date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-11-28
808,286
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə uğurla əməkdaşlıq edir
Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) yaradılmasının 25-ci ildönümü qeyd olunur. Təşkilata sədrlik edən Azərbaycan bu münasibətlə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmiş və cari ilin noyabr ayının 24-də SPECA-nın ilk Sammiti Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmişdir. Məlum olduğu kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan artıq uzun müddətdir ki, bir-biriləri ilə bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edirlər. Yeni tərkibdə keçirilən Zirvə görüşü də ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha geniş formatda inkişafına yol açacaq. Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. O qeyd edib ki, Azərbaycan, iştirakçısı olduğu bütün beynəlxalq təşkilatlarda olduğu kimi, SPECA-da da xüsusi fəallığı ilə seçilir: “BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı regional inkişafın sürətlənməsinə önəmli töhfələr verən təşkilatdır. Ölkə Prezidenti İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, həmçinin Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaq qismində iştirak etmələri SPECA-nın beynəlxalq nüfuzunun kifayət qədər yüksək olduğundan xəbər verən məqamdır. Eyni zamanda, fəxri qonaqların bu dəvəti qəbul etmələri ölkəmizin təşkilatda effektiv fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir. Möhtərəm dövlət başçımız Sammitdəki çıxışında Azərbaycanın BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışladığını və BMT-nin himayəsi altında təsis edilmiş SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları məbləğində vəsait ayıracağını bəyan etməklə ölkəmizin təşkilatda oynadığı rolun önəmini bir daha qeyd etmiş oldu" K.Qafarov Azərbaycanın iqtisadi uğurlarının ölkəmizin beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsini şərtləndirən əsas amillərdən olduğunu vurğulayaraq deyib: “Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, SPECA-ya üzv dövlətlər son 25 ildə öz suverenliyini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvü olmuş və iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrə çevrilmişlər. Bu ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. O cümlədən, Azərbaycanın güclü iqtisadiyyatı ölkəmizə müstəqil xarici siyasət kursu həyata keçirmək imkanı yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində ölkəmizdə əlverişli investisiya mühiti formalaşıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son bir neçə ildə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Nəticədə ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Məlumdur ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərində aparıcı yeri də məhz nəqliyyat və logistika sahəsi tutur. Bu gün həmin ölkələrdən Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları Azərbaycandan keçir. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Azərbaycanın bu sahədə imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində də önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir” .
2023-11-28
808,297
Şagirdi döyən Təhsil İdarəsinin müdiri işdən çıxdı
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub. Axar.az xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazıb. Onun ərizəsi qəbul olunub və işdən çıxarılıb. Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda onun 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılmışdı. Xatırladaq ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.
2023-11-28
808,298
Babayan: Nikol Putindən xahiş edib, Bakının tələbi isə… - Video
Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş qondarma qurumun keçmiş “tş katibi” olan Samvel Babayanın 44 günlük savaşla bağlı ifadəsi üzə çıxıb. Axar.az xəbər verir ki, Babayan o vaxt separatçı xuntanın “baş prokuroru” olan Qurgen Nersisyana ifadəsində Qarabağın “yüksək rütbəli məmurlarının” Paşinyandan nəyin bahasına olursa-olsun, müharibəni dayandırması üçün iki dəfə müraciət etdiklərini deyib. Babayan bildirib ki, birinci dəfə separatçı liderlər Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan, ikinci dəfə isə “parlament qüvvələri” Paşinyana müraciət ünvanlayıblar. Paşinyan Rusiya prezidentinə müharibəni dayandırmaq üçün müraciət edəndə isə Azərbaycan tərəfi daha böyük tələblər irəli sürüb. “Noyabrın 9-da axşam mənə xəbər verdilər ki, Paşinyan məşhur bəyanatı imzalayacaq. Bunun qarşısını almaq üçün Ermənistan hökumət binasına getdim, amma artıq gec idi, Paşinyanla görüşə bilmədim. Paşinyanın bu addımını xəyanət hesab edirəm. Müharibə zamanı biz Araik Arutyunyanla mütəmadi olaraq müharibənin gedişatını müzakirə edir, “müdafiə ordusunun” hücuma tab gətirə bilməməsinə əmin olurduq. Araik Arutyunyan bir gün əvvəl hərbi əməliyyatların dayandırılmasını istədi. Lakin o, başa düşdü ki, bu, ondan asılı deyil”, - Babayan vurğulayıb. Nəşr iddia edib ki, Q.Nersisyan “dövlət naziri” təyin ediləndən sonra cinayət işi bağlanıb.
2023-11-28
808,300
Blinken İlham Əliyevə zəng etdi
Noyabrın 27-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb. Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb. Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib. Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir. Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.
2023-11-28
808,303
Blinken xahiş etdi, Əliyev şərt qoydu - Video
ABŞ Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Axar.az xəbər verir ki, bu barədə Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı deyib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
2023-11-28
808,307
Rusiya Su-57 qırıcılarına PUA quraşdırır
Rusiya müasir Su-57 qırıcı təyyarələri üçün PUA-lar istehsal edəcək. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, həm döyüş, həm də kəşfiyyat PUA-larını Su-57-nin ön hissəsinə bərkitməklə buraxmaq mümkün olacaq. Qırıcı eyni anda bir neçə dron buraxa biləcək.
2023-11-28
808,308
Prezident rəsmilərimizə ABŞ qadağasını aradan qaldırdı
Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qadağa qoyulubmuş. Axar.az xəbər verir ki, bu, ABŞ Dövlət katibi Entoni Blinkenin İlham Əliyevə zəngi zamanı məlum olub. Belə ki, Blinken Əliyevdən köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. İlham Əliyev isə həmin təkliflə bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağanın aradan qaldırılması şərti ilə razılaşıb.
2023-11-28
808,309
Xankəndidə Qarabağ Universiteti yaradıldı
Xankəndidə Qarabağ Universiteti yaradılıb. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə qərara alıram: 1. Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs (bundan sonra – Universitet) yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. iki ay müddətində: 2.1.1. Universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.1.2. Universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün; 2.1.3. Universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2023-11-28
808,314
İlham Əliyev Albaniya prezidentini təbrik etdi
Prezident İlham Əliyev Albaniyanın Prezidenti Bayram Beqaya təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə dost xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Albaniya dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dinamik inkişaf etmişdir. Keçən il Azərbaycanın Albaniyada Səfirliyinin təsis edilməsi, habelə həyata keçirdiyimiz qarşılıqlı səfərlər dövlətlərarası münasibətlərimizin yeni müstəviyə keçməsinə, müxtəlif sahələrdə, xüsusilə də energetika sektorunda əməkdaşlığımızın genişlənməsinə təkan vermişdir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslan dostluq əlaqələrimizin gücləndirilməsi, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam edirəcəyik. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
2023-11-28
808,319
Abramyanın 8 kəndimizlə bağlı həyasız iddiası
Paşinyan 8 məşhur kəndin qaytarılmasından danışanda çoxları bunun hansı təhlükələr yaratdığını dərk etmir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılması haqda qeyd edib. O bildirib ki, kəndlərin qaytarılmasının “heç bir rasional mülahizəyə sığmaması” ilə yanaşı (? – red.), başqa mühüm nüanslar da var: “Birincisi, Azərbaycanın tələbləri qarşılıqlı razılaşmaları deyil, Ermənistana birtərəfli güzəştləri nəzərdə tutur. İkincisi, Azərbaycanın nəzarətində olan ərazilər (təkcə Başkənd yox) var, lakin Azərbaycan onları təslim və mübadilə üçün hazırlamır. Üçüncüsü, Azərbaycanın məqsədi “8 erməni kəndi”nə (? – red.) nəzarət etmək deyil, Ermənistanın strateji kommunikasiyalarına nəzarət etmək və ölkəmizin həyat qabiliyyətini sıradan çıxarmaqdır. Çətir altında fəaliyyət göstərən hakimiyyət “Sülh naminə” şüarı ilə bu ərazilərin təslim edilməsini təbliğ edərkən, Azərbaycan yeni ərazi və regional iddialar irəli sürür”. Qeyd edək ki, Azərbaycanın Ermənistanda olan 8 eksklavı bu ölkənin Gürcüstan və İrana gedən yollarının, eyni zamanda dəmiryol xəttinin üzərində yerləşdiyindən, olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Ermənistan isə hələ də işğal siyasətini davam etdirərək, anklavların qaytarılmasını təxirə salır. Abramyanın 8 kəndi “erməni kəndi” adlandırması, geri qaytarılmasını “heç bir rasional məntiqə sığmaması” sayması isə təkcə heç bir hüquqa sığmayan, işğalçı düşüncəyə əsaslanan və dünyaya meydan oxuyan həyasızlıqdır.
2023-11-28
808,321
İlham Əliyev Mavritaniya prezidentinə məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".
2023-11-28
808,326
Türkiyə ordusu 2 terrorçunu məhv etdi
Türkiyə ordusu Suriyanın şimalında 2 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Fərat qalxanı” əməliyyat bölgəsinə hücum edərkən məhv edilib.
2023-11-28
808,327
Ukrayna Rusiyaya ehtiyat hissələri göndərir - Şok
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri “Avia FED Service” şirkəti Rusiya aviasiya sənayesini ən azı 650 milyon rubl dəyərində ehtiyat hissələri ilə təmin edib. Üstəlik, bunun da 370 milyon rublu Ukraynanın payına düşür. Axar.az xəbər verir ki, bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) araşdırmasında qeyd olunub. Bildirlib ki, 2022-ci ilin fevralından 2023-cü ilin iyuluna qədər “Avia FED Service” gömrük bəyannamələrinə əsasən, Xarkov maşınqayırma zavodu tərəfindən istehsal olunan An-124 təyyarələrinin təmiri üçün təxminən 120 milyon rublluq ehtiyat hissələri, Kiyevdəki “Radar” zavodundan Ka-32 helikopterlərinin lokasiya stansiyaları üçün 67 milyon rubldan çox ehtiyat hissələri, “Motor Siç” tərəfindən istehsal olunan An-24 və An-12 mühərriklərinin təmiri üçün ehtiyat hissələri, Kiyevin "Artyom" zavodunun və Ukraynanın digər müəssisələrinin təxminən 170 milyon rublluq məhsullarını idxal edib. Məlumata görə, Ukrayna məhsulları ilə yanaşı şirkət Fransa, ABŞ və Böyük Britaniyadan ehtiyat hissələri alıb. Qeyd edək ki, Rusiyanın "Avia FED Service" şirkəti 1993-cü ildə Xarkov Maşınqayırma Zavodunun nümayəndəliyi kimi yaradılıb. Şirkətin indiki lideri Luqanskdan olan Aleksandr Reşetnikdir. “Avia FED Service”in müştəriləri Rusiya Müdafiə Nazirliyi, “Rostex” dövlət korporasiyasının müəssisələri və Rusiya prezidentinin "Rusiya" xüsusi uçuş heyətidir. 2014-cü il Ukraynanın şərqindəki münaqişə və Krımın işğalından sonra Xarkov maşınqayırma zavodu şirkətə məhsul tədarükünü dayandırıb, 2018-ci ildə isə “Avia FED Service” sanksiyaya məruz qalıb. OCCRP jurnalistləri qeyd edirlər ki, hətta sanksiyalar belə Ukrayna ehtiyat hissələrinin Rusiya aviasiya sənayesinə tədarüklərini dayandırmayıb. “Avia FED Service”in təsisçiləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Linker” şirkətini qeydiyyatdan keçiriblər. Bu şirkət dünyanın istənilən yerinə Mi-8, Mi-17, Ka-32 helikopterlərinin hissələrinin tədarükü üzrə ixtisaslaşıb. Şirkətin meneceri Ukraynanın Çerniqov şəhərindən olan Andrey Kurta, sahibi isə daha bir ukraynalı Aleksey Palçikdir.
2023-11-28
808,328
Heydər Əliyevin türkiyəli dostu vəfat etdi - Foto
Ulu Öndər Heydər Əliyevin yaxın dostlarından Yıldırım Turan Türkiyədə uzun sürən xəstəlikdən vəfat edib. Bu barədə Axar.az-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. “Onun vəfat xəbəri İğdırda, Aralıq rayonunda böyük üzüntü ilə qarşılanıb. Yıldırım Turan 20 ilə yaxın İğdırın Aralıq rayonu bələdiyyəsinə rəhbərlik edib. Azərbaycanı sevən şəxslərdən idi. 90-cı illərdə Azərbaycanın ən çətin vaxtlarından onun yanında olan siyasətçilərdən olub. 20 Yanvar hadisələri zamanı Türkiyəni ayağa qaldıranlardan idi. İğdırda minlərlə insanın iştirakı ilə keçirilən etiraz mitinqlərində fəal iştirak edib və əsas təşkilatçılardan sayılırdı”. E.Eltürk bildirib ki, Yıldırım Turanın Heydər Əliyevlə yaxın münasibətləri olub. “Onun Ulu Öndər Heydər Əliyevlə dostluqları olub. Naxçıvan Ali Məclisinə sədr seçiləndən sonra onunla sıx təmas qurub və Heydər Əliyevi dəfələrlə Naxçıvanda ziyarət edib. Naxçıvanın blokadadan çıxması üçün əlindən gələni edib. Heydər Əliyev Aralıq rayonunu ziyarət edərkən onu yaxından müşayiət edib”.
2023-11-28
808,329
Azərbaycan bu xəstəliyə qarşı peyvənd gətirdi
Azərbaycana qrip əleyhinə peyvənd gətirilib. Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. "Bu məqsədlə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib. Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq. Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir", - nazirlikdən bildirilib.
2023-11-28
808,333
Azərbaycanın minaaxtaran qadınları - Foto
Bakıda "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbir çərçivəsində qadın minatəmizləyənlərin 4-cü sertifikatlandırma mərasimi keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, sertifikatları Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov, BMT İnkişaf Proqramının rezident əlaqələndiricisi Alessandra Roccasalvo, BAMF-nin prezidenti Umud Mirzəyev, MAG-ın Azərbaycan üzrə direktoru Joanne La Terriere təqdim ediblər.
2023-11-28
808,337
DSX-nin gəmisi hərraca çıxarılır - 1,8 milyona
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istehsal tarixi 1986-cı il olan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsus “B-98” layihəli "Vixr" tipli gəmini 1,8 milyon manata hərraca çıxaracaq. Axar.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, Xidmət dekabrın 12-si, 19-u və 21-də növbəti hərracları keçirəcək. Dekabrın 12-də təşkil ediləcək hərracda 11 avtomobil alıcılara təklif ediləcək. İstehsal tarixi 1989-2014-cü illər, start qiyməti 2 000-14 000 manat arasında dəyişən avtomobillər Koreya, Rusiya və Almaniya istehsalıdır. Dekabrın 19-da keçiriləcək hərraca isə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1978-2016-cı illər arasında, start qiyməti 8 00-10 500 manat arasında dəyişir. Dekabrın 21-də təşkil olunacaq hərracda isə 40 nəqliyyat vasitəsi iştirakçılara təklif ediləcək ki, onların arasında "Vixr" tipli gəmi də olacaq. Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10 %-i (180 000 manat) məbləğində beh ödəmək tələb olunur. Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar. İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
2023-11-28
808,339
Bu, Bakını “təcavüzkar göstərmək” hiyləsidir - Arkov
Rəsmi Bakı Avropa strukturlarının vaxtaşırı ona qarşı hücumları səbəbindən kifayət qədər uzun müddət təmkinli davranıb. Lakin Vaşinqtonun son hücumları bardağı daşıran son damla oldu. Qarabağ tamamilə öz nəzarətinə qayıdandan sonra Azərbaycan sərt cavab verə bilər. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib. “Üstəlik, biz Qərb qüvvələrinin Cənubi Qafqaza basqısını, onu öz standartlarına və məqsədlərinə uyğun formalaşdırmaq üçün davamlı cəhdlərini görürük. Fransa Ermənistana hərbi texnika verir. İlin əvvəlində AB “monitorinq” adlı mülki missiyasını burada yerləşdirdi, Moskva və Bakı birbaşa bildirdilər ki, bu missiya məlumat toplama prosesini gizlədir. Yəni regionda sülhün bərqərar olması deyil, qonşuları bir-birinə qarşı qaldırmaq, sabitliyi pozmaq cəhdləri var”, - o bildirib. Arkovun sözlərinə görə, Qərb Ermənistanı, Qarabağ ermənilərini müdafiə edən bəyanatlarla çıxış edir, guya Qarabağın erməni əhalisinin taleyindən ciddi narahat olduqlarını bildirir: “Həmin ermənilər məhz Ermənistan hakimiyyəti və maraqlı tərəflərin qorxutduğu, süni şəkildə yaratdığı panikaya uyaraq bölgəni tərk ediblər. Azərbaycan hakimiyyəti isə onlara geri qayıtmağı təklif edir. Amma Ermənistan rəhbərliyi buna imkan vermir. Bu, Azərbaycanın guya təcavüzkar, Ermənistanın isə guya zərərçəkmiş tərəf olduğunu göstərmək üçün dünya ictimaiyyətini aldatmaq layihəsidir. Əslində, obyektiv olaraq nə Paris, nə Vaşinqton, nə də Brüssel Qarabağ ermənilərinin taleyi ilə maraqlanır. Qərbin Qafqazda öz maraqları var”.
2023-11-28
808,343
Xaçatryan: “Dqr”in institutları lazımsızdır
Ermənistan Prezidenti Vaaqn Xaçatryan Qarabağda keçmiş və özünü buraxmış qanunsuz xunta institutlarının saxlanması məsələsinə münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Dqr”in dövlət qurumları nəyə görə işləməlidir? Ermənistan Respublikası var və onun qurumları fəaliyyət göstərir. İrəvan Qarabağ ermənilərinin hüquqlarını qoruyur”, - o bildirib. Xaçatryan həmçinin bildirib ki, Qarabağ hələ 1991-ci ildə Azərbaycanın bir hissəsi kimi tanınıb.
2023-11-28
808,348
Qərbi Azərbaycanda da külək fəsadlar törətdi
Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində güclü külək fəsadlar törədib. Axar.az xəbər verir ki, bu barədə şəhərin icra hakimi Qulamhüseyn Əmmari məlumat yayıb. Onun sözlərinə görə, sürəti saatda 65 kilometrə çatan külək ağacları aşırıb, reklam bannerlərini sıradan çıxarıb, bir neçə binanın dam və fasad örtüyünü dağıdıb. Əmmari şiddətli külək nəticəsində 9 nəfərin yaralandığını bildirib.
2023-11-28
808,349
Yaxın 10 gündə kəskin soyuqlar gözlənilir? – Rəsmi
Yaxın 10 gün ərzində hava kəskin soyumayacaq. Axar.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hava ilə bağlı uzunmüddətli proqnoz vermək doğru deyil: "Hava ilə bağlı daha etibarlı proqnozlar 3-4 günlük və bir həftəlik olur. Bundan daha uzun müddətə nəsə söyləmək düzgün deyil. Bu, yalnız fərziyə ola bilər". Nazir müavini bildirib ki, qışda hava şəraitinin soyuq keçəcəyi istisna edilmir: "Ancaq yaxın həftə, on gün ərzində havanın temperaturunun kəskin şəkildə aşağı düşəcəyini gözləmirik".
2023-11-28
808,351
BQXK əsir hərbçilərimizə və erməni separatçılara baş çəkdi
Noyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara yenidən baş cəkiblər. Axar.az xəbər verir ki, bunu BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb: “Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.
2023-11-28
808,353
Təbiətə 90 minlik ziyan: cinayət işi açıldı
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 8 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə araşdırma aparılıb. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Araşdırmalar zamanı Xaçmaz rayonunun Palçıqoba kəndi, Zaqatala rayonunun Muğanlı kəndi, Qusar rayonunun Avaran-Qışlaq kəndi, Şəmkir rayonunun Dəllər qəsəbəsi, Tovuz rayonu, İsmayıllı və Kəlbəcər şəhəri ərazisində, həmçinin Bakı şəhərində Nərimanov rayonunun Faiq Yusibov küçəsi 45, Səbail rayonunun Badamdar, Suraxanı rayonunun Əmircan qəsəbələrində ümumilikdə 378 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 90 min manatdan artıq ziyan dəyməsi məyyən edilib. Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
2023-11-28
808,354
Qərb-Rusiya qarşıdurması Qafqaza təsir edir - Areşev
Mərkəzi Ukraynada yerləşən Qərb və Rusiya arasında geosiyasi qarşıdurma daha qlobal xarakter daşıyır və bir çox regionu əhatə edir. Bu baxımdan Cənubi Qafqaz və Qarabağ münaqişəsi ilə bağlı hadisələr Qərb üçün unikal fəaliyyət sahəsinə çevrilib. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib. “Rusiya rəhbərliyi problemi düzgün formalaşdırır. Qərb üçün məsələ təkcə təhlükəsizliyin təmin edilməsi deyil, bu regionda uzun zamandır mövcud olan Rusiyanın sıxışdırılmasıdır. Aydındır ki, bu cür geosiyasi dəyişikliklər belə qeyri-sabit regionda sabitliyin pozulmasına səbəb olmaya bilməz. Bu, danışıqların ləğvində və gərgin atmosferdə özünü göstərir. Bu gün Cənubi Qafqazda vəziyyət fərqlidir. Ermənistan hakimiyyəti Qərbə yönəlib, ümidini Qərb tərəfdaşlarına bağlayır. Lakin Ermənistanın Rusiya ilə münasibətlərdən əldə etdiyi iqtisadi imtiyazlar da daxil olmaqla, bir sıra şərtlərə görə son addımı atmağa hazır görünmür. Biz tez-tez siyasəti bəyanatlarla qiymətləndiririk, lakin bəyanatlar maraqlara və imkanlara əsaslanan faktiki siyasətdən çox fərqlidir. İndi Ermənistan hakimiyyəti siyasi baxımdan Qərbə doğru mövqe tutur, lakin təhlükəsizlik və iqtisadi məsələlər də daxil olmaqla, Qərbdən resursların çatışmazlığı səbəbindən tərəddüd edir. KTMT və digər strukturlardan, o cümlədən Aİİ-dən çıxmaq da daxil olmaqla, kəskin addım Ermənistanın hazırda maraqlarına uyğun gəlmir. KTMT-dən çıxmağın İrəvanın siyasi səhvi olacağına inanan KTMT-nin sabiq Baş katibi Bordyuja ilə razıyam. KTMT səhvlərə yol vermiş ola bilər, ancaq Rusiya öz gücü ilə, öz imkanları daxilində bunları düzəltməyə çalışır, Qərb isə bunu etməzdi. Söhbət ondan getmir ki, Qərb Ermənistanı əvvəllər dəstəkləyə bilmirdi və ya indi bunu etmir, məsələn, fransızlar müəyyən avadanlıq verir. Bu, Qərbin maraqları ilə bağlıdır”, - o bildirib.
2023-11-28
808,356
Budanovun həyat yoldaşını zəhərlədilər
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun həyat yoldaşı Mariana Budanova zəhərlənib. Axar.az xəbər verir ki, bu barədə “Babel” nəşri Ukrayna kəşfiyyatına istinadla məlumat yayıb. “Baş Kəşfiyyat İdarəsi rəisinin həyat yoldaşı Mariana Budanova ağır metallarla zəhərlənib. Qadın hazırda xəstəxanadadır”, - nəşr bildirib. Mənbənin məlumatına görə, Budanovun həyat yoldaşı səhhəti uzun müddət pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib, hazırda müalicə kursunu başa vurur: “Bu maddələr heç bir halda məişət və hərbi sahədə istifadə olunmur. Onları yalnız kimisə zəhələmək üçün qəsdən göndərə bilərlər”.
2023-11-28
808,357
Bu hərbçilərin son yaş həddi artırılır
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır. Axar.az Report-a istinadən xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.
2023-11-28
808,358
Rusiyanın qadağası: ermənilər çarəsiz duruma düşdü
Larsda (“Yuxarı Lars” keçid məntəqəsi – red.) yüzlərlə yük maşını Rusiya sərhədindən keçə bilmir. Meyvə-tərəvəz, balıq, gül və digər ərzaq məhsulları ilə yüklənmiş avtomobillər fitosanitar məntəqəsində ciddi yoxlanılır və geri qayıdır. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Qeyd edilib ki, qızılgül yüklənmiş 2 maşından biri artıq Rusiya sərhədindən qayıdıb, digəri isə yoldadır. Rusiyanın Sanitar Xidməti fitosanitar nəzarət məntəqəsində 65 min qızılgülü yoxlayıb və sanitar normalara cavab vermədiyini əsas gətirərək onların keçirilməsinə icazə verməyib . “İlk dəfədir ki, bizdə belə hal baş verir, hansısa problemə görə mallar sərhəddən geri göndərilir. Çox qəribədir, çünki indiyə qədər heç nə olmayıb. Aydındır ki, burada siyasi problemlər var. Hər gün 20 minə yaxın qızılgül yığırıq. Təsəvvür edin: 15 gündür Rusiyaya gül göndərə bilmirik, məhsullarımızın 90 faizi Rusiyaya gedirdi”, - qızılgül yetişdirilən istixana rəhbəri bildirib. Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Yuxarı Larsda 2660-dan çox yük maşını dayanıb. Larsdakı problemlə bağlı İqtisadiyyat Nazirliyi mətbuata bildirib ki, Ermənistan dövlət nömrə nişanlı 21 yük maşını geri qaytarılıb, 30-dan çox maşında olan məhsullardan nümunələr götürülüb. Ermənistan Nazirlər Kabineti isə yeni bazar tapmaq lazım gəldiyi haqda məlumat yayıb.
2023-11-28
808,363
Blinken Yaxın Şərqə səfərə hazırlaşır
ABŞ Dövlət katibi Entoni Blinken Qəzza zolağına humanitar yardım və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi məsələsini müzakirə etmək üçün bu həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb. “Brüsseldən sonra Dövlət katibi Blinken bu həftə İsrail, İordan çayının qərb sahili və Dubaya səfər edəcək”, - mənbə bildirib. Qeyd olunur ki, Blinkenin Qəzzanın gələcəyini və müstəqil Fələstin dövlətinin yaradılmasının zəruriliyini də müzakirə edəcəyi gözlənilir.
2023-11-28
808,366
Rəisinin Türkiyəyə səfəri təxirə salındı
İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri təxirə salınıb. Axar.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
2023-11-28
808,367
Hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda
Azərbaycanda dövlət hesabına təhsil alan hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir. Axar.az xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik layihəsində əksini tapıb. Belə ki, dövlət vəsaiti hesabına Azərbaycanda və xarici ölkələrdə ali təhsil almış və Azərbaycan Silahlı Qüvvələri üçün hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliklə zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcək.
2023-11-28
808,368
Sabah hava necə olacaq?
Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, gecə və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
2023-11-28
808,371
"Qarabağ"-"Hakken" oyununun biletləri satışda
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə İsveçin "Hakken" klubuna qarşı keçirəcəyi oyununun biletləri satışa çıxarılıb. Axar.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qiymətlər müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlardakı biletlərin qiyməti isə 250 manatdır. Biletləri t.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq. Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq "Qarabağ" - "Hakken" görüşü saat 21:45-də başlayacaq. Əlavə edək ki, Azərbaycan çempionu noyabrın 30-da, V turda isə Norveçdə "Molde"nin qonağı olacaq.
2023-11-28
808,372
Türkiyədən göndərilən heyət Qəzzaya girdi
Qəzzada qurulması planlaşdırılan səhra xəstəxanasının texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək texniki heyət bu gün səhər saatlarında Misir üzərindən (“Rəfah” keçid məntəqəsindən – red.) Qəzzaya gedib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası diplomatik mənbələrə istinadla məlumat yayıb. Heyətin rəyindən asılı olaraq xəstəxananın ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.
2023-11-28
808,380
Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinin müdiri Elton Məmmədov vəzifəsindən azad edilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər ki, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub. Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb. Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
2023-11-28
808,381
Elçin Əfəndiyevin qızı vəzifəsindən ayrıldı
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub. Kult.az Report-a istinadən xəbər verir ki, bu vəzifəyə türk dövlətləri başçılarının qərarı ilə qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova gətirilib. O, qurumun türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib. Xatırladaq ki, A.Raimkulova 1964-cü il mayın 2-də Qazaxıstanın Almatı şəhərində doğulub. O, ölkəsinin Əməkdar mədəniyyət işçisi, bəstəkardır. 2019-2022-ci illərdə Qazaxıstanın mədəniyyət və idman naziri işləyib. Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib. Fondun Nizamnaməsi Türk Şurasının 2012-ci il avqustun 23-də keçirilmiş Bişkek Zirvə görüşündə qəbul edilib. Bundan əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva olub. G.Əfənfiyeva xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.
2023-11-28
808,382
Burçuladze Bakıda saziş imzaladı - Qriqoryan dərhal Tiflisə getdi
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Tiflisə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistan TŞ məlumat yayıb. Onun “bir sıra işgüzar görüşlər keçirəcəyi” bildirilsə də, detallar açıqlanmayıb. Qeyd edək ki, ötən gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib və protokol imzalanıb.
2023-11-28
808,386
Jurnalist işgəncə altında komaya düşdü
Təhlükəsizlik təcridxanasında işgəncəyə məruz qalan jurnalist, sosial media fəalı Məhəmməd Mirqasımzadə komaya düşüb. Axar.az xəbər verir ki, bu barədə “Radio Gilan” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, jurnalist Gilan əyalətinin Somesəra şəhərinin İran parlamentindəki nümayəndəsi Kazım Dilxoşun korrupsiya əməlləri barədə açıqlamalarından sonra həbs edilib. Komaya düşən jurnalistin öldüyü ehtimal edilir. Məsələ ilə bağlı jurnalistin ailəsinin müraciətlərinə cavab verilmir.
2023-11-28
808,387
Paşinyanın cəsarəti Obrayeni heyran etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan çox cəsarətli davrandı, o, Rusiyadan tam asılı olmasını istəmədiyini açıq şəkildə ifadə etdi. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Blinkenin köməkçisi Ceyms Obrayen deyib. “Deyərdim ki, Baş nazir Paşinyan çox cəsarətlidir, o, Ermənistanın sərhədlərinin açılması və Qərblə münasibətlərin inkişafı baxımından irəliləməsini istədiyini, Ermənistanın Rusiyadan tam asılı olmasını istəmədiyini açıq şəkildə bildirdi”, - o vurğulayıb. Brayen qeyd edib ki, son 1-2 ildə Paşinyanın həyata keçirdiyi islahatlar nəticəsində ölkədə sürətli iqtisadi artım davam edir: “Məncə, Paşinyan da Azərbaycanla Ermənistana öz iqtisadi inkişafına diqqət yetirməyə, təhlükəsizlik əlaqələrini qurmağa və Mərkəzi Asiyadan Türkiyəyə ticarəti genişləndirməyə imkan verəcək sülh müqaviləsi imzalamaqda qətiyyətlidir”.
2023-11-28
808,390
“İran” adı 88 il öncə rəsmiləşdirilib
“İran” adı 1935-ci ildə Xarici İşlər Nazirliyinin təlimatı və o zamankı hökumətin tələbinə əsasən, Milli Şura Məclisi (parlament) tərəfindən təsdiq edilib. Kult.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi 25 dekabr 1934-cü ildə təklif irəli sürüb. XİN-in İrandakı xarici diplomatik nümayəndəliklərə göndərdiyi məktubda onlardan “Persian” və “Perşia” adları yerinə “İran” adından istifadə etmələri istənilib. Tanınmış tarixçi və ziyalılar Səid Nəfisi, Məhəmməd Fruği və Seyid Həsən Tağızadənin təklifi ilə baş tutan ad dəyişikliyi 21 mart 1935-ci ildən Rza şah Pəhləvinin fərmanı ilə rəsmiləşdirilib. İkinci Dünya müharibəsi dövründə Tehran Konfransında iştirak edən Uinston Çörçill İran adının dəyişdirilərək “Perşia” adlandırılması barədə təklif irəli sürüb. Bu, amerikalıların narazılığına səbəb olub və İranda nüfuzunu gücləndirməkdə olan Amerika ad dəyişikliyinə icazə verməyib. Tarixin bir çox dönəmlərində ölkədə hakim sülalələrin adları ilə tanınan ölkənin adının rəsmi olaraq İran adlandırılması bir sıra fars millətçilərinin də narazılığına yol açıb. Bu səbəbdən “Persian” və ya “Perşia” adının yenidən bərpa edilməsini, ölkənin bu adla tanıdılmasını tələb edən radikal millətçi qruplar və cərəyanlar hələ də mövcuddur.
2023-11-28
808,391
AB nümayəndə heyəti İrəvanda görüşlər keçirir
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bu ölkədə səfərdə olan Avropa Xarici Fəaliyyət Xidmətinin Baş Direksiyası və Qonşuluq və Genişlənmə üzrə danışıqlar, Miqrasiya və Daxili İşlər, Araşdırma və İnnovasiyalar, Beynəlxalq Tərəfdaşlıq üzrə Avropa Komissiyasının nümayəndə heyəti ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Görüş zamanı Ermənistan-Avropa Birliyi tərəfdaşlığı gündəliyinin geniş spektri, o cümlədən Ermənistan-Avropa Birliyi hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icrası, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və mövcud potensialın reallaşdırılması imkanları ətrafında müzakirələr aparılıb. Ovannisyan Ermənistan ətrafında təhlükəsizlik vəziyyəti, İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması və regional kommunikasiyaların açılması istiqamətində atılan addımlar, eləcə də AB-nin Ermənistandakı monitorinq missiyasının əhəmiyyəti barədə danışıb. Qeyd edək ki, AB nümayəndə heyəti ötən gündən İrəvandadır.
2023-11-28
808,392
Simonyandan sensasiya: 15 günə sülh sazişi... - Video
Bakı siyasi iradə göstərsə, Azərbaycan və Ermənistan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər. Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Arzu edilsə, yaxın 15 gün ərzində sülh sazişi imzalana bilər. Deyə bilərik ki, biz bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə xələl gətirməmək üçün təfərrüatı açıqlamaq istəmirəm”, - o bildirib. Qeyd edək ki, Bakının mütəmadi sülh çağırışlarına baxmayaraq, İrəvan məhz özü qeyri-konstruktiv addımları və bəyanatları ilə sülh sazişinə əngəl olur.
2023-11-28
808,393
Qarabağda 8 peşə liseyi tikiləcək
Növbəti ildə Bakı Dövlət Peşə Liseyinin yeni korpusu tikiləcək. Axar.az xəbər verir ki, bu barədə Peşə təhsili üzrə Dövlət Agentliyinin Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib. O qeyd edib ki, Qarabağda ümumilikdə 8 peşə liseyi tikiləcək: “Hazırda Füzulidə peşə liseyinin təməli qurulub. Yanaşma ondan ibarətdir ki, Azərbaycanl əhatə edək. Peşə təhsili iqtisadiyyata xidmət edir. Müəssisə tikilərkən ilk növbədə həmin regionun iqtisadi ehtiyacları nəzərə alınır. Tikinti zamanı yataqxana nəzər alınır.Yeni tikililərin hər birində yataqxanaların olması planlaşdırılır”. Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.
2023-11-28
808,396
Azərbaycanlı kursant döyüşdə yaralandı - Foto
Ukraynada Polis Akademiyasının azərbaycanlı kursantı İbrahim İsmət oğlu Paşayev Rusiya ordusu ilə döyüşlərdə yaralanıb. Axar.az Report-a istinadən xəbər verir ki, əslən Qərbi Azərbaycanın Zəngibasar rayonundan olan, Ukraynanın Xmelnitsk vilayətinin Kamen-Podol şəhərində doğulub böyüyən kursant Donetsk vilayətindəki döyüşlərdə iştirak edirmiş. Müharibəyə könüllü gedən İ.Paşayev kursant olmaqla yanaşı, həm də Ukrayna Milli Polisinin Kiyev İdarəsinin əməkdaşıdır. O, hazırda Kiyevdə hospitalların birində müalicə olunur.
2023-11-28
808,398
Namiq Ələsgərovun keçmiş klubu dağılır
Türkiyənin “Bursaspor” futbol klubu fəaliyyətini dayandıra bilər. Axar.az xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin prezidenti Rəcəb Günay mətbuat konfransında məlumat verib. Funksioner bildirib ki, tarixi klub dağılmaq təhlükəsi ilə üz-üzə qalıb: “Bursaspor”un 1,5 milyard lirə borcu var. Kluba transfer qadağası qoyulub. Yeni oyunçular ala bilmirik. UEFA və İdman Arbitraj Məhkəməsinə müraciət etmişik. Çıxarılacaq qərar əleyhimizə olarsa, xallarımız silinəcək. Klubun fəaliyyətini davam etdirmək şansı sıfıra bərabərdir”. Qeyd edək ki, “Bursaspor” klubu 1963-cü ildə yaradılıb. Komanda 1986-cı ildə Türkiyə Kubokunun, 2009/2010-cu illər mövsümündə isə Superliqanın qalibi olub. Azərbaycan millisinin və “Sabah”ın yarımmüdafiəçisi Namiq Ələsgərov 2021/2022-ci illər mövsümündə Bursa təmsilçisinin formasını geyinib.
2023-11-28
808,400
Bu türk ölkəsi bayrağında dəyişiklik edəcək
Qırğızıstan parlamenti ölkə bayrağının dizaynındakı dəyişikliyi birinci oxunuşda təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin saytında məlumat dərc olunub. Qəbul edilən sənəd dövlət bayrağının dizaynında qismən dəyişiklik edilməsini nəzərdə tutur. Qanun layihəsinin təşəbbüskarlarından biri, deputat Ulan Primovun sözlərinə görə, dəyişikliklə bayrağın üzərindəki dalğayabənzər günəş şüaları düzxətli forma ilə əvəzlənəcək.
2023-11-28
808,402
Üç ölkənin diplomatları Azərbaycan XİN-ə çağırıldı
28 noyabr 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “Abzas Media” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “Abzas Media”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub. Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb. Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, Media haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyi xatırlanıb. Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da pozuntusu olduğu qeyd edilib. Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb.
2023-11-28
808,404
Qaribaşvili Arutyunyanla görüşdü
Gürcüstan hakimiyyəti Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına aparan istənilən konstruktiv prosesi dəstəkləyəcək. Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistan Baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyanla görüşündə deyib. Tərəflər danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər və strateji məsələlər üzrə yüksək səviyyəli dialoqun təkcə Gürcüstan və Ermənistana deyil, bütün regiona fayda verəcəyini bildiriblər.
2023-11-28
808,407
Bu səfirliklər "Abzas Media"nı maliyyələşdirib - XİN
ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri "Abzas Media"nın qanunsuz maliyyələşdirilməsində iştirak edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılarkən bildirilib. Görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “Abzas Media” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz edilib. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, "Freedom Now", "New Democracy Fund" və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “Abzas Media”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub. Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.
2023-11-28
808,414
Azərbaycanın 4 şəhərində aksiya keçirildi
Güney Azərbaycanın Təbriz, Zəncan, Ərdəbil və Urmiya şəhərləri də daxil omaqla, İranın 25 şəhərində etiraz aksiyası keçirilib. Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıblar. Aksiya keçirilən ərazilərdə hazırda işləyən və təqaüdə çıxan rabitə işçiləri Rabitə Nazirliyinin yerli idarələri qarşısında toplaşıblar. Onlar əmək haqqı və pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər. Bununla yanaşı, Xark adasının neft sənayesi işçiləri də işi dayandıraraq, etiraz aksiyası keçiriblər.
2023-11-28
808,417
44 günlük savaş Tehranı buna məcbur etdi - Beqlaryan
44 günlük müharibədən sonra Ermənistan-İran münasibətləri keyfiyyətcə dəyişib. Tehran üçün Ermənistanın İranla əlaqələrin gələcəyini necə gördüyünü, regional təhlükəsizlik məsələlərində İranın rolunu necə qəbul etdiyini bilmək son dərəcə vacibdir. Axar.az xəbər verir ki, bunu İran parlamentinin erməni deputatı Robert Beqlaryan deyib. Onun sözlərinə görə, müharibədən sonra regional tarazlığın dəyişməsi və yeni çağırışların yaranması İrəvan və Tehranı əlaqələri, o cümlədən təhlükəsizlik sahəsində genişləndirməyə məcbur etdi: “İran üçüncü qüvvələrin və oyunçuların regional məsələlərə qarışmasından çox ehtiyatlanır və bunu özü üçün çağırış hesab edir. Tehran regional məsələlərin regional qüvvələr tərəfindən həll edilməli olduğuna əmindir”.
2023-11-28
808,418
Şəhid anası qarət edildi – DİN-dən açıqlama
Xəbər verdiyimiz kimi, Neftçala rayonunda şəhid Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın tək olduğundan istifadə edən maskalı şəxslər evə daxil olub, ona bıçaqla hədə-qorxu gələrək, evdə olan 800 manat pulu oğurlayıblar. DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Axar.az-a verdiyi açıqlamasında hadisə ilə bağlı araşdırılma aparıldığını bildirib: “Cinayətkarların saxlanılması üçün zəruri tədbirlər görülüb. Mətbuata açıqlama veriləcək”.
2023-11-28
808,419
Əziz Orucovla bağlı qərar verildi
15:09 Bu gün 16:00-da Səbail Rayon Məhkəməsində Əziz Orucovla bağlı istintaq orqanının vəsatətinə baxılacaq. Axar.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat yayıb. Qeyd edək ki, Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucov ötən gün saxlanılıb. *** Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
2023-11-28
808,421
NATO-dan Ukrayna çağırışı: Hazır olmalıyıq!
NATO Ukraynada hərbi əməliyyatları intensivləşdirməyə və Kiyevə yardımı artırmağa hazır olmalıdır. Axar.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib. “Biz Ukrayna torpaqlarında şiddətli döyüşlərin getdiyini və ardıcıl dron zərbələri endirildiyini görürük. Artan hərbi əməliyyatlara və yeni hava və raket hücumlarına hazır olmalıyıq. Bu, NATO-ya üzv ölkələrin Kiyevə yardımı artırmasını daha da vacib edir”, - Stoltenberq bildirib.
2023-11-28
808,425
Bu türk ölkəsi ilə ticarət dövriyyəmiz 10 dəfə artdı
Azərbaycan-Türkmənistan ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir. 2023-cü ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 88 faizdən çox, son 2 ildə isə təxminən 10 dəfə artıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında yazıb. “Türkmənistan-Azərbaycan biznes forumunda ölkələrimizin işgüzar dairələrini bu dinamikanın dayanıqlı olmasına töhfə verməyə, qarşılıqlı investisiya layihələrini dəyərləndirməyə və fəal əməkdaşlığa dəvət etdik”, - Cabbarov qeyd edib.
2023-11-28
808,427
Ermənilərin Qarabağa qayıtması mümkün deyil – Simonyan
Son hadisələr göstərir ki, ən azı yaxın perspektivdə ermənilərin Xankəndiyə, Şuşaya və ya digər “tarixən yaşadıqları yaşayış məntəqələri”nə qayıtması mümkün deyil. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. O, Qarabağda guya “erməni izlərinin” silinməsinə də münasibət bildirib və bunu “qəbuledilməz” adlandırıb.
2023-11-28
808,431
Bu şəxslər qızılcaya görə vaksinasiya olunacaq
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib. Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ötən illər ərzində (2014 və 2018-ci illərdə) ölkə ərazisində qızılca infeksiyasının 2 kiçikmiqyaslı alovlanmasının qeydə alınmasına baxmayaraq, həyata keçirilən əks-epidemik və profilaktik tədbirlər nəticəsində qısa müddət ərzində bu alovlanmalar dayandırılıb. Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvəndlərini almayan uşaqlardır. Yaranan vəziyyətlə əlaqədar olaraq, mütəşəkkil kollektivlərdə (xüsusilə internat tipli məktəblərdə), qapalı müəssisələrdə (uşaq evləri, sanatoriyalar) uşaqların sıx təması nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli mühitin olmasını nəzərə alaraq, bütün ölkə ərazisində tibb müəssisələri tərəfindən profilaktik peyvənd işi gücləndirilib. Eyni zamanda, yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb. Həmçinin ocaqlarda əks-epidemik tədbirlər görülür, xəstə insanlarla təmasda olan şəxslər müəyyən edilir və 21 günlük müşahidə aparılır. Bununla yanaşı, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq. Azərbaycan Texniki Universitetində 8 tələbədə qızılca xəstəliyi aşkar edilməsi məsələsinə gəldikdə isə, noyabr ayı ərzində Azərbaycan Texniki Universitetindən 1 nəfər qızılcaya şübhəli şəxsin məlumatı daxil olub və onun son diaqnozu inkar edilib.
2023-11-28
808,432
Sülh sazişinin moderatoru odur! – Nahapetyan
Hazırda sülh müqaviləsi mətninin faktiki müəllifi və moderatoru Azərbaycandır, başqa dövlət deyil. Rəsmi Bakı sülh mətnini yaradır və şərhlər, qeydlər, təkliflər üçün Ermənistana göndərir. Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert Ayk Nahapetyan deyib. “Lakin Paşinyanın fikrincə, mətnin mahiyyəti Mişelin vasitəçiliyi ilə Azərbaycanla razılaşdırılan prinsiplərə əsaslanır. Əslində bu məqamları Azərbaycan müəyyən edir. İrəvanın təkliflərinə baxmayaraq, Azərbaycan bir müəllim kimi pis şagird üçün düzəliş edir və ya silir, yenidən mətni Ermənistana geri göndərir. Burada əsas odur ki, Bakı bu prosesin moderatorudur. Nə vaxtsa Nikolun layihə hazırlayıb Bakıya göndərdiyini dediyini eşitmişikmi? Xeyr. Mətnin əsas müəllifi olanda və şərtləri diktə edəndə vasitəçinin olması Bakıya sərf etmir. Azərbaycan Ermənistanın təkliflərini qəbul edə və ya rədd edə bilər. Ermənistan isə Azərbaycana heç demir ki, sizin təkliflərinizi bir kənara qoyub, yeni şərtlərimi təklif edirəm. Ermənistan yalnız mətndə müəyyən dəyişikliklər edir”, - o bildirib. Xatırladaq ki, dünyada həmişə sülhün şərtlərini qalib ölkə hazırlayıb.
2023-11-28
808,436
Bu xarici diplomlar ölkəmizdə tanınmır - Rəsmi
Bəzi ölkələrin diplomu Azərbaycanda tanınmırsa, deməli, universitet akkreditasiyasız olub. Axar.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib. O qeyd edib ki, akkreditasiyasız universiteti həmin dövlətin özü tanımır. “Gürcüstan universitetlərinin nəzdində fəaliyyət göstərən proqramların Azərbaycanda tanınması normaldır. TKTA-da akkreditasiyalı universitetlərin siyahısı olur. Biz əyani və qiyabi təhsili tanıyırıq. Distant təhsildə tanınmada müəyyən çətinliklər yaranır. Tövsiyə olunur ki, təhsil ya əyani, ya da qiyabi seçilsin”, - deyə o əlavə edib. Sədr müavini eyni zamanda diplomların tanınma müddətinə də toxunub. O bildirib ki, əvvəlki dövrdə diplom tanınma müddəti uzun idi: “İndi isə 12 iş günündə cavab verilir”. Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.
2023-11-28
808,440
Çindən sərt xəbərdarlıq: Bu, müharibə deməkdir!
Çin Tayvanla sülh yolu ilə birləşmək üçün geniş imkanlar yaratmağa hazırdır, lakin Tayvanın müstəqilliyinə yönəlmiş separatçı hərəkətlərə dözməyəcək. Axar.az xəbər verir ki, bunu Çin Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin sədri Çen Binxua deyib. Çen Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün qeyri-dinc vasitələrdən və digər zəruri tədbirlərdən istifadəni tələb edən qanunu xatırladıb: “Vurğulamaq istəyirəm ki, Tayvanın müstəqilliyi müharibə deməkdir. Çin Tayvanın müstəqilliyini təşviq edən hadisələri təhrik etməyə cəsarət edənlərə səbir etməyəcək və onları bağışlamayacaq".
2023-11-28
808,441
Rəşad Nəbiyev bu xanıma yüksək vəzifə verdi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva sədr vəzifəsinə təsdiqlənib. Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb. Xatırladaq ki, İ.Vəliyeva 2021-ci ilin oktyabr ayından Agentliyə rəhbərlik edir.
2023-11-28
808,442
Kreml narahatdır: Yunanlar daşınmanı azaltdı
Yunanıstandakı neft tankerlərinin sahibləri daşıdıqları Rusiya neftinin miqdarını azaldıblar. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Məlumatlar göstərir ki, bu ay Rusiyaya gedən Yunanıstan tankerlərinin sayı ötən ayla müqayisədə dörddə bir, iyun ayı ilə müqayisədə isə 60 faiz azalıb. Bu, Kremldəki rəsmiləri narahat edə bilər, çünki ölkənin bütün neftini dünya bazarına çıxarmaq üçün hələ də xarici gəmi operatorlarının köməyinə ehtiyacı var”, - agentlik bildirib.
2023-11-28
808,443
İran Rusiyadan təyyarə və helikopterlər alır - Razılaşma
16:25 Nəhayət, Rusiyadan Mi-28 hücum helikopterləri, Su-35 qırıcıları və Yak-130 döyüş təlimi təyyarələrinin alınması ilə bağlı razılıq əldə olunub. Axar.az xəbər verir ki, bu sözləri İranın müdafiə naziri Seyid Mehdi Fərhi deyib. Alınan hərbi texnikanın İrana çatdırılma vaxtı, eləcə də sazişin məbləği məlum deyil. Rusiya tərəfi hələlik bu məlumatı şərh etməyib.
2023-11-28
808,446
Sabah 3 rayonda qaz olmayacaq
Sabah Bərdə, Tərtər və Ağdam rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Azadqaraqoyunlu-Ağdam” yüksək təzyiqli magistral qaz kəmərinin “Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi ilə bağlı noyabrın 29-də saat 08:00-dan etibarən işlər başa çatanadək “Kətəlparaq”, “Tərtər 2” və “Ağdam 4 Yol” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2023-11-28
808,453
Bu yerlərdən dönər almayın: Nöqsanlar…
Qida Təhlükəsizliyi Agentliyi dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələrini açıqlayıb. Agentlikdən Axar.az-a verilən məlumata görə, keçirilən monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış aşağıda adları qeyd olunan dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən növbəti plandankənar yoxlamalar həyata keçirilib: - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 11/18 ünvanında fəaliyyət göstərən “Dönərzadə”; - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, M.Mustafayev küçəsi, ev 11 ünvanında fəaliyyət göstərən dönərxana; - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 126C, 8-ci km ünvanında fəaliyyət göstərən "Manqal Afiyət Dönər”; - Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., ev 155 ünvanında fəaliyyət göstərən “Line Lahmacun”; - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ştq, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən dönərxana; - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən dönərxana; - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 264A ünvanında fəaliyyət göstərən "Hicaz Dönər”; - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 134 ünvanında fəaliyyət göstərən "Manqal Dönər". Yoxlama zamanı qida blokunda çalışan işçi personaldan, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, “Çiy toyuq əti dönəri”, “Çiy mal əti dönəri”, “Bişmiş toyuq əti dönəri”, “Bişmiş mal əti dönəri” və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində “S.Aureus”, “E.Coli”, “Salmonella” aşkarlanıb. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.
2023-11-28
808,455
Heç bir ölkə Türkiyə qədər hücuma məruz qalmayıb
Türkiyənin terrorla mübarizədə təhlükəsizliklə bağlı tərəddüdləri var. Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin toplantısından öncə jurnalistlərə açıqlamasında deyib. “Heç bir müttəfiq Türkiyə qədər terror hücumlarına məruz qalmayıb. Türkiyə terror təhlükəsi ilə mübarizədə NATO müttəfiqləri ilə sıx əməkdaşlıq edir”, - o bildirib.
2023-11-28
808,457
Bakıda daha bir ticarət mərkəzində yanğın…
16:34 Hazırda 28 Mayda yerləşən "Perron Gallery" ticarət mərkəzində yanğın başlayıb. Axar.az xəbər verir ki, yanğını söndürmək üçün əraziyə yanğınsöndürənlər cəlb olunub. *** Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Qeyd edək ki, bir neçə gün öncə Bakıda inşaat materialları bazarında və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş vermişdi.
2023-11-28
808,458
Xankəndidə xəstəxanada partlayıcı qurğular aşkarlandı
Antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərdəki mərkəzi rayon xəstəxanalarında improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb. Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində ANAMA-nın 5 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Xaliq Zülfüqarov deyib. O bildirib ki, Xocavənd, Xocalı və Xankəndi rayonlarında tərk edilmiş evlərin və həyətyanı ərazilərin girişində, təsərrüfat tikilisində, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə, binaların zirzəmisində də improvizə edilmiş partlayıcı qurğular tapılıb. Əməliyyat rəhbəri vurğulayıb ki, onlar fəaliyyətləri çərçivəsində həyətyanı sahəni, yolları, evlərin zirzəmisini, damı və sair tamamilə yoxlayırlar: “Dağdağan kəndində baxış keçirərkən evlərin zirzəmilərində hətta həmin qurğuların hazırlandığı yeri də aşkarladıq. Digər kustar üsulla hazırlanmış bombacıqlar tapmışıq ki, onlar dronlar vasitəsi ilə ərazilərimizə atılırdı”.
2023-11-28
808,460
Komitə məlumat yaydı: Sus kəndinə qayıdış…
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Bu barədə Axar.az-a Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir. Vətəndaşların fərdi qəbulu başa çatdıqdan sonra Dövlət Komitəsinin sədri Laçın rayonunun Sus kəndinin bir qrup sakini ilə görüşüb. Komitə sədri dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, Sus kəndinin tikintisi davam edir, sakinlərin ehtiyaclarının qiymətləndirilməsi üçün sorğu keçirilir və qayıdışın səmərəli təşkili ilə bağlı müəyyənləşdirilmiş digər tədbirlər icra olunur. Qəbulda iştirak edən sakinlər kənd sakinlərinin mütləq əskəriyyətinin doğma yurda qayıtmağa hazır olduğunu bildirib.
2023-11-28
808,461
Ukraynada Heydər Əliyevin adına poçt marka dəsti...
Ukrayna paytaxtı Kiyevdə Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan poçt marka dəstinin təqdimatı keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, təqdimat mərasimində Ukrayna Ali Radasının vitse spikeri Olena Kodratyuk, xarici ölkələrin səfirləri, diplomatları, Ukrayna Parlamentinin deputatları, ölkədəki ali məktəblərin rəhbərləri, ekspertlər, Azərbaycanın diaspor nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər. Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Kiyevdəki Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini yad etdikdən sonra baş tutan təqdimat mərasimində çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, poçt markası Azərbaycanın müasir tarixində silinməz izlər qoymuş, eləcə də Azərbaycan ilə Ukrayna arasında möhkəm dostluq münasibətləri yaradan Ümummilli Liderin xatirəsinə əbədi ehtiram olacaq: “Heydər Əliyev Azərbaycanın dinamik inkişaf edən güclü və özünü təmin edən ölkəyə çevrilməsi üçün geniş imkanlar açmış dahi rəhbər olub. Ulu Öndər öz müdrikliyi və dəmir iradəsi sayəsində Azərbaycanı ictimai-siyasi pərakəndəlikdən, eləcə də bütün sahələrdə müşahidə olunan dərin iqtisadi tənəzzüldən xilas edə bilib, xalqın davamlı inkişafına yol açıb.Ümumilli liderinlayiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ömürlük missiyasının və irsinin təntənəsidir. Ulu Öndər Azərbaycan və Ukrayna münasibətlərinin memarıdır və hazırda Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsini uğurla davam etdirir”, deyə səfir vurğulayıb. Səfir qeyd edib ki, Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın Ermənistan tərəfindən işğalından sonra Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək idi: "Onun arzusu müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi gerçəkləşdi. Bu gün üçrəngli bayrağımız Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin hər bir guşəsində qürurla dalğalanır". Ulu Öndər haqqında sənədli film nümayiş etdirildikdən sonra çıxış edən Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk bildirib ki, Heydər Əliyevin Ukrayna dövləti və xalqına xidmətləri əvəzedilməzdir: “Azərbaycanın dəstəyi lazım olanda Heydər Əliyev həmişə Ukraynanın yanında olub. Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında dostluq və əməkdaşlığın inkişafındakı müstəsna xidmətlərinə görə hələ 1997-ci ildə Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni ilə təltif edilib. Bu gün də Azərbaycan və Ukrayna arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur. Müharibə dönəmində Azərbaycan Ukraynaya humanitar yardımlarını davm etdirməkdədir”, deyə Olena Kondrtyuk vurğulayıb. “Ukrpoçta”nın Kiyev şəhər Departamentinin rəhbəri Olesa Kopçuk isə çıxışında Heydər Əliyevin 100 illik yubileyinə dair poçt markası dəstinin tarixi əhəmiyyətindən danışıb. Daha sonra poçt marka dəstinin imzalanma mərasimi olub. Tədbirin iştirakçılarına xatirə kimi marka və zərflər verilib. Qeyd edək ki, “Azərpoçt” tərəfindən Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlıq əsasında və Ukraynanın milli poçt operatoru “Ukrpoçta” şirkətinin sifarişi ilə hazırlanmış poçt marka dəstində Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycan Prezidenti vəzifəsində işlədiyi dövrlər təsvir edilib. Heydər Əliyev markası fərdi möhür kimi buraxılıb və yalnız 2000 markadan ibarət məhdud tirajda mövcuddur.
2023-11-28
808,464
Fidan Blinkenlə görüşdü
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Axar.az xəbər verir ki, onlar ikitərəfli və regional məsələlər barədə danışıblar. Tərəflər, həmçinin, Qəzzadakı son durum və İsveçin NATO-ya üzvlüyünü müzakirə ediblər. Qeyd edək ki, bundan əvvəl H.Fidan NATO Baş katibi Yens Stoltenberqlə də görüşüb.
2023-11-28
808,466
Paşayevanın şəxsi əşyaları ailəsinə verildi
Mərhum deputat Qənirə Paşayevanın parlamentdəki iş otağındakı şəxsi əşyaları ailə üzvlərinə təhvil verilib. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Mədəniyyət komitəsi sədrinin ölümündən bir həftə sonra ailə üzvləri Milli Məclisə dəvət ediliblər. Deputatın yaxınlarına onun iş otağındakı şəxsi əşyalarını götürmək üçün şərait yaradılıb. Məlumata görə, Qənirə Paşayevanın parlamentdəki ofisi hələlik istifadə edilmir.
2023-11-28
808,468
Qərbin təzyiqi güclənir, gələn il Rusiya üçün... - Korotçenko
Postsovet məkanı, orada baş verən proseslər Rusiyanın milli təhlükəsizliyi və gələcəyi üçün çox mühümdür. Bunu həm biz, həm də düşmənimiz anlayır. Son zamanlar kollektiv Qərb dağıdıcı proseslərə başlamaq və Rusiyanı prioritet maraqları zonasından çıxarmaq üçün fəaliyyətini maksimum dərəcədə gücləndirib. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib. “Bu baxımdan 2024-cü il hər şey baxımından taleyüklü il olacaq. Rusiya, onun müttəfiqləri və tərəfdaşları milli maraqların qorunmasında səylərini birləşdirməli və bütün sahələrdə - KTMT, MDB, Aİİ-də qarşılıqlı fəaliyyəti gücləndirməlidirlər”, - o bildirib.
2023-11-28
808,472
Rusiya Ukraynada döyüşmək üçün qadınları yığır
"Redut" özəl hərbi şirkətinə daxil olan “Espanyola” muzdlu batalyonu hücum dəstələrinə qadınları cəlb etməyə başlayıb. Axar.az xəbər verir ki, bu barədə “Vajnıe istorii” nəşri məlumat yayıb. Məlumata görə, rus muzdlular qadınlara snayper, tibb, rabitə, elektron müharibə və PUA bölmələrində özlərini inkişaf etdirməyi təklif edirlər. “İlk müqavilə 6 aylıq bağlanır, onun da iki ayı təlimə həsr olunur. Aylıq ödəniş isə 110-120 min rubl təşkil edir. Döyüş əməliyyatları zonasına göndərildikdən sonra ödənişin miqdarı 2 dəfə artır. Müqavilə imzalanan gün isə birdəfəlik 50 min rubl verilir. Əgər qadın döyüşdə yaralanıbsa, 1-3 milyon rubl arası ödəniş alır. Öldüyü təqdirdə isə yaxınlarına 5 milyon rubl ödənilir”, - məlumatda qeyd olunub.
2023-11-28
808,473
643-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 643-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 542 təyyarəsi, 255 helikopteri, 9263 PUA-sı, 442 zenit-raket kompleksi, 13 659 tank və digər zirehli texnikası, 1185 reaktiv yaylım atəş sistemi, 7194 artilleriya və minaatanı, 15 698 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-11-28
808,474
THY 56 səfəri ləğv etdi
Türk Hava Yolları 28 noyabr tarixi üçün nəzərdə tutulmuş 56 səfəri ləğv edib. Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Buna səbəb kimi əlverişsiz hava şəraiti göstərilib. Qeyd edək ki, reyslərin hansı ölkələrə olduğu məlum deyil.
2023-11-28
808,475
Bu türk ölkəsində SOCAR-ın ofisi açıldı - Foto
17:41 Aşqabadda Dövlət Neft Şirkətinin (SOCAR) Türkmənistandakı nümayəndəliyinin açılışı olub. Axar.az SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, açılış mərasimində SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və iki ölkənin səfirləri iştirak ediblər. İlk öncə tədbir iştirakçıları ofisdə yaradılan şəraitlə tanış olublar. Tədbirdə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin və Prezident Sərdar Berdiməhəmmədovun xüsusi rolunu vurğulayıb. Qeyd olunub ki, SOCAR-ın Aşqabadda nümayəndəliyinin açılması Türkmənistanla uzunmüddətli fəaliyyətin möhkəmləndirilməsinə, ölkələrimizin enerji sektorunda ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür. Cari ilin Azərbaycan xalqı üçün əlamətdar olduğunu qeyd edən nazir “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın xaricdə ikinci nümayəndəliyinin açılmasının xüsusi əhəmiyyət daşıdığını ifadə edib. Nazir ölkələrimiz arasında imzalanmış 100-dən çox dövlətlərarası və hökumətlərarası sənədin münasibətlərimizin hüquqi bazasını formalaşdırdığını diqqətə çatdırıb. Mikayıl Cabbarov açılışda əməyi keçən hər kəsə təşəkkür edərək nümayəndəliyə fəaliyyətində uğurlar arzulayıb. Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev tədbirdə çıxış edərək nümayəndəliyin açılışı münasibətilə təbriklərini çatdırıb. Aşırqulu Beqliyev nümayəndəliyin ölkələrimiz arasında enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsinə dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib. SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkmənistanda SOCAR-ın nümayəndəliyinin fəaliyyətə başlamasının əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. SOCAR və Türkmənistanın enerji şirkətləri arasında mövcud əməkdaşlıqdan bəhs edən Rövşən Nəcəf yeni nümayəndəliyin açılışının əhəmiyyətini vurğulayıb.
2023-11-28
808,476
Tünzalə Ağayeva məhkum qadınla duet oxuyacaq
"Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin ulduz səfiri seçilən xalq artisti Tünzalə Ağayeva ilk dəfə olaraq məhkum qadınlar arasında SƏS müsabiqəsi keçirəcək. Kult.az xəbər verir ki, birliyin sədri Firuzə Cəlilova sənətçiyə mahnılarından birinin birliyin himni üçün seçməsini təklif edib. T.Ağayeva bu təklifi qəbul edib və himn olaraq seçiləcək mahnını məhkum qadınlardan biri ilə duet oxuyacağını bildirib. Fikir çox bəyənilib, dərhal hazırlıqlar başlayıb. Xalq artisti hazırda məhkum qadınlar arasında ona lazım olan səsi tapmaq üçün seçim aparır. Qeyd edək ki, məhkum qadınlarla ünsiyyətdə müəyyən məhdudiyyətlər olduğu üçün seçim videoformatda aparılır.
2023-11-28
808,478
Sumqayıtda yaralanan Türkiyə vətəndaşı öldü
Sumqayıtda güllələnmə hadisəsində yaralanan Türkiyə vətəndaşı bu gün ölüb. Axar.az Report-a istinadən xəbər verir ki, ötən ay Sumqayıtda silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı Sərkan Karakaş bu gün xəstəxanada vəfat edib. S.Karakaş ötən gün axşam saatlarında Türkiyədəki xəstəxanalardan birinə köçürülmüşdü. Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.
2023-11-28
808,479
İcmadan Simonyanın 31 kənd iddiasına sərt reaksiya
Qərbi Azərbaycan İcması Alen Simonyanın absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyir. Axar.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycan tərəfindən Ermənistanın 31 kəndinin tamamilə və ya qismən işğal edilməsi barədə absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyir. Hesab edir ki, Ermənistan belə bir əsassız iddia ortaya atmaqla bir daha Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirmişdir. Ermənistan bununla, həm də hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır. Ermənistan rəsmiləri qayıdışla bağlı gəlişigözəl sözlər demək əvəzinə real addım ataraq bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.
2023-11-28
808,480
FİA-nın qalib avtomobilləri burada sərgilənəcək
Bakıda keçiriləcək Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclasları və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində paytaxt sakinləri və qonaqların diqqətini cəlb edəcək tədbirlərdən biri də 2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempionatların qalib avtomobillərinin sərgisi olacaq. Axar.az xəbər verir ki, sərgi dekabrın 6-da FIA tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. İctimaiyyət üçün açıq olacaq sərgidə 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatı (World Rallycross Championship), Formula E, Dünya Kartinq Çempionatında (Mondokart.com FIA Karting World Championship – KZ) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş olunacaq. Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarış həyəcanlarını yaşamaq imkanı qanacaqlar. Xatırladaq ki, dekabrın 5-dən 8-nədək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-yə ev sahibliyi edəcək. Mükafatlandırma mərasimində il ərzində avtomobil idmanı sahəsindəki qaliblərə mükafatlar təqdim olunacaq.
2023-11-28
808,481
Milli Məclisdən Simonyana cavab
Azərbaycan Respublikası Milli Məclisinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibət bildirib. Bu barədə Axar.az-a Milli Məclisdən məlumat verilib. Bildirilib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirmişdir. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin “absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür izahat vermək mümkün deyil. Qeyd edilib ki, Simonyan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı faktını yaddaşlardan silmək və Ermənistan tarixinin bu qara ləkəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmaq “arzusu”nu gələcəyə baxış adı altında pərdələməyə çalışır. Yaxşı olardı ki, Simonyan Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə, Xocalı soyqırımının törədilməsinə, işğal dövründə 9 şəhər və yüzlərlə kəndin darmadağın edilməsinə görə üzr istəyərək, gələcək haqda danışmağa başlasın. Təəssüf ki, bu baş verməyəcək. İşğal olunmuş torpaqlarda və Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidələri yerlə-yeksan edən, abidələrin və yaşayış yerlərinin adlarını dəyişərək, saxta tarix yazan monoetnik Ermənistanın parlamentinin spikerinin müxtəlif etnik qrupların mehriban və dinc şəkildə birgə yaşadığı, tarixi və mədəni irsinin dövlət səviyyəsində mühafizə edildiyi Azərbaycanı öz arşını ilə ölçməsi, əslində onun həqiqi simasını ifşa edir. Simonyanın Qazax rayonunun 7 kəndinin və Kərkinin hələ də Ermənistanın işğalı altında qalmasına primitiv düşüncə tərzi ilə hüquqi don geyindirməyə çalışması, əksinə, Azərbaycanı işğalda ittiham etməsi isə xəstə təfəkkürün təzahüründən başqa bir şey deyil. Vurğulanıb ki, Ermənistan rəhbərliyinin “Azərbaycanın müharibəyə hazırlaşması”, “sülh danışıqlarından imtina etməsi” kimi beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarlamağa nə dərəcədə alışdığı artıq bir faktdır. Simonyana bir daha xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Ötən 3 il ərzində Ermənistan öz siyasi və hərbi təxribatları ilə sülh prosesini əngəlləməyə çalışıb. Hazırda regionda uzunmüddətli sülhün bərqərar olması üçün tarixi şans yaranıb. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir məqamda isə Ermənistan sülh müqaviləsinin mətni üzrə Azərbaycanın təkliflərinə cavabını uzun müddət gecikdirməklə, danışıqlar prosesini uzatmağa çalışır. “Bir daha qeyd edirik ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Biz inanırıq ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar vardır. Ona görə də, Ermənistan tərəfini bu cür təxribatçı və həqiqətdən uzaq bəyanatlar səsləndirməkdən çəkinməyə və sülhə töhfə verməyə çağırırıq”, - deyə açıqlamada qeyd edilib.
2023-11-28
808,482
Yağış yağdı, havanın keyfiyyəti yaxşılaşdı
Paytaxtda hava keyfiyyəti göstəriciləri norma daxilində müəyyən edilib. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində təyin olunan hava keyfiyyəti göstəriciləri norma daxilində müəyyən edilib. Yağıntılı hava şəraiti havanın keyfiyyətini əlverişli edib.
2023-11-28
808,483
Finlandiya Rusiya ilə sərhədi tamam bağladı
Sığınacaq axtaranlar üçün Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin noyabrın 28-dən dekabrın 13-dək bağlanılması barədə qərar qəbul edilib. Axar.az xəbər verir ki, bunu Finlandiya hökumətinin başçısı Petteri Orpo deyib. O əlavə edib ki, sığınacaq üçün müraciətlər indi yalnız hava və dəniz limanlarında qəbul ediləcək. Qeyd edək ki, baş nazir bundan öncəki açıqlamasında Rusiya ilə bütün sərhəd-buraxılış məntəqələrinin bağlanacağını bildirmişdi.
2023-11-28
808,484
Samir Nuriyevin rəhbərliyi ilə iclas keçirildi
Noyabrın 28-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib. Axar.az xəbər verir ki, Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü, ardıcıl və müdrik siyasəti nəticəsində 2020-ci ilin noyabrında torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmizin və bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri tərk-silah edilib, onların hərbi infrastrukturu zərərsizləşdirilib, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub. Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır. Samir Nuriyev Qərargahın ötən 3 illik fəaliyyəti dövründə dövlətimizin başçısının verdiyi tapşırıqlara əsasən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyini, yeni şəhər və kəndlərin salınması istiqamətində işlərin sürətlə davam etdiyini diqqətə çatdırıb. Bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrasında səmərəlilik, hesabatlılıq, qurumlararası qarşılıqlı kommunikasiya, əlaqələndirilmə və operativlik Qərargahın fəaliyyətinin əsas prinsipləri olub. Daha sonra iclasın gündəliyinə uyğun olaraq, antiterror tədbirləri nəticəsində suverenliyin bərpa edildiyi ərazilərdə zəruri məsələlərin həlli istiqamətində görülən işlər, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə həyata keçirilən işlərin cari vəziyyəti, geri qayıdan əhalinin məskunlaşmasının, təhlükəsizliyinin və dayanıqlı məşğulluğunun təmin edilməsi, azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili ilə bağlı məruzələr dinlənilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsində aparılan işlərə dair məruzə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin iclasın gündəliyindəki məsələlərin yerlərdə əlaqələndirilməsi və müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barədə məlumatları dinlənilib. İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
2023-11-28
808,485
Kəlbəcərdə "Niva" aşdı: ölən var
Kəlbəcərdə maşın aşıb, ölən var. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Adil Həsənov "Niva" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.
2023-11-28
808,490
AB Ukrayna hərbçiləri üçün əlavə 200 milyon ayırır
Avropa Birliyi (AB) Ukrayna hərbçilərinin təlimi üçün əlavə 200 milyon avroya yaxın vəsait ayırıb. Axar.az xəbər verir ki, bu barədə AB Şurasının Mətbuat xidməti məlumat yayıb. "Bu gün Şura AB-nin Ukrayna üzrə Hərbi Təlim Missiyası [EUMAM Ukraine] çərçivəsində Ukrayna silahlı qüvvələrinin təlimi üçün əlavə maliyyənin ayrılması barədə qərar qəbul edib. Məbləğ 194 milyon avro artırılıb və ümumi məbləğ 255 milyon avro təşkil edəcək”, - məlumatda deyilir.
2023-11-28
808,492
Millimiz Mərakeşə uduzdu
Azərbaycanın futzal üzrə U-19 millisi AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq turnirdə ikinci oyununa çıxıb. Axar.az-ın məlumatına görə, təmsilçimiz Mərakeşin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Bu gün Bakı İdman Sarayında keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, U-19 millimiz daha öncə Belarus yığmasına 1:3 hesabı ilə uduzmuşdu. Yarışa noyabrın 30-da keçiriləcək Belarus - Mərakeş matçı ilə yekun vurulacaq.
2023-11-28
808,494
Üç nəfər Özbəkistana təhvil verildi
Azərbaycan dələduzluğa görə həbs edilən 3 nəfəri Özbəkistana təhvil verib. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası və beynəlxalq axtarışa verilən Egamnazarov Uktam Şorofoviçin, Dilmuradova Dilbaxor Muxtarovnanın və Şakarov Otabek İbraim oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilmələrinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. U.Ş.Egamnazarov və D.M.Dilmuradova cari ilin avqust ayında, O.İ.Şakarov isə sentyabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq qeyd olunan şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar noyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.
2023-11-28
808,495
AHİM Ermənistanın mövqeyini ifşa etdi
Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib. Axar.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov X-də yazıb. O qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli “Ovannisyan və Karapetyan Ermənistana qarşı” işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R. Ovannisyanın və A.Sərkisyanın 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırıldıqları və “Dağlıq Qarabağ silahlı qüvvələri”nin 36 535 saylı hərbi hissəsinə göndərildikləri qeyd edilib. Bildirilib ki, 2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu öz hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib. E.Məmmədov yazıb ki, ki, məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib. Nazirlik rəsmisi xatırladıb ki, Ermənistan o zamanlar işğal altında saxladığı Azərbaycanın ərazilərində törədilən istənilən cinayətə görə dövlət məsuliyyətindən qurtulmaq məqsədilə uzun müddət bu ərazilər üzərində heç bir nəzarəti və ya yurisdiksiyası olmadığı mövqeyində olub: "Diplomatik desək, AHİM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib".
2023-11-28
808,498
Tiktokda dələduzluq edən şəxs yaxalandı
Tiktokda qanunazidd hərəkətlərə yol verən şəxs saxlanılıb. Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri ilə iki nəfərin kart hesablarından 920 manat və 1200 avro oğurlamaqda şübhəli bilinən Raul Rəşad oğlu Əmrahov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun Tiktokda “@gizlikamerasatisi” adlı səhifə yaradaraq sosial şəbəkə istifadəçilərinə qarşı qanunazidd hərəkətlərə yol verdiyi məlum olub. R.Əmrahovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər: "Bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa tanımadığınız şəxslərə, etibar etmədiyiniz səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə isə bu barədə polisə məlumat verə bilərsiniz".
2023-11-28
808,499
Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərildi
Qarabağdakı separatçı rejimin “müdafiə ordusunun” keçmiş komandanı Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib. Axar.az erməni mediasına istinadən xəbər verir ki, o, xidməti səhlənkarlıqda ittiham olunur. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra C.Arutyunyana qarşı cinayət işi açılmışdı.
2023-11-28
808,502
Putin "rus dünyası"ndan danışdı: Dünya gücü...
Rus olmaq hər şeydən öncə məsuliyyətdir. Rusiyanı qorumaq üçün böyük məsuliyyətdir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “rus olmaq” anlamının izahında deyib. “Rus dünyası öz suverenliyini bərpa edən, gücləndirən və artıran Qədim Rusiyanı, Moskva imperiyasını, Rusiya imperiyasını, Sovet İttifaqını və müasir Rusiyanı da əhatə edən əcdadlarımızın və törəmələrimizin dünya gücü kimi bütün nəsillərini təmsil edir”, - deyə Kreml rəhbəri bildirib.
2023-11-28
808,503
Mikayıl Cabbarov Türkmənistanda Meredovla görüşdü
Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi, potensial birgə layihələr, enerji tərəfdaşlığının gücləndirilməsi məsələlərini müzakirə olunub. Bu barədə Axar.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrin ikitərəfli, regional və beynəlxalq müstəvidə əməkdaşlığının güclənməsi istiqamətində həyata keçirilən işlər və onların səmərəli nəticələri barədə müzakirə aparıb. İki ölkənin malik olduğu zəngin potensial və resurslara uyğun olaraq, tərəfdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanlar qeyd edilib. Mərkəzi Asiya ölkələri arasında ən çox Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin olması vurğulanıb, humanitar, nəqliyyat-tranzit, limanlararası əməkdaşlıq, həmçinin Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə edilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədrinin müavini Batır Amanov və həmkarları ilə görüşdə qeyd edilib ki, ölkələr arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var. Azərbaycan-Türkmənistan əməkdaşlığının əsas istiqamətlərindən olan həmin sektorda artıq möhkəm əlaqələr qurulub. Birgə görüşdə ölkələrin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələlər müzakirə olunub. Tərəflər enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı barədə fikir mübadiləsi aparıblar.
2023-11-28
808,504
Ərdoğandan Quterreşə: İsrail bunun cavabını verməlidir!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Söhbət zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, xüsusən İsrail-Fələstin münaqişəsini müzakirə ediblər. Türkiyə dövlət başçısı bildirib ki, İsrail beynəlxalq hüququ pozmaqda davam edir və törətdiyi cinayətlərə görə cavab verməlidir.
2023-11-28
808,508
Yeni ildə qiymətlər bahalaşacaq?
Qarşıdan Yeni il bayramı gəlir. Bayram ərəfəsində Azərbaycanda ərzaq məhsullarının qiymət artımı “ənənəvi” xarakter alıb. Satıcılar fürsətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırır, daha çox pul qazanmağa çalışırlar. Axar.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bayramlar ərəfəsində qiymətlərin qalxmasının hər birimizdə təəssüf doğurduğunu, ancaq bunun da müəyyən səbəbləri olduğunu bildirib. “Həmin səbəblərdən biri də həmin dövrdə ərzaq məhsullarına olan tələbatın artması və onlardan daha çox istifadə edilməsidir. Bu da bazarda müəyyən qədər qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən, burada müəyyən sahibkarların da rolu var. Onlar süni şəkildə qiymətləri artırmaq istəyirlər. Əslində, bayram vaxtı qiymətlər aşağı düşməlidir. Hesab edirəm ki, bu işbazlar müəyyən insafa gəlməlidir”, - deyə komitə sədri bildirib. O qeyd edib ki, dövlət bazarda qiymətlərin süni qaydada artmasının qarşısını alır və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirir: “Ancaq bu gün bazar iqtisadiyyatıdır, heç kimi istehsal etdiyi məhsulu aşağı qiymətə satmağa məcbur etmək mümkün olmur. İnsanların özlərində müəyyən qaydada bayramlara münasibət formalaşmalıdır, insanların tələbatının ödənilməsinə qayğı olmalıdır. Ancaq son müşahidələr deməyə əsas verir ki, bazarda müəyyən ərzaq məhsullarının qiyməti aşağı düşüb. Misal üçün, müxtəlif növ yağ məhsullarının qiyməti enib. Un məmulatlarının qiymətlərinin azalması da müşahidə olunur. Xaricdən idxal olunan məhsulların çoxluğu və ölkədə məhsul istehsalının artması əsas verir ki, bayramda qiymətlər bir o qədər yüksəlməsin”.
2023-11-28
808,511
Fransa erməniləri Azərbaycana qarşı döyüşə hazırlayır?
Fransanın erməni hərbçilərə təlim keçdiyinə dair məlumatlar “hansı ölkəyə hücum hazırlanır” sualını ön plana çıxardı. Bu məlumatı gündəmə gətirən rusiyalı hərbi bloger Anastasiya Kaşevarova erməni hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşmək üçün hazırlandığını iddia edir. Lakin bu iddia real görünmür. - Ukrayna cəbhəsinə ən az muzdlu döyüşçü göndərən ölkələrdən biri Fransadır; - Fransa hazırda Rusiyaya qarşı cəbhə alsa da, müharibənin əvvəlindən Moskva ilə anlaşmaqdan yanadır və Ukraynaya verdiyi dəstək daha çox “məcburiyyət” kimi görünür; - Cənubi Qafqazda baş verənlər, Fransanın maraqları və gözlənilən mümkün ssenarilər fonunda erməni hərbçilərin məhz bu bölgədəki planlar üçün hazırlandığı ehtimalı güclənir. Kaşevarovanın “Rusiyaya qarşı döyüşmək” fikri daha çox ictimai rəyi yönləndirməyə hesablanmış ola bilər, xüsusilə Moskva-İrəvan xəttində çatların dərinləşdiyi vaxt rus ekspert cameəsindən belə mövqelərin sərgilənməsi intensivləşib. Lakin rusiyalı blogerin Fransanın erməni hərbçilərə təlim keçdiyi haqda dediklərində həqiqət payı var. Paris-İrəvan anlaşmasında təkcə Ermənistanın silahlandırılması yox, erməni ordusunun modernləşdirilməsi, təlimlərin keçirilməsi və kadrların hazırlanması da daxildir. Burada əsas məqamlardan biri təlim düşərgələrində Qarabağdan olan “könüllü gənclərin” də iştirak etdiyi haqda məlumatdır. İstisna deyil ki, bu “könüllülər” Qarabağdan çıxarılan erməni silahlı dəstələrin və separatçıların silahlı qruplarının üzvləridir. Onların bir hissəsi Ermənistana qayıdandan sonra orduda xidmətə qəbul edilməyiblər. Mümkündür ki, Ermənistan onlardan xüsusi təlim keçmiş qruplar yaratmaq niyyətindədir. Fransada təlim keçən ermənilərin Ukraynada Rusiyaya qarşı döyüşməkdən daha çox, Azərbaycana qarşı mümkün hücumlara hazırlandığı ehtimalı güclüdür. Cənubi Qafqazda baş verənlər və Parisin planları da bu ehtimalı daha da artırır.
2023-11-28
808,515
Zaqatalada nəvə babasını bıçaqladı
Zaqatalada nəvə babasına bıçaqla xəsarət yetirib. İlkin araşdırmalarla gəncin psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata əsasən, bu gün axşama doğru Zaqatala şəhər sakini, 21 yaşlı Ruslan İbrahimovun onunla eyni mənzildə yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirdiyi məlum olub. Yaşar İbrahimov xəstəxanaya aparılıb, ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi Zaqatala Mərkəzi Xəstəxanasında davam etdirilir. Hadisədən sonra rayon Polis Şöbəsinin əməkdaşları Ruslan İbrahimovu şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində təhqiqat aparılır.
2023-11-28
808,518
HƏMAS azad olunacaq fələstinlilərin siyahısını açıqladı
HƏMAS günün sonuna qədər İsrail həbsxanalarından azad olunacaq 30 fələstinlinin siyahısını açıqlayıb. Axar.az xəbər verir ki, siyahı HƏMAS-ın Teleqram kanalında yayımlanıb. İsrail tərəfinin azad etdiyi şəxslərin siyahısında 15 qadın və 15 yeniyetmə var.
2023-11-28
808,519
Milli mücadilə bayrağı Təbriz küçələrində - Foto
Təbrizdə üzərinə “Düşüncəmizin adı: Yürüş” şüarı yazılan Güney Azərbaycanın milli mücadilə bayrağı divarlara vurulub. Bu barədə Axar.az-a güneyli milli fəallar məlumat verib. Məlumata görə, bayraq tanınmış milli-mədəni fəal Yürüş Mehrəlibəyli və başqa fəalların uzunmüddətli həbsi ilə əlaqədar keçirilən aksiyalar çərçivəsində Təbriz küçələrinin divarlarına, o cümlədən, ictimai nəqliyyat vasitələrinin oturacaqlarına yapışdırılır. Sözügedən fəalların uzun müddətdir azadlığa buraxılmaması və onlara işgəncə verilməsi səbəbindən Güney Azərbaycan şəhərlərində etirazlar hələ də davam edir.
2023-11-28
808,521
Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olundu
Orta Dəhlizin perspektiv imkanları, onun fəaliyyətinin genişləndirilməsi, o cümlədən 2024-cü il üzrə tarif siyasətinin formlaşdırılması ilə bağlı məsələlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun Bakıda keçirilən iclasında müzakirə olunub. Axar.az xəbər verir ki, Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolları, liman şirkətləri və digər tərəfdaşların birgə qatıldığı görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını daha da təkmilləşdirmək baxımından qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi geniş müzakirə olunub. Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası”nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirilib. Belə ki, əməkdaşlığın yeni formatının müəyyən edilməsi, tarif siyasətinin bazar tələbatına uyğun formalaşdırılması, alternativ marşrutlarla müqayisədə Orta Dəhliz üzrə qiymət və daşıma şərtlərinin optimallaşdırılması, dəhlizin beynəlxalq müstəvidə marketinq fəaliyyətinin düzgün formalaşdırılması və s. istiqamətlərdə atılması zəruri olan addımlar nəzərdən keçirilib. Qeyd edək ki, hazırda Orta Dəhlizin funksionallığının artırılması məqsədilə rəqəmsallaşma konsepsiyası hazırlanır, bununla bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparılır, ən yaxşı təcrübələr öyrənilir. Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.