date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-14
832,317
Əziz xalqımı əmin etmək istəyirəm ki... - Prezident
Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirib. Dövlət başçısı prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib.
2024-02-14
832,319
Andiçmə mərasiminə kimlər qatılıb? - Video
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Axar.az AzTV-nin andiçmə mərasimindən hazırladığı reportajı təqdim edir:
2024-02-14
832,321
HƏMAS lideri Qəzza tunelində belə gizlənir - Video
İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının lideri Yəhya Sinvarın 7 oktyabr 2023-cü ildə İsrailə hücumdan sonra Qəzza zolağının cənubunda Xan-Yunisdəki tuneldə gizləndiyi əks olunan videogörüntüləri nümayiş etdirib. Axar.az xəbər verir ki, video İsrail Müdafiə Qüvvələrinin X hesabında yayımlanıb. “Sinvar qaçır və yeraltı terror tunelləri şəbəkəsində gizlənir. Qəzzanın dinc sakinləri isə bu zaman yer üzərində HƏMAS hakimiyyətindən əziyyət çəkirlər. Kifayət qədər dərinlikdə tunel yoxdur ki, o gizlənə bilsin”, - deyə paylaşımda qeyd edilib. İsrail Müdafiə Qüvvələrinin nümayəndələri jurnalistlər üçün təşkil etdikləri brifinqdə bildiriblər ki, Sinvar, onun həyat yoldaşı və uşaqları, həmçinin HƏMAS liderinin qardaşı olduğu güman edilən şəxsin əks olunduğu video oktyabrın 10-da lentə alınıb.
2024-02-14
832,324
Ermənistanın son hərbi təxribatları… - Bayramov
Azərbaycanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov fevralın 14-də Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib. Bu barədə Axar.az-a Azərbaycan XİN-dən məlumat verilib. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də regional məsələlər müzakirə olunub. Ermənistanın Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıdığı diqqətə çatdırılıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2024-02-14
832,326
İrəvanı yalnız belə sərt cavabla susdurmaq olar
Azərbaycan mövqeləri istiqamətində atəş maksimum dərəcədə zərər vermək niyyəti ilə dəqiqliklə həyata keçirilmişdi. Eyni zamanda, belə suallar ortaya çıxır: Avropa müşahidə missiyasının müşahidəçiləri harada idilər və onlar niyə Ermənistan tərəfinin cinayət əməllərini qeydə almayıblar? Axar.az Report-a istinadən xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara münasibət bildirərkən deyib. Ekspert qeyd edib ki, Ermənistan tərəfdə təxribatlarla məşğul olanları yalnız belə sərt cavabla susdurmaq olar: “Baş verənlər bir daha sübut edir ki, Avropa Birliyinin (AB) Ermənistandakı missiyası ilk növbədə İrəvanın maraqlarına xidmət edir və belə hücumlar zamanı heç nə görmür, eşitmir. Bu şərtlər daxilində Azərbaycanın cavabı legitimdir və beynəlxalq hüququn məntiqinə tam uyğundur”. Onun sözlərinə görə, Ermənistan tərəfinin məqsədi Azərbaycanı genişmiqyaslı qarşıdurmaya sürükləmək və daha sonra AB müşahidəçilərinə baş verən hər şeydə Azərbaycanı günahlandırmaq imkanı vermək idi: “Lakin Azərbaycan tərəfi yaranmış vəziyyətə düzgün reaksiya verib. Yəni insidentin miqyasını artırmadan düşmənin mövqeyi dəqiqliklə atəşə tutulub”.
2024-02-14
832,327
Bu, separatçıların tabutuna vurulan son mismar idi!
Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib.
2024-02-14
832,330
Bu, onlara baha başa gələcək! - Prezidentdən xəbərdarlıq
Ermənistanın nə qədər havadarı olsa da, heç kim bizi dayandıra bilməz. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib. “Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizimlə əsassız iddialarla, şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”, - deyə dövlətimizin başçısı vurğulayıb.
2024-02-14
832,333
Bu halda sülh müqaviləsi olmayacaq - Prezident
Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
2024-02-14
832,335
Sabah 3 rayonda qaz olmayacaq
Sabah Masallı, Xızı və Siyəzən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinə istinadən məlumat verir. Bildirilib ki, "Masallı 1 və “Masallı 2” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində və "Yaşma-Siyəzən” yüksək təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı fevralın 15-də saat 10:00-dan “Yaşma Qəbul” ölçü qovşağından və saat 14:00-dan “Masallı 1" və "Masallı 2” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
2024-02-14
832,340
Ukraynaya daha çox mərmi göndərəcəyik - Almaniya
Almaniya 2024-cü ildə Ukraynaya ötən ilə nisbətən 3-4 dəfə çox artilleriya mərmisi göndərəcək. Axar.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
2024-02-14
832,341
İndi yeni dövr başlayır... - İlham Əliyev
İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib. İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlət başçısı qeyd edib: “Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub”.
2024-02-14
832,342
Bu məsələ həllini tapdı, bu birlik daimi olmalıdır
Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlət başçısı qeyd edib: “Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”.
2024-02-14
832,343
Əhmədin 10 il öncə bıçaqladığı oğlanın anası danışdı - Video
Əhməd məktəb illərində həmyaşıdına 18 bıçaq zərbəsi vurub. Axar.az xəbər verir ki, bu barədə Speys TV telekanalında yayımlanan “Gəl, danış” verilişində Aynur adlı xanım deyib. Qadın oğluna Əhməd Əhmədovun məktəb illərində xəsarət yetirdiyini bildirib: “Oğlum yarışlarda iştirak edirdi. İdman yarışlarında medalları var. Hətta yarış üçün xarici ölkəyə təyyarə bileti almışdı. Səhər məktəbdə uşaqlarla görüşməyə gedəndə Əhməd uşağı sinifdən çıxarıb. Getdiyi yerdə birdən beşbarmağı çıxarıb iki dəfə uşağımın kürəyindən vurub. Daha sonra 18 bıçaq zərbəsi endirərək oğlumu xəstəxanalıq edib. O zaman polisə müraciət etsək də, adamımız olmadığı üçün iş yarımçıq qaldı. Anası direktor, atasının isə Moskvada restoranları var idi. Bu uşaq paxıl, özbaşına, xain idi. İstəyirdi ki, hər şey onun olsun. Nahaq qan yerdə qalmadı. Hazırda oğlum yaxşıdır. Amma yarışlarda iştirak edə bilmir”. Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı, qardaşı - 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bacısı - 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədova və onun azyaşlı övladını qətlə yetirib. Əhmədin 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürdüyü ilə bağlı da məlumat yayılmışdı.
2024-02-14
832,344
AB Bakıya qarşı bu vərdişindən əl çəkməlidir - Bəyanat
Avropa Birliyi (AB) Azərbaycanofob, səlibçi yanaşmasından, Azərbaycanın daxili işlərinə qarışmaq və ona qara yaxmaq kimi zərərli vərdişlərindən əl çəkməlidir. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. Bildirilib ki, AB növbəti dəfə anti-Azərbaycan qərəzindən çıxış edərək Azərbaycanda keçirilmiş tarixi prezident seçkiləri ilə bağlı 2024-cü il fevralın 14-də Strasburqda böhtan xarakterli bəyanat verib: "AB-nin bəyanatı düşmənçilik mahiyyəti daşıyır və Azərbaycan xalqının sərbəst şəkildə ifadə etdiyi iradəsinə hörmətsizlikdir. Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə üçün dəvət edilməməsindən qəmgin olmuş AB-nin diqqətinə çatdırmaq istərdik ki, seçkiləri müşahidə üçün xaricdən kimi dəvət etməyi müəyyən etmək Azərbaycanın suveren hüququdur".
2024-02-14
832,345
Prezident: Heç kimdən heç nə xahiş etməmişəm
Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Azərbaycanın özünü tam təmin edən ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik”.
2024-02-14
832,346
Bu ölkələr ictimaiyyət adından danışa bilməz, bir ölkə isə...
Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Bunun təvazökarlıqdan uzaq məsələ olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil”.
2024-02-14
832,347
Biz İrəvandan təminat almağı planlaşdırırıq - Rusiya XİN
Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulması Rusiya ilə ikitərəfli münasibətlərə yaxşı təsir göstərmir. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib. Zaxarova söyləyib ki, bu qərar rəsmi İrəvanı bir tərəfdən BCM vasitəsilə Qərbin diktə etdiyi öhdəlik, digər tərəfdən Rusiya ilə siyasi dialoq, o biri tərəfdən Avrasiya inteqrasiyası çərçivəsində qarşılıqlı fəaliyyət arasında seçim qarşısında qoyur: “Biz erməni tərəfdaşlarımızdan müvafiq ikitərəfli təminat almağı planlaşdırırıq və gözləyirik”.
2024-02-14
832,348
Biz bu ölkələrin yanında olmalıyıq - Prezident
Dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlətimizin başçısı vurğulayıb: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”.
2024-02-14
832,349
DSX rəisi yaralı hərbçimizi ziyarət etdi - Foto
Fevral ayının 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Pərviz Ağakişi oğlu Xəlilzadəni ziyarət edib. Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən bildirilib. DSX rəisi hərbçimizin müalicəsinin gedişatı ilə maraqlanıb və tezliklə sağalaraq səhhətinin tam bərpa edilməsini arzulayıb. Əsgər P.Xəlilzadə göstərilərən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib. Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Neyrocərrahiyyə xəstəxanasının həkim və tibb personalı ilə görüşərək, əməliyyatın yüksək peşəkarlıqla icra olunduğuna, yaralıya lazımi diqqət və qayğı göstərdiklərinə görə öz minnətdarlığını bildirib.
2024-02-14
832,350
Əliyevdən İrəvanın havadarlarına mesaj
Fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə də mesaj göndərib, bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib. Axar.az xəbər verir ki, Azərbaycan-Ermənistan normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Biz öz məsələmizi həll etmişik”.
2024-02-14
832,352
AB rəsmilərinin bu iddiaları əsassızdır - Əmirbəyov
Bəzi Avropa Birliyi (AB) rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır. Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal”a açıqlamasında Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Jozep Borrellin Azərbaycan əleyhinə səsləndirdiyi iddialara münasibət bildirərkən deyib. E.Əmirbəyov vurğulayıb ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur. Prezidentin nümayəndəsi qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və ölkə bu yaxınlarda bütün ərazisi üzərində suverenliyini tam bərpa edib: “Bu gün bizim Azərbaycanın Qarabağ bölgəsi var, ona görə də "Dağlıq Qarabağ" köhnəlmiş və işlək olmayan bir addır”. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti “Qarabağ iqtisadi rayonu” ifadəsindən istifadə etməyə çağırır və regionun “Dağlıq Qarabağ” adlandırılmasının qəbuledilməz olduğunu bildirir.
2024-02-14
832,354
Nazarbayevdən Əliyevə: Atanızın arzusunu yerinə yetirdiniz
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az xəbər verir ki, məktubda qeyd olunub: "Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu qələbə əhalinin rifahının yüksəlməsinə, sosial təminatının gücləndirilməsinə, eləcə də bir çox digər önəmli məsələlərə istiqamətlənən islahat proqramlarınızın xalq tərəfindən dəstəklənməsinin kulminasiya nöqtəsidir. Siz dövlət başçısı vəzifəsində nəhəng işlər görmüsünüz və Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizi davam etdirirsiniz. Mənim Sizə və Sizin ölkənizə xüsusi münasibətimin olduğunu bilirsiniz. Dostluğumuzu və qarşılıqlı etimadımızı yüksək dəyərləndirirəm. Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, hər zaman ruh yüksəkliyi və qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Ölkənizin ərazi bütövlüyünü bərpa etməklə Siz atanız Heydər Əliyevin arzusunu yerinə yetirdiniz, eyni zamanda xalqın qəhrəmanına çevrildiniz. Ən xoş diləklərlə".
2024-02-14
832,355
Elə bir gənc nəsil yetişdirməliyik ki... - İlham Əliyev
Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib. Dövlətimizin başçısı deyib ki, burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır: “Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”.
2024-02-14
832,361
Milli məkan məlumatları ilə bağlı bu qayda təsdiqləndi
Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydası təsdiqlənib. Axar.az xəbər verir ki, bu barədə Baş nazirin səlayihhətlərini icra edən Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyi “Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi Qaydası”na uyğun olaraq milli məkan məlumatlarının monitorinqini aparmalıdır. Milli məkan məlumatlarının monitorinqinin aparılması prosesində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi “Yerin məsafədən müşahidəsi xidmətləri”ndən istifadə edilməlidir.
2024-02-14
832,363
Hər hansı kənar qüvvə çirkin niyyətlərinə çatsa...
Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur. “Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz”, - deyə Prezident vurğulayıb.
2024-02-14
832,365
Nikola Sarkoziyə həbs cəzası verildi
Fransanın eks-prezidenti Nikola Sarkoziyə 6 aylıq həbs cəzası verilib. Axar.az xəbər verir ki, bu barədə Paris Apellyasiya Məhkəməsi məlumat yayıb. O, 2012-ci il seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi işində ittiham olunur.
2024-02-14
832,366
Ölkəyə tibbi avadanlıqlar "gətirəcəkdi", həbs olundu
Ölkəyə müxtəlif təyinatlı tibbi avadanlıqlar gətirəcəyi vədi verərək etibardan sui-istifadə yolu ilə müxtəlif insanlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qeyd olunub ki, zərərçəkənlərdən daxil olan şikayətlər əsasında Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs - 1981-ci il təvəllüdlü Ramin Məhərrəmov tutularaq istintaqa təqdim edilib. R.Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar polisə məlumat verə bilərlər.
2024-02-14
832,368
Parlaq Qələbə bir daha onu göstərdi ki... - Prezident
Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib. Azərbaycan xalqının həmrəyliyinin əsas uğurlarımızdan biri olduğunu deyən dövlətimizin başçısı əlavə edib: “İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var”.
2024-02-14
832,370
Nazirlik iki ay müddətinə bu qaydaları təsdiq etməlidir
Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsviri və təchizat normasının və kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin siyahısı təsdiq edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir səlahiyyətlərini icra edən Əli Əsədov qərar imzalayıb. Sənədə əsasən, Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etməli, eyni zamanda Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq bu Qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari il dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti il fevralın 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidir. Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanları, nəzarət-ölçü cihazları və digər xüsusi vasitələr ilə təminatı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin büdcədənkənar vəsaiti hesabına həyata keçiriləcək.
2024-02-14
832,371
Ölkəmizdə "Lada" istehsal olunacaq
“Avtovaz” Azərbaycanda “Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparır. Axar.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Maksim Sokolov jurnalistlərə açıqlamasında deyib. "Avtovaz”ın nümayəndə heyəti bu günlərdə Azərbaycandadır və danışıqlar aparırıq. Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ümid edirəm ki, yazda müsbət xəbərlər olacaq", - Sokolov bildirib. Qeyd edək ki, yanvar ayında şirkətin təqdimat mərasimində Azərbaycanda iribloklu yığma üsulu ilə avtomobillərin kütləvi istehsalına başlanılmasının planlaşdırıldığı vurğulanmışdı.
2024-02-14
832,372
Özbək səfir Rusiya XİN-ə çağırıldı
Özbəkistanın Moskvadakı səfiri Batırcan Əsədov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumatda bildirilib ki, Özbəkistanın Jurnalistika Universitetinin rektoru Şirzad Qüdrətxocayevin təhqiramiz bəyanatlarına görə Rusiya Xarici İşlər Nazirliyində etiraz edilib. Moskva Özbəkistan Xarici İşlər Nazirliyindən rektorun bəyanatlarına rəsmi qiymət verilməsini gözləyir. Qeyd edək ki, daha öncə Şirzad Qüdrətxocayev “AlterEgo” Yutub kanalına müsahibəsində deyib: "Özbəkistanın özbək dilini bilməyən sakinləri kim olduqlarını seçməlidirlər – işğalçı və ya axmaq".
2024-02-14
832,373
Prezidentdən keçmiş köçkünlərə müjdə: 20 min...
Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində qeyd edib. Planın azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərdə və 15 kəndə 20 min keçmiş köçkünün yerləşdirilməsi olduğunu vurğulayan dövlət başçısı deyib ki, yüzdən çox şəhərin və kəndin baş planı hazırlanıb, təsdiqlənib, bir çox şəhər və kənddə artıq inşaat işləri başlanıb.
2024-02-14
832,374
Ələt İqtisadi Zonası ilə bağlı yeni məlumat
Azərbaycanda Ələt Azad İqtisadi Zonasının inkişaf perspektivlərinə və İqtisadi Zona ilə bağlı yaradılmış İşçi Qrupun fəaliyyətinə dair yol xəritəsinin hazırlanması barədə müzakirələr aparılıb. Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyindən bildirilib. Belə ki, İqtisadi Zona ilə bağlı yaradılmış İşçi Qrupun birinci iclası keçirilib. İclasda iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə ölkədə qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, əlverişli işgüzar mühit və investisiya cəlb edilməsi tədbirləri barədə məlumat verilib. Ölkəmizin artan tranzit-logistika imkanları vurğulanıb, bu kontekstdə Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi Zonaya marağını artırır. İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq–Qərb, Şimal–Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkənin strateji əhəmiyyəti artacaq.
2024-02-14
832,376
Şərqi Zəngəzur inkişafımızın yeni dayaq nöqtəsi olacaq
Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Prezident qeyd edib ki, o bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.
2024-02-14
832,377
Ağ Ev bizi buna məcbur edə bilməz - Conson
Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatası əksər respublikaçı senatorun etiraz etdiyi və sərhədimizin təhlükəsizliyi üçün heç bir iş görməyən xarici yardım qanun layihəsini qəbul etməyə məcbur edilə bilməz. Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib. Qeyd edək ki, Ağ Ev təşəbbüsün demokratların çoxluq təşkil etdiyi Senat tərəfindən təsdiqlənməsindən sonra Ukraynaya 60 milyard dollardan çox yenilənmiş yardımı nəzərdə tutan qanun layihəsini təcili olaraq təsdiq etməyə çağırır.
2024-02-14
832,378
Ukraynanın 6 tankı vuruldu, mindən çox itkisi var
Ukrayna ordusunun son 24 saat ərzində bütün istiqamətlərdə ümumilikdə 1010-a qədər ölü və yaralısı var. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib. "Krasnolimansk istiqamətində biz cəbhə xətti boyunca mövqelərimizi yaxşılaşdıra bildik, Donetsk istiqamətində daha sərfəli mövqelər tuta bildik. Bundan əlavə, Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələri altı tank, beş piyada döyüş maşını, 20 maşın və üç M777 haubitsasını itirib. Yujnodonetsk istiqamətində taktiki vəziyyət yaxşılaşdırılıb. Rabotino bölgəsində Ukraynaya məxsus Mi-24 təyyarəsi vurulub, bir gün ərzində 98 Ukrayna pilotsuz uçuş aparatı vurulub", - məlumatda qeyd edilib.
2024-02-14
832,379
Prezident şəhid ailələrinə evlərin verilməsindən danışdı
Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib. “Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək”, - İlham Əliyev söyləyib.
2024-02-14
832,380
ABŞ Fəqih şəhərinin ətrafına hücum etdi
Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə üsyançı husilərin Ənsarullah hərəkatının hədəflərinə yenidən zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan “Əl-Masirah” telekanalı məlumat yayıb. Məlumata görə, Xudeydə əyalətinin Beyt əl-Fəqih şəhərinin ətrafı hücuma məruz qalıb.
2024-02-14
832,382
DSX-nin qisas əməliyyatı: İrəvan nəticə çıxarmadı
Dövlət Sərhəd Xidmətinin 13 fevralda qisas əməliyyatı keçirməsi doğru addımdır. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 12 fevralda erməni snayperin atəş açması və hərbçimizi yaralamasına cavab olaraq keçirilən qisas əməliyyatının zəruri olub-olmadığı barədə suala cavabında deyib. O bildirib ki, Ermənistan Müdafiə Nazirliyi atəşin erməni hərbçisi tərəfindən açıldığını etiraf etsə və həmin hərbçini cəzalandıracağını açıqlasa da, təxribatçıların zərbə ilə cəzalandırılması qərarı bir neçə səbəbdən doğrudur: “Birincisi, snayper atəşi cavabsız qalsaydı, sonrakı günlərdə başqa erməni snayperlər də Azərbaycan ərazisinə atəş açmağa həvəslənəcəkdilər. İkincisi, erməni postunun darmadağın edilməsi Ermənistanın Baş naziri Nikol Paşinyana mesaj idi ki, o, sülh sazişinin imzalanmasını yubatmaqla gərginliyin artmasına şərat yaradacaq, bu isə həm ona, həm də ölkəsinə baha başa gələcək. Üçüncüsü, DSX-nin məhv etdiyi “Yerkrapa” terror təşkilatının üzvləri idi. Bu, Paşinyana digər mesaj idi ki, “Yerkrapa”nı sərhəddən uzaqlaşdırıb tərk-silah etməsə, Ermənistan üçün ağır nəticələri olacaq insidentlər yenə yaşanacaq”. Politoloqun sözlərinə görə, əslində Nikol Paşinyan son insidenti əlində rəhbər tutaraq ordu üzərindəki nəzarəti gücləndirə bilər: “Təsadüfi deyil ki, məlum insidentdən sonra Ermənistan ordusunda müxtəlif təyinatlar həyata keçirilib. Ancaq sərhəddəki olaydan bir gün sonra Ermənistana məxsus pilotsuz uçuş aparatının Kəlbəcərdəki mövqelərimiz üzərində kəşfiyyat aparmaq cəhdi onu göstərir ki, qarşı tərəf hələ gərəkən nəticələri çıxarmayıb”.
2024-02-14
832,386
İnvestorlar qarşısında bu vəzifəni qoymuşuq - Əliyev
Ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. “Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq”, - deyən İlham Əliyev bildirib ki, müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir.
2024-02-14
832,387
Ermənistan MN-də daha bir neçə təyinat oldu
Hamlet Levonyan sülhməramlı qüvvələrin briqadasının komandiri təyin edilib. Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə sərəncamı Ermənistan Prezidenti Vaaqn Xaçatryanın Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında imzalayıb. Eyni zamanda Karen Qriqoryan Baş Qərargah rəisinin müavini, Temur Şahnazaryan Baş Qərargahın Əməliyyat Baş İdarəsinin rəis müavini, David Aleksanyan Baş Qərargahın Döyüş Hazırlığı İdarəsinin rəisi, Armen Seyranyan Baş Qərargahın Strateji Planlaşdırma İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, bu gün general-mayor Artak Budaqyan Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna rəhbər təyin edilib. Həmçinin V.Sərkisyan adına Hərbi Akademiyanın rəisi, polkovnik Artur Yeroyan Baş Qərargah rəisinin müavini vəzifəsinə gətirilib. Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Kamo Koçuntsu isə vəzifəsindən azad edilib.
2024-02-14
832,390
Putinin Türkiyəyə səfəri bu tarixə kimi baş tuta bilər
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələ bəlli deyil, ancaq səfərin Rusiyadakı prezident seçkisinə qədər baş tutacağı mümkündür. Axar.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib. Putinin Türkiyəyə səfərinə hazırlaşdıqlarını bildirən Kreml sözçüsü səfərin yaxın gələcəkdə baş tutacağını istisna etməyib: "Biz istisna etmirik ki, səfər Rusiyadakı prezident seçkisi öncəsi baş tuta bilər". Qeyd edək ki, daha öncə səfərin fevralın 12-də baş tuta biləcəyi xəbərləri yayılmış, daha sonra bunun təxirə salındığı bildirilmişdi.
2024-02-14
832,391
Ukrayna ilə bağlı bu prosesə hazırıq - Lavrov
Rusiya Ukrayna ətrafında vəziyyətin ölkənin maraqları və reallıqları nəzərə alınmaqla siyasi və diplomatik yolla nizamlanmasına açıqdır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatı zamanı deyib. “Rusiya Prezidenti Vladimir Putinin Taker Karlsonla müsahibəsində vurğuladığı kimi, biz qanuni maraqlarımızı və mövcud reallıqlarımızı nəzərə almaqla siyasi və diplomatik nizamlanmaya açığıq”, - nazir bildirib.
2024-02-14
832,392
Bizi istəməyən qüvvələr şayiə yayırdılar ki... - Prezident
Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq, təbii ki, Avropa istiqaməti üzrə. Bu yaxınlarda bizim yeni resurs bazamız işə salınıb. “Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, biz yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlayacağıq. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatının nəzərdə tutulduğunu vurğulayan dövlət başçısı bildirib: “Bu da bizim resurs bazamızı artıracaq. Ondan başqa, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilatı başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var. Vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur. Azərbaycan 1997-ci ildən bəri neft hasilatını yüksək səviyyədə saxlayır və bir çox ölkələrə neft ixrac edir. Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur. Təbii ki, bu da cəfəngiyatdır, bax, sadaladığım bu yataqlar onu əyani şəkildə göstərir”.
2024-02-14
832,393
DSX-nin məhv etdiyi erməni postu... - Video
Ermənistan ordusunun törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də qisas əməliyyatı keçirib. DSX-nin keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan ordusunun Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Həmçinin 4 hərbçisi məhv edilib. Axar.az APA-ya istinadən Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postunun görüntüsünü təqdim edir.
2024-02-14
832,395
Xovayev Bakıdan İrəvana gedə biləcəkmi?
Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır və azərbaycanlı tərəfdaşlarla əlaqələri planlaşdırıb. O, həmçinin sülh müqaviləsi mövzusunu müzakirə edəcək. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. “Biz ondan çıxış edirik ki, Xovayev regiona səfərini davam etdirsin və yaxın vaxtlarda İrəvana səfər etsin, dostluq, tərəfdaşlıq şəraitində bütün detalları müzakirə edə bilsin ki, bu təmaslar həqiqətən də reallaşdırılsın”, - o bildirib. Qeyd edək ki, Xovayevi bu gün Bakıda XİN başçısının səlahiyyətlərini icra edən Ceyhun Bayramov qəbul edib.
2024-02-14
832,396
ABŞ Tayvana 30 ilin ən böyük silah tədarükünü təsdiqlədi
ABŞ son aylarda Tayvana son 30 ildə ən çox silah və hərbi texnika tədarükünə dair sazişləri təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib. “Tayvan boğazında sülhü və sabitliyi qorumaq məqsədilə son 30 ilin ən böyük silah tədarükü ilə bağlı sazişi təsdiqləyərək, Tayvanın özünümüdafiə imkanlarını gücləndirmək üçün onlarla sıx əməkdaşlıq edirik”, - B.Cenkins vurğulayıb.
2024-02-14
832,399
Macarıstan xarici işlər naziri Türkiyəyə gedir
Fevralın 15-də Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində Siyarto türkiyəli həmkarı Hakan Fidanla görüşəcək və Türkiyə-Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birinci iclasında iştirak edəcək.
2024-02-14
832,402
Bizim ailəmiz türk dünyasıdır - Əliyev
Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
2024-02-14
832,404
Avropa çempionatı: güləşçilərimizdən üçüncü qızıl...
Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Axar.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millinin digər üzvü Ülvü Qənizadə (72 kiloqram) qızıl mükafat uğrunda türkiyəli Səlçuk Canla, qadınların yarışında isə Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhan, Alyona Kolesnik (59 kiloqram) ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək. Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram) və Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
2024-02-14
832,405
İran nüvə silahı istehsal etməyə çalışır – Xəbərdarlıq
Amerika administrasiyası hazırda İranda uranın 60% zənginləşdirilməsi istiqamətində görülən işləri hərbi xarakterli hesab edir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib. “Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, onların fəaliyyətini dinc xarakterli hesab etmək olmaz. Plan diplomatik həll üçün səy göstərməyə davam etməkdir", - o bildirib.
2024-02-15
832,406
Abbasdan HƏMAS-a: Xalqı xilas et, razılaş!
HƏMAS-ı Fələstin xalqını fəlakətdən xilas etmək və İsrailin Rəfah şəhərini işğal etməsinə imkan verməmək üçün məhbus mübadiləsi sazişini qısa zamanda tamamlamağa çağırırıq. Axar.az xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas bildirib. M.Abbas ABŞ-ı və ərəb ölkələrini razılaşmanın mümkün qədər tez əldə olunması üzərində ciddi işləməyə çağırıb.
2024-02-15
832,410
Ermənistan Parisdə tarixi binanı 23 milyona alır
Ermənistan Xarici İşlər Nazirliyi Parisdə tarixi əhəmiyyəti olan binanı səfirlik üçün almaq niyyətindədir. Axar.az xəbər verir ki, bu məqsədlə Ermənistan XİN hökumətə müraciət edərək, alınacaq binanın qiymətinin 10 faizini ödəmək üçün dövlət büdcəsindən əlavə pul istəyib. Parisin 16-cı rayonunda yerləşən binanın tarixi əhəmiyyəti var, çünki 1956-cı ildən 5-ci Fransa Respublikasının 3-cü prezidenti Valeri Jiskar d'Estenə məxsus olub. Binanın qiyməti 23 milyon avrodur.
2024-02-14
832,411
BSM həkimindən şok əməliyyat: Uşağın atası kimdir?
Ötən günlərdə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə süni mayalanma yolu ilə övlad sahibi olan, amma sonra acı gerçəklərlə üzləşən atanın aldadıldığını sübut edə bilmədiyi məhkəmə qərarını yayımlamışdı. Həm qərar, həm də baş verənlər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı və bir çox sual doğurdu. Qeyd edək ki, süni mayalanma ailələrin övlad sahibi ola bilmədiyi hallarda tətbiq edilən müalicə metodudur. Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də süni mayalanma yolu ilə uşaq sahibi olanların sayı artır. Bu metodun tətbiqinin bir neçə üsulu var. Adətən, süni mayalanma yolu ilə qadın yumurtası ilə kişi sperması laboratoriyada mayalandırılıb uşaqlığa köçürülür. Amma dünyada kişi sonsuzluğunun artması bəzi qadınların donor mayalanması ilə hamilə qalmasına gətirib çıxarır. Axar.az xəbər verir ki, Əkrəm Həsənov Teleqraf.com-a açıqlamasında 2021-ci ildə qəbul edilmiş məhkəmə qərarından təsadüf nəticəsində xəbər tutduğunu bildirib: “Mən məhkəmə sistemində bir neçə buna oxşar qərar görmüşəm. Yəni bu, yeganə belə qərar deyil. Vaxtilə süni mayalanma yolu ilə iki uşaq sahibi olan ailə 7 ildən sonra dağılıb. Bu zaman məlum olub ki, kişi uşaqların atası deyilmiş. Məhkəmə prosesində ata atalığını müəyyənləşdirmək və aldadıldığını isbat etmək üçün məhkəməyə müraciət edib. Amma məhkəmə çox qəribə qərar çıxarıb. Məhkəmə qərarında yer alan məlumata görə, boşanma zamanı kişi məhkəmədən tələb edib ki, uşağın biri ona qalsın. Əgər o bilsəydi ki uşaq onun deyil, bunu tələb edərdimi? Boşananda da o bilməyib ki, uşaq onun deyil. Kişinin dediyinə görə, qadın bunu ona özü deyib. Qərarlarda ad yoxdur, yalnız klinikada olan həkim Öndər Tulumbacının adı yazılıb. Kişi deyir ki, mən başqasının donor olmasına razılıq verməmişəm, klinika da kişinin donora razılıq verdiyi kağızı ortalığa qoya bilmir. Mənə təəccüblü gələn məhkəmənin mövqeyidir. Məhkəmə bildirir ki, kənar donora razılıq vermədiyini kişi özü sübuta yetirməlidir. Bu, nəinki hüquqa, sağlam məntiqə də zidd haldır. Mən etmədiyimi necə sübut edə bilərəm? Bu ona bənzəyir ki, sizin adınıza avtomobil və ya ev var, sabah onu kimsə qanunsuz öz adını keçirir, deyirlər, siz buna razılıq vermədiyinizi sübut eləməlisiniz... Klinika belə bir əməliyyatı aparmaq üçün kişidən uşağın başqa donorlardan olacağına dair razılıq almalıydı. Almalıdırsa, deməli, o sənəd klinikada olmalıdır. Amma klinika sənədi üzə çıxara, göstərə bilmir. Deməli, sənəd yoxdur. Buna baxmayaraq, Ali Məhkəmə qərar verib ki, kişi özü razılıq vermədiyini sübut etsin. Məhkəmənin digər cəfəng mövqeyi “razılıq olmasaydı, klinika heç vaxt belə əməliyyatı aparmazdı” arqumentidir. Mən buna oxşar digər məhkəmə qərarını da görmüşəm. Həmin hadisədə də qadın kişini aldadıb, kişi hər şeyi boşanandan sonra bilib. Amma o məhkəmə prosesində klinika kişinin razılıq ərizəsini təqdim edib. Kişi də deyib ki, imza mənim deyil, ekspertiza da bunu təsdiqləyib. Buna baxmayaraq, qadın Ali Məhkəməyə şikayət verib, Ali Məhkəmə də bildirib ki, bununla hansısa nəticəyə gəlmək olmaz, işi geri qaytarıb. O işin necə bitdiyini bilmirəm”. Kişi DNT analizi ilə faktı müəyyən edə bilər “Bəs bioloji atanın kimliyini müəyyənləşdirmək üçün DNT analizi belə məqamda hansı rol oynayır?” sualına Əkrəm Həsənov belə aydınlıq gətirdi: “30-40 il bundan əvvəl DNT analizləri yox idi. O zaman məhkəmələr belə işlərə baxanda əsas götürdükləri məqam o idi ki, əgər ər-arvaddırsa, birgə yaşayırlarsa və uşaq da birgə yaşayış dönəmində dünyaya gəlibsə, artıq başqa nəyəsə ehtiyac duyulmurdu. Məsələ həll olunmuş sayılırdı. Kişi nə qədər çalışsa da, əksini sübut edə bilmirdi. İndi DNT analizləri hər şeyi sübut edir. Kişilər bunu uşaq doğulanda da yoxlatdıra bilərlər. İstənilən anda DNT analizi yolu ilə məsələnin aydınlaşdırılması imkanı var. Bu məhkəmə prosesində də DNT analizi uşağın atanın spermasından törəmədiyini göstərib. Amma üzə çıxmayan razılıq kağızına görə məsələ ilişib qalıb. Ər-arvad özləri könüllü olaraq donor köməyindən istifadəyə razılıq verirlərsə, o zaman uşaqların ata-anaları hesab olunurlar. Bilirsiniz, belə ailələrin iki yolu var: ya uşaq evlərindən uşaq götürməlidirlər, ya da kişi özündə güc tapıb bu addımı atmalı və razılıq verməlidir. Əgər razılıq yoxdursa, kişinin həmin uşaqla bağlı məsuliyyətindən söhbət gedə bilməz”. Bakı Sağlamlıq Mərkəzinin adı hallanır Qərarda adı çəkilən həkim Öndər Tulumbacı hazırda Bakı Sağlamlıq Mərkəzində işləyir. Elə sözügedən əməliyyatın da Bakı Sağlamlıq Mərkəzində reallaşdığı iddia olunur. Məsələni dəqiqləşdirmək üçün Mərkəzlə əlaqə saxladıq. Mərkəzdən bildirdilər ki, baş verən hadisə Öndər Tulumbacının mərkəzdə çalışmadığı dönəmə təsadüf edir: “Öndər Tulumbacı dörd ildir Bakı Sağlamlıq Mərkəzində işləyir. Yeddi il öncəki hadisənin bizim klinikaya aidiyyəti yoxdur”. Həm məsələyə aydınlıq gətirməsi, həm də bu cür prosedurların necə, hansı şərtlərlə həyata keçirilməsi ilə bağlı suallarımıza cavab almaq üçün Öndər Tulumbacı ilə dəfələrlə əlaqə yaratmağa çalışdıq. O, suallarımızı cavabsız qoydu, sosial mediadakı qısa paylaşımında imzasız prosedurun baş tutmasının mümkün olmadığını qeyd etməklə kifayətləndi: "Mərkəzimizə süni mayalanma üçün müraciət edən hər bir cütlük bu prosedurun başlanması üçün müvafiq sənədləri, ən əsası da yazılı razılıq sənədini imzalayır. Bundan əlavə, əgər süni mayalanma zamanı donor, yəni başqa qadın və ya kişi cinsi hüceyrəsi istifadə olunursa, bu prosesə başlamadan öncə mütləq ər və arvad tərəfindən hər ikisinin imzalı razılığı əldə olunur. Razılıq sənədi mərkəzə təqdim edilmədiyi təqdirdə bu prosedurun həyata keçməsi mümkün deyil".
2024-02-14
832,413
Bu, böyük ərazidir, böyük hərbi gücdür - İlham Əliyev
Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”, - İ.Əliyev qeyd edib.
2024-02-14
832,414
CAR Rəisinin səfərini təxirə saldı: Nə baş verir?
İran Prezidenti İbrahim Rəisinin Cənubi Afrika Respublikasına səfəri təxirə salınıb. Axar.az xəbər verir ki, bu barədə Cənubi Afrika Prezidentinin Ofisi məlumat yayıb. “İran Prezidenti İbrahim Rəisinin əvvəlcədən elan etdiyi səfər fevralın 27-dən qeyri-müəyyən müddətə təxirə salınıb”, - məlumatda bildirilib. İbrahim Rəisinin səfərinin təxirə salınma səbəbi açıqlanmayıb. Bununla belə, səfərin təxirə salınmasının İran deyil, CAR tərəfindən elan edilməsi müzakirələrə yol açıb.
2024-02-15
832,418
"Braqa"ya qarşı ciddi hazırlaşmışıq - Qurbanov
Çox güclü və dinamik komandaya qarşı oynayacağıq. Rəqibə hörmətlə yanaşırıq. İnanırıq ki, sabahkı matçda keyfiyyətli oyun sərgiləyəcəyik. Axar.az xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə səfərdə Portuqaliya "Braqa"sına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. Əlli bir yaşlı mütəxəssis sabahkı görüşə ciddi hazırlaşdıqlarını bildirib: "İstəkli rəqibə qarşı oynayacağıq. Arxayınlaşmaq olmaz. Onlar da turnirdə daha irəli getmək istəyirlər. Hazırda statistikalara deyil, sabahkı matça fikrimizi yönəltməliyik". O, üstünlüyün "Braqa"nın tərəfində olduğunu söyləyib: "Biz də əlimizdən gələni edəcəyik. Təslim olmaq istəmirik. Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik". Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.
2024-02-15
832,420
Krım bu il mühasirəyə alına bilər - Svitan
Krım yarımadasını artıq bu il ABŞ-ın hərbi yardımı olmadan da mühasirəyə almaq mümkündür. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib. O bildirib ki, Krım yarımadası özlüyündə coğrafi olaraq “əməliyyat qazanı”na bənzəyir. Eyni zamanda o, Rusiyanın Qara dəniz donanmasında altıdan artıq desant gəmisinin qalmadığını vurğulayıb. Svitan onu da əlavə edib ki, Krım körpüləri ilə əlaqə kəsiləcəyi halda yarımadada ordunun ehtiyatı 1,5-2 ay davam edəcək.
2024-02-15
832,425
Xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq
Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib. "Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir", - dövlət başçısı söyləyib.
2024-02-15
832,427
Avropa üçün ən pis ssenari: Tramp, yardım və...
ABŞ-ın iştirakı olmadan Avropa dövlətləri ən azı on il öz müdafiə imkanlarını təmin edə bilməyəcək. Axar.az xəbər verir ki, bu barədə “Blumberq”də yayılan məqalədə deyilir. Qeyd edilir ki, əgər Avropa ölkələri indi hücuma məruz qalsalar, yenə də əvvəlki kimi bir neçə sahədə ABŞ-dan asılı olacaqlar: hava hücumundan müdafiə, uzaqmənzilli raketlər və müharibə aparmaq üçün zəruri olan qabaqcıl kompüter sistemləri. Bildirilib ki, Avropa üçün ən pis hal Donald Trampın ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlməsi və Vaşinqtonun Ukraynaya yardımı dayandırması, AB-nin isə hərbi-sənaye kompleksinin istehsal gücünü artıra bilməməsi olacaq.
2024-02-15
832,428
Sərhədin Göyçə gölünün ortasından keçməsi… - Ekspert
Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Ermənistanda azərbaycanşünas ekspert kimi tanınan Armine Adibekyanın Azərbaycanın Göyçə gölünü sərhəd gölünə çevirmək planı ilə bağlı açıqlamasını şərh edərkən deyib. “Düşünürəm ki, Azərbaycan dövlətinin uzunmüddətli dövrdə coğrafiyada fərqli dəyişiklər ola bilər. Bu tarixin təbii inkşaf axarıdır. 100 il əvvəl Ermənistan dövləti yox idi. 200 il əvvəl bölgədə Rusiya yox idi və fərqli imperiyalar var idi. İndi tamam fərqli mənzərədir. Ən azından dövlətin siyasi strategiyasında və strateji xəritələrində bu cür hallar mövcud ola bilər. Gələcəkdə də heç kim bu cür sərhəd dəyişikliklərindən sığortalanmayıb. İndiki halda Ermənistan tərəfindən bu cür çıxışlar daha çox Azərbaycanı aqresiv, işğalçı kimi göstərməyə hesablanıb. Burada əsas məqsəd həm Ermənistan cəmiyyətində Nikol Paşinyana qarşı müqavimət formalaşdırmaq, həm də Azərbaycanı dünyada Ermənistana qarşı aqressiv kimi təqdim etmək cəhdidir”, - Rzayev bildirib.
2024-02-15
832,429
Tokayev Ermənistana səfər edəcək
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yaxın zamanda Ermənistana səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Səfərə hazırlıq məsələsi nazirliyin rəhbəri Qnel Sanosyan və Qazaxıstan səfiri Bolat İmanbayev arasında baş tutan görüşdə müzakirə edilib. Tərəflər həmçinin bir sıra infrastruktur və regionlararası əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.
2024-02-15
832,431
İtaliyalı fermerlər də aksiyaya başladı: 100 traktor...
İtaliyalı fermerlər Avropa Birliyinin (AB) kənd təsərrüfatı siyasətinə etiraz məqsədilə Neapolda aksiya keçirib. Axar.az xəbər verir ki, fermerlər təxminən 100 traktorla şəhərin mərkəzi küçələrində dövrə vurub. Nümayişçilər aqrar sektorda artan xərclərə, qiymət artımına, subsidiyaların azaldılması və vergi dərəcələrinin yüksəldilməsinə etiraz ediblər. Aksiya zamanı müxtəlif şüarlar səsləndirilib, plakatlar qaldırılıb.
2024-02-15
832,432
Rusiya Ermənistanı "Cermuk"la cəzalandırır
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) vətəndaşlardan istehsal tarixi 28 dekabr 2023-cü il olan 0,5 litrlik şüşə qablarda “Cermuk” mineral suyunun satışının qeydə alındığı pərakəndə satış məntəqələri və internet saytları barədə məlumat vermələrini xahiş edib. Axar.az xəbər verir ki, bu barədə xidmətin mətbuat xidməti məlumat yayıb. “Rospotrebnadzor” əməkdaşları pərakəndə satış və ictimai iaşə obyektlərində “Cermuk” mineral suyuna nəzarəti gücləndirib. Vətəndaşların həyat və sağlamlığına zərər dəyməməsi üçün bütün tədbirlər görülüb”, - deyə bildirilib. Qeyd edilir, bu mineral suyun 2,5 milyon butulkaya yaxın fərdi partiyalarının satışı artıq dayandırılıb. Məhsulun təhlükəsizliyi ilə bağlı laboratoriya təsdiqi alınmayana qədər dövriyyəyə buraxılmayacaq. Qeyd edək ki, “Rospotrebnadzor” təhlükəsizliyi yoxlamaq üçün “Cermuk” markalı suyun müəyyən partiyalarının satışını dayandırıb.
2024-02-15
832,433
DYP Əhmədə sürücülük vəsiqəsini necə verib?
Səhiyyə ocaqlarında sağlamlıq haqqında arayışları 50-100 manata rahat şəkildə əldə etmək olar. Bu gün də tibb məntəqələrində, poliklinikalarda baş həkimlər sağlamlıq haqqında arayışı heç bir müayinə aparmadan satır. Bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı Xətai rayonunda ata-anası, qardaşı, bacısı və bacısının övladını amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun psixoloji problemi olmasına baxmayaraq, sürücülük vəsiqəsi alması və avtomobil idarə etməsi haqda danışarkən deyib. Onun sözlərinə görə, sürücülük vəsiqəsini almaq üçün şəxsdən sağlamlıq haqqında sənəd tələb olunur və bu sənədi verən səhiyyə ocaqları buna görə məsuliyyət daşıyır: “Səhiyyə Nazirliyi bir rüşvət ocağına çevrilibsə, yol polisi buna nə etsin? Əhməd də sağlamlıq arayışı əsasında sürücülük vəsiqəsi ala və taksi fəaliyyəti ilə məşğul ola bilib. Psixoloji, narkoloji problemləri olan şəxslər rüşvət qarşılığında bu sənədləri əldə edə bilirsə, yol polisini bu məsələdə suçlamaq olmaz. Məsələni dəfələrlə qabartdıq ki, poliklinikalarda əməliyyatlar, reydlər keçirilsin. Yaxud da sürücülərin vahid tibbi məntəqə strukturu yaradılsın. Amma çox ciddi nəzarət altında olsun. Çünki əvvəllər belə bir qurum var idi və rüşvət yuvasına çevrildiyi üçün ləğv elədilər. Onu ləğv edib, poliklinikalara verdilər, onlar da ikiqat rüşvət yuvasına çevrildi. Yol polisi də həkimin verdiyi qərara əsaslanır. Bu yaxınlarda şəhəri bir-birinə qatan sürücü haqqında video yayılmışdı. Tutdular, məlum oldu ki, “dəlilik kağızı” var. Yaxud lüt soyunub, maşını tərsinə sürən sürücünün də psixoloji problemləri var idi. Belə misallar çoxdur. Bu, cəmiyyətin bəlasıdır. Əhmədin qətl etdiyi o beş nəfərin ahını, günahını onlar çəkəcək. Bu cinayətdə onların hər birinin payı var. Əhməd maşınla da cinayət törədə bilərdi. Odur ki, o həkimi tapmaq və cəzalandırmaq lazımdır”.
2024-02-15
832,434
Əgər belə olmasaydı, 155 ölkə... - Prezident
Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. “Bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”, - İlham Əliyev qeyd edib.
2024-02-15
832,436
Moskvanın mərkəzində silahlı atışma baş verdi
Rusiyanın paytaxtı Moskvanın Plyuşixe küçəsində silahlı atışma baş verib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, atışma “Qızıl üzük” otelinin yaxınlığında qeydə alınıb. “İki sürücü yolda mübahisə edib, səs-küydən sonra travmatik tapançadan atəş açılıb”, - deyə bildirilib. Olayda 3 nəfərin xəsarət aldığı deyilir. Atəş açan şəxs yaxalanıb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.
2024-02-15
832,439
Rusiyanın qarşısını almaq üçün yeni silah hazırlanır
Rusiya hücum dronlarını modernləşdirir və onların istehsalını artırmağa davam edir. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib. "Qərb sanksiyalar məhdudiyyətlərinə nəzarət etməklə Rusiya Federasiyasının texnologiya əldə etmək imkanlarını azaltmalıdır. Biz Ukraynanın nə edə biləcəyinə, əlimizdə olan Qərb texnologiyalarından istifadə edərək texnoloji sıçrayışlar üçün hansı addımlar ata biləcəyimizə baxmalıyıq. Bu, artıq həyata keçirilir", - Y.İqnat vurğulayıb. O qeyd edib ki, Ukraynanı dəstəkləyən Qərb də texnologiyanın inkişafı üçün böyük addımlar atır. Xüsusilə, lazer silahları üzərində iş ciddi sürət qazanır.
2024-02-15
832,441
"Braqa" ilə nəticəni bir sıra detallar həll edəcək - Romao
Bizi sabah çətin oyun gözləyir. Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Julio Romao UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliya "Braqa"sına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. Braziliyalı oyunçu "Braqa"nın ciddi rəqib olduğunu bildirib: "Onlar ölkə çempionatının son turunda Lissabon "Sportinq"inə məğlub oldular. Bu, bizi arxayınlaşdırmamalıdır. Komandamızın heyətində Portuqaliya liqası təcrübəsi olan futbolçular var. Bu da bizə kömək olacaq". O, "Braqa"ya qalib gəlmək şanslarının olduğunu deyib: "Bu oyunun nəticəsini bir sıra detallar həll edəcək. Avropa Liqası turniri fərqli atmosferdir. Əlimizdən gələni edəcəyik". Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.
2024-02-15
832,442
Rusiya üçün Tramp yox, Bayden yaxşıdır - Putin
Rusiya Amerika xalqının seçəcəyi istənilən ABŞ prezidenti ilə işləməyə hazırdır. Lakin Bayden daha yaxşı olardı. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib. Kreml rəhbəri jurnalistin “Hansı siyasətçi Rusiya üçün daha yaxşıdır – Co Bayden, yoxsa Donald Tramp?” sualına “Bayden” cavabını verib. “O, daha təcrübəli, proqnozlaşdırıla bilən, köhnə formasiyanın siyasətçisidir”, - deyə Putin bildirib.
2024-02-15
832,443
Azərbaycan millisi tarixi uğura imza atıb - Nazir
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. Axar.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov X hesabında bildirib. "Yunan-Roma güləşi üzrə Azərbaycan millisindən tarixi uğur! Yığma komandamız Azərbaycan güləşi tarixində ilk dəfə Avropa Çempionatında 3 qızıl medal qazanmağa nail olub. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşaraq, qızıl medala layiq görülüblər. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş medal, Beka Kandelaki (130 kq) bürünc medal qazanıblar. Güləşçilərimizi və məşqçilərimizi bu tarixi uğura görə təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik! Avropa çempionatında finala yüksəlmiş Mariya Stadnik (50 kq) və Alyona Kolesnikə (59 kq), eləcə də digər qadın güləşçilərimizə və sərbəst güləş üzrə milli yığma komandamızın üzvlərinə müvəffəqiyyətlər diləyirik", - paylaşımda qeyd olunub.
2024-02-15
832,444
NATO Ukrayna üçün təlim mərkəzi yaradır
NATO Ukrayna hərbçilərinin təlimi və təhsili üçün mərkəz yaratmağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb. Məlumata görə, Avropa Birliyinin missiyasını və bəzi Qərb ölkələrinin proqramlarını tamamlayacaq yeni layihə Ukrayna hərbçilərinə həm də strategiya və müdafiə idarəçiliyini öyrətmək üçün nəzərdə tutulub. Məqsəd Ukrayna qüvvələrini NATO standartlarına uyğunlaşdırmaqdır. Alyans üzvləri indi proqramın təfərrüatını yekunlaşdırırlar. Qəzet bildirib ki, hazırda NATO müttəfiqləri təşəbbüsün necə maliyyələşdiriləcəyini və hansı növ təlimçilərin cəlb olunmasını müzakirə edirlər.
2024-02-15
832,445
Qəzzada "Starlink" peykləri yerləşdirildi
“Starlink” peyk internet şəbəkəsinin Qəzzada yerləşməsi dinc əhaliyə yardım anlamına gəlir. Axar.az xəbər verir ki, bu barədə amerikalı sahibkar, milyarder İlon Mask deyib. “Biz İsrail əhalisinə yardım etdiyimiz kimi, Qəzzanın günahsız dinc sakinlərinə də yardım edəcəyik”, - deyə o bildirib. O, HƏMAS-ın şəbəkəyə giriş əldə edə bilməməsi üçün tədbirlər görüldüyünü də qeyd edib.
2024-02-15
832,446
Gündə neçə dilim çörək yeməliyik?
Sağlam insanın gündəlik çorək norması 2-3 dilimdir. Bir şərtlə ki, çörək tam taxıldan, kəpəkli və faydalı qatqılı olsun. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim, immunoloq Marina Apletayeva kimlərə ağ çörəyin tamamilə qadağan oluna biləcəyini açıqlayıb. “Əgər insanda piylənmə, insulin dirənci, şəkərli diabet varsa, ağ çörək, ümumiyyətlə, emal edilmiş undan imtina etməlidir. Kəpəkli çörək isə mədə-bağırsaq xəstəliyi olanlara olmaz. Tam taxıldan, dənəli çörək istənilən insan, istənilən xəstəlikdə yeyilə bilər. Amma bu çörəyi də sutkada 3 dilimdən çox yeməyin. Hər faydalı çörək hər orqanizm üçün uyğun olmaya bilər. Çörək rasionda digər faydalı maddələrlə balanslaşdırılmalıdır. Çörəyə müxtəlif tumlar, qoz qatmaq mümkündür. Bu əlavə olaraq, çörəyin yağlılıq və vitaminini artıracaq. Amma çörəyə müxtəlif əlavələr edəndə mütləq həkimlə məsləhətləşin. Çörəyə nə qata bilərsiniz: - Kətan toxumu – "Omeqa 3", lif və linolin turşusu ilə zəngindir; - Balqabaq tumu – maqniy, dəmir və s. zəngindir; - Günəbaxan tumu – maqniy, E vitamini; - Qoz, badam, fındıq – çörəyə fərqli dad verir. - Qlüten həssaslğı olanlar qlütensiz undan istifadə etsin”, - o qeyd edib.
2024-02-15
832,447
Avropalılar istəyirlər ki, bu işləri ABŞ görsün - Putin
Avropalılar istəyirlər ki, ABŞ NATO-nun yaranmasından sonra formalaşmış funksiyaları təmənnasız olaraq yerinə yetirsin. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. ABŞ-ın eks-prezidenti Donald Tramp haqqında danışan Putin qeyd edib ki, o, avropalıları müdafiə xərclərini artırmağa və ya NATO-nun “atom çətiri” üçün ABŞ-a ödəniş etməyə məcbur edib.
2024-02-15
832,450
Neft yenidən ucuzlaşdı
Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 81,21 dollara, yüngül neftin bir barreli isə 76,21 dollara təklif olunur.
2024-02-15
832,455
Gəncədə ata və oğlu itkin düşdü
Gəncə şəhərinin Məhsəti qəsəbəsində ata və oğlu itkin düşüb. Axar.az xəbər verir ki, fevralın 12-də 1971-ci il təvəllüdlü Nəriman Süleyman oğlu Əliyev və oğlu 2008-ci il təvəllüdlü Rəvan Nəriman oğlu Əlizadə yaşadıqları evdən çıxıb naməlum istiqamətdə gedərək itkin düşüblər. Araşdırma aparılır.
2024-02-15
832,457
Ağalı kəndi 30 ildən sonra ilk dəfə toya hazırlaşır - Video
Zəngilanın Ağalı kəndində 30 ildən sonra yenidən toy olacaq. Axar.az xəbər verir ki, bununla bağlı görüntülər Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb. Kənd sakinləri fevralın 17-si baş tutacaq toy mərasimi ilə bağlı sevinclərini bölüşüblər. Daha ətraflı videoda:
2024-02-15
832,459
Rusiya Lvova raket zərbələri endirdi
Ukraynanın Lvov şəhərinin Rusiya hərbçiləri tərəfindən raket atəşinə tutulması nəticəsində yaşayış binalarına ziyan dəyib, pəncərələrin şüşələri sınıb. Axar.az xəbər verir ki, bu barədə Lvov şəhərinin başçısı Andrey Sadovoy bildirib. Onun sözlərinə görə, raketlərin bəziləri şəhərə düşüb. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur. Bildirilib ki, fevralın 15-də saat 5 radələrində Murmansk vilayətindəki Olenya hərbi aerodromundan 6 “Tu-95” strateji bombardmançı təyyarəsi havaya qalxıb. Təxminən səhər saat 5-də bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib və sonradan Ukraynanın bütün ərazisinə yayılıb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Qara dənizdən “Kalibr” raketlərini buraxdığını bildirib. Məlumata əsasən, səhər saat 8-dən sonra Kiyevdə partlayışlar baş verib. Dnepr və Zaporojyedə də hava hücumundan müdafiə əməliyyatları aparıldığı bildirilib.
2024-02-15
832,462
Beynəlxalq Avtovağzala yeni mətbuat katibi təyin edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub. Axar.az xəbər verir ki, bu vəzifə Rövşən Əliyevə həvalə edilib. Qeyd edək ki, o, bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı olub.
2024-02-15
832,464
Ağdamda bu sərvətlər dövlət mühafizəsinə götürülür
Ağdam rayonunda bir sıra türbə, körpü, məscid və hamamlar dövlət mühafizəsinə götürüləcək. Axar.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının iclasında qərar qəbul edilib. İclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işğaldan azad olunan ərazilərdə apardığı monitorinq və inventarlaşma işləri nəticəsində aşkar olunmuş obyektlər müzakirə olunub. Şura üzvləri Ağdam rayonunun Əlimədətli, Boyəhmədli, Qızıl Kəngərli, Eyvazxanbəyli kəndlərində yerləşən türbələrin, Kəngərli kəndində yerləşən körpünün, Şahbulaq, Abdal və Gülablı kəndlərində yerləşən məscidlərin, Ağdam şəhəri və Gülablı kəndində yerləşən hamamların dövlət mühafizəsinə götürülməsi üçün müvafiq addımların atılmasını məqsədəuyğun hesab edib.
2024-02-15
832,468
Türkiyədə avtobus aşdı: ölü və yaralılar var
Türkiyənin Mersin şəhərindən Amasya şəhərinə gedən sərnişin avtobusu qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, avtobus Yozqat-Kayseri yolunun Battal kəndindən keçən hissəsində aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3-ü ağır olmaqla ümumilikdə 18 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
2024-02-15
832,471
Putin Karlsonu təhlükəli insan adlandırdı
Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonu təhlükəli insan adlandırıb. Axar.az xəbər verir ki, Vladimir Putin bunu jurnalist Pavel Zarubinlə söhbətində deyib. “Karlsondan sərt suallar gözləyirdim ki, ona da eyni ruhda cavab verə bilim. Lakin o, səbirli oldu və tarixi dinlədi. Jurnalist planını ciddi şəkildə yerinə yetirib”, - Putin bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsi fevralın 9-da dərc olunub.
2024-02-15
832,474
Zəngilanda yanğın oldu - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonunun Cahangirbəyli kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər nəticəsində açıq ərazidə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində 13 ha sahədə qamışlıq və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.
2024-02-15
832,475
Türkiyədə yük gəmisi batdı
Türkiyənin Mərmərə dənizində yük gəmisi batıb. Axar.az xəbər verir ki, nəlumatı Türkiyə mediası yayıb. Hadisə Balıkesir şəhəri yaxınlığında baş verib. Gəmidə 6 nəfərin olduğu bildirilir. Hazırda üç gəmi ilə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Məlumata görə, ərazidə dalğanın hündürlüyü 3 metrə qədərdir.
2024-02-15
832,480
Rusiyaya 13-cü sanksiya paketi hazırdır
Hazırda ABŞ və AB tərəfindən müzakirə edilən Rusiyaya qarşı yeni 13-cü sanksiyalar paketi iki yüzə yaxın insan və şirkətə qarşı məhdudlaşdırıcı tədbirləri əhatə edə bilər. Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, müvafiq sanksiyalar fevralın 24-dək qəbul ediləcək: “ABŞ və müttəfiqləri sərt sanksiyalar tətbiq etməyə hazırdır. ABŞ, AB və digər tərəfdaşlar bu həftə Brüsseldə keçirilən görüşdə müvafiq sanksiyalar paketini müzakirə ediblər”.
2024-02-15
832,482
DYP-dən qarlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində temperaturun 5-10 dərəcə aşağı enəcəyi, külək, yağış, sulu qar və qarla müşahidə olunacaq əlverişsiz hava şəraitinın fevralın 18-dək davam edəcəyi gözlənilir: "Hazırda paytaxt ərazisində müşahidə olunan dumanı, eləcə də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçılarıdan yollarda diqqətli olmalarını xahiş edirik. Xüsusilə, səfərə çıxan sürücülərə, yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur".
2024-02-15
832,484
Bu qiymətlər niyə ikiqat artıb?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında qiymətlər 2023-cü ilin eyni ayına nisbətən 1,7 faiz artıb. İnflyasiya səviyyəsi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,2 faiz olub. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib. Onun sözlərinə görə, inflyasiya meyillərinin səngiməsi daha çox idxal olunan məhsullarda inflyasiya dərəcəsinin aşağı düşməsi ilə bağlıdır: “Belə ki, inflyasiyanın strukturunda idxal olunan məhsullarının qiyməti xüsusi çəkiyə malik olduğundan regional bazardakı dəyişikliklər qiymət indeksinə təsirsiz ötüşmür. Bütövlükdə inkişaf etmiş dövlətlərdə və eləcə də əksər region ölkələrində inflyasiya meyillərinin səngiməsi müşahidə olunur. Ötən ay üzrə inflyasiyanın stukturunda diqqəti çəkən əsas məqam xidmətlərin qiymətindəki artımın ümumi istehlak qiymətləri indeksini təxminən 2 bənd üstələməsidir. Rəsmi inflyasiya səviyyəsi 1.7 faiz olduğu halda xidmətlərdə qiymətlər 3.2 faiz yüksəlib. Bunun əsas səbəbi bir sıra xidmətlər üzrə yanvardan reallaşan artımlar olsa da, ödənişli xidmətlərin qiymətinin monitorinq edilməsi olduqca vacibdir. Çünki ötən ay xidmətlərin qiyməti hətta qida məhsullarının xərcindən də sürətlə artıb. Buna görə də bu artımların real əsaslarının olub-olmamasının araşdırılmasına ehtiyac var”.
2024-02-15
832,489
Moskvada güclü yanğın: günbəz çökdü - Video
Moskvanın mərkəzindəki Puşkin meydanında yerləşən “İzvestiya Holl”un binasında yanğın başlayıb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, səhər saatlarında başlayan yanğın 1,5 min kvadratmetr ərazini əhatə edib. Binanın metal günbəzi uçub. Yanğının yenidənqurma işləri aparılan inzibati binada başladığı bildirilir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Rusiya Teleqram kanallarının məlumatına görə, binada 70-ə yaxın qaz balonu var.
2024-02-15
832,490
Hüquqlarını qoruduğu şəxsdən 15 min alan vəkil tutuldu
Vəkillər Kollegiyasının üzvünün qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Vəkillər Kollegiyasının iştirakı ilə araşdırma aparılıb. Araşdırma zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulmuş və ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
2024-02-15
832,492
“Qarabağ” “Braqa” ilə oyuna ciddi itkilərlə çıxır
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək. Axar.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu raundda ilk matçını keçirəcək. Ağdam təmsilçisi tarixi qarşılaşmaya Portuqaliyada çıxacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda “Braqa”nın qonağı olacaq. “Munisipal” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Qarabağ”da Kevin Medina zədə, Marko Veşoviç isə cəza səbəbindən oynaya bilməyəcək. Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.
2024-02-15
832,494
722-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 722-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 399 090 hərbçi, 6442 ədəd tank, 12 090 ədəd zirehli döyüş maşını, 9 620 ədəd artilleriya sistemi, 984 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 671 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 691 ədəd avtomobil texnikası, 7 404 ədəd PUA, 1 882 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 524 xüsusi avadanlıq itirib.
2024-02-15
832,500
Xankəndidə daha 10 qumbara tapıldı
Xankəndidə xeyli silah-sursat aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4 060 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.
2024-02-15
832,501
Rusiyada neft bazası vuruldu - Video
Rusiyanın Kursk vilayətindəki neft bazasına PUA hücumu edilib. Axar.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt məlumat yayıb. “İlkin məlumata görə, tələfat yoxdur. Hadisə yerində xüsusi xidmət orqanları işləyir”, - qubernator bildirib. Rusiya Teleqram kanallarının məlumatına görə, hücuma məruz qalan neft bazası Polevaya kəndi ərazisində yerləşir.
2024-02-15
832,502
Prezident Arif Paşayevi təbrik etdi
Prezident İlham Əliyev akademik Arif Paşayevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edən dövlətimizin başçısının məktubunda qeyd edilib: “Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir. Siz Azərbaycan elminin inkişafında mühüm xidmətləri ilə tanınan dəyərli alimlərimizdənsiniz. Uzun illər ərzində apardığınız sanballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında görülən xüsusi əhəmiyyətə malik işlər elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmış, ölkəmizdə və onun hüdudlarından kənarda Sizə şöhrət qazandırmışdır. Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirəlayiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olaraq mülki aviasiyamız üçün yüksəkixtisaslı kadrların hazırlanmasında, habelə Akademiyanın regionun mötəbər ali təhsil müəssisələrindən birinə çevrilməsində böyük əməyiniz vardır. Çoxsaylı elmi nailiyyətləriniz və təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz həmişə yüksək qiymətləndirilmişdir. Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın və yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə sevgisi isə qazandığınız ən dəyərli sərvətdir”. Prezident İlham Əliyev bu əlamətdar gündə akademik Arif Paşayevə möhkəm cansağlığı, xoşbəxtlik və işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.
2024-02-15
832,505
Nazirlikdən qızılca ilə bağlı daha bir çağırış
Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb. Nazirlikdən Axar.az-a verilən məluamta görə, ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Qeyd olunub ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərin olduğunu göstərir: "Bununla əlaqədar Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir. Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər".
2024-02-15
832,507
Əliyev Vuçiçə məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Serbiyanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Sizin qətiyyətli liderliyiniz sayəsində dost Serbiya hərtərəfli inkişaf edir və böyük uğurlara imza atır. Keçən ilin sonunda ölkənizdə baş tutmuş növbədənkənar parlament seçkilərinin nəticələri Sizin həyata keçirdiyiniz ümummilli siyasətə, əzmkar fəaliyyətinizə xalqınızın dəstəyini, Sizə olan inam və etimadı bir daha bariz şəkildə təsdiq etdi. Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istərdim. Siyasi əlaqələrimizin yüksək səviyyəsi, qarşılıqlı ali səfərlər və davamlı təmaslarımız bütün sahələr üzrə fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Bu yaxınlarda Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımızın növbəti əyani nümunəsidir. Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi olduqca genişdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığının böyük potensialından tam şəkildə istifadə etmək və strateji tərəfdaşlığımızı daha da gücləndirmək məqsədilə birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
2024-02-15
832,510
Laçında daha 5 SES istismara veriləcək - Video
Bu günə kimi AzərEnerji ASC tərəfindən Laçın rayonunda istismara verilən su elektrik stansiyalarında 77 milyon KVt/saatdan artıq ekoloji cəhətdən "yaşıl enerji" istehsal edilib. Bu barədə Axar.az-a “AzərEnerji”dən məlumat verilib. Bildirilib ki, 77 milyon KVt/saat “yaşıl enerji”nin istehsal edilməsi ilə 18 milyon kubmetr qaza və milyonlarla manat vəsaitə qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ən əsası ekosistemin qorunması üçün zəruri tədbirlər görülüb, stansiyalarda Avropa istehsalı olan eko-turbinlər quraşdırılıb. Məlumatda deyilir ki, hazırda Laçın rayonunda ümumi gücü 40 MVt-dan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. Daha doğrusu artıq 14,25 MVt gücündə “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. 14,7 MVt gücündə “Ağbulaq-2”, 4 MVt gücündə “Qaraqışlaq”, 3,5 MVt gücündə “Mirik” və 2,8 MVt gücündə “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir. “2024-yaşıl dünya” naminə həmrəylik ili çərçivəsində bu 5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır. Qeyd edilib ki, alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili "yaşıl" dünya naminə həmrəylik ili elan edərək COP-29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanda “yaşıl enerji”nin əhatəsi sürətlə genişləndirilir. Xüsusən də işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq ardıcıl şəkildə su elektrik stansiyaları yaradılır. “Yaşıl enerji” strategiyasına uyğun olaraq Laçın rayonunda 9 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılmaqdadır. Belə ki, bugünə kimi Laçın rayonunda 8,25 MVt gücündə “Mişni”, 8 MVt gücündə “Güləbird”, 6 MVt gücündə “Alxaslı” su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 MVt gücündə “Sus” SES-i bərpa edilib.
2024-02-15
832,512
32 min müəllimin maaşına əlavələr ödənilir
Azərbaycanda 32 minə yaxın müəllimin əmək haqqına əlavələr ödənilir. Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir: "Əmək haqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdərin 64% -ni təşkil edir. Əlavə olaraq qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq 2023-cü ildə 23000-dən çox, 2022-ci ildəkilərə görə isə 9000-ə yaxın müəllimin əmək haqlarına əlavələr tətbiq olunub".
2024-02-15
832,516
Daha bir ölkədə səfirliyimiz açılır: məktub təqdim edildi
Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Taliban XİN-in nümayəndəsi Əbdül Qəxar Bəlxi X hesabında yazıb. Bildirilib ki, səfir Müttəqi ilə görüşdə Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktub təqdim edib. Qeyd edək ki, 13 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb, 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib. Xarici işlər naziri Ceyhun Bayramov ötən ilin dekabrında bildirib ki, Bakı 2024-cü ildə Kabildə səfirlik açmağı planlaşdırır.