date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-11-28
| 808,522 |
Ödənişli yolda ağır qəza baş verdi: ölən var
|
Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az-ın Report-a istinadən məlumatına görə, "Nissan X-Trail" markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində 1968-ci il təvəllüdlü Təranə Ənvər qızı Babayeva hadisə yerində aldığı xəsarətlərdən ölüb. Daha bir nəfər, 1964-cü il təvəllüdlü Xalis Abiddin oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
|
2023-11-28
| 808,524 |
Putin: Demoqrafik problem təkcə müavinətlərlə həll edilmir!
|
Rusiyanın üzləşdiyi demoqrafik problemi yalnız sosial ödənişlər, müavinətlər və güzəştlərlə aradan qaldırmaq mümkün deyil. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin deyib ki, büdcənin demoqrafik xərcləri çox əhəmiyyətlidir, lakin daha mühüm amil həyat qaydalarıdır: "Ailənin əsası uşağın sevgi ilə doğulması, inam və güclü mənəvi dayaqlardan ibarətdir".
|
2023-11-28
| 808,528 |
Laçında açıq səma muzeyi yaradılacaq
|
Laçında “Laçının daş yaddaşı” adlı açıq səma altında muzey yaradılacaq. Axar.az xəbər verir ki, Mədəniyyət Nazirliyi belə bir muzeyin yaradılması ideyasını bəyənib və dəstəkləyib. Muzeydə nümayiş etdiriləcək daşlar rayonun kəndlərində toplanılaraq Laçın şəhərində yerləşən Yun zavodu adlanan əraziyə gətirilib. Daşları laçınlı ziyalılar Azər Məmmədov və Akif Binəyerli toplayıb. "İzi itməkdə olan qədim qəbiristanlıqlarda olan 7-8 ədədi istisna olmaqla qalanı baxımsızlıq ucbatından və qızılaxtaranlar tərəfindən qazılaraq bir kənara atılıb. Dağ yamaclarına yuvarlanmış şəkildə qalaraq itib batmaq üzrə olan bu tarixi əsərlər Laçının mərkəzində açıq muzeydə qorunacaq. Həmin abidələrin elmi cəhətdən araşdırılması yolu ilə tariximizi öyrənmək mümkün olacaq", - A.Məmmədov bildirib. Onun sözlərinə görə, kəndlərdən, meşələrdən, dağ yamaclarından, kolluqların içindən böyük çətinliklər hesabına 65 ədəd abidəni toplayaraq Laçına gətiriblər. Ermənilərin vandalizmə məruz qoyduğu daşlar tezliklə Laçın şəhərinin mərkəzində açıq səma altındakı muzeydə üç dildə nümayiş olunacaq.
|
2023-11-28
| 808,529 |
Göygöldə qəza: yaralananlar var
|
Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Axar.az xəbər verir ki, hadisə Göygöl-Hacıməlik yolunda qeydə alınıb. Hərəkətdə olan "Mersedes" markalı avtomobil anidən yolda heyvanı vurmaqdan yayınmağa çalışdığı zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan, 1999-cu il təvəllüdlü Elçin Əzizov və daha 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
|
2023-11-28
| 808,530 |
NATO-dan şok etiraf: Ukrayna ümidlərimizi puç etdi!
|
Brüsseldə keçirilən görüşdə NATO-nun xarici işlər nazirləri etiraf ediblər ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı əks-hücum əməliyyatı uğursuz olub, bu, onların ümidlərini doğrultmayıb və gözlədiklərindən xeyli aşağı nəticələr verib. Axar.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri rəhbəri Peter Siyarto Brüsseldə iclasda çıxışında deyib. "Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı məqsəd və ümidlər puça çıxdı, çünki başlanandan bəri döyüş meydanında heç bir ciddi dəyişiklik və heç bir irəliləyiş olmayıb. Bunu burada bir çox insan etiraf edib. Sakit, ehtiyatla, lakin etiraf olunub”, - nazir bildirib.
|
2023-11-28
| 808,531 |
Şəkidə obyektə tüfənglə atəş açıldı
|
Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Səmədov Famil Abduləli oğlu saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.
|
2023-11-28
| 808,533 |
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
|
Əlverişsiz hava şəraiti səbəbindən İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə İstanbulun Sahil Mühafizəsi İdarəsi məlumat yayıb. Qeyd edək ki, bir neçə gündür Türkiyənin müxtəlif regionlarında hökm sürən qasırğa bir sıra çətinliklər yaradıb.
|
2023-11-28
| 808,535 |
HƏMAS-dan İsrailə: Hərtərəfli sazişə hazırıq!
|
HƏMAS İsraillə hərtərəfli girov mübadiləsi sazişi bağlamağa hazırdır. Axar.az xəbər verir ki, bu barədə HƏMAS rəhbərliyinin nümayəndəsi Qazi Həməd “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. “Əgər İsrailin əsir götürülən əsgərlərinin azad edilməsinə nail olmaq üçün ciddi niyyəti varsa, o zaman biz hərtərəfli saziş bağlamağa hazırıq”, - deyə o bildirib.
|
2023-11-28
| 808,538 |
Mixail Qusmana UNESKO-da vəzifə verildi
|
Mixail Qusman UNESKO-da məsul vəzifəyə seçilib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəliyi məlumat yayıb. Bildirilir ki, TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman UNESKO-nun Beynəlxalq Kommunikasiyaların İnkişafı Proqramının Rəyasət Heyətinin üzvü seçilib.
|
2023-11-28
| 808,543 |
Erməni blogerdən Qarabağla bağlı etiraf - Video
|
Erməni bloger Natali Aleksanyan "TV Musavat"ın efirində aparıcı Sevinc Telmanqızının moderatorluğu ilə baş tutan "Canlı Debat" verilişinin qonağı olub. Axar.az xəbər verir ki, canlı efir zamanı Yutub və Feysbuk üzərindən verilişi izləyən tamaşaçılar Natali Aleksanyanın debat zamanı "Artsax" ifadəsini işlədib-işlətmədiyi barədə sual veriblər. Erməni bloger isə "Artsax" və "Stepanakert" ifadələrini işlətmədiyini, bu torpaqların Qarabağ və Xankəndi adlandığını deyib. "Canlı Debat"ın sözügedən hissəsini təqdim edirik:
|
2023-11-28
| 808,545 |
Rus əsgərləri Ukrayna mövqelərinə daxil oldu...
|
Rusiya hərbçiləri Ukrayna mövqelərinə daxil olublar, lakin Ukrayna əsgərləri hücumları dəf edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının məlumatında deyilir. Bildirilib ki, Ukrayna hərbçiləri Dneprin sol sahilində, Xerson vilayətində mövqelərini saxlamaqda və düşmənə atəş zərbələri endirməkdə davam edirlər: “Ukraynanın şərqində və cənubunda vəziyyət ağır olaraq qalır. Gün ərzində cəbhədə 56 hərbi toqquşma baş verib”.
|
2023-11-28
| 808,549 |
Gəncədə obyektdə yanğın baş verdi
|
Gəncə şəhəri, Atatürk prospektində yerləşən obyektlərin birində yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın ümumi sahəsi 74 kvadratmetr olan obyektin təsərrüfat otağında baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə nəticəsində obyektin təsərrüfat otağında elektrik sayğacı, kabellər və qapılar yanıb. Qeyd edək ki, sahibkara məxsus obyektdə ofis, paltar və telefon aksessuarı mağazaları fəaliyyət göstərir. Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.
|
2023-11-28
| 808,550 |
Boqdanov İran səfiri ilə Qəzzanı müzakirə etdi
|
Noyabrın 28-də Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov İranın Moskvadakı səfiri Kazım Cəlalini onun xahişi ilə qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Söhbət zamanı Fələstin-İsrail münaqişəsi zonasında yaranan vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Qəzza zolağında humanitar vəziyyətə xüsusi diqqət yetirilib. Yaxın Şərqlə bağlı bir sıra digər aktual mövzulara da toxunulub”, - deyə bildirilib.
|
2023-11-28
| 808,553 |
Qəzzada ölənlərin sayı 15 mini ötdü
|
İsrailin 7 oktyabrdan bəri Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 15 mini ötüb. Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” məlumat yayıb. Bildirilib ki, onlardan 6150 nəfəri uşaq, 4 mindən çoxu isə qadındır.
|
2023-11-28
| 808,555 |
Blinken Əliyevə buna görə zəng etdi - Obrayenin səhvi…
|
ABŞ Dövlət katibi Entoni Blinken köməkçisi Ceyms Obrayenin noyabrın 15-də Nümayəndələr Palatasının alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə söylədiyi fikirlərin iki ölkə arasındakı münasibətlərə necə böyük zərbə vurduğunu anladığından Prezident İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Blinkenin Prezident Əliyevə zəng etməsini şərh edərkən bildirib. O qeyd edib ki, bu zəngə ehtiyac var idi, əks halda münasibətlər gərginləşməkdə davam edəcəkdi: “Münasibətlərin gərginləşməsi isə nə ABŞ-ın, nə də Azərbaycanın maraqlarına cavab verir. Ceyms Obrayenin çıxışı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşünün ləğvinə və rəsmi Bakının ABŞ-ın vasitəçiliyindən fakitiki imtinasına səbəb oldu. Böyük ehtimalla Ceyms Obrayen Konqresdəki çıxışının qırmızı çizgiləri aşdığını anladığından bundan bir neçə gün sonra Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşməyə qərar verdi. Ceyms Obrayen dekabrda Azərbaycana səfəri zamanı elə açıqlamalar verməlidir ki, münasibətləri əvvəkli axarına qaytara bilsin. Hər halda Ceyms Obrayen və digər amerikalı diplomatlar Azərbaycanla bağlı açıqlamalarında Dövlət katibi Entoni Blinkenin təlimatlarından kənara çıxmamalıdırlar. Blinkenin özü açıqlamalarında Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışır. ABŞ dünyanın əsas güclərindən biridir, təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığımız var, bu ölkə ilə münasibətlərin normallaşmasına ehtiyac var. Öz növbəsində Vaşinqton Cənubi Qafqaz siyasətində Parisin səhvlərini təkrarlamamalıdır. Gözlənti bundan ibarətdir”.
|
2023-11-28
| 808,556 |
Bakıda avtobusların bu yolla hərəkətinə icazə verildi
|
Paytaxtın Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların marşrutları optimallaşdırılır. Bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Qeyd edilib ki, AYNA tərəfindən ictimai nəqliyyatın rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yol infrastrukturu və nəqliyyat axını təhlil edilir, nəticələrə uyğun olaraq infrastruktur layihələri hazırlanır və icra olunur: "Bu istiqamətdə növbəti layihə Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazini əhatə edir. Sözügedən ərazidə infrastrukturun yenidən təşkili ilə bağlı işlər artıq yekunlaşıb. Bu gündən ictimai nəqliyyat yeni hərəkət sxemi üzrə fəaliyyət göstərir. Həyata keçirilən kompleks işlər çərçivəsində: - ayırıcı zolaq ləğv edilərək işıqforla nizamlanan yolayrıcı təşkil edilib; - qeyd edilən yolayrıcından avtobusların Ziya Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətində hərəkətinə icazə verilib; - əlilliyi olan şəxslər üçün panduslarla təchiz edilən piyada keçidləri təşkil olunub; - yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib; - avtobusların hərəkət marşrutuna uyğun olaraq yeni dayanacaq məntəqələri quraşdırılıb. “Nəriman Nərimanov” metro stansiyası və Atatürk prospekti istiqamətinə hərəkət etmək üçün əvvəllər geridönməni Əhməd Rəcəbli küçəsində həyata keçirən 7A, 7B, 11 və 93 nömrəli avtobuslar hazırda düzünə gedərək və sola geridönüşü bilavasitə yol kəsişməsində reallaşdıracaqlar. Həyata keçirilən dəyişikliklər nəticəsində yuxarıda qeyd edilən marşrutlar üzrə hərəkət edən avtobusların yürüş məsafəsi 1.3 km qədər qısalıb ki, bu da onların hərəkətdə olma müddətini azı 5-7 dəqiqə azaldacaq. Gündəlik bu marşrutlardan istifadə edən 50 minə yaxın sərnişin hərəkətin yenidən təşkilində müsbət dəyişiklikləri hiss edəcək və yola sərf olunan vaxta qənaət edə biləcək. Qeyd edək ki, dəyişikliklər yalnız müntəzəm sərnişindaşıma xidmətləri göstərən nəqliyyat vasitələrinə aid edilir. Bu səbəbdən şəxsi nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edirik".
|
2023-11-29
| 808,558 |
Qalib gəldikdən sonra bu iki addımı atacağıq - Netanyahu
|
İsrailin Qəzza zolağında hərbi əməliyyatının məqsədi Fələstin anklavının demilitarizasiyası və deradikallaşdırılmasıdır. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib. "HƏMAS-ı məğlub etdikdən sonra biz iki şeyi etməliyik: birincisi, Qəzzanı demilitarizasiya edirik, ikincisi, Qəzzanı deradikallaşdırırıq. Eyni şey Almaniya, Yaponiya və s. ölkələrdə də edilib", - baş nazir söyləyib. O, həmçinin bildirib ki, girovların azad edilməsi ilə bağlı razılaşmalar yerinə yetirildikdən sonra İsrail HƏMAS-la mübarizəni davam etdirəcək, çünki radikal Fələstin hərəkatı yenidən israillilərin kütləvi qətllərini törətmək niyyətindədir.
|
2023-11-28
| 808,561 |
Xankəndi 300 minlik şəhərə çevrilir
|
Verilən qərar doğrudur. Qarabağ Universiteti azı 20-25 min tələbənin oxuyacağı, Azərbaycan və ingilis dillərində keyfiyyətli təhsil verən elm ocağına çevrilməlidir. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Qarabağ Universitetinin yaradılması haqqında Prezident sərəncamını şərh edərkən deyib. O bildirib ki, 20-25 min tələbənin təhsil alacağı şəhər orqanik olaraq 300 min əhaliyə çatacaq.
|
2023-11-29
| 808,562 |
Dünyanın ən böyük günəş elektrik stansiyası - Foto
|
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə dünyanın ən böyük günəş elektrik stansiyası istifadəyə verilib. Axar.az xəbər verir ki, 2 GVt quraşdırılmış gücə malik və 4 milyon ikitərəfli günəş panelindən istifadə edən “Al Dhafra” elektrik stansiyası 200 min ev üçün kifayət qədər elektrik enerjisi istehsal edəcək.
|
2023-11-28
| 808,563 |
Əmanətlər azalmaqda davam edir: daha 141 milyon…
|
Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar. Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb. Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalma qeydə alınıb. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərsə də, nəzərə alınmalıdır ki, bu ilin fevralından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməkdədir: “Banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərdi. Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan əhəmiyyətlidir. Bu mənada əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir. Gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərinin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımından vacib idi. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu, həmçinin, evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.
|
2023-11-29
| 808,564 |
Bayram yarmarkaları nə vaxt başlayır? - Açıqlama
|
“Kənddən Şəhərə” yarmarkaları artıq fəaliyyətə başlayıb və hər həftə sonu keçirilir. Bu barədə Axar.az-a Kənd Təsərrüfatı Nazirliyidən bildirilib. “İlk yarmarkamız keçən həftənin şənbə-bazar günləri keçirildi və periodik olaraq davam etdiriləcək. Yeni il ərəfəsində isə konkret müddət açıqlanacaq. Təxminən 2 həftə ərzində davamlı yarmarkaların keçirilməsi nəzərdə tutulub”, - məlumatda deyilir. Bildirilib ki, məhsullarını satmaq istəyən fermerlər qeydiyyatdan keçməlidir: “Aqrar tədarük və təchizat” ASC-nin qeydiyyatında olan fermerlər məlumatlıdırlar. Məhsulları gətirməkdə nəqliyyat çətinliyi çəkən fermerlər üçün logistika dəstəyi göstəriləcək”.
|
2023-11-29
| 808,565 |
HƏMAS daha 12 girovu azad etdi
|
İsrail ordusu Qəzza zolağından azad edilmiş girov qrupunun İsrail ərazisinə doğru irəlilədiyi barədə Qızıl Xaç Cəmiyyətindən bildiriş alıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu (ÇAXAL) məlumat yayıb. “Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata görə, 10-u İsrail və 2-si xarici vətəndaş olmaqla, 12 girov İsrail ərazisinə keçir”, – məlumatda bildirilib. Qeyd edək ki, İsrail bu gün 30 fələstinli məhbusu azad edəcək.
|
2023-11-30
| 808,567 |
F-16-lar Ukraynaya gəlsə, nə dəyişəcək? - MKİ zabiti
|
Rusiya ordusu Şimal-Qərb Hərbi Dairəsi zonasında digər Ukrayna təyyarələri kimi, ABŞ-ın F-16 qırıcılarını Ukraynada məhv edəcək. Axar.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Larri Conson bildirib. "ABŞ-ın təmin edə biləcəyi sehrli silah yoxdur. F-16-lar gələndə Rusiya onları Ukraynaya məxsus Su-27 və ya hər hansı digər təyyarə kimi vuracaq", - ekspert bildirib. O, həmçinin əlavə edib ki, oxşar aqibət təkcə aviasiyanı deyil, istənilən digər texnikanı da gözləyir: "İstənilən yeni tanklar Böyük Britaniyanın Çallenger-2 və ya alman Leopard-2 tankları kimi yanacaq".
|
2023-11-29
| 808,570 |
"Bayraqdar" 6 km yüksəkliyə qalxdı
|
Türkiyənin yeni “Bayraqdar TB3” PUA-sı növbəti uçuş sınağını uğurla başa vuraraq 6 km-dən çox yüksəkliyə qalxıb. Axar.az xəbər verir ki, bu barədə BAYKAR-ın idarə heyətinin sədri Səlcuq Bayraqdar X sosial şəbəkəsində yazıb. “Bayraqdar TB3” doqquzuncu uçuş sınağını 20.000 futda uğurla başa vurdu”, - deyə o bildirib.
|
2023-11-29
| 808,571 |
HƏMAS-dan İlon Maska çağırış: Bura da gəl!
|
Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzzada baş verənləri yaxından görsün. Axar.az xəbər verir ki, bunu HƏMAS üzvü Üsamə Həmdan bildirib. Qeyd edək ki, ötən gün amerikalı iş adamı İlon Mask İsraildə səfərdə olub.
|
2023-11-29
| 808,572 |
Xızı polisi 7 ədəd silahı təhvil götürdü
|
Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 6 ədəd müxtəlif növ tüfəng və 25 ədəd güllə təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
|
2023-11-29
| 808,573 |
İsrail BMT-ni tənqid etdi: Buna son qoy!
|
Bu, ikili standartların və antisemitizmin klassik tərifidir. Axar.az xəbər verir ki, bunu İsrailin BMT-dəki diplomatı Reut Şapir Ben-Naftali BMT Baş Assambleyasının Qəzzadakı vəziyyətlə bağlı İsrail əleyhinə qətnamə qəbul etməsini şərh edərkən deyib. "Biz BMT mandatlarının və vəsaitlərinin siyasi məqsədlər üçün istifadəsinə, həmçinin, qurumun İsrailə qarşı kinli kampaniyasına son qoymağa çağıracağıq", - diplomat qeyd edib.
|
2023-11-29
| 808,574 |
Ukrayna və Fələstin konflikti kəskin fərqlənir - NATO
|
Beynəlxalq hüquq normalarına istənilən münaqişədə riayət olunmalıdır. Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, Ukrayna və Yaxın Şərqdəki hazırki vəziyyət olduqca fərqlidir. “Ukrayna Rusiyanı təhdid etməyib və ona hücum etməyib. Ukrayna təcavüzün qurbanı olub”, - Baş katib bildirib. Stoltenberq onu da vurğulayıb ki, hazırda NATO bütövlükdə Fələstin-İsrail münaqişəsinin həllində fəal iştirak etməsə də, bir sıra müttəfiqlər özünəməxsus şəkildə hərəkət edirlər.
|
2023-11-29
| 808,575 |
Tiflisdən AB üzvlüyü ilə bağlı yeni açıqlama
|
Avropa Birliyinə üzv olmaq üçün fəal şəkildə danışıqlar aparılır. Axar.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib. "Gündəliyimizə əlavə təkan vermək üçün hər gün diqqətimizi islahatları davam etdirməyə və sürətləndirməyə yönəldirik", - nazir qeyd edib.
|
2023-11-29
| 808,576 |
Blinken Əliyevə zəng etdi, Klaar Ankaraya gəldi – Səbəb
|
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ankaraya gedərək Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparla Cənubi Qafqazda sabitlik və əməkdaşlıq məsələlərini müzakirə etməsi Brüsselin Türkiyənin bölgədə oynadığı rola verdiyi dəyərdən irəli gəlir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Moskvadan sonra Brüssel də Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini qəbul edib və buna mane olacaq gücdə deyil. ABŞ-ın Ankara ilə münasibətlərində sualların sayı azalmasa da, Vaşinqton da Türkiyənin Cənubi Qafqazda mühüm oyunçu statusu ilə razılaşıb. Dövlət katibi Entoni Blinkenin Bakıya zəng etməsi səbəblərindən biri də Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminin gücünü hər keçən gün artırmasıdır”.
|
2023-11-29
| 808,578 |
Paşinyan Putini təkrarladı, alınmadı – Badalyan
|
Nikol Paşinyanın səkkiz saatlıq mətbuat konfransı vaxt itkisi idi, çünki imic formalaşdırmaq baxımından hökumət başçısına heç nə vermədi. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Badalyan Baş nazir Nikol Paşinyanın 24 noyabrda diaspor və yerli fəallar üçün keçirdiyi mətbuat konfransı haqda qeyd edib. “Paşinyan oxşar mətbuat konfransları keçirən Putini yamsılamağa çalışdı. Putinə hazırlanmış suallar da verilir, lakin onlara cavab verməklə Rusiya prezidenti hansı problemi həll etdiyini bilir. Paşinyanın məsələsində belə bir anlayış yox idi, sadəcə olaraq, Baş naziri qəzəbləndirməmək üçün belə sualları seçmişdilər”, - ekspert qeyd edib. Badalyan vurğulayıb ki, hakim partiyanın reytinqi düşsə də, yenə də rəqiblərinin reytinqindən yüksəkdir və əsas problem də budur: “Amma bu, Ermənistan hakimiyyətinin formalaşmasında əsas amil deyil”.
|
2023-11-29
| 808,579 |
Arıqlamaq üçün olan dərmanların zərərləri
|
Son dövrlərdə cəmiyyətdə artıq çəkili insanların sayı getdikcə artmağa başlayıb. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb. Məqalədə bildirilib ki, bunların səbəbləri arasında müxtəlif xəstəliklər, düzgün qidalanmama, hərəkətsiz həyat tərzi, psixoloji problemlər dayanır: “Bu gün bir çox apteklər, hətta mağazalar arıqlamaq üçün müxtəlif növ dərmanlar təklif edirlər. Bu dərmanları reklam məqsədi ilə tərifləyərək insanlara satırlar. Arıqlamaq üçün müxtəlif pəhriz və proqramları sınaqdan keçirən, istədikləri nəticəni əldə edə bilməyən insanlar dərman preparatları qəbul etməyə başlayırlar. İstehsalçıların və reklamların təklif etdikləri bu dərmanlar doğrudan da insan orqanizmi üçün xeyirlidirmi? Bir çox insan inanır ki, arıqlamaq üçün dərmanlardan istifadə artıq çəkidən qurtarmaq üçün ən asan üsuldur. Bu dərmanları əhali reseptsiz və ya reseptlə əldə edə bilir. Lakin onları asanlıqla əldə etmək dərmanların sağlamlıq üçün xeyirli olmasından xəbər vermir. Dərmanların qəbulundan dərhal sonra bir çox problem - mədə-bağırsaq, dəri xəstəlikləri, yuxu pozğunluqları yaranır. Bir çox halda bu dərmanlar həyat üçün çox təhlükəlidir. Arıqlama çayları və ya dərmanlar sağlamlığa ziyan olan vasitələrdir. Bunlar vasitəsilə sürətlə verilən kilolar artıqlaması ilə geri qayıdır”. Məsələ ilə bağlı saytımıza açıqlama verən qida mütəxəssisi Səbinə Yusifovanın sözlərinə görə, bu dərmanlara ehtiyac yoxdur: “Həmin o dərmanları satılması üçün reklam edirlər. Sağlam arıqlamaq üçün idmanla məşğul olmaq, qidalanmaya və yuxu rejiminə nəzarət etmək kifayətdir. İnsan nə qədər çox təbii yolla arıqlamağa can atarsa, o qədər yaxşıdır”.
|
2023-11-29
| 808,580 |
Tiflis Rusiyaya sanksiya tətbiq etsə... - Mdinaradze
|
Rusiyaya qarşı sanksiyaların tətbiqi özünü aldatmaqdır və Gürcüstanın özünə ziyan vuracaq. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlamentin deputatı Mamuka Mdinaradze deyib. "Rusiyaya qarşı sanksiyaların tətbiqi özünü aldatmaqdır və Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməkdir. Biz Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək fikrində deyilik. Bu, Rusiyaya qarşı sanksiyalar tətbiq edilmiş kimi görünəcək, lakin əslində Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq olunacaq. Biz dəliyikmi?" - deyə o bildirib. Mdinaradze əlavə edib ki, Rusiya idxalında Gürcüstan məhsullarının payı 0,3% təşkil edir və sanksiyaların tətbiqi Rusiyaya heç bir ziyan vurmasa da, Gürcüstan 10% iqtisadi tənəzzül yaşayacaq.
|
2023-11-29
| 808,581 |
Əliyevin Blinkenə şərti: ABŞ yanlış mövqedən çəkilir
|
Düşünürəm ki, ABŞ Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Bunun isə bir neçə səbəbi var. Əsas səbəb odur ki, ABŞ həm Qafqazda, həm də Mərkəzi Asiyada güclənmək fikrindədir. Bu sözləri Axar.az-a politoloq Turab Rzayev ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngindəki diqqət çəkən məqamları şərh edərkən deyib. Politoloq vurğulayıb ki, Azərbaycansız regionda möhkəmlənmək qeyri-mümkündür: “Amerika Cənubi Qafqazda Rusiyaya qarşı təsir dairəsini artırmaq fikrindədir. Odur ki, son vaxtlar bu istiqamətdə aktiv fəaliyyətə keçib. Cənubi Qafqazın ən böyük ölkəsi isə Azərbaycandır. Azərbaycan olmadan Qafqazda möhkəmlənməyin çətin olacağını anlamağa məcburdurlar. Bu səbəbdən Vaşinqton Bakı ilə əlaqələri bərpa etməyə meyillidir”. T.Rzayevin fikrincə, yüksək rütbəli ABŞ nümayəndələri, adətən, ciddi təkliflərlə gəlir: “Amerika bu şəxslərin vasitəsilə Azərbaycanla xüsusi əhəmiyyətli məsələlərdə çox ciddi müzakirələr aparılmasını istəyir. Bakı da bunun qarşılığında Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağanın aradan qaldırılması şərtini qoyub. Vaşinqton Azərbaycan rəsmilərinin ABŞ-a səfərinə icazə vermirdi. Bu da istər- istəməz Bakının haqlı narazılığına səbəb olmuşdu. Görünür, Blinkenin Qafqazla bağlı planları o qədər ciddidir ki, şərtlərimizi qəbul edir. ABŞ-ın artıq Bakıya qarşı yanlış mövqedən çəkinmə istəyi açıq-aşkar ortadadır. İndi bu, iki ölkə arasındakı münasibətlərin normallaşmasına səbəb olacaq, ya yox, bunu Obrayenin səfəri və həmin səfərdən sonrakı nəticələr göstərəcək”. Politoloq telefon danışığında sülhlə bağlı müzakirlər aparıldığına da diqqət çəkib: “ABŞ Qafqazda sülh arzusundadır. Bunun tez, hətta qısa bir zamanda olmasını istəyir. Vaşinqton hesab edir ki, əgər Qafqazda sülh olarsa, Ermənistanda möhkəmlənər, Rusiyanın bölgədən çıxarılmasına nail ola bilər. Ona görə də sülh müqaviləsinin tezliklə bağlanmasını arzulayır”.
|
2023-11-29
| 808,582 |
Litva Rusiya ilə sərhədi bağlamaqdan imtina etdi
|
Litva Rusiya ilə sərhədi bağlamaqla Finlandiyanın addımını təkrarlamağa ehtiyac görmür. Axar.az xəbər verir ki, bunu Litva daxili işlər naziri Aqne Bilotaite bildirib. "Hələlik biz regional həllə ehtiyac görmürük. Litvanın sərhədləri hələ də sakitdir. Bizim aydın təhdid göstəricilərimiz var, ona uyğun hərəkət edəcəyik. Vəziyyəti izləyirik və dəyişiklik olarsa, reaksiya verəcəyik", - nazir vurğulayıb. Qeyd edək ki, daha öncə Finlandiya Rusiya ilə sərhəd keçid-məntəqələrini bağlayıb, Norveç isə vəziyyəti izlədiklərini bəyan edib. Estoniya da Litva kimi hələlik sərhədi bağlamağa ehtiyac görməyib.
|
2023-11-29
| 808,584 |
Millimizə baş məşqçi: Fateh Terim, Şenol Günəş, yoxsa…
|
Azərbaycan millisində baş məşqçi yerli olsa, daha yaxşıdır. Çünki yerli məşqçi Azərbaycan futbolunun həm mənfi, həm də azsaylı müsbət tərəflərini əcnəbilərdən qat-qat yaxşı bilir. Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abışov Azərbaycan milli komandasının baş məşqçisinin kim olacağı ehtimalı ilə bağlı danışarkən deyib. “Ortada adi bir təcrübədə var ki, 2008-ci ildən davalı olaraq AFFA əcnəbi məşqçilərə etimad göstərir və ortada heç bir nəticə yoxdur. Bizim milli komandaya məşqçidən daha çox sağlam futbolçu yetişdirmək önəmlidir. İndiki məqamda məşqçinin kimliyi heç bir məna daşımır. Rəşad Sadıqova gəldikdə isə, məncə, Sadıqov “Zirə”də qalsa yaxşıdır. Orda ortaya iş qoyub, komanda formalaşdıraraq hər halda bir yol gedir. Bu gün onu işindən ayırmaq düzgün olmaz. Bizdə işsiz mütəxəssislərin sayı yetərincədir. Tərlan Əhmədovun adını çəkmək olar. Onun komandanı çətinlikdən çıxarma bacarağını “Kəpəz”də görmüşük”, - Abışov qeyd edib. Fateh Terim və Şənol Günəşin millimizin baş məşqçisi olma ehtimalı ilə bağlı yayılan məlumatlara gəlincə, ekspert bildirib ki, onlar Türkiyənin özündə belə köhnəlmiş məşqçilər sayılır: “Şenol Günəş həm Türkiyə millisində, həm də “Beşiktaş”da uğursuzluğa düçar oldu. Fateh Terimin isə uğur qazandığı yeganə yer aşağı-yuxarı “Qalatasaray” idi. Onun Azərbaycan millisi kimi geniş oyunçu seçimi olmayan, potensialı aşağı bir komanda ilə nəticə əldə edəcəyinə inanmıram”. Məsələ ilə bağlı saytımıza açıqlama verən AFFA-nın mətbuat katibi Elnur Məmmədli deyib ki, milli komandamızın növbəti oyunu martda olacaq: “Ona qədər də kifayət qədər vaxt var. Baş məşqçi postuna təyinatla bağlı işçi qrup yaradılacaq. Baş məşqçi postuna təyinat ən tez yanvar ayında təsdiqlənə bilər. Ona görə də ayrı-ayrı adlar çəkmək və müzakirə etmək doğru olmazdı”.
|
2023-11-29
| 808,585 |
Sülh sazişinə təzminat tələbi salına bilər? - Professor
|
Təzminat məsələsi hər zaman müharibə bitəndən sonra gündəmə gətirilir. Yəni məğlub tərəf kapitulyasiya şərtlərini qəbul etdikdən sonra danışıqlar zamanı təzminat məsələsi də müzakirə edilir. Bu sözləri Axar.az-a Ermənistanın Azərbaycana təzminat ödəməsi məsələsi ilə bağlı danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Professor təzminat tələbinin rəsmi şəkildə elan edilməli olduğunu bildirib: “44 günlük müharibənin üzərindən 3 ildən artıq müddət keçsə də, Azərbaycan bu gün, sabah və ümumiyyətlə, istədiyi vaxt Ermənistana qarşı təzminat tələbini irəli sürə bilər. Çünki rəsmi İrəvanın Azərbaycanın ərazisini onillərlə işğalda saxladığı, dağıtdığı, şəhər-kəndləri yer üzündən sildiyi açıq şəkildə ortadadır və vurduğu ziyana görə də təzminat ödəməlidir. Azərbaycan bütün ziyanı hesabladıqdan sonra təzminat tələbini rəsmi şəkildə bəyan etməlidir”. Fərhad Mehdiyev Azərbaycanın təzminat şərtinin sülh müqaviləsi mətninə salınması haqqını özündə saxladığını vurğulayıb: “Fikrimcə, Azərbaycan sülh müqaviləsinin imzalanmasını istədiyi üçün təzminat məsələsini hələlik gündəmə gətirmir. Digər tərəfdən dövlətimiz Ermənistanın irəli sürüləcək təzminatı ödəmək imkanının olmadığını bilir. Bu məsələ işğal dövründə rayonlarımızın qarət edilməsi, dağıdılması, eyni zamanda Gəncənin, Bərdənin raket atəşinə tutulması da daxil olmaqla, bir çox məsələləri əhatə edir. Azərbaycanın bu haqqından imtina edəcəyini düşünmürəm”.
|
2023-11-29
| 808,589 |
Növbəti köç karvanı Laçına çatdı
|
09:14 Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Axar.az xəbər verir ki, sakinlərin qarşılama mərasimdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Köçürülən ailələr Laçın şəhərində işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçına daha 17 ailə - 63 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 363 ailə, yəni 1 389 nəfərin daimi məskunlaşması təmin edilib.
|
2023-11-29
| 808,591 |
İmişlidə ər arvadını bıçaqladı
|
İmişlidə ər arvadını bıçaqlayıb. Axar.az xəbər verir ki, 1985-ci il təvəllüdlü İmişli rayonu Cavadxanlı kəndində yaşayan Elməddin Qəhrəmanov arvadı, 1988-ci il təvəllüdlü Zəhra Qəhrəmanova ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncuya çoxsaylı bıçaq zərbələri endirib. Faktla bağlı İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsində CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, Elməddin Qəhrəmanov şübhəli şəxs qismində tutulub.
|
2023-11-29
| 808,593 |
Ərdoğan TŞ-ni topladı: Qafqazda sülh müzakirəsi...
|
09:26 Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqazla bağlı son durum müzakirə olunub. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair açıqlamada bildirilib. Qeyd olunub ki, Azərbaycan – Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnməsi və Ermənistanla münasibətlərimizin normallaşması ilə bağlı məsələlərlə yanaşı, qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də qiymətləndirilib. “Biz Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin sülh və rifahına töhfə verəcək daimi sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcəyik”, - açıqlamada vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçirilən toplantıda Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə də müzakirə olunub.
|
2023-11-30
| 808,594 |
ÇL: “Arsenal" və PSV də növbəti mərhələdə
|
2023.11.29 - 09:32 UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub. Axar.az xəbər verir ki, bugünkü oyunlardan sonra İngiltərənin "Arsenal" və Niderlandın PSV klubları 1/8 finala vəsiqəni rəsmiləşdiriblər. UEFA Çempionlar Liqası V tur 29 noyabr A qrupu 21:45. "Qalatasaray" (Türkiyə) 3 - 3 “Mançester Yunayted” (İngiltərə) 00:00. “Bavariya” (Almaniya) 0 - 0 “Kopenhagen” (Danimarka) Xal durumu: “Bavariya” – 13, “Kopenhagen” – 5, “Qalatasaray” – 5, “Mançester Yunayted” – 4. B qrupu 21:45. “Sevilya” (İspaniya) 2 - 3 PSV (Niderland) 00:00. “Arsenal” (İngiltərə) 6 - 0 “Lans” (Fransa) Xal durumu: “Arsenal” – 12, PSV – 8, “Lans” – 5, “Sevilya” – 2. C qrupu 00:00. “Braqa” (Portuqaliya) 1 - 1 “Union” (Berlin, Almaniya) 00:00. “Real” (İspaniya) 4 - 2 “Napoli” (İtaliya) Xal durumu: “Real” – 15, “Napoli” – 7, “Braqa” – 4, “Union” – 2. D qrupu 00:00. “Benfika” (Portuqaliya) 3 - 3 “İnter” (İtaliya) 00:00. “Real Sosyedad” (İspaniya) 0 - 0 “Zaltsburq” (Avstriya) Xal durumu: “Real Sosyedad” – 11, “İnter” – 11, “Zaltsburq” – 4, “Benfika” – 1.
|
2023-11-29
| 808,602 |
Axtarışda olan şəxs Livandan ölkəmizə gətirildi
|
İl ərzində 14 şəxs Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya olunub. Bu barədə Axar.az-a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Samir Həsənovun yeri Livan Respublikasında müəyyən olunub və o, həbs edilib. Bununla əlaqədar nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Livanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək Livan tərəfi onun təslim edilməsinə müsbət qərar verib. Livandan birbaşa uçuş reysi olmadığından ekstradisiya olunan şəxsin Türkiyə vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə qardaş ölkə ilə razılığa gəlinib. Nəticədə axtarışda olan şəxs noyabrın 28-də nazirliyin Beynəlxalq Əməkdaşlıq İdarəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları tərəfindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
|
2023-11-29
| 808,605 |
İran PUA-sı ABŞ aviadaşıyıcısına yaxınlaşdı
|
İrana məxsus PUA Fars körfəzindəki ABŞ aviadaşıyıcısının yaxınlığında görüntülənib. Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” amerikalı mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, İrana məxsus PUA edilən bütün xəbərdarlıqlara məhəl qoymayaraq, “Eyzenhauer” aviadaşıyıcısının yaxınlığından uçub. Amerikalı hərbçilər hadisəni təhlükəli adlandırıblar.
|
2023-11-29
| 808,607 |
Zəngilanda top mərmiləri aşkarlandı
|
Zəngilan rayonunda top mərmiləri aşkar edilib. Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.
|
2023-11-29
| 808,609 |
FHN bu yanacaq məntəqəsini bağladı - Video
|
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bu çərçivədə, Agentliyin müfəttişləri Goranboy rayonunun Nadirkənd kəndində yerləşən fərdi sahibkar Məmləkət Əhəd qızı Cəfərovaya məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib. Qeyd olunan nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib. Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi və əməkdaşları ilə profilaktik söhbətlər aparılıb.
|
2023-11-29
| 808,611 |
Erməni deputat Bakıda yaşamaq istəyir
|
Bakıda doğulmuş erməni deputat Vilen Qabrielyan Azərbaycanda yaşamaq istəyir. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Qabrielyan təhlükəsizlik təminatı veriləcəyi təqdirdə Bakıya köçəcəyini bildirib. “Azərbaycan təhlükəsizlik təminatı verərsə, Bakıya getmək, orada yaşamaq istəyərdim”, - V.Qabrielyan qeyd edib. Erməni deputat Ermənistanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməli olduğunu dilə gətirib. “Dünya yeni yaranmayıb, bir-biri ilə müharibə aparan, sonra sülh şəraitində yaşayan çoxlu dövlət var”, - o bildirib. Qabrielyan hesab edir ki, hər iki tərəf – Ermənistan və Azərbaycan qaçqınların geri qayıtmasını təmin etməlidir. Qeyd edək ki, erməni deputat bundan öncə bozqurd işarəsi ilə gündəmə gəlmişdi.
|
2023-11-29
| 808,612 |
Avdeyevkada vəziyyət ağırdır, ərazi meyitlərlə doludur
|
Hazırda Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında şiddətli döyüşlər gedir. Vəziyyət çox ağırdır. Ruslar çoxlu sayda canlı qüvvə ilə Ukrayna ordusunun mövqelərinə hücumlar edir. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” analitik qrupunun yaydığı hesabatda qeyd olunub. Hesabatda bildirilib ki, Rusiya ordusu hazırda Stepnoye yaşayış məntəqəsinə girməyə çalışır: “Sutka ərzində boz zona bir az genişlənib, amma ruslar möhkəmlənə bilməyiblər. Artilleriya onları darmadağın edib. Ruslar hər cür vasitə ilə kəndə soxulmağa çalışırlar. Onlar artilleriyadan, dronlardan qaçmaq üçün evlərin xarabalıqlarında, vurulmuş texnikalarda gizlənir, xəndəklər qazırlar. Ərazi meyitlərlə doludur”.
|
2023-11-29
| 808,617 |
Kadırovun oğlu çeçen batalyonuna rəhbərlik edəcək
|
Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Rusiya Müdafiə Nazirliyinin tərkibindəki Şeyx Mənsur adına çeçen batalyonunun kuratoru olub. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov deyib. “Adam Kadırova mühüm istiqamət həvalə edilib. Bundan sonra o, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki bölmələrdən birinə - Şeyx Mənsur batalyonuna nəzarət edəcək. Yeni təyinat Adam Kadırovun mühüm xidmətlərinin təbii nəticəsidir”, - o bildirib.
|
2023-11-29
| 808,619 |
Hərbçilərin pensiya təminatında azalma olacaq? - Rəsmi
|
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Toplanışda çıxış edən idarə rəisi polkovnik Elçin Əliyev il ərzində görülən işlərdən geniş söhbət açıb, hərbi qulluqçularla bağlı bir sıra qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan və hazırda parlamentin müzakirəsində olan yeni Qanun layihələri barədə toplantı iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun daha da güclənməsi məqsədilə hazırlanan yeni islahatlar hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə xidmət edir. Hərbi qulluqçuların peşəkar inkişafı üçün məqsədyönlü işlər aparılır, onların ölkəmizdə və xarici ölkələrdə ixtisaslarına uyğun təhsil almaları təmin edilir. Mövcud qanunvericilikdə hərbi qulluqçuların mülki təhsil müəssisələrinin yalnız qiyabi şöbələrində təhsil almaq hüquqları olduğundan yeni qanun layihələrində onların xidməti fəaliyyəti, hərbi xidmət mənafeyi nəzərə alınmaqla, peşəkar inkişafı, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təhsil imkanlarının daha da genişləndirilməsi təklif edilir. Eyni zamanda, təhsil dövrlərinin onların öz arzusu ilə ehtiyata buraxılma müddətinə daxil edilməməsi təklif olunub ki, bununla da dövlət tərəfindən təhsilinə zaman və resurs sərf edilmiş həmin hərbi qulluqçuların əlavə təhsil alaraq öz bilik və bacarıqları ilə ordumuzun inkişafına töhfə verməkdə davam etmələrinə şərait yaradılması da nəzərdə tutulub.Qanun layihələrində həmçinin gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətdə olmanın son yaş həddinin 45-dən 48-ə çatdırılması təklifi öz əksini tapır. Yeni islahatın tərkib hissəsi kimi, hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması da nəzərdə tutulub. Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçuların təminat xərcliyinin 60 faizini pensiya kimi alması, lakin yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqları, bununla da pensiya təminatında hər hansı azalmanın olmayacağı qeyd edilib. Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da həmin dövrün hər ili üçün 1 faiz əlavə hesablanması da layihədə nəzərdə tutulub. Qeyd olunanlarla yanaşı, azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçu 25 təqvim ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 təqvim ili xidmət etdiyinə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi, yəni ötən dövrdə qazanılmış pensiya hüquqlarının yeni dəyişikliklər qəbul edildikdən sonra da təmin olunması nəzərdə tutulub. İdarə rəisi bildirib ki, hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması və hərbçilərin maddi rifah halının yaxşılaşdırılması üçün ardıcıl addımlar atılır. Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Fərmanı ilə növbəti artım olaraq 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq. Hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə imkan verməklə yanaşı, eyni zamanda, onların yekunda daha çox pensiya almasına şərait yaradır. Təlim-metodiki toplanışda hərbi hissələrdə hüquq hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların hüquqi cəhətdən maarifləndirilməsi və digər mövzular üzrə məruzələr, hüquqşünaslar və təhqiqatçıların cari il ərzində hüquq xidmətinə dair gördükləri işlərlə bağlı hesabatlar dinlənilib, növbəti il üçün qarşıda duran vəzifələrdən danışılıb. Toplanış iştirakçılarının hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
|
2023-11-29
| 808,621 |
Bakı metrosunda yenilik: Bu gündən… - Foto
|
Bu gün Bakı Metropoliteni QSC-nin “Nizami” stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək. Axar.az QSC-yə istinadən xəbər verir ki, bu, “Əlçatan metro” layihəsi çərçivəsində baş tutacaq. Mərasimdə layihədə yaxından iştirak etmiş əlil arabası istifadəçisi Cəmilə Məmmədli iştirak edəcək.
|
2023-11-29
| 808,623 |
Rusiyaya PUA hücumu edildi
|
Rusiyanın Podolsk şəhərinə PUA hücumu edilib. Axar.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb. "Podolsk şəhərində hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan PUA-nı məhv edib. İlkin məlumatlara görə, dağıntı və tələfat olmayıb. Fövqəladə Hallar Xidmətinin mütəxəssisləri hadisə yerində işləyir”, - Sobyanin bildirib. Rusiya Müdafiə Nazirliyi də PUA-nın yerli saatla 06:30 radələrində (Bakı vaxtı ilə 07:30) Moskva vilayətinin Podolsk şəhəri ərazisində vurulduğunu təsdiqləyib.
|
2023-11-29
| 808,626 |
Tanınmış həkimi öldürən şəxs hakim qarşısına çıxarılır
|
Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Məhəmməd Gündüzün (Muhammet Gündüz) istintaq prosesi başa çatıb. Axar.az xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə cari il dekabrın 21-də hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq. Qeyd edək ki, hadisə bu il mayın 6-da baş verib. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində vəfat edib. Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub. Qətli törədən Muhammet Gündüz isə biznes fəaliyyəti ilə məşğul olub, onlar 14 il əvvəl ailə həyatı qurublar. Hadisəni törədən M.Gündüz saxlanılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
|
2023-11-29
| 808,633 |
Bakı ilə İrəvan arasında yeni savaş… - Gevondyan
|
ABŞ Rusiyanın qarşısını almaq və xüsusilə Ermənistanın cənubundan keçən istənilən kommunikasiyaya nəzarət etmək üçün hər şeyi edəcək. Axar.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin son açıqlamalarını şərh edərkən deyib. “Amerikalılar qorxurlar ki, Ermənistanla Azərbaycan arasında yeni hərbi əməliyyatlar baş verərsə, Rusiya müdaxilə edər və bundan sonra üçtərəfli bəyanatın 9-cu bəndinin icrası yalnız zaman məsələsinə çevrilər. ABŞ-ın uzunmüddətli strategiyası Ermənistanı və xüsusən də onun cənub rayonlarını tam russuzlaşdırmaqdır. Bu, Cənubi Qafqazın digər iki ölkəsinə də aiddir. Eyni strategiya Mərkəzi Asiya ölkələri ilə münasibətlərə də xasdır. Bu ölkələrin müstəqillik qazandıqları ilk günlərdən amerikalılar fəal və ardıcıl olaraq Rusiyanı sıxışdırmağa çalışırlar. Müəyyən gərgin oyunu müşahidə edirik, tərəflər aktiv şəkildə blef və bazarlıq edirlər. Yeri gəlmişkən, bu, müxtəlif demarşlara əl ataraq KTMT-nin tədbirlərində iştirak etməməsini Qərbə satmağa çalışan Ermənistan rəhbərliyinə daha çox xasdır”, - o bildirib. Gevondyan qeyd edib ki, Azərbaycan Amerika strategiyasının əsas halqalarından biridir: “Azərbaycan da Ukrayna kimi Vaşinqton strateqlərinin plan və ideyalarında həmişə ABŞ-ın strateji tərəfdaşı olub. Hətta Bjezinski (ABŞ politoloqu və dövlət xadimi - red.) öz konsepsiyasında Azərbaycan amilinə xüsusi diqqət yetirirdi ki, bu da daha çox onun enerji resursları ilə bağlıdır. Buna görə də Senatda və ya Konqresdə Amerika strategiyasına təsir etməyən bəzi bəyanatları və ya qətnamələri adi epizodlar hesab edərdim. Amerikanın Bakıya qarşı indiki tənqidi onun tamamlayıcı siyasəti və Moskva ilə fəal əlaqələri ilə bağlıdır. Amma bu əlaqələr Bakının maraqlarına uyğunlaşdıqca davam edəcək. Azərbaycan ABŞ-la ictimai təmasları aktivləşdirməli olduğunu lazım biləndə, bunu yenidən edəcək. Vaşinqtonun Bakını ictimai tənqidi həm də Ermənistanda antirusiya əhval-ruhiyyəsi yaratmaq məqsədi daşıyır. ABŞ özünün bir növ İrəvanın maraqlarının müdafiəçisi imicini yaradır. Bakı da öz növbəsində bundan İrəvanı strateji müttəfiqi Moskvanın gözündə nüfuzdan salmaq üçün istifadə edir. Bu “pis dairədən” çıxmaq və iki güc mərkəzi arasında toqquşma meydanına çevrilməkdən yayınmaq üçün Ermənistan hakimiyyətinin nə bacarığı, nə də iradəsi var. Ermənistan hakimiyyəti beynəlxalq arenada subyekt olmaqdan çıxıb və onların hərəkətləri sırf situasiya xarakteri daşıyır. ABŞ-a gəlincə, onlar müəyyən mərhələdə Ermənistandan yararlanacaq, sonra onunla nə edəcəyinə qərar verəcəklər”.
|
2023-11-29
| 808,634 |
Bu tarixdən hərbçilərin maaşı 20 faiz artırılır
|
Hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması və hərbçilərin maddi rifah halının yaxşılaşdırılması üçün ardıcıl addımlar atılır. Axar.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə keçirilən təlim-metodiki toplanışda çıxışı zamanı deyib. “Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Fərmanı ilə növbəti artım olaraq 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq. Hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə imkan verməklə yanaşı, eyni zamanda, onların yekunda daha çox pensiya almasına şərait yaradır”, - idarə rəisi bildirib.
|
2023-11-29
| 808,635 |
644-cü gün: Rusiyanın itkiləri açıqlandı
|
Ukrayna müharibənin 644-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 327 580 hərbçi, 5538 ədəd tank, 10312 ədəd zirehli döyüş maşını, 7908 ədəd artilleriya sistemi, 910 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 600 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 348 ədəd avtomobil texnikası, 5944 ədəd PUA, 1567 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1121 xüsusi avadanlıq itirib.
|
2023-11-29
| 808,638 |
Rusiya ordusunun generalı minaya düşərək öldü
|
Rusiya ordusunun general-mayoru Vladimir Vasilieviç Zavadski minaya düşüb. Axar.az xəbər verir ki, o, mina partlayışı nəticəsində həlak olub. Hadisənin konkret olaraq hansı ərazidə baş verdiyi hələ ki məlum deyil. Məlumata görə, general 1978-ci ildə anadan olub.
|
2023-11-29
| 808,642 |
“Tərtər işi”: Bu hərbçilərə hökm oxundu
|
“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Axar.az Report-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bundan əvvəlki məhkəmə prosesində prokuror V.Ələsgərovun 10 il, R.Ələsgərovun 12 il, R.Niftəliyevin 9 il, R.Qarayevin isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, V.Ələsgərov, R.Ələsgərov, R.Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, F.Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
|
2023-11-29
| 808,650 |
Deputat və təşkilat sədri partiya fəalları ilə görüşdü
|
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov M.Ə.Rəsulzadə qəsəbəsinin H.Ağamalıyev küçəsində partiya fəalları ilə görüşüblər. Axar.az xəbər verir ki, görüşdə sakinlər qəsəbədə yerləşən kitabxananın əsaslı təmiri, kanalizasiya xəttlərinin təmir olunması və yenilənməsi kimi vacib məsələlərə toxunublar. Qaldırılan məslələrlə bağlı bildirilib ki, kitabxananın təmiri olunması ilə əlaqədar Mədəniyyət Nazirliyinə, kanalizasiya xəttlərinin təmir olunması və yenilənməsi üçün “ Azərsu” Açıq Səhimdar Cəmiyyətinə məktub göndərilib. Tədbirdə iştirak edən partiya fəalları və sakinlər belə görüşlərin təşkilindən razılıqlarını bildiriblər.
|
2023-11-29
| 808,651 |
Bunu bacarıb-bacarmayacağımızı oyunda biləcəyik
|
Norveçdə yaxşı oyun sərgiləyib, uğurlu nəticə ilə dönmək istəyirik. Axar.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Molde" klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. 51 yaşlı mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: "Matça hazırlığımız pis keçmədi. Hər şey qaydasındadır. Oyun günü son məşqimiz olacaq. Qarşılaşmaya hazırlığı da o zaman bitirəcəyik. İnanıram ki, uğurlu oyun alınar. Yəqin ki, rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək. "Molde"nin evdə oynayacağını da nəzərə alırıq. Üstəlik, meydanları süni örtüklüdür. Yenə də öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Bunu bacarıb-bacarmayacağımızı oyunda biləcəyik". Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde"-"Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.
|
2023-11-29
| 808,652 |
Millət vəkili narazılıq etdi: Ən aşağı ezamiyyə xərci...
|
Son 5 ildə ölkəmizdə ezamiyyə xərcləri artırılmayıb. Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi “Ezamiyyə xərclərinin normaları haqqında” qərara əsasən 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib. Bayramov bildirib ki, ötən illərdə illik inflyasiya səviyyəsini nəzərə alsaq, bu xərclərin necə dəyişdiyini təsəvvür etmək çətin olmaz: “Aydındır ki, 1 günlük otel və qida xərclərini Bakıda 90 manata, rayonlarda 65 manata qarşılamaq qeyri-mümkündür. Oxşar mənzərə Gəncə, Sumqayıt və Naxçıvana da aiddir. Xarici ezamiyyələr üçün müəyyənləşdirilmiş tariflər də kifayət qədər aşağıdır. O tariflər, praktik olaraq, xərclərin tam ödənilməsinə imkan vermir. Daxildə olduğu kimi, xarici səfərlər zamanı müəyyənləşdirilən tariflər də uzun müddətdir ki, dəyişdirilmir. Bu baxımdan, ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var. Həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərclərinin artırılması məsələsinin yenidən gündəmə gətirilməsi və yeni tariflərin müəyyənləşdirilməsi çox vacibdir”.
|
2023-11-29
| 808,654 |
Rusiyadan İrəvana sanksiya: Araikin cavabı gülüş doğurdu
|
“Lars” keçid məntəqəsi təxminən bir həftədir ki, Ermənistanın kənd təsərrüfatı yükləri üçün bağlıdır, ona görə ki, Rusiya hakimiyyəti Paşinyan hakimiyyətinin antirusiya davranışına görə Ermənistana qarşı növbəti elan olunmamış sanksiya tətbiq edir. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məqalədə Ermənistan Baş naziri aparatının rəhbəri Araik Arutyunyanın problemi özünəməxsus şəkildə “həll etdiyi” xatırladılıb. “İndi Ermənistanda və diasporda ermənilərin sırf erməni məhsullarını almaları son dərəcə vacibdir. Biznesə və vergi ödəyicisinə bu şəkildə dəstək vermək müstəqilliyi və suverenliyi gücləndirmək üçün həyati davranışdır. Ermənistan biznesi xaricdə yeni bazarlar tapsa, “Lars” keçid məntəqəsinin bağlanması bizə təsir etməyəcək. Yeni il və Milad süfrələrində sırf Ermənistan istehsalı olan tərəvəzlər, meyvələr, şərablar və digər kənd təsərrüfatı məhsulları olmalıdır” - ixtisasca şərqşünas, iqtisadiyyatı Nikol qədər başa düşən Araik Arutyunyan yazıb. Paşinyan bu cür xarici siyasət aparır”, - məqalədə bildirilib. Vurğulanıb ki, sahibkarlar bu sözlərdən şoka düşüblər: “Ermənistanın kənd təsərrüfatı məhsullarını Avropaya ixrac etmək demək olar ki, mümkün deyil. Ermənistanın meyvə-tərəvəzləri, kənd təsərrüfatı məhsulları Avropa standartlarına cavab vermir, hətta bizim ərzaq müfəttişliyi heç vaxt əməkdaşlıq etməyə, hansısa istiqamət verməyə cəhd etməyib, Ermənistanın kənd təsərrüfatı məhsulları Avropada kimə satılmalıdır? Yaxud deyirlər ki, ermənilər alsın. Ermənilər 2000 ton çiyələk, 20000 ton pomidor almalıdır?”
|
2023-11-29
| 808,657 |
Nəvəsi tərəfindən bıçaqlanan kişi öldü
|
Noyabrın 28-i saat 22 radələrində Zaqatala rayon sakini 1946-cı il təvəllüdlü Yaşar İbrahimovun almış olduğu kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib. Araşdırmalarla 2002-ci li təvəllüdlü Ruslan İbrahimovun həmin gün saat 16 radələrində onunla eyni ünvanda yaşayan babası Yaşar İbrahimova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun həmin xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Ruslan İbrahimov iş üzrə şühhəli şəxs qismində tutulub.
|
2023-11-29
| 808,660 |
ABŞ buna görə tam məsuliyyət daşıyır - Zaxarova
|
Vaşinqton Fələstin-İsrail münaqişəsi zonasında baş verən hadisələrə görə tam məsuliyyət daşıyır. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Fələstin-İsrail eskalasiyası ilə bağlı nəhəng faciənin baş verdiyi ərazidəki bütün hazırkı çöküş tamamilə ABŞ-ın məsuliyyətidir, daha doğrusu, məsuliyyətsizliyidir. Bu münaqişə zonasında gərginliyin əsas səbəblərini Vaşinqtonun yanaşmaları təmin edib”, - Zaxarova bildirib.
|
2023-11-29
| 808,661 |
Əliyev 100 illik strateji planını həyata keçirir – Kiviryan
|
Paşinyan qlobal miqyasda siyasəti başa düşmür, onun yeri səhnədədir, efirdədir, orada özünü kifayət qədər yaxşı hiss edir və ictimaiyyəti çaşdırmağa çalışır. Bu adam dövlətin və millətin təhlükəsizliyini həqiqətən təmin edə biləcək siyasəti həyata keçirə bilmir. Axar.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib. “Təəssüf ki, Paşinyan olduqca indiki vəziyyət daha da pisləşəcək. Bu reallıqdır və möcüzə ola bilər deyə, özümüzü aldatmayaq. Möcüzə baş verməyəcək. Problem artmağa davam edəcək və biz onların həllini tapmayacağıq. Qərbə gəlincə, Qərb niyə Ermənistanı seçdi? Çünki Ermənistan zəif halqadır. Bilirsiniz, bu, əsrlər boyu, tarix boyu həmişə belə olub, indi də belədir. Qərb bu modeli təbliğ edir. Düşünürlər ki, Rusiyanı bu bölgədən çıxarmaq üçün nə etməliyik? Cavab sadədir, Ermənistanı qurban verməlidirlər. Bundan sonra Nikol nə əldə etdi? Qərbə baxdı, yenə də baxır və onlara deyir ki, siz mənə söz verdiyiniz kimi, Əliyev niyə sənədi imzalamağa gəlmədi? Artıq aylardır ki, hamımız bu son dövrü görürük. O, Qranadaya getdi, birgə bəyanat verdilər, gözləntiləri var, bunlar hamısı Qərbin manipulyasiyalarıdır. Halbuki görürük ki, Əliyev Qarabağ məsələsini həll edib, indi ora getməyə nə ehtiyac var? Orada ona nə lazım ola bilər ki? Ermənistanla məsələni isə yavaş-yavaş həll edir. İmzalasa da, imzalamasa da öz addımlarını atır. Onların ümumi məqsədi, strateji planı var və bu strateji plan ən azı yüz ildir ki, mövcuddur”, - o bildirib.
|
2023-11-29
| 808,663 |
Rəisinin Ankaraya səfəri buna görə təxirə salındı - İran
|
İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı iclası ilə əlaqədar təxirə salınıb. Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. “Prezident Rəisinin Ankaraya rəsmi səfəri nəzərdə tutulmuşdu, lakin BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətə həsr olunacaq, İran və Türkiyənin xarici işlər nazirlərinin dəvət olunacağı iclas səbəbindən təxirə salındı. Telefon danışığı zamanı iki ölkə prezidenti planlaşdırılan səfərin bir neçə gün ərzində baş tutacağı və səfər zamanı tərəflərin Təhlükəsizlik Şurasının iclasının nəticələrini müzakirə edəcəkləri barədə razılığa gəliblər”, - məlumatda deyilir.
|
2023-11-29
| 808,667 |
DİN-dən xəbərdarlıq: Bu, vətəndaşın öhdəliyidir!
|
Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib. Axar.az xəbər verir ki, məlumatda kart məlumatlarının məxfi saxlanılmasının zəruri olduğu bildirilib. Eyni zamanda vətəndaşlardan özlərini dələduzlardan qoruması istənilib: "Heç bir halda bank məlumatlarınızı digər şəxslərə təqdim etməyin. Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin. Bank kartında şəxsi məlumatları qorumaq vətəndaşın öhdəliyidir. Kiberdələduzların qurbanına çevirilməmək üçün tanımadığınız şəxslərdən gələn mesajları və bildiriçləri açmayın. DİN vətəndaşları ayıq-sayıq olmağa, bu kimi detalları diqqətdə saxlamağa çağırır”.
|
2023-11-29
| 808,669 |
İran nüvə bombası yaratmaq imkanına malikdir – MAQATE
|
Tehran atom bombası yaratmaq üçün lazımi material və imkanlara malikdir. Axar.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Frans-24 (France 24) telekanalına müsahibəsində deyib. O, İranın nüvə proqramı ilə bağlı narahatlığını növbəti dəfə dilə gətirərək, Tehranın uranı olduqca yüksək səviyyədə zənginləşdirdiyini bildirib: “İranın nüvə proqramı ilə bağlı hələ də çoxlu cavabsız suallar var. MAQATE müfəttişləri İranda uran olmaması lazım olan obyektlərdə yüksək səviyyədə zənginləşdirilmiş uran və ya emal olunmuş uranın izlərini aşkar ediblər”. Qeyd edək ki, bir neçə gün əvvəl Qrossi Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasına ünvanladığı bəyanatda İranın 5%, 20% və 60% zənginləşdirilmiş uran ehtiyatlarının cari ilin sentyabr ayı ilə müqayisədə artdığını açıqlayıb.
|
2023-11-29
| 808,672 |
Prokurorluq və DGK-dan əməliyyat: saxlanılanlar var
|
Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. Tütün məmulatlarının qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri ilə qabaqcadan əlbir olan Salyan rayon sakini Fəxrəddin Ağamalıyev və Biləsuvar rayon sakini Ülvi Əmirlinin ümumilikdə 39 adda və 61 mindən çox qutudan ibarət tütün məmulatlarını aksiz markası ilə markalanmadan qanunsuz yolla əldə edib satış məqsədilə yaşayış ünvanlarında saxlamalarına əsaslı şübhələr müəyyən edilib. Həmin şəxslərin yaşayış ünvanlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən tütün məmulatları aşkar edilərək götürülmüşdür. İlkin sübutlar əsasında Fəxrəddin Ağamalıyev və Ülvi Əmirli Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satış məqsədilə saxlama) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd olunan qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
|
2023-11-29
| 808,673 |
Avropada ilin ən görkəmli siyasi xadimi o oldu
|
“Politiko” nəşri 2023-cü ildə Avropanın görkəmli xadimlərinin siyahısını dərc edib. Axar.az xəbər verir ki, Polşanın keçmiş baş naziri Donald Tusk Avropanın ən görkəmli siyasi xadimi seçilib. “İndi Kaçinskinin səkkiz illik hakimiyyətindən sonra ölkə yeni Tusk dövrünün astanasındadır və dəyişiklik küləkləri yenidən əsir”, - nəşr bildirib. “Dağıdıcı” nominasiyasına isə Rusiya iqtisadiyyatının gücləndirilməsinə verdiyi töhfəyə görə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina layiq görülüb.
|
2023-11-29
| 808,676 |
Ceyhun Bayramov Moskvaya gedir
|
Dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Toplantıda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur. İclasda cari məsələlərin müzakirə olunacağı da gözlənilir.
|
2023-11-29
| 808,677 |
Mustafayev və Qriqoryanın sərhəddə görüşü...
|
Azərbaycan Baş nazirinn müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə görüşəcək. Axar.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq.
|
2023-11-29
| 808,680 |
Nazirdən Qarabağ Universitetinin yaradılmasına reaksiya
|
Qarabağ Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Hər şeyi yenidən və düz qurmaq imkanımız olacaq. Axar.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin universitetin timsalında elm və ali təhsilin inteqrasiyası daha yaxşı qurulacaq: "Ancaq şəxsi maraqların böyük elmi maraqları üstələməməsinə çalışmaq lazımdır. Əminəm ki, bunu edə biləcəyik. Bir günə universitet yaratmaq mümkün deyil. Ancaq inanmaq istəyirik ki, 2024-cü ilin sentyabr ayında tələbələri, tədqiqatçıları, gənc alimləri orada görmək imkanımız olacaq. Ümumilikdə həmin universitetdə bütün mümkün resurslardan istifadə edəcəyik. Elm sahəsi üzrə fəaliyyətin dürüstlük prinsipi əsasında izlənilməsi üçün əlimizdən gələni edəcəyik". Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb.
|
2023-11-29
| 808,682 |
“Öldürülən” Arzu Rzayev danışdı: Ayıbdır...
|
Ölüm xəbərimi yayanlar peşəsindən xəbəri olmayan jurnalistlərdir. Bu barədə Kult.az-a açıqlamasında müğənni Arzu Rzayev bildirib. “Məni bu məsələylə bağlı hətta canlı efirə də çağırıblar. Bu peşəsindən xəbəri olmayan jurnalistlərin yaydığı məlumatdır. Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayıblar. Səhərdən nömrəmə xaricdən nə qədər insan zəng edib. Bu xoşagəlməz xəbərləri yayanlara “ayıb olsun” deyirəm”, - o deyib. Qeyd edək ki, bu gün “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevin oğlu Arzu Rzayev vəfat edib. Lakin bir çox xəbər saytının manşetində müğənni Arzu Rzayevin fotosundan istifadə olunub.
|
2023-11-29
| 808,684 |
AMB vəzifəli şəxsləri cərimələdi
|
Azərbaycan Mərkəzi Bankı (AMB) 5 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq Azkredit ASC-nin vəzifəli şəxsi 1 500 manat, Asel Kredit MMC-nin vəzifəli şəxsi 3 000 manat, Finoko ASC-nin vəzifəli şəxsi 4 500 manat, TBC Kredit MMC-nin vəzifəli şəxsi 6 000 manat və PSG Finans MMC-nin vəzifəli şəxsi 6 000 manat cərimə edilib. "Qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməyib", - məlumatda qeyd olunub.
|
2023-11-29
| 808,686 |
Sabahın hava proqnozu açıqlandı
|
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
|
2023-11-29
| 808,687 |
Rusiya ilə NATO arasında müharibə... - Ryabkov
|
Rusiya ilə NATO arasında silahlı münaqişə istisna deyil. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. “Rusiya ilə NATO arasında silahlı münaqişə alyansdan asılıdır. Seçim tamamilə NATO-nun tərəfindədir. Biz artıq nümayiş etdirildiyi kimi, öz milli maraqlarımızı əlimizdə olan bütün vasitələrlə müdafiə etməyə hazırıq”, - Ryabkov bildirib. Onun sözlərinə görə, Rusiya ilə NATO arasında münasibətlərin yaxın gələcəkdə bərpa olunacağı ehtimalı yoxdur: “Bu, həm prinsipiallıq, həm də praktiklik baxımından istisna edilir. Əgər Qərbdə kimsə düşünürsə ki, bizə bu münasibətlər lazımdır və nə vaxtsa gəlib onların bərpasını xahiş edəcəyik, bu, böyük səhvdir”.
|
2023-11-29
| 808,688 |
Ankara yaxında İsveçlə bağlı qərar verəcək - XİN
|
Türkiyə hakimiyyətinin İsveçin NATO-ya üzv olmaq ərizəsini həftələr ərzində ratifikasiya edəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström deyib. “Biz ratifikasiyanın həyata keçirilməsini gözləyirik. Dünən Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüş keçirdim və o, ratifikasiyanın yaxın həftələrdə baş tutacağını gözlədiyini bildirdi”, - Billström qeyd edib.
|
2023-11-29
| 808,697 |
Əziz Səncər AMEA-nın fəxri üzvü seçildi
|
Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. Axar.az xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyli Akademiyada elmi prioritetlərin müəyyənləşdirilməsinə və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının gücləndirilməsinə verə biləcəyi töhfələri nəzərə alaraq, dünya miqyasında tanınmış elm xadimi, türk dünyasının elm sahəsində ilk Nobel mükafatı laureatı, professor Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı təşəbbüs irəli sürüb və məktubla ona müraciət edib. Vurğulanıb ki, professor Əziz Səncər akademik İsa Həbibbəylinin təklifinə müsbət cavab verib və Azərbaycanda elmin inkişafına əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib. AMEA-nın Kimya Elmlər Bölməsinin ümumi yığıncağının vəsatətini nəzərə alaraq, AMEA-nın ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.
|
2023-11-29
| 808,699 |
Rusiya: Paşinyanın konkret addımlarını gözləyirik!
|
Ermənistanın Baş naziri Nikol Paşinyanın konkret addımlarını gözləyirik. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın Aİİ sammitində və MDB liderlərinin qeyri-rəsmi görüşündə mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən deyib. “Burada ümidlərə deyil, konkret faktlara əsaslanmalıyıq”, - Zaxarova bildirib. Qeyd edək ki, Paşinyan dekabrda Sankt-Peterburqda keçiriləcək sammitə qatılıb-qatılmayacağını açıqlamayıb.
|
2023-11-29
| 808,702 |
Ukraynada ölən rus generalları - Siyahı
|
Rusiya ilə Ukrayna arasında hələ də davam edən müharibədə həlak olan yüksək rütbəli rus zabitlərin siyahısı açıqlansa da, mənbələr bu siyahının tam olmadığını qeyd edirlər. Axar.az Ukrayna cəbhəsində həlak olan Rusiya ordusunun yüksək rütbəli zabitlərinin bir qisminin siyahısını təqdim edir. 1. 150-ci Motoatıcı Diviziyanın komandiri general-mayor Oleq Mityayev - 2022-ci ilin 15 martında həlak olub. 2. Xüsusi təyinatlı qoşunların komandiri general-mayor Maqomed Tuşayev - 26 fevral 2022-ci ildə həlak olub. 3. 41-ci Ordunun Baş Qərargah rəisi general-mayor Vitali Gerasimov - 2022-ci ilin 7 martında həlak olub. 4. Şərq Hərbi Dairəsinin 29-cu Birləşmiş Silahlı Qüvvələrinin komandanı general-mayor Andrey Kolesnikov - 11 mart 2022-ci ildə həlak olub. 5. 41-ci Ordu komandanının müvini general-mayor Andrey Suxovetski - 2022-ci ilin 3 martında həlak olub. 6. 8-ci Ordunun komandir müavini general-mayor Vladimir Frolov - 2022-ci ildə həlak olub. 7. General-mayor Vladimir Zavadski - 2023-cü ilin 28 noyabrında minaya düşərək həlak olub.
|
2023-11-29
| 808,705 |
Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var
|
"Azərsu"dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var. Axar.az xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın bu gün keçirilən ümumi yığıncağında deyib. Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib.
|
2023-11-29
| 808,706 |
Azərbaycana hücum etsək... - VOMA-dan şok etiraf
|
13:21 Ermənistanın VOMA terror cəmiyyətinin rəhbəri Vova Vartanovun çıxışı İrəvanda şok effekti yaradıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Niyə müharibədən bu qədər danışırıq? Bizim Azərbaycana müqavimət göstərəcək normal ordumuz belə yoxdur. Azərbaycana qarşı hərbi əməliyyatlara başlasaq, onlar iki saatdan sonra zirehli texnika ilə İrəvanda olacaqlar. Bu müddət ərzində nə baş verəcək: Amerika ordusu bizi xilas etməyə gələcək, yoxsa rus ordusu? Yaxşı, tutaq ki, gəlirlər, amma nə qədər vaxtdan sonra? İndi özümü aldatmağa çalışıram və inanıram ki, ruslar, iranlılar və ya amerikalılar gəlib bizim üçün vuruşacaqlar. Tutaq ki, döyüşəcəklər, bəs Ermənistana nə vaxt gələ biləcəklər? Azərbaycan Ordusu ordumuzun üçdə birinin cəmləşdiyi Ararat, Kotayk, Armavirə 10 dəqiqəyə girəcək və cəmi iki saata İrəvana daxil olacaq”, - bildirib.
|
2023-11-29
| 808,710 |
Nikolun Piterə gedişi tapmacaya çevrildi
|
Ermənistan Baş naziri Paşinyan Aİİ-nin sessiyasında və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar verməyib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Baş nazirin ofisindəki mənbəyə istinadən məlumat yayıb. “Baş nazir iclas tarixi yaxınlaşdıqca qərar verəcək. Hazırda bu məsələ ilə bağlı heç bir dəqiqlik yoxdur”, - mənbə bildirib. Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ermənistan Baş naziri Nikol Paşinyanın dekabrda Sankt-Peterburqa gedəcəyi ilə bağlı məlumatı təsdiqləmişdi.
|
2023-11-29
| 808,715 |
ABŞ hərbi təyyarəsi okeana düşdü
|
ABŞ-a məxsus “Osprey” hərbi-nəqliyyat təyyarəsi bu gün Yaponiyanın Yakuşima adası yaxınlığında okeana düşüb. Axar.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb. ABŞ-ın Tokio yaxınlığındakı Yokota hərbi aviabazasından havaya qalxan təyayrə bir müddət sonra radarlardan itib. Məlumata görə, təyyarənin göyərtəsində 8 ABŞ hərbçisi olub. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
|
2023-11-29
| 808,716 |
DSX-nin baş gizirinin necə qətlə yetirilməsi məlum oldu
|
Paytaxtda mahnı sifarişi üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəməsinin ilk baxış iclası keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib. İttiham aktına görə, hadisə bu ilin martında paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Aparılmış istintaqla müəyyən edilib ki, Orxan Zeynalov tanışları İlqar Abdurahmanov və Rauf Şıxəliyevlə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı "Mağara" restoranında yemək yeyib spirtli içki qəbul etdikdən sonra məclislərini davam etdirmək üçün "Huqqa" restoranına gəliblər. Onlar ümumi zalda xuliqanlıq hərəkətləri etməklə Cəsarət Vəliyev və Camal Həsənovun üz və sifət nahiyələrinə yumruqla zərbələr vurub. İlqar Abdurahmanov Cəsarət Vəliyevin müqavimətini qırmaq və özünü müdafiə etmə imkanını məhdudlaşdırmaq məqsədilə onun başını qoltuqaltına salıb sıxıb, Orxan Zeynalov isə üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərərçəkmiş Cəsarət Vəliyevə zərbələr endirib. İlqar Abdurrahmanov isə yerə yıxılan Cəsarət Vəliyevi təpiklə onun baş nahiyəsinə bir neçə dəfə zərbə vurub və nəticədə zərərçəkmiş ölüb. Daha sonra O.Zeynalov Camal Həsənova bıçaqla xəsarət yetirib, İ.Abdurrahmanov isə onunla əlbəyaxa olub. Hadisədən dərhal sonra Camal Həsənov xəstəxanaya aparıldığından həyatını xilas etmək mümkün olub. İclasda söz təqsirləndirilən şəxslərə verilib. Orxan Zeynalov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən, İlqar Abdurrahmanov isə ümumiyyətlə təqsirli bilməyib.
|
2023-11-29
| 808,718 |
MN-dən hərbçilərin pensiya yaşının artırılmasına münasibət
|
Azərbaycanda hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılmasının səbəbi açıqlanıb. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunda xidmət etmək istəyənlərin sayı çoxalır: "Biz yaş həddini artırmaqla onlara inkişaf və orduda xidmət etməyə şərait yaradırıq. Bunu etməklə də onların pensiyaya çıxmaq hüququnu pozmamaq üçün həmin faizləri də üstünə gəlirik. Hətta bu faizlərin digər qurumlarda 2 faiz olmasına baxmayaraq, biz 3 faiz üzərinə gələcəyik". Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamətə təklif edilən dəyişikliklə dövlət tərəfindən yetişdirilməsinə zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur.
|
2023-11-29
| 808,719 |
Ukrayna qoşunları NATO ordusuna çevrilir - Kuleba
|
Nəzarət imkanlarını və prinsiplərini nəzərə alaraq, Ukrayna qoşunları faktiki olaraq NATO ordusuna çevrilir. Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. Kuleba bildirib ki, Ukraynanın qələbəsi təkcə Ukraynanın deyil, həm də bütün Şimali Atlantika Alyansının maraqlarına cavab verir: “Avropanı Ukraynasız müdafiə etmək qəbulolunmazdır. Xüsusilə ona görə ki, biz hazırda Avropanın ən güclü ordusuna sahibik. NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətimizi artırırıq. İmkanlarımıza və idarəetmə prinsiplərimizə görə də de-fakto NATO ordusuna çevrilirik”.
|
2023-11-29
| 808,720 |
İlham Əliyev sərəncam imzaladı
|
Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu yenidən qurularaq bərpa olunur. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan-Kəlbəcər (9 km)-Ağdərə-Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 4,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
|
2023-11-29
| 808,722 |
Hərbi qulluqçular üçün şəhərciklər tikiləcək
|
Azərbaycanda hərbi qulluqçular üçün şəhərciklər tikiləcək. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bundan sonrakı mərhələdə hərbi qulluqçular üçün mənzillərin verilməsi, hərbi şəhərciklərin tikilməsi nəzərdə tutulub.
|
2023-11-29
| 808,723 |
Prezident DTX-nin yeni inzibati binalarının açılışında... - Foto
|
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib. Axar.az xəbər verir ki, dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısına məlumat verilib ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Əvvəlcə foyedə quraşdırılmış monitorda son illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında aparılan əsaslı tikinti-quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olunub. Bildirildi ki, binanın giriş hissəsində Ümummilli Lider, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu orqanların inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin barelyefi qoyulub, Ulu Öndərin arxiv sənədlərinin nümayiş olunduğu guşə və dahi şəxsiyyətin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılıb. Sonra dövlətimizin başçısı xarici xüsusi xidmət orqanları ilə qurulan tərəfdaşlıq münasibətlərinin səviyyəsini və tarixini simvolizə edən muzeydə sərgilənən eksponatlara baxıb. Qeyd edildi ki, binada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün ikimərtəbəli yeməkxanadan ibarətdir. Dövlətimizin başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olub. Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə də baxış keçirib. Həmçinin Azərbaycan Prezidentinə digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika, əməliyyat və şəbəkə idarəetmə mərkəzləri təqdim olunub, cinayət işlərinin təhqiqatı və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edilib. Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman avadanlıqları ilə təchiz edilmiş mərkəzlə də yaxından tanış olub. Sonda Prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində uğurlar arzulayıb, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.
|
2023-11-29
| 808,725 |
Hərbçilərin ərzaq pulu 210 manat artırılacaq
|
Azərbaycanda hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, hazırda Maliyyə Nazirliyi bu məsələnin üzərində işləyir: "Biz də istəyirik ki, verilən pul tezliklə artsın. Bu məsələ mütləq həll olunacaq". Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev müzakirələrdə təklif edib ki, hərbçilərə verilən ərzaq pulu 62 manat artırılsın: "Hesab edirəm ki, bu da onların sosial müdafiəsinin gücləndirilməsinə müəyyən dərəcədə öz töhfəsini verə bilər".
|
2023-11-29
| 808,728 |
Putin Mirziyayevlə danışdı
|
Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Məlumata görə, danışıq zamanı ikitərəfli əməkdaşlıq, o cümlədən Şövkət Mirziyayevin Moskvaya son səfəri zamanı əldə olunmuş razılaşmaların icrası müzakirə edilib.
|
2023-11-29
| 808,731 |
Putinə müharibə üçün stimul veririk - Volker
|
Ukraynanın NATO-ya sürətlə daxil olması Rusiya Prezidenti Vladimir Putini müharibədəki hədəfini itirdiyinə inandıracaq. Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker deyib. “Əminəm ki, NATO siyasəti bu gün istəmədən Putinə hərbi əməliyyatları davam etdirmək üçün siqnal göndərir. Çünki biz deyirik ki, Ukrayna uzunmüddətli perspektivdə üzv olacaq, amma bu müharibə davam edərkən onu NATO-ya daxil edə bilmərik. Bu da Putinə müharibəni davam etdirməklə bağlı stimuldur. Düşünürəm ki, Ukraynanın mümkün qədər tez NATO üzvü olacağına dair mesaj göndərməyin vaxtı çatıb. O zaman Putin üçün bu müharibənin davam etdirilməsi mənasız, Rusiya üçün isə dağıdıcı olacaq”, - Volker bildirib.
|
2023-11-29
| 808,734 |
Bakıdan Təbrizə açıq məktub: O kişi kimdir?
|
Saat 04:50. Artıq tam 3-cü gündür. Üç gündür ardıcıl olaraq eyni mənzərə, eyni məkan, eyni simalarla oyanmaq və səhərə qədər özünlə çarpışmaq, bu nəhayətsiz duyğuların əsirinə çevrilmək... Bir insan heç vaxt görmədiyi, yaşamadığı bir şəhəri 3 gün ardıcıl necə yuxuda görə bilər? Elmi-mistik izahı olmalıdır bunun! Bəlkə də yuxu deyil; bəlkə də xəyalların rahatlıq tapmayan düşüncələrin alt qatında şəkillənməsidir; bəlkə də narahat ruhun artıq yarı olan ömrə pıçıltıları, yüzillərin o tayından daşıyıb gətirdiyi yaddaşdır. Manqurt kimi böyüdüldüyümüzü xatırlayıram... Yaşadığım məhəllənin o baş-bu baş, hər tərəfi ruslar idi: çox doğmalaşmışdıq ancaq, çox mehriban qonşular idi. Bir gün Boris Nikolayeviç 11 yaşlı əlaçı şagird kimi məndən Azərbaycanın ərazisini soruşdu: "86,6 min kv.km" dedim. Güldü. “Bəs, Cənubi Azərbaycan” - soruşdu. Heç nə anlamadım, heç nə başa düşmədim. “Cənubda da Azərbaycan var? Ekvatordan cənubdadırmı?” “Get, Təbrizi öyrən!” – bunu mənə İkinci Dünya müharibəsi veteranı, sevimli qonşumuz, əziz Borya dayı – Boris Nikolayeviç Filatov deyirdi. Təsəvvür edirsinizmi? İnana bilirsinizmi? Böyük Vətən müharibəsinin daha bir veteranı, cəsur döyüşçü, coğrafiya müəllimim Xəlil Baxşıyevə soruşdum. O qədər kədərləndi ki... Onun qəmləndiyini, az qala gözlərinin dolduğunu bütün sinfimiz gördü, ancaq bu qəmin səbəbini heç başa düşmədik. İndi anlayıram deyəsən; indi dərk edirəm SSRİ-nin qorunması uğrunda cəbhəyə gedib, ayağını bu yolda qoyan, sağlamlığından keçən, övladsız qalan Xəlil müəllimin Azərbaycanı bilməməyimizdəki kədərinin səbəbini... Axı o, Sovet ordusunun Təbrizə girməsini görmüşdü... “Azərbaycanın ərazisi 520 min kv.km-dir, ən böyük parçamız Arazın o tayındadır. Paytaxtımız Təbrizdir - əzəli, əbədi şəhərimiz”, - dedi. Sonra imkan tapdıqca dərslərində Təbrizdən danışardı. Təbriz bizim üçün təkcə Cənub olmadı, həm də Bütöv Azərbaycan oldu! Sonra “Dumanlı Təbriz”lə tanış olduq, sonra Şah babamızın imperiya tarixini öyrəndik; sonra Hərəkat, sonra “Təbrizin yolları...”, sonra “Yenə baş qoyaram yoluna, Təbriz...” Könlümüzdə elə bir Təbriz taxtı quruldu ki, onillərdir bir an da bu dəli sevgi bizi tərk etmir. Gözəl Təbriz! Al-əlvan, çılpaq dağların əsrarəngiz çevrəsində min illik kimliyini qoruyan Uca Təbriz! Səni necə sevdiyimizi bilirsənmi? Sən yuxumuza necə gəlirsən? Yoxsa yuxularımız səndədir elə? Salnaməçimi, ya tarixçimi – indi adını xatırlamadığım kiminsə bu sözləri yadıma düşür: “Şah İsmayıl Təbrizə ruh bədənə girən kimi girdi”. Bu fikir, bu söz əslində bütün tarixi kimliyimizi, yaddaşımızı və əslində mənim yuxu dediyim yarıxəyal, yarımistik - gecə yuxusunu ərşə çəkən ruh halımı izah edir. Biz Təbrizə girə bilmədiyimizə, Təbrizi görə bilmədiyimizə, Təbrizsiz yaşadığımıza görə bədəndən ayrı ruhlarıq! Uyku zamanı təndən ayrılan ruh mənzilinə tələsir, bəlkə ona görə eyni mənzərə görürəm: - səsli-küylü, o qədər də enli olmayan dolama küçə, kənarlarda bir-iki mərtəbəli və yaxud elə birmərtəbəli, ancaq eyni hündürlükdə olmayan “ağ-qara” evlər (burası yuxu olmalı – axı yuxular rəngsizdir), divarboyu qaraltılar – oturublarmı, ayaqdadırlarmı, ya divarın düz yanı ilə hərəkət edirlər, bilməm – və bir də hündürboy, ağ əba və çalmada, yeni-yeni dən düşən, uzun olmayan, “xətt saxlayırmış kimi” saqqalı, sivri burnu, ağ paltarına uyan siması ilə ortayaş şəxs; o geniş olmayan, insanların divar dibinə çəkildiyi küçənin ortası ilə öndə gedir, qaməti dikdir, ancaq önə yox, yerə baxır, başı isə aşağı deyil. Yanımdan keçəndə mənə çevrilir – gülümsəmir, ciddi görkəmindən zəhm yağır, ancaq acıqlı deyil, sanki qüssəlidir - elə hiss edirəm. Keçir, küçə boyu addımlayır, nazik, geyiminin üstündən atdığı, topuğuna çatan parça-paltar yel vuran bayraq kimi dalğalanır; arxasında ondan bir baş balaca olan 5-6 nəfər də gedir, küçəni burulur və ayılıram... Ora bazardırmı? Elə küçə Təbrizdə varmı? Elə küçə, bazar Təbrizdə nə qədərdir? Ruhumuzun evi, tariximizin özü olan Təbrizdəki can qardaşlarım! Elə bir şəxsi siz canlı gördünüzmü? Yoxsa sizin də yuxularınıza gəlir?
|
2023-11-29
| 808,735 |
AFFA "İrəvan"nın prezidentini cəzalandırdı
|
AFFA İntizam Komitəsi I Liqada çıxış edən klubların rəsmi şəxslərini cəzalandırıb. Axar.az xəbər verir ki, "İmişli"nin meneceri İlkin Əhmədov IX turda “Qaradağ Lökbatan”la matçın rəsmi şəxsinə təzyiq etdiyinə görə 2 oyunluq cəza ilə üzləşib. "İrəvan"ın prezidenti Zahid Niyazəliyev isə akkreditasiya vəsiqəsi olmadan meydana və dəhlizə daxil olduğu üçün 1 matçlıq cəzalanıb.
|
2023-11-29
| 808,740 |
Bu xəstəliyə qarşı vaksinasiya pulsuz vurulacaq
|
Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Məlumatda qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.
|
2023-11-29
| 808,741 |
Bakı metrosunda ölüm
|
Bakı Metropoliteni QSC-nin "Nəriman Nərimanov" stansiyasında qatardan düşərək ərazini tərk edən yaşlı kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib. Bu barədə Axar.az-a qurumdan bildirilib. Məlumata görə, stansiyaya çağırılmış təcili tibbi yardım xidməti onun dünyasını dəyişdiyini təsdiq edib.
|
2023-11-29
| 808,742 |
Netanyahu adını tarixə “Qəzza qəssabı” kimi yazdırdı
|
Netanyahu bütün yəhudilərin təhlükəsizliyini risk altında qoyur. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Qəzza cəhənnəmi yaşadı. Onlar 2,3 milyon insana qarşı demək olar ki, soyqırım törədiblər. Netanyahu adını tarixə indidən “Qəzza qəssabı” kimi yazdırıb”, - Ərdoğan bildirib.
|
2023-11-29
| 808,745 |
İrəvan və Moskva “Yuxarı Lars”ı müzakirə edəcək
|
İrəvan və Moskvanın nümayəndələri Avrasiya İqtisadi Komissiyası çərçivəsində Ermənistan məhsullarının Rusiyaya idxalı ilə bağlı vəziyyəti müzakirə edəcəklər. Axar.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlament komissiyasının iclasında “Rosselxoznadzor”un bəyanatını şərh edərkən deyib. Erməni nazir qeyd edib ki, ötən il də 40-dan az (indi artıq 72-dir - red.) oxşar hal baş verib və məhsullar Rusiyadan geri qaytarılıb: “İndi “Rosselxoznadzor”un məlumatı və mövcud informasiyalar problemin mahiyyətini başa düşmək üçün müvafiq orqanlarımız tərəfindən diqqətlə öyrənilir”, - o bildirib. Qeyd edək ki, Ermənistandan Rusiyaya “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının keçidinə icazə verilmir. Ermənilər bunu siyasi qərar və Ermənistana qeyri-rəsmi sanksiya hesab edirlər.
|
2023-11-29
| 808,747 |
Nazir onu direktor təyin etdi
|
İlham Əliyev Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə direktor təyin olunub. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Qeyd edək ki, İ.Əliyev bu təyinatadək Cəlilabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olub.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.