date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-06
811,012
Obrayen Əliyevlə görüşündən yazdı
ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Prezident İlham Əliyevlə konstruktiv söhbət apardıq. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen X hesabında yazıb. "Regionda davamlı, ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq",- o əlavə edib.
2023-12-06
811,014
Ermənistan Axundovla alver etmək istəyir - Vəkil
Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovun barəsində çıxarılmış hökmün 20 ildən ömürlük həbs cəzasına dəyişdirilməsi siyasi qərardır. Bu sözləri Axar.az-a açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov deyib. “Ermənistan rəhbərliyi Azərbaycan prezidentinin bu məsələdə həssas olduğunu bildiyi üçün belə qərar qəbul edib. Bununla bizim diqqətimizi çəkməyə və bu əsgərin dəyişdirilməsini alver predmetinə çevirməyə çalışırlar. Bu mənada bu qərar hüquqi yox, siyasi qərardır”, - vəkil bildirib. Qeyd edək ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.
2023-12-06
811,015
SEPAH neft daşıyan iki tankeri ələ keçirdi
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Fars körfəzində neft daşıyan iki tankeri ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Məlumatda tankerlərin 4,5 milyon litr qaçaq yanacaq daşıdığı iddia edilib. SEPAH Hərbi Dəniz Qüvvələrinin beşinci bölməsinin komandiri admiral Əli Ozmayi bildirib ki, gəmilərin xarici vətəndaşlardan ibarət 34 ekipaj üzvü həbs edilib. O, gəmilərin və ekipaj üzvlərinin hansı ölkəyə mənsub olduğu barədə açıqlama verməyib.
2023-12-06
811,016
651-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 651-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 549 təyyarəsi, 257 helikopteri, 9541 PUA-sı, 442 zenit-raket kompleksi, 13 840 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 253 artilleriya və minaatanı, 15 986 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-12-06
811,017
Rumıniyada qızılca epidemiyası elan edildi
Rumıniyanın 29 əyalətində iki minə yaxın yoluxma halı qeydə alındığı üçün ümummilli qızılca epidemiyası elan edilib. Axar.az xəbər verir ki, bu barədə Rumıniyanın Səhiyyə Nazirliyi məlumat yayıb. “Qızılcaya yoluxma hallarının həyəcanverici artımı, həmçinin yoluxmuş uşaqların pediatriya və yoluxucu xəstəliklər şöbələrinə yerləşdirilməsini nəzərə alaraq, Səhiyyə Nazirliyi 9-11 aylıq uşaqların peyvənd olunmasını təmin etmək məqsədilə ölkə səviyyəsində qızılca epidemiyası elan edib”, - məlumatda deyilib. Qeyd olunub ki, ölkədə peyvənd olunmamış və ya natamam peyvənd edilmiş insanlar da peyvənd olunacaqlar.
2023-12-06
811,022
Hafka 1 milyonu ödəyib, "Yaquar"ını "azadlığa" çıxardı
Bakıda 1 milyon manatdan çox borcunu ödəyən şəxsin bazar dəyəri yarım milyon manatdan çox olan avtomobilinin üzərində qoyulan həbs götürülüb. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, borclu şəxs 698.000 ABŞ dolları borcu və 30 manat dövlət rüsumunu ödəyib. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Yaquar" markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülüb. Sözügedən avtomobilin "Hafka" ləqəbli tanınmış iş adamı Hafiz Məmmədovun oğlanlarının birinə məxsus olduğu iddia edilir. Onun Azərbaycan Beynəlxalq Bankına və Dövlət Vergi Xidmətinə külli miqdarda borcu olub. Xatırladaq ki, iş adamı ötən il Dövlət Vergi Xidmətinə yaranmış borcunu ödəmədiyi üçün həbs edilmişdi. Qısa zamanda borcun 600 min manatını ödəyən "Hafka" ev dustağlığına buraxılmışdı.
2023-12-06
811,023
İrəvanın KTMT ilə bağlı qərarı buna təsir etməyəcək
KTMT Parlament Assambleyasının iclaslarında Ermənistan nümayəndə heyətinin iştirak etməməsi vahid hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı qərara təsir göstərməyəcək. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bilirib. Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT PA-nın dekabrın 19-da Moskvada keçiriləcək iclaslarında iştirakdan imtina edib.
2023-12-06
811,024
Ömürlük həbs olunan hərbçimizin anası danışdı
Ermənistanda əsir saxlanılan və bu gün ömürlük azadlıqdan məhrum edilən Azərbaycan əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova danışıb. Axar.az Report-a istinadən xəbər verir ki, sonuncu dəfə noyabrın 23-də oğlu ilə telefonla əlaqə saxlayıb, 3 gün sonra isə məktubu və videosu gəlib. "Hamıdan hallalıq istəməyinə görə şübhələndik ki, nə isə var. Bu gün səhər eşitdim ki, oğluma ömürlük həbs cəzası veriblər. İnanmadım. Sonradan sosial şəbəkələrdə də xəbərlər oxudum”, - deyə Ş.Axundova bildirib Hüseyn Axundovun anası hər zaman Azərbaycan dövlətinə arxalandığını bildirib: "Hələ də ümidimiz üzülməyib. Dövlətimizə inanırıq”. Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb. Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib. Bu gün isə Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxıb və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
2023-12-06
811,025
İlham Əliyev Japarova zəng etdi
Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova zəng edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyev Sadır Japarova ad günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı və ali dövləti fəaliyyətində uğurlar arzulayıb. Qırğızıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlətimizin başçısı Qırğızıstan Prezidenti ilə həm Azərbaycanda, həm də Qırğızıstanda keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, görüşlər zamanı aparılmış müzakirələrin qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və qardaşlıq münasibətlərimizin genişlənməsinə, strateji tərəfdaşlığımızın inkişafına mühüm təkan verdiyini qeyd edib. Telefon danışığı əsnasında Azərbaycanın və Qırğızıstanın SPECA, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulanıb.
2023-12-06
811,027
Hadrutda söküntü işləri aparılacaq
Xocavənd rayonunun Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü işləri aparılacaq. Axar.az xəbər verir ki, bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb. Məlumata görə, qurum artıq bununla bağlı hazırlıq işlərinə başlayıb. Söküntü işləri ilə yanaşı şaquli planlaşdırma işləri də aparılacaq. Bütün bu işlərə 2 milyon manat xərclənməsi planlaşdırılır.
2023-12-06
811,028
AFFA Şenol Günəşlə danışıqlara başladı
Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb. Türkiyəli məşqçinin son komandası "Beşiktaş" olub. O, bu il oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib. Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb.
2023-12-06
811,029
Naxçıvanda xüsusi iqtisadi rejim tətbiq olunacaq
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən, diyarımızın azad iqtisadi zonaya çevrilməsi mühüm hədəflərdən biridir. Bu məqsədlə Naxçıvanda xüsusi iqtisadi rejimin tətbiq edilməsi nəzərdə tutulur. Sahibkarların iştirakı ilə bu sahədə görüləcək işlərin müzakirəsi aparılıb. Axar.az xəbər verir ki, bunu Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə konfederasiyanın sədri Vüqar Abbasov bildirib. Onun sözlərinə görə, ölkənin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə bütün sahələrdə həyata keçirilən islahatlar muxtar respublika iqtisadiyyatının inkişafında da yeni mərhələnin başlanmasını zərurətə çevirib. Xüsusilə Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi iqtisadi rejimin tətbiq olunması istiqamətində hazırlıqlar bu sahədə müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. Qeyd olunub ki, Naxçıvan iqtisadi rayonunda dayanıqlı sahibkarlıq və investisiya mühiti yaradılmaqla xarici və yerli investisiyaların cəlb edilməsi, iqtisadiyyatın səmərəliliyinin artırılması üçün xüsusi güzəşt və imtiyazlar mexanizminin formalaşdırılması, yaşıl iqtisadiyyatın inkişafı, şaxələndirilmiş ixrac potensialına nail olunması, yeni iş yerlərinin açılması və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər xüsusi iqtisadi rejimin tətbiq edilməsinə geniş imkanlar açacaq. Vurğulanıb ki, xüsusi iqtisadi rejimin tətbiqi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə də zəmin yaradacaq. Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
2023-12-06
811,030
Ermənistan bununla böyük təhlükə yaradır - Brayza
Zəngilan səfəri məndə çox böyük təəssürat yaradıb. Azərbaycanda bu cür genişmiqyaslı bərpa-quruculuq işlərinin birinci dəfədir şahidi oldum. Axar.az xəbər verir ki, bu sözləri dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza söyləyib. “Məni heyran edən ikinci məqam həmin bu genişmiqyaslı prosesin regionda davam edən mina təhlükəsi dövründə baş tutmasıdır. Çünki Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini Azərbaycana təqdim etməyib və bu, insanların qayıtması üçün böyük təhlükə yaradır. Buna baxmayaraq, bərpa və quruculuq işləri sürətlə və uğurla davam edir”, - deyə M.Brayza qeyd edib. Beynəlxalq ekspert bildirib ki, müasir tarixdə tamamilə dağıdılmış və o qədər böyük əraziyə bənzər bir nümunə olmayıb. İndi isə bu ərazi yenidən qurulacaq və öz doğma torpaqlarına qayıdan insanlar üçün normal həyat şəraiti yaradılacaq.
2023-12-06
811,031
Bu şəxslərə tütün məmulatı satanlar cərimələndi
Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkar edilib. DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər nəticəsində rayon ərazisində 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində keçirilən tədbirlər nəticəsində daha 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.
2023-12-06
811,034
Köçəryanla Paşinyan arasında söz davası
Ermənistan parlamentində keçmiş prezidentin oğlu, deputat Levon Köçəryanla Baş nazir Nikol Paşinyan arasında söz davası olub. Axar.az xəbər verir ki, Paşinyan keçmiş hökumətlə indiki arasında müqayisə apararkən deyib: "Hazırki hakimiyyət və sələfləri arasındakı fərq ondan ibarətdir ki, indi siyasi xadimlər evlərin girişində öldürülmür". Paşinyana cavab olaraq Köçəryan qeyd edib: "Daha hansı ölkələrdə insanlar sosial şəbəkələrdə paylaşımlara görə həbs edilir?" "Biz başqa ölkələrin statistikasını öyrənməmişik, amma mən ölkəmizdə əvvəlki dövrlərlə müqayisə apara bilərəm. Məsələn, deyə bilərik ki, siyasətçilər girişlərdə öldürülmür, insanlara atəş açılmır, seçkilərin nəticələri saxtalaşdırılmır, Yerablurda torpaq sahələri mənimsənilmir", - Paşinyan söyləyib.
2023-12-06
811,035
Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq keçirilir - Foto
Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələr arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri və bu əlaqələrin uğurla davam etdirildiyi vurğulanıb. Keçirilən birgə təlimlər və qarşılıqlı icra olunan fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub. Həmçinin əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hərbi, hərbi-texniki məsələlərə dair geniş müzakirələr aparılıb. Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından ordu generalı İ.Özsertə təqdim olunub. Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində həmsədrlər rəhbərlik etdikləri nümayəndə heyəti ilə birgə Hərbi Dialoq İclasına başlayıblar. 15-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 8-dək davam edəcək.
2023-12-06
811,036
Prezidentdən bu xüsusi vəzifə ilə bağlı qərar
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Dövlət qulluğu haqqında” qanuna olunan dəyişiklikdə əksini tapıb.
2023-12-06
811,037
İlham Əliyevdən 3 mühüm fərman
19:36 Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Axar.az xəbər verir ki, fərmanda qeyd olunur: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1368; 2017, № 7, maddə 1372; 2020, № 2, maddə 107, № 7, maddə 868; 2021, № 2, maddə 126; 2023, № 3, maddə 350) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 1. Aşağıdakı məzmunda 5.3-1-ci bənd əlavə edilsin: “5.3-1. Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Akademiyanın ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat verilir.”. 2. 5.8-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Bu Nizamnamənin 5.3-1-ci bəndində göstərilən şəxslərin Akademiyaya qəbulu daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanıldıqdan sonra Akademiya rəisinin əmri ilə rəsmiləşdirilir.”. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50; 2018, № 9, maddə 1840, № 11, maddə 2263; 2019, № 3, maddə 430, № 5, maddə 823; 2020, № 8, maddə 1042; 2022, № 5, maddə 475, № 9, maddə 1028; 2023, № 3, maddə 351, № 4, maddə 500, № 8 (I kitab), maddə 1159) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişikliklər təsdiq edilsin. *** İlham Əliyev “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 10-7-ci maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.2. həmin Əsasnamənin 10-2 – 10-4-cü maddələrində, 10-5-ci maddəsinin birinci cümləsində, 10-6-cı maddəsində, 10-7-ci maddəsinin ikinci cümləsində (birinci halda) və 10-8-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur; 1.3. həmin Əsasnamənin 10-5-ci maddəsinin birinci cümləsində, 10-6-cı maddəsində, 10-7-ci maddəsinin ikinci cümləsində və 10-8-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası nəzərdə tutulur; 1.4. həmin Əsasnamənin 10-7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 10-7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 10-7-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 4. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 472; 2008, № 3, maddə 171; 2010, № 12, maddə 1067; 2013, № 5, maddə 521; 2016, № 12, maddə 2058; 2017, № 3, maddə 350, № 7, maddə 1323) aşağıdakı dəyişikliklər edilsin: 4.1. 2-ci hissə üzrə: 4.1.1. birinci abzasa “4-cü” sözündən sonra “, 10-2 – 10-4-cü maddələrində, 10-5-ci maddəsinin birinci cümləsində, 10-6-cı maddəsində, 10-7-ci maddəsinin ikinci cümləsində (birinci halda), 10-8-ci” sözləri əlavə edilsin; 4.1.2. ikinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin: “həmin Əsasnamənin 10-5-ci maddəsinin birinci cümləsində, 10-6-cı maddəsində, 10-7-ci maddəsinin ikinci cümləsində və 10-8-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası nəzərdə tutulur;”; 4.2. 3-cü hissə üzrə: 4.2.1. ikinci abzasa “Əsasnamənin” sözündən sonra “10-7-ci maddəsinin ikinci cümləsində (ikinci halda),” sözləri əlavə edilsin; 4.2.2. üçüncü abzasda “, 8-ci” sözləri “və 8-ci maddələrində, 10-7-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin", - fərmanda qeyd olunub.
2023-12-06
811,039
Kaledoniya polisinin jurnalistə qarşı davranışı... - Əliyeva
Fransa müstəmləkəsi olan Yeni Kaledoniyada dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) əməkdaşı Aygün Həsənovanın “arzuolunmaz şəxs” olaraq ölkədən çıxarılması, Yeni Kaledoniya polisinin azərbaycanlı jurnalistə qarşı qəddar rəftarı bu ölkə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin heçə sayılmasının, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyət tətbiq olunmasının, söz, mətbuat azadlığının, informasiya əldə etmək hüququnun sərt şəkildə pozulmasının bariz göstəricisidir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva deyib. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə əsasən hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Hazırda dünyada bu mühüm sənədin 75 illik yubileyinin qeyd olunduğu ərəfədə özünü demokratiyanın beşiyi adlandıran bir ölkədə belə neqativ halların baş verməsini şiddətlə qınayıram. Eyni zamanda, bu davranış Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci (Azadlıq və sərbəst hərəkət etmək hüququ) və 19-cu (Sərbəst fikir və ifadə azadlığı) maddələrinin, eləcə də Fransanın ali qanunvericilik aktı olan Konstitusiyasının müddəalarının da kobud şəkildə pozulması deməkdir. Uzun illər müstəmləkəçilik siyasəti yürüdən Fransanın bu cür addım atması öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan Yeni Kaledoniya xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının qarşısının alınması kimi dəyərləndirilməlidir. Xatırlatmaq istərdim ki, bu cür rəftar Fransanın Azərbaycan jurnalistlərinə qarşı törətdiyi ilk belə əməl deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Televiziyasının bu ölkədə çəkiliş aparan əməkdaşları hücuma məruz qalmış, onlara xəsarət yetirilmiş və texnikaları əllərindən alınmışdır. Yeni Kaledoniya polisinin "Azərtaс"ın əməkdaşına qarşı qəddar davranışlarını, onun fəaliyyətinin məhdudlaşdırılmasını, informasiya əldə etmək hüququnun kobud şəkildə pozulması halını qətiyyətlə pisləyirəm”, - Ombudsmanın açıqlamasında qeyd olunub.
2023-12-06
811,040
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
Müştərilərin asanlıqla korporativ təkliflərdən yararlanmağı üçün artıq Bakı və bölgələrdə yerləşən “Nar” satış xidmət mərkəzləri də fərdi sahibkarlar üçün korporativ nömrələr təqdim edəcək. Axar.az xəbər verir ki, istənilən VÖEN-ə sahib şəxs, sadəcə şəxsiyyət vəsiqəsi ilə, xidmət mərkəzlərindən birinə yaxınlaşaraq “Nar” korporativ nömrəsi əldə edə bilər. “Nar” satış və xidmət mərkəzlərində, fərdi sahibkarlarla yanaşı, dövlət qurumlarının əməkdaşları da korporativ təkliflərdən yararlanmaq imkanı əldə edirlər. Müraciət edən şəxs əməkdaş vəsiqəsini də təqdim edərək 3 korporativ nömrə əldə edə bilər. Nar.az/corporate səhifəsinə keçid edərək “Nar”ın korporativ təklifləri haqqında ətraflı məlumat əldə edə və həmçinin “Nar”ın korporativ satış şöbəsi ilə əlaqə saxlaya bilərsiniz. “Nar” hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2023-12-06
811,041
Prezidentdən Polis Akademiyası ilə bağlı qərar
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsində dəyişiklik edilib. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Dəyişikliyə əsasən, tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Akademiyanın ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat verilir. Yuxarıda göstərilən şəxslərin Akademiyaya qəbulu daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanıldıqdan sonra Akademiya rəisinin əmri ilə rəsmiləşdirilir.
2023-12-06
811,044
Bağçalarda işləmək istəyənlərin nəzərinə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibələr təşkil ediləcək. Bu barədə Axar.az-a BŞTİ-dən məlumat verilib. Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə 2023-cü il noyabrın 16-da müsabiqədə iştirak etmiş şəxslər dekabrın 12-si saat 23:59-a qədər BŞTİ-nin saytındakı linkə daxil olaraq vakant yerlərdən birini seçməklə qeydiyyatdan keçə bilərlər.
2023-12-06
811,046
HƏMAS-ın 7 oktyabr hücumu: ABŞ da hərəkətə keçir
ABŞ HƏMAS-ın İsrailə hücumu zamanı Amerika vətəndaşlarına qarşı törətdiyi cinayətləri araşdırır. Axar.az xəbər verir ki, bunu ABŞ ədliyyə naziri Merrik Qarland bildirib. Qarland vurğulayıb ki, ABŞ günahkarları məsuliyyətə cəlb etmək niyyətindədir: "HƏMAS oktyabrın 7-də törətdiyi terror aktında 30-dan çox amerikalını öldürüb və daha çoxunu qaçırıb. Biz bu iyrənc cinayətləri araşdıracaq və bu insanları məsuliyyətə cəlb edəcəyik".
2023-12-06
811,050
DİN-də xidmət etmək istəməyənlərin diqqətinə!
Xüsusi təyinatlı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərlə daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə bağlanacaq. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi nəzərdə tutulacaq. Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi müəyyənləşəcək. Qeyd olunan müqavilənin forması və çəkilmiş xərclərin hesablanma qaydası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən müəyyən ediləcək. Daxili İşlər Nazirliyi xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulacaq.
2023-12-06
811,052
Bayramov Blinkenin köməkçisi ilə görüşdü - Foto
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen ilə görüş keçirib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub. Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb. Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2023-12-06
811,055
Əliyev bizə bu gün 3 saat ərzində bunları izah etdi - Brayza
Biz bu gün Prezident İlham Əliyev ilə üç saat ərzində danışıqlar aparmışıq. Dövlət başçısı hər bir iştirakçının sualını cavablandırıb, öz fikrini çox aydın və səmimi şəkildə ifadə edib. Axar.az xəbər verir ki, bunu “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. "O öz nitqində Azərbaycanın gələcəyindən, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrdən, həmçinin Azərbaycanın iqtisadi və siyasi müstəqilliyə nail olmasından söz açıb. Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətindədir. O, həmçinin Paşinyanın sülh müqaviləsini imzalamaq üçün sonuncu maneəni, yəni, Qarabağdan qeyri-qanuni erməni qoşunlarının çıxarılmasını və separatçı siyasi rejimi necə aradan qaldırdığını vurğulayıb”, - sabiq səfir qeyd edib.
2023-12-06
811,060
Ukrayna xüsusi xidməti Moskvada deputatı öldürdü
Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti tapılıb. Axar.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb. Məlumata görə, meyit Moskva vilayətində tapılıb və keçmiş deputat Ukrayna xüsusi xidmət orqanları tərəfindən odlu silahla öldürülüb. Qeyd edək ki, ötən il eks-deputat Ukrayna hökuməti tərəfindən axtarışa verilib.
2023-12-06
811,061
Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası bəlli oldu
Daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslər də kursant adlandırılacaq. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Qanunla daxili işlər orqanları üçün kadr hazırlığı qaydası da müəyyənləşib. Qanuna əsasən, daxili işlər orqanlarının orta, böyük, ali rəis heyəti vəzifələri üçün orta ixtisas və ali hüquq təhsilli kadrların hazırlanması, habelə daxili işlər orqanlarının əməkdaşlarının əlavə təhsilli müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları (18 yaşına çatmayan kursantlar istisna olmaqla) və dinləyiciləri müvafiq təhsil proqramlarının tərkib hissəsi olaraq, ixtisas üzrə təcrübənin keçirilməsi məqsədilə daxili işlər orqanlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsinə cəlb ediləcəklər. Daxili işlər orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində əlavə təhsilə cəlb edilməsi daxili işlər orqanlarının müvafiq ixtisaslı mütəxəssislərlə komplektləşdirmə ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçiriləcək.
2023-12-06
811,062
Ermənistan ordusunun üç hərbçisi saxlanıldı
Ermənistan ordusunun üç hərbçisində narkotik aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, sözügedən hərbi qulluqçular saxlanılıb.
2023-12-06
811,064
Ərdoğan: Bu tarixdə Macarıstana gedəcəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Ərdoğan özü məlumat verib. O, dekabrın 7-də Yunanıstana, dekabrın 18-də isə Macarıstana səfər edəcəyini bildirib.
2023-12-06
811,065
Ukrayna etiraf etdi: Onu Moskvada biz öldürdük!
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ali Radanın keçmiş üzvü İlya Kivanın ölümünə görə məsuliyyəti öz üzərinə götürüb. Axar.az xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov etiraf edib. Yusov bildirib ki, Kiva Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı zamanı öldürülüb. O, belə aksiyaları davam etdirmək niyyətində olduqlarını da açıqlayıb. Qeyd edək ki, Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti Moskva vilayətində tapılıb.
2023-12-06
811,068
Bu bakalavrların hazırlıq xərcləri hesablanacaq
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası hazırlanacaq. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi isə tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
2023-12-06
811,072
Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi
21:55 Böyük Britaniya “Rusiyanın hərbi təchizat zəncirlərində iştirak edən və onun Ukraynaya müdaxiləsinə dəstək verən” müxtəlif ölkələrdən olan şəxslərə və qruplara qarşı 46 yeni sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiya Çin, Türkiyə, Serbiya, Özbəkistan, BƏƏ-də fəaliyyət göstərən şirkətlərə tətbiq edilib. Britaniya pilotsuz uçuş aparatların və raket hissələrinin inkişafı və istehsalı və elektron komponentlərin idxalı ilə əlaqəli 31 şəxs və təşkilata, həmçinin Rusiya neftinin ticarəti ilə məşğul olduğunu bildirdiyi BƏƏ-nin 4 şirkətinə sanksiya tətbiq etdiyini bildirib. Belarus müdafiə təşkilatına qarşı da sanksiyalar tətbiq edilib.
2023-12-06
811,074
Quterreş ilk dəfə BMT TŞ sədrinə məktub göndərdi
BMT Baş katibi Antonio Quterreş ilk dəfə BMT Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib. Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib. Düjarrik qeyd edib ki, baş katib Qəzza və İsraildəki insan tələfatının miqyasını nəzərə alaraq BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək, TŞ-nın sədrinə məktub ünvanlayıb. Qeyd edək ki, bu, Quterreşin sədr kimi 2017-ci ildən bu yana TŞ-yə göndərdiyi ilk məktubdur.
2023-12-06
811,077
ABŞ-dan Bakıya növbəti təxribat: Hesabatda nələr var?
ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyası (USCİRF) ölkəmizdə dini etiqadın hazırki vəziyyəti ilə bağlı qərəzli hesabat hazırlayıb. Axar.az xəbər verir ki, hesabat qurumun nəzarət siyasəti məsələləri üzrə analitiki Kelli Bekken tərəfindən hazırlanıb və “Azərbaycanda dinə dövlət nəzarəti” adlanır. Sənəd “Ümumi baxış”, “Dini etiqad azadlığına hörmət və əlaqədar insan hüquqları”, “Dini etiqad azadlığına dair qanunvericilikdə məhdudiyyətlər”, “Dağlıq Qarabağda dini yerlər”, “Müsəlmanlara təzyiqlər davam edir” və “Nəticə” adlı altı hissədən ibarətdir. Birinci hissədə Komissiyanın cari ilin may ayında dini etiqadların “ciddi şəkildə” pozulması fonunda Dövlət Departamentinə Azərbaycanı özünün Xüsusi Nəzarət Siyahısına salmağı tövsiyə etdiyi xatırladılır. Dövlət Departamentinin ötən ilin noyabr ayında verdiyi bəyanatda Azərbaycanı 1998-ci ildə qəbul olunmuş “Dini etiqad azadlığı” Aktına uyğun ölkələr sırasına daxil etməkdən imtina etdiyi bildirilib. Son 3 il ərzində müxtəlif dini fəaliyyətlərə məhdudiyyətlərə hüquqi don geyindirmək üçün “Dini etiqad azadlığı haqqında” Qanuna iki dəfə dəyişiklik etdiyi nəzərə çatdırılır. Hesabatda eyni zamanda Qarabağ bilərəkdən “Dağlıq Qarabağ” adlandırılır, oradakı “repressiya”lardan bəhs olunur, şiə məzhəbinə mənsub dini fəalların “təqibin”dən danışılır. İkinci hissədə isə “Fridom Haus”un (Freedom Hause) qərəzli hesabatlarına istinad edilir və Azərbaycan azad olmayan, siyasi hüquqlar və vətəndaş azadlıqlarının aşağı səviyyədə olduğu ölkə kimi xarakterizə edilir. Bu hissədə Qubad İbadoğlunun həbsindən danışılır, eyni zamanda dini fəalların həbsi vurğulanır. Digər tərəfdən Azərbaycanda 202 nəfər siyasi məhbusun olduğu deyilir. Hesabatda dövlətimizin ötən ilin dekabr ayından etibarən Qarabağdakı etnik erməniləri “blokada”da saxladığı, Laçının qismən “blokada”sından sonra, yəni 2023-cü ilin iyununda bunun tam “blokada”ya çevrildiyi iddia edilir. Guya Azərbaycanın bu ilin sentyabr ayında “hücum”a keçməsindən və bölgəni zorla geri almasından sonra 100 mindən çox etnik erməni bölgədən köç etməyə məcbur olub. Üçüncü hissədə isə 2009-cu il tarixli “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərdən bəhs olunur. Burada dini icmaların, eyni zamanda ibadət yerlərinin qeydiyyatının çətinləşdirildiyi bildirilir. Bununla yanaşı, dini ədəbiyyat və müvafiq materialların aidiyyəti orqanlar tərəfindən nəzərdən keçiriləndən sonra çapı, idxalı, ixracı və ölkədə paylanılması da vəziyyəti ağırlaşdıran məsələ kimi qələmə verilir. Məscidlərdə axund və imamların dövlət tərəfindən təyin olunması, onların attestasiyası, rəsmi icazə olmadan dini təbliğatın və missionerliyin qadağası tənqid edilir. “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərlə rəsmi şəxslərə dini fəaliyyətin qadağan olunması dövlətin nəzarətinin gücləndirilməsi faktı kimi qiymətləndirilir. Dördüncü hissədə dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə yenidən hörmətsizlik edilir və paraqraf ““Dağlıq Qarabağ”da dini yerlər” adlandırılıb. Paraqrafda bir sıra təşkilatların Qarabağdakı dini obyektlərin qorunması ilə bağlı “narahat”lıqları ifadə edilib, istinad kimi Beynəlxalq Ədalət Məhkəməsinin cari ilin fevral ayında verdiyi qərar göstərilib. Xarici işlər naziri Ceyhun Bayramovun 23 iyunda digər etnik və dini azlıqlar kimi Azərbaycan cəmiyyətinə inteqrasiya edəcək etnik ermənilərin rahat şəkildə öz mədəniyyətlərini qoruya, inkişaf etdirə biləcəkləri ilə bağlı verdiyi açıqlama təhdid kimi qəbul edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının 2 may tarixində erməni keşişlərin Xudavəng monastrını tərk etməli olduqları ilə bağlı verdiyi açıqlama (Monastırın ermənilərlə heç bir əlaqəsi yoxdur və ölkəmizin Alban-udi icmasının orada ibadəti üçün hər cür şərait yaradılıb. Abidə dövlət nəzarəti altında qorunur –red.) isə ermənilərin bizim ərazimizdə mövcudluğuna qarşı daha sərt çıxış kimi dəyərləndirilib. Sənəddə Azərbaycanın sentyabr ayında keçirdiyi lokal antiterror tədbirlərindən sonra bölgəyə göndərilən BMT missiyasının fəaliyyətinə yer verilməsi diqqətçəkən məqamdır. Əslində bu, həm də özünü inkardır. Burada BMT missiyasının mədəni və dini strukturlarının ziyan görməsinə dair heç bir faktla rastlaşmadığı bir daha qeyd olunub. Lakin yenə də çağırış etməyi unutmayıblar. Beşinci hissədə şiə məzhəbinə məxsus insanların “təqib” edilməsindən, xüsusilə Müsəlman Birliyi Hərəkatı ilə bağlı məsələlərdən bəhs olunub. Qurum Azərbaycan dövlətini ölkəmizin İrandakı səfirliyində törədilən terror aktından sonra dinc dindarların heç bir əsas olmadan həbsində günahlandırıb. Sənəddə “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq Birliyi”nin açıqladığı rəqəmlərə istinadla “saxta ittihamlarla həbs olunan dindarlar”ın 171 nəfər olduğu bildirilib. Altıncı hissədə “Yehovanın Şahidləri” təriqətinə məxsus insanların həbsindən, onlara edilən “təzyiq”lərdən danışılıb. Sonuncu hissədə isə Azərbaycan dövlətinin bir sıra addımlarla dini azadlıq sahəsində əldə etdiyi kiçik irəliləyişlərin üzərindən xətt çəkdiyi vurğulanıb. Dövlət Departamentinə Azərbaycana yuxarıda qeyd etdiyimiz Qanuna edilən dəyişikliklərdən imtina olunmayanadək təzyiq göstərilməsi tövsiyə edilib. Eyni zamanda ölkəmizin Xüsusi Nəzarət Siyahısına (SWL) salınmasının vacibliyi vurğulanıb.
2023-12-06
811,080
Bakıda avtobus evin üstünə çıxdı - Video
Bu gün Bakının Günəşli qəsəbəsində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, 46 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yol kənarında yamacda yerləşən yaşayış evlərinin üzərinə çıxıb. Hadisə zamanı ölən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
2023-12-06
811,081
Axundovla bağlı qərar: “zərərçəkənin” qızı İrəvanı ifşa etdi
Ermənistanda hərbi əsir kimi saxlanılan Hüseyn Axundov barəsində bu gün ikinci instansiya məhkəməsinin ömürlük cəza çıxarması haqda guya əsgərimizin “qətlə yetirdiyi” iddia edilən Meliksetyanın qızı Ani Meliksetyan maraqlı açıqlama verib. Axar.az xəbər verir ki, erməni mediasına danışan Ani əslində İrəvanın bu qərarının siyasi olduğunu ifşa edib. O qeyd edib ki, onlara qəfil zəng edilib və şikayətləri ilə bağlı Apellyasiya Məhkəməsində iclasın bu gün keçiriləcəyi bildirilib: “Məhkəmə iclası bizsiz keçirdi və həmin qatilə ömürlük həbs cəzası verdi. Bəli, bizim məhkəmədən tələbimiz qanuni və ədalətli hökm çıxarılması idi. Amma məhkəmə iclasının gününün dəyişdirilməsi, iclasın çox tez təyin olunması, bizim iştirakımız olmadan məhkəmə iclasının keçirilməsi, nəticədə ömürlük həbs cəzası çıxarılması… Ümid etmək istəyirəm ki, bütün bunlar hiyləgər oyun deyil. Ümumiyyətlə, bəli, biz ömürlük həbs tələb etmişik, amma onu da bilirik ki, məhbusların dəyişdirilməsi məsələsi var”. Jurnalist Axundovun Bakıda istintaqı gedən Qarabağın “hərbi-siyasi rəhbərliyi, keçmiş prezidentləri, generalları, yüksək rütbəli məmurları ilə” mübadiləsi məsələsinə zərərçəkənin hüquqi varisinin münasibətini öyrənib və bununla da əslində Ermənistan hakimiyyətinin niyyətini ortaya qoyub. Buna cavab olaraq isə Ani deyib ki, mübadilə haqda ailənin xəbəri olmadan kimsənin qərar verməyə mənəvi haqqı yoxdur. Göründüyü kimi, Ermənistanın Axundova ömürlük cəza verməklə, onu Azərbaycanda həbsdə olan və yaxud istintaqı aparılan hansısa cinayətkarla mübadilə subyektinə çevirdiyini ermənilər özləri də etiraf edirlər.
2023-12-06
811,083
Ərdoğandan İsveçlə bağlı ABŞ-a: Bunları eyni vaxtda edək!
ABŞ-dakı həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə parlamentində nəzərdən keçirilməsi ilə eyni vaxtda Türkiyəyə F-16 tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda ataq. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Qeyd edək ki, ötən ay Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsi İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun müzakirələrini təxirə salıb.
2023-12-06
811,084
Paşinyandan Ohanyana: Araiki, Bakonu qaytarmaq üçün...
Artıq əmin oluram ki, bəzi qüvvələr uzun müddət Qarabağ məsələsindən Ermənistanda dövlətin qurulması və formalaşmasına mane olmaq üçün istifadə ediblər. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deputat Seyran Ohanyanın sualına cavab olaraq deyib. Paşinyan Ohanyanın Bakıda saxlanılan erməni terrorçuların (Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan) qaytarılması ilə bağlı müəyyən işlərin görüldüyünü bildirib: “Bizim strategiyamız Ermənistan dövlətçiliyi və suverenliyinin gücləndirilməsidir. Bu yolla davam edəcəyik. Məni narahat edən və maraqlandıran da Ermənistan Respublikasının gələcəyidir. O ki qaldı İrəvanı Qarabağı tək buraxmaqda ittiham edənlərə, onların etdiyini sadəcə bir şəkildə adlandırmaq olar: minnət. Bakıda saxlanılan şəxslərin ölkəmizə qaytarılması üçün isə mümkün olan hər şey edilir”.
2023-12-06
811,085
Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq
“BTB Bank” ASC-nin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları nağd pul oğurlamaqda təqsirli bilinən Aleksey Babayevin məhkəməsi başlayır. Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Artıq məhkəməyə hazırlıq iclasının vaxtı bəlli olub. İşə dekabrın 14-də hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq. Oğurluq hadisəsi bu ilin martında baş verib. Aleksey Babayev şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.4-cü (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu işdə Qrinkeviç Sergey Oleqoviç adlı şəxs də şübhəli şəxs qismində saxlanılıb. Lakin onun adı təqsirləndirilən şəxslərin siyahısında yoxdur. Aleksey Babayevdən başqa bu işdə Siarhei Hrinkeviç adlı şəxs də təqsirləndirilir. “BTB Bank” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66 450 000 AZN-dir. Bankın səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya məxsusdur. Nigar Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin gəlinidir. O, akademikin fövqəladə hallar nazirinin müavini olan oğlu Timur Mehdiyevin xanımıdır. Ramiz Mehdiyev “BTB Bank”la bağlı açıqlamalarında bankın oğluna məxsus olduğunu təsdiqləyib.
2023-12-06
811,088
Azərbaycan Qəhrəmanmaraşda mühüm rol oynayır
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Qəhrəmanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən ölkəmiz tərəfindən Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yenidənqurma işləri aparılacaq. Həmin layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən məbləğ ayrılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Toplu Mənzil İdarə Müdirliyinin (TOKİ) rəhbəri Ömər Bulud mediaya açıqlama verib. İdarə rəhbərinin açıqlaması Türkiyə mediasında geniş işıqlandırılıb. Demirörən Xəbər Agentliyinin (DHA) mövzuya dair yazısında deyilir: “Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə Qəhrəmanmaraşın Azərbaycan məhəlləsində tikiləcək yaşayış və iş yerləri üçün torpaq abadlaşdırılması işləri davam edərkən, TOKİ rəhbəri Ömər Bulud və Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov işlərlə yerində tanış olublar. Qəhrəmanmaraş Böyükşəhər Bələdiyyə başçısı Xeyrəddin Güngörün də iştirak etdiyi əraziyə baxış zamanı Bulud və Sadıqov tikintiyə cavabdeh şəxslərdən son vəziyyətlə bağlı məlumat alıblar. Ömər Bulud bildirib ki, Qəhrəmanmaraşda zəlzələdən zərərçəkənlər üçün ev tikintisi tam sürəti ilə davam edir”. “Haber Türk” saytının xəbərində bu mənzillərin yaxın vaxtda sahiblərinə təqdim ediləcəyi bildirilib. İhlas Xəbər Agentliyinin (İHA) “TOKİ sədri və Azərbaycan rəsmisi Azərbaycan məhəlləsinin inşa edildiyi əraziyə baxış keçiriblər” sərlövhəli yazısında bu ifadələr yer alıb: “Zəlzələ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayan Azərbaycan Qəhrəmanmaraşda min ev inşa edəcək. Şəhərdə Azərbaycan rayonunun yaradılması işlərinə başlanılıb. Azərbaycan 320 hektar ərazidə salınacaq məhəllənin 100 milyon dollarlıq hissəsini Azərbaycan ödəyəcək”. Yazıda TOKİ rəhbərinin “Azərbaycan məhəlləsinin tikiləcəyi ərazi kommersiya əhəmiyyətli olacaq. Azərbaycanlı qardaşlarımızın o köhnə tarixi yaşatmaqla bağlı bir xahişləri oldu, bununla yanaşı minə yaxın ev tikəcəklər. İşlər artıq başlayıb, niyyətimiz bir il ərzində tikintini başa çatdırıb qanuni sahiblərinə verməkdir. Xəbər Türkiyənin bir çox media qurumu tərəfindən yayımlanıb. Xatırladaq ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Qəhrəmanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Qanunu imzalayıb.
2023-12-06
811,091
ABŞ-dan İsrailə 200-cü təyyarə gəldi
ABŞ-dan İsrailə hərbi texnika daşıyan 200-cü təyyarə gəlib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi əməliyyatlar başlayandan bəri İsrail ABŞ-dan 10 min ton hərbi texnika alıb. “İsrail Müdafiə Nazirliyi və ordu Qəzza zolağında əməliyyatın məqsədlərinə nail olmaq üçün optimal əməliyyat imkanlarını təmin etmək üçün çalışır”, - məlumatda qeyd olunub.
2023-12-06
811,094
Qəzzada beynəlxalq qüvvələr yerləşdiriləcəkmi?
ABŞ administrasiyası tərəfdaşları ilə Qəzza zolağında beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi ideyasını müzakirə edir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib. "Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə gəlincə, biz regiondakı müttəfiqlərimiz və tərəfdaşlarımızla bu müzakirələri aparırıq. Düşünürəm ki, hər hansı bir qərar haqqında konkret danışmaq hələ tezdir, lakin biz diqqətimizi buna yönəltmişik”, - deyə M.Miller bildirib.
2023-12-06
811,096
HƏMAS-ın komandirlərinin yarısı öldürülüb - Levi
Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail Müdafiə Qüvvələri hərbçiləri HƏMAS-ın batalyon komandirlərinin azı yarısını öldürüb. Axar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi bildirib. “Ordu bu günə qədər HƏMAS batalyon komandirlərinin yarısını öldürüb. Əsgərlər əhəmiyyətli hava dəstəyi ilə Qəzza zolağı daxilində irəliləməyə davam edir. Bu kampaniya artıq HƏMAS-ın hərbi imkanlarını xeyli azaldıb", - Levi söyləyib. O qeyd edib ki, oktyabrın 7-dən bəri HƏMAS İsrailə 11500-dən çox raket atıb. 2 mindən çox belə buraxılış uğursuzluqla başa çatıb. Bu mərmilərin əksəriyyəti Qəzza zolağına düşüb və əhəmiyyətli dağıntılara səbəb olub.
2023-12-06
811,099
HƏMAS liderinin evi mühasirəyə alındı
Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail hərbçiləri HƏMAS hərəkatının siyasi lideri Yəhya Sinvarın evini mühasirəyə alıb. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. “Dünən gecə mən dedim ki, bizim qüvvələrimiz Qəzza zolağında istənilən yerə çata bilər. İndi onlar Sinvarın evini mühasirəyə alıblar. Deməli, onun evi onun qalası deyil. O qaça bilər, amma biz onu yaxalayacağıq, bu, an məsələsidir", - deyə Netanyahu bildirib.
2023-12-06
811,100
İtaliya “Bir kəmər, bir yol” təşəbbüsündən çıxdı
İtaliya Çin tərəfindən irəli sürülən və tarixi İpək Yolu üzərində ticarəti böyük layihələrlə canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündən çıxıb. Axar.az xəbər verir ki, yerli medianın məlumatına görə, İtaliya hökuməti bununla bağlı Çinin Romadakı səfirliyinə rəsmi məktub göndərib. Sənəddə İtaliyanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakını uzatmayacağı bildirilib. Qeyd edək ki, İtaliya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk və yeganə G7-yə üzv ölkə idi. İtaliyanın Baş naziri Corciya Meloni bu il sentyabrın 12-də ölkəsinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxacağını nəzərdən keçirdiyini demişdi.
2023-12-06
811,101
Sanki öz toyumda iştirak etmədən məni evləndirdilər
Prezident İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayarkən maraqlı fikirlər səsləndirib. Axar.az xəbər verir ki, dövlət başçısı bu barədə ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışında bildirib. “Mən çox təəccübləndim, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən məni evləndirdilər. Bunu necə etmək olar? Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı qətnaməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmamışam” - İlham Əliyev qeyd edib.
2023-12-07
811,102
ABŞ Ukraynaya 175 milyonluq yardım ayırdı
ABŞ Ukraynaya 175 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib. O, yeni paketə hava hücumundan müdafiə sistemləri, HİMARS sistemləri üçün əlavə döyüş sursatları, artilleriya sursatları, radiasiya əleyhinə yüksək sürətli raketlər və tank əleyhinə raketlər, atıcı silahlar üçün sursat, maneələri aradan qaldırmaq üçün dağıdıcı sursatları, ehtiyat hissələri və köməkçi avadanlıqların daxil olduğunu açıqlayıb
2023-12-07
811,106
Obrayen Bakıda Əliyevlə, Kim ABŞ-da Armenlə görüşdü
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a işgüzar səfəri çərçivəsində Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, görüşdə Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin siyasi dialoqunun gündəliyi və əsas istiqamətlər üzrə praktiki əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Tərəflər regional təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qriqoryan Kimə “Sülh qovşağı” konsepsiyasını və İrəvanın regionda sabitliyin və uzunmüddətli sülhün bərqərar edilməsinə dair planını təqdim edib. Qeyd edək ki, Yuri Kim ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsindən oktyabrda azad edilib. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen hazırda Bakıda səfərdədir.
2023-12-07
811,108
Rusiya Ukraynadan sonra bu ölkəyə hücum edəcək - Bayden
Rusiyanın Ukraynanı məğlub etdikdən sonra Baltikyanı ölkələrə hücum edəcəyinə əminəm. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. Ağ Ev rəhbəri Ukraynadan üz döndərməyəcəyini vurğulayıb.
2023-12-07
811,109
Lavrovun atmacası: Mirzoyan “aydınlıq” gətirdi - Video
Bir anlaşılmazlıq oldu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşün təşəbbüsünün ATƏT-dəki daimi nümayəndəmizdən gəldiyini düşünürdü, halbuki, məndə olan məlumata görə, belə deyil. Axar.az xəbər verir ki, bu sözləri dekabrın 6-da parlamentdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı ilə görüşündə Lavrovun Ermənistanın ATƏT-dəki daimi nümayəndəsindən şikayət etdiyi videonu şərh edərkən bildirib. “Görünür, texniki anlaşılmazlıq baş verib və bu, Rusiya XİN rəhbərinin diqqətinə çatdırılıb. Söhbət görüşün təşəbbüskarı olmasından gedirdi. Mən bildirdim ki, biz bu görüşün təşəbbüskarı olmamışıq”, - deyə erməni nazir qeyd edib. Qeyd edək ki, Lavrov 30 noyabrda Skopyedə Mirzoyanla görüşmüş, ondan görüşdə niyə səfirin olmadığını (Ermənistanın Avstriyadakı səfiri və ATƏT-dəki nümayəndəsi Armen Papikyan – red.) soruşmuşdu. O isə “bildiyim qədəri ilə tələb olunmayıb” cavabını vermişdi. Lavrov isə Mirzoyanın cavabına “səfiriniz müstəqildir, təlimatsız işləyir” sualı ilə reaksiya vermişdi.
2023-12-07
811,112
Ömrümüzü Azərbaycan uğrunda qoyduq – Qaradağlılar
İsveçdə yaşayan milli fəal, Milli Qurtuluş Hərəkatının rəhbəri Eldar Qaradağlı və onun həyat yoldaşı milli fəal Azər xanım Fərruxinin Axar.az-a müsahibəsi: - Azər xanım, illərdir Bakıya gəlmirdiniz. Bu, nə ilə əlaqədar idi? - Bakıya 18 ildən sonra yenidən gəlirəm. İlk dəfə 1995-ci ildə gəlmişdik. 2005-ci ildə Bakıdan gedənəm. Bura çox dəyişib, daha da inkişaf edib. İnanılmaz şəkildə dəyişib. Müəyyən səbəblərdən gələ bilmirdim. Ailə qayğıları və iş mane olurdu. Lakin Bakıya sevgi, məhəbbət həmişə olub. - Bakıya ilk səfərinizdən sonrakı təəssüratınız maraqlıdır… - Həyat yoldaşım Eldar bəy İranda həbsdən çıxandan sonra iki-üç gün ərzində qərar verdik ki, övladlarımızı da götürüb buranı tərk edək. Bilirdik ki, Eldar bəyi bir neçə dəfə tutmuşdularsa, yenə zindana atacaqlar, davamlı olacaq. Bu əziyyəti özüm, ailəm və uşaqlarım da görəcək. Odur ki, evimizi Təbrizdə qoyub Bakıya gəldik. - Güneydəki eviniz üçün darıxırsınız? - Evimiz üçün darıxıram. Gedib görmək istəyərəm. Lakin bilirəm ki, bu, mümkün deyil. Rejimin siyasəti belədir ki, bizim kimi fəallar üçün həmişə təhlükə var. Nəinki biz, hətta övladlarımızın ora getməyi təhlükəlidir. Odur ki, evimizi gedib, görə bilmərik. Xatirələrimizdə qalıb. Hərdən “Quql məp”də baxırıq. Təbrizin küçələrini dolanırıq. Belə yad edirik. - Hər zaman Eldar bəyin yanında olmusunuz. Yoldaşınıza dəstəyiniz indi də davam edir? - Təbii, elədir. Əslində, çox ağır yoldur. Həm də hər insan bu cür olmur. Yorulmadan həyat yoldaşının yanında olsun, məsuliyyət daşısın və yolundan dönməsin. Daima torpağını, Vətənini düşünsün. Amma zamanla, insan yaşa dolduqca çalışır ki, bu məsuliyyəti gənc nəslə də ötürsün. Odur ki, fəaliyyətimiz davam edir. Biz indi qürbətdəyik və gördüyümüz iş isə uşaqlarımıza torpaq sevgisini, varlığımızı, mənliyimizi aşılamaqdır. Qürbətdə olsaq da bir-birimizin pis-yaxşı günündə yanında olmağa çalışırıq. Əsas odur, övladlarımız dillərini, əziz günlərimizi bilsinlər. - Övladlarınız da sizin kimi mübarizə yolunu seçiblər? - Üç qızım var, ailə qurublar. Beş nəvəm var. Qızlarım daima bizi dəstəkləyirlər, mübarizəmizi anlayırlar. - Adınız maraqlıdır. Bu adın sizə verilməsinin xüsusi anlamı varmı? - Atam Pişəvəri zamanında gənclik qolunun bir üzvü idi. Mən də 21 Azərdə (12 dekabr) anadan olmuşdum. Bu səbəbdən də atam adımı Azər qoyub. - Qarşıdan 21 Azər gəlir. Yaşadığınız İsveçdə bununla bağlı tədbirlər təşkil edəcəksiniz? - Əslində, olmalı idi. Lakin tədbirlər dekabrın 9-da nəzərdə tutulub. Məkanı o gün üçün ayırıblar. Biz isə Bakıda olacağımız üçün bu tədbirlərdə iştirak edə bilməyəcəyik. Amma orada olan dəyərli dostlarımız tədbirlərə qatılacaq və o günü mütləq yad edəcəklər. - Eldar bəy, siz necə, Azər xanımın dəstəyini hiss etmisinizmi? - Bizim ilk tanışlığımız siyasi həyatımızla bağlıdır. Elə siyasi həyatımız da ortaq olaraq başlayıb. Bizdə - Təbrizdə istər siyasi, istər milli, istər din adamı olsun, mübarizələrini dağlara çəkilməklə aparırlar. Çünki dağ azadlıq, ucalıq və uçmaq deməkdir. Bizim də həyatımızın çoxu dağlarda keçib. Mənim Təbrizdə Pərviz Zare adlı dostumla bir kitab mağazamız var idi. Azər xanım da ora tez-tez gəlirdi. Orada tanış olduq. Bundan sonra evlənməyə, ortaq həyatımızı davam etməyə qərar verdik. O zamandan etibarən çiyin-çiyinə mübarizə aparmışıq. Azərbaycanın Qurtuluş Təşkilatının və uşaq bağçasının təsisində Azər xanımın və dostlarımızın böyük rolu olub. O zamanlar biz Təbrizdə qaçaq uşaq bağçası yarada bildik. Qaçaq dedikdə, yəni gizli fəaliyyət göstərirdi. Rejimin nəzərindən uzaq 3 il yarım biz oranı idarə etdik. Bu illər ərzində yüzlərlə azərbaycanlı ailəni bir-birinə kilidlədik. Uşaqları bir-biri ilə dostlaşdırdıq, milliləşdirdik. Əlimizdən gələni etdik. 1986-cı illərdən bəhs edirəm. - Uşaqların milliləşməsində bağçanın rolu nədən ibarət idi? - Azərbaycan dili, musiqi, rəqs, uşaq psixologiyası ilə bağlı dərslər keçirilirdi. Fərqli atmosferdə fəaliyyətlərimiz olurdu. Sonra bu fəaliyyətlərimizi gənclərə təhvil verdik. Biz daha çox siyasiləşdik. 1992-ci ildə doktor Zehtabi, Həsən bəy Dəmirçi kimi ziyalılarımızla Qurtuluş Təşkilatını yaradanda Azər xanım da bizimlə birgə olub. İndiyə kimi də bu hərəkatın içindədir. Birlikdə hərəkət edirik. Umuram ki, son nəfəsimizə kimi bu millətə, bu bayrağa, bu dövlətə vəfalı qalacağıq. - Birlikdə sizin kimi milli mübarizəyə qoşulan ailələrin sayı çoxdur? Azər: Var, əlbəttə. Güneydən bizim kimi ailələr var ki, fəaliyyətlərini gecə-gündüz demədən Vətənin azadlığına həsr edib. Xanımı da, bəyi də mübarizə aparırlar. Bir-birimizi görəndə dərdləşirik. Bəzən toplantılarda, aksiyalarda iştirak edirik, qarşılaşırıq. Qürbətdə elədir ki, insanlar gərək bir-birinin yanında ola. Müxtəlif düşüncə tərzindən asılı olmayaraq, əgər Vətənlə bağlı mübarizənin içindəsənsə, gərək bir-birimizi dinləyək. Həyat fikir alış-verişindən ibarətdir. - Azər xanım, güneyli xanımları bu mübarizədə aktiv hesab etmək olar? - Qürbətdə olan güneyli xanımlar siyasi həyatda fəal olmasalar da, öz mədəniyyətini, adət-ənənələrini yaşatmaqla Vətənə xidmət edirlər. Musiqimiz, dilimiz, milli yeməklərimizi daim təbliğ etməyə, yaşatmağa çalışırlar. Lakin siyasi mübarizədə öndə deyillər. İçəridə - Güneydə isə bizim xanımlarımız daha fərqlidir. Sosial şəbəkələrdə paylaşdıqları videolardan görünür ki, onlar necə cəsarətlidirlər. Vətənpərvər şeirlər səsləndirir, milli varlıqlarına sahib çıxırlar. Dilimizə, tariximizə daha yaxşı bələddirlər. Cavandırlar, düzdür, lakin böyüklərindən dərslər alıblar. Bizim çox gözəl ziyalı xanımlarımız, yazarlarımız var. Aralarında siyasi mübarizə aparanlarımız çoxdur. Lakin yolumuzun hamar olmasından ötrü xanımlarımızın daha da aktiv olmasına ehtiyacımız var. Söhbət onların övladlarını necə yetişdirməyindən, hansı ruhda böyütməyindən gedir. O uşaqlar mənliklərinə, kimliklərinə sahib çıxsalar, bu rol birə yüz artar. - Eldar bəy, xanımlarımızın cəmiyyətdəki fəallığı sizi qane edir? - Yox, etmir. Dünya ölkələrindən çox geridəyik. İstər Güneydə, istər Quzeydə. Doğrudur, Quzeydə yavaş-yavaş gənclərimiz sosial-ictimai işlərdə aktiv olmağa səy göstərirlər. Elə maşın sürməyin özü bir sosial hərəkətdir. Bu, çox gözəldir, amma kifayət etmir. Gələcəyimizi təmin etmək istəyiriksə, Azərbaycanımızın parlaq gəcəyini görmək istəyiriksə, qadınlarımızın üzərində çalışmalıyıq. Sevinirəm, müşahidə edirəm ki, gənc bir xanımın danışıqları daha siyasidir. Məişət söhbətlərindən daha çox, ictimai-siyasi həyatda baş verənləri müzakirə edir, bu barədə öz fikirlərini bildirirlər. Budur önəmli. Dövlətimiz də gənc xanımlara daima şərait yaratmalıdır. Əminəm ki, qızlarımız daha güclü və qüdrətli olacaqlar. - Azər xanım, Eldar bəylə, siyasi fikirlərinizin üst-üstə düşmədiyi məqamlar olur? - Evdə müxalifət mənəm (gülürlər). Ailədə danışanda deyirəm ki, Eldar bəy iqtidardır, mən isə müxalifət. Lakin milli məsələlərdən danışanda fikirlərimizin 80 faizi üst-üstə düşür. Çünki biz eyni əqidənin, fikrin daşıyıcıları olmuşuq, belə də davam edirik. Aramızda ziddiyət olsaydı, yəqin ki, bir arada da olmazdıq. 42 ildir evliyik. Fikirlərimiz, hisslərimiz, üst-üstə düşüb ki, bu qədər yol gələ bilmişik. Eldar Qaradağlı: Həyatda məmnun olduğum məqamlardan biri həyat yoldaşımın mənimlə həmfikir və eyni düşüncədə olmasıdır. 1997-ci ildə Bütöv Azərbaycan Birliyi yarananda Elçibəy 6-7 namizəd xanımın arasından Azər xanımı müavin seçdi. Gözləmirdik, namizədlər arasında tanınmış xanımlar var idi. Lakin Elçibəy məhz Azər xanımı öz müavini olaraq görmək istədi. Elçibəy böyük şəxsiyyət idi. Onun BAB-da yeganə xanım müavini Azər xanım idi. O zaman hiss elədim ki, biz nə qədər yaxın və bir yolda gedən insanlarıq. İnsanlar bizi nümunəvi həyat yoldaşı və yol yoldaşı kimi qəbul edirdi. Bu baxımdan, özümü çox xoşbəxt hiss edirəm. Çünki yürüdüyüm yolda arxamı dayayacağım bir dağ var. Mən onun həyat yoldaşı kimi xüsusiyyətlərindən danışmıram, o öz yerində. Azər xanımın yol və əqidə yoldaşı olaraq keyfiyyətlərini qiymətləndirirəm. Hər şeydən öncə bir anadır, nənədir. Bu sözləri hər zaman etiraf etmərəm və dilə gətirən insan deyiləm. Lakin övladlarımın belə anası olduğu üçün nə qədər xoşbəxt olduqlarını görürəm, hiss edirəm və bunu deməliyəm. Təkcə, ailəsi, övladları deyil, ətrafdakılara, dostlarına qarşı da eyni həssaslıq və canıyananlıq müşahidə etmişəm. Səmimi, sadə, təmiz və yalandan uzaq insan olduğuna görə, mən də çox şeylər öyrənirəm. - Güney Azərbaycanla bağlı arzularınızdan danışardınız… Azər: Biz və bizim böyüklərimiz ömrümüzü Güney Azərbaycan uğrunda qoyduq. Güneyin müstəqilliyi, Bütöv Azərbaycan indi bir arzu kimi görünsə də, gələcəkdə mütləq olacaq. Nə zaman olacaq, bilmirəm. Bu, bizim üçün niyə önəmlidir? Çünki əvvəldən bir millət idik, böyük güclərin əli ilə ikiyə bölündük. Yarımız Bu tayda, yarımız O tayda qaldı. Mənim ata-anam Quzeydən Güneyə gedib. Evdə danışanda “azərbaycanlıyıq” demişik. Bu kəlmənin içində həm Güney var, həm Quzey. Güneydə əski əlifba keçərlidir. Sevindirici haldır ki, cavanlarımız əski əlifba ilə yanaşı, latın əlifbasında da yazıb-oxuya bilirlər. Bu, elə bütövlüyün bir təməlidir. Ən əsası budur ki, Güneydə yaşayan insanlar haqq və hüquqlarını bilir. Baxmayaraq ki, zor şərtləri olan bir dövlətdə yaşayırlar. Asır, kəsir, itirir və tutur. Lakin orda yaşayan insanlar bu şərtlərə rəğmən öz vətənlərini tərk etmək istəmir və çabalıyırlar. Gizlin də olsa, ağır da olsa, yoxsul da olsalar torpaq, vətən yolunda mübarizə aparırlar. Bu da gələcəyin çox gözəl olacağını göstərir. Baxmayaraq ki, xaricdə yaşayırıq, biz içərinin səsiyik. Mübarizə aparan soydaşlarımızın səsini dünyaya çatdırmalıyıq. Bu bizim işimizdir və əlimizdən gəldiyi qədər etməliyik. Çünki onlar xaricdə yaşayanlar kimi sərbəst şəkildə fəaliyyət göstərə bilmirlər.
2023-12-07
811,113
Obrayen Əliyevlə görüşdü və bu sözlərindən imtina etdi
ABŞ Konqresində Azərbaycan əleyhinə çıxış edən Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Azərbaycana səfəri zamanı nələr söyləyəcəyi səbirsizliklə gözlənilirdi. Çünki Ceyms Obrayen Konqresdəki çıxışı ilə ABŞ-ın təhlükəsizlik maraqlarına zərbə vurmuşdu. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, amerikalı diplomatın Azərbaycan əleyhinə çıxışından sonra xarici işlər naziri Ceyhum Bayramov Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanla görüşdən, rəsmi Bakı Vaşinqtonun Azərbaycanla Ermənistan arasında vasitəçiliyindən imtina etmişdi: “Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa vurulan zərbə ABŞ-ın təhlükəsizlik maraqlarına zidd idi. Buna görə də Dövlət katibi Entoni Blinken Bakıya zəng edərək Prezident İlham Əliyevin Ceyms Obrayenin Bakıda qəbulunu xahiş etdi. Görüşdən əvvəl Vaşinqtondan münasibətləri yumşaldacaq daha bir açıqlama gəldi. Dövlət Departamentin mətbuat katibi Metyu Miller “biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı” açıqlamasını səsləndirdi. Gözlənildiyi kimi, Bakıda Ceyms Obrayenlə İlham Əliyev arasındakı görüşdə münasibətlərdəki müsbət məqamlar önə çəkildi. Birincisi, İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu, Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. İkincisi, İlham Əliyev Azərbaycanın suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yarandığını və ABŞ-ın yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə biləcəyini dedi. Ceyms Obrayen İlham Əliyevin sözlərini təsdiqlədi. Amerikalı diplomat ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaş olduqlarını vurğuladı. O da Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın rolundan danışdı. Amerikanın bölgədə sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyən Ceyms Obrayen danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu İlham Əliyevin diqqətinə çatdırdı. O, bundan başqa Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı. Beləliklə, Ceyms Obrayen Konqresdəki sözlərindən imtina etdi”. Politoloq vurğulayıb ki, bu azdır, Vaşinqton Azərbaycana verdiyi əhəmiyyətini siyasətində göstərməlidir: “Obrayen və digər ABŞ rəsmiləri bundan sonra Azərbaycan əleyhinə fikirlər söyləmədikləri halda rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə müsbət yanaşacaq və ABŞ paytaxtında görüşlər yenidən başlaya bilər”.
2023-12-07
811,114
Prezident oğlunun maşını İstanbulda kuryeri vurub öldürdü
İstanbulda kuryer Somali prezidentinin oğlunun olduğu avtomobilin vurmasından təxminən 1 həftə sonra dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb. Bildirilib ki, qəza noyabrın 30-da İstanbulun Kennedi şossesində baş verib. Motosiklet sürən 38 yaşlı kuryer Yunus Geçər yol kənarında dayanmaq üçün tunelin çıxışında sürətini azaltmağa başlayıb. Həmin istiqamətdə hərəkət edən və içərisində Məhəmməd Həsən Mahmudun olduğu avtomobil motosikletə çırpılıb və zərbənin təsirindən Geçər yola yıxılıb. Geçər həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib. Ölən şəxsin yaxınlarının bildirdiyinə görə, Mahmudun olduğu avtomobilin sürücüsü qəza zamanı əyləci basmağa cəhd etməyib. Onlar Geçərin ölümündə günahkar kimi Mahmudun həbsini tələb edirlər.
2023-12-07
811,115
Azərbaycan sərhədində 20 km tıxac yarandı - Video
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Mazımqara” gömrük keçid məntəqəsində sıxlıq yaranıb. Axar.az xəbər verir ki, burada noyabr ayının 1-dən etibarən böyük sıxlıq yaşanır. Tranzit yükdaşıma maşınları tıxacın olmasından və sıxlığın yaşanmasından əziyyət çəkirlər. Bu sıxlıq Balakən rayonunun Katex kəndindən etibarən gömrük postunadək 20 kilometr uzunluğundakı yolu əhatə edir. Ümumilikdə beş yüzə yaxın tranzit yükdaşıma maşınları yolun kənarında gözləyirlər. “Mazımqara” gömrük keçid məntəqəsindən bildirilib ki, yaşanan bu sıxlığın səbəbi əsasən il sonu olması etibarilə yükdaşımanın artması səbəbindən baş verib. Bəs bu problem nədən qaynaqlanır? Nə zaman həllini tapacaq? Ətraflı AzTV-nin süjetində:
2023-12-07
811,116
Suraxanıda evdə meyit aşkarlandı
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
2023-12-07
811,117
Qızılcaya qarşı Belçika, yoxsa hind vaksini daha təsirlidir?
Azərbaycanda əsasən fərqli istehsalçılar tərəfindən hazırlanan, lakin eyni tərkibə malik iki növ vaksindən istifadə olunur. Bunu Axar.az-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzi İnfeksiyaya nəzarət və profilaktika şöbəsinin rəhbəri Ləman Qalimova ölkəyə gətirilən Hindistan və Belçika istehsalı olan vaksinlərin keyfiyyəti ilə bağlı deyib. “Peyvəndlər ölkəyə gətirildiyi anda xüsusi laboratoriyalarda araşdırılır və təhlükəsizliyinə, etibarlılığına zəmanət verilir. Vətəndaşlarımız düşünürlər ki, Belçika vaksini daha üstündür, çünki Avropadan gətirilib. Amma hər iki vaksinin tərkibi eyni olduğundan, keyfiyyəti də oxşardır”, - o bildirib. İnfeksionist vurğulayıb ki, hazırda yayılan qızılca xəstəliyi ilə əlaqədar Hindistan və Belçika vaksinlərindən istifadə olunur.
2023-12-07
811,118
G7-dən İrana nüvə proqramı çağırışı
G7 ölkələri (Böyük Yeddilik) İranı nüvə proqramının inkişafını dayandırmağa çağırıb. Axar.az xəbər verir ki, bu barədə qrupun onlayn sammitin yekunları üzrə qəbul edilən birgə bəyanatında deyilir. Bildirilib ki, bu cür silahların yaradılmasının heç bir əsası yoxdur.
2023-12-07
811,119
Putin Səudiyyə şahzadəsi ilə görüşdü
Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkənin vəliəhdi Məhəmməd bin Salman əs-Səudla görüşüb. Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
2023-12-07
811,120
Putini niyə qırıcılar müşayiət edir? - Video
Kreml sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Yaxın Şərqə səfəri zamanı onun təyyarəsini qırıcıların müşayiət etməsinə aydınlıq gətirib. Axar.az xəbər verir ki, Peskov regionun qeyri-stabil olduğunu bildirib. “Region təlatümlüdür. Əgər BƏƏ və Səudiyyə Ərəbistanı təhlükəsiz ölkələrdirsə, o zaman ətraf, ona bitişik region təhlükələr və gözlənilməzliklərlə doludur. Buna görə də Rusiya rəhbərinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb”, - Dmitri Peskov bildirib. O, Rusiya liderinin təyyarəsini təmin edən qırıcılara şərait yaratdığı üçün tərəfdaş ölkələrə təşəkkür edib. Qeyd edək ki, Rusiya lideri BƏƏ və Səudiyyə Ərəbistanına səfər edib. Onun təyyarəsini Su-35-lər müşayiət edib.
2023-12-07
811,121
Bu evlər dövlət tərəfindən təmir olunacaq
Azərbaycanın bir sıra ərazilərində salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzillər təmir olunacaq. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar sifarişçi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir. Belə ki, təmir işləri Bakı şəhəri, Abşeron, Saatlı, Füzuli, Biləsuvar, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzillərini əhatə edəcək.
2023-12-07
811,122
Bakı Kiyevə mərmi göndərir? Andrey, qurbansan! - Markov
Mən Andrey Nikulinin "Azərbaycanın Ukrayna üçün mərmi istehsalını necə əsaslandırmaq olar" sualına cavab verirəm: Heç bir şəkildə. Çünki Azərbaycan Ukrayna üçün mərmi istehsal etmir. Bunu Azərbaycan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib. Azərbaycan yalnız Ukraynanın mülki əhalisinə yardım edir; Azərbaycanın humanitar yardım etdiyi əhali isə az qala hamısı bizimdir, rusdur. Axar.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı ekspert Sergey Markov guya Azərbaycanın Ukraynaya mərmi göndərməsi barədə rusiyalı ekspert Andrey Nikulinin də səsləndirdiyi fikirlərə münasibətində deyib. O bildirib ki, Andrey Nikulin sadəcə Ukrayna təbliğat aparatının qurbanıdır: “Andrey! Heç vaxt Ukrayna resurslarına etibar etməyin! Bu, neonasist terrorçu rejiminin silahıdır. Onlar həmişə yalan danışır. Onların Rusiya ilə Azərbaycan arasında dostluğu pozmaq cəhdləri uğursuzluğa məhkumdur”.
2023-12-07
811,123
Gec deyil, peyvənd vurdurun - İnfeksionist
Qızılcaya yoluxmanı azaltmaq üçün əhali arasında kütləvi immunitet formalaşmalıdır. Maska olmadığı halda əhalinin sıx toplaşdığı yerdə xəstəliyə yoluxma mümkündür. Axar.az Medicina.az-a istinadən xəbər xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca haqqında danışarkən deyib. “Peyvənd almış şəxs xəstəliyə yoluxsa belə, çox yüngül keçirir. Qeyd edim ki, 2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda qızılcanın endemikliyinin olmadığını sübut edən sənəd verib. Bundan sonra ölkədə qeydə alınan yoluxmalar qonşu dövlətlərdən gəlmə hallar hesabına qeydə alınırdı. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrdən gəlmə hallarına ölkəmizdə münbit şərait olarsa, yoluxmalar, təbii ki, baş verəcək. Bunun olmaması üçün peyvəndlərin vurulması vacibdir. Qeyd edim ki, COVİD-19 pandemiyası dövründə də xüsusilə peyvəndlərdən imtina ilə bağlı əsassız təbliğat aparılırdı. Peyvəndlərin vurulması bir çox uşaq ölümlərinin qarşısını alır. Ona görə də valideynlər hələ də bunu etməyiblərsə, bu gün də gec deyil, vaxtında peyvənd olunmaq lazımdır. Yaşayış yeri üzrə uşaq poliklinikalarına müraciət edin. Uşaqlara dövlət hesabına qızılca əleyhinə peyvənd vurulacaq”, - infeksionist qeyd edib.
2023-12-07
811,124
Obrayen Bakıya bu təkliflə gəlib – Əliyevin cavabı…
Obrayenin Əliyevlə görüşdə Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqtonda aparılması və Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişaf etdirilməsi haqda dedikləri ABŞ-ın Çindən Avropaya uzanan Orta dəhlizi Mərkəzi Asiyadan Avropaya çıxan dəhlizlə əvəzləmək və kommunikasiyanın İrəvanın istəkləri çərçivəsində açılması şərti ilə Ermənistanın da bu prosesdə iştirakını təmin etmək planıdır. Və gözlənildiyi kimi, Obrayen Bakıya bu təkliflə gəlib. Əliyev də Obrayenlə görüşdə Bakının yanaşmasını ortaya qoydu: - Vaşinqtonun yeni reallıqları nəzərə alaraq, sülh danışıqları prosesinə töhfə verə bilər, yəni ABŞ Azərbaycanın suverenliyini bərpa etdiyi Qarabağdan danışmağı dayandırmalıdır; - Bakı Orta Dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır: Azərbaycan ABŞ-ın planına yox demir, lakin hansı tərəf önə çıxarsa və daha yaxşı təkliflər verərsə, öz imkanları ilə prosesdə iştirak edə bilər prinsipindən yanaşır. Hədəfinə nail olmaq üçün Vaşinqtonun Bakıya ehtiyacı var və buna görə Birləşmiş Ştatlar Azərbaycanla qarşıdurma yox, uzlaşmaq marağındadır. Azərbaycan da bu üstünlüyündən diplomatik müstəvidə istifadə edir. Lakin o da bəllidir ki, dəhlizlər uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə tranformasiya edilir və perspektivdə qarşıdurmalar vəd edir.
2023-12-07
811,125
Cənubi Qafqazda qurulan “müdafiə xətti” - Professor
Xəzəryanı ölkələrin bir-biri ilə əməkdaşlıq məsələlərini inkişaf etdirməsi hər şeydən öncə regional məsələdir və müsbət haldır. Əlbəttə, Rusiya və İran bu formatdan eyni zamanda Qərbin bölgəyə girişini əngəlləmək üçün istifadə etməyə çalışa bilər. Lakin fərqli və toqquşan maraqların olduğunu da nəzərə almaq lazımdır. Bu sözləri Axar.az-a Xəzəryanı ölkələrin əməkdaşlıq formatı ilə “3+3” platformasının Qərbə qarşı birgə müdafiə xətti kimi qiymətləndirilməsi ilə bağlı fikirləri şərh edən Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib. Professor bölgəmizdəki ziddiyyətli məqamların və enerji daşınması ilə bağlı fərqli baxışların birgə fəaliyyətə əngəl olduğunu qeyd edib: “Rusiya ilə İranın regional və beynəlxalq məsələlərə reaksiyasını nəzərdən keçirdiyimiz zaman Moskvanın daha real, Tehranın isə qonşuların maraqlarını nəzərə almadan öz mənfəətlərini üstün tutan siyasət apardığını demək olar. Münasibətlər nisbətən normallaşsa da, bu tendensiya Azərbaycana münasibətdə də özünü göstərir. Rəsmi Bakı üçün isə ən vacib məsələ Cənubi Qafqazda sabitlikdir. Fikrimcə, yaxın vaxtlarda qurulması nəzərdə tutulan Xəzər Şurası təşkilatının fəaliyyəti də əsasən enerji nəqli, nəqliyyat yollarının açılması kimi məsələlərlə bağlı olacaq. Hazırda Mərkəzi Asiya ölkələrinin neft və qazının Xəzər dənizi və Azərbaycan üzərindən nəqli məsələsinə Bakı ilə Ankaranın baxışı Moskvanınkından fərqlidir. Burada Rusiyanın öz alternativ təklifi var, Azərbaycan və Türkiyə üzərindən daşınma İranın da maraqlarına uyğun deyil. Lavrovun “3+3” formatını xatırlatması və bunu Xəzər Şurası ilə əlaqələndirməsi əslində Rusiyanın prosesə hansı formada yanaşmaq istədiyinin təzahürüdür. Xatırlatmaq yerinə düşər ki, bölgəyə xarici qüvvələrin müdaxiləsinin qarşısının alınmasını 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə Azərbaycan və Türkiyə təklif edib. Ancaq hələ də Gürcüstan ərazisinin bir hissəsi işğal altındadır və Rusiya orada separatçılara dəstək verir. Digər tərəfdən rus bazası hələ də Gümrüdədir, Moskva isə bölgəmizə Avropanı gətirən İrəvanı müttəfiq adlandırır”. Ekspertin sözlərinə görə, Xəzər Şurası ilə artıq “3+2” olan platformanı Qərbə qarşı qurulan müdafiə xətti kimi xarakterizə etmək hələ tezdir: “Çünki ortada hələ də toqquşan maraqlar çoxluq təşkil edir”. Qeyd edək ki, Moskvada Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında Xəzər Şurası adlı yeni təşkilatın yaradılması haqqında qərar qəbul edilib. 2024-cü ilin mart ayında isə Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupunun görüşünün keçirilməsi nəzərdə tutulur.
2023-12-07
811,126
“Taym” jurnalı ilin adamını açıqladı
Müğənni Teylor Svift Amerikanın “Taym” jurnalının versiyasına görə “İlin adamı” adına layiq görülüb. Kult.az xəbər verir ki, bu nominasiya üzrə 2023-cü ildə cəmi 9 namizədin adı irəli sürülüb. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniya Kralı III Çarlz, “Barbi” filmində baş rolun ifaçısı Teylor Svift, Çin Sədri Si Szinpin, CHatGPT-nin yaradıcısı Sem Altman, Hollivud ssenaristləri və aktyorları da olub. “Bu ən qürurverici və xoşbəxtlik bəxş edən hissdir, indiyədək həyatımda yaradıcılıq baxımından özünü doğruldan və mənə asudəlik verən duyğudur”, - müğənni jurnala açıqlamasında bildirib. Qeyd edək ki, “Taym” jurnalı 1927-ci ildən bəri hər il “İlin adamı”nı seçir. 2022-ci ildə bu ada Ukrayna Prezidenti Vladimir Zelenski, ondan əvvəl isə İlon Mask layiq görülüb.
2023-12-07
811,127
Həkimdən valideynlərə xəbərdarlıq: Buna diqqət edin!
Autizm sindromu son illərin ən böyük bəlalarından biridir. Əvvəlki dövrlərdə hər yüz uşaqdan birində bu xəstəlik aşkarlanırdısa, indi hər iyirmi uşaqdan biri bu sindromdan əziyyət çəkir. Bu, həqiqətən də ciddi göstəricidir. Səbəblər hələ də tam məlum deyil. Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Vüsalə Əhmədova bildirib. “Bunu anaların düzgün qidalanmaması, şüalarla bu qədər sıx təması və geni dəyişdirilmiş qidaların qəbulu ilə əlaqələndirirlər. Ananın hamiləlik dövründə verdiyi test nəticəsində bir uşağın daun sindromlu olması təsbit olunur. Autizmi isə nə hamiləlik dövründə, nə də yeni doğulmuş uşaqda təsbit etmək mümkündür. Müəyyən bir dövr keçdikcə özünün fərqliliyindən hiss oluna bilir. Özünü tez göstərən autizmin bəzi tərəflərində bunu uşağın 6-8 ayında hiss edə bilərik. Bəzən isə bu, 1 yaşından sonra müəyyən edilir. Autizmlə bağlı müraciət edən valideynlər bildirir ki, övladı bir yaşına qədər bir neçə söz deyirdi, amma zaman keçdikcə bu sözləri unudub. Bəli, autizmin göstəriciləri budur ki, yaranan nitq sonradan itməyə başlayır. Səbəb isə baş-beyində nitq mərkəzinin zədəli olmasıdır. Bu mərkəzdə zədə olduğu üçün uşaqları çağıranda reaksiya vermir”, - Əhmədova bildirib. Psixoloq qeyd edib ki, valideynlər bu mövzuda çox diqqətli olmalıdır: “Valideynlərin diqqət etməsi vacib olan məsələlərdən biri də uşağın seçici olmağıdır. Əşyalara bağlılığı varmı? Hansısa yerə gedəndə fərqindədirmi? Deyiləni analiz edə bilirmi? Göz əlaqəsi qururmu? Təqlid etməyə meyillidirmi? Qida seçiciliyi çoxdurmu? Yuxu rejimi hansı qaydadadır? İlk dövrlərdə əsasən bunlara fikir vermək lazımdır. Autizm uşaqlarda hərəkətli əşyalara daha çox meyil var. Yerlərində oturub, saatlarla ona baxmaq istəyirlər. Həmçinin bu uşaqlar riyazi bilikləri və ingilis dilini tez qavraya bilirlər. Valideyn deyir ki, uşağa saymağı öyrədən olmayıb, amma 10-a qədər saymağı bilir. Nitq yoxdur, amma rəqəmləri saya bilir. Əsasən 1 yaşından sonra bu müşahidələri daha çox artırmaq lazımdır. Sadaladığımız halları müşahidə edərlərsə, öncə nevropatoloq və psixoterapevt müayinəsindən keçmək lazımdır. Daha sonra bu xəstəlik aşkarlanmasa belə, mütləqdir ki, inkişaf üçün müalicə alınsın. Çünki fəsad birbaşa beyinlə bağlıdır. Müalicənin müddəti uşaqda olan autizm simptomlarının hansı dərəcədə olması ilə əlaqəlidir. Bəzi uşaqlarda bu 6-8 aylıq müalicə tələb edir. Bəzilərində isə ağır simptomlar olur. Belə olduğu halda uşaqların müalicəsi böyük yaş qrupuna qədər davam edir. Yəni müalicə dövrü üçün standart cədvəl yoxdur”.
2023-12-07
811,128
Qərb bunu istəyir, amma döyüş meydanında... - Peskov
Qərb müharibəni tezliklə bitirmək istəyir, amma döyüş meydanında baş verənlər bunun əksini deyir. Axar.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib. O bildirib ki, Ukraynaya edilən maddi yardımlar müharibənin uzanmasına səbəb olur.
2023-12-07
811,129
Danışıqları bir şərtlə bərpa etməyə hazırıq – HƏMAS
HƏMAS Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etməyə hazırdır. Axar.az xəbər verir ki, bu sözləri HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib. "İsrail Qəzzanı tərk edən kimi danışıqları bərpa etməyə hazırıq", - o bildirib.
2023-12-07
811,131
Azərbaycanda güclü zəlzələ oldu
08:20 Xəzər dənizində zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
2023-12-07
811,132
Azərbaycanda güclü zəlzələ: ADY hərəkətə keçdi
7 dekabr tarixində səhər saatlarında Azərbaycan ərazisində baş vermiş 5.0 bal zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. Bu barədə Axar.az-a ADY-dən bildirilib. Məlumata görə, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.
2023-12-07
811,133
Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alan olub?
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub. “Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - məlumatda vurğulanıb.
2023-12-07
811,134
Zəlzələ metronun fəaliyyətinə təsir göstərib?
Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib. Bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-dən bildirilib. Qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir. Qeyd olunub ki, Bakı Metropoliteni QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir.
2023-12-07
811,136
DİN zəlzələ ilə bağlı məlumat yaydı
Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə Daxili İşlər Nazirliyinə (DIN) məlumat daxil olmayıb. Bu barədə Axar.az-a DİN-dən bildirilib.
2023-12-07
811,138
Güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişli
09:15 AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələdən sonra afterşokların olacağını bildirib. Axar.az xəbər verir ki, o, Report-a açıqlamasında bugünkü zəlzələnin iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alındığını bildirib. "Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı. Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın", - Q.Yetirmişli deyib. Qeyd edək ki, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.
2023-12-07
811,140
DYP-dən zəlzələ ilə bağlı çağırış
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırıb. Qurumdan Axar.az-a bildirilib ki, baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcə də, yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyir. Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.
2023-12-07
811,145
Bakıda qardaş qardaşını öldürdü
Dekabrın 7-si saat 1 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1965-ci il təvəllüdlü Vasif Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Aparılan araşdırmalarla 1977-ci il təvəllüdlü Bayram Fətəliyevin Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Vasif Fətəliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bayram Fətəliyev iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
2023-12-07
811,148
Bakı sahilindəki zəlzələ Qazaxıstanda da hiss edildi
Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb. “Qazaxıstan ərazisində - Aktauda (Xəzəryanı Manqistau rayonunun inzibati mərkəzi) 12 ballıq MSK-64 şkalası üzrə 3 bal gücündə yeraltı təkanlar hiss olunub”, - məlumatda vurğulanıb. Bildirilib ki, zəlzələnin episentri Qazaxıstanın paytaxtı Almatıdan 2289 km məsafədə, 35 km dərinlikdə yerləşib.
2023-12-07
811,154
Zəlzələ ilə bağlı təcili yardıma müraciət edən olub?
Dekabrın 7-də saat 08:16 radələrində Xəzər dənizində baş verən 5.6 maqnitudalı zəlzələ ilə əlaqədar bu ana olan məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb. Axar.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirib.
2023-12-07
811,155
Polis zəlzələyə görə gücləndirilmiş iş rejiminə keçdi
Azərbaycanda polis zəlzələ ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. Məlumata əsasən, nazirlik tərəfindən zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib, polis gücləndirilmiş iş rejiminə keçib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. "Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir", - məlumatda bildirilir.
2023-12-07
811,158
Hazırda afterşoklar gedir - Rəsmi
Hazırda zəif afterşoklar gedir. Axar.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb. Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
2023-12-07
811,159
Növbəti köç karvanı Füzuliyə çatdı
10:16 Dekabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Axar.az-a bildirilib ki, mərasimdə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 333 ailə, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.
2023-12-07
811,161
Bu qurum da zəlzələyə görə gücləndirilmiş rejimə keçdi
Bu gün saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. Axar.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, agentliyin mütəxəssisləri yol infrastrukturuna baxış keçirir, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayır. Gün ərzində də yoxlamalar davam etdiriləcək. Bundan başqa, agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.
2023-12-07
811,162
Regionlarda yeni idarəçilik üsulu... - Prezident
Azad edilmiş ərazilərə gəldikdə, digər mühüm məsələ də var. Biz, həmçinin yeni idarəçilik modelini sınaqdan keçiririk. Artıq gördüyünüz kimi, biz prezidentin xüsusi nümayəndələr institutunu yaratmışıq. Bu vaxta qədər dörd nümayəndə var. Onların sayı daha çox olacaq. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışarkən söyləyib. Onun sözlərinə görə, bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin: “Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti – bütün bunlar tətbiq ediləcək. Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, çünki biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq. Məsələn, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı. Hazırda biz Naxçıvanda 1500 bərpaolunan enerji mənbəyinin tikintisi planını tərtib etmişik. Biz Naxçıvan Muxtar Respublikası üçün xüsusi dövlət inkişaf proqramını qəbul etmişik. Həmin proqram bir növ “Böyük Qayıdış” adlanan Qarabağ və Şərqi Zəngəzur proqramına bənzəyir. Biz Qarabağda şəhərsalmanın planlaşdırılmasına kömək etmiş beynəlxalq şirkətləri eyni işləri Naxçıvanda da görməsi üçün artıq seçmişik. Mövcud şəhər infrastrukturunu nəzərə alaraq, bu addım atılır, çünki coğrafi və mədəni baxımdan Qarabağ, Zəngəzur və Naxçıvan müəyyən dərəcədə eyni bölgəyə aiddir. Onların coğrafi və mədəni mühiti demək olar ki, eynidir. Bu, Azərbaycan ərazisinin böyük hissəsini əhatə edəcək və bütövlükdə Azərbaycanın dörddəbir hissəsini, eləcə də ölkənin qalan hissəsini təşkil edəcək. Həmin yenidənqurma iqtisadi inkişafa, məşğulluğa, əmək qüvvəsinin yerdəyişməsinə təkan verəcək. Bu, həmçinin əhalisi artan Bakı və Sumqayıt kimi şəhərlər üçün vacibdir. Onun çoxtərəfli müsbət təsiri olacaq. Lakin bir daha, birinci yerdə keçmiş məcburi köçkünlər və onların həyatı, onların yurdları və həyat tərzi, öz torpaqlarında layiqli yaşaması məsələsi dayanır”.
2023-12-07
811,164
Bakıda 60 yaşlı kişi dəm qazından öldü
Bakıda 60 yaşlı kişi yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. Axar.az xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Əşrəf Dadaş oğlu Hacağayev Binəqədi rayonundakı mənzilində dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
2023-12-07
811,165
Məktəblərdə zəlzələyə görə tədris dayandırılıb?
Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub. Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub: "Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladlarını götürüblər. Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı qeydə alınmayıb".
2023-12-07
811,169
Blinken Bayramov və Mirzoyanı gözləyir - Obrayen
ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen dövlət katibi Entoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib. O bildirib ki, Bakıda müsbət və konstruktiv görüşlər oldu. "Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır və Dövlət katibi Blinken sülh danışıqları üçün xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir", - o qeyd edib. Xatırladaq ki, Brayen Bakıda səfərdədir.
2023-12-07
811,173
Bakıda zəlzələ anı - Video
Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5,6 olan zəlzələ baş verib. Axar.az Bakı şəhərində mənzillərdən birində lentə alınmış zəlzələ anının görüntüsünü təqdim edir:
2023-12-07
811,174
Türkiyə vətəndaşı Göygöldə yük maşınında öldü
Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Zikri Hakkı oğlu Söğüt Göygöl rayonunda idarə etdiyi yük maşınında ölüb. Axar.az xəbər verir ki, hadisə Balçılı kəndində yerləşən yük avtomobili sürücülərinin istirahət etməsi üçün nəzərdə tutulmuş "Türk Tır Parkı" adlanan ərazidə qeydə alınıb. "Ağaçlı" yükdaşıma şirkətində sürücü işləyən şəxs yük avtomobili ilə Türkiyədən qayıdarkən dekabrın 5-də gecə saatlarında avtomobilini saxlayaraq salonda yatıb, dekabrın 6-da səhər saat 8 radələrində iş yoldaşı, digər yük avtomobilinin sürücüsü Zikri Söğütü oyatmaq üçün gələrkən onun öldüyünü aşkarlayıb. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
2023-12-07
811,181
Azərbaycandakı zəlzələ Ermənistanda da hiss olunub
Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Ermənistanda da hiss olunub. Axar.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Ərazi Seysmik Mühafizə Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələ Tavuş vilayətinin Barana, Karvansara, Dilican və Şəmşəddin şəhərlərində, həmçinin Açacur kəndində 3 bal gücündə hiss edilib.
2023-12-07
811,185
Kəlbəcərdə saxlanılan erməni diversanta hökm oxundu
10:34 Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qagik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçirilir. Axar.az verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Müşfiq Rəhimov ittiham aktını elan edəcək. *** Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qagik Aşotoviçin cinayət işi üzrə dekabrın 7-də keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub. *** Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qagik Aşotoviç qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan ərazisinə odlu silah və döyüş sursatını gizli keçirib, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər edib. Bu barədə Voskanyan Qagik Aşotoviçin ittiham aktında qeyd olunub. Aktda göstərilib ki, aparılmış ibtidai istintaq zamanı müəyyən olunub ki, Voskanyan Qagik Aşotoviç qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla, iki və ya daha çox zərərçəkmiş şəxsi xidməti vəzifəsinin yerinə yetirməsi, eləcə də, terrorçuluqla əlaqədar, habelə milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə odlu silahdan istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan digər hərəkətlər törətməklə terrorçuluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hərbi silahı, o cümlədən odlu silah və döyüş sursatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmiş, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmiş,habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, özündə saxlamış və daşıyaraq gəzdirib. *** Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qagik Aşotoviçin cinayət işi üzrə dekabrın 7-də keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib. Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən proses davam edir. *** Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hazırda təqsirləndirilən şəxs Voskanyan Qagik Aşotoviç ifadə verib. Eyni zamanda, təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə elan edilib. İfadəsinə görə, o, 2023-cü ilin yayında Ermənistanda hərbi postlarda mühafizəni təşkil etmək üçün əsgər çatışmazlığı səbəbindən İrəvan Hərbi Komissarlığı tərəfindən səfərbərliklə iki həftəlik müddətli həqiqi hərbi xidmətə cəlb olunub. Belə ki, Q.Voskanyan, 16.08.2023-cü il tarixdə saat 04 radələrində özbaşına postu tərk etdikdə, oradan uzaqlaşmasına kiminsə müqavimət göstərəcəyi təqdirdə müdafiə olunmaq niyyətilə əynindəki zirehli gödəkçəni çıxarmadan ona təhkim edilmiş silah-sursatı da özü ilə götürüb. Postdan çıxıb dağ relyefli ərazidə təkbaşına təxminən iki kilometr məsafə qət etdikdən sonra artıq havanın qaranlıq vaxtı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşıb. Belə ki, havanın qaranlıq olmasına baxmayaraq, təxminən 50 metr məsafədən 6-7 nəfərin Azərbaycan dilində danışdığını eşidib. Elə bu vaxtı normal yerişlə qarşı tərəfdən gələn Azərbaycan hərbi qulluqçuları onun da azərbaycanlı olduğunu zənn edərək, "salam qardaş" ifadəsi ilə salamlayarkən, onlara rus dilində "privet" cavabını verib. Onun "privet" cavabından Azərbaycan hərbçilərinin şübhələndiyini anlasa da, azərbaycanlı hərbçilər onun istiqamətində normal yerişlə hərəkətlərini davam etdirib, bununla belə o, əlindəki pulemyotun qoruyucusunu açaraq silahı döyüş vəziyyətinə gətirib Azərbaycan hərbi qulluqçularına tərəf 2-3 dəfə tək-tək rejimdə atəşlər açıb. O ifadəsində göstərib ki, atəş açmaqla həmin şəxsləri şüurlu surətdə öldürməyə yol verib, lakin düzgün nişan ala bilmədiyindən və atəş açdığı şəxslər atəşlərdən yayındığından atdığı güllələr onlara dəyməyib. Bu zaman azərbaycanlı hərbçilər ətrafa dağılışıb özləri üçün əlverişli döyüş mövqelərinə çəkildikdə, ona qarşı müqavimət göstərilmədiyi halda atəş açmasından qorxduğu üçün geri qaçmağa başlayıb və atəş açdığı yerdən 5-7 dəqiqə müddətində təxminən bir kilometr məsafədə uzaqlaşaraq dərədə gizlənib. O, əlindəki pulemyotu atəş vəziyyətində saxlayıb ona tərəf gələn 2-3 nəfəri müşahidə edərkən, Azərbaycan hərbçilərinin atəş açmadan onu yaxalamaq istədiyini anladığından o, təslim olmamaq qərarına gəlib. Müqavimət göstərmək məqsədilə əvvəlcə isti qış və zirehli gödəkçəsini əyninə geyinib, ardınca isə Azərbaycan hərbi qulluqçuları istiqamətində bir neçə atəş açıb. Yalnız bundan sonra onu öldürmədən tərksilah etmək məqsədilə üzərinə gələn üç Azərbaycan hərbçisindən birinin açdığı atəş nəticəsində ayağından yaralanaraq, ardınca yaxalanıb. *** Dövlət ittihamçısı Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qagik Aşotoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib. Prokuror təqsirləndirlilən şəxs Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, cəzasının ilk 5 ilini ümumi, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. *** Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qagik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini qapalı, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
2023-12-07
811,191
Rusiyaya aid təyyarə havada alışdı - Video
Rusiyanın Tu-204 yük təyyarəsi Ulan-Ude üzərində havada alışıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, təyyarənin sol mühərriki sıradan çıxıb. Təyyarəni yerə endirmək mümkün olub. Xəsarət alanların olmadığı bildirilir.
2023-12-07
811,192
652-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 652-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 336 230 hərbçi, 5 618 ədəd tank, 10 482 ədəd zirehli döyüş maşını, 8045 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 561 ədəd avtomobil texnikası, 6116 ədəd PUA, 1 571 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 156 xüsusi avadanlıq itirib.
2023-12-07
811,198
Bu ərazimizə qar yağdı
Dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Şahdağda qar örtüyünün hündürlüyü 3 sm olub. Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Qobustanda 12 mm, Mingəçevir, Sabirabad, Ordubad, Neftçala, Yevlax, Şamaxı, Göyçay, Beyləqan, Kürdəmir, Biləsuvar, Şabran, Bərdə, Naxçıvan, Şərur, Şahbuz, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Ağdam, Balakən, Oğuz, Şəki, Qax, İsmayıllı, Altıağac, Ağsu, Quba, Qusar, Xaltan, Gəncə, Şəmkir, Ceyrançöl, Şahdağ, Tərtər, Zərdab, İmişli, Daşkəsən, Goranboy, Yardımlıda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub. Sumqayıt, Qobustan, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Xaltan, Qusar, Göyçay, Biləsuvar, Yardımlı, Lerikdə duman müşahidə olunub. Qərb küləyi arabir Daşkəsəndə 20 m/s, Altıağacda 17 m/s-dək güclənib.
2023-12-07
811,200
Rusiya elan etdi: F-16-lar bu raketlərlə vurulacaq
Rusiya F-16 qırıcılarını məhv etmək üçün xüsusi əməliyyatda uğurla tətbiq olunmuş yeni 40N6 S-400 hava hücumundan müdafiə sistemindən istifadə edəcək. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb. “Artıq S-400 sistemlərində dünyada öz sinfində ən qabaqcıl olan və unikal imkanlara malik özütəyinetmə başlığı ilə təchiz edilmiş 40N6 ultra uzaqmənzilli raketindən istifadə edilir. F-16-lar havaya qalxdıqdan dərhal sonra S-400-lər 40N6 raketləri ilə bu qırıcıları vura biləcək. Bu raketlərin digər qırıcı təyyarələrlə yanaşı F-16-ları da məhv etmək üçün əsas vasitələrdən birinə çevriləcəyi gözlənilir. Prinsipcə F-16-ların aşkarlanması və məhv edilməsi Rusiya hava hücumundan müdafiə sistemləri üçün heç bir çətinlik yaratmır”, - mənbə bildirib.
2023-12-07
811,203
İl ərzində 3-cü güclü zəlzələ: Şəngör haqlı çıxdı?
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Xəzər dənizində 5.6 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu, il ərzində Azərbaycanda baş verən 3-cü güclü zəlzələdir. 2023-cü ilin iyulunda Bakıda və Abşeron yarımadasında 5.7 bal gücündə zəlzələ baş vermişdi. Cəmi iki ay sonra – 3 sentyabrda Kürdəmir rayonunda 5,2 maqnitudalı güclü zəlzələ oldu. Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunmuşdu. Qeyd edək ki, may ayında Bakıda səfərdə olan türkiyəli alim, geoloq Cəlal Şəngör Azərbaycanda hər an güclü zəlzələnin ola bilmə ehtimalından danışmışdı. Şəngör bildirmişdi ki, hətta yeraltı təkanların gücünün 7.5 bala qədər olmaq ehtimalı var. AMEA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli onun bu açıqlamasını absurd adlandırmışdı.
2023-12-07
811,205
TƏBİB gücləndirilmiş iş rejiminə keçdi
Bu gün baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib. Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb: "Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib".
2023-12-07
811,207
Horadizdə traktor minaya düşdü: xəsarət alan var
11:08 Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Zamin Həsənli xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib. Faktla bağlı araşdırma aparılır. *** Baş Prokurorluq Füzuli rayonu Horadiz kəndi ərazisində mina partlayışı ilə bağlı araşdırma aparır. Qurumdan daxil olan məlumata əsasən, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
2023-12-07
811,210
Eyvazov mayoru rəis müavini təyin etdi
Qazax Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib. Axar.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Musa Yusif oğlu Hüseynov Qazax RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib. M.Huseynov bu təyinata qədər Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.
2023-12-07
811,212
Rusiyada gimnaziyada atışma: 2 ölü, 4 yaralı
Rusiyanın Bryansk şəhərindəki gimnaziyada atışma baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Bildirilib ki, gimnaziyanın Alina A. adlı 8-ci sinif şagirdi 4-cü mərtəbəyə qalxıb və sinifə daxil olaraq atəş açmağa başlayıb. Daha sonra isə özünü öldürüb. Hazırda gimnaziyanın ətrafı polis tərəfindən mühasirəyə alınıb.