date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-13 | 832,070 | Nikol sərhəddən danışdı: Orduya ciddi göstəriş verilib… | Ermənistan Müdafiə Nazirliyindən hər hansı bir gərginliyə yol verilməməsi, təxribatlara uyulmaması barədə çox ciddi göstəriş var. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü ser Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Ermənistan-Azərbaycan sərhədində bu gün baş vermiş insidentlə bağlı danışarkən deyib. |
2024-02-14 | 832,074 | Süleymanov Gürcüstan səfirliyinin birinci katibi təyin olundu | Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə Azərbaycan əsilli diplomat təyin olunub. Axar.az Report-a istinadən xəbər verir ki, Mirzə Süleymanov bu ilin yanvarından Sloveniyadakı səfirlikdə birinci katib kimi fəaliyyətə başlayıb. Qeyd edək ki, M.Süleymanov ABŞ-də Texas Universitetinin bakalavr və magistr proqramını bitirib. |
2024-02-13 | 832,077 | Əhməd yaşıdını öldürüb, ona “dəlilik kağızı” alıblar ki… - Sirr açıldı | Ata-anasını, qardaşını, bacısını və bacısının azyaşlı övladını qətlə yetirən Əhməd Əhmədovla bağlı sensasion məlumat yayılıb. Axar.az xəbər verir ki, bu barədə Mehriban Sadıqova məlumat paylaşıb. Onun iddiasına görə, Əhməd 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürübmüş: “Ailəsi həbsxanaya girməməsi üçün ona "dəlilik kağızı" düzəldib, sonra da onu aradan çıxarıb Rusiyaya göndəribmiş. Sonradan ona maşın, ev alıb, gündəlik də cibxərci veriblər. Daha sonra "dəlilik kağızı"nı təmizləyib, sağlamlıq arayışı ilə ona sürücülük vəsiqəsi də alıblar. Və beləcə öz dəhşətli sonlarını hazırlayıblar”. |
2024-02-14 | 832,078 | Körpələrdə depressiya olurmu? - Psixoloq | Depressiya hətta körpələrdə də görülə bilən bir xəstəlikdir. Körpə depressiyası altıncı aydan sonra birdən-birə anadan ayrılma zamanı baş verir. Axar.az Azərtac-a istinadla mövzu ilə bağlı tanınmış psixoloq Müjde Yahşinin apardığı araşdırmanı təqdim edir. Psixoloq bildirir ki, ananın ölümü və ya uzun müddət xəstəxanada qalması, başqa şəhər və ya ölkədə yaşaması, uşağa baxa bilməyəcək qədər ağır fiziki və ya ruhi xəstəliyin olması körpəlik depressiyasına səbəb olan amillərdir. Depressiya insan həyatının istənilən mərhələsində baş verə bilən beyin xəstəliyidir. Yəni, depressiya beynin kimyəvi maddələrindəki balanssızlıq nəticəsində yaranır və insanı bədbəxt, həyata qarşı istəksiz edir. Depressiyaya düşən insan başına gələn hər şeyə görə özünü məsul görür və günahlandırır. Həyata həmişə mənfi tərəfdən baxır. Gələcəklə bağlı gözləntiləri ümidsiz və bədbindir. O, dəyərsiz və sevilməyən olduğuna inanır. Bu səbəbdən hadisələri olduğundan daha şişirdilmiş görür və nəticəni həmişə ümumiləşdirmələr edərək şərh edir. |
2024-02-14 | 832,079 | Biz anlayırıq ki, Ukraynadan kənarda eskalasiya... - Rusiya | Qərb liderləri pul və silah yardımı ilə Ukraynanın Rusiyanı məğlub edə biləcəyinə inanaraq ciddi səhvə yol verdilər. Axar.az xəbər verir ki, bunu Britaniyanın “Skay Nyus” telekanalına müsahibəsində Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib. “Rusiyanı heç cür məğlub etmək olmaz. Ukraynadan fərqli olaraq, Rusiyada siyasi vəziyyət sabitdir və iqtisadiyyatı kifayət qədər sürətlə inkişaf edir”, - o qeyd edib. Kelinin sözlərinə görə, Rusiya Polşa və ya digər Baltikyanı ölkələrə hücum etmək məqsədi güdmür: “Biz tam başa düşürük ki, Ukraynadan kənarda hər hansı eskalasiya qlobal münaqişəyə gətirib çıxaracaq”. |
2024-02-14 | 832,080 | ABŞ-dan sərhəd insidentinə: Narahatıq | Biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, gücdən istifadə danışıqlara xələl gətirir: “Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir. Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. Dövlət katibinin daim vurğuladığı kimi, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir”. Qeyd edək ki, 12 fevralda Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq, əsgərimizi yaralayan erməni terrorçulara qarşı Dövlət Sərhəd Xidməti 13 fevralda qisas əməliyyatı keçirib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var. |
2024-02-14 | 832,084 | Sırski etnik rusdur: Zelenski bu təyinatla sübut etdi ki… | Ukrayna ordusunun yeni komandanı Aleksandr Sırskini etnik rusdur – Zelenski onu bu vəzifəyə təyin etməklə həm də Rusiyanın “faşizm-nasizm” kimi mənasız nağıllarına cavab vermiş oldu. Ümumiyyətlə, Ukrayna siyasi elitasında gürcü, tatar, rus və s. millətlərin nümayəndələri var. Axar.az xəbər verir ki, bu sözləri siyasi müşahidəçi və iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Sırskinin həyat hekayəsi bu gün baş verən hadisələrin böyük bir faciə, Putinin ambisiyalarının qardaş qırğınına səbəb olduğunu aşkar göstərir: “Sırski Rusiyanın Vladimir vilayətində anadan olub, günü bu gün də atası Stanislav Sırski və anası Lyudmila Sırskaya Rusiyada, Vladimir vilayətində yaşayırlar. Qardaşı Oleq Sırski də Rusiyada yaşayır, Kreml mətbuatı onun ailəsini danışdırıb, hamısı, guya, ondan zəhləsi getdiyini, ona nifrət etdiklərini söyləyiblər - əsl faşizm budur. Son günlər vacib media və siyasət hadisəsi olan Karlsonun Putinlə müsahibəsində bir epizod oldu: Putin, guya, yaxşı bir hadisə danışırmış kimi söylədi ki, ruslar cəbhədə Ukrayna əsgərlərinin bir neçəsini mühasirəyə alıblar və onları təslim olmağa çağırıblar. Qarşı tərəf, yəni ukraynalılar isə, “ruslar təslim olmur”, deyib sona qədər vuruşub həlak olublar. Putin bunu danışarkən özü də anlamadan hansı böyük bir cənayət törətdiyini, qardaş qırğını saldığını, faktiki vətəndaş müharibəsi getdiyini etiraf etmiş oldu – 21-ci əsrdə böyük faciədir”. Ekspert Karlsonun müsahibəsinə də toxunub və bildirib ki, bu, jurnalist olaraq onun üçün böyük uğurdur: “Qərbdə əsl jurnalistika uğuruna qarşı kəskin münasibət, hətta Takeri həbs etməyə, AB-yə buraxmamağa çağırışlar Qərb üçün böyük ayıbdır, söz-mətbuat azadlığı kimi dəyərlərə xəyanətdir. Qərb mediası zaman-zaman hətta terrorçulardan, Ben Ladendən belə müsahibə alıb, belə müsahibələri jurnalistika uğuru sayıblar. İndi jurnalistə, jurnalistikaya belə münasibət Qərbin bəzi dairələrinin “sovetləşməsi” əlamətidir. Bəli, məhz sovetləşməsi, Qərbin bəzi dairələrinin siyasətə yanaşması SSRİ-nin son illərini, təqribən, son 15 ilini xatırladır – söz azadlığı boğulur, “mainstream” elita və mətbuatın dediklərinə qarşı çıxmaq olmur, biz bunu kovid zamanı lap açıq gördük. İnsan övladı öz haqq və azadlıqları uğrunda yüzillərlə mücadilə edib, yaxşı ki, bu, əsasən, Qərb cəmiyyətində dərin kök salıb və “genlərə” işləyib. Bu onu deməyə əsas verir ki, Qərbdə elita dəyişimi qaçılmazdır, bu proses artıq gedir, daha da sürətlənəcək və Qərb əsl ayarlarına – demokratiya, insan haqları, söz azadlığı qavramlarına geri dönəcək”. |
2024-02-14 | 832,085 | Baydendən şok: Tramp Putinə NATO-ya hücum təklifi verib! | ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini NATO-ya hücuma təhrik edir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışında deyib. “Keçmiş prezident dünyaya təhlükəli, şokedici və açıq desək, Amerika ruhuna zidd mesaj göndərdi. Bir neçə gün əvvəl Tramp Putinə NATO müttəfiqlərimizə hücum etmək üçün dəvət göndərib”, - deyə o bildirib. |
2024-02-14 | 832,086 | Ruslara xəbərdarlıq edildi: Estoniya sərhədi bağlanır | Narva sərhəd-keçid məntəqəsində ruslara Estoniya ilə sərhədin mümkün bağlanması ilə bağlı məlumat vərəqələri verilir. Axar.az xəbər verir ki, bu barədə RTVI Teleqram kanalı məlumat yayıb. Eyni xəbərdarlıq Estoniya Sərhəd Mühafizəsinin saytında da yerləşdirilib. Bildirilib ki, son həftələrdə Rusiya Avropa Birliyinə qanuni şəkildə daxil olmaq hüququ olmayan əcnəbilərdən ibarət qrupları Estoniya sərhədinə qəsdən göndərib. Sərhəd Xidməti ruslara xəbərdarlıq edib ki, Narvadakı keçid məntəqəsi bağlanarsa, onlar başqa sərhəd keçid məntəqəsindən istifadə etməli olacaqlar. |
2024-02-14 | 832,088 | ABŞ-ın hərbi bazasına raket zərbələri endirildi | Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində ABŞ-ın nəzarətində olan hərbi baza yenidən hücuma məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə "Əl Mayadin" telekanalı məlumat yayıb. Məlumata görə, bazaya bir neçə raket zərbəsi endirilib. Bazanın yerləşdiyi ərazidən partlayış səsləri eşidilib. Hücumun təfərrüatı barədə məlumat verilməyib. |
2024-02-14 | 832,090 | Ukrayna ordusu zəifləyib - Miller | Kiyev üçün əlavə maliyyə vəsaitinin ayrılmasının ləngiməsi Ukrayna Silahlı Qüvvələrini zəiflədib. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. "Biz artıq Konqresin fəaliyyətsizliyinin nəticələrini görürük. Biz artıq döyüş meydanında silah qıtlığını, təchizatın tükəndiyini və bunun Ukrayna ordusunun Rusiyanın hücumlarına cavab vermək qabiliyyətinə təsir etdiyini müşahidə edirik”, - deyə Miller bildirib. |
2024-02-14 | 832,092 | "Qurdlar Vadisi Xaos" tezliklə... | Türkiyədə müəyyən dönəmdə reytinq rekordları qıran və hələ də böyük marağa sahib “Qurdlar Vadisi” teleserialının yeni seriyaları yayımlanacaq. Kult.az xəbər verir ki, “Qurdlar Vadisi Xaos”un yayımlanacağı konkret tarix açıqlanmayıb. Ekran əsərində yenə baş rol - Polad Ələmdarı aktyor Necati Şaşmaz canlandıracaq. Serialda yer alacaq aktyorlar rəsmi açıqlanmasa da, Cahid Kayaoğlu, Defne Samyeli, Ərhan Ufak kimi adların olacağı söylənilir. Yeni bölümlərin Acun Ilıcalının sahibi olduğu “Exxen” platformasında yayımlanacağı iddia edilir. |
2024-02-14 | 832,093 | ABŞ və Britaniya yenə husiləri vurdu | ABŞ və Böyük Britaniya qüvvələri növbəti dəfə Yəməndəki Husi üsyançılara zərbə endiriblər. Axar.az xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb. Hüdeyda vilayətində Ras-İsa limanının hücuma məruz qaldığı bildirilib. Hücumun nəticələri barədə məlumat verilmir. |
2024-02-14 | 832,094 | “Apatiya”nın 18+ səhnəsi nəyə lazım idi? – Rejissor | Kult.az aktyor, rejissor Hikmət Rəhimovla müsahibəni təqdim edir. - Hikmət bəy, yeni filminiz olan “Apatiya” təqdim olundu və ilk gündən reaksiyalar gəldi. Cəmiyyətin filmə münasibəti sizi qane edirmi? - Cəmiyyətin filmə münasibəti birmənalı deyil. Bu da normal və gözlənilən idi. Bəyənənlər də var, bəyənməyənlər də. Yaşadığım coğrafiya insanını az da olsa tanıdığıma görə, qətiyyən təəccüb etmirəm. - Bəyənməyənlərin içində ictimai adamlar da var. Məsələn, Ulucay Akif dedi ki, istəməzdim Hikmət Rəhimov belə bir film çəksin. - Ulucayı belə dəstək verdiyi üçün ancaq alqışlamaq lazımdır. Bu coğrafiyada iş görən adamlara həmişə daş atıblar. Daş atmaq, söz atmaq daha rahatdır, nəinki iş görmək. - İradlardan biri də filmin büdcəsi ilə bağlıdır. Hər şeyin birotaqlı evdə çəkilməsi istəkdir, ya pulunuz ona çatdı? Məsələn, heç olmasa, rayondan gələn obrazları maşınla gələrkən göstərmək olmazdımı? Elə zəng etdilər, qapı döyüldü, girdilər birotaqlı evə … - Filmin tək bir məkanda olması mənim istəyim idi. Dünyada da belə bir ənənə var. Adətən, rejissor 8-10 filmdən sonra bu cəhdi edir, mən ikinci filmdə etdim. Büdcə yaxşı olsaydı da, belə çəkəcəkdim. - Bəs iki filmlə tələsmədiniz? Gözləyərdiniz 8-10 film olsun… - Yox, tələsmədim, belə yaxşıdır, belə lazım idi. - İradlardan biri də 18+ səhnələrlə bağlı idi… - Bu cəmiyyətdə bu iradlar normaldır. - Şəhla Əliyevanın rolunun bu qədər açıq-saçıq olmasına ehtiyac var idimi? - Vacib idi, janr tələb edirdi. Təəssüf ki, Şəhla Əliyevanın o cür performansından ancaq masturbasiya səhnəsini müzakirə etdilər. Bu isə başadüşüləndir. Şəhla xanım çox cəsarətli və dəyərli sənətkardır. Onun sənətinə dəyər versələr, məncə, yaxşı olar. - Nəyi başa düşüləndir? Günahkar yenə cəmiyyətdir? - Bəli. Adamların seksual problemləri var. - Filmin təqdimatında hiss olunan bir məsələ də Azər Aydəmirlə olan münasibətiniz idi. Aktyorlar səhnəyə dəvət olunanda siz çağırsanız da, Azər gəlmədi. Filmə görə nəsə incikliyinizmi var? - Azər mənim üçün çox dəyərli və əziz həmkardır. Uzun zamandır onu görmürdüm, gördüyümə sevindim. Səhnəyə gəlib-gəlməmək isə xırda məsələdir. Ondan incimək mənim üçün cılız bir hərəkət olar. Filmin sabahı günü görüşüb, söhbət də etdik. Hər şey yaxşıdır, Azəri çox istəyirəm. - Özünüzün rejissor kimi bəyəndiyiniz ən yaxşı aktyor işi hansıdır? - Tural Baxış, Şəhla Əliyeva, Məhəmməd arasında qalmışam. Bu üçlük arasında fərq qoya bilmirəm. Bəlkə elə belə yaxşıdır, yox? - Hikmət bəy, “Çılpaq” filminiz, yoxsa, “Apatiya”? - Üçüncü çəkəcəyim film. - Bəlkə təvəzökarlıqdan uzaq olaq? - Üçüncü çəkəcəyim film… - Hikmət bəy, sizi aktyor kimi çox sevib, rejissor kimi bəyənməyənlər deyir ki, gərək, ümumiyyətlə aktyor qalardı, heç film çəkməzdi. - Mən bu cameədən maksimum dərəcədə uzağam və buna görə özümə təşəkkür edirəm. Heç bilmirəm ki, kim nə deyir, kim nə düşünür. Məncə, başımı aşağı salıb, işimlə məşğul olmalıyam. Danışan adamlar iş görən adamlar olmurlar. Çünki enerjiləri danışmağa gedir. Hər bir halda bizim xoş günümüzdə yanımızda olan dostlara, tanışlara, jurnalistlərə, ədəbiyyat cameəsinə, ziyalılara, bəyənən və bəyənməyə hər kəsə təşəkkür edirik. Yaxşı ki, varsınız, qalanı xatirədir. |
2024-02-14 | 832,095 | NATO-nun yeni baş katibi nə vaxt seçiləcək? | NATO-nun yeni baş katibinin seçilməsi prosesi böyük ehtimalla bu ilin birinci yarısında yekunlaşacaq. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culiann Smit məlumat verib. “Mənə elə gəlir ki, müttəfiqlər seçim prosesini, yəqin ki, bu təqvim ilinin birinci rübündə başa çatdırmağa tam sadiqdirlər", - Smit qeyd edib. |
2024-02-14 | 832,096 | General: Ordumuz bu yüksəklikləri götürəcək - Video | 09:00 Bundan sonra da Ermənistanın hər hansı təxribatına beşqat cavab verib, artıqlaması ilə qisas alacağıq. Bu sözləri Axar.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov DSX-nin qisas əməliyyatı barədə danışarkən deyib. O bildirib ki, DSX təxribatın həyata keçirildiyi postu darmadağın edib, postun yerləşdiyi əraziləri isə nəzarətə götürüb: “Ermənistan ordusu yenə atəş açarsa, Azərbaycan Ordusu erməniləri cavab atəşi ilə yox, onların bir neçə döyüş postunu götürməklə susduracaq. Azərbaycan-Ermənistan şərti sərhədində əsas hakim yüksəkliklərdə bizim əsgərlərimiz yerləşir. Burada həm DSX-nin, həm Müdafiə Nazirliyinin, həm də Daxili Qoşunların bölmələri xidmət aparır. Belə davam edərlərsə, Ordumuz irəliləyib, onların ərazilərinə girəcək. Onsuz da həmin ərazilər bizim tarixi ərazilərimizdir. Ermənistan ordusu hansı istiqamətdə təxribat törətsə, biz həmin istiqamətdə ərazilərə nəzarəti tam təmin edəcəyik”. Qeyd edək ki, 12 fevrlada Ermənistan bölmələri Nerkin-Hand yaşayış məntəqəsinin yaxınlığında yerləşən mövqelərindən əsgərlərimizə atəş açıb və bir əsgərimiz yaralanıb. DSX-nin 13 fevrlada keçirdiyi qisas əməliyyatı nəticəsində 4 erməni əsgər məhv edilib, yaralılar var. Həmçinin atəşin açıldığı döyüş mövqeyi darmadağın edilib. |
2024-02-14 | 832,097 | Ukraynaya yardım əvvəlkindən daha vacibdir - Yellen | ABŞ-ın Ukraynaya büdcə dəstəyi indi Kiyev üçün əvvəlkindən daha vacibdir. Axar.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib. ABŞ Senatının əlavə yardım haqqında qanun layihəsini qəbul etməsi barədə danışan Yellen bunun çox vacib olduğunu vurğulayıb: “ABŞ-ın büdcə yardımı həmişəkindən daha vacibdir, çünki bu, Ukraynanın döyüş meydanındakı uğurları ilə qırılmaz şəkildə bağlıdır və ABŞ-ın milli təhlükəsizliyini gücləndirməyə kömək edir”. Yellenin fikrincə, Ukraynaya əlavə vəsaitin ayrılması Kiyevin digər donorlarına ABŞ-ın ölkəyə dəstəyini davam etdirdiyinə təminat olacaq. “ABŞ-dan başqa beynəlxalq tərəfdaşlar 2023-cü ildə Ukraynanın xarici maliyyə ehtiyaclarının təxminən 3/4-nü ödəyiblər və 2024-cü ildə də bunu davam etdirəcəklər”, - o əlavə edib. |
2024-02-14 | 832,098 | İranın iddia etdiyi 17 Azərbaycan şəhəri... | Kult.az AMEA-nın əməkdaşı, dosent Zaur Əliyevlə müsahibəni təqdim edir. - İranda bir sıra rəsmi və dini şəxslər, eləcə də tarixçilər Gülüstan və Türkmənçay müqaviləsinin İranı parçaladığını düşünürlər. Bu iddialarda həqiqət payı nə qədərdir? - Bu müqavilələr bağlanan zaman Azərbaycan İranın tərkibində olmayıb. Bunu birdəfəlik bütün dünya qəbul etməlidir. İran adlanan dövlət tarixdə olmayıb. Bugünkü İran deyilən ərazilər Səfəvilər, Əfşarlar və digər dövlətlərimizin əraziləri idi. “İran coğrafiyası” anlayışı yoxdur. Bu konkret türk coğrafiyasıdır və ora Azərbaycan xalqının, dövlətlərinin bazasını təşkil edən 32 türk tayfasının tarixin bütün dövrlərində yaşamış dədə-baba yurdudur. Müqavilələrə gəldikdə isə Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət ölkə idi və mərkəzləşdirilmiş dövlət strukturu yox idi. Bu iki müqavilə də Qacar dövləti ilə Rusiya arasında Azərbaycanın bölüşdürülməsi xarakteri daşıyır. Sadəcə olaraq, bir xalqın, 32 tayfanın yurdu olan əraziləri iki dövlət - Rusiya İmperiyası və Dövləti-Qacariyyə öz arasında bölüşdürüb. Dövləti-Qacariyyənin də bu addımı atması Britaniyanın təsiri idi. Rusiyanı Hindistandan uzaqlaşdırmaq üçün türk torpaqlarını onlara verməyə razılaşıblar. 1813-cü ilin 12 oktyabrında “Gülüstan” sülh müqaviləsindən əvvəl Azərbaycanın ümumi ərazisi 480 min kvadrat kilometr olub. Müqaviləni Dövləti-Qacariyyə tərəfdən şahın vəkili Mirzə Əbdül Həsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayıb. 11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra “əbədi dostluq şəraitində yaşayacaqlarına” söz verdilər. 32 tayfanın bir hissəsi Arazın bir tərəfində, digəri isə o tərəfdə qaldı. Qacar şahı özünün və taxt-tac varisləri adından Qarabağ, Gəncə, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı xanlıqlarını və Talış xanlığının rus imperiyasının hakimiyyəti altında olan ərazilərini, həmçinin bütün Dağıstan, Gürcüstan (Şuragel vilayətiylə birgə), İmeretiya, Quriya, Minqreliya və Abxaziyaya çəkilmiş sərhəd və Qafqaz sərhəd xətti arasında yerləşən bütün ərazilərin və orada yaşayan millətlərin Xəzər dənizinə qədər rus imperiyasına məxsus olmasına razılığını bildirdi. Lakin bu, Rusiyanın işğalçılıq planlarının birinci hissəsi idi. 1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da “İsanın anadan olmasının 1828-ci ilində” gecə, münəccimin təyin etdiyi vaxtda, saat 12:00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Müqaviləyə görə, İrəvan və Naxçıvan Rusiyaya verildi, Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edildi. Bundan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə köçürülməsi başladı və xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürüldü. Tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”. - “Əgər Gülüstan və Türkmənçay müqaviləsi olmasaydı, hazırki Azərbaycan əraziləri İranın tərkibində qalacaqdı” deyə bir fikir var. - Nadir şahdan sonra İranda başıpozuqluq yenidən baş qaldırdı və Ağa Məhəmməd Şah Qacarın hakimiyyətə gəlməsinədək davam etdi. Şübhəsiz ki, yeni şah böyük sərkərdə və ziyalı idi. Üstəlik, Ağa Məhəmməd Şah Qacarın yeni dövlət yaratmaq məqsədinin “Fars-İran hökmranlığı”na heç bir aidiyyəti ola bilməz. Buna ən bariz nümunə Qacarın vahid dövlət ətrafında birləşmək naminə Urmiya Xanlığının xanı Əli xan Əfşara yazdığı məktubdur. Həmin məktubda Qacarlar dövlətinin qurucusu yazırdı: “Türk tayfaları Əfşarlar və Qacarlar bir-birilə müharibə aparmaqla ümumu düşmənin qələbəsi üçün imkan yaradırlar. Qacar tayfaları ilə ittifaq bağlamaqla Əfşar tayfaları öz vilayətlərinin müstəqilliyini qoruya bilərlər və heç kimin onların torpaqlarına hücum etməyə cəsarəti çatmaz”. Ona görə də hesab edirik ki, Ağa Məhəmməd Şah Qacar Əfşarların süqutundan sonra ortaya çıxan bütün xanlıqları, o cümlədən Cənubi Azərbaycan xanlıqlarını yeni dövlətın ətrafında birləşdirdiyi kimi, çox haqlı və təbii olaraq Şimali Azərbaycan da daxil olmaqla, Cənubi Qafqazı da bu birliyin, vahidliyin içində görmüşdü. Rusiyanı özünə düşmən bilməsi onun Şuşada rus agentləri tərəfindən qətl edilməsi ilə nəticələndi. Ondan sonra hakimiyyətə gələn şəxslər Əfşarlar kimi türk olsalar da, onlar Səfəvilər dövründə mövcud olmuş türklük əhval-ruhiyyəsini saxlamadılar, dövlətin xarakterini dəyişdirib Şah Abbasın dövründə başlanan fars ənənələrini davam etdirdilər. Dövlətin ideologiyası özünün türk-Azərbaycan mahiyyətindən uzaqlaşıb farsçılıq rəngini aldı. Ona görə də bu gün istər İran, istərsə də Avropa tarixçiləri Əfşarların hökmranlığını bir türk dövlətinin mövcudluğu kimi deyil, fars dövlətçiliyinin nümunəsi sayırlar. Doğrudur, Qacarların bir türk sülaləsi olmasını əsasən nə dünya tarixşünaslığı, nə də bölgənin türk, fars, ərəb və başqa tarixçiləri inkar etmirlər. Öncə, türk-moğol haklimiyyəti, ancaq əsasən Səfəvilər dönəmindən başlayaraq Qarabağın, Gəncənin, Şirvanın, Şəkinin, İrəvanın və onlara yaxın ərazilərin hakimləri Qacarlar olmuşlar. Buna görə bu müqavilələr olmasaydı, regionda Qacar dövləti qalacaqdı və nə Rusiya, nə Amerika, nə Britaniya, nə də Fransa kimi dövlətlər burada Rza şah kimi, Xomeyni kimi satqınların rəhbərlik etdiyi İran adlı dövləti yarada biləcəkdi. - İran tez-tez Naxçıvana ərazi iddiası edir. Bu iddianın hansısa əsasları varmı və burada hər hansısa bir təhlükə törədilə bilərmi? - Gəlin bu məsələyə qısa cavab verim. İran iqtisadi, siyasi və istənilən cəhətdən kiçik ölkələrə təsir edə bilər, amma Azərbaycana deyil, bunun üçün kifayət edən resurs və iradə yoxdur, çünki çoxlu daxili problemlər var və bu daxili problemlərdən də ən böyüyü 35 milyon azərbaycanlı və 10 milyona yaxın tarixən bizə bağlı türk xalqlarıdır. İran hansı səviyyədə nə danışır-danışsın, bu, sadəcə sözdür - öz daxili auditoriyasına hesablanmış sözlər. Naxçıvan məsələsinə gəldikdə, bütün dünyada nüfuzlu alimlər təsdiq edirlər ki, buranın ən azı 7.500 il yaşı var və bu torpaqlarda türklər yaşayanda fars adlanan millətin adı heç bir qaynaqda, abidədə və yazılı mənbələrdə yox idi. Naxçıvanın nəinki əhalisi, daşı, torpağı belə türk qoxuyur. İranın bura iddia etməsi sadəcə mənasız söz yığnağıdır. Bu iddianı irəli sürənlər Xiyabanini, Səttərxanı, Pişəvərini yada salsın, bu, səslərini kəsməyə kifayət edər. - Əli Xamenei tez-tez Gülüstan və Türkmənçaydan danışarkən, Qafqazın 17 şəhəri iddiasını ortaya atır, deyir ki, bu şəhərlər İrandan alınıb. Bu şəhərlər hansılardır? - Qumdan və Tehrandan istiqamətləndirilən hədəflərə hesablanmış İrəvan (Ermənistan), Tiflis, Batumi, Sarvan (Marneuli), Rustavi (Gürcüstan), Dərbənd (Dağıstan), Beyləqan, Bakı, Bərdə, Gəncə, Quba, Şəki, Lənkəran, Salyan, Mingəçevir, Sumqayıt və Şuşa (Azərbaycan) şəhərləri daxil olmaqla, “Qafqazın 17 şəhəri” strategiyası İranın “Qafqaz siyasəti”nin əsas tərkib hissəsidir. Bütün bunları uzlaşdırmaq üçün “Aran” Mədəni Müəssisəsi adlı mərkəzi yaradaraq, həmin şəbəkələrin koordinasiya şəklində fəaliyyətini nizamlanır. İranın Tehran, İsfahan, Yəzd, Qəzvin, Qum, Ərdəbil, Məşhəd, Kirman, Mazandaran, Rəşt, Lahican, Şiraz və digər universitetlərində çalışan mütəxəssislər tərəfindən hazırlanan layihələr öncə XİN-ə və buradan isə “Aran” Mədəni Müəssisəsinə təqdim olunur. Bu proyektlərdə “Qafqazda iri şəhərlərin və onların çevrəsindəki coğrafi ərazilərin qədim İran torpaqları” mövzusu İranın televiziya və radio kanallarında, qəzet və jurnallarında uzun müddətdir ki, geniş şəkildə təbliğ olunur. Digər tərəfdən isə bu strategiya bütün orta məktəb və universitetlərin dərsliklərinə daxil edilibdir. Bununla da hər bir İran vətəndaşının beynində “Güney Qafqaz İranın tarixi coğrafi ərazisidir” fikri yaradıblar. Bunu illərdir edirlər, lakin 44 günlük müharibə və 24 saatlıq anti-terror əməliyyatı İran adlanan dövlətin gələcəyini şübhə altına alıb. Çox az adam bilir ki, Qarabağın 30 il işğalda qalması, Qərbin Azərbaycana kömək etməməsinin bir səbəbi də İranla NATO arasında olan gizli müqavilədir. İran NATO ilə münasibətlərdə güzəştlərə sadəcə bir səbəbə görə gedirdi: Qarabağın Azərbaycanın tərkibinə qatılmasına imkan verməməlidir. Çünki Azərbaycan öz ərazilərinə tam sahib olandan sonra İrandakı teokratik rejim üçün böyük təhlükələr ortaya çıxa bilərdi. Buna görə də İranda təhsil almış kadrların sayəsində Azərbaycan əhalisinin diqqəti Qarabağa deyil, daha çox “Fələstin məsələsi”nə yönəldilməli idi, “islam” və “Əhli-Beyt” pərdəsi altında xomeyniçilik Azərbaycan gəncləri arasında yayılmalı idi və s. Lakin onlar bu məsələdə ciddi uduzdular və bu gün Qarabağ qələbəsi şimallı-cənublu azərbaycanlıların qüruruna çevrildi. İranda dini hakimiyyət anlayır ki, onların sonuna az qalıb. Artıq çox adam bilir və görür ki, islam dini adı altında İran mollakratiya rejiminin çoxsaylı ”mərasimləri” mövcuddur. Faktiki olaraq hər ay islamın ilkin çağında yüksək imtiyazları olan bir sıra xadimləri bəhanə edərək, məscidlərdə, mədrəsələrdə, bir sıra cəmiyyətlərdə mərasimlər keçirilir. Demək olar ki, Azərbaycanın hər yerində, hətta qədim torpağımız olan Borçalıda İran mollakratiya rejiminin dini təlim mərkəzlərində təhsil almış kadrlar “rövzəxanlıq” adı altında moizələr oxumaqla soydaşlarımızın cibini soyurlar. İslam dininə heç bir aidiyyəti olmayan mövhumatçı uydurma rəvayətlər söyləməklə, yalandan göz yaşları tökməklə və “dindoş”luq edərək ciblərini doldurur, insanların humanizmindən, dinə olan sevgisindən sui-istifadə edərək, onları iranyönlü zümrəyə çevirirlər. Soyğunçuluqla yanaşı, “şiə təriqəti” adı ilə soydaşlarımızı digər müsəlman əhalisinə qarşı yönəltməyi də hədəfləyiblər. Belə bir durum bəşəri faciənin dəhşətlərindən biridir. Bir yandan bilgisiz soydaşlarımızın cibini soy, digər yandan isə soydaş toplumlar arasında düşmənçilik yay. Elə Ermənistanın, Rusiyanın, Amerikanın, Birtaniyanın, Fransanın strateji hədəflərindən biri də budur. Lakin daha bunlar keçmir. |
2024-02-14 | 832,100 | Rəsmi Bakıdan Borrellə cavab: Rədd edirik! | 13 fevral tarixində Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. "Ali nümayəndə Jozep Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. Təəssüf ki, AB tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır. Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb. Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, AB-nin ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. AB tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa Birliyi missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir. Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi AB tərəfinə yaxşı məlumdur. Əfsuslar olsun ki, ərazini tərk etmiş erməni sakinlərə münasibətdə hətta ermənilərin dilə gətirmədiyi əvvəlki rəqəmlərə istinada ali nümayəndə tərəfindən düzəliş edilməsinə baxmayaraq, bu məsələdə də nümayəndənin erməni təbliğatının təsirində olduğu aydın görünür. Bir daha təəssüflə qeyd edirik ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa Birliyi təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir", - deyə nazirlik qeyd edib. |
2024-02-14 | 832,101 | "AB missiyasının himayəsi" ilə yerləşdirilmiş muzdlular... - XİN | Avropa Birliyinin ali nümayəndəsi Jozep Borrellin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. Axar.az xəbər verir ki, bu barədə XİN-in Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları ilə bağlı şərhində bildirilib. Qeyd olunub ki, “Avropa Birliyi missiyası” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir. |
2024-02-14 | 832,103 | Neftin bu günə olan qiyməti | Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,68 dollara, yüngül neftin bir barreli isə 77,86 dollara təklif olunur. |
2024-02-14 | 832,105 | Bakının bu rayonlarında qaz olmayacaq | Bakının Xətai və Sabunçu rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinə istinadən məlumat verir. Belə ki, Xətai rayonunda yerləşən “Əhmədli” QPS ərazisində siyirtmənin yenisi ilə əvəz olunması və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi 110 ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 14.02.2024-cü il tarixdə saat 10:00-dan orta təzyiqli qaz kəmərlərindən qaz təchizatı dayandırılacaq. Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonu üzrə Gəncə prospekti, N.Tusi, A.Qurban, X.Məmmədov və M.Hadi küçələrinin, Sabunçu rayonu üzrə isə Bakıxanov qəsəbəsinin R.Axundzadə, İnşaatçılar, Ə.Cəfərov, A.Mustafayev, A.Pəri, N.Səlimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
2024-02-14 | 832,110 | Yol polisindən velosiped sürənlərə xəbərdarlıq | Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi velosiped sürənlərə müraciət edib. Bu barədə Axar.az-a idarədən məlumat verilib. Bildirilib ki, velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində Bakı şəhər DYP İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Lakin təəssüflə qeyd etməliyik ki, bu tip nəqliyyat vasitələrini idarə edən bəzi sürücülər yol hərəkəti, eləcə də təhlükəsizlik qaydalarına səthi yanaşırlar ki, sonda xoşagəlməz hallar baş verir. Belə ki, ötən il ərzində paytaxt ərazisində velosipedçilərin vurulması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb və qəzalar zamanı 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb. Mövcud qanunvericiliyin tələblərinə əsasən velosipedi idarə edən şəxslər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər. Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər. |
2024-02-14 | 832,112 | Abşeronda usta işlədiyi evdə ölü tapıldı | Abşeron rayonunda 47 yaşlı kişinin meyiti tapılıb. Axar.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Ramil Həsənov usta kimi işlədiyi Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən ünvansız fərdi evin həyətində həmin evin sahibləri tərəfindən ölmüş vəziyyətdə aşkar edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. |
2024-02-14 | 832,114 | Paşinyan sərhəd təxribatını niyə terrorçulara həvalə etdi? | Ermənistanın sərhəd təxribatında müzakirə edilən əsas detallardan biri də hücumun “Yerkrapa” terror təşkilatının üzvləri tərəfindən edilməsidir. Və bu amil “təxribat rəsmi İrəvanın iradəsindən kənar baş verib” fikirlərinin yaranması ilə nəticələnir. Çünki: - könüllü batalyon kimi təqdim edilən “Yerkrapa” həmişə Ermənistanın hərbi rəhbərliyinə tabe olmadığı “imici” yaradıb və Rusiyaya yaxın kimi göstərilir; - rəsmi İrəvan snayper atəşindən sonra məsuliyyətdən yayınmaq mövqeyini sərgilədi və verdiyi açıqlamalarla diqqəti ordu içindəki qruplaşmalara - “Yerkrapa” yönəltməyə çalışdı. Ermənistan rəhbərliyinin sülh çağırışları da bu məsələdə fikirləri qarışdırır. Hərçənd, təkcə siyasi hədəflər yox, faktlar da snayperin tətiyinin Paşinyan hakimiyyəti tərəfindən “çəkildiyi”ni deməyə əsas verir. Birincisi, “Yerkrapa” I Qarabağ müharibəsində yaranmış batalyon kimi keçmiş Qarabağ klanına, dolayısı ilə Rusiyaya yaxın qruplaşma kimi görünsə də, həmişə Ermənistan MN tərəfindən “əlavə qüvvə” kimi istifadə edilib: qruplaşmanın hazırda sərhəddə dayanması da 44 günlük müharibədən sonra erməni ordusunda canlı qüvvə çatışmazlığından irəli gəlir; İkincisi, terror qruplaşmasının hazırki rəhbəri Sasun Mikaelyan Nikol Paşinyana yaxın adamdır: Sərkisyanın dövründə onun partiyasının üzvü olsa da, 2008-ci ildə Paşinyanın da iştirak etdiyi aksiyaları dəstəklədiyi üçün uzaqlaşdırılıb və həbs olunub; 2018-ci ildə Paşinyanın “küçə inqilabı”na qoşularaq, onun komandasına daxil olub, 44 günlük müharibədən sonra bəzən “tənqidi açıqlamalar” versə də, hakimiyyətə bağlılığı davam edir; Nikol “Yerkrapa”nı “tuşonka generalı” Manvel Qriqoryandan alaraq, Mikaelyana verib, bu baxımdan, qruplaşmanın Ermənistan rəhbərliyinin iradəsindən kənar addım atması versiyası istisnadır; Əslində təxribatın “Yerkrapa” qruplaşmasına həvalə olunması planın tərkib hissəsi kimi görünür: bu, məsuliyyətdən yayınmaq üçün manevr etmək imkanını saxlamağa hesablanıb. Və hücumun hədəfləri də artıq bəllidir: - Azərbaycanı cavab addımlarına sövq edərək, “atəşkəsi pozan tərəf” kimi göstərmək; - Zəngəzur dəhlizini – Bakının Naxçıvana maneəsiz keçid təklifini gündəmdən çıxarmaq və bu marşrutun təhlükəsiz olmadığını nümayiş etdirmək; - İran sərhədi yaxınlığında hərbi toqquşma yaradaraq, Tehranı Bakıya qarşı cəbhə almasına zəmin yaratmaq: bu çoxtərəfli plana daxil olan variantlardan biridir və təxribatdan sonra Ermənistan hakimiyyətinə yaxın medianın təqdimatında artıq özünü göstərir; - İrəvanın “güzgü prinsipi”ni aktuallaşdırmaq: sərhəddə hərbi gərginlik Ermənistana qoşunların geri çəkilməsinin vacibliyini isbatlamaq üçün lazımdır; - Sülh sazişinə sərhədin delimitasiyası xəritəsinin daxil edilməsinə nail olmaq: rəsmi Bakı uzunmüddətli proses olan delimitasiyanı sazişdən ayırmağı təklif edir, İrəvan isə delimitasiyanın hansı xəritələr əsasında aparılacağının sənədə daxil edilməsini istəyir, bunu “sərhəddə sabitliyə nail olmaq” arqumenti ilə əsaslandırmağa çalışır və SSRİ-nin son xəritələrini irəli sürür; söhbət Ermənistana sərf edən 1970-ci illərdən sonrakı xəritələrdən gedir. Son iki məqsəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borell ilə görüşdə səsləndirdiyi fikirlərdə də öz əksini tapır. Təxribatın Brüsseldə Ermənistan-AB Tərəfdaşlıq Şurasının növbəti iclası ərəfəsində törədilməsi də İrəvanın sərhədlə bağlı istədiklərinin əhəmiyyətini Avropada sərgiləmək məqsədi daşıyırdı. |
2024-02-14 | 832,116 | Borrell Bakı-İrəvan gərginliyinə çalışır - İcma | Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərinə gərginlik yaratmağa çalışır. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. Avropa Biriyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell 2024-cü il fevralın 13-də Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra verdiyi bəyanatında öz ənənəsinə sadiq qalaraq bir sıra anti-Azərbaycan fikirlər səsləndirib. J.Borrell sərhəd zonasında uzun müddət davan edən sakitlikdən sonra Ermənistan ordusunun 2024-cü il fevralın 12-də azərbaycanlı sərhədçisini yaralaması faktını görməzdən gələrək, Azərbaycan tərəfinin özünü müdafiə hüququna uyğun olaraq atdığı addımları sual altına almağa çalışmışdır. AB nümayəndəsinin qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təklifi ilk növbədə Azərbaycanın suverenliyinə zidd olmaqla, işğalçı Ermənistan ordusunu Azərbaycana qarşı növbəti hücumları üçün əlverişli mövqelərə çıxarmaq məqsədi daşıyır. Ermənistan ordusu öz torpağında möhkəm dayanmış Azərbaycan ordusu ilə üzləşmək istəmirsə, Ermənistanın içərilərinə doğru geri çəkilməkdə sərbəstdir. AB Ermənistana yeritdiyi missiyası ilə bağlı qeyri-səmimi və qeyri-konstruktiv davranıb. AB bu missiyanın vəzifələri, ölçüsü və fəaliyyət dairəsi barədə Azərbaycan tərəfinə verdiyi vədlərini kobud şəkildə pozur. Missiya faktiki olaraq, Ermənistan tərəfinə hərbi və kəşfiyyat örtüyü yaratmaq və sərhəd zonasında Azərbaycana qarşı təzyiq və təxribatlar ilə məşğuldur. Öz vəzifələri sırasında keçmiş münaqişənin sərhədyanı bölgələrdə insanlara təsiri məsələsi ilə məşğul olmaq yazılmasına baxmayaraq, missiya Ermənistanın sərhədyanı bölgələrindən qovulmuş azərbaycanlı qaçqınların hüquqları ilə məşğul olmur, onların evlərinin, qəbiristanlıqlarının və mədəni irsinin Ermənistan tərəfindən vəhşicəsinə dağıdılmasına göz yumur. Nəhayət, AB nümayəndəsi münaqişənin təsirinə məruz qalmış insanlar ilə bağlı növbəti dəfə dini və etnik əsasda ayrı seçkiliyə yol vermişdir. Belə ki, J. Borrell Azərbaycanın Qarabağ bölgəsindən ötən il Ermənistanın təhriki ilə, könüllü şəkildə köçüb getmiş erməniləri “qaçqın” adlandıraraq, onlara humanitar qayğıdan danışdığı halda, Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə deməmişdir. Qərbi Azərbaycan İcması hesab edir ki, AB nümayəndəsi bu cür açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərini çətinləşdirməyə və gərginlik yaratmağa çalışır. İcma AB institutlarını bu əməllərindən əl çəkməyə, Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmamağa, AB-nin Ermənistandakı missiyasının Azərbaycana qarşı təxribatçı davranışlarına son qoymağa və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırır. |
2024-02-14 | 832,121 | Şəmkirdə yeniyetmə faciəvi şəkildə öldü | Şəmkirdə əqli gerilikdən əziyyət çəkən 2007-ci il təvəllüdlü Həsən Ramiz oğlu Hüseynov cərəyan vurması səbəbindən vəfat edib. Axar.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Belə ki, o, yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən işıq dirəyinə çıxmaq istəyərkən elektrik cərəyanının vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb. |
2024-02-14 | 832,124 | ÇL: "Latsio" "Bavariya"nı qəbul edəcək | Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. Axar.az xəbər verir ki, qarşılaşmalardan biri İtaliyada, digəri Fransada baş tutacaq. "Latsio" Almaniyanın "Bavariya" komandasını qəbul edəcək. PSJ isə doğma azarkeşləri önündə İspaniya təmsilçisi "Real Sosyedad"ı sınağa çəkəcək. UEFA Çempionlar Liqası 1/8 final, ilk oyunlar 14 fevral Saat 00:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) Baş hakim: Fransua Leteksye (Fransa). Roma, "Stadio Olimpico". Saat 00:00. PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya) Baş hakim: Marko Quida (İtaliya). Paris, "Park de Prens". |
2024-02-14 | 832,126 | Şimali Koreya bu istiqamətə qanadlı raketlər buraxdı | Şimali Koreya şərq sahillərindən Yapon dənizi istiqamətinə bir neçə qanadlı raket buraxıb. Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. “Raketlərin buraxılışı saat 09:00-da (Bakı vaxtı ilə 04:00) Vonsandan şimal-şərq istiqamətində qeydə alınıb. Sayları məlum deyil”, - məlumatda bildirilib. |
2024-02-14 | 832,127 | Depozit faizləri Kapital Bankda çox sərfəlidir | Ölkənin birinci bankı Kapital Bank depozit faizlərini 10%-dək artırıb. Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər, Kapital Bankın ən yaxın filialına yaxınlaşmaqla, AZN valyutası ilə depozitlərdə 6 aylıq müddətə illik 10% depozit faizi əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır. Kmpaniya 31 mart tarixinədək keçərlidir. Ətraflı məlumat üçün: https://kbl.az/prkdazn10 Birbank tətbiqində təklif etdiyimiz Rəqəmsal depozit məhsulunda da əmanət faizləri artırılıb. 31 mart tarixinədək davam edəcək kampaniya çərçivəsində yerləşdirilən rəqəmsal depozitlərdə müştərilər 6 aylıq müddətə illik 10% depozit faizi əldə edirlər. Rəqəmsal depozitdə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1₼, maksimum 250 000 manat məbləğində depozit yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Tamamilə onlayn həyata keçirilən “Rəqəmsal depozit”dən istifadə etmək üçün sadəcə Birbank mobil tətbiqində “Daha çox” bölməsindən “Depozitlər”i seçməli və “Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir. Ətraflı məlumat üçün: https://kbl.az/prrd10 Kapital Bankın USD valyutası üzrə depozit faizi isə 3.5%-dir. Ən yaxın Kapital Bank filialına yaxınlaşaraq əmanət müddəti 12 aydan 36 ayadək olmaqla 500 dollardan yuxarı istənilən qədər məbləği banka əmanət etmək olar. Əmanət məbləğini minimum 100 dollar məbləğində artırmaq mümkündür. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin illik faiz dərəcəsi xarici valyutada 2,5%, həcmi isə 100 000 manat ekvivalentindədir. Ətraflı məlumat üçün: https://kbl.az/prdd Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. |
2024-02-14 | 832,129 | Şəmkirdə uşaqlar dönərdən zəhərlənib? | 10:12 Dörd gün ərzində 9 azyaşlı uşaq zəhərlənmə diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onların ikisi dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Axar.az xəbər verir ki, bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının bölmə müdiri Surac Hüseynov bildirib. O qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar, vəziyyətləri kafi qiymətləndirilir. Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla, ümumilikdə, 9 nəfər gətirilib. Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir. Qida Təhlükəsizliyi Agentliyi də Şəmkirdəki kütləvi qida zəhərlənmə ilə bağlı açıqlama verib. Qurumdan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. |
2024-02-14 | 832,131 | 173 erməninin meyiti Ermənistana təhvil verildi | Azərbaycan keçən il 19-20 sentyabrda həyata keçirdiyi antiterror əməliyyatından sonra 173 nəfərin meyitini taparaq Ermənistana təhvil verib. Bu barədə Axar.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Qeyd olunub ki, Dövlət Komissiyası Ermənistanın eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayır və hər zaman olduğu kimi bu istiqamətdə səylərin birləşdirilməsini məqbul sayır. Azərbaycan beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatların aparıldığı ərazilərdə axtarış işlərini həyata keçirmək üçün hərtərəfli şərait yaradıb və nəticədə 44 günlük müharibədən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra 157 nəfərin, 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra isə 173 nəfərin meyiti tapılaraq Ermənistana təhvil verilib. Birinci Qarabağ müharibəsində 3 890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülən həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilmiş, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb. "Eyni zamanda Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir. Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik", - məlumatda bildirilib. |
2024-02-14 | 832,134 | Ermənistan bu 33 nəfərin meyitini qaytarmayıb | Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. Bu barədə Axar.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilmiş, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmamış, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb. |
2024-02-14 | 832,136 | İranda bu gün daha bir qaz kəməri partladıldı - Video | 10:25 Bu gün səhər saatlarında İranın Şəhrikord və Brucen şəhərləri arasındakı qaz kəməri partladılıb. Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Rəsmi məlumatda qaz kəmərinin partladılmasının təxribat olduğu bildirilib. Hadisə zamanı tələfatın olmadığı deyilib. *** İranın Fars yalətinin Xürrəmbid bölgəsində magistral qaz kəməri partladılıb. Bu barədə Fars əyaləti valiliyinin nümayəndəsi İsmayıl Qızılsofla açıqlama verib. O, saat 01:35 dəqiqədə baş verən partlayışın təxribat olduğunu bildirib. Qızılsofla partlayış nəticəsində insan tələfatınn qeydə alınmadığını deyib. |
2024-02-14 | 832,147 | Bu işə Ermənistanın səhra komandirləri cəlb edilsin! | Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir. Bu barədə Axar.az-a Dövlət Komissiyasından məlumat verilib. "Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik", - məlumatda qeyd edilib. |
2024-02-14 | 832,148 | İrəvan vaxtı uzadır, möcüzə gözləyir, Bakı isə tələsir... | Ermənistan-Azərbaycan sərhədində son eskalasiya bir daha nümayiş etdirir ki, tərəflər münaqişə ilə bağlı səhifəni bağlamaq fikrindən son dərəcə uzaqdır və problemin yeganə səbəbi Qarabağ işi deyil. Axar.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib. “Mövcud gərginliyin sistemli səbəblərini müəyyən etmək son dərəcə vacibdir. Bütün sual ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə təkcə Qarabağ formatı ilə məhdudlaşmır, daha geniş xarakter daşıyır. Əks halda, keçən ilin sentyabr eskalasiyasından sonra məsələ bağlanardı. Görünür, məsələnin bağlanması hələ çox uzaqdır, qarşıda delimitasiya və demarkasiya məsələsi durur, bu, hər bir dövlət üçün əsasdır. Bu məsələ barədə qərar olmadan sülh müqaviləsi kağız olaraq qala bilər. Və burada tərəflər arasında fikir ayrılıqları bitmir, davam edir”, - o bildirib. Markedonov tərəflərin sülh sazişi istiqamətində müxtəlif irəliləyiş templərinə malik olduğuna diqqət çəkir: “Danışıqlar prosesinin özü artıq sövdələşməyə oxşamır, Ermənistan birtərəfli güzəştlərə gedir, eyni zamanda bu prosesi uzatmaq istəyir. İrəvan ümid edir ki, kənardan hansısa bir dəstək əldə edib, müəyyən mərhələdə böyük və güclü biri vasitəsilə ilə tələsməyən Azərbaycana təsir edəcək. Ermənistan rəhbərliyinin məntiqi belədir: köhnə status-kvo əsasən Rusiyanın passivliyi ucbatından pozulub, daha effektiv müttəfiq-tərəfdaşlar tapmaq lazımdır. Paşinyan son müsahibələrində tez-tez “diversifikasiya” sözünü təkrarlayır. Bununla belə, onun hansısa kompensasiya mexanizmi tapa biləcəyi şübhəlidir. İstər AB-nin monitorinq qrupunun fəaliyyəti (oxu: fəaliyyətsizliyi), istərsə də fransız vədləri aydın təminat və alətlər olmadan bu tezisin (alternativ müttəfiqlər haqqında - red.) ən yaxşı sübutudur. Nəticə: Bakı tələsir və məsələlərin tam həllini istəyir, İrəvan öz vaxtını uzadır, dayandırır, az qala möcüzəyə ümid edir. Ümid sonda ölür. Rusiya faktoruna gəlincə, İrəvanın beynəlxalq aləmdə o qədər də effektli olmayan hərəkətləri, Qərbin daha da xoşagəlməz addımları (Rusiyanın maraqları nöqteyi-nəzərindən) Moskvada müəyyən bir küskünlük kompleksi yaratmamalıdır. Duyğular ümumiyyətlə pis məsləhətçidir. Ermənistandan inciyib Azərbaycana tərəf getmək ən kreativ ideya deyil. Ən azından ona görə ki, Bakının da Qərbə öz pəncərə və qapıları var. Hazırkı eskalasiya isə əsasən sülh prosesindəki sistemli problemlərin nəticəsidir”. |
2024-02-14 | 832,149 | Hərbi vəzifəlilərin təlim toplanışı - Video | 2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı davam edir. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunan hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, təhlükəsizlik qaydaları çatdırılır, onlarla sıra hazırlığı üzrə məşğələlər keçirilir. Hərbi vəzifəlilərin yüksək kalorili və keyfiyyətli qidalarla qidalanmaları üçün hərbi hissədə hər cür şərait mövcuddur. Təlim toplanışının növbəti günlərində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə plana uyğun olaraq müxtəlif tapşırıqlar icra ediləcək. |
2024-02-14 | 832,150 | Sudan lideri İlham Əliyevi təbrik etdi | Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Zati Aliləri. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibəti ilə Sizi Sudan höküməti, sudan xalqı və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Sudan münasibətlərində, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında müxtəlif sahələrdə iki tərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə birgə işləməyi arzulayıram. Zati Alilərinə yenidən prezidentlik dövründə uğurlar və nailiyyətlər, xalqınız üçün firəvanlıq və tərəqqi arzulayıram". |
2024-02-14 | 832,153 | Rusiyanın daha bir gəmisi batırıldı - Video | Rusiyanın Qara dəniz Donanmasına məxsus “Sezar Kunikov” böyük desant gəmisi batırılıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, gəmi bu gün səhər saatlarında dron hücumu nəticəsində vurulub. Rusiya Teleqram kanalları da "Sezar Kunikov"un vurulduğunu təsdiqləyib. |
2024-02-14 | 832,158 | Ermənistan ordusu rəhbərliyində yeni təyinatlar oldu | General-mayor Artak Budaqyan Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna rəhbərlik edəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçatryan fərman imzalayıb. Eyni zamanda, V.Sərkisyan adına Hərbi Akademiyanın rəisi, polkovnik Artur Yeroyan Baş Qərargah rəisinin müavini təyin olunub. Prezident həmçinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Kamo Koçuntsu vəzifəsindən azad edib. Təyinatlar baş nazirin təqdimatı əsasında həyata keçirilib. |
2024-02-14 | 832,159 | Balakənin ən böyük elektronika və ev əşyaları mağazası açıldı | “Kontakt” ilin ilk mağaza açılışını ölkənin şimal qərbində - Balakəndə edib. Yaxın günlərdə baş tutan açılışda uşaqdan böyüyə yüzlərlə bölgə sakini iştirak edib. Onlar əyləncəli tədbirdən bol hədiyyələrlə ayrılıblar. Bundan başqa mağaza ziyarətçiləri nağd alışda 60%-dək endirimli qiymətlərdən yararlanıb evlərinin və özlərinin ehtiyaclarını ən yaxşı şəkildə qarşılaya biliblər. Qeyd edək ki, bölgə sakinlərini təkcə nağd alışda endirimlər yox, hissəli alışda 24 ayadək ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlər də sevindirə bilib. 600 m2 sahəsi olan mağazada smartfon, notbuk, planşet, qulaqlıq, smart saat, televizor, böyük və kiçik məişət texnikası, həmçinin qab-qacaqların minlərlə çeşiddə zəngin seçimləri mövcuddur. İndi isə açılışa özəl çox sərfəli təkliflərə nəzər salmağın vaxtıdır. Belə ki: 81 sm ekranlı Hoffmann televizorunu nağd alışda 300 deyil, cəmi 200 manata; 2000 Vt gücü olan Bosch ətçəkənini 460 deyil, yox cəmi 280 manata; 7 parçalı, qranit materialdan ibarət Tac Stone qazan dəstini 200 yox, cəmi 100 manata; 128 GB yaddaşlı Oppo A58 smartfonunu hissəli alışda xüsusi təkliflə 24 aya, ayda cəmi 23 manata; 231 lt tutumlu Toshiba soyuducusunu isə 18 aya, ayda cəmi 60 manata ala bilərsiniz. Bütün kampaniya şərtləri fevralın 18-dək qüvvədə olacaq. Odur ki, kampaniya bitmədən təkliflərdən yararlanmaq üçün Balakən rayon məhkəməsinin yaxınlığında yerləşən yeni “Kontakt” mağazasına mütləq baş çəkin! |
2024-02-14 | 832,160 | Ailə üzvlərini öldürən Əhmədin dayısı, görün, kim imiş - Video | Ötən gün Bakıda oğlu tərəfindən qətlə yetirilən 59 saylı məktəbin direktoru Bikə Bədəl qızı Əhmədova bağlı yeni məlumat yayılıb. Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, mərhum Bikə Əhmədova Moskvadakı "Bakı bulvarı" restoranlar şəbəkəsini işlədən Niyaz Bədəlovun bacısıdır. O da bildirilir ki, Niyaz Bədəlov tanınmış azərbaycanlı milyarder Qod Nisanovun Moskvadakı biznesini idarə edir. Əslən Neftçaladan olan Niyaz Bədəlovun imkanlı və uğurlu iş adamı olduğu qeyd olunur. Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı, qardaşı - 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bacısı - 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədova və onun azyaşlı övladını qətlə yetirib. |
2024-02-14 | 832,161 | Ermənistan Baş nazirinin ofisi silahlanır | Ermənistanın Baş nazirinin ofisi yanvarın 25-də “Eger” MMC ilə 1 milyon 411 min 200 dram dəyərində müqavilə imzalayaraq 14 ədəd “Baykal MP-71” tapançası alıb. Axar.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. “Eger”- silah və sursat, hərbi və ov ləvazimatları mağazalar şəbəkəsidir. Bir tapançanın qiyməti 100 min 800 dramdır, silah 9x17 mm kalibrlidir, silahın xəzinəsində 8 mərmi var. Müqavilədə tapançaların hansı məqsədlə alındığı göstərilməyib”, - o bildirib. |
2024-02-14 | 832,163 | Borrell İrəvanı alqışladı: Bu, cəsarətli qərardır | Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell Ermənistan hökumətinin ədliyyə sahəsində islahatlar və korrupsiyaya qarşı mübarizə istiqamətində təşəbbüslərini alqışlayıb. Axar.az xəbər verir ki, bu barədə Borrell Ermənistan XİN başçısı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. Borrell Ermənistanın Roma Statutuna qoşulmaq qərarına da toxunaraq, bunu ağır və cəsarətli qərar kimi qiymətləndirib. |
2024-02-14 | 832,166 | İlham Əliyev and içdi - Video | null |
2024-02-14 | 832,171 | İcmadan Mirzoyana: Başları daşa dəyəndən sonra... | Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir. “Yeni sərhəd xətti yaratmaq lazım deyil” deyən erməni nazir nədənsə “unudur” ki, 2020-ci ilə qədər məhz onun ölkəsi son vaxtlar bəh-bəhlə danışdıqları Almatı bəyannaməsini də pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqla faktiki olaraq yeni sərhəd xətti yaratmağa can atıb. Ermənistan üçün 30 il ərzində sərhəd xətti Ağdam, Füzulidən keçirdi və elə həmin Ararat Mirzoyan Vətən müharibəsinin ilk günlərində “Biz güclüyük. Biz qalib gələcəyik. Ermənistan ordusuna eşq olsun” kimi işğalı dəstəkləyən boğazdan yuxarı açıqlamalar verirdi. Başları daşa dəyəndən sonra Ermənistan rəsmilərinin indi məzlum görüntüsü almaları ikrah doğurur. Ermənistanın “Qarabağda erməni mədəni irsinin qorunması” məsələsini Avropa İttifaqı ilə müzakirə etməsi ölkəmizin suverenliyinə qarşı açıq-aşkar təhdiddir. Ararat Mirzoyan Azərbaycan xalqının mədəni irsinin mühafizəsi məqsədilə UNESKO missiyasının Ermənistana göndərilməsi ilə məşğul olmalıdır. |
2024-02-14 | 832,173 | 721-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 721-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 398 140 hərbçi, 6433 ədəd tank, 12 043 ədəd zirehli döyüş maşını, 9 566 ədəd artilleriya sistemi, 984 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 671 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 662 ədəd avtomobil texnikası, 7 371 ədəd PUA, 1 882 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 523 xüsusi avadanlıq itirib. |
2024-02-14 | 832,178 | Baxın videoya: bu, terrordur, Əhmədi onlar yetişdirib | Ötən gün Bakıda, Xətai rayonunda baş verən qətliama qətl hadisəsi kimi baxmaq doğru deyil, bu, terrordur. Qonşunun gözlükdən çəkdiyi görüntüləri, yəqin, çoxlarınız izləməyə fürsət tapdınız – indi media bu dəhşəti silir, ancaq yeni mediadan az-çox başı çıxanlar bilir ki, nəyinsə qarşısını almaq mümkün deyil: hadisə varsa, ən dəhşətli səhnələri ilə yayılır – istər müharibə olsun, istər qətl, istərsə də terror; ört-basdırla dərd həll olunmaz! O kadrlarda nəyi görürük? Bir əsəbi, dəli, psixi pozuntusu olan şəxsin vəhşiləşmiş əməlinimi? Təəssüf ki, yox: biz öz işini soyuqqanlılıqla görməyə öyrəşmiş terrorçu görürük, o, sakit tərzdə qətliamı icra edir. Sanki cəlladdır və bu da onun adi işidir. Cəmiyyəti silkələməli olan hadisədir və silkələyib də. Nə baş verir, bu qədər dəhşətli şiddətin, terrorun səbəbi nədir? Kimdir günahkar? Belə bir terrorçunun yetişdiyinə görə biz heçmi günahkar deyilik? Əhməd 10 il əvvəl, 15 yaşında ikən öz həmyaşıdını 30 bıçaq zərbəsi ilə öldürəndə biz hardaydıq? Bu olayı xatırlayan varmı? Mediada yayılıbmı? Bunu sosioloqlar, psixoloqlar nəzarətə götürüb, ictimai müzakirələr aparıblarmı? İstintaq necə gedib və nə qərar qəbul edib? Cəmiyyət olaraq 10 il öncə bu hadisənin yat-yut olunmasına göz yummuşuq. Məsələ təkcə onun qətlə yetirdiyi yeniyetmə və onun ailəsinin iztirablarına rəhimsizliyimiz deyil, bütövlükdə necə bir terrorçu yetişdirdiyimizə laqeydliyimizdir. Hansı xəstəxana, hansı həkim onu “dəli” çıxarıb; hansı xəstəxana, hansı həkim bu “dəlinin” artıq sağaldığını təsdiqləyib? Ata – sayılıb-seçilən, imkanlı, xeyirxah biznesmen, ana – böyük bir məktəbin direktoru, sosial şəbəkələrdə ciddi şəxslərin Bikə Əhmədova haqqında yazdıqlarından belə nəticəyə gəlmək olur ki, yaxşı insan, yaxşı müəllim, yaxşı direktor imiş. Ancaq pis ata, pis ana, pis valideyn olublar – eynilə xalqımıza xas xüsusiyyətləri ilə aydın, ziyalı, uzaqgörən yox, korafəhm davranıblar, burunlarından uzağı görməyiblər. Necə ki, Azərbaycan xalqı erməniləri onillərlə “kirvəm” deyib qoynunda əzizlədi, canı-qanı ilə bəslədi, həmən tərzdə bu ata-ana da qatil-terrorçu yetişdirdiklərini gizləyiblər, ona idmançı kimi güc-qüvvət veriblər, ev-maşın alıb, imkanlı ediblər ki, daha da vəhşiləşsin. Nə düşünürdü bu biznesmen ata, ziyalı ana? Heç bir anlaqsızlıqdan, dəlilikdən söhbət gedə bilməz. Bacısını soyuqqanlı tərzdə öldürüb, atasını doğrayıb, sonra da anasına zəng edib, sakit şəkildə evə çağırıb, onu da kiçik qardaşı ilə birgə doğrayan oğul bunu planlaşdırıb. Və bu terrorçunu onlar özləri bəsləyib, bizim, yəni cəmiyyətin yardımı ilə. Ona dəlilik və sağlamlıq kağızı verən həkimin vicdanı sızıldayırmı? Ona sürücülük vəsiqəsi verən polisin vicdanı ağrıyırmı? 10 ildir dəhşətli qətl törədib, cəzadan yayınmağı bacardığına görə bu olayı bilən-görən və susan qohum-qonşu, cəmiyyətin bir kəsimi nə düşünür? 10 ildir yetişən, gözümüzün qarşısında böyüyən bu terrora kimsə dur deməyib, heç bir “profilaktik tədbir” görülməyib... Hadisənin şokunu yaşayıram: 25 yaşında şəxs... Bir gənc necə belə soyuqqanlı terakt törədə bilər? Və Əhməd təkdirmi, bu cəmiyyətdə nadir hadisədirmi? Qorxuram ki, yox! Bir çoxları İlahi Ədalətdən danışır: 10 il əvvəlki qətlə görə cəzadan yayındırıldığı üçün ailə elə məhz qatilin əli ilə məhv edildi, üstəlik, 10 il əvvəl 10 il cəza alacaq şəxsi indi ömürlük cəza gözləyir. Budur təsəlliniz? Sosial şəbəkələri dünəndən başına götürən “haqq oldu” ilə özünüzü toxdadıb, yaxanızı qırağa çəkə bilməzsiniz. Əhmədovların qanı dünən hamımızın üstünə sıçradı: o həkimin, o xəstəxananın, o sürücülük vəsiqəsi verənin, onu taksi işləməyə qəbul edənin, gözlükdən bu olayı videoya çəkənin, Əhmədin cinayətini ört-basdır edən müstəntiqin... Hamımızın vicdanında bir ləkə yarandı. Necə təmizləyəcəyik? Heç bir problem ört-basdır edilməklə həll edilmir – bu, cəmiyyətdə də belədir, dövlətdə də, xalqda da. Problemin üstünə getmək, çılpaqlığı ilə göstərmək və ümumi həlli üçün hərəkət etmək lazımdır. Bu, ailədən başlamalıdır – oğlunun narkomanlığını ört-basdır edib, ona elçi gedib, gözəl-göyçək bir qız alan varlı-hallı ata nə boyda dəhşətə yol açdığını bilirmi? Cəmiyyətdə hər gün belə faktlarla rastlaşmırıqmı? Neçə ata “evlənsin, bəlkə düzəldi” düşüncəsi ilə elçi gedib, bir qızın bədbəxtliyinin baiskarı olur? Nə qədər valideyn övladının tərbiyəsi ilə məşğul olmaq əvəzinə naqisliklərini ört-basdır etməyə çalışır? Özümüzdən başlayaq, özümüzdən – yoxsa bu terror evimizə qədər girəcək. Bu qətliamla bağlı isə uzun, çox uzun istintaq getməlidir: bütün şəbəkə - Əhmədi terrorçuya çevirənlərin hamısı cəzasını almalıdır – həkimindən tutmuş taksi şirkətinə, müstəntiqinə qədər... |
2024-02-14 | 832,179 | Avdeyevka döyüşləri: Rusiyanın fantastik itkiləri... | Avdeyevka şəhəri uğrunda gedən döyüşlərdə Rusiya qüvvələrinin itkiləri Ukraynanın itkilərindən 13 dəfə çoxdur. Axar.az xəbər verir ki, bu barədə məlumat OSİNT analitiklərinin təqdim etdikləri hesabatda yer alıb. Bildirilib ki, təqdim olunan rəqəmlər 2023-cü ilin oktyabrından 2024-cü ilin fevralına qədər olan dövrü əhatə edir. Rusiyanın Avdeyevkadakı itkiləri: Zirehli döyüş maşınları – 365 ədəd Tanklar – 222 ədəd Artilleriya – 22 ədəd Avtomobil texnikası – 16 ədəd Xüsusi texnika – 15 ədəd Reaktiv yaylım atəş sistemləri – 8 ədəd Hava hücumundan müdafiə sistemləri – 6 ədəd Ukraynanın Avdeyevkadakı itkiləri: Zirehli döyüş maşınları – 21 ədəd Tanklar – 20 ədəd Artilleriya – 4 ədəd Xüsusi texnika – 1 ədəd Reaktiv yaylım atəş sistemləri – 1 ədəd PUA – 2 ədəd Digər – 1 ədəd. Qeyd edək ki, “Forbes” nəşri oktyarın əvvəlindən bəri Rusiyanın Avdeyevka istiqamətində 214 tank itirdiyini yazmışdı. |
2024-02-14 | 832,182 | Ukrayna savaşı rus silahına marağı niyə azaltdı? | Hindistan Rusiyadan silah və hərbi texnika almaqdan tədricən imtina edib. “Röyters” agentliyi bu məlumatı Hindistan hökumətindəki mənbələrə istinadən yayıb. Dehli Moskva ilə münasibətlərdə artıq məsafə saxlamağa çalışır. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Dehlini öz siyasətini korrektəyə məcbur edib. Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilir. Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi həm də hərbi texnikaların nümayişi xarakteri daşıyır: “Müxtəlif dövlətlər döyüşən tərəflərin hərbi texnikasını kənardan müşahidə və analiz edirlər. Görünür, Hindistan hökuməti müharibənin gedişatında bu qənaətə gəlib ki, Rusiyanın hərbi texnikasının keyfiyyətində ciddi problemlər mövcuddur. Bu, müxtəlif araşdırmalarda da təsdiq olunub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yayımladığı hesabatda göstərilib ki, son 20 ildə Rusiya Hindistanın silah və hərbi texnika ehtiyacının 65 faizini ödəyirdi. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra durum dəyişib. Hindistan ABŞ istehsalı olan silah və hərbi texnikaya maraq göstərməyə başlayıb. Amerikalı rəsmilər və generallar bu məqsədlə tez-tez hindli həmkarlarıyla görüşür, əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Hindistanın Baş naziri Narendra Modi də Vaşinqtonla hərbi-texniki əməkdaşlığı dəstəkləyib. Modi bir müddət əvvəl ABŞ-a 4 günlük səfərində hərbi əməkdaşlığın inkişafı mövzularını da müzakirə etmişdi. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu Rusiyanın müxtəlif dövlətlərə, o cümlədən Hindistana hərbi texnika ixracının dəfələrlə azaldığını yazıb. Misal üçün 2018-2022-ci illər arasında azalma 31 faizdir. Digər tərəfdən Rusiya ona qarşı sanksiya tətbiq edən ölkələrə silah və hərbi texnika sata bilmir. Rusiya o ölkələrə də silah və hərbi texnika satmır ki, alan dövlət həmin silahları sonradan üçüncü dövlətlərə satmağa başlayır. Bu arada, Rusiya Hindistana neft satmaqda da çətinliklə üzləşib. Rusiyanın neftlə dolu tankerləri bir sıra hallarda Hindistan limanlarına yaxınlaşa bilmirlər. Çünki Rusiyanın neft şirkətləri satdıqları məhsulun əvəzinə rupi almaq istəmirlər. ABŞ-la münasibətləri gərgin olan Rusiya alqı-satqıda dollar tələb edir. Halbuki Rusiya özü tərəfdaşları ilə razılaşmışdı ki, ticarətdə tədricən dollardan imtina etmək lazımdır. Ancaq bu qaydanı elə Rusiyanın özü pozur”. |
2024-02-14 | 832,183 | Nazirlər Kabineti istefa verdi | 11:45 Nazirlər Kabineti istefa verib. Axar.az xəbər verir ki, Azərbaycan Konstitusiyasının 116-cı maddəsində nəzərdə tutulan bütün zəruri addımlar yerinə yetirilib. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər. Konstitusiyanın 121-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər də müəyyənləşib. Baş nazir, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir. Konstitusiyanın 122-ci maddəsində isə qeyd edilib ki, Baş nazir, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər. Qeyd edək ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. |
2024-02-14 | 832,188 | Əhməddən başqa kimləri cəza gözləyir? – Vəkil | Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə nəzərdə tutulmuş iki və daha artıq şəxsi öldürdüyünə görə təqsirkara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Bu sözləri Axar.az-a açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədov haqda danışarkən bildirib. Vəkilov bildirib ki, Əhməd Əhmədovun ruhi xəstə olması heç bir halda cəzadan azad olması üçün səbəb ola bilməz: “O əgər cinayət törədərkən anlaqsız vəziyyətdə olubsa, bu halda ona bu şəraiti yaradan şəxslər də məsuliyyətə cəlb edilməlidirlər. Çünki cinayətin törədilməsinə onlar şərait yaradıblar. Belə halda təqsirkar şəxslərin dairəsi genişlənə bilər”. Hüquqşünas qeyd edib ki, şübhəli şəxsin taksi sürcüsü kimi işləməsi istintaq orqanı tərəfindən xüsusi araşdırılmalıdır: “Taksi şirkətlərinin hamısı yoxlanılmalıdır. Belə təhlükəli cinayətkarların taksi şirkətlərinə yol tapmasına şərait yaradan şəxslər də cəzalandırılmalıdır”. Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı, qardaşı - 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bacısı - 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədova və onun azyaşlı övladını qətlə yetirib. |
2024-02-14 | 832,193 | Ankara NATO-nun yeni baş katibindən zəmanət istəyir | Ankara Stoltenberqi əvəz edəcək NATO-nun yeni baş katibindən alyans ölkələri arasında silah ixracına heç bir məhdudiyyət qoyulmayacağına dair zəmanət almaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb. “Türkiyə hakimiyyətinin NATO-nun yeni baş katibinin namizədliyini dəstəkləməsi müqabilində Stoltenberqi əvəz etmək arzusunu bildirən Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Rutte qarşısında bir sıra tələbləri var. Türkiyə Ruttedən NATO-nun AB ilə tərəfdaşlıq sazişlərinə daxil ediləcəyinə dair vəd istəyir ki, bu da blok ölkələri arasında hərbi ixrac məhdudiyyətlərinin olmamasını təmin edəcək”, - məlumatda deyilir. Nəşr iddia edir ki, Türkiyə rəsmiləri tələbləri ilə bağlı hələ də Rutte ilə əlaqə saxlamayıb. |
2024-02-14 | 832,195 | Azərbaycan sərhədində təxribatın səbəbləri - Solonnikov | Təxminən dörd ay ərzində hər şey sakit və yaxşı idi. Ənənəvi sual, təşəbbüskarın kim olması və bunun niyə baş verməsidir. Burada bir neçə variant var. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib. “Baş verənlər İrəvanın işi ola bilər. Paşinyanın sülh prosesində status-kvonu saxlamaq və Azərbaycanla sülh sazişi imzalamaqdan yayınması faydalıdır. Nikol qorxur ki, belə bir sənədə imza atan kimi onu uzaqlaşdıracaqlar. Ona görə də o, sülh sazişinin imzalanmasını yubadır, ənənəvi təxribatçı və tamamilə saxta bəyanatlar səsləndirərək (məsələn, Britaniya nəşrinə verdiyi müsahibə) sülh prosesini əngəlləməkdə günahkarın guya Azərbaycan olduğunu deyir. Baş verənlər həm də erməni millətçi yaraqlıları ilə əlbir olan hərbi komandirlərin təşəbbüsü ola bilər. Erməni mediası təxribatın “Yerkrapa” adlı strukturun silahlıları tərəfindən həyata keçirildiyini yazır. Bu struktura 90-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş şəxslər daxildir. Yanvarın sonunda isə bu yaraqlıların başçısı iddia etdi ki, onun adamları, təxminən 10 min nəfər Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib”, - o bildirib. Solonnikov qeyd edir ki, eskalasiyada Qərb də maraqlıdır: “Ötən ilin sentyabrında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ABŞ və AB-nin bəzi strukturları ilə münasibətlər pisləşib. Çünki Bakı təzyiqlərə dözməyi dayandırdı və Azərbaycan əleyhinə bəyanatlara açıq şəkildə cavab verməyə başladı. İndi Əliyevin seçkidə qələbə çalmasından sonra ABŞ, Almaniya, Böyük Britaniya kimi dövlətlərin onlara heç bir reaksiya vermədiyini gördük. AB və ABŞ-ın Azərbaycandakı səfirliyi ATƏT DTİHB-nin seçkini guya rəqabətsiz adlandırdığı qənaətini dəstəkləyib, baxmayaraq ki, seçkidə 7 namizəd iştirak edib. Daha sonra AB-nin Ermənistandakı missiyasının təxribatçı fəaliyyəti, eləcə də Azərbaycanın sərhədində “itirilmiş” Çexiya vətəndaşı ilə bağlı qəribə hadisə ilə əlaqədar AB-nin səfiri Azərbaycan XİN-ə çağırılıb. Eyni zamanda AB missiyasının yerləşdiyi ərazidə eskalasiya baş verib. |
2024-02-14 | 832,199 | Pensiya alanların nəzərinə! | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 15-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Fonddan Axar.az-a verilən məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək. Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək. |
2024-02-14 | 832,201 | KTMT: Ermənistan sərhədində müharibə riski... | Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı qalmaqdadır. Axar.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib. O qeyd edib ki, ayrı-ayrı dövlətlər bu vəziyyətdən Xəzərin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək üçün istifadə edir: “Müxtəlif ölkələrin Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzərin ehtiyatlarına və Mərkəzi Asiyaya çıxışı təmin etmək cəhdi qeydə alınır. Bu məqsədlə digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur”. Serdyukov bildirib ki, KTMT-nin məsuliyyət zonasında hərbi təhlükəsizliyə əsas təhdid mənbəyi ABŞ və Qərb ölkələrinin dağıdıcı fəaliyyətidir: “Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanma formatına təsir etməkdə davam edir. Ümumilikdə KTMT-nin məsuliyyət zonasında hərbi-siyasi vəziyyət çətin olaraq qalır və təşkilatın hərbi potensialının gücləndirilməsini tələb edir”. |
2024-02-14 | 832,204 | Əcnəbini hədələyib 205 min alan qadınlara hökm oxundu | Böyük Britaniya vətəndaşı Qrir Kristofer (Greer Christopher) hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovaya hökm oxunub. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda elan olunub. Hökmə əsasən, Elnarə Məmmədova 11 il müddətinə azadlıqdan məhrum edilib. Yasəmən Nəsrəddinova isə 2 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Greerin barəsində rusvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər. Elnarə ötən il martın 26-da Greeri Fəvvarələr meydanının yanında görüb. İngiltərə vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. Elnarə həmin kişini mənzilə aparıb. Orada Yasəmənlə birlikdə yatağa giriblər. Amma cinsi aktı başa çatdıra bilməyiblər. Bu zaman Elnarə Greerinin çılpaq fotolarını çəkib. Daha sonra isə onu şantaj ediblər. Hədə-qorxu yolu ilə Greeridən 205 min 823 manat alıblar. İstintaq orqanı tərəfindən Elnarənin barəsində Cinayət Məcəlləsinin 1782.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmən isə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham elan edilib. Qeyd edək ki, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Greer Christopheri Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib. |
2024-02-14 | 832,209 | AMB-dən bankların valyuta tələbinin artmasına reaksiya | Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 13-də keçirilmiş valyuta hərracında bankların tələbinin rekord həddə - 151,1 milyon ABŞ dollarına çatmasına münasibət bildirib. Axar.az xəbər verir ki, qurumdan tələbin artmasının mövsümi xarakter daşıdığı bildirilib. "Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə bağlıdır. 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 %-də təklif tələbi üstələyib. Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir", - açıqlamada qeyd olunub. |
2024-02-14 | 832,210 | Sabah yağış yağacaq | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Səhər və axşam bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında da fevralın 15-də bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 15-də gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq. |
2024-02-14 | 832,211 | Bakı özü AŞPA-dan imtina edib: səbəb budur - İşşenko | Ermənistan Azərbaycanı güzəşt danışıqlarına məcbur etmək üçün AB-nin təzyiq mexanizmindən istifadə etməyə çalışıb. Azərbaycan da AB ilə bağlı sərt mövqe tutub. Məncə, Bakı hətta AB ilə ziddiyyətə görə AŞPA-dan ayrılıb və ya üzvlüyünü dayandırıb. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Rostislav İşşenko deyib. “Belə bir vəziyyətdə Cənubi Qafqazda peyda olacaq hər hansı AB missiyasına Azərbaycanın inamsızlığı, hətta etirazı təbiidir. Atalar sözündə deyildiyi kimi: “Düşmənimin dostu düşmənimdir”. Belə olan halda AB balanssız mövqe tutdu və vasitəçi mövqeyindən yan keçib, İrəvana dəstək mövqeyi seçdi. Yəni İrəvan gileyləndi, Bakıya təzyiq etdilər, deyirlər ki, bax, biz bundan sonra da təzyiq göstərəcəyik. Burada mexanizm aydındır. Ermənistanın ən azı Fransa vasitəsilə AB-də Azərbaycandan daha çox lobbiçilik imkanları var. Ona görə də AB-nin Azərbaycandakı hərəkətlərinə reaksiya birmənalı olacaq, Bakıda ağıllı insanlar var və hamı bunu yaxşı başa düşür. AB-nin çılğınlıqdan başqa Azərbaycana qarşı təzyiq mexanizmləri yoxdur. Çünki Azərbaycan Türkiyənin müttəfiqidir və AB Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir. Türkiyə bu gün NATO-nun ən güclü ordusudur. Yeri gəlmişkən, Ankara üzvlük danışıqlarını praktiki olaraq ləğv edildikdən sonra yenidən başladıb. AB çətin günlərdən keçir və Türkiyə alternativ enerji marşrutu kimi onun üçün çox önəmlidir. Bakı yaxşı başa düşür ki, onun AB-yə təzyiq etmək imkanları Birliyin Azərbaycana malik olduğundan xeyli çoxdur. AB, Qərb və ya Avropa təşkilatları dəfələrlə balanssız mövqe tutub, təkcə bu münaqişədə deyil. Onların çıxışları bir növ mənəvi effekt verə bilər, amma bundan başqa heç nə yoxdur. Ona görə də Azərbaycan kifayət qədər sakit şəkildə sərt mövqe tutur və AB-yə deyir: xoşunuz gəlmirsə, əlvida”, - o bildirib. |
2024-02-14 | 832,212 | “Shokki Mokki” inklüziv təhsilə dəstək verməyə davam edir | “Shokki Mokki” Bakıda və bölgələrdə uşaqların təhsil və inkişafına töhfə verməkdə davam edir. Belə ki, adıçəkilən marka UAFA təşkilatı ilə birgə “Məktəbim” layihəsi çərçivəsində bölgələrdə yaradılmış məktəbəqədər təhsil ocaqlarının sayını artırır. Mütəmadi olaraq, marka və təşkilat tərəfindən xanım sahibkarların xüsusi metodologiya ilə apardığı hazırlıq prosesinə nəzarət edilir, valideynlərlə məsləhətləşmələr aparılır. Bu dəfə inklüziv təhsil imkanı yaradan layihənin xoşməramlı səfirləri tanınmış simalar Fira Cəlilova və Saleh Nəsirov Hacıqabul rayonunda yerləşən “Məktəbim” təhsil ocaqlarını ziyarət ediblər. Layihənin tanıdılması və qadın sahibkarların dəstəklənməsinə töhfə verən məşhurlar mütəmadi olaraq, paytaxt və bölgələri ziyarət edərək, məktəbəqədər təhsilin vacibliyindən danışırlar. Qeyd edək ki, milli markamız “Shokki Mokki” “Xoşbəxt gələcəklər” şüarı altında UAFA təşkilatı ilə bərabər yola çıxaraq, Azərbaycanın fərqli bölgələrində artıq 50-dən çox “Məktəbim” təhsil müəssisəsinin fəaliyyətə başlamasına dəstək verib. Layihə çərçivəsində 70-dən çox qadın sahibkarın şəxsi biznes qurmağa və 100-lərlə azyaşlının məktəbəqədər təhsilə çıxışına şərait yaradıb. Layihənin məqsədi bölgələrdə keyfiyyətli təhsil ilə yanaşı, xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün də inklüziv tədris imkanları yaratmaqdır. |
2024-02-14 | 832,214 | Türkiyədə başqa seriala da çəkilirəm - Fəlakət | Kult.az aktyor Elşən Orucovla müsahibəni təqdim edir: - Elşən bəy, necə oldu ki, Türkiyədə “Mən bu cahana sığmazam” serialının çəkilişinə getdiniz? Özünüz müraciət eləmişdiniz, ya sizi tanıyırdılar, dəvət elədilər? - Ozan abi ilə yaxşı münasibətimiz var. Onun sayəsində də Oqtay Kaynarcanı və rejissor Mustafa Şövqü Doğanı tanıdım. - Yəni belə çıxır ki, tanışlığa görə çağırdılar? - Yox. Əvvəllər bir-iki dəfə çəkilişlərə getmişliyim olmuşdu, sonra da özləri bəyəndilər, təklif elədilər. Amma Ozan Ağbabanın bu təklifdə rolu danılmazdır. - Necə düşünürsünüz, bu sizə nə cür təsir edəcək? Fəlakət obrazından birdən-birə çıxa biləcəksiniz? - Mənim üçün bu, yenilikdir. Özümü burada da sınayıram. Nəticəsi isə sonda müəyyən olacaq, izləyicilər özü qərar verəcək. - Başqa təkliflər varmı? Təkcə bu serialla yekunlaşırsınız? Həm də cəmi bir seriyada çəkildiniz… - Mən hazırda da İstanbuldayam və əlavə olaraq başqa bir serial çəkilişinə hazırlaşıram. Onun haqqında isə əlavə məlumat veriləcək. - Sirr deyilsə, bəlkə özünüz burada elan edəsiniz? - Bir müddət sonra TRT-də yayımlanacaq “Çıraq” serialında da rol almışam. Serial təqdim olunana yaxın ətraflı məlumatlar veriləcək. |
2024-02-14 | 832,216 | CHP sədri İlham Əliyevi təbrik etdi | Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident. Zati-alinizi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin liderliyinizlə Can Azərbaycanda rifahın yüksəlməsinə, bölgəmizdə sülhün və sabitliyin möhkəmlənməsinə nüfuzlu təsirinizin davam edəcəyinə əminik. Cümhuriyyət Xalq Partiyası olaraq Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün “Bir millət, iki dövlət” prinsipi çərçivəsində dəstəyimizin və səylərimizin davam etdirilməsi istiqamətində qətiyyətimizi xüsusilə vurğulamaq istəyirəm. Fürsətdən istifadə edərək Sizə ən xoş arzularımızı çatdırıram. Xalqlarımız arasındakı qardaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminəm". |
2024-02-14 | 832,223 | Əhmədin öldürdüyü Mehman mən deyiləm - Açıqlama | Oğlu tərəfindən qətlə yetirilən Mehman Əhməd oğlu Əhmədovla ad, soyad və ata adımız üst-üstə düşür, amma o, mən deyiləm. Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin İnfranstruktur departamentinin sabiq rəisi Mehman Əhmədov qətlə yetirilməsi haqda xəbəri təkzib edərkən deyib. O, övladı tərəfindən qətlə yetirilən şəxslə heç bir əlaqəsi olmadığını bildirib: “Bəli, mən də Mehman Əhməd oğlu Əhmədovam, amma həmin şəxs deyiləm. İnformasiya düzgün verilməyib. Sadəcə, Quqlda ad, soyad, ata adını yazıb adamın kimliyini öyrənmək istəyiblər, nəticə də belə olub. Bəli, 2022-ci ilin sonuna kimi ADY-də İnfranstruktur Departamentinin rəisi olmuşam və cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Həmin informasiyanı götürüb, xəbərə əlavə ediblər. Axı ad-soyad uyğun gəlir. Bu məsələ mənə, ailəmə, doğmalarıma, dostlarıma böyük sarsıntı yaşatdı”. |
2024-02-14 | 832,224 | Antalya su altında qaldı - Yeni video | Türkiyənin Antalya şəhərində başlayan güclü yağış ötən gündən selə səbəb olub. Axar.az xəbər verir ki, şəhərin küçə və meydanları su altında qalıb. Sel nəticəsində bir nəfərin öldüyü də bildirilir. Şəhərin bir neçə rayonunda sel səbəbindən dərslər dayandırılıb. Subasmadan yayılan son görüntüləri təqdim edirik: |
2024-02-14 | 832,225 | Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi | Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım birinci xanım Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Axar.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü. |
2024-02-14 | 832,227 | Bu gün istefa verən nazirlərimiz - Siyahı | Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən bu gün Nazirlər Kabineti istefa verib. Axar.az istefa verən nazirlərin və digər dövlət məmurlarının siyahısını təqdim edir: Əli Hidayət oğlu Əsədov – Baş nazir, Yaqub Abdulla oğlu Eyyubov - Baş nazirin birinci müavini, Əli Cavad oğlu Əhmədov - Baş nazirin müavini, Şahin Abdulla oğlu Mustafayev - Baş nazirin müavini, Vilayət Süleyman oğlu Eyvazov - daxili işlər naziri, Muxtar Bahadur oğlu Babayev - ekologiya və təbii sərvətlər naziri, Pərviz Oqtay oğlu Şahbazov - energetika naziri, Fikrət Fərrux oğlu Məmmədov - ədliyyə naziri, Sahil Rafiq oğlu Babayev - əmək və əhalinin sosial müdafiəsi naziri, Kəmaləddin Fəttah oğlu Heydərov - fövqəladə hallar naziri, Fərid Fazil oğlu Qayıbov - gənclər və idman naziri, Ceyhun Əziz oğlu Bayramov - xarici işlər naziri, Mikayıl Çingiz oğlu Cabbarov - iqtisadiyyat naziri, Məcnun Qadir oğlu Məmmədov - kənd təsərrüfati naziri, Samir Rauf oğlu Şərifov - maliyyə naziri, Adil Qabil oğlu Kərimli - mədəniyyət naziri, Zakir Əsgər oğlu Həsənov - müdafiə naziri, Vüqar Valeh oğlu Mustafayev - müdafiə sənayesi naziri, Rəşad Nəbi oğlu Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri, Teymur Yusif oğlu Musayev - səhiyyə naziri, Emin Eldar oğlu Əmrullayev - elm və təhsil naziri, Bahar Əvəz qızı Muradova - Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Fuad Rauf oğlu Muradov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qəhrəman oğlu Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Şahin Soltan oğlu Bağırov - Dövlət Gömrük Komitəsinin sədri, Tahir Yaqub oğlu Budaqov - Dövlət Statistika Komitəsinin sədri, Anar Adil oğlu Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Şükür oğlu Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Vüsal Əfqan oğlu Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi, Elçin İsağa oğlu Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, Əli Nağı oğlu Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sedyar oğlu Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi, Mürsəl Qorxmaz oğlu İbrahimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Qoşqar İlahi oğlu Təhməzli - Qida Təhlükəsizliyi Agentliyinin sədri, Fuad Hümbət oğlu Nağıyev - Dövlət Turizm Agentliyinin sədri. |
2024-02-14 | 832,228 | İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi | Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər. Axar.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar. Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər. |
2024-02-14 | 832,231 | İsveç səfiri ADU-nun qonağı oldu - Foto | İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ADU-nun qonağı olub. Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, xarici təcrübə proqramlarının öyrənilməsi vacib elementlərdən biridir. ADU-da həyata keçirilən müxtəlif layihələr, müəllim-tələbə mübadiləsi proqramları haqqında qonaqlara məlumat verilib. “Səfir saatı” layihəsinin tarixindən və tələbələr üçün əhəmiyyətindən danışan rektor, ADU-da tez-tez belə görüşlərin keçirildiyini vurğulayıb: “Azərbaycan Dillər Universiteti dünyanın müxtəlif ölkələrinin universitetləri ilə beynəlxalq elmi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Bu inkişaf həm müəllimlərimizin, həm də tələbələrimizin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Tələbələrimiz müxtəlif yerli və beynəlxalq layihələrdə uğurla iştirak edirlər. Belə layihələrdən biri də “Səfir saatı” layihəsidir. İnanıram ki, Azərbaycan və İsveç arasında olan dostluq və tərəfdaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət və təhsil sahəsində də yüksələn xətlə inkişaf edəcək”. Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən səfir gələcək elmi əməkdaşlığın yeni istiqamətlərindən danışıb. Qeyd olunub ki, elmi, mədəni əməkdaşlıq hər iki ölkə üçün böyük önəm kəsb edir. Görüşdə ADU-nun kollektivi adından səfirə xatirə hədiyyələri təqdim olunub. Daha sonra “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. Görüşdə eyni zamanda “Online Swedish” akademiyasının İsveç dili müəllimi Robert Melwitz də iştirak edib. |
2024-02-14 | 832,237 | ABŞ tarixində II hadisə: nazir impiçment edildi | ABŞ Nümayəndələr Palatası daxili təhlükəsizlik naziri Alexandro Mayorkasa qarşı impiçment elan edib. Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, impiçmentin lehinə 214, əleyhinə 213 nəfər səs verib. Nümayəndələr Palatasında hesab ediblər ki, Mayorkas miqrasiya böhranına görə məsuliyyət daşıyır, çünki onun rəhbərlik etdiyi qurum ABŞ sərhədlərinin qorunmasına cavabdehdir. Sənədə daha sonra Senatda baxılacaq. Kanalın məlumatına görə, bu, ABŞ tarixində ikinci belə hadisədir. 1876-cı ildə hərbi nazir Uilyam Belknapa qarşı impiçment elan edilmişdi. |
2024-02-14 | 832,238 | Putindən fərman: Ordu haqda bu məlumatı yayan... | Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusu haqqında yalan məlumatlara və dövlət təhlükəsizliyinə qarşı cinayətlərə görə əmlakın müsadirə edilməsi haqqında qanun imzalayıb. Axar.az xəbər verir ki, bu barədə sənəd hüquqi məlumatlar rəsmi portalında dərc olunub. Qanun Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişiklik edir və əmlakın müsadirə oluna biləcəyi cinayətlərin siyahısını genişləndirir. Qanuna əsasən, Rusiya Silahlı Qüvvələri haqqında və onların səlahiyyətlərinin dövlət orqanları tərəfindən həyata keçirilməsi haqqında bilərəkdən yalan məlumatların ictimaiyyətə yayılmasına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi), habelə fəaliyyətinə qarşı açıq çağırışlara görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.4-cü maddəsi) cəza təyin edilə bilər. |
2024-02-14 | 832,240 | Hava kəskin soyuyur: qar yağacaq - Xəbərdarlıq | Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 15-dən ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün ikinci yarısından 17-si gündüzədək havanın arabir küləkli olacağı, şimal-qərb küləyinin 15-20 m/s, 15-i axşam və 16-sı gecə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Fevralın 16-17-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 16-sı səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, 17-də isə ayrı-ayrı yerlərdə qısamüddətli sulu qar və qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında fevralın 18-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 15-də gündüz əksər rayonlarda yağıntıda qısamüddətli fasilə olacaq. Şərq küləyi fevralın 16-17-də arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. |
2024-02-14 | 832,244 | Əhmədovların qətli: PA nəzarətə götürdü - Kriminalist | Baş verən hadisə çox dəhşətlidir və hətta deyərdim ki, son 20 ildə ailə üzvlərinə qarşı xüsusi amansızlıqla, qəddarlıqla müşayiət olunan azsaylı cinayətlərdəndir. Prosesi Prezident Administrasiyası və Baş Prokurorluq xüsusi nəzarətdə saxlayır. Hələlik istintaqın işinə mane olmamaq üçün dəqiqləşən faktlar üzərindən cinayəti dar çərçivədə dəyərləndirmək mümkündür. Bu sözləri Axar.az-a açıqlamasında kriminalist Şəmsəddin Əliyev deyib. Kriminalist şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər hüquqi meyarların olduğunu vurğulayıb: “Cinayəti törədən şəxsin anlaqsız olması ilə bağlı sosial şəbəkələrdə və cəmiyyətdə müxtəlif fikirlər yayılıb. Lakin bu onun cinayət məsuliyyətindən azad olunmasına əsas vermir. Şəxsin 10 il əvvəl də xüsusi amansızlıqla bıçaq zərbələri ilə adam qətlə yetirməsi, hansısa tibbi sənədlərin düzəldilməsi və Rusiyaya getməsi, sonradan Azərbaycana qayıdaraq taksi sürücüsü kimi fəaliyyət göstərməsi barədə iddialar var. Əlbəttə, bütün iddialar istintaq zamanı araşdırılacaq. Digər tərəfdən şəxsin anlaqsız olub-olmadığı ilə bağlı məhkəmə-psixiatriya ekspertizası təyin olunacaq. Hətta sözügedən ekspertiza onun anlaqsız vəziyyətdə olması haqqında rəy versə belə, bu şəxs yenə cinayət məsuliyyətinə cəlb ediləcək. Azərbaycan Cinayət Məcəlləsinin 21-ci maddəsinə görə, anlaqsız şəkildə cinayəti törətmək cinayət məsuliyyəti yaratmır. Amma burada həm tibbi, həm də hüquqi meyarlar var. Hüquqi meyarlar isə odur ki, şəxs qismən də olsa, öz əməlinin nəticəsini görür, arzulayır və nə etdiyini anlayır. Bu mənada sözügedən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər əsas var. Təsəvvür edin ki, bu şəxs atasını, anasını və qardaşını öldürəndən sonra bacısının yaşadığı ünvana üz tutur. Əgər anlaqsız idisə, necə bacısıgilə getdi, oranı tapdı, qapını döydü, içəri girdi və bacısının yalvarışlarına baxmayaraq, övladını və onu qətlə yetirdi? Bu hadisə və onu doğuran səbəblər mütləq araşdırmalıdır”. Şəmsəddin Əliyev ölüm hökmünün yenidən bərpa olunmasını təklif edib: “Fikrimcə, baş verə biləcək belə dəhşətli cinayətlərin köklərini, səbəblərini araşdıracaq elmi-tədqiqat institutunun qurulmasına çox böyük ehtiyac var. SSRİ dövründə belə bir qurum mövcud idi. İnstitutun işi belə halların kökünü, səbəblərini araşdırmaq və həll yolları ilə bağlı kompleks tədbirləri nəzərdə tutan milli bir fəalliyyət planı, yaxud proqramı hazırlamaqdır. Belə halların, xüsusilə ailələrdə yaşanan problemlərin həllində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə çox böyük məsuliyyət düşür. Komitənin əsas fəaliyyət istiqaməti elə ailənin sağlamlaşdırılması olmalıdır. Baş verən cinayət ailələrdə də böyük problemlərin olmasından xəbər verir. Son olaraq ölüm hökmünün bərpa olunmasını təklif edirəm. Belə bir klassik deyim var: “Ovçu meşədə tüfəngsiz gəzə bilməz”. Ölüm hökmü də bununla səsləşir. Artıq zamanı çatıb, ölüm hökmü bərpa olunmalıdır. Əlbəttə, ölüm hökmü bərpa ediləndən sonra belə cinayətlər yenə törədilə bilər. Ancaq heç olmasa, ölüm hökmü cinayət törətməyə meyilli şəxslər üçün xəbərdarlıq fənəri rolunu oynayacaq”. |
2024-02-14 | 832,245 | Bakıda orta aylıq maaş 1200 manata yaxınlaşır | 2023-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal maaşı 1 169,3 manat olub. Bu barədə Axar.az-a Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib. Bildirilir ki, orta aylıq nominal maaş 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % çoxdur. Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal maaşı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 923,1 manata çatıb. |
2024-02-14 | 832,246 | Korrupsiya qalmaqalı: erməni nazir istefa verdi | Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan istefa verib. Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb. Kerobyan istefaya getməsinin səbəbləri ilə bağlı heç nə yazmayıb. Ehtimal edilir ki, bu, İqtisadiyyat Nazirliyinin məsul şəxslərinin də iştirak etdiyi son korrupsiya qalmaqalı ilə bağlıdır. Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi İqtisadiyyat Nazirliyində aparılan axtarışlardan sonra 7 nəfəri saxlamışdı. Həmin şəxslər tender zamanı sui-istifadə hallarına yol verməkdə və kənd təsərrüfatı layihəsinin maliyyələşdirilməsindəki pozuntulara görə şübhəli bilinirlər. Saxlanılanlar arasında Ermənistan parlamentinin sədri Alen Simonyanın gəlini Ani Gevorkyan da olub. Daha sonra Gevorkyan yerini tərk etməmək barədə yazılı öhdəlik və zaminlik şərti ilə sərbəst buraxılıb. |
2024-02-14 | 832,248 | Qumda İraq vətəndaşı edam edildi | İranın Qum şəhərində İraq vətəndaşı 38 yaşlı Abuzər Tahir Ərəb edam edilib. Axar.az xəbər verir ki, bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb. İraq vətəndaşının 3 il əvvəl qətldə günahlandırıldığı üçün ölüm cəzasına məhkum edildiyi bildirilib. |
2024-02-14 | 832,249 | Kəmaləddin Heydərov rəisi işdən çıxardı | Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi Elxan Vəliyev işdən azad olunub. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Hələlik onun yerinə təyinat yoxdur. |
2024-02-14 | 832,251 | Əliyevlə Paşinyan sabah Münhendə görüşəcək? | Düşünürəm ki, hazırkı gərginlik daha fəal diplomatiyanın vacibliyini bir daha nümayiş etdirir. Biz tərəflərin mövqelərini yaxınlaşdırmaq cəhdlərini davam etdirəcəyik. Axar.az xəbər verir ki, ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen Ermənistan və Azərbaycan sərhədindəki hərbi gərginliklə bağlı “Turan”a açıqlamasında deyib. Obrayen açıqlamasını Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Dövlət katibi Entoni Blinkenlə birlikdə Avropaya səfəri öncəsi verib. Agentlik bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın da tədbirdə iştirak edəcəyi gözlənilir. Dövlət katibinin köməkçisi Münhendə hər hansı konkret görüşlərin keçirilib-keçirilməyəcəyi haqqında suala cavab verməkdən yayınıb. |
2024-02-14 | 832,252 | Köçəryan: Müstəqilliyimiz 2023-ün 19 sentyabrından başlayır | “Mülki müqavilə” fraksiyasının sədr müavini Andranik Köçəryanın “Azadlıq” radiosuna müsahibəsi sensasiya doğurub. Axar.az xəbər verir ki, erməni politoloq Suren Surenyants bu müsahibədəki etiraflara diqqət çəkib. O bildirib ki, Köçəryan Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığındakı mövqelərdən Azərbaycan Ordusunu atəşə tutan, nəticədə DSX-nin qisas əməliyyatı ilə məhv edilən “Yerkrapa” üzvlərini müdafiə etməyib, əksinə, olaya daha praqmatik və obyektiv yanaşmağa çalışıb. “Onun açıqlamasından elə təəssürat yarandı ki, o 4 ölən şəxsi tutub, yenidən güllələmək lazımdır. Köçəryan dedi ki, bizim müstəqilliyimizin əsl günü 21 sentyabr deyil, 19 sentyabrdır, çünki biz müharibəyə qarışmaqdan yayına bilmişik”, - Surenyants vurğulayıb. Qeyd edək ki, Köçəryan 19 sentyabr deyəndə Azərbaycan Ordusunun anti-terror əməliyyatını nəzərdə tutub. Başqa sözlə, Ermənistanın bu anti-terror əməliyyatına müdaxilə edəcəyi və terrorçulara dəstək verəcəyi halda Ermənistanın dövlət suverenliyini təhlükə gözlədiyini etiraf edib. |
2024-02-14 | 832,255 | Ailə üzvlərini öldürən Əhməd həbs edildi | Ötən gün Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Axar.az xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda çıxarılıb. Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. |
2024-02-14 | 832,258 | Prezidentdən nazirlərlə bağlı mühüm - Sərəncam | Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. |
2024-02-14 | 832,263 | Erməni ordusundan yeni təxribat - Son dəqiqə | Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb. |
2024-02-14 | 832,265 | Cavanşir Quliyevlə bağlı son məlumat | Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır. Bu sözləri Axar.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı deyib. “Ailə üzvləri ilə bu gün əlaqə saxladıq. Əməliyyatdan sonra hazırda həkim nəzarəti altındadır. Vəziyyəti getdikcə yaxşılaşır”, - o bildirib. Qeyd edək ki, Cavanşir Quliyev bir müddət öncə beyninə qan sızması səbəbindən İstanbulda xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu. |
2024-02-14 | 832,268 | Əhmədin polisə aparılarkən son sözü... - Video | Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxsin həbs olunma görüntüləri yayılıb. Axar.az xəbər verir ki, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Əhməd Əhmədov jurnalistin sualına cavab olaraq, qətli törətdiyini etiraf edir. Qətlin səbəbi haqda isə danışmır. Qeyd edək ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. |
2024-02-14 | 832,275 | Əhalinin sayı açıqlandı | Keçən il ölkə üzrə əhalinin sayı 53 625 nəfər və ya 0,5 faiz artaraq bu ilin yanvar ayının 1-i vəziyyətinə 10 180 770 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23 faizi Bakı şəhərində, 9,2 faizi LənkəranAstara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi MilMuğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb. Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olub. |
2024-02-14 | 832,276 | Fars dilinin durumundan narahatam - Xamenei | İranın dini rəhbəri Əli Xameneinin fars dilinin hazırkı durumu və ondan istifadə səviyyəsi ilə bağlı vəziyyətdən narahat olduğunu ifadə edən çıxışı yayılıb. Axar.az xəbər verir ki, video sosial media kanallarında paylaşılıb. “Həqiqət budur ki, fars dilinin vəziyyətindən çox narahatam, buna görə isə radio və televizya şirkətindən gileyliyəm. Təmiz, cilalanmış fars sözlərindən istifadə etmək əvəzinə, yanlış terminlərdən, xüsusən köksüz, dəyərsiz firəng və başqa xarici sözlərdən istifadə olunur”, - Xamenei bildirib. Qeyd edək ki, fars dilinin inkişafı və yeni fars sözlərinin yaradılması ilə məşğul olan Fars Dili və Ədəbiyyatı Akademiyası ölkədə ən çox büdcə ayrılan qurumlardan biridir. Əli Xamenei isə ölkədə qeyri-fars dillərin tədrisi ilə bağlı tələbləri “düşmənlərin fitnəsi” adlandırır və insanları dillərinə görə deyil, islama bağlılıqlarına görə səciyyələndirməyi məsləhət görür. |
2024-02-14 | 832,278 | Boşananların sayı artdı | Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri keçən il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halı qeydə alıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. Nikah səviyyəsi Bakı şəhəri (5,6), Şərqi Zəngəzur (6,2), Qarabağ (6,1), Mil-Muğan (5,9), Dağlıq Şirvan (5,8), Şirvan-Salyan (5,7), Qazax-Tovuz və Mərkəzi Aran (5,5), Quba-Xaçmaz (5,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub. |
2024-02-14 | 832,281 | Parisdə ermənilərin terror yuvaları – Video | Paris faktiki olaraq terror təşkilatlarına dəstək verir. Axar.az xəbər verir ki, bu barədə AzTV-nin Fransanın paytaxtı Parisdən hazırladığı reportajda bildirilib. Qeyd edilib ki, erməni terror təşkilatlarının əsas koordinasiya mərkəzi Parisdə yerləşir. AzTV-nin sözügedən süjetini təqdim edirik: |
2024-02-14 | 832,283 | Əhmədin son halı: barmaqlar qırılıb, ayağı... - Foto | Xəbər verdiyimiz kimi, bu gün Xətai Rayon Məhkəməsi ata-anası, qardaşı, bacısı və bacısının körpəsini öldürməkdə şübhəli bilinən Əhməd Əhmədov haqda istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçib. Axar.az xəbər verir ki, məhkəmədən çıxarılarkən Əhməd Əhmədovun barmaqlarının yaralandığı diqqət çəkib. Eyni zamanda, ayaqqabısının köhnəldiyi, sağ ayağının baş barmağının çöldə qaldığı görünür. Əhmədovun heç də “cüssəli” olmadığı da üzə çıxıb. Ehtimal olunur ki, əli qətliamı həyata keçirərkən zədələnib. |
2024-02-14 | 832,286 | İŞİD Tacikistana hücuma hazırlaşır? - Serdyukov | KTMT Tacikistanın cənub sərhədlərində İŞİD yaraqlılarının sayının artdığını qeydə alıb. Axar.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib. “Mərkəzi Asiya regionunda sabitliyə əsas təhlükə İŞİD, Əl-Qaidə və digər beynəlxalq terror və ekstremist təşkilatlardan gəlir. Xüsusilə, Tacikistanın cənub sərhədi yaxınlığında İŞİD-in Əfqanıstan qolu – “Vilayəti Xorasan” və Pakistandakı Taliban hərəkatının sayının artması müşahidə olunur. Onların təlimi üçün səhra düşərgələrinin şəbəkəsi də genişlənir. Eyni zamanda əcnəbi döyüşçülərin əsas kontingenti Əfqanıstanın şimal əyalətlərində cəmləşib”, - Serdyukov bildirib. Onun sözlərinə görə, hökumət qüvvələri ilə müxalifət arasında davam edən qarşıdurma, milli və dini azlıqların təzyiqləri, habelə iqtisadi vəziyyətin pisləşməsi səbəbindən miqrasiya axınının artması vəziyyəti daha da pisləşdirə bilər. |
2024-02-14 | 832,288 | Sisi Ərdoğanı hava limanında qarşıladı - Video | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə rəsmi səfərdədir. Axar.az xəbər verir ki, onu Qahirə beynəlxalq hava limanında həmkarı Əbdülfəttah Sisi qarşılayıb. Səfər çərçivəsində iki ölkə liderlərinin təkbətək görüşü olacaq. Daha sonra onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir. |
2024-02-14 | 832,291 | Dərman idxalı ilə məşğul olan şirkətlərə - Xəbərdarlıq | Analitik Ekspertiza Mərkəzi Azərbaycanda fəaliyyət göstərən dərman idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısına əsasən Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıqların dövriyyəsinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi icazəsi ilə yol verilir. Bildirilib ki, güclü təsir edən və ya zəhərli maddələrin idxalı zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə təqdim edilməli olan sənədlərin sırasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən xüsusi icazənin olması mütləqdir. |
2024-02-14 | 832,296 | KTMT 2024-də türk ölkələrində təlim keçirəcək | 2024-cü ildə KTMT Qırğızıstan, Tacikistan və Qazaxıstanda bir neçə birgə təlim keçirəcək. Axar.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib. “Qazaxıstan ərazisində KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq-2024”, Qırğızıstanda “Qarşılıqlı əlaqə-2024” komanda-qərargah təliminin keçirilməsi planlaşdırılır. Bu il birgə təlimin əsas fəaliyyət istiqamətləri arasında sentyabr-oktyabr aylarında Qırğızıstan ərazisində Mərkəzi Asiya kollektiv təhlükəsizlik regionunda KTMT-nin kollektiv çevik reaksiya qüvvələri ilə “Qarşılıqlı fəaliyyət-2024”, kəşfiyyat vasitələri ilə “Axtarış-2024”, KTMT qoşunlarının maddi-texniki təminatının qüvvə və vasitələri ilə “Eşelon-2024” adlı xüsusi təlimlər keçiriləcək” – o bildirib. Serdyukovun sözlərinə görə, Tacikistanda KTMT-nin “Sərhəd-2024” təlimləri də nəzərdə tutulub. |
2024-02-14 | 832,297 | Azərbaycan əhalisinin gəliri artdı | Bu ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəliri 5 milyard 618,8 milyon manat təşkil edib. Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə əvvəlki ilə nisbətən 3,9% artaraq 552 manata çatıb. |
2024-02-14 | 832,300 | Rusiya sərhəddəki gərginlikdən narahatdır | Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib. |
2024-02-14 | 832,303 | Ölkəyə 26 kq narkotik gətirən qaçaqmalçılar saxlanıldı - Video | Azərbaycana qaçaqmalçılıq yolu ilə 26 kq narkotik vasitə gətirən şəxslər saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Azər Qasımov və tanışı 1964-cü il təvəllüdlü Arif Əliyev saxlanılıb. Şəxslərin üzərindən və A.Əliyevin yaşadığı evdən 26 kiloqram, o cümlədən 4 kiloqram heroin, 18 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram tiryək və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən paytaxta ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
2024-02-14 | 832,305 | Bakıxanovda güclü yanğın başladı - Video | Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində güclü yanğın başlayıb. Axar.az Ölkə.az-a istinadən xəbər verir ki, yanan ərazi və hadisənin səbəbi məlum deyil. Yanğının təsirindən tüstü xeyli əraziyə yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. |
2024-02-14 | 832,307 | Papikyan Fransa səfiri ilə görüşdü | Ermənistan müdafiə naziri Suren Papikyan Fransa səfiri Olivye Dekottini ilə görüşüb. Axar.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Görüşdə müdafiə sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib. |
2024-02-14 | 832,312 | Psixoloq Əhmədovların qətliamını bu cür qiymətləndirdi | Əgər həqiqətən də ciddi psixoloji narahatlığı olubsa, burada birbaşa məsuliyyəti valideyn daşıyır. Əslində bu, ciddi paranoid şəxsiyyət pozuntusudur. Paranoid şəxsiyyət pozuntusu da orqanik beyin xəstəliyidir. Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Ülviyyə Murtuzova Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədov haqda danışarkən deyib. Ü.Murtuzova bildirib ki, paranoid şəxsiyyət pozuntulu insanlar ətrafına şübhə ilə yanaşır: “Avtonom mərkəzi siniri birbaşa quruduğuna görə belə insanların nə edəcəyi bəlli deyil. Anidən, heç bir səbəb olmadan, yersiz şübhələrə düşərək hadisəni törədir. Hadisəni düşünərək etmir. Həmin anda beyində funksional quruma və pozuntu gedir. Beyinə siqnal getmir. Elə insanlarda da mərhəmət hissi olmur. Belə xəstələr deyir ki, həmin anda ağlıma və gözümə başqa şeylər göründü. Onlar həmin anda etdiklərinin fərqinə varmır. Qurbanının öldüyünü, ondan qanlar axdığını gördükdən sonra rahatlanırlar. Həmin rahatlanmadan sonra bir neçə dəqiqəyə geridönüş mütləq olur. Geridönüş zamanı özünü günahlandırır, ömür boyu vicdan əzabı çəkir. Belə hadisələr sürətli davam edirsə, avtomatik meyillilik yaranır və bunlar arasında interval azalır. Cinayəti yenidən törətməsi ehtimalı isə çoxalır. Ailə üzvlərinə qarşı şiddətli formada şübhələr olduğuna görə onlar üzərində fokuslanır. Həmin anda bir evdə bir insana qarşı şübhə yaranır, tutması daha da çoxalırsa, orada olan bütün insanlara xəsarət yetirir. Ətrafda və yaxınlıqda kimsə evin içində olarsa, onlar da qurbana çevrilir”. Ü.Murtuzovanın sözlərinə görə, psixoloji, psixoz pozuntusunun olduğu təsdiq olunarsa, belə bir cinayət hadisəsini törətməsi qeyri-normal görünmür və gözlənilən addım sayılır: “Belə xəstələr evdə yox, bağlı, qapalı məkanda, ağır dərmanlarla müalicə almalıdır. Təbii ki, müalicəsi olan xəstəlikdir. 18-22 yaş aralığında xəstəlik özünü büruzə verir. Çox güman ki, xəstə doğulduğu zaman beynində fəsadlar yaranıb. Zamanla beyində funksional pozuntu nəticəsində quruma gedib. 13-18 yaş aralığında belə pozuntu özünü bəlli edir. Müalicəsi üçün 13-18 yaş gecikmiş dönəm deyil, 23-25 yaşda isə gecikmiş dönəm hesab edilir. Valideyn öz uşağını yaxşı tanıyır. Hiperaktiv uşaq anidən susqunlaşır, qeyri-adekvat hərəkət edir, ətrafından kənarlaşır, qaranlıq, tək otaqlarda qalırsa və uşaq hər dəfə baş nahiyəsini sıxır və ağrı, əllərində tez-tez qıcolmalar, titrəmələr baş verirsə, bu bir göstəricidir”. |
2024-02-14 | 832,315 | Şoyqudan “İsgəndər” raketləri ilə bağlı tapşırıq | Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “İsgəndər” raket komplekslərinin tez bir zamanda təkmilləşdirilməsi ilə bağlı tapşırıq verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, S.Şoyqu döyüşlərdəki rolunu nəzərə alaraq “İsgəndər” və “Xəncər” komplekslərinin tez bir zamanda təkmilləşdirilməsini tapşırıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.