date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-11-29
| 808,748 |
Qriqoryan Papuaşvili ilə görüşdü
|
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini müzakirə edib. Papuaşvili bildirib ki, Gürcüstan regionda sülhü təşviq etməyə hazırdır.
|
2023-11-29
| 808,751 |
İctimai yerlərdə yenidən maskadan istifadəyə başlanılacaq
|
İranda yenidən koronavirusa yoluxanların sayının artması ilə əlaqədar ictimai yerlərdə tibbi maskalardan istifadə tövsiyə olunur. Axar.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər bölməsi məlumat yayıb. Bildirilib ki, hazırda viruslu xəstəliklərə yoluxanların 12 faizini koronavirus xəstələri təşkil edir. “Havaların soyuması ilə əlaqədar yoluxucu xəstəliklərin artması qeydə alınıb. Bu səbəbdən hətta xəstə olmayanların ictimai yerlərdə maskadan istifadəsi lazımdır”, - nazirliyin məlumatında bildirilib.
|
2023-11-29
| 808,752 |
ABŞ-ın diqqəti: Bakı özünü çox layiqli aparır – Rusiyadan baxış
|
ABŞ heç kimlə münasibətlərini nizamlamır. Amerikaya görə, münasibət qurmaq üçün heç bir dövlətlə bərabərhüquqlu məntiq yoxdur. Vaşinqton öz istəyini yerinə yetirmək üçün başqalarına ehtiyac duyur. Axar.az xəbər verir ki, bunu Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı politoloq Dmitri Solonnikov deyib. “Azərbaycan bu vəziyyətdə özünü çox layiqli aparır, subyektivliyini qoruyub saxlayır, xarici siyasətini ABŞ-ın maraqlarına uyğun deyil, ilk növbədə öz maraqlarına uyğun qurur. Bu gün Azərbaycan dünya siyasətinin son dərəcə mühüm mərkəzidir. Məsələn, bu gün Azərbaycan Qoşulmama Hərəkatının lideridir ki, bu da son dərəcə vacibdir. Çox ciddi xarici siyasət yeritmək üçün əlində olan rıçaqlardan istifadə edir. Buna görə də ABŞ Bakıya diqqət yetirir”, - o bildirib. Solonnikov qeyd edib ki, Azərbaycan öz maraqlarını müdafiə xəttini inkişaf etdirməyə davam edəcək və ABŞ-ın xarici siyasət konturuna inteqrasiya etməyəcək: “Çox güman ki, Bakı ilə Vaşinqton arasında münasibətlər ciddi şəkildə kəskinləşəcək. Bu gərginlik artacaq, lakin sonda hər şey daha böyük geosiyasi ssenarilərdən asılı olacaq. Vəziyyətə xüsusilə gələn il ABŞ-da keçiriləcək prezident seçkisi təsir edəcək. Biz çox yaxşı başa düşürük ki, ABŞ seçiciləri üçün Cənubi Qafqaz birinci prioritet nöqtəsindən uzaqdır. Ermənistanla flört həm demokratlar, həm də respublikaçılar arasında müşahidə olunacaq. Seçki keçiriləcək və çox güman ki, geosiyasi vəziyyət dəyişəcək”.
|
2023-11-29
| 808,753 |
Moskva vağzalında terror aktının qarşısı alındı
|
Rusiyanın paytaxtı Moskvada dəmiryol vağzalında terror aktının qarşısı alınıb. Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Məlumata görə, Moskvada dəmiryol vağzalında çəni partlatmağı planlaşdıran şəxs həbs edilib.
|
2023-11-29
| 808,756 |
İlon Mask HƏMAS-ın təklifini rədd etdi
|
Amerikalı milyarder İlon Mask HƏMAS-ın Qəzzaya dəvətini rədd edib. Axar.az xəbər verir ki, bu barədə İlon Mask X hesabında yazıb. “Hazırda bura bir az təhlükəli görünür, lakin mən firavan Qəzzanın bütün tərəflər üçün yaxşı olacağına inanıram”, - o bildirib. Qeyd edək ki, ötən gün İlon Mask İsraildə səfərdə olub.
|
2023-11-29
| 808,762 |
Bayramov Lounes Magramaneni qəbul etdi
|
Noyabrın 29-da xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Əlcəzair Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi Lounes Magramaneni qəbul edib. Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun, məsləhətləşmə mexanizminin, parlamentlərarası əməkdaşlığın və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Görüşdə iki ölkə arasında enerji, kənd təsərrüfatı, humanitar, səhiyyə və digər sahələrdə əməkdaşlıq perspektivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində sədrliyi dönəmində irəli sürülmüş təşəbbüslərin hərəkatın yenidən dirçəlməsi istiqamətində mühüm rol oynaması təqdir olunub. Əlcəzairin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin əhəmiyyəti qeyd olunub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Görüş zamanı müqabil tərəf Azərbaycana qarşı təcavüzün tarixçəsi, post-münaqişə dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi vizionu barədə məlumatlandırılıb. Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
|
2023-11-29
| 808,763 |
Tramp seçilsə, fəlakət olacaq - Almaniya
|
Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi fəlakətə səbəb olacaq. Axar.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib. Nazirin sözlərinə görə, Trampın yenidən prezident seçilməsi ABŞ-ın Avropadakı fəaliyyətlərinə mənfi təsir göstərəcək. O, Co Baydenin qalib gəlməsi halında ABŞ-ın diqqətini Hind-Sakit okean bölgəsinə yönəldəcəyini ifadə edib. “Baydenin yenidən prezident seçilməsi ilə ABŞ Avropadakı fəaliyyətini eyni səviyyədə davam etdirəcək”, - deyə nazir bildirib.
|
2023-11-29
| 808,766 |
Sabah Naxçıvanın bu ərazilərində su olmayacaq
|
Naxçıvan şəhəri 10-cu küçə ərazisində su xəttində qəza baş verib. Axar.az xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, qəzanın aradan qaldırıması üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr 2023-cü il tarixdə səhər saat 09:00-dan axşam saat 21:00-dək şəhərin 56, 58, 59, 60, 61-ci məhəllələrinə, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinə suyun verilməsi müvəqqəti dayandırılacaq. Qeyd edilib ki, Əliqulu Qəmküsar və Babək məhəllələrində isə suyun təzyiqində azalmalar olacaq.
|
2023-11-29
| 808,768 |
Sülh sazişi ətrafında geosiyasi oyun: Obrayen Bakıya nə gətirir?
|
Vaşinqtonun Bakı qarşısında geri çəkilməsi ABŞ-ın yeni layihəsi və sülh sazişinə dair təkliflərinin qəbul edilməsindən qaynaqlanır. ABŞ-da anladılar ki, Azərbaycanı təzyiqlə razı sala bilməyəcəklər və Blinkenin zəngi ilə “təmas strategiyasına” qayıdırlar. Bu təklifləri Bakıya Blinkenin Əliyevdən səfərinə icazə verilməsini istədiyi Ceyms Obrayen gətirəcək. Vaşinqtonun planının nədən ibarət olduğunu Ceyms Obrayenin açıqlamasından müəyyən etmək mümkündür: ABŞ Mərkəzi Asiyadan başlayan, Azərbaycan, Ermənistan və Türkiyədən keçərək, Avropaya çıxan ticarət yolunu təklif edir və bununla Orta dəhlizi (Çindən başlanan, Mərkəzi Asiyadan keçərək, Azərbaycana çatan, buradan Türkiyə üzərindən Avropaya çıxan) nəzarətə götürmək istəyir: - Dəhlizin başlanğıcını Mərkəzi Asiyadan götürməklə Çini kənarlaşdırır; - Marşrutun Ermənistan halqasında kommunikasiyanın suverenlik prinsipi ilə açılmasını dəstəkləyir və bununla Zəngəzur dəhlizi layihəsini sıradan çıxarır; - Zəngəzurdan keçəcək yolun suverenlik prinsipinə əsasən açılması ilə Rusiyadan bura da nəzarət imkanını əlindən alır; Cənubi Qafqazda Moskvaya qarşı görünən bu planın əsas hədəfi Pekindir və Vaşinqton Mərkəzi Asiyadan Avropaya çıxan marşrutla həm də Çinin sərhədinə qədər təsir imkanlarını genişləndirməyi planlaşdırır. Vaşinqton buna nail ola bilməsə - Orta dəhliz Pekinin planına uyğun reallaşarsa, bu, Çinin qlobal sistemdə ikinci qütb olması, eyni zamanda, ABŞ-ın Avropa üzərindəki təsirinin azalması ilə nəticələnə bilər. Bu planda Vaşinqton üçün Azərbaycan və Türkiyə açar ölkələr, Bakı və İrəvanın Moskvanın çətirindən kənarda sülh müqaviləsi imzalaması əsas vasitədir: Obrayen Bakıda Azərbaycan rəhbərliyini bu layihəyə və sülh danışıqlarının Qərb platformasında aparılmasına inandırmağa çalışacaq; Ermənistan parlamentinin spikeri Alen Simonyanın “15 gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər” açıqlaması da bununla bağlıdır. İrəvanda hesab edirlər ki, ABŞ Azərbaycanı razı salacaq və sülh müqaviləsinin ermənilərin istəyinə uyğun imzalanmasına nail olacaqlar. - Kommunikasiyalar suverenlik prinsipi ilə açılacaq; - Delimitasiya prosesində işğal altındakı 8 kəndin qaytarılması sual altına düşəcək; - Və Bakıdan “Qarabağ ermənilərinin hüquqlarının” təmin edilməsini istəyəcəklər; Azərbaycan bunu istəmir, mövcud vəziyyətdə gözləmək və proseslərin inkişafını görmək daha məqsədəuyğundur, xüsusilə ABŞ-Avropa-Rusiya-Çin qarşıdurmasında tərəf və meydan olmamaq baxımından. Bu situasiya kənar təzyiqləri də gücləndirir. Məlumdur ki, Bakı Vaşinqtonun layihəsini qəbul etməcəyi təqdirdə, ABŞ yenidən təzyiq siyasətinə keçə bilər. Lakin burada önəmli bir məqam var: Azərbaycan və Türkiyəni açar ölkə olaraq görən ABŞ planını yerinə yetirmək istəyirsə, sülh sazişində Bakının tələblərini prioritet olaraq görməli, razı olması üçün İrəvana təzyiq etməlidir; Azərbaycan həm təzyiqlərdən yayınmaq, həm də proseslərin inkişafını görə bilmək üçün Ermənistan qarşısında maksimum tələblər qoya və ABŞ-dan bunun təmin edilməsini istəyə bilər.
|
2023-11-29
| 808,771 |
İşçilərin hüquqlarını pozan şirkətlər cərimələndi
|
Vətəndaşların əmək hüquqlarının pozulması görə vəzifəli şəxslər cərimələnib. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı vətəndaşlardan və ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırma zamanı Holidays Tour MMC hüquqi şəxsi və onun vəzifəli şəxsi tərəfindən vətəndaşların əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, İnam 2019 MMC-nin vəzifəli şəxsi tərəfindən isə əməyin mühafizəsi qaydalarının pozulması, Alıoğlu Construction MMC-nin vəzifəli şəxsi və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə.Məmmədov tərəfindən isə işçilərin əmək haqqının ödənilməsi zamanı qanun pozuntularına yol verilməsi halları müəyyən edilib. Qeyd olunan hüquqpozmalar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4 və 198.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və müvafiq səlahiyyətli quruma göndərilib. Səlahiyyətli qurum və müvafiq rayon məhkəmələrin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində, vəzifəli şəxslər isə 5 min manatadək müxtəlif məbləğlərdə inzibati qaydada cərimə olunub.
|
2023-11-29
| 808,774 |
Türkiyədə diplomatlarımız aldadılıb? – Rəsmi
|
Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı mediada yayılan xəbərlər ilə əlaqədar qeyd edək ki, sözügedən diplomatların Azərbaycanın Türkiyədəki səfirliyi və ya Baş konsulluqları ilə heç bir bağlılığı yoxdur. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, belə bir halın baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar. “Bir neçə il bundan əvvəl qeyd edilən diplomatlar çalışdıqları beynəlxalq təşkilatın işinə aidiyyəti olmadan öz şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayəsi etmək qərarına gəliblər və onlar xəbərlərdə səslənən vəsaitin yalnız bir qismi ilə ziyan çəkiblər. Hazırda qeyd edilən şəxslərin iddiası əsasında məsələ Türkiyənin müvafiq hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır”, - məlumatda qeyd edilib.
|
2023-11-29
| 808,778 |
“Əqsa tufanı” ABŞ-ı alt-üst edir - Xamenei
|
HƏMAS-ın İsrailə qarşı hücumu sionist rejim üzərində qələbədir. Axar.az xəbər verir ki, bunu İranın rəhbəri Əli Xamenei yarım-hərbi “Bəsic” qüvvələri ilə bugünkü görüşündə deyib. “Əqsa tufanı” əməliyyatı İsrailə qarşı olmaqla yanaşı, Amerikanın bölgədən çıxarılmasına da xidmət etdi və davam edərsə, Amerikanın bölgədəki siyasətini tamamilə alt-üst edəcək”, - Xamenei bildirib. O, növbəti dəfə İsrailə qarşı ənənəvi ittihamlarını təkrarlayaraq, bu ölkəyə qarşı başlanan hərəkətlərin dayanmayacağını deyib.
|
2023-11-29
| 808,780 |
Urmiya gölü yatağında Azərbaycan rəqsi - Video
|
Güney azərbaycanlı sənətçi xanımın Urmiya gölünün qurumuş duzlu yatağında Azərbaycan milli rəqsini ifa etməsi sosial mediada böyük maraqla qarşılanıb. Kult.az xəbər verir ki, bu barədə Güney Azərbaycanın sosial media kanallarında paylaşımlar edilib. Alim Qasımovun “Səni məndən alan yollar” mahnısı altında ifa olunan Azərbaycan rəqsi sosial media kanallarında minlərlə dəfə paylaşılıb. Qeyd edək ki, dünyanın ikinci ən böyük duzlu gölü olan Urmiya gölünün 96 faizi quruyub.
|
2023-11-29
| 808,783 |
Abdullahian BMT TŞ-nin Qəzza iclasına gedə bilmədi
|
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyib. Axar.az xəbər verir ki, bu barədə o, İran mediasına açıqlamasında deyib. “Təhlükəsizlik Şurasının iclasına üzv ölkələrin, eləcə də İranın xarici işlər naziri dəvət olundu. Lakin amerikalılar mənə və həmkarlarıma vizaları çox gec, bu gün səhər saatlarında verdilər, ona görə də iclasda iştirak etmək mümkün olmadı”, - XİN başçısı bildirib.
|
2023-11-29
| 808,788 |
Prezident İldırım Vəliyevi yüksək vəzifəyə təyin etdi
|
İldırım İmran oğlu Vəliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilib. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
|
2023-11-29
| 808,789 |
Prezident DTX əməkdaşlarını təltif etdi - Sərəncam
|
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycan təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Məmmədova Kamina Qavil qızı “Hərbi xidmətlərə görə” medalı ilə Allahverdiyev Etibar Yadulla oğlu – polkovnik Əliyev Elçin Alastun oğlu – polkovnik Əmirov Ziyafət Məsim oğlu – polkovnik İsmayılov Azər Valeh oğlu – polkovnik Nəsirov Elşad Haqverdi oğlu – polkovnik Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant. Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilib.
|
2023-11-29
| 808,794 |
Erkən nikahları əsasən onlar həyata keçirir
|
Bu gün erkən nikahların əksəriyyətini axundlar həyata keçirir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. "Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır. Erkən nikahların qırmızı xətt olduğunu deyirsiniz. Bu gün erkən nikahların əksəriyyətini də axundlar həyata keçirir. İndiyə qədər bununla bağlı bir nəfərin cəzalandırıldığını və ya bu istiqamətdə iş görüldüyünü eşitməmişik", - komitə sədri bildirib.
|
2023-11-29
| 808,796 |
Klaar Ankara səfərindən yazdı: Bakı və İrəvan müzakirəsi…
|
AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən gün Ankarada Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə Klaar X hesabında yazıb. “Dünən Ankaraya xoş səfərdən sonra Brüsselə döndüm. Orada Cənubi Qafqaz regionu ilə bağlı AB və Türkiyə üçün ortaq maraq kəsb edən məsələlər, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə etdik”, - Klaar qeyd edib.
|
2023-11-29
| 808,798 |
Avropa Putinə Milad hədiyyəsi hazırlayır
|
AB liderlərinin dekabr sammitindən sonra Rusiya Prezidenti Vladimir Putini xoş sürpriz gözləyə bilər. Axar.az xəbər verir ki, bu barədə Danimarkanın DR nəşri məlumat yayıb. “Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq qərarı dekabrda keçiriləcək sammitdən mart ayına planlaşdırılan növbəti görüşə qədər təxirə salına bilər. Artıq planlaşdırılıb ki, yazda Avropa Komissiyası Kiyevin üzvlük yolunda irəliləyişinə dair daha bir hesabat hazırlasın. Ona görə də AB liderlərinin onu gözləməsi təbii olacaq. Nəticədə dekabr sammiti AB-nin Ukraynaya dəstək üzrə klassik kompromislə başa çata bilər. Və Putin Brüsseldən bundan daha yaxşı Milad hədiyyəsi gözləyə bilməz”, - nəşr bildirib.
|
2023-11-29
| 808,799 |
Gürcü mətbuatında Heydər Əliyevlə bağlı məqalə
|
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ulu Öndər Heydər Əliyevlə bağlı yazdığı məqaləsi Gürcüstanın “Aktual.ge”, “24news.ge” saytlarında yayımlanıb. Axar.az xəbər verir ki, “Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının qurulmasında Heydər Əliyev amili” sərlövhəli məqalədə Ümummilli Liderin qurduğu və inkişaf etdirdiyi Azərbaycanla Gürcüstanla arasındakı əlaqələrlə bağlı tarixi faktlar yer alıb. Yazıda Ulu Öndərn müxtəlif və gərgin dönəmlərdə Gürcüstanla əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı atdığı həlledici addımlar önə çəkilib. Eyni zamanda Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirdiyi və Gürcüstanla əlaqələrimizin inkişafına verdiyi töhfələr qeyd edilib.
|
2023-11-29
| 808,803 |
644-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı
|
Rusiya müharibənin 644-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 544 təyyarəsi, 255 helikopteri, 9301 PUA-sı, 442 zenit-raket kompleksi, 13 687 tank və digər zirehli texnikası, 1187 reaktiv yaylım atəş sistemi, 7205 artilleriya və minaatanı, 15 746 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
|
2023-11-29
| 808,809 |
FHN-in hərbi hissələrində xüsusi təlimlər keçirildi
|
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının tabeliyində olan hərbi hissələrin 2023-cü il üçün hazırlıq planlarına uyğun olaraq taktiki-xüsusi təlimlər keçirilib. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, təlimlərin keçirilməsində məqsəd komandir-rəis heyətinin qərarların qəbulu, bölmələrin düzgün idarə olunması, qəza-xilasetmə işlərinin təşkili üzrə, eləcə də şəxsi heyətin xilasetmə sahəsində bilik və bacarığının, praktiki vərdişlərinin təkmilləşdirilməsi olub. Təlim planına əsasən, şəxsi heyət və texnikanın müvafiq hazırlıq dərəcələrinə gətirilməsi, şərti fövqəladə hadisə rayonuna yürüşünün keçirilməsi, “fövqəladə hadisə rayonunda” ümumi kəşfiyyat tədbirlərinin aparılması, zərərçəkmişlərin axtarışı, dağıntılar altından və yüksəklikdən xilas edilməsi, ilk yardımın göstərilməsi və təxliyəsi, kimyəvi zəhərlənmə və radioaktiv çirklənmə ocaqlarında fəaliyyət, yanğınların söndürülməsi, sanitar təmizləmə məntəqələrinin açılması, fövqəladə hadisə rayonundan təxliyə olunmuş əhalinin ilkin həyat fəaliyyətinin təminatı üzrə praktiki tapşırıqlar yerinə yetirilib. Uğurla keçirilmiş təlimlərin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
|
2023-11-29
| 808,810 |
Metroda ölən kişi məşhur müğənninin atası imiş - Foto
|
Bu gün Bakı metrosunda dünyasını dəyişən şəxs müğənni Çinarə Məlikzadənin atası imiş. Kult.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazıb. O, Çinarə ilə fotosunu paylaşaraq, atasının vəfatına görə ona başsağlığı verib: "Xətrini dünyalar qədər istədiyim bir insanın - müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə metroda qəflətən dünyasını dəyişdi".
|
2023-11-29
| 808,811 |
Litva Ukraynaya 2 milyon ayırdı
|
Litva “Ukrayna taxılı” beynəlxalq proqramı çərçivəsində onun ixracını maliyyələşdirmək üçün 2 milyon avro ayırıb. Axar.az xəbər verir ki, bu barədə qərar Litva hökumətinin keçirdiyi iclasın yekununda qəbul edilib. “Taxıl təşəbbüsü müharibənin qlobal ərzaq bazarında mənfi nəticələrinin azaldılmasında və Litvanın 2 milyon avro ayırdığı Ukraynanın taxıl ixracı imkanlarının gücləndirilməsində mühüm rol oynayır”, - məlumatda qeyd edilib.
|
2023-11-29
| 808,812 |
15 yaşlı Mədətin yardıma ehtiyacı var - Video
|
15 yaşlı Mədət İlham oğlu Əmiraslan 2019-cu ildən Hoçkin limfoması (Limfa vəzilərinin bədxassəli xərçəngi) xəstəliyindən əziyyət çəkir. Axar.az xəbər verir ki, iki dəfə kimyaterapiya və radoiterapiya almağına baxmayraq, xəstəlik üçüncü dəfə yenidən təkrarlanıb. “2019-cu ilin aprel ayından onda bu xəstəlik yaranıb. İki dəfə Gürcüstanda müalicə olunduqdan sonra xəstəlik yenidən geri qayıtdı. Azərbaycanda müalicəsi mümkün olmadığı üçün 2022-ci ildə İstanbulda müalicə elətdirdim. Təkrar yoxlamalar aparanda xəstəliyin yenidən baş qaldırdığı müəyyən olundu. Həkimlər bildirdilər ki, təcili ilik köçürülməlidir. Bunun da qiyməti 85 min dollardır. Qohum-əqrəba olaraq 10 min dollar düzəltmişik, amma qalan pulu düzəltmək bizim üçün çətindir. İmkanlı şəxslərdən xahiş edirik ki, gücləri çatdığı qədər bizə kömək etsinlər. Vəziyyətimiz çox acınacaqlıdır”, - xəstənin atası bildirib.
|
2023-11-29
| 808,813 |
Rusiyaya gedən azərbaycanlıların nəzərinə!
|
Rusiya Daxili İşlər Nazirliyi “loyallıq müqaviləsi” hazırlamağı və ölkəyə daxil olan əcnəbilərə bu sənədi imzalatmağı təklif edib. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurum tərəfindən hazırlanan qanun layihəsindən aydın olub. Yeni sənəddə ölkəyə daxil olan əcnəbi vətəndaşlar üçün bir sıra məhdudiyyətlər, o cümlədən Rusiyanın dövlət siyasətini gözdən salmağa, ənənəvi ailə dəyərlərini inkar etməyə və sovet xalqının faşizm üzərində qələbəyə verdiyi töhfəni təhrif etməyə qadağa qoyulur. “Sadiqlik müqaviləsi - bir tərəfdən, Rusiyanın dövlət orqanlarının əcnəbi vətəndaşın ölkəyə daxil olması üçün icazəsidir, digər tərəfdən, Rusiyaya daxil olan əcnəbi vətəndaşın Rusiyanın milli maraqlarını qorumaq üçün müəyyən edilmiş qadağalarla razılaşmasıdır”, - deyə sənəddə bildirilir. Qanun layihəsinə əsasən, Rusiya ərazisində olduğu (yaşadığı) müddət ərzində Rusiyaya gələn əcnəbiyə dövlət orqanlarının fəaliyyətinə müdaxilə etmək, xarici və daxili dövlət siyasətini, dövlət orqanlarını və onların vəzifəli şəxslərini hər hansı formada nüfuzdan salmaq qadağandır.
|
2023-11-29
| 808,814 |
Azərbaycan Türkiyə ilə ortaq iki təhsil müəssisəsi quracaq
|
Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Türkiyənin Əmək və Sosial Müdafiə Təlim və Araşdırma Mərkəzinin nümayəndələri arasında görüş keçirilib. Agentlikdən Axar.az-a bildirilib ki, görüşdə direktor Ceyhun Kərəmov peşə təhsili sahəsində beynəlxalq tərəfdaşlar sırasında Türkiyənin xüsusi yer tutduğunu söyləyib. O bildirib ki, yaxın gələcəkdə Qəbələ və Bakıda Türkiyə ilə ortaq iki peşə təhsili müəssisəsinin qurulması planlaşdırılır. Görüşdə, həmçinin qardaş Türkiyənin əmək bazarının araşdırılması və təhlili, əldə olunan nəticələrin peşə təhsili sisteminə tətbiqi, pedaqoji heyətin təlimlərə cəlb edilməsi ilə bağlı təcrübələr də müzakirə edilib.
|
2023-11-29
| 808,815 |
"Netfliks" Azərbaycana qarşı film çəkir
|
Qərbin müəyyən dairələrində antiazərbaycan ritorika səngimir. Bu çirkin təbliğat bütün əndazələri aşmaqdadır. Erməni lobbisinin təsiri altında olan dairələr rəsmi Bakının Cənubi Qafqazda yaratdığı reallıqlarla barışmayaraq, ona qarşı hərtərəfli hücuma start veriblər. Ən acınacaqlı hal ondan ibarətdir ki, bu hücum bütün sahələri əhatə etməkdədir. Qərəzli, riyakar fəaliyyətlərinə özlərini müxalifət adlandıran yerli qüvvələri də qoşulublar. Hədyanlıq o həddə çatıb ki, Azərbaycanda özünü müxalifət kimi qələmə verən şəxsləri "ekspert" və "mütəxəssis" kimi qərəzli təbliğatlarına cəlb edirlər. Bəlli olub ki, Qərbin müxtəlif dairələri bu dəfə Azərbaycanın müasir dövr tarixi ilə bağlı qərəzlə dolu film ərsəyə gətirməyə hazırlaşır. Kult.az xəbər verir ki, Report-un araşdırma qrupunun əldə etdiyi eksklüziv məlumata görə, Böyük Britaniyada yaşayıb-yaradan yazıçı Devid Qreys tərəfindən "Cəzasız olan cinayət" beynəlxalq bədii layihəsi hazırlanır. Bu layihədə Rusiya İmperiyasının, Sovet İttifaqının və Rusiya Federasiyasının postsovet məkanında yaşayan xalqlara qarşı törədilmiş cinayətlərinin "Netfliks" video platformasında göstərilməsi nəzərdə tutulub. İlk baxışda burada qeyri-adi nəsə yoxdur. Adi bir tarixi filmdir. Lakin əldə etdiyimiz məlumata görə, filmdə sovet dövründə Azərbaycanda hakimiyyətdə olanlar, eləcə də indiki hakimiyyət haqqında mənfi məlumatların verilməsi nəzərdə tutulur. Layihəyə məsləhətçi kimi isə "Milli Şura" adlanan qurumun sədri Cəmil Həsənli dəvət olunub. Azərbaycanla bağlı daha çox qərəzli mövqedən çıxış edən müxalifət funksioneri sözsüz ki, ortaya obyektiv mövqe qoya bilməz. Məgər həmin dövrlə bağlı digər bir mütəxəssis tapmaq çox çətin idimi? Hər halda Azərbaycan tarixinin həmin illərini araşdıran çoxsaylı ekspert və alim mövcuddur. Bu da Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti təzahürüdür. Xatırladaq ki, layihənin gələn ilin aprel ayında "Netfliks" platformasında nümayişi planlaşdırılır.
|
2023-11-29
| 808,816 |
Tunceli təhlükə altındadır - Geoloqdan xəbərdarlıq
|
Bunları bəlkə ilk dəfə burada dilə gətirirəm. Tunceli təhlükə altındadır. Bu gün həmin bölgədən heç kim bəhs etməsə də, təhlükə mövcuddur. Axar.az xəbər verir ki, bunu Türkiyənin məşhur geoloqu, İstanbul Texniki Universitetinin professoru Naci Görür Türkiyənin seysmik xəritəsi ilə bağlı açıqlamalar verərkən deyib. "Ərzincan-Karlıova arasında Yediova fayı var. Bu fayda yeraltı təkan sonuncu dəfə 1790-cı ildə baş qaldırıb, o, 250 ildən bir seysmik aktivlik yaratma potensialına malikdir. Gün getdikcə yaxınlaşır. Xüsusilə Pülümürün olduğu yeri, Ərzincan-Karlıova arasını gözləyirik. Bu fayda seysmik aktivlik oyanarsa, 7,4 ballıq zəlzələ baş verə bilər. Tuncelidən uzaqda deyil. Qərbdən də seysmik cəhətdən aktiv fayla əhatə olunub. Yeddisu fayı xüsusilə təhlükəli hesab olunur. Vaxtına çox az qalıb, zarafat deyil. Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik. Təkrarlanma dövrünü bilmirik", - geoloq qeyd edib.
|
2023-11-29
| 808,817 |
Bakıda dəm qazının miqdarı yenə normanı ötdü
|
Bakı və Sumqayıt şəhərlərində atmosfer havasında dəm qazının miqdarı normadan yuxarı olub. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1.3, azot-4 oksid 1.2, Sumqayıt şəhərində dispers toz hissəcikləri və dəm qazı 1.1 dəfə normadan yüksək müəyyən edilib. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.
|
2023-11-29
| 808,818 |
Naxçıvanda son bir ayda 170 nəfər saxlanıldı
|
Naxçıvan polisi tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı ümumilikdə 170 nəfər saxlanılıb. Axar.az xəbər verir ki, qeyd edilən dövr ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin vətəndaşlarda olan silahların təhvil verilməsi çağırışına əsasən muxtar respublika sakinləri 6 ədəd odlu silah, 4 ədəd avtomat darağı, 262 ədəd müxtəlif çaplı sursat, 1 ədəd optik snayper nişangahı, 2 ədəd qaz tapançasını təhvil verib. Bundan əlavə, polis əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən qanunsuz olaraq saxladıqları 10 odlu silah, 37 ədəd patron, 1 ədəd avtomat xəzinəsi və 2 ədəd beşbarmaq soyuq silah aşkarlanaraq götürülüb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb. Həmçinin mənzillərdən, ticarət obyektlərindən, eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materilları, məişət əşyaları iribuynuzli heyvanlar oğurlayan 40 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Əlavə olaraq keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə, eləcə də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 106 nəfər saxlanılıb. Qeyd olunan faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir. Saxlanılanların əksəriyyəti barəsində həbs qətimkan tədbirləri seçilib.
|
2023-11-29
| 808,820 |
Polşada naməlum şəxs məktəbə hücum etdi
|
Polşanın Ostrolenka şəhəri yaxınlığında məktəblərdən birinə naməlum şəxs bıçaqla hücum edib. Axar.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb. Məlumata görə, bıçaqlı şəxs iki nəfər yaralayıb, daha sonra isə ərazidən uzaqlaşıb.
|
2023-11-29
| 808,821 |
Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir - Foto
|
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir. Bu barədə Axar.az-a AYNA-dan bildirilib. Məlumata görə, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir. Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir. Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
|
2023-11-29
| 808,824 |
Səudiyyədən İrana təklif: Münaqişənin qarşısını alsan...
|
Səudiyyə Ərəbistanı İrana İsraillə HƏMAS arasındakı müharibənin qarşısının alınması qarşılığında təklif göndərib. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat yayıb. Məlumata görə, İran Yaxın Şərqdəki münaqişəyə müsbət mənada təsir göstərməyi bacarsa, Səudiyyə Ərəbistanından investisiya alacaq.
|
2023-11-29
| 808,825 |
Balakəndə iki avtomobil toqquşdu: 2 ölü, 5 yaralı
|
Balakəndə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verillən məlumata görə, hadisə bu gün noyabrın 29-da aaat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində qeydə alınıb. Belə ki, Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mersedes” markalı avtomobil toqquşub. Nəticədə iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
|
2023-11-29
| 808,827 |
FHN “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirdi
|
Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bakı şəhərinin tikinti kompleksinin inkişafında Heydər Əliyev faktoru (1969-2003-cü illər)” mövzusunda tədbir keçirilib. Axar.az xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavinləri Ragim Lətifov və Tapdıq Əmiraslanov, Nazirliyin əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra tədbir iştirakçıları Ümummilli Liderin Bakı şəhərinin tikinti kompleksinin inkişafındakı rolunu əks etdirən sərgi ilə tanış olublar. Daha sonra tədbiri açıq elan edən fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov çıxışında bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurulması və qısa müddətdə sürətli inkişaf yoluna çıxması bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin xalqımız qarşısında müstəsna xidmətləri çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Nazir müavini qeyd edib ki, bütün digər sahələrdə olduğu kimi, tikinti sektorunun inkişafı, bu sahədə ən müasir texnologiya və yanaşmaların tətbiqi məsələləri daim Dahi Rəhbərin diqqətində olub. Məhz Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə istər Bakı şəhərində, istərsə də ölkəmizin digər bölgələrində unikal obyektlər tikilib istifadəyə verilib. Ümummilli Liderin titanik fəaliyyətindən danışan T.Əmiraslanov Ulu Öndərin əsasını qoyduğu və ölkəmizin dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilməsi məqsədi daşıyan mütərəqqi siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qürur hissilə dilə gətirib. Tədbirdə çıxış edən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Ümummilli Liderin müdrik uzaqgörənliklə işləyib hazırladığı Azərbaycanın inkişaf strategiyasından danışıb. O, qeyd edib ki, bu strategiya ölkəmizi onilliklər boyu dayanıqlı inkişaf yoluna çıxararaq onun qüdrətli dövlətə çevrilməsi üçün möhkəm əsaslar yaradıb. C.Xanlarov ölkəmizdə inşaat sektorunun inkişafı, o cümlədən Bakı şəhərinin simasının müasirləşdirilməsi sahəsində Ulu Öndərin unudulmaz xidmətlərindən danışıb. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatınin sədri Azər Süleymanov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı kimi şərəfli, lakin çətin missiyanı böyük əzmlə yerinə yetirdiyini vurğulayıb, ölkəmizin hərtərəfli inkişafı, o cümlədən Bakı şəhərinin tikinti kompleksinin inkişafı sahəsində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər. Cıxışlarda Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri arasında nüfuzlu ölkəyə çevrilməsi qürurla qeyd edilib. Tədbirin yekununda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
|
2023-11-29
| 808,829 |
Azərbaycan futbolunda qorxulu anlar: ayağı qırıldı - Video
|
Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Lerik” – “Sumqayıt” matçında qorxulu anlar yaşanıb. Axar.az xəbər verir ki, matçın 23-cü dəqiqəsində “Lerik”in futbolçusu Rahid Ağazadə Sumqayıt təmsilçisinin oyunçusu Kristian Velinovskiyə qarşı açıq ayaqla kobud oynayıb. Nəticədə Velinovskinin ayağı qırılıb, R.Ağazadə isə qırmızı vərəqə alaraq meydandan qovulub. Ayağı qırılan futbolçu ambulansla xəstəxanaya aparılıb. Həmin anın görüntülərini təqdim edirik:
|
2023-11-29
| 808,830 |
Bakının bu ərazilərində su olmayacaq
|
Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 29 noyabr saat 22:00-dan 30 noyabr saat 08:00-a qədər Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə Axar.az-a Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
|
2023-11-29
| 808,832 |
Almaniya Ukraynaya 11,5 milyon yardım ayırdı
|
Almaniya NATO fondu vasitəsilə Ukraynaya daha 11,5 milyon avro yardım ayırıb. Axar.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok məlumat verib. "Ukrayna sülh, azadlıq və təhlükəsizliyi seçdi. Biz bu yolda onlara dəstək olmaq üçün hər şeyi etməliyik", - nazir söyləyib. Onun sözlərinə görə, Ukrayna-NATO Şurası Ukraynanı NATO-ya yaxınlaşdıracaq hərəkətverici qüvvəyə çevriləcək.
|
2023-11-29
| 808,835 |
Bakı və Əlcəzair arasında məsləhətləşmələr aparıldı
|
Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Bu barədə Axar.az-a XİN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan tərəfindən siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Əlcəzair tərəfindən isə xarici işlər və xaricdəki milli icma nazirliyinin baş katibi Lounes Magraman rəhbərlik edib. Məsləhətləşmələr zamanı Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb. İclas zamanı həmçinin təhsil, mədəniyyət, turizm, səhiyyə və bir sıra başqa sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə Birgə İqtisadi Komissiyanın təsis edilməsinin müvafiq istiqamətlərdə ikitərəfli əlaqələrinin inkişafına təkan verəcəyi vurğulanıb. Çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunan tərəflər, BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud təmasların səviyyəsindən məmnunluq ifadə ediblər. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürülmüş təşəbbüslərin Hərəkatın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etməsi təqdir olunub, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da ikitərəfli əməkdaşlığın müsbət dinamikasının qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb. İclasda habelə regional və beynəlxalq siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.
|
2023-11-29
| 808,836 |
Azərbaycanda 4,6 bal gücündə zəlzələ oldu
|
Azərbaycanın qərb rayonlarında zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ saat 19:49:11-də Mingəçevir ərazisində qeydə alınıb. Episentrdə zəlzələnin dərinliyi 15 km, maqnitudası 4,6 bal olub. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax, Goranboy ərazilərində 3-4 bala qədər hiss olunub.
|
2023-11-29
| 808,838 |
Qəzzada heç bir yer təhlükəsiz deyil - Quterreş
|
Qəzzada heç bir yer təhlükəsiz deyil. Axar.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib. Baş katib qeyd edib ki, Qəzza əhalisinin 80 faizi evlərindən çıxarılıb.
|
2023-11-29
| 808,839 |
Naxçıvanın 2024-cü il büdcəsi ilə bağlı açıqlama
|
Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsi təqdim edilib. Axar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 173 105 000,0 manat, xərcləri 516 365 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 343 260 000,0 manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 110 474 000,0 manat, yerli gəlirləri 62 631 000,0 manat, mərkəzləşdirilmiş xərcləri 464 440 000,0 manat, yerli xərcləri 51 925 000,0 manat) məbləğində müəyyən edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə gəlirlər 62 781 000,0 manat, o cümlədən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 150 000,0 manat, yerli xərclər 51 925 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 19 377 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 8 671 000,0 manat məbləğində müəyyən edilib. 2024-cü ilə dair Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub. Ali Məclis rəsmi orqanı “Şərq qapısı” qəzetində qanun layihəsini dərc edərək ictimai müzakirəyə çıxarıb. Məlumat üçün bildirək ki, builki büdcə layihəsi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin apardığı islahatlar fonunda müəyyən edilmiş prinsiplər əsasında hazırlanmışdır. Burada maliyyə şəffaflığı əsas prioritet kimi diqqətdə saxlanılmışdır.
|
2023-11-29
| 808,842 |
İki türk ölkəsi nüvə dövləti olacaq – MAQATE
|
Yaxın bir neçə il ərzində onlarla ölkənin nüvə mənbələrindən elektrik enerjisi istehsalına başlayacağı gözlənilir. Axar.az “Röyters”ə istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib. O bildirib ki, Paris İqlim Sazişinin məqsədlərinə çatmaq üçün dünyada nüvə reaktorlarının sayını iki dəfə artırmaq lazımdır: “Artıq qərar qəbul etmə mərhələsinə qədəm qoyan 10 ölkə (atom elektrik stansiyaları tikmək üçün) və qiymətləndirmə prosesində olan 17 ölkə var”. Onun sözlərinə görə, bir neçə ildən sonra 13 yeni nüvə ölkəsi olacaq. Qrossi Qana, Keniya, Mərakeş, Nigeriya, Namibiya, Filippin, Qazaxıstan və Özbəkistanı potensial nüvə ölkələri kimi qeyd edib.
|
2023-11-29
| 808,843 |
Bakıda saxlanılan cinayətkarlar Şahramanyana zəng etdi...
|
Qarabağdakı keçmiş və qondarma qurumun keçmiş “rəhbərləri”, hazırda Bakıda istintaqları aparılan müttəhimlər Samvel Şahramanyanla əlaqə saxlayırlar. Axar.az xəbər verir ki, bu sözləri Qarabağddakı keçmiş qondarma “parlamentin” qondarma "deputat"ı olmuş David Qalstyan deyib. O bildirib ki, Bakıda həbsdə olan müttəhimlər ailələri ilə də vaxtaşırı əlaqə saxlayırlar: “Onlar səhhətləri haqda da danışır, deyirlər ki, onlara işgəncə verilmir, vəziyyətləri normaldır”. Qeyd edək ki, Qarabağdakı keçmiş xuntanın qondarma başçıları olan cinayətkarlar - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, rusiyalı milyarder, “dövlət naziri” Ruben Vardanyan, keçmiş “komandir” Levon Mnatsakanyan, “komandiri müavini” David Manukyan və s. yaxalanaraq, Bakıya gətiriliblər.
|
2023-11-29
| 808,844 |
F-16-lar Ukraynada problemləri həll etməyəcək
|
F-16-ların tədarükü Rusiya ordusuna itkilər verməyə imkan verəcək, eyni zamanda Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirəcək. Lakin başa düşməliyik ki, bu, öz-özünə bütün problemləri həll edəcək və döyüş meydanındakı vəziyyəti kökündən dəyişdirəcək bir "gümüş güllə" deyil. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib. O qeyd edib ki, Rusiyaya yalnız sinxron şəkildə birlikdə istifadə olunan müxtəlif qüvvə və imkanların köməyi ilə qali gəlmək olar: "Rusları geri çəkilməyə məcbur etmək üçün uzun və çətin döyüşlərə hazırlaşmalıyıq”. O, Ukraynaya təyyarələrin nə vaxt təhvil veriləcəyini açıqlamayıb: "Təyyarələr var, lakin hər şey pilot hazırlığından asılı olacaq".
|
2023-11-29
| 808,845 |
Dörd güləşçimiz dünya çempionu oldu
|
21:01 Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb. Axar.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycanın digər təmsilçisi – 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb. *** Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında daha iki idmançımız qızıl medal qazanıb. 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionu olub. Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov həlledici döyüşdə türk rəqibindən üstün olub və ölkəmizə bu yarışda dördüncü qızıl medalı qazandırıb.
|
2023-11-29
| 808,846 |
FHN-dən Mingəçevirdəki zəlzələ ilə bağlı açıqlama
|
Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub. Axar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə nazirliyə məlumat daxil olmadığını açıqlayıb.
|
2023-11-29
| 808,847 |
İsrail atəşkəsin uzadılması üçün şərtini elan etdi
|
Qəzza zolağında girov saxlanılan bütün qadın və uşaqlar azad olunarsa, İsrail HƏMAS ilə atəşkəs müddətini daha üç gün uzadacaq. Axar.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb. İsrailin məlumatına görə, oktyabrın 7-də 100-ə yaxın qadın və uşaq girov götürülüb. Qəzza zolağında dördgünlük humanitar atəşkəs noyabrın 24-də başlayıb, daha sonra isə 2 gün uzadılıb.
|
2023-11-29
| 808,849 |
Görür: İstanbulda güclü zəlzələ olacaq, hazırlaşın!
|
İndi belə bir məsələ müzakirə mövzusu deyil. Məni maraqlandırmır. Bu mövzu ilə bağlı beynəlxalq müzakirələrin nəticəsi Mərmərə bölgəsində zəlzələnin baş verəcəyi ilə bağlı gözləntidir. Axar.az xəbər verir ki, bunu türkiyəli məşhur geoloq Naci Görür İstanbulda gözlənildiyi deyilən zəlzələnin baş verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. "Bu bölgənin tarixində də seysmik aktivliklər çox olub. Bizans və Osmanlı tarixindən bilirik. Türkiyədə bu mövzunu bizim qədər tədqiq edən başqa bir qrup yoxdur. Sadəcə türklər deyil, italıyalılar, fransızlar, yaponlar da açıqlama verir. İstanbulda əhalinin sıxlığı və yaşayış binalarının sayı çoxdur. Binaların 60 faizi seysmik xidmətlə təchiz edilməyib. Gözlədiyimiz zəlzələdə itkilərimiz daha çox ola bilər. Logistika, yerləşmə problemləri yaranar. Hətta xilasedicilərin əraziyə gəlməsi qeyri-mümkün ola bilər”, - N.Görür qeyd edib.
|
2023-11-29
| 808,852 |
Ramilə Çempionlar Liqası oyununda hücum etdilər - Video
|
Millimizin futbolçusu Ramil Şeydayevin üzvü olduğu Tailandın “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı matçından sonra dava olub. Axar.az verir ki, Çinin "Zhejiang" komandası ilə matçdan sonra futbolçular arasında qarşıdurma yaşanıb. Şeydayev də davanın iştirakçısı olub. Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. R.Şeydayev komandasında 10 nömrəli formanı geyinir.
|
2023-11-29
| 808,856 |
Camala haqda qiyabi həbs qərarı çıxarıldı
|
Ukraynalı müğənni Camala (Susana Camaladinova - red.) Rusiya Silahlı Qüvvələrinə qarşı saxta ittihamlarla bağlı qiyabi həbs edilib. Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. "Camaladinova barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Cinayət işi beynəlxalq axtarışda olan təqsirləndirilən şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılması üçün Moskvanın Basmannı Rayon Məhkəməsinə göndəriləcək", - məlumata bildirilib. İstintaqın məlumatına görə, Camaladinova 2022-ci il aprelin 4-də sosial şəbəkə hesabında Rusiya ordusunun xüsusi hərbi əməliyyatı zamanı bilərəkdən yalan məlumatlar yayıb. Qeyd edək ki, Krım tatarı olan Camala "Avroviziya" mahnı müsabiqəsinin qalibidir.
|
2023-11-29
| 808,862 |
Ölkəmizdə məktəblər bağlana bilər – Xəbərdarlıq
|
Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi? Axar.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri 2020-ci ildə dünyada pandemiya elan olunan zaman məktəblərin dərhal bağlanması ilə bağlı qərar qəbul edən ölkələr arasında Azərbaycanın 12-ci olduğunu xatırladıb. Onun sözlərinə görə, xəstəlik sürətlə yayılmadan Azərbaycan lazımi addımlar atıb: “Bu addım tədrisin keyfiyyətinə mənfi təsir etsə də, məktəblərdə bir çox fəsadın qarşısını almış oldu. Təəssüf ki, indi də qızılca xəstəliyi yayılıb. Bu xəstəliyin epidemik və ya pandemiya səviyyəsinə çatmasını heç kim istəməz. Düzü, pandemiya səviyyəsinə qalxması mümkün deyil, amma epidemiya səviyyəsində olacağını da arzu etmirik. Artıq 300-ə yaxın şəxs qızılcaya yoluxub, lakin bunun neçəsinin şagird olduğunu bilmirəm. Verilən qərara görə, orta və yaşlı əhali də peyvənd olunacaq”. E.Nuri deyib ki, gələn həftə yoluxanların sayı artarsa, o zaman təhsil müəssisələrində vacib qərar qəbul edilməlidir: “Ən doğru qərar distant formanın tətbiqi ola bilər. Yəqin ki, dərslər hibrid formaya keçirilər. İndidən həyəcan təbili çalmaq lazımdır. Çünki bir nəfər eyni anda 10 nəfəri, 10 nəfər 100 nəfəri, 100 nəfər isə 1000 nəfəri yoluxdurma gücündədir. Əgər vəziyyət düzəlməsə və ciddi addımlar atılmasa, saylarda artım olarsa, mütləq hibrid tədrisi bərpa etməliyik. Xatırlayırsınızsa, Bakı məktəblərində belə bir ənənə var idi ki, sinifdə bir nəfər şagird koronaya yoluxardısa, avtomatik həmin sinif otağı bağlanır, dərslər onlayn qaydada keçirilər, bir neçə uşaq yoluxardısa, artıq məktəbin özü iki həftəlik bağlanardı. Düşünürəm ki, məktəblərdə xüsusi monitorinqlər aparılmalıdır. Qızılcanın olduğu təhsil ocaqları mütləq iki həftəlik karantinə alınmalıdır”.
|
2023-11-29
| 808,863 |
"Qalatasaray"dan "Mançester"lə matçda möhtəşəm geridönüş
|
21:47 UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulur. Axar.az xəbər verir ki, Türkiyən təmsilçisi "Qalatasaray" A qrupunda "Mançester Yunayted"i qəbul edir. Komandalar arasında Mançesterdə keçirilən görüşdə "Qalatasaray" 3:2 hesablı qələbə qazanmışdı. Bu qrupun digər matçında "Bavariya" evdə "Kopenhagen"lə qarşılaşacaq. *** Alexandro Qarnaço 11-ci dəqiqədə qonaqları hesabda önə keçirdi: 0-1. *** Bruna Fernandeş 18-ci dəqiqədə ikinci topu "Qalatasaray"ın qapısından keçirdi: 0-.2 *** "Qalatasaray" Hakim Ziyeşin qolu ilə fərqi azaltdı: 1-2. *** Mak Tominay matçın 55-ci dəqiqəsində fərqi yenidən artırdı: 1-3. *** Hakim Ziyeş görüşün 62-ci dəqiqəsində fərqi yenidən azaltdı: 2-3. *** Kərəm Aktürkoğlu 70-ci dəqiqədə hesabı bərabərləşdirdi: 3-3. *** "Qalatasaray" - "Mançester Yunayted" qarşılaşması 3-3 hesabı ilə yekunlaşdı.
|
2023-11-29
| 808,864 |
Fələstin dövlətinin yaradılması üçün işə başlamaq lazımdır
|
Müstəqil Fələstin dövlətinin yaradılması üzərində işə başlamaq lazımdır. Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. "Qəzzaya humanitar yardımın çatdırılması üçün də təcili yardıma ehtiyacımız var. Amma bununla paralel olaraq biz mövcud problemin kökünü həll etməyə, iki dövlət prinsipi əsasında nizamlanma üzərində işləməyə başlamalıyıq", - nazir qeyd edib.
|
2023-11-29
| 808,866 |
AB Ermənistan ordusuna yardıma hazırlaşır
|
Avropa Birliyi Avropa Sülh Fondu çərçivəsində Ermənistan ordusuna dəstək imkanlarını araşdıracaq. Axar.az xəbər verir ki, bu barədə AB nümayəndələrinin İrəvana səfərinin yekunları üzrə dərc olunmuş bəyanatda deyilir. Qeyd olunub ki, Ermənistanda keçirilən görüşlərdə təhlükəsizlik və müdafiə sahələrində dialoqun və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq təsdiq edilib. Bəyanatda bildirilir ki, AB, Ermənistan hökuməti və beynəlxalq maliyyə qurumlarını birləşdirəcək platforma yaradılıb. Bu, İqtisadi və İnvestisiya Planı çərçivəsində AB-nin Ermənistana investisiyalarının artırılmasına kömək edəcək və bu plan vasitəsilə artıq Ermənistanda 500 milyon avroya qədər investisiya səfərbər edilib. Qeyd edək ki, bundan əvvəl AB 10,45 milyon avro humanitar yardımla yanaşı, Ermənistana büdcə dəstəyi kimi 15 milyon avro ayıracağını bildirib. Uzunmüddətli perspektivə gəlincə, AB mühüm infrastruktura və digər layihələrə sərmayə qoyuluşu üçün 2,6 milyard avronun ayrılmasını nəzərdə tutan İqtisadi və İnvestisiya Planını təkrarlayıb.
|
2023-11-29
| 808,870 |
Mingəçevirdə zəlzələ anının - Videosu
|
Xəbər verdiyimiz kimi, Mingəçevir ərazisində zəlzələ baş verib. Zəlzələnin baş vermə anı ilə bağlı görüntülər yayılıb. Axar.az həmin görüntüləri təqdim edir:
|
2023-11-29
| 808,872 |
Qurbanov "Molde" ilə matçdan danışdı: Gözlənilməz oldu...
|
Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı çıxış edəcəyik. Rəqibin özünəməxsus oyun sistemi var və bunu yaxşı icra edirlər. Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu. Amma həm bunu, həm də meydança amilini düşünməliyik. Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin səfər oyunu ilə bağlı mətbuat konfransında deyib. “Hər iki komanda üçün şərait eynidir. Sadəcə, rəqib bu şəraitə daha çox alışıb ki, üstünlükləri budur. Belə şəraitdə oynadığımız matçlar olub. Bunları futbolçularımıza bildiririk. İlk dəfə deyil ki, belə vəziyyətdə çıxış edəcəyik. Buna baxmayaraq, uğurlu çıxış üçün hər şeyi edəcəyik”, - Q.Qurbanov vurğulayıb. Qeyd edək ki, dekabrın 1-də keçiriləcək “Molde” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
|
2023-11-29
| 808,873 |
“AzərEnerji”dən zəlzələ olan ərazilərlə bağlı məlumat
|
Bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4,5 gücündə qeydə alınan zəlzələdən sonra “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən bu şəhərdə yerləşən istilik elektrik stansiyası, su elektrik stansiyası və yarımstansiyalara baxış keçirilib. Bu barədə Axar.az-a "AzərEnerji" ASC-nin mətbuat xidməti məlumat verib. Vurğulanıb ki, bu ərazilərdə heç bir problem qeydə alınmayıb.
|
2023-11-29
| 808,874 |
Finlandiya Rusiyaya nota verdi: Sabahdan etibarən...
|
Finlandiya hökuməti bu gün Rusiyaya nota göndərib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib. Zaxarova qeyd edib ki, Moskvaya noyabrın 30-dan etibarən Finlandiyanın Rusiya ilə sərhədində yerləşən “Raya-Yooseppi” nəzarət-buraxılış məntəqəsini bağlamaq planları barədə məlumat verilib.
|
2023-11-29
| 808,875 |
Paşinyan göstəriş verib, azərbaycanlılar geri qayıdacaq
|
Ermənistan rəhbərliyi azərbaycanlıların ölkəyə qayıtmalarına hazırlaşır. Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Tatevik Ayrapetyan deyib. “Nikol Paşinyanın göstərişi ilə komanda yoldaşları artıq Qərbi Azərbaycan konsepsiyasının təqdimatına keçiblər. Qulağımıza pıçıldamağa başlayıblar ki, nə vaxtsa azərbaycanlılar qayıdacaqlar, bu normaldır”, - ekspert bildirib. Ayrapetyanın iddiasına görə, Ermənistan rəhbərliyinin bu siyasəti onun gözlədiyindən də sürətlə həyata keçirilir.
|
2023-11-29
| 808,879 |
Güclü külək İstanbula ciddi ziyan vurdu: ölən var
|
İstanbulda kəskin hava şəraiti səbəbindən bir nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə İstanbul valiliyinin şəhərdə güclü külək və leysanın son 24 saat ərzində yaratdığı fəsadlarla bağlı məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, küləyin aşırdığı elektrik dirəyinin altında qalan bir nəfər həyatını itirib. İstanbul və Bursada dəniz səfərləri təxirə salınıb. İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb. Külək ümumilikdə 27 tikilinin dam örtüyünü uçurub, 43 ağac kökündən qopub, bir ərazidə torpaq sürüşməsi qeydə alınıb.
|
2023-11-29
| 808,880 |
ABŞ gəmisi İran istehsalı PUA-nı məhv etdi
|
Qırmızı dənizdəki Bab əl-Məndəb boğazında ABŞ-a məxsus “USS Carney” esminesi Yəməndən buraxılan pilotsuz təyyarəni vurub. Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilib ki, gəminin heyəti İran istehsalı olan KAS-04 pilotsuz aparatını təhlükə hesab edib, buna görə də hədəfin məhv edilməsi barədə qərar qəbul edilib.
|
2023-11-29
| 808,881 |
Fransada nazirlərə Vatsap və Teleqram qadağan edildi
|
Fransa hökumətinin üzvləri bundan sonra Vatsap, Teleqram və Signal mesencer xidmətlərindən istifadə edə bilməyəcəklər. Axar.az xəbər verir ki, bununla bağlı Fransa Baş naziri Elizabet Born müvafiq qərar imzalayıb. Bildirilib ki, nazirlər dekabrın 8-dək Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən təsdiq edilməyən bütün mesajlaşma proqramlarını cihazlarından silməyə məcburdur. Nazirlər Kabinetinin üzvlərinə yerli və təhlükəsiz messencer xidməti hesab edilən Olviddən istifadə etmək tövsiyə olunur.
|
2023-11-29
| 808,884 |
Litvalı deputatlar Azərbaycan sərhədinə gəldi
|
Litva-Ermənistan parlament dostluq qrupunun üzvləri Azərbaycanla sərhədə gəliblər. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, deputatlar Arazdəyəndə, xüsusən də Azərbaycanla sərhəddə yerləşən ərazidə olublar. Qeyd olunur ki, litvalı deputatlar AB-nin mülki missiyasının müşahidəçiləri ilə söhbət edib, sərhəddəki vəziyyətlə tanış olublar. Müşahidəçilər nümayəndə heyətini Ermənistan-Amerika sərmayələri hesabına metallurgiya zavodunun tikintisi nəzərdə tutulan yerə aparıblar.
|
2023-11-30
| 808,885 |
Azərbaycan filmi “Moskva premyerası”nda mükafat aldı
|
Noyabrın 24-29-da Rusiya paytaxtında postsovet ölkələrinin iştirakı ilə V Beynəlxalq “Moskva premyerası” kinofestivalı keçirilib. Kult.az xəbər verir ki, festivalın proqramına azərbaycanlı rejissorlar Asif Rüstəmovun “Mərmər soyuğu” filmi də daxil edilib. Film “Ən yaxşı kişi rolu”na görə və Qran-pri mükafatlarına layiq görülüb. Ekran əsəri, eyni zamanda, “Qızıl kirpi” - kino tənqidçilərinin baş mükafatını qazanıb. “Mərmər soyuğu” filmi “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya (İTV), Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə layihəsidir. Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Rulof Jan Minnebo (Hollandiya), quruluşçu rəssamları Oqtay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, prodüseri Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seil, kreativ prodüseri İradə Bağırzadədir.
|
2023-11-29
| 808,888 |
Təcili: Braziliya sərhədə ordu yığdı, Venesuela isə... – Video
|
Braziliya ordusunu Venesuela ilə sərhədə göndərib. Axar.az xəbər verir ki, bu barədə "Türkiyə qəzeti" məlumat dərc edib. Məlumata görə, Braziliya Kəşfiyyat Xidməti Venesuela ordusunun Qayana Respublikasına qarşı hərbi əməliyyata başlayacağına dair kəşfiyyat məlumatı aldıqdan sonra sərhədə ordu toplayıb. Qeyd edək ki, Venesuela və Qayana arasında münaqişələrin olduğu iddia edilən video sosial mediada sürətlə yayılıb. İddiaya görə, Venesuela qüvvələri Qayanaya daxil olub. Qayananın nəzarəti altında olan Essequibo bölgəsi mineral və təbii ehtiyatlarla zənginliyi ilə tanınır. Bu bölgə iki ölkə arasında mütəmadi olaraq mübahisələrə səbəb olur.
|
2023-11-30
| 808,893 |
Rusiya ilə sərhədi bağlamayacağıq - Latviya
|
Latviya hazırki dönəmdə Rusiya və Belarusla sərhədi tam bağlamağı planlaşdırmır. Axar.az xəbər verir ki, bu barədə Latviya daxili işlər naziri Rixard Kozlovskis deyib. O bildirib ki, ölkənin müvafiq qurumları qeyri-qanuni miqrant axını dinamikasını diqqətlə izləyir: “Əgər situasiya radikal şəkildə dəyişsə və milli təhlükəsizliyə təhdid yaransa, mümkündür ki, Latviya şərq sərhədlərini tamamən bağlasın. Hərçənd elə plan yoxdur”. Qeyd edək ki, Finlandiya hökuməti Rusiya ilə sərhəddəki bütün buraxılış məntəqələrini bağlayıb.
|
2023-11-30
| 808,894 |
Arutyunyanın sensasion ifadəsi: Gəncəyə atəş əmrini o verib
|
Qarabağdakı keçmiş separatçı tör-töküntüsünə rəhbərlik etmiş Araik Arutyunyanın Bakıda istintaqa verdiyi iddia edilən ifadəsi yayılıb. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat paylaşılıb. Bildirilib ki, Arutyunyan “orduya” əmr vermək səlahiyyəti olmadığını deyib: "Mən kiməm ki, orduya əmr verim? Bütün əmrlər Ermənistanın Müdafiə Nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq formal idi, baxış xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar ərazidən atılıb. Mənim belə bir əmr verməyə səlahiyyətim yox idi. Sərəncamları şəxsən Paşinyan verib. Bundan sonra o, Ermənistanı məsuliyyətdən yayındırmaq üçün efirə çıxmağımı və bütün məsuliyyəti öz üzərimə götürməyimi əmr etdi”. Qeyd edək ki, hazırda keçmiş separatçı-terrorçu xuntanın digər başçıları kimi, Araik Arutyunyanın da DTX-də istintaqı davam edir.
|
2023-11-30
| 808,896 |
"Sumqayıt"ın ayağı qırılan futbolçusundan son xəbər
|
"Sumqayıt" klubunun futbolçusu Kristian Velinovski bu gün əməliyyat olunacaq. Axar.az xəbər verir ki, onun Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən "Lerik" - "Sumqayıt" oyununun 23-cü dəqiqəsində ayağı sınıb. Xəstəxanaya yerləşdirilən yarımmüdafiəçinin hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı əməliyyatdan sonra dəqiq bilinəcək. Qeyd edək ki, "Lerik" - "Sumqayıt" görüşü ikincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
|
2023-11-30
| 808,898 |
Araik Azərbaycan vətəndaşlığı istədi – Şok ifadə
|
Qarabağda özünü buraxmış keçmiş separatçı-terrorçu xuntanın keçmiş başçılarından olan Araik Arutyunyanın Bakıda müstəntiqlərə verdiyi iddia edilən ifadəsinin daha bir hissəsi yayılıb. Axar.az xəbər verir ki, bu barədə “Bez Tormozov” məlumat paylaşıb. İddia edilib ki, Araik özünü “həssas” aparır, hətta cəzasını çəkdikdən sonra Azərbaycan vətəndaşı kimi həyatını davam etdirmək niyyətində olduğunu bildirib. Qeyd edilib ki, o, hazırda İrəvanda olan üç qızı və həyat yoldaşını da Bakıya gətirmək arzusunu ifadə edib.
|
2023-11-30
| 808,899 |
Hakan Fidan çinli həmkarı ilə görüşdü
|
İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu Yorkda səfərdədir. Təmas qrupuna Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb. Məlumata əsasən, səfər çərçivəsində qrup üzvlərinin Çinin xarici işlər naziri Vanq Yi və BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü olub. Görüş zamanı İsraillə Fələstin arasında baş verən son hadisələr və problemin həlli istiqamətində atılacaq addımlar nəzərdən keçirilib. Qeyd edək ki, noyabrın 11-də yaradılan təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri ilə yanaşı, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt də daxildir.
|
2023-11-30
| 808,900 |
İrəvan Londonla anlaşdı: Britaniya ordusu gəlir? - Video
|
09:00 Ermənistanda Britaniya qoşunlarının peyda olacağından hələ ki, danışmırıq, söhbət İrəvanın təhlükəsizlik sisteminin transformasiyasından gedir. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko Ermənistanla Böyük Britaniya arasında hərbi sahədə əməkdaşlıq sazişini şərh edərkən deyib. Ekspert bildirib ki, İrəvan Qərbi Avropa təhlükəsizlik qüvvələrinin tərkib hissələrinə inteqrasiya ilə eyni vaxtda Rusiya və KTMT-nin çətirindən çıxma prosesi aparır: “Ermənistan hazırda hərbi və hərbi-texniki əlaqələri şaxələndirir: Fransadan sonra Böyük Britaniya ilə əməkdaşlıq haqqında sənəd imzalanıb. Böyük Britaniya gizli diplomatiya üsulları da daxil olmaqla, əhəmiyyətli təsir potensialına malik ciddi oyunçudur. Xüsusən, Mİ-6-nın vəsaitlərinin istifadəsi ilə... Təəssüf ki, bu bir şey deməkdir: Rusiyanın Ermənistanla hazırkı gərginliyin hansısa yolla həll olunacağına ümidləri özünü doğrultmur”. Korotçenko əlavə edib ki, Ermənistan KTMT-nin zəif həlqəsidir, bu əlaqəni qoparmaq Rusiyanı zəiflətmək deməkdir: “Bu siyasəti ABŞ, Böyük Britaniya, Fransa və bir sıra digər dövlətlər həyata keçirir”. Qeyd edək ki, Ermənistan Britaniya ilə hərbi sahədə əməkdaşlıq barədə razılığa gəlib.
|
2023-11-30
| 808,901 |
Qaraheybət faciəsindən 2 il ötür
|
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 2 il ötür. Axar.az-ın məlumatına görə, 2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb: Şəhid olan hərbçilərin adları: 1. Polkovnik Cavadov Füzuli Əli İbram oğlu; 2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu; 3. Mayor Həsənov Elmir Mircəlil oğlu; 4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 5. Mayor Mayılov Emil Şahid oğlu; 6. Mayor Məmmədov Murad Yaşar oğlu; 7. Mayor Əliyev Emil Elman oğlu; 8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 9. Kapitan Bayramlı Cavid Əhliman oğlu; 10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu; 11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu; 12. Leytenant Süleymanov Abdulla Telman oğlu; 13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu; 14. Nəbiyev Elçin Fikrət oğlu (ehtiyatda olan polkovnik). Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb. Müəyyən olunub ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olub. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb. Bundan ötən qısa müddət ərzində pilotlar helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər.
|
2023-11-30
| 808,902 |
Növbəti pandemik vəziyyət: məktəblər bağlana bilər?
|
Qızılca - qızılca virusu tərəfindən yayılan infeksion xəstəlikdir. Peyvənd olmayan dövrdə, yəni 60-cı illərdə uşaq tələfatı ilə müşayiət olunurdu. Lakin vaksin çıxdıqdan sonra bu xəstəliyin gedişində uğurlar əldə olundu. Ölüm hallarının qarşısı alındı. Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycanda yayılan qızılca xəstəliyinin təhlükəsindən danışarkən deyib. Onun sözlərinə görə, xəstəliyin epidemiolji həddə çatmaması üçün ilk növbədə vaksin işi sürətləndirilməli və uşaqlar peyvənd olunmalıdır: “Bu xəstəliyə qarşı UNİSEF-in xətti ilə dünyanın hər yerində vaksinasiya təklif olunur. Azərbaycanda da Milli Peyvənd Təqvimi var və uşaqlara qızılcaya qarşı həyatı boyu iki dəfə vaksin vurdurmaları tövsiyə olunur. Əslində, bu, icbari olmalıdır. Qızılca keçirən şəxslər ikinci dəfə buna yoluxmurlar. Ömürlük immunitet yaranır. Vaksin vurulan adam xəstələnə bilər, lakin çox yüngül keçirir”. Adil Qeybulla ölkəmizdə valideynlərin çoxunun uşaqlara qızılca əleyhinə peyvənd vurdurmaqda maraqlı olmadığına diqqət çəkib: “Təəssüf ki, valideynlər uşaqların peyvənd olunmasından yayınırlar. Bu isə uşaqların bir hissəsinin müdafiəsiz və vaksinsiz qalmasına gətirib çıxarır. Yoluxmaların əsas səbəbi budur. Hesab edirəm ki, məsul olan qurumlar bununla bağlı vacib və icbari tədbirlər görməli, vaksinasiya məcburi şəkildə həyata keçirilməlidir. Vahid mərkəz yaranmalıdır. Ciddi nəzarət olunmalıdır. Bu, ayrı-ayrı şəxslərin arzusu ilə həyata keçirilə bilməz. İmtina ərizələri ciddi əsaslar olmadıqda qəbul edilməməlidir. Ciddi səbəb uşağın müxtəlif antibiotiklərə və anaflaktik reaksiyalara allergiyası hesab oluna bilər. Bunlar varsa, yoxlanılmalıdır. Əks halda hamı icbari qaydada vaksinasiya olunmalıdır”. Professor bildirib ki, zəruri tədbirlər görülməzsə, qızılca xəstəliyi bütün uşaqlar arasında yayılacaq: “Azərbaycanda vəziyyətin ciddi olması dediyim amillərə bağlıdır. Yoluxma bütün vaksinasiya olunmayan uşaqları tuta bilər. Vaxtında tədbirlər görülsə, infeksiya yerində lokallaşdırıla bilər. Zəruri tədbirlər görülməlidir. Bu uşaqlar təqvim üzrə yox, epidemoloji vəziyyəti nəzərə alaraq önə çəkilməklə vaksin olunmalıdırlar”. O, təhsil ocaqlarının müəyyən müddətə bağlanması ehtimalına da münasibət bildirib: “Kütləvi şəkildə məktəblərin bağlanmasına ehtiyac yoxdur. Sadəcə, xəstəlik halları qeydə alınan təhsil ocaqlarında müəyyən bir müddətə tədbirlər görülə bilər”.
|
2023-11-30
| 808,903 |
Mirzoyan Blinkenlə görüşdü, Bakı ilə əlaqələrdən danışdı
|
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibi Entoni Blinken Şimali Makedoniyanın paytaxtı Skopyedə görüşüb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində baş verən son hadisələri müzakirə ediblər.
|
2023-11-30
| 808,905 |
Almanlar Polşanın bu addımını həzm edir - Putin
|
Polşa Almaniyaya gedən Yamal-Avropa təbii qaz xəttini bağladı. Ukrayna da sistemlərdən birini dayandırdı. Avropadan, xüsusilə Almaniyadan silah, müavinət, sosial yardım və aylıq xərclər üçün maliyyə yardımı alırlar (Ukrayna vətəndaşları – red.). Lakin ehtiyac duyduqları rus qazı kəsildi. Almanlar bunu həzm edir, çünki nələri yoxdur? Müstəqillikləri yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. Kreml rəhbəri əlavə edib ki, Qərb ölkələri administrativ manipulyasiya ilə rəqabət problemini həll etmək istəyir.
|
2023-11-30
| 808,906 |
Ağacanyan: Bu, İrəvan-Kreml münasibətlərinin sonudur
|
“Yuxarı Lars” keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir. Axar.az xəbər verir ki, bunu Ermənistanın “Apaven” nəqliyyat-logistika şirkətinin direktoru Qagik Ağacanyan deyib. “Yuxarı Lars” keçid məntəqəsini sadəcə keçid məntəqəsi hesab etmək olmaz, bu, simvoldur. Bu keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir, çünki başqa yerlərdə çətin tapılan mallar Ermənistana məhz Rusiyadan gəlirdi”, - o bildirib. Qeyd edək ki, Rusiya artıq bir həftədir Ermənistandan gedən və kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının “Yuxarı-Lars” keçid məntəqəsindən keçməsinə qadağa qoyub.
|
2023-11-30
| 808,907 |
Qarabağ Universitetində nələr tədris olunacaq?
|
Təhsil eksperti Kamran Əsədovun Qarabağ Univeristeti ilə bağlı Axar.az-a müsahibəsi: - Xankəndidə yaradılması planlaşdırılan Qarabağ Universiteti təhsilimiz üçün nə vəd edir? - Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti deyə adlandırılması çox böyük hadisədir. Qarabağ Universiteti bəlkə də Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq. Nazir tibb təhsili konfransında olduğuna görə, orada yalnız tibb təhsili barəsində danışdı. Amma həmin universitetdə dövrün əsas ixtisaslarından olan İT istiqaməti, mühəndislik, digər ixtisaslar da tədris olunacaq. Düşünürəm ki, bu universitetdə ilk növbədə Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. - Ümumiyyətlə, Qarabağda təhsil müəssisələrinin işi necə qurulmalıdır? - İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəb yaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatananlığının təmin edilməsi zəruridir. Əhaliyə təhsil xidmətlərinin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyətləri stimullaşdırılmalıdır, onların əmək haqlarına xüsusi əlavələr edilməlidir. Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müvafiq balı toplayan, amma vakansiya yoxluğu səbəbindən işə qəbul olunmayan müəllimləri prosesə cəlb edə bilər. Düşünürəm ki, qısa müddətdə bölgələrin ənənəvi, coğrafi və s. xüsusiyyətlərinə uyğun xüsusi profilli təhsil müəssisələri (məktəbdənkənar, peşə, orta ixtisas, ali) və əlavə kurslar yaradılmalıdır ki, yaxın zamanlarda tarixi torpaqlarına köçəcək insanların, eyni zamanda orada xidmət edən şəxslərin ailə üzvlərinin təhsil alma imkanı əlçatan olsun. Bir faktı da qeyd edim ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Əlbəttə, birdən-birə bu infrasturukturun bərpası mümkün deyil. Bunun üçün azı 3-5 il vaxt lazımdır. Lakin ilkin mərhələdə məskunlaşmanın həyata keçirildiyi və xidmətli şəxslərin olduğu ərazilərdə təhsil xidmətlərinin göstərilməsi təmin edilməlidir. - Bu qeyd etdiklərinizə gedən yol yaxşı fundamenti qoyulmuş təhsildən keçir. Həmin bölgədə təhsili canlandırmaq üçün nə etmək lazımdır? - Birinci mərhələdə ora köçürüləcək, dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta məktəblərin salınmasını təklif edirik. Yəni birdən-birə böyük orta təhsil müəssisələrinin tikilməsi həm uzun vaxt aparacaq, həm də onlar tam dolmayacaq. Hazırda bilirik ki, hər rayonun nə qədər şagirdi var. Amma hər kəs ora gedəcəkmi? Bu məsələ hələ də sual altında olduğuna görə bizim təklifimizin birinci hissəsi budur ki, modul tipli məktəblər yaradılsın. Beləliklə də təhsilalanların təhsil hüquqları pozulmasın. İkinci, işğaldan azad edilmiş ərazilərimizdə bir neçə ali təhsil müəssisəsi açmalıyıq. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə məzunlar olacaq, yəni 10-11-ci siniflərdə təhsil alan abituriyentlər paytaxt Bakıya və digər şəhərlərə getmək əvəzinə Qarabağda təşkil olunacaq universitetlərə də daxil ola bilərlər. Üçüncü təklifimiz peşə müəssisələrinin və kolleclərin açılmasıdır. Ona görə ki, qısa vaxt ərzində həmin ərazilərdə ehtiyac duyulacaq sahələr üzrə ixtisaslı kadrlar hazırlanmalıdır. Yəni Qarabağda təhsil elə bir vəziyyətə gətirilməlidir ki, 90-ci illərdə yaşadıqlarımızı bir daha yaşamayaq. Təhsil orada həm müdafiədir, həm ixtisaslı kadrdır, eyni zamanda məskunlaşmağa təsir edən birbaşa amildir. - Xankəndidə Qarabağ Universitetinin açılması bölgənin ali təhsil müəssisələri ilə bağlı boşluğu doldurmağa kifayət edirmi? - Düşünürəm, Qarabağ Universiteti ilə yanaşı, Şuşa Universiteti də yaratmaq lazımdır. Hətta Ermənistanla sərhəd olan Laçında, Qubadlıda Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq. İqtisadiyyat Universiteti, onun filialları, həmçinin, hüquq fakültələri açılmalıdır. Hətta orada Polis Akademiyası da açmaq olar.
|
2023-11-30
| 808,908 |
Əmircan sakinləri narazılıq etdi, AYNA göstəriş verdi
|
Suraxanı rayonundan “Ulduz” metrosu istiqamətində fəaliyyət göstərən 184 saylı marşrut xətti ilə bağlı problem illərdir həll olunmur. Məsələ ilə bağlı Axar.az-a müraciət edən sakinlər bildiriblər ki, avtobusların sayının azlığı və 15-20 dəqiqəlik intervalla hərəkət etməsi gediş-gəlişi çətinləşdirir. Onların fikirlərinə görə, avtobusda gecikmə, natəmizlik illərdir düzəlmir. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirdi ki, qurum marşrut xətlərində avtobus sayını nəzarətə götürüb: “Suraxanı rayonunun Əmircan qəsəbəsində 113, 184, 191, 208, 209 və 213 nömrəli marşrut avtobusları fəaliyyət göstərir. Bu marşrut avtobusları qəsəbəni paytaxtın müxtəlif əraziləri ilə əlaqələndirir. 184 nömrəli marşrut xəttində isə 8 ortatutumlu avtobus 12 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Yollardakı nəqliyyat sıxlığı ilə əlaqədar günün pik saatlarında interval 15-20 dəqiqəyə qədər arta bilir. Daşıyıcıya xətt üzrə avtobus sayının artırılması və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib”.
|
2023-11-30
| 808,911 |
“Rosneft”in gəlirləri kəskin artdı
|
Rusiyanın “Rosneft” şirkətinin xalis mənfəətində kəskin artım olub. Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Bildirilib ki, şirkətin gəlirləri son doqquz ayda beynəlxalq maliyyə hesabatları standartlarına görə 1,8 dəfə artaraq 1,071 trilyon rubl təşkil edib.
|
2023-11-30
| 808,912 |
Xersonda ardıcıl partlayışlar baş verdi
|
Ukraynanın Xerson şəhərində ardıcıl bir neçə partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə Xerson şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçko deyib. O bildirib ki, partlayış şəhərin sahilyanı rayonlarında qeydə alınıb.
|
2023-11-30
| 808,915 |
İnsan üçün ən faydalı sulu yemək hansıdır?
|
Ən düzgün, faydalı şorba tərkibinə görə rus və ya Ukrayna borşu seçilib. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq İrina Berejnaya nəyə görə borşun ideal olduğunu açıqlayıb. “Bu şorbada zülal var, eləcə də tərəvəz və liflər çoxdur, yağ azdır. Sadəcə şimal regionlarında soyuq havada çox enerji israfı olduğu üçün daha kalorili şorbalar seçilir. Borş bağırsaqları işlədir, mineral, mikroelementlə zəngindir. Yeganə mənfi tərəfi zülalın az olmasıdır. Püre formasında şorbalarla ehtiyatlı olun, mədə-bağırsaq üçün tam həll olunmuş şorba yemək zərərlidir”, - Berejnaya bildirib. O qeyd edib ki, borşda kələm olduğu üçün köpdən əziyyət çəkənlər narahat ola bilər.
|
2023-11-30
| 808,918 |
Kadırov Rusiyanın qalib gələcəyi vaxtı açıqladı
|
Növbəti ildə Rusiya Ukraynada qələbə əldə edəcək və bir neçə strateji uğurdan sonra Ukrayna hakimiyyəti kapitulyasiya aktını imzalayacaq. Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. Kadırov bildirib ki, Rusiya ordusu hələ bir neçə şəhəri “geri qaytarmalıdır”. Onun sözlərinə görə, 2024-cü ildə Rusiya ordusunu qələbə gözləyir.
|
2023-11-30
| 808,921 |
Cənubi Qafqazda sülh uzun sürmür – Erməni tarixçi
|
“Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) layihəsi hamıya vacib siqnaldır ki, biz regionda qarşıdurmaya son qoymaq üçün sülh və münaqişələrin həlli tərəfdarıyıq. Lakin təəssüf ki, Cənubi Qafqaz sülhün adətən çox uzun sürdüyü region deyil. Axar.az xəbər verir ki, bu sözləri “Geqard” elmi-analitik fondunun direktoru, tarixçi Robert Kazaryan deyib. O xatırladıb ki, bölgə, ilk növbədə, “sivilizasiyaların və xalqların qovuşuğunda yerləşən Ermənistan”ın “dağlıq ərazisi” həmişə müharibələrin episentrində olub, nəticədə erməni xalqı ağrılı itkilər verib: “Biz sülh arzulamaya bilmərik, lakin bu cür layihələr Ermənistanın milli maraqlarına əsaslanmalıdır və bu, birtərəfli ola bilməz. Qonşuların da bunda maraqlı olması lazımdır”.
|
2023-11-30
| 808,922 |
Neftin bu günə olan qiyməti
|
Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,00 dollara, yüngül neftin bir barreli isə 77,82 dollara təklif olunur.
|
2023-11-30
| 808,925 |
Ceyhun Bayramov Skopyeyə getdi
|
Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Axar.az-a XİN-dən məlumat verilib. Səfər çərçivəsində XİN başçısının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
|
2023-11-30
| 808,926 |
Kissincer 100 yaşında öldü
|
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Bildirilib ki, o, noyabrın 29-da Konnektikutdakı evində dünyasını dəyişib. Qeyd edək ki, H.Kissincer 1973-1977-ci illərdə ABŞ-ın dövlət katibi vəzifəsini icra edib.
|
2023-11-30
| 808,927 |
Hacıyevdən qadın istehkamçılarla bağlı paylaşım
|
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın qadın istehkamçıları ilə bağlı paylaşım edib. Axar.az xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə yazıb: “Azərbaycanın cəsur qadın istehkamçıları fiziki təhlükəsizliyini potensial riskə ataraq insanların həyatını xilas etmək, “ölüm toxumu”nun kökünü kəsmək və bu torpaqları uşaqlar, ailələr və icmalar üçün təhlükəsiz vəziyyətə gətirmək üçün Ermənistanın Azərbaycan ərazilərini çirkləndirdiyi minalardan təmizləmə əməliyyatlarında iştirak edirlər”.
|
2023-11-30
| 808,932 |
Almatıda hosteldə yanğın: 13 nəfər öldü
|
Qazaxıstanın Almatı şəhərində yerləşən hosteldə yanğın olub. Axar.az xəbər verir ki, bu barədə şəhərin Fövqəladə Hallar Departamenti məlumat yayıb. Məlumata görə, yanğının ümumi sahəsi 30 kv.m-dir: “Görülən tədbirlərlə yanğın saat 06:22-də (Bakı vaxtı ilə 04:22) söndürülüb. Kəşfiyyat və yanğının söndürülməsi zamanı 13 nəfərin meyiti aşkar edilib. Onlar əvvəlcə dəm qazından zəhərlənərək ölüblər. Hosteldə olan 72 nəfərdən 59-nu xilas etmək mümkün olub”.
|
2023-11-30
| 808,935 |
İsrail və HƏMAS atəşkəsi uzatdı
|
İsrail və HƏMAS Qəzza zolağında humanitar atəşkəsin uzadılması barədə razılığa gəlib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. "Girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və çərçivə razılaşmasının şərtlərinə uyğun olaraq, əməliyyat fasiləsi uzadılacaq", - məlumatda qeyd edilib. HƏMAS da öz növbəsində Qəzza zolağında İsraillə atəşkəsin daha bir gün uzadıldığını təsdiqləyib.
|
2023-11-30
| 808,939 |
DGK-dan vətəndaşlara xəbərdarlıq
|
Dövlət Gömrük Komitəsi (DGK) son zamanlar baş verən kiberhücumlarla əlaqədar vətəndaşlara xəbərdarlıq edib. Axar.az xəbərlığın mətnini təqdim edir: “DGK rəqəmsallaşdırma istiqamətində aparılan tədbirlərlə yanaşı, həmçinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə yüksək diqqət ayırır. Son zamanlar baş verən kiberhücumlarla əlaqədar vətəndaşlarımıza kiber dələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edirik”.
|
2023-11-30
| 808,942 |
645-ci gün: Rusiyanın itkiləri açıqlandı
|
Ukrayna müharibənin 645-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 328 760 hərbçi, 5551 ədəd tank, 10340 ədəd zirehli döyüş maşını, 7909 ədəd artilleriya sistemi, 910 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 600 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 361 ədəd avtomobil texnikası, 5954 ədəd PUA, 1567 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1124 xüsusi avadanlıq itirib.
|
2023-11-30
| 808,944 |
Pekinə getmək istəyənlərə şad xəbər!
|
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə endirimli tariflərlə aviabiletlər əldə etmək imkanı yaradıb. Belə ki, aviaşirkət Bakı və Pekin arasında həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib. Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, kampaniya çərçivəsində Bakı-Pekin-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 699 manatdan başlayır. Pekin-Bakı-Pekin reyslərinin aviabiletlərini isə 455 ABŞ dollarından başlayan qiymətlərlə əldə etmək mümkündür. Bu istiqamətlər üzrə endirimli aviabiletlər hər iki tarix daxil olmaqla, 2023-cü ilin noyabrın 30-dan dekabrın 14-dək satışda olacaq. Qeyd edək ki, Bakı ilə Pekin arasında uçuşlar dekabrın 19-dan etibarən həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. AZAL-ın bu təklifi dünyanın ən maraqlı və heyrətamiz şəhərlərindən birini sərfəli qiymətlərlə ziyarət etmək imkanı yaradır. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
|
2023-11-30
| 808,949 |
Qüdsdə terror: 3 ölü, 5 yaralı - Video
|
10:08 Qüdsdə terror aktı törədilib. Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. İlkin məlumata görə, avtobus dayanacağında atışma baş verib. Atışma nəticəsində 6 nəfərin yaralandığı bildirilir. *** Qüdsdə ətrafdakılara atəş açan iki nəfər yerindəcə öldürülüb. Bu barədə İsrail polisi məlumat verib. Qeyd olunub ki, terror aktı nəticəsində 1 mülki vətəndaş ölüb, 5 nəfər isə yaralanıb.
|
2023-11-30
| 808,952 |
Bakıda beynəlxalq konfrans keçirilir
|
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Axar.az xəbər verir ki, toplantıda Ombudsman Səbinə Əliyeva, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə Baş müşaviri Vladimir Şkolnikov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər şəxslər iştirak edirlər. Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva bu il qəbul olunmasının 75-ci ildönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas və nümunə olduğunu bildirib. Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsinin daim diqqət mərkəzində saxlanıldığını, qanunvericilik bazasının beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirildiyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanların yaradıldığını qeyd edib.
|
2023-11-30
| 808,953 |
Maşın elanları saytında vətəndaşları belə aldadıb
|
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, polisə müraciət edən zərərçəkmişlər avtomobil elanları saytında nəqliyyat vasitəsi almaq üçün tanımadıqları şəxsə onlayn yolla beh göndərdiklərini və daha sonra onunla əlaqə saxlamağın mümkün olmadığını bildiriblər. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq edən Samux rayon sakini Azər Əliyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, A.Əliyev avtomobil elanları saytında digər satıcılara məxsus avtomobillərin fotoşəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edib. Saxlanılan şəxs avtomobilləri almaq istəyən alıcılardan öncə müxtəlif məbləğlərdə beh tələb edib, daha sonra isə guya etibarnamə vermək üçün onlardan şəxsiyyət vəsiqələrinin fotoşəkillərini istəyib. İz itirmək məqsədilə həmin şəxsiyyət vəsiqələrindən istifadə edərək zərərçəkmişlərin adına onlayn ödəmə sistemlərində hesablar yaradıb və növbəti dəfə avtomobil almaq istəyən şəxslər də ilkin ödənişi məhz həmin hesablara göndəriblər. Alıcılardan beh aldıqdan sonra isə A.Əliyev telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib. Azər Əliyevin digər vətəndaşlara qarşı da analoji əməllər törətdiyi istisna edilmir. Zərərçəkən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur. Vətəndaşlara isə bir daha tövsiyə olunur ki, elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.
|
2023-11-30
| 808,957 |
Ombudsmandan beynəlxalq təşkilatlara çağırış
|
Bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, BMT-nin Baş Assambleyasının 1948-ci ilin 10 dekabr tarixli qətnaməsinə əsasən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədar hər il bu tarix bütün dünya dövlətləri tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir: “Dünyada baş verən qlobal dəyişikliklər və obyektiv tarixi zərurət səbəbindən qəbul edilmiş və artıq bir neçə gündən sonra 75 illik yubileyi olacaq həmin məşhur sənədin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi, hüquq bərabərliyinin təmini məsələləri, habelə digər müddəalar bir çox dövlətlərin Konstitusiyasında və beynəlxalq müqavilələrdə öz əksini tapıb”. Ombudsman qeyd edib ki, ötən bu uzun illər ərzində insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində əsas baza rolunu oynayan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyamızı əsaslı şəkildə dəyişməyə kömək edib: “Bu sənəddə ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququ, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquq və azadlıqlara malik olduğu bəyan edilib”.
|
2023-11-30
| 808,960 |
Xəzərdə müşahidə olunan təhlükəli dalğalar: 8 metr...
|
Milli Hidrometeorologiya Xidməti Xəzər dənizində müşahidə olunan təhlükəli dalğalar barədə məlumat yayıb. Xidmətdən Axar.az-a verilən məlumata görə, Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklər zamanı yaranır. Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük hündürlüyə külək sürətinin 15-20 m/s qiymətlərində çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir. Orta Xəzərdə ən intensiv dalğalanma şimal-qərb istiqamətli küləklər əsən zaman Abşeron yarmadasında, şimal küləklərində isə ondan şimala doğru ərazilərdə müşahidə edilir. Dalğalanma nöqteyi-nəzərdən Xəzər dənizinin ən təlatümlü rayonları bunlardır: sahil zonaları üzrə Dərbəddən Abşerona qədər ərazi, açıq dəniz rayonlarında isə Abşeron astanasına bitişik dəniz akvatoriyası. Xəzər dənizi üzərində güclü, qasırğalı küləklər cərəyan edir və belə küləklərə təqribən ilin 250 günü rast gəlmək mümkündür. Sözsüz ki, bu küləklər dəniz səthini hərəkətə gətirir, dalğalanmaya səbəb olur. Sahilə yaxınlaşdıqca dalğaların dəniz dibinə sürtünüb zəiflədiyi halda dalğalanma dərəcəsinin qiyməti də azalır. Xəzər dənizi üçün maksimum dalğa hündürlüyü Abşeron yarımadası akvatoriyası yaxınlığında qeydə alınır. Şimal-qərb istiqamətli qasırğaların gücü 25 m/san-yə qədər yüksəldikdə, qasırğanın episentrində dalğa hündürlüyü 7,5-8,0 m, ekstremal qasırğalar zamanı isə 9-10 m-ə qədər yüksəlir. “Dəniz Hidrometeoroloji şəbəkənin modernləşdirilməsi” Dövlət İnvestisiya layihəsi çərçivəsində 2020-ci il 28 may tarixində Neft Daşları akvatoriyasında, iyunun 3-də 28 May neft yatağında, martın 23-də Darvin Bankəsi dəniz məntəqəsində, iyunun 14-də Xərə-Zirə adası yaxınlığında 4 dəst avtomat stansiyalar (AWS-430) quraşdırılaraq istifadəyə verilib. Açıq dəniz akvatoriyasında yerləşən Milli Hidrometeorologiya Xidmətinin tabeliyində olan Neft Daşları İxtisaslaşmış Dəniz Hidrometeoroloji Stansiyasında aparılan müşahidə məlumatlarına əsasən 2013-2023-cü illər ərzində qeydə alınmış maksimal dalğaların hündürlüyü aşağıdakı qrafikdə verilib.
|
2023-11-30
| 808,963 |
AB-də korrupsiya qalmaqalı: Səfirin həbsinə order verildi
|
Belçika hakimiyyəti bütün Avropanı sarsıdan “Qatarqeyt” qalmaqalı ilə bağlı Mərakeşin Polşadakı səfiri Əbdurrəhim Atmunanın həbsinə order verib. Axar.az xəbər verir ki, bu barədə Çinin “BNN Breaking” agentliyi məlumat yayıb. Məlumata görə, səfir Avropa Parlamentini bürüyən, onun nüfuzuna xələl gətirən və AB idarəçiliyində şəffaflığa kölgə salan böyük korrupsiya qalmaqalının mərkəzindədir: “Səfir Avropa Parlamentinin üzvlərinə Mərakeşin xeyrinə qərarlar qəbul etmək üçün rüşvət verməkdə ittiham olunur. İttihamlar ciddi rezonansa səbəb olub və bir neçə şəxsin, həmçinin Avropa Parlamentinin o vaxtkı vitse-prezidenti Eva Kaylinin həbsi ilə nəticələnib. “Qatarqeyt” adı verilən bu qalmaqalın bir hissəsi olaraq Avropa Parlamentinin deputatları Qətər hökumətinə qanunsuz olaraq lobbiçilik ediblər. Qanunsuz əməliyyatlar zamanı milyonlarla avro nağd pul və hədiyyələr verilib”. Qeyd edək ki, ötən il Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər Brüsseldə futbol üzrə dünya çempionatı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilmişdilər.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.