date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-11-26
807,838
Türkiyədə təbii fəlakət: ölənlər var
Türkiyədə sel və qasırğada iki nəfər ölüb, on nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Qeyd olunub ki, Sinop və Konya şəhərlərində hər birində bir nəfər həlak olub, Ankara, Konya və Giresunda həmçinin 10 nəfər yaralanıb. Ankarada xəsarət almış şəxslər hərbçilərdir. Belə ki, kazarmada hərbi qulluqçuların üzərinə şüşə düşüb. AFAD bildirib ki, ölkənin 16 şəhərində 198 vətəndaş xilas edilib.
2023-11-26
807,839
Benyamin Netanyahu Qəzzaya gəldi - Foto
İsrailin Baş naziri Benyamin Netanyahu bu gün Qəzza zolağının şimalındakı əsgərləri ziyarət edib. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. “Bizim bu müharibə üçün üç məqsədimiz var: HƏMAS-ı məhv etmək, bütün girovlarımızı geri qaytarmaq və Qəzzanın yenidən İsrail dövləti üçün təhlükəyə çevrilməməsini təmin etmək. Biz sona - qələbəyə qədər davam edəcəyik. Bizi heç nə dayandıra bilməz və əminik ki, müharibənin bütün məqsədlərinə çatmaq üçün gücümüz, iradəmiz və əzmimiz var”, - baş nazir bildirib.
2023-11-26
807,842
Daha bir İsrail gəmisi Yəməndə ələ keçirildi
Yəmən sahillərində İsraillə əlaqəsi olan “Central Park” neft tankeri ələ keçirilib. Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb. “Yəmənin Ədən sahillərində İsraillə əlaqəsi olan neft tankeri naməlum qüvvələr tərəfindən qaçırılıb”, - məlumatda deyilir. Bildirilib ki, gəmi “Zodiac Maritime” şirkətinə məxsusdur. Qeyd edək ki, ötən gün israilli milyarderə məxsus gəmi Hind okeanında İran PUA-sı tərəfindən hücuma məruz qalmışdı.
2023-11-27
807,846
Krımda yarım milyon insan işıqsız qaldı
2023.11.26. 20:40 Krımın qərb sahillərində (Yevpatoriyada) sürəti saatda 40 km-ya çatan qasırğa başlayıb. Axar.az xəbər verir ki, bu barədə regionun hidrometeoroloji stansiyası məlumat yayıb. Qasırğa səbəbindən sahildə yerləşən evləri su basıb, ərazidəki insanlar təxliyə olunur. Həmçinin şəhərlərarası avtomobil yolunun da bağlandığı bildirilib. *** Krımda əlverişsiz hava şəraiti səbəbindən təxminən 500 minə yaxın insan işıqsız qalıb. Bu barədə Krım “respublikası”nın “prezidentinin müşaviri” Oleq Kryuçkov deyib. O, əsasən sahilyanı zonalarda yerləşən evlərin sakinlərinin çətin vəziyyətə düşdüyünü bildirib. Hazırda 38 briqada enerjini bərpa etməyə çalışır.
2023-11-26
807,850
ABŞ İsrailə hərbi tədarükü məhdudlaşdıra bilər
ABŞ İsrailə silah tədarükünü məhdudlaşdıra bilər. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin mili təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. O bildirib ki, Təl-Əvivə yeni hərbi tədarükdə şərtlər də qoyula bilər.
2023-11-27
807,851
Savaş bütün ölkəyə yayıla bilər! - Xəbərdarlıq
Rusiya öz müttəfiqlərinin köməyi ilə silah istehsalını artırmağa və texnoloji cəhətdən təkmilləşdirməyə davam edərsə, müharibə yenidən ölkəmizin şərqindən və cənubundan kənara çıxa bilər. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Naev deyib. "Biz başa düşürük ki, indi resurslar müharibəsi gedir. Rusiya öz resurslarını şər oxunun köməyi ilə alır - bu Şimali Koreya və İrandır. Biz isə tərəfdaşlarımızın köməyi ilə onlardan hava hücumundan müdafiə sistemləri alaraq Rusiya və onun resurslarına qarşı dururuq. Başa düşməliyik ki, yardımların kəsilməsi həqiqətən müdafiə imkanlarımıza zərbə vuracaq. Əlimizdə olanla mübarizə aparmalı olacağıq”, - deyə o bildirib.
2023-11-27
807,852
İsrail 39 fələstinli məhbusu azad etdi
2023.11.26. 21:02 İsrail fələstinli məhbusların 39 nəfərlik üçüncü qrupunu azad edib. Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Azad olunan məhbuslar əsasən yeniyetmələrdir. Onlar avtobusla Ramallaha gətiriliblər.
2023-11-26
807,856
Hakan Fidan Barselonaya gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan İspaniyanın Barselona şəhərində təşkil olunacaq Aralıq dənizi üçün 8-ci Birlik Regional Forumunda iştirak edəcək. Axar.az xəbər verir ki, tədbirdə Qəzzadakı humanitar böhran, o cümlədən Yaxın Şərqdəki vəziyyətlə bağlı müzakirələr aparılacaq. Səfər çərçivəsində Fidan ərəb ölkələrindən olan həmkarları, habelə qəbul edən ölkənin XİN başçısı Manuel Albares Bueno ilə görüşəcək.
2023-11-26
807,857
Xərçəngə qarşı peyvənd hazırlanacaq
Koronavirusa qarşı peyvənd istehsal edən şirkət xərçəngə qarşı peyvənd hazırlamaq qərarına gəlib. Axar.az xəbər verir ki, bu barədə korona peyvəndini istehsal edən “BionTech”in qurucusu Uğur Şahin məlumat verib. Şahin bildirib ki, 2025-2029-cu illər arasında bir sıra digər terapevtik yanaşmalar üçün tədqiqat məlumatları əldə etməyi nəzərdə tuturlar: “Xərçəngə qarşı ilk fərdiləşdirilmiş peyvəndlər 2030-cu ildən əvvəl təsdiq oluna bilər. Xəstədən qan və şiş nümunələri alırıq və 4 həftə sonra fərdi peyvənd edirik”.
2023-11-26
807,858
Boris Conson İsrailə dəstək yürüşünə çıxdı
Böyük Britaniyanın paytaxtı Londonda İsrailə dəstək məqsədilə yürüş keçirilib. Axar.az AP-yə istinadən xəbər verir ki, yürüşə Britaniyanın keçmiş baş naziri Boris Conson da qatılıb. Consonla yanaşı yürüşdə Britaniyanın baş ravvini Efraim Mirvis və digər yüksək rütbəli hökumət rəsmiləri iştirak edib. Təşkilatçılar bunu onilliklər ərzində Londonda antisemitizmə qarşı keçirilən ən böyük toplantı kimi qiymətləndiriblər. Yürüş iştirakçıları İsrail və Britaniya bayraqlarını dalğalandırıb, əllərində “Bir daha heç vaxt” və “Antisemitlərə sıfır tolerantlıq” yazılan lövhələr tutublar.
2023-11-27
807,860
ABŞ Türkiyədən bunu tələb edəcək
ABŞ Maliyyə Nazirliyinin rəsmisi Brayan Nelson gələn həftə Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Məlumata görə, Nelson Türkiyədən ABŞ-ın bir sıra Rusiya şirkətlərinə və HƏMAS-a qarşı sanksiyalarına əməl etməyi tələb edəcək. Bildirilib ki, həmçinin ABŞ Qərb maliyyə sistemini pozan türk şirkətlərini də xəbərdar edərək onlara sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
2023-11-26
807,861
İsmayıllıda yanğının meşəyə keçməsinin qarşısı alındı
İsmayıllı rayonunun meşə ilə həmsərhəd qeyri-meşə fondu torpağında yanğın hadisəsi baş verib. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb olunub. "Yanğınsöndürmə tədbirləri nəticəsində yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb”.
2023-11-27
807,863
Doğuş azaldı, boşanmalar artdı: ailə modeli çökür...
Ən geci 20 il sonra ölkə əhalisinin sayı azalmağa başlayacaq. Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib. O bildirib ki, elmi analizlər müasir Azərbaycan ailəsinin nəzəriyyəsini və praktikasını izah edir: “Söhbət ailədən, övladlardan, ailə münasibətlərin keyfiyyətindən gedəndə, prosesə sistem məsələsi olaraq baxmalıyıq, halbuki çoxumuz bir bucaqdan baxırıq. Bu sistemə məktəb, mənəvi və dini dəyərlər, ailədə verilən tərbiyə, ailənin yaşadığı dəyərlər, əmək bazarı, müxtəlif təbliğat vasitələri aiddir. Sistem də bir bütov olaraq klassik azərbaycanlı ailə modelini dağıdıb”. Ekspert bildirib ki, ailənin bir sütünu kişidirsə, ondan daha vacib sütunu qadındır: “Problem ordadır ki, ailə institutun özünə köhnə paradiqmadan baxırıq (Kişinin sədrliyi ətrafında birləşmiş qadın və uşaqları da əhatə edən ittifaq). Köhnə paradiqma həmçinin kişinin evə qazanc gətirdiyi, qadının da ondan müəyyən dərəcədə maddi asılılığını nəzərdə tutur. Lakin bu paradiqma ölkəmizdə artıq işləmir. Bu pradiqmaya bu gün şüuraltı olaraq qadınlar da inanır. Bu hipotezin sübutu ondan ibarətdir ki, özü qazanan qadın həm evlənməyə tələsmir (“kişi mənim nəyimə lazımdır” deyir), həm də ailə qurduqdan sonra əri evə qazanc gətirə bilmədiyi halda ərinin tabeçiliyini qəbul etməyib, boşanmaya müraciət edir. Fakt budur ki, 20-30 yaşları arasında olan gənclər də mənim dediyim paradiqmaya inanır. Onlara görə, ailə qurulanda oğlan tərəfi ailənin dolanışığını təmin edir, qadının maddi rifahını qarşılayır. Məsələ də burda yaranır - qadının bu maddiyyata ehtiyacı olmadığı halda, avtomatik olaraq ailə onlar üçün vacibliyini itirir. Bu günün Azərbaycan qadını maddi baxımdan kişilərdən geri qalmır. İş tapmaqda bəzən kişilərdən daha avantajlı olurlar: xaricə təkbaşına gedə, avtomobil sürə, ipoteka ilə ev ala bilirlər. Ata evində də rahatdırlar və əksəriyyəti ərə getməklə xilas olmaq kimi bir seçim qarşısında deyil. Bu baxımdan, köhnə paradiqmaya əsasən qadınlar niyə evlənmək istəsin, ya da niyə evlilikdə qalmaq istəsin? İndi başa düşə bilərsiniz ki, niyə boşanmağa müraciət edənlərin 85% qadınlardır”. F.Mehdiyev mövcud vəziyyətə təsir göstərməyin iki yolunu göstərib: “Birincisi çətin, hətta mümkün olmayandır: köhnə paradiqmanı ayaqda tutan ictimai dəyər və təcrübəni qorumaq! Bacara bilmərik, qadınlar ümumiyyətlə buna qarşı çıxacaq. Gender təlimlərindən çıxmış müasir Azərbaycan xanımı artıq kişinin dominantlığını qəbul edənə oxşamır. “Kişinin ailədə öz yeri var, qadının öz yeri” ifadəsi artıq nəinki aktual deyil, hətta seksist, narsist, narkoman bir ifadə kimi götürülür. İkinci yol isə ailə institunu izah edən yeni paradiqmanın yeridilməsidir. Bu paradiqmanın yeridilməsi vəziyyətə bir az müsbət təsir edə bilər - yeni qanuni tənzimləmələrlə bir yerdə. Bu gün üçün ailə institutu bizə adət-ənənə kimi deyil, şəxsi münasibətlərin davamının yeni bir mərhələsi kimi qəbul edilməlidir. Bu paradiqmada ailə qurmağa tələsməyəcəyik, ailə qurmaqdan əvvəl şəxsi münasibətlərin təcrübəsini əldə edəcəyik, mentalitet-filan məsələlərini kənara qoyacağıq. Təntənəli toylar unudulmalı, ailədə münasibətlər iqtisadi zəmindən çıxaraq sırf övlad yetişdirmə və cinsi ehtiyacın qarşılanması marağı üzərində qurulmalıdır. Ailədəki gözləntilər iqtisadi zəmindən çıxmalıdır: yəni kişi ailəni saxlayan olmaqdan çıxmalı, bu yük onun çiyinlərindən götürülməlidir və bu öhdəlik kişi və qadın tərəfindən bərabər şəkildə paylanmalıdır. Aliment öhdəliyi ata və ana tərəfindən birlikdə qarşılanmalıdır. Uşağın tərbiyə olunmasında ata və ananın bərabər rolları təmin olunmalıdır (indi bu rol, xüsusilə, boşanmadan sonra qadında olur). Nikahda birgə əmlak rejimi default olaraq qanunla ləğv edilməlidir; paylı əmlak da ər-arvadın qazancı nisbətində müəyyən olunmalıdır. Bu, günün reallığının tələbləridir. Buna qarşı qoya biləcəyiniz ən güclü paradiqma isə ancaq dini olan ailə institutu paradiqmasıdır. Dindar insanlar öz övladlarını klassik ailə modeli ilə tərbiyə və təlim edə bilərlər. Sekulyar ailələr isə istəsələr də, istəməsələr də, yuxarıda qeyd etdiyimiz tərzdə davranmağa məcbur qalacaqlar. Həmçinin qanunvericiliyə dəyişikliklər olunmalıdır. Bu dəyişiklik ailə institutu barəsində olan gözləntiləri dəyişdirmək üçün lazımdır. İndiki gedişatla isə vəziyyətin getdikçə pisləşəcəyini bildirməyə məcburam”.
2023-11-26
807,868
Rusiyada zavodda partlayış və yanğın baş verdi
Rusiyanın Çelyabinsk şəhərində traktor istehsal edilən zavodda güclü yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi məlumat yayıb. Əraziyə yanğınsöndürmə qrupları göndərilib. Bildirilib ki, zavodda transformator partlayıb, ehtimal edilir ki, yanğın buradan qaynaqlanır. Xəsarət alanlarla bağlı məlumat verilmir.
2023-11-26
807,870
Ermənistanda əhalinin yoxsulluq faizi açıqlandı
2022-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi 24,8% təşkil edib. Bu, 2021-ci illə müqayisədə 1,7 faiz azdır. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkədə ifrat yoxsulluq 1,2% təşkil edir, yəni əhalinin bu hissəsi minimum ərzaq tələbatını ödəyə bilmir. Ayda 121 dollardan az istehlak edən şəxs kasıb, 69 dollardan az istehlak edən isə ifrat yoxsul sayılır. Hesabatda xatırladılıb ki, 2022-ci ildə Ermənistanda ikirəqəmli iqtisadi artım qeydə alınıb - 12,6%. Bununla belə, il boyu yüksək inflyasiya əhalini - 8,6% müşayiət olunub.
2023-11-26
807,871
Ərdoğan Rəisi ilə Qəzzanı müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı İsrailin Qəzzaya hücumları, fələstinlilərə humanitar yardım və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
2023-11-26
807,872
İlbər Ortaylı və Cəlal Şəngör yenidən Bakıda - Foto
Tarix və elm dünyasının iki aparıcı şəxsi - İlbər Ortaylı və Cəlal Şəngör Bakıda bir araya gəliblər. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzində Cəlal Şəngör və İlbər Ortaylının “Dünyada mövcud beyin köçü” adlı master-klassı baş tutub. Tədbirin açılış mərasimi Azərbaycan və Türkiyə Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbir zamanı dörd modul üzərində danışıqlar olub. İlk olaraq dünyada mövcud beyin köçü moduluna toxunulub. Daha sonra dünyada mövcud 270 münaqişə ocağı, 250-si Yaxın Şərqdə; nizamlanan Yaxın Şərq və Böyük Yaxın Şərq layihəsi; texnologiyanın inkişafı və bu inkişafın gələcək nəsilə təsiri mövzularına toxunulub. Qeyd edək ki, master-klassda mütəxəssislər, rəhbər şəxslər, biznes və fərdi sahibkarlar, tələbələr iştirak ediblər.
2023-11-26
807,874
Ordu dağıla, Ukrayna ərazisinin 50%-ni itirə bilər
Ukrayna ordusu dağıla və ölkə öz ərazilərinin 50 faizini itirə bilər. Axar.az xəbər verir ki, belə bir iddia ilə amerikalı kəşfiyyatçı Skott Ritter çıxış edib. “Reallıq ondan ibarətdir ki, Ukrayna ordusu məhv olmaq ərəfəsindədir. Bunu hamı qəbul edir. Ordunu qorumaq üçün geri çəkmək lazımdır. Ruslar isə o ərazilərə yerləşəcək və çox güman ki, o yerlər Ukraynaya qaytarılmayacaq”, - ekspert bildirib. Onun sözlərinə görə, təmas xəttində vəziyyət ukraynalılar üçün fəlakətli olub, çünki Ukrayna silahlı qüvvələri əsgər və sursat ehtiyatını tükəndirib. O hesab edir ki, ölkə rəhbərliyinə yaxın olan kimsə Zelenskini hərbi əməliyyatları dayandırmağa inandırmasa, o zaman Ukraynanın taleyi fəlakətli ola bilər: “Ümid edirəm ki, onların Zelenskiyə bu mübarizəni davam etdirəcəyi təqdirdə itirdiyi ərazilərin 20 faizdən 40-50%-ə çevrilə biləcəyini söyləmək üçün kifayət qədər cəsarətləri olacaq”.
2023-11-27
807,875
Zelenski səhv etdi, Odessanı da itirəcək - Conson
Ukrayna Rusiya ilə barışmaqdan imtina edən ölkə rəhbərliyinin səhv hesablaması ucbatından Odessa və Xarkovu itirmək riski ilə üzləşib. Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib. "Ukraynalıların sülh əldə etmək şansı var idi, o zaman Xerson və Zaporojye bölgələri əlində qalacaqdı. Amma indi artıq o şans itirilib. Ruslar bu əraziləri heç vaxt verməyəcəklər və çox güman ki, Xarkov və Odessa işğal ediləcək. Ukrayna hakimiyyəti ötən il Qərbin təsiri altında Rusiya ilə danışıqlardan imtina etməklə böyük səhvə yol verdi. İndi Zelenski hansısa yolla vəziyyəti yaxşılaşdıra bilməyəcək”, - Conson bildirib.
2023-11-26
807,879
İrəvan bilməlidir: bu halda “24 fevral” qərarı verilir - Dubnov
Nikol Paşinyanla Vladimir Zelenskinin müqayisəsi, onların bir çox oxşarlıqlarının olması Ermənistanın da Ukraynanın taleyini yaşaya biləcəyini gündəmə gətirib. Axar.az xəbər verir ki, xüsusilə rus politoloqlar Ermənistanın faktiki olaraq KTMT-də fəaliyyətini dondurması və Qərbə sürətli meyillənmənin nəyə gətirib çıxaracağı haqda proqnozlar verirlər. Rusiyalı politoloq Arkadi Dubnov “Hraparak”a bildirib ki, Moskvada belə hallarda “2022-ci il fevralın 24-də qəbul edilən qərara meyil edildiyini” mütləq nəzərə almaq lazımdır (2022-ci il 24 fevralında Rusiya ordusu Ukraynaya hücum edib - red.). “Ukrayna və Gürcüstan təcrübəsi (MDB-dən çıxma) təkrarlanır, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. Çox güman ki, bu, əvvəlcə MDB sazişini imzalayan, sonra iştirakını donduran, sonra isə faktiki olaraq tərk edən Ukrayna ilə eyni olacaq”, - Hərbi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professoru Aleksey Podberezkin belə deyib. Erməni mediası bu tip xəbərdarlıqların ciddiyə alınması gərəkdiyini iddia edib.
2023-11-26
807,883
Blinken misirli nazirə zəng etdi - Qəzza müzakirəsi
ABŞ Dövlət katibi Entoni Blinken və Misir xarici işlər naziri Sameh Şükri arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Misir XİN məlumat yayıb. Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər İsrail-HƏMAS barışığına maneə yaradan amilləri və hərtərəfli atəşkəsin təmin edilməsi yollarını müzakirə ediblər.
2023-11-26
807,884
Əsrin toyu: Bu toya 59 milyon dollar xərcləndi - Video
Sosial şəbəkələrdə 26 yaşlı amerikalı Madlen Brokvey və Jakob Laqronun toyu müzakirələrə səbəb olub. Kult.az xəbər verir ki, toy şənliyi artıq “əsrin toyu” elan edilib. Medianın hesablamalarına görə, yeni evlənənlər toya 59 milyon dollar xərcləyib. Toy Fransanın paytaxtında baş tutub. Yeni evlənənlər şəxsi təyyarə ilə ABŞ-dan Parisə gəliblər. Dördgünlük mərasimin əsas hissəsi açıq havada, Eyfel qülləsinə baxan şəxsi bağda baş tutub. Qeyd edək ki, cütlük toy şənliyindən əvvəl Paris Operasında şam yeməyi, “Chanel Haute Couture Suite”də xüsusi şam yeməyi, Versal sarayında gecələmə və Zəfər tağı altında ziyafət təşkil edib.
2023-11-26
807,885
HƏMAS İsraillə razılaşmanı uzatmaq istəyir
HƏMAS Qəzzada humanitar atəşkəsə dair İsraillə razılaşmanı uzatmağa hazır olduğunu açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
2023-11-26
807,887
Mask sabah İsraildə Netanyahu ilə görüşəcək
Amerikalı milyarder İlon Mask sabah İsrailə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onun İsrail Prezidenti İshaq Hersoq və Baş naziri Benyamin Netanyahu ilə görüşəcəyi bildirilib. Qeyd edilir ki, bundan öncə sentyabrın 18-də Netanyahu Kaliforniyada İlon Maskla görüşmüşdü.
2023-11-26
807,888
Ermənistanın Rusiyaya yolu yenə bağlandı
Qar yağması və yolun buz bağlaması səbəbindən Ermənistanı Rusiya ilə birləşdirən Gürcüstanın Yuxarı Lars hərbi yolu yenə bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan rəsmi qurumları açıqlama yayıb. Hazırda yol yalnız minik maşınları və sərnişin nəqliyyatı üçün açıqdır. Qeyd edək ki, bu gün səhər Yuxarı Larsda bütün növ nəqliyyat vasitələrinin hərəkəti bərpa edilmişdi.
2023-11-26
807,889
Ruslar SSRİ-ni yox, imperiyanı istəyir - Rinkeviç
Bəzi rusiyalı rəsmilər Rusiya imperiyasını bərpa etməyi arzulayır. Axar.az xəbər verir ki, bu sözləri Latviya Prezidenti Edqars Rinkeviç Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenkonun sözlərini şərh edərkən deyib. “Onlar Sovet İttifaqından danışmırlar, 19-cu əsr Rusiya imperiyasını arzu edirlər”, - deyə dövlət başçısı bildirib. Qeyd edək ki, E.Rinkeviç Rusiyanın Baltikyanı ölkələrə gələcək təcavüzə hazırlaşması barədə xəbərdarlıq etmişdi.
2023-11-26
807,890
DİN-dən xəsarət alan şagirdlə bağlı məlumat
Paytaxtın Sabunçu rayonunda 90 saylı tam orta məktəb şagirdinin göz nahiyyəsindən xəsarət alması ilə bağlı polisə daxil olan məlumat araşdırılıb. DİN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, araşdırmalarla şagirdin göz nahiyyəsində xəsarət faktında qəsd müəyyən olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib. Bütün sorğular və aparılan araşdırmalarda məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb.
2023-11-26
807,893
Cənubi Azərbaycanda 4-5 bal gücündə zəlzələlər...
Bu ay (ay təqvimi ilə, 23 oktyabr-21 noyabrı əhatə edir) İranın şimal-qərbində 4-5 bal gücündə 4 zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Tehran Universiteti Geofizika İnstitutunun seysmoloji şəbəkəsi məlumat yayıb. Zəlzələlərdən biri biri Qərbi və Şərqi Azərbaycanda, ikisi isə Ərdəbil vilayətində. Ümumilikdə, bu müddət ərzində İranda 700-ə yaxın zəlzələ baş verib ki, onlardan 28-i 4 baldan yuxarı olub. Ən böyüyü 5,3 bal gücündə oktyabrın 27-də Əfqanıstana bitişik Cənubi Xorasan əyalətində baş verib.
2023-11-26
807,900
İranın ən yeni esminesi - Foto
İranın ən yeni esminesi “Daylaman”ın görüntüləri yayılıb. Axar.az xəbər verir ki, “Tasnim” agentliyi gəminin fotolarını dərc edib. “Jamaran” sinifli gəmilərin ən təkmil versiyası kimi tanınan İran esminesinin çəkisi 1500 tondur. Gəmi İran Müdafiə Nazirliyi tərəfindən layihələndirilib və istehsal edilib. Qeyd edək ki, esmines İranın Xəzər Dəniz Donanmasına daxil ediləcək.
2023-11-27
807,901
Bolqarıstanda çovğun: Fövqəladə vəziyyət elan edildi
Bolqarıstanda yağan güclü qar nəticəsində ölkənin bir sıra regionlarında fövqəladə vəziyyət elan edilib. Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. Məlumata görə, qar səbəbindən baş verən yol qəzalarında 2 nəfər ölüb, 36 nəfər isə yaralanıb. Bolqarıstanın şimal-şərqində mindən çox yaşayış məntəqəsi işıqsız qalıb.
2023-11-27
807,903
Ukrayna bu ölkəni itirdi - Soskin
Niderlandın yeni hökuməti dördüncü nəsil F-16 qırıcılarını Ukraynaya verməkdən imtina edə bilər. Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib. "Niderland itirildi. Bu o deməkdir ki, bu təyyarələr, çox güman ki, olmayacaq. Vladimir Zelenski dünya səhnəsində daim səhvlərə yol verir və bu səbəbdən zaman keçdikcə dəstəyin həcmi azalacaq və müttəfiqlər Kiyevdən üz döndərəcək”, - Soskin bildirib.
2023-11-27
807,905
Trabzonda meşə yanğını: əhali təxliyə edildi - Foto
Türkiyənin Trabzon vilayətinin Sürmene rayonunda meşə yanğını başlayıb. Ehtiyat tədbiri olaraq 17 ev təxliyə edilib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
2023-11-27
807,911
Sumqayıtda 7 hektar ərazi yanır
Sumqayıtda Məişət Tullantıları Poliqonu yanır. Axar.az verir ki, yanğın 7 hektar ərazini əhatə edir. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Yanğının söndürülməsi işləri davam etdirilir.
2023-11-27
807,912
Gədəbəy İH-in binasında yanğın söndürüldü
00:36 Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın olub. Axar.az-ın Report-a istinadən məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları cəlb olunub. Yanğın binanın 2-ci mərtəbəsində qeydə alınıb. İlkin məlumata görə, zalda olan kompüter və bir neçə əşya yanıb. Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub. Faktla bağlı araşdırma aparılır. *** Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın söndürülüb. Yanğın əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb, digər otaqlar yanğından mühafizə olunub. Yanğın zamanı 1 kompüter masası, 1 kompüter və 2 kvadratmetr tavan hissəsi yanıb. Yanğının başvermə səbəbləri araşdırılır.
2023-11-27
807,913
Bayden və Netanyahu bu barədə razılığa gəldilər
ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu bütün girovların azad edilməsi üzərində işi davam etdirmək barədə razılığa gəliblər. Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
2023-11-27
807,914
Ağstafa-Bakı qatarı yolda qaldı
Ağstafadan Bakıya gəlməkdə olan sərnişin qatarı yolda qalıb. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yollarına məxsus sərnişin qatarı 40 dəqiqəyə yaxın müddətdir Goran istiqamətində dayanıb. İlkin məlumatlara görə, qatarın dayanma səbəbi yaranmış nasazlıqla bağlıdır. Qeyd edək ki, bir müddət öncə Ağstafa-Bakı sürət qatarında oxşar hadisə baş vermişdi.
2023-11-27
807,915
MOSSAD və Qətər kəşfiyyatı arasında müzakirə...
İsrailin kəşfiyyat xidməti MOSSAD-ın əməkdaşları ilə qətərli həmkarları arasında danışıqlar keçirilib Axar.az xəbər verir ki, bu barədə MOSSAD-ın məlumatında deyilir. Bildirilib ki, şənbə günü qeyri-müəyyən müddətə İsrailə gələn qətərlilərlə HƏMAS-ın saxladığı girovlar, Dohanın vasitəçiliyi ilə Qəzzada əldə edilmiş atəşkəsin digər elementləri ilə bağlı müzakirələr aparılıb. Belə ki, ölkələr arasında rəsmi səviyyədə əlaqələrin olmamasına baxmayaraq qurumlar arasında sıx əməkdaşlığın mövcudluğu vurğulanıb.
2023-11-27
807,916
Putin qorxdu: “hazıram” bəyanatının səbəbi... - Video
09:00 Milad bayramına qədər ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox dəyərində yeni yardım paketi barədə razılığa gələcək və bu, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının öz məqaləsində yazdığı cəbhədəki “dalanı” hərəkətə gətirəcək. Axar.az xəbər verir ki, bu fikirləri “Fabrika Novostey” Yutub kanalında politoloq Andrey Piontkovski səsləndirib. O bildirib ki, Kreml ABŞ silahlarının Ukraynaya yeni tədarükündən qorxur, Putinin Kiyevlə danışıqlara hazır olması ilə bağlı son bəyanatları da məhz bununla bağlıdır: “Qarşıdan gələn yeni silah tədarükü ilə yanaşı, Qərb Ukraynaya misli görünməmiş diplomatik dəstək də nümayiş etdirir. Bunu Qərbin yüksək rütbəli rəsmilərinin Kiyevə səfərləri sübut edir. Söhbət ABŞ-ın yüksək səviyyəli liderləri tərəfindən Ukraynaya fərqli siyasi dəstək səviyyəsindən gedir: Ostinin Ukraynaya səfəri, həmçinin Böyük Britaniyanın yeni xarici işlər naziri Kemeronun öz İcmalar Palatasında görüşdən əvvəl Ukraynaya gəlməsi təsadüf deyil”. O, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının məqaləsi üzərində də ətraflı dayanıb: “Zalujnı yazıb ki, bu vəziyyəti (cəbhədəki durğunluğu - red.) pozmaq üçün həll yolları yalnız “silahlar, silahlar, silahlar”dır. Zalujnının məqaləsi amerikalı tərəfdaşlara ünvanlanıb. Düşünürəm ki, o, bunu hərbi həmkarları ilə sıx əməkdaşlıqda yazıb. Bu, ABŞ-ın siyasi rəhbərliyinə müraciətdir. Mənə elə gəlir ki, ABŞ-ın siyasi rəhbərliyi bu yazını eşidib”.
2023-11-27
807,917
Peskovun “xatırlatması”: Bunun Qarabağa nə aidiyyəti?
Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır. Görəsən, Peskov nəyi nəzərdə tutub? Rusiya Azərbaycanın tərkib hissəsi olan Qarabağda niyə olmalıdır? Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Qərb dövlətlərinin bir qismi Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını azaltmağa çalışır: “Ancaq bunun Qarabağa aiddiyyəti yoxdur. ABŞ və ya Fransa İrəvanın istəyi ilə Ermənistanda Rusiya hərbçilərini əvəz etmək istəyərdilər, ancaq Qarabağda Rusiya hərbi kontingentini əvəz etmək mümkün deyil. Çünki Rusiya hərbi kontingentini evinə yol salmağa çalışan Azərbaycan rus hərbçiləri Qarabağda başqa ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək. Bunu Peskov da bilməlidir”.
2023-11-27
807,919
Azərbaycandan İrana gedən ailə ölkəyə qayıda bilmir - Foto
Azərbaycandan İrana gedən bir ailə ölkəyə qayıda bilmir. Axar.az xəbər verir ki, bu barədə "Təbriz Turan TV" Teleqram kanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasından həftələr öncə övladının müalicə prosesini izləmək üçün Təbrizə gedən bir ailə bu günlərdə bu şəhərdə qapalı qalıb, Şah gölündə parkda çadır quraraq soyuq payız gecələrini keçirir. Görünən odur ki, bu ailənin Tehrandan Bakıya hava yolu ilə gəlmək üçün maddi imkanı olmayıb və bu səbəbdən onlar İran sərhədini quru yolu ilə keçmək üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğuna müraciət ediblər, lakin onlar indiyədək heç bir nəticə əldə etməyiblər.
2023-11-27
807,920
Növbəti köç karvanı Füzuliyə çatdı
09:14 Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.
2023-11-27
807,923
Bakı metrosunda nasazlıq: sərnişinlər düşürüldü
"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb. Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb. Qeyd edilib ki, qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır.
2023-11-27
807,928
Neft həftəyə bu qiymətlə başladı
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 79.84 dollara, yüngül neftin bir barreli isə 74,80 dollara təklif olunur.
2023-11-27
807,930
Türkiyə ordusunun 3 əsgəri şəhid oldu
İraqın şimalında, “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə hərbçilərinə hücum nəticəsində yaralanan əsgər Fevzi Qızıldaş şəhid olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, Türkiyə ordusu ötən gün daha 2 hərbçisini itirib. Belə ki, "Pəncə-Kilid” əməliyyatı bölgəsində terror təşkilatının üzvləri tərəfindən törədilən hücumda baş çavuş Necdət Çalış və müddətdən artıq xidmət edən hərbi qulluqçu Əmrah Gündüz şəhid olub.
2023-11-27
807,932
DSX-dən əməliyyat: sərhədimizi pozan şəxs saxlanıldı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Axar.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib. Noyabrın 25-də saat 19:20-də Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1994-cü il təvəllüdlü Pakistan vətəndaşı İqbal Syed Kashıf Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
2023-11-27
807,935
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: "Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin".
2023-11-27
807,938
Ukraynada PUA istehsal edən zavod vuruldu
Rusiya Kiyevin Julyanı hava limanı yaxınlığında yerləşən təyyarə zavoduna raket hücumu həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Julyanı rayonundakı mülki aviasiya zavodu kimi tanınan “Zavod 410” zərbələrə məruz qalıb. Casuslarımızın verdikləri məlumata görə, zavodda Ukrayna ordusu üçün PUA-lar istehsal olunurdu”, - məlumatda qeyd olunub.
2023-11-27
807,946
Gömrükçülər külli miqdarda dərman preparatları aşkarladı
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıb. Komitədən Axar.az-a verilən məlumata görə, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda Türkiyədən gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib. Bu zaman nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan olunmamış 18 karton qutudan 147 adda külli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.
2023-11-27
807,947
Gəncədə qardaş bacısını öldürdü
Noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir. Qeyd edək ki, qətli törədən şəxsin Pəri Allahverdizadənin qardaşı olduğu bildirilir.
2023-11-27
807,948
Daha bir ölkə Rusiyanı sanksiyalardan yayındırır
Finlandiyanın Vantaa şəhərində fəaliyyət göstərən “HD-Parts” şirkəti sanksiyalardan yan keçərək, Rusiyaya milyonlarla avro dəyərində avtomobillər üçün ehtiyat hissələri tədarük etməklə məşğuldur. Axar.az xəbər verir ki, bu barədə “Yle MOT” nəşri məlumat yayıb. Məlumata görə, “HD-Parts” şirkəti Rusiyaya “Volvo” və “Skania” yük avtomobilləri üçün ehtiyat hissələri tədarük edib. Şirkətdən isə bildirilib ki, sanksiyaları pozmayıblar və bütün mallar Finlandiya gömrüyü tərəfindən təsdiqlənib.
2023-11-27
807,950
Kürdəmirdə 7 məktəbdə qızılca yayıldı
Kürdəmirdə 7 məktəbdə şagirdlər arasında qızılca yayılıb, 9 nəfər xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb: "Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi ambulator (ev şəraitində) şəraidı davam etdirilir, vəziyyətləri stabildir. Həmçinin təhsil müəssisələri arasında kəskin yoxulma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib. Mərkəzi Aran Regional Təhsil İdarəsi hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə müvafiq tapşırıqlar verib, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal xəstəxanaya müraciət etməsi,eyni zamanda qızılca əleyhinə peyvənd olunmaları tövsiyə olunub".
2023-11-27
807,953
642-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 642-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 325 580 hərbçi, 5520 ədəd tank, 10282 ədəd zirehli döyüş maşını, 7875 ədəd artilleriya sistemi, 907 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 597 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 299 ədəd avtomobil texnikası, 5905 ədəd PUA, 1565 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1113 xüsusi avadanlıq itirib.
2023-11-27
807,958
Onlar Ukraynanı aldatdılar - Arestoviç
Ukrayanaya dəstək vəd edən bəzi müttəfiqlərimiz dəstəyi heç vaxt reallaşdırmadılar. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb. “Əsl məsuliyyət bizə, Ukraynaya söz verib, amma yerinə yetirməyənlərin üzərinə düşür. Onlar bizi atdılar”, - o bildirib. Arestoviç qeyd edib ki, Ukrayna hakimiyyəti axmaqlığı və korrupsiya ucbatından müttəfiqlərinə Kiyevi “atmaq” üçün çoxlu səbəb verib: “Onlar Qərb ölkələrinə bu saxtakarlığa haqq qazandırmaq üçün “etibarlı arqumentlər” təqdim edib. Ukrayna son dərəcə qeyri-qənaətbəxş vəziyyətdədir. Ukraynanın təyyarələrə, uzaqmənzilli raketlərə və quru qoşunları üçün təchizatın beş dəfə artırılmasına ehtiyacı var. Kiyevin müttəfiqləri isə Moskva ilə sülh sazişi imzalamağa çalışacaqlar, bunun şərtlərindən biri “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir hissəsi kimi tanınması olacaq”.
2023-11-27
807,961
Rusiya 5 milyardlıq dənizaltı yolu çəkə biləcəkmi?
Rusiya-Ukrayna müharibəsinin soyuq aylarda mövqe döyüşlərinə keçəcəyi ehtimalı yüksəkdir, hər iki tərəf cəbhə bölgəsində mövqelərini gücləndirməyə çalışacaq. Çünki yeni hücumlar canlı qüvvənin daha böyük itkisi və hərbi texnikanın sıradan çıxması deməkdir. Qış aylarında mövqe döyüşləri davam etdikcə, tərəflər növbəti yay ayları üçün irəliləmək planlarını tərtib edəcəklər. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, gələn il Rusiya və Ukraynanı daha bir sınaq gözləyir, hər iki ölkədə prezident seçkisi keçirilməlidir: “Rusiyada prezident seçkisində sürpriz gözlənilmir, Vladimir Putin rəqibləri üzərində qələbəyə əmindir. Ukraynada isə müharibə şəraitində seçkinin keçirilib-keçirilməyəcəyi, keçirilərsə, hazırki dövlət başçısı Vladimir Zelenskinin mövqeyini qoruyub-qorumayacağı bəlli deyil. Buna baxmayaraq, prezident seçkilərinin müharibənin gedişatına çox da təsir edəcəyi proqnozlaşdırılmır. Bu arada, “Vaşinqton Post” məlumatlı mənbələrə istinadən Rusiya və Çinin birlikdə Krım yarımadasına dənizaltı tunelin tikintisinə başlamaq barədə razılıq əldə etdiklərini yazıb. Ukraynanın kəşfiyyat strrukturları Çinin dəmiryol inşaat şirkətinin məktublarını ələ keçirməklə tunel tikintisi barədə məlumat əldə ediblər. Məlumata görə, Çin şirkəti dənizaltı tunel tikintisi üçün Rusiyadan sifariş alıb. Rusiya bu tunelin tikintisi üçün Çin şirkətinə 5 milyard dollar ödəyəcək. Maraqlıdır ki, Rusiya bu maliyyəni elə Çin banklarından birindən kredit götürməklə Çinin tikinti şirkətinə ödəyəcək. Bunun qarşılığında Çin həmin tuneldən istifadəyə görə gediş haqqı toplayacaq. Rusiya və Çin arasında tunelin tikintisi ilə bağlı ilkin razılıq olsa da, bunun reallaşması indiki şərtlər altında mümkün deyil. Çünki Ukrayna ordusu Krım körpüsünü və körpünün ətrafını tez-tez raket atəşinə tutur, dron hücumları həyata keçirir. Raket atəşləri altında dənizin altı ilə tunelin tikintisi mümkün deyil. Tunelin tikintisi üçün ya müharibə bitməlidir, ya da Ukraynanın körpünü dron və raket atəşinə tutması ehitmalı ortadan qaldırılmalıdır. Rusiya hələ ki, bunu bacarmır. Çin şirkəti gözləmə mövqeyindədir”. Politoloq vurğulayıb ki, Rusiyanın müharibə apardığı bölgədə dənizaltı tunelin tikintisini Çinə tapşırması iki ölkə arasında münasibətlərin hazırki yüksək səviyyəsindən xəbər verir: “Ancaq orası da var ki, Çin nə zamansa tunelin tikintisinə başlayarsa, Krımın ilhaqına dəstək vermiş olacaq. Pekin Ukraynanın ərazi bütövlüyü əleyhinə bu addımı atarsa, Tayvan məsələsində mövqeyi zəifləyəcək”.
2023-11-27
807,962
Finlandiya Urmiya gölünün bərpasına yardım təklif etdi
Finlandiyanın İrandakı səfiri Karri Kahiluto Urmiya gölündə baş verən ekoloji fəlakətlə yaxından tanış olmaq məqsədilə gölün Qərbi və Şərqi Azərbaycan əyalətlərindəki sahillərinə səfər edib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edək ki, səfir bir neçə gün əvvəl Finlandiyanın yeni texnologiyalardan istifadə edərək Urmiya gölünün bərpasına yardım etməyi təklif edib. O, Urmiya gölünün qurumasının yalnız İranın problemi deyil, beynəlxalq səviyyədə əhəmiyyətli ekoloji problem olduğunu bildirib.
2023-11-27
807,964
3 ölkəni tədqiq etdik, ən yaxşı Azərbaycandır - Mehrabian
İran, Azərbaycan və Rusiyanın energetika nazirlərinin müavinləri arasında işgüzar görüşdə üç ölkənin elektrik enerji sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsinin təfərrüatı müzakirə edilib. Axar.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə İranın energetika naziri Əli Əkbər Mehrabian deyib. “Ümid edirik ki, İran, Rusiya və Azərbaycanın enerji sistemləri ən çoxu yaxın altı ay ərzində elektrik enerjisi mübadiləsinə başlayacaq”, - Mehrabian bildirib. O qeyd edib ki, Gürcüstan, Azərbaycan və Türkmənistan ərazisindən keçməklə İran və Rusiyanın enerji sistemlərini birləşdirmək üçün üç optimal marşrut tədqiq edilib: “Azərbaycan layihənin icrası baxımından daha sərfəlidir. Şəbəkələrin inkişafına və infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi ehtiyac yoxdur. Biz Azərbaycan və Rusiya ilə çox yaxşı razılaşma əldə etmişik ki, bu da bizə üç ölkənin elektrik sistemlərini ən qısa zamanda inteqrasiya etməyə imkan verir”.
2023-11-27
807,965
Nazirlikdən qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bu gün və sabah ölkə ərazisində hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Axar.az xəbər verir ki, nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə edib. "Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - məlumatda qeyd olunub.
2023-11-27
807,973
Darmadağın edilən Qəzza - Yeni video
7 oktyabrda HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibə nəticəsində Qəzza şəhəri böyük dağıntılara məruz qalıb. Axar.az xəbər verir ki, bununla bağlı Türkiyənin “Yeni Şəfəq” qəzeti yeni görüntü paylaşıb.
2023-11-27
807,974
Nikolun Gürcüstanla bağlı bu sözü ruspərəstləri əsəbiləşdirdi
Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədikləri ilə bağlı açıqlaması əks-reaksiyalar doğurub. Axar.az xəbər verir ki, Paşinyanın 24 noyabrda diaspor və ictimaiyyət nümayəndələrinin suallarını canlı yayımda cavablandırarkən dediyi “Biz Gürcüstanın birliyini və dövlətçiliyini tam və birmənalı şəkildə dəstəkləyirik” ifadəsinə ilk reaksiya rusmeyilli müxalifət və qondarma Abxaziya “rəsmiləri” tərəfindən gəlmişdi. Ötən gün isə Abxaziyanın qondarma parlamentinin erməni deputatları Nikol Paşinyana qarşı müraciət yayıblar. Onların bu müraciətdə Paşinyanı Gürcüstanın ərazi bütövlüyünü tanımasına görə qınaması və Azərbaycandakı keçmiş qondarma rejimlə müqayisələr aparması yox, bəzi məlumatlar daha maraqlıdır. Müraciətdə bildirilib ki, Abxaziyada 42 min erməni yaşayır və onlara öz dillərində təhsil, adət-ənənələri yaşatmaq üçün hər cür şərait yaradılıb. 42 minlik əhalinin isə qondarma parlamentdə 4 “deputatı” var.
2023-11-27
807,976
MM-də Ağdərə müzakirəsi başladı
Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb. Axar.az xəbər verir ki, qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edir. Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur. Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq. Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur. Müzakirələrdən sonra yeni qanun layihəsinin parlamentin plenar iclasına tövsiyə edilməsi gözlənilir.
2023-11-27
807,977
Bakıda bu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Axar.az xəbər verir ki. bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
2023-11-27
807,980
Fransa Qarabağ separatçılarını döyüşə hazırlayır - Sensasion fakt
11:17 Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır. Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərbi bloger Anastasiya Kaşevarova Teleqram kanalında məlumat yayıb. Məlumata görə, “Fontevrault L'Abbedəki” təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur: “Belə təlim mərkəzlərinin sayı çoxdur, təxminən yeddiyə yaxındır”. Bəzi təlim mərkəzlərindən foto və video sübutun da olduğu iddia olunur: “Xüsusilə, Mayi-le-Kan ərazisindəki “CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “CES - Center d'entrainement des post de” təlim mərkəzində erməni hərbçilər hazırlanır. Fransız təlimatçılar, o cümlədən etnik erməni əsgərlər işə cəlb olunublar. Onlar arasında könüllülər də var, əsasən də “artsax”dan gələn gənclər bura cəlb olunurlar. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir, bu baxımdan məcburi göndərilən hərbçilər də var. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir. Hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onlar xüsusi hərbi əməliyyat zonasına göndəriləcəklər. Qəribə bir təsadüf nəticəsində oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın olur ki, orada hansı “təcrübə mübadiləsi” müzakirə olunub”. Qeyd edək ki, “Zerqulio” Teleqram kanalı da mənbələrinə istinadən Ermənistan hərbçilərinin Fransada Rusiyaya qarşı hərbi təlim keçdiklərini bildirir. Xatırladaq ki, Ermənistan KTMT-nin üzvüdür.
2023-11-27
807,983
Temperatur 10 dərəcə düşəcək, yağış və qar yağacaq
Azərbaycanda bir neçə gündür ki payızın sonuna və qışın əvvəlinə xas olmayan hava şəraitinin şahidi oluruq. Belə ki, cənub-şərq küləklərinin əsməsi nəticəsində ölkə ərazisində mülayim-isti hava şəraiti davam edir. Amma bu gündən etibarən ölkə ərazisində, həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntıların artacağı gözlənilir. Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib. O bildirib ki, noyabrın 27-dən gündüzdən 28-i səhərə qədər şimal qərb küləyinin əsəcəyi, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s- dək güclənəcəyi gözlənilir: “Noyabrın 27-si axşamdan 28-i səhərə qədər arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv yağışlar, şimşək çaxacağı gözlənilir. Noyabrın 27-si axşamdan havanın temperaturu ötən günlərə nisbətən kəskin 10 dərəcə aşağı enəcək. 28-i gündüz saatlarında havanın temperaturu 10-12 dərəcə isti olacaq”. Xidmət rəisinin sözlərinə görə qeyri-sabit hava şəraiti bölgələrdə də davam edəcək: “Noyabrın 27-si şimal və qərb rayonlarından başlayaraq 28-i axşama qədər ölkə ərazisində havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Həmçinin bölgələrdə qərb küləyi əsəcək, küləyin sürəti 20-25 m/s, ayrı-ayrı yerlərdə 33-38 m/s qədər güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Aran rayonlarda gecə 3-7 dərəcə, gündüz 11-15 dərəcə, dağlıq rayonlarında 4-9 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcə istiyə qədər dəyişəcək
2023-11-27
807,987
Qarabağa getmək istəyənlərin nəzərinə!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər noyabrın 28-də saat 11:00-da satışa çıxarılacaq. Nazirlikdən Axar.az-a verilən məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırıldığından artıq 18 yaşına çatmayan şəxslər üçün də bilet almaq mümkündür. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 647 reys həyata keçirilib, 26 530 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
2023-11-27
807,989
Kim Çenin casus peyki ABŞ bazalarını görüntülədi
Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreyada ABŞ bazalarının yerləşdiyi Seul və digər şəhərlərin fotolarını əldə edib. Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi mətbuatı məlumat yayıb. Bildirilib ki, Şimali Koreya lideri yeni casus peykinin noyabrın 24-də çəkdiyi əsas hədəf rayonların fotoları ilə tanış olub. Fotoların birində noyabrın 21-də Pusan limanına yan alan ABŞ-ın “Karl Vinson” aviadaşıyıcısı əks olunub. Kim Çen İn hətta ABŞ-ın Havay adalarındakı Pyorl-Harbor və Hikem hərbi-dəniz bazalarının da görüntüləri ilə tanış olub.
2023-11-27
807,990
Bakıda bu nazirlərin üçtərəfli görüşü keçirildi
11:35 Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Görüşdə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd edilib. Bildirilib ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xalqlarımızın rifahının təmin olunması baxımından böyük önəm kəsb edir. Üçtərəfli görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib və üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.
2023-11-27
807,992
Gəmilərə xəbərdarlıq: Dalğanın hündürlüyü 6,5 metr olacaq!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz va Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. “Bu gün gündüzdən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s-dək güclənəcəyi gözlənir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir”, - xəbərdarlıqda bildirilib.
2023-11-27
807,994
Səudlar Qarabağdan sonra İrəvanla “sülh bağladı”
Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulması mühüm hadisədir. Amma bu, yalnız Azərbaycan Qarabağı azad edəndən sonra baş verdi. Axar.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants deyib. “Başqa sözlə desək, səudlar Ermənistanla Qarabağ məsələsi bitəndən sonra “sülh bağladılar”. Eynən AB də bu məsələ tarixə qovuşandan sonra Ermənistanla münasibətləri dərinləşdirməyə başladı. Qarabağ məsələsi Avropa paytaxtlarına da maneə yaradırdı, çünki bu münaqişə çərçivəsində Ermənistanla münasibətlərin inkişafı Azərbaycanla qarşıdurmanı nəzərdə tuturdu ki, bu da nə Ər-Riyadın, nə də Brüsselin gündəmində idi”, - o bildirib.
2023-11-27
807,998
"Muğan Bank"ın əmanətçilərinə şad xəbər!
Bu gündən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedicisi olduğu Muğan Bank ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayıb. Axar.az xəbər verir ki, ödəniş "Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Kapital Bank" ASC-lər vasitəsilə həyata keçirilir. Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” müflis elan edilib, ƏSF onun ləğvedicisi təyin olunub. "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Muğan Bank”da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib. "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları "Muğan Bank"ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər. Əmanətçilər kompensasiyalarını almaq üçün ABB və "Kapital Bank"In müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədləri və onların surətini, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir. Qorunan əmanətçilər ərizə formalarını ABB və "Kapital Bank"ın müvafiq filiallarından və www.adif.gov.az saytından əldə edə bilərlər. "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100%-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100%-i qədər kompensasiya ödəniləcək.
2023-11-27
808,000
Bakıda bu binalar da sökülür
Bakının ən böyük rayonunda binalar plana düşüb. Axar.az Bakı.vs-yə istinadən xəbər verir ki, söhbət Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki sovet dönəmində tikilən çoxmənzilli binalardan gedir. 28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə çoxmərtəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə pulu da veriləcək. Qeyd edək ki, sakinlərin bir çoxu şirkətin təklifini qəbul edərək evləri boşaldıb.
2023-11-27
808,002
3 türk ölkəsindən Azərbaycana dəhliz... - Berdiməhəmmədov
Qırğızıstan - Özbəkistan - Türkmənistan marşrutu üzrə Xəzər dənizinə qədər uzanacaq, daha sonra Azərbaycan və Türkiyəyə genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzrə işlər aparılır. Axar.az xəbər verir ki, bu sözləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov öz açıqlamasında deyib. Berdiməhəmmədov eyni zamanda tezliklə Azərbaycana elektrik enerjisinin nəqlinin mümkün olacağını qeyd edib.
2023-11-27
808,004
Azərbaycan qırıcıları havaya qaldırdı - Video
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib. Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra Su-25ML tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü hədəflərə uzaq məsafədən atəş açılıb. Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim atışlarında təyin edilmiş hədəflər dəqiq aviasiya zərbələri ilə uzaq məsafədən məhv edilib.
2023-11-27
808,006
Deputat: Zardaxaç, Qasapet adlı kəndlər...
Milli Məclisin deputatı Aqil Məmmədov Tərtər və Kəlbəcər rayonlarının ümumilikdə iki kəndinin adının dəyişdirilməsini təklif edib. Axar.az xəbər verir ki, deputat bu təkliflə parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib. “Ağdərə rayonuna daxil edilən kəndlərin adları dəyişdirilib. Bu, sevindirici haldır. Amma iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Qasapet kəndləridir. Düşünürəm ki, bunların adlarına yenidən baxılmalıdır. Onların adları niyə belə qalıb, bilmirəm”, - deputat qeyd edib.
2023-11-27
808,007
Təbrizdə çadırda yaşayan Azərbaycan vətəndaşı... - Foto
Bir sıra Teleqram kanallarında Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan ailənin ölkəyə geri qayıda bilməməsi və Şahgölü parkında çadırda qalması ilə bağlı xəbərlər yayılıb. Axar.az xəbər verir ki, xəbərin yayılmasından sonra təbrizlilər ailəyə yardım etmək üçün Şahgölü parkına gediblər. Ailənin yanına gedən təbrizlilərin yazdığına görə, hadisə şişirdilib, tələsik yayılan məlumat sonradan dəqiqləşdirilməyib. Təbrizli sosial media istifadəçilərinin noyabrın 27-i səhər saatlarında Şahgölü parkına getməsi nəticəsində məlum olub ki, Azərbaycanın Təbrizdəki Baş konsulluğu ailəni iki gün əvvəl Şahgölü parkından konsulluğa aparıb.
2023-11-27
808,016
İrəvanın qərarına hörmətlə yanaşırıq - KTMT
Ermənistan KTMT-nin müttəfiqi olub və qalır. İrəvanın Minskdəki iclasda iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur. Axar.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov deyib. “Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakterli olub. İstənilən halda bu, müstəqil və suveren dövlətin qərarıdır. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistanın qərarına hörmətlə yanaşır”, - Tasmaqambetov bildirib.
2023-11-27
808,019
Bu ərazilərdə əhaliyə pay torpaqları veriləcək
İşğaldan azad edilmiş ərazilərdə kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi gözlənilir. Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib. S.Novruzov vurğulayıb ki, kəndlər kompaktlaşdırılaraq, onlara böyük məktəblər, xəstəxanalar tikilməsi nəzərdə tutulur. Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.
2023-11-27
808,020
İnstaqramda qadınları hədələyən 19 yaşlı şəxs saxlanıldı
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən və qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, bir neçə rayon sakini polisə müraciət edərək İnstaqramda tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər. Müraciətlər dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 19 yaşlı Yaşar Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun xaker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Y.Məmmədovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də ərazi polis orqanına müraciət edə bilərlər.
2023-11-27
808,022
Çexiya: Ukraynaya vəd verdik, əməl etmədik
Ukrayna Avropadan silah təchizatının olmaması səbəbindən hərbi cəhətdən çətinliklərlə üzləşəcək. Axar.az xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel deyib. “Ukraynanın bu il böyük əks-hücum üçün yeganə fürsəti var idi. Əks-hücumlar baha başa gəlir, mürəkkəbdir və vaxt aparır, ona görə də ildə iki-üç dəfə əks-hücum təşkil etmək mümkün deyil. Bu qış çox çətin olacaq, çünki Ukraynanın əksər infrastrukturu dağıdılıb. Ukraynanı dəstəkləyən ölkələrdə qeyri-müəyyənlik artır. Bütün bunlar hərbi əməliyyatların davam etdirilməsinə kömək etmir”, - Pavel bildirib. Onun sözlərinə görə, silah yardımları Ukraynaya aktiv hərbi əməliyyatlar aparmağa imkan vermir: “Artilleriya üçün mərmi tədarükü ilə bağlı vədlərimizə əməl etmədik, F-16 üçün pilotların hazırlığı lazımi tempdə getmir. Bütün bunlar qeyri-müəyyənlik yaradır ki, bu da hərbi kampaniyanın planlaşdırılması üçün əlverişli deyil”.
2023-11-27
808,025
Təhsil naziri toyda "rusca" oynadı - Video
Atletika üzrə Azərbaycan millisinin üzvü Nazim Babayev Avropa çempionu, İslam Həmrəyliyi Oyunları və Universiadanın qızıl medalçısı bədii gimnast, hazırda məşqçi kimi çalışan Nərmin Cahangirova ilə ailə həyatı qurub. Kult.az xəbər verir ki, cütlüyün toy mərasimində iştirak edənlər arasında elm və təhsil naziri Emin Əmrullayev də olub. “Nyus24”ün yaydığı görüntülərdən aydın olur ki, qonaqlar “Payız gəldi, uçdu getdi quşlar” mahnısına rəqs edirlər. Ancaq nə qədər qəribə də olsa, bu Azərbaycan mahnısı rus dilində səsləndirilir və qonaqlar da deyəsən bunun fərqinə varmılar. Azərbaycan mahnılarının rusca ifasının hansı zərurətdən yarandığını təsəvvür etmək çətindir.
2023-11-27
808,026
Füzulidə forum keçirildi
13:03 Füzuli şəhərində Azərbaycan və Özbəkistan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu keçirilir. Axar.az xəbər verir ki, tədbiri hər iki ölkənin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Forumda Azərbaycan və Özbəkistan olan deputatlar, şairlər, ictimai xadimlər və media nümayəndələri iştirak edirlər. *** İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan QHT-lərinin forumu bədii hissə ilə başa çatıb. Füzulidə forumun yekun hissəsində təşkil olunan konsert proqramında Azərbaycanın tanınmış sənət adamları xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri ifa ediblər. Həmçinin milli rəqslər nümayiş olunub. Bədii hissə iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra Özbəkistan-Azərbaycan milli şirniyyatları ilə çay süfrəsi təşkil edilib.
2023-11-27
808,028
Xaçatryan hökmdən apellyasiya şikayəti verdi
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan hökmdən apellyasiya şikayəti verib. Axar.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Radmila Abılova deyib. O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və V.Xaçaturyan barəsində bəraət hökmünün çıxarılmasını istəyir: "V.Xaçatryanla noyabrın 24-də görüşdüm. Səhhəti ilə bağlı heç bir problem yoxdur. Ona bütün hüquqlarını izah etmişəm". Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Xatırladaq ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub. 12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib. 29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
2023-11-27
808,029
“Əsrin fırtınası”: Rusiyanın cənubu “dağılır” - Video
Noyabrın 26-da Krım və Kuban sahillərində fırtına baş verib. Axar.az xəbər verir ki, Krımın sahilyanı zonalarında əhalinin təxliyəsinə başlanılıb. Kəskin hava şəraiti səbəbindən Sevastopol qubernatoru Mixail Razvojayev bazar ertəsi gününü qeyri-iş günü elan edib. Sinoptiklər bu hadisəni “Əsrin fırtınası” adlandırıblar. Krımın qərb hissəsində küləyin sürəti saniyədə 40 metrə çatıb. Yalta və Saki kimi kurort şəhərlərində fırtına qaz xətlərini sıradan çıxarıb. Yevpatoriyada dəniz sahildən çıxaraq bir neçə yolu su altında qoyub. Şəhərə aparan bütün yollar bağlıdır. Rusiya Fövqəladə Hallar Nazirliyi Yevpatoriyanın su altında qalan rayonlarındakı əhaliyə yardım etmək üçün xilasedici qruplar göndərib. Tuapse, Gelencik, Anapa, Novorossiysk sahil rayonlarında dalğanın hündürlüyü 8 metrə çatıb. Fırtına səbəbindən təyyarələr Soçi aeroportuna enə bilmir. Soçinin meri Aleksey Kopayqorodski bütün xidmətlərin yüksək hazırlıq vəziyyətinə gətirilməsini tapşırıb. Anapada yerli hakimiyyət orqanları dərslərin keçirilməsini dayandırıblar. Tuapse limanında noyabrın 27-də günün sonunadək güclü axın gözlənilir. Fırtına Krasnodara da çatıb. Güclü külək burada evlərin damını uçurub. Pis hava şəraiti səbəbindən Karasunsk, Kuban və Mərkəzi dairələrində yaşayış evləri elektrik enerjisiz qalıb. Ukraynada da güclü qar və külək səbəbindən 400-dən çox yaşayış məntəqəsi işıqsız qalıb. Odessadakı böyük istilik sistemi fəaliyyətini dayandırıb.
2023-11-27
808,030
Sabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
2023-11-27
808,031
"Avrora" şirkəti işçi qəbulu elan etdi
Avrora MMC pərakəndə sektorunda fəaliyyətə başlamış “Tamstore” marketlər şəbəkəsi üçün işçi qəbulunu davam etdirir. Mağaza heyətinin tam formalaşdırılması üçün satıcı, kassir, fəhlə, qəssab, mühafizəçi və paketləyici vakansiyaları üzrə Açıq Qapı keçiriləcək. Karyerasınıpərakəndə sektorunda qurmaq istəyənlər 29 noyabr 2023-cü il tarixində saat 10:00-dan etibarən Avrora MMC-nin mərkəzi ofisinə (Nərimanov rayonu, Aşıq Molla Cümə 46C) yaxınlaşa bilərlər. Müsahibədən uğurla keçmiş namizədlər Bakı şəhərinin müxtəlif yerlərində (Badamdar, Bayıl, Binəqədi, Biləcəri, Xırdalan, Əmircan, Qaraçuxur, Xalqlar və Neftçilər metro stansiyası ərazilərində) yerləşən marketlərdə işlə təmin olunacaqlar. Mağazada 8 saatlıq növbəli iş qrafiki, bazar rəqabətli əməkhaqqı və nahar təmin ediləcək. Təcrübə tələb olunmur. Karyerasını qurmaq və inkişaf etdirmək istəyənlər üçün “Tamstore” tam işləmək istədiyiniz yer olacaq! Müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsi və kişi namizədlər üçün hərbi biletin təqdim edilməsi vacibdir.
2023-11-27
808,032
Rəisi ixracı artırmaq üçün getdi, 53 faiz azaldı
İran Prezidenti İbrahim Rəisinin iyul ayında Afrikanın bir neçə ölkəsinə səfərindən sonra bu ölkələrə ixracat kəskin azalıb. Axar.az xəbər verir ki, bu barədə İran Sənaye və Mədən Evinin Beynəlxalq Əlaqələr Komissiyası məlumat yayıb. Bildirilib ki, cari ilin 7 ayında İranın Afrika qitəsinə ixracı 434 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz azalma deməkdir.
2023-11-27
808,033
Gürcüstanın müdafiə naziri Azərbaycana gəldi
Noyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ölkəmizə səfər edib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İkitərəfli və üçtərəfli formatda keçiriləcək görüşlərdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.
2023-11-27
808,036
HƏMAS-ın başını kəsmək, Qəzzanı qanda boğmaqla... - Rusiya
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-ı Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə səbəb olan destruktiv siyasət yürütməkdə ittiham edib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “ABŞ-ın Fələstin düyününü birtərəfli şəkildə açmaq istəyi və dağıdıcı siyasəti Fələstin-İsrail münasibətlərində kəskin böhrana səbəb olub. Münaqişənin heç zaman bitməyəcəyi ilk gündən məlum idi. Bu faciəli hadisələr, nəhəng humanitar fəlakətin baş verməsi ona gətirib çıxarır ki, ABŞ və Qərb mənəvi nüfuzunu itirir”, - Uşakov bildirib. O qeyd edib ki, bu konkret nümunə Yaxın Şərqin öz suverenliyini, müstəqilliyini və sivilizasiya varlığını gücləndirmək istəyini nümayiş etdirir: “Hətta HƏMAS-ın başını kəsməklə, Qəzza zolağını qan içində boğmaqla belə, çətin ki, İsrailin təhlükəsizliyini təmin etmək mümkün olsun. Bir müddət sonra nifrət və terror dalğası yenidən başlaya bilər, bunu istisna etmək olmaz”.
2023-11-27
808,040
Rusiyada aerodrom su altında qaldı - Video
Rusiyada Tiliçiki aerodromu su altında qalıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, söhbət Kamçatkada Korfu körfəzi yaxınlığında yerləşən strateji obyektdən gedir: “Noyabrın 27-də səhər saatlarında Berinq dənizi sahillərini aşıb, bunun nəticəsində Olyutorski rayonunun inzibati mərkəzi ilə birlikdə uçuş-enmə zolağı su altında qalıb. Uçuşlar müvəqqəti olaraq dayandırılıb. Petropavlovsk-Kamçatskiyə gedən sərnişinlərin Mi-8 helikopterləri ilə daşınması planlaşdırılır”.
2023-11-27
808,041
Şeyx Özbəkistanda təhsil aldığı mədrəsəyə getdi
Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin 4-cü görüşündə iştirak etmək məqsədilə Özbəkistanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Maturidinin elmi irsi və müasir dövr” mövzusunda üləmalar forumunda iştirak edib. Bu barədə Axar.az-a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Türk dünyasının və İslam aləminin tanınmış din və elm xadimləri iştirak ediblər. Daha sonra A.Paşazadənin rəhbərlik etdiyi QMİ nümayəndə heyəti “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə Buxara şəhərinə səfər edib. Konfransda iştirak edən nümayəndə heyətləri müqəddəs dinimizin mənəvi irsinin inkişafında müstəsna rol oynamış orta əsrin görkəmli İslam alimi və mütəfəkkiri Məhəmməd Bahaəddin Nəqşibəndinin məzarını və məscid kompleksini, ardınca “Mir Ərəb” mədrəsəsini ziyarət edib. Burada Qurani-Kərimdən ayələr tilavət edilib, birgə namaz qılınıb, türk dünyasının, bütün İslam aləminin tərəqqisi və əmin-amanlığı üçün dualar edilib. Təhsil ocağının məzunu olan Şeyxülislam xüsusi ehtiram və rəğbətlə qarşılanıb. Qonaqlara “Mir Ərəb”in yaradılması və fəaliyyəti haqqında məlumat verən mədrəsənin rəhbəri buradan məzun olan görkəmli din xadimləri arasında QMİ sədri A.Paşazadənin adını xüsusi qeyd ediblər. Qonaqlara Şeyxülislam Paşazadənin təhsil aldığı sinif otaqları və yaşayış məkanı nümayiş etdirilib. Nümayəndə heyətləri - Türk dövlətlərinin və İslam dünyasının dini liderləri və alimləri, eləcə də Özbəkistanın dövlət rəsmiləri, ictimai və elmi-dini xadimlər “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş “Buxaranın İslam sivilizasiyasında rolu” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Özbəkistan Prezidentinin müşaviri Müzəffər Kamilovun iştirakı ilə keçirilən tədbirdə Misirin baş müftisi Şövqi Əllam, Ümumdünya Müsəlman Üləmaları Birliyinin baş katibi Əli Əl-Qaradaği, Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri Müfti İsmayıl Berdiyev və başqaları iştirak ediblər. Tədbirdə məruzə ilə çıxış edən QMİ sədri qədim elm, mədəniyyət, din mərkəzi Buxaranın hər bir müsəlmanın qəlbində özəl yerinin olduğunu, bu ulu diyarın ateizm dövründə müqəddəs dinimizin dəyərlərini qoruyub saxladığını xüsusi olaraq vurğulayıb. Azərbaycan-Özbəkistan əlaqələrinə toxunan Şeyxülislam deyib: “Şükürlər olsun ki, Azərbaycan və Özbəkistan arasında dərin tarixə malik mədəni, mənəvi əlaqələr bu gün də uğurla davam edir. Özəlliklə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin, hərtərəfli əməkdaşlığın inkişafına dəstək olduğu kimi, ortaq milli-mənəvi dəyərlərimizin zənginləşməsinə də öz töhfələrini verməkdədir”. O həmçinin qeyd edib ki, qədim İpək Yolunun üzərində yerləşən qardaş ölkələrimizin mədəni-mənəvi özülləri möhkəm təməllər üzərində təşəkkül tapıb. Görkəmli elm, irfan sahibləri, İmam Əl-Buxari, Şeyx Əl-Maturudi, Şeyx Nəqşibəndi kimi, Azərbaycanı dünya çapında tanıdan dahi ustadlar - Şeyx Nizami, Füzuli, Nəsimi, Xaqani kimi söz ustadları, Əcəmi Naxçıvani kimi memarlıq dahisi müsəlman Şərqinin, türk dünyasının ümumi sərvətidir. Şeyxülislamın özbək dilində etdiyi çıxış iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür məktubu ünvanlayıblar. Buxara səfəri çərçivəsində QMİ sədrinin Türkiyə Diyanət işləri başqanı Ali Erbaş, Misir, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, habelə RF Şimali Qafqaz regionunun müftiləri, həmçinin, İordaniya, Qətər və Rusiyanın müsəlman elmi-dini xadimləri ilə görüşlər keçirib.
2023-11-27
808,046
Şeyx Heydərin Xızıda məhv olan məqbərəsi - Foto
Səfəvi təriqətinin rəhbəri və Şah İsmayıl Xətainin atası Şeyx Heydərin Xızı rayonunun Tıxlı kəndində yerləşən məqbərəsi dağılıb. Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, sözügedən məqbərə daşınmaz tarix-mədəniyyət abidələri siyahısına daxil edilməyib: “Şeyx Heydərin türbəsi olduğu ehtimal olunan tarixi tikili 2001-ci ildə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyildir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində Xızı rayonu Tıxlı kəndinin 3-4 km şimal-şərqində yerləşən və tarixi şəxsiyyət Şeyx Heydərə məxsus olduğu ehtimal olunan türbənin qalıqları yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb. Təbii təsirlər nəticəsində türbənin az bir hissəsi günümüzə qədər gəlib çıxıb. Türbənin qalıqlarının qorunmasına nəzarət olunur. Bərpa və ya konservasiya işlərinin aparılması isə türbə reyestrə daxil edildikdən sonra nəzərə alınacaq”. Qeyd edək ki, 1488-ci ildə Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaş (Səfəvi) qoşunları arasında baş vermiş döyüş nəticəsində öldürülən Şeyx Heydər müridləri tərəfindən elə orada da dəfn olunub. Sonradan onun nəşi Ərdəbilə aparılıb.
2023-11-27
808,050
Bu universitetin 8 tələbəsi qızılcaya yoluxdu
AzTU-da (Azərbaycan Texniki Universiteti) ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə Report-a universitetdən bildirilib. Qeyd olunub ki, həmin tələbələr izolyasiya olunublar: "Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib".
2023-11-27
808,053
Prezident Təlim-Məşq Mərkəzində... - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Axar.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev dövlətimizin başçısına Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə bağlı məlumat verdi. Qeyd edək ki, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. İdmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə inşa olunan nəhəng idman kompleksləri Azərbaycanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meyilinin artması ilə nəticələnib. Bütün bunlar isə ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bildirildi ki, Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi 1967-ci ildə istifadəyə verilib. Bir vaxtlar “Neftçi” təlim-məşq bazası kimi şöhrət tapan bu idman kompleksi şəhərin mərkəzində, Azadlıq prospekti 149 ünvanında yerləşir. Kompleksin adı 1997-ci ildə dəyişdirilərək Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinə çevrilib. İdman qurğusu fəaliyyətini bundan sonra cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi kimi davam etdirəcək. Diqqətə çatdırıldı ki, Mərkəzdə əsaslı təmir və tikinti işləri yüksək keyfiyyətlə aparılıb və bu ilin noyabrında başa çatdırılıb. Ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Təlim-Məşq Mərkəzi müasirliyi ilə diqqəti cəlb edir. Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək. Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib. Dövlətimizin başçısı əsas binada yaradılan şəraitlə də tanış oldu. Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub. İdman qurğusunun fiziki hazırlıq zalı da ən yüksək standartlara cavab verir. Məşqçilərin otaqlarında da məhsuldar fəaliyyət üçün hər cür şərait yaradılıb. Təlim-Məşq Mərkəzinin əhəmiyyətini artıran amillərdən biri də burada 28 yerlik müasir otel bölməsinin yaradılmasıdır. Oteldə həm idmançıların, həm də məşqçilərin qalması və istirahəti üçün hər cür imkan var. Mərkəzdə çalışacaq 50-dən artıq əməkdaş üçün də əsas binada hər bir şərait yaradılıb. Buradakı restoranda idmançılara yüksək səviyyədə xidmət göstəriləcək. Kompleksdə idmançıların sağlamlığı da nəzərə alınıb. Həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib. İdman qurğusunun həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb. Bu gün Azərbaycanda idman cüdo növünə maraq çox böyükdür. Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olan Azərbaycan bu idman növünün inkişafında çox maraqlıdır. Bu da idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Xüsusilə də cüdo üzrə illik nəticələrə nəzər saldıqda görərik ki, Azərbaycan bu idman növündə 2023-cü ildə Avropa Gənclərinin Olimpiya Festivalında, Avropa və Dünya çempionatlarında və digər mötəbər yarışlarda tarixi qələbələrə imza atıb. Belə ki, Azərbaycan cüdoçuları il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlarda ümumilikdə 233 medal əldə ediblər. Bu medallardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olub. Regionlarda da cüdo üzrə infrastrukturun təkmilləşdirilməsi Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, 2023-cü ildə Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonu Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonlarında isə cüdo zallarının təmiri davam etdirilməkdədir.
2023-11-27
808,056
Rusiya bu ölkənin BMT TŞ-yə daimi üzvlüyünü dəstəkləyir
Rusiya Braziliyanın müstəqil xarici siyasətini yüksək qiymətləndirir və bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyini dəstəkləyir. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 195 illiyinə həsr olunmuş sərginin açılış mərasimində çıxışı zamanı deyib. “Biz BMT və onun Təhlükəsizlik Şurasında səmərəli və konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstəririk”, - o bildirib.
2023-11-27
808,058
Lənkəran sex sahibi məsuliyyətə cəlb edildi
Lənkəranda qanunsuz ağac emalı ilə məşğul olan sex aşkarlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə obyektə baxış zamanı fıstıq və qızılağac növlü ağacların ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin tələblərinin pozularaq emal ediliyi müəyyən edilib. Sexin sahibi Lənkəran şəhər sakini 1961-ci il təvəllüdlü R.Nəzərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.
2023-11-27
808,060
Deputatlardan millimizə nümunə: bürünc qazandılar
Noyabrın 23-27-də Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turniri keçirilib. Turnirdə Türkiyə, Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstan parlamentlərinin komandaları iştirak edib. Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat yayıb. Beynəlxalq turnirdə Azərbaycan Milli Məclisini vitse-spiker Adil Əliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Mahir Abbaszadə, Azər Badamov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Cəbi Quliyev, Naqif Həmzəyev, Tural Gəncəliyev, Vüqar Bayramov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov, Milli Məclis sədrinin köməkçisi Aqşin Hümmətov, şöbə müdirinin müavini Emin İmanov, Aparat rəhbərinin köməkçisi İlham Həsənov, Parlament Aparatının əməkdaşları Rüfət Ələkpərov və Təbriz Tağıyevdən ibarət futbol komandası təmsil edib. Komandanın baş məşqçisi keçmiş futbolçu İsgəndər Cavadov olub. B qrupunda mübarizə aparan Milli Məclisin komandası ümumilikdə 4 oyunda 3 qələbə qazanaraq yarışı bürünc medallarla başa vurub. Komandamızın yeganə məğlubiyyəti yarışı çempion kimi tamamlayan Rumıniya komandasına qarşı oyunda qeydə alınıb. Turnirin final matçında Rumıniya komandası qalib gələrək birinci yerə çıxıb.
2023-11-27
808,061
Pakistan ordusu 8 yaraqlını məhv etdi
Pakistan hərbçiləri ölkənin şimal-qərbində Əfqanıstanla sərhədə yaxın ərazidə Taliban silahlılarının istehkamına hücum edib. Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb. Məlumata görə, Pakistan ordusu bazar günü Xeybər Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində kəşfiyyat əməliyyatı zamanı silah-sursat da müsadirə edib. Bildirilib ki, əməliyyat zamanı 8 terrorçu məhv edilib.
2023-11-27
808,062
İranla Azərbaycan arasında münasibətlər... - Kənani
İran və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi və sairə sahələrdə əməkdaşlıq mövcuddur. Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün Tehranda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, İranla Azərbaycan arasında münasibətlər müsbət istiqamətdədir: “İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üzrə müzakirələr aparılır və bu müzakirələr qənaətbəxşdir. İran iki ölkə arasında əməkdaşlığın müştərək mənafe çərçivəsində davam etməsinə nikbin yanaşır. Hər iki tərəfdə bu iradə mövcuddur”, - deyə o qeyd edib. Qeyd edək ki, 44 günlük 2-ci Qarabağ müharibəsindən sonra İran və Azərbaycan arasında münasibətlərdə soyuqluq yaranmışdı. Son vaxtlarda isə iki ölkə arasında əlaqələrin bərpası istiqamətində addımların atıldığı müşahidə olunur. Lakin artıq hətta Prezident İlham Əliyevin təsdiq etdiyi Fəaliyyət Planına əsasən Zəngilan rayonunun Ağbənd Qəsəbəsində, Naxçıvan ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İranla razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanması qərara alınıb.
2023-11-27
808,064
Hərbçilərin pensiya yaşı artırılır - Video
Hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi artırılır. Axar.az xəbər verir ki, bu, Milli Məclisə daxil olmuş “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Layihəyə qeyd edilib ki, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.
2023-11-27
808,067
Batya Nikola əsəbiləşdi, əvəzində... - Dubnov
Ermənistan Moskvadan və onun rəhbərlik etdiyi KTMT-dən sürətlə uzaqlaşır. Paşinyanın Minskdə keçiriləcək KTMT sammitinə nümayişkaranə məhəl qoymaması buna əyani sübutdur. Hətta Belarus Prezidenti Lukaşenko da bununla bağlı qıcıqlandığını gizlətmədi. Onun çıxışının pafosu KTMT tərəfdaşlarına NATO-nun aqressiv hazırlıqları qarşısında birliyi qorumaq üçün qəti çağırışla dolu idi. Bu, Ermənistanın bu birliyə xələl gətirən az qala xain davranışından acı məyusluq kimi oxundu. “Demarş etməkdənsə, yığıncaqlarda problemləri müzakirə etmək daha yaxşıdır”, - deyə o, kiçik erməni yoldaşına mühazirə oxudu. Lakin onun həmkarlarından heç biri bu mövzunu dəstəkləmədi. Lukaşenkodan 2024-cü il üçün KTMT sədri səlahiyyətlərini qəbul edən Qazaxıstan Prezidenti Tokayev, əksinə, sakit və dinc idi. O, aqressiv Qərbi ləkələmədi, təşkilatın özündə daxili prosedurların və təcrübələrin təkmilləşdirilməsinə diqqət yetirməyi təklif etdi. İndi onun üzvləri Nikolu dekabrda Aİİ-nin Sankt-Peterburqda keçiriləcək sammitində görməyi səbirsizliklə gözləyirlər. Hazırda orada sədrlik edən Rusiya öz səlahiyyətlərini Ermənistana verməlidir. Paşinyan isə buna cavab olaraq Rusiya-Ermənistan münasibətlərini ən yüksək səviyyədə müzakirə edəcəyinə dair qeyri-müəyyən şəkildə eyham vurub. Nə zaman və harada sualını isə cavabsız qoydu. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Arkadi Dubnov deyib. “Hazırda isə bu münasibətlər getdikcə pisləşir. Nikol Rusiya mediasını Ermənistanın daxili işlərinə qarışmaqda və ölkədə daxili siyasi sabitliyi pozmaqda ittiham edib. İrəvan müasir rus silahlarını almaq ümidi ilə 2022-ci il fevralın 24-dək Rusiyaya ödənilən 200 milyon dollar məsələsini qaldırıb. Lakin Rusiyanın özünün indi silahsız olduğunu anlayan Ermənistan bu pulu Rusiyaya olan dövlət borcunun ödənilməsi kimi qəbul etməyi təklif edir. Bundan əlavə, İrəvan bu günlərdə bir daha xatırladıb ki, o, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın əraziləri hesab etməkdə davam edir, Gürcüstanın birliyini və dövlətçiliyini dəstəkləyir. Bu mövqe Rusiyaya ziddir. Moskva hələ də İrəvanın bu siqnallarına rəsmi cavab verməyib, inadkar tərəfdaşlara qarşı sübut edilmiş təzyiq üsullarından istifadə etməyə üstünlük verib. Artıq bir neçə gündür ki, Ermənistandan kənd təsərrüfatı məhsulları daşıyan yük maşınları Yuxarı Lars sərhəd-keçid məntəqəsində saxlanılıb. Təbii ki, “fitosanitar normalar pozulub”. Paşinyan isə Ermənistanın KTMT-ni deyil, əksinə, KTMT-nin Ermənistanı tərk etdiyini israrla bildirir. Bu arada İrəvan fəal şəkildə Qərbdə öz təhlükəsizliyinin yeni təminatçıları axtarır və tapır. İrəvan bunu, hələ ki, üçüncü dövlətlərin hərbi infrastrukturunun tərəfdaşlarla razılaşmadan ərazisində yerləşdirilməsini qadağan edən KTMT çərçivəsində öhdəliklərindən kənara çıxmadan edir”, - o bildirib.
2023-11-27
808,069
Təbiətə 6 milyonluq ziyan vuruldu - Araşdırma
Qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı faktları üzrə cinayət işi başlanıb. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 8 rayon və şəhərində qanunsuz qum-çınqıl və əhəngdaşı hasilatı, habelə torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb. Tərtər rayonu ərazisində yerləşən ”Tərtərçay”, İmişli rayonu ərazisində yerləşən “İmişli”, Yevlax rayonu ərazisində yerləşən “Mingəçevir”, Quba rayonu ərazisində yerləşən “Qudyalçay”, Mingəçevir şəhəri ərazisində yerləşən “Mingəçevir” qum-çınqıl yatağında, eləcə də, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I”, Qaradağ rayonu ərazisində yerləşən “Gülbaxt”, Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında, müxtəlif hüquqi və vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 6 milyon manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.