date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-07
811,217
Rusiyada prezident seçkilərinin vaxtı açıqlandı
Rusiyada prezident seçkisi 2024-cü il martın 17-də keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası dekabrın 7-də keçirilən plenar iclasda müvafiq qərar qəbul edib. Qərar yekdilliklə qəbul edilib. 162 senator qərarın lehinə səs verib.
2023-12-07
811,218
Ağcabədidə dönərxanada partlayış: xəsarət alanlar var
11:30 Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. *** Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə ilə əlaqədar olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı, partlayışın ilkin ehtimala görə dönərxananın yaxınlığından keçən yeraltı qaz kəmərindən obyektə qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
2023-12-07
811,221
Sutka 25 saat olacaq - Alimlər açıqladı
Yer kürəsinin öz oxu ətrafında fırlanma hərəkəti yavaşlayır. Axar.az xəbər verir ki, bu barədə Münhen Texniki Universitetinin mütəxəssisləri məlumat yayıblar. “Bu “tormozlama” səbəbindən yaxın gələcəkdə kosmik standartlara görə sutka 25 saata çatacaq. Bu, təxminən 200 milyon ildən sonra baş verəcək. Proses tədricən, təxminən eyni yavaşlama dərəcəsi ilə davam edir”, - məlumatda deyilir. Mütəxəssislər iddia edirlər ki, 1,4 milyard il əvvəl Yerin öz oxu ətrafında bir dövrəsi daha sürətlə - 18 saat 41 dəqiqəyə tamamlanıb.
2023-12-07
811,222
Yaponiya Kiyevə 4,5 milyard dollar yardım edəcək
Yaponiya hökuməti birbaşa və Dünya Bankı vasitəsilə Ukraynaya 4,5 milyard dollar məbləğində yardım göstərəcək. Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida G7 liderləri ilə onlayn danışıqlarda deyib. Kişida Kiyevə yardımın davam etdirilməsinə və Moskvaya qarşı sanksiyaların saxlanmasına sadiq olduğunu bir daha bəyan edib.
2023-12-07
811,225
Qarabağ savaşı İrəvanın siyasətini dəyişdi - Kipiani
Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi rolunu üzərinə götürə bilər və Tiflisin belə istəyi alqışa layiqdir. Lakin hazırda Gürcüstanın bu funksiyanı tam yerinə yetirmək üçün kifayət qədər resursu yoxdur. Axar.az xəbər verir ki, bunu “Geocase” analitik mərkəzinin rəhbəri, gürcü ekspert Viktor Kipiani deyib. “Gürcüstanın vasitəçi roluna ehtiyatla, amma nikbin baxıram. İstənilən halda, mənəvi, psixoloji, siyasi və ideoloji baxımdan Gürcüstanın yardım göstərməyə hazır olması alqışa layiqdir. Hazırda mühüm geosiyasi dəyişikliklər baş verir ki, bu da ilk növbədə Ukraynadakı proseslərlə bağlıdır. Qarabağ müharibəsinin nəticələri Ermənistanın daxili və xarici siyasətinə böyük təsir göstərib. Digər tərəfdən, məhz bu nəticələr yeni imkanlar yaradıb. Əvvəla, bu, Bakı ilə İrəvan arasında danışıqlara aiddir, danışıqlar çətin getsə də, sülh müqaviləsinin imzalanması ilə yekunlaşacağına ümid var. Gürcüstan da sülh müqaviləsinin imzalanmasını gözləyir. Bu, regionda üç ölkənin maraqlarının bir araya gəlməsi üçün ilkin şərtlər yaradacaq, onu təkcə coğrafi deyil, həm də geoiqtisadi baxımdan daha qlobal rəqabətədavamlı və cəlbedici edəcək”, - o bildirib.
2023-12-07
811,226
Zəlzələ Bakının hansı hissəsində daha çox hiss olunub?
Zəlzələ Bakının şimal hissəsində daha çox hiss olunub. Bu sözləri Axar.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli deyib. Şöbə müdiri bildirib ki, zəlzələnin hiss olunması zəlzələ ocağının yeri və dərinliyindən asılıdır: “Təbii ki, ilk növbədə zəlzələ ocaqlarının yaxın olduğu ərazilərdə, həmçinin hündürmərtəbəli binaların yuxarı mərtəbələrində zəlzələ daha çox hiss olunur”. O bildirib ki, ölkə ərazisində seysmik aktivlik qeyri-bərabər paylanılır: “İki tip seysmik dalğalar mövcuddur – eninə və uzununa. Ən dağıdıcı zəlzələlər eninə olan seysmik dalğalar hesab olunur”. T.Məmmədlinin sözlərinə görə, Azərbaycan ərazisində aktiv zəlzələ ocaqları mövcuddur: “Bakı-Abşeron ərazisi seysmik ərazi hesab olunur. Bundan başqa Şamaxı-İsmayıllı və Gəncə zonaları güclü zəlzələlərin baş verə biləcəyi yerlərdir. Xəzər dənizinin özündə də kifayət qədər çoxlu zəlzələ ocaqları mövcuddur. Azərbaycanda seysmik rayonlaşdırma xəritəsi var, lakin seysmoloqlar düşünür ki, bu real vəziyyəti düzgün əks etdirmir”.
2023-12-07
811,227
“Kontakt”ın Qarabağa ilk çatdırılması Laçına oldu - Foto
“Kontakt” mağazalar şəbəkəsi Qarabağa ilk çatdırılmasını uğurla yerinə yetirib. Axar.az xəbər verir ki, ilk sifarişin çatdırılması işğaldan azad edilmiş Laçın rayonuna olub. Bölgə sakini kontakt.az saytından sifariş etdiyi Samsung televizorunu tam təhlükəsiz şəkildə düz ünvanında təhvil ala bilib. Xatırladaq ki, artıq Qarabağa qayıdan yerli əhali, həmin ərazilərdə xidmət edən hərbçilərimiz, həmçinin işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında iştirak edən qurumların əməkdaşları 30 000-dən çox məhsul çeşidini: elektronikadan məişət texnikasına, mebel və tekstildən qab-qacağa, kosmetika və şəxsi baxım məhsullarından uşaq, musiqi alətlərindən təmir-tikinti alətlərinə qədər hər şeyi kontakt.az saytına daxil olmaqla və ya *6060 Çağrı Mərkəzinə zəng etməklə birbaşa ünvanlarına sifariş verə bilərlər. Özü də həm çox sərfəli nağd, həm də hissəli alış şərtləri ilə. Hal-hazırda çatdırılma xidməti Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrini əhatə edir. Şəbəkə tezliklə bu siyahını böyüyəcəyinə və sevindirən çatdırılma xidmətinin bütün Qarabağı əhatə edəcəyinə söz verir.
2023-12-07
811,230
Şuşada bir nəfər minaya düşdü
12:00 Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Axar.az-a bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Araşdırma aparılır. *** Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi ilə bağlı məlumat yayıb. Agentlikdən verilən məlumata görə, piyada əleyhinə mina partlayışı nəticəsində elektrik təsərrüfat işləri ilə məşğul olan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.
2023-12-07
811,233
Növbədənkənar prezident seçkiləri elan edildi - Təcili
Prezident İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. 2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
2023-12-07
811,236
Bir neçə günə sülh sazişi imzalana bilər – Simonyan
Ermənistan sülh müqaviləsi ilə bağlı görüşlərdən imtina etmir. İrəvan altıncı təkliflər paketini Bakıya göndərib. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Əgər Azərbaycan heç nəyi dəyişməsə və yeni təkliflər irəli sürməsə, o zaman bir neçə gün ərzində sülh müqaviləsi imzalana bilər”, - o bildirib.
2023-12-07
811,237
Bakıda güclü zəlzələ: Yetirmişli mətbuat konfransı keçirir
Respublika Seysmoloji Xidməti Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransı keçirir. Axar.az xəbər verir ki, konfrans Xəzər dənizində baş vermiş zəlzələ ilə bağlıdır. Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.
2023-12-07
811,239
Bu gün baş verən zəlzələ neçə saniyə davam edib? - Video
12:14 Bu gün səhər saatlarında baş verən zəlzələ 50 saniyə davam edib. Axar.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bugünkü zəlzələ ilə bağlı keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, zəlzələdən sonra 5 afterşok qeydə alınıb.
2023-12-07
811,242
Aşqabadı məhv edən zəlzələ: fay xətti Xəzərdədir
Türkiyənin bir çox şəhərindən fərqli olaraq, Bakıda bugünədək gücü 7 balı keçən dağıdıcı zəlzələlər baş verməyib. Ancaq bura qitələrin sıxılması bölgəsi içərisindədir. Bu sözləri Axar.az-a ölkəmizdə baş verən son zəlzələ haqqında danışan Yıldız Texnik Universitetinin Təbiət Elmləri Araşdırma Mərkəzinin sədri, professor Şükrü Ərsoy deyib. Professor ölkəmizdə orta dərəcəli zəlzələ aktivliyinin mövcud olduğunu bildirib: “Azərbaycanda baş verən zəlzələlərin episentri üzdə yox, daha dərində olur. Bölgədə orta dərəcəli zəlzələ aktivliyi mövcuddur. Müqayisə üçün deyə bilərəm ki, Xəzərin şərqinə doğru uzanan və Türkmənistanın dağlıq və düzənlik ərazisindən keçən çox böyük bir fay xətti var. Burada meydana gələn hərəkətlənmələr nəticəsində 1948-ci ildə Aşqabadda 9-10 bal gücündə çox dəhşətli zəlzələ baş verib. Azərbaycanda da tarixdə güclü zəlzələlər olsa da, bu, dünyanın bir sıra ölkələrində olduğu kimi, mütəmadi və silsilə xarakteri daşımır. Ancaq bütün hallarda əgər zəlzələnin gücü 5,5 balı keçirsə, tektonik və seysmoloji hərəkətlənmələr davamlı və ciddi şəkildə müşahidə edilməlidir. Əlbəttə, heç kim zəlzələnin vaxtını dəqiq deyə bilməz. Aparılan müşahidələr isə yaxın gələcəkdə müəyyən proqnozlara zəmin hazırlayır”.
2023-12-07
811,245
Sabah yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
2023-12-07
811,247
Heç özüm zəlzələni hiss etməmişəm - Yetirmişli
Bu gün heç özüm zəlzələni hiss etməmişəm. Axar.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dekabrın 7-də baş verən zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib. “Regionda olan əməkdaş zəlzələnin olduğunu zəng edib dedi. Dərhal çılçırağa baxdım, amma heç nə hiss etmədim", - o bildirib. Q.Yetirmişli əlavə edib ki, afterşoklar içərisində hiss olunanı ola bilər, amma qorxulu nəsə yoxdur.
2023-12-07
811,248
Günün ikinci ən güclü "zəlzələsi" baş verdi: siyasi silkələnmə
Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamla 2024-cü ilin 7 fevralına növbədənkənar prezident seçkisi təyin etməsi əslində günün ikinci və daha ciddi “zəlzələsidir”. Azərbaycanda son prezident seçkiləri 2018-ci ilin 11 aprelində baş tutmuşdu. Həmin vaxt da prezident seçkiləri növbədənkənar idi. Belə ki, seçkilər 2018-ci ilin oktyabrında keçirilməli idi, ancaq Prezidentin 5 fevralda imzaladığı sərəncamla seçkilər 6 ay qabağa çəkildi. Bu, ölkəmizdə vaxtından əvvəl – növbədənkənar keçirilən ilk seçki kimi tarixə düşmüşdü. 11 aprel 2018-ci ildə Prezident İlham Əliyev seçkilərdə qalib gəlmişdi. Konstitusiya dəyişikliyi ilə prezidentlik müddəti 7 ilə qaldırıldığından, növbəti prezident seçkiləri 2025-ci ilin aprelində olmalı idi. Prezidentin bugünkü sərəncamı ilə isə seçkilər 1 il 2 ay müddətinə qabağa çəkildi. Əslində, bu ilin ikinci yarısından başlayaraq, 2024-cü ildə növbədənkənar seçkilərin keçiriləcəyi haqda məlumat yayılmışdı. Millət vəkili Erkin Qədirli 2024-cü ildə MSK-ya ayrılan vəsaitin birdən-birə artırılmasını əsas gətirərək, bunun mütləq şəkildə seçki ilə bağlı olacağını bildirmişdi. Ancaq bütün gözləntilər növbədənkənar parlament seçkiləri ilə bağlı idi. Belə ki, növbədənkənar parlament seçkiləri ilə İkinci Qarabağ müharibəsindən, xüsusilə 2023-cü il 19-20 sentyabr antiterror tədbirlərindən sonra tam şəkildə bütün ərazisi üzərində suverenliyini bərpa edən Azərbaycanın yeni dövrün tələbinə uyğun parlament formalaşdırmağa qərar verəcəyi gözlənilirdi. Ancaq proqnozlara zidd olaraq, prezident seçkiləri qabağa çəkildi. Səbəblər nə ola bilər? İlk ehtimal Prezident İlham Əliyevin hazırda siyasi rəqib tanımadan, populyarlığının ən yüksək zirvəsində olmasından istifadə istəyidir. Dünyada elə bir lider yoxdur ki, hakimiyyətinin 20-ci ilində ilk seçildiyi vaxtdan daha yuxarı reytinqə malik olsun. Bütün prezidentlər və siyasi liderlərin hakimiyyətləri ərzində reytinq itirməsi normal sayılır. Ancaq 2003-cü ildə 76,8 faiz səslə qalib gələn Prezident İlham Əliyevin hazırda reytinqi 97-98 faiz civarındadır. Hətta Avropanın “ən qısqanc” sorğu mərkəzləri belə İlham Əliyevin reytinqinin 92 faizdən çox olduğunu etiraf edir. Bu, xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki böyük zəfər, bunun ardınca baş verən proseslər və nəhayət, 2023-cü ilin sentyabrında Qarabağ problemini tam və qəti şəkildə tarixin arxivinə göndərən antiterror tədbirləri, Qarabağda misli görünməmiş tikinti-quruculuq işləri ilə birbaşa bağlıdır. Ancaq İlham Əliyevin hətta 2025-ci ildə də seçkilərdə qalib gələcəyinə heç bir şübhə yox idi. Buna görə də ikinci ehtimal ortaya çıxır: İlham Əliyev 2024-cü ilə - yeni dövrə daha qətiyyətli və müqavimətli başlamaq iradəsini ortaya qoyur və bu, heç də daxili auditoriya üçün deyil. 2021-ci ildə Avropa rəsmiləri ilə görüşən erməni diaspor başçıları açıq şəkildə elan etmişdilər ki, Avropa/Qərb hazırda İlham Əliyevin iradəsinə təsir etməyin mümkünsüz olduğunu etiraf edirlər. Bunun səbəbini isə İlham Əliyevin xalqın 98 faizinin tam dəstəyini alması ilə əsaslandırırlar. Həmin vaxt avropalı rəsmilər erməni diaspor nümayəndələrinə İlham Əliyevin reytinqinin heç olmasa 90 faizin altına salınmasının vacib olduğunu bildirmiş və bu istiqamətdə çalışmalar aparılmasını tövsiyə etmişdilər. Ki bəlkə o zaman İlham Əliyevə təsir etmək, onunla danışıqlarda nəyəsə nail olmaq mümkün ola bilər. İlham Əliyev 2024-cü il 7 fevralda xalqdan misilsiz dəstək almaqla, bu gözləntilərin üstündən xətt çəkmək, xalqı tam halda arxasına aldığını Qərbə göstərmək və mümkün təzyiq ehtimallarını sıradan çıxararaq, Azərbaycanın milli hədəfləri istiqamətdində strategiyasının növbəti mərhələsinə inamla başlamaq istəyir. Üçüncü ehtimal 2025-ci il seçkilərinin yaxınlaşması ilə Qərbin ölkəmizdə aktivləşməsi, elə məhz həmin erməni diasporu ilə birgə daxildə bəzi qüvvələri fəallaşdırması, təxribat-təşviqat prosesini gücləndirməklə hakimiyyətin imkanlarını daxilə yönəltməsinin qarşısını almaqdır. Bu gün verilən sərəncamla artıq prezident seçkisinə start verilmiş olur. O qədər qısa zaman tanınıb ki, bu zaman çərçivəsində xarici qüvvələrin müdaxilə üçün hazırlığa vaxtı belə qalmır. Beləliklə, Azərbaycan qısa müddətdə seçkini başa vuraraq, mümkün xarici təsirləri neytrallaşdırır. Dördüncü səbəb isə böyük struktur və kadr islahatları üçün xalqdan növbəti mandat almaqdır. Xalqın böyük əksəriyyətinin (bu seçkilərdə İlham Əliyevin ən azı 95 faiz civarında səs alacağı ehtimalı yüksəkdir) səsini aldıqdan sonra Nazirlər Kabinetinin formalaşması başlayacaq, bunun ardınca isə yeni idarəetmə formasının tətbiqi istiqamətində addımlar atılacaq. Qarabağ iqtisadi rayonunda və Naxçıvanda tətbiq edilən yeni idarəetmə formasının – prezident nümayəndəliyinin – digər bölgələrimizə də yayılması ehtimalı çox yüksəkdir və Prezident İlham Əliyev ötən gün ADA Universitetində buna bir daha eyham vurdu.
2023-12-07
811,249
Ağdaşda qətl: qonşusunu küt alətlə öldürdü
Ağdaş sakini Araz Hacıyev qətlə yetirilib, qonşusu saxlanılıb. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, dekabrın 7-si saat 1 radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
2023-12-07
811,253
Gələn il fevralın 7-si qeyri-iş günü olacaq?
Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq. Axar.az xəbər verir ki, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir. Həmin gün isə iş günü hesab olunurdu. Ancaq dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Məcəllənin 8-ci maddəsində (Seçkilərin (referendumun) təyin edilməsi müddəti qeyd edilib ki, seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir. Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.
2023-12-07
811,256
Əliyevin siyasəti budur: tam fərqli - Markedonov
Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, onun ölkəsi AB-yə daxil olmağı planlaşdırmır. Bunun iki səbəbi var. Birincisi, Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasında belə bir məqsəd yoxdur, ikincisi, Azərbaycanı Brüsseldə gözləmirlər. Bu yanaşma Bakının GUAM/Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatındakı üç tərəfdaşının niyyətləri ilə tamamilə ziddiyyət təşkil edir. Kiyev, Kişinyov və Tiflis açıq şəkildə AB-yə daxil olmağı strateji hədəf kimi qarşılarına qoyub. Bu baxımdan Azərbaycanın praqmatizmi Gürcüstan, Moldova və Ukraynanın “dəyərlər” yanaşmasından çox fərqlidir. Axar.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib. “Lakin bu fərqlər illüziya və şişirdilmiş gözləntilər yaratmamalıdır. Bu gün postsovet məkanı tez-tez “manixey” metodologiyasına (iki rəngli palitraya) uyğun olaraq tədqiq və qiymətləndirilərkən anlamaq lazımdır ki, “siyasi Qərb”lə tənqid və ya fikir ayrılığı nə ondan tam ayrılmaq, nə də Moskvaya doğru geosiyasi dönüş deməkdir. “Azərbaycan və AB arasında etibarlı əməkdaşlıq böyük sərvətdir. Bizim enerji dialoqumuz bir çox sahələri əhatə edir”, - bu, Əliyevin ötənilki çıxışından fraqmentdir. Xatırladım ki, 2022-ci il iyulun 18-də Bakı və Brüssel enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma memorandumu imzalayıb. “AB etibarlı enerji təchizatçılarına müraciət edir. Azərbaycan da onlardan biridir. Bu razılaşma ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan AB-yə qaz tədarükünün ikiqat artırılması öhdəliyi götürürük”, - bunu isə AK-nin rəhbəri Ursula fon der Leyen demişdi. 2023-cü ilin martında Almaniya kansleri Olaf Şolts Əliyevin Berlinə səfəri zamanı vurğulamışdı ki: “Azərbaycan həm Almaniya, həm də AB üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkə həm Almaniya, həm də AB-nin enerji təchizatı üçün böyük potensiala malikdir”. Avropa Xarici Fəaliyyət Xidməti/EEAS veb-saytı Azərbaycanı AB-nin bir nömrəli ticarət tərəfdaşı kimi müəyyənləşdirir. Bakı qarşılıqlı fəaliyyətin iqtisadi formatlarını təqdir və təşviq etməklə yanaşı, AB-nin “dəyər əsaslı” yanaşmaları olan paketi qəbul etməyə hazır deyil. Bu baxımdan, Avropa Komissiyası Bakıya vaxtaşırı “sarı vərəqə” göstərən həmin Avropa Parlamentindən qat-qat mülayimdir. Praqmatizm və realizm, faydaların və mümkün xərclərin aydın bölgüsü var. Azərbaycan AB-nin ayrı-ayrı üzvlərini, xüsusən də Fransanın ermənipərəst mövqelərinə görə hərəkətlərini tənqid edə bilir, həmçinin Birliyin danışıqlar platformalarına (“Brüssel” və ya Mişel formatı adlanır) məhəl qoymur. Amma bu, iqtisadi əməkdaşlıqdan imtinaya gətirib çıxarmayacaq”, - o bildirib. Markedonov qeyd edib ki, Bakı siyasi xətti ilə özünü “Rusiya, yoxsa Qərb” kimi seçim edəcək vəziyyətə salmayacaq: “2023-cü ilin aprelində Bolqarıstanın təklif etdiyi “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti Şərqi Avropanın dörd ölkəsinin (Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya) qaz nəqli sisteminin operatorları ilə Anlaşma memorandumu imzalayıb və Əliyev bu sənədi “enerji resurslarının şaxələndirilməsi sahəsində mühüm və vaxtında atılmış addım” adlandırıb. Və burada son ifadə əsasdır. Bakı xarici siyasətini və iqtisadi əlaqələrini şaxələndirməyə can atır, həm Qərbdə, həm də Şərqdə sərfəli tərəfdaş (hətta müttəfiq) rolunu oynayır. Onun Yaxın Şərq xətti (İsrail, İran və Fələstin arasında manevr) əsasən eyni addımları izləyir. Kiçik və orta güclər bu variantı “xeyir və şərin tərəfləri” arasında seçim etməkdən üstün tuturlar. Əks halda, ya Gürcüstan, ya da Ukrayna 2.0 (daha üst versiyaya işarə edilir) olmaq riski çox böyükdür”.
2023-12-07
811,257
Bakıdakı zəlzələ uçuşlara təsir edib? - Rəsmi
Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı yaxınlığında baş vermiş zəlzələyə baxmayaraq, uçuşları cədvələ uyğun həyata keçirməyə davam edir. Bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, bütün uçuşlar sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməklə ştat rejimdə yerinə yetirilir. Qeyd edək ki, Azərbaycanda baş vermiş 5,6 bal gücündə zəlzələnin ocağı Xəzər dənizində, 68 km dərinlikdə qeydə alınıb.
2023-12-07
811,260
SEPAH: Fələstinlilərə mütləq silah veriləcək
HƏMAS silahlılarının İsrail tanklarını məhv etməsi doğrudur. Axar.az xəbər verir ki, bunu SEPAH-ın baş komandanı Hüseyn Salami yerli mediaya müsahibəsində deyib. “Qəzza uşaqlarının İsrail tanklarını vurduqları barədə dedikləri doğrudur, onlar vurduqları tankları görür və sayırlar”, - Salami söyləyib. SEPAH komandiri fələstinlilərə mütləq silah və sursat veriləcəyini bildirsə də, bunun nə vaxt, kim tərəfindən və necə həyata keçiriləcəyi barədə açıqlama verməyib.
2023-12-07
811,262
Ərdoğan Yunanıstanda səfərdədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın paytaxtı Afinaya çatıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Qeyd edilib ki, Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısında iştirak edəcək.
2023-12-07
811,264
Siçovullar da minatəmizləməyə cəlb edildi - Foto
Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə təlimi nümayiş olunub. Axar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum Ağdamda davam etdirilir. Ağdama gələn beynəlxalq ekspertlərə Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə təlimi nümayiş olunub. Bildirilib ki, 12 siçovul, 8 it var.
2023-12-07
811,267
Əliyevin sərəncamı: Ölkə tarixində ilk yaşanacaq! – Mühüm
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamla 2024-cü il 7 fevrala növbədənkənar prezident seçkisi təyin edilib. Axar.az xəbər verir ki. bu, 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanın tarixində ilk seçki olacaq ki, bütün ölkəmizi əhatə edəcək. Belə ki, 2023-cü il 19-20 sentyabr antiterror tədbirlərindən sonra Azərbaycan beynəlxalq səviyyədə tanınan bütün ərazisində öz suverenliyini bərpa edib. Builki seçki ilk dəfə olaraq ölkəmizin bütün ərazisində baş tutacaq.
2023-12-07
811,269
“Karmen” ununda siçanlar qaynaşır - Video
Sosial şəbəkələrdə “Karmen” ununun içərisindən siçanların çıxması ilə bağlı görüntülər yayılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Axar.az-a bildirilib ki, sözügedən video araşdırılır. “Görüntülərdən xəbərimiz var, məsələ ilə bağlı araşdırılma aparılır. Nəticəni bildirəcəyik”, - AQTA-dan qeyd edilib. Xatırladaq ki, görüntülərin harada və nə zaman lentə alındığı məlum deyil.
2023-12-07
811,272
Prezident seçkisinin irəli çəkilməsinin səbəbi - Ekspert
Prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır. İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə - Rusiya, ABŞ və Avropa Birliyində də 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda Azırbaycanda prezident seçkisinin keçirilməsi planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur”, - politoloq vurğulayıb. Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin verdiyi sərəncamla 2024-cü il 7 fevrala növbədənkənar prezident seçkiləri təyin edilib.
2023-12-07
811,274
Yenidən formalaşdırılan seçki dairələrinin sıra sayı və adları
Azərbaycanda bəzi seçki dairəsinin sıra sayı və adı dəyişdirilib. Axar.az xəbər verir ki, Seçki Məcəlləsinin 29.3-cü, 29.4-cü, 29.7-ci və 46-cı maddələrinin tələblərinin təmin edilməsi üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiyada qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə hazırlanan seçki dairələrinin sxemi və onun qrafik təsviri MSK tərəfindən təsdiqlənib. Dəyişikliklə Bakı və Sumqayıt şəhərlərindəki dairələrin sayı artırılıb, Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinin sayı isə 7-dən 6-ya salınıb. Yeni təsdiq olunan seçki dairələrinin sıra sayı və adlarını təqdim edirik:
2023-12-07
811,277
Spitak zəlzələsinin 35-ci ilində Bakı silkələndi. Təsadüfdür?
Bu gün – 7 dekabr Ermənistanda baş verən dağıdıcı zəlzələnin 35-ci ildönümüdür. Axar.az xəbər verir ki, bununla bağlı anım tədbirlərinə Ermənistan artıq bir neçə gündür start verib. Ermənistan parlamenti də bugünkü iclasına zəlzələ qurbanlarını anımla başlayıb. 7 dekabr 1988-ci ildə, saat 11:41-də Ermənistanda, Spitakda 7,2-8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar 30 saniyə çəkib. Zəlzələ nəticəsində 25 mindən çox erməni ölüb, 140 min insan əlil olub. Bu zəlzələ Ermənistanın sənaye potensialının 40 faizini sıradan çıxarıb, ümumilikdə 13 milyard rubl (1988-ci ilin rus rublu) ziyan dəyib. Qeyd edək ki, zəlzələdən zərərçəkənlərə yardım üçün Azərbaycandan göndərilən heyəti aparan təyyarə müəmmalı şəkildə qəzaya uğramış və xilasedicilərin böyük əksəriyyəti ölmüşdü. Azərbaycanın göndərdiyi yardım təyyarəsinin ermənilər tərəfindən qəsdən vurulduğu haqda ciddi sübutlar var. Bu zəlzələ Ermənistanda öz dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların doğma yurdlarından qovulduğu günlərə təsadüf edirdi. Ermənistandan bu ərəfədə 256 min azərbaycanlı qovulub. Spitak zəlzələsinin 35-ci ildönümündə Azərbaycanda 5,6 bal gücündə zəlzələ baş verəməsi isə sosial şəbəkələrdə bəzi ehtimallara yol açıb. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov saytımıza açıqlamasında deyib ki, burda hansısa süni amil istisnadır: “Bu tarixlərin üst-üstə düşməsi sırf təsadüfdür. Azərbaycanda il ərzində minə qədər zəlzələ baş verir. Neft hasilatı ilə məşğul olan dövlət zəlzələ ilə toqquşur. Yer kürəsində, əsasən də Sakit okeanda il ərzində 80 minə qədər zəlzələ olur. Azərbaycan da Xəzər dənizinə yaxın olduğu üçün zəlzələlər bizdən yan keçmir. Bu səbəbdən bu gün baş verən zəlzələni 7 dekabr 1988-ci il tarixində Ermənistanda baş verən Spitak zəlzələsi ilə əlaqələndirmək olmaz. Bu, sadəcə təsadüfdür”.
2023-12-07
811,278
Putin seçkilərdə nə qədər səs alacaq?
Rusiyada prezident seçkisi martın 17-də keçiriləcək, Federasiya Şurası tarixi müəyyən edib. Vladimir Putin seçkidə qalib gələcək. O, 70%-dən çox seçici fəallığı ilə 70%-dən çox səs toplayacaq. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Nəticədə Rusiyada seçicilərin 50%-dən çoxu Putini dəstəkləyəcək. Putinin siyasi sistemdə tam hökmranlığına görə seçkilər, siyasi elmdə deyildiyi kimi, “referendum” tipli olacaq. Bu cür “referendum seçkisi” dəqiq liderin olduğu bütün sistemlər üçün normadır”, - o bildirib.
2023-12-07
811,279
Azərbaycanda gələn il iki seçki keçiriləcək
Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək. Axar.az Report-a istinadən gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 7-də sərəncam imzalayıb. Həmin ilin dekabrında isə ölkədə Bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkilərinin təyin edilməsi) əsasən, bələdiyyə seçkilərini Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Sonuncu bələdiyyə seçkiləri isə 2019-cu il dekabrın 23-də keçirilib.
2023-12-07
811,281
Rusiyanın tənqidinə riyakar Simonyanın “Bakı cavabı”
Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin Ermənistana ünvanladığı tənqidlərdən “təəccüblənib”. Axar.az xəbər verir ki, bu barədə o, Ermənistan parlamentindəki çıxışında KTMT PA-nın 19 dekabrda baş tutacaq iclasına getməməsinə görə Rusiya XİN-in tənqidlərinə cavabında deyib. “Hələ həll olunmamış məsələlər və yerinə yetirilməmiş öhdəliklər olduğu üçün görüşdə iştirak etməyin mənası yoxdur. Biz yalnız Ermənistanla bağlı bəyanatlar və tənqidlər eşidirik”, - o deyib. Onun sözlərinə görə, 2020-ci il 9/10 noyabrdan etibarən Azərbaycan Rusiyanın müttəfiqi kimi özünü bir neçə dəfə heç də “ən yaxşı tərəfdən” göstərməyib. Nümunə olaraq Simonyan “rus əsgərlərin öldürülməsi”, həmçinin daxili razılaşmalar da daxil olmaqla, razılaşmaların və üçtərəfli bəyanatın müddəalarının pozulmasını göstərib: “Azərbaycan bizim regionda istədiyini etdi, Rusiya buna ya sadəcə reaksiya vermədi, ya da bacarmadı”. Simonyan xatırladıb ki, Ermənistan Ukraynaya humanitar yardım göndərəndə Rusiya tərəfi hay-küy salıb, Azərbaycan isə bunu bir neçə dəfə edib: “Ancaq biz bu məsələ ilə bağlı “ədalətli” Rusiya Xarici İşlər Nazirliyindən bir kəlmə də (Bakıya qarşı – red.) eşitməmişik”. Onun sözlərinə görə, Rusiya Federasiyası, təəssüf ki, Ermənistan məsələsində çox ağrılı reaksiya verir, lakin Azərbaycan məsələsində pis oyunda simasını saxlamaq üçün ya çox şeyin fərqinə varmır, ya da özünü göstərmir. Qeyd edək ki, Simonyan, Azərbaycandan fərqli olaraq, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi siyasi, hərbi və iqtisadi bloklarda (KTMT, Aİİ və s.) təmsil olunduğunu riyakarcasına “unudur”. Həmçinin yaddan çıxarır ki, Ermənistanın Metsamor AES də daxil olmaqla, bütün enerji infrastukturu Rusiyanın əlindədir, təbii qazı isə Rusiyadan su qiymətinə alır. Hazırda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyardı keçib (10 ayın nəticələrinə görə) və məhz Rusiyanın sayəsində Ermənistanda adambaşına düşən ÜDM kəskin şəkildə artıb, ölkəyə külli miqdarda vəsait daxil olur. Ermənistan kimi kiçik ölkənin Rusiyaya ixracı ilk dəfə olaraq idxalı üstəliyib və müsbət saldo qeydə alınıb. Rusiya şirkətləri Ermənistanda filiallar açmaqla, bu ölkədə işsizlik problemini də həll edir və s. Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi bu ilin 10 ayında 3,4 milyarda yaxın olub: bunun 961 milyon dolları ixracın, 2,4 milyardı isə ixracın payına düşür. Yəni faktiki olaraq Rusiya Azərbaycandan 10 ayda 1,5 milyard dollar xeyir götürüb – Ermənistanda isə bu rəqəm əksinədir. Azərbaycan Ukraynaya humanitar yardım edirsə, öz sərvətindən edir, Ermənistan isə Rusiyadan qazandığı milyardlardan yardıma verir ki, bu da təbii olaraq, Rusiyanı qıcıqlandırır.
2023-12-07
811,282
YAP fəalları ilə görüş keçirildi - Foto
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində partiya fəalları ilə görüş keçirib. Axar.az xəbər verir ki, V.İsmayılıov Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının ölkəmizin ən güclü və nüfuzlu partiyası olduğunu bildirib. YAP Azərbaycanda siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə fundamental töhfələr verən ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqinin bu gün bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdiyini bildirdi. Millət vəkili Kəmaləddin Qafarov öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir, daxili siyasi sabitliyini daha da möhkəmləndirir.
2023-12-07
811,284
Ərdoğan Yunanıstan prezidenti ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstan Prezidenti Katerina Sakellaropulu ilə ikitərəfli görüşü başlayıb. Axar.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın X səhifəsində paylaşım edilib. Qeyd edək ki, Ərdoğan Yunanıstanda səfərdədir.
2023-12-07
811,288
Senat Ukraynaya çoxmilyardlıq yardımı rədd etdi
Ukrayna, İsrail və Tayvana yardım ayrılması ilə bağlı qanun layihəsi ABŞ Senatında prosessual səsvermədən keçməyib. Axar.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb. Layihənin Konqresdə təsdiqlənməsi üçün lazım olan 60 səsi toplamaq mümkün olmayıb. 40 nəfər layihənin lehinə, 43 nəfər isə əleyhinə səs verib. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden oktyabr ayında milli təhlükəsizliyi təmin etmək məqsədi daşıyan 106 milyard dollarlıq maliyyə paketini təqdim etmişdi. Layihədə Ukrayna, İsrail və Tayvana dəstək üçün 106 milyard dollar ayrılması nəzərdə tutulurdu. Bunun 61 milyardı Ukraynaya verilməli idi.
2023-12-07
811,291
Moskvada əsas müzakirə bu olacaq – Rəisi
Fələstin məsələsi və Qəzzanın bombalanmasının dayandırılması Moskvada danışıqların əsas mövzularından biri olacaq. Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib. “Bu səfərlə bağlı danışıqların əsas mövzularından biri Fələstin məsələsi, blokadanın aradan qaldırılması və məzlum Fələstin xalqına yardım göstərilməsidir”, - Rəisi bildirib. Qeyd edək ki, Rəisi Moskvada səfərdədir.
2023-12-07
811,294
Narışkin: Ukraynada “ikinci Vyetnam” riski...
ABŞ Ukraynada “ikinci Vyetnam” yaratmaq riski ilə üzləşir. Və Ağ Evə sağlam düşüncəli bir adam başçılıq edənə qədər hər yeni Amerika administrasiyası bununla məşğul olmalı olacaq. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. “Ukrayna mövzusunun transatlantik birlik və bütövlükdə Qərb cəmiyyəti üçün artan toksikliyini nəzərə alsaq, Kiyev xuntasına gələcək dəstəyin Qərbin beynəlxalq nüfuzunun aşağı düşməsini sürətləndirəcəyi ehtimalı yüksəkdir. Ukraynanın özü maddi və insan resurslarını mənimsəyən “qara dəliyə” çevrilməyə davam edəcək”, - o bildirib.
2023-12-07
811,295
Ukrayna PUA-sı Voronejə hücum etdi
Voronejə hücum edən PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hücum nəticəsində tələfat və dağıntı yoxdur.
2023-12-07
811,303
BƏƏ-də Putinə hədiyyə verdilər
Rusiya Prezidenti Vladimir Putinlə BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan bir-birinə hədiyyələr təqdim ediblər. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Məlumata görə, Putin BƏƏ prezidentinin şəkli olan tablo hədiyyə edib, əvəzində isə mozaika alıb. Peskov bildirib ki, Səudiyyə Ərəbistanına səfəri zamanı Putin hədiyyə almayıb. Qeyd edək ki, Putin ötən gün BƏƏ-yə, oradan isə Ərəbistana gedib.
2023-12-07
811,305
İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031; 2023, № 8 (I kitab), maddə 1167) ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində “5 642 390 (beş milyon altı yüz qırx iki min üç yüz doxsan)” sözləri “245 157 852,36 (iki yüz qırx beş milyon yüz əlli yeddi min səkkiz yüz əlli iki manat otuz altı qəpik)” sözləri ilə əvəz edilsin.
2023-12-07
811,306
Kiyev ABŞ-dan bu silahları istəyir - Siyahı
Ukrayna ABŞ-dan müharibə üçün F-18 “Hornet” qırıcıları, “Apaçi” və “Blakhak” helikopterləri və yeni THAAD hava hücumundan müdafiə sistemləri istəyib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, bundan başqa, Ukrayna C-17 “Qlobmaster” və C-130 “Super Herkules” nəqliyyat təyyarələri və MQ-9B “Skay Qardian” da daxil olmaqla, “General Atomics” şirkətinin istehsalı olan 3 növ PUA da almaq niyyətindədir.
2023-12-07
811,307
Simonyan: Azərbaycanlılar gəlib Ermənistanda yaşayacaq
Azərbaycan sülh müqaviləsinin bağlanmasını “süni surətdə çətinləşdirə” biləcək bəzi məsələləri gündəliyə daxil etməyə çalışır. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin “əgər İrəvan Qarabağ ermənilərinin məsələlərini saziş layihəsinə daxil etmək istəyirsə, bu, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların geri qayıtmaq və yaşamaq hüququna da şamil edilməlidir” bəyanatını şərh edərkən deyib. “Bunu çox mənfi qiymətləndirirəm. Daim bu haqda danışmaq süni problemlər yaradır. Məsələn, gürcülər Ermənistana yaşamağa gəlsələr, hər hansı bir maneə olacaqmı? Gürcüstanla müqavilədə bu haqda yazmışıq? Əlbəttə, yox. İstisna etmirəm ki, vaxt keçəcək və ermənilər gedib Azərbaycanda yaşayacaq, bəzi azərbaycanlılar da gəlib Ermənistanda yaşayacaq və bir-biri ilə ticarət edəcəklər. Biz eyni bölgədə yaşayırıq və bütün problemləri həll etməyə çalışmalıyıq”, - o bildirib.
2023-12-07
811,309
Şenol Günəşdən millimizlə bağlı açıqlama
Azərbaycan millisində işləməkdən qürur duyaram. Axar.az xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş ölkəsinin mətbuatına açıqlamasında bildirib. 71 yaşlı mütəxəssis müvafiq şəxslərdən ona təklif gəldiyini söyləyib: "Rəsmi dəvəti gözləyirəm, oturub ətraflı danışmaq lazımdır. Azərbaycan futbolu yüksəlişdədir". Qeyd edək ki, ötən gün AFFA-nın Ş.Günəşlə danışıqlara başlaması barədə məlumat yayılmışdı.
2023-12-07
811,310
Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyib?
Bu gün baş vermiş zəlzələ nəticəsində Azərbaycandakı yol infrastrukturunda heç bir ziyan müşahidə edilməyib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilir ki, agentliyin mütəxəssisləri yol infrastrukturuna baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayıb. Prosesin günün sonuna qədər davam etdirilməsi nəzərdə tutulub. Xatırladaq ki, bugün yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra AAYDA-nın müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. Zəlzələ ilə əlaqədar agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət daha da gücləndirilib.
2023-12-07
811,312
Ərdoğan Afinada limuzindən imtina etdi - Video
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 il sonra yenidən Yunanıstana səfər edib. Axar.az xəbər verir ki, hava limanında Türkiyə prezidentini Yunanıstan xarici işlər naziri Giorgos Gerapetritis qarşılayıb. Bildirilib ki, Ərdoğanın təyyarəsi vaxtından əvvəl enib. Türkiyə lideri limuzinə əyləşməyərək, nümayəndə heyəti ilə birlikdə aeroportun VİP zalından keçib.
2023-12-07
811,318
Qərbi Azərbaycanda yanğın: Meşə zolağı məhv oldu
Güney Azərbaycanın Sərtdəşt meşələrində güclü yanğın nəticəsində hektarlarla meşə zolağı məhv olub. Axar.az xəbər verir ki, bu barədə Sərdəşt Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin başçısı Rəhmət İbrahimi açıqlamasında bildirib. O, yanğının səbəblərinin dəqiqləşdirilməsi üçün araşdırmalar aparıldığını deyib. Yerli ətraf mühit fəalları yanğının söndürülməsi üçün yetərli texniki avadanlıq və yanğınsöndürən cəlb edilmədiyini, ətraf kəndlərin əhalisinin səyi nəticəsində yanğının yayılmasının qarşısının alındığını yazıblar. Qeyd edək ki, Sərdəşt bölgəsi 90 min hektar meşə və 30 min hektar otlaq sahəyə malikdir. Bölgə meşə sahəsinə görə Qərbi Azərbaycan əyalətində birinci yeri tutur.
2023-12-07
811,322
Navalnı seçkilərlə bağlı çağırış etdi
Tanınmış rusiyalı müxalifətçi, hazırda həbsdə olan Aleksey Navalnı və komandası prezident seçkilərində Rusiya Prezidenti Vladimir Putinin əleyhinə səs verməyə çağırıb. Axar.az xəbər verir ki, bu barədə Navalnının bloqunda yer alan yazıda deyilir. “Prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Həmin gün hamını seçki məntəqələrinə gələrək Vladimir Putinin əleyhinə səs verməyə çağırırıq. Bu, istənilən digər namizədə səs verməklə edilə bilər”, - yazıda bildirilir. Navalnıya rəğbət bəsləyənlər isə artıq “Putinsiz Rusiya” saytını işə salıblar. Orada vurğulanır ki, hər bir fəal vətəndaş prezident seçkilərinə qalan 100 gün ərzində qarşısına sadə bir məqsəd qoymalıdır: ən azı 10 nəfəri Putinə qarşı çıxmağa inandırmaq.
2023-12-07
811,323
Reklamların bina fasadına yapışdırılması qadağan edildi
Bakıda reklamın binanın fasadında (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsinə yol verilməyəcək. Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər”də əksini tapıb. Qeyd edilib ki, reklamın binanın fasadında dekorativ-bədii və (və ya) mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsi; həmçinin, reklam məqsədilə pəncərə və divar oyuqlarının, həmçinin onların çərçivələrinin (impostlarının) bağlanmasına, boyanmasına və dekorativ plyonkalarla örtülməsi qadağandır. Bildirilib ki, fasad reklamları memarlıq abidələrinin (binalarının) kompozisiyasına, üslubuna, ornament və ya naxışlarına, o cümlədən fasadlarının dekorasiyasına xələl gətirmədən, rənglərin və rəng birləşmələrinin məhdud istifadəsi, fasadın rəngi ilə harmoniyası nəzərə alınmaqla yerləşdirilməlidir.
2023-12-07
811,327
Türk general Heydər Əliyev adına Hərbi İnstitutda - Foto
Bakıda keçirilən 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsərt rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət edilib, qarşısına qızılgüllər qoyulub, xatirələri dərin hörmət və ehtiramla anılıb. Ordu generalı İ.Özsərt hərbi institutun “Fəxri qonaqlar kitabı"nı imzalayıb. Türkiyəli nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Görüşdə hər iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb. Qonaqlar keyfiyyətli təhsilin təşkili məqsədilə hərbi institutda yaradılan şəraitlə tanış olublar. Türkiyəli nümayəndələrə institutda icra edilən fəaliyyətlərlə bağlı ətraflı məlumat verilib. Sonda birgə xatirə şəkli çəkdirilib.
2023-12-07
811,329
FTX-yə görə rusiyalı səfirə xəbərdarlıq edildi
Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb. “Rusiyanın təhlükəsizlik xidməti - FTX Britaniyanın siyasi prosesinə daim müdaxilə etmək cəhdində ittiham olunur. Bununla bağlı Rusiyanın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, - məlumatda deyilir. Britaniyanın xarici işlər nazirinin müavini Leo Dokertiyə istinadən qeyd olunur ki, FTX yüksək rütbəli siyasətçilərin və dövlət qulluqçularının şəxsi danışıqlarını təhlükə altına qoyub.
2023-12-07
811,331
Yunanıstan prezidenti Ərdoğana türkcə cavab verdi - Video
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Yunanıstan Prezidenti Katerina Sakellaropulu ilə Afinada görüşüb. Axar.az xəbər verir ki, görüş zamanı Ərdoğan 6 ildən sonra Yunanıstanda olmaqdan çox xoşbəxt olduğunu dilə gətirib, yunan həmkarı isə ona türkcə “çox təşəkkür” deyərək cavab verib.
2023-12-07
811,333
Ermənistanda zavod direktoru özünü güllələdi
Dekabrın 6-da Armavir vilayətində süd zavodunun direktoru 37 yaşlı V. iş otağında özünü güllələyib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, o, döş qəfəsinin sol yarısının güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisə yerində tapança götürülüb. Direktorun özünəqəsdinin səbəbi açıqlanmır.
2023-12-07
811,338
Yol polisindən pişiklərlə bağlı xəbərdarlıq
Soyuq qış aylarında pişiklər isti yer axtarırlar. Adətən onlar üçün belə yerlərdən biri avtomobil mühərrikinin daxili hissəsidir. Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin paylaşdığı məlumatda bildirilib. Qeyd olunub ki, çöldə yaşayan pişiklər və kiçik heyvanlar üçün rahat yataq yeri tapmaq o qədər də asan deyil. Ona görə də pişiklərə daha çox avtomobil mühərriklərində rast gəlinir. "Diqqətli olaq ki, həmin avtomobil işə salındıqda kiçik dostlarımıza xəsarət yetirməyək”, - məlumatda vurğulanıb.
2023-12-07
811,341
Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anıldı
Hərbi Prokurorluqda dekabrın 7-də Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Hərbi Prokurorluqdan Axar.az-a verilən məlumata görə, mərasimdə çıxış edən Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkənin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb. Xanlar Vəliyev bildirib ki, şərəfli ömrünü Azərbaycanın hərtərəfli inkişafına və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Hərbi prokuror qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb, bununla da Azərbaycan tərəqqi yoluna qədəm qoydu.
2023-12-07
811,342
Qusarda 27 nəfər qızılcaya yoluxdu
Qusarda 27 nəfər qızılcaya yoluxub. Axar.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Qusar Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anjela Zalova məlumat verib. Bildirilib ki, yoluxanlardan 24-ü məktəblidir. Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov da faktı təsdiqləyib. Onun sözlərinə görə, qızılcanın yayılmaması üçün rayon mərkəzi xəstəxanası və təhsil sektoru ilə birgə qabaqlayıcı tədbirlər görülür. Qızılca qeydə alınan məktəblərdə dezinfeksiya işləri aparılır. Məktəblərdə hərarəti olan şagirdlər dərsə buraxılmır və müalicəyə cəlb olunmaları təmin edilir.
2023-12-07
811,343
ABŞ Kiyevin siyahısını rədd edəcək - Korotçenko
Kiyev ABŞ-dan qeyri-real silah yardımı istəyib. Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib. “Bunlar Ukraynanın həm hərbi, həm də siyasi səbəblərdən reallaşması mümkün olmayan istəkləridir. Onlar həmçinin ABŞ-dan F-35-lər və nüvə silahları istəyəcəklər, lakin bu, tamamilə qeyri-realdır. Hərbi uğurların olmadığı halda Kiyevin sponsorlarının ona böyük həcmdə dəstək şansı getdikcə azalır”, - o bildirib. Korotçenkonun fikrincə, Ukraynanın tələblərinin yerinə yetirilməsi ABŞ-ı əliboş qoyacaq, üstəlik, Vaşinqtondakı gərgin siyasi vəziyyət onu göstərir ki, Kiyevin xahişi qismən də olsa, təmin edilməyəcək. Qeyd edək ki, Kiyevin ABŞ-dan istədiyi silahların siyahısı yayılıb.
2023-12-07
811,346
Əli Əsədov britaniyalı nazirlə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 7-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Dövlət katibinin parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Lord Offordla görüşüb. Nazirlər Kabinetindən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub. Dövlətlərarası münasibətlərin gündəliyinin çox geniş olduğu bildirilərək iqtisadi-ticari əməkdaşlığın dinamikasından məmnunluq ifadə edilib. Bildirilib ki, 2022-ci ildə ticarət dövriyyəsinin həcmi 55%-dən çox artaraq 1 milyard ABŞ dollarını üstələyib. Bununla yanaşı, ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi üçün yaxşı imkanların mövcud olduğu diqqətə çatdırılıb. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasının bu istiqamətdə birgə atılan səylərə töhfə verəcəyinə əminlik ifadə olunub. Böyük Britaniyanın 35 milyard ABŞ dollarına yaxın sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investor olduğu bildirilib. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib, bu baxımdan BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb. Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının nümunəsi kimi dəyərləndirilib. Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz təchizatının iki dəfə artırılması planları barədə məlumat verilib. Bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam edəcəyinə ümidvarlıq ifadə olunub. Eyni zamanda, iki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə edilib. BP ilə həyata keçiriləcək Cəbrayılda 240 MVt gücündə günəş enerjisi layihəsinin ölkəmizin “yaşıl” enerjiyə keçid istiqamətində səylərinə mühüm töhfə verəcəyi bildirilib. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri barədə məlumat verildi. Hazırda həmin ərazilərdə həyata keçirilən layihələrə, xüsusilə minatəmizləmə işlərinə bir neçə Böyük Britaniya şirkətinin cəlb olunduğu bildirilib. Tərəflər nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçirdilər. Azərbaycanın Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrildiyi bildirilib. Son vaxtlar Orta Dəhlizin artan aktuallığına diqqət çəkilərək bu beynəlxalq nəqliyyat marşrutunun Böyük Britaniya hökuməti tərəfindən də maraqla izlənməsi və dəstəklənməsi təqdir edilib. Tərəflər, həmçinin humanitar əməkdaşlığı nəzərdən keçiriblər, təhsil sahəsini bu kontekstdə vacib istiqamət kimi dəyərləndiriblər. Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
2023-12-07
811,351
652-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 652-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 257 helikopteri, 9568 PUA-sı, 442 zenit-raket kompleksi, 13 870 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 268 artilleriya və minaatanı, 16 011 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-12-07
811,353
Putin: Yalnız bu ölkələr ayaqda qala bilər
Dünya kardinal dəyişikliklər dövrünə qədəm qoyub. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Ancaq güclü və suveren ölkə ayaqda qala bilər”, - o bildirib. Rusiya lideri qeyd edib ki, sakit sığınacaq sayılan Avropa yurisdiksiyaları artıq bu formasını itirib: “Burada “özüm və yad” prinsipi fəaliyyət göstərir və “yadların” soyulması mümkündür”.
2023-12-07
811,354
“AzerTelecom” şirkətinin rəhbərliyində yeni təyinat olub
Emil Məsimov “AzerTelecom” şirkətinin direktorlar şurasının sədri vəzifəsinə təyin edilib. Direktorlar şurasının sabiq sədri Fuad Allahverdiyev “AzerTelecom” şirkətindən, eləcə də “NEQSOL Holding”dən noyabr ayında ayrılıb. Emil Məsimov 18 ildən artıqdır ki, telekommunikasiya sektorunda fəaliyyət göstərir. O, hazırda “Azerconnect” şirkətinin Baş direktoru olmaqla bərabər informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə böyük şirkətin Müşahidə Şurasında təmsil olunur. Emil Məsimov biznesin idarə edilməsi üzrə İngiltərənin Mançester Universiteti və Harvard Biznes Məktəbinin məzunudur. “AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir. NEQSOL Holding on bir ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12.000-dən çox işçi heyətinə malikdir.
2023-12-07
811,356
Ərdoğan Miçotakislə Afina Bəyannaməsini imzaladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Afina Bəyannaməsini imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Sənəddə iki ölkə arasında əməkdaşlıq üçün yenilənmiş iradənin tanındığı qeyd edilib. Bəyannamədə iki qonşu ölkənin əlaqələrinin regionun rifahını və dinamizmini əhəmiyyətli dərəcədə artırmaq potensialına malik olduqları vurğulanıb. Bildirilib ki, dostluq və qarşılıqlı etimad mühitində hər iki tərəfin mənafeyi naminə birgə fəaliyyətin davam etdirilməsi zəruridir. Tərəflər mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün bir-birinin hüquqi mövqelərinə xələl gətirmədən mövcud və gələcək çətinliklər qarşısında həmrəylik ruhunu təşviq edəcəyini vurğulayıblar. Türkiyə və Yunanıstan liderləri qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlərlə yanaşı, davamlı, konstruktiv və mənalı məsləhətləşmələr aparmağa dair razılaşma əldə ediblər. Sənəd iki nüsxədə türk, yunan və ingilis dillərində imzalanıb.
2023-12-07
811,361
Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Dəyişikliklə qaydanın 2.1.6-cı yarımbəndindən “həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarıb. Qaydanın əvvəlki variantı isə belədir: Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; - arvadı (əri); - valideynləri; - 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; - qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; - babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.3 və 2.1.4 bəndlərdə (18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar) göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
2023-12-07
811,362
“Prius” sürücüsü C hərfini O-ya çevirdi, məsuliyyətə cəlb edildi
Cərimədən yayınmaq üçün avtomobilin dövlət nömrə nişanına müdaxilə edən şəxs müəyyən olunub. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bu barədə qurumun Vatsap nömrəsinə vətəndaş müraciəti daxil olub: “Müraciət əsasında sürücü Bəhruz Məmmədovun cərimələrdən yayınmaq məqsədilə idarə etdiyi “Toyota Prius” markalı, 77 DC 247 dövlət qeydiyyat nişanlı avtomobilinə müdaxilə etdiyi aşkarlanıb. Belə ki, sürücü avtomobilin seriyasındakı C hərfini O hərfinə düzəldib. Sürücü yol verdiyi qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib. Bir daha bütün sürücülərdən bu kimi qanunsuz hərəkətlərə yol verməmələri tələb olunur. Belə hallara yol verən şəxslər barəsində daha ciddi tənbeh tədbirləri görüləcək”.
2023-12-07
811,363
Rusiyada poliqonda partlayış: ölən var
Rusiyanın Ryazan vilayətində yerləşən Dubroviçi poliqonunda yanğınsondürmə hazırlığı zamanı partlayıcı qurğu kortəbii şəkildə işə düşüb. Axar.az xəbər verir ki, bu barədə vilayət prokurorluğu bildirib. Məlumata görə, Rusiya Qvardiyasının bir əməkdaşı həlak olub, ikisi yaralanıb.
2023-12-07
811,364
Afina Ankaranı bu məsələdə dəstəkləyəcək - Miçotakis
Yunanıstan Türkiyəni Avropa Birliyinə (AB) daxil olması prosesində dəstəkləyəcək. Axar.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib. “Biz artıq mehriban qonşuluğa dair bəyannamə imzalamışıq. Türkiyə vətəndaşlarının Egey dənizindəki 10 adaya 7 günlük vizasız gediş-gəlişi bərpa olunacaq. İnanıram ki, gərgin münasibətlər sona çatıb. İki qonşu ölkə birlikdə hərəkət etməlidir. Biz gözəl gələcək yaratmalıyıq”, - baş nazir bildirib.
2023-12-07
811,365
Əliyev seçki qərarını buna görə verdi - Aynur Camal
Azərbaycanın hazırkı rəhbəri İlham Əliyev ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində mütləq üstünlüklə qalib gələcək. Axar.az xəbər verir ki, “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camal “RİA Novosti”yə açıqlamasında deyib. “Qarabağdakı qələbədən sonra Əliyevin ölkədə heç bir rəqibi yoxdur. Bunun səbəblərindən biri də siyasi müxalifətin öz iddialarını və təbliğatını Qarabağ üzərindən qurmasıdır. Ölkənin ərazi bütövlüyünü tam təmin etdikdən sonra Azərbaycanın indiki hakimiyyətinin ən qatı əleyhdarları belə etiraf edirlər ki, bu, Əliyevin ən böyük uğurudur. Bu baxımdan hazırda Azərbaycanda müxalifət proqramın olmamasından əziyyət çəkir. Üstəlik, İlham Əliyevin bir çox rəqibi Xankəndidəki qələbə paradından sonra mövqelərində ciddi korrektələr ediblər. Bu vəziyyət Əliyevin seçkilərdə mütləq üstünlüklə qalib gələcəyini proqnozlaşdırmağa imkan verir”, - Aynur Camal bildirib. Onun sözlərinə görə, tarixi uğurlara imza atan Azərbaycanın hakim komandasının reytinqi hazırda pik həddədir və belə görünür ki, bu vəziyyətdən istifadə etmək qərarı verilib: “Siyasi təcrübədə belə hallar təbii qarşılanır. Adətən siyasi hakimiyyətlər seçki prosesini reytinq cədvəli ilə uyğunlaşdırırlar. Prezident İlham Əliyev də üstün mövqeyini seçki prosesinə daşımaq və qazanclı çıxmaq üçün belə bir gediş etdi. Bu məsələdə ən mühüm səbəblərdən biri də Qarabağ məsələsinin həllindən sonra Azərbaycanın daxilində və regionda yeni reallığın yaranmasıdır. Geosiyasi mübarizənin Cənubi Qafqaz cəbhəsində qarşıdurma açıq müstəviyə keçib. ABŞ başda olmaqla, Qərb cəbhəsi Rusiyanı bölgədə sıxışdırmaq istəyir. Onlara Cənubi Qafqazdakı siyasətlərində istədikləri nəticəni əldə edə bilmələri üçün Azərbaycan lazımdır”. A.Camal vurğulayıb ki, Azərbaycan-Ermənistan sülh sazişi imzalanmasa, Qərbin Ermənistana yatırdığı siyasi, iqtisadi və hərbi kapitalın heç bir önəmi olmayacaq: “Çünki sülh sazişi olmasa, kommunikasiya açılmayacaq, kommunikasiyanın açılmaması Ermənistanın “dalan ölkə” olaraq qalması deməkdir. Bakı isə artıq bir neçə dəfə Qərbin vasitəçiliyindən imtina edib. Məhz bu məqamda Azərbaycanı sülh sazişinin Qərb platformasında müzakirə edilməsinə və imzalanmasına məcbur etməyə çalışırlar. Əliyev bu oyunları çox doğru oxuya bilir və yalnız Azərbaycanın milli maraqlarına uyğun mövqe sərgiləyir. Bu prinsipial mövqe kənar aktorların bölgə üzərindəki oyunlarına qarşıdır. Buna görə də Azərbaycanın daxili siyasi seqmentinə müdaxilələrin edilməsi, ölkə daxilində müxtəlif ssenarilərin tətbiqinə cəhdlərin olunması gözləntiləri də var. Çox güman ki, Prezident Əliyev növbədənkənar seçkilərlə ölkə daxilindəki üstün mövqeyini daha da möhkəmləndirmək niyyətindədir”.
2023-12-07
811,366
Bu sahə ilə bağlı yeni rüsumlar müəyyənləşir
Azərbaycanda dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlar müəyyənləşir. Axar.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə qanuna yeni maddələr əlavə edilir. Yeni maddələrə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.
2023-12-07
811,367
Qida Təhlükəsizliyi Agentliyinin işçiləri ilə bağlı fərman
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Axar.az xəbər verir ki, fərmanla Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin say həddi cəmi 91 ştat vahidi olmaqla, Agentlik Aparatının işçilərinin say həddi 47, regional bölmələrinin işçilərinin say həddi 44 ştat vahidi müəyyən edilib. Agentliyin bu Fərmanın 1-ci hissəsinə əsasən, müəyyən edilmiş ştat vahidlərinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək: - Agentlik Aparatının 25 ştat vahidi və regional bölmələrin 22 ştat vahidi – 2023-cü il noyabrın 7-dən; - Agentlik Aparatının 22 ştat vahidi və regional bölmələrin 22 ştat vahidi – 2025-ci il yanvarın 1-dən. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin edəcək. Agentlik bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
2023-12-07
811,368
Bu ölkədə həmkarlar ittifaqları hökuməti tətillə hədələyir
Finlandiyanın Həmkarlar İttifaqları Assosiasiyası hökumətin danışıqlar aparmaqdan yayınması səbəbindən dekabrın 14-də sənayenin müxtəlif sahələrində genişmiqyaslı tətillər keçirməyi planlaşdırır. Axar.az xəbər verir ki, Həmkarlar İttifaqları Assosiasiyası qanuna uyğun olaraq tətilin təfərrüatını yaxın günlərdə açıqlayacaq. Onlar Baş nazir Petteri Orpo kabinetinin hökumət proqramında sosial təminatın haqsız olaraq azaldılmasının, işəgötürənlərə xəstəliyin ilk gününə görə ödəniş etməməsinə icazə vermək planlarının, tətillərə qadağa qoyulmasının və bir sıra digər təşəbbüslərin əleyhinədir.
2023-12-07
811,369
Bayramov Yaponiya səfiri ilə görüşdü - Foto
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib. Xüsusilə iqtisadiyyat, energetika, mədəniyyət, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. İki ölkə arasında siyasi dialoqun və yüksək səviyyəli səfərlərin vacib olduğu bildirilib. Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb. Səfir Cuniçi Vada səmimi qəbula görə təşəkkürünü bildirib, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2023-12-07
811,370
Yas mərasimində yaralanan şəxs hələ də komadadır
Bərdədə yas mərasimi zamanı baş verən bədbəxt hadisədə xəsarət alan şəxslərdən biri Abdullayeva Aidə Novruz qızı hələ də reanimasiyadadır. Axar.az xəbər verir ki, bu barədə Report-a onun yaxınları məlumat verib. Bildirilib ki, bədbəxt hadisə zamanı ağır xəsarət alan Aidə Abdullayeva ilk olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra onu Gəncə şəhərindəki ixtisaslaşmış xəstəxanalardan birinə köçürüblər. Orada ətraflı müayinələr aparıldıqdan sonra o, yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına qaytarılıb. Hələ də komada olan şəxs hazırda reanimasiyadadır. Qeyd edək ki, noyabr ayının 23-də Bərdə rayonunun Yeni Daşkənd kəndində yas mərasimi zamanı evin ikinci mərtəbəsinin döşəməsi çöküb. Hadisə nəticəsində bir nəfər - Məmmədova Sarıtel Abbasəli qızı dünyasını dəyişib, 30 - dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan Abdullayeva Aidə Novruz qızı ağır xəsarət alıb.
2023-12-07
811,371
Bu ölkədə 7,3 bal gücündə zəlzələ: sunami təhlükəsi...
Sakit okeanda ada ölkəsi Vanuatu sahillərində 7,3 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkan İsangel şəhərindən 125 km cənubda qeydə alınıb, zəlzələ ocağı 32 km dərinlikdə yerləşib. Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
2023-12-07
811,372
Bu ölkədə Quranın yandırılması qadağan olundu
Danimarkada Quranın nüsxələrinin yandırılması qadağan olunub. Axar.az xəbər verir ki, bu barədə ölkə parlamenti qanun layihəsini qəbul edib. Bildirilib ki, yeni qaydalar ölkədə söz azadlığını məhdudlaşdırmayacaq.
2023-12-08
811,373
Putin və Rəisi 5 saat nəyi müzakirə etdi?
2023.12.07. 19:03 Rusiya Prezidenti Vladimir Putin Moskvada iranlı həmkarı İbrahim Rəisi ilə görüş keçirir. Axar.az xəbər verir ki, liderlərin bölgədəki, xüsusilə Fələstindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacağı gözlənilir. Qeyd edək ki, İ.Rəisi Moskvada səfərdədir. *** Putin və Rəisi arasında danışıqlar artıq 4 saatdır ki, davam edir. Bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib. "Heyətlər genişləndirilir. Nazirlər müzakirə aparır", - deyə o bildirib. *** Putin və Rəisi Kremldə danışıqları yekunlaşdırıb. Bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib. O, müzakirələrin 5 saatdan artıq davam etdiyini bildirib. Peskov danışıqlarla bağlı təfərrüatlı məlumat verməyib.
2023-12-07
811,375
Bakı ilə Boqota arasında məsləhətləşmələr aparıldı
Kolumbiyaya səfər edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov dekabrın 6-da bu ölkənin xarici işlər naziri Alvaro Duranla görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Kolumbiya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kolumbiya tərəfindən isə xarici işlər nazirinin müavini Fransisko Koy rəhbərlik ediblər. Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, iqtisadi-ticarət, enerji, humanitar minatəmizləmə, turizm, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb. E.Məmmədov qarşı tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. Məsləhətləşmələrdən sonra “Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Səfər çərçivəsində E.Məmmədov, həmçinin Kolumbiya Senatının sədri İvan Name ilə görüşüb. Görüşdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu, qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin əhəmiyyəti, eləcə də Qoşulmama Hərəkatı və Sakit Okean Alyansı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib. Eyni zamanda, E.Məmmədov Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-ə müsahibə verib. Müsahibə zamanı Azərbaycan-Kolumbiya ikitərəfli münasibətləri, bu əlaqələrin gələcək inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə suallar cavablandırılıb.
2023-12-07
811,378
İsrail Qəzzada həbslərə başladı
İsrail əsgərləri Qəzzanın şimalında HƏMAS ilə əlaqələrini yoxlamaq üçün onlarla kişini həbs edib. Axar.az xəbər verir ki, bu barədə İsrailin "Kan" radiosu məlumat yayıb. Qeyd olunub ki, saxlanılan şəxslərin terror fəaliyyətlərində iştirak edib-etmədiyi yoxlanılacaq.
2023-12-07
811,379
Aİİ ilə İran arasında azad ticarət sazişi imzalanacaq
Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət zonası haqqında saziş imzalanacaq. Axar.az xəbər verir ki, bu barədə Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında keçirilən görüşdə bildirilib. Qeyd edilib ki, sənəd yaxın vaxtlarda imzalanacaq.
2023-12-07
811,380
Bu, bütün bəşəriyyətin məsələsidir - Rəisi
Qəzza zolağının bombardmanını tez bir zamanda dayandırmaq lazımdır. Bu məsələ təkcə bizim regionumuzun deyil, bütün bəşəriyyətin məsələsidir. Ona görə də bu məsələnin çox tez həlli tapılmalıdır. Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib. O bildirib ki, İsrailin hərəkətlərinin ABŞ, eləcə də Qərb ölkələri tərəfindən dəstəklənməsi xüsusilə təəssüf doğurur.
2023-12-07
811,381
Yağışlı hava nə vaxta qədər davam edəcək?
Bakıda və Abşeron yarımadasında dekabrın 8-i axşamdan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında dekabrın 8-i axşamdan 11-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
2023-12-07
811,386
Rusiya ABŞ-ın analitik mərkəzinə sanksiya tətbiq etdi
Rusiya ABŞ-ın analitik mərkəzini arzuolunmaz qeyri-hökumət təşkilatları siyahısına daxil edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumatda "RAND Corporation" Analitik Mərkəzinin qara siyahıya daxil edildiyi bildirilib.
2023-12-07
811,388
Bu universitetin iki dekanı işdən çıxarıldı
Sumqayıt Dövlət Universitetinin iki dekanı vəzifəsindən azad olunub. Axar.az Report-a istinadən xəbər verir ki, Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva və Kimya və biologiya fakültəsinin dekanı, dosent Mahal Muradov tutduqları vəzifədən azad olunublar.
2023-12-07
811,393
Moskvada zavodda yanğın baş verdi
Rusiyanın paytaxtı Moskvada Elektrozavodun binasında yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, yanğın boya sexində başlayıb. Hadisə zamanı binada heç kim olmayıb.
2023-12-07
811,394
AB aldatdı, bizi buna məcbur edirlər - Avstriya
Avstriyalıların Avropa Birliyi ilə bağlı artan şübhələri ölkənin təxminən 30 il əvvəl AB-yə üzv olmasından sonra verilən bir çox vədlərin pozulmasından qaynaqlanır. Axar.az xəbər verir ki, bunu Avstriya Azadlıq Partiyasının Avropa Parlamentindəki nümayəndə heyətinin rəhbəri Harald Vilimski bildirib. "Avro ortaya çıxdı və onunla birlikdə Avropa Mərkəzi Bankının xilas paketləri və borc ittifaqı ilə yanlış siyasəti... Bizə də söz vermişdilər ki, Avropa delikatesi olaraq qalacağıq. Əvəzində Brüsselin siyasəti bizi ərzaq idxalından asılı vəziyyətə salır, bizi kiçik fermerləri dolanışıq vasitələrindən məhrum edən və həşəratların yeməyimizə girməsinə imkan verən azad ticarət müqavilələrinə məcbur edir", - Vilimski qeyd edib.
2023-12-07
811,395
Səudiyyəyə məxsus qırıcı qəzaya uğradı: ölən var
Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarə qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb, nəticədə pilot həlak olub.
2023-12-07
811,396
İranla ticarət dövriyyəsi 5 milyarda çatıb - Putin
Rusiya ilə İran arasında ticarət dövriyyəsi 5 milyard dollara çatıb. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə keçirdiyi görüşdə deyib. "Ötən il ticarət dövriyyəsi 20% artaraq yaxşı nəticələr əldə edib. Ticarət dövriyyəmiz 5 milyard dollar təşkil edib", - Putin qeyd edib.
2023-12-07
811,401
İlham Əliyevin bu çıxışı dünya mediasının diqqətində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər dünya KİV-lərinin diqqəti mərkəzində qalmaqdadır. Axar.az xəbər verir ki, ərəb ölkələrinin media orqanları dövlətimizin başçısının fikirlərinə geniş verib. “Əxbar Əl Yom” və “Əlbaatmedia” qəzetləri, “Qpress8” internet nəşri, SANA və NNA informasiya agentlikləri, həmçinin bir sıra digər saytlar Azərbaycanın dövlət başçısının məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi Forumda qlobal və regional problemlərlə bağlı söylədiyi fikirlərə geniş yer ayırıb. Ərəb ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti 44 günlük Qarabağ müharibəsi və təxminən üç ildən sonra aparılan lokal xarakterli antiterror tədbirlərinin əsas səbəbinin Ermənistanın uzun illər davam edən danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz gücü ilə İrəvanın məhəl qoymadığı və yerinə yetirməkdən imtina etdiyi BMT qətnamələri və digər beynəlxalq sənədlərin müddəalarını yerinə yetirdi. Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üzrə təşəbbüslər haqqında fikirlərini şərh edən ərəb mediası yazıb ki, dövlət başçısı vaxtilə Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyinə ümid etdiyini də bildirib. O əlavə edib ki, lakin orada dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar buna imkan vermədilər. Yazılarda vurğulanıb ki, Prezident İlham Əliyev Ermənistanla davamlı sülhə nail olunmasının başlıca amilinin İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi olduğunu bildirib. Türkiyənin “Star” saytında yayımlanan “Əliyev açıqladı: Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərilib” sərlövhəli materialda dövlətimizin başçısının Fransa və Hindistanın Ermənistanı silahlandırması ilə bağlı fikirləri yer alıb. Məqalədə Prezident İlham Əliyevə istinadla qeyd olunub: “Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər. Mən həmin silahların keyfiyyəti ilə bağlı təfərrüatlara varmaq istəmirəm, baxmayaraq ki, onların hansı növ silah olmasını bilirəm. Lakin hətta əgər çox müasir silahlar olsa belə, onların şansı olmayacaq, çünki müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir. …İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın öz bəyanatlarına görə, erməni ordusunda döyüş meydanında 12 min fərari oldu”. Yazıda, eyni zamanda, Prezident İlham Əliyevin Qranada görüşünə getməməsinin səbəbləri, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi ilə bağlı İran ərazisindən yolun çəkilməsi, Avropa Parlamentində populist insanların olması ilə bağlı fikirləri oxuculara çatdırılıb. Dövlətimizin başçısının fikirlərinin geniş işıqlandırıldığı “Son dakika.com” saytında dərc olunan “Ermənistan indi onları qəbul etməyə daha hazır görünür” sərlövhəli yazıda isə Azərbaycan Prezidentinin ölkəmizin Ermənistana təklif etdiyi beş prinsiplə bağlı fikirlərinə geniş yer verilib. Yazıda bildirilib: “...Beləliklə, biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistan indi onları qəbul etməyə daha hazır görünür. Əgər üç il əvvəl onları qəbul etsəydilər və ya əsasən qəbul etsəydilər, antiterror tədbirlərinə ehtiyac qalmayacaqdı”. Məqalədə, həmçinin Azərbaycan Prezidentinin “...düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. …biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu” fikirləri oxuculara təqdim olunub. “Sülh sazişinə gəldikdə, düşünürəm ki, hazırda biz buna yaxınıq, çünki prosesi başladığımız zaman narazılıq doğuran məsələlərdən biri erməni tərəfinin dırnaqarası “Dağlıq Qarabağ respublikası”na sülh sazişində istinad etmək cəhdləri ilə bağlı idi və bunu biz, əlbəttə ki, qəbul edə bilməzdik. Onlar istəyirdilər ki, həmin məsələni müxtəlif söz birləşmələri vasitəsilə sazişə salsınlar, lakin onlar yenə də təxminən eyni alınırdı. Bizim yanaşmamız belədir ki, biz onu qeyd edə bilmərik və iki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır”. Dövlətimizin başçısının bu fikirləri isə “Akdeniz gerçek” saytında yayımlanan məlumatda yer alıb. Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışı zamanı səsləndirdiyi fikirlər Serbiyanın nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırıb. Bu ölkənin “RTV”, “Tanjug”, “NSPM”, “Novosti”, “Politika”, “Pravda”, “Vesti”, “PRVA”, “b92”, “Intermagazin” kimi informasiya agentlikləri və xəbər portallarında dərc olunan yazılarda Prezident İlham Əliyevin çıxışında Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmədiyini vurğuladığı bildirilir. Azərbaycan Prezidentinin çıxışına istinadla qeyd olunur ki, bu, çox praqmatik yanaşmadır. Çünki Azərbaycanı heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir. Prezident İlham Əliyevin bu fikirləri sitat gətirilib: “Düşünürəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi yoxdur, çünki bizi heç vaxt qəbul etməyəcəklər. …Əgər qəbul edilməyəcəksinizsə, niyə qapını döyməlisiniz? … Biz münasibətləri necə qurmağın yolunu tapmışıq”. Yazılarda, həmçinin Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu, ölkəmizin İttifaqın doqquz üzvü ilə strateji tərəfdaşlığa dair bəyanatlar qəbul etdiyi və xarici ticarətin təqribən 50 faizini Aİ ilə apardığı bildirilir.
2023-12-07
811,402
Bakı ilə İrəvan razılaşdı: Əsirlər azad edilir!
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Axar.az açıqlamanı təqdim edir: “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir. Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.
2023-12-07
811,404
Ukraynanın 4 bölgəsində hava hücumu xəbərdarlığı
Ukraynanın Sum, Poltava, Çerniqov və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindən verilən məlumatda bildirilib. Xəritəyə əsasən, regionlarda hava hücumu xəbərdarlığı yerli vaxtla saat 19:00 radələrində elan edilib.
2023-12-07
811,405
Bakıda avtomobildən 20 minə yaxın pul oğurlandı
Dekabrın 1-də Hövsan qəsəbəsi ərazisində “Mercedes-Benz” markalı avtomobildən 16 000 manat və 2 000 ABŞ dolları oğurlanıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif üsul və vasitələrlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 1994-cü il təvəllüdlü E.Miriyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
2023-12-07
811,407
İrəvan Bakının xeyrinə öz namizədliyini geri götürdü
Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilib. "Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir", - açıqlamada qeyd olunub.
2023-12-07
811,411
İsrail iki yüksək səviyyəli kəşfiyyatçını məhv etdi
İsrail qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının iki yüksək səviyyəli kəşfiyyatçısını öldürüb. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Qeyd olunur ki, bir neçə gün əvvəl öldürülən HƏMAS kəşfiyyatçılarından biri oktyabrın 7-də İsrailə hücumunun planlaşdırılmasında iştirak edib. Hərəkatın üzvləri HƏMAS-ın kəşfiyyat komandanlıq mərkəzinə hücum zamanı öldürülüb.
2023-12-07
811,415
“KDQ və qeyri-səlis məntiq” kitabının imza günü oldu
“Libraff” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının imza günü keçirilib. Kult.az xəbər verir ki, tədbirdə yazıçılar, ictimai şəxslər, oxucular iştirak edib. Kitabın müəllifləri xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev nəşrin yazılma səbəblərindən, “Kitabi-Dədə Qorqud”da əcdadlarımızın təfəkküründə gizlənmiş dərin qatlardan, mistika, sehr, fəlsəfi düşüncənin zənginliyindən danışıblar. Qeyd olunub ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb: “Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir. Məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur”. Tədbirdə çıxış edənlər bildiriblər ki, kitab həm qorqudşünaslar, həm də informasiya nəzəriyyəçiləri üçün faydalı və maraqlı olacaq. Çünki qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir tətbiq edilir. Qeyd olunub ki, dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşım tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrənmişlər. Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyil, məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün olmuşdur. Tədbirin sonunda müəlliflər kitabı oxucular üçün imzalayıblar.
2023-12-07
811,416
Gürcüstanda 9 ölkənin iştirakı ilə hərbi təlim başladı
Gürcüstanda Kanada Müdafiə Nazirliyi tərəfindən təşkil olunan "Maple Arch 2023" çoxmillətli komanda qərargah təlimi başlayıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə departamentinin mətbuat xidməti məlumat verib. "Təlimdə 9 ölkənin hərbçiləri iştirak edir. Gürcüstan Silahlı Qüvvələri Şərq Komandanlığının müxtəlif bölmələri və JTEC şəxsi heyəti ilə təmsil olunur", - məlumatda deyilib. Bildirilib ki, təlimin məqsədi iştirakçı ölkələr arasında qarşılıqlı uyğunluğu artırmaq, müdafiə sahəsində tərəfdaş ölkələr arasında əlaqələri dərinləşdirmək, sülhməramlı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi prosesində NATO standartlarına yaxınlaşmaq və sülhməramlı əməliyyatların həyata keçirilməsi üçün lazımi bacarıqları təkmilləşdirməkdir.
2023-12-07
811,417
Nəbiyev İraqda: Qani ilə görüşündən paylaşım etdi
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında yazıb. “İraqa səfər zamanı Baş nazirin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüşdük. SOCAR-la əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı”, - nazir qeyd edib.
2023-12-07
811,419
Bayramov və Mirzoyan bu tədbirdə iştirak edəcək
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri dekabrın 11-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində iştirak edəcəklər. Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb. İclasda AB ölkələrinin xarici işlər nazirləri, eləcə də onların beş Şərq Tərəfdaşlığı ölkəsindən - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadan olan həmkarları (altıncı, Belarus iştirak etməyəcək) iştirak edəcək. Sammitə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Jozep Borrell sədrlik edəcək. Nazirlər “Şərq tərəfdaşlığı” ilə bağlı fikir mübadiləsi aparacaq, əldə olunan nailiyyətləri qiymətləndirəcək və gələcək üçün konkret tövsiyələr müəyyən edəcəklər.
2023-12-07
811,420
Ermənistanda zəlzələ: əhali panikaya düşdü
Bu gün Ermənistanda da zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, yeraltı təkan saat 17:55-də episentri İrəvandan 60 km cənubda 3,2 bal gücündə, 5 km dərinlikdə olub. Zəlzələ Ararat və Armavirdə hiss olunub. Zəlzələnin zəif olmasına baxmayaraq, erməni sakinlər arasında panika yaşanıb. Qeyd edək ki, bu gün Spitak zəlzələsinin 35-ci ildönümüdür.
2023-12-08
811,422
Azərbaycan Araiki, Rubeni də qaytarır? - Tam siyahı
2023.12.07. 22:11 Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Axar.az xəbər verir ki, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər. Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçatryan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz. Qaytarılacaq şəxslər isə bunlardır: I. 13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər: (26 nəfər) 1. Avakyan Hraç Arzumanoviç 2. Serobyan Geqam Samveloviç 3. Hovanesyan Haykaz Koryunoviç 4. Tosunyan Levon Aşotoviç 5. Baqdasaryan Artur Eduardoviç 6. Stepanyan David Stepanoviç 7. Herabyan Hrayr Hraçoviç 8. Mikaelyan Andranik Vazgenoviç 9. Avakyan Serop Surenoviç 10. Kostanyan Narek Aqaoviç 11. Harutyunyan Varazdat Seryojeviç 12. Martoyan Manuk Hovanesoviç 13. Vardanyan Arsen Araikoviç 14. Dilanyan Arman Vazgenoviç 15. Tadevosyan Hrayr Vardanoviç 16. Bahrikyan Vahagan Edikoviç 17. Aramyan Karen Armenoviç 18. Sukiasyan Andranik Srapoviç 19. Martirosyan Gevorg Samveloviç 20. Kirakosyan Eduard Armeni 21. Gevorkyan Robert Hovikoviç 22. Yegiazaryan Sasun Seyranoviç 23. Hakopyan Volodya Qaqikoviç 24. Avakyan Tiqran Manikoviç 25. Saqatelyan Qriqor Seyranoviç 26. Avetisyan Vaqarşak Aşotoviç II. Müxtəlif vaxtlarda Azərbaycan Ermənistan sərhədi, habelə Laçın sərhəd buraxılış məntəqəsində tutulmuş şəxslər: (6 nəfər) 1. Rafaelyan Vladimir Otari 2. Sarqsyan İşxan Aşoti 3. Ovagimyan Arutyun Yurikoviç 4. Kazaryan Karen Aşotoviç 5. Voskanyan Qagik Aşoti 6. Eulcekcian Viken Abraham
2023-12-07
811,423
İran sərhədə hərbi texnikalar yerləşdirir
Yaxın vaxtlarda quru qoşunları ölkənin şimal-şərq bölgələrində raket, dron, artilleriya və mobil zərbə bölmələrini yerləşdirəcək. Axar.az xəbər verir ki, bunu İran ordusunun quru qoşunlarının komandanı Keyumərs Heydəri deyib. Onun sözlərinə görə, şimal-şərq bölgəsi və Cənubi Xorasan həssas sərhədlərə malikdir və İranın davamlı təhlükəsizliyinin böyük hissəsi bu bölgədə təmin edilir, ona görə də Quru Qoşunları bu bölgəyə xüsusi diqqət yetirir. O əlavə edib ki, ölkənin şimal-şərq sərhədləri gücləndiriləcək. Ordunun Quru Qoşunlarının komandanı vurğulayıb ki, artıq ölkənin şimal-şərq, cənub-şərq, cənub-qərb, şimal-qərb və qərb sərhədlərində Quru Qoşunlarının müxtəlif bölmələri yerləşdirilib.
2023-12-07
811,424
Mirzoyan: Bayramovla görüşə hazıram!
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə deyib. "Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-ın təklifinə müsbət cavab verib”, - məlumatda qeyd olunub.
2023-12-07
811,429
İsrailin keçmiş Baş Qərargah rəisinin oğlu Qəzzada öldü
İsrail Baş Qərargahının sabiq rəisi Qadi Eyzenkotun oğlu Qəzzada gedən döyüşlərdə həlak olub. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumatda Qal Meyra Eyzenkotun anklavın şimalında gedən döyüşdə öldüyü bildirilib. Qeyd olunub ki, Qəzza zolağında quru əməliyyatı zamanı ölən İsrail əsgərlərinin ümumi sayı 89-a çatıb.
2023-12-07
811,430
Mişeldən Bakı-İrəvan razılaşmasına reaksiya
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanın birgə bəyanatını alqışlayıb. Axar.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə yazıb. “Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, - Mişel qeyd edib.