date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-06 | 810,760 | BMT-də Güney problemi azərbaycanca dilə gətirildi | Güney Azərbaycan Cümhuriyyət Partiyasının insan haqları departamentinin nümayəndəsi Araz Yurdsevən BMT-də çıxış edib. Dünyanın bir çox ölkələri onun çıxışını Azərbaycan dilində eşidiblər. Bu barədə Axar.az-a partiyanın sədri Araz Ataxan məlumat verib. O bildirib ki, BMT tribunasından 35 milyon əhalisi olan Güney Azərbaycanın haqq səsi, rejim tərəfindən üzləşdiyi mədəni, sosial və siyasi həyatın müxtəlif sahələri üzrə haqsızlıq diqqətə çatdırılıb: “Təəssüflər olsun ki, 35 milyondan çox Güney Azərbaycan xalqı ciddi ayrı-seçkilik və pozuntularla üzləşməkdədir. Belə ki, Urmiya gölü artıq bir neçə vaxtdır ki, qlobal miqyasda İran rejiminin ekosidi ilə üz-üzədir. Urmiya gölünə axan bütün su qaynaqlarının önündə İran rejimi tərəfindən çoxlu süni bəndlər tikilib. Bu da böyük bir ekaloji fəlakətə və quraqlığa gətirib çıxartdı. Əslində, Urmiya gölünə axan təbii dağ çayları və sularının önündə bu kimi süni bəndlərin tikintisi Güney Azərbaycana qarşı İran dövlətinin açıq bir düşmənçiliyi ilə həyata keçirilən hiylə layihəsidir. Urmiya kimi tarixi bir göl qəsdən qurudulur və bölgənin torpaqlarının başdan-başa səhralaşmasına yol açılır. Bu isə Cənubi azərbaycanlıların öz tarixi yurdlarını kütləvi şəkildə tərk etməsinə və ya Urmiya bölgəsi insanlarının elliklə köçürülməsinə (miqrasiyasına) rəvac verir. Bu səbəbdən də İran rejimi tərəfindən Urmiya gölünün canlandırılması üçün dövlət olaraq heç bir tədbir görülmür. Bunun qarşılığında Ərəb körfəzindən kilometrlərlə uzağa su çəkib, fars bölgələrində süni göllər tikmək üçün xəzinədən milyardlarla dollar vəsait ayırır”. Partiya mənsubu BMT-nin tribunasından Azərbaycan dili ilə bağlı problemlərə də diqqət çəkib: “Güney Azərbaycan xalqının ikinci ən böyük problemi ana dilindən mərhum edilməsidir. Güney azərbaycanlılar ana dilində təhsil almaqda ciddi şəkildə şiddət və qadağalarla üzləşirlər”. Məruzəçi Güney Azərbaycanın maddi və mənəvi sərvətlərinin talanmasından, işsizlik, korrupsiya və cinayət halların artmasından da söz açıb: “Quzey və Güney azərbaycanlıların eyni millət olduqlarını diqqətə çatdırmaqla yanaşı, vurğulamaq istərdik ki, bölünmüş bir millət olduğumuzu hər kəs bilməlidir. Beləcə, Güney Azərbaycandakı xalqımız da quzeyli soydaşlarımız kimi, eyni hüquqlardan istifadə etməlidir. Xalqımız öz müqəddəratını təyinetmə hüququnu əldə etməklə, İran rejimi tərəfindən hüquq müdafiəçilərinin qanunsuz həbsinə, edamlara, qadınların hüquqlarının pozulmasına və açıq şəkildə işgəncələrə son qoyacaqdır”. |
2023-12-06 | 810,763 | Musəvinin Zəngəzur açıqlaması: İran buna çalışır | Hazırda İranın mövqeyinə və səfirin məlumatlarına nəzər salsaq, Tehran hansısa bir formada Ermənistan üzərindən Azərbaycanın qərb regionları ilə Naxçıvana nəqliyyat kommunikasiya xətlərinin çəkilməsinə qarşıdır. Tehran bunu ancaq öz ərazisindən keçirmək niyyətindədir. Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını şərh edərkən deyib. Onun sözlərinə görə, İran Ermənistan üzərindən öz maraqlarını reallaşdırmaq istəyir: “Bu, ilk növbədə İran tərəfinin Ermənistanın suverenliyinin şübhə altına almasıdır. Eyni zamanda, Tehranın Azərbaycanla Türkiyənin həyata keçirəcəyi nəqliyyat kommunikasiya layihələrində öz iştirakını təmin etməsidir. Burada məsələ Ermənistanın subyektliyidir. İrəvan 25 il ərzində suverenliyini Rusiyaya bəxş etmişdi, indi isə Azərbaycan və Türkiyə ilə müqayisədə Tehranın müvəqqəti dəstəyini qazanaraq suverenliyinin bir hissəsini İrana verib. Buna baxmayaraq, Azərbaycan-Ermənistan arasında gözlənilən sülh müqaviləsi ilə əlaqələrin bərpası qərarları veriləcəyi halda, Zəngəzur dəhlizi də açıla bilər”. Siyasi şərhçi onu da vurğulayıb ki, İranın fikirləri Azərbaycandan yox, əsasən Ermənistandan yanadır. |
2023-12-06 | 810,764 | Xalq şairinin qızı vəfat etdi | Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə ötən gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. Kult.az xəbər verir ki, bu barədə Qazax Xeyriyyə Cəmiyyətinin məlumatında bildirilib. Qeyd edilib ki, Zöhrə xanım öz vəsiyyətinə uyğun olaraq Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub. Xatırladaq ki, Zöhrə Arif qızı Hüseynzadə 1951-ci ilin 30 sentyabrında Qazax rayonunun Yenigün kəndində (indiki Ağstafa rayonu - red.) anadan olub. Tibbi təhsil alıb və səhiyyə sistemində çalışıb. |
2023-12-06 | 810,765 | Qərbin Ukraynaya diqqəti azalmayacaq - Kuleba | Kiyev Qərbin yardımlarının və diqqətinin azalacağını gözləmir. Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hollandiyalı həmkarı Hanke Bruins Slot ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib. "Mən tərəfdaşlardan gələn dəstəyin azalmasını görmürəm. Əgər silah və sursat tədarükü haqqında danışsaq, hər şey qrafik üzrə olacaq. Bizim tərəfdaşlarımız başa düşürlər ki, Ukraynada Ukraynanın gələcəyindən daha çox şey təhlükə altındadır. İstər diqqət, istərsə də gələn dəstək baxımından hər hansı bir yavaşlama və ya azalma gözləmirəm”, - XİN rəhbəri bildirib. |
2023-12-06 | 810,766 | Qəzzada bunu yalnız bir ordu bacarar - Netanyahu | Heç bir beynəlxalq qüvvə Qəzza zolağının demilitarizasiyasını təmin etməyə qadir deyil, yalnız İsrail Müdafiə Qüvvələri anklavın demilitarizasiyasına zəmanət verə bilər. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib. "Mən HƏMAS-dan sonrakı günlərdən danışmaq istəyirəm. Qəzza demilitarizasiya edilməlidir. Demilitarizasiyanın qayğısına qalmağa qadir olan yalnız bir qüvvə var. Bu qüvvə İsrail Müdafiə Ordusudur. Heç bir beynəlxalq qüvvə buna görə məsuliyyət daşıya bilməz", - Netanyahu qeyd edib. |
2023-12-06 | 810,767 | Rusiyanın Su-24 qırıcısı məhv edildi | Qara dəniz üzərində Rusiyaya məxsus Su-24 bombardmançısı Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna HHQ-nin sözçüsü Yuri İqnat deyib. O bildirib ki, Rusiya FHN-nin müvafiq strukturları təyyarənin qalıqlarının axtarışlarına başlayıb. |
2023-12-06 | 810,768 | Məşhur baş məşqçi Şahruddinin komandasına gəlir? | İtaliya millisinin sabiq üzvü Fabio Kannavaro Türkiyənin "Adana Demirspor" komandasını çalışdıra bilər. Axar.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb. Məlumata görə, Adana təmsilçisi Kannavaro ilə danışıqlara başlayıb. Qeyd edək ki, "Adana Demirspor"da Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev oynayır. "Adana Demirspor" dekabrın 4-də baş məşqçi Patrik Klyuverti istefaya göndərib. |
2023-12-06 | 810,769 | İran və Rusiya Cənubi Qafqazı bağlayır, Türkiyə isə... | 09:00 Rusiya və İran regionu Qərbin müdaxiləsinə bağlayır və Xəzər formatı da “3+3” platforması ilə birlikdə bu gündəmə xidmət edir. Axar.az xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan xarici işlər nazirlərinin Moskva görüşündə Xəzər Şurasının yaradılması elanını şərh edərkən deyib. “Xəzər platforması və “3+3” formatı bir-biri ilə bağlıdır və Rusiya İranla birlikdə regionu kənar oyunçulara, xüsusən də Qərbə bağlayır. Xəzərin hüquqi statusu ilə bağlı sənədlərdə açıq şəkildə göstərilir ki, üçüncü dövlətlərin hərbi gəmiləri və silahlı qüvvələri Xəzər dənizində yerləşə bilməz. İndi Xəzər Şurasının yaradılması bu prinsipə yalnız son forma verir. Bu məsələdə Moskva və Tehranın Ankaradan dəstəyi var. Lavrovun “3+3” platformasını xatırlatması da təsadüfi deyildi, çünki bu halda o, ümumi regionallaşma prosesində tamamlayıcı həlqədir. Bu proseslər bir tərəfdən “3+3” işində iştirak etməyə razılaşan, digər tərəfdən Azərbaycanla danışıqlar üçün Qərb platformalarında israr edən Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir. Amma indiki halda İrəvan Tehranın xəbərdarlığına baxmayaraq, Azərbaycanla danışıqların “qərbləşməsində” israrını davam etdirərək ölkə üçün təhlükəli olan xətt yürüdür. Ermənistan hakimiyyəti İranın regional proseslərə üçüncü oyunçuların cəlb edilməsinin yolverilməzliyi barədə xəbərdarlıqlarına qulaq asmaq istəmir və İrəvan Tehranın mesajlarını başa düşmür”, - o bildirib. Erməni politoloq hesab edir ki, Qərb formatlarında əldə edilən hansısa razılaşma həyata keçirilməyəcək: “İstənilən halda Azərbaycan onlara əməl etməkdən imtina edəcək və təəssüf ki, bunda Rusiya, İran və Türkiyə tərəfindən dəstəklənəcək. Onların hamısı qeyri-regional qüvvələrin iştirakına mane olmaqla, müzakirə olunan problemləri regionallaşdırmağa çalışacaq. İrəvan daha çevik və uzaqgörən mövqe tutub, Qərbə getmək üçün israrlı cəhdlərdən əl çəkməlidir. Geosiyasi mərkəzlərin toqquşması kontekstində İrəvan istər-istəməz Rusiya və İranı təmsil etdiyi formada regional inteqrasiyaya mane olan amilə çevrilir. Ermənistan antirusiya və antiiran mövqe tutmamalıdır. Özümüzə sual verməliyik: Güvəndiyimiz o Qərb mərkəzləri regional aktorlara təsir göstərmək və onları bu və ya digər məsələ ilə bağlı mövqelərini dəyişməyə məcbur etmək iqtidarındadırmı? “Qərbə arxalanmaq” kimi baxış bucağı 10-15 il əvvəl köhnəlib. Ukrayna nümunəsi göstərir ki, bir ölkəni necə məhv edib, sonra da “bağışlayın, bizim daha dəstəkləməyə pulumuz yoxdur” deyə bilərlər”. |
2023-12-06 | 810,774 | Neft ucuzlaşdı | Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 77,18 dollara, yüngül neftin bir barreli isə 72,26 dollara təklif olunur. |
2023-12-06 | 810,778 | Zərdabda maşın ağaca çırpıldı: ölən var | Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, rayonun Qaravəlli kənd sakini Əmrah Vüqar oğlu Umarov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Zərdab şəhəri Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində idarəetməni itirərək yol kəsişməsində olan ağaca çırpılıb. Nəticədə sərnişin Raul Əziz oğlu Əliyev hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. |
2023-12-06 | 810,780 | İnterpolun axtardığı narkobaron İstanbulda saxlanıldı | İnterpolun qırmızı bülletenlə axtardığı şəxs İstanbulda saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X-də yazıb. O bildirib ki, Böyük Britaniyanın axtarışa verdiyi Şaun Monaghan İstanbulda həyata keçirilən “Kafes-16” əməliyyatı çərçivəsində saxlanılıb. Ş.Monaghan qanunsuz narkotik dövriyyəsi, silah ticarəti, silahla adam yaralama, silahla təhdidetmədə ittiham olunur. Məlumata görə, o, bu il oktyabrın 25-də Türkiyəyə gəlib. |
2023-12-06 | 810,781 | Faktiki hava açıqlandı | Dekabrın 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi 6-da gecə saatlarından 8-13 m/s-dək zəifləyib. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 5-də günün ikinci yarısından bəzi yerlərdə arabir yağış yağıb. Lənkəran-Astara zonasında intensiv olub. Düşən yağıntının miqdarı: Lənkəranda 20 mm, Astarada 10 mm, Quba, Biləsuvar, Zaqatala, Balakən, Göygöl, Cəfərxan, Beyləqan, Şabran, Qobustan, Xaltan, Qusar, Tərtər, Neftçala, Sabirabad, İmişli, Xaçmaz, Yardımlı, Göytəpə, Ağdam, Naftalanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. |
2023-12-06 | 810,782 | Ermənistan və İran Araz üzərində yeni körpü tikir | Ermənistan və İran Araz çayı üzərində yeni körpünün layihəsi üzərində işləyir. İndi mütəxəssislər körpünün sonrakı layihələndirilməsi üçün texniki-iqtisadi əsaslandırma aparırlar. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan bildirib. "Biz körpünün tikintisi üçün texniki göstəriciləri dəqiqləşdirməliyik. Bu halda işləyən körpünün parametrləri, xüsusən də onun tutumu nəzərə alınacaq", - Qaleçyan bildirib. |
2023-12-06 | 810,785 | Bakıda mühüm forum: Prezident çıxış etdi - Video | 09:44 Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Axar.az xəbər verir ki, tədbirdə 30 ölkəni təmsil edən 60 xarici ekspert iştirak edib. |
2023-12-06 | 810,795 | Ukraynada çevrilişə biz kömək etdik - Messi | ABŞ 2014-cü ildə Ukraynada hökumətin devrilməsinə kömək edib. Axar.az xəbər verir ki, bunu respublikaçı konqresmen Tomas Messi deyib. “2014-cü ildə biz onların seçdiyi hökuməti devirməyə kömək etdik. Biz Rusiyanın qarşısında qılınc oynatdıq. Mən dedim ki, bu sanksiyalar, qılınc oynatmalar, qətnamələrin nəticələri olacaq və oldu da”, - Messi bildirib. |
2023-12-06 | 810,799 | Motosiklet yük maşını ilə toqquşdu: ölən var - Foto | Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Mersedes" markalı yük avtomobili motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-06 | 810,805 | 651-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 651-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 335 110 hərbçi, 5 600 ədəd tank, 10 456 ədəd zirehli döyüş maşını, 8024 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 532 ədəd avtomobil texnikası, 6083 ədəd PUA, 1 570 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 153 xüsusi avadanlıq itirib. |
2023-12-06 | 810,806 | Ukrayna məğlub olsa, məsuliyyəti biz daşıyacağıq | Konqres Kiyevə əlavə yardımı təsdiqləməsə, ABŞ Ukraynanın məğlubiyyətinə görə məsuliyyət daşıyacaq. Axar.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib. “Konqres üzvləri ilə danışdım. Düşünürəm ki, onlar vəziyyətin ağır olduğunu başa düşürlər. Kiyevin ehtiyac duyduğu bu maliyyəni təmin edə bilməsək, Ukraynanın məğlubiyyətindən məsuliyyət daşıyacağıq. Buna birbaşa büdcə dəstəyini də daxil edirəm, çünki bu, həyati əhəmiyyət kəsb edir. Ukraynada sadəcə olaraq pul tükənir. Kiyev vergidən əldə etdiyi hər senti hərbi maaşlara və müdafiəyə xərcləyir. Onları dəstəkləmək üçün göndərdiyimiz vəsait olmasaydı, məktəbləri, xəstəxanaları və ya təcili yardım xidmətləri olmazdı”, - o bildirib. |
2023-12-06 | 810,808 | Azərbaycanda əməliyyat: 4 milyonluq narkotik... - Video | Baş Narkotiklərlə Mübarizə İdarəsi son 45 gündə “qara” bazarda dəyəri 4 milyon manat olan 132 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 45 gündə Bakı və Respublikanın digər bölgələrində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən bu maddələrin satışı ilə məşğul olan 49 nəfər saxlayıb. Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 4 milyon manat olan ümumilikdə 132 kiloqram, o cümlədən 42 kiloqram heroin, 68 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 22 kiloqram metamfetamin, tiryək, 700 ədəd psixotrop tərkibli metadon, tramadol həbi, 1 ədəd odlu silah, elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb. Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri – Elmir Alılı, Fərman Sultanlı və Xalid Bağırov saxlanılıblar. Onlardan 48 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar. Qeyd edilən dövrdə Baş İdarənin əməkdaşları paytaxt, eləcə də cənub və qərb bölgələrində də əlavə əməliyyatlar keçirib. Masallı rayonunda baş tutan tədbirlərdən biri zamanı narkotik maddələrin ölkəyə gətirilməsini təşkil edən əsas şəxslərdən biri Cəlilabad rayon sakini Sudef Xəlilov saxlanılıb. Onun üzərindən, avtomobilindən və yaşadığı ünvandan 36 kiloqramdan artıq heroin və marixuana aşkar edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. |
2023-12-06 | 810,812 | İsveç bütün hərbi bazalarını ABŞ-ın ixtiyarına verdi | ABŞ və İsveç arasında bağlanan hərbi əməkdaşlıq müqaviləsi Pentaqona bu ölkə ərazisindəki baza, qurğular və hərbi zonalardan istifadə etmək hüququ və imkanı verir. Axar.az xəbər verir ki, bu barədə məlumat İsveç hökumətinin saytında yer alıb. “Bu bazalar, zonalar və obyektlər ölkənin şimalındakı Kiruna, Östersund və Lulea, cənub-qərbdəki Halmştad və cənubdakı Ronneby, Qotland adasındakı Visbi, paytaxtdan 70 km məsafədəki Uppsala daxil olmaqla bütün İsveç ərazisində yerləşir. Bura Stokholm yaxınlığındakı Berq dəniz bazası da daxildir”, - məlumatda qeyd olunub. Qeyd edək ki, dünən ABŞ müdafiə naziri Pol Yonson və ABŞ müdafiə naziri Lloyd Ostin arasında hərbi əməkdaşlıq barədə saziş imzalanıb. |
2023-12-06 | 810,814 | Qarabağda yaşayan insanların iki seçimi var - Prezident | Biz suverenliyimizi iki il yarım bundan əvvəl bərpa edəndə gördük ki, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumunda bildirib. “Ümid edirdik ki, bu məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var - onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”, - deyə dövlətimizin başçısı vurğulayıb. |
2023-12-06 | 810,816 | Pensiya alanların nəzərinə! | Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də, Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Axar.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək. |
2023-12-06 | 810,821 | Onlar psixoloji sarsıntı keçiriblər - İlham Əliyev | Biz də çalışırıq əlimizdən gələni edək ki, məcburi köçkünlər üçün maksimal həyat şəraiti yaradılsın onlar buna layiqdirlər. Onlar, həmçinin psixoloji sarsıntı keçiriblər. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumunda bildirib. Dövlətimizin başçısı minalar məsələsinə də toxunaraq deyib: “Biz istəyirik ki, proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq”. |
2023-12-06 | 810,822 | Ölkəmizdə dollara tələb kəskin artdı | Valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur. Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib. O qeyd edib ki, son 3 hərracda 241.1 milyon dollar satılıb: “Son 3 hərracda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollarlıq tələb yaranmışdırsa, ötən ayın son günündə 77.8, dünən isə 95.1 milyon dollarlıq sifariş olub. Dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”. Ekspert onu da vurğulayıb ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. |
2023-12-06 | 810,825 | Ruslar 48 “Şahid”lə Ukraynaya hücuma keçdi | Rus ordusu bu gecə Ukrayna ərazisinə 48 “Şahid” PUA-sı ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən PUA-lardan 41-i məhv edilib. |
2023-12-06 | 810,826 | Separatçılara amnistiya təklif etmişdik - Prezident | Mən Laçına qayıtmış sakinlərlə görüşümdə qeyd etdim ki, bu məsələnin normal həlli yolu var və mən o zaman dedim, separatçıların liderləri təslim olsunlar, onlara qarşı amnistiya tətbiq edilə bilər. Təəssüf olsun ki, yenə də mənim sözlərimə düzgün qiymət verilmədi. Bu gün separatçıların rəhbərləri Azərbaycandadırlar. Onlar buraya gəlmək istəyirdilər və bizi hədələyirdilər ki, tank üzərində gələcəklər Azərbaycana, Bakıya. Bu gün isə Azərbaycanda mühakimə olunmağı və bizim ədliyyə sisteminin yekun qərarını gözləyirlər. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib. Dövlət başçısı deyib: “Ümid edirdik ki, biz Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik. Lakin təəssüflər olsun ki, orada hakimiyyəti bir növ inhisarçılığa götürmüş insanlar buna imkan vermədi. Bundan əlavə, sentyabr ayında iki hadisə baş verdi ki, bu, bizim üçün qırmızı xəttin keçməsi demək idi. Birincisi, Ermənistan baş nazirinin dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi münasibətilə təbriki, bu, tamamilə Ermənistan baş nazirinin dediyi və imzaladığı sənədlə ziddiyyət təşkil edirdi. Çünki ötən ilin oktyabrında Ermənistan və onun baş naziri rəsmi olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Bundan sonra eyni ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik məktubunun göndərilməsi tamamilə qəbuledilməz idi bizim üçün və çoxziddiyyətli bir hərəkət idi”. |
2023-12-06 | 810,830 | Ermənistanın Rusiyaya yolu yenə bağlandı | Əlverişsiz hava şəraiti ilə əlaqədar Hərbi Gürcüstan Yolu ilə ağır avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə idarəsindən məlumat verilib. “Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi və avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzlüyü ilə əlaqədar, həmçinin Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınaraq, Vladiqafqaz şəhəri ilə Lars yaşayış məntəqəsi arasındakı hissədə iritutumlu avtomobillərin hərəkəti 6 dekabr 2023-cü il saat 02:20-dən sonrakı bildirişə qədər qadağan edilib”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Hərbi Gürcüstan Yolu Ermənistanı Rusiya Federasiyası ilə birləşdirən yeganə quru yoludur. |
2023-12-06 | 810,832 | Prezident antiterror əməliyyatından danışdı | Bir gündən az sürən antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik. Tədbirlər nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmamışdır. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumda bildirib. “Biz dərhal bəyan etdik ki, erməni qoşunları silahı yerə qoyan kimi, biz əməliyyatı dayandıracağıq və onlara çıxmağa imkan verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olan kimi əməliyyata son qoyuldu. Bu, sonuncu görüşümüzdən sonra baş verən ən mühüm hadisələrdir”, - deyə dövlətimizin başçısı vurğulayıb. |
2023-12-06 | 810,833 | "Qırmızı Ürəklər"in dəstəyi ilə bu rayonlarda “Vətən Bağı” salındı | Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə eyni sayda ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır. Budəfəki ağacəkmə aksiyası PAŞA Holding-in dəstəyi ilə Qazax rayonunda, Kapital Bank-ın dəstəyi ilə Şabran rayonunda həyata keçirildi. Qazaxda 350, Şabranda 140 ədəd olmaqla ümumilikdə 490 ədəd sərv və tuya ağacı əkildi. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak etdilər. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutdu. Tədbirdə iştirak edən şəhid ailələri bu təşəbbüsə görə fonda və aidiyyatı qurumlara təşəkkür etdilər. Qeyd edək ki, “Vətən Bağı” əsasən insanların sıx yaşadığı yerlərdə, parklarda və şəhər mərkəzlərində salınır. Bununla da ölkə ərazisində Vətən Bağı-nın sayı 28-ə çatdı. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilir. “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar. |
2023-12-06 | 810,836 | Pistorius: Berlin Kiyevin müttəfiqi deyil | Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin Ukraynanın müttəfiqi olmadığını bildirib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Pistorius Ukraynaya silah tədarükündə gecikmələrin olduğunu da etiraf edib: “Bacardığımızı çatdırırıq. Bu, demək olar ki, bütün digər müttəfiqlərə və tərəfdaşlara da aiddir. Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. İndi bizim bir problemimiz var: hamıya məlumdur ki, müdafiə sənayesi müəyyən sahələri lazım olduğu qədər tez təmin edə bilmir. Bununla belə, müdafiə sənayesi imkan daxilində istehsal gücünü genişləndirir”. |
2023-12-06 | 810,838 | Biz sübut etdik ki, hər üç ölkə yanılırdı - Prezident | Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib. İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə 3 il bundan əvvəl həll edildi”. |
2023-12-06 | 810,843 | Ermənilər ümidlənmişdi, Miller məhv etdi - Surenyants | ABŞ Dövlət Departamentinin nümayəndəsi Miller bildirib ki, Vaşinqton Bakı ilə əlaqələrini heç vaxt dayandırmayıb, eyni zamanda, İrəvanla da birbaşa əlaqə saxlayır. Bu bəyanat bəzi qərbpərəstlərin təbliğatını puç etdi. Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib. “Əlbəttə ki, Miller heç bir sirr açmadı, sadəcə, bizim qərbpərəstlər həftələrdir ki, Vaşinqtonun Bakı ilə təmaslarını dayandırdığını deyib, ABŞ-ın ermənipərəst mövqeyi ilə bağlı əfsanələr yaradırlar”, - o bildirib. |
2023-12-06 | 810,844 | Cənab Borrell, ola bilər ki, yuxular görür - Prezident | Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Jozep Borrell – red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borrell bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrell yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib. “Bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verdi. Çox təəccüblüdür ki, onun (Borrell – red.) öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”, - deyə dövlətimizin başçısı vurğulayıb. |
2023-12-06 | 810,845 | Bakıda sığınacaqda 40 uşaq qızılcaya yoluxdu | Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub. Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında təşkilatın sədri Kəmalə Ağazadə deyib. O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib: "Onların əksəriyyəti də 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır". |
2023-12-06 | 810,847 | Azərbaycan şəhərində yanğın: 9 nəfər xəsarət aldı | Dekabrın 5-də axşam saatlarında Şərqi Azərbaycanın Tufarqan (Azərşəhr) şəhərində yerləşən sənaye şəhərciyində güclü yanğın olub. Axar.az xəbər verir ki, bu barədə əyalət valiliyinin Böhran İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, boya zavodunda baş verən yanğın nəticəsində xəsarət alan 9 nəfər Üskü və Tufarqan xəstəxanalarına yerləşdiriliblər. Yanğının başvermə səbəbləri barədə məlumat verilməyib. Hadisənin araşdırıldığı bildirilib. |
2023-12-06 | 810,848 | Yevlaxa vaxtında gəlsəydilər, əməliyyat olmazdı - Prezident | Onlar (erməni icmasının nümayəndələri – red.) yalnız 20 sentyabrdan sonra görüşməyə razılıq verdilər. Biz artıq suverenliyimizi bərpa etmək üçün güc tətbiq etmək fikrinə gəldikdə, onların nümayəndəsi Yevlaxa gəldi. Bir dəfə yox, iki dəfə gəldi. İndi sual verilir, nəyə görə əvvəllər gəlmirdi? Əgər əvvəllər gəlsəydilər, onda antiterror tədbirinə ehtiyac qalmazdı və bu, yaxın tarixdir. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, indi Qarabağda elektron portal fəaliyyət göstərir. Artıq Qarabağ ermənilərinin bir neçəsindən müraciət qəbul olunub. Bəziləri qalmaq istəyirlər, orada yaşayırlar. “Biz Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayəndələr ayırmışıq ki, onlar müvafiq şərait yaratsınlar. Onlar ərzaqla təmin olunmalıdır, istilik təmin edilməlidir və digər yaşayış üçün şərait təmin edilməlidir. Mən demirəm ki, onların çoxu qalıb. Lakin qalmaq qərarı verən ermənilər artıq bu şəraitdən yararlanırlar”, - deyə dövlətimizin başçısı əlavə edib. |
2023-12-06 | 810,849 | Azərbaycana qəti şəkildə zəmanət lazımdır - Əliyev | Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarant lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı zəmanət olsun”. |
2023-12-06 | 810,855 | Həsənov və Vəliyev türkiyəli generalla görüşdü - Foto | Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsərt ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdən əvvəl türkiyəli nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdirib. Sonra Müdafiə Nazirliyində görüş keçirilib. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən ordu generalı İ.Özsərt göstərilən qonaqpərvərliyə və səmimi münasibətə, eləcə də hər iki qardaş ölkənin hərbçilərinin Bakıda növbəti görüşünün təşkilinə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib. Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib. Görüşdə Azərbaycan və Türkiyə respublikaları arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb. Baş Qərargahda keçirilən görüşdə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunub. Hər iki ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının əhəmiyyəti xüsusi vurğulanıb. |
2023-12-06 | 810,856 | DSX-dən İranla sərhəddə əməliyyat | Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi İrandan Azərbaycana 40 kiloqramdan çox narkotik keçirilməsinin qarşısını alıb. Bu barədə Axar.az-a DSX-dən məlumat verilib. Bildirilib ki, dekabr ayının 5-də saat 11:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 40 kiloqram 158 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
2023-12-06 | 810,857 | Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır | Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda ifadə edib. İki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu deyən dövlətimizin başçısı əlavə edib: "Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”. Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib: “Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”. |
2023-12-06 | 810,862 | Prezident finlandiyalı həmkarını təbrik etdi | Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm". |
2023-12-06 | 810,870 | DYP-dən xəbərdarlıq: 5000 manat cərimə... | Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlığında bildirilib. “Təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalı və qanunvericilikdə nəzərdə tutulmuş qayda da qablaşdırılmalıdır. Bir daha bu fəaliyyət ilə məşğul olan şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər 600 mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər 1400 manatdan 1700 manatadək məbləğdə, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər", - məlumatda qeyd edilib. |
2023-12-06 | 810,872 | Tam istədiyiniz ulduz, "Tam DigiCard"la! | Müştərilərə böyük faydalar yaradan təmassız ödənişlərə marağı artırmaq üçün ABB Mastercard beynəlxalq ödəniş şirkəti ilə birgə yeni kampaniyaya start verib. Kampaniyanın əsas reklam siması məşhur futbol ulduzu Lionel Messidir. Kampaniyada ABB-nin həm rəqəmsal, həm real Tam DigiCard kartlarının sahibləri iştirak edə bilər. Bunun üçün kart sahibi əvvəlcə https://gift.abb-bank.az/ səhifəsində qeydiyyatdan keçməlidir. Kampaniyaya qoşulmuş müştəri 4 dekabrdan 31 yanvara qədər Tam DigiCard-ı ilə apardığı 10 manatdan çox hər təmassız ödənişinə görə 1 şans qazanacaq. Bir neçə Tam DigiCard-ı olan müştərinin kampaniya müddətində bu kartları ilə apardığı bütün əməliyyatların sayı cəmlənərək nəzərə alınacaq. Qaliblər məşhur futbol ulduzu Lionel Messinin orijinal imzası ilə köynəklərin, futbolla bağlı başqa maraqlı hədiyyələrin daxil olduğu Messibox-lar və digər qiymətli hədiyyələr qazanacaqlar: 1-3 yerlər : Messibox + iPhone 15 256 Gb 4-6 yerlər : Messibox + iPhone 13 256 Gb 7-9 yerlər : Messibox + Apple Watch Series 9 10-15 yerlər : Messibox + Apple Watch Series 7 16-38 yerlər : Samsung Watch 39-50 yerlər : Samsung Galaxy Buds Pro Nəticələr kampaniya bitdikdən 20 iş günü sonra https://gift.abb-bank.az/ saytında elan ediləcək. Qaliblərin qeydiyyat zamanı daxil etdikləri mobil nömrəyə qalib olmaları barədə SMS gələcək. Onlar 30 iş günü ərzində şəxsiyyəti təsdiq edən sənədlə hədiyyələrini ABB-nin baş ofisindən alacaqlar. Hər bir iştirakçı qazandığı şans sayını və iştirakçı reytinqini https://gift.abb-bank.az/ saytında izləyə bilər. Kampaniya müddətində bir ticarət və xidmət məkanında gün ərzində maksimum ilk 3 uğurlu əməliyyat nəzərə alınacaq. Müxtəlif ticarət obyektləri üzrə isə əməliyyat sayı limitsizdir. 1 iştirakçı kampaniyada 1 dəfə qalib ola bilər. Ləğv edilmiş əməliyyatlar nəzərə alınmayacaq. ABB əməkdaşları və onların birinci dərəcəli qohumları kampaniyada iştirak etmir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. |
2023-12-06 | 810,876 | Açıq danışmağı xoşlayıram: bundan narazıyam! | Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borel, madam Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı səsləndirib. “Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda, bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və qaz-neft sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanı bağlayan bir layihə olacaq. Yəni, oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir”, - deyə dövlətimizin başçısı vurğulayıb. |
2023-12-06 | 810,877 | Şahin Bağırov polkovniki vəzifəsindən azad etdi | Polkovnik (gömrük attaşesi) Anar Hüseynov Dövlət Gömrük Komitəsinin Rusiya nümayəndəsi vəzifəsindən azad edilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Bildirilib ki, A.Hüseynov öz istəyi ilə təqaüdə göndərilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Anar Hüseynov gömrükdə bir sıra vəzifələrdə çalışıb. |
2023-12-06 | 810,880 | Kremlə qarşı yeni addım: İrəvana “hərbi missiya” gəlir | AB və onun aparıcı üzvü Fransa son dövrlərdə Ermənistanda öz hərbi varlığını genişləndirmək üçün aktivləşib. Bu sözləri Axar.az-a AB-nin Ermənistana hərbi-texniki heyət göndərmək planı haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspert Ermənistanın Rusiyadan qoparılması üçün proses getdiyini bildirib: “Paris İrəvan ilə Moskvanın münasibətlərini tamamilə korlamaq üçün öncə “mülki missiya” göndərdi, missiyanın üzvləri istefada olan hərbçilərdən seçildi, indi isə hərbi-texniki heyətin göndərilməsi nəzərdə tutulur. Diqqətçəkən məqam isə sözügedən heyət gəlməmişdən əvvəl Fransadan göndərilən silah-sursat və hərbi texnikanın bir hissənin artıq Ermənistana çatdırılmasıdır. Növbəti ildə də bu davam edəcək və təbii ki, silah-sursat və hərbi texnika göndərilirsə, onun servis heyəti də olmalıdır”. Ədalət Verdiyev AB ilə yaxınlaşmanın Ermənistan üçün ağrılı olacağını qeyd edib. Qeyd edək ki, AB-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos öz açıqlamasında təşkilatın bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-texniki missiya göndərəcəyini deyib. |
2023-12-06 | 810,881 | ABŞ-dan İsrailə sərt xəbərdarlıq: Yanvara qədər... | ABŞ rəsmiləri İsrailin Qəzzada əməliyyatının hazırkı mərhələsinin yanvara qədər davam edəcəyini gözləyir. Axar.az xəbər verir ki, bu barədə CNN amerikalı rəsmilərə istinadla məlumat yayıb. İddia edilib ki, yanvarda HƏMAS yaraqlılarını və liderlərini hədəf alan daha az intensivli, hiperlokallaşdırılmış strategiya başlayacaq: “ABŞ sərt şəkildə İsrailə xəbərdarlıq edib ki, ordu şimalda tətbiq etdiyi dağıdıcı taktikanı təkrarlaya bilməz və mülki itkiləri məhdudlaşdırmaq üçün daha çox işlər görməlidir. Bildirilib ki, minlərlə mülki şəxsin ölümünə səbəb olan quru əməliyyatına dünya ictimaiyyətinin getdikcə daha çox qarşı çıxması ilə əməliyyatı hazırkı formada davam etdirmək və hələ də beynəlxalq dəstəyi saxlamaq üçün vaxt sürətlə azalır”. |
2023-12-06 | 810,884 | Makronun bu sözlərinə görə Qranadaya getmədim | Fransa Prezidenti (Emmanuel Makron - red), Şarl Mişel və Ermənistanın baş naziri ilə Praqa görüşünün keçirilməsi təklifi irəli sürüldü. Praqada keçirilən görüşü müsbət qiymətləndirirəm. Çünki o vaxt baş nazir Paşinyan Qarabağı Azərbaycanın hissəsi kimi tanıdı. Düzdür, o, sonra başqa bəyanatla çıxış etdi, öz fikrindən çəkindi. Həmin vaxt o, “Dağlıq Qarabağ”a təbrik məktubu göndərdi. Amma yenə də mən Praqa görüşünün nəticəsi müsbət kimi qəbul etdim. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı səsləndirib. Ermənistan ilə Azərbaycan arasında aparılan sülh danışıqlarına toxunan dövlətimizin başçısı qeyd edib: “Danışıqlar bu formatda davam edirdi. Lakin sonradan nə baş verdi? Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi və beləliklə, özünü prosesdən ayırdı. Çünki tam aydın idi ki, əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Ona görə neytral olmalısınız. Bununla bağlı müxtəlif səbəblər var idi. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq düzgün, yaxud münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim”. |
2023-12-06 | 810,886 | Bu şəxslərə hərbi rütbə veriləcək | Azərbaycanda məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbə veriləcək. Axar.az xəbər verir ki, bununla bağlı "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir. Qanunun 11-ci maddəsinin on beşinci hissəsinə təklif olunan dəyişiklik məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsini, 39-cu maddənin ikinci hissəsinə təklif olunan dəyişiklik hərbi rütbəyə görə pul əlavəsinin ödənilməsini müəyyən edir. Məhkəmə-psixiatriya ekspertizası müstəqil ekspertiza olduğu üçün qanunun 23- cü maddəsinin ikinci hissəsinə texniki xarakterli dəyişikliyin edilməsi təklif olunur. Bütövlükdə, təklif olunan dəyişikliklərin məqsədi məhkəmə ekspertizalarının hərbi xidmət nəzərdə tutulmuş müvafiq dövlət orqanında keçirilməsi üçün hüquqi əsaslanın qanunda təsbit edilməsi və məhkəmə ekspertizaları təsnifatının daha dəqiq müəyyən edilməsidir. Hazırda məhkəmə ekspertlərinin fəaliyyətinin təşkili üzrə səlahiyyətlər aşağıdakı müvafiq icra hakimiyyəti orqanlarına məxsusdur: - məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Səhiyyə Nazirliyi; - məhkəmə ekspertizasının digər sahələrində Ədliyyə Nazirliyi; - ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində Daxili İşlər Nazirliyi. |
2023-12-06 | 810,888 | Sabah Bakıya intensiv yağış yağacaq | Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarında yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mulayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq. |
2023-12-06 | 810,889 | Nikola Bakı ilə əlaqəyə imkan vermirlər - Markov | Bu gün Paşinyanın əsas məqsədi Ermənistanı Qərbə sürükləmək və Qərbin vasitəçiliyi ilə Azərbaycanla münasibətləri həll etməkdir. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Ermənistanın Baş naziri həqiqətən də Bakı ilə münasibətləri yaxşılaşdırmaq istərdi. Amma Ermənistanın ictimai rəyi Paşinyana qarşı “Qarabağı təslim etdin” kimi böyük iddialar irəli sürdüyü üçün Nikol erməni cəmiyyəti və revanşistlərin fikrinə görə Azərbaycana daha güzəştə gedə bilməz. Ona görə də o, mümkün qədər Azərbaycanı günahlandırmağa çalışır, bununla da Qarabağla əlaqədar siyasətindən narazı olanların “hücumunu dəf etməyə” çalışır”, - o bildirib. |
2023-12-06 | 810,891 | Afina Ərdoğanın gəlişi üçün səfərbər oldu - Qadağalar | Yunan polisi Afinada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri günü ictimai təhlükəsizliklə bağlı mitinq və yürüşləri qadağan edib. Axar.az xəbər verir ki, müvafiq əmri Attika metropoliteninin polis idarəsinin rəisi verib. “Attika polis rəisinin qərarı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri zamanı dekabrın 7-də saat 06:00-dan 18:00-dək açıq havada hansısa ictimai toplantının keçirilməsi ictimai təhlükəsizlik səbəbi ilə qadağan edilib”, - qərarda deyilir. Qadağa Afinanın mərkəzini və Afina Beynəlxalq Hava Limanı “Eleftherios Venizelos”dan gedən yolları, eləcə də kortejin marşrutu boyunca körpüləri və yerüstü keçidləri əhatə edir. Qeyd edək ki, Ərdoğanın səfəri zamanı sərt təhlükəsizlik tədbirləri görüləcək. Asayişin qorunmasına 3500-dən çox polis cəlb olunacaq, Türkiyə Prezidentinin kortejinin keçidi üçün yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Afina Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndiriləcək. Vəziyyəti havadan helikopterlər və dronlar izləyəcək. Terrorla Mübarizə Xidməti hazır vəziyyətə gətiriləcək, snayperlər Afinada böyük binalara yerləşdiriləcək. |
2023-12-06 | 810,893 | Qoca Səmədov vəfat etdi | Şərti azadlığa buraxılan keçmiş icra başçısı dünyasını dəyişib. Axar.az Report-a istinadən xəbər verir ki, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov ötən gün axşam saatlarında evində vəfat edib. Qoca Səmədov 2019-cu ildə vəzifə cinayətləri ilə bağlı ittiham olunaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası ilə azadlıqdan məhrum edilmişdi. Qeyd edək ki, Qoca Səmədov səhhətilə əlaqədər olaraq bir neçə ay öncə şərti azadlığa buraxılmışdı. |
2023-12-06 | 810,897 | Pensiya və müavinətlərlə bağlı bu qayda dəyişir | Pensiya və müavinətlər sahəsində qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xətalarla bağlı işlərə baxılmanın qaydası dəyişir. Axar.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Belə ki, Məcəllənin 16-1-ci fəsli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətlərini nəzərdə tutur. Təqdim edilən qanun layihəsində sığortaedən tərəfindən işçilərin işsizlikdən sığorta etdirilməməsi (477-1.1.2-ci maddə) və işçinin peşəsi, İxtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verilməməsinə (477-1.1.4-cü maddə) görə inzibati xətalar haqqında işlərə yuxarıda adı qeyd edilən 16-1-ci fəsildə müəyyən edilən qaydalar çərçivəsində baxılması təklif edilir. Layihədə İnzibati Xətalar Məcəlləsinin 477-1.1.2-ci və 477-1.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilməklə, həmin maddələr üzrə icraat Inzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulub. |
2023-12-06 | 810,898 | Prezident sülh müqaviləsinin detallarından danışdı | Sülh prosesinin təşəbbüskarı biz olmuşuq. İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə “Dağlıq Qaradağ respublikası”nı daxil etmək idi. Biz əlbəttə ki, bunu rədd etdik. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışarkən söyləyib. Dövlət başçısı deyib: “Onlar çalışırdılar ki, müxtəlif mətnlər, formatlar çərçivəsində bunu (“Dağlıq Qaradağ respublikası” – red.) oraya daxil etsinlər. Bizim isə münasibətimiz o idi ki, bu haqda danışa bilmərik, danışmamalıyıq və ərazi bütövlüyünün tanınması qarşılıqlı olmalıdır. Ona görə də biz deyirdik ki, Azərbaycanda erməni azlığı o mətnə daxil ediləcəksə, o zaman Ermənistandan didərgin salınmış azərbaycanlıların da məsələsi oraya daxil edilməlidir və onlar Ermənistana qayıtmalı, orada yaşamalıdırlar, onların hüquqları, təhlükəsizlikləri tam təmin olunmalıdır. Necə ki, Azərbaycanda erməni azlığının hüquqları təmin ediləcək. Təəssüf olsun ki, Ermənistan tərəfi bunu rədd etdi. Bu, məntiqsiz idi. Çünki biz qeyri-adi bir şey təklif etmirdik. Biz qarşılıqlı prinsipi təklif edirdik. Digər variant isə, ümumiyyətlə, bu mövzuya toxunmamaq idi. Sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra mənə elə gəlir ki, bu maneə aradan qalxıb. Biz hər iki azlığı sülh müqaviləsində təsbit edəcəyik və ya bunun haqqında, ümumiyyətlə, danışmayacağıq”. |
2023-12-06 | 810,899 | Prezident Ermənistanın silahlandırılmasından danışdı | Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər: “Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”. |
2023-12-06 | 810,901 | AP-də bəziləri özünü manyak kimi aparır - Prezident | Biz Avropa Komissiyası ilə, eyni zamanda, müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk, genişlənmə istiqamətində enerji əməkdaşlığı edirik. Avropa Komissiyasından xahiş qəbul etmişik ki, Avropaya qaz ixracı artırılsın, çünki orada sıxıntıları var. Biz bağlılıq haqqında danışırıq, ticarət müzakirə edirik, sərmayələri müzakirə edirik. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib. Lakin Avropa Parlamentinin bir təsisat kimi buna maneə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu, bir növ məsuliyyətsiz insanlar qrupudur. Onların bəziləri özünü manyak kimi aparır. Çünki onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji statusundan kənara çıxır. Mən maksimal dərəcədə diplomatik lüğətdən istifadə etmək istəyirəm. Biz nə edə bilərik? Onlar 10-dan çox anti-Azərbaycan qətnamə qəbul ediblər. Biri çox, biri az. Bu, bizim üçün elə bir vacib deyil. Biz buna təəssüf edirik. Sadəcə, onu bəyan edə bilərik ki, biz bunu Avropa İttifaqının üzvlərinin hamısına amil etmirik” Avropa Parlamentində korrupsiya hallarına toxunan Prezident İlham Əliyev deyib ki, bu qurum ilkin olaraq öz korrupsiya məsələlərini həll etməlidir. Hər hansı digərlərini müəyyən bir günahda ittiham etmək əvəzinə, öz məsələləri ilə məşğul olmalıdır. |
2023-12-06 | 810,903 | Hüseyn Axundova ömürlük həbs verildi | Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib. Axar.az xəbər verir ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib. |
2023-12-06 | 810,906 | Qasımovun yaydığı video... - Ermənistan açıqlama verdi | Azərbaycanlı ekspert Telman Qasımovun dekabrın 5-də yaydığı videonu hələ 2017-ci ildə alıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, 2017-ci ilin noyabrında ikili vətəndaşlığı olan A.K. adlı şəxs Qasımovun doğulub boya-başa çatdığı binanın videosunu çəkərək ona göndərib. “Altı il sonra Qasımov erməni cəmiyyətində çaxnaşma salmaq və Azərbaycan ictimaiyyəti arasında reytinqini yüksəltmək üçün videonu montaj edərək, ona səsini əlavə edib”, - məlumatda qeyd olunub. Xatırladaq ki, T.Qasımov İrəvanda doğulub-böyüdüyü məhəllədən ötən gün video yaymışdı. |
2023-12-06 | 810,908 | Xaçmazda 20 nəfər qızılcaya yoluxdu | Xaçmaz rayonunda qızılca xəstəliyinə 20 yoluxma faktı qeydə alınıb. Axar.az Report-a istinadən xəbər verir ki, son on gün ərzində rayon mərkəzindən və ətraf kəndlərdən qızılca xəstəliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 20 sakin müraciət edib. Onlardan 5-i vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalara göndərilib, 4 nəfərə ambulator müalicə təyin edilib. Digər şəxslər isə yaşayış yeri üzrə həkim nəzarətinə verilib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Tamara Kərimova bildirib ki, təkcə uşaqlar arasında deyil, böyüklər arasında da qızılcaya yoluxma halları yayılıb: "Mövsümi xəstəliklərlə yanaşı, qızılca xəstəliyi də yayılıb. Qızılcanın ilkin əlamətləri temperaturun 38-40 dərəcəyə yüksəlməsi, bədəndə səpkilərin olması, gözlərin qızarması və mədə-bağırsağın pozulması hallarıdır. Bu hallar müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır. Valideynlərə tövsiyə edirik ki, uşaqlara peyvənd vurdursunlar və tibbi maskalardan istifadə edilsin. İnsan qızılca xəstəliyinə ömürdə bir dəfə yoluxur, daha sonra orqanizmdə immunitet yaranır. İkinci dəfə yoluxma olmur". Qeyd edək ki, xəstəliklə əlaqədar hələ ki Xaçmaz rayon məktəblərində distant təhsilə keçən sinif yoxdur. |
2023-12-06 | 810,913 | Zakir Həsənov iranlı kontr-admiralla görüşdü | Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Şəhram İranini qəbul edib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. İran İslam Respublikası Ordusunun HDQ Günü münasibətilə qonağı təbrik edib. Müdafiə naziri Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini qeyd edib, hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən kontr-admiral Ş.İrani Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin salamlarını çatdırıb. HDQ komandanı belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib. Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb. |
2023-12-06 | 810,915 | BƏT-in hesabatı: İranda etirazçılara qarşı cinsi təcavüz... | Beynəlxalq Əfv Təşkilatının 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyaları zamanı hakimiyyətin nümayişçilərə qarşı repressiyaları, həbsxanalarda zorakılıq faktlarını əks etdirən hesabatı dərc olunub. Axar.az xəbər verir ki, 12 kişi, 26 qadın və 7 yeniyetmənin etiraflarının yer aldığı hesabat 155 səhifədən ibarətdir. Burada həbs, işgəncə ilə yanaşı, məhbusların həbsxana və təcridxanalarda hökumət məmurları tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını əks etdirən çox sayda faktlar qeyd edilib, onların saxta etirafa məcbur edildiyindən söz açılıb. Zərərçəkənlər SEPAH, “Bəsic” üzvləri, təhlükəsizlik məmurları, xüsusi təyinatlı polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını deyiblər. Bununla yanaşı, məhkumlara psixatrop dərmanlar verildiyi, tərkibi məlum olmayan iynələr vurulduğu, elektrik cərəyanı verildiyi, saxta etiraf almaq üçün günlərlə ac və susuz saxlanıldığı qeyd edilib. Zərərçəkənlərin bir çoxu sərbəst buraxıldıqdan sonra daha çox təzyiqlərlə üzləşəcəklərindən qorxduqları üçün başlarına gələnlərə görə şikayət edə bilmədiklərini deyiblər. Beynəlxalq Əfv Təşkilatının baş katibi Aqnes Kalamar İran məmurlarının həbsxanalarda istifadə etdiyi metodları dəhşətli adlandırıb: “Araşdırmalarımız və topladığımız dəhşətli ifadələr sübut edir ki, İran İslam Respublikasının məmurları etirazçılara, o cümlədən 12 yaşlı uşaqlara fiziki və mənəvi zərər vurmaq üçün cinsi təcavüzdən istifadə ediblər. Prokurorlar və hakimlər buna məhəl qoymayıblar və ya zərərçəkmişlərin cinsi təcavüz şikayətlərini ört-basdır edərək bu cinayət əməllərində şərik olublar”. O, noyabrın 14-də qeyd edilən cinayət əməlləri ilə bağlı İran rəsmilərinə müraciət etdiyini, ancaq bu günə kimi heç bir cavab ala bilmədiyini deyib. Qeyd edək ki, 2022-ci ilin sentyabrından başlayan və bir neçə ay davam edən etiraz aksiyalarında 600-ə yaxın nümayişçi öldürülüb, 20 minə yaxın etirazçı isə həbs edilib. |
2023-12-06 | 810,918 | Bu xanımlar 9 tələbənin təhsil haqqını ödədi – Rektor | Bir neçə sahibkar xanım tərəfindən Bakı Ali Neft Məktəbinin 9 tələbəsinin 23 500 manatlıq təhsil haqqı ödənilib. Axar.az xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov məlumat yayıb. “Bir neçə xeyirxah sahibkar xanım tərəfindən Bakı Ali Neft Məktəbində təhsil alan 9 tələbənin ümumi olaraq 23 500 manatlıq təhsil haqlarının ödənilməsinə yardım göstərildi. Azərbaycanın intellektual əsgərləri olan bu gənclərin də xeyriyyəçilik ənənələrini davam etdirəcəyinə əminəm. Əziz xanımlarımıza təşəkkür edirəm”, - rektor bildirib. |
2023-12-06 | 810,920 | Tutaq ki, ulu babam ermənidir: mənə nə aidiyyəti? | Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Sankt-Peterburq Mərkəzi Dövlət Arxivindən əldə olunmuş şəcərəsində ulu babasının erməni olması və digər faktlara münasibət bildirib. Sərdar Cəlaloğlu Axar.az-a bildirib ki, arxiv sənədlərinin ortaya çıxması onun antirus mövqeyi sərgiləməsi və mətbuatda bu istiqamətdəki çıxışları ilə bağlıdır: “Məni antirus mövqeyimlə bağlı ermənilərlə əlaqələndirmək istəyirlər. Tutaq ki, mənim ulu babalarımdan hansısa biri ermənidir. Bunun mənə nə aidiyyəti var? Deyək ki, mənim ulu babam erməni olub. Mənim ulu babamı araşdırmaq kimə lazımdır? Orada qeyd olunub ki, həmin erməni dinini və adını dəyişərək müsəlman olub. Bunun nəyi pisdir?!” Partiya sədri əlavə edib ki, arxiv sənədlərinin yayılması onu xalqın gözündən salmaq istəyi ilə bağlıdır: “Bu, Rusiya xüsusi xidmət orqanlarının mənə qarşı həyata keçirdiyi təxribatdır. Əgər belə olmasaydı, arxiv sənədlərini asanlıqla əldə etmək mümkün olmazdı. Mən guya bilmirəm ki, arxiv sənədləri nədir və onları necə əldə etmək olar? Sən Rusiyanın kəşfiyyat orqanlarının əməkdaşısan. Ona görə Rusiyadan sənə arxiv sənədi veriblər”. S.Cəlaloğlu əlavə edib ki, onun ulu babasının araşdırlması heç kimə lazım deyil: “Əgər Azərbaycanda bütün partiya liderlərinin 10 nəsli araşdırılsaydı, onda buna normal yanaşardım. Xəbəri yazan jurnalist gedib öz 2-ci babası haqqında material ala bilər Rusiyadan? O hansı jurnalistdir ki, gedib Rusiya arxivindən XVIII əsrə aid materialları ala bilir? Götürüb üç dənə köhnə kağız qoyub ora. Heç nə görünmür, heç nə də oxunmur. XVIII əsrdə azərbaycanlıların danışığı o cür olub?” S.Cəlaloğlu arxiv sənədlərinin saxta olduğunu da vurğulayıb. Buna baxmayaraq, Cəhri kəndinin erməni sakini Poqos Markarovun oğlu Martirosun hökumətə təhvil verilməsi haqda qeydlərə cavab verib: “Burada nə var ki! Məmməd Qurbanəli oğlu mənim anamın xalası əridir. Ona ermənini öldürüb basdırmaq tapşırılıb. O da həmin erməninin bütün var-yoxunu əlindən alaraq onu öldürüb. Həmin adamın da, o hadisənin də mənə heç bir aidiyyəti yoxdur”. Qeyd edək ki, Qurban Məmmədov və Sərdar Cəlaloğlunun ulu babalarının Xoydan Naxçıvana gəlmiş erməni olduğu bildirilir. Sankt-Peterburq Dövlət Arxivinə əsasən yayılan məlumatda iddia edilir ki, Məmmədovların 8-ci babası müsəlmanlığı qəbul edən və adını “Əlimərdan” olaraq dəyişdirən Mehrəng Manukdur. Sənədlərdə iddia edilib ki, Cəhri kəndinin erməni sakini Poqos Markarovun oğlu Martiros Sankt-Peterburq şəhərində 1874-cü ildə təhsil alıb qayıdandan sonra Cəhri kənd icmasına vergi yığan və dəftərxanaya nəzarət edən təyin olunur. Bir müddət sonra vəzifəsindən sui-istifadə edən Martiros kənd camaatından, xüsusilə müsəlmanlardan ikiqat vergi almağa başlayır. 1876-cı ildə isə Cəhriyə yaxın Yurd-Dizədə zəmidə işləyən qızı zorlayır. Məhkəmədə sübut olmadığı üçün erməni məmur sərbəst buraxılır. Lakin Cəhrinin bəylərindən olan Sultan Həsənəli bəyin oğlu Qulaməli bəy həmin ermənini ölümcül döyür və köməkçilərinə də tapşırır ki, onu meşədə basdırsınlar. Lakin bəyin köməkçilərindən biri olan Məmməd Qurbanəli oğlu (Qurban Məmmədovun ulu babası) yarımcan vəziyyətdə olan ermənini basdırmır və hökumətə təhvil verir. Məhkəmə zamanı da bəyin əleyhinə ifadələr verir. Beləliklə, bəy bir neçə illik həbs olunur. |
2023-12-06 | 810,921 | Azərbaycan şəhərində yağ zavodu yandı | Dekabrın 5-i axşam saatlarında Ərdəbil şəhərində yerləşən yağ zavodunda güclü yanğın meydana gəlib. Axar.az xəbər verir ki, bu barədə Ərdəbil Bələdiyyəsinin Yanğından mühafizə bölməsinin başçısı Qurban Kaci məlumat yayıb. O, yanğının söndürülməsi üçün 8 yanğınsöndürmə dəstəsinin cəlb edildiyini, bir neçə saat ərzində yanğının yayılmasının qarşısının alındığını deyib. Kaci yanğının səbəbləri, xəsarət alanlar və maddi ziyan barədə açıqlama vermədən araşdırmalar və dəyərləndirmələr aparıldığını bildirib. |
2023-12-06 | 810,924 | Balaban/ney UNESKO siyahısına daxil edildi | 14:28 4-9 noyabr tarixlərində Botsvananın Kasane şəhərində keçirilən UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edək ki, Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti" habelə ölkəmizin iştirakı ilə hazırlanan "Təzhib sənəti"(Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), "İftar və onunla bağlı sosial-mədəni ənənələr" ( Azərbaycan, İran, Türkiyə və Özbəkistan) və "Sədəf sənətkarlığı"( Azərbaycan və Türkiyə) çoxmillətli faylları var. UNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya fayllarına dair qərar 6 dekabrda elan edilib. Sessiyada çıxış edən ölkəmizin UNESKO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESKO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyər nümunələrini dəstəklədiklərinə görə təşəkkür edib. Daimi nümayəndə eyni zamanda faylların hazərlanmasında iştirak edən ölkələrə də öz minnətdarlığını bildirib. Qeyd edək ki, adıçəkilən nominasiya faylları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyi və UNESKO üzrə AR Milli Komissiyası eləcə də qeyd olunan xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqda ərsəyə gətirilib. Bununla da UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 23-ə çatıb. |
2023-12-06 | 810,927 | O qapını döyüb, özümüzü niyə biabır edək? - Prezident | Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmir. Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir. Axar.azxəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib. Dövlətimizin başçısı qeyd edib: “Biz real dünyada yaşayırıq, virtual dünyada deyil. Yəni, Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək. Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq”. |
2023-12-06 | 810,929 | Ermənistanın hazırda iki variantı var | Ermənistanın hazırda iki variant var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib. Nikol Paşinyanla Brüsseldə müzakirə edilən məsələlərdən birinin Rusiyanın Kalininqradla dəmir yolu xətti təcrübəsinə əsaslandığını vurğulayan dövlət başçısı Ermənistan bunu istəmədiyini vurğulayaraq deyib: “Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərəsiniz? Yəni, onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə olar bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”. |
2023-12-06 | 810,933 | PA rəhbəri Britaniyanın dövlət naziri ilə görüşdü | Dekabrın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın İxrac məsələləri üzrə dövlət naziri Lord Malkolm Offord ilə görüşüb. Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında qurulan möhkəm dostluq münasibətlərindən və çoxşaxəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Neft-qaz, ticarət, yaşıl enerjiyə keçid, nəqliyyat, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Samir Nuriyev Ermənistanın hərbi işğalı dövründə Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi davamlı və prinsipial dəstəyi yüksək qiymətləndirib. Həmçinin Birləşmiş Krallığın beynəlxalq təşkilatlar çərçivəsində tutduğu balanslı mövqe müsbət dəyərləndirilib. İkitərəfli əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığı vurğulanaraq, belə səfərlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub. Samir Nuriyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrinin, habelə yeni yaşayış məntəqələrinin salınması istiqamətində işlərin uğurla davam etdiyini diqqətə çatdırıb. Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə Britaniya şirkətlərinin bərpa-quruculuq və yenidənqurma layihələrində iştirakından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Xüsusilə Birləşmiş Krallığın Azərbaycanda humanitar minatəmizləmə layihələrinə verdiyi töhfələr təqdir olunub. Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın dekabrın 7-də Bakıda 6-cı iclasının keçiriləcəyi qeyd edilərək, vacib bir mexanizm kimi komissiyanın növbəti iclasının iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. |
2023-12-06 | 810,935 | Putin Əbu-Dabiyə getdi | Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabiyə səfər edib. Burada Prezident Məhəmməd bin Zayed ən-Nəhyan ilə danışıqlar aparacaq. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Ölkə başçıları Rusiya-BƏƏ əməkdaşlığının vəziyyətini, gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər. Həmçinin Yaxın Şərq regionundakı vəziyyətə xüsusi diqqət yetirilməklə cari beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir. Qeyd olunur ki, Əbu-Dabidəki danışıqlardan sonra Putin Ər-Riyada gedəcək. O, burada Səudiyyə Ərəbistanının vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əs-Səudla görüşəcək. |
2023-12-06 | 810,936 | Paşinyandan dəfələrlə soruşmuşam ki... - Əliyev | Mən Ermənistanın baş nazirindən dəfələrlə soruşmuşam ki, onlar nəyə görə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər? Doqquzuncu maddəyə (2020-ci il 10 noyabr tarixli Bəyanatın – red.) uyğun olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə yaradılmalıdır. Orada, həmçinin qeyd olunub ki, nəzarəti kim təmin edəcək və Paşinyanın özü bunu imzalayıb. İndi isə bu, artıq mümkün deyil. Nə həmin marşrut var, nə də Rusiyanın iştirakı. Yəni, əslində, bu, hüquqi baxımdan artıq qüvvəsini də itirmiş kimidir. Çünki öhdəlik var, amma onlar öhdəliyi yerinə yetirmirlər. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı səsləndirib. Ermənistanın bu yanaşmasından sonra Azərbaycanın Naxçıvanla əlaqə yaradılması, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi üzərində düşündüyünü və bununla bağlı İran tərəfi ilə keçidin inşası üçün razılığa gəldiyini söyləyən Prezident İlham Əliyev deyib ki, Ağbənd kəndində avtomobil nəqliyyatı üçün körpünün təməlqoyma mərasimi keçirilib: "Sonra dəmir yolu nəqliyyatı üçün körpü olacaq. Yəni, burada Ermənistan çox şey itirir. Bu, nəinki Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin edəcək, əslində, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bu o deməkdir ki, Azərbaycan ilə Türkiyə arasında bağlantı yaradılır. Ermənistan özünü bundan məhrum etdi, həmçinin Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir”. |
2023-12-06 | 810,938 | Müharibədən sonra bu sual açıq qalır - Prezident | Müharibədən sonra onlar (ermənilər – red.) yüzlərlə minanı məhz təmas xətti olacaq yerlərdə basdırıblar, yəni, separatçı qüvvələrlə Azərbaycanın Silahı Qüvvələri arasında olan yerlərdə. O minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Biz Rusiya sülhməramlılarını və Türkiyə monitorinq missiyasının üzvlərini dəvət etdik, həmin minaları onlara göstərdik. Bu onu göstərir ki, erməni terroru davam edir. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib. Həmin minaların İkinci Qarabağ müharibəsindən sonra Qarabağa necə daşınması ilə bağlı sualın açıq qaldığını bildirən dövlətimizin başçısı qeyd edib: “Minaların təxminən bir milyona yaxın olduğunu zənn edirik. Onlar bizə təxminən 400 min mina ilə bağlı xəritələr veriblər. Lakin o xəritələrin dəqiqliyi tam deyil”. |
2023-12-06 | 810,940 | Türkiyədə həbs edilən reper İrana təhvil verildi | Bir neçə gün əvvəl İstanbul polisi tərəfindən həbs edilən məşhur iranlı reper Əmir Hüseyn Məqsudlu (Əmir Tətəlu) bu gün səhər saatlarında Bazərqan keçid məntəqəsində İrana təhvil verilib. Kult.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin İctimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb. Reperə qarşı İranda çoxsaylı cinayət işi açılıb və onu uzunmüddətli həbs cəzası gözləyir. Tətəlunun yaxınlarının dediyinə görə, reperə qarşı irəli sürülən bir sıra ağır ittihamlar səbəbindən onun barəsində ölüm hökmünün çıxarılacağı mümkündür. Reperin 18 yaşına çatmamış bir neçə yeniyetmə qıza qarşı cinsi zorakılıq etdiyi iddiası ilə barəsində şikayət edildiyi bildirilib. |
2023-12-06 | 810,941 | Qızılcaya yoluxmadan bu cür qorunmaq olar | Vaksin vurulmayan vətəndaşlar çoxluq təşkil etdiyi üçün yoluxma da tez baş verir. Bu sözləri Axar.az-a açıqlamasında infeksionist Ləman Qalimova deyib. “Qızılca yoluxduruculuq qabiliyyəti çox güclü olan virusdur. Peyvəndləşdirilmə əsasən 1-6 yaş aralığında aparılır. Vaksin vurulmayan vətəndaşlar çoxluq təşkil etdiyi üçün yoluxma da tez baş verir və artır. İnsanın immun sistemində qızılcaya qarşı qoruyucu yoxdursa, vaksinasiyası olmayan uşaqlar, hamilələr, onkoloji xəstəlikdən əziyyət çəkənlər, revmatoloji xəstəliklər, kimya terapiyası etmiş xəstələr, orqan transplantasiyası olan xəstələr qızılcaya tez yoluxur. Bu kimi xəstəlikdən əziyyət çəkənlər qızılcaya yoluxduqda çox çətinlik çəkirlər. Sağalsalar belə, qızılcanın əlamətləri, zəiflik, qızdırma onlarda bir müddət davam edir. Qızılca xəstəliyinə yüngül xəstəlik kimi baxmağı tövsiyə etmirəm. Qızılcanın ağırlaşmaları var - meningit, ensifalit, sətəlcəm kimi. Ona görə bir daha valideynlərə müraciət edirik ki, uşaqların həyatını təhlükəyə atmasınlar”, - infeksionist qeyd edib. Qızılcaya yoluxmamaq üçün kütləvi yerlərdən uzaqlaşmağı məsləhət görən infeksionist bildirib ki, qızılcanın spesifik müalicəsi yoxdur: “Yoluxmamaq üçün birinci vaksinasiya etmək lazımdır. Gigiyenamıza diqqət etməliyik. Əllərimizi təmiz saxlamalıyıq, maska taxmalıyıq, kütləvi yerlərdən, xüsusilə də qapalı yerlərdə olan kütləvilikdən uzaqlaşmaq lazımdır. Heç bir dərman vasitəsi qızılcanı sağaltmaqda üstün deyil. Əgər artıq yoluxma varsa, dərhal müalicə alınmalıdır. Xəstəliyin ağırlaşmasına görə müalicə üsulları da dəyişir”. |
2023-12-06 | 810,946 | Rusiya yalnız neftdən bir ayda 11 milyard qazandı | Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra neft və dəniz ticarətinin maliyyə arxitekturasında elə bir dəyişiklik baş verdi ki, hətta Ukraynada münaqişə başa çatdıqdan və bütün məhdudiyyətlər götürüldükdən sonra əvvəlki vəziyyətə qayıtmaq çətin olacaq. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Yunanıstan dövləti də sahillərində baş verən “kölgə donanması” ilə daşınmalar qarşısında aciz qaldığını bildirir. Bunun nə qədər davam edəcəyi məlum deyil. Lakin “kölgə donanması”nın artan əhəmiyyəti aydındır. Rusiya bu il istehsal etdiyi neftin təxminən 45%-ni “kölgə donanması” ilə daşıyıb. Gəmi sahibləri və treyderlər Rusiyaya sanksiyalardan yayınmağa kömək edirlər. Yalnız oktyabrda Rusiyanın neft satışından əldə etdiyi xalis gəlir 11,3 milyard dollar təşkil edib və bu, ay ərzində ölkənin ümumi xalis büdcə gəlirlərinin 31%-ni təşkil edib. Bu, Ukraynada münaqişə başlayandan bəri əldə olunan rekord göstəricidir”, - məlumatda bildirilib. |
2023-12-06 | 810,947 | Azərbaycan Ordusu İrəvana girib Nikola deyəcək: Ey rəzil... - Video | 15:13 Fransanın Ermənistana verdiyi 50 təkərli zirehli texnika “qan dənizi” yarada bilər. Paris isə ordumuzu tezliklə “döyüşə tam hazır silahlanmış” vəziyyətə gətirəcək və biz nəinki Bakıya, hətta İstanbula da hücum edə biləcəyik. Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert Ayk Nahapetyan deyib. “Yeri gəlmişkən, bu zirehli maşınları adi qumbaraatanla sıradan çıxarmaq olar. İndi bu 50 maşın Ermənistana çatdırılıb və burada hamı dana sevinci ilə qışqırır: “Baxın, baxın, Fransa bir-iki silah da göndərsə, Türkiyəni də alacağıq”. Azərbaycan isə sakitliyə çağırır və cavab verir ki, əgər siz müharibə istəyirsinizsə, mən qabaqlayıcı tədbirlər görə bilərəm. Fransa Bakının bəyanatlarına və səmamızın tamamilə Azərbaycanın nəzarəti altında olmasına baxmayaraq, bizi silahlandırıdığını təqlid edir. Paris həmçinin Ermənistana öz hərbi kəşfiyyatçılarını göndərmək arzusunu bildirir. Amma bu hərbçilərə Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sistemini idarə etmək üçün avadanlıqların işlədiyi bütün xidmət sahələrinə girməyə icazə verilməli və təbii ki, NATO üzvü olan fransız zabitlər bu sistemdən istifadə etməlidir. Bütün bunları niyə deyirəm? Çünki bunların nəticəsində Rusiya və 102-ci hərbi baza Ermənistanı tərk edəcək. Bu, növbədənkənar parlament seçkisindən sonra baş verə bilər. Beləliklə, Rusiya regionu tərk edəcək və onunla bütün əlaqələr kəsiləcək. Bundan sonra Azərbaycan hərbi əməliyyata başlayacaq, tanklarla İrəvandakı hökumət binasına qədər gəlib Nikola deyəcək: “Çıx, ey rəzil qorxaq, indi baxarıq”, - o bildirib. |
2023-12-06 | 810,952 | Onlar ədalət mühakiməsi qarşısında cavab verməlidir! | İşğaldan azad olunmuş ərazilərdə mülkiyyətə dəymiş zərərlə bağlı hesablamalar aparırıq və qeyri-qanuni fəaliyyətin nəticələrini nəzərdən keçiririk. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib. “Nəinki separatçıların özləri, həmçinin müxtəlif ölkələrdəki erməni diasporunun nümayəndələri bu fəaliyyətlərlə məşğul olublar. Onlar ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”, - deyə dövlətimizin başçısı qeyd edib. |
2023-12-06 | 810,953 | Diqqət: Bu sürücülərin cəriməsi 300 manat oldu | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs il ərzində bu pozuntunu təkrarlayarsa, 200 deyil, 300 manat cərimə olunacaq. Bunu Axar.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. “Bakıda və həmçinin iri şəhərlərdə sürücülük hüququ olmayan yeniyetmələr valideynlərinin avtomobillərini oğurlayaraq, qəzaların törədilməsinə səbəb olurlar. Nəqliyyat vasitəsini idarə etmək üçün minimal yaş həddi 18-dir. Günümüzdə sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlərin sayı artmaqda davam edir. Bu isə qəza təhlükəsini artırır”, - inspektor bildirib. İnspektorun sözlərinə görə, sürücülük hüququ olmayanların avtomobil idarə etməsinin qarşısı alınmalıdır: “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilir. Əgər törədilən qayda pozuntusu il ərzində təkrarlanırsa, şəxs 200 manat deyil, 300 manat cərimə olacaq”, - deyə inspektor bildirib. |
2023-12-06 | 810,956 | İrəvan müharibəyə hazırlanır, Bakı təhrik edilir - Ayvazyan | İlk növbədə fransızların həyata keçirmək istədikləri auditdən başlamaq istəyirəm. Əgər audit aparsalar, bütün məlumatları tələb edəcəklər. Birincisi, Rusiyanın digər KTMT-yə üzv dövlətlərdə də müştərək hava hücumundan müdafiə sistemi var. Fransızlar bizə gəlib bu auditi aparsalar, o zaman biləcəklər ki, bu sistem başqa ölkələrdə necə işləyir. Çünki texniki parametrlər baxımından bu, eyni sistem və texnologiyadır, eyni məlumatlardır. Beləliklə, sistem ortaya çıxacaq. Axar.az xəbər verir ki, bunu Ermənistanın “Luys” analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan deyib. “İkincisi, Fransa həqiqətən Ermənistanı silahlandırmaq istəyirsə, onu elə silahlandırsınlar ki, heç kimin bundan xəbəri olmasın. Tamamilə gizli şəkildə. Heç kim bilməməlidir ki, hansı silahlar, hansı sursatlar ötürülür. Hər şey gizli olmalıdır. Gürcüstandan gətirirlər və hamının bundan xəbəri var. İndi bu hərəkətlər İrəvanın bəyanatlarına uyğun gəlmir. Çünki onlar davamlı olaraq deyirlər ki, biz bunu etməsək və ya sülh müqaviləsi imzalamasaq, Bakı hücum edə bilər. Yaxşı, bilirsən ki, Azərbaycan onların məntiqinə əsaslanaraq hücuma keçə bilər, o zaman bu piar kampaniyası nəyə lazımdır? Niyə biz faktiki olaraq Azərbaycanı buna təhrik edirik? Bakı deyir ki, siz Ermənistanı hərbiləşdirirsiniz, Əliyev də çox gözəl bilir ki, bu 50 zirehli texnikanın imkanları yoxdur və heç nə demək deyil. Qeyri-hərbi şəxs kimi bilirəm ki, 50 zirehli texnika heç nə demək deyil, amma Ermənistan elə piar aparır ki, guya onlar ballistik raketlər alıblar. İndi də Azərbaycan bundan istifadə edərək bəyan edir ki, Fransa Ermənistanı hərbiləşdirir, Ermənistan sülh istəmir və qisas almağa hazırlaşır. Bu o deməkdir ki, Fransa yeni müharibə axtarır”, - o bildirib. |
2023-12-06 | 810,959 | Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil | Azərbaycanda vəziyyət sabitdir. Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil. Əlbəttə, sərhədlərimizin hüdudlarından kənarda baş verən proseslər ciddi narahatlıq doğurur. Biz bunu hər zaman nəzərə almalıyıq. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda danışıb. Dövlət başçısı həmçinin deyib: “Daxili risklərə gəldikdə, elə bir ciddi risk və çağırışlarımız yoxdur. Ərazilərimizin və sərhədlərimizin düzgün müdafiə edilməsi üçün zəruri layihələr həyata keçiririk ki, hər hansı xarici risklərdən özümüzü sığortalayaq”. |
2023-12-06 | 810,963 | Tehran Süleymaniyə görə ABŞ-dan 50 milyard istəyir | Tehran məhkəməsi SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin öldürülməsi ilə bağlı 3 iclas keçirdikdən sonra yekun qərar çıxarıb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Qərara əsasən, ABŞ hökuməti və bu ölkənin 41 digər fiziki və hüquqi şəxsi Qasım Süleymaninin ölümündəki rollarına görə 49 milyard 770 milyon dollar təzminat ödəməyə məhkum ediliblər. Həmçinin, məhkəmə ABŞ hökumətinin və digər müttəhimlərin rəsmi üzr istəməsi, onu qəzetlərdən birində dərc etməsi ilə bağlı qərar çıxarıb. Qeyd edək ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-ə keçən gecə, ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində Bağdad aeroportunda öldürülüb. |
2023-12-06 | 810,964 | Baydendən etiraf: Bunu Trampa görə etdim... | ABŞ Prezidenti Co Bayden etiraf edib ki, keçmiş prezident Donald Tramp Ağ Evə qayıtmağa cəhd etməsəydi, ikinci müddətə özünün namizədliyini irəli sürməzdi. Axar.az xəbər verir ki, Bayden bunu Bostondakı şəxsi evində keçirilən tədbirdə deyib. “Tramp namizəd olmasaydı, namizəd olacağıma əmin deyildim. Amma ölkə naminə qalib gəlməsinə imkan verə bilmərik. Tramp heç nə gizlətmir. O, bizə nə edəcəyini deyir”, - Bayden bildirib. |
2023-12-06 | 810,966 | Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? | Əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib. “Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”, - deyə dövlətimizin başçısı əlavə edib. |
2023-12-06 | 810,967 | Qəzza məsələsində Moskva ilə əlaqə saxlayırıq – Ərdoğan | Ankara Qəzza zolağındakı vəziyyətlə bağlı Moskva ilə əlaqədədir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “BMT Baş Assambleyasında 121 ölkə Fələstində zülmə qarşı çıxıb, 40 ölkə isə bitərəf qalıb. İndi bu bitərəflərə diqqət yetirmək istəyirik. 40 ölkəni Fələstinin yanında tuta bilərik. Qərbin və ABŞ-ın tərəfində olan ölkələrin sayı cəmi 14-dür. Bu, Fələstinin nə qədər haqlı olduğunun ən aydın və gözəl ifadəsidir”, - Ərdoğan bildirib. |
2023-12-06 | 810,971 | Kiyev danışıqları rədd edərsə... – Peskov | Ukraynaya Qərbin yardımının azaldılması və Ukraynanın danışıqlara hazır olması bir-biri ilə əlaqəli deyil. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Bizim üçün əsas məsələ məqsədlərimizə çatmaqdır. Əlbəttə, bu məqsədlərə siyasi-diplomatik vasitələrlə nail olmağı üstün tuturuq. Qərb və ukraynalılar bu üsulları rədd edəcəksə, xüsusi hərbi əməliyyat davam edəcək”, - Peskov bildirib. |
2023-12-06 | 810,972 | İrəvanı silkələyən Qasımov: MTX yalan deyir, özüm çəkmişəm | Səfərim və çəkilişim Ermənistanda səs-küyə səbəb olub. Onlar elə bilib ki, mən İrəvandan 4-5 gün öncə gəlmişəm. Dərhal gedib, həmin evin bəzi yerlərinə əl gəzdiriblər, qarajları boyayıblar ki, videonun saxta olduğunu sübut etsinlər. Bu sözləri Axar.az-a hərbi ekspert Telman Qasımov İrəvanda bir zamanlar yaşadığı məhəllədən çəkdiyi videonun ermənilər tərəfindən “saxta” adlandırılmasına münasibət bildirərkən deyib. O, videonu bu il şəxsən çəkdiyini bildirib: “Çəkilişi bu il etmişəm. Əlbəttə ki, təşvişdədirlər. Dörd gündür susub, ardınca bu gün rəsmi açıqlama verirlər ki, guya video 2017-ci ildə çəkilib. Nəsə düzüb-qoşublar. Mənim yazılarım deyil, ümumiyyətlə, mən belə yazmıram. Səsimi oxşatmağa çalışıblar və elə təqdim ediblər ki, guya erməni dilini zəif bilirəm. Daha bilmirlər ki, dili mükəmməl bilirəm. Məntiqli deyil: 2017-ci ildə çəkilən videonu 2023-cü ildə niyə yayım? Elə 2020-ci ildə 44 günlük Vətən müharibəsində yayardım da. Müharibənin daha gərgin vaxtında yayıb, vəziyyəti daha da ağırlaşdıra bilərdim. Niyə o zaman etməyib, videonu indi yayıram ki! Təbii, olan bir şeydir. İstənilən dövlətin ərazisinə kimsə qeyri-qanuni girirsə, Dövlət Təhlükəsizlik Xidməti buna başı ilə cavabdehdir. Odur ki, nə isə açıqlama verməlidir. Onlar da çıxış yolunu bu cür açıqlama verməkdə görüblər. Normal yanaşıram. Cəmiyyəti sakitləşdirməkdən, ictimaiyyətə yalan sırımaqdan ötrü bunu deyiblər. Qoy desinlər, əsas odur, mən etmişəm, işimi də görmüşəm”. Hərbi ekspert İrəvana getməsinin səbəblərini də açıqlayıb: “İrəvana getməkdə məqsədim evi görmək və onlara bir daha sübut etmək idi ki, sizin nə sərhədləriniz normal qorunur, nə də təhlükəszilik məsələniz həll olunub. Mən onları xəbərdar etmişdim. Laçın yolundakı aksiya zamanı, 2022-ci il dekabrın 12-də demişdim ki, İrəvana gələcəm və öz evimdən, məhəlləmdən video çəkib paylaşacağam. Dediyim kimi də etdim və video-görüntülər də əlimdə var: Getdim, gördüm, ziyarət etdim və qayıtdım”. Qeyd edək ki, T.Qasımovun İrəvandakı övlərindən yaydığı video Ermənistanda geniş əks-səda doğurub. Ermənistan MTX açıqlama yayaraq, bu videonun 2017-ci ildə T.Qasımovun erməni tanışı tərəfindən çəkilərək göndərildiyini, hərbi ekspertin isə öz səsini ora əlavə edərək, yaydığını bildirib. |
2023-12-06 | 810,977 | İran yeni biokapsulu kosmosa göndərdi | İran yeni biokapsulu Yer atmosferindən kənara göndərib. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, 500 kq ağırlığında yeni biokapsul “Salman” daşıyıcı raketi ilə 130 km yüksəkliyə buraxılıb. Bildirilib ki, kapsul insanın kosmosa göndərilməsi üçün yol xəritəsinin bir hissəsi kimi hazırlanıb. Layihə İran Müdafiə Nazirliyinin Aerokosmik Sənaye Təşkilatı tərəfindən həyata keçirilib. |
2023-12-06 | 810,981 | Sahibə Qafarova Ərdoğanın müavini ilə görüşdü | Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Axar.az xəbər verir ki, görüşdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyə arasında münasibətlər uğurla inkişaf edir. Görüşdə vurğulanıb ki, bu münasibətlər parlamentlər arasında da əməkdaşlığın daha da genişlənməsini şərtləndirib. Bildirilib ki, Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üzrə hədəfləri müəyyən edən və yol xəritəsi rolunu oynayan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsində parlamentlərarası əlaqələrin inkişafına dair bəndin olması da iki qardaş ölkənin qanunvericilik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətinin göstəricisidir. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında çoxşaxəli əməkdaşlıq həyata keçirilir. Deputatlar ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla fəaliyyət göstərirlər. Söhbət zamanı iki ölkənin dövlət qurumları və təsisatları arasında əməkdaşlığın inkişaf etdirilməsinin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd edilərək, bu mənada Azərbaycan və Türkiyənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasında əməkdaşlıq əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyi ifadə olunub. Vurğulanıb ki, partiyalar arasında əlaqələrin gücləndirilməsi ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan parlamenti partiyalar arasında əlaqələrin gücləndirilməsini dəstəkləyir. Mövcud görüş haqqında Zəfər Sırakaya da "X" hesabınd paylaşım edib. O bildirib ki, Azərbaycan Milli Məclisində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş çərçivəsində parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, beynəlxalq platformalarda daha sıx əməkdaşlıq barədə danışıq aparıblar. |
2023-12-06 | 810,982 | Erməni təxribatı: Hədəf Bakı-Moskva əlaqələridir! | Azərbaycanın Ukraynaya hərbi yardım etməsi haqda məlumat açıq-aşkar yalan və böhtandır. Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, bu saxta məlumatları Azərbaycana qarşı olan qüvvələr məqsədli şəkildə yayır: “Orada Ukrayna bayrağı ilə çəkilən fotonun da saxta olduğu ilk baxışdan bilinir. Fotoda mərmilərin Azərbaycan istehsalı olması ilə bağlı fakt və ya Azərbaycanın hər hansı bir atributu yoxdur. Bu məqsədyönlü şəkildə Azərbaycanı gözdən salmaq üçün yayılan qərəzli məlumatdır”. Hərbi ekspertin sözlərinə görə, heç bir mülki şəxs belə strateji obyektə buraxılmır və ya orada hər hansı foto çəkib yaymasına da icazə verilmir: “Azərbaycanın müdafiə sənayesi müəssislərində çox ciddi məxfilik rejimi var. Ona görə də həmin müəssisələrə mülki geyimdə hər hansı şəxsi buraxıb orada foto çəkdirməsinə icazə verilmir. Bu fotonu yaymaqda məqsəd Rusiya ilə Azərbaycan arasında soyuqluq yaratmaqdır”. Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov da qeyd edib ki, Azərbaycan Ukraynaya heç vaxt hərbi yardım etməyib və etməyəcək: “Azərbaycanın Rusiya ilə strateji müttəfiqliyi olduğu üçün Ukraynaya hərbi yardım etməsi mümkünsüzdür. Həmçinin Azərbaycan Qoşulmama Hərəkatına üzv və sədrlik edən ölkədir. Azərbaycanın Ukraynaya hərbi yardım etməsi onun siyasətinə, mövqeyinə və Qoşulmama Hərəkatının prinsip və qaydalarına ziddir. Azərbaycan Ukraynaya humanitar yardımlar etdiyini heç zaman gizlətməyib. Lakin hərbi yardımdan söhbət belə gedə bilməz. İnanıram ki, bu tip yalanların yayılmasında ermənilərin əli var”. |
2023-12-06 | 810,985 | Bu məktəbdə dövlət vəsaiti mənimsənildi: cinayət işi... | Tərtər məktəbində dövlət vəsaitinin mənimsənilməsi aşkarlanıb, cinayət işi başlanıb. Bu barədə Axar.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, rayonun D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Tərtər Rayon Prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. |
2023-12-06 | 810,988 | AzTV-nin əməkdaşının ölüm səbəbi bəlli oldu | AzTV-nin mətbuat katibi Rüfət Seyidov sözügedən TV-nin sürücüsü olmuş 24 yaşlı Vüqar Rəsulovun vəfatı ilə bağlı məlumat yayıb. Axar.az xəbər verir ki, o, Vüqarın bir neçə gün əvvəl özəl xəstəxanalardan birində əməliyyat olunduğu bildirib. “Valideynindən aldığımız məlumata əsasən, mərhum həmkarımız bir neçə gün əvvəl özəl xəstəxanalardan birində əməliyyat olunub. Həkim göstərişinə əsasən yeməyi və suyu kiçik həcmdə qəbul etməli imiş. Lakin Vüqar əməliyyatdan sonra valideyninə susadığını bildirib və çoxlu miqdarda maye qəbul edib. Mədənin yeni əməliyyat edildiyini nəzərə alaraq, çoxlu su içməsinin ardınca Vüqarın halı pisləşib. Valideyninin dediyinə görə, evə dərhal təcili yardım çağırılıb. Lakin o, xəstəxanaya aparılarkən, dünyasını dəyişib”, - deyə o qeyd edib. Qeyd edək ki, Vüqar Rəsulovun çəkisinə görə mədəkiçiltmə əməliyyatı keçirdiyi bildirilir. |
2023-12-06 | 810,990 | Su-35-lər Putini belə müşayiət etdi - Video | Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabiyə səfər edib. Axar.az xəbər verir ki, V. Putini Su-35 qırıcıları BƏƏ səfəri boyunca müşayiət edib. Həmin görüntüləri təqdim edirik: |
2023-12-06 | 810,991 | "Ağ çiçəyim" gül salonu Bakıda yolu zəbt etdi - Video | Paytaxtın Azadlıq prospekti 191E ünvanında avtomobillərin hərəkətinə maneə yaranıb. Axar.az Unikal-a istinadən xəbər verir ki, buna səbəb "Ağ çiçəyim" gül salonunun məhsullarını yola yerləşdirməsidir. Belə ki, "Ağ çiçəyim"in əməkdaşları yolun hərəkət hissəsinə hazır gül dəstələri, dekorlar və digər müxtəlif məhsullar düzüblər. Bununla da yolun hərəkət zolaqlarından biri zəbt olunub. Avtomobillərin hərəkətinə və dayanmasına maneə yaranıb. Yolun zəbt olunması səbəbindən həmin ərazidə dayanma-durma qaydalarının pozulduğu da müşahidə olunur. |
2023-12-06 | 810,993 | Bakı və İrəvana xəritələri verməyə hazırıq - Kreml | Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün lazımi kartoqrafik materialları verməyə hazırdır. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Moskva İrəvan və Bakı nümayəndələrinin sərhəddə son görüşünü alqışlayır. Rusiya Federasiyası sərhədin demarkasiyası prosesinə hər cür dəstəyi verməyə hazırdır, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşündə təsdiqləyib”, - Zaxarova bildirib. |
2023-12-06 | 810,995 | Erməni xalqı Brüsseldə nə baş verdiyini bilmir - Zaxarova | Rusiya Moskvadakı görüşlər və üçüncü ölkələrdə çoxtərəfli tədbirlər çərçivəsində İrəvan və Bakıya dəvət göndərib. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. “Bakı həmişə hazır olduğunu sübut edib, amma təəssüf ki, bunu erməni tərəfdaşlarımız barədə demək olmaz. Ola bilsin ki, Ermənistan hakimiyyətinə Vaşinqtondan, Brüsseldən və ya Parisdən olan müşavirlər daha maraqlı və daha yaxşı nəsə təklif edə bilərlər, lakin biz keçmiş təcrübəyə nəzər salmalıyıq. Artıq hər kəs Praqa və Brüssel toplantılarının nəyə gətirib çıxardığını görüb. Ola bilsin ki, erməni xalqı hər şeydən xəbərdar və məlumatlı deyil, amma müxtəlif mənbələrə nəzər salıb Praqa və Brüsseldə hər şeyin necə getdiyini görməyə dəyər. “Ən yaxşı dostların" məsləhəti ilə bir-birini hansı sürprizlər əvəz edir”, - Zaxarova bildirib. |
2023-12-06 | 810,997 | İlham Əliyev Ceyms Obrayeni qəbul etdi | 16:53 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayeni qəbul edib. Axar.az xəbər verir ki, görüşdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edildi. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırdı. Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bərpaolunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd etdi. Dövlətimizin başçısı regionda Orta Dəhliz üzrə yeni nəqliyyat-logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının daha da genişləndiyini dedi və bu istiqamətdə yeni əməkdaşlıq imkanları barədə danışdı. Ceyms Obrayen öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğuladı. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxundu, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini dedi, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırdı. Ceyms Obrayen Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirdi. Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. |
2023-12-06 | 811,003 | Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. |
2023-12-06 | 811,006 | Ermənistan MN-in qərarını alqışlayırıq - Zaxarova | Moskva Ermənistan Müdafiə Nazirliyinin bəyanatını alqışlayır. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan müdafiə nazirinin müavini Qraçya Sərkisyanın İrəvanın pulunu ödədiyi, lakin hələ də almadığı silahlara görə Rusiyanı məhkəməyə vermək niyyətində olmadığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. “Biz bunu ancaq alqışlaya bilərik. Belə başa düşürük ki, Rusiya Müdafiə Nazirliyi də oxşar münasibət göstərir”, - Zaxarova bildirib. Ermənistanın digər ölkələrlə hərbi-texniki əməkdaşlığına toxunan Zaxarova deyib ki, erməni xalqının qərbli dostları tərəfindən aldadılmasını istəmir: “Fransa tərəfindən təmin edilən “Bastion” zirehli maşınları uyğun deyil. Müxtəlif ölkələrdə istehsal olunan istifadəyə yararsız hərbi texnikanın toplanması heç vaxt müdafiə qabiliyyətinin artırılmasına kömək etmir”. |
2023-12-06 | 811,008 | Qızılca ilə bağlı məktəblərdə davamiyyət azaldı | Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur. Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, təhsil müəssisələrində mövsümi xəstəliklərə, viruslara yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qabaqlayıcı tədbirlər intensivləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə təhsil müəssisələrində müvafiq ixtisaslaşmış qurumlar tərəfindən aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır. Bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib: "Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərin temperaturu ölçülür. Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur. Xəstəliklə bağlı vəziyyət müvafiq səlahiyyətli qurumlar tərəfindən mütəmadi izlənilir. Yoluxma sayına uyğun olaraq əyani tədris formasının dəyişdirilməsini zərurətə çevirən qərar Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilə bilər. Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslərin 14 gün müddətinə distant formada keçirilməsi ilə bağlı qərar verilib. Anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir". |
2023-12-06 | 811,010 | İsrail yenə Hizbullahın obyektlərini vurdu | İsrail ordusu dekabrın 6-da Livan ərazisində Hizbullah qruplaşmasının obyektlərinə zərbələr endirib. Axar.az xəbər verir ki, məlumatı İsrail ordusu yayıb. Məlumata görə, İsrail ordusu Livanın cənubuna tank, artilleriya ilə hücum edib. Bundan başqa İsrail Hərbi Hava Qüvvələri Hizbullahın əməliyyat qərargahı və infrastrukturlarına zərbə endirib. Bildirilib ki, Livan ərazisindən İsrailin Ərəb əl-Aramşa bölgəsi və Hermon dağındakı hərbi postları atəşə tutandan sonra müdafiə qüvvələri raketlərlə cavab atəşi açıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.