date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-07 | 811,432 | Berlindən Bakı-İrəvan razılaşmasına: Cəsarətli addım! | Biz hər iki ölkə arasında ədalətli və davamlı sülh yolunda mühüm inam yaradan Azərbaycan və Ermənistan tərəfindən atılan bu cəsarətli addımı alqışlayırıq. Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakı ilə İrəvan arasında əldə olunan razılaşma ilə bağlı sosial şəbəkə hesabında yazıb. "Almaniya və Avropa Birliyi bu prosesi dəstəkləyib və bunu davam etdirməyə hazırdır”, - R.Horlemann qeyd edib. |
2023-12-07 | 811,433 | Bakı 2 azərbaycanlı üçün niyə 32 erməni qaytarır? | Azərbaycan və Ermənistan arasında razılaşmaya görə 32 erməni hərbçisi 2 azərbaycanlı hərbçi ilə dəyişdirilir. Say arasında böyük fərq olsa da, burada iki məsələ əhəmiyyətlidir: 1. Məsələ nə qədər hərbçinin qaytarılması, yaxud alınması yox, qarşılıqlı etimad mühitinin yaradılmasına dair razılaşmadır; 2. Ermənistanın əlində Azərbaycanın iki hərbçisi var və rəsmi Bakı üçün vacib olan nə qədər erməninin qaytarılması yox, öz hərbçilərinin azad edilməsidir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. “Qaytarılacaq hərbçilərin adları açıqlanmasa da, onların azaraq Ermənistana keçən və vəhşicəsinə döyülən Hüseyn Axundovla Aqşin Bəbirov olduğunu deyə bilərik. Çünki 44 günlük müharibə zamanı əsir düşən hərbçilərimizin hamısı qaytarılıb və son əsirlərimiz Hüseynlə Aqşin idi. Bakı bir azərbaycanlı hərbçi üçün 16 ermənini İrəvana təhvil verir və bununla Ermənistanda heç bir əsirimiz qalmır”, - o bildirib. |
2023-12-07 | 811,436 | Bu il türk ordusu 2 min terrorçu məhv edib | Bu il Türkiyənin təhlükəsizlik qüvvələri İraq və Suriyanın şimalı da daxil olmaqla, ümumilikdə 2 min 32 terrorçunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, cari ilin əvvəlindən bu günə qədər 119 terrorçu təslim olub. |
2023-12-07 | 811,437 | Ukraynaya yardım edəcəyimizə söz vermirik - ABŞ | ABŞ administrasiyası Konqresdəki vəziyyətdən dolayı Ukraynaya davamlı hərbi yardım vədi verə bilmir. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, ABŞ Konqresi Ukraynaya növbəti ildə hərbi yardımla bağlı büdcəni təsdiqləməyib. |
2023-12-07 | 811,441 | Ər-Riyada İrəvanla sülh təşəbbüsləri barədə məlumat verildi | Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 7-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub. Bu barədə Axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Səfər zamanı Y.Rəfiyev Səudiyyə Ərəbistanı xarici işlər nazirinin birinci müavini Valid əl-Xureyci ilə görüşüb. Görüş zamanı Azərbaycan və Səudiyyə Ərəbiatanı arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın hərtərəfli inkişafı yolları müzakirə edilib. Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Beynəlxalq EXPO-2030 Sərgisinə və 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi üçün ölkəsinin namizədliyinə verilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. Y.Rəfiyev Səudiyyə Ərəbistanının Humanitar Yardım və Qayğı Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi işində verilən dəstəyə görə səudiyyəli nazir müavininə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb. Y.Rəfiyev səudiyyəli həmkarını Cənubi Qafqaz regionunda postmünaqişə dövründə gedən proseslər və Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb. Tərəflər iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar. Görüş zamanı ortaq maraq kəsb edən bir sıra beynəlxalq və regional məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. |
2023-12-08 | 811,445 | Əliyevin seçki qərarı: Rusiya, İran, Türkiyə amili... | Prezident İlham Əliyevn ötən gün imzaladığı sərəncamla prezident seçkilərinin tarixini 1 ildən çox qabağa çəkməsi, növbədənkənar prezident seçkilərini 7 fevrala təyin etməsinin müxtəlif səbəbləri haqda ehtimallar artıq səslənməkdədir. Axar.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri də xüsusilə regional güclərin – Rusiya, İran və Türkiyənin 2024-cü ilin ilk rübündə seçkiyə girməsidir. Belə ki, Rusiyada 17 martda prezident, İranda 1 martda parlament, Türkiyədə isə 31 martda bələdiyyə seçkiləri keçiriləcək. Başqa sözlə, Cənubi Qafqazın qonşuları olan ölkələr martdan sonra daxili siyasi prosesləri tamamlayaraq, artıq tam şəkildə xarci siyasətə istiqamətlənə biləcəklər. Bölgəyə təsir imkanları olan daha bir ölkə - ABŞ-da da 2024-cü ildə prezident seçkiləri keçiriləcək və artıq seçki hazırlıqlarına da başlanılıb. Beləliklə, regional güclər 2024-cü ilin birinci rübündən sonra, Qərbin əsas aparıcı gücü isə ilin sonuna doğru diqqətini xarici siyasətə tam toplamaq fürsəti əldə edəcək. Məhz bu zaman Azərbaycan əvvəlcə parlament (2025-ci ilin fevralında keçirilməlidir), ardınca isə prezident seçkiləri (2025-ci ilin aprelində keçirilməli idi) ilə daxilə köklənməyə məcbur olacaqdı. Prezident İlham Əliyev 2024-cü ilin 7 fevralına növbədənkənar prezdent seçkiləri təyin etməklə faktiki olaraq qonşularda seçki startı başladığı anda eyni prosesi Azərbaycanda da tamamlamaq qərarı verdi. Həm də İran, Rusiya və Türkiyədəki seçkilərdən daha əvvəl artıq Azərbaycanda seçki prosesi tam başa çatmış olacaq. Başqa sözlə desək, Azərbaycan “3+3” formatındakı ikinci “komponent” (+3) ölkələrdən daha sürətli şəkildə daxili siyasi prosesi tamamlayaraq, regional layihələrdə qətiyyətli siyasətini davam etdirmək fürsəti əldə etmiş olur. Əlbəttə, digər ehtimallar da gözardı edilə bilməz ki, bu haqda artıq yazmışıq. |
2023-12-07 | 811,447 | Finlandiya Rusiya ilə sərhədi nə zaman açacaq? | Finlandiya hökuməti Rusiya ilə sərhəd-buraxılış məntəqələrinin 13 dekabrdan gec olmayaraq açmaq barədə qərar qəbul edəcək. Axar.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin rəhbəri Petteri Orpo deyib. O bildirib ki, ölkəsi qaçqınlarla bağlı vəziyyətin dinamikasını diqqətlə izləyir və normal həyata qayıtmağı hədəfləyir: “Finlandiyada hər şeyin yaxşı olduğuna şadıq, lakin qərar vaxtında veriləcək”. |
2023-12-08 | 811,448 | Uşaqları kibertəhlükələrdən necə qorumaq olar? | Bəzən uşaqlar onlayn dünyada qarşılaşdıqları bəzi halların təhlükəli olduğunun fərqində olmaya bilərlər. Buna görə də onların təhlükəsizliyinin təmin edilməsi məhz valideynlərin üzərinə düşür. Axar.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Uşaqları kibertəhlükələrdən bu cür qoruyun: 1. Uşaqlarınıza internetdə tanış olduğu şəxslərlə fərdi məlumatlarını bölüşməməli olduqlarını öyrədin; 2. Uşaqlar üçün uyğun olmadığını düşündüyünüz veb-saytlara girişi məhdudlaşdırın və zərərli hesab etdiyiniz tətbiqləri cihazlarından silin; 3. Uşaqlarınızın sosial media hesablarındakı paylaşımlarına və fəaliyyətlərinə mütəmadi nəzər yetirin; 4. Övladınızın cihazlarında antivirus proqramı olduğundan və əməliyyat sistemini mütəmadi olaraq yenilədiyinizdən əmin olun. |
2023-12-08 | 811,451 | Bu, Əliyevin xalqa dəstək üçün müraciətidir – General | Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərlə bağlı qərarının Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına təsir edəcəyini düşünmürəm. Azərbaycan sıradan bir dövlət deyil. Sıradan bir coğrafiyada da yerləşməyib. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. İlham Əliyevin xaqının mənafeyini düşünən lider olduğunu deyən Karauz bildirib ki, dövlət başçısı qərarlarını da buna görə hesablayır: “Böyük imperialist güclər hər zaman Azərbaycanın gücünü azaltmaq üçün fürsət axtarıblar. Azərbaycanı daxili problemləri ilə mübarizə aparmağa sövq etməyə çalışıblar. Lakin İlham Əliyev bütün bunların olmasına fürsət vermir. Onun seçkilərlə bağlı bu qərarını xalqın dəstəyini yenidən yüksək səviyyədə qazanmaq, uzaqgörən, ağıllı, qanuni, dostlarla əməkdaşlığa əsaslanan siyasəti sürətləndirmək üçün ictimaiyyətin dəstəyinə müraciət kimi qiymətləndirirəm. Bu seçkilərdə də Azərbaycan xalqının Ali Baş Komandana və Qarabağ zəfərinin memarına yüksək faizlə səs verəcəyinə inanıram. Budəfəki seçki önəm daşıyır. Çünki Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk dəfə öz torpağı olan Qarabağla birgə seçkilər keçirəcək. Bu, çox böyük bir qürurdur”. |
2023-12-08 | 811,452 | Konqres Kiyevə yardımdan imtina etsə... - NATO | Amerikalı qanunvericilər Ağ Evin əlavə maliyyə tələbini təmin etməyə razı olmasa, Qərb ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımı dərhal əvəzləyə blməyəcək. Axar.az xəbər verir ki, bu barədə NATO-nun adı açıqlanmayan nümayəndəsi danışıb. Onun sözlərinə görə, ABŞ Kiyevə hərbi dəstəkdə böyük rol oynamaqda davam edir: “Ukraynanın avropalı tərəfdaşları bu istiqamətdə səylərini artırsalar da, ABŞ-ın həm çatdırılma müddəti, həm də ehtiyatlar baxımından hərbi yardım göstərmək üçün çox uyğun sistemlər və sahələri var. Bununla belə, amerikalı qanunvericilər Kiyev üçün yeni vəsaiti təsdiqləməkdən imtina etsələr belə, Qərbin Ukraynaya yardımı dayandırmasından danışmaq düzgün deyil”. Qeyd edək ki, ABŞ Konqresi Ukraynaya növbəti ildə hərbi yardımla bağlı büdcəni təsdiqləməyib. |
2023-12-08 | 811,454 | Güclü zəlzələ həyət evlərini bahalaşdıracaq? | Ötən gün Bakıda baş verən güclü zəlzələdən sonra həyət evlərinin bahalaşacağı iddiaları yenidən gündəmə gəlib. Əmlak eksperti Ramil Qasımzadə Axar.az-a açıqlamasında sözügedən iddiaların əsassız olduğunu bildirib. “Zəlzələylə bağlı həyət evlərinə tələbin artması, qiymətlərin artacağı və ya çoxmənzilli yeni tikililərin ucuzlaşacağı iddiaları müvəqqəti ajiotajdan başqa bir şey deyil. Həyət və bina evlərinin bahalaşmasının başqa səbəbləri var, ancaq məhz zəlzələ ilə bağlı artımın və ya azalmanın olacağını düşünmürəm”, - o qeyd edib. Ekspert bahalaşmanın tələbin təklifi üstələməsi ilə əlaqəli olduğunu vurğulayıb: “Qış aylarında həyət evlərinə bir o qədər də tələbat olmur. Bu səbəbdən də qiymətlərdə stabillik özünü göstərir. Hündürmərtəbəli binalarda isə bunun əksini görmək mümkündür. Tələbin yüksək olması təbii olaraq qiymət artımı ilə nəticələnir. İlin əvvəli ilə müqayisədə 15-20 faiz qiymət dəyişikliyi var. Bu, xarici ölkələrdən müraciətlər, tədricən ucuz, köhnə tikililərin sıradan çıxması və tikinti materiallarının bahalaşması ilə əlaqəlidir”. Qeyd edək ki, ötən gün Xəzərdə 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Bakı da daxil olmaqla, Azərbaycanın şərq bölgələrində hiss edilib. |
2023-12-08 | 811,456 | Azərbaycanda istirahət imkanları asanlaşdırılır | Gələn ildən etibarən turizm şirkətlərinin əmlak vergisində 75 faiz güzəşt tətbiq olunacaq. Praktiki olaraq bu o anlama gəlir ki, turizm şirkətləri hesabladıqları əmlak vergisinin yalnız 25 faizini ödəyəcəklər. Axar.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, 75 faizlik güzəştin tətbiq edilməsi turizm şirkətlərinin xərcinə təsir edəcək, turizm obyektlərində xərclərin azalmasına səbəb olacaq. “Xərclərin azalması turizm obyektləri və şirktləri üçün daha aşağı xərclə və aşağı qiymətə xidmətlərin təklif edilməsi anlamına gəlir. Gözlənti ondan ibarətdir ki, gələn ildən etibarən daxili turizmdə qiymətlərin aşağı düşməsi mümkündür. Çünki xərclər azalır və bu, turizm şirkətlərinə imkan verəcək ki, daha aşağı qiymətə xidmətlər göstərsinlər”, - o əlavə edib. Qeyd edə ki, Milli Məclisin dekabrın 5-də keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə bir sıra gedişlər öz əksini tapıb. Layihəyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana (otel) və sanatoriya fəaliyyətlərində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılacaq. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib. |
2023-12-08 | 811,457 | Səudiyyə şahzadəsi vəfat etdi | Səudiyyə Ərəbistanı şahzadəsi Talal bin Əbdüləziz bin Bəndər əs-Səud vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Səudiyyə dövlət agentliyi məlumat yayıb. Cənazə namazının dekabrın 8-də Ər-Riyaddakı İmam Türki bin Abdullah məscidində əsir namazından sonra qılınacağı dəqiqləşib. |
2023-12-08 | 811,458 | Hüseynin anası: Oğlum gəlir, dünyanın xoşbəxtiyəm... | 00:12 Axşam eşitdik ki, oğlum Azərbaycana gəlir. Mübadilə ilə bağlı razılığa gəlindiyini deyirlər. Hələ ki, bu haqda bizə rəsmi məlumat verilməyib. Ombudsman Aparatından və Qızıl Xaçdan zəng edib, sevincimizi bölüşüblər, göz aydınlığı veriblər. Bu sözləri Axar.az-a Ermənistanda tutularaq ömürlük həbs cəzası alan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova oğlunun erməni əsgərlərlə dəyişdiriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. O, bu xəbərin onun üçün gözlənilməz olduğunu bildirib: “Teleqramda, digər sosial şəbəkələrdə xəbəri gördüm. Ardınca zəng edib dedilər. Aqşinin anasının xəbəri yox idi. Mən ona zəng edib, gözaydınlığı verdim ki, uşaqlarımızı erməni əsgərlərlə dəyişirlər. O da çox sevindi. Bütün qohum-əqrabam bizdədir. Rayondan zəng edirlər ki, biz nə vaxt gələk? Biz Hüseynin dəqiq nə zaman gələcəyini bilmirik. Deyirlər, sürətli dəyişilmə olacaq. Dünyanın xoşbəxtiyəm, məni axşam görsəydiniz… Gözümü hələ yummamışam. Yatmıram ki, birdən oğlum gələr, qarşılaya bilmərəm. Bizə dedilər ki, uşaqlar Bakıya gələn kimi bizimlə telefonla danışdıracaqlar. Bəziləri deyir, bir müddət evə buraxmayacaqlar, həkimlər baxacaq, bəziləri deyir, evə buraxılacaq. Gözləyirik...” Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. |
2023-12-08 | 811,462 | Borrell razılaşmanı alqışladı: Mühüm siyasi addımdır! | Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb, bunu “mühüm siyasi addım” adlandırıb. Axar.az xəbər verir ki, bu barədə AB-nin baş diplomatı sosial şəbəkədə yazıb. “AB Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır – bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – o qeyd edib. |
2023-12-08 | 811,463 | Simonyanın bəyanatı: 8 kəndi niyə tələb etməməliyik? | Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı dediklərini bundan öncə də bir neçə dəfə təkrarlayıb. Məqsəd məsuliyyəti Azərbaycanın üzərinə atmaqdır. Sanki Azərbaycan əlavə şərt qoyur, problem yaradır. Guya Azərbaycanın bu şərtləri olmasa, sülh müqaviləsi bağlanar. Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Azərbaycan heç nəyi dəyişməsə və yeni təkliflər irəli sürməsə, o zaman bir neçə gün ərzində sülh müqaviləsi imzalana bilər” sözlərini şərh edərkən deyib. Politoloq Azərbaycanın qalib tərəf kimi şərtlər qoymalı olduğunu diqqətə çatdırıb: “Niyə Qazaxın və Naxçıvanın kəndlərini unutmalı, yaxud sərhədlərin demarkasiya və delimitasiyasını Ermənistanın tələb etdiyi xəritə əsasında müəyyən etməliyik? Ermənistanın tələbləri nə üçün əsas götürülməlidir? Ermənistan Azərbaycanı ittiham edir, ancaq özü sülh üçün tələsmir. Sülh imzalanmasını onlardan ABŞ tələb edir və bunda da məqsədi var: rus ordusunun Gümrüdən çıxarılması, Ermənistanın sərhədlərinin və ərazilərinin Rusiyanın əlindən alınması və s. Paşinyan bilir ki, sülh müqaviləsi imzalanan kimi Amerika rus hərbçilərinin çıxarılması tələbini qoyacaq. Bu da Rusiyanın çox kəskin reaksiyasına səbəb ola, Ukrayna hadisələri Ermənistanda təkrarlana bilər. Paşinyan bunu bildiyi üçün vaxtı uzadır, bütün günahı da Azərbaycanın üzərinə atmağa cəhd edir”. |
2023-12-08 | 811,464 | Rusiya böyük texnika toplayır: hücum olacaq | Son zamanlar Rusiya Donetsk vilayətinin Uqledar şəhəri istiqamətində böyük ehtiyat toplayır. Düşmən (Rusiya – red.) həm Rusiyadan, həm də müvəqqəti işğal edilmiş Zaporojye və Xersondan hərbi texnika göndərir. Axar.az xəbər verir ki, bu sözləri Mariupol merinin müşaviri Petr Andryuşenko deyib. O bildirib ki, bu günlərdə Mariupol istiqamətində Rusiya hərbi texnikasının kolonu görünüb. |
2023-12-08 | 811,465 | Moskvada son vəziyyət: 27 reys gecikdi, 5-i ləğv olundu | Rusiyanın paytaxtı Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda əlverişsiz hava şəraiti səbəbindən azı 27 reys gecikib, daha beş reys təxirə salınıb. Axar.az xəbər verir ki, bu barədə "Yandeks" xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, ötən gün Moskva vaxtı ilə saat 20.38-ə olan məlumata görə, Vnukovoda 10 reys gecikib, biri ləğv edilib, Domodedovoda 7 reys gecikib, üç reys ləğv edilib, Şeremetyevoda isə 10 reys gecikib, biri ləğv edilib. "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus söyləyib ki, Moskvada temperaturun mənfi 11 dərəcəyə enəcəyi gözlənilir. |
2023-12-08 | 811,468 | Obrayenin Bakı səfəri: ABŞ-ın Qafqaz plan… - Markov | Rusiya təbii ki, bütün Amerika rəsmilərinin dünyanın istənilən ölkəsinə səfər etməsinə birmənalı yanaşmır. ABŞ Rusiyaya düşmən ölkə olduğu üçün sistemli, hibrid müharibə aparır və hibrid müharibə aparan nəhəng koalisiyaya rəhbərlik edir. Bu koalisiyanı faktiki olaraq ABŞ yaradıb. Ölkələri Moskvaya qarşı hibrid müharibədə iştirak etməyə məcbur edir. Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Ceyms Obrayenin Bakıya səfərini, Moskvanın bu səfərə münasibətini şərh edərkən deyib. O bildirib ki, hər nə qədər Rusiya bu səfərlərin siyasi təsir formalarına mənfi yanaşsa da, nə ABŞ-ın bu səfərlərinə, nə də digər ölkələrin Vaşinqtonla münasibətlərini inkişaf etdirməsinə qadağa qoya bilər: “Biz bu səfərlərə həvəslə yanaşmırıq, ABŞ-dan şübhələnirik və amerikalıların hansı intriqalara, düşmənçilik hərəkətlərinə başladığını təxmin etməyə çalışırıq. Amma bu mənada Azərbaycana qarşı heç bir iddia ola bilməz. Çünki Azərbaycan da bir çox ölkələr kimi, ABŞ-la münasibət qurmağa məcburdur”. Səfərin məqsədindən söz açan Markov vurğulayıb ki, Obrayenin Bakıya gəlişində Azərbaycan və Ermənistan arasındakı problemlərin nizama salınması istəyi dayana bilər: “Obrayenin səfərinin mənası tam həllini tapmayan Azərbaycan-Ermənistan münaqişəsinin düzəlməsinə yardım göstərmək istəyidir. İki ölkə arasında həllini tapmayan bir çox problem mövcuddur: Sərhədlərin demarkasiyası və delimitasiyası, anklavların qaytarılması, nəqliyyat dəhlizi və sülh müqaviləsi. Prezident İlham Əliyev bu haqda daim danışır. ABŞ isə qlobal liderliyə can atan bir ölkə kimi bu münaqişənin həllində iştirak etmək istəyir. Obrayenin səfərinin konkret məqsədi də var. ABŞ-la Azərbaycan arasında münasibətləri balanslaşdırmaq, onların böhran zonasına girməsinə imkan verməmək. İndi bu münasibətlər böhran içindədir. Günah isə tamamilə Azərbaycan əleyhinə bir sıra bəyanatlar verən ABŞ-ın üzərinə düşür. Üstəlik, bu bəyanatların bəziləri Qarabağ ermənilərinin “etnik təmizləməsi” ilə bağlı açıq-aşkar yalan və saxtakarlıqlardan ibarətdir”. O, Obrayenin səfər çərçivəsində ABŞ-ın Azərbaycan əleyhinə olan bəyanatlarının mahiyyətini yumşaltmağa çalışdığını bildirib: “O, Azərbaycan rəhbərliyini əmin edib ki, Bakı bu antiazərbaycan bəyanatlarına xüsusi əhəmiyyət verməsin. Çünki onlar müvəqqəti xarakter daşıyır və ermənilərin aldadılmasına yönəldilib. ABŞ-la Azərbaycan arasında münasibətlərin korlanması erməni məsələsi ilə bağlıdır. Sadə dillə desək, ABŞ məqamdan istifadə edib, Ermənistanı Rusiyadan qoparmaq istəyir. Buna görə də çoxsaylı ermənipərəst bəyanatlar verir. Niyyətinə çatan kimi hər şey unudulacaq. Amma Ermənistanın xarici siyasətinin əsas məqsədi Azərbaycana qarşı yönəldiyi üçün ABŞ-ın ermənipərəst bəyanatlarının antiazərbaycan xarakteri alması qaçılmazdır. Aydındır ki, bu bəyanatların məqsədi Azərbaycanın yox, Ermənistanın siyasətinə təsir etməkdir. Ona görə də Obrayen sakit səslə Bakının bu bəyanatları ürəkdən qəbul etməməli olduğunu deyib. Obrayenə qismən etibar etmək olar”. S.Markov Vaşinqtonun Cənubi Qafqaza dair digər planlarından söz açaraq, bunun bir o qədər müsbət nəticələnməyəcəyini diqqətə çatdırıb: “Başqa məqsədlər də var: Cənubi Qafqaza gəlmək, burada aparıcı qüvvə kimi öz yerini tutmaq… Ardınca da hədəflərinə çatmaq üçün bu mövqedən istifadə edəcək. Bu məqsədlər Azərbaycan üçün o qədər də müsbət olmaya bilər. ABŞ-ın haqqında danışmadığı məqsədlərindən biri də Azərbaycanın Rusiya ilə münasibətlərinə mümkün qədər xələl gətirməkdir. Vaşinqton hibrid müharibədə Moskvanı məğlubiyyətə uğratmaq, Rusiyanı təcrid etmək və total iqtisadi sanksiyalar tətbiq etmək məqsədlərini gizlətmir. Azərbaycanla danışıqlar prosesi çərçivəsində bunu təbliğ etməyə çalışırlar. Ümumiyyətlə, bir tərəfdən ABŞ-la Azərbaycan arasında münasibətlərin korlanması mediada əksini tapdığı qədər qorxunc və ciddi deyil, digər tərəfdən, dünya səhnəsindəki rolundan sui-istifadə edən, hər yerdə təxribat törədən ABŞ Azərbaycanın milli maraqlarına təhdid yaradır. Bu isə göründüyündən daha əhəmiyyətli təhdiddir. ABŞ-dakı erməni diasporu çox güclüdür, onun Azərbaycana, türkçülüyə qarşı qəzəb və aqressivliyinin dərəcəsini heç bir halda aşağı qiymətləndirmək olmaz”. |
2023-12-08 | 811,469 | Rusiya kimya zavoduna zərbə endirdi | Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində ardıcıl güclü partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna media resursları məlumat yayıb. Bildirilib ki, Rusiya ordusu bir neçə “Qeran-2” (Şahid-136) kamikadze PUA-sı ilə şəhərdəki kimya zavoduna zərbə endirib. Pavloqradda hava həyəcanı siqnalı elan edilib. |
2023-12-08 | 811,470 | Moldova AB ilə danışıqlara nə vaxt başlayacaq? | Dekabrda Moldovanın Avropa Birliyinə tam üzvlüklə bağlı danışıqlara başlamaq imkanı olmaya bilər, lakin bu, gec-tez baş verəcək. Axar.az xəbər verir ki, bunu Moldova Baş naziri Dorin Reçan deyib. "Biz qəti əminik ki, danışıqlar aparılacaq. Bu, indi olmayacaq, martda olacaq, amma hər halda olacaq", - Reçan qeyd edib. |
2023-12-08 | 811,471 | Son 3 gün ərzində vurulan İsrail texnikalarının sayı | Son 3 gün ərzində zərərsizləşdirilən İsrail hərbi texnikalarının sayı açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadası məlumat yayıb. “Son 72 saat ərzində Qəzza zolağında döyüşlərin bütün cəbhələrində 135 döyüş texnikası tamamilə və ya qismən məhv edilib", - məlumatda qeyd olunub. |
2023-12-08 | 811,472 | ABŞ ittiham etdi: İran Rusiya silahları almaq istəyir | İran Moskva ilə əməkdaşlıq edərək Rusiya istehsalı olan silahları əldə etmək niyyətindədir. Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kirbi deyib. O bildirib ki, söhbət Rusiyanın bəzi mürəkkəb müdafiə texnologiyasından – hərbi helikopter, qanadlı və ballistik raketlərdən gedir. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putində Moskvanın Kreml Sarayında 5 saatdan artıq görüş keçirib. |
2023-12-08 | 811,473 | "Traktor" səfərdə qalib gəldi, ikinci yerə yüksəldi | Cənubi Azərbaycan təmsilçisi “Traktor” İran çempionatında növbəti matçını keçirib. Axar.az xəbər verir ki, Təbriz komandası 12-ci tur çərçivəsində səfərdə "Gol Gohar"la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmada yeganə qolu 43-cü dəqiqədə Qustavo vurub. Bu nəticədən sonra Təbriz klubu xallarını 21-ə çatdırıb və 2-ci pilləyə yüksəlib. Lider "İstiqlal"ın 23 xalı var. |
2023-12-08 | 811,474 | Paşinyandan əsirlərin azad olunması ilə bağlı paylaşım | Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı jest olaraq Azərbaycan 32 erməni hərbi qulluqçusunu azad edir. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu sosial şəbəkə səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyan yazıb. O qeyd edib ki, eyni prinsiplər əsasında Ermənistan tərəfi də iki Azərbaycan hərbi qulluqçusunu azad edir. |
2023-12-08 | 811,475 | Aspirin şiş və metastazların qarşısını alır? | Qan durulaşdırıcı aspirin xərçəng üzrə elmi araşdırmaların diqqətini cəlb edib. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Uels Universiteti alimləri 1 milyona yaxın xərçəng xəstəsini əhatə edən yüzdən çox araşdırmanın nəticələrini təhlil ediblər. Sübut olunub ki, müntəzəm olaraq hər gün aşağı dozada aspirin qəbulu xərçəng və digər səbəblərdən ölüm hallarının təxminən 20% azalmasına səbəb olur. Sadə aspirin xərçəng müalicəsi zamanı damar fəsadlarının riskini azaldır, metastazların yayılmasının qarşısını alır. |
2023-12-08 | 811,479 | Ankaradan Bakı-İrəvan arasındakı razılığa reaksiya | Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayaraq, “əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını” dəstəkləyib. Axar.az xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin “Azərbaycanla Ermənistan arasında bəzi konkret əlavə etimad quruculuğu addımlarının atılması qərarı” haqqında bəyanatında bildirilib. “Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasında elan edilmiş iki ölkə arasında bəzi konkret əlavə etimad quruculuğu addımlarının atılması qərarını alqışlayır, etimadı artıran əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək sülh razılaşmasının ən qısa zamanda imzalanmasını diləyirik”, – bəyanatda qeyd olunub. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. |
2023-12-08 | 811,480 | Neftin bu günə olan qiyməti | Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 75,20 dollara, yüngül neftin bir barreli isə 70,34 dollara təklif olunur. |
2023-12-08 | 811,481 | Əliyev və Paşinyanın bu addımını alqışlayırıq - ABŞ | ABŞ Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsi qərarını alqışlayır. Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin müvafiq mövzulu bəyanatında bildirilib. “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın 2 azərbaycanlı və 32 erməni saxlanılanın azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu, tərəflərin sülh sazişi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın Baş naziri Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək naminə səylərinə görə alqışlayırıq. Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”, - sənəddə qeyd olunub. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. |
2023-12-08 | 811,482 | Bakıya 10 min həb gətirən narkoşəbəkə ələ keçdi | Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakı şəhərinə daşıyaraq, burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar. Onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə,Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi "Kia Rio" markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıblar. Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib və cinayətkar qrupun digər üzvləri, Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan şəxslərin hamısı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır. |
2023-12-08 | 811,488 | Mingəçevirdə əməliyyat: silahlı şəxs saxlanıldı | Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluğa görə bir neçə dəfə məhkum olunmuş Yusif Ağayevin üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilmiş tədbirlər nəticəsində o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “TT” markalı tapança, 8 ədəd patron və sandıqca aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib. Y.Ağayevdən götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən silahın atəşə yararlı olduğu müəyyən edilib. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. |
2023-12-08 | 811,491 | Bakıda bu yolda hərəkət dayandı | Qara Qarayev prospektindən Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə keçid tam olaraq bağlanıb. Axar.az xəbər verir ki, hazırda bu istiqamətdə çox ciddi tıxac müşahidə olunur. Qeyd edək ki, sözügedən istiqamətlərdə vaxtaşırı olaraq yol bağlanır və bu da kilometrlərlə uzanan tıxaca səbəb olur. |
2023-12-08 | 811,495 | Bakıdan bu şəhərə uçuşlar başlayır | Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Dohaya reys açaraq marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir. Axar.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, Bakı-Doha-Bakı marşrutu üzrə ilk uçuş dekabrın 10-da həyata keçiriləcək. Bu istiqamətdə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Qeyd edək ki, Doha mədəni görməli yerləri, dəbdəbəli otelləri və bir çox əyləncəsi ilə turistlər üçün maraqlı olan gözəl və müasir şəhərdir. Əlavə edək ki, aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. |
2023-12-08 | 811,497 | Bu bazarda süd məhsullarının satışı dayandırıldı | Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 50 ünvanında yerləşən, hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları planlı yoxlama aparıb. AQTA-dan Axar.az-a verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin süd və süd məhsullarının satışı sahələrində müvafiq təmizlik işlərinin görülmədiyi, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və təlimlərə cəlb edilmədiyi, temperatur rejiminə əməl olunmadığı, məhsulların çirklənmədən və xarabolmadan mühafizə ediləcək şəraitdə saxlanılmadığı və üzərində etiket məlumatlarının mövcud olmadığı aşkarlanıb. Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək bazarda süd və süd məhsullarının satışı dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır. |
2023-12-08 | 811,501 | Azərbaycanda bu sığorta şirkəti ləğv edildi | 09:57 Azərbaycan Mərkəzi Bankı könüllü müraciət əsasında “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib. Axar.az AMB-yə istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilib. Naxçıvan Sığorta ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq. |
2023-12-08 | 811,505 | HƏMAS Fələstinin yaradılmasına cəlb olunur | HƏMAS-ı Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasına cəlb etmək mümkündür. Axar.az xəbər verir ki, bunu Fələstinin Baş naziri Məhəmməd Ştayyeh deyib. “HƏMAS oktyabrın 7-nə kimi başqa idi, ondan sonra başqa. Əgər onlar razılığa gəlməyə və Fələstin Azadlıq Təşkilatının siyasi platformasını qəbul etməyə hazırdırlarsa, o zaman dialoq imkanı var. Fələstinlilər bölünməməlidir”, - Ştayyeh bildirib. |
2023-12-08 | 811,507 | Bakıdan Kiyevə növbəti yardım göndərildi - Foto | Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib. Bu barədə Axar.az-a Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir. Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır. |
2023-12-08 | 811,509 | Rusiyada araq istehsalı azaldı | Yanvar-noyabr aylarında Rusiyada araq istehsalı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 4,7% azalaraq 71,9 milyon dekalitr, konyak istehsalı 3,9% artaraq 7,8 milyon dekalitr təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Alkoqol və Tütün Bazarlarına Nəzarət Federal Xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, yanvar-noyabr aylarında alkoqollu məhsulların istehsalı (pivə, sidr istisna olmaqla) 172,5 milyon dekalitr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azdır. O cümlədən dərəcəsi 9 faizdən yuxarı olan spirtli içkilərin istehsalı 3,4 faiz azalaraq 99,98 milyon dekalitr təşkil edib. |
2023-12-08 | 811,515 | 653-cü gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 653-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 337 220 hərbçi, 5 626 ədəd tank, 10 508 ədəd zirehli döyüş maşını, 8057 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 591 ədəd avtomobil texnikası, 6136 ədəd PUA, 1 571 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 159 xüsusi avadanlıq itirib. |
2023-12-08 | 811,517 | MOSSAD Türkiyədə bu şəxslərin ovuna çıxsa... – Perinçək | MOSSAD-ın Türkiyədə yaşayan HƏMAS üzvlərini təhdid etməsi xəbərləri fonunda Ankara ilə Təl-Əvivin diplomatik münasibətlərinin kəsilməsi ehtimalına gəlincə, bu, sual açıq qalır. Vəziyyət ölkələr arasında baş verən prosesin şiddətindən asılı olacaq. Axar.az xəbər verir ki, bunu Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçək deyib. “Türkiyə Cümhuriyyəti böyük dövlətçilik tarixi olan güclü dövlətdir. Ankara heç bir ölkənin kəşfiyyatının Türkiyə ərazisində cinayət törətməsinə və ya adam öldürməsinə icazə verməyəcək. Belə bir ehtimal baş versə belə, bu, cavabsız qalmayacaq. İsrail kəşfiyyatı Türkiyədə HƏMAS liderlərinə qarşı hər hansı əməliyyat keçirməyə cəhd edərsə, bu, çox dəhşətli nəticələrə gətirib çıxaracaq. Bu, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olacaqmı? Sual açıq qalır. Hamısı prosesin nə qədər çətin olmasından asılıdır. Hər şey mümkündür”, - o bildirib. Qeyd edək ki, MOSSAD-ın Qəzza müharibəsi başa çatdıqdan sonra HƏMAS üzvlərini bütün dünyada, o cümlədən Türkiyədə izləyəcəyi və məhv edəcəyi barədə məlumat Ankarada kəskin etiraz doğurub. |
2023-12-08 | 811,518 | Blinken: Husilər İranın dəstəyi ilə hücum edir | Husi silahlılarının pilotsuz təyyarə və raket hücumları İranın dəstəyi, eləcə də hərbi yardımı ilə həyata keçirilir. Axar.az xəbər verir ki, bu sözləti ABŞ Dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Devid Kemeron ilə keçirdiyi mətbuat konfransında deyib. “Birləşmiş Ştatlar hesab edir ki, İran hökuməti və İslam İnqilabı Keşikçiləri Korpusu Husi qruplaşmasına İsrailə və Qırmızı dənizdəki gəmilərə qarşı raket və dron hücumlarının planlaşdırılması, həmçinin həyata keçirilməsində kömək edir”, - o qeyd edib. |
2023-12-08 | 811,520 | Ərdoğanı qarşılayan nazir gülüş hədəfinə çevrildi - Video | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstan Prezident Administrasiyasının binasına daxil olarkən xarici işlər naziri Giorgos Gerapetritisin onun qarşısında baş əyməsi yunanlar tərəfindən gülüşlə qarşılanıb. Axar.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Qeyd edək ki, Türkiyə lideri ötən gün Yunanıstana səfər edib və onu Yunanıstan XİN başçısı qarşılayıb. |
2023-12-08 | 811,524 | Qriqoryan Londonda Bakı ilə münasibətləri müzakirə etdi | Londonda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barroun arasında görüş keçirilib. Görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti müzakirə edilib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. “Qriqoryan həmsöhbətinə İrəvanın Azərbaycanla münasibətlərin tənzimlənməsinə və regionda sülhün bərqərar olmasına yönəlmiş səylərini təqdim edib. Tərəflər Ermənistan-Britaniya münasibətlərinin inkişaf dinamikasını da müzakirə ediblər”, - məlumatda deyilir. |
2023-12-08 | 811,526 | İrəliləyiş var: onlar Qarabağa qayıdır - Səfir | Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann məcburi köçkünlərin Qarabağ bölgəsinə qayıdışında “nəzərəçarpacaq irəliləyişin” olduğuna diqqət çəkib. Axar.az xəbər verir ki, bu barədə diplomat özünün “X” hesabında paylaşım edib. “Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var. Maraqlı söhbətə və yaxşı əməkdaşlığa görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə təşəkkür edirik. Almaniya Azərbaycana minatəmizləmə layihələrində və qaçqınlara qayğı sahələrində dəstək verir”, – deyə o qeyd edib. |
2023-12-08 | 811,528 | Milli Məclisin iclası başladı | Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Axar.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 22 məsələ daxil edilib. 1. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 4. “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 5. “Aviasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 6. “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 7. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 8. “Arbitraj haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 9. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 10. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 11. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 12. “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 13. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 14. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 16. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 17. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 18. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 20. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 21. “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). |
2023-12-08 | 811,532 | Azərbaycan-Türkiyə HHQ nümayəndələri toplandı | Azərbaycanla Türkiyə arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 14-cü Qərargah danışıqları keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ankara şəhərində keçirilən görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Qərargah danışıqları zamanı hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, həmçinin müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Plana uyğun olaraq Azərbaycan nümayəndə heyəti Türkiyə HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib. |
2023-12-08 | 811,535 | Neft niyə sürətlə ucuzlaşır? | Dünyanın neft bazarında alıcı qıtlığı müşahidə olunur. Bu da birjalarda neftin qiymətinin ucuzlaşmasının əsas səbəbidir. Bu sözləri Axar.az-a ekspert İlham Şaban deyib. Ekspertin sözlərinə görə, dünya bazarında neftin qiyməti 74-75 ABŞ dollara qədər geriləyib: “Bu da onunla əlaqədardır ki, bazara çıxarılan neftin həcmi çox, tələb isə azdır”. İ.Şaban qeyd edib ki, bu ilin dekabrın əvvəlində OPEC+ çərçivəsində görüşdə 2024-cü ildə neft hasilatının azaldılması ilə bağlı qəbul edilmiş qərarın qüvvədə saxlanılması razılaşdırılıb: “Bu qərarın qüvvədə saxlanılması dünya bazarında neftin ucuzlaşmasının qarşısını alacaq”. Ekspert əlavə edib ki, bu ilin sonuna qədər neftin illik orta qiyməti 84 ABŞ dolları proqnozlaşdırılıb. |
2023-12-08 | 811,536 | "CityNet"in əsas tərəfdaşlığı ilə festival keçiriləcək | CityNet internet provayderi Azərbaycanda növbəti dəfə baş tutacaq kütləvi oyun festivalı olan "GameSummit"in əsas tərəfdaşıdır. Dekabrın 9-da “Flame Towers, Fairmont Baku Hotel”də keçiriləcək GameSummit bu dəfə də ölkənin bütün oyun həvəskarları, kospleyerləri eləcə də gik mədəniyyəti və komiks sevən insanlarını bir araya toplayacaq. GameSummit Baku Winter Edition adı altında keçiriləcək bu festival həm onlayn, həm də oflayn formatda ən müxtəlif əyləncələr vasitəsilə oyun həvəsindən zövq almaq üçün möhtəşəm bir platforma olacaq. Festival zamanı maraqlı və fərqli simulyatorlar da daxil olmaqla, müxtəlif oyunlar üzrə turnirlər və çempionatlar keçiriləcək. Festival çərçivəsində CityNet adlı xüsusi arenada Azərbaycanın ən güclü kiberidman komandalarının iştirakı ilə keçiriləcək ‘Fortnite’, ‘Valorant’, ‘CS2’, ‘Dota2’, ‘League of Legends’ kimi oyunların çempionatlarının şou oyunları və final mərhələləri baş tutacaq. Həmçinin, keçmişin məşhur klassik hit oyunlarının atmosferini yenidən yaşadacaq retro və stolüstü oyun çempionatları da təşkil olunacaq. GameSummit festivalında ənənəvi olaraq bu dəfə də hər kəsin son virtual əyləncədən həzz ala biləcəyi, tamaşaçını ekran arxasındakı xəyali dünyaya aparan VR zonası ziyarətçilər üçün açıq olacaq. CityNet-in əsas tərəfdaşlığı ilə ölkəmizdə artıq ikinci dəfədir ki, keçiriləcək bu kütləvi tədbir hər bir iştirakçının maraqlı oyun dünyasına düşə biləcəyi, emosiyalar və unudulmaz sərgüzəştlər yaşaya biləcəyi bir festivala çevrilməyi hədəfləyib. Qeyd edək ki, CityNet bundan öncə iyun ayında bu festivalı əsas tərəfdaş qismində dəstəkləmişdi. CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edərək və ya *1177 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür. |
2023-12-08 | 811,537 | Fəzail Ağamalı: Prezident seçkilərində onu dəstəkləyəcəyik | 2018-ci ildə növbəti dəfə prezident seçilən cənab İlham Əliyev Azərbaycan xalqının bütün ümidlərini doğrultdu. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O qeyd edib ki, 2024-cü ilin 7 fevral seçkiləri Azərbaycanın daha böyük urğurlara aparılmasına yeni imkanlar açacaq. Fəzail Ağamalı bildirib ki, Ana Vətən Partiyası seçkilərdə cənab Prezidentin namizədliyini dəstəkləyəcək. |
2023-12-08 | 811,539 | "Apple Pay TuranBank"da – ilk ödənişdə 5 AZN keşbek! | TuranBank Visa kart sahibləri artıq Apple Pay vasitəsilə ödənişləri tam təhlükəsiz şəkildə edə bilərlər. Belə ki, bu gündən Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, POS-terminal düymələrinə toxunmadan və ya nağd pula ehtiyac olmadan ödəniş edəcəklər. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur. Ödənişi həyata keçirmək üçün müştərinin iPhone telefonunu və ya Apple Watch saatını POS-terminala yaxınlaşdırması kifayətdir. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı şəkildə qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə qeydiyyatdan keçməyə və uzun məlumat formalarını doldurmağa ehtiyac qalmadan ödənişlər etmək mümkündür. TuranBank Visa kartını Apple Pay-də aktivləşdirmək çox asandır. Sadəcə TuranBank tətbiqinə daxil olub, kartı seçib “Add to wallet” düyməsini sıxdıqdan sonra, istifadə qaydalarını qaydalarını qəbul etmək TuranBank kredit və ya debet kartınızı əlavə etməyiniz üçün kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Həmçinin, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənən tətbiqlərdə və ya Safari internet brouzerlərində açılan saytlarda da rahat və sürətli alış-veriş edə bilərlər. Qeyd edək ki, TuranBank, Apple Pay ödəniş sisteminin yeni istifadəçiləri üçün kampaniyaya start verib. Belə ki, Apple Pay xidmətinə qoşulmuş TuranBank Visa kart sahibləri ilk ödənişdə 5 AZN keşbek qazanacaqlar. Kampaniya 7 dekabr 2023 – 7 yanvar 2024-cü il tarixlərini əhatə edir. Bundan sonra da Apple Pay istifadəçiləri TuranBank-ın təklif etdiyi keşbek və endirimlərdən faydalanmağa davam edə biləcəklər. Təhlükəsizlik və məxfilik Apple Pay-in əsas üstünlüklərindəndir. Apple Pay-ə əlavə etdiyiniz kredit və ya debet kartınızın məlumatları cihazınızda və ya Apple serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilirək şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz Element” çipində əminliklə saxlanılır. Apple Pay haqqında ətraflı məlumat üçün: https://www.apple.com/apple-pay/ 1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin daha da genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirən Bank şəhər və regionlarda yeni filial və şöbələrin açılması istiqamətində işlərini davam etdirəcəkdir. TuranBank-ın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBankın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz. TuranBank Bizimlə etibarlıdır… |
2023-12-08 | 811,544 | Paşinyan Tokayevi İrəvana dəvət etdi | Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyinə aid məsələlər müzakirə edilib. İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb. Bildirilir ki, N.Paşinyan Tokayevi Ermənistana rəsmi səfərə dəvət edib. Qazaxıstan Prezidenti də dəvəti qəbul edib. |
2023-12-08 | 811,547 | İrəvan Azərbaycanla dəmiryol bərpasını “ucuzlaşdırdı” | Ermənistanın Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasının dəyəri ilə bağlı hesablamaları son iki ildə kəskin şəkildə dəyişib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Qeyd olunub ki, Ermənistan maliyyə naziri Vahe Ovannisyan noyabrda verdiyi açıqlamasında “Dünyanın kəsişməsi” layihəsinin təxminən 400-500 milyon dollara başa gələcəyini bildirmişdi. “Nazirin sözlərinə görə, Razdan-İcevan (Karvansaray)-Qazax-Ağstafa dəmir yolunun bərpası 318 milyon dollar, Arazdəyən-Horadiz 61.5 milyon dollar və Gümrü-Axuran stansiyası (Türkiyə sərhədi) dəmir yolunun bərpası 8-9 milyon dollara başa gələcək. 2021-ci ilin dekabr - 2022-ci ilin fevral aylarında Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin hesablamalarına görə, bu 3 dəmir yolunun bərpası xeyli baha hesablanmışdı. Belə ki, onlar təkcə Razdan-İcevan (Karvansaray)-Azərbaycan sərhədi sahəsinə 496 milyon dollar xərcləməyi planlaşdırıblar ki, bu da indiki hesablamalardan 1,5 dəfə bahadır. Arazdəyən-Horadiz dəmir yolunun bərpası indikindən 3,7 dəfə baha - 226 milyon dollar qiymətləndirilirdi. 2022-ci ildə Gümrü-Türkiyə sərhədi hissəsinin bərpası 16,8 milyon dollar həcmində qiymətləndirilirdi ki, bu da hazırkı hesablamalardan təxminən 2 dəfə çoxdur”, - məlumatda qeyd olunub. |
2023-12-08 | 811,548 | YAŞAT Fondu 3 ilə 7 milyon xərclədi | Şəhid ailələri və yaralıların istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə YAŞAT Fondu tərəfindən xərclənən vəsait 7 011 408.82 AZN təşkil edir. Axar.az xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov fondun 3 illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib: “Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib”. |
2023-12-08 | 811,549 | Qalib Azərbaycan xalqı Qalib Prezidentinin yanında olacaq | 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Bütün bu ərazilərdə müqəddəs bayrağımızı, öz xalqına söz verdiyi kimi, şərəflə ucaldan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev atdığı müdrik addımları, verdiyi düşünülmüş qərarları ilə nəyi nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı bildiyini dəfələrlə nümayiş etdirib. Üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. O vurğulayıb ki, növbədənkənar seçkilər bütün namizədlərin real potensialını obyektiv qiymətləndirmək üçün unikal fürsət yaradır: “İlk növbədə, qeyd etmək lazımdır ki, növbədənkənar Prezident seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur. Bu hal bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Başqa sözlə desək, seçicilər sadəcə olaraq öz siyasi iradələrini bundan öncə nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edəcəklər. Namizədlərə gəlincə isə, bu şəxslərin hamısı bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir. Təbii ki, məhdud potensiala malik olan qüvvələr, əvvəlki illərdə olduğu kimi, özlərini doğrultmaq üçün yenə də seçkilərin keçirilməsi ilə bağlı olan müəyyən narazılıqlar ifadə edəcəklər. Bu isə, yalnız onların subyektiv mövqelərinin daha bir nümayişi kimi qiymətləndirilə bilər". K.Qafarov bildirib ki, Azərbaycanın bu gün real olaraq getdikcə daha böyük gücə çevrilməsi bir çox Qərb ölkələrini ciddi şəkildə narahat etməkdədir. Buna görə də, həmin dövlətlərin təxribatlarının qarşısını almaq üçün ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir: “Bu gün Cənubi Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü artıq bütün dünyaya məlum olan bir reallıqdır. Bununla yanaşı, bəzi Qərb dövlətləri Rusiyanın regionda mövqelərinin nisbətən zəifləməsini fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda öz siyasi iradələrini region ölkələrinə qəbul etdirmək imkanı verən hansısa bir məqama sahib olmağa çalışırlar. Lakin onların da bu cəhdlərinin qarşısı məhz Azərbaycan tərəfindən qətiyyətlə alınır. Əksinə, Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə rolu artan Azərbaycan, artıq özü Avrasiya məkanında gedən geosiyasi proseslərə müdaxilə etmək imkanlarına sahiblənir. Artıq ABŞ və Fransa kimi superdövlətlər də Azərbaycanla hesblaşmadan Cənubi Qafqazda mövcud olmağın mümkünsüzlüyünü anlayırlar. Lakin bütün bunlar ölkəmizə qarşı müxtəlif təxribatların törədilməsi ehtimalını da yüksəltmiş olur. Məhz bu baxımdan da həmin dövlətlərin təxribatlarının qarşısını almaq məqsədilə Prezident İlham Əliyev tərəfindən atılan addımlar, o cümlədən, ölkəmizdə siyasi sistemin gücləndirilməsi məqsədilə görülən tədbirlər strateji əhəmiyyət kəsb edir. Əminik ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləyəcəkdir”. |
2023-12-08 | 811,551 | Prezident Avropa Şurasının baş katibini qəbul etdi | 11:49 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Axar.az xəbər verir ki, Mariya Peyçinoviç Buriç Azərbaycanın 2001-ci ildən Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. O, ölkə tərəfindən Avropa Şurasının bir çox konvensiyasını imzalandığını və ratifikasiya edildiyini, bir müddət əvvəl Azərbaycan tərəfinin Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını imzaladığını xatırladıb və bütün bunları müsbət addım kimi dəyərləndirib. Avropa Şurasının Baş katibi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir. Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir etdiklərini deyən Mariya Peyçinoviç Buriç bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı və bundan irəli gələn məsələləri, xüsusilə iki ölkə arasında etimad quruculuğu tədbirləri istiqamətində atılan addımları yüksək qiymətləndirdiklərini bildirib, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan ilə Avropa Şurası arasında bu illər ərzində çox sıx əməkdaşlığın formalaşdığını qeyd edib. Prezident İlham Əliyev özünün Avropa Şurası ilə əlaqələrini və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini məmnunluqla xatırladıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Dövlət başçısı vurğulayıb ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır. Söhbət zamanı AŞPA-da Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında da əlaqələrin və konstruktiv dialoqun vacibliyi bildirilib. Praktiki sahələrdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdiyi qeyd olunub. Görüşdə mədəniyyətlərarası dialoq prosesində Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa toxunulub, bu əməkdaşlığın davam etdirilməsinin önəmi vurğulanıb. Ölkəmizdə ənənəvi keçirilən mədəniyyətlərarası dialoq forumunda Avropa Şurasının tərəfdaş qismində çıxış etməsinin, həmçinin Avropa Şurasında islamofobiya meyillərinə qarşı xüsusi nümayəndənin təyin olunmasının təqdir edildiyi bildirilib. |
2023-12-08 | 811,554 | TƏBİB sədrindən qızılca ilə bağlı açıqlama | Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov hazırda Azərbaycanda qızılca ilə bağlı vəziyyətin stabil olduğunu bildirib. Axar.az xəbər verir ki, qurum rəhbəri jurnalistlərə açıqlamasında qızılcaya yoluxma halları ilə bağlı vətəndaşların tibb müəssisələrinə müraciətlərinin qeydə alındığını deyib. "Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxdurucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyətinə uyğun olaraq tədbirlər görülür", - V.Qurbanov əlavə edib. |
2023-12-08 | 811,557 | Qənirə Paşayevanın yerinə o seçildi | Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib. Axar.az xəbər verir ki, deputat Fazil Mustafa komitəyə sədr seçilib. Bu barədə spiker Sahibə Qafarova məlumat verib. Plenar iclas zamanı layihə səsverməyə qoyularaq qəbul edilib. Deputat Ülviyyə Ağayeva isə komitənin sədr müavini seçilib. Qeyd edək ki, komitənin keçmiş sədri Qənirə Paşayeva olub. O, bu ilin sentyabr ayında dünyasını dəyişib. |
2023-12-08 | 811,559 | Bakının mərkəzində güclü yanğın başladı - Video | 12:11 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. Axar.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. |
2023-12-08 | 811,560 | Xəstəxanalarda onlayn növbə sistemi tətbiq edilir | Xəstəxanalarda onlayn növbə sisteminin tətbiq edilməsinə başlanılıb. Axar.az xəbər verir ki, bunu Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib. Onun sözlərinə görə, artıq paytaxtda bir çox xəstəxanada onlayn növbə sistemi fəaliyyətə başlayıb: "Çünki xəstəxanalara müraciətlərin çoxluğuna görə növbələr olurdu və bu da vətəndaşlar üçün çətinlik yaradırdı. Ona görə də ilk olaraq Bakıdakı xəstəxanalar onlayn növbəyə keçdi. Vətəndaşlar evdə oturaraq öz növbələrini rahat şəkildə götürə biləcək və tibbi xidmətlərdən keyfiyyətli şəkildə istifadə edəcəklər". |
2023-12-08 | 811,563 | Putin Ukraynada Qərbi əzir: artıq səfərlərə başlayıb – Fiqaro | Ukraynanın vəziyyəti silah qıtlığı, Qərbdə ictimai dəstəyin zəifləməsi, artan daxili siyasi rəqabət kimi problemlərin yığılması ilə pisləşir. Buna paralel olaraq isə Rusiya Qərbin təcridlərinə müqavimət göstərməyi bacarır. Ukrayna Rusiyanın fonunda getdikcə daha çox təcrid olunur. Qərb ölkələri lazımi silahların tədarükü ilə bağlı Kiyevə verdiyi vədlərə əməl etmədi, bu isə Ukrayna ordusunun yaydakı əks-hücumunun uğursuzluğunu izah edir. Fransa Prezidenti Makronun vəd etdiyi hərbi iqtisadiyyat isə real bəhrə vermədi. Avropanın Ukraynaya vədləri fonunda Rusiya hərbi sənayesi savaş rejiminə keçdi və bunun hesabına Moskva döyüş meydanında güc balansını öz xeyrinə dəyişə bilər. Axar.az xəbər verir ki, bu barədə “Le Fiqaro” məlumat yayıb. “Avropalıların yorğunluğu və AB-dəki parçalanma Rusiya lideri Vladimir Putinin müharibənin gedişatını dəyişdirmək üçün gözlədiyi məqamlar idi. Artıq bir neçə həftədir ki, Rusiya Prezidenti əlverişli şəraitdə öz üstünlüyünü nümayiş etdirir. Rusiya ordusu Qərbin dəstəklədiyi ukraynalılara qarşı dayandı, Putin Qərbin təcridini “qırdı” və Cənubdakı antiqərb müttəfiqlərinə söykənərək sanksiyalardan yayınıb, xarici səfərləri bərpa etdi”, - məlumatda deyilir. |
2023-12-08 | 811,565 | Prezident seçkiləri ilə bağlı ekspert qrupu yaradıldı | 12:28 Növbədənkənar prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb. Axar.az xəbər verir ki, məsələ barədə məlumatı Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova verib. Sonra qərar MSK-nın növbədənkənar prezident seçkiləri iə əlaqədar bu gün keçirilən iclasında verilib. Bundan əlavə, növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib. İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. |
2023-12-08 | 811,566 | Sabahın havası: intensiv yağış, qar... | Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq. |
2023-12-08 | 811,572 | İmişlidə qanunsuz tikililər söküldü - Video | Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişlidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, İmişli rayonunun Oruclu kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınıb. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilini söküb. |
2023-12-08 | 811,574 | Milli Məclis Rəqabət Məcəlləsini qəbul etdi | Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Axar.az xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq. Qanun layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyillərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub. Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən 6 ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək. Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmamışdı. |
2023-12-08 | 811,575 | ABŞ heç vaxt dağılan dövlət üçün pul tələb etməmişdi | Bayden administrasiyasının Ukrayna üçün Konqresdən pul almaq səylərində misli görünməmiş məqam var. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb. “Bayden administrasiyası tərəfindən ABŞ Konqresinin primitiv şantajı heç də yeni deyil və tarixi presedentlərə malikdir. Lakin indiki vəziyyətdə yeni bir məqam var. Amerikada indiyə qədər heç vaxt dağılma prosesində olan bir dövlət üçün bu qədər pul pul tələb olunmamışdı”, - Medvedyev bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden oktyabr ayında milli təhlükəsizliyi təmin etmək məqsədi daşıyan 106 milyard dollarlıq maliyyə paketini təqdim etmişdi. Layihədə Ukrayna, İsrail və Tayvana dəstək üçün 106 milyard dollar ayrılması nəzərdə tutulurdu. Bunun 61 milyardı Ukraynaya verilməli idi. Lakin qanun layihəsi ABŞ Senatında prosessual səsvermədən keçməyib. |
2023-12-08 | 811,577 | "Bakcell" dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu! | Ölkənin ən sürətlisi Bakcell Bakının ilk dəfə ev sahibliyi etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FIA) Prize-Giving ceremony - Mükafatlandırma mərasiminin sürət tərəfdaşı oldu. FIA Mükafatlandırma mərasimi bir çox sürət yarışlarında qalib olan pilotların, avtomobil idmanı cəmiyyəti və azarkeşlərinin ən çox gözlədiyi tədbirlərdən biridir. Hər il fərqli ölkələrdə keçirilən tədbir bu il 5-8 dekabr tarixlərində paytaxt Bakıda baş tutur. Ənənəvi mərasimdə FIA çempionları ilə yanaşı, həmçinin karyeralarının başlanğıcında olan bacarıqlı yeni nəsil idmançılar və avtomobil idmanında misilsiz rolları olan şəxslər də yad edilir. Xatırladaq ki, sürət yarışlarına böyük maraq göstərən Bakcell 2019-cu ildən etibarən “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir. Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir. |
2023-12-08 | 811,579 | "Park Yasamal"ın tikintisi sürətlə davam edir | “Kristal Abşeron” xəbər verir ki, “Park Yasamal”da tikinti-təmir işləri sürətlə davam edir. Əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, 10 binadan ibarət birinci mərhələdə dəmir-beton inşaat işləri 90% tamamlanıb. 10-cu mərtəbəyədək hörgü işləri görülüb və bütün binalarda elektrik işlərinə başlanılıb. Şirkət nümayəndəsinin sözlərinə görə əksər binalarda fasad işlərinə start verilib. Paralel olaraq da kommunikasiya xətlərinin inşası işləri sürətlə davam edir və 9-cu mərtəbəyədək tamamlanıb. Yaxın günlərdə isə landşaftın infrastruktur işlərinə başlanılacaq. “Park Yasamal”da mənzil əldə etmək istəyənlər üçün şərtlər çox sərfəlidir. Cəmi 12328 AZN ilkin ödənişlə tam təmirli 3 otaq studiya mənzilə sahib ola bilərsiniz. “Park Yasamal” yaşayış kompleksinin bir üstünlüyü də beynəlxalq standartlara uyğun Avropa brendləri ilə inşa edilməsidir. Qeyd edək ki, burada mənzillərin təmirində alman istehsalı olan “GROHE” hamam aksesuarları, italyan istehsalı “Gewiss” elektrik açarları və digər İtaliya şirkəti “Prysmian” yanmayan kabellərindən istifadə olunacaq. Yaşayış kompleksi Yasamalın prestijli ərazisində, 3 saylı “ASAN xidmət” mərkəzi yaxınlığında yerləşir. Kaktus adlanan ərazidən çəkilən yeni yol ilə kompleksin yerləşməsi daha da əlverişli olacaq. Tam təmirli, çıxarışlı formada təhvil verilən göl mənzərəli mənzillər nağd və ipoteka krediti ilə satılır. Satış ofisinə yaxınlaşaraq 10% ilkin ödəniş, 20 ilədək ipoteka krediti ilə mənzil sahibi ola bilərsiniz. Daha ətraflı: *1544 və ya 051 255 05 55 hwww.kristalabsheron.az https://www.youtube.com/watch?v=Vnb51wKpoAY |
2023-12-08 | 811,582 | NATO-dan Bakı-İrəvan arasındakı razılığa reaksiya | NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina X-də yazıb. “Mən saxlanılanların qarşılıqlı azadlığa buraxılması, digər etimad tədbirlərinin görülməsi və çoxdan gözlənilən sülh sazişinin əldə edilməsinə dair aydın öhdəliyi elan edən Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayıram. NATO bu səyləri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir”, - o bildirib. |
2023-12-08 | 811,583 | Deputatlar üçün yeni qadağa müəyyənləşir | Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarından xaric edilmiş, məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular arbitr ola bilməyəcək. Axar.az xəbər verir ki, bu, bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər müəyyənləşir. İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər. Mübahisəni təkbaşına həll edən arbitr yuxarıda qeyd edilən tələblərlə yanaşı, ali hüquq təhsilinə malik olmalıdır. Mübahisənin kollegial qaydada həll edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitraj məhkəməsi tərkibinin sədri ali hüquq təhsilli olmalıdır. Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün əlavə tələblər müəyyən edilə bilər. Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə üzvləri və qulluqçular, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan Respublikasının hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. |
2023-12-08 | 811,584 | ABŞ-ın İraqdakı səfirliyi raket atəşinə tutuldu - Video | ABŞ-ın İraqdakı səfirliyi reaktiv yaylım atəş sistemləri ilə atəşə tutulub. Axar.az xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb. Məlumata görə, Bağdadın mərkəzində xüsusi mühafizə olunan "yaşıl zona"nın yaxınlığına üç raket düşüb. Hücumun nəticələri barədə hələlik rəsmi məlumat verilməyib. |
2023-12-08 | 811,588 | İlham Əliyevdən İrəvanla birgə bəyanata münasibət | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edərkən deyib. Prezident vurğulayıb ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır. |
2023-12-08 | 811,592 | İlham Əliyev 2 sərəncam imzaladı | 13:32 Prezident ilham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Axar.az xəbər verir ki, Sərəncamla Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 300,0 (üç yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. *** Prezident İlham Əliyev Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, on yeddi min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. |
2023-12-08 | 811,593 | İranda polis bölməsinə basqın edildi: ölənlər var | İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinin "Ziyarət çeşmə" polis bölməsinə silahlı basqın olub. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, silahlı qarşıdurma zamanı 4 hökumət məmuru öldürülüb. Hücuma görə məsuliyyəti etnik bəlucların silahlı qruplaşması "Ənsar əl-Furqan" öz üzərinə götürüb. |
2023-12-08 | 811,595 | Əsirlərin mübadiləsi nə vaxt başlayır? | Erməni əsirlər yaxın günlərdə, hətta saatlarda Azərbaycandan qaytarıla bilər. Axar.az xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının deputatı, Xarici Əlaqələr Komissiyasının rəhbəri Sərkis Xandanyan deyib. “Düşünürəm ki, əsirlərimizin qaytarılması bir neçə günün, hətta saatların işidir”, - o bildirib. Xandanyanın sözlərinə görə, əsirlərin mübadiləsi Azərbaycan-Ermənistan sərhədində baş verə bilər. |
2023-12-08 | 811,599 | Kremldən Bakı və İrəvanın birgə bəyanatına reaksiya - Video | 13:55 Rusiya Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq, eləcə də sülh müqaviləsi bağlamaq niyyəti barədə birgə bəyanatını müsbət qiymətləndirir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Moskva Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş naziri Aparatının iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin bağlanması üzrə qarşılıqlı niyyətini təsdiqləyən birgə bəyanatını məmnunluqla qarşılayır. Rusiya nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmasların qurulmasında bundan sonra da hər cür yardım göstərməyə hazırdır. Bakı ilə İrəvan arasında Ermənistan və Azərbaycan hərbi qulluqçularının azad edilməsinə dair razılaşmanı alqışlayırıq”, - o bildirib. |
2023-12-08 | 811,602 | AZAL təyyarəsi bu gün İrəvana uçacaq? | Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq əsasında hərbi qulluqçuların dəyişdirilməsi prosesinin hansı şəraitdə keçirilməsi məlum olub. Axar.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda olan 32 erməni əsilli hərbi qulluçu Bakıdan təyyarə ilə İrəvana aparılacaq. Azərbaycanın Ermənistanda olan 2 hərbi qulluqçusu (Hüseyn Axundov və Aqşin Bəbirov) isə həmin təyyarə ilə Bakıya gətiriləcək. Qeyd edək ki, əsir mübadiləsi üzrə danışıqlar birbaşa aparılıb və vasitəçi olmayıb. Məlumat üçün bildirək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. |
2023-12-08 | 811,604 | Bu, xarici güclərdən özümüzü qorumaq qərarıdır | Qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 7 fevral 2024-cü ilə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür. Seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq 27 sentyabrda verilən qərarla eyni mənaya malikdir. Bəllidir ki, İlham Əliyevin siyasi nüfuzu nəinki ölkə daxilində, yaxud islam-türk coğrafiyasında, eləcə də dünya liderləri arasında ən güclü dövrünü yaşayır və 44 gündə prezidentin çağırışına verilən milyonlarla səs əsl ümumxalq referendumu idi. Yəni müqəddəs müharibədə qazanılan qələbə azad, ədalətli, demokratik, legitim seçki hadisəsiydi. Zəfər seçkilərinin hansı tarixdə keçirilməsi İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir. Müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin 1993-cü ildəki mütləq qələbəsi kimi, Vətən müharibəsindən sonra prezidentin kimliyi və seçkilərin nəticələri təqvimin ilindən və günlərindən asılı deyil. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. O qeyd edib ki, Zəfər seçkilərini “hakimiyyətin ömrünü saxta yolla uzatmaq” adlandıranlar uzun illər siyasətdə olan, torpaqların itirilməsində məsuliyyət daşıyan və Qarabağ Zəfəri ilə birdəfəlik prezidentliyə gedən yolları bağlanan şəxslərdir: “O üzdən ötən seçkilərdə baş verən hər hansı neqativ halın, kənar müdaxilə və pozuntuların 2024-cü ilin 7 fevralında təkrarlanması Ermənistanın özünü “demokratiya adası” kimi bizdən üstün tutmasına rəvac verən qəsd, ölkəmizdə qanlı inqilablar və xarici iradədən asılı hökumətlər formalaşdırmaq istəyənlərin xeyrinə ediləcək siyasi cinayətdir. Ərazisi və suverenliyi bütöv olan ölkənin prezident seçkiləri də halal və müqəddəs olmalıdır. 3 il əvvəl dünyaya nümayiş olunan milli həmrəylik və birlik 7 fevralda da minlərlə məntəqədə-siyasi səngərdə təkrarlanacaq. Biz 2 ay sonra təkcə Birinci Şəxsi yox, həm də millətimizin 200 illik bənzərsiz Qələbəsini, Pənahəli xandan Heydər Əliyevə qədər bütün rəhbərlərin ideallarını qorumağa səs verəcəyik, əsrlərlə yaşadığımız köçkünlüyə və işğala səbəb olan şəxslərə, siyasətə “yox” deyəcəyik. İlham Əliyevin yeni seçki platforması 44 günlük Vətən müharibəsində xalq və ordu ilə birlikdə döyüş meydanlarında yazılıb”. Deputat bildirib ki, 7 fevral Böyük Qayıdışın təminatçısı, millətimizin silahsız, dinc səsi ilə düşmənə qalib gələcəyi gündür: “Kim əksinə düşünürsə, o işğalın, məğlubiyyətin yanındadır və 26 sentyabra dönmək istəyir. 7 fevral tarixi 8 noyabr Zəfər, 20 sentyabr Bütövlük gününün davamıdır və sülh müqaviləsinin imzalanmasını sürətləndirəcəkdir. Ali Baş Komandanın şəksiz nüfuzundan və Qələbəmizin misilsiz dəyərindən bəhrələnən hər kəs bilməlidir ki, əgər Azərbaycanda kimsə dövlətdən narazıdırsa, onu həmin adamlar yaradıb. Zəfər seçkiləri 2019-cu ildəki kimi hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişiklikərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısıdır”. |
2023-12-08 | 811,606 | Bakı və İrəvan sərhədi müəyyənləşdirir – İlk addım | Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı, iki ölkənin əsirləri dəyişdirməsi də daxil olmaqla, Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması, eləcə də sərhədlərin demarkasiyası və delimitasiyası istiqamətində atılan addımdır. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vadim Muxanov deyib. “Bütün bunlar Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda verdiyi bəyanatlara uyğundur. Xüsusilə, Ermənistanın Baş naziri bildirib ki, onlar indi Azərbaycanla sülh sazişi imzalamağa qeyri-adi dərəcədə yaxındırlar. Digər tərəfdən, Azərbaycan dəfələrlə Ermənistanla hərtərəfli sülh sazişi imzalamaq istədiyini bildirib. Aydındır ki, bu, məhz bu sənədə doğru bir addımdır”, - o bildirib. |
2023-12-08 | 811,608 | Rusiyada prezident seçkisi üç gün davam edəcək | Rusiya Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkisi üçün üç günlük səsverməni rəsmən təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının seçki kampaniyasının başlanmasına həsr olunmuş ilk iclasında deyilib. “Seçki 2024-cü il martın 15, 16 və 17-də baş tutacaq”, - məlumatda deyilir. |
2023-12-08 | 811,609 | Nar bahadırsa, imkanı olmayan yeməsin - İqtisadçı | Nar bahadırsa, imkanı olmayan yeməsin. Bunu Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. “Dədə-babadan bilirik ki, narın mövsümü sentyabr-oktyabr aylarıdır. Əgər dekabrda narın qiyməti bahalaşıbsa, biz onu yeməyə məcbur deyilik. Dekabrda nar yemək istəyirsənsə, gərək onun yüksək qiymətini də ödəyəsən. Əslində nar baha deyil. Əvvəllər yayda, payızda qış üçün saxlanıla bilən meyvə-tərəvəz tədarükü görülürdü. Nar da saxlanıla bilən meyvələr sırasındadır. Əgər indi bizim yerimizə bu tədarükü firma və mağazalar görürsə, biz də onların qoyduğu qiymətlə razılaşmalıyıq”, - iqtisadçı bildirib. İqtisadçının sözlərinə görə, bazar və marketlərdə narın qiyməti bir qədər də artırılmalıdır: “Sahibkarlar ucuz vaxtı onları alıb saxlayır və bahalaşanda satışa çıxarır. Bu, tam normal prosesdir. Bazarlarda 3 narın qiyməti 4 manatdır , bir nar təxminən 1 manat 33 qəpiyə düşür. Əslində bu, çox ucuzdur. Hətta sahibkarlar narın qiymətini bir qədər artırıb, həmin meyvənin dəyərini qaldırmalıdır”. |
2023-12-08 | 811,610 | Fransa Ermənistana silah versə… - Ərdoğan | Fransanın etdikləri sadəcə təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə, pislik edir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana silah göndərməsi ilə bağlı danışarkən deyib. Ərdoğanın sözlərinə görə, Fransa əvvəllər də Ermənistana bir sıra dəstək verirdi, amma heç bir nəticə əldə etmədi: “Fransa Minsk Qrupunun tərkibində idi. Məsələ bitdi, heç bir nəticə əldə edilmədi. Belə olduğu halda o, yenidən Ermənistanı təxribata çəkir. Zirehli texnikanı göndərsən nə olacaq? Buradan nəticə əldə edə bilməyəcəksən. Çünki indi öz ərazisinin işğalına son qoyan Azərbaycan var. Qarabağın nəticəsi ortadadır. Əvvəllər Ermənistana göndərilən tanklar, toplar və tüfənglər Azərbaycanın əlinə keçdi. Sadəcə Ermənistanı aldadırlar. Ermənistan rəhbərliyi son təcrübələrindən dərs götürməli və bu təxribatlara əl atmamalıdır. Sülh fürsətindən istifadə edib Ermənistanı çaşdıran ölkələrin toruna düşməmək İrəvanın marağında olmalıdır. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Əlinə silah verənlər qısa zamanda Ermənistanı tək qoyacaqlar”, - Ərdoğan bildirib. |
2023-12-08 | 811,615 | Paşinyanın “bel çantaları” nəzarətdən çıxır | Son hadisələr göstərdi ki, Paşinyan artıq Mülki Müqavilə Partiyasında tək hakimiyyətə malik deyil, onun üzvləri liderinə tabe olmamağa başlayıblar. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Bu, parlamentin Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədri Aykuya Arutyunyanın məğlubiyyətindən sonra aydın oldu. Paşinyan onu bir neçə gün əvvəl şəxsən qəbul edib və yenidən seçiləcəyinə inandırıb. Namizədin özü də hər şeyin qaydasında gedəcəyinə əmin idi. İclasda fasilə zamanı o bildirib ki, onun əleyhinə səs verəcəklərini bilsəydi, nə özünü, nə də strukturun nüfuzdan düşməməsi üçün namizədliyini irəli sürərdi. Demək olar ki, eyni ssenari üzrə Kassasiya Məhkəməsinin Korrupsiyaya qarşı Mübarizə Palatasının hakimi vəzifəsinə namizəd Rubik Mxitaryan üçün seçki keçirilib. “Bel çantaları” (Paşinyana işarə edilir - red.) əslində nəzarətdən çıxır”, - məlumatda deyilir. |
2023-12-08 | 811,616 | Zəlzələdən sonra Səngəçalda qala divarları üzə çıxdı - Video | Ötən gün baş verən zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb. Axar.az xəbər verir ki,m bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Məsələ ilə bağlı açıqlama verən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumatın həqiqiliyini yoxlamaq üçün əraziyə mütəxəssis qrupunun göndərildiyini bildirib. |
2023-12-08 | 811,621 | Bayramov AŞ-nin baş katibi ilə görüşdü | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 8-də Bakıda səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb və onu Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı Azərbaycan və AŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov, Azərbaycanın AŞ-ya üzv olmasından ötən müddət ərzində insan hüquqlarının qorunması, qanunun aliliyi və demokratiyanın inkişafı sahələri üzrə Təşkilatla yaxından əməkdaşlıq etdiyini, aidiyyəti üzrə bir sıra Konvensiyalara qoşulduğunu, habelə müxtəlif birgə proqramların həyata keçirildiyini məmnunluqla qeyd edib. Cari ilin 17 may tarixində Reykyavik şəhərində keçirilən AŞ-nın Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşünə istinad edən nazir Ceyhun Bayramov, AŞ çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi baxımından bu kimi görüşlərin əhəmiyyətli rol oynadığını qeyd edib. Azərbaycan ilə AŞ arasında mövcud Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs edən tərəflər, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, medianın inkişafı və digər istiqamətlərində əməkdaşlığın səmərəli nəticələr verdiyini bildiriblər. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri, bu fəaliyyətə və vətəndaşlarımızın təhlükəsizliyinə hədə olan mina təhdidi, Qarabağ bölgəsindəki erməni sakinlərin reinteqrasiyası, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Cari ilin sentyabr ayında Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs edən nazir Ceyhun Bayramov, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğunun bu qəbildən olan ən böyük təhdidlərdən biri olduğunu qeyd edib. Bu istiqamətdə, sözügedən antiterror tədbirlərinin görülməsinin bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi qarşısında duran maneələrin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Antiterror tədbirlərindən sonra bölgəyə səfər edən Avropa Şurası daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiq etdiyi kimi, Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində irəli sürülən iddiaların əksinə, mülki şəxslərə qarşı heç bir zorakılıq faktının müşahidə olunmadığı vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə olunub. |
2023-12-08 | 811,622 | Tvitter artıq yoxdur, dilçilərimiz isə indi "öskürüb" ayılıb... | Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi saytların monitorinqini keçirib, “Saytlarımız monitorinq aynasında” adlı kitab dərc edib; həftənin əvvəlində təqdimat-görüş də təşkil etdi. Monitorinq də, kitab dərci də alqışlanasıdır – xüsusən bu cür nəfis, ciddi vəsait hesabına başa gəldiyinə heç bir şübhə olmayan nəşr kitabxana üçün əsl bəzəkdir. Ancaq bu “bəzəy”in içindəkilər məlum deyimə tam assosiasiya yaratdığından, üzərindən keçmək, bunun tarixləşməsinə laqeyd yanaşmaq dilə və peşəyə hörmətsizlikdir – baxmayaraq ki, bu kitabın baş redaktoru kimi qeyd edilən Sevinc Əliyevanın dəyərli alim olduğuna qəti şübhəmiz yoxdur. Təqdimatdan yayılan informasiyalarda da hörmətli dilçi alimlərin prosesləri hiss etmədiyi, duymadığı və nə baş verdiyini anlamadığı təəssüratı yarandığından, istəməsək də, bu monitorinqin fundamental bir iş kimi qeydə alındırılması cəhdinə qarşı çıxmaq öhdəliyimizə çevrildi – əks halda dilə xəyanət etmiş olardıq. Onlarla media resursu monitorinqə cəlb edilib, bəlkə də aylarla iş aparılıb: bəs, nəticə nədir? Media bu külli miqdarda maliyyə, zəhmət hesabına başa gələn işin nəticəsindən nə öyrəndi? Monitorinq aparanlar saytlarda yalnız korrektəyə diqqət ediblər – sağ olsunlar, gözdən qaçan orfoqrafik səhvləri göstərməklə dilə xidmət etdiklərini düşünüblər. Bu, əlbəttə ki, mediamızın bəlalarından biridir və nə qədər qarşısını almağa çalışsaq da, tamam aradan qaldırmaq mümkün deyil; alibimiz olmasa da, təəssüf ki, bütün dünya mediasında belədir: kompüter diqqəti yayındırır, bunu artıq elm də sübut edib. Monitorinq zamanı orfoqrafik və ya üslub səhvləri “kateqoriyasına” hətta reklam mətnlərinin də daxil edilməsindən isə belə anlaşılır ki, saytları izləyib, mikroskopla səhv axtaranların mediadan və onun tələblərindən xəbəri yoxdur və yaxud medianın iş prosesi və qarşılaşdığı, toqquşduğu problemlər haqda təsəvvürləri orta məktəbin 3-cü sinfi səviyyəsindədir. Əgər monitorinq ağına-bozuna baxmadan, yalnız bu istiqamətdə olsa, onda dilçi alimlərin güzəştsiz yanaşmasını qəbul etmək mümkün idi. Ancaq, məsələn, Axar.az-da “Ayfon-14”ə irad bildirib, bunun “iPhone 14”, yaxud “tvitter” sözünü Tvitter deyil də, “tviter” kimi yazmağımızın gərəkdiyini bildirənlərin hansı dil fəlsəfəsi ilə monitorinq apardığını təsəvvür etmək çox çətindir. Əvvəla, hər gün müxtəlif dillərdən onlarla söz, ifadə ilə qarşılaşdığımız və bunu dil normalarına uyğunlaşdırmaq üçün çalışdığımız bir zamanda “tvitter” sözündəki bir “t”nin altına yığışıb, gün şüası kimi üstlərinə yağan əcnəbi sözlərdən daldalanmaq qədər məsuliyyətsizlik ola bilməz. Dilçi alimlərin sosial şəbəkə adlarının kiçik hərflə və dırnaqda yazılması haqda qərarını hələ bir müddət öncə Azərbaycan dil normalarına uyğun olduğu üçün – həddən artıq gec reaksiya verilməsinə rəğmən – dəstəkləmişdik. Ancaq monitorinq keçirənlər anlamaq belə istəməyiblər ki, niyə böyük hərflə yazmışıq. İzah edim: dırnaqdan çıxarmaq və yükləməni azaltmaq üçün. Yəqin ki, medianı monitorinqə cəlb edən dilçi alimlər yalnız normaları əsas götürüblər, ancaq bu normaların tətbiqindən, dil fəlsəfəsindən çıxış etmək ağıllarından belə keçməyib və növbəti yanlışa yol veriblər: ya normaları doğru tətbiq edin, dırnaqda yazın, ya da bizim böyük hərflə, dırnaqsız yazmağımızın məntiqini anlayın. Yaxud: “Azərbaycan Dəmir Yolları” QSC yazarkən, niyə dırnaq işarəsini atmağımızı anlaya bilmirlər. Digər tərəfdən, bir “t”nin qanadları altına sığınanlar ümumiyyətlə “tvitter” sözünün artıq 5 aydır arxivə köçməsindən əlyəqin xəbərsizdilər. Əslində, X-in yazılma qaydasını elan etməyə gecikdikləri halda artıq aktiv işləkliyini itirən bir sözdə ilişib qalmalarının özü dilçi-monitorinqçilərin prosesə necə “çevik” reaksiya vermələrinin aydın göstəricisidir. Yeri gəlmişkən, sosial şəbəkənin yeni adı ilə bağlı hansısa təklif, irad varmı? Necə yazılmalıdır? “X”, ya “İks”? Yoxsa bunun da arxivə verilməsini gözləyirsiniz? Və yaxud: hörmətli dilçi alimlər “sərhədlərin bəlirlənməsi”nə irad bildirir, “sərhədlərin delimitasiyası” yazılmalı olduğunu deyir; “sülh qurmaq” ifadəsini də yanlış kimi qeydə alıb, “sülh yaratmağ”ı tövsiyə edirlər. Təbii olaraq sual doğur: siz, bizi monitorinqə cəlb edənlər, “delimitasiya” sözünün mənasını bilirsinizmi? Sizin dildən, terminlərdən anlayışınız varmı? Siz hansı əsas, məntiq, qaydalarla “delimitasiya” sözünün yerinə və məqamına uyğun “bəlirlənməsi” kimi alternativ təklifimizi rədd etməyə cəsarət edirsiniz? “Sülh qurmaq” ifadəsini nöqsan kimi göstərməyin adını isə tapmağa çalışırıq... Bir media qurumuna “əsr” sözünü “yüzil” kimi yazdığına görə irad bildirmək üçün hansı dilin daşıyıcısı və hansı dil təfəkkürünə malik olmalısan? Və yaxud “min sifətə dolan”ı “min cildə girən”, “Azərbaycan əsilli” ifadəsini “əslən Azərbaycandan olan”, “FHN-çilər” sözünü “FHN-in əməkdaşları” kimi yazmağın lazım olduğu haqda hökm verib, bunu mediaya irad göstərən dilçilərləmi biz bu boyda böyük xarici dil təzyiqinin qarşısında dururuq? Guya biz bilmirik ki, şühudi keçmiş zaman cəm şəkilçisindən sonra işlənə bilməz – o ayrı məsələ ki, bu doqmanı kimin və niyə yaratdığı bəlli deyil! Ancaq cəm şəkilçisindən sonra işlənən şühudi keçmiş zaman şəkilçisinin şüurlarda yaratdığı assosiasiya, faktın təqdimatı və yaxud ifadə yerindən asılı olaraq, bir az da istehza mahiyyəti daşımasını və yaxud oxucuya şüuraltı bu informasiyaları ötürdüyünü anlamaq üçün dili hiss etmək, bu dillə yaşamaq, təpədən dırnağa dilə, bu “canlı orqanizm”in hüceyrəsinə çevrilmək lazımdır, qaçqın kimi müvəqqəti olaraq “dilin çadır şəhərciyinə” sığınmaq yox! Bu qədər rüsvayçı iradlar olmasa, biz niyə “lazımi” sözünü “lazımı”, “hotel” sözünü “otel” kimi yazdığımızın səbəblərini izah edərdik, yəni daha elmi-praktik polemikaya girərdik – halbuki peşəkar dilçi alimə bunun səbəblərini başa salmaq da lazım deyil. Azərbaycan ədəbi dilinin müasirlik prinsipi üzərində formalaşması o demək deyil ki, sən, məsələn, 90-cı illərdə dilə qəbul edilən sözlərin hamısını 20 ildən sonra təkrar qarşına qoyub, hamısına əl gəzdirə və 20, 30, 40... il əvvəl yazılmış, kitablara salınmış, ümumişlək statusu almış, vətəndaşlıq qazanmış sözləri dəyişib, fərqli bir dil yaradasan? “Otel” bu dilə oturub (buna da irad bildirin, “dilə oturub” olmaz, “kətildə oturmaq” olar), qəbul edilib, hətta bu adla əsərlər yazılıb, film çəkilib (məsələn, “Otel otağı”); indi “t”nin altından qəfil asqıraraq qalxıb da, “otel”in “hotel” yazılmalı olduğunu NK-ya təsdiqlədib, sonra bunun savaşına çıxmağı dilin keşiyində durmaqmı hesab edirsiniz? Demirəm tarixilik prinsipi əsas götürülsün – bu prinsipi əsas tutan dillər var, məsələn, ingilislər hesab edir ki, 16-cı yüzildə (bağışlayın, “əsr” yazmalıydım) yazılan əsəri müasir ingilis şagird orijinalda rahat oxumağı bacarmalıdır. Bizdə müasirlik prinsipidir – ancaq bu o deməkdir ki, 30, 40 il əvvəlki sözlərin hamısına əl gəzdirəsən? Əlbəttə ki, bəzi zəruri sözlər var, dilçilər doğru edib, o sözlərin yazılış qaydasını dəyişib və bunun ən bariz nümunəsi “odeyal/odeal”dır: indi lüğətimizdə bu söz “adyal”laşıb. Çünki dil bu sözü məhz “adyal” kimi qəbul etib. Yaxşı, “otel”də nə baş vermişdi? Dil qəbul etməmişdi? İllah ki bütün sözlərin orijinaldan alınmasının tərəfdarısınızsa, onda Münhendən Vyana, Kişinyova qədər şəhər, Əlcəzirədən Fil dişi sahilinə qədər dövlət, Şekspirdən Höteyə qədər şəxs adlarına da “əl gəzdirin” və müasir oxucunun 30, 40, 50 il əvvəlki əsərləri oxuyub anlamasına imkan verməyin! Bu nə dil fəlsəfəsidir; bu, dilə necə yanaşmadır? Bunu sizlərə kim öyrədib? Bu nəfis, xeyli vəsait hesabına və zəhmət bahasına başa gələn kitabdan, aylarla apardığınız monitorinqdən biz nə əldə etdik – dil normalarına həqarətdən başqa? Akademik Marrı dilçi alimlərin sevə-sevə oxuduğuna şübhə etmirəm, ancaq deyəsən, bu böyük dilçini monitorinqçilər əzbərləməklə məşğul olublar, öyrənməklə yox! Dilə söz və ifadələrin “batırılmasını” necə əngəlləyə bilərsiniz? Media bu sözləri “tikan kimi batırır”, dil qəbul edirsə, yaşayır, qəbul etmirsə, özündən uzaqlaşdırır. Siz bunu bizə necə qadağan etməyə çalışa bilərsiniz? Siz bilirsinizmi hər gün media dilə nə qədər yeni söz daxil edir və bunun neçəsini dil özününküləşdirir? Bunun statistikası, bu istiqamətdə aparılan araşdırmalarla tanışsınızmı? İnanmırıq! Yazarların (indi irad bildirəcəklər ki, “yazıçı” yazardın gərək), jurnalistlərin dilin zənginləşməsində və təəssüf ki, həm də korlanmasındakı rolunu qiymətləndirib, ikinci istiqamətin qarşısında sipər olmaq gərəkdir, birinciyə mane olmaq yox! Britaniyada orta məktəb dərslikləri 70 mindən çox söz üzərində qurulur, məqsədli şəkildə, hədəf də odur ki, məktəbi bitirən ingilis şagird 70 mindən artıq sözlə tanış olmaq imkanı əldə etsin – o ayrı məsələdir ki, bu sözlərin təxminən 10-15 faizi onun leksikonunda işləklik qazanır; Türkiyədə bu, 10-12 min sözdür. Bəs, Azərbaycan dərslikləri neçə min sözdən ibarətdir? Bu barədə hər hansı araşdırma, statistika aparılıb, bu düşünülmüş dil təbliğatı istiqamətində iş görülübmü? Buna da inanmırıq - əks halda dilə daxil etdiyimiz və dilin artıq çoxdan qəbul etdiyi sözlərə dilçi alimlər monitorinqlərində bu qədər letal münasibət göstərməyi ağıllarından keçirməzdilər. Bunun nəticəsidir ki, lüğətdə 110 min sözü 80 minə endirməklə fəxr edir dilçilərimiz və bunu “işləkliklə” əlaqələndirir. Türkiyədə lüğət fondunun 1 milyonu keçməsi haqda, heç olmasa, statistikadan məlumatınız varmı? Bu işlək sözləri - əgər lüğətdə yoxdursa – dilə daxil etmək əvəzinə, buna qarşı “mübarizə”ni necə öz elminizə yaraşdıra bilərsiniz? Media hər gün ən azı 5-6 dildən onlarla, yüzlərlə sözlə qarşılaşır: bu dilə əlavə səslər, hərflər daxil olur; bu dilə “beynəlxalq termin” gəlmir, beynəlxalq dominant dilin tam qəlibləri soxulur. Azərbaycan dilinə inanılmaz təzyiqlər var! Şəxs, brend, təşkilat adlarından tutmuş, yeni texnologiyalara qədər; hətta artıq film adlarının ingiliscə yazılması “dəbə” minib. Hanı irad və təklifləriniz? Dil – bir millətin geniş mənada sərhədidir və bu sərhəddə dilçi alimlər əsgər kimi, sərhədçi kimi keşik çəkməlidirlər ki, dil bütövlüyümüz, dil ərazimiz işğal olunmasın. Ancaq Azərbaycan dilinin ərazisi əhəmiyyətli dərəcədə işğal olunub və olunmaqda davam edir; bu işğal torpağın düşmən tərəfindən işğalından daha təhlükəlidir: torpaq işğalını durdurmaq üçün güc lazımdır, dil işğalına qarşı isə intellekt, fəhm, intuisiya, dil bilgisi ilə bərabər, gecə-gündüz yatmamaq, prosesi izləmək, hər “millimetr” işğala dərhal reaksiya vermək! Dilin sərhədində yaxşı mənada yatmalı olan dilçilər Nazirlər Kabinetinin himayəsində yatanda və hərdən “öskürüb də ayılaraq” başını “t”nin çətirindən çıxaranda gözünü əlbəttə ki, gün qamaşdıracaq və “yüzil”i bizə irad tutmağa cəsarət edəcəklər. Çünki “yüzil”in bu dilə nə vaxt gəldiyinin və yüzilliyimizin nə vaxt başladığının fərqində deyillər – letargiyadadırlar... P.S. Sevinc Əliyevaya güvənirəm, inanmaq istəyirəm ki, növbəti monitorinqlərə peşəkarları cəlb edəcək və mətni də birbaşa özü redaktə edəcək, bizim savadlanmağımıza, dili qorumaq istəyimizə yardımını əsirgəməyəcək. |
2023-12-08 | 811,625 | Pensiya alanlara şad xəbər! | Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib. Bu barədə Axar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Yaxın günlərdə isə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək. |
2023-12-08 | 811,628 | Növbədənkənar prezident seçkisi: Şərtlər və tələblər | Xəbər verdiyimiz kimi, dekabrın 7-də Prezident İlham Əliyevin verdiyi sərəncamla 2024-cü il 7 fevrala növbədənkənar prezident seçkiləri təyin edilib. Axar.az xəbər verir ki, bu, Azərbaycanda ardıcıl olaraq ikinci növbədənkənar prezident seçkisidir. Bildirək ki, Azərbaycan Respublikası Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən, həmçinin Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq, bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Bu, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 179-cu maddəsində əksini tapıb. Seçki Məcəlləsinə əsasən, siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Bu, Seçki Məcəlləsinin 189-cu maddəsində (Prezident seçkiləri zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər) qeyd olunub. Məcəllənin 203-cü maddəsində isə (Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi) deyilir ki, Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır. Seçki məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrini etibarsız sayır, bir şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin. Bundan başqa, Məcəllənin 206-cı maddəsində (Təkrar Prezident seçkiləri) qeyd olunub ki, prezident seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilərsə və Azərbaycan Respublikasının Prezidenti seçilməzsə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar prezident seçkiləri təyin edilir. Xatırladaq ki, müstəqil Azərbaycan tarixində heç vaxt təkrar prezident seçkiləri keçirilməyib. |
2023-12-08 | 811,630 | İrəvan şantaja başladı: Sülh sazişi bu halda imzalanacaq | Ermənistan Azərbaycanla sülh müqaviləsini o zaman imzalayacaq ki, bunun Ermənistanın maraqlarına, regional sülh və sabitliyə uyğunluğuna əmin olacaq. Ərazi bütövlüyünün tanınması prinsipi çox mühümdür və Azərbaycanın bu prinsipə sadiqliyini bir daha təsdiqləməsini təkid edirik. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri, “Mülki müqavilə” fraksiyasından deputat Sərkis Xandanyan jurnalistlərə açıqlamasında deyib. “Əgər Azərbaycan danışıqlar zamanı dağıdıcılığını davam etdirərsə, Ermənistan beynəlxalq tərəfdaşları və danışıqlarda vasitəçilik etmək istəyi və məsuliyyətini ifadə edən tərəfləri Azərbaycana təzyiqləri artırmağa çağıracaq”, - o əlavə edib. |
2023-12-08 | 811,633 | Birgə bəyanat: Sülh sazişi 15 günə mümkündür? | Baş verən son hadisələr zahirən çox normal görünür və gedişatın müsbət istiqamətdə olduğunu təsdiq edir. Lakin Ermənistanda sülh müqaviləsi ilə bağlı verilən açıqlamalarda parlament sədri Alen Simonyanın önə çıxması və hətta bir neçə gün sonra sülh müqaviləsinin imzalanmasının mümkünlüyü haqqında danışması müəyyən sual doğurur. Bu sözləri Axar.az-a açıqlamasında professor Qabil Hüseynli əsir mübadiləsi haqda qərarın Ermənistan parlamentinin sədri Alen Simonyanın sülh sazişi haqda ötəngünkü açıqlamasının davamı olma ehtimalı haqda danışarkən deyib. O, Simonyanın sözlərinin ağlabatan olmadığını bildirib: “Fikrimcə, Simonyanın açıqlaması daxili və beynəlxalq ictimai rəyə hesablanıb. Burada müəyyən təbliğat elementlərinin olduğunu düşünürəm. Ermənistan sülh məsələsindən dünyada təbliğat vasitəsi kimi istifadə etməyə və özünü sülhpərvər ölkə kimi tanıtmağa çalışır. Rəsmi İrəvan Bakıya altıncı təkliflər paketini göndərib. Amma onun ətraflı şəkildə müzakirəsi müəyyən vaxt tələb edir. Müzakirələr zamanı yeni şərtlər də ortaya çıxa bilər. Məsələn, əgər Ermənistan ermənilərin Qarabağa və ölkəmizin digər rayonlara qaytarılmasını istəyirsə, biz də onlardan Qərbi Azərbaycandan çıxarılanların ləyaqətli şəkildə geri qaytarılmasını istəyə bilərik. Simonyan əgər Azərbaycanın təklifini qeyd-şərtsiz qəbul etdiyini bildirsəydi, bəlkə də ona inanmaq olardı”. Qeyd edək ki, Alen Simonyan dünən verdiyi açıqlamada “Bakının hər hansı şərti olmayacağı halda” sülh sazişinin 15 günə bağlana biləcəyini demişdi. |
2023-12-08 | 811,636 | İrəvan: Onlar Bakı ilə birbaşa dialoqumuzun əleyhinədir | Daşnaksütyun Partiyasının Azərbaycanla münasibətlərin tənzimlənməsinin ikitərəfli formatında təhlükə görməsi təəccüblü deyil. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyan Feysbuk səhifəsində yazıb. “Daşnakların fikrincə, Ermənistan Azərbaycan və Türkiyə ilə dolayı dialoq aparmalıdır ki, vasitəçi ilk növbədə öz maraqlarını irəli sürüb, İrəvanı kölgədə qoysun. Xarici maraqlara xidmət edən bu qrupdan fərqli nə isə gözləmək ən azı sadəlövhlük olardı. Eyni məntiqlə onlar Azərbaycanla 30 il danışıqlar aparıblar. Sərkisyan isə qürurla bəyan edib ki, Qarabağ məsələsində Azərbaycanla deyil, beynəlxalq ictimaiyyətlə danışıqlar aparır. Bu da 2018-ci ildə danışıqlar prosesində durğunluğa səbəb oldu və sonrakı münaqişənin xəbərçisinə çevrildi. Təsəvvür edin ki, daşınmaz əmlak və ya digər əmlak almaq üçün əməliyyat etmək istəyirsiniz, sahibkarla birbaşa işləyəcəksiniz, yoxsa öz maraqlarını güdən vasitəçi ilə? Onu da nəzərə almaq lazımdır ki, daşnakların təklif etdiyi vasitəçi Ermənistanın dövlətçiliyini pozmağa meyillidir”, - o bildirib. |
2023-12-08 | 811,637 | Orban Kiyevə strateji tərəfdaşlıq təklif etdi | Macarıstan AB-yə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamağa və əməkdaşlığın səviyyəsini yüksəltməyi təklif edir, lakin Kiyevin Birliyə daxil olmasına imkan vermir. Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. “Ukraynalılarla kənd təsərrüfatı, gömrük və təhlükəsizlik kimi müxtəlif məsələlər üzrə razılaşmanı nəzərdə tutan strateji tərəfdaşlıq sazişi bağlamağı təklif edirəm. Əməkdaşlığımızın artırılmasının tərəfdarıyam, lakin bu, üzvlük demək deyil”, - o bildirib. Orban qeyd edib ki, əgər bu şərtlər yerinə yetirildikdən sonra Ukraynanı Avropaya yaxınlaşdırmaq mümkün olarsa, bir neçə ildən sonra növbəti addımları nəzərdən keçirmək mümkündür. O, Fransa Prezidenti Makronu belə tədbirlərin zəruriliyinə inandırmaq istədiyini vurğulayıb. |
2023-12-08 | 811,638 | Baydenlə danışıqlar gündəmimizdə deyil - Ərdoğan | Hazırda Qəzza zolağında baş verən hadisələrlə bağlı ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparmaq planım yoxdur. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “ABŞ Prezidenti Baydenlə danışıqlar gündəmimizdə deyil. Onun Qəzza hadisələrinə münasibəti hamınıza məlumdur. Əgər o bizə zəng etsə, lazım olan hər şeyi onunla müzakirə edəcəyik”, - Ərdoğan bildirib. |
2023-12-08 | 811,642 | Putindən seçkilərdə iştirakı ilə bağlı açıqlama | Vladimir Putin 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Axar.az xəbər verir ki, Rusiya Prezidenti bunu Rusiya qəhrəmanlarının mükafatlandırma mərasimində elan edib. Qeyd edək ki, bu gün Rusiya MSK səsvermə tarixlərini təsdiqləyib. Rusiyada ilk dəfə prezident seçkiləri üç gün olacaq. Belə ki, seçkilər martın 15-dən 17-dək keçiriləcək. |
2023-12-08 | 811,644 | "Berqa" markası “Soyuq Əllər, İsti Ürək” yarmarkasında | “Berqa” markası “Soyuq Əllər, İsti Ürək” yarmarkasının təntənəli açılış mərasimində iştirak edib. “Nargis Fund” tərəfindən keçirilən və Fəvvarələr meydanında yerləşən yarmarka ərazisində, “Berqa”, çaysevərləri ətirli çaya qonaq edir. Belə ki, soyuq qış günlərində çay markası yarmarkanın davam etdiyi müddətcə qonaqların damaq zövqünü oxşayaraq xoş əhval yaradacaq. Qeyd edək ki, sevilən marka yay mövsümü boyunca müxtəlif bölgələrdə konsert proqramları ilə insanlara xoş əhval bəxş edib. Mövsüm bağlanışı ilə əlaqədar da “Əlvida yay” konserti keçirərək insanlarda bayram əhval-ruhiyyəsi yaradıb. “Berqa” gələcəkdə də maraqlı layihələri ilə çaysevərlərə xoş əhval bəxş etməyə davam edəcək. |
2023-12-08 | 811,647 | Bakı ilə İrəvan bir-birini dəstəkləyəcək – İlk dəfə | Ermənistanla Azərbaycanın vasitəçilər olmadan, birbaşa danışıqlarla əsir mübadiləsi aparması iki ölkə arasında sülh sazişinin imzalanması prosesini sürətləndirəcək. Bu sözləri Axar.az-a Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib. Ekspert bildirib ki, Azərbaycanla Ermənistan arasında son 30 ildə görünməyən hadisə baş verdi: “İlk dəfədir ki, Azərbaycanla Ermənistan beynəlxalq platformada bir-birini dəstəkləyəcəklər. Razılaşmanın əldə olunması həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində pozitiv qarşılandı. Bu, çox müsbət haldır”. F.Məmmədovun sözlərinə görə, danışıqlarla razılaşmanın əldə olunması iki ölkə arasında sülh danışıqları prosesində vasitəçilər olmadan da razılığın əldə olunmasına zəmin yaradır: “Azərbaycan öz ərazilərində suverenliyini təsdiq edib, Ermənistan da ərazilərimizin bütövlüyünü tanıdığını bəyan etdiyindən dövlətlərarası münasibətlərin sülh və əməkaşlığa keçilməsi üçün yeni imkanlar yaranıb. Hərbçilərin qarşılıqlı dəyişilməsi ilə bağlı vasitəçilərin iştirakı olmadan razılığın əldə olunması Azərbaycanla Ermənistan arasında münasibətlərin formalaşmasında yeni bir səhifənin açıldığından xəbər verir”. Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. |
2023-12-08 | 811,648 | Bu universitet publik hüquqi şəxsə çevrildi | Nazirlər Kabineti Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilməsi ilə yenidən təşkil edilməsi barədə qərar qəbul edib. Axar.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Universitetin Nizamnaməsi təsdiq olunub. Nazirlik qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Universitetin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir. |
2023-12-08 | 811,650 | MSK növbədənkənar prezident seçkilərinin vaxtını təyin etdi | Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib. Axar.az xəbər verir ki, bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib. Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. |
2023-12-08 | 811,652 | Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim planı... | Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib. Axar.az xəbər verir ki, məsələ barədə məlumatı komissiyanın katibi Arifə Muxtarova təqdim edib. Sonra qərar MSK-nın növbədənkənar prezident seçkiləri iə əlaqədar bu gün keçirilən iclasında verilib. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. |
2023-12-08 | 811,655 | Azad edilən ərazilərdə seçki məntəqələri təşkil ediləcək | Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək və 20 min seçici ilk dəfə orada səsə verəcək. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək: “Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanların azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklər. Bu hadisə tarixə düşəcək”. |
2023-12-08 | 811,659 | Rusiya ilə əməkdaşlıq: Bakıda iclas keçirilir | Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclası keçirilir. Axar.az xəbər verir ki, iclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin sədrlik edir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.