaxşı da müğənnidir. - “Kral”lıq sizə nə verəcək? - Heç nə. Amma bu, İlhamə Quliyevanın Səmədi Səmədovu toylar kralı elan etməsi deyil, bu, əməlli-başlı yarışdır. - Bu verilişdən kimlər nə qazanır? - Mən sənətimi göstərməyi vacib sayıram. Amma ora çıxanda camaat kimin kim olduğunu görür. Məsələn, Vidadini indiyəcən heç kim tanımırdı, bu veriliş onu tanıtdı. Amma əsas efir udur. Burada mənə ləzzət edən odur ki, özünü ulduz hesab edib, toylarda qiymət oxuyan, “mənəm-mənəm” deyənlər bura gəlməyə risk etmədi. - Müğənni və ara müğənnisi deyimlərinə münasibətiniz? - “Ara müğənnisi”ni toya gedə bilməyənlər deyir. Müğənnilərimizin yeganə gəlir yeri toydur. Kim toyu apara bilmirsə, deyir, mən səhnə üçünəm. Əsas da qadın müğənniləri, çünki bunlara gəlir başqa yerdən gəlir. Türk estradasının imperatoru İbrahim də toylara gedir, burada pis nə var ki? Bu gün kimin çox kaseti satılırsa, deməli, o da sevilən müğənnidir. Bu gün mənim “Ay canı yanmış” mahnımı oxumayan adam yoxdur. Bütün toylarda oxuyanlar bu mahnıdan çörək qazanır. Bu təzyiqlər vaxtilə Məmmədbağır üçün də olub. Onun “İstəmir məni”, “Xətadır”, “Əzizim Ruhiyyə”, “Məmmədbağır, bir də bağır” mahnıları vaxtilə “Kirpi”yə verilmişdi. Baloğlan Əşrəfovu efirə buraxmırdılar ki, farsca oxuyur. Orada faytonçu Nazim Bokanın erməni mahnısını oxudu, Əli Mirəliyev “Ay Mətanət”i. Bunun “Ay canı yanmış”dan nəyi artıqdır? Bir vaxtlar “Amma anam bilməsin” mahnısını lağa qoyurdular, Röya aranjiman etdirib oxuyandan sonra səslərini kəsdilər. Bu təzyiqlərin onsuz da mənə ziyanı yoxdur, əksinə, reklam olunuram. İndi müğənni var ki, 5 min manata mahnı alır, 5 minə klipini çəkdirir, 5 minə aranjiman elətdirir, 5 min də “raskrutka” elətdirir. Sonra da elan da eləyir ki, əla mahnım var. Mahnı üzə çıxanda 25-30 min manat ziyana düşür. Amma efirdə məşhur olmadığım halda bir mahnım dillər əzbəri olanda həmin adam paxıllıqdan buna tab gətirmir, hərzə-hərzə danışmağa başlayır. Elə xalq mahnılarımız var ki, sözləri heç bir məna ifa etmir, amma sevilir. Amma uşaq üçün yazılmış “Ay canı yanmış” mahnısında heç bir eyib söz yoxdu, bu mahnını topa tutublar. Zeynəb Xanlarova da vaxtilə “Esmira” mahnısını oxuyub. Toyun toy mahnısı var də, buna niyə ara mahnısı deyirlər, bilmirəm. Bizə irad tuturlar ki, fars boğazı vurursan, amma “Yeni ulduz” başdan-başa avropalaşıb. - “Kral” olsanız, repertuarınızda dəyişiklik olacaqmı? - Mən Azərbaycan oğluyam, oxuduqlarım da öz dilimdədir. Vətən, torpaq nisgilliyəm, torpağım işğaldadır. Axı başqa nə barədə oxuyum?!
43,566
28.11.2008 04:26
Media
ELMİRA SÜLEYMANOVA DA MTRŞ SƏDRİNƏ MÜRACİƏT EDİB
N.Məhərrəmli şuranını mövqeyini belə əsaslandırıb ki, bir sıra Avropa ölkələrində də yerli tezliklər xarici radiolara məxsus deyil, Azərbaycan qanunları da buna yol vermir: “Amma hər halda, müraciətlərimiz baxılmaq mərhələsindədi. Bizim müraciətimiz onunla bağlı idi ki, məsələni araşdırsınlar və imkan daxilində müsbət həll eləsinlər. Məndə olan məlumata görə, məsələ ilə bağlı qərar dekabrın ortalarında veriləcək, amma mən sizə deyə bilmərəm ki, həmin qərar necə olacaq” - deyə ombudsman bildirib.
43,567
28.11.2008 06:29
Gündəm
QURBAN BAYRAMINDA ƏFV OLACAQMI?
Hüquq müdafiəçisi Çingiz Qənizadə bizə açıqlamasında bildirdi ki, Qurban bayramında əfv fərmanı veriləcəyi ilə bağlı söz-söhbətlər onun da qulağına çatır. Onun sözlərinə görə, fərmanın məhz Qurban bayramı ilə əlaqədar veriləcəyini proqnozlaşdırmaq mümkün deyil. Ç.Qənizadə bugünlərdə İşçi Qrupunun toplantısının olmadığını söylədi: “Amma İşçi Qrupunun üzvləri arasında telefon danışıqları olub. Qurban bayramı ilə əlaqədar əfv fərmanının veriləcəyi gözlənilən deyil. Ən azı ənənəyə və əsasnaməyə uyğun olaraq, dekabrın 31-i üçün əfv fərmanı verilə bilər. Düşünürük ki, bu, İlham Əliyevin prezident seçiləndən sonra ilk addımlarından biri ola bilər. Bizə məhkumların valideynləri tərəfindən də müəyyən zənglər olur. Cəzaçəkmə müəssisələrində də tezliklə əfv fərmanı veriləcəyi ilə bağlı informasiyalar dolaşır. Onların da informasiyaları çox güman ki, hansısa məlumatlara söykənir”. Ç.Qənizadə bildirdi ki, bütün bu suallara İşçi Qrupunun bu yaxınlardakı toplantısı aydınlıq gətirəcək. Onun sözlərinə görə, son qərar prezident İlham Əliyev tərəfindən veriləcəyi üçün konkret bir fikir söyləmək mümkün deyil.
43,568
28.11.2008 03:30
Media
XARİCİ RADİOSTANSİYALARIN TALEYİ NECƏ OLACAQ?
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, bu problemin həlli ilə bağlı bütün beynəlxalq təşkilatların nümayəndələrindən əlini üzüb. Onun sözlərinə görə, bu cür müraciətlər mövcud problemlərin həllinə heç nə verməyəcək. Müsahibimiz media ilə bağlı yaşanan təcrübənin olduqca acı olduğunu dedi. Onun sözlərinə görə, hazırda vəziyyət düzəlmir, əksinə, hər şey pisliyə doğru gedir. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevsə hesab edir ki, Qərb indiki halda ölkəmizdə fəaliyyət göstərən radiolarını qoruya biləcək: “Düşünmürəm ki, bu, onlarçün həlledilməz baryerdir. Çünki bu məsələ birbaşa prezidentlə müzakirə olunacaq. Qərb Azərbaycanda demokratik proseslərin başlanmasına təsir göstərmək fikrində və gücündə deyil. Bununçün hansısa sahələrdə - bilavasitə idarəçiliyin özündə islahatlara ehtiyac var”. A.Əliyevin fikrincə, Qərb arzulasa, həbsdəki jurnalistləri azadlığa buraxdıra bilər. Onun sözlərinə görə, bunun üçün digər üstünlüklərindən əl çəkib, bütün gücünü bu istiqamətə yönəltməsi yetərlidir: “Amma nə diplomatik, nə də praqmatik cəhətdən bu addım maraqlarına uyğun gəlir. Qərb öz günahları və vaxtilə qeyri-ardıcıllığı üzündən bir çox təsir rıçaqlarını itirib. Bu gün Azərbaycanda nəinki hansısa dəyişiklikləri etmək, bəzən özünün maraqlarının qorunması üçün də bu sahədə çətinliklər çəkir. Çünki ikili standartlar, balans deyilən məsələlər var. Bunlar boş məsələlər deyil. Qarabağ, demokratiya məsələsində ikili standartlar var. Bunlar varsa, bu, özünü orta dərəcəli məsələlərdə, habelə ayrı-ayrı fərdlərin maraqlarında da göstərir. Bir çox hallarda fərdi maraqlar üstündür”.
43,569
28.11.2008 06:31
Gündəm
“ERGENEKON”un BİRİNCİ İSMİ MÜƏYYƏNLƏŞDİRİLDİ?
“Kanal D” “Ergenekon”un birinci şəxsinin bir general olduğunu deməklə kifayətlənib.Qeyd edək ki, “Ergenekon” işi üzrə Türkiyədə onlarla milliyyətçi həbs olunub. Onların arasında Türkiyə ordusunun istefada olan generalları, qəzetçilər, iş adamları da var. Həbs edilənlər güc yolu ilə dövləti devirməkdə ittiham olunurlar. Bu təşkilatın xəyali “birinci şəxsi” barədə hakimiyyətə yaxın KİV-də çoxsaylı materiallar gedib. “Ergenekonun başı Rusiyada” başlığı ilə manşet atan qəzetlər də olub. Türkiyə müxalifəti və milliyyətçi dairələr isə “Ergenekon işi”nin qondarma olduğunu, hakimiyyətin bu vasitə ilə öz opponentlərini məhv etməyə çalışdığını iddia edirlər.
43,570
28.11.2008 06:59
Kriminal
UCARDA DAYI BACISI QIZININ BAŞINI KƏSDİ
Noyabrın 27-nə keçən gecə Lənkəran şəhərinin Darquba kəndində isə kənd sakini, 32 yaşlı Səməd Cəbiyev sərxoş halda ailə münaqişəsi zəminində anası, 72 yaşlı Şahnisəni döyüb və küt alətlə baş nahiyəsindən vuraraq qətlə yetirib. S. Cəbiyevin saxlanılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış tədbirləri görürlər. YOL QƏZALARINDA 3 NƏFƏR ÖLDÜDünən saat 01.30 radələrində Nizami rayonundakı Q.Qarayev prospektində Bakı şəhər sakini Röyal Əliyev “Mercedes” markalı avtomaşını idarə edərkən Qaraçuxur qəsəbə sakini İlkin Həsənovu vurub. DİN-in mətbuat xidmətindən aldığımız məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Həsənov orada ölüb. *** Ötən gün saat 04.50 radələrində Qaradağ rayonunun Puta qəsəbəsində müəyyən edilməmiş avtomaşınla 50-55 yaşlı kişi vurulub. Həmin kişi aldığı xəsarətdən hadisə yerindəcə keçinib. *** Noyabrın 26-da, saat 21.20 radələrində Bakı-Quba yolunda Gürcüstan vətəndaşı Səlimxan Bayramovun idarə etdiyi “KamAZ” markalı və Laçın rayon sakini rduxan Novruzovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə O.Novruzov hadisə yerində ölüb, xəsarət almış sərnişini, Sumqayıt şəhər sakini Azər Bəndəliyev isə xəstəxanaya yerləşdirilib. GƏNCƏDƏ İŞ ADAMI İTKİN DÜŞÜBGəncə şəhər sakini, iş adamı Malik Əmir oğlu Hüseynov itkin düşüb. Bu barədə lent.az-a Gəncə şəhər Nizami rayon Polis Şöbəsindən məlumat verilib. 1961-ci il təvəllüdlü Malik Hüseynov noyabrın 21-də ona məxsus göy rəngli “VAZ 21 05" markalı avtomobilə minərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Hazırda onun axtarışı davam edir. “EVRİKA” MTK-dan PULUNU ALA BİLMƏYƏN XIRDALAN SAKİNİ ÖZÜNÜ ÖLDÜRÜBXırdalan sakini intihar edib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Xırdalan şəhər sakini Cilovxan Bağırov Nərimanov rayonu H. Əliyev küçəsindəki “Evrika” MTK-da olarkən Mənzil Tikinti Kooperativinin ona borclu olduğu 8800 manatı geri ala bilməməsi ilə əlaqədar bıçaqla özünə xəsarət yetirib. C. Bağırov aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır. DƏHŞƏTLİ QƏTL TÖRƏDƏN QOHUMLAR HƏBS EDİLDİAbşeronda dəhşətli qətl törədən iki nəfər tutulub. Noyabrın 23-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Habil Novruzovun meyiti tapılıb. Mərhumun əlləri yapışqanlı kağızla bağlanmış, burnunun və qabırğalarının sümükləri sınmış vəziyyətdə olub. DİN Baş Cinayət-Axtarış İdarəsi və Abşeron rayon PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktla əlaqədar noyabrın 26-da Sumqayıt şəhər sakinləri Kamil Fərəcov və onun qaynı Nicat Paşayev şübhəli şəxs qismində saxlanılaraq Abşeron rayon PŞ-yə aparılıblar. İlkin dindirmə zamanı onlar H. Novruzovu qətlə yetirdiklərini etiraf ediblər. QATARDAN VƏ PİRSAAT ÇAYINDAN MEYİT TAPILDINoyabrın 26-da Xaçmaz Dəmir Yolu Stansiyasının ərazisində, Tümen-Bakı sərnişin qatarında Zaqatala rayon sakini Rəcəb Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Həmin gün saat 11.30 radələrində Hacıqabul rayonundakı Pirsaat çayının Qızılburun kəndindən keçən hissəsində üzərində zorakılıq əlaməti görünməyən 35-40 yaşlı kişi meyiti tapılıb.
43,571
28.11.2008 05:29
İqtisadiyyat
BAKIDA NÖVBƏTİ TİKİNTİ BUMU BAŞLAYACAQ
Müstəqil Memarlıq Assosiasiyasının prezidenti Zemfira Budaqova bu günlərdə mətbuatda verdiyi açıqlamasında paytaxtdakı beşmərtəbələrin sökülməsinin vacib olduğunu deyib. Alimin fikrincə, “Xruşovka”lar heç bir standarta cavab vermir. Onun sözlərinə görə, bugün paytaxtda məskunlaşan əhalinin yarısı beşmərtəbəli binalarda yaşayır. Bu səbəbdən də ilk növbədə əhalinin yeni mənzillərlə təmin edilməsi önə çəkilməlidir. Z.Budaqovanın bildirdiyinə görə, Bakı şəhərinin hər rayonunda 200-ə yaxın beşmərtəbə mövcuddur: “Yasamal, Xətai rayonlarında beşmərtəbələrin sayı üstünlük təşkil edir. Onların əksəriyyəti isə əsasən panel binalardır”.Mütəxəssislərin fikrincə, bu binaların birinci mərtəbələrində müxtəlif obyektlərin tikilməsi tikililərin zəifləməsinə gətirib çıxarıb. Hər hansı tektonik titrəyiş böyük fəlakətlərə səbəb ola bilər. Bu baxımdan beşmərtəbəli binaların yenisi ilə əvəzlənməsi zəruridir. Bundan əlavə, Bakı şəhərində gecəqonduların sökülməsi də nəzərdə tutulub. Bütün bünlar ondan xəbər verir ki, yaxın vaxtlarda Bakıda irimiqyaslı tikinti işlərinə start veriləcək və bu tikinti bumu illərlə davam edəcək. Artıq bununla bağlı dövlət iri tikinti şirkətləri ilə razılığa da gəlib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sektor müdiri Feyzulla Quliyev mətbuata açıqlamasında bildirib ki, beşmərtəbəli evləri alıb, yerində göydələnlər ucaldan şirkətlər bu işdə maraqlı tərəf olacaqlar: “Çünki bu binaların yerində 3-4 göydələn tikiləcək”.Qeyd edək ki, Bakı şəhərində tikilən binaların əksəriyyəti ötən əsrin birinci yarısında inşa edilib. “Xruşşovka” tipli binalar təkcə SSRİ-də deyil, digər sosialist ölkələrində də tikilib. Əsasən sənaye şəhərlərində inşa edilən bu tipli binalar işçi qüvvəsini müvəqqəti evlə təmin etmək məqsədilə inşa olunub. Bakıda bu tipli yaşayış binalarının tikilməsinə ötən əsrin 50-ci illərində əhalinin mənzillə təminatını ödəmək üçün Mərkəzi Komitə tərəfindən icazə verilib.Sonda qeyd edək ki, Bakıda aparılan tikinti şəhəri bərbad vəziyyətə salıb. Demək olar ki, bu gün Bakı ekoloji baxımdan təhlükəli şəhərə çevrilib. Mütəxəssislər isə növbəti tikinti bumunda vəziyyətin daha dəhşətli olacağını söyləyirlər.
43,572
28.11.2008 06:36
Kriminal
PAYTAXT SAKİNİ ZƏHƏRLƏNMƏDƏN ÖLDÜ
İlkin araşdırma zamanı Solovun noyabrın 25-də toy məclisində spirtli içki və həmin gün axşam bilməyərəkdən evdə sirkə turşusu içdiyi məlum olub. Gəncə şəhər sakini Lalə Məsimova isə dərmandan zəhərlənib. Gəncə şəhər Polis İdarəsinin rəis köməkçisi Yaşar İsmayılov lent.az-a bildirib ki, L.Məsimovanın zəhərlənməsinə onun qəbul etdiyi dərmanların sayını artırması səbəb olub.1987-ci il təvəllüdlü Lalə Məsimova müalicə məqsədilə bir neçə ədəd “Pertusin” həbi qəbul edərək zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan Məsimovanın həyatını xilas etmək mümkün olub.
43,573
28.11.2008 05:37
Kriminal
AZƏRBAYCANDA AXTARDIQLARINI KİYEVDƏ...
Şəmkir rayon PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Arzu Aslanov da tutulub.
43,574
28.11.2008 05:38
Ölkə
ÜÇÜNCÜ SEKTOR VƏ DÖRDÜNCÜ HAKİMİYYƏT MÜNASİBƏTLƏRİ
Layihə çərçivəsində noyabrın 26-da KİV nümayəndələri üçün QHT-KİV əməkdaşlığına dair seminar keçirilib. Layihənin koordinatoru Fərəh Sabirqızının verdiyi məlumata görə, 15 jurnalistin iştirak etdiyi bu seminarda əsasən QHT və media arasında münasibətlərin inkişafına mane olan məqamlardan söz açılıb. Tərəfsiz Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlı Azərbaycanda QHT-lərin “piar” işi ilə bağlı çətinliklərdən danışıb. F.Sabirqızının sözlərinə görə, müzakirələr zamanı media nümayəndələri yerli QHT-lərin əksəriyyətinin konkret bir sahə üzrə ixtisaslaşmamasından gileyləniblər. Fərəh Sabirqızı deyir ki, seminarda jurnalistlər QHT-lərin öz işini ictimaiyyətə çatdırması ilə bağlı problemlər barədə fikir mübadiləsi aparıblar. Seminarda həmçinin “İntercultural communication” beynəlxalq təşkilatının Azərbaycan üzrə təmsilçisi Zaur Qardaşov xarici ölkələrdə qeyri-hökumət sektorunun əldə etdiyi nailiyyətlər barədə iştirakçılara məlumat verib. Qeyd edək ki, “QHT-lərin ictimai əlaqələrinin genişləndirilməsində medianın rolu” layihəsi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə həyata keçirilir. Ümumilikdə layihənin məqsədi KİV işçilərinin köməyilə ölkədəki qeyri-hökumət qurumlarının problemlərinin araşdırılıb ictimaiyyətə təqdim olunması, əhalini narahat edən problemlərin həllinə QHT nümayəndələrinin cəlb olunmasından ibarətdir.
43,575
28.11.2008 05:41
Ölkə
MASALLI SAKİNLƏRİ İCRA BAŞÇISINI TOPA TUTDULAR
Ə.Əhədov vətəndaşların mülkiyyət hüququnun müdafiəsilə bağlı dövlət başçısının imzaladığı sərəncam və fərmanların Masallı rayonunda işləmədiyini bildirib. Onun sözlərinə görə, rayondakı özbaşınalıqlara cavab almaq üçün 400-ə yaxın sakin mədəniyyət evinə toplaşıb, amma icra başçısı bu toplantıya gəlməyib. “Biz istəyirik ki, bu mətbuat konfransı vasitəsilə dövlət başçısına çatdırılsın ki, bu rayonda icra başçısının səhv siyasəti üzündən iki mindən yuxarı insan artıq iki ildir ki, işsiz qalıb”, - deyə Ə.Əhədov qeyd edib. Ə.Əhədov icra başçısının rayonda 500-ə yaxın dükan tikdirdiyini və bunların hamısıının qanunsuz olduğunu nəzərə çatdırıb.Rayonun “Məhsul” idman cəmiyyətinin sədri və iş adamı Çingiz Məmmədov icra başçısının acgözlük edərək, yolu belə dükan tikilməsi üçün satdığını deyib və 28 metr eni olan mərkəzi yolun ancaq 8 metrinin nəqliyyatın istifadəsində qaldığını qeyd edib.İş admı Yaşar Məmmədov isə icra başçısını birbaşa qəsbkar adlandırıb.Şəhid atası Hacı Qurban Mahmudov 20 kv.metr dükanı olduğunu və icra başçısının dövlət başçısının rayona gələcəyini deyərək, bu dükanı sökdürdüyünü, əvəzində hər hansı bir kompensasiya ödənmədiyini söyləyib. Son olaraq, Ə.Əhədov rayon sakinlərinin hüquqlarının müdafiəsilə bağlı müdafiə komitəsinin bir sıra tədbir nəzərdə tutduğunu söyləyib.
43,576
28.11.2008 04:42
Siyasət
XANHÜSEYN KAZIMLININ PARTİYASININ QƏRARGAHI ƏLİNDƏN ALINDI
Bu barədə lent.az-a məhkəmədən məlumat verilib. Zavod məhkəmə iddiasında partiyanın icarə haqqını ödəməsini və qərargahını tərk etməsini istəyib. “Səttarxan adına maşınqayırma zavodu” TASC-nin partiyaya qarşı hər iki iddiası təmin olunub. Məhkəmənin çıxardığı qətnaməyə əsasən, ASRP icarə haqqını ödəməli və yerləşdiyi qərargahdan çıxmalıdır. Partiya qərargahı zavod sökülənədək tərk etməlidir.Qeyd edək ki, ASRP-nin sədri deputat Xanhüseyn Kazımlıdır.
43,577
28.11.2008 05:42
Kriminal
ÖZÜNÜ POLİS KİMİ TƏQDİM EDƏN ŞƏXS ƏLƏ KEÇDİ
A.Dünyamalıyev Nərimanov rayon Polis Şöbəsi 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Azərbaycanda axtarışda olan Türkiyə vətəndaşı da saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü Kabaoğlu Osman Hikmət oğlu tutulub.
43,578
28.11.2008 04:42
İqtisadiyyat
İŞIQPULU VERMƏYƏN MƏMURLAR
Ancaq nədənsə sadə vətəndaşlardan qanunlara əməl etməyi tələb edənlərin Hacıbala Abutalıbova borcunu ödətməyə gücü çatmır. Görünür, o səbəbdən “Bakıelektrikşəbəkə” BŞİH-in tabeçiliyindəki bir sıra obyektlərin enerji təchizatını dayandırmaq qərarına gəlib. Qərara əsasən Bakıdakı işıqfor, fantan və liftlərin işığı kəsiləcək. Digər məlumata görə, Bakı Metropoliteninin də “Azərenerji”yə külli miqdarda borcu var. Artıq bununla bağlı metropoliten bir neçə dəfə xəbərdarlıq alıb. Borclular arasında həmçinin Səhiyyə və Təhsil nazirliklərinə məxsus müəssisələrin adı hallanır. Bakı Dövlət Dəmir Yol İdarəsinin də “Azərenerji”yə külli miqdara borcu var. Həmçinin “Azərsu” və Müdafiə Nazirliyi borclular arasındadı. Hətta bir neçə ay öncə “Azərenerji” “Azərsu”nun enerji təchizatını dayandırmalı olmuş, nəticədə paytaxtın bəzi rayonları bir neçə gün susuz qalmışdı. Təəssüf ki, adları çəkilən qurumlar hələ də enerji borclarını ödəməyə tələsmirlər. Altını isə sadə vətəndaşlar çəkməli olur.
43,579
28.11.2008 04:45
Ölkə
TƏRTƏRİN İCRA BAŞÇISI VƏZİFƏSİNİ İTİRƏ BİLƏR
Amma təəssüf ki, Tərtərin hörmətli icra başçısı mətbuatla qeyri-sivil davranışa üstünlük verdi. Nədənsə bizim bəzi məmurlar hədəni, anonim zəngləri, üstümüzə minnətçi salmağı müsahibə verib məsələni birdəfəlik qapatmaqdan üstün bilirlər. Belə davranış sırf təfəkkür problemindən qaynaqlanır. Başqa səbəb axtarmağa gərək yoxdur. Bu arada əlimizə Tərtər rayonu və onun icra başçısı haqda yeni məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Vidadi İsayevə Prezident Aparatının yüksək vəzifəli məmurları tərəfindən ciddi xəbərdarlıq olunub. Bu barədə redaksiyamıza məlumat verən etibarlı mənbənin bildirdiyinə görə, icra başçısının “Yeni Müsavat” qəzetində dərc olunan məqalələrə göstərdiyi təpki aparatdakıların xoşuna gəlməyib. Ona “soğan yeməmisən, için niyə göynəyir” zərb-məsəlindəki məntiqlə bəzi sualların ünvanlandığı deyilir. Mənbənin sözlərinə görə, yaxın günlərdə icra başçısının fəaliyyətinin yoxlanacağı gözələnilir. Hətta onun işdən çıxarılacağını deyənlər də var. Görünür, mərkəzi hakimiyyətin əlinə yaxşı fürsət düşüb. Məlumatlı mənbə deyir ki, V.İsayevin əleyhidarları bu fürsətdən maksimum istifadə etməyə çalışırlar. Həmin qüvvələr Tərtərdə yoxlamalar keçirilməsinə və icra başçısının həbsinə nail olmağa səy göstərirlər.Vidadi İsayevin yaxın ətrafından ötürülən xəbərlərdə həmçinin bildirilir ki, icra başçısı baş verənlərdən ciddi narahatlıq və sarsıntı keçirir: “Başçı bir qəzet məqaləsinin onun taleyini dəyişə biləcəyindən yaman qorxur. Həm də ”Yeni Müsavat"a qarşı qeyri-sivil metodlardan istifadə etməsindən möhkəm peşmandır". Onu da bildirək ki, son günlər Vidadi İsayev ən müxtəlif şəxsləri redaksiyamıza minnətçi salıb. Onun barəsində tənqidi məqalələrin dərcinin dayandırılmasını xahiş edir. Bir daha bildiririk ki, “Yeni Müsavat” qəzetinin nə Tərtərin, nə də digər rayonların icra başçıları, polis rəisləri və digər vəzifə sahibləri ilə qərəzi yoxdur. Biz ölkənin ayrı-ayrı bölgələrindən, kənd və qəsəbələrindən vaxtaşırı reportajlar hazırlayıb oxucuların diqqətinə çatdırırıq. Təəssüf ki, bir sıra məmurlar onların barəsində yazılan tənqidi süngü ilə qarşılayır, bunu özlərinə qarşı düşmənçilik sayırlar. Bütün bunlardansa mətbuata açıq olub, deyilənləri faktla, arqumentlə təkzib etmək daha yaxşıdır.
43,580
28.11.2008 05:45
Mənəviyyat
ZƏVVARLARIMIZ MƏDİNƏDƏ KÜÇƏLƏRDƏ GECƏLƏYİRLƏR
Onlar deyiblər ki, Həccə gedən 300-dən çox zəvvar hotellə təmin olunmayıb, qida ala bilmir: “Mədinədə bizim üçün çox pis, lap aşağı səviyyəli otaqlar ayırıblar. O da zəvvarların sayından qat-qat azdır. Buna görə də 10-15 nəfəri bir otaqda qalmağa dəvət edirlər. İndi burda pul toplayan zəvvarlar gecələmək üçün qaraj kirayələyirlər. Bəziləri isə özlərinə məscidlərin həyətində yer edirlər”. Zəvvarlar deyiblər ki, ayrılmış hotellər çirkli və natəmiz olduğundan, bir çox otaqlarda pəncərə və qapılar olmadığından, həm də bir neçə nəfərə bir otaq ayrıldığından dindarlar bu yerlərdən imtina edərək, küçədə, avtobusda və qarajlarda yatmağa üstünlük verirlər. Zəvvarlar bildiriblər ki, “Karvan D” şirkətinin qrupdakı rəhbəri olan Mirmehdi adlı şəxs narazılıqlara cavab olaraq indiki halda bundan artığının mümkün olmadığını deyib.
43,581
28.11.2008 04:49
Media
NORVEÇ SƏFİRLİYİ MTRŞ-ni TƏKZİB ETDİ
“Turan”ın məlumatına görə, Norveç səfirliyinin noyabrın 27-də yaydığı məlumatda belə deyilir. Səfirlik bildirir ki, onların ölkəsində xarici mülkiyyət hüququ olan yayımların milli tezliklərdə yayımlanmasına heç bir məhdudiyyət yoxdur: “Norveçdə milli tezliklərdə xarici mülkiyyət hüququ olan yayımlarla bağlı yeganə hüquqi məhdudiyyət dil məzmunu ilə əlaqədardır. Daha dəqiq desək, Norveç dili ilə. Belə ki, musiqi, xəbərlər və digər proqramların yayılmasında Norveç dilinə minimum tələbat var. Fakt etibarı ilə isə Norveçin milli tezliklərində yayımlanan radiostansiyaların əksəriyyətinin xarici mülkiyyət hüququ var”.Səfirlik bildirir ki, bu məsələ noyabrın 26-da Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə Norveç səfiri arasında keçirilən görüşdə də müzakirə olunub.
43,582
28.11.2008 05:50
Gündəm
ERMƏNİ NAZİR BAKIYA GƏLƏ BİLƏR
Bununla yanaşı, nazir deyib ki, ola bilsin ki, Ermənistan nümayəndəsi də konfransa qatılsın: “Ermənistan tərəfi konfransa qatılarsa, onun üçün də digər nümayəndələr kimi şərait yaradılacaq”.
43,583
28.11.2008 04:50
Ölkə
“GECƏ BARLARINDA ƏMƏLİYYATLAR DAVAM EDƏCƏK”
C. Şıxəliyev gecə barlarında aparılan əməliyyatlar zamanı orada saxlanılan qadınlarda bir sıra xəstəliklərin aşkarlandığını, bununla bağlı müvafiq təşkilatlara müraciət olunacağını bildirib.
43,584
28.11.2008 06:50
Dünya
BİN LADEN DÜNYANI QARIŞDIRDI
CNN telekanalı məlumat verib ki, şəhərin azı 9 rayonu hücuma məruz qalıb. Bir neçə silahlı şəxs şəhərin dəmiryol vağzalında toplaşan insanlara avtomatlardan atəş açıb, ardınca bir neçə qumbara partladıblar. Silahlı terrorçuların digər qrupu Mumbainin ən dəbdəbəli hoteli olan “Tac Mahal”a hücum edib. Atışma nəticəsində hotelin üç mühafizəçisi öldürülüb, daha sonra terrorçular içəri daxil olaraq hoteldəkiləri girov götürüblər. Onların xarici ölkə vətəndaşları, əsasən amerikalılar və yəhudilər olduğu güman edilir. Atışmadan sonra hotelin bir hissəsində yanğın başlayıb. Eyni vaxtda şəhərdəki Ramada hoteli də hücuma məruz qalıb. Atışma zamanı polis hücum edənlərdən ikisini öldürə bilib. Şəhərin cənub-şərqində taksidə partlayıcı maddənin işə düşməsi nəticəsində isə azı 3 nəfərin öldüyü bildirilir. Şahidlərin dediyinə görə, “Tac Mahal” hotelini ələ keçirən terrorçular Amerika və Britaniya vətəndaşlarını axtarıblar. Onların əksəriyyətinin 20-25 yaşlarında gənclər olduğu xəbər verilir. Terrorçuların üzləri qara maska ilə bağlı olub. Polis, ordu bölmələri və xüsusi təyinatlı dəstələr hoteli ələ keçirən terrorçularla döyüşmək üçün binanı mühasirəyə alıb. Bütün gecəni hoteldən partlayış və atəş səsləri eşidilib. Şahidlərdən biri deyib ki, içəri daxil olan terrorçulardan biri hotelin vestibülündə pulemyotdan atəş açıb, nəticədə bir neçə nəfər yerindəcə ölüb, qalanlar isə hotelin restoranına doğru qaçıblar.Hücuma məruz qalan digər hoteldə isə Avropa Parlamentinin nümayəndə heyətinin qaldığı bildirilir. Atışma zamanı Avropa Parlamentinin əslən Macarıstandan olan bir əməkdaşı həlak olub. Polis məlumat verib ki, terror hücumlarına görə məsuliyyəti adı indiyədək heç yerdə eşidilməyən “Dehqan mücahidləri” adlı islamçı qruplaşma üzərinə götürüb. Hücumun başlamasından az sonra terrorçu qrup Hindistan KİV-lərinə elektron müraciət göndərərək məsuliyyəti üzərinə götürüb. Lakin hücumun motivləri haqda müraciətdə heç nə deyilmir. Hindistan xüsusi xidmət orqanları isə bu adda terrorçu qruplaşmanın olmadığını, hücumları Pakistanda fəaliyyət göstərən “Ləşkəri Teybə” qruplaşmasının törətdiyini güman edir. Polis mənbələrindən daxil olan məlumata görə, terrorçular Hindistana gəmi ilə gəlib. Gəminin Vyetnam bayrağı altında üzdüyü bildirilir.“Tac Mahal” hotelində terror hücumu zamanı azı 40 adamın girov götürüldüyü bildirilirdi. Şahidlər deyiblər ki, içəri daxil olan terroçular hara gəldi atəş açıblar, daha sonra hotel işçilərindən xarici vətəndaşların qaldığı otaqların nömrələrini tələb ediblər. Terrorçular girovlarla birlikdə hotelin yuxarı mərtəbələrində mövqe tutublar. Səhərə qədər davam edən atışmalardan sonra Hindistan polisi binaya hücum edib və girovların azad edildiyi haqda məlumat yayılıb.Bəzi məlumatlara görə, mehmanxanada 40 nəfərin cəsədi tapılıb. Xüsusi əməliyyat zamanı 4 terrorçu məhv edilib. 9 terrorçunun sağ ələ keçirildiyi xəbər verilir.Mumbaidəki beşulduzlu “Oberoy” oteli də terrorçuların hücumuna məruz qalıb. Eyni planla hücum edənlər bu hoteldəkiləri də girov götürüblər. Son məlumata görə, hoteldəki girovlar da azad edilib. Lakin hotelin yaxınlığında güclü partlayış törədildiyi haqda məlumatlar var. Daha bir partlayış isə hotelin daxilində baş verib, orada nə qədər adamın öldüyü dəqiq məlum deyil. Rəsmi məlumatlarda deyilir ki, terrorçularla döyüşlər zamanı azı 16 polis əməkdaşı da həlak olub. Onların arasında şəhərin antiterror polisinin rəisi də var.“Röyter” agentliyin xəbər yayıb ki, terrorçular Hindistan hakimiyyətinə şərt irəli sürüblər. Onlar girovların azad edilməsi üçün Hindistan həbsxanalarındakı müsəlman mücahidlərinin azad edilməsini tələb edirlər. Lakin hakimiyyət rəsmiləri bildiriblər ki, terroçularla heç bir təmas qurulmayacaq, onlar ya öldürüləcək, ya da həbs ediləcək. Hücumlardan biri də Mumbaidəki yəhudi mərkəzinə edilib. Orada terrorçular İsraildən gəlmiş yəhudi ravvini və onun ailə üzvlərini girov götürüblər. Hücuma şəhər xəstəxanalarından biri, benzindoldurma stansiyası və restoran də məruz qalıb. Ölənlər arasında azı 9 xarici ölkə vətəndaşının olduğu xəbər verilir, onlardan biri Yaponiya vətəndaşıdır. Türkiyənin Hindistandakı səfirliyinin verdiyi məlumata görə, girov götürülənlər arasında 7-8 türk də var. Onlardan ikisinin adı məlumdur və həmin şəxslər “Oberoy” mehmanxanasında saxlanılırlar.Dünən Bakı vaxtı ilə günorta saatlarında Hindistanın təhlükəsizlik rəsmiləri Mumbai şəhərində vəziyyətin nəzarət altına alındığı haqda məlumat veriblər. Bununla belə, “Tac Mahal” və “Oberoy” hotellərində qalanlara oranı tərk etməyə icazə verilmir. Polis ehtimal edir ki, terrorçular hoteldə qalan qonaqlara qarışıb oranı tərk edə bilərlər. Hücumlarda cəmi nə qədər terrorçu iştirak etdiyi haqda da dəqiq məlumat yoxdur. O məlumdur ki, hücum edənlər “Kalaşnikov” avtomatları, qumbaraatanlar və əl qumbaraları ilə silahlanıblar.Hotellərdən girovların azad edildiyi və vəziyyətin nəzarət altına alındığı haqda rəsmi açıqlamalardan az sonra “Oberoy” hotelində bir-birinin ardınca daha beş partlayış törədilib. Bu partlayışlar Bakı vaxtı ilə saat 14 radələrinə təsadüf edib. Həmçinin “Tac Mahal” hotelində də yeni partlayışların eşidildiyi haqda xəbər yayılıb. Məlumatlara görə, hoteldə döyüşlər hələ də davam edirdi. Polis terrorçularla atışmaya girərək mərtəbə-mərtəbə irəliləməli olub. Bəzi xəbərlərdə deyilir ki, hoteldə 200-ə yaxın girov qalırdı. Polisin “Nəriman” elit yaşayış kompleksini tutan terrorçulara qarşı da əməliyyatı davam etdirdiyi bildirilirdi.Terror hücumları ilə bağlı Hindistanın baş naziri Manmohan Sinqh hökumətin təcili iclasını çağırıb. Baş nazir televiziya ilə xalqa müraciətində bildirib ki, terror hücumları xaricdən planlaşdırılıb. Həmçinin paytaxt Dehlidə və digər iri şəhərlərdə mümkün terror hücumlarına qarşı fövqəladə vəziyyət elan edilib.Dünya ictimaiyyəti isə baş verənləri pisləyən bəyanat yayıb. Dünyanın aparıcı ölkələrinin liderləri bəyanatla çıxış edərək terror hücumlarını pisləyiblər. Venesuelada səfərdə olan Rusiya prezidenti Dmitri Medvedyev baş verənləri “bəşəriyyətə qarşı akt” kimi qiymətləndirərək Hindistanın baş nazirinə teleqram göndərib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Robin Vud bildirib ki, terror hücumları ilə bağlı prezident Corc Buş dərhal məlumatlandırıb. Onun dediyinə görə, ABŞ Hindistana terrorçulara qarşı öz köməyini də təklif edib. Vud Hindistanda baş verənlərin diqqətlə izlənildiyini də deyib. Son məlumatlara görə, prezident Buş Hindistanda baş verənlərlə bağlı təhlükəsizlik üzrə komandasını təcili toplayıb. Terror hücumları nəticəsində Amerika vətəndaşlarının həlak olub-olmadığı haqda da məlumatlar yoxdur.Hindistan hökuməti terror hücumlarında əli olan bir Pakistan vətəndaşının həbs edildiyini açıqlayıb. Pakistan hökuməti isə bəyan edib ki, baş verənlərdə hər hansı rolu yoxdur. Terrorçulardan biri hücum zamanı yerli telekanallardan birinin efirində çıxış edərək baş verənlərin Hindistanda müsəlmanların sıxışdırılmasına cavab olduğunu deyib. Hindistan hökuməti ehtiyat edir ki, terror hücumlarına cavab olaraq müsəlmanların sıx yaşadığı ştatlarda yeni zorakılıq dalğası başlaya bilər. Daxili işlər naziri Şivray Patil hazırda onların əsas vəzifələrindən birinin müsəlmanların yaşadığı Qucarat ştatında vəziyyəti nəzarət altında saxlamaqdan ibarət olduğunu deyib. Qeyd edək ki, Hindistanda müsəlmanlarla hindlilər arasında davamlı olaraq zorakılıq halları baş verir. Dəfələrlə müsəlmanlara aid məscidlərə hücum olub, həmçinin müsəlmanlar hindlilərə qarşı çoxsaylı terror hücumları təşkil ediblər. Mumbainin sahil mühafizə polisi terrorçuları şəhər gətirən gəmini axtarır. Polis vertolyotunun havadan gəminin izinə düşdüyü xəbər verilir. Ehtimal olunur ki, gəmi Pakistanın Kəraçi limanından yola çıxıb. Əgər terror hücumlarında Pakistan izi təsdiq olunsa, iki ölkə arasında onsuz da mürəkkəb olan vəziyyət daha da gərginləşə bilər.Hindistanın Mumbai şəhərində baş verən terror aktları nəticəsində həlak olanlar arasında azərbaycanlıların olub-olmadığı barədə bizdə məlumat yoxdur. Bunu lent.az-a açıqlamasında Azərbaycanın Hindistandakı səfirliyinin mətbuat katibi Cavanşir Məcidov deyib. O, bu məsələnin araşdırıldığını bildirib: “Ancaq hələ ki səfirliyə belə bir məlumat daxil olmayıb”.Cavanşir Məcidov deyib ki, səfirliyin işi adi axarla davam edir: “Səfirliyin təhlükəsizliyi təkcə bu terror aktlarının baş verməsi ilə bağlı deyil. Ümumiyyətlə, səfirliyin təhlükəsizliyinin təminatı istiqamətində daima zəruri tədbirlər görülür”.Son xəbərlərə görə, Mumbaidə terror hücumlarının qarşısı hələ də alınmamışdı. Bakı vaxtı ilə axşam saat 19 radələrinə olan xəbərlərdə deyilirdi ki, “Tac Mahal” hotelində atışma səsləri və partlayışlar davam edir. Üstəlik, hoteldə bir gün əvvəldən başlayan yanğın şiddətlənib və demək olar ki, bütün binanı əhatə edib. Hava qaraldığından girovların azad edilməsi üzrə əməliyyat da çətinləşib. Şəhərdəki İsrail mərkəzində də terrorçular girov saxlamaqda davam edirdi. Habelə “Oberay” hotelində də girovları azad etmək mümkün olmayıb. Terrorçulara qarşı əməliyyatlara Hindistan Milli Qvardiyasının bölmələri, dəniz piyadaları da cəlb edilib. Terrorçuların əlində nə qədər girov olduğu, habelə ölənlərin sayı haqda heç bir dəqiq məlumat yoxdur. Hücum edən terrorçuların sayı barədə də ziddiyyətli xəbərlər gəlir.Qərbin terror üzrə nüfuzlu analitiklərinə görə, Hidistanda törədilən hücumlarda “əl-Qaidə”nin dəst-xətti aydın görünür. “Time” həftəliyi qeyd edir ki, “əl-Qaidə”nin bu hücumlarda məqsədi regionda vəziyyəti qarışdırmaq olub. Çünki bu terror hücumu Hindistanın Pakistanla münasibətlərini daha da pisləşdirəcək. Bu isə bin Ladenin maraqlarına cavab verir. Bu günədək bin Laden Pakistana ağır zərbələr endirsə də ölkəni tam sarsıda bilməyib. Vaşinqtondakı “Rand Corp” analitik mərkəzindən Cet Cons deyib ki, terrorun Pakistandan qaynaqlandığı təsdiq olunsa, Hindistan, Pakistan və Əfqanıstan arasında gərginlik həyəcanlı ölçülərdə artacaq. “The Times” qəzeti isə baş verənləri 11 sentyabr hücumlarından bu yana ən mütəşəkkil və koordinasiyalı terror aktı kimi qiymətləndirib. Qəzet də bu qənaəti bölüşür ki, hücum “əl-Qaidə”nin işidir. Xatırladaq ki, bu yaxınlarda bin Ladenin dünyanın gedişini dəyişdirə biləcək terror planları hazırladığı haqda xəbərlər yayılıb. Ola bilsin ki, Hindistanda baş verənlər yeni dəhşət ssenarisinin başlanğıcıdır.
43,585
29.11.2008 07:39
Media
DİPLOMATLAR EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞDÜLƏR
E.Fətullayev onlara saxlanma şəraitindən narazı olmadığını desə də, oxumaq istədiyi qəzetlərin ona verilmədiyini diqqətə çatdırıb. Diplomatlar jurnalistin probleminin həll olunacağına ümid etdiklərini bildiriblər. R.Hüseynov deyib ki, diplomatlar jurnalistin probleminin həll olunacağına ümid etdiklərini bildiriblər. Onun sözlərinə görə, ATƏT-in Bakı ofisi gələn il həbsdəki digər jurnalistlərlə də görüşməyi planlaşdırır.Xatırladaq ki, bu ilin oktyabr ayında diplomatlar “Azadlıq” qəzetinin yazarı Mirzə Sakitlə də görüşmüşdülər.Görüş barədə məlumat verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovsa bildirib ki, diplomatlar həmçinin həbsxananın cərimə otaqlarına da baxış keçiriblər.
43,586
29.11.2008 07:40
Media
“XARİCİ RADİOLARIN FƏALİYYƏTİNİN DAYANDIRILMASI MEDİA PLÜRALİZMİNƏ ZƏRBƏ OLARDI”
“Belə bir radioda müxtəlif mövqe və fikirləri eşitmək mümkündür. Belə olan təqdirdə həmin radiostansiyalarının azad yayımının dayandırılması ölkənin media plüralizminə ciddi zərbə olardı”.Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, qanuna müvafiq olmadığı üçün xarici radioların Azərbaycanda sərbəst yayımı gələn ildən dayandırıla bilər. Ölkədə FM tezliyində üç xarici radio - “Azadlıq”, “Amerikanın səsi” və BBC yayımlanır.
43,587
29.11.2008 07:50
Media
MİRZƏ SAKİT ŞEİRLƏRİNİN ÇAP OLUNMAMASINDAN NARAHATDIR
Belə ki, xanımı və görüşdə iştirak edən uşaqları mətbuatdakı, cəmiyyətdəki vəziyyətdən daha çox ailənin bəzi problemlərindən danışıblar. R.Zahidovanın sözlərinə görə, Mirzə Sakit daha çox şeirlərinin “Azadlıq” qəzetində çap olunmamasına görə narahatdır. Müsahibimiz həmçinin bildirdi ki, satiriki görmək, ona baş çəkmək istəyənlərçün də heç bir məhdudiyyət yoxdur: “Budəfəki görüşdə mən həmin məsələni də dəqiqləşdirdim. Məlum oldu ki, artıq kim istəsə, onun yanına gedib baş çəkə bilər”. Bu arada müsahibimiz Qurban bayramı ərəfəsində əfv fərmanı veriləcəyilə bağlı yayılan söhbətlərə də toxundu. Onun sözlərinə görə, satirikin özü də, ailəsi də ilk günkü mövqelərində qalırlar: “Biz yalnız həbsin qurtaracağı günü gözləyirik. Artıq 6 ay qalıb, inşallah bu müddət də tez keçər, Sakit azadlığa çıxar”.
43,588
29.11.2008 07:42
Media
“ÖLKƏDƏ XARİCİ DİLLİ MƏTBUATIN BAZARI BOŞDUR”
Tədbirdə çıxış edən “Qaya” Mətbuat Yayımının rəhbəri Xanhüseyn Əliyev ölkədə xarici dilli mətbuata böyük tələbatın olduğunu bildirib. Onun sözlərinə görə, bu gün xarici ölkədən Azərbaycana qəzet gətirmək çox baha qiymətə, ən azı bir nüsxəsi üç manata başa gəlir: “Bu gün ölkədə xarici dilli mətbuatın bazarı boşdur”. Mətbuat Şurasının üzvü Vüsalə Mahirqızı dünyanın bir çox ölkəsində çap olunan tanınmış nəşrlərin pulsuz yayımlandığını, onların daha çox reklamdan gələn gəlir hesabına fəaliyyət göstərdiyini deyib. V. Mahirqızı bu gün Azərbaycanda internet medianın daha çox inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, Azərbaycanda rus və ingilis dilli internet portalları və agentliklərlə yanaşı, ispan, alman, fars, çin və digər dillərdə internet mediasının sayını artırmaq lazımdır: “Biz dünya ilə hər dildə danışmağı bacarmalıyıq”. Tədbirdə ölkədə yayımlanan bir sıra xarici dilli nəşrlərin rəhbərləri, jurnalistlər və ekspertlər iştirak edib.
43,589
29.11.2008 07:40
Media
MƏTBUAT ŞURASI 7 ŞİKAYƏTİ ARAŞDIRDI
Məlumat verilib ki, nəşr rəhbərliyi Şuraya şikayətlə əlaqədar cavab və qəzetin “Ziyad Səmədzadə razılaşmır” sərlövhəli (5-11 sentyabr 2008-ci il) yazı dərc olunmuş sayını göndərib. Komissiya hər iki yazını təhlil edərək qənaətə gəlib ki, qəzet “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra bəndlərinin tələblərini pozub. Bu, təkzibin verilməsi qaydasına da aiddir. Qəzet qarşı tərəfdən üzr istəməli, təkzib, yaxud onun mövqeyini əks etdirən məktubunu dərc etməlidir. Komissiya Buzovna qəsəbə bələdiyyəsinin 8 üzvünün imzası ilə daxil olan şikayəti araşdırarkən onların iddialarında haqlı olduqlarını müəyyənləşdirib. Belə rəyə gəlinib ki, istər “Yeni Müsavat” qəzetində bu il noyabrın 5-6-da dərc olunmuş yazılarda (“Buzovna bələdiyyəsinin sədri qaçıb”, “Buzovnanın qaçan bələdiyyə sədrindən şok xəbər”) və istərsə də “Azadlıq” qəzetində eyni tarixlərdə gedən oxşar motivli materiallarda (“Müslüm Maqomayevin torpağı satılıb”, “Bələdiyyə sədrini kimlər himayə edir”) fikirlər fakt və sənədlərə əsaslanmadığından ciddi yanlışlıqlara yol verilib. “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan da həmin məqamlarla razılaşaraq nəşrin növbəti sayında üzrxahlıq, təkzib və yaxud həmin məsələlərə aydınlıq gətirəcək növbəti yazının dərcinə hazır olduqlarını deyib. Şikayətçi tərəf bunu məqbul sayıb. Komissiyanın çıxardığı rəylərdə hər iki qəzetinÿ AJPDQ-nın müvafiq bəndlərinin tələblərini pozduğu qənaətinə gəlinib. Komissiya növbəti məsələnin müzakirəsi zamanı belə rəyə gəlib ki, “Taran” və “Media Azərbaycan” qəzetləri ilə bağlı şikayətlər hər iki nəşrin öz fəaliyyətlərini “reket” jurnalistikaya xas üslubda qurmalarını göstərməkdədir. “Taran”ın baş redaktoru Sabir İsayevin Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kafedra müdiri, professor Qənbər Abullayevin şərəf və ləyaqətinin təhqirinə yönələn aşağılayıcı ifadələri birbaşa sərlövhəyə çıxarması, qəzəb və nifrətin təqdimatı üçün seçilən fikir və ifadələr, eləcə də digər məqamlar jurnalist marağının arxa planda olduğunu göstərməkdədir. “Media Azərbaycan” qəzetinin baş redaktoru Kifayət Vəliyeva isə bu nəşrdən dəfələrlə Mətbuat Şurasına edilən şikayətlərdən nəticə çıxarmaq əvəzinə əməkdaşlarının bölgələrdə də mətbu prinsiplərlə bir araya sığmayan hərəkətlərinə göz yummaqdadır. Məhz bunun nəticəsində qəzetdə böhtan xarakterli “Salyanlılar mədəni xidmətə həsrət qalıblar” (12-19 avqust 2008-ci il) sərlövhəli yazı yer alıb.İclasda Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin “Təzadlar” qəzetində onunla, rəhbəri olduğu ali məktəblə və doğmaları ilə əlaqədar gedən yazılarla bağlı müraciətinə baxılıb. Çıxış edənlər məsələnin məhkəmə müstəvisində deyil, Mətbuat Şurasında həllini daha optimal variant sayıblar. Tərəflər də buna razılıqlarını bildiriblər. Bakı şəhərinin Yasamal rayonundakı 21 saylı orta məktəb “Gündəlik Bakı” qəzeti ilə bağlı şikayətini məhkəmə müstəvisinə çıxardığı üçün komissiya prosedur qaydalara uyğun olaraq məsələyə baxmayıb.
43,590
29.11.2008 07:23
Media
MƏHBUS JURNALİSTLƏRİN VƏZİYYƏTİ BRÜSSELDƏ DƏ MÜZAKİRƏ OLUNUB
Bu barədə məlumat verən Arzu Abdullayevanın sözlərinə görə, görüşlərdə həbs olunmuş jurnalistlərin vəziyyəti, eləcə də Cənubi Qafqazda baş verən hadisələr əsas müzakirə mövzusu olub: “Biz İnsan Haqları Komissiyasının nümayəndəsi Rafael Fişerlə görüşəndə həbs olunmuş jurnalistlərin problemlərindən danışdıq. Hətta ”Talışi Sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun da həbsi məsələsinə toxunduq. Görüşlərdə qabartdığımız əsas məsələlərdən biri də qafqazlıların Rusiyada təqib edilməsi oldu. Bildirdik ki, artıq ruslar üçün təqib etdikləri şəxsin milliyyəti önəm daşımır. Hakimiyyətdə də təmsilçiləri olan mafiyaÿ Cənubi Qafqazdan olan biznesmenləriÿ hədəfə götürüb. Buna misal kimi millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılovun həbsini göstərdik". Hazırda Azərbaycanın fəaliyyət planı ilə əlaqədar monitorinq keçirdiklərini deyən A.Abdullayeva bildirib ki, ilkin hesabat hazırdır: “Əsas hesabatı yanvar ayının ortalarında açıqlayacağıq. Çıxış yolu kimi hesab edirik ki, Cənubi Qafqazda fəaliyyət göstərən bütün demokratik qüvvələr və insan hüquqları təşkilatları birləşməlidir. Artıq bu istiqamətdə işlər görülür. Çalışacağıq ki, Rusiyada təqib olunanları birgə müdafiə edək. Gələcəkdə Cənubi Qafqaz Parlamenti yaratmaq niyyətindəyik”.
43,591
29.11.2008 07:24
İqtisadiyyat
İPƏK YOLUNUN TİKİNTİSİ GECİKİR
Lahiyənin rəhbəri Salih Sallahoğlunun mətbuata verdiyi açıqlamaya görə, tikintisinə bu ilin əvvəllərində başlanılmış 53 km yolun 35 km hissəsində tikinti işləri başa çatıb və asfalt örtüyü çəkilib: “Lahiyəyə əsasən eni 16 metr olan yolun 9,4 metrlik hissəsi asfaltdır”.Onu da qeyd edək ki, Türkiyənin “Polat yol yapı” şirkətinin həyata keçirdiyi layihəyə əsasən, Ucar, Ağdaş və Yevlax rayonlarından keçən yolun üzərində 4 körpü, 70-dən artıq suötürücü qurğu tikiləcək. Kür çayı üzərində inşa olunacaq körpünün uzunluğu 260, eni 13 metrdir. Bundan başqa layihə çərçivəsində çayın üzərindəki köhnə körpü də yenidən qurulacaq. Hazırda tikintidə 520 nəfər işlə təmin olunub. Bunlardan 200-ü Türkiyə vətəndaşlarıdır. Yolun inşaatında əsasən Türyançaydan götürülən qum və çınqıldan istifadə olunur. Bu məqsədlə icraçı şirkət ərazidə 1 ədəd asfalt, bir ədəd beton zavod quraşdırıb. İnşaat işlərinə 100-dən artıq texnika cəlb olunub. Qeyd edək ki, yolun tikintisi İslam İnkişaf Bankının ayırdığı kredit və dövlət vəsaiti hesabına həyata kerçrilir.
43,592
29.11.2008 07:42
İqtisadiyyat
OĞUZ-QƏBƏLƏ-BAKI SU KƏMƏRİNİN DƏYƏRİ BÖYÜDÜLƏCƏK
Kəmərin çəkilişinə 2006-cı ildən başlandığını xatırladan M.Qəhəmanlı bildirdi ki, Qəbələ və Oğuz rayonları ərazisində yaşayan əhalinin kəmər altına düşən torpaqları əllərindən alınıb: “Lakin mülkiyyətçilərə söz verilən vəsait ödənilməyib. Hələ ötən il kəndlilərə hər 1 sot torpağa 30 manat kompensasiya ödəniləcəyi deyilmişdi”. M.Qəhrəmanlı müqavilə bağlamadan kəndlilərin əkin və mülkiyyət sahələrinin kəmər altına salındığını vurğuladı: “Bütün bunların məsuliyyətini ”Azərsu" daşıyır. Adıçəkilən dövlət qurumu kənd sakinlərini onları dolandıran yeganə mənbədən məhrum edib".Yeri gəlmişkən, hər 1 sot torpağa görə Oğuz rayonunda 30 manat, Qəbələdə isə 40 manat kompensasiya vəd edilib. M.Qəhrəmanlı deyir ki, bu vəsaitlər bazar qiymətlərindən qat-qat aşağıdır. Bunun müqabilində hər hansı torpaq sahəsinin alınması mümkün deyil: “Ancaq kəndliləri elə vəziyyətə salıblar ki, bu vəsaiti də qəbul etməyə razıdırlar”. O da məlum oldu ki, müvafiq dövlət qurumları tərəfindən kompensasiyanın bu ilin avqust ayında ödəniləcəyi vəd edilibmiş: “Bizim ötən mətbuat konfransından sonra Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, daha sonra ”Azərsu" rəhbərliyi kəndlilərə ödənəcək kompensasiyaların qiymətlərinə yenidən baxılacağını və avqustdan başlayaraq onların əhaliyə ödənişinə başlanılacağını bildirmişdilər. Bu ilin oktyabrında keçirdiyimiz monitorinq zamanı verilən sözə əməl edilmədiyi bəlli olub. Bundan əlavə “Azərsu” ATSC-nin təqdim etdiyi hesablamalara görə, tikinti altına ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin Dövlət Meşə Fondundan çıxmamaq şərti ilə daimi istifadəyə verilməsi nəticəsində Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ərazisindən ayrılacaq 6,59 ha torpaq sahəsinə 10331,01 manat, Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ərazisindən ayrılacaq 0,17 ha torpaq sahəsinə 851,69 manat, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ərazisindən ayrılacaq 1077,47 ha torpaq sahəsinə 5680839,70 manat, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ərazisindən ayrılacaq 31,0 ha torpaq sahəsinə görə isə 44946,18 manat məbləğində ziyan dəyəcəyi və bunun bərpa ediləcəyi nəzərdə tutulub. Bu rəqəmlər 2006-cı ildə hesablandığından onlara təzədən baxılmalı və inflyasiya dərəcəsi nəzərə alınmalıdır. Amma təəssüf ki, “Azərsu”nun belə bir niyyəti yoxdur". “Bakı-Oğuz-Qəbələ su kəməri Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşir” deyən hüquq müdafiəçisi qeyd etdi ki, layihə başlanandan bu ilin sentyabr ayının 10-na qədər qurum maliyyələşməyə ümumilikdə 335,3 milyon manat vəsait ayırıb: “Bu müddətdə isə 150 km-ə yaxın uzunluqda boru quraşdırılıb. Layihədə kəmərin uzunluğunun 260 km olması və bunun üçün 480 milyon manat vəsait nəzərdə tutulmasını nəzərə alsaq, görünür, bu vəsaiti bir az da artırmalı olacaqlar. Çünki kəmərin yarıdan çox hissəsi quraşdırılmayıb amma vəsaitin əsaslı hissəsi xərclənib”. O, kəmərin səmərəli olub-olmayacağı yönündə cəmiyyətdə yaranan suallara da aydınlıq gətirdi: “Bakı hələ bu kəməri qəbul etməyə hazır deyil. Dünya Bankının 1998-ci ildə apardığı hesablamalara görə, paytaxta gələn suyun 20 faizi ”Azərsu"da, 40 faizi isə əhalidə batır. Bakıya hal hazırda 4 (Samur Abşeron, 2 Kür xətti, Şollar suyu) istiqamətdən su gəlir. Oğuz-Qəbələ-Bakı su kəməri ilə bu say beşə çatacaq. Ölkədə işlənən su Avropa ölkələrindən 1,9 dəfə çoxdur". M.Qəhrəmanlı layihə ilə bağlı heç bir sənədləşmənin olmadığını da diqqətə çatdırdı. Daha sonra çıxış edən Qəbələ rayon sakini Vidadi Rəfiyev əlaqədar təşkilatların onların şikayətlərini qulaqardına vurduğunu dedi: “3 hektar torpağımı yararsız vəziyyətə salıblar. Taxıl olan sahələri kürümələrinə baxmayaraq bunun qeydiyyatını aparmayıblar. Qəbələ rayon sakini Vəkil Mahmudov da mülkiyyət hüququnun tapdandığını söylədi: “Faktiki sahib olduğum torpaq yararsız vəziyyətə salınıb. Seçkiyə 3 gün qalmış bizə dedilər ki, pullarınız maliyyə şöbəsinə köçürülüb. Seçkidən sonra poçt şöbələri vasitəsiylə pullar əhaliyə paylanacaq. ”Azərsu" işçiləri bizi hər dəfə aldadırlar.
43,593
29.11.2008 07:44
İqtisadiyyat
TİKİNTİSİ BAŞA ÇATAN KÖRPÜLƏRƏ YENƏ PUL AYRILACAQ
Çünki son illər Nəqliyyat Nazirliyinin nəzarəti ilə həyata keçirilən layihələrə bir ildə büdcədən dəfələrlə vəsait ayrılır. Eyni məqsədlər üçün davamlı olaraq vəsaitlər ayrılsa da layihələr tamamlanmaq bilmir. Ümumiyyətlə, dövlət əsaslı investisiya xərclərinin genişləndiyi dövrdən tamamlanmaq bilməyən layihələrin sayı çoxluq təşkil edir. Məlumatlara görə, 2008-ci ildə tikintisi başa çatmayan yolqovşaqlarının, piyada keçidlərin tikintisi, mühəndis xəttlərinin köçürülməsi adı altında 2009-cu ilin büdcəsindən dövlət əsaslı investisiya xərcləri çərçivəsində əlavə vəsait ayrılacaq. Xatırladaq ki, paytaxtda yol qovşaqlarının və piyada keçidlərin tikintisi prezidentin müvafiq sərəncamına əsaslanır. Həmin sərəncama uyğun olaraq ümumi layihə dəyəri 148,9 milyon manat olan 9 yol qovşağının və 7 yeraltı piyada keçidinin layihələşdirilməsi və inşasına başlanılıb. Bu məqsədlə 2006-cı ilin dövlət büdcəsinin əsaslı investisiya xərcləri çərçivəsində 180 milyon manat, 2007-ci ildə 119,026 milyon manat, 2008-ci ildə 164,4 milyon manat vəsait ayrılıb. Lakin yol qovşaqları və yeraltı piyada keçidlərinin tikintisi üçün sərf olunan vəsaitlər əvvəlcədən nəzərdə tutulan smeta dəyəri ilə müqayisədə dəfələrlə (bəziləri bunun 3 dəfə çox olduğunu deyirlər) çox olub. Məsələn, H.Əliyev və Z.Bünyadov prospektlərinin kəsişməsindəki (Əzizbəyov dairəsi) yolqovşağının smeta dəyəri 30,8 milyon manat olsa da, faktiki xərc 108,4 milyon manat təşkil edib. Çünki 2008-ci ildə bura əlavə 77,6 milyon manat vəsait ayrılıb. Layihə üzrə görülən işlərin həcmi, miqyası genişləndirilib. Məqsədin isə nə olduğu aydın deyil. Nəqliyyat Nazirliyinin qarşısındakı yolötrücüsünün smeta dəyəri 15,2 milyon manat olsa da, layihə 3,6 milyon manata baha başa gəlib. Halbuki nəzərdə tutulan bir sıra işlər, o cümlədən piyada körpü keçidləri, avtopavilyonların tikintisi həyata keçirilməyib. Maraqlıdır ki, körpü 2006-cı ildən istifadəyə buraxılsa da 2007-ci ildə layihə üzrə 2,4 milyon manat xərclənib. 2008-ci ildə 781,4 min manat vəsait ayrılıb. İstisna deyil ki, növbəti il də bu layihəyə vəsait ayrılsın. Ayna Sultanovanın heykəlinin qarşısındakı yolötrücüsünün smeta dəyəri 10,5 milyon manat təşkil etsə də 19,7 milyon manat xərclənib. 2008-ci ildə isə layihəyə yenidən 350 min manat vəsait ayrılıb. Hazırda orada yenidən işlər aparıldığından 2009-da da bu istiqamətə vəsait ayrılacağı gözləniləndir. Yeri gəlmişkən, bu körpüdə də bəzi işlər nəzərdə tutulduğundan fərqlənir. Məsələn, layihədə 2 ədəd yolüstü piyada keçidin və 4 avtopovilyonun tikintisi nəzərdə tutulub. Z.Bünyadov küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki yolqovşağının smeta dəyəri 15,3 milyon manat, faktiki xərc 33,6 milyon manat olub. Layihə üzrə işlərin ikinci mərhələsi isə hələ davam edir. Birinci mərhələyə 22,1 milyon manat xərclənsə də hərəkət üçün layihədə nəzərdə tutulan 6 cərgəli əvəzinə 4 cərgəli körpü tikilib. Həmçinin Azadlıq prospekti və “Xutor” yaşayış massivinin yolunu birləşdirəcək 1 cərgəli hərəkət üçün körpü tikilməyib. Bununla belə layihəyə smeta dəyərindən 6,8 milyon manat artıq vəsait xərclənib. Layihə ilə bağlı Azadlıq prospektində 2 ilə yaxındır qazma işləri gedir. Məlumatlara görə, burada tunel olacaq. Bu layihənin isə smeta dəyəri 10,3 milyon manatdır. Tunelin tikintisi üçün real iş görülmədiyi halda 2008-ci ilin əvvəlinədək artıq 16,9 milyon manat sərf edilib. 2008-ci ildə layihəyə yenidən 5,524 milyon manat vəsait ayrılıb. Digər fakt Tiblisi prospekti və 20 Yanvar küçələrinin kəsişməsindəki tunellə (smeta dəyəri 14,8 milyon manat, faktiki xərci 26,5 milyon manat olub) bağlıdır. Tunel normal fəaliyyət göstərsə də, 2008-ci ildə əlavə olaraq bura 4,473 milyon manat ayrılıb. Tikintisi başa çatan piyada keçidlərin də hər biri smeta dəyərindən baha başa gəlib. Hesablamalara əsasən bu fərq bəzi hallarda 3,5 dəfəyə çatıb. Diqqəti çəkən isə 2006-cı ildə layihələndirilməsinə və tikintisinə vəsait ayrılan, hətta podratçıları müəyyən edilən 2 yeraltı keçidin ümumiyyətlə tikilməməsidir. Bundan əlavə tikintisi 2007-ci ildə başa çatan 2 yeraltı keçidə 2008-ci ildə dövlət investisiya xərcləri çərçivəsində yenidən vəsait ayrılıb. Bu tendensiyanın gələn il də təkrarlanacağı gözlənilməz deyil. İqtisadçı ekspert Zöhrab İsmayıl yarımçıq qalan layihələrin tamamlanması üçün büdcədən vəsait ayrıldığının güman edildiyini dedi: “Bu layihələrin siyahısı hələ təsdiq olunmayıb. Nazirlər Kabineti layihələri fevral ayında təsdiqləyir. Ona görə də hələlik layihələrin siyahısı məlum deyil. Ancaq güman edirik ki, bütün bu layihələrə, xüsusən başa çatmayan layihələrin tamamlanmasına pul ayrılacaq. Bəzi millət vəkilləri də qeyd edirlər ki, gələn il üçün nəzərdə tutulan vəsaitlər əsasən yarımçıq qalmış layihələrin maliyyələşdirilməsinə yönəldiləcək”. Z.İsmayıl yeni layihələrin də icrasına başlanılacağını istisna etmir.
43,594
29.11.2008 07:47
Ölkə
ARDNŞ GÜRCÜSTANIN UCQAR KƏNDLƏRİNİ QAZLAŞDIRIR
Gürcüstanın bu bölgəni qazla təmin edən bütün qaz paylayıcı şirkətlərini ARDNŞ-in almasından sonra xətlərin bərpası planları hazırlanıb. Gözlənilir ki, gələn ilin yanvarından ARDNŞ Kaxetiya kəndlərinə qaz verməyə başlayacaq. Bu haqda vilayətin qubernator müavini Georgi Sibaşvili deyib. Qeyd edək ki, Azərbaycanın nəinki ucqar kəndlərində, eləcə də bir çox mərkəzi rayonlarında, habelə Bakının özündə və ətraf qəsəbələrində qaz yoxdur. Ancaq göründüyü kimi, Azərbaycan hökuməti ilk növbədə gürcü kəndlərinin qayğısına qalır. ARDNŞ Gürcüstana qazı aşağı qiymətlə satır və yerli əhaliyə təbii yanacağı sosial tariflərlə verir.
43,595
29.11.2008 07:45
Ölkə
İLQAR İBRAHİMOĞLU ALMAN TELEVİZİYASINA MÜSAHİBƏ VERİB
Müsahibədə toxunulan əsas mövzular əsasən Azərbaycanda İslam dininin durumu, cəmiyyətdə mənəvi dəyərlərin yaşanması, neft bumunun ictimai təsirləri, DEVAMM-ın fəaliyyət istiqamətləri və gördüyü işlər, Azərbaycan cəmiyyətində radikallaşma meyllərinin mövcud olub-olmaması kimi sahələri əhatə edib. Alman müxbiri, eləcə də İçərişəhər “Cümə” məscidi dini icmasının fəaliyyəti, həyata keçirdiyi proqramlar ətrafında da suallar verib.“Deutshe Welle TV” teleşirkəti Azərbaycan haqqında film çəkir və İ.İbrahimoğlunun verdiyi müsahibə həmin film üçün hazırlanan materiallar çərçivəsindədir. Bu film alman televiziyası ilə 2009-cu ilin yanvar-fevral aylarında nümayiş etdiriləcək.
43,596
29.11.2008 07:18
Ölkə
“DALĞA” AKSİYALARA HAZIRLAŞIR
Təşkilatın sədri Vəfa Cəfərovanın sözlərinə görə, aksiyaların müddəti dekabırın ilk həftəsini əhatə edir. Aksiya iştirakçıları Azərbaycanda insan haqlarının pozulmasına aid, sərbəst toplaşmaq, ifadə azadlığı mövzusunda teatrlaşdırılmış mini səhnəciklər nümayiş etdirəcəklər. Həmçinin, bu aksiya çərçivəsində insan haqları çərçivəsində filmlər nümayiş etdiriləcək. Aksiyalar ictimaiyyətin maraqlarını bu istiqamətə cəlb etmək məqsədi daşıyır. Aksiyaların keçirilmə yeri haqqında məlumat verilmir.İnsan haqları haqqında bəyannamə 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyasında qəbul edilib. Dünya ölkələrinin çoxu bu bəyannaməyə qoşulub.
43,597
29.11.2008 07:10
Ölkə
KÖHNƏ YAŞAYIŞ BİNALARININ SÖKÜLMƏSİ İLƏ BAĞLI SƏNƏD HAZIRLANIR
A.Qaraşovun sözlərinə görə, bu proses müəyyən bir dövr ərzində həyata keçiriləcək: “Bu proses 5-10 ilin işi deyil və binaların tikintisi mərhələlərlə aparılacaq ki, sonda həmin binalarda yaşayan əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılacaq”.A.Qaraşov onu da qeyd edib ki, ölkə paytaxtında “Xruşşovka”, “Stalinka”, fransız və s. layihəli yaşayış binaları istismar müddətini bitirib, lakin istifadəyə yararlıdır. Məhz bu səbəbdən binalar mərhələlərlə söküləcək. Bundan başqa, A.Qaraşov qeyd edib ki, ölkə ərazisində özbaşına və qeyri-qanuni tikililər üzrə mövcud vəziyyət araşdırılır və artıq bu məsələyə dair texniki tapşırıqlar da hazırlanır.
43,598
29.11.2008 07:16
İqtisadiyyat
AZƏRBAYCANDA QƏND VƏ ŞƏKƏR TOZU UCUZLAŞIB
“APA-ECONOMICS”in Bakıda və bölgələrdə apardığı araşdırmalar zamanı məlum olub ki, bir sıra rayonlarda şəkər tozu və qəndin qiymətində orta hesabla təxminən 5-10 faiz ucuzlaşma baş verib. Bununla belə əksər rayonlarda qiymətlər əvvəlki aylarda olduğu səviyyədə qalıb. Qəndin ən çox ucuzlaşması paytaxtda baş verib. Bakı şəhərinin pərakəndə satış məntəqələrində qəndin 1 kq-nın qiyməti oktyabr ayı ilə müqayisədə təxminən 17 faiz və ya 20 qəpik düşərək 1 manata enib. Şəkər tozunun qiymətində isə 20 qəpik enmə qeydə alınıb və hazırda paytaxtda şəkər tozunun 1 kq-ı 80 qəpiyə satılır.Məlumat üçün bildirək ki, hazırda topdansatış məntəqələrində şəkər tozunun 50 kq-lıq kisəsi 35,4 manata (1 kq - 70 qəpik) satılır.
43,599
29.11.2008 07:50
Ölkə
QARABAĞ ƏLİLİNİN SATDIĞI BALIQ MÜSADİRƏ EDİLDİ
“Dünən səhər saatlarında əraziyə gələn 5-ci polis bölməsinin əməkdaşları satmaq üçün aldığım 53 kiloqram balığı zorla əlimdən alıb aparıblar. Polislər balığı uşaq bağçasına təhvil verdiklərini deyir. Amma mən buna inanmıram”- deyən Mehman İsmayılov baş verənlərlə bağlı dövlət qurumlarına şikayət edəcəyini də söylədi. Qarabağ əlili bildirdi ki, məsələ ilə əlaqədar dünən 5-ci polis bölməsinin rəisi ilə də görüşüb və dəymiş ziyanın ödənilməsini tələb edib.
43,600
29.11.2008 07:48
Gündəm
“AZƏRENERJİ” PREZİDENTİ ZİYA MƏMMƏDOVUN ATA EVİNİN İŞIĞINI KƏSİB
Onun sözlərinə görə, bu, abonentlərin noyabr ayı da daxil olmaqla elektrik enerjisi üzrə borclarının yaranması ilə bağlıdır. Elektrik enerjisi kəsilən abonentlərin əksəriyyəti isə yalnız noyabr ayı üçün borclarının olduğunu bildiriblər.Mötəbər mənbədən aldığımız məlumata görə, srağagün nəqliyyat naziri Ziya Məmmədov “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevdən anadan olduğu Ucarın Qazqumlaq kəndinə enerji verilməsini bərpa etməsini xahiş edib. E.Pirverdiyev isə onun xahişinə məhəl qoymayıb. Nazirə bildirib ki, nəinki Qazqumlaq, Ucarın digər kəndlərini də eyni aqibət gözləyir. Mənbənin dediyinə görə, ucarlılar elektrik enerjisinə olan borclarını ödədikdən sonra onları başqa problem gözləyəcək. Söhbət illər öncə yığılıb qalmış debitor borclardan gedir.Xatırladaq ki, Z.Məmmədovun qardaşı bu rayondan Milli Məclisə deputat seçilib.
43,601
29.11.2008 07:52
Siyasət
SƏMƏD SEYİDOVDAN YENİ XƏBƏR VAR
S.Seyidov bildirib ki, dünən Daimi Komitədə oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ətraflı müzakirələr aparılıb, AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məruzəsini təqdim edib. Məruzə ətrafında çox geniş müzakirələr aparılıb, 13 nəfər, o cümlədən AŞ PA prezidenti Luis Mariya de Puç çıxış edib. L. M. de Puç bildirib ki, Azərbaycan xalqı öz prezidentini seçib, öz iradəsini sərbəst ifadə edib: “AŞ PA prezidenti dedi ki, seçki baş tutub, səsvermə Avropa Şurasının prinsiplərinə uyğun keçirilib. Əgər xalq sərbəst öz prezidentini seçirsə, deməli, bu seçki Avropa Şurasının dəyərlərinə uyğun təşkil olunub”.S. Seyidovun sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkilərinin demokratik prinsiplərə uyğun təşkil olunduğu bildirilib və qərara alınıb ki, bu məsələ yanvar sessiyasında müzakirəyə çıxarılmasın: “Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı proses artıq yekunlaşdı”. Azərbaycan-AŞ münasibətlərinin bundan sonra da inkişaf edəcəyini qeyd edən S. Seyidov qurumun artıq növbəti seçkilər üçün ölkəmizə kömək etməyə hazır olduğunu bildirib: “Həm AŞ PA bürosunun dünən Madriddə, həm də Daimi Komitənin bugünkü iclasında AŞ PA missiyası ilə ATƏT müşahidəçilərinin seçkilərlə bağlı birgə məruzə hazırlaması məsələsi ciddi müzakirə olundu. AŞ PA deputatları bundan narazı qaldıqlarına görə qərara alınıb ki, gələcəkdə seçkilərin birgə müşahidəsi ilə bağlı AŞ PA-nın yanvar sessiyasında dinləmələr təşkil edilsin”.
43,602
29.11.2008 07:55
Siyasət
ASİM MOLLAZADƏ KƏŞFİYYATLA ƏMƏKDAŞLIĞINDAN DANIŞDI
Müxbir araşdırmasının məhsulu olan həmin yazıda o da qeyd edilirdi ki, 1980-ci ildə Seçenov adına Tibb Akademiyasına daxil olan A.Mollazadə burada nevrologiya və davranışın psixofiziologiyası ixtisası üzrə təhsil alıb. Akademiyada bu ixtisasa yiyələnənlər isə əsasən mütəmadi olaraq hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışan zabitlərin psixoloji vəziyyətini öyrənib təhlil etməklə məşğul olurdu. Bu isə o deməkdir ki, onlar həm də xüsusi xidmət orqanlarının təsiri və himayəsi altında fəaliyyət göstərirdi.A.Mollazadənin “Ştazi” ilə əlaqəsi isə onun elmi işi ilə bağlı olub. Akademiyanın aspiranturasında təhsil alarkən ona “Ştazi” əməkdaşlarının davranış psixofiziologiyasını araşdırmaqla bağlı dissertasiya yazmaq təklif edilir. Düzdür, gələcək elmlər doktoru və millət vəkili bunun üçün illərlə ADR-də yaşamayıb. Amma çoxsaylı qısamüddətli ezamiyyətlərlə dissertasiyasını uğurla başa vurub.İki ildən sonra isə o, “Ştazi” əməkdaşlarının nevroloji psixogen və psixosonatin vəziyyəti" mövzusunda dissertasiyasını uğurla müdafiə edib. Bu müddət ərzində o, dəfələrlə “Ştazi”nin yüksək rütbəli zabitləri, habelə qurumun rəhbəri Erix Milke ilə təmaslarda olub.A.Mollazadə day.az-a açıqlamasında isə “Yeni Müsavat”ın bu araşdırmasının sifarişinin nədənsə Müsavat Partiyası rəhbərliyindən gəldiyini iddia edir: “Mən çox təəssüf edirəm ki, Müsavat Partiyası və onun mətbu orqanı olan ”Yeni Müsavat" qəzeti sədri olduğum ADİP-lə bu cür spesifik üsulla mübarizə aparır. Görünür, Almaniya hökumətinin məni beynəlxalq səviyyəli tədbirlərə dəvət etməsi onlar üçün sürpriz olub. Ona görə də siyasi mübarizədə mənə qarşı “qara piar”dan istifadə edirlər".Hörmətli Asim bəyin bu açıqlamasına cavab olaraq bildiririk ki, “Yeni Müsavat” qəzeti Müsavat Partiyasının orqanı deyil, A.Mollazadəyə qarşı da heç kim “qara piar”dan istifadə etmir. Söhbət sadəcə olaraq ondan gedir ki, A.Mollazadə-"Ştazi" əlaqələri ilə bağlı çoxlu məlumatlar var. Bu məlumatları isə vaxtilə onun təmsil olunduğu təşkilata yaxın şəxslər, A.Mollazadəni yaxşı tanıyan adamlar israrla təsdiq edirlər. Bunu Asim bəy özü də bilməmiş deyil...
43,603
29.11.2008 07:53
Media
ATƏT NÜMAYƏNDƏLƏRİ QADIN JURNALİSTLƏR BİRLİYİNDƏ OLUBLAR
WMW-dan APA-ya verilən məlumata görə, birliyin sədri Sevinc Osmanqızı Azərbaycanda məsuliyyətli və azad mətbuatın güclənməsi istiqamətində gördükləri işlər barədə məlumat verib. Birliyin üzvləri Azərbaycanda informasiyaya çıxış, din və əqidə azadlığı, qadınlara səlahiyyətlərin verilməsi sahəsində vəziyyət barədə qonaqlarla fikir mübadiləsi aparıblar.
43,604
29.11.2008 06:59
Mədəniyyət
“İLHAMƏ QULİYEVA TÜRMƏDƏ OTURMALIDIR”
Vəkilin sözlərinə görə, artıq xüsusi ittiham aktı qaydasında qaldırılan cinayət işi Yasamal Rayon Məhkəməsi tərəfindən icraata götürülüb. İlhamə Quliyevanın vəkili onu da bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsdə qarşı tərəfin qanunsuz əməllərini təsdiq edən faktların əks olunduğu disk var. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri (təhqir və ittiham etmə) ilə təqsirli bilinən Sərxan Quliyevin cinayət əməlləri sübuta yetirilsə onu üç il və daha artıq müddətə həbs cəzası gözləyir.S.Kərəmoğlu isə bildirdi ki, eyni ittihamla İ.Quliyevanı məhkəməyə verdiyi üçün iddiası təmin olunacağı təqdirdə müğənnini də həbs cəzası gözləyir: “Qanun qarşısında hamı cavabdehlik daşıyır. Cinayətim varsa həbs olunmağa hazıram. Amma unutmasın ki, mənim ittihamlarım sübut olunsa, o, da türmədə oturacaq”.
43,605
29.11.2008 07:58
Siyasət
“ELÇİBƏY KOMANDASI YAŞLAŞIB”
AXC qurucularından və Elçibəy komandasının əsas fiqurlarından biri, millət vəkili Pənah Hüseynlə bu mövzuda söhbət etdik. Bildirdi ki, Elçibəy komandasının yenidən bir araya gəlməsi və superpartiya yaratması reallaşa bilməz: “Çünki hər şey bir tərəfə, bu komanda yaşlaşıb. Bu da özü ilə xüsusi özəlliklər gətirir. Münasibətlərdə bəzən yaxınlaşma, bəzən uzaqlaşma olur. Superpartiya formatında təşkilatın yaradılması təklifləri effektli və reallaşa biləcək təkliflər deyil. Elçibəy komandasında olmuş şəxslərin siyasi partiyada birləşməsinin mümkünlüyü çox problemlidir. Bir sözlə, birləşib superpartiya yaratmaq mümkün olmayan məsələdir”.
43,606
29.11.2008 07:51
Gündəm
AZƏRBAYCAN PREZİDENTİNİ KİM VƏ NECƏ QORUYUR?
Bir neçə gün öncə baş vermiş bu məqama qayıtmağımızın bir səbəbi var. Bəs görəsən, ermənilər kimi düşməni, Rusiya və İran kimi təzyiq etməyi sevən qonşuları olan Azərbaycan prezidenti İlham Əliyevin mühafizəsi necə təşkil edilir? Xarici səfərlər zamanı onun qorunması etibarlı təşkil olunurmu? Bu suallara qayıdacağıq, indilikdə isə bir müddət əvvəl ABŞ-ın Yaxın Şərq üzrə Vaşinqton İnstitutunun yaydığı bir xəbəri yadınıza salmaq istərdik. Adıçəkilən institut xəbər yaymışdı ki, Azərbaycan rəhbərini xarici ölkələrə səfərdə İsrailin xüsusi xidmət orqanı - “MOSSAD” qoruyur. Məlumata görə, Azərbaycan hakimiyyəti bəzi qonşularının mahiyyətindən və Ermənistana işləyən ASALA kimi terror təşkilatının mövcudluğundan çıxış edərək, bu ölkələrdən gələ biləcək mümkün təhükələrə qarşı İsrail və Türkiyə ilə təhlükəsizlik, eləcə də kəşfiyyat sahəsində yaxın əməkdaşlıq edir. Bu əməkdaşlığa kəşfiyyat məlumatlarının mübadiləsi, vaxtaşırı keçirilən məlumatlandırma xarakterli görüşlər, o cümlədən İsrailin kəşfiyyat peykləri tərəfindən toplanmış bilgilərin analizi daxildir. İsrail həmçinin Azərbaycanın təhlükəsizlik və kəşfiyyat xidmətlərinin əməkdaşlarına təlim keçir. Həmçinin xarici səfərlər zamanı İlham Əliyevin təhlükəsizliyini təmin edir. Bu baxımdan Amerikanın nüfuzlu araşdırma mərkəzlərindən birinin hazırladığı təhlildə yer alan informasiya kifayət qədər maraq doğurur. Belə görünür ki, Azərbaycanın dövlət başçısı xarici səfərlər zamanı İranın və Ermənistanın mümkün təxribatlarından ehtiyat edərək təhlükəsizliyinin qorunmasını “MOSSAD” agentlərinə etibar edir. Ekspertlərin fikrincə, burada söhbət heç də “Mossad” agentlərinin İ.Əliyevin şəxsi təhlükəsizlik xidmətinin əməkdaşlarını əvəz etməsindən getmir. Əgər belə mühafizə varsa, o, sırf informasiya mübadiləsi formasında həyata keçirilir. Yəni “MOSSAD” Azərbaycan dövlət başçısının səfər edəcəyi ölkələrdəki agentləri vasitəsilə qonağın təhlükəsizliyi ilə bağlı riskləri araşdırır və bu barədə məlumat verir.Amma prezidentin təhlükəsizliynin təmin edilməsinin əsas yükü isə təbii ki, Xüsusi Dövlət Mühafizə Xidməti və onun rəisi, general-polkovnik Vaqif Axundovun üzərinə düşür. General Axundovun peşəkarlığı və təcrübəsi imkan verib ki, o, müxtəlif illərdə müxtəlif prezidentlərlə işləsin. O, hələ Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dönəmində ölkənin “bir nömrəli mühafizəçi”si idi. 1992-ci ilin mayında AXC hakimiyyətə gələndən sonra əvvəlcə prezidentin səlahiyyətlərini icra edən Milli Məclisin sədri İsa Qəmbərin, sonra isə ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin mühafizəsinə o sorumlu idi.Söhbətləşdiyimiz ekspertlərin dediyinə görə, müxtəlif dövlət başçıları ilə işləməsinə baxmayaraq, V.Axundov artıq uzun illərdir ki, ölkə rəhbərliyinin yanında öz vəzifə borclarını vicdanla yerinə yetirir. Bu vaxta kimi onun fəaliyyət dairəsi ilə bağlı nə mətbuatda, nə də ictimaiyyət arasında hansısa mənfi fikri dilə gətirən olmayıb. Axundovu bir peşəkar kimi tanıyan, amma adının açıqlanmasını istəməyən mənbənin dediyinə görə, o, öz sədaqəti ilə də seçilir. Mənbə 1992-ci ildə Gəncə yolunda Əbülfəz Elçibəyə qarşı edilən sui-qəsd cəhdi zamanı onun yaralanmasını misal çəkir: “Həmin vaxt Əbülfəz bəy möcüzə nəticəsində sağ qaldı. Onun maşınını vurmaq istəyən ”Zil" markalı maşına prezidentin kortejindən bir maşın çırpıldı. Bu, general Axundovun oturduğu maşın idi - sürücüyə əmr etmişdi ki, qəfil yola çıxan yük maşınını vursun. Çox maraqlıdır ki, mühafizəçilər çaşqın vəziyyətə düşmüşdü. Axundov anındaca onları sakitləşdirdi, prezidenti təhlükəsiz yerə çatdırdı. Bu məqamın özü həm onun peşəkarlığından, həm də bir peşəkar kimi soyuqqanlığından xəbər verirdi".Mənbənin dediyinə görə, Heydər Əliyev hakimiyyətə gələndən sonra köhnə komandadan vəzifəsində qalan tək-tük şəxslərdən biri də V.Axundov idi. “Uzun illər təhlükəsizlik xidmətində işləmiş Heydər Əliyev onun peşəkarlığını bilirdi, sədaqətinə inanırdı. Mərhum prezidentin iqtidarının ilk aylarında Türkiyə xüsusi xidmət orqanlarının bir neçə tanınmış şəxsləri Azərbaycandakı həmkarları üçün təlim keçmişdilər və deyilənə görə, Axundovun peşəkarlığını yüksək qiymətləndirmişdilər. Bundan başqa, Heydər Əliyevin özü də ona məsləhətlərini əsirgəmirdi. Mən əminliklə deyə bilərəm ki, son iki prezident dünyada ən yaxşı qorunan dövlət başçılarıdılar”- deyə müsahibimiz bildirir.Onun dediyinə görə, general Axundovun rəhbərlik etdiyi quruma təkcə prezidentin mühafizəsi aid deyil. “Bu qurum, baş nazirin, Milli Məclis sədrinin, Azərbaycana gələn qorunası xüsüsi vacib qonaqların da təhlükəsizliyinə cavabdehdir. Bundan başqa xüsusi əhəmiyyətli dövlət obyektlərinin, habelə Bakı-Tiflis-Ceyhanın da təhlükəsizliyini Axundovun rəhbəri olduğu idarə həyata keçirir. Siz fikir verin, indiyədək BTC-nin keçdiyi Gürcüstan və Türkiyədə dəfələrlə təxribat halları olub. Amma Azərbaycanda bircə dəfə də ”ÇP" baş verməyib".Həmsöhbətimiz deyir ki, Axundovun təcrübəsində vur-tut bircə xoşagəlməz hal baş verib. “1994-cü ildə Heydər Əliyev Gəncəyə səfərə getmişdi. Şəhər icra hakimiyyətinin binasında toplantı olmalı idi. Mərhum prezident zala daxil olub əyləşən kimi işıqlar qəfil sönmüşdü. Həmin vaxt prezidentin ətrafı əl fənəri ilə işıqlandırılmışdı. Bu isə prezidentin narazılığına səbəb olmuşdu. Çünki fənər onun üzünə tərəf tutulmamalıydı”. V.Axundovun uğurlu karyerasını səciyyələndirən amillərdən biri də onun dövlət başçısının şəxsən özünə sədaqətliliyi və heç bir klana aid olmamasıdır. Bu faktor da onun yüksəlişində az rol oynamayıb.Amma Axundovun iqtidarın yüksək eşalonunda bədxahları da az deyil. Ara-sıra onun vəzifəsindən kənarlaşdırılacağı barədə mətbuata dezinformasiyalar ötürülür. General-polkovnik isə bir qədər əvvəl mətbuata verdiyi açıqlamasında onlara belə cavab vermişdi: “Təqaüdə çıxmaq yaxşı olardı. Amma prezident nə vaxt məsləhət bilsə, onda gedəcəyəm”.
43,607
29.11.2008 07:50
Siyasət
“KİM BİRLƏŞMƏK İSTƏYİRSƏ, BİRLƏŞMƏLİDİR”
Onun sözlərinə görə, hazırda 5 siyasi təşkilat müxalifətin daha geniş birliyini yaratmağa çalışır. Bu danışıqlar prosesində iştirak edən tərəflərin əsas məsələlərlə bağlı mövqelərinin üst-üstə düşdüyünü bildirən E.Namazov cəhdləri davam etdirəcəklərini qeyd edib: “Bunun nəticəsindən asılı olaraq, biz qərarımızı verəcəyik. Kim birləşmək istəyirsə, birləşməlidir, istəməyənlər isə öz yolları ilə getsinlər”. “İndiki mərhələdə bloka daxil olmağı düşünürsünüzmü” sualına cavab olaraq E.Namazov deyib ki, o, indi müxalifətin birliyi ilə bağlı bütün variantlar üzərində düşünür. E.Namazov müxalifətdaxili müzakirələrin yaxın günlərdə yekunlaşacağını, nəticənin ortada olacağını bildirib. Qeyd edək ki, “Azərbaycan Naminə” İctimai Forumun “Azadlıq” blokuna daxil olması təşəbbüsü ilə blokunun həmsədri Lalə Şövkət çıxış edib. Hazırda isə “Azadlıq” blokunda Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.