date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-12
831,639
Nazirlik aylığı 26,7 minlik ofis icarəyə götürdü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerləşdiyi inzibati bina üçün aylıq icarə haqqı açıqlanıb. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, agentliyin icarələdiyi ofisin sahəsi 2000 kvadrat metrdir. Nazirlik inzibati binanın sahibi, icarədar Emil Orucovla 320 067 manatlıq müqavilə bağlayıb. Müqavilənin müddəti 1 ildir. Beləliklə, agentliyin ofis üçün aylıq icarə haqqı, təxminən, 26 670 manat müəyyənləşib. Xatırladaq ki, daha əvvəl açıqlanan məlumata görə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin isə yerləşdiyi inzibati binanın aylıq icarə haqqı bir ay üçün 63 800 manatdır. Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yerləşdiyi inzibati binanın icarə haqqı isə aylıq 48 707,1 manatdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu üç qurum üçün hər ay 140 000 manat icarə haqqı ödəyəcək.
2024-02-12
831,643
Bakının daha bir küçəsində pullu dayanacaq quruldu - Foto
Bakının daha bir küçəsinə parklanma lövhəsi quraşdırılıb. Axar.az xəbər verir ki, parklanma lövhəsi bu gün səhər saatlarında Binəqədi rayonu Abay Kunanbayev küçəsinə quraşdırılıb.
2024-02-12
831,648
Yaqubovdan qalmaqal yaradan konsertinə - Reaksiya
Əziz izləyicilərim! Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixində keçirilməsi planlaşdırılan konsertimin “Kişilər günü” adı altında anons olunmasına qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. Kult.az xəbər verir ki, bunu xalq artisti Eyyub Yaqubov bildirib. “İlk olaraq bildirim ki, mənim üçün “Kişilər günü” deyilən bir anlayış yoxdur. Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yanlışdır. 44 günlük müharibədə qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün “Kişilər günü”dür”, - müğənni vurğulayıb. Qeyd edək ki, E.Yaqubovun 23 fevralda “Kişilər günü” adlı konsert verəcəyi ilə bağlı məlumat etiraz doğurmuşdu.
2024-02-12
831,650
Sumqayıtda 4 gün əvvəl itkin düşən kişinin meyiti tapıldı
Sumqayıt şəhərində 4 gün öncə itkin düşən kişinin meyiti tapılıb. Axar.az xəbər verir ki, meyit Ceyranbatan bağlar ərazisində aşkarlanıb. 1976-cı il təvəllüdlü Rüfət Sovet oğlu Abdullayevin meyiti aidiyyəti üzrə təhvil verilib. Onun öldürüldüyü ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
2024-02-12
831,653
Sabah bu rayonda qaz olmayacaq
Sabah Ucar şəhəri də daxil olmaqla, rayon üzrə istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan müxtəlif diametrli qaz xətlərində, diametri 530 mm-lik kollektorda “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə təmir işləri ilə bağlı fevralın 13-də saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
2024-02-12
831,657
Həcc ziyarətinin vaxtı bəlli oldu
Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri Trend-ə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, Həcc ziyarəti iyun ayında baş tutacaq: “Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə isə zəvvarların geri dönməsi planlaşdırılıb”.
2024-02-12
831,661
BƏƏ Misirdən 22 milyard dollara ərazi alır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Misirin Aralıq dənizi sahilində 22 milyard dollar dəyərində premium torpaq almaq və inkişaf etdirmək üçün danışıqlar aparır. ​Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Məlumata görə, Misir ümumi sahəsi 180 milyon kvadratmetr olan ərazinin təqribən 20%-nə sahibliyini saxlaya biləcək: “Bundan başqa, bəzi dövlət müəssisələri və Misirin ən böyük developer şirkətlərindən biri olan “Talaat Moustafa Group”un payları olacaq. Danışıqlar davam edir, yekun qərar hələ verilməyib”. Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş İdarəsinin baş direktoru Hossam Heyba smetanın 22 milyard dollar olduğunu bildirib. Onun sözlərinə görə, layihə yaxın günlərdə razılaşdırılacaq.
2024-02-12
831,663
719-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 719-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 570 təyyarəsi, 265 helikopteri, 12 229 PUA-sı, 464 zenit-raket kompleksi, 14 964 tank və digər zirehli texnikası, 1 218 reaktiv yaylım atəş sistemi, 8020 artilleriya və minaatanı, 18 499 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-12
831,667
Anar Ağakişiyevə yüksək vəzifə verildi
Tanınmış stilist Anar Ağakişiyev bundan sonra Kanal S televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq. Axar.az Olay.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən telekanal məlumat yayıb. Anar Kanal S-in verilişlərinə yaradıcılıq töhfəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq. Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə Kanal S-də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olub.
2024-02-12
831,668
Mövqeyimiz atəşə tutuldu, hərbçimiz yaralandı - Anbaan video
Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Axar.az xəbər verir ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
2024-02-12
831,671
Bakıda yeni velosiped yolları salınır - Foto
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasını davam etdirir. Axar.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Məlumata görə, bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlanma işlərinə başlanılıb.
2024-02-12
831,672
Jukovski-Bakı aviabiletləri icazəsiz satışa çıxarıldı
Azərbaycan Respublikasının dövlət mülki aviasiya orqanlarının icazəsi olmadan Jukovskidən Bakıya aviabiletləri satışa çıxaran “Ural Hava Yolları” Azərbaycan tərəfi və Rusiya Federasiyasının aviasiya qurumları ilə razılaşdırmadan müstəqil şəkildə qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Report-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib. Qeyd olunub ki, 2024-cü il fevralın 8-də Rusiyanın bir sıra internet xəbər saytlarında bu barədə yayılan məlumatlar təhrif olunub. RİNN bəyan edir ki, aviaşirkətin Jukovskidən Bakıya uçuşlar üzrə sorğusu 2024-cü il yanvarın 23-də razılaşdırılmaq üçün daxil olub. Azərbaycanın daxili prosedurlarına uyğun olaraq uçuşlara icazə üçün aviaşirkətin sorğusuna dövlət mülki aviasiya orqanları tərəfindən baxılır. İndiyədək Azərbaycanın dövlət mülki aviasiya orqanları tərəfindən Jukovski-Bakı reysi üzrə hər hansı qərar qəbul edilməyib və “Ural Hava Yolları” aviaşirkətinə müsbət və ya mənfi cavab verilməyib. “Ural Hava Yolları” aviaşirkəti müntəzəm uçuşlar həyata keçirmək üçün Azərbaycan hökumətindən icazə alınması qaydaları və müddəti barədə məlumatlı olub, çünki bir ay əvvəl Yekaterinburqdan Bakıya uçuşlar üçün Azərbaycandan icazəni rəsmiləşdirib. Bundan başqa, fevralın əvvəlində aviaşirkət prosedurları həyata keçirdikdən sonra Samaradan Bakıya uçuşlar üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda slot (əvvəlcədən icazə tələb edən prosedur) razılaşdırılıb", - RİNN bildirib. Həmçinin vurğulanıb ki, Azərbaycanın dövlət mülki aviasiya orqanlarının qadağası və “Ural Hava Yolları” aviaşirkətinin guya uçuşlar üçün əvvəlcədən icazə alması barədə istənilən istinadlar internet xəbər resurslarının oxucularında çaşqınlıq yaradır və Jukovski-Bakı reysinin sərnişinlərinə qarşı hərəkətlərinə haqq qazandırmaq məqsədi daşıyır.
2024-02-12
831,673
İsrail Hizbullah mövqelərini vurdu
İsrail aviasiyası Livanın cənubunda Hizbullahın mövqelərinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata əsasən, İsrail ordusu Hizbullahın Odaisse və Hiamdakı infrastrukturuna, Tayr Harfa və Marun ər-Rasdakı iki binaya və başqa bir hərbi obyektə zərbələr endirib. Həmçinin içərisində Hizbullah üzvlərinin olduğu avtomobil Marun ər-Ras kəndində vurulub.
2024-02-12
831,674
Azərbaycanda deputata mənzil hədiyyə edildi
Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addım atılıb. Axar.az Gununsesi.info-ya istinadən xəbər verir ki, deputata Bakı şəhərinin mərkəzindən dördotaqlı mənzil hədiyyə olunub. Qeyd edək ki, bundan əvvəl Əziz Ələkbərlinin rəhbəri olduğu icmaya da müasir ofis binası verilib.
2024-02-12
831,675
Avropa çempionatı: 4 güləşçimiz yarımfinalda!
Azərbaycanın 4 yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. Axar.az xəbər verir ki, Rəşad Məmmədov (55 kiloqram), Murad Məmmədov (63 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) finala çıxmaq uğrunda mübarizə aparacaqlar. İdmançılar yarımfinalda, müvafiq olaraq, Nuqzari Tsurtsumia (Gürcüstan), Ənvər Allahyarov (AİN), Aleksandr Komarov (Serbiya) və Rza Kayaalp (Türkiyə) ilə qarşılaşacaqlar. Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov 1/4 finalda xorvotiyalı Antonio Kamenyaseviçə məğlub olub. Rəqib finala yüksəlsə, güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcək. Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
2024-02-12
831,676
"Qarabağ" - "Braqa" oyunu üçün satılan biletlərin sayı
Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb. Ağdam təmsilçisindən Axar.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya indiyədək 15 min bilet satılıb. Biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır. Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.
2024-02-12
831,677
Aeroport yolunda sürət həddi bərpa olundu
18:24 Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "Dumanlı hava" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir. *** Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Eyni zamanda bütün məlumat sürət tablolarından “Dumanlı hava” işarəsi də götürülüb.
2024-02-12
831,678
Bakı metrosu Rusiyadan 35 vaqon alıb?
Bakı metropoliteni hazırda yeni vaqonların alınması ilə bağlı müqavilə imzalamayıb. Axar.az xəbər verir ki, bu barədə Report-un Rusiyadan yeni 35 vaqon alınması ilə bağlı sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, hər hansı müqavilə olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək. Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bu il Bakı metrosu üçün 35 vaqonun tədarükü üzrə çox böyük layihənin həyata keçirilicəyini qeyd edib. İndiyənədək hər biri 5 vaqondan ibarət 22 qatar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib.
2024-02-12
831,679
Xankəndi polis şöbəsinə rəis təyin olundu
Xankəndi Şəhər Polis Şöbəsinə polis rəisi təyin edilib. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xankəndi Polis Şöbəsinin rəisi vəzifəsinə polis polkovniki Zaur Nəsirov gətirilib.
2024-02-12
831,680
Tramp 6 milyon miqrantı ölkədən çıxaracaq
Donald Tramp ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində qalib gələcəyi təqdirdə milyonlarla qanunsuz mühaciri deportasiya etmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə "Axios" nəşri adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Donald Tramp deportasiya planının həyata keçirməsinə həm federal, həm də yerli hüquq-mühafizə orqanlarının, o cümlədən İmmiqrasiya Xidmətinin, Federal Təhqiqatlar Bürosunun, Narkotiklərlə Mübarizə İdarəsinin və prokurorluğun nümayəndələrini cəlb etmək istəyir. Bu proses ABŞ-ın immiqrasiya qanununun mübahisəli maddələri, o cümlədən 1930-cu illərdə meksikalıları zorla repatriasiya etməyə icazə verən müddəalar əsasında həyata keçiriləcək. Beləliklə, ABŞ-da yaşayan 4 milyona yaxın meksikalı, həmçinin ölkəyə qeyri-qanuni yollarla daxil olan təxminən 2,2 milyon Mərkəzi Amerika vətəndaşı deportasiya oluna bilər.
2024-02-12
831,681
DYP-dən sürücülərə xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. İdarədən Axar.az-a bildirilib ki, dumanlı hava şəraiti hərəkət iştirakçılarının, nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havada yola çıxarkən diqqətli olmalıdırlar. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 15-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə duman olacağı, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
2024-02-12
831,683
İrandan İsrailə xəbərdarlıq: Nəticələri ağır olacaq...
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə Abdullahian X sosial şəbəkə hesabında bildirib. "Hərbi əməliyyatların əhatə dairəsinin genişləndirilməsi Təl-Əviv üçün ağır nəticələrə gətirib çıxaracaq", - H.Abdullahian vurğulayıb. Qeyd edək ki, bir neçə gün öncə İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyindən Qəzza zolağının cənubundakı Rəfahdan əhalinin təxliyə planının təqdim edilməsini istəyib.
2024-02-12
831,685
Ukrayna TIR-larına hücum oldu - Kiyevdən reaksiya
Ukrayna taxılının Polşa sərhədində korlanması qəbuledilməzdir. İstənilən fermer bilməlidir ki, taxıl istehsalı üçün nə qədər zəhmət lazımdır, xüsusilə də müharibə zamanı. Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba polşalı fermerlərin Ukrayna taxılını daşıyan TIR-lara hücumuna münasibət bildirərkən X hesabında yazıb. Kuleba qeyd edib ki, TIR-lara hücum edənlər cavab verməlidir.
2024-02-12
831,689
İrəvan hərbçimizi yaralayanın həbs olunacağını vəd etdi
Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumat araşdırılır. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin bəyanatında bildirilib. "Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya qərar qəbul etməyə borclu olduğu hallar aydın şəkildə müəyyən edilir. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə belə bir vəziyyət (atəş açmaq zərurəti - red.) olmayıb. Bu hal təsdiq olunarsa, əmri pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar”, - məlumatda vurğulanıb. Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.
2024-02-12
831,690
Nazir iqlim dəyişikliyi ilə bağlı paneldə iştirak etdi
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində “Birləşmiş Ərəb Əmirliklərində konsensusun əldə edilməsi: razılaşmadan hərəkətə keçmək” adlı paneldə iştirak edib. Axar.az xəbər verir ki, panel barəsində məlumat COP29 un rəsmi X hesabında verilib. Məlumatda bildirilir ki, paneldə beynəlxalq birliyi iqlim dəyişikliyini nəzarətdə saxlamağa çağırışlar edilib, bu məqsədlə tədbirlər həyata keçirməyin vacibliyi qeyd olunub. Sözügedən paneldə COP29-un prezidenti, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və texnologiya naziri, bu ölkənin Milli Neft Şirkətinin rəhbəri Sultan əl-Cabir, Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva, İordaniya Krallığının ekologiya naziri Muaviyə Xalid Radayde, Banqladeşin ətraf mühit, meşə və iqlim dəyişikliyi naziri Sabir Huseyn Çoudhuri və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiel iştirak ediblər.
2024-02-12
831,694
Bu, əsas təhlükədir: silah istehsalı artırılmalıdır
Avropalı tərəfdaşlar qarşıdakı bir neçə onillikdə müdafiə sənayesini təmin etməlidirlər. Axar.az xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Olaf Şolts çıxış edib. "Genişmiqyaslı silah istehsalına doğru hərəkət etməliyik”, - Şolts vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı müharibəsi Avropa sülhü üçün əsas təhlükədir.
2024-02-12
831,698
Xaçmazda 23 yaşlı gənc süni göldə boğuldu
Xaçmaz rayonunun Ağaverdioba kəndində 23 yaşlı Fərid Əliyev bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb. Axar.az xəbər verir ki, sudan çıxa bilməyən gənc boğularaq ölüb. F.Əliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
2024-02-12
831,699
Casusluqda ittiham olunan iranlı ilə bağlı yeni xəbər
Casusluqda ittiham olunan xarici ölkə vətəndaşı Həmid Musa oğlu Purkazım (Pourkazem Həmid Musa oğlu) barəsində istintaqı yekunlaşmış cinayət işi üzrə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatı başlayıb. Axar.az xəbər verir ki, cinayət işi hakim Hüseyn Məmmədovun icraatına verilib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış cinayət işi üzrə Həmid Pourkazem həbsdədir.
2024-02-12
831,702
İlham Əliyev Rumıniyaya rəsmi səfərə dəvət edildi
Prezident İlham Əliyev Rumıniyaya rəsmi səfərə dəvət olunub. Axar.az xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Verner İohannisin Azərbaycan Prezidenti İlham Əliyevə prezident seçkilərindəki qələbə münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib. “Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm", - təbrikdə qeyd olunub.
2024-02-12
831,703
Argentina prezidenti Roma Papasından üzr istədi
Argentina Prezidenti Xavyer Miley Roma Papası Fransiskdən əvvəllər onu "Yer üzündə ən zərərli olanların nümayəndəsi" adlandırdığına görə üzr istəyib. Axar.az xəbər verir ki, bu barədə "Infobae" portalı məlumat yayıb. “Keçmiş açıqlamalarıma görə sizdən üzr istəmək istəyirəm”, - Miley Vatikanda Papa ilə görüşündə söyləyib. Argentina liderinin sözlərinə görə, onun açıqlamaları gənclik səhvi olub. Roma Papası ilə Miley arasında söhbət bir saata yaxın davam edib və görüşün sonunda qarşılıqlı hədiyyələr verilib.
2024-02-12
831,704
Yevlaxda ağır qəza: yaralılar var
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mersedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar 1953-cü il təvəllüdlü Rahilə Qoç qızı Məmmədova, 1978-ci il təvəllüdlü Çingiz Aslan oğlu Qənbərov, 1987-ci il təvəllüdlü Nərmin Abbas qızı Səfərova, 1988-ci il təvəllüdlü Qurban Elşad oğlu Rəhimov, 2013-cü il təvəllüdlü Nurgül Qurban qızı Rəhimzadə, 2015-ci il təvəllüdlü Əli Qurban oğlu Rəhimli xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
2024-02-12
831,707
Ermənistan ordusu niyə atəş açdı? – 3 versiya
Sərhəddə atəşkəsin pozulması və bunun nəticəsində hərbçimizin yaralanması 19-20 sentyabr anti-terror olayından sonra ilk ciddi insidentdir. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bu təxribatla bağlı 3 mümkün ehtimal irəli sürmək olar: “Birinci, erməni hərbçi əmrə tabe olmayıb və atəş açıb; ikinci, bu təxribatın arxasında xarici güclər dayanır, bu, o güclərdir ki, sülh prosesinə mane olmaq istəyirlər; üçüncü, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir. İkinci və üçüncü ehtimal iki ölkə arasında gələcəkdə də atəşkəsin pozulmasını ehtiva edir və bu, böyük toqquşmaya səbəb ola bilər. Bu, Ermənistan üçün son dərəcə riskli gedişatdır. Ona görə də birinci ehtimalın üzərində dayanmaq lazım gəlir. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırması da bundan xəbər verir, ayrı vaxt olsaydı, atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edəcəkdilər. Ermənistan hərbi idarəsi isə “Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Bu hal təsdiq olunarsa, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq” məzmunlu bəyanat yaymaqla faktiki günahını etiraf etmiş olub”.
2024-02-12
831,708
Aleksandr Kerjakov "Sabah"la danışıqlar aparır - SE
Rusiyalı məşqçi Aleksandr Kerjakov “Sabah” futbol klubunu çalışdıra bilər. Axar.az xəbər verir ki, bu barədə "Sport-Ekspress" məlumat yayıb. Bildirilib ki, A.Kerjakov "Sabah"la danışıqlar aparır. Qeyd edək ki, daha öncə Murad Musayev "Sabah"ın baş məşqçi postundan istefa verib.
2024-02-12
831,709
Hücum etməmək barədə saziş? - Nikol yalan danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyanın Böyük Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsi Azərbaycanda da geniş müzakirə olunur. Paşinyan yenə müxtəlif müavilələrdən danışır və guya həmin müqavilələr əsasında Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, Paşinyanın nəzərdə tutduğu həmin müqavilələr əsas götürülsəydi, Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamamılıydı: “Azərbaycanın timsalında beynəlxalq hüquq və müqavilələr işləmədi, indi isə Paşinyan Ermənistanın timsalında beynəlxalq hüququn və müqavilələrin işləməsini istəyir. Gecdir. Paşinyan müsahibəsində ölkəsinin NATO üzvü olmayacağını da deyib. Ermənistan təşkilata üzv ola bilməyəcəksə, niyə üzvlüyü qarşısına hədəf qoymalıdır? Bu mənada Paşinyan Gürcüstan və Ukrayna torpaqlarının işğalından dərs alıb. Onlar da illər öncə NATO üzvlüyünü qarşılarına hədəf qoydular və... özləri hədəf oldular. Ancaq Paşinyanın çətinliyi ondadır ki, “Rusiya artıq müttəfiqimiz deyil” deməklə bərabər, Qərbdən gərəkən təhlükəsizlik təminatı almadığına da işarə vurub. Təsadüfi deyil ki, ingilis jurnalist Paşinyanın bu durumunu nəzərə alaraq ona belə bir sual da verib: “Azərbaycanla üçüncü müharibədən qorxursunuzmu?” O, bölgədə güc nisbətinin Ermənistanın zərərinə olduğu anladığına görə cavabda suala dəxli olmayan sözlər işlədib. Paşinyan onu da deyib ki, guya Azərbaycanla Ermənistan bir-birinə qarşı gücdən istifadə etmədiklərinə dair sənəd imzalayıb. Əlbəttə, Azərbaycan Ermənistanla yeni müharibə istəmir, ancaq 8 kəndini geri qaytarmaq təşəbbüslərindən də imtina etməyəcək”.
2024-02-12
831,711
Abdullayeva etimadnaməsini II Albertə təqdim etdi
Azərbaycanın Fransada, eləcə də Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva etimadnaməsini Monakonun Şahzadəsi II Albertə təqdim edib. Axar.az xəbər verir ki, səfir Leyla Abdullayeva Prezident İlham Əliyevin salamlarını Şahzadə II Albertə çatdırıb. Həmçinin Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra ölkədə həyata keçirilən quruculuq işləri və inkişaf strategiyası ilə bağlı Monako Şahzadəsini məlumatlandırıb. Səfir ikitərəfli əlaqələrə toxunaraq, ölkəmizin münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu deyib və bu istiqamətdə böyük potensialın mövcudluğunu vurğulayıb. Görüşdə gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Monako Şahzadəsi II Albert səmimi salamlarını, dostluq münasibətini və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. O, iki ölkə arasında əlaqələrin inkişafının intensivləşdirilməsində maraqlı olduğunu söyləyib.
2024-02-12
831,712
Putin Ukraynada ciddi güzəştə hazırdır - Karlson
Rusiya lideri ilə müsahibədən sonra Taker Karlson Vladimir Putinin Ukrayna məsələsində ciddi güzəştə getməyə hazır olduğunu düşünür. Axar.az xəbər verir ki, o, bu barədə Dubayda keçirilən Dünya Hökuməti Sammitində deyib. O bildirib ki, ABŞ istisna olmaqla, müxtəlif ölkələrin, o cümlədən Rusiyanın lideri Ukrayna məsələsində güzəştə getməyə hazırdır. Onun sözlərinə görə, Rusiya Prezidenti ilə müsahibədən sonra onda belə bir təəssürat yaranıb. Lakin jurnalist söhbətin təfərrüatını açıqlamayıb.
2024-02-12
831,713
50 ölkə Brüsseldə toplanır: Ostin gələ bilmir
ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna ilə bağlı keçiriləcək görüş üçün Brüsselə getməyəcək. Axar.az xəbər verir ki, bunu adı açıqlanmayan Pentaqon sözçüsü "RİA Novosti"yə bildirib. Qeyd edək ki, Ukraynaya hərbi yardım göstərən əlli ölkənin nümayəndələrinin iştirakı ilə fevralın 14-də Belçikanın paytaxtında görüş olacaq. "Mən bunu indi təsdiqləyə bilərəm", - deyən Pentaqon rəsmisi ABŞ-ı görüşdə kimin təmsil edəcəyini açıqlamayıb. Qeyd edək ki, prostat vəzi xərçəngi ilə mübarizə aparan Ostin sidik kisəsində yaranan problemlərə görə ötən gün yenidən xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirildikdən sonra Pentaqon rəhbəri səlahiyyətlərini müavini Ketlin Hiksə verib.
2024-02-12
831,715
“Real Madrid”in avtobusu qəzaya uğradı
“Real Madrid”in futbolçularını və məşqçilər heyətini daşıyan avtobus Çempionlar Liqasının 1/8 final mərhələsində "RB Leypsiq"lə oyuna gedərkən qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” portalı məlumat yayıb. Qeyd olunur ki, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü “Real Madrid”in futbolçularını aparan avtobusu çəkməyə çalışıb. Bu zaman o, idarəetməni itirib və onun avtomobili ispan klubunun avtobusu ilə toqquşub. Xəsarət alan olmayıb. Fevralın 13-də “Red Bull Arena”da Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real Madrid” və “RB Leypsiq” komandaları arasında ilk oyun keçiriləcək. Cavab oyunu martın 6-da Madriddə "Santyaqo Bernabeu" stadionunda olacaq.
2024-02-12
831,718
Nikol “yeni reallıqdır” deyib, Basarkeçəri verə bilər
Regionda vəziyyətin dəyişdiyini deyəndə, başa düşmək lazımdır ki, bunda 99% günahkar Nikol Paşinyandır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın birinci baş naziri Vazgen Manukyan erməni mediasına açıqlamasında deyib. “Hətta indi də o, yeni reallıq yarada bilər: Basarkeçəri təhvil verər və “yeni reallıq yaranıb” deyər və sonra bu reallıqla hesablaşmağa çağırar. Hakimiyyət xalqımızın ləyaqətini alçaltmaq istəyir. Etdiyi günahları insanların üzərinə yıxmaq istəyir. Düşünürəm ki, insanları uzun müddət bu vəziyyətdə saxlamaq mümkün deyil”, - deyə o vurğulayıb.
2024-02-12
831,720
ABŞ-ın bu tələbimizə müsbət yanaşmasından məmnunuq
ABŞ ilə bir müddətdir davam etdirdiyimiz F16 tələbimizin müsbət nəticələnməsindən məmnunuq. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra deyib. "Türkiyə Müdafiə Sənayesi məhdudiyyətlərin aradan qaldırılması ilə bundan sonra daha sürətlə inkişaf edəcək", - Ərdoğan qeyd edib.
2024-02-12
831,722
Fermerlər Moldova-Rumıniya sərhədini də bağladı
Moldova ilə Rumıniya arasındakı ən böyük sərhəd-keçid məntəqəsi “Leuşeni” fermerlər tərəfindən bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Moldova polisi məlumat yayıb. Qeyd olunub ki, fermerlər vəd olunan 23 milyon dollarlıq təzminatın sürətləndirilməsini və danışıqlara başlanılmasını tələb edərək etiraz aksiyalarına başlayıblar.
2024-02-12
831,724
İrandan Azərbaycana qarşı ərazi iddiası
Bir il sonra Milli Hökumətin (Pişəvəri hökumətinin) 80, 4 il sonra isə Türkmənçay sazişinin 200 illik ildönümləri gəlir. Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, hər iki mövzu İran təbliğatı tərəfdən xüsusi olaraq istismar edilir, Azərbaycan Respublikasına və ümumən azərbaycanlı kimliyinə qarşı istifadə edilir. Rusiya imperiyasının süqutu ilə Türkmənçay sazişi 100 il əvvəl qüvvədən düşsə də (müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə deyil və heç bir hüquqi məsuliyyəti əks etdirmir –C.Q), XIX -XX əsr boyunca bir millətin bölünməsinin, milli-siyasi sınıqlığın rəmzi olaraq qalır. İranda aparılan anti-Azərbaycan təbliğatında daim Türkmənçay sazişinə istinad edilir, “Arazdan şimaldakı” torpaqlar (Azərbaycan Respublikası) itirilmiş, bir gün ana vətənə-İrana qayıdacaq ərazilər, “fars mədəniyyətinin bir parçası”, həyati maraqlar zonası elan olunur. Hətta 31 dekabr sərhəd hərəkatı və 20 yanvar faciəsi haqda belə həyasız təbliğat aparılır, bu faciələr azərbaycanlıların tarixi Vətənlə birləşmək hərəkatı kimi təqdim olunur. Təbriz Universiteti tərəfindən çap olunan “Azər” jurnalının 2-ci sayında (2018-ci il) getmiş “Rüsvayçı Gülüstan və Türkmənçay müqavilələri haqqında Ali Rəhbərin bəyanatları: Qafqazın 17 şəhəri, İranın canının yarısı” adlı məqalədə deyilirdi ki, İran ictimaiyyəti rus qüvvələri tərəfindən “İranın Qafqazdakı tarixi şəhərləri”nin işğalının acı xatirəsini unutmayıb. 2 əsr keçməsinə baxmayaraq, bu damğa “Arazın hər iki tayındakı İran xalqı”nın ruhunda və zehnində yaşayır. Ziyalılar Araz çayının şimal rayonlarını “böyük İran mədəniyyətinin” ayrılmaz hissəsi hesab edir, mütəxəssislər bu regionları “Şimali İran” adlandırırlar. Vurğulanırdı ki, Xameneinin də İranın Qafqazdakı tarixi torpaqlarına marağı böyükdür. O, İranda Gülüstan və Türkmənçay müqavilələrini açıq şəkildə rədd edən ilk yüksək vəzifəli rəsmi şəxsdir, Sovet İttifaqının dağılması ərəfəsində və ondan sonra İranın müxtəlif vilayətlərində, xüsusilə də Təbrizdə bir neçə dəfə bununla bağlı çıxış edib. Sitatlar: - Tarixə baxırıq və anlayırıq ki, Fətəli şah Qacar necə çirkin varlıq və murdar insan olub. Şəxsi həyatı, şəhvətpərəstlikləri, ürəyinin rəhmsizlikləri, nadanlıqları, öz zamanında Qafqazın 17 şəhərini əldən verməsi, onun zamanındakı Türkmənçay müqaviləsi (7 oktyabr 1992-ci il). - Şimal qonşumuz tərəfindən müharibəyə sürükləndik. O müharibənin nəticəsi və müharibə zamanı zəifliklər bu idi ki, bu vətənin böyük bir hissəsi ondan ayrıldı və rüsvayçı Türkmənçay müqaviləsi bağlandı (21 oktyabr 1992-ci il). - Uzaq keçmişdə, əziz ölkəmiz şimal qonşumuzun, yəni rusların hücumuna məruz qalanda Qacar padşahlarının zəifliyi, siyasi və hərbi şəxslərin acizliyi səbəbindən Gürcüstan və Qafqazın 11 şəhəri əziz İrandan ayrıldı, öz qələbələrindən məst olmuş rusları öz yerində oturdan qüvvə Təbriz idi (27 iyul 1994-cu il). Bu gün rüsvayçı Türkmənçay müqaviləsindən 200 ilə yaxın zaman keçir. O tarixi oxuyan hər bir iranlı 2 əsr keçdikdən sonra öz ruhunda utanc, həqarət və məğlubiyyət hiss edir və özündən soruşur: O cür böyük hadisə zamanı ölkə başçıları ölkənin milli kimliyinin köməkliyi ilə milli iradəni, ölkənin maddi və mənəvi sərvətlərini niyə ortaya çıxara bilmədilər?! Halbuki, Qafqazın 17 şəhərini İrandan almış və ölkəni öz canının bir parçasından məhrum etmişdilər (27 sentyabr 2000-ci il). - ...İnqilab ilə nəticələnən 200 illik bu uzun müddət ərzində biz çətin, qaranlıq və əzablı yol keçmişik. Bu 200 illik müddətdə təhqiramiz Türkmənçay, ondan qabaq isə Gülüstan müqaviləsi bağlanmış, Qafqazın 17 şəhərini İrandan ayırıblar (3 iyun 2012-ci il). Yəni İran parlamentində və digər səviyyələrdə Azərbaycan Respublikasına qarşı açıq iddialar, “İranın Ukraynası” yanaşması hər hansı təsadüfi şəxsdən deyil, birbaşa ölkənin bir nömrəli ali məmurundan qaynaqlanır. 2011-ci ildə İran parlamentinin azərbaycanlı üzvü Nadir Qazipur “müjdə” vermişdi ki, Ərdəbil, Təbriz və Urmiyadan olan Azərbaycan nümayəndələri Şimali Azərbaycanla bağlı “plan” hazırlayıblar. Plana görə, Azərbaycan Respublikası rəsmiləri “münafiqlərə” sığınacaq verərsə və “inqilabçılara” qarşı çıxarsa, İslam Şurası Türkmənçay müqaviləsinə yenidən baxılmasına qərar verməlidir. Bu əndərabi planın tərcüməsi o idi ki, Azərbaycan Respublikası İranın cızdığı xətdən kənara çıxacağı təqdirdə ilhaq iddiası qaldırılmalıdır. Təxminən Rusiyanın Ukraynaya qarşı etdiyi kimi. II Qarabağ savaşı, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə Türkmənçay müqaviləsi yenidən yada düşdü, az qala hər gün İran KİV-ləri rəy, təhlil, tarixi ekskurs, müsahibə janrında bu mövzu ilə bağlı çoxsaylı yazılar dərc edir, verilişlər yayımlayırlar. İranın xüsusi xidmətlərinə yaxın KİV və ekspertlər də Azərbaycanı susdurmaq üçün etnik azlıq kartını və “itirilmiş 17 Qafqaz şəhəri “ mövzusunu daim diqqətdə saxlamağı tövsiyə edirlər. 2020-ci ilin dekabrında Bakıda keçirilən hərbi paradda Ərdoğanın Laçın haqda dediyi şeir ətrafından yaranmış qalmaqaldan sonra “Vəliyyi-Fəqihin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri” bəyanatla çıxış etmişdilər. Bəyanatda yenə də “ana İran və itirilmiş torpaqlar” haqda nağıllar təkrarlanırdı: “Azərbaycan Respublikasının Qarabağ müharibəsindəki qələbəsinə həsr edilmiş paradda elə şeirlər və ifadələr dilə gətirildi ki, ölkəmizin izzəti və ərazi bütövlüyünü hədəfə almışdı və onları dilə gətirənin bədbəxtliyindən bu şeirlər doğma vətənlərindən ayrı düşmüş iranlılar tərəfindən deyilib. 200 ildir ki, Qafqazın şimalındakı 17 vilayətdə yaşayan, rus imperiyası tərəfindən ana vətənləri, ata-baba yurdları və tarixi vətənlərindən ayrılan iranlılar həsrət şeiri deyirlər, həsrətlə yaşayırlar... Sovet hökumətinin dağılması ərəfəsində baş verən 19 yanvar hadisəsi və azərilərin öz ana yurdlarına doğru axın etmələri dünyaya azərbaycanlıların çox dözümlü, soylu, əsil və qeyrətli şəxsiyyətlərini nümayiş etdirmiş oldu və məlum oldu ki, ana vətənə sevgi və məhəbbət alovları hələ də onların ürəklərində alovlanmaqdadır”. 2022-ci il noyabrında İran parlamentinin deputatı Ehsan Ərkani “Naxıvan xalqı”nın ana İrana birləşmək istəyi haqda cəfəngiyat ifraz edir: “Naxçıvan və bütün Azərbaycan Respublikası yüz il bundan əvvəl İran ərazisinin bir hissəsi idi və İrana məxsus idi, Gülüstan və Türkmənçay isə biabırçı müqavilə zamanı İrandan alındı”. Avrasiya məsələləri üzrə ekspert kimi təqdim edilən Əhməd Kazemi “Khabaronline” saytındakı müsahibəsində deyir ki, Ankara və Bakı İran konsulluğu yerləşən Sünik (Zəngəzur ) vilayətini qəsb etməyə can atır: “Gülüstan və Türkmənçaydakı biabırçı müqavilələrdən sonra İran bölgədən çəkiləndə azərbaycanlılarla ermənilər arasında problemlər yarandı. Azərbaycanlılar, ermənilər, Qafqaz və Cənub-Şərqi Türkiyə Osmanlı türklərinin soyqırımının və hərbi təcavüzünün şahidi olublar” (2023 fevral). İranın müxtəlif dairələri Rusiyaya sığınmış separatçıları fəallaşdırmaq üçün də təşəbbüslər göstərir, Türkmənçay müqaviləsi ilə parçalanmış “azsaylı xalq” haqda təbliğat aparılır. Separatizmə meyilli fiqurlar İsmayıl Şabanov və Zabil Məhərrəmov parçalanmış xalq haqda İran mediasında çıxış edir, İranda konfrans keçirir, İrana birləşməyə can atdıqlarını bildirirlər. Məsələyə hər çıxışlarında iranlı olmaları haqda nağıl danışan Şabanov və Məhərrəmovdan fərqli yanaşan separatçılar da var. Onlar Türkmənçayı özlərinin xilası olan hadisə kimi qiymətləndirirlər. Ötən ilin fevralında Vüqar Salayevin sədrliyi ilə müxtəlif separatçı təşkilatlarını birləşdirən yeni qurum təsis edilir. Təsis toplantısında əsas diqqət Türkmənçay müqaviləsinin qarşıdan gələn 200 illik yubileylərinə yönəlib. Rusiyaya birləşmənin türklər tərəfindən assimilyasiya olunmanın qarşısını alan hal kimi qiymətləndirilib. İddia edilib ki, Cənubi Talışda qalanların (İranın Gilan və Ərdəbil vilayətləri nəzərdə tutulur) 80 faizi türkləşib. Bir sözlə, İran öz qabığına sığmaq istəmir. Hələ şah dövründən bəri İraqla mövcud sərhədləri süni hesab edirdilər, əldə edilmiş bəzi anlaşmalar da, siyasi islamçıların üsyanla hakimiyyətə gəlişindən sonra Xəzər dənizinin 20 faiz prinsipi ilə sektorial bölgüsünü qəbul etmir, indiyədək də son uzlaşmanı ratifikasiya etmir. Həmin danışıqlarda iştirak etmiş Həsən Ruhani hakimiyyəti isə mühafizəkarlar tərəfindən Türkmənçay və müqaviləsindən sonra ən böyük xəyanətə imza atmış dövlət başçısı kimi lənətlənir. Göründüyü kimi, 200 il əvvəlki geosiyasi oyunçuların yenə də meydandadırlar. XIX əsrin əvvəllərində Qafqaz və İran ətrafında Böyük Britaniya, Fransa və Rusiya toqquşurdular. İndi situasiya daha dramatikdir: güclü, NATO-nun ikinci ordusuna sahib Türkiyə XİX əsrin əvvəlindəki Osmanlı deyil; nüvə ölkəsi olmaq istəyən və özünü Qacarların varisi sayan və Bütöv Azərbaycan təhdidini neytrallaşdırmaq üçün “böyüklük residivi” baş qaldıran İran; yeni, aqressiv oyunçu İsrail və arxasında duran ABŞ. Və nəhayət, o vaxt geosiyasi obyekt-hədəf olan, 200 il sonra geosiyasi subyektə çevrilən Azərbaycan. Bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq bölgədə maraqlı müxtəlif geosiyasi oyunçular Türkmənçay mövzusunu istismar edib, edir və edəcək. Bəs biz 200 illiyə hansı narrativlə gedirik? Bəlkə də 20 il əvvəl bu sual yersiz görünər, parçalanma faciəmiz haqda oxşar məzmunlu cavablar eşidərdik. Amma bu gün o qədər fərqli cavablar var ki!!! Fərqliliyə qarşı deyilik, təki o cavablar antimilli məzmunda olmasın...
2024-02-12
831,725
Rəsmi Bakıdan əsgərimizin yaralanmasına reaksiya
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən törədilmiş son hərbi təxribatı şərh edib. Axar.az xəbər verir ki, şərhdə qeyd olunur: "12 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Ermənistan tərəfinin bu təxribatı Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir. Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır".
2024-02-12
831,726
İtaliya Baş nazirindən Əliyevə: Bizim niyyətimiz budur
İtaliya Respublikası Nazirlər Şurasının Sədri Corciya Meloni Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Axar.az xəbər verir ki, təbrikdə bildirilib: "İtaliya Hökuməti adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbrik etmək və yeni mandatınız üçün Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. İtaliya ilə Azərbaycan arasında əlaqələr əladır və həqiqətən strateji və çoxölçülü tərəfdaşlığın yaradılması ilə yüksək əməkdaşlıq səviyyəsinə çatmışdır. Bizim niyyətimiz bu yolu davam etdirməkdir və əminəm ki, biz birlikdə enerji sektorundan başlayaraq bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyik. İnanıram ki, biz bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərini təşviq etmək üçün də səylərimizi birləşdirə biləcəyik. Əminəm ki, xalqlarımızı bir-biri ilə bağlayan səmimi dostluq sayəsində də əlaqələrimiz hər sahədə inkişaf etməkdə davam edəcək. Sizə bir daha səmimi təbriklərimi çatdıraraq, ən xoş salamlarımı göndərirəm".
2024-02-12
831,728
Ordumuza snayper atışının səbəbi: Cavabı olacaqmı?
Ermənistan ordusunun Zəngilan istiqamətində atəş açmasının sərhəddə eskalasiya yaratmaq planına xidmət etdiyi şübhəsizdir: erməni postunun görüntüləri də təsdiq edir ki, təxribat planlı şəkildə həyata keçirilib; atəşin snayperdən açılması məqsədin Azərbaycan Ordusuna itki vermək olduğunu isbat edir. Snayperdən açılan atəşin adekvat cavabı olacaq, bu baxımdan, “Ermənistan Azərbaycanın cavab atəşi açmasında və hərbi qarşıdurmanın yaşanmasında maraqlıdırmı” sualı yaranır. Bu sual xüsusilə iki kontekstdə diqqət çəkir: - Azərbaycanda seçki prosesi bitdi və qarşıda sülh danışıqlarının növbəti raundu gəlir; - Paşinyan dünən Britaniya mediasına müsahibəsində sülh danışıqlarının yenidən başlanmasında maraqlı olduqlarını elan etdi. Bu, snayper atəşinin rəsmi İrəvanın iradəsindən kənar açıldığı, erməni ordusu daxilində prosesin tormozlanmasını istəyən qrupların oyunu olduğu fikrini önə çıxara bilər. Ermənistan tərəfi də “hadisənin araşdırılacağını, hərbçinin cəzalandırılacağını” bildirib. Hərçənd, Ermənistanın maraqları snayper atəşinin açılması əmrinin rəsmi İrəvan tərəfindən verildiyi versiyasını gücləndirir. Birincisi, Ermənistan və bu ölkədə Rusiyanın “təhlükəsizlik yerini” doldurmaq istəyən Qərb tərəfdaşları, xüsusilə Fransa Azərbaycanla sərhəddə eskalasiyanın olmasında maraqlıdır: mümkün hərbi qarşıdurma İrəvana Moskvanın “təhlükəsizlik müttəfiqliyindən” imtina etməyə, yaxud təhlükəsizlik məsələsində Qərb tərəfdaşlarına ağırlıq verməyə səbəb yaradacaq; 44 günlük müharibədən sonra sərhəddə baş verən qarşıdurmalarda Ermənistan KTMT və Rusiyaya bu ittihamları ünvanlayıb, lakin indi situasiya fərqlidir; - Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb və erməni ordusunun arsenalının təmin edilməsi şaxələndirilib; - AB müşahidəçilərinin sayı kifayət qədər genişləndirilib: İrəvan sərhədlərin mühafizəsini “müşahidə missiyası”nın çətiri altında öz qüvvələri tərəfindən təmin edə biləcəyini hesab edir. Hazırda Ermənistan Rusiyanın yerini kifayət qədər doldura biləcək dəstəyə malikdir və baş verə biləcək mümkün esakalasiya bu istiqamətdə praktiki addımların atılması üçün istinad nöqtəsi ola bilər. Zəngilan rayonu da Ermənistanın sərhəddə eskalasiya nöqtəsinə çevirə biləcək beş nöqtədən (Kəlbəcər – Söyüdlü mədəni, Laçın – Qaragöl istiqaməti, Naxçıvan – Kərki kəndi, Qazax – işğal altındakı 7 kənd) biridir. İkincisi, Zəngilan rayonu istiqamətində mümkün eskalasiya Zəngəzur dəhlizi layihəsini tormozlamağa hesablana bilər: dəhlizdən imtina edən Ermənistan Mehridə heç bir praktiki iş görməsə də, Azərbaycan layihənin sərhədə qədər olan hissəsini tamamlamaq üzrədir; İrəvan dəhlizlə bağlı görülən işləri sabotaj etməkdə, həm də bu marşrutun təhlükəsiz olmadığını göstərməkdə maraqlıdır; Üçüncüsü, İrəvan mümkün Brüssel görüşünə hazırlaşır: sülh danışıqlarının Qərb platformasında davam etdirilməsinə ümid edən Ermənistan AB Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə təbrik zəngini yeni fürsət olaraq görür; Mişel Brüssel formatında görüşün davam etdirilməsini təklif etdi, Əliyev üçtərəfli formatı (bu o deməkdir ki, Fransanın iştirakı mümkün deyil) dəstəklədi; Brüssel formatı bərpa ediləcəyi təqdirdə rəsmi Bakı Zəngəzur dəhlizi layihəsini əsas prinsip olaraq irəli sürəcək, bu dəfə “Azərbaycandan Azərbaycana prinsipi” üzrə; Kalininqrad təcrübəsinə əsaslanan bu təklif daha öncə Brüsseldə müzakirə olunub və növbəti raundda yenidən aktuallaşması gözləntisi var; Brüssel formatı üçtərəfli qaydada davam edərsə və Bakı Naxçıvana maneəsiz keçidi qəbul etdirərsə, -ki bu ehtimal hazırda önə çıxıb - İrəvanın Qərb platformasından gözləntiləri də özünü doğrultmayacaq; bu baxımdan, mümkün Brüssel görüşündən öncə məhz Zəngilan istiqamətində - Zəngəzur dəhlizi ətrafında hərbi hərəkətlilik Ermənistana “kommunikasiya bizim istədiyimiz formada açılmasa, təhlükəsizlik problemləri yaranacaq” mövqeyini əsaslandırmaq üçün lazımlı ola bilər. Baş verənlər fonunda snayper atəşinin birdən çox hədəfinin olduğu qənaəti yaranır, lakin bunun böyük eskalasiyaya səbəb olacağı gözləntisi hələ də azdır. Zəngilan istiqamətində açılan atəşin cari dövr üçün bir əsas hədəfi var: Zəngəzur dəhlizinin təhlükəsiz marşrut olmadığını nümayiş etdirmək. Və bu, səbəbsiz deyil. Çünki yanvarın 29-da keçirilən Avropa Birliyi-Mərkəzi Asiya Nəqliyyat Bağlantısı üzrə İnvestorlar Forumunda Asiyanı Avropaya birləşdirəcək Transxəzər Nəqliyyat Dəhlizinə 10 milyard avro sərmayə qoymaq qərarı verildi. Bu qərar Zəngəzur dəhlizi layihəsinin Brüssel üçün aktuallaşdıracaq amildir. - AB-nin Mərkəzi Asiyaya nəqliyyat dəhlizi əldə etməsində Azərbaycan əsas halqadır; - Azərbaycan Gürcüstan marşrutu ilə yanaşı, alternativ imkan kimi Zəngəzur dəhlizini irəli sürür (Naxçıvana maneəsiz keçid olaraq) və Bakının mövqeyi Brüsselə təsir edə bilər; - Mərkəzi Asiya ölkələri də Azərbaycanın layihəsini dəstəkləyir; - Zəngəzur dəhlizi – Mehridən keçəcək maneəsiz yol Qərb analitikləri tərəfindən nəqliyyat dəhlizləri arasında təhlükəsiz marşrutlardan biri kimi qiymətləndirilir: misal üçün, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi son hesabatında bu dəhlizin təhlükəsiz olduğundan bəhs edir və qeyd edir ki, AB Bakı və İrəvan arasında mümkün sülh sazişinə dəhlizin açılması müddəasının daxil edilməsində maraqlı ola bilər; - AB-nin Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan “Kalininqrad təcrübəsi”nə əsasən işləməsini dəstəkləməsi istisna edilməməlidir. Ermənistanı narahat edən də budur. Bu baxımdan, Zəngilan istiqamətində açılan snayper atəşinin hədəfinin də bu marşrutun təhlükəli olduğunu göstərmək məqsədi daşıdığını deyə bilərik.
2024-02-12
831,729
Libermandan Əliyevə: Seçkilərin rekord nəticəsi...
İsrail Knessetinin deputatı, “İsrail Bizim Evimizdir” partiyasının sədri Aviqdor Liberman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. "Azərbaycan Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçicilərin 92 faizindən çoxu Sizin ölkəyə rəhbərliyi davam etdirməyinizə, onu tərəqqi və rifah yolu ilə irəliyə aparmağınıza səs verdi. Seçkilərin rekord nəticəsi həm də Sizin Azərbaycan Respublikası Prezidenti vəzifəsində iyirmiillik fəaliyyətinizin yekunu və yeni dövrün başlanğıcıdır. Çünki seçkilər ilk dəfə olaraq ölkənin bütün ərazisində, o cümlədən Qarabağda keçirildi. Seçkilərin nəticələri təkcə Azərbaycan xalqının Zati-alinizə Prezident kimi münasibətini deyil, həm də Sizə sevdikləri, fəxr etdikləri və heyran olduqları şəxsiyyət kimi münasibətini əks etdirir. Fürsətdən istifadə edərək “İsrail Bizim Evimizdir” partiyasının rəhbəri kimi ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına verdiyiniz mühüm töhfəyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Qarşıda bizim xeyli işlərimiz var və mən Sizə gözəl ölkəniz naminə səmimi-qəlbdən uğurlar arzulayıram. Azərbaycan Respublikasına sülh və tərəqqi diləyirəm!", - təbrikdə qeyd olunub.
2024-02-12
831,732
Simax Şeyda vəfat etdi
Bu gün Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarında biri, Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Simax Barux oğlu Yuşvayev (Simax Şeyda) 87 yaşında Almaniyanın Münhen şəhərində vəfat edib. Kult.az xəbər verir ki, Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda dünyaya gəlib. 1965-ci ildən 1990-cı ilə qədər Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri olub. Eyni zamanda, “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Dağ yəhudisi olan Simax Şeyda əsərlərini həmişə Azərbaycan dilində yazıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalının səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Uşaqlar üçün 5 mənzum pyesin müəllifidir. “Təyyarə” adlı uşaqlar üçün ilk şeir kitabı 1964-cü ildə nəşr olunub. Sonralar “Mən balaca kosmonavtam” (1967), “Yaxşı qız” (1979), “Kimin belə qızı var” (1983), “Tülkü, tülkü, tümbəki” və s. şeir kitabları işıq üzü görüb. Yazıçının bu günə kimi 24 kitabı nəşr olunub. Onlardan 11-i uşaqlar üçündür. Bu kitabların hər biri seçilmiş əsərlər adı ilə 5 cilddə çap edilib. Simax Şeyda Azərbaycan klassik ədəbiyyatının dağ yəhudilərinin dilinə tərcümə edilməsi və yayılmasında mühüm rol oynayıb, onun tərcümələri Amerikada, Kanadada nəşr olunub. O, Nizami Gəncəvidən Əmirulla Gəncəviyədək 75 azərbaycanlı şairin şeirlərini dağ yəhudilərinin dilinə tərcümə edib. Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə 2015-ci ildə "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.
2024-02-12
831,735
Avropanın ən böyük akvaparkında güclü yanğın - Foto
İsveçin ikinci ən böyük şəhəri olan Höteburqda inşa edilən “Oceana” akvaparkında güclü yanğın baş verib. Axar.az xəbər verir ki, yanğın tikinti işləri zaman başlayıb. “Həyəcan siqnalı səsləndiyi an həmin yerdə 30-40 nəfər olub. Biz, əlbəttə ki, dərhal insanların evakuasiyasına, eyni zamanda, yanğını söndürməyə başladıq. Bu, plastiklə işlənmiş hündür binadır, buna görə də həm də güclü tüstülənmə baş verib”, - “NCC” tikinti şirkətinin istismar üzrə meneceri Klas Lüppert bildirib. On üç nəfərin yüngül xəsarət aldığı deyilir. Qeyd edək ki, Avropada ən böyük akvapark olan “Oceana”nın tikintisi 1,2 milyard dollara başa gəlib. Onun 2024-cü ilin yayında istismara verilməsi planlaşdırılır.
2024-02-12
831,736
ABŞ-dan Bakı-İrəvan dialoqu ilə bağlı yeni açıqlama
ABŞ Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. "Biz açıq şəkildə bu məsələ ilə bağlı davamlı dialoqu dəstəkləyirik. İnanırıq ki, bu, davamlı nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bununla bağlı səyləri davam etdirəcəyik", - Miller vurğulayıb.
2024-02-12
831,740
Bu, Türkiyə tarixinin ən yüksək göstəricisidir - Ərdoğan
İnkişaf etmiş və etməkdə olan ölkələrin böyük bir qismi siyasi qeyri-müəyyənliklər və buna bağlı sosial təhlükələrlə üzləşir. Dünyada təsirini davam etdirən bütün bu hadisələrə baxmayaraq, Türkiyə hədəfləri istiqamətində qətiyyətlə irəliləyir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal gərginliklərin dünya iqtisadiyyatına mənfi təsirlərindən bəhs edərkən bildirib. Qeyd olunub ki, Türkiyə son dövrlərdə ixracatda əldə etdiyi yüksəlişi yanvar ayında da davam etdirib. Belə ki, yanvar ayında ixracat rəqəmləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 20 milyard dollar olub. Bu da Türkiyə tarixinin yanvar ayı üzrə ən yüksək göstəricisidir.
2024-02-13
831,742
Sərhəddə erməni təxribatı: cavabı verilməlidir - Ağar
Son dövrdə Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar artır. Tərəflərin sülhə nail olmasını əngəlləmək üçün belə təxribatlar törədilməsi ehtimallar arasındadır. Bu sözləri Axar.az-a ötən gün Ermənistan ordusu tərəfindən Zəngilan istiqamətində mövqelərimizin atəşə tutulması haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. Ekspert bütün ssenarilərə hazırlıqlı olmağın böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Fikrimcə, törədilən təxribatın Ermənistanın ümumi siyasəti və geosiyasəti ilə bağlılığı yoxdur. Ən son Ermənistan MN-in verdiyi açıqlamada hadisənin bir şəxs tərəfindən qəsdən törədildiyinə işarə edilib. Ermənistanda Azərbaycana qarşı fərqli qüvvələrə xidmət edən çoxlu sayda yarı hərbiləşdirilmiş təşkilatlar qurulub. Törədilən təxribat isə taktiki xarakter daşıyır. Bütün hallarda törədiləcək təxribatın arxa planı araşdırılmalı, Azərbaycan diqqətli addımlar ataraq qurulan kirli oyunları pozmalıdır. Əlbəttə ki, bunlarla yanaşı, törədiləcək təxribatların cavabı da misli ilə verilməlidir”. Qeyd edək ki, ötən gün şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan SQ-nin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Nəticədə Ordumuzun hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.
2024-02-12
831,745
Kimyaterapiyaya son: Xərçəng peyvəndlə müalicə olunacaq
2026-cı ilə qədər xərçəngə qarşı ilk peyvəndin bazara çıxarılacağına inanırıq. Axar.az xəbər verir ki, bu barədə “Biontech” şirkətinin qurucuları Özləm Türeci və Uğur Şahinin açıqlamasında deyilir. Fərdi xərçəng müalicəsinə diqqət yetirdiklərini ifadə edən Türeci qarşıdakı illərdə kimyaterapiyaya gərək qalmayacağını bildirib. Şahinin sözlərinə görə isə 30 xərçəng növünə qarşı kliniki araşdırmalar aparılır və 2030-cu ilə qədər xərçəngin geniş müalicə metodları ərsəyə gətiriləcək.
2024-02-12
831,746
Paşinyanın bu müsahibəsi təəssüf doğurur - XİN
Fevralın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan "Teleqraf" (The Telegraph) qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib. Axar.az xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyanın müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb. "Müsahibə zamanı beynəlxalq razılıqların və öhdəliklərin yerinə yetirilməsini təşviq edən Ermənistan baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə, habelə istinad etdiyi Almatı bəyannaməsinə məram və məqsədlərinə zidd olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması faktının üzərindən keçməyə çalışması təəssüf doğurur. Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir. Ermənistan baş nazirinə həmçinin yaxşı məlumdur ki, Ermənistan tərəfi Praqa və Soçi görüşlərində və daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta “müstəqilliyi” ilə bağlı 2023-cü ilin sentyabr ayında təbrik bəyanatları verməklə yanaşı, bu günədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir. Ermənistan tərəfinin Almatı bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərti, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğunu unutdurmağa çalışması da digər ciddi narahatlıq mənbəyidir. Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir", - XİN-dən bildirilib.
2024-02-12
831,749
Britaniya Rusiyaya 100 milyonluq texnika göndərdi
Ötən ilin ilk 10 ayında Britaniya tədarükçüləri Rusiyaya yarımkeçiricilər və pilotsuz təyyarələrin komponentləri də daxil olmaqla, dəyəri 100 milyon dollardan çox kritik komponentlər ixrac edib. Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri Kiyev İqtisadiyyat Məktəbi və Rusiya sanksiyaları üzrə “Yermak-MakFaul” beynəlxalq işçi qrupunun hesabatına istinadən məlumat yayıb. Bildirilib ki, bu rəqəm təxminən 770 milyon dollar dəyərində kritik komponentlərin ixrac edildiyi 2022-ci illə müqayisədə Rusiya ilə Böyük Britaniya arasında ticarətin kəskin azaldığını göstərir. Bununla belə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından təxminən iki il keçsə də, Britaniya texnologiyası hələ də xaricdəki üçüncü tərəflər vasitəsilə Rusiya ordusuna yol tapır. “Rusiya ilə birbaşa ticarətin azalmasında müsbət dəyişikliklərə baxmayaraq, ümumi rəqəm əhəmiyyətli olaraq qalır - 112 milyon dollar. 2023-cü ilin onuncu ayında Böyük Britaniya şirkətlərinin dolayı ticarəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 78 faiz artıb”, - deyə Kiyev İqtisadiyyat Məktəbinin baş elmi işçisi Yelena Bilousova bildirib. Böyük Britaniyada istehsal olunan bir çox mallar Rusiyaya dolayı yolla, çox vaxt Çin, Honkonq və Türkiyə firmaları vasitəsilə daxil olur. Bununla belə, milyonlarla dollar dəyərində komponentləri birbaşa Rusiyaya tədarük edən bir neçə britaniyalı təchizatçı da var.
2024-02-12
831,751
Serblərdən Kosovanın dinarla bağlı qərarına etiraz
Kosovanın şimalındakı bələdiyyələrdə yaşayan serblər ölkədə avrodan istifadəyə başlanması və serb dinarından müvəqqəti istifadəyə icazə verilməsinə etiraz olaraq aksiya keçiriblər. Axar.az xəbər verir ki, Şimali Mitrovitsada baş tutan aksiyada nümayişçilər Kosova hökumətinin serblərin avrodan istifadəyə başlaması üçün qeyri-müəyyən keçid dövrü təklifinə etiraz ediblər. Serblər avronun Kosovada nağd ödənişlər üçün yeganə valyuta kimi istifadəsini etirazla qarşılayıb, qərarı ədalətsiz adlandırıblar. Kosova polisi aksiyanın dinc şəkildə başa çatdığını bildirib. Qeyd edək ki, fevralın 1-dən etibarən Kosovada nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilir. Kosova hökuməti beynəlxalq təzyiqlər fonunda serb dinarını qadağan etmək barədə qərarının icrasını təxirə salıb və yerli serblər üçün keçid dövrü elan edib. Keçid dövründə serb dinarından istifadə edənlərin cəzalandırılmayacağı və Serbiyadan maliyyə vəsaiti axınına qadağa qoyulmayacağı açıqlanıb. Serbiya Prezidenti Aleksandar Vuçiç isə Belqradın Kosova serblərinə dinarla ödənişləri davam etdirəcəyini bildirib.
2024-02-13
831,756
Baydenin ağlı yerindədir, yoxlamağa gərək yoxdur - Ağ Ev
İllik tibbi müayinə çərçivəsində ABŞ Prezidenti Co Baydenin əqli qabiliyyətini qiymətləndirməyə ehtiyac yoxdur. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir. Qeyd edək ki, bundan öncə prezidentlər Barak Obama və Donald Trampın səhhəti ilə məşğul olan həkim Ronni Ceksonun koqnitiv qabiliyyətlərinin zəifləməsi səbəbindən Baydenin ABŞ-a rəhbərlik edə bilməyəcəyi barədə bəyanatı yayılıb. Həkim həmçinin bildirib ki, Bayden çoxlu müxtəlif psixi testlərdən keçməli və nəticələri vətəndaşlara təqdim edilməlidir.
2024-02-13
831,759
İran səfiri Hacıyev və Şərifovla görüşdü
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla ayrı-ayrılıqda görüşüb. Axar.az xəbər verir ki, bu barədə səfirliyin Teleqram hesabında məlumat yayılıb. Görüşlərdə ikitərəfli münasibətlərdə son inkişaflar və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
2024-02-13
831,760
İraqda atraksion yerə çırpıldı: yaralılar var - Video
İraqın Vasit şəhərində “Xəyallar Şəhəri” adlı lunaparkda atraksionlardan biri yerə çırpılıb. Axar.az yerli mediaya istinadən xəbər verir ki, qəzada 14-ü uşaq olmaqla, ümumilikdə 16 nəfər xəsarət alıb. Qəzadan sonra əraziyə giriş bağlanıb, faktla bağlı araşdırma aparılır.
2024-02-13
831,761
“Pəncə-Qaplan” bölgəsində bu işlər başa çatdırılacaq
Qarşıdan gələn yay aylarında “Pəncə-Qaplan” əməliyyatı bölgəsində istehkam işləri əhəmiyyətli dərəcədə başa çatdırılacaq. Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Terrorla mübarizəyə toxunan Ərdoğan əməliyyatların davam etdiriləcəyini vurğulayıb: "Bununla da daha təsirli tədbirlər görmək imkanı yaranacaq".
2024-02-13
831,764
Ermənistan XİN "Qarabağ problemi" bölməsini sildi
Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. O, erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün versiyalarından silinib. Axar.az xəbər verir ki, bu barədə politoloq Sergey Melkonyan sosial şəbəkə hesabında yazıb. “Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), o zaman Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir: “Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, - o qeyd edib.
2024-02-13
831,765
Gülüstan kəndi və qalasının qalıqlarının - Videosu
Goranboy rayonunun Gülüstan kəndi və Gülüstan qalasının videogörüntüləri yayılıb. Axar.az xəbər verir ki, uzun müddət işğal altında olan Gülüstan qalasının ətrafında Ermənistan silahlı qüvvələri tərəfindən xeyli sayda müxtəlif təyinatlı minalar basdırılıb. Goranboy rayonunun Gülüstan kəndi ərazisində hələ də tank və piyada əleyhinə mina təhlükəsi mövcuddur. Videogörüntüləri təqdim edirik:
2024-02-13
831,767
ABŞ Bolqarıstanla nüvə enerjisi ilə bağlı saziş imzaladı
Bolqarıstan və ABŞ arasında nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb. Axar.az xəbər verir ki, məqsəd Kozloduy AES-də yeni enerji bloklarının tikintisi və nüvə enerjisindən dinc məqsədlər üçün qarşılıqlı faydalı əsasda istifadə olunması çərçivəsində əməkdaşlığın genişləndirilməsidir. Qeyd edək ki, Bolqarıstan hökuməti yanvarın 25-də Amerikanın AP1000 texnologiyasından (Westinghouse tərəfindən hazırlanmış iki dövrəli III+ nəsil nüvə reaktoru) Kozloduy AES-in ərazisində iki nüvə reaktorunun tikintisi üzrə əməkdaşlıq haqqında ABŞ ilə saziş layihəsini təsdiqləyib. Müqavilə parlament tərəfindən ratifikasiya edilməlidir. Bolqarıstan 2034-cü ilə qədər yeddinci, daha iki-üç il ərzində isə səkkizinci atom elektrik stansiyası blokunu işə salmağı planlaşdırır.
2024-02-13
831,769
Avropa öz müdafiə sistemini yaratmalıdır - Berbok
Avropa Birliyi (AB) daxilində NATO-nun mövcudluğuna zidd olmayan vahid müdafiə strukturu formalaşdırmaq lazımdır. Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. “Biz Avropa müdafiə və təhlükəsizlik birliyinin yaradılmasına doğru getməliyik”, - deyə XİN rəhbəri bildirib.
2024-02-13
831,770
Polisin axtardığı məktəbli qızlar, görün, harda imişlər - Foto
00:57 Abşeronda 2 məktəbli qız itkin düşüb. Axar.az Report-a istinadən xəbər verir ki, 14 yaşlı şagirdlər dərsdən sonra evə qayıtmayıblar Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri – Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar. Onların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər. *** Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düşməsi üzrə daxil olan məlumatla bağlı polis əməkdaşları tərəfindən dərhal axtarış elan edilib. Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənələrinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.
2024-02-13
831,771
General: Erməni əsgərin atəş açdığı əraziyə baxın… - Video
09:00 Əslində 10 noyabr 2020-ci il tarixindən bəri keçən müddət ərzində Ermənistan heç vaxt Azərbaycanın xoş niyyətini tam dəyərləndirə bilməyib. İndi də Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli bəyanatdakı öhdəliklərdən boyun qaçıraraq dövlətə yaraşmayan hərəkətlər edir. Bu sözləri Axar.az-a Ermənistanın şərti sərhəddə törətdiyi son təxribat haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib. General bildirib ki, Ermənistan tərəfi son təxribatı araşdıracağını desə də, hər şeyə hazırlıqlı olmalıyıq: “Bu təxribat ilk deyil, son da olmayacaq. Çünki Azərbaycan XİN-in də yaydığı məlumatda bildirildiyi kimi, atəşin açıldığı həmin ərazi AB missiyasının fəaliyyət zonasıdır. Ermənistanın AB-nin qurduğu hansısa kirli planın bir parçası olma ehtimalı da var. İrəvanı silahlandıran qüvvələr öz mənfəətləri üçün Cənubi Qafqazda yenidən müharibənin alovlanmasını istəyir və revanşist duyğular ilə yaşayırlar. Hətta Paşinyanın sülh müqaviləsinin imzalanması yubansa belə, qarşılıqlı şəkildə gücdən istifadədən imtina haqqında təklifinin arxasında da Qərbin bölgəyə daxil olma məqsədi dayanır. Belə ki, Azərbaycanı davamlı tələyə çəkmək yolu ilə beynəlxalq arenada təhdid kimi göstərmək, eyni zamanda məsələni çoxtərəfli qlobal problemə çevirmək və bölgədə hərbi varlıqlarını artırmaq istəyirlər”. Karauz İrəvan və onu dəstəkləyənlərə xəbərdarlıq edib: “Ermənistan Türkiyə və Azərbaycanın sülh üçün uzatdığı ələ güllə ilə qarşılıq verir. Ancaq Paşinyan hökuməti və bölgədə kirli planları olanlar son üç ildən artıq müddətdə baş verənləri və Şuşa Bəyannaməsini unutmamalıdır”. Qeyd edək ki, dünən şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Ordumuzun Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Nəticədə DSX hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.
2024-02-13
831,772
Putinin "tarix dərsi"nə monqol xəritəsi ilə cavab... - Foto
Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj Rusiya Prezidenti Vladimir Putinlə amerikalı jurnalist Taker Karlsonun müsahibəsi fonunda ölkənin tarixi xəritəsini dərc edib. Axar.az xəbər verir ki, eks-prezident xəritəni bu sözlərlə paylaşıb: “Putinin çıxışından sonra. Mən Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olmayın, biz sülhpərvər və azad xalqıq”. Qeyd edək ki, Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukraynanı Sovet hakimiyyətinin yaratdığı "süni dövlət" adlandırıb. Monqolustanın sabiq prezidenti isə dolayısı ilə Putinə müasir dövlətlərə tarixi ərazi kontekstində qiymət verməməyə çağırıb. Belə ki, Monqolustanın tarixi xəritəsində nə Rusiya var, nə də Ukrayna - hamısı Çingiz xanın imperiyasına aiddir.
2024-02-13
831,773
Nikolun Putinlə bağlı bu sözləri təlxəklikdir
Heç bir dövlətçiliyi və suverenliyi olmayan Ermənistan dövlətinin baş nazirinin belə bir bəyanat verməsi və ölkəsində kiminsə həbsi qərarını vermək səlahiyyətinin olmadığını açıqlaması siyasi təlxəklikdən, ikiüzlülükdən başqa bir şey deyil. Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistan Baş naziri Nikol Paşinyanın “Teleqraf” nəşrinə açıqlamasında Rusiya lideri Vladimir Putinin İrəvana gələrkən həbs olunmayacağına zəmanət verə bilmədiyi haqda açıqlamasını şərh edərkən deyib. Politoloq Paşinyanın bununla öz sahiblərinə mesaj verdiyini vurğulayıb: “Dünyada hər kəs hansısa bir ölkədə başqa dövlətin başçısının həbsinin arxasında siyasi hakimiyyətin dayandığını bilir. Çünki söhbət hansısa kriminal zəmində törətdiyi əmələ görə axtarışda olan şəxsdən yox, bir dövlətin başçısından gedir. Nikol Paşinyanın belə açıqlama ilə kimə hansı mesajı verdiyi, yarınmaq istədiyi çox aydındır. Halbuki Ermənistanda Putini həbs edəcək cəsarətə sahib hökumət yoxdur”. Ekspert vurğulayıb ki, Rusiyanın buna cavabı olacaq. Qeyd edək ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova barəsində həbs qərarı çıxarıb. Ermənistan artıq Roma Statutunu ratifikasiya edib və BCM-in öhdəliklərini yerinə yetirməyə məcburdur.
2024-02-13
831,774
Trampın sözləri onlar üçün həyəcan siqnalıdır - Kallas
ABŞ-ın keçmiş prezidenti Donald Trampın müdafiə xərclərinin artırılması ilə bağlı sözləri kifayət qədər vəsait ayırmayan bəzi AB ölkələri üçün həyəcan siqnalıdır. Axar.az xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas bildirib. O, belə dövlətlərin müdafiə üçün daha çox vəsait ayırmağa başlayacağına ümid etdiyini bildirib: “Amerika prezidentliyinə namizədin sözləri bəzi AB-yə üzv dövlətlər üçün həyəcan siqnalı ola bilər”. Qeyd edək ki, D.Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyini açıqlamışdı.
2024-02-13
831,775
Günəşdə təhlükəli ləkələr aşkarlandı
Astrofiziklər tərəfindən Günəşdə nəhəng ləkələr yığıntısı aşkar edilib. Bu ləkələr güclü Günəş partlayışı təhlükəsi yarada bilər. Axar.az xəbər verir ki, bu barədə “Spaceweather.com” portalı məlumat yayıb. NASA-nın Marsda gəzən “Perseverance” aparatı AR3576 geniş gün ləkələri qrupunu ilk dəfə olaraq ötən həftə aşkarlayıb, “MASTCAM” kamerasının köməyi ilə onun şəklini çəkib. Bu ləkələr azı 150 min kilometr uzanır və dörd tünd nüvəyə malikdir, onların hər biri Yer kürəsindən böyükdür. Onları Günəş tutulmasını müşahidə etmək üçün istifadə olunan adi eynəklə görmək mümkündür. Müşahidələr göstərir ki, AR3576 mürəkkəb maqnit strukturuna sahibdir. Qrupun mərkəzi hissəsində müsbət və mənfi qütblər o dərəcədə sıx yerləşib ki, güclü Günəş partlayışlarını törədə biləcək maqnitli güc xətlərinin qapanma təhlükəsi var.
2024-02-13
831,776
İsrail və HƏMAS böyük razılaşmaya yaxındır - Bayden
ABŞ və tərəfdaşları İsraillə HƏMAS arasında Qəzza zolağında döyüşlərə ən azı 6 həftə fasilə verilməsini nəzərdə tutan razılaşma üzərində işləyirlər. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
2024-02-13
831,777
Sonu olmayan müharibəni maliyyələşdiririk - Ellitorp
ABŞ Kiyevə hərbi yardım əvəzinə Ukraynadakı münaqişəyə son qoyacaq danışıqlara başlamalıdır. Axar.az xəbər verir ki, bunu amerikalı siyasətçi Hanna Ellitorp bildirib. "Ukraynada müharibənin qarşısı alına bilərdi və alınmalı idi. Biz bu münaqişəyə son qoymaq üçün danışıqlara başlamalıyıq. Əvəzində sonu olmayan müharibəni maliyyələşdiririk", - deyə siyasətçi deyib. Ellitorp qeyd edib ki, ABŞ Ukraynada sülhün bərqərar edilməsi üçün heç bir diplomatik səylərdə iştirak etmir, həmçinin Kiyevə daxil olan vəsaitlərə nəzarət etmir.
2024-02-13
831,778
Bayden xəstə Ostini istefaya göndərəcəkmi?
ABŞ Prezidenti Co Bayden ABŞ müdafiə naziri Lloyd Ostinin istefaya getməsini istəmir. Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Kirbi brifinqdə Baydenin Ostinin səhhətində yaranan problemlər zamanı vəzifələrini yerinə yetirə bilməməsindən narahat olmadığını da vurğulayıb. Qeyd edək ki, prostat vəzi xərçəngi ilə mübarizə aparan Ostin sidik kisəsində yaranan problemlərə görə yenidən xəstəxanaya yerləşdirilib. Pentaqon rəhbərinin səlahiyyətlərini müavini Ketlin Hiks həyata keçirir.
2024-02-13
831,779
Nasistlərin nəvələri Zelenskini dəstəkləyir - Zaxarova
Almaniya hakimiyyəti Vladimir Zelenski rejimini dəstəkləyir, çünki alman hökumət nümayəndələri arasında nasistlərin də törəmələri var. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Almaniya Zelenskinin nasist rejimini niyə dəstəkləyir? Çünki Almaniyada hakimiyyətdə nasistlərin nəvələridir”, – diplomat bildirib. Qeyd edək ki, alman nəşri “Bunte” Almaniya XİN rəhbəri Annalena Berbokun babası Valdemar Berbokun qatı nasist olması barədə məqalə yayımlamışdı.
2024-02-13
831,780
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,06 dollara, yüngül neftin bir barreli isə 77,03 dollara təklif olunur.
2024-02-13
831,781
Bakıda oteldə yanğın: Ana və övladı xilas edildi - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Nərimanov rayonunda yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 4 500 kv.m olan beşmərtəbəli otelin 1-ci mərtəbəsində yerləşən elektrik açarlarında baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın birinci mərtəbəsində divara bərkidilmiş 7 ədəd elektrik qoruyucu açarı və 2 p.m. elektrik kabeli yanıb. Hadisə zamanı köməksiz vəziyyətdə qalan ana və 2024-cü il təvəllüdlü körpə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Otel binası yanğından mühafizə olunub.
2024-02-13
831,782
Ordumuzun mövqeləri yenə atəşə tutuldu
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Axar.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
2024-02-13
831,784
Məhv edilən erməni hərbçilərin adları - Siyahı
09:15 Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb. Axar.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. *** Məhv edilmiş erməni hərbçilərin adları açıqlanıb: 1. Arutyunyan Eduard Hamletoviç (1974); 2. Manukyan Qaqik Varazdatoviç (1982); 3. Ambartsumyan Arsen Qagik (1979); 4. Ohanesyan Qraçya Talışeviç (1957).
2024-02-13
831,785
AŞ DTX-nin bu nəticələrini yüksək qiymətləndirdi
Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinə görə hesabatı açıqlanıb. Axar.az xəbər verir ki, hesabatda son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək məqbul hesab edilməklə, gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr qeyd edilib. Onlardan terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib. “MONEYVAL qeyd edir ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və hakimiyyət orqanları terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqını uğurla aparmaq bacarıqlarını nümayiş etdiriblər. (Müvafiq qiymətləndirmə dövründə yeddi belə iş üzrə məhkum etmə həyata keçirilib). Eynilə beynəlxalq əməkdaşlıqda Azərbaycan yüksək effektivliyə nail olub, konstruktiv yardım göstərmək və digər ölkələrə müraciət etmək üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib", - hesabatda göstərilir. MONEYVAL tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması üzrə Azərbaycanda görülən işlər ilk dəfədir yüksək qiymətləndirilir. Qeyd edilib ki, son illər terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış cinayət işləri üzrə nəticələr üzv dövlətlərin analoji orta statistikasını əhəmiyyətli dərəcədə aşır. Vurğulanıb ki, MONEYVAL tərəfindən son bir il ərzində göstəricilərinə görə qiymətləndirmə hesabatları dərc edilmiş ölkələr sırasında terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılmasının effektivliyi üzrə yüksək göstərici olaraq qiymətləndirilən yeganə dövlət Azərbaycan Respublikası olub. Hesabatda o da diqqətə çatdırılıb ki, mürəkkəb geosiyasi məkanda olmasına baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər aparılan qətiyyətli işlər Azərbaycana beynəlxalq arenada investisiya və turizm üçün cəlbedici ölkə, Dövlət Başçısının dediyi kimi, “təhlükəsizlik adası” imicini qazandırıb.
2024-02-13
831,787
Göyçə sərhəd gölünə çevriləcək, bu ərazilər də... - Proqnoz
Azərbaycanın planı əvvəlcə Göyçəni sərhəd gölünə çevirmək, daha sonra bölməkdir. Onlar (azərbaycanlılar - red.) Cermukdan (İstisu) keçərək, Naxçıvana enəcəklər, eyni zamanda, Tavuşdan Ermənistanla Gürcüstanın əlaqəsini kəsəcəklər. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistanda Azərbaycanşünas ekspert kimi tanınan Armine Adibekyan çıxış edib. A.Adibekyan hesab edir ki, azərbaycanlıların İrəvana qayıdışı da baş tutacaq. Erməni ekspertin iddia etdiyi Göyçənin sərhəd gölünə çevrilməsi perspektivi mümkün görünür. Çünki Azərbaycan Ordusu Bala Göyçənin sərhədinə çıxıb və Göyçə gölünə vizual məsafə qədər yaxınlaşıb. Perspektivdə Göyçəyə çatmaq imkanı istisna edilməməlidir. Ermənistanla Gürcüstanın əlaqəsinin kəsilməsinə gəlincə, söhbət Qazaxın hələ də işğal altında qalan 7 kəndindən gedir. Ermənistanı Gürcüstana birləşdirən marşrutlar bu kəndlərin yaxınlığından keçir və həmin kəndlər qaytarılacağı təqdirdə Ordumuz nəqliyyat yollarına da nəzarət imkanı qazana bilər. Ermənilərin tez-tez dilə gətirdiyi qorxular bundan ibarətdir. Erməni ekspertin “Cermukdan (İstisu) keçərək, Naxçıvana enəcəklər” iddiası isə Azərbaycanın qərb rayonlarından Naxçıvana çıxışın əldə edilməsini özündə əks etdirir. Bu əlaqə ilə bağlı əsasən Zəngəzur dəhlizinin adı çəkilsə də, 10 noyabr razılaşmasının 9-cu bəndində ikinci dəhlizin də olmasına işarə edilir və bu, Qərbi Zəngəzur bölgəsinin şimal hissəsindən – İstisudan muxtar respublikaya çıxışın əldə edilməsindən ibarətdir.
2024-02-13
831,790
Qubadlıda silah-sursat aşkar edildi
Qubadlı rayonunda silah-sursat aşkar edilib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
2024-02-13
831,794
Sumqayıtda yeniyetmə qız dəm qazından öldü
Sumqayıt sakini dəm qazından boğularaq ölüb. Axar.az xəbər verir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində 13.06.2008-ci il təvəllüdlü Fatimə Elvin qızı Nurəliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
2024-02-13
831,796
İranda polis rəisi öldürüldü
İranın Həmədan əyalətinin Məlayir şəhərinin təhlükəsizlik polisinin rəisi polkovnik Mahmud Xudada güllələnərək öldürülüb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Onun qətldə günahlandırılan şəxsi tutmaq üçün keçirilən əməliyyat zamanı öldüyü bildirilib. Aparılan axtarış tədbirləri nəticəsində şübhəli saxlanılıb.
2024-02-13
831,803
Yaralanan əsgərimiz əməliyyat olundu: son durumu...
Fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində boyun nahiyəsindən yaralanan hərbi qulluqçumuz əməliyyat olunub. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Pərviz Ağakişi oğlu Xəlilzadə ixtisaslaşmış tibb müəssisələrindən birində zəruri cərrahi əməliyyat keçirib. Həkim nəzarətində müalicəsini davam etdirir. Vəziyyətinin yaxşı olduğu bildirilib. Qeyd edək ki, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. İstintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
2024-02-13
831,807
Ordumuz qisas əməliyyatı keçirdi: post darmadağın edildi
13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd ediib ki, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan ordusunun Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
2024-02-13
831,811
Azərbaycanda bu şəxslərin pensiya yaşı azaldıldı
Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib. Yeni dəyişikliklər ilə güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib. Axar.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər. Deputatın sözlərinə görə, daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır: "Çünki iş rejimindən asılı olaraq onların sosial müdafiəsinin daha gücləndirilməsi vacibdir. Bu baxımdan, Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yeniləşdirilməsi vacibdir. Digər tərəfdən, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur. Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi".
2024-02-13
831,812
Baş nazirdən milli valyuta ilə bağlı qərar
Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”ı təsdiq edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun hazırlanıb və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir, fiziki və hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirməsi, bu ərazidən aparması və tranzit keçirməsi zamanı tətbiq olunur. Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orqanları onların mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri, o cümlədən bu Qaydalara əlavə edilmiş “Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması”nın doldurulmasını tələb edir. Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir. Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilir. - fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında; - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.
2024-02-13
831,814
ÇL: “Leyptsiq” “Real”a qarşı
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək. Axar.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək. UEFA Çempionlar Liqası 1/8 final, ilk oyunlar 13 fevral Saat 00:00. “Kopenhagen” (Danimarka)-“Mançester Siti” (İngiltərə) Baş hakim: Xose Maria Martines (İspaniya). Kopenhagen, “Parken” stadionu Saat 00:00. “Leyptsiq” (Almaniya)-“Real” (İspaniya) Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina). Leyptsiq, “RB Arena” Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.
2024-02-13
831,815
İran atom bombası istehsal etmək gücünə malikdir - Salehi
Nüvə elmi və texnologiyasının bütün növləri bizdə var və İran istəsə, atom bombası əldə edə bilər. Axar.az xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri və Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Əliəkbər Salehi deyib. İran dini lideri Əli Xameneiyə ən yaxın şəxslərdən biri sayılan Salehinin bu bəyanatının Qərbə ünvanlandığı deyilir. Bundan əvvəl İranın Atom Enerjisi Təşkilatının hazırkı rəhbəri Məhəmməd İslami də oxşar bəyanat səsləndirərək, ölkəsinin atom bombası istehsal etmək qabiliyyətində olduğunu deyib.
2024-02-13
831,817
720-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 720-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 397 080 hərbçi, 6424 ədəd tank, 12 004 ədəd zirehli döyüş maşını, 9 500 ədəd artilleriya sistemi, 981 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 667 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 623 ədəd avtomobil texnikası, 7 332 ədəd PUA, 1 882 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 518 xüsusi avadanlıq itirib.
2024-02-13
831,821
Ərdoğanın ABŞ-a səfəri gözlənilir - KİV
ABŞ Konqresi Ankaraya F-16 qırıcılarının satışına dair sazişi təsdiqlədikdən sonra Türkiyə və ABŞ ikitərəfli siyasi təmasları, o cümlədən enerji və ticarət sahəsində əməkdaşlığı intensivləşdirir. Gündəliyə yüksək səviyyəli, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərləri də daxildir. Axar.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. “İndi tərəflər sövdələşmənin həyata keçirilməsi proseduru ilə bağlı danışıqlara başlayacaq, xüsusən, üç memorandumun hazırlanması, təyyarələrin çatdırılma tarixlərinin və döyüş təyyarələri üçün modernləşdirmə dəstlərinin, qiymət parametrlərinin müəyyənləşdirilməsi planlaşdırılır. İlkin işlərin nəticələrinə əsasən, Türkiyə ilə ABŞ arasında bütün razılaşmaları birləşdirəcək hökumətlərarası sazişin imzalanması gözlənilir. Ankara və Vaşinqton arasında yenidən etimad fonunda iki ABŞ nümayəndə heyətinin enerji, ilk növbədə bərpa olunan enerji, ticarət sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yazda Türkiyəyə səfəri gözlənilir. Bu səfərdə ABŞ-ın 50-yə yaxın ən böyük şirkətinin rəhbərliyinin iştirakı da gözlənilir. Buna cavab olaraq Türkiyədən xarici işlər naziri Hakan Fidanın, ardınca isə Ərdoğanın səfəri planlaşdırılır. Belə bir səfərin Vaşinqtonda NATO sammitinin planlaşdırıldığı iyulda baş tutması mümkündür”, - məlumatda deyilir. Qeyd edək ki, fevralın 11-də ABŞ-ın Ankaradakı səfiri Fleyk Türkiyənin 40 ədəd yeni F-16 və 79 ədəd modernizasiya dəstini almasını Konqresin təsdiqlədiyini açıqlayıb. Türkiyə lideri Ərdoğan bu məlumatı fevralın 12-də təsdiqləyib.
2024-02-13
831,825
Kim lüt bədənə iki dəsmal bağlayıb, 10 minə “hacı” olursa…
Cəmiyyət özü də yaxşı bilir ki, hər yerdə və hər şeydə qiymətlər artıb. Allaha çox şükür ki, bizdə qiymətlər, iqtisadi vəziyyət belə yaxşıdır. Ərəb və digər ölkələrdə qiymətlərə baxın, görün ki, necə acınacaqlıdır. Bunu Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirov Həcc ziyarətinin qiymətlərinin baha olması barədə müzakirələrə münasibət bildirərkən deyib. “Biz ən minimalı götürüb, vətəndaşları nəzərə almışıq. Təsəvvür edin, iyirmi gün ərzində hansı proseslərdən keçirlər. Gedirlər Bodruma, Antalyaya, bundan da çox pul xərcləyirlər. Bizim millət ümumən təmizliyi sevir. Bu qiymətlərlə zəvvarlar ziyarətdə ən yaxşı yerdə qalırlar, gündə üç dəfə qidalanma olur - bir sözlə, hər şey yüksək səviyyədə...” Millət vəkili Etibar Əliyev Həcc ziyarətinin fərdi məsələ olduğunu deyib: “Kantın bir sözü var. Din insanın daxilində yaşayan əxlaq qanunudur. Düşünürəm ki, əslində, bu, mübahisə mövzusu olmamalıdır. Mən öz adıma düşünürəm ki, Həcc ziyarətində xərclənən vəsaitlər hansısa kasıb-kusubun işinə yarasa, daha məqsədəuyğundur. İndiyədək on minlərlə insan Həcc ziyarətinə gedib. Onlar özlərində hansı dəyişiklikləri hiss ediblər? Nə ediblər? Bunun sosial tərəfi nədən ibarətdir? Hesab edirəm ki, bu, bir titul, status olmamalıdır. Yenə də şəxsi işləridir, gedənlərin ziyarəti qəbul olunsun”. Elşad Miri isə deyib ki, Həccə getməyin qiymətinin ən ucuz paketi 5850 ABŞ dolları, yəni 10 min manat təşkil edir: “Bura Həcc ərəfəsində qidalanmaq, ehramlar, kəsəcəyiniz qurbanlar daxil deyil. Əvvəlcə, bunu nəzərə alın. Bodruma, Pattayaya, Havaiyə, Maldivlərə gedənlərə heç kim heç nə deyə bilməyəcəyi kimi, Həccə gedənlərə də, mən də daxil olmaqla, qarışmaq ixtiyarımız yoxdu. Özləri bilər. Kim gedib şeytan daşlayacaqsa, bunu da özü bilər. Kim gedib lüt bədənə iki dəsmal bağlayıb bunu ehram adlandıracaqsa, bunu da özü bilər. Qayıdandan sonra özlərinə “hacı” və “hacıxanım” dedizdirəcəklərsə, bunu da özləri bilər. Özüm neçə dəfə getmişəmsə, başqalarının getməyinə niyə qarışıram axı? Düşünürəm, mənim bu məsələyə ictimai münasibətim bəllidir, açıqdır”.
2024-02-13
831,826
DSX-nin qisas əməliyyatı nə vaxt başa çatıb?
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan ordusunun Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərindən erməni snayperin əsgərimizi yaralamasına cavab olaraq Dövlət Sərhəd Xidməti bu gün qisas əməliyyatı keçirib. Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi saat 9:30 radələrində artıq atəşin dayandığını açıqlayıb. Qeyd edək ki, DSX-nin əməliyyatı nəticəsində əsgərimizi hədəf alan düşmən döyüş mövqeyi darmadağın edilib. Rəsmi məlumata görə, Ermənistan ordusunun iki əsgəri məhv edilib, yaralılar var. Qeyri rəsmi məlumatda isə erməni ordusunun itkilərinin daha çox olduğu bildirilir. Ermənistan Müdafiə Nazirliyi itkilər və yaralıların sağlamlıq vəziyyəti barədə ictimaiyyəti lazımı qaydada məlumatlandıracağını açıqlayıb.
2024-02-13
831,828
ETSN Qırmızı Ürəklər Fondunu mükafatlandırdı
Müxtəlif istiqamətlər üzrə, xüsusən də “Ətraf mühitin mühafizəsi” üzrə cəmiyyətə dəyər qatmaq missiyasını daşıyan Qırmızı Ürəklər Fondu (Red Hearts) daha bir mükafata layiq görülüb. Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2023-cü il ərzində təbiətin qorunmasına yönələn təşəbbüslərə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına, biomüxtəlifliyin və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə layihələr həyata keçirən, eyni zamanda ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq göstərən sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatlarını mükafatlandırıb. Fond nazirlik tərəfindən “Ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq və dəstəyə görə ən yaxşı tərəfdaş” seçilib. Mükafatı Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyevaya Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib. Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
2024-02-13
831,830
Məhv edilən erməni hərbçilərlə bağlı - Mühüm məlumat
Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozub təxribata cəhd edərkən məhv edilən iki erməni hərbçisi “Yerkrapa” könüllülər birliyinin üzvü olub. Axar.az xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb. Qeyd edək ki, “Yerkrapa” könüllülər birliyi 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak edən erməni hərbçilərini (terrorçuları - red.) birləşdirən ittifaqdır. Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. Nəticədə iki erməni əsgər məhv edilib, yaralılar var.
2024-02-12
831,832
Azercell abunəçilərinin nəzərinə!
Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilər son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur. Bundan əlavə, fırıldaqçıların şirkət adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir. Müştərilərimizdən gələn müraciətlər əsasında Azercell şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı Azercell və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır: - Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun; - Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin; - Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın; - Eləcə də, şübhəli məzmunlu internet saytlarından istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və s.-dən yararlanmayın; - gələn SMS, “Whatsapp” mesajlarındakı şübhəli linklərə keçid etməyin; Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin: Rəsmi satış kanalı: www.azercellim.com saytı; Azercell Eksklüziv mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər. Yarana biləcək hər hansı sual ilə bağlı yalnız Azercell şirkətinin rəsmi əlaqə vasitələrinə müraciət edin: Onlayn Müştəri Xidmətləri https://www.azercell.com/az/; Azercell-in rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələri; Azercell Telefon Mərkəzi: - Fakturalı xətt abunəçiləri üçün: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsi - Fakturasız xətt (SimSim) abunəçiləri üçün: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsi
2024-02-13
831,835
KM prezident seçkilərinin nəticəsini təsdiqlədi
11:06 Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxuyub. Qərarda deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq edilsin. Qərara əsasən Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilib. Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib. Qeyd edək ki, MSK-nın yekun protokoluna əsasən, Əliyev İlham Heydər oğlu 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.
2024-02-13
831,836
Putin Türkiyəyə bu tarixdə gedə bilər
Ankara Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin hər iki ölkədə seçki dövründən dərhal sonra baş tutacağını gözləyir. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına Türkiyə Prezident Administrasiyasındakı mənbə bildirib. “Hələlik konkret tarixlər yoxdur, lakin səfərə hazırlıq gedir. Güman edirəm ki, bu, iki ölkədə keçiriləcək seçkidən dərhal sonra baş verəcək”, - mənbə bildirib. Qeyd edək ki, Türkiyədə martın 31-də yerli hakimiyyət orqanlarına, Rusiyada isə martın 15-17-də prezident seçkisi keçiriləcək.
2024-02-13
831,839
AMB bu bankın vəzifəli şəxsini cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) Bank VTB Azərbaycan ASC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Bank VTB Azərbaycan”ın vəzifəli şəxsi 4 000 manat cərimə edib.
2024-02-13
831,843
Mirzoyan və Luazo Cənubi Qafqazı müzakirə etdi
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Natali Luazo Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, Ermənistan və AB arasında tərəfdaşlıq proqramının məsələləri də müzakirə olunub. Qeyd edək ki, A.Mirzoyan Ermənistan-Avropa Birliyi Tərəfdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.
2024-02-13
831,846
Deputatlığa namizədliyimi irəli sürəcəm - Nura Suri
Bu il deputat seçkiləri olacaq, çünki bir çox millət vəkili dünyasını dəyişib. Kult.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri Olay-a açıqlamasında deyib. O, parlament seçkilərində namizəd olmaq istədiyini bildirib: "Yeni Azərbaycan Partiyasının üzvüyəm. Alınsa, həmin partiyadan namizədliyimi irəli sürəcəm".