date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-11-30
| 809,194 |
Mirzoyan ATƏT tribunasında Bakıya qarşı nələr dedi…
|
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu toplantısında çıxışını bütünlüklə Azərbaycana qarşı təbliğata həsr edib. Axar.az xəbər verir ki, o, “əsas səbəbləri nifrət və ksenofobiya, öz ata-baba yurdunda azad və ləyaqətlə yaşamaq istəyən insanlara ontoloji təhlükə yaradan Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsi”nin bu il son mərhələsinə çatdığını bildirib. İddia edib ki, “doqquz aydan çox davam edən qeyri-insani mühasirə”dən sonra, sentyabrın 19-da Azərbaycan “Dağlıq Qarabağ əhalisi”nə qarşı növbəti genişmiqyaslı hərbi hücum həyata keçirib və bu, “Dağlıq Qarabağ”ın yerli əhalisinin kütləvi surətdə “məcburi köçkün”ə çevrilməsinə səbəb olub. “İndiki məqamda qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq ictimaiyyətin səssiz razılığı ilə “Dağlıq Qarabağ” ərazisini erməni əhalisi olmadan əldə etmək kimi çoxdankı məqsədinə nail olub. Lakin bu ediləndən sonra da Azərbaycan tərəfinin tələbləri dayanmadı. indi Ermənistan Respublikasının bütün suveren ərazisi qonşumuzun hədəfinə çevrilib. Davamlı nifrət, hərbi ritorika, gücdən istifadə və güc təhdidi, müxtəlif beynəlxalq aktorlar, o cümlədən ABŞ və AB tərəfindən təşkil edilən görüşlərdə iştirakdan imtina ilə bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında həqiqətən maraqlı olmadığını göstərir”, - deyə Mirzoyan Bakıya qarşı təbliğatını davam etdirib. Mirzoyan “humanitar fəlakətə baxmayaraq”, Ermənistanın Cənubi Qafqazda yeni sülh dövrünün açılmasına sadiq olduğunu da vurğulayıb: “Bu fürsəti reallığa çevirmək üçün bizə hərtərəfli işlənmiş və məlum prinsiplərə əsaslanan səylərimizə Azərbaycanın qarşılıqlı səmimi iştirakı və beynəlxalq aktorların güclü dəstəyi lazımdır. Azərbaycan tərəfindən geniş müzakirə olunan və qəbul edilən və ya ən azı rədd edilməyən həmin prinsiplərə aşağıdakılar daxildir: - 1991-ci ilə əsaslanan ərazi bütövlüyünün qarşılıqlı tanınması - Almatı Bəyannaməsi əsasında və qeyri-müəyyənlik olmadan; - SSRİ Baş Qərargahının 1974-78-ci il xəritələrinə əsaslanan Ermənistanla Azərbaycan arasında ən son və qanuni dövlət sərhədinin demarkasiyası; - ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, habelə bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması. Ermənistan yuxarıda göstərilən prinsiplərə sadiqliyini bir daha təsdiqləyir”. Mirzoyan “Sülh qovşağı” adlandırdıqları layihədən də bəhs edib və Ermənistan-Türkiyə sərhədinin açılmasının həlledici olduğunu bildirib: “Biz quru sərhədinin 3-cü ölkə vətəndaşları və diplomatik pasportlara malik olan Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasına dair razılığa gəlmişik, bunu oktyabrın 23-də ikitərəfli görüşümüz zamanı nazir Fidan bir daha təsdiqləyib. Hətta qarşıdan gələn həftələri nəzərə alaraq aydın tarixlər də qeyd olunub və ümid edirik ki, yaxın gələcəkdə biz bu ilk, lakin kifayət qədər hiss olunan addımı atacağıq”. Mirzoyan “sentyabrın 19-dan sonra həbs edilənlər də daxil olmaqla”, bütün erməni əsir və məhbusların azad edilməsi, itkin düşənlərin taleyinin aydınlaşdırılmasında əməkdaşlıq, Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsinin qorunmasında da ATƏT-dən yardım istəyib. “Ermənistan danışıqlara hazırdır və bizə lazımdır ki, Azərbaycan vasitəçilərin görüşmək və sülh sazişini yekunlaşdırmaq təkliflərini rədd etməyi dayandırsın. Bu məqsədə nail olmaq üçün Cənubi Qafqazda zorakılıq səhifəsini çevirmək və beynəlxalq qanunlara əsaslanan nizamı gücləndirmək üçün bütün maraqlı tərəflərin və ümumilikdə beynəlxalq ictimaiyyətin real səylərinə ehtiyacımız var”, - o çıxışını yekunlaşdırıb.
|
2023-11-30
| 809,195 |
"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?
|
UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Molde" - "Qarabağ" oyununa satılan bilet sayı bəlli olub. Axar.az xəbər verir ki, "Aker" stadionunda baş tutacaq qarşılaşmaya 5 214 bilet satılıb. 11 200 tamaşaçı tutumuna malik arenada tribunaların yarısının boş qalması gözlənilir. Matçda azsaylı azərbaycanlı azarkeşlər də "Qarabağ"a dəstək verəcəklər. Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda "Qarabağ" və "Molde" hərəyə 6 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.
|
2023-11-30
| 809,198 |
Zaxarovaya görə Lavrovun təyyarəsi yolunu dəyişdi
|
Bolqarıstan ərazisi üzərindən uçuşuma qadağa amerikapərəst siyasətçilər tərəfindən qoyulub, məntiqi baxımdan bu, anlaşılmazdır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 24” kanalına müsahibəsində deyib. O iddia edib ki, Bolqarıstanda ictimai xadimlər öz siyasətçilərinin – Amerika düşüncəsinin aparıcılarının – növbəti dəfə qəribə hərəkət etməsindən şoka düşüblər: “Çünki bu, məntiqdən, sağlam düşüncədən, qanundan kənardır - həm beynəlxalq, həm də daxili. Bu, absurddur”. O vurğulayıb ki, Bolqarıstan ərazisinə enməyən təyyarədə insana necə qadağa qoyula biləcəyini başa düşmək mümkün deyil. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə ötən gün ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının keçirildiyi Şimali Makedoniyaya çatıb. Əvvəlcə təyyarənin Bolqarıstan ərazisindən keçəcəyi ilə bağlı razılıq olub, daha sonra isə Bolqarıstan razılaşmanı ləğv edib. Buna səbəb isə Bolqarıstanın icazəsinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya şamil edilməməsi olub.
|
2023-11-30
| 809,200 |
Medvedyev: Zelenski buna görə seçkini ləğv etdi
|
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna Ali Radasının prezident seçkilərini təxirə salmasına münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb. “Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum əməliyyatı şəraitində rəqiblərin meydana çıxması hazırkı hakimiyyət üçün təhlükəlidir. Korrupsiya ilə bağlı yeni faktlar da üzə çıxa bilər. Maskalar nəhayət endirildi. Rada prezident seçkilərini ləğv edib. Axı, son ukraynalıya kimi müharibə gedirsə, seçkilər yoxdur, zelenskilər var. Və əksinə, seçkilər onlar üçün şərəfsiz sondur”, - Medvedyev bildirib.
|
2023-11-30
| 809,201 |
Sadıqovun 4 kadrı tutuldu: iş alovlanır - Polkovnik
|
“Tərtər işi” ilə bağlı keçirilən məhkəmədə Azərbaycan Ordusunun Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovun kadrlarından olan 4 rütbəli şəxsə hökm oxunub. Bir müddət öncə dörd nəfərlə birlikdə N.Sadıqovla bağlı istintaq orqanında araşdırma aparılması haqda vəkillər tərəfindən vəsadət verilsə də, generalın hələ ki, istintaqda dindirilməsi barədə məlumat yoxdur. Axar.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov yekunlaşan “Tərtər məhkəməsi” ilə bağlı cəmiyyətdə xeyli suallar olduğunu bildirib. O, işin davam edəcəyini vurğulayıb: “Məsələ hələ bundan sonra daha da alovlanacaq. Çünki məhkəmədə xeyli adlar səsləndirilib, faktlar dilə gətirilib. Həmin faktlarla da bağlı qərar verilməlidir. Düşünürəm ki, bununla əlaqədar yaxın vaxtlarda yeni məlumatlar eşidəcəyik. Nəcməddin Sadıqovun taleyinin necə olması haqqında dəqiq bir söz deyə bilmərəm. Onunla bağlı son qərarı istintaq orqanı və məhkəmə verə bilər”. Hərbi ekspert məhkəmədə kifayət qədər vəsatətlər qaldırıldığını deyib: “Vəsatətlərə uyğun olaraq da insanların müəyyən gözləntiləri və tələbləri var. Ona görə də rahatlıqla “Tərtər işi”nin bağlanmadığını deyirəm. Hələ çox adam dindiriləcək, dindirilməlidir və məsuliyyətə cəlb edilməlidir. İnanıram bunlar hamısı olacaq”.
|
2023-11-30
| 809,204 |
Bakıda Ümumdünya Şəhərsalma Forumu keçiriləcək
|
BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilib. Axar.az xəbər verir ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır. Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər – dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanını əldə edəcəklər. Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu keçən il "Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək" mövzusu altında Polşanın Katovitse şəhərində (WUF11) 17 min nəfərin iştirakı ilə baş tutub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Növbəti Forum (WUF12) 2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək. Bu önəmli tədbirin 2026-cı ildə paytaxtımızda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir.
|
2023-11-30
| 809,205 |
Bayramov ATƏT PA rəhbəri ilə görüşdü
|
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşüb. Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası çərçivəsində Azərbaycanla əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə ATƏT Parlament Assambleyasının mümkün töhfələri ətrafında müzakirələr aparılıb. Parlamentlərarası dialoqun, qarşılıqlı səfərlərin və ATƏT PA çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub. Görüşdə C.Bayramov bu gün bölgədə yaranmış yeni reallıqlardan söz açıb, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinə gətirən səbəblər barədə məlumat verib. Görüşdə həmçinin sülh sazişinin imzalanması ilə bağlı Azərbaycan və Ermənistan arasında normallaşmaya dair ölkəmizin mövqeyi diqqətə çatdırılıb, Ermənistanın bu cür səylərə zərbə vuran addımları və hərbi-siyasi təxribatları diqqətə çatdırılıb. C.Bayramov Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq, bölgədə sülh və sabitliyin bərqərar olunmasına ölkəmizin sadiqliyini bir daha vurğulayıb. Ermənistanın törətdiyi mina təhdidləri barədə geniş məlumat verilib. ATƏT PA-nın iki ölkənin nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola biləcəyi bildirilib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
2023-11-30
| 809,208 |
Azərbaycan və Britaniya əməkdaşlığı müzakirə etdi
|
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Birləşmiş Krallığın Müdafiə Nazirliyində silahlı qüvvələr üzrə dövlət naziri Ceyms Hippi ilə görüşündə iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi müzakirə olunub. Azərbaycanın Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlıq müzakirə edilib. Ölkələr arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə hazırki regional vəziyyət əsas müzakirə mövzusu olub. Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə normallaşma gündəliyi haqqında qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh sazişinin imzalanması prosesində yaratdığı maneələr və Azərbaycanın bu prosesin irəlilədilməsi üçün atdığı addımlardan söz açılıb. Bundan əlavə nazir Ceyhun Bayramov Azərbaycan Respublikası tərəfindən 24 saatdan az müddətdə keçirilən anti-terror tədbirlərini səciyyələndirən amillər barədə həmsöhbətini məlumatlandırıb. Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
|
2023-11-30
| 809,209 |
BRİKS-ə qoşulmayacağıq - Argentina
|
Argentinanın yeni hökuməti BRİKS-ə qoşulmaq niyyətində deyil. Axar.az xəbər verir ki, bunu Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin xarici siyasət üzrə müşaviri və gələcək xarici işlər naziri Diana Mondino deyib. Qeyd edək ki, BRİKS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir. Növbəti ildə bir sıra yeni ölkələrin birliyə qoşulacağı istisna edilmir.
|
2023-11-30
| 809,211 |
Yol kənarından avtomat və güllələr tapıldı
|
Şabranda silah-sursat aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından 1 ədəd “AK-74” markalı avtomat, 3 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı güllə aşkar edərək götürüblər. Fakt üzrə Şabran RPŞ-də araşdırma aparılır.
|
2023-11-30
| 809,214 |
Rostovda “Belıy Temer” bazarı yanır
|
Rusiyanın Rostov-Don şəhərində yerləşən “Belıy Temer” bazarında min kv.m. sahədə yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın operativ xidmətləri məlumat yayıb. Bildirilib ki, bazarda ticarət pavilyonları yanır. Yanğının söndürülməsinə 61 yanğınsöndürən və 17 texnika cəlb edilib.
|
2023-12-01
| 809,217 |
"Qarabağ" Norveçdə son dəqiqələrdə sevindi
|
2023.11.30 - 23:18 UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Molde" (Molde) və "Qarabağ"ın start heyətləri bəlli olub. Axar.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar. "Molde": 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. maqnus Volf Eykrem, 9. Volon Berişa Baş məşqçi: Erlinq Moe "Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 6. Julio Romao, 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo Baş məşqçi: Qurban Qurbanov Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 6 xala malik komanda 2-3-cü yerləri bölüşdürürlər. *** "Molde" - "Qarabağ" matçı start götürdü. *** Juninyo görüşün 12-ci dəqiqəsində "Qarabağ"ı hesabda önə keçirdi: 0-1. *** Eriksen 82-ci dəqiqədə "Molde"nin bərabərlik qoluna imza atı: 1-1. *** Eriksen özünün və komandasının 88-ci dəqiqədə ikinci qolunu vurdu: 2-1. *** Matçın 95-ci dəqiqəsində Bəhlul Mustafazadə "Qarabağ"ın bərabərlik topuna imza atdı: 2-2. *** "Qarabağ" Norveç səfərində "Molde" ilə 2-2 hesablı bərabərliyə imza atdı. Bu nəticədən sonra hər iki komandanın turnir cədvəlindı xalı 7 oldu. Şəxsi görüşlərə əsasən, "Qarabağ" ikinci pillədəki yerini qorumağı bacardı. "Molde" 3-cü sırada yer alır.
|
2023-12-01
| 809,218 |
Rusiya ordusu Toretsk şəhərinə zərbə endirdi
|
Rusiya hərbçiləri Donetsk vilayətinin Toretsk şəhərində yaşayış evinə zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə Donetsk vilayət prokurorluğu məlumat yayıb. Zərbə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.
|
2023-11-30
| 809,219 |
Putin böyük konfransa hazırlaşır – Tarix açıqlandı
|
Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransının vaxtı açıqlanıb. Axar.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Putinin ilin yekunlarına dair mətbuat konfransının dekabrın 14-də keçiriləcəyini bildirib.
|
2023-12-01
| 809,220 |
Dünyanın ən etibarsız avtomobilləri...
|
"Consumer Reports" ekspertləri daxili yanma mühərrikli (ICE) avtomobillərin, elektromobillərin və hibrid modellərin keyfiyyətini və etibarlılığını qiymətləndiriblər. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Engadget” məlumat yayıb. Son 23 ildə istehsal olunan 330 minə yaxın avtomobil üzərində aparılan araşdırmada mütəxəssislər ənənəvi daxili yanma mühərrikli avtomobilləri ən etibarlı avtomobil adlandırıblar. Məlum olub ki, elektromobillər daxili yanma mühərrikli avtomobillərdən 79 faiz çox texniki xidmət problemi yaşayır. Öz növbəsində, "plug"in hibridlərinin təmiri benzin və dizel mühərrikli avtomobillərlə müqayisədə 146 faiz daha çətindir. Siyahıdakı hər bir model 100 ballıq şkala üzrə öz reytinqini alıb. Məlum olub ki, ən etibarlı avtomobillər Asiya avtomobil istehsalçıları tərəfindən istehsal olunur - orta avtomobil reytinqi 63 bal təşkil edib. Avropa şirkətlərinin avtomobilləri 46, Amerika avtomobilləri isə 39 bal toplayıb. Ən problemli olanlar "plug"in hibridləri (PHEVs) olub. Məsələn, "Chrysler Pacifica" və "Audi Q5" 100 baldan cəmi 14 xal toplayıb.
|
2023-11-30
| 809,226 |
Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu
|
Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub. Axar.az xəbər verir ki, bu barədə Muxtar Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, qızılcaya yoluxan 6 sakinin 4-u ambulator, 2-i isə stasionar müalicə olunub. Bu xəstəliyə yoluxma halları isə Şahbuz (2 yoluxma), Babək (2 yoluxma), Şərur (1 yoluxma) və Kəngərli (1 yoluxma) rayonlarında qeydə alınıb. Yoluxan şəxslərin 3-ü qadın, 3-ü isə kişidir. Bildirilib ki, qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir: "Bu xəstələr həkimlər tərəfindən nəzarətə götürülür. Ağır xəstələr isə yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar".
|
2023-11-30
| 809,229 |
İrəvan KTMT-nin Skopye görüşündən də imtina etdi
|
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin XİN nümayəndələrinin Skopye görüşündə Ermənistanı heç kim təmsil etməyib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Qeyd edək ki, təşkilata üzv ölkələrin XİN nümayəndələri Skopyedə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüş keçiriblər. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl Minskdə keçirilən KTMT sammitində iştirakdan imtina etmişdi. Bunun ardınca digər erməni rəsmiləri də analoji addımı atmışdı.
|
2023-11-30
| 809,230 |
Taleb İrəvanda "şoka düşdü": Təəssüf ki, Ağrı Türkiyədədir
|
İqtisadi təhlilləri ilə tanınan Livan əsilli amerikalı professor Nassim Taleb Ermənistan ətrafında baş verən son hadisələrdən “şoka düşüb”. Axar.az xəbər verir ki, bu barədə o, erməni mediasına açıqlamasında deyib. Taleb İrəvanda keçirdiyi mətbuat konfransında Ağrı dağının “Türkiyənin ərazisində olduğuna görə” təəssüfünü bildirib: “Ermənistanın çox acınacaqlı tarixi var, ölkə Böyük Tiqranın dövründən bəri ərazilərini itirir”. Onun sözlərinə görə, Ermənistan bütün tarixi boyu torpaq və ərazi itirib. O, “vəziyyətdən çıxış yolunu” xalqın potensialının reallaşdırılması və çox güclü erməni diasporunda görüb.
|
2023-12-01
| 809,232 |
Atəşkəsdən sona İsrailə yardımı davam etdirəcəyik - Kirbi
|
ABŞ hakimiyyəti Qəzza zolağında humanitar fasilə başa çatdıqdan sonra İsrailə hərbi yardım göstərməyə davam edəcək. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. "Biz, şübhəsiz ki, hələ də İsrailin HƏMAS-a qarşı hərəkət etmək hüququna və öhdəliyinə inanırıq. Onlar hərbi kampaniyaları haqqında danışıblar və çox açıq şəkildə bildiriblər ki, bu fasilələrdən sonra yenidən HƏMAS-a qarşı hərəkət etmək niyyətindədirlər”, - deyə Kirbi bildirib.
|
2023-11-30
| 809,233 |
Azərbaycan öz ərazilərində buna yol verə bilməzdi - Nazir
|
Heç bir suveren dövlət, o cümlədən Azərbaycan da öz ərazilərində bu cür qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi. Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxışında deyib. Nazir qeyd edib ki, bütün iştirakçı dövlətlər tərəfindən ikili standartlara yol vermədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsinə qeyd-şərtsiz riayət olunmasının təmini yüksək əhəmiyyət kəsb edir: “Bu il Azərbaycanın öz ərazilərində suverenliyini tam şəkildə bərpa etməsi ilə yadda qaldı. 24 saat davam edən lokal anti-terror tədbirləri nəticəsində Ermənistan və onun qeyri-qanuni qondarma strukturu tərksilah edilərək buraxılıb və Azərbaycan ərazilərindən tamamilə çıxarılıb. Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, bu ölkənin öhdəliklərini açıq-aşkar pozaraq, Azərbaycan ərazilərində ağır və hücum tipli silahlarla təchiz edilmiş on minlik silahlı şəxsi heyəti saxlamaqda davam etməklə, əslində revanş üçün vaxt udmağa çalışdığı aydın oldu. Heç bir suveren dövlət, o cümlədən Azərbaycan da öz ərazilərində bu cür qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi. Bu vəziyyətə son qoyulması isə Ermənistanın açıq etinasızlığı, habelə prosesin bir parçası olan vasitəçilərin adekvat addımlar atmaması səbəbindən sülh yolu ilə baş tutmadı. Bağlı qapılar arxasında Azərbaycanın narahatlıqlarının qəbul edilməsinə baxmayaraq, ictimai bəyanatlarda selektiv yanaşmaya üstünlük verildi. Bu da öz növbəsində, Ermənistanın yeni “təmas xətti” qurmaq, ərazilərimizdə yeni səngərlər qazmaq və minalar basdırmaq, qarayaxma kampaniyası vasitəsilə Azərbaycanı şantaj etməklə danışıqların imitasiyası strategiyasını davam etdirə biləcəyi illüziyasına qapılmasına gətirib çıxardı”.
|
2023-12-01
| 809,235 |
Ruslar ərazini minalayıb, amma xəritə yoxdur - Ekspert
|
Ruslar qorxusundan Ukraynanın geniş ərazilərini minalayırlar və bu mina sahələrinin xəritələri sadəcə olaraq mövcud deyil, bu da onlar üçün problemə çevrilir. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin hərbi eksperti, ehtiyatda olan polkovnik Roman Svitan deyib. Ekspert qeyd edib ki, geri çəkilən bölük irəliləyən hərbi birliyə mina sahələrinin xəritəsini vermədiyi üçün böyük problem yaranır: "Xəritə, sadəcə olaraq, mövcud deyil. Siz yalnız cığır boyunca necə gedəcəyinizi göstərə bilərsiniz".
|
2023-12-01
| 809,237 |
Rəşid Mahmudovdan qızılca ilə bağlı xəbərdarlıq
|
Xəbər verdiyimiz kimi, Azərbaycanda qızılca virusu getdikcə daha geniş ərazilərə yayılmağa davam edir. Artıq Bakıda da təhsil ocaqlarında qızılca virusu aşkarlanıb. Belə ki, Azərbaycan Texniki Universitetində ümumilikdə 8 tələbə qızılcaya yoluxub. Həmin tələbələr izolyasiya olunublar. Bu gün isə Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib. Bəs valideynlər bu durumda xəstəliyə yoluxan övladlarına necə baxmalıdır? Axar.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib ki, valideynlər ilk növbədə uşaqların qidalanmasına ciddi fikir verməlidir: "Valideynlər övladlarının qidalanmasına fikir verməlidir. İlk növbədə uşaqlara kişmiş yedirtməlidirlər. Qızılca vaxtı iynə vurmaq olmaz. Çalışıb təbii vasitələrdən istifadə etməlidirlər, məktəblilərə bal, şirin qidalar verilməlidir və onları qətiyyən soyuğa verməməlidirlər. Bu 3 şərt yerinə yetirilsə, uşaq tez sağalacaq. Qızılca elə bir xəstəlikdir ki, hər kəs bu xəstəliyə yoluxur. Hətta yaşlı da olsan, bu xəstəliyə yoluxa bilərsən. Bəzən deyirlər ki, hətta qəbirdə də olsa, qızılcaya yoluxursan. Bu təbii ki, mifdir, amma hər kəs ömründə bir dəfə bu xəstəliyə yoluxur". Onun sözlərinə görə, bəzi şəxslər qızılcaya yoluxur, lakin immunitetləri güclü olduğu üçün bunu adi qrip kimi keçirir: "Elə adamlar var ki, qızılca keçirir, lakin özlərinin xəbəri olmur. Belə şəxslər bu xəstəliyi səthi keçirirlər, qızdırmaları olur və elə bilirlər ki, adi şeydir, əslində isə qızılca keçirirlər. Bu cür şəxslərin immuniteti yüksək olduğu üçün xəstəlik hiss olunmur. Qızılca əsasən, uşaq xəstəliyi hesab olunur. Adətən məktəblilər bu xəstəliyə yoluxur. Əgər övladınız qızılcaya yoluxubsa, gərək onu qoruyasınız. Belə uşaqların yerini isti etmək, vacib olmadıqca yorğan altından çıxmağa qoymamaq lazımdır. Yoluxan uşaq daimi bal və kişmiş yeməlidir". Rəşid Mahmudov qızılca ilə bağlı yayılan miflərin insanları təşvişə saldığını, bunların yalan olduğunu qeyd edib: "Mən qızılca ilə bağlı mətbuatda yayılan mifləri oxuduqca gülürəm, "qara qızılca", "öldürən xəstəlik" və s. Düzdür, qızılcadan ağırlaşmalar olur, amma hər kəs üçün bu xəstəlik ölümcüldür demək olmaz, bu insanları təşvişə salır. Sadəcə immuniteti möhkəm olanlar bunu yüngül keçirir. Bəzən bələkdəki körpə də bu xəstəliyi keçirir, onlara yaxşı baxılsa, bir neçə həftəyə xəstəliyi rahatlıqda atladırlar. Lakin 18 yaşdan yuxarı şəxslər qızılcanı ağır keçirirlər. Əsas məsələ özünü soyuğa verməmək və mütləq şəkildə qidalanmaya fikir verməkdir. Bu xəstəlik üçün heç bir xüsusi müalicəyə ehtiyac yoxdur, uşaq yoluxur və sağalır. "Qara qızılca", "Qırmızı qızılca", "Yel qızılca" kimi ifədələr sadəcə insanların yaratdığı miflərdir. O vaxt Ələkbər Məmmədov adlı futbolçumuz vardı, insanlar danışırdı ki, guya onun ayağına qırmızı ip bağlayırlar ki, o ayağı ilə topa vurmasın. Guya həmin futbolçu qapıya top vurub, həmin vaxt qapıda meymun olub, top zərbənin gücündən meymunun qarnını yarıb və qapıya dəyib. Belə şeylər gülüncdür... Qızılca vaxtı uşağı çimizdirmək olmaz, həmin dövrdə səpkilərə su vurmaq və qətiyyən onu soyuğa vermək olmaz. Bunlara əməl edilməsə, xəstəlik təhlükəli olacaq. Əks halda, xəstəliyin heç bir qorxusu yoxdur".
|
2023-12-01
| 809,238 |
ATƏT bu şansını itirib - Bayramov
|
ATƏT həllin bir parçası olmaq şansını itirib. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında çıxışı zamanı deyib. Nazir söyləyib ki, ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə, o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu: "Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstəmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi".
|
2023-12-01
| 809,239 |
Qərb Putinə real qələbə şansı yaratdı
|
Qərbin yardım göstərməkdə qətiyyətsizliyi və strateji baxışın olmaması sayəsində Rusiyanın Ukraynadakı müharibədə qalib gəlmək üçün ilk dəfə real şansı yaranıb. Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşrində yayımlanan məqalədə deyilir. “Qərb sənaye və maliyyə resurslarından istifadə edərək Putini məyus etmək üçün daha çox şey edə bilər. Lakin fatalizm, özündənrazılıq və şokedici strateji baxışın olmaması, xüsusən də Avropada, əngəl törədir. Qərb özü və Ukrayna naminə təcili letargiyadan xilas olmalıdır", - məqalədə bildirilib.
|
2023-12-01
| 809,240 |
Laçının işğaldan azad edilməsindən üç il keçir
|
Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Axar.az xəbər verir ki, rayonun yadelli düşmən tapdağından qurtulmasından üç il ötür. Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km məsafədə yerləşir. 1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb. Xatırladaq ki, Laçın 1992-ci il mayın 18-də işğal edilmişdi.
|
2023-12-01
| 809,241 |
ABŞ İsrailə atəşkəs əvəzinə, görün, nə təklif edir
|
İsrail Qəzza zolağında böyük hərbi əməliyyatları bərpa etməzdən əvvəl fələstinli mülki əhalinin müdafiəsi planını həyata keçirməlidir. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. “Yüksək vəzifəli İsrail rəsmiləri ilə görüşlərdə açıq şəkildə bildirdim ki, İsrail genişmiqyaslı hərbi əməliyyatları bərpa etməzdən əvvəl günahsız fələstinlilərin həyatının itkisini minimuma endirən humanitar plan həyata keçirməlidir”, - deyə dövlət katibi bildirib. Qeyd edək ki, ABŞ-ın İsraili müharibədən çəkindirmək əvəzinə "əməliyyatları bərpa etmək hüququnu" gündəmə gətirməsi təəccüb doğurub.
|
2023-12-01
| 809,243 |
İrandan Səudiyyəyə: Hərbi əməkdaşlığa hazırıq!
|
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri ilə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman əs-Səud arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Söhbət zamanı M.Bagiri İran Silahlı Qüvvələrinin Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri inkişaf etdirməyə hazır olduğunu açıqlayıb. İki ölkə arasında dostluq əlaqələrinin inkişafından məmnunluğunu bildirən Bagiri islam ölkələri başçılarının növbədənkənar zirvə görüşünün təşkilinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib. Səudiyyə Ərəbistanının müdafiə naziri iki ölkənin hərbçiləri arasında əməkdaşlıq səviyyəsinin yüksəldilməsini alqışlayıb.
|
2023-12-01
| 809,244 |
Ukraynaya yardım büdcəmiz tükənir... - Pentaqon
|
ABŞ ilkin təsdiqlənmiş hərbi büdcəsinin bir hissəsi kimi Ukraynaya silah tədarükünü davam etdirir, lakin bu vəsait artıq tükənməkdədir. Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Sabrina Sinq bildirib. "Biz Ukraynaya əlimizdən gələn və mövcud prezident büdcəsindən qalan vəsaitlə yardım etməyə davam edirik. Vəsaitlərimiz tükənmək üzrədir", - o bildirib. Sinq əlavə edib ki, Amerika hakimiyyəti Konqresin yaxın həftələrdə Prezident Baydenin Ukraynaya əlavə yardım tələbini qəbul edəcəyinə ümid edir.
|
2023-12-01
| 809,245 |
Xaçatryan da işarə etdi: Rusiyadan asılılıq...
|
Ermənistan təhlükəsizlik sistemini diversifikasiya etməli və bir mərkəzdən asılılığı azaltmalıdır. Axar.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan BƏƏ-nin erməni icması ilə görüşündə deyib. Onun sözlərinə görə, Ermənistanda uzun illər ərzində olan təhlükəsizlik sistemi işləməyib və nəticədə ölkə bu gün problemlərlə üzləşib. Eyni zamanda, prezident qonşularla sülh və mehriban qonşuluq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasını vacib adlandırıb. Qeyd edək ki, Xaçatryanın Rusiya və KTMT-ni nəzərdə tutduğu şübhəsizdir.
|
2023-12-01
| 809,246 |
Almaniya Kalininqraddakı konsulluğunu bağladı
|
Almaniya Kalininqraddakı Baş Konsulluğunu bağlayıb. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Rusiyadakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, konsulluq və pasport məsələləri üçün Sankt-Peterburqdakı Baş Konsulluğa, viza ilə bağlı isə eksklüziv olaraq Almaniyanın Moskvadakı səfirliyinin viza şöbəsi ilə müraciət edilməlidir.
|
2023-12-01
| 809,247 |
İran bu ölkə ilə Hörmüzdə hərbi təlim keçdi
|
Hind okeanının şimalında və Hörmüz boğazında İran və Oman hərbi dəniz qüvvələrinin hərbi gəmiləri və aviasiya bölmələrinin iştirak etdiyi hərbi dəniz təlimləri keçirilib. Axar.az xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Hərbi təlimdə hərbi helikopterlər, PUA-lar, gəmilər iştirak edib.
|
2023-12-01
| 809,248 |
Türk ölkəsində pritonlar bağlandı: ora gedən məmurlar...
|
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçibek Taşiyev intim xidmət göstərən bütün növ obyektlərin bağlanması barədə göstəriş verib. Axar.az xəbər verir ki, bu barədə Komitənin press-relizində qeyd olunub. Bildirilib ki, vətəndaşlara intim xidmət göstərən əyləncə müəssisələrinin, hamam, sauna, əxlaqsızlıq yuvalarının qanunsuz fəaliyyətinin təşkili bu gündən (1 dekabr 2023-cü il) qadağan edilir. Təlimata əməl etməyənlərin işdən çıxarılacağı xəbərdarlığı da edilib. Taşiyev bu cür qurumların xidmətindən istifadə edən deputatların və məmurların adlarını açıqlayacağına söz verib. Qeyd edək ki, Qırğızıstanda intim xidmət göstərən qurumların fəaliyyəti qanunla rəsmən qadağan edilib. Milli Təhlükəsizlik Komitəsi sədrinin əmri bu qanun kontekstində verilib.
|
2023-12-01
| 809,249 |
Rusiyada LGBT qadağan edildi
|
Rusiya Federasiyasının Ali Məhkəməsi LGBT beynəlxalq ictimai hərəkatını ekstremist təşkilat kimi tanıyıb və onun Rusiyada fəaliyyətini qadağan edib. Axar.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilib. Bildirilib ki, qərar dərc edildiyi andan qüvvəyə minir. Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi LGBT hərəkatını ekstremist kimi tanımaq və onun Rusiyada fəaliyyətini qadağan etmək üçün məhkəməyə müraciət etmişdi.
|
2023-12-01
| 809,250 |
Rusiya Ermənistanı cəzalandırır: külli miqdarda ziyan var
|
“Yuxarı Lars” keçid məntəqəsindən kənd təsərrüfatı məhsulları ilə dolu çoxlu yük maşını geri qayıdır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Hayastan” (“Ermənistan”) blokundan olan deputatı Qarnik Danielyan deyib. O bildirib ki, yük maşınlarının sürücüləri və sahibkarlar gücləndirilmiş fitosanitar nəzarəti nəticəsində qanun pozuntularının qeydə alındığı və onların sərhədi keçməsinə icazə verilmədiyini vurğulayırlar. “Belə davam edərsə, iş adamları böyük, ciddi itkilərə məruz qalacaqlar. Bunun iqtisadiyyatımız üçün fəlakətli nəticələri ola bilər. Təcili tədbirlər görülməsə, soydaşlarımıza külli miqdarda ziyan dəyəcək”, - o, xəbərdarlıq edib. Qeyd edək ki, Rusiya “Yuxarı Lars” keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Ermənistandan idxalını faktiki olaraq qadağan edib. Bunun siyasi qərar olduğu və Rusiyanın Ermənistanı cəzalandırmaq üçün istifadə edildiyi bildirilir.
|
2023-12-01
| 809,251 |
ABŞ S-400-ləri məhv edəcək raketini sınaqdan keçirdi
|
ABŞ Quru Qoşunları və “Lockheed Martin” şirkəti birgə Uayt Sends poliqonunda PrSM uzunmənzilli yüksəkdəqiqlikli raketin sınaq uçuşlarını uğurla həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə “Texkult” nəşri məlumat yayıb. Bildirilib ki, M-142 HİMARS daşıma və buraxılış konteynerindən buraxılış qurğusu kimi istifadə edilib. Hədəf 150 km məsafədən vurulub. Mühəndislər raketin korpusuna maksimum yükləmə tətbiq etməklə sürətlənmə mərhələsində idarəetməni təkmilləşdirirlər. Raketin əsas hədəfləri kimi S-400 sistemi, RLS və idarəetmə məntəqələri müəyyən edilib.
|
2023-12-01
| 809,252 |
Krımı qaytarmaq asandır, nəinki Donbası... - Zelenski
|
Krımın qaytarılması Kiyev üçün Donbası qaytarmaqdan daha asandır. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Ona görə ki, müharibə bilavasitə Donetsk və Luqansk vilayətlərində 10 ilə yaxındır gedir. Söhbət xüsusən də ölkənin şərqinin sakinlərinin zehni olaraq qayıdışından gedir", - o bildirib.
|
2023-12-01
| 809,253 |
Lavrovdan şok: Bu ölkə növbəti qurban olacaq - Video
|
08:00 Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib. Lavrov Moldovanın federallaşdırılması yolu ilə Dnestryanı münaqişənin həllinə dair 2003-cü ildə imzalanmış Kozak Memorandumunu xatırladıb: “Bu, Moldovadakı vəziyyəti 20 il əvvəl etibarlı şəkildə həll edə bilərdi. İndi də onlar “5+2” formatını öldürürlər – Dnestryanı probleminin nizamlaması üzrə birgə səylərdən qalan son qurumu... Əslində, Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq. Hazırda Qərb emissarlarının, fondlarının və qeyri-hökumət təşkilatlarının fəal olduğu hər bir ölkə bu barədə düşünməlidir”.
|
2023-12-01
| 809,257 |
"Qarabağ" Konfrans Liqasına vəsiqəni təmin etdi
|
Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti matçını keçirib. Axar.az xəbər verir ki, "Molde" səfərində 2-2-lik bərabərliyə imza atan təmsilçimiz Konfrans Liqasına vəsiqəni təmin etməklə yanaşı, Avropa Liqasının pley-offuna yüksəlmək üçün yaxşı şans əldə edib. Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb. Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib. Almaniya təmsilçisi xallarının sayını 15-ə çatdırıb. "Hekken"in isə xalı yoxdur. Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.
|
2023-12-01
| 809,261 |
Neft yenidən ucuzlaşdı
|
Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 80,70 dollara, yüngül neftin bir barreli isə 75,95 dollara təklif olunur.
|
2023-12-01
| 809,262 |
The West created a real chance for Putin to win
|
Thanks to Western indecision and lack of strategic vision, Russia has for the first time a real chance to win the war in Ukraine. Axar.az reports that this is stated in the article published in the "Economist" publication. "The West can do more to frustrate Putin using its industrial and financial resources. But fatalism, complacency and a shocking lack of strategic vision, especially in Europe, are getting in the way. "The West must urgently get rid of its lethargy for the sake of itself and Ukraine," the article said.
|
2023-12-01
| 809,265 |
Türkiyədə güclü zəlzələ baş verdi
|
Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda 4,8 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar ətraf vilayət və rayonlarda da hiss olunub. Dağıntı və tələfat yoxdur.
|
2023-12-01
| 809,267 |
Atəşkəs bitdi: İsrail hərbi əməliyyatları bərpa etdi
|
İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “Atəşkəs müddəti saat 07:00-də (Bakı vaxtı ilə saat 09:00) başa çatıb”, - məlumatda qeyd olunub. ÇAXAL-dan bildirilib ki, HƏMAS atəşkəsi pozub və İsrail tərəfə atəş açıb. Qeyd edək ki, Qəzza zolağında humanitar atəşkəs 24 noyabrda dörd gün müddətinə başlamış, daha sonra artırılmışdı.
|
2023-12-01
| 809,271 |
Azərbaycanın COP28-dəki pavilyonu fəaliyyətə başladı
|
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də pavilyonla təmsil olunur. Axar.az xəbər verir ki, Dubayda dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edir. Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub. İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir. Qeyd edək ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35% azaldılması, 2050-ci ildə isə bu hədəfin 40%-ə çatdırılacağına dair öhdəliyi təsdiqləyib və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir. Pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpa olunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərir. İnteraktiv formatdakı “Azərbaycanın Ətraf Mühit Xəritəsi” Milli Parklar, İqlim növləri, Bərpa olunan enerji, Su ehtiyatları və Yaşıl konsepsiyanı əks etdirir. Hər mövzu mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla Azərbaycanın xəritəsini təqdim edir. Pavilyondakı instalyasiyada Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunub. Burada “Qırmızı kitab”a düşmüş və Azərbaycanda nəsli kəsilməkdə olan heyvan və bitkilər haqqında məlumatlar, QHT və dövlət qurumları tərəfindən həyata keçirilən ekoloji layihələr, ölkəmizdəki mina problemi və ekoloji nəticələri barədə məlumat verilir. Pavilyondakı “Ağac ək” bölməsində isə Ermənistanın işğalı zamanı dağılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusən də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri təqdim olunur. Pavilyonun hər bir ziyarətçisi də planşet vasitəsilə rəqəmsal olaraq ərizə təqdim edərək ağacəkmə (şam və ya zeytun ağacı) təşəbbüsünə qoşula və bununla Qarabağın ekoloji balansının bərpasına dəstək ola bilər. Bu ağaclar Qarabağ bölgəsində - Füzuli şəhərində əkiləcək.
|
2023-12-01
| 809,274 |
FHN metroda təlim keçirdi - Video
|
Fövqəladə Hallar Nazirliyi (FHN) və Bakı Metropoliteni QSC-nin birgə təşkilatçılığı ilə metronun “8 Noyabr” stansiyasında təlim keçirilib. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “8 Noyabr” stansiyasında yerləşən platformaaltı kabel kollektorunda şərti qısaqapanmanın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”. Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
|
2023-12-01
| 809,276 |
Bayden Ukrayna üçün gizli silahını işə salır
|
ABŞ Prezidenti Co Bayden respublikaçıları Ukraynaya yardıma inandırmaq məqsədilə Britaniyanın keçmiş baş naziri Liz Trassdan istifadə edə bilər. Axar.az xəbər verir ki, bu barədə “Politiko”nun yazarları Eleni Kurea və Ester Uebber öz məqalələrində bildiriblər. “Co Baydenin Ukrayna üçün gizli silahı Liz Trassdır”, - məqalədə deyilib. Jurnalistlər qeyd ediblər ki, Britaniyanın keçmiş baş naziri bu həftə skeptik respublikaçıların Ukraynaya dəstəyini artırmaq üçün Vaşinqtona gedib: “Atlantikanın hər iki tərəfindəki yüksək səviyyəli diplomatlar ümid edirlər ki, Trass vəziyyətdən çıxmağa kömək edə bilər”.
|
2023-12-01
| 809,277 |
"Azercell"in dəstəklədiyi olimpiadaçılar payız məktəbində
|
16-20 noyabr 2023-cü il tarixlərində informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin payız məktəbi keçirilib. Məktəblilər 5 gün ərzində hər gün 8 saatlıq hazırlıq prosesinə qoşulub. Qeyd edək ki, payız məktəbinin iştirakçıları informatika fənni üzrə Respublika fənn olimpiadalarında finala qədər yüksəlmiş şagirdlər arasında keçirilən seçmə imtahan əsasında müəyyən ediliblər. Ümumilikdə 40 saat ərzində 2 diviziyada keçirilən təlimlər olimpiada mövzularının nəzəri və praktiki izahı, həmçinin beynəlxalq yarışlarda təqdim edilmiş tapşırıqların müzakirəsi əsasında təşkil edilib. İştirakçıların dünyanın qabaqcıl universitetlərinin məzunları ilə görüşmək imkanı da olub. Belə ki, dövlət proqramı əsasında Oksford universitetində robotexnika üzrə fəlsəfə doktoru ixtisasından məzun olmuş Tərlan Süleymanov və Massaçusets Texnologiya İnstitutun İdarəetmə məktəbini məgistr dərəcəsi üzrə bitirmiş Ramil Məhərrəmov şagirdlərə informatika olimpiadalarının gələcək peşə və karyera seçimində üstünlükləri haqqında öz təcrübələrini bölüşüblər. Qeyd edək ki, məktəblilərimizin İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prossesi 2017-ci ildən etibarən Azercell Telekom MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.
|
2023-12-01
| 809,278 |
İsrail qırıcıları HƏMAS mövqelərini vurdu
|
İsrail ordusuna məxsus qırıcılar HƏMAS-ın Qəzza zolağındakı obyektlərinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Qeyd edək ki, bu gün İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.
|
2023-12-01
| 809,280 |
Ələkbərov 11 ayda 9 milyard qazandı – Siyahı
|
Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 38,575 milyard dollar artıb. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Məlumata görə, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,14 milyard dollar qazanıb, sərvəti 24,5 milyard dollara yüksəlib: “Evroxim” və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 4,03 milyard dollar artaraq, 17,2 milyard dollara çatıb. Eyni zamanda, “Lukoyl”un keçmiş vitse-prezidenti Leonid Fedun 3,89 milyard dollar qazanıb, sərvəti isə 9,76 milyard dollardır”.
|
2023-12-01
| 809,286 |
11 yaşlı qız dəm qazından boğularaq öldü
|
Mingəçevir şəhərində 11 yaşlı qız dəm qazından boğulub. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Ş.Əsədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.
|
2023-12-01
| 809,291 |
646-cı gün: Rusiyanın itkiləri açıqlandı
|
Ukrayna müharibənin 646-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 330 040 hərbçi, 5564 ədəd tank, 10372 ədəd zirehli döyüş maşını, 7931 ədəd artilleriya sistemi, 912 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 602 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 399 ədəd avtomobil texnikası, 5976 ədəd PUA, 1567 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1137 xüsusi avadanlıq itirib.
|
2023-12-01
| 809,294 |
Geomaqnit qasırğası başladı
|
Hazırda geomaqnit qasırğası müşahidə olunur. Bu barədə Axar.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, dekabrın 1-də səhər saatlarında maqnit qasırğasının loqarıfmik indeksini göstərən Kp əmsalı 5-6 intervalında olacaq, günortadan etibarən 3-4 intervalına qədər azalacaq. Hazırda geomaqnit sahə G1 səviyyəli geomaqnit qasırğası səviyyəsindədir. Yüksək en dairələrində isə G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur. Dekabrın 2-də gecə saatlarında Kp əmsalı 4-5 olacaq, sonra isə azalaraq 2-3 intervalında dəyişəcək. Dekabrın 3-də isə geomaqnit sahənin sakit olacağı proqnozlaşdırılır. Məlumata görə, ötən üç sutka ərzində bir çox C sinif (Yerə təsir edə bilməyən) alışmalar baş versə də, Günəş aktivliyi aşağı səviyyədə olub. M (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) və X (güclü) sinif alışmaların baş verməsi ehtimalı aşağıdır. Planetlərarası maqnit sahəsi və Günəş küləyinin sürəti norma daxilindədir.
|
2023-12-01
| 809,295 |
Sərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina... - Foto
|
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryanın dünən Qazax-İcevan (Karvansaray) sərhədində baş tutan görüşündə müəyyən razılaşmalar əldə olundu. Bu razılaşmaların praktiki müstəvidə işləyəcəyi hələ də sual altında olsa da, sərhəddə yaşayan erməni əhalisi ümidlidir. Axar.az Publika.az-a istinadən xəbər verir ki, "Azadlıq" radiosunun erməni xidmətinin çəkiliş qrupu görüşün keçirildiyi ərazidə olub, erməni əhalisi ilə danışıb. Erməni əhalisi bildirib ki, onları anklavlar məsələsi maraqlandırsa da, rəsmi məlumatda bu haqda heç nə ilə rastlaşmayıblar. “İndi sərhədi müəyyən etsələr, ortaq mövqe tapa bilərik. Bizim əkin sahlərimiz var, istəsələr tərk edə bilərik, əvəzində başqa yerdən versinlər. Vaxtilə azərbaycanlılarla mehriban şəraitdə yaşayırdıq”, - sakinlərdən biri deyib. Yerli sakinlərin dediyinə görə, əvvəllər görüşlər sərhəddəki ağ binada baş tutub. Ora əsirlərin dəyişdirilməsi, atəşkəslə bağlı razılaşmalar və digər məsələlərin müzakirə yeri kimi tanınır. Dünənki görüşün ermənilərin “Ağ bina” adlandırdıqları yerdə keçirilib-keçirilmədiyi isə məlum deyil. Ermənilər danışır ki, İcevan sərhədində abadlıq işləri aparılır, eyni adablıq işlərinin Qazax tərəfdən də həyata keçirildiyini müşahidə edirlər və düşünürlər ki, bütün bu işlər yolların tezliklə açılmasına hazırlıqdır. Hərçənd, bu haqda heç bir rəsmi məlumat yoxdur.
|
2023-12-01
| 809,297 |
Erməni əsgərlər Rusiyaya qarşı vuruşacaq - Ayvazyan
|
Belə davam edərsə, Rusiya ilə münaqişədə erməni zabit və əsgərlərin meydana çıxmasına təəccüblənməməliyik. Çünki Qərb və NATO Rusiyaya qarşı döyüşmək istəmir. Deyirlər, biz niyə Rusiyaya qarşı vuruşmalıyıq, qoy başqa millətlər vuruşsun. Axar.az xəbər verir ki, bunu Ermənistanın “Luys” analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan deyib. “Bilirsiniz, Fransa gəlib erməniləri müdafiə etməyi ləyaqətinə sığışdırmır. Deyirlər ki, ermənilər kimdir ki, bir fransız əsgər onun üçün həyatını təhlükəyə atsın? Çünki Qərb üçün başqa xalqlar ikinci və ya üçüncü dərəcəlidir. Bunlar müstəmləkəçi dövlətlərdir. Ona görə də nə amerikalı, nə ingilis, nə fransız gəlib ermənilər üçün qan tökməyi, ermənilərin naminə həyatını təhlükəyə atmağı şərəf sayır. Üstəlik, NATO-da qalibin olmayacağını bildikləri üçün Rusiyaya qarşı döyüşmək istəmədiklərini deyirlər. Bildirirlər ki, ukraynalılar, ermənilər, gürcülər, azərbaycanlılar, qazaxlar getsin döyüşsün. Məhz bu məqsədlə Qərb Rusiyanın ətrafında müxtəlif ölkələrin xalqlarını hazırlayır, həvəsləndirirlər ki, Rusiyaya qarşı müharibədə onlardan istifadə etsinlər”, - o bildirib. Ayvazyan qeyd edib ki, Paşinyanın Rusiyaya qarşı demarşları baha başa gələcək: “Paşinyanın Aİİ iclasında iştirak etməməsinə gəlincə: “Yuxarı Lars”da yük maşınlarının sıxlığını görürsünüzmü? Rusiya belə hərəkət edir, yəni digər ölkələrlə qarşılıqlılıq əsasında əməkdaşlıq edir. Xatırladım ki, Rusiya Dövlət Duması bu yaxınlarda erməni sürücülərin hüquqlarını tanıyan qanun layihəsini qəbul etməmişdi. Çünki Ermənistan parlamenti qanunla rus dilinə status verəcəyini vəd edib və bu vədi yerinə yetirməyib. Rusiyanın bu addımı erməni əleyhinə deyil. Rusiyaya qarşı eyni şeyi edən istənilən ölkə cavab alacaq. “Yuxarı Lars”a gəlincə, sizə deyim ki, 2013-2014-cü illərdən başlayaraq uzun müddət Rusiyaya ixrac etdiyimiz məhsullarımız, yumşaq desək, təhlükəsizlik qaydalarına, Rusiya qanunlarına və standartlarına uyğun gəlmirdi. Lakin Rusiya siyasi qərar verib, biz onların müttəfiqiyik deyib, bu pozuntulara göz yumub. İndi, görünür, Rusiya sadəcə olaraq daha obyektiv işləməyə başlayıb. Odur ki, Paşinyan KTMT-yə qarşı oxşar addımları davam etdirə, antirusiya aksiyalarını maliyyələşdirsə və eyni zamanda Aİİ-nin bütün imkan və üstünlüklərindən istifadə edə biləcəyini düşünürsə, dərindən yanılır”.
|
2023-12-01
| 809,302 |
“Şahid”lərin üzərindən Ukrayna kartları çıxdı - Foto
|
Rusiyanın vurulan “Şahid” PUA-larının üzərində Ukraynanın “Kiyevstar” mobil operatoruna aid sim-kartlar, modem və batareyalar aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə OSİNT məlumat yayıb. “Hərbi analitiklər Ukraynanın açıq mənbələrinə istinadən bildirirlər ki, rus ordusu “Şahid” PUA-larına nəzarət etmək, yerini müəyyənləşdirmək və uçuş trayektoriyasını dəyişdirmək üçün Ukraynanın “Kiyevstar” mobil operatoruna məxsus sim-kartlarından istifadə edir”, - məlumatdan bildirilib. “Kiyevstar” məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edildiyini bildirib.
|
2023-12-01
| 809,303 |
Prezident Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etdi
|
10:43 Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib. Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşıladılar. Əvvəlcə birgə foto çəkdirildi.
|
2023-12-01
| 809,306 |
“Qarabağ”ın qolkiperi ilk “5-lik”də
|
"Qarabağ"ın üzvü Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçıların sırasında yer alıb. Axar.az xəbər verir ki, 32 yaşlı qolkiper 5 qarşılaşmada 19 seyvlə yadda qalıb. Rusiyalı oyunçu bu göstəriciyə görə Moldovanın "Şerif" komandasında çıxış edən Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür. Qeyd edək ki, Polşanın "Rakuv" klubundan Vladan Kovaçeviç (25) liderdir. Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (24) ikinci, Avstriyanın “Ştrum” kollektivindən Kyell Sherpen (20) üçüncüdür. Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə heçə-heçə edib - (2:2).
|
2023-12-01
| 809,307 |
Rostovun məşhur bazarındakı yanğın söndürüldü
|
Rostov şəhərində “Belıy Temer” bazarındakı yanğın söndürülüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Rostov-Donda Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri geyim bazarında baş vermiş yanğını söndürüblər”, - məlumatda qeyd olunub. Nazirlikdən bildirilib ki, yanğının sahəsi 4 min kv.m olub.
|
2023-12-01
| 809,311 |
Laçın işğaldan əvvəl, qələbədən sonra - Video
|
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun işğaldan azad olunmasının üçüncü ildönümü ilə bağlı videoçarx hazırlayıb. Axar.az xəbər verir ki, videoda Prezident İlham Əliyevin Laçın səfəri, laçınlılarla görüşündə çıxışı, sakinlərin Laçına qayıdışı və bir sıra görüntülər əks olunub. Həmin videomaterialı təqdim edirik:
|
2023-12-01
| 809,316 |
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü
|
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov beynəlxalq hüququn əsas müddəalarına, o cümlədən ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında, bu prinsiplərin qorunub saxlanılmasında çoxtərəfli platformaların, o cümlədən ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə post-münaqişə dövründə regionumuzda yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə həmin ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyətlərinə ən böyük əngəl kimi mina təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin səyləri diqqətə çatdırılıb. Ermənistanın götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmaması fonunda ölkəmiz tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirləri barədə qarşı tərəf məlumatlandırılıb. Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb. Bu xüsusda, ərazi bütövlüyü və suverenliyin bərpası kimi beynəlxalq hüququn əsas prinsiplərinə münasibətdə ikili standartların, selektiv yanaşmanın tətbiqinin qəbuledilməzliyi qeyd olunub.
|
2023-12-01
| 809,317 |
Mirzoyan vicdansız Lavrovu “yerində oturtdu...” - Marqaryan
|
Mirzoyan ATƏT Nazirlər Şurasının konfransı çərçivəsində ABŞ, Fransa, Niderland krallığından olan həmkarları, eləcə də AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrell ilə görüşlər keçirib. Və vicdanla onların hamısına “Sülh qovşağı” proqramını təqdim edib. Mirzoyanın görüşləri barədə təfərrüatlı məlumat yayılırdı. Maraqlıdır ki, ən qısa mətbuat mesajı Mirzoyanın rusiyalı həmkarı Lavrovla danışıqları haqqında oldu. İki cümləyə sığacaq məlumat idi. Necə deyərlər, Ermənistan-Rusiya münasibətlərinin hazırkı səviyyəsi haqqında bilmək üçün bu kifayətdir. Axar.az xəbər verir ki, bunu erməni analitik Ruben Marqaryan deyib. O qeyd edib ki, Mirzoyanın Rumıniya və Lüksemburq nümayəndələri ilə danışıqları daha ətraflı təsvir edilib: “Həmçinin Mirzoyan tədbirlərin birinə gedərkən Böyük Britaniyanın xarici işlər naziri Kemeronun yanında gəzib. Onlar yeriyərkən bir-birinə nəsə deyir. İkitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıldı. Bu, başadüşüləndir, çünki indi ənənəvi olaraq Türkiyə və Azərbaycanın maraqlarına əsas lobbiçilik edilən və Rusiyanın beynəlxalq aləmdə əsas rəqibi olan Londonda yeni səfirlik binamız var. Axı, indi bizim britaniyalılarla hərbi sahədə qarşılıqlı fəaliyyət üçün yeni planımız da var. Media xəbərlərinə görə, kəşfiyyat xidmətləri arasında məlumat mübadiləsi üçün daimi mexanizmin yaradılması, döyüş hazırlığı kurslarının təşkili nəzərdə tutulur. Rusiya Prezidenti Putinin mətbuat katibi Peskov Ermənistan-Britaniya hərbi əməkdaşlığını belə şərh edib: “Ermənistan suveren ölkədir, kiminlə uyğun görsə, onunla münasibətləri inkişaf etdirir”. Deyəsən, Moskva nəhayət ki, Ermənistanın baş naziri ilə necə işləmək lazım olduğunu anlayıb. Başa düşdülər ki, Paşinyanı suveren ölkənin lideri adlandırın, sonra onunla istədiyinizi edə bilərsiniz”. Marqaryanın fikrincə, amerikalılar, britaniyalılar və digər avropalılar məhz belə edirlər: “Ermənistanın itki verməsi problem deyil - ərazi, insan və gələcəkdə, çox güman ki, iqtisadi itkiləri nəzərdə tuturam. Ermənistanın Azərbaycan və Türkiyədən daha çox asılı olması da problem deyil. Əsas odur ki, Ermənistanı suveren ölkə, Paşinyan isə suveren ölkənin lideri adlandırılsın. Lavrovla Mirzoyan görüşünə qayıdaq. Rusiya tərəfdən gələn mesajlarda regional məsələlər ətrafında fikir mübadiləsi aparıldığı qeyd olunub, müxtəlif səviyyələrdə gələcək təmasların zəruriliyi təsdiqlənib, Lavrov Moskvanın Üçtərəfli saziş əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, o cümlədən sülh müqaviləsinin bağlanmasında vasitəçilik istəklərini bir daha təsdiqləyib. Lakin İrəvan söhbətin məzmununu belə açıqlayıb: “Mirzoyan bir daha Moskvaya Rusiyanın ikitərəfli və regional gündəm üzrə siyasəti və addımları ilə bağlı Ermənistanın mövqeyini açıqlayıb”. Yəni bizim Mirzoyan öz aləmində Lavrova söz “soxdu”. Bəs necə? Suveren ölkənin suveren XİN rəhbəri vicdansız tərəfdaşı yerində oturtdu. Heç bir sual yoxdur, suverenlik çiçəklənir”.
|
2023-12-01
| 809,318 |
Bakıda bu məşhur bazar bağlanır? - Rəsmi
|
Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi” fəaliyyətini davam etdirir. Axar.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib. Onun sözlərinə görə, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. İ.Mehdiyev bildirib ki, sadəcə olaraq “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişir və buna görə də bazar bundan sonra “8-ci km Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərməyəcək. “Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur”, – İ.Mehdiyev əlavə edib. Xatırladaq ki, ötən gün Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində “8-ci km Ticarət Mərkəzi” MMC-nin ləğv olunduğu ilə bağlı elan yerləşdirilib.
|
2023-12-01
| 809,319 |
Nazir MM-ə gəldi, müzakirə başladı
|
Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. Axar.az xəbər verir ki, iclasda 2024-cü ilin dövlət büdcəsi və digər məsələlər müzakirə olunur. Toplantıda maliyyə naziri Samir Şərifov da iştirak edir.
|
2023-12-01
| 809,322 |
İlham Əliyev Rumıniya prezidentinə məktub göndərdi
|
Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan-Rumıniya münasibətləri xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi məmnunluq doğurur. Bu gün ölkələrimiz arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, son dövrdə həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar strateji tərəfdaşlığımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Rumıniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
|
2023-12-01
| 809,328 |
Ölkəyə 1,7 milyon əcnəbi gəldi: ərəb turistlər azalır…
|
2023-cü ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılıb, Avropadan gələnlərin sayındakı artım davam edib. Belə ki, həmin dövrdə ölkəmizə gələn tursitlərin sayı 30.3 faiz artasa da, avropalı ziyarətçilərin sayında artım 41.9 faiz olub. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, bu müddətdə 1 milyon 723 min əcnəbi Azərbaycana səfər edib: “Körfəz ölkələrindən gələnlərin sayında isə azalma davam edib. 2023-cü ilin ilk 10 ayında ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb. Ən çox artım 3 Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq, 692,6 min nəfərə çatıb”. Ekspert turizmin enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu xatırladıb: “Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yenilənməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiya dövlətləri ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”.
|
2023-12-01
| 809,329 |
Sərhəddə görüş: 1920-29 xəritələri gündəmdə - Sabiq nazir
|
Dünən Azərbaycanla Ermənistan sərhədində delimitasiya komissiyalarının beşinci iclası keçirildi. İclasda komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin hazırlanması üzərində işin aparılması barədə razılıq əldə olundu. Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Diplomat vurğulayıb ki, adətən belə sənədlərdə təşkilati məsələlərin detalları öz əksini tapır: “Burada siyasi əhəmiyyət kəsb edən ən önəmli məsələ isə hansı xəttin baza kimi götürüləcəyidir. Tərəflər fərqli mövqelərdən çıxış edir. Ermənistan hökuməti öz çıxışları zamanı 1975-ci il xəritələrindən, 1991-ci il Almatı Bəyannaməsindən danışır. Əgər xatırlayırsınızsa, Azərbaycan Xarici İşlər Nazirliyi cari ilin oktyabr ayında Paşinyanın iddiasına verdiyi cavabda 1975-ci il xəritəsinin olmadığını bildirib. Fikrimcə, dövlətimiz heç bir halda öz haqlı mövqeyindən geri çəkilməyəcək. Çünki Azərbaycanın delimitasiya prosesinin həyata keçirildiyi xətt boyunca 1920 və 1929-cu il sərhəd dəyişikləri edilinədək mövcud olan xəritələri əsas götürməyə tam hüququ var. Əlbəttə, bütün bunlar növbəti görüşlərdə təfərrüatı ilə müzakirə ediləcək. İndi isə əsasən texniki məsələlər üzrə müəyyən razılıqlar əldə olunub”.
|
2023-12-01
| 809,332 |
Ermənistan ilk peykini kosmosa göndərdi
|
11:57 Ermənistan istehsalı olan ilk kosmik peyk “Hayasat-1” orbitə çıxarılıb. Axar.az xəbər verir ki, peyk Kaliforniyadakı “Vandenberq” Hərbi Hava Qüvvələri bazasından “Speys X” şirkətinə məxsus “Falkon-9” raketi ilə orbitə çıxarılıb. Peyk 517 km yüksəklikdə dövr edəcək. Qeyd edilir ki, peyk buraxılışı noyabrın 29-a nəzərdə tutulsa da, bu gün, yəni dekabrın 1-də kosmosa göndərilib.
|
2023-12-01
| 809,333 |
Ağdərəyə görə büdcəyə dəyişiklik edilir
|
Ağdərə rayonunun yaradılmasına görə dövlət büdcəsinə dəyişiklik edilir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. O qeyd edib ki, Azərbaycanda yeni rayon yaradılıb, Prezident İlham Əliyev tərəfindən bir sıra fərmanlar qəbul edilib. “Bununla bağlı dövlət büdcəsinə bəzi düzəlişlərin edilməsinə ehtiyac yaranıb. Bu xərclər dövlət büdcəsinin xərcləri çərçivəsində baş verə bilər. Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinə rayonun adının daxil edilməsinə ehtiyac yaranıb”, - deyə nazir əlavə edib. Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.
|
2023-12-01
| 809,336 |
Daha bir uşaq qızılcadan öldü - Rəsmi
|
2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə Axar.az-a TƏBİB-dən bildirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib. Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.
|
2023-12-01
| 809,339 |
Qərb İrəvana silah verir: Ermənilər, dayanın! - Kalaşnikov
|
Qərbdən, xüsusən də onun Cənubi Qafqazdakı fəaliyyətindən yaxşı heç nə gözləməyə dəyməz. Görürük ki, hazırda Fransa Ermənistana hərbi texnika verir, silah vermək niyyətindədir, Böyük Britaniya ilə də bəzi razılaşmalar var. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib. “Onlar sadəcə yaşamaq üçün pul versəydilər, eybi yox. Amma silah verirlər. Sual budur: onlar nə üçün silahla təmin edirlər? Qərb bunu regionda eskalasiya və gərginliyi artırmaq üçün edir. Qərb dünyanın istənilən yerində oxşar ssenarini həyata keçirir. Onlar üçün bu gün Rusiyanın ətrafında yandırmaq istədikləri bir neçə “qaynar nöqtə” var. Son illərdə Ermənistan və Azərbaycan sərhədləri boyunca Qərbin düşməni olan İrandır. Və bu gün Ermənistan vasitəsilə Qərbin Rusiya və İranı müşahidə etmək imkanı var. Ona görə də Ermənistanda ABŞ-ın ən böyük səfirliyi fəaliyyət göstərir. Bu vəziyyətdə Ermənistan Rusiyaya və İrana qarşı alət kimi çıxış edir. Ermənistan üçün Ukrayna ssenarisinin variantı hazırlanır. Ermənilər başa düşməlidirlər ki, onların nə AB ölkələri ilə, nə də Amerika ilə sərhədləri var ki, bir növ bu kartı oynamağa cəhd etsinlər. Sadəcə olaraq bu cür hərəkətləri ilə dövlətlərini böyük təhlükə qarşısında qoyurlar. Onları dərhal dayandırmaq lazımdır”, - o bildirib.
|
2023-12-01
| 809,341 |
Bu məktəbin ibtidai sinifləri distant tədrisə keçdi
|
Paytaxtdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədris tətbiq olunub. Bu barədə Axar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib. Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Qeyd edək ki, anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib: "Onu da qeyd edək ki, məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil".
|
2023-12-01
| 809,349 |
Sabah hava necə olacaq?
|
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.
|
2023-12-01
| 809,350 |
Qarabağ iqtisadiyyatımıza ildə bu qədər qazandıracaq
|
İşğaldan azad edilmiş ərazilərin qeyri-neft sektorundakı potensialı Azərbaycan iqtisadiyyatının 10 faizinin formalaşdırılmasına imkan verəcək. Bu sözləri Axar.az-a açıqlmasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, sözügedən ərazilərin iqtisadi potensialı olduqca böyükdür: “İlkin qiymətləndirmələr onu göstərir ki, bu ərazilərin qeyri-neft sektorundakı potensialı Azərbaycan iqtisadiyyatının 10 faizinin formalaşdırılmasına imkan verəcək. Bu da ölkə iqtisadiyyatında 10 milyard manata yaxın yeni dəyər deməkdir. Nəzərə alaq ki, işğalaqədərki dövrdə həmin ərazilər aqrar potensialı ilə seçilirdi. Artıq həmin ünvanların iqtisadi imkanlarından sıx şəkildə istifadə olunur”. Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə turizm və digər sektorlardan da böyük gözləntilər var: “Həmin ərazilərdə aqrar sektorda üstünlük böyükdür, çünki torpaqlar məhsuldardır. Əkinçilik və heyvandarlıq Azərbaycan üçün geniş iqtisadi imkanlar yaradacaq. Ağdam və Füzulini bu yöndə xüsusi qeyd etmək olar. Ağdam ərazisinin 95 faizindən çoxu əkinə yararlıdır. Turizm xidmət sektorunda da gözləntilərimiz ümidvericidir. Bu, həm daxili, həm də gəlmə turizmin inkişafına böyük töhfə verəcək. Xidmət sektorunun inkişafı bu baxımdan vacib məqam hesab olunur. Gözlənilir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanda növbəti mərhələdə qeyri-neft sektorunun inkafında yeni drayverə çevriləcək".
|
2023-12-01
| 809,352 |
Türkiyə ordusu 5 terrorçunu PUA ilə məhv etdi
|
Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Pəncə-Kilid” əməliyyatı bölgəsində PUA-larla zərərsizləşdirilib.
|
2023-12-01
| 809,354 |
Paşinyan bu şirkətin uçuşlarını dayandırdı
|
Ermənistanın “Fly Arna” aviaşirkəti Ermənistandan reysləri dayandırır. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, buna səbəb şirkətin üzləşdiyi maliyyə problemləri olub. Bildirilib ki, şirkətin səhmdarı olan Ermənistanın Milli Maraqlar Fondu (ANİF) Dövlət Nəzarət Xidməti tərəfindən yoxlanılıb. Yoxlama zamanı qeydə alınan ciddi pozutular Baş nazir Nikol Paşinyana təqdim edilib. “Paşinyan hesab edib ki, şirkət uçuşları dayandırmalıdır”, - məlumatda qeyd olunub.
|
2023-12-01
| 809,356 |
Armen Qriqoryan ABŞ-a gedir
|
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabah ABŞ-a gedəcək. Axar.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Vaşinqtonda Ermənistan-ABŞ münasibətlərinin inkişafı ilə bağlı gündəliyin müzakirəsi planlaşdırılır. Sonuncu dəfə Ermənistan rəsmisi ABŞ-a 2023-cü ilin iyulunda səfər edib.
|
2023-12-01
| 809,358 |
"Azercell" BMT-nin Qlobal Sazişinə qoşuldu
|
Mobil operator Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində çalışacaq Azercell Telekom MMC böyük məmnuniyyətlə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv qəbul olunduğunu elan edir. Mobil operator Davamlı İnkişaf Məqsədləri (DİM) və sosial məsuliyyət siyasətlərin qəbulu və onların həyata keçirilməsinə öz töhfəsini verəcək. BMT Baş Katibinin köməkçisi və BMT Qlobal Sazişinin İcraçı Direktoru Sanda Ojiambo salamlama məktubu vasitəsilə “Azercell Telekom” MMC-ni bu təşəbbüsdə iştirakı münasibətilə təbrik edib. Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş “Qlobal Saziş” 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. “Qlobal Saziş” üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərinə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır. Mobil infrastrukturunu yüksək texnologiyalar əsasında quran, Korporativ Sosial Məsuliyyət strategiyası sağlam dəyərlərə əsaslanan, ölkədə biznes ekosisteminin inkişafına daima dəstək verən Azercell Telekom innovativ həllərin tətbiqi ilə insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyir. Lider mobil operator öz şəbəkəsini ölkə boyunca genişləndirir və “yaşıl” texnologiyalar tətbiq edir. Qeyd edək ki, bu cür təşəbbüslər ekoloji maarifləndirmənin təşviqinə və Azərbaycanın davamlı inkişaf hədəflərinə çatmasına kömək edir. BMT-nin Qlobal Sazişinə qoşulmaqla, Azercell Telekom insan hüquqları, ətraf mühit, anti-korrupsiya və əmək hüquqları sahəsində qlobal əlaqəni gücləndirərək BMT-nin ixtisaslaşmış agentlikləri ilə sıx əməkdaşlıq nəticəsində innovasiyalara əsaslanan möhkəm, inklüziv və dayanıqlı infrastruktur yaratmağa və onu təşviq etməyə çalışacaq.
|
2023-12-01
| 809,359 |
Kapital Bank depozit faizlərini artırdı
|
Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan ölkənin birinci bankı Kapital Bank depozit məhsulu üzrə şərtləri dəyişib. Axar.az xəbər verir ki, yeni qaydalara əsasən maksimal depozit AZN valyutası üzrə 12 aylıqda 9%-ə, USD valyutası üzrə isə 36 aylıqda 3,5%-dək artırılıb. AZN valyutası ilə depozitlərdə yeni kampaniyaya start verilib. 31 yanvar 2024-cü ilədək aktual olacaq kampaniyanın şərtlərinə əsasən müştərilər 12 aylıq 9% gəlir əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır. Müştərilər üçün daha sərfəli olan yeni qaydaya əsasən USD valyutası üzrə əmanətin müddəti 12 aydan 36 ayadək müəyyən edilib. Depozit üçün minimum $500 olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum $100 məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir. Bundan başqa tezliklə Birbank mobil tətbiqində yeni başdan-başa “Rəqəmsal depozit” məhsulu istifadəyə veriləcək. Bu məhsulun əsas üstünlüyü müştərilərin kampaniya çərçivəsində 12 aylıq 9% gəlir əldə etmələri ilə yanaşı proseslərin tamamilə onlayn olmasıdır. Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyən müştərilər onlara yaradılan imkanlardan istifadə etmək üçün ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər. Depozit kalkulyatoru ilə faiz miqdarını asanlıqla hesablamaq mümkünür: https://kbl.az/kdpr 140 ildən çox tarixə malik olan Kapital Bank depozitlərin sərfəli və etibarlı ünvanıdır. Müştərilər ürək rahatlığı ilə əmanətlərini banka etibar edə və vəsaitlərinin dövlət səviyyəsində müəyyən edilən bütün təhlükəsizlik standartlarına uyğun şəkildə qorunduğundan əmin ola bilərlər. Şəffaf maliyyə göstəriciləri, ekosistemdəki davamlı yeri və nüfuzu, qabaqcıl dünya trendlərinə əsaslanan strateji hədəfləri və müştərilərlə qurulan səmimi bağ Kapital Bankı milyonlarla müştərinin güvəndiyi etibarlı tərəfdaşa çevirib. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
|
2023-12-01
| 809,361 |
Avropa döyüşə hazır olmalıdır - Ollonqren
|
Avropa ölkələri döyüşə hazır olmaq üçün silahlı qüvvələrini gücləndirməlidir. Axar.az xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren deyib. Onun sözlərinə görə, heç bir ölkə təkbaşına müasir təhlükəsizlik təhdidlərinin öhdəsindən gələ bilməz: “Biz avropalılar addım atmalı, güclü Avropa müdafiəsi qurmalı və NATO daxilində əsas sütun kimi mövqeyimizi gücləndirməliyik. AB ərazisində heç bir müharibə olmayıb, ona görə də ölkələr üçün bloka üzvlük həm mükafat, həm də sülh və sabitlik vədidir. Bunu belə saxlamaq üçün indi hərəkətə keçməliyik. Ordumuzu gücləndirmək üçün uzunmüddətli, struktur investisiyalar qoymalıyıq. Biz döyüşməyə hazır olmalıyıq”.
|
2023-12-01
| 809,365 |
Peterburqun tanınmış həkimləri Bakıda
|
Bakıda Sankt-Peterburqun “Turizmin İnkişafı Komitəsi” və Sankt-Peterburq Tibbi Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Turizm və qonaqpərvərlik sənayesi” və “Tibbi xidmətlərin ixracı” milli layihələrinin icrası çərçivəsində “Tibbi turizm - əməkdaşlığın unikal simvolu” adlı tədbir keçirilir. Axar.az xəbər verir ki, noyabrın 30-da başlayan və dekabrın 3-dək davam edəcək tədbirdə Sankt-Peterburqun 15-dən çox aparıcı tibb mərkəzinin həkimləri iştirak edir. “Tibbi turizm - əməkdaşlığın unikal simvolu” tədbiri mühüm tərəfdaşlıqların yaradılması üçün əsasdır və onların uğurla həyata keçirilməsi iki ölkənin tibb icmaları arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Bu da Bakıdan daha çox tibbi turistlərin cəlb edilməsində mühüm addım olacaq. Belə təcrübə mübadiləsi mütəxəssislər arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə kömək etməklə yanaşı, hər iki ölkədə tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Tədbirin bu aspektində fəal iştirak tibb ictimaiyyətinin inkişafı və yüksək qayğı standartlarının saxlanması üçün həyati əhəmiyyət kəsb edir.
|
2023-12-01
| 809,366 |
Bakıya və Laçına ayrılan vəsait artırılır
|
Bakıya və Laçına ayrılan vəsait artırılır. Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, cari ildə qəbul edilmiş minimum əmək haqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda, Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə zərurət var. “Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon, Laçın rayonunun yerli xərclərinin 100 min manat artırılması nəzərə alınacaq”, - deyə o əlavə edib. Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.
|
2023-12-01
| 809,368 |
48 nəfəri işə düzəltmək adı ilə aldadan şəxs saxlanıldı
|
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində 3 nəfər rayon sakinini dövlət müəssisələrindən birinə sürücü kimi işə düzəltmək adı altında dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pulunu mənimsəyən şəxs saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dələduzluq əməlinə görə bir neçə dəfə məhkum olunmuş Ceyhun Bədəlov olduğu müəyyən edilib. Onun müxtəlif mobil nömrələrdən vətəndaşlarla əlaqə saxlayaraq onlara saxta iş təklifləri etdiyi, daha sonra isə onlayn ödəniş sistemindən istifadə etməklə pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. İlkin araşdırma zamanı C.Bədəlov bu üsulla ümumilikdə Respublika ərazisində 48 vətəndaşın müxtəlif məbləğlərdə pulunu ələ keçirdiyini etiraf edib. Həmin şəxsin digər analoji əməllərinin də olması istisna edilmir. C.Bədəlovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Lənkəran ŞRPŞ-yə məlumat vermələri xahiş olunur.
|
2023-12-01
| 809,369 |
"Shokki Mokki” “Peşəkar 100 il” idarəçilik marafonunda!
|
ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılan və Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə milli markamız “Shokki Mokki” Azərbaycanın ən böyük KSM layihələrindən olan “Məktəbim”i təqdim edib. Tədbirdə dövlət rəsmiləri, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edərək faydalı məlumatlar paylaşıblar. “Shokki Mokki”nin marketinq müdiri Nəzrin Əliyeva çıxış edərək, Heydər Əliyevin milli dövlətçilik tariximizdəki zəngin siyasi irsindən və idarəçilik təcrübəsindən söz açıb. Daha sonra markanın icra etdiyi “Məktəbim” layihəsindən danışan şirkət rəsmisi bildirib ki, “Məktəbim” Azərbaycan təhsil sahəsində özəl şirkətlərin KSM layihələri içərisində mühüm əhəmiyyətə malikdir. Nəzrin Əliyeva bu layihə çərçivəsində aztəminatlı ailələrin uşaqları üçün yaradılan şəraitdən danışıb və qadınlara yeni iş imkanlarının yaradılmasını da xüsusi vurğulayıb. Qeyd edək ki, hazırda Bakı və bölgələrdə 30-dan çox “Məktəbim” təhsil ocağı fəaliyyət göstərir. Bu layihə çərçivəsində bölgədə yaşayan qadınlar xüsusi təlim keçdikdən sonra işlə təmin olunurlar ki, bununla da onların məşğulluğunun artırılmasına mühüm töhfə verilir.
|
2023-12-01
| 809,370 |
DYP-dən maşınlarının şüşələrini yazanlara xəbərdarlıq
|
Təəssüflər olsun ki, cəmiyyətdə haqlı narazılıq doğurduğu üçün ictimai qınaq obyektinə çevrilməsinə və bu səbəbdən DYP tərəfindən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də lüzumsuz yazılar və fotolarla avtomobillərinin şüşələrini və ya banını yazı lövhəsinə çevirən sürücülərə rast gəlinir. Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin paylaşdığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, sürücülər aldığı mükafatların fotoşəkillərini və ya özlərinə aid məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza malik olacaqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər: "Yolda heç kim hansısa bir imtiyaza malik ola bilməz, yollarda ayrı-seçkilik yaratmaq istəyi sürücü intizamını yox edən hallardandır. Qeyd olunan hallar vətəndaşlarımız tərəfindən də ciddi narazılıqla qarşılanır. Belə ki, son 1 ay ərzində 050-8000-902 whatsapp nömrəsinə bununla bağlı 131 müraciət daxil olub. Bir daha bütün avtomobil sahiblərindən və sürücülərdən avtomobillərinə lüzumsuz yazı və fotoşəkil yapışdırmamağı xahiş edir, bununla bağlı ciddi tədbirlərin görüləcəyi diqqətlərinə çatdırılır".
|
2023-12-01
| 809,373 |
Əliyev haqlıdır, KTMT-də dostu daha çoxdur - Norikyan
|
“KTMT Ermənistanla, yoxsa Ermənistan KTMT ilə münasibətləri korlayır” sualına cavab verməzdən əvvəl hesab edirəm ki, aydın terminlərdən istifadə etməliyik. İrəvana münasibətdə KTMT yararsız struktur idi və əslində işləmirdi. Axar.az xəbər verir ki, bunu “Ədalətli Ermənistan” partiyasının rəhbəri Norayr Norikyan deyib. “Rusiyanın problemi ondan ibarətdir ki, həm Ermənistana, həm də Azərbaycana bərabər şəkildə təsir göstərsin. Ona görə də əgər KTMT-yə ümid edirdiksə və lazım gələrsə, KTMT Nizamnaməsinin 2-ci və 4-cü maddələrindən istifadə olunacağına inanırdıqsa, bu, boşunadır. KTMT-nin ayrı-ayrı ölkələri ilə hansı münasibətlərimiz olmasından asılı olmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin KTMT-də Azərbaycanın Ermənistandan daha çox dostu olması barədə sözlərini çox yaxşı xatırlayıram. Həyat göstərdi ki, KTMT Ermənistan-Azərbaycan münaqişəsinin həllinin heç bir mərhələsində İrəvanın gözlədiyi rolu oynamadı. Ona görə də dərk etmək lazımdır ki, Qazaxıstan, Qırğızıstan, Belarus və digər KTMT üzvləri Azərbaycanla münasibətlərə gəldikdə heç bir halda Ermənistanın müttəfiqi ola bilməz. Bunu nə qədər tez başa düşsək, bir o qədər yaxşıdır”, - o bildirib.
|
2023-12-01
| 809,377 |
Rusiyada “qatar yanğını” partlayış imiş
|
Rusiyanın şərqində strateji dəmir yolu tunelində hərəkət edən qatarda olan yanğın Ukrayna Təhlükəsizlik Xidmətinin işi olub. Sözügedən partlayış Ukrayna tərəfindən növbəti uğurlu xüsusi əməliyyatı kimi qiymətləndirilib. Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, yük qatarı hərəkətdə olarkən dörd partlayıcı qurğu işə salınıb. Məlumata görə, partlayış Şərqi Sibir bölgəsində, Buryatiyanın “Bessolov Severomuyskiy” tunelində, “Baykal-Amur” dəmir yolunda baş verib. Rusiya hadisəni yanğın kimi xarakterizə edib və Ukraynanın hücum iddiasını yalanlayıb.
|
2023-12-01
| 809,378 |
Yevlax sakini Bakıda bıçaqlandı
|
Yevlax sakini Bakıda bıçaqlanıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 24-də Suraxanı qəsəbəsi ərazisində Yevlax rayon sakini olan bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü B.Abdullayev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
|
2023-12-01
| 809,381 |
Azərbaycandan Türkiyəyə növbəti yardım
|
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Qəhrəmanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib. Bu barədə Axar.az-a Diasporla İş üzrə Dövlət Komittəsindən məlumat verilib. Bildirilib ki, içərisində 6200 yorğan və adyal, 175 kondisioner, 1500 ədəd isidici, eyni zamanda, yemək bişirmək üçün 1000 soba olan iki TIR Kahramanmaraş rayon Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Regional Mərkəzinə yola salınıb.
|
2023-12-01
| 809,382 |
Onlar indi də bu təşkilatı məhv edirlər - Lavrov
|
ATƏT çərçivəsində yaradılan hər şey tam deqradasiyaya uğrayıb. Axar.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov ATƏT Nazirlər Şurasının Skopyedə keçirilən iclası çərçivəsində baş tutan mətbuat konfransında deyib. O bildirib ki, Qərb ATƏT-i məhv edir: “Qərb bu uğursuz siyasətindən heç vaxt dərs götürməyib. Onlar indi də təşkilatı məhv etməkdədirlər”.
|
2023-12-01
| 809,383 |
Müsabiqə ilə bağlı narazılıq: Şikayətlərə baxılacaq?
|
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) reallaşdırdığı layihə müsabiqəsinin nəticələri Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi ilə müzakirə olunub. Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Müsabiqənin yeni adlar kəşf edəcəyi ümidi ilə sosial şəbəkələrdəki nigarançılıqlar da müzakirə olunub. Agentlik nümayəndəsi hər bir müsabiqə iştirakçısının nəticələri apelyasiyaya vermək şansı yaradılacağını bildirib. Apelyasiya komissiyasının tərkibinin nüfuzlu kinematoqrafistlərinin olacağı bildirilib. Bununla yanaşı, qalib ssenarilərin də inkişafa və redaksiyaya ehtiyac olduğu vurğulanıb. Kino Agentlik ssenarilərin tam hazır vəziyyətə çatandan sonra isehsala buraxılacağını bildirib. Kinematoqrafçılar İttifaqının nümayəndəsi layihələrə ayrılan maliyyə vəsaitinin də elan edilməsi vacibliyini qeyd olunub. Hər iki tərəf layihə müsabiqəsinin kinomuzun inkişafı üçün vacib bir mexanizm olmağı ilə yanaşı kinematoqrafçılarımızn pitçinq, təqdimat, müzakirə vərdişlərinin artmasının və qiymtələndirmə mexanizminin kamilləşməsinin vacibliyini qeyd ediblər. Uzun müddət kino istehsalının dövlət maliyyələşməsindən sonra layihələrin operativ maliyyələşdirməsi kinomuzda canlanma yaradacağı əminliyi ifadə olunub.
|
2023-12-01
| 809,385 |
Bayramov Filip İnvanoviçlə görüşdü
|
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İnvanoviçlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Monteneqro XİN-in X hesabında paylaşım edilib.
|
2023-12-01
| 809,386 |
Nərgiz Absalamova həbs olundu
|
“Abzas Media”nın əməkdaşı, ötən gün saxlanılan Nərgiz Absalamova həbs olunub. Axar.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.
|
2023-12-01
| 809,388 |
4 kənd qaytarılır: digər 4 kənd güc yoluyla alınacaq?
|
Delimitasiya prosesində Azərbaycanın əsas tələblərindən biri Qazaxın işğal altında qalan 7 kəndi və Sədərəyin Kərki kəndinin qaytarılmasıdır. İlkin mərhələdə Qazaxın kəndlərindən dördünün qaytarılması daha real görünür. Bunu Axar.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, anklavlarla bağlı məsələ müəyyən qədər spesifikdir: “Anklav olan Kərki, eləcə də Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri qaytarılarsa, Ermənistan Azərbaycanın bu kəndlərə çıxışı üçün dəhlizlər verməlidir. Bu dəhliz verilərsə, təhlükəsizliyin necə qorunacağı da sual altındadır. Bu baxımdan, anklavlarla bağlı məsələ ciddi müzakirə olunmalıdır”. Siyasi şərhçi qeyd edib ki, Ermənistan bu çətinlikləri irəli sürərək, “barter” təklifi ilə çıxış edir: “Nikol Paşinyan son açıqlamalarında bunu elan etdi. Təklifi belədir ki, Başkənd Azərbaycanda qalsın, 4 kəndimiz isə Ermənistanda. Burada Başkənd iddiası prosesi yenidən dalana dirəyə bilər. Çünki bu ərazilər Azərbaycana məxsusdur, SSRİ dövründə Ermənistana verilib. Azərbaycan Paşinyanın iddia etdiyi “barter” məsələsi ilə razılaşmır”. A.Nərimanlı hesab edir ki, işğal altında qalan 4 kəndin azad edilməsi iki ssenari üzrə mümkündür. “Birincisi, delimitasiya prosesində Qazaxın anklav olmayan 4 kəndi - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli – qaytarılır, anklavlar məsələsi sonra müzakirə edilir. Sülh müqaviləsi imzalansa belə, bu məsələni sonrakı müzakirəyə saxlamaq olar. Misal üçün, bu gün Azərbaycan və Gürcüstan sərhədində də delimitasiya olunmamış ərazilər var. Yəni Ermənistanla sülh bağlasaq da, anklavlar üzrə danışıqlar davam edə bilər. İkinci ssenari məsələnin hərbi müstəvidə həllidir. Azərbaycan bunu istəmir, lakin Ermənistanın sərgilədiyi təxribat yanaşma, eləcə də bölgədə yeni eskalasiya yaratmaq istəkləri fonunda hadisələrin bu istiqamətdə inkişafı istisna edilməməlidir”, - o deyib.
|
2023-12-01
| 809,390 |
Ödəmə terminallarından oğurluq etdi - Video
|
Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7753 manat oğurlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Binə qəsəbəsi sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü İlham Rəhmanov saxlanılıb. Araşdırma zamanı bu şəxsin paytaxtın Suraxanı rayonunda da 2 mağazada quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Saxlanılan zaman həmin şəxsdən oğurladığı maddi vəsaitin bir qismi aşkar olunaraq götürülüb. İ.Rəhmanov oğurluq yolla əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib. Faktlarla bağlı 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. İ.Rəhmanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
|
2023-12-01
| 809,392 |
Lavrov: Blinken qorxub qaçdı!
|
Blinken ATƏT Nazirlər Şurasının Skopye görüşündən qaçıb, çünki konkret faktlarla səmimi söhbətdən qorxur. Axar.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. “Məncə, onlar qorxaqdırlar”, - o bildirib. Qeyd edək ki, Blinken hələ rusiyalı nazir Skopyeyə gəlməmişdən əvvəl Makedoniyadan Yaxın Şərqə səfərə gedib.
|
2023-12-01
| 809,394 |
İrəvanın “Qarabağdan sonra...” yanaşması – Markedonov
|
Qarabağdan sonra Rusiya-Ermənistan münasibətləri çətin sınaqlardan keçir. Bu münasibətlər əvvəlki kimi olmayacaq. Lakin Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə bağlı nəticə çıxarmağa da tələsmək lazım deyil. Çünki bu region Rusiyanın cənub bölgələrinin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Düzdür, o da həqiqətdir ki, Rusiyanın postsovet Avrasiyasının ən təlatümlü hissələrindən birində mövcudluğunun konfiqurasiyası dəyişir. Axar.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib. “Ermənistanın Baş naziri KTMT-nin Minsk sammitində iştirak etmədi. Onunla yanaşı, Nikolun ən yaxın silahdaşları Mirzoyan, o cümlədən Qriqoryan və Papikyan Təşkilatın müvafiq struktur bölmələrinin iclaslarında iştirakdan imtina etdilər. Ermənistanın media məkanında isə KTMT-yə, yumşaq desək, üstünlük verilmir. Söhbət həm ənənəvi mediadan, həm də sosial şəbəkələrdən gedir. Eyni zamanda, belə bir hiss var ki, İrəvan münasibətlərdə dərinləşən uçuruma hazır deyil, ən azı hələlik. Payızın son günündə Rusiya Prezidentinin mətbuat katibi Peskov bildirib ki, Paşinyanın Rusiyanın “şimal paytaxtında” MDB-nin qeyri-rəsmi sammitində iştirakı gözlənilir. Putinin köməkçisi Uşakov da oxşar şəkildə danışmışdı”, - o bildirib. Markedonov qeyd edib ki, Aİİ sammiti də Sankt-Peterburqda keçiriləcək və məhz burada İrəvanın “Qarabağdan sonra” yanaşmalarında konfiqurasiya dəyişikliyi planlaşdırılır: “Əgər Ermənistan rəhbərliyi KTMT-yə soyuqqanlı, bəzən də bilərəkdən nümayişkaranə münasibət bəsləyirsə, deməli, Aİİ tamam başqa hekayədir. “Paşinyan gəlib-gəlməyəcəyini bilmirəm, hələ qərar verilməyib, amma Ermənistan bu sammitdə iştirak etməlidir, çünki biz Aİİ-yə sədrliyi öz öhdəmizə götürürük”, - bunu Ermənistan parlamentinin spikeri Simonyan deyib. Çətin ki, belə yüksək rütbəli dövlət xadimi bu vəziyyətdə sıradan bir “spoyler”ə çevrilsin. İrəvan Moskvanın təhlükəsizlik zəmanətlərinə açıq şübhə ilə yanaşır, amma Rusiya və Aİİ-dəki digər tərəfdaşlarla iqtisadi inteqrasiyanı nəinki saxlamaq, bəlkə də dərinləşdirmək perspektivləri barədə düşünür. Lakin müttəfiqlər arasında münasibətlərdə hansı yeni “konfiqurasiyalar” yaransa da, köhnə problemlərin qarşısını almaq mümkün deyil. Münasibətlərin “şəxsi kimyası”nın əhəmiyyətini nəzərə alsaq, Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında söhbət vəziyyəti sakitləşdirə və onu daha konstruktiv istiqamətə apara bilər - hətta keçmişə tam qayıtmaq mümkün olmasa belə”.
|
2023-12-01
| 809,395 |
48 yaşlı polkovnik vəfat etdi - Foto
|
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Tofiq Orucov 48 yaşında ürəktutmasından vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Report-a onun yaxınları məlumat verib. T.Orucov Azərbaycan Ordusunun mühəndis-istehkam bölməsinin komandiri olub. 2020-ci il noyabrın 25-də Kəlbəcər erməni işğalından azad olunan zaman rayona ilk daxil olan bölmələrdən birinə komandanlıq edib. Qeyd edək ki, Tofiq Miryusif oğlu Orucov 1975-ci il sentyabrın 4-də Laçın rayon Fərraş kəndində anadan olub. 1993-cü ildə ali hərbi məktəbə daxil olub. Hərbi təhsilini bitirdikdən sonra ixtisası üzrə Bakı ərazisində hərbi hissələrin birində bölük komandiri kimi xidmətə başlayıb. Sonralar uzun müddət hərbi hissə komandiri vəzifəsində işləyib. O, Aprel döyüşlərində, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 2020-ci il dekabrın 29-da imzaladığı Sərəncamla “Kəlbəcərin azad olunmasına görə” medalı və 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Polkovnik T.Orucov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə təltif olunub. Qeyd edək ki, T.Orucovun atası və qardaşı Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Xocalının Meşəli kəndində işgəncə verilərək qətlə yetirilib.
|
2023-12-01
| 809,396 |
Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi
|
Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. Axar.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib. Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVİD-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır. TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var”.
|
2023-12-01
| 809,401 |
Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var - Video
|
14:56 Moskvada yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus “Sadovod” bazarında yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Sadovod”un ərazisi qatı boz-qara tüstüyə bürünüb: “Hadisə nəticəsində bir nəfər xəsarət alıb, 350 nəfər təxliyə edilib. Bazar yerində yanğınsöndürmə və xilasedicilər işləyir. Yanğın alış-veriş pavilyonlarında baş verib. Hazırda ziyarətçi və işçilərin təxliyəsi davam edir”. Bildirilir ki, yanğının söndürülməsi güclü yanğın səbəbindən çətinləşib. Qeyd edək ki, bu, “Sadovod” ərazisində baş verən ilk yanğın deyil. Bu ilin iyun ayında orada üç ticarət pavilyonu yanıb.
|
2023-12-01
| 809,403 |
Ermənistanda yeni səngərlər qazılır: döyüşə hazırlıq? - Foto
|
Ermənistan ictimaiyyəti Rusiyanın Gümrüdəki hərbi bazasının ətrafında səngərlərin olduğu iddia edilən kadrları dərc edir. Axar.az xəbər verir ki, bu barədə “Caliber” yazıb. Görüntüləri təqdim edirik:
|
2023-12-01
| 809,404 |
Hansı şəxslər qızılca əleyhinə peyvənd olunmayacaq?
|
Qızılcaya yoluxan şəxslərlə təmasda olanlar əvvəllər bu xəstəliyi keçiribsə, eyni zamanda iki doz peyvənd vurdurubsa, onun yenidən vaksin olunmasına ehtiyac yoxdur. Axar.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib. Onun sözlərinə görə, xəstəliyə yoluxan şəxslə təmasda olanın xəstəliyi keçirmədiyinə dair sübutu yoxdursa və heç vaxt peyvənd vurdurmayıbsa, vaksinasiya üçün müraciəti tövsiyə edilir: “Həmin şəxs təmasdan sonra ilk 72 saat ərzində peyvənd vurdurmalıdır. Peyvəndlər orta tibb ixtisası olan şəxslər tərəfindən vurdurulmalıdır”. T.İbrahimova xatırladıb ki, TƏBİB-in tabeliyində olan xəstəxanalarda qızılca ilə əlaqəli yatan şəxslərin stasionar müalicəsi icbari tibbi sığorta çərçivəsində ödənişsiz həyata keçirilir: "Bütün peyvəndlər istehsalçı ölkələrin tövsiyəsinə uyğun şəraitdə saxlanılır və narahatlıq üçün heç bir əsas yoxdur".
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.