date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-05 | 810,548 | Qurban Məmmədovun babası ermənidir – Şok arxiv sənədi | Hazırda xarici ölkədə mühacirət həyatı yaşayan hüquqşünas Qurban Məmmədovun ulu babası haqda sensasion arxiv sənədləri üzə çıxıb. Etibarlı mənbədən Axar.az-a daxil olan arxiv sənədlərinə əsasən, Qurban Məmmədovun ulu babasının erməni olduğu təsdiqlənir. Qurban Məmmədovun (həmçinin Sərdar Cəlaloğlunun – red.) Sankt-Peterburq Mərkəzi Dövlət Arxivindən əldə olunmuş şəcərəsində qeyd olunub ki, onun ulu babası Yakob Semyonov Xoy şəhərində yaşayıb və assuriya-erməni kilsəsinə tabe olub. Yakobun nəvəsi Mehrəng Manuk naməlum səbəblərdən Xoy şəhərindən qaçaraq, Naxçıvanın Siyaqut kəndində məskunlaşıb. Orada islam dinini qəbul edib və adını “Əlimərdan Əhməd oğlu” olaraq dəyişdirib. Mehrəng Manukun, yəni Əlimərdanın oğlu Sultanəli isə 1764-cü ildə Cehri kəndinə köçüb. Şəcərəni təqdim edirik: 1. Məmmədov Qurban Cəlal oğlu 2. Məmmədov Cəlal Əbdül oğlu – (1919) 3. Məmmədov Əbdül Məmməd oğlu – (1875) 4. Məmməd Qurbanəli oğlu – (1853) 5. Qurbanəli Mehrəli oğlu – (1808) 6. Mehrəli Sultanəli oğlu – (1771) 7. Sultanəli Əlimərdan (Mehrəng Manuk) oğlu – (1737) 8. Mehrəng Manuk (Əlimərdan) Söhrab oğlu – (1704) 9. Söhrab Yakob (Semyonov) oğlu – (1681) 10. Yakob Semyonov (1653) Qeyd edək ki, bu şəcərə Qurban Məmmədovun ulu babası Qurbanəli tərəfindən 1878-ci ildə Çar hökuməti nümayəndəsinə verilib. Sənəd hazırda Sankt-Peterburq Mərkəzi Dövlət Arxivində saxlanılır. Əldə olunan arxiv sənədlərində Qurban Məmmədovun ulu babası Məmməd Qurbanəli oğlunun azərbaycanlı qıza təcavüz edən erməni məmuru müdafiə etdiyi və bəyin məhkəmədə üzünə duraraq həbs etdirdiyi də ortaya çıxıb. Sənədlərdə qeyd olunub ki, Cəhri kəndinin erməni sakini Poqos Markarovun oğlu Martiros Sankt-Peterburq şəhərində təhsil alıb qayıdandan sonra Cəhri kənd icmasına vergi yığan və dəftərxanaya nəzarət edən təyin olunur. Bir müddət sonra vəzifəsindən sui-istifadə edən Martiros kənd camaatından, xüsusilə müsəlmanlardan ikiqat vergi almağa başlayır. 1876-cı ildə isə Cəhriyə yaxın Yurd-Dizədə zəmidə işləyən qızı zorlayır. Məhkəmədə sübut olmadığı üçün erməni məmur sərbəst buraxılır. Lakin Cəhrinin bəylərindən olan Sultan Həsənəli bəyin oğlu Qulaməli bəy həmin ermənini ölümcül döyür və köməkçilərinə də tapşırır ki, onu meşədə basdırsınlar. Lakin bəyin köməkçilərindən biri olan Məmməd Qubanəli oğlu (Qurban Məmmədovun ulu babası) yarımcan vəziyyətdə olan ermənini basdırmır və hökumətə təhvil verir. Məhkəmə zamanı da bəyin əleyhinə ifadələr verir. Beləliklə, bəy bir neçə illik həbs olunur. Məmməd Qubanəli oğlunun 14 aprel 1876-cı ildə məhkəmədə verdiyi ifadəni təqdim edirik: “Şahidlik edirəm ki, Kəngərli nəslindən olan Cəhri bəyi Qulaməli bəy Martiros Markarovu taxta ilə ölümcül döydükdən sonra bizə onun ölmüş olmasa belə, diri-diri torpağa basdırılmasını əmr etmişdir. Mən və Hüseyn Abbas oğlu bizim ağamız Martirosu meşəyə apardıq və ona kömək edib pristav məntəqəsinə gətirdik. Şərəf hissi ilə bildirmək istəyirəm ki, biz hər zaman əlahəzrətin (Çarı nəzərdə tutur – red.) məmurlarına xidmət edəcəyik. Mən şəxsən məhkəmədə Qulaməli bəyin əleyhinə ifadələr verməyə hazıram. Onun (Qulaməli bəyin) guya bizim cənab ağamızı (Martirosu) Yurd-Dizədə azyaşlı qızı zorladığı üçün cəzalandırdığını deməsi yalandır. O, (yəni Qulaməli bəy) sadəcə olaraq ermənilərə və xristian inancına nifrət edir. Mən Əlahəzrətin (Çarın) sadiq quluyam. Məmməd Qurbanəli oğlu”. Qeyd edək ki, bu illər ərzində Naxçıvan qəzasının Cəhri kəndinə aid bir çox müraciətlər var. Bu müraciətlərin əksəriyyəti ruslara kənddə olan dindarlar və kəndin sayılıb-seçilən şəxsləri haqqında çatdırılan yalan məlumatlardır. Hamısını da Məmməd Qubanəli oğlu qardaşları Əhməd və Əli ilə edib. P.S. Sənədlərlə bağlı qarşı tərəfi dinləməyə hazırıq. |
2023-12-05 | 810,553 | Rəisi Rusiyaya gedir | İran Prezidenti İbrahim Rəisi cümə axşamı Moskvaya gedəcək və orada Rusiya lideri Vladimir Putinlə ikitərəfli danışıqlar aparacaq. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Qeyd olunur ki, Rəisi Moskvada Rusiya və İran arasında ikitərəfli məsələlər, o cümlədən iqtisadi əməkdaşlıq üzrə məsləhətləşmələr aparacaq. Həmçinin bir sıra regional və beynəlxalq məsələləri, xüsusilə Fələstindəki vəziyyəti müzakirə edəcək. |
2023-12-05 | 810,556 | Sabahın havası: qar yağacaq, külək əsəcək | Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq. |
2023-12-05 | 810,557 | Ermənistanın ərazi bütövlüyü... - Sübhani | Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və regionda davamlı sülhü dəstəkləyirik. Axar.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani İrəvanda “Yeni regional reallıqlar və Dünyanın kəsişməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. “İrəvan və Tehran arasında çoxillik əlaqələr münasibətlərin hazırkı inkişafı üçün vacibdir. Ermənistanla ümumi sərhədimiz regionun digər ölkələri ilə müqayisədə ən qısa olsa da, keyfiyyət baxımından ən yaxşılarından biridir. Bu sərhəd həmişə dostluğun, mehriban qonşuluğun sərhədi olub. İki ölkə heç vaxt bir-birini təhdid etməyib və hər zaman qarşılıqlı inkişaf üçün imkanlar yaradıb. Qarşılıqlı ticarət dövriyyəmizin həcmi kəskin artaraq 1 milyard dollara çatıb. Ölkələr enerji və infrastrukturun inkişafı sahəsində qarşılıqlı faydalı sazişlər bağlayıb. Kommunikasiyaların açılması təkcə iki ölkə deyil, bütün region ölkələri arasında münasibətlərin inkişafına töhfə verəcək. Hindistandan Ermənistan vasitəsilə Qara dənizə tranzit imkanları yüklərin Avropaya daşınması üçün etibarlı marşrut açacaq”, - o bildirib. Bu mənada səfir Hindistan və Ermənistanın bu layihədə iştirakının vacibliyini vurğulayıb: “Ölkələrin tranzit imkanları nə qədər çox olarsa, onların dünyada əhəmiyyəti bir o qədər yüksəkdir”. |
2023-12-05 | 810,558 | Milli Məclisin adı dəyişdirilsin - Deputat | Milli Məclisin adı dəyişdirilsin. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu günki iclasında deputat Qüdrət Həsənquliyev deyib. O qeyd edib ki, parlament Ali Məclis adlandırıla bilər: “Türkiyə modelinə uyğun bir sistem qurulsun. Eyni zamanda bölgələrdə ayrıca məclislərin formalaşmasına ehtiyac var”. Deputat bildirib ki, bununla insanların yerli idarəetmədə iştirakına şərait yaradılmış olur. |
2023-12-05 | 810,559 | İrəvanın AB ilə Bakıya “əsgər ölümü” hücumu | Dekabrın 4-də Ermənistan ordusunda qeydə alınan iki fakt və Azərbaycana qarşı “erməni əsgərin ölümü” ittihamı rəsmi İrəvanın konkret məqsədlərə hesablanmış oyun oynadığını deməyə əsas verir. Birinci fakt dekabrın 4-nə keçən gecə qeydə alınıb: Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilirdi ki, saat 02:50 radələrində N saylı hərbi hissədə erməni əsgər güllələnib, vəziyyəti stabildir. İkinci fakt dekabrın 4-də saat 14:35-də qeydə alınıb: Ermənistan ordusunun Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərində N saylı hərbi hissəsinin zabiti Arakelyan Gerasim Avetikoviç ölümcül güllə yarası alıb. Bir gündə iki neqativ faktın qeydə alınması onsuz da ciddi narazılığın olduğu Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı mənfi ictimai rəyi gücləndirəcəyi bəlli idi, xüsusilə erməni ordusunda özbaşınalıq və “dedoşvina” hallarının artması fonunda. Ermənistan rəhbərliyi də bundan yayınmaq və ordudakı vəziyyəti gizlətmək üçün ölüm faktının Azərbaycanın üzərinə atılmasını “çıxış yolu” olaraq görüb. Rəsmi Bakının təkzibinə baxmayaraq, Ermənistan sərhəddə ölən əsgərin Azərbaycan tərəfindən vurulduğu iddiasını davam etdirir. Bunun daxili və xarici hədəfləri var. - daxili hədəf ictimaiyyətin diqqətini ordudakı acınacaqlı vəziyyətdən yayındırmaq, ictimai rəyi “xarici düşmən”ə qarşı yönəltməkdir; - xarici hədəf Azərbaycanı “hücum edən”, “atəşkəsi pozan” tərəf kimi göstərməkdir. Və bunun sərhəddə planlaşdırılan “gərginlik oyununun” tərkib hissəsi olduğu da bəllidir. Bu detal xüsusilə iki məqam fonunda daha aydın görünür: Birincisi, Avropa Birliyinin xüsusi nümayəndəsi Toivo Klaarın Bakının təkzib etməsinə rəğmən, Ermənistan tərəfinın iddiasına istinadən sərgilədiyi mövqedir; İkincisi, Azərbaycana qarşı “erməni əsgərin öldürülməsi” ittihamının ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Bakıya səfərindən öncə gündəmə gətirilməsidir. Obrayeni Bakıya gətirən səbəblərdən biri Azərbaycanı sülh danışıqlarının Qərb platformalarında aparılmasına, xüsusilə kommunikasiyanın İrəvanın “Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) layihəsinə uyğun açılmasına razı salmaqdır. Müzakirələrdən öncə “Azərbaycan atəş açıb ittihamı”nın irəli sürülməsi və AB-nin bunu dəstəkləməsi də “Bakı razı olmayacağı təqdirdə, sərhəd gərginliyi üzərindən təzyiqlə üzləşəcəyi” haqda mesaj xarakteri daşıya bilər. |
2023-12-05 | 810,560 | Şuşa-Laçın avtomobil yolu yenidən qurulacaq | Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6,0 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. |
2023-12-05 | 810,562 | ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi | 13:02 İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Vaqif Sabir oğlu Əkbərov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Bu barədə Axar.az-a agentlikdən bildirilib. Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir. *** Ağdamda mina partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd edilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. |
2023-12-05 | 810,563 | MM yeni rayonunun yaradılmasına razılıq verdi | Milli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Axar.az xəbər verir ki, layihəni parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub. |
2023-12-05 | 810,567 | Xankəndinin mərkəzindəki meydana bu ad verilsin - Təklif | Xankəndinin mərkəzindəki meydana "Zəfər" adının verilməsi təklif edilir. Axar.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı dekabrın 5-də keçirilən parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib. Deputat təklif edib ki, həmin meydanda ərazilərimizin azad olunmasında əvəzsiz xidmət göstərən Silahlı Qüvvələrimizin qəhərmanlarının monumenti yerləşdirilsin. |
2023-12-05 | 810,571 | ABŞ-ın Bakıya qarşı “əsəbinin” səbəbi – Korotçenko | Ermənistana qarşı təhlükələrdən qaçmaq üçün İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Eyni zamanda, dövlət sərhədinin delimitasiyası və demarkasiyasını həyata keçirməlidir. Axar.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko deyib. “Amma Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. İrəvan Fransanın qucağında oturaraq, mümkünsə, Almaniyanı da cəlb edib, ABŞ-a arxalanaraq, prosesi yenidən yubatmağa çalışır. Ermənistan və Azərbaycan vasitəçi olmadan razılaşıb sülh müqaviləsi imzalaya bilər. Azərbaycan öz sülh müqaviləsi layihəsini dəfələrlə formalaşdırıb. Hələlik biz Ermənistandan ancaq siyasi demaqogiya görürük. Yeri gəlmişkən, ABŞ-ın mövqeyi, təəssüf ki, Cənubi Qafqazda sülh üçün dağıdıcıdır. Bunu Bakı ilə İrəvan arasında baş verən son münaqişə də göstərir”, - o bildirib. Korotçenkonun sözlərinə görə, ABŞ Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istərdi: “Ona (Bakı - red) necə təzyiq edə bilərik, onu Vaşinqtonun bəzi tövsiyələrinə əməl etməyə necə məcbur edə bilərik? Heç bir şəkildə. Və bu, Vaşinqtonun xoşuna gəlmir. Ona görə də Amerikanın erməni xəritəsindən, Qarabağ ermənilərinin xəritəsindən istifadə etmək cəhdləri var. Eyni zamanda, başa düşmək lazımdır ki, bu, hələ hamısı deyil. Qərb Ermənistanı dəstəkləməyə köklənib. Serbiyanın xüsusi mövqeyini, Macarıstanın, İtaliyanın, Bolqarıstanın, Cənub Qaz Dəhlizi ilə Azərbaycandan qaz alanların hamısının xüsusi mövqeyini bilirik”. |
2023-12-05 | 810,575 | Obrayen Bakıya bunun üçün gəlir – Ekspert | Fikrimcə, Ceyms Obrayenin Azərbaycan və Rumıniyaya səfəri heç də təsadüfi deyil. Rumıniya Ukraynanın əsas dəstəkçilərindən biridir. Eyni şəkildə Obrayenin ölkəmizə səfəri zamanı isə həm Ermənistanla, həm də Rusiya ilə münasibətlər müzakirə ediləcək. Bu sözləri Axar.az-a ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin dekabrın 6-dan 8-dək Azərbaycan və Rumıniyaya səfəri zamanı müzakirə olunacaq məsələlər haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib. Siyasi şərhçi ABŞ-ın Azərbaycandan antirusiya cəbhəsinə qoşulmağı istədiyini bildirib: “Blinkenin köməkçisinin Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər etməsinin səbəbi isə delimitasiya, hələ də işğal altında 8 kəndlə bağlı dövlətimizin haqlı mövqeyinin ABŞ tərəfindən qəbul edilməsi ola bilər. Digər tərəfdən Obrayen Azərbaycandan nəqliyyat və kommunikasiya xətlərinin açılmasını, Ermənistanın blokadadan çıxarılmasını da xahiş edə bilər. Çünki səfərdən əvvəl ABŞ sülh müqaviləsinin tez bir zamanda imzalanmasında maraqlı olduqları barədə açıqlama verib. Bununla bərabər Zəngəzur dəhlizi ilə bağlı məsələlər də müzakirə olunacaq. Yuxarıda da qeyd etdiyimiz kimi, Obrayenin çantasında yalnız Azərbaycanla Ermənistan arasındakı məsələ yoxdur. O, Azərbaycandan Rusiyaya qarşı ABŞ cəbhəsində yer almağı da istəyəcək. Hazırda Rusiyanın ətrafında çox geniş bir müdafiə və mühasirə xətti formalaşdırılır. Qazaxıstan və Özbəkistanda NATO güclənir, Qırğızıstanda rus dili sıxışdırılır, Ukrayna və Moldovada vəziyyət bəllidir, Ermənistan və Gürcüstanın AB-yə üzvlük məsələsi gündəmə gətirilib. Böyük ehtimalla sülh müqaviləsi imzalandıqdan sonra rus bazalarının Ermənistandan çıxarılması tələb olunacaq. Bütün bu proseslər fonunda Qərb Azərbaycanı da Rusiyaya qarşı açıq şəkildə yanında görmək istəyir. Dövlətimiz isə regional və qlobal geosiyasi şəraiti nəzərə almaqla təkliflərə öz cavabını verəcək”. |
2023-12-05 | 810,578 | Azərbaycanlı uşaq, axır ki, “Baycan” adı aldı | İki ay davam edən mübarizə və məhkəmə prosesindən sonra təbrizli valideynlər oğullarına “Baycan” adına kimlik sənədi almağa nail olublar. Kult.az xəbər verir ki, bu barədə Baycanın atası Ramin Cəbraili məlumat verib. O, Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsinin türk mənşəli ada sənəd verməkdən imtina etməsindən sonra məhkəməyə müraciət etdiyini yazıb. Cəbraili uzun məhkəmə prosesindən sonra oğluna verdiyi ada görə kimlik sənədi verilməsi barədə qərar çıxarıldığını bildirib. Qeyd edək ki, ölkənin Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir. Qeydiyyat İdarəsinə görə, siyahıda olmayan adlar əcnəbi ad hesab olunur və iranlı kimliyi ilə ziddiyyət təşkil edir. |
2023-12-05 | 810,579 | Ankara ilə sərhədin açılması həlledicidir - Səfəryan | Ermənistanla Türkiyə arasında sərhədin açılması həlledici məna daşıyır. Axar.az xəbər verir ki, bunu İrəvanda “Yeni regional reallıqlar” və “Sülh kəsişməsi” (“Dünyanın kəsişməsi”) mövzusunda konfransda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib. “Biz əməkdaşlıq edirik və üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün sərhədlərin açılmasına razılıq vermişik. Ümid edirik ki, bu nəzərəçarpacaq addım yaxın gələcəkdə öz bəhrəsini verəcək”, - o bildirib. |
2023-12-05 | 810,584 | Şahin Bağırov Səfər Mehdiyevin qohumunu işdən çıxardı | Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi vəzifəsindən azad edilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə polkovnik (gömrük attaşesi) Əliqulu Cəfərov tutduğu vəzifədən azad olunub. Əliqulu Cəfərov öz istəyi ilə təqaüdə göndərilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Əliqulu Cəfərovun Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin yaxın qohumu olduğu deyilir. O, uzun müddət DGK-nin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsini tutub. Səfər Mehdiyevin 2020-ci ildə müvafiq əmri ilə Türkiyədəki səfirliyimizə gömrük attaşesi təyin edilmişdi. |
2023-12-05 | 810,586 | Prezident fərman imzaladı | Prezident İlham Əliyev “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7-ci, 1.1.11-ci, 4.2-ci, 14.2-ci maddələrində, 15.3-cü maddəsinin birinci cümləsində, 16.2-ci, 17.1-ci, 17.2-ci, 20.1-ci maddələrində və 21.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 15.3-cü maddəsinin birinci cümləsində və 20.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3. həmin Qanunun 1.1.7-ci, 1.1.11-ci və 17.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.4. həmin Qanunun 4.2-ci maddəsində “orqan (qurum)” dedikdə karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənilməsi, hasilatı, neftin və qazın ixrac boru kəmərləri vasitəsilə nəqlinə münasibətdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, elektrik enerjisinin paylayıcı şəbəkəsinin, qazpaylayıcı şəbəkənin və qaz anbarlarının idarəetməyə verilməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; 1.5. həmin Qanunun 14.2-ci, 16.2-ci, 17.1-ci maddələrində və 21.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. həmin Qanunun 17.2-ci maddəsinə uyğun olaraq, enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydasını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. |
2023-12-05 | 810,587 | O vaxt Ağdərəni buna görə ləğv etdilər - Deputat | 1992-ci ildə Ağdərə rayonunun ləğvini yanlış hesab edirəm. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib. O bildirib ki, döyüşməsə də, Ağdərə 1992-ci ildə azad olunanda Ağdərədə olub. Deputat əlavə edib ki, o vaxt Ağdərəni səriştəsizlikdən ləğv etdilər: “Mən hələ də bilmirəm ki, niyə belə oldu. O vaxt 5000 ağdərəli mənə müraciət etmişdi ki, biz ağdamlı olmaq istəmirik, biz ağdərəliyik. Düzdür, ağdamlı olmaq şərəfdir, amma hərəyə öz yeri şirindir. O vaxt Ağdərə ləğv olunduğu üçün onların pasportuna Ağdam yazılırdı. Ağdərə Qarabağın 2/5-ni təşkil edən böyük rayon idi. Ağdərə rayonunun bərpa olunmasına ən çox sevinənlərdən biri mənəm. Babalarımın üçünün qəbri Ağdərədədir. O vaxt Ağdərənin 11 kəndi ermənilərdən azad olunmuşdu və bu günə qədər bizdəydi. Mən də deyirdim ki, necə olur ki, Xocalı bizdə deyil, amma Xocalı rayonu var, Ağdərənin 11 kəndi bizdədir, amma Ağdərə rayonu yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlardan 8 kənd inzibati ərazi vahidi Ağdərəyə verilir, bunlar əvvəldən Ağdərənin kəndləri olub”. Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, ərazilər azad olunmasaydı, bu gün bu məsələyə baxa bilməzdik: “Bu məsələdə Prezident İlham Əliyevin rolu bir daha vurğulanmalıdır və siz də bunu vurğuladınız”. |
2023-12-05 | 810,589 | ÜDM artımında geriləmə: Sərhədi açın! - Çağırış | 2023-cü ilin ilk 10 ayında Azərbaycanda Ümum Daxili Məhsulun (ÜDM) artımı cəmi 0,5 faiz olub ki, bu da MDB-də ən pis göstəricidir. Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. N.Cəfərli bildirib ki, ÜDM-in adambaşına düşən dəyərinə görə Azərbaycan əvvəllər Ermənistan və Gürcüstanı iki dəfə üstələyirdi: “İndi isə Azərbaycanda ÜDM çox zəif artır. Hökumətin iqtisadi komandası ciddi addımlar atmalıdır. Azərbaycanda ÜDM və iqtisadiyyat neft-qaz və enerji sektorundan asılıdır. Bu sahədə isə ötən ildən başlayaraq hasilatın kəskin enməsi Azərbaycanda ÜDM-in artım sürətini kifayət qədər zəiflədib”. N.Cəfərli qeyd edib ki, qeyri-neft sektorunun inkşaf etdirilməsinin həqiqətən vaxtı çatıb: “Burada əsas məsələ investisiyaların artırılmasıdır. Azərbaycanda investisiyalar infrastruktur layihələrə yönəldilib. Bunun obyektiv səbəblərindən biri də işğaldan azad olunmuş ərazilərlə bağlıdır. Təbii ki, həmin ərazilərdə investisiya xərcləri bundan sonra da artacaq. Və bu investisiyaların əlavə dəyər yaratma potensialı yoxdur. ÜDM-in artması üçün birbaşa investisiyalar, zavodlar, fabriklər, istehsal və xidmət sahələri lazımdır. Bunun üçün də dövlət yox, özəl sektora diqqət artırılmalı və xarici şirkətlər cəlb olunmalıdır”. Ekspertin sözlərinə görə, quru sərhədlərin uzun müddət bağlı qalması da ÜDM-in artım sürətinə mənfi təsir göstərir: “Buna görə də quru sərhədlər mütləq açılmalıdır. Gürcüstan və Ermənistanda quru sərhədlərin açıq olması bu ölkələrin iqtisadiyyatına və ÜDM-in artmına müsbət təsir göstərir”. N.Cəfərli Ermənistanda adambaşına düşən ümumi daxili məhsulun artımının əsas səbbələrini də izah edib: “Rusiyaya iqtisadi sanksiyalardan yan keçməsi üçün yardım etdiyi 3 ölkədən biri Ermənistandır. Ermənistan Rusiyaya ixrac etdiyi məhsulları rəsmi hesabatlarda şişirdilmiş rəqəmlərlə göstərir. Buna görə də Ermənistanda adambaşına düşən ÜDM-nin dəyərinin artımı normal və orqanik artım deyil”. |
2023-12-05 | 810,590 | ABŞ-da Qarabağdan köçənlərə yardım çağırışı | ABŞ konqresmenləri Konqres rəhbərliyinə Ermənistana təhlükəsizlik üçün 10 milyon dollar ayırmağa və Qarabağ “qaçqınlarına” yardıma çağırış ediblər. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı senator Aleks Padilla və Nümayəndələr Palatasının üzvü Anna Eşunun məktubuna istinadən məlumat yayıb. Konqresmenlər qeyd ediblər ki, Ermənistan təhlükəsizliyinin ənənəvi qarantı olan Rusiyadan uzaqlaşdığı üçün xüsusilə həssas vəziyyətə düşüb. Məlumata görə, çağırışa ABŞ Konqresinin yuxarı və aşağı palatalarının 60 üzvü qoşulub. |
2023-12-05 | 810,591 | Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı | Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Aqşin Vəliyev vəzifəsindən azad edilib. Axar.az Report-a istinadən xəbər verir ki, hələlik onun yerinə təyinat yoxdur. Bununla da AMB-də baş direktorların sayı 6-ya enib. Digər baş direktorlar - Ziya Zəfər oğlu Əliyev, Vüqar Ramin oğlu Əhmədov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev, Fərid Tofiq oğlu Osmanov, Gülər Azər qızı Paşayevadır. |
2023-12-05 | 810,597 | İrəvan Fransa ordusunu gətirməyə çalışır - General | Ermənistan yenə təxribat törətmək istəyir. Paşinyan hökuməti bununla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin səfərindən öncə qüvvədən düşən məsələləri yenidən gündəmə gətirmək, eyni zamanda Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini dünyaya göstərmək niyyətindədir. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz sərhəddə erməni əsgərin guya Azərbaycan Ordusunun açdığı atəş nəticəsində ölməsi barədə yalana reaksiyasında deyib. General Paşinyan hökumətinin bölgəyə Fransa ordusunu gətirmək istədiyini vurğulayıb: “Rəsmi İrəvanın əsas məqsədi belə yalanlarla Fransa ordusunu bölgəyə gətirmək, yaxud Vaşinqton və Parisin bölgəyə dəvət edilməsi üçün zəmin hazırlamaqdır. Təxribatların davam etdirilməsi ehtimalı güclüdür. Sülh üçün çalışmaq yerinə revanşizm duyğusu ilə hərəkət edərək yanlış addımlar atırlar. Ermənistan belə davranmaqla özünü fəlakətə sürükləyir. Fillər güləşəndə otların taleyinə ancaq əzilmək düşür. Ermənistan hökuməti də ölkəni getdikcə beynəlxalq rəqabət meydanına çevirir. Hər kəsi ölkəyə dəvət etmək olar, əsas olan onların ölkədə maraqlarını tarazlaşdırmaqdır. Bunu edə bilməyəndə fəlakət baş verir. Ermənistan kimlərinsə fitnəsinə uyub xam xəyallara qapılmamalıdır. Türkiyə Azərbaycanın yanındadır və sülhün açarı Vaşinqtonda, Parisdə yox, bölgəmizin özündədir”. |
2023-12-05 | 810,599 | Məhəmmədinin İsveç kanalına məktubu yayıldı | Tehranın Evin həbsxanasında saxlanılan zəncanlı siyasi məhbus, Nobel Sülh mükafatı laueratı Nərgiz Məhəmmədinin məktubu yayılıb. Axar.az “Röyters”ə istinadla xəbər verir ki, İsveçin SVT kanalı hüquq müdafiəçisinin məktubunu işıqlandıraraq, bunun telekanalın gizli vasitələrlə Evin həbsxanasından Məhəmmədiyə ünvanladığı sualların cavabı olduğunu bildirib. Məktubda N.Məhəmmədi azadlıq və bərabərlik uğrunda apardığı mübarizəsindən bəhs edir: “Həbs, mənəvi işgəncə, daimi təkadamlıq kamera, məhkumluqdan sonra növbəti məhkumluq... məni dayandırmayıb və dayandıra bilməyəcək! Həyatım bahasına olsa belə, azadlıq və bərabərlik uğrunda mübarizə aparacağam”, - Məhəmmədi məktubunda yazıb. O, 8 ildi görmədiyi uşaqları üçün darıxdığını, ancaq bunun onu ruhdan salmadığını qeyd edib. Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. |
2023-12-05 | 810,600 | Bakıda bu məktəbin müəllim və şagirdləri qızılcaya yoluxdu | 14:53 Bakıda liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub. Bu barədə Axar.az-a 20 nömrəli məktəb-liseydən məlumat verilib. Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil: "Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb". |
2023-12-05 | 810,603 | AB Ermənistana hərbi-texniki missiya göndərir | Avropa Birliyi (AB) bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-texniki missiya göndərəcək. Axar.az xəbər verir ki, bu barədə qurumun Ermənistandakı nümayəndəsi Vasilis Maraqos deyib. O bildirib ki, Aİ Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüb: “Bu ilin sonu və ya gələn ilin əvvəlində Brüssel Ermənistan Silahlı Qüvvələrinə yardım göstərmək məqsədilə konkret təkliflər hazırlamaq üçün Ermənistana texniki missiya göndərəcək”. |
2023-12-05 | 810,605 | Bakıya nə vaxt qar yağacaq? | Qar yağması qış fəslində şimaldan, qərbdən və Sibirdən daxil olan hava kütlələri nəticəsində yaranır. Rusiyada güclü qar yağmağa başlayıb və bu qarın Azərbaycana da yetişmə ehtimalı var. Hazırda Azərbaycanda proqnozlara görə qar yağması gözlənilir. Bu sözləri Axar.az-a açıqlamasında iqlimşünas Qorxmaz İbrahimli qeyd edib. “Yaxın vaxtlarda Türkiyədən və Qərbdən daxil olan soyuq hava kütlələri ilə Azərbaycanın dağlıq və dağətəyi ərazilərinə qar yağacaq. Artıq bir çox ərazilərimizə qar yağıb. İndi də fəsilə uyğun qar yağması gözlənilir”, - İbrahimli deyib. İqlimşünas bildirib ki, Bakıya çox nadir hallarda qar yağır: “Bakı səhra şəhəridir. Bura qar yağışları adətən dekabr və yanvar aylarına təsadüf edir. Fevralda isə nadir hallarda keçici qar yağır. İqlim dəyişiklikləri ilə bağlı olaraq Azərbaycan quru suptropik qurşaqda olduğu üçün qar yağışı tez-tez gözlənilmir. Bakıya yağış yağması bol olsa da, qar yağışı dekabrın sonlarına doğru gözlənilir”. |
2023-12-05 | 810,606 | Kapital Bankın “Data panel” tədbirinə qeydiyyat başladı | Xəbər verdiyimiz kimi Kapital Bank və “SUP.VC” şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir. İl sonunadək davam edəcək layihənin “Data panel” formatında baş tutacaq növbəti tədbirinə qeydiyyat başladı. 7 dekabr tarixində keçiriləcək tədbirdə 8 nəfərdən ibarət yerli və beynəlxalq ekspert qrupu iştirak edəcək. Panel formatlı tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edə, tövsiyələr ala bilərlər. İki paneldən ibarət tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı “Ölçəklənən məlumat infrastrukturlarının qurulması”, “Maşın öyrənməsi və məlumat təhlili: imkanlar və çətinliklər” kimi müxtəlif mövzular müzakirə ediləcək. Tədbirdə beynəlxalq ekspert qismində Kapital Bank-ın Data elmi üzrə eksperti, bank sahəsində strateji hədəflərə uyğun dataya əsaslanan layihələrin həyata keçirilməsində 8 ildən çox təcrübəyə malik Buğra Şən iştirak edəcək. O, təbii dil, təsvir və audio emalı, həmçinin “Churn”, “Propensity” və gəlir proqnozlaşdırılması modellərinin hazırlanmasını əhatə edən geniş spektrli layihələrin müəllifidir. Kapital Bank-ın Analitik Ekspert Mərkəzinin funksional lideri Nail Nəcəfov da spikerlər sırasındadır. O, biznes administrasiyası üzrə bakalavr və magistr təhsili alıb. Karyerası boyunca “Azərikard” MMC-də Hesablamalar üzrə şöbə müdiri, “AzerGold” QSC-də Büdcə və planlama şöbəsinin müdiri vəzifələrində çalışıb. Tədbirin daha bir spikeri Sadiq Məmmədov data sahəsində 8 ildən çox təcrübəyə sahibdir. O, “Bakcell” və “Azercell” kimi şirkətlərdə mühəndis və komanda lideri kimi çalışıb. Daha sonra fəaliyyətini PAŞA Holding-də davam etdirib. Hazırda Kapital Bank-ın Data Texnologiyaları Ekspert Mərkəzinin funksional lideridir. Rinat Maksutov isə 10 il boyunca texnologiya konsultantı kimi “Accenture” və “BCG” kimi şirkətlərdə təcrübə qazanıb. Hazırda PAŞA Holding-də Data texnologiyaları şöbəsinin rəhbəri olaraq çalışır. Paneldə eyni zamanda “Azerconnect” MMC-nin Data proqramlar və məhsullar üzrə rəhbəri Vüsal Məmmədov, ADA Universitetinin İnformasiya Texnologiyaları və mühəndislik Fakültəsinin professoru Samir Rüstəmov, “Azerconnect” MMC-nin Məlumatların İdarə olunması və keyfiyyəti bölməsinin rəhbəri Aydın İsmayılov da spiker qismində iştirak edəcəklər. Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: https://bit.ly/3N7b3pG. Qeydiyyat sayının məhdud olduğu layihə iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə yanaşı, verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır. Tədbir 7 dekabr saat 19:00 da Nizami 90A ünvanında yerləşən “The Landmark Hotel Baku-Rotunda Hall” da keçiriləcək. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. |
2023-12-05 | 810,609 | Bakıda keçiddən keçməyən piyadanı maşın vurdu - Video | Bu gün günorta saatlarında Bakının Xətai rayonu, "8 Noyabr" prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Axar.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Qeyd edilib ki, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub. NİİM-in müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar. |
2023-12-05 | 810,610 | ABŞ sualtı qayıqlarını bu raketlərlə təchiz edir | 2024-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqlarını suüstü hədəfləri vurmaq üçün nəzərdə tutulmuş “Tomahavk” raketləri ilə silahlandıracaq. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” layihənin rəhbəri, kapitan Con Hersiyə istinadla məlumat yayıb. “Bu, ABŞ-ın dənizlərdə Çinə qarşı mübarizə proqramının inkişafında növbəti addım olacaq. Raketlər 2024-cü il oktyabrın 1-dən “Los-Anceles” və “Virciniya” sinifli sualtı qayıqlarda yerləşdiriləcək. Onlar orta hesabla 12-dən 40-a qədər raket daşıya biləcəklər”, - Hersi bildirib. |
2023-12-06 | 810,611 | Zelenskinin senatorlarla görüşü baş tutmadı | 2023.12.05 - 15:44 Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı senatorlarla təhlükəsiz videorabitə vasitəsilə gizli brifinq keçirəcək. Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşri ABŞ Senatında Demokratların lideri Çak Şumerə istinadla məlumat yayıb. Senatorun sözlərinə görə, Zelenski onlara Ukraynadakı hərbi vəziyyət, həmçinin əlavə hərbi yardıma ehtiyac barədə məlumat verməlidir. Bildirilib ki, Zelenskinin senatorlarla brifinqi Ukraynaya 61 milyard dollarlıq paketin ayrılması ilə bağlı Senatda səsvermədən bir gün əvvəl baş tutacaq. *** Ukrayna Prezidenti Vladimir Zelenski bu gün ABŞ senatorları ilə videorabitə vasitəsilə planlaşdırdığı görüşünü ləğv edib. Bu barədə ABŞ Senatında Demokratların lideri Çak Şumer məlumat verib. "Zelenski, yeri gəlmişkən, bizim brifinqimizə gələ bilməyəcək. Son anda nəsə baş verdi", - Şumer bildirib. |
2023-12-05 | 810,612 | Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar | Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş iclasında Azərbaycanda dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o cümlədən xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib. Axar.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb. "Tarif dəyişikliyinin dərman vasitələrinin qiymətinə təsiri yoxdur. Sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən təxminən 20-29% azaldılıb. Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20%-ə qədər yuxarı həddə təsdiqlənib. Sadələşdirilmiş ekspertizanın tariflərinin daha aşağı olması həmin dərmanların qeydiyyatını, yenidən qeydiyyatını və idxalını daha səmərəli etməklə dərman təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. Bu hal dərman şirkətlərininin yüksək keyfiyyətli, effektivliyi təsdiqlənmiş dərman vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq", - deyə məlumatda qeyd olunub. “Dərman vasitələri haqqında” Qanuna olunan dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib. Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olunan sənədlərin sayı azaldılıb. Xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə qısa müddət - 11 iş günü təsbit edilib. Yeni tariflər sadələşdirilmiş ekspertiza ilə əlaqədar Nazirlər Kabinetinin “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nda dəyişikliyi nəzərdə tutan Qərarı ilə eyni tarixdən qüvvəyə minəcək. İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 158 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 57 dərman vasitəsinin qiymətinin yuxarı həddində qanunvericiliyə uyğun olaraq dəyişikliklər aparılıb. Qərar dekabrın 8-dən qüvvəyə minir. Qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib. İclasda həmçinin, Şuranın 24 noyabr 2011-ci il tarixli qərarı Nazirlər Kabinetinin 5 dekabr 2023-cü il tarixli qərarına uyğunlaşdırılıb. |
2023-12-05 | 810,619 | Bu yolda sürət həddi endirildi | Hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Axar.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” və “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir. |
2023-12-05 | 810,624 | Türk jurnalist İrəvanda: Fürsəti qaçırmayın! | Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün Londondan Pekinə qədər 6 milyard dollardan çox ticarət dövriyyəsi olacaq dəhlizin yaradılması vacibdir. Yolun uzunluğu 9 min kilometrdən çox olacaq və o, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ermənistan, İrandan da keçəcək. Axar.az xəbər verir ki, bunu Türkiyənin TGRT xəbər agentliyinin Xarici xəbərlər departamentinin direktoru Əmrə Diner İrəvanda “Yeni regional reallıqlar və Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) konfransında deyib. Onun sözlərinə görə, bu, həm Avropadan Çinə gedən yolu qısaldacaq, həm də regionda sülhə töhfə verəcək: “Bugünkü mühit bu dəhlizin formalaşmasına imkan verir. Ermənistanın bu dəhlizdə iştirakı ona ticarətin inkişafı, enerji və kommunikasiyaların şaxələndirilməsi, həmçinin İrəvanın regionda geosiyasi rolunun gücləndirilməsi üçün yeni imkanlar yaradacaq. Bu, region ölkələrinin qarşılıqlı asılılığını artıracaq. Avropadan Çinə gedən ən qısa yolun istismarı ermənilərin problemlərini həll edəcək. Bu, praqmatik dialoqa çağırışdır. Ticarət yolu qarşılıqlı razılaşmanı nəzərdə tutur və region ölkələri arasında münasibətləri yaxşılaşdıracaq. Bu fürsət qaçırılmamalıdır”. |
2023-12-05 | 810,627 | Yavlinski Putinə təklif verdi: Danışıqları mən aparım! | Yabloko Partiyasının təsisçisi Qriqori Yavlinski noyabrda Prezident Vladimir Putinlə gözüşü zamanı Rusiya və Ukrayna arasında danışıqların aparılması üçün namizədliyini irəli sürüb. Axar.az xəbər verir ki, bu barədə Yavlinski RBK kanalına müsahibəsində deyib. “Mən ancaq Rusiyanı təmsil edə bilərəm, başqalarının adından danışa bilmərəm. Amma bəli, namizədliyimi irəli sürdüm. Mən Çeçenistanda, sonra Dubrovkada vasitəçi olmuşam. Bu, kədərli bir şeydir, amma atəşkəsə doğru addım atmaq lazım gələrsə, mən hazıram”, - Yavlinski bildirib. Onun sözlərinə görə, Putinlə söhbəti zamanı atəşkəsin tezliklə təmin olunmasını müzakirə edib: “Mən öz arqumentlərimi təqdim etdim, amma prezident onlara cavab vermədi. Sual açıq qalır. Amma prezident çox ciddi dəqiqləşdirici suallar verdi. Bu, çox dərin və uzun söhbət oldu”. Siyasətçi qeyd edib ki, üç ay əvvəl atəşkəsdən söhbət getmirdi, amma indi Ukraynanın əks-hücumunun dalana dirəndiyi, Yaxın Şərqdə eskalasiyanın olduğu, Kiyevdə siyasi münaqişələrin yarandığı bir vaxtda əsas ifadə tezliklə atəşkəs olacaq. Yavlinski bildirib ki, münaqişədə hamı, o cümlədən Qərb ölkələri günahkardır: “İndiyə qədər heç kim atəşkəs barədə ciddi danışmaq belə istəmir. Və kimsə arxada dayanıb deyir: “Sənə hər hansı silah verəcəm, ancaq döyüşməli olacaqsan, amma mən döyüşməyəcəyəm, qoy orda sənin adamlarını öldürsünlər”. |
2023-12-05 | 810,631 | Türkiyədə hərbçilərimiz “mina”ları zərərsizləşdirdi - Foto | Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib. Axar.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, C-130 tipli təyyarə ilə havadan dənizə mina düzülüb. Sonra dalğıclar həmin minaları zərərsizləşdirib. Həmçinin, şərti əməliyyat zamanı yaralanan şəxsi heyətin təxliyəsi həyata keçirilib. Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman iştirak edir. Əlavə edək ki, təlimlər sabah, dekabrın 6-da başa çatacaq. |
2023-12-05 | 810,633 | Köçəryanın oğlu Nikolu hədələdi: Qaytarmayacağıq! | Ermənistanda Paşinyan və Köçəryan arasında siyasi qarşıdurma mülk davasına da keçib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, hakimiyyət keçmiş prezident Robert Köçəryanın mülklərinin müsadirə edilməsi və dövlətə verilməsi məsələsini gündəmə gətirib. Köçəryanın oğlu, həbsdən xilas olmaq üçün “Ermənistan” fraksiyasından deputat mandatı ilə təmin edilən Levon Köçəryan mülk davasına görə Baş nazir Nikol Paşinyanı hədələyib. “Bizim ailəmizə məxsus əmlak qanunidir, heç nəyi gizlətməmişik və hakimiyyət hər şeyi yoxlayıb”, - o deyib. Əlavə edib ki, bu əmlakın Baş Prokurorluğun qərarı ilə dövlətə verilməsi mümkün deyil. Prokurorluq müsadirə ilə bağlı iddianı ötən ilin yayında irəli sürüb. L.Köçəryan bildirib ki, hakimiyyətin məqsədi ədaləti bərpa etmək yox, ziyan vurmaqdır: “Bizim 4 milyard dollar sərvətimizin olduğunu deyirdilər, indi isə 60-70 milyon dollardan danışırlar. Amma bacarmayacaqlar. Bu iddialarını sübut etsinlər, mən belə ehtimal görmürəm”. Qeyd edək ki, L.Köçəryan parlamentdə fəaliyyətə başlayandan sonra atasının yerini tutub. Onun Paşinyana qarşı mübarizədə müxalifətin yeni lideri ola biləcəyi istisna edilmir. |
2023-12-05 | 810,634 | Rusiyadakı terror aktlarının arxasında Milli dayanır - Video | “Vaşinqton Post” Amerika və Ukrayna hərbçiləri arasında aparılan danışıqları təsvir edən məqalə yayımlayıb. Nəşr yazır ki, amerikalı general Mark Milli Ukrayna diversiya qruplarının komandirlərinə şəxsən göstəriş verib. O deyib: “Bütün ruslar gecə yarısı boğazının kəsiləcəyini düşünüb yatmalıdır”. Dövlətimiz bu əclaf general Millini beynəlxalq axtarışa verməyə borcludur. Axar.az xəbər verir ki, bunu rusiyalı telejurnalist Vladimir Solovyov deyib. “Bu əclaf terrorçu kimi tanınmalıdır. Cinayət işi açmalıyıq. Rusiyanın həm yeni ərazilərində, həm də daxilində baş verən terror aktlarının arxasında şəxsən Milli dayanır. İndi məlum olanda ki, bütün əməliyyatı amerikalılar planlaşdırıb, təlimlər keçiriblər, hazırlayıblar. Sual olunur: biz kiminlə mübarizə aparırıq? Blinken, Sallivan, Bayden - qatilləri təmsil edir! Milli qatildir. Beynəlxalq terrorçulardır. Və onlara başqa münasibət ola bilməz! Viktoriya Nuland və digər bütün əclaflar da bura daxildir. Onlarla məhz belə davranmaq lazımdır”, - o bildirib. |
2023-12-05 | 810,636 | Zakir Həsənov misirli həmkarı ilə görüşdü | "EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Məhəmməd Əhməd Zaki ilə görüşüb. Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələr arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. |
2023-12-05 | 810,638 | İrandan Paşinyanın layihəsinə reaksiya | İran, Hindistan və Ermənistan əlaqələri inkişaf etdirməyə çalışır. Axar.az xəbər verir ki, bunu İrəvanda “Yeni regional reallıqlar və Dünyanın kəsişməsi” konfransında çıxışı zamanı İran Prezident Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinin direktorunun beynəlxalq məsələlər üzrə müşaviri Əlirza Kühkan deyib. “Regionda inkişafın açarı sülhdür. Mən İrəvanın təklif etdiyi “Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) layihəsi çərçivəsində əməkdaşlığa, o cümlədən İran və Ermənistanın əməkdaşlığına nikbin baxıram. İran tələbə mübadiləsinə və İran, Hindistan və Ermənistan universitetləri arasında digər birgə proqramların həyata keçirilməsinə hazırdır. Məhz əlaqələr yaratmaqla regionda inkişafa və sülhə gedən yol açıla bilər”, - Kühkan bildirib. |
2023-12-05 | 810,640 | KTMT-dən Cənubi Qafqazla bağlı açıqlama | KTMT-nin Təhlükəsizlik Şurası təşkilata üzv dövlətlərin sərhədləri yaxınlığında təhlükəli insidentləri və hərbi-siyasi gərginliyin artmasına səbəb ola biləcək təxribat xarakterli hərəkətləri qəbul etmir. Axar.az xəbər verir ki, bu barədə KTMT Şurasının bəyanatında deyilir. “Həmçinin, əcnəbi terrorçuların silahlı münaqişə zonalarına yerləşdirilməsi ilə bağlı dərin narahatlığımızı bildiririk”, - bəyanatda deyilir. Sənəddə qeyd olunur ki, nüvə müharibəsində qaliblər ola bilməz və bu mövzu heç vaxt açılmamalıdır: “Bu baxımdan nüvə gücləri arasında hərbi qarşıdurmanın qarşısını almaq üçün fəal səylərə çağırırıq”. Eyni zamanda, bəyanatda Cənubi Qafqazda sülh və sabitliyin əldə edilməsi səylərinə dəstək ifadə edilir. |
2023-12-05 | 810,643 | Putin dünyada fövqəladə rol oynayır - Peskov | Rusiya Prezidenti Vladimir Putinin dünya işlərində rolu fövqəladədir və onu qiymətləndirmək çətindir. Axar.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Amerikanın “Taym” jurnalının Putini “İlin adamı” adına irəli sürmək qərarını şərh edərkən deyib. “Görək. Hər halda Putinin ölkəmizdə və dünyada rolunu qiymətləndirmək çətindir, bu aydındır. Təbii ki, Putin dünyada qeyri-adi rol oynayır”, - o bildirib. Peskov əlavə edib ki, prezidentin özü üçün namizədliyin xüsusi əhəmiyyəti yoxdur. |
2023-12-05 | 810,646 | Azərbaycan və İran admiralları Bakıda görüşdü - Foto | Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Bakıda səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb və əməkdaşlıq məsələlərini müzakirə edib. Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, görüşdən əvvəl təntənəli qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin HDQ qərargahının ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Sonra protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. HDQ-nin qərargah binasında keçirilən görüşdə Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Görüş zamanı İran nümayəndə heyətinə Azərbaycan HDQ haqqında brifinq təqdim edilib. Sonda qarşılıqlı hədiyyələr verilib və xatirə şəkli çəkdirilib. |
2023-12-05 | 810,647 | ABŞ-dan sonra Ukraynaya ən çox mərmi göndərən ölkə | ABŞ-dan sonra Ukraynaya ən çox mərmi tədarük edən ölkə Cənubi Koreyadır. Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Məlumata görə, Cənubi Koreya 41 gün ərzində hava və dəniz yolu ilə Ukraynaya 300 mindən artıq 155 mm-lik mərmi göndərib. Bu, bütün Avropa Birliyinin göndərdiyindən daha çoxdur. Qeyd olunub ki, Cənubi Koreya hazırda dünyada ən çox 155 mm-lik mərmilərə sahib olan ölkələrdən biridir. |
2023-12-05 | 810,650 | Ərdoğanın müavini PA-da - Görüş keçirildi | Dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin Xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Axar.az xəbər verir ki, görüşdə Ədalət Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində və lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə Azərbaycanın suverenliyini bərpa etdiyini, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və məqsədyönlü bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini qonaqların diqqətinə çatdırıb. Qazanılmış Qələbədə Türkiyənin mənəvi-siyasi dəstəyinin əhəmiyyətindən bəhs edən şöbə müdiri Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin dünyada bənzərsiz olduğunu, hər iki tərəfin çoxşaxəli əməkdaşlığı dərinləşdirmək iradəsini nümayiş etdirdiklərini bildirib. Ədalət Vəliyev dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın daha da dərinləşdiyini, iki hakim partiyanın əlaqələrinin gücləndirilməsinin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verdiyini, 2021-ci ildə YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən məqsədyönlü fəaliyyəti vurğulayıb. Zəfər Sırakaya iki partiya arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm elementi olduğunu, davamlı xarakter daşıyan qarşılıqlı səfərlərin həyata keçirilməsinin partiyalararası təmasların gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın tarixi Qələbəsi nəticəsində regional təhlükəsizlik və əməkdaşlıq üçün mühüm imkanlar yarandığını diqqətə çatdırıb. Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib. |
2023-12-05 | 810,651 | Moskvada Rusiya ilə İran arasında saziş imzalandı | Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında birtərəfli sanksiyalara qarşı mübarizə haqqında saziş imzalanıb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Sənədin rəsmi adı “Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında Bəyannamə” adlanır. |
2023-12-05 | 810,652 | Fransa HƏMAS liderinin əmlakını dondurdu | Fransada HƏMAS lideri Yəhya Sinvarın əmlakı dondurulub. Axar.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Məlumata görə, Yəhya Sinvarın əlində olan və ya nəzarət etdiyi fond və iqtisadi resurslar 6 ay müddətinə dondurulub. |
2023-12-05 | 810,653 | Türkiyə İsveçin üzvlüyünə mane olmayacaq - Obrayen | Hesab edirəm ki, Türkiyə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən İsveçin NATO-ya üzv olmasına mane olmayacaq. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib. “Qəzzadakı münaqişə Türkiyənin qərarına təsir edə bilməyəcək. İsveçin gələn il alyansa qoşulacağına inanıram”, - Obrayen bildirib. |
2023-12-05 | 810,659 | Telman Qasımov İrəvandakı evinə getdi - Video | Hərbi ekspert Telman Qasımov İrəvandakı evinə gedib. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər yayılıb. |
2023-12-05 | 810,660 | Sumqayıtın bu ərazilərində qaz olmayacaq | Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq. Axar.az xəbər verir ki, Corat qəsəbəsində 1000-lik ŞQTM-i quraşdırılacaq və Corat bağlarında çəkilmiş d108 mm-lik küçə qaz xətti mənbəyə qoşulacaq. Bununla əlaqədar 6 dekabr saat 09:30-dan etibarən işlər tamamlanana qədər d530 mm-lik “Şəhər-4” yerüstü ortatəzyiqli qaz xəttindən qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində 13-cü mikrorayonun bir hissəsi, Təzə Corat, Köhnə Corat, Novxanı, Novruz qəsəbələri və Corat bağlarına qaz verilməyəcək. Sumqayıt Qaz İstismarı Sahəsi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir. |
2023-12-05 | 810,661 | 650-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 650-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 547 təyyarəsi, 257 helikopteri, 9465 PUA-sı, 442 zenit-raket kompleksi, 13 807 tank və digər zirehli texnikası, 1 187 reaktiv yaylım atəş sistemi, 7 234 artilleriya və minaatanı, 15 939 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-05 | 810,663 | Vergilər İdarəsinin rəisi və şöbə müdiri 8 il həbs edildi | İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Sefi oğlu Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Nəsib oğlu Əliyevə hökm oxunub. Axar.az xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub. Zaur Adilov 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 1 ay müddətə azadlıqdan məhrum edilib. Əjdər Əliyev isə 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Baş prokurorluq 2022-ci ilin dekabr ayında adıçəkilən şəxslərin saxlanılması barədə məlumat yayıb. İttiham aktına əsasən, Z.Adilov və Ə.Əliyevin qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət alıblar. Zaur Adilov həmin pul vəsaitlərinin bir hissəsini vətəndaşdan alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onu cinayət başında yaxalayıb. Onlara qarşı cinayət məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. |
2023-12-05 | 810,667 | Azərbaycanda daha bir məktəbli qızılcadan öldü | Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb. Axar.az Report-a istinadən xəbər verir ki, kənd sakini - 2013-cü il təvəllüdlü Samirə Elxan qızı Əliyeva xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb. Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib. Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-05 | 810,668 | Ermənistan mina təhdidinə son qoymalıdır - XİN | Ermənistanın Azərbaycana qarşı mina təhdidinə son qoyulmalıdır. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında yazılıb. "Bu gün Ağdam rayonunda minanın partlaması nəticəsində minaların zərərsizləşdirilməsi üzrə azərbaycanlı mütəxəssis xəsarət alıb. 2020-ci il müharibəsi başa çatdığı gündən bəri mina qurbanlarının sayı 338 nəfərə çatıb", - qeyd edilib. |
2023-12-05 | 810,669 | Ağacları qanunsuz kəsən şəxslər yaxalandı | İsmayıllıda meşə fonduna daxil olan ərazidə ağacları qanunsuz kəsən şəxslər müəyyən olunub. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, İsmayıllı rayonunun Zərnava kəndində meşə fonduna daxil olan ərazidə 20-yə yaxın vələs və fıstıq ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub. Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin ağacları kəsən 3 nəfər rayon sakini müəyyən olunub. Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. |
2023-12-05 | 810,670 | İsrail Qəzzada evə zərbə endirdi: 45 nəfər öldü | 18:59 İsrailin Qəzza zolağının mərkəzində yaşayış binasına endirdiyi zərbə nəticəsində 30-dan çox insan həlak olub, onlarla insan yaralanıb. Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. “Bu gün Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində Əbu Mesbeh ailəsinə məxsus yaşayış binasına edilən zərbələr nəticəsində 30-dan çox insan həlak olub, onlarla insan yaralanıb”, - deyə bildirilib. *** Zərbə nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb. |
2023-12-05 | 810,671 | Faktiki hava şəraiti açıqlandı | Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, saat 18:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26-32 m/s, Neftçala, Gəncədə 20 m/s, Şəkidə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 13, Aran rayonlarında 21, dağlıq rayonlarda 15 dərəcəyədək isti olub. |
2023-12-05 | 810,672 | "Nar"dan "Dinlət" xidməti ilə tərzini paylaş | Hər zaman müştəriyönümlülük və sərfəli qiymət strategiyasına sadiq qalan “Nar” öz abunəçiləri üçün yenilənmiş “Dinlət” xidmətini təqdim edir. Bir zamanların ən çox istifadə edilən xidmətlərindən biri olan “Dinlət” yeni funksiyalarla təkmilləşdirilib. İndi “Nar” abunəçiləri ayda cəmi 1.8 AZN ödəniş etməklə “Dinlət” parçasını istənilən sayda aktivləşdirə biləcək. Xidmətə qoşulmaq üçün www.dinlet.az platformasındakı parçalardan istədiyinizi seçib *185*DinlətKodu#YES yığmaq kifayətdir. Qeyd edək ki, “Dinlət” xidmətinə qoşularaq sizə zəng edənlərə standart zəng səsi əvəzinə sevdiyiniz musiqi parçalarını, fərqli melodiyaları, əyləncəli replikaları və s. dinlədə biləcəksiniz. “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. |
2023-12-05 | 810,673 | "Azercell" "Taksit" layihəsini təqdim edir | "Azercell" nömrəsi əldə etmək istəyən müştərilərə faizsiz hissə-hissə ödəmə imkanı veriləcək. 5 dekabr 2023-cü il tarixindən etibarən lider mobil operator "Taksit" layihəsini təqdim edir. www.azercellim.com veb-səhifəsində qiyməti 100 AZN üzərində olan bütün "Azercell" nömrələrinin onlayn qaydada 12 ayadək faizsiz taksitlə əldə edilməsi mümkün olacaq. "Azercell" nömrəsi almaq istəyən müştəri "BirKart" abunəçisi olmalıdır. Müştəri alacağı nömrənin qiymətini müəyyən edilmiş müddətlərdən birini seçməklə bir neçə ay ərzində hissə-hissə ödəmə imkanı əldə edəcək və bunun qarşılığında heç bir faiz hesablanmayacaq. Ətraflı məlumat və bu imkandan yararlanmaq üçün sadəcə www.azercellim.com veb-səhifəsinə keçid etmək lazımdır. Xatırladaq ki, www.azercellim.com saytı sürətli xidmət, istifadəçi rahatlığı və geniş nömrə bazası ilə müştəri təcrübəsini zənginləşdirmək məqsədilə yaradılan ilk e-ticarət (onlayn satış) platformasıdır. |
2023-12-05 | 810,674 | İsrail ordusu bu şəhəri ələ keçirdi | İsrail ordusu (ÇAXAL) Qəzzanın cənubundakı ən böyük şəhər - Xan-Yunisin mərkəzinə daxil olub. Axar.az xəbər verir ki, bu barədə ÇAXAL-ın məlumatında deyilir. |
2023-12-05 | 810,676 | Lavrov və Abdullahian nüvə proqramını müzakirə etdi | Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian Moskvada keçirilən görüşdə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) icrasının bərpası perspektivlərini və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. “Nazirlər bir sıra aktual beynəlxalq mövzuları, o cümlədən Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət, İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının icrasının bərpası perspektivlərini, həmçinin bəzi regional, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilib. |
2023-12-05 | 810,677 | İsrail ordusundan etiraf: Ən ağır gün... | Qəzzada quru əməliyyatları başlayandan bəri çərşənbə axşamı ən ağır döyüş günü olub. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. Qeyd edək ki, İsrail ordusu Qəzzanın cənubundakı Xan-Yunisin mərkəzinə daxil olub. |
2023-12-05 | 810,680 | Bayramov Abdullahianla nələri müzakirə etdi? | 19:28 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. Son aylarda yüksək səviyyədə keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib. Tərəflər bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər. Bu xüsusda, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində işlərin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, Ermənistan tərəfindən törədilən maneçilik, habelə Qarabağ bölgəsində antiterror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə qarşı tərəfə məlumat verib. Bölgədə Ermənistanın silahlandırılması səylərinin sülh və sabitliyə təhdid olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb. Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2023-12-05 | 810,682 | Azərbaycanda ağır qəza: ölənlər var | Dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində BMV markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır. |
2023-12-05 | 810,688 | ABŞ rusiyalı biznesmeni tapana 7 milyon verəcək | ABŞ hakimiyyəti rusiyalı iş adamı, Krasnoyarsk diyarının keçmiş qubernatoru Aleksandr Ussun oğlu Artyom Uss haqqında məlumat verən şəxsə 7 milyon dollar ödəməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. O bildirib ki, Dövlət Departamenti iş adamının saxlanmasına imkan verəcək məlumat üçün 7 milyon dollara qədər mükafat təklif edir. Qeyd edək ki, A.Uss ABŞ-da sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında ittiham olunur. ABŞ-da onu 20 ildən 30 ilə qədər həbs gözləyir. O, ötən il oktyabrın 17-də ABŞ-ın tələbi ilə İtaliyada saxlanılıb, daha sonra ev dustaqlığı müddətində ABŞ-a ekstradisiya ilə bağlı məhkəmə qərarını gözləyib. Bu ilin martın 23-də Uss Milan yaxınlığında ev dustaqlığında olduğu yeri icazəsiz tərk edib. |
2023-12-05 | 810,690 | Borrellin fikirləri qəbuledilməzdir - XİN | Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir. Axar.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell tərəfindən səslənmiş fikirlər ilə bağlı yerli mətbuatın sualına cavabında deyib. "Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrellin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir. Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Jozep Borrellin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur. Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları müdafiə olunmamış yüzminlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir. Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15 000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır. Jozep Borrellin bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir. Aİ nümayəndəsinə həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq olunması bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünümüdafiə hüququndan istidafə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib. Bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq", - o bildirib. |
2023-12-05 | 810,692 | Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olundu | Şamaxı Rayon Polis Şöbəsinin və 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı Birinci Çaylı kəndi ərazisində məişət tullantılarının qalaqlanması aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilərək o, inzibati məsuliyyətə cəlb olunub. |
2023-12-05 | 810,694 | Bakı Kiyevə hərbi yardım göndərir? - Açıqlama | Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər tamamilə yalandır. Axar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir. “Belə ki, Azərbaycan top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır. Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir. Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəkilin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Medianın İnkişafı Agentliyi olaraq yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq”, - açıqlamada deyilir. |
2023-12-05 | 810,697 | Qəzzada əməliyyat: İsrail yeni fazaya keçdi | İsrail ordusu Qəzzada quru əməliyyatlarının üçüncü fazasına başlayıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir. |
2023-12-05 | 810,704 | Xəstəxana direktoru açıqladı: Qızılcadan ölən məktəbli... | Neftçala rayonunda vəfat edən məktəbli ilə bağlı bəzi təfərrüat məlum olub. Axar.az-ın Azərtac-a istinadən məlumatına görə, Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev bildirib ki, Aşağı Surra kəndində yaşayan Samirə Elxan qızı Əliyevadan əvvəl həmin ailədə olan digər uşaq Samir Əliyevin qızılcaya yoluxması ilə bağlı kənddə yerləşən tibb məntəqəsinə müraciət olunub. “Dərhal həkimlər tərəfindən ailədə olan hər üç uşaq - 2010-cu il təvəllüdlü Samir Əliyev, 2013-ci il təvəllüdlü Samirə Əliyeva, 2016-cı il təvəllüdlü Kərim Əliyev yoxlanılaraq müayinə olunub. Qızılcaya yoluxan Samir Əliyevin noyabrın 27-də növbəti müayinə zamanı sağaldığı və digər uşaqlarda hər hansısa qızılca əlamətinin olmadığı müəyyən edilib. Noyabrın 30-da isə Samirə Əliyevanın qızılcaya yoluxması göstəriciləri ilə bağlı tibb məntəqəsinə yenidən müraciət olunub. Həkimlər müayinə zamanı onda 37,2-37,5 dərəcə hərarət və yüngül səpkilərin olduğunu aşkarlayıblar və mütəmadi olaraq Samirə Əliyeva və digər uşaqlar həkimlərin nəzarətində saxlanılıb. Ötən gün həkimlər növbəti dəfə həmin ailədə uşaqları müayinə edən zaman hansısa təhlükəli hal müşahidə etməyiblər. Bu gün səhər saatlarında isə Samirə Əliyevanın səhhəti anidən ağırlaşdığı üçün ailəsi tərəfindən uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda vəfat edib”, - deyə xəstəxananın direktoru qeyd edib. |
2023-12-05 | 810,705 | Gələn il Ukraynaya daha çox yardım edəcəyik - Britaniya | Böyük Britaniya 2024-cü ildə də Ukraynaya yardımları davam etdirəcək. Yardımın həcmi ötən illərlə müqayisədə az olmayacaq. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Devid Kemeron deyib. "2024-cü il üçün nə qədər vəsaitin ayrılacağı ilə bağlı rəqəmlərim yoxdur. Sadəcə onu deyə bilərəm ki, biz Ukraynaya eyni səviyyədə, hətta etdiyimizdən daha çox dəstəyi davam etdirməyə tam qərarlıyıq", - deyə XİN rəhbəri bildirib. |
2023-12-05 | 810,706 | ABŞ-dan Rusiya və Belarusa növbəti sanksiya... | ABŞ Rusiya və Belarusa qarşı sanksiyaları genişləndirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, 13 fiziki şəxs və 20 şirkət yeni məhdudiyyətlərə məruz qalıb. Həmçinin Belçika, Hollandiya və Kipr şirkətlərinə də məhdudiyyətlər tətbiq edilib. |
2023-12-05 | 810,707 | Azərtacın əməkdaşı bu ölkədən çıxarıldı | Azərtac-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Axar.az xəbər verir ki, bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq, “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb. Azərtac jurnalistin Yeni Kaledoniyadan əsassız deportasiyası ilə bağlı açıqlama da yayıb. Açıqlamada bildirilir ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib: “Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır. Onun polis nəzarəti altında saxlanılması və təyyarəyə minənədək müşahidə altında olması da bu tapşırığın birbaşa Fransa dövləti tərəfindən verilməsinə dəlalət edir. Bu, müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın məkrli niyyətinin daha bir təzahürüdür. Polisdən bildirilib ki, Yeni Kaledoniyaya giriş üçün xüsusi viza tələb olunur. Lakin Yeni Kaledoniya hökumətinin nümayəndəsi də Şengen vizası ilə bu ölkəyə daxil olmağın mümkünlüyünü bildirmişdi. Məhz buna görə də Yeni Kaledoniyanın “AirCalin” aviaşirkəti Aygün Həsənovaya Sinqapurdan bu ölkəyə uçuşa icazə verərək, təyyarəyə minməsinə mane olmamışdı. Qaydalara görə, hər bir sərnişinin təyinat ölkəsinə getməmişdən əvvəl vizası yoxlanılır və sonra təyyarəyə buraxılır. Lakin sərhəddə polis başqa bəhanə ilə bunun qanunsuz olduğunu bildirərək fərqli “arqumentlər” gətirib. Hətta A.Həsənovanı həbs olunacağı ilə hədələyərək ölkədən çıxmasını tələb edib. Bununla kifayətlənməyən Yeni Kaledoniya polisi deportasiya edilərək tranzit ölkə kimi Sinqapura göndərilən əməkdaşımıza “arzuolunmaz şəxs” damğası vuraraq həmin ölkənin hava limanına məktub göndərib və onun nəzarət altında saxlanılmasını tələb edib. Lakin Sinqapur dövlətinin rəsmiləri bunu əsassız sayaraq əməkdaşımızı nəzarət altında saxlamaqdan imtina ediblər. Bu halı jurnalist fəaliyyətinin, söz və ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin öz vəzifəsini icra etməsinə imkan verməmək və ona qarşı qəddar davranış nümayişi kimi qiymətləndirir və bunu kəskin şəkildə qınayırıq. Fransa jurnalistimizə qarşı bu məhdudiyyətləri tətbiq etməklə, ona hədə-qorxu gəlməklə və qatı cinayətkarlara olan davranışı nümayiş etdirməklə dövlət səviyyəsində fundamental insan hüquqlarına və söz azadlığına əsl düşmən münasibətini aydın şəkildə nümayiş etdirdi”. |
2023-12-05 | 810,708 | Huk Tiflisdə, Armen ABŞ-da; Obrayen isə Bakıya gəlir | ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen sabah Bakıya gələcək, dövlət katibinin köməkçisinin müavini Coş Huk Tiflisdə Baş nazir İrakli Qaribaşvili ilə görüşüb, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə Vaşinqtonda görüşlərə başlayıb. Vaşinqton Cənubi Qafqazın hər 3 dövlət ilə eyni vaxtda danışıqlar aparır. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. “Vaşinqtonun bu siyasəti o zaman uğur qazanacaq ki, Cənubi Qafqazın hər 3 dövlətiylə əməkdaşlıqda balansı pozmasın”, - poitoloq bildirib. |
2023-12-05 | 810,710 | SOCAR yeni xartiyaya qoşuldu | Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) elan edilməsinə həsr olunmuş konfransda iştirak edib. Bu barədə Axar.az-a SOCAR-dan bildirilib. İqlim dəyişmələri üzrə qlobal çağırışları nəzərə alan və ətraf mühitin mühafizəsini prioritet istiqamət kimi müəyyənləşdirən SOCAR OGDC xartiyasına qoşulduğunu elan edərək neft-qaz əməliyyatları zamanı ekoloji məsələlərə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirib. Qeyd edək ki, OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi hədəfləri özündə əks etdirir. |
2023-12-05 | 810,711 | Qəzzada ölənlərin sayı 16 mini ötdü | İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 16 min 248, yaralıların sayı isə 43 min 616 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə anklav hökumətinin mətbuat xidməti məlumat yayıb. |
2023-12-05 | 810,712 | Fransa prinsiplərə qətiyyən məhəl qoymur - Şura | Mətbuat Şurası Azərtacın əməkdaşı Aygün Həsənovaya qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını qətiyyətlə pisləyib. Axar.az xəbər verir ki, Şuranın bununla bağlı bəyanatında bildirilir. “Fransa müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin ora ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı – Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və prinsiplərə, qətiyyən, məhəl qoymur. Yeni Kaledoniya polisinin hərəkəti qəbuledilməzdir, tam yolverilməzdir. Azərtacın əməkdaşının saxlanılması, həbslə hədələnməsi, “arzuolunmaz şəxs” kimi təyyarəyə mindirilərək, digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınmasıdır. Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir. Düşünməyə əsas var ki, ümumən prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa adına da son dərəcə utancverici durumdur”, - bəyanatda qeyd olunur. “Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mücadiləsini işıqlandırmaq üçün ora səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə yetirmək istəyirdi. Azərbaycan Mətbuat Şurası hesab edir ki, ona qarşı aşkar qanunsuzluq bütövlükdə dünyanın media ictimaiyyətini düşündürməlidir. Nəzərə alaq ki, bu xoşagəlməz olay – jurnalistin fəaliyyətinin zorakı üsullarla məhdudlaşdırılması, nəinki Yeni Kaledoniyadakı, ümumən digər fransız müstəmləkələrindəki, habelə Fransanın özündəki nümayiş və mitinqləri işıqlandıran xarici media təmsilçilərinin təhlükəsizliyi məsələsini aktuallaşdırmaqdadır. Mətbuat Şurası Yeni Kaledoniya polisinin Azərtac-ın əməkdaşı Aygün Həsənovaya qarşı klassik diktatura quruluşlarının fəaliyyət dəst-xəttinə xas hərəkət və davranışını qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, o cümlədən, beynəlxalq media qurumlarını baş vermiş hadisəyə münasibətdə susqun qalmamağa çağırır. Şura bu qənaətdədir ki, azərbaycanlı jurnalistin üzləşdiyi anti-insani hərəkətə layiqli hüquqi qiymətin verilməməsi cəzasızlıq mühiti formalaşdırır. Belə bir mühitin mövcudluğu isə oxşar hadisələrin təkrarı üçün presedent yaradır. Ona görə də bütövlükdə Makronun rəhbərlik etdiyi fransız diktaturasının mediaya, jurnalistikaya münasibətdə qəddarlıqdan əl çəkməyə məcbur edilməsi şərtdir. Bu şərt isə yalnız mütərəqqi ictimaiyyətin səfərbərliyi, etirazı ilə yerinə yetirilə bilər”, - bəyanatda vurğulanır. Mətbuat Şurası bir daha Azərtac-ın əməkdaşı Aygün Həsənovaya qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını qətiyyətlə pisləyərək, baş vermiş olayın günahkarlarının tezliklə tapılmalarını və məsuliyyətə cəlb edilmələrini, ümumən hadisəyə müvafiq hüquqi qiymətin verilməsini tələb edib. |
2023-12-05 | 810,714 | Ərəb ölkələri İsrailə gizli dəstək verir – “Ekonomist” | Ərəb ölkələri HƏMAS-la münaqişədə İsrailə gizli dəstək verir. Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Ekonomist” (The Economist) jurnalının və İsrailin “Haaretz” qəzetinin nəşrlərində qeyd olunur. İddia edilib ki, ərəb liderlər İsrailin HƏMAS-ı məğlub edəcəyinə ümid edirlər, çünki onlar radikal Fələstin hərəkatını daxili siyasi sabitliyə təhlükə kimi görürlər. Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 50-dən çox liderinin bu yaxınlarda Ər-Riyadda keçirilən görüşündə İran və digər liderlər HƏMAS-ı dəstəkləməyi, o cümlədən silah tədarükü və İsrailə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər. Lakin bu təkliflər rədd edilib. Bundan əlavə, Səudiyyə Ərəbistanı və digər ölkələr neftdən İsrailə qarşı silah kimi istifadə etməkdən imtina edərək, 1973-cü il Yom Kippur müharibəsi zamanı qəbul edilən yanaşmadan uzaqlaşıblar. |
2023-12-05 | 810,715 | Kubadan qaçan, Kastronu tənqid edən bacısı öldü | Kubanın dövlət və siyasi xadimi Fidel Kastronun kiçik bacısı Xuanita Kastro dekabrın 4-də Mayamidə (Florida) vəfat edib. Axar.az TASS-a istinadla xəbər verir ki, bu barədə onun nümayəndəsi Mariya Antonietta Kollinz məlumat verib. “Bu gün müstəsna qadın və Kuba uğrunda yorulmaz döyüşçü Xuanita Kastro 90 yaşında vəfat etdi”, - o, İnstaqram səhifəsində yazıb. Xuanita Kastro 1964-cü ildə vətənini tərk edib, bundan sonra o, Kuba hakimiyyətini dəfələrlə açıq şəkildə tənqid edib. Daha sonra o, 1961-ci ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini etiraf edib. |
2023-12-05 | 810,717 | Bakıda Xəzəryanı dövlətlərin işçi qrupunun iclası keçiriləcək | Gələn ilin mart ayında Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupunun görüşü keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. “Xəzəryanı dövlətlərin müxtəlif əməkdaşlıq platformaları mövcuddur. Əməkdaşlıq platformalarından biri də, dövlət başçılarının qərarına əsasən, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası formatıdır. Qərara uyğun olaraq bu gün ilk görüş keçirilib”, - nazir deyib. “Bildiyiniz kimi, Xəzər mövzusu ilə bağlı olaraq 16 müxtəlif saziş qəbul edilib. Həmin sazişlərdən 15-nə Azərbaycan da qoşulub. Eyni zamanda Xəzəryanı ölkələrin bir sıra digər istiqamətlər üzrə təşəbbüsləri var. Təşəbbüslərlə bağlı növbəti addımlar da razılaşdırılıb. Ən önəmli məsələlər sırasında Xəzərdə ekoloji problemlər və xüsusi olaraq dənizin səviyyəsinin son onilliklər ərzində azalmasıdır. Bu, çox ciddi narahatlıq doğurur. Həmin mövzu ilə bağlı olaraq VI sammitdə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi İşçi Qrupunun yaradılması təklifini irəli sürüb. Təklifə uyğun olaraq Azərbaycan tərəfi artıq üzv dövlətlərə bununla bağlı növbəti addımlara dair sənəd layihələri təqdim edib və hazırda həmin sənədlər müzakirə edilir”, - nazir bildirib. |
2023-12-05 | 810,718 | Simonyan Moskvadan imtina etdi – Karasindən cavab | Ermənistan nümayəndə heyətinin KTMT PA-ya gəlməmək qərarı təəssüf hissi ilə qarşılanır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin RİA-ya açıqlamasında deyib. Bunanla belə, Karasin erməni həmkarları ilə birbaşa, videokanallar və səfirlik vasitəsilə əlaqə saxladıqlarını, “münasibətlərin dondurulmadığını” bildirib. Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyanın KTMT Parlament Assambleyası Şurasının 19 dekabrda keçiriləcək 16-cı plenar iclasında iştirak etməyəcəyi açıqlanmışdı. |
2023-12-05 | 810,721 | MEDİA bəyanat yaydı: Tələb edirik... | Azərtac-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq. Axar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir. Vurğulanıb ki, bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır. “Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxaq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-lərin məsələyə münasibət bildirməsini tələb edirik“, - bəyanatda qeyd olunub. |
2023-12-05 | 810,723 | Oğuzda qızılcaya 10 yoluxma qeydə alındı | Oğuzda qızılca xəstəliyinə 10 yoluxma qeydə alınıb. Axar.az-ın Report-a istinadən məlumatına görə, rayon mərkəzindən və kəndlərdən qızılca xəstəliyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 11 nəfər daxil olub. Xəstəliyə yoluxanlardan 2-si bu gün xəstəxanaya daxil olub. Hazırda 1 nəfər stasionarda müalicə alır, 7 nəfərə isə ambulator müalicə göstərilib. Qeyd edək ki, şimal-qərb bölgəsində qızılca xəstəliyinə ilk yoluxma halı sentyabrın ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb. Oktyabrın birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyinə yoluxma qeydə alınıb. Dünən isə Qax rayonunda 2 nəfər bu xəstəliyə yoluxub. |
2023-12-05 | 810,727 | Rusiya bizi Ermənistana buraxmır - Ekspert | Ermənistanın əsas qaz tədarükçüsü bazarı bölüşmək istəmir. Axar.az xəbər verir ki, bu sözləri iranlı ekspert Qüdrətullah Şəfiyə İrəvanda keçirilən konfransda çıxışı zamanı deyib. “Onlar (Rusiya – red.) qaz bazarını bölüşmək ideyasını bəyənmirlər”, - deyə o bildirib. Qeyd edək ki, Ermənistanın əsas qaz tədarükçüsü Rusiyadır. |
2023-12-05 | 810,729 | Prezidentin köməkçiləri STEAM festivalında... | Dekabrın 5-də Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, mədəniyyət naziri Adil Kərimli, müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakı Ekspo Mərkəzində olublar. Axar.az xəbər verir ki, qonaqlar SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar. Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi ilə yaxından tanış olan qonaqlara məlumat verilib ki, festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışır. Qeyd edək ki, festival dekabrın 8-dək davam edəcək. |
2023-12-05 | 810,730 | Netanyahu 2 ayda məqsədinə çata bilmədi - HƏMAS | İsrail Baş naziri Benyamin Netanyahu iki ay ərzində Qəzza zolağında siyasi və ya hərbi qələbə qazana bilməyib. Axar.az xəbər verir ki, bunu HƏMAS hərəkatının Livandakı nümayəndəsi Üsamə Həmdan bildirib "60 günlük müharibədən sonra Netanyahu və ordusu siyasi və ya hərbi qələbəyə nail ola bilmədi, bu müharibə nə qədər davam etsə də, onlar üçün gerçəkləşməyəcək bir arzudur", - Həmdan bildirib. |
2023-12-05 | 810,732 | Rusiyada HHM-lər işə düşdü: Üç PUA məhv edildi | Rusiyanın havadan müdafiə sistemləri Belqorod vilayəti üzərində 3 təyyarə tipli PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov deyib. Onun bildirdiyinə görə, insident zamanı xəsarət alan olmasa da, PUA-ların qalıqları minik avtomobilinə zərər verib. |
2023-12-05 | 810,734 | Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ | Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-ın maraqlarına zidd olardı. Axar.az Trend-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib. "Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir", - deyə o bildirib. Miller qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdirir və onları davamlı sülhü təmin etməyə çağırır. "Bu əlaqələr, diplomatik səylərimizin diqqət mərkəzində olmaqda davam edəcək", - deyə o bildirib. Qeyd edək ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen dekabrın 6-8-də Azərbaycanda səfərdə olacaq. O, ikitərəfli münasibətləri gücləndirmək və Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək üçün Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək. |
2023-12-05 | 810,735 | Əliyevin bu müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı | Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları, Hörmətli xanımlar və cənablar, Sizi “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram. Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıya toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəkləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır. Azərbaycanda tarixən qadına göstərilən hörmət, qadın adının uca tutulması xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biridir. Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərinin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini vermişdir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparmışdır. Bu xüsusda, qadın və kolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbidir. XXI əsrdə qadınların təəssüf ki, hələ də koloniyalarda köləliyə və istismara məruz qalması fundamental insan hüquqlarından məhrum olması deməkdir. Azərbaycan kolonializmin hələ də davam etməsindən, xüsusilə koloniyalarda qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulmasından olduqca narahatdır. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur. Mən, Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır. 1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir. BMT BA 20-dən artıq qətnamə qəbul edərək Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edib. BMT həmçinin Fransa hökuməti tərəfindən Qəmər arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və etibarsız hesab edib. Eyni zamanda Qəmər arxipelaqının Mayot adasında bundan sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya məsləhətləşmələr təşkil edilməsini, adıçəkilən adada istənilən formada Fransız müstəmləkəçiliyini leqallaşdıran hər hansı bir xarici qanunu rədd edib. Həmin qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işğalını BMT-nin üzvü olan Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirilib. BMT BA-nın çoxsaylı qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüququ kobud şəkildə pozaraq Mayot adasında bundan sonra da referendumlar keçirib. Bu səbəbdən referendumların nəticələri qeyri-qanunidir. BMT ilə yanaşı Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq Təşkilatı da Mayot adasının Qəmərə aid olması ilə bağlı qərarlar qəbul edib. Beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Fransa 2003-cü ildə Mayotu öz konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultra-periferik bölgəsi olmuşdur. Mayota Aİ-nin ultraperifirik bölgəsi statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır. Göründüyü kimi Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu açıq-aşkar işğal və anneksiyadır. Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin, Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə davam edir, burada stabilliyin əldə edilməsinə maneə olur. Fransa kolonializmi barədə Dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur. Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir. Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır. Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu cür narahatedici və təhlükəli meyllərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir. Sizin 2023-cü ilin 6 iyul və 20 oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, həmçinin cari ilin 22 sentyabrında Nyu-Yorkda BMT BA-nın qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir. Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının 4-cü Komitəsinin fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində mübarizə daha da canlandırılmalıdır. Qadınların rolu daha da gücləndirilməli, onların dekolonizasiya yolunda mübarizəsinə daha güclü dəstək verilməlidir. Bugünkü konfrans kolonializm, onun fəsadları və neokolonializmlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi üçün əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə “kolonializmdən azad dünya” miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir. Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm". |
2023-12-05 | 810,737 | Putin: Anam məni küncə qoymuşdu | Rusiya Prezidenti Vladimir Putin gənclərlə görüşündə uşaqlıq dönəmində anası ilə bağlı xatirəsini bölüşüb. Axar.az xəbər verir ki, dövlət başçısı anasının onu küncə qoymasından danışıb. “Uşaqlıqda ailəmlə bağlı xoş xatirələrim hansıdır? Mən yalnız hekayənin başlanğıcını danışacağam. Anam məni küncə qoymuşdu, nəyə görə etdiyini xatırlamıram. Müəyyən müddət gəzib və əsəbi şəkildə soruşdu: "Bağışlanmağını istəyəcəksən?" Bu hekayə nə ilə bitdi, deyəcəyəm. Qısası, o, məni küncdən çıxartdı, öpməyə başladı və hekayə bununla bitdi”, - deyə Putin bildirib. |
2023-12-05 | 810,740 | Saxlanılan İsrail əsgərlərinin sayı... - HƏMAS | Əsir götürülən İsrail əsgərlərinin sayını müzakirə etməyin vaxtı hələ çatmayıb. Axar.az xəbər verir ki, bunu HƏMAS-ın Livandakı nümayəndəsi Üsamə Həmdan bildirib. “Biz saxladığımız əsgərlərin sayı barədə danışmayacağıq, bu məsələ ilə bağlı danışmaq vaxtı hələ çatmayıb”, - o bildirib. |
2023-12-06 | 810,741 | Saakaşvilidən Paşinyana: Qaç! | Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib. Axar.az xəbər verir ki, o, Paşinyana qaçmağı məsləhət görüb. “Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Amma bu qadağa Paşinyan üçün qırmızı işığı yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır. Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol - qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya İttifaqından arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç! Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir. Dişlərini keçirdir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın! Əminəm ki, hələ də gec deyil. Tərəddüd etməyi dayandırın. Gecikmək ölüm kimidir!” - deyə Saakaşvili yazıb. |
2023-12-05 | 810,742 | Səfirimiz ABŞ-da korrupsiya ilə bağlı dəlillər təqdim etdi | Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib. Axar.az xəbər verir ki, bu barədə səfir X sosial şəbəkəsindəki hesabında bildirib. “Dünən ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim etdim. Bundan əlavə, onlara bu yaxınlarda yazdığım məktubda ABŞ-da dini tolerantlığın pisləşməsinə kömək etməyimizi təklif etdim”, - səfir vurğulayıb. |
2023-12-06 | 810,745 | HƏMAS Qəzzaya nəzarəti itirir - İsrail | HƏMAS Qəzza üzərində nəzarəti itirir. Axar.az xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qallant deyib. Qeyd edək ki, İsrail ordusu Qəzzada hərbi əməliyyatların 3-cü fazasını başladıb, anklavın cənubunda aktiv döyüşlər gedir. |
2023-12-06 | 810,746 | Bu təklifi göndərdik, Rusiya rədd etdi - ABŞ | ABŞ son həftələrdə amerikalılar Pol Uilan və Evan Qerşkoviçin mübadiləsi üçün Rusiyaya yeni təklif irəli sürüb, lakin Moskva bunu rədd edib. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. O əlavə edib ki, ABŞ administrasiyası xaricdə həbsdə olan bütün vətəndaşlarının azad edilməsini özünün əsas prioriteti hesab edir. |
2023-12-06 | 810,748 | Bakıya qarşı info-savaş: son iki gündə nələr yayılıb? | Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. “Son bir neçə gündə təxribat məqsədilə yayımlanan xəbərlərə diqqət yetirək: 1. “Azərbaycanın açdığı atəş nəticəsində erməni hərbçi ölüb”; 2. “Avropa Birliyi Komissiyasının vitse-prezidenti Jozep Borrell 150 min (? – halbuki hətta Ermənistan rəsmiləri 100 min olduğunu iddia edir – red.) erməninin zorla Qarabağdan çıxarıldığını bildirib”; 3. “Azərbaycan Ukraynaya mərmi göndərib”. Bunların yalan olduğunu biz bilirik, ancaq bu dezinformasiyalar geniş auditoriyası olan xarici media qurumlarında yayımlanır”, - politoloq vurğulayıb. O xatırladıb ki, 1990-cı illərdə də belə idi, torpaqlarımız ard-arda işğal olunurdu, soyqırımlar baş verirdi, yüzminlərlə soydaşımız yurdlarından qovulurdu, ancaq beynəlxalq mediada bizi təqsirkar çıxarırdılar, informasiya blokadasında idik: “Sonrakı illərdə informasiya blokadasanı yarsaq da, ikili standartlardan qurtulmamışıq. Bütün hallarda informasiya işində fəallığı artırmalıyıq”. |
2023-12-06 | 810,752 | BMT-dən taxıl sazişi ilə bağlı yeni açıqlama | BMT taxıl sazişinin bərpa edilməsi işlərini davam etdirir, səylər məhz bu istiqamətdə aparılır. Axar.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. Düjarrik atılan addımlar barədə əlavə heç bir məlumat verməyib. |
2023-12-06 | 810,753 | HƏMAS İsrailin nüvə obyektini vurubmuş - Şok | Oktyabrın 7-də HƏMAS qruplaşmasının Qəzza zolağından atdığı raket İsrailin nüvə silahı daşıya bilən bəzi raketlərinin yerləşdiyi bazaya düşüb. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb. Nəşr bildirir ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS ölkənin cənubuna doğru irəliləyən zaman İsrailə atdığı minlərlə raketdən biri Beyt Şemeş yaxınlığındakı Sdot Miça aviabazasının ətrafına düşüb. Nəticədə yanğın baş verib və bazanın təxminən 40 hektar ərazisi yanıb, lakin görünür, strateji obyektlərə çatmayıb. Amerikalı alim, nüvə sahəsi üzrə mütəxəssis Hans Kristensen bazada nüvə başlıqları daşıya bilən 25-50 “Yerihon” raket buraxılış qurğusunun olduğunu ehtimal edir. |
2023-12-06 | 810,754 | Kiyev seçim qarşısındadır: savaş dayanacaq? - Ekspert | İlkin mərhələdə Rusiya “xüsusi əməliyyat“ adı altında Ukraynaya müdaxiləni 72 saatlıq bir müddətə planlaşdırmış olsa da, artıq müharibənin 651-ci günüdür. Hər iki tərəfin müharibə ilə bağlı hesabları özünü doğrultmadı. Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev Ukrayna-Rusiya müharibəsinin hazırkı gedişatında tərəflərin üstünlük məsələsinə münasibət bildirərkən deyib. Ekspert vurğulayıb ki, müharibə “sürünən faza”ya keçib: “İlkin mərhələdə 31 ölkənin gücü ilə Ukrayna Silahlı Qüvvələrini dəstəkləyən Şimali Atlantika Alyansı hazırda Ukraynanı siyasi hərbi hədəflərinə çatdıra bilməyib. Kiyevin məqsədi bu idi ki, böyük güclərin dəstəyi ilə 91-ci ilin sərhədlərinə çıxa bilsinlər. Bu, baş verməyib. Rusiyanın da siyasi hərbi hədəfi o idi ki, Ukraynanın Donetsk, Luqansk kimi bir neçə şəhərlərini nəzarətinə qaytarsın. Müharibənin hazırkı gedişatı Rusiyanın üstünlük əldə etdiyini göstərir. USQ-nin əks-hücum əməliyyatlarının uğurlu olmamasından istifadə edən Rusiya lokal taktiki qruplar səviyyəsində döyüşləri öz lehinə çevirə bilib. Qarşıdan qış gəlir. Müharibənin gedişatına hava şərtləri də təsir edir. Bununla da Ukrayna Baş Qərargahı və Kiyevi dəstəkləyən hərbi beyin mərkəzləri belə nəticəyə gəlirlər ki, Ukrayna ordusu verilən dəstəyi doğrulda bilmir. Ukrayna bunda müttəfiqləri tərəfindən kifayət qədər hərbi-texniki dəstəyin verilməməsini səbəb göstərir. Müttəfiqləri isə hesab edir ki, USQ-nin şəxsi heyəti müharibəni aparmağı bacarmır. Həmçinin, Ukraynanın rəhbərliyində, xüsusən, prezidentlə baş komandan arasında çox böyük münaqişə də yaranıb. Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı Zelenskidən tələb edir ki, hədəflərə çatmaq üçün hərbi-texniki təminatı həyata keçirsin. Ukraynanın mütəfiqləri isə bunu edə bilmir”. Mütəxəssis bildirib ki, ikinci cəbhənin yaranması da Ukrayna-Rusiya müharibəsinə təsir edən amillərdəndir: “Ukrayna üçün fors-major vəziyyət yarandı. İkinci cəbhənin açılması - HƏMAS-ın İsrailə hücumundan sonra artıq Ukraynanı dəstəkləyən qüvvələr o cəbhəyə də yardım etməyə məcbur oldu. Həmçinin Ukraynanı dəstəkləyən siyasi hərbi beyin mərkəzləri düşünürdülər ki, Rusiyaya sanksiya tətbiq etməklə onları geri çəkilməyə məcbur etmək olacaq. Bu hesabları da özünü doğrultmadı. Sanksiyalar Rusiyanın iqtisadiyatına və maliyyə gəlirlərinə ciddi təsir etmədi”. Rusiyanın digər üstünlüklərinə diqqət çəkən ekspert vurğulayıb ki, Ukraynanı dəstəkləyən güclər Kiyevi Moskva ilə danışıqlar masasına oturtmağa çalışacaq: “Güc nisbətində əhalinin sayı da mühümdür. Rusiya ordunun sayını 1,3 milyon nəfərə qədər qaldırdı. Uzun müddətə Rusiyanın resursları müharibəni davam etdirməyə uyğun görünsə də, Ukrayna haqqında bunu demək mümkün deyil. Bu səbəbdən Ukraynanın müttəfiqləri üstüörtülü şəkildə Kiyevi təslimçiliyə çağıracaq. Masaya oturmaq üçün də müharibə dayandırılıb, atəşkəs rejiminə keçilməlidir. İndi vəziyyət elədir ki, qış kampaniyasından sonra tərəflər vəziyyətin necə olacağına qərar verəcək. Hər bir halda müharibəni dayandırmaq Kiyev üçün torpaq itkisi ilə nəticələnəcək. Rusiyanın da itkiləri var, amma Moskva üçün bu itkilərin yerini doldurmaq daha rahatdır. Odur ki, bu müzakirələr müharibənin dayandırılmasına doğru gedir. Artıq müttəqfiqlər də Ukraynanı əvvəlki qədər dəstəkləyə biləcəyinə dair mesajlar vermədiyi üçün Ukrayna xalqı ikiyə bölünüb. Düşünürəm ki, bu, hökumətin vəziyyətinə də, qərarlarına da təsir edəcək”. |
2023-12-06 | 810,755 | Messi 2023-cü ilin idmançısı seçildi | “İnter Mayami” və futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi “Taym” jurnalının versiyasına əsasən, ilin idmançısı seçilib. Axar.az xəbər verir ki, bu barədə məlumat jurnalın saytında yerləşdirilib. 2022-ci ilin sonunda hücumçu milli komandasına Qətərdə Dünya Kubokunu qazanmağa kömək edib və turnirin ən yaxşı oyunçusu seçilib. Bu yay Şimali Amerikanın Əsas Futbol Liqasında (MLS) "İnter Mayami" klubu ilə müqavilə bağlayıb və klubda Liqalar Kubokunu qazanıb. Bundan əlavə, 2023-cü ildə argentinalı hücumçu PSJ klubunda Fransa çempionu olub. Messi daha əvvəl "FourFourTwo"nun versiyasına görə, XXI əsrin ən yaxşı futbolçusu seçilib. İkinci yerdə "əl-Nəsra" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. Oktyabrın 30-da Messi futbol karyerasında səkkizinci dəfə "Qızıl top"un sahibi olub. O, daha əvvəl bu mükafatı 2009, 2011, 2012, 2013, 2016, 2019 və 2021-ci illərdə əldə edib. |
2023-12-06 | 810,757 | Qod Nisanova ağır itki... | Azərbaycanəsilli iş adamı Qod Nisanova ağır itki üz verib. Axar.az xəbər verir ki, Rusiyada fəalliyyət göstərən milyarderin atası Semyon Nisanov bu gün Moskvada dünyasını dəyişib. Mərhumun sabah Rusiyada dəfn mərasimi keçiriləcək. Qeyd edək ki, Semyon Nisanov vaxtı ilə Qubadakı ən böyük konserv zavodunun direktoru olub. |
2023-12-06 | 810,759 | Smartfondan istifadə zamanı edilən 5 səhv | Yaşadığımız dövrdə insanların böyük əksəriyyəti özünü smartfonlarsız təsəvvür edə bilmir. Təəssüf ki, eyni cihazların cinayətkarların istifadə etdiyi alətə çevrilməsi təhlükəsi də mövcuddur. Axar.az smartfonların saniyələr ərzində sındırılmasına səbəb ola biləcək beş ümumi səhvi təqdim edir: 1. Köhnəlmiş proqram təminatından istifadə 2. Eyni parollardan istifadə 3. İnternetdə çox məlumat vermək 4. Qorunmayan ictimai şəbəkələrə qoşulma 5. Təhlükəli linklərə klikləmə. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.