date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-03 | 809,848 | İnanılmaz: Rusiyada daha bir bazar yanır - Video | Tatarıstanın Naberejnıye Çelnı şəhərində avtomobil bazarında yanğın baş verib. Axar.az xəbər verir ki, yerli media yanğının 18:00-da başladığını, 740 kv.m sahəni əhatə etdiyini bildirib. Lakin qısa müddət sonra yanğının sahəsi kəskin genişlənib və 7 min kv.m ərazini əhatə edib. Tələfatla bağlı məlumat yoxdur. Qeyd edək ki, Rostovda “Belıy Temer” bazarı 20 noyabrda yanmışdı, 1 dekabrda isə Moskvada azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus “Sadovod” bazarında böyün yanğın baş vermişdi. |
2023-12-03 | 809,849 | Qərb yanıldı, Putin dəqiq hesablayıbmış - Alman nəşri | Rusiya Prezidenti Vladimir Putinin Ukrayna və Qərblə qarşıdurmada özündən razı qalmağa hər cür əsası var. Qərb uzun müddət Kremlin Ukrayna planının iflasa məhkum olduğuna əmin idi. Lakin 21 aylıq müharibədən sonra heç bir hesab görünmür və Kreml rəhbərinin hesablamaları indiyə qədər mükəmməl işləyir. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb. Nəşr iddia edir ki, Rusiya iqtisadiyyatı hərbi istehsalın artımı və sanksiyalara müqavimət göstərən yüksək neft qiymətləri hesabına inkişaf edir: “Putin bu yaxınlarda G20-nin virtual görüşündə iştirak edərək dünyadan kənarda qalmadı. Ölkə daxilində onun hakimiyyəti "mübahisəsiz" olaraq qalır və cəbhədə irəliləyişlər var. Qərbin Rusiyanın iqtisadi çöküşü və ya hökumətə qarşı daxili etirazlarla üzləşəcəyinə ümidləri özünü doğrultmadı. Rusiya əhalisi artan narazılığa səbəb ola biləcək ciddi münaqişə yorğunluğu nümayiş etdirmədi və rejim ən azı qarşıdan gələn seçkilərə qədər yeni səfərbərlik dalğasından yayındı”. Məqalədə qeyd edilib ki, vəziyyəti dəyişmək üçün neftin qiymətini aşağı salmaq, sanksiyaları sərtləşdirmək və hərbi balansı Ukraynanın xeyrinə dəyişmək lazımdır. |
2023-12-03 | 809,850 | Bu ölkədə də dövlət çevrilişinə cəhd edildi | Ötən gün Qvineya-Bisaunun paytaxtı Bisauda dövlət çevrilişinə cəhd olunub. Axar.az xəbər verir ki, bu barədə Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo məlumat verib. Dövlət başçısı bildirib ki, çevrilişə cəhdin qarşısı alınıb. Qeyd edək ki, bu həftə Syerra-Leonedə də dövlət çevrilişinə uğursuz cəhd edilib. |
2023-12-03 | 809,851 | Nar bütün xəstəlikləri müalicə edir | Bir meyvə bütün cəbhələrdə mübarizə apara bilər. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, avropalı alimlər "Nutrients" dərgisində elmi məqalədə hər dərdə dərman meyvəni açıqlayıblar. Nar hazırda xronikləşən 3 əsas xəstəliyin dərmanı ola bilər: II tip diabet, piylənmə və metobolik sindrom. Çünki məhz bu xəstəlik buketi təzyiq, infarkt, insult və ürək-damar problemlərinə səbəb olur. Nar maddələr mübadiləsinin pozulması, qanda şəkərin artmasının qarşısını alır. Hətta diabet artıq olsa da, xəstəliyi zəiflədir. İkincisi, o qanda yağ, xolesterin, lipidi salır, damar tıxanması və qan qatılaşmasının qarşısını alır. Nar polifenollarla zəngindir, o antioksidant təsiri ilə müalicə edir. Gündə 50 ml nar şirəsi arterial təzyiqi salır. Ona görə nar superfud hesab edilir. |
2023-12-03 | 809,852 | Pentaqon Ordumuzun bu taktikasını öyrənir – ABŞ mediası | ABŞ-ın “Scientific American” jurnalı Pentaqonun Qarabağdakı müharibə təcrübəsini öyrənərək, PUA-ları təkmilləşdirdiyini yazıb. Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məqalədə Pentaqonun Azərbaycanın Qarabağda apardığı 44 günlük müharibə təcrübəsindən PUA-ların sürü hücumlarına qarşı effektiv silahlar hazırlamaq üçün əsas kimi istifadə etdiyi bildirilib. Qeyd edilib ki, gələcək müharibələrdə “arı sürüsü” üsulu ilə PUA hücumu qələbənin açarı ola bilər. Araşdırmada eyni zamanda oktyabrın 7-də HƏMAS yaraqlılarının genişmiqyaslı hücum zamanı İsrail radarlarını çaş-baş salmaq üçün məhz bu taktikaya əməl etdiyi bildirilib. “Qəfil hücumun ilk saatlarında HƏMAS İsrailin müşahidə qüllələrinə və müşahidə kameralarına PUA-lar ilə koordinasiyalı zərbələr endirdi. Bu hücumlar İsrail ordusunun Qəzza zolağında müşahidə qabiliyyətini korlamaq, beləliklə də silahlıların ölkə ərazisinə girməsi üçün yol açmaq məqsədi daşıyırdı”, - məqalədə qeyd olunub. |
2023-12-03 | 809,853 | Putin Yeni il hədiyyəsinə çalışır: Alınacaqmı? | Avdeyevka istiqamətində gedişat onu deməyə əsas verir ki, Rusiya ordusunun Yeni ilə qədər bu şəhəri tutmaq şansı yoxdur. Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib. Onun sözlərinə görə, bu istiqamətdə döyüşlər kifayət qədər gərgin olaraq qalır, lakin indi ruslar zirehli texnikanın əhəmiyyətli dəstəyi olmadan, əsasən piyadalardan istifadə edir: "Bu, ciddi uğur qazandırmır və əsas yüksəkliklər Ukrayna Silahlı Qüvvələrindədir. Bəzi ərazilərdə düşmən hətta geri çəkilir". Ekspert hesab edir ki, Putin media və xalqla, eləcə də Yeni il ərəfəsində fəst-fud istehlakçılarına müraciət edənədək Avdeyevkanı mühasirəyə almaq mümkün olmayacaq. Hərbi müşahidəçi qeyd edib ki, prosesi sürətləndirmək üçün Rusiya ordusunun komandanlığı bu istiqamətdə yeni birləşmələr yerləşdirməyə çalışacaq: "Amma burada sual yaranır: yanvara qədər bu ehtiyatlar tükənəndə ruslar gücünü haradan alacaq?" |
2023-12-03 | 809,869 | Yol polisi sürücülərə müraciət etdi | Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib. İdarənin rəsmisi polis mayoru Araz Əsgərli Axar.az-a bildirib ki, əlilliyi olan insanların hüquqlarının qorunması məsələsi geniş mənada başa düşülən anlayışdır: “Dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Belə ki, bu kateqoriyadan olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmini məsələsi dövlətin daim diqqət mərkəzindədir. Xüsusən də 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında sağlamlığını itirən bir sıra gənclərimizin və ümumilikdə yollarda xüsusi qayğıya ehtiyacı olan hər bir vətəndaşımıza anlayışlı münasibət göstərmək, onların təhlükəsizliyi üçün daim qayğı göstərmək hər birimizin vəzifəsi olmaqla yanaşı həmdə insanlıq borcudur. Hərəkətin bütün iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud olan şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişindaşıma və parklama kimi məsələlərdə müəyyən edilən üstünlüklərə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik. İnklüziv həyat tərzinin əsas göstəricilərindən biri kimi, hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək isə sivil cəmiyyət olaraq inkişafımıza mütləq qaydada öz töhfəsini verməklə yanaşı, formalaşan yeni nəsil üçün də düzgün nümunədir. “Bir daha sürücülərdən və hərəkətin bütün iştirakçılarından sağlamlıq imkanları məhdud olan şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcə də yol hərəkəti qaydalarının tələblərinə və təhlükəsizlik üçün nəzərdə tutulan qaydalara ciddi məsuliyyət hissi ilə əməl etməyi xahiş edirik!”, - deyə DYP rəsmisi vurğulayıb. |
2023-12-03 | 809,874 | Şamil Əmirov İstanbulda saxlanıldı | Rusiyanın mütəşəkkil cinayətkar dəstəsinin liderlərindən biri Şamil Əmirov İstanbulda saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib. “İstanbulun Sarıyer rayonunda keçirilən “Qəfəs 15” əməliyyatı nəticəsində Rusiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin rəhbərlərindən biri Şamil Əmirov saxlanılıb. Ölkəmizi beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplardan təmizləməkdə qərarlıyıq. Onları bir-bir tutaraq, məsuliyyətə cəlb edəcəyik”, - nazir X səhifəsində yazıb. |
2023-12-03 | 809,875 | Bakının bu rayonlarında su olmayacaq | Bakı şəhəri Fikrət Əmirov və Dilarə Əliyeva küçələrinin kəsişməsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Nəsimi, Səbail və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Agentlik narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib. |
2023-12-03 | 809,876 | 648-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 648-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 332 040 hərbçi, 5 575 ədəd tank, 10 396 ədəd zirehli döyüş maşını, 7 949 ədəd artilleriya sistemi, 913 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 602 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 432 ədəd avtomobil texnikası, 5 995 ədəd PUA, 1 569 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 140 xüsusi avadanlıq itirib. |
2023-12-03 | 809,877 | İsrailin Qəzza ilə bağlı planı haqda daha bir açıqlama | Quru əməliyyatı başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağında qoşun saxlamayacaq, sərhədə yaxın bufer zona yaradacaq. Axar.az xəbər verir ki, bu barədə İsrail rəsmilərindən biri “Tayms of İsrail”ə açıqlamasında deyib. “Hərbi rəhbərlik HƏMAS-ın onun yaxınlığına hərbi qüvvə toplamasının və İsrailə yenidən hücumunun qarşısını almaq üçün Qəzza ilə sərhəddə müəyyən edilmiş təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir. Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Qəzza zolağından sərhədə bitişik ərazidə qalmağı planlaşdırmırıq”, - rəsmi bildirib. Qeyd edək ki, "Röyters" İsrailin bu planını ərəb dövlətləri ilə müzakirə etdiyi haqda məlumat yaymışdı. |
2023-12-03 | 809,881 | Lukaşenko Çinə gedir | Belarus Prezidenti Aleksandr Lukaşenko 3-4 dekabr tarixlərində Çində səfərdə olacaq. Axar.az xəbər verir ku, bu barədə “BelTA" agentliyi məlumat yayıb. Məlumata görə, səfər zamanı Lukaşenko Çin lideri Si Szinpinlə görüşəcək. “Pekində baş tutacaq danışıqların gündəliyinə ticari-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələləri daxildir”, - məlumatda qeyd olunub. |
2023-12-03 | 809,886 | “Babək”ə çəkilməyə gümanım yox idi – Rasim Balayev | Bəzən deyirlər ki, istedadlı aktyorlar yoxdur. Bu sözlə razı deyiləm. Əlbəttə ki, var. Sadəcə olaraq onları ortalığa çıxarmaq lazımdır. Onlar üçün dramaturji material, ssenari olmalıdır. Rejissorum, ssenaristim olmayandan sonra mən nə edə bilərəm?” Kult.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Rasim Balayev deyib. “O vaxt çəkilmək istəyirdim, çəkmirdilər. Deyirdilər ki, sənin üzün kinoya düşmür. Heç fikirləşmirdim ki, “Nəsimi” filminə məni çəkəcəklər. Çünki eşitmişdim ki, həmin rola məşhur bir aktyoru çəkəcəklər. Düzü bilmirdim ki, o kim idi. Mən xəstəxanada idim bu rola çağırılanda. Həsən Seyidbəyli iki ay mənimlə məşq edəndən sonra məni bu rola təsdiq etdilər. Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım. “Dədə Qorqud” filmində rejissor oynadığım Beyrək roluna Nodar Şaşıqoğlunu çəkmək istəyirdi. Bədii Şura məni təsdiq etdi. “Babək” filminə çəkilməyə də gümanım yox idi. “Nəsimi” filmi mənim üçün yaşıl işıq yandırdı. Çox təkliflər gəlirdi. Birbaşa çəkirdilər, sınağa da çağırmırdılar”, – aktyor bildirib. Xalq artisti qeyd edib ki, hər zaman müxtəlif xarakterli rollar oynayıb: “Rasim Ocaqovun dörd filmində çəkilmişəm. Deyirdi ki, hazırlaş, sənin üçün rol var. “Həm ziyarət, həm ticarət” filmindəki rolumu tamaşaçılar bir o qədər də qəbul etmirdilər. Çünki məni o rola qədər müsbət obrazlarda görmüşdülər. Tamaşaçılar məni həmin rola yaraşdırmırdılar. Rasim Ocaqov məni bu rola dəvət etməyi belə əsaslandırmışdı ki, bizi bəzən mələk simalı insanlar da aldadırlar. Çalışmışam ki, müxtəlif xarakterli rollar oynayım ki, monotonluq yaranmasın”. |
2023-12-03 | 809,888 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video | Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Axar.az icmalı təqdim edir. |
2023-12-03 | 809,890 | Ukrayna ilə bağlı pis xəbərlərə hazırlaşmaq lazımdır - NATO | Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmaq lazımdır. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. “Müharibələr mərhələlərlə inkişaf edir. Amma biz pis gündə də Ukraynanı dəstəkləməliyik. Sursat istehsalının artırılması həlledici əhəmiyyət daşıyır”, - Stoltenberq bildirib. |
2023-12-03 | 809,896 | Dünya Bankı bu mübarizəyə 40 milyard dollar ayırır | Dünya Bankı (DB) iqlim dəyişikliyi ilə mübarizə layihələri üçün ildə 40 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu Dünya Bankının rəhbəri Acay Banqa deyib. “Bu gün Dünya Bankı qarşısına 2025-ci ilə qədər illik gəlirimizin 45%-ni iqlim fəaliyyətinə yönəltmək kimi iddialı məqsəd qoyur. Biz ambisiyalarımızı artırırıq, ona görə də bu məqsədlər üçün ildə 40 milyard dollardan çox vəsait ayıracağıq ki, bu da ilkin hədəfdən təxminən 9 milyard dollar çoxdur”, - Banqa bildirib. |
2023-12-03 | 809,900 | ABŞ bu raketləri Asiyaya yerləşdirir | ABŞ 2024-cü ildə Hind və Sakit okean regionunda orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb. “Bu cür silahların Çinin qarşısını almaq üçün Soyuq müharibədən sonra ilk dəfə regionda peyda olacağı gözlənilir. Söhbət “Standard Missile-6” və ya “Tomahavk” qanadlı raketlərindən gedir. Bu raketlərin uçuş məsafəsi 500-2700 kilometrdir”, - məlumatda qeyd olunub. |
2023-12-03 | 809,904 | Bu, ermənilərin etnik nifrətini sübut edir - İcma | Ermənilərin “Arte” telekanalındakı fikirləri onların Azərbaycana qarşı etnik nifrətini sübut edir. Axar.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb. “Fransız-alman “Arte” telekanalının hazırladığı reportajda Qarabağdan olan ermənilərin Ermənistanın güclənib “Qarabağı geri alacağı” və “bütün türkləri öldürəcəkləri” barədə xəbis xülyaları yer alıb. Bu, bir daha ermənilərin məhz Azərbaycana qarşı etnik nifrətə, Azərbaycan bayrağı altında yaşamaq istəmədiklərinə görə Qarabağdan getdiklərini sübut edir. Bu yaxınlarda Ermənistan cəmiyyətində azərbaycanlıların qayıdışının qəbuledilməz olması barədə verilən bəyanatlar, son illər Ermənistan müxalifətinin “Türksüz Ermənistan” şüarı altında minlərlə insanın iştirakı ilə paytaxt İrəvanda keçirdiyi aksiyalar erməni cəmiyyətinin Azərbaycanofobiya mərəzindən nəinki qurtula bilmədiyini, əksinə bu tendensiyanın daha da gücləndiyini göstərir. Özlərini hamıya beynəlxalq ictmaiyyət kimi sırımağa çalışan bəzi dövlətlər və təşkilatlar tərəfindən belə irqçi əməllərə reaksiya verilməməsi suallar doğurur. Fransa, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, “Freedom House”, “Amnesty İnternational” niyə bu halları pisləmir?”, - bəyanatda qeyd olunur. Bildirilib ki, əgər Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla davamlı sülhə nail olmaq istəyirsə, onda bu ölkə cəmiyyətində tüğyan edən təhlükəli Azərbaycanofobiyaya qarşı ciddi mübarizə aparmalıdır. |
2023-12-03 | 809,910 | Ukraynada döyüşən ermənilər Nikolu təhdid etdilər - Video | Ukraynada döyüşən və özlərini “Baqratuni” legionunun döyüşçüləri hesab edən bir qrup silahlı Ermənistan Baş naziri Nikol Paşinyana videomüraciət edib. Axar.az xəbər verir ki, silahlılar Paşinyanı satqın adlandırıblar. “Sən bütün erməni xalqını satdın. Biz “arsax” uğrunda, Ukraynanın azadlığı uğrunda vuruşanda sən qorxaq kimi Türkiyə və Azərbaycanla cinayətkar sövdələşməyə getdin. Sənin erməni millətini təmsil etməyə və onun adından danışmağa haqqın yoxdur. Sən qorxaqcasına Türkiyə və Azərbaycanla razılaşmaya getdin və xalqımızın 90-cı illərdə “arsax”ın müstəqilliyini necə çətinliklə əldə etdiyini unutdun. Sən bir günə yaddaşımızı, tariximizi, qəhrəmanlarımızı, keçmişimizi silib atdın. Sən əsrlərdir yaşadığımız torpaqları türklərə verdin. Əgər sənin azacıq şərəfin qalıbsa, bu vəziyyətdən çıxmaq üçün özünü güllələməlisən. Bunu etməsən, biz və tərəfdarlarımız sənə müharibə elan edəcəyik”, - silahlılar bildiriblər. |
2023-12-03 | 809,911 | Polisə iki ov tüfəngi təhvil verildi | Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində Ağsu rayon və Mingəçevir şəhər sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb. |
2023-12-03 | 809,914 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq. |
2023-12-03 | 809,917 | Koreyada müharibə an məsələsidir - KİV | Koreya yarımadasında müharibə Pxenyanla Seulun hərbi gərginliyin azaldılmasına dair razılaşmaya əməl etməyi dayandırdıqdan sonra zaman məsələsinə çevrilib. Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyində yayımlanan məqalədə qeyd olunub. “Cənubi Koreyanın hazırkı rəhbərliyi daxili siyasi səbəblərdən Şimali Koreyaya qarşı düşmənçilik siyasəti yürüdür və təsadüfi toqquşmaların qarşısının alınması mexanizmi rolunu oynayan sazişdən imtina etmək üçün bəhanə gözləyirdi. Bu da noyabrın 21-də Pxenyanın kəşfiyyat peykinin buraxılışına gətirib çıxardı. İki ölkə sərhədinə böyük qüvvələr cəmləşib. Hazırda bufer zonalar tamamilə ləğv edilib. Koreya yarımadasında fiziki qarşıdurma və müharibə ehtimal yox, zaman məsələsinə çevrilib”, - məqalədə qeyd olunub. |
2023-12-03 | 809,919 | Türkiyə 142 vətəndaşını Qəzzadan təxliyə etdi | Türkiyə vətəndaşlarının Qəzza zolağından təxliyə işləri bərpa edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib. Onun sözlərinə görə, dekabrın 2-də 142 nəfər Türkiyə vətəndaşı və onların ailə üzvü Qəzzadan Misirə keçirilib. Bu şəxslərin bu gün axşam saatlarında Qahirədən İstanbula gətirilməsi planlaşdırılır. |
2023-12-03 | 809,920 | Qəzzaya yardım aparan maşınlardan PUA-lar çıxdı | Qəzza zolağına daxil olan humanitar yardım maşınlarından müşahidə PUA-ları aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə israilli jurnalist Ayala Hasson məlumat yayıb. |
2023-12-03 | 809,922 | Cüdoçumuz Böyük Dəbilqənin bürünc medalını qazandı | Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokioda keçirilən Böyük Dəbilqənin bürünc medalını qazanıb. Bu barədə Axar.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Yaponiyanın paytaxtında təşkil olunan turnirin ikinci günündə kişilər arasında 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev üçüncü yer uğrunda mübarizədə İtaliya təmsilçisi Qennaro Pirelli üzərində qələbə qazanaraq bürünc medal əldə edib. |
2023-12-03 | 809,927 | İrəvanın Kremlə qarşı demarşı razılaşdırılmış oyundur? | Azərbaycanda bir qrup ekspertin fikrincə, əslində Ermənistanla Rusiya oyun oynayırlar, aralarındakı gərgin münasibətlər oyunun bir hissəsidir. Bu qrupun qənaətinə görə, Qərbin sanksiyaları altında olan Rusiya ona lazım olan texnoloji avadanlıqları Ermənistan üzərindən əldə edir: yəni Rusiya texnologiyalara yiyələnir, Ermənistan isə pul qazanır. Qərbin bu sövdələşmədən şübhəli olmaması üçün Ermənistan-Rusiya gərginliyi görüntüsü yaradılır. Belə bir sualı da gündəmə gətirirlər: Kreml Nikol Paşinyandan bu qədər narazıdırsa, indiyənə qədər niyə onu cəzalandırmayıb, axı əlində kifayət qədər alətləri var? Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq qeyd edib ki, bu yanaşmanı tam bölüşmür: “Amma Baş nazir Nikol Paşinyanın bir ayağının Qərbdə olduğu, digər ayağını isə Rusiyadan çəkmədiyi də həqiqətdir. Statistikaya görə, Ukraynaya qarşı işğalçı müharibə başladıqdan sonra Ermənistanla Rusiya arasında idxal-ixrac əməliyyatları şübhəli şəkildə artıb. Bu da onunla əlaqələndirir ki, Ermənistan Rusiyaya lazım olan texnologiyaları Qərbdən alaraq Moskvaya ötürür. Buna baxmayaraq, Rusiyanın “Yuxarı Lars” sərhəd keçid məntəqəsində Ermənistana aid kənd təssərrüfatı məhsullarının keçidinə imkan verməməsi oyun deyil, reallıqdır. Maraqlıdır ki, bir qrup erməni eksperti oxşar sözləri Azərbaycan-ABŞ münasibətləri haqqında deyir. Guya Azərbaycan-ABŞ gərgin münasibətləri də oyundur, məqsəd Rusiyanın Qərblə yaxınlaşan Ermənistana təzyiqini artırması və İrəvanın Kremllə mü nasibətlərinin gərginləşməsinə nail olmaqdır. Erməni ekspertləri bunun həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini iddia edirlər. Həqiqət bundan ibarətdir ki, Vaşinqton Azərbaycanla bağlı xarici siyasətini korrektə etməlidir, iki dövlət arasında təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığı mövcuddur. Bu oyun deyil, reallıqdır”. |
2023-12-03 | 809,928 | BƏƏ su qıtlığının həllinə 150 milyon dollar ayırır | Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) su ehtiyatlarının çatışmazlığı ilə bağlı problemlərin həlli üçün 150 milyon dollar ayıracaq. bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının Sədrliyi məlumat yayıb. Məlumata görə, vəsait ən həssas ölkələrdə içməli suyun təmin edilməsi layihələrinin dəstəklənməsi üçün istifadə olunacaq. |
2023-12-03 | 809,933 | Tərtər səmasında yadplanetlilər görünüb? – Video | Tərtər rayonundan “Starlink” peyklər qrupu müşahidə edilib. Axar.az xəbər verir ki, bu barədə Teleqramda video paylaşılıb. Səmadakı “Starlink” peyklərinin yadplanetlilər olduğu iddia edilib. Qeyd edək ki, bir müddət öncə də “Starlink” peyklərinin səmada görüntüsü Azərbaycanda rezonans doğurmuşdu. |
2023-12-03 | 809,935 | Kərim Vəliyevin Kəlbəcərə getməsi Ayrapetyanı qorxutdu | Aərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olması erməni ekspert, azərbaycanşünas kimi təqdim edilən Tatevik Ayrapetyanı “narahat edib”. Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Kərim Vəliyevin səfərindən MN-in yaydığı videonu paylaşan Ayrapetyan yazıb: “Bu, bir daha sübut edir ki, Azərbaycanın planı var və bunun qarşısını ancaq dövlətyönlü hökumət formalaşdırmaqla, peşəkar diplomatiya aparmaqla almaq olar”. Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan vaxtaşırı olaraq sərhədimizə gəlir və hərbi hissələrdə görüş keçirir, ancaq Azərbaycanda bu, qorxu ilə qarşılanmır. |
2023-12-03 | 809,940 | Pakistanda avtobus gülləbaran edildi: 11 ölü, 25 yaralı | Pakistanın şimalındakı Gilgit-Baltistan regionunda terrorçular sərnişin avtobusuna hücum edib. Axar.az xəbər verir ki. bu barədə Pakistan mətbuatı məlumat yayıb. Məlumata görə, hadisə Çilas şəhərində baş verib. Avtobusu müşayiət edən Pakistan hərbçilərinə məxsus avtomobil də atəşə məruz qalıb. Hücum nəticəsində 11 nəfər ölüb. Ölənlərdən ikisi hərbçidir. Daha 25 nəfər isə yaralanıb. Hadisə ilə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. |
2023-12-03 | 809,942 | Rusiya gecə 12 PUA ilə hücuma keçdi | Dekabrın 3-nə keçən gecə Rusiya qoşunları pilotsuz təyyarələrlə növbəti dəfə Ukraynaya hücum edib. Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Bildirilib ki, Primorsko-Axtarsk bölgəsindən ümumilikdə 12 PUA və Belqorod vilayətinin hava məkanından X-59 idarə olunan raket buraxılıb. Zərbə PUA-ları işğal altında Xerson vilayəti vasitəsilə Nikolayev vilayətinə daxil olublar. PUA-ların əksəri Nikolayevdə, qalanı isə Xmelnitski vilayətinin Starokonstantinov bölgəsində vurulub. “10 ədəd “Şahid-136/131” hücum PUA-sı vurulub, X-59 raketi isə hədəfə çatmayıb”, - məlumatda qeyd edilib. |
2023-12-03 | 809,946 | İsrail iki ölkəyə artilleriya zərbəsi endirdi | İsrail ordusu Suriyadan atılan raketə cavab olaraq, bu ölkənin ərazisinə artilleriya zərbələri endirib. Axar.az zəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Bildirilib ki, Livan ərazisindən də İsrailin İftax yaşayış məntəqəsi tank əleyhinə raketlə vurulub. Yaralılar barədə məlumat verilməyib. Ordu artilleriya atəşi ilə cavab verib. |
2023-12-03 | 809,949 | Hizbullah müharibəyə başlasa, Livan məhv ediləcək | Hizbullah İsrailə qarşı böyük müharibəyə başlasa, Livan məhv ediləcək. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Hizbullahın bizə qarşı bütün cəhdlərinə baxmayaraq, daim şimalda fəaliyyət göstəririk. Terror yuvalarını, sursatları məhv edirik, onları sərhəddən sıxışdırırıq. Biz şimalda güclü mühafizəni davam etdirəcəyik və cənubda tam qələbəyə nail olacağıq. Şimalda və cənubda təhlükəsizliyi bərpa edəcəyik. Hizbullah genişmiqyaslı müharibəyə girmək kimi səhvə yol versə, Livanı öz əlləri ilə məhv edəcək”, - Netanyahu bildirib. |
2023-12-03 | 809,951 | Magistral yollarda görmə məsafəsi məhdudlaşdı | Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, dekabrın 4-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimal olunur. |
2023-12-03 | 809,953 | İrəvanı yalnız Azərbaycan xilas edə bilər - Maysaya | "Yuxarı Lars" keçid məntəqəsinin bağlanmasına görə Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər. Axar.az xəbər verir ki, bunu gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya Report-a açıqlamasında deyib. “Onun üçün Ermənistan tərəfi mütləq sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət onun sonunu gətirəcək", - ekspert vurğulayıb. Onun sözlərinə görə, sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq: "Müqavilə imzalanandan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artmış olacaq, həm də təhlükəsizliyi qorunacaq". Politoloq qeyd edib ki, bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral aylarında sülh müqaviləsi imzalanacaq: “Çünki rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onu xilas etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək”. |
2023-12-03 | 809,954 | Zelenskinin Qərbdə ən yaxşı dostu... - Tisdall | Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsun simasında Qərbdə yeni ən yaxşı dost tapıb. Axar.az xəbər verir ki, bu barədə “Quardian” nəşrinin yazarı Saymon Tisdall bildirib. “Kansler əvvəllər özünü lovğalıqla Zelenskinin ən yaxşı dostu adlandıran Britaniyanın keçmiş baş naziri Boris Consonu bu vəzifədə əvəzləyərək Rusiyaya qarşı münaqişədə Qərbin Ukraynaya dəstəyinə rəhbərlik edir. Almaniya 2024-cü ildə Ukrayna Silahlı Qüvvələri üçün səkkiz milyard avro ayıracağını açıqlayıb. Şolts hazırda Qərbin Ukraynanı ayaqda saxlamaq cəhdlərinə başçılıq edir. Almaniya Ukraynanın yeni ən yaxşı dostudur”, - Tisdall bildirib. |
2023-12-03 | 809,958 | AB nüvə ilə silahlanmalıdır - Fişer | Avropa Birliyi (AB) özünün nüvə arsenalı ilə silahlanmalıdır. Axar.az xəbər verir ki, bunu Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer “Zeit” nəşrinə müsahibəsində deyib. “AB-nin özünün nüvə hücumunun qarşısının alınmasına ehtiyacı var, çünki dünya dəyişib. Qərbi Avropanın nüvə güclərinin - Fransa və Böyük Britaniyanın arsenalları dəyişən vəziyyətə cavab vermək üçün kifayət deyil”, - Fişer bildirib. |
2023-12-03 | 809,960 | Kissincerin Fələstinlə bağlı son açıqlaması... | ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer son müsahibəsində bildirmişdi ki, müstəqil Fələstin dövləti yaradılmamalıdır, çünki bu, İsrailə bir daha hücum edilməyəcəyinə zəmanət vermir. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. “Ərəb dünyası ilə İsrail arasında danışıqlara üstünlük verirəm, çünki İsraillə fələstinlilər arasında birbaşa danışıqları elə də səmərəli görmürəm. Bir tərəfin İsraili devirməkdə qərarlı olduğu ikidövlətli həll yoluna getməkdənsə, İordaniyanın qərb sahilini İordaniyanın nəzarəti altına verməyin lazım olduğuna inanıram”, - nəşr Kissincerin açıqlamasını təqdim edib. Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer noyabrın 30-da 100 yaşında vəfat edib. |
2023-12-03 | 809,963 | Xaricdə təhsil alanlar imtahan verdilər | Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib. Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin peşə tanınması üçün Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb. Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında saat 10:00-da və 13:00-da olmaqla 2 növbədə keçirilib və 1 saat davam edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 299 nəfərdən 33 nəfər imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 111 nəfər müvəffəqiyyət əldə edib. Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur. İmtahanın məzmunu ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4 və 5 dekabr 2023-cü il tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) sürəti də əlavə ediməlidirlər. |
2023-12-03 | 809,966 | AB 40 min ukraynalı hərbçiyə təlim keçəcək | Avropa Birliyi (AB) 2024-cü ilin yazına qədər 40 min ukraynalı hərbçi hazırlamağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin Hərbi Komitəsinin rəhbəri, general Robert Briger deyib. “Biz artıq 34 min Ukrayna hərbçisinə təlim keçmişik. 2024-cü ilin yazına qədər isə 40 min əsgər hazırlamağı planlaşdırırıq. Avropa lazım olduğu qədər, o cümlədən döyüş sursatları və təlim tədbirləri ilə Ukraynaya dəstəyini davam etdirməlidir. Bu günə qədər biz Ukraynaya 27 milyard dollar hərbi yardım etmişik”, - Briger bildirib. |
2023-12-03 | 809,971 | HƏMAS-ın 500 tunelini məhv etmişik - İsrail | Hərbi əməliyyatların başladığı gündən bəri İsrail ordusu HƏMAS-a məxsus 800 tunel aşkar edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “Müxtəlif əməliyyat üsullarından istifadə edilməklə 500-ə yaxın tunel məhv edilib”, - məlumatda qeyd olunub. |
2023-12-03 | 809,974 | Qar fırtınası: Münhendə 560 reys ləğv edildi | Qar fırtınası səbəbindən Almaniyanın Münhen hava limanı dekabrın 3-də 880-ə yaxın planlaşdırılmış reysdən 560-nı ləğv edib. Axar.az xəbər verir ki, bu barədə Münhen hava limanından bildirilib. “Hava səyahətinə məhdudiyyətlər qalacaq. Buna görə də bu gün yola düşəcək səyahətçilərə hava limanına getməzdən əvvəl öz aviaşirkətləri ilə əvvəlcədən əlaqə saxlamalarını və uçuşun vəziyyətini yoxlamalarını tövsiyə edirik", - məlumatda qeyd olunub. |
2023-12-03 | 809,977 | Bab əl-Məndəb boğazında partlayışlar baş verdi | Ərəbistan yarımadasını Afrika sahillərindən ayıran Bab əl-Məndəb boğazında partlayışlarla nəticələnən PUA uçuşları qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. "Yəmən tərəfindəki Bab əl-Məndəb boğazı ərazisində baş verdiyi güman edilən partlayış da daxil olmaqla, PUA-ların fəaliyyəti ilə bağlı məlumatlar daxil oldu", - məlumatda bildirilib. Yaxınlıqdakı gəmilərin ekipajlarına ehtiyatlı olmaları və bölgədə hər hansı şübhəli fəaliyyət barədə məlumat vermələri barədə xəbərdarlıq edilib. |
2023-12-03 | 809,980 | 648-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 648-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 545 təyyarəsi, 256 helikopteri, 9361 PUA-sı, 442 zenit-raket kompleksi, 13 759 tank və digər zirehli texnikası, 1 187 reaktiv yaylım atəş sistemi, 7 224 artilleriya və minaatanı, 15 876 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-03 | 809,982 | Budanovun arvadını Zelenski zəhərlətdirib? - İddia | Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun həyat yoldaşı Mariananın zəhərlənməsi Ukrayna Prezidenti Vladimir Zelenskinin öz hakimiyyətini gücləndirmək cəhdi ilə bağlı ola bilər. Axar.az xəbər verir ki, bu iddia ilə “Uikli Blitz” portalı çıxış edib. “Aydındır ki, silsilə zəhərlənmələr Zelenskinin hakimiyyətini möhkəmləndirmək cəhdinin bir hissəsidir, xüsusən də ölkədə 2024-cü ilin martına təyin edilmiş prezident seçkilərinin ləğvi ilə bağlı çox tənqid edilən qərardan sonra”, - məlumatda qeyd olunub. Məqalə müəllifləri iddia ediblər ki, bu hal Ukrayna rəhbərliyi daxilində pərdəarxası mübarizənin şiddətləndiyini və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə Budanov arasında dərin ziddiyyətlərin olduğunu göstərir. |
2023-12-03 | 809,983 | Piyada vurulması halları artır - DYP | Son zamanlar yollarda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Axar.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib. O qeyd edib ki, bu növ hadisələrinin qarşısının alınması məqsədilə DYP tərəfindən Respublikanın bütün bölgələrində sürücü və piyada intizamının artırılmasına yönəlmiş nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Araşdırma zamanı piyada vurulması ilə nəticələnən qəzaların əksəriyyətinin sürücülər tərəfindən yol nişanlarının tələbinin pozulması və ya piyadaların yolu keçərkən diqqətlərini yola verməmələri, eyni zamanda piyadalar üçün ayrılmış keçidlərindən istifadə etməmələri səbəbindın baş verdiyi müəyyən edilib: “Hər bir yol hərəkəti iştirakçısını cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır”. |
2023-12-03 | 809,985 | Ukrayna bu istiqamətdə 250 hərbçisini itirdi | Rusiyanın “Mərkəz” qoşun qruplaşmasının bölmələri Qırmızı Liman istiqamətində Ukrayna ordusunun hücumunu dəf edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. Məlumata görə, Ukrayna ordusu 250 hərbçi itirib. |
2023-12-03 | 809,986 | Kliçko Zelenskiyə qarşı: Əvəzini ödəyir | Kiyevin meri Vitali Kliçko Ukrayna Prezidenti Vladimir Zelenskini tənqid edib. Axar.az Publika.az-a istinadla xəbər verir ki, Kliçko Zelenskinin səhvlərinin əvəzini ödədiyini bildirib. Jurnalistin Zelenskinin reytinqinin aşağı düşməsindən təəccüblənib-təəccüblənmədiyi ilə bağlı sualına Kiyev meri belə cavab verib: "İnsanlar kimin təsirli, kimin təsirsiz olduğunu görür. Çoxlu gözləntilər var idi və var. Zelenski etdiyi səhvlərin əvəzini ödəyir”. Bundan əvvəl Kliçko Zelenskini avtoritarizmə doğru meyillənməkdə günahlandırmışdı. Onun fikrincə, Zelenskinin hərəkətləri nəticəsində Ukraynada praktiki olaraq müstəqil hakimiyyət institutları qalmayıb, ölkə hər şeyin bir nəfərin əhval-ruhiyyəsindən asılı olduğu avtoritarizmə doğru gedir. |
2023-12-03 | 809,987 | Salyanda hərbçilər dəm qazından öldü | 16:42 Salyanda iki nəfər dəm qazından boğularaq ölüb. Axar.az xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Davud Qabil oğlu Ələkbərzadə və Neftçala sakini, 1995-ci il təvəllüdlü Urufət Oruc oğlu Ağamməmmədovdur. Onlar hadisə baş verən evdə kirayədə yaşayıblar. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. *** Salyanda dəm qazından boğularaq ölən iki nəfər hərbçi imiş. Belə ki, onlar rayon ərazisindəki hərbi hissələrin birində xidmət edirmiş. Dünyasını dəyişənlər eyni evdə kirayədə yaşayıb. Qonşunun sözlərinə görə, onlar yaşadıqları evə yeni köçübmüş. |
2023-12-03 | 809,990 | Fransa İrəvana hücum silahı verir: SEZAR-ın tədarükü… | Fransa Senatı SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib. Axar.az xəbər verir ki, bu barədə Senata istinadla erməni mediası yazıb. Fransa Senatının məlumatına görə, Ermənistan bu yaxınlarda “Thales”dən üç GM-200 radarının alınmasına dair saziş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr gedir. Senat həmçinin qeyd edib ki, Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” tipli 24 zirehli maşın artıq Ermənistana gətirilib, daha 26 ədəd “Bastion” da göndəriləcək. “Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib. Müdafiə və hücum silahları arasındakı fərq, əslində Ukraynadakı müharibənin göstərdiyi kimi, o qədər də praktik deyil. Gəlin eyni səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Buna görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməliyik”, - Fransa Senatı bildirib. |
2023-12-03 | 809,991 | İsrail və Fələstində vəziyyət ciddidir: Papa çağırış etdi | İsrail və Fələstində vəziyyət ciddidir, atəşkəsin başa çatması pisdir, bu, ölüm və dağıntı deməkdir. Axar.az xəbər verir ki, bunu Roma Papası Fransisk deyib. “Bir neçə girov azad edilib, lakin bir çoxu hələ də Qəzzadadır. Ümid edirəm ki, bütün tərəflər ən qısa zamanda yeni atəşkəs razılaşmasına nail ola və döyüşməkdən başqa həll yolları tapa bilərlər”, - Papa bildirib. |
2023-12-03 | 809,992 | Bagiri İraqda: Baş Qərargah rəisi ilə görüş... | İraqa səfər edən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdüləmir Rəşid Yarallahla görüşüb. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, tərəflər iki ölkə arasında birgə hərbi təlimlər və müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə ediblər. |
2023-12-03 | 809,993 | Moskvada Sibir soyuğu olacaq | Çərşənbə günündən etibarən Moskvada gecə -20-22, gündüz -15-16 dərəcəyə qədər şaxta gözlənilir. Axar.az xəbər verir ki, bunu “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets deyib. “Bu temperatur Sibir üçün xarakterikdir, paytaxt üçün deyil. Moskvada bu həftə ən soyuq gecə cümə günü olacaq. Həmin vaxt havanın temperaturu gündüz -11-16, gecə -17-22 dərəcə təşkil edəcək ki, bu da iqlim normasından 10-15 dərəcə aşağıdır”, - Tişkovets bildirib. Onun sözlərinə görə, həftə sonu havanın temperaturu bir qədər yüksələcək – gecə -13-18, gündüz -8-13 dərəcə olacaq. |
2023-12-03 | 809,996 | Pərviz Şahbazov BƏƏ-yə getdi | Energetika naziri Pərviz Şahbazov COP28-in Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzrə Baş İcraçı Direktoru Adnan Z.Aminin dəvəti ilə BƏƏ-yə səfər edib. Energetika Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti 4-5 dekabr tarixlərində BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində keçiriləcək “Bərpa olunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masasında, eyni zamanda Azərbaycan pavilyonunda təşkil olunacaq ölkəmizdə yaşıl enerji sahəsində investisiya imkanlarına həsr olunan tədbirdə iştirak edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. |
2023-12-03 | 810,001 | Ukraynada müharibə danışıqlar yolu ilə bitəcək - Conson | Rusiya ilə Ukrayna arasında münaqişə danışıqlar yolu ilə bitəcək və Moskva nüvə silahının mövcudluğuna görə uduzmayacaq. Axar.az xəbər verir ki, bunu respublikaçı senator Ron Conson deyib. “Müharibə zamanı hər iki tərəf ciddi itkilər verir və Ukraynanın böyük hissəsi məhv ola bilər. Buna görə də Moskva və Kiyev danışıqlar yolu ilə nizamlanmaya nə qədər tez nail olsalar, bir o qədər yaxşıdır”, - Conson bildirib. |
2023-12-03 | 810,002 | Tramp bizim üçün problemə çevriləcəkdi - Almaniya | ABŞ prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsi Avropa üçün böyük problemə çevriləcəkdi və Vaşinqtonun köməyi olmasaydı, Kiyev ayaqda qala bilməzdi. Axar.az xəbər verir ki, bunu Bundestaqın Avropa işləri üzrə komitəsinin rəhbəri Anton Hofrayter deyib. “Bu, böyük problem olardı. ABŞ-ın Avropanın təhlükəsizliyinə verdiyi mühüm töhfəni tezliklə əvəz edə bilmərik. Təkcə bu səbəbdən bu sahədə daha çox işlər görməliyik. Biz sadəcə olaraq gözləyə bilmərik ki, Demokratlar prezident seçkilərində həmişə qalib gələcəklər. Onların bir çoxu da sual verir ki, biz nəhayət Avropadakı problemləri özümüz həll edə bilərikmi”, - Hofrayter bildirib. |
2023-12-03 | 810,003 | Polşa bu artilleriya qurğularını Ukraynaya verir | Polşa Ukraynaya daha 56 ədəd “Krab” özüyeriyən artilleriya qurğusu verəcək. Axar.az xəbər verir ki, bu barədə Polşanın PAP agentliyi məlumat yayıb. Bildirlib ki, bu qurğulardan 56 ədədinin təhvil verilməsi ilə bağlı Kiyev və Varşava arasında müqavilə də imzalanıb. Qeyd edək ki, Ukraynada irimiqyaslı müharibədən bəri Polşa Kiyevə 18 ədəd “Krab” özüyeriyən artilleriya qurğusu verib. |
2023-12-03 | 810,007 | HƏMAS Aşkelona raket zərbələri endirdi | İsrailin Aşkelon şəhəri raket atəşinə tutulub. Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı olan İzəddin əl-Qəssam Briqadası məlumat yayıb. “Əl-Qəssam Briqadası dinc insanların ölməsinə cavab olaraq Aşkelona raket zərbələri endirib”, - məlumatda qeyd olunub. |
2023-12-03 | 810,009 | İndoneziyada Merapi vulkanı püskürdü | İndoneziyanın Qərbi Sumatra əyalətində Merapi vulkanı püskürüb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Püskürmə nəticəsində vulkan külü 3 min metr hündürlüyə qədər qalxıb. Məsul qurumlar sakinlərə və ziyarətçilərə kraterin 3 kilometr radiusuna qədər yaxınlaşmağı qadağan edib və ikinci ən yüksək xəbərdarlıq səviyyəsi elan edib. |
2023-12-03 | 810,010 | Qəzzada ölənlərin sayı artdı | İsrail-HƏMAS münaqişəsi başlayandan bəri (7 oktyabr) Qəzza zolağında ölənlərin sayı 15 min 523 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. |
2023-12-03 | 810,011 | İsrail sürətli əməliyyata hazırlaşır - NYT | İsrailin Qəzza zolağında hərbi əməliyyatının növbəti mərhələsi daha sürətli olacaq. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” İsrail mənbələrinə istinadən məlumat yayıb. Mənbələrə görə, silahlı qarşıdurmanın yeni mərhələsi uzun sürməyəcək: "İsrail ordusu yaxın həftələrdə yüksək intensivli əməliyyat planlaşdırır. Ondan sonra İsrail ordusunun nisbətən daha zəif intensivlikdə hərbi əməliyyat keçəcəyi gözlənilir". |
2023-12-03 | 810,015 | Husilər Britaniya gəmisinə hücum etdi | Yəməndəki Husi üsyançıları Bab-əl-Məndəb boğazında Böyük Britaniyaya məxsus ticarət gəmisinə hücum təşkil edib. Axar.az xəbər verir ki, bu barədə “Əl-Hadath” qəzeti məlumat yayıb. Təfərrüat açıqlanmır. Qeyd edək ki, bundan öncə sözügedən bölgədə partlayış qeydə alınması barədə məlumat yayılmışdı. |
2023-12-03 | 810,018 | Çexiyada qatarlar toqquşdu: yaralanan var | Çexiyanın Çeska Trşebova şəhəri yaxınlığında iki yük qatarı toqquşub, bir nəfər xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Depoda baş verən toqquşma nəticəsində altı yük vaqonu relsdən çıxıb. Dəymiş zərər azı 150 milyon kron (təxminən 7 milyon dollar) qiymətləndirilir. Bildirilib ki, yük qatarının maşinisti qırmızı işıqda keçib və nəticədə dayanmış digər yük qatarına çırpılıb. |
2023-12-04 | 810,021 | Rusiya ukraynalı uşaqları buna görə oğurlayır - FT | Rusiya ağır demoqrafik böhranla üz-üzədir. Ukraynadakı müharibə həm bu böhranı daha da gücləndirir, baxmayaraq ki, Kreml bu problemi aradan qaldırmağa cəhd edir. Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms"da dərc edilən məqalədə bildirilib. "BMT-nin məlumatına görə, Mərkəzi Asiya ölkələrindən Rusiyaya milyonlarla miqrantın gəlməsinə baxmayaraq, 2021-ci ildə Rusiyanın əhalisi 145 milyon nəfərə enib, 1994-cü ildə isə bu göstərici 149 milyon olub. Və son illərin hadisələri bu tendensiyanı daha da gücləndirdi. Pentaqonun hesablamalarına görə, Ukraynanın işğalı təkcə 2022-ci ildə Rusiyaya 120 min əsgərin həyatı bahasına başa gəlib. Daha yüz minlərlə rus müharibə səbəbindən ölkəni tərk edib. Vladimir Putin demoqrafik problemin miqyasını yaxşı anlayır və müəyyən tədbirlər görməyə çalışır. Hətta Putin 2024-cü ili Rusiyada “ailə ili” elan edilməsi ilə bağlı fərman imzalayıb. Putinin müharibədən əvvəl təxminən 8,6 milyon insanın yaşadığı Ukrayna ərazilərinin ilhaqını elan etməsi Rusiyanın demoqrafik potensialını artırmaq cəhdi ola bilər. Minlərlə ukraynalı uşağın oğurlanması da bu strategiyanın bir hissəsidir", - məqalədə vurğulanıb. |
2023-12-03 | 810,023 | "Neftçi" "Zirə"ni minimal hesabla məğlub etdi | Azərbaycan Premyer Liqasında XV tur davam edir. Axar.az-ın məlumatına görə, bu gün daha bir oyun keçirilib. Paytaxt derbisində "Neftçi" "Zirə"ni qəbul edib. "Neftçi Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"a qalibiyyəti gətirən qola 60-cı dəqiqədə Rəhman Hacıyev imza atıb. Bu nəticə ilə "Neftçi" xallarının sayını 22-yə yüksəldib. İkinci pillədəki "Zirə" isə 28 xalda qalıb. Qeyd edək ki, tura dekabrın 4-də keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. |
2023-12-03 | 810,026 | SOCAR-ın əsas hədəfi açıqlandı: 2050-ci ilə qədər... | Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində 3 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivləri” mövzusunda tədbir keçirilib. Bu barədə Axar.az-a SOCAR-dan məlumat verilib. Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində görülən işlər, həyata keçirilən proqramlardan ətraflı bəhs edib. Tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövşən Nəcəf SOCAR-ın ekoloji fəaliyyətinə, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə əlaqədar hədəflərinə dair məlumat verib. SOCAR-ın prezidenti hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “Sıfır metan”, 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib. Rövşən Nəcəf bu addımların SOCAR-ın korporativ sosial məsuliyyəti ilə yanaşı, ətraf mühitin mühafizəsi baxımından nümunəvi enerji şirkətinə çevrilməsi istiqamətində atıldığını vurğulayıb. Tədbir zamanı SOCAR-da ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, həyata keçirilən layihələr, qeyd olunan hədəflər və onlara çatmaq üçün gələcək addımlar, neft-qaz əməliyyatlarında yaşıl enerjinin tətbiqi, dekarbonizasiya və enerji keçidi sahəsində strateji məqsədlərə dair ətraflı təqdimat keçirilib. Həmin gün, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Karbon neytrallığı” konsepsiyasının həyata keçirilməsinə dair tədbir keçirilib. Tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, daha sonra isə SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış ediblər. Çıxışlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri haqqında məlumat verilib, bu ərazilərdə yaşıl enerji, yaşıl kənd təsərrüfatı, habelə təbiətə dost olan texnologiyaların tətbiqi ilə karbon neytrallığının təmin edilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb. Daha sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” potensialı, bu istiqamətdə həyata keçirilən layihələr və gələcək hədəflər barədə təqdimat edilib. |
2023-12-04 | 810,029 | Zelenski hakimiyyəti cəmiyyəti qıcıqlandırır - Podolyak | Ölkədə hazırkı hakimiyyətin yeritdiyi siyasətlə bağlı qıcıqlanma artır. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. Onun sözlərinə görə, ukraynalıların narazılığı Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindəki uğursuzluqları, eləcə də dövlət məmurları arasında artan korrupsiya ilə bağlıdır. |
2023-12-03 | 810,030 | Rusiya qalib gəlir, Konqres cəld hərəkətə keçməlidir | Ukraynalılara kömək etməsək, Rusiya qalib gələcək. Konqres cəld hərəkətə keçməlidir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton mediaya açıqlamasında deyib. O bildirib ki, hazırda diqqət Qəzzadakı müharibəyə yönəldiyi üçün amerikalılar Ukrayna savaşını “unuda bilər”: “Nümayəndələr Palatası və Senat Baydenə daha çox təzyiq göstərməlidirlər ki, onlar təkcə Ukraynanın uduzmasının qarşısını almaq deyil, həm də Ukraynanın necə qalib gələ biləcəyini anlamaq üçün qalibiyyət strategiyası hazırlasınlar”. Bolton bildirib ki, Rusiyanın diplomatik qələbəsi, Ukraynanın şərqində işğal etdiyi torpaqları saxlamaqla bağlı narahatlıq artıb. |
2023-12-03 | 810,032 | Mərdəkan yolunda qəza: tıxac yarandı | Mərdəkan yolunda yol-nəqliyyat hadisəsi baş verib. Axar.az-ın Unikal-a istinadən məlumatına görə, hərəkətdə olan “KİA Rio” markalı avtomobil “Opel Astra” ilə toqquşub. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobil sürücüləri xəsarət alıblar. Qəzadan sonra magistral yolda digər avtomobillərin hərəkətində sıxlıq yaranıb. |
2023-12-03 | 810,033 | İsrailin taktikası faydalıdır - Kirbi | İsrail HƏMAS hərəkatının rəhbərliyini məhv etmək niyyətindədir və ABŞ bu yanaşmanı faydalı taktika hesab edir. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. “İsrailin diqqət mərkəzində olduğu məsələ budur. Bunun faydalı bir taktika olduğunu düşünürük”, - deyə Kirbi qeyd edib. |
2023-12-03 | 810,034 | 9 min kv.km ərazi Bakının nəzarətinə keçəcək – Baqratyan | Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edəndə Rusiya sülhməramlılarının əhəmiyyəti qalmadı. Artıq növbəti addım onların Qarabağdan çıxmasıdır. Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. “Ermənistan hökuməti Azərbaycan hakimiyyətindən qorxur. Dəhlizlər Nikol Paşinyanın təqdim etdiyi xəritəyə uyğun verilsə, o zaman Ermənistan daha 9 min kvadrat kilometr ərazidən, yəni Sünikdən (Qərbi Zəngəzur – red.) məhrum olacaq. 2 dəhlizi versəniz, Zəngəzurun Ermənistanla əlaqəsi kəsiləcək. Zəngəzura getmək üçün o dəhlizlərdən keçməliyik, oradan da keçmək üçün icazə almalıyıq. Bundan sonra İrəvan-Qarakilsə, İrəvan-Qafan avtobusları işləməyəcək”, – Baqratyan bildirib. Qeyd edək ki, Qərbi Zəngəzurun sahəsi 9 min kv.km deyil, 4 min kv.km-ya yaxındır. |
2023-12-03 | 810,035 | Metrodan istifadə edənlərə şad xəbər - Video | Bundan sonra metroda “Bakıkart”la yanaşı, QR biletlərdən də istifadə etmək mümkün olacaq. Axar.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Bakı metropoliteni QR ödəniş üsulunun tətbiqinə başlayıb. QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, ilin sonuna kimi tətbiq metro stansiyalarının 90%-də istifadədə olacaq. Sərnişin “Bakıkart” mobil tətbiqində QR bileti yaratmalı və turniketə yaxınlaşdırmalıdır. Bu üsulla da gediş haqqı 40 qəpikdir. Bəxtiyar Məmmədovun sözlərinə görə, hazırda bu sistem 2 stansiyada fəaliyyət göstərir. Bunlar "Xocəsən" və "8 Noyabr"dır. Digər stansiyalarda isə bəzi turniketlərdə lazımi avadanlıqlar quraşdırılıb və texniki məsələlər tamamlanmaq üzrədir. QR bilet yalnız bir gediş üçün etibarlı olacaq. Sərnişinlər qarşılaşdıqları çətinliklərlə bağlı *4343 və ya 141 çağrı mərkəzlərinə müraciət edə bilərlər. |
2023-12-03 | 810,036 | Heydər Əliyev onu atmaq istəyəndə dedim ki... - Video | Mən üç il Prezident Heydər Əliyevlə bütün səfərlərə getdim. Hamısını da yazırdım, 1993-cü ildən 2003-cü ilə qədər Heydər Əliyevlə bağlı qeydlər apardığım 60 dəftərim var. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadə Real TV-yə müsahibəsində deyib. "Səfərlərdə ziyafət olanda menyunu da götürüb gəlirdim. Tarix İnsitutunda işləyəndə bizi öyrətmişdilər ki, cızma-qara edilən kağızı da atmayın, bu, böyük tarixdir. Onların hamısını arxivə vermişəm. Özüm qeydlər apardığım dəftlər isə məndədir”, - D.Seyidzadə bildirib. |
2023-12-03 | 810,038 | HƏMAS 8 İsrail əsgərini öldürdü | HƏMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadası Qəzzanın Xan-Yunis şəhərinin cənubunda İsrailin 8 əsgərini öldürüb. Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir. Bildirilib ki, 8 əsgərdən ibarət dəstə minaya düşüb, sağ qalanlar isə öldürülüb. |
2023-12-03 | 810,039 | 2,5 min yük maşını "Lars"da gözləyir | "Yuxarı Lars" keçid məntəqəsində təxminən 2,5 min yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir. Axar.az xəbər verir ki, bu barədə "Şimali Osetiya nəqliyyatı idarəetmə mərkəzi"nin saytında məlumat yayılıb. Rusiya tərəfdən Gürcüstana ümumilikdə 2489 yük maşınının daxil olacağı gözlənilir. Qeyd olunur ki, noyabrın 26-da axşam saatlarında qarın yağması və hava temperaturunun aşağı olması ilə əlaqədar Gürcüstan-Rusiya sərhədi, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi istiqamətində ağır yük maşınlarının hərəkəti qadağan edilib: "Aparılan təmizlik işləri sayəsində noyabrın 29-u axşam saatlarında qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətini bərpa etmək mümkün olub. Qoşqulu avtonəqliyyat vasitələrinin, yarımqoşqulu və oturacaq yeri 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək. Bu hərəkət qaydasına patrul polisi nəzarət edir". |
2023-12-03 | 810,041 | İllər öncə babasından qalan silahı polisə təhvil verdi | Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində bu gün bir nəfər rayon sakini illər öncə vəfat edən babasından qalmış bir ədəd "TOZ-8M" markalı yivli silahı və bir ədəd F-1 əl qumbarasını könüllü olaraq polis əməkdaşlarına təhvil verib. Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən 1-i avtomat, 1-i Karabin, 29-u isə ov tüfəngi olmaqla, ümumilikdə 31 odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir. |
2023-12-03 | 810,042 | İsrail Qəzzaya 10 mindən çox zərbə endirdi | İsrail Hərbi Hava Qüvvələri anklavda hərbi əməliyyatlar başlayandan bəri Qəzza zolağına 10 mindən çox hava zərbəsi endirib. Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zərbələr İsrail Müdafiə Qüvvələrinin quru bölmələri ilə koordinasiya əsasında endirilib: “Hərbi heyət tapşırıqları qısa zamanda yerinə yetirərək terrorçu qruplaşmaları, terror infrastrukturunu, komanda mərkəzlərini, tunel şaxtalarını, silah anbarları və s. məhv edib”, - deyə bildirilib. |
2023-12-03 | 810,043 | Polisi daşla vurmaq istəyənlər həbs edildi | 20:45 Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb. DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, o saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər. Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib. Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib. |
2023-12-03 | 810,044 | Qırmızı dənizdə ABŞ gəmilərinə hücum edildi | ABŞ-ın hərbi və bir neçə kommersiya gəmisi bazar günü Qırmızı dənizdə hücuma məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir. “Karni” hərbi gəmisi və kommersiya gəmilərinin Qırmızı dənizdə hücuma məruz qalması bizə məlumdur”, - deyə bildirilib. Pentaqonun hücumun kimlər tərəfindən həyata keçirildiyini açıqlamayıb. |
2023-12-03 | 810,046 | İrandan İraqa çağırış: Bununla bağlı qorxumuz var! | İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Bagiri Bağdadda İraq daxili işlər naziri Əbdül Amir əl-Şammari ilə görüş keçirib. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Görüş zamanı İran tərəfi İraqı Kürdüstan bölgəsində terror qruplaşmalarına qarşı əməliyyatları davam etdirməyə və onları sərhədyanı bölgələrdən sıxışdırmağa çağırıb: "Hələ də İranla ortaq sərhəddə bir sıra terrorçu ünsürlərin mövcudluğuna dair qorxu və işarələr mövcuddur. İran və İraq arasındakı 1500 km-lik sərhəd dostluq, ticarət və turizm üçün etibarlı sərhəd olmalıdır". |
2023-12-03 | 810,051 | İrəvan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir - Qoqua | Bu gün Azərbaycan tərəfinin təklif etdiyi Zəngəzur dəhlizi təkcə Azərbaycan və Gürcüstanın deyil, bütövlükdə region xalqlarının mənafeyinə xidmət edir. Təəssüf ki, Ermənistan tərəfi bunun əhəmiyyətini dərk etmir. Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri gürcü siyasi ekspert Georgi Qoqua Ermənistanı Gürcüstan ərazisindən keçməklə Rusiyaya birləşdirən yeganə yol – “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinin bağlanmasına münasibət bildirərkən söyləyib. “Onsuzda Ermənistanın Azərbaycan ilə sülh müqaviləsini imzalamaqdan başqa şansı yoxdur. Bu imza nəticəsində rəsmi İrəvan Bakı və Ankara ilə əməkdaşlıq edərək ölkəsini xilas etmiş olacaq. Ermənistan, eyni zamanda, Zəngəur dəhlizinin açılması üçün də səylərini artırmalıdır”, - deyə gürcü ekspert vurğulayıb. O deyib ki, Ermənistan üçün bu addım Azərbaycan və Türkiyə ilə məcburi əməkdaşlıq deyil, əksinə, köhnə münaqişələri unutmaq və yeni tarix yazmaq üçün bir şansdır. Çünki yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanın nəqliyyat və logistika dəhlizindən istifadəsi kimi ədalətli təklifi ilə razılaşmaqdan başqa yolu yoxdur. “İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan həm rəsmi İrəvana güzəştə gedir, həm də Qarabağın erməniəsilli sakinlərinə böyük qayğı nümayiş etdirir. Buna görə də Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri problemsiz bərpa edə və öz xalqı üçün çox faydalı dəyişikliklər edə bilər. Əsas odur ki, erməni rəsmi dairələrində müvafiq siyasi iradə olsun. Ermənistan Azərbaycan ilə sülh sazişini imzalasa, qonşu dövlətlərlə mehriban qonşuluq və əməkdaşlıq münasibətləri qazanacaq. Bu müqaviləni imzalamasa özlərini blokada vəziyyətinə salacaq”, – deyə G.Qoqua vurğulayıb. |
2023-12-04 | 810,053 | Samirə qazandığı pulları onlara bağışladı | Azərbaycanlı müğənni Samirə Əfəndi “Panten Qızıl Kəpənək: Azərbaycanın parlayan ulduzu” mükafatını qazanıb. Kult.az xəbər verir ki, müğənni mükafatı alarkən qalibiyyət çıxışında burada əldə etdiyi bütün gəlirləri iki istiqamətdə bağışlayacağını bildirib. S.Əfəndi gəlirin bir hissəsini Türkiyədə 2023-cü ilin fevral ayında baş verən zələlədə hər iki valideynini itirən uşaqlara, digər hissəsini isə II Qarabağ müharibəsində şəhid olan qəhrəmanların övladlarına dəstək üçün bağışlayacağını açıqlayıb. Müğənninin açıqlaması alqışlarla qarşılanıb. Qeyd edək ki, Türkiyədə keçirilən mərasimdə Azərbaycanın parlayan ulduzu kateqoriyası üzrə tanınmış aparıcı və aktrisa Kəmalə Priyeva, həmçinin tanınmış bloger Nəcibə Əhmədi də mükafata layiq görülüblər. “Panten Qızıl Kəpənək” mükafatlarını məşhurlara stilist Anar Ağakişiyev təqdim edib. |
2023-12-03 | 810,054 | Şəmkirdə "Opel" piyadanı vurdu | Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Axar.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Opel” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Faktla bağlı aradırma aparılır. |
2023-12-03 | 810,056 | Husilər dayanmır: Bu dəfə İsrail gəmiləri hədəf alındı | Yəmənin Ənsar Allah hərəkatı Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə raket və pilotsuz uçan aparatla hücum edib. Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir “Bu səhər Yəmən Hərbi Dəniz Qüvvələri Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə - “Unity Explore” və “Number 9”a qarşı əməliyyat keçirib”, - deyə bildirilib. Qeyd edək ki, bundan öncə husilər Britaniya və ABŞ gəmirlərinə hücum təşkil etmişdi. |
2023-12-03 | 810,057 | Podolyak Zelenski-Zalujnı konfliktindən danışdı | Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak mediada dövlət başçısı Vladimir Zelenski ilə Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında konfliktin davam etməsi barədə yazılanlara münasibət bildirib. Axar.az xəbər verir ki, Podolyakın sözlərinə görə, hazırda Zelenski və Zalujnı rollarını nəzərə alsaq, münaqişədən danışmaq çox qəribədir. O qeyd edib ki, sərt müzakirələr olur, lakin bu, normal idarəetmə modelidir. “Biz burada münaqişədən yox, normal işdən danışırıq. Heç bir münaqişə yoxdur”, – Podolyak əlavə edib. |
2023-12-03 | 810,058 | Yevlaxda iki maşın toqquşdu: 4 nəfər yaralandı | Yevlax rayonunun Tanrıqullar kəndində baş verən ağır yol qəzasında dörd nəfər xəsarət alıb. Axar.az-ın Report-a məlumatına görə, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində iki minik avtomobil toqquşub. Qəzada 1982-ci il təvəllüdlü V.Hüseynov, 1987-ci il təvəllüdlü T.Əliyev, 1987-ci il təvəllüdlü R.Şaqavatov və həmçinin onun həyat yoldaşı xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-04 | 810,060 | Putini dayandırmasaq, bunun üçün qayıdacaq - Kemeron | Rusiya Prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, o, daha çox şey əldə edəcək. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib. "Kremldə müharibə alovunu qızışdıranlar, daha aqressiv Çin, gənclərin şüurunu zəhərləyən islamçı ekstremizm - bütün bunlar bir gecədə yox olmayacaq. Dünyanın əvvəlki vəziyyətinə qayıdacağına ümid etməyin mənası yoxdur. Əgər Putin Ukraynada dayandırılmasa, o, daha çox şey üçün geri qayıdacaq. Biz tarixdən bilirik ki, diktatorlara göz yummaq Britaniyanın maraqlarını məhv edir və ingilislərin həyatı bahasına başa gəlir", - o bildirib. |
2023-12-03 | 810,063 | İran Naxçıvana yeni baş konsul təyin etdi | İran Naxçıvana yeni Baş konsul təyin edib. Axar.az xəbər verir ki, Əziz Mənsuri İranın Naxçıvan Muxtar Respublikasındakı yeni Baş konsulu təyin olunub. O, bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib. |
2023-12-03 | 810,065 | Rusiya ilə sərhədi bir saata bağlaya bilərik - Kalmus | Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər. Axar.az xəbər verir ki, bunu Estoniya Polisi və Sərhəd Mühafizə İdarəsinin rəisi Eva Kalmus deyib. "Estonlardan Rusiyaya getməmələrini xahiş edirik. Artıq Rusiyaya səfər edənlər çıxılmaz vəziyyətdə qala bilər və sonra geri qayıtmaq çox çətin olacaq. Tallin müvafiq qərar qəbul edərsə, Estoniya və Rusiya sərhədindəki keçid məntəqələri bir saat ərzində bağlana bilər", - o bildirib. |
2023-12-03 | 810,067 | Zelenski "Zalujnı olayı"na münasibət bildirdi | Ukraynanın taleyi uğrunda mübarizə sosial şəbəkələrdə və ya qarşıdurmada deyil, dövləti dəstəkləmək üçün konkret tədbirlərlə davam edir. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı ilə münaqişə yaşaması barədə fikirləri şərh edərkən deyib. “Hər kəs xatırlamalıdır ki, Ukraynanın taleyi ilə bağlı döyüş meydanda davam edir, sosial şəbəkələrdə, siyasi mübahisələrdə deyil...” - deyə dövlət başçısı bildirib. |
2023-12-03 | 810,071 | HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partlatdı | HƏMAS-ın Əl-Qəssam Briqadası Qəzza zolağında İsrail əsgərlərinin yerləşdiyi minalanmış tunellərdən birini partladıb. Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir. "Əl-Qəssam döyüşçüləri Qəzza şəhərinin Əl-Şeyx Radvan bölgəsində sionist (İsrail - red.) piyadalarının olduğu minalanmış tuneli partladıb, nəticədə yaralananlar var",- məlumatda deyilir. Qeyd edək ki, bundan öncə Əl-Qəssam Briqadası 8 İsrail əsgərini öldürdüyünü açıqlamışdı. |
2023-12-03 | 810,072 | İsrail Qəzzanın cənubunda əməliyyatlara başladı | İsrail qoşunları Qəzza zolağının cənub hissəsində aktiv döyüş əməliyyatlarına başlayıb. Axar.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Qəzza diviziyasının hərbçiləri ilə görüşündə deyib. O bildirib ki, anklavın şimal hissəsində olduğu kimi, burda da döyüş intensiv olacaq. |
2023-12-03 | 810,073 | Tanzaniyada daşqınlar: 20 nəfər öldü | Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlarda 20-yə yaxın adam ölüb, 70-dən çox insan yaralanıb. Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Hananq dairə komissarı Canet Mayanc bildirib ki, daşqınlar nəticəsində bir çox ev zərər görüb, onlarla insan itkin düşüb. “Hazırda itkin düşənlərin axtarışı davam etdirilir”. |
2023-12-03 | 810,077 | Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olundu | Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə Bakıda yubiley tədbiri keçirilib. Kult.az xəbər verir ki, Nizami Kino Mərkəzində təşkil olunan tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşıb. Tədbirdə qeyd edilib ki, 1923-cü ildə Uolt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə Amerika animasiyasında liderə çevrilib. İlk böyük uğura 1928-ci ildə bu günə kimi də aktuallığını itirməyən “Mickey Mouse”la imza atıb. Diqqətə çatdırılıb ki, “Disney” 1937-ci ildə ilk tammetrajlı animasiya filmi olan “Ağca və yeddi cırtdan”la animasiyada inqilab edib. Bugünkü gün də “Disney” filmləri, personajları və əyləncə parkları ilə tanınan multimedia nəhəngidir. Sonda “Mulan” (1998) filmi nümayiş olunub. |
2023-12-03 | 810,079 | İsrail İrana qarşı hərəkətə keçdi: Döyüş gəmiləri göndərilir | İsrail Qırmızı dənizə bir neçə döyüş gəmisi və qabaqcıl sualtı qayıq göndərib. Axar.az xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb. Bu addımın İranın fəaliyyətini izləmək üçün atıldığı bildirilib. Qeyd edilib ki, İsrail gəmiləri Qırmızı dənizdə olan ABŞ hərbçiləri ilə mütəmadi əlaqədədir. |
2023-12-03 | 810,082 | Azərbaycana hücum ssenarisi – Fransanın açıq oyunu | Fransa Senatı “Sezar” artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib. Bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir. Axar.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib. O bildirib ki, Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahalandırmağa başladı və göndərilən silahların “müdafiə xarakteri” daşıdığını, “heç bir ölkəyə qarşı yönəlmədiyini” bəyan etdi: “Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və Mistral zenit-raket komplekslərinin tədarükü də “müdafiə” adı altında həyata keçirildi. Hərçənd, bunun başlanğıc olduğu və ardınca hücum silahlarının göndəriləcəyi gözləntisi vardı. Çünki Bakının Qarabağda erməni separatizmini ləğv etməsi və Zəngəzur dəhlizinə marağının qalmadığını bildirməsi, eləcə də sülh danışıqları fonunda “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı yoxdur. Bu iddiaların hədəfi bəllidir: - Ermənistanı silahlandırmaq üçün əsasın yaradılması; - Azərbaycana qarşı mümkün təxribat ssenarisində öncədən “alibi” yaratmaq. Fransanın Ermənistana “Sezar” artilleriyasını göndərməsinin gündəmə gəlməsi bu kontekstdə diqqətəlayiqdir. Parisə Ermənistanda Rusiyanın yerini tutmaq üçün yeni eskalasiya lazım olacağı istisna deyil. Ki, bu eskalasiyanın yeganə platforması Azərbaycanla sərhəddir”. |
2023-12-04 | 810,083 | Hücuma məruz qalan gəmilər İsrailin deyil - Haqari | Qırmızı dənizdə Husi üsyançılarının hücumuna məruz qalan iki gəminin İsraillə heç bir əlaqəsi yoxdur. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari bildirib. Qeyd edək ki, husilər İsrailə məxsus “Unity Explore” və “Number 9” gəmilərinə hücum təşkil etdiklərini açıqlamışdılar. |
2023-12-04 | 810,090 | The ships attacked are not Israeli - Hagari | Two ships in the Red Sea attacked by Houthi rebels belonging to Yemen's Ansar Allah group have no connection to Israel. Axar.az reports that Daniel Hagari, press secretary of the Israel Defense Forces, said this. It should be noted that the Houthis attacked the "Unity Explore" and "Number 9" ships belonging to Israel. |
2023-12-04 | 810,093 | Ukrayna üçün vəsaitə ciddi ehtiyacımız var - ABŞ | ABŞ Prezidenti Co Bayden administrasiyası Konqresdən Ukraynaya yardım üçün əlavə vəsaitə ciddi ehtiyac duyur. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, İsrail və ABŞ-ın öz təhlükəsizliyi üçün də maliyyə lazımdır. “Deyim ki, bizim təklif etdiyimiz əlavə maliyyə sorğusuna Ukrayna üçün pul daxildir və bu da bizə çox lazımdır. Orada həmçinin İsrail və sərhədlərimizin təhlükəsizliyi üçün vəsait nəzərdə tutulur”, - Kirbi bildirib. |
2023-12-04 | 810,094 | Ermənistan adambaşına düşən ÜDM-ə görə irəlilədi | “Galt & Taggart” investisiya şirkətinin hesablamalarına görə, 2023-cü ildə Gürcüstan adambaşına düşən gəlirə görə Cənubi Qafqazda lider olacaq. Axar.az xəbər verir ki, analitiklərin fikrincə, larinin sabit məzənnəsi istehlakçı və biznes əhval-ruhiyyəsinə müsbət təsir göstərir, bunun nəticəsində biznes fəallığı və özəl sektorun istehlakı sürətlənir, onların ÜDM-ə töhfəsi artır. Onların proqnozuna görə, ilin sonuna qədər Gürcüstanda adambaşına düşən ÜDM 8108 dollar, Ermənistanda 7885 dollar, Azərbaycanda isə 7530 dollar təşkil edəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.