date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-02 | 809,621 | 5 prinsip əsasında sülh sazişi... - Qafarova | Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyib. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır. Axar.az xəbər verir ki, bunu Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşdə deyib. Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən S.Qafarova Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılmasının fəsadları, bu işğal nəticəsində bir milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsi, işğal olunmuş ərazilərdə bütün infrastrukturun və tikililərin, o cümlədən tarixi, mədəni və dini abidələrin dağıdılması haqqında danışıb. Azərbaycanın təkbaşına öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini və öz imkanları hesabına genişmiqyaslı yenidənqurma işlərinə başladığını bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalanmasını təklif edərək, regionumuzda uzunmüddətli sülhün təmin olunması üçün böyük səylər göstərmişdir. O, həmçinin Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri barədə də qarşı tərəfi məlumatlandırıb. Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Çexiyanın sülh danışıqlarını dəstəklədiyini və regionda daimi sülhün bərqərar olmasının önəmini ifadə edib. |
2023-12-02 | 809,622 | Minaaxtaran qadınlar belə seçilir - Açıqlama | Kişilər üçün hansı kriteriyalar tələb olunursa, gender bərabərliyinə uyğun olaraq qadınlarda da eyni əsaslar tələb olunur. Minaaxtaran şəxslərdə əsas diqqət edilən məqamlar psixoloji və fiziki cəhətdən sağlamlıq, təlimlərdə yüksək nəticələr göstərmək və imtahanların uğurla verilməsidir. Bundan sonra həmin şəxslər işə qəbul olunur. Axar.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sədri Hafiz Səfixanov Globalinfo.az-a minaaxtaran qadınların hansı əsaslarla seçilməsinə dair sualı cavablandırarkən deyib. "Noyabrın 28-də Azərbaycanın minaaxtaran qadınlarının sertifikatlaşdırılması baş tutmuşdu. Həmin şəxslər sadalanan kriteriyalara uyğun idilər. İngiltərənin Minalar üzrə Məsləhət Qrupunun (MAG) mütəxəssisləri tərəfindən Tərtərdə qadın minaaxtaranlara təlim keçirilib. Sentyabr ayında isə mina təmizləmə prosesinin monitorinqi baş tutub. Həmin qadınlar kişilərlə çiyin-çiyinə minaların təmizlənməsində iştirak ediblər. Hazırda 28 mina təmizləyən qadın fəaliyyət göstərir. Təlimlərə cəlb olunan 40 qadından yuxarıda sadalanan kriteriyalara uyğun olan 28 nəfər qaldı. Onlar da bu gün mina təmizləmə prosesində iştirak edirlər”, - deyə o bildirib. |
2023-12-02 | 809,628 | Moskva aeroportlarında 40-dan çox reys ləğv edildi | Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 40-dan çox reys gecikib və ya təxirə salınıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. |
2023-12-02 | 809,629 | İlham Əliyev Laos prezidentini təbrik etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Laos arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram". |
2023-12-02 | 809,632 | Turan adı bəzən kimlərisə qorxudur... - Deputat | Turan adı bəzən kimlərisə qorxudur. Amma bu, millətçilik deyil. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, bu gün keçirilən bu konfransı zəruri edən çağırışlar var. Millət vəkilinin sözlərinə görə, həm də beynəlxalq aləmdə yaranan reallıqlarla bağlıdır: “Türkmənçay və Gülüstan müqaviləsindən əvvəl 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsi əslində müəyyən proseslərin başlanğıcı olub”. H.Babaoğlu söyləyib ki, o dövrdə bir çox ziyalının arzuladığı türk dünyası arasında əməkdaşlıq artıq reallığa çevrilib. |
2023-12-02 | 809,637 | İcmadan Mirzoyana cavab: Siyasi əxlaqsızlıq... | Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla bağlı əsassız iddialarına cavab verib. Axar.az xəbər verir ki, icmanın bəyanatında qeyd olunub ki, İrəvan diplomatiyasının utanmaz davranışının həddi-hüdudu yoxdur. Bildirilib ki, A.Mirzoyan Azərbaycanı “təcavüz”də, “etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarla çıxış edib. "30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, azərbaycanlıların Ermənistana qayıdış hüququnu belə inkar edən bir ölkənin rəsmisinin belə açıqlaması siyasi əxlaqsızlıqdır. Bu həmin Ararat Mirzoyandır ki, Vətən müharibəsi zamanı oktyabr ayında başqa bir ölkənin-Azərbaycanın suveren ərazilərində dayanaraq özünə “dahi sərkərdə” siması verib “Biz güclüyük. Biz qalib gələcəyik. Ermənistan ordusuna eşq olsun” kimi açıqlamalar verirdi. 10 noyabr kapitulyasiya aktından sonra erməni xalqının qəzəblənərək küçələrə tökülməsinin bir səbəbi də yəqin Ararat Mirzoyan kimilərinin Vətən müharibəsi zamanı boğazdan yuxarı açıqlamaları idi". Bəyanatda vurğulanıb ki, Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də daşnak və mağara təfəkkürlü erməni diplomatiyasıdır. "Ermənistanın son vaxtlar ortaya atdığı “Sülh kəsişməsi” təşəbbüsünə gəldikdə isə, ilk öncə qeyd etmək istərdik ki, layihədə nəzərdə tutulan kommunikasiyaların əksəri vaxtilə bizim yaşadığımız, sonradan deportasiya edildiyimiz ərazilərdən keçir. Bundan başqa, Ermənistan uzun müddətdir ki, regionda kommunikasiyaların açılmasına mane olur və bu narrativi dəyişmək, öz aləmində guya Azərbaycanın mövqeyini zəiflətmək üçün indi “Sülh kəsişməsi” kimi utopik bir ideyanı ortaya atmışdır. Ermənistanın bu layihəni reallaşdırmaq üçün heç bir imkanı yoxdur. Ermənistan hələ də utopiya ilə məşğuldur", - bəyanatda bildirilib. |
2023-12-02 | 809,643 | İsrail ordusu Livanın ərazisinə cavab zərbəsi endirdi | İsrail Müdafiə Ordusu ölkənin şimalının Livandan atəşə tutulmasına cavab olaraq zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Livandan gecə saatlarında İsrailin şimalındakı ərazi atəşə tutulub. |
2023-12-02 | 809,644 | Bakı və Abşeronda daha iki qanunsuz tikili söküldü - Video | Bakı və Abşeronda daha iki qanunsuz tikili sökülüb. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bakı şəhərinin Nəsimi rayonu və Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb. |
2023-12-02 | 809,646 | Sərhəd görüşünün əsas müsbət istiqaməti budur - Deputat | Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının noyabrın 30-da keçirilən iclasının əsas müsbət istiqaməti ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanmasına zəmin yarana bilər. Axar.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Onun sözlərinə görə, vaxt azlığından ilin sonuna kimi sülh müqaviləsinin imzalanması inandırıcı görünməsə də, məsələlərinin həlli üçün addımlar atıla bilər. Deputat xatırladıb ki, delimitasiya komissiyalarının son görüşü sayca beşincisidir: “İndiyə qədər dörd görüş keçirilib, ikisi sərhəddə - Qazax istiqamətində, digərləri isə Moskva və Brüsseldə baş tutub. Mühüm məqam odur ki, sonuncu görüş vasitəçi olmadan keçdi. Ermənistanın Qərbin təzyiqi ilə verdiyi təkliflər tərəfimizdən çözülür. Prinsiplərimiz ortadadır və çox aydındır. Sadəcə görüşlərin intensivləşməsi üçün müəyyən zaman lazımdır”. |
2023-12-02 | 809,648 | Qəzzada ölən jurnalistlərin sayı artdı | İsrail və HƏMAS arasında 7 oktyabrda başlayan müharibə nəticəsində indiyə qədər 61 media nümayəndəsi həlak olub. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat verib. |
2023-12-02 | 809,650 | General bu hərbi hissələrin döyüş hazırlığını yoxladı - Video | Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb, onların icrası ilə əlaqədar konkret göstərişlər verib. Yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə qoşun xidməti və döyüş növbətçiliyinin təşkili yoxlanılıb. Məruzə olunub ki, mövqelərdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz xidmət aparılır, döyüş növbətçiliyi təşkil olunur. General-polkovnik K.Vəliyev həmçinin artilleriya, mühəndis və komando hərbi hissələrinə gələrək döyüş hazırlığını yoxlayıb, bölmələrin gündəlik fəaliyyəti, yerinə yetirilən tədbirlərlə bağlı komandir heyətlərinin məruzələrini dinləyib. Bildirilib ki, qarşıya qoyulmuş tapşırıqlar plan üzrə icra olunur, döyüş hazırlığı tədbirlərinin tələblərə uyğun təşkili və keçirilməsinə xüsusi diqqət yetirilir. Sonda Baş Qərargah rəisi komando bölmələrindən birinin döyüş hazırlığı üzrə təlim və məşqlərini izləyib, onların keyfiyyət və intensivliyinin daha da artırılması, habelə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi barədə komandanlıq qarşısında konkret tapşırıqlar qoyub. |
2023-12-02 | 809,653 | Elə analar var ki, 4 övladı haqda heç bir məlumat ala bilmir | Qloballaşan dünyada bütün sahələrdə inkişaf üçün qadınların da bu proseslərdə geniş iştirakı təmin olunmalıdır. Bu gün dünyada çox sayda qadın və qızlar gender əsaslı zorakılığa məruz qalırlar. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (OmbudsmanOmbudsman) Səbinə Əliyeva Ümumilli lider Heydər Əliyevin 100-cü illiyinə həsr edilən Liatris Holding MMC-nin təşkilatçılığı ilə baş tutan "Qadına şiddətə son" sosial layihəsində deyib: "Xüsusi vurğulamaq istərdim ki, bu gün Azərbaycanda 4000-ə yaxın taleyi məlum olmayan itkin soydaşımız var. Onların çoxu qadın və uşaqlardır. Soydaşlarımız haqqında heç bir məlumat ala bilmirik. Ombudsman olaraq fəaliyyətimiz genişdir. Amma mənim üçün ən ağrılı məqamlardan biri itkin düşən ailələrimizlə görüşdür. Hər il Azərbaycanın müxtəlif guşələrində bu ailələrlə görüşürəm. Elə analarımız var ki, dörd övladı haqda heç bir məlumat ala bilmir. Elə bacılarımız var ki, ailəsinin 7-8 üzvü haqqında qulağı səsdədir. Bu qadınlarımızın səsinin dünyaya çatdırılmasında, Ermənistana qarşı təsir mexanizmlərinin işə salınmasına dəstək olmaq istəyirəm. İtkin düşən qadın və uşaqlarımız istismara məruz qalıblar. Əzəli torpaqlarımızda bərpa, quruculuq işlərinə başlamışıq. Müxtəlif bölgələrimizdə kütləvi məzarlıqlarımız aşkar olunub. Təəssüf ki, qadın və uşaqlarımızın qalıqları müəyyən edilib". |
2023-12-02 | 809,657 | Bazar günü hava necə olacaq? | Bakıda və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq. |
2023-12-02 | 809,658 | İcra başçısı və FHN əməkdaşları ağac əkdi - Foto | Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki şəhid Ramiz Aboyev adına parkda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Axar.az xəbər verir ki, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, FHN DYNX-nin rəis müavini daxili xidmət polkovniki Səyavuş Qasımov, Xidmətin əməkdaşları və rayonda fəaliyyət göstərən bir sıra idarə va təşkilatların işçiləri iştirak ediblər. Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Aksiyada 100-dən artıq müxtəlif növ ağac əkilib. |
2023-12-02 | 809,666 | Milli Məclis toplanır: nələr müzakirə olunacaq? | Milli Məclisin növbəti plenar iclası dekabrın 5-də keçiriləcək. Axar.az xəbər verir ki, iclasın gündəliyinə 22 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 9. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 10. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 12. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 13. Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 14. Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 15. “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 16. “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 17. “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 18. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 21. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 22. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). |
2023-12-02 | 809,669 | Bakı bu təşəbbüsdən dərhal imtina etdi – Səbəb | Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 30-cü islası keçirildi. Nazirlər Şurası ATƏT-in mərkəzi qərar qəbul edən və idarəetmə orqanıdır. Hər il dekabrın əvvəlində ATƏT-in toplantıları keçirilir. 1990-cı illərdə ATƏT-in illik toplantılarında üzv dövlətlərin liderləri də iştirak edirdilər. Ancaq sonrakı illərdə buna ehtiyac qalmadı. Çünki ATƏT çərçivəsində qəbul edilən qərarlar yerinə yetirilmirdi. Bu, Azərbaycana da aiddir. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, ATƏT-in 1996-cı il Lissabon zirvə toplantısında təşkilatın sədri adından Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı 3 maddəlik bəyanatı qəbul olunmuşdu: “Sədrin adından qəbul edilən bəyanata görə, Ermənistan öz ordusunu Azərbaycan ərazisindən çıxarmalı və bununla işğala son qoyulmalı idi. Ermənistan heç bir addım atmadı. Bu, Azərbaycanın ATƏT-ə olan inamını azaltdı. Bundan sonra formalaşan ATƏT həmsədrlərinin keçmiş Dağlıq Qarabağla bağlı fəaliyyətləri də yarıtmaz oldu. ATƏT həmsədrləri Ermənistanı işğala son qoymağa məcbur etmədilər və ya məcbur etmək istəmədilər. Nəticədə Azərbaycan problemi özü həll etdi. Bu “təcrübədən” sonra Azərbaycanın ATƏT-in hər hansı vasitəçilik təşəbbüsünə ehtiyacı yoxdur. Bu haqda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da ATƏT toplantısındakı çıxışında dedi. Əlbəttə, rəsmi Bakı ATƏT-lə dialoqu davam etdirəcək, Azərbaycan rəsmiləri təşkilatın toplantılarına qatılacaqlar. Ancaq ATƏT-in Azərbaycanla Ermənistan arasında vasitəçi olması mümkün deyil. İkinci Qarabağ müharibəsindən sonra həmsədrlik institutunu yenidən canlandırmaq təşəbbüsləri olsa da, rəsmi Bakı bunu qəbul etmədi”. Politoloq xatırladıb ki, ATƏT-in nəticəsiz fəaliyyəti yalnız Cənubi Qafqaz bölgəsi ilə bağlı deyil: “ATƏT-in Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırması üçün də gücü yoxdur. Doğrudur, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skopyedəki toplantıda iştirak edirdi, ancaq Qərb ölkələrinin bir qisminin xarici işlər naziri onunla bir masada oturmaq istəmədi. Həmin nazirlər Sergey Lavrovun iştirakına etiraz olaraq ortaq toplantıya qatılmadılar. Sergey Lavrov da toplantını tez tərk edənləri qorxaq adlandırdı. ATƏT toplantıları hansısa regional problemi həll etmək iqtidarında deyil. ATƏT iclasları sadəcə fikir mübadiləsi və ikitərəfli görüşlər üçün platformaya çevrilib. Ancaq bəzən bu da alnımır”. |
2023-12-02 | 809,674 | Trampın toxunulmazlığı ləğv edildi | Vaşinqton Apellyasiya Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı Kapitoliyə hücum işi ilə bağlı toxunulmazlıq hüququndan məhrum edib. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Qeyd edək ki, 2021-ci il yanvarın 6-da Trampın tərəfdarları Kapitoliyə hücum edərək Konqresin işini bir neçə saatlıq dayandırmışdılar. |
2023-12-02 | 809,675 | İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV | 30 noyabrda Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının sərhəddə keçirilən 5-ci iclası ilə bağlı bəzi yeni təfərrüat yayılıb. Axar.az xəbər verir ki, erməni mediası görüşdə Ermənistan tərəfdən Baş nazirin müavini Mger Qriqoryanla yanaşı, Kadastr Komitəsinin rəis müavini və MTN əməkdaşlarının da iştirak etdiyini bildirib. Görüş sərhəddə yerləşən çadırda baş tutub – hansısa binada deyil. Erməni mediası anklavlar məsələsinin də müzakirə edildiyini, onların qaytarılması istiqamətində razılıq olduğunu yazıb. Buna Nikol Paşinyanın “Ermənistanın 29 800 kilometr ərazisinə Sovet dövründə Azərbaycana məxsus olan anklavlar daxil deyil” fikirləri əsas kimi göstərilib. Həmçinin Ermənistan parlamentinin sədri Alen Simonyanının bir neçə gün öncəki açıqlamasına da yer verilib: “İrəvan Başkəndi almaq müqabilində Sovet dövründə mövcud olan anklavları Bakıya qaytarmağa hazırdır”. Tavuş qubernatoru isə anklavlarla bağlı 30 noyabrda heç bir razılıq əldə edilmədiyini açıqlayıb: “Məndə olan məlumata görə, hələlik heç bir razılaşma yoxdur”. |
2023-12-02 | 809,677 | Azərbaycan XİN BƏƏ-ni təbrik etdi | Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Milli Gün münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb. "Dost BƏƏ xalqını və hökumətini Dövlətçilik Günü münasibətilə təbrik edirik. Milli bayramınız mübarək!!”, - XİN-in təbrikində qeyd olunub. |
2023-12-02 | 809,678 | Qərb Nikoldan bu naziri işdən çıxarmağı tələb edir - Şok səbəb | 13:53 Bir sıra Qərb ölkələri və strukturları daxili işlər naziri Vahe Qazaryanı hökumətdəki rus casusu hesab edir və Nikol Paşinyandan onu vəzifəsindən azad etməsini tələb edirlər. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilib ki, son aylarda Ermənistanın yüksək rütbəli məmurları KTMT və MDB-nin demək olar ki, bütün tədbirlərini nümayişkaranə şəkildə rədd etdikləri halda, sentyabrda Vahe Qazaryan MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən növbəti iclasında iştirak edib. “Hraparak” nəşrinin rəsmi dairələrdə olan mənbəsi Paşinyanın bu tələbə müqavimət göstərdiyini deyib, çünki Vahe Qazaryan onun sinif yoldaşıdır və ona etibar edir. |
2023-12-02 | 809,686 | Fransada Azərbaycana qarşı ab-hava hökm sürür - Brön | Bu gün Fransada antiazərbaycan və antitürk ab-havası hökm sürür. Bu, daxili siyasi vəziyyət və erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. Fransanın hazırkı hakimiyyətinin siyasətini rədd edirəm. Axar.az Report-a istinadən xəbər verir ki, bunu fransalı jurnalist, "Şuşa - Qafqazın mirvarisi" kitabının müəllifi Jan Mişel Brön dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında videokonfrans vasitəsilə çıxışı zamanı deyib. Onun fikrincə, əsas məsələ odur ki, artıq Ermənistan da Qarabağın Azərbaycanın torpağı olduğunu etiraf edib: "İndi Azərbaycan bütün dünya ölkələri ilə, o cümlədən Ermənistanla yaxşı əlaqələr qurmağa çalışır. Azərbaycan Fransa ilə də yaxşı əlaqələrdə maraqlıdır. Ümid edirəm, gələcəkdə münasibətlərimiz daha yaxşı olacaq". O bildirib ki, Parisin hazırkı hakimiyyəti islamafobiya meyillərini açıq-aşkar göstərir: "Bu, təkcə Azərbaycana yox, bütün islam dünyasına qarşıdır. Bu siyasət dəyişilməlidir və dəyişiləcək. Bu siyasət qəbuledilməzdir. Biz növbəti seçkilərdə bu hökuməti yola salacağıq". |
2023-12-02 | 809,688 | İş həyatında haqsızlıq və ayrı-seçkilik… - Ruhi Əliyeva | “Qadına şiddətə son” layihəsi 8-ci ildir baş tutur. Çox təəssüf ki, qadına şiddət, qadın zorakılığı hələ də davam edir. “Qadına şiddət” deyəndə ilk olaraq gözümüzün qarşısına fiziki və mənəvi zorakılıq gəlir. Axar.az xəbər verir ki, bu sözləri “Liatris Holdinq”in rəhbəri, iş xanımı Ruhi Əliyeva deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda öz ayaqları üzərində duran, sözünü deyən qadınlarımız da var: “Düşünürəm ki, cəmiyyətə hansısa mənada mesajlar verə biləcəyik. Biz nə edə bilərik ki, cəmiyyətimizdə qadınlarımız şiddətə məruz qalmasınlar? Qadın təhsilli olmalıdır, öz hüquqlarını qorumağı bacarmalıdır. Bizə tez-tez bölgələrimizdən məktublar gəlir, ailələr övladlarına təhsil verə bilmirlər. 14-15 yaşında qızlarımız erkən nikaha daxil olurlar; təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər”. İş xanımı televiziyalarda qadınlar və uşaqlar üçün heç bir maarifləndirici verilişin olmadığını da vurğulayıb. |
2023-12-02 | 809,691 | İsrailin konsulluğu önündə özünü yandırdı | Fələstin tərəfdarı olan etirazçı İsrailin ABŞ-dakı Baş Konsulluğu qarşısında özünü yandırıb. Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb. Hadisə Corciya ştatının Atlanta şəhərində baş verib. Etirazçının vəziyyətinin ağır olduğu bildirilir. İsrailin Baş konsulu Anat Sultan-Dadon isə özünü yandırma xəbərindən kədərləndiyini bildirib: “İsrailə qarşı nifrət və təhriklərin belə dəhşətli şəkildə ifadə olunması faciəvidir. Biz bu faciəli hərəkətin qarşısını almağa çalışarkən yaralanan təhlükəsizlik işçisi üçün dua edirik”. |
2023-12-02 | 809,692 | Papikyan ordunun resursundan bu istiqamətdə istifadə edir | Ermənistan hakimiyyəti müxalifət partiyalarını təmsil edən yerli özünüidarəetmə orqanları rəhbərlərinə qarşı repressiyalar həyata keçirir. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan mətbuat konfransında bildirib. Zurabyanın sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun rəhbərlik etdiyi partiya istintaq strukturları və Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edərək, arzuolunmaz icma liderlərindən xilas olmaq niyyətindədir. Üstəlik, müxalifət merlərinə qarşı bu kampaniyaya müdafiə naziri Suren Papikyan da qoşulub: “Müdafiə naziri Suren Papikyan bu məqsədlə tez-tez Müdafiə Nazirliyinin və bütövlükdə ordunun resurslarından istifadə edir”. O qeyd edib ki, bir il əvvəl, Arkadi Tamazyan Alaverdi meri seçildiyi gün Müdafiə Nazirliyi birdən “xatırlayıb” ki, Ağsaqqallar Şurasının iki nümayəndəsi hərbi xidmətə cəlb olunmalıdır. Və Müdafiə Nazirliyinin təşəbbüsü ilə polis reyd keçirib, məqsəd seçkiləri pozmaq olub. O bildirib ki, oxşar vəziyyət 2021-ci ilin dekabrında keçirilən yerli seçkilərdə qalib gəldikdən sonra həbs edilən Böyük Qarakilsə şəhərinin meri Mamikon Aslanyanla da yaşanıb. |
2023-12-02 | 809,693 | Rus ordusu bu qəsəbəni ələ keçirdi | Rusiya Müdafiə Nazirliyi Baxmut yaxınlığında bir qəsəbənin ələ keçirildiyini açıqlayıb. Axar.az xəbər verir ki, nazirlik Donetsk istiqamətində qoşunların “Cənub” qruplaşmasının aviasiyanın və artilleriyanın köməyi ilə mövqeləri yaxşılaşdırdıqlarını, yaşayış məntəqəsinin ələ keçirildiyini bəyan edib. Qeyd edək ki, rusların "Artyomovsk" (Xromovo) adlandırdığı qəsəbə Baxmut şəhəri yaxınlığındadır. Baxmut şəhəri uğrunda Rusiya və Ukrayna qoşunları arasında 2023-cü il ərzində ağır döyüşlər gedir, tərəflər şəhərin müxtəlif yerlərinə nəzarət edirlər. |
2023-12-02 | 809,695 | Bakıda bağlanan, köçürülən, yandırılan ticarət mərkəzləri... | Ticarət mərkəzləri ilə bağlı baş verənlər hər zaman xüsusi vəziyyət yaradır. Belə obyektlərdə yanğınlar, başqa qəza halları, eləcə də bağlanması, başqa ərazilərə köçürülməsi əhali arasında narahatlıq, narazılıq doğurur. Axar.az Globalinfo.az-a istinadən xəbər ki, indiyə kimi kifayət qədər ləğv edilən, yeri dəyişdirilən, köçürülən, yandırılan ticarət mərkəzləri (TM) olub. Məsələn, aeroport yaxınlığındakı nəhəng “tolkuçka”lar 2000-ci illərin ortalarına doğru köçürüldü. Lökbatandakı “Sədərək” və “Binə” yarmarkaları təzə yaradılanda kütləvi etirazlar var idi. Deyilirdi ora heç kim getməyəcək, alver “öləcək”. Zamanla yeni məkana satıcılar da alışdı, alıcılar da. “Gənclikdə” yerləşən AMAY Ticarət Mərkəzi nəhəngliyi ilə seçilirdi. Şəhərin ən uyğun ərazisində yerləşən AMAY da böyük ticarət dövriyyəsinə malik yarmarkalardan sayılırdı. Bu obyektin sahibi Abdulla Abdullayev uzun illər sözügedən “tolkuçka”dan böyük pullar qazandı. Onun nəzarətində idmançı dəstələr var idi. Adı tez-tez qanunsuz əməllərdə hallanırdı. AMAY-ın və Abdullanın çarxı 2005-ci ildən sonra tərs dönməyə başladı. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə ticarət mərkəzi söküldü. Yerində daha müasir "Gənclik Mall" açıldı. Tağı Əhmədov Metropoliten rəisi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra stansiyalarda ticarət yığışdırıldı. Metronun bütün stansiyalarında əsl “tolkuçka” fəaliyyət göstərirdi. Sərnişinlərin gediş-gəlişi mümkünsüz hala çevrilmişdi. Təxminən 10 il əvvəl həmin obyektlər söküldü, metroda ticarətə rəsmən qadağa qoyuldu. O vaxt da ticarətçilər etiraz etdilər. Onlar da zamanla yeni bazarlara yerləşdilər və təzə şəraitə alışdılar. Metronun “20 Yanvar” stansiyası ətrafında yerləşən böyük ticarət mərkəzi də vaxtilə ən əlverişli obyektlərdən sayılırdı. Amma onu da ərazidən köçürdülər. Vaxtaşırı “Şərq bazarı” kimi tanınan ticarət mərkəzinin də yerinin dəyişdiriləcəyi haqda şayiələr dolaşır. Bu obyekt şəhərin mərkəzinə yaxın ərazidə yerləşir. Həmçinin “Yaşıl bazar”ın da söküləcəyi xəbəri də tez-tez medianın gündəminə gəlir. Bundan başqa, Bakıdakı ticarət mərkəzlərində vaxtaşırı yanğınlar olur. Sahibkarlara böyük məbləğdə ziyan dəyir. Son 20 ildə ticarət mərkəzlərində bəlkə də 20 yanğın hadisəsi baş verib. İndi də “8-ci km bazarı”ın köçürüləcəyi mövzusu gündəmə gəlib. Deyirlər, yalandı, köçürülməyəcək. Amma gedişat onu deməyə əsas verir ki, ora da ləğv ediləcək. Maraqlıdır, yerində nə olacaq? Park, çoxmərtəbəli binalar, yoxsa daha müasir ticarət şəbəkəsi? Yəqin ki, bunu yaxın aylarda hər kəs biləcək. Əslində “8-ci km bazarı”nın taleyi “Diqlas” yanandan sonra həll edilib. 2019-cu ilin mart ayının 26-da sözügedən ticarət obyekti qəfildən alışdı. Yüzlərlə sahibkarın malı kül oldu. Ticarətçilər üzləşdikləri dəhşətli vəziyyətə görə etiraza qalxdılar. Onları Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımov qəbul etdi. Sahibkarlara söz verdi ki, dəymiş zərərin ödənilməsinə köməklik göstəriləcək. Müəyyən məbləğdə kompensasiya verildi. Amma ticarətçilər bundan razı qalmadılar. Sonda da taleləri ilə barışıb, işlərini başqa obyektlərdə davam etdirdilər. |
2023-12-02 | 809,702 | Bakı məktəblərində dezinfeksiya işlərinə başlanıldı | Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə start verilib. Bu barədə Axar.az-a İdarədən məlumat verilib. Paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. BŞTİ-nin təşəbbüsü ilə təhsil müəssisələrində aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır. Qeyd edək ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. |
2023-12-02 | 809,703 | ABŞ-ın HƏMAS-a görə Türkiyəyə sanksiya iddiası... | Kim nə deyir desin, mən heç vaxt HƏMAS-ı terror təşkilatı kimi qəbul edə bilmərəm. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-la əlaqələrə görə Vaşinqtonun Ankaraya sanksiya tətbiq etmək ehtimalı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. “20 il bundan əvvəl ABŞ-a səyahət etdiyim zaman yəhudi icması ilə iclasım olmuşdu. O zaman məndən HƏMAS-la bağlı fikirlərimi soruşmuşdular. Mən də bildirmişdim ki, HƏMAS terror təşkilatı deyil. Onlar sadəcə 1947-ci ildən bəri əllərində saxladıqları bir ovuc torpaqda mübarizələrini davam etdirən insanlardır. İndi də həmin fikirdəyəm. Kim nə deyir desin, mən heç vaxt HƏMAS-ı nə terror təşkilatı kimi qəbul edərəm, nə də bu haqda düşünərəm. Siz (ABŞ - red.) PKK, YPG və FETÖ-nü mükafatlandırarkən, bizdən HƏMAS-ı bu şəkildə şərh etməyi gözləyə bilməzsiniz”, - Türkiyə lideri bildirib. |
2023-12-02 | 809,704 | O insanların başına nələr gətirilib?.. - Aynur Camal | Cəmiyyətimizdəki problemlərlə bağlı müzakirələrin ən önəmli tərəfi odur ki, səsləndirilən fikirlər, həll yolları ilə bağlı təkliflər kağız üzərində qalmasın. Axar.az xəbər verir ki, bu sözləri “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camal “Litaris Holdinq” MMC-nin Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində həyata keçirdiyi “Qadına şiddətə son” layihəsi çərçivəsində "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə çıxışı zamanı bildirib. “Narkomaniya və məişət zorakılığı ilə bağlı məsələlər müvafiq qanunvericiliyimizdə mükəmməl şəkildə əks olunub. Amma təəssüf ki, qanunların işləmə mexanizmləri qənaətbəxş deyil. Yəni əslində problemin həll yollarını bilirik, amma onların həyata keçirilməsi üçün işləmə mexanizmləri, hüquqi vasitələr və tənzimləmələr bir çox hallarda səmərəsiz olur. Vəziyyətdən çıxış yolları haqqında düşünməliyik. Təhsil məsələsinə çox ciddi önəm verilməlidir. Təhsilli, ağıllı, öz hüquqlarını bilən qadına heç bir halda heç bir kişi zorakılıq edə bilməz. Çünki təhsilli qadın güclü qadın deməkdir. Bu problemlər həm də ondan qaynaqlanır ki, təəssüflər olsun, Azərbaycanda bir çox hallarda qadınlar bilərəkdən zəif duruma salınır. Erkən yaşda təhsildən kənarlaşdırılırlar. Və bu müvafiq hüquq-müafizə orqanlarının gözü önündə baş verir, onlar sadəcə, prosesi seyr etməklə kifayətlənirlər. Qızlarımızın orta təhsildən kənarlaşdırılması, hansı ki, Azərbaycanda müvafiq qanunvericiliyə əsasən orta təhsil icbaridir - yaxud da onların erkən yaşda evləndirilməsi - Azərbaycanda qadınların evləndirilməsi üçün yetkinlik yaşı 18 yaş nəzərdə tutulub - yolverilməzdir. Əgər bir kənddə, şəhərdə 14-15 yaşlı qız evləndirilirsə, biz yalnız ailəni, cəmiyyəti ittiham etməməliyik. Eyni zamanda o bölgədəki hüquq-mühafizə orqanları da çox böyük məsuliyyət daşıyırlar. Bu təkcə vətəndaşlıq deyil, həm də onların vəzifə borcudur. Bu sahəyə diqqəti artırmaq və problemə daha həssas yanaşmaq lazımdır. Maarifləndirmə işləri daha da artırılmalıdır. Bu işdə televiziyalarımızın da üzərinə çox böyük yük düşür. Əminəm ki, sosial çarxların, maarifləndirmə proqramlarının daha da artırılmasına yerli telekanallar önəm verəcəklər”. A.Camal həmçinin Ermənistanda girovluqda saxlanılar azərbaycanlılar barədə də danışıb: “İnsan Hüquqları üzrə Müvəkkilimuz (Ombudsman) Səbinə Əliyeva çox vacib bir məqamı vurğuladı. Birinci Qarabağ müharibəsində Ermənistanda saxlanılan əsir və girovlarımız bizim ən ağrılı problemimizdir. Rəsmi məlumata əsasən 4000-ə yaxın azərbaycanlı haqda heç bir məlumat yoxdur və onların təxminən 300 nəfərə yaxını qadındır. Azərbaycan dövləti bütün beynəlxalq təşkilatlarda bu məsələni davamlı olaraq qaldırır. Amma təəssüf ki, həmin soydaşlarımızın taleyi ilə bağlı heç nə edə bilmirik. Həmin soydaşlarımız düşmən ölkədə istismara məruz qalıb, qul kimi işlədiliblər. Birinci Qarabağ savaşı zamanı əsir və girov götürülənlərin 71 nəfəri uşaq olub. Söhbət 30 il əvvəldən gedir. Onlar əgər həyatdadırlarsa, artıq yetkin insanlardır. O insanların başına nələr gətirilib, indi biz onları necə xilas edə bilərik, bu barədə konkret addımlar atılmalıdır. Azərbaycan artıq qalib dövlətdir. Ermənistanı o insanların taleyi haqda məlumat verməyə, əgər sağdırlarsa, azad etməyə məcbur və ya sövq etmək üçün beynəlxalq insan hüquqları təşkilatları ilə sıx işləməli, onların da bu prosesdə iştirakına nail olmalıyıq. Dəfələrlə sosial şəbəkələrdə Ermənistanda saxlanılan vətəndaşlarımızla bağlı videolar yayılıb. Mən özüm bir neçə dəfə o videoları ürək ağrısı ilə izləmişəm. Əminəm ki, onların çoxu həyatdadırlar, yaşayırlar. Onların azadlığa qovuşması üçün müvafiq dövlət qurumlarının rəhbərliyi ilə çox işlər görə bilərik və görməliyik”. |
2023-12-02 | 809,705 | Pakistan baş nazirindən Azərbaycan açıqlaması | Pakistan regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyir. Axar.az xəbər verir ki, bunu Pakistanın Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) deyib. "Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var. Bizim güclü iqtisadi əlaqələrimiz mövcuddur, biz müdafiə və strateji əməkdaşlığı inkişaf etdiririk. Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edirik", - o bildirib. |
2023-12-02 | 809,706 | Şimali Koreyadan ABŞ-a: Bu, müharibə səbəbidir! | Pxenyan ABŞ-ın peyk əməliyyatlarına istənilən müdaxiləsini müharibə səbəbi kimi qiymətləndirəcək. Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb. “ABŞ suveren dövlətin ərazisini qeyri-qanuni və ədalətsiz şəkildə pozmağa cəhd edərsə, Şimali Koreya da adıçəkilən dövlətin casus peyklərinin effektivliyini pozmaq və ya məhv etmək üçün özünümüdafiə məqsədilə cavab tədbirləri görməyi nəzərdən keçirəcək”, - məlumatda bildirilib. Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya lideri Kim Çen İn casus peyki vasitəsilə Cənubi Koreyada ABŞ bazalarının yerləşdiyi şəhərlərin fotolarını əldə etdiklərini açıqlamışdı. |
2023-12-02 | 809,707 | Əli Əsədov Dubay əmirinə məktub göndərdi | Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğunu bildirib. Axar.az xəbər verir ki, bu barədə Əli Əsədovun dekabrın 2-də Müstəqillik Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktuma təbrik məktubunda deyilir. Məktubda bildirilir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərini qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri, ortaq dini və mədəni dəyərlər birləşdirir: “Bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası əlaqələrin bu gün müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunur, investisiya, iqtisadi-ticari, bərpaolunan enerji, turizm sahələrində əməkdaşlığın son vaxtlar genişlənməsi xüsusi vurğulanır”. Məktubda həmçinin Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğu qeyd edilərək, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin bundan sonra da iki ölkənin xalqlarının rifahına töhfələr verəcəyinə əminlik ifadə olunur. |
2023-12-02 | 809,710 | Güləşçilərimiz çempionatı 21 medalla başa vurdu | Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurub. Axar.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıb. Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar. |
2023-12-02 | 809,712 | ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur - Ərdoğan | ABŞ Türkiyə ilə Yunanıstanın arasını vurmağa çalışır. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, aralarındakı məsafənin bu qədər yaxın olmasına baxmayaraq, iki ölkənin hələ də düşmənçiliyi alovlandıran səslərlə yürüş etməsi düzgün deyil: “Digər tərəfdən, bizləri kim qəzəbləndirir? Bu nöqtədən baxdığımızda başda ABŞ olmaqla, bəzi dairələr hər iki ölkəni bir-birinə qarşı qoymağa çalışırlar. Pulunu ödədiyimiz halda Türkiyəyə F-16-lar göndərmirlər, ancaq Yunanıstana hələ də sözügedən qırıcıları göndərirlər. ABŞ bunu edir deyə, biz də geri çəkiləsi deyilik. Dekabrın 7-də Yunanıstana səfər edəcəyəm və qarşı tərəflə oturub bir sıra məsələləri müzakirə edib, həll yolunu tapacağıq. Təbii ki, bizim fikir ayrılıqlarımız var və elə dərin məsələlər mövcuddur ki, onları bir anda həll etmək mümkün deyil. Bununla belə, dərhal həll edə biləcəyimiz və əməkdaşlığın əsasını genişləndirəcək məsələlər də var”. |
2023-12-02 | 809,715 | Şəkidə Türkiyə vətəndaşına məxsus TIR yandı - Foto | Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb. Axar.az Report-a istinadən xəbər verir ki, hərəkətdə olan TIR markalı yük avtomobilində anidən yanğın baş verib. Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub. Yanğın nəticəsində yük avtomobilinin ön hissəsi yanaraq yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-02 | 809,716 | Ordumuzda avtomobil texnikaları yoxlanıldı - Video | Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç bir çətinlik çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı avtomobil texnikalarının sazlığı yoxlanılıb. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularının, səyyar soyuducuların, səyyar tipli çörək zavodlarının, su çənlərinin və səhra mətbəxlərinin cəlb edildiyi baxış-müsabiqəsində texnikalara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığına, onların texniki göstəricilərinin yüksək səviyyədə saxlanılmasına, həmçinin təlimata uyğun istifadə və istismar olunmasına xüsusi diqqət yetirilib. Baxış-müsabiqəsinin sonunda ən yaxşı nəticəni göstərən hərbi hissələr mükafatlandırılıb. |
2023-12-02 | 809,721 | Nə "Altılı", nə də "Onaltılı" masamız var - Ərdoğan | CHP, İYİ Partiyası və ya HDP-nin hansı işlərlə məşğul olması bizi maraqlandırmır. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəl və İYİ Partiyası rəhbəri Maral Akşənərin görüşünə münasibət bildirərkən deyib. O qeyd edib ki, AKP olaraq öz işimizlə məşğul olacağıq: “Bizim “Altılı”, “Onaltılı” adlı masalarımız yoxdur. Sadəcə olaraq Cümhur İttifaqımız var. Bu ittifaqın da ən uyğun şəkildə fəaliyyətini davam etdirməsinə çalışırıq. Yolumuza baxacağıq. Kimin kiminlə görüşüb, kimin namizədliyinin irəli sürülməsi bizi maraqlandırmır. Yolumuza kim çıxarsa, son seçkilərdə olduğu kimi, millətimizin dəstəyi ilə dərsini verib, öz daxili böhranları ilə baş-başa buraxacağıq”. |
2023-12-02 | 809,724 | 8 ölkə gəmilərini İran körfəzinə yığır | Yaxın günlərdə İran körfəzində İran, Çin, Rusiya, Hindistan, Braziliya, Oman, CAR və Pakistanın birgə dəniz təlimi keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani məlumat yayıb. O, birgə təlimlərdə İran, Rusiya və Çinin əsas ölkə olduğunu, Xəzər dənizindəki bəzi qonşu ölkələrin də müşahidəçi qismində dəvət etdiklərini bildirib. |
2023-12-02 | 809,725 | Adil Kərimli tanınmış kinorejissorun evində - Foto | Mədəniyyət naziri Adil Kərimli dekabrın 2-də tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovu evində ziyarət edib. Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazir qocaman kinematoqrafçının Azərbaycan kinosuna verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib, ona nazirliyin Fəxri diplomunu təqdim edib. A.Rüstəmov ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Qeyd edək ki, ömrünün 55 ilini kinoya həsr edən Akif Rüstəmov "Azərbaycanfilm” kinostudiyasında lentə alınan 40-dək ekran əsərində (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, "Babək", "Nizami", "Dərviş Parisi partladır", "Bağ mövsümü", "Güllələnmə təxirə salınır" və s.) ikinci rejissor kimi çalışıb, "Axırıncı dayanacaq” bədii filminə quruluş verib. |
2023-12-02 | 809,726 | Türkiyə ordusu 8 terrorçunu məhv etdi | Türkiyə ordusu “Fərat qalxanı” əməliyyat bölgəsində təxribata hazırlaşan PKK/YPG-nin 6 terrorçusunu məhv edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, “Pəncə-Kilid” əməliyyat bölgəsində aşkar edilən 2 PKK üzvü də zərərsizləşdirilib. |
2023-12-02 | 809,727 | İranda edamların sayı rekord həddə qalxdı | 2023-cü ilin 11 ayı ərzində İranın müxtəlif şəhərlərində 707 məhkum edam edilib. Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, İsrail-HƏMAS arasında müharibə başlayandan sonra İranda edam edilənlərin sayı daha da artıb. Təkcə 54 gün ərzində 176 məhbusun edam hökmü həyata keçirilib. Cari ilin 11 ayı ərzində icra edilən edamlar son 8 ildə rekord kimi qeydə alınıb. Bununla bağlı Avropa Birliyi (AB) bəyanat yayaraq, İran hökumətinin əməlini “dəhşətli və qeyri-insani davranış” adlandırıb, bu ölkədən edamları dayandırmağı tələb edib. AB-nin bəyanatında etiraz aksiyalarına qoşulduqları üçün son günlər edam edilənlərin bir neçəsinin adları çəkilib, Tehran hakimiyyətinin son 3 həftə ərzində 11 siyasi məhkumu dar ağacından asdığı bildirilib. |
2023-12-02 | 809,729 | Bakıda avtobus sürücüsündən 25 büküm narkotik çıxdı | Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 1989-cu il təvəllüdlü İntiqam İbrahimov tutularaq istintaqa təqdim edilib. Həmin şəxsdən ümumilikdə 25 büküm xüsusi formada qablaşdırılan metamfetamin və marixuana aşkar edilib. Araşdırmalarla müəyyən edilib ki, İ.İbrahimov narkotik vasitələri istifadə etməklə yanaşı satışı ilə də məşğul olub. O, həmçinin paytaxt ərazisində fəaliyyət göstərən sərnişindaşıma xətlərinin birində sürücü işləyir və həmin şəxs avtobus idarə edən zaman narkotiklərin təsiri altında olub. Faktlarla bağlı Binəqədi RPİ-də araşdırmalar davam etdirilir. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. |
2023-12-02 | 809,733 | İran silahlıları PUA hücumuna məruz qaldı: 4 ölü | Suriyanın Əbu Kamal bölgəsində PUA hücumu nəticəsində İrana bağlı silahlı qruplaşmanın 4 üzvü öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Bildirilib ki, hərbi maşın İraqdan Suriyaya keçdikdən sonra hava hücumuna məruz qalıb. Bəzi xəbər mənbələri İrana bağlı qüvvələrə ABŞ PUA-sının hücum etdiyini yazsalar da, bu, rəsmi şəkildə təsdiq edilməyib. |
2023-12-02 | 809,734 | Sürücülərə müraciət: Bu yolda təmir gedir | Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib. NİİM-dən Axar.az-a bildirilib ki, 8 Noyabr prospekti-Zığ yolu istiqamətində yolda təmir işləri aparılır. Təmirlə əlaqəli sürücülərin diqqətli olmaları tövsiyə olunur. |
2023-12-02 | 809,735 | 647-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 647-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 545 təyyarəsi, 256 helikopteri, 9353 PUA-sı, 442 zenit-raket kompleksi, 13 743 tank və digər zirehli texnikası, 1 187 reaktiv yaylım atəş sistemi, 7 215 artilleriya və minaatanı, 15 844 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-02 | 809,736 | Məcburi hicab qaydalarını pozan 45 iş yeri bağlandı | Son bir ay ərzində İranın Gilan əyalətində məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə 45 şadlıq sarayı və restoranın fəaliyyətinə qadağa qoyulub. Axar.az xəbər verir ki, bu barədə əyalətin polis idarəsi məlumat yayıb. Məlumatda daha 137 iş yerinə xəbərdarlıq edildiyi, hicab qaydalarını pozanlara xidmət göstərəcəkləri təqdirdə fəaliyyətlərinin qadağan ediləcəyi bildirilib. Qeyd edək ki, cari ildə İranın müxtəlif bölgələrində eyni ittihamla 3 minə yaxın iş yeri bağlanıb. |
2023-12-02 | 809,743 | Faiq Mirzəyev işdən çıxdı | Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb. Axar.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb. “Hər bir işin sonu olduğu kimi, mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni saraya təyin edən sabiq mədəniyyət naziri Anar Kərimova, mədəniyyət naziri Adil Kərimliyə, sarayın gözəl kollektivinin hər bir üzvünə, sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm”, - F.Mirzəyev bildirib. Qeyd edək ki, F.Mirzəyev 2021-ci ildə Heydər Əliyev Sarayının direktor müavini, 2022-ci ildə isə direktorun birinci müavini təyin olunub. Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib. |
2023-12-02 | 809,744 | Kanal-13-ün aparıcısı həbs olundu | Kanal-13 internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs olunub. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbsə məhkum edilib. R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə məsuliyyətə cəlb olunub. |
2023-12-02 | 809,746 | UEFA-dan Rusiya millisinə daha bir zərbə | Rusiyanın futbol üzrə millisi növbəti dəfə Millətlər Liqasından kənar qalıb. Axar.az xəbər verir ki, UEFA Rusiya millisini Millətlər Liqasının püşkatmasına daxil etməyib. Qeyd edək ki, Rusiya Ukrayna ilə müharibəyə başladıqdan sonra FİFA və UEFA bu ölkənin yığmasını və klublarını beynəlxalq yarışlardan uzaqlaşdırıb. |
2023-12-02 | 809,747 | Naxçıvanın Qaz İstismar Xidməti ilə bağlı fərman | “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana dəyişiklik edilib. Axar.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin işçilərinin say həddi cəmi 603 ştat vahidi olmaqla, Aparat üzrə 194 ştat vahidi, yerli idarələri üzrə 409 ştat vahidi həddində müəyyən edilib. Eyni zamanda, qurumun sədr müavinlərinin sayı artırılaraq ikiyə çatdırılıb. |
2023-12-03 | 809,750 | HƏMAS Təl-Əvivi vurdu: əhali sığınacaqlara endi - Video | 2023.12.02 - 19:05 HƏMAS hərəkatının hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadası Təl-Əvivə raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı açıqlama yayıb. “Əl-Qəssam Briqadası sionistlərin mülki əhalini qətlə yetirməsinə cavab olaraq Təl-Əvivə raket zərbəsi endirib”, - məlumatda qeyd edilib. *** Təl-Əvivə endirilən raket zərbələri nəticəsində şəhərdə partlayışlar qeydə alınıb. Son 11 gün ərzində ilk dəfə hücuma məruz qalan şəhərdə insanlar insanlar bomba sığınacaqlarına yerləşiblər. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. |
2023-12-02 | 809,751 | "Səbail" məğlubiyyətdən xilas oldu, "Turan"dan geridönüş | 18:42 Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. Axar.az xəbər verir ki, açılış oyununda “Araz-Naxçıvan" "Səbail"i qəbul edib. “Dalğa Arena”da keçirilən görüşdə qalib müəyyənləşməyib – 1:1. Hesabı 18-ci dəqiqədə muxtar respublika təmsilçisi açıb. Muhammed Kadiri baxımlı qolla komandasını önə çıxarıb. Qonaqlar 90+3-cü dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. Naxçıvanlıların heyətində Numan Kurdiç avtoqol müəllifi olub. Qeyd edək ki, turun digər matçları dekabrın 3-4-də keçiriləcək. *** Günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olub. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Gənclik şəhəri"nin təmsilçisində 6-cı dəqiqədə Elvin Bədəlov, 35-ci dəqiqədə Roi Kehat fərqlənib. Meydan sahiblərinin qollarını 49-cu dəqiqədə Luis Paçu, 54-cü dəqiqədə Otto Con vurub. "Sumqayıt" hazırda 23 xalla üçüncü, "Turan Tovuz" 16 xalla yeddinci pillədə yer alır. |
2023-12-02 | 809,753 | SOCAR metan tullantılarını sıfra endirəcək - Nazir | COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində Azərbaycanın bir sıra regional təşəbbüslərin həyata keçirilməsində rolu və bu qəbildən olan məsələlərə diqqət yönəltməyə çalışdıq. O da vurğulanmalıdır ki, bu tədbir çərçivəsində SOCAR irəli sürülən təşəbbüslərin birinə qoşulub. Həmin öhdəliyə əsasən SOCAR 2035-ci ilə qədər metan tullantılarının sıfra endirilməsi könüllü öhdəliyini qəbul edib və bununla bağlı müvafiq sənədlər imzalayıblar. Axar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında jurnalistlərə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər arasında ölkə iqtisadiyyatında yaşıl keçidin təmin edilməsinin dayanıqlığını “yaşıl enerji” mənbələrin bir tərəfdən artırılması, digər tərəfdən iqtisadi səmərəliliyin təmin edilməsi və bunun üçün özəl investisiyaların həmin sahələrə yatırılması üçün şəraitin yaradılması kimi məsələlər əks olunub. “Neft və qaz hasil edilərkən əmələ gələn metan tullantıların azaldılması üçün bir sıra texniki-texnoloji tədbirlər sərmayələr həyata keçiriləcək. Bu da həm ölkəmizdə olan iqlim mövzularına diqqəti cəlb edir, həm də qlobal konfrans çərçivəsində hədəflənən ən böyük məqsədlərdən biridir. Ölkəmiz öz üzərinə götürdüyü hədəfləri 2030-cu il üçün toplam enerji balansımızda bərpa olunan enerji mənbələrinin hədəflərinə çatdırılması məqsədini vaxtından öncə yerinə yetirəcək. Azərbaycanın təşəbbüsü ilə iki həftə bundan öncə ölkəmizdə Azərbaycan, Özbəkistan, Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə birgə görüş keçirilib. O görüşdə bölgəmizdə istər Azərbaycanda, istərsə də Orta Asiya ölkələrində istehsal olunan enerji, bərpa olunan enerji mənbələrinin həm ixracı, həm mübadiləsi imkanları, eyni zamanda, Xəzər dənizi sahillərini birləşdirən enerji kabelinin tikilməsi kimi layihələr müzakirə edilib”, - deyə Mikayıl Cabbarov əlavə edib. |
2023-12-02 | 809,755 | Almaniya Ukraynaya yeni yardım paketi təqdim etdi | Almaniya Ukraynaya yeni hərbi yardım paketini təqdim edib. Axar.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb. Yeni hərbi paketə müxtəlif növ nəqliyyat vasitələri, mərmilər və dron əleyhinə sistemlər daxildir. Qeyd edək ki, bir neçə gün öncə də Almaniya NATO fondu vasitəsilə Ukraynaya 11,5 milyon avro yardım ayırmışdı. |
2023-12-02 | 809,756 | Bakı ilə Sofiya arasında növbəti məsləhətləşmələr oldu | Sofiya şəhərində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib. Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Bolqarıstan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Tixomir Stoyçev rəhbərlik edib. Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb və bu xüsusda, növbəti il ərzində gözlənilən səfərlərin əməkdaşlığın hazırkı dinamikasına əlavə töhfə verəcəyi bildirilib. İki ölkə arasında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub. Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhdidləri, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı yenidənqurma, bərpa və şəhərsalma işləri, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası barədə məlumat verilib. İclas zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Bolqarıstan Respublikasına səfəri zamanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, habelə Bolqarıstan Respublikası Baş nazirinin müavini və xarici işlər naziri xanım Maria Qabriel, Bolqarıstan Respublikası Xalq Məclisinin Xarici siyasət komitəsinin sədri Boyko Borissov və Bolqarıstan Respublikası Baş nazirinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri cənab Draqomir Zakov ilə görüşlər keçirib. |
2023-12-02 | 809,757 | DGK-dan mallara görə limitin endirilməsi ilə bağlı açıqlama | Son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşlar tərəfindən şəxsi istifadə üçün beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ölkəyə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan limitin 300 ABŞ dollarından 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı müzakirələr aparılır. Bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Dövlət Gömrük Komitəsi qeyd edib ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil. |
2023-12-02 | 809,761 | İsrail ordusunun polkovniki öldürüldü - Foto | İsrail ordusunun polkovniki Assaf Hamami oktyabrın 7-i öldürülüb və cəsədi HƏMAS-ın əlindədir. Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, polkovnik Hamami HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadasının həyata keçirdiyi hücumdan sonra əsir düşən ən yüksək rütbəli İsrail əsgəri olub. |
2023-12-02 | 809,762 | Qərbin Ermənistana ixracı 200% artıb: Brüssel hara baxır? | Ermənistan Rusiyaya Avropa Birliyinin (Aİ) sanksiyalarından yan keçməyə kömək edir, buna Rusiya-Ukrayna müharibəsi başlayandan bəri AB ölkələrindən Ermənistana məhsul ixracının kəskin artması dəlalət edir. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb. “Avropa Birliyində nə baş verdiyini düşünmək lazımdır. Putinin Ukraynaya hərbi müdaxiləsi AB-nin müdafiə etdiyi hər şey üçün böyük təhlükədir. Amma buna bənzər bir çox nümunə var: işğaldan sonra AB-nin Ermənistana ixracı 200% artıb. Bu mallar Rusiyaya gedir və Putinə kömək edir. Bəs Brüssel nə edir?” – o qeyd edib. |
2023-12-02 | 809,763 | Milli fəallar həbsdən çıxan fəalla görüşdü | Ərdəbilli milli-mədəni fəallar noyabrın 30-da girov qarşılığında müvəqqəti olaraq həbsdən buraxılan fəal Nasir Rəzmcu ilə görüşüblər. Axar.az xəbər verir ki, görüş dekabrın 1-i fəalın evində baş tutub. Nasir Rəzmcu ilə yanaşı, Hüseyn Azadi, Əmir Hüseyn Ağayi və İbrahim Əvəzzadə də Təbriz Mərkəzi Həbsxanasından məhkəmənin son qərarına qədər müvəqqəti olaraq azadlığa buraxılıb. Xatırladaq ki, Nasir Rəzmcu oktyabrın 21-də Ərdəbil şəhərində təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi. Ona qarşı “milli təhlüksizliyə qarşı toplaşmaq və əlbir olmaq”, “qanunsuz qrupa üzv olmaq” ittihamları irəli sürülüb. O və başqa 13 milli fəal saxlanıldıqdan sonra Təbrizin təhlükəsizlik təcridxanasına köçürülüb, orada dindiriliblər. |
2023-12-02 | 809,764 | İlham Əliyev BƏƏ-nin Müstəqillik Günündə | 19:17 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. |
2023-12-02 | 809,765 | Gəncədə 47 yaşlı kişi quyuya düşərək öldü | Gəncədə bədbəxt hadisə baş verib. Axar.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. 1976-cı il təvəllüdlü Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb. 47 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. |
2023-12-02 | 809,767 | Qəzzada sülh fürsəti əldən verildi - Ərdoğan | İsrailin barışmaz yanaşması səbəbindən Qəzza zolağında sülh üçün fürsət artıq yoxdur. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə həmişə atəşkəsin tərəfdarı olub: “İsrailin yanaşması nəticəsində yaranan vəziyyət bizim qorxularımızda haqlı olduğumuzu bir daha göstərdi. Burada sülh üçün fürsət var idi və təəssüf ki, İsrailin barışmaz yanaşması ucbatından biz bu fürsəti hələlik itirmişik”. Eyni zamanda, o, belə bir fürsətin yenidən yaranacağına ümidini itirmədiyini vurğulayıb. |
2023-12-02 | 809,768 | Filippində 7,5 bal gücündə zəlzələ: sunami təhlükəsi... | Filippin sahillərində 7,5 bal gücündə zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 10,6 min nəfər əhalisi olan Taqbina bələdiyyəsindən 19 kilometr şimal-şərqdə yerləşib. ABŞ Sunami Xəbərdarlığı Sistemi sunami təhlükəsi barədə xəbərdarlıq edib. |
2023-12-02 | 809,769 | Qəzzada müharibə 10 il davam edəcək - Makron | İsrail Fələstinin HƏMAS hərəkatını tamamilə məhv etmək niyyətindədirsə, müharibə on il davam edəcək. Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron bildirib ki, İsrail hakimiyyəti münaqişədə öz məqsədlərini daha dəqiq formalaşdırmalıdır: “Bütün ərazinin dağıdılması və ya bütün mülki potensialın bombalanması terrorçu qrupun hərəkətlərinə yaxşı cavab deyil”. |
2023-12-02 | 809,771 | İsrail SEPAH-ın iki müşavirini öldürdü | İsrailin raket zərbələri nəticəsində SEPAH-ın iki müşaviri öldürülüb. Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusundan məlumat verilib. "İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi müşaviri Suriyada İsrailin son bombardmanı nəticəsində öldürülüb", - məlumatda vurğulanıb. Qeyd edək ki, bu gün İsrailin Hərbi Hava Qüvvələri Dəməşqin ətrafına raket zərbələri endirib. |
2023-12-02 | 809,775 | Qarabağdakı insanları köçə onlar məcbur edib - Çirielli | Azərbaycan heç vaxt Ermənistan ərazisinə qarşı əməliyyat həyata keçirməyib və bu, BMT-nin müstəqil komissiyalarının təsdiqlədiyi məlum faktdır. Axar.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli “Formiche” qəzetinə müsahibəsində deyib. Eyni zamanda, nazir müavini qeyd edib ki, Qarabağdakı insanları köçə Azərbaycan qoşunları yox, bölgədə repressiyaları həyata keçirən separatçılar təhrik ediblər və bunda separatçıların məqsədi gərginlik üçün əlavə səbəb yaratmaq olub. |
2023-12-02 | 809,781 | Bu avtomobillərin idxalı qadağan edilir: qiymət qalxacaq | Gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq. Axar.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir. “Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Gözlənilir ki, avtomobil parkında köhnə avtomobillərin payının azalması müşahidə olunacaq”, - deyə V.Bayramov deyib. Onun sözlərinə görə, bu, maşın bazarının strukturuna da təsir göstərir: “Bazarda da ili nisbətən köhnə olan avtomobillərin sayında azalmalar müşahidə olunacaq. Ancaq bütövlükdə biz 2023-cü ilin geridə qalan aylarında avtomobil bazarında qiymət artımlarını müşahidə etdik. Köhnə avtomobillər üzrə qiymət artımlarının davam edəcəyi gözlənilir”. |
2023-12-02 | 809,783 | İsrail Qəzzada döyüş zonasını genişləndirir | İsrail ordusu Qəzza zolağında hərbi zonanı genişləndirir. Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. "Biz indi keçən ay işləmədiyimiz sahələrdə işləyirik və belə sahələrin sayı artacaq", - Qallant bildirib. |
2023-12-02 | 809,786 | PA rəsmisi Azərbaycan pavilyonundan paylaşım etdi - Video | Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım edib. Axar.az xəbər verir ki, Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb. “Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı: Azərbaycanın pavilyonu bizim yaşıl enerji və iqlimlə bağlı siyasətimizi, flora və faunanın müxtəlifliyini, həmçinin Ermənistanın 30 il davam etmiş işğalı zamanı basdırdığı minaların yaratdığı ətraf mühitə təsirləri – torpağın deqradasiyası və eroziyasını, suyun çirklənməsini nümayiş etdirir”, - H.Hacıyev qeyd edib. |
2023-12-02 | 809,788 | İsrail müharibə qanunlarına hörmət etməlidir - Borrell | İsrailin hərbi əməliyyatlar zamanı beynəlxalq hüquqa hörmət etməsi vacibdir. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. “İsrailin beynəlxalq humanitar qanunlara və müharibə qanunlarına hörmət etməsi lazımdır. Bu, təkcə mənəvi deyil, həm də hüquqi öhdəlikdir. Atəşkəs müddəti lazımi humanitar yardımın çatdırılması üçün kifayət deyil və humanitar fasilə bərpa edilməlidir”, - o vurğulayıb. |
2023-12-02 | 809,790 | Təbrizə düşmənçilik bu sahədə də özünü göstərir | Təbriz İranın böyük şəhərləri arasında xarici turistlərin ən az səfər etdiyi şəhərlərdən birinə çevrilib. Axar.az xəbər verir ki, bunu Təbriz Universitetinin Coğrafiya və şəhərsalma fakültəsinin müəllimi, turizm üzrə araşdırmaçı Rəhim Heydəri deyib. Təbrizdə turizmin iflasa uğradığını deyən Heydəri bunu turizm sahəsində lazımi işlərin aparılmaması və Təbrizin turizm imkanlarının tanıtdırılmaması ilə əlaqələndirib: “Hər cür əhəmiyyətli və unikal turizm imkanlarına malik qədim Təbriz şəhərinin Tehran, Məşhəd, İsfahan və Şiraz şəhərlərindən geri qalması, ölkəyə gələn xarici turistlər üçün gediləsi ən sonuncu yer olması faktı göstərir ki, bu sahədə iş aparılmayıb”, - Heydəri bildirib. Qeyd edək ki, İranın aparıcı turizm şirkətləri, hökumətə bağlı əlaqədar qurumlar kataloq və reklam nəşrlərində Tehran, Şiraz, İsfahan, Məşhəd, Yəzd, Kaşan və başqa şəhərlərdən fərqli olaraq, Təbrizə yer vermirlər. |
2023-12-02 | 809,794 | Paşinyan ərazi bütövlüyünü tanıyan ilk şəxsdir - Çirielli | Prezident İlham Əliyev çox praqmatik insandır və Azərbaycan beynəlxalq hüquqazidd olan hər hansı bir addımı qəti şəkildə istisna edir. Axar.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli “Formiche” qəzetinə müsahibəsində deyib. Nazir müavini qeyd edib ki, Nikol Paşinyan Ermənistanın rəsmiləri arasında BMT-nin müxtəlif qətnamələrinin dəfələrlə təsdiq etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk şəxsdir. Ondan əvvəlki Ermənistan hökumətləri heç vaxt belə mövqe tutmayıb, lakin hələ də Ermənistanda qatı millətçi olan hakim sinif, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr, Ermənistanın hüdudlarından kənarda yaşayan, problemlərdən və mövcud vəziyyətdən həqiqətən xəbərsiz olan güclü erməni icmaları var. Onlar həm də insanların daha asan qəbul etdikləri səbəblərə istinad mənbəyi kimi baxırlar, çünki onlar erməni diasporunun qatı millətçi və şovinist baxışlara malik övladları və nəsilləridir. O əlavə edib ki, ötən əsrin əvvəllərində ermənilərə münasibətdə baş verənlərlə azərbaycanlıların heç bir əlaqəsi yoxdur, buna görə azərbaycanlılar heç bir məsuliyyət daşımırlar. Onlar, sadəcə, müsəlman olduqları üçün başqalarının günahlarına görə cavab verə bilməzlər. “Üstəlik, biz yaxşı bilirik ki, Azərbaycan müsəlman dünyasının ən dünyəvi və tolerant ölkələrindən biridir. Bu, onun fərqləndirici xüsusiyyətidir. Odur ki, dindən xalqlar arasında münaqişə elementi kimi istifadə etməməyə çalışaq”, - deyə E.Çirielli bildirib. |
2023-12-02 | 809,795 | Ukrayna Baxmut istiqamətində fəal müdafiəyə keçdi | Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində fəal müdafiəyə keçib. Axar.az xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının spikeri Vladimir Fityo deyib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri hava şəraiti imkan verdiyi halda aviasiyadan istifadə edir, lakin artilleriya atəşi davamlı olaraq həyata keçirilir: “Hərbçilərimiz fəal müdafiədədir və lazım gəldikdə hücum əməliyyatlarına keçir”. Qeyd edək ki, bu gün Rusiya MN Baxmut şəhəri yaxınlığındakı bir yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb. |
2023-12-02 | 809,797 | Xameneinin ölümünə hazırlıq – Varis seçimi gedir | İran Ekspertlər Məclisi Əli Xameneinin ölümündən sonrakı dövr üçün varis seçmək istiqamətində gizli fəaliyyət göstərir. Axar.az xəbər verir ki, bunu məclisin üzvü Möhsün Məhəmmədi Əraki deyib. O, varislə bağlı seçimlərin gizli şəkildə aparılmasını onun həyatına qarşı sui-qəsd təhlükəsi ilə əlaqələndirib. Qeyd edək ki, bundan əvvəl Ekspertlər Məclisinin digər üzvü Rəhim Təvəkkül də oxşar fikir səsləndirərək, rəhbərlik üçün nəzərdə tutulan şəxslər barədə yalnız Əli Xameneinin özü ilə məsləhətləşmələr aparıldığını söyləyib. |
2023-12-02 | 809,800 | Zəngəzur dəhlizi mümkün deyil – Musəvi | Hamı anlayır ki, “Zəngəzur dəhlizi” ideyasını həyata keçirmək mümkün deyil. Axar.az “Pars Todey”ə istinadla xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Araz dəhlizi” mövzusunda keçirilən ixtisaslaşdırılmış sessiyada deyib. “Hamı etiraf etdi ki, “Zəngəzur dəhlizi” kimi ideyaları həyata keçirmək mümkün deyil. Bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir”, - deyə o bildirib. O qeyd edib ki, Qarabağ ətrafında baş verən hadisələrdən sonra regional sülhün həlli ilə bağlı müxtəlif layihələr irəli sürülüb. Onun sözlərinə görə, Qərb ölkələri İranı regiondan sıxışdırıb çıxarmağa çalışsalar da, müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb. İran səfiri həmçinin bildirib ki, regionda iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə geniş konsensus imkanları yaranıb. |
2023-12-02 | 809,802 | Nazirlik səbəbsiz yerə bu mərkəzi bağladı - Prokuror | Azərbaycanda açıq tipli təlim-tərbiyə mərkəzi fəaliyyət göstərirdi. 2011-ci ildə həmin mərkəz Elm və Təhsil Nazirliyi tərəfindən heç bir əsas gətirilmədən qapadıldı. İndi siz təsəvvür edin, biz faktiki küçədə qalan, zərərli vərdişlərə qurşanan uşaqlarla, yeniyetmə və gənclərlə necə işləyəcəyimizi bilmirik. Onları toplayırıq, amma yerləşdirə biləcəyimiz bir reabilitasiya mərkəzi, demək olar, yoxdur. Axar.az xəbər verir ki, bu fikirləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Şəbnəm Məmmədova "Litaris Holdinq” MMC-nin Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində həyata keçirdiyi “Qadına şiddətə son” layihəsi çərçivəsində "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə çıxışı zamanı bildirib. O qeyd edib ki, mövcud imkanlar narkomaniyaya qurşanmış, ailədən qaçmış və ya kənarlaşdırılmış yeniyetmələrin reabilitasiyasına, müalicə edilməsinə, ən azı küçələrdən alınaraq normal şəraitdə yerləşdirilmələrinə imkan vermir: "O halda biz narkomaniya ilə necə mübarizə apara bilərik? Ciddi təlim-tərbiyə şəraitinə ehtiyacı olan uşaq və yeniyetmələr üçün ölkədə açıq tipli təlim tərbiyə müəssisələri yaradılmalıdır. Belə mərkəzlərin yoxluğu narkomaniya, məişət zorakılığı və digər problemlərdən əziyyət çəkən insanlarla, xüsusən də yeniyetmələrlə iş aparılmasında bizim əl qolumuzu bağlayır. Elm və Təhsil Nazirliyi o qərara yenidın baxmalıdır". |
2023-12-02 | 809,804 | Makron atəşkəs üçün Qətərə gedir | Fransa Qəzzada zorakılığın yenidən başlamasından çox narahatdır. Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. O qeyd edib ki, atəşkəs və sülh danışıqlarına yardım etmək üçün Qətərə gedəcək. Makron həmçinin Dubayda keçirilən COP28 iqlim sammiti çərçivəsindəki mətbuat konfransında bildirib ki, gedişat davamlı atəşkəs əldə etmək və bütün girovların azad edilməsi üçün səylərin ikiqat artırılmasını tələb edir. |
2023-12-02 | 809,805 | Hadisə Bakıya gəlir | Türkiyənin məşhur müğənnisi Hadisə Bakıda konsert verəcək. Kult.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert 1 mart tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 25, maksimum isə 350 manatdır. |
2023-12-02 | 809,808 | Avro-2024: Türkiyə Portuqaliya və Çexiya ilə bir qrupda | 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Axar.az xəbər verir ki, Hamburqda gerçəkləşən tədbirə 21 milli komanda qatılıb. Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında gerçəkləşəcək. A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi Avro-2024-ə son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq. |
2023-12-02 | 809,809 | Böyük savaş hazırlığı gedir: biz nə edəcəyik? – Zakaryan | Rusiya Prezidenti Vladimir Putinin yeni qərarla ordunun hərbi qulluqçularının sayını 1 milyon 320 minə qaldırması hərbi ekspertlər tərəfindən daha böyük müharibəyə hazırlıq kimi qiymətləndirilir. Axar.az xəbər verir ki, bununla bağlı Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan da fikirlərini bölüşüb. O bildirib ki, Putinin bu qərarı NATO blokunun genişlənməsi ilə Rusiyaya qarşı təhdidlərin artması ilə izah olunur. Belə ki, NATO Rusiya sərhədləri yaxınlığında qüvvələr toplamaqda, hava hücumundan müdafiə sistemlərini yerləşdirməkdə davam edir, həmçinin taktiki nüvə qüvvələrini gücləndirir. NATO-ya üzv ölkələrin ümumi hərbi büdcəsi 2023-cü ildə 13% artıb. Ümumilikdə, 2023-cü ildə dünya ölkələrinin birgə hərbi xərcsi 2,24 trilyon dollara çatıb. “Bu, onu göstərir ki, dünya mövcud məsələlərin hərbi yolla həlli variantına hazırlaşır. Bu o demək deyil ki, böyük müharibələr qaçılmazdır. Bu həm də o deməkdir ki, yaxın gələcəkdə regional hərbi münaqişələr genişlənə bilər”, - Zakaryan qeyd edib. Zakaryan Ermənistan hökumətinin bu çağırışlara qarşı yalnız “varlanmaq” haqda danışdığını bildirib: “Türklər və azərbaycanlılar o qədər sadəlövhdürlər ki, sizə asan pul qazanmağa imkan verəcəklər?” |
2023-12-03 | 809,810 | HƏMAS bundan imtina etdi, fasiləni pozdu - Qallant | Qəzza zolağında humanitar fasilənin uğursuzluğuna görə günah 17 qadın və uşağı girovlardan azad etməkdən imtina edən HƏMAS-dadır. Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib. Onun sözlərinə görə, tərəflər arasında atəşkəs razılaşması konkret şərtlər əsasında bağlanıb: “HƏMAS oktyabrın 7-də girov götürülən bütün qadın və uşaqları azad etməlidir. HƏMAS bu razılaşmanı pozdu. O, oğurlanan 80 şəxsi təhvil verəndən sonra əlində olan 15 qadını və iki uşağı geri qaytarmaqdan imtina edir”. |
2023-12-02 | 809,811 | Netanyahudan göstəriş: MOSSAD onları geri çağırdı | HƏMAS-la İsrail arasında aparılan danışıqların dalana dirənməsinə görə MOSSAD rəsmiləri Qətərdən geri çağırılıb. Axar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb. Bildirilib ki, Baş nazir Benyamin Netanyahunun göstərişi ilə MOSSAD-ın rəhbəri David Barnea Dohadakı komandasına İsrailə qayıtmağı əmr edib. Həmçinin vurğulanıb ki, HƏMAS razılaşmanın bütün uşaq və qadınların azad edilməsini nəzərdə tutan hissəsini yerinə yetirməyib. Qeyd edək ki, 24 noyabrda Qəzza zolağında başlayan atəşkəs dekabrın 1-də bitib və hərbi əməliyyatlar bərpa olunub. |
2023-12-02 | 809,814 | Rusiyada nə qədər ukraynalı əsir var? – Zelenski | Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi davam edir. Mübadilə ictimailəşmir və adətən, birbaşa döyüş meydanında baş verir. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Assoşeyted Press”ə müsahibəsində deyib. “Biz mübadilə fondumuzu doldururuq, sonra mübadilə baş verir. Onları birbaşa döyüş meydanında dəyişirik. Bizdə onların 10 məhbusu, onlarda isə bizim bir neçə adamımız olduqda, dəyişmə baş verir. Bütün bunlarla bağlı komandirlərin göstərişləri var və onlar nə etməli olduqlarını bilirlər”, - deyə Zelenski bildirib. Zelenski əlavə edib ki, hazırda bir neçə min ukraynalı müdafiəçi əsirlikdədir. |
2023-12-02 | 809,816 | ABŞ-ın yeni səfiri Azərbaycanda | ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. "Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik", - səfirliyin məlumatında qeyd olunub. |
2023-12-02 | 809,822 | İsrail daha çox müqavimətlə üzləşəcək - Türkiyə XİN | İsrail fələstinlilərin azadlıqlarını məhv etməyə davam etməklə daha çox müqavimətlə üzləşəcək. Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib. O qeyd edib ki, dinc əhaliyə qarşı amansız hücumlar heç bir halda özünümüdafiə sayılmayıb. |
2023-12-02 | 809,823 | Qızılcaya yoluxmamaq üçün nə edilməlidir? | Bir neçə gündür ki, ölkə mediası qızılca xəstəliyinin yayılmasından danışır. Artıq bu, epidemiya halına gəlib. Məktəblər dezinfeksiya olunsa da, xəstəlik sürətlə yayılmaqdadır. Hətta şagirdlər arasında dünyasını dəyişənlər də var. Bəs xəstəliyin qarşısını almaq mümkündürmü? Axar.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan infeksionist Ləman Qalimova xəstəliyin yayılmasının vaksinasiya olanların sayının az olması ilə əlaqələndirib. “Mütləq şəkildə hər kəs vaksin vurdurmalıdır ki, bu vəziyyət daha da genişlənməsin. Bəli, virus artıq məktəblərdə də yayılmağa başlayıb. Uşaqlar arasında qızılcaya yoluxub ağır keçirənlərin immun sistemi yoxdur, yəni peyvənd olunmayanlardır", - o bildirib. İnfeksionist qeyd edib ki, onkoloji xəstəlikdən əziyyət çəkənlər, kartikosteroid qəbul edənlər, kimyaterapiya və radioterapiya alan şəxslər və immuniteti zəif olanlar qızılca vaksini vurdura bilməzlər, əks göstərişdir. İnfeksionist qızılcadan qorunmağın yollarını deyib: “İnsanlar maska taxaraq, sosial məsafə saxlayaraq və əl gigienasına mütəmadi olaraq riayət edərək özlərini qoruya bilərlər. Uşaqlar mütləq şəkildə vaksinasiya olunmalıdır. Çünki ən ağır keçirənlər böyüklər və həmçinin də vaksinasiya olunmamış azyaşlı uşaqlardır. Ümumiyyətlə, hansı infeksiyanın vaksini varsa, özünü qoruya bilmək üçün mütləq şəkildə onu etmək lazımdır”. |
2023-12-02 | 809,824 | Azərbaycanlı yazıçı övladına kimlik ala bilmir | Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi azərbaycanlı körpəyə “Dolunay" adına görə sənəd verməkdən imtina edir. Kult.az xəbər verir ki, bu barədə Dolunayın atası, yazıçı və mədəni fəal Səid Sadiqifər məlumat yayıb. O bildirib ki, Ərdəbil Qeydiyyat İdarəsi “Dolunay” adının İran adları siyahısında olmadığı üçün bu ada sənəd verilməsinin mümkün olmadığını deyib. Səid Sadiqifər məsələ ilə bağlı bütün sənədləri toplayaraq Tehranda Mərkəzi Qeydiyyat İdarəsinə göndərdiyini yazıb. |
2023-12-03 | 809,829 | ABŞ istehsalçıları Çinə sanksiyalardan narazıdır - Nazir | ABŞ-ın çip istehsalçılarının əksəriyyəti Vaşinqtonun Pekinə tətbiq etdiyi sanksiyalardan narazıdır. Axar.az xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Cina Raymondo deyib. “Bizim yaxşı münasibətimiz var. Lakin müəyyən gərginlik mövcuddur. Biz ilk dəfədir ki, bir ölkənin, yəni Çinin yarımkeçiricilərə və avadanlıqlara çıxışını rədd etdik. Biz bu istiqamətdə işləməyə davam edəcəyik", - nazir qeyd edib. |
2023-12-03 | 809,831 | İsrail HƏMAS-ın batalyon komandirini məhv etdi | Oktyabrın 7-də İsrailə qarşı silsilə hücumlara görə məsul olan HƏMAS batalyonunun komandiri Vessam Fərhad Qəzza zolağının Şecaiyyə bölgəsində öldürülüb. Axar.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. “Bu gün səhər saatlarında ÇAXAL və İsrail təhlükəsizlik qüvvələrinin dəqiq kəşfiyyat məlumatlarına əsasən, Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS batalyonunun Şecaiyyədəki komandiri Vessam Fərhadı məhv edib”, - məlumatda qeyd edilib. |
2023-12-03 | 809,834 | Ermənistan Bakının layihəsinə qoşulmağa can atır | Ermənistan “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsi şərti ilə Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TİTC) iştirakçısı ola bilər. Axar.az xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib. “Orta Dəhliz - Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyə və Avropa ölkələrinə gedən beynəlxalq nəqliyyat dəhlizidir. Yaxın vaxtlara qədər İrəvan nə coğrafi, nə də siyasi baxımdan Orta Dəhliz layihəsinə uyğun gəlirdi. Lakin son bir ildə Ermənistan tərəfinə həm Ankaradan, həm də Tiflisdən marşruta qoşulmaq üçün bir neçə təklif gəlib”, - məqalədə bildirilib. Qeyd edilib ki, “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində Ermənistan Azərbaycanla 5 (Qazax, Kəlbəcər, Zəngəzur (2 məntəqə) və Arazdəyəndə) və Türkiyə ilə 2 keçid məntəqəsi quraşdırmağa hazırdır. İrəvan həmçinin respublika ərazisində ümumi uzunluğu 130 km olan dörd dəmir yolu hissəsini bərpa etməyi planlaşdırır. Bunun üçün Ermənistana 500 milyon dollar lazımdır. Gürcüstan Nəqliyyat Dəhlizi Araşdırma Mərkəzinin direktoru Paata Saqareişvili deyib ki, son hadisələr fonunda İrəvanın Orta Dəhlizə qoşulmaq şansı artıb. Lakin bu məqsədlə ölkədə dəmir yolu relslərinin bərpası lazımdır. Ekspert izah edib ki, Orta Dəhlizin məqsədi marşrutların maksimum sinxronlaşdırılması və onun vasitəsilə malların daşınmasının sadələşdirilməsidir. Ekspert hesab edir ki, İrəvan Gürcüstanla əməkdaşlıq edərək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolundan istifadə edə bilər. Ancaq buna Azərbaycanın razılığı lazımdır. Ermənistan İran ərazisindən daşınan yüklərin də ölkədən keçməsini istəyərsə, İrana yeni dəmir yolu çəkilməlidir ki, bunun üçün ən azı 1 milyard dollara ehtiyac var. Qeyd edək ki, Çin və Avropanı birləşdirən Orta Dəhliz tarixi İpək Yolunu (Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə - AB) canlandırmaq məqsədi daşıyır. Dəhliz həmçinin Rusiyadan keçən Şimal marşrutuna və İrandan keçən Cənub Dəhlizinə sərfəli alternativ hesab olunur. |
2023-12-03 | 809,835 | İran dəniz minalarına qarşı yeni dronunu təqdim etdi | İran Hərbi Dəniz Qüvvələri sualtı minaları aşkarlaya və zərərsizləşdirə bilən dəniz dronunu nümayiş etdirib. Axar.az “Tasnim”ə istinadla xəbər verir ki, cihaz geniş çeşiddə avadanlıqla təchiz edilib, 200 metrə qədər dərinliyə dala və 24 saat işləyə bilir. Dəniz pilotsuz aparatının əsasən Fars körfəzində problemlərin həllinə cəlb ediləcəyi bildirilib. |
2023-12-03 | 809,837 | ABŞ-ın yeni səfiri Azərbaycan dilində açıqlama verdi - Video | Xəbər verdiyimiz kimi, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib. Axar.az xəbər verir ki, yeni səfir Azərbaycan dilində mətbuata açıqlama verib. Həmin açıqlamanı təqdim edirik: |
2023-12-03 | 809,839 | BDU-nun professoru dünyasını dəyişdi | Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Yalçın Mustafa oğlu Əlizadə dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə BDU-nun Jurnalistika fakültəsinin müəllimi Əli Hacıyev məlumat verib. Y.Əlizadə 83 yaşında vəfat edib. Qeyd edək ki, professor uzun illər Jurnalistika fakültəsinin dekanı işləyib. |
2023-12-03 | 809,840 | Daha bir azyaşlı qızılcadan dünyasını dəyişdi | Qobustanda daha bir uşaq qızılcadan dünyasını dəyişib. Axar.az xəbər verir ki, iki yaşlı Elmir Elbrus oğlu Baxışlı qızılcadan vəfat edib. Atası Elbrus Baxışov "Sputnik"ə açıqlamasında bildirib ki, evdə digər iki övladı da qızılca olub, onlar sağalsa da, qızılcaya yoluxmuş balaca Elmiri xilas etmək olmayıb. "Uşağı polikilinikaya müayinəyə aparmışdım. Həkim nə təyin etmişdisə, edirdik. Dekabrın 8-də iki yaşını qeyd edəcəkdik, amma balam tələf oldu”, - atası deyib. |
2023-12-03 | 809,841 | Putin və HƏMAS qalib gələ bilməz - Ostin | ABŞ Rusiyanın Ukraynadakı münaqişədə qalib gəlməsinə imkan verməyəcək və Kiyevə hərbi yardımla kömək etməkdə davam edəcək. Axar.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. "Biz HƏMAS-ın və ya Putinin qalib gəlməsinə, düşmənlərimizin bizi bölməsinə və ya zəiflətməsinə imkan verməyəcəyik", - Ostin bildirib. |
2023-12-03 | 809,843 | Zaporojye AES-də təhlükəli vəziyyət yarandı | Zaporojye AES kənar enerjidən məhrum edilib və reaktorları soyutmaq üçün müvəqqəti olaraq qəza dizel generatorları işə salınıb. Axar.az xəbər verir ki, bunu MAQATE rəhbəri Rafael Qrossi bildirib. "Avropanın ən böyük AES-i hərbi münaqişə zamanı enerji təminatını tamamilə itirir və bu, nüvə təhlükəsizliyi ilə bağlı narahatlığı artırır", - Qrossi qeyd edib. |
2023-12-03 | 809,844 | Bakı meydanda qalib idi, ancaq savaşı dayandırdı – Çirielli | İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyev döyüş meydanında qalib gəlməsinə baxmayaraq, Azərbaycan əməliyyatları dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi danışıqlar yolu ilə həll etməyə çalışdı. Axar.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli “Formiche” qəzetinə müsahibəsində deyib. “Təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu”, - o bildirib. Nazir müavini vurğulayıb ki, Ermənistan tərəfindən aparılmış müharibə, 30 il davam etmiş işğal beynəlxalq hüququ açıq şəkildə pozub və Ermənistan da bunu dolayı yolla qəbul edib. Halbuki Ermənistan gərginliyi başqa cür və daha əlverişli yolla aradan qaldıra bilərdi. Lakin Ermənistan hökumətlərinin düşüncəsizliyi BMT qətnamələrinə əsaslanaraq Azərbaycanın bu məsələni özünün həll etməsinə gətirib çıxardı. |
2023-12-03 | 809,845 | ABŞ orbitə 20-dən çox hərbi peyk buraxacaq | ABŞ növbəti ildə orbitə kəşfiyyat-tədqiqat xarakterli ən az 6 peykin buraxılmasını planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə ABŞ Kosmik Komandanlığı məlumat yayıb. Ümumilikdə isə orbitə kəşfiyyat-tədqiqat təyinatlı, raket hücumu ilə bağlı xəbərdarlıq və rabitə sistemləri ilə təchiz olunmuş 21 hərbi peykin çıxarılması nəzərdə tutulur. Qeyd edək ki, bu il Pentaqon kosmik fəzaya 12 hərbi peyk buraxıb. |
2023-12-03 | 809,846 | ABŞ Qəzzada buna imkan verməyəcək - Harris | Vaşinqton heç bir halda fələstinlilərin Qəzza zolağından məcburi köçürülməsinə və ya bölgənin sərhədlərinin dəyişdirilməsinə icazə verməyəcək. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Kamala Harris Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə Dubayda baş tutan görüşündə deyib. Vitse-prezident həmçinin Qəzza zolağında münaqişədən sonra planlaşdırma, o cümlədən yenidənqurma, təhlükəsizlik və idarəetmə səyləri ilə bağlı ABŞ-ın təkliflərini müzakirə edib. Harris vurğulayıb ki, HƏMAS Qəzza zolağına nəzarəti əlində saxlamamalıdır. |
2023-12-03 | 809,847 | Zelenski Ukrayna xalqına xəbərdarlıq etdi | Bu günlərdə hava hücumu siqnallarına diqqət yetirməyi unutmayın. Xahiş edirəm, buna laqeyd yanaşmayın. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciəti zamanı Rusiyanın hava hücumları ilə bağlı xəbərdarlıq edərkən deyib. Zelenski bu həftənin də ölkə üçün “məhsuldar” olduğunu bildirərək, Ukraynaya yardım edənlərə və Ukrayna güc strukturlarına – hər kəsə təşəkkür edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.