date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-08 | 811,662 | Qəzzada ölənlərin sayı 17 mini ötdü | İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 17 min 177 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölənlərin 7112-si uşaqdır. İndiyə qədər 46 min nəfər yaralanıb. |
2023-12-08 | 811,665 | Rusiya-Ukrayna müharibəsi arxa plana keçib - Ərdoğan | Rusiya ilə Ukrayna arasında müharibə arxa plana keçsə də, bütün şiddəti ilə davam edir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Müharibənin ilk aylarında ölkəmizin səyləri ilə irəli sürülən sülh planının dəyəri gündən-günə daha çox hiss olunur. Bu gün biz daha yaxşı başa düşürük ki, qlobal sülhün və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan beynəlxalq təşkilatların problemlərin həlli imkanları yoxdur. Ədalətli sülhdə uduzanların olmadığı faktı bizim qarşımızdadır. Türkiyə daha çox qan və göz yaşının tökülməsinin qarşısını almaq üçün məsuliyyəti üzərinə götürməyə hazırdır. Buna son qoymağın vaxtıdır”, - Ərdoğan bildirib. |
2023-12-08 | 811,667 | Bu nazir vəzifəsindən azad edildi - Sərəncam | Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Axar.az Report-a istinadən xəbər verir ki, dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb. |
2023-12-08 | 811,669 | İstanbulda prezident oğlunun həbsi tələb edildi | İstanbul prokuroru kuryerin öldüyü qəzadan sonra Somali Prezidentinin oğlu Məhəmməd Həsən Mahmudun həbsini tələb edib. Axar.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. “Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Həmçinin Mahmuda Türkiyədən çıxış qadağası qoyulub”, - məlumatda deyilir. Qeyd edək ki, hadisə noyabrın 30-da İstanbulun mərkəzində Kennedi şossesində baş verib: motosiklet sürən 38 yaşlı kuryer Yunus Göçər yolun kənarında dayanmaq üçün tunelin çıxışında sürəti azaltmağa başlayıb. Sükanda Məhəmməd Həsən Mahmudun olduğu avtomobil isə eyni istiqamətdə hərəkət edərək motosikletə çırpılıb, zərbənin təsirindən Göçər həlak olub. |
2023-12-08 | 811,670 | General Tofiq Bəhramovun nəvəsini rəis təyin etdi | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna rəis təyin edilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Bəhramov Tofiq Bəhmən oğlu gətirilib. Qeyd edək ki, Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respubvlika Stadionu mərhum hakimin adını daşıyır. |
2023-12-08 | 811,674 | Gömrük postlarında bu qədər maşın gözləmədədir | Hazırda “Astara” gömrük postunda 181, “Biləsuvar” gömrük postunda 140, “Qırmızı Körpü” gömrük postunda 1 350, “Mazımqara” gömrük postunda 171, “Samur” gömrük postunda 60 və “Xanoba” gömrük postunda 3 yük maşını (ümumilikdə 1 724 yük maşını) çıxışda gözləmədədir. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirir", - deyə məlumatda qeyd olunub. |
2023-12-08 | 811,678 | Azərbaycanla savaşa girsəydik... - Arşakyan | Ermənistan Azərbaycanla müharibəyə girmədi, çünki bu, açıq-aydın İrəvan uğrunda məğlub olacağımız döyüş olardı. Gəlin, hər şeyi öz adı ilə çağıraq, bəyəm biz Azərbaycanı dayandıra bilərdik? Bəlkə də on minlərlə gəncin həyatı bahasına bacarardıq, amma bu da müvəqqəti olacaqdı. Nəticə yenə də bizim üçün üzücü olardı. Axar.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib. “Azərbaycan nəinki dəfələrlə güclüdür, daha yaxşı silahlanıb, həm də onun tərəfində beynəlxalq hüquq var. Və məhz bu amillərin təzyiqi ilə Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etdi. Burada savaşdan necə söhbət gedə bilər? Biz Ermənistanı xilas etməli və qaçqınların qayğısına qalmalıyıq. Bax, prioritet vəzifələr bunlardır”, - o bildirib. |
2023-12-08 | 811,680 | Elm və Təhsil Nazirliyində yeni şöbələr yaradıldı | Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, dəyişikliklərə əsasən, nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb, yeni şöbələr yaradılıb. Belə ki, yeni struktur bölmələr Məktəbəqədər və ümumi təhsil siyasəti, Elm və ali təhsil siyasəti, Peşə təhsili siyasəti, Uşaq və gənclərin inkişafı siyasəti, İctimaiyyətlə əlaqələr və kommunikasiya, Strateji planlaşdırma və icraya nəzarət şöbələri, Satınalmalar və qrantlar sektorudur. Həmçinin nazirliyin aparatında mövcud olan Beynəlxalq əməkdaşlıq, Maliyyə, Təhsilin iqtisadiyyatı, Vətəndaşlara xidmət və sənədlərlə iş, Hüquq, İnsan resursları, Daxili nəzarət və Audit şöbələri də fəaliyyətini davam etdirəcək. Struktur dəyişikliyindən sonra Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Məktəbdənkənar fəaliyyətin təşkili və Təhsilin inkişafı proqramları şöbələri ləğv edilib. Bununla yanaşı, Əliyev Elnur Qəzənfər oğlu nazirin müşaviri təyin edilib. Elnur Əliyev eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini icra edəcək. Nazirin müvafiq əmri ilə Elvin Rüstəmov Aparat rəhbərinin müavini təyin olunub. Aparılan vəzifə dəyişikliklərinə əsasən, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinə Vəfa Yaqublu, Elm və ali təhsil siyasəti şöbəsinə Turxan Süleyman, Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinə Elnur Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinə Simuzər Feyzullayeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə isə Səbuhi Rzayev müdir təyin olunublar. Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdir səlahiyyətlərinin icrası isə Strateji planlaşdırma və koordinasiya sektorunun müdiri Leyla Xəlilova Rzazadəyə həvalə olunub. Maliyyə şöbəsinin müdiri Rauf Orucov, Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin müdiri Gündüz Əbdülov, Audit şöbəsinin müdiri isə Vaqif Məmmədovdur. |
2023-12-08 | 811,682 | Azərbaycanla münasibətlər ən yüksək səviyyədədir | Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında deyib. “Biz bu əlaqələrin intensivləşdirilməsinə xüsusi önəm veririk. Biz həm parlamentlərarası, həm də ondan kənarda əməkdaşlığımızı gücləndiririk”, - A.Yatskin bildirib. O, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artdığını qeyd edib: "Regionların əməkdaşlıq etmək istəyi daha da artır. Nəqliyyat sektorunda əməkdaşlıq iki ölkənin iqtisadiyyatı üçün çox vacibdir". |
2023-12-08 | 811,683 | Şuşa və Göygölə prokurorlar təyin edildi | Şuşa rayonuna prokuror təyin edilib. Bu barədə Axar.az-a Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nəriman Əsədov Şuşa rayonuna prokuror təyin edilib. Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən, Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib. Xatırladaq ki, N.Əsədov bu təyinatadək Baş рrоkurоr yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş İdаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb. R.Həsənov isə bu təyinatadək Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib. |
2023-12-08 | 811,685 | ABB-nin müştərisi ol, pul hədiyyəsi və əlavə keşbek qazan! | ABB mobile tətbiqində qeydiyyatdan keçib tətbiqin imkanlarından istifadə etməyə başlayan yeni müştəriləri qazanc fürsətləri gözləyir. Bu müştərilər ABB-dən aşağıdakı hədiyyələri qazanacaqlar: Qazanc fürsətləri bununla bitmir. Yeni müştərilər komissiyasız köçürmələrdən də yararlanacaqlar. Üstəlik, ABB mobile ilə bütün ödənişlərindən 2% keşbek qazanacaqlar. Əgər müştəri tətbiqdə avtoödəniş də yaradarsa, keşbeki 3% olacaq. Dərhal “2x ƏDV geri al” gün ərzində oxudulan maksimum 5 qəbzə aiddir. Hər qəbzdəki əməliyyatın 100 AZN-lik hissəsinə hesablanır. Bir yeni müştəri ay ərzində 50 AZN-ə qədər “2x ƏDV” geri qazanır. Daha ətraflı burada Hazırda ABB-nin hər hansı məhsulundan istifadə etməyən istənilən müştəri tətbiqdə Tam DigiCard sifariş verib bu fürsətlərdən faydalana bilər. Tam DigiCard ABB-nin həm rəqəmsal, həm real kart məhsuludur. Bu kart bir çox bank xidmətlərindən rahat, illik limit olmadan və müxtəlif imtiyazlarla istifadə imkanı yaradır. Kartı anında əldə edib, Apple Pay və Google Pay-lə dərhal yararlanmaq olar. Tam DigiCard tamamilə ödənişsizdir və ABB mobile tətbiqində anında aktivləşdirmək olur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. |
2023-12-08 | 811,687 | Cəsarət Valehov vəzifəsindən azad olundu | Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub. Axar.az Report-a istinadən xəbər verir ki, qurumun aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub. Lakin C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb. Dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub. C.Valehov nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun ləğvi ilə bağlı sualına konkret cavab verməyib: "Hazırda səhhətimdə problemlər var, danışa bilmirəm. yeni dəyişiklik olub, başqa nə deyə bilərəm?!" |
2023-12-08 | 811,689 | Qarabağ Universiteti ilə bağlı sərəncam: tapşırıqlar verildi | Baş nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın Ədliyyə, Elm və Təhsil, İqtisadiyyat, Maliyyə nazirlikləri və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Nazirlər Kabinetinə təqdim etməlidirlər. Həmin qurumlar bir ay müddətində Universitetin nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər. Həmçinin, Maliyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin fəaliyyətinin maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Nazirlər Kabinetinə təqdim edəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin Xankəndi şəhərində torpaq sahəsi ilə təminatı məsələlərini həll edib Nazirlər Kabinetinə məlumat verməlidir. Elm və Təhsil Nazirliyi isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, bir ay müddətində Universitetin Xankəndi şəhərində tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim eməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verəcək. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. |
2023-12-08 | 811,690 | Qapılarımız onlara açıqdır - MSK sədri | Beynəlxalq qurumların nümayəndələri bizə müraciət edəndə həmişə qapılarımız onlara açıq olub. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, müəyyən qərəzli münasibət görəndə də bunu açıq şəkildə müzakirə edirlər: “Yenə də müzakirələrimiz açıq olacaq. Yenə də beynəlxalq təkilatlar hansı məsələ qaldırsa, biz bunu açıq şəkildə ictimaiyyətə çatdıracağıq və müzakirələri də o cür aparacağıq. Mətbuatı da dəvət edəcəyik o proseslərdə iştirak etsinlər. Burda yaradılan şəraitdən istifadə etməyib, gedib kimdənsə soruşub bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”. |
2023-12-08 | 811,691 | TDT-dən Bakı və İrəvanın birgə bəyanatına reaksiya | Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömürəliyev Azərbaycan və Ermənistanın dekabrın 7-də yaydığı birgə bəyanatı alqışlayıb. Axar.az xəbər verir ki, bu barədə TDT məlumat yayıb. “Birgə Bəyanat regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımdır”, - məlumatda bildirilib. Qeyd olunub ki, bu, iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin əldə olunmasına gətirib çıxaracaq birbaşa dialoq yoluna töhfədir. Həmçinin bildirilib ki, bəyanat münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmaq iradəsinin təzahürüdür. Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. |
2023-12-08 | 811,692 | Elnur Əliyev təhsil nazirinin müşaviri oldu | Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib, yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Axar.az xəbər verir ki, Elnur Qəzənfər oğlu Əliyev nazirin müşaviri təyin edilib. Elnur Əliyev eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini icra edəcək. |
2023-12-08 | 811,693 | Zaqatala xəstəxanasında mənimsəmə faktı aşkarlandı | “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Axar.az-a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.06.2021-ci il tarixdən 01.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. |
2023-12-08 | 811,694 | Bakıda xəstəxanada əməliyyat zamanı Tiktoka girib... - Video | Özəl tibb müəssisəsində lentə alınan videogörüntülər cəmiyyətdə narazılığa səbəb olub. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərin metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında, Kazım Kazımzadə, 99 ünvanında yerləşən “Uni” klinikasında həkim Elmir Qəhrəmanovun icra etdiyi əməliyyat zamanı lentə alındığı iddia edilir. Belə ki, əməliyyat gedərkən həkimin assistenti olduğunu bildirən xanım Tiktok platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma “Komutan”, XTQ, “Hidayət” kimi sözləri əlinə yazmasını istəyirlər. Xanım isə əlcəklərin üzərinə qeyd edilən sözləri yazır. Sözügedən canlı yayımda aparılan cərrahi əməliyyata dair heç bir məlumatlandırıcı məzmunun olmaması və xanımın əməliyyat zamanı lağlağı etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər. Məsələ ilə bağlı sözügedən klinikanın direktoru Elmir Daşdəmirov açıqlamasında sözügedən videogörüntülərin onun klinikasında və həkim Elmir Qəhrəmanovun əməliyyat zamanı çəkildiyinə dair iddiaları təsdiq edib: “Video-görüntülərdən xəbərim yox idi, indi gördüm. Həkim çağırılacaq, töhmət veriləcək. Mən işdən azad eləsəm, gedib ayrı müəssisədə işləyəcək. Həkimdir, diplomunu da əlindən ala bilmərəm. Digər məqamı Səhiyyə Nazirliyi yoluna qoymalıdır”. |
2023-12-08 | 811,695 | Bakı ilə İrəvanın yaydığı birgə bəyanat... - Afina | Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritislə erməni həmkarı Ararat Mirzoyan arasında telefonla danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yunan nazir Ermənistanla Azərbaycanın dekabrın 7-də yaydığı birgə bəyanatı alqışlayıb. Bundan başqa, nazirlər Yunanıstan və Türkiyə Ali Əməkdaşlıq Şurasının dünən keçirilən iclasının nəticələrini müzakirə ediblər. A.Mirzoyan yunan həmkarını İrəvana səfərə dəvət edib. Gerapetritis dəvəti qəbul edib və səfərin diplomatik kanallarla planlaşdırılacağını bildirib. Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. |
2023-12-08 | 811,696 | AB-dən HƏMAS-a qarşı sanksiya | Avropa Birliyi HƏMAS hərəkatının hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının saytı məlumat yayıb. Sanksiyalar siyahısına HƏMAS-ın hərbi qanadının baş komandanı, general Məhəmməd Deyf və HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsanın adı daxil edilib. |
2023-12-08 | 811,697 | Britaniya Bakı və İrəvanın bu addımını dəstəkləyir | Böyük Britaniya Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyir. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti “X” sosial şəbəkəsində yazıb. “Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyətlərini təsdiqləyən bəyanatı çox ruhlandırıcıdır. Bu ölkələrə son səfərim zamanı vurğuladığım kimi, Britaniya ölkələrin tarixi və davamlı sülhə nail olmaq səylərini tam dəstəkləyir”, - o vurğulayıb. |
2023-12-08 | 811,698 | Yaşar Əliyev vəfat etdi | Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 75 yaşında vəfat edib. Axar.az-ın Report-a istinadən xəbərinə görə, tanınmış diplomat bu gün axşam saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub. Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub. Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib. Qeyd edək ki, Y.Əliyev Ombudsman Səbinə Əliyevanın atası, millət vəkili Siyavuş Novruzovun qayınatasıdır. |
2023-12-08 | 811,699 | Ərdoğan Kosova prezidenti ilə görüşdü | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kosova Prezidenti Vyosa Osmani-Sadriu ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Görüş mətbuata bağlı formada baş tutub. |
2023-12-09 | 811,700 | Yaponiyalı mütəxəssis Türkiyəyə xəbərdarlıq etdi | Türkiyə zəlzələlər zamanı ən çox tələfatla üzləşən üçüncü ölkədir. Axar.az xəbər verir ki, bunu yaponiyalı inşaat mühəndisi, memar və zəlzələ eksperti Yoşinori Morivaki Türkiyədə tələbələrlə keçirdiyi görüşdə deyib. O bildirib ki, fevralın 6-da episentri Qəhrəmanmaraşda baş verən zəlzələni heç kim unutmamalıdır: “Artıq zəlzələlərlə bağlı reallıqları qəbul etməliyik. Əvvəllər "Konyada zəlzələ olmur" deyirdilər. İndi isə olur. Türkiyənin də Yaponiya kimi zəlzələ xəritəsi qırmızıdır. “Allah qorusun, zəlzələ olmasın” deyil, “Zəlzələdə dağıntı az olsun” deməliyik. Hamımız birlikdə tədbir görməli və yeraltı təkanlara hazır olmalıyıq. Zəlzələ ilə bağlı ehtiyat tədbirləri gördükdə, itkilər 70 faiz az olur. Bu çox vacib rəqəm deyilmi? Niyə bunu etmirik? Bir gün zəlzələ olacaq, buna hazır olmalıyıq. Əhməd Mete İşıkaranın dediyi kimi, “Zəlzələ öldürməz, bina öldürər”. Bunu unutmamalıyıq”. |
2023-12-08 | 811,701 | Ceyhun Bayramov estoniyalı həmkarı ilə danışdı | Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı baş tutub. Axar.az XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda hazırkı proseslər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə mövzusu olub. Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar. C.Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri, eləcə də son dövrlər bölgədə sülh və sabitliyə, iki ölkə arasında etimad yaradılmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2023-12-08 | 811,704 | Putinə milyondan çox sual veriləcək | Rusiya Prezidenti Vladimir Putinə ənənəvi birbaşa yayım zamanı veriləcək sualların sayı milyondan çox olacaq. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib. “Proqram zamanı yalnız onlarla suala cavab vermək mümkün olacaq. Bu, bəllidir”, - deyə sözçü bildirib. Qeyd edək ki, Vladimir Putinin illik ənənəvi mətbuat konfransının 14 dekabrda keçirilməcəyi gözlənilir. |
2023-12-08 | 811,705 | Türk lirəsi yenidən ucuzlaşdı | Türkiyədə lirə növbəti dəfə ucuzlaşıb. Axar.az xəbər verir ki, artıq 1 dollar 28,98 lirəyə çatıb. 1 avro isə 31,24 lirəyə satılır. |
2023-12-08 | 811,706 | Almaniya Ukraynaya Luna NG sistemi göndərdi | Almaniya Ukraynaya yeni silah partiyasını təhvil verib. Axar.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb. Bildirilib ki, yeni silah partiyasına Luna NG kəşfiyyat sistemi, 10 VEKTOR kəşfiyyat PUA-sı, 1750 ədəd 155 mm-lik mərmi, 70 MQV avtomatik qumbaraatan, 6 patrul maşını, 8 Zetros yük maşını və 100 min hərbi ilk yardım dəsti daxildir. |
2023-12-08 | 811,708 | Narkotikin təsiri ilə soyğunçuluq edən şəxs yaxalandı | Bakının Səbail rayonu Badamdar qəsəbəsində soyğunçuluq edən şəxs saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Zərərçəkən paytaxt sakini olan bir nəfər xanım yaşadığı evə gedən zaman naməlum şəxsin ona yaxınlaşaraq içərisində mobil telefon və sənədləri olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib. Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü İmamverdi Axundov saxlanılıb. O, ifadəsində hadisədən əvvəl narkotik vasitə qəbul etdiyini bildirib. Faktla bağlı toplanan materiallar istintaqa təqdim olunub, araşdırmalar davam etdirilir. İ.Axundovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına məlumat verə bilərlər. |
2023-12-09 | 811,709 | İsrail ona aid olmayan torpaqları işğal edib - Borrell | İsrail bir tərəfdən beynəlxalq hüquqa görə ona aid olmayan torpaqları zəbt edib, digər tərəfdən bütün dünyaya sülh iddiası irəli sürə bilməz. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. “Ona görə də gələn bazar ertəsi keçiriləcək AB-nin Xarici Əlaqələr Şurasında üzv dövlətlərə fələstinlilərə zorakılıq edənlərə qarşı tədbir görməyi tövsiyə edəcəyəm”, - Borrell bildirib. AB rəsmisi eyni zamanda qeyd edib ki, Avropa İsrailə qarşı səsini ucaltmalıdır: “Ümid edirəm ki, Qəzza zolağında fələstinlilərə qarşı zorakılığın dayandırılması üçün tədbirlər görəcəyik. 30 il əvvəl Oslo sazişinin imzalanmasına baxmayaraq, İsrail beynəlxalq hüquqa məhəl qoymadan işğalını 4 dəfə artırıb”. |
2023-12-08 | 811,711 | MM sədri Avropa Şurasının Baş katibi ilə görüşdü | Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 8-də Bakıda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə görüşdə Azərbaycan və Ermənistan arasında etimad quruculuğu proseslərini müzakirə edib. Bu barədə Axar.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə Azərbaycanla Avropa Şurası (AŞ) arasında mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində görülmüş işləri, həyata keçirilmiş birgə proqramları qeyd edib, 2022-2025-ci illəri əhatə edən yeni Fəaliyyət Planının əlaqələrin dərinləşməsində mühüm vasitə kimi qiymətləndirib. Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. O, ölkəmizin bir sıra mühüm Konvensiyalara qoşulduğunu deyərək, bu məsələdə parlamentin mühüm rolu olduğunu bildirib. Sahibə Qafarova regionda gedən proseslər barədə ətraflı məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Söhbət zamanı AŞ-ın Baş katibi regionda davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmizin atdığı addımları təqdir etdiklərini bildirib. Maria Peyçinoviç Buriç Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb. Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə olunduğu görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın AŞ yanında daimi nümayəndəsi səfir Fəxrəddin İsmayılov, AŞ-nin Bakı ofisinin rəhbəri səfir Petr Zix və digər rəsmi şəxslər iştirak edib. |
2023-12-08 | 811,712 | Borrell Qəzzadan danışdı: II Dünya savaşından bəri... | Doğrudur, ABŞ-ın İsraillə geniş əlaqələri var. İsrailin ən böyük hərbi tədarükçüsüdür. Lakin digər tərəfdən onu da etiraf etmək lazımdır ki, ABŞ dövlət katibi ötən gün İsrailə çağırış edərək, Qəzzada əməliyyatlarını beynəlxalq hüquqa və mülki şəxslərin qorunmasına hörmət edərək keçirməsini istəyib. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. “Çünki Qəzzada həyata keçirilən bombardman artıq tarixin ən intensiv bombardman əməliyyatlarına çevrilib. Bu, İkinci Dünya müharibəsi zamanı Almaniya şəhərlərinin dağıdılması ilə müqayisə edilə bilən və hətta ondan da yüksək səviyyədədir”, - deyə o bildirib. |
2023-12-08 | 811,714 | Qəzzada yüzdən çox məscid dağıldı | İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 104 məscid və 3 tarixi kilsə məhv edilib. Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın məlumatında deyilir. Bildirilib ki, əməliyyatlar zamanı çoxsaylı tarixi abidəyə zərər dəyib. |
2023-12-08 | 811,717 | İsrail tunelləri su ilə doldursa... - Rusiya | Rusiya iki ay ərzində BMT Təhlükəsizlik Şurasının Qəzzada zorakılığın dayandırılmasını tələb etməməsindən son dərəcə məyusdur. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin məlumatında deyilir. “İsrail Qəzzada tunelləri su ilə doldurmağa qərar verərsə, müharibə cinayəti törədəcək”, - deyə bildirilib. |
2023-12-08 | 811,722 | Abbas İsmayılov nazir əvəzi təyin edildi | Abbas İsmayılov Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov müvafiq sərəncam imzalayıb. Digər sərəncamla A.İsmayılov Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası A.İsmayılova həvalə edilib. |
2023-12-08 | 811,725 | ATƏT PA sədri Bakı-İrəvan razılaşmasını alqışladı | ATƏT-in Parlament Assambleyasının sədri Pia Kauma (Finlandiya) və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışlayıblar. Axar.az ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar Azərbaycan Prezidentinin Administrasiyası ilə Ermənistanın Baş nazirinin Ofisi arasında aparılan danışıqların nəticələrini regionda davamlı sülhə doğru atılan tarixi addım, ölkələrin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsinə nail olmaq öhdəliyinə sadiqliklərini nümayiş etdirməsi kimi qiymətləndiriblər. “Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində atdığı bu qətiyyətli addımları yüksək qiymətləndirirəm. Bu, gələcək əməkdaşlıq üçün müsbət presedent yaradır. Ümid edirəm ki, bu, gələcək təşəbbüslər üçün əsas olacaq”, - ATƏT PA-nın sədri bildirib. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. |
2023-12-08 | 811,728 | Fransada xoruzların banlamaq hüququ tanındı - Qanun | Fransada kənd yerlərində xoruzların banlamaq hüququnu qoruyan qanun qəbul edilib. Axar.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb. “Kənd yerlərində səslər və qoxular haqqında” qanun mövcud təsərrüfatların əraziyə yeni gələn sakinlərdən daha çox qorunmasını təmin etmək məqsədi daşıyır. |
2023-12-08 | 811,731 | Fələstin Qəzzanı idarə edə bilməz - Netanyahu | Fələstin administrasiyasının müharibədən sonra Qəzzanı idarə etməsi həll yolu deyil. Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsində yazıb. “Birincisi HƏMAS olmayacaq, onu məhv edəcəyik, ikincisi də Fələstin administrasiyası həll yolu deyil”, - deyə Netanyahu bildirib. |
2023-12-08 | 811,734 | Bakı və İrəvanın birgə çağırışı: Növbə Parisindir | Azərbaycan və Ermənistan etimad quruculuğunu və inam atmosferini yaratmağa davam edəcəklərsə, İrəvan prosesin müsbət istiqamətdə inkişafı məqsədilə beynəlxalq təşkilarlarda və müxtəlif dövlətlərdə Azərbaycan əleyhinə açıq və gizli fəaliyyətinə son qoymalıdır. Bunun baş verib-verməyəcəyini yaxın günlərdə görəcəyik. Əks halda iki ölkə arasındakı vəziyyət yenə əvvəlki gərginliyə qayıdacaq. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazir Aparatının birgə bəyanatına münasibətində qeyd edib. Politoloq qeyd edib ki, xarici siyasi mərkəzlər də Azərbaycan əleyhinə “etnik təmizləmə” ittihamı və digər təxribatçı fəaliyyətlərdən əl çəkməlidirlər: “Çünki onların bu addımları Azərbaycanla Ermənistan arasında atılan addımlara zərbə vuracaq. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında belə bir cümlə var: “Beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verməyə, Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırıq”. Yəni bu cümləni belə də oxumaq olar: “Bəyan etdiyiniz kimi, Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq istəyirsinizsə, iki ölkənin birgə səylərinə zərbə vuracaq siyasət yürütməyin, gərginlik yaradacaq açıqlamalar verməyin”. Vaşinqton Azərbaycan siyasətini korrektə edəcəyini vəd edib, növbə Parisindir”. |
2023-12-08 | 811,735 | HƏMAS İsrailin paytaxtına yenə zərbələr endirdi | HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadası İsrailin paytaxtı Təl-Əvivə növbəti raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir. Bildirilib ki, hücum İsrailin dinc fələstinliləri kütləvi şəkildə öldürməsinə cavab olaraq həyata keçirilib. |
2023-12-08 | 811,736 | Olimpiya Oyunları: ruslar Parisə gedəcək – İcazə verildi | Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında fərdi neytral idmançı kimi iştirak etməyə icazə verib. Axar.az xəbər verir ki, beynəlxalq federasiyalar və beynəlxalq idman tədbirlərinin təşkilatçıları üçün BOK İcraiyyə Şurasının 28 mart 2023-cü il tarixli tövsiyələri əsasında ciddi seçim şərtləri tətbiq olunacaq. Ruslar və belaruslar komanda yarışlarında iştirak edə bilməyəcəklər. Hərbi və ya milli təhlükəsizlik təşkilatları ilə əlaqəli şəxslərin də Olimpiadada iştirakına icazə verilməyəcək. Bundan əlavə, həmin ölkələrin rəsmiləri müsabiqəyə akkreditasiyadan keçməyəcəklər. Bildirilir ki, hazırda Rusiyadan 8, Belarusdan isə 3 idmançıya Olimpiya Oyunlarında iştiraka icazə verilib. |
2023-12-08 | 811,738 | Paşinyan sabah sərhədimizə gələcək | Nikol Paşinyan Su Patrul Xidmətinin fəaliyyətə başlaması ilə bağlı mərasimdə iştirak etmək üçün sabah Göyçə gölünə yola düşəcək. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Qeyd edilib ki, bu ildən Göyçə gölündə Su Patrul Xidməti fəaliyyət göstərəcək. Yeni yaradılan bölmə Ermənistan Daxili İşlər Nazirliyinin Polis Patrul Xidmətinin Göyçə bölməsinin nəzdində fəaliyyət göstərəcək. |
2023-12-08 | 811,740 | Bolqarıstan da Bakıya görə namizədliyini geri götürdü | Bolqarıstan da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyib. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. |
2023-12-09 | 811,741 | Ukrayna 2024-cü ildən sağ çıxsa… - VSJ | Uğursuz yay əks-hücum əməliyyatı və Qərb silahlarının tədarükü ilə bağlı problemlər fonunda Ukrayna Rusiya ordusunun irəliləyişini dayandırmaq üçün müdafiəyə keçmək məcburiyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşrində yayılan məqalədə bldirilib. Məqalədə Ukraynanın düşdüyü son dərəcə çətin geosiyasi vəziyyətin səbəbləri bu cür təqdim edilib: böyük ümidlər bəslənən yay əks-hücumunun uğursuzluğu, ABŞ Konqresində daxili siyasi çəkişmələr səbəbindən ABŞ yardımının dayandırılması, AB-nin kifayət qədər hərbi dəstək verə bilməməsi və Rusiya iqtisadiyyatının nəzərəçarpacaq dərəcədə müharibə vəziyyətinə keçməsi. Vurğulanıb ki, cəbhə boyu müdafiə istehkamlarının inşasını elan edən Zelenskinin son bəyanatı müharibənin yeni mərhələyə keçməsinin sübutudur. Əgər genişmiqyaslı müharibənin əvvəlində Ukrayna Silahlı Qüvvələri manevr müdafiəsi taktikasına əl atırdısa, indi 2014-cü ildən sonra Donbasda olan səngər döyüşü taktikası yenidən qayıdır. Müəlliflər Rusiya işğalının ilk həftələrində müharibənin uzun sürəcəyi ilə bağlı xəbərdarlıqlar edildiyini, ancaq Ukrayna Silahlı Qüvvələrinin 2022-ci ilin payızında əldə etdiyi inanılmaz uğurun sürətli qələbəyə boş ümidlər verdiyini xatırladıb. “İndi xatırlatmalıyıq ki, bu, uzun bir müharibə olacaq”, - adı açıqlanmayan avropalı diplomat nəşrə bildirib. Məqalədə bildirilib ki, əgər Ukrayna və onun müttəfiqləri mövcud çətinliklərin öhdəsindən gələ və qoşun təchizatını davam etdirə bilsələr, Qərb strateqləri ən yaxşı ssenarinin gələn ilin Ukrayna ordusunun yenidən qurulması ili olacağına inanırlar: “Digər ümid odur ki, Rusiya Ukrayna müdafiəsini sındırmaq cəhdində xeyli güc itirəcək. Nəhayət, bu, 2025-ci ilin yazında Ukraynanın yenidən hücum imkanlarına sahib olacağı anlamına gəlməlidir - əgər 2024-cü ildən sağ çıxsa”. |
2023-12-08 | 811,742 | "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi | Azərbaycan Premyer Liqasında XVI tura start verilib. Axar.az-ın məlumatına görə, açılış oyunu Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Görüş son çempionun böyükhesablı qələbəsi ilə yekunlaşıb – 6:1. “Sumqayıt”ı səfərdə darmadağın edərək xallarının sayını 35-ə çatdıran “Qarabağ” liderliyini bir qədər də möhkəmlədib. “Kimyaçılar” isə 23 xalla üçüncü pillədə qalıb. Qeyd edək ki, turun digər oyunları dekabrın 9-10-da keçiriləcək. |
2023-12-08 | 811,744 | Bayramovla Mirzoyanın Brüsseldə görüşü... - İrəvan | Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Brüsseldə heç bir danışıqlar planlaşdırılmır. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib. “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla heç bir danışıqlar və ya görüş nəzərdə tutulmur”, - deyə Badalyan bildirib. Qeyd edək ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri dekabrın 11-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində iştirak edəcəklər. |
2023-12-08 | 811,745 | Şahin Mustafayev Overçukla görüşdü | Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun görüşü olub. Axar.az xəbər verir ki, tərəflər Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının işinin gündəliyinə daxil olan ikitərəfli ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini nəzərdən keçiriblər. Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyən ticarət inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüşdə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsinin artımının 2023-cü ilin yanvar-oktyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz təşkil etdiyi qeyd olunub. Tərəflər Rusiya-Azərbaycanın münasibətlərin bütün istiqamətlər üzrə möhkəmlənməsinə yönələn konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. |
2023-12-08 | 811,748 | 1500 erməni yük maşını Larsda keçid üçün gözləyir | Yuxarı Lars keçid məntəqəsində 1,5 minə yaxın erməni yük maşını keçid üçün gözləyir. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib. Qeyd edək ki, Yuxarı Lars yolu hava şəraiti ilə bağlı yük maşınları üçün yenidən bağlanıb. |
2023-12-08 | 811,749 | BMT Bakı - İrəvan bəyanatını alqışladı | BMT-nin Baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır. Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarik Report-a açıqlamasında deyib. Sözçü bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı bəyanat yaymaqla etimat quruculuğu prosesinə töhvə vermək üçün ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliklərini təsdiqləyiblər: "BMT tərəflərin bölgədə davamlı sülhün bərqərar olunması və əhalisinin rifahı naminə qarşılıqlı etimadı qorumaqla razılaşmaya əsaslanmağı təşviq edir". |
2023-12-08 | 811,751 | Xəzərdə yenə zəlzələ oldu | Bu gün yerli vaxtla saat 21:00-da Astara stansiyasından 45 km cənub-şərqdə, Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ ocağının dərinliyi 11 km olub. Zəlzələ hiss olunmayıb. Qeyd edək ki, dekabrın 7-də saat 08:16-da Xəzər dənizində 5,6 bal gücündə zəlzələ baş vermişdi. |
2023-12-09 | 811,757 | Qəzzada atəşkəs çağırışlarını dəstəkləmirik - ABŞ | ABŞ Qəzza zolağında dərhal atəşkəs çağırışlarını dəstəkləmir, çünki bu, növbəti müharibənin toxumlarını səpəcək. Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib. "Birləşmiş Ştatlar həm israillilərin, həm də fələstinlilərin təhlükəsiz yaşaya biləcəyi davamlı sülhü qəti şəkildə dəstəkləsə də, biz dərhal atəşkəs çağırışlarını dəstəkləmirik. Bu, yalnız növbəti müharibənin toxumlarını səpəcək, çünki HƏMAS qalıcı sülh və ikidövlətli həll görmək istəmir”, - deyə R.Vud bildirib. |
2023-12-08 | 811,760 | Putin tektonik dəyişikliklərə rəhbərlik edir - Peskov | Rusiya Prezidenti Vladimir Putin dünya həyatında tektonik dəyişikliklərə rəhbərlik edib. Axar.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib. “Putinin namizəd olmağa razılıq verməsi həqiqətən qlobal hadisədir. Dünyada baş verənlərə baxın, əslində Rusiya və Rusiyanın başında duran Putin qlobal həyatın bütün sahələrində - istər dünya siyasətində, istərsə də dünya iqtisadiyyatında - tektonik dəyişikliklər, tektonik sürüşmələr prosesinə rəhbərlik edib”, - Peskov bildirib. O əlavə edib ki, ruslar öz prezidentinin ətrafında birləşiblər və prezidenti dəstəkləmək istəkləri barədə susmaq istəmirlər, bu barədə danışır, yazırlar. Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin 17 martında keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. |
2023-12-08 | 811,761 | Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq | 2024-cü il yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq. Axar.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. |
2023-12-08 | 811,764 | Bu tarixədək xaricdə seçki məntəqələri yaradılacaq | 2024-cü il yanvarın 8-dək səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılmasına başlanılacaq. Axar.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. |
2023-12-08 | 811,765 | Erməni deputatlar sülh mətni ilə tanış oldu: “Təhlükə” varmış... | Ermənistan parlamentinin müxalifətdən olan deputatları Kristin Vardanyan, Anna Qriqoryan və Geqam Manukyan Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair sazişlə bağlı iki ölkənin son təklifləri ilə tanış olublar. Axar.az xəbər verir ki, bu barədə 3 deputatın birgə açıqlamasında qeyd edilib. Onlar bildirib ki, israrlı müraciətlərdən sonra bu gün Ermənistan XİN-də sülh sazişinin müzakirə edilən mətni ilə tanış olmaq imkanı yaradılıb. “Bu anda aşağıdakıları qeyd edə bilərik: Tam məxfi kimi qeyd olunan sənədin bütün bəndlərini dərc edə bilməsək də, qeyd edək ki, təkliflərlə tanış olmaq onun təhlükəsini təsdiqlədi və bu məsələ ilə bağlı əvvəllər söylədiyimiz bütün qorxuları gücləndirdi”, - onlar birgə açıqlamada vurğulayıblar. |
2023-12-08 | 811,766 | Fevralın 17-dək seçkilərə yekun vurulacaq | 2024-cü il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq. Axar.az-ın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb. Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. |
2023-12-08 | 811,769 | Bildirişlər seçicilərə nə zaman paylanacaq? | 2024-cü il yanvarın 31-dək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması yekunlaşacaq. Axar.az-ın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb. Səsvermə gününə 7 gün qalanadək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması yekunlaşmalıdır. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. |
2023-12-08 | 811,770 | Paris İrəvana daha 15 milyon “təcili yardım” ayırdı | Paris İrəvana daha 15 milyon avro təcili humanitar yardım ayıracaq. Axar.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommünikesində deyilir. “Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə davam edir. Noyabrın 30-da parlament Ermənistana və “Dağlıq Qarabağ qaçqınları”na təcili olaraq 15 milyon avro ayrılmasını təsdiqləyib”, - mətndə bildirilib. Beləliklə, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avroya qalxıb. Qeyd edək ki, Fransa bundan öncə İrəvana hərbi dəstək vermək niyyətini açıqlamışdı. |
2023-12-08 | 811,773 | BCM-in həbs qərarından sonra Putin bu ölkələrə gedib | Bu il 17 martda Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putin haqda həbs qərarı çıxarmasından sonra Kreml sahibi br çox ölkəyə səfər edib. Axar.az xəbər verir ki, oktyabrın 12-13-də Putin Qırğızıstanda, oktyabrın 17-18-də Pekində, noyabrın 9-10-da Astanada rəsmi səfərdə olub. Noyabrın 23-də KTMT-nin sammitində iştirak üçün Belarusa gedən Putin dekabrın 6-da BƏƏ-yə, oradan isə Səudiyyə Ərəbistanına səfər edib. Putnin səfər etdyi ölkələrin heç biri Roma Statutunu ratifikasiya etmədiyindən, ona hər hansı təhlükə də yoxdur. Buna baxmayaraq, 2022-ci il 24 fevralında Ukraynada “xüsusi hərbi əməliyyat” başladıqdan sonra xarici səfərlərdən yayınan Putinin oktyabrdan sonra aktivləşməsi diqqət çəkib. Beynəlxalq ekspertlərin fikrincə, Putin artıq Ukraynada qələbəni təmin edib, indi isə birbaşa xarici səfərlərlə Rusiyanın müttəfiqlərinin sayını artırır və Qərbə qarşı koalisiya formalaşdırır. Qeyd edək ki, Ermənistan Roma Statutunu ratifikasiya edib. |
2023-12-08 | 811,775 | Pərvin Abıyevanın ölkədən çıxışı qadağan edilə bilər | Aktrisa Pərvin Abıyevanın Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər. Kult.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək, P.Abıyevanın ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib. Buna səbəb isə yığılan vergi borcunun ödənilməməsidir. Əldə etdiyimiz məlumata görə, aktrisanın vergi borcu hazırda 95 min manatı ötüb. Məhkəmə işi hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmə baxışı dekabrın 14-nə təyin edilib. Əgər məhkəmə iddianı təmin etsə, aktrisanın Azərbaycandan çıxışı müvəqqəti məhdudlaşdırılacaq. |
2023-12-09 | 811,777 | Piterə uçan təyyarə təcili eniş etdi | Rusiyanın Mineralnıye Vodı şəhərindən Sankt-Peterburqa uçan təyyarə təcili eniş edib. Axar.az xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov sosial şəbəkədə yazıb. “Saat yerli vaxtla 17:50-də Mineralnıye Vodıdan Sankt-Peterburqa qalxan təyyarənin göyərtəsində depressurizasiya barədə məlumat verən sensor işə düşüb. Hadisə havaya qalxdıqdan az sonra baş verib. Təyyarə Minvoda qayıdıb, artıq eniş edib. Hadisə nəticəsində itki yoxdur. Lazımi tədbirlər görülür”, - deyə o bildirib. |
2023-12-09 | 811,779 | Bakının vasitəçisiz gedişi: ABŞ alqışladı, amma “çağırır”… | Bakı və İrəvanın birgə bəyanatı bütün ABŞ və Avropa ölkələri tərəfindən alqışlanır: Bakını öz platformasına apara bilməyən Qərb üçün Rusiyanın iştirak etmədiyi format məqbuldur, Moskva da yalnız razılaşmadan bir gün sonra - Qərb ölkələrindən dəstəyin gəldiyini görərək, mövqeyini açıqladı. Bu razılaşmanın böyük ölçüdə Bakının siyasi iradəsi olduğunu deyə bilərik. Çünki Qərb platformalarındakı mövcud gündəlik Azərbaycanın maraqlarına uyğun gəlmir, lakin bundan davamlı şəkildə imtina təzyiqləri də aktuallaşdırır. Bu baxımdan, Azərbaycan ikitərəfli formatı irəli sürməklə həm Qərbin “istəyinə uyğun” olaraq, Rusiyanın vasitəçiliyini arxa plana keçirir, həm də marağında olmayan gündəliyin müzakirəsindən yayınır. İstisna deyil ki, rəsmi Bakı Obrayenin səfəri zamanı Vaşinqton, yaxud Brüssel formatında danışıqların davam etdirilməsi istəyinə qarşı ikitərəfli formatda irəliləməyi irəli sürüb. Azərbaycan əvvəldən ikitərəfli formatı dəstəkləyir, xüsusilə üçüncü tərəflər olmadığı təqdirdə iki ölkənin məsələləri həll etməsi perspektivi daha real görünür. Lakin birgə bəyanat daha çox texniki xarakter daşıyır və bunun yekunda sülh sazişinin imzalanmasını sürətləndirəcəyi gözləntisi azdır. Birincisi, tərəflər arasında fikir ayrılıqları aradan qalxmayıb, yaxud fikir ayrılıqlarının olduğu məsələlər üzərində irəliləyişə nail olunmayıb: kommunikasiyanın necə açılması, sərhədin hansı prinsiplər əsasında delimitasiyası praktiki müstəvidə çətinliklərlə üzləşir; İkincisi, bölgədə maraqlı tərəflərin – Qərb və Rusiyanın ikitərəfli formatın uzunmüddətli davam etməsinə imkan verəcəyi ehtimalı azdır, xüsusilə iki tərəfdən birinin prosesə müdaxilə cəhdi digərini də aktivləşdirəcək və sülh danışıqları ətrafında maraq mübarizəsi kəskinləşəcək; Artıq Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün gözləyir. Rəsmi Bakı buna cavab verməsə də, İrəvan hazır olduğunu bəyan edib. Və Ermənistanda ikitərəfli danışıqlarla bağlı “şərt” də irəli sürülür, “beynəlxalq tərəfdaşları və danışıqlarda vasitəçilik etmək istəyi və məsuliyyətini ifadə edən tərəfləri Azərbaycana təzyiqləri artırmağa çağırmaq” təhdidi səslənir. Bu, o deməkdir ki, Bakının ikitərəfli formatda danışıqlar istəyi “hələlik” qəbul edilib və “ilk fürsətdə” Qərb vasitəçilərini oyuna daxil etməyə çalışacaqlar. Vaşinqtonun görüşün təşkilinə hazırlaşması Moskvanın da adekvat addımına zəmin yaradacaq. |
2023-12-09 | 811,782 | Türkiyə məşhur Vitya Panı Rusiyaya göndərir | Türkiyə İnterpol tərəfindən axtarışda olan, kriminal dairələrdə “Vitya Pan” ləqəbi ilə tanınan Viktor Panyuşini Rusiyaya ekstradisiya edir. Axar.az xəbər verir ki, “Habertürk” cinayətkarın Şimali Kiprdə (Kuzey Kıbrıs) saxlanıldığını bildirib. Rusiyada adam öldürmək də daxil olmaqla, 9 ağır cinayətdə təqsirli bilinən Vitya Pan Ukraynaya qaçaraq, başqa soyad və doğum tarixi ilə bu ölkənin pasportunu alıb. Keçən ilin mayında o, Ukrayna pasportu ilə Şimali Kiprdə oteldə qalıb. 2023-cü ilin əvvəlində Panyuşin yenidən Ukrayna pasportu ilə Şimali Kiprə gəlib, iyun ayında saxta pasporta görə saxlanılıb. Məlumatda qeyd edilib ki, prosedurlar başa çatdıqdan sonra Vitya Pan Türkiyəyə göndəriləcək, oradan isə Rusiyaya ekstradisiya olunacaq. |
2023-12-09 | 811,784 | İsrailin gecə əməliyyatı uğursuz oldu | İsrail ordusunun gecə saatlarında Qəzzada HƏMAS-ın saxladığı girovları xilas etmək üçün təşkil etdiyi əməliyyat uğursuzluqla nəticələnib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, əməliyyat zamanı heç bir girov azad edilə bilməyib və iki İsrail hərbçisi də ağır yaralanıb. Əlavə məlumat verilmir. |
2023-12-09 | 811,785 | Dünyanın ən varlı 5 ailəsi açıqlandı | 2023-cü il üçün dünyanın ən zəngin ailəsi adını 305 milyard dollar sərvəti ilə BƏƏ-nin hakim Ən-Nəhyan sülaləsi qazanıb. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb. Reytinqdə ikinci yerdə “Valmart” (Walmart) mağazalar şəbəkəsinin yaradıcısı Sem Uoltonun ailəsi (259,7 milyard), üçüncü yerdə isə “Hermes” brendinin sahibləri olan Hermes ailəsi (150,9 milyard) qərarlaşıb. “Mars” şirkətinin sahiblərinin ailəsi 141,9 milyard dollarla 4-cü, Qətərin hakim Əs-Sani (133 milyard) ailəsi isə beşinci yerdədir. |
2023-12-09 | 811,786 | ABŞ bazasına hücum edildi | Suriyanın Hasekə vilayətinin Əş-Şəddadi şəhərində neft yataqlarında yerləşən ABŞ hərbi bazası raket hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilib ki, bazaya 4 raket atılıb. Dağıntı və tələfat barədə məlumat verilmir. |
2023-12-09 | 811,787 | Tusk Ukraynaya söz verdi: Baş nazir olsam... | Baş nazir postuna təyin olunduqdan sonra Varşava ilə Kiyev arasında yaranmış mübahisələri həll edəcəyəm. Axar.az xəbər verir ki, bunu Polşa “Vətəndaş Koalisiyası” partiyasının lideri, ölkənin mümkün baş naziri Donald Tusk deyib. O bildirib ki, Ukrayna ilə münasibətlərdə prioritet Polşa daşıyıcılarının tətil problemi olacaq. Tusk Polşa daşıyıcılarının maraqlarına uyğun hərəkət edəcəyinə söz verib: “Sərhəd blokadasına son qoyulması üçün problemlərin həllini axtarmaq niyyətindəyik”. Bundan əlavə, Tusk Mateuş Moravetski hökumətini Ukrayna ilə münasibətlərdə yanlış siyasətə görə tənqid edib. Qeyd edək ki, hazırki hökumət rəhbəri Mateuş Moravetski iki həftə ərzində Seymdə etimad səsverməsi almazsa, o zaman yeni kabineti formalaşdırmaq hüququ Donald Tuska məxsus olacaq. Əlavə edək ki, Polşada keçirilən son parlament seçkilərindən sonra Tuskun rəhbərlik etdiyi “Vətəndaş koalisiyası” parlamentdə ikinci partiya statusunu qazanıb. |
2023-12-09 | 811,788 | ABŞ-dan Putinin seçki qərarına reaksiya... | Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərlə söhbəti zamanı Rusiya Prezidenti Vladimir Putinin 2024-cü il prezident seçkilərində iştirak qərarını şərh edib. Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. "Bu, əla yarış olacaq. Bu barədə deyəcəyim tək şey budur", - deyə Kirbi bildirib. Qeyd edək ki, Putin 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlayıb. |
2023-12-09 | 811,789 | Ukrayna ordusunun bu qış əsas vəzifəsi… - Zelenski | Bu qış Ukrayna ordusunun əsas vəzifələrindən biri rus işğalçıların təşəbbüsü ələ keçirməsinin qarşısını almaq və güclənməkdir. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Ali Baş Komandanlığın Qərargahının yekunları ilə bağlı xalqa müraciətində deyib. “Dövlətimizin vəzifəsi - indi, qışda, nə qədər çətin olsa da, - güc nümayiş etdirmək və düşmənin təşəbbüsü ələ keçirməsinə, onların mövqelərini möhkəmləndirməsinə imkan verməməkdir”, - o bildirib. Prezident əlavə edib ki, Qərargahın iclasında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və müxtəlif əməliyyat rayonlarına məsul komandirlər əməliyyat şəraiti ilə bağlı məruzə ediblər. “Kupyansk, Liman və bütün Donetsk istiqamətləri, cənub… Mən bütün əsgər və komandirlərə səbir və cəsarətlərinə görə təşəkkür edirəm”, - Zelenski vurğulayıb. |
2023-12-09 | 811,790 | Etibar Muradxanlı “Yusif Səmədoğlu mükafatı” aldı | “Dastanoğlu” fondunun Yusif Səmədoğlu adına təsis etdiyi Qarabağın Zəfər tarixinə həsr olunmuş müsabiqə başa çatıb. Kult.az xəbər verir ki, müsabiqədə roman janrı üzrə Etibar Muradxanlının “İlin beşinci fəsli”, povest janrı üzrə Nazilə Gültacın “Şəhid atası”, hekayə janrı üzrə Təvəkkül Boysunarıın “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar” əsəri qalib olub. Qaliblərin bu gün AYB-də təltifedilmə mərasimi keçirilib. |
2023-12-09 | 811,791 | Darsaliya: Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi... | Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarıdır. Heydər Əliyev, eyni zamanda, Azərbaycan-Gürcüstan münasibətlərinin qurucusudur. Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya söyləyib. Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və möhkəmlənməsində fenomen şəxsiyyət, dahi siyasətçi Heydər Əliyevin xidmətləri əvəzsizdir. L.Darsaliya deyib: "Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri qurulub. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində isə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İnanıram ki, ölkələrimiz arasındakı qarşılıqlı hörmət və etimada söykənən bu münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək". Nazir müavini bildirib ki, Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində regionda reallaşan enerji və nəqliyyat layihələri təkcə bizim xalqlarımızın mənafelərinə deyil, bütünlükdə regionda sülhün və sabitliyin bərqərar olmasına, ümumi inkişafına xidmət edir. "Dünya şöhrətli siyasi xadim, unudulmaz şəxsiyyət Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq " - deyə, Laşa Darsaliya vurğulayıb. |
2023-12-09 | 811,794 | ABŞ-dan Ukrayna etirafı: İrəliləyiş yoxdur! | ABŞ Prezidenti Co Bayden administrasiyası ilə Konqres arasında Ukraynaya yeni yardım paketinin razılaşdırılması məsələsində hələlik konsensus yoxdur. Axar.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Barəsində danışılacaq hər hansı irəliləyiş yoxdur”, - deyə Kirbi bildirib. |
2023-12-09 | 811,795 | Əliyevin öz müttəfiqi var, biz ona lazım deyilik - Lepexin | Nə Bakının, nə də İrəvanın Rusiyanın vasitəçiliyinə ehtiyacı var, onlar Rusiyanın Cənubi Qafqazdan çıxmasını təmin etməkdə həmrəydirlər. Axar.az xəbər verir ki, bu sözləri Aİİ İnstitutunun direktoru, rusiyalı politoloq Vladimir Lepexin ermən mediasına müsahibəsində deyib. O əlavə edib ki, Azərbaycanın Türkiyə də daxil olmaqla, öz müttəfiqləri var, Ermənistan isə Qərbə doğru gedir, ona görə də Rusiya heç kimə lazım deyil: “Əliyevin erməni məhbusları azad etmək qərarı bu yaxınlarda Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin hədiyyəsidir. Dövlət katibinin köməkçisi səfərinin nəticələrini göstərməkdə maraqlıdır. Onun rəhbəri Blinken də bunda maraqlıdır. Əliyev çox gözəl anlayır ki, ABŞ dövlət katibinin köməkçisinin çevik olması və Azərbaycanın düzgün istiqamətdə getdiyini söyləməsi üçün ona hədiyyə vermək lazım idi. Əliyev də bunu etdi - o, əsirləri azad etməyə və Ermənistanla dialoqa getməyə hazır olduğunu göstərdi. Hər kəs öz bonusunu aldı. Amma ən böyük bonusu ABŞ alıb – o vaxt xoşbəxt olacaq ki, vəziyyətə nəzarət etsin, sülhməramlı kimi regiona daxil olsun və Rusiya getsin”. O, Moskvanın buna cavab olaraq Rusiyada Ermənistanla Azərbaycan arasında görüş keçirmək təşəbbüsü ilə çıxış edə biləcəyini istisna etməyib: “Ancaq bu, heç nəyi dəyişməyəcək. Bu gün Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyi yoxdur, ona görə də bu cəhdlər mənasız olacaq”. Onun sözlərinə görə, Rusiya regiondakı vəziyyəti dondura bilməz: “Rusiya ancaq özünü dondura bilər, Rusiya Federasiyasından kənarda heç nəyi dondura bilməz. Əgər o, Cənubi Qafqazı tərk edirsə və ya oradan sıxışdırılırsa, o zaman nəyisə necə dondura bilər? Rusiyanın başqa problemləri var, o, getdikcə daha çox iqtisadi məsələlərlə məşğul olur. Bundan başqa, prezident seçkilərinə, eləcə də Ukrayna ilə bağlı danışıqlara hazırlıq gedir”. |
2023-12-09 | 811,796 | Axmaqlar, Ukrayna artıq uduzub - Tramp | Ukrayna artıq Rusiya ilə müharibəni uduzub. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidentinin oğlu Donald Tramp (kiçik) deyib. “Artıq daha böyük müharibə yoxdur; hərbi-sənaye kompleksinin maliyyələşdirilməsi də yoxdur. Sizin içinizdəki axmaqlar üçün: Ukrayna bu müharibəni çoxdan uduzub, biz sadəcə onları sonsuz pulla həyat təminatı sistemində edirik!", - deyə Tramp bildirib. |
2023-12-09 | 811,797 | Navalnı yoxa çıxdı: məhkəməyə də gətirilmir | Bu gün Aleksey Navalnı videobağlantı vasitəsilə də məhkəmədə iştirak etməyb. Axar.az xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış sosial şəbəkələrdə yazıb. “Cəzaçəkmə müəssisəsinin işçisi bildirdi ki, onlarda hələ də “fövqəladə vəziyyət” var və işıq yoxdur. Artıq üçüncü gündür ki, biz Alekseylə nə baş verdiyini və onun harada olduğunu bilmirik”, – o qeyd edib. Xatırladaq ki, 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalif lider Navalnıya qarşı bir müddət əvvəl yeni cinayət işi açılıb. |
2023-12-09 | 811,798 | ABŞ BƏƏ-nin qətnaməsini blokladı | ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edib və İsrail-Fələstin zonasında dərhal atəşkəs tələb edən BƏƏ-nin hazırladığı humanitar qətnamə layihəsini bloklayıb. Axar.az xəbər verir ki, qətnamənin lehinə Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü, o cümlədən Rusiya və Çin səs verib, Böyük Britaniya isə səsvermədə bitərəf qalıb. |
2023-12-09 | 811,800 | Fidan Blinkenlə görüşdü: Qəzza böhranı… | Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Vaşinqtonda keçirilən görüşdə Qəzzada baş verən gərginliyi dayandırmaq üçün fikir mübadiləsi aparılıb. Bildirilib ki, görüş mətbuata bağlı şəkildə davam etdirilib. |
2023-12-09 | 811,801 | Neftçalada şəhid anasını qarət edən şəxs saxlanıldı | Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq ev sahibinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs - rayonun Mirzəqurbanlı kənd sakini Aqil Sadıqov saxlanılıb. Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. İlkin dindirilmə zamanı sonuncu törətdiyi cinayət əməlini etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Sadıqov qeyd edilən əməli törətdiyi gün qəsəbədə yaşayan qohumlarının evinə qonaq gəlib. Qonşuluqda yerləşən şəhid ailəsinə məxsus olan evdə ev sahibinin yaşlı qadın olmasından və tək yaşamasından istifadə edən saxlanılan şəxs, axşam saatlarında zərərçəkənin evinə qanunsuz daxil olub, ona hədə-qorxu gələrək 800 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib. Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir. |
2023-12-09 | 811,805 | Neft həftəni bahalaşma ilə başa vurdu | Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 75,84 dollara, yüngül neftin bir barreli isə 71,23 dollara təklif olunur. |
2023-12-09 | 811,808 | Bakı ilə İrəvan arasında sülh danışıqları... - Fidan | Blinkenlə görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesini, eyni zamanda sülh danışıqlarını müzakirə etdik. Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. “Biz Türkiyə olaraq iki ölkə arasında sülh sazişini dəstəklədiyimizi və bunun reallaşması üçün hər cür səy göstərdiyimizi söylədik. Onlar da (ABŞ - red.) bu məsələdə həmfikirdirlər, normallaşmanın bölgənin xeyrinə olacağını düşünürük”, - Fidan bildirib. |
2023-12-09 | 811,809 | Voleybolçumuzun vəziyyəti yenidən pisləşdi | Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib. Axar.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ziya Rəcəbov sosial şəbəkə hesabında yazıb. O, voleybolçunun qanaxma səbəbilə yenidən əməliyyat edildiyi bildirib. Z.Rəcəbov Turalın təcili qana (3+) ehtiyacı olduğunu, kömək edəcək şəxslərin Qan Bankına yaxınlaşmalarının vacibliyini qeyd edib. Qeyd edək ki, 33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb. |
2023-12-09 | 811,814 | Tovuzda qatar 25 yaşlı gənci vurub öldürdü | Saat 00:00 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonu Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Axar.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib. Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində dünyasını dəyişib. ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb: “Piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə daha çox bağlıdır. Qış mövsümünün başlanmasını nəzərə alaraq bir daha piyadalara səslənirik: Dəmir yolu xətlərini müəyyən olunmuş piyada keçidlərindən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün dəmir yolunu keçərkən ondan istifadə etməkdən çəkinin, qəflətən qatarın yoluna çıxmayın”. |
2023-12-09 | 811,817 | 654-cü gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 654-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 338 120 hərbçi, 5 632 ədəd tank, 10 519 ədəd zirehli döyüş maşını, 8058 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 598 ədəd avtomobil texnikası, 6136 ədəd PUA, 1 585 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 159 xüsusi avadanlıq itirib. |
2023-12-09 | 811,823 | Bakıda temperatur 7 dərəcəyə düşdü | Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə 11 mm, Qubada 8 mm, Şəkidə 6 mm, Şamaxıda 5 mm, Şabran, Biləsuvar, Qobustan, Balakən, Oğuz, Zaqatala, Zərdab, Qusar, İsmayıllı, Mingəçevir, Naxçıvan, Gədəbəy, Naftalan, Gəncə, Ceyrançöl, Yardımlı, Xaltan, Beyləqan, Qəbələ, Altıağac, Ağcabədi, İmişli, Yevlax, Kürdəmir, Cəfərxan, Sabirabad, Neftçala, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Goranboy, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qax, Oğuz, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Tərtər, Yevlax, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1-5 dərəcə şaxta olub. |
2023-12-09 | 811,827 | İstanbulda əməliyyat: “Şotland dəstəsi” ələ keçirildi | İstanbulun Təkirdağ rayonu və Qaziantepdə eyni vaxtda həyata keçirilən “Qəfəs-17” əməliyyatı çərçivəsində narkotik maddələrin istehsalı və ticarəti ilə məşğul olan “Şotland dəstəsi” kimi tanınan mütəşəkkil cinayət qrup ələ keçirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat verib. O bildirib ki, əməliyyat nəticəsində cinayətkar qrupun lideri də başda olmaqla, 38 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan 8-i isə həbs edilib. Ə.Yerliqaya qeyd edib ki, cinayətkar qrupun aid bütün əmlaka həbs qoyulub. |
2023-12-09 | 811,828 | İlham Əliyev “Avronyus” televiziyasına müsahibə verdi | 10:05 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da “Avronyus”da yayımlanıb. Axar.az həmin müsahibənin tam variantını təqdim edir. Müxbir: Salam cənab Prezident. Prezident İlham Əliyev: Salam. Müxbir: Avropa Yenidənqurma və İnkişaf Bankının 2023-cü il üzrə hesablamalarına görə Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olublar. Bu güclü inkişaf sanksiyalar altında olan Rusiyadan miqrasiya və oradan daxil olan pul vəsaitləri ilə əlaqələndirilir. Bundan əlavə, regional idxal və ixrac sahəsində də artım müşahidə edilib, o cümlədən Çin ilə biznes əlaqələri var. 2024-cü ildə də həmin müsbət tendensiyanın davam edəcəyi gözlənilir. Bu inkişaf sizin ölkəniz üçün nə deməkdir? Prezident İlham Əliyev: Azərbaycan haqqında danışarkən deməliyəm ki, bizim iqtisadi inkişafın təməlində sizin sadaladığınız amillər deyil, əsasən tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin ötən illərə nəzər salsaq görərik ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Biz, həmçinin xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Biz ümid edirik ki, gələn il iqtisadi artım daha böyük olacaq. Lakin həmin rəqəmlər, əslində, iqtisadiyyatın səmərəliliyi və insanların yaşayış standartlarının 100 faizini əks etdirmir. Elə ölkələr var ki, iqtisadi artımı olduqca aşağı səviyyədədir, lakin iqtisadiyyatı çox inkişaf etmişdir. Beləliklə, ölkənin ÜDM-i nə qədər çoxdursa, artıma nail olmaq da o qədər çətin olur. Xüsusilə də bugünkü geosiyasi vəziyyətdə. Çünki bizim iki qonşumuz və əsas ticarət tərəfdaşlarımızdan olan Rusiya və İran sanksiya altındadır. Bunu nəzərə almaq lazımdır. Ancaq bizim 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir. Müxbir: İnkişaf və investisiya üçün gələcəkdə hansı sahələri görürsünüz? Prezident İlham Əliyev: Hökumətin siyasətinə gəldikdə, bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq. Xarici sərmayələrə gəldikdə, əlbəttə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Biz artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışını etdik. Növbəti 5-6 ildə isə biz 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Zənnimcə, rəqəmsal transformasiya gündəliyimizlə yanaşı, sərmayə qoyuluşu üçün əsas sahələr bunlar olacaq. Müxbir: Siz regionunuzda nəyi müşahidə edirsiniz - rəqabət, yoxsa əməkdaşlıq? Prezident İlham Əliyev: Azərbaycana gəldikdə mən əməkdaşlıq görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız görərsiniz ki, hər iki - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanır. Siyasi inkişafa gəldikdə, burada da Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Beləliklə, biz bu riskləri azaltmağı uğurla bacardıq. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib. Müxbir: Enerji təchizatı məsələsi son iki ildə Avropada ən çox müzakirə olunan mövzulardan biridir. Sizin ölkənizin enerji biznesi ilə bağlı baxışınız nədən ibarətdir? Prezident İlham Əliyev: Bizim enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün biz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edirik. Həmçinin biz Macarıstan və Serbiya ilə müqavilələr imzalamışıq. Bununla yanaşı, Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir. Baxın, Avrasiyada və əsasən də Avropada neçə ölkə bizim tərəfdaşımızdır və Azərbaycan qazına olan tələbat artmaqdadır. Biz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdik. Bu, bizim işgüzar əlaqələrimizin vacib hissəsi olmaqda davam edəcək. Eyni zamanda, mən artıq bərpaolunan enerji sahəsinə toxundum. Bu gün Bakıda olduqca küləkli gündür və bu, normal hava şəraitidir və biz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikik. Artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək. Müxbir: Ölkənizin iqtisadi inkişafı ilə bağlı risklərə dair narahatlığınız nədən ibarətdir? Prezident İlham Əliyev: Səmimi desəm, mən hər hansı bir risk görmürəm. Çünki bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük. Əlbəttə, bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacaq. Artıq qeyd etdiyim kimi, biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq. Üstəgəl yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı planlaşdırdığımız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri - bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, səmimi desəm nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial riskləri görmürəm. Müxbir: Yəni, heç bir risk yoxdur? Prezident İlham Əliyev: Bu günə olan vəziyyətə mən risk görmürəm. Ola bilsin, potensial risklər sərhədlərimizin xaricindən qaynaqlana bilər. Azərbaycanın daxilində risklər yoxdur. Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra. Bizim iqtisadi fəaliyyətimiz uğurludur. Bizim iqtisadiyyatımız özümüzü təmin edir, biz xarici kreditlərdən asılı deyilik. Qeyd etdiyim kimi, növbəti il xarici borc ÜDM-in sadəcə 7 faizini təşkil edəcək. Bizim konvertasiya olunan valyuta ehtiyatlarımıza və xarici borcumuza baxsanız görərsiniz ki, konvertasiya olunan valyuta ehtiyatlarımız borcdan on dəfə çoxdur. Beləliklə, başqa sözlə desək, biz bir ay içində xarici borcumuzu ödəyə bilərik. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli var, lakin bu sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın. Müxbir: SPECA Proqramı iştirakçı ölkələrin iqtisadiyyatları üçün nə dərəcədə əhəmiyyətlidir? Prezident İlham Əliyev: Bu gün SPECA Proqramı öz 25 illik yubileyini qeyd edir və mən Mərkəzi Asiyadan olan həmkarlarımıza bizim Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədiklərinə görə, - hansı ki, SPECA Proqramının tarixində ilk Zirvə görüşüdür, - minnətdaram. Əslində, bu Proqram Mərkəzi Asiya və Azərbaycan arasında qarşılıqlı iqtisadi əlaqəyə əsaslanır və bu gün biz bu qarşılıqlı əlaqənin yeni dinamikasının şahidi oluruq. İqtisadi göstəricilərə, ikitərəfli səfərlərin dinamikasına nəzər salsanız görərsiniz ki, son iki ildə Azərbaycan və bütün Mərkəzi Asiya ölkələri arasında və Mərkəzi Asiya ölkələrinin özləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir. Beləliklə, bu, yeni reallıqdır və biz bundan faydalanmalıyıq. Bizim SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Bizim indi çoxlu investisiya layihələrimiz var, - Azərbaycanın Mərkəzi Asiyada investisiyalarını, Mərkəzi Asiyanın Azərbaycanda investisiyalarını nəzərdə tuturam. Bizim Şərq-Qərb Trans-Xəzər nəqliyyat marşrutunun bağlılıq layihələri vardır. Bu, Mərkəzi Asiya ölkələri üçün Qara dəniz, Aralıq dənizi və inteqrasiya olunmuş bağlılıq layihələri vasitəsilə Avropa ilə ən cəlbedici nəqliyyat bağlantısıdır. Biz siyasi müstəvidə çox müsbət dinamikanı müşahidə edirik, çünki indiki çətin geosiyasi vəziyyətdə SPECA Proqramına üzv olan ölkələr bu gün sabitlik nümayiş etdirir. Bu, ən vacib amillərdən biridir. Çünki sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. Bu gün SPECA Proqramına üzv olan ölkələrə baxsanız görərsiniz ki, Mərkəzi Asiya və Azərbaycan geosiyasi sabitlik ərazisidir, baxmayaraq ki, yaxınlıqda risklər də mövcuddur. Mərkəzi Asiya ölkələri üçün bu risklər Azərbaycanla müqayisədə hətta daha da yüksəkdir. Odur ki, bu, qeyd etdiyim ölkələrin uğurunun mühüm amili kimi nəzərə alınmalıdır. İyirmi beş il bundan əvvəl hamımız tamamilə başqa bir vəziyyətdə idik. Söhbət iqtisadi inkişafdan, irimiqyaslı sosial problemlərdən gedir və biz həm də müstəqillik yolunun birinci mərhələsini yaşayırdıq. İndi biz artıq uğur haqqında məlumat verə bilərik. Biz Bakı Expo Mərkəzində sərgi təşkil etdik. Hesab edirəm ki, bu, bizim ölkələrin nailiyyətlərini çox yaxşı əks etdirir. Bunlar bizim nailiyyətlərin kiçik bir hissəsidir, amma buna baxmayaraq, gördüyümüz işlərin çox yaxşı təcəssümüdür. Azərbaycanın xarici siyasət prioritetlərindən biri Mərkəzi Asiya ölkələri ilə daha fəal əməkdaşlıqdan ibarətdir və biz Bakıda keçirilən SPECA Zirvə görüşünü bu siyasətin bir hissəsi olan amillərdən biri hesab edirik. Müxbir: Azərbaycan Şərq və Qərb arasında çox strateji-coğrafi mövqedə yerləşir. Beynəlxalq arenada ölkənin strategiyası nədən ibarətdir? Prezident İlham Əliyev: Beynəlxalq arenada biz müstəqil siyasət yürütməyə davam edəcəyik. Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Biz Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq, qadınlar üçün platformanın yaradılması üzərində işlədik. Biz COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım etdik. Beləliklə, bizim Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı və yeri gəlmişkən, bizim sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılmışdır. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə bizi dəstəklədi. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bəzən bəzi siyasətçilər beynəlxalq birlik haqqında danışdıqda onlar ola bilsin ki, onlarla ölkəni nəzərdə tuturlar. Lakin beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu, yalnız bir istiqamətdir. Bizim qonşularımızla münasibətlərimiz yaxşı balanslaşdırılıb, dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Mən artıq enerji layihələrini qeyd etdim, Avropa bizdən dəstək istədikdə bizim Avropanı necə dəstəklədiyimizi nəzərdə tuturam. Biz bunu ona görə etdik ki, həmişə bizdən kömək istəyənlərə kömək etməyə çalışırıq. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunur. Beləliklə, bu, əslində, beynəlxalq birliyin demək olar ki, bütün üzvlərini əhatə edir və bizim siyasətimiz həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib. İndi isə - ərazi bütövlüyümüz və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenada imkanları, əlbəttə ki, qat-qat böyük olacaq. Döyüş meydanında öz ərazisini, öz ləyaqətini qorumuş ölkənin beynəlxalq nüfuzu və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş Azərbaycanın nüfuzu, əlbəttə ki, indi kəskin şəkildə yüksəlib. Müxbir: Bu ilin yayında “Euronews”a müsahibə zamanı demişdiniz, ümid edirsiniz ki, ilin sonunadək Ermənistan və Azərbaycan arasında sülhə nail olunacaq. Xüsusilə on minlərlə insanın evlərini tərk etməli olduqlarından sonra hələ də sülhə nail olunacağını düşünürsünüz? Bu regionun dinamikası üçün növbəti mərhələdə onu nə gözləyir? Prezident İlham Əliyev: Bəli, vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə şərhlər mübadilə edilmişdir və keçən dəfə “Euronews”a bunun haqqında danışdıqda mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb. Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə biz olduq. Bir sözlə, hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Bir sözlə, biz qeyd etdiyim kimi, iki gün əvvəl aldığımız ən son təklifləri dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik. Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin. Müxbir: Beləliklə, nəhayət ki, sülhə nail olmaq üçün şərtlər nədən ibarətdir? Prezident İlham Əliyev: Bilirsiniz, biz sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırladıq: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması; və bir sıra digər mühüm amillər var. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir. Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik. Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm. Biz bəyan edirik ki, bunu imzalamalıyıq və onlar da deyirlər ki, bu saziş imzalanmalıdır. Lakin biz buna nail olmalıyıq. Bizim təklifimiz ictimaiyyətə açıqlandı. Bəhs etdiyim həmin beş məşhur prinsipi biz ictimaiyyətə açıqladıq. Bunlar bəllidir. İstənilən mühüm beynəlxalq tərəfin də etirazı yoxdur, çünki bütün həmin prinsiplər beynəlxalq hüququn fundamental prinsipləridir. Ermənistan, sadəcə, onlara əməl etməlidir. Onlar ərazi bütövlüyümüzü sual altına qoymaq və ərazimizdə separatçılığa rəvac vermək kimi bütün cəhdlərinə son qoymalıdırlar, çünki Qarabağ Azərbaycanın hissəsidir və bu, hamı, o cümlədən Ermənistanın özü tərəfindən etiraf edilir. Məhz Ermənistanın baş naziri 2019-cu ildə Xankəndidə böyük nümayiş zamanı demişdir: “Qarabağ Ermənistandır”. Bu, danışıqlar prosesinin sonu demək idi, çünki bundan sonra danışıqlar üçün heç bir şey qalmadı. Beləliklə, İkinci Qarabağ müharibəsi üçün səbəb məhz Ermənistan hökuməti idi. İndi isə həmin şəxs artıq “Qarabağ Azərbaycandır” deyir. Bu, yaxşı haldır, irəliləyişdir. Biz irəliləyişi hər zaman dəstəkləyirik, lakin hazırda “Qarabağ Azərbaycandır” dedikdə, onlar gərək bunun altında öz imzasını qoysunlar və biz bunu gözləyirik. Müxbir: Bəs, öz evlərini tərk etmiş insanlar necə? Prezident İlham Əliyev: Öz evlərini tərk etmiş insanlara gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər. Biz elektron qeydiyyat portalını açdıq. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə hansı ki, yeri gəlmişkən ictimai şəkildə açıqlanmışdır, biz, həmçinin onların hüquqlarını da nəzərə almışdıq. Onların dil, tədris, din, bələdiyyə hüquqlarını nəzərə almışdıq. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik. Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əksi edilmişdir. Onlar otuz il bundan əvvəl ya qətlə yetirilmiş, ya da deportasiya olunmuş, işgəncələrə məruz qalmış, həbs edilmişdir və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölmüşdür. Bu sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilmişdir və hər şey humanitar standartlara əsasən edilmişdir. Lakin yenə də sizin suala gəldikdə deyə bilərəm ki, onlar qayıda bilərlər. Əlbəttə, onlar bizim açdığımız mövcud elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməlidirlər. Onların bir neçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar verdilər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların qeydinə qalır, onları qeydiyyata salır. Ermənilərin hamısı oranı tərk etməyib. Lakin Azərbaycanda yaşamaq üçün, məsələn əgər siz Azərbaycanda yaşamaq istəyirsinizsə siz nə etməlisiniz? Siz iş icazəsi, uzun müddət burada yaşamaq istəyirsinizsə yaşayış icazəsi və ya vətəndaşlıq almalısınız. Başqa halda digər ölkənin vətəndaşı olaraq Azərbaycanda necə yaşaya bilərsiniz? Bu, mümkün deyil. Bu da eyni məsələdir. Əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtmaq istəyərsə o, necə qayıda bilər? O geri qayıdıb və Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək. Xeyr. O, gəlib vətəndaşlıq və ya iş icazəsi üçün müraciət edəcək. Nəyə görə bu proses burada fərqli olmalıdır? Bu, yalnız belə olacaqdır. Bələdiyyə seçkiləri vasitəsilə onlar öz nümayəndələrini seçə bilərlər və bu nümayəndələr bələdiyyələrə görə məsul şəxslər olacaq. Bütün bu məlumatlar Qarabağ ermənilərinin nümayəndələrinə antiterror əməliyyatından sonra çatdırılmışdır və biz bu məlumatın onlar tərəfindən Qarabağ əhalisinə açıqlanmadığından agah olduqdan sonra biz onu açıqladıq, dərc etdik. Beləliklə, bu, beynəlxalq norma və standartlara əsasən hüquqi bir prosesdir. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı heç bir etnik qrupun dini və etnik zəmində heç vaxt heç bir problemi və ya narahatlığı olmamışdır. Azərbaycanı tanıyan istənilən kəs bunu təsdiqləyə bilər. Yeri gəlmişkən, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiyada bir yerdə yaşayırlar, Ukraynada bir yerdə yaşayırlar və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar. Nəyə görə onlar Azərbaycanda və yaxud Ermənistanda bir yerdə yaşaya bilməsinlər? Hesab edirəm ki, onlar bir yerdə yaşaya bilərlər. Müxbir: Çox təşəkkür edirəm, cənab Prezident. Prezident İlham Əliyev: Təşəkkürlər. |
2023-12-09 | 811,831 | Xarici borcumuz ÜDM-in 10 faizindən aşağıdır - Əliyev | Biz, həmçinin xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm ümumi daxili məhsulun (ÜDM) 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində deyib. Gələn il iqtisadi artımın daha böyük olacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti vurğulayıb: “Lakin həmin rəqəmlər, əslində, iqtisadiyyatın səmərəliliyi və insanların yaşayış standartlarının 100 faizini əks etdirmir. Elə ölkələr var ki, iqtisadi artımı olduqca aşağı səviyyədədir, lakin iqtisadiyyatı çox inkişaf etmişdir. Beləliklə, ölkənin ÜDM-i nə qədər çoxdursa, artıma nail olmaq da o qədər çətin olur. Xüsusilə də bugünkü geosiyasi vəziyyətdə. Çünki bizim iki qonşumuz və əsas ticarət tərəfdaşlarımızdan olan Rusiya və İran sanksiya altındadır. Bunu nəzərə almaq lazımdır. Ancaq bizim 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir”. |
2023-12-09 | 811,833 | Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq | Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində deyib. Bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsaitin yatırılmasının vacibliyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq”. |
2023-12-09 | 811,835 | Əliyev: Bu, Azərbaycan üçün potensial risk ola bilər | Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra. Bizim iqtisadi fəaliyyətimiz uğurludur. Bizim iqtisadiyyatımız özümüzü təmin edir, biz xarici kreditlərdən asılı deyilik. Qeyd etdiyim kimi, növbəti il xarici borc ÜDM-in, sadəcə, 7 faizini təşkil edəcək. Bizim konvertasiya olunan valyuta ehtiyatlarımıza və xarici borcumuza baxsanız görərsiniz ki, konvertasiya olunan valyuta ehtiyatlarımız borcdan on dəfə çoxdur. Beləliklə, başqa sözlə desək, biz bir ay içində xarici borcumuzu ödəyə bilərik. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində deyib. “Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli var, lakin bu sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın”, - deyə Azərbaycan Prezidenti qeyd edib. |
2023-12-09 | 811,839 | Əgər sülh sazişi imzalanmasa... - Prezident | Prezident İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması ilə bağlı sualı da cavablandırıb. Axar.az xəbər verir ki, dövlətimizin başçısı bu barədə danışarkən deyib: “Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə şərhlər mübadilə edilmişdir və keçən dəfə “Avronyus”a bunun haqqında danışdıqda mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb”. Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Bir sözlə, biz qeyd etdiyim kimi, iki gün əvvəl aldığımız ən son təklifləri dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik. Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”. |
2023-12-09 | 811,843 | Prezident: Bu məsələ Ermənistan üçün əsas maneə idi | Danışıqlar prosesinin təxminən üç ili ərzində Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində deyib. “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik. Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”, - İlham Əliyev vurğulayıb. |
2023-12-09 | 811,847 | İlham Əliyevdən Qarabağ erməniləri barədə açıqlama | Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri – red.) gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində deyib. Azərbaycanın bunun üçün elektron qeydiyyat portalı açdığını vurğulayan dövlətimizin başçısı bildirib ki, qayıtmaq istəyən hər kəsin belə bir hüququ var: “Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər”. |
2023-12-09 | 811,850 | Yeni ildə 7 gün iş olmayacaq | Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. Axar.az xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib. Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. |
2023-12-09 | 811,852 | İqtisadi inkişafın təməlində bu dayanır - Prezident | Azərbaycanın iqtisadi inkişafının təməlində əsasən tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Avronyus" televiziyasına müsahibəsində deyib. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən Azərbaycanın iqtisadi artımının nisbətən zəif olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb”. |
2023-12-09 | 811,853 | Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlandı | Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10, 11-i Ramazan bayramı, iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib. |
2023-12-09 | 811,858 | Avropada Azərbaycan qazına böyük ehtiyac var | Xarici sərmayələrə gəldikdə, əlbəttə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Avronyus" televiziyasına müsahibəsində deyib. Əhəmiyyətli inkişafın bərpaolunan enerji mənbələri ilə bağlı olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Biz artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışını etdik. Növbəti 5-6 ildə isə biz 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Zənnimcə, rəqəmsal transformasiya gündəliyimizlə yanaşı, sərmayə qoyuluşu üçün əsas sahələr bunlar olacaq”. |
2023-12-09 | 811,859 | “Qarabağ”a görə Bakı metrosunun iş rejimi dəyişir | Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın növbəti oyunu ilə əlaqədar dekabrın 14-dən 15-nə keçən gecə Bakı Metropoliteni QSC-nin iş rejimində dəyişikliklər ediləcək. Bu barədə Axar.az-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İsveç klubu “Hakken”ə qarşı keçiriləcək görüşlə bağlı Bakı Metropoliteni QSC-yə edilən müraciət müsbət cavablandırılıb. Qurum bunu nəzərə alaraq, matç günü metronun iş vaxtını gecə 1 saat uzadacaq. Gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlər üçün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq. Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Son tur öncəsi “Qarabağ” 7 xalla ikinci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur. |
2023-12-09 | 811,862 | Rusiyaya sanksiyalara görə buna müsbət cavab verdik | Bizim enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün biz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edirik. Həmçinin biz Macarıstan və Serbiya ilə müqavilələr imzalamışıq. Bununla yanaşı, Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir. Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində deyib. “Avrasiyada və əsasən də Avropada neçə ölkə bizim tərəfdaşımızdır və Azərbaycan qazına olan tələbat artmaqdadır. Biz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdik. Bu, bizim işgüzar əlaqələrimizin vacib hissəsi olmaqda davam edəcək. Eyni zamanda, mən artıq bərpaolunan enerji sahəsinə toxundum. Bu gün Bakıda olduqca küləkli gündür və bu, normal hava şəraitidir və biz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikik. Artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək”, - deyə dövlətimizin başçısı bildirib. |
2023-12-09 | 811,865 | ABŞ Qəzza məsələsində tək qalıb - Fidan | ABŞ indi Qəzza məsələsində tək qalıb. Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. "Təmas Qrupu üzvləri Qəzzada baş verən humanitar faciənin dərhal sona çatması və İsrailin günahsız insanları qətlə yetirməsinə son qoyulmasının lazım olduğunu dəfələrlə vurğuladılar" , - deyə Fidan əlavə edib. |
2023-12-09 | 811,869 | Məhərrəm Əliyev vəzifəsindən azad edildi və səfir oldu | General-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Prezidentin daha bir sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.