date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-04
810,336
Gəncədə vəhşilik: biri öldürür, digəri cəsədləri yığır - Video
Gəncə şəhərində küçə itlərinin öldürüldüyünü əks etdirən görüntülər yayılıb. Axar.az xəbər verir ki, video Türkiyə vətəndaşı tərəfindən lentə alınıb. İddia edilir ki, maşınında tüfəng gəzdirən şəxs itləri öldürür, digər şəxs isə cəsədlərini texnikaya yerləşdirərək, ərazini tərk edir. Həmin görüntüləri təqdim edirik:
2023-12-04
810,337
Van gölündə Səlcuqlara aid məzar daşları tapıldı
Van gölündə suyun azalması nəticəsində Səlcuqlar dövrünə aid məzar daşları tapılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Van vilayətinin Gevaş rayonu ərazisində gölün sahilindən Səlcuqlar dövrünə aid 35 məzar daşı Van Muzey İdarəsinin mütəxəssisləri tərəfindən sudan çıxarılıb. Yazıları və ənənəvi motivləri ilə diqqət çəkən iki metr hündürlüyündə olan tarixi məzar daşları muzeyə aparılıb. Mühafizə altında olan məzar daşları təmizləndikdən sonra Səlcuqlu qəbiristanlığına qoyulacaq. Araşdırmalar nəticəsində məlum olub ki, daşlar 1930-40-cı illərdə buraya gətirilərək körpü tikintisində istifadə edilib.
2023-12-04
810,338
BMT öz işçilərini belə İsrailin vəhşiliyindən qoruya bilmir
Qəzzada şəhid olan hər 3 nəfərdən 2-si uşaq, körpə və qadındır. İtkin düşənlərin sayı 6500-ü keçib. İsrailin qurbanları arasında 73 jurnalist və 100-dən çox BMT rəsmisi var. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Elə bir vəziyyətdir ki, qlobal təhlükəsizliyi və sülhü qorumaq üçün yaradılmış BMT hətta öz işçilərini İsrailin vəhşiliyindən qoruya bilmir. Avropadan Amerikaya qədər insan hüquq və azadlıqlarını müdafiə edən qüvvələrin acizliyi daha da pisdir. Bu ölkələr İsrailə sözün əsl mənasında qeyd-şərtsiz dəstək verirlər ki, daha çox günahsız qan tökülsün”, - Ərdoğan bildirib.
2023-12-04
810,341
Ukrayna bütün şərtləri yerinə yetirdi - AK
Ukraynanın Avropa Birliyinə (AB) üzv olması barədə danışıqların başlanması üçün tövsiyələr hazırlanıb. Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında bildirilib. “Biz öz tərəfimizdən danışıqların başlanması üzrə tövsiyələr hazırladıq. İndi Avropa Birliyi ölkələri qərar qəbul etməlidirlər”, - açıqlamada vurğulanıb. Bildirilib ki, Ukrayna tərəfi danışıqların başlanması üçün bütün şərtləri yerinə yetirib.
2023-12-04
810,344
Erməni hərbçi öldü, MN-dən dərhal reaksiya
Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır. Axar.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. "Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik", - məlumatda deyilib.
2023-12-04
810,348
Ceyhun Bayramov Rusiyaya səfər etdi
Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, səfər zamanı onun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
2023-12-04
810,349
Qəbələdəki insidentlə bağlı daha bir məlumat - Rəsmi
Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb edilib Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Bildirilib ki, dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırma zamanı Qəbələ rayonunun Vəndam qəsəbə sakini 1981-ci il təvəllüdlü Səxavət Ağayevin qeyd olunan tarixdə yaşadığı qəsəbənin ərazisində yol hərəkəti qaydalarını pozaraq sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan idarə etdiyi VAZ 2107 minik markalı avtomobillə saxlanılarkən 1974-cü il təvəllüdlü qardaşı Eldəniz Ağayevlə birgə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymazlıq nümayiş etdirmələri, ictimai qaydanı kobud surətdə pozmaları, habelə hakimiyyət nümayəndəsi qismində ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə müqavimət göstərmələrinə və Qəbələ RPŞ-yə məxsus avtomobili zədələmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı başlanmış cinayət işi üzrə Eldəniz Ağayev Cinayət Məclləsinin 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Səxavət Ağayev isə həmin Məcəllənin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmənin qərarı ilə Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün hallar tam, hərtərəfli və obyektiv istintaq edilməklə təqsiri olan bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
2023-12-04
810,351
Nazir Misirdə döyüş texnikası nümunələrini izlədi - Foto
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. EDEX-2023 beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının "Leonardo" şirkətinin, eləcə də Misirin ARMADA və AOI şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib. Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.
2023-12-04
810,352
Ötən həftə azad edilmiş ərazilərdə neçə mina tapılıb?
İşğaldan azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (27 oktyabr - 03 noyabr) məlumatında deyilir. Məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 2575,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
2023-12-04
810,353
Britaniya Ukraynaya "Martlet" raketləri göndərdi
Böyük Britaniya Ukraynaya "Martlet" raketləri verib. Axar.az xəbər verir ki, bu barədə "Tayms" nəşri məlumat yayıb. Məlumata görə, sözügedən raketlərdən Rusiya PUA-larının məhv edilməsi üçün istifadə olunacaq. Ancaq raketlərin sayı açıqlanmayıb.
2023-12-04
810,355
YAP TDT ölkələri ilə əlaqələri gücləndirir
Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq. Axar.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. T.Budaqov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Yeni Azərbaycan Partiyası qarşıya yeni hədəflər qoyub və bunlardan biri də partiyanın xarici əlaqələrinin genişləndirilməsidir: “Yeni Azərbaycan Partiyası Ədalət və İnkişaf Partiyası ilə birgə memorandum imzalayıb və hər iki hakim partiyanın nümayəndələri qarşılıqlı səfərlər ediblər. Biz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hakim partiyalarının əlaqələrinin daha da genişləndirilməsinə töhfə verməyə çalışırıq”. YAP rəsmisi vurğulayıb ki, Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında yeni memorandum imzalanması gözlənilir: “Həmçinin Qazaxıstanın hakim partiyası ilə də əlaqələrimiz genişlənir. Eyni zamanda Avropada yaşayan türklərlə əlaqələrimizi genişləndirməyə çalışacağıq”.
2023-12-04
810,357
Bakıda dəm qazının miqdarı normadan çox oldu
Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.6, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə normadan yüksək müəyyən edilib. "Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır", - məlumatda vurğulanıb.
2023-12-04
810,359
Sabah Ankara və Kiyev diplomatları görüşəcək
Dekabrın 5-də Türkiyə və Ukrayna arasında siyasi məsləhətləşmələr olacaq. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilib ki, Türkiyə Xarici İşlər Nazirinin müavini Burak Akçapar və ukraynalı həmkarı Yevgeni Perebiynisin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli və regional məsələlərə dair siyasi məsləhətləşmələr keçiriləcək.
2023-12-04
810,361
İsrailin Qəzzada əməliyyatı başa çatmaq üzrədir
İsrail ordusu Qəzza zolağının şimalında öz məqsədinə çatmağa yaxındır, lakin quru qoşunları anklavın digər hissələrində HƏMAS qruplaşmasına qarşı əməliyyatları davam etdirir. Axar.az Qərb mediasına istinadla xəbər verir ki, bunu İsrail ordusunun zirehli tank korpusunun komandanı Hişam İbrahim deyib. “Şimal hissəsində hədəflərə demək olar ki, nail olunub. Biz Qəzza zolağının digər hissələrində quru əməliyyatının miqyasını genişləndirməyə başlayırıq”, - H.İbrahim qeyd edib.
2023-12-04
810,364
Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə iclasda iştirak etdi
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən COP-28 çərçivəsində dekabrın 4-də Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin himayəsi altında “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda panel iclas təşkil olunub. Kult.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT), Ümumi Qadınlar Birliyinin və İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Almheiri iştirak ediblər. İclasda bildirilib ki, iştirakçılar BMT Baş Assambleyasının təhlükəsiz və təmiz içməli su hüququnu başlıca insan hüquqlarından biri kimi təsbit edən qətnaməsinə uyğun olaraq, su idarəçiliyi ilə bağlı aktual problemi həll etmək, onun icmalara və ekosistemlərə təsirlərini araşdırmağa yönəlmiş səyləri əlaqələndirməyə və gücləndirməyə çalışacaqlar. Müzakirələrdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Biz görürük ki, iqlim dəyişikliklərinə görə Kür, Samur, Araz çaylarında suyun səviyyəsi aşağı düşür. Volqa çayında suyun səviyyəsi enir və bu, Xəzər dənizinə də təsir edir. Biz ötən 7-8 ildə Azərbaycanda quraqlığa şahid olmuşuq və bu da aqrar sahəyə təsirini göstərir. Hökumət ölkədə 10 su rezervuarı yaratmağı planlaşdırır və bununla problem həll olunacaq. Digər məsələsi isə odur ki, təəssüf, biz ölkəmizin ərazisinin 20 faizinin 30 il ərzində işğal altında qaldığı dövrdə həmin torpaqlardakı su ehtiyatlarımızdan məhrum olmuşduq”. Çıxışlar zamanı su problemlərinin həlli ilə bağlı qarşılıqlı məlumatlılığının artırılmasının, davamlı su idarəçiliyi üçün inklüziv və məlumatlı həllərin təşviq edilməsinin, Dayanıqlı İnkişaf Məqsədlərinə və gender bərabərliyinə nail olmağın əhəmiyyəti xüsusi vurğulanıb. Panel iştirakçıları, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olunmasını sürətləndirmək baxımından dünya miqyasında icmaların rifahına, sağlamlığına və bərabərliyinə müsbət təsir göstərə biləcək daha yaxşı su idarəçiliyi üçün qabaqcıl təcrübə və mümkün həll mexanizmlərini, eləcə də iqlim məsələlərini müzakirə ediblər. Xəlifə Universitetinin professoru Mariam Rashed Al Shehihi bildirib: “Biz BƏƏ-də su ilə bağlı vəziyyət haqqında ən yeni məlumata sahib olmalıyıq. Bununla da problemləri daha yaxşı anlayıb su ehtiyatlarının daha səmərəli idarə edilməsinə nail ola bilərik. Biz anlamalayıq ki, məsələn, BƏƏ-də hansı sahələrdə nə qədər su sərf edilir. Bununla da biz problemləri, indiki və gələcəkdə yarana biləcək vəziyyəti daha yaxşı başa düşə bilərik”. Panel iclasından sonra iştirakçılar COP28 çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda olublar. Məlumat verilib ki, dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” mövzusunu əhatə edir. Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub. İnteraktiv formatda qurulan pavilyonda ölkəmizin iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir. Bildirilib ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib. Bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir. Dekabrın 4-də, həmçinin Azərbaycan pavilyonunda İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun təşkilatçılığı ilə “İqlim dəyişməsi və ekosistemlərin bərpası” mövzusunda tədbir keçirilib. Ümumdünya Təbiəti Mühafizə Fondunun Qafqaz ofisinin mühafizə meneceri Maka Bitsadze, layihə meneceri Yerney Strith, Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əskərov və İDEA təşkilatının nümayəndəsi Zərxanım Ağayeva regionda təbiətin mühafizəsi və bərpası layihələri barədə məlumat verib, Azərbaycanın bu layihələrdəki xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, ötən əsrin ortalarında nəsli kəsilməkdə olan ceyranların tarixi arealı bərpa olunmaqdadır və yeni ərazilərə 350 başa yaxın ceyran köçürülüb. O cümlədən işğaldan azad olunmuş ərazilərə 33 baş ceyran reintroduksiya edilib və bu proses davam etdiriləcək.
2023-12-04
810,366
Ukrayna müdafiə naziri Stoltenberqlə görüşdü
Ukrayna müdafiə naziri Rustem Umerovla NATO Baş katibi Yens Stoltenberq arasında Brüsseldə görüş olub. Axar.az xəbər verir ki, bu barədə NATO-dan məlumat verilib. Məlumata görə, Stoltenberq və Umerov müharibədəki son vəziyyəti və Ukraynanın təcili hərbi ehtiyaclarını gündəmə gətiriblər.
2023-12-04
810,368
Fələstinlilərdən güc alan ASALA dirilir - Avraham
HƏMAS-ın oktyabrın 7-də mülki israillilərə qarşı törətdiyi qətliamdan sonra erməni terror təşkilatı ASALA yenidən bir gücə çevrilib. Axar.az xəbər verir ki, bunu israilli tanınmış politoloq və jurnalist Reyçel Avraham ABŞ-ın "Yəhudi mətbuatı"nda (The Jewish Press) dərc olunmuş məqaləsində bildirib. 1970-1980-ci illərdə Türkiyə diplomatlarını hədəfə alan bu təşkilatın fələstinlilərlə uzunmüddətli əməkdaşlıq tarixinə malik olduğuna diqqət çəkən müəllif 1972-ci ildə Münhen Olimpiadasında israilli idmançıları qətlə yetirən terrorçuların lideri Əbu İyadın 1975-ci ildə ASALA-nın qurulmasına kömək etdiyini vurğulayıb. Azərbaycanda tarixən antisemitizmin mövcud olmadığı və yəhudilərin təhlükəsiz şəraitdə yaşadıqları vurğulanan məqalədə qeyd olunub ki, Bakıdakı İsrail səfirliyinə hücum cəhdinin qarşısını alan Azərbaycan təhlükəsizlik qüvvələri İsrail vətəndaşlarına və ya diplomatlarına hər hansı zərərin vurulmasına icazə verməyəcəkləri barədə bəyanat yayıb. Müəllif digər ölkələri də Azərbaycandan nümunə götürməyə, terrora və nifrətə qarşı sərt mövqe nümayiş etdirməyə çağırıb.
2023-12-04
810,369
Nazir Tural Əhmədova yüksək vəzifə verdi
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Tural Əhmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Bu barədə Axar.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Qeyd olunub ki, Tural Əhmədov bundan öncə Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
2023-12-04
810,370
Türkiyədən İsrailə xəbərdarlıq: Ciddi nəticələri olacaq
MİT İsrailə Türkiyədə yaşayan HƏMAS üzvlərini təqib etməsinin “ciddi nəticələri” barədə xəbərdarlıq edib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. "Türkiyə kəşfiyyatındakı mənbələr İsrailin Fələstindən kənarda, o cümlədən Türkiyədə yaşayan HƏMAS üzvlərini təqib edəcəyinə dair beynəlxalq mediada yayılan xəbərlərlə bağlı İsrail rəsmilərinə lazımi xəbərdarlıqlar edib. Bildirilib ki, bunun ciddi nəticələri olacaq”, - məlumatda bildirilir. Qeyd edək ki, İsrail kəşfiyyatının bütün dünyada HƏMAS hərəkatının liderlərini məhv etməyə hazırlaşdığı haqda məlumat yayılıb. “Voll Strit Jurnal” İsrail rəsmilərinə istinadən xəbər verib ki, xüsusilə, Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin izinə düşmək üçün planlar hazırlanır.
2023-12-04
810,371
Ərdoğan Qətər Əmiri ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında Dohada görüş olub. Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd edək ki, Ərdoğan Dohada Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu iclasında iştirak edəcək.
2023-12-04
810,373
Ərdoğanla bütün əsas məsələlər gündəliyimizdədir - Putin
İkitərəfli münasibətlərin bütün əsas məsələləri Prezident Ərdoğanla mütəmadi ünsiyyətimizin gündəliyindədir. Xüsusi qeyd edim ki, Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri əsl strateji xarakter daşıyır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkə səfirlərinin etimadnaməsini qəbul edərkən deyib. Putin qeyd edib ki, “Rosatom” Türkiyədə ilk “Akkuyu” atom elektrik stansiyasının inşasını davam etdirir, “Mavi axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində qaz nəqli sahəsində də sıx əməkdaşlıq əlaqələri qurulub, Türkiyə ərazisində qazpaylayıcı qovşağın yaradılması istiqamətində işlər davam etdirilir.
2023-12-04
810,374
Bakıdan İrəvana cavab: Qətiyyətlə rədd edirik!
Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 4 dekabr 2023-cü il tarixli açıqlamasını qətiyyətlə rədd edirik. Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 4 dekabr 2023-cü il tarixli açıqlamasına dair şərhində bildirilib. "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilən dezinformasiya xarakterli, iftira dolu iddianı təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib. Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir. Ermənistan tərəfi bu kimi açıqlamalar ilə həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür. Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımın qarşısını qətiyyətlə alacaqdır", - XİN-dən vurğulanıb.
2023-12-04
810,375
Abdullahian da Moskvaya gedir
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Abdullahian bir neçə saatdan sonra Moskvaya gedəcək. O, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Qeyd edək ki, Azərbaycan XİN başçısı da Moskvaya səfər edib.
2023-12-04
810,378
Vergi borclarına dair sərəncamlar yenidən tənzimlənəcək
Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək. Axar.az xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanının vergi ödəyicisinin milli və xarici valyutada cari və digər hesablarında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamı vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və ya bu zaman borc məbləği vergi ödəyicisinin milli və xarici valyutada olan cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı vergi ödəyicisinin müraciəti əsasında bu məlumatı vergi orqanına elektron qaydada təqdim edəcək. Vergi orqanı təqdim olunan məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların 1 iş günü müddətində qaytarılmasını təmin edəcək. Vergi orqanının vergi ödəyicisinin eyni kredit və elektron pul təşkilatında olan bir neçə hesablarına verilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi ödəyicisinin milli və xarici valyutada olan cari və digər hesablarından hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində qaytarılmasını təmin edəcək.
2023-12-04
810,381
"Qarabağ" növbəti qələbəsini qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. Axar.az xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin qollarını 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə Juninyo Olavio vurub. Xallarının sayını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə yer alır.
2023-12-04
810,383
Ümid edirik ki, bu ölkə ilə əlaqələr yaxşılaşacaq - Putin
Londonla münasibətlərimizin indiki vəziyyəti hamıya məlumdur və ümid edirik ki, vəziyyət ölkələrimizin və xalqlarımızın mənafeyi naminə yaxşılığa doğru dəyişəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Böyük Britaniya ilə münasibətlərdən danışan Rusiya Prezidenti xatırladıb ki, bu günlərdə üç müttəfiq dövlətin rəhbərlərinin iştirakı ilə tarixi Tehran konfransının 80 illiyi qeyd olunub. Bu konfrans müasir beynəlxalq münasibətlərin əsasını qoyub. V.Putin vurğulayıb ki, müharibədən (İkinci Dünya müharibəsi - red.) sonrakı illərdən başlayaraq bu yaxınlara kimi Rusiya və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qarşılılıqlı fəaliyyəti qoruyub saxlaya bilirdi. Qeyd edək ki, Vladimir Putin dekabrın 4-də 21 ölkənin Rusiyaya yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.
2023-12-04
810,384
Tam istədiyiniz ulduz, Tam DigiCard-la!
ABB Mastercard beynəlxalq ödəniş şirkəti ilə birgə yeni kampaniyaya start verib. Axar.az xəbər verir ki, kampaniyada ABB-nin həm rəqəmsal, həm real Tam DigiCard kartlarının sahibləri iştirak edə bilər. Kampaniyanın əsas reklam siması məşhur futbol ulduzu Lionel Messidir. Bunun üçün kart sahibi əvvəlcə bu səhifədə qeydiyyatdan keçməlidir. Kampaniyaya qoşulmuş müştəri 4 dekabrdan 31 yanvara qədər Tam DigiCard-ı ilə apardığı 10 manatdan çox hər təmassız ödənişinə görə 1 şans qazanacaq. Bir neçə Tam DigiCard-ı olan müştərinin kampaniya müddətində bu kartları ilə apardığı bütün əməliyyatların sayı cəmlənərək nəzərə alınacaq. Qaliblər məşhur futbol ulduzu Lionel Messinin orijinal imzası ilə köynəklərin, futbolla bağlı başqa maraqlı hədiyyələrin daxil olduğu Messibox-lar və digər qiymətli hədiyyələr qazanacaqlar: 1-3 yerlər : Messibox + iPhone 15 256 Gb 4-6 yerlər : Messibox + iPhone 13 256 Gb 7-9 yerlər : Messibox + Apple Watch Series 9 10-15 yerlər : Messibox + Apple Watch Series 7 16-38 yerlər : Samsung Watch 39-50 yerlər : Samsung Galaxy Buds Pro Nəticələr kampaniya bitdikdən 20 iş günü sonra bu saytda elan ediləcək. Qaliblərin qeydiyyat zamanı daxil etdikləri mobil nömrəyə qalib olmaları barədə SMS gələcək. Onlar 30 iş günü ərzində şəxsiyyəti təsdiq edən sənədlə hədiyyələrini ABB-nin baş ofisindən alacaqlar. Hər bir iştirakçı qazandığı şans sayını və iştirakçı reytinqini bu saytda izləyə bilər. Kampaniya müddətində bir ticarət və xidmət məkanında gün ərzində maksimum ilk 3 uğurlu əməliyyat nəzərə alınacaq. Müxtəlif ticarət obyektləri üzrə isə əməliyyat sayı limitsizdir. 1 iştirakçı kampaniyada 1 dəfə qalib ola bilər. Ləğv edilmiş əməliyyatlar nəzərə alınmayacaq. ABB əməkdaşları və onların birinci dərəcəli qohumları kampaniyada iştirak etmir.
2023-12-04
810,388
Saziş imzalandı, bu ölkə Ukraynaya 1,5 milyon ayırdı
Sloveniya Ukraynaya 1,5 milyon avro ayırıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bununla bağlı iki ölkə arasında Lyublyanada saziş imzalanıb.
2023-12-04
810,390
Ermənistan ordusunun bu gün daha bir əsgəri güllələndi
Dekabrın 4-də saat 14:35 radələrində Ermənistanın ordusunun Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərində N saylı hərbi hissəsinin zabiti Arakelyan Gerasim Avetikoviç ölümcül güllə yarası alıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. İddia edilib ki, guya G.Arakelyan “düşmən atəşi” nəticəsində ölüb. Qeyd edək ki, bu gün erməni ordusunun daha bir əsgəri güllə yarası almışdı.
2023-12-04
810,391
Vatsapda bu da mümkün olacaq
Ayfon üçün Vatsapın yeni versiyası artıq media fayllarını orijinal ölçüdə göndərməyə imkan verir. Axar.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb. Bildirilib ki, yenilik Vatsapın iOS üçün 23.24.73 nömrəli versiyasında mümkündür. Yeni funksiya sayəsində istifadəçilər keyfiyyətini itirmədən foto və video faylları göndərə biləcəklər.
2023-12-04
810,392
Putin bu həftə bu ölkələrə səfər edəcək
Rusiya Prezidenti Vladimir Putin BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib. O, səfərin işgüzar xarakteri daşıyacağını bildirib. "Ümid edirəm ki, faydalı danışıqlar olacaq. Biz bunu son dərəcə mühüm hesab edirik", - Uşakov vurğulayıb. Səfərin bu həftə baş tutacağı gözlənilir.
2023-12-04
810,393
Kamal Abdulla haqqında bilmədiyiniz 10 fakt
Bu gün xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 73 yaşı tamam olur. Kult.az xalq yazıçısı ilə bağlı onlarla maraqlı faktdan 10-nu təqdim edir: 1. Kamal Abdulla müstəqil Azərbaycan tarixində ilk şəxsdir ki, həm AMEA-nın həqiqi üzvü, həm də xalq yazıçısıdır. 2. Kamal Abdulla görkəmli dilçi və türkoloq alim, akademik Ağamusa Axundovun qayınıdır. 3. Kamal Abdullanın “Platon, deyəsən, xəstələnib...” hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - “Qızıl Delviq”ə layiq görülüb. 4. Kamal Abdulla həm də şairdir. Onun “Nar çiçəkləri” adlı şeir kitabı çap olunub. 5. Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Kamal Abdullanın həyat yoldaşı olub. 6. Kamal Abdulla Azərbaycanda ilk Tərcümə ensiklopediyasının hazırlayanı və redaktoru olub. 7. Kamal Abdulla 80-ci illərdə Azərbaycan Televiziyasında yayımlanan “Qoşma” verilişinin aparıcısı olub. 8. Kamal Abdulla həm də 1987-1989-cu illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş, akademik Yəhya Məmmədovun qayınıdır. 9. Kamal Abdulla 1988–1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədri olub. O, bu Fond vasitəsilə valideynlərini itirmiş fəal tələbələrə təqaüdlər verib. 10. Kamal Abdulla 32 yaşında filologiya elmləri doktoru elmi dərəcəsini alıb.
2023-12-04
810,396
Şuşada tikinti işləri ilə bağlı son vəziyyət - Video
Şuşa şəhərində inşa edilən yaşayış kompleksində tikinti işləri yekunlaşdırılır. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Televiziyası (AzTV) reportaj hazırlayıb. Bildirilib ki, yaşayış kompleksində ümumilikdə 23 bina inşa edilir. Burada ümumilikdə 450 ailənin məskunlaşması nəzərdə tutulur. Mənzillər sakinlərə tam təmirli şəkildə təhvil veriləcək. Ətraflı süjetdə:
2023-12-04
810,399
Nağı bəy Şeyxzamanlının gəlini vəfat etdi
Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə vəfat edib. Axar.az Report-a istinadən xəbər verir ki, S.Əlizadə Azərbaycanın tanıdılması, ABŞ-da yaşayan Azərbaycan icmasının birliyi, bötövlüyü və Qarabağ həqiqətlərinin ABŞ icmasına çatdırılması sahəsində əvəzolunmaz fəaliyyətlər göstərib. O, 2022-ci ildə Prezident İlham Əliyevin təsis etdiyi "Diaspor fəaliyyətində xidmətlərə görə" medalı ilə təltif olunub. Qeyd edək ki, S.Əlizadə ötən il müsahibəsində ailəsinin Azərbaycandan İrana, oradan isə Türkiyəyə və ABŞ-a uzanan çətinliklərlə dolu həyat hekayəsindən bəhs edib, Şuşaya səfər öncəsi öz təəssüratlarını bölüşüb. Qarabağın azadlığa qovuşduğunu görmək Solmaz xanımın ən büyük arzusu idi. S.Əlizadənin əziz xatirəsi bütün dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq.
2023-12-04
810,400
HƏMAS-ın iki yolu var: ya öləcəklər, ya da... - Qallant
Qəzza zolağında indiki intensivlikdə olan münaqişə ən azı iki ay davam edəcək. Axar.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib. Onun sözlərinə görə, İsrail bir neçə ay ərzində anklavda əməliyyat keçirəcək, təmizlik işləri aparacaq və terrorçuların müqavimətini aradan qaldıracaq: “HƏMAS-la mübarizənin yeganə yolu güc tətbiq etməkdir. HƏMAS-ın iki yolu var: tunellərdə və ya meydanda ölmək, ya da heç bir şərt olmadan təslim olmaq”. Nazir əlavə edib ki, ölkəsinin bu münaqişədə əsas məqsədi HƏMAS-ın artıq İsrailə mütəşəkkil hücumlar həyata keçirə biləcək hərbi təşkilat kimi fəaliyyət göstərməməsini təmin etməkdir.
2023-12-04
810,401
Şok: Radev Ukraynaya hərbi texnika tədarükünə veto qoydu
Bolqarıstan Prezidenti Rumen Radev Ukraynaya əvvəllər təsdiqlənmiş zirehli texnika tədarükünə veto qoyub. Axar.az xəbər verir ki, bu barədə “Azadlıq-Azad Avropa” radiosunun Bolqarıstan xidməti prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb. Radev vetonu zirehli texnikanın Bolqarıstanda - məsələn, sərhədlərin mühafizəsində və ya təbii fəlakətlərlə mübarizədə istifadə oluna biləcəyi ilə əsaslandırıb. “Mən əminəm ki, Bolqarıstan vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı və həyatı əsas prioritet olmalıdır”, - prezident deyib. Qeyd edək ki, noyabrın 22-də ölkə parlamenti 100 Bolqarıstan zirehli transportyorunun Ukraynaya pulsuz göndərilməsi haqqında sazişi ratifikasiya edib. Təhvil verilməsi planlaşdırılan zirehli transportyorların təqribən 40 yaşı var və 1980-ci illərin sonunda Bolqarıstan hüquq-mühafizə orqanları tərəfindən ölkənin türk əhalisinin zorla köçürülməsi kampaniyası zamanı istifadə edilib. Daxili İşlər Nazirliyi onları köhnəlmiş adlandırır.
2023-12-04
810,402
Bu ölkə Türkiyəyə “Tayfun” almağa imkan vermir
Almaniya Ankaranın Şərqi Aralıq dənizində təbii qazçıxarça fəaliyyətləri ilə bağlı narahatlıqlarını əsas gətirərək, Türkiyəyə “Eurofighter”lərin (“Tayfun” qırıcıları – red.) satışını əngəlləyir. Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” Berlindəki mənbələrə istinadla məlumat yayıb. Almaniya bundan əvvəl də Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatlarını tənqid edib, Türkiyənin əlində olan “Leopard” tanklarının modernləşdirilməsini və tankların yeni satışını dayandırıb. Qeyd edək ki, Türkiyə Böyük Britaniyadan 40 ədəd “Tayfun” qırıcısı almaq üçün Böyük Britaniya ilə plan imzalamışdı. Bu qırıcıların istehsalçısı Briyaniya, İspaniya və Almaniyadır. Satış üçün hır 3 ölkənin razılığı lazımdır. Xatırladaq ki, ABŞ da bəhanə gətirərək, Türkiyəni F-35 layihəsindən çıxarmış və bu müasir qırıcıların Türkiyəyə ixracını dayandırmışdı.
2023-12-04
810,405
Məhv edilənlər SEPAH-ın briqada generalları imiş - Foto
Dəməşqdə öldürülən SEPAH üzvləri briqada generalları olub. Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı xəbər verib. Bildirilir ki, Suriyanın paytaxtında İsrailin hava zərbələri nəticəsində ölən iki iranlı hərbi müşavir əslində SEPAH-ın xüsusi təyinatlı Qüds briqadasının 340-cı texnoloji birləşməsinin briqada generalları olub. Məlumata görə, 340-cı bölmə İranın qabaqcıl silahlarının hazırlanması və bütün Yaxın Şərqdəki proksi qüvvələrinə tədarükü üzrə ixtisaslaşıb. Qeyd edək ki, SEPAH üzvləri dekabrın 2-də İsrailin raket zərbələri nəticəsində öldürülüb. İran bunun cavabsız qalmayacağı ilə hədələyib.
2023-12-04
810,406
Bu ölkə hərbçilərinə Azərbaycana gəlməyi qadağan etdi
Litva Müdafiə Nazirliyi hərbi qulluqçuların asudə vaxtlarında səyahətinə qadağa qoyulması təklif olunan ölkələrin siyahısını hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Bildirilib ki, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Azərbaycan, Gürcüstan, Çin, Moldova və Dnestryanı bölgənin dost olmayan ölkələr siyahısına daxil edilməsi təklif edilib. Sərəncama əsasən, hərbi qulluqçular, həmçinin, Xarici İşlər Nazirliyinin getməməyi tövsiyə etdiyi və ya dərhal tərk etməyi tövsiyə etdiyi ölkələrə gedə bilməyəcəklər. Bundan əlavə, sənəddə orduda xidmət edən vətəndaşlara hansı hallarda bu dövlətlərə səfər etmək icazəsi verilə biləcəyi müəyyən edilməlidir. Dəyişikliklərin 2024-cü ilin yanvarında qüvvəyə minməsi gözlənilir.
2023-12-04
810,407
Azərbaycanlıların qovulması hüquq pozuntusudur - Qriqoriu
Dekabrın 5-də keçiriləcək Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər etmiş iştirakçılarla Qərbi Azərbaycan İcmasında görüşlər baş tutub. Qərbi Azərbaycan İcmasından Axar.az-a bildirilib ki, Moldovanın keçmiş ombudsmanı xanım Aurelia Qriqoriu ilə İcmanın Ziyalılar Şurasının sədri Elxan Hüseynov arasında baş tutan görüşdə deportasiyanın humanitar nəticələri barədə qonağa məlumat verilib. Xanım Qriqoriu Ermənistandan azərbaycanlıların qovulmasının insan hüquqlarının pozuntusu olduğunu bildirdib və xalqlar arasında anlaşma və sülhə yardım etmədiyini diqqətə çatdırıb. Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edəcək.
2023-12-05
810,412
Ermənistanda iqtisadi sıçrayış: nə baş verir?
2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 68.8 faiz artaraq, 14.1 milyard dollara çatıb. İxrac isə 77.7 faiz artaraq 5.3 milyard dollar olub. Bu, Ermənistanın son illər tarixində rekord artımdır və səbəb də təbii ki, Rusiya-Ukrayna müharibəsidir. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, Ermənistan bir sıra Rusiya məhsullarını ixrac edərək sanksiyalardan yayınmağa və daha çox gəlir əldə etməyə nail olub: “Aylar üzrə müqayisə göstərir ki, artımın əhəmiyyətli hissəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonrakı dövrə təsadüf edib. Bu isə artım səbəblərinin re-eksport ilə bağlı olduğunu bir daha təsdiq edir. Luys Fondunun hesablamalarına görə, Ermənistan ixracatının ən azı 24.8 faizi (1.3 milyard dollar) re-eksportdur və bunsuz həmin ölkənin ixracatı indikindən 2 dəfə az artardı. Mənzərə aydındır: re-eksport və sanksiyalardan yayınmaq. Təəssüf ki, bir sıra aparıcı ölkələr bu reallığı da görmək istəmirlər”. Qeyd edək ki, Ermənistanda bu il adambaşına düşən ÜDM-nin kəskin artdığı və Azərbaycanı qabaqlayacağı gözlənilir. “Galt & Taggart” investisiya şirkətinin hesablamalarına görə, ilin sonuna qədər Gürcüstanda adambaşına düşən ÜDM 8108 dollar, Ermənistanda 7885 dollar, Azərbaycanda isə 7530 dollar təşkil edəcək.
2023-12-04
810,413
FİA prezidenti Bakıya gəldi
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd Ben Sulayem Bakıya gəlib. Axar.az xəbər verir ki, Mohammed Ben Sulayem Bakıda dekabrın 5-8-də baş tutacaq FİA Baş Assambleyalarının iclasları və mükafatlandırma mərasimində (FIA Prize-Giving Ceremony) iştirak edəcək. Qeyd edək ki, FİA həftəsi çərçivəsində 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri Bakıya gəlir. Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FİA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunmuşdu. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.
2023-12-05
810,415
Vanqa: 2024-cü il bu bürclər üçün uğurlu olacaq
Məşhur görücü Vanqanın 2024-cü ildə hansı bürclər üçün əsl xoşbəxtlik proqnozlaşdırdığı məlum olub. Kult.az xəbər verir ki, Vanqa digər bürclərlə müqayisədə qoç, əkizlər, dolça, aslan və əqrəb bürclərini növbəti il üçün uğurlu hesab edib: Qoç Qoçun həyatı həqiqətən inanılmaz olacaq. Siz işdə ilişib qalmağa öyrəşmisiniz, amma işinizin nəticələri həmişə sizi qane etmir. Bununla belə, həyatınızda ən yaxşı dəyişikliklərin baş verəcəyi beş sehrli iliniz olacaq. Birincisi, maddi pul mükafatlarına hazırlaşmağa başlaya bilərsiniz. İkincisi, nəhayət ailəyə yeni bir üzv gözləyəcəksiniz. Üçüncüsü, bütün məsələlərdə şanslı olacaqsınız. Əkizlər Əkizlər nəhayət arzuladıqları işi tapacaqlar. Qarşıdakı beş ildə sizin üçün karyera yüksəlişinə zəmanət verilir. Digər tərəfdən, sevgidə şanslı olacaqsınız. Bu, taleyüklü tanışlıqların, sıx ünsiyyətin və real, səmimi hisslərin çox "isti" dövrü olacaq. Maddi ehtiyac hiss etməyəcəksiniz, tamamilə hər şey üçün kifayət qədər pulunuz olacaq. Ehtiyatlı olun, xoşbəxtliyiniz çox yaxındır. Bəlkə də ailəni genişləndirmək barədə düşünməyə dəyər. Dolça Dolça üçün Vanqa 2022-2025-ci illər üçün şəxsi həyatda xoşbəxtlik proqnozlaşdırıb. Bu, sizin üçün bir sevgi dövrü olacaq. Çox dəyər verdiyiniz azadlığınızla, müstəqilliyinizlə vidalaşmağa şad olarsınız. Bundan əlavə, işıqlı bir duyğu ən cəsarətli ideyalarınızı və planlarınızı həyata keçirməyə kömək edəcək. Yalnız bəzən azad olmaq istəyəcəksən, lakin bu, uzun sürməyəcək. Təxribatlara təslim olmayın və xoşbəxt olacaqsınız. Şir Vanqa şirlərlə bu dövrdə risk etməyi tövsiyə edib, o zaman şans və xoşbəxtlik sizin tərəfinizdə olacaq. Növbəti beş ildə bütün öhdəliklər uğurlu və məhsuldar olacaq. Ancaq bir şərt var: hər şeyi diqqətlə nəzərdən keçirməli və riskləri əvvəlcədən nəzərə almalısınız. Aktiv və fəal olun. Yolunuzda kiçik maneələr var. Beləliklə, yol xəritəsini tərtib etməyə başlayın. Əqrəb Əqrəblər yalnız əziz və yaxın insanların yanında olduqda həqiqətən xoşbəxt olacaqlar. Uğur sizin tərəfinizdədir, buna görə də cəsarətlə və qətiyyətlə hərəkət edin və öz komandanızın qayğısına qalın. Dünyanın ən xoşbəxt insanı olaraq, ehtiyatınızı əldən buraxmayın. Daha yumşaq olun və bağışlamağı öyrənin.
2023-12-04
810,418
Putindən miqrantlara xəbərdarlıq
Ölkəmizdəki miqrantlar Rusiya qanunlarına və ənənələrinə hörmət etməlidir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib. “Bu o deməkdir ki, insanlar dil və etnomədəni baxımdan hazır olmalıdırlar. Əmək miqrantları rus adət-ənənələrini bilməli, qanunlara və onlara əməl etməlidirlər”, - Kreml rəhbəri bildirib. Putin eyni zamanda əlavə edib ki, MDB ölkələrində rus dilinin tədris olunduğu məktəblər açılır, digər tədbirlər həyata keçirilir. Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi “loyallıq müqaviləsi” hazırlamağı və ölkəyə daxil olan əcnəbilərə bu sənədi imzalatmağı təklif edib.
2023-12-04
810,419
Bu ölkə AB ilə hərbi əməkdaşlığı ləğv etdi
Niger Avropa Birliyi ilə hərbi əməkdaşlığı ləğv edib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, AB-nin Niameydə missiyasının yerləşdirilməsi üçün verilən icazə ləğv olunub.
2023-12-05
810,420
Rusların iki zenit-raket sistemi məhv edildi
Ukrayna müdafiə qüvvələri Rusiya qoşunlarına atəş zərbələri endirməkdə davam edir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda qeyd olunur ki, gün ərzində müdafiə aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 10 zərbə endirib. Rusiya tərəfinin iki zenit-raket kompleksi və 7 artilleriya vasitəsi məhv edilib.
2023-12-05
810,421
Bu türk ölkəsinin bayrağı dəyişdirilir
Qırğızıstanın dövlət bayrağının görünüşü dəyişdiriləcək. Axar.az xəbər verir ki, bu barədə artıq Qırğızıstan hökuməti qərar verib. Məlumata görə, bayraqda təsvir edilən günəşin günəbaxanla oxşarlığına görə günəş şüalarının formasını dalğavaridən düzə dəyişdirmək təklif edilir. Qeyd edək ki, Qırğızıstanın hazırkı bayrağı 1992-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra təsdiq olunub. Ötən həftə isə Qırğızıstan parlamenti ölkə bayrağının dizaynındakı dəyişikliyi təsdiqləmişdi.
2023-12-04
810,423
Klaar sərhəddə olmayan atışmadan “narahat oldu”
Ermənistan və Azərbaycan sərhədində atışma və qurbanlarla bağlı narahatedici xəbərlər var. Axar.az xəbər verir ki, bu barədə AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün X mikrobloqunda yazıb. “AB Bakı və İrəvanla daim əməkdaşlıq edir. Yerdə sakitlik və danışıqlar masası arxasında həlledici irəliləyişin əldə olunması həyati əhəmiyyət kəsb edir”, - o bildirib. Qeyd edək ki, bu gün Ermənistan ordusunun iki əsgəri güllə yarası alıb. Biri bu gecə, 02:50 radələrində N saylı hərbi hissədə “naməlum şəraitdə” güllələnib və ölüm təhlükəsinin olmadığı bildirilir. Digəri isə - Arakelyan Gerasim Avetikoviç 14:35 radələrində Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsində aldığı güllə yarasından ölüb. Ermənistan MN birinci faktla bağlı hansısa uydurma yaymasa da, gün ərzində baş verən ikinci güllələnməni ört-basdır etmək üçün Azərbaycan Ordusunu ittiham edib və guya Ordumuzun açdığı atəş nəticəsində Arakelyanın öldüyünü bildirib. Azərbaycan MN və XİN bunu qəti şəkildə təkzib edib.
2023-12-05
810,425
Putindən bu ölkəyə: Donuz kimi davransanız...
Əgər Latviya ölkədə yaşamaq istəyən vətəndaşlarına donuz kimi rəftar etməyə davam edərsə, ölkə hakimiyyəti tezliklə özünə qarşı eyni münasibətlə üzləşəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Latviya əhalisinin təxminən 40%-i rusdillidir. Eyni zamanda, Rusiya xüsusi əməliyyata (Ukraynaya müdaxilə - red.) başlamazdan əvvəl Baltikyanı ölkələrdə rusofobiya tətbiq olunurdu və indi ondan öz siyasi məqsədlərinə çatmaq üçün istifadə olunur”, - Putin vurğulayıb.
2023-12-05
810,426
Almaniya ilə əlaqələr bundan sonra pozuldu - Putin
Almaniya ilə əməkdaşlıq Şimal Axınında baş verən təxribat nəticəsində sözün əsl mənasında pozulub. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O qeyd edib ki, Rusiya və Almaniya onilliklər ərzində praqmatik əməkdaşlığı inkişaf etdirə biliblər: “Biz yarım əsrdən artıqdır ki, Almaniya ilə praqmatik, işgüzar əməkdaşlığı inkişaf etdirə bilmişik və bu, hər iki dövlətə və bəlkə də təkcə bizə deyil, bütün Avropa qitəsinə fayda gətirib. Üstəlik, enerji həmişə ikitərəfli əməkdaşlığın cəlbedici sahəsi olub". O qeyd edib ki, Rusiya onilliklər ərzində etibarlı və fasiləsiz olaraq Almaniyanı münasib qiymətlərlə ekoloji təmiz qaz yanacağı, neft və digər enerji məhsulları ilə təmin edib.
2023-12-05
810,427
Rusiya Avropanı işğala hazırlaşır - NATO generalı
Rusiya Avropa regionu üçün əsas təhlükə mənbəyidir və o, indi öz imkanlarını artırır. Axar.az xəbər verir ki, bunu NATO-nun şimal-şərqdəki çoxmillətli korpusunun komandiri, general-leytenant Yurgen-Yoahim fon Sandrart deyib. Onun sözlərinə görə, Ukraynanın məhvinə çalışmasına baxmayaraq, Rusiya artıq NATO ilə, ilk növbədə Baltik dənizi regionunda qarşıdurmaya yönəlmiş hərbi-iqtisadi potensialını bərpa etməyə başlayıb. "Ancaq bundan hansı nəticələr çıxaracağımız vacibdir. Yalnız PUA-lar və hava hücumundan müdafiə vasitələri almaqla özünüzü Rusiyadan qoruya biləcəyinizə inanmaq düzgün deyil. Birləşmiş quru, dəniz, hava, kiberaktivlər və imkanlar və s. hələ də döyüş meydanının açarıdır”, - deyə general bildirib.
2023-12-05
810,428
Bakıda unikal klassik avtomobillər nümayiş olunur - Foto
Bakıda keçiriləcək FIA həftəsində Heydər Əliyev Mərkəzinin foyesində cəlbedici görünüşü, hərəsi öz dövrinə görə unikal texniki göstəriciləri ilə fərqlənən avtomobillər sərgilənir. Axar.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası tərəfindən təşkil olunan nümayişdə klassik və idman avtomobilləri yer alıb. Bunlar “Lamborghini Huracan Sterrato”, “Legends Car” (Ford Coupe 34), “Ferrari SF90 Stradale”, “The Model T Ford Snowmobile”, “Auburn Speedster 866”, “Cadillac Model M”, “Packard 645 Dual Cowl Phaeton”, “Volkicar” avtomobilləridir.
2023-12-05
810,429
Qəzzada girovlarla bağlı danışıqlar bərpa oluna bilər?
Humanitar atəşkəsin bərpası və Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovların qaytarılması ilə bağlı rəsmi danışıqların tezliklə bərpa olunacağı ehtimalı yoxdur. Axar.az xəbər verir ki, bu barədə CNN yüksək rütbəli Amerika rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, danışıqlar dalana dirənib, rəsmilərin sözlərinə görə, yaxın gələcəkdə müzakirələrin bərpası perspektivi yoxdur. ABŞ prezidenti Co Bayden administrasiyasının da amerikalıların azad edilməsi ilə bağlı ayrıca danışıqlar apara bilməsi çətin prosesdir. Telekanalın sözlərinə görə, HƏMAS-ın Vaşinqtona hər hansı xüsusi xidmət göstərəcəyinə inanmaq üçün heç bir əsas yoxdur.
2023-12-05
810,430
Ukraynaya ayrılan vəsait tamam tükənib - ABŞ
ABŞ Konqresinin Ukraynaya yardım üçün ayırdığı vəsaitin demək olar ki, hamısı artıq xərclənib. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib. Amerika rəsmisi bildirib ki, Ukraynada vəziyyət kifayət qədər ağırdır və Qərb ölkələrinin yardımı dayandırılacağı təqdirdə daha da pisləşəcək: "Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün vəsait çox yaxında tükənəcək, ümumi məbləğin 97%-dən çoxu artıq xərclənib”.
2023-12-05
810,431
ABŞ təkid etdi, Ukrayna isə qorxdu... - VP
Kiyevin əks-hücumunun uğursuzluğuna səbəb Ukrayna ilə ABŞ arasında fikir ayrılığı, Qərbin yanlış hesablamalarıdır. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın "Vaşinqton Post" nəşrində bildirilib. Nəşr qeyd edib ki, Böyük Britaniya və ABŞ əks-hücum planlarında Kiyevə kömək etsələr də, Rusiya qüvvələrini lazımi səviyyədə qiymətləndirməyiblər, həmçinin Ukrayna qüvvələrinin Qərb xətti ilə sürətlə transformasiya oluna biləcəyinə inanmaqda yanılıblar. Bundan əlavə, ABŞ Prezidenti Co Bayden administrasiyası əməliyyatlara aprelin ortalarında başlamağı və konkret tarixlər təyin etməyi tələb edəndə Ukrayna tərəddüd edib və əks-hücumun başlamasını gecikdirib. Məqalədə vurğulanıb ki, Vaşinqton ukraynalıların əks-hücum üçün lazım olan çoxlu artilleriya mərmisini digər hədəflərə, o cümlədən Baxmut yaxınlığında israf etməsindən narahat olub.
2023-12-05
810,432
Putin məğlub olacaq – İrəvan buna hazırlaşır
Bütün məsələ Rusiya-Qərb münaqişəsi bitdikdən, Rusiya məğlub olduqdan sonra Ermənistanın aqibətidir. Rusiyanın məğlub olacağı aydındır. Axar.az xəbər verir ki, bu barədə Milli Demokratik Qütb Şurasının üzvü Vahe Qasparyan erməni mediasına deyib. O bildirib ki, Putinin məğlub olmasının bir çox səbəbi var: “Putin 20 ildir ki, Qərb və Rusiya xalqı üçün məqbul fiqur olub. Lakin Ukraynaya qarşı müharibədən sonra Qərb Vladimir Putini qəbul etmir. Bunu BCM-nin onun həbsi barədə qərarı da təsdiqləyir. Qərb Rusiya xalqına mesaj göndərir ki, əgər onlar həyatın Ukrayna işğalından əvvəlki vəziyyətinə qayıtmasını istəyirlərsə, lideri dəyişdirməlidirlər. Putin Rusiyanın resurslarını oğurlayan rus elitasını qane edirdi, çünki o, quldurluğun himayəçisidir. İndi isə vəziyyət dəyişib: rus elitasının əmlakına sanksiya qoyulub və aktivləri dondurulub. Rusiya elitası Putinlə bir qayıqda qalsa, hər şeyini itirəcək. Putin həm də neftin baha olduğu dövrdə insanların həyat səviyyəsini yüksəltməyi bacardığına görə rus xalqı tərəfindən dəstəklənirdi. İnsanlar əvvəllər Antalyada dincələ, ipoteka ilə ev ala bilirdilərsə, bu gün vəziyyət başqadır. Antalyada dincəlməkdənsə, Donbasda ölürlər. Putin rejimi ciddi dəyişikliklərlə üz-üzədir”. O iddia edib ki, Ukrayna cəbhəsində Rusiyada kəskin siyasi böhrana gətirib çıxaracaq sıçrayışlı dəyişikliklər olacaq.
2023-12-05
810,433
"Qarabağ" bu futbolçularla yollarını ayırır? - Qurbanov
Hələ ki, heç bir futbolçunun gedişi gözlənilmir. Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"yə qalib gəldikləri (3-0) oyundan sonra mətbuat konfransında Adama Diakabi və Redon Cicanın komandadan ayrılığı ilə bağlı ünvanlanan sualı cavablandırarkən deyib.
2023-12-05
810,434
Hakan Fidan ABŞ-a gedir: Blinkenlə ciddi müzakirə
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşəcək. Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, cümə günü H.Fidan Vaşinqtona səfər edəcək. Türkiyə rəsmisi burada E.Blinkenlə Qəzza anklavındakı son vəziyyəti müzakirə edəcək.
2023-12-05
810,435
BMT-də Rusiyanın bu qətnaməsi qəbul olundu
BMT Baş Assambleyası Rusiya tərəfindən təqdim edilən və ölkələri kosmosa silah yerləşdirməməyə çağıran qətnaməni qəbul edib. Axar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qətnamə layihəsinin lehinə 127, əleyhinə 51 ölkə səs verib, 6 ölkənin nümayəndəsi isə bitərəf qalıb.
2023-12-05
810,436
Ərdoğan Rusiyada mükafata layiq görüldü
Rusiya İctimaiyyətlə Əlaqələr Assosiasiyası (RASO) illik “Hamburq Hesabı” siyasi mükafatının nəticələrinə yekun vurub. Axar.az xəbər verir ki, 2023-cü ilin qalibləri arasında Macarıstan Baş naziri Viktor Orban, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Slovakiyanın Baş naziri Robert Fiso da var. “Xarici ölkələr arasında: ilin siyasətçisi Viktor Orban, ən yaxşı prezident seçkiləri kampaniyasının qalibi Rəcəb Tayyib Ərdoğan, ən yaxşı parlament seçkiləri kampaniyasının qalibi isə Robert Fisonun Smer partiyasıdır”, – deyə qurumun məlumatında deyilir. Qeyd edək ki, “Hamburq hesabı” siyasi mükafatı 2016-cı ildə Rusiya İctimai Əlaqələr Assosiasiyası tərəfindən təsis edilib.
2023-12-05
810,437
3 saat oturmaq sağlamlıq üçün ciddi təhlükədir
Uzun müddət, fasiləsiz 3 saat oturmaq sağlamlıq üçün təhlükəlidir. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim fleboloq Vanessa Prinse ürək və damarları qorumaq üçün uzun müddət oturmamağa çağırıb. “2-3 saatdan çox əyləşmək damarların sıxılmasına və qan dövranının pozulmasına səbəb olur. Nəinki qan dövranı, həmçinin limfa durğunluğuna gətirir ki, bu da ayaqlarda şişkinliyə səbəb olur. Bir çoxları deyəcək ki, bu işimizlə bağlıdır, amma belə iş ürəyə ciddi ziyan vurur. Oturmaq uzanmaq və yatmaqdan da çox ürəyə zərbədir. Çünki bu zaman damarlar çox sıxılır. Oturaq həyat keçirənlərdə qanda şəkər, xolesterin və çəki də artır. Bunun qarşısını almaq üçün əyləşəndə bədənin vəziyyətini tez-tez dəyişmək və 30 dəqiqədən bir ayağa qalxıb, gəzişmək, idman etmək, pilləkən qalxıb-düşmək lazımdır. Hətta mümkün qədər ayaq üstə duraraq işinizi görün. 1 saat ayaq üstə işləmək 30 dəqiqə oturmaqdan faydalıdır”, - həkim qeyd edib.
2023-12-05
810,441
Bakı və Brüssel razılaşdı: Bu saziş yenilənəcək
Azərbaycan-Avropa Birliyi (AB) arasında strateji enerji tərəfdaşlığı sənədinin icrası ilə bağlı Yol Xəritəsini yeniləməyi razılaşdırıb. Axar.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşündə bildirib. P.Şahbazovun AB-nin enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşündə enerji dialoqunun digər aspektlərinə də toxunulub. Görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, “Həmrəylik Halqası” təşəbbüsünün reallaşdırılması və “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsinə dair məsələlər müzakirə edilib. P.Şahbazov Avropaya əlavə qaz tədarükünün mühüm mənbələri kimi istismara verilən “Abşeron” qaz-kondensat yatağı ilə yanaşı, işlənmədə olan qaz layihələrindən və ölkəmizdən qaz tədarükü üzrə əməkdaşlığa başlayan ölkələrdən bəhs edib. Nazir əlavə qaz həcmlərinin nəqlinin infrastrukturların inkişafını və uzunmüddətli əsasda qaz müqavilələrinin imzalanmasını şərtləndirdiyini vurğulayaraq bu istiqamətdə AB ilə sıx koordinasiyalı fəaliyyətin vacibliyini diqqətə çatdırıb. Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası ilə bağlı da fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizi layihəsinin icrası istiqamətində atılan addımlar nəzərdən keçirilib. Bildirilib ki, layihənin həyata keçirilməsinə məsul Birgə Müəssisənin tezliklə yaradılması, gələn ilin sonuna kimi texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinin yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin bu dəhlizlə Mərkəzi Asiyadan elektrik enerjisinin ötürülməsi üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq barədə də məlumat verilib. Yaşıl enerji dəhlizinin genişləndirilməsi və bərpa olunan enerjinin bu nəhəng infrastrukturla nəqlinin Avropanın enerji təchizatının diversifikasiyasını təmin etməklə enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Qeyd edək ki, energetika naziri P.Şahbazov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.
2023-12-05
810,443
Lavrov "Məni rahat buraxın" ifadəsini kimə deyib?
Xarici işlər naziri Sergey Lavrovun “Məni rahat buraxın” ifadəsi təşkilatın fotoqrafına ünvanlanıb. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ATƏT-in Skopyedə keçirilən iclası zamanı Lavrovun çıxışını yarımçıq kəsməsi barədə danışarkən deyib. “Bu, təşkilatçılardan olan bir fotoqraf idi. Rusiyalı nazirin görüşdə olduğuna sadəcə inanmadı, gözlərinə inana bilmirdi və çox yaxınlaşmaq qərarına gəldi", - Zaxarova söyləyib. Qeyd edək ki, xarici işlər naziri Sergey Lavrov noyabrın 30-da ATƏT Nazirlər Şurasının iclası zamanı çıxışını “Məni rahat buraxa bilərsənmi, xahiş edirəm” ifadəsi ilə yarımçıq kəsib. Tədbirin yayımı zamanı nazirin bu iradını kimə ünvanladığı bəlli olmayıb.
2023-12-05
810,444
Obrayen Azərbaycana gəlir
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen dekabrın 6-dan 8-dək Azərbaycan və Rumıniyaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Obrayen Bakıda Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycanın vəzifəli şəxsləri ilə görüşəcək. Rumıniyada isə o, Moldova və Ukrayna rəsmiləri, həmçinin Avropa Komissiyasının nümayəndələri ilə görüş keçirəcək, taxıl ixracı ilə bağlı iclasda iştirak edəcək.
2023-12-05
810,446
Neftin bu günə olan qiyməti
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,04 dollara, yüngül neftin bir barreli isə 73,13 dollara təklif olunur.
2023-12-05
810,451
Narkotik satan bacı-qardaş və ər-arvad tutuldu - Foto
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 4 nəfər saxlanılıb. Onlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır. Həmin şəxslər qrup şəklində Quba rayonuna, - əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 7 kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. O.Əsədullayev və S.Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da, daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz məlumata görə, Orxan və Əsmər bacı-qardaş, Sadiq və Nailə isə ər-arvaddır.
2023-12-05
810,452
Abşeronda ağır qəza: ölən var
Abşeronda sürücünün ölümü ilə nəticələnən qəza baş verib. Axar.az xəbər verir ki, hadisə Xocəsən qəsəbəsinin Qobu yaşayış massivində baş verib. Belə ki, Asif Müslüxan oğlu Məlikovun idarə etdiyi VAZ-21074 markalı avtomobil sözügedən ərazidə işıq dirəyinə çırpılıb və sürücü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.
2023-12-05
810,453
Avro-2024: seçmə mərhələsinin ən yaxşı qolu - Video
Avro-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu müəyyənləşib. Axar.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Məlumata görə, Qazaxıstan millisinin futbolçusu Asxat Taqıberqenin II turda Danimarka ilə görüşdə vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı seçilib. Yarımmüdafiəçi komandasının öz meydanında 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 86-cı dəqiqəsində cərimə meydançası kənarından qüvvətli zərbə ilə rəqibi məyus edib. O, azərbaycanlı Emin Mahmudov, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgündən çox səs toplayıb. Qeyd edək ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudovun İsveçlə Bakıdakı qarşılaşmada (3:0) meydanın mərkəzindən vurduğu top IX turun ən yaxşı qolu seçilmişdi.
2023-12-05
810,457
İsrail ordusu ölən hərbçilərinin sayını yenilədi
İsrail ordusu HƏMAS-la toqquşmalarda həlak olan hərbçilərinin sayını yeniləyib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun 404 hərbçisi həlak olub.
2023-12-05
810,460
73 nəfərin diplomu tanınmadı
Noyabr ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Axar.az-a verilən məlumata görə, ötən ay üzrə 360 müraciətçinin 287-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 62, təhsilalma forması üzrə 7, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 104, Rusiyadan 101, Türkiyədən 75, Gürcüstandan 39, Birləşmiş Krallıqdan 5, digər ölkələrdən isə 36 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 50, iqtisadiyyat üzrə 45, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 20, beynəlxalq münasibətlər üzrə 16 müraciətçi qeydə alınıb. Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.
2023-12-05
810,467
MOSSAD-a xəbərdarlıq: MİT zarafat etmir - Başbuğ
İsrailin Türkiyədə HƏMAS üzvlərinə qarşı mümkün təqibləri fonunda Türkiyə kəşfiyyatının MOSSAD-a etdiyi xəbərdarlıq zarafat deyil, ciddi bəyanatdır. Axar.az xəbər verir ki, bunu təhlükəsizlik, hərbi psixoloji və kəşfiyyat məsələləri üzrə türkiyəli ekspert, polkovnik Coşqun Başbuğ deyib. “Türkiyənin mövqeyi əvvəldən bəllidir. İsrailin əsas taktikası özünü olduğundan daha güclü göstərməkdir. Bu, doğrudanmı belədir? Xeyr. Diqqət yetirirsinizsə, Qəzza hadisələrinin başlanğıcında kəşfiyyatın zəif olduğu bir dövr var idi”, - o bildirib. Onun sözlərinə görə, Ankara İsrail tərəfinə ciddi xəbərdarlıq edib: “İki ölkə arasında heç bir fikir mübadiləsi aparılmadan mühakimə yürütmək MOSSAD-ın imkanları xaricindədir. MİT (Türkiyə Milli İstehbarat Təşkilatı - red.) zarafat etmir. Xəbərdarlıq bunu göstərir”.
2023-12-05
810,471
Bölmələrimiz “düşmən”in hava hədəflərini məhv etdi - Video
2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib. Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.
2023-12-05
810,474
Bişkek və Düşənbə sərhədlə bağlı razılığa gəldi
Qırğızıstan və Tacikistan dövlət sərhədinin daha 24 km hissəsi ilə bağlı razılaşıblar. Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, topoqrafik və işçi qrupların növbəti ikitərəfli görüşü Buston şəhərində keçirilib: “Tərəflər Qırğızıstanda keçiriləcək növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər. İclasın yekunu üzrə müvafiq protokol imzalanıb”.
2023-12-05
810,477
Rusiya məğlub olsa, parçalanacaq - Kiselyov
Rusiya xüsusi hərbi əməliyyatda məğlub ola bilməz. Çünki əks halda ABŞ ilə nüvə tarazlığını və qlobal güc balansını qoruya biləcək heç bir ölkə qalmayacaq və dünya özünü yeni müstəmləkə sistemində tapacaq. Axar.az xəbər verir ki, bunu RT kanalının baş direktoru Dmitri Kiselyov deyib. “İkinci Dünya müharibəsindən sonra yaranan sülh bizim nəslə qədər bəs etdi. Bizim nəsil isə yeni quruluşu yaradır. Təsəvvür edək ki, Rusiya uduzur, o zaman dünyada ABŞ-la nüvə və qlobal qüvvələr balansını qoruyacaq bir ölkə qalmayacaq: Rusiya parçalanacaq, dünya münasibətləri tamamilə dəyişəcək və hamı özünü yeni müstəmləkə sistemində hiss edəcək, çünki amerikalıların resurslara ehtiyacı var, avropalılar isə müstəmləkə modelinə uyğun yaşamağa öyrəşiblər”, - o bildirib.
2023-12-05
810,480
Faktlarımız var, hücumu İran təşkil edib – ABŞ
Husilərin Qırmızı dənizdə 3 gəmiyə hücumunda İranın əlinin olduğu barədə inkaredilməz faktlarımız var. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. “Husilərin gəmilərə hücumda istifadə etdikləri silah-sursatı İran təmin edib”, - Sallivan bildirib. Qeyd edək ki, dekabrın 3-də Qırmızı dənizdə bir neçə kommersiya gəmisinə PUA-larla hücum edilmişdi. Husilər gəmilərin İsrailə aid olduğunu bildirərək, hücumda məsuliyyəti öz üzərlərinə götürmüşdülər.
2023-12-05
810,482
Britaniya da Kiyevə danışıqlar üçün təzyiq edir
Britaniya diplomatları Ukraynanı münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlar aparmağa məcbur edəcəklər. Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Deyli Ekspress” nəşri məlumat yayıb. “Ukraynanın əks-hücum əməliyyatı gözlənilən müvəffəqiyyətlə nəticələnmədi. Buna görə də ölkənin müharibədə qalib gəlmək qabiliyyətinə şübhə ilə yanaşılır. Britaniyanın diplomatik dairələrində Kiyevə təzyiq göstərmək və onu danışıqlar masası arxasına oturmağa məcbur etmək barədə danışılır”, - məlumatda deyilir.
2023-12-05
810,486
İsrail HƏMAS-ı suda boğmağa hazırlaşır
İsrail HƏMAS-ın Qəzza zolağındakı tunelləri dəniz suyu ilə doldura biləcək nasoslar quraşdırıb. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” amerikalı məmurlara istinadla məlumat yayıb. Məlumata görə, nasoslardan 5-i Qəzzanın şimalındakı Əş-Şati qaçqın düşərgəsinin yaxınlığındadır: “Bu nasoslar bir neçə həftəyə HƏMAS-ın tunellərini Aralıq dənizinin suyu ilə doldura bilər. Nasosların sürəti fələstinlilərə girovları tunellərdən çıxarmağa imkan verəcək”. Nəşrin mənbələri məlumat veriblər ki, İsrail hökuməti bunun həyata keçirilməsini təsdiqləməsə də, plandan imtina da etməyib: “Xüsusilə, HƏMAS-ın yeraltı rabitə şəbəkəsinin nə qədər geniş olduğu, orada nələrin olduğu və dəniz suyunun Qəzza zolağında torpaq və qrunt sularına necə təsir edəcəyi məlum deyil”. Qeyd olunub ki, sözügedən plan ABŞ və İsrail nümayəndələri tərəfindən müzakirə olunur. Əgər bu plan həyata keçirilsə, Prezident Co Bayden çətin vəziyyətdə qalacaq, çünki dünya ictimaiyyətinin qınağına məruz qalmaq riski var.
2023-12-05
810,487
Rusiyaya kütləvi PUA hücumu edildi
Ukrayna ordusu gecə saatlarında Azov dənizi və Krım ərazisinə kütləvi PUA hücumu edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı Rusiya 22 PUA-nı məhv edilib, 13-nü isə ələ keçirilib.
2023-12-05
810,491
Donetskdə azərbaycanəsilli şəxsi döyərək öldürdülər
Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan Makeyevka şəhəri yaxınlığında azərbaycanəsilli sakin Əhədulla Şirxan oğlu Qəniyev öldürülüb. Axar.az Report-a istinadən xəbər verir ki, Ə.Qəniyevi qondarma Donetsk Respublikası silahlıları tərəfindən qətlə yetirilib. Belə ki, silahlılar Makeyevka ətrafında yaşayan və uzun illərdir şəxsi təsərrüfatla məşğul olan soydaşımızı əvvəlcə qarət ediblər. Onun xırda tutumlu avtobusu əlindən alınıb. Buna etiraz etdikdə isə silahlılar tərəfindən avtomatın qundağı ilə döyülərək öldürülüb. Qeyd edək ki, Ə.Qəniyev Azərbaycanın Lənkəran rayonunda anadan olub. O, uzun illərdir Donetskdə yaşayırmış.
2023-12-05
810,493
Kremlin İrəvana təzyiqi: xilas yolu Bakıdadır
Təbii ki, Ermənistanla Rusiya arasında müəyyən problemlər var. Rusiya tərəfi Ermənistanın asılılığından istifadə edərək müəyyən təzyiqlər göstərir. Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli Ermənistanı Gürcüstan ərazisindən keçməklə Rusiyaya birləşdirən yeganə yol – “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində yaranan vəziyyətlə bağlı danışarkən deyib. Probemin uzun sürməyəcəyini deyən politoloq bildirib ki, bəzən yolun bağlanması obyektiv səbəblərdən də mümkündür: “Bu, zaman-zaman Azərbaycana, eləcə də Gürcüstana qarşı yürüdülən siyasət olub. Münasibətlərdə gərginlik yaranan kimi sərhəddən keçən kənd təsərrüfatı məhsullarından “xəstəlik”lər tapılırdı. İndi Ermənistanla bağlı da belə bir problem yaşanır. Amma burada obyektiv reallıq da var. Ermənistanı Rusiyaya bağlayan yeganə yol Yuxarı Larsdır. Orada da problem tək siyasi deyil. Təbiətlə bağlı amillər də var. Çox soyuq olanda qar uçqunları, şaxta olur. Yol obyektiv səbəblərə görə də bağlanır. Ermənistan çox ciddi şəkildə bu yoldan asılıdır”. Ekspertin sözlərinə görə, Ermənistanın Rusiya bazarlarından tamamilə sıxışdırılacağı ilə bağlı xəbərlər inandırıcı görünmür: “Ermənistanın Rusiya bazarlarından məhrum olunması mümkün deyil. Rusiya ilə Ermənistan arasında kifayət qədər ticarət dövriyyəsi var. Keçən il rekord həddə - 4.7 milyarda çatmışdı. Bu il beş milyardı keçəcək. Rusiya üçün də Ermənistan vacib ölkədir. Sanksiyalardan yan keçmək üçün Ermənistandan istifadə edir. Ermənistan vasitəsi ilə yarımkeçiricilər və mikro sxemlər alır. Odur ki, bu gərginliyin uzun zaman sürəcəyinə inanmıram. Bir müddətdən sonra müəyyən çözüm olacaq. Sadəcə, Rusiya indiki vəziyyətdən istifadə edib, İrəvana müəyyən təzyiqlər etməklə məşğuldur”. Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlasa, alternativ yolların açılmasına nail ola bilər: “İndi İrəvanın əlində şans var ki, Azərbaycanla sülh müqaviləsi bağlamağı uzatmasın, bəhanələr gətirməsin. Müqavilələr imzalana və kommunikasiyalar blokdan çıxa bilər. Bunun nəticəsində də Ermənistanın Şərq-Qərb, Şimal-Cənub istiqamətlərinə rahatlıqla həm dəmir yolu, həm də avtomobil vasitəsi ilə çıxış əldə etmiş olar”.
2023-12-05
810,497
Bakı bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirdi
4-5 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Kuba Respublikasına səfər edib. Xarici İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, dekabrın 4-də Xarici İşlər Nazirliyi ilə Kuba Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kuba tərəfindən isə xarici işlər nazirinin müavini Elio Rodriqez Perdomo rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, son müddətdə ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika, iqtisadi-ticarət, səhiyyə, turizm, təhsil və digər sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb. E.Məmmədov qarşı tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərinin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın yenidənqurma işləri barədə geniş məlumat verib. Görüş zamanı həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına (QH), Kubanın isə G77 və Çin Qrupuna sədrlikləri çərçivəsində fəaliyyəti vurğulanaraq, uzun fasilədən sonra BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində QH - G77 və Çin Birgə Əlaqələndirmə Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasının keçirilməsi məmnunluqla qeyd olunub. Məsləhətləşmələr ardınca iki ölkə arasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kuba Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib. Səfər çərçivəsində E.Məmmədov həmçinin, Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının sədr müavini xanım Ana Maria Mari Maçado, Kuba Xarici Ticarət və Xarici Sərmayələr nazirinin birinci müavini Ana Terezita Qonzalez Fraqa, o cümlədən Karib Hövzəsi Birliyinə (CARİCOM) üzv dövlətlərin Kubada akkreditə olunan səfirləri ilə işçi görüş keçirib. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin genişləndirilməsi imkanları, eləcə də CARİCOM təşkilatı və onun üzv ölkələri ilə beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi perspektivləri müzakirə edilib. Səfərin yekununda E.Məmmədov Kubanın “Prensa Latina” xəbər agentliyinə müsahibə verib. Müsahibə zamanı Azərbaycan-Kuba ikitərəfli münasibətləri, bu əlaqələrin gələcək inkişaf perspektivləri, ölkəmizin QH-ya uğurlu sədrliyi və həyata keçirdiyi təşəbbüslər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə suallara cavab verib.
2023-12-05
810,499
Qriqoryan ABŞ rəsmisi ilə hərbi əməkdaşlığı müzakirə etdi
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Tərəflər regional sabitliyin təmin edilməsinin zəruriliyini vurğulayıb, birgə proqramların, xüsusilə də sülhyaratma sahəsində ortaq proqramların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
2023-12-05
810,503
Baş nazir MM-də: müzakirə başladı
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Axar.az xəbər verir ki, toplantıya parlamentin sədri Sahibə Qafarova sədrlik edir. Baş nazir Əli Əsədov və hökumət üzvləri iclasda iştirak edirlər. Toplantının gündəliyinə 22 məsələnin müzakirəsi daxildir. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) 2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) 3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) 4. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (üçüncü oxunuş) 5. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş) 6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 7. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 8. “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 9. “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 10. “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 11. “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 12. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 13. Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi 14. Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi 15. “18 iyun 1997-ci il tarixli Azərbaycan Hökuməti ilə Özbəkistan Hökuməti arasında Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi 16. “ Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi 17. “Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi 18. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi 19. İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 21. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 22. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
2023-12-05
810,508
Mikroblar iqlim istiləşməsinin qarşısını ala bilər
Rusiya alimləri xarici həmkarları ilə birlikdə belə qənaətə gəliblər ki, daimi don zonasında yaşayan mikroorqanizmlərin yüksək müxtəlifliyi Yer səthində atmosferin istiləşmə sürətini əhəmiyyətli dərəcədə azalda bilər. Axar.az xəbər verir ki, bu barədə Rusiya Elm Fondu məlumat yayıb. “1750-ci ildən 2020-ci ilə qədər Yer səthində orta temperatur təxminən bir dərəcə artıb, lakin daimi donmuş zonalarda ərazilər təkcə son 70 ildə orta hesabla dörd dərəcəyə qədər istiləşib. Bu, daimi donun əriməsi zamanı torpaqda qədim karbonun metana çevrilməsini emal edən mikrob icmalarının inkişafı üçün əlverişli şəraitin yaradılması ilə izah olunur. Bu istixana qazı da öz növbəsində atmosferə daxil olur və daha da istiləşməyə kömək edir. Eyni zamanda, metan istiləşmə baxımından karbon qazından daha təhlükəlidir, çünki temperaturun şərti olaraq bir dərəcə yüksəlməsi üçün 17 dəfə az tələb olunur. Beləliklə, daimi don zonasında mikrob aktivliyi istiləşmə sürətinə təsir göstərə bilər, lakin bu, hələ də mövcud proqnozlarda nəzərə alınmır”, - məlumatda deyilir.
2023-12-05
810,509
İlham Əliyev Tailand Kralına məktub göndərdi
Prezident İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı yetirirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
2023-12-05
810,512
Göygöl və Şəmkirdə qanunsuz tikililər söküldü - Video
Göygöl və Şəmkir rayonlarında qanunsuz tikililər sökülüb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Göygöl rayonunun Üçtəpə kəndi və Şəmkir rayonunun “Ceyrançöl” massivi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.
2023-12-05
810,515
HƏMAS döyüşlərdən yeni görüntü yaydı - Video
Qəzza sektorunda İsrail ilə HƏMAS arasında şiddətli döyüşlər davam edir. Axar.az xəbər verir ki, HƏMAS gedən döyüşlərlə bağlı yeni görüntü paylaşıb. Qeyd edək ki, 24 noyabrda elan edilən atəşkəs 1 dekabrda başa çatıb və hərbi əməliyyatlar bərpa edilib.
2023-12-05
810,518
Lavrovla Bayramov bu məsələləri müzakirə etdi
11:26 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müzakirə etdikləri məsələlər açıqlanıb. Azərbaycan XİN-dən Axar.az-a bildirilib ki, dekabrın 5-də C.Bayramov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində S.Lavrovla görüşüb. Görüş zamanı, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb. Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb. Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
2023-12-05
810,521
Türk ekspertlər İrəvana gəldi - Səbəb
Bu gün İrəvanda “Yeni regional reallıqlar və Dünyanın kəsişməsi” mövzusunda konfrans başlayıb. Axar.az xəbər verir ki, konfransda iranlı, hind, gürcü və türk ekspertlərin iştirak edəcəyi gözlənilir. “Konfransın məqsədi regionun mövcud reallıqlarını, qarşılıqlı maraqları və regional layihələri müzakirə etməkdir”, - məlumatda deyilir. Qeyd olunur ki, İrəvanın təklif etdiyi “Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) layihəsinə əsasən, müzakirələrin regionun geosiyasəti, iqtisadi əlaqələri və perspektivli infrastruktur layihələri üzərində cəmlənməsi planlaşdırılır.
2023-12-05
810,522
Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqlədi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub. Axar.az xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. O bildirib ki, hazırda 2024-cü il və sonrakı 3 ildə makroiqtisadi sabitliyin qorunub saxlanılması və makrofiskal uyğunluğun təmin edilməsi məsələləri prioritet təşkil edir: "Büdcə layihəsində xərc istiqamətləri üzrə Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, sərhədlərin bərpası və mühafizəsinin daha da gücləndirilməsi, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın fəallaşdırılması məsələləri əsas prioritetlər kimi müəyyən edilib. Bununla yanaşı, dövlətin əsas funksiyalarının həyata keçirilməsi, sosial müdafiə, elm, təhsil, səhiyyə sahələrində aparılan islahatların davam etdirilməsi ilə bağlı büdcə layihəsində vəsait nəzərdə tutulub". Gələn il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri 3 milyard 379 milyon manat məbləğlərində müəyyən edilib.
2023-12-05
810,525
Ermənistan parlamenti Qarabağla bağlı layihəni rədd etdi
Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib. Hakim “Mülki müqavilə” fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə sənədin lehinə səs verib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edək ki, layihə “Ayakve” vətəndaş təşəbbüsünə məxsusdur. Ötən gün Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Daimi Komissiyası Cinayət Məcəlləsinə Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tutan qanunvericilik dəyişikliyinə mənfi rəy vermişdi. Buna baxmayaraq, layihənin plenar iclasın gündəliyinə salınması nəzərdə tutulurdu.
2023-12-05
810,526
Əliyevin təşəbbüsü ilə yaradılan bu platforma... - Lavrov
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan regional “3+3” platforması getdikcə daha perspektivli olur. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə deyib. “Prezident İlham Əliyevin Cənubi Qafqaz üzrə “3+3” regional platformasının formalaşdırılması təşəbbüsü artıq formalaşır, bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlar barədə qiymətləndirmələrinizi eşitməyə şad olaram”, - o qeyd edib.
2023-12-05
810,532
Baş nazirdən Xankəndi ilə bağlı açıqlama
Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub. Axar.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər il olduğu kimi gələn il də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması əsas xərc istiqamətlərindən biri olacaq. Ə.Əsədov vurğulayıb ki, müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub: “Bu da 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz çoxdur”.
2023-12-05
810,535
Ermənistan müharibəyə hazırlanır – Ekspertdən çağırış
Son vaxtlar Fransa və Hindistan başda olmaqla, bir sıra dövlətlər açıq şəkildə Ermənistanı silahlandırmağa başlayıblar. Prosesə yüngül silahlarla başlayan Paris indi SEZAR-ları İrəvana göndərməyə hazırlaşır. Fransa bununla kifayətlənməyəcək, başqa silah-sursat və hərbi texnikanın verilməsi də gözləniləndir. Bu sözləri Axar.az-a Ermənistanın yenidən sürətlə silahlandırılmasının məqsədləri haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Polkovnik Ermənistana verilən artilleriya qurğularının atəş məsafəsinə diqqəti çəkib: “Sözügedən məsələdə əsas məqam odur ki, hazırki mərhələdə Ermənistana verilən artilleriya qurğularının atış məsafəsi 40 km-dən artıqdır. Qəlpəli fuqas başlıqlı mərmilərlə atış məsafəsi 41 km, bəzilərində 50 km, reaktiv gücləndiricilərin olduqda 55-70 km-dir. Bütün bunlar vəziyyətin ciddiliyindən xəbər verir. Yəni əgər vəziyyət gərginləşsə, yaşayış məntəqələrimiz düşmənin artilleriya hədəfi ola bilər. Bu, həm hərbçilərimizin, həm də işğaldan qurtarılan bölgələrimizə köçürülən insanların həyatı üçün təhlükə deməkdir”. Hərbi ekspert bütün ehtimallara hazırlıqlı olmağımızın vacibliyini vurğulayıb: “Fransa etdiyi əməlləri gizlətmir, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün tədricən planlarını həyata keçirir. Burada məqsədimiz təşviş yaratmaq və s. deyil. Əlbəttə, Azərbaycan dövləti də lazımi addımları atır. Ancaq hələlik sülh müqaviləsi imzalanmadığı üçün düşməni izləməli, onların əməllərindən, planlarından, məqsədlərindən xəbərdar olmalıyıq. Düşmən bilməlidir ki, Azərbaycan onun atdığı addımlardan xəbərdardır. Fransa, Hindistan kimi ölkələrin Ermənistanı silahlandırması, ordunun yenidən qurulmasında köməklik etməsi qarşıdakı beş ildə Azərbaycana qarşı yenidən revanşist fəaliyyətlərin başlaması məqsədi güdür. Böyük güclər yaxın gələcəkdə bölgədə və dünyada dəyişmə ehtimalı olan konfiqurasiyada Ermənistanı gücləndirərək ondan digər qonşularına qarşı istifadə edə bilər”. Qeyd edək ki, Hindistan Ermənistana ümumi dəyəri yarım milyard dollar civarında olan MArG 155 təkərli özüyeriyən haubitsaların, 30 mm və 40 mm çaplı qumbaraların, “Pinaka” reaktiv yaylım atəş sistemlərinin, Fransa isə “Bastion” zirehli texnikasının, GM-200 radarının, “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükünə qərar verib. Ən son isə Fransa Senatı hökumətə SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib.
2023-12-05
810,536
Şəhid övladları qəhrəman polisləri öz ideallarına çevirib - Video
Vətən müharibəsində bütün azərbaycanlıların həmrəyliyi dövlət qurumları və xalq arasında da bağları daha möhkəm və sarsılmaz etdi. O qurumlardan biri də daim dövlətin və xalqın keşiyində olan Daxili İşlər Nazirliyi idi. Axar.az xəbər verir ki, bu sözləri “Mənim atam qəhrəmandır” layihəsi və “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov sosial media hesablarında yazıb. O qeyd edib ki, əslində Birinci Qarabağ müharibəsinin ilk şəhidləri də polis orqanlarının əməkdaşları arasından idi: “Ordunun o zamankı hazırlıqsızlığının məsuliyyəti polislərin üzərinə düşmüşdü. Və onlar öz canlarını hər an Vətən üçün fəda edə biləcəklərini həm Birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi, həm də son antiterror əməliyyatları zamanı sübut etdilər”. C.Qurbanovun sözlərinə görə, onların işi həm də arxa cəbhədə qalan xalqın keşiyində durmaq idi: “Daxili İşlər Nazirliyi hər iki cəbhədə şücaətini göstərdi, asayişi ən yüksək səviyyədə qorudu, yarana biləcək provokasiyaların qarşısını xalqa hiss etdirmədən aldı”. “Fire Land Group”un rəhbəri qeyd edib ki, Qələbədən sonrakı dövrdə xalqın baş tacı olan şəhid ailələri də onların xüsusi diqqəti ilə qarşılaşdılar: “Həm 3 ildir davam edən "Mənim atam qəhrəmandır" və " Mənim oğlum qəhrəmandır" layihələri boyunca, həm də gündəlik həyatda şəhid əmanətləri polis əməkdaşlarının diqqətinin təəssüratları ilə onlara ən səmimi etiraflarını bildirir, qəhrəman ailələrinə yaraşan şəkildə münasibət görməkdən qürurlanırlar. Şəhid əmanətləri yolboyu onları hərbi salamla salamlayan polislərimizin yaşatdığı fərəh hissini unutmurlar. Məhz bu səbəbdəndir ki, şəhid övladları gələcəkdə həm polis, həm də hərbçi olmağı arzulayırlar. Bu arzunu "Mənim atam qəhrəmandır" layihəsinin bütün tədbirlərində dilə gətirən şəhid övladı Hüseyn əslində şəhid ailələrinə qarşı gördüyü ehtiram dolu münasibətin təsirindən polis əmilərini öz idealına çevirib. Gündəlik həyatımızda qarşılaşdığımız problemlərin həllində ilk Azərbaycan Polisinə zəng etmək ağlımıza gəlirsə, bunu onlara qarşı duyduğumuz güvən hissinə borcluyuq. Son illər daim öz üzərində işləyən, problemlərə operativ həllər tapan, vətəndaşa əlçatan olan Daxili İşlər Nazirliyi etimadları ən yüksək səviyyədə doğruldur. Həm şəhid ailələri adından, həm də siravi vətəndaş kimi başda general-polkovnik Vilayət Eyvazov olmaqla, bütün Daxili İşlər Nazirliyi əməkdaşlarına tez-tez təşəkkür etməyi özümə borc bilirəm. Siz Dövlətçiliyimizin və stabilliyimizin ən çox güvənilən dayaqlarındansınız. Allah Azərbaycan polisini qorusun!”
2023-12-05
810,538
Bu ilin sonunadək Qarabağa nə qədər ailə köçürüləcək?
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Axar.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir.
2023-12-05
810,540
Şərqi Azərbaycanda məktəblər 3 gündür tətilə çıxıb
Havanın çirklilik səviyyəsinin yüksək olması səbəbi ilə Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf bölgələrdəki məktəblərdə ardıcıl 3 gündür tətil elan edilib. Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın Təhsil İdarəsi məlumat yayıb. Bununla yanaşı, əyalətin Fövqəladə Hallar Komitəsi və Səhiyyə Nazirliyinin yerli bölməsi havanın həssas yaş qrupuna aid insanlar - qocalar, uşaqlar və xəstələr üçün xüsusilə təhlükəli olduğu barədə xəbərdarlıq edib, vacib olmadıqca evdə qalmalarını istəyiblər.
2023-12-05
810,542
Əliyevin təşəbbüsü: Bakıda görüş təşkil olunur
12:18 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak və çıxış edib. XİN-dən Axar.az-a bildirilib ki, görüşdə Xəzəryanı dövlətlər arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, ətraf mühitin mühafizəsi və s. sahələr üzrə sektoral əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı çıxış edən nazir Ceyhun Bayramov bu kimi görüşlərin keçirilməsinin Xəzər regionunda mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd edib. Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud vəziyyətin beynəlxalq hüquq normaları, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətin əhəmiyyətini bir daha təsdiqlədiyini qeyd edən nazir Ceyhun Bayramov, Xəzər regionu çərçivəsində də sözügedən prinsiplərin, habelə beynəlxalq hüquqda mövcud təcrübələrin rəhbər tutulmasının vacibliyini vurğulayıb. Xəzər dənizindən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə istifadə üçün Xəzəryanı dövlətlər arasında mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, habelə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın ən qısa zamanda qüvvəyə minməsinin əhəmiyyəti qeyd olunub. Karbohidrogen ehtiyatları ilə zəngin olması ilə yanaşı, mühüm geostrateji mövqe tutan Xəzər dənizi hövzəsində yerləşən dövlətlər arasında bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, investisiyalar, alternativ enerji və s. istiqamətlər üzrə geniş potensialın mövcud olduğu, bu potensialdan istifadənin öz növbəsində regionda nəqliyyat və kommunikasiyaların, infrastruktur və texnologiyaların inkişafına da töhfə verə biləcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından istifadənin o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına da töhfə verəcəyinə dair əminlik ifadə olunub. Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm çağırışlardan birinin Xəzərin dayazlaşması və bunun nəticəsində yaranan ekoloji problemlərin olduğu, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aidiyyəti üzrə ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyi, hazırda Bakıda ekspertlərin müvafiq görüşünün təşkili istiqamətində işlər aparıldığı bildirilib. 2022-ci ilin oktyabrında Bakıda Xəzərlə bağlı Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsinin, Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı yaranan məsələlərin müzakirəsinin faydalı rol oynadığı qeyd edilib. Bu istiqamətdə, cari ilin 18-19 dekabr tarixlərində Bakıda Çərçivə Konvensiyası Katibliyinin fəaliyyətinin təşkili ilə bağlı xüsusi ekspert qrupunun ilk iclasının keçirilməsi barədə əldə edilmiş razılığın konstruktiv dialoqa imkan yaradacağına dair ümidvarlıq ifadə olunub. Tədbirin sonunda müzakirə okunmuş məsələlərin əks olunduğu bəyanat qəbul olunub.
2023-12-05
810,543
Azərbaycanın strateji valyuta ehtiyatları açıqlandı
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 68,3 milyard ABŞ dolları təşkil edir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov bildirib. Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları Ümumi Daxili Məhsulun 97%-nə bərabərdir.
2023-12-05
810,545
İlham Əliyevi gözləyirik – Lavrov
Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəyini gözləyir. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib. “Ayın sonunda, Milad günlərinin əvvəlində Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin ənənəvi qeyri-rəsmi sammiti keçiriləcək, biz burada ötən illərdə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakını gözləyirik”, - o bildirib. Lavrov Azərbaycan- Rusiya münasibətlərinin yüksəlişdə olduğunu qeyd edib: “Oktyabrın 12-də, iki ay əvvəl, Bişkekdə liderlərimiz MDB sammiti çərçivəsində çıxış edərək müttəfiq, strateji qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə sadiq olduqlarını təsdiqlədilər”.