date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-11-27
| 808,071 |
Laçın sakininin sevinci heyran etdi: Qarı böyrümdə... - Video
|
Laçına qayıdan sakinlər təəssüratlarını bölüşüblər. Axar.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Onlar yaradılan şəraitdən danışaraq, hər şeydən razı olduqlarını bildiriblər. Ətraflı videoda:
|
2023-11-27
| 808,073 |
Ermənistanın dövlət borcu 11 milyardı keçdi
|
2023-cü ilin 9 ayının nəticələrinə əsasən, Ermənistanın dövlət borcu 4 trilyon 454 milyard dram (11.3 milyard dollar) təşkil edib. Axar.az xəbər verir ki, bunu Ermənistan maliyyə nazirinin müavini Vaan Sirunyan parlamentin maliyyə-kredit və büdcə məsələləri komissiyasının iclasında deyib. Onun sözlərinə görə, Ermənistanın dövlət borcu 2023-cü ildə 9 ay ərzində 6,4 faiz artıb.
|
2023-11-27
| 808,077 |
Ermənilərin Azərbaycan vətəndaşlarına hücumu... - Foto
|
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumlarını müəyyən edib. Bu barədə Axar.az-a Dövlət Xidmətindən bildirilib. Məlumata görə, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar. "Vətəndaşları bu cür hallara qarşı ayıq sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb saytlarından əldə etməyə çağırırıq", - deyə Dövlət Xidməti bəyan edib.
|
2023-11-27
| 808,079 |
İlham Əliyev sərəncam imzaladı
|
Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
|
2023-11-27
| 808,080 |
Yeni ildə neçə gün iş olmayacaq? - Video
|
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq. Axar.az xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2023-ci il 31 dekabr bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək və 2024-ci il 3 yanvar tarixi qeyri-iş günü olacaq. Beləliklə, beşgünlük iş həftəsi üçün 30 dekabr 2023-3 yanvar 2024-cü il olmaqla, 5 gün qeyri-iş günüdür.
|
2023-11-27
| 808,082 |
Mask İsraildə: zirehli gödəkçə geyindi - Video
|
Amerikalı milyarder İlon Mask HƏMAS-ın hücumunun baş verdiyi Kfar Azaya gəlib. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Maska hücumun nəticələrini göstərib. Qeyd edək ki, amerikalı milyarderin zirehli gödəkçə geyinməsi diqqət çəkib.
|
2023-11-27
| 808,085 |
İrəvan şıltaqlıq edir, Qərb onu qorumayacaq – Bordyuja
|
Ermənistan hakimiyyətinin hazırkı siyasəti hər şeyə, o cümlədən İrəvanın KTMT-dən çıxmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu, çox böyük şıltaqlıqdır və siyasətdə şıltaqlıqlar qəbuledilməzdir. Axar.az xəbər verir ki, bunu KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja deyib. “Vəziyyəti ayıq şəkildə dəyərləndirməliyik. Vəziyyət isə belədir ki, Ermənistanın çoxlu dostu yoxdur. Hər bir dostdan möhkəm yapışmalıyıq. Rusiyadan heç bir səhv görmədim, ona görə də hesab edirəm ki, bu, sadəcə olaraq, Ermənistan rəhbərliyinin siyasi səhvidir. Düşünmürəm ki, Qərb Ermənistanın təhlükəsizlik sahəsində Rusiyanı əvəz edə biləcək. Qərbin tamamilə fərqli maraqları var və tarix göstərir ki, Qərb yalnız özü üçün mübarizə aparır, başqası üçün deyil. Ermənistanda təhlükəsizlik sistemi var idi, sadəcə onu inkişaf etdirmək və saxlamaq lazım idi”, - o bildirib.
|
2023-11-27
| 808,087 |
Rusiyanın heç bir işğal planı yoxdur – Lavrov
|
Rusiyanın qonşu dövlətlərə qarşı işğal planı yoxdur və olmayacaq. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Pentaqon rəhbəri Lloyd Ostin dəfələrlə bəyan edib ki, ABŞ Ukraynaya dəstək verməsə, Rusiya qalib gələcək və qonşu ölkələrə hücum edəcək. Rusiyanın heç bir aqressiv, işğalçılıq planı olmayıb və ola da bilməz”, - o bildirib.
|
2023-11-27
| 808,088 |
Bakıda güclü külək: xəsarət alanlar var
|
Kliniki Tibbi Mərkəzə külək səbəbindən xəsarət almış 3 nəfər yerləşdirilib. Bu barədə Axar.az-a Mərkəzdən bildirilib. Əlavə edilib ki, onlara ilkin olaraq alın nahiyəsinin çapılmış zədəsi və başın küt travması diaqnozu qoyulub. Qeyd edilib ki, mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub. Qeyd edək ki, bu gün və sabah ölkə ərazisində hava şəraiti yağıntılı keçəcək, güclü külək əsəcək, şimşək çaxacaq.
|
2023-11-27
| 808,095 |
Bu türk ölkəsində şagirdlərə milli yeməklər veriləcək
|
Qazaxıstanda orta məktəblərin menyusuna 50 milli yemək daxil ediləcək. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın təhsil nazirinin müavini Nataliya Jumadildayeva deyib. “Milli Məktəb Yeməkxanası” layihəsi çərçivəsində məktəblərin menyusuna 50 milli yemək daxil edəcək. Bu, çoxəsrlik ənənə ilə hazırlanmış, qədim təcrübənin nəticəsi olan rasiondur. Qazax məhsullarından istifadə etməklə məktəblilərin naharlarına milli mətbəxin daxil edilməsi uşaqların sağlamlığı üçün atılan mühüm addımlardan biridir”, - nazir müavini bildirib. Onun sözlərinə görə, Astananın 6 məktəbində layihənin həyata keçirilməsinə başlanılıb.
|
2023-11-27
| 808,096 |
Bu ərazilərimizə qar yağdı
|
16:07 Noyabrın 27-si saat 15:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Şahdağda qar yağıb. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Neftçala, Yardımlı, Tovuz, Ağstafa, Kəlvəz, Daşkəsəndə 20 m/s, Cocuqmərcanlıda 18 m/s, Sabirabadda 17 m/s, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 30 m/s-dək güclənib. Neft Daşlarının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb. Bakıda və Abşeron yarımadasında 15-18 dərəcə, Naxçıvan MR-da 16-19 dərəcə, dağlıq rayonlarda 9-14 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub. *** Saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Naxçıvan, Gəncə, Ceyrançöl, Şəki, Oğuz, Zaqatala, Balakəndə yağış, Şahdağ, Qusar, Xınalıqda qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Vurğulanıb ki, şimal-qərb küləyi arabir Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Gəncədə 35 m/s, Naftalanda 32 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Tərtər, Salyanda 23 m/s, Neftçala, Balakən, Şəmkirdə 20 m/s, Yardımlı, Kəlvəz, Şirvan, Bərdə, Mingəçevir, Cocuqmərcanlıda 18 m/s, Culfa, Sabirabadda 17 m/s, Ağdam, Naxçıvan, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib. Neft Daşlarının məlumatına əsasən, dalğanın hündürlüyü 4 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13-16 dərəcə, Naxçıvan MR-da 15-20 dərəcə, dağlıq rayonlarda 14 dərəcəyədək, Aran rayonlarında 17-23 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.
|
2023-11-27
| 808,098 |
Yeni tikililərdən mənzil alanlara daha bir xəbərdarlıq
|
Baş Prokurorluq tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlara xəbərdarlıq edib. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən aşağıda qeyd olunan sənədləri tələb edib nəzərdən keçirməlidir: - Binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət - İcarə və ya istifadə hüququnu təsdiq edən sənəd - Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə - Müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı - İstismara qəbul aktı (qarşı tərəf binanın istismara verildiyini bildirdiyi halda) - Alqı-satqı prosesində iştirak edəcək tikinti şirkətinin vəzifəli şəxsinin şəxsiyyətini, vəzifəsini, habelə mənzil satışını həyata keçirmək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər - Mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) - Tikinti prosesi mərhələsindən asılı olaraq yaşayış binası və mənzilə dair digər sənədlər - Kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla nizamnamə və digər təsis sənədləri. Qeyd edək ki, Baş Prokurorluq bununla bağlı bir neçə gün öncə də xəbərdarlıq etmişdi.
|
2023-11-27
| 808,101 |
Dugin: Rus ideologiyası bu 3 təmələ söykənməlidir
|
Vətənpərvərlik, ədalət və azadlıq Rusiya cəmiyyətini birləşdirən ideologiyanın 3 təməli olmalıdır. Heç bir halda Rusiya daxilində vətəndaş ideoloji müharibəsi üçün ilkin şərtlərə yol verilməməlidir. Məsələn, ağlar qırmızılara qarşı, azadlıq tərəfdarları sosializm tərəfdarlarına qarşı və s. Axar.az xəbər verir ki, bunu rus dünyasının ideoloqu Aleksandr Dugin deyib. “Bu vətəndaş müharibəsinə son qoymaq lazımdır. Ona görə də üç prinsip - vətənpərvərlik, ədalət və azadlıq mütləq bütövlükdə ideoloji tariximizin sintezi kimi qəbul edilməlidir. Vətənpərvərlik üç əsas sütuna bölünür - inanc, güc, xalq; ədalət isə sosial, iqtisadi və etnik komponentlərdə ifadə olunur. Azadlıq tezisinə gəlincə, bu, çox şübhə yarada bilər, çünki cəmiyyət adətən bu sözün Qərb təfsiri ilə məşğul olur”, - o bildirib. Dugin vətənpərvərlik, ədalət və azadlıq haqqında tezislərlə əlaqəli olan suveren inkişaf və tərəqqi mövzularına toxunub: “Ölkənin inkişafının əsas obyekti qabaqcıl texnologiyalar və çoxqütblü əməkdaşlıq olmalıdır. Və buna güclü təkan vermək üçün rus dahisini azad etmək lazımdır”.
|
2023-11-27
| 808,102 |
Moskvada avtobus üçün uzun növbə yarandı - Video
|
Güclü qar Moskvada ictimai nəqliyyatın işini iflic edib. Axar.az xəbər verir ki, bununla bağlı Rusiya Teleqram kanallarında görüntülər yayılıb. Dünən axşam saatlarında Moskvanın “Priqorod Lesnoe” yaşayış kompleksi rayonunda insanların avtobuslara minmək üçün uzun növbəsi yaranıb.
|
2023-11-27
| 808,106 |
Azərbaycan Gürcüstanla hərbi əməkdaşlıq planı imzaladı
|
Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında ikitərəfli görüş keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib. Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən C.Burçuladze Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə əlaqədar həmkarına təbriklərini çatdırıb. Qarşılıqlı səfərlərin, bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb. Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib. Görüşün sonunda Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
|
2023-11-27
| 808,109 |
Maskla israilli nazir arasında razılaşma əldə edildi
|
İsrailin icazəsi olmadan Qəzzaya “Starlink” vasitəsilə internet verilməyəcək. Axar.az xəbər verir ki, bununla bağlı İsrailin rabitə naziri Şlomo Karhi ilə bu ölkədə səfərdə olan amerikalı milyarder İlon Mask arasında razılaşma əldə olunub. “Rabitə Nazirliyinin icazəsi olmadan “Starlink” peyk internet sistemi İsraildə işlədilə bilməz. Qəzza zolağı da bura daxildir”, - Karhi X səhifəsində bildirib.
|
2023-11-27
| 808,113 |
Bu müavinətlər artırılacaq - Nazir açıqladı
|
Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxlər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu da sosial sığorta prinsiplərindən irəli gələrək müəyyən edilmiş məsələdir. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb. Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. Nazir bildirib ki, dəfn üçün müavinətin ödənilməsinə bir sənəd tələb olunur: "Bu, dəfnin həyata keçirilməsinə dair həmin şəxsin arayışıdır. Bir çox hallarda vəfat edən şəxsin varisləri bir neçə nəfər olur. Onların arasında mübahisə yarana bilər ki, bu vəsait kimə ödənilməlidir. Ona görə də müvafiq icra hakimiyyəti orqanının arayışı tələb olunur ki, dəfni varislərdən kim həyata keçirib və vəsait də ona ödənilir. Bu məbləğ mərhələlərlə artırılacaq. Həm uşağın anadan olmasına görə, həm də dəfnə görə müavinətlər son 4 il ərzində 5 dəfəyə yaxın artırılıb. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq".
|
2023-11-27
| 808,117 |
İlbər Ortaylı və Cəlal Şəngör “Xəzər”də - Video
|
Türk dünyasının böyük alimləri, məşhur Prinston, Oksford, Kembric və Vyana universitetlərinin professoru İlbər Ortaylı və Amerika Milli Elmlər Akademiyası, ABŞ Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvü, professor Cəlal Şəngör Xəzər Media Mərkəzinin qonağı olublar. Axar.az xəbər verir ki, əvvəlcə Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşovla görüşən məşhur alimlər Bakıda xüsusi qonaqpərvərliklə qarşılandıqlarını deyiblər. Səmimi ab-havada keçən görüşün sonunda Murad Dadaşov üzərində Şuşa qalasının əks olunduğu xatirə hədiyyəsini qonaqlara təqdim edib. Daha sonra İlbər Ortaylı və Cəlal Şəngör “Xəbər ertəsi” verilişinin qonağı olublar.
|
2023-11-27
| 808,118 |
Aksiya: Bayrağımız Təbrizdə dalğalanacaq - Foto
|
Təbrizdə “İstiqlal Bayrağımız Azərbaycanın Güneyində Dalğalanacaq” adlı aksiya baş tutub. Axar.az xəbər verir ki, aksiyanı Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı keçirib. Aksiya zamanı güneyli fəallar şəhərin hər yerində vərəqələr paylayıblar.
|
2023-11-27
| 808,121 |
Gülər Bakıdan mesaj verdi: İrəvan bunu dəyərləndirə bilmir
|
Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr strateji əhəmiyyət kəsb edir. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda azərbaycanlı və gürcüstanlı həmkarları ilə görüşündə deyib. "Münasibətlərimizi inkişaf etdirmə qərarlıyıq. Qafqazda sabitliyin olması üçün çalışırıq. Azərbaycan torpaqlarını işğaldan azad edib. Region ölkələri öz problemlərini özləri həll edə bilər. Bunu beynəlxalq ictimaiyyətə göstərmək üçün İrəvan və Bakı arasında təmasları dəstəkləyirik. "3+2" platformasının problemlərin sülh yolu ilə həll üçün yaxşı format olduğunu düşünürük. Ermənistan yaranan fürsəti lazımi səviyyədə dəyərləndirə bilmir", - nazir bildirib.
|
2023-11-27
| 808,122 |
Xəzər quruyur, ciddi təhlükə var
|
Xəzərin Qazaxıstan sahillərində dəniz suyunun çəkilməsi çox sürətli hal alıb. Axar.az xəbər verir ki, bununla bağlı “Vestnik Kavkaza” məlumat yayıb. Bildirlib ki, Atırau şəhərindəki böyük liman fəaliyyətini dayandırıb, balıqçı kəndləri quraqlıq təhlükəsi ilə üzləşib. Digər tərəfdən isə küləklə birlikdə havaya qalxan qurumuş lil sakinlərin həyatı üçün risk təşkil edir. Məlumatda 2040-cı ildə su çatışmazlığının 15 milyard kubmetr təşkil edəcəyi bildirilib. Problemin həlli yolları üzərində işləmək üçün Qazaxıstanın Su Təsərrüfatı Nazirliyinin nəzdində xüsusi tədqiqat institutunun qurulmasına qərar verilib.
|
2023-11-27
| 808,123 |
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək
|
Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik. Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib. O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib. Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır: "Fürsətdən istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah arzulayıram".
|
2023-11-27
| 808,125 |
Avtomobillərin icbari sığortası “ABB mobile”də
|
ABB mobile tətbiqi vasitəsilə təqdim edilən sığorta xidmətlərinin çeşidi artır. İndi icbari nəqliyyat sığortasını da “ABB mobile”la əldə etmək mümkündür. Ölkəmizdə özünün mobil bank əlavəsi vasitəsilə sığorta xidməti təqdim etmiş ilk banklardan olan ABB bu imkanı “Atəşgah” sığorta şirkəti ilə tərəfdaşlıq əsasında yaradıb. Müxtəlif sığorta məhsullarını ABB mobile tətbiqindən əldə etməyin üstünlüyü bunun son dərəcə rahatlığı, sadəliyi, cəmi bir neçə toxunuşla sürətli şəkildə həyata keçirilməsidir. Daha bir üstünlük isə budur ki, müştərilər sığorta müqavilələrini ABB mobile tətbiqində görə bilirlər. Tətbiq vasitəsilə sığorta müqavilələrinin müddətinin bitmə tarixini izləmək mümkündür. Daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. Yaxın zamanlarda ABB mobile tətbiqində digər sığorta məhsullarından da istifadə mümkün olacaq. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
|
2023-11-27
| 808,127 |
Azərbaycan APA-ya sədrlik edəcək
|
Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (AРA) İcraedici Şurasının iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, iclasda 20 dövlətin parlament nümayəndə heyətləri iştirak ediblər. Tədbirdə Azərbaycan AРA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.
|
2023-11-27
| 808,129 |
Gəncədə güclü küləyin vurduğu ziyan aradan qaldırıldı
|
17:34 Hazırda Gəncə şəhərində güclü külək əsir, bu səbəbdən 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb. Axar.az Report-a istinadən xəbər verir ki, külək nəticəsində yaranmış toz dumanı, həmçinin avtomobillərin hərəkətində də qismən çətinlik yaradıb. Küləkli hava şəraiti səbəbindən başqa fəsadların olub-olmaması aidiyyəti qurumlar tərəfindən araşdırılır. *** Gəncədə güclü külək səbəbindən 4-cü mikrorayon ərazisində elektrik təsərrüfatına zərər dəyib. Külək səbəbindən qısaqapanma baş verib, elektrik xətləri sıradan çıxıb. Nəticədə mikrorayon ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb. Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və problemin həlli istiqamətində işlər aparılır. Qeyd edək ki, hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir. Külək səbəbindən bir neçə ağac aşıb. *** Gəncədə küləyin elektrik təsərrüfatına vurduğu zərər aradan qaldırılıb. Şəhərin 4-cü mikrorayon ərazisində küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib.
|
2023-11-27
| 808,132 |
Zakir Həsənov Yaşar Gülərlə görüşdü
|
Noyabrın 27-də Bakı şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Z.Həsənov qonaqları səmimi salamlayaraq Azərbaycan ilə Türkiyə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla anılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanlarını yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə naziri əlaqələrimizin daha da genişləndirilməsi baxımından bu cür görüşlərin zəruriliyini qeyd edib. Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən cənab Y.Gülər göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb. Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb. Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
|
2023-11-27
| 808,138 |
Bu, regional təhlükəsizliyə töhfə verəcək - Həsənov
|
Bu gün biz üçtərəfli formatda müdafiə nazirləri səviyyəsində onuncu görüşümüzü keçirdik. Keçirdiyimiz görüş ölkələrimiz arasında olan strateji səviyyəli dialoqun bariz nümunəsidir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Azərbaycan-Türkiyə- Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib. Nazir bildirib ki, görüşdə üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi, onların gələcək inkişaf perspektivləri, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb: “Müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulandı. Xüsusilə bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdid olduğunu, eləcə də regiondan kənar ölkələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbul edilməz olduğunu qeyd etdik. Münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasının vacibliyi bir daha vurğulandı”. Nazir bildirib ki, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb: “Üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivləşdirilməsinin və səhra şəraitində keçirilməsinin əhəmiyyətini qeyd etdik. Belə birgə təlimlərin keçirilməsi hərbi birləşmələrimiz arasında əməliyyat uzlaşmasının əldə olunmasına, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsi üçün zəminin yaradılmasına və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcək. Onu da qeyd edim ki, 2024-cü ildə Azərbaycanda üçtərəfli formatda müxtəlif hərbi əməkdaşlıq sahələri üzrə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Hesab edirəm ki, dövlətlərimiz arasındakı səmimi münasibətlər və qarşılıqlı etimad müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığımız sülh naminə tərəfdaşlığın hər kəsə örnək ola biləcək nümunəsidir. Bu mənada, üçtərəfli birgə fəaliyyətlərimiz regionda sabitliyin qorunub saxlanılmasına yönəlmiş sülhməramlılıq mesajı kimi qiymətləndirilməlidir”.
|
2023-11-27
| 808,139 |
Naxçıvanda yüksək vəzifəyə təyinat
|
Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin edilib. Axar.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov noyabrın 27-də sərəncam imzalayıb.
|
2023-11-27
| 808,141 |
Paşinyan yalan danışır, Putin həqiqəti dedi - Xaçatryan
|
Nikol Paşinyan Rusiya ilə münasibətlərin çox yaxşı olduğunu desə də, Putinin açıqlamaları vəziyyətin gərgin olduğunu göstərir. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan deyib. O, mövcud vəziyyətin düzəlməsinin çətin məsələ olduğunu vurğulayıb.
|
2023-11-27
| 808,142 |
Erməni idmançının amansızlığı Rusiyanı dəhşətə saldı
|
Keçmiş MMA döyüşçüsü Karen Toroyan və daha iki nəfər Novorossiyskdə qadını öldürməkdə şübhəli bilinir. Axar.az Publika.az-a istinadən xəbər verir ki, 3 nəfər 38 yaşlı qadını qaçırıb, daha sonra onu meşəyə apararaq öldürüblər. Müstəntiqlərin fikrincə, kişilərdən biri qurbana 9 bıçaq zərbəsi vurub. O, noyabrın 26-da saxlanılıb və narkotik vasitədən istifadə etdiyi aşkarlanıb və polis bölməsində həddindən artıq dozadan ölüb. Erməni əsilli Toroyan hədə-qorxu ilə tələbetmə, silah oğurluğu, narkotik ticarəti və oğurluğa görə cinayət keçmişinə malikdir.
|
2023-11-27
| 808,145 |
Bakıda qızılcaya görə məktəblər bağlanır? - Rəsmi
|
Qızılca ilə bağlı Bakı məktəblərindən heç biri bağlanmayıb. Axar.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Qeyd olunub ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinin kütləvi yayılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məlumat daxil olmayıb: "Tək-tək belə halların müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Kütləvi yoluxma halı baş verdikdə məktəbin bağlanması ilə bağlı qərarı Gigiyena və Epidemiologiya Mərkəzi verir. Buna baxmayaraq ənənəvi olaraq məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Məktəblərdəki tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir". Vurğulanıb ki, səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir: "Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil".
|
2023-11-27
| 808,146 |
Qazaxıstan üçün əsas prioritet budur - Tokayev
|
Çini çox mühüm strateji tərəfdaş hesab edirik. Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Çin Dövlət Şurasının baş nazirinin müavini Dinq Syuesyan ilə görüşündə bildirib. Tokayev Qazaxıstan üçün əsas prioritetin Çinlə əlaqələri yeni mərhələyə çatdırmaq olduğunu söyləyib: "Bütün sahələrdə əməkdaşlığımızın konkret nəticələrinə ümid edirik".
|
2023-11-27
| 808,148 |
Qarabağdan Əliyev və Mirziyayevə müraciət olundu
|
Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət təşkilatlarının Əməkdaşlıq Forumunda hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvanlayıblar. Axar.az xəbər verir ki, müraciəti Davam Gənclər Hərəkatının sədri Nihad Allahyarlı səsləndirib. "Biz – Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki qardaş ölkənin dövlət başçılarına – Türk dünyasının nəhəng şəxsiyyətləri olan Prezident İlham Əliyevə və Prezident Şövkət Mirziyayevə Qarabağdan müraciət etməkdən bəxtiyarlıq duyuruq. 30 ilə yaxın xarabalığa çevrilmiş, tamamilə dağıdılmış Qarabağ torpaqları indi cənnətə çevrilir. Qısa müddətdə görülmüş genişmiqyaslı, nəhəng işlər bütün türk dünyasını fərəhləndirir. Sizlərə müraciəti qəbul etdiyimiz məkan da simvolikdir. Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan təhsil ocağı eyni zamanda Özbəkistan və Azərbaycanın daha bir dostluq və qardaşlıq mərkəzidir. Qarabağın bərpası və quruculuğu işinə Özbəkistanın hədiyyəsi olan bu məktəb həmrəyliyimizin parlaq nümunəsidir. Təsadüfi deyil ki, ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu da məhz bu mərkəzdə baş tutub. Bu gün bütün dünya Özbəkistan və Azərbaycanın dostluğuna, birliyinə, bütün beynəlxalq platformalarda bir-birini necə müdafiə etməsinə şahiddir. Tarixdə heç vaxt Azərbaycan-Özbəkistan münasibətləri bu cür yüksək səviyyədə olmayıb. Bu, məhz Sizlərin xidmətidir – cənab Prezident İlham Əliyev və cənab Prezident Şövkət Mirziyayev! Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu şəxsi nümunəyə, böyük əməyə, Türk dünyasının güclənməsi, Azərbaycan və Özbəkistanın inkişaf etmiş dövlətlərə çevrilməsi naminə tarixi fəaliyyətinizə görə Sizlərə sonsuz təşəkkür edirik! Məhəmməd Füzulinin uzun əsrlərdən bəri Özbəkistanda qorunub saxlanan əlyazmalarından birini 2022-ci ildə Daşkənddə Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə hədiyyə etdi. Dahi mütəfəkkir-şair Məhəmməd Füzulinin adını daşıyan Füzuli rayonunda bu hadisəni xatırlamamaq mümkün deyil. Qədirbilən özbək xalqı özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvainin böyük Nizami Gəncəvinin əsərlərindən ilham almasını, onu "şairlərin şahı" adlandırmasını unutmur. Özbəkistan və Azərbaycanı çoxəsrlik tarix, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət, dil birləşdirir. Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu möhkəm bünövrə üzərində münasibətləri öz səviyyəmizdə daha da inkişaf etdirmək, genişləndirmək əzmini ifadə edirik. Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bir-birimizi daha yaxından tanımaq fürsəti verməklə, ortaq fəaliyyəti təşkil etmək, irəli aparmaq üçün körpü rolunu oynadı. Bu gün Azərbaycan və Özbəkistan dünyamiqyaslı güclü siyasi liderlərinə görə sülh və sabitlik adası kimi sürətlə inkişaf edir. Dünyanın müxtəlif regionlarındakı qanlı hadisələri, toqquşmaları, sonu görünməyən müharibələri ürək ağrısı ilə izləyirik. Bizim ölkələrimiz də bu fəlakətlərə düçar ola bilərdi. Ancaq Azərbaycan və Özbəkistan xalqları müdrik seçimlərində yanılmadılar, onlar ölkələrinin taleyini ancaq Prezident İlham Əliyevə və Prezident Şövkət Mirziyayevə etibar etdilər. Biz Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Sizlərə üz tutaraq bildirmək istəyik ki, apardığınız siyasəti tam müdafiə edirik, Sizlərin yanındayıq! Biz Azərbaycanı sevirik! Biz Özbəkistanı sevirik! Yaşasın Özbəkistan-Azərbaycan dostluğu, qardaşlığı!"
|
2023-11-27
| 808,149 |
Ukraynanın qələbəsi olmadan... - Zurabişvili
|
Ukraynaya qələbə arzulamaq istəyirəm. Çünki Ukraynanın qələbəsi olmadan bizdə inkişaf və azadlıq olmayacaq. Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Prezidenti Salome Zurabişvili çıxış edib. Zurabişvili Ukraynaya Rusiyaya qarşı müharibəsinə görə təşəkkür edib: "Bu, bizim azadlığımız uğrunda birgə mübarizəmizdir və buna görə çox minnətdaram".
|
2023-11-27
| 808,150 |
Bakıda dəm qazının miqdarı normanı ötdü
|
Bakı və Sumqayıt şəhərlərində atmosfer havasında dispers toz hissəcikləri və dəm qazının miqdarı normadan yüksək olub. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.5, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə, bəzi saatlarda isə dəm qazının miqdarı 1.5-1.7 dəfə normadan yüksək müəyyən edilib. Havada müşahidə olunan toz sinoprik vəziyyətlə əlaqədar lokal xarakterlidir və gecə saatlarına qədər davam edəcəyi gözlənilir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.
|
2023-11-27
| 808,152 |
Türkiyədə böyük əməliyyat keçirildi: 63 sığınacaq...
|
Türkiyədə separatçı-terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, altı vilayətdə eyni vaxtda keçirilən “Qəhrəmanlar - 30” əməliyyatı nəticəsində terrorçulara aid 63 sığınacaq məhv edilib, böyük miqdarda silah-sursat ələ keçirilib. Silahlı pilotsuz uçuş aparatları, “Atak” helikopteri və bir çox digər hərbi texnikanın istifadə edildiyi əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin çox sayda əməkdaşı iştirak edib. Əməliyyatların Şırnak, Siirt, Qəhrəmanmaraş, Diyarbəkir, Muş və Tunceli vilayətlərində keçirildiyi bildirilir.
|
2023-11-27
| 808,154 |
Rusiyalılar yaxşı bilirlər ki, Azərbaycanda... - Savelyev
|
Rusiyalılar yaxşı bilirlər ki, bu günümüzdə də, tarixi keçmişimizdə də Azərbaycanda rus mədəni irsinə və dilinə hörmət və diqqətlə yanaşırlar. Əlbəttə, bu maraq və diqqət qarşılıqlıdır. Axar.az xəbər verir ki, bunu Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərtac-a müsahibəsində deyib. "Son məlumatlara görə, Azərbaycanda əhalinin təqribən üçdə ikisi, o cümlədən Azərbaycan ziyalılarının böyük əksəriyyəti rus dilini bilir, Rus İcmasının isə təxminən 120 min üzvü var və bu, Cənubi Qafqazda ən yüksək göstəricidir. Respublikada rus dilində təhsil almaq olar, rusdilli KİV-lər fəaliyyət göstərir, tamaşalar hazırlanır, filmlər nümayiş etdirilir, rus dilində kitablar nəşr olunur, Rusiyanın yaradıcı kollektivlərinin müntəzəm qastrolları keçirilir. Ayrıca qeyd edərdim ki, Rusiyada da zəngin Azərbaycan mədəniyyətini böyük maraq və hörmətlə qəbul edirlər. Azərbaycan kollektivlərinin qastrollarına, azərbaycanlı bəstəkarların və musiqiçilərin, şair və yazıçıların, aktyor və rəssamların yaradıcılığına da böyük maraq var. Onların bir çoxunu həm Azərbaycanın, həm də Rusiyanın mədəniyyət xadimləri adlandırmaq olar", - D.Savelyev qeyd edib.
|
2023-11-27
| 808,155 |
İrəvan destruktiv addımlardan əl çəksə... - Çelik
|
Ermənistan destruktiv addımlardan əl çəkərsə, "3+3" formatı bölgədə sülh üçün böyük dəstək olacaq. Axar.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik deyib. "Türkiyə bölgədə rolunu Azərbaycanla, cənab Əliyevlə tam koordinasiyalı şəkildə davam etdirir. Xüsusi nümayəndələrin də prosesdə iştirakı var ki, bu da “gəlin məsələni həll edək, imperialistləri, bölgədən kənar xarici gücləri bu məsləyə qatmayaq” prinsipinə əsaslanır", - Çelik qeyd edib.
|
2023-11-27
| 808,156 |
NATO-nun yüksək rütbəli rəsmisi Azərbaycanda
|
NATO Əlaqələndirici Bürosunun rəhbəri Aleksandr Vinnikov Azərbaycana səfərə gəlib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyindən məlumat verilib. A.Vinnikov Bakıda müvəqqəti işlər vəkili Hüqo Gevara ilə görüşüb.
|
2023-11-27
| 808,159 |
Rusiyadan İsrailin Dəməşq limanını vurmasına reaksiya
|
Biz Suriya ərazisinə davam edən hücumları bu dövlətin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova İsrail təyyarələrinin Dəməşq aeroportuna aviazərbələr endirməsini şərh edərkən deyib. "İsrailin mühüm mülki infrastruktur obyektinə son təxribatçı hücumunu şiddətlə qınayırıq", - Zaxarova vurğulayıb. Qeyd edək ki, ötən gün İsrail ordusu Dəməşq Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqlarına zərbələr endirib. Nəticədə bütün müntəzəm reyslər Hələb və Latakiya hava limanlarına köçürülüb.
|
2023-11-27
| 808,160 |
Azərbaycanda bu kluba yeni baş məşqçi təyin olunu
|
Azərbaycan 1-ci liqa təmsilçisi "Şamaxı"nın yeni baş məşqçisi müəyyənləşib. Axar.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəhbərliyi komandanı daha yaxından tanıyan bir mütəxəssisə ehtiyac olduğunu nəzərə alaraq, tanınmış sabiq milli üzvü, baş məşqçi və hazırda İdarə Heyətinin sədr müavini Ramiz Məmmədovu bu işə cəlb edib. Ramiz Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı, mövsümün sonuna kimi komandanın baş məşqçisi kimi də fəaliyyət göstərəcək. Qeyd edək ki, bir neçə gün əvvəl Vüqar Əsgərli "Şamaxı"nın baş məşqçisi vəzifəsindən istefa verib.
|
2023-11-27
| 808,161 |
Rusiyada 2 milyon insan işıqsız qaldı
|
Rusiyada əlverişsiz hava şəraiti ilə əlaqədar 1,9 milyon insan işıqsız qalıb. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, Energetika Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Bərpa işlərinə çox sayda əməkdaş və xüsusi texnikanın cəlb olunduğu qeyd olunub. Əlverişsiz hava şəraiti bərpa işlərinə çətinlik yaradır. Qeyd edək ki, Rusiyanın Qara dəniz sahilləri də daxil olmaqla, bir sıra ərazilərində əlverişsiz hava şəraiti dünəndən bir sıra fəsadlar törədib.
|
2023-11-27
| 808,165 |
Kanal-13-ün rəhbəri saxlanıldı - Foto
|
Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə yayılan məlumatı Əziz Orucovun Almaniyada mühacirətdə yaşayan qardaşı Anar Orucov təsdiqləyib. O, qardaşının evində həbs olunduğunu əks etdirən foto yayımlayıb. Fotonu təqdim edirik:
|
2023-11-27
| 808,171 |
Paşinyan bu tarixdə Rusiyaya gedir
|
Ermənistan Baş naziri Nikol Paşinyan dekabrda Sankt-Peterburqa gedəcək. Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Qeyd edək ki, daha öncə Y.Uşakov Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrda Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak edəcəyini gözlədikləri barədə açıqlama yayıb.
|
2023-11-27
| 808,172 |
Milli komandadan təklif gəlsə... - Rəşad Sadıqov
|
Yığma mənim doğma komandamdır. Başqa ölkənin millisindən təklif gəlsəydi, bu, mənim üçün daha stressli vəziyyət olardı. Belə olan halda üzərimdə təzyiq hiss edə bilərdim. Axar.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova həsr olunmuş "Stadionlar səssiz olanda" filminin təqdimat mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, məşqçilik fəaliyyətinə başlamadan öncə də özünü bu vəzifəni icra etməyə hazır hiss edib: "Mənə "Qarabağ" və ya "Neftçi"də işləməyə hazırsanmı" sualını versəydilər, deyərdim ki, bunun üçün müəyyən zaman lazımdır. Amma millinin yeri mənim üçün tamamilə başqadır. Demək olar ki, ömrümü orada keçirmişəm. Əslində, rəsmi təklif olmadığı müddətcə bu mövzuda çox danışmaq və fikir bildirmək istəmirəm".
|
2023-11-27
| 808,173 |
Ərdoğandan Sançesə: Birlikdə çalışmağa hazırıq!
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İspaniyanın Baş naziri Pedro Sançes arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, danışıq zamanı İsrail-Fələstin qarşıdurması, Qəzzaya humanitar yardımların fasiləsiz çatması, eləcə də daimi atəşkəs və sülh üçün atılacaq addımlar müzakirə edilib. Ərdoğan Türkiyənin bölgədə daimi sülhün təmin edilməsi, ölkəsinin qarant kimi hər cür məsuliyyəti öz üzərinə götürməsi də daxil olmaqla, İspaniya ilə birlikdə çalışmağa hazır olduğunu bildirib.
|
2023-11-27
| 808,175 |
Qəzzada atəşkəslə bağlı yeni qərar verildi
|
Qəzzada humanitar fasilənin daha iki gün uzadılması ilə bağlı razılıq əldə olunub. Axar.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrda dördgünlük atəşkəs qüvvəyə minmişdi.
|
2023-11-27
| 808,176 |
Paris hava məkanı bağlanacaq: Heç bir təyyarə...
|
Paris səması yay olimpiadasının açılış günü bağlanacaq Axar.az xəbər verir ki, bu barədə Fransa Nəqliyyat Nazirliyi məlumat yayıb. "Saat 19:00-dan gecə yarısına qədər heç bir təyyarə Paris hava limanlarından havaya qalxa və ya əksinə, aeroportlara eniş edə bilməz. Fransa paytaxtı üzərində də uçuşlar qadağan olunacaq", - məlumatda vurğulanıb. Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
|
2023-11-27
| 808,178 |
Blinken Şimali Makedoniyaya gəlir
|
ABŞ Dövlət katibi Entoni Blinken Şimali Makedoniyaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen məlumat verib. Blinkenin səfər çərçivəsində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı gözlənilir. Səfərin bu həftə baş tutacağı gözlənilir.
|
2023-11-27
| 808,181 |
Hava şəraiti ilə əlaqədar vətəndaşlara xəbərdarlıq
|
Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq. Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. "Bu gün əsən güclü küləyin təsirindən təəssüf ki, 3 nəfər müxtəlif şəraitdə xəsarət alıb. Hava haqqında verilən xəbərdarlıq xarakterli məlumatlarda əhaliyə tövsiyələr çatdırılsa da, bir daha riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini xatırladırıq: İlk növbədə, uşaqları küləkli havada nəzarətsiz buraxmaq qəti tövsiyə olunmur. Nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın. Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər. Bakı küləklər şəhəridir, küləkli hava şəraitinə bir növ adət etmişik. Amma belə güclü külək şəraitində insanların sağlamlığına və əmlakına zərər dəyməsi ehtimalı var. Məhz bu səbəbdən, güclü külək zamanı öncədən xəbərdarlıqlar verilir, əhaliyə diqqətli olmağa çağırışlar edilir. Odur ki, özünüzü qoruyun, güclü külək zamanı küçədə tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın, piyada uzun yol qət etməyin. Təhlükələrdən qorunmaq üçün ehtiyatlı olub, qabaqlayıcı təhlükəsizlik tədbirlərinə əməl etmək olduqca vacibdir”, - o qeyd edib.
|
2023-11-27
| 808,182 |
Ölkədə son bir həftədə koronaya yoluxanların sayı...
|
Azərbaycanda son 1 həftə ərzində (20-26 noyabr) koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb. COVİD-19-a yoluxan 14 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 5 nəfər ölüb.
|
2023-11-27
| 808,185 |
Lavrovla Blinken Skopyedə görüşəcək? - Rəsmi
|
Şimali Makedoniyanın paytaxtı Skopyedə Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş planlaşdırılmır. Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb. Ryabkov bildirib ki, nə ABŞ tərəfindən, nə də Rusiyadan görüş tələbi olmayıb. Qeyd edək ki, bu həftə Skopyedə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
|
2023-11-27
| 808,186 |
Ukraynanın ən böyük bayrağı ikiyə bölündü - Foto
|
Kiyevdə “Vətən” abidəsinin yanında asılan Ukraynanın ən böyük bayrağı güclü külək nəticəsində ikiyə bölünüb. Axar.az xəbər verir ki, bu barədə TASS şəhər administrasiyasına istinadən məlumat yayıb. Yerli hakimiyyət bayrağın təxminən 90 metr hündürlükdə yerləşdirildiyini bildirib. Ölçüləri 16x24 metrdir. Administrasiyadan verilən məlumata görə, dünən əlverişsiz hava şəraiti ilə əlaqədar bayraq yarıya qədər endirilsə də, onu qorumaq mümkün olmayıb. Bayraq yenisi ilə əvəzlənəcək.
|
2023-11-27
| 808,189 |
Daha bir müharibə hazırlığı: Pxenyan ordu toplayır
|
Cənubi Koreya ilə hərbi razılaşmanın qismən dayandırılmasından sonra Şimali Koreya iki ölkənin sərhədi yaxınlığındakı demilitarizasiya zonasına qoşun və ağır silahlar yerləşdirib. Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Cənubi Koreya hərbi rəsmiləri bildiriblər ki, ağır texnika ilə silahlanmış Şimali Koreya əsgərləri noyabrın 24-dən etibarən bir neçə yerdə mövqelərini bərpa ediblər. Qeyd edək ki, noyabrın 22-də Seul 2018-ci ildə hərbi gərginliyi azaltmaq üçün iki ölkə arasında razılaşmanın bir hissəsini dayandırıb. Qərar Şimali Koreyanın hərbi kəşfiyyat peykini orbitə buraxmasına cavab olaraq qəbul edilib. Hökumət həmçinin sərhəddə kəşfiyyat və nəzarəti bərpa etmək qərarına gəlib.
|
2023-11-27
| 808,191 |
Bakıda külək ağacı maşının üzərinə aşırdı - Foto
|
Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü külək fəsadlar törədib. Axar.az xəbər verir ki, küləyin təsiri nəticəsində Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 108 ünvanında irigövdəli ağaclardan biri aşıb. Nəticədə ağac ərazidə park edilmiş avtomobilin üzərinə düşüb. Nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.
|
2023-11-27
| 808,194 |
Bakı və İrəvan üçün real imkan görürük - ABŞ
|
Biz Azərbaycan və Ermənistanın sülhə nail olması üçün real imkan görürük. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib. "Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışıqlar aparması bizi ruhlandırır. Bunun sayəsində regiona fayda üçün real imkan görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistandan Türkiyəyə keçsə, bu, ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq", - Obrayen qeyd edib.
|
2023-11-27
| 808,195 |
SOCAR da hava şəraiti ilə bağlı hərəkətə keçdi
|
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Axar.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib. Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb. Həmçinin, qeyd edilib ki, bütün sahələrdə insan sağlamlığının qorunması üçün maarifləndirmə işləri aparılıb. Mövcud vəziyyət nəzarət altındadır. Xatırladaq ki, Dəniz və Liman Agentliyi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, bu gün gündüzdən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s-dək güclənəcəyi gözlənir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir.
|
2023-11-27
| 808,200 |
ABŞ Ermənistan və Qırğızıstanda bunu aktivləşdirib - Lavrov
|
ABŞ qeyri-hökumət təşkilatlarından (QHT) təsir alətləri kimi istifadə edir və postsovet məkanında, xüsusən də Mərkəzi Asiyada fəal şəkildə onlardan yararlanmağa çalışır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda deyib. Nazir ABŞ-ın irəli sürdüyü QHT ideyasını “amerikalıların qloballaşma modelinin bir hissəsi kimi bütün dünyada təbliğ etdikləri fəlsəfənin bir hissəsi” adlandırıb: "Nəticədə Vaşinqton minlərlə qeyri-hökumət təşkilatı yaratdı, yüzlərləsi postsovet məkanında, xüsusən Ermənistanda, Qırğızıstanda fəaliyyət göstərir”. Lavrov onların Ukraynada, Belarusda da olduğunu bildirib. “Onları qeyri-hökumət təşkilatları adlandırmaq çox böyük problemdir. Onların maliyyələşməsinin 90%-i Amerika bürokratiyasının bir hissəsi olan Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə həyata keçirilir", - Lavrov deyib. Nazir vurğulayıb ki, belə QHT-lər Vaşinqtondan gələn “partiya xətti”ni izləyir: “Məqsəd həmin qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir göstərməkdir. Onları müstəqil hesab etmək hiyləgərlikdir".
|
2023-11-27
| 808,204 |
Bu ölkədə ildırım 24 nəfərin ölümünə səbəb oldu
|
Hindistanın qərbindəki Qucarat ştatında son iki gündə aramsız yağışlar yağır. Axar.az xəbər verir ki, bu barədə ştat rəhbərliyi məlumat yayıb. Bildirilir ki, əlverişsiz hava şəraitində ildırım vurması nəticəsində 24 nəfər ölüb, 23-ü isə yaralanıb: "Bazar və bazar ertəsi güclü yağış, tufan və dolu ilə müşayiət olunub, bəzi yerlərdə bir saat ərzində 144 mm-ə qədər yağış yağıb". Hindistan Meteorologiya İdarəsi bu gün də ştatın bəzi yerlərində yağıntıların davam edəcəyini proqnozlaşdırır.
|
2023-11-27
| 808,209 |
Qurban qardaşından danışarkən göz yaşını saxlaya bilmədi
|
Azərbaycanın məşhur futbolçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanova həsr edilmiş filmin təqdimat mərasimi keçirilib. Axar.az xəbər verir ki, “Stadionlar səssiz olanda” adlı idman dramının premyerası Nizami Kino Mərkəzində baş tutub. Filmin nümayişindən əvvəl çıxış edən filmin quruluşçu rejissoru Əlisəttar Quliyev bu işdə onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib. Daha sonra ekran işi izləyicilərə təqdim edilib. Filmdə 51 yaşlı mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əks olunub. Filmin nümayişindən sonra səhnəyə dəvət olunan Qurban Qurbanov başda Əlisəttar Quliyev olmaqla bütün yaradıcı heyətə minnətdarlığını bildirib. Filmin onu keçmişə qaytardığını deyən mütəxəssis ekran işində kifayət qədər maraqlı səhnələrin yer aldığını qeyd edib. Musa Qurbanov barədə danışarkən göz yaşlarını saxlaya bilməyən baş məşqçi qardaşının onun üçün çox əziyyət çəkdiyini vurğulayıb. Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunduğunu xatırladan Q.Qurbanov bu filmin ona ikinci böyük hədiyyə olduğunu əlavə edib. Mütəxəssis sonda gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edib. Azərbaycanı hər şeydən çox sevdiyini deyən Qurban Qurbanov bildirib ki, onun üçün ən önəmli xüsusiyyət vətənpərvərlikdir. O, “Qarabağ”ın adını hər zaman uca tutacağını və daha böyük qələbələr qazanmağa çalışacaqlarını vurğulayıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunan film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.
|
2023-11-27
| 808,211 |
İsrail növbəti girov qrupunun siyahısını əldə etdi
|
İsrail Qəzza zolağından bu gün azad edilməli olan dördüncü girov qrupunun siyahısını əldə edib. Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisinin məlumatında bildirilib. Qeyd olunub ki, razılaşmalar çərçivəsində bu gün azad edilməli olan girovların siyahısı alındıqdan sonra ailələrinə də xəbər verilib.
|
2023-11-27
| 808,213 |
Daha bir Ukrayna PUA-sı məhv edildi
|
Rusiyanın havadan müdafiə sistemləri Ryazan vilayəti üzərində Ukrayna PUA-sını məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Kiyev rejiminin PUA ilə terror hücumu həyata keçirmək cəhdinin qarşısı alınıb”, - deyə bildirilib.
|
2023-11-27
| 808,214 |
Kadırov 3 min döyüşçünü Ukraynaya yollayır
|
Ən yaxşı texnika və müasir silahlanmaya malik 3 min döyüşçü Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. “Onlar istənilən mürəkkəblikdə tapşırığı yerinə yetirməyə hazırdır”, - deyə Kadırov bildirib. Qeyd edək ki, Kadırov ötən gün könüllülərdən ibarət xüsusi dəstənin Ukrayna müharibəsinə yola salındığını açıqlamışdı.
|
2023-11-27
| 808,215 |
Neftçalada şəhid anasını hədələyib, pulunu apardılar
|
Dünən gecə Neftçalada şəhid Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın tək olduğundan xəbər tutan maskalı şəxslər evə daxil olub, ona bıçaqla hədə-qorxu gələrək, evdə olan 800 manat pulu götürüb qaçıblar. Axar.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu məlumat yayıb. O bildirib ki, şəhid Telman Kəlbiyevin həyat yoldaşı ilə əlaqə saxlayıb: “Hadisə gecə olub. Şəhidimizin xanımı da hərbiçidir, iki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də, Bakıya gəlməyib, rayondakı evdə oğlunun xatirələri ilə yaşayacağını, orada qalanda oğlunun məzarını tez-tez ziyarət edə bildiyini deyib. Telman Kəlbiyev yeddi bacının yeganə qardaşıdır. “Onun sağlığında qapımıza heç kim pis niyyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüblər, dünən gecə evə maskalı şəxs girib, şəhidin anasına bıçaq çəkib evdəki pulu aparıblar. Anam şəhid üçün verilən təqaüdü toplayaraq Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa, qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını, övladlarını gözü yaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi", - şəhidin xanımı deyib. Qeyd edək ki, Telman Kəlbiyev Ömər aşırımı uğrunda gedən doyüşlərdə şəhid olub, onun cənazəsi ailəsinə 26 dekabr 2020-ci ildə təhvil verilib.
|
2023-11-27
| 808,217 |
İsrail atəşkəsdən sonra Qəzzanı işğal edəcək?
|
İsrail ordusu (ÇAXAL) humanitar atəşkəsdən sonra Qəzzada döyüşləri böyük intensivliklə davam etdirəcək. Axar.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Yoav Qallant deyib. “Fələstin-İsrail münaqişəsinin hazırkı raundu humanitar fasilə ilə bitməyəcək. Əksinə, bu fasilə başa çatdıqdan sonra ÇAXAL bütün Qəzzada fəaliyyət göstərəcək”, - deyə nazir bildirib. Qeyd edək ki, 24 noyabrda qüvvəyə minən dördgünlük atəşkəs razılaşmasının daha iki gün uzadılacağı bildirilir.
|
2023-11-27
| 808,219 |
Qriqoryanın meyitinə hökm oxundu: əmlakı müsadirə edildi
|
Ermənistanın keçmiş deputatı, "Yerkrapah" könüllülər cəmiyyətinin keçmiş rəhbəri, mülki azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən “general-leytenant” Manvel Qriqoryan və onun arvadı Nazik Əmiryanın işi üzrə məhkəmə hökmü elan edib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, onlar bir sıra cinayətlərdə ittiham ediliblər. Hökmə əsasən, Qriqoryanın (ölümündən sonra) 1 milyard 800 milyon dram məbləğində pulu, 8 avtomobili, “Əsgər payı” etiketli daha 8000 ədəd ərzaq, geyim forması və dərman preparatları “Yerkrapah” könüllülər cəmiyyətinə veriləcək. Məhkəmənin qərarı ilə bu iş üzrə zərərçəkmişin hüquqi varisi Q.Torosyan Vaqarşapatdakı yanacaqdoldurma məntəqəsini geri alacaq. Nazik Əmiryandan 101 milyon dramdan çox pul müsadirə olunacaq, onun hesabları, daşınar və daşınmaz əmlakına hökm icra olunana qədər nəzarət olunacaq. Qeyd edək ki, Qriqoryan mülki azərbaycanlılara qarşı qətliamlar həyata keçirməsi ilə tanınırdı. O, 44 günlük savaş zamanı Xankəndiyə gəlsə də, Azərbaycan Ordusunun ardıcıl qələbələrini eşidərək, insult keçirmiş və xərəkdə İrəvana qaytarılmışdı. Ermənistanın kapitulyasiyasından az sonra - 2020-ci ilin 19 noyabrında İrəvanda da öldü. 2021-ci ilin yanvarında isə onun məzarına gedən doğmaları qəbrin açıldığını, qatilin meyitinin çıxarılaraq, yaxınlığa atıldığını görmüşdülər. Onun barəsində cinayət işi 44 günlük savaşdan öncə başlamışdı. Prokurorluq onun bütün əmlakı üzərinə həbs qoymuşdu.
|
2023-11-28
| 808,220 |
Bakının dostları İrəvanla niyə əlaqə qurur?
|
Burada əsas məqsəd İrəvanın iradəsi və ya marağı deyil. Həmin ölkələr özü Ermənistanla diplomatik əlaqələri bərpa etməyə meyillidir. Sentyabr ayındakı antiterror tədbirlərindən sonra bu, daha real olub. Bu sözləri Axar.az-a Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov Qarabağın Ermənistan tərəfindən işğal altında olduğu zaman onunla diplomatik əlaqələri kəsən ölkələrin İrəvanla münasibət yaratmasını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycana dost olan ölkələr regionda yaranacaq yeni layihələrdən kənarda qalmaq istəmir: “Yəni, Azərbaycan öz məsələsini həll etdikdən sonra regionda yeni geosiyasi reallıq yaranıb. Tranzit infrastruktur layihələri gerçəkləşdirilir. Bizə dəstək verən ölkələr - Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və s. də sözsüz ki, bu layihələrdə iştirak etməlidir. Layihələrin bir hissəsinin Ermənistan üzərindən keçməsi gözlənilir. Ona görə, həmin ölkələrin, əslində Ermənistanla münasibətlərinin normallaşdırması da təbii bir prosesdir”. Rizvan Hüseynov bildirib ki, rəsmi Bakı prosesləri nəzarətdə saxlamağa çalışacaq: “Bu, o demək deyil ki, proses rəsmi Bakının nəzarətindən çıxacaq. Sözsüz ki, bizi dəstəkləyən ölkələr bizim mövqeyimizi nəzərə alacaq. Bu proses Azərbaycanın regional və dövlət maraqlarını təmin etməyin üzərindən gedəcək. Əslində, faydalı prosesdir. Biz çalışmalıyıq ki, Ermənistanın aqressiv ritorikasını neytrallaşdıraq. Bunun üçün ona qıraqdan dəstək verən ölkələri neytrallaşdırmaq lazımdır. Bunun da ən gözəl yolu Ermənistanı regional layihələrin bir parçası etməkdir. Bu məsələdə həm Azərbaycan, həm bizə yaxın olan ölkələr bu istiqamətdə fəaliyyətini gücləndirəcək”.
|
2023-11-28
| 808,222 |
Sabah öldürüləcək insana yardım etmək mənasızdır
|
Sabah öldürüləcək insanlara humanitar yardım göstərmək anlamsızdır. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlamasında deyib. “Biz mülki əhalinin əzablarını yüngülləşdirməliyik. Bunun üçün isə humanitar yardımın həcmini artırmaq lazımdır. Amma ertəsi gün öldürüləcək birinə yemək verməyin mənası yoxdur. Biz bombardmanı dayandırmalı və daha çox ölümdən qaçmalıyıq. Humanitar yardım lazımdır, lakin bu, kifayət deyil”, - o bildirib.
|
2023-11-28
| 808,223 |
Bolqarıstan Lavrovun təyyarəsinə icazə verdi
|
Bolqarıstan Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin Şimali Makedoniyada keçiriləcək ATƏT-in sammitində iştirak etmək üçün ölkə üzərindən uçmasına icazə verib. Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın diplomatik nümayəndəliyi təsdiqləyib. Qeyd edək ki, Lavrov ötən gün "Primakov qiraəti" forumunda Bolqarıstanın Rusiya təyyarələri üçün hava məkanını açmağa söz verdiyini, həmçinin ötən həftə Şimali Makedoniyanın da oxşar qərar qəbul etdiyini bildirib.
|
2023-11-28
| 808,225 |
3 müdafiə naziri Bakıda görüşdü: Tiflisdən gözləntilər…
|
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı görüşü ənənəvi üçtərəfli formatın davam etdirilməsi olsa da, İrəvana silah daşınmasında Tiflisin tranzit olaraq istifadə edilməsi fonunda müəyyən gözləntilər yaradır. İstisna deyil ki, Bakıda bu məsələ də müzakirə edilib, Gürcüstandan tranzit rolundan imtina etməsi, yaxud ən azı Ermənistanın hərbi gücünü artıra biləcək, eləcə də təhlükə yaradacaq hücum silahlarının keçidinə icazə verilməməsi istənilib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. O bildirib ki, regional təhlükəsizlik məsələlərində Bakı və Ankara ilə müttəfiqlik edən Tiflisin bunu qəbul edəcəyi mümkün görünür: “Fransanın Gürcüstan vasitəsilə Ermənistana göndərdiyi “Bastion” zirehli maşınları Azərbaycan üçün təhlükə yaratmır. Bu baxımdan, rəsmi Bakı Avropa Birliyindən müəyyən gözləntiləri olan Tiflisin bu addımını anlayışla qarşılayıb. Lakin Ermənistanı silahlandırmağa davam edəcək Fransanın perspektivdə ağır hərbi texnikanı da Gürcüstan üzərindən keçirmək istəyəcəyi bəllidir. Bakı və Ankara Tiflisdən bunun olmamasını istəyir”.
|
2023-11-28
| 808,227 |
Telefon alarkən diqqətli olun: belə aldadılırıq…
|
Son zamanlar insanlara köhnə telefonlar yeni adı altında satılır. Axar.az xəbər verir ki, bu barədə sosil şəbəkələrdə yayılan şikayətlərdə bildirilib. Qeyd olunur ki, qiymət baha olduğu üçün insanlar telefonları rəsmi mağazalardan deyil, kiçik şəbəkələrdən ucuz qiymətə almağa üstünlük verirlər. Lakin bir neçə gün sonra telefonun satılmamışdan öncə qeydiyyatdan keçirilərək, aktiv olduğunu görürlər. Məsələ ilə bağlı İKT üzrə ekspert Nurlan Əliyarlı saytımıza açıqlamasında bildirib ki, telefon alınan zaman əsas qutusunda olub-olmaması deyil, eyni zamanda cihazın özünün aktiv olub-olmamasına baxılmalıdır: “İMEİ kodu yoxlamaq şərtdir. Əgər telefon aktiv göstərilirsə, buna görə mağaza məsuliyyət daşıyır. İnsanlar məhsulu əldə edən zaman zəmanət tələb etməlidir”.
|
2023-11-28
| 808,228 |
İsveçrə liderinin Kiyev səfərinə Rusiyanın reaksiyası
|
İsveçrə rəhbərliyi və ölkə prezidenti Alen Berset İsveçrə vətəndaşlarını ən çox narahat edən problemlərin həllindən daha çox rusofob siyasət yürütməkdə və Kiyevi dəstəkləməkdə maraqlıdır. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov deyib. "Nə nəticə çıxarmaq olar? İsveçrə kimi çiçəklənən Avropa ölkəsində belə onun sakinlərinin narahatlığına səbəb olan çox kəskin daxili problemlər var. Bununla belə, İsveçrənin siyasətini Prezident Bersetin Ukraynaya bu yaxınlarda etdiyi səfər də göstərdi", - Qatilov vurğulayıb. Qeyd edək ki, A.Berset noyabrın 25-i Kiyevə səfər edib.
|
2023-11-28
| 808,229 |
İsrail Qəzzaya 8 sistern yanacaq buraxdı
|
İsrail ordusu BMT-nin humanitar təşkilatları tərəfindən Misirdən göndərilmiş 8 sistern dizel yanacağı və məişət qazının Qəzza zolağına keçidinə şərait yaradıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir. Qeyd edilir ki, bu, Qətər və Misirin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi kimi həyata keçirilib. Bundan əlavə, İsrail hərbçiləri anklava içməli su, ərzaq və dərman olan 200 yük maşını buraxıb.
|
2023-11-28
| 808,230 |
Paşinyan erməni əsgərlərini ora ölümə göndərir - General
|
Ermənistanın Fransa ilə birgə oyunları davam edir. Son yayılan məlumata görə isə Ermənistan Qarabağdan çıxan ordu qalıqlarının üzvlərini təlim üçün Fransaya göndərir. Bildirilir ki, Fransada təlim keçənlər Ukrayna müharibəsində Rusiyaya qarşı istifadə ediləcək. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. General Paşinyanın belə siyasətlə ölkəni rəqabət meydanına çevirdiyini vurğulayıb: “Əlbəttə ki, burada Paris və İrəvanın məsələyə yanaşması, ənənəvi şəkildə proksi-dövlət statusunda olan Ermənistanın qarşıdakı dövrdə Qərbin əlaltısına çevrilmə həvəsi, istəyi çox yanlışdır. Fransa və Ermənistan məğlub olmuş, mənən sınmış ordunun əsgərlərini əslində bilərəkdən ölümə göndərir. Onların orada ölməkdən başqa yolu yoxdur. Diqqətçəkən digər bir önəmli məqam isə haqqında danışdığımız hadisələrin Ermənistanın son dövrdə üzvü olduğu KTMT əleyhinə silsilə addımlar atmasına, Paşinyanın Minskdəki sammitə qatılmaqdan imtina etməsinə və üzv dövlətlər, eyni zamanda Rusiya əleyhinə açıqlamalar verməsinə paralel şəkildə inkişafıdır. Paşinyan Moskvadan silah almaq üçün verdikləri pulu (200 milyon dollar - red) media vasitəsilə açıq şəkildə tələb etdi, yaxud onun Rusiyaya borcun bir hissəsinin silinməsinə sərf ediləcəyini bildirdi. Qərbdən verilən vədlər artdıqca Paşinyan da Rusiya ritorikasını sərtləşdirir. Əlbəttə ki, atılan addımların hərbi, siyasi və iqtisadi nəticələri olacaq. Qarşıdakı mərhələdə Rusiya Ermənistanı sıxışdırdıqca, İrəvanın Qərbin qucağına qaçma meyilləri də artacaq, ölkə böyük güclər arasında gizli və açıq rəqabət meydanına çevriləcək”. Qeyd edək ki, rusiyalı hərbi bloger Anastasiya Kaşevarovanın öz Teleqram kanalında Ermənistandan olan əsgərlərin Fransanın təxminən yeddi təlim düşərgəsində Ukraynada Rusiyaya qarşı vuruşmaq üçün hazırlıq prosesindən keçdiyini qeyd edib. Əsas düşərgələrin Mayi-le-Kan ərazisindəki “CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “CES - Center d'entrainement des post de” təlim mərkəzi olduğu bildirilib.
|
2023-11-28
| 808,232 |
Rusiya üstünlük qazandı: Ukrayna məğlub olur?
|
Hazırda həm hava şəraiti, həm də müəyyən təczihat işləri ilə bağlı Ukraynanın müəyyən problemləri var. Lakin vəziyyət Kiyevin müharibədə məğlubiyyətinə səbəb olacaq qədər ağır deyil. Bu sözləri Axar.az-a Ukrayna müharibəsində son vəziyyət haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Polkovnik rus ordusunun qazandığı müvəqqəti üstünlüyün strateji hədəflərə çatmaq mənasına gəlmədiyini vurğulayıb: “Doğrudur, Rusiya çoxlu itkilər versə də, canlı qüvvə hesabına Avdeyevka istiqamətində irəliləyə bilib. Kupyanskda da oxşar vəziyyət var. Lakin Ukrayna ordusunun eyni vaxtda bir neçə istiqamətdə daha böyük çətinliklərlə üzləşdiyi məqamlar olub və onlar bunun öhdəsindən gəlib. Müharibə elə bir ciddi hərbi tədbirdir ki, orada uğur və uğursuzluq, taktiki geri çəkilmələr və s. olur. Ukrayna yorulub, amma bu, Rusiyanın öz strateji hədəflərinə çatacağı anlamına gəlmir. Çünki Ukrayna öz ərazisi uğrunda döyüşür və qarşıda onlara daha müasir silah-sursat, hərbi texnikanın, bununla bərabər döyüş təyyarələrinin verilməsi gözlənilir. Rusiya müvəqqəti mövqe üstünlüyü əldə edib, ancaq Ukrayna da Dneprin sol sahilində işğaldan qurtardığı ərazilərdə möhkəmlənməyə davam edir”.
|
2023-11-28
| 808,233 |
İsrail bu gün 33 fələstinlini azad edəcək
|
İsrail Qəzzada atəşkəs razılaşması çərçivəsində bazar ertəsi 33 fələstinli girovu azad edəcək. Axar.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
2023-11-28
| 808,234 |
Əhalinin artımı zəiflədi: Türkiyə təcrübəsini tətbiq edək
|
Əhalinin təbii artımı bu gün Azərbaycan üçün prioritet istiqamətlərdən biri olmalıdır. Çünki son bir neçə ilin statistikasına nəzər yetirsək, əhalinin artımında azalmaların olduğunu görərik. Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, “Sosial xidmət haqqında Dövlət Proqramı”nın preambula hissəsində Azərbaycanda əhalinin sayı son 22 ildə 26,44% artdığı halda, ahılların sayının 99,4% artdığı qeyd edilib: “Bu, ahılların uşaq və yeniyetmələrin sayına nisbətdə daha çox artdığını göstərir. 2023-cü ilin son 5 ayı ərzində təbii doğumların sayı 17,5 faiz aşağı düşüb. Statistikanın aşağı düşməsinin bir sıra səbəbləri var. Azərbaycanda uzun illər, özəlliklə də Sovet dövründə demoqrafik vəziyyəti sabitləşdirmək üçün “qəhrəman ana” institutu yaradılmış, müxtəlif üstünlüklər və dəstəkləyici tədbirlər hazırlanmışdı. Ancaq müstəqillik dövründə Azərbaycanda çoxuşaqlı ailə anlayışı getdikcə zəiflədi. Məsələn, 2019-cu ildə əhalinin siyahıyaalınmasına nəzər yetirdikdə, Azərbaycanda 16 min civarında çoxuşaqlı ailə olduğunu görərik. Halbuki, ailələrin ümumi sayı 2 milyondan çoxdur. Bu problemin qaynağında qlobal ailə trendlərinin dəyişməsi, demoqrafik siyasətdə stimullaşdırıcı tədbirlərin olmaması da var. Eyni zamanda, bir çox postsovet ölkələri kimi, Azərbaycan da keçid dövrünü ağır keçirdi. Bu da ailə planlaşmasına təsir göstərdi. Bu gün əksər ailələr 1, yaxud 2 övlad sahibi olmaq istəyir. Həmçinin, son illər boşanmaların çoxalması da təbii artıma birbaşa təsir edir”. Şəfiyevin sözlərinə görə, bir çox gəncin ailə qurmaqdan daha çox karyera, mənzil sahibi olmaq istəyi evlənmək yaşının artmasına təsir göstərir: “Belə olan halda ailə planlaması da bir qədər mürəkkəbləşir. Hətta dünyanın bir çox ölkəsində başqa amillərin, xüsusilə sosial şəbəkələrin meydana çıxması ilə gənclərdə subaylıq sindromu yaranıb. Onlar evlənmək yox, ancaq virtual ünsiyyət haqda düşünürlər. Lakin Azərbaycanda bu tendensiya özünü bir o qədər də göstərmir”. Sosioloq bildirib ki, məsələ ilə bağlı qardaş Türkiyədə bu yaxınlarda çox maraqlı bir addım atılıb: “Türkiyə rəhbərliyinin təşəbbüsü ilə Ailə və Gənclər Fondu yaradılıb. Bu fond yeni ailə quran gənclərə və zəlzələ bölgəsində ikinci dəfə nikaha girən ölkə vətəndaşlarına 150 min lirə civarında faizsiz kredit verir. Bu kredit 6 il müddətində qaytarıla bilər. Düşünürəm ki, bu təşəbbüs ölkəmizdə də tətbiq edilə bilər. Eyni zamanda, regionlardakı gənclərə pay torpaqları verilərək, iş və məşğulluq sahələri inkişaf etdirilə bilər. Çox yaxşı olar ki, uşaqpuluyla bağlı məsələ də yenidən qaldırılsın. Türkiyədə yeni doğulan körpənin adına bankda hesab açılır. Bu hesaba 18 yaşına qədər pul yatırılır. 18 yaşına çatdıqdan sonra isə o, yatırılan puldan həyatını qurması üçün istifadə edə bilir. Yaxşı olar ki, Azərbaycanda çoxuşaqlı ailə sistemi 6-7 uşaqla hesablansın və həmin anaya “qəhrəman ana” statusu verilsin. Belə ailələrə vergi və sosial güzəştlər də tətbiq oluna bilər. Boşanmaların azaldılması üçün gənclər ailə qurmazdan əvvəl evliliyə hazırlanmalıdır. Çox yaxşı olar ki, orta və ali məktəblərdə ailə dəyərlərini təbliğ edən ayrıca dərslər də keçirilsin”.
|
2023-11-28
| 808,235 |
İndiyədək azad edilən girovların sayı açıqlandı
|
Noyabrın 24-dən bugünədək HƏMAS (Qəzza zolağından) azı 58, İsrail isə 85 fələstinli girov təhvil verib. Axar.az xəbər verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) baş direktoru Robert Mardini bildirib. “BQXK yalnız neytral vasitəçi kimi çıxış edərək, bu şəxslərin ailələrinə təhvil verilməsini asanlaşdırıb”, - R.Mardini deyib. Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən, noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib. Atəşkəsi rejiminin daha 2 gün uzadılacağı istisna edilmir.
|
2023-11-28
| 808,237 |
Ukraynada vəziyyət yaxşı deyil, qətiyyətli olmalıyıq
|
Ukraynada vəziyyət yaxşı getmir. Axar.az xəbər verir ki, bunu Yunanıstan xarici işlər naziri Giorgos Gerapetritis deyib. "Vəziyyət olduğu kimi qalır və həqiqət budur ki, heç də yaxşı getmir. Artıq il yarımdır ki, mübarizə aparılır. Dəhşətli vəziyyətdir. Məncə, köməklik baxımından mümkün qədər qətiyyətli olmağa çalışmalıyıq. Biz bütün çətin anlarda qətiyyətlə Ukraynanın tərəfində olmuşuq. Amma həqiqət budur ki, biz öz hərəkətlərimizi Ukraynanın xeyrinə koordinasiya etməyə davam etməliyik", - nazir qeyd edib.
|
2023-11-28
| 808,238 |
Britaniyada ilk dəfə donuz qripinə yoluxma aşkarlandı
|
Böyük Britaniyada, Şimali Yorkşirdə ilk dəfə donuz qripinə yoluxma aşkar edilib. Axar.az-ın məlumatına görə, bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirib. Məlumata əsasən, virus aşkar edilən şəxsin donuzlarla heç bir təması olmayıb.
|
2023-11-28
| 808,239 |
"Azərbaycan" adı Türkmənçay sazişində - Tarixi fakt
|
Ermənilər iddia edir ki, Azərbaycan adı 1918-də yaranıb. Lakin Rusiyanın 19-cu əsrdə Türkmənçay müqaviləsini imzalaması zamanı istifadə etdiyi xəritələrdə və mətnlərdə “Azərbaycan” adı yazılıb. Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev paylaşıb. O bildirib ki, əksəriyyət müqavilədə “Azərbaycan” adının olmadığını iddia edirdi: “Azərbaycan” adını Qafqazdakı rus qoşunlarının komandanı general İ.F.Paskeviç Çara yazdığı məktubda çəkir: “Aderbeycan (Adərbəycan) itkisi ilə ingilis məmurları gəmilərə minə bilərlər. Zati-aliləri, mənim vasitəmlə ermənilərin Adərbəycana köçürülməsi üçün qəbul edilmiş üsullar və onların hazırda rayonlarımızda məskunlaşdırılması haqqında daha etibarlı məlumat əldə etməkdən məmnun qaldınız”. General İ.F.Paskeviçin rus şairi və diplomatı A.S.Qriboyedova ünvanladığı “Sülh danışıqları zamanı Türkmənçayda, xüsusən də Adərbəycanla bağlı kollegiya müşaviri Qriboyedova necə davam etmək barədə təlimat” başlıqlı məxfi məktubunda rus qoşunlarının Azərbaycan ərazilərinin əksəriyyətindən çıxarılması şərtlərindən bəhs edilir. Başqa bir yeni fakt: Çar general Paskeviçə yazır ki, “pul tələbləri farslar tərəfindən rədd edilsə, bütün Adərbəycan vilayətinin Farsdan ayrılmasına hazır olun”. Alim müqavilədən sözügedən hissənin tərcüməsini də təqdim edib: “(XV maddə): “Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, “Azərbaycan” adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır”. Bu fakt bir daha sübut edir ki, Rusiya və Qacar dövləti Azərbaycan adlanan coğrafiyanı iki hissəyə bölüblər”. Z.Əliyev vurğulayıb ki, Türkmənçay müqaviləsi Rusiya və Qacarlar arasında 90 il müddətinə bağlanıb: “Artıq aradan 200 ilə yaxın bir dövr keçməkdədir. Müqavilə hüquqi qüvvəsini itirib. Müqaviləni bağlayan dövlətlər - Rusiya İmperiyası və Qacarlar dövləti artıq yoxdur. Beynəlxalq hüquqa görə, Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından, hüquqi qüvvəsini çoxdan itirib. Məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq, özünü Rusiya İmperiyasının varisi elan etməyib. Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran da gərək bəzi əraziləri Azərbaycana qaytarsın. Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə, müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir və mahiyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur. Nə bolşevik Rusiyası, nə də 1991-ci ilin dekabrında yaranmış müasir Rusiya Federasiyası çar Rusiyasının hüquqi varisi deyil. Hətta V.İ.Lenin Sovet Rusiyasını qurduğu zaman özündən əvvəlki çar rejiminin varisi olmadığını, həmçinin çar dövrünə aid bütün öhdəliklərin, borcların, müqavilələrin qüvvədən düşdüyünü elan etdi. İndiki İran İslam Respublikası da hüquqi baxımdan Qacarlar dövlətinin varisi deyil. Eyni zamanda Türkmənçay müqaviləsinin birinci maddəsində nəzərdə tutulduğu kimi, bu müqavilə yalnız Qacarlar sülaləsinin hakimiyyəti dövründə hüquqi qüvvəyə malik idi. Müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana Konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə olmayan və heç bir hüquqi məsuliyyət yaratmayan ölü müqavilələrdir”.
|
2023-11-28
| 808,240 |
11 girov Qəzzadan İsrailə gətirildi
|
11 israilli girovdan ibarət qrup Qəzza zolağından İsrail ərazisinə gətirilib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. "ÇAXAL-ın Xüsusi Təyinatlı Qüvvələri və Ümumi Təhlükəsizlik Qüvvələri hazırda azad edilmiş 11 girovu İsrail ərazisində müşayiət edir. Onlar tibbi müayinədən keçdikdən sonra ailələrinə qovuşana qədər qüvvələrimiz onları müşayiət edəcək”, - deyə bildirilib.
|
2023-11-28
| 808,241 |
Bu ölkədə həbsxanaya hücum: 2 min məhbus qaçdı
|
Syerra-Leonenin paytaxtı Fritaundakı həbsxanaya hücum olunub. Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Hücum nəticəsində həbsxanadan 1890 məhbus qaçıb, onlardan yalnız 23-ü geri qaytarılıb. Paytaxtdakı iğtişaşlar zamanı 13-ü hərbçi olmaqla, 20 nəfər həlak olub.
|
2023-11-28
| 808,242 |
Krımda akvarium-muzey dağıldı, 800 heyvan öldü
|
Krım yarımadasını vuran qasırğa nəticəsində Sevastopoldakı akvarium-muzeydə 800-ə yaxın heyvan ölüb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, qasırğa nəticəsində 1897-ci ildən fəaliyyət göstərən ekzotik heyvanların olduğu zal su altında qalıb. Məlumata görə, su axını muzeyin damını yararaq, havalandırma sistemini sıradan çıxarıb. Şahidlərin sözlərinə görə, hər gələn dalğa ilə otağa təxminən üç kubmetr su daxil olub. Muzey direktorunun sözlərinə görə, doqquz akvariumdakı heyvanlar ölüb, binaya böyük ziyan dəyib. Nasoslar və ventilyasiya sistemləri də daxil olmaqla, bütün avadanlıqlar sıradan çıxıb. Hadisə nəticəsində ən çox ziyan muzeyin üçüncü zalına dəyib. Bundan başqa, Cənubi Dəniz Biologiyası İnstitutunun bir neçə elmi laboratoriyası zədələnib.
|
2023-11-28
| 808,243 |
Həyəcanlı anlar: Türk təyyarəsi enə bilmədi - Video
|
Ordu-Giresun hava limanında əlverişsiz hava şəraiti Türk Hava Yollarının təyyarələri üçün çətin anlar yaşadıb. Axar.az xəbər verir ki, THY təyyarəsi güclü külək səbəbindən hava limanına enə bilməyib və uçuş-enmə zolağından çıxıb. Qeyd edək ki, son 2 gün ərzində Türkiyənın bir sıra regionlarında sel və qasırğa həyatı iflic edib. Həmin anın görüntüsünü təqdim edirik:
|
2023-11-28
| 808,244 |
Terror təhlükəsi var, bu ölkələrə yardım edirik - NATO
|
Avropada terror təhlükəsi realdır. Axar.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib. "Biz NATO ölkələrinə qarşı birbaşa hərbi hücum təhlükəsi görmürük. Amma daimi təhlükə var - terror hücumları təhlükəsi... Avropada terror təhlükəsi realdır. Biz Yaxın Şərqdəki tərəfdaşlarımızla işləyirik, eləcə də Şimali Afrikadakı İordaniya, Tunisə öz sərhədlərinə daha yaxşı nəzarət etmək və məlumat mübadiləsi aparmaqda kömək edirik”, - o bildirib.
|
2023-11-28
| 808,245 |
Neft yenidən bahalaşdı
|
Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 80,13 dollara, yüngül neftin bir barreli isə 75,00 dollara təklif olunur.
|
2023-11-28
| 808,248 |
Güclü külək Bakıda fəsadlar törətdi - Video
|
Ötən gün səhər saatlarından başlayaraq əsən güclü külək Bakı şəhərində bir sıra fəsadlar törədib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Həmin fəsadların dərhal aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib. Belə ki, Nazirliyin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Nəsimi rayonu, Azadlıq prospekti, 88 ünvanında yerləşən iyirmiikimərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində pəncərə çərçivəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə pəncərə çərçivəsi kənarlaşdırılaraq mümkün ağır fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib. Bundan başqa, xilasedicilər tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 20 ünvanında doqquzmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi müvafiq qaydada götürülüb və Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, bina 79a ünvanında yerləşən iyirmibirmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin eyvanında asılı vəziyyətdə qalmış metal parçası bərkidilərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.
|
2023-11-28
| 808,252 |
Qubadlıda silah-sursat aşkarlandı
|
Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayonun Aşağı Xocamusaqlı kəndi ərazisində 2 qumbaraatan, 1 pulemyot və xeyli sayda müxtəlif çaplı patronlar aşkar olunaraq müvafiq qaydada götürülüb. Faktla bağlı araşdırma aparılır.
|
2023-11-28
| 808,255 |
Bu ərazimizə 14 sm qar yağdı - Video
|
09:32 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 28-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb. Xidmətdən Axar.az-a bildirilib ki, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Qrızda 14 sm, Şahdağ, Altıağacda 13 sm, Gədəbəydə 11 sm, Xaltan, Sarıbaşda (Qax) 10 sm, Göygöldə 4 sm, Əlibəydə (Zaqatala) 3 sm olub. Düşən yağıntının miqdarı Sarıbaş (Qax) 15 mm, Altıağacda 14 mm, Xaltanda 12 mm, Oğuzda 11 mm, Qrızda 10 mm, Şəkidə 9 mm, Astara, Şamaxı, Mingəçevir, Qəbələ, Gədəbəydə 8 mm, Lerik, Lənkəran, Yardımlı, Ağsu, Qobustan, İsmayıllı, Şahdağ, Göygöl, Ordubad, Kürdəmir, Zərdab, Xaçmaz, Beyləqan, Zaqatala (Əlibəy), Qusar, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Naftalan, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Quba, Tərtər, Şabran, Goranboy, Yevlax, Göyçayda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub. Qərb küləyi arabir Gəncədə 30 m/s, Naftalanda 26 m/s, Ağdamda 25 m/s, Mingəçevirdə 21 m/s, Tərtər, Yardımlı, Daşkəsəndə 20 m/s, Lerik, Bərdədə 19 m/s, Şəki, Biləsuvar, Gədəbəydə 18 m/s, Zaqatalada 17 m/s, Bakıda və Abşeron yarımadasında 30-32 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.
|
2023-11-28
| 808,259 |
Blinken Nikol Paşinyanla bunları müzakirə etdi
|
09:39 Baş nazir Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Həmsöhbətlər regional vəziyyətlə bağlı məsələləri, eləcə də ikitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər. Xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə toxunulub. Qarabağdan miqrasiya edən ermənilərin humanitar problemləri və onların aradan qaldırılması üçün Ermənistan hökumətinin atdığı addımlar da müzakirə olunub. Beynəlxalq yardımın vacibliyi vurğulanıb. Qeyd edək ki, bu gün Blinken Azərbaycan lideri İlham Əliyevə də zəng edib.
|
2023-11-28
| 808,260 |
"Human Rayts Votç"dan “mina nağılı”: Xəbərsizik
|
Dünya səviyyəsində insan haqlarının müdafiəsi ilə məşğul olan, bu mövzuda araşdırmalar aparıb, yayımlayan beynəlxalq qeyri-hökumət təşkilatı "Human Rayts Votç" Azərbaycanın mina problemi ilə bağlı beynəlxalq çağırışlarından xəbərsiz olduğunu iddia edib. Axar.az xəbər verir ki, təşkilat rəsmisi Report-a cavabında problemdən məlumatlı olmadıqlarını deyib. Belə ki, "Human Rayts Votç" təşkilatının BMT-dəki direktoru Luis Çarbonau (Louis Charbonneau) XXI əsrdə Azərbaycanın üz-üzə olduğu ekoloji fəlakət, Ermənistanın 30 illik işğal dövründə ölkəmizdə buraxdığı dəhşətli mirasdan məlumatsız olduqlarını iddia edib: "Biz bu məsələdən xəbərdar deyilik. Mən bununla bağlı heç bir araşdırma tapa bilmirəm, amma həmkarlarımdan soruşacağam". "Human Rayts Votç" təşkilatının rəsmisi L.Şarbonu ona ünvanlanan sualları həmkarları ilə araşdıracağını vəd versə də, növbəti sorğu iki aydır, cavabsız qalıb.
|
2023-11-28
| 808,262 |
Finləri ciddi problemlər gözləyir - Volodin
|
Rusiya ilə sərhəddə keçid məntəqələrinin bağlanması Finlandiyaya təxminən 3 milyard avroya başa gələcək. Bu ölkənin rəhbərliyi dəmir pərdəni endirməklə öz vətəndaşlarını cəzalandırır, ölkəni inkişafdan məhrum edir. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Teleqram kanalında bildirib. “Finlandiyanı Qərbdə bir sıra problem gözləyir. Yanlış düşünüb və tələsik NATO-ya daxil olmağa görə hərbi xərclərin ciddi artımını, eləcə də Avropa dövlətlərinin hələ də öhdəsindən gələ bilmədiyi qanunsuz antirusiya sanksiyalarının nəticələrini buna misal gətirmək olar”, - o bildirib.
|
2023-11-29
| 808,265 |
ÇL: "Barselona" qalib gəldi, "Siti"dən geridönüş
|
2023.11.28 - 09:58 UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib. Axar.az xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında oyunlar baş tutub. Çempionlar Liqası Qrup mərhələsi, V tur 28 noyabr E qrupu 21:45. “Latsio” (İtaliya) 2 – 0 “Seltik” (Şotlandiya) 00:00. “Feyenoord” (Niderland) 1 – 3 “Atletiko” (İspaniya) Xal durumu: “Atletiko” – 11, “Latsio” – 10, “Feyenoord” – 6, “Seltik” - 1. F qrupu 00:00. “Milan” 1 – 3 “Borussiya” (Dortmund, Almaniya) 00:00. PSJ (Fransa) 1 – 1 “Nyukasl” (İngiltərə) Xal durumu: “Borussiya” – 10, PSJ – 7, “Milan” – 5, “Nyukasl” - 5. G qrupu 00:00. “Mançester Siti” (İngiltərə) 3 – 2 “Leyptsiq” (Almaniya) 00:00. “Yanq Boyz” (İsveçrə) 2 – 0 “Srvena Zvezda” (Serbiya) Xal durumu: “Mançester Siti” – 15, “Leyptsiq” – 9, “Yanq Boyz” - 4, “Srvena Zvezda” – 1. H qrupu 21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) 1 – 0 “Antverpen” (Belçika) 00:00. “Barselona” (İspaniya) 2 – 1 “Portu” (Portuqaliya) Xal durumu: “Barselona” – 12, “Portu” – 9, “Şaxtyor” – 9, “Antverpen” - 0. Qeyd edək ki, digər qruplarda V turun matçları bu gün keçiriləcək.
|
2023-11-28
| 808,266 |
ABŞ qlobal liderliyi bərpa etməlidir! - Trass
|
ABŞ Rusiya, Çin və İrandan gələn təhdidlər, eləcə də radikal daxili ideologiyalar səbəbindən qlobal liderliyi bərpa etməlidir. Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass deyib. “Soyuq müharibə zamanı məhz ABŞ-ın gücü Sovet İttifaqından gələn kommunist təhlükəsini uğurla dəf etdi. Prezident Ronald Reyqan Sovet İttifaqını qətiyyətlə "Şər imperiyası" adlandırırdı. Ümid edirəm ki, respublikaçılar 2024-cü ildə Ağ Evə qayıdacaq. ABŞ-da düşmən rejimləri şər və təhdid adlandırmaq üçün kifayət qədər cəsarətli olan mühafizəkar liderlik olmalıdır”, - o bildirib.
|
2023-11-28
| 808,272 |
Bakıda beynəlxalq konfrans keçirilir
|
Bakıda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans keçirilir. Axar.az xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi ikinci mötəbər tədbirdə dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər. Onların arasında ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov, Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva da var. İki gün davam edəcək konfransın keçirilməsində məqsəd Azərbaycanın mövcud mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində qlobal innovativ texnologiyaların nümayiş olunması və bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir. Tədbir çərçivəsində əməliyyatçı qurumlar və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunur.
|
2023-11-28
| 808,275 |
643-cü gün: Rusiyanın itkiləri açıqlandı
|
Ukrayna müharibənin 643-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 326 440 hərbçi, 5523 ədəd tank, 10285 ədəd zirehli döyüş maşını, 7876 ədəd artilleriya sistemi, 907 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 597 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 302 ədəd avtomobil texnikası, 5905 ədəd PUA, 1565 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1113 xüsusi avadanlıq itirib.
|
2023-11-28
| 808,276 |
Sürücülər tıxac haqda dərhal məlumat alacaq - Video
|
Bakıda sürücülər yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər. Bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, xəritədə bütün yolların, zolaqların, yol nişanları və svetoforların, körpü və tunellərin, ünvan məlumatlarının əks olunması, həmçinin onların asanlıqla yenilənmə imkanının yaradılması nəzərdə tutulub: "Bununla da yollarda yaranan problemlər (qəza, tıxac, təhlükəli hallar və s.) barədə sürücülər tərəfindən DİN NİİM-ə elektron qaydada məlumatların ötürülməsi və mobil telefonların orta sürət sensoru qismində istifadəsi təmin ediləcək. Böyük Britaniyanın və Türkiyənin coğrafi informasiya sistemləri üzrə təcrübəli mütəxəssislərinin cəlb edildiyi layihə çərçivəsində Bakı şəhəri üzrə 6 min 235 km ərazidə çəkilişlər aparılıb. Hazırlanmış xəritə məlumatları vətəndaşlar tərəfindən istifadə ediləcək mobil tətbiqdə öz əksini tapacaq. Adıçəkilən tətbiq vasitəsilə vətəndaşlar xəritə üzərində müvafiq ərazilərdə aparılan təmir işlərinin, qəza hadisələrinin, tıxacların olmasını müşahidə edə biləcəklər. Bununla yanaşı, gələcəkdə tətbiq vasitəsilə vətəndaşların videomüşahidə kameraları vasitəsilə yollardakı vəziyyətə real vaxt rejimində baxış keçirə bilməsi də mümkün olacaq. Ümumilikdə mobil tətbiqin gələn il ərzində istismara verilməsi nəzərdə tutulur".
|
2023-11-28
| 808,280 |
Qranadada sənəd imzaladı, gəlib dedi ki... - Arzumanyan
|
Ermənistandan əməli addımlar görmək istərdim. Bəyanatlar səviyyəsində fərqli şeylər deyə bilərsiniz, lakin onların ardınca əməli addımlar atılmadıqda vəziyyət tamam başqa cür olur. Ermənistan toparlanıb, Rusiya ilə vidalaşmalıdır. Axar.az xəbər verir ki, bunu Ermənistanın “Aşxar” Strateji Araşdırmalar Mərkəzinin direktoru Qraçya Arzumanyan deyib. “Otuz il ərzində Ermənistan hakimiyyətinin siyasəti nəticəsində Rusiya tərəfdən asılılıq təkcə hərbi mənada deyil, demək olar ki, bütün aspektlərdə böyük ölçülərə çatıb. Əgər biz bütün bu vəziyyətdən çıxmaq istəyiriksə, bunu düşünüb etmək lazımdır ki, sabah Ermənistanda fəlakət başlamasın. Deklarativ bəyanatların vaxtı bitdi. Biz artıq Rusiyaya və bütün KTMT ölkələrinə onların reaksiyasından narazı olduğumuzu bildirmişik. Onlar artıq bu barədə məlumatlıdırlar. Ona görə də indi bu barədə yenidən danışmağın mənası yoxdur. Əgər qərar vermisinizsə - davam edin. Ermənistan düşünərək bu hadisələrdə iştirak etməli, addımlarını Qərblə razılaşdırmalı və cəmiyyətə məlumat verməlidir ki, onlar da öz seçimini etsinlər. Hələ də əmin deyiləm ki, Ermənistan hakimiyyəti sabah öz mövqeyini dəyişməyəcək. Onlar Brüssel və Qranadaya getdilər, bəzi sənədləri imzaladılar, amma sonra gəlib ictimaiyyətə bildirdilər ki, xarici siyasətin heç bir vektorunu dəyişdirmirlər. Amma görürəm ki, vektor dəyişir, ona görə də istərdim ki, Ermənistan hakimiyyəti daxili siyasi həyatda daha aydın siyasət aparsın”, - o bildirib.
|
2023-11-28
| 808,284 |
Kalın HƏMAS liderlərindən bunu istədi
|
Türkiyə Milli İstehbarat Təşkilatının rəisi İbrahim Kalın Fələstinin HƏMAS hərəkatının liderləri ilə danışıqlar aparıb. Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti mənbələrə istinadən məlumat yayıb. “6 həftə ərzində İbrahim Kalın HƏMAS-la 4 görüş keçirib. Görüşlərin biri Dohada, ikisi Ankarada, biri isə İstanbulda baş tutub. Danışıqlar zamanı HƏMAS-dan ilk addım olaraq mülki girovları azad etməsi istənilib. Bu çərçivəsində Qətərdə HƏMAS-ın siyasi bürolarının rəhbərləri ilə şəxsi görüşlər keçirilib. Ankara öz vətəndaşlarının xilas edilməsi üçün rəsmi müraciətlər göndərən ölkələrdən alınan məlumatları da birbaşa HƏMAS siyasi bürosunun rəhbərlərinə ötürüb. Ankaranın tələbi daxili kommunikasiya kanalları vasitəsilə HƏMAS-ın Qəzzadakı hərbi qanadına çatdırılıb. Azad ediləcək girovlar arasında həm İsrail vətəndaşları, həm də üçüncü ölkə vətəndaşlarının olacağına zəmanət verilib”, - məlumatda qeyd olunub. Nəşr danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidanın adından ölkənin Dohadakı səfirinin də iştirak etdiyini bildirib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.