date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-11-24
807,143
Uçan taksilər Nyu Yorkda ilk uçuşlarını həyata keçirdi
“Joby Aviation” şirkəti tərəfindən taksi xidməti göstərmək məqsədilə istehsal olunan “S4 eVTOL” uçan aparatı Nyu Yorkda ilk uçuşunu həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə “Texkult” məlumat yayıb. “eVTOL”un istifadəsi ictimai nəqliyyat sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər. Hava taksisi təkcə tıxacın təsirli şəkildə azaldılmasını vəd etmir, həm də əhalinin çox olduğu və nəqliyyat şəbəkəsinin praktiki olaraq iflic vəziyyətə düşdüyü ərazilərdə minimum xərclə rahat və sürətli uçuşlar təmin edəcək”, - məlumatda qeyd olunub.
2023-11-24
807,145
Həftəsonuna bu istiqamətə əlavə reyslər təyin olundu
Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını nəzərə alaraq həftəsonuna Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Bu barədə Axar.az-a ADY-dən məlumat verilib. Məlumata görə, noyabrın 25-də saat 07:50-də Bakıdan yola düşən qatar saat 12:51-də Ağstafaya çatacaq. Noyabrın 26-da saat 16:30-da Ağstafadan yola düşən qatarsa saat 21:35-də Bakıya çatacaq.
2023-11-24
807,148
ABŞ Bakıya təzyiq etsə, Orta Asiyanı itirəcək
ABŞ-ın Azərbaycana real təzyiq rıçaqları yoxdur. Azərbaycan daxilində situasiyanı pozmaq mümkün olmayacaq. Çünki Azərbaycan Respublikası effektiv siyasi hakimiyyət sisteminə malikdir, onun strukturu sabitdir. Axar.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib. “Prezident Əliyev İkinci Qarabağ müharibəsinin qalibi, ölkənin suverenliyini və ərazi bütövlüyünü misli görünməmiş şəkildə bərpa etmiş xalqın lideri kimi Azərbaycan vətəndaşlarının tam etimadına malikdir. Ölkənin sabit maliyyə-iqtisadi vəziyyəti var, iqtisadiyyat şaxələndirilib, bundan əlavə, Əliyev son illər Mərkəzi Asiya ölkələri, eləcə də Rusiya və Türkiyə ilə iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir. ABŞ-ın Azərbaycana təzyiq, “boğma” mexanizmləri praktiki olaraq yoxdur, bundan əlavə, bu, Vaşinqtonun özünün milli maraqlarına uyğun gəlməyəcək. Çünki bu cəhdləri davam etdirsələr, ABŞ tərəfindən fəal şəkildə dəstəklənən Mərkəzi Asiya ölkələri bir daha əmin olacaqlar ki, Vaşinqton tamamilə etibarsız, ikiüzlü partnyordur və hər an arxadan bıçaq vurmağa hazırdır. Amerika antiazərbaycan yanaşmasını davam etdirsə, bu, yalnız özünə, Xəzər və Mərkəzi Asiya regionunda maraqlarına zərər verəcək. Unutmayaq ki, AB-nin Rusiyanın enerji resurslarını tədarük etməkdən imtina etməsi kontekstində Cənub Qaz Dəhlizi ən azı Cənubi Avropa dövlətləri üçün onların enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də Qərbdən Azərbaycana qarşı hansı sanksiyalar tətbiq oluna və ya həyata keçirilə bilər? Yox. İctimai təbliğat sadəcə olaraq ritorikadır. Yenə deyirəm: Qərbin praktiki rıçaqları yoxdur. Bundan əlavə, Bakı ABŞ-ın cavabını verdi, lakin gələcək təmaslar və danışıqlar prosesinin qapısını qapatmadı”, - o bildirib.
2023-11-24
807,155
Binəqədidə YAP fəalları ilə növbəti görüş keçirildi
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov Binəqədi rayonunun S.S.Axundov küçəsində partiya fəalları ilə görüşüb. Axar.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılıov Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız zəfərlərdən danışaraq bildirib ki, 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazıb ki, bu tarix bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik torpaq həsrətinə 44 gün ərzində son qoyub. Millət vəkili Kəmaləddin Qafarov bildirib ki, xalq-iqtidar birliyindən güc alan, ona güvənən Azərbaycan ordusu bu qələbəyə inam və rəşadətlə nail olub: "Azərbaycanın qüdrəti onun birliyindədir. 44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir. Tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcəkdir". Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, ərazi partiya təşkilatının sədri Natiq Cavadov Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirlərində rəhbərlik etdiyi müəssisənin də partiya üzvülərinin fəal şəkildə iştirak etdiklərini bildirib. Görüşdə iştirak edən partiya fəalları və sakinlər belə görüşlərin təşkil olunmasını razılıqla qarşılaraq, yüksək qiymətləndiriblər.
2023-11-24
807,158
Nikol KTMT-ni iflic etdi: Baş katib İrəvana gəlir
Ermənistanın KTMT ilə bağlı hazırkı mövqeyi bu struktur üçün problemlər yarada bilər. İrəvana dəstək sənədinin KTMT-nin gündəliyindən çıxarılması tələbi onu göstərir ki, təşkilat və onun istənilən təklifi ümumiyyətlə Ermənistan üçün maraqlı deyil. Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik Pavel Felgenhauer deyib. “Bu, həm onların, həm də Ermənistana silah satmağa başlayan Qərbin gündəmidir. Qərbin şərti isə çox güman ki, Ermənistan-KTMT münasibətlərinin zəifləməsi və ya İrəvanın təşkilatdan çıxmasıdır. Bu, bundan sonra da belə olacaq və İrəvan hakimiyyətinin yanaşmasını dəyişəcəyini təsəvvür etmək çətindir. Eyni zamanda, indiki mərhələdə Ermənistan KTMT-dən rəsmən çıxmayacaq, çünki bu, əlavə problemlər yaradar. Ermənistan təşkilatın üzvü olaraq qalır, bu isə o deməkdir ki, KTMT-də konsensusla qəbul olunduğu üçün bütün qərarların qəbulu proseslərində iştirak etməlidir. Belə olan halda KTMT-nin işi əngəllənə bilər. Bu da Rusiya üçün ciddi problemlər yaradacaq. Düşünürəm ki, bu qorxular artıq var, ona görə də KTMT-nin baş katibi regiona göndərilir. Əgər Ermənistan hansısa qərarları təsdiq etməsə, heç bir qərar və ya dəyişiklik etmək mümkün olmayacaq”, - o bildirib.
2023-11-24
807,161
İranlı politoloqdan Bakıya qarşı iddialar
Senatda Azərbaycana qarşı qətnamənin ardınca Bakının 20 noyabrda ABŞ-da keçirilməsi nəzərdə tutulan XİN başçılarının görüşündən imtina etməsi və ABŞ-Azərbaycan münasibətlərində ritorik gərginliklə bağlı İran politoloqu Pouya Hüseyni erməni mediasına açıqlama verib. Axar.az xəbər verir ki, Ermənistanın regiona ABŞ başda olmaqla, Qərb qüvvələrini gətirmə cəhdlərinə və bunun İranın milli maraqlarına zidd olmasına baxmayaraq, Hüseyni bütün məsələləri region daxilində həll etməyə çalışan Azərbaycana qarşı fikir yürütməkdə davam edib. O, ABŞ-ın Bakıya “bəyanatlardan artıq” heç bir təzyiq etməməsindən və bu istiqamətdə “inkişaf olmamasından” təəssüfünü belə gizlətməyib. “Hesab edirəm ki, bu, (təzyiq) bəyanatlarla məhdudlaşacaq, davam etsə, yenə yalnız ritorikada olacaq” deyən Hüseyni ABŞ-ın Azərbaycana təsir imkanları olduğunu, o cümlədən hərbi və iqtisadi sanksiyaların “Bakını dayandırmaq üçün” effektiv olacağını bildirib. Qəribədir ki, İrana siyasi, iqtisadi və hərbi təzyiq edən Qərbin siyasətinə həmişə etirazını bildirən İranın bir politoloqu regionda ABŞ-ın maraqlarının güdükçüsü qismində çıxış edir və sanksiyaların “effektivliyindən” danışır. “Azərbaycanın Cənubi Qafqazda və Ermənistan istiqamətindəki ambisiyalarını neytrallaşdırmaq üçün ABŞ ciddi addımlar atmalıdır. Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq etsinlər ki, onların aqressiv davranışları zəifləsin və cilovlana bilsin. Amma indiyədək biz belə addımlar görməmişik. Bu yaxınlarda ABŞ Azərbaycana hərbi yardımı dayandırdı, lakin bu, ümumiyyətlə, heç nəyi dəyişmir. ABŞ-ın sanksiyaları tətbiq olunarsa, Azərbaycanı ciddi şəkildə məhdudlaşdıra bilər. Azərbaycanın iqtisadiyyatı daxildən dağılacaq, hərbi-siyasi gücü xeyli zəifləyəcək”, - Hüseyni deyib. Hüseyni Azərbaycanın Qərb platformasından imtinasını da “qiymətləndirib”, Bakının daim “vasitəçiləri” dəyişməsindən xeyli narahat olub: “Qərb vasitəsilə nəsə qazana biləcəyini görəndə, Bakı orada aktiv işləyir, nəsə alandan sonra Moskvaya danışıqlara gedir. Hətta Moskvadan sonra tərəflərdən başqa heç nə qazanmaq şansının olmadığını görəndə həm ABŞ-ı, həm də Moskvanı rədd edir. Yəni Azərbaycan hər yerdə öz maraqlarını güdür. İranda bəzi şeyləri udmağa çalışdı, amma “3+3”lə buna nail olmadı və indi formatı dəyişir”. “Azərbaycan-Ermənistan danışıqlarının birbaşa vasitəçisiz aparılması İranda narahatlıq yaradacaqmı” sualına isə Hüseyni belə cavab verib: “Təbii ki! İran ona görə narahatdır ki, Ermənistan danışıqlarda zəif, Azərbaycan daha güclü mövqedədir və Ermənistana təzyiq edə bilər. Vasitəçilər olmadıqda, birbaşa danışıqlarda bir çox risklər var. Bir tərəf çox zəif, digər tərəf çox güclü olduqda və onlar bərabər şərtlərlə danışıqlar aparmırlar”. O, “3+3” formatında qəbul edilən bəyanatın İranın iradəsi ilə Ermənistanın maraqlarına uyğun olduğunu vurğulayıb: “Bəyanatın bütün məqamları Ermənistan və İranın maraqlarına uyğundur: burda qırmızı xətlər və Ermənistan və İranın birgə təhlükəsizlik maraqları, mübahisələrin sülh yolu ilə həlli, öz müqəddəratını təyinetmə, dövlətin müstəqilliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq, təhdidlərin və güc tətbiqinin qadağan edilməsi, təhlükəsizliyin qorunması var. Bu bəyanat Türkiyə və Azərbaycanın istəklərindən daha çox Ermənistanın maraqlarıdır. Bunlar İran və Ermənistanın təhlükəsizliyinə və maraqlarına uyğun idi. O formatda İran imkan daxilində İran və Ermənistanın maraqlarını qorumağa çalışdı və bu diplomatik işi uğurla həyata keçirə bildi. İran Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı ambisiyalarını neytrallaşdıra bildi və göstərdi ki, öz siyasəti müstəqildir və heç bir tərəf onun maraqları və təhlükəsizliyi bahasına təslim olmasına təsir göstərə bilməz. İndiki vəziyyətdə bundan ancaq Ermənistan qazanır. Məhz buna görə də Ermənistan İranın arxasınca getməlidir, təsir gücünə malik olmalıdır ki, Azərbaycanın ambisiyalarını neytrallaşdıra bilsin”.
2023-11-24
807,162
"Mina yalanı" yayan şəxs, görün, kim imiş - Rəsmi
Bəzi sosial şəbəkə səhifələrində guya Ağdam rayonunda müxtəlif ərazilərin minalaşdırılması görüntüsünün formalaşdırılması ilə bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılıb. Axar.az xəbər verir ki, bu barədə Baş Prokuroruluq məlumat yayıb. Azərbaycan Baş Prokuroruluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Emin Nəcəfzadə Ağdam rayonunun Baş Qərvənd kəndinin yaxınlığında çəkiliş apararaq həmin mina olmayan ərazilərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyinin göstərişi ilə guya təhlükənin mövcud olmasını göstərmək məqsədilə müxtəlif nişanlar və yararsız minalar yerləşdirildiyini iddia edib. Bildirilir ki, istinad olunan təşkilat həmin ərazilərdə minatəmizləmə işlərində iştirak etməyib. Qeyd olunan ərazidə səlahiyyətli dövlət orqanları tərəfindən minatəmizləmə işləri həyata keçirilib, eyni zamanda təhlükənin qarşısının alınması məqsədilə monitorinqlər davamlı həyata keçirilir. Şəxsi qərəzlilik zəminində və Fondun keçmiş əməkdaşı kimi işçi münasibətlər zamanı ortaya çıxmış narazılığı səbəbindən Emin Nəcəfzadənin irəli sürdüyü əsassız və həqiqətə uyğun olmayan iddiaları əhalinin təhlükəsizliyinin təmin olunmasına kölgə salmaqla yanaşı cəmiyyət içində ciddi narahatçılığa və təşvişə səbəb olub. “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən Emin Nəcəfzadə Tərtər rayon prokurorluğuna dəvət olunaraq ona xəbərdarlıq edilib.
2023-11-24
807,167
11644 AZN ilkin ödənişlə tam təmirli mənzillər
“Kristal Abşeron”dan möhtəşəm təklif var! 11644 manat ilkin ödəniş etməklə 52,67 m² tam təmirli, dəniz mənzərəli 2 otaq studiya mənzilə sahib ola bilərsiniz! Sözügedən təklif “Kristal Abşeron”un “Highland Residence” layihəsindədir. Sakinlərin yüksək həyat standartları ilə təmin edilməsi üçün hər bir məqamın nəzərə alındığı bu yaşayış kompleksində mənzillər çox sərfəli şərtlərlə satışdadır. 10% ilkin ödəniş etməklə 20 ilədək ipoteka kreditindən yararlana bilərsiniz. “Highland Residence” şəhərin çox əlverişli nöqtəsində, Xətai rayonunda, “Gənclik Parkı”nın düz yanında yerləşir. Bakı Buxtasına qapanmaz mənzərəsi olan “Highland Residence”də siz hər səhər Xəzər dənizinin möhtəşəm mənzərəsindən zövq alacaqsınız. Kompleksin bir addımlığında yerləşən 43 hektarlıq, 300000-dək ağac əkilmiş “Gənclik Parkı”nda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri, attraksionlar, piknik məntəqələri, qaçış zolağı, velosiped yolları var. Tam təmirli təhvil verilən mənzillərə yenilənmiş səs izolyasiya sistemi tətbiq edilir və təmirdə Avropa brendlərindən istifadə olunur. Bu brendlər aşağıdakılardır. “Grohe” hamam aksesuarları. Alman istehsalı olan “Grohe” qlobal bazarda aparıcı şirkətlərdəndir. “Grohe” hamam aksesuarları keyfiyyətli məhsulları ilə uzun illər sizə xidmət edəcək. “Gewiss” elektrik açarları və aksesuarları. İtaliya istehsalı olan “Gewiss” üslub, innovasiya və etibarlılığın unikal birləşməsinə görə digər brendlərdən seçilir. “Gewiss” estetik seçimlərinizə uyğun müxtəlif dizaynlara malikdir və davamlı istifadəyə yararlıdır. “Prysmian” yanmayan kabellər. İtaliyan şirkəti “Prysmian Group” kabel sistemləri sənayesində qlobal liderlərdəndir. “Prysmian” yanmayan kabellər sayəsində mənzilinizin yanğın təhlükəsizliyi daha yüksək səviyyədə təmin ediləcək. Qısa qapanmaya qarşı davamlı olan bu kabellər yandıqda belə insan sağlamlığı üçün təhlükə törətmir. Tam təmirli, dəniz mənzərəli mənzillərə 10% ilkin ödəniş, 20 ilədək ipoteka krediti ilə sahib ola bilərsiniz. Ətraflı məlumat *1544. www.kristalabsheron.az https://www.youtube.com/watch?v=xFVa2HeT4Oc
2023-11-24
807,168
Sülhməramlılar Qarabağı tərk etdi, əvəzində...
Rusiya sülhməramlılarının Qarabağda rotasiyası başa çatıb və bölgədən çıxarılanların yerinə yenilənmiş kontingentin gətirilməsi həyata keçirilir. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib. “Hraparak” nəşri yazır ki, sülhməramlıların özləri də Qarabağda nə işlə məşğul olacaqlarını dəqiq bilmirlər. “Əldə etdiyimiz məlumata görə, əvvəlki kontingent Ermənistan üzərindən Qarabağı tərk edib, onların əvəzinə yenilənmiş kontingentin hərbçiləri bölgəyə daxil olur. Qarabağa gedən hərbçilərin birindən öyrəndik ki, onlar “Zvartnos” hava limanına eniblər. Rusiya Müdafiə Nazirliyindəki mənbəmiz də bildirdi ki, sülhməramlılar İrəvan üzərindən Qarabağa gedirlər”, - nəşr iddia edib. Bu iddiaların nə qədər doğru olduğu bəlli deyil, lakin sülhməramlıların rotasiyasının başa çatdığı rəsmi olaraq təsdiqlənib. Artıq Rusiya sülhməramılarının Qarabağda nəzarət zonası yoxdur, onların bölgədə həyata keçirə biləcəyi yeganə fəaliyyət Azərbaycan hərbçiləri ilə birlikdə patrul xidməti yerinə yetirmək və bölgədən çıxarılan erməni silahlı dəstələrindən müsadirə edilən silah-sursatın birlikdə mühafizəsi ola bilər. Bu fəaliyyət üçün kontingentin əvvəlki sayına ehtiyac yoxdur: 44 günük müharibədən sonra bölgəyə yerləşdirilən sülhməramlıların sayı 1960 nəfər olub, açıqlanmasa da, rotasiya prosesində rus hərbçilərin böyük hissəsinin Qarabağı tərk etdiyi, yenilənmiş kontingentin sayının daha az olduğu bəllidir. Sülhməramlıların İrəvan üzərindən Qarabağa gəlməsi də iddiadan başqa bir şey deyil, hərçənd, bunun texniki olaraq mümkünlüyü istisna edilməməlidir. Çünki Rusiyanın Ermənistanda hərbi hava bazası var və mümkündür ki, yenilənmiş kontingent bu baza üzərindən bölgəyə gətirilir.
2023-11-24
807,169
İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü - Foto
12:36 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevlə görüşüb. Axar.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: - Hörmətli Şövkət Miromonoviç, hörmətli qonaqlar, sizi yenidən görməyimə çox şadam. Biz bu ay Özbəkistanda görüşmüşük və bu gün təmaslarımızı davam etdiririk. Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssüratı yaranır. Əlbəttə, bu, çox xoşdur. Mənim Özbəkistana səfərim və Sizin Azərbaycana dövlət səfəri zamanı biz Sizinlə elə bu cür də danışmışdıq ki, tez-tez görüşəcəyik, bu, ölkələrimiz və xalqlarımız üçün faydalı olacaq. Zənnimcə, cəmiyyətlərimiz də bütün bunları aydın şəkildə görür. Prezidentlərin qardaşlığı, komandaların üzvlərinin qarşılıqlı fəaliyyəti və ən əsası – nəticə. Nəticələr artıq görünür. Biz Sizinlə iqtisadi, ticari, sənayenin inkişafı və kooperasiya üzrə çox iddialı plan müəyyən etmişik və hamısı yerinə yetirilir. Sizinlə razılaşdığımız kimi, biz müntəzəm olaraq tapşırıqların icrasına nəzarət edirik, hələ ki, öz tərəfimizdən heç kimə irad tutmamışıq. Srağagün SPECA-ya üzv ölkələrin sərgisi ilə tanış olduqda və Sizin hörmətli nazirlə Özbəkistan stendini bir daha ziyarət etdikdə, mən öz səfərim zamanı Daşkənddə şahidi olduqlarımı, məhz Sizin yaratdığınız sənaye gücünü yenidən gördüm və xatırladım. Bu gün biz kooperasiya çərçivəsində, qarşılıqlı investisiyalar çərçivəsində, mahiyyətcə, həmçinin özümüzü təmin etməyə və ixraca istiqamətlənmiş birgə istehsalı yaradırıq. Bütün istiqamətlər üzrə fəal iş gedir. İli ikitərəfli münasibətlərin yaxşı nəticələri ilə başa vururuq, əlbəttə ki, növbəti ildən də yeni nəticələr gözləyirik. Bir daha xoş gəlmisiniz. Sonra Prezident Şövkət Mirziyayev çıxış edərək dedi: - Çox sağ olun. Sizi bir daha gördüyümə, görüşməyimə şadam. Həqiqətən mən də çox sevinirəm. Siz düzgün qeyd etdiniz ki, bu il bizim üçün çox zəngin il olub. Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm, çünki Siz doğru qeyd etdiniz, biz Sizinlə razılaşmışıq ki, görüşlərimiz çox olduğu üçün nəticələr də çoxdur. Xalqlarımız da ölkələrin liderləri arasında belə səmimi, etimada əsaslanan çox yaxşı münasibətlərin olduğu zaman, əlbəttə, nəticənin də olmasını görürlər. Beləliklə, bir daha Azərbaycanda, gözəl Bakıda olmağıma şadam. Özümü evimdəki kimi hiss edirəm. Hava da elə bizdəki kimidir. Dünən mən tez gəldim, ətrafı seyr etdim və mənim üçün çox xoş oldu. Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli dinamik inkişafından məmnunluq ifadə olundu, dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edildi. Özbək xalqı adından Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb binasının inşasına görə minnətdarlıq bildirildi. SPECA-nın 25 illiyinə həsr olunan Zirvə görüşünün önəmi, eləcə də Azərbaycanın və Mərkəzi Asiyanın geosiyasi, iqtisadi və siyasi baxımdan vahid məkan olduğu vurğulandı. İqtisadi-ticari əlaqələrinin müxtəlif sahələrdə, həmçinin yeni əməkdaşlıq istiqamətlərində genişləndirilməsi ilə bağlı konkret layihələr müzakirə edildi. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu.
2023-11-24
807,174
Şahramanyan Ermənistan parlamentinə gəldi
Qarabağda özünü buraxan keçmiş separatçı rejimin keçmiş başçısı Samvel Şahramanyan 44 günlük müharibənin şəraitini araşdırmaq üçün müvəqqəti parlament komissiyasının iclasına gəlib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Görüş bağlı qapılar arxasında keçirilir.
2023-11-24
807,176
Almaniyanın baş xəfiyyəsi İrəvanda: Nikolla görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalı qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Məlumatına görə, görüşdə iki ölkənin ixtisaslaşmış strukturları arasında əməkdaşlıq məsələləri müzakirə olunub: “Paşinyan və Kal regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərə toxunublar”.
2023-11-24
807,177
Sabahın hava proqnozu açıqlandı
Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a məlumat verilib. Gecə şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq. Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.
2023-11-24
807,182
Rus ordusu yarıb keçə bilər – Avropa qorxuda
Avropadan olan müttəfiqlərin sursat təchizatı ilə bağlı problemlər yaşadıqları və ABŞ-ın siyasi müharibə yorğunluğunu nümayiş etdirdiyi bir vaxtda Ukraynadakı cəbhə xətti son bir ildə əsasən dəyişməz qalıb. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Bütün bunlar Rusiya Prezidenti Vladimir Putinə şans verə bilər. Xüsusilə, hərbi yardımın olmaması Ukraynanı zəif mövqedən sülh danışıqlarına razılaşmağa məcbur edə bilər. Ən pis halda isə rus ordusu Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıb keçə bilər və o zaman Kremlin heç bir şəkildə danışıqlar aparmağa əsası olmayacaq. Bu cür proqnozlar Şərqi Avropa ölkələrinin liderlərini çox qorxudur. Onlar əmindirlər ki, Rusiya qalib gəlsə, Ukrayna sərhədlərində dayanmayacaq”, - məlumatda qeyd olunub.
2023-11-24
807,183
AP SEPAH-la bağlı qətnamə qəbul etdi
Avropa Parlamentinin qanunvericiləri SEPAH-ın adının terrorçu qruplar siyahısına salınması və İran Prezidenti İbrahim Rəisiyə qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı qətnamə qəbul edib. Axar.az xəbər verir ki, bu barədə AP-nin rəsmi saytında bildirilib. Qətnamə 516 lehinə, 4 əleyhinə və 27 bitərəf səslə qəbul edilib. Qətnamədə İranın girov götürmə siyasəti pislənilib, Avropa Birliyindən işçi qrupunun formalaşdırılması yolu ilə İranın bu siyasətinə qarşı ümumi strategiya qəbul etməsi tələb olunur. Bununla yanaşı, avropalı qanunvericilər qətnamədə təhlükəsizlik məsələləri bəhanəsi ilə həbs edilən məhbusların azad edilməsini tələb ediblər.
2023-11-24
807,184
Prezidentin xüsusi nümayəndəsi özəl sektora çağırış etdi
Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov özəl sektora çağırış edib. Axar.az xəbər verir ki, o, bu barədə “İşğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu: peşə bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirib. Xüsusi nümayəndə deyib ki, Laçın biznes üçün açıqdır: “Özəl sektoru Laçında iş yerlərinin açılmasında fəal olmağa çağırıram. Çünki insanların məşğulluq məsələsi dövlət və özəl sektorun əməkdaşlığı nəticəsində daha asan həll olunur. Biz buna uzunmüddətli sosial proqram kimi baxırıq. Nə qədər məhsuldar əməkdaşlıq olsa, bir o qədər tez insanların məşğulluq problemi tez həll oluna bilər”.
2023-11-24
807,186
Cəbrayılın Soltanlı kəndinin təməli qoyuldu
Bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin rəsmi təməlqoyma mərasimi keçirilib. Axar.az xəbər verir ki, tədbirdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin sakinləri iştirak ediblər. Tədbirdə məlumat verilib ki, təməli qoyulan Soltanlı kəndinin Baş planı layihəsi Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" şirkətlər qrupu və "Azərmemarlayihə" Dövlət Baş Layihə institutu tərəfindən hazırlanıb. Layihələndirilən Soltanlı kəndi Araz çayının sahilində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu kəndin şimal hissəsinə bitişik ərazidən keçir. Həmçinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Soltanlının yaxınlığında yerləşir. Qeyd olunanlarla yanaşı, mövcud olmuş məskunlaşma ərazisini formalaşdıran kənd yolları, sel sularının axıb keçdiyi dərə plan quruluşunun təşkilinə təsir edən amillərdir. Ümumi sahəsi 398,82 hektar olan və 6 100 nəfərdən ibarət 1 525 ailənin yaşayacağı proqnozlaşdırılan bu məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Burada ümumilikdə 496 fərdi yaşayış evinin tikintisi təklif olunur. Bununla yanaşı, kənddə 1 044 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binaları da yerləşdirilib. Həmçinin kənd ərazisində inzibati bina, klub-icma mərkəzi, məktəb binası, bağça, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai-iaşə obyektlərinin inşası planlaşdırılıb. Burada tikintisi nəzərdə tutulan yaşayış evləri və sosial obyektlərin memarlıq-planlaşdırma və mühəndis-texnoloji həllərində "ağıllı kənd" yanaşmaları tətbiq olunacaq. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə baş planda kənd təsərrüfatı məhsullarının saxlanma anbarları, qablaşdırma və toxuculuq sexi, sənətkarlıq emalatxanaları, iri və xırda buynuzlu heyvanların saxlandığı fermalar və digər müəssisələr üçün ərazilər nəzərdə tutulub. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən Soltanlı kəndinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə kəndə qayıdacaq 1 336 sakinin yaşayışını təmin etmək məqsədilə 315 fərdi ev 78 hektar ərazidə tikiləcək. Kəndin təqdim edilmiş layihə təklifindəki yaşayış və ictimai binaların memarlıq həlləri onun təkrarsız və özünəməxsus simasını formalaşdıracaq. Tətbiq edilmiş memarlıq üslubları, rəng koloriti, istifadə olunan materiallar, ahəngdarlıq, milli motivlər bütövlükdə əlaqəli, tamamlanmış ictimai və yaşayış məkanlarının yaranmasını təmin edəcək.
2023-11-24
807,189
İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşdü - Foto
13:26 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Axar.az xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi, SPECA-nın 25 illiyi münasibətilə təbriklərini çatdırdı. Gürcüstanın Baş naziri Azərbaycanın SPECA-ya sədrliyi dövründə bu Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Gürcüstana səfərini və səfər çərçivəsində aparılan müzakirələri məmnuniyyətlə xatırladı. Söhbət əsnasında Azərbaycan ilə Gürcüstan arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu. Transxəzər nəqliyyat dəhlizinin inkişafı və bu xüsusda Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu. Əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
2023-11-24
807,190
İranlı nazir etiraf etdi: HƏMAS üzvlərinə təlim keçib
İranın hazırkı mədəni irs, turizm və əl işləri naziri, SEPAH-ın raket bölməsinin keçmiş məsulu İzzətullah Zərğami Qəzza tunellərində HƏMAS üzvlərinə raket istehsal etmək qaydaları barədə təlim keçib. Axar.az xəbər verir ki, bu barədə nazir İran televiziyasına müsahibəsində deyib. O, İranın HƏMAS-a hərbi dəstək verdiyini söyləyib, buna nümunə kimi özünün bir müddət Qəzzadakı tunellərdə fəaliyyət göstərdiyini bildirib.
2023-11-24
807,192
Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
13:34 Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib. Azərbaycan Prezidenti Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı. Sonra birgə foto çəkdirildi. Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Hörmətli dövlət və hökumət başçıları. Hörmətli beynəlxalq təşkilatların nümayəndələri. Xanımlar və cənablar. Mən sizi səmimiyyətlə salamlayıram, qonaqlarımıza “Xoş gəlmisiniz!” deyirəm. Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar. Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm. Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hörmətli həmkarlar! Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi. 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm. Çıxışımın sonunda dövlət və hökumət başçılarına dəvətimi qəbul edib Zirvə görüşündə iştirak etdiklərinə görə bir daha təşəkkür edir və Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyimi bildirirəm. *** Sonra digər dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri çıxış etdilər. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çıxışında Zirvə görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yaxşı zəmin yaradacağını vurğulayaraq dedi: - Hörmətli dövlət başçıları, hörmətli iştirakçılar. İlk növbədə, mən SPECA Zirvə görüşünün gözəl Bakı şəhərində, Xəzər dənizinin mirvarisi olan şəhərdə təşkil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğluna dərin minnətdarlığımı bildirmək istəyirəm. Onu da deyim ki, bugünkü Zirvə görüşündə iştirak edən Mərkəzi Asiya ölkələrinin dövlət başçılarını və digər qonaqları salamlamaq istəyirəm. Bu il SPECA xüsusilə Azərbaycanın təşkilatda sədrliyi ilə qeyd olunur. Düşünürəm ki, əldə edilən nəticələr bizim çox sahələrdə olan əməkdaşlığımız üçün yaxşı zəmin yaradacaq və bu, şəffaflıq, səmimiyyət, qarşılıqlı etimad əsasında davam edəcək. *** Qırğızıstan Prezidenti Sadır Japarov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına uğurlu sədrliyinə görə Azərbaycana təşəkkürünü bildirərək qeyd etdi: - Hörmətli cənab İlham Heydər oğlu, hörmətli nümayəndə heyətlərinin rəhbərləri, hörmətli xanımlar və cənablar. İlk növbədə, ənənəvi qonaqpərvərliyə, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) fəal və uğurlu sədrliyinə və yubiley Sammitimizin gözəl təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirirəm. *** Tacikistan Prezidenti İmaməli Rəhman Azərbaycan Prezidenti İlham Əliyevə sədrlik dövründə bir çox məsələlərin müsbət həllinə nail ola bildiyi üçün minnətdarlığını ifadə edərək vurğuladı: - Zati-aliləri cənab İlham Əliyev. Hörmətli xanımlar və cənablar. Hörmətli həmkarlar. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti, dostum və qardaşım cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm ki, bu Zirvə görüşünün ən yüksək səviyyədə təşkil olunmasını təmin etmişdir. Qardaş Azərbaycanı BMT-nin Xüsusi Proqramına uğurla sədrlik etməsinə görə təbrik etmək istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, şəxsən Siz, hörmətli İlham Heydər oğlu, ən azından SPECA-nın istiqamətində iki əsas sıçrayışa müəllif oldunuz. Birincisi, SPECA-nın son 25 illik tarixi dövründə onun ilk dəfə səviyyəsini iştirakçı ölkələrin dövlət başçıları səviyyəsinə qaldırdınız. İkincisi, uzun müddət idi ki, bu Etimad Fondunun yaradılması alınmırdı, Siz öz sədrlik ilinizdə bu məsələnin müsbət həllinə nail ola bildiniz. *** Özbəkistan Prezidenti Şövkət Mirziyayev Zirvə görüşünün üzv ölkələr üçün əhəmiyyətinə toxunaraq dedi: - Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin ünvanına söylənilən təşəkkür sözlərinə mən də qoşuluram. Bildiyiniz kimi, bu gün SPECA-nın Zirvə görüşü keçirilir və bizi burada səmimi-qəlbdən qəbul etdiyinə görə ona təşəkkürümüzü bildirmək istəyirəm. Qeyd etmək istəyirik ki, müasir ticarət və logistika mərkəzləri, xüsusi iqtisadi zonalar sərhəd yerlərində tikilməkdədir. Bu baxımdan biz hörmətli İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş Azərbaycan rayonlarında tarixi ədalətin bərpa olunmasını yüksək dəyərləndirir və Azərbaycanın bu yerlərdə gördüyü inanılmaz quruculuq işini qeyd etmək istəyirik. Əslində, əminəm ki, müsbət və perspektivli dəyişikliklər yeni imkanlar açacaq və regional əməkdaşlıq inkişaf edəcək. *** Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya – Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qeyd etdi: - Hörmətli Prezident, hörmətli Baş nazirlər. Hörmətli Zirvə görüşünün iştirakçıları. Çox sevdiyim Azərbaycanı və SPECA-nı burada salamlamaq istəyirəm. Bu görüşdə fəxri qonaq qismində iştirak etmək mənim üçün böyük qürur hissidir. Əvvəlcə qonaqpərvərliyə görə cənab Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm, çox təşəkkür edirik. Gözəl şəhər olan Bakıya məni dəvət etdiyinizə görə minnətdaram. Mən bu təşkilatın 25 illik yubileyi münasibətilə sizi təbrik etmək istəyirəm. Bu təşkilat regionun dayanıqlı inkişafı üçün gözəl bir platformadır. Azərbaycan dəyərli qonşumuzdur və strateji tərəfdaşımızdır. Biz qürur hissi ilə demək istəyirik ki, artıq əsrlərdir ölkələrimiz arasında ən yüksək səviyyədə gözəl münasibətlər inkişaf etməkdədir. *** Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevi həm bu regionda, həm də qlobal siyasətdə şəxsi səylərinə görə təbrik edərək bildirdi: - Hörmətli cənab Prezident. Hörmətli həmkarlar. Əvvəlcə mən Prezident Əliyevə bu dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Gözəl Bakıya gəlmək mənim üçün çox xoş bir hadisədir. Mən Macarıstanın ən xoş salamlarını gətirmişəm və SPECA təşəbbüsünü bərpa etdiyinizə görə Sizə təbrik sözlərimi çatdırmaq istəyirəm. Azərbaycan və Macarıstan arasında dostluq təkcə qaz dostluğu deyil. Biz aramızda qardaşlıq münasibətlərini qururuq. Biz qardaş ölkələrik və bu yaxınlarda ölkələr arasında çox güclü enerji münasibətləri formalaşmışdır. Biz cənab Prezident Əliyevin başladığı bu inkişafı dəstəkləyirik. İki ölkə arasında ticarət dövriyyəsi rekordlar vurmağa başlayıb. Biz sərmayə qoyuluşu sahəsində daha fəal olmaq istəyirik. Azərbaycandan ilk təbii qaz artıq Macarıstana çatmışdır. Yekunda, cənab Prezident Əliyev, mən bir daha Sizi həm bu regionda, həm qlobal siyasətdə şəxsi səylərinizə görə təbrik etmək istəyirəm. Siz qlobal siyasətdə öz tərəfinizdən qarşılıqlı etimad və hörmət prinsiplərini təşviq edirsiniz. Macarıstan Mərkəzi Asiya iqtisadiyyatlarının inkişafında bütün formalarda iştirak etməyə hazırdır. Macarıstan adından Sizə təşəkkürümü bildirmək istəyirəm. *** Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradov bugünkü Zirvə görüşünün region ölkələrinin iqtisadi inkişafı üçün çox gözəl imkanlar yaradan platforma olduğunu vurğulayaraq bildirdi: - İlk növbədə, mən SPECA Zirvə görüşündə iştirak edənlərin hamısına və cənab Prezident İlham Əliyevə Prezident Sərdar Berdiməhəmmədovun salamlarını və bu tədbirin uğurla keçməsi arzularını çatdırıram. SPECA-nın yaradılmasının 25 illik yubileyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik etmək istəyirəm. Bu, nadir bir platformadır, regionda olan dövlətlərin iqtisadi inkişafına yönəlik çox gözəl imkanlar yaradan platformadır. *** BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan SPECA-nın üzvü olan ölkələr tərəfindən həlli vacib məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmini qeyd edərək dedi: - İcazə verin, mən öz çıxışıma Azərbaycan Respublikasına və xüsusən də cənab Prezident Əliyevə bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə və tədbiri – bu Sammiti və ümumiyyətlə SPECA həftəsini yüksək səviyyədə təşkil etdiklərinə görə minnətdarlığımı bildirim. Bildiyiniz kimi, SPECA 25 ildən sonra bu tədbirlərlə yenə də yeni təkan qazanır. Bildiyiniz kimi, bu yaxınlarda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş sessiyasında SPECA ilə bağlı xüsusi qətnamə qəbul olunmuşdur. Belə mühüm bir tarixlə mən Azərbaycanı və bütün digər iştirakçıları təbrik etmək istəyirəm. Burada Etimad Fondunun yaradılması təşəbbüsü səsləndirilmişdir. Biz də istərdik ki, bu məsələ mümkün qədər tez müddətdə öz həllini tapsın. Biz bilirik ki, burada daha çox könüllü surətdə vəsaitlər köçürüləcəkdir. Azərbaycanın bununla bağlı könüllü şəkildə vəsaitlərin ayrılması qərarını alqışlayırıq. İnanırıq ki, digər tərəfdaşlar da bu nümunədən istifadə edəcəklər. *** BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbana yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək dedi: - Mən, bu əlamətdar Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Zati-aliləri cənab Prezident Əliyevə və Azərbaycan Hökumətinə minnətdarlığımı bildirmək istəyirəm. *** Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi Zirvə görüşünün Körfəz Əməkdaşlıq Şurası ölkələri və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gücləndirilməsinə təkan verəcəyini qeyd edərək bildirdi: - Xanımlar və cənablar, yekunda mən bir daha öz təşəkkürümü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə çatdırmaq istəyirəm ki, o, məni buraya dəvət etdi. Azərbaycan Hökumətinə və xalqına çox sağ olun deyirəm ki, siz məni buraya dəvət etdiniz. Bu addım - hər iki tərəfin ümumi səyləri Körfəz Əməkdaşlıq Şurası ölkələri və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gücləndirilməsinə yönəlib. *** Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev dedi: - Təşəkkür edirəm, əziz dostlar. Hazırkı Zirvə görüşündə qəbul edilməsi üçün iki sənəd layihəsi – Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilmiş və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunmuşdur. Sənədlərlə bağlı əlavə fikir varmı? Təşəkkür edirəm. Beləliklə, SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilmiş hesab olunur. Bununla da Zirvə görüşü başa çatır. Zirvə görüşündə iştirak etdiklərinə görə dövlət və hökumət başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə təşəkkür edirəm. Sağ olun. *** SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edildi.
2023-11-24
807,193
Ukrayna ordusu rus artilleriyasını “ovlayır”
Artilleriya müharibəsində Ukrayna Silahlı Qüvvələrinin aşkar üstünlüyü var. Ukraynalı hərbçilər Rusiyanın iriçaplı topları və reaktiv yaylım atəş sistemlərinin (RYAS) ovuna çıxıblar. Axar.az xəbər verir ki, bu barədə “Nyusvik” nəşri məlumat yayıb. “Rusiya Ukraynada çox ağır artilleriya itkiləri verir. Bu da onun ordusunu tükəndirir. Kiyevin Rusiya texnikasının itkiləri ilə bağlı elan etdiyi məlumatlar Ukrayna artilleriyası və dronlarının rusların iriçaplı topları və reaktiv yaylım atəş sistemlərini uğurla ovladlığını nümayiş etdirir. 2023-cü ilin sentyabr-noyabr aylarında Ukrayna 2272 artilleriya qurğusu və daha 167 RYAS məhv edib. 2022-ci ilin analoji dövrü üçün bu rəqəm 789 və 108 idi”, - nəşr bildirib. Ukrayna ordusunun keçmiş zabiti, Ali Radanın Milli təhlükəsizlik komitəsi sədrinin müşaviri İvan Stupak qeyd edib ki, bu, hazırda Rusiya üçün əsl problemdir. “Son beş ay ərzində Rusiya köhnə, sovet dönəminin 50-60-cı illərinin artilleriyasından fəal şəkildə istifadə edir. Belə silahlar çox qısa məsafədən atəş açır, lakin Rusiya ordusunun onlardan istifadə etməkdən başqa çarəsi yoxdur. Rusiyanın artilleriya ehtiyatları tamamilə tükənib”.
2023-11-24
807,198
Tehranda vətəndaşlara xəbərdarlıq: Evdə qalın!
Tehran əyalətinin Böhran İdarəetmə Mərkəzi bəyanat yayaraq, hava çirkliliyinin təhlükəli həddə çatması barədə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, vətəndaşlar, xüsusilə, həssas yaş qrupuna aid olanlar - uşaqlar, hamilə qadınlar və qocalar zəruri olmadıqda evdən çıxmasınlar. Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, hər il İranda hava çirkliliyi səbəbi ilə təxminən 27 min nəfər həyatını itirir.
2023-11-24
807,202
Bir neçə ağaya xidmət edən ölkələr... - Prezident
Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib. “Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
2023-11-24
807,205
Tam atəşkəs əldə olunmalıdır - Fidan
Qəzzada tam atəşkəs əldə olunmalıdır. Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Nazir bildirib ki, Qəzzaya yardımlar gəlməlidir.
2023-11-24
807,206
Bu ərazilərdə sıfırdan yeni şəhər və kəndlər inşa edirik
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib. Dövlətimizin başçısı ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.
2023-11-24
807,210
Bakının buna razı olacağı bəlli deyil - Paşinyan
Azərbaycanın İrəvanın təklif etdiyi prinsiplər əsasında Ermənistanla sülh müqaviləsi bağlamağa razı olub-olmadığı hələlik bəlli deyil. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Azərbaycan Ermənistanın ərazi bütövlüyündən danışarkən bunun nə demək olduğunu dəqiqləşdirməlidir”, - Paşinyan bildirib.
2023-11-24
807,212
İsrail qəzzalılara çağırış etdi: Geri qayıtmayın!
İsrail ordusu Qəzza zolağına vərəqələr ataraq, sakinləri anklavın şimalına qayıtmamağa çağırıb. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri məlumat yayıb. “İsrail ordusu Qəzza üzərində vərəqələr ataraq sakinləri Qəzza zolağındakı evlərinə qayıtmamağa çağırıb, çünki qüvvəyə minmiş dördgünlük atəşkəsə baxmayaraq, ərazilər hərbi zonalar olaraq qalır”, - nəşr bildirib. Qeyd olunub ki, Fələstin rəhbərliyi Qəzzanın şimalından köçən sakinlərin atəşkəsdən sonra evlərinə qayıtmağa çağırıb.
2023-11-24
807,214
Türkiyə daha üç terrorçunu zərərsizləşdirdi
Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG terror təşkilatının 3 silahlısını zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata əsasən, zərərsizləşdirilən terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Sülh çeşməsi” antiterror əməliyyatı bölgəsinə hücuma hazırlaşırmış.
2023-11-24
807,215
Teplovozla “Mersedes” toqquşdu - Foto
Bu gün saat 13:20 radələrində ADY-yə məxsus teplovoz Sitalçay–Tağıyev çeşidləmə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-MR-785 olan “Mersedes” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib. Qurumdan Axar.az-a verilən məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb. ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır. Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar.
2023-11-24
807,221
Lirədən yeni ucuzlaşma: tarixi minimumu yenilədi
Türkiyədə ötən gün uçor dərəcəsinin artırılmasından sonra lirənin növbəti ucuzlaşması baş verib. Axar.az xəbər verir ki, artıq 1 dollar 28,88 lirəyə çatıb. Avro isə 31,52 lirəyə qalxıb.
2023-11-24
807,223
Paşinyandan Pakistan açıqlaması: Sülh imzalansa...
Azərbaycanla sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin qurulması üçün əlverişli şərait yarada bilər. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, İslamabadın İrəvanla diplomatik əlaqələrdən imtina etməsi məhz Azərbaycan faktoru ilə bağlıdır. Qeyd edək ki, son zamanlar Bakı ilə İrəvan arasında sülh müqaviləsi istiqamətində addımlar intensivləşib.
2023-11-24
807,225
100-dən artıq vəzifəli şəxs məsuliyyətə cəlb edildi
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsini eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edib. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşların vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq mümkün həddə tədbirlər görülüb.
2023-11-24
807,227
Təcavüzkar separatizmə son qoyduq - Əliyev
Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib. "Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm", - dövlət başçısı qeyd edib.
2023-11-24
807,228
Ermənistanda panika: "Bakının 3 addım taktikası"
Ermənistanla Azərbaycanın vasitəçilər olmadan təkbətək görüşü və sülh müzakirələri aparması təşəbbüsü erməni politoloqların həyəcanını artırmaqdadır. Axar.az xəbər verir ki, bunu “təhlükə olaraq” görənlər sırasına erməni deputat Arman Abovyan da qoşulub. Hər zaman ağalarına sığınan, arxasına aldığı bu və ya digər beynəlxalq gücə nökərçilik etməklə, Azərbaycan ərazilərinə iddialarını reallaşdırmağa çalışan erməni düşüncə tərzindən xilas olmayan Abovyan bildirib ki, “Türkiyə-Azərbaycan tandem” xarici vasitəçiləri (Rusiya, ABŞ, Avropa, İran) Ermənistanla danışıqlar prosesindən kənarlaşdırmağa və Ermənistanın danışıqlar masası arxasında tək qalacağı bir vəziyyət yaratmağa çalışır: “Aydındır ki, “Ermənistan və Azərbaycanın vasitəçilərə ehtiyacı yoxdur” gözəl şüarları altında erməni heyətindən maksimum ərazi və siyasi güzəştlər qoparmaq üçün ağır hesablamalar aparılır, üstəlik, Türkiyə-Azərbaycan tandemi bilir ki, Ermənistanın hazırkı hakimiyyəti hər zaman buna hazırdır”. O iddia edib ki, Türkiyə-Azərbaycan tandemi “üç addım” taktikasını seçib: “Bu, Ermənistanın mövcudluq tarixinə ən qısa zamanda yekun nöqtə qoymağa imkan verəcək: 1. Paşinyan hakimiyyətindən maksimum güzəşt almaq; 2. Müharibə ilə alına bilməyənləri “sülh müqaviləsi” çərçivəsində əldə etmək; 3. Sülh və müharibə yolu ilə əldə edilə bilməyəcəyi yerli erməni ərazilərini köçəri subtürk tayfaları ilə məskunlaşdırmaqla əldə etmək. Ona görə də azərbaycanlılar artıq “Qərbi Azərbaycan” mövzusunu fəal şəkildə müzakirə edir, azərbaycanlı qaçqınların “Qərbi Azərbaycan” adlandırdıqları Ermənistan ərazisinə qayıtması mövzusunda beynəlxalq siyasi diskurs təqdim etməyə çalışırlar”. Abovyan “bədnam dünya ictimaiyyəti”nin guya “qərb, cənub, şərq və ya quzey Azərbaycan” olmadığı, türklərin əsl vətəninin Monqolustanla Altay arasında yerləşdiyi haqda artıq çoxdan darmadağın edilmiş saxta tarixi öz erməni ağlı ilə təkrarlayaraq bildirib: “Amma real siyasətin “güc haqqı diktə edir” əsas qanununu nəzərə alaraq, biz ermənilər bunu başa düşməliyik: öz torpağında yaşamaq hüququ yalnız xalqın öz Vətənini bütün mümkün vasitələrlə qorumaq istəyi ilə bərqərar olur”.
2023-11-24
807,229
Prezident açıqladı: Bu fonda 3,5 milyon dollar ayrılır
Azərbaycan SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib. "Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq", - dövlət başçısı qeyd edib.
2023-11-24
807,230
Qarabağa indiyədək neçə sakin köçürülüb? - Rəsmi
İşğaldan azad olunan ərazilərə indiyə qədər 5000-ə yaxın keçmiş məcburi köçkün köçürülüb. Axar.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, azad olunan ərazilərə ümumilikdə 1000 ailə qayıdıb. F.Hüseynov bildirib ki, bu ilin sonunadək daha 300 ailə azad olunan ərazilərə köçürüləcək. “Bununla da Qarabağ və Şərqi Zəngəzura köçürülən insanların sayı 6500 nəfərə çatacaq”, – Dövlət Komitəsinin sədr müavini söyləyib.
2023-11-24
807,233
SEPAH-ın hərbi maşını partladıldı: ölənlər var
Sistan və Bəlucistan əyalətinin Zahidan-Xaş şəhərləri arasında SEPAH-a məxsus hərbi avtomobil partladılıb. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, maşın yolda quraşdırılmış bomba nəticəsində partlayıb. Məlumata görə, partlayış nəticəsində 4 SEPAH üzvü öldürülüb, 3-ü yaralanıb. Sistan və Bəlucistan əyalətinin polis rəisi Dostəli Cəlilian mediaya açıqlamasında yola quraşdırılmış bomba ilə yanaşı, SEPAH avtomobilinə bir neçə tərəfdən silahlı hücum edildiyini deyib. O, bombanın partlaması və silahlı qarşıdurma zamanı heç bir ölüm halının qeydə alınmadığını bildirib. Hücumçular hadisə yerindən qaçmağa nail olublar. Bəlucların “Ənsar əl-Furqan” silahlı təşkilatı məsuliyyəti öz üzərinə götürüb.
2023-11-24
807,234
Rusiyanı ölkədən bu cür qovaq - Sərkisyan
Erməni sosioloq Karen Sərkisyan Rusiyanı Ermənistandan qovmağı təklif edib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham edib. “Fikrimcə, Rusiyanı Ermənistandan süpürgə ilə qovmalıyıq. Əməkdaşlığı bitirmək, rus telekanallarını ləğv etmək, rus məktəblərini bağlamaq, bizə göndərdikləri kitablarını kubik halına salıb elə qovduğumuz ruslar vasitəsilə ölkələrinə göndərmək lazımdır. Konsulluq açmaqlarına imkan verməməliyik, sərhədçilərini, Rusiyadan gəlib burada sinaqoqu yandırmağa cəhd edən əclafları qovmalıyıq. Onları döymək lazımdır ki, yaxın 100 il ərzində Ermənistanı xatırlayarkən kəkələsinlər. Rusiya Ermənistandan abidələri ilə birgə qovulmalıdır!” – Karen Sərkisyan bildirib.
2023-11-24
807,236
Oyundan əvvəl şahmatçımızın noutbuku oğurlandı
Azərbaycan şahmatçısı Rauf Məmmədovun Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatından əvvəl noutbuku itib. Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında 35 yaşlı qrossmeyster bildirib. R.Məmmədov qitə çempionatının bu səbəbdən onun üçün çətin başladığını söyləyib: "Bu yarışdan əvvəl İngiltərədə turnirdə idim. Londondan Monteneqroya gedəndə noutbukum oğurlandı. İki gün tapmaq üçün çalışdıq. Amma artıq üç həftə keçib. Hələlik bir xəbər yoxdur. Məncə, artıq tapılmayacaq. Avropa çempionatı vaxtı kapitanımız Qədir Hüseynovun noutbuku ilə məşğul olurdum. Hazırlaşmaq barədə problem olmadı, çox sağ olsun. Şahmatçı və jurnalist üçün noutbuku itirmək işini itirməyə bərabərdir. Böyük şəhərlərdə belə hadisələr olur". Qeyd edək ki, kişi şahmatçılardan ibarət millimiz yarışı 9 xalla 18-ci yerdə bitirib. Qadınlar isə turniri gümüş medalla başa vurub.
2023-11-24
807,240
Bakı Xəzər regionunun incisidir - Tokayev
Möhtəşəm Bakı şəhərində olmaq mənim üçün çox xoşdur. Mən çıxışımda Bakını Xəzər regionunun incisi adlandırmaq istəyirəm. Burada heç bir mübaliğə yoxdur, çünki mən bir çox şəhərlərdə olmuşam. Prinsipial olaraq hesab edirəm ki, Bakı geniş beynəlxalq miqyasda ən gözəl şəhərlərdən biridir. Axar.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən birinci sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib. "Fürsətdən istifadə edərək, indi Azərbaycan ərazisində Sizi və bütün qardaş Azərbaycan xalqını əsrin tarixi hadisəsi – beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq ölkənin ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etmək istərdim. Bu, Sizin güclü və nüfuzlu rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən müdrik siyasətiniz, xalqın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkənizin nüfuzunun artırılması sayəsində mümkün olub. Zənnimcə, bu, həqiqətən tarixi hadisədir və özünü Azərbaycana münasibətdə qardaş, dost hesab edən ölkələrin hamısı buna sevinib", - Qazaxıstan prezidenti qeyd edib.
2023-11-24
807,241
Yeni tikililərdə mənzil alanlara xəbərdarlıq
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsini eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edib. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşların vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq mümkün həddə tədbirlər görülüb. Bununla belə, tikintisi davam etdirilən, istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil almaq niyyətində olan vətəndaşlarımız da ayıq-sayıq olmalı, mənzil alqı-satqısı ilə bağlı öz hüquq və öhdəliklərinə yaxından bələd olmalıdırlar. Bu sahədə vətəndaş məlumatlılığının artırılması və qeyd edilən qanunsuz əməllərə məruz qalma risklərinin minimallaşdırılması məqsədi ilə aşağıdakıları tövsiyə edirik: 1. Media və sosial şəbəkələrdə araşdırma aparmaqla tikinti şirkəti haqqında formalaşmış ictimai rəyi, reputasiyanı öyrənmək. 2. Alqı-satqı prosesi zamanı peşəkar hüquqşünas xidmətindən istifadə etmək. 3. Mənzil almazdan əvvəl müvafiq sorğularla yaşayış binasının tikintisinə müvafiq icra hakimiyyəti, yəni əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən icazə verilib-verilmədiyini, tikinti aparmasına icazə verilən şirkətlə faktiki tikintini icra edən şirkətin eyni olub-olmamasını dəqiqləşdirmək (təcrübədə tikintini icra edən podratçı şirkətin icazəsi olmadan qanunsuz mənzil satışını həyata keçirməsi hallarına rast gəlinib). 4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yerləşən Tikintilərin Dövlət Reyestri bölməsində yaşayış binasının tikintisinə icazə verilib-verilmədiyini yoxlamaq. 5. Mənzil alınmadan öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) “Çoxmərtəbəli yaşayış binasında mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarış sənədi olan mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil olmaqla, çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı əldə etmək.
2023-11-24
807,243
Pensiyalarla bağlı mühüm dəyişikliklər
Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Yeni dəyişikliklərlə: - Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək; - Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək; - 2017-ci il iyulun 1-dək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq; - Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək: - Pensiya minimum məbləğə çatdırılacaq, - Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək, - Pensiya indeksləşdiriləcək.
2023-11-24
807,246
Qərbin Zəngəzur çağırışı məni çaşdırır - Paşinyan
Bəzi ölkələrin öz vətəndaşlarını Ermənistanın cənub bölgələrinə (Zəngəzur nəzərdə tutulur – red.) getməməyə çağırması məni çaşdırır. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Bu cür çağırışlar biznes üçün müəyyən çətinliklər yaradır. Eyni zamanda, hökumət həm ölkə daxilində, həm də Zəngəzur bölgəsində milyard dollarlıq investisiya layihələri həyata keçirir. Üstəlik, son 5 ildə yatırılan investisiyaların böyük hissəsi ölkənin cənub bölgəsinin payına düşür. Hazırda İranla sərhəddə yerləşən Mehri gömrük məntəqəsi yenidən qurulur, Avropa Birliyinin dəstəyi ilə müasir texnologiyalarla təchiz olunmuş keçid məntəqəsi yaradılır, əlavə iş yerləri yaradılır”, - Paşinyan bildirib. Qeyd edək ki, vaxtaşırı olaraq ABŞ, Fransa və bir sıra ölkələr öz vətəndaşlarına Ermənistanın regionlarına səfər etməmələri üçün çağırışlar edir.
2023-11-24
807,247
Ukrayna ordusu müdafiəyə keçdi - Malyar
Hazırda Ukrayna ordusu müdafiəyə keçib. Eyni zamanda, Rusiya hərbçiləri Ukrayna qüvvələrini bütün cəbhə boyu yayırlar. Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin keçmiş müavini Anna Malyar deyib. “Onların vəzifəsi bizi tamamilə yormaq və növbəti əməliyyatlara hazırlaşmaqdır. Biz bu haqda bilməliyik, hərbçilər də bu barədə təbii ki, bilirlər və buna hazırlaşmaq lazımdır. Biz indi təkcə müdafiə mövqeyində deyilik, həm də başa düşməliyik ki, qüvvələrimizi bütün cəbhə xətti boyunca qəsdən parçalayırlar. Rusiyanın Ukraynanı tükəndirmək meyli təsadüfi deyil”, - Malyar bildirib.
2023-11-24
807,249
Müharibə yalnız cəbhədə deyil – Ərdoğan
Biz görürük ki, müharibə, qarşıdurma, hücum və müdafiə təkcə cəbhədə deyil. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Qəzzada baş verən kritik hadisələrin bizə xatırlatdığı ən önəmli məsələ strateji ünsiyyətin vacibliyidir. Biz görürük ki, müharibə, qarşıdurma, hücum və müdafiə təkcə cəbhədə deyil. Biz demokratiyanı korlayan, fərdi hüquq və azadlıqları hədəfə alan dezinformasiyanın dağıdıcı təsirlərinə qarşı kollektiv mübarizə aparmalıyıq”, - o qeyd edib.
2023-11-24
807,250
Almaniya Ukraynaya “Patriot” göndərir
Almaniya qışda Ukraynaya İRİS-T-dən əlavə “Patriot” hava hücumundan müdafiə sistemi də verəcək. Axar.az xəbər verir ki, bunu Almaniyanın Ukraynadakı səfiri Martin Yeger deyib. “Qışda vəziyyət çox çətinləşə bilər. Ukrayna tərəfi bu vəziyyətə hazırlaşmaq üçün əlindən gələni etdi və biz də kömək etdik. Mən artıq hava hücumundan müdafiəyə dəstəyimizdən danışmışam. Sözügedən İRİS-T sistemlərindən əlavə, qışda Almaniyadan daha bir “Patriot” sistemi gətiriləcək”, - səfir bildirib.
2023-11-24
807,254
Gürcüstan bu ərazilər olmadan qəbul ediləcək - Stano
Avropa Birliyi Moldova və Gürcüstanın Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan quruma qismən qəbulu imkanlarını nəzərdən keçirə bilər. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib. “Gürcüstan və Moldovanın Avropa gələcəyi münaqişələrin girovuna çevrilə bilməz. Bu, AB-nin ən yüksək səviyyəsində təsdiqlənib”, - Stano bildirib.
2023-11-24
807,255
Bakıda saxlanılan ermənilərlə onları dəyişdirməyə hazırıq!
Biz Ermənistanda məhkum edilmiş azərbaycanlıları Bakıda saxlanılan ermənilərlə dəyişdirməyə hazırıq. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
2023-11-24
807,259
Ermənilərin Qarabağa qayıtması... - Nikoldan etiraf
İndiki mərhələdə Qarabağ ermənilərinin geri qayıtması real deyil. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü onlayn mətbuat konfransında deyib. Paşinyan bildirib ki, Ermənistan hökuməti bu insanların Ermənistanda qalması və ölkədən mühacirət etməməsi üçün hər şeyi edəcək. Paşinyan qeyd edib ki, tezliklə bütün Qarabağ erməniləri vətəndaşlıq alacaq və ölkənin həyatına tam inteqrasiya olunacaqlar.
2023-11-24
807,261
Bakıda SPECA tarixində ilkə imza atıldı
SPECA - BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramıdır. Proqram 1998-ci ildə Daşkənd Deklarasiyası ilə yaradılıb, Azərbaycan isə buraya 2002-ci ildə qoşulub. Bu sözləri Axar.az-a Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün əhəmiyyəti haqqında danışan iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib. Alim bölgəmizdə və dünyada formalaşan yeni geosiyasi şərait fonunda SPECA ölkələri arasındakı iqtisadi və siyasi əlaqələrin yeni mərhələyə daxil olduğunu bildirib: “Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan SPECA-ya üzv olan ölkələrdir. BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) proqramı koordinasiya edir və həyata keçirilən fəaliyyətlərə birgə dəstək verir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı, ölkələrin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmaların təşviqidir. SPECA-nın ildə bir dəfə Rəhbər Şurasının iclası, bir dəfə də İqtisadi Forumu keçirilir. Proqram çərçivəsində “Su, enerji və ətraf mühit”, “Statistika”, “Dayanıqlı nəqliyyat, tranzit və əlaqəlilik”, “Elmə əsaslanan inkişaf”, “Ticarət”, “Gender və dayanıqlı inkişaf məqsədləri” işçi qrupları fəaliyyət göstərir. Azərbaycan bütün işçi qruplarında iştirak edir. Yəni ümumi desək, proqramın işi bir növ BMT-nın sosial-iqtisadi məqsədlərinin Mərkəzi Asiya ölkələri üzrə daha effektiv reallaşmasına kömək etməkdir. Ölkəmiz ən son 2016-cı ildə SPECA-ya sədrlik edib, indi də sədrlik ölkəmizdədir. Builki toplantı digərlərindən fərqlənir və tarixi əhəmiyyət daşıyır. Belə ki, SPECA təsis edildikdən sonra ilk dəfə Bakıda dövlət və hökumət başçıları səviyyəsində Zirvə Görüşü keçirilir. Bölgəmiz spesifik xüsusiyyətə malikdir, eyni zamanda da Avropa ilə Şərq arasında önəmli nəqliyyat dəhlizlərinin keçdiyi yerdir. İndi dövlətimiz enerji, tranzit və digər sahələrdə, eyni zamanda işğaldan azad edilmiş rayonlarımızda çox böyük yenidənqurma layihələri həyata keçirir. Ona görə də, SPECA kimi bir platformada Azərbaycanın iştirak etməsi və verdiyi imkanlardan istifadə bütün hallarda bizim üçün faydalıdır. Ancaq etiraf etmək lazımdır ki, müxtəlif siyasi səbəblərdən uzun illər bu platforma o qədər də aktiv olmayıb. İndi isə regionun dünya iqtisadiyyatında rolu və gözləntilər önəmli dərəcədə artır. Fikrimcə, SPECA bundan sonra daha da aktivləşəcək və bu, Orta Dəhlizin önəmli parçası olan Azərbaycanın da maraqlarına tam cavab verir”.
2023-11-24
807,263
“Nar” biznes modelini ADA Universitetində təqdim etdi
Həyata keçirdiyi davamlı və faydalı layihələri ilə cəmiyyətə töfhə verən “Nar” zəngin korporativ sosial məsuliyyət (KSM) təcrübəsini ADA Universitetinin tələbələri ilə bölüşdü. Təqdimat “Nar”ın KSM strategiyasının müəllifi, Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov tərəfindən keçirildi. Təqdimatda bizneslərin sosial məsuliyyəti mənimsəməsi, KSM strategiyasının yaradılması, müsbət fərq yaradan sosial layihələrin icrası və onların davamlılığının təmin edilməsinin əhəmiyyəti vurğulanıb. Uğurlu model olaraq, “Nar”ın KSM strategiyasının əsas istiqamətləri – fiziki məhdudiyyətli şəxslərə dəstək, təhsilə və maarif və milli ənənələrin yaşadılması yönündə həyata keçirilən layihələr haqqında geniş məlumat verilib. Xatırladaq ki, bir neçə ay öncə “Nar”ın “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” sosial layihəsi dünya üzrə ilin ən yaxşı KSM layihəsi kimi mükafata layiq görülmüşdü. Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Qızıl Dünya Mükafatı”na layiq görülən “Nar” bənzər mükafata 2019-cu ildə fiziki məhdudiyyətli şəxslər üçün keçirdiyi “Təlim məktəbi” sosial layihəsi ilə layiq görülmüşdü. Cəmiyyətə faydalı və eləcə də, qlobal miqyasda tanınan sosial layihələri həyata keçirən “Nar”ın məqsədi həm də uğurlu KSM təcrübəsini gələcəyin biznes idarəedicilərinə tanıtmaq, onları sosial məsuliyyətli biznes strategiyası qurmağa təşviq etməkdir. Korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirilən layihələrlə nar.az/projects səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz. Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2023-11-24
807,264
Xəbərdarlıq: Güclü külək əsəcək - Video
Bakıda və Abşeron yarımadasında noyabrın 25-dən 27-si səhərədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Azərbaycanın rayonlarında noyabrın 25-26-da əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
2023-11-24
807,266
Rusiyadan Krıma sualtı tunel... - Şok layihə
Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə dəfələrlə endirdiyi zərbələrdən sonra ruslar işğal olunmuş Krıma çıxış üçün alternativ yollar axtarırlar. Hökumətlə əlaqəli rus və çinli iş adamları Rusiyanı yarımada ilə birləşdirən sualtı tunelin tikintisini müzakirə edirlər. Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. “Müzakirələrə Rusiyanın Kerç boğazı üzərindən qanunsuz tikilmiş körpünün təhlükəsizliyi baxımından artan narahatlığı səbəb olub. Bu, Rusiya ordusu üçün əsas logistika xəttidir, lakin Ukrayna Silahlı Qüvvələri tərəfindən iki dəfə hücuma məruz qalıb və Ukrayna qoşunları üçün həssas hədəf olaraq qalır. Rusiya 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krım üzərində nəzarətini saxlamaq əzmindədi. Həm də Moskvanın qlobal dəstək mənbəyi kimi Çindən artan asılılığı ölkəni buna yönləndirir”, - məlumatda deyilir. ABŞ rəsmiləri və mühəndislərinin fikrincə, belə bir ideyanı həyata keçirmək çətin olacaq: “İllər çəkəcək tikintiyə milyardlarla dollar xərclənəcək. Üstəlik, heç vaxt döyüş bölgəsində belə iş aparılmayıb. Kerç tunelinin Rusiyaya müharibə səylərində kömək etmək üçün vaxtında tamamlanacağı ehtimalı azdır. Layihə Rusiyanın Krımı ilhaqını heç vaxt rəsmən tanımayan və şirkətləri ABŞ, eləcə də AB tərəfindən iqtisadi sanksiyalara məruz qala biləcək Çin üçün də siyasi və maliyyə riskləri yaradacaq”.
2023-11-24
807,275
AB ölkələrinə viza çətinlikləri... - XİN
Noyabrın 23-də Bakıda Azərbaycan Respublikası və Avropa Birliyi arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib. XİN-dən Axar.az-a verilən məlumata görə, iclasda Azərbaycan Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, eləcə də Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Baş Direktorluğunun nümayəndələri, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və Avropa Birliyi üzv dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalarının konsulları da iştirak edib. Tərəflər 2013-cü ilin 29 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin müddəalarından irəli gələn sadələşdirilmələrin tətbiqi mexanizmləri və Avropa İttifaqı ilə ölkəmiz arasında bu sahədə faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini əhatə edən mövzular ətrafında konstruktiv və ətraflı müzakirələr aparıblar. 2022-ci və 2023-cü ilin 15 noyabr tarixinədək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan və Avropa Birliyi vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb. İclas zamanı, həmçinin, Azərbaycan vətəndaşlarının Avropa Birliyinə üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.
2023-11-24
807,276
8 kəndimizlə bağlı Paşinyandan açıqlama
Ermənistanın 29,8 min kv.km ərazisindən danışanda bura Sovet dövründən Azərbaycana məxsus anklavlar daxil deyil. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan anklavların danışıqlar masasında olması ilə bağlı canlı yayımda Tavuşdan olan vətəndaşın sualına cavabında deyib. O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır: “Anklavların danışıqlar masasında olub-olmaması ilə bağlı sual var”. Bununla belə N.Paşinyan qeyd edib ki, Azərbaycan ərazisində də Ermənistanın anklavı var və bu məsələlər qarşılıqlı həll edilməlidir. Onun sözlərinə görə, gələcəkdə bu anklavlara gediş-gəlişin necə olacağını da düşünmək lazımdır.
2023-11-24
807,277
Rusiya İrəvanın borcunun bir hissəsini silə bilər
Silah alınması üçün ödənilən vəsaitdən istifadə etməklə Rusiyaya olan borcun azaldılması məsələsinə baxılır. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, söhbətin hansı məbləğdən getdiyini açıqlamayıb, yalnız silah müqavilələrinin yerinə yetirilməməsi ilə bağlı problemlərin olduğunu bildirib: “Bilirik ki, Rusiyanın özünə silah lazımdır. Bu kontekstdə problemi bir iş mühitində həll etməkdə qərarlıyıq. Ümid edirəm ki, müzakirələr konkret nəticələrə gətirib çıxaracaq”. Qeyd edək ki, Ermənistanın Rusiyaya nə qədər borcu olduğu açıqlanmayıb.
2023-11-24
807,280
Abidələrin görkəmini pozan reklam lövhələri söküldü - Foto
Bakıda abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub. Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, bu il ərzində Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub. Nöqsanlardan bir qismi aparılan söhbətlər nəticəsində qısa zamanda həllini tapıb. Digər bir qismi Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində fasadlardan sökülərək nöqsanlar aradan qaldırılıb. Bir daha bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrinin mühafizəsinə, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştiraka səsləyirik. Eyni zamanda istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırırıq.
2023-11-24
807,281
Xanım şahmatçımız dünya çempionu oldu
Azərbaycan idmançısı Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. Axar.az xəbər verir ki, o, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Qeyd edək ki, yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edir.
2023-11-24
807,286
İsrail Qərbi belə təhdid edir
İsrail bir sıra Qərb ölkələrini Qəzza zolağı ilə bağlı mövqeləri ilə bağlı təhdid edir. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib. Altun bildirib ki, Qəzza zolağı da daxil olmaqla, bir sıra böhranlar mövcud beynəlxalq sistemin səmərəsizliyini üzə çıxarıb: “Bir neçə Qərb dövləti İsrail tərəfindən açıq və ya gizli şəkildə şantaj edilir. Əgər mediada İsrailin fələstinlilərə qarşı cinayətlərini müzakirə etsəniz, siz antisemitizmdə günahlandırılarsınız”.
2023-11-24
807,288
Azərbaycan bu layihədə maraqlı görünmür - Paşinyan
“Dünyanın kəsişməsi” layihəsinin prinsiplərini elan edəndə bildirmişdik ki, hər bir ölkə öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməli, öz ərazisində təhlükəsizliyi təmin etməlidir. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Azərbaycanın ilk reaksiyası belə oldu ki, İranla əlaqə saxladıqları üçün artıq bu layihədə maraqlı görünmürlər. Biz qətiyyən əleyhinə deyilik, amma bu bizim təklifimizdir. Üstəlik, daha bir məqam var. Prosedurların sadələşdirilməsi qarşılıqlılıq əsasında baş verə bilər. Onlar layihədə iştirak edən bütün ölkələr üçün əlçatan olmalıdır. Biz burada kifayət qədər çevikik”, - Paşinyan bildirib.
2023-11-24
807,292
Puşkinin nəşrlərini oğurlayan gürcülər tutuldu
Aleksandr Puşkinin nadir nəşrlərini kitabxanalardan oğurlamaqda ittiham olunan 3 Gürcüstan vətəndaşı Fransada saxlanılıb. Kult.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. İki qadın və bir kişi olan şübhəlilər Parisdə Fransa kitabxanalarından Puşkinin bir çox orijinal əsərlərinin oğurlanması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıblar. Onlar hazırda İncəsənət Əsərlərinin Qeyri-qanuni Ticarəti ilə Mübarizə Mərkəzi Bürosunda (OCBC) saxlanılırlar.
2023-11-24
807,293
Otuz bir il sonra Laçında nələr dəyişib? - Sakinləri danışır
Laçın sakinləri doğma yurdlarına köçürülür. İndi gündəmimizi Qarabağa qayıdışla bağlı müjdəli xəbərlər bəzəyir. İşğal zamanı dağıntılar altında qalan Laçında artıq sürətli inkişaf dövrü başlayıb. Azərbaycan 30 il sonra erməni işğalından azad etdiyi tarix şəhərdə müharibənin izlərini silir. Dağılmış və xarabalığa çevrilmiş Laçında insanların rahat yaşamaları üçün tarixi binalar, evlər bərpa olunur, yeni mənzillər, iaşə obyektləri tikilir. Şəhərin bütün infrastrukturu – su, kanalizasiya, qaz və elektrik xətləri, yolları yenidən qurulub. Düşmənin viran qoyduğu qədim Laçın şəhəri indi müasir görkəmə bürünüb. Öz sakinlərinin qayıdışına sevinir... Axar.az xəbər verir ki, Teleqraf.com Laçın sakinlərinin təəssüratlarını öyrənib. Şəhər sakini Elmira Abbasova 4 aydan artıqdır ki, doğma yurduna köçüb yaşayır. O, ilkin təəssüratlarını sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyir: “O anları yaşayanlar bilər. Laçın əvvəl gördüyümüz kimi deyil. Şəhərin indiki siması maraqlı və çox gözəldir. İlk vaxtlar hər şey mənə çox qəribə gəlirdi, sanki fərqli bir yerə düşmüşdüm. Sonra yavaş-yavaş alışırsan, öyrəşirsən...” 58 yaşlı Elmira Abbasova deyir ki, 27 il Laçında yaşayıb: “İşğaldan sonra Qobustanda qəzalı yataqxana binasında məskunlaşıb illərdir ki, ailə üzvlərimizlə orada yaşamışıq. Çəkdiyimiz əziyyətlərdən danışmaq istəmirəm. Digər keçmiş məcburi köçkünlərə də tezliklə doğma yurdlarına qayıtmağı arzulayıram. İllər sonra həsrətində olduğun Vətənə dönməyi, burada yaşamağı xəyalımıza gətirə bilməzdik. Ayrılıq çətindir. Hərdən çölə çıxıb evə, həyətə, şəhərə baxıram. İnanmaq olmur... Allaha yalvarıram ki, bütün xəyalları belə gerçəkləşdirsin. İşğaldan ən son azad olunan Laçın oldu, amma ən birinci köç Laçına gəldi. Bu günə çox şükür”. Müsahibimizin şəhidlərin adını çəkəndə gözləri dolur: “Çox pis oluram. Elə bala var ki, heç ata görmədi. Şəhidlərin doğmaları qarşısında baş əyirəm. Onları böyüdən anaların əllərindən öpürəm. Elə qazilərimiz var ki, onlar canlı şəhiddir. Gözü, qolu, əli, ayağı yoxdur. Allah onları tezliklə sağlamlıqlarına qovuşdursun. Hazırda hərbi xidmət çəkən əsgərlərimizə Allah can sağlığı versin. Allah Ali Baş Komandanımıza can sağlığı, uzun ömür versin. Xəyallarımızı gerçəkləşdirdi. Bir də Laçının torpağına, suyuna həsrət dünyadan köçənlərimiz var. Onların bu günləri görməməsi insanı ağrıdır. Allah bütün torpaq həsrəti ilə dünyasını dəyişənlərə də rəhmət etsin. Ruhları şad olsun”. Elmira xanım Laçının yeni görkəmindən də ürəkdolusu danışıdı: “Hər şey yeniləşib, evlər, yollar, həyətlər əvvəlkindən də qəşəngdir. Təsəvvürümdə 31 il əvvəl qoyub çıxdığımız Laçın canlanırdı. İndi gördüklərimizə “pis” demək ədalətsizlik olardı. Hamının gözü Laçındadır. İnşallah daha da gözəl olacaq”. Laçın şəhər Zabux kəndinə köç edənlər sırasında Sevda Quliyeva da var. O deyir ki, kənddən çıxanda 27 yaşı olub: “31 il sonra - 58 yaşımda qayıtmışam doğma yurdumuza. Ermənilər işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, Zabuxda da dağıntılar törədib. Yurd yerimizdən əsər-əlamət qalmayıb. Amma bu günə çox şükür. Dövlətimiz Laçında, ətraf kəndlərdə sürətli bərpa-quruculuq işləri aparır. Bunları gördükcə gələcəyə ümidlərimiz birə beş artır. Bir həftədir Zabuxa köçmüşük. Çıxıb kəndə baxıram, məcburi qoyub getdiyimiz yurd yerinin əvvəlki vəziyyətini yadıma salmağa çalışıram. Bəzən tapa bilmədiyim ünvanlar olur... Əvvəlki xatirələr canlanır gözümdə. Deyərdim ki, qədim Zabux kəndinin indi müasir görkəmi var. Yollar abadlaşdırılıb, kanalizasiya xətləri çəkilib, evlər elektrik enerjisi, su və təbii qazla təmin edilib. Zabuxda ilk qaz verilən ev bizim oldu”. Müsahibimiz deyir ki, yaşadıqları küçəyə hər gün demək olar, yeni qonşular köçür: “Artıq aşağı məhəllələrdə boş ev qalmayıb, tam dolub. Evlər çox keyfiyyətli tikilib və istilik sistemi ilə tam təmin olunub. Düşünün ki, yurdumuz bir il ərzində xarabalıqdan abadlığa çevrilib. Təsəvvür edin, 1 il sonra necə olacaq?! Laçının hər şeyi çox gözəldir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Bu günü bizə yaşatdığı üçün Prezidentimizə dərin təşəkkürümü bildirirəm”.
2023-11-24
807,297
Türk ölkəsi Ermənistana silah verir? - Bəyanat
Ermənistana Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılan iddialara cavab olaraq Qazaxıstan Müdafiə Nazirliyinin bəyanatında bildirilib. "Bununla əlaqədar olaraq vətəndaşlardan və KİV-dən yayılan şayiələrə reaksiya verməməyi və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyi xahiş edirik", - bəyanatda qeyd olunub. Xatırladaq ki, Ermənistan müdafiə naziri Papikyan Ermənistanın Qazaxıstandan “TOS-A” reaktiv yaylım atəşi sistemlərini almaq planlarını açıqlayıb.
2023-11-24
807,298
Kazan Universitetinin nümayəndələri ADU-da
Noyabrın 22-də Azərbaycan Dillər Universitetində Kazan Federal Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Axar.az xəbər verir ki, görüşdə Kazan Federal Universitetinin Filologiya və mədəniyyətlərarası Kommunikasiya İnstitutunun direktoru Radif Zamaletdinov, direktorun beynəlxalq əlaqələr və inkişaf üzrə müavini Elzara Qafiyatova, Kayum Nasiri adına elmi-tədris mərkəzinin direktoru Alfiya Yusupova və ADU-nun rəhbərliyi iştirak edib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, elmi əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. ADU-nun beynəlxalq nüfuzundan və Azərbaycanda ildə iki dəfə təşkil olunan Multikulturalizm məktəbinin fəaliyyətindən danışan rektor qonaqlara Azərbaycanın tolerant bir xalq kimi bölgədə sülh və əminəmanlığa böyük töhfə verdiyini söyləyib: “Azərbaycan Dillər Universiteti QS beynəlxalq reytinq cədvəlində 1600 dünya universitetləri arasında 300-cü yerə layiq görülüb. Bu ADU tarixində bir ilk idi. Müasir dillər təsnifatı üzrə ilk dəfə belə bir uğur qazanmaq bizə əlavə stimul vermiş oldu. Qarşılıqlı elmi əlaqələrin qurulması yeni elmi mübadilələrin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Biz birgə elmi nəşrlərin və jurnalların çapı ilə də məşğul ola bilərik. Düşünürəm bu əməkdaşlığımızın inkişafı üçün müsbət amillərdən biri ola bilər. Bildiyiniz kimi Azərbaycan multikultural bir dövlət kimi dünya üçün nümunəvi bir ölkəyə çevrilib. Bizim amalımız xalqların birgəyaşayışına, sülhə və ədalət prinsipinə sadiq qalmaqla hər kəsə bərabər və tolerant yanaşmanı sərgiləməkdir”. Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Kazan Federal Universitetinin Filologiya və mədəniyyətlərarası ünsiyyət institutunun direktoru Radif Zamaletdinov ADU ilə elmi əməkdaşlığa maraqlı olduqlarını bildirib. Qeyd olunub ki, birgə elmi jurnal və nəşrlərin həyata keçirilməsi yönündə addımların atılması universitetlər arasında əməkdaşlıq üçün əlverişli imkanların yaranmasına gətirib çıxaracaq. Görüş gələcək elmi əməkdaşlığın ətrafında müzakirələrlə davam edib.
2023-11-24
807,300
Xankəndidə yeni şəbəkə qurulur
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xankəndi şəhərində "AzStateNet" şəbəkəsinin qurulmasına hazırlıq görür. Axar.az Report-a istinadla xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib. “Bu il sentyabrın 19-20-də Qarabağdakı separatçı rejimə qarşı keçirilmiş antiterror əməliyyatları zamanı Dövlət Xidməti Xankəndidə, Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədi ilə operativ olaraq TET­RA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verib. İndi isə həmin bölgədə “AzStateNet” şəbəkəsinin qurulmasına hazırlıq gedir”, - deyə o qeyd edib. “İstər pandemiya dövründə, istərsə də bu gün ali dövlət qurumlarının videokonfrans formatlı görüşləri, qəbulları yüksək səviyyədə təşkil olunur. Ölkəmizdə keçirilən bir sıra dövlət əhəmiyyətli tədbirlərlə (Qoşulmama Hərəkatı, “TEKNOFEST Azərbaycan” festivalı, Bakı Marafonu, Qlobal Forum, Velosiped üzrə ölkə çempionatı, Gənclər və İdman Nazirliyinin Şuşada təşkil etdiyi “Wonderland” tədbiri, “Formula-1” yarışları) əlaqədar yaradılmış qərargahları zəruri texniki vasitələrlə təmin etmişik. Göstərilənləri nəzərə alaraq qeyd etmək istərdim ki, dövlət qurumlarına və strateji obyektlərə keyfiyyətli xüsusi rabitə xidmətlərinin təşkili və göstərilməsi, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi Xidmətin əsas vəzifələrindən biridir”, - deyə İ.Musayev əlavə edib.
2023-11-24
807,302
Azərbaycan Türkiyə vətəndaşını ekstradisiya etdi
Azərbaycan Türkiyə vətəndaşını ölkəsinə ekstradisiya edib. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, Türkiyədə bank kartından istifadə etməklə oğurluq əməlini törətməkdə təqsirləndirilərək 2020-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, beynəlxalq axtarışda olan, Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Mehmet Yavuz İncesu cari ilin avqust ayında ölkədə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Məhkumun verilməsinə dair Sivas Cümhuriyyət Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.
2023-11-24
807,303
Əliyev dövlət basçılarının şərəfinə ziyafət verdi - Foto
Noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşündə iştirak edən dövlət və hökumət basçılarının şərəfinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından rəsmi nahar verilib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
2023-11-24
807,304
Bu rayonda su olmayacaq
Külüllü-Kürdəmir magistral su kəmərində aparılan təmir-bərpa ilə əlaqədar təmir işləri yekunlaşana qədər Kürdəmir şəhərinə və magistral xətdən su alan kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
2023-11-24
807,305
BMT məruzəçisinə: Xocalıya görə kim üzr istəyəcək?
2023-cü il noyabrın 23-də İrəvanda BMT-nin həqiqətin, ədalətin təşviqi, təzminat və təkrarlanmama təminatları üzrə xüsusi məruzəçisi Fabian Salvioli erməni diasporunun təşkil etdiyi Ermənistana səfərinin yekunu olaraq mətbuat konfransı keçirib. Axar.az xəbər verir ki, mətbuat konfransında Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzünün yüz minlərlə qurbanı ilə bağlı bir sual da qaldırılmayıb, çünki səfər əvvəlcədən planlaşdırılmış təbliğat proqramına və hətta mətbuat konfransında jurnalistlərin təmsil olunmasına ciddi məhdudiyyət qoyulub. Bununla belə, BMT-nin xüsusi məruzəçisinin Ermənistana erməni diasporunun təşkil etdiyi səfəri Avropa hüquq müdafiə təşkilatlarının diqqətindən yayınmayıb. Belə ki, “Xocalı: barışıq üçün tanınma” beynəlxalq koalisiyası öz nümayəndəsi, İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Antonio Stanqonun timsalında xüsusi məruzəçiyə “Xocalı – keçid dövrünün ədaləti qalib gələcəkmi?” adlı sorğu göndərib. Koalisiya öz müraciətində Xocalıda törədilən cinayətin tanınmasının bu gün niyə bu qədər vacib olduğu sualına aydınlıq gətirir. Xüsusilə qeyd olunur ki, məhz Xocalı sindromu, bütün Qarabağ münaqişəsində dinc əhaliyə qarşı ən qəddar zorakılıq, müharibə cinayətlərinə görə cəzasızlıq irsi və mülki əhalinin qətliamlarının rasionallaşdırılması Ermənistanda etno-millətçi irqçi müstəsnalıq ideyalarının təbliğinə səbəb olub. “Xocalı: barışıq üçün tanınma” koalisiyası BMT-nin məruzəçisindən konkret suallar qaldırmağı və onlara cavab almağı tələb edib: Ermənistan hakimiyyəti Xocalı qətliamını işıqlandırmaq üçün hansı konkret tədbirlər görüb? Xocalı qətliamının günahkarları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunublarmı? İndiki hakimiyyət Xocalı qətliamının qurbanlarından üzr istəmək üçün hansı addımları ata bilər? Qeyd edək ki, “Xocalı: barışıq üçün tanınma” koalisiyası ötən ilin noyabrında BMT-nin Cenevrə mərkəzində insan hüquqlarının müdafiəsi sahəsində Avropa təşkilatları tərəfindən keçid dövrünün ədalət mühakiməsi məsələlərinə həsr olunmuş tədbir zamanı Vicdan Azadlığı Uğrunda Assosiasiyaların Koordinasiya İttifaqı (Fransa), Budapeşt Soyqırım və Qırğınların Qarşısının Alınması Mərkəzi, İtaliya İnsan Haqları Federasiyası, EMISCO Avropa Assosiasiyası, Srebrenitsa Anaları Assosiasiyası, eləcə də bir sıra tanınmış hüquq müdafiəçiləri tərəfindən yaradılıb.
2023-11-24
807,306
Azərbaycan yeni siyasi reallıq yaradıb - Mirziyayev
Bu gün Özbəkistan Azərbaycanla birgə infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Təhlillər göstərir ki, region dövlətləri arasındakı ticarət dövriyyəsinin həcmi 52 milyard dollardır. Qarşılıqlı sərmayə yatırımı və tranzit əməkdaşlıq sahəsində 2030-cu ilə qədər bu rəqəm 100 milyard dollara çata bilər. Axar.az xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şövkət Mirziyayev Bakıda Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşüşündə çıxışında deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilər azad edilib və tarixi ədalət bərpa olunub: “Azərbaycan regionda yeni siyasi reallıq yaradıb. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Əminəm ki, bu quruculuq işləri regional əməkdaşlıq üçün daha geniş imkanlar açacaq”.
2023-11-24
807,307
Rusiya dostumuzdur - Paşinyan
Ermənistan Rusiyanı dost ölkə hesab edir. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Paşinyan Rusiya ilə əlaqələrin qarşılıqlı hörmət əsasında qurulması üçün əlindən gələni edəcəyini bildirib.
2023-11-24
807,308
Bunlara riayət etməyənlər kiberhücuma məruz qalır
İnternetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Axar.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisi İlqar Musayev deyib. O bildirib ki, belə vətəndaşların ümumi sayı haqqında məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı, istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya və fərdi məlumatlarını hakerlərin qurbanına çevirmiş vətəndaşların statistikası Xidmətimiz tərəfindən müəyyənləşdirilib.
2023-11-24
807,309
Ermənistan KTMT-dən çıxacaqmı? - Paşinyan
Bizim Ermənistanın dövlət maraqlarından çıxış edərək bu və ya digər qərarlar qəbul etməklə bağlı siyasi iradəmiz var. Bu, KTMT ilə əlaqələrə də aiddir. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. "Niyə təşkilatdan çıxmaq və ya üzvlüyümüzü dayandırmaq barədə qərar qəbul etmirik? Biz ölkəmizin dövlət maraqlarına görə qərar verəcəyik", - Paşinyan vurğulayıb. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin Minskdə keçirilən sammitində iştirak etməyib.
2023-11-24
807,310
HƏMAS 25 girovu azad etdi
HƏMAS 12 Tailand vətəndaşını girovluqdan azad edib. Axar.az xəbər verir ki, bu barədə Tailand Baş naziri Srettha Tavisin məlumat verib. Digər məlumata əsasən, 13 İsrail vətəndaşı da girovluqdan azad olunub. Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. Bu gün yerli vaxtla saat 07:00-da isə dördgünlük atəşkəs qüvvəyə minib.
2023-11-24
807,311
Məsiyev "Bavariya"nın oyununa təyinat aldı
Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb. Axar.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyada "Bavariya" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək. Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək. Qeyd edək ki, matç noyabrın 29-da Münhendə keçiriləcək.
2023-11-24
807,312
Dəri emalı sexinin rəhbəri məsuliyyətə cəlb olundu
Abşeronun Aşağı Güzdək qəsəbəsində yerləşən “Daşagil” gölünün yaxınlıqdakı dəri emalı sexi tərəfindən çirkləndirilməsi faktı aşkar olunub. Daxili İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, Aşağı Güzdək qəsəbəsində yerləşən dəri emalı sexinin çirkab sularının “Daşagil” gölünə axıdılması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirib. Nəticədə həmin ünvanda sanitariya-gigiyena qaydalarının pozulması faktı aşkar edilib. Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.
2023-11-24
807,313
Prezidentlərin Azərbaycana səfəri başa çatdı
Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb. Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Şövkət Mirziyayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar. Eyni zamanda, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin, eləcə də Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti İmaməli Rəhmanın Azərbaycana səfəri başa çatıb.
2023-11-24
807,314
Bu tarixə qədər neftə tələbat pik həddə çatacaq
Qlobal istiləşmə 1,5 dərəcə azalsa, qlobal neft və qaz sektoruna hər il qoyulan 800 milyard dollar sərmayə 2030-cu ilə kimi yarıya qədər azala bilər. Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında bildirilib. Hesabata görə, bu məqsədə çatmaq üçün neft və qaz sektorunda yeni, uzunmüddətli layihələrə ehtiyac yaranmayacaq və bəzi cari layihələr birdəfəlik saxlanılmalı olacaq: "2030-cu ilə qədər neft və qaza qlobal tələbatın pik həddə çatacağı gözlənilir. Hökumətlər öz milli enerji və iqlim vədlərini yerinə yetirsələr, 2050-ci ilə qədər tələbatın bugünkü səviyyədən 45 faiz az olacağı gözlənilir”.
2023-11-24
807,315
Kanada Ukraynaya 11 min avtomat verəcək
Kanada hökuməti Ukraynaya 11 mindən çox avtomat silahı və 9 milyondan çox mərmi təhvil verəcək. Axar.az xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trudo deyib.
2023-11-24
807,320
Xocalıda kitabxanadan silah-sursat tapıldı
Xocalıda kitabxanadan silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ballıca kəndi ərazisində yerləşən kitabxanadan 3 ədəd 12.7 mm-lik "TŞK" markalı pulemyot, 5 ədəd 12.7 mm-lik "PK" markalı pulemyot, 42 ədəd müxtəlif çaplı "AK" markalı avtomat, 1 ədəd 30 mm-lik "AQS-17" markalı qumbaraatan, 4 ədəd "RPQ-5" markalı qumbaraatan və sayda müxtəlif silahlara məxsus sursat aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
2023-11-24
807,326
XİN rəhbəri Casim Əl-Budeyvi ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında görüş keçirilib. Xarici İşlər Nazirliyindən (XİN) Axar.az-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə KƏŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, KƏŞ-in bir sıra regional fotmatlarında, xüsusilə də Orta Asiya ölkələri ilə əməkdaşlıq mexanizmlərində ölkəmizin iştirakının və proseslərə yaxından cəlb olunmasının əhəmiyyəti vurğulanıb. C.Bayramov bu xüsusda ölkəmizin sədrliyi altında BMT Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün xüsusi proqramının (SPECA) Bakı həftəsi və sammitinin, əldə olunmuş razılaşmaların bölgədə əməkdaşlığa əlavə təkan verəcəyini bildirib. Azərbaycanın KƏŞ-ə üzv dövlətlərlə tarixi dostluq, qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan münasibətlərin mövcudluğundan bəhs edən nazir bu münasibətlərin KƏŞ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyini qeyd edib. KƏŞ ölkələri ilə iqtisadi, enerji, nəqliyyat, turizm, təhsil və digər sahələrdə birgə layihələrin cari vəziyyəti və perspektivləri qeyd olunub, sərmayələr sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə iqtisadi forumların keçirilməsi istiqamətində mövcud potensialdan istifadənin zəruri olduğu diqqətə çatdırılıb. Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki vəziyyət, sülh perspektivləri barədə qarşı tərəfə məlumat verib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2023-11-24
807,327
Naxçıvanda təhsilin keyfiyyəti daha yüksəkdir - Nazir
Hazırda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti, Azərbaycanın digər bölgələri ilə müqayisədə, ortadan yuxarı və yaxud da nisbətən siyahının daha yuxarı hissəsindədir. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə fəaliyyət planı var. "Nümunə üçün deyə bilərəm ki, ümumtəhsil müəssisələrinə direktor və direktor müavinlərinin təyinatı, müəllimlərin işə qəbulu imtahanı, sertifikasiya və bunun nəticəsində əməkhaqqının artırılması ilə bağlı verilən qərarlar, həmçinin, müəllimlərin saat bölgüsü ilə bağlı alqoritmlər, bölgünün hansı qaydada aparılması, digər təhsil müəssisələrinə işə qəbul, şagird yerdəyişməsi və bununla bağlı məlumatların toplanması kimi oxşar prosedurlar mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Bunlarla bağlı artıq bir yol xəritəmiz var. Növbəti il ola bilər ki, müəllimlərin işə qəbulu imtahanı sinxronlaşdırılsın. Amma təbii ki, burada muxtar respublikanın özəl xüsusiyyətləri nəzərə alınmalıdır. Yəni Naxçıvanda qeydiyyatda olan, Naxçıvanda yaşayan və yaxud da Naxçıvana geri dönmək istəyən insanların burada işlə təmin olunması məsələsi prioritetdir. Digər problemlər də ümid edirik ki, qısa müddət ərzində aradan qaldırılacaq", - E.Əmrullayev vurğulayıb.
2023-11-24
807,330
Bu evlər işıqsız, qazsız, susuz qalacaq
Kommunal şəbəkələrə qoşulmaqla bağlı yeni qaydalar əvvəl tikilmiş qanunsuz evlərə şamil edilməyəcək. Axar.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O qeyd edib ki, hansı qanunsuz evlər indiyə qədər kommunal şəbəkələrə qoşulub, onlar istifadə edə biləcəklər. “Kimsə onları şəbəkədən ayırmayacaq. Lakin əsas problem oktyabrın 1-ə qədər kommunal şəbəkələrə qoşulmayan evlərlə bağlı olacaq. Elə evlər var ki, oktyabrın 1-ə qədər texniki şərt alıb, amma komunal şəbəkələrə qoşulmaq üçün müraciət etməyib. Ən böyük problem burada yaranır. Çünki qoşulmaq üçün indi müraciət etdiyi təqdirdə onlara bildiriləcək ki, texniki şərt artıq qaydalara uyğun deyil”, - deyə o, əlavə edib. Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilir. Eyni zamanda, “Elektroenergetika haqqında” cari ilin may ayının 19-da təsdiq olunmuş yeni qanuna əsasən, elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd tələb olunur.
2023-11-24
807,332
Əli Əsədov BMT Komissiyasının icraçı katibi ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb. Nazirlər Kabinetindən Axar.az-a bildirilib ki, görüşdə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Həftəsinin əhəmiyyəti vurğulanıb. UNESCAP-ın icraçı katibinin Azərbaycanın SPECA-ya sədrliyi çərçivəsində ilk dəfə olaraq təşkil olunan və proqramın 25-ci ildönümünə təsadüf edən Zirvə görüşündə iştirakı yüksək qiymətləndirilib. Azərbaycanın Komissiyanın əksər üzv ölkələri ilə müxtəlif sahələrdə yaxşı münasibətlərə malik olduğu bildirilərək, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından UNESCAP səmərəli platforma kimi dəyərləndirilib. Azərbaycanın təşəbbüsü ilə Komissiya tərəfindən qəbul edilmiş nəqliyyat bağlantıları və dayanıqlı enerjinin inkişafı üzrə qətnamələrin önəmi vurğulanıb. Görüşdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığından bəhs edilib, bu əməkdaşlığın SPECA çərçivəsində ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika və qarşılıqlı maraq doğuran bütün digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirilib.
2023-11-24
807,336
Bakı Bəyannaməsi qəbul edildi
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib. Axar.az xəbər verir ki, bu barədə noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident İlham Əliyev bildirib ki, hazırkı Zirvə görüşündə qəbul edilməsi üçün iki sənəd layihəsi – Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilib və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunub. "Beləliklə, SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilmiş hesab olunur", - dövlət başçısı vurğulayıb. Daha sonra SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edilib.
2023-11-24
807,338
39 fələstinli İsrail girovluğundan azad edildi
Atəşkəs razılaşması çərçivəsində 39 fələstinli İsrail girovluğundan azad edilib. Axar.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari deyib. “Razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edilməsini təsdiqləyirik”, - deyə bildirilib. Qeyd edək ki, HƏMAS Tailand və İsrail vətəndaşları olmaqla, 25 nəfəri girovluqdan azad edib.
2023-11-24
807,339
Paşinyan ABŞ-la hərbi təlimlərdən danışdı
Ermənistan-ABŞ əməkdaşlığı mühüm inkişaf mərhələsindədir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. "Son illərdə ikitərəfli qarşılıqlı fəaliyyətimiz nəzərəçarpacaq dərəcədə irəliləyir və mühüm inkişaf mərhələsindədir. Bilirsiniz ki, 2019-cu ildə biz strateji dialoqa başlamışıq", - deyə Paşinyan bildirib. O, bu yaxınlarda Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirildiyini də xatırladıb. Paşinyan iqtisadi sahədə də əlaqələrin inkişafına ümid etdiyini söyləyib və əlavə edib ki, ABŞ Ermənistana demokratik islahatların aparılmasında yardım edir.
2023-11-24
807,342
Rusiya və Gürcüstanı birləşdirən yol bağlandı
Gürcüstan Hərbi Yolu əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq bütün nəqliyyat növləri üçün müvəqqəti bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə İdarəsi məlumat yayıb. Məlumata görə, bu, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin oluna bilməməsi, eləcə də Gürcüstan sərhədçilərinin tövsiyələrinin nəzərə alınması ilə bağlıdır. Qeyd edək ki, Gürcüstan Hərbi Yolu təkcə Gürcüstanı deyil, Ermənistanı da Rusiya Federasiyası ilə birləşdirən yeganə quru yoludur.
2023-11-24
807,344
İsrail ordusu "Əş-Şəfa"dan geri çəkildi
İsrail ordusu Qəzzadakı "Əş-Şəfa" xəstəxanasından geri çəkilib. Axar.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, bu gün İsrail ilə HƏMAS arasında dördgünlük atəşkəs başlayıb.
2023-11-24
807,347
HƏMAS-la atəşkəs Baydenin razılaşmasıdır
ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahunu HƏMAS-la girovların dəyişdirilməsinə razı salıb. Axar.az xəbər verir ki, bu barədə adı açıqlanmayan İsrail hökumətinin rəsmisi məlumat yayıb. O vurğulayıb ki, razılaşma Netanyahunun deyil, Baydenin razılaşmasıdır. Qeyd edək ki, bu gün İsrail ilə HƏMAS arasında dördgünlük atəşkəs başlayıb və girovların dəyişdirilməsi həyata keçirilib.
2023-11-24
807,351
Nikol azərbaycanlıların qayıtmasını savaş hazırlığı sayır
Ermənistan Baş naziri Nikol Paşinyan 2023-cü il noyabrın 24-də ictimaiyyətin suallarını cavablandırarkən, qayıdış hüququmuza növbəti dəfə xələl salmağa cəhd etmişdir. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması Ermənistanın Baş Naziri Nikol Paşinyana cavabında bildirib. "N.Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdış tələblərini müharibəyə hazırlıq kimi qiymətləndirmişdir. Qarabağda ermənilərinin hüquqlarının müdafiəsi bəhanəsi altında Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanın Baş naziri hər şeyi öz arşını ilə ölçür. Mono-etniklik siyasəti yürüdən Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və ictimaiyyəti etnik müxtəlifliyi ali dəyər hesab edir. Ermənistan hökuməti etnik müstəsnalıq kimi irqçi siyasətinə son qoymalı, birgəyaşayış və etnik müxtəliflik dəyərlərinə hörmət etməli və qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına şərait yaratmalıdır", - QAİ qeyd edib.
2023-11-24
807,352
MDB məkanında ən yaxın qonşularımızla... - Putin
Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. Axar.az xəbər verir ki, Putin TŞ üzvləri ilə operativ iclasda Rusiyanın xarici qurumlarının işinin təşkili, eləcə də MDB ilə iş məsələlərini müzakirə etməyi təklif edib. “Bu gün biz xarici qurumlarımızın işinin təşkili, onların fəaliyyətinin bəzi aspektlərini müzakirə edəcəyik və postsovet məkanında ən yaxın qonşularımızla fəaliyyətin təşkili ilə bağlı bəzi məsələlər barədə danışacağıq", - Putin qeyd edib.
2023-11-24
807,354
"Qarabağ" səfərdə qalib gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib. Axar.az xəbər verir ki, turun ilk matçında "Qarabağ" "Sabah"ın qonağı olub. Qarşılaşma qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Sabah" 16 xalla 7-cidir. Qeyd edək ki, turun digər görüşləri 25-26 noyabrda olacaq.
2023-11-24
807,357
Ukraynalılar bu əraziləri Rusiyaya verməyə razılaşır
Bəzi ukraynalılar sülh naminə əraziləri Rusiyaya verməyə razılaşır. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb. Bildirilib ki, Ukrayna Prezidenti Vladimir Zelenski hələ də sülh danışıqlarının strategiyası barədə düşünməyə bilər və bu vəziyyətdə barışığa getməkdən imtina edir, ancaq sorğular göstərir ki, Ukraynada kiçik, lakin daim artan ictimai təbəqə formalaşıb və bu təbəqə sülh naminə Rusiyaya ərazi güzəştlərinin edilə biləcəyi fikrinə gəlib. Onlar ərazi güzəştlərini sülh üçün ödənilməli olan qaçılmaz qiymət hesab edirlər. Qeyd edilib ki, gözləntilər şişirdilib, Rusiyanın müdafiə xətti isə lazımi səviyyədə qiymətləndirilməyib: “Bütün bunların fonunda qışın gəlişi ilə döyüş meydanında hər şey daha da mürəkkəbləşir. Ukrayna üçün problemlərdən biri də ordunun sayı ilə bağlıdır. Rusiya tərəfi yeni çağırışlar sayəsində cəbhə bölgəsinə yeni hərbi birləşmələr gətirməkdə davam edir, Kiyevin isə itkilərini doldurmağa vaxtı yoxdur, muzdluları işə götürmək imkanları da azdır”.
2023-11-24
807,359
Birinci mərhələ başa çatdı - Netanyahu
İsrail Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. “Biz qaçırılan uşaqlarımızı, onların analarını və digər qadınları geri qaytarmağın birinci mərhələsini başa vurduq. Onların hər biri bütöv bir dünyadır. Amma mən sizə, ailələrə və İsrail vətəndaşlarına deyirəm: biz qaçırılanların hamısını geri qaytarmağa borcluyuq. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə nail olmağa çalışırıq”, - Netanyahu söyləyib. Qeyd edək ki, bu gün Qəzzada dördgünlük atəşkəs başlayıb, HƏMAS 25, İsrail hakimiyyəti isə 39 fələstinlini azad edib.
2023-11-24
807,364
Rusiya bu ölkəni hədələdi: Cavab veriləcək!
Biz Moldovanın AB-nin Rusiya əleyhinə sanksiyalarına qoşulmasını kollektiv Qərbin antirusiya kampaniyasına tamamilə inteqrasiya olunmuş Moldova rəhbərliyinin növbəti düşmən addımı kimi qiymətləndiririk. Onun məqsədi rəsmi Kişinyovun günahı ucbatından onsuz da çox acınacaqlı vəziyyətdə olan Rusiya-Moldova münasibətlərini tamamilə məhv etməkdir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Moldova rəhbərliyinin bu cür dağıdıcı kursu Rusiyaya qarşı hədsiz dərəcədə mehriban və çoxşaxəli ikitərəfli əməkdaşlığı saxlamaqda və inkişaf etdirməkdə maraqlı olan ölkə sakinlərinin maraqlarına demək olar ki, cavab vermir. Moldova tərəfinin qərarı cavabsız qalmayacaq. Görülən tədbirlər barədə əlavə məlumat veriləcək”, - o qeyd edib.
2023-11-24
807,366
Ukraynada səfərbərlik üçün yeni plan elan olunacaq
Ukraynada səfərbərlik üçün yeni hərtərəfli plan elan olunacaq. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski brifinqdə danışıb. "Səfərbərlik məsələsinə gəlincə, bunun nə qədər mürəkkəb və çox aktual olduğunu bilirsiniz. Mürəkkəb tapşırıq var. Bu gün hansı problemlər var, məsələni necə həll etmək barədə geniş müzakirə var. Bu məsələ ilə bağlı hərtərəfli plan gələn həftə təqdim olunacaq”, - Zelenski bildirib. Zelenski səfərbər olunacağı gözlənilən Ukrayna vətəndaşlarının dəqiq sayını açıqlamayıb.
2023-11-24
807,369
"Molde" ilə oyunda buna hazır olmalıyıq - Qurbanov
Bu matçda etdiyimiz səhvlər inanıram ki, "Molde" ilə oyunöncəsi bizə çox fayda verəcək. Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"a səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIV tur oyunundan sonra mətbuat konfransında deyib. "Molde" evdə oynayacaq, mütləq qalib gəlməlidirlər. Ola bilsin ki, çox pressinq etdilər. Bunlara hazır olmalıyıq. Amma ümumən mənim üçün vacib olan futbolçularımın əvvəlki formasını geri qaytarmasıdır. Bugünkü görüşün faydası çox oldu. Futbolçular da gördü ki, öz idman formalarından uzaqlaşıblar. Biz də çatışmazlıqlarımızı gördük. Futbolçularla danışılası, məşq prosesində diqqət ayırası çox elementlər oldu". Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.
2023-11-24
807,370
Nikol sirri açdı: Aprel savaşı nəyin cavabı idi?
Rusiyanın 44 günlük müharibə ilə Ermənistan hakimiyyətini müəyyən hərəkətlərə görə cəzalandırdığına dair tezis çox fəal şəkildə yayılır. Mən Rusiyanı bu kontekstdə müzakirə obyektinə çevirmək istəməzdim, amma gəlin bu tezisi ciddi müzakirə edək. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün canlı efirdə Ermənistan vətəndaşlarının və diaspor ermənilərinin suallarını cavablandırarkən deyib. “Bu tezisin mənası odur ki, bizim tərəfdaşlarımız üçün arzuolunmaz inqilab oldu, çünki Ermənistanın yeni hakimiyyəti qərbyönlü baxışların daşıyıcılarıdır, buna görə də cəza kimi müharibə baş verdi. Belə olan halda 2016-cı ilin dördgünlük müharibəsində kim və nəyə görə cəzalandırılıb? Niyə 2013-cü il hadisələri baş verdi, Ermənistan uzun müddət danışıqlar apardı, sonra bir gecədə Gömrük İttifaqına üzv oldu? Rusiya hansı addımlara görə 2011-ci ildə Azərbaycana silah satışı ilə bağlı çox milyard dollarlıq müqavilə imzalayıb? 2013-2014-cü illərdə baş verən hadisələrə münasibət necə oldu? Qarabağ problemi ilə bağlı deyiləsi çox şey var. 2018-ci ilin aprelində Serj Sərkisyanın bəyanatı nə idi? Bu, müharibə elanı idi?” - Paşinyan qeyd edib. Onun sözlərinə görə, inqilab baş verib, ona görə də Ermənistanın hələ də suveren dövlət olmaq şansı var: “Əgər inqilab olmasaydı, bu şans sıfra bərabər olardı. 2013-cü ildə baş verən hadisələr buna sübutdur. Əgər imzalaya bilmirsənsə, niyə danışıqlar apardın? Bundan sonra 2016-cı ilin dörd günlük müharibə və danışıqlar paketini aldıq. Dağlıq Qarabağın dağılması 2018-ci ilin avqustunda baş verib”.
2023-11-24
807,371
Türkiyə İraqda əməliyyat keçirdi: 17 terrorçu öldürüldü
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat İraqın şimalındakı Qara, Metina, Hakurk və Qəndil bölgələrində həyata keçirilib: "Hava əməliyyatı zamanı 17 terrorçu məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib". Qeyd edək ki, bu gün türk ordusu Suriyanın şimalında da əməliyyat keçirib, nəticədə 3 terrorçu məhv edilib.