date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-11-25
807,597
Fransada qadınlar hər gün bundan əziyyət çəkir - Makron
Fransada qadınlar hər gün pis rəftardan, zorakılıqdan əziyyət çəkirlər. Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron məişət zorakılığı törədənlərin siyahıya alınacağı məlumat bazasının yaradılacağını və çətin həyat vəziyyətində olan qurbanlara təzminatların ödəniləcəyini bildirib: "Biz buna son qoya bilərik, son qoymalıyıq və qoyacağıq".
2023-11-25
807,601
Hərbçilərimiz Kəlbəcər Şəhəri Gününü belə qeyd etdi - Foto
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən bölmələrindən birində 25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibətlə tədbir keçirilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib. Kəlbəcər şəhəri gününün ölkəmizin hər bir yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük qürur və iftixar hissi ilə qeyd olunduğu xüsusi vurğulanıb. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədilə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Tədbirdə hərbi qulluqçular Azərbaycan Ordusunda, xüsusilə azad edilmiş ərazilərdəki bölmələrdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.
2023-11-25
807,602
BMT-nin patrul xidməti atəşə tutuldu
BMT-nin Livandakı patrul xidməti ölkənin cənubunda İsrail hərbçiləri tərəfindən atəşə tutulub. Axar.az xəbər verir ki, bu barədə BMT-nin Livandakı sülhməramlıları məlumat yayıb.
2023-11-25
807,606
Gəncədə 30 yaşlı müəllim evində ölü tapıldı - Foto
Gəncədə evdən meyit tapılıb. Axar.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb. Sözügedən ünvanda yaşayan 1993-cü il təvəllüdlü Elzar İsmayılov telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Bu səbəbdən FHN-in 112 xidmətinə məlumat verilib. Hadisə yerinə gələn FHN-in xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə evin qapısını açıblar. Mənzilə baxış keçirildikdə Elzar İsmayılovun meyiti evin vanna otağından aşkarlanıb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. İlkin məlumata görə, 30 yaşlı E.İsmayılov ürəktutmasından vəfat edib. Qeyd edək ki, Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin sinifdən xaric, məktəbdən kənar işlər üzrə təşkilatçısı olub. Faktla bağlı araşdırma aparılır.
2023-11-25
807,608
Moskvada qar örtüyünün hündürlüyü 15 sm-ya çatdı
Moskvada qar örtüyünün hündürlüyü 15 santimetrə çatıb. Axar.az xəbər verir ki, bu barədə Moskva Meteorologiya Bürosu məlumat yayıb. "Son iki gündə Moskvada qar örtüyünün hündürlüyü 7 santimetr artıb, noyabrın 25-də səhər saatlarında 15 santimetr olub", - məlumatda bildirilib.
2023-11-26
807,612
HƏMAS fikrini dəyişdi, girov mübadiləsi baş tutacaq
2023.11.25. 21:05 HƏMAS hərəkatı girov və əsirlərin mübadiləsinə dair razılaşmaya sadiqliyini təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə hərəkatın rəsmi Teleqram kanalında dərc olunmuş bəyanatında deyilir. “Müvəqqəti atəşkəs razılaşmasının icrasının davam etdirilməsini təmin etmək üçün gün ərzində Misir və Qətərin göstərdiyi səyləri yüksək qiymətləndirib”, - bəyanatda vurğulanıb. Bundan əlavə, hərəkat noyabrın 25-də baş tutmalı olan sövdələşmənin ikinci mərhələsi çərçivəsində azad ediləcək 39 məhbusun adının siyahısını dərc edib. Qeyd edək ki, bundan öncə “Əl-Cəzirə” HƏMAS-ın girov mübadiləsini təxirə salacağı haqda məlumat yaymışdı. Buna səbəb kimi isə İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl etməməsi göstərilirdi. 24 noyabrda qüvvəyə minən dördgünlük atəşkəsin ilk günündə HƏMAS 25, İsrail 39 girovu azad edib.
2023-11-25
807,614
İsrail Qəzzada əməliyyatları bərpa edəcək
İsrail ordusu atəşkəs fasiləsi bitdikdən dərhal sonra Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək. Axar.az xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi deyib.
2023-11-25
807,618
Ər-Riyaddan Bakıya böyük jest: İrəvanla əlaqələrdən öncə...
Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlərin qurulması ilə bağlı dost və qardaş ölkə olaraq bu barədə öncədən Azərbaycana məlumat verib. Axar.az xəbər verir ki, bu barədə Trend diplomatik mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Azərbaycan Səudiyyə Ərabistanına 30 il ərzində İslam dünyası üçün nümunəvi və ədalətli mövgeyinə görə təşəkkür edib. Belə ki, uzun illər Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik əlaqələr qurmayıb və Ermənistanı işğalçı dövlət kimi tanıyıb. İndi isə reallıqlar dəyişib. Azərbaycan Ermənistanın işğalına son qoydu. Hələ 2020-ci ildə Livan vasitəsilə Ermənistan Səudiyyə Ərəbistanına yaxınlaşaraq diplomatik əlaqələr qurmaq istəyib. Amma o zaman qanunsuz erməni hərbi birləşmələri Qarabağda qalmaqda davam edirdi. Səudiyyə Ərəbistanı əlavə 3 il də gözlədi. Nəzərə almaq lazımdır ki, ABŞ və Fransa bu məqsədlə Səudiyyə Ərəbistanına müraciət ediblər. Qeyd edək ki, Ermənistan və Ərəbistan səfirləri BƏƏ-də diplomatik münasibətlərin qurulması ilə bağlı protokol imzalayıblar.
2023-11-25
807,621
Atəşkəs rejiminin uzadılma ehtimalı var - Bayden
Qəzzada atəşkəs rejiminin uzadılması ehtimalı var. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden məlumat verib. Qeyd edək ki, ötən gün qüvvəyə minən dördgünlük atəşkəs razılaşmasına əsasən, HƏMAS 25, İsrail isə 39 girovu azad edib.
2023-11-25
807,624
Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən olundu
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbir keçiriblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, rayonun Ağzıbir kəndindəki meşə massivində üç ağacın kəsilməsi barədə şöbəyə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
2023-11-25
807,626
Hindistan baş naziri qırıcı təyyarə ilə uçdu
Hindistan Baş naziri Narendra Modi “Tejas” qırıcı təyyarəsində uçuş həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə Modi sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, “Tejas” bir nəfərlik qırıcı təyyarə olsa da, Narendra Modi onun iki yerlik təlim versiyasında səmaya qalxıb.
2023-11-25
807,628
Tarkan Bakıda - Video
Türkiyənin meqastarı Tarkan Bakıya gəlib. Axar.az xəbər verir ki, Tarkanın Bakıda olduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, Tarkan “Baku Crystall Hall”da bu gün konsert verəcək.
2023-11-25
807,629
ABŞ gəmisi Çin ərazisinə daxil oldu, müdaxilə edildi
ABŞ-ın “USS Hopper” hərbi gəmisi Çinin ərazi sularına daxil olub. Axar.az xəbər verir ki, bu barədə Çin ordusunun yaydığı məlumatda bildirilib. Məlumata görə, Çin hərbçiləri ABŞ gəmisini ərazi sularından çıxartmağa nail olub.
2023-11-25
807,631
X sosial şəbəkəsi 75 milyon itirə bilər - Səbəb
Amerikalı iş adamı İlon Maskın X sosial şəbəkəsi ilin sonuna kimi reklamdan 75 milyon dollara qədər gəlir itirə bilər. Axar.az xəbər verir ki, bu barədə məlumat yayan xarici KİV-lər "Airbnb", "Amazon", "Coca-Cola", "Microsoft" və digər şirkətlərin sosial şəbəkədə reklamlarını dayandırdığını, yaxud da dayandırmağı planlaşdırdıqlarını bildiriblər. Qeyd edək ki, məşhur milyarder İlon Mask X sosial şəbəkəsində yəhudilərin ağdərililərə qarşı nifrəti qızışdırdığını iddia edən bir yazıya müsbət reaksiya verdikdən sonra qalmaqal yaranıb.
2023-11-25
807,635
Möcüzə baş verməsə, Ukrayna bu şəhəri itirəcək
Ukrayna Silahlı Qüvvələri Avdeyevkada ciddi problemlərlə üzləşib və yalnız möcüzə Ukrayna ordusuna bu şəhər üzərində nəzarəti saxlamağa imkan verəcək. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Velt" nəşri məlumat yayıb. "Ukraynanın 47-ci mexanikləşdirilmiş briqadasının əks-hücumu kimi bir möcüzə baş verməsə, Avdeyevka təslim olacaq", - məlumatda deyilir. Qeyd edilib ki, şəhər uğrunda döyüşdəki vəziyyət Ukrayna silahlı qüvvələrinin aşağı hazırlığını ortaya qoyur. Həmçinin bildirilib ki, Ukrayna Silahlı Qüvvələri ehtiyat, rotasiya, artilleriya mərmiləri və hərbi texnika çatışmazlığı və Rusiya Hərbi Hava Qüvvələrinin aşkar üstünlüyü kimi bir sıra problemlərlə üzləşib. Ukraynalı komandir Aleksandr Tarnavski Rusiya Silahlı Qüvvələrinin Avdeyevka bölgəsində üçüncü hücum dalğasına başladığını açıqlayıb. O qeyd edib ki, Rusiya aviasiyası Tavriya istiqamətində 11 zərbə endirib.
2023-11-25
807,637
Qəzza zolağına 50 yük maşını yardım gəldi
Qəzza zolağının şimalına 50 yük maşınından ibarət humanitar yardım çatdırılıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Aviçay Adrai məlumat verib. Qeyd edək ki, daha öncə HƏMAS bildirmişdi ki, İsrail humanitar yük maşınlarının Qəzza zolağının şimalına daxil olmasına icazə verməli və fələstinli məhbusların azad edilməsi üçün razılaşdırılmış kriteriyalara riayət etməlidir.
2023-11-25
807,644
Sakinlər şikayət etdi, 58 sürücü barəsində tədbir görüldü
Baş DYP İdarəsinin istifadəsində olan 050-8000-902 Vatsap nömrəsinə 1 ay ərzində vətəndaşlarımız tərəfindən dayanma və durma qaydalarını pozan 62 sürücü barəsində fotomateriallar daxil olub, nəticə də 58 sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb, fotolarda 4 avtomobilin nömrə nişanını müəyyən etmək mümkün olmayıb. Axar.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib. O qeyd edib ki, qayda pozan sürücülərin əksəriyyətinin avtomobilləri səkilərdə və ya avtobus dayanacaqlarında saxladığı müəyyən edilib. “Sürücülərin bir daha nəzərinə çatdırırq ki, səkilərdə və müəyyən olunmayan yerlərdə avtomobilləri saxlamaqla piyadaların və digər hərəkət iştirakçılarının hərəkətinə maneə olmasınlar”, - R.Tağıyev qeyd edib.
2023-11-25
807,646
"Qalatasaray" darmadağınla liderliyə yüksəldi
"Qalatasaray" Türkiyə Super Liqasında növbəti matçını keçirib. Axar.az xəbər verir ki, "Qalatasaray" öz meydanında "Alanyaspor"u qəbul edib. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 34-ə yüksəldən (13 oyun) "Qalatasaray" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Fənərbaxça" 31 xalla (12 oyun) 2-ci, "Adana Demirspor" 22 xalla (12 oyun) 3-cü pillədə yer alır.
2023-11-25
807,647
Rus ordusu hücuma keçdi: şiddətli döyüşlər...
Rusiya ordusu gün ərzində Zaporojye istiqamətdə 4 hücum əməliyyatı həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki, gün ərzində Ukrayna ordusu ilə rus ordusu arasında 42 hərbi toqquşma olub. Bu gün axşam saatlarında döyüşlər daha da şiddətlənib. Rus ordusunun hücum əməliyyatlarının qarşısı uğurla alınıb.
2023-11-25
807,648
Rusiya ilə milli valyutadan istifadə artıb - Türkiyə
Türkiyə və Rusiya dövlətlərarası ticarətdə milli valyutalardan istifadəni artırıb. Axar.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri, ikitərəfli hökumətlərarası komissiyanın həmsədri Ömər Bolat deyib. Onun sözlərinə görə, Türkiyədən Rusiyaya ixrac 400%, Rusiyadan rublla idxal isə 260% artıb: "Dünyada enerji məhsulları və əmtəələrin qiymətləri ucuzlaşdığından, enerji ticarəti bu il bir qədər azalıb". O vurğulayıb ki, 2022-ci ildə Rusiya-Türkiyə ticarəti rekord həddə - 68 milyard dollara çatıb, lakin bu il pul istifadəsində ikitərəfli ticarət bir qədər azalıb - hazırda 56 milyard dollar təşkil edir.
2023-11-25
807,650
18 yaşlı dünya çempionu Ayan Bakıda
İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qalib olmuş Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb. Axar.az Report-a istinadən xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar. Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.
2023-11-25
807,652
Avstriyada təyyarə qəzaya uğradı: ölənlər var
Avstriyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Qəza nəticəsində təyyarədə olan 4 nəfər həlak olub. Hadisə Yuxarı Avstriya federal əyalətində baş verib.
2023-11-26
807,653
Təl-Əvivdə Netanyahunun istefası tələb olunur - Video
İsrailin paytaxtı Təl-Əvivdə on minlərlə insan aksiya keçirir. Axar.az xəbər verir ki, insanlar Baş nazir Benyamin Netanyahunun istefası ilə yanaşı, girovların azad olunmasını tələb edirlər.
2023-11-26
807,655
Şahramanyan: Keçmiş "rəhbər"lər burada gizləniblər
Qarabağdakı keçmiş və özünü buraxan separatçı rejimin "rəhbəri" Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyasının iclasında bir sıra sualları cavablandırıb. Axar.az Nyus24-ə istinadən xəbər verir ki, Samvel Şahramanyan qondarma rejimin ləğv ediləcəyi barədə "fərman" imzalaması haqda danışıb. Şahramanyan qondarma qurumun digər "rəhbər" şəxslərinin harada olmasına da aydınlıq gətirib. O, keçmiş "rəhbər"lərin bir qisminin Rusiya sülhməramlılarının qərargahında, digər "rəsmi"lərin isə Karen Sərkisyanın iqamətgahında olduğunu bildirib. Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı da danışan Şahramanyan bildirib ki, bu, səhlənkarlıq nəticəsində baş verən hadisədir. Samvel Şahramanyan bundan sonra Ermənistanda siyasətlə məşğul olmayacağını bildirib.
2023-11-26
807,657
İsrail Qətərə HƏMAS liderləri ilə bağlı söz verdi
İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yaov Qallantın HƏMAS liderlərindən heç birinin qisasdan qaça bilməyəcəyinə dair vədlərinə baxmayaraq, Qətər hakimiyyəti Təl-Əvivdən bu ölkənin ərazisində heç bir qisas cəhdinin olmayacağına dair söz alıb. Axar.az xəbər verir ki, bu barədə "Detaly.co.il" məlumat yayıb. "MOSSAD Qətər ərazisində yüksək rütbəli HƏMAS rəsmilərinin aradan qaldırılması üçün tədbir görməyəcək. Hətta MOSSAD-ın bunu etməyə fürsəti olsa belə, etməyəcək, çünki Qətər hakimiyyəti buna dair İsraildən vəd alıb. Həqiqətən də İsmayıl Haniyə də daxil olmaqla, bir sıra HƏMAS lideri Qətərdə lüks otellərdə yaşayır", - məlumatda deyilir. Qeyd olunur ki, bu məlumatla bağlı heç bir rəsmi şərh verilməyib: "Amma qeyd etmək lazımdır ki, bu məlumat Qətərin əsas vasitəçilik rolunu oynadığı İsrail və HƏMAS arasında gərgin danışıqlar fonunda ortaya çıxıb. Danışıqlar girovların fələstinli məhbuslarla dəyişdirilməsinə dair razılaşma ilə yekunlaşıb".
2023-11-26
807,658
“Hayastan” pul diləndi: Ən çox pul bu ölkədən gəldi
“Hayastan” Ümumerməni Fondunun ötən gün təşkil etdiyi “Sizin üçün Ermənistan” telemarafonunda 8,4 milyon dollara yaxın vəsait toplanıb. Axar.az xəbər verir ki, bu barədə fondun rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb. “Ermənistanda 552 min dollar, Fransada - 3,3 milyon dollar, ABŞ-da - 3,1 milyon dollar, Kanadada - 500 min dollar, Böyük Britaniyada - 450 min dollar, Argentinada - 161 min dollar toplanıb. İanələr həmçinin aşağıdakı ölkələrdən edilib: Hollandiya - 100 min dollar, Braziliya - 92 min dollar, Almaniya - 66 min dollar, İsveçrə - 50 min dollar, Avstraliya - 27 min dollar, Avstriya - 26 min dollar, Rumıniya - 4 min dollar", - məlumatda bildirilib. Pul yığımı davam edir. Vəsaitlər Qarabağdan miqrasiya edənlərin həyat şəraitinin yaxşılaşdırılmasına, habelə sərhədyanı qəsəbələrin inkişaf proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Qeyd edək ki, “Biz həyat qabiliyyətli icmalar yaradırıq” adlı əvvəlki telemarafon 24 noyabr 2022-ci ildə baş tutmuş və 11 milyon dollardan çox vəsait toplanmışdı.
2023-11-26
807,660
Rusiya bir gecədə Kiyevin müdafiəsini çökdürdü - Soskin
Noyabrın 25-nə keçən gecə Rusiya PUA-larının kütləvi hücumu zamanı Kiyevin hava hücumundan müdafiə sistemləri son həddə, zəif işləyirdi. Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib. "Sistem, mahiyyət etibarilə, sadəcə olaraq, son həddə idi. Ukrayna heç nə edə bilməz. Həmçinin nə Zelenski, nə də Umerov edə bilər", - o bildirib. Soskin qeyd edib ki, hava hücumundan müdafiə sistemi şəhərə yönələcək çox sayda PUA və raketlərlə yüklənərsə, Ukrayna paytaxtı tezliklə Rusiyanın güclü hücumlarından müdafiəsiz qalacaq: "Ukrayna Silahlı Qüvvələri elektron döyüş texnikasından istifadə edərək, rus PUA-larını sıxışdırmaq iqtidarında deyil. Kiyevin müdafiəsi ilə bağlı vəziyyət pisləşəcək".
2023-11-26
807,662
Yapon nazir çinli həmkarı ilə görüşdü, narazılığını bildirdi
Yaponiya xarici işlər naziri Yoko Kamikava Cənubi Koreyanın Busan şəhərində çinli həmkarı Vanq Yi ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Nazir Şərqi Çin dənizindəki, o cümlədən mübahisəli Senkaku adaları ilə bağlı vəziyyətdən, habelə Çinin Yaponiya yaxınlığında, o cümlədən Rusiya ilə əməkdaşlıq çərçivəsində hərbi fəaliyyətinin intensivləşməsindən ciddi narahatlığını ifadə edib”, - məlumatda qeyd olunub.
2023-11-26
807,664
Bakıya bu tarixdən qış soyuğu gəlir
Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək. Axar.az xəbər verir ki, həmin gün yağış yağacaq və havanın temperaturu digər günə nisbətən 12 dərəcə aşağı düşəcək. Noyabrın 28-də gündüz 10 dərəcə, gecə isə 7 dərəcə isti təşkil edəcək. Gün ərzində yağış yağacaq. Növbəti günlərdən havanın temperaturu bir qədər artsa da ümumilikdə soyuq hava şəraiti bir neçə gün davam edəcək.
2023-11-26
807,667
"Abzas" yüzminlərlə dolları kimlərdən niyə alıb? - Detallar
"Abzas Media" xəbər portalı ətrafında son günlər dolaşan məlumatlar bir sıra məqamları üzə çıxarıb. Axar.az bununla bağlı Report Analitik Qrupunun xüsusi məqamların və dəlillərin əksini tapdığı araşdırmasını təqdim edir: Özlərini "müstəqil media"nın təmsilçiləri kimi qələmə verən, guya "açıq fikir ortaya qoyduqları üçün sıxışdırılan" şəxslər başını quma basırmış dəvəquşu kimi arxada baş verən maliyyə maxinasiyalarından sanki məlumatlı deyillər. Bir analitik yazı formatına sığmadığından faktları açıqlamaq üçün növbəti yazı hazırlamaq zərurəti yaranıb. Belə ki, külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş “Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov barəsində yeni məlumatlar üzə çıxıb. Əldə etdiyimiz məlumatlara görə, yuxarıda qeyd etdiyimiz şəxslər təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Həmin təşkilatların adlarını sadalamaqla oxuculara həyata keçirilən mütəşəkkil işin səviyyəsini nümayiş etdirmək istərdik. Bunlar ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri. Görün, Qafqazın bir ölkəsində "demokratiya carçısı" rolunda çıxış etmək üçün nə qədər qurum növbəyə dayanıb və bundan da Ülvi Həsənov və komandası maksimum dərəcədə istifadə etməyə cəhd göstəriblər. Onlar həmçinin, “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər. Bu məqamda, həmin "demokratiya göyərçinlərini" oxuculara daha yaxından tanıtmaq yerinə düşər. Deməli, “Aleks” kod adlı şəxs [email protected] mail ünvanı ilə qeydiyyatdan keçmiş Aleksandra Kirbidir. O Londonda “Birmingem” və “Jagiellonian” universitetlərində təhsil alıb, 2015-ci ildən “Avropa Demokratiyaya Yardım Fondu”nun baş proqram meneceridir. Məqalə yazılan dəqiqələrdə şəxsiyyəti dəqiqləşdirilən “Daisy” isə [email protected] mail ünvanı ilə yuxarıda qeyd olunan platformada qeydiyyatdan keçib. O, Ukraynada anadan olub, Polşada “Natolin” Avropa Kollecində təhsil alıb, hazırda isə Brüssel şəhərində yaşayır, “Avropa Demokratiyaya Yardım Fondu”nda işləyir. Görünən odur ki, səfərlər və görüşlər bizim "qəhrəmanlar" üçün kifayət qədər uğurlu olub. Belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” və “Bank of Georgia” banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb. Müxtəlif görüşlərdə maliyyə fırıldaqçılıqlarının sirlərinə yiyələnən Ülvi və Məhəmməd həmin vəsaitləri həm özləri, həm də yaxınları vasitəsilə xarici ölkələrdəki bankomatlardan məsuliyyət yaratmayan məbləğlərdə hissə-hissə nağdlaşdırıb ölkəyə gətiriblər. Bəzi layihələr üzrə vəsaitlər isə Londonda adsız bank kartlarına yüklənərək dəstə üzvlərinə təqdim olunub. Bu metodla pullar cinayətkar dəstə, onların ailə üzvləri və digər yaxın qohumları vasitəsilə bir sıra bankların hərəkət intensivliyi az olan küçələrdəki bankomatlarından kiçik məbləğlərlə nağd şəkildə çıxarılıb. Bəs özünü azad, müstəqil adlandıran "Abzas Media"çılar min cür yolla nağdlaşdırdıqları vəsaiti hansı xidmətlərinə görə alıblar? Bu suala cavab vermək üçün "azad söz xiridarlarının" 2020-2023-cü illərə aid aşkarlanmış sənədlərdə Ülvi Həsənov və yaxın ətrafına daxil olan şəxslər tərəfindən hansı layihəni həyata keçirdikləri və bunun müqabilində nə aldıqlarını görmək kifayətdir. Başlayaq yenə də USAİD-dən. Bütün Qərb sifarişlərini yerinə yetirənlərin hamisi rolunda çıxış edən USAİD-ə bağlı olan “DT Global” təşkilatından Ülvi və Ko 98 600 avro və 30 000 ABŞ dolları alıb. Digər alınan vəsaitləri də sadalayaq: “Milli Demokratiya Fondu”ndan 55 350 ABŞ dolları, “Praqa Vətəndaş Cəmiyyəti” təşkilatından 50 600 ABŞ dolları, “German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz” təşkilatından 24 990 ABŞ dolları, ABŞ-ın Azərbaycandakı Səfirliyindən 21 954 ABŞ dolları, “İnternews” təşkilatından 12 000 ABŞ dolları, “People in Need” təşkilatından 11 000 ABŞ dolları, “Niderland Helsinki Komitəsi”ndən 5 000 avro, “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti” təşkilatından 4 110 avro, “Norveç Helsinki Komitəsi”ndən 4 000 avro, “Freedom House” təşkilatından 2 500 ABŞ dolları, “Amerika Beynəlxalq Təhsil Şurası” təşkilatından 2 400 ABŞ dolları, Almaniyanın Azərbaycandakı Səfirliyindən 1 500 avro və Fransanın Azərbaycandakı Səfirliyindən 700 avro Ümumilikdə 113 910 avro və 210 794 ABŞ dolları həcmində vəsait. Bu vəsaitlərin məbləğinin dəqiqliklə göstərilməsinin səbəbi isə hər birinə dair ödəniş sənədlərinin nüsxələrinin olmasıdır. Həmin pulların müqabilində isə hazırlanan layihələrin adı onların məzmununu və niyyətini açıq şəkildə nümayiş etdirir. Bunlar: “Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalara əməl etməsinin monitorinqi”, “Məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların araşdırılması”, “Araşdırılmamış 100 cinayət”, “Turizm və kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması”, “Media haqqında qanunla bağlı vəkillik fəaliyyətinə dəstək”, “Media portalının müasir texniki vasitələrlə təchiz edilməsi” və sair oxşar başlıqlı mövzular. Hələ bu harasıdır?! Bundan əlavə 210 468 ABŞ dolları və 77 815 avro məbləğdə ilkin layihələndirilmiş sənədlər aşkar edilib. Həmin sənədlərdə iştirakçı və icraçı qismində yuxarıda adları çəkilən şəxslərlə yanaşı müxalif fəallar Toğrul Vəliyev, Hafiz Babalı, Şəmistan Həziyev, Hacı Zeynallı, Sahilə Aslanova, Minəxanım Əliyarlı, Rübabə Quliyeva, Elnarə Qasımova və Nərgiz Absalamovanın da adları keçir. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar. Qeyd olunan mövzulardan da göründüyü kimi, bu şəbəkənin məqsədi heç də ölkədə hansısa inkişafa nail olmaq deyil, əksinə saman tayasında bir iynə tapıb onu beynəlxalq aləmə car çəkməkdir. Son nəticədə də həmin tapılan çöp Ermənistanın havadarları olan dövlətlər və qurumlar tərəfindən qlobal səviyyədə şişirdilməklə bəyan olunur.
2023-11-26
807,668
Rus ordusu bu şəhərdə irəlilədi - Video
Rusiya ordusu Ukraynanın Avdeyevka şəhərinin cənub-şərqində sənaye zonasını işğal edib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi Teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, Avdeyevkanın qalan hissəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Məlumatı Ukrayna tərəfi şərh və ya təsdiq etməyib. Qeyd edək ki, "Velt" nəşri Ukrayna Silahlı Qüvvələri Avdeyevkada ciddi problemlərlə üzləşdiyi və yalnız möcüzənin Ukrayna ordusuna bu şəhər üzərində nəzarəti saxlamağa imkan verəcəyini yazmışdı.
2023-11-26
807,669
UTX hədələdi: Bu, Rusiya üçün ciddi çağırışdır - Markov
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Krım körpüsünü partlatmaqla hədələyib və hətta Krım körpüsünün məhvə məhkum olduğunu bəyan edib. Bu, Ukrayna Təhlükəsizlik Xidmətinin təxribat və terror aktları praktikasının genişləndirilməsidir. Və bu, Rusiya üçün ciddi çağırışdır. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. "Dünya ictimaiyyətinə müraciət etmək mənasızdır. Ukrayna Təhlükəsizlik Xidməti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir şöbəsidir, buna görə də bu terror hücumları ABŞ, AB, NATO və onların müttəfiqləri tərəfindən dəstəklənir. Bütün Qlobal Cənub isə sərt üsullara öyrəşib və sadəcə olaraq kimin daha güclü olacağına baxır", - o bildirib.
2023-11-26
807,670
Sezər təsdiqlədi: 2022-ci ildə İstanbulda sülhü o pozub
Qərb dövlətləri Vladimir Zelenskiyə danışıqlara başlamağı əmr etsə, Kiyev Moskva ilə danışıqlar prosesini bərpa edəcək. Axar.az xəbər verir ki, bu sözləri türkiyəli diplomat, Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər “RİA Novosti”yə açıqlamasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanın 2022-ci ilin yazında İstanbulda aparılan danışıqlar və hərbi əməliyyatların bitməsinin mümkünlüyü, həmin vaxt Böyük Britaniyanın baş naziri vəzifəsini tutan Boris Consonun Kiyevi Rusiya ilə heç nə imzalamamağa çağırması haqda sözlərini şərh edərkən deyib. Sezər xatırladıb ki, İstanbul danışıqlarından qısa müddət sonra Conson Kiyevə səfər edib və Zelenski ilə danışıqlar aparıb. “Bu bəyanatın (Araxamiyanın açıqlaması – red.) fonunda deyə bilərik ki, Qərb Zelenskiyə göstəriş versə, sülh prosesi yenidən başlaya bilər”, - bildirib. Sezər vurğulayıb ki, Zelenskinin hakimiyyətdə olduğu müddətdə döyüş meydanında hər hansı xüsusi dəyişiklik gözləməyə dəyməz: “Zelenski danışıqların olub-olmamasına özü qərar vermir, ona görə də heç bir nəticə gözləməyə dəyməz. Üstəlik, o, Rusiya ilə danışıqları qadağan edən qanun qəbul edib. Yalnız Qərb Zelenskiyə əmr etsə və yaxud onun yerinə başqa adam prezident olsa, o zaman danışıqlar bərpa oluna bilər”. Qeyd edək ki, David Araxamiya açıqlamasında bildirib ki, Ukraynada hərbi əməliyyatlar 2022-ci ilin yazında bitə bilərdi. Amma Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlardan sonra ölkənin neytrallığına və hər hansı bloka qoşulmamasına razı olmayıb.
2023-11-26
807,671
HƏMAS daha 20 girovu azad etdi
HƏMAS son bir saat ərzində 13 israilli və 7 əcnəbini Qırmızı Xaç Cəmiyyətinin əməkdaşlarına təhvil verib. Axar.az xəbər verir ki, bu barədə İsrail Dövlət Radiosu məlumat yayıb. Qeyd edək ki, girovların dəyişdirilməsinin ilkin mərhələsində HƏMAS 25, İsrail isə 39 girovu azad edib.
2023-11-26
807,672
Paşinyanın canlı yayım şousu baş tutmadı - Surenyants
Paşinyanın ictimaiyyətlə son ünsiyyəti üçün seçdiyi format birmənalı olaraq baş tutmadı. Axar.az xəbər verir ki, bunu Paşinyanın noyabrın 24-də canlı yayımda vətəndaşların suallarını cavablandırmasını şərh edən erməni politoloq Suren Surenyants deyib. "Əgər bu, ictimai əhval-ruhiyyəni öyrənmək cəhdi idisə, deyə bilərəm ki, alınmadı. Çünki bəzi suallar sifarişlə və razılaşma ilə verildi. Bir çox suallar isə hakimiyyətin eşitmək istədikləri idi. Canlı yayımda hakimiyyətin əsas uğursuzluqları ilə bağlı aktual suallar qaldırılmadı. Yeri gəlmişkən, sual verənlər arasında politoloq və jurnalist də var idi, baxmayaraq ki, ilkin olaraq yalnız vətəndaşların sual verə biləcəyi bildirilirdi. Dünən yeni heç nə eşitmədik. Ümumiyyətlə, bu, heç nə haqqında söhbət və ya deməyə sözü olmayan bir liderin çıxışı idi", - o bildirib.
2023-11-26
807,673
Türkiyə-Rusiya layihəsi: saziş imzalanmaya yaxındır - Novak
Rusiya və Türkiyə qaz qovşağı haqqında saziş imzalamağa yaxındır. Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. "Hazırda yol xəritəsi razılaşdırılır. Əminəm ki, yaxın gələcəkdə bu layihənin praktiki həyata keçirilməsi ilə bağlı razılaşmalar əldə olunacaqdır", - o bildirib. Qeyd edək ki, TASS agentliyinin məlumatına əsasən, Türkiyənin “Botaş” şirkətinin nümayəndə heyəti “Qazprom”un yeni qaz layihəsinin inkişafı ilə tanış olmaq üçün tezliklə Sankt-Peterburqa gedəcək.
2023-11-26
807,674
Əllərin əsməsi bu xəstəliklərdən ola bilər
Əgər əllərdə artıq əsmə başlayıbsa və bu daimi xarakter alıbsa, o zaman nevroloqla yanaşı, endokrinoloqa da müraciət etmək lazımdır. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, nevroloq Yelena Belenko əsmənin bilmədiyimiz səbəblərini açıqlayıb. “İlk növbədə xəstədə birinci dərəcəli nevroloji patologiyalar – parkinson, dağınıq skleroz, beyin və onurğa xəstəlikləri yoxlanmalıdır. Ağır xəstəlik zamanı simptom təkcə əl əsməsi olmur. Gözə çarpan əsmə bədənin digər nahiyələrində də ola bilər, xəstədə təşviş, depressiya yarana bilər. Daha sonra digər pozulmalara baxılır: qaraciyər, qan və qalxanvari vəzi. Çünki əllərin əsməsinə bu 2 orqan da səbəb ola bilər. Əllərin əsməsinin bir səbəbi də periferik sinir sisteminin zədələnməsidir. Endokrin patologiyalar və zəhərlənmə də nəzərə alınmalıdır. Ona görə də bir neçə həkimdə müayinə olmaq lazımdır”, - həkim qeyd edib.
2023-11-26
807,694
Rusiyaya kütləvi PUA hücumu edildi
Bu gecə Rusiyaya kütləvi PUA hücumu edilib. Axar.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb. Sobyaninin sözlərinə görə, Moskvaya doğru uçan PUA-lar Moskva vilayətinin Naro-Fominsk rayonu və Odintsovo şəhər dairəsində, Bryansk, Tula və Kaluqa vilayətlərində hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Sobyanin hücumda ümumilikdə 21 PUA-nın iştirak etdiyini bildirib.
2023-11-26
807,695
Süvəlanda hərbi sursatlar tapıldı - Video
Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində hərbi sursatlar aşkar edilib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 10 ədəd 9 mm-lik mərmi olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
2023-11-26
807,696
641-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 641-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 324 830 hərbçi, 5513 ədəd tank, 10279 ədəd zirehli döyüş maşını, 7874 ədəd artilleriya sistemi, 907 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 597 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 288 ədəd avtomobil texnikası, 5901 ədəd PUA, 1565 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1113 xüsusi avadanlıq itirib.
2023-11-26
807,699
Ermənistan bu tarixi fürsəti qaçırmamalıdır - Qafarov
Cari ilin noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ölkələrimiz arasında mövcud olan diplomatik əlaqələr tarixi ərzində Azərbaycana ilk dəfə rəsmi səfərə gəlmişdir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və qarşılıqlı faydalı əməkdaşlığın yeni, daha yüksək mərhələyə keçid almasına səbəb olacaq. İraq Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanmış önəmli sənədlər də bunu deməyə əsas verir. Axar.az xəbər verir ki, bu sözləri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, İraq Azərbaycan Respublikasının müstəqilliyini 2 yanvar 1992-ci il tarixində tanımış, həmin ilin 30 mart tarixində isə ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur: “Bu gün İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyən ölkələr kimi çıxış edirlər”. Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında vacib tarixi faktların əks olunduğunu vurğulayan deputat deyib: “Bu gün Ermənistan və onun dünyada olan havadarları bir çox tarixi faktları təhrif etmək üçün ciddi səylər göstərirlər. Lakin bu cəhdlər artıq tamamilə əhəmiyyətsiz manipulyasiyalardan başqa bir şey deyil. Tarixi həqiqətlər isə bundan ibarətdir ki, Ermənistan 1990-cı illərin əvvəlində Azərbaycana qarşı təcavüzə başlayıb, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizini işğal edib və həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulmasına səbəb olub. Bütün bu faktlar Ölkə Prezidenti cənab İlham Əliyevin noyabrın 20-də mətbuata bəyanatla etdiyi çıxışında öz əksini tapıb. Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqlarda iştirak edib, lakin bütün bunlar heç bir nəticə verməyib. Çünki beynəlxalq təşkilatlar Ermənistana heç bir təsir göstərməyiblər. Nəhayət, ATƏT-in keçmiş Minsk qrupunun yaradılmasından 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə təsbit olunmuş qanuni imkandan istifadə edərək işğaldan azad etdi”. K.Qafarov bu gün bəzi Qərb ölkələrinin Cənubi Qafqazda öz iradələrini diktə etmək niyyətlərinin yolverilməz və mümkünsüz olduğunu qeyd edib: “Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində işğal olunmuş ərazilərimizin böyük hissəsi azad edildi. Lakin möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan özünün hətta ən kiçik bir hissəsində belə qanunsuz separatçı rejimin olmasına imkan verə bilməzdi. Ermənistan imzaladığı 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərinə əməl edərək hərbi kontingentinin qalan hissəsini də Azərbaycan ərazisindən çıxarmalı idi. Lakin 3 il ərzində bu baş vermədi. Ermənistan hökuməti Azərbaycanın sülhə çağırışlarına deyil, Qərbin, xüsusən də marionetinə çevrildiyi Fransanın təhriklərinə qulaq asmağa üstünlük verdi. Nəticədə, bu ilin sentyabr ayında Azərbaycan beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazisində antiterror əməliyyatı apardı. Bu əməliyyat 24 saatdan az davam etdi və Qarabağdakı qeyri-qanunu rejim süquta uğradı. Artıq Azərbaycan bütün ərazisində özünün suverenliyini tam bərpa edib. Ölkəmiz qarşısına qoyduğu bütün hədəflərinə çatıb və bizə yeni müharibə lazım deyil. Lakin Ermənistan hələ də Cənubi Qafqazda destabillik yaratmaq istəyən xarici qüvvələrin təhrikinə uyaraq hansısa qisas haqqında düşünərsə, bu heç bir yaxşı nəticəyə gətirib çıxarmaz. Buna görə də Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Bu gün Azərbaycan ədalətli, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında bağlanacaq sülhə hazır olduğunu bəyan edirsə, Ermənistan bu tarixi fürsəti əldən qaçırmamalıdır”.
2023-11-26
807,700
Moskvada hava limanlarının fəaliyyəti dayandırıldı
Rusiyanın Vnukovo və Domodedovo hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Axar.az xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb. Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib. Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.
2023-11-26
807,701
Kikboksçularımız dünya çempionatında rekorda imza atdılar
Kikboksinq üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeira şəhərində keçirilən dünya çempionatında rekorda imza atıb. Axar.az xəbər verir ki, 17-26 noyabr tarixlərində baş tutan yarışda idmançılarımız 13 medal qazanıblar. Onlardan 6-sı qızıl, 1-i gümüş, 6-sı bürünc mükafat olub. Sübhan Mamedov, Elvin Məmmədov, Amin Quliyev, Surət Qarayev qızıl, Orxan Məlikov gümüş, Elcan Alkişiyev, Rauf Gərayzadə, Fərid Ağamoğlanov, Allahverdi Dəmirov, Ramiz Məmmədov və Qəşəm Məmmədov “bürünc”ə yiyələniblər. Veteranların yaş kateqoriyasında iştirak edən Eduard Məmmədov işə 2 fərqli versiyada 2 qızıl medal qazanıb. Federasiyanın prezidenti Orxan Əliyev və komandaya başçılıq edən I vitse-prezident Ramal Aslanov da dəstək üçün Portuqaliyada olublar. Qeyd edək ki, dünya çempionatında 70 ölkədən 1369 idmançı qüvvəsini sınayıb.
2023-11-26
807,702
Boksçularımız Qazaxıstanda 4 medal qazandılar
Azərbaycan boksçuları Qazaxıstanın Karaqanda şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 4 medal qazanıblar. Axar.az xəbər verir ki, milli üzvləri 5 ölkədən 200-dək idmançının qatıldığı yarışda 2 qızıl, 2 gümüş medal əldə ediblər. Komandanın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə (+80 kq) ikinci yeri tutublar. Azərbaycanlı hakim Asif Məmmədov isə yarışın ədalətli referisi seçilib.
2023-11-26
807,705
Bakıda evdə başlayan yanğın mağazaya keçdi
Bakıda birmərtəbəli evdə baş verən yanğın mağazaya keçib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 17 m² sahədə, dam örtüyü 120 m² sahədə, bitişik ümumi sahəsi 88 m² olan ərzaq mağazasının dam örtüyünün taxta atmaları və rəflərə yığılan ərzaq malları yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Evin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2023-11-26
807,706
Kadırov növbəti hərbi birləşməni Ukraynaya yolladı
Könüllülərin olduğu daha bir xüsusi reys Qroznıdan xüsusi əməliyyat zonasına yollanıb. Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. “Rusiya Qəhrəmanı Əhməd Hacı Kadırov adına Qroznı Hava Limanından xüsusi əməliyyat zonasına könüllülərin olduğu daha bir xüsusi reys yola düşdü. Onlar xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Rusiyanın müxtəlif yerlərindən Qroznıya gəliblər”, - Kadırov bildirib. Kadırov hərbçilərin Qudermesdəki Xüsusi Təyinatlılar Universitetində hazırlıq keçdiyini qeyd edib.
2023-11-26
807,707
Qabrelyanov Paşinyanı axmaq adlandırdı
Erməni əsilli rusiyalı mediamenecer və təbliğatçı Aram Qabrelyanov Ermənistan Baş naziri Nikol Paşinyanı axmaq adlandırıb. Axar.az xəbər verir ki, Qabrelyanov bu barədə özünün Teleqram kanalında yazıb. “Axmaq siyasətçilərin çox təhlükəli tendensiyası var. Axmaq Paşinyan da bu dəstəyə aiddir. Və təhlükə rusların sülhsevərliyini və münaqişələrdən qaçmaq cəhdlərini zəiflik kimi qəbul etməkdir. Əsrlər boyu ruslar sübut etdilər ki, ayını qıcıqlandırmaq olmaz. Amma yox, axmaq Nikol da bu yolu tutdu. Hakimiyyət reallıq hissini itirəndə vay o adamların halına”, - Qabrelyanov bildirib.
2023-11-26
807,713
BMT baş katibi çağırış etdi: Buna son qoyun!
Antarktidada səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş gələn həftə Birləşmiş Ərəb Əmirliklərində qurumun İqlim Sammitində (COP28) iştirak edəcək ölkələrin liderlərinə qlobal temperaturun artımını 1,5 dərəcə selsiyədək məhdudlaşdırmaq, insanları iqlim xaosundan müdafiə etmək və yer altından çıxarılan yanacaq epoxasına son qoymaq üçün tədbirlər görməyə çağırıb. Axar.az xəbər verir ki, bu barədə BMT-nin saytında qeyd olunub. "Antarktidanı yatmış nəhəng adlandırırlar, lakin indi iqlim böhranı ilə əlaqədar o, ayıla bilər. Antarktidada baş verənlər Antarktidada qalmayacaq. Yüz mil uzaqda baş verənlər buraya bilavasitə öz təsirini göstərir”, - Quterreş bildirib. Onun sözlərinə görə, Qrenlandiyanın buz lövhəsi də sürətlə əriyərək, ildə 250 giqatondan çox buz itirir: “Biz əsrin sonunadək temperaturun 3 dərəcə selsi artımına doğru hərəkət edirik. Bu, Qərbi-Antarktik buz lövhəsinin təxminən yarısının itkisi və dəniz səviyyəsinin 5 metrədək qalxması deməkdir. Çünki buz günəş şüalarını əks etdirir, onun itməsi ilə atmosfer tərəfindən daha çox isti udulur və nəticədə bütün dünyada qasırğaların, daşqınların, yanğınların və quraqlıqların şiddətlənməsi baş verir”.
2023-11-26
807,717
Bakıda mənzildə meyit tapıldı
Bakıda mənzildə meyit tapılıb. Axar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
2023-11-26
807,718
Lerikin dağlıq ərazisində yanğın söndürüldü
12:11 Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd edilib ki, "112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. *** Lerikdə dağlıq-meşəlik ərazidəki yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Lerik Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində, təqribən, 1,5 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Meşə zolağı yanğından mühafizə olunub. Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib.
2023-11-26
807,720
Azərbaycanlı reperin konsertində izdiham - Video
Azərbaycan əsilli rusiyalı reper Ca Kalibin (Bəxtiyar Məmmədov) Daşkənddəki konsertində böyük izdiham yaşanıb. Kult.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, konsertin keçirildiyi “Humo Arena” idman kompleksində böyük sıxlıq yaşanıb. Sıxlığa səbəb isə bir neçə dələduzun saxta bilet satması olub. Yalnız Milli Qvardiya əməkdaşlarının işə qarışmasından sonra sakitlik yaranıb. Bir neçə dələduz saxlanılıb.
2023-11-26
807,724
Makron Qolodomordan danışdı: Heç vaxt unutmayın!
Qolodomoru heç vaxt unutmayın. Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Qolodomor qurbanlarının anım günü ilə bağlı deyib. “Bu süni aclıqdır, bu soyqırımdır. 90 il əvvəl milyonlarla ukraynalı öldü. Qolodomorun anım günündə Rusiya Ukrayna şəhərlərinə növbəti kütləvi hava hücumu həyata keçirdi. Mən Ukrayna xalqına tam dəstəyimizi bildirmək istəyirəm”, - Makron bildirib.
2023-11-26
807,727
Ukrayna bu halda mövcudluğunu itirəcək - Litva
Ukrayna Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaqdan yorularsa, mövcudluğunu itirə bilər. Axar.az xəbər verir ki, bunu Litva xarici işlər naziri Qabrielius Landsbergis deyib. “Müharibə yorğunluğu dünyada yaşayan cəmiyyətlərdə adi haldır. Müharibə yorğunluğu Ukraynanı bürüyərsə, o, mövcudluğunu itirməli olacaq. Qərbin Ukraynaya lazımi dəstəyi vermək üçün struktur imkanları var”, - XİN başçısı bildirib.
2023-11-26
807,728
Sabahın hava proqnozu açıqlandı
Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15° isti, gündüz 15-20° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.
2023-11-26
807,738
Ostin İsrail müdafiə naziri ilə danışdı
ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə İsrail müdafiə naziri Yoav Qallant arasında girovların azad edilməsi prosesi və Qəzza zolağında mülki şəxslərin vəziyyəti ilə bağlı telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib. Ostin girovların azad edilməsi xəbərlərini alqışlayıb və İsrail, Qətər və Misir arasında Qəzza zolağına humanitar yardım və yanacaq tədarükünün artırılmasını ehtiva edən razılaşmanın əhəmiyyətini qeyd edib. “Ostin İsrailin terrorizmə qarşı özünümüdafiə hüququna malik olduğunu bir daha xatırladıb və hazırda girovların azad edilməsi üçün əldə olunan atəşkəslə bağlı Qallantdan məlumat alıb”, - məlumatda qeyd olunub.
2023-11-26
807,740
Küveytin keçmiş müdafiə nazirinə hökm oxundu
Küveyt Ali Məhkəməsi keçmiş müdafiə və daxili işlər naziri Xalid əl-Cərrah əs-Sabahı 7 il müddətinə azadlıqdan məhrum edib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, keçmiş müdafiə naziri hərbi vəsaitlərdən sui-istifadə etməkdə ittiham olunub.
2023-11-26
807,742
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Axar.az icmalı təqdim edir.
2023-11-26
807,745
Çevriliş Ukraynada faciələrə gətirib çıxardı - Peskov
10 il əvvəl Kiyevdə çevriliş oldu, qanuni hökumət devrildi. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Ukraynada bu, əvvəlcə ultramillətçi, sonra isə açıq şəkildə nasizmin çiçəklənməsinə səbəb oldu. Bundan əlavə, Kiyevdə bizim üçün, xalqın bir hissəsi, yəni ruslar üçün təhlükəli olan bir rejimin yaranmasına gətirib çıxardı və təəssüf ki, bu, hər gün Ukraynada müşahidə etdiyimiz faciələrlə davam edir”, - Peskov bildriib.
2023-11-26
807,746
Magistral yollarda görmə məsafəsi məhdudlaşdı
Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, noyabrın 27-də əsasən gecə və səhər dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.
2023-11-26
807,748
İsrail HƏMAS-ın mobil laboratoriyasını məhv etdi
İsrail ordusu Cenin qaçqın düşərgəsində HƏMAS-ın partlayıcı maddə hazırlayan mobil laboratoriyasını məhv edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Məlumata görə, reyd zamanı terrorçuluqda şübhəli bilinən 5 nəfər öldürülüb, oxşar ittihamlarla axtarışda olan 21 nəfər həbs edilib. Qeyd olunub ki, ümumilikdə İordan çayının qərb sahilində İsrail ordusu və İsrail Baş Təhlükəsizlik Xidmətinin növbəti əməliyyatı zamanı 29 nəfər saxlanılıb.
2023-11-27
807,749
İzmirdə dəniz daşdı, yolları su basdı - Video
2023.11.26. 14:03 İzmirin Karşıyaka və Konak rayonlarında leysan yağışlarından sonra dənizin daşması nəticəsində yolları su basıb, çoxlu sayda iş yeri, mənzil və mağaza su altında qalıb. Axar.az xəbər verir ki, vətəndaşlar avtomobillərini su altında qalmaqdan xilas etməyə çalışıb. Su basan əyləncə məkanından çıxa bilməyən musiqiçilər yanğınsöndürənlərdən kömək istəyib. Əraziyə cəlb olunan yanğınsöndürənlər rezin qayıqla musiqiçiləri xilas ediblər. İzmir Böyükşəhər Bələdiyyəsi dəniz səviyyəsinin 1 metr qalxdığını bildirib. Açıqlamada bələdiyyənin bütün şəxsi heyəti və texnikası ilə insanların can və mallarının təhlükəsizliyini təmin etmək üçün fədakar mübarizə apardığı vurğulanıb.
2023-11-26
807,750
Abdullahian Bakı və İrəvandakı səfirlərlə niyə görüşdü?
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Tehranda ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə üçlükdə görüşməsinin səbəbi olmalıdır. Yayılan xəbərlərdə görüşdə Cənubi Qafqazdakı vəziyyətin müzakirə olunduğu, İranın qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Ermənistan ilə əlaqələrin inkişafına səy göstərdiyi qeyd edilsə də, xarici işlər nazirinin səfirlərə hansı təlimatlar verdiyi maraq doğurur. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşlərdə və telefon danışıqlarında ölkəsinin Azərbaycanla münasibətlərini inkişaf etdirmək istədiyini bildirərəkən, Hüseyn Əmir Abdullahianın Ermənistana təyin etdiyi səfiri son açıqlamalarında faktiki Azərbaycanı Qarabağda “etnik təmizləmədə” ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı sərt bəyanatından sonra İranın Azərbaycandakı səfiri Ermənistandakı həmkarının açıqlamasına düzəliş etmək məcburiyyətindən qalıb. Tehran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, rəsmiləri və diplomatları ölkəmizlə bağlı açıqlamalarına diqqət yetirməlidirlər”, - politoloq vurğulayıb.
2023-11-26
807,751
Göygöldə odlu silahlar polisə təhvil verildi
Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil veriblər. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan, müxtəlif marka və kalibirli 5 ədəd ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam edtirilir.
2023-11-26
807,753
Ümid edirik ki, İrəvan bunu bərpa edəcək - Kreml
KTMT tələb olunan birlik olaraq qalır və Rusiya ümid edir ki, Ermənistan sonda bu təşkilatda iştirakını tam bərpa edəcək. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Ermənistanın mövqeyi yaxşı məlumdur. Biz hər şeylə razılaşa bilmərik, çünki KTMT aktuallığını saxlayır. Bütün ölkələr bu blokun daha da gücləndirilməsi və inkişaf etdirilməsi zərurəti ilə bağlı yekdil fikirdədirlər. Ona görə də ümid edirik ki, erməni dostlarımız da sonda təşkilatda geniş iştirak lehinə öz yanaşmalarını bərpa edəcəklər”, - Peskov bildirib.
2023-11-26
807,757
İran PUA-ya qarşı iki raket hazırladı
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri iki yeni “hava-hava” raketi hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Rza Təngsiri məlumat yayıb. Tənqsirinin sözlərinə görə, iki yeni havadan buraxılan raket pilotsuz uçuş aparatlarını və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulub. O əlavə edib ki, yeni raketlərin uçuş məsafəsi 4 km və 17 km-dir. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı həmçinin qeyd edib ki, süni intellektə malik raketlər 2000 km-ə qədər məsafədəki hədəfləri dəqiqliklə vura bilir.
2023-11-26
807,761
18 fransız diplomat: HƏMAS-ı məhv etmək mümkün deyil!
İsrailin HƏMAS-ı məhv etmək məqsədi illüziyadır. Axar.az xəbər verir ki, bu barədə 18 keçmiş səfirin “Le Mond” qəzetində nəşr olunan məqaləsində qeyd olunub. “İsrail Qəzzada amansız olduğu qədər də mənasız, hərtərəfli müharibə strategiyasına başlayıb. HƏMAS-ın kökünü kəsmək real məqsəddən daha çox şüardır. 2006-cı ildə İsrail artıq məlum nəticələrlə Hizbullahın kökünü kəsmək arzusunu bəyan etdi. Bu strategiya illüziyadır. Artıq beş ölümcül hərbi kampaniyanın hədəfinə çevrilmiş HƏMAS yenidən ayağa qalxmağa məcburdur. Ordu həm Qəzzada, həm də İordan çayının qərb sahilində Fələstin əhalisinin böyük bir hissəsinin dəstəklədiyi hərəkatı məğlub edə bilməyəcək”, - məqalədə bildirilib. Diplomatlar bildiriblər ki, İsrail və HƏMAS arasında dördgünlük atəşkəsin uzadılması və davamlı atəşkəsin əldə edilməsi üçün hər şey edilməlidir.
2023-11-26
807,763
Xankəndidəki partlayışda erməni zabitlər də ölüb
Sentyabrın 25-də Xankəndidə yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində ölənlərin arasında yüksək rütbəli erməni hərbçiləri də olub. Axar.az xəbər verir ki, bu barədə “Neytral Zona” məlumat yayıb. “Onlardan bəziləri hərbi hissənin komandir müavini, bəziləri peşəkar xüsusi təyinatlı, bir çoxu isə Azərbaycana qarşı başladılan işğalçı müharibədə iştirak edərək medallarla təltif olunanlardır”, – məlumatda bildirilib. Xatırladaq ki, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 200-dən çox erməni ölüb.
2023-11-26
807,767
Millimizə baş məşqçi: Fateh Terim də namizəddir
Fateh Terim Azərbaycan millisinə təklif olundu Türkiyə yığmasının və "Qalatasaray”ın sabiq baş məşqçisi Fateh Terim Azərbaycan millisinə rəhbərlik edə bilər. Axar.az “FutbolPress”ə istinadla xəbər verir ki, 70 yaşlı mütəxəssis menecerlər vasitəsilə AFFA-ya təklif olunub. Qurum Terimin namizədliyini nəzərdən keçirir, ancaq qərar verməyə tələsmir. Terim 2022-ci ilin yanvarından işsizdir. Mütəxəssis 1999/2000 mövsümündə “Qalatasaray”la UEFA Kubokunu qazanıb. O, “sarı-qırmızılar”la 8 dəfə Super Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub. 1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edən Terim İtaliyada “Milan” və “Fiorentina”da da işləyib. Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinin son matçında millimiz Belçikaya 5-0 məğlub olduqdan sonra baş məşqçi Canni De Byazi istefaya göndərilib. Millimizin baş məşqçiliyinə namizəd kimi Şenol Günəşin də adı hallanır.
2023-11-26
807,768
ABŞ tələsir: Bakı və İrəvan təcili sülh imzalamalıdır
ABŞ rəsmiləri yaxın həftələrdə, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmağa çalışır. Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ermənistanın “1in” saytı çıxış edib. Məqalənin müəllifi bildirir ki, rəsmi Vaşinqton prosesin yekunlaşmasına tələsir: “Gələn il ABŞ-da prezident seçkisi ilidir və Demokratların hakimiyyətdə qalacağına zəmanət yoxdur. Əgər 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə Respublikaçılar hakimiyyətə gəlsə, bu, həm Ermənistan, həm də region üçün qarşısıalınmaz nəticələrə səbəb ola bilər”. Müəllif qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin də Ukraynadakı müharibəni ABŞ-da keçiriləcək seçkilərə qədər uzatmaq qərarına gəlib.
2023-11-26
807,770
Hindistanda festivalda izdiham: 4 ölü, 60 yaralı
Şənbə günü Hindistanın Kerala ştatındakı Koçin Universitetində musiqi festivalı zamanı izdiham baş verib. Axar.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb. Məlumata görə, çöldə qəfil leysan yağmağa başlayıb və festival iştirakçıları pilləkənlərlə universitet salonlarından birinə qaçan zaman izdiham baş verib. İzdiham nəticəsində 4 nəfər ölüb, 60 nəfər isə yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır.
2023-11-26
807,772
Bakıda körpülərin altını parkinqə çevirib, pul yığırlar - Video
Bakıda körpülərin altı parkinqə çevirilib. Burada həm minik maşınları, həm də yük avtomobilləri park edilib. Axar.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in hazırladığı reportajda qeyd olunub. Bildirilib ki, 3-cü mikrorayon dairəsi kimi tanınan Alı Mustafayev və Rövşən Cəfərov küçələrinin kəsişməsindəki körpünün altında da vəziyyət belədir: “Körpülərin altında, həmçinin tunellərdə avtomobillərin park edilməsinə qadağa qoyulsa da, görünən mənzərə bunun əksini göstərir. Sözügedən yerin parkinq kimi istifadə olunması ərazidən keçən insanlarla yanaşı, küçənin digər tərəfində yerləşən binanın sakinlərini də narahat edir. Sakinlər deyirlər ki, gün ərzində burda siqnal səsindən, ya da bölgələrə sərnişin yığan taksi sürücülərinin səs-küyündən dinclik tapmaq olmur”. Sürücülər bildiriblər ki, avtomobili saxlamaq üçün bir manat ödəniş edirlər. Əvəzində isə sürücülərə heç bir qəbz verilmir. Gün ərzində burada 100-dən çox avtomobil park edilir. Bu işi təşkil edən şəxslər açıqlama vermək istəməyiblər. Onlar ərazinin girişinə şlaqbaum quraşdıraraq istədikləri formada qanunsuz fəaliyyətlə məşğul olurlar. Qeyd edək ki, "Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə və onların altında dayanma və durma qadağandır. Əgər hansısa sürücü bu qaydanı pozursa, onu 20 manat cərimə gözləyir.
2023-11-26
807,779
İranda sürücü polislərə atəş açdı
İranın cənubunda yerləşən Şiraz şəhərində sürücü polis əməkdaşlarına atəş açıb. Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Məlumata görə, polis sürücüyə avtomobili saxlamağı əmr edib. Polisin əmrinə tabe olmayan sürücü atəş açmağa başlayıb. Atışma nəticəsində sürücü ilə birlikdə, bir nəfər də yaralanıb. Sürücünün vəziyyəti ağırdır. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
2023-11-26
807,782
Onlar Qarabağ ətrafında sabitliyi pozmağa çalışır - Peskov
Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda Rusiyaya qarşı açıq mübarizə aparırlar. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “3, 4, 5 il əvvəl də belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan atılıb və üzbəüz, açıq şəkildə mübarizə aparılır. Həqiqətən də bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan tərəfi də rəsmi şəkildə bəyan etdi ki, bu ölkələr çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilər, çünki onlar birtərəfli vasitəçi rolunu öz üzərinə götürüblər. Və təbii ki, belə birtərəfli mövqe tutaraq nəyəsə iddia etmək həm mümkün deyil, həm də yersizdir”, - Peskov bildirib. Onun sözlərinə görə, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır, lakin heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edə bilməz. “Bizi oradan sıxışdırmağa çalışdıqlarını bilirik. Amma hələlik Rusiyadan başqa heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi belə bir rol oynaya bilmir. Rusiya isə səylərini davam etdirir”.
2023-11-26
807,785
KTMT ölkələri ilə vahid HHM sistemi yaradılıb - Şoyqu
KTMT üzvü ölkələrinin vahid hava hücumundan müdafiə sistemi faktiki olaraq yaradılıb və hər bir dövlətlə müvafiq ikitərəfli sazişlər mövcuddur. Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. "Bizim dövlətlərin hər biri ilə müqaviləmiz var. Bu, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusa aiddir”, - Şoyqu bildirib. Qeyd edək ki, bundan öncə Rusiya lideri Vladimir Putin KTMT ölkələri ilə vahid HHM sisteminin artıq tamamlandığını bildirmişdi.
2023-11-26
807,786
Abdullahianla Hakan Fidan danışdı
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Abdullahian İsrailin Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı cinayətlərinin tamamilə dayandırılmasının vacibliyini vurğulayıb və bildirib ki, İran və Türkiyə digər islam ölkələri ilə birlikdə Fələstin xalqına dəstək üçün daha güclü tədbirlər görməlidirlər. Türkiyə xarici işlər naziri Hakan Fidan da Ankaranın Qəzzada atəşkəsin qorunması üçün səylərini davam etdirmək əzmində olduğunu vurğulayıb.
2023-11-26
807,787
Rusiya “Meta”nın mətbuat katibini axtarışa verdi
“Meta” korporasiyasının mətbuat katibi Endi Stoun Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında qeyd olunub. “Stoun Endi Mark Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - məlumat bazasında bildirilib. Onun hansı maddə ilə axtarışda olduğu qeyd edilməyib.
2023-11-26
807,788
Rusların bu istiqamətdə 30 hərbçisi əsir götürüldü
Tavriya istiqamətində sutka ərzində 13 rus hərbçisi əsir götürülüb. Axar.az xəbər verir ki, bu barədə “Tavriya” qoşun qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski məlumat verib. “Son 24 saat ərzində daha 13 rus hərbçisi təslim olub. Ümumiyyətlə, bir həftə ərzində Tavriya əməliyyat zonasında təxminən 30 düşmən hərbçisi əsir götürülüb”, - Tarnavski bildirib.
2023-11-26
807,791
Xəbərdarlıq: Havanın temperaturu enəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 27-si gündüzdən 28-i səhərdək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, noyabrın 28-də arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 6-9° aşağı enəcək. Azərbaycanın rayonlarında noyabrın 27-si gündüz şimal və qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.
2023-11-26
807,793
HƏMAS etiraz etdi: İsrail atəşkəsi pozur
HƏMAS İsrailin Qəzza zolağında atəşkəs şərtlərini pozması ilə bağlı vasitəçilərə öz etirazını göndərib. Axar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb. Qeyd edək ki, bir müddət öncə Misir və Qətərin Qəzzada humanitar atəşkəsi uzatmaq üçün intensiv məsləhətləşmələr apardıqları ilə bağlı məlumat yayılmışdı. Qəzzada dördgünlük atəşkəs 24 noyabrda qüvvəyə minib.
2023-11-26
807,795
641-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 641-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 542 təyyarəsi, 255 helikopteri, 9236 PUA-sı, 442 zenit-raket kompleksi, 13 629 tank və digər zirehli texnikası, 1185 reaktiv yaylım atəş sistemi, 7187 artilleriya və minaatanı, 15 642 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-11-26
807,798
Rusiya HHM-ləri qərb sərhədindən Ukraynaya daşıyır
Rusiya noyabr ayı ərzində Kalininqraddakı strateji HHM sistemlərini Ukraynadakı müharibəyə cəlb edib. Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. “HHM sistemlərinin Kalininqraddan köçürülməsi oktyabrın sonlarında cəbhədə S-400-lərin məhv edilməsindən sonra daha çox qeydə alınıb. Kalininqrad vilayəti Rusiyanın ən qərb forpostu və üç tərəfdən NATO-ya üzv ölkələrlə həmsərhəd olduğu üçün Kreml onu strateji baxımdan ən həssas bölgələrdən biri hesab edir. Rusiya Müdafiə Nazirliyinin orada əlavə risklərə getməyə hazır olması onu göstərir ki, müharibə Rusiya üçün çətinliklər yaradır”, - hesabatda qeyd olunub.
2023-11-26
807,799
Gürcü müxalifəti xaos yaradacaqdı - Çikovani
Müxalifət nümayəndələri ümid edirdilər ki, Tiflis Avropa Birliyinə (AB) üzvlüyə namizəd statusu ilə bağlı mənfi rəy alacaq. Axar.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından deputat İrakli Çikovani deyib. “Müxalifət nümayəndələri namizəd statusu ilə bağlı mənfi rəyə ümid edirdilər. Vəziyyətdən sabitliyi pozmaq və xaos yaratmaq üçün istifadə edəcəkdilər. Bu, faktdır, gizlətmək mümkün deyil. İndi bütün bunlar üçün istifadə oluna biləcək yeni bir mövzu axtarırlar”, - Çikovani bildirib.
2023-11-26
807,803
Alman ordusu cəmi 2 gün tab gətirəcək - Vadeful
Müharibə zamanı Almaniya ordusunun əsas bölmələri ən çox iki günlük döyüşə tab gətirə biləcək. Axar.az xəbər verir ki, bunu Bundestaqın deputatı Yohan Vadeful deyib. “Ukraynaya silah tədarükü düzgün və məqsədəuyğun qərar idi, amma bu, ordunun ehtiyatlarına ciddi zərbə vurdu. Əsas hərbi hissələr ən çox iki gün döyüşə tab gətirə bilər. Ümumilikdə bu, fəlakətli nəticədir", - deputat bildirib.
2023-11-26
807,805
Sabirabadda ot tayası yandı: xəsarət alan var
Sabirabadda yanğın olub, xəsarət alan var. Bu barədə Axar.az-a FHN-dən bildirilib. Rayonun Çiçəkli kəndində həyətyanı sahəyə yığılan 40 ton ot bağlamasının 15 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2023-11-26
807,807
Umerov Ostinlə danışdı: Ordunun gücləndirilməsi...
Ukrayna müdafiə naziri Rüstəm Umerovla Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Umerov sosial şəbəkə səhifəsində məlumat yayıb. “Biz hazırkı təhlükəsizlik yardımı prioritetlərini və Ukrayna ordusunun imkanlarını gücləndirmək üçün birgə addımları müzakirə etdik”, - Umerov bildirib.
2023-11-26
807,809
“Neftçi” “Araz”la bacarmadı
Azərbaycan Premyer Liqasında XIV tur davam edir. Axar.az xəbər verir ki, bu gün “Neftçi” doğma arenasında “Araz-Naxçıvan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan matçda hesabı 41-ci dəqiqədə meydan sahibləri açıblar. Müdafiəçi Yuri Matias növbəti qolunu vurub. Lakin “ağ-qaralar” üstünlüyü son dəqiqələrdə əldən verib. Orxan Əliyev 90+3-cü dəqiqədə başla dəqiq oynayaraq, komandasına 1 xal qazandırıb. Beləliklə, oyun 1-1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra 5-ci pillədəki “Araz-Naxçıvan” xallarının sayını 21-ə, ondan bir addım geridə olan “Neftçi” isə 19-a çatdırıb.
2023-11-26
807,810
Türkiyənin milli müdafiə naziri Bakıya gəldi
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X səhifəsində məlumat yayıb. Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb. Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək.
2023-11-26
807,811
Rusiyanın bu vilayətinə PUA hücumu edildi
Rusiyanın Tver vilayətinin Torjok rayonunda Ukrayna ordusuna məxsus PUA məhv edilib. Axar.az xəbər verir ki, bu barədə region rəhbərliyindən məlumat verilib. Məlumata görə, dağıntı və tələfat qeydə alınmayıb.
2023-11-26
807,813
Bakıda yaşayış binasının zirzəmisində yanğın baş verdi
Bakıda yaşayış evinin zirzəmisində yanğın baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, İnqilab İsmayılov, 8 ünvanında qeydə alınıb. Zirzəmidə başlayan yanğın daha sonra evin 1-ci mərtəbəsinə qədər qalxıb. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğın nəzarətə alınıb.
2023-11-26
807,814
Payız üçün yüksək temperatur qeydə alınır - Tağıyeva
Ölkə ərazisində payızın sonu üçün yüksək temperatur qeydə alınır. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Axar.az-a bildirib ki, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənən cənub istiqamətli külək havanın temperaturunun 24,6 dərəcəyədək yüksəlməsi ilə müşayiət olunub. U.Tağıyeva qeyd edib ki, son onilliklərdə yalnız 2006-cı il noyabrın 4-də Bakıda havanın maksimal temperaturu 24.7 dərəcə isti olub. Amma bu ilin noyabr ayında, artıq nisbətən soyuq keçən ayın üçüncü ongünlüyündə temperatur iqlim normasından xeyli yüksək olub: "Ümumiyyətlə, noyabrın ötən 25 günü ərzində havanın temperaturu iqlim normasından 7.5 dərəcəyədək yüksək qeydə alınıb”. O əlavə edib ki, bu ay bir çox ölkədə hava anomaliyaları ilə zəngin olub. Bəzi ölkələrin iqlim şəraitinə səciyyəvi olmayan atmosfer hadisələri qeydə alınıb. Qeyd edək ki, noyabrın 27-si səhərdən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, 28-də arabir yağış yağacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir. Azərbaycanın rayonlarında da 27-si gündüz dağlıq ərazilərdən başlayaraq 28-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
2023-11-26
807,815
Daşkəsəndə nənə və nəvə dəm qazından zəhərləndi
Daşkəsən rayonunda zəhərlənmə faktı qeydə alınıb. Axar.az xəbər verir ki, rayonun Yuxarı Daşkəsən qəsəbəsində yaşayan 1942-ci il təvəllüdlü Gila Səttarova və nəvəsi 2006-cı il təvəllüdlü Nərmin Səttarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, nənə və nəvə yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.
2023-11-26
807,817
Rusiya ilə sərhədi tam bağlaya bilərik - Baş nazir
Lazım gələrsə, Finlandiya Rusiya ilə sərhədi tam bağlaya bilər. Axar.az xəbər verir ki, bu barədə Finlandiya Baş naziri Petteri Orpo deyib. “Lazım gələrsə, Finlandiya şərq sərhədini, bütün nəzarət-buraxılış məntəqələrini bağlayacaq və sığınacaq mərkəzini şərq sərhədində deyil, başqa yerdə cəmləşdirəcək", - deyə o bildirib. Qeyd edək ki, Finlandiya noyabrında 18-də Rusiya ilə sərhəddəki 4 buraxılış məntəqəsini bağlayıb.
2023-11-26
807,818
İranda zəlzələ baş verdi
İranın cənubunda 4,5 bal gücündə zəlzələ baş verib. Axar.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Məlumata əsasən, zəlzələnin episentri təxminən Bəndər-Abbas şəhərindən 54 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.
2023-11-26
807,821
"Sumqayıt" - "Zirə" oyununda qapılara top vurulmadı
Noyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun sonuncu görüşündə “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəliblər. Axar.az xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən qarşılaşmada qapılara top vurulmayıb və komandalar meydandan qolsuz heç-heçə ilə ayrılıblar. Bununla da Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub. On dörd turdan sonra Premyer Liqaya 29 xalla “Qarabağ” klubu liderlik edir. “Zirə” 28 xalla ikincidir. Aktivlərində 22 xal olan “Sumqayıt” üçüncü, “Səbail” isə dördüncü pillədə yer alıb. Çempionatda sonrakı yerləri “Araz-Naxçıvan” (21 xal), “Neftçi” (19), “Sabah” (16), “Turan Tovuz” (15), “Qəbələ” (11) və “Kəpəz” (10) tutur.
2023-11-26
807,822
HƏMAS-ın bu gün azad etdiyi girovların sayı açıqlandı
19:34 HƏMAS bu gün daha 17 girovu azad edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, azad edilənlərin 14-ü israilli, 3-ü isə xarici ölkə vətəndaşıdır. Qeyd edilib ki, 24 və 25 noyabrda HƏMAS İsrailə daha iki qrup – 24 və 17 nəfərlik (bundan öncə 25 və 20 olmaqla, iki qrup təhvil verildiyi haqda məlumat yayılmışdı – red.) – girovu təhvil verib. Xatırladaq ki, azad edilənlərdən birinin Rusiya vətəndaşı olduğu bildirilmişdi.
2023-11-27
807,827
Reallıq budur, Ukrayna qalib gəlməyəcək - Orban
Ukrayna Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcək. Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. “Biz Moskvada da siyasi dəyişikliklər gözləyə bilmərik. Reallığa baxmalıyıq. Rusiyanın genişmiqyaslı işğala başlamasından sonra AB Ukraynaya kömək etmək üçün strateji cəhətdən səhv qərar qəbul etdi”, - nazir bildirib. Qeyd edək ki, bundan öncə də V.Orban Ukraynanın döyüş meydanında məğlub olacağı, Qərbin Kiyevi silahlandırmasının yanlış olması ilə bağlı açıqlamalar verib.
2023-11-26
807,829
Ukrayna kanalında şok: 1 milyon hərbçi öldü...
Ukraynanın "1+1" telekanalı canlı efirdə Rusiya ilə müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin itkisini açıqlayıb. Axar.az xəbər verir ki, telekanalda təqdim edilən infoqrafikada Ukrayna Silahlı Qüvvələrinin 1 milyon 126 min 562 hərbçisinin öldüyü, yaxud itkin düşdüyü qeyd olunub. Bildirilib ki, bu məlumatdan sonra Prezident Ofisindən telekanal rəhbərliyinə xəbərdarlıq olunub və səhvin düzəldilməsi tələb edilib. Media qurumu da öz növbəsində bunun texniki səhv olduğunu bildirib və üzrxahlıq edib.
2023-11-26
807,834
İsrail Dəməşq aeroportuna zərbə endirdi
İsrail hərbçiləri Dəməşq Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqlarına zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Suriyanın Şam FM radiosu məlumat yayıb. Məlumata görə, bütün müntəzəm reyslər Hələb və Latakiya hava limanlarına köçürülüb. Dəymiş ziyanın həcmi hələ müəyyən edilməyib.
2023-11-26
807,835
Ronaldonun şərəfinə muzey açıldı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kristiano Ronaldonun şərəfinə muzey açılıb. Axar.az xəbər verir ki, muzey Səudiyyənin paytaxtı Ər-Riyadda yerləşir. Muzeydə 38 yaşlı hücumçunun futbol karyerasından ən əlamətdar anlar nümayiş etdirilir. Xatırladaq ki, K.Ronaldo 2022-cü ilin sonunda müqavilə imzalayaraq “Əl-Nəsr”ə keçmişdi.
2023-11-27
807,837
Yaxın Şərqdə sülhün şərtləri budur - Sallivan
Yaxın Şərqdə uzunmüddətli sülh üçün ilkin şərt Fələstin-İsrail münaqişəsinin ikidövlətli həllidir. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. "Heç kim ikidövlətli həllin ABŞ Prezidenti Co Bayden qədər güclü tərəfdarı deyil. Bu, regionda uzunmüddətli sülh üçün zəruridir. Baydenə görə, israillilər və fələstinlilər bərabər azadlıqlara malik olmalıdırlar və Ağ Ev rəhbəri münaqişədən sonra deyil, indi bu istiqamətdə intensiv işləmək niyyətindədir”, - müşavir bildirib.