date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-11-24
807,372
Rusiyanın keçmiş baş naziri xarici agentlərin siyahısında
Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovun adı xarici agentlərin siyahısına daxil edilib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, Kasyanov Rusiyanın dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yürütdüyü siyasət barədə yalan məlumatlar yayıb. O, Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb, xarici strukturların təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib.
2023-11-24
807,374
Azərbaycanda bu klubun baş məşqçisi istefa verdi
Azərbaycan 1-ci liqası təmsilçisi “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli istefa verib. Klubun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, o, bu gün 9-cu turda “Karvan”a məğlubiyyətindən sonra klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. Qeyd edək ki, V.Əsgərli ötən ilin iyulundan “Şamaxı”nı çalışdırırdı.
2023-11-24
807,375
Göyçayda "Noldu, Paşinyan" oxuyan kişi həbs edildi
Göyçay rayonunda xuliqanlıq etmiş şəxs həbs edilib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Göyçay şəhər Bakı küçəsində yaşayan 1970-ci il təvəllüdlü Abbas Qədirov (ad və soyadlar şərtidir) şəhərin M.Ə.Rəsulzadə küçəsində icra hakimiyyətinin əməkdaşı ilə dalaşıb. Belə ki, A.Qədirov əvvəllər arayışa görə aralarında mübahisə yaranmış N.İsmayılovun yanından keçərkən üzünü ona tutaraq, “Noldu, Paşinyan” mahnısını oxuyub. Mahnının onun ünvanına olduğunu düşünən RİH əməkdaşı 53 yaşlı kişiyə yaxınlaşaraq irad bildirib və aralarında mübahisə baş verib. Hadisədən sonra A.Qədirov barəsində inzibati protokol tərtib edilib və o, saxlanılıb. Məhkəməyə göndərilən şəxs məmurla əvvəldən aralarında narazılığın olduğunu deyib: “N.İsmayılov Göyçay rayon İcra Hakimiyyətinin icra nümayəndəliyində işləyir. Əvvəllər arayış almaqla bağlı onun yanında olmuşam, lakin o, müxtəlif bəhanələr gətirərək mənə arayış verməkdən imtina edib, buna görə də aramızda narazılıq olub. Hadisəyə gəlincə, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən çay evinin yaxınlığında “Noldu, Paşinyan?” mahnısını oxuyarkən, o, mənə yaxınlaşıb oxuduğum mahnının ona ünvanlandığını dedi. Mən isə mahnının ona ünvanlayaraq oxumadığını bildirdim”. Göyçay Rayon Məhkəməsi protokola əsasən 53 yaşlı kişinin 10 sutka həbs edilməsi barədə qərar qəbul edib.
2023-11-25
807,376
Netanyahu bu səbəbdən müharibəni davam etdirəcək
Hökumətin aşağı reytinqi fonunda İsrailin Baş naziri Benyamin Netanyahunun hakimiyyətdə qalmasının yeganə yolu HƏMAS-a qarşı hərbi əməliyyatı davam etdirməkdir. İsrail vətəndaşları Fələstin hərəkatına qarşı əməliyyatı dəstəkləyir. Axar.az xəbər verir ki, bu sözləri israilli ekspert Zeyev Hanin deyib. "Netanyahunun rəhbərlik etdiyi hökumətə dəstək çox aşağıdır, 20 faizdən azdır. Orduya dəstək səviyyəsi isə çox yüksəkdir, hazırda 90 faizdən çoxdur. Aşağı reytinqlə siz müharibəyə başlaya bilməzsiniz və bitirə də bilməzsiniz. Yalnız müharibəni davam etdirə bilərsiniz”, - ekspert bildirib.
2023-11-24
807,377
Qurbanovdan adının milli ilə hallanmasına reaksiya
Tək mənim yox, digər mütəxəssislərin də adı milli ilə yanaşı hallanır. Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib. "Elə 15 ildir ki, adım hallanır. Hər dəfə belə olub. Müzakirələr də eyni proqram üzrə gedir", - Q.Qurbanov vurğulayıb. Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinin son matçında millimiz Belçikaya 5-0 məğlub olduqdan sonra baş məşqçi Canni De Byazi istefaya göndərilib.
2023-11-25
807,378
Moskvada ondan çox aviareys ləğv edildi
Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda güclü qar səbəbindən azı 32 reys gecikib, daha on reys təxirə salınıb. Axar.az xəbər verir ki, bu barədə “Yandex” xidmətinin məlumatında deyilir. Bildirilib ki, Vnukovoda 17 reys gecikib və beşi ləğv edilib, Domodedovoda doqquz reys gecikib və dörd reys ləğv edilib, Şeremetyevoda altı reys gecikib, biri ləğv edilib. Qeyd edək ki, Moskvada hazırda güclü qar yağması səbəbindən əlverişsiz hava şəraiti hökm sürür.
2023-11-24
807,379
Orduda “beşinci kolon”un varlığı... - Paşinyan
Orduda bədnam “beşinci kolon” ​​artıq yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün canlı yayımda diaspor və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırarkən deyib. "Ancaq bu gün deyə bilərəm ki, Silahlı Qüvvələrin sıralarında artıq "beşinci kolon" yoxdur. Bu, bütövlükdə dövlət aparatına da aiddir. Mən əminəm ki, Ermənistanda "dərin dövlət" yoxdur". Qeyd edək ki, “beşinci kolon” ​​dedikdə Paşinyan başqa ölkələrin maraqlarını öz dövlətinin maraqlarından üstün tutan insanları nəzərdə tutur. Baş nazir dəfələrlə orduda “beşinci kolon” ​​olduğu üçün Ermənistanın 44 günlük müharibədə uduzduğunu iddia edib.
2023-11-25
807,381
Ərdoğan türk ordusunun bu ölkədə qalma müddətini uzadır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentə ölkənin silahlı qüvvələrinin Liviyaya göndərilməsi üçün verilən icazənin müddətinin uzadılmasını təklif edib. Axar.az xəbər verir ki, prezidentin Liviyada Türkiyənin hərbi kontingentin qalma müddətinin 24 ay uzadılması təklifi TBMM-yə təqdim edilib. Qeyd edək ki, Türkiyə parlamenti ilk dəfə 2020-ci ilin yanvarında Liviyaya bir il müddətinə hərbçilərin göndərilməsinə icazə verib. Mandat vaxtaşırı uzadılır.
2023-11-25
807,382
ABŞ Ukraynanın necə aciz olduğunu anlamır - Conson
Pentaqon rəhbəri Lloyd Ostinin Ukrayna haqqında açıqlaması onun vəziyyəti tam dərk etmədiyini göstərir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib. “Ostinin etirafı ABŞ-ın silah tədarükünü dayandıracağı anlamına gəlmir. Fikrimcə, bu açıqlama göstərir ki, o, Rusiyanın Ukraynada nə cür hərbi əməliyyatlar apardığını, Ukraynanın aciz olduğunu anlamır. Ukrayna Silahlı Qüvvələri ABŞ və NATO-nun tədarük etdiyi silahlardan səmərəli istifadə etmək üçün bilik və bacarıqlara malik deyil. Eyni zamanda, Kiyevdə təcrübəli liderlərin komandanlığı altında fəaliyyət göstərəcək təlim keçmiş əsgərlər də yoxdur”, - Conson bildirib. Qeyd edək ki, Pentaqon rəhbəri Lloyd Ostin Kiyevdə Vladimir Zelenski ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında ABŞ-ın Rusiya ilə münaqişədə Ukrayna üçün “sehrli çubuğ”unun olmadığını söyləmişdi.
2023-11-25
807,383
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür. Axar.az xəbər verir ki, Azərbaycanda Kəlbəcər Şəhəri Günü ilk dəfədir qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı. Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
2023-11-25
807,384
Azərbaycan millisində işləmək böyük şərəf olardı
"Sabah"ın baş məşqçisi olmasaydım, Azərbaycan millisində işləmək mənim üçün böyük şərəf olardı. Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. Rusiyalı mütəxəssis hazırda paytaxt təmsilçisinin "sükanı arxasında" olduğunu bildirib: "Bütün fikrim bu klubdadır. Azərbaycanda çox yaxşı futbolçular var və milli çox yaxşı futbol sərgiləyə bilir. Onlara da gələcəkdə uğurlar arzulayıram". Musayev həm yığmada, həm də klubda işləmək ehtimalına da toxunub: "Təklif olarsa, müzakirə edə bilərik. Amma indi ortada heç nə yoxdur, heç danışıq da olmayıb. Bütün düşüncələrim "Sabah"la bağlıdır".
2023-11-25
807,385
Rusların Bakı hücumu zamanı möcüzə… - Foto
El arasında “Sınıq qala” adı ilə tanınan Məhəmməd məscidi İçərişəhərdə Baba Kuhi məscidi aşkara çıxarılanadək üstündə dəqiq tikilmə tarixi olan ən qədim abidə hesab olunurdu. Daş kitabə də bunu təsdiq edir. Orada qazıntı işləri aparılarkən bir neçə mədəniyyət qatı aşkar edilib. Bu, Bakının qədim yaşayış məskəni olduğunun göstəricisidir. Kult.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, XX əsrin da 60-cı illərində burada genişmiqyaslı qazıntılar aparılıb və antik dövrə aid sütun, məscidin özülündə isə atəşpərəstlik dövrünə aid məbədin qalıqları aşkarlanıb: “Bu tikilinin tarixi çox qədimdir, çünki islam dinindən qat-qat öncələrə gedib çıxan bir məbədin üzərində tikilib. Lakin mənbələrdə qeyd edilir ki, bu məscid XI əsrdə inşa edilib. Çünki məscidin şimal tərəfindəki kufi xətti ilə yazılmış kitabədə deyilir: “Rəhimli və Rəhman olan Allahın adı ilə. Bu məscidin binasını (tikməyi) əmr etdi Ustad ər-Rəis Məhəmməd ibn Əbu Bəkr, dörd yüz yetmiş birinci il”. Ər-Rəis ifadəsi o dövr üçün dövlət qulluğu nöqteyi-nəzərindən baxsaq Məhəmməd bin Əbubəkirin vəzifəsini müəyyən edir. “Ustad ər-Rəis indiki şəhər icra başmısı anlamına gəlir. Bu məscid Səlcuqların Azərbaycanda hakimiyyətdə olduğu dövrdə inşa edilib. İnşa deyəndə, atəşpərəst məbəd üzərində yaradılıb. Bunun isə tarixi 1078-1079-cu illərdir. Məscidin memarlığında Şirvan-Bakı ilə yanaşı, qəribədir ki, Alban memarlıq üslubunun elementlərindən də istifadə edilib. Məscidin kompozisiyası barədə internetdə kifayət qədər material var. Mənim diqqətimi çəkən minarədir. Məscidin minarəsi silindr şəklində olub, yuxarıya getdikcə daralır. Mütəxəssislərin fikrincə, tutduğu mövqeyə görə bu minarədən müşahidə məntəqəsi kimi istifadə edilmişdir. Və Bakının ən qədim məscidlərindən biri olan Məhəmməd məscidinin “Sınıq qala” adı almasının səbəbi də məhz bu minarə olub. Rusların Azərbaycanı işğal etməsi dövründə Bakı onlar üçün önəmli şəhər sayılırdı. Dərbəndin işğalından sonra Rusiyaya qayıdan I Pyotr böyük hərbi-strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq üçün plan tərtib edir. Bakının tutulması Rusiya imperiyasına Xəzər dənizində iri dəniz limanlarından birini əldə etməyə imkan verirdi ki, bu da gələcəkdə rus tacirlərə Şərq ölkələri ilə dəniz yolu ilə fəal ticarət aparmağa şərait yaradacaqdı. Bakının işğalı haqqında göstəriş M.A.Matyuşkinə 1722-ci il noyabrın 4-də Böyük Pyotr tərəfindən verilmişdir. Orada deyilirdi ki, gələn ilin yayında şəhər rus ordusunun nəzarətinə keçməlidir. Qış və yaz aylarında hərbi əməliyyatlara fəal hazırlıq görülür. 1723-cü il iyulun 17-də general Matyuşkinin başçılıq etdiyi rus eskadronu Bakıya yaxınlaşır. Bakı o vaxt 3-4 min əhalisi olan kiçik liman şəhəri idi. Ancaq bu, yalnız ilk baxışdan görünür. Əslində bu, 40-a yaxın yaşayış məntəqəsinin yerləşdiyi Abşeron yarımadasının mərkəzi qalasıdır. Üstəlik, bütün region üçün böyük iqtisadi əhəmiyyət kəsb edirdi. Buna görə də şəhər çox ciddi şəkildə möhkəmləndirilmişdi. Bakılılara təslim olması ilə bağlı uğursuz danışıqlardan sonra iyulun 21-də Matyuşkin şəhəri asanlıqla ələ keçirmək ümidi ilə hücum əmri verir. Lakin qəhrəman bakılılar ruslara ağır müqavimət göstərirlər. Həmin gün rus ordusu tərəfindən axşama qədər Bakıya 94 mərmi atılır. Rus general ümid edir ki, şəhər təslim olacaq. Lakin döyüşkən bakılılar ruslara ağır zərbələr endirməkdə davam edirlər. Beş gün quruda davam edən döyüş rusları geri çəkilməyə məcbur edir. Məğlubiyyətin astanasında olan rus general ordunu geri çəkilib şəhəri top atəşinə tutmaqda davam etməyi əmr edib şəhərə dənizdən hücum etmək planı qurur. Ordu mayoru İ.Q.Gerberin rəhbərliyində rus əsgərləri iki dəfə sahilə yaxınlaşıb, quruya düşüb döyüşə girsələr də, bakılılar onların üzərinə qəhrəmancasına gedərək çoxunu məhv edə bilirlər. Ruslar görürlər ki, yerlilər ilə quruda döyüşdə məğlub olacaqlar, hamısı gəmilərə geri qayıdır və yeddi gəmi şəhərə yaxınlaşaraq yarımdairə şəklində lövbər salır. Əmrə əsasən, hekbotlardan ikisi şəhərə atəş açmalı, beşi isə şəhər divarlarını dağıtmalı idi. İlk olaraq mühasirədəkilər toplardan şəhərə yaxınlaşan rus gəmilərinə atəş açmağa başlayır. Lakin rus gəmiləri mövqe tutub toplardan bakılılara cavab atəşi açanda Bakının müdafiəçiləri bir saat belə davam gətirə bilməyərək toplarını qoyub qalaya doğru geri çəkilir. İki tərəfdən top atəşinə qarşı mübarizə aparmaq çətin olduğu üçün şəhər ağsaqqalları ağ bayraq qaldırıb təslim olmaq istəyəndə möcüzə baş verir. Rusların atdığı toplardan biri Məhəmməd məscidinin minarəsinə dəyir, onun zərbədən qopan hissəsi küləyin təsiri ilə gedib 7 gəminin düz ortasına düşür və rus gəmiləri arasında bağlanan zəncirlər onları dənizin dibinə dartır. Ruslar qorxuya düşüb dərhal zəncirləri bir-birindən ayırıb, dəniz hücumundan vaz keçib, geri çəkilirlər. Minarənin qopan hissəsi və məhz küləyin onun ora qədər gətirməsini İlahinin cəzası hesab edib, dərhal ordan uzaqlaşırlar. Hətta rus mayoru I Pyotra bu hadisə barədə məktub yazır ki, bəs Bakını Tanrı qoruyur. Məktubun orjinalı burada: Qeyd edim ki, top zərbələrindən Mərdəkanda qədim qala da zədə görüb.. Lakin general Matyuşkinin inadı sonda nəticə verir. İyulun 26-da davam edən atışma zamanı qala divarı praktiki olaraq dağılır. Şəhər hökuməti şəhərin təslim edilməsi ilə bağlı danışıqlara başlamaq qərarına gəlir. İyulun 28-də qarnizonun rəisi Dərgah Qulubəy təslim olduğunu elan edir və qapıları açır. Qoşunlar bütün küçələri, qüllələrdəki postları, silah anbarlarını zəbt edir. Bu hadisədən sonra Məhəmməd məscidi “Sınıq qala” adını alır. Bakılılar məscidin minarəsinin "möcüzəsinə" inandıqları üçün XIX əsrin sonlarına qədər imkan vermirlər ki, orda bərpa işi həyata keçirilsin. XX əsrin əvvəllərinə kimi Sınıq qala birmərtəbəli məscid olmuşdur və onun tutumu uca minarəsinə nisbətdə kiçik görünmüşdür. İki yandan ona yapışdırılmış binalardan azad olduqdan sonra abidənin alt qatı üzə çıxdı. Minarə ilə məscid binasının ilkin uyarlığı bərpa edildi. Bu günün özündə də minarayə baxanda bərpa edilməsinə baxmayaraq, topun zərbəsindən dağılmış hissəsini sezmək olur”.
2023-11-25
807,386
Bayden açıqladı: Bu, yalnız başlanğıcdır!
HƏMAS hərəkatının saxladığı növbəti girovlar qrupu noyabrın 25-də Qəzza sektorunu tərk edəcək. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden bildirib. "Girovların bugünkü (24 noyabr - red.) azad edilməsi prosesin yalnız başlanğıcıdır. Biz sabah, o biri gün və növbəti gün daha çox girovların azad ediləcəyini gözləyirik", - Bayden bildirib. Qeyd edək ki, 24 noyabrdan Qəzzada dördgünlük atəşkəs başlayıb. Ötən gün HƏMAS 25 girovu, İsrail isə 39 fələstinlini azad edib.
2023-11-25
807,387
Şuşada Əsəd bəyin evindən - Video
İşğaldan azad edilmiş Şuşa şəhərində yerləşən Əsəd bəyin evinin yeni görüntüləri yayılıb. Kult.az Baku TV-yə istinadən xəbər verir ki, Şuşa əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində tikilib. Çoxotaqlı olması ilə digər evlərdən fərqlənən binanın birinci mərtəbəsinin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbəsinin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunub. Qeyd edək ki, Əsəd bəyin evi də digər abidələr kimi, erməni vandalizminin qurbanına çevrilərək yararsız vəziyyətə düşüb.
2023-11-25
807,388
İrəvan Kremllə “razılaşdırılmış döyüş” aparır – Məxfi plan
Son zamanlar Ermənistanın Rusiya ilə ritorik olaraq gərginləşən münasibətləri rəqəmsal formada özünü büruzə vermir. Hətta bəzi hallarda insanda bunun “danışıqlı döyüş”ə bənzədiyi haqqında təsəvvür yaranır. Bu sözləri Axar.az-a Ermənistanın Aİİ-yə ixracının kəskin artması haqqında danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaq məsələsində dəstək verən əsas ölkələrdən olduğunu, iqtisadi artımın arxasında bunun dayandığını vurğulayıb: “Obrazlı şəkildə desək, antirusiya ritorikası artıq biznesə çevrilib. Çünki ritorika sərtləşdikcə, Qərbin Ermənistana dəstəyi də artır. Məsələnin ikinci tərəfi isə odur ki, Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı 12 sanksiya paketi qəbul edilib, lakin rəsmi Moskva müxtəlif ölkələr vasitəsilə sanksiyalardan yayınmağa müvəffəq olur. Belə ölkələrdən biri də məhz Ermənistandır. Sanksiyalara məruz qalan bir sıra Rusiya şirkətləri bizneslərini Ermənistana köçürərək orada törəmə şirkətlər açıblar. Ona görə də Ermənistanda iqtisadi göstəricilərdə yaxşılaşma var. Son vaxtlarda təqribən 120 minə yaxın Rusiya vətəndaşı Ermənistana köçüb, 500-ə yaxın şirkət burada filial və nümayəndəlik açıb. Hətta strateji əhəmiyyəti olan “Yandex” və “Sberbank” kimi təşkilatlar da bəhs etdiyimiz yolla sanksiyalardan yayınmağın yollarını tapıb. Rusiya üçün ən vacib məsələ yarımkeçirici və mikrosxemlərdir. Çünki hərbi təyinatlı olduqları üçün ən çox sanksiyaya məruz qalan belə məhsullardır. Ermənistan son iki ildə Rusiyaya təqribən 3,7 milyard dollarlıq yarımkeçirici, mikrosxem və digər elektron avadanlıqları “ixrac edib”. Orada sözügedən məhsulların istehsalı yoxdur və Ermənistan bunu həm Uzaq Şərq ölkələri, əsasən Sinqapur, hətta Fransa kimi bəzi Avropa dövlətləri vasitəsilə alaraq Rusiyaya ötürür. Bütün bəhs etdiklərimiz Ermənistanın Rusiyanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu göstərir. Ermənistan eyni zamanda KTMT-nin, AİB-in üzvüdür, mobil operatorlardan tutmuş nəqliyyat və enerji infrastrukturunadək bir çox əsas gəlir gətirən sahə Rusiyanın əlindədir. Son statistika Ermənistan iqtisadiyyatının 72%-nin Rusiyanın nəzarətində olduğunu göstərir. Ermənistanın bu ilin 9 ayında Aİİ ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dolları ötüb ki, bu da bütövlükdə ötən ilin nəticələrindən 50% çoxdur. İl sonuna qədər bu rəqəmin daha1,5 milyard artacağı və tarixi rekorda imza atılacağı gözlənilir. Ermənistan tarixində ilk dəfədir ki, Aİİ ölkələri ilə ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. Bütün bunlar Rusiyaya sanksiyaların dəlinməsində Ermənistanın rolunun nəticəsidir. Bu baxımdan sanki Rusiya ilə razılaşdırılmış siyasi gərginlik yaşanır: “siyasi gərginlik” Ermənistanı sanksiyaları yarması istiqamətində fəaliyyətini genişləndirməsinə görə Qərbin təzyiqlərindən qoruyur”.
2023-11-25
807,389
İkidövlətli həllə doğru addım atmalıyıq - Bayden
Yaxın Şərqdə zorakılıq dövrünə son qoymalıyıq. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. "İsraillilər və fələstinlilərin bir gün yan-yana yaşaya bilməsi naminə ikidövlətli həllə doğru irəliləmək üçün səyləri yeniləməliyik", - Bayden qeyd edib.
2023-11-25
807,390
HƏMAS-ın azad etdiyi girovlar İsrailə belə gətirildi - Video
HƏMAS tərəfindən sərbəst buraxılmış girovların İsrail ərazisinə gətirilməsi ilə bağlı görüntülər yayılıb. Axar.az həmin görüntüləri təqdim edir:
2023-11-25
807,391
Dünyanın gözü Bakıda: Bu, həm də Qərbə mesajdır
Son dövrlər Mərkəzi Asiyanın əhəmiyyəti artmaqdadır. Dünyada baş verən geopolitik qarşıdurmalar bu bölgənin önəmini xüsusilə gücləndirir. Təsadüfi deyil ki, AB və ABŞ Mərkəzi Asiya ilə 5+1 görüşləri keçirdirlər. Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Bakıda SPECA-nın (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Zirvə Toplantısının keçirlməsinin siyasi əhəmiyyəti haqqında danışarkən vurğulayıb. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri bir neçə cəhbənin diqqətində olduğu üçün dünyanın gözü Bakıda keçirilən toplantıya dikildi: “Qərb ölkələri ilə yanaşı, Çin də bunda maraqlıdır və onlar da Mərkəzi Asiya ölkələri ilə 5+1 formatında görüşlər keçirir. Rusiyanın Ukrayna müharibəsinə başının qarışmasından istifadə edən kənar aktorlar bu bölgədə güclənmək həvəsindədir. SPECA layihəsi də eyni zamanda Mərkəzi Asiyaya BMT-nin diqqətinin ifadəsidir. Odur ki, bu sammitin Bakıda keçirilməsi bizim üçün çox əhəmiyyətlidir”. Politoloq bildirib ki, hazırda Bakı Qərblə Mərkəzi Asiya arasında əlaqə vasitəsidir: “Azərbaycan Mərkəzi Asiyaya Qərbdən açılan pəncərədir. Nəzərə alaq ki, Azərbaycan bu bölgənin ölkələri ilə tarixi, dini, etnik və mədəni əlaqələri var. Həmçinin, Sovet İttifaqı zamanından qurulmuş çox güclü siyasi-iqtisadi münasibətlər mövcuddur. Bakı həm Qərb, həm də Mərkəzi Asiya ölkələri ilə normal münasibətlər saxlayır. Bakıya Mərkəzi Asiyanın bütün dövlət rəhbərləri gəlir, bu da Azərbaycana regional əməkdaşlıq üçün şans yaradır. Həmçinin, Qərbdən Azərbaycana yönəlmiş təzyiqlər və fərqli ittihamlar vaxtı Bakıda belə bir sammitin keçirilməsi, Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin gəlişi və İlham Əliyevlə səmimi ortamda görüşlər keçirməsi ciddi siyasi əhəmiyyətə malikdir”.
2023-11-25
807,393
Sabiha Gökçəndə bəzi reyslər təxirə salındı
Türkiyənin İstanbul şəhərində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçən hava limanında bəzi reyslər təxirə salınıb. Axar.az xəbər verir ki, bu barədə hava limanından məlumat verilib. Məlumata görə, hava limanında noyabrın 25-də və 26-da bəzi reyslər ertələnəcək.
2023-11-25
807,395
Paşinyan 4 kəndi “dəyişmək” istəyir: bəs, digər 4 kənd?
Paşinyan anklavlar məsələsinin danışıqlar mövzusu olduğunu deyib və iddia edib ki, Azərbaycan kəndlərini istəyirsə, Başkəndi Ermənistana verməlidir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Ermənistan Baş naziri Nikol Paşinyanın anklavlarla bağlı sözlərini şərh edərkən bildirib. Ekspert qeyd edib ki, burada diqqətçəkən məqam onun irəli sürdüyü təklifdir: “Erməni baş nazir anklavlar məsələsini qarşılıqlı tanınma ilə həllini təklif edir: onların olduğunu iddia etdiyi Başkənd bizdə qalır, anklav olan Kərki və Qazaxın 3 kəndi - Yuxarı Əskipara, Bərxudarlı və Sofulu onlarda; beləliklə, Başkəndlə 4 kəndimizi “barter” etmək istəyir. Və bu təklifini anklavlar qaytarılacağı təqdirdə həmin ərazi ilə əlaqə qurmaq üçün dəhlizlərə ehtiyac olması ilə əlaqələndirir. Paşinyan bilir ki, Azərbaycan Başkəndi müzakirə etməyəcək, belə təkliflə anklavlar məsələsini arxa plana keçirməyə cəhd göstərir. Hərçənd, Qazaxın 4 kəndi – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli anklav deyil. Ermənistan anklav məsələsini müzakirə etməmişdən öncə bu kəndləri qaytarmalıdır”.
2023-11-25
807,396
Ukraynada gələn il seçki olmayacaq - Araxamiya
Növbəti ildə nə parlament, nə yerli, nə də prezident seçkiləri olacaq. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri, deputat David Araxamiya bildirib. O bildirib ki, Qərb Ukrayna hakimiyyətinin yenidən seçilməsini tələb etmir.
2023-11-25
807,397
Bu qış soyuq keçəcək? - Açıqlama
Azərbaycanda əsasən yanvar-fevral aylarında qışın soyuq keçməsini gözləyirik. Gələn il sözügedən aylarda yağıntıların bol olacağını, dağlıq və dağətəyi rayonlarda sulu qar və qarın yağacağını istisna etmirik. Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda izləyicilərin suallarını cavablandırarkən bildirib. Qlobal iqlim dəyişikliklərindən danışan mütəxəssis bildirib ki, qlobal istiləşmə qış mövsümünün nisbətən mülayim keçməsinə təsirini göstərib. O bildirib ki, dünya regional iqlim mərkəzləri tərəfindən verilən məlumatlarda gələn ilin yanvar-fevral aylarında havanın orta temperaturunun 1-2 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Ancaq praktikada bir neçə ay öncədən verilən proqnozların özünü doğrultma faizi çox da yüksək olmur.
2023-11-25
807,398
Rusiyanın yeni superkarı: "Rossa" gəlir - Foto
Rusiyanın "Rossa" avtomobilinin yeni görüntüsü yayılıb. Axar.az xəbər verir ki, "Rossa" (Rusiya idman avtomobilləri - red.) yarış sürücüsü Roman Rusinovun rəhbərliyi altında hazırlanmış orta mühərrikli superkardır. "Rossa" "Lamborghini Huracan"da olduğu kimi, 680 at gücü olan 5,2 litrlik atmosferli V10 mühərriki ilə təchiz edilib. Saatda 100 kilometrlik sürətə 3,2 saniyəyə çatır, maksimal sürəti isə saatda 380 kilometrdir. Bu avtomobilin 2024-2025-ci illərdə hazır olacağı gözlənilir. Superkarın təxmini qiyməti 500 min avro təşkil edir və mülki versiyanın daha baha olacağı ehtimal edilir. Qeyd edək ki, bundan öncə avtomobilin prototipi təqdim olunmuşdu: o, karbon lifli monokok ətrafında qurulub, xarici panellər də karbon lifindən hazırlanıb və onun aerodinamik kuzov dəsti GT2/GT3 sinif avtomobilləri üçün reqlamentə uyğun olaraq hazırlanıb
2023-11-25
807,399
“Nar” Laçın şəhərində ilk mağazasını açdı - Foto
“Nar” Laçın şəhərində satış və xidmət mağazasını təqdim edən ilk mobil operator olub. Axar.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən mağazada nömrələrin satışı, bərpası və digər xidmətlərlə yanaşı, mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir. Yeni mağazanın açılışı ilə bağlı “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: “Laçın şəhərində mağazasını açan ilk mobil operator olmaqdan qürur duyuruq. Artıq Laçında da “Nar”ın üstün müştəri xidmətləri və sərfəli qiymətlərindən yararlanmaq mümkündür. “Nar” Qarabağda öz infrastrukturunu sürətlə genişləndirməyə davam edəcək”. Regionlara xüsusi diqqət və sərfəli qiymət “Nar”ın müştəriyönümlülük strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator bölgələrdəki müştəriləri üçün özəl tariflər və yeni konsepsiyalı mağazalar təqdim edir. “Nar” mağazalarının geniş siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumatı nar.az ünvanından əldə edə bilərsiniz. “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2023-11-25
807,400
Əfqanıstanın bu ölkədəki səfirliyi bağlandı
Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini tamam dayandırıb. Axar.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir. “Əfqanıstan İslam Repsublikasının səfirliyi Yeni Dehlidəki diplomatik missiyasının daimi olaraq bağlanıldığını təəssüflə qeyd edir”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, Hindistan hökuməti Əfqanıstandakı Taliban hakimiyyətin tanımır. Buna baxmayaraq, hökumət Əfqanıstan səfirliyinin fəaliyyətinə icazə vermişdi.
2023-11-25
807,401
Rusiya bu PUA-nı elə cəbhədə istehsal edəcək
Rusiyada yeni hücum PUA-sı hazırlanır. Yeni PUA 3D çap üsulundan istifadə edilməklə istehsal olunacaq. Axar.az xəbər verir ki, bu barədə “Techkult” nəşri məlumat yayıb. Novosibirsk "Spektr" Dizayn Bürosunun dizaynerləri tərəfindən hazırlanan PUA-nın materialları istehsal üçün olduqca uyğundur. "Spektr"in rəhbəri Andrey Bratenkovun bildirib ki, hazırda 30 kilometrlik əməliyyat məsafəsinə malik versiyada PUA məlumatlarının sınaq montajı aparılır. Artıq bu ilin dekabrında tərtibatçılar uçuş sınaqlarına başlayacaqlar. Planlaşdırılır ki, təyyarə gövdəsi cəbhə xəttinə yaxın ərazilərdə ölçüsü 1x1 metrdən çox olmayan sənaye 3D printerində çap olunacaq və material plastik qranullar və ya qırıntılarından ibarət olacaq. Məlumata görə, bu dron təxminən 10 kq yük daşıya biləcək və onun demək olar ki, bütün komponentləri Rusiya istehsalı olacaq. Bunun sayəsində yeni məhsul eyni sinfin oxşar analoqlarından xeyli ucuz başa gələcək.
2023-11-25
807,411
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 80,58 dollara, yüngül neftin bir barreli isə 75,54 dollara təklif olunur.
2023-11-25
807,412
Azərbaycan Ukraynaya minatəmizləmə maşını verdi
Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib. Axar.az xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti yayıb. “Azərbaycan Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, - məlumatda bildirilib. Bundan başqa, məlumatda avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də vurğulanıb.
2023-11-25
807,416
Kiyevə PUA hücumu: dağıntılar var
Rusiya ordusu noyabrın 25-nə keçən gecə və səhər saatlarında Kiyevə hava hücumu edib. Axar.az xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat yayıb. O bildirib ki, Rusiyanın kamikadze dronları hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilsə də, qalıqları dağıntılara səbəb olub: “Düşmənin PUA-larının vurulması və dağıntıların olması nəticəsində Solomensk rayonundakı uşaq bağçasının ərazisində yanğın baş verib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Fövqəladə hallar xidmətinin əməkdaşları əraziyə cəlb olunub". Kiyev şəhər meri Vitali Kliçko isə açıqlamasında qeyd edib ki, Solomenski rayonunda bir neçə yerdə - yaşayış binasında və qeyri-yaşayış sahələrində yanğın olub: “Həmçinin Solomenski rayonunda 11 yaşlı uşaq xəsarət alıb. Həkimlər hadisə ilə bağlı yardım göstərirlər”. Qeyd edək ki, Kiyev şəhər Hərbi Administrasiyası paytaxta doğru yeni kamikadze dronlarının hücumunun olacağı xəbərdarlığını edib.
2023-11-25
807,417
Bütün ehtiyatımızı Ukraynaya göndərmişik - Makqreqor
ABŞ-da silah ehtiyatı demək olar ki, qalmayıb. Ehtiyatın böyük hissəsi Ukraynaya göndərilib. Axar.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib. “Biz demək olar ki, bütün hərbi ehtiyatımızı, silah sistemlərimizi və sursatlarımızı Ukraynaya göndərmişik. Çox şeyimiz qalmayıb”, - Makqreqor bildirib.
2023-11-25
807,418
HƏMAS girovların 2-ci qrupunun siyahısını İsrailə verdi
HƏMAS oktyabrın 7-də əsir götürdüyü girovların ikinci qrupunun siyahısını İsrailə təhvil verib. Axar.az xəbər verir ki, məlumatı İsrail mediası yayıb. Bildirilib ki, girovlar əldə olunan razılığa əsasən, şənbə günü azad olunmalıdırlar. Siyahıya 8-i uşaq olmaqla 13 nəfər daxil olub. Onların yerli vaxtla saat 16:00-dək azad olunacağı gözlənilir. Qeyd edək ki, ötən gündən Qəzzada dördgünlük atəşkəs qüvvəyə minib. İlk gün HƏMAS 25 girov, İsrail isə 39 fələstinlini azad edib.
2023-11-25
807,419
DSX dənizdə qaçaqmalçılara qarşı əməliyyat keçirdi - Foto
İrandan Azərbaycana qaçaqmal siqaret, pomidor toxumu və xalçanın gətirilməsinin qarşısı alınıb. Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb. Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23 998 ədəd müxtəlif adda siqaret, 80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
2023-11-25
807,422
Qubada qanunsuz kömür quyusu aşkarlandı
Quba Rayon Polis Şöbəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, qanunsuz kömür istehsal edən şəxsin rayonun Rustov kənd sakini Hafiz Bayramov olduğu müəyyənləşib. Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.
2023-11-25
807,424
640-cı gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 640-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 323 760 hərbçi, 5502 ədəd tank, 10263 ədəd zirehli döyüş maşını, 7851 ədəd artilleriya sistemi, 905 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 596 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 259 ədəd avtomobil texnikası, 5808 ədəd PUA, 1565 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1112 xüsusi avadanlıq itirib.
2023-11-25
807,429
Dağlarda qalamız Kəlbəcər
Kəlbəcər ölkəmizin ən yüksək dağ rayonudur. Hündürlüyü təxminən 3700 m olan Dəlidağ və Camışdağ zirvələrinin yerləşdiyi Kəlbəcər rayonu ilk insan mağaralarının mövcudluğu ilə tanınan qədim yaşayış məskənlərindən biridir. Bu yerin hər qarışı özündə tarixin heyrətamiz sirlərini qoruyub saxlayır. Burada aşkar olunmuş 30 min ildən çox tarixə malik olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri və qədim türk əlifbası nümunələri dünya arxeologiya elminin ən qiymətli tapıntılarıdır. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayılması haqqında olduqca dəqiq sübutlar verir. Ermənistanla həmsərhəd olması keçən əsrin sonlarında Kəlbəcərin də tarixinə amansız işğal faktını yazdırdı. Rayon 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir götürüldü və itkin düşdü. 30 aprel 1993-cü il tarixdə BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etdi və işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb etdi. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə Azərbaycanın davamlı təkidlərinə baxmayaraq onun icrasını Ermənistandan tələb etmədi. Cəzasızlıq mühitindən sui-istifadə edən Ermənistan BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən başlayaraq Kəlbəcər rayonu ərazisində ermənilərin qeyri-qanuni məskunlaşdırılmasına başladı. Ermənistandan və xarici ölkələrdən Kəlbəcərə köçürülən ermənilər 27 il davam edən işğal müddətində heç zaman onun abadlaşdırılması qayğısına qalmadılar. Əksinə, bölgədən qovub çıxardıqları Azərbaycanlıların evlərini zəbt edərək orada yaşadılar və Kəlbəcərin zəngin təbii resurslarını talayaraq vəhşicəsinə istismar etdilər. Ermənistanla 170 km uzunluğunda birbaşa sərhədə malik olması Kəlbəcərin daha çox dağıntılara və talana məruz qalmasına səbəb oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Etnik təmizləməyə məruz qalmış Kəlbəcər əhalisi isə respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Nəhayət, 2020-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa qalxdı. Vətən müharibəsinin elə ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Oradakı strateji yüksəkliklər götürüldü və erməni silahlı qüvvələrinin hərəkətləri böyük dərəcədə məhdudlaşdırıldı. Bununla da erməni silahlı qüvvələrinin Basarkeçər-Kəlbəcər yolundan istifadəsinə son qoyuldu və Ermənistan ərazisindən silah-sursat təminatının qarşısı alındı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan tam azad edildi. Lakin məğlub olmuş ermənilər son anda da hərbi cinayət törətməkdən çəkinməyərək 27 il ərzində yaşadıqları evlərimizə, bağlarımıza və meşələrimizə od vurub yandırdılar. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni xislətini və vandalizmini bütün dünyaya nümayiş etdirdi. Vaxtilə zəbt etdikləri Azərbaycanlı evlərində istifadə etdikləri unitazı belə bağrına basıb avtomobilinə yükləyən erməninin miskinliyini əks etdirən video-görüntülər bütün dünyanı heyrətləndirdi, amma erməniləri utandırmadı. Azərbaycanın təbiət incisi Kəlbəcər azad olundu. Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında Ordumuzun şəxsi igidlik və şücaət nümayiş etdirmiş 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü elan olundu. Bu gün Kəlbəcərdə Şəhər günüdür. Kəlbəcərdən olan məcburi köçkünlərin öz doğma evlərinə qayıtması üçün rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Kəlbəcərin rayon mərkəzini onun kəndləri və eləcə də digər qonşu rayonlarla birləşdirəcək avtomobil yolları, su elektrik stansiyaları, çoxsaylı yaşayış evləri və inzibati binalar və əhaliyə sosial xidmət mərkəzləri tikilməkdədir. Turizm potensialı ilə ölkəmizin ən perspektivli bölgəsi olan Kəlbəcərdə İstisu Müalicə-İstirahət sanatoriyasının yenidən qurulması ilə yanaşı həm də yeni turizm obyektlərinin layihələndirilməsi və tikintisi sürətlə aparılır. Qısa müddət ərzində Kəlbəcər yenidən ölkəmizin ən füsunkar və cazibədar bölgələrindən birinə və dağlar qoynunda alınmaz qalamıza çevriləcək.
2023-11-25
807,434
Aktyor yanğında ölən dayısının fotosunu paylaşdı
Noyabrın 23-də Bakının Ziya Bünyadov prospektində İnşaat Materialları Bazarındakı dəhşətli yanğında vəfat edən sahibkar Razi Qasımovun fotosu yayımlanıb. Axar.az xəbər verir ki, fotonu mərhumun bacısı oğlu, aktyor Cavidan Novruz sosial media hesabında paylaşıb. “Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə, təəssüf ki, sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət olsun. Uşaqlığım, hər şeyim səninlə getdi. Dəyərli xatirəmizdə yaxşı qalan insanlar yavaş-yavaş tərk etdi bizi. Sən də belə... Çox üzdün bizi”, - C.Novruz yazıb. Qeyd edək ki, Cavidan mərhum xalq artisti Ramiz Novruzun oğludur.
2023-11-25
807,435
Ronaldo yeni uğura imza atdı
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo yeni uğura imza atıb. Axar.az xəbər verir ki, 38 yaşlı hücumçu buna XIV turda "Əl-Oxdud"a 3:0 hesabı ilə qalib gəldikləri matçda dubl etməklə nail olub. Təcrübəli hücumçu 2023-cü ildə "Əl-Nəsr" və Portuqaliya millisində 48 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, Ronaldo karyerasında 10-cu dəfə qol və assist sayında 60-ı keçib. O, daha əvvəl 2010 (48+18), 2011 (60+18), 2012 (63+13), 2013 (69+15), 2014 (61+20), 2015 (57+17), 2016 (55+16), 2017 (53+12) və 2018-ci ildə (49+13) bunu bacarıb.
2023-11-25
807,440
Kəlbəcər doğma sakinlərini gözləyir
2020-ci il noyabr ayının 10-da üçtərəfli Bəyanat imzalandı və 44 günlük Vətən müharibəsi Azərbaycanın qəti qələbəsilə başa çatdı. Ermənistanın hərbi kapitulyasiyasını təsdiqləyən bu Bəyanat uzun illər davam edən işğala son qoydu, münaqişənin hərbi mərhələsi başa çatdı. Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması oldu. Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. O bildirib ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etmək məcburiyyətində qaldı: “Bu qrafikə əsasən 2020-ci il noyabr ayının 25-də Kəlbəcər rayonu işğaldan azad edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub”. K.Qafarov erməni işğalı dövründə Kəlbəcərin talan edilməsi faktından bəhs edərək deyib ki, 1993-cü il aprelin 2-də Ermənistanın işğalçı ordusu tərəfindən Kəlbəcər rayonu işğal edildi: “İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal etdikləri bütün digər ərazilərimizdə olduğu kimi erməni vandalları Kəlbəcərdə də talançılıqla məşğul olublar. İşğal nəticəsində rayonun bütün infrastrukturu talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanmışdır. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ifadə olunan 822 saylı Qətnamə qəbul etsə də, rəsmi İrəvan həmin Qətnaməni icra etmədi və beynəlxalq təşkilatlar da onun icrasını tələb etmədilər. Belə yanaşmadan daha da azğınlaşan Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı, dinc sakinlərin də ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoydu və beynəlxalq hüququ bərpa etdi”. K.Qafarov bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra bu rayonda aparılan bərpa-quruculuq işləri, bütün digər ərazilərimizdə olduğu kimi, Prezident İlham Əliyevin şəxsi nəzarətindədir: “Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən sonra, azad olunmuş Kəlbəcər rayonunda da möhtəşəm bərpa-quruculuq işlərinə start verildi. İşğaldan sonra ilk dəfə 2021-ci il avqustun 16-da Kəlbəcərə səfər edən Ali Baş Komandan bu şəhərdə də Azərbaycan bayrağını şəxsən özü qaldırdı. Həmin tarixi gündən sonra keçən müddət ərzində Prezident İlham Əliyev Kəlbəcərə çoxsaylı səfərlər etmişdir ki, bu səfərlərin də hər biri önəmli hadisələrlə əlamətdar olmuşdur. Kəlbəcər doğma sakinlərini gözləyir. Son üç ildə gedən proseslər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaq dirçəldilməsinə və erməni işğalı səbəbilə bu torpaqlardan didərgin düşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çox böyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ciddi nəzarət olunur”.
2023-11-25
807,443
Azərbaycana daha 10 zubr gətirildi - Foto
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində 24 noyabr 2023-cü il tarixində Azərbaycana Almaniyadan daha 10 zubr gətirilib. Axar.az xəbər verir ki, yeni gətirilən zubrlar bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkının ərazisinə buraxılacaq. Qeyd edək ki, 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən intensiv iş aparılır. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiyadan Azərbaycana zubrlar gətirilir. Belə ki, 2019-cu ildə 12 baş, 2020-ci ildə 5 baş, 2021-ci ildə 9 baş, 2022-ci ildə isə 10 baş zubr ölkə ərazisinə gətirilib. Təbii artımla birlikdə hazırda Şahdağ Milli Parkının ərazisində zubrların sayı 61-ə çatıb. Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur. Ölkəmizə gətirilən zubrların daim nəzarətdə saxlanılması üçün boyunlarına GPS xaltalar taxılır. Zubrlar sözügedən ərazidə 2 il müddətində adaptasiya keçdikdən sonra hərəkət trayektoriyalarının izlənilməsi və sonrakı mərhələdə həyat tərzləri haqqında məlumatların toplanılması məqsədilə boyunlarına GPS cihazları quraşdırılmış boyunbağılarla vəhşi təbiətə buraxılır.
2023-11-25
807,444
Azərbaycanda vəzifəli şəxs məsuliyyətə cəlb olundu
Şəmkir rayonunda sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Şəmkir rayon Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib. Aşkar edilmiş faktla bağlı vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Bu kimi halların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
2023-11-25
807,445
Kəlbəcərdə 6 SES yenidən quruldu - Video
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji” 6 yerdə kiçik su elektrik stansiyası (SES) yenidən quraraq istismara verib. Bu barədə Axar.az-a qurumdan məlumat verilib. Məlumata görə, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik SES-lərinin yenidənqurmadan sonra açılışı olub. Hazırda Kəlbəcər rayonunda 4 yerdə kiçik SES-lərin tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq stansiyaların 2024-cü ildə istismara verilməsi planlaşdırılıb. Xatırladaq ki, Kəlbəcər işğaldan azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.
2023-11-25
807,447
Prezident Jelko Komşiçə məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Sədr, Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
2023-11-25
807,448
Nazir İlham Qasımova yüksək vəzifə verdi
İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib. Kult.az Report-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Qeyd edək ki, İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib olub. İ.Qasımov 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.
2023-11-25
807,450
İdmançımız Rusiyada dünya çempionu oldu
Azərbaycanlı idmançı Xəyal Caniyev muaytay üzrə superyarımorta çəkidə dünya çempionluğunu qazanıb. Axar.az xəbər verir ki, o, Rusiyanın Çelyabinsk şəhərindəki “Yunost” idman sarayında keçirilən turnirdə ən nüfuzlu WMC versiyası üzrə dünya çempionu adı uğrunda döyüşdə Asiya çempionu olmuş iranlı Moctaba Taravatiyə qalib gəlib. Beş raundun hamısında əla çıxış edən “Halk” ləqəbli idmançımızın ikinci raundda rəqibini nokdauna salıb. Nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Xəyal Caniyevə verilib. Üç illik fasilədən sonra muaytay yarışında çıxış edən azərbaycanlı döyüşçü yeni çempionluğu haqqında danışıb: "Muaytay karyeramdakı fasilə, hər halda, özünü hiss etdirdi. Qarşılaşmanı vaxtından əvvəl başa vurub tamaşaçıları gözəl qalibiyyət və nokautla sevindirmək istəyirdim. Amma belə qələbəyə də sevinirəm". Xatırladaq ki, Xəyal Caniyev bundan əvvəl MMA-da ardıcıl 3 qələbə qazanıb.
2023-11-25
807,451
Şəmkirdə qanunsuz tikililər söküldü
Şəmkir rayonunda qanunsuz tikililər sökülüb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şəmkir rayonunun Abbaslı kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan bir neçə ünvanda qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sözügedən qanunsuz tikililər sökülüb.
2023-11-25
807,457
Rusiya Kiyevə 75 PUA buraxdı: 77 yaşayış binası...
12:06 Noyabrın 25-də Rusiyanın Kiyevə kütləvi hücumundan sonra 77 yaşayış binası və 120 müəssisə elektrik enerjisi təchizatından məhrum olub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi Teleqramda məlumat yayıb. Qeyd olunur ki, Kiyev vilayətinə endirilən zərbələr nəticəsində 330 kV-luq hava xətləri zədələnib. Qeyd edək ki, Rusiyanın səhər saatlarında Kiyev istiqamətində 75 ədəd “Şahid” PUA-sı buraxdığı, onlardan 71-nin vurulduğu bildirilmişdi. Vurulan PUA-ların qalıqları Kiyevdə dağıntılara səbəb olub.
2023-11-25
807,459
Ordumuzda hazırlıq məşğələləri keçirilir - Foto
Şəxsi heyətin maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə çöl şəraitində ictimai-siyasi hazırlıq məşğələləri keçirilir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, məşğələlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir, həmçinin hərbi əməliyyatlarda qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir. Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.
2023-11-25
807,464
DİN-dən vətəndaşlara müraciət: Hamısı yalandır!
DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib. Axar.az müraciəti təqdim edir: "Kimsə sizə “bank kartınızı göndərin, yardım edəcəm” desə, göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin, beh verim” desə, göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” desə, etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” desə, qoşulmayın! Hamısı yalandır! Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!"
2023-11-25
807,466
İsveçrə prezidenti Kiyevə gəldi
İsveçrə Prezidenti Alen Berset bu gün Kiyevə səfər edib. Axar.az xəbər verir ki, bu barədə Berset X hesabında məlumat yayıb. Berset ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcəyini bildirib. Eyni zamanda, o, bu gün Kiyevdə keçiriləcək ərzaq təhlükəsizliyi üzrə beynəlxalq sammitdə iştirak edəcəyini qeyd edib: “Əsas diqqət Rusiyanın işğalçılıq müharibəsinin qlobal ərzaq təhlükəsizliyinə təsirinə və İsveçrənin Ukraynaya uzunmüddətli dəstəyinə yönəlib”.
2023-11-25
807,468
Səməd Seyidov AŞPA-nın tədbirlərində iştirak edəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun tədbirlərində iştirak etmək üçün noyabrın 26-da Lixtenşteyn Knyazlığının Vaduts şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Səməd Seyidovun qatılacağı AŞPA-nın Daimi Komitəsinin iclasında Polşada parlament seçkilərinin müşahidəsi ilə bağlı, “Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf”, “Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi” mövzularda və digər məsələlər ətrafında müzakirələr aparılacaq. Tədbirdə, həmçinin, Daimi Komitənin növbəti iclaslarının yeri və vaxtı müəyyənləşdiriləcək. Səfər çərçivəsində Səməd Seyidov qurumun Büro iclasında da iştirak edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək. Səfər noyabrın 29-da başa çatacaq.
2023-11-25
807,473
Nazir Hafiz Hacıyevin qohumunu işdən çıxardı
Azər Hacıyev Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib. Axar.az xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb. A.Hacıyev bundan öncə Daşkəsən və Samux rayonlarında sözügedən vəzifəni icra edib. Xatırladaq ki, bir müddət öncə Göygöl rayon DAİM-in direktoru vəzifəsini icra edən Elməddin Əhmədovla Göygöl rayon Baytarlıq İdarəsinin rəisi 62 yaşlı Oqtay Həmidov arasında insident yaşanmışdı. Nəticədə tərəflər polis şöbəsinə çağırılmışdı. Bu insidentdən sonra hər iki şəxsin işdən azad olunduğu bildirilsə də, rəsmən təsdiqlənməmişdi. Qeyd edək ki, Elməddin Əhmədov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qohumudur.
2023-11-25
807,475
Sabahın havası: 23 dərəcə isti, güclü külək...
Sabah Bakıda 21, rayonlarda 23 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
2023-11-25
807,479
Rusiya sanksiyalara görə 70-dən çox təyyarəsini itirdi
Rusiya aviasiya sənayesinə tətbiq edilən sanksiyalara görə 76 sərnişin təyyarəsini itirib. Axar.az xəbər verir ki, Rusiyanın nəqliyyat naziri Vitali Savelyev deyib.
2023-11-25
807,485
ASAN Xidmət Şuşada fəaliyyətə başlayacaq
Gələn il Şuşada ASAN Xidmət Mərkəzi fəaliyyətə başlayacaq. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Şuşa şəhərində ASAN Xidmət Mərkəzinin yaradılması ilə əlaqədar işlərə start verilib: “Gələn ildən Dövlət Agentliyi Şuşada fəaliyyətə başlayacaq”. Ü.Mehdiyev bildirib ki, azad olunmuş digər ərazilərdə də ASAN Xidmət mərkəzlərinin mərhələli şəkildə açılması nəzərdə tutulur.
2023-11-25
807,489
XİN Bosniya və Herseqovinanı təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bosniya və Herseqovinanı Milli Gün münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə qurumun X hesabında yazılıb. "Dost Bosniya və Herseqovina xalqını və hökumətini Dövlətçilik Günü münasibətilə təbrik edirik. Milli bayramınız mübarək!!” - XİN-in təbrikində qeyd olunub.
2023-11-25
807,493
İsrail-HƏMAS savaşında həlak olan jurnalistlərin sayı artdı
Oktyabrın 7-dən İsrail və HƏMAS arasında başlayan döyüşlər nəticəsində 66 jurnalist həlak olub. Axar.az xəbər verir ki, bu barədə Fələstin Jurnalistlər Birliyi məlumat yayıb. Məlumata görə, həlak olanlardan 6-sı qadındır. 2 jurnalistin itkin düşdüyü, 31-nin isə İsrail həbsxanalarında saxlanıldığı bildirilir.
2023-11-25
807,495
Ukraynanın etdiyini Ermənistan təkrarlayır - Podberezkin
Ermənistan parlamentinin spikeri Alen Simonyanın KTMT sammitində iştirakdan imtina etməsi ölkənin təşkilatdan çıxması ilə bağlı xəbərdarlıqdır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Moskva Dövlət İnstitutunun professoru Aleksey Podberezkin “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib. Podberezkin qeyd edib ki, hər şey Ermənistanın KTMT-dən tezliklə çıxmasına işarə edir: “Ukrayna və Gürcüstan təcrübəsi (MDB-dən çıxma) təkrarlanır, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. Çox güman ki, bu, əvvəlcə MDB sazişini imzalayan, sonra iştirakını donduran, sonra isə faktiki olaraq qurumu tərk edən Ukrayna ilə eyni olacaq”, - o vurğulayıb. Politoloqun fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, o, KTMT-dən mütləq çıxacaq. Xatırladaq ki, bundan əvvəl KTMT tədbirlərində Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak etməyib. Alen Simonyan isə dekabrda keçiriləcək KTMT toplantısında iştirak etməyəcəyini açıqlayıb.
2023-11-25
807,496
Abşeronda ağır qəza: Təcili yardım maşını aşdı - Video
Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Axar.az xəbər verir ki, şəhər ərazisindəki işıqforun qarşısında “Hunday” markalı minik avtomobili ilə “Fiat” markalı operativ nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən təcili tibi yardım avtomobili aşıb. Görüntüləri təqdim edirik:
2023-11-25
807,497
Saakaşvili çağırış etdi: Derusifikasiyanı gecikdirməyin!
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müxalif “Lelo” partiyasının təklif etdiyi ölkənin “Rusiyadan təmizlənməsi konsepsiyası”nı dəstəkləyir. Axar.az xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkə hesabında yazıb. “Derusifikasiya hər kəsin etməli olduğu şey olmalıdır və onu gecikdirmək hər hansı ciddi xəstəliyin müalicəsini gecikdirməklə eynidir. Milli bədənimizi ölümlə təhdid edən rus virusu bütün cəmiyyətin toxunulmazlığına və gücünə ehtiyac duyur. Bu işdə hər kəsin öz cəbhəsi var. Qazanan koalisiya özünün ən yaxşı keyfiyyətlərini, digər partiyalar da öz keyfiyyətlərini göstərməlidir və mən onlara bu məsələdə uğurlar arzulayıram”, - Saakaşvili yazıb. “Lelo” partiyası Rusiya şirkətlərinə Gürcüstanın dövlət tenderlərində iştirakını qadağan etməyi təklif edib. Müxalifətin təşəbbüsünə görə, bu, Gürcüstanın Qərb tərəfdaşlarının dövləti antirusiya sanksiyalarından yayınmaqda ittiham etməməsi üçün zəruridir.
2023-11-25
807,498
Anar sürücü və katibəyə ev verməsinin səbəbini açıqladı
Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir. Kult.az xəbər verir ki, AYB-nin sədri Anar Rzayev Globalinfo.az-a açıqlamasında deyilənlərin hamısının yanlış olduğunu bildirib. Onun sözlərinə görə, ev AYB-yə verilib: “2600 üzvümüzdən 230 nəfəri evlə bağlı bizə müraciət edib. Lakin onlar arasında 21 nəfərə ev verildi. Qeyd edim ki, həmin 21 nəfərin əksəriyyəti işləməyən yazıçılardır. Hətta adlarını da çəkə bilərəm – Seyran Səxavət, Firuz Mustafa, Nəriman Qasımzadə, Dəyanət Osmanlı, Elxan Qaraxanlı və s. Bundan başqa, bizimlə çalışan şəxslər yalnız bizdən ev ala bilərlər. Çünki onların başqa iş yerləri yoxdur. Ona görə, sürücü və katibə də başqa vətəndaş kimi növbədə gözləyərək ev alıb. Ev almaq onların da haqqı idi”. Sədr bir neçə evi olub, yenidən ev alanlar haqda da danışıb: “Deyirlər 2-3 evi olanlara ev vermişik. Bizə 230 nəfər müraciət edib. Mən necə araşdıra bilərəm ki, onların evi var, yoxsa yox? Ərizə yazarkən evsiz olduqlarını qeyd edirlər. Həmin adamlar da deyirlər ki, ilk evi 20 il əvvəl alıblar, indi isə övladları böyüyüb, ailə qurublar deyə əlavə evə ehtiyacları var. Mən nə deyim?! Deyim ki, yox, sənə ev vermirəm?!” A.Rzayev yaxın günlərdə AYB üzvlərinə maddi yardım olacağını bildirib: “Pul verəcəyimiz şəxslər də olacaq. Kimlərə verilməsi isə katiblikdə həll olunacaq. Kimin pula daha çox ehtiyacı varsa, o da alacaq”.
2023-11-25
807,499
İranda qar uçqunu: alpinistlər öldü
İranın Lorestan əyalətinin Zaqros dağlarında Oştoran Kux dağının ətəyində qar uçqunu baş verib. Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, nəticədə bir qrup alpinist uçqun altında qalıb. Lorestan Tibb Elmləri Universitetinin yerli tibb rəsmisinin sözlərinə görə, 9 alpinist itkin düşüb, onlardan beşinin cəsədi sonradan tapılıb. Dörd nəfəri xilas etmək mümkün olub. Onlar xəstəxanaya yerləşdirilib.
2023-11-25
807,502
ABŞ: İran yəhudi milyarderin gəmisinə hücum edib
14:24 İsrailli milyarderə məxsus konteyner gəmisi Hind okeanında üzərkən İrana məxsus olduğu ehtimal edilən PUA tərəfindən hücuma məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi AP-yə deyib. Mənbə bildirib ki, "CMA CGM Symi" gəmisinə hücum cümə günü baş verib. "Malta bayrağı altında üzən gəmi üçbucaq formasında olan və bomba daşıyan “Şahid-136” PUA-sının hücumuna məruz qalıb. Hücum zamanı PUA partlayıb, gəmiyə ziyan dəyib, lakin onun heyətindən heç kim xəsarət almayıb. Biz vəziyyəti diqqətlə izləyirik", - məlumatda qeyd edilib. ABŞ ordusunun nümayəndəsi hücumun arxasında İranın olduğunu güman etməyə imkan verən hansı kəşfiyyat məlumatları topladığını dəqiqləşdirməyib: "Gəminin "Eastern Pacific Shipping" şirkəti vasitəsilə İsraillə bağlılığı olub. Çox güman ki, hücumun səbəbi də bu olub". Qeyd edək ki, gəmi israilli milyarder İdan Oferin nəzarətində olan və Sinqapurda yerləşən "Eastern Pacific Shipping" şirkətinə məxsusdur.
2023-11-25
807,503
Rusiyaya qalib gəlmək üçün 3 şey lazımdır - Zelenski
Ukraynaya Rusiya Federasiyası ilə mübarizəyə təkan verəcək üç əsas qələbə lazımdır. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Latviya Prezidenti Edqars Rinkeviçslə birgə mətbuat konfransında deyib. Zelenskinin sözlərinə görə, ilk qələbə ABŞ Konqresinin Ukraynaya yardımla bağlı qərarı olacaq: “Birincisi, Konqres ilə bu problem asan deyil. Lakin Ukrayna yardımın olması üçün əlindən gələni etməlidir. İkinci qələbə AB-nin dəstəyidir. O cümlədən, Ukrayna 50 milyard avro məbləğində yardım paketi əldə etməlidir. AB-də hər kəs bu gün bu paketi dəstəkləməyə hazır deyil. Üçüncü qələbə isə Ukraynanın AB-yə gələcək üzvlüyü ilə bağlı dialoqun başlamasıdır. Bu, döyüş meydanında canını verənlər üçün motivasiyaedici addımdır”.
2023-11-25
807,505
SEPAH-la atışmada iki bəluc öldürüldü
İranın Sistan və Bəlucistan əyalətinin Sib və Suran bölgəsində SEPAH üzvləri ilə silahlı qarşıdurma yaşanıb. Axar.az xəbər verir ki, bu barədə bəluc fəallar məlumat yayıb. Qarşıdurmada iki etnik bəluc öldürülüb. Bildirilib ki, Əbdülhəmid Çarizehi və Nasir Çarizehi adlı silahlı şəxslər SEPAH üzvləri ilə atışmada həyatlarını itiriblər. İranın rəsmi dövlət mediası hökumət nümayəndələrinə istinadən hadisəni təsdiq edərək, öldürülənlərin quldur olduqlarını yazıb.
2023-11-25
807,507
AB rəsmiləri İrəvana ciddi təkliflərlə gəlir
AB Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının nümayəndələri noyabrın 27-29-da Ermənistanda səfərdə olacaq. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Səfər zamanı AB-Ermənistan münasibətləri, əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün mümkün istiqamətlər, o cümlədən Ermənistanın Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin bütün potensialından necə istifadə edə biləcəyi müzakirə olunacaq. Səfər zamanı nümayəndə heyətinə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İnvestisiya Bankının (AİB) və AB Xarici Sərhəd Təhlükəsizliyi Agentliyinin nümayəndələri də qoşulacaqlar. AB ilə Ermənistan arasında investisiyaların əlaqələndirilməsi platformasının işə salınması elan ediləcək.
2023-11-25
807,511
Azərbaycanda bu məhsul ucuzlaşdı
Azərbaycanda bitki yağlarının qiyməti enib. Axar.az Xəzər TV-yə istinadən bildirir ki, ucuzlaşma həm yerli, həm də xarici məhsullarda qeydə alınıb. Bildirilib ki, 2 litrlik bitki yağının qiyməti 14,5 manatdan 11,5 manata enib. Yerli məhsullar da müxtəlif adlar və çeşidlərdə təqdim olunur ki, onların da qiymətində nəzərəçarpacaq dərəcədə endirim var. Ukrayna, Belarus və Zelandiyadan gətirilən kərə yağları da 1-1,5 manat arasında ucuzlaşıb. İqtisadşı-ekspert Rəşad Həsənov bu ucuzlaşmanı dünya bazarında bitki yağlarının, eləcə də onların istehsalı üçün lazım olan xammalın qiymətinin enməsi ilə əsaslandırır. İqtisadçılar bildirir ki, ucuzlaşmanın növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.
2023-11-25
807,513
Bu, o deməkdir ki, Azərbaycana hücum edəcəyik - Ağazaryan
Ermənistanda “Qarabağın dövlət orqanları”nın (özünü buraxan keçmiş qanunsuz separatçı qurum nəzərdə tutulur – red.) fəaliyyət göstərməsinin əleyhinəyəm. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryan 24TV-yə açıqlamasında deyib. O bildirib ki, bu addım qonşularımızla münasibətlərin tənzimlənməsi prosesinə ziddir: “Başqa sözlə, sülh gündəmini təbliğ etdiyimizi deyəndə istəklərimizdə səmimi olmadığımızı göstərmiş olarıq. Sülh gündəmini irəli sürürsən, həm də artsaxın “milli məclisi”ni və “hökuməti”ni qoruyub saxlayırsan ki, sabah, ertəsi gün Azərbaycana hücum edib, erməni və Azərbaycan xalqlarının dostluğuna zərbə vurasan? Bu, sülh deyil”.
2023-11-25
807,519
Pakistanda ticarət mərkəzində yanğın: ölənlər var
Pakistanın Kəraçi şəhərində yerləşən ticarət mərkəzində yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 20-dən çoxu isə yaralanıb. Yanğının söndürülməsi və soyutma prosesinin davam etdirildiyi vurğulanıb. Yanğının baş vermə səbəbi hələlik məlum deyil.
2023-11-25
807,520
3 Avropa ölkəsi İranla bağlı Qrossidən bunu tələb etdi
Almaniya, Britaniya və Fransa Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossidən İranın nüvə proqramı ilə bağlı hesabatı açıq şəkildə dərc etməyi tələb ediblər. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Adıçəkilən ölkələr qəbul etdikləri birgə bəyanatda Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin fəaliyyətinə mane olmaq kimi addımlarını dayandırmalı olduğunu vurğulayıblar. "Təəssüf ki, baş direktorun hesabatı bir daha İranın Nüvə Sazişi öhdəliklərini pozaraq öz nüvə fəaliyyətlərini inkişaf etdirdiyini təsdiqləyir. Tehranın son hərəkətləri, o cümlədən, sentyabrda agentliyin müfəttişlərinin fəaliyyətinə imkan verməməsi İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqdan davamlı imtina etdiyini göstərir", - bəyanatda deyilir.
2023-11-25
807,523
Uşaq müəssisələrində monitorinq: nöqsanlar aşkarlandı
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində dövlət uşaq müəssisələrində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) ixtisasca psixoloq və sosial işçi üzvlərinin iştirakı ilə növbəti monitorinqlər keçirilib. Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 nömrəli internat tipli xüsusi məktəbdə aparılmış monitorinq zamanı 1-3-cü siniflər istisna olmaqla, digər siniflərdə təhsil alan şagirdlər üçün dərsliklər, iş dəftərləri və metodiki vəsaitlərin təminatında çatışmazlıqlar aşkar olunub. Bununla yanaşı, 8 nömrəli Sanatoriya tipli internat məktəbində keçirilən monitorinqdə soyunub-geyinmə otaqlarında uşaqların dolablarının, vanna otaqlarının təmir edilməsinə ehtiyac olduğu müəyyən edilib. Saxlanma şəraitinin və rəftarın öyrənilməsi məqsədilə hər iki müəssisədə uşaqlarla konfidensial qaydada görüş keçirilib, onlara Ombudsmanın mandatı və uşaq hüquqları ilə bağlı geniş məlumat verilib, hüquqi maarifləndirmə işi aparılıb. Uşaqlara Ombudsman təsisatının maarifləndirici materialları, o cümlədən uşaq hüquqları ilə bağlı broşürlər paylanılıb. Sonda müəssisə rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb, saxlanma şəraitinin yaxşılaşdırılması və uşaq hüquqlarının effektiv təmini məqsədilə tövsiyələr verilib.
2023-11-25
807,525
Ermənilər xatırlatdı: Kəlbəcərin azad edilməsi və Montenin...
Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərin işğaldan azad edilməsinin 3-cü ildönümüdür. Axar.az xəbər verir ki, 44 günlük müharibənin nəticəsi olaraq Kəlbəcər rayonu 25 noyabrda bir güllə belə atılmadan işğaldan azad edildi və Azərbaycana təhvil verildi. Erməni mediası isə terrorçu Monte Melkonyanın məhz 25 noyabrda anadan olmasını yada salıb. Bildirilib ki, Melkonyanın birbaşa liderliyi ilə Kəlbəcər 2 aprel 1993-cü ildə işğal olunmuşdu. Kəlbəcər 15 noyabrda işğaldan azad edilməliydi, ancaq qüvvələri çıxarmaq üçün vaxt azlığı səbəbindən 10 gün möhlət istənildi və qismətdən məhz Melkonyanın ad günündə Azərbaycana təhvil verildi. Ermənilər hələ də anlamır ki, bu, tarixi ədalətin təntənəsidir. Qeyd edək ki, tanınmış terrorçu Monte Melkonyanı 1993-cü ildə Milli Qəhrəman İbad Hüseynov məhv edib.
2023-11-25
807,527
AFFA-dan “Sumqayıt”a rədd cavabı
AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb. Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə"nin futbolçusu Vladislav Kulaçın Premyer Liqasının 12-ci turunda "Sabah"la görüşdə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılması ilə bağlı şikayəti qismət təmin edilib. Hücumçunun diskvalifikasiya müddəti azaldılıb. Ona bir matçlıq cəza verilib, digər üç qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda üç aylıq sınaq müddəti təyin olunub. Bundan əlavə, "Sumqayıt"ın şikayəti təmin edilməyib. "Neftçi" ilə XIII tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə edilməsi qüvvədə qalıb.
2023-11-25
807,530
Bu rayonun DYP rəisi işdən çıxarıldı: yeni təyinat
Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor Nurlan Qafarov vəzifəsindən azad edilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Digər əmrlə Zərdab rayon Dövlət Yol Polisi bölməsinin rəisi, mayor Razi Hüseynov vəzifəsindən azad edilərək, Lerik DYP-yə rəis təyin olunub. Qeyd edək ki, Razi Hüseynov 2019-cu ildə Ağdaş rayon Polis Şöbəsinin DYP bölməsinin baş inspektoru vəzifəsindən azad olunaraq, Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəis təyin olunmuşdu.
2023-11-25
807,535
Sumqayıtda anasının imtina etdiyi körpənin ölüm səbəbi
15:56 Doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb. Axar.az Report-a istinadən xəbər verir ki, 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsindən imtina edib. Yeni doğulmuş oğlan uşağı bir müddət sonra uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra bu gün körpə xəstəxanada ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. *** Bu il aprelin 20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib. TƏBİB-dən bildirilib ki, körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb. Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib. Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb. Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib. Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq azyaşlı 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib. Qeyd edək ki, körpənin Uşaq Evinə yerləşdirilməsinə isə onun xəstəliyi ilə əlaqədar imtina cavabı verilmişdir. Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib.
2023-11-25
807,539
İrəvanla Ərəbistan arasında diplomatik əlaqələr quruldu
Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulub. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, uyğun protokol noyabrın 24-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə imzalanıb. Sənədi Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Suktan bin Abdalla əl-Luayan əl-Ankar imzalayıb. Xatırladaq ki, noyabrın 24-də Ermənistan Baş naziri Nikol Paşinyan yaxın zamanda tərəflər arasında diplomatik münasibətlərin qurula biləcəyindən bəhs etmişdi.
2023-11-25
807,541
Türkiyə ordusu daha 2 terrorçunu məhv etdi
Türkiyə ordusu Suriyanın şimalındakı “Fərat qalxanı” əməliyyat bölgəsində hücuma hazırlaşan PKK/YPG terror təşkilatının 2 üzvünü zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
2023-11-25
807,542
Netanyahudan iki ölkənin baş nazirlərinə sərt reaksiya
İsrailin Baş naziri Benyamin Netanyahu ispaniyalı həmkarı Pedro Sançes və Belçikanın Baş naziri Aleksandr De Kroonun Qəzza ilə bağlı fikirlərinə reaksiya verib. Axar.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb. Bildirilib ki, Netanyahu hər iki həmkarının İsrailin Qəzzada mülki qırğınları dayandırması ilə bağlı çağırışını və beynəlxalq humanitar hüquqa əməl etmədiyi barədə açıqlamalarını şiddətlə qınayıb. Bununla yanaşı, İsrail xarici işlər naziri Eli Kohen də hər iki ölkə rəsmisini terrora dəstək verməkdə ittiham edib. Həmçinin, İspaniya və Belçikanın İsraildəki səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar.
2023-11-25
807,543
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Belarusdan ölkəyə ekstradisiya edilib. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Cəlilabad rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Əlzamin Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib. Əlzamin Mustafayev Belarus ərazisində saxlanılaraq noyabrın 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
2023-11-25
807,544
Abşeronda genişmiqyaslı ağacəkmə aksiyası - Foto
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Abşeron rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində Ulu Öndərin unudulmaz xatirəsinə ağacəkmə aksiyası keçirilib. Axar.az xəbər verir ki, Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüququ-mühafizə orqanlarının, regional idarə və təşkilatların rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının, Abşeron RİH yanında İctimai Şuranın, Abşeron Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və təhsil kollektivləri iştirak edib. Bu il noyabr ayının əvvəlindən start götürən ağacəkmə kompaniyasında gənclər və Abşeron RİH könüllüləri də fəal şəkildə iştirak edib. Bir ay davam edən aksiya çərçivəsində 8 hektar ərazidə ölkəmizin iqlim şəraitinə uyğun 10 minə yaxın eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilib. Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilib, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub. Bundan əlavə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində mövsüm zamanı ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıq sahələri salınıb, mövcud yaşıllıqlara isə daimi qulluq göstərilib.
2023-11-25
807,546
Kərim Vəliyev hərbi hissədə: tapşırıqlar verdi
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi tapşırıqlarını verib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunda bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkilinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov noyabrın 25-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində olublar. Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissənin ərazisindəki saxlanclara baxış keçirib. Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnika nümunələri təqdim olunub. Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirmək üçün mövcud olan ən yeni texnoloji avadanlıqlar barədə məlumat verilib. Azərbaycan Ordusunun Baş Qərargah rəisi bölmələrdə rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi və səmərəli tətbiqinə dair aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
2023-11-25
807,547
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. FHN-dən Axar.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Qaradağ rayonu Ə.Kərimov adına 228 nömrəli orta məktəbdə, Sumqayıt Regional Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayonu Q.Məmmədov adına Ruşan kənd və Aşıqbayramlı kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu, Ağtala kənd tam orta məktəbində və Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayonu, Qaradəmirçi kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
2023-11-25
807,548
Onlar öz maraqlarını ümumbəşəri dəyərlər kimi təqdim edir
ABŞ-ın Demokratlar Partiyası çox vaxt öz xarici siyasət maraqlarını ümumbəşəri dəyərlər kimi təqdim edir. Axar.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban X hesabında yazıb. “Bununla da biz mənalı dialoq imkanını itirmiş oluruq. Dəyərlərlə bağlı mübahisələrin mahiyyəti maraqlarla bağlı olanlardan tamamilə fərqlidir. Maraqlar uyğunlaşdırıla bilər, amma dəyərlər uyğunlaşdırıla bilməz”, - Orban əlavə edib.
2023-11-25
807,549
Ukraynada əhali küçələrə çıxdı: Etiraz...
Ukraynanın bəzi şəhərlərində, o cümlədən paytaxt Kiyevdə yerli sakinlər etiraz aksiyalarına başlayıb. Axar.az Report-a istinadən xəbər verir ki, etiraz aksiyalarına səbəb müharibə vaxtı yolların və bəzi ictimai yerlərin təmiridir. Ukraynalılar büdcə pulunun müharibə vaxtı korrupsiya imkanları olan belə təmirlərə yox, tam olaraq orduya yönəldilməsini tələb edirlər. Etiraz aksiyalarında şüarlar "Büdcə Silahlı Qüvvələr üçündür!" çağırışı ilə keçirilir.
2023-11-25
807,554
640-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 640-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 539 təyyarəsi, 255 helikopteri, 9183 PUA-sı, 442 zenit-raket kompleksi, 13 611 tank və digər zirehli texnikası, 1185 reaktiv yaylım atəş sistemi, 7175 artilleriya və minaatanı, 15 602 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-11-25
807,555
Türkiyə və Rusiya arasında sənəd imzalandı
Ankarada Türkiyə-Rusiya Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın (KEK) 18-ci iclası baş tutub. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat X hesabında yazıb. O bildirib ki, iclasın nəticələrinə dair protokol imzalanıb. Qeyd edilib ki, Rusiya tərəfindən sənədi Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak imzalayıb.
2023-11-25
807,559
Fərid Qayıbov nizə atdı - Video
Gənclər və idman naziri Fərid Qayıbov gənc idmançılar üçün təşkil olunan nizəatma yarışında iştirak edib. Axar.az xəbər verir ki, bu barədə görüntüləri sosial hesabında idmançılardan biri paylaşıb. Suraxanı rayonu Bülbülə qəsəbəsində keçirilən yarışda nazir də özünü sınayıb. Videogörüntünü təqdim edirik:
2023-11-25
807,562
Dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri monitorinq zamanı rayonun Əmirvar kəndi ərazisində qanunsuz olaraq “Kamaz” markalı yük avtomobili ilə dağ süxurunun daşınması faktı aşkarlanıb. Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci ( İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub. Bundan başqa şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşları ilə birlikdə keçirdikləri monitorinq zamanı rayonun Quşçu kəndi qalaqlanmış və yandırılmış məişət tullantıları aşkarlanıb. Faktla ETSN-in əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılıb.
2023-11-25
807,566
İsrailin keçmiş baş naziri xain elan edildi
İsrailin keçmiş baş naziri Ehud Barak ölkədəki bəzi dairələr tərəfindən xain elan edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, Barakın xain elan edilməsinə səbəb bir neçə gün əvvəl CNN kanalına Qəzzadakı "Əş-Şəfa" xəstəxanası ilə bağlı açıqlaması olub. Qeyd edək ki, E.Barak açıqlamasında İsrailin təxminən 40-50 il bundan əvvəl "Əş-Şəfa" xəstəxanasının altında sığınacaqlar tikdiyini deyib. Keçmiş baş nazirin bu sözləri İsrail ordusunun sözügedən xəstəxananın altında “HƏMAS-ın əsas hərbi qərargahının” olması ilə bağlı iddialarının ciddi sual altına düşməsinə səbəb olub. Ehud Barakın ofisi elə həmin gün Feysbuk hesabından məsələyə aydınlıq gətirməyə çalışıb. Bildirilib ki, sabiq baş nazirin sözləri kontekstdən çıxarılaraq başqa formada ictimaiyyətə təqdim edilib. Əslində isə E.Barak İsrailin Qəzzanı nəzarətdə saxladığı zaman xəstəxananın tutumunu artırmaq üçün sığınacaqlar tikdirdiyini deyib.
2023-11-25
807,572
Yelisey Nikolun satqınlığından istifadə edərək... - Arkov
İndi Brüssel bir çox hallarda Parisin musiqisi altında “rəqs edir”, Fransanın isə Cənubi Qafqazda praktik olaraq öz Napoleon planları var. Yelisey sarayı Nikol Paşinyanın satqınlığından istifadə edərək, faktiki olaraq Ermənistanı özünün yeni müstəmləkəsinə çevirib. Axar.az xəbər verir ki, bunu Azərtac-a rusiyalı politoloq, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov ABŞ və digər Qərb ölkələrinin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyinin tam bərpa etməsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları qəbul etmək istəmədikləri ilə bağlı məsələni şərh edərkən söyləyib. Agentliyin müsahibi deyib: “Kollektiv Qərb” məfhumu mövcud olsa və onu təmsil edən dövlətlər birlikdə hərəkət etsələr də, birincisi, proses həmişə könüllülük əsasında (ABŞ-ın öz şərti avropalı tərəfdaşlarını məcbur etməsi halları az deyil) olmur, ikincisi, bu “siyasi bullinqdə” iştirak edən ölkələrin müxtəlif maraqları var. Əgər Avropa İttifaqından söhbət gedirsə, Almaniyada “dəmir” kansler Angela Merkeli Olaf Şoltsun əvəz etməsi ilə bu ölkə Aİ-də əvvəlki təsirini itirib. O vaxt Brüssel Berlinin musiqisi altında “rəqs edirdi”. Avropada hökmranlıq etməyi arzulayan Polşa da bütün istəklərinə və oyunlarına baxmayaraq, habelə ABŞ-ın köməyinə rəğmən təşəbbüsü ələ keçirə bilməyib. Ola bilər ki, bu müvəqqətidir. Lakin fakt ondan ibarətdir ki, indi Brüssel bir çox hallarda Parisin müzikli altında “rəqs edir”. Əvvəllər də qeyd etdiyimiz kimi, Fransanın özünün praktik olaraq Cənubi Qafqaz regionunda Napoleon planları var. Gördüyünüz kimi, bu gün Yelisey sarayı Nikol Paşinyanın və koalisiyasının satqınlığından istifadə edərək, Ermənistanın faktiki olaraq öz yeni müstəmləkəsinə çevirib. Politoloqun sözlərinə görə, keçmiş SSRİ məkanında bir çox müstəqil dövlətlərin aldadılaraq cəlb olunduğu “Şərq tərəfdaşlığı” layihəsinin açıqlanmayan hədəflərindən biri də bundan ibarət olub: Avropa İttifaqı onları öz sıralarına qəbul etməyi planlaşdırmır, amma bu dövlətləri siyasi cəhətdən asılı və iqtisadi baxımdan donor ölkələrə çevirmək istəyirdi. Bu təkcə Avropa elitasına xas olan metodlar deyil, ABŞ özü çoxdandır ki, bütün dünyaya münasibətdə onlardan istifadə edir. “Azərbaycan rəhbərliyi qarşılıqlı fəaliyyətin bu cür formatını qeyri-mümkün hesab edir. Təkcə bütünlükdə Avropa İttifaqı ilə deyil, həm də onun ayrı-ayrı üzvləri ilə. Hətta ABŞ ilə də belədir. Bu barədə sonra danışacağıq. Bakı ya Rusiya, Türkiyə, Çin və ya İranla olduğu kimi bərabərhüquqlu tərəfdaşlıq təklif edir, ya da Avropa İttifaqı ilə onun Azərbaycana münasibətdə neokolonializm siyasətinin keçməyəcəyini anlayanadək minimal qarşılıqlı fəaliyyəti üstün tutur. Ermənistan iqtisadi cəhətdən bütün region ölkələri arasında daha az cəlbedicidir. Azərbaycan isə, əksinə, acgöz avropalı və xüsusən fransız burjuaziyasını tamah saldığı ən ləzzətli “piroq parçasıdır”. Amma onun dadına baxmaq onlara qismət olmayacaq. Əgər İrəvanda olan əlaltılarının əli ilə Bakıya qarşı yeni hərbi münaqişəyə başlamağa cəhd edərlərsə, onda onlar başlarını tutaraq qaçacaqlar”, - ekspert deyib. ABŞ-a gəldikdə, V.Arkovun fikrincə, burada üç məsələ var. Politoloq vurğulayıb: “İrimiqyaslı olandan başlayaq. Birincisi, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq vəzifəsi var, halbuki, bu zona tarixən onun geosiyasi maraqları çərçivəsində olub. İkincisi, İranın artan gücü həm Yaxın Şərqdə, həm də okeanın o tayında bu ölkənin bir çox opponentlərini narahat edir. Belə ki, Tehran Moskva və Pekin ilə birlikdə yeni çoxqütblü dünya nizamı və şərti Şərqin və şərti Qərbin qlobal qarşıdurması müstəvisində yeni “balinalardan” birinə çevrilib. Ona görə şərti deyirəm ki, həmin Yaponiya və ya Cənubi Koreya da coğrafi baxımdan Şərqə daha çox aiddir, amma iqtisadi və siyasi cəhətdən Qərblə bağlıdır”. Rusiyalı politoloq bu kontekstdə Azərbaycan ilə İranın “tarixən anlaşılan və perspektivdə uzaqgörən yaxınlaşmasına” diqqəti çəkib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin iranlı həmkarı İbrahim Rəisi ilə görüşdə söylədiyi kimi, iki qonşu ölkə, iki qohum xalqları süni şəkildə bir-birinə qarşı qoymağa çalışıblar. Ekspert hesab edir ki, bu yaxınlaşma sözügedən yuxarı güclərin planlarını pozur, onların məqsədi isə bütün vasitələrlə bunun qarşısını almaq, o cümlədən Brüsseldəki daha ciddi marionetkaları və İrəvandakı kiçik oyuncaqları vasitəsilə Bakıya çoxtərəfli təzyiq göstərməkdir. Üçüncüsü, V.Arkov qeyd edib ki, ABŞ-ın Cənubi Qafqazda siyasəti kontekstində olan hədəfləri arasında Demokratlar partiyasının 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkilərində Ağ evdə qalmaq, habelə Konqresin Nümayəndələr Palatasında daha çox yerə sahib olmaq üçün erməni icması ilə apardığı oyunu göstərmək olar. “İndi Konqresdə çoxluq Respublikaçılar Partiyasının əlindədir. Həmin gün Senatın 100 üzvündən 33-nün də seçkiləri olacaq. Burada indi üstünlük Demokratların tərəfindədir, amma Cozef Bayden administrasiyasının bir çox amerikalı ev-təsərrüfatlarında ciddi iqtisadi problemlərə gətirib çıxaran siyasəti səsvermə zamanı etirazlara səbəb ola bilər. Erməniəsilli seçicilər (bir sıra başqa etnoslar kimi) ən fəallardan biridir. Əlavə olaraq, onların kütləvi yaşadıqları ştatlarda keçirilən sorğunun nəticələrinə görə ya Respublikaçı namizədlərin üstünlüyü, ya da qərarsız seçicilərin çoxluğu müşahidə olunur. Bu səbəbdən Ağ evin, Dövlət Departamentinin və Konqresdəki demokratların Ermənistanı dəstəkləyən gurultulu bəyanatları və bununla yanaşı Azərbaycana qarşı yönəlmiş tamamilə əsassız hücumları sırf Amerikanın daxilindəki seçkiqabağı məsələləri həll etmək məqsədi daşıyır”, - Arkov qeyd edib.
2023-11-25
807,573
"Qəbələ" darmadağınla qalib gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun iki görüşü baş tutub. Axar.az xəbər verir ki, günün ilk matçında "Səbail" öz meydanında "Kəpəz"i qəbul edib. Görüşdə hesab açılmayıb. Günün digər matçında Qəbələ təmsilçisi "Turan Tovuz"u qəbul edib. Meydan sahibləri 4-0 hesablı inamlı qələbə qazanıb. Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq "Neftçi" - "Araz-Naxçıvan" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq.
2023-11-25
807,575
Qəzzada atəşkəsin müddəti uzadılacaqmı?
Misir hökuməti Qəzza zolağında atəşkəsin uzadılması üçün bütün tərəflərdən müsbət siqnallar alıb. Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
2023-11-25
807,577
AYB-dən ev mübahisəsi ilə bağlı yeni açıqlama
Sosial şəbəkələrdə ayrı-ayrı şəxslər tərəfindən doğru olmayan məlumatlar yayılır və təəssüf ki, bəzi saytlar dəqiqləşdirmədən bu yalan məlumatları xəbərə çevirirlər. Bu barədə Aərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətindən Axar.az-a daxil olan məlumatda bildirilib. “Əvvəla, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyliyə mənzil verilməyib. İkincisi, Yazıçılar Birliyinin sədri Anarın katibəsinin adı mənzil təqdim edilən şəxsərin siyahısında yoxdur. Bundan başqa, Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov Birliyin üzvü deyil. Son olaraq, İlqar Fəhminin katibəsi kimi təqdim edilən Şəmsiyyə Camalova İdarənin kompüter operatorudur”, - məlumatda vurğulanıb. AYB media nümayəndələrindən məlumatları yayarkən dəqiqləşdirmə aparmalarını xahiş edib. Qeyd edək ki, AYB-nin 21 nəfərə mənzil verməsi müzakirələrə yol açıb.
2023-11-25
807,579
Latviya lideri gecəni sığınacaqda keçirdi - Foto
Ötən gün Ukraynaya elan olunmamış səfərə gələn Latviya Prezidenti Edqars Rinkeviç gecəni Kiyevdə sığınacaqda keçirib. Axar.az xəbər verir ki, bu barədə Rinkeviç sosial şəbəkə hesabında yazıb. “25 noyabr, səhər saat 05:10, Kiyev”, - prezident fotosunu bu adla paylaşıb. Qeyd edək ki, bu gecə Rusiya Ukrayna paytaxtına 75 “Şahid” PUA-sı ilə hücum edib. Hücumun 6 saat - səhər saatlarına qədər davam etdiyi bildirilir.
2023-11-25
807,581
Kəlbəcərlə Laçının elektrik şəbəkələri birləşdirilir - Video
Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq. Ən müasir avadanlıqlarla təchiz edilən mərkəzdə tamamlama işləri görülür. Bu barədə Axar.az-a Azərişıq ASC-dən bildirilib. Belə ki, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi gələcəkdə rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda İstisu ərazisində “İstisu” 110-35 kv-luq yarımstansiyasının tikintisinə başlanılıb. Eyni zamanda Zar, Zəylik, İstisu, Ağqaya, Mərcimək və Yellicə istiqamətində işlər yekunlaşmaq üzrədir. Qeyd edilən kəndlərə elektrik enerjisini daşıyan yeni dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Bu növ izolyasiyalı kabel xətləri həm ekoloji cəhətdən əlverişli və təhlükəsizdir, həm də enerji itkisini minimuma endirir. Həmçinin yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma və meşə zolağından keçən hissədə ağac budağının toxunması nəticəsində açılmalar olur. Belə qəzaların aradan qaldırılması kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə bu növ problemlər yaranmır. Üstəlik açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır. Xətlərin onlarla kilometr uzunluğunda çəkildiyini nəzərə alsaq nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi 4-6 metrdir. Bu da qəza baş verəcəyi halda texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bugünədək Kəlbəcər elektrik enerjisində mənbə kimi Gəncədə yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik veriliş xətti, həmçinin Kəlbəcərdə bir neçə istiqamətdə 110 kV və 35 kV-luq elektrik xətləri çəkilib. Ümumilikdə rayon ərazisində çox sayda KTM quraşdırılıb. 2022-ci il 26 iyun tarixində Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
2023-11-25
807,583
AB-də Rusiyaya qarşı yumşalma ola bilər
Avropada Rusiya ilə bağlı mövqeyi yumşaltmağa çalışırlar. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb. "AB-nin bir qrup üzvü Rusiyaya qarşı sanksiyaların üçüncü ölkələr vasitəsilə yayındırılmasının qarşısını almaq üçün təklifləri yumşaltmaqda israrlıdır", - məlumatda deyilib.
2023-11-25
807,584
Çin bu ölkə ilə sərhəddə hərbi təlimlərə başladı
Çin Myanma ilə sərhəddə hərbi təlimlər keçirir. Axar.az xəbər verir ki, bu barədə “Sinxua” nəşri məlumat yayıb. Məlumata görə, təlimin məqsədi ordunun hazırlığını, sərhədləri qorumaq qabiliyyətini və hücum əməliyyatları aparmaq bacarığını yoxlamaqdır. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilməyib. Qeyd edək ki, ötən gün Muza şəhəri yaxınlığında üsyançılar Çindən Myanmaya məhsul aparan yük maşınlarından ibarət karvana hücum edib.
2023-11-25
807,586
Livan baş naziri Türkiyədə: Ərdoğanla görüşdü
Livanın Baş naziri Nəcib Mikati Türkiyəyə səfərə gəlib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Livanın baş naziri arasında görüş olub.
2023-11-25
807,589
"Sultan Murad darvazası" önündəki pilləkən... - Rəsmi
"Sultan Murad darvazası" qarşısındakı ərazidə bərpa oluna biləcək daşlar saxlanılaraq yenidən istifadə edilib. Bu barədə Kult.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. "Qeyd olunan pilləkən ərazisi XX əsrin 60-cı illərindən başlayaraq ardıcıl qaydada inşa edilmişdir. Son illər boyu iqlimin təsiri nəticəsində yol örtüyü və pilləkən daşları fiziki və bioloji aşınmaya məruz qalıb, sakin və qonaqlar üçün pilləkənlərdən istifadə zamanı narahatlıq yaradıb. 2023-cü ilin birinci rübündə aparılmış təmir-bərpa işləri zamanı öncədən qoyulmuş və bərpa oluna biləcək daşlar saxlanılaraq yenidən istifadə edilib, pilləkən hissəsi mövcud relyefə uyğun oxşar daş materialından istifadə edilərək örtülüb, səkilər yenilənib, işıqlandırma təmin edilib və ərazi tam olaraq abadlaşdırılıb. Məlumat üçün bildiririk ki, qeyd olunan pilləkən ərazisi Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil", - İdarədən bildirilib.
2023-11-25
807,590
Rusiya Ermənistana qadağa qoydu
Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının “Yuxarı Lars” keçid məntəqəsindən keçməsinə icazə vermir. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, səbəb kimi fitosanitar standartların pozulması göstərilir. Erməni ekspertlər isə bunun “siyasi” olduğunu iddia edirlər. Qeyd edilir ki, xeyli ixracatçı bu gün çətinliklə üzləşib, alma, çiyələk, balıq məhsulları, hətta it yemi geri qaytarılıb. Qeyd edək ki, Yuxarı Lars yolunun hava şəraiti ilə əlaqədar yük maşınları üçün bağlandığı haqda məlumat yayılmışdı.
2023-11-25
807,592
Monqolustan tarixində ilk dəfə: 60 milyon ton daş...
İlin sonuna bir aydan çox qalmasına baxmayaraq, Monqolustanda daş kömür ixracının həcmi nəzərdə tutulan göstəricini 10 milyon ton üstələyərək 60 milyon tona çatıb. Axar.az xəbər verir ki, Monqolustan hökuməti gələn ilin dövlət büdcəsi layihəsində 60 milyon ton daş kömür ixracını planlaşdırır və onun bir tonu üçün 140 dollar qiymət müəyyən edib. Qeyd edək ki, pandemiyadan öncəki 2019-cu ildə Monqolustan 36,7 milyon ton daş kömür ixrac edərək rekorda nail olmuşdu. Ötən il ölkənin ixrac gəlirlərinin 90 faizdən çoxu daş kömürün payına düşüb.