date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-11-30
| 808,965 |
Kissincer Əliyevlə söhbətində Qarabağ haqda nə demişdi?
|
Bu gün vəfat edən ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin müasir dünya siyasətinin formalaşmasında böyük rolu olması haqda fikirlər tez-tez səsləndirilir. Kissincer vaxtilə mərhum prezident Heydər Əliyevlə də bir neçə dəfə görüşmüş, onun dünya siyasətində mühüm mövqeyə malik olduğunu bildirmişdi. Kissincer görüşlərin birində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı da fikir səsləndirib. Axar.az Globalinfo.az-a istinadən həmin söhbəti təqdim edir: Sual: ABŞ Rusiyanın NATO-ya qarşı sipərə çevirdiyi Ermənistana Azərbaycanla müqayisədə niyə beş-altı dəfə çox yardım edir? Bundan əlavə, siz Rusiyanın Ermənistana bu qədər hərbi yardım göstərməsinə, onun Ermənistanda hərbi bazasının olmasına necə baxırsınız? Henri Kissincer: Bu, çox yaxşı sualdır və cavabı da sadədir. Cavab da ondan ibarətdir ki, Birləşmiş Ştatlardakı ermənilərin sayı azərbaycanlıların sayından daha artıqdır və onların Konqresə təsir göstərmək gücü daha çoxdur. Heydər Əliyev: (tərcüməçiyə): Bəlkə sən bu sualı düzgün tərcümə eləməmisən? Henri Kissincer: Mən Rusiyanın regionda sabitliyi pozmaq siyasəti aparmasının əleyhinəyəm və bu siyasəti düzgün hesab etmirəm. Heydər Əliyevin tərcüməçiyə sualı, çox güman, Kissincerin cavabını birmənalı qarşılamaması və əsassız hesab etməsi ilə əlaqədardır. Ümumilikdə Henri Kissincer keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışarkən ənənəvi cümlələrdən istifadə edib və məsələnin sülh yolu ilə həllinin zəruriliyinə diqqət çəkib. Lakin tarix göstərdi ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində heç vaxt maraqlı olmadı və Azərbaycan 30 illik işğala parlaq qələbə ilə son qoydu.
|
2023-11-30
| 808,968 |
Rusiya ilə Mərkəzi Asiya arasında gərginlik artır
|
Kremlin Mərkəzi Asiyadan əsgər cəlb etmək cəhdi Rusiya ilə bu ölkələr arasında gərginlik, hətta münaqişə mənbəyinə çevrilə bilər. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Rusiya döyüş meydanındakı itkilərini əvəz etmək üçün Mərkəzi Asiyadan əsgər cəlb edir. Çox güman ki, bu, onunla asiyalı qonşuları arasında gərginlik yaradacaq. Çünki Mərkəzi Asiya ölkələri Rusiya tərəfində Ukraynaya qarşı vuruşmuş vətəndaşları cəzalandırmaq üçün muzdlulara qarşı qanunlardan sərt şəkildə istifadə edir. Belə ki, noyabrın 28-də Qazaxıstan məhkəməsi Aleksey Şompolovu muzdluluq ittihamı ilə 6 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Onun Baxmut yaxınlığında “Vaqner”in artilleriya bölməsində döyüşdüyü bildirilir. Əvvəllər oxşar qərarlar Özbəkistan və Qırğızıstan məhkəmələri tərəfindən də verilib. Rusiyada isə buna görə Qazaxıstan hakimiyyətini tənqid edib və onları antirusiya mövqeyində ittiham ediblər”, - məlumatda deyilib.
|
2023-11-30
| 808,970 |
Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək...
|
Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək sülhə mane olurlar. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı dünyanın gözü qarşısında kəskin nifrət zəminində həyata keçirdiyi, etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri, soyqırımı, ekosid, urbisid və kultursid aktları törədilib. "Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlanılmış və 44 günlük Vətən müharibəsi ilə azad edilmiş ərazilərində aşkar edilən kütləvi məzarlıqlar, oradakı əksər, şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılması, bir çox flora və fauna növlərinin məhv edilməsi, ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndirilməsi faktları bunu bir daha sübut edir. Bundan əlavə, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyinə hələ də aydınlıq gətirilməməsi bizdə tamamilə haqlı olaraq narahatlıq hssis yaradır. Əfsuslar olsun ki, bu gün özünü demokratiyanın beşiyi hesab edən, lakin bunun əksinə olaraq, islamofoboya, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir", - ombudsman vurğulayıb.
|
2023-11-30
| 808,972 |
“Avropa Sülh Fondu” adı ilə İrəvana silah verilməsi...
|
Avropa Birliyinin “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım göstərəcəyi barədə məlumatlar yayılıb. “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sözügedən məlumatlarla bağlı bəyanatında bildirilib. Qərbi Azərbaycan İcması hesab edir ki, Fransanın ardınca AB-nin Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir. AB Ermənistanın silahlandırılması, Cənubi Qafqaz regionuna geosiyasi rəqabətin gətirilməsi siyasətinə son qoymalıdır.
|
2023-11-30
| 808,973 |
Bakıda kütləvi bıçaqlanma: 4 yeniyetmə yaralandı
|
Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
|
2023-11-30
| 808,979 |
Delimitasiya iclası: tərəflər bu məsələlərdə razılaşdı - Video
|
11:13 30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər. Tərəflər, həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
|
2023-11-30
| 808,983 |
Deputatdan Qərbə çağırış: Onların səsini eşitmisinizmi?
|
Biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünü qeyd edən bütün dövlətlərdən soruşuruq ki, Azərbaycanın hüquqları pozulan minlərlə insanının səsini eşitmisinizmi? Axar.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları-75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Vətən müharibəsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə ən böyük töhfədir: "Suveren ölkədə insanların dinc və təhlükəsiz şəkildə yaşaması dövlət tərəfindən təmin edilir. XXI əsrdə insan hüquqları yalnız hüquq və insan məsələsi deyil. 1948-ci ili, yəni deklarasiyanın qəbul edilməsini unutmaq olmaz. Son 75 ildə dünya siyasi xəritəsi köklü dəyişikliyə uğrayıb. İndi dünya birliyi bəyannamənin ildönümündə onun yaranma səbəbini unudur. Bu gün Avropanın bir hissəsində Rusiya-Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdəki müharibələr bəyannamənin əsas şərtlərinin görməzdən gəlindiyini göstərir. Qərbin öz dəyərlərini necə ayaq altına ataraq sömürgənlik etdiyini hamı görür. Biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünü qeyd edən bütün dövlətlərdən soruşuruq ki, Azərbaycanın hüquqları pozulan minlərlə insanının səsini eşitmisinizmi? Əgər eşitmisinizsə, haradadır dəstək bəyanatlarınız? Bəlkə, köçkünlərin qayıdış hüququ 907-ci məsələdir?! "Human Rayts Votç" mina terrorundan xəbəri olmadığını deyir, elədirsə, Azərbaycanla bağlı cədvəli necə qəbul edirlər? Qələbəmiz istənilən beynəlxalq indeksdən yuxarıda dayanır".
|
2023-11-30
| 808,985 |
Qəzzada daimi atəşkəsi yalnız ABŞ yarada bilər - Selvi
|
Türkiyə Qəzzada daimi atəşkəsə nail olmaq üçün sakitləşdirici atmosfer görmür, amma ABŞ istəsə, buna nail ola bilər. Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzetinin yazarı Abduqadir Selvi yazıb. "Türkiyə, Misir, ABŞ və Qətərin səyləri sayəsində müvəqqəti atəşkəs əldə edilib. İsrailin bir gündə 300 nəfəri öldürdüyünü nəzərə alsaq, deməli atəşkəs müddətində ən azı 1800 fələstinli sağ qalıb. İsrail tərəfi də, Qəzza da qısa müddətə rahat nəfəs aldı. Ancaq sual budur ki, daimi atəşkəs əldə olunacaqmı? Ümidli bir atmosfer yoxdur. İsraillə bağlı əsas ölkə ABŞ, ən nüfuzlu lider isə Prezidenti Co Baydendir. ABŞ istəsə, buna nail ola bilər. Amma istəməsə, bilin ki, qırğının davam etdirilməsinin tərəfdarıdırlar”, - yazar bildirib.
|
2023-11-30
| 808,991 |
Ştaynmayeri Qətərdə qarşılayan olmadı - Video
|
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qətərə qısamüddətli səfərə gedib, lakin o, təxminən yarım saat təyyarədə rəsmilərin onu qarşılamasını gözləməli olub. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Stern” nəşri məlumat yayıb. “Frank-Valter Ştaynmayer bir qədər çaşqın görünürdü, hətta arvadı da onu tək buraxıb getmişdi. Dohaya enən bütün digər sərnişinlər artıq təyyarədən düşmüşdülər. Yalnız prezident təyyarənin çıxışında onu qarşılamalı olan məmurları gözləməyə məcbur oldu. Fəxri qarovul və limuzin Almaniya Prezidentinin təyyarəni tərk etməsini gözləyirdi, qırmızı xalça da artıq döşənmişdi, lakin Ştaynmayer yalnız 30 dəqiqədən sonra təyyarədən düşüb”, - məlumatda deyilib.
|
2023-11-30
| 808,993 |
Mirzoyan Blinkendən sonra Kemeronla da görüşdü
|
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyadan olan həmkarı Devid Kemeronla görüşüb. Axar.az xəbər verir ki, erməni nazir bu barədə özünün X hesabında yazıb. Görüşün Şimali Makedoniyanın Skopye şəhərində ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində keçirildiyi qeyd olunub. "Devid Kameronla ikitərəfli münasibətlərimiz barəsində fikir mübadiləsi apardıq, yeni başladığımız strateji dialoqu müzakirə etdik. Regional mövzulara, Cənubi Qafqazdakı hadisələrə toxunduq", - o yazıb. Qeyd edək ki, A.Mirzoyan daha əvvəl ABŞ Dövlət katibi Entonu Blinkenlə görüşmüşdü. ATƏT-in Nazirlər Şurasının 30-cu iclası 30 noyabr - 1 dekabr tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində baş tutacaq.
|
2023-11-30
| 808,995 |
Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib. Axar.az xəbər verir ki, 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirlik yanında İctimai şuranın sədr müavini, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və şuranın üzvü, “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu təqdim ediblər. Nazir müavini V.Nəsirli bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Qeyd olunub ki, dövlət başçısının tapşırığı ilə bu il ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara bu il artıq 1100, postmüharibə dövründə 5600, ümumilikdə ötən dövrdə 14 400 mənzil və fərdi ev verilib. Müvafiq sərəncamla 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur. Bundan başqa, ost-müharibə dövründə 324, ötən dövr ərzində isə 7500-dən artıq avtomobil müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə verilib.
|
2023-11-30
| 808,997 |
Bakıda qanunsuz tikililər söküldü - Video
|
Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.
|
2023-11-30
| 808,999 |
Krımda Zelenskinin müraciəti yayıldı, Putin təhqir edildi
|
Krımda telekanalların yayımı Ukrayna Prezidenti Vladimir Zelenskinin müraciəti ilə kəsilib. Kanalların adları isə Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqirlərlə əvəzlənib. Axar.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb. Məlumata görə, Krımın “rəhbərinin müşaviri” Oleq Kryuçkov rəqəmsal televiziya xidmətləri göstərən bir sıra internet provayderinin “sındırıldığını” açıqlayıb: “Haker hücumunda Ukraynanın İnformasiya və Psixoloji Xüsusi Əməliyyatlar Mərkəzi iştirak edib. Haker hücumunun nəticələri yaxın gələcəkdə aradan qaldırılacaq”. Yayımlanan videoya əsasən, əhaliyə Zelenskinin oktyabrın 24-də Krım platforması sammitindən sonra yazılan müraciəti göstərilib: “Orada o, Rusiya donanmasının qaçışı haqqında danışıb və ilhaq edilmiş yarımadanın əhalisinə müraciət edib: “Hamınız hiss edirsiniz ki, bizim torpağımızda rus varlığı əbədi olmayacaq. Mən bunu bilirəm. Ukrayna öz ərazisini, öz xalqını qaytaracaq”.
|
2023-11-30
| 809,000 |
İsrail bütün cəbhələrdə müharibədədir - Smotriç
|
Qüdsdəki dəhşətli hücum bizə xatırladır ki, düşmənlərimiz təkcə Qəzzadakı nasistlər deyil. Axar.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib. “Biz Allahın köməyi ilə hər yerdə onları təqib edib məhv edəcəyik. İsrail bütün cəbhələrdə müharibədədir. Bütün cəbhələrdə tam qələbəyə”, - nazir bildirib.
|
2023-11-30
| 809,002 |
Bakıda drezin 25 yaşlı qadını vurub öldürdü
|
Bu gün saat 09:20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Abşeron-Puta mənzilində hərəkətdə olarkən təxminən 25 yaşlarında qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb. "ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur", - məlumatda qeyd olunub.
|
2023-11-30
| 809,003 |
Əli Əsədov iclas keçirdi
|
İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib. Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində AİH-nin idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2023-cü ilin 9 ayının yekunları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə, kommersiya, investisiya və əməliyyat göstəricilərinə dair əsas nəticələr, “Azərbaycan Hava Yolları” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-lərin borc öhdəliklərinin tənzimlənməsinə dair təkliflər, sığorta və rabitə sektoru ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub. İclasda Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, Maliyyə və Rəqəmsal inkişaf və nəqliyyat nazirliklərinə, Mərkəzi Banka və AİH-nin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
|
2023-11-30
| 809,007 |
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq
|
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev parlamentdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib. "Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq", - F.Əliyev qeyd edib.
|
2023-11-30
| 809,010 |
Bakıda bu hazırlıq kursu ilə bağlı cinayət işi açıldı
|
Bakıda işçilərin iş saatını az göstərən hazırlıq kursu ilə bağlı cinayət işi başlanılıb. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, vətəndaşların əmək hüquqlarının pozulmasına dair daxil olmuş müraciətlər üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb. Araşdırmalar zamanı “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işə cəlb edilməsi, “ABB Limited” Şirkətinin nümayəndəliyinin vəzifəli şəxsləri tərəfindən isə işçilərin əmək haqqının azaldılması məqsədilə iş saatlarının faktiki olduğundan daha az göstərilərək rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlar üzrə Cinayət təqibindən kənar icraatlar idarəsində Cinayət Məcəlləsinin 162-1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanaraq istintaq olunması üçün aidiyyəti üzrə müvafiq rayon prokurorluqlarına göndərilib.
|
2023-11-30
| 809,011 |
Bakıda şagird qızılcadan vəfat etdi - Yeniləndi
|
12:17 Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. Axar.az xəbər verir ki, bu barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb. O bildirilib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib: “Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmamazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. Üç növbəli məktəbin bir həkimi yoxdur. Son beş gündə 200-dən çox yoluxma var”. Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə də qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı vəfat edib. *** Bakı şəhəri, Qaradağ rayonunda 2014-cü il təvəllüdlü uşaq ölüb. TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb: "Şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür". Xatırladaq ki, Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli təhsil müəssisəsinin 4-cü sinif şagirdi, 10 yaşlı Rinatın qızılca xəstəliyindən dünyasını dəyişdiyini deyib.
|
2023-11-30
| 809,015 |
Qaz limiti ləğv olunur? – Video
|
Hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox evdə tətbiq olunan limit keçilir, qaz və işıq üçün yüksək məbləğ ödənilir. Bəs mövcud limit ləğv edilə və ya qiymətlər endirilə bilərmi? Axar.az xəbər verir ki, Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “Xəzər Xəbər”ə açıqlamasında limitin qiymətinin dəyişdirilməsi və ləğv olunmasının təmsil olunduğu qurumun səlahiyyətində olmadığını vurğulayıb. Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Fazil Mustafa da hesab edir ki, Azərbaycanda qazın limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır. Millət vəkili bildirib ki, əhali baha olduğuna görə qaz yandıra bilmir, ona görə də müvafiq qurumlar bu məsələyə yenidən baxmalıdırlar. O qeyd edib ki, bu məsələ qanunvericilik səviyyəsində həllini tapmalıdır. Bunun üzərində müzakilər aparılmalı, optimal həlli yolları tapılmalıdır.
|
2023-11-30
| 809,020 |
Murovdağ tunelindən yeni görüntülər - Video
|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ümumi uzunluğu 23,4 km olan Murovdağ tunelində 14 km-lik qazma işlərini artıq tamamlayıb. Axar.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 13-cü km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 260 m-ə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin (L=23.4 km) inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Əlavə olaraq 561,2 m, 626,9 m, 500 m və 947,9 m uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 713,1 metr, sağ hissəsi isə 11 691,9 metr (ümumi uzunluğu 23 405 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 7 060 metr qazma və püskürtmə işləri, 4 160 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 7025 metr qazma və püskürtmə işləri, 1 722 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 20 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir. 561,2 m uzunluğunda olan Tunel №1-də, 626,9 m uzunluğunda olan Tunel №2-də və uzunluğu 947,9 m təşkil edən Tunel №5-də artıq qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 500 metr olan Tunel №4-də isə qazma və püskürtmə betonu işləri davam etməkdədir. Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası icra olunur. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14,2, II dərəcəli yolun ümumi uzunluğu 34,8 km, III dərəcəli yolun ümumi uzunluğu isə 33 km təşkil edir. Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolunun tikintisi də icra olunmaqdadir. Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri davam edir. Ümumi qazma işləri 66 %, dolğu işləri isə 69 % tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yolun Kəlbəcər-İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi işləri davam edir. Layihə çərçivəsində 159 dairəvi borunun, 110 düzbucaqlı borunun, 1 heyvan keçidinin, 19 U tipli və düzbucaqlı suötürücü qurğunun, 2 598 m trapez kanalın, 64 534 m2 Geoerme divarın, 8 183 m istinad divarının, 37 783 m daş divarın (iksa/istinad) tikintisi nəzərdə tutulub. Sadalanan işlər üzrə artıq 67 dairəvi, 57 düzbucaqlı borunun, 1 heyvan keçidinin, 15 U tipli və düzbucaqlı suötürücü qurğunun, 17 517 m daş divarın və 5 515 m istinad divarının, 1 057 m trapez kanalın və 49 366 m² Geoerme divarının və 15 km asfalt yol örtüyünün alt qatı (Binder layı) tikintisi yekunlaşıb. Ümumilikdə layihə üzrə fiziki işlərin tərəqqisi 50,5% təşkil edir. Tikinti işləri Agentliyinin rəhbərliyin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə Agentlik əraziyə lazımi sayda qüvvə cəlb edib. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
|
2023-11-30
| 809,022 |
Qərb Ukraynanın qalib gəlməsindən qorxur - Bridlav
|
Qərb Ukraynanın qalib gələcəyi zaman yaranacaq vəziyyətdən qorxur. Axar.az xəbər verir ki, bunu NATO-nun Avropadakı müttəfiq qüvvələrinin keçmiş komandanı, general Filip Bridlav deyib. “Təbii ki, heç kim Rusiyanın məğlub olacağı təqdirdə nə olacağını dəqiq proqnozlaşdıra bilməz. Amma bu qorxu Qərbdə bir çox siyasətçini iflic edir. Onlar bu riskin öhdəsindən necə gələcəklərini bilmirlər”, - o bildirib. Bridlav qeyd edib ki, bütün hərbi zabitlər və analitiklər bunu yanlış yanaşma adlandırsa da, Qərb Kiyevi ona lazım olan hər şeyin veriləcəyinə inandırmağa davam edir: “Bu isə Ukraynaya ictimai dəstəyi zəiflədir”.
|
2023-11-30
| 809,026 |
Sabahın hava proqnozu açıqlandı
|
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında az çiskin olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
|
2023-11-30
| 809,027 |
AB Ermənistanı müharibəyə hazırlayır: Hərbi yardım...
|
AB-nin adını “Avropa Sülh Fondu” qoyan bir qurumunun xətti ilə 30 illik işğal tarixinə malik ölkəyə "silah yardımı" göndərməsi birmənalı şəkildə riyakarlıq, ikiüzlülük və əxlaqsızlıqdır. İşğal dövründə ərazilərimizin darmadağın edilməsinə susan ASF Cənubi Qafqazda vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməlidir. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspert göndəriləcək “yardım”ların nəticəni dəyişməyəcəyini, əksinə Ermənistanı fəlakətə sürükləyəcəyini vurğulayıb: “Ermənistanın regiondan kənar ölkə və güclər tərəfindən silahlandırılması ilk deyil. Biz bir sıra ölkənin timsalında dəfələrlə bunun şahidi olmuşuq. Lakin edilən “yardım”lar və hərbi dəstək son nəticədə işğalın uzun müddət davam etməsi ilə nəticələnir. Ermənistan bu gün də arxasındakılara boş ümidlər bəsləyərək, 8 kəndimizi işğal altında saxlayır. Ancaq kənardan öz mənfəətləri naminə bölgəmizdə yenidən qan axması üçün Ermənistana silah verənlər gözlərini açıb Hərbi Qənimətlər Parkına diqqətlə baxmalıdırlar. Bura indiyədək İrəvana verilən ən yüksək səviyyəli silah və hərbi texnika ilə doludur. Toqquşma yaşanacağı təqdirdə Avropadan ayrılan sözügedən “yardım”ların da aqibəti eyni olacaq. Bütün hallarda göndərilən silah-sursat və hərbi texnika Ermənistana güc balansını tarazlaşdırmağa kömək etməyəcək. Amma müəyyən revanşist qüvvələr bundan bir qədər ruhlana bilər və yeni hərbi təxribatların törədilmə riski artar. AB-dən Ermənistan ordusunun reabilitasiyası üçün vaxtaşırı İrəvana edilən səfərlər zamanı verilən bəyanatlar isə Paşinyan hökumətini sülh müqaviləsini imzalamaqdan uzaqlaşdırır. Hadisələrin gedişatı Ermənistanı fəlakətə aparır, bölgəyə isə yaxşı heç nə vəd etmir”. Qeyd edək ki, Avropa Birliyi nümayəndələrinin İrəvana səfərinin yekunları üzrə dərc olunmuş bəyanatda təşkilatın Avropa Sülh Fondu çərçivəsində Ermənistan ordusuna dəstək imkanlarını araşdıracağı bildirilib.
|
2023-11-30
| 809,028 |
Rusiya Xersona yeni diviziya yerləşdirdi - Kəşfiyyat
|
Rusiya hava-kəşfiyyat qoşunları Ukraynada ilk dəfə olaraq yeni yaradılmış 104-cü Qvardiya hava-desant diviziyasını yerləşdirib. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında deyilir. Məlumata görə, bu diviziya Xerson vilayətində cəmləşəcək: “Rusiyanın müdafiə naziri Şoyqu bu ilin avqustunda diviziyanın bərpası barədə bildirmişdi. Diviziyanın tabeliyində olan bölmələrə, ehtimal ki, 337-ci alay, əlavə manevr alayı və 52-ci artilleriya briqadası daxildir. Nəticə etibarı ilə Rusiya ordusunda indi beş diviziya var. Lakin onlar zəif təlim keçib və Rusiya hava-desant qüvvələrinin əvvəlki elitar standartlarına cavab vermir”.
|
2023-11-30
| 809,029 |
Yanacaq məntəqəsi fantastik məbləğə satışa çıxarıldı
|
Bakıda yanacaq doldurma məntəqəsi (YDM) satışa çıxarılıb. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sözügedən YDM paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşir. Məntəqə 3,5 milyon manata təklif olunur. Satışa çıxarılan Zabrat OİL 0,13 hektar ərazidə inşa olunub. Obyektin sahibinin kimliyi məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl paytaxtın Nəsimi rayonunda – "20 Yanvar" metrosundan 3-cü mikrorayon dairəsinə gedən yolda yerləşən H-Petrol YDM də satışa çıxarılıb.
|
2023-11-30
| 809,032 |
Prezident 1 sərəncam, 3 fərman imzaladı
|
13:13 On səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. *** Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570; 2020, № 4, maddə 402; 2022, № 2, maddə 95, № 8, maddə 846; 2023, № 8 (I kitab), maddə 1148) aşağıdakı dəyişikliklər edilsin: 1.1. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin: “2-1. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.”; 1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na aşağıdakı məzmunda 6.1-1 – 6.1-4-cü bəndlər əlavə edilsin: “6.1-1. “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə, müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən və aşağıdakı tələblərə cavab verən kreditlərə bu Qaydanın 6.1-2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dövlət zəmanəti və Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına faiz subsidiyası verilir: 6.1-1.1. hər bir layihə üzrə kreditin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı; 6.1-1.2. müasir suvarma sistemlərinin alıcıları tərəfindən həmin sistemlərin qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 faizi həcmində ilkin ödəniş edilməli; 6.1-1.3. kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı; 6.1-1.4. kreditin müddəti 5 (beş) ildən çox olmamalı; 6.1-1.5. kredit üzrə güzəşt müddəti müasir suvarma sistemlərinin alınması, quraşdırılması, ərzaqlıq buğda əkini, yığımı və satışı üçün bazarda tələb olunan müddətlərə uyğun olmalı, lakin 12 (on iki) aydan çox olmamalıdır. 6.1-2. Bu Qaydanın 6.1-1-ci bəndinə uyğun olaraq verilmiş kreditlərə ümumi kredit məbləğinin aşağıda müəyyən olunmuş həddində dövlət zəmanəti verilir: 6.1-2.1. illik faiz dərəcəsi 14,01 faizdən 15 faizədək olduqda – 30 faiz; 6.1-2.2. illik faiz dərəcəsi 13,01 faizdən 14 faizədək olduqda – 40 faiz; 6.1-2.3. illik faiz dərəcəsi 12,01 faizdən 13 faizədək olduqda – 50 faiz; 6.1-2.4. illik faiz dərəcəsi 12 faizədək olduqda – 60 faiz. 6.1-3. Bu Qaydanın 6.1-2.1 – 6.1-2.4-cü yarımbəndlərinə uyğun olaraq verilən kreditlər üzrə sahibkarlıq subyektləri illik 5 faiz dərəcəsi ödəyir, qalıq faiz dərəcəsi isə bu Qaydanın 6.1-1.3-cü yarımbəndi nəzərə alınmaqla dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına ödənilir. 6.1-4. Bu Qaydanın 6.1-1-ci və 6.1-2-ci bəndlərinə uyğun olaraq verilmiş kreditin illik faiz dərəcəsinin subsidiyalaşdırılan hissəsi dövlət büdcəsindən bu məqsədlərlə ayrılmış vəsait hesabına Agentlik tərəfindən rübdə 1 (bir) dəfədən az olmamaqla kredit təşkilatına ödənilir. Kreditin əsas məbləğinin ödəniş qrafiki mövsümilik amili əsasında sahibkarlıq subyektinin dövriyyəsi və ərzaqlıq buğda istehsalı nəticəsində satışdan daxilolmalar nəzərə alınmaqla müəyyən olunur.”. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. üç ay müddətində: 2.1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı zamanı tətbiq edilən dövlət güzəştlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.1.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, sahibkarlıq subyektlərinə veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin yerli istehsala aid olmasına dair meyarları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. *** Prezident İlham Əliyev “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il oktyabrın 31-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
|
2023-11-30
| 809,039 |
Minaya düşən şəxsin ölümündə şübhəli məqamlar... - Rəsmi
|
Bəzi sosial şəbəkə istifadəçiləri Tərtər rayonunun Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlunun ölümündə şübhəli məqamlar olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayıb. Axar.az xəbər verir ki, Baş Prokurorluqdan süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatla bağlı bildirilir ki, Yaquar Hadıyevin ölümünə dair bütün təfərrüatlar hərtərəfli araşdırılıb. Belə ki, cari il martın 9-da Tərtər rayonu, Çaylı kəndi ərazisində mina partlaması nəticəsində sol ayağının aşağı ətrafı travmatik amputasiya olunmuş Yaquar Hadıyev növbəti dəfə oktyabrın 6-da eyni ərazidə minaya düşərək həlak olub. Hər iki halda Yaquar Hadıyev müvafiq icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə səfər edərkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış mina partlayışının qurbanı olub. Prokurorluq orqanları tərəfindən aparılan araşdırma zamanı hadisə yerinə və Yaquar Hadıyevin meyitinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Meyitə baxış zamanı mərhumun bədəni üzərində qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində ümumi sayı 5 ədəd olan xəsarətin əmələ gəlməsi müəyyən edilib. Qeyd olunan fatklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.
|
2023-11-30
| 809,041 |
Rusiya MDB hökumət başçılarını Moskvaya çağırdı
|
Rusiyada MDB ölkələrinin hökumət başçılarının fövqəladə iclasının keçirilməsi planlaşdırılır. Axar.az xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev məlumat verib. “MDB hökumət başçılarının növbədənkənar iclasının Rusiya Baş naziri Mixail Mişustinin təşəbbüsü ilə dekabrın 18-də Moskvada baş tutacağı gözlənilir. Dekabrın 25-i Sankt-Peterburqda Aİİ Ali Şurasının prezidentlər səviyyəsində iclası, dekabrın 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü keçiriləcək”, - Lebedev bildirib.
|
2023-11-30
| 809,043 |
Ermənilərin milli mətbəximizə “siçovul hücumu”
|
Ermənilərin bizim və digər xalqların mədəniyyətlərinə təcavüzü onların xislətidir. Təəccüblənmirik, çünki qarşılaşdığımız ilk hadisə deyil. Təbliğat zəifliyimizdən fürsət kimi yararlanırlar. Mənim paxlavayla bağlı erməni nazirinə sərt cavabım da olub, bu haqda elmi məqaləm də var. Bu sözləri Kult.az-a açıqlamasında qida məsələləri üzrə ekspert, kulinariya mütəxəssisi Ağa Salamov sosial şəbəkələrdə yayılan xarici ölkə restoranlarında ermənilərin Azərbaycan, türk mətbəxinə aid olan yemək və şirniyyatları öz milli mətbəxləri kim təqdim etdiyi əks olunan fotolar haqda danışarkən deyib. “Azərbaycan milli mətbəxi əsasən gec, çətin hazırlanan yemək və şirniyyatlardır. Birinci növbədə bizə lazım olan vətəndaşlarımızın milli mətbəximizi və milli dəyərlərimizi qorumasıdır. Üstünlüyü xarici, Avropa mətbəxinə verəndə, öz dəyərlərimizə sahib çıxmayanda, əlbəttə, bizim olana da kimsə yiyələnəcək. Digər ən önəmli məsələ isə təbliğ məsələsidir. Burada dövlət öz öhdəsinə düşəni edərək UNESKO-ya qədər milli mətbəximizi təqdim edib. Yaxud misal olaraq qeyri-hökumət təşkilatlarına ayrılan maliyə vəsaitini, festivallar keçirilməsinə dəstəyi göstərmək olar. Ancaq bunların hər birini xaricə təqdim etmək lazımdır. “Food blogger”lər çəkib sosial şəbəkələrdə təbliğat aparmalı, əcnəbilərin, turistlərin qonaq olduğu yerli və ya xaricdə otellərdə, univeristetlərdə milli mətbəx və mədəniyyətimizin əks olunduğu öndə gedən jurnallar, kulinariya kitabları olmalıdır ki, oxuyanlar, görənlər bu haqda nəsə araşdıra, öyrənə bilsin”, - Salamov bildirib. Ekspert qeyd edib ki, bu, təkcə qida üzərində yox, digər milli irsimiz olan xalça, kəlağayı, saxsı qablar və s. mədəniyyət nümunələrimizin təbliği və təqdimi üçün də keçərlidir.
|
2023-11-30
| 809,044 |
Sərhəddə görüş: İrəvanın 8 kəndə qarşı 31 kənd hiyləsi
|
Şahin Mustafayevlə Mger Qriqoryan Qazax-İcevan sərhədində görüşü başlayıb. Bu, delimitasiya komissiyalarının sayca beşinci görüşüdür. İndiyə qədər 4 görüş keçirilib: ikisi sərhəddə - Arazdəyən və Qazax; ikisi xaricdə - Moskva və Brüssel; bütün görüşlərdə yeganə nəticə “danışıqların davam etdirilməsi üzrə razılaşma” olub; bu görüşdə də nəticənin əvvəlkilərdən fərqli olacağı sual altındadır. Çünki: - tərəflər arasında sərhədin hansı xəritələr üzrə müəyyən edilməsinə dair fikir ayrılığı davam edir; - işğal altında qalan 8 kəndin – Qazaxın 7 və Kərki kəndi – azad edilməsinə qarşı İrəvan “erməni kəndləri” iddiasını irəli sürüb; - sərhəd məsələsində hansısa razılaşma xəritələrin saxlanıldığı Moskvanın prosesə qoşulmasını şərtləndirir. Ki, görüşün Qərb cəbhəsi bununla razılaşmayacaq. Ermənistan parlamentinin spikeri Alen Simonyanın son iddiaları da İrəvanın “əlini yüksəltdiyini” göstərdi. Erməni spiker 8 kəndin qaytarılmasına qarşı bildirir ki, Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır, bu 31 kəndin qaytarılmasından da danışmalıyıq. İrəvan “31 kəndə” Başkəndi və müharibədən sonra dövlət sərhədinin bərpası nəticəsində ordumuzun nəzarət zonasına düşən əraziləri daxil edir. Və bu iddia ilə ya 8 kəndin qaytarılmasını arxa plana keçirmək, ya da Başkəndi almaq və ordumuzun sərhədboyu mövqelərindən geri çəkilməsini təmin etmək istəyirlər. Nəticə etibarilə Azərbaycan və Ermənistanın sərhədlə bağlı gündəliyi fərqlidir.
|
2023-11-30
| 809,045 |
ABŞ İrana görə 20 şəxs və təşkilata sanksiya tətbiq etdi
|
ABŞ İranın hərbi qurumlarının, o cümlədən bu ölkənin Müdafiə Nazirliyi və SEPAH-ın Qüds qüvvələrinin xeyrinə maliyyə yardımı şəbəkəsində iştirak edən 20 şəxs və quruma sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. ABŞ-ın yeni sanksiyaları İran, Honq-Konq, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurda yerləşən şəxslər və şirkətləri hədəf alır.
|
2023-11-30
| 809,046 |
Bayramov gedənə qədər Mirzoyan “işlədi”…
|
Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası öz işinə başlayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Skopyedə artıq ikitərəfli görüşlər çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenə və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona Azərbaycandan şikayət edib, “etnik təmizləmə”dən, “Bakının qeyri-konstruktiv” yanaşmasından danışıb. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, artıq Ceyhun Bayramov da Skopyedədir və bu gündən görüşlərə başlayacaq: “İrəvanın məqsədi Qərb ölkələrinin Azərbaycanla münasibətlərini daha da gərginləşdirməkdir. Ararat Mirzoyanın Skopyedəki görüşlərinin məqsədi də budur. Fransa ilə məsələ aydındır, ancaq digər Qərb ölkələri ilə təmasları intensivləşdirməyə və izahat işini gücləndirməyə ehtiyac var”.
|
2023-11-30
| 809,049 |
DSX-dən İranla sərhəddə əməliyyat
|
Noyabr ayının 29-da saat 17:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Axar.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 800 qram narkotik vasitə (10 kq 500 qr marixuana, 3 kq 750 qr metamfetamin, 4 kq 550 qr heroin) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
|
2023-11-30
| 809,051 |
4 kəndin taleyi artıq həll edilib - Şarmazanov
|
Ermənistan hakimiyyətinin imzalamağa hazır olduğu sənəd sülh müqaviləsi deyil, reallığa boyun əymək müqaviləsidir. Hazırkı erməni hakimiyyəti Bakı və Ankaranın yazdığı hər şeyi imzalayacaq. Bu, ikinci kapitulyasiya, Ermənistanın türkləşdirilməsi proqramı olacaq. Axar.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının keçmiş vitse-spikeri və katibi Eduard Şarmazanov deyib. “Ermənistan hakimiyyətinin bu günə qədər Bakının tələblərinə yox dediyini xatırlamıram. Bakı “artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb etdi, Paşinyan bu tələbi məmnuniyyətlə yerinə yetirdi. Azərbaycan anklavları tələb edir, Ermənistan hakimiyyəti artıq bu məsələnin mövcudluğunu tanıyır. Üstəlik, Ermənistanın yüksək rütbəli məmurlarından biri qeyd edib ki, 4 kənd üzrə artıq bütün məsələlər öz həllini tapıb”, - o bildirib. Şarmazanov qeyd edib ki, Ermənistanı təmsil edən şəxslərin imzalamağa hazır olduqları sənədin məzmunu barədə ümumiyyətlə heç bir təsəvvürləri yoxdur: “Bakı və Ankaranın yazdıqlarına imza atacaqlar. Paşinyan tələblərdən hər hansı birinə mənfi cavab versə, Azərbaycan “müharibəyə” başlayacaq”.
|
2023-11-30
| 809,055 |
Lavrov gəldiyi üçün 4 nazir sammitdən imtina etdi
|
Polşanın xarici işlər naziri Şimon Şinkovski Vel Senk ATƏT-in Makedoniyanın paytaxtı Skopyedə keçirilən xarici işlər nazirlərinin iclasında iştirakdan imtina edib. Buna səbəb Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakı olub. Axar.az xəbər verir ki, bununla bağlı Polşa mətbuatı məlumat yayıb. Qeyd edək ki, Baltikyanı ölkələrin xarici işlər nazirləri də eyni səbəbdən Skopye görüşündə iştirakdan imtina edib.
|
2023-11-30
| 809,057 |
Laçın şəhərindən Zabux kəndinə marşrut açılacaq
|
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 167 və 196 nömrəli qəsəbələrarası, 186, 217, 508 və 557 nömrəli şəhərətrafı, Bakı-Ağdaş, Bakı-Şirvan, Bakı-Şabran, Bakı-Qəbələ, Bakı-Kürdəmir, Bakı-Ağcabədi, Bakı-Şamaxı, Sumqayıt-Quba, Qusar-Xudat şəhərlərarası, eləcə də Laçın şəhəri-Zabux kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu barədə Axar.az-a AYNA-dan bildirilib. Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. Sənədlər 29 dekabr saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək. Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Ağdaş, Bakı-Şirvan və Sumqayıt-Quba istiqamətlərində 4 Lot üzrə yanvarın 9-da, Bakı-Şabran və Bakı-Qəbələ istiqamətlərində 4 Lot üzrə yanvarın 12-də, Bakı-Kürdəmir, Bakı-Ağcabədi və Bakı-Şamaxı istiqamətlərində 5 Lot üzrə yanvarın 16-da, Qusar-Xudat, Laçın şəhəri-Zabux kəndi, eləcə də paytaxtın 167, 186 və 196 nömrəli avtobus marşrutları üzrə 4 Lotda yanvarın 19-da, eləcə də 54, 217, 508 və 557 nömrəli müntəzəm avtobus marşrutları üzrə 4 Lotda yanvarın 23-də baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz. Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
|
2023-11-30
| 809,059 |
Millimiz 6 pillə irəlilədi
|
Azərbaycan millisi FİFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyib. Axar.az FİFA-ya istinadən xəbər verir ki, yığma 114-cü mövqedə qərarlaşıb. Hazırda baş məşqçisi olmayan komanda 1174.22 xala malikdir. Milli AVRO-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya yenilib - 0:5. Qeyd edək ki, Argentina yığması (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdür. Belçika (1798,46) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.
|
2023-11-30
| 809,060 |
"Hüseyniyyun” terror təşkilatının başçısı mükafatlandırıldı
|
Azərbaycana qarşı davamlı təhdidlər yağdıran “Hüseyniyyun” terror təşkilatının rəhbəri Tohid İbrahimbəyli İran rəsmiləri tərəfindən mükafatlandırılıb. Axar.az xəbər verir ki, bu barədə ermənipərəst siyasi şərhçi Ehsan Mövəhhedian X hesabında video paylaşıb. Məlumata görə, Tohid İbrahimbəyli göstərdiyi “xidmətlərə” görə İranın hərbi rəsmiləri və din xadimlərinin mükafatına layiq görülüb. “Bəsic” qüvvələrinin komandiri, “Azərbaycan-Hüseyniyyun” İslam Müqavimət Hərəkatının başçısı Tohid İbrahimini mükafatla təltif edib”, - deyə o yazıb.
|
2023-11-30
| 809,062 |
Bayramov ATƏT-in XİN Şurasının iclasında - Video
|
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası öz işinə başlayır. Axar.az xəbər verir ki, görüşün qonaqlarını ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani qarşılayır. İclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
|
2023-11-30
| 809,064 |
ÜST-dən qızılca ilə bağlı çağırış: Ölüm halları...
|
Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb. Axar.az xəbər verir ki, bu barədə nümayənədlik X hesabında paylaşım edib. Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18%, ölüm hallarının sayı isə 43% artıb: "Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95%-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. Qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər". ÜST-ün Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir: "2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir". Qeyd olunub ki, 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.
|
2023-11-30
| 809,068 |
Ermənilərə işləyən casusa hökm oxundu
|
Dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevə hökm oxunub. Axar.az xəbər verir ki, bu barədə hökm gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə elan edilib. Hökmə əsasən o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, Aydın Zəkiyevin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb. Məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürmüş, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanıb və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib. Aydın Zəkiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.
|
2023-11-30
| 809,069 |
Rusiya Tiflisi “alqışlamağa” başladı
|
Ermənistan dəmir yolu şəbəkəsini Rusiya ilə birləşdirən Cənubi Qafqaz dəmir yolunun Abxaziya hissəsinin blokdan çıxarılması üçün müvafiq şərtlər yetişməlidir. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib. Onun sözlərinə görə, ilk növbədə Rusiyanın müstəqil dövlət kimi tanıdığı Abxaziyanın özünün rəhbərliyində şərait yetişməlidir: “İkincisi, Rusiya-Gürcüstan münasibətlərinin şəffaf və proqnozlaşdırıla bilən olması lazımdır. İndi Gürcüstanın hazırkı rəhbərliyinin bütün sanksiya məsələlərinə kifayət qədər sakit münasibətini görür və bunu alqışlayırıq. Ancaq hələ də qət etməli olduğumuz bir yol var”.
|
2023-11-30
| 809,070 |
İsrailin 300 zirehli texnikası məhv edildi - Salami
|
Bizdə olan məlumata görə, sionist rejimin döyüş meydanında olan 1600 tank və zirehli transpartyorunun 300-ü məhv edilib, yüzlərlə döyüşçüsü isə öldürülüb. Axar.az xəbər verir ki, bu sözləri SEPAH-ın baş komandanı general-mayor Hüseyn Salami deyib. “İsraillilər bu xəbəri dərc etmirlər, orada xəbərlərə qarşı ciddi senzura var. Eşitdiyiniz tək şey fələstinlilər haqqındadır, sionist rejimin şəhərlərində baş verən iğtişaşlar barədə heç nə eşitmirsiniz. Lakin vəziyyət onların istədikləri kimi deyil, qat-qat pisdir”, - Salami bildirib.
|
2023-11-30
| 809,073 |
Nazarbayev ikinci ailəsi haqda ilk dəfə yazdı
|
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı memuarında ilk dəfə ikinci ailəsindən bəhs edib. Kult.az xəbər verir ki, bu barədə “Orda.kz” portalı məlumat yayıb. Kitabda Nazarbayevin ikinci xanımı - Asel İsabayeva ilə evliliyi və iki oğlu barədə etiraflar var. “Biz müsəlman adətləri ilə evlənmişik. Bu evlilik mənə iki uşaq – iki şərəfli oğlan verdi. Tauman 2005-ci, Bayken isə 2008-ci ildə anadan olub”, - Nazarbayev bildirib. Hətta Nazarbayevin 1962-ci ildə evləndiyi Sara adlı ilk xanımı da keçmiş prezidentin ikinci ailəsi barədə məlumatlı olub. Nəşrin məlumatına görə, kitab tezliklə satışa çıxarılacaq. Hələlik ilk nüsxələri siyasətçilər, ekspertlər və jurnalistlər əldə ediblər.
|
2023-11-30
| 809,078 |
Lavrov Mirzoyanla Skopyedə görüşdü
|
Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Skopyedə danışıqlar aparıblar. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında paylaşım edib. Məlumata görə, görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası çərçivəsində baş tutub. Danışıqların təfərrüatı hələlik açıqlanmayıb.
|
2023-11-30
| 809,081 |
Mustafayevlə Qriqoryan yenidən görüşəcək
|
Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəlinib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edək ki, noyabrın 30-da Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə erməni həmkarı Mger Qriqoryan iki ölkə sərhədində görüş keçiriblər.
|
2023-11-30
| 809,084 |
Bilmirik bizi NATO-ya götürəcəklər, ya yox... - Zelenski
|
Rusiyanın Ukraynaya bir daha hücum etməyəcəyinə və ölkəmizin NATO-ya qəbul edilib-edilməyəcəyinə heç kim təminat verə bilməz. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Təcrübəmizi bütün tərəfdaşlarımızla bölüşürük. Müharibədən keçən bir ölkə olaraq bir daha başlamamaq üçün onu bitirmək istəyirik. Və bunun necə olacağını dəqiq bilmirik. Bu həyatdır, bu da Rusiyadır. NATO-da olub-olmayacağımızı heç kim sizə deməyəcək. Təhlükəsizliyin yüksək olması üçün Ukrayna öz tərəfindən mümkün olan hər şeyi etməlidir”, - Zelenski bildirib.
|
2023-11-30
| 809,088 |
General aviabazanın ərazisində ağac əkdi - Foto
|
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsində “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov və dəstənin şəxsi heyətinin iştirakı ilə ağacəkmə aksiyası aviabazanın ərazisində təşkil olunub. Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman xüsusi əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Aksiyada müxtəlif növdə 600-dən çox ağac əkilib, həmçinin ərazidə təmizlik işləri aparılıb, yeni əkilmiş ağaclarla yanaşı əvvəlki illərdə əkilmiş ağaclara və gül kollarına aqrotexniki qulluq göstərilib.
|
2023-11-30
| 809,089 |
“Bir saata, 400 manat qazan” - Bakıda dələduzluq aksiyası
|
Bu gün ölkəmizdə baş verən kiberdələduzluq hadisələrinin başvermə səbəbi ölkədə maarifləndirmə səviyyəsinin aşağı olmasıdır. Bunu Axar.az-a açıqlamasında Kibertəhlükəsizlik Platformasının icraçı direktoru Şahin Alıyev deyib. “Kibermühitdə bir çox müdafiə üsulları, hücumlardan qorunma yolları və özünümüdafiə imkanları dələduzluq hallarında əsasən uğurlu nəticələr verir. Lakin bu təkcə Azərbaycana xas olan bir fikir deyil. Bütün dünyada insanların psixoloji boşluqlarını dəyərləndirərək edilən bu cür hücumlar əsasən çox uğurlu olur. Çünki insanlar hər zaman maddiyyata önəm verirlər və oturaraq pul qazanmaq, rahat gəlir əldə etmək istəyi onları bu cür hücumlar qarşısında zəif buraxır və bunun qarşısını ala bilmirlər”, - Alıyev bildirib. Həmin dələduzların tapılıb ortaya çıxarılması ilə bağlı danışan ekspert bildirib ki, əgər həmin şəxs ölkə ərazisindədirsə, onu tapmaq şəraiti yüksəkdir: “Təəssüf ki, günümüzdə bu kimi hallar xarici mobil telefon nömrələri ilə və xaricdə oturaraq baş verir. Və onların tapılması müşkül məsələyə çevrilir. Dələduzluq hallarında ən başlıca nüans insanların özləri tərəfindən şəxsi məlumatlarını paylaşması halları olur. Bu da təbii ki, dövlət mühafizəsinin təşkil olunmasında çətinlik yaradır. Banklarla da əlaqə saxlasanız, bilərsiniz ki, şikayətlərin çoxu şəxslərin öz fərdi kart hesablarını paylaşması ilə bağldır. Maddi qazanc əldə etmək üçün vətəndaşın hər hansı oyun portalına ödəniş etməsi, “1 saata 400 manat qazan” saxta aksiyalarına aldanması kimi faktlar kibercinayətkarlara şərait yaradır”.
|
2023-11-30
| 809,091 |
Silah paylamağa davam edəcəyik – Netanyahu
|
İsrail vətəndaşlarının silahlandırılması davam etdiriləcək. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib. “Mənim rəhbərlik etdiyim hökumət vətəndaşlara silah paylanmasını genişləndirməyə davam edəcək”, - o bildirib.
|
2023-11-30
| 809,093 |
Tam istədiyiniz marketlər 7-ci filialını açdı - Foto
|
Bu gün “Tamstore” marketlər şəbəkəsi Bakının Keşlə qəsəbəsində 7-ci filialının açılışını edib. Bundan öncə marketlər şəbəkəsinin Nərimanov, Xocasən, Xətai, Sulutəpə, Sumqayıt və Biləcəri filiallarının açılışı olmuşdu. “Tamstore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam keyfiyyət fəlsəfəsi ilə müştərilərinə xidmət göstərəcək. Marketlər şəbəkəsi 2023-2024-cü illərdə Bakı şəhəri ərazisində 50-dən çox marketin açılışını planlaşdırıb. Marketlər şəbəkəsi “mini”, “city” və “super” olmaqla üç formatda fəaliyyət göstərəcək. “Tamstore” ölkə iqtisadiyyatına, yerli sahibkarlığın və eyni zamanda istehsalatın inkişafına töhfə verməyi hədəfləyir. Marketlər şəbəkəsi eyni zamanda bazarda digər supermarketlərlə rəqabətdə birinci olmağı qarşısına məqsəd qoyub. Açılışla bağlı “100 məhsulda Tam 50% endirim!” sloqanı ilə 3 gün ərzində 100 məhsul tam yarı qiymətə və eyni zamanda 1000-lərlə məhsul isə müxtəlif endirimlərlə təklif olunacaq. Hər kəsi alış-verişdən zövq almaq üçün “TamStore” marketlər şəbəkəsinə dəvət edirik. #Tamstore #tamkeyfiyyət #tamxidmət #tamqiymət #tamyeninəfəs #market #supermarket https://www.youtube.com/@tamstore-az/videos
|
2023-11-30
| 809,096 |
Şəkidə bu universitetin fakültəsi açıldı
|
Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, rektor Hafiz Paşayevin təşəbbüsü ilə Şəki şəhərində ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin açılması haqqında qərar qəbul edilib. Axar.az xəbər verir ki, layihə İtaliyanın Politexnik Universiteti ilə birlikdə həyata keçirilir. Fakültə Şəki şəhərinin qədim hissəsində, Yuxarı Baş Dövlət Qoruğu ərazisində yerləşən və 1920-ci ildən etibarən uşaq evi kimi fəaliyyət göstərmiş tarixi binada yerləşəcək. Bina sovet işğalından əvvəl Zülfüqarovlar ailəsinə məxsus olub. Binanın bərpa işləri Azərbaycan və İtaliya memarlarının birgə səyi ilə həyata keçiriləcək. Bildirilib ki, Dizayn və memarlıq fakültəsi üçün məhz bu binanın seçilməsi heç də təsadüfi deyil. XX əsrin görkəmli maarifçilərindən biri, ədəbi tənqidçi, bolşevik repressiyasına məruz qalmış Firudun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım 1930-1953-cü illərdə məhz bu Uşaq Evində çalışıb və minlərlə kimsəsiz uşağa ana qayğısı göstərib. Binanın həyətində yeni tədris fakültəsinin açılması ilə bağlı keçirilən təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Bakı şəhərinin baş memarı Akif Abdullayev, Milli Məclis üzvləri Cavanşir Feyziyev və Vüqar İsgəndərov, alimlər və ziyalılar iştirak ediblər. ADA Universitetinin rektoru Hafiz Paşayev, Universitetin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd, elm və təhsil naziri E.Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, Şəki şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, İtaliyanın Politexnik Universitetinin professorları və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, ADA Universitetinin fakültəsinin Şəki şəhərində açılması şəhərin elmi-mədəni mühitinin canlanması üçün növbəti təkan olacaq.
|
2023-11-30
| 809,098 |
Kissincer Putinə hansı dərsi verib? – Markov
|
Rusiya Prezidenti Vladimir Putin Henri Kissincerin vəfatı ilə bağlı ABŞ-a başsağlığı teleqramı göndərib. Əlbəttə ki, teleqram prezident və ya dövlət katibinə deyil, xanım Kissincerə ünvanlanıb. O, Kissinceri görkəmli diplomat və müdrik dövlət xadimi adlandırıb. Kissincer Putinin intellektual dostu idi. Onlar arasında onlarla görüş keçirilib və saatlarla həmsöhbət olublar. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Putinin zəmanəmizin görkəmli siyasətçisi olması daha çox Kissincerlə bağlıdır. O, Putinə nələri çatdırıb? 1. Müdriklik çatdırmadı, əlbəttə, müdirkliyi çatdırmaq olmaz. Həm də bu, zatən Putinin özündə var. 2. Onun Putinə ötürdüyü təcrübə də deyildi, təcrübəni - yalnız bir qismini - ancaq müəllim şagirdə ötürə bilər. 3. Kissincer Putinə özünün və digər böyük siyasətçilərin təcrübəsindən dərs verdi. Faydalıdır. Bəs Putin Kissincerin bu təcrübə dərsindən necə istifadə etdi - özünüz qərar verin”, - o bildirib.
|
2023-11-30
| 809,099 |
Hərbçilər haqda yeni qanun polislərə də şamil ediləcək?
|
“Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarında müzakirə edilən dəyişikliklərlə bağlı millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bəzi sualları cavablandırıb. Axar.az millət vəkilinin müsahibəsini təqdim edir: - Dəyişikliklər hərbçilərin pensiya məbləğinə necə təsir göstərəcək? - Layihəyə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına əlavənin faizi 50-dən 65-ə qaldırılacaq. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər mövcud qaydalarla qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. - Hərbçilərin pensiyaya çıxma müddəti neçə il olacaq? - Qanun layihəsində hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 ildən 25 ilə çatdırılması təklif olunur. - Hərbçi indiyədək 17 və ya 19 il xidmət göstəribsə, bu dəyişikliklər onun 25 il deyil, 20 ildən sonra pensiyaya çıxmağına imkan verəcəkmı? - Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bu o deməkdir ki, pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və dəyişikliklər onlara təsir etmir. - Bu dəyişikliklər polislərə şamil olunurmu? - Dəyişikliklər yalnız hərbçi və hərbi statuslu vətəndaşlarımıza şamil olunur. Sadəcə, dəyişiklik polis sistemində hərbi statusla çalışanlara aid ediləcək. Məsələn, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında çalışanlara dəyişiklik şamil ediləcək. - Hərbçilər mülki ali məktəblərdə təhsil ala biləcəklərmi? - Hazırda bir çox ali təhsil müəssisəsində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti oqranının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər. - Ali təhsil müddəti ehtiyata buraxılma üçün nəzərdə tutulmuş müddətə daxil ediləcəkmi? - Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcəkdir. - Hərbi xidmətdə olmağın son yaş həddi dəyişdirilirmi? - Qanun layihəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.
|
2023-11-30
| 809,100 |
Qızılcaya yoluxanlara antibiotik vurmaq olmaz - Rəsmi
|
Qızılca xəstəliyi olan uşaq və böyüklər üçün antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir. Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, qızılcadan qorunmanın ən effektiv və yeganə yolu peyvənd olunmaqdır: "Qızılca sadəcə səpkidən ibarət bəsit infeksion xəstəlik deyil. Qızılca xəstələrində empirik antibiotik müalicəsi yalnız ağırlaşmış xəstələrdə ikincili bakterial infeksiya şübhəsi olduqda təyin olunmalıdır. Epidemioloji alovlanma dövründə xəstəxanaya müraciət edən bütün uşaqların immunizasiya statusu və Vitamin A təyinatı dəyərləndirilməli, qızılca əleyhinə peyvənddən geri qalan bütün uşaqlar peyvəndləməyə cəlb olunmalı, müvafiq vitamin A təyinatı verilməlidir”.
|
2023-11-30
| 809,103 |
Polşanın birinci xanımı Ermənistana gəldi
|
Polşa Prezidenti Andjey Dudanın arvadı Aqata Kornhauzer-Duda Ermənistanda səfərdədir. Axar.az xəbər verir ki, bu barədə Polşanın Ermənistandakı səfirliyi məlumat yayıb. Məlumata görə, onu İrəvan hava limanında Polşanın Ermənistandakı səfiri Pyotr Skveçinski, səfirin həyat yoldaşı və Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan qarşılayıb.
|
2023-11-30
| 809,105 |
Lavrovdan Mirzoyana: Səfiriniz təlimatsız işləyir? - Video
|
Xəbər verdiyimiz kimi, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Makedoniyanın paytaxtı Skopyedə keçirilən toplantısı çərçivəsində Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş baş tutub. Axar.az xəbər verir ki, görüş zamanı nazirlər arasında maraqlı dialoq yaşanıb. Lavrov Mirzoyandan görüşdə niyə səfirin olmadığını (Ermənistanın Avstriyadakı səfiri və ATƏT-dəki nümayəndəsi Armen Papikyan – red.) soruşub. O isə “bildiyim qədəri ilə tələb olunmayıb” cavabını verib. Lavrov isə Mirzoyanın cavabına “səfiriniz müstəqildir, təlimatsız işləyir” sualı ilə reaksiya verib.
|
2023-11-30
| 809,111 |
Bayramov İsveçrənin XİN başçısı ilə görüşdü
|
Xarici İşlər Naziri Ceyhun Bayramov İsveçrənin xarici işlər naziri Ignazio Cassis ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün sosial media hesabında qeyd edib. Biz ikitərəfli münasibətlərin perspektivlərini nəzərdən keçirdik və ən aktual qlobal xarici siyasət məsələlərinizi geniş müzakirə etdik", - deyə məlumatda qeyd olunub.
|
2023-11-30
| 809,114 |
Azərbaycanda qadını elektrik vurub öldürdü
|
Noyabrın 29-da Füzuli rayon sakini, 1969-cu il təvəllüdlü Zibeydə Mirzəyeva evinin həyətyanı sahəsində yerləşən transformatorun izolyasiya məntəqəsindən toyuq yumurtalarını götürərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
|
2023-11-30
| 809,117 |
Qarabağ Universitetində tədrislə bağlı mühüm açıqlama
|
Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq. Axar.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. O bildirib ki, ali məktəbdə 1000 tələbənin təhsil alması planlaşdırılır. Nazir eyni zamanda qeyd edib ki, professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndiyə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur: "30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar". E.Əmrullayev vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında I kurs tələbələri, SABAH qruplarında təhsil alan gənclərin orada təhsil alması mümkün olacaq: "Bundan başqa, mübadilə proqramları və ya ikili diplom proqramları da işlək olacaq. I mərhələdə 4 fakültənin olması planlaşdırılır. Növbəti mərhələdə ixtisas seçimlərinin sayı artırılacaq".
|
2023-11-30
| 809,122 |
Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar...
|
Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb. Axar.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq. Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Komputer elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi. Nazir söyləyib ki, növbəti mərhələdə ixtisas seçimlərinin sayı artırılacaq.
|
2023-11-30
| 809,123 |
İttifaq ölkələrinin SSRİ-dən çıxması qanunsuzdur - Fedorov
|
Beynəlxalq hüquq baxımından keçmiş SSRİ-nin bütün ölkələrinin İttifaqdan çıxması qeyri-legitimdir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov “İnfo24”-ə müsahibəsi zamanı Qazaxıstanda “Vaqner”in tərkibində döyüşən muzdluya həbs cəzası verilməsi haqqında danışarkən deyib. “Qazaxıstan daim Rusiyadan uzaqlaşır. Belə də olmalıdır. Bu, Qazaxıstan rəhbərliyinin siyasəti deyil, 1991-ci ildə hüquqi mənada düzgün olmayan qərarların səbəb olduğu obyektiv prosesdir. Heç kimə sirr deyil ki, Qazaxıstan SSRİ-ni qeyri-qanuni şəkildə tərk edib. Qanunsuz olan hər şey həmişə mübahisəlidir. Keçmiş SSRİ respublikalarının legitimliyini şübhəli hesab etmək üçün əsaslar var”, - deyə deputat bildirib. Fedorov NATO-ya daxil olmamaq və antirusiya xarakterli hərbi quruculuqla məşğul olmaqdan imtina şərtlərinin əksini tapdığı müəyyən birgə beynəlxalq hüquqi sənədlərin imzalanmasını vacib hesab etdiyini qeyd edib. O, yalnız bu yolla postsovet respublikalarının Rusiyaya qarşı düşmənçilik fəaliyyətlərinin dayandırılmasının mümkünlüyünü vurğulayıb. Deputat eyni zamanda sözügedən ölkələrlə hüquqi münasibətlərin Vladimir Putinin müəyyən etdiyi “qırmızı xətlər” prinsipləri əsasında qurulmasını təklif edib. Qeyd edək ki, Qazaxıstanda “Vaqner”in tərkibində vuruşduğu üçün Aleksandr Şompolov adlı vətəndaş həbs cəzası alıb. O, konstitusiya quruluşunu və Ukraynanın ərazi bütövlüyünü pozmaqda ittiham edilib.
|
2023-11-30
| 809,125 |
"Bakcell"in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir
|
Ölkənin ən böyük özəl operatoru olan Bakcell “InMerge İnnovasiya Sammiti”nin “Sürət və Telekom partnyoru” olaraq bir daha innovasiyalara öz dəstəyini göstərib. 30 noyabr - 1 dekabr 2023-cü il tarixlərini əhatə edən regionun ən böyük sammiti Bakı Konqres Mərkəzində “PAŞA Holdinq”in təşkilatçılığı, Bakcell şirkətinin aparıcı sponsorluğu ilə ilk günü geridə qoyub. İnnovasiya və yüksək texnoloji yeniliklərə sarsılmaz dəstəyi ilə tanınan Bakcell artıq 3-cü ildir ki, innovasiya tədbirlərinə sponsor olaraq öz dinamik rolunu qoruyur. Sammitin məqsədi texnologiya sahəsində aparıcı liderləri, şirkətləri, eləcə də innovasiya yönümlü startapları bir araya toplamaq, regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir. Tədbirin ilk günü telekommunikasiya vertikalında Bakcell-in Baş icraçı direktoru Klaus Müller öz bilik və təcrübəsini auditoriya ilə bölüşüb, iştirakçılarla faydalı fikir mübadiləsi aparıb. “Telekommunikasiya sektorunda daim innovativ həllərlə fərqlənən bir şirkət kimi bu tədbirin “Sürət və Telekom partnyoru” olmaqdan qürur duyuruq. Ötən müddət ərzində ən müasir səs texnologiyası olan VoLTE-ni, yenilənmiş Bakcell tətbiqini abunəçilərin ixtiyarına verərək, telekommunikasiya sektorunda ciddi addımlar atmışıq. Uğurlarımızın nəticəsi olaraq 2023-cü ildə Ookla® şirkəti tərəfindən “Speedtest” mükafatına layiq görülərək “Azərbaycanın ən sürətli operatoru” adını almağa layiq görülmüşük. Bakcell olaraq qarşıdakı dövrdə ən qabaqcıl texnologiyaların ölkəyə gətirilməsində genişmiqyaslı fəaliyyətimizi daha da gücləndirəcəyik.” - deyə Klaus Müller bildirib. Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
|
2023-11-30
| 809,127 |
Hamımızın başına bu cür hadisələr gəlib - Nazir
|
Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdin xəsarət almasına münasibət bildirib. Axar.az xəbər verir ki, nazir noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, məktəblərdə şagirdlər arasında dava və ya toqquşma halları olur, yəqin bundan sonra da olacaq. "Təbii ki, biz bunu istəmirik. Çünki hamımız məktəbdə oxumuşuq, başımıza bu cür hadisələr gəlib. Məktəb direktorları üzərinə düşən işləri görməlidir. Biz də yekunda günahı olan barədə tədbir görürük", - o qeyd edib. Qeyd edək ki, Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb. Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər.
|
2023-11-30
| 809,128 |
Məktəblərdə qızılcaya yoluxma - Nazirdən reaksiya
|
Məktəblərdə qızılcaya yoluxma ilə bağlı vəziyyət izlənilir. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. O bildirib ki, qızılcaya yoluxma ilə bağlı təsdiqlənmiş saylar çox deyil: "Bəzən başqa simptomlarla qızılca səhv salınır. Ona görə həkimə müraciət edilməsi tövsiyə olunur. Hazırda şayiə və faktlar arasında qalmışıq. Bəzi məktəblərdə əsası olmadan rəqəmlər deyilir. Əksər məktəblərdə ciddi problem müşahidə etmirik. Sadəcə şayiə xarakterli rəqəmlər səsləndirilir". E.Əmrullayev valideynlərə çağırış edib: "Valideynlər övladlarını mütləq qızılca və digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksin vurdurmalıdır. Ən qısa zamanda xüsusilədə aşağı yaşlı şəxslər peyvənd olunmalıdır".
|
2023-11-30
| 809,133 |
Bakıda temperatur 0 dərəcəyə düşəcək
|
Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin arabir güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın olacağı, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-34 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm). Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-48 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 6 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).
|
2023-11-30
| 809,134 |
8-ci km Ticarət Mərkəzi ləğv olunur
|
8-ci km Ticarət Mərkəzi MMC ləğv olunduğunu elan edib. Axar.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxiçavanski küçəsi, 38 K ünvanına bildirə bilərlər. Xatırladaq ki, "8-ci km Ticarət Mərkəzi" 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,031 milyon manatdır.
|
2023-11-30
| 809,135 |
Zelenski Zalujnı ilə açıq qarşıdurmaya gedir
|
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında yayda başlayan fikir ayrılığı açıq qarşıdurmaya keçib. Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri məlumat yayıb. Nəşr Ukrayna ordusunun uğursuz əks-hücumunu və Zelenski ilə Zalujnı arasındakı münasibətləri dəhşətli dərəcədə pis adlandırıb: “Bu qarşıdurmanı proqnozlaşdırmaq olardı, çünki həm ölkədə, həm də Qərbdə böyük ümidlər bəslənən Ukrayna əks-hücum əməliyyatı plan üzrə getmədi, uğursuz oldu. Zelenskinin komandasının fikrincə, Zalujni prezidentin nikbin bəyanatlarına zidd bəyanatlar verməklə özünü ağılsız apardıqdan sonra vəziyyət daha da pisləşib. Hazırda prezident və ordunun baş komandanı bir-birini ittiham edir, əks-hücumun uğursuzluğuna görə məsuliyyəti bir-birinin üzərinə atmağa çalışırlar. Qələbənin atası çox olur, lakin heç kim ümidsiz vəziyyəti üzərinə götürmək istəmir”. Nəşr yazıb ki, Zalujnının adı Ukraynanın cənubunun təslim olması işində şahid qismində keçir: “Zalujnını mümkün qədər nəzarət altında saxlamaq üçün Zelenskinin komandasına cinayət işi lazımdır. Zalujnı da öz növbəsində mümkün ittihamlardan sığortalanmaq üçün mətbuatda fəallaşıb. Maraqlıdır ki, bütün bunlara baxmayaraq, ordunun baş komandanı heç vaxt siyasi ambisiyaları olduğunu açıqlamayıb. Lakin Zelenski gələn il seçki keçirməkdən imtina edir və görünür, Zalujnı ilə rəqabətdən qorxur. Ukraynada sorğulara görə, Zelenskiyə inanan ukraynalıların sayı 32 faizdən bir qədər çoxdur. Zalujnıya etibar edənlər isə 70 faizə çatıb. Hətta Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun reytinqi də Zelenskidən daha yüksəkdir - 45 faiz”.
|
2023-11-30
| 809,136 |
Məktəblər qızılcaya görə bağlanacaq? - Nazir
|
Hazırda qızılcaya yoluxma ilə bağlı rəsmi saylara görə məktəblərdə qapanmağa getməyi planlaşdırmırıq. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, növbəti günlərdə təhlillərə əsasən, kütləvi yoluxma olsa, distant təhsilə keçmək barədə qərar verilə bilər: “Hazırda bütün məlumatlar toplanılır. Ayrı-ayrı məktəblərdən bu tipli məlumatlar daxil olur. Amma say təşvişə səbəb olacaq həddə deyil. Aidiyyəti qurumlarla birgə işləyirik. Mütəxəssislərin tövsiyəsi ilə kütləvi yoluxma olsa və təhlükəli hal qeydə alınsa, sinif və ya məktəb distant təhsilə keçid edə bilər”.
|
2023-11-30
| 809,138 |
İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
|
17:08 BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan ilə görüşüb. Axar.az xəbər verir ki, dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-ə ev sahibliyi etməsi və bu tədbirin yüksək səviyyədə təşkil olunması münasibətilə Şeyx Məhəmməd bin Zayed ən-Nəhyana təbriklərini çatdırdı. Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olundu. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və onun açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirildi. Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarla imzalanmış sazişlərə uyğun olaraq bərpaolunan enerjinin 10 qiqavata çatdırılacağı vurğulandı. Söhbət zamanı ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti qeyd edildi, bunun iqtisadi-ticari əlaqələrimizin və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi bildirildi. SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti – ADNOC arasında uğurlu əməkdaşlığın və birgə layihələrdə iştirakın əhəmiyyəti vurğulandı. Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətinin Azərbaycan ilə limanlararası, gəmiçilik, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu, Orta Dəhliz istiqamətində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın böyük perspektivlərinin olduğu qeyd edildi. Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu. Görüşdə regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
|
2023-11-30
| 809,139 |
"Abzas Media" işi ilə bağlı daha bir jurnalist saxlanıldı
|
Jurnalist Nərgiz Absalamova saxlanılıb. Axar.az Unikal-a istinadən xəbər verir ki, o, "Abzas Media" işi ilə bağlı dindirilir.
|
2023-11-30
| 809,141 |
Ceyhun Bayramov NATO rəsmisi ilə görüşdü
|
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb. Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq məsələlər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların perspektivləri müzakirə edilib. Görüş zamanı Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib. Nazir Ceyhun Bayramov 24 saatdan az müddətdə Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
2023-11-30
| 809,144 |
Elm və Texnologiya Parkı ləğv olunur
|
Azərbaycan Milli Elmlər Akademiyasına məxsus Elm və Texnologiya Parkı MMC ləğv olunduğunu elan edib. Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 30, mənzil 109 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Elm və Texnologiya Parkı” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı isə 50 manatdır.
|
2023-11-30
| 809,145 |
645-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
|
Rusiya müharibənin 645-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 544 təyyarəsi, 255 helikopteri, 9310 PUA-sı, 442 zenit-raket kompleksi, 13 712 tank və digər zirehli texnikası, 1187 reaktiv yaylım atəş sistemi, 7205 artilleriya və minaatanı, 15 781 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
|
2023-11-30
| 809,147 |
Müəllimə qızıl hədiyyəsi vermək ayıbdır - Nazir
|
Müəllimə dəyər vermək lazımdır, bunu açıqca və ya gül dəstəsi ilə etmək olar. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. O bildirib ki, qızıl hədiyyəsi düzgün deyil: "Biz hədiyyə məsələsinə yalnız şikayət olacağı təqdirdə müdaxilə edə bilərik. Amma bütün valideynlərə təzyiq göstərə bilmərik. 8 Mart - Beynəlxalq Qadınlar Bayramı ərəfəsində valideynlərə müraciət etdim ki, müəllimə pul verməyin. Amma nə müşahidə etdik? Valideynlər yenə də hədiyyə verdi. Hesab edirəm ki, valideynlərdə davranış mədəniyyəti hələ də tam formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz. Müəllimə hansısa məclisdə qızıl verirlərsə, nazir olaraq bunun qarşısını necə ala bilərəm? Müəllimə diqqət göstərmək ayıb deyil, açıqça, gül vermək olar. Amma qızıl vermək ayıbdır. Biz bunu qınaya bilərik".
|
2023-11-30
| 809,149 |
Qarabağ Universitetində erməni müəllimlər çalışacaq?
|
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə Qarabağ Universitetində erməniəsilli müəllimlərin çalışması məsələsi ilə bağlı verilən sualı cavablandırıb. Axar.az xəbər verir ki, nazir Azərbaycanın hər zaman tolerant ölkə olduğunu bildirib. Nazir hesab edir ki, Azərbaycan təhsilində eyni yanaşma olub və olacaq.
|
2023-11-30
| 809,153 |
"Rəqəmsal Ödənişlər Dialoqu" keçirildi
|
Ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verən ABB-nin və KPMG Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə Rəqəmsal Ödənişlər Dialoqu keçirilib. Tədbirin əsas mövzusu ödəniş sistemləri ilə bağlı yeniliklərə, o cümlədən bu yeniliklərin hüquqi tənzimlənməsi məsələlərinə həsr edilib. Rəqəmsal Ödənişlər Dialoqunda müxtəlif dövlət və özəl qurumların, məhkəmələrin təmsilçiləri, ABB-nin korporativ müştərilərindən bir qrupu, ayrı-ayrı bankların nümayəndələri, eləcə də xarici ölkələrdən gəlmiş ekspertlər iştirak ediblər. Axar.az xəbər verir ki, tədbirdə ödəniş sistemləri ilə bağlı yerli və xarici təcrübəyə diqqət yönəlib. Ödəniş xidmətlərində yeni tənzimləmələr, onların maliyyə institutlarına təsiri, elektron pulun tənzimlənməsinin hüquqi aspektləri ilə bağlı ətraflı məlumatlar verilib. Elektron ödənişlərdə lisenziyalaşdırma və nəzarət, məsafədən bank və ödəniş xidmətləri, rəqəmsal ödəniş ekosistemində rəqabət və inkişaf məsələlərinə nəzər yetirilib. Rəqəmsal Ödənişlər Dialoqunda Türkiyənin fintek sektoru ilə bağlı da təcrübə mübadiləsi aparılıb. Açıq Bankçılıq dövründə ödəniş bazarı, postsovet məkanında ödəniş tendensiyaları təhlil edilib. Müxtəlif suallar ətrafında polemikalar aparılıb. Belə dialoqlarda məqsəd sahənin mütəxəssislərini bir araya gətirmək, rəqəmsal ödənişlərlə bağlı yenilikləri bölüşmək, gələcək üçün faydalı tərəfdaşlıqlar qurmaqdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. KPMG Azərbaycanın təklif etdiyi xidmətlər barədə məlumatları https://kpmg.com/az/en/ rəsmi internet səhifəsindən və ya (012) 404 89 10 nömrəsi ilə əlaqə saxlayaraq, həmçinin rəsmi Facebook, Instagram və LinkedIn səhifələrindən əldə edə bilərsiniz.
|
2023-11-30
| 809,154 |
Nazir açıqladı: 6 günlük dərs həftəsi...
|
Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur. 5 günlük dərs həftəsi ilə həmin məktəblərdə sıxlıq daha çox ola bilər. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, elə məktəblər də var ki, onların 6 günlük ənənəsi var və bunu davam etdirir: "Biz də buna razı oluruq".
|
2023-11-30
| 809,155 |
Qüdsdə terakt: HƏMAS məsuliyyəti öz üzərinə götürdü
|
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadası Qüdsdə baş verən teraktla bağlı məsuliyyəti öz üzərinə götürüb. Axar.az xəbər verir ki, bu barədə briqadanın məlumatında deyilir. Qeyd edək ki, Qüdsdə avtobus dayanacağında baş verən silahlı atışma zamanı 3 nəfər ölüb, 5-i yaralanıb.
|
2023-11-30
| 809,156 |
Blinken Netanyahu ilə görüşdü
|
ABŞ Dövlət katibi Entoni Blinken Qüdsə səfəri zamanı İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb və onunla girovların azad edilməsi səylərini müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Qeyd olunur ki, Blinken və Netanyahu həmçinin humanitar yardımın çatdırılması imkanlarını da müzakirə ediblər.
|
2023-11-30
| 809,157 |
Roma Papası səhhəti ilə bağlı açıqlama verdi
|
Roma Papası Fransisk sağlamlığı barədə danışıb. Axar.az xəbər verir ki, o, kəskin və yoluxucu bronxit olduğunu bildirib. “Məndə çox kəskin və yoluxucu bronxit var, amma artıq qızdırmam yoxdur. Allaha şükür, pnevmoniya deyil. Gördüyünüz kimi, salamatam. Həkimlər mənə Dubaya getməyə icazə vermədi. Hələ də antibiotiklər və buna bənzər vasitələr qəbul edirəm. Profilaktik təbabəti çox sevirəm, çünki o, prosesin qarşısını alır. Daha çox danışa bilmədiyim üçün üzr istəyirəm”, - deyə Roma Papası vurğulayıb. Qeyd edək ki, Papa Fransisk səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyəcək.
|
2023-11-30
| 809,158 |
İsrail İspaniyadakı səfirini geri çağırdı
|
İsrail İspaniyanın Baş naziri Pedro Sançesin bəyanatlarına görə Madriddəki səfirini geri çağırıb. Axar.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen X sosial şəbəkəsində yazıb. “Əsassız ittihamları təkrarlayan İspaniya Baş nazirinin sözlərindən sonra mən oradakı səfirimizə zəng etdim və məsləhətləşmələr üçün Yerusəlimə (Qüds) qayıtmasını söylədim”, - o vurğulayıb.
|
2023-11-30
| 809,159 |
BƏƏ prezidenti Azərbaycana səfər edəcək
|
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanı Azərbaycana səfərə dəvət edib. Axar.az xəbər verir ki, dəvət məmnunluqla qəbul olunub.
|
2023-11-30
| 809,161 |
Bakının bu rayonlarında su olmayacaq
|
Su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr saat 20:00-dan 1 dekabr səhər saatlarına qədər Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə Axar.az-a Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
|
2023-11-30
| 809,164 |
Bu dönərxanalara məhdudiyyət tətbiq edildi
|
Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin müfəttişləri dönər satışı həyata keçirilən qida obyektlərində növbəti plandankənar yoxlamalar aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi həyata keçirilib. Monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış dönərxanalarda aparılan yoxlamalar nəticəsində bir sıra iaşə obyektləri ilə bağlı tədbirlər görülüb: - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunda fəaliyyət göstərən dönərxana; - Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 149 ünvanında fəaliyyət göstərən “Baku Dönər”; - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən "Lyuks Dönər”; - Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, ev 16G ünvanında fəaliyyət göstərən "Canım Lahmacun"; - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şəhərtipli qəsəbəsi, X.Vəliyev küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən "Döneritto”. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
|
2023-11-30
| 809,165 |
MM Azərbaycanla bağlı bu bəyanatı pislədi
|
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat verib. Axar.az-ın xəbərinə görə, bəyanatda deyilir: “Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında Azərbaycanla bağlı öz əksini tapmış beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş gülünc və qərəzli fikirləri qətiyyətlə rədd edir. Hesabatda çoxlu sayda köhnəlmiş, hətta artıq Ermənistanın belə istifadə etmədiyi terminologiyanın yer alması onu deməyə əsas verir ki, Avropa Parlamentinin bölgədəki reallıqlardan heç bir anlayışı yoxdur. Avropa Parlamentində olan həmkarlarımıza xatırladırıq ki, “Dağlıq Qarabağ münaqişəsi”, “Laçın dəhlizi” kimi artıq keçmişdə qalmış məsələlərə istinad olunması tamamilə məntiqsizlikdir. Avropa Parlamentinin deputatlarının Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı çağırışı təhlükəli geosiyasi rəqabətin Cənubi Qafqaz regionuna gətirilməsi cəhdi kimi yolverilməzdir və onların bəlli dairələrin Azərbaycana qarşı düşmənçilik fəaliyyətində alətə çevrildiyini göstərir. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəliyin məhz Ermənistan tərəfindən yerinə yetirilməməsi bu hesabatların müəlliflərinə çox yaxşı məlumdur. Bununla belə, bu müddət ərzində Ermənistanın dağıdıcı əməlləri Avropa Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən pislənilməmişdir. Qəbul edilmiş sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək ona qarşı sanksiyaların tətbiqinə çağırışların yer alması Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin məsələlərə ikili standartlar, dini və etnik simpatiya əsasında yanaşmasının, korrupsiyaya bulaşmasının bariz göstəricisidir. Azərbaycan özünün suveren ərazilərində “boz zona”ya son qoyulması məqsədilə əməliyyat aparmağa görə heç kimdən icazə almır. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri ilə bağlı narahatlıqlarını ifadə edən, onların hüquqlarının pozulduğunu iddia edən komitə Ermənistandan, habelə vaxtilə işğal edilən Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasına, Xocalı soyqırımının törədilməsinə və Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasına susmaqla Azərbaycanofobiya və İslamofobiya siyasətlərini bir daha sübut etmiş oldular. Qarabağda guya ermənilərə aid olan mədəni irsin qorunmasını utanmadan təşviq edən, özlərini “demokratiya keşikçiləri” sayan deputatlara məsləhət görərdik ki, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə və saxtalaşdırmağa yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllərinə diqqət yetirsinlər. Uzun illər ərzində Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsə qarşı törədilmiş kulturisidin araşdırılması üçün bu ölkəyə UNESKO missiyasının göndərilməsini tələb etsinlər. Avropalı deputatlar öz məsuliyyətsiz hərəkətləri ilə Azərbaycanın tarixi qələbəsi nəticəsində bölgədə yaranmış və beynəlxalq hüquqa tam uyğun olan yeni reallıqlar əsasında sülh prosesinə əngəllər törədirlər. Sözügedən sənədlərdə deputatların enerji sahəsində anlaşmanı və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmaq istiqamətində çağırışlarına gəldikdə isə, avropalı həmkarlarımız başa düşməlidirlər ki, Azərbaycanla hədə-qorxu dili ilə danışmaq, onu təhdid etmək heç bir nəticə verməyəcəkdir. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin hazırladığı sözügedən kağız parçalarının heç bir hüquqi qüvvəsinin və çəkisinin olmadığını bildirir və Azərbaycan əleyhinə fəaliyyətə son qoyulmasını tələb edir”.
|
2023-11-30
| 809,170 |
Türk ordusu daha 24 ay bu ölkədə qalacaq
|
Türkiyə hərbi kontingentinin Liviyada qalma müddəti daha 24 ay müddətinə uzadılıb. Axar.az xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisi (TBMM) səs çoxluğu ilə müvafiq qətnamə qəbul edib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentə Türkiyə bölmələrinin Liviyada qalma müddətinin uzadılması üçün parlamentə müraciət etmişdi.
|
2023-11-30
| 809,174 |
Beş güləşçimiz dünya çempionatında medal qazandı
|
Azərbaycanın daha 5 güləşçisi Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında medal qazanıb. Axar.az-ın məlumatına görə, bu gün mübarizəyə qoşulan 7 təmsilçimizdən 5-i fəxri kürsüyə yüksəlib. Ruzanna Məmmədova (59 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medala yiyələniblər. Bu gün çıxış edən digər milli üzvlərindən Zəfər Əliyev (97 kq) və Rahid Həmidli (125 kq) məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər. Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) ikinci, Nərgiz Səmədova (55 kq) isə üçüncü yeri tutub.
|
2023-11-30
| 809,175 |
Mişustin Əli Əsədovu təbrik etdi
|
Rusiyanın Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, M.Mişustin Əli Əsədovu doğum günü münasibətilə təbrik edib. “Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığını da müzakirə ediblər", - məlumatda qeyd edilib. Söhbət zamanı tərəflər MDB məkanında qarşılıqlı əlaqələrin gücləndirilməsindən də danışıblar.
|
2023-11-30
| 809,176 |
Binəqədidə yanğın: Bina nəzarətə götürüldü - Video
|
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal keçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub. Yanğınla əlaqədar yaşayış binası polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb. DİN-in mətbuat xidmətindən bildirilib ki, sakinlərin əmlakı mühafizə altındadır, əraziyə nəzarət artırılıb. Müvafiq tədbirlər davam etdirilir.
|
2023-11-30
| 809,177 |
Gömrükdə vakant vəzifələrlə bağlı müsabiqə başladı
|
Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrindəki vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədilə növbəti daxili müsabiqə keçirilir. Bu barədə Axar.az-a Komitədən məlumat verilib. Daxili müsabiqənin məqsədi gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılması, gömrük sistemində çalışan potensiallı, səriştəli kadrların müəyyənləşdirilməsi və vakant vəzifələr üzrə kadr ehtiyacının ödənilməsidir. Müsabiqədə iştirak etmək üçün ümumilikdə 536 namizəd müraciət edib və tələblərə cavab verən 333 nəfər daxili müsabiqənin “Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi”, 40 nəfəri isə birbaşa “Situativ və panel müsahibə” mərhələsində iştirak hüququ qazanıb. “Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi” üzrə imtahan 2023-cü il dekabrın 2-də keçiriləcək.
|
2023-11-30
| 809,179 |
Daha iki girov İsrailə təhvil verildi
|
Qəzzada saxlanılan daha iki girov azad edilərək İsrail ordusuna təhvil verilib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təhvil-təslim prosesi Qəzza zolağı ilə sərhəddəki təhlükəsizlik səddinin yaxınlığında baş tutub.
|
2023-11-30
| 809,180 |
Braziliya OPEK-ə qoşulacaq
|
Braziliya 2024-cü ilin yanvarından “OPEK+” alyansına qoşulacaq. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Hazırda “OPEK+”a 23 ölkə, o cümlədən dünyanın ən böyük neft istehsalçıları Rusiya və Səudiyyə Ərəbistanı daxildir.
|
2023-11-30
| 809,181 |
Rusiyada partlayış: 12 hərbçi öldü
|
Rusiyanın Rostov vilayətində hərbi təlim poliqonunda partlayış baş verib. Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə 12 hərbi qulluqçu ölüb. Hadisə noyabrın 3-də Rostov yaxınlığındakı Kuzminski hərbi poliqonunda baş verib. İlkin səbəb kimi təhlükəsizlik qaydalarına əməl edilməməsi göstərilir.
|
2023-11-30
| 809,182 |
MM sədri Almaniyada Vadephul ilə görüşdü
|
Milli Məclisin sədri Sahibə Qafarova Berlində Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, söhbət zamanı Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafında qanunverici orqanların birgə işinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Parlamentarilər, o cümlədən dostluq qrupları arasında təmasların artırılmasının önəmi diqqətə çatdırılıb. Azərbaycan parlamenti sədrinin Almaniyaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyinə inam ifadə olunub. Görüşdə Milli Məclisin sədri regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi bərpa və quruculuq işləri, ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri haqqında da məlumat verib.
|
2023-11-30
| 809,183 |
ABŞ Türkiyəni hədələyir: Rusiya və HƏMAS-a görə...
|
ABŞ administrasiyası Rusiya və HƏMAS hərəkatına "dəstəyi"ndən dolayı Türkiyəni məhdudlaşdırıcı tədbirlərlə hədələyir. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Bildirilib ki, Qərbin antirusiya məhdudiyyətlərindən yayınarsa, türk şirkətləri və türkiyəlilər sanksiya siyahısına daxil olmaq riski ilə üzləşə bilər.
|
2023-11-30
| 809,190 |
ATƏT Bakı və İrəvana platforma təklif etdi
|
ATƏT sədrliyi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş dialoqu dəstəkləyib. Axar.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Skopyedə keçirilən iclasda deyib. "Sədrlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin əldə edilməsinə yönəlmiş siyasi prosesin davam etdirilməsini dəstəkləyir", - o bildirib. Osmani əlavə edib ki, ATƏT konstruktiv dialoq üçün platforma təklif edir.
|
2023-11-30
| 809,192 |
Azərbaycanı "OPEK+"un iclasında o təmsil etdi
|
Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. Energetika Nazirliyindən Axar.az-a verilən məlumata görə, iclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən “OPEK+”a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1 110 min barrel, Konqoda 277 min barrel, Nigeriyada isə 1 500 min barrel həcmində olmasını nəzərdə tutur. Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. Nazir OPEC və qeyri-OPEK ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib. Qeyd edək ki, gələn il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir. “OPEK+”un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.
|
2023-11-30
| 809,193 |
Dünyada milyarderlərin sayı artdı
|
Dünya üzrə milyarderlərin sayı 2022-2023-cü illər arasında 7 faiz artaraq 2376-dan 2542-yə, sərvətləri isə 9 faiz artaraq 11 trilyon ABŞ dollarından 12 trilyon ABŞ dollarına yüksəlib. Axar.az xəbər verir ki, bu barədə İsveçrənin UBS bankının saytında "Milyarderlərin 2023-cü il üçün ambisiyaları" adı ilə dərc olunan hesabatda deyilir. UBS hesab edir ki, innovativ texnologiya və səhiyyə şirkətləri olan milyarderlər son 10 ildə ən çox sərvətə sahib olsalar da, sənaye şirkətləri olan milyarderlərin sərvətində 15 faiz yaxşılaşmanın əlamətləri var: “Bu, çox güman ki, bir neçə ölkədə enerji keçidi və artan müdafiə xərcləri fonunda davam edəcək”. Məlum olub ki, ötən il sərvət toplayan milyarderlərin əksəriyyəti bunu sahibkarlıq yolu ilə deyil, miras yolu ilə əldə ediblər: “Bu, növbəti 20 ildə daha çox qarşılaşa biləcəyimiz mövzudur, çünki mindən çox milyarder öz övladlarına təqribən 5,2 trilyon ABŞ dolları köçürür”.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.