id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
43,405
25.11.2008 02:20
Kriminal
TOVUZDA 4 NƏFƏRİ TOK VURUB ÖLDÜRDÜ
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, kənd sakini Habil Abıyev həyətində quyu qazarkən istifadə etdiyi qaynaq aparatında qısa qapanma baş verib. Nəticədə H. Abıyev və orada işləyən həmkəndliləri Etibar İbrahimov, Hikmət Ələkbərov, habelə hadisə yerinə çağırılan Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənlərindən biri Rasim Sadıqov elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüblər. Xəsarət alan Oqtay Hüseynov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
43,406
25.11.2008 04:19
Siyasət
QOHUMLARI RƏSUL QULİYEVİN XƏSTƏLİYƏ YOLUXMASI BARƏDƏ MƏLUMAT YAYIR
“Heç bir hospitala getməmişəm və ümumiyyətlə, o virusun nə olduğunu bilmirəm. Ümumiyyətlə, anadan olandan bu günə qədər həkimlərə nəinki yüzminlər, heç 10 min dollar da xərcləməmişəm. Yalnız 19 yaşında olarkən bir dəfə Neft Kimya İnstitutunun xəstəxanasında 2 gün yatmağımdan başqa, heç vaxt xəstəxanada olmamışam. Bu qeyri-ciddi məlumatları yəqin mənim qohumum İlqar yayıb” - deyə, Rəsul Quliyev qeyd edib.Qeyd edək ki, son günlər lent.az-ın elektron poçtuna daxil olan bir neçə məlumatda R.Quliyevdə hepatit D virusunun aşkarlandığı bildirilirdi. Xəbəri verən mənbə israrla bildirirdi ki, R.Quliyev hətta Florida ştatının Palm Kost hospitalına aparılıb. Eks-spikerin hər il bu xəstəlikdən müalicə olunmaq üçün külli miqdarda vəsait xərclədiyi də həmin məlumatların sırasındadır.
43,407
25.11.2008 03:12
Yaşam
BRİTANİYA ŞAHZADƏSİ ENDRYU YENƏ BAKIDADIR
Qeyd edək ki, şahzadə Endryu müntəzəm olaraq biznes maraqları olan Azərbaycana və Qazaxıstana baş çəkir. Sonuncu dəfə o, bu ilin iyununda Bakıda olub və İlham Əliyevlə görüşüb. Bu, Endryunun sayca 4-cü səfəridi və Britaniya səfirliyinin verdiyi məlumata görə, bu, “şəxsi” səfərdi.Britaniya şahzadəsi Endryu, York hersoqu, Böyük Britaniya kraliçası II Yelizavetanın ikinci oğlu, Krallığın beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsidir. Onun İngiltərədə biznesə və investorlara yardımı çox yüksək qiymətləndirilir (Turan").
43,408
25.11.2008 03:24
Analitika
MƏHKUMLAR DOĞMALARININ YASINDA NECƏ İŞTİRAK EDƏ BİLƏR?
Bu barədə qəzetimizin ötən sayında məlumat vermişik. Yenidən bu mövzuya qayıtmağımızın səbəbi odur ki, Azərbaycanda indiyədək istintaq altında olan hər hansı tanınmış şəxsin, xüsusilə müxalifətçi insanların yaxınlarının yasında iştirak etməsinə icazə verilməsi halına rast gəlinməyib. Məsələn, 2003-cü ilin prezident seçkilərindən sonra həbs olunan və təxminən Ermənistan baş prokurorunun birinci müavini ilə eyni maddələrlə ittiham olunan şəxslərdən birinə anasının yasında iştirak etməyə imkan yaradılmadı. Belə ki, ixtisasca həkim olan Zöhrab Şamxalovun həbsindən sonra onun anasının səhhəti qəfildən pisləşib və ölüm yatağına düşüb. İstintaq orqanı Şamxalovun anasının vəziyyətindən vicdansızcasına istifadə etmişdi. Əvvəl ona deyiblər ki, tələb olunan ifadələri versə və bəzi sənədlərə qol çəksə, həbsdən buraxılacaq və ağır xəstə yatan anasının yanında ola biləcək. Psixoloji təzyiqlər nəticəsində Z.Şamxalova müəyyən sənədlərə imza atdırdıqdan sonra onu azad etməmişdilər. Daha sonra isə onun anası rəhmətə gedib, istintaqçılar bundan da istifadə ediblər. Şamxalova kamera qarşısında danışacağı halda anasının yasında iştiraka icazə veriləcəyini vəd ediblər. Lakin bu vədlərinə də xilaf çıxıblar. 2005-ci ilin parlament seçkiləri ərəfəsində həbs olunan AMDP-nin Biləsuvar rayon təşkilatının sədri olmuş Qədir Musayevin də anasının yasında iştirak etməsinə imkan verilməmişdi. Bu kimi halları çox sadalamaq olar. Əslində bu həm də mənəvi məsələdir. Hətta real cinayət törətmiş kəslərin belə doğmalarının yasında iştirakına icazə verilməsi bir insanlıq məsələsi hesab olunmalıdır. Məsələ ondadır ki, Azərbaycan qanunları istintaq altında olan şəxsin doğmalarının yasında iştirak etməsinə icazə vermir. Görünür, bu məsələdə Ermənistan qanunları daha loyaldır. Yaxud mümkündü ki, Ermənistan qanunlarında da buna icazə verilmir, sadəcə, Canqiryan siyasi qərarla bir neçə günlüyə həbsxanadan buraxılıb. Amma o, yas mərasimində konvoyların nəzarəti altında iştirak edə biləcək... “Hüquq Dövlət” Araşdırmalar Mərkəzinin direktoru, tanınmış hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycan qanunları istintaq altında olan şəxslərə belə bir hüquq vermir: “Barəsində həbs-qətimkan seçilmiş və istintaq təcridxanasında saxlanılan şəxslərin yaxınlarının yasında iştirak etmək hüququ yoxdur. Bizdə yalnız barəsində hökm çıxarılan və məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə bu hüquq verilir. Cəzaların İcrası Məcəlləsinin 89.1 maddəsinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanılan, ilk dəfə qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara belə hüquq tanınır. Yəni məhkumlara yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar 7 gün müddətinə cəzaçəkmə müəssisəsinin hüdudlarından kənara çıxmasına icazə verilir. Bunun üçün hər bir halda cəzaçəkmə müəssisəsinin rəhbərliyinin əsaslandırılmış qərarı olmalıdır”.M.Baxışovun sözlərinə görə, hələlik bu hüquq istintaq altında olan şəxslərə şamil edilmir: “İndiyə qədər bu məsələ həllini tapmayıb. Ola bilsin ki, gələcəkdə bununla əlaqədar bir şey fikirləşsinlər. Hər halda, belə bir hüququn tanınması yaxşı olardı”.
43,409
25.11.2008 03:22
Ölkə
“ƏBU BƏKR” MƏSƏLƏSİ RAFİQ ƏLİYEVİ DƏ DİLƏ GƏTİRDİ
Bu sözləri APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev bildirib. R. Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 2001-ci ildə yaradıldığını, bundan sonra digər dini icmalar kimi, “Əbu Bəkr” məscidində fəaliyyət göstərən “Nərimanov rayon dindarları” Dini İcmasının da yenidən qeydiyyata alındığını deyib. Sabiq komitə sədrinin sözlərinə görə, hazırda “Əbu Bəkr” məscidi Nərimanov rayon İcra Hakimiyyətinin balansındadır. “Əbu Bəkr” məscidi və “Nərimanov rayon dindarları” Dini İcması ilə bağlı müxtəlif məsələlərdə adının hallandırılmasına gəlincə, sabiq komitə sədri “Yəqin bunda maraqlı tərəflər var”,-deyə bildirib.
43,410
25.11.2008 03:22
Ölkə
SƏFİRLİKLƏRƏ QARŞI TERROR HAZIRLAYANLARIN MƏHKƏMƏSİ BAŞLADI
Onlara qarşı 29, 120.2 - 120.2.3, 120.2.4, 120.2.5 (tamahkarlıq məqsədilə xüsusi amansızlıqla adam öldürməyə cəhd); 181.3.1 (quldurluq); 214.2.1 (terrorçuluq), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratmaq) maddələr üzrə ittiham irəli sürülüb. Qrup üzvlərindən yalnız Əsədov hərbçidir. Əsədov da daxil olmaqla, bir qrup müttəhim vəkildən imtina edib, Əsədov “mənim vəkilim Allahdır” deyib. Qrup üzvü İlkin İsmayılov 2005-ci ilin aprelində artıq terrorçuluq və quldurluqda ittiham olunaraq, 15 il müddətinə həbs edilib. Bu proseslə əlaqədar xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilib. Məhkəmə binasının yanında əlavə polis və xüsusi xidmət qüvvələri cəm edilib. Prosesin dekabrın əvvəlində başlayacağı gözlənilir. İstintaqın məlumatına görə, qrup üzvləri radikal vəhhabilik tərəfdarlarıdır. Zabit K.Əsədov ötən il oktyabrın 24-də Xanlar rayonundakı hərbi hissədən qaçıb və özü ilə 4 avtomat, pulemyot, 20 qumbara və çox sayda patron götürüb. Oğurlanmış silah-sursatın bir hissəsi İsmayıllıda gizlədilib, bundan sonra qrup üzvləri ABŞ və Böyük Britaniya səfirkliklərinə qarşı terror aktı törətmək üçün Bakıya gəliblər. Lakin qrup üzvlərinin bir neçəsi oktyabrın 27-də Maştağa qəsəbəsində saxlanılıblar. Bu zaman silahlı müqavimət göstərən qrup üzvlərindən biri həlak olub. Qrupun iki digər üzvü - 23 yaşlı Vüqar Əliyev və Elşən Məmmədov saxlanılıb. Dindirmə zamanı Vüqar Əliyev və Elşən Məmmədov qrupun planları və niyyətləri haqqında ətraflı ifadə veriblər. Keçən il noyabrın 9-da İsmayıllı rayonunda Kamran Əsədov və onun yoldaşlarından biri - Fərid Cabbarov saxlanılıb. Saxlanılanlar müqavimət göstərməyə imkan tapmayıblar və onlardan iki “Kalaşnikov” avtomatı və 120 patron müsadirə edilib.Dindirilmə zamanı onlar oktyabrın 30-da “LUKoil” yanacaqdoldurma məntəqəsinə basqın etdiklərini və ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı Bəxtiyar Orucovla birlikdə terror aktı hazırladıqlarını təsdiq ediblər.
43,411
25.11.2008 03:29
Gündəm
“ERMƏNİ ƏSİRLİYİNDƏN QAYIDAN AZƏRBAYCANLILAR ÇOX AZ YAŞAYIRLAR”
Bu sözləri APA-ya “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib. E. Orucova bildirib ki, əsir və girovluqdan qayıdan soydaşlarımız onlara qarşı insanlığa yaraşmayan işgəncə hallarına yol verildiyini qeyd ediblər: “Ermənilər əsir və girov azərbaycanlıların dişlərini kəlbətinlə çıxarıb, kişilər armatur, bel sapı, dəyənək, daş və kərpic parçası, uzunboğaz çəkmə ilə vəhşicəsinə döyüblər. Onları ac itlərlə qanları tökülənə qədər döyüşməyə məcbur ediblər. Ermənilər əsirlikdə saxladıqları soydaşlarımızı insan orqanizmi üçün zərərli fiziki işlərə cəlb ediblər”. E. Orucova bildirib ki, bu səbəblərdən əsir və girovluqdan qayıdan azərbaycanlıların böyük əksəriyyəti çox az yaşayır.
43,412
25.11.2008 03:29
Yazarlar
QARƏT -DÖVLƏT(Lİ) SİRRİ
Hər iki əcnəbi terminin sonluğu “tor”la qurtarsa da, qubernator postu ilə senator vəzifəsinin arasında böyük fərq var. Senatora qubernator demək, hesab edin ki, adi deputata Bakı Şəhər İcra Hakimiyyətinin başçısı demək kimi bir şeydir. Göründüyü kimi, ani diqqətsizlikdən əlimdən xəta çıxıb və bunu gərək etiraf edim. Qəzetçilikdə belə şeylər çox olur. Ona qalsa dünən müxalifət qəzetlərindən birinin 8-ci səhifəsi tərsinə çap olunmuşdu, Murad Köhnəqalanın “Aftafanın tutumu” adlı köşəsini güzgüyə tutub oxumuşam. Xüləs, adam gərək ani də olsa diqqətsizlik etməsin. Nəticələri pis olur. Elə bir sıra məmurlar da diqqətli, ehtiyatlı olsaydılar, sənədləri, pulları oğurlanmaz, yaxud oğurlandığı deyilməz, adları hallanmazdı və onlar da acıqlanaraq, qəzetə zəng eləyib faktı təkzib etməyə çalışmazdılar.Ümumiyyətlə, fikir verirəm ki, illərdən bəri nəzarət altında tıncıxan kriminogen durumda son həftələr iki xoşagəlməz tendensiya müşahidə olunur: 1. Oğrular, qarətçilər əsasən tanınmış və imkanlı adamların evlərini soyurlar; 2. Qarətə məruz qalmış imkanlı və tanınmış adamlar belə bir hadisənin olmadığını deyirlər. Belə olanda polislər və qəzetçilər pis vəziyyətə düşürlər. Yuxarıdan gələn yoğun təzyiq qarşısında qalan birincilər dövlət sirrini qoruyurmuşlar kimi heç kəsə bildirmədən, amma əvvəlkindən dördqat artıq canfəşanlıqla caniləri tapmaq əziyyətinə girişirlər. İkincilər isə belə bir olayın baş verdiyini dəqiqliyi ilə bilə-bilə zərərçəkənin dilindən informasiya yaymağa məcbur olurlar ki, heç bir qarət haqq-hesabı olmayıb. Heç canilərin durumu da ürəkaçan deyil. Onlar vəzifəli adama ilişməyin çox təhlükəli olduğunu bilə-bilə riskə gedirlər. Çünki bilirlər ki, imkansız adamlarda soyulası ev və maşın yoxdur. “Taksovatlıq” eləyən köhnə “06"-dan keçəl təkərdən və açar-uçardan başqa nə tapmaq olar? Adam qazandığı çörəkpulunu maşında qoyub gedəsi deyil ki...Amma bir də var, Prezident Aparatında, parlamentdə, nazirliklərdə işləyən adamları soyalar - bu tamam başqa məsələdir. (Bir müddət əvvəl “Rentabelli oğurluq” başlıqlı köşədə bu barədə söhbət açmışıq). Bəs nədən imkanlı tanınmışlar, yaxud tanınmış imkanlılar qarət olunduqlarını boyunlarına almaq istəmirlər? Bunun bir neçə səbəbi var. Biri də odur ki, onlar üç-beş manatdan ötəri adlarının orda-burda çəkilməsini istəmirlər. Dost var, düşmən var. Yaxşı olarmı ki, xeyir-şərdə rastlaşanda bədxahlar yaxınlaşıb yalançı canıyananlıqla deyələr: “Nə oldu, qarətçilər tapıldımı? Vay-vay, nə vicdansız oğrular var ey”. Hələ bunun polisə şikayət ərizəsi yazmağı var, “kimdən şübhələnirsiz, ailə üzvlərinizdən, yaxud qohumlarınızdan birinin işi ola bilərmi” kimi suallara cavab verməyi var. Sonuncu sualı polislər tez-tez verirlər və heç də əbəs yerə yox. Bir simsar poqon adamının dediyinə görə, axır illər bir çox imkanlı adamların evlərindən yoxa çıxan pul və qızıl-zinət əşyaları peşəkar oğrular tərəfindən yox, mübtəla oğullar tərəfindən qarət olunur. Ekstazinin pulunu vaxtında çatdırmaq lazımdır, ya yox? Yazıq uşaq necə desin ki, papa, verdiyin cibxərcliyi “dərman”ın istemal tempinə tən gəlmir, üstəlik, dünyada qlobal maliyyə böhranı hökm sürür, inflyasiya narkotik vasitələrin alqı-satqı birjalarını da bürüyüb, çatdırmaq olmur. Ona görə də papanın gül balası məcburdur ki, özünümaliyyələşdirmə metoduna keçsin. Bunu papalar da bilir, rəislər də. Ona görə də tərəflər çalışırlar ki, qarət əhvalatı vaxtından tez dilə-dişə düşməsin. Ancaq məlum olanda ki, qarəti simsar adamlar yox, mənfur oğrular törədib, ondan sonra siz gəlin istintaqın məngənəsinə, məhkəmənin təntənəsinə və verilən cəzanın ağırlığına baxın. Samir SARI
43,413
25.11.2008 04:26
Gündəm
AVROPA ŞURASINA ETİMADSIZLIQ
Müsavat Partiyasından bildirildi ki, Azərbaycan cəmiyyətində, əsasən də demokratik qüvvələrdə Avropa Şurasına etimadsızlıq hökm sürür. Sadə insanlardan tutmuş siyasətçilərə qədər heç kim daha Avropa Şurasını ciddi beynəlxalq təşkilat kimi qəbul etmir. Baş verənlərə, sözügedən qurumun Azərbaycandakı proseslərə qeyri-adekvat münasibəti, bir çox hallarda hakimiyyəti açıq dəstəkləməsi bununla nəticələnməliydi.ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, Terri Devisə Azərbaycanın demokratik qüvvələri inanmır. Çünki o, Azərbaycanda demokratiyanı dəstəkləmək əvəzinə, həmişə hakimiyyətin xeyrinə bəyanatlar verir: “Terri Devisin Azərbaycana gəlməsinin, həbsdəki jurnalistlərlə maraqlanmasının heç bir əhəmiyyəti yoxdur. Faktiki olaraq Avropa Şurası Terri Devis kimi adamların fəaliyyəti nəticəsində nüfuzsuz, mənasız quruma çevrilib. Bu qurumun mövqeyinə Azərbaycanda məhəl qoyan yoxdur. Andreas Qross bir müddət əvvəl verdiyi müsahibəsində Avropa Şurasının rəhbərliyinə daxil olan bir sıra şəxslərin rüşvətə bulaşması ilə bağlı fikirlər səsləndirmişdi. Terri Devisin şəxsiyyəti ilə bağlı Azərbaycan ictimaiyyətində oturuşmuş fikirlər var. Onun həbsdəki jurnalistlərin məsələsi ilə maraqlanması heç nəyi dəyişməyəcək. Avropa Şurası artıq hansısa jurnalisti azad etdirmək gücündə deyil. Ola bilsin ki, Terri Devis Azərbaycanın muzeylərində qiymətli xalça, eksponatların olub-olmadığı ilə maraqlanır ki, Azərbaycandan nə apara bilər. Onun Bakıya səfərinin muzeylərə hansısa təsiri ola bilər. Demokratiya, insan haqları ilə bağlı vəziyyətə isə heç bir təsiri olmayacaq”.T.Əliyev hesab edir ki, Avropa Şurasının Azərbaycanda demokratiya ilə bağlı fəaliyyəti sıfıra bərabərdir: “Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildikdən sonra demokratiya bütün parametrlərinə görə geriləyib. 2001-ci ilə qədər Azərbaycanda sərbəst toplaşmaq azadlığı daha çox mövcud idi. Müxalifət partiyaları şəhərin mərkəzi yerlərində kütləvi aksiyalar keçirirdi, mətbuatın vəziyyəti indikindən qat-qat yaxşı idi, jurnalistlər indiki qədər təzyiqlər altında deyildilər, jurnalist öldürülməmişdi, partiyaların cəmiyyətdə rolu güclü idi, müxalifət parlamentdə indikindən daha çox təmsil olunurdu, proprosional seçki sistemi mövcudu idi. 2001-ci ildən sonra sadaladığım bütün məsələlərdə sürətli geriləmə başladı, proporsional seçki sistemi ləğv olundu. Lakin beynəlxalq təşkilatlar bu antidemokratik addımları sükutla qarşıladılar. 2002-ci ildə referendum keçirərək parlamenti ölkədə heç nəyə təsir etməyən impotent quruma çevirdilər. Avropa Şurası buna da göz yumdu. Fakt budur ki, beynəlxalq təşkilatların hakimiyyətə təzyiq etməməsinin, gücü olmayan tövsiyələrinin sayəsində bizim xalq və müxalifət olaraq əldə etdiyimiz müəyyən nailiyyətlər də əlimizdən çıxıb.Vəziyyət bu şəkildə davam edəcəksə, Azərbaycanın demokratik qüvvələri Avropa Şurası kimi beynəlxalq qurumlarla əməkdaşlıqdan imtina etməlidir". Qeyd edək ki, Avropa Şurasının rəhbərliyinin Azərbaycan hakimiyyəti ilə qaranlıq əlaqələrinin olduğu haqda da indiyə qədər dəfələrlə mətbuatda məlumatlar yayılıb. Bütün bunlara görə siyasi qüvvələrdə Avropa Şurasına qarşı sərt münasibəti haqlı saymamaq olmur. Demokratik qüvvələrin Avropa Şurasına münasibəti o dərəcədə mənfiyə doğru dəyişib ki, bir sıra siyasətçilərin dilindən “Avropa Şurasının Bakı ofisinin qarşısında etiraz aksiyaları keçirilməlidir” çağırışları səslənir. Prezident seçkisindən sonra Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan onlarla KİV nümayəndəsinin iştirak etdiyi mətbuat konfransında Azərbaycan ictimaiyyətinə bu istiqamətdə müraciət etmişdi.
43,414
25.11.2008 04:32
İqtisadiyyat
BÜDCƏ PAKETİ PARLAMENTƏ QAYTARILDI
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirdi ki, iclasda hökumət üzvləri layihəyə edilmiş dəyişikliklər barədə məlumat verəcək. Bundan sonra isə büdcə yekun səsverməyə çıxarılacaq. Deputat qrupunun çıxışlara təkid edib-etməyəcəyinə gəldikdə, P.Hüseyn bildirdi ki, bir qayda olaraq bu mərhələdə müzakirə aparılmır: “Adətən hökumətin nəzərə aldığı və səsverməyə təqdim etdiyi mətn deputatların ixtiyarına verilir. Biz də vəziyyətə uyğun qərar verəcəyik”. MÜSAVAT DÖVLƏT BÜDCƏSİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR TƏLƏB EDİRDünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Divan üzvləri gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələləri müzakirə ediblər. İctimai müzakirələrə və tələblərə rəğmən ordudakı özbaşınalıq və ölüm hallarının azalmaq əvəzinə son günlər daha da artması yenidən geniş müzakirə olunub. Divan bir daha öz narahatçılığını bildirərək hakimiyyətdən təcili olaraq bu hallara son qoyulmasını tələb edib. Milli Məclisdə müzakirə olunan “2009-cu ilin dövlət büdcəsi” layihəsi geniş müzakirə edilib və müzakirələrin nəticəsi olaraq Müsavat Partiyası adından bəyanat qəbul edilib. Müsavat dövlət büdcəsi layihəsinin mütəxəssislərin də iştirakı ilə hərtərəfli müzakirəsini vacib sayır və bu mühüm sənədin tələm-tələsik qəbul olunması praktikasına son qoyulmasını tələb edir.
43,415
25.11.2008 03:33
Yazarlar
AŞ PA, YOXSA AZPA?
Üç jurnalistin həbsdə olduğu, müxalifətin pərən-pərən salındığı, partiyaların yersiz-yurdsuz qaldığı, qəzetlərin çökdürülməsi üçün bütün variantların işə salındığı ölkəyə səfərə hazırlaşan Avropa Şurasının baş katibi müxalifətlə, redaktorlarla, QHT rəhbərləri ilə görüşəcəyini, həbsdəki jurnalistlərə baş çəkəcəyini söyləmək əvəzinə görün nə deyir: “Mən Azərbaycanın muzeylərini ancaq xaricdə görmüşəm. Bildiyimə görə, muzeylər Azərbaycanda çoxdur, ancaq mən daha çox iki muzeyə baş çəkmək istərdim, hansı ki, qarşısında heykəllər var. Yəqin anladınız söhbət hansı muzeylərdən gedir”.Açığı, mən ser Terrinin hansı muzeydən danışdığını anlamadım. Bizdə heykəl nə qədər desən var, amma muzey o qədər yoxdu. Avropa Şurasının baş katibinə həmin heykəlləri məmnuniyyətlə göstərəcəklər, amma muzeyə aparıb-aparmayacaqlarını deyə bilmirəm. Terri Devis muzey, heykəl məsələsindən danışandan sonra deyib ki, Azərbaycanda onu daha çox söz və mətbuat azadlıqları sahəsində problemlər narahat edir. Səfər zamanı bu məsələni rəsmi şəxslərlə görüşündə qaldırmağa hazırlaşır.Ancaq AŞ baş katibi Bakıda muzeyləri gəzib, heykəllərə tamaşa edəndən sonra çətin onda rəsmilər qarşısında söz azadlığı məsələsini qaldırmağa taqət qalsın. Hakimiyyət nümayəndələri Avropadan, Amerikadan Bakıya gələn qonaqları yaxşıca yedirdib-içirdirlər, gəzdirirlər, sonra da könlü xoş yola salırlar. Yəqin ki, Terri Devisin səfəri zamanı da eyni variantdan istifadə edəcəklər.Avropa Şurası kimi bir təşkilatın baş katibinin bu qədər problemləri olan Azərbaycana muzeyləri gəzmək, heykəllərə baxıb hayıl-mayıl olmaq üçün gəlməsi və bunu da açıq-aşkar bəyan eləməsinə ad tapmaq çətindi. Bəyəm biz Avropa Şurasına kimlərinsə muzeylərimizi gəzməsinə, heykəllərimizi ziyarət eləməsinə görəmi girmişik? Avropa Şurası kimi bir qurumun Azərbaycansayağı ölkələri yola gətirmək, hakimiyyətləri islahatalara getməyə vadar etmək təcrübəsi var və zamanında biz bunu öz ölkəmizlə bağlı da görmüşük. 2000-ci ildə hakimiyyət Müsavat Partiyasını parlament seçkilərinə, Rauf Arifoğlunu isə həbsdən buraxmaq istəmirdi. Hələ o zaman Azərbaycan Avropa Şurasına üzv deyildi və Strasburq məsələni qəti şəkildə qoydu ki, Müsavatın seçkilərdə iştirakına şərait yaradılmasa və Rauf Arifoğlu həbsdən buraxılmasa, ölkəmiz bu quruma qəbul olunmayacaq. Bu prinsipiallıq özünü doğrultdu və hakimiyyət hər iki tələbə əməl etdi.Bundan sonra 716 nəfərlik siyasi məhbuslar siyahısı ortaya çıxdı. Yenə də Avropa Şurasının tələbi ilə həmin siyahıda adı olan məhbusların 95 faizdən çoxu azadlığa çıxdı.Bəs indi nə baş verir? Niyə Avropa Şurası üç jurnalisti həbsdən buraxdıra bilmir. Səbəb sadədi. İndi şəxsi maraqlar Avropa Şurasının təməl prinsiplərini üstələyir və hakimiyyətin hər bir antidemokratik addımından sonra onun başı sığallanır. Hələ yenə Avropa Şurasının özü insaflıdı, orada xeyli prinsipial və haqqı nahaqqa verməyən məmurlar çalışır. Bu qurumun Parlament Assambleyasının Azərbaycanın məsələsi müzakirə olunan toplantıları isə YAP-ın iclaslarını, ən yaxşı halda da Milli Məclisin yığıncağını xatırladır. Bu 8 ilə yaxın müddətdə biz AŞ PA-ya yox, Avropa Şurası Azərbaycana uyğunlaşdı. Biz onların standartlarına qalxmaq əvəzinə, AŞ bizim standartlara yuvarlandı. Təsadüfi deyil ki, cənab Devis səfərqabağı Azərbaycanla bağlı verdiyi müsahibəsində iqtidarı bolluca tərifləyib. Artıq AŞ PA parlamentariləri də, onun rəhbərliyi də Azərbaycan iqtidarına yol tapmağın texnologiyalarını bilirlər. Onları daha sifəti saxlamaq da düşündürmür; siftəsi yaxşı gələn sonrasının da yaxşı gəlməsinə, bu ekzotik ölkədən təqaüd müddətində istifadə etmək üçün bolluca cibxərcliyi aparmağa çalışır. Avropa Şurası artıq Azərbaycan Şurası kimi bir şeydir... Məncə, bu qurumun adını dəyişdirmək lazımdı. AŞ PA artıq çoxdan AZPA-ya dönüb. Zabil MÜQABİLOĞLU
43,416
25.11.2008 03:35
Ölkə
MİLLİ MƏCLİSİN FUTBOL KOMANDASI QAPIÇISIZDIR
Araşdırmalarımız zamanı Müsavat deputat qrupundan komandanın tərkibində heç kimin olmadığını öyrəndik. Qrupun üzvü Pənah Hüseyn əvvəllər futbol oynadığını desə də, bu komandanın tərkibində olmadığını bildirdi: “Son dövrlərdə futbol oynamamışam və məşqlərə getməmişəm. Yarışa daha hazırlıqlı və formada olanlar getməlidir. Amma təklif etsələr, məmnuniyyətlə oynayaram”. Komandaların hansının güclü olduğuna gəldikdə, deputat bu kimi yarışların həm də simvolik xarakterli olduğunu vurğuladı: “Orada udub-uduzmaq əsas şərt deyil”. P.Hüseyn iki parlament üzvləri arasında futbol yarışının keçirilməsini müsbət hal saydı. Deputat türkiyəli həmkarlarının arasında çox yaxşı oyunçuların olduğunu bildirdi: “Məsələn, Mövlud Çavuşoğlu çox yaxşı futbol oynayır”. Deputat Fazil Qəzənfəroğlu isə komandada olduğunu söylədi: “Mənim orada sabit yerim var. Çünki 11 nəfər futbol oynayan varsa, onun biri mənəm. Ona görə də narahatçılığım yoxdur. Yəqin ki, komandanın tərkibində olacağam”. Deputat bildirdi ki, komandada qapıçı ilə bağlı problem var: “Çünki hamı ortada olmaq, oynamaq istəyir. Ona görə də qapıda bəzən mən dururam, bəzən Ülvi Quliyev. İstəyirik ki, komandanı çətin vəziyyətdən çıxaraq. Amma hər halda, qapıçı məsələsi bizdə ciddi problemdir”. Komandada müxalifətə ögey-doğmalıq yoxdur ki? F.Qəzənfəroğlu: “Çox təəssüf ki, Müsavatın deputatları futbolda yüksək bacarıq nümayiş etdirə bilmir. Heç biri komandanın tərkibində yoxdur. Amma digər müxalifət təmsilçilərindən var. Qüdrət bəylə mən oynayırıq. Qalanları iqtidar nümayəndələridir”. F.Qəzənfəroğlu türkiyəli həmkarlarına qalib gəlmək probleminin olmadığını söylədi: “Bakıda da məğlub olmayacağıq ki. Səfərbər olub nə yolla olur-olsun qalib gələcəyik. Amma bizim də xəbərimiz olsaydı, ciddi hazırlaşardıq. Yəni hələ bizə bir məlumat verilməyib. Əgər söhbət ciddidirsə, onda gərək biz də hazırlaşaq. Bu oyuna həm də futbolun inkişafı baxımından bir fürsət kimi baxmaq lazımdır. Söhbət deputatların futbolundan getmir. Bu, ictimaiyyətdə də futbola münasibətdə faydalı bir dəyişikliyin başlanğıcı ola bilər. Xaricdə belə məsələlərdən çox yaxşı istifadə edirlər. Belə oyunlar idmana kütəvi meylliliyin artması baxımından əhəmiyyət kəsb edir. Ona görə də bunu dəyərləndirmək lazımdır".Müsavatçı deputat İkram İsrafil bildirdi ki, ilk günlərdə komandanın tərkibində olsa da, sonra oradan uzaqlaşıb: “Sonrakı oyunlar barədə məlumat verilmədiyindən komandanın tərkibinə qatılmadım. Hesab elədim ki, mənim o komandada olmağım hansısa komanda üzvləri tərəfindən məqbul sayılmayıb”. F.Qəzənfəroğlunun dediklərinə gəldikdə, İ.İsrafil bildirdi ki, komandada olmadan və oynamadan kiminsə yüksək oyun nümayiş etdirib-etdirmədiyi barədə fikir söyləmək düzgün deyil.
43,417
25.11.2008 03:38
Qarabağ xəbərləri
QARABAĞ MÜZAKİRƏLƏRİ BARƏDƏ FƏRQLİ MÖVQELƏR
Əksər müşahidəçilər və ekspertlər Azərbaycan rəhbərliyinin də analoji görüşü keçirməsinə ehtiyac olduğunu bildirdilər. Həmin ekspertlərin qənaətincə, əgər işğalçı dövlətin rəhbərliyi vaxtaşırı ictimai-siyasi qüvvələrin təmsilçləri ilə Qarabağ müzakirələrini keçirirsə, Ermənistan parlamentində bu məsələ ilə bağlı dinləmələr təşkil olunursa, deməli, Azərbaycanın belə müzakirələri reallaşdırması daha məntiqlidir. Xüsusilə də Moskvada imzalanan Qarabağ bəyannaməsinin Azərbaycanda doğurduğu narahatlıqlar bu müzakirələri zəruri edir. Təbii ki, bu kimi müzakirələrin ölkənin birinci şəxsinin iradəsi ilə baş tutması mümkün görünür. Ona görə ki, hətta parlamentin qapalı iclasında Qarabağ müzakirələrinin keçirilməsi təklifinə qarşı çıxan YAP-çı deputatlar bir qayda olaraq dövlət başçısının bu məsələ ilə məşğul olduğunu deyirlər. Onların məntiqinə görə, əgər Qarabağ məsələsi ilə bağlı imzalanmış hər hansı bir sənəd olsaydı, o zaman parlamentin müzakirələr açmasına ehtiyac olardı. Müsavat Məclisinin üzvü Hikmət Hacızadə hesab edir ki, Qarabağ müzakirələrinin keçirilməsinə ciddi ehtiyac var: “Hər cür müzakirələr getməlidir. Həm parlamentdə Qarabağ komissiyası işləməlidir, həm parlamentdə məsələ müzakirəyə çıxarılmalıdır, həm də dövlət, qeyri-dövlət və siyasi partiyaların mütəxəssislərinin iştirakı ilə ayrıca bir forum yaranmalıdır. Deputatlar, siyasi liderlər, hökumət adamlarının iştirakı ilə də geniş müzakirələr keçirilə bilər. İstənilən format vacibdir”. Millət vəkili Pənah Hüseyn xatırlatdı ki, vaxtaşırı müxalifətdə olan siyasi partiyaların nümayəndələrinin iştirakı ilə müzakirələrin keçirilməsi təklifi səsləndirilib: “Bu, bütövlükdə cəmiyyətin fikrini əhatə eləyən məsələdir. Belə bir müzakirənin keçirilməsi çox yaxşı olardı. Dəfələrlə ən azı parlamentdə belə bir müzakirənin təşkil olunması, orda parlamentdən kənar təşkilatların, məsələdə marağı və iştirakı olan qüvvələrin dəvət olunmasını qaldırmışıq. Amma bu tipli tədbirlərin baş tutması indiki halda yalnız iqtidardan asılıdır. Təəssüf ki, hələlik bu fikir və ideya iqtidar dairələrində, onun ali rəhbərliyində öz dəstəyini tapmayıb. Məncə, müvafiq icra hakimiyyəti orqanlarının, hətta prezidentin iştirakı ilə belə bir müzakirələrin parlamentdə aparılması faydalı olardı".Politoloq Vəfa Quluzadə isə hesab edir ki, müzakirələrə ehtiyac yoxdur: “Ona görə ki, xalqa deməyə təzə heç bir söz yoxdur. Kim bu məsələ ilə maraqlanırsa, hər şeyi bilir. Xalq gözəl bilir ki, Qarabağ məsələsində hələlik heç bir irəliləyiş yoxdur və danışıqlar imitasiya xarakteri daşıyır. Danışıqlar isə Minsk Qrupu vasitəsilə torpaqları almağa yox, verməyə xidmət edir. Xalq bilməlidir ki, Qarabağ məsələsi ətrafında deyilənlər hamısı yalandır”. Politoloqa görə, ermənilər nəyisə müzakirə edə bilər: “Məsələn, Rusiyanın təklifini. Moskva deyir ki, Ermənistan 5 rayonu boşaltsın, əvəzində Rusiya qoşunları sülhməramlı adı ilə həmin yerləri tutsun. Nəticədə Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla diplomatik əlaqələri və kommunikasiyaları açılsın. Azərbaycan tərəfinin buna razılıq verəcəyinə inanmıram. Amma Ermənistan rəhbərliyi buna çətinlik çəkmədən gedə bilər. Bu zaman Dağlıq Qarabağ müstəqil olur, Laçın rayonu koridor adı ilə ermənilərin nəzarətində qalır. Bu cür təklifi müzakirə etməyə nə var ki?Sərkisyan soruşa bilər ki, əgər Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısa, siz razısınızmı 5 rayonu boşaldaq?"V.Quluzadə deyir ki, əgər Azərbaycan rəhbərliyi analoji görüş keçirsə, o zaman gərək həqiqəti açıqlasın: “Amma bu günədək həqiqət deyilməyib. Həqiqətləri deyəndə Azərbaycan rəhbərliyi çətin vəziyyətə düşür. Çünki günahkar kimdirsə, gərək onun adını çəksin. Hələlik biz günahkarın adını çəkməkdənsə, onu tərifləməklə məşğuluq. Hesab edirik ki, bu yolla Rusiyanı qəzəbləndirməyəcəyik. Amma Rusiya qəzəblə yox, maraqla hərəkət edir”.
43,418
25.11.2008 04:34
Siyasət
MÜSAVAT BƏLƏDİYYƏ SEÇKİSİNDƏ QƏLƏBƏ QAZANACAĞINA ƏMİNDİR
Müsavat Partiyası seçkilər departamentinin rəhbəri Gülağa Aslanlı öncə bildirdi ki, Türkiyədə keçirilən seçkilərlə Azərbaycandakı seçkiləri müqayisə etmək doğru deyil: “Türkiyədən fərqli olaraq Azərbaycanda bütün seçkilər saxtalaşdırılır. 1993-cü ildən bu günə qədər keçirilən heç bir seçkinin rəsmən elan olunan nəticələri reallığı əks etdirməyib. Bütün seçkilərdə müxalifətin səsləri oğurlanıb. Hakimiyyətin namizədinə və ya namizədlərinə isə saxta səslər yazılıb. Ədalətli seçkilər nəticəsində uduzan partiyanın liderinin istefası normaldır. Seçki dəhşətli saxtakarlıqla keçirilirsə, səsləri saxtalaşdırılaraq uduzdurulan hansısa partiyanın liderindən istefa verməsini gözləmək məntiqsizlikdir. Azərbaycanda siyasi partiya liderləri partiyası seçkidə uduzduğu üçün o vaxt istefaya getməlidir ki, seçki demokratik keçirilsin”. G.Aslanlı Türkiyədə bələdiyyələrin Azərbaycan bələdiyyələrindən dəfələrlə yüksək səlahiyyətlərinin olduğunu xatırladaraq qeyd etdi ki, ölkəmizdə bələdiyyələrin səlahiyyətləri dar çərçivədədir: “Faktiki olaraq Azərbaycanda bələdiyyələr yerli icra hakimiyyətlərinin ağalığı altındadır. Bələdiyyələrin bu vəziyyətdə olması və seçkilərin saxta keçirilməsi siyasi qüvvələrdə bələdiyyələrə marağı azaldır”.Departament rəhbəri Müsavatın bələdiyyə seçkisi ilə bağlı hələlik rəsmi qərarının olmadığını vurğuladı: “Ümumi fikir belədir ki, bələdiyyə seçkisində iştirak etmək lazımdır. Ancaq ilk növbədə Müsavat qarşıdakı dövrdə ölkədə demokratik mühitin qurulması uğrunda fəaliyyət göstərməkdə qərarlıdır. Ona da əminik ki, demokratik seçki keçirilsə, Müsavat bələdiyyələrdə ən çox təmsilçilik hüququ əldə edən partiya olar”. ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bələdiyyə seçkilərində iştirak etmək niyyətində olduqlarını bildirdi: “Hələ rəsmi qərar yoxdur, ancaq partiyanın ümumi rəhbərliyinin rəyini bilirəm ki, hamı seçkidə iştirakın tərəfdarıdır. Bu, ADP-nin bələdiyyə seçkisində ilk iştirakı olacaq”. Bələdiyyə seçkisinin müxalifətə verə biləcəyi faydalara gəlincə isə H.Rüstəmov bildirdi ki, müxalifət partiyalarının üzvləri seçkili orqanda təmsilçilik hüququ qazana bilər: “Bələdiyyələrin siyasi idarəçilikdə xüsusi çəkisi olmadığı üçün bu seçkinin normal keçirilməsinə nail olmaq mümkündür. Mənə elə gəlir ki, iqtidar digər seçkilərlə müqayisədə bələdiyyə seçkisini tam saxtalaşdırmayacaq. Bələdiyyə seçkisində iştirak müxalifətə öz gücünü göstərmək imkanı verə, xalqın ona verdiyi dəstəyi nümayiş etdirə bilər. Bələdiyyə aşağı səlahiyyətli qurum olsa da, orta və aşağı ranqlı partiya üzvləri orada təmsilçilik əldə edə bilər ki, bu da ciddi bir irəliləyiş olar. Müxalifətin uğursuzluq zolağından çıxmasında bələdiyyə seçkisi ciddi rol oynaya bilər. Bu həm də parlament seçkisindən bir il öncə müxalifət üçün məşq olar”.AMİP-in katibi Elşən Mustafayev də bələdiyyə seçkisində iştirak etmək fikrində olduqlarını bildirdi: “Bələdiyyə seçkiləri çox fərqli seçkilərdir. 27 mindən çox bələdiyyə üzvü seçilməlidir. İstənilən halda müxalifət partiyalarından bələdiyyələrə düşənlər olacaq. Bu da partiyalar üçün əlverişlidir. Partiya üzvlərinin partiyalara bağlılığının qalması baxımından, siyasi fəallıq sarıdan bələdiyyə seçkisində iştirak və bələdiyyələrə düşmək vacibdir”.“Azadlıq” blokundan da bələdiyyə seçkisində iştirak etmək fikrində olduqlarını dedilər: “Hələ rəsmi qərar yoxdur. Amma ümumi rəy belədir ki, seçkidə iştirak edilsin”.
43,419
25.11.2008 04:40
Siyasət
ƏLİ KƏRİMLİNİN DAHA BİR MÜAVİNİ PARTİYA YARADIR?
ASDP-dən çıxarılan Elşən Manafov da bəyan edib ki, Azərbaycan Demokratik Sol Partiyası adında yeni siyasi təşkilat yaradıb. Üçüncü yeni partiyanı isə “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev yaradır. A.Quliyev bildirib ki, yaxın vaxtlarda partiyanı rəsmən elan edib qurultay keçirəcəklər. Dünən yeni partiyaların yaradılması istiqamətində daha bir ilginc məlumat əldə etmişik. Xəbərdə qeyd olunur ki, AXCP sədrinin müavini Fuad Mustafayev yeni partiya yaratmaq istiqamətində fəaliyyətə başlayıb. AXCP-nin əsas fiqurundan biri olan Fuad Mustafayevin uzun illərdir təmsil olunduğu partiya ilə hansısa probleminin olub-olmadığı haqda məlumat verilmir. Onun AXCP-dən səs-küysüz uzaqlaşmaq və bir qədər keçdikdən sonra yeni partiyasını elan etmək planının olduğu vurğulanır. Həmçinin qeyd olunur ki, Fuad Mustafayev AXCP strukturlarından da özü ilə kifayət qədər adam və funksioner aparmaq niyyətindədir. Mustafayevin yerli strukturlarla işləməsi və onları tərəfinə çəkməyə çalışması barədə xəbərlər əlimizə çatıb. Qeyd edək ki, F. Mustafayev uzun müddətdir passiv siyasi fəaliyyətlə məşğul olur. Cənab Mustafayevin iqtidarın bir qanadı ilə anlaşaraq, məhz o qanadın himayəsi və sponsorluğu ilə yeni partiya qurmaq təşəbbüsü göstərdiyi də gələn xəbərlər arasındadır.Mövzu ilə bağlı AXCP təmsilçilərinin mövqeyini öyrənməyimiz məlum səbəblərdən mümkün olmadı. Bu firqə məmə yeyənindən pəpə deyəninə qədər, “Yeni Müsavat” qəzetinə embarqo qoyub. Buna baxmayaraq, AXCP-dən hər hansı şəxsin, o cümlədən hörmətli Fuad Mustafayevin fikirlərini dərc etməyə hazırıq.
43,420
25.11.2008 03:41
Siyasət
İSGƏNDƏR HƏMİDOV “BOZQURD”a SƏDR QAYIDIR?
İ.Həmidovun MDB ölkələrindən birində bizneslə məşğul olmasından onun tikinti biznesinə qoşulmasınadək müxtəlif xəbərlər yayılır. Bugünlərdə isə redaksiyamıza daha bir məlumat daxil olub. Məlumatlı mənbənin bildirdiyinə görə, İ.Həmidov bir neçə ay əvvəl tərk etdiyi partiyasına rəhbərlik etmək fikrindədir. Bütün bunlara aydınlıq gətirməkdən ötrü İ.Həmidovla mobil telefonu əhatə dairəsi xaricində olduğundan danışa bilmədik. Yaxınlarının bildirdiyinə görə isə İ.Həmidov hazırda Naftalan rayonundadır. Sabiq nazirin bibisinin yas mərasiminə qatılmaqdan ötrü rayonda olduğunu bildirən həmsöhbətimiz onun barəsində deyilənləri “əsassız şayiə” adlandırdı: “İsgəndər bəyin siyasətə qayıtmaq fikri yoxdur. Partiyaya rəhbər qayıtmaq məsələsindən söhbət gedə bilməz. O, qəti sözünü deyib və birdəfəlik siyasətdən gedib”. İ.Həmidovun Şamaxıda ev tikdirdiyi barədə deyilənlərə gəldikdə, məlumatlı mənbə bu barədə heç bir söz deyə bilməyəcəyini söylədi: “Bir də ki, bu, sırf məişət məsələsidir. Tikdirsə, nə olar?”Telefon zəngimiz zamanı onu da öyrəndik ki, yayda İ.Həmidov Kərbəla ziyarətində olub və müqəddəs yerlərə baş çəkib.
43,421
25.11.2008 03:42
Yazarlar
NAZİRLƏR KABİNETİNDƏ SİDİK ANALİZİ
Dava torpaq davasıdır. Baş həkim Tofiq Hacıyev deyir ki, Nazirlər Kabineti bu əraziləri özlərinə ofis tikmək üçün müxtəlif nazirliklərə verib. Poliklinikanın ərazisi də “Azərenerji”nin payına düşüb. Bu vaxtadək səhiyyə ocağı ilə “Azərenerji” və Nazirlər Kabineti arasında yazışma gedib. Həkimlər hökumətə deyib ki, bizə yer verin, çıxaq. Hökumətsə “gedin tullanın” deməyib, sadəcə, müdrikcəsinə susub. Baş həkim deyir ki, hüquqi-demokratik ölkədə bu cür hadisə adamı təəccübləndirir, belə özbaşınalığa yol verilməməlidir, nə bilim, belə eləmək hökumətə yaraşmır.Bunu oxuyub güldüm. Adamlarımızın avamlığına təbii ki. Bütün ölkəni xaraba qoymaq hökumətə yaraşır, amma bir qotur poliklinikanı uçurmaq yaraşmır? Bu da təzə çıxdı? Ali savadlı həkim olasan, amma hələ də anlamayasan ki, bu cür hoqqalardan əslində elə hüquqi-demokratik dövlətlərdə çıxırlar də. Dövlət əmlakı yalnız Azərbaycan kimi sivil, qüdrətli, demokratik, qanunbaz, harın ölkələrdə buldozerlə idarə olunur də. Sadəcə, uşaqlar səhvə yol verib. Gecə çapovulçusu, xırs quldurbasan kimi qaranlıqda nə üçün, bəylər? Gündüz eləsəydiniz guya camaat mane olacaqdı? Əksinə, Qarabağdan sarı darıxıb burnunun ucu tez-tez göynədiyi üçün oranı hökumətə ovduran, seçki tamaşasına isə maraq göstərməyən camaat üçün bu da bir başqatdı olardı. Bir də ki, siz də Gəmi Təmiri Zavodunun ərazisini gecə zəbt edən Müdafiə Nazirliyi deyilsiniz ha. Gecə hücumları bu nazirliyin üslubudur. Ermənilərlə davaya hazırlıq belə-belə şeylərlə yüksək səviyyəyə çıxır də.Nə isə, keçək məsələnin daha məzəli yerinə. Tofiq Hacıyev deyir ki, poliklinikanı dağıdanda gecə oradan oğurluq da olub, terapiya şöbəsinin müdirinin otağından əl dəsmalına kimi hər şeyi çırpışdırıblar: “Poliklinika qarət olunub, avadanlıqları, hətta həkimlərin şəxsi əşyalarını da oğurlayıblar. Axşam burada polis postu qurulacaq ki, yararlı əmlakı da oğurlamasınlar”.Bax, əsl teatr budur - dövlət adamlarının dövlətin əmlakını oğurlamasının qabağını almaq üçün dövlətin post qurması. Sən öl, dünyanın ən bandit ölkəsi olan Meksikada bunu kimə danışsan, rəsmən uğunub keçinər.Vallah, bunun qabağında deməyə söz də tapmıram. Amma söz verirəm ki, Əli Əhmədovun Azərbaycanın Qərb standartlarına uyğun tam demokratik, sivil, qüdrətli, hüquqi dövlət olması haqda təzə müsahibəsi çıxan kimi tapacam.Həkimlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin şöbə rəisi Yusif Qəmbərovun onları təhqir etdiyini də deyir: “O, bizə deyir ki, Azərbaycanda hökumət yoxdur, nə edirsiniz edin. Biz işlə təmin olunacağımıza da inanmırıq. Hökumətin adamı deyirsə ki, hökumət yoxdur, kimə inanaq?”Hə, onu da deyim ki, rəhmətlik poliklinika ərazi prinsipi üzrə 15 min əhaliyə xidmət edirmiş. Həkimlər də şikayətlənir ki, onun uçurulmasının günahı “Azərenerji” ilə hökumətin üstündə qalır, camaat xəstələnəndə, məsələn, sidik analizi vermək istəyəndə neyləməlidir.Bu sarsaq sualı dünən bir oxucum (yəqin həmin 15 min nəfərdən biri imiş) da mənə göndərib. Mən nə bilim? Mən sənə Nazirlər Kabinetiyəm, yoxsa “Azərenerji”? Amma bilirəm ki, qırsaqqız olub qopmayacaqsan. Odur ki, yol göstərim, qərarını özün ver. Günah “Azərenerji” ilə Nazirlər Kabinetinin üstündədirsə, analiz vermək istəyəndə hələlik (həkimlərə iş yeri verilənə qədər) o idarələrdən birinə get. Məncə, Nazirlər Kabinetinin imkanları daha geniş olar.Dövlət Əmlak Komitəsinin işçisi isə səhv eləyir - bizdə hökumət var, şənbə-bazarı çıxsaq, üstəlik, hər gün işləyirlər də. Nə dəxli var kimə - özlərinə, yoxsa camaata?!
43,422
25.11.2008 03:45
Gündəm
TÜRKİYƏ ERMƏNİSTANLA İQTİSADİ ƏMƏKDAŞLIĞA BAŞLAYIR
Qars bölgəsində yeni elektrik xətləri çəkilir və elektrik yarımstansiyası tikilir. Bərpa işləri 6 ay ərzində yekunlaşmalıdır. Ermənistandan elektrik enerjisini Türkiyənin özəl “UNİT İnternational” şirkəti alacaq. Bu barədə müqavilə sentyabr ayında İrəvanda imzalanıb. “Bir neçə gün əvvəl mən Türkiyə tərəfindən məlumat aldım ki, işlər qrafikə uyğun gedir. Ermənistan tərəfdən bütün texniki problemlər artıq həll edilib”.Türkiyənin həmçinin Ermənistana ilk dəfə təyyarə reysi açmağa hazırlaşdığı da məlum olub. Məlumata görə, Türk Hava Yolları Şirkəti Beynəlxalq Mülki Aviasiya Təşkilatına məktub göndərərək İrəvana çarter reyslərinin açılmasını zəruri hesab etdiyini bildirib. Eyni məzmunlu məktub Türkiyə XİN-ə də göndərilib. “Zaman” qəzetinin xəbərinə görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının cavabında bildirilir ki, yekun qərar Türkiyə XİN-in mövqeyindən sonra veriləcək. Türkiyə hökumətindəki mənbə isə THY şirkətinin ölkənin xarici siyasətində önəmli rola malik olduğunu bildirib. Rəsmi deyib ki, THY-nin təşəbbüsləri mühüm strateji əhəmiyyət kəsb edir. Şirkət həmişə xarici ölkələrə yeni təyyarə reysləri açarkən XİN-in mövqeyini öyrənir. Hazırda Türkiyə ilə Ermənistan arasında özəl “Atlascet” şirkəti tərəfindən İstanbul-İrəvan çarter reysləri həyata keçirilir.
43,423
25.11.2008 03:48
Gündəm
QƏRB RUSİYA QOŞUNLARININ QARABAĞDA YERLƏŞMƏSİNƏ RAZILAŞIB
Bununla belə, Ermənistan və Azərbaycan status-kvonu qoruyub saxlamağa razılıq veriblər və Qarabağ ətrafında yeni hərbi əməliyyatların başlanması indi daha az ehtimal ediləndir. Hesabatda deyilir ki, Moskva bəyannaməsi Qarabağ münaqişəsinin birdəfəlik həlli baxımından nəsə vəd etmir. Çünki sənəddə təkcə o qeyd edilir ki, tərəflər münaqişənin dinc yolla həllini vacib hesab edirlər. “Sənəddə elə məqam yoxdur ki, onu Ermənistanın və ya Azərbaycanın güzəştə getməsi şəklində analiz etmək mümkün olsun” - deyə hesabatda bildirilir. Buna baxmayaraq, mərkəz hesab edir ki, sənəd münaqişənin nizamlanması prosesində mühüm inkişafdan xəbər verir.Mərkəzin analitikləri qeyd edirlər ki, hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında üstün vasitəçilik roluna malikdir. 1990-cı illərdə Rusiya münaqişənin nizamlanması üçün birtərəfli səylər göstərməyə çalışırdı. Lakin bu səylər sonda ABŞ tərəfindən heçə endirildi. Çünki Vaşinqton Rusiya qüvvələrinin sülhməramlılar şəklində münaqişə bölgəsində yerləşdirilməsinə qəti şəkildə qarşı çıxırdı. Lakin indi ABŞ və Avropa Rusiyanın üstün vasitəçilik rolunu rəsmən alqışladılar. Bu isə Qərbin diqqətinin təkcə Vaşinqtondakı hakimiyyət dəyişikliyinə yönəlməsi ilə deyil, həm də Qafqazda yeni baş ağrısı qazanmaqda maraqlı olmaması ilə izah olunur. Məlumatlara görə, Rusiyanın təklif etdiyi plan münaqişə bölgəsində, o cümlədən ona yaxın ərazilərdə çoxminli sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Bu qüvvələrin tərkibində bəzi Avropa ölkələrindən hərbçilər ola bilər, ancaq əsas tərkib Rusiya əsgərlərinin hesabına formalaşacaq, komandanlıq da ruslarda olacaq.
43,424
25.11.2008 03:49
Siyasət
ÖMÜRLÜK PREZİDENT İDEYASINA “AĞ EV” DƏ QARIŞDI
Bunu APA-ya açıqlamasında Prezident Aparatının şöbə müdiri Elnur Aslanov deyib. Onun sözlərinə görə, hələlik irəli sürülən təkliflə bağlı söz söyləmək çətindir: “Əli Əhmədovun fikri ilə bağlı gələcəkdə də YAP daxilində müzakirələr davam edərsə, o zaman bu barədə daha geniş və təfərrüatlı fikir söyləmək mümkün olacaq”. E. Aslanov təklifin reallaşması üçün ölkədə referendumun keçirilməsi barədə də indidən fikir söyləməyi mümkün hesab etməyib: “Bu məsələ hazırda müzakirə edilmir”.
43,425
25.11.2008 03:49
Ölkə
KƏRƏM HƏSƏNOVLA ETİBAR PİRVERDİYEV BİR-BİRİNİ SUÇLAYIR
Poliklinikanın baş həkimi Tofiq Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova və onun müavini hazırda yaranmış vəziyyətlə məşğuldur: “Səhiyyə nazirinin müavini Elsevər Ağayev də gəlib əraziyə baxdı. Hazırda onların hamısı bu işlə ciddi məşğul olur. Məsələyə hüquqşünas da cəlb edilib”.T.Hacıyevin sözlərinə görə, mühasiblər poliklinikaya dəyən maddi ziyanı hesablayır: “Hələ ki dəqiq bir rəqəm deyilməyib. Maraqlısı odur ki, DƏİEDK-dan heç kim bu işlə maraqlanmır. Bizim məsələmiz qalsın bir kənara,ÿDƏİEDK-nın binasını uçurublar. Heç onunla da maraqlanmırlar ki, binamızı kim dağıdıb. Qaldı ki ərazini bu vəziyyətə salan ”Azərenerji"yə, bura heç onlardan da heç kim gəlməyib. “Azərenerji”nin işçiləri hər gün burada işləyirdi. Bu gün (dünən-red.) isə işə çıxmayıblar".Baş həkim dünən poliklinikaya çoxsaylı xəstələrin müraciət etdiyini bildirdi: "Bu gün (dünən-red.) xeyli xəstəmiz gəlib. Onların da bu məsələyə münasibəti yaxşı olmadı. Amma biz onları əmin etdik ki, sizin probleminiz olmayacaq. İmkan daxilində xəstələri qəbul etmişik. Buradan bir nəfər də müayinəsiz qayıtmayıb".Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyova isə dünən mətbuata açıqlamasında bildirib ki, gecə vaxtı gəlib dövlətin binasını sökmək vandalizm əlamətidir (lent.az). Onun sözlərinə görə, poliklinikanın ərazisini almaq “Azərenerji”yə və DƏİEDK-ya bu qədər vacib idisə, onlar rəsmi müraciət etməli idilər: “Amma bizə belə bir müraciət daxil olmayıb. Poliklinikanın sökülməsi rəsmi iş deyil. Rəsmi iş odur ki, əvvəlcə məktub yazardılar və deyərdilər ki, xahiş edirik, buranı filan müddətədək boşaldın. Yəni qayda-qanun belədir. Kimsə özbaşına, özü də gecə vaxtı gəlib dövlətin himayəsində olan tibb müəssisəsini uçurub dağıdırsa, buna görə izahat verməlidir. Özü də bu xəbərdarlıq təkcə poliklinika rəhbərliyinə yox, həm də şəxsən səhiyyə nazirinə verilməli idi. Çünki bu müəssisə dövlətindir”.İdarə rəisi onu da qeyd edib ki, bu məsələ Səhiyyə Nazirliyi səviyyəsində müzakirə ediləndən sonra prezidentə məlumat veriləcək. Həmçinin poliklinikaya dəymiş ziyanın, oğurlanmış, uçqun altında qalıb məhv olmuş tibbi avadanlıqların dəyərinin “Azərenerji” tərəfindən ödənilməsi məsələsi qaldırılacaq: “Çünki buradakı avadanlıqların çoxu tamamilə sıradan çıxıb. Bir hissəsini isə oğurlayıb aparıblar”.L.Seyidbəyova bildirib ki, poliklinika özü fəaliyyət göstərməsə də işçilər işsiz qalmayacaq: “Mən işçilərə söz verirəm ki, onlar işsiz qalmayacaq. Ən pis halda onlar başqa tibb müəssisələrinin birində yerləşdiriləcək”.“Azərenerji” ASC-dən APA-ya verilən məlumatda isə poliklinikanın dağıdılması işinin DƏİEDK tərəfindən həyata keçirildiyi vurğulanıb: “Nazirlər Kabinetinin qərarına əsasən, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tikinti üçün ərazini bizə boş təhvil verməlidir”.DƏİEDK mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə 17 saylı poliklinikanın komitə tərəfindən sökülmədiyini bildirib: “Ərazi ”Azərenerji"nindir və biz poliklinikanın sökülməsində iştirak etməmişik".
43,426
25.11.2008 04:49
Ölkə
MASALLIDA HƏR ŞEY QARA CAMAATIN BAŞINDA ÇATLAYIR
(əvvəli ötən sayımızda) Şikayətçiləri narahat edən əsas məsələlər isə bunlar idi:- əmlakımızı qanunsuz tikinti adı altında sökürlər;- torpaqlarımızı zəbt ediblər;- şəhər zibil içində batıb gedir;- polis, məhkəmə, məmur özbaşınalığı baş alıb gedir;- rayonun abadlaşdırılması üçün Dövlət Neft Fondundan ayrılan milyonlara manat şəxsi ciblərə axıb. *** Görüş zamanı obyekti əlindən alınan sahibkarlardan biri olan Yaşar Mahmudovla söhbətləşdik. Sən demə, əli hər yerdən üzülən Yaşar bəy son ümid kimi rayon məhkəməsindən ədalət gözləyib. Onun Masallı rayon İcra Hakimiyyətinin sərəncamları ilə “ELAY-Aİ” MMC-yə verilmiş 1202 kv.metr torpaq sahəsinin alınıb şirkətə qaytarılması barədə iddia ərizəsi ilə tanış olun:“Yazıb sizə bildirmək istəyirəm ki, Masalı rayon İcra Hakimiyyətinin 15 aprel 1996-cı il tarixli, 351 saylı və 20 oktyabr 1997-ci il tarixli, 969 saylı sərəncamları ilə ”Gündüz.m" şirkətinə (sonradan bu şirkət “ELAY-Aİ” Məhdud Məsuliyyətli Cəmiyyət adlanıb) şəhərin mərkəzi bazarının yanında, Azadlıq meydanının şimal-qərb hissəsində “Şam” yeməkxanasının arxasında olan boş sahədən situasiya planına uyğun olaraq 1202.2 kv.metr həcmində ticarət mərkəzi tikilmişdir. “ELAY-Aİ” MMC 4 mart 1996-cı il tarixdə 28322 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış və 1998-ci ildə isə qeyri-yaşayış binasının texniki pasportunu almışdır. Eyni zamanda tikinti komissiyası tərəfindən qəbul olunaraq istismara verilməsi barədə akt tərtib olunmuşdur. Yəni ticarət mərkəzi tam qanuni fəaliyyət göstərmiş, Dövlət Sosial Müdafiə Fonduna və vergilərin ödəmələri vaxtlı-vaxtında ödənilmişdir. Lakin Masallı rayon İcra Hakimiyyətinin xüsusi nümayəndələri 2007-ci ilin yanvar ayında heç bir sənəd göstərmədən ticarət mərkəzini sökməyə başladılar... Amma sonradan torpaq sahəsini ayrı-ayrı adamlara verməyə başladılar".Bax belə, buna deyərlər evindən çıx, bundan sonra evin yiyəsi mənəm. Amma nə faydası?! Məhkəmə iddianı rədd edib. Yaşar bəyin dediyinə görə, Avropa İnsan Haqları Məhkəməsinə kimi gedəcək: “Məhkəmə sisteminin bu özbaşınalığı Azərbaycan dövlətini biabır edir. Biz bu bayrağı qaldıranda, görəsən, bunlar harada idi?” *** 200 min əhalisi olan Masallı məmur özbaşınalığı ilə yanaşı, klanlararası mübarizənin də meydanıdır. Abıyevlər artıq neçə illərdir ki, rayonda hakimi-mütləqdir. Masallının əksər iqtisadi rıçaqları onların əlindədir. Hər dəfə rayona yeni icra başçısı təyin olunanda Abıyevlərin təpkisi ilə üz-üzə qalır. Bu mübarizənin qurbanı isə təbii ki, yerli camaatdır. “Çünki hər icra başçısı istəyir ki, hansısa obyektə yiyələnsin. Amma hər yer, necə deyərlər, zəbt olunub. Qalır bircə qara camaat. Elə hər şey də onların başında çatlayır”- deyir Masallı sakinləri.“Mən Qarabağda vuruşanda bu adam harada idi? Bu bayrağı (əli ilə Masallı rayon İcra Hakimiyyəti binasının üstündə dalğalanan Azərbaycan bayrağını göstərir-müəl.) biz qaldırmışıq. Amma qazancımız nə oldu? Mən süpürgə kolları yığıb bazarda satmaqla dolanmağa məcburam”.Bu sözlərin müəllifinin - bir qədər əvvələdək Masallıda iki dükanın sahibi olan Şamilin və onun qardaşlarının ailəsinin, bir sözlə, 20 nəfərin dolanışığı bu dükanlardan çıxırdı. İndi bu dükanlar yoxdur, sökülüb. Yox, elə zənn etməyin ki, yerində nəsə abadlıq işi aparılıb. Həmin yer sadəcə satılıb. Başqasına. *** Rayonda səhiyyənin vəziyyəti də ağırdır. Bu gün Masallıda 2 min diabetli, 1500 ruhi, 17 talassemiyalı və 9 hemofiliyalı xəstə dövlətin verdiyi tibbi preparatlara möhtacdır. Regionlarda tibb sahəsində qeydə alınan problemləri Masallı rayon səhiyyəsinin timsalında daha aydın görmək olur. Rayonun səhiyyə obyektlərinin çoxu müasir standartlara cavab vermir. Tibb müəssisələrinin əsaslı təmiri və tikintisi ilə bağlı problemi aradan qaldırmaq üçün xəstəxananın daxili imkanlarından, büdcə vəsaitindən istifadə olunur. Bərpa işləri ilə bağlı cəmi 30 min manat vəsait ayrılıb ki, bu da kifayət etmir. Rayonda imtiyazlı xəstələrin dərman təchizatında da çətinliklər var.Müasir tibbi avadanlıqlara olan ehtiyaca gəldikdə isə bu, ən çox reanimasiya və cərrahiyyə şöbələrində hiss olunur. Tibb müəssisələrində əməliyyat blokunun yeniləşdirilməsinə və reanimatik çarpayılara tələbat var. Üstəlik, Masallının səhiyyə sahəsində 1100 tibb işçisi çalışsa da rayonda həkim çatışmazlığı problemi özünü göstərir. Bu da əsasən feldşer-mama məntəqələrində, sağlamlıq mərkəzlərində hiss olunur. Rayonda həkim-ginekoloq, terapevt və stomatoloqlara böyük ehtiyac var. *** Ötən sayımızda rayonun Qəriblər kənd sakini Qurban Həşimovun yerli icra nümayəndəsi Vahid Rzayev tərəfindən döyülməsi haqda xəbər vermişdik. Dünən redaksiyamıza gələn V.Rzayev qəzetdə yazılanları qəti şəkildə təkzib etdi. İcra nümayəndəsinin dediyinə görə, adıçəkilən şəxsi heç kim döyməyib. Əslində Qurban Həşimov ortaya atılan bir fiqurdur: “Bir qədər əvvəl icra başçısı Qəzənfər Ağayev Qəriblər kəndinin ağsaqqalları Hacı Cahangir Əliyev, Balabəy Xanışov, Aslan Adıgözəlov və Qurban Həşimovla birgə görüş keçirdi. Həmin vaxt Qurbana bildirilirdi ki, kənd camaatının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin keçirdiyi hərracdan xəbəri olmayıb. Çünki qaydaya görə, satışa çıxarılan obyektlər öncə kənd camaatına təklif olunmalı idi. Onsuz da torpaq sahəsi məhdud olan Qəriblərdə camaatla insident yaradılmamalı idi. İcra başçısına deyilib ki, əhali pul yığıb onun dövlətə ödədiyi vəsaiti Qurbana verə bilər. Bu vəsait isə 29 min manat təşkil edir. Həmin görüşdə Qurban da qayıdıb ki, mən dövlətə 29 min, əlavə olaraq isə 180 min manat da ”şapka" vermişəm. Ağsaqqallar isə başçıya deyiblər ki, bütün Qəriblər kəndini satsaq da bu qədər pulu yığa bilmərik. Onda Qəzənfər müəllim bildirib ki, məhkəməyə müraciət etdiyimizdən maksimum ona çalışmaq lazımdır ki, prosesə qədər kənd camaatı ilə Qurban arasında münaqişə yaranmasın".Amma belə olmur. İcra nümayəndəsinin dediyinə görə, bu ayın 21-də Qurban kəndə səs salır ki, Dövlət Reyester Xidməti Agentliyinin 15 saylı Cəlilabad ərazi idarəsindən gəlib onun aldığı torpaq sahəsini ölçəcəklər: “Camaat icra nümayəndəliyinin qarşısına yığışdı ki, buna imkan vermərik. Bir azdan Qurban da camaatın yanına gəldi. Heç kimə salam vermədən üstümə yeridi ki, görün başınıza nə oyun gətirəcəm. Bu adam sanki bizi təxribata çəkmək istəyirdi. İnanın Allaha, dindar adamam, Quran gətirin, and içim, ona bircə çırtma da vurulmayıb. Öz-özünə deyinə-deyinə maşınına minib getdi. Səhər eşitdik ki, guya onu döyüblər”.Vahid Rzayevin dediyinə görə, əslində Qurban Həşimov onların kəndində qeydiyyatda deyil. O, rayonun Şərəfə kəndinə qeydiyyatdadır: “Guya evi olmadığına görə bizim kənddə, özü Rusiyanın Norilsk şəhərində yaşayan bir nəfərin evinə girib. İndi də çıxmaq istəmir. Dövlət ona Cəbrayıl qaçqınları üçün tikilmiş 7 saylı şəhərcikdə üçotaqlı ev verib. Amma getmək istəmir. Kimlərinsə fitvasına gedib kənd camaatının əsəbləri ilə oynayır. Elə hey istəyir ki, kimsə onu vursun, o da kənd camaatını şərləsin. Bizim ağsaqqallar Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahin müəllimin də qəbulunda olublar. Şahin müəllim ağsaqqallara deyib ki, inanın, onun əlindən biz də boğaza yığılmışıq. Başınıza özünüz çarə qılın. Yoxsa o, hamınızı kənddən köçürəcək”.
43,427
25.11.2008 03:16
Dünya
TÜRKİYƏDƏ “SEÇKİNİ UDUZAN SİYASƏTDƏN GETSİN” MÜZAKİRƏLƏRİ
Çiçək deyib ki, o, öz şəxsi qənaətini açıqlaya bilər və hesab edir ki, həqiqətən seçkini uduzan partiyanın lideri istefa verib siyasətdən getməlidir. Baş nazirin müavini bu zaman Qərb demokratiyasından misal gətirib. Onun sözlərinə görə, Qərbdə seçkini uduzan siyasətdən gedir: “Seçkini uduzanlar getdiyi üçün də orada siyasətdə yeniliklər asan olur. Bizdə isə bu ənənəni heç cür formalaşdırmaq mümkün olmur. Ona görə də zaman-zaman demokratiya yolunda qəzalara uğrayırıq. Hesab edirəm ki, bu ənənənin əsasını qoymağın vaxtı çatıb. Mən səhv etmirəmsə, bu gün Qərbdə seçkini uduzan, ancaq iş başında qalan heç bir siyasətçi yoxdur” .Çiçək deyib ki, Türkiyədə uduzanların siyasətdən getməməsi bir çox antidemokratik fəaliyyətlərə gətirib çıxarıb. Uzun müddət siyasətdə yeniləşmə ancaq hərbi çevrilişlərdən sonra mümkün olub, bu isə arzuolunan deyil. Ona görə də uduzan getməlidir: “Bu mənim çoxdankı mövqeyimdir, hesab edirəm ki, baş nazir bu bəyanatı ilə kiməsə mesaj verməyib, sadəcə, Türkiyədə seçkiləri uduzanların istefa verməsi ənənəsinin mühüm olduğuna diqqəti cəlb edib”. Qeyd edək ki, Türkiyədə gələn ilin əvvəllərində keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq artıq başlayıb. Müxalifət partiyaları və iqtidar ölkənin əsas şəhərlərində bələdiyyə başqanı postuna ən nüfuzlu adamlarını namizəd kimi hazırlayırlar. AKP üzləşdiyi son korrupsiya qalmaqallarından sonra nisbətən nüfuzdan düşüb, lakin əksər rəy sorğularına görə seçkilərdən birinci partiya kimi çıxacaq. Çünki AKP-nin zəifləməsi müxalifət partiyalarının güclənməsi ilə müşayiət olunmur.
43,428
25.11.2008 03:15
Dünya
AMERİKA HÖKUMƏTİ ÖLKƏNİN ƏN NƏHƏNG BANKINI BATMAQDAN XİLAS ETDİ
“Citigroup”un bazar dəyəri cümə günü 20.5 milyarda enib. 2006-cı ildə isə bu rəqəm 270 milyard dollar təşkil edirdi. Ötən həftə şirkət 52 min iş yerini ixtisara saldığını bəyan etdi. Bundan əvvəl isə “Citigroup” artıq 23 min işçisini ixtisar etdiyini bildirmişdi. Təkcə Böyük Britaniyada “Citigroup”un 12 minə yaxın işçisi var. “Citigroup” ötən il ərzində 20 milyard dollardan çox pul itirib. Buna səbəb isə qlobal maliyyə böhranıdır. Bank dünyanın hər yerində 200 milyondan çox müştəriyə xidmət edir və 106 ölkədə əməliyyatlar keçirir. Qlobal maliyyə böhranı bu nəhəng maliyyə institutundan da yan keçməyib və bankın səhmləri son bir neçə ayda 78 faiz dəyərdən düşüb.Amerika hökumətinin “Citigroup”u xilas üçün planını elan etməsi birjalarda təşvişi azaldıb. Analitiklərə görə, əgər bu bank da batsaydı Amerika və dünya üçün maliyyə böhranının təsiri ağlasığmaz ola bilərdi. Böhran nəticəsində Amerikada bir neçə iri, yüzlərlə xırda bank müflis olub. Dünən Amerika hökumətinin “Citigroup”un batmasına imkan verməyəcəyi bəlli olan kimi Avropa birjalarında indekslər 3-4 faiz artıb. Amerikada isə birjalarda indekslər həm də yeni seçilən prezident Barak Obamanın maliyyə naziri postuna Federal Ehtiyatlar Sisteminin Nyu York bölməsinin rəhbəri Tomoti Qartneri təyin edəcəyi haqda xəbərlərin təsiri ilə artmağa başlayıb. Çünki Qartner maliyyə böhranına qarşı ən bacarıqlı mütəxəssislərdən hesab olunur.
43,429
25.11.2008 04:18
Dünya
ƏHMƏDİNEJADDAN ARXAYIN BƏYANAT
Lakin bir çox iqtisadçılar bu şərhlərə xeyli şübhə ilə yanaşırlar. Çünki neftin hər barelinin qiymətində düşən bir dolların müqabilində İran öz illik gəlirində 1 milyard dollara yaxın pul itirib. İran hökuməti öz gəlirlərinin təxminən 90 faizə qədərini neftin satışından əldə edir. Əhmədinejadın hökuməti neft gəlirlərini sosial proqramlara və xaricdəki müttəfiqlərinə yardıma xərcləyir. Neftin baha olduğu vaxtlarda İran öz gəlirlərini belə çətin zamanları düşünərək ehtiyata saxlasa da, indi bu vəsaitlərin də həcmi sürətlə azalır.
43,430
25.11.2008 03:00
Dünya
BƏRZANİ KÜRD ORDUSU YARADIR
“Washington Post” qəzeti adı açıqlanmayan Amerika rəsmilərinə istinadən xəbər verib ki, silahlar 3 C-130 hərbi nəqliyyat təyyarəsi ilə İraqın şimalındakı Süleymaniyyə şəhərinə gətirilib. Maraqlıdır ki, bu fakt barədə Amerika hərbi komandanlığı məlumatı Bolqarıstandan alıb. Kürd hökumətinin nümayəndələri isə silahlanmanı şərh etmir. Bildirilir ki, İraq kürdlərinin bu addımı ölkə konstitusiyasını açıq şəkildə pozumaqdır və Bağdad Bərzanidən izahat tələb edir.Kürdlərin silahlanmasının məqsədləri açıqlanmasa da güman olunur ki, Bərzaniyə bağlı peşmərgə qüvvələri nizami orduya çevrilərək Türkiyə üçün təhdid təşkil edə bilər. Həmçinin İraq kürdləri türkmən şəhəri olan Kərkükə nəzarəti ələ almaq üçün işlər görürlər. Bu bölgədən türkmənlər sıxışdırılır, onların yerinə kürdlər gətirilir. Maraqlıdır ki, silahlar Pentaqonun ayırdığı pullar hesabına alınıb. Lakin Pentaqonun silahlanma proqramına rəhbərlik edən general Çarlz Lakey deyib ki, həmin vəsait mərkəzi İraq hökumətinin nəzarəti altında xərclənməliydi və bölgələrin müstəqil olaraq silah alması faktı nəzərdə tutulmurdu. Məlumatlara görə, İraqın şimalında Bərzaniyə bağlı 10-15 minlik peşmərgə dəstələri var. Amerikanın İraqı işğal etməsindən sonra onlar yaxşı silahlanıblar və nizami ordu şəklində təşkil olunublar. Peşmərgə dəstələrindən artıq kürd ordusu kimi bəhs edilir.
43,431
25.11.2008 04:19
Dünya
RUSİYA PREZİDENTLƏRƏ SUİ-QƏSD XƏBƏRİNİ TƏKZİB EDİR
Polşa Prezidenti Dəftərxanasının rəsmisi Mixal Kamınski bildirib ki, insident Rusiya hərbi patrul postu yaxınlığında baş verib. Kaçinskinin və Saakaşvilinin korteji təxminən 30 metrlikdən avtomat atəşinə tutulub. “Prezident Kaçinski bu zaman sakitliyini tam qoruyub saxladı. Atəş Rusiya postu istiqamətindən açılırdı, lakin mən müəyyən edə bilmədim ki, onlar havaya, yoxsa bizə atəş açırdılar” - deyə Polşa prezidentini müşayiət edən Kamınski bildirib.Məlumata görə, hadisə nəticəsində Kaçinskinin və Saakaşvilinin limuzini ziyan çəkməyib. Kortejdə 5-8 avtomobil olduğu bildirilir. Polşa televiziyası isə Kaçinskiyə istinadən atəşin təqribən 30 metrlikdən açıldığını xəbər verib: “Əvvəlcə mən baxmaq istədim ki, nə baş verir, sonra Saakaşviliyə yaxınlaşdım və biz yavaş addımlarla avtomobili dəyişdik. Hesab etmirəm ki, bizim həyatımız üçün hansısa təhlükə var idi”. Polşa prezidenti onu da bildirib ki, hadisəyə görə kiminsə günahkar elan edilməsini istəmir, çünki kortejin hərəkət istiqaməti onun xahişi ilə dəyişdirilib və nəticədə bu cür insident baş verib.Osetin tərəfinin məlumatlarında isə deyilir ki, kortej Cənubi Osetiya sərhədçiləri tərəfindən saxlanılıb. Lakin bu zaman kortejdəki avtomobillər şlaqbaumu aşırıb keçmək istəyiblər və atəş açılıb. Lakin insidentdən sonra Gürcüstan prezidenti keçirdiyi mətbuat konfransında bildirib ki, bu, Rusiyanın təxribatıdır. Onun sözlərinə görə, baş verənlər bir daha nümayiş etdirməlidir ki, Rusiya Avropanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının şərtlərini necə pozur. Gürcüstan parlamentinin spikeri David Bakradze isə hadisəni prezidentlərin həyatına sui-qəsd adlandırıb. Onun sözlərinə görə, Avropa Birliyinə və NATO-ya üzv olan ölkənin dövlət başçısına qarşı bu cür hərəkət hiddət doğurur.Polşa prezidenti isə atəşin havaya, yoxsa onlara tərəf açıldığını müəyyən edə bilmədiyini vurğulamaqla yanaşı, əlavə edib ki, Gürcüstan ərazisində 21-ci əsrin işğalçı qüvvələri yerləşir: “Bu qüvvələrin Gürcüstanda olmasının heç bir hüquqi, mənəvi və digər haqları yoxdur. Onlar Gürcüstanın mərkəzində dinc sakinləri evlərindən didərgin salıblar”. Kaçinski deyib ki, o, Gürcüstana Qızılgül inqilabının ildönümünü qeyd etmək üçün gəlib. Lakin hava limanında qərara alıb ki, Cənubi Osetiya qaçqınlarının düşərgəsinə baş çəksin: “Risk lazım idi. Gürcüstanda hər şey mənim razılığımla baş verdi və mən qorxmadım”.Cənubi Osetiya separatçılarının “dövlət təhlükəsizlik naziri” Boris Attoyev isə Rusiya KİV-lərinə bildirib ki, osetin sərhədçiləri korteji sərhəddən buraxmaq istəməyib və bu zaman xəbərdarlıq atəşi açılıb. Onun sözlərinə görə, sərhədçilər korteji saxlayıblar, onlara bildirilib ki, Gürcüstan və Polşa prezidentləri Cənubi Osetiyanın Leninoqorsk rayonuna baş çəkmək istəyirlər. Lakin sərhədçilər izah ediblər ki, sərhəd bağlıdır, bununla da kortej geri dönüb. Rəsmi Moskva isə insidentdə əli olmadığını bildirib. Xarici işlər naziri Sergey Lavrov deyib ki, əslində insidentin Gürcüstan tərəfinin təşkil etdiyi təxribat olduğu aydındır: “Prezidenti hansısa bayramda iştirak etmək üçün Tiflisə dəvət edirlər, ancaq sonra maşına oturdub başqa dövlətin ərazisinə aparırlar. Bəyəm bu təxribat deyil? Bizim mövqelərimizdən heç bir atəş olmayıb, sadəcə, sərhədçilər havaya xəbərdarlıq atəşi açıb”.
43,432
25.11.2008 03:20
Dünya
BUŞ GÜRCÜLƏRİ TƏBRİK ETDİ VƏ 250 MİLYON DOLLAR GÖNDƏRDİ
Biz Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə və demokratiyasına dəstəklə bağlı öhdəliyimizə sadiqliyimizi bəyan edirik”. Gürcüstan Qızılgül inqilabının ildönümündə ABŞ-dan hədiyyə də alıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ayırdığı maliyyə yardımının 250 milyon dollarlıq ilk tranşı ölkəyə daxil olub. Rusiya ilə müharibədən sonra ABŞ-ın Gürcüstanın bərpası üçün ayırdığı yardımın ümumi həcmi 1 milyard dollardır.
43,433
25.11.2008 04:24
Ölkə
XIRDALAN QƏBİRİSTANLIĞI KÖÇÜRÜLÜR
Qaynağımızın deməsinə görə, Xırdalan qəbiristanlığının köçürülməsi ideyası Sulutəpə qəsəbəsinin köçürülməsi planının tərkib hissələrindən biridir. Xatırladaq ki, Sulutəpə qəsəbəsinin sökülərək orada yaşayan sakinlərin başqa yerə köçürüləcəyi planının mövcudluğu ilə bağlı ötən saylarımızda ətraflı məlumat vermişdik.Bildirmişdik ki, hakim komandanın aparıcı üzvləri olan zəngin məmurlar, nazir-oliqarxlar və sonuncuların nəzarətindəki tikinti mafiyası Bakı şəhərinin Baş Planını əsas götürərək mərkəzə daha yaxın ərazi olan Sulutəpə qəsəbəsindəki fərdi evlərin qısa müddət ərzində sökülməsinə, onların yerində isə yeni çoxmərtəbələrdən ibarət yaşayış massivinin salınmasına cəhd göstərir. Onlar bu niyyətlərinə xoşməramlı addım donu geydirmək üçün hətta belə təkliflər də səsləndirib ki, guya mərkəzdəki iri xəstəxanaların, dövlət ali məktəblərinin, elmi-tədqiqat institutlarının da həmin yeni massivdə müasir tələblərə uyğun binalarla təmin edilməsi nəzərdə tutulmalıdır. Sulutəpənin köçürüləcəyi xəbəri qəzetimizdə dərc olunandan sonra buna ciddi ictimai reaksiyalar gəldi, məsələ hətta Milli Məclisin iclasında da müzakirə olundu.Xırdalan qəbiristanlığının köçürüləcəyi xəbəri hökumətin bu məsələdə doğrudan da ciddi olduğunu göstərir. Bizə çatan xəbərlərdə deyilir ki, bu planın müəllifləri onu həm infrastruktur layihəsi, həm də paytaxtın yüklənməsinin qarşısını alacaq yeni yaşayış massivi proyekti kimi tərtibləyiblər. Belə ki, Bakı-Quba magistralının düz üstündə yerləşən məzarlıq yolun genişləndirilməsinə mane olur. Digər tərəfdən, rəsmilər Bakı ilə Sumqayıt arasında, təxminən 20 kilometrlik yol boyunca yeni şəhərcik, ticarət mərkəzləri salmağı planlaşdırır. Təsadüfi deyil ki, Əl-Riyad adlı ticarət mərkəzi də məhz bu yolun üstünə, həm də Xırdalan qəbiristanlığının tutduğu möhtəşəm yüksəkliyə yaxın yerdə inşa edilir və hazırda bu nəhəng ticarət mərkəzinin tikintisi davam edir. Aldığımız məlumatda deyilir ki, qəbiristanlığı hissə-hissə sökmək qərarı verilib. Əvvəlcə məzarlığın bir hissəsi yol çəkilişi ilə əlaqədar söküləcək, sonrakı mərhələdə isə qəbiristanlıq tamamilə Müşfiqabad qəsəbəsi ətrafındakı boş ərazilərə daşınacaq. Qeyd edək ki, məzarlıqların köçürülməsi bu hökumətin praktikasında ilk belə hadisə deyil. Bir neçə il əvvəl Nərimanov rayonu ərazisindəki erməni qəbiristanlığının bir hissəsi də həmin ərazidən yol çəkilişi məqsədilə sökülüb. Sonrakı mərhələdə isə bu qəbiristanlıq tamamilə başqa əraziyə köçürüldü. Eləcə də ötən il Bibiheybət məzarlığının bir hissəsi Bakı-Astara yolunun genişləndirilməsi ilə bağlı başqa yerə köçürüldü. *** Dünən məsələni yerində dəqiqləşdirmək məqsədilə Xırdalan qəbiristanlığına baş çəkdik. 50 il öncə salınan məzarlıqda bir sıra məşhur şəxslər də dəfn olunub. Qarabağ döyüşlərinin qəhrəmanı, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri Rövşən Cavadovun, onun oğlu Laçının və atası Bəxtiyar kişinin də məzarı oradadır. Qarabağ müharibəsində şəhid olan digər igidlərimiz də orada uyuyur.Biz orada olarkən yolun genişləndirilməsi ilə əlaqədar qəbiristanlığın bir hissəsinin sökülməsinə hazırlıq getdiyini öyrəndik. Ərazidə çalışan fəhlələr artıq yolun genişləndirilməsi işinə başladıqlarını və Rövşən Cavadovun məzarı da daxil olmaqla, qəbiristanlığın yola yaxın hissəsinin təxminən 15 metr məsafədə söküləcəyini bildirdilər. Məzarlıq yerləşən ərazidən Sumqayıta doğru 500 metrlik məsafədə yolun genişləndirilməsi işinə başlanılıb. Bu məqsədlə yolun kənarına torpaq daşınıb. Genişləndirilməsi nəzərdə tutulan ərazidə yerləşən obyektlərin sahiblərinə də onların müəssisələrinin söküləcəyi barədə xəbərdarlıq edilib.Bəs görəsən, müqəddəs dinimiz müsəlman məzarlarının başqa əraziyə köçürülməsini nə dərəcədə uyğun görür?Bu məsələyə aydınlıq gətirmək məqsədilə Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğluna müraciət etdik. Hacı İlqar İbrahimoğlu İslam dininin bütün insanlara ehtiram göstərməyi vacib saydığını bildirdi: “İslam dini bütün insanlara, dirilərə, ana bətnində olanlara və dünyasını dəyişən şəxslərə ehtiram göstərilməsini tələb edir. Bununla belə, məzarlar və qəbiristanlıqlar cəmiyyət üçün fövqəladə dərəcədə əhəmiyyətli olan hallarda, toplumun ciddi maraqları bunu tələb edəndə köçürülə bilər. Amma nəzərə almaq lazımdır ki, bu zaman mərhumlara tam ehtiram göstərilməli və məzarlar dinimizə uyğun şəkildə köçürülməlidir. Düşünürəm ki, məzarlar köçürülməzdən öncə inanclı insanlardan ibarət ekspert qrupu yaradılmalı, məsələ geniş ictimai müzakirəyə çıxarılmalıdır. Bu məsələ ətrafında hərtərəfli araşdırma aparılmalı və qəbristanlıq doğrudan da zərurət yaranarsa köçürülməlidir”.Günün sonu olduğu üçün dünən müvafiq dövlət orqanları ilə əlaqə saxlayıb məsələyə münasibət öyrənə bilmədik. Mövzuya qayıdacağıq.
43,434
25.11.2008 03:58
Mədəniyyət
“BANDOTDELDƏ İLHAMƏ QULİYEVANIN HAVADARI VAR”
S.Kərəmoğlu dedi ki, mətbuat konfransını keçirməkdə məqsədi İ.Quliyevanın onun barəsində növbəti ittihamları ilə əlaqədardır: “İlhamə Quliyeva iddia edir ki, guya onu məhkəməyə verməyə məni Flora Kərimova təhrik edib. Doğrudur, Flora xanımla İlhamə Quliyevanın münaqişəsi illərdir ki, var. Flora xanım özü mətbuata bildirib ki, İlhaməyə məhkəmə davası açacaq. Onu da deyim ki, İlhamə Quliyeva Flora xanımı ona cadu etdirməkdə şərlədiyi üçün mən Flora xanıma dəstək vermişəm. Mənim iddia ərizəsilə Yasamal rayon Məhkəməsinə müraciətim isə Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş Mübarizə İdarəsinə (MCQBMİ-S.H.) çağırılmağımla əlaqədardır. Məni İlhamə Quliyevanın bu quruma şikayətilə əlaqədar məhkəməyə müraciət etdim. Onu da deyim ki, nədənsə bu quruma müraciət dəb halını alıb. Bizim bəzi sənət adamları, o cümlədən İlhamə xanımın şikayətləri MCQBMİ-yə ünvanlanır. Bilmirəm hansı qanunda yazılıb ki, tanınmış insanlar bu idarəyə müraciət etsin. Mən bu qurumda İlhamə Quliyevanın şikayətilə tanış oldum. Ərizədə öz titullarını sadalayan İlhamə Məzahir qızı Quliyeva yazıb: ”Sərxan əxlaqsızlığına görə bütün telekanallardan qovulub, müxalifətçi Flora Kərimova vasitəsilə mənim prezident seçkilərilə əlaqədar təbliğat konsertlərimdə qalmaqal salır, Moskvada çəkilən filmdə mənə ayrılan 10 min manat pulu mənimsəyib və sair. Onu da bildirim ki, ərizənin sonunda o, özünü Əliyevlər ailəsinə sadiq, Əliyevçi İlhamə Quliyeva kimi təqdim edib. Məni isə dövlətə, xalqa düşmən kimi göstərib. Mənə şər atıldığı üçün isə onu məhkəməyə vermək qərarına gəldim". S.Kərəmoğlunun sözlərinə görə, İ.Quliyevanın yaxınları ona zəng edərək iddia ərizəsini geri götürmək şərtilə barışmağı təklif ediblər: “Lakin mən mətbuat vasitəsilə bildirirəm. İddia ərizəmi o halda geri götürərəm ki, İlhamə Quliyeva mətbuat vasitəsilə məndən aşkar şəkildə üzr istəsin. İndiyədək o, çox sənət adamlarına qarşı qabalıq edib. Faiq Ağayev, Aygün Kazımova, Röya Ayxanla münasibətləri pozulduqdan, vasitəçi salıb onlarla barışandan sonra hər yerdə elan edib ki, onlar guya ondan üzr istəyiblər, yalvarıblar. Lakin bu dəfə belə olmayacaq. Onun MCQBMİ-də havadarı olsa belə, mən bu işi sonadək gedəcəm. Qeyd edim ki, MCQBMİ-də olarkən bu qurumun əməkdaşları israrla bildirirdi ki, məsələdə həmin idarənin adı hallanmasın. Səbəbini isə bilmirəm”.S.Kərəmoğlunun vəkili İlhamə Həsənova isə dedi ki, MCQBMİ-də məsələ ilə bağlı qanunsuzluq edilir və onlar verilən ərizənin gizlədilməsində qurumun maraqlı olduğunu güman edirlər: “Qarşı tərəf məhkəmə prosesinin gedişini pozub, əsassız vəsatətlər qaldırır. Bir daha qeyd edim ki, mən Vəkillər Kollegiyasının üzvüyəm, 3 saylı Hüquq Məsləhətxanasının vəkiliyəm, bu sahədə 15 illik təcrübəm var. Biz bu məsələ ilə bağlı sentyabr ayının 8-də Sərxan Quliyevlə müqavilə imzalamışıq və MCQBMİ-də olmuşuq. Orada mən vəkilliyimlə bağlı orderi də quruma təqdim etmişəm. Həmin vaxt bu idarədə hətta Sərxandan izahat belə götürmək istəmirdilər, tələb olunurdu ki, İlhamə Quliyevadan üzr istənilsin. Lakin biz ərizənin göstərilməsini və dəvətimizin rəsmiləşdirilməsini tələb etdik. Ərizəylə tanışlıqdan sonra məlum oldu ki, bu şikayət həmin idarəyə aid deyil, mülki xarakterli məsələdir, orada heç bir kütləvi cinayət faktı yoxdur. Ərizədə Sərxanın şərəf və ləyaqətinə zərbə vuran şikayət olduğu üçün biz məhkəməyə müraciət etdik. Qeyd edim ki, bu şikayətin qurumda təhqiqat müddəti 10 gün olduğu halda, aradan 2 ay keçməsinə baxmayaraq, nəticə məhkəməyə təqdim olunmur, hələ ki, bu idarə susur. Biz bunu tərəfimizdən belə qiymətləndiririk ki, qurum bu ərizəni məhkəməyə təqdim etməməklə, görünür, məzmununu dəyişdirmək istəyir. Odur ki, biz oktyabrın 1-də daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova və MCQBMİ-nin rəhbərliyinə müraciət etmişik”.Əlavə edək ki, İ.Quliyeva da məsələ ilə bağlı bəyanat açıqlayıb. O bildirib ki, F.Kərimova onun adından yanlış məlumatlar yaymaqla məşğuldur və S.Kərəmoğlu, himayədarları mətbuata yanlış məlumat ötürməklə oxucuları çaşdırmağa çalışırlar: “Şou aləmində kimliyi bəlli olmayan Sərxan Kərəmoğlu sonuncu məhkəmə çəkişməsində qohumlarımın barışıq üçün ona minnətçi düşdüklərini bəyan edib. Bütün bunlara aydınlıq gətirmək məqsədilə bir daha bəyan edirəm ki, şikayət ərizəsini özüm yazmışam və bunun əksini göstərən bir cümlə belə işlətməmişəm. Ona görə də Flora Kərimovanın yersiz canıyananlığına ehtiyac yoxdur və bu, yalnız ara vurmaq məqsədi daşıyır. Sərxan Kərəmoğluna gəlincə isə ac toyuq həmişə yuxusunda darı görər. Mən nəinki ona minnətçi düşərəm, əksinə, Sərxan Kərəmoğlu milyonlarla tamaşaçı qarşısında üzr isətəsə belə, onu bağışlamayacağam”.
43,435
25.11.2008 09:32
İqtisadiyyat
VƏTƏNDAŞLAR MAAŞLARINI NİYƏ ALA BİLMİR?
Mövzu ətrafında rəyini öyrəndiyimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri bildirir ki, bu ilin avqustundan etibarən büdcədən maliyyələşən təşkilatlarda işçilərin əməkhaqqları yubanır: “Baxmayaraq son illər Azərbaycanda belə problem yox idi. Bu da birbaşa onunla bağlı idi ki, dövlət büdcəsi gəlirlərinin artması hökumətə əhali qarşısında əməkhaqlarının və pensiyaların ödənilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə imkan verirdi. Amma son aylar əməkhaqlarının yubanması ənənəvi hal alıb. Yalnız rayonlarda deyil, Bakıda da məvaciblər vaxtında verilmir. Əvvəla, builkin olaraq özünü onda göstərir ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlirlərinin azalması fonunda xərclərin azalmasının qarşısını almaq, eyni zamanda 2008-ci ildə profsitin yaranması və 2009-cu ildə həmin profsitin istifadə olunması üçün bir sıra layihələrin qayçılanmasını həyata keçirir. Bir sıra layihələr, o cümlədən sosial layihələr üzrə nəzərdə tutulan vəsaitləri nəinki vaxtında ayırmaq mümkün olmadı, həmin layihələrə vəsaitin ayrılması 2008-ci il üçün təxirə salındı. Digər neqativ təsirə məruz qalan məhz əhaliyə əməkhaqlarının və təqaüdlərin verilməsi idi. Aydındır ki, Maliyyə Nazirliyi vətəndaşlara əməkhaqlarının və təqaüdlərin verilməsini qayçılaya bilməzdi. ”Büdcə sistemi haqqında” qanuna əsasən əməkhaqqı, o cümlədən pensiyalar müdafiə olunan xərclərdir. Müdafiə olunan xərclərə sekvestr tətbiq olunmur. Əgər dövlət büdcəsi gəlirlərinin formalaşmasında problemlər varsa, dövlət büdcəsi gəlirlərinin illik nəzərdə tutulan həcmini toplamaq mümkün deyilsə, belə olan halda Maliyyə Nazirliyi müxtəlif xərc maddələri üzrə sekvestr tətbiq etmək hüququna malikdir. Təbii ki, həmin sekvestrin tətbiqi bütün hallarda Milli Məclislə razılaşdırılmalıdır". İSİM mütəxəssisləri deyir ki, hökumət əməkhaqlarını qayçılamasa da, məvaciblərin verilməsində fasilələrə yubanmalara rast gəlinir: “Bu, birbaşa onunla bağlıdır ki, hökumət dövlət büdcəsi gəlirlərinin azalması fonunda məvacibləri yubatmaqla əlavə vəsaitlər əldə etməyə çalışır”.Qeyd edək ki, müəllimlərin əməkhaqlarının artırılmasıyla bağlı prezident fərmanına baxmayaraq, Nazirlər Kabineti ştat cədvəlləri üzrə əməkhaqlarının hansı səviyyədə artırılmasıyla bağlı qərar qəbul etməyib: “Baxmayaraq ki, Nazirlər Kabineti fərmandan sonrakı 1 ay müddətində həmin qərarı qəbul etməli idi. Bundan sonra ali, o cümlədən orta məktəblərdə Nazirlər Kabinetinin qərarına əsasən əməkhaqlarının artımı həyata keçirilməliydi”. Mütəxəssislərin sözlərinə görə, prezident fərmanı avqusta imzalayıb və qərar sentyabrda qüvvəyə minib. Lakin ötən müddətdə təhsil müəssisələrinə Nazirlər Kabinetinin hər hansı sənədi daxil olmayıb: “Nazirlər Kabinetinin qərarının yubanması, məvaciblərin verilməsindəki fasilələr onu göstərir ki, hökumət büdcədə profsitin saxlanması məqsədilə əməkhaqlarının yubanması, müxtəlif layihələr üzrə vəsaitlərin ayrılmasının təxirə salınması siyasətini həyata keçirir. Digər tərəfdən, əməkhaqlarının yubanması müəyyən psixoloji baryerləri aradan qaldırır. Belə ki, əhalini gələcəkdə bu cür problemlərə hazırlayırlar. Əgər əvvəllər əməkhaqlarının bir neçə gün yubanması vətəndaşlar arasında narazılıq yaradırdısa, bu gün əməkhaqlarının aylarla yubanması onların narahatçılığına səbəb olmur. Çünki son aylar vətəndaşlar psixoloji baxımdan buna hazırlanıb”. Əməkhaqlarının yubanmasına əsas səbəb kimi neftin dünya bazar qiymətinin düşməsi nəticəsində dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasındakı problemləri göstərən İSİM ekspertləri bildirir ki, lakin hökumət ilk vaxtlar neftin dünya bazar qiymətinin düşməsinin bütövlükdə dövlət gəlirlərinə təsir göstərməyəcəyini iddia edirdi: “Amma son proseslər istər dövlət büdcəsinin, istərsə də büdcədən kənar fondların formalaşmasında kifayət qədər ciddi problemlərin olduğunu göstərir. Hökumət növbəti illərdə - 2009-2010-cu illərdə qənaət prinsipi ilə işləmək niyyətindədir. Bu baxımdan məhz 2008-ci ilin büdcəsində profsitə nail olmaq istəyirlər. Bütövlükdə reallıq ondan ibarətdir ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi hökumət üçün kifayət qədər ciddi problemlər yaradır. Əgər bu gün dövlət büdcəsi gəlirlərinin 70 faizi neft sektorunun payına düşürsə, bütövlükdə iqtisadiyyat neftdən asılıdırsa, neftin qiyməti həm əməkhaqlarının verilməsində, həm də iqtisadiyyatın digər sektorlarında olduqca əhəmiyyətlidir". Mütəxəssislər son illər Azərbaycanda iqtisadiyyatın neftdən asılılığının dərinləşdiyini vurğulayır: “Vəziyyət o qədər kritikdir ki, bu gün neftin qiyməti ölkədə birbaşa siyasi və iqtisadi vəziyyəti diqtə edir. Nəzərə alsaq ki, 2009-cu ildə büdcənin gəlirlər hissəsinin formalaşması üçün Neft Fondundan transfertlərin həcmi artırılacaq. Bu onu göstərir ki, növbəti illərdə də dövlət büdcəsinin neft sektorundan asılılığı artacaq. Praktiki, neftin dünya bazar qiyməti həm əməkhaqlarının verilməsi ilə bağlı yubanmalara, həm də digər sosial xərclərin təxirə salınmasına gətirib çıxaracaq. Bu yaxınlarda Rusiyanın Maliyyə Nazirliyi növbəti 3 il üçün neftin dünya bazar qiyməti ilə bağlı proqnozları açıqlayıb. Nazirliyin proqnozuna görə, 2009-cu ildə neftin orta qiyməti 50 dollar, 2010-cu ildə 55, sonrakı illərdə isə 60 dollara qədər yüksələcək. Bütün hallarda Rusiya Maliyyə Nazirliyinin proqnozları kifayət qədər bədbindir”. İSİM ekspertləri 2009-cu ildə dövlət büdcəsinin formalaşmasında problemlər olmasa da belə perespektivdə problemləri qaçılmaz hesab edirlər: “Bu gün büdcədən maliyyələşən əhali hökumətin iqtisadiyyatın neft sektorundan asılılığına yönələn iqtisadi siyasətinin qurbanlarıdır. Həmin iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycanda dövlət büdcəsi üçün dayanıqlı maliyyə mənbələri formalaşmayıb. Əməkhaqlarında, təqaüdlərin verilməsindəki yubanmalar 2009-cu ildə də davam edəcək. Ən azı ona görə ki, 2009-cu ildə də hökumət profsitin saxlanmasına çalışacaq. Digər tərəfdən, 2009-cu ildə neftin dünya bazar qiymətinin düşəcəyi proqnozlaşdırılır. Belə halda hökumət məcburdur ki, büdcə xərclərinin bölüşdürülməsilə bağlı kifayət qədər konservativ siyasət yürütsün”.O da qeyd olunur ki, əvvəlcədən hökumətin öz sosial öhdəliklərini yerinə yetirməsində problemlərin yaranacağı proqnozlaşdırılırdı: “Bu onunla əsaslandırılırdı ki, dövlət büdcəsi gəlirlərinin artımına limitlər müəyyənləşdirilməyib. Hətta Rusiyada Maliyyə Nazirliyi büdcə gəlirlərinin artımına limitlər müəyyənləşdirib. Nazirlik bununla büdcə gəlirlərinin artımının limitlər daxilində baş verməsinə çalışır ki, sonradan neftin və digər təbii resursların dünya bazar qiyməti düşəndə Rusiya hökumətinin sosial öhdəliklərini yerinə yetirmək problemi yaranmasın. Azərbaycanda isə son 4 ildə büdcə gəlirlərinin 12 dəfə artması yalnız neft sektorundakı inkişaf və neftin dünya bazar qiyməti ilə bağlıdır. Limitlərin müəyyənləşdirilməməsi, sosial öhdəliklərin yerinə yetirilməsi baxımından Azərbaycanı uçurum qarşısında qoyub. Neftin dünya bazar qiyməti düşərsə, əməkhaqlarında yubanmalar aylarla davam edə bilər”. Ekspertlərə görə, əməkhaqqı və təqaüdlərin verilməsində yubanmalar gələn il də davam edəcək.
43,436
25.11.2008 05:32
İqtisadiyyat
TİKİNTİYƏ ÇƏKİLƏN XƏRCLƏR ARTIR
Rieltor şirkətlərindən bildirirlər ki, vəziyyət belə davam edərsə, əmlakın alqı-satqısı gəlirli iş olmayacaq. Onların fikrincə, tikinti şirkətləri qiymətlərdə endirimlərə getməlidir. Əks təqdirdə, əvvəlki satış tempini bərpa etmək mümkün olmayacaq. “Bakı-Xəbər” qəzetinin yazdığına görə, ölkənin aparıcı tikinti şirkətləri müəyyən qiymət endirimlərinə getməklə bağlı artıq öz aralarında məsləhətləşmələrə başlayıblar. Məsləhətləşmələrdə iştirak edən şirkətlərin adları çəkilməsə də onların bazarın ən azı 70 faizinə nəzarət etdiyi vurğulanır. Həmin şirkətlər qiymətləri rəqabət şəklində yox, razılaşdırılmış halda endirməyi düşünürlər. Məqsəd isə böhrandan şirkətlərin daha az itki ilə çıxmasına nail olmaqdır. Xatırladaq ki, tikinti şirkətləri mənzilləri onsuz da maya dəyərindən 3 dəfə baha satırlar. Məsələn, paytaxtın nisbətən kənar ərazilərində mənzilin 1 kvadratmetrinin maya dəyəri 230 manat təşkil etdiyi halda, onu ən azı 600 manata satışa çıxarırlar. Elit binalarda isə xərc maddələri 1500 manat, satış qiyməti isə 3-4 min manat arasında dəyişir. MBA Konsaltinq və Qiymətləndirmə Şirkətinin bazarda apardığı araşdırmalara görə, bu ilin oktyabr ayı və noyabr ayının ilk yarısında ilkin daşınmaz əmlak bazarında mənzil tikintisinin tempi zəif də olsa artıb. Buna baxmayaraq, şirkətin rəhbəri Nüsrət İbrahimov deyir ki, daşınmaz əmlakın realizə problemləri və tikintinin rentabellik səviyyəsinin qorunub saxlanılması tikinti şirkətlərinin, investorların əsas problemi olaraq qalıb: “Daşınmaz əmlak bazarında, xüsusən də ilkin yaşayış mənzil bazarında yaxın zamanlarda zəif satış davam edəcək. Lakin ay ərzində ilkin bazarda qiymət indeksi artımla müşahidə olunur. Qiymətlərin artımı isə xərclərin artımı ilə bağlıdır. Bundan əlavə, oktyabr ayının sonuna Bakı şəhəri üzrə təhvil verilməyən iri çoxmənzilli yaşayış binalarının sayı 541 ədəd olub. Tikintisi aparılan fərdi yaşayış evləri, iri villalar və qeyri-yaşayış sahələrinin həcmi ümumi təklif portfelində stabil qalıb”.Mütəxəssisin sözlərinə görə, iri çoxmənzilli yaşayış binaları şəhərin mərkəzi hissəsində mütləq çoxluq təşkil edir. Ancaq villa və fərdi evlərin tikintisi şəhərin 4-cü zonası olan kənar hissələrdə çoxdur: “Yaranmış vəziyyət son nəticədə 4-cü zonada torpaq bazarında qiymətlərin yüksəlməsinə zəmin yaradır. Məhz bu amil təklif portfelində də struktur yerdəyişmələrinə səbəb olur. Belə ki, təklif portfeli, həmçinin aktivlik tədricən şəhərin mərkəzindən uzaqlaşır”. Yeri gəlmişkən, əgər 2007-ci ilin müvafiq ayında təklif portfelində 4-cü zonanın payı 5,7 faiz təşkil edirdisə, artıq bu həcm 7,1 faizə çatıb. Bu isə təbii ki, kənar ətrafda tikintinin daha ucuz başa gəlməsi ilə birbaşa bağlıdır. Şəhər üzrə satış üçün təklif olunan mənzillərin orta qiymətinə gəlincə, oktyabr ayında qiymətlər 1,2 faiz artaraq 1154 $/kv.m-ə çatıb. Lakin qiymətləndirmə şirkətinin qənaətincə, son aylarda qiymətlərin artımı davamlı zəif xarakter alıb. (Xatırladaq ki, 2003-2006-cı illərdə ay üzrə orta artım 3,8 faiz təşkil edib): “Ay ərzində bir tərəfdən tikinti xərclərinin nisbi artımı, digər tərəfdən isə tikintinin rentabelliyinin azalması satış qiymətlərinin az da olsa qalxmasına təsir göstərib. Bazarda aktivliyin azalması, təklifin çox olmasına baxmayaraq, bəzi bazar iştirakçılarının ehtimallarının əksinə olaraq qiymətlər düşmür. Səbəb isə investorun mənzili tikintiyə çəkdiyi xərcdən aşağı qiymətə satmaq istəyində olmamasıdır. Eyni zamanda investorlar qiymətlərin düşmə ehtimallarını qəbul etmirlər”. N.İbrahimov bildirir ki, tikintinin maya dəyəri satış qiymətinə yaxınlaşdıqca zəif bazar iştirakçıları bazarı tərk edir.Bazar iştirakçılarının siniflər üzrə təhlilləri görərir ki, yüksək keyfiyyətli və varlı alıcı təbəqəsinə hesablanmış binaların qiymətlərində ay ərzində - 3,1 faiz, orta və aşağı alıcı kütləsinə hesablanmış mənzillərinin qiymətlərində isə - 0,1 faiz azalma müşahidə edilibTikinti və əmlak bazarındakı böhran kirayə bazarını da çökdürüb. Araşdırmalara görə, bu ilin 10 ayında yaşayış sahələrinin kirayəsi bazarında əvvəlki illərlə müqayisədə nəzərə çarpan dəyişikliklər müşahidə edilib. Belə ki, bazarda aktivlik gözlənilməyən həddə azalıb. Nəticədə investorlar müəyyən risklərdən qorunmaq üçün bazarın inkişaf meyllərini bir daha nəzərdən keçirirlər. N.İbrahimov bildirir ki, ötən ay və noyabrın ilk 20 günü kirayə bazarında qiymət baxımından stabillik, aktivlik baxımından isə zəiflik müşahidə olunub. Qiymətlər oktyabr ayında 0,8 faiz artsa da, noyabrın ötən günləri ərzində 1,2 faiz azalıb. Hazırda Bakı şəhərinin mərkəz və mərkəzətrafı rayonlarında kirayə bazarı üzrə orta qiymət 670 manat, 1 otaqlı mənzillərin orta kirayə qiymətləri 378,8 manat, 2 otaqlı mənzillər 532,0 manat və 3 otaqlı mənzillər isə 753,6 manat təşkil edir: “Kirayə üçün ucuz yaşayış sahələri əsasən şəhərin kənar hissələrində yerləşib. Orta qiymətə kirayə sahələri şəhərin 2-ci və 3-cü zonalarında yerləşməklə, “Xruşşov", “Leninqrad” və qismən “Minsk” layihəli binalar təşkil edir. Bahalı qiymətə kirayə sahələri köhnə binalarda qismən “Stalin” və “Arxitektur” binaları əhatə etsə də, mütləq çoxluq “yeni göydələn”lərin payına düşür".
43,437
25.11.2008 02:38
İqtisadiyyat
ARDNŞ TÜRKİYƏDƏ NEFTAYIRMA ZAVODU TİKƏCƏK
O, həmçinin qeyd edib ki, 2012-ci ilə qədər Petkimin yerləşdiyi Əliağa bələdiyyəsində gündəlik gücü 200 min barel təşkil edən neftayırma zavodu da inşa olunacaq. Zavodun mütəxəssislərə olan tələbatını ödəmək üçün həmin bələdiyyədə texniki peşə təhsili mərkəzi də yaradılacaq.
43,438
25.11.2008 05:41
Astrologiya
ULDUZ FALI
QOÇ - Görüşə çıxmaq, yeni işlərə başlamaq, sövdələşmələrdə iştirak etmək üçün səmərəli vaxtdır. Çalışın ki, ürəyinizin səsinə qulaq asasınız. Ağır fiziki işlərdən uzaq olmağa cəhd edin. BUĞA - İxtiyarınızda olan bu təqvimdə müəyyən gərginliklərlə baş-başa qala bilərsiniz. Odur ki, həmin ərəfədə bütün vacib planlarınızı təxirə salmalısınız. Fəaliyyətdə öz məsuliyyətinizi anlayın. ƏKİZLƏR - Günün birinci yarısında bütün işlərinizi yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə buna imkan tapmayacaqsınız. Ulduzlar nahardan sonra maraqlı görüşlərdən xəbər verir. XƏRÇƏNG - Astroloji göstəricilər səhhətinizdə problemlərin olacağını göstərir. Hər addımda ehtiyatlı olun. Ələlxüsus da qida və yuxu rejiminə ciddi riayət edin. Borc almağa girişməyin. ŞİR - Saat 15-ə qədər nəzərdə tutduğunuz planların bir çoxunu reallaşdıracaqsınız. Bunun üçün ilk növbədə ədalət prinsiplərinə söykənməlisiniz. Nahardan sonra səfərə çıxmağa dəyər. QIZ - Bu gün hansısa fəaliyyətinizin səmərə verəcəyi inandırıcı görünmür. Lakin buna görə ruhdan düşməyinizə əsas yoxdur. Əksinə, sövdələşmələrə başlamaq və gəlir əldə etmək üçün uğurludur. TƏRƏZİ - Məhəbbət aləmində romantik məqamlar yaşamaq istəyirsinizsə, bu təqvimdən maksimum yararlanın. Əmin olun ki, cəhdləriniz boşa çıxmayacaq. Riskli sövdələşmələrdən yayının. ƏQRƏB - Mənfi enerjili Ayın bürcünüzdə qərar tutması ilk növbədə sağlıq durumunuzda mənfi fəsadlar əmələ gətirə bilər. Buna baxmayaraq, fəaliyyətdə uğurlarınız gözlənilir. OXATAN - Kifayət qədər məhsuldar gündür. Kiminsə işlərinizə mane olacağını ağlınıza gətirməyin. Əksinə, nəzərdə tutduğunuz planların böyük əksəriyyəti öz həllinə yaxınlaşacaq. OĞLAQ - Mübahisəli gün olsa da, Göy qübbəsi maliyyə durumunuzda irəliləyiş olacağını bildirir. Bir şərtlə ki, kisənizdən etibarsız insanlara borc verməyəsiniz. Yoxsa müflisləşəcəksiniz. SUTÖKƏN - Yaxşı olar ki, fəaliyyətə ara verib daha çox istirahətlə məşğul olasınız. Bunu etməsəniz ümumi yorğunluğunuz və daxili süstlüyünüz səngiməyəcək. Qonaq getmək olar. BALIQLAR - Bəzi bürclərdə olduğu kimi sizin də səhhətlə bağlı problemləriniz mümkündür. Bunun qarşısını almaq üçün ilk növbədə əsəblərinizi qorumalısınız. Nahardan sonra sürpriz gözlənilir.
43,439
25.11.2008 02:49
Ölkə
GƏNCƏDƏ MƏHBUS 12 GÜNDÜR ACLIQ EDİR
N.Rzayeva məsələ ilə bağlı Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, ombudsman Elmira Süleymanovaya və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova müraciət etdiyini bildirib. Hüquq müdafiəçisi Elçin Behbudov APA -nın qərb bürosuna açıqlamasında bildirib ki, təcridxananın rəisi Zahid Rzayevlə əlaqə saxlayıb, rəis məhbusun səhhətində təhlükə olmadığını deyib. Qeyd edək ki, Rafiq Rzayev Cinayət Məcəlləsinin 221.4 (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
43,440
25.11.2008 04:50
Ölkə
DEKABRIN 8-i VƏ 9-u QURBAN BAYRAMIDIR
Qeyd edək ki, bayram günləri həftənin 1-ci və 2-ci günlərinə düşdüyündən şənbə və bazar günləri (dekabırın 6-7-si) də nəzərə alınmaqla, 4 gün istirahət sayılacaq.
43,442
26.11.2008 05:28
Media
“NAZİM QULİYEV ANASINI QAPILARA SALDIRIB”
İddia müəlliflərindən biri, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyir ki, N.Quliyevin arxasında adları hallanan şəxslərin dayanması barədə söylənənlər doğru deyil: “Bəlkə də onlar nə vaxtsa, bu adama hansısa yaxşılıq ediblər. Lakin indi belə bir şey yoxdur, biz bunu tam dəqiq bilirik. Sadəcə, Nazim Quliyev xislətinə uyğun olaraq, onların adından hələ də sui-istifadə edir. Bu gün onun arxasında kimliyini dəqiq bilmədiyimiz, Azərbaycana düşmən olan qüvvələr durur. Düşünürəm ki, onlar PKK simpatizanları da ola bilər, erməni lobbisi də. Çünki bu adam elə xarakterə malikdir ki, beş-on manata görə vətəni də, dövləti də, şərəfini də satar. Belə birisi ilə Azərbaycana düşmən olan istənilən qüvvə əlaqəyə girə bilər. Mən inanmıram ki, bizim millətdən olan kimsə onu müdafiə etsin. Əgər o, Öcalana ”milli liderim", Zilana “qeyrət simvolu” deyirsə, deməli, onun bizim millətə aidiyyəti yoxdur. Qanında türk qanı axan adamın zatən belə işlərə getməsi mümkün deyil. Biz bu yazıların da necə meydana çıxmasının və nə məqsədlə yazılmasının da hesabını soracağıq. Lakin indiki halda məni bir şey təəccübləndirir ki, bu adam niyə indiyədək həbs olunmur. O, nə boyda fiqurdur ki, onu tutmaq müşkülə çevrilib".T.Rüstəmxanlı söylədi ki, bu məsələ ilə hər gün maraqlanırlar: “Bizə deyirlər ki, axtarışlar davam edir. Mən əminəm ki, onu gec-tez tutacaqlar. Sadəcə, o, haradasa gizlənib, vaxt udur. İndi artıq anasını, bacılarını qapılara saldırıb ki, Nazimi bağışlasınlar. Kişilikdən dəm vuran, ”döyüşə kişilər gedər" deyə mesajlar verən adam indi hansısa künc-bucaqda gizlənib, ana-bacısını qapılara saldırıb. Onun ortaya çıxmaması qanunlara göstərdiyi hörmətsizlikdir. Əgər o özünü günahsız hesab edirsə, ortaya çıxsın. Biz bilirik ki, o, ölkə daxilindədir. Onun yerini anası da bilir. Anası bilməsəydi ki, oğlu ölkədədir, qapı-qapı düşüb yalvarmazdı. Lakin bu yalvarışlar, cəhdlər yersizdir. Bu adam törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməlidir. O, “İdeal” “qəzeti”ndən bir vasitə kimi istifadə edərək, çoxlu sayda cinayətlər törədib. Təkcə insanların şərəf və ləyaqətini aşağılamayıb. Elə qadınlar var ki, onları ev-eşiyindən edib, bir çoxlarının mal-mülkünü mənimsəyib, ailələrinə sataşıb. Təbii ki, Nazim bu cinayətləri təkbaşına törətməyib. Bu işdə onunla eyni məsləkdə olanların da iştirakı var. Yəqin ki, Nazim həbs olunandan sonra onun Azərbaycana düşmən olan məsləkdaşlarının da kimliyi bilinəcək".
43,443
26.11.2008 05:35
Gündəm
RUSİYADA QARABAĞ MÜNAQİŞƏSİ MÜZAKİRƏ OLUNDU
Tərəflər Cenevrədə Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinə dair diskussiyaların ikinci raundunun nəticələri, Qarabağ və Dnestryanı münaqişələrin nizamlanması və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
43,444
26.11.2008 06:15
Media
RUSİYADA JURNALİSTİN QƏTLİ ÜZRƏ QALMAQALLI MƏHKƏMƏ BAŞLAYIR
Həbs edilən killerlərdən birinin vəkil Murad Musayevin bildirib ki, istintaq materiallarında həm cinayətin motivi, həm də sifarişçi haqda göstərilir. Konkret ad çəkilməsə də, açıq şəkildə göstərilir ki, Politkovskayanın qətlini onun barəsində tənqidi reportajlar yazdığı siyasi xadim sifariş verib. Musayev deyib ki, bur formada cinayət işini məhkəməyə göndərmək düzgün deyil, çünki sifarişin kimdən gələ biləcəyi haqda versiyalar çoxdur. Vəkilin məlumatına görə, məhkəmə prosesi açıq olacaq. Politkovskaya iki il əvvəl Moskvadakı evinin qarşısında güllələnib. İstintaq nəticəsində qətli törədənlərin aralarında keçmiş milis zabitlərinin də olduğu dəstə olduğu müəyyən edilib, killer kimi isə çeçenlərdən istifadə olunub. Politkovskaya Rusiyada indiki baş nazir Vladimir Putinin Çeçenistan siyasəti haqda sərt tənqidi məqalələr yazırdı.
43,445
26.11.2008 03:34
Yazarlar
BÜTÜN QAFQAZIN BİZNESMENİ
Sonra da gileylənir ki, Qafqaz Müsəlmanları İdarəsinə də bizneslə məşğul olmaq imkanı versələr, yaxşı olar. Özünə tutalqa da tapıb: “Gürcüstan və Rusiya patriarxları bizneslə məşğul olur, imkan versələr, biz də olarıq. Amma mənim biznesim yoxdur. Qəzetlər nəyim varsa, ondan yazsın”.Şeyx düz buyurur. Bəli, patriarxlar bizneslə məşğuldur, iri torpaq sahələri, zavod-fabrikləri var. Amma şeyx niyə yalnız bunu qabardır, patriarxların başqa işini görmür? Onda Gürcüstan və Rusiyada kilsələrin öz əsas işi ilə - dini maarifçiliklə necə məşğul olmasını da, bizim QMİ mollalarının əməllərini də xatırladım. Sonra baxaq görək kilsə bizneslə məşğul olmağı haqq edib, ya yox.Rusiyada kilsənin cəmiyyətə təsir gücü o qədər böyükdür ki, bizim QMİ bunu yalnız arzu edə bilər. Yox, mən demirəm ki, rus cəmiyyətində sırf ilahiyyat baxımından heç bir problem yoxdur, orada mənəviyyat və insanlıq planında hər şey qaydasındadır, bizdə isə yox. Amma mən Rusiyada gənclərdən ibarət çoxminlik kilsə volonterlərini görəndə patriarxın bu işinə qibtə edirəm. Rus cəmiyyətindəki pisliklərin çoxu məhz kilsənin müdaxiləsi ilə önlənir. Kilsənin qınadığı şeylər cəmiyyətdə də pis sayılıb qınanır. Bura daha nələr daxil deyil ki... Şəfqətə ehtiyacı olan tənha qocalara və atılmış uşaqlara qayğıdan tutmuş ta SPİD-lə, savadsızlıqla mübarizəyə, ailədəki və məktəbdəki köklü mənəvi problemlərin həllinə, ətraf mühitin çirklənməsinin, yaşıllıqların və kitabxanaların məhv edilməsinin qarşısını almağa qədər çox şey. Rus ordusunda “dedovşina”nın tüğyan etməsi faktı aşkarlananda - 1996-cı ildə kilsə buna qarşı açıq ictimai çağırış etdi. Qısası, kilsə millətin gələcəyi ilə bağlı ciddi məsələlərdə öz sözünü, hər halda, deyir. Söhbət bu təşəbbüslərin nə qədər effektli olmasından getmir. Sadəcə, ideyanın özü gözəldir.İndi dön bu problemlərin bizdəki durumuna da bax. Hanı QMİ-nin belə təşəbbüsləri? Rusiyadan gələn hər türlü xəbəri tapıb oxuya bilərsən, amma ayağını ölü yiyəsinin boğazına dirəyib dəfn üçün bir ətək pul istəmək orada heç kimin ağlına da gəlməz. Dəyərli dostum Salam Sarvan haqqına qəzəblənir: “Bu necə ölkədir ki, ”KamAZ"-ı altlı-üstlü 3 “şirvan”a yuyurlar, ölünü isə 35 “şirvan”a". Mən hələ nəzir qutuları biabırçılığını, tiryək satdığı yerdə tutulan, yas tutmaq üstündə bir-biri ilə boğuşan axund-molla rüsvayçılığını demirəm. QMİ isə susur. Bu gün əsgərlər dustaqlardan da pis vəziyyətdədir, döyülür, söyülür, öldürülür. SPİD ölkəni bürüməyə başlayıb. Ölkədə elə yer yoxdur ki, orada məmurlar əhalini əzməsin. Haram yolla varlananlar at oynadır, min cür haqsızlıq edir. Məmurlar qanunların başına oyun qalmır açmasın. Milli-mənəvi dəyərlər aşınır, aşağılanıb məhv olur. Yaltaqlıq, məddahlıq, bütpərəstlik, əclaflıq baş alıb gedir. Ailənin və cəmiyyətin təməli incə siyasətlə, məqsədyönlü şəkildə dağıdılır. Toy-yas məclisləri ilkin anlamından çıxaraq israfçılıq, əclaflıq, müşriklik yarışına çevrilib. Bahalıq, haramçılıq, sələmçilik millətin belini qırıb. Artıq elə ailə yoxdur ki, boğazında sələm ilgəyi olmasın. Dinimiz sələmi haram buyurur, amma şeyxin səsi çıxmır, QMİ susur. Şeyx haçan bir ruhani rəhbər kimi TV-dən cəmiyyətə xütbə oxudu, maarifçiliklə məşğul oldu?Borçalıdakı müsəlman soydaşlarımızla bağlı ciddi problemlər var. Bütün Qafqazın Şeyxi haçan səsini qaldırıb buna etiraz etdi, oradakı dindaşlarımızın dərdinə yandı? 3 jurnalist nahaq yerə həbsdədir. Müraciət istədi, onu da çatdırdılar. Amma şeyx sükut edir. Sonra da deyir ki, mətbuat məni gözdən salır. *** Mən nə xarici, nə də daxili qüvvə deyiləm. Olanları yazdım. Cəlilabadda iş adamlarından özüm eşitmişəm ki, İrandan kartof gətirilməsinə şeyx rəhbərlik edir. Bəlkə də belə deyil. Amma belə çıxır ki, xalq yalan danışır?!
43,446
26.11.2008 04:34
Yazarlar
AZƏRBAYCAN ÜÇÜN XİLAS KƏMƏRİ
Əmması odur ki, Xəzərin karbohidrogen ehtiyatlarından asılılıq Azərbaycana, deməli, həm də onun hakimiyyətinə yaxşı heç nə vəd etmir. Qlobal maliyyə böhranı bu xüsusda iqtidarımız üçün xəbərdarlıq sayılmalıdır. Diqqət edin, neft ucuzlaşan kimi bizdə əməkhaqlarının, təqaüdlərin verilməsi bir az da gecikdirilir, iri infrastruktur layihələrinin reallaşmasında “qıcolmalar” baş verir. Sadə səbəbi var; Azərbaycanın iqtisadiyyatı, onun büdcəsi neftə indekslənib; petroldan, qazdan asılı duruma salınıb. Gələn ilin büdcəsi də neft gəlirləri üzərində qurulacaq. Həmin il isə “qara qızıl”ın 35 dollara düşəcəyi proqnozlaşdırılır - indikindən iki dəfə ucuza. Əlbəttə, ölkədə gözqamaşdırıcı korrupsiya, yeyinti, total inhisarçılıq olmasaydı, bu qiymət də əsas sosial-iqtisadi proqramların həyata keçməsi üçün yetərli olardı. Amma biz bilirik ki, belə olmayacaq. Ona görə ki, Azərbaycan iqtidarı neft ölkələri olan Norveçin yox, Nigeriyanın yolunu gedir. Halbuki ən optimalı məhz Norveç modelidir. Bu modelə görə, neft-qaz gəlirləri gələcək nəsillərə saxlanmalı, büdcənin təbii ehtiyatlardan asılılığını minimuma endirmək üçün qeyri-neft sektorunun, istehsal sahələrinin inkişafının qeydinə qalınmalıdır. Bunu indi qlobal proseslər də diqtə edir. Əks təqdirdə, Beynəlxalq Valyuta Fondunun, iqtisadçı ekspertlərin bəd proqnozları özünü doğruldacaq: 3-4 ildən sonra (böyük neft gəlirləri azalmağa başlayanda) Azərbaycan dərin iqtisadi tənəzzüllə üzləşəcək. Onu da unutmayaq ki, ölkədə bir milyona yaxın qaçqın-köçkün var və onlara beynəlxalq qurumlar (BMT və s.) humanitar yardımı dayandırıb. Didərginlər isə dövlətdən yardım alır, öz kommunal xərclərini büdcə hesabına ödəyirlər. Biz hələ onların Bakıda qalan kontingentinin məişət şəraitini yaxşılaşdırmaqla bağlı hökumətin götürdüyü öhdəlikləri demirik. Yaxın illərdə isə Qarabağ məsələsinin həlli, köçkünlərin öz yurd yerlərinə qayıdışı gözlənilmir. Sözü ona gətiririk ki, Azərbaycanda köklü iqtisadi-siyasi reformaların zamanı çoxdan yetişib. Əfsus ki, ölkə iqtidarı ötən həftə Norveç səfirinə qarşı sərgilədiyi münasibətlə islahat yolu tutmağa hazırlaşmadığını nümayiş etdirdi. Yeri gəlmişkən, bugünlərdə ABŞ Kəşfiyyat Şurası 2025-ci ilədək qlobal duruma dair yeni hesabat açıqlayıb. Orada göstərilir ki, dünyada uğursuz, yəni dağılan, parçalanan, iqtisadiyyatı çökən dövlətlərin sayı artacaq. Arzu edək ki, Azərbaycan belələrindən olmasın. Ancaq təəssüf ki, nikbinliyə əsaslar olduqca kövrəkdir. İnsan psixologiyası necədir, öz diaqnozunu dəqiq bilməyincə, özündə ağır xəstəliyin simptomlarını qabarıq görməyincə səhhəti haqda, pəhriz haqda düşünmür. Bu dəqiqə Azərbaycan da daxilində gedən bəd proseslərdən, özünün diaqnozundan bixəbər durumdadır. Odur ki, SOS siqnalı vermək, nə qədər gec deyil “müalicə”yə başlamaq zamanıdır. Formul bəllidir: hakimiyyət Azərbaycanı xammal ölkəsindən iqtisadiyyatı azad, dayanıqlı ölkəyə çevirmək barədə ciddi düşünməlidir. Zira, dağılmış ölkələrə hakimiyyətlər də gərək olmur... *** BTC, BTƏ, “Nabukko”, “Odessa-Brodi” Azərbaycandan ötrü çox vacibdir; amma onlar bizim üçün, gələcək nəsillərimiz üçün, Qarabağımız üçün nicat yolu, xilas “kəməri” ola bilməzlər. Azərbaycanın xilası onun yeraltı yox, yerüstü sərvətlərinə bağlıdır - onun xalqıdır, ölkənin bacarıqlı, zəkalı, azad insanlarıdır. Neft, qaz bir vaxt tükənəcək, hakimiyyətlər gedəcək, amma millət, milli maraqlar əbədidir. İqtidara bu sadə həqiqət çatmayınca, həm özü, həm də əfsus ki, məmləkət faciəvi sonluqdan yayına bilməyəcək. Bakıda yüz beynəlxalq enerji, biznes sammiti keçirilsin, hakimiyyətin idarəçilik mahiyyəti yaxşıya dəyişməyincə, aqibət yenə eyni olacaq. Zahid SƏFƏROĞLU
43,447
26.11.2008 03:34
Ölkə
“ƏBU BƏKR”İN AÇILMASINA QƏRAR VERƏN HAKİM ÖLDÜ
Onun hakim təyin edildiyi proseslər, o cümlədən “Əbu Bəkr” məscidinin açılması iddiası üzrə bu gün keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Qeyd edək ki, ölüm xəbərindən dərhal sonra bir sıra internet-forumlarda baş verən hadisə ilə bağlı “rəylər” meydana çıxıb. “Rəy” müəlliflərinin çoxu hakimin ölümünə mistik çalar qataraq onun ölməsində “Əbu Bəkr”in qapadılması ilə bağlı verdiyi qərarın rol oynadığını deyir. Yəni onların iddiasına görə, sadə dillə desək, hakimi sələfilərin ahı tutub.Bu tipli rəylər internetdə artıq geniş yayılıb. Əlbəttə, müsəlman olan şəxslər (o cümlədən əqidəli xristian və yəhudilər) qəti şəkildə inanır ki, hər bir insan dünyada etdiyi işə görə hesab verəcək və bu haqq-hesab bir gündə - Qiyamət zamanı baş verəcək. Ancaq elə böyük günahlar edən insanlar da var ki, onlar etdiklərinə görə insanlığa dərs olsun deyə bu dünyada da cəza alır.Konkret bu məsələyə, yəni hakimin vəfatına gəldikdə isə burada bir qədər dəqiqləşməyə ehtiyac var. Əvvəla, bütün insanlar öləndə əməl dəftərləri bağlanır və buna görə də adətən müsəlmanlar dünyadan köçən insanlar barədə danışmağa həvəs göstərmirlər (yalnız daha ağır günahlar işlədənlər istisnadır). Hakimin ölümündə “Əbu Bəkr”çilərin rolu məsələsinə gəldikdə isə onu demək lazımdır ki, əvvəla, mərhum A.Allahverdiyev “Əbu Bəkr”in bağlanması ilə bağlı qərardan əvvəl onun açılması ilə də bağlı qərar çıxarmışdı. Digər yandan, Azərbaycanda hamı bilir ki, siyasi məsələlərdə hakimlər qərar vermir, onlar yalnız yuxarıdan gələn sifarişləri icra edirlər. Məntiqlə sələfilərin ahı mərhum hakimi deyil, ona bu göstərişi verənləri tutmalı idi. Bir daha deyək ki, mərhum özü birinci məhkəmə prosesində müsbət qərar çıxarmışdı.Nəhayət, əlimizə çatan məlumata görə, hakimin ölümündə “Əbu Bəkr” məsələsinin rolu olub, amma Allahın qəzəbi deyil, bəndələrin “razborka”sı şəklində. Belə ki, məscid rəhbərliyi bir müddət əvvəl məscidin açılması ilə bağlı DİN-ə qarşı iddia qaldıranda hakimə yol taparaq rüşvət ötürüb. Hakim isə pulu alaraq birinci məhkəmə iclasında məscidin açılması qərarını verib. Ancaq az sonra Nərimanov rayon Pİ yenidən iddia qaldırıb və yuxarı instansiyadan hakimə sərt töhmət gəlib. Nəticədə A.Allahverdiyev ikinci iclasda birinci hökmünü dəyişərək məscidi bağlayıb. Bundan sonra hakim aldığı və bir hissəsini yuxarıya ötürdüyü pulu qaytara bilməyib. Beləliklə də bir neçə həftə davam edən əsəb gərginliyi səhhətində problem olan hakimə pis təsir edib.
43,448
26.11.2008 04:59
Ölkə
KƏMALƏDDİN HEYDƏROVUN CANGÜDƏNLƏRİ QAÇQINI DÖYDÜ
Qadının FHN-ə getməsinin səbəblərinə gəlincə isə qeyd olunur ki, o, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində tikintisi yarımçıq qalmış məktəb binasında məskunlaşıb.Qaçqının məskunlaşdığı həmin məktəbin binası qəzalı vəziyyətdə olduğundan Səadət Mirzəyeva FHN-ə bununla bağlı dəfələrlə yazılı müraciət edib və onlardan kömək istəyib. Lakin müraciətləri cavabsız qaldığından S.Mirzəyeva bir neçə dəfə FHN-in əsas ofisinə gedərək bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şəxsən özünə şikayət etmək, nazirdən onun müraciətinə baxılıb-baxılmayacağı ilə bağlı bir məlumat və ya açıqlama almaq istəyib. Hər dəfə də “fövqəlnazir”in mühafizəçiləri qadını nazirliyin binasından zorla uzaqlaşdırıblar.Dünən səhər isə S.Mirzəyeva nazirlə görüşmək üçün ona yaxınlaşmağa bir daha cəhd göstərib. Kəmaləddin Heydərovun cangüdənləri qaçqın qadını bu dəfə də ərazidən uzaqlaşdırmağa çalışıblar. Lakin S.Mirzəyeva israrla Kəmaləddin Heydərovla görüşmək istəyib. Ona görə də nazirin cangüdənləri qadını bu dəfə amansızlıqla döyə-döyə ərazidən uzaqlaşdırıblar. Döyülmə nəticəsində çoxsaylı bədən xəsarətləri alan S.Mirzəyeva xəstəxanalıq olub.Məlumat bizə günün sonunda çatdığından Fövqəladə Hallar Nazirliyindən və digər rəsmi qurumlardan məsələ ilə bağlı ətraflı məlumat ala bilmədik. Mövzuya qayıdacağıq.Bu məqamda xatırladırıq ki, dövlət müəssisələrində, nazirlərin qəbulunda, eləcə də ölkənin baş binası olan Prezident Aparatında vətəndaşların döyülməsi, hətta döyülərək öldürülməsi faktları mövcuddur. Bu ilin əvvəllərində qaçqın vətəndaşlarımızdan biri - Rəfiqə Əliyeva “Qaçqınkom”da vəhşicəsinə döyülməsi səbəbindən sonradan xəstəxanada dünyasını dəyişmişdi. Bütün bunlar onu göstərir ki, dövlət məmurları Azərbaycan vətəndaşlarına olduqca yad və nifrətli münasibət bəsləyirlər.
43,449
26.11.2008 04:39
Yazarlar
YENƏ MÜHARİBƏ?!
Müsavatın “Azadlıq” bloku ilə birlikdə Müxalifətin Əməkdaşlıq Mərkəzi yaratmaq istiqamətindəki təşəbbüsləri fiasko ilə nəticələndi. Müxalifət yeni birlik əvəzinə yeni müharibə astanasındadır. Əslində atəşkəs çoxdan pozulub. “Azadlıq” qəzetinin dünənki sayında çıxan yazı isə güman ki, bu müharibəni bir qədər də alovlandıracaq. Çünki həmin yazıda Müsavat və onun başqanı haqda ciddi, həm də haqsız ittihamlar var. Sözügedən yazıda İsa Qəmbər, həmçinin Müsavatın bəzi funksionerləri açıq tekslə müxalifətin birliyini pozmaqda suçlanır. Başqana ritorik suallar ünvanlanır. Müsavatın nə vaxtsa verdiyi bəyanatlardan çox uzağagedən nəticələr çıxarılır. Bir sözlə, Əli Kərimli Cəbhəsi ənənəvi metodları işə salıb. “Mən fədakaram, sən yox”, “əsl müxalifət mənəm, sən hökumətə işləyirsən”, “mən birlik tərəfdarıyam, sən parçalanma” və sair bu kimi çalınmış bayatılar 15 ildir Azərbaycan cəmiyyətini abırdan, heydən salıb. Bu nə prosesdirsə, dayanmaq bilmir. Uzandıqca hey uzanır. Adam hərdən fikirləşir, daxilində bu qədər intriqa olan bir düşərgənin komanda şəklində hakimiyyətə gəlməsi, görəsən, ölkə üçün hansı fəlakətlərə səbəb olar? Təsəvvür olunmayacaq bir şeydir. Baxmayaraq ki, müxalifətin bu şərtlərdə iqtidar olması xeyli dumanlı görünür. Lap iqtidara gəlsələr də uzun müddət davam gətirə bilməzlər. Bir-birinə qanlı düşmən kimi yanaşan şəxslərin hakimiyyətə gəlib milləti və vətəni xilas etmələri əsla mümkün görünmür. Bunlar müxalifətdə qurtlamış mövqe uğrunda az qalırlar bir-birilərinin qanını içsinlər, görün hökumətə gəlsələr hansı fəlakətlər yaşanar?! Azərbaycan insanının demokratiyaya, gələcəyə inamının ölməsində müxalifətin məsuliyyət payı iqtidarınkından heç də az deyil. Təbii ki, söhbət mənəvi məsuliyyətdən gedir. 15 ildir xalq bunlardan nicat gözləyir, birlik umur, bunlar tam əksini edirlər. Axı ortada bölünməz nə var? Heç nə. Bəs onda niyə bunlar baş verir? İndi oğulsan gəl bu suala cavab tap. AXCP ilə Müsavat ayrı-ayrılıqda mübarizə aparanda hər şey normal gedir. Nə söz-söhbət olur, nə intriqa. Elə ki, birlik haqda söz-söhbətlər başlayır, bir tozanaq qopur, gəl görəsən. Müxalifətə və onun birliyinə ümid bəsləyən insanlar növbəti xəyal qırıqlığına uğrayır. Heç şübhsiz bütün bunlar yekunda demokratik proseslərə təsirsiz ötüşmür. İctimai fəallığa sarsıdıcı zərbə vurur. Bizim müxalifət birləşmək lazım olanda tam əksini edir. Elə ki, birliyə ehtiyac qalmır, başlayırlar birlikdən danışmağa. Bilə-bilə ki, bunun heç bir perspektivi yoxdur. *** Qarabağın de-yure düşmənə verilməsi təhlükəsi yarandığı və prezidentlik müddətinin artırılması ilə bağlı konstitusiyaya dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarıldığı vaxtda görün bizim müxalifət nə işlə məşğuldur? Bəzi dostlar anlamalıdır ki, bu iki məsələdən biri reallaşsa onların siyasi varlığına heç bir ehtiyac qalmayacaq. Hazırda Azərbaycan müxalifətinin üzərinə düşən tarixi missiya sözügedən proseslərə mane olmaqdan ibarətdir. Hazırkı müxalifət 15 il əvvəl hakimiyyətdə olarkən bir-biriləri ilə didişib sonda hakimiyyəti YAP-çılara verdilər. İndi də eyni cür edib bir də başlarını qaldıracaqlar ki, Qarabağ da əldən gedib, iqtidara gəlmək perspektivi də. Hələ bir müxalifətdəki yerlərini də başqaları tutub... Azər AYXAN
43,450
26.11.2008 03:48
Siyasət
“ÖMÜRLÜK PREZİDENT” İDEYASI GERÇƏKLƏŞİR
E.Aslanov təklifin reallaşması üçün ölkədə referendum keçirilməsi barədə indidən bir fikir söyləməyin mümkün olmadığını bildirib: “Məsələ hazırda müzakirə edilmir”...“Ömürlük prezident” məsələsinə PİA-nın da qarışması ciddi faktdır. Əgər indiyə qədər bu kimi təkliflər ayrı-ayrı hakim partiya təmsilçiləri tərəfindən irəli sürülürdüsə, indi bu barədə artıq PİA-nın şöbə müdirləri səviyyəsində danışılır. Bu isə ondan xəbər verir ki, hakimiyyətdəki monarxiya tərəfdarları bu məsələdə həddan artıq fəaldır və onlar istəklərinə nail olmaq istiqamətində bir çox işlər görüblər. E.Aslanovun açılamasından belə nəticə hasil olur ki, əgər YAP bununla bağlı partiyanın yekdil qərarını təqdim edirsə, bunu layihə halına salıb həyata keçirmək mümkün olar. Heç şübhəsiz ki, biz yaxın vaxtlarda bu cür təkliflərin parlamentdə də səsləndirilməsinin və hətta müzakirə olunmasının şahidi ola biləcəyik. Məsələ ondadır ki, məlum təşəbbüslə çıxış edən şəxslər - Siyavuş Novruzov, Əli Əhmədov, Fəzail Ağamalı və digərləri parlamentin üzvüdür. Güman ki, onlar bu məsələni Milli Məclisdə qaldıracaq. Nəzərə çatdıraq ki, “ömürlük prezident” məsələsində hakimiyyət daxilində ziddiyyətlər var. Bir qrup monarxiya məsələsində xüsusilə israrlar göstərir. Hansı ki, onlar yalnız İlham Əliyevin hakimiyyəti dönəmində vəzifədə qala biləcəklərini düşünürlər. Onlar əmindir ki, 2013-cü ildə hakimiyyətə hətta ailənin içərisindən başqa bir adam gəlsə, vəzifədən getməyə məhkumdurlar. İqtidarda yüksək nüfuza malik bir qruplaşma isə bu məsələnin baş tutmamasında maraqlıdır. Bu ziddiyyətlərin nəticəsidir ki, təxminən ilyarım öncə “ömürlük prezident” məsələsi ilə əlaqədar yerlərdə imzatoplama kampaniyası keçirəndə Daxili İşlər Nazirliyinin əməkdaşları onları həbs etmişdi. Maraqlıdır ki, hazırda da müəyyən qüvvələr imzatoplama kampaniyası aparır. Bu proses həm Bakıda, həm də əyalətlərdə həyata keçirilir. Amma bu dəfə həmin kampaniyanı keçirən adamlar hələlik həbs edilməyiblər. DİN-in bu məsələni diqqətdə saxlayıb-saxlamadığını dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan onlarda belə bir kampaniya aparılması ilə əlaqədar hər hansı məlumat və şikayət olmadığını bildirdilər. Görünür, məsələyə yüksək səviyyədə razılıq verilib və bu səbəbdən proses uğurla həyata keçirilir. Əgər işə PİA da qarışıbsa, deməli, kampaniyanı baş tutmuş hesab etmək olar.
43,451
26.11.2008 04:55
Siyasət
MÜSAVAT PƏNAH HÜSEYNİN MƏSƏLƏSİNƏ BAXACAQ
“Pənah Hüseyn deputat qrupundan uzaqlaşdırıla bilərmi” sualına A.Hacılı belə cavab verdi: “Pənah Hüseynin həmin ittifaqın təmsilçisi olması məsələsi barədə hələ ki müzakirələr aparılmayıb. Yəqin ki, müzakirələrdən sonra hansısa qərar qəbul ediləcək”.Müsavat rəsmisi P.Hüseynin onlarla əvvəlcədən hər hansı müzakirə aparmadığını dedi: “Pənah Hüseynin o ittifaqa daxil olması xəbərini mətbuatdan oxumuşam. O, Müsavatın hər hansı strukturuna belə bir addım atacağı barədə öncədən məlumat verməyib”.Məsələyə münasibət bildirən millət vəkili Pənah Hüseyn isə müxbirimizə bunları söylədi: “Müsavat deputat qrupu hər hansı bir siyasi təşkilatı təmsil etmir. Bu, bir qrup deputatın könüllü olaraq yaratdığı müstəqil deputat blokudur. Blokun əsasnaməsi var, bütün bu kimi məsələlər orada əksini tapıb. Əsasnamə ora daxil olan deputatlar tərəfindən imzalanıb. Burada onların hər hansı bir siyasi partiya qarşısında cavabdehliyi və məsuliyyət daşıması göstərilməyib. Təbii ki, qrupun 5 üzvündən 4-nün Müsavat Partiyasına mənsubluğu qrupun fəaliyyətində öz təsirini göstərməyə bilməz. Mən indiyə qədər parlamentdə Xalq Partiyasını təmsil etmişəm. Bundan sonra daha 4 müxalifət partiyasını da təmsil edəcəm. Müsavat Partiyası isə parlamentdə öz siyasətini, xəttini blokun müsavatçı deputatları ilə yürüdür. Yeri gəlmişkən, biz bu məsələni Müsavat deputat qrupunda müzakirə etmişik. Eyni zamanda, deyilənlərin əksinə olaraq söyləməliyəm ki, mən atacağım addımlarla bağlı Müsavat başqanı ilə geniş söhbət etmişəm. Bu addımımı Müsavat da daxil olmaqla, istənilən partiya müzakirə edə bilər; lakin bu müzakirələr mənim üçün hər hansı məcburi bir qərarla nəticələnə bilməz”.“Müsavat Partiyası sizi deputat qrupundan çıxara bilərmi” sualımıza isə Pənah bəy belə cavab verdi: “Müsavat yalnız öz üzvlərinə həmin blokdan çıxmaq barədə tövsiyə verə bilər. Məni oradan çıxara bilməz. Mən inanmıram ki, ümumiyyətlə Müsavatda kimsə bu barədə hər hansı təklif versin. Bizi Müsavatla, onun başqanı və rəhbərliyi ilə çox dərin tellər bağlayır və bu, davam edəcək”.
43,452
26.11.2008 03:40
Yazarlar
DEPUTATLARIN 1 NÖMRƏ PROBLEMİ
Sən demə, deputatlarımız dekabrın 20-də Türkiyə Böyük Millət Məclisinin üzvləri ilə futbol oynayacaqlar. Amma bizimkilərin vəziyyəti heç də ürəkaçan deyil. Parlament üzvlərindən ibarət futbol komandamızın heyətində qapıçı çatışmazlığı var. Odur ki, qapını gah Fazil Qəzənfəroğlu, cah da Ülvi Quliyev qoruyur; amma deyəsən, onlar bu işin öhdəsindən yaxşı gələ bilmirlər. Bu saat deputat-futbolçularımızın yaxşı bir qapıçıya əşhədü-ehtiyacı var. Dünən “Yeni Müsavat”da deputat-futbolçuların bəzilərinin dekabrın 20-də keçiriləcək qarşılaşma ilə bağlı proqnozlarını oxudum. Belə anlaşılır ki, əgər deputatlarımız yaxşı bir qapıçı tapsalar, türkiyəli parlamentarilərə hətta qalib də gələ bilərlər. Bizdə həmişə belə olub; hücumçu topu qapıya yox, tamaşaçıların üstünə vurub, müdafiəçi rəqib oyunçunu boş buraxıb, onlar da qapımızı dəlmə-deşik eləyiblər, axırda da günahkar qapıçı çıxıb.Şərqin qapısı olan bir ölkənin parlamentinin bir qapıçı tapıb futbol komandasını tam komplektləşdirə bilməməsi yaxşı iş deyil. Neçə illərdi bütün dünyaya car çəkirik ki, Azərbaycan Şərqin qapısıdır, bəs hanı bu qapının qapıçıları, niyə ortaya çıxıb, qollarını çırmalayıb deputatlara yardım əllərini uzatmırlar? Hesabla parlamentimiz qapıçı korluğu çəkməməlidi. Mən biləni deputatlar, xüsusən də hakimiyyət təmsilçiləri arasında peşəkar qapıçılar var, onların xidmətindən yararlanmaq olar. Bundan başqa, “Avropa qapıları”nın padşahı Baba Tağıyev parlamentin üzvüdür; 2005-ci ildən bu yana cibində mandat gəzdirir. Özü də biz bir dəfə onun çevikliyinin, ekstremal situasiyalarda hədəfə doğru yerindən necə sıçramasının şahidi olmuşuq. Ötən il parlamentdə deputatların yumruqlaşması zamanı Baba Tağıyevin yerindən sıçrayaraq tribunanı necə qucaqlaması yəqin ki, çoxlarının yadındadır. İndi deyirsiniz o boyda tribunanı bir göz qırpımında bağrına basan Baba müəllim bir topu tuta bilməyəcək? Deputat bu qarışıq dövrdə neçə ildi “Avropa qapıları”nın toxunulmazlığını qoruyub saxlaya bilirsə, 7 metrlik bir qapı onun əlində nədi ki. Adama şans vermək lazımdı, qoy özünü göstərsin.Bu futbol məsələsi çox prinsipial məsələdi. Hökumətimiz deputat-futbolçularımızın qalib gəlməsi üçün bütün vasitələrə əl atmalıdır. Necə olur ki, Pekin olimpiadasında dombalaq aşan bir ata görə 3 milyon dollar xərcləyirlər, amma parlamentin futbol komandasına xaricdən bir qapıçı-deputat transfer edə bilmirlər? Bilirsiniz ki, parlamentdəki deputat yerlərindən bir neçəsi boşdur. Təklif edirəm ki, həmin dairələr üzrə təcili seçki keçirilsin və Məzahir Pənahov mandat qazananlardan birinin Canluici Buffon olduğunu elan etsin. Bununla da məsələ öz həllini tapsın. Bu qədər adama deputat mandatı paylanıb, kim Məzahir Pənahova gözün üstə qaşın var deyib ki, indi Buffona bir mandat verməyə görə bizi qınasınlar. Deputat futbolçularımızın 1 nömrə məsələsini həll etmək, bizim üçün 1 nömrəli məsələ olmalıdır. Onsuz da daha həll edə biləcəyimiz başqa məsələ yoxdu. Zabil MÜQABİLOĞLU
43,453
26.11.2008 03:56
Siyasət
AXCP-nin İTTİHAMLARINA SƏRT CAVABLAR VERİLDİ
İttihamlara münasibət bildirən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə qeyd etdi ki, savadsızlıqdan və ya qərəzlilikdən onun fikirlərinin mənasının təhrif olunması kimi hallara yol verilməsi heç də konstruktiv mövqe deyil. Eyni zamanda bu, əməkdaşlığa aparan yol deyil: “Biz fikrimizi çox aydın şəkildə ifadə etmişik. Biz əvvəllər Əməkdaşlıq Mərkəzində olan təşkilatlarla qurduğumuz funksional münasibətləri bundan sonra da davam etdirməyə hazırıq. Nəinki buna hazırıq, hətta başqa qüvvələrin də bu prosesə cəlb olunmasını məqbul saydığımızı bəyan etmişik. Məhz AXCP funksionerləri və yazarları konkret olaraq beş qurumdan başqa hər hansı müxalifət təşkilatının bu əməkdaşlığa qoşulmasına müqavimət göstərir. Müsavat seçki kampaniyası dövründə çox ciddi güzəştlərə gedərək bu şərtləri qəbul etdi ki, həm Azərbaycan ictimaiyyətinə, həm beynəlxalq ictimaiyyətə Azərbaycanda müxalifətin birləşməsi mesajını vermək və seçki ilə bağlı ümumi rəyin ortalığa qoyulmasına nail olmaq mümkün olsun. Biz buna nail olduq. Ancaq sonrakı dövrdə ”Azadlıq" blokundan kənarda olan hər hansı partiyanın ümumi əməkdaşlıq prosesinə cəlb olunmasına maneçilik törətmək və bundan sonra da Müsavatı birliyə mane olmaqda ittiham etmək tamamilə gülüncdür. Hesab edirəm ki, Müsavat haqqında əsassız yerə bu cür fikirlər səsləndirmək siyasi etikadan kənardır". A.Hacılının sözlərinə görə, AXCP MƏM-ə daxil olan təşkilatların bundan sonra müttəfiqliyə yaxın əməkdaşlığını, hətta faktiki bir təşkilat kimi fəaliyyət göstərməsini nəzərdə tutan layihə irəli sürüb: “Bu layihəni biz AXCP ilə müzakirə etmişik. 20 illik siyasi təcrübəmdə hələ belə şeylə rastlaşmamışam ki, hansısa siyasi partiya desin ki, sən tək mənimlə yox, mənim yanımdakı müttəfiqlərimlə də hökmən müttəfiqlik etməlisən. Buna razılaşmayanda isə həmin partiyanın parçalanmada ittiham edilməsi isə absurddur. Müsavat Partiyası, məsələn, Əli Əliyevin partiyası və Eldar Namazovla müttəfiqlik müqaviləsi bağlamalı deyil. Yəni Müsavat Partiyası tək bir fərdlə siyasi müttəfiqlik müqaviləsi bağlaya bilməz. Odur ki, bizə həmin təklifin irəli sürülməsi absurddur. Bizim bu mövqeyimiz heç də Müsavatın Eldar Namazovla və Əli Əliyevlə əməkdaşlıq etmək istəməməsi anlamına gəlmir. Biz onlarla funksional əməkdaşlıq etmək barədə layihə hazırlamışıq və təqdim etmişik”. Qeyd edək ki, “Azadlıq” qəzetindəki məqalədə Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin bostanına da daş atıblar. B.Quliyevi “Azadlıq” blokundakı siyasi liderlərlə, o cümlədən Eldar Namazovla müqayisədə aşağılayıblar. Müsavata isə Bədrəddin bəylə əməkdaşlıq etməyi irad tutublar.Bədrəddin Quliyev “Yeni Müsavat”ın müxbiri ilə söhbətində barəsində səslənən fikirlərə daha sərt cavab verdi. O hesab edir ki, “Azadlıq” blokuna rəhbərlik edənlər şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Onlar öz maraqları üçün hamını güdaza veriblər və indi də belədir: “Demokratik qüvvələri tamamilə məhv etmək yolunu tutublar. Hakimiyyətdəkilər də ”kim bizimlə deyilsə, düşməndir, heç nədir" ideyasını əsas götürürlər, “Azadlıq” blokundakı liderlər də eyni mövqedədirlər.Mən yaxın zamanlarda “Azadlıq” blokunun liderlərinə öz gücümü göstərəcəyəm. Bələdiyyələrin səlahiyyətlərinin artırılması, iri şəhərlərdə mer seçkisi keçirilməsi ilə və digər məsələlərlə bağlı xüsusi təkliflərim var. Bunlarla bağlı mətbuat konfransları keçirəcəm. Mən bir müsahibəmlə “Azadlıq” blokundakıların mahiyyətini ortaya qoymuşam. Mənə qarşı fikirlər səsləndirmələri həm də bundan irəli gəlir. “Azadlıq” qəzeti Heydər Əliyevin sağlığında İlham Əliyevlə Əli Kərimlinin islahatçı obrazını cəmiyyətə təlqin edirdi. Əbülfəz Elçibəyin yaratdığı nəhəng AXCP-ni məhz Əli Kərimli və onun “Yurd” təşkilatı parçalayıb məhv etdi. Məqsəd demokratik qüvvələri dağıtmaq və xalqın gözündən salmaq olub. Əli Kərimlinin “Yurd”dakı əsas silahdaşlarının bu gün harada olduğuna diqqət yetirəndə ortaya maraqlı məsələ çıxır. Qüdrət Həsənquliyev, Asim Mollazadə, Əli Məsimov, Fazil Qəzənfəroğlu, Cəmil Həsənli bu gün deputatdırlar. Qulamhüseyn Əlibəyli, Nizami Quliyev yəqin ki, 2010-cu ildə deputat olacaqlar. İbrahim Məmmədli bu gün AzTV-də iqtidarın ideoloji təbliğatını aparır. Sadaladığım bu şəxslərin hər birinin maddi imkanı Əbülfəz Elçibəy komandasında olmuş digər bütün şəxslərdən dəfələrlə yüksəkdir. Bu gün parlamentdə YAP-dan sonra ən çox təmsil olunan “Yurd”çulardır. Onlar istəsələr “Yurd” fraksiyası yarada bilərlər. “Yurd”un əsas strateji məqsədi o olub ki, özləri tədricən iqtidara yaxınlaşıb mandat, maddi imkan əldə etsinlər. Buna paralel olaraq müxalifəti parçalayıb xalqın gözündən salmaq əsas məqsədləri olub. Diqqət edirsinizsə, 10 ildən artıqdır məhz bu proses gedir. Hər dəfə seçki ilində AXCP-dən bir və ya bir neçə “Yurd”çu planlı şəkildə hay-küylə çıxır. Onların məqsədi xalq hərəkatının ortaya çıxardığı milli qüvvələri tamamilə dağıtdıqdan sonra özləri yenidən birləşməkdir". B.Quliyevin fikrincə, bu strategiyanın müəlliflərindən biri Əli Kərimlidir: “Hədəf müxalifət düşərgəsini dağıtmaq tapşırığını yerinə yetirməkdir. Əbülfəz Elçibəy kimi liderə bunların vurduğu mənəvi, siyasi zərbəni heç bir qüvvə vurmayıb. 2003-cü ildə Etibar Məmmədova qoşuldular, AMİP-i böyrü üstə qoydular. AMİP parçalandı. Bir müddət ADP-nin qərargahında fəaliyyət göstərdilər, ADP parçalandı. Əli Kərimli olan yerdə parçalanma labüddür”.“Müttəfiqiniz olan Müsavat Partiyası AXCP ilə müttəfiqlik etmək istəyir. Buna münasibətiniz necədir?” sualına B.Quliyev belə cavab verdi: “Əgər onların səmimi birliyi olacaqsa, mən bir dəstə gül alıb Əli Kərimlini təbrik edəcəm”.
43,454
26.11.2008 03:56
Kriminal
HƏKİMİN CİBİNƏ QUMBARA ATIB PARTLATDILAR
Rəvayət Mütəllimov həmin əşyanı cibindən çıxararaq onu xəstələr üçün nəzərdə tutulmuş sanitar xərəyin üstünə atıb. Elə bu vaxt dəhşətli partlayış baş verib. Nəticədə Rəvayət Mütəllimov ağır bədən xəsarətləri alıb.Hadisə zamanı 19 saylı xəstəxanada tibb bacısı işləyən Reyhan Pirquliyeva da yaralanıb. Hər iki zərərçəkən bədənin qəlpəli travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Əməliyyat zamanı Rəvayət Mütəllimovun sağ əli kəsilib.İlkin versiyaya əsasən, baş vermiş hadisə bilavasitə cərrah Rəvayət Mütəllimova qarşı yönəlmiş təxribat olub. Hadisənin dəqiq səbəbləri isə müfəssəl araşdırmalardan sonra bəlli olacaq.Dünən bu olayla bağlı “Yeni Müsavat”a açıqlama verən Qaradağ rayon prokuroru Tariyel Qurbanov bildirdi ki, hadisə ilə bağlı konkret versiya irəli sürmək, olayın təsadüf nəticəsində, ehtiyatsızlıqdan, yoxsa şəxsi münaqişə və ya peşə fəaliyyəti ilə bağlı qisasçılıq zəminində baş verməsi barədə nəsə söyləmək hələlik mümkün deyil: “Hadisə yeri hərtərəfli müayinə olunub. Hələlik orada 1 qumbaranın partlamasını müəyyən etmişik. Partlayış zamanı zərərçəkən həkim və tibb bacısı isə tərəfimizdən hələ dindirilməyib”.
43,455
26.11.2008 02:58
Ölkə
CƏFƏR CABBARLI KEÇİDİNDƏKİ MAĞAZALAR DEPUTATA SATILIB
“Bakıda fəaliyyət göstərən yeraltı keçidlərdəki bütün ticarət obyektləri bu idarənin tabeçiliyində olub. Bakı şəhərinin keçmiş meri Rəfael Allahverdiyevin təşəbbüsü ilə yaradılan birlikdə əvvəllər 50-dən çox işçi çalışıb. Ancaq sonradan müəyyən səbəblərdən bu rəqəm bir qədər azalıb. İndi idarənin 20-dək işçisi var idi. Hacıbala Abutalıbov 2001-ci ildə mer təyin ediləndən sonra Cəfər Cabbarlı heykəlinin yaxınlığındakı keçiddəki ticarət mərkəzi bağlandı. Keçiddə işləyən 2000-ə yaxın ticarətçi isə Hacıbala Abutalıbovun kürəkəninə məxsus ”Şərq bazarı"na yerləşdirildi. Bugünlərdə isə məlum olub ki, Yeraltı Ticarət Birliyinə tabe olan bütün keçidlər Nəqliyyat Nazirliyinin tabeçiliyinə verilib. Nəticədə Tiflis prospektində və Füzuli meydanının yaxınlığındakı keçidlə bağlanıb. Cəfər Cabbarlı heykəlinin ətrafındakı keçid isə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova verilib və indi orada təmir işlərinə başlanılıb"- deyə qaynağımız bildirir.Bu keçidlərin bağlanması ilə əlaqədar 2000-dək insanın işsiz qaldığını söyləyən birliyin işçisi keçidlərin hələ də mübahisə obyekti olduğunu dedi: “Cəfər Cabbarlı heykəlinin yaxınlığındakı keçiddə əvvəllər 17 firmanın mağazası var idi. O mağazaların açılmasına və təmirinə xeyli vəsait xərclənib. Obyekt sahibləri mağazalarının bağlanması ilə əlaqədar dəfələrlə məhkəməyə müraciət edib. Amma ərazinin Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə verildiyini əsas gətirən dövlət qurumları keçiddən sığınacaq kimi istifadə olunacağını bildirib. Bugünlərdə isə məlum olub ki, sözügedən keçiddəki ticarət nöqtələri ayrı-ayrı şəxslərə satılıb. Bu isə vaxtilə keçiddə sahibkarlıqla məşğul olan ticarətçiləri narahat edir. Onlar məsələ ilə bağlı dəfələrlə Ziya Məmmədovun qardaşı Elton Məmmədov və nazirin oğlu Anar Məmmədovla görüşməyə cəhd etsələr də heç nə alınmayıb. Hər dəfə obyekt sahiblərini müxtəlif bəhanələrlə qapıdan qovublar. O ki qaldı Füzuli meydanının yaxınlığındakı keçidə, orada tərəflər pul məsələsində razılığa gələ bilməyiblər. Nəqliyyat Nazirliyi keçiddən gələn gəlirin hamısını tələb etsə də birliyin sahibi bununla razılaşmayıb. Nəticədə keçid bağlanıb. Birlik isə Abutalıbovun sərəncamı ilə ləğv edilib. Bu keçiddən 1500-ə yaxın insan evinə çörəkpulu aparırdı”.Onu da əlavə edək ki, hər iki keçiddə obyektləri olan sahibkarlar sonadək mübarizə aparacaqlarını bildiriblər. Onlar yaranmış vəziyyətlə bağlı ölkə başçısına müraciət edəcək.
43,456
26.11.2008 02:00
Ölkə
ALİ MƏHKƏMƏ DƏHŞƏTLİ QƏTLƏ HAQQ QAZANDIRDI
Mingəçevir şəhər Məhkəməsində işə baxılaraq Cahid Məmmədov təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Mərhumənin valideynləri isə D.Məmmədovanın həyat yoldaşı tərəfindən qəsdən yandırıldığını və buna görə C.Məmmədova daha ağır cəza verilməsi tələbi ilə Apelyasiya Məhkəməsinə müraciət ünvanlayıblar. Lakin Apelyasiya Məhkəməsi birinci məhkəmə instansiyasının hökmünün qüvvədə qalmasına dair qərar verib. Bu qərarla da razılaşmayan mərhumun yaxınları Ali Məhkəməyə müraciət etmişdi.Ali Məhkəmənin hakimi Nəriman Hüseynovun sədrliyi ilə dünən bu şikayətə baxılıb. Hakim əvvəlki məhkəmə instansiyalarının çıxardığı qərarları qüvvədə saxlayıb. Mərhumun yaxınlarının sözlərinə görə, onlar sonuncu qərardan Ali Məhkəmənin Plenumuna şikayət edəcək. “Ali Məhkəmədə hakimlər bizim şikayətləri ötəri dinləyib dərhal da qərar verdi. Bir insanı döyüb yandırmağa görə 3 il cəza verilə bilməz. Qızımın qatilinə ədalətli cəza verilənə kimi bütün dövlət orqanlarına şikayətlərimizi davam etdirəcəyik”- deyə mərhumənin anası Rəqiyyə Kazımova bildirib.
43,457
26.11.2008 03:00
Ölkə
“BİLGƏH” SANATORİYASINDA “KÖHNƏ HAMAM, KÖHNƏ TAS”dır
Həmin məktublara əsasən “Bilgəh”də tibb qeydiyyatçısı işləyən Kəmalə Həsənovanın özbaşınalıq etməsi və sanatoriyanı alver mənbəyinə çevirməsindən də bəhs olunmuşdu.Sanatoriyanın adının çəkilməsini istəməyən işçisi redaksiyamıza yenidən müraciət edərək deyir ki, Kəmalə Həsənovanın qanunsuz əməlləri haqqında yazının dərcindən sonra da sanatoriya rəhbərliyi onun barəsində heç bir tədbir görməyib: “Kəmalə Həsənovanın yazının dərcindən sonra laqeydcəsinə ”küləkdir də, əsdi keçdi" deməsi göstərir ki, onun arxasında dayanan qüvvələr var. 10 ilə qədər sanitar işləyən bu qadının himayədarının “Qaranquş” sanatoriyasının əvvəllər baş həkimi işləmiş, “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyev olduğu bildirilir. Doğrudur, yazının dərcindən sonra ilk günlər sanatoriyada nizam-intizam yaradıldı, lakin hazırda oradakı vəziyyət yenə də, necə deyərlər, “köhnə hamam, köhnə tas” prinsipi ilə davam edir".Yazıda adıçəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
43,458
26.11.2008 03:05
Yazarlar
EKS-SPİKER ÜÇÜN EPİKRİZ
Amma İnternetdəki axtarış saytlarına giribən iki əməliyyat edirsən, bir də görürsən, budu ha, hepatit D haqqında bir çamadan material qulluğunda hazır oldu. Həmin tibbi arayışlardan oxuduğuma görə, əziz oxucular, dünyasını hepatit virusundan dəyişmiş dostum Məmməd Nazimoğlunun sözü olmasın, haşa üzünüzdən, bu mərət virusun A, B, V, S, D kimi növləri var və hamısı qaraciyəri məhv etmək üçün fəaliyyət göstərir. Gələcəkdə yeni növ viruslar tapılsa, latın əlifbasının hərfləri ilə adlandıra-adlandıra gedəcəklər. Hələlik axırıncı virus D-dir və çox murdar şeydir, B virusunun törəməsidir. Xüləs, hepatitin ağına da lənət, sarısına da, hələ B-sinə və D-sinə də. Söhbət ondan gedir ki, parlamentimizin sabiq sədri, hazırda ABŞ-da məşəqqətli mühacirət həyatı yaşayan Rəsul müəllimin böylə bir naxoşluğa yoluxduğu barədə xəbər yayılıb. Eks-spiker özü isə bu xəbərlərin yalan olduğunu deyir və bildirir ki, ömründə cəmi iki gün, özü də 19 yaşında olarkən xəstəxanada yatıb, hazırda isə maşallah, turp kimidir. Şübhəsiz ki, əgər Rəsul müəllim elə bir xəstəliyə yoluxmuş olsaydı, deyərdi, bəli, bir balaca nasazlamışam və müvafiq müalicə kursu keçirəm. Burda nə var ki? Hamının başına gələ bilər. Cənab Quliyev isə xəbəri qətiyyətlə təkzib eləyir və onun xəstəliyi barədə yalançı epikrizi qohumu İlqarın uydurduğunu güman edir. Söz yox, qohumları ilə Rəsul müəllimin münasibətləri çox gərgindir və bir-birilərinə səmimi qəlbdən ölüm arzulayırlar. Amma yalandan xəstəlik xəbəri yaymaq, arzunu həqiqət kimi qələmə vermək nəyə lazımdır? Əksinə, deyilənə görə, haqqında “ölür” və ya “öldü” xəbəri çıxan adamın ömrü uzanır. Bunun bariz nümunəsi bizim kənddə baş verib. Bir kişinin müharibədən iki dəfə qara kağızı gəlibmiş, amma 1945-ci ildə özü sappasağ qayıdıb. Bir dəfə də yem dolu maşın qəzaya uğrayıb, ağsaqqal 3-4 ton jımıxın altında qalıb. Hamı elə bilib ki, faşistlərə can verməyən veteran qəza qurbanı olub, yığışıb yas mağarı tikərkən xəbər gəlib ki, ağsaqqal sağdır. Həmin şəxs 80 yaşını adladı. Bu baxımdan barəsində mənhus xəbərlərin çıxması, gərək eks-spikeri o qədər də əndişələndirməsin. Hələ yaxşı ki, onun haqqında, ideya vermək olmasın, “QİÇS-ə yoluxub”, “Ebola virusu daşıyır”, “Cüzama tutulub” və sair şayiələr yaymırlar. Bu biabırçı xəstəliklərə baxanda hepatit D kişi xəstəliyidir. Görünür, eks-spiker üçün mərəz fikirləşənlər nəzərə alırlar ki, Rəsul bəy arada viski istemal edən adamdır, onda yaransa-yaransa, belə xəstəlik yaranar. (Məlumdur ki, bütün spirtli içkilər kimi, viski də qaraciyərə ziyandır). Görəsən, başqa cür olsaydı, yəni Allahın buyruğu, Mehdiyevin rizası ilə Quliyev bu ölkənin ali, baş postunda otursaydı, onda nə baş verərdi? Bişəkk, onda da şayiələr yaranar və yayılardı ki, prezident Quliyevin səhhətində problem var. Bu söz-söhbətlər mediaya da çıxardı. Qəzetçilər tələb edərdilər ki, prezidentin səhhəti ilə bağlı təcili olaraq xalqa məlumat verilməlidir. Səhiyyə naziri Sərdar Məmmədov canlı yayımda hamını əmin edərdi ki, belə bir şey yoxdur, prezident gümrahdır. Müxalifət liderləri bəyanat verərdilər ki, biz öz siyasətimizi kiminsə səhhəti üzərində qurmuruq və bütün xəstələrə şəfa diləyirik.Bax, o zaman Rəsul Quliyevin qohumları bu barədə yazan qəzetlərin redaksiyalarına hücum edər, onları mənəviyyatsız xəbərlər yaymaqda suçlayar və bəzi jurnalistləri basıb döyərdilər. Bəli, məhz elə olardı. Biz bu filmə bir dəfə baxmışıq. İndilikdə isə Rəsul müəllimə, sağlamdırsa, səbir, xəstədirsə, şəfa arzulamaq qalır. Qərib yerdir, Rəsul müəllim, hepatitə can vermək sizə yaraşmaz. Samir SARI
43,459
26.11.2008 04:09
Gündəm
PARLAMENT BÜDCƏNİ QƏBUL ETDİ
Maliyyə naziri Samir Şərifov çıxışında dedi ki, parlament komissiyası və plenar iclasında keçirilən müzakirələr zamanı 56 nəfər çıxış edib və müxtəlif təkliflər səsləndirilib. O, təkliflərin araşdırıldığını vurğuladı. Ancaq məlum oldu ki, hökumət ötən on gün ərzində hər hansı bir prinsipial təklifi büdcə layihəsinə əlavə etməyib. Milli Məclisin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə, Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov da çıxış etdikdən sonra YAP çoxluğu yerbəyerdən “səsə qoyaq” qışqırdılar. Spiker artıq müzakirələrin aparıldığını əsas gətirib büdcə layihəsini səsverməyə çıxartdı. 92 nəfər lehinə, 8 nəfər əleyhinə olmaqla “2009-cu ilin dövlət büdcəsi haqqında” qanun qəbul olundu. Qeyd edək ki, qanunun əleyhinə səs verənlərdən 5 nəfəri Müsavat deputat qrupunun üzvləri idi. Nəzərə çatdıraq ki,, 2009-cu ilin dövlət büdcəsində “Müdafiə xərcləri” təsnifatı üzrə 1 205,520 mln. manat həcmində vəsaitin ayrılması təsdiqlənib. Bu, 2008-ci ilin analoji göstəricisindən 10,3% azdır. Gələn il üçün nəzərdə tutulan vəsaitin 1 115,948 mln. manatı müdafiə qüvvələrinə, 84,561 mln. manatı milli təhlükəsizlik, 2,633 mln. manatı tətbiqi tədqiqatlar, 2,376 mln. manatı isə digər kateqoriyalar üzrə ayrılacaq. Bundan başqa, 2009-cu ildə digər xərc maddələri üzrə müdafiə və təhlükəsizlik sektorunda çalışan hərbi qulluqçuların pul təminatının artırılması üçün əlavə olaraq, 140,4 mln. manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, dövlət büdcəsinin “Müdafiə xərcləri” funksional təsnifatı üzrə müdafiə qüvvələrinə ayrılan vəsaitlərin həcmi 2008-ci ilə nisbətən 19 %, milli təhlükəsizlik sektoruna ayrılan vəsaitlər 12%, digər kateqoriyalar üzrə ayrılan vəsait 31% artırılıb, tətbiqi tədqiqatlara yönəldilən vəsait isə 2% azaldılıb. Ümumilikdə, sənaye, tikinti və s. xərc bölmələri də daxil olmaqla, müdafiə sektoruna yönəldilmiş vəsaitin həcmi 1,8 mlrd. manatı üstələyəcək. Qeyd edək ki, Azərbaycanın 2009-cu il dövlət büdcəsində gəlirlər 12 177 mln. manat, xərclər isə 12 355 mln. manat həcmində nəzərdə tutulub. Bu isə 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 11,7% çoxdur. Parlament kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli kreditlərin verilməsi haqqında qanunun icrasının daha beş il uzadılmasını da müsbət həll etdi. Bundan sonra Milli Məclis işini yekunlaşdırdı.Növbəti iclas dekabrın 2-də keçiriləcək.
43,460
26.11.2008 04:16
Gündəm
MÜSAVAT DEPUTAT QRUPU BÜDCƏNİN ƏLEYHİNƏ SƏS VERDİ
Müzakirələrdən sonra jurnalistlərə açıqlaması zamanı millət vəkili Pənah Hüseyn Müsavat deputat qrupunun büdcə layihəsinin əleyhinə səs verdiyini bildirdi: “Faktiki olaraq Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin ən azı yaxın və orta dövr üçün inkişafı birbaşa neft gəlirlərindən asılı olmaqda davam edir. Hökumətin dediklərinin əksinə olaraq, onların özlərinin təqdim etdiyi rəqəmlər və proqnozlar göstərir ki, bu asılılıq getdikcə artır”.Millət vəkili ölkədə iş yerlərinin bağlanmasından da narahatçılığını ifadə etdi: “Mən çıxışımda toxunmuşdum ki, Azərbaycanda real sektorun dərin böhran keçirməsi əlamətləri var. Müzakirələrdən sonra qəbul olunan büdcədə də real sektora yardım məsələsi birbaşa öz əksini tapmayıb. Bu, yalnız infrastruktur layihələri adı altında olan bir siyasət kimi həyata keçirilir. Ancaq bu da yanlışdır. Real sektorun çox ciddi, özəl və məqsədli bir proqrama ehtiyacı var”.P.Hüseyn büdcədə təqribən 1,5 milyard dolların hərbi sahəyə ayrılması məsələsinə də toxundu: “Hərbi xərclərin həqiqətən təyinatına görə xərclənməsi olduqca mühüm məsələ, hərbi infrastrukturun, hərbi şəhərciklərin yaradılması, müasir hərbi texnikanın alınmasıdır. Xüsusilə hərbçilərin, peşəkar zabitlərin sosial təminatının, mənzil şəraitinin yaxşılaşdırılması, maaşların artırılması önəmli məsələdir. Amma əslində Azərbaycan hələ ki ordusunu yaratmaqda davam edir. Ona görə də heç bu qədər vəsait də kifayət deyil”. Müzakirələr zamanı büdcə layihəsinin geri qaytarılması və prinsipial məsələlərin əlavə edilməsindən sonra müzakirəyə çıxarılmasına təkid edən müsavatçı deputat Arzu Səmədbəyli də layihənin əleyhinə səs verdiyini vurğuladı: “Müsavat deputat qrupunun 5 üzvü büdcənin əleyhinə səs verdi. Təbii ki, bu, büdcənin bu şəkildə qəbul olunmasına etirazımız idi. Çıxışlarımızda öz fikirlərimizi bildirmişdik, səsvermədə də mövqeyimizi ifadə etdik”. A.Səmədbəyli dedi ki, heç bir prinsipial təkliflər qəbul olunmadı: “Bizim qaldırdığımız əsas problemlər yenə qaldı. Bu da ənənəvi haldır”. Millət vəkili büdcə layihəsinin müzakirələrdən sonra Nazirlər Kabinetinə qaytarılması, ondan sonra yenidən parlamentə təqdim olunmasını simvolik hal adlandırdı: “Getdilər, təkrar gəldilər və getdilər”.
43,461
26.11.2008 04:22
Siyasət
SİYAVUŞ NOVRUZOVDAN NEFT PULLARI BARƏDƏ ƏCAİB MÖVQE
O bildirdi ki, hələlik siyasi partiyaların hansı səviyyədə maliyyələşə biləcəyi dəqiqələşdirilmədən, orda əlavə və dəyişiklik etmədən büdcəyə bu barədə müddəanı əlavə etmək mümkün deyildi: “Qanunda öz əksini tapmalıdır ki, ona uyğun şəkildə də bunlar büdcə tərəfindən maliyyələşdirilsin. Bununla əlaqədar parlamentə bir neçə partiya tərəfindən qanun layihələri təqdim olunub. O cümlədən Milli Məclisin Hüquq siyasəti komissiyasında da onunla bağlı iş gedir. Yəqin ki, növbəti həftələr ərzində bu məsələlər müzakirəyə çıxarılacaq. Burda beynəlxalq praktika nəzərdə tutulur, siyasi partiyaların qeydiyyatdan keçməsi, onların qeydiyyat formaları və sair kimi bir sıra məsələlər əksini tapır. Siyasi partiyaların maliyyələşməsi ilə yanaşı, ümumiyyətlə “Siyasi partiyaların haqqında” qanunun yenidən qəbul olunması məsələsi gündəmdədir”. S.Novruzov dedi ki, ilkin dövr üçün bu məsələyə o qədər də böyük maliyyə tələb olunmur: “QHT, mətbuat orqanları kimi siyasi partiyalara da müvafiq miqdarda maliyyə ayırmaq mümkündür. Bunu büdcədənkənar da etmək olar, büdcəyə əlavələr etmək şərtilə də”. Deputat əlavə etdi ki, növbəti ilin ortalarında büdcənin müzakirəsi zamanı da siyasi partiyalara dövlət yardımı ayrılması məsələsinə baxıla bilər: “Bizim bu barədə fikrimiz və rəyimiz var. Növbəti iclaslarda öz təkliflərimizi ortaya qoyacağıq. Bu məsələ partiyada müzakirə olunmayıb. Amma partiyanın rəyi, qərarı bundan ibarətdir. İstənilən halda bu məsələ qanun dəyişdikdən, hüquqi qüvvəsini tapdıqdan sonra reallaşa bilər”.S.Novruzov büdcədə neftin qiymətinin yüksək götürülməsi barədə fikirlərə də münasibət bildirdi: “Hər gün neftin qiyməti qalxır da, düşür də. İndi ona heç kim proqnoz verə bilməz ki, bir aydan sonra qiymət nə qədər olacaq? Ona görə də təxminən müəyyənləşib. Əgər hər hansı bir problem olacaqsa, Azərbaycanın Neft Fondundan büdcəyə transfertlər olunacaq”. YAP-çı deputat neft pullarının gələcək nəsillərə saxlanılmaması barədə iradlara orijinal reaksiya verdi: “Gərək indiki nəsillər qırılsın ki, neft pullarını gələcək nəsillərə saxlayaq”.Konstitusiya dəyişikliyi barədə irəli sürdüyü təklifə gəldikdə, S.Novruzov dedi ki, bu, Milli Məclislə bağlıdır: “Referendum çağırılması ilə əlaqədar cənab prezident, yaxud Milli Məclis tərəfindən təşəbbüs irəli sürülə bilər. Bu məsələyə baxılacaq, müzakirədən sonra son söz deyiləcək. Azərbaycan Konstitusiyasında göstərilib ki, hakimiyyətin mənbəyi xalqdır. Xalqın seçiminə, iradəsinə hər hansı baryer qoymaq olmaz. Bizim məqsədimiz xalqın seçiminin qarşısının alınmasının aradan qaldırılmasıdır”. Rəsmi dairələrin məsələyə necə reaksiya verdiyi barədə sualın cavabında S.Novruzov belə dedi: “Mən deputat kimi öz hüququmdan istifadə edib bu məsələni qaldırıram. Hər bir vətəndaş kimi mənim də hüququm var. Rəsmi münasibətin bu məsələyə heç bir aidiyyəti yoxdur”. YAP-çı deputat bu dəyişikliklərin avtoritarizmə aparacağı haqda deyilənlərlə razılaşmadı: “Ruzvelt dörd dəfə seçilmişdi. ABŞ-da avtoritarizm var idi? Yaxud ondan sonra Trumen üç dəfə seçilmişdi, avtoritarizm var idi? Ya da Süleyman Dəmirəl Türkiyədə 8 dəfə baş nazir seçilib, burda avtoritarizm var? Əksinə, bu, demokratiyanın nümunəsidir. Antidemokratik odur ki, seçimin qarşısı alınsın. Əgər Milli Məclisin deputatı xalq tərəfindən 30 il dalbadal seçilirsə, niyə prezidentlər seçilməsin?”
43,462
26.11.2008 04:17
Müsahibə
“PREZİDENTİN SEÇKİ MÜDDƏTİ NƏYƏ GÖRƏ İKİ DƏFƏ OLMALIDIR?”
- Mən bu fikrə çox müsbət yanaşıram. Həqiqətən də bu, bütün aspektlərdən qiymətləndiriləndə zəruridir. İstər insan hüquqları, istərsə də konstitusiya aspektindən yanaşanda buna normal yanaşıram. Demokratik ölkələrin konstitusiyasında “hakimiyyətin mənbəyi xalqdır” yazılıb. İstərsə də siyasi partiyaların mövqeyindən yanaşdıqda məhdudiyyətin qoyulmasını diskriminasiya sayıram. Xalqın mütləq əksəriyyətinin səsi ilə seçilmiş prezidentin seçki müddəti nəyə görə iki dəfə olmalıdır? - Axı beynəlxalq aləmdə sınaqdan keçmiş, qəbul olunmuş qaydalar var... - Mənə elə gəlir ki, bu, 21-ci əsrin zərurəti, tələbatıdır. Bu gün hətta beynəlxalq təşkilatların sənədlərində liderlərin yetişdirilməsi, liderlərin formalaşması, liderlər məktəbinin olması məsələsi əksini tapır. - Hətta qonşu İran İslam Respublikası ölkə konstitusiyasında əksini tapan bu məsələyə dəyişiklik etməyib seçkiyə gedirsə, demokratiya yolu ilə getdiyini bəyan edən Azərbaycanın (sualı tamamlamağa imkan vermir)... - Hər bir məsələyə hər bir xalqın arzu-istəyi ilə yanaşmalıyıq. İran xalqının öz mentaliteti, ehtiyacı və tələbi var. Bill Klinton Amerikanın prezidentləri sırasında çox tanınmış, dəyərli şəxs idi. Amma o, iki dəfə seçildi və postundan getdi. Klinton o cür intellektual potensiala malik olan və dünyada tanınmış siyasətçi olmasına baxmayaraq, səlahiyyətlərini məhdudlaşdırdı. Amma bu gün onun həyat yoldaşı Obama administrasiyasında ən yüksək postlardan birini tutur. - Bu, bir ayrı məsələdir... - Bu sizin fikriniz ola bilər. Mənim fikrim budur ki, irəli sürülən təklif normaldır və mən buna müsbət yanaşıram. Burda qeyri-normal şey yoxdur. Əksinə, həmişə belə bir qanun olub: azlıq çoxluğa tabedir. Bir baryeri, müəyyən limiti aşa bilməyən bir siyasi partiyaya nəyə görə hədsiz dərəcədə hüquqlar verilməli, amma çoxluğun təmsilçilərinin hüquqları məhdudlaşdırılmalıdır? - Amma bu təklif YAP-da da birmənalı qarşılanmır. Partiyada bu təşəbbüsün müzakirə olunmaması da bundan xəbər verir. - Mən müzakirə haqqında heç nə deyə bilmərəm. Müzakirə bir, ya iki nəfərin fikri ilə ola bilməz ki... Hesab edirəm ki, partiyamızda əksəriyyətin fikri belə olsa və partiya üzvləri məsələ qaldırarsa, ona uyğun qərar qəbul oluna, ya olunmaya bilər. Ona görə də mən qəti bir söz deyə bilmərəm. - Növbəti seçkiyə hələ 5 il var. Nə baş verdi ki, bu ərəfədə belə bir təkliflər ortaya çıxdı? - Sizə elə gəlir. Bu, seçki ərəfəsində yox, keçən il səslənmişdi. Hətta ulu öndər Heydər Əliyevin vaxtında da belə bir fikir olmuşdu. Ona görə də burda fövqəladə hadisə yoxdur. - Hesab eləmirsiniz ki, bu, Azərbaycanın, elə hakimiyyətin özünün də imicinə zərər vuran məsələdir? - Niyə ki? Biz demirik ki, seçki olmasın, əbədi lider, ya dövlət başçısı seçilsin. Şəxsən mənim fikrimdə elə bir şey yoxdur. Bu məsələnin seçkiyə dəxli yoxdur. Məncə, bir siyasətçi beş dəfə də prezident seçilə bilər. Nəyə görə parlament üzvlərinə qadağa yoxdur? Ya da nəyə görə müxalifətdə olan liderlər elə 93-cü ildən bu yana öz postlarında oturublar? Siz bu sualı müxalifətdən olan liderlərə şamil eləyin. - Hakimiyyətdə və müxalifətdə olmaq arasında fərq böyükdür. - Xeyr, bunun dəxli yoxdur. Ədalətli danışmaq lazımdır. Onda müxalifət də müxalifətdəki liderlərin monopoliyasından qurtarsın.
43,463
26.11.2008 03:23
Yazarlar
1-ci SİNİFLƏR ÜÇÜN EYŞ-İŞRƏT
Nəzmin qısa məzmunu belədir ki, evli Qaz Göyərçinə vurulur, ona təklif edir birgə fırlansınlar. Göyərçin də bunun puluna görə razılaşır. Qaz və Göyərçin hər gün vaxtlarını restoranlarda keçirir, Qaz buna pul xərcləyir, arvadı qarşısında günahını isə hədiyyələrlə yuyur. Ancaq bir dəfə Qazın arvadı əhvalatı bilir, dava qopardır. Bundan sonra Qaz evə dönür, Göyərçin isə bütün quşların yanında biabır olub yuvasında gizlənir. Gülməşəkər “poemadan” bir parça verək, qoy oxucuda təsəvvür yaransın: “Evli olduğunu bilsə də Qazın, Artırdı bir az da Göyərçin nazın”.day.az-da bu xəbər ən çox oxunanlar sırasına girmişdi. Elə bizim oxucu Namiq bəyi də narahat edən, həyəcan siqnalı çalmağa vadar edən bu idi ki, gör uşaqlarımız necə ədəbsiz, cəfəng əsərlərlə böyüyür.Doğrusu, mən həyəcan hiss etmədim. Öncə ona görə ki, bu “Qaz əhvalatı” ilə çoxdan tanışam. İndi həbsdə olan Eynulla Fətullayevin “Realnıy Azerbaydjan” qəzetində hələ iki il öncə bu mövzuda yazılar getmişdi. Müəllifi Məryəm Günəşli adlı istedadlı şəxs idi. Uşaqlarımızın zövqünü korlayan bir “Gülzar nənə” də var, Məryəm xanım ondan da yazardı. Nə isə. Şəxsən mən balaca qızımı belə cəfəngiyyatdan mümkün qədər uzaq tuturam. Ona Canni Rodarinin ölməz “Çipollino”sunu, Skandinaviya yazıçılarının misilsiz uşaq nağıllarını oxuyuram. İmkan olsa, bu mövzuya yenə qayıdaram.İkincisi, Aygün Bal (özünə də elə təxəllüs seçib ki, guya çox şirindir - Z.H.) bu kitabları yeri gələndə özü üçün yazır, məcburi deyil bunu uşaqlara oxumaq. Yaxşısı budur siz bizim orta məktəb dərsliklərindəki biabırçı, azyaşlılara uyğun olmayan erotik mətnlərə diqqət edəsiniz. Bal xanımın ər-arvad xəyanəti, aşiq-məşuq mövzusu bunun yanında toya getməlidir. Niyə toya, bunu da axırda yazacam, darıxmayın.2006-cı ildə “Bakı” nəşriyyatında 1-ci siniflər üçün “İnformatika” dərsliyi çıxıb. Kitabın 45-ci səhifəsində, 119-cu çalışmaya diqqət edin: “Xabgahım hərirü dibadır, Mənzilim bəzmü-şahü paşadır”. (Bu və sonrakı misalları “Pedaqogika” nəşriyyatının direktoru, dəyərli maarif xadimimiz Əlövsət Osmanlının araşdırmalarından götürmüşəm). 1-ci sinif uşağının bu şeirdən nə anlayacağı bir qırağa... Əslində heç anlamasa yaxşıdır, çünki şeirin açması belədir: “Yatağım al-əlvan ipək qumaşdandır, Yerim paşalar şahının eyş-işrət məclisidir”. Bəs bu sarsaq kitabın müəlliflərindən biri, sizcə, kimdir? Bəli, təhsil naziri Misir Mərdanovun şəxsən özü! Görün nazir 6 yaşlı körpələrə nəyi öyrədir. 2008-ci ildə “Altun kitab” nəşriyyatında 6-cı siniflər üçün R.İsmayılov və F.Ellazovun müəllifliyi ilə “Azərbaycan dili” dərsliyi çıxıb. Buyurun, 12 yaşlı uşaqlara öyrədilən şeirləri diqqətlə oxuyun: “Əzizinəm, daş üstə,Kirpik oynar qaş üstə,Sən nə vaxt göz eylədin,Mən demədim baş üstə?!" *** “Bənd olmuşam şirin-şirin sözünə, Şəkər dodağında balı sevmişəm" *** “Görməmişəm bir həftədir,Nə əzizdir yarın canı,Nə şirindir yarın canı" *** “Alma yanağına, bal dodağınaBaxan kimi ağlım çaşdı, Güləndam!" *** “Bulud zülflü, ay qabaqlı gözəlin,Duruban başına dolanmaq gərək" *** “A gül yanaqlı, ağ buxaqlıgəlin, haralısan?" və sairə. Yenə, təkrarən yazıram ki, sizcə 12 yaşlı, hələ heç cinsi yetişkənlik dövrünə qədəm qoymamış uşaqlara nə ağılla belə şeylər öyrədilir? Sonra şikayətlənirik ki, filan bölgədə uşağı 12 yaşında ərə veriblər. Təhsil naziri bu ağılın, mərifətin yiyəsi olan ölkədə toyu elə məktəbdə keçirtmək lazımdır.Sən də qazdan danışırsan... Zamin HACI
43,464
26.11.2008 03:28
Gündəm
AŞQABAD SAMMİTİNİN “NABUKKO”ya HƏSR OLUNDUĞU TƏSDİQLƏNDİ
Çünki sammit iştirakçılarından ikisi-Azərbaycan və Türkmənistan “Nabukko”nu qazla doldurmalı olan ölkələrdir, Türkiyə isə kəmərin keçəcəyi əsas tranzit ölkəsi olacaq. Aşqabad sammiti ilə bağlı Türkmənistan prezidenti mətbuat xidmətinin yaydığı açıqlamaya görə, həmin vaxt Türkmənistanın paytaxtında prezidentlərin iştirakı ilə energetika problemlərinə həsr edilmiş sammit təşkil olunacaq. Bu tədbirin əsas müzakirə mövzusu isə “Nabukko” layihəsi olacaq.Qərb ölkələri, xüsusilə də ABŞ xeyli vaxtdır ki, Azərbaycanla Türkiyəni Avropanın alternativ enerji qaynağını təşkil edəcək bu layihənin reallaşmasında Türkmənistanı həvəsləndirməyə səsləyirlər. Buna görə də indi Avropanın gözləri indidən, bu həftə Aşqabadda keçiriləcək sammitə dikilib. Rusiya isə bəyan edir ki, həm Azərbaycandan, həm də Türkmənistandan bu ölkələrin ehtiyatında olan bütün qazı dünya qiymətləri ilə almaq əzmindədir və beləliklə də ümumən “Nabukko” layihəsi vasitəsilə alternativ qaz kəmərinin tikintisinə ehtiyac yoxdur. Rusiya liderləri bu layihənin Moskvanın enerji təhlükəsizliyinə hədə olduğunu da xatırladırlar.ÿ Beləliklə də artıq özünəməxsus, yeni il qabağı ənənəyə çevrilmiş Qərb-Rusiya qaz çəkişməsi bu il də təkrar olunur. Bu baxımdan indi əksər şərhçilərə görə, Xəzər qazı uğrunda beynəlxalq rəqabət indi xeyli mürəkkəbləşib və işi həll etmək elə də asan olmayacaq.ÿAnkaradakı Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin eksperti Celalettin Yavuz “Amerikanın səsi”nə açıqlamasında qeyd edib ki, Aşqabad sammitinin məhz Azərbaycan və Türkmənistan liderlərinin iştirakı ilə keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, indi əsas sual “Nabukko” kəmərinin nə vaxt çəkiləcəyi yox, nə üçün çəkiləcəyidir.Türkiyəli ekspert deyir ki, əslində işin bu qədər yubanmasında Qərb ölkələri də günahkardırlar. Belə ki, “Nabukko”nun hədəfləri və ora qoşulacaq ölkələrin siyahısı çoxdan müəyyənləşməli idi. Səhv bundadır ki, Avropa ölkələri hələ indi Azərbaycan və Türkmənistanın Qərbin qaz təchizatında oynadığı strateji rolu dərk etməyə başlayarkən, Rusiya çoxdan iş başındadır.ÿBir neçə gün öncə “Amerikanın səsi”nə müsahibə verən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi isə deyib ki, Birliyin Azərbaycanla Türkmənistandan birbaşa qaz almaqda böyük marağı var və bunun üçün lazım olan bəzi şərtlər hər iki ölkə rəhbərliyi ilə müzakirə olunub. O, ümid etdiyini bildirib ki, “Nabukko” qaz boru kəməri layihəsi ilə bağlı hökumətlərarası razılaşma artıq gələn ilin əvvəlində imzalana bilər. Bir sıra yerli ekspertlər isə hesab edirlər ki, əslində “Nabukko” layihəsi vasitəsilə qazı satan və alan ölkə onu vasitəçi olmadan birbaşa almaqda maraqlıdır. Buna görə də Azərbaycanla Türkmənistan ÿöz təbii sərvətini Avropa Birliyinə satmaqda qərarlıdır.ÿCəlaləddin Yavuzun sözlərinə görə, əgər bu sahədə siyasət düz qurulsa və hər hansı kompromis tapılsa, Xəzərə Orta Asiya qazını almaqda maraqlı olan Rusiya və İran bu məsələdə daha sakit davranacaq.
43,465
26.11.2008 04:35
Ölkə
TƏRTƏRDƏ QEYRİ-RƏSMİ FÖVQƏLADƏ VƏZİYYƏT
Tərtərdəki mənbələrimizdən aldığımız məlumata görə, icra başçısı “Yeni Müsavat”da dərc olunan məqalə ilə bağlı rayon rəhbərliyinin toplantısını keçirib. İcra Hakimiyyətinin binasında keçirilən iclasda icra başçısı, müavinləri, şöbə müdirləri, idarə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri iştirak edib. İcra başçısı müavinlərinə və idarə rəhbərlərinə qəzetimizin Tərtərdə ezamiyyətdə olan əməkdaşının kimlərlə görüşdüyünü dəqiqləşdirməyi tapşırıb. Bizə çatan məlumata görə, V.İsayev redaksiyamıza zənglərin edilməsinə və məqalədəki faktların təkzibinə nail olmaq üçün təcili tədbirləri vacib sayıb. Tərtərin yerli qəzetində isə “Yeni Müsavat” əleyhinə məqalələrin dərc olunması barədə göstəriş verilib. İcra başçısı dövlət və iqtidaryönlü qəzetlərdə Tərtəri və şəxsən özünü mədh edən yazıların təşkilinin də vacib olduğunu deyib.Dünən sıravi tərtərlilər də redaksiyamıza müraciət edib. Onlar “Yeni Müsavat”ın rayonda satışına qadağa qoyulduğunu bildirirlər”. Sakinlərin sözlərinə görə, qəzetimizin Tərtər haqqındakı məqalələrini internetdən oxuyurlar. O məqalələr çap olunub əhali arasında paylanır. Rayon sakinləri bir sıra vacib məsələlərin də qəzetdə işıqlandırılmasını xahiş edirlər. Onlar bu ilin əvvəllərində rayonda təbii fəlakət baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, vətəndaşlara dəymiş zərər müvafiq orqanlar tərəfindən qiymətləndirilib. Bir müddət öncə isə zərərçəkən şəxslərə dövlət yardımı ayrılıb. Həmin yardım poçt vasitəsilə zərərçəkənlərə çatdırılmalı imiş. Lakin V.İsayev Tərtər poçtamtının rəhbəri İmran Əmrahova əhaliyə çatası məbləğin ona verilməsini tələb edib. Poçt rəisi tapşırığa əməl edərək külli miqdarda vəsaiti V.İsayevə verib. Zərərçəkənlər bu qanunsuzluqla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə şikayət ediblər. Sakinlərin sözlərinə görə, hazırda poçtamtda yoxlama aparılır. Şikayətçilər onların əvəzinə sənədlərə imza atan İ.Əmrahovun həbs ediləcəyini deyir.Qarabağ savaşında yüzlərlə oğlunu şəhid verən tərtərliləri ən çox narahat edən məsələ “Şəhidlər” xatirə kompleksinin və “20 Yanvar” abidəsinin rayon mərkəzindən 3 kilometr kənara köçürülməsidir. Dəqiqləşmə aparıb “20 Yanvar” abidəsinin bir zamanlar rayon mərkəzində yerləşdiyini müəyyən etdik. V.İsayev icra başçısı təyin ediləndən sonra abidənin Tərtərin mərkəzindən köçürülməsinə əmr verib, onun yerində isə fontan qurdurub. Atəşkəsdən sonra Tərtər camaatının vəsaiti hesabına rayon mərkəzində şəhidlərin şərəfinə abidə və muzey tikilmişdi. V.İsayev onun da rayon mərkəzindən çıxarılması barədə göstəriş verib. Kompleksin ərazisindəki binanı isə hazırda çayxana kimi işlədirlər. Hər iki abidə Tərtər-Bərdə yolu üzərində Buruc kəndinin ərazisində yenidən tikilib. İcra başçısı Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Tərtərin mərkəzindəki heykəlini də sökdürüb və əhalinin müqavimətindən qorxduğu üçün bunu gecə edib. O, heykəlin bir məktəbin həyətində qoyulacağını desə də, abidə sonradan yerli-dibli itib.Tərtərdə görülən abadlıq işləri mərhum dövlət başçısı Heydər Əliyevin heykəlinin yerləşdiyi ərazi və onun adını daşıyan xiyabanla məhdudlaşır. İcra başçısı bu zaman əhalini incitməkdən də çəkinməyib. Əldə etdiyimiz məlumata görə, 2005-ci ildən etibarən Tərtərin mərkəzində Heydər Əliyev xiyabanı tikilir. Bu illərdə xiyaban tikintisi adı altında məktəblilərdən, müəllimlərdən, iş adamlarından və büdcə təşkilatlarında işləyənlərdən dəfələrlə pul yığılıb. Xiyabanın yaxınlığındakı çayxana sökülüb, onun sahibinə isə kompensasiya verilməyib. Xiyabanda yerləşən Heydər Əliyev muzeyi isə qəbiristanlağın ərazisində inşa edilib. Tikintiyə rəhbərlik edən icra başçısının I müavini Azərbaycan dilində yazıb-oxuya bilmədiyi üçün xiyabanın girişindəki tağların birinin üstündə olan yazıdakı qüsuru da müəyyən edə bilmir. Tərtərlilər V.İsayevin rayon mərkəzində yalnız dövlət başçısının gəzdiyi əraziləri təmir etdirməsinin danılmaz fakt olduğunu deyir. Lakin rayon mərkəzindəki küçələr asfaltlanmayıb, uçub dağılmaqda olan məktəblər təmir edilmir, yarımçıq qalmış xəstəxana binasının inşası nədənsə yada düşmür.P.S. “Yeni Müsavat” olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
43,466
26.11.2008 03:38
Gündəm
MƏMMƏDYAROVLA NALBƏNDYAN DEKABRIN 3-də GÖRÜŞƏCƏK
Görüşdə Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr davam etdiriləcək. Bununla yanaşı, nazirlərin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın ilin sonunadək keçirilməsi nəzərdə tutulan görüşü ilə bağlı da bəzi məsələləri razılaşdıracaqları gözlənilir. Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 12-də regiona səfər edərək, danışıqlar prosesinin davam etdirilməsinə dair müzakirələr aparıblar.
43,467
26.11.2008 04:29
Gündəm
HELSİNKİ KOMİSSİYASI İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRİB
Məktubda bildirilir ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin “Azadlıq” və “Amerikanın səsi” radiolarının yerli tezliyinin gələn ildən alınması ilə bağlı dedikləri narahatlıq doğurur: “Cənab Məhərrəmli bu addımı 2002-ci ildə qəbul edilmiş qanundakı məhdudiyyətlərlə əsaslandırır. Amerika Konqresinin maliyyələşdirdiyi hər iki radio Azərbaycan dinləyicilərini ən son obyektiv informasiya ilə təmin edir. Qərbə inteqrasiya kursu götürən Azərbaycanı ”Azadlıq" və “Amerikanın səsi” radioları professional media modeli ilə təchiz edir, ölkə vətəndaşlarının qərəzsiz və yeni proqramlara ehtiyacını ödəyir.Belə başa düşürük ki, Azərbaycan vətəndaşlarının FM tezliyinə olduğu qədər internet və peykə çıxışı yoxdur. “Azadlıq” və “Amerikanın səsi” radiolarının FM tezliyindən çıxarılması təqdirində milyonlarla Azərbaycan vətəndaşı bu radioların proqramlarını dinləməkdən məhrum olacaq. ÿBiz qətiyyətlə əminik ki, bu, böyük itki olardı. Bu radioların FM tezliyinin bağlanmasındansa biz ÿAzərbaycanda plüralistik media mühitinin daha da inkişaf etməsini görmək istərdik".Prezident İlham Əliyevə ünvanlanan məktubda daha sonra bildirilir: “Biz inanırıq ki, siz prezidentlik dövrünüzün ikinci müddətində Azərbaycan-Amerika əlaqələrini gücləndirmək məqsədilə yeni prezident Barak Obama ilə yaxşı əməkdaşlıq qurmağa hazırlaşarkən ”Azadlıq" və “Amerikanın səsi” radiolarının bağlanması səhv siqnal olardı. Ümidvarıq ki, siz uzun illərdir fəaliyyət göstərən bu radioların yerli tezlikdə yayımının davam etdirilməsinin bir yolunu tapacaqsınız".Noyabrın 24-də İ.Əliyevə ünvanlanan məktubu komissiyanın sədri konqresmen Elsi Heystinqs, həmsədr senator Bencamin Kardin və Kristofer Smit imzalayıblar.Helsinki Komissiyası ABŞ-ın hökumət qurumudur. Qurum 1975-ci il Helsinki Aktının müddəalarının yerinə yetirilməsinə nəzarət edir. Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət Departamenti, Müdafiə Nazirliyi və Ticarət Nazirliyinin hər birindən 1 üzv daxildir.
43,468
26.11.2008 03:27
Gündəm
ERMƏNİSTAN-TÜRKİYƏ DANIŞIQLARININ QARANLIQ TƏRƏFİ
Lakin o, keçirdiyi mətbuat konfransında Ankaranın gələn ay Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün Türkiyə, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli danışıqların təşkil olunmasına dair təşəbbüsünə reaksiya verməyib. Bundan əvvəl erməni tərəfi həmin təklifin rəsmən onlara daxil olmadığını bildirmişdi.Nalbəndyan qeyd edib ki, ikitərəfli münasibətlərin normallaşdırılması üçün dialoq davam edəcək. Onun sözlərinə görə, Abdullah Gülün İrəvana səfəri bunun üçün yaxşı zəmin yaradıb. Nalbəndyan bildirib ki, İrəvan heç bir ön şərt olmadan diplomatik əlaqələrin qurulması, sərhədlərin açılmasına tərəfdardır. Ermənistan xarici işlər naziri Qarabağ probleminin həlli istiqamətində müsbət addımlar atıldığını bildirib. Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünün Qarabağ probleminin həllində əhəmiyyətli addım olduğunu qeyd edən nazir ikitərəfli müzakirələrin davam etdiyini və dekabr ayında və ya gələn ilin əvvəlində iki ölkənin xarici işlər nazirləri arasında görüş keçiriləcəyini söyləyib. Türkiyə tərəfi Ermənistanla danışıqların nəticələri haqda heç bir açıqlama verməsə də, mətbuat müəyyən mülahizələr irəli sürüb. Bəzi qəzetlər yazırlar ki, Ankara Ermənistanın qondarma soyqırım iddialarının tarixçilər tərəfindən araşdırılmasına razılıq verməsinin qarşılığında səfirlik açmadan İrəvana diplomatik nümayəndə göndərməyi təklif edib. O da bildirilir ki, artıq Ankara Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməsi şərtini danışıqlarda arxa plana keçirib. Lakin Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin heç bir ilkin şərt irəli sürülmədən qurulmasında israr edir. Məlumatlara görə, Nalbəndyan deyib ki, diplomatik münasibtələrin qurulmasından və sərhədlərin qismən də olsa açılmasından sonra bütün problemləri müzakirə etmək olar.Türkiyə-Ermənistan danışıqlarını şərh edən “The Financial Times” qəzeti yazıb ki, Ankara İrəvanın heç bir ilkin şərt qoyulmadan diplomatik münasibətlər qurmaq təklifini qəbul edə bilməz. Çünki bu, Azərbaycanla Türkiyə arasında mühüm enerji tərəfdaşlığına mənfi təsir edərdi. Buna baxmayaraq, Türkiyə birtərəfli qaydada bir-birinin ardınca Ermənistana xoşməramlı jestlər edir. Xəbər verildiyi kimi, Türk Hava Yolları İrəvana çarter reyslərinin açılması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib. Həmçinin Türkiyə özəl şirkət vasitəsilə Ermənistandan eleketrik enerjisinin idxalına başlayacaq. Bundan əvvəl Türkiyə öz hava məkanını Ermənistana və geriyə uçan bütün təyyarələr üçün açıq elan etmişdi. Həmçinin bu təyyarələr Türkiyə hava limanlarında enə də bilər. Bütün bunların əvəzində İrəvanın hansısa xoşməramlı jest nümayiş etdirdiyi haqda fakt yoxdur. Ermənistanın Qarabağ məsələsində mövqeyində hansısa ciddi dəyişiklik müşahidə olunmur. “Soyqırım” məsələsində də İrəvanın siyasəti dəyişməyib. Doğrudur, bəzi Türkiyə mənbələri Ermənistanın “soyqırım” məsələsini tarixçilər səviyyəsində birgə müzakirə etməyə hazır olduğunu xəbər veriblər. Ancaq bu xəbərlər dərhal təkzib olunub. Ermənistan bəyan edir ki, bu məsələdə siyasət dəyişməyib. Belə olan halda Türkiyənin birtərəfli jestlərinin, hətta Qarabağ məsələsində mövqeyini yumşaltmağa hazır olmasının hansı nəticələr verdiyi qaranlıq qalır. Belə qənaət yaranır ki, indi Türkiyə Ermənistanla münasibətlər qurmaq üçün daha çox maraqlı və asılı olan tərəfdir.
43,469
26.11.2008 04:41
Gündəm
“İRƏVANDAN MOSKVAYA UÇAN TƏYYARƏLƏR AZƏRBAYCANIN ÜZƏRİNDƏN KEÇİR”
E.Nalbəndyan isə Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib ki, münasibətlərin normallaşması hər iki ölkənin marağındadır. O bildirib ki, sərhədlərin açılmasını Ermənistan qədər Türkiyə də istəyir: “Bu məqsədlə də danışıqlar aparırıq”.Qəzet daha bir ilginc xəbər yayıb. Bildirilir ki, Türkiyə Ermənistana xüsusi təklif verməyə hazırlaşır. Bu təklif Ermənistana diplomatik missiya açılmadan akkreditə olunmuş səfir göndərməkdən ibarətdir. Lakin Türkiyə İrəvana o halda səfir göndərə bilər ki, Ermənistan “soyqırım” məsələsini tarixçilər səviyyəsində müzakirə etməyə razılaşsın. Təklif qəbul olunsa, Türkiyə ilə Ermənistan arasında de-fakto diplomatik münasibətlər qurulacaq.Mövzu ilə bağlı söhbət etdiyimiz politoloq Arif Yunusun fikrincə, indiyədək Qarabağ münaqişəsi faktor kimi Türkiyə üçün heç də üzdə göründüyü qədər önəmli olmayıb. Türkiyənin Ermənistanla sərhədlərinin bağlı olmasının, diplomatik əlaqələrin olmamasının səbəbinin əsasən Qarabağ məsələsi ilə bağlılığı haqda uzun illərdir səslənən sözlər emosinoal fikirlər idi: “Azərbaycan məsələni daha çox şişirdirdi. Həqiqətdə Türkiyənin Ermənistana münasibəti böyük geosiyasi oyunun bir hissəsi idi və indi də belədir. Türkiyə çox istəyir ki, Avropa Birliyinə daxil olsun. Amma avropalılar qondarma ”soyqırım" məsələsini qabardır və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı ikincinin xeyrinə olmayan şərtlər irəli sürür. Türkiyə isə bilirdi ki, “soyqırım” məsələsi Avropanın əlində bəhanədir. Anlayırdı ki, hətta ermənilərlə bağlı hər şeyə razılıq versələr də, Avropa Birliyinə qəbul sual altındadır, avropalılar başqa bəhanə tapacaq. Ona görə də Türkiyə qarşısına məqsəd qoyub ki, regionda, Cənubi Qafqazda mövqelərini gücləndirib söz sahibinə çevrilsin. Bundan sonra Avropa Birliyinin qapılarının onun üzünə açılması asanlaşa bilər. Türkiyənin geosiyasi marağı o qədər böyükdür ki, Qarabağ problemini özünə buxov kimi görmək istəmir".Bu ilin avqustunda Gürcüstanla Rusiya arasında müharibədən sonra regionda vəziyyətin dəyişdiyini vurğulayan A.Yunusun sözlərinə görə, Ermənistan hakimiyyəti anlayıb ki, qonşu Türkiyə ilə münasibətlər qurulmasa, Ermənistan hər an dəhşətli iqtisadi böhranla üz-üzə qala bilər: “Ermənistanın iqtisadiyyatı Rusiyadan asılıdır. Rusiya ilə Ermənistanın sərhəd xətti yoxdur. Bu ölkə Rusiya ilə Gürcüstan ərazisindən keçməklə əlaqə yaradırdı. Avqust hadisələrindən sonra vəziyyət dəyişib. Bu gün Ermənistan Rusiya ilə hava əlaqəsini Azərbaycanın üzərindən həyata keçirir. Yəni İrəvandan Moskvaya uçan təyyarələr Azərbaycan ərazisindən - Gəncə dəhlizindən keçir. Bu isə iqtisadi problemi həll etmir. Hər an tamamilə ətraf ölkələrdən təcrid olunmuş vəziyyətə düşmək ehtimalı var. Ona görə də çıxış yolu kimi Türkiyə ilə əlaqələri qurmaq məsələsi ortaya çıxıb”.Politoloqun sözlərinə görə, Türkiyə yüz faiz hiss etsə ki, sərhədləri açmaq və diplomatik əlaqələr yaratmaq onun xeyrinədir, Qarabağ faktoru tamamilə kənara qoyulacaq. Sonra isə gəlib bizi inandırmağa çalışacaqlar ki, Ermənistanla əlaqə qurmaları Azərbaycanın xeyrinədir: “Türkiyə hələ tələsmir. Ancaq proses başlayıb”.Bəs Ermənistan-Türkiyə sərhədlərinin açılması, diplomatik münasibətlərin yaranması Azərbaycana nə verə bilər?A.Yunusa görə, Ankaranın İrəvana təsirinin güclənməsi bizim xeyrimizədir. Ancaq rəsmi Bakının bundan necə istifadə edə biləcəyi məsələsi həlledici məqamdır. Politoloq qeyd etdi ki, münasibətlər qurulsa, bundan ən çox Türkiyə udacaq: “Türkiyədə əhali Ermənistanla münasibətlərin qurulmasına normal yanaşır. Ermənistanda isə vəziyyət 50-50-yədir. Ermənistan əhalisinin yarısı Türkiyəni özünə düşmən və qorxulu dövlət kimi görür. Erməni cəmiyyətində isə Türkiyə ilə bağlı miflər, stereotiplər hələ də var. Türkiyə cəmiyyətinin nəzərində isə Ermənistan xırda, cılız ölkədir. Ermənistan elə ağır durumdadır ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa məcburdur. Münasibətlər qurulsa, Türkiyə bu ölkəni iqtisadi baxımdan zəbt edəcək, Ermənistan iqtisadiyyatının böyük hissəsi Türkiyənin əlinə keçəcək. Nəticədə Ermənistan Türkiyənin müəyyən siyasi məsələlərlə bağlı mövqeyi ilə razılaşmalı olacaq”.
43,470
26.11.2008 04:42
Gündəm
““BÖYÜK ORTA ŞƏRQ” LAYİHƏSİ TÜRKİYƏNİ MƏHV EDƏRDİ”
MKİ-nin keçmiş zabiti bildirib ki, ABŞ-ın “Böyük Orta Şərq” planı iflasa uğrayıb və əsl fəlakətə çevrilib. Fullerə görə, bu plan gerçəkləşsəydi, İraqın şimalında müstəqil kürd dövlətinin meydana çıxması qaçılmaz olardı. Onun fikrincə, Türkiyə İraqın şimalındakı kürdlərlə anlaşaraq PKK problemini həll edə bilər. Fuller qeyd edib ki, Türkiyə ABŞ-ın “Böyük Orta Şərq” planı çərçivəsində İranda rejimi dəyişdirmək planlarından da kənarda dayanıb. Çünki İranla yaxın münasibətlər Türkiyənin maraqlarına daha çox uyğundur.
43,472
26.11.2008 04:46
İqtisadiyyat
“UNİBANKA” 50 MİLYON MANAT VERİLİB
“O deməkdir ki, bank öz öhdəliklərini tam olaraq icra etmək iqtidarında deyil. Bank sistemində belə bir hal yoxdur. Sadəcə, müəyyən müddət baxımından öhdəliklərin icrasında çətinliklərlə üzləşmə halları var. Adıçəkilən banklardan yalnız birinin böyük xarici öhdəliyi var idi. Öhdəliklərin ödəniş qrafikində problem yox idi. Sadəcə, xarici kontur agentləri vaxtından əvvəl çağırışlar etməyə başladılar. ”Unibank"ın yenidən maliyyələşmə mənbəyi olmadığı üçün başqa maliyyələşmə mənbəyi kimi Milli Banka müraciət etdi və dəstək aldı". Məlum oldu ki, banka 50 milyon manat verilib. Öyrəndik ki, banka kredit 6 ay müddətinə verilib.
43,473
26.11.2008 03:57
İqtisadiyyat
GƏLƏN İL ÖLKƏDƏ YAŞAYIŞ MİNİMUMU CƏMİ 20 FAİZ ARTIRILACAQ
Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Çingiz Fərəcov deyir ki, əhalinin maddi vəziyyəti yaxşılaşdığı üçün istehlak səbətinə daha çox mal və xidmət daxil edilməlidir. Ç.Tağıyevin sözlərinə görə, əvvəllər maliyyə imkanlarının az olmasını nəzərə alaraq, istehlak səbəti hesablanarkən yalnız insanın yaşaması üçün tələb olunan fizioloji norma əsas götürülüb. Mütəxəssislər hesab edir ki, bəzi yeyinti məhsullarının ərzaq səbətindəki çəkisi artırılmalıdır: “Əvvəlki illərdə gündəlik ərzaq mallarının qabının enerji tutumu təxminən 2 min 200 kilokalori idi. İndi isə bu rəqəm 2 min 400-ə çatıb. Bu isə o deməkdir ki ərzaq səbətinə köklü dəyişikliklər edilib. Ət, süd məhsulları, meyvə, bostan məhsulları və s. dəqiqləşdirilib. Əhalinin yaşayış şəraiti yaxşılaşdıqca xidmətlərin sayında da artım olmalıdır. Məsələn, əhalinin təhsil, səhiyyə xidmətləri ilə bağlı xərclərinin bir hissəsi yaşayış minimumlarına salına bilər. İstehlak səbətinin dəyəri müəyyənləşdirilərkən struktura əhalinin mənəvi səviyyəsinin yüksəldilməsinə yardım edən kino, teatr və internetdən istifadə də əlavə edilməlidir. Əhalinin nəqliyyat, rabitə və kommunal xidmətlərə xərcləri artdığından bu artımlar yaşayış minimumlarına daxil olunmalıdır”. Onu da bildirək ki, yaşayış minimumunun dəyərini əks etdirən rəqəmlər bir çox müstəqil ekspertlər, millət vəkilləri tərəfindən ciddi tənqid olunur. İqtisadi Tədqiqatlar Mərkəzinin təkcə bu ilin oktyabr ayına olan hesabatına görə, minimum istehlak səbətinin dəyəri əmək qabiliyyətli əhali üçün 109,84 manat, uşaqlar (0-15 yaşlı) üçün 100,22 manat, pensiyaçılar üçün isə 81,61 manat təşkil edir.Nəzərə çatdıraq ki, Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhali gəlirlərinin 70 faizdən çoxu yeməyə və paltara xərclənir. Müstəqil hesablamalarda isə əhalinin gəlirlərinin 80 faizinin təkcə ərzaq məhsullarına xərcləndiyi göstərilir.
43,474
26.11.2008 03:46
İqtisadiyyat
NEFT BAHALAŞIR
Maliyyə bazarında da vəziyyət dəyişib. Belə ki, avro yenidən bahalaşmağa başlayıb. İndi 1 avro 1 dollar 28 sentə dəyişdirilir. Qızılın qiymətində isə ciddi ucuzlaşma var. Qiymətli metalın 1 unsiyası 812 dollara, qramı 26 dollara təklif olunur.
43,475
26.11.2008 04:13
İqtisadiyyat
“BANK SEKTORUNU HEÇ BİR TƏHLÜKƏ GÖZLƏMİR”
“Bank sistemi elə bir həssas xidmət sferası, iqtisadiyyat sahəsidir ki, orada əhalinin əksər hissəsinin marağı cəmləşdiyi üçün belə məlumatlar insanların, iş adamlarının davranışına mənfi təsir edir. Dünya mərkəzi banklarının təcrübəsi göstərir ki, yeridilən pul, məzənnə siyasətinin, maliyyə sabitliyi çərçivəsinin əsas tənzimli formalarından biri məhz görülən işlərin şəffaflığıdır. Son dövlər böhrana məruz qalan ölkələrin şərhlərində hansı dövlətin bu böhrana dözümlü olub-olmamasının izahı verilərkən, təhlükəsizlik yastığı adlanan termindən istifadə olunur. Bu gün iftixar edəcəyimiz məqam odur ki, Azərbaycan iqtisadiyyatı bu makroiqtisadi, ümumiqtisadi təhlükəsizlik yastığı məsələsində kifayət qədər uğurlara nail olub. Hər bir ölkənin iqtisadiyyatının xarakteristikasını verərkən onun əsas göstəricisi kimi ümumi daxili məhsulun artım dinamikası göstərilir. Əgər 2000-2003-cü illərdə orta illik artım 11 faiz təşkil edirdisə, bu rəqəm 2004-2007-ci illərdə 24 faizə çatmışdı. Bəzən artımın faizlə ifadəsi onun mütləq çəkisi barədə kifayət qədər təsəvvür yaratmır. Amma faizlərin mütləq çəkisinin əhəmiyyəti o tempin müəyyən qədər aşağı enməsində narahatlığın olmamasını isbatlamaq üçündür. Ümumi daxili məhsulun 2003-cü ildə 1 faizlik artımı mütləq ifadədə 65 milyon dollar təşkil edirdisə, 2008-ci ildə 1 faizlik artım 290 milyon dollar deməkdir. Belə bir artım tempi 2004-2008-ci illərdə imkan verib ki, bütövlükdə Azərbaycanın iqtisadi artımı 3 dəfəyə yaxın təşkil etsin. Adambaşına düşən ümumi daxili məhsul 6 min ABŞ dollarına çatıb. Paritet qiymətlərlə isə 2008-ci ilin qiymətlərilə müqayisədə 15 min dollara yüksəlib. Dövlət xərclərinin son 5 ildə 9 dəfə artması, kapital xərclərin 33 dəfə artması da ölkənin iqtisadi dinamikasının hansı miqyasda getdiyini göstərir". Hökumətin daxili investisiyalarda payı 64 faizə çatıb MB rəsmisinin sözlərinə görə, cəmi investisiya qoyuluşu 10 ayda 38,4 faiz, daxili özəl investisiya qoyuluşu isə 40,2 faiz təşkil edib. Hökumətin daxili investisiyalarda payı 12 faiz artaraq 64 faizə çatıb. A.Babayev bildirdi ki, makroiqtisadi stabillik hökumətin, o cümlədən Milli Bankın həmişə diqqətindədir: “Yeritdiyimiz məzənnə və pul siyasətinin əsas hədəfi inflyasiyanın məqbul çərçivədə dəyişməsinə təsir etmək olub. Hökumətin, Milli Bankın davamlı antiinflyasiya tədbirləri, o cümlədən qlobal böhran nəticəsində qiymətlərin ucuzlaşması və bunun özünü idxal məhsullarında göstərməsi hesabına inflyasiya səngiməyə başlayıb. Yeri gəlmişkən, bu amil bank sistemində daha aktiv maliyyə sabitliyi tədbirlərinin həyata keçirilməsində çox ciddi faktordur. Artıq antiinflyasiya tədbiri o dərəcədə aktual məsələ kimi dayanmır. Bu amil tənzimlənmə təsirləri tələb etməyən məcraya gəlib çatıb. Qiymətləndirmələrimiz göstərir ki, dinamika belə davam edərsə, illik inflyasiya 18-19 faiz səviyyəsində başa çatacaq". Azərbaycanın kreditor mövqeyi 11 milyard dollar təşkil edir Təkcə 9 ayda tədiyyə balansının cari hesabının profsitinin 15 milyard ABŞ dolları təşkil etdiyini söyləyən A.Babayev strateji valyuta ehtiyatlarının isə 18 milyard dolları ötdüyünü dedi: “Bütövlükdə ölkənin toplam xarici öhdəliyindən iki dəfə çoxdur. Bu, imkan verir ki, ölkənin kreditor mövqeyi daha da möhkəmlənsin. Azərbaycanın xalis kreditor mövqeyi 11 milyard ABŞ dolları təşkil edir. Bütün borclar müddətindən asılı olmayaraq çağırılsa belə, tədiyyə qabiliyyətimiz imkan verir ki, bu öhdəliyi vaxtında yerinə yetirək”. MB rəsmisinin söylədiyinə görə, ölkənin valyuta ehtiyatları qeyri-neft sektorunun idxalının 28 ay fasiləsiz maliyyənləşməsinə kifayət edir”. Banklar 10 ayda 900 milyon manat xarici borcu geri ödəyib Aftandil Babayev dedi ki, Milli Bankın gördüyü tədbirlər nəticəsində bank sistemi öhdəliklərinin icrasında ciddi problemlərlə üzləşmir: “İqtisadiyyatın qloballaşması iqlimin sərhəd tanımaması kimi səviyyəyə gəlib çıxıb. Buna baxmayaraq, hər bir ölkənin bank sistemi qloballaşmanın müsbət cəhətlərindən faydalandığı kimi, mənfi tərəflərindən də qorunmağa hazır olmalıdır. Xarici kreditlərin təkrar maliyyələşməsinin azalması və borc üzrə ödənişləri biz öncədən diqqətə götürmüşdük. Xarici maliyyələşmənin məhdudlaşması, bizim bank sektorunun əməkdaşlıq etdiyi xarici bankların likvidlik problemi ilə üzləşməsi yenidən maliyyələşmə imkanlarını məhdudlaşdırıb. Vaxtı çatan borcların yeni borclar hesabına maliyyələşməsi instrumenti zəifləyib. Cari ilin 10 ayında banklar 900 milyon manat xarici borcu geri ödəyib. Bunun təkcə 210 milyon manatı sentyabr-oktyabr aylarının payına düşür. Bu borclar vaxtı çatan borclar deyildi. Sadəcə, kontur agentləri vəsaitlərini banklardan vaxtından əvvəl çağırdılar. Buna baxmayaraq, banklar xarici öhdəliklərin icrasında çətinliklə üzləşmədilər. Bundan əlavə, Milli Bank maliyyə böhranının ilk simptomlarını nəzərə alaraq ilin əvvəlində bankların xarici borclanmasının idarəedilən təhlükəsiz səviyyədə saxlanması üzrə konkret addımlar atdı. Bu gün xarici borclar 2,2 milyard manat təşkil etsə də bankların öhdəliklərində payı 25 faizdir. Qazaxıstanda isə 70-80 faiz səviyyəsindədir”. Noyabrın 20-nə qədər banklar 400 milyon manat kredit verib A.Babayev banklarda kredit verilməməsinin məhdudlaşmasının normal proses olduğunu diqqətə çatdırdı: “Öhdəliklərinin icrasını yaxşılaşdırmaq, kredit riskini azaltmaq üçün banklar ehtiyatlı davranmalıdırlar. Amma kredit dövriyyəsi davam edir. Kredit portfeli 43 faiz artaraq 6,5 milyard manata çatıb. Ancaq oktyabr ayında bu temp 1,2 faiz olub. Noyabr ayının 20-nə qədər yeni verilən kreditlər 389 milyon manat təşkil edib. Kredit alanların sayı isə təxminən 48 min nəfərdir. Ayrılmış kreditlərin 96 mln. manatı istehlak kreditlərinin payına düşür”.Bank sistemində likvidlik probleminin olmadığını diqqətə çatdıran A.Babayev bunu rəqəmlərlə isbatlamağa çalışdı: “Hazırda bank aktivlərinin 23 faizi (1,9 milyard manat) likvid vəsaitləridir. Likvid aktivləri bütövlükdə bank sistemində əmanətlərin ödənilməsinə kifayət edir. İlin 10 ayında bank aktivləri 48 faiz artıb 9,9 milyard manata çatıb. Oktyabr ayında artım tempi zəifləsə də dayanmayıb (0,3 faiz təşkil edib)”. A.Babayevin sözlərinə görə, Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin həcmi 2008-ci ilin əvvəlindən 22,2 faiz artaraq noyabrın 1-nə 1,784 mlrd. manat təşkil edib. Bu göstərici son bir il ərzində 34,3 faiz artıb. Lakin bu ilin oktyabr ayında son 21 ay ərzində ilk dəfə olaraq bank əmanətlərinin həcmi azalıb, aylıq azalmanın həcmi isə 94,7 mln. manat və ya 5 faiz təşkil edib. A.Babayev əmanətlərin azalmasını iri həcmli əmanət sahiblərinin investisiya yatırımlarını birbaşa kredit hesabına deyil, öz vəsaitləri hesabına həyata keçirməsi ilə əlaqələndirdi. O cümlədən bir neçə əmanətçinin banklarda saxladıqları vəsaitləri (təxminən 18 mln. manat) həmin bankların səhmdar kapitalının artırılmasına yönəldilib. Qalan hissə isə banklardan götürülərək əmanətçilər tərəfindən investisiya yatırımları üçün istifadə olunub. Milli Bank uçot stavkasına yenə baxacaq Son vaxtlar AMB tərəfindən uçot dərəcəsinin 15 faizdən 10 faizədək azaldıldığını xatırladan A.Babayev bu tip tədbirlərin bitmədiyini, növbəti belə addımların dekabr ayında da atılacağını bildirib.MB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Rəşad Orucov ölkədə yeni bank təşkilatlarının yaradılması ilə bağlı müraciətlərdən danışdı. R.Orucovun sözlərinə görə, hazırda AMB-yə yalnız “AzFinance Bank”la bağlı müraciət daxil olub.
43,476
26.11.2008 03:14
Dünya
OBAMA İQTİSADİ KOMANDASINI ELAN ETDİ
“Bizə indi Amerikanın ən ağıllı adamlarını toplamaq lazımdır, məhz bu adamlar mənə qarşıma qoyduğum hədəflərə çatmağa imkan verəcək” - deyə Obama bildirib. Onun sözlərinə görə, dərhal tədbirlər görülməsə, gələn il milyonlarla amerikalı öz iş yerini itirməli olacaq. Yeni prezident gözləmək üçün bir saniyə belə vaxtlarının olmadığını vurğulayıb. Obama deyib ki, mövcud iqtisadi böhran sadəcə ABŞ-ı sarsıtmayıb, qlobal xarakter daşıyıb və bu üzdən dünya böhranla birgə mübarizə etmək məcburiyyətindədir. Onun sözlərinə görə, maliyyə naziri postuna Timoti Qartnerin təyin olunması da məhz bu zərurətdən irəli gəlib. Çünki onun beynəlxalq maliyyə sistemi sahəsində geniş təcrübəsi, güclü əlaqələri və böhranlı situasiyalarda ən düzgün qərarları çıxarmaq qabiliyyəti var.Qartnerin Beynəlxalq Valyuta Fondunda iş təcrübəsi var. O, hökumətdə iqtisadiyyat sahəsində bir sıra mühüm postlar da tutub. Laurens Sammers isə Bill Klinton administrasiyası dövründə ABŞ-ın maliyyə naziri postunu tutub, 2001-2006-cı illərdə Harvard universitetinin rektoru işləyib. Seçki kampaniyası zamanı o, Obamanın iqtisadi məsələlər üzrə əsas müşavirlərindən idi. Obama onu da qeyd edib ki, iqtisadiyyatı xilas etmək üçün ayrılan 700 milyard dollarlıq yardım paketi kifayət etməyə bilər. O, Konqresdən əlavə olaraq 500 milyard dollarlıq yardım paketini təsdiqləməyi xahiş edəcəklərini istisna etməyib. Yeni seçilən prezident deyib ki, iqtisadiyyatın xilas edilməsi üçün nə lazımsa ediləcək. Onun iki illik iqtisadiyyat planında ölkədə 2.5 milyon yeni iş yerinin açılması, körpülər, avtomobil yollarının inşasına, qənaətcil avtomobillərin istehsalına, orta təbəqənin vergilərinin azaldılmasına, alternativ enerji mənbələrinin inkişafına milyardlarla dollar xərcləmək nəzərdə tutulur.Barak Obamanın sözlərinə görə, qlobal maliyyə böhranı ilə üzləşən Amerika təsərrüfatına təcili və tarazlaşdırılmış dəstək veriləcək. Yeni prezident maliyyə qurumlarının çiçəkləndiyi bir vaxtda real sektorun əziyyət çəkdiyini yolverilməz adlandırıb: “Biz Wall Street-lə yanaşı, Main Street-in də (real sektor qurumları - red.) sağaldılmasına yönələn plana malik olmalıyıq. Elə bir plan lazımdır ki, sistem daxilində kredit axınını sabitləşdirməyə qadir olsun”. Bu arada yeni administrasiyanın üzləşəcək ən çətin problemlərindən biri 2 milyon yarım iş yerini saxlamaqla yanaşı, yeni iş yerləri açmaq problemi olacaq. Ekspertlər qeyd edirlər ki, Obamanın prezidentliyi bazarlarda sistemə etimadı bərpa edə bilsə, bu, çox böyük nailiyyət ola bilərdi. Artıq yeni prezidentin iqtisadiyyata böyük investisiyalar qoyulacağı haqda vədləri müvəqqəti də olsa, həm əhali, həm də iqtisadi və maliyyə qurumları daxilində yeni ümidlər oyadıb. Birjalar Obamanın iqtisadiyyat bloku komandasının açıqlanmasına da müsbət reaksiya verib və indekslər bir neçə faiz yüksəlib. Lakin bir çox analitiklərə görə, Obamaya verdiyi vədləri yerinə yetirmək asan olmayacaq.
43,477
26.11.2008 03:17
Dünya
RUSİYA DİPLOMATİYASININ AYAQ SƏSLƏRİ AĞ EVDƏ EŞİDİLİR
Eyni zamanda Rusiya Amerikaya qlobal xarici siyasətdə özünün ambisiyalarını da nümayiş etdirməyə çalışır. BBC təhlilçilərinə görə, Kreml Amerikaya başa salmağa çalışır ki, əgər Birləşmiş Ştatlar Rusiya sərhədi yaxınlığında Moskvadan ehtiyatlanmadan istədiyini edə bilirsə, onda Rusiya da, necə deyərlər, Amerikanın burnunun ucundakı ərazilərdə öz siyasətini yürütməklə məşğul olacaq. Vaşinqton üçün mühüm strateji əhəmiyyət kəsb edən bu regiona Dmitri Medvedyevin səfərinin Rusiya üçün mühüm əhəmiyyət kəsb etdiyi şübhə doğurmur.Məsələn, Venesuelaya gəldikdə, Rusiya bu ölkənin əsas silah təchizatçısı sayılır. Baxmayaraq ki, ABŞ-ı qıcıqlandıran ölkələr siyahısında Venesuela bəlkə də İrandan sonra 2-ci yerdədir. Venesuelanın nüvə reaktorunun təchizatı üçün Rusiyanın bu ölkə ilə nüvə razılaşması imzalayacağı barədə də söhbətlər gəzir. Venesuelalılara keçdiyi hərbi donanma təlim-məşqləri də Rusiya üçün öz bayrağını nümayiş etdirməyin ən nəzərəçarpan vasitəsidir. Bu, qərb yarımkürəsinə Rusiya donanmasının son 20 il ərzində ilk dəfə yeridilməsi olacaq. Kubaya səfərini Medvedyev iqtisadi əlaqələrə həsr edəcək, amma həm Rusiya, həm də Kuba üçün əsas məqsəd yeni ABŞ administrasiyasına siqnal göndərməkdir. Rusiya mənbələrinin məlumatlarına görə, bu səfər zamanı Kubada rus nüvə bombardmançı təyyarələrinin yerləşdirilməsi, yaxud bu təyyarələrin yanacaq götürmək üçün enməsini nəzərdə tutan danışıqlar aparılacaq.Qərb mətbuatı Rusiya prezidentinin bu səfərini şərh edərək yazır ki, Kreml “soyuq müharibə” dövrünə xas diplomatiya yeridir. Medvedyevin səfər etdiyi Latın Amerikası ölkələri vaxtilə SSRİ-nin yaxın tərəfdaşları olublar. Ötən həftə Peruda keçirilən APEC (Asiya və Sakit Okean hövzəsi ölkələrinin iqtisadi əməkdaşlıq təşkilatı) sammitində Medvedyev bəyan edib ki, Moskva bu qitə ilə münasibətlərini üstün tərəfdaşlıq səviyyəsinə çatdırmaq niyyətindədir. “The Christian Science Monitor” qəzeti Rusiya prezidentinin Venesuela və Kubaya səfərinə diqqəti cəlb edərək yazır ki, Kreml “soyuq müharibə” dövründə olduğu kimi öz hərbi qüvvələrini yenidən ABŞ-ın bilavasitə yaxınlığında yerləşdirməyə çalışır. Bildirilir ki, Medvedyevin Venesuelaya səfəri iki ölkə hərbi dəniz donanmalarının birgə təlimlərinin başlanması ilə eyni vaxta təsadüf edir. Hər iki tərəf əməkdaşlığın sırf siyasi xarakter daşıdığını qeyd etsə də, Rusiyanın Venesuelaya artan marağının geosiyasi amillərlə bağlı olduğu göz qabağındadır.
43,478
26.11.2008 02:14
Dünya
“AKP ÖCALANI AZADLIĞA BURAXA BİLƏR”
Dağda əsgərlərimizi şəhid edən terrorçularla polisə daş atan PKK tərəfdarları AKP hökuməti tərəfindən mükafatlandırılıb. İmralı canisi sərbəst qalana qədər bu durum təkrarlanacaq”. Baxçalı həmçinin prezident Abdullah Gülü də İraqdakı kürd administrasiyası ilə rəsmi təmaslara imkan yaratdığı, bu məsələdə hökumətin mövqeyindən çıxış etdiyi üçün tənqid edib. MHP liderinin bu tənqidləri Türkiyə hökumətinin PKK liderinin saxlanıldığı İmralı həbsxanasına yeni məhbuslar köçürmək üçün hazırlıqlara başlaması ilə əlaqəlidir. İddialara görə, hətta İmralıya göndəriləcək yeni məhbusları Öcalan özü seçəcək, PKK lideri həbsxananın tək məhbusu olmaqdan qurtulacaq, digər məhbuslarla ünsiyyət quracaq və başqa rahatlıqlarla təmin olunacaq. Bu iddialara cavab olaraq hökumət sözçüsü, baş nazirin müavini Cəmil Çiçək deyib ki, deyilənlər doğru deyil və Öcalan İmralıya köçürüləcək məhbuslarla ünsiyyətdə olmayacaq.
43,479
26.11.2008 03:14
Dünya
ƏRDOĞAN SİYASƏTDƏN GETMƏYƏ HAZIR OLDUĞUNU TƏKZİB ETDİ
Müxalifət isə hesab edir ki, baş nazir partiyasının seçkilərdə uduzması təhlükəsini görərək bu açıqlamanı verib. Bu cür polemikaların davam etdiyi bir vaxtda Türkiyəyə dönən Ərdoğan isə dediyi sözlərin bir qismindən imtina edib. O bildirib ki, siyasətdən getməyə hazır olduğunu deməyib: “Mən demişəm ki, əgər partiyam seçkilərdə ikinci olsa, sədrlik postundan istefa verəcəyəm. Mənim sözlərim bəzilərinə siqnal idi. Siyasətlə məşğul olmaq üçün təkcə partiya sədri olmaq zəruri deyil. Əgər uğursuzluğa düçar olmusunuzsa, çəkilin, bir başqası gəlsin, işləri götürsün. Mıxlanıb eyni yerdə qalmağın bir mənası yoxdur” .Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı isə partiyasının parlament qarşısında dünənki çıxışı zamanı deyib ki, baş nazirin siyasətdən getməyə hazır olduğu haqda açıqlaması üzləşdiyi iqtisadi böhrandan çıxa bilməyəcəyini göstərir. Onun sözlərinə görə, baş nazir siyasi gələcəyi ilə bağlı ümidlərini kəsib: “Görünən odur ki, AKP iqtidarı yaxın vaxtlarda gəldiyi şərtlər altında da gedəcək. Ancaq baş nazir hara gedirsə getsin, keçmiş illərin hesabını hökmən verməli olacaq”.
43,480
26.11.2008 03:30
Ölkə
XARİCDƏ OXUYAN TƏLƏBƏLƏRİN VALİDEYNLƏRİ AKSİYA KEÇİRDİ
Valideynlər dövlət proqramına uyğun olaraq övladlarının xaricdə təhsil almağa göndərilməsinə baxmayaraq, indiyə kimi onların xərclərini özlərinin ödədiklərini bildirib. Millət vəkilləri məsələ ilə maraqlanacaqlarına söz veriblər.Təhsil Nazirliyi mühasibat uçotu və hesabat sektorunun aparıcı məsləhətçisi Ədilə Əhmədova APA-ya deyib ki, dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlı tələbələrin yaşayış xərclərinin ödənilməməsinin səbəbi sözügedən məsələ ilə bağlı normativlərin Nazirlər Kabineti (NK) tərəfindən hələ təsdiq edilməməsi ilə bağlıdır. Onun sözlərinə görə, ötən il proqram çərçivəsində xaricə təhsil almağa gedən gənclərin yaşayış xərcləri onların oxuduğu ali məktəblər və yaşadığı yataqxanalardan təqdim edilən maliyyə sənədləri əsasında ödənilib. NK-nın bu il iyunun 3-də verdiyi 128 saylı qərara uyğun olaraq isə 2008-2009-cu tədris ilindən tələbələrin yaşayış xərclərinin ödənilməsi xüsusi normativlər əsasında həyata keçirilməlidir. Bu normativləri artıq hazırlayaraq NK-ya təqdim etdiklərini deyən Ə.Əhmədova bildirib ki, sənəd təsdiqlənən kimi tələbələrin xərcləri tədris ilinin əvvəlindən hesablanmaqla ödəniləcək. Onun sözlərinə görə, bu il 19 ölkədə təhsil alan 200-ə yaxın azərbaycanlının yaşayış xərclərinin ödənilməsi üçün təqribən 5 milyon manat tələb olunur.Məsələ ilə bağlı NK-nın mövqeyini öyrənmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlamaq mümkün olmayıb. Qeyd edək ki, tələb olunan vəsait Dövlət Neft Fondundan ayrılır.
43,481
26.11.2008 03:30
Gündəm
ERMƏNİLƏRİN 1 FAİZİ AZƏRBAYCANI DOST SAYIR
Rəyi soruşulan Azərbaycan vətəndaşlarının 39 faizi MDB və Baltik ölkələrinin heç birini Azərbaycana dost saymadıqlarını bildirib. Onlardan 31 faizi Türkiyə ilə, 25 faizi Avropa Birliyi ilə yaxınlığın və inteqrasiyanın tərəfdarıdır. Respondentlərin 21 faizi Gürcüstanı, 20 faizi Ukraynanı dost adlandırıb.Ermənistanda əhalinin mütləq əksəriyyəti - 82 faizi Rusiyanı dost sayır. Ermənilərin 16 faizi Gürcüstanı, 1 faizi isə Azərbaycanı dost hesab edir.Gürcüstanda əksər respondentlər Ukraynanı (69 faiz) dost ölkə sayır. Azərbaycanı dost adlandıran Gürcüstan vətəndaşlarının sayı da az deyil - 41 faiz.Rusiyada isə sorğu iştirakçılarının 48 faizi Belarusu, 33 faizi Qazaxıstanı, 12 faizi Azərbaycanı dost kimi qiymətləndirib (APA).
43,482
26.11.2008 03:30
Kriminal
ZƏVVARLARIMIZIN AVTOBUSU QƏZAYA UĞRADI
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev APA-ya faktı təsdiqləsə də zəvvarın kimliyi barədə məlumat verməyib. Qeyd edək ki, azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparacaq sonuncu təyyarə dünən yola salınıb. HƏCCƏ GEDƏN 20 TÜRKİYƏ VƏTƏNDAŞI VƏFAT EDİBHəcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 20 Türkiyə vətəndaşı vəfat edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 9 Türkiyə vətəndaşı Məkkədə, 11-i isə Mədinədə dünyasını dəyişib. Onlardan biri yol-nəqliyyat hadisəsi, digərləri isə səhhətlərində yaranmış problemlər nəticəsində vəfat ediblər. Türkiyəlilərin hamısı müqəddəs torpaqlarda dəfn olunub.
43,483
26.11.2008 03:21
Dünya
“MOSSAD”ın İRAN PLANLARI İFŞA EDİLİB
“The Guardian” qəzetinin xəbərinə görə, M.Ə.Cəfəri onu da deyib ki, “Mossad” agentləri İranın nüvə proqramları və kəşfiyyatı haqda məlumatlar toplamağa nail olublar. Həbs edilən agentlərdən yüksək texnologiya əsasında hazırlanmış avadanlıqlar götürülüb. M.Ə.Cəfəri nə qədər adamın həbs edildiyini açıqlamayıb. O deyib ki, həmin avadanlıqların və agentlərin istifadə etdiyi avtomobillərin alınması üçün pulları “Mossad” ödəyib.Xəbər verildiyi kimi, bugünlərdə İran “Mossad” agenti olduğu deyilən 45 yaşlı biznesmen Əli Əştarini edam edib. Həbslər haqda xəbər isə bu edamdan sonra yayılıb. İsrail tərəfi iddiaları şərh etmir.
43,484
26.11.2008 03:22
Kriminal
ZİBİLXANADA MEYİT TAPILIB
Meyitə ilkin baxış keçirilib və onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Tapılmış cəsəd müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
43,485
26.11.2008 03:22
Ölkə
HƏFTƏNİN SONUNDA HAVA KƏSKİN SOYUYACAQ
U.Tağıyeva deyib ki, yaxın 2-3 gün ərzində cənub küləyinin üstün və temperaturun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir: “Ötən həftə müşahidə edilən temperatur çoxillik iqlim normasından 9 dərəcəyədək yüksək olub. Bakıda 22,7 dərəcə isti qeydə alınıb ki, bu da noyabrın üçüncü ongünlüyü üçün rekord göstəricidir. 100 illik meteoroloji müşahidələrə görə, 1924-cü ilin analoji dövründə 21,4 dərəcə isti qeydə alınıb. Son 15 ildə isə noyabrın üçüncü ongünlüyündə temperatur bu ilin müvafiq dövrünə nisbətən xeyli aşağı olub”.
43,486
26.11.2008 03:21
Siyasət
RƏSUL QULİYEVLƏ QOHUMLARI ARASINDA YENİ SAVAŞ BAŞLADI
Bunu lent.az-a Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin bacısı oğlu İlqar Quliyev deyib. O, R.Quliyevin son açıqlamasını da təsadüfi hesab etmədiyini bildirib: “Öz bacısı oğlunu tutdurduğuna görə qınaq hədəfinə çevrildiyindən nə danışdığının fərqində deyil. lent.az-ın elektron poçtuna göndərilən məlumatların da mənə heç bir aidiyyəti yoxdur. Bunun haradan göndərilməsini müəyyən etmək çox da çətin deyil. Mən onun haqqında nəyi demək istəyirəmsə, açıq deyirəm, altından da imzamı qoyuram. Növbəti dəfə məni məcbur edir ki, onun əməlləri barədə mətbuatda çıxış edim. Mən yaxın zamanlarda bunu edəcəyəm”.Xatırladaq ki, R.Quliyev hepatit D virusuna yoluxması ilə bağlı lent.az-ın elektron poçtuna daxil olmuş məktubda yazılanlara münasibət bildirərkən bu xəbərlərin qohumu İlqar Quliyev tərəfindən yayıldığını demişdi.
43,487
26.11.2008 03:24
Dünya
İRANDA 3 PKK-çı EDAM EDİLƏCƏK
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İnqilab Məhkəməsində mühakimə olunan Fasih Yasamini, Rostam Arkia və Fateh Rezazadə adlı şəxslər PKK (PJAK) adından silahlı terror aksiyaları keçirmək, adam oğurlamaq, qarət və soyğunçuluq törətmək, vətəndaşları hədələmək və İranın milli təhlükəsizliyinə zərər verməkdə ittiham olunaraq edam cəzasına məhkum edilib. Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha 12 terrorçu yaxalanıb və onlara kömək göstərən 19 nəfər həbs olunub.
43,488
26.11.2008 03:21
Gündəm
ƏLİ BABACANIN BAKI SƏFƏRİNİN VAXTI DƏQİQLƏŞMƏYİB
“Bu xəbər Azərbaycan mətbuatında da dərc olunmuşdu. Nazirin bu səfərinin gerçəkləşməsi üçün hazırlıqlar hazırda davam edir, səfərin tarixi hələ dəqiqləşməyib. Buna dair noyabrın 24-də yayılan məlumat, görünür, səfirliyimizin mətbuat müşavirliyi tərəfindən səhvən əks etdirilib. Cənab Babacanın Azərbaycana səfərinin tarixi dəqiqləşdikdə rəsmi açıqlama veriləcək”- deyə xəbərdə bildirilir.
43,489
26.11.2008 03:25
Kriminal
KURSANTIMIZ İDMAN EDƏRKƏN ÖLDÜ
Nazirlik sözçüsü müdavimin 3 kilometr məsafədə kross qaçışı zamanı qəflətən öldüyünü bildirib. Faktla bağlı araşdırma aparılır.
43,490
26.11.2008 03:27
Ölkə
HEYDƏR ƏLİYEVİN BACISI VƏFAT ETDİ
Mərhumənin işlədiyi və kimyadan dərs dediyi 190 saylı məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova “Media forum”a açıqlamasında deyib ki, heç bir xəstəlikdən əziyyət çəkməyən Ş.Əliyeva vəfatından bir həftə əvvəl ayağı sındığı üçün məktəbə getmirmiş: “Birinci rübün sonunda eşitdik ki, Şəfiqə xanım yıxılıb, ayağı sınıb. Bu hadisə ilə vəfatı arasında cəmi bir həftə çəkdi”.Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Birinci kursu bitirəndən sonra anasının təkidi ilə Bakıda təhsilini yarımçıq buraxıb və Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun kimya-biologiya fakültəsində oxuyub.Daha sonra Azərbaycan Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib təyinatla Şəkiyə göndərilən Ş.Əliyeva həyat yoldaşının işi ilə əlaqədar Cəlilabad və Lənkəranda da işləyib. 1969-cu ildən ömrünün sonuna qədər isə Bakıdakı 190 saylı orta məktəbdə kimyadan dərs deyib.Respublikanın əməkdar müəllimi olan Ş.Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, “Canlı aləm haqqında əhvalatlar”, “Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları” adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş “Mənim anam”, qardaşı, mərhum akademik Aqil Əliyev haqqında “Xatirəyə dönən illərin işığında” kitablarını da qələmə alıb.Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, “Ziyalı” qəzetinin və “Elm və mədəniyyət” jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ş.Əliyeva “Qızıl qələm” mükafatı laureatıdır. Bir qızı, iki nəvəsi var.Mərhumənin cənazəsinin dünən saat 15-də öz evindən götürüləcəyi bildirilirdi.Allah rəhmət eləsin.
43,491
26.11.2008 04:23
Ölkə
İQTİDAR AZƏRBAYCAN MÜXALİFƏTİNƏ CADU ETDİRİB?
Nigeriya müxalifətinin bu ittihamına o vaxt təbəssümlə yanaşdılar. Amma dünyanın bir sıra nüfuzlu media qurumlarının araşdırmaları nəticəsində bəlli oldu ki, bu ittiham nəinki gülməli deyil, hətta əksinə, əslində çox ciddidir. Sən demə, siyasi rəqiblərinə qarşı qara magiyanın gücündən nəinki Afrika, hətta sivil Avropa ölkələri, ABŞ prezidentləri də istifadə edirmiş. Özü də necə. Biz bu məqama qayıdacağıq. İndilikdə isə öyrənək görək nədir axı bu “qara magiya”? Siyasətçilər bundan öz rəqiblərinə qarşı niyə istifadə edir? Qara magiya nədir? Magiyanın tarixi haqda fikirlər birmənalı deyil. Bu işlə məşğul olanların sözü ilə desək, birinci hissə qara magiya, ikinci hissə ağ magiya adlanır. Qaydaya görə, qara magiya ilə məşğul olmaq qara qüvvələrlə təmasda olmaq, ağ magiya isə xeyir qüvvələrin təsirində olmaq kimi izah edilir. Ümumilikdə magiya ilə məşğul olanları “şeytanın himayəsində hərəkət edənlər” adlandırırlar.Qara magiyaçılar (bundan sonra cadugər adlandıracağıq) şeytanın əməllərinə uyub ölmüş insanların ruhunu çağıraraq yalnız öz məqsədləri üçün çalışır. Bu zaman müxtəlif suallar yazılmış taxta parçaları, iynə sancılmış alma, mis tas, içinə kağızda sual yazılıb qoyulmuş qoz, qayçı, kitab və digər əşyalardan istifadə edirlər. Bununla da müəyyən mətləbləri izah etməyə, ona aydınlıq gətirməyə çalışırlar. Onların qənaətinə görə, ölmüş insanların ruhunu çağırıb baş verə biləcək istənilən hadisə haqqında ətraflı məlumat almaq mümkündür. Elə bu səbəbdən də magiya insanların maraq dairəsindədir. Onlar hansı dini mənsəbdən olmalarının fərqinə də varmır və hesab edirlər ki, guya özlərinin tamam başqa aləmləri var.Əslində bu, narkotik aludəçiliyindən heç nə ilə fərqlənmir. Belə çirkaba düşənləri sonradan təmiz həyata qaytarmaq problemə çevrilir. İnsanlarda magiyaya maraq oyanan zaman onları hansısa təsir dairəsindən çəkindirmək mümkündür. Bir neçə ay bu işlə məşğul olanlar özlərini tamam ayrı dünyada hiss edir. Onlar üçün ruhların göstərdiyi yoldan, şeytanın əmrindən savayı heç bir söz hakim kəsilə bilməz. Hətta bu əmr elə əsas olur ki, onlar doğma valideynlərinə də qıymağa heyfslənmirlər. Bəzən magiya ilə məşğul olub taleyi yozanlar da olur. Psixoloji təsir Cadugərlərin psixologiyasında bəzi dəyişiklik prosesi gedir. Onlar üçün vətən məfhumu, dövlətçilik anlayışı, ölkəsinin hansı dinə itaət etməsi önəmli deyil. Bu sahəyə aludə olanların xasiyyətində ən qabarıq cəhət onların ruhi xəstələrə bənzər formada olmasıdır. Onlarda həmçinin fiziki zəifləmə müşahidə olunur. Çox vaxt isə bu adamlar özlərini cəmiyyət arasında narahat aparır. Çalışırlar ki, həmkarlarından savayı kimsə ilə əlaqə qurmasınlar. Öz həmkarlarına yüksək səviyyəli varlıq kimi baxırlar.Onlar rahat yatmaqdan da məhrumdur. Gecələr yuxudan diksinib ayılanda şam işığında öz-özləri ilə asta səslə danışmağı xoşlayırlar. Bəzən magiyaçılar ətraflarında olan şəxslərin fikir və hərəkətlərində də onlara xüsusi zövq verən çaşqınlıq yarada bilir. Cadugərlərin özləri də qurbanlarının psixoloji durumunu anındaca tuta bilir. Ona görə də psixi zəif insanlara təsir etmələri daha asan olur. Bundan başqa, cadugərlərdə olan şeytani başlanğıc da gələcək qurbanı hədəfə götürməkdə böyük rol oynayır. Yəni adicə bir baxış kifayətdir ki, cadugər qarşısındakına təsir etsin. Elm bu anomal situasiyanı hələ də izah edə bilməyib. Cadugərlər Obamanı Ruzvelt və Qandinin ruhu ilə görüşdürüb İndi isə qayıdaq cadugərlərin xidmətindən istifadə etmiş və edən siyasətçilərə. Yuxarıda qeyd etdiyimiz kimi, bir sıra sivil dövlətlərin başçıları da vaxtilə cadugərlərə müraciət ediblar. Məsələn, keçmiş ABŞ prezidenti Ronald Reyqan cadugər Çoye Consonun xidmətlərindən istifadə edirdi. Reyqana kimi özünə dövlət katibi seçməyi məhz Çoye məsləhət görmüşdü. Sən demə, bu qoca cadugər yeni seçilmiş ABŞ prezidenti Barak Obamaya da kömək edib. “Novaya İzvestiya”nın yazdığına görə, o, Obamanı trans vəziyyətinə salıb və onu Ruzveltin və Mahatma Qandinin ruhları ilə görüşdürüb. Bu məqam da Obamanın qalib gəlməyində mühüm rol oynayıb.1959-cu ildən 2008-dək olan müddətdə Kubaya rəhbərlik etmiş Fidel Kastronun da öz siyasi rəqiblərinə qarşı mübarizədə cadugərlərdən istifadə etdiyi bildirilir. Məhz buna görədir ki, 50 ilə yaxındır Kastroya heç kim heç nə edə bilmir.Sən demə, Fransa prezidenti Jak Şirak da çadugərlərin xidmətindən istifadə edirmiş. Deyilənlərə görə, məşhur fransız maqı Elizabet Qeyse, seneqallı Sidi Mansur və Kot D-ivuardan olan Mustafa Dibiri daim onun ətrafında olub.Keçmiş İraq prezidenti Səddam Hüseyn yanında cadugərlər saxlamaqla yanaşı, özü də magiya ilə məşğul olurmuş. Fransız qəzetlərinin yazdığına görə, ona qarşı törədilmiş sui-qəsdlərin baş tutmamasında əsas səbəbkar elə şəxsi cadugəri imiş.Elə qonşu Rusiyada da bu institut xeyli inkişaf edib. Hazırda Rusiyada Sankt-Peterburq və Moskvada iki “Qara magiya” məktəbi fəaliyyət göstərir. Onlar vaxtilə Yeltsinin,- xüsusilə Züqanovla prezident seçkisi uğrunda mübarizədə- sonra isə Putinin, indi də Medvedyevin xidmətindədir.Bu mövzuya müraciət etməyimizin əsas səbəbi isə etibarlı mənbədən qəzetimizə daxil olan bir xəbərdir. Mənbənin dediyinə görə, Azərbaycan iqtidarı da siyasi rəqiblərinə qarşı qara magiyanın qüvvəsindən istifadə edir. Özü də rus cadugərlərinin köməyi ilə.“Onlar müxalifət partiyalarının liderlərinə, müxalifyönlü ziyalılara yetərincə təsir edə bilirlər. Aparıcı müxalifət partiyalarından son qopmalara fikir verin. İnanardınızmı ki, Qulamhüseyn Əlibəyli, Bahəddin Həziyev, Flora Kərimova kimi illərin sınağından çıxmış radikal müxalifətçilər bu düşərgəni tərk edəcək? Müxalifət liderlərinin bəlkə də xəbərləri yoxdur ki, lazım olanda istər müxtəlif tədbirlərdə, istərsə də partiyalarının qərargahlarında, lap elə hərəkət etdikləri maşınlarda cadugərlərin müxtəlif üsullu təsirinə məruz qalırlar. Əgər bilmək istəyirlərsə, bir məqamı da deyə bilərəm. Bu gün müxalifət liderləri birlik ideyaları barədə danışsalar da öz məqsədlərinə çata bilmirlər. Bunun da səbəbi var. Çünki illərin sınağından keçmiş qara maqlar öz təsirlərini göstərir”- deyə qaynağımız bildirir.Bəs görəsən cadugərlərdən, onların təsirindən qurtulmaq mümkündürmü? Müxaliflər bunun üçün nə etməlidir? Onları qara cadudan neçə xilas etmək olar? “Cadunun qarşısını Allaha sığınmaqla almaq olar” Özünü parapsixoloq, ekstrasens kimi təqdim edən Şahsəddin İmanlının fikrincə, cadunun qarşısını namaz qılıb Allaha sığınmaqla almaq olar: “Müqəddəs kitabımız Qurani-Kərimin ”Bəqərə", “Fələq” və “Nas” surələrində cadudan qorunmaq üçün ayələr var. Əgər onlara nəzər salsaq görərik ki, cadugərin yanına gedən kəsdən onun kimliyi, harada işləməsi və problemləri haqqında soruşulur və şəkli tələb olunur. Qeyd edim ki, şəkildə insanın ruhunda formalaşan 7 təbəqə görsənir və insanın zəif tərəfləri tapılır. Amma nəticə etibarilə boş sözlərdən, yalançı proqnozlardan o tərəfə keçə bilmirlər. Bu vaxta qədər görməmişəm ki, hansısa cadugər kiminsə xeyir işini düzəltsin. Ürəyə xal salmaq, ailələri dağıtmaq, insanlar arasında düşmənçilik yaratmaq hallarını isə çox ustalıqla bacarırlar. Onlarla fakt var ki, cadugər yanından qayıtdıqdan sonra insanlar intihar və ya qətl törədiblər". “Etibar Erkinin qətlindən sonra cadugərlər meydan sulayır” “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin fikrincə, magiya ilahi tarazlığı pozur. Ən təhlükəli magiyanın klassik Afrika cadugərliyi olduğunu bildirən S.Rəhimli cadunun günümüzə qədər gəlib çatdığını deyir: ““Magiya” öz kökünü “maq” sözündən götürür. Yunanca “magos”, qədim zərdüştilərdə isə “maga” kimi işlədilən bu sözün hərfi tərcüməsi “qurban gətirən” və ya “ölüm gətirən” kimi oxunur. Magiya insan iradəsi ilə cəmiyyət, təbiət və hətta ruhi qüvvələrin işinə müdaxilə etməyi öyrədir. Sadə məntiq magiya ilə sehrin eyni məna daşıdığını göstərir. Bu səbəbdən də bütün monoteist dinlər onu qəti qadağan edir. Müqəddəs kitabımızda sehrli təsirləri qadağan edən ehkam xarakterli ayələr var. Ən təhlükəli cadugərlər Afrika cadugərləridir. Dünya tarixində kütləvi cadugərliyə qurşandıqları üçün Atlantida və Lemuriya qövmlərinin məhvi barədə yazılı mənbələr var. Yəhudilərin, qaraçıların da zaman-zaman bu səbəbdən təqib olunması, cəzalandırılması faktdır. Hətta ermənilərin cadugər qaraçıların “hayk” (daşürəkli) tayfasından törəndiyi də bir neçə mənbədə təsdiq olunub. Azərbaycanda hələ 3-4 min il əvvəllər də qara magiya üsulundan istifadə olunurdu. Zərdüşt peyğəmbərin pərvəriş tapması ilə bu hallar qəti qadağan olunsa da, bəzən kütləvi edamlar həyata keçirilsə də magiya tarixin qaranlıq səhifələrində gizlənərək bu günümüzə qədər gəlib çatıb".S.Rəhimlinin dediyinə görə, Azərbaycanda qara magiyanın dərin kök salması və ya təsir mexanizmlərinin inkişaf etməsi barədə deyilənlər absurddur: “Ölkəmizdə bu sahədə yalnız fırıldaqçılar, insanları aldadıb varlanmaq istəyənlər yer alıb. “Qurd yağı”, “bəxt açıb-bağlamaq”, “kitab açmaq” və bu kimi gülməli terminlər cəmiyyətə elə sirayət edib ki, artıq falçılıq və cadugərlik şou-bizneslə eyni pillədə gedir. İnsanlarımız maariflənmədiyi üçün balaca bir uğursuzluq olan kimi səbr etmək, psixoloqa (hətta ağsaqqallara) müraciət etmək əvəzinə, falçının-cadugərin yanına qaçırlar. Onların efirə çıxması, mətbuata ayaq açması genofondumuzun məhvinə xidmət edir. Onların dediklərinə heç bir şərh verilmir. Mərhum parapsixoloq Etibar Erkinin qətlindən sonra qara enerji daşıyıcıları daha çox meydan sulayırlar. Son iki ildə isə onlar daha çox baş qaldırıblar. Bu səbəbdən də müvafiq qurumlar onlara qarşı ölçü götürməli, insanların kütləvi psixi pozğunluğunun qarşısını almalıdır". “Elə cadugərlər var ki, adamı iflic, dəli, xəstə edirlər” Münəccim Firudin Qurbansoy isə hesab edir ki, caduya birmənalı şəkildə qadağa qoyulmalıdır: “Bütün zamanlarda cadu olub, Süleyman peyğəmbərin dövründə bu iş daha çox yayılıb və aktiv olub. Cadunun qarası, ağı, qızılgül rənglisi var. Qızılgül rəngi ilə məşğul olanlar məhəbbəti təmsil edənlərdir. Amma elə cadugərlər də var ki, adamı cadu ilə iflic, dəli, xəstə edirlər, fiziki cəhətdən əlil vəziyyətinə salırlar. Əslində qanun işləsəydi, belə cadugərlər hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunardı. Məlum olduğu kimi, insanın öz bədənindən başqa daha 6 görünməz bədəni var ki, cadugərlər bu sahəyə təsir etməklə insanlara müdaxilə edirlər. Amma buna qarşı mübarizə üsulları da var. Allahın adını zikr etməklə, Qurani-Kərimi qiraət etməklə cadunu batil etmək mümkündür. Cadunu başqa üsullarla da batil etmək olar. Belə şəxslər cəmiyyətimizdə də var və onlara müraciət etdikdə cadudan zərər çəkmiş insanlara müxtəlif üsullarla kömək edirlər”.Ən maraqlı məqam isə elə Firudin bəyin naşiri olduğu “Alın yazısı” qəzetində söhbəti gedən mövzuyla bağlı yazılanlarla əlaqədardır. Adıçəkilən yazıda deyilir ki, insan ayaqyolunda tərsinə oturarsa, ona heç bir cadu təsir edə bilməz.
43,492
26.11.2008 04:24
Astrologiya
ULDUZ FALI
QOÇ - Təşəbbüskarlığı ələ ala bilsəniz, heç bir məyusluqla üzləşməyəcəksiniz. Özünüzü qürurlu aparın. Yeni əlaqələr karyeranızda böyük təkan yarada bilər. Xırdaçılığa meyl etməyin. BUĞA - Təzadlı gün olsa da, hansısa uğursuzluqla qarşılaşmayacaqsınız. Çünki psixoloji dəyanətiniz buna imkan verməyəcək. Rəqiblərinizə qarşı üzüyumşaqlıq nümayiş etdirməyin. ƏKİZLƏR - Risk etmək olmaz. Əks təqdirdə, bütün proseslər əleyhinizə işləyəcək. Xüsusən də pul və sənədləşdirmə məsələlərində ayıq-sayıqlığınızı artırın. Yalnız adi işlə məşğul olun. XƏRÇƏNG - “Özüm hər şeyi bilirəm” fikrinə aludə olmaqla ətrafda özünüzə qarşı ikrah oyada bilərsiniz. Bir qədər xoşrəftar olun. Təmasda olduğunuz şəxslərlə aranızda nəzakət tellərini artırın. ŞİR - Fəaliyyət göstərdiyiniz müəssisələrdə təmkininizi qorumağa çalışın. Hətta haqsız addımların şahidi olsanız belə, cavab tədbirlərini sonraya saxlayın. Mübahisə sizə uğur gətirməyəcək. QIZ - Öhdənizdə olan bu təqvimdən hansısa uğur gözləməyiniz əbəsdir. Ən azı ona görə ki, həftənin ən passiv gününü yaşayacaqsınız. Odur ki, başınızı adi işlərlə qatmağa çalışın. TƏRƏZİ - Bu gün hansısa perspektivli iş görəcəyiniz inandırıcı deyil. Astroloji göstəricilər yalnız gözləmə mövqeyində durmağınızı məsləhət görür. Saat 17-19 arası ehtiyatlı olun. ƏQRƏB - Ayın bürcünüzdə olması fikirlərinizdə çaşqınlıq yarada bilər. Bunu anladığınız təqdirdə bütün ciddi işləri təxirə salmalısınız. Qida rejiminizə fikir verin. Uzaq yola çıxmayın. OXATAN - Planetiniz olan Yupiterin aktivlik nöqtəsinə çatması sizi bir neçə uğurlu hadisə ilə rastlaşdıracaq. Darıxdığınız adamlardan bir neçəsini görəcək, təzə xəbərlər eşidəcəksiniz. OĞLAQ - Həddindən ziyadə uğurlu gündür. Göy qübbəsi qarşınıza bir neçə sürpriz çıxaracaq. Buna hazır olun. İştirakçısı olduğunuz bütün sövdələşmələr əhəmiyyətli olacaq. SUTÖKƏN - Kənar təsirlərə məruz qalacağınızı bildirən Göy qübbəsi özünüzü ələ almağı, şayiələrə uymamağı məsləhət görür. Zəif insanların inamından sui-istifadə etməyiniz böyük günahdır. BALIQLAR - Əməkdaşlıq zəminində uğurlu gün olsa da, təcrübəsizlik göstərib müvəffəqiyyətdən uzaq ola bilərsiniz. Odur ki, lazımi adamlardan məsləhət almağı unutmayın. Axşamı öz evinizdə keçirin.
43,493
27.11.2008 07:58
Gündəm
GİZLİ İQTİDAR-MÜXALİFƏT DANIŞIQLARI GEDİR
Bu barədə hakimiyyətə yaxın çevrələrdən məlumat əldə etmişik. Mötəbərliyinə əmin olduğumuz qaynağımızın sözlərinə görə, danışıqlar prosesinə qatılan personalar da ölkənin siyasi piramidasında ən yuxarı səviyyələri təmsil edirlər. Bu isə həm sözügedən kontaktların ciddiyyətini, həm də müzakirə olunan məsələlərin əhəmiyyətini göstərən dəlildir.Qaynağımızın verdiyi bilgiyə görə, iqtidar-müxalifət danışıqlarının başlanması təşəbbüsü birincilərdən gəlib. “Hakimiyyətin bu jesti səbəbsiz deyil. Qarabağ məsələsinin həlli üçün aparılan 14 illik uzun danışıqlar ”tuneli"nin sonunda indi bir işıq görünməyə başlayıb. Çox böyük ehtimalla, yaxın vaxtlarda, hətta qarşıdakı aylarda Qarabağ məsələsində ciddi bir dönüşün baş verməsi mümkün olacaq. Bunu danışıqlar prosesinin gedişindən və vasitəçi dövlətlərin, ilk növbədə isə Rusiya və ABŞ-ın tutduğu mövqeyin mahiyyətindən də sezmək olar." Fakt budur ki, superdövlətlər Azərbaycanı və Ermənistanı hansı formada olmasından, kimin daha çox güzəştə gedib-getməyəcəyindən asılı olmayaraq nəsə bir anlaşmaya və ya kompromisə mütləq nail olmağa təhrik edir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Ermənistan prezidenti Sərkisyan 50 partiyanın iştirakı ilə Qarabağ məsələsinin ictimai müzakirəsini təşkil etdi. Azərbaycanda isə bu məsələyə daha ciddi önəm verirlər; proses hələlik gizli aparılır; nəticələr əldə edilsə, açığa da çıxacaq. Əksəriyyət belə düşünür ki, əgər Qarabağa dair anlaşma baş tutsa, ən çox Azərbaycan güzəştə getməlidir. Belə bir vəziyyətdə tamamilə mümkündür ki, Azərbaycan iqtidarı həmin güzəştin və digər ümummilli qərarların məsuliyyət yükünü müxalifətlə də paylaşmaq istəyir. Bu konteksdə Türkiyənin də fəallaşmasını və Türkiyə-Ermənistan münasibətlərində ciddi hərəkətliliyin yaranmasını yada salsaq, prosesin nə dərəcədə irəli getməsi barədə təxmini təsəvvür əldə etmiş olarıq.Əlbəttə ki, heç də iddia etmək olmaz ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağı de-yure ermənilərə verir. Əslində iqtidarımız düşünür ki, baş verənlər Dağlıq Qarabağ və işğal altındakı digər torpaqların geri qaytarılması prosesidir. Sadəcə manevr edib, müəyyən güzəştlərə (referendum yolu ilə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi və sairə - red.) gedərək erməniləri aldatmaq, daha sonrakı fəaliyyətə vaxt qazanmaq üçün ümummilli birlik əldə etməyə ehtiyac var. Dağlıq Qarabağla bağlı məsələlərin ciddiləşdiyini erməni cəmiyyəti və düşmən ölkənin müxtəlif quruluşları da öz təpkiləri ilə büruzə verməkdədirlər: “Azərbaycan prezidentinin Türkiyə vasitəsi ilə erməni iqtidarına müəyyən maliyyə kanalları tapması və onları proseslərdə maraqlandıraraq, bir növ yumşaltması Ermənistan cəmiyyətində narahatlıqlar, etirazlar yaratmışdır. Ermənistan tarixində ilk dəfədir ki, siyasi dairələr kifayət qədər ciddi ittihamlarla prezidentlərini satqınçılıqda, Dağlıq Qarabağı və işğaldakı digər torpaqları Azərbaycana güzəştə getməkdə suçlayırlar. Belə bir vəziyyətdə İlham Əliyev öz ölkəsində və cəmiyyətdə mövqelərini bərkitmək, müxalifətin dəstəyini arxasına almaq istəyir. Bu istiqamətdə iqtidarı təmsil edən kifayət qədər ciddi təmsilçilər ölkə müxalifətinin çox əhəmiyyətli qurumları ilə danışıqlar aparırlar. Bu danışıqlar Azərbaycanda siyasi münasibətlərin yeni mərhələsini aça bilər...” Bu fikirlər də özündəki məlumatları bizimlə bölüşməyə razılaşmış iqtidar təmsilçisinə məxsusdur. Mənbəmizin iddiasına görə, hakimiyyəti təmsil edənlər müxalifətə razılaşma halında çox ciddi güzəştlər də vəd edirlər. Bunları aşağıdakı kimi sıralamaq olar: - İqtidar-müxalifət münasibətləri tam sivil formaya keçir; bütün problemləri həll etmək üçün ortaq komissiya qurulur;- Qarşıdakı bələdiyyə və parlament seçkilərinin demokratik keçirilməsinə təminat verilir;- Bu məqsədlə MSK-nın tərkibinə və seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasına yenidən baxılır; - Proporsional seçki sistemi bərpa edilir, MM deputatlarının sayı 175-ə qaldırılır; - Partiyaların büdcədən maliyyələşdirilməsi məsələsində müxalifətin təklifləri nəzərə alınır;- Əfv komissiyasında, korrupsiyaya qarşı mübarizə adı altında fəaliyyət göstərən sturukturlarda və Təhlükəsizlik Şurasında (ictimai vəzifə kimi) müxalifət təmsilçilərinin yer alması həll edilir; - Dövlətçiliyin qurulmasında, torpaqların qorunmasında, müstəqilliyin bərpasında və bu kimi başqa milli əhəmiyyətli proseslərdə rol almış müxalifət fəallarına dövlət təltifləri, prezident təqaüdü verilir;- Repressiyalara məruz qalmış, hüquqları pozulmuş və hələ də həbsxanalarda olan müxalifətçilərin hüquqlarının bərpası istiqamətində lazım olan addımlar atılır, kompensasiyalar ayrılır...Qeyd edək ki, iki düşərgə təmsilçiləri arasında gedən gizli danışıqlarda müzakirə predmeti olan ayrı-ayrı məsələlərlə bağlı “Yeni Müsavat” qəzetində müxtəlif yazılar dərc olunub. Eləcə də prezident İlham Əliyevin, PİA rəhbəri Ramiz Mehdiyevin müsahibə və yazılarında müxalifətlə münasibətlərin yeni mərhələsi, partiyaların büdcədən maliyyələşməsi barədə açıq tekslə mövqelər, jestlər ortaya qoyulub. Sonda əlimizdə olan iki mühüm detalı da öz redaktəmizdə ümumiləşdirərək, maraqlananların və nəticə çıxartmaq istəyən analitiklərin nəzərinə çatdırırıq:1. Danışıqlarda prezidentin iki dəfədən artıq və daha uzun müddətə seçilməsi ilə bağlı məqam da özünə yer tapıb. Müxalifətə bildiriblər ki, bu konstitusion islahata razılaşsa, onun MM-də təmsilçiliyi və başqa istiqamətlərdəki güzəştləri daha da ciddi olacaq.2. Danışıqlar hansısa xarici ölkə kəşfiyyatı və siyasi dairələri ilə əməkdaşlığı olmayan müxalifət qüvvələri ilə gedir. Danışıqlarda iştirak edən müxalifət liderlərindən birinin qarşısına onun təşkilatının yenicə əməkdaşlığa başladığı blokla bağlı kompromatlar və təkzib olunmaz faktlar qoyublar. Burada həmin bloka daxil olan iki müxalifətçi təşkilat sədrinin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair ciddi dəlillər var. Bununla da müxalifət düşərgəsindəki yeni əməkdaşlıq və birlik mərkəzi çöküb. Lakin əvəzində daha ciddi bir format qurulmaqdadır. Azərbaycan tarixində ilk dəfə olaraq Dağlıq Qarabağ və işğal altındakı digər torpaqlarla bağlı iqtidar-müxalifət dialoqu və əməkdaşlığı başlayıb.Baxmayaraq ki, proses gizli gedir, çoxları bu əhəmiyyətli məsələyə pıçıltı ilə də olsa, “Allah xeyir versin, millətimizə yararlı olsun...” deyərdi.
43,494
27.11.2008 07:09
Ölkə
“BAKIDAKI BÜTÜN “XRUŞŞOVKA” VƏ “STALİNKA”LAR SÖKÜLƏCƏK”
A.Qaraşov onu da qeyd edib ki, paytaxtda “xruşşovka”, “stalinka” və bu kimi digər layihəli yaşayış binaları da mərhələlərlə söküləcək: “Sözügedən binalar istismar müddətini başa vurub, lakin istifadəyə yararlıdır. Gələcəkdə həmin binalar mərhələlərlə sökülüb yeni binalar tikiləcək, bütün mənzil sahiblərinə ya kompensasiya ödəniləcək, ya da həmin binada yeni mənzil təqdim olunacaq”.DƏDRX rəisi onu da bildirib ki, hazırda Bakı əhalisinin 80 faizindən çoxunun öz yaşayış sahəsi var ki, digərləri regionlardan paytaxta gəlib burada kirayə qalır.Məsələyə münasibət bildirən Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli bu işlərə həssas yanaşmanın vacib olduğunu deyir. Onun sözlərinə görə, hökumət rəsmiləri mətbuata verdikləri açıqlamalarda Bakıda 500 mindən yuxarı qanunsuz tikilinin olduğunu bildirib: “Bu, elə-belə rəqəm deyil. Bu o deməkdir ki, həmin evlərdə 2 milyondan çox əhali yaşayır. Halbuki həmin evlər tikiləndə insanlar torpaq sahəsi almaq üçün aidiyyəti qurumlara pul ödəyib, məmurların ”bığının altından keçib". Bundan əlavə, həmin evlərin böyük hissəsinin pasport qeydiyyatı var. Mənzillərdə yaşayan əhali uzun illər işıq, qaz, supulu veriblər. Eyni zamanda, həmin evlərdə yaşayan əhalinin sosial vəziyyəti ağır olduğundan yaşadığı ərazinin bir hissəsini kirayəyə verib. İndi Bakıda təxminən 1 milyona yaxın insan kirayədə yaşayır. Elə həyət evləri var ki, orada 10-15 kirayənişin yaşayır. Müəyyən kateqoriyadan olan insanlar var ki, ehtiyacını ödəmək üçün bu işlərə gedib. Təbii ki, hökumət bütün bu məsələləri nəzərə almalıdır".Bakı əhalisinin 50 faizinin mənzilə ehtiyacının olduğunu söyləyən Q.Hüseynli də “stalinka” və “xruşşovka” tipli binaların sökülməsini vacib sayır: “Amma iqtidarın bu işləri şəffaf və ədalətli şəkildə həyata keçirəcəyi şübhə doğurur”.Qeyd edək ki, A.Qaraşovun dedikləri artıq hazırlanmaqda olan Bakının Baş Planında da nəzərdə tutub. Doğrudur, mütəxəssislər Baş Planın hazırlanmasının 2011-ci ildə başa çatacağını deyirlər. Amma söküntü işlərinə gələn ildən start veriləcək. Mərhələlərlə həyata keçiriləcək bu işə ilk olaraq Nizami rayonundan başlanılacaq. Bundan əlavə, Bakı və Bakıətrafı ərazilərdəki qanunsuz fərdi evlər də söküləcək. Söküləcək binaların sakinlərinə kompensasiya verilməsi nəzərdə tutulsa da, qanunsuz fərdi evlərə görə kompensasiya ödənilməyəcək.Yeri gəlmişkən, artıq bununla bağlı çoxsaylı məhkəmə iddiaları da, qaldırılıb. Belə ki, işini “ehtiyatlı” tutan dövlət qurumları qanunsuz adlandırdıqları evlərin sökülməsi ilə bağlı məhkəməyə müraciət ediblər. Məsələn, bu günlərdə Sabunçu rayon Məhkəməsinin hakimi İlqar Hüseynov Sabunçu qəsəbəsində 40 evin sökülməsi barədə qərar çıxarıb.Binəqədi rayonunda da oxşar vəziyyət yaranıb. Burada kommunikasiya xətlərinin və mədən ərazilərində tikilmiş yüzlərlə evin sökülməsi barədə hətta qərar da var. Qeyd edək ki, Binəqədidə ötən il artıq 500 ev sökülüb.Baş Plana əsasən, Sulutəpə, Xocəsən, Alatava və Keşlə qəsəbələri (Şanxay deyilən ərazi) də köçürüləcək. Hökumət şəhərin mərkəzindəki qəbiristanlıqları və həbsxanaları da kənara köçürmək qərarına gəlib. Digər məlumata görə, Heydər Əliyev prospektinin bərpasından sonra hökumət Dərnəgül şossesini genişləndirmək niyyətinə düşüb. Bu isə sözügedən ərazidə çoxsaylı tikililərin və ticarət obyektlərinin sökülməsi deməkdir.
43,495
27.11.2008 04:08
Ölkə
AZƏRBAYCANDA DAHA BİR NEÇƏ DEPUTAT SOYADINI MİLLİLƏŞDİRİR
Yaxın günlərdə soyadını rəsmi olaraq dəyişəcək daha bir millət vəkili isə Fazil Mustafayevdir. Deputat müvafiq qurumlara müraciət edəcəyini və Mustafa soyadını rəsmiləşdirəcəyini bildirib. Deputat Həvva Məmmədova da soyadını milliləşdirmək üçün artıq sənədlərini hazırlayıb. O, soyadını dəyişdirərək Məmmədli olacaq. Soyadını milliləşdirmək niyyətində olan növbəti deputat Baba Tağıyevdir. Tağıyev APA-ya Əlibəyli soyadını götürmək istədiyini deyib. O bunu atasının adının Əli olması ilə izah edib: “Ancaq əsas soyadın dəyişdirilməsi deyil. Milli məfkurəni dəyişmək, onu inkişaf etdirmək lazımdır”. Eldar İbrahimov da soyadını dəyişdirmək barədə düşündüyünü deyib: “Mən bu haqda düşünürəm. Soyadımı dəyişməli olsam, İbrahimovu İbrahimli edəcəyəm”. Deputat Gövhər Baxışəliyeva APA-ya açıqlamasında soyadların milliləşdirilməsinə müsbət yanaşdığını, lakin bu addımın müəyyən problemlər yarada biləcəyindən ehtiyatlandığını deyib: “Mənim bütün kitablarım Baxışəliyeva soyadı ilə çap olunub. İndi soyadımı dəyişsəm problem yarana bilər. Ona görə də vəziyyətdən çıxış yolu axtrarıram”.Qeyd edək ki, artıq Milli Məclisin bir neçə üzvü soyadını milliləşdirib.
43,496
27.11.2008 07:12
Kriminal
ORDUMUZUN ZABİTİ HƏLAK OLDU
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Anar Əsədov idarə etdiyi “Mercedes” markalı avtomaşını “Flaminqo” kafesinin divarına vurub. Nəticədə A.Əsədovun sərnişinlərindən “N” saylı hərbi hissənin zabiti Qamət Mürsəlov hadisə yerində ölüb, xəsarət almış A.Əsədov, Xaçmaz rayon sakinləri Araz Eyvazov və Ələkbər Quliyev isə xəstəxanaya yerləşdiriliblər. Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.Qeyd edək ki, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin qardaşı olan 30 yaşlı Q.Mürsəlov kapitan rütbəsindəydi. O, ötən ailə həyatı qurmuşdu. Mərhum anadan olduğu Astaranın Məscid məhəllə kəndində dəfn edilib.Allah rəhmət eləsin!
43,497
27.11.2008 07:13
Ölkə
NARKOTİKDƏN İSTİFADƏYƏ İCAZƏ VERİLƏ BİLƏR
H.Rəcəblinin bildirdiyinə görə, məhbuslar arasında belə xəstəliyin yayılması əsasən onların narkotik maddələrdən istifadəsi nəticəsində baş verir: “Bu isə məhkumların azadlığa çıxmasından sonra onların cəmiyyətə inteqrasiyası prosesində əlavə problemlər yaradır. Azərbaycan qanunvericiliyinə görə, narkotik vasitələrin istifadəçiləri birmənalı olaraq məsuliyyətə cəlb olunur, bəzi xarici ölkələrdə isə belə şəxslər üçün əlavə imkanlar yaradırlar ki, bu da cinayət hallarının azalmasına səbəb olur”. QİÇS-in dünyada 50 milyon insanın ölümünə səbəb olduğunu qeyd edən BMT-nin Azərbaycan üzrə koordinatoru Arzu Quliyeva bildirib ki, ölkədə bu xəstəliyin 70 faizi narkotik istifadəçiləri arasında qeydə alınıb: “Azərbaycanda narkotikdən istifadəyə kriminal hadisə kimi baxıldığından belə xəstələrin sayı artır. Cəzaçəkmə müəssisələrində QİÇS-lə bağlı zərərin azaldılması istiqamətində layihələrin həyata keçirilməməsi sonradan cəmiyyət üçün problemlər yaradır. Əgər bu xəstəliyin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülməsə, belə xəstəliyə tutulanların sayı qısa müddət ərzində artacaq”.Lakin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin şöbə müdiri Hüseyn Əlixanov deyib ki, penitensiar sistemdə məhkumların narkotik maddələrdən istifadəsi üçün şərait yaratmaq olmaz: “Azərbaycan qanunvericiliyində narkotik vasitələrin cəzaçəkmə müəssisələrinə keçirilməsi qadağan olunur. Belə hərəkətlər birbaşa cinayət xarakterli əməllər kimi tövsif olunur. Belə çıxır ki, biz məhbusları narkotik maddələrdən istifadəyə təhrik edirik”. Şöbə müdirinin fikrincə, problemdən çıxış yolu Cinayət Məcəlləsində dəyişiklik edilməklə məhkumların narkotik vasitələrdən istifadəsində müəyyən istisnalara yol verilməsidir: “İmkan daxilində isə penitensiar sistemin ixtisaslaşdırılmış müalicə müəssisələrində şprislərin dəyişdirilməsinə şərait yaradıla bilər”. Sonda MM-in Sosial siyasət Daimi Komissiyasının sədr müavini Musa Quliyevin sədrliyi ilə mövcud qanunvericiliyin monitorinqinin aparılması və bu yöndə yeni qanun layihəsinin hazırlanması üçün İşçi Qrupu yaradılıb. Eyni zamanda qərara alınıb ki, İşçi Qrupu yanvarın 15-nə kimi yeni qanun layihəsini komissiyaya təqdim etsin.
43,498
27.11.2008 07:15
Gündəm
ASİM MOLLAZADƏ KƏŞFİYYAT ORQANLARINDA PUTİNLƏ BİRGƏ İŞLƏYİB?
Akademiyada bu ixtisasa yiyələnənlər isə əsasən mütəmadi olaraq hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışan zabitlərin psixoloji vəziyyətini öyrənib təhlil etməklə məşğul olurdular. Bu isə o deməkdir ki, bu mütəxəssislər həm də xüsusi xidmət orqanlarının təsiri və birbaşa himayəsi altında fəaliyyət göstərirdilər.Asim Mollazadənin “Ştazi” ilə əlaqəsi isə onun elmi işi ilə bağlı olub. Seçenov adına Tibb Akademiyasının aspiranturasında təhsil alarkən ona “Ştazi” əməkdaşlarının davranış psixofiziologiyasını araşdırmaqla bağlı dissertasiya yazmaq təklif edilir. Düzdür, gələcək elmlər doktoru və millət vəkili bunun üçün illərlə Şərqi Almaniyada yaşamayıb. Amma ADR-ə dəfələrlə qısamüddətli ezamiyyətlərə gedərək dissertasiyasını uğurla başa vurub.İki ildən sonra isə o, “Ştazi” əməkdaşlarının nevroloji psixogen və psixosonatin vəziyyəti" mövzusundakı dissertasiyasını uğurla müdafiə edib. Bu müddət ərzində o, dəfələrlə “Ştazi”nin yüksək rütbəli zabitləri, habelə qurumun rəhbəri Erix Milke ilə təmaslarda olub. Mollazadə -"Ştazi" münasibətlərinə bir qədər sonra yenə qayıdacağıq. QISA ARAYIŞ:İndi isə ADR-in xüsusi xidmət orqanı barədə qısa məlumat verək. Tam adı “Ministerium Fur Staatssisherhett” olan bu kəşfiyyat və əks-kəşfiyyat orqanı qısa adı ilə daha çox “Ştazi” kimi tanınır. Bu idarə 1950-ci ilin aprelində yaradılıb. “Soyuq müharibə” illərində sovet DTK-sından, ABŞ-ın məşhur Mərkəzi Kəşfiyyat İdarəsi və İsrail MOSSAD-ından sonra dünyanın ən güclü xüsusi xidmət orqanı sayılırdı.İki Almaniya - ADR və AFR birləşəndən sonra “Ştazi”nin arxivləri açılanda bəlli olur ki, sən demə, bu qurumun nə az, nə çox - düz 300 min agenti var imiş. Bu isə o deməkdir ki, təxminən sosialist Almaniyasının hər 50 vətəndaşından biri “Ştazi”nin agenti olub. Yerli agentlərdən başqa “Ştazi” ilə köhnə postsovet məkanında da yüzlərlə şəxs əməkdaşlıq edirmiş. Rusiyanın məşhur agentura.ru portalının məlumatına görə, dünyada əhalini öz məqsədləri üçün istifadəyə cəlb etmək istiqamətində “Ştazi”dən böyük təhlükəsizlik orqanı olmayıb. 1991-ci ildə “Ştazi”nin arxivləri açılarkən almanlar dəhşətə gəldilər. Məlum oldu ki, sabiq ADR-də hətta ər öz arvadından, qonşu qonşusundan da “Ştazi”yə xəbər ötürürmüş.Bu qısa arayışdan sonra yenidən mövzumuza qayıdaq. Hörmətli Mollazadənin “Ştazi” ilə əməkdaşlığı bu orqanın tarixində üçüncü (Vilhelm Tsayser və Ernest Valheberdən sonra) nazir olan və ona düz 33 il - 1957-ci ildən 1990-cı ilə kimi başçılıq edən Erix Milkenin rəhbərliyi vaxtına təsadüf edir. Bəlkə də oxucuya inanılmaz görünəcək, amma faktdır; Rusiyanın keçmiş prezidenti və indiki baş naziri Vladimir Putin də DTK mayoru kimi ADR-də məhz Mollazadənin “Ştazi” ilə əməkdaşlıq etdiyi dövrdə xidmət edib. Özü də SSRİ-dən ADR-ə müxtəlif məqsədlərlə - bura turizm, elmi araşdırma, şəxsi təşəbbüslə gələnlər aiddir - gələn şəxslərin kimliyini araşdırmaqla məşğul olub. Çox böyük ehtimalla gənc alim Asim Mollazadə həmin vaxt Putinlə də təmasda olub. Çünki başqa cür ola da bilməzdi. Ən azı ona görə ki, “Ştazi” ADR-in xüsusi xidmət orqanı olsa da, əslində sovet DTK-sının bir altqurumu idi.İndilikdə isə Asim bəy tərcümeyi-halındakı bu məqamı gizlədir. Maraqlısı həm də odur ki, Asim Mollazadənin sədri olduğu Azərbaycan Demokratik İslahatlar Partiyasının veb-saytındakı avtobioqrafiyasında da onun hansı mövzuda dissertasiya müdafiə etməsi barədə heç nə göstərilməyib. Elə şübhəli məqamlardan biri də budur.
43,499
27.11.2008 07:13
Yazarlar
XUNTA HARDA İŞLƏYİR?
Məsələn, dünən redaksiyada Abbas əmi pəncərədən bayıra baxaraq, “yaxşı mitinq eləməli gündür” deməsəydi, ayın neçəsi olduğu, türkün sözü, umrumda deyildi. Hətta ayın neçəsi olduğunu bilsəm belə, ortada mitinq söhbəti olmasaydı, yenə yadıma düşməyəcəkdi ki, üç il öncə məhz həmin gün - noyabrın 26-da hökumət qüvvələri, rəhmətlik Alqayıtın sözü olmasın, müxalifətin üstünə itli-pişikli cumub, camaatı şillə-təpiyin, dəyənəyin altına salıb, üstünə it qısqırdıb, su fışqırdıb. Yalnız ondan sonra yadıma düşdü ki, bəli, həmin gün “Qələbə” meydanında babat bir ayaqqabı mağazasının vitrin və anbarını bəzəyəcək qədər ayaqqabı qalmışdı. Uca millətimizin nümayəndələri can hövlündən qaçıb qurtarmağa çalışarkən basabasa düşmüşdülər və ayaqqabılarını tərk etmişdilər. Əlbəttə, ayağı ayaqqabıqarışıq itirməkdənsə, birincini xilas etmək daha əfzəl idi. Məsələn, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azyaşlı qızının mitinq təcrübəsi az olduğundan ehtiyatsız tərpənmişdi və igid polislərimiz uşağın ayaqlarını qırmışdılar. Belə günlərimiz olub ey - canlı-canlı, şanlı-şanlı, polis işə qarışanda qanlı-qanlı. Daxili Qoşunların böyüyü Zakir Həsənovun öz təlim görmüş itlərini necə tərifləməsi hələ də qulağımda cingildəyir. İtlər də bir tərəfdə zingildəyirdilər - deyəsən, sümük qırmaq eşqindəydilər. O vaxtdan bəri məndə vərdiş əmələ gəlib, nə vaxt ekranda Zakir müəllimi görürəm, gözüm fonda, yanda, gendə təlim görmüş itləri axtarır. O cür igid və təlim görmüş iti olana insan mühafizəçi lazım deyil. Yaxşı ki, noyabrın 26-da camaat tez qaçıb qurtardı, itlərə çox iş düşmədi. Bunlar ümumi xatirələrdir, yəni parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq 26 noyabr mitinqində iştirak edənlərin hamısı bu barədə danışa bilər. Amma elə şeylər var ki, o düz mənim gözümün qabağında olub. Məsələn, dığıdılmış mitinqin pərən-pərən düşmüş iştirakçıları iki-bir, üç-bir “İnşaatçılar” metrostansiyasına tərəf gedərkən, Xankəndiyə bayraq sancmış kimi eyforik halda olan iki polismen özlərini 18-20 yaşlı qızlara sataşmaqdan saxlaya bilmədilər, biri onlara böylə dedi: “Nə oldu, aaz, mitinqdə sizə nə verdilər?”Qızlar mən gözlədiyimdən də mübariz və aktivist çıxdılar, dönüb polislərə elə abır verdilər, ağır sözlər dedilər, polislərdən biri onları vurmaq üçün dəyənəyini qovzadı, incəvara, o biri dedi, lazım deyil, gəl gedək. “20 Yanvar” metrostansiyasının dairəsinə tikanlı məftil düzüb keşik çəkən DQ əsgərləri isə gəlib-gedənlərin üstündə narıncı rəngli geyim predmeti görəndə söz atır, hırıldayırdılar. Ertəsi günü isə redaksiyamızda məzəli bir əhvalat olub. Həmin gün qəzetimizin manşeti beləymiş: “Xunta yenə xalqın qanını tökdü”. Qəzetin mühafizəsinə cəlb edilmiş bir gənc manşeti oxuyur və yaxınındakı adamlardan soruşur: “Xunta kimdir ki?” Əməkdaşlar tez bir-birinə göz vurub deyirlər, tanımırsanmı, sənin eloğlundur, Çevik Polis Alayında işləyir, dünən camaatı hamıdan çox o döyürdü. Ertəsi gün həmin şəxs Ayna Sultanovanın heykəlinin yanında çevik polislərdən bir neçəsini görür, yaxınlaşıb soruşur ki, sizdə Xunta adlı bir adam işləyir, tanıyırsınızmı? Onlar cavab verirlər ki, bəlkə də qabaqlar işləyib, amma hazırda bizdə elə bir şəxs yoxdur. Dostumuz redaksiyaya qayıdır və gileylənir: “O Xunta nə yaramaz adamdır ey, tapmaq olmur”.Xüləs, 26 noyabr xatirələri fraqmental olaraq belədir. O vaxtdan 3 il keçib, yeni 26 noyabra isə hələ 2 il var. O vaxta qədər yəqin ki, mühafizəçi qardaş da Xuntanın harda işlədiyini öyrənəcək. Samir SARI
43,500
27.11.2008 07:24
Müsahibə
“NİZAMİ CƏFƏROVA SİFARİŞ PREZİDENT APARATINDAN GƏLİB”
Elə ilk sualımız da son günlərin susqunluğu ilə bağlı oldu. - Rüstəm bəy, Moskvadan gələn gündən bəri bir susqunluq yaşayırsınız. O cür səs-küylü müsahibədən sonra sanki mətbuatdan qaçırsınız. Öncə bunun səbəblərindən başlayaq. - Sizinlə razı deyiləm. Gələndən bəri “Zerkalo” qəzetinə bir məktub yazmışam. Orda Çingiz Sultansoyun mənə suallarını cavablandırmışam. O ki qaldı mətbuata, tez-tez müsahibə verməməyimə, bu, işlərimin çoxluğu ilə bağlıdır. Bir tərəfdən səhərdən-axşama qədər məşğulam, hər gün teatrda üç-dörd saat məşqim var. Digər tərəfdən, hər gün heç olmasa üç-dörd nəfərin əsərlərini oxumalı və rəyimi bildirməliyəm. İttihamlara cavab verməməyimə gəlincə, yüngül atletikada iki termin var: sprinter və stayer. O adamlar ki, mənimlə mübahisəyə giriblər, bu adamlar sprinterdilər. Yəni, qısa qaçışla məqsədə çatma, öz fikirlərini ifadə etmə xətti götürüblər. Mənsə əksinə, stayerəm, çünki bu işə öz ömrümü həsr etmişəm. Heç nəyə tələsmirəm. Konkret bu adamlar mənə maraqlı deyil. Ona görə də bunlarla mübahisəni nə qədər tez qurtarsam, bir o qədər yaxşıdır. Çünki bu adamlardan və onların mövqeyindən zəhləm gedir. Satqın adamlardır, bu gün bu hökumətə xidmət edirlər, sabah o biri hökumətə. Mənim qardaşım Maqsudun gözəl bir açıqlaması var. Mən heç onları bilmirdim - Nizami Cəfərov dörd partiyanın üzvü olub, hamısında da yüksək səviyyədə. Mənsə heç bir partiyanın üzvü olmamışam, heç Kommunist Partiyasının da. Halbuki vaxtilə partiya katibləri olan adamlar indi böyük demokratdılar. Onlar həmin vaxt Sovet hökumətinə qul kimi işləyirdilər. Özü də hökumət onlardan nə istəyirdisə, onu da eləyidilər. İndi də həmin vəziyyət yaranıb. Həmin bu adamlar vaxtilə Kommunist Partiyasına işləyiblər. Mənim Heydər Əliyevə hörmətim çox böyükdür. Amma o sağ olanda heç vaxt bu münasibətimi onun özünə deməmişəm, çünki ürəyimdə olub. Bir idarəyə gəlib görəndə ki, orda prezidentin portreti asılıb, başa düşürəm ki, ordakılar oğrudular. İdarədən bir yox, beş portret asılıbsa, deməli, beşqat oğrudular. Çünki onlar öz pis işlərini o portretlərlə, şüarlarla ört-basdır edirlər. Adam normal halda vətənini sevməlidir də. Onu hər yerdə deyirsən? Xalqını sevməyən adam adam deyil axı! Adam heyvandan həm də ona görə fərqlənir ki, öz xalqını, ailəsini, Vətənini sevir. Bunlar adi şeylərdir, amma bununla alver eləmək çirkindir. Bunlar da istəyir ki, hamı onlar kimi hər gün çıxsın mətbuata, and içsin ki, xalqını, Vətənini, rəhbərlərini sevir. Mən bəlkə də onlardan da çox sevirəm. Amma bunları deməyi özümə layiq bilmirəm. Ona görə də anlaşılmazlıqlar yaranır. Çünki kontekstdən bir neçə sözü çıxarıb, başlayırlar bu sözləri oynatmağa. Heç mənim demədiyim, fikirləşmədiyim şeyləri mənə yapışdırırlar. - Konkret nəyi? Deyirlər, guya mən Azərbaycanda ziyalı olduğunu inkar etmişəm. Bu, sayıqlamadır. - Yəni, elə söz deməmisiniz? - Əlbəttə ki, yox. Ziyalısız milləti necə təsəvvür etmək olar? Mən deyirəm ki, Azərbaycanda ziyalılıq bir içtimai qüvvə kimi yoxdur. Bu səbəbdən Azərbaycanda güclü dövlət, zəif cəmiyyət var. Amma güclü cəmiyyət olsaydı, ziyalılar cəmiyyətdəki neqativliklərə qarşı mübarizə apara bilsəydilər, mənzərə başqa cür olardı. Avtomatik olaraq, ölkədə heç bir yerdə heç bir problem rüşvətsiz həll olunmur. Mən bunu bütün məsuliyyətimlə deyirəm. İstənilən ideyanı təklif edəndə bu cavabı eşidirsən: “mənim hörmətimi də edərsən”. Rüşvət əsasında qurulan hansı hökumət inkişaf edə bilər? Axı hökumət bu məsələləri qaldıra bilməz?! Bunu cəmiyyət, ziyalılır, ayrı-ayrı insanlar qaldırmalıdır. - Rüşvətlə bağlı olaylar tez-tez qarşınıza çıxıb deyəsən... - Mənim bir naxçıvanlı dostum var, Bakı elitasına dəxli yoxdur. Deyir ki, onun təşkilatı tenderi udub. Bu məqamda yüksək çinli məmurlardan biri deyib ki, sən bu tenderi udmaq istəyirsənsə, mənə 250 min dollar gətirməlisən. Deyir, mən də qəzetlərdə yazdım ki, bu məmurun arvadı ermənidir. Səhəri gün isə həmin məmur ona zəng edib ki, sənin nə pulun lazımdır, nə hörmətin (gülür). Əgər bir ölkədə hansısa məmur bir iş adamından heç bir əsası olmadan bu qədər pul istəyirsə, o da belə mübarizə vasitələrinə əl atmalıdır. Nəticədə bütün milləti bu cür mübarizə üsullarına əl atmağa, onlar kimi yaşamağa məcbur edirlər. Görəndə ki, hələ kiminsə onurğa sütunu əyilməyib, dümdüzdür, onun üstünə tökülüşürlər. Axı mən nə demişəm ki, bunun ətrafında Milli Məclisdə belə müzakirələr açılıb? - Hər halda, qarşı tərəf deyir ki, milli problemlərin Rusiya mətbuatından deyilməsi doğru deyil, milləti təhqir etməkdir və sair. - Birincisi, mən bu fikirləri yüz dəfə Bakıda demişəm. Üç il bundan qabaq daha böyük polemika olub. İkincisi, orda tamam başqa mövzuda müsahibə olub. Sadəcə, arada bu barədə suallar verdilər, mən də cavabladım. İndi məlum olur ki, burda yüz dəfə deyəndə eşitmirlər, amma xaricdə deyəndə belə səs-küy yaradırlar. Burda min dəyərli əsər yaz, sənə qiymət verən yoxdur. Amma xaricdə tanınan kimi deyirlər, dünya şöhrətli yazıçımız... Nə deməkdir dünya şöhrətli? Bu, bizim zəifliyimizi, insanlara münasibətimizi göstərir. Yəni, nəsə bacaran adam mütləq xaricdə nəsə qazanmalıdır ki, ona qiymət verilsin? Bu, böyük dərddir. Rasim Ocaqov dahi rejissordur, amma filmləri xaricə getməyib deyə taleyi belə olub. İndi o xaricdə beş-altı mükafat alsaydı, deyəcəkdilər dahi rejissordur. Onun hörməti var, amma demirlər ki, dünya şöhrətlidir, ən ön sıralarda adı çəkilmir. Çünki bizdə kino tənqidi çox zəifdir, özümüz özümüzə qiymət verə bilmirik. Rus klassikləri deyib ki, biz yazıçılar, rəssamlar həkim deyilik, ağrıları ifadə etməliyik. Ağlamayan uşağa süd vermirlər. Biz bunu eləməsək, hökumət də bizə kömək eləməz. - Çoxdu sizin kimilər? - Bu polemika göstərdi ki, var. “Bir cənub şəhərində” əsərim çapdan çıxanda da mənə dərhal hücumlar başladı ki, indikilər onun yanında heç nədir. Məni Rəsul Rza, Azad Mirzəcanzadə və başqaları müdafiə edirdi. Ordakı müzakirələr zamanı belə bir fikir oldu ki, cavanlara yaratmaq üçün imkan verilməlidir. Hətta belə bir misal da çəkildi ki, şirin pəncəsinə bir tikan batır, əli irinləyir. Bütün meşənin heyvanları onun əlini yalayırlar, nəticədə şiş böyüyür. Balaca bir dovşan gəlib bu tikanı çıxardır, bu, şirin canını ağrıdır. Hirslənib dovşanı öldürür. Amma bir neçə saat sonra əlinin şişi keçir. Başa düşür ki, köməyi eləyən bu yazıq dovşandır, tikanı çıxarıb, amma hirsindən onu öldürüb. Həmin çıxışın müəllifi Rəsul Rza dedi ki, biz bu cavanları öldürəcəyik, amma bunlar həmin tikanı çıxarmaq istəyirlər. O vaxt onlar mənə kömək etməsəydilər, alınmazdı. Eləcə də Heydər Əliyevin dəstəyi olmasaydı, “İstintaq” filmi SSRİ mükafatı almazdı. - Belə çıxır ki, sizinlə bağlı tarix daim təkrarlanır... - Belə də olmalıdır. Mən Moskvada tez-tez çıxış edirəm. Rusiyanı da, onun hakimiyyətini də rahat şəkildə tənqid edirəm. Prezident Medvedyev çıxış edir və deyir ki, ölkə korrupsiyadan əziyyət çəkir, məmurların rüşvətxorluğu insanları məhvə sürükləyir. Yəni, bunu prezident deyir. Özü də demokratik olmayan bir ölkənin prezidenti. Bu isə onu göstərir ki, hakimiyyətlər hər şeyi bacarmır. Onlar öz ətraflarından çox asılıdılar. Ziyalılar köməyə gəlsələr, onlara yardım etmiş olarlar. Biz də bugünkü çıxışımızla əslində bunu edirik. - “Pravda” qəzetinə verdiyiniz müsahibənin vaxtı ilə bağlı müəyyən fikirlər var. Sizi müdafiə edənlərin, konkret Çingiz Abdullayevin dediyinə görə, həmin müsahibəni aylar əvvəl vermisiniz. Onun indiki ərəfədə çap olunması nəyin göstəricisidir? - İş ondadır ki, mən “Pravda” qəzetinə müsahibə verməmişəm. Başqa bir qəzetə müsahibə vermişdim və pravda.ru-nun müxbiri də orada oturmuşdu. Dediklərimin heç birini inkar etmirəm. Amma bu müsahibə çirkli və səliqəsiz yazılıb, mənə onun üzərində işləməyə imkan verməyiblər. Mən bu barədə etirazmı pravda.ru-ya bildirmişəm. Xatırlamağa çalışıram ki, bu müsahibə nə vaxt verilib. day.az saytı pravda.ru saytındakı müsahibə çıxan kimi onu çap edib. Yəni, müsahibənin çıxdığı vaxt onu göstərmir ki, mən məhz həmin vaxt onu vermişəm. Mən onu çox öncə vermişəm. Bu mənada day.az saytını keçmişdə verilən müsahibəni məqsədli şəkildə yaymaqda ittiham etmək doğru deyil. - Bu müsahibədən sonra düşmənlərinizin sayı artdı? - Əksinə, dostlarım çoxalıb. Yüzlərlə adam məni müdafiəyə qoşulub. - Nizami Cəfərovu düşmən hesab edirsiniz? - Xeyr. Burada bir anlaşılmazlıq var. O adam sifarişi yerinə yetirirdi. - Kimin sifarişini? - Mən dəqiq bilmirəm. Bilsəm, deyərdim. - Amma müsahibələrinizdən birində demisiniz ki, sifarişin müəllifi Milli Məclisdən yuxarıdadır. - Bəli. Milli Məclisdən yuxarı adamlar çoxdur. Nahaq yerə hesab edirsiniz ki, Milli Məclis böyük hakimiyyətdir. Böyük hakimiyyət Prezident Aparatındadır. Nizami Cəfərova bu sifariş isə məhz Prezident Aparatından gəlib. Orda adamlar var ki, mənə çox pis yanaşırlar. - Nəyə görə? - Məhz ona görə ki, mən azad adamam, bir neçə dəfə tənqidi fikirlər səsləndirmişəm. - Onlar azad sözü dediyinizə görə sizi sevmirlər? - Ümumiyyətlə, heç bir hakimiyyət azad insanları sevmir. Amma bəzi ölkələrdə bu azad insanların danışmasına imkan verilir, bəzilərində isə yox. Bu yaxınlarda İsveçdə diasporaya rəhbərlik edən şəxs 300 nəfərin imzası ilə mənə bir məktub göndərdi. Ordakı həmvətənlərimiz məni dəstəkləmişdilər. Bu mübahisə Nizami Cəfərov məndən üzr istəyənə qədər davam edəcək. Ona görə yox ki, məni yazıçı hesab etmir, bu, onun haqqıdır. Müəyyən oxucu səviyyəsi olmalıdır ki, bəzi yazarları oxuya biləsən. Amma o, məişət səviyyəsində müəyyən təhqirlərə, əsassız ittihamlara yer vermişdi. Onlara görə üzr istəsə, onun barəsində məhkəməyə müraciət etməyəcəm. İndi vəkilim məhkəmə iddiasını hazırlayır. - Amma qarşı tərəf də iddia edir ki, polemikanın bu səviyyəyə düşməsində sizin qardaşınızın rolu böyük olub. Yəni, normal fikir dartışması getdiyi bir ərəfədə Maqsud İbrahimbəyovun “Nizami Cəfərov adama oxşamır” kimi açıqlaması bu dartışmanın məcrasını dəyişdi. Sizcə, haqlı arqument deyil? (Davamı sabahkı sayımızda)
43,501
27.11.2008 07:28
Gündəm
MOSKVA BƏYANNAMƏSİ HÜQUQİ ASPEKTDƏ
Başqa beynəlxalq müqavilələr kimi, bəyannaməyə də məcburi surətdə riayət edilməsi, onların şərtsiz və sözsüz icra edilməsi BMT Nizamnaməsinin giriş hissəsi və 2-ci maddəsində qeyd olunan şəkildə beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Bu prinsipin pozulması beynəlxalq hüququn pozulması sayılır və məsuliyyət də müqaviləni pozan dövlətin üzərinə düşür. Bəyannamədəki öhdəlikləri könüllü yerinə yetirməyən dövlət isə həmin sənədin imzalanmasında zəmanətçi və ya təminatçı rolu oynayan dövlətlərin və beynəlxalq qurumların sanksiyaları, yəni təpkisı ilə üzləşə bilərlər. Bütün bunlar onu deməyə əsas verir ki, Moskva bəyannaməsi də beynəlxalq müqavilə olmaqla onu imzalayan tərəflərin, o cümlədən Azərbaycanın üzərinə öhdəliklər qoyub. Bəyannaməni imzalayan üçüncü tərəf - Rusiya isə daha çox razılaşmanın təminatçısı rolunda çıxış edir.Bəyannaməni digər beynəlxalq müqavilələrdən fərqləndirən səciyyəvi cəhət ondan ibarətdir ki, onunla beynəlxalq aləmdə hər hansı məsələ üzrə nəzərdə tutulacaq və həyata keçiriləcək siyasi xəttin ümumi və əsas prinsipləri müəyyən edilir. Diplomatik dildə buna “çərçivə sazişi” də deyilə bilər. Moskva bəyannaməsi ilə Qarabağ məsələsində bütün detallar üzrə tam konsensus əldə edilməsi öz əksini tapmasa da, qeyd etmək lazım gəlir ki, tərəflər üçün mühüm prinsipial əhəmiyyət kəsb edən sahələrdə razılığa gəlinib. Yəni məsələnin hərbi yolla həllindən imtina, regionda yabançı dövlətlərin silahlı birləşmələrinin yerləşdirilməsi, Dağlıq Qarabağın gələcək statusunun referendum yolu ilə müəyyənləşdirilməsi əldə olunmuş razılığın əsas leytmotivini təşkil edir ki, gələcək danışıqların bu formatda da aparılması nəzərdə tutulur. Bu razılaşma ilə işğal olunmuş ərazilərin qeyd-şərtsız qaytarılması tələbi səslənən 4 BMT qətnaməsi, Avropa Şurasının qərarları və bizim üçün əhəmiyyətii olan digər beynəlxalq hüquqi sənədlər də öz qüvvəsini itirmiş olur. Əldə olunmuş razılığın məğzinə vardıqda, bu, gələcəkdə bizim üçün uğurlu heç nə vəd etmir, erməni tərəfinin maraqlarına isə tamamilə uyğundur. Belə ki, işğal altında olan bizim torpaqlardır. Erməni tərəfi hərbi yolla istəyinə maksimum nail olub. O, nəinki Dağlıq Qarabağı, üstəlik 7 rayonu əlavə işğal edib. Odur ki, məsələnin hərbi yolla həllindən imtinada erməni tərəfi ən çox maraqlıdır. Regionda yabançı dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsi məsələsində də erməni tərəfi daha çox maraqlıdır. Ona görə ki, bununla o, əldə etdiklərini qoruyub saxlamağa və bizi özüylə hesablaşmağa vadar etməyə etibarlı təminat almış olur. Dağlıq Qarabağın gələcək statusunun referendum yolu ilə müəyyən edilməsi məsələsinə gəldikdə, bəli, Azərbaycan Respublikası qanunvericiliyində ölkənin ayrıca götürülmüş hissəsində referendum keçirilə bilməz. Lakin unutmaq olmaz ki, beynəlxalq hüquq normalarına, eləcə də Konstitusiyamızın 151-ci maddəsinə müvafiq olaraq ölkəmizin imzaladığı beynəlxalq müqavilələr ölkədaxili qanunlarımızdan, o cümlədən Konstitusiyamızdan yüksək hüquqi qüvvəyə malikdir. Yəni referendum beynəlxalq müqavilə ilə razılaşdırılarsa deməli, keçirilə bilər.Azərbaycandakı hakimiyyət təmsilçilərinin Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonların boşaldılması barədə Moskva bəyannaməsində qeyd edilənlərə görə həmin bəyannaməni “böyük uğur” saymasına gəldikdə, bir daha xatırlatmaq lazım gəlir ki, bu rayonların sülh yolu ilə azad edilməsinə razılaşmaq bizə Dağlıq Qarabağda erməni dövlətinin yaranması, ərazi bütövlüyümüzün pozulması, ölkəmizin barlı-bərəkətli, siyasi və mədəni həyatımızda xüsusi rolu olmuş boyük bir kəsiminin düşmənə verilməsi ilə barışmaq hesabına başa gələ bilər. Çıxış yolu artıq dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmadan - imzalanmış bəyannamədən imtina etməkdədir ki, hüquqi nöqteyi-nəzərdən bu da mümkündür. Belə ki, Azərbaycan tərəfi denonsasiya yolu ilə, yəni bəyanat verərək bəyannaməni imzalamış tərəflərə bəyannamədən imtina etməsi barədə müraciət edə bilər. Beynəlxalq müqaviləni pozmaq hüququnun hansı orqana verilməsi məsələsi hər bir dövlətin daxili qanunları üzrə müəyyən edilir ki, bizdə də bunu ali qanunverici orqanımz olan Milli Məclis edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi dövlətlərarası müqavilələri təsdiq və ləğv etmək səlahiyyətinə malikdir. Beynəlxalq hüquq normalarının tələblərinə əsasən beynəlxalq müqavilənin hüquqi qüvvəsi onun həqiqiliyi, etibarlılığı ilə müəyyən edilir. Belə ki, beynəlxalq müqavilələr beynəlxalq huququn normalarına zidd olaraq, yəni güc, güclə hədə, yalan tətbiqi, tərəf olan ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması, onun vətəndaşlarının iradəsinin nəzərə alınmaması və s. ilə müşayiət olunmaqla bağlanarsa qeyri-həqiqi, etibarsız hesab olunur ki, bu nöqteyi-nəzərdən Aəzərbaycan tərəfinin də Moskva bəyannaməsindən imtinası üçün kifayət qədər hüquqi əsası vardır. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Bunu etməyəcəyi təqdirdə hakimiyyət ən azı növbəti müqavilələrin, xüsusən də təslimçi sülh müqaviləsinin imzalanmasından çəkinməlidir. Ən pis halda, təslimçi sülh müqaviləsinin imzalanacağı təqdirdə isə Azərbaycan vətəndaşları bu sülhü qəbul etməməli, bütün dünyaya bəyan etməlidir ki, bu sülh onun iradəsinin ziddinə imzalandığı üçün beynəlxalq hüquqa da zidd olmaqla həqiqi və etibarlı sayıla bilməz. O da gözləniləndir ki, təslimçi sülhə gedən Azərbaycan iqtidarı atdığı addımın məsuliyyətini bölüşmək üçün müxalifətlə də dialoq görüntüsü yaratmağa səy göstərsin. Odur ki, nəyin bahasına olur-olsun, bu cür sülhə qarşı ictimai müqavimətə hazır olmalıyıq. Təslimçi sülhdənsə məsələnin həllinin açıq qalması daha məqsədəuyğundur. Nə qədər ki, hüquqi cəhətdən torpaqlarımızın ilhaqı ilə razılaşmamışıq, bu torpaqları işğaldan azad etmək hüququnu da özümüzdə saxlayırıq.
43,502
27.11.2008 07:24
Yazarlar
TÜRKİYƏMİZƏ GÜVƏNƏK!
Amma tələsməyək. Regionda sadəcə, konturları təzə-təzə görünən yeni geopolitik oyun gedir. Bu oyunun üç əsas iştirakçısı var. Onlardan biri Türkiyədir. Ermənistan isə vur-tut, xırda oyunçudur. Görünür, o üzdən Ankara-İrəvan danışıqlarına Bakı çox sakit, soyuqqanlı yanaşır. XİN-in sözçüsü Xəzər İbrahim: “İki ölkə arasında normal əlaqələrin qurulması iki ölkənin öz hüququdur”. Rəsmi Bakı eyni zamanda arxayın görünür: “Türkiyənin mövqeyi həmişə birmənalı olub - Azərbaycan əraziləri işğaldan azad edilməlidir” (X.İbrahim). Əslində arxayınçılığa əsaslar var, həm də ciddidir. Lakin onlara keçməzdən öncə bir incə detalı qeyd edək. Türkiyə Azərbaycandan fərqli olaraq azad, demokratik, sivil ölkədir, regional supergücdür. Deməli, Ankaranın milli maraqları daha rəngarəng, daha çoxşaxəlidir. Yəni qardaş ölkə qat-qat geniş meydanda oynamaq imkanına və HAQQINA sahibdir. Bu haqqı biz, Azərbaycan nəhayət, tanımalıyıq. Nəinki tanımalı, ona üstəlik, yardımçı olmalıyıq. Yolu bəllidir: Azərbaycan vaxt itirmədən azad ölkə yarlığı qazanmalı, demokratikləşməlidir; Türkiyədəki siyasi-hərbi sistemi əxz etməlidir. Türkiyənin maraqları arasında şübhəsiz, Qarabağ məsələsinin ədalətli həlli önəmli yer tutur. Kim nə deyir-desin, bu, belədir, həmişə də belə qalacaq. O xüsusda politoloq Arif Yunusun fikri ilə razılaşmaq çətindir. Hörmətli politoloqun sözlərinə görə, guya Qarabağ problemi Türkiyə üçün üzdə göründüyü qədər heç də həmişə birinci dərəcəli faktor olmayıb. Qənaətimizcə, ədalətli yanaşma deyil. Ən azı o səbəbdən ki, Qarabağ ixtilafı ermənilərin uydurma “soyqırım” iddiaları ilə birbaşa bağlıdır. Məlumdur ki, “genosid” təbliğatının əsas hədəfi Azərbaycan torpaqlarının, Qarabağın işğalına haqq qazandırmaq, Türkiyəni gözdən salmaqdır. Bunu Türkiyədə çoxdan, lap yaxşı dərk edirlər. İkincisi, ermənilər Qarabağ məsələsində istəklərinə çatsa, sonrakı mərhələlərdə yüzdə yüz Naxçıvana, Qarsa iddia edəcəklər. Burası da Ankaraya bəlli. Deməli, Ankaranın İrəvanda səfirlik açmağın müqabilində “soyqırım” mövzusunu tarixçilərin öhdəsinə vermək təklifi qəbul edilsə, faktiki, Ermənistanın Qarabağ siyasəti və ilhaq təbliğatı, onun anti-Azərbaycan və anti-Türkiyə təbliğatı ciddi zərbə almış olacaq; təcavüzkarın əl-qolu xeyli bağlanacaq. Xülasə, böyük planda uduzan erməni tərəfi olacaq.Şübhə yox ki, proseslərin bu cür inkişafına Ermənistanda ciddi mane olacaqlar. Yəni hətta Sərkisyan siyasi iradə göstərsə belə, daşnaklar, müxalifət Türkiyənin təklifinə qarşı çıxacaq. Zira, saxta “genosid” məsələsi ermənilər üçün hər şeydir. Hətta xroniki xəstəlikdir, tərgidilməsi qəliz vərdişdir. Biz hələ Rusiyanın mövqeyinin necə olacağını demirik. Aydın məsələdir ki, Moskva İrəvanın hər hansı ad altında öz siyasi-hərbi çətiri altından uzaqlaşmasına əngəl yaradacaq. Hərçənd Kreml ABŞ-ın bölgədə oturuşmaması naminə Ankaranın regionda müəyyən həddədək güclənməsində maraqlı ola bilər. Odur ki, Türkiyənin Ermənistan siyasətinin ölçülü-biçili olmamasından yana nigarançılığa zəmin görmürük. Əgər əsas müttəfiqimizin hədəfi işğalçını islah etmək, onun regiondakı və dünyadakı manevr imkanlarını daraltmaq, Rusiyadan deyil, özündən asılılığını artırmaqdırsa (bizcə, elə belədir), çox gözəl. Yox, alınmayacaqsa, hər şey köhnə yerində qalacaq. Üstəlik, Ermənistanın dünyanın gözü qarşısında destruktiv, işğalçı obrazı güclənəcək, onun “blokada” nağılları maraqdan düşəcək. Əslində Ankaranın addımları, təklifləri Ermənistanı “naqolay”, qeyri-standart və çaşqın vəziyyətdə qoyur. Top indi ermənilərin meydanındadır. Türkiyə sarıdan isə bədgümanlığa dəyməz. Qardaş ölkəni sevməkdə, ona inanmaqda və etibar etməkdə, etimad göstərməkdə davam etməliyik. Həm də o səbəbə ki, Türkiyə Azərbaycandan fərqli olaraq oturuşmuş, dərin dövlətçilik ənənələrinə malik və erməniləri bizdən qat-qat yaxşı tanıyan dövlətdir. Onu da unutmayaq ki, ermənilərin ən böyük arzusu “bir millətin iki dövlətinin” arasını vurmaqdır. Zahid SƏFƏROĞLU
43,503
27.11.2008 07:44
Siyasət
SÖYƏ-SÖYƏ MÜTTƏFİQ OLMAQ SİYASƏTİ
Müsavatın hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 10-dan artıq siyasi təşkilatla çox sıx müttəfiqlik münasibətlərində olduğunu xatırladan A.Hacılı dedi ki, onlar AXCP qarşısında “mütləq bizim müttəfiqlərlə də müttəfiqlik etməlisən” tələbini qoymur: “Bu, onların öz işidir, istəsələr müttəfiqlik edərlər, istəməsələr yox. Müsavat AXCP və ya hansısa təşkilatla ikitərəfli müttəfiqlik edirsə, bu o demək deyil ki, biz uzun müddətdir əməkdaşlıq etdiyimiz partiyalarla əlaqəni kəsirik. Odur ki, məncə, AXCP və onun müttəfiqləri də məsələyə bu cür yanaşmalıdırlar. AXCP Müsavatla müttəfiqlik edə bilər və eyni vaxtda ”Azadlıq" blokunda indiyə qədər olduğu kimi fəaliyyətini davam etdirə bilər. Müsavat AXCP-dən “Azadlıq” blokundan çıxmaq və müttəfiqlərindən uzaqlaşmaq tələbini qətiyyən etməyib və etmir". A.Hacılının sözlərinə görə, AXCP-dən Müsavata qarşı yersiz fikirlərin səsləndirilməsi bu partiyanın özünə daha çox ziyan gətirir. AXCP sədri Əli Kərimli isə müttəfiqlik təklifi etdiyi üçün Müsavat Partiyasına təşəkkür edib: “Amma başa düşə bilmirəm ki, nəyə görə siyasi kursu AXCP ilə eyni olan digər qüvvələr bu müttəfiqlikdə iştirak edə bilməz?” Maraqlıdır ki, bu sualının ardınca Əli Kərimli MƏM-dəki təşkilatlarla əməkdaşlığı dərinləşdirməklə bağlı özünün təklifinə Müsavatdan “yox” cavabı almadıqlarını bildirir. AXCP sədrinin bu fikirləri əslində “Azadlıq” blokuna yaxın qəzetlərdə bir neçə gündür aparılan “Müsavat birliyin yaranması əleyhinədir” təbliğatının əsassız olduğunun təsdiqidir. Əli Kərimli bir çoxlarından fərqli olaraq ən azından reallıq hissini itirməyib. AXCP sədrinin bu mövqeyi müttəfiqi Lalə Şövkət Hacıyevanın fikirlərindən də ciddi fərqlənir. Lalə xanım srağagün AXCP-yə yaxın qəzetlərin birində Müsavatı ittiham edən bəzi jurnalistlər kimi danışıb: “Əfsuslar olsun ki, bu gün Müsavat Müxalifətin Əməkdaşlıq Mərkəzində əməkdaşlığın dərinləşməsinin əleyhinədir”. “Azadlıq” blokunun üzvü olan Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyevin və AXCP-yə yaxın yazarların son iki gündə qəzetlərdə açıqlamaları və məqalələri isə paradoks təşkil edir. Əvvəlcə Müsavat kəskin ittihamlara məruz qoyulur, ardınca Müsavatın onlarla əməkdaşlığı dərinləşdirəcəyinə inandıqlarını bildirirlər və buna ümid etdiklərini deyirlər. Bu cür yanaşmaya “söyə-söyə müttəfiq olmaq istəyi”ndən başqa ad vermək olmur. Bir gün ittiham edib, səhərisi “gəl müttəfiq olaq” çağırışı ilə real müttəfiqliyin baş tutacağı o qədər də real deyil.
43,504
27.11.2008 07:33
Ölkə
ELŞAD ABDULLAYEVİN MÜDAFİƏÇİLƏRİ ŞOK AÇIQLAMALAR VERDİLƏR
Hörmətli Elşad Abdullayevin özü ilə müsahibə götürmək istiqamətində göstərdiyimiz çabalar hələ də davam edir. İlk imkanda bu müsahibəni götürməyə və bizlərdə yaranmış çoxsaylı suallara onun özünün dilindən cavab tapmağa çalışacağıq. Hələliksə redaksiyamıza cənab Abdullayevin müdafiəsi mövqeyindən təqdim olunmuş geniş bir məktubdan xülasəni dərc edirik. Orada elə “Yeni Müsavat”da da gedən bəzi xüsusatlara da cavablar əks olunmuşdur. *** Yazıda göstərilir ki, mətbuatda Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti, xüsusən, bu özəl Universiteti yaradan hüquq elmləri doktoru Elşad Abdullayev və onun beş il bundan əvvəl yoxa çıxan qardaşı Mahir Abdullayev haqqında cəfəngiyyat ruhlu yazılar yazılır. Bununla da universitetdə çalışan yüzlərcə professor və müəllim heyəti, tələbə kollektivi bir növ ittiham və şübhə altına düşür: “Elşad Abdullayevin qardaşı bu boyda Bakı şəhərində qəflətən yoxa çıxıb. Heç bir kəsə haqq verilmir ki, bir ailənin ağrısını, acısını, yarasını qurdalasın. Kimsənin başına belə bir faciə gəlsə, hər bir vicdanlı adam dərd sahiblərinə təskinlik verməli, dərdə şərik çıxmalı və təəssüf hissi keçirməlidir...” Redaksiyamıza göndərilmiş məqalədə daha sonra yazılır: “ABU-da oxuyan minlərlə tələbənin təlim-tərbiyəsi ilə nə qədər professor və müəllim heyəti məşğul olur. Onlar bu əzəmətli elm ocağından çörək qazanıb ailə dolandırırlar. Onların çörəyinə mane olmaq namərdlik və nadürüstlükdən başqa bir şey deyil. Universitetin rektoru, professor Elşad Abdullayev qurub yaradan, olduqca milli vicdanlı, xalqını və bu suveren dövlətin ali dəyərli rəhbəri prezident İlham Əliyevi ürəkdən dəstəkləyən, onun uğurlarına amin deyən, kamil və namuslu vətəndaşdır. Nəzərinizə çatdırım ki, Elşad Abdullayev təkcə 14 il ərzində 350-dən artıq Qarabağ, Zəngəzur, Göyçə, Vedibasar, Məhsəti qaçqınlarına yardım edib onların qolundan tutub. Uzağı görmək üçün eynək taxıb Azərbaycan Beynəlxalq Universitetində aparılan abadlıq və quruculuq işlərinə, səliqə və səhmana, zəngin kitabxanaların yaradılmasına, yeni park və meydançaların salınmasına, müasir texnologiyalar əsasında yaradılmış kompüter zallarına nəzər salmaq kifayət edər. Universitetin qarşısında yaradılmış, xalqımızın böyük oğlu, türk dünyasında əvəzsiz yeri olan, Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə hörmət əlaməti olaraq ucaldılan əzəmətli heykəl Elşad Abdullayevin dahi prezidentimizə olan, vətəndaşlıq sevgisindən və milli qürur hissinin ucalığından xəbər verir...” E.Abdullayevi hədəfə götürən yazılara cavab olaraq məktub müəllifləri yazırlar: “E. Abdullayevin ”Dağlıq Qarabağ Beynəlxalq hüququn müstəvisində" adlı kitabı dörd dilə tərcümə edilib. Həmin kitabda Qarabağda baş verən faciələr, tökülən qanlar, dağılan yurd-yuvalar, viran qalmış şəhər və kəndlərimiz ürək ağrısı ilə qələmə alınır... “Dağlıq Qarabağ problemi və Beynəlxalq Təşkilatlar” kitabı da böyük elmi axtarışın məhsuludur. E.Abdullayev xalis elm adamıdır. O, Heydər Əliyev adına Beynəlxalq Strateji Araşdırmalar və Proqnozlaşdırma Mərkəzinin rəhbəridir. 500-ə yaxın elmi-publisist məqalənin, 30-dan artıq sanballı kitabın müəllifidir..." Bu yerdə professor E. Abdullayevin müxtəlif vaxtlarda xarici ölkələrin nüfuzlu universitetlərindən aldığı titulları sadalanır. Daha sonra yazılır: “Onun itkin düşmüş qardaşı Mahir Abdullayev isə 96 elmi nəşrin müəllifi, hüquqşünas və tarix elmləri doktorudur, həm də jurnalistdir. Yeni Azərbaycan Partiyasının qurultaylarının iştirakçısı olmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin mayorudur...” Məqalədə Mahir Abdullayev haqqında yazanlar çox ciddi ittiham edilir və şok iddia irəli sürülür. İddia olunur ki, qəzetlərdə Elşad Abdullayevin barəsində şantaj və təhqir dolu yazılar “Mahir Abdullayevi oğurlamış banda tərəfindən hazırlanır və sifariş edilir....”Bu məqama diqqət edin: “Abdullayev Mahir İslam oğlunun 13.10.2003-cü il tarixdə itkin düşməsi faktı üzrə Abdullayev Elşad İslam oğlunun 14.10.2003-cü il tarixli ərizəsi əsasında Yasamal RPİ-də təhqiqat aparılmış və indiyə qədər müxtəlif instansiyalara zərərçəkmiş tərəfindən 70-dən çox ərizə verilmişdir... Bu yazılarda adam oğruları Azərbaycan dövlətinə, cəmiyyətinə, vətəndaşlarına, ziyalılarına və qanunlarına açıq meydan oxuyurlar. Çünki onlara Hacı Məmmədov kimi dövlət orqanlarına soxulmuş, hakimiyyətin gücündən istifadə edən yüksək mənsəbli bəzi azğınlaşmış çinovniklər himayədarlıq edir. Etibarlı mənbələrdən alınmış məlumatlara görə, həmin şantaj məqalələrinin hər biri banda tərəfindən 10.000 ABŞ dollarına sifariş edilir.Adam oğurluğu ilə məşğul olan kriminal dəstənin başlıca məqsədi uzun illər boyu gördükləri cinayətləri ictimaiyyətdən gizlətmək və özlərini nəyin bahasına olursa-olsun, yayındırmaqdır. Adam oğurluğundan zərərçəkmiş ailələri, onları axtaranları şantaj edir, şər atır, hədə-qorxu gəlir, təhqir edir və böhtan atırlar. Mahir Abdullayevin oğurlanmasından 5 il keçməsinə baxmayaraq, bu cinayətləri törədən əsas banda başçıları hələ də azadlıqdadırlar. Hüquqi məsuliyyətsizlik onları daha da azğınlaşdırır. Hətta o qədər həyasızlaşıblar ki, heç kimə məhəl qoymadan 8,6 milyon Azərbaycan xalqının içərisində açıqdan-açığa zərərçəkmişi qəzetlər vasitəsilə şantaj edir, mənəvi təzyiqlərə məruz qoyurlar. Belələri erməni faşistlərindən də təhlükəlidir. Bütün bunlar müstəqil Azərbaycan dövlətçiliyinə təsir etməklə, onun imicini aşağı salır. Odur ki, cinayətkar bandaları zərərsizləşdirmək, onları hüquqi məsuliyyətə cəlb etmək vacibdir..." Qəzetimizə göndərilmiş və xülasəsi ilə tanış olduğunuz bu məqaləni çox saylı müəlliflər imzalayıblar. Onların bəzilərini təqdim edirik: Prezident təqaüdçüsü akademik Hüseyn Əhmədov“Şöhrət orden”li, “91"lərdən biri professor İsgəndər Quliyev“Şöhrət orden”li Şamil ŞahməmmədovAkademik Bala İsgəndərovXalq rəssamı Rafiq MehdiyevXalq rəssamı Arif ƏzizXalq rəssamı Tahir SalahovXalq rəssamı, heykəltəraş Ömər EldarovŞair Ənvər ƏhmədovProfessor Hacı Əyyub ƏzizovHacı Rəhim MəmmədovProfessor Hacı İsmayıl MəmmədovProfessor İslam Zeynalov Professor Mahirə QuliyevaProfessor Elmira MuradovaTələbə Pərviz Namazovvə daha 15 imza
43,505
27.11.2008 07:31
Yazarlar
İKİ YOL ƏHVALATI
Mənim atam Vəzir Hacıyev bir kənd müəllimi idi, amma yazıçılığı, jurnalistliyi də vardı. “Tamamlanmış portret” adlı hekayələr kitabı çıxmışdı, “Azərbaycan gəncləri” qəzetindən tutmuş ta Füzulidəki “Araz” rayon qəzetinəcən xeyli mətbuat orqanlarında yazıları dərc olunardı. Ötən əsrin 80-ci illəri idi. Evimizin arxasından keçən şosse yolu bərbad hala düşmüşdü. Atamın güclü felyeton yazmaq, yumoristik yanaşma qabiliyyəti vardı və o, rayondakı “Araz” qəzetinə həmin yol haqda nəsə yazmışdı. Heyif ki, məqalə tam xatirimdə deyil, mənimçün çox qiymətli olan o arxivlər də rayon işğal edilərkən it-bata düşdü, ancaq bir-iki detalı xatırlayıram. Məsələn, yazmışdı ki, guya “Qeybət” adlı İnformasiya Agentliyinin xəbərinə görə, Füzulinin Aşağı Seyidəhmədli kəndindən keçən avtomobil yolundakı gölməçələrdə elmə məlum olmayan, dinozavrlarla eyni dövrdə yaşamış hansısa balıq növləri aşkar edilibdir, xaricdən alimlər axışır bu balıqları tədqiq etməyə və s. Heç vaxt unutmaram, yazı qəzetdə dərc olunan gün yol-təmir briqadası tökülüşüb gəlmişdi, vurhavur kəndin yollarına asfalt basırdılar. Bu əhvalatı xatırlatmağımın mənası nədir? Yazılarımı ardıcıl izləyənlər bilir ki, heç vaxt SSRİ adlı dövləti ideallaşdırmaq, tərifləmək, onun nostaljisini yapmaq tərəfdarı olmadım. Amma nəyi olmasa da, o dövlətin qəzet yazılarının bəzisindən nəticə çıxartmaq, tədbir görmək ənənəsi vardı. (Təbii, söhbət xırda, sosial məzmunlu problemlərdən gedir, köklü cəmiyyət problemlərini qəzetə çıxartmağa onsuz da senzura icazə vermirdi). O vaxtlar hətta bir şablon ifadə vardı, adətən jurnalistlər tənqidi yazılarını bu cümlə ilə bitirirdilər: “İndi söz əlaqədar təşkilatlarındır”. Bu ənənə Azərbaycan müstəqillik qazanandan sonra da bir müddət mətbuatımızda yaşadı, ancaq “əlaqədar təşkilatların” tənqidi peysərə verməsini davamlı izləyəndə, bu cümlənin mənasızlığını görəndə jurnalistlər əl çəkdilər.Hardasa bir aydan çoxdur Bakının konkret bir küçəsi - 3-cü mikrorayon bazarı önündəki avtomobil yolu it günündədir. Əlbəttə, it günündə olmayan yollarımız nadir tapılar - şəxsən mən birini də tanımıram - ancaq konkret bu yolu misal çəkməyimin mənası var. Mən atamın yazısını xatırlayıb kiçik eksperiment aparmaq qərarına gəldim. Həmin yoldan satirik yazı yazdım, hətta nəqliyyat naziri Ziya Məmmədovun oradakı su dolu çuxura düşüb boğulduğunu, güclə xilas olunduğunu qeyd elədim. Amma bunun başı korrupsiyaya qarışmış Nəqliyyat Nazirliyinə, yol təsərrüfatı işçilərinə təsiri oldumu? Bir həftə sonra oradan keçərkən gördüm ki, bəzi çuxurlar daş-kəsək, zir-zibillə doldurulub, ümumənsə yol yenə it günündədir.Bax, camaat ona görə keçmişin, qeyri-müstəqilliyin xiffətini çəkir. O vaxt belə nəqliyyat nazirini ən yaxşı halda ayağından asardılar. Əslində o, heç nazir də qoyulmazdı, eləcə əski peşəsi ilə məşğul olar, qatarda sərnişinlərə döşəkağı paylayardı.Görün bunlar bizi hansı quruluşun xiffətini çəkməyə məcbur elədilər... Zamin HACI
43,506
27.11.2008 07:37
Yazarlar
BUŞUN İKİNCİ VƏTƏNİ - AZƏRBAYCAN
Buş erası başa çatır. Corc Buş 8 illik hakimiyyəti dövründə bir sıra bölgələrdə, xüsusən də Azərbaycanda demokratiyanı enerji məsələlərinə qurban verdi. Həm də bununla ABŞ-ın imicinə böyük zərbə vurdu. Daha Amerika dünyada demokratiyanın etibarlı qarantı, müdafiəçisi və ixracatçısı hesab olunmur. Ayrı-ayrı bölgələrdə avtoritar rejimlərdən əziyyət çəkən xalqlar Amerikadan kömək gözləmirlər. İndi Ağ Evdən verilən hətta ən sərt bəyanatlar diktatorları və onların yan-yörəsindəkiləri qılınc kimi kəsmir, onları hansısa məsələlərdə güzəştə getməyə vadar etmir. Amma vaxt var idi ki, Amerikanın bir dənə bəyanatı az qala bütün dünyada vəziyyəti dəyişirdi, yekə-yekə prezidentlərin canına vəlvələ salırdı. Amma indi Amerika o günə qalıb ki, Azərbaycan hakimiyyəti onun radiolarını bağlamaqla ABŞ-ın burdakı səsini batırmağa çalışır. Demək olar ki, hər gün Amerikadan müraciətin-hədəyə, hədənin-xahişə qarışdığı bəyanat gəlir; amma Nuşirəvan Məhərrəmlinin heç tükü də tərpənmir. Çünki Amerikanın burda hansı işləri görməsindən xəbərdardır, nə alıb verdiyini, nəyi-nəyə dəyişdiyini çox yaxşı bilir. Onu da yaxşı bilir ki, demokratiyanı neftə qurban verən ABŞ hakimiyyətini hətta onun burdakı danışan dilini kəsmək məsələsində də güzəştə məcbur etmək mümkündür. Amma Amerikadan gələn bəyanatlarda Azərbaycan hakimiyyətinə bildirilir ki, Buş erası başa çatır və Obama dönəmi başlayır, əgər rəsmi Bakı Obama administrasiyası ilə işləmək istəyirsə, indidən müsbət mesajlar verilməlidi. Bu, dolayısı ilə Buş iqtidarının Azərbaycan hökumətinə qarşı loyal mövqe tutmasının etiraf olunmasıdır və həm də o deməkdir ki, Ağ Evin yeni sahibinin siyasəti fərqli olacaq.Bəs Buşun bundan sonrakı taleyi necə olacaq? Təbii ki, Amerikada eks-prezidentlərin statusu var və Buş da bu imkandan istifadə edərək ömrünün axırına kimi şad-xürrəm yaşaya bilər. Amma deyir, şər deməsən, xeyir gəlməz. Bir də gördün yeni administrasiya Buşun köhnə əməllərini qurdalayıb nəsə çıxardı. Hələ heç Respublikaçılar Ağ Evi təhvil verməmiş Buşun vitse-prezidenti Dik Çeyniyə cinayət işi açılıb. Amerikanın ikinci adamı özəl həbsxanalar saxlamaqda suçlanır. Kim deyə bilər ki, bu və digər işlərin bir ucu gedib Buşa çıxmayacaq?Odur ki, Buş üçün ən yaxşı variant Ağ Evi təhvil verən kimi Azərbaycana gəlib özünün neft ortaqlarının yanında damağı çağ ömür sürməkdir. Amerikalıların vəzifədən sonra Azərbaycanda ömür sürməsi ənənəsi artıq var. ABŞ-ın keçmiş səfiri Stenli Eskudero burda özünə cah-cəlal qurub, qaban ovlayır, hələ bir Nardarana qarşı ərazi iddiası da irəli sürür.Bundan başqa, ABŞ Dövlət Departamentinin SSRİ üzrə xüsusi müşaviri olmuş məşhur politoloq Pol Qobl da artıq neçə vaxtdır Azərbaycanda yaşayır. Bu şəxs Azərbaycan Diplomatiya Akademiyasının tədqiqatlar və nəşrlər şöbəsinə rəhbərlik edir. Dünyaca məşhur bir şəxs bizi seçibsə, niyə bundan sonra Amerikada sıravi bir şəxs olacaq Buş bu imkandan yararlanmasın? Hələ istəsə hərdən Balaxanıya qarşı ərazi iddiası qaldırıb, bir-iki neft quyusu da ələ keçirə bilər. Nə var axı o Amerikada, bir dənə maliyyə böhranının əlində əsir-yesir qalıblar. Deyilənə görə, bizdə heç böhran da olmayacaq. Hər işimiz yağ kimi gedəcək. Sizə yeni ölkənizdə uğurlar, cənab Buş! Zabil MÜQABİLOĞLU