date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-15
832,736
Ukraynaya bir milyon PUA göndəriləcək
Müttəfiqlər qrupu Ukraynaya bu il ərzində bir milyon PUA tədarük etməyə hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, NATO-nun 20 müttəfiq üzvü Ukraynanın minalardan təmizlənməsi üçün koalisiya yaratmaq məsələsində də razılığa gəlib: “Bunlar Ukrayna əhalisinin qorunmasına yardım edəcək”.
2024-02-15
832,737
Ötən il deyə bilmirdik, indi deyirik - Nikol meydan oxuyur?
İlyarım əvvəl İlham Əliyev anklavlardan danışanda Ermənistandan ciddi reaksiya olmadı, amma bu gün Baş nazir Nikol Paşinyan deyir: Siz anklavlardan danışırsınız, onda mənim 32 kəndimin ərazilərini tərk edin, ondan sonra anklavlardan danışarıq. Axar.az xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” partiyasından olan deputat Akop Aslanyan erməni mediasına açıqlamasında deyib. “Bu o deməkdirmi ki, Ermənistan yavaş-yavaş gücünü bərpa edir və öz vətəndaşlarının təhlükəsizliyini, ərazi bütövlüyünü qorumağa hazırdır? Sadəcə dinamikaya baxın. Bizə daha 1-1,5 il vaxt lazımdır ki, qəddimizi tamamilə düzəldə bilək, türklərlə başqa cür danışaq”, - Aslanyan bildirib. Deputat Azərbaycanın müharibə ilə hədələməsi, hərbi yolla anklavları geri qaytaracağını bəyan etməsi ilə bağlı iradlara belə cavab verib: “Əgər müharibə yolu ilə buna nail ola bilsəydilər, bunu çoxdan edərdilər. İndi şantaj edirlər, deyirlər ki, anklavlardan əl çəkməsən, zorla alacam. Əsl şantajçı Azərbaycandır”. O, əmin olduğunu bildirib ki, azərbaycanlılar “Ermənistan ərazilərini” tərk etmədikcə, Ermənistan heç bir anklav verməyəcək: “Baş nazirin açıqlamalarını izləsəniz, sözlərimizin nə qədər inamlı olduğunu görəcəksiniz. Bunun əsasında ölkəmizin iqtisadi, siyasi, hərbi və bütün digər sahələrdə ləng, lakin dəqiq və konkret inkişaf əldə etməsi dayanır. Bu gün ölkəmiz yavaş-yavaş, lakin aydın şəkildə belini düzəldir. Türk sərhədlərimizi necə möhkəmləndirdiyimizi görür. 1-2 ildən sonra o, heç bizimlə belə danışa bilməyəcək. Bu gün hərbi büdcəmizə Azərbaycandan daha çox pul ayrılır. Bizim büdcəmiz Azərbaycanın büdcəsinin yarısı olsa da, onların ərazisi bizdən 3 dəfə böyükdür”. Qeyd edək ki, Ermənistan Baş naziri ötən il verdiyi açıqlamada anklavların “dəyişdirilməsi” məsələsini gündəmə gətirmiş, buna baxmayaraq, Azərbaycanın işğalda saxlanılan 8 kəndinin Ermənistanın “29,8 min kv.km ərazisinə” aid olmadığını etiraf etmişdi. Azərbaycan işğalda olan 8 kəndin 4-nün tam sərhəddə olduğunu və anklav olmadığını bildirdikdən, onların qaytarılmasını tələb etdikdən, digər 4 anklavın müzakirəsini sonraya saxlamağa hazır olduğunu elan etdikdən sonra isə Nikol Paşinyan guya 32 kəndin üzərindəki yüksəkliklərdə Azərbaycan Ordusunun dayandığını iddia edərək, əvvəlki mövqeyindən və sözündən imtina yolunu tutub.
2024-02-15
832,745
Daha bir qadın güləşçimiz qızıl medal qazandı
Azərbaycanın daha bir qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Axar.az xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik finalda ukraynalı Alina Filipoviçə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan öncə çıxış etmiş millinin digər üzvü Mariya Stadnik də (50 kiloqram) qızıl mükafatın sahibi olub. Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
2024-02-15
832,746
Əhməd qətldən bir sutka öncə restoranda dava salıbmış
Xəbər verdiyimiz kimi, ata-anası, qardaşı, bacısı və bacısının azyaşlı övladını qətlə yetirən Əhməd Əhmədov bir gün öncə xırda xuliqanlığa görə Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, News24.az Əhməd Əhmədovun hansı xuliqanlıq əməlinə görə saxlanıldığını aydınlaşdırıb. Bəlli olub ki, Əhməd Əhmədov vaxtaşırı olaraq Əhmədlidəki “Fədək” restoranına gedirmiş. Qətli törətməzdən bir gün öncə (12 fevralda) o, həmin restoranda dava-dalaş salaraq, uca səslə təhqirlər səsləndirib, kassa aparatını yumruqla vurub. DİN-in “102” zəng xidmətinə məlumat verildikdən sonra hadisə yerinə gələn PPX əməkdaşları onu polis bölməsinə aparıblar. Atası Mehman Əhmədov isə bölməyə gələrək, oğlunun epilepsiya xəstəsi olduğunu, saxlanılacağı halda ölə biləcəyini bildirərək yalvarıb və Əhmədin polis bölməsindən buraxılmasına nail olub. Bir sutka sonra isə Əhməd Əhmədov atası Mehman Əhmədov da daxil olmaqla, bütün ailə üzvlərini doğrayıb.
2024-02-15
832,748
Rusiya yazda hücuma keçəcəkmi? - NATO rəsmisi
Rusiya ordusunun yaxın aylarda Ukraynada hücuma keçməsi qeyri-real görünür. Axar.az xəbər verir ki, bu barədə NATO-nun adı açıqlanmayan yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib. Qeyd edilib ki, Rusiyanın hər hansı hücum hazırlıqları müşahidə edilmir: “Rusiyanın yazda əhəmiyyətli hücum əməliyyatına başlaya bilməsi çətin görünür”.
2024-02-15
832,750
Qəzzada ölənlərin sayı 28,6 mini ötdü
İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzada həlak olanların sayı 28,6 mini ötüb. Axar.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. “İsrail ordusunun anklavın müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində ölənlərin sayı 28 663 nəfərə çatıb", - deyə bildirilib. Hücumlarda həmçinin 68 395 fələstinli yaralanıb.
2024-02-15
832,752
Amerikalılar istəyir ki, Putin onların olsun! - Volodin
ABŞ-da istəyirlər ki, Putin onların prezidenti olsun. Lakin onlarda yoxdur. O, bizdədir! Onlarda Baydendir. Bu, onlara cəzadır! Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasını spikeri Vyaçeslav Volodin deyib. Spiker bildirib ki, Rusiya yalnız Putinlə inkişaf edəcək və güclü olacaq.
2024-02-15
832,753
Baş prokurordan dəhşətli cinayət barədə açıqlama - Video
Bu, dəhşətli hadisədir. Bizi çox narahat edir. Düzdür, artıq barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi burada daha çox maraqlandıran bu hadisənin baş verməsinə səbəb və şəraitdir. Artıq bunun araşdırılması üçün tərəfimdən ciddi tapşırıq verilib. Axar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda Əhməd Əhmədovun 5 ailə üzvünü qətlə yetirməsi barədə Real TV-yə danışarkən deyib. “Belə şəxsin cəmiyyətdə, azadlıqda olması cəmiyyət üçün təhdiddir. Bununla bağlı aidiyyəti qurumlar qarşısında təkliflər hazırlayacağıq. İndidən hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olub. Ola bilsin ki, boşluqlar qanunlarda, qanunların tətbiqində olub. Ki, cəmiyyət üçün təhlükəli olan bir şəxs belə bir hadisəni törədib. Hesab edirəm ki, biz bu barədə ciddi fikirləşməliyik”, - deyə Kamran Əliyev bildirib.
2024-02-16
832,756
"Qarabağ" "Braqa"nı səfərdə məğlub etdi
2024.02.15 - 23:07 UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Braqa" və "Qarabağ"ın start heyətləri bəlli olub. Axar.az xəbər verir ki, komandalar meydan aşağıdakı "11-lik"lərlə çıxacaqlar. "Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo Baş məşqçi: Artur Jorje "Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio Baş məşqçi: Qurban Qurbanov Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. *** "Braqa" - "Qarabağ" matçı start götürdü. *** "Qarabağ" matçın 20-ci dəqiqəsində Marko Yankoviçin penaltidən vurduğu qolla hesabı açdı: 1-0. *** Banza matçın 44-cü dəqiqəsində "Braqa"nın bərabərlik qolunu vurdu: 1-1. *** Zubir görüşün 54-cü dəqiqəsində "Qarabağ"ı hesabda yenidən önə keçirdi: 1-2. *** Juninyo 67-ci dəqiqədə "Qarabağ"ın üçüncü qolunu vurdu: 1-3. *** Zubir 69-cu dəqiqədə dördüncü qolu "Braqa"nın qapısından keçirdi: 1-4. *** "Braqa" matçın 91-ci dəqiqəsində penaltidən fərqi azaltdı: 2-4. *** "Qarabağ" "Braqa"nı 4-2 hesabı ilə məğlub etdi. Bu nəticə ilə cavab matçı öncəsi böyük üstünlük qazandı.
2024-02-15
832,760
Batya da dəstəkləyir, Minskə kimi uzanacaq - Putin
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskə sürətli dəmir yolunun tikintisini dəstəkləyir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədə yüksək sürətli dəmir yolu nəqliyyatının inkişafı ilə bağlı keçirilən görüşdə deyib. Putin Moskva ilə Sankt-Peterburq arasında sürətli dəmir yolunun tikintisinin hələ başlanğıc olduğunu bildirib: "Gələcəkdə Ryazan, Kazan, Yekaterinburq, Adler, o cümlədən Belarusun paytaxtı Minsk istiqamətində belə rabitənin təşkili tamamilə mümkündür. Minskə gəlincə, biz bu məsələni Aleksandr Lukaşenko ilə müzakirə etmişik, o da dəstəkləyir".
2024-02-15
832,761
Rus ordusu bu şəhəri işğal etməkdədir - ABŞ
Ukraynanın Avdeyevka şəhəri Rusiya ordusunun nəzarətinə keçmək üzrədir. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
2024-02-15
832,764
BDU-nun professoru vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Əziz Məmmədov vəfat edib. Bu barədə Axar.az-a BDU-dan bildirilib. Əziz Məmmədov 1939-cu ildə anadan olub. 1955-ci ildə orta məktəbi qızıl medalla bitirib, təhsilini BDU-nun Fizika fakültəsində davam etdirib. 1967-ci ildə "Müasir fizikada məkan-zaman problemi" mövzusunda dissertasiya müdafiə edərək, fəlsəfə elmləri namizədi, 1994-cü ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb. Əziz Məmmədov 1965-ci ildən BDU-nun Fəlsəfə kafedrasında işləyib, 1995-ci ildən kafedranın professoru olub. Fizika, təbiətşünaslığın fəlsəfi problemləri, dialektika və idrak nəzəriyyəsi, idrak nəzəriyyəsi və metodologiya, sinergetika və məntiqşünaslıq üzrə görkəmli mütəxəssis olub. 43 irihəcmli monoqrafiya və dərsliyin, 400-dən artıq elmi məqalənin müəllifi idi. O, elmlər namizədi və elmlər doktorluğu üzrə yazılmış 18 dissertasiyanın elmi rəhbəri olub. Allah rəhmət eləsin!
2024-02-16
832,769
Trampın planı: Putini buna məcbur etmək üçün...
Donald Trampın Ağ Evə qayıdacağı təqdirdə həyata keçirmək istədiyi “sülh planı” həm Ukraynanı, həm də Rusiyanı sərt şəkildə hədələmək, onları dərhal danışıqlara məcbur etməkdir. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb. Trampın müşavirlərindən birinin sözlərinə görə, o, Kiyevi Moskva ilə danışıqlar masasına oturmağa məcbur etmək üçün Amerikanın hərbi yardımını dayandırmaqla Ukraynanı şantaj etməyi planlaşdırır. Öz növbəsində Tramp Ukraynaya silah tədarükünü artıracağı ilə hədələməklə Rusiyanı da buna məcbur etməyi planlaşdırır. Trampın müşavirləri Larri Kudlou və Robert Obrayen də açıq şəkildə Putini sülh razılaşmasına sövq etmək üçün Rusiya Mərkəzi Bankına qarşı daha sərt sanksiyaların tətbiqinə təkid ediblər. Eyni zamanda, mənbələr iddia edir ki, hazırda Tramp komandası bu mövzuda Rusiya və ya Ukrayna vasitəçiləri ilə heç bir danışıqlar aparmır.
2024-02-16
832,770
Avropa Liqası: "Qalatasaray"ın matçında 5 qol vuruldu
Türkiyə təmsilçisi "Qalatasaray" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk matçını keçirib. Axar.az xəbər verir ki, qardaş ölkə təmsilçisi öz meydanında Çexiyanın “Sparta” (Praqa) klubunu qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmad ameydan sahibləri 3-2 hesabı ilə qalib gəlib. Qeyd edək ki, cavab görüşü fevralın 22-də Praqada keçiriləcək.
2024-02-16
832,774
Əmir nəzarətsiz ifadələrə görə parlamenti buraxdı
Küveyt Əmiri Şeyx Meşal əl-Əhməd əl-Cabir əs-Sabah parlamenti buraxıb. Axar.az xəbər verir ki, bununla bağlı Küveyt Əmirliyi Şurasının məlumatında deyilir. Bildirilib ki, parlament konstitusion müddəaların pozulması, rəhbər şəxslərə lazımi etimadın göstərilməməsi və məqsədli şəkildə təcavüzkar və nəzarətsiz ifadələr işlədilməsi səbəbindən buraxılıb.
2024-02-16
832,775
Tehran-43 yalanı: Stalini “ölümdən qurtaran” erməni…
Son aylarda erməni və rus seqmentində Tehran-43 konfransı zamanı “qəhrəmanlıq” edən Gevorq Vartanyan barədə uydurma və və saxta məlumatlar yayılır. Bəs, real faktlar və rəsmi sənədlər nə deyir? Tarixi silmək olmur, tarixi hadisələrdə baş verən xırda nüansları isə dəyişmək mümkündür. Burada adlar və yerlər dəyişdirilsə də, sənədlər, əlyazmalar, şahidlər, qaynaqlar, başqalarının dedikləri, yazdıqları və çəkdikləri qalır. Xüsusən Azərbaycan və azərbaycanlılarla bağlı keçmiş Sovetlər Birliyində yüzlərlə, minlərlə dəyişiklik cəhdi edilib, dəyişdirilib də. Bunu araşdırdıqca görmək olur. Çünki artıq yeni dövrdə yeni texnologiyalar vasitəsilə əsl həqiqətləri üzə çıxarmaq olur. Burada rus şovinizminin əlaltısı olan ermənilər və onların o dövrdə yüksək vəzifələrdə çalışmış nümayəndələri də böyük rol oynayıblar və tarixi yalanlarla həqiqətləri ört-basdır etməyə cəhd edilib. Elə bilirlər ki, belə də davam edəcək. Ancaq biz bu yalanları aşkar edib, həqiqətləri üzə çıxarmağa nail oluruq. Belə yalanlardan biri də, İkinci Dünya müharibəsi illərində İranın paytaxtı Tehranda 1943-cü ildə keçirilən mühüm tarixi görüş barədə yazılanlardır. 1943-ci il 28 noyabr-1 dekabr tarixində İranın paytaxtında “Böyük üçlüy”ün sammiti keçirilir: SSRİ, Böyük Britaniya və ABŞ-ın rəhbərləri Avropanın müharibədən sonrakı quruluşunu müzakirə edirlər. Noyabrın 28-də başlayan Tehran konfransının əsas məsələsi isə, iki il əvvəlki kimi yenə də Avropada ikinci cəbhənin açılması barədə idi. Sovetlər bundan sonra belə bir əfsanə yaratdılar ki, guya Hitler "Uzun sıçrayış" şərti adı altında əməliyyat hazırlayıb və bu işi xüsusi təyinatlıların başçısı SS oberştrumbannfüreri Otto Skortseniyə tapşırıb. Dünyanın o dövrdə güclü kəşfiyyatı olan almanların birdən-birə “əməliyyatı” baş tutmadı, lakin antihitler koalisiyasının rəhbərlərinin necə xilas olmaları barədə ətraflı məlumatlar yazılmağa başladı. Ortada isə guya xilaskar erməni “qəhrəmanı” gündəmə gəldi. Birincisi, belə bir əməliyyat olmayıb. Bu, Stalinin ABŞ-la Britaniya arasında birliyi pozmağa xidmət edən planı olub. Hadisə görüşə bir gün qalmış Stalinin Ruzvelti çaya dəvət etməsi ilə başlayıb. Ruzvelt onun yanına gələndə ABŞ nümayəndə heyətinin yerləşdiyi binada partlayış olub və Stalin Ruzveltə deyib ki, bəs, almanlar belə plan hazırlayıb. Onlar bunu biliblər və ona görə də ABŞ prezidentini dəvət edib, həyatını xilas ediblər. Bundan sonra Britaniya Baş naziri Uinston Çörçillə inamını itirən Ruzvelt, Stalinin istəklərini icra edir. İranda hakimiyyət dəyişmir və ikinci cəhbə açılır. Sonradan məlum olur ki, bu partlayışı elə Sovetlər ediblər. Ona görə də, İkinci Dünya müharibəsindən sonra yenidən Amerika-Sovetlər arasında münasibətlər soyuq müharibə formatına keçir. Vəssəlam. 1964-cü ildə Madriddə yaşayan Almaniya məxfi xidmətinin sabiq rəisi olan Otto Skortseni, müsahibələrinin birində bunu etiraf edir: “Bu, boş söhbətdir. Hitler heç vaxt mənə bu əmri verməyib”. “Məxfilik açıldı? Sovet dövrünün kəskin epizodları haqqında həqiqət" kitabının müəllifi Vladimir Voronov və bir sıra rus tarixçiləri iddia edirlər ki, heç bir sui-qəsd cəhdi ola bilməzdi. Məntiq də bunu deyir. “Böyük Üçlüy”ün liderlərindən heç biri və hər şeydən əvvəl Stalin aktiv alman agentlərinin ən kiçik bir işarəsi olsaydı, Tehrana getməzdi. Bundan əlavə, digər variantlar da təklif edildi. Stalin görüş yeri kimi Həştərxan və ya Arxangelski, müttəfiqlər isə Qahirə və Bağdadı təklif etdi. Yalnız uzun müzakirələrdən və məktub mübadiləsindən sonra Stalinin təklifi ilə Tehran seçildi. Üstəlik, bu, nəhayət, yalnız noyabrın 8-də - konfransın başlamasına 20 gün qalmış qərara alınıb. Belə bir dövrdə almanlar çətin ki, müttəfiqlərin gizli planını öyrənə və liderlərini məhv etmək üçün mürəkkəb əməliyyat hazırlaya bilərdilər. Bəs bu “erməni kəşfiyyatçı” söhbəti hardan və nə zaman çıxdı. Sovetlərin iddia etdiyi alman kəşfiyyatının “məkrli planını pozan kəşfiyyatçı” hesab edilən Gevork Vartanyan İran vətəndaşı olub və agent kimi işə götürülüb. Yalnız 1953-cü ildə Sovet vətəndaşlığını alıb və sovet kəşfiyyatçısına çevrilib. Daha sonra - həyat yoldaşı Gövhər ilə əsasən Avropada işləyiblər. 1943-cü ildə erməni gənci Vartanyanın cəmi 19, sevgilisi Gövhərin isə 17 yaşı var idi. Tehranda Sovet sakini İvan Aqayants Vartanyanın cəsur yeniyetmələr dəstəsini “yüngül süvari” adlandırır və onlardan sadə işlərdə - diqqəti yayındırmaq, aşağı peşəkar keyfiyyətlərə malik olan “obyektə” diqqət yetirmək, haradasa səs-küy salmaqda istifadə edirdi. Amma Vartanyan və onun İrandakı erməni diasporundan olan adamları üçün, əslində, “Böyük Üçlüy”ə sui-qəsdin qarşısını ala bilmək tamamilə fantaziya sferasındadır. Fikrimizi Sovetlərin 1930-40-cı illərdə kəşfiyyatının rəhbərlərindən biri olan Vladimir Voronov da müsahibəsində təsdiq edir: “Tehran hadisələrində 19 yaşlı sovet kəşfiyyatçısı Gevork Vartanyanın bir qrupunun iştirakı ilə bağlı versiya ortaya çıxıb. Bu versiya necə və nə vaxt yaranıb? Bu, 1948-ci ildə Lavrenti Beriyanın əmri ilə onun tabeçiliyində olanların səyləri sayəsində yoldaş Stalinə qarşı epik sui-qəsdin qarşısının alındığı barədə əfsanə yazan bir sıra məqalələr dərc edildikdən sonra ortaya çıxdı. Bütün bu materiallar Stalinin qarşıdan gələn 70 illik yubileyinə hazırlanıb. Və sonra bu mövzu 1968-ci ilə qədər, Tehran konfransının 25-ci ildönümünə qədər qaldırılmadı”. Sovet kəşfiyyatının arxivində Vartanyan haqqında yazılan xasiyyətnamədə qeyd edilir: “Vartanyan Gevorq. OQPU-NKVD agentinin oğludur. İrandakı ciddi kəşfiyyat şəbəkəsi ilə heç bir əlaqəsi olmayan aşağı səviyyəli, sıradan agent. Özlərini "uçan süvarilər" adlandırırlar. Bu, özlərinin və ya başqasının bayrağı altında olmasından asılı olmayaraq, ciddi əməliyyatlar üçün deyil, kiminsə üzünə yumruq vurmaq, nəyisə məhv etmək və ya yüngül nümayişkaranə nəzarət etmək kimi “əməliyyatlar” üçün istifadə oluna biləcək işə cəlb olunmuş erməni oğlanlar idi. Qarşılaşanda onlara “rəhbərlik edən”lərə, yəni əsl ciddi kuratorlarına rast gəlmədilər. Və hətta mövcud materiallardan bu "uçan süvarilərin" kimə qarşı yerləşdirildiyi aydındır - bunlar ümumiyyətlə mifik alman agentləri deyil, əsl ingilis agentləridir! Onları Britaniya kəşfiyyat məktəblərinə sızdırmağa çalışdıqları üçün hamısı Britaniya kəşfiyyat xidmətlərinə “göstərildi”. Qalan hər şeyi, Vartanyan bütün bu reqaliyaları hamısını onilliklər sonra qazanıb və onun Tehranla heç bir əlaqəsi yoxdur. O, Sovet İttifaqı Qəhrəmanı adını 1984-cü ildə mərhum Yuri Andropovun dövründə, DTK-nın yeni, təzə qəhrəmanlara böyük ehtiyac duyduğu zaman verdiyi təklif əsasında alıb”. Rus jurnalisti Vladimir Malışev bunu araşdırıb, “Əsr (yüzillik)” qəzetində yazır: “Sovet İttifaqı Qəhrəmanı Gevorq Vartanyan “Siz 1943-cü ildə Tehranda Stalinin, Ruzveltin, Çörçillin öldürülməsinin qarşısını almağa görə mükafat almısınızmı?” sualına cavab verərək dedi: “Yox! 1943-cü ildə Tehran Mərkəzindən təşəkkür teleqramı aldım. Mən isə 1984-cü ilə qədər Gövhərlə bacardığımız hər şeyə görə və altmış illik yubileyim münasibətilə Qəhrəman adı ilə təltif olundum...” Məncə, bu etiraf bir daha göstərir ki, Tehranda bu erməninin heç bir rolu olmayıb. Bu, Beriyanın uydurduğu “qəhrəman” idi. Ermənilər İranda erməni mənşəli kəşfiyyatçıların “qəhrəmanlıqları”, o cümlədən, Stalinə qarşı sui-qəsdin qarşısının alınması barədə hekayələri ilə Stalini aldada bilməzdi. Ona görə də, Vartanyan Stalin tərəfindən mükafatlandırılmayıb. Yoxsa, onun həyatını xilas edənə nəinki fəxri ad, ən yüksək mükafatlar da verərdi Stalin. Gevorq Vartanyan isə İrandan sonra 43 il NATO-ya qarşı fəaliyyət üzrə ixtisaslaşaraq, Fransa, Almaniya və ABŞ-da işləyib, bir dəfə də olsun ifşa və yaxud da, həbs edilməyib. Üstəlik, polkovnik rütbəsinə qədər yüksəlib. O, 2012-ci ildə Moskvada ölüb. Ancaq Tehranda o günlərdə “Böyük Üçlüy”ü qoruyan, təşkilati işləri yüksək səviyyədə həyata keçirən kəşfiyyatçı Seyfulla Süleymanov, Məmmədhüseyn Əsədov, kəşfiyyat komandiri Aşur müəllim və digərləri haqqında Sovet təhlükəsizlik arxivindən sənədləri əldə etmişik və yaxın günlərdə bu barədə geniş yazılar olacaq.
2024-02-16
832,777
Sakinlər və banklar qarşı-qarşıya: Keşbek ləğv edilir?
Müştərilər nağdsız alış-verişə daha çox keşbek faizlərinə üstünlük verirlər. Buna görə də onlar ən çox faiz verən bankla əməkdaşlıq edirlər. Ancaq son zamanlar bəzi bankların keşbek faizləri azalıb. Ekspertlərin sözlərinə görə, qarşıdakı dövrlərdə bu faizlər tamamilə ləğv oluna bilər. İqtisadçı Xalid Kərimli bildirib ki, keşbekdən istifadə edənlərin sayı artdıqca bu proses banklar üçün yüklü prosesə çevrilir, xərcləri artmış olur: “Artıq bank daha çox müştəri cəlb edib, öz istəklərinə çatıb. Onlar haqqında da məlumat toplayıb. Düşünürəm ki, bu layihəsindən daha çox müştərinin istifadə etməsi keşbek faizlərinin azalmasına səbəb olacaq”. Bank əməkdaşı Arzu Əliyeva mövzu ilə bağlı qeyd edib ki, gündəmdə keşbeklərin ləğvi ilə bağlı məsələ yoxdur: “Keşbek faizləri isə kart daxilində müxtəlif kateqoriyalar üzrə təyin olunur və şəxsən müştərinin özü tərəfindən seçilir. Bu səbəbdən də keşbekin artması və ya azalması onun seçiminə uyğun olaraq baş verir”. Axar.az Baku TV-yə istinadən ətraflı süjeti təqdim edir:
2024-02-16
832,778
Axmaq Baydenə görə bizə gülürlər - Tramp
ABŞ Prezidenti Co Bayden Ukraynaya milyardlarla dollar ayırmağa hazır olduğu üçün NATO ölkələri ABŞ-a gülür. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. “Onlar ABŞ-ın axmaqlığına gülürlər, onun lideri (Co Bayden) hər dəfə kimsə istəyəndə 60 milyard dollar verir. Biz bunu etməməliyik. Bizə gülürlər. Rəhbərliyimizə görə axmaq ölkə olduğumuzu düşünürlər”, - deyə Tramp bildirib.
2024-02-16
832,779
ABŞ təsdiqlədi: Rusiya peyklərə qarşı silah hazırlayır
Rusiya peyklərə qarşı silahlar hazırlayır. Axar.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi bildirib. “Təhlükənin mahiyyəti haqqında dəqiq deyə biləcəyim informasiya məhdud olsa da, bunun Rusiyanın inkişaf etdirdiyi anti-peyk imkanları ilə əlaqəli olduğunu təsdiq edə bilərəm", - Kirbi vurğulayıb. Onun sözlərinə görə, bunlar hələ işlək texnologiyalar deyil və istifadəyə verilməyib.
2024-02-16
832,780
Məmməd İsmayılın vəziyyəti ağırlaşdı
Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti, dəstəyi lazımdır. Kult.az xəbər verir ki, bunu sosial şəbəkədə yazıçı-jurnalist Bahəddin Həzi bildirib. "Məmməd əmi əldən gedir. Ona bu çağında dövlətin dəstəyi lazımdır. Gərək yazaq, ictimailəşdirək, dövlətə də məlumat çatsın. Belə insanlar maraqlanır, köməyini təklif edir. Ancaq bu, gərək yuxarı səviyyədə həll olunsun", - deyə o, Ehtiram İlhamdan sitat gətirib. B.Həzi qeyd edib ki, türk dünyasının böyük söz adamı, nəhəng şair, alim Məmməd İsmayılı itirmək qorxusu var: "Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir. Ziyalılar bu məsələni qaldırmalıdır, xəstə, yaşlı şairə kömək etməliyik".
2024-02-16
832,781
Bu, Əliyevin türk ölkələrinə açıq çağırışıdır - Ərol
Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərolun Axar.az-a müsahibəsi: - Mehmet bəy, Prezident İlham Əliyev andiçmə mərasimində bir sıra mühüm məqamlara toxundu, o cümlədən “türk ailəsi” ifadəsini işlətdi. Bu istiqamətdə nələr olacağını düşünürsünüz? - Hər şeydən öncə qardaş Azərbaycan xalqını və cənab İlham Əliyevi uğurla keçirilən seçki münasibətilə təbrik edirəm. Qlobal geosiyasətdə ciddi mənada dəyişikliklərin və bu səbəbdən böhranların yaşandığı mərhələyə şahidlik edirik. Dolayısı ilə beynəlxalq münasibətlərin yenidən inşası prosesində xüsusilə yeni güc mərkəzlərinin gələcəyini təyinetmə potensialı olan bölgələr irəli çıxır. Bu baxımdan Qafqazda və Mərkəzi Asiyada da dəyişikliklərin, transformasiyaların olması qaçılmazdır. Ona görə də cənab Əliyevin öz nitqində türk dünyası barədə vurğuladığı məqamlar qarşımızda bizi gözləyən proseslərin çox açıq şəkildə oxunduğunu göstərir. Azərbaycanın sahib olduğu geostrateji mövqe onu türk dünyasının çox vacib ölkəsi kimi Qafqazda ön plana çıxarır. Dəyişən geosiyasi vəziyyətdə qardaş Azərbaycanın üzərinə götürdüyü məsuliyyət və oynayacağı rol həyati əhəmiyyət daşıyır. Qarabağda qazanılan qələbədən sonra yeni mərhələ başladı. Cənubi Qafqazda formalaşacaq yeni düzən başlayan mərhələnin də taleyini müəyyənləşdirəcək. Azərbaycan Çindən başlayan, Mərkəzi Asiyadan və Xəzərdən Cənubi Qafqaza, oradan Türkiyə və Avropaya uzanan “Bir kəmər bir yol” layihəsinin gerçəkləşdirilməsi, eyni zamanda qədim İpək Yolunun yenidən canlandırılması istiqamətində yalnız enerji sahəsində deyil, həm də dəhliz siyasəti və marşrutların təhlükəsizliyi məsələsində kritik ölkə mövqeyindədir. - İlham Əliyevin türk dünyasına inteqrasiyanı prioritet elan etməsini, güclü dövlət və güclü ordu vurğusunu qardaş ölkələrə çağırış, bölgəni qarışdırmaq istəyənlərə mesaj hesab etmək olarmı? - Hazırda Orta Dəhliz və onun əsas hissəsi olan Zəngəzur dəhlizi beynəlxalq münasibətlərin xüsusi məsələlərindən biri kimi diqqəti cəlb edir. Əlbəttə, Zəngəzur dəhlizindən və ölkələrimizin artan nüfuzundan narahat olan ölkələr var. Hədəfdə burada yerləşən bütün ölkələrdir. Ona görə də indiyədək mövcud olan bütün incikliklər bir kənara qoyulmalı, bölgə ölkələri ümumi təhlükəsizlik maraqları ətrafında və bərabərhüquqlu prinsiplər əsasında “qazan-qazan” düsturu çərçivəsində əlaqələri gücləndirməlidir. İlham Əliyev də artıq yuxarıda təsvir etdiyimiz mənzərəni daha dərindən analiz etdiyi üçün öz nitqində Azərbaycan dövlətinin yeni dövrdə istiqamətinin türk dünyası olduğunu vurğuladı. Ölkə başçısı hələ 2020-ci ildə “3+3” platforması çağırışı əslində regional əməkdaşlığın formulunu ortaya qoymuşdu. Bu formul eyni zamanda problemlərin daxildə həllini nəzərdə tutur, həm də kənar müdaxilələrin qarşısını alır. Böyük güclər Ermənistan da daxil olmaqla, bir sıra ölkələr üzərindən bölgəmizlə bağlı kirli planlar qurmağa, yeni proyeksiyalar formalaşdırmağa çalışırlar. Ancaq Ermənistan və onu himayə edənlər son nəticədə böyük bir məğlubiyyətə uğrayacaqlar. Qarşılaşacaqları nəticə isə onlar üçün “Pandora qutusu”nu açmağa bərabər olacaq. Dövlət başçısı çıxışında Azərbaycanın indi daha güclü olduğunu və Ordunun döyüş meydanında gücünü sübut etdiyini deməklə bölgəni yenə qan gölünə çevirmək istəyənlərə güclü bir mesaj verdi. İlham Əliyev Silahlı Qüvvələr məsələsinin üzərində dayanmaqla türk dünyasında ortaq təhdidlər və təhlükəsizlik baxımından güclü orduya olan ehtiyaca işarə etdi. Azərbaycan güclü dövlət iradəsi və peşəkar ordu ilə müharibəyə girdi və özünü sübut etdi. İlham Əliyev də yeni müharibədən çıxmış ölkənin Ali Baş Komandanı və prosesləri oxuya bilən təcrübəli siyasətçi kimi vacib məqamları qardaş ölkələrimizin də nəzərinə çatdırmağı özünə borc bilib. - Hazırda Fransa başda olmaqla, bir sıra ölkələr vasitəçi maskası altında Cənubi Qafqaza girmək və Azərbaycana təsir göstərmək üçün cəhdlər edir. Nə etməliyik? - Ölkə başçısı çıxışında qəti və konkret şəkildə vasitəçilərə ehtiyacın olmadığını bildirdi. Çünki 30 illik işğal dövründə onlar həllsizliyi həll kimi Azərbaycana sırımağa çalışdılar və Ermənistan üçün əllərindən gələni etdilər. Onlar bölgəni rəqabət meydanına çevirməklə buranı təsir dairəsinə salmaq istədilər və öz mənfəətləri ön plana çıxarıb Azərbaycanın haqlı tələblərini qulaqardına vurdular. Əliyev də dolayısı ilə vasitəçilərə yox, qarşılıqlı fəaliyyət göstərə biləcəyi konstruktiv ortaqlara, tərəfdaşlara ehtiyacı olduğunu bildirdi. Bu güclər Mərkəzi Asiyada da fəallaşıb və oranı da təsir dairələrinə salmağa çalışırlar. Dünyada təhlükəsizlik mərkəzli qeyri-müəyyənliklərin dövrün ən yüksək səviyyəsinə çıxdığı bir şəraitdə cənab Əliyev də türk dünyasını əsas götürərək bölgə dövlətlərini çox aydın və konkret şəkildə əməkdaşlığa çağırır. Soyuq müharibədən sonra baş verən prosesləri izləyəndə biz əslində Üçüncü Dünya müharibəsinin getdiyini görürük. Azərbaycan da prosesi dərindən təhlil etdi və hazırlaşdı. Bu lokal şəkildə davam edən müharibə Cənubi Qafqaza sıçradı və Azərbaycan onun qalibi oldu. Qarşıda Üçüncü Dünya müharibəsinin daha ağır və dağıdıcı mərhələyə daxil olma təhlükəsi var. Cənab İlham Əliyev də yeni dövrdə türk dünyasının öz birliyini daha da gücləndirməsi və sürətləndirməsi, ortaq təhdidlər və təhlükəsizlik problemləri qədər dəhlizlər, eyni zamanda enerji sahəsində əməkdaşlığın həyati əhəmiyyət daşıdığının altından xətt çəkdi. Fikrimcə, İlham Əliyevin çıxışı zamanı birlik üçün etdiyi çağırışlar cavabsız qalmamalıdır. Çünki ayaqda qalmağımızın və yeni dövrdə dünyada özümüzə layiq yer tutmağın yeganə yolu birliyimizdən keçir.
2024-02-16
832,782
Hizbullah İsraili kütləvi raket atəşinə tutur
İsrailin şimal rayonları Hizbullahın kütləvi raket hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, hazırda İsrailin hava hücumundan müdafiə sistemləri raket zərbələrini dəf etməyə çalışır.
2024-02-16
832,783
Yeni rayon yaradılır, Putinin adını daşıyacaq
Qroznıda yeni rayon yaradılacaq və Prezident Vladimir Putinin adını daşıyacaq. Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib. "Şəhərin mərkəzi hissəsində işlərin gedişi ilə tanış oldum. Burada genişmiqyaslı tikinti layihəsi aparılır, başa çatdıqdan sonra yeni ərazi yaranacaq. O, ümummilli liderimiz, dövrümüzün ən görkəmli siyasi xadimi, Rusiya Prezidenti Vladimir Putinin şərəfinə adlandırılacaqdır", - R.Kadırov qeyd edib.
2024-02-16
832,786
Sırski üçün ilk kritik sınaq: Bu şəhər təslim edilir
Şərqi Donbasın bir vaxtlar iqtisadi dayağı olan dağılmış koks-kimyəvi zavodu çox güman ki, Ukraynanın Avdeyevkadakı sonuncu dayaq məntəqəsi olacaq. Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post”da yayımlanan məqalədə deyilir. Nəşrə danışan Ukraynanın yüksək rütbəli zabitləri bildiriblər ki, onların şəhəri təslim etmələri an məsələsidir. Ruslar sürətlə irəliləməyə başlayanda qüvvələr artıq bəzi mövqelərdən geri çəkiliblər: “Avdeyevka silahlı qüvvələrin yeni baş komandanı Aleksandr Sırski üçün ilk kritik sınaqdır. O, məğlubiyyəti harada və necə qəbul etməyə və geri çəkilməyə qərar verməlidir”.
2024-02-16
832,787
ABŞ-dan Putinə: Seçkilərdən uzaq dur!
Rusiya və Prezident Vladimir Putin ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərindən mümkün qədər uzaq durmalıdır. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kirbi deyib. “Düşünürəm ki, cənab Putin ABŞ administrasiyanın Rusiyanın bütün dünyada bədxah təsirinə, o cümlədən Ukraynada törətdiklərinə qarşı nələr etdiyini yaxşı bilir. Cənab Putin bizim seçkilərdən uzaq durmalıdır”, - deyə o bildirib.
2024-02-16
832,788
Rus tankları 60 saata bu paytaxtlara çata bilər - NATO tələsir
NATO Rusiya və Belarusla sərhəddə Baltikyanı sərhəd zonasını tələsik gücləndirir. Axar.az xəbər verir ki, bu barədə "Tayms" nəşrinin məlumatında bildirilib. Nəşr qeyd edir ki, 1990-cı illərin əvvəllərində Latviya ordusu Rusiyanın işğalı halında yalnız təxminən 12 dəqiqə dözə bilib. 2016-cı ildə keçirilən hərbi qərargah oyunları göstərdi ki, rus tankları 60 saat ərzində Latviya və Estoniyanın paytaxtları olan Riqa və Tallinin hüdudlarına çata bilər. Bilirilib ki, indi vəziyyət dəyişir: "NATO Baltikyanı ölkələrin ərazisinin hər qarışını müdafiə etməyi planlaşdırır və Almaniya, Polşa və Finlandiyadan briqadaları ora çəkir. Eyni zamanda, Rusiya və Belarusla ümumi olan Latviya, Estoniya və Litva sərhədinin 1000 km-ə yaxın hissəsinin möhkəmləndirilməsi planlaşdırılır. Bu müdafiə xəttinin əsasını 1000-dən çox beton bunker təşkil edəcək".
2024-02-16
832,791
Sumqayıtda sexdə güclü yanğın baş verdi
01:39 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba avtomobil yolunun 26-cı kilometrliyində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 2 boksdan ibarət ümumi sahəsi 400 m² olan qeyri-qida yağlarının təkrar emalı sexində baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sexin bir boksunda hər birinin həcmi 200 litr olan 10 ədəd qarışıq plastik yağ çəlləyi və dağılmış yağ qalıqları 100 m² sahədə yanıb. Sex və digər boksda olan 20 ton yağ yanğından mühafizə olunub.
2024-02-16
832,793
Bu prezidentlər özlərini həyasız apardı - Putin
Rusiya ruslarla ukraynalıları ayırmayıb, onları eyni xalq hesab edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Uralvaqonzavod” işçiləri ilə görüşündə deyib. “Birbaşa demək istəyirəm. Bunu hamı bilir. Heç vaxt ruslarla ukraynalılar, Rusiya və Ukrayna arasında fərq qoymamışıq. Ukraynada yaşayanların böyük əksəriyyəti və Rusiyada insanların mütləq əksəriyyəti həmişə bunun əslində mahiyyətcə eyni olduğuna inanıblar”, - deyə Kreml rəhbəri bildirib. O, həmçinin Ukraynada antirusiya əhval-ruhiyyəsinin tarixdən qaynaqlandığını da qeyd edib. “Böyük Vətən müharibəsindən sonra Hitlerlə əməkdaşlıq edən bu millətçi və nasist ünsürlərdən bəziləri xaricə qaçdı. Onlar ABŞ-a, Kanadaya qaçdılar və düşmənimiz onlara stavka etdi”, - deyən Putin Sovet İttifaqının dağılmasından sonra Ukraynada hakimiyyətə antirusiya əhval-ruhiyyəli insanların gəldiyini qeyd edib. “Bu və ya digər prezidentin soyadının nə olmasının belə əhəmiyyəti yoxdur. Onlar özlərini aqressiv, həyasız apardılar və bir anda hamı onların altına uzandı”, - Putin vurğulayıb.
2024-02-16
832,796
Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı Azərbaycanın xarici siyasətdə yeni kursunu da elan etdi: Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq. Bakı nə Qərb, nə Rusiya xəttini seçir, əksinə, bu iki qütb arasında manevr imkanlarını genişləndirmək və daha güclü mövqe tutmaq üçün öz cəbhəsini qurur. Bu prosesdə TDT və QH xüsusilə önəmli təşkilatlardır. Azərbaycan ərazi baxımdan kiçik olsa da, Bakının bu iki təşkilatda aktiv rol oynadığı, hətta bu təşkilatların siyasi xəttinə yön verdiyi bəllidir: - Türk dünyasının dərin inteqrasiyasında Ankara ilə birlikdə ciddi missiyanı üzərinə götürüb: TDT-nin beynəlxalq təşkilata çevrilməsi istiqamətində iş aparılır; - Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun güclənməsi istiqamətində addımlar atıb, xüsusilə pandemiya dövründə buna nail oldu, o cümlədən, bu hərəkat üzərində Afrikada Fransanın müstəmləkə siyasətinə qarşı müqavimətin formalaşmasına çalışır. Hər iki təşkilat və bu təşkilatların əhatə etdiyi coğrafiya köhnə cəbhələr qarşısında yeni güc olaraq meydana çıxır. Azərbaycan da köhnə cəbhələrdən birindən yana olmaqla riskli mübarizəyə qoşulmaqdan imtina edir, yeni gücün meydana çıxdığı coğrafiyada aparıcı rol oynamaq xəttini seçir. Bununla həm köhnə cəbhələr arasından seçim etmək riskindən sığortalanır, həm də onlara qarşı müqavimətini gücləndirir. Əliyevin çıxışından aydın olur ki, Azərbaycan yeni dövrdə Qərb və Rusiya cəbhəsi arasında məsafəli siyasəti davam etdirəcək, əsas əməkdaşlığı TDT, QH və İƏT ölkələri ilə quracaq. Beynəlxalq müstəvidə Azərbaycanı ən vacib məqamlarda dəstəkləyən ölkələr də TDT, QH və İƏT üzvləri olub. Burada iki məqam da xüsusilə önəmlidir: Birincisi, TDT-nin orta dəhliz coğrafiyasında yeni geosiyasi gücə çevrilmə potensialını nəzərə alsaq, Azərbaycan bu təşkilatın çətiri altında qlobal siyasətdə aktiv iştirak imkanı əldə edir; İkincisi, Azərbaycanın QH və İƏT üzərindən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasına qoşulmaq perspektivi mümkündür, Əliyev bir müddət öncə bu məsələni gündəmə gətirmişdi: BMT TŞ-nin yeni üzvləri olmalı və bu daimi üzvlərdən birini İslam Əməkdaşlıq Təşkilatı, digərini Qoşulmama Hərəkatı öz üzvləri arasından müəyyən etməli, veto hüququ qalacaqsa, yeni iki üzvə də veto hüququ verilməlidir; istisna deyil ki, bu məsələ perspektivdə daha ciddi şəkildə aktuallaşa bilər, xüsusilə dünyanın yeni siyasi sisteminin formalaşması fonunda; Bakının xarici siyasi kursunda bu siyasi coğrafiyaya ağırlıq verməsi həm də Azərbaycanın önündə belə perspektivləri də aça bilər.
2024-02-16
832,797
Torpaq yeməyin faydaları...
Amerikalı alimlər adi torpağın heç də zərəri olmadığı, əksinə, sağlamlıq üçün faydalı olması nəticəsinə gəlib. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, torpaq hətta qida əvəzi ola bilər. Bədəndən artıq zəhər və parazitlərdən xilas olmaq üçün torpaq yemək lazımdır. Alimlər tədqiqatlarla sübut edib ki, torpaqda olan gil həzm sisteminə absorbsiya, detoks effekti verir. Torpaq dietası hər kəsə vacibdir, torpaq bədəndə çatışmayan sink, kalsium və dəmiri verir. Bu fikirlər absurd səslənsə də, əslində burda tibbi baxımdan sensasiya yoxdur. Torpaq yeməyin faydası barədə Hippokrat da yazıb. Bu barədə qədim mənbələrdə var. Sadəcə hazırda müasir torpaq daha çox kirləndiyi və radiasiyaya məruz qaldığı üçün elə də təhlükəsiz deyil. Dieta üçün keyfiyyətli torpaq tapmaq lazımdır.
2024-02-16
832,799
Qurbanov "Qarabağ"ın Portuqaliya zəfərini şərh etdi
Cavab matçında daha məsuliyyətli olmalıyıq. Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis çox ciddi rəqibə qarşı oynadıqlarını bildirib: "Futbolçuları təbrik edirəm, çox əziyyət çəkdilər. Rəqibin sürətli oyunçuları var. Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilirlər". Qurbanov matçlardan əvvəl proqnozlara fikir vermədiyini söyləyib: "Bizim də xeyli təcrübəmiz var. İnanırdıq, bəlkə də dörd qol vurarıq deyə düşünmürdük. Futbolçulardan hər hücumda keyfiyyətli olmağı tələb edirik. Bu gün oyunumuz pis alınmadı. Amma cütün taleyi hələlik həll olunmayıb. Şanslar bərabərdir. Belə turnirlərdə böyük geridönüşlər görmüşük. Daha soyuqqanlı olmalıyıq". Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
2024-02-16
832,800
Xəzərdə Rusiya gəmisi batdı
Xəzər dənizinin Rusiya sahillərində kiçik sərnişin gəmisi batıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, gəmidə 1 kapitan və 2 sərnişin olub. "İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi hava şəraitinin pisləşməsi səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan şəxslər suya düşüb. Nəticədə gəmidə olan 2 nəfər itkin düşüb, 1 nəfər isə xilas edilib. Xilas edilən şəxs xəstəxanaya yerləşdirilib", - məlumatda bildirilib. Hazırda itkin düşənlərin axtarışı davam edir.
2024-02-16
832,804
Mirzə Cəlilov həbs olundu
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Mirzə Xəlil oğlu Cəlilovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb. Axar.az Report-a istinadən xəbər verir ki, o, Xidmətin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir. Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Cəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Mirzə Cəlilov əvvəllər Naxçıvan şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.
2024-02-16
832,805
Bu ərazilərimizə qar yağır
09:24 Fevralın 16-sı saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır. Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 sm, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 sm-dir. Göygöl, Naftalan, Şəkmir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var. *** Fevralın 16-sı saat 13:00-a olan məlumata əsasən ölkə ərazisində yağışlı və qarlı hava davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Şabran, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Qobustanda yağış yağır. Xaltan, Qrız, Şahdağla bərabər hazırda Daşkəsən, Altıağac, Quba, Qusar ərazilərinə də qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 8, Aran rayonlarında 8, dağlıq ərazilərdə 2 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxtadır. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 18-i gündüzədək davam edəcək.
2024-02-16
832,808
“Azərsığorta”nın lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərsığorta" ASC-nin lisenziyasını ləğv edib. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta”nın fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərman əsasında AMB-nin İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə səhmdar cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv olunub.
2024-02-16
832,813
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,75 dollara, yüngül neftin bir barreli isə 78,7 dollara təklif olunur.
2024-02-16
832,816
Həbsdə olan şəxslərin daha bir cinayəti üzə çıxdı
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 il öncə quldurluq əməli törətməkdə və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, 2016-ci ildə rayon ərazisində bir qadının evinə qanunsuz daxil olan və onu bıçaqla hədələyərək pulunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslərin kimliyi aşkar olunub. Həmin şəxslərin hazırda cəza çəkmə müəssisəsində olan Nicat Cümşüdov və Teymur Hüseynov olmaları müəyyən edilib. Onlar dindirilərkən qabaqcadan əlbir olaraq bu cinayət əməlini törətdiklərini bildiriblər. Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taryel Vəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki kisəyə baxış zamanı 1 "Kalaşnikov" markalı avtomat, həmin silaha məxsus 1 daraq və 27 patron aşkar edilərək götürülüb. Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, T.Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
2024-02-16
832,818
MM-in iclası başladı: Baş nazir təyinatı...
09:46 Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Axar.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Su təchizatı və tullantı suları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 2. Azərbaycanın 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 3. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 5. “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 6. “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 7. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Qeyd edək ki, bu gün MM-in Prezidentin Baş nazirliyə təqdim etdiyi namizədi təsdiqləyəcəyi gözlənilir.
2024-02-16
832,820
Türkiyədə zəlzələ baş verdi
Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerin 8,9 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
2024-02-16
832,822
Ordumuzda komanda-qərargah səfərbərlik təlimi keçirilir
2024-cü ilin hazırlıq planına əsasən "N" hərbi hissəsində komanda-qərargah səfərbərlik təlimi keçirilir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlim müddətində qəbul məntəqələrinin açılması, şəxsi heyətin qəbulu prosesinin öyrənilməsi, bölmələrin səfərbərliklə komplektləşdirilməsi və döyüş uzlaşmasının təşkili, əməliyyat təyinatı rayonuna yerdəyişmənin həyata keçirilməsi və ərazidə yerləşmə üzrə hesabların dəqiqləşdirilməsi, eləcə də əməliyyat təyinatı rayonunun tutulması və hücum əməliyyatının təşkili mövzularında fəaliyyətlər icra edilib və yerinə yetirilən fəaliyyətlərlə bağlı məruzələr dinlənilib. Təlimin məqsədi səfərbərlik resurslarının dəqiqləşdirilməsi və icra olunan səfərbərlik tədbirlərinin müasir standartlara uyğunlaşdırılmasıdır.
2024-02-16
832,824
Masallıda narkotacir həbs edildi
Masallı sakinindən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Eldəniz Mirzəyev saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan 4 kiloqram 500 qram marixuana, bir kiloqram heroin, bir kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla narkokuryerliyə cəlb edilən E.Mirzəyevin ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.
2024-02-16
832,829
MM razılıq verdi: Yeni Baş nazir təyin edildi
10:09 Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb. Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə Əli Əsədovun namizədliyi irəli sürülüb. Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib. Qeyd edək ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev fevralın 14-də and içib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. Fevralın 14-də Nazirlər Kabineti istefa verib. Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdi. *** Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.
2024-02-16
832,830
DSX-yə aid diviziyada yeni inşa edilən binalar - Foto
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “Qazax” əlahiddə sərhəd diviziyasının qarnizon kompleksinin açılışı zamanı hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası çərçivəsində fevral ayının 15-də Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında yeni inşa olunmuş yaşayış binaları xidməti istifadəyə verilib. Axar.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki,DSX-nin rəisinin müavini general-leytenant Cavid Abdullayev və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hərbi qulluqçular və onların ailə üzvləri üçün inşa olunmuş yaşayış binalarının açılışında iştirak edib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından və Azərbaycan dövlət sərhədlərinin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun inkişaf etdirilməsinin, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinin, dövlət sərhədinin mühafizəsinə ali diqqətin növbəti təzahürü olmasını xüsusi olaraq vurğulayıblar. Müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin sərhəd mühafizəsini hər zaman layiqincə yerinə yetirdikləri bildirilib. Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olunub və xidməti mənzillərə baxış keçirilib. İstifadəyə verilmiş yaşayış şəhərciyi 5 binadan 140 mənzildən ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub, həyətyanı ərazidə 120 kvadratmetrdən ibarət 5 ədəd söhbətgah, nasosxana binası və 600 kvadratmetrlik su rezervuarı inşa edilib.
2024-02-16
832,834
Rusiyaya sanksiyaların memarı Ağ Evə qayıdır
Ukrayna müharibəsi başlayandan sonra Vaşinqtonun Moskvaya qarşı sanksiyalarının əsas memarı sayılan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Dalip Sinq əvvəlki vəzifəsinə qayıtmağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. “2022-ci ilin aprelində ABŞ administrasiyasını tərk edən Sinq Ağ Evə prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin beynəlxalq iqtisadi məsələlərə nəzarət edən müavini kimi qayıtmağı planlaşdırır. O, 2022-ci ilin yazından bu vəzifədə çalışan Maykl Paylı əvəz edəcək. Sinqin Ağ Evə qayıdışı Bayden administrasiyasının Konqresdən icazə almadan Ukraynaya yardım göstərməyin yollarını tapmaq cəhdləri fonunda baş verəcək”, - mənbə bildirib.
2024-02-16
832,836
Paşinyan Anna və nazirləri ilə birgə Münhenə getdi
10:21 Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün üç günlük işgüzar səfərlə Münhenə gedib. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib. “Hökumət başçısı Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək. Beynəlxalq forum çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də nəzərdə tutulub”, - o bildirib. Paşinyanla bərabər, Münhenə Anna Akopyan və XİN başçısı Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan da yollanıb. Qeyd edək ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.
2024-02-16
832,841
Tehranda güclü partlayış baş verdi - Rəsmi
10:33 Fevralın 16-a keçən gecə Tehranın cənub-qərbində yerləşən Qala Həsən xan bölgəsində bir neçə güclü partlayış olub. Axar.az xəbər verir kİ, bu barədə “İnsaf nyus” məlumat yayıb. Hadisə barədə video və fotolar yayan saytın məlumatında bildirilib ki, partlayışlar əhəmiyyətli zavodların və bir hərbi bazanın yerləşdiyi bölgədə baş verib. Partlayışın səbəbi, zərər və tələfat barədə rəsmilər açıqlama verməyib. *** Tehrandakı partlayış səsi heç bir təhlükəsizlik məsələsi ilə bağlı olmayıb, burda sadəcə yanğın mövzusu müzakirə oluna bilər. Bu barədə Tehran ostanının Şəhri-Qüds valisi Vəhid Qoli Kani “Tasnim”ə deyib. “Qəza özəl kimya istehsalı müəssisəsinin kimyəvi çənlərində baş vermiş yanğın nəticəsində yaranıb. Yanğın fövqəladə yanğınsöndürmə sistemləri tərəfindən söndürülüb və itkilərimiz olmayıb”, -o bildirib.
2024-02-16
832,843
723-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 723-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 400 300 hərbçi, 6465 ədəd tank, 12 129 ədəd zirehli döyüş maşını, 9 641 ədəd artilleriya sistemi, 984 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 671 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 716 ədəd avtomobil texnikası, 7 408 ədəd PUA, 1 895 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 528 xüsusi avadanlıq itirib.
2024-02-16
832,844
Bu gün bu yüksək kürsüdən bəyan edirəm... - Əsədov
10:37 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən ilk dəfə Baş nazir vəzifəsinə namizədliyimin irəli sürülməsi zamanı bu yüksək kürsüdən çıxışımdan ötən müddətdə Nazirlər Kabineti ilə Milli Məclis arasında fəal birgə iş aparılmışdır. Axar.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri vəzifəsinə namizəd Əli Əsədov deyib. "Ötən müddət ərzində Hökumət və ölkəmizin qanunverici orqanı arasında konstruktiv və səmərəli işbirliyi qurulmuş, müxtəlif qanun layihələrinin və sənədlərin məhsuldar birgə müzakirəsi keçirilmişdir. Buna görə hörmətli deputatlarımıza təşəkkürümü ifadə edirəm. Ümidvaram ki, növbəti müddətdə də bu xoş ənənəni davam etdirəcəyik və birgə səylərimiz bundan sonra da ölkəmizin tərəqqisinə və xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcəkdir. Onu da qeyd edim ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat diqqətinizə təqdim ediləcək və ötən il Hökumət tərəfindən görülən işləri və qarşıda duran vəzifələri müzakirə edəcəyik. Bu gün bu yüksək kürsüdən bir daha bəyan edirəm ki, Azərbaycan Hökuməti ölkəmizin davamlı inkişafının və xalqımızın firavan həyatının təmin edilməsi ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcəkdir", - o bildirib. Qeyd edək ki, Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.
2024-02-16
832,847
Daha bir ölkə eynicinslilərin nikahını qanuniləşdirdi
Yunanıstan parlamenti eynicinsli cütlüklərin nikahını və onların uşaqları övladlığa götürməsini qanuniləşdirən qanunu qəbul edib. Axar.az xəbər verir ki, 300 nəfərlik birpalatalı ali qanunverici orqanda səsvermədə 254 deputat iştirak edib. Qanunun qəbulunun lehinə 176, əleyhinə 76 deputat səs verib, 2 deputat isə bitərəf qalıb.
2024-02-16
832,851
Deputatdan yeni Baş nazirə: Kasıblar sizə pislik edib?
Hörmətli Əli müəllimə (Əli Əsədov - baş nazir) mənim də hörmətim var, amma ona ünvanlanacaq suallarım da var. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. O bildirib ki, cənab Prezident ayın 14-də andiçmə mərasimində Azərbaycanda yeni bir dövr başladığını qeyd edib: “Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə ehtiva edəcək və nədə göstərəcək? İkincisi, hökumət repetitorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü? Cənab Prezident söylədi ki, biz Türkiyə, türk dövlətləri ilə daha sıx inteqrasiya olunmalıyıq, bu baxımdan Türkiyə ilə ümumi bazar yaradılması barədə hər hansı bir ideya, düşüncə, fikir varmı? Bundan başqa, hesab edirəm ki, kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə heç bir pisliyi keçməyib. Ona görə də quru sərhədləri nə vaxt açılacaq ki, məsələn, insanlar Gürcüstana gedib, öz qohumlarını ziyarət edə bilsinlər?” Qeyd edək ki, Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə Milli Məclis bugünkü iclasda razılıq verib.
2024-02-16
832,852
Əli Əsədov Prezidentə təşəkkür etdi
İlk öncə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə mənim namizədliyimi irəli sürdüyünə və mənə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Heydər oğlu Əliyevə dərin təşəkkürümü bildirirəm. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir vəzifəsini icra edən Əli Əsədov deyib. “Müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm Prezidenti bu yüksək kürsüdən bir daha ürəkdən təbrik edirəm” - deyə Əli Əsədov bildirib.
2024-02-16
832,854
Qərb Bakı-İrəvan sülhünə imkan vermir - Patruşev
Qərb Cənubi Qafqazda vəziyyəti sarsıtmağa və Ermənistan-Azərbaycan nizamlanmasının qarşısını almağa çalışır. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. “Qərblilərin Cənubi Qafqazda vəziyyəti silkələmək, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini görürük ki, bu da bu regionlarda vəziyyətin kəskinləşməsinə səbəb olub”, - Patruşev bildirib.
2024-02-16
832,857
Baş nazir təsdiqləndi: Hansı nazirlər dəyişəcək?
Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilib. Axar.az hazırda diqqət Nazirlər Kabinetinin digər üzvlərinə yönəlib. Hansı nazir və xitmət-komitə sədrinin yenidən təsdiqlənəcəyi və ya əvəzlənəcəyi hazırda müzakirə mövzusudur. Xatırladaq ki, Nazirlər Kabineti istefa verəndən sonra hazırda vəzifələrini icra edənlər aşağıdakılardır: Yaqub Abdulla oğlu Eyyubov - Baş nazirin birinci müavini, Əli Cavad oğlu Əhmədov - Baş nazirin müavini, Şahin Abdulla oğlu Mustafayev - Baş nazirin müavini, Vilayət Süleyman oğlu Eyvazov - daxili işlər naziri, Muxtar Bahadur oğlu Babayev - ekologiya və təbii sərvətlər naziri, Pərviz Oqtay oğlu Şahbazov - energetika naziri, Fikrət Fərrux oğlu Məmmədov - ədliyyə naziri, Sahil Rafiq oğlu Babayev - əmək və əhalinin sosial müdafiəsi naziri, Kəmaləddin Fəttah oğlu Heydərov - fövqəladə hallar naziri, Fərid Fazil oğlu Qayıbov - gənclər və idman naziri, Ceyhun Əziz oğlu Bayramov - xarici işlər naziri, Mikayıl Çingiz oğlu Cabbarov - iqtisadiyyat naziri, Məcnun Qadir oğlu Məmmədov - kənd təsərrüfati naziri, Samir Rauf oğlu Şərifov - maliyyə naziri, Adil Qabil oğlu Kərimli - mədəniyyət naziri, Zakir Əsgər oğlu Həsənov - müdafiə naziri, Vüqar Valeh oğlu Mustafayev - müdafiə sənayesi naziri, Rəşad Nəbi oğlu Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri, Teymur Yusif oğlu Musayev - səhiyyə naziri, Emin Eldar oğlu Əmrullayev - elm və təhsil naziri, Bahar Əvəz qızı Muradova - Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Fuad Rauf oğlu Muradov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qəhrəman oğlu Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Şahin Soltan oğlu Bağırov - Dövlət Gömrük Komitəsinin sədri, Tahir Yaqub oğlu Budaqov - Dövlət Statistika Komitəsinin sədri, Anar Adil oğlu Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Şükür oğlu Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Vüsal Əfqan oğlu Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi, Elçin İsağa oğlu Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, Əli Nağı oğlu Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sedyar oğlu Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi, Mürsəl Qorxmaz oğlu İbrahimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Qoşqar İlahi oğlu Təhməzli - Qida Təhlükəsizliyi Agentliyinin sədri, Fuad Hümbət oğlu Nağıyev - Dövlət Turizm Agentliyinin sədri.
2024-02-16
832,859
Əhməd qətliamı: taksilər yoxlanır, onlayn ödəniş dayandı
Əhməd Əhmədovun fevralın 13-də ailə üzvlərini qətlə yetirməsindən sonra dünəndən etibarən Bakıda fəaliyyət göstərən bütün taksi sürücüləri kütləvi şəkildə narkoloji testdən keçiblər. Axar.az xəbər verir ki, bu barədə taksi sürücülərindən biri məlumat verib. “Əhmədə görə dünən heç birimiz işləməmişik. Bütün sürücüləri narkoloji testə göndəriblər”, - məlumatda qeyd olunub. Həmçinin qeyd edilib ki, onlayn ödəniş sistemi də fəaliyyətini dayandırıb və hazırda heç bir taksiyə görə onlayn ödəniş etmək mümkün deyil. Yeni qanunvericiliyə uyğun olaraq lisenziya alan taksi sürücüləri üçün onlayn ödəniş sistemi bərpa ediləcək.
2024-02-16
832,861
مورمانین یئنی ماهنی‌سی ترند اولدو - ویدئو
گونئی‌لی ایفاچی مورمان یئنی ماهنی‌سینی تقدیم ائدیب. Kult.az خبر وئریر کی، سنتچینین «یولون آچیق» آدلی ماهنی‌سی ایکی گون عرضین‌ده سوسیال شبکه‌لرده ترئند اولوب. ماهنینین تیترلرینین لاتین الیفباسیندا تقدیم اولونماسی و موسیقینین آذربایجان دیلینده سسله‌نمه‌سی رغبتله قارشیلانیب. ایزلییجیلر گونئی‌لی موغه‌ننیلرین فارس دیلینه دئییل، محض دوغما آذربایجان دیلینه اوستونلوک وئرمیینی یوکسک قیمتلندیریبلر. کلیپین آرت منجری رحیم نژاد، سؤزلری محمد حسین آرکان، آرانژیمانی آمین فقیه مخصوص‌دور.
2024-02-16
832,862
Bakının bu rayonu qazsız qaldı
Bu gün Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə fevralın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vulkan yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2024-02-16
832,866
Öhdəlik var, Azərbaycan Ordusu girəcək - Martirosyan
11:21 Ermənistanın hələ də öz dövlətçiliyini xilas etmək və Zəngəzur ərazisindən Azərbaycan üçün dəhliz açmaq şansı var. Əks halda Azərbaycan Ordusu bunu özü edəcək. Axar.az xəbər verir ki, bunu münaqişələr üzrə ekspert, erməni əsili amerikalı Artur Martirosyan Ermənistan telekanalının siyasi tok-şousunda deyib. Onun sözlərinə görə, əgər Ermənistan Zəngəzur ərazisindən Naxçıvana dəhliz açılmasına könüllü razı olsa, o zaman bu yol üç ölkənin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatında göstərildiyi kimi Rusiya hərbçilərinin nəzarətində olacaq: “Əks halda yol zorla açılacaq. Və heç kim deməsin ki, Azərbaycan Ordusunun qarşısını ala biləcəklər. Paşinyanın nə Borrellə, nə də Makrona zəng etməyə vaxtı olacaq. Heç kim Ermənistana kömək etməyəcək”. Ekspert hesab edir ki, Ermənistan Rusiya ilə münasibətlərində də diqqətli olmalıdır: “Ermənistan hakimiyyətinə məsləhət görə biləcəyim ikinci şey Rusiya ilə münasibətləri korlamamaqdır. Ukraynadakı müharibədən kimin qalib çıxacağını hələ heç kim deyə bilməz. Rusiya qalib gəlsə, Kreml İrəvanı diz çökdürəcək. Bütün risklər nəzərə alınmalıdır”.
2024-02-16
832,867
İlham Əliyev Litva prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Litvanın dövlət başçısı Gitanas Nausedaya təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik. Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
2024-02-16
832,868
Xaçmazda 3 milyonluq fırıldaqçılıq: Qadın həbs edildi
Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər - Bakı şəhər sakini Könül Müzəffərova və rayon sakini Ceyhun Əsgərov saxlanılaraq həbs olunublar. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, K.Müzəffərova tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 min manat pulunu ələ keçirib. C.Əsgərov isə bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə ümumilikdə 3 milyon manatdan artıq zərər vurub. Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
2024-02-16
832,873
Əliyev İrəvana ciddi xəbərdarlıq etdi - Mixaylov
Yenidən seçilmiş Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi onun qarşıdakı 7 illik prezidentliyinin proqramı idi. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib. “Əliyevin Qarabağın işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqının bir yumruqda birləşdiyi barədə fikirləri analitiklərin də təsdiq etdiyi faktdır. Dövlət başçısı əvvəlki seçki vədlərinin hamısını yerinə yetirdi və əsasən Qarabağı qaytardı. Azərbaycan Prezidenti andiçmə mərasimində yenidən güclü siqnal verdi: Ermənistan uzun müddətdir ki, razılaşmaları yerinə yetirməkdən imtina edir, lakin o, onları yerinə yetirməlidir. Görürük ki, bir tərəfdən Ermənistan sülh müqaviləsi üçün öz variantlarını təklif edir, digər tərəfdən isə bu təkliflərin arxasında Azərbaycanın bədxahlarının - Fransanın, ABŞ-ın, AB-nin “yaxşı məsləhətləri” dayanır. Onlar regionda mütəmadi olaraq “oyun qaydalarını” pozur və görünür, Ermənistan ordusunun Azərbaycanla sərhəddə fevralın 12-də baş vermiş təxribatının arxasında dururlar”, - o bildirib. Ekspertin sözlərinə görə, Əliyev inauqurasiya nitqində İrəvana da xəbərdarlıq edib: “Azərbaycana qarşı ərazi iddiaları Ermənistan qanunvericiliyindən çıxarılmasa, sülh müqaviləsi olmayacaq. Əliyev çıxışında bir daha aydın şəkildə göstərdi ki, bu gün Ermənistan tamamilə qeyri-sabit dövlətdir. Və onun rəhbərliyi verdiyi vədlərin yarısını icra etmir. İrəvanda bu gün bir şey deyə bilərlər, sabah başqa bir şey. Qərbdən gələn zəngdən sonra dərhal fikirlərini dəyişə bilərlər ki, yox, belə deməmişik. Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində baş vermiş təxribat AB “missiyası”nın kəşfiyyatçılardan ibarət əməkdaşlarının bilavasitə iştirakı ilə törədilib. Əliyevin siyasəti bu gün çoxqütblü dünyanın inkişaf tendensiyalarına çox aydın şəkildə cavab verir. Azərbaycan bu gün nəinki zamanın çağırışlarını hiss edir, həm də onlara cavab verməyə başlayır”.
2024-02-16
832,874
DYP-dən siqnal verən sürücülərə xəbərdarlıq
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səs siqnallarından istifadə qaydaları barədə məlumat yayıb. İdarədən Axar.az-a bildirilib ki, son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə olunması, digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olur. "Yol hərəkəti haqqında" Qanuna əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər: 1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda; 2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. Bu hallardan başqa, səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır". BDYPİ bir daha bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edir.
2024-02-16
832,875
MM-də səsvermə: Əli Əsədovun əleyhinə olan deputat...
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclis Prezident İlham Əliyevin baş nazirliyə təqdim etdiyi namizədi səsə qoyub. Axar.az xəbər verir ki, Əli Əsədovun baş nazirliyə namizədliyinə yalnız bir deputat qarşı olub, daha bir deputat isə bitərəf qalıb. Səsvermədə iştirak edən digər deputatların hamısı Əli Əsədovun namizədliyini dəstəkləyib. Qeyd edək ki, səsvermə gizli keçirildiyindən, Ə.Əsədovun namizədliyinə qarşı çıxan deputatın kimliyi bəlli deyil.
2024-02-16
832,878
“Braqa” “Qarabağ”a ciddi baxmırdı – Məstəliyev
“Braqa” çox güclü rəqibdir. Fantastik qələbəyə rəğmən hələ də təhlükəli rəqib olaraq qalmaqda davam edir. “Braqa” Avropa Liqasında təkcə “Qarabağ”a yox, istənilən rəqibə qarşı da başabaş oynaya biləcək komandadır. Onların oyunçu potensialı da buna imkan verir. Amma “Qarabağ” intizamlı və diqqətli oynayaraq qələbə qazandı. Hiss olunur ki, Qurban Qurbanov rəqibi çox yaxşı analiz etmişdi. Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev “Qarabağ”ın “Braqa”nı səfərdə 4:2 məğlub etməsi ilə bağlı danışarkən deyib. “Qarabağ” möhtəşəm oynadı. Nə qədər müsbət sözlər desək də azdır. Xüsusilə oyun intizamından söhbət gedirsə, “Qarabağ” özünü zirvədə apardı. Təbii ki, komanda ideal deyildi, boşluqlar var. Səhvlər də oldu ki, nəticəsində 2 top buraxdıq. Cavab görüşündə işimiz o qədər də asan olmayacaq. Çünki biz “Braqa”nı tanısaq da, “Braqa” bizi tanımırdı. Ümumiyyətlə, klub olaraq “Qarabağ”a ciddi baxmırdı. Oyundan da göründüyü kimi, sona yaxın bir qədər özlərinə gəldilər və bunu cavab görüşündə də edə biləcəklər”, - ekspert bildirib. Məstəliyev bildirib ki, cavab görüşü bizim üçün çətin olacaq: “Çox diqqətli olmalıyıq. İlk matçda etdiyimiz səhvləri təkrarlamamalıyıq. Hesabı qorumaq haqda düşünəcəyiksə, bu, böyük səhv olar. Yalnız müdafiə olunsaq, rəqib çox asanlıqla qapımıza qol vuracaq. Ona görə də daha çox hücumda olmaq, rəqibi meydançanın ona aid olan hissəsində qarşılamaq və oyunu da orda həll etmək lazımdır. Rəqibin çox güclü olmasına baxmayaraq, cavab görüşündə də biz istədiyimiz nəticəni əldə edə biləcəyik. “Qarabağ” bu turu keçəcək”. Qeyd edək ki, "Qarabağ" "Braqa"nı ötən gün səfər oyununda 4:2 hesabı ilə məğlub edib.
2024-02-16
832,881
ABŞ İranın casus gəmisinə kiberhücum etdi
ABŞ Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmiləri haqqında kəşfiyyat məlumatları toplayan İran gəmisinə qarşı kiberhücum həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “NBC Nyus” məlumat yayıb. Məlumata görə, kiber əməliyyatın əsas məqsədi İranın casus gəmisi olan “MV Behşad”ın Husi qruplaşması ilə məlumat mübadiləsi aparmaq imkanlarını pozmaq olub.
2024-02-16
832,883
Deputat əsəbiləşdi: Onlara 15 gün küçə süpürtdürək!
Ödənişli yolda əks yola çıxıb sürətlə hərəkət edirlər. Bu adamlara cəza olaraq küçə süpürtdürmək lazımdır. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib. “Bu, digər hərəkət iştirakçıları üçün açıq təhlükə yaradır. Başqa biri də maşını 200 km sürətlə sürür. Hətta özünü çəkib sosial şəbəkələrdə paylaşır. Axı belə olmaz”, - deputat deyib. S.Novruzov bildirib ki, bu adamlar cərimələnməklə yanaşı ictimai qınaqla da üzləşməlidir: “Yaxşı olardı ki, bu adamlar belə xətalar etdikdən sonra 15 gün küçə süpürmək və digər ictimai işlərə cəlb edilsin. Bu istiqamətdə qərar qəbul edilsə, bəlkə belə halların qarşısı alınar”.
2024-02-16
832,884
Ermənistan MDB-nin Moskvadakı hərbi tədbirinə qatılmadı
Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb. Axar.az Report-a istinadən xəbər verir ki, bu, toplantıda çəkilən xatirə fotosundan məlum olub. İclasa MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin sədrlik edib. Toplantıda 2023-cü il ərzində görülən işlər təhlil edilib, o cümlədən 2024-cü il üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. Həmçinin, müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. Yayılan fotodan məlum olur ki, iclasa MDB-yə üzv dövlətlərdən Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri qatılıb. Fotoda Ermənistan bayrağı və nümayəndəsi yoxdur. Xatırladaq ki, rəsmi İrəvan bundan əvvəl də MDB-nin bəzi tədbirlərində iştirak etməyib.
2024-02-16
832,885
Nərimanovda nəhəng və unikal “Kontakt” mağazası açılır
Bütün Nərimanov və ətraf ərazilərdə yaşayanların nəzərinə: Ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” Nərimanovda nəhəng və unikal mağazasını yeni ünvanda təqdim edəcək. Yeni mağaza Nərimanovdakı digər “Kontakt” mağazasının çox yaxınında, Metropark” t/m-lə üzbəüz yerləşir və rəsmi açılışı növbəti aya planlaşdırılır. 2 mərtəbəli, 3000 m2-lik çox geniş sahəyə və unikal interyerə malik mağazadan hər kəs rəqəmsal, kiçik və böyük məişət texnikasının, nəqliyyat, ev tekstili, qab-qacaqların, o cümlədən mebellərin 30 000-dən çox çeşidini əldə etməklə bərabər, alış-veriş prosesinin komfortundan faydalana biləcək. Çünki burada ziyarətçilərin rahatlığı üçün müxtəlif Brend Zonaları, Qəhvə Zonası, növbə gözləyərkən daha səmərəli vaxt keçirə bilməyiniz üçün isə kassa bölməsində ödənişsiz “Wi-fi” Zonası olacaq. Bundan başqa, müştərilər mağazada alış-veriş edərkən övladları onlar üçün ayrılmış Uşaq Zonasında əylənərək vaxt keçirə biləcək. Bir sözlə, “Kontakt”ın yeni Nərimanov mağazası uşaqdan-böyüyə hamının ürəyini fəth edəcək. Odur ki, rəsmi açılış tarixini qaçırmamaq və “Kontakt”ın digər yeniliklərdən xəbərdar olmaq üçün şəbəkənin rəsmi sosial media hesablarını izləməyinizi tövsiyə edirik.
2024-02-16
832,887
Kondraşov və Qusman İlham Əliyevi təbrik etdi
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov və baş direktorun birinci müavini Mixail Qusmandan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından səmimi təbriklərimizi çatdırırıq. Seçkilər Sizin siyasi kursunuza ümumxalq dəstəyini inamlı şəkildə nümayiş etdirdi. Əminik ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də ölkələrimiz arasında konstruktiv əlaqələrin və tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin davam etməsinə kömək edəcək. TASS Azərbaycan Respublikası, onun aparıcı kütləvi informasiya vasitələri, siyasi, ictimai, mədəni və elmi dairələri ilə sıx əməkdaşlıq tarixinə malikdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya və Azərbaycanın informasiya sahəsində əməkdaşlığı dövlətlərimiz və xalqlarımız arasında sıx əlaqələrin inkişafında mühüm rol oynasın. Bununla əlaqədar agentliyimizin Azərbaycan Respublikasında fəaliyyətinə Sizin davamlı dəstəyinizə və köməyinizə güvənirik".
2024-02-16
832,890
Ərdoğanın Misir səfəri: Yaxın Şərqin iki gücü birləşir
Rəcəb Tayyib Ərdoğanın Misir səfəri 11 illik fasilədən sonra həyata keçdi. Dolayısı ilə problemlər tamamilə həll olunmasa belə, ikitərəfli münasibətlərdə yeni səhifə açılır. Son 2-3 ildir ki, Türkiyə bir sıra ölkələr ilə münasibətlərin normallaşdırılması mərhələsinə keçib. Lakin Misirin uzaq durması səbəbilə münasibətlərdə soyuqluq qalmağa davam edirdi. Cənab Ərdoğanın səfəri ilə Qahirə ilə normallaşma mərhələsi başa çatdırıldı. Sisinin də Türkiyəyə yaxın vaxtlarda edəcəyi səfər münasibətləri daha da dərinləşdirəcək. Bu sözləri Axar.az-a Rəcəb Tayyib Ərdoğanın Misirə rəsmi səfərinin əhəmiyyəti haqqında danışan Türkiyə Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) mütəxəssisi Mehmet Raqiboğlu deyib. Raqiboğlu Türkiyə və Misir yaxınlaşmasının əsas səbəblərindən bəhs edib: “Ankara və Qahirənin yaxınlaşmasını labüd edən bir çox faktor var. Lakin burada üç əsas amil diqqəti daha çox cəlb edir. Bunlardan birincisi Qəzza məsələsidir. Həm Türkiyə, həm də Misir Qəzza məsələsində birbaşa tərəfdirlər. Çünki HƏMAS özünün atəşkəs planında Türkiyə, Misir, Qətər və Rusiyanın qarant dövlət olmasını istəyir. Normallaşma prosesi Türkiyə ilə Misirin Qəzza məsələsində eyni anda və koordinasiyalı şəkildə hərəkət etməsinə imkan verəcək. Əlbəttə, burada risklər də var. Çünki İsrail hazırda Misirə Rəfah qapısının açılması üçün təzyiq göstərir. İndi orada 1948-ci ildəki “Nakba hadisələri”nə ( 14 may 1948-ci ildə İsrail dövləti elan olunub. Fələstinlilər isə 15 mayı böyük fəlakət mənası verən “ən-Nakba” günü adlandırıblar –red.) bənzəyən proses gedir. Bunun qarşısının alınması üçün Ankara-Qahirə əməkdaşlığı çox vacibdir. İkincisi Aralıq dənizi məsələsidir. Bildiyimiz kimi, ABŞ-ın rəhbərliyi ilə Aralıq dənizi bölgəsində ölkəmizi orada sıxışdırmaq üçün Şərqi Aralıq dənizi qaz kəməri (EastMed) layihəsi irəli sürüldü. Bu layihəyə görə, BƏƏ, Yunanıstan, Misir, Səudiyyə Ərəbistanı və İsrail ölkəmizin qarşısında idi. Türkiyə qətiyyətli hərəkət etdi və Liviya ilə “Dəniz yurisdiksiyası müqaviləsi” imzaladı. Bu müqavilə qurulan oyunu alt-üst etdi. Belə ki, Misirlə Səudiyyə Ərəbistanı, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər pozuldu. Yəni ölkəmizin qarşısında olanlar Türkiyənin Şərqi Aralıq dənizində əvəzedilməz aktor olduğunu anladı. BƏƏ ilə Səudiyyə Ərəbistanı ölkəmizlə münasibətləri normallaşdırmağa başladığı üçün Misir də kənarda qalmaq istəmədi. Türkiyə ABŞ ilə də münasibətləri normallaşdırmağa başlayıb. Ən son F-16 satışı və modifikasiyası ilə bağlı qanun layihəsinin təsdiq olunmasının qarşısındakı maneə də ortadan qalxdı”. Onun sözlərinə görə, üçüncü məsələ iqtisadiyyatla bağlıdır: “Türkiyənin iqtisadiyyatı ötən ilin iyun ayından etibarən əvvəlki gücünü yenidən qazanmağa başlayıb. Belə ki, son 7 ayda Mərkəzi Banka 50 milyard dollardan çox vəsait daxil olub. Yəni investisiya qoyuluşu artır. Misirdə isə iqtisadi vəziyyət qat-qat pisdir. Hazırda orada qara bazarda 1 dollar 80-90 Misir funtuna satılır. Ölkənin sərmayə qoyuluşuna çox böyük ehtiyacı var. İlk mərhələdə Türkiyənin Misirə 1 milyard dollar sərmayə qoyması planlaşdırılır. Misir üçün Türkiyə Avropa bazarına çıxmaq baxımından, Türkiyə üçün isə Misir Afrikaya çıxmaq baxımından önəmlidir. Qırmızı dəniz məsələsində də Ankara və Qahirə eyni xətti izləyir və Yəməndə legitim hökuməti dəstəkləyir. Fikrimcə, bu səfər Yəmən məsələsində də ortaq addımların atılmasına gətirib çıxaracaq”.
2024-02-16
832,896
Fələstinin birtərəfli tanınması terrora mükafatdır - Netanyahu
İsrail fələstinlilərlə daimi nizamlanma ilə bağlı beynəlxalq diktələri qəti şəkildə rədd edir. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu X sosial platformasındakı paylaşımında yazıb. “İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmağa davam edəcək. 7 oktyabr qırğınından sonra belə bir tanınma terrorizmə böyük mükafat verəcək və gələcək sülh sazişinin qarşısını alacaq. Sülh sazişi yalnız ilkin şərt olmadan birbaşa danışıqlar nəticəsində əldə oluna bilər”, - o bildirib.
2024-02-16
832,897
Bakıya sulu qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və axşam bəzi yerlərdə yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
2024-02-16
832,899
Azərbaycanın şanlı tarixinin yeni dövrü başlayır
Bu ilin fevral ayından etibarən Azərbaycan faktiki olaraq öz şanlı tarixinin yeni dövrünə qədəm qoydu. Fevralın 14-də Milli Məclisdə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimini bu tarixi keçidi rəsmiləşdirən hadisə kimi qeyd edə bilərik. Möhtərəm dövlət başçımız andiçmə mərasimində söylədiyi nitqində birmənalı olaraq bildirdi ki, qədəm qoyduğumuz bu yeni dövrdə Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri xarici siyasət istiqamətində yeni perspektivlərin açılmasıdır. Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, Qarabağ məsələsinin tam və birdəfəlik həllindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimiməsələlər hələ də gündəmdə durur. “Lakin Prezident İlham Əliyevin dediyi kimi, bu məsələnin önəmini həddindən artıq şişirtməyə, ona beynəlxalq gündəm statusu verməyə heç bir lüzum yoxdur. Əgər rəsmi İrəvan Azərbaycanla sülh sazişini imzalamağın, ilk növbədə, məhz Ermənistanın xeyrinə olduğunu anlamaq istəmirsə, bu onların öz problemidir. Azərbaycan öz işini görüb, torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Dövlət başçımızın Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Ağdərədə və azad edilmiş digər rayon və bölgələrimizdə qaldırdığı Azərbaycan bayrağı, ötən il Xankəndidə keçirilən hərbi parad və son nöqtə olaraq cənab Prezident İlham Əliyevin bu ilin 7 fevral tarixində keçirilmiş seçkilərdə məhz Xankəndidə səs verməsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə kökündən həll olunduğunu və bir daha belə bir problemin yenidən hansısa qüvvələr tərəfindən yaradıla biləcəyinin mümkünsüzlüyünü deməyə tam əsas verir". K.Qafarov Prezident İlham Əliyevin öz nitqində Azərbaycanın xarici əlaqələrinin əsas inkişaf istiqamətləri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb: “İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan 2003-cü ildən bu günə qədər digər sahələrdə olduğu kimi, beynəlxalq münasibətlərin qurulmasında da böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi və güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi kimi amillər üzərində qurulmuş mükəmməl xarici siyasət kursu Azərbaycanı, sözün əsl mənasında, dünya birliyinin nüfuzlu üzvünə çevirib. Dövlət başçımızın dediyi kimi, əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”. Deputatın fikrincə, bütün bu mütərəqqi göstəricilərin fonunda dünyada və Avropada Azərbaycanın uğurları ilə barışmaq istəməyən, ölkəmizi zəif, asılı görmək istəyən qüvvələr də az deyil. “Öz nitqində bu məsələyə toxunan dövlət başçımız bir daha bildirdi ki, bu gün bəzi ölkələr beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürməyə və beynəlxalq ictimaiyyət adından danışmağa çalışırlar. Lakin bir və ya bir neçə ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz. Yuxarıda qeyd olunan rəqəmlər də ən bariz şəkildə sübut edir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın tərəfindədir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin ölkəmizin bundan sonra beynəlxalq təşkilatlarla bağlı atacağı addımlar barədə səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir. Dövlət başçısı birmənalı olaraq bildirdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizin davam etdirilməsi əsas prioritet olaraq qalacaq. Çünki bizim ailəmiz məhz Türk dünyasıdır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, öz fikirlərini açıq və birmənalı şəkildə ifadə edərək vurğuladı ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var və dövlətimizin xarici siyasətinin prioritet istiqaməti də məhz Türk Dövlətləri Təşkilatını bundan sonra daha da gücləndirməkdir. Həqiqətən də böyük coğrafiyaya, böyük hərbi gücə, böyük iqtisadiyyata, zəngin təbii sərvətlərə, artan əhaliyə malik olan və ən əsası, eyni soydan, kökdən olan xalqların daxil olan olduğu Türk Dövlətləri Təşkilatı kimi ikinci güclü birlik dünyada yoxdur. Məhz buna görə də bu təşkilatın qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmağın vacibliyi bütün üzv ölkələrin xarici siyasətində prioritet istiqamət olmalıdır”.
2024-02-16
832,901
Ödənişli yol baha, digəri bərbad… - Millət vəkili
Ödənişli yola alternativ olan Bakı-Quba yolu pis vəziyyətdədir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib. O qeyd edib ki, ödənişli yolda tətbiq edilən tariflər kifayət qədər yüksəkdir: “Bu yoldan ancaq beynəlxalq şirkətlərin avtomobilləri istifadə edir. Yoldan hamının istifadəsi üçün tariflərə yenidən baxılmalıdır. Bununla bağlı İqtisadiyyat Nazirliyinə də müraciət etmişəm”. Deputat bildirib ki, alternativ yola paralel yolun bərpası ilə bağlı Baş nazirdən də xahiş edib: “Dövlət başçısının tapşırığı ilə bu yolda müəyyən işlər görüldü. Amma problem hələ tam həll edilməyib. Bunu maaliyə çatışmazlığı ilə izah edirlər”.
2024-02-16
832,902
20-ci mərtəbədən yıxılan qız sağ qaldı
Yekaterinburqda binanın 20-ci mərtəbəsində yerləşən eyvandan yıxılan qız sağ qalıb. O, hazırda reanimasiyadadır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb. “Xəstəyə lazımi tibbi yardım göstərilir. Əməliyyat olunub, reanimasiyadadır. Vəziyyəti ağırdır”, - məlumatda deyilir. Qeyd edək ki, hadisə fevralın 14-də günorta saatlarında Tokarey küçəsində baş verib.
2024-02-16
832,906
Gözdən əlil qadın səhvən sirkə içərək öldü
Abşeron rayonunda 70 yaşlı qadın sirkə içərək ölüb. Axar.az Report-a istindən xəbər verir ki, hadisə keçmiş məcburi köçkünlər üçün tikilən şəhərcikdə qeydə alınıb. Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Gözəl Qafar qızı Abdullayeva yaşadığı ünvanda səhvən sirkə içib. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
2024-02-16
832,908
Əliyevin yeni reytinqi ona güc verir: Naxçıvana yol...
2024-cü il həm Ukrayna, həm də Cənubi Qafqaz üçün həlledici olacaq. Eyni zamanda, bu, Avropa siyasətçiləri üçün ciddi sınaq olacaq. Axar.az xəbər verir ki, bu barədə Karnegi Fondunun analitiki Tomas de Vaalın fondun saytında dərc olunan məqaləsində bildirilib. De Vaalın sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar davam edəcək, lakin Ermənistanın cənubunda Qərbi Zəngəzura zorakılıq təhlükəsi hələ də qalacaq: “Uduş kartlarının çoxu hələ də Azərbaycanın əlindədir. Beşinci müddətə yenidən seçilən İlham Əliyev heç vaxt özünə bu qədər arxayın olmayıb. Əliyev ötən ilin sentyabr hadisələri sayəsində ictimaiyyətin gözündə yeni reytinq qazanıb, nəticədə Dağlıq Qarabağ onun nəzarətinə keçib, o da tamamilə boşaldılıb. Qarabağ hadisələri Azərbaycanla Qərb arasında münasibətlərin soyumasını sürətləndirdi. Qərb son ana qədər münaqişənin sülh yolu ilə həllinə çalışdı. Bu həm də onunla bağlı idi ki, Ermənistanla Rusiya arasında münasibətlərdə ciddi uçurum var. Əliyevin özünə inamı həm də onunla bağlıdır ki, o, iki güclü qonşusu - Rusiya və Türkiyə ilə yaxşı münasibətlər saxlaya bilir. Üstəlik, bu zaman həmin ölkələrin rəhbərləri ilə şəxsi münasibətlərə önəm verilir ki, bu da son dərəcə vacibdir”. O xatırladıb ki, ötən ilin yayından Qərbin himayəsi altında Ermənistan-Azərbaycan danışıqları dayandırılıb. Sülh sazişinin mətni üzərində işlə bağlı Ermənistan-Azərbaycan ikitərəfli prosesi davam edir: “Bununla belə, Ermənistan tərəfi narahatdır ki, qeyri-mütənasib vəziyyət Bakının güzəştlər tələb etməklə öz gündəmini tətbiq etməyə və eyni zamanda onları qəbul etməsə, güc tətbiq etməklə hədələməsinə gətirib çıxara bilər. Yekun razılığa gəlmək üçün üç əsas maneə var: - Birincisi, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası ilə bağlıdır. Məsələ burasındadır ki, bu məsələdə sovet dövrünün çoxlu xəritələri var ki, onlar sonda sərhəd xəttinin hardan çəkilməli olması ilə bağlı müxtəlif fikir və şərhlərə əsas verir. - İkinci sual beynəlxalq təminatlar və mümkün mübahisələrin həlli mexanizmləri ilə bağlıdır. Onlar müqavilənin sabitliyini qorumaq üçün lazımdır. Bu baxımdan Ermənistan tərəfi mümkün qədər çox beynəlxalq dəstək, Azərbaycan tərəfi isə mümkün qədər az beynəlxalq dəstək istəyir. - Son dərəcə mübahisəli olan üçüncü məsələ isə Azərbaycanın əsas ərazisini Ermənistan vasitəsilə Naxçıvan MR ilə birləşdirən 43 km-lik yolun açılması ilə bağlıdır. Bakı istəyir ki, o yol açılsın ki, Ermənistan ona mümkün qədər az nəzarət etsin. Ermənistan tərəfi regional strateji əhəmiyyət kəsb edən cənub sərhəd zonası üzərində öz suverenliyindən və təhlükəsizliyindən əl çəkmək istəmir. Bu vəziyyətdə Qərb ikinci və üçüncü məqamlarda son dərəcə maraqlıdır. Azərbaycan Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin həmin yolun təhlükəsizliyinə nəzarət etməsini təkid edir. Bakı 2020-ci ildə 44 günlük müharibənin dayandırıldığı məşhur üçtərəfli bəyanatı əsas götürür. Rusiya da yanvar ayında xarici işlər nazirinin ağzı ilə bəyannamənin bu hissəsinin yerinə yetirilməli olduğunu elan etdi. İrəvan indi nəyin bahasına olursa-olsun, Rusiyanın təsirindən qurtulmağa çalışır, düşünür ki, Rusiya hərbi mövcudluğu onların maraqlarına strateji zərbə olacaq. Ermənistanda müəyyən təfəkkür var ki, Moskva ilə Bakı arasında müəyyən razılaşma mövcuddur. Bunu Ankara da təsdiqləyib. Bu müqavilənin mövcudluğunu təsdiqləyən ən azı şərti dəlillər var. Ruslar üçün tranzit marşrutuna nəzarət real uğur olardı. Çünki onilliklərdən sonra Rusiyanı İranla birləşdirən və Fars körfəzinə çatan dəmir yolu qovşağına yerli nəzarət onlara veriləcəkdi. O, Rusiyanın Yaxın Şərqlə əlaqələrini bərpa edə biləcəyi əsas dəmir yolu ola bilər, çünki Rusiya-Ukrayna müharibəsi səbəbindən Qərblə qarşıdurma hələ uzun müddət davam edəcək. Bakının istədiyini almayana qədər İrəvanla Bakı arasında sülh sazişinin imzalanmayacağı narahatedicidir. Bu kontekstdə Bakı və Moskvanın İrəvana təzyiqləri davam edəcək və bu səbəbdən də Nerkin-Handda baş verənlər kimi yerli münaqişələrə həddindən artıq diqqət yetirilməlidir”.
2024-02-16
832,911
Urmu gölünün suyu artdı - Video
Urmu gölündə mövsümi yağışlardan sonra su səviyyəsinin artması güneylilərin böyük sevincinə səbəb olub. Axar.az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb. İnsanlar gölün yenidən canlanmasını seyr etmək üçün əraziyə axın ediblər. Məlumata görə, suyun səviyyəsinin yağışlar səbəbindən nisbətən artmasına baxmayaraq, göl hələ də kritik vəziyyətdədir.
2024-02-16
832,912
Mişustin Əsədovu təbrik etdi
Rusiyanın Baş naziri Mixail Mişustin Əli Əsədovu Azərbaycanın Baş naziri postuna Milli Məclis tərəfindən təsdiq edilməsi münasibətilə təbrik edib. Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, baş nazirlər arasında keçirilən telefon söhbəti zamanı iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq yüksək qiymətləndirilib. Ə.Əsədov və M.Mişustin Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə ümid etdiklərini bildiriblər.
2024-02-16
832,918
Prezident yeni baş nazir təyin etdi - Sərəncam
Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
2024-02-16
832,922
Münhen Təhlükəsizlik Konfransının açılışı oldu
Almaniyada Münhen Təhlükəsizlik Konfransının açılışı olub. Axar.az xəbər verir ki, toplantının iki əsas mövzusu Şərqi Avropa və Yaxın Şərqdəki durumdur. Konfransda dünyanın bir çox ölkələrindən liderlər iştirak edirlər. Tədbir çərçivəsində dövlət və hökumət başçılarının ikitərəfli görüşləri gözlənilir. Qeyd edək ki, bu, Münhen Təhlükəsizik Konfransının sayca 60-cı toplantısıdır.
2024-02-16
832,926
ABŞ-ın ən varlı universiteti məlum oldu
Harvard Universiteti ABŞ-ın ən zəngin universitetləri reytinqində birinci yeri tutub. Axar.az xəbər verir ki,bu barədə “Forbes” jurnalı məlumat yyaıb. Məlumata görə, Harvardın ianə fondunun həcmi təxminən 49,5 milyard dollar təşkil edib: “Texas Universiteti 45 milyard dollar sərvətlə ikinci yerdədir. Lakin Harvardda Texas Universitetindən təxminən 10 dəfə az tələbə var. Ən zəngin təhsil müəssisələrinin beşliyinə həmçinin Yel (40,7 milyard dollar), Stenford (36,5 milyard dollar) və Prinston (34,1 milyard dollar) universitetləri daxildir”. Qeyd olunur ki, bu reytinq 1974-cü ildən hər il tərtib edilir. Ümumilikdə, reytinq ABŞ-ın 688 kollec və universitetini əhatə edir.
2024-02-16
832,927
“Ümidləri” darmadağın etdi: Gözlər yenə Əliyevdə...
7 fevral 2024-cü ildə baş tutan seçkilər ərəfəsində AŞPA da daxil olmaqla, bir sıra beynəlxalq qurumlar, o cümlədən Fransa və ABŞ-ın bəlli dairələri və onlara güvənərək, “ümidlə” fərqli nəticələr arzulayanların gözləntiləri darmadağın oldu. Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Prezident İlham Əliyevə seçkidən sonrakı bəyanatları haqda danışarkən deyib. O bildirib ki, Azərbaycana xüsusilə ötən ilin sonlarından başlayaraq, artan təzyiqlərin seçkidən dərhal sonra əhəmiyyətli şəkildə səngiyəcəyini proqnozlaşdırmışdı: “Əslində, prezident seçkilərinin 1 ildən də çox qabağa çəkilməsinin səbəblərindən biri də yeni dünya nizamının şəkillənməsi ərəfəsində Azərbaycanın buna tam hazır olması və təzyiqləri neytrallaşdırması istəyi idi və bu da dəqiq hesablanmışdı. Seçki ərəfəsində, hətta seçkidən sonra düşmən informasiya məkanının təbliğatçıları İlham Əliyevə böyük dövlətlərin təbriklərini ciddi şəkildə gecikdirəcəyi və yaxud ümumiyyətlə, bu təbriklərin olmayacağı haqda “ümidə” qapılmışdılar. Ancaq elə seçki günü, məntəqələr bağlanandan qısa müddət sonra Çin də daxil olmaqla, dünyanın bir çox ölkəsindən gələn təbrik zəngləri və məktubları Azərbaycana qarşı mövqe alanların istəklərini gözündə qoydu. Cəmi iki gündən sonra AB Şurası Prezidentinin də İlham Əliyevə birbaşa zəng etməsi isə Azərbaycan liderinin de-fakto regional oyunçu olduğunun de-yure etirafı idi. Bütün beynəlxalq güclər İlham Əliyevsiz regionda hər hansı layihə həyata keçirməyin mümkün olmadığını bir daha etiraf etmək məcburiyyəti qarşısında qaldılar”. A.Camalın sözlərinə görə, seçkilərdə xalqın xüsusi aktivliyi, yüksək təşkilatçılıq, İlham Əliyevə seçicilərin böyük etimadını görüb-müşahidə etməmək mümkün deyildi: “Bunu ATƏT DTİHB-in müşahidə missiyası və o missiyanın “alternativsizlik mühiti” iddiası ilə cəmi iki cümləlik “mənfi rəyini” bölüşən ABŞ səfirliyi və digər güclər də bilirlər və təsadüfi deyil ki, Qərbin analitik mərkəzləri artıq bu haqda açıq yazmağa başlayıblar. Karnegi Fondunun məşhur analitiki, qafqazşünas Tomas De Vaalın İlham Əliyevin hazırda özünü indiyə qədər olmayacaq səviyyədə əmin və arxayın hiss etməsini xüsusi vurğulaması da xalqın dəstəyi ilə bağlıdır. Bu, İlham Əliyevə təkcə dəstək deyil, böyük mənada xalqın sevgisidir və bu sevgi də İlham Əliyevi yeni milli hədəflərə doğru inamla və qətiyyətlə addımlamağa şans tanıyır”. Politoloq 2021-ci ildə Avropa siyasi mərkəzlərinin erməni diasporuna İlham Əliyevə təzyiq göstərmək üçün onun reytinqinin aşağı salınması barədə xəbərdarlığını bir daha gündəmə gətirib: “Məhz bu açıqlamadan və rəydən sonra İlham Əliyevə qarşı irimiqyaslı kampaniyalar başlamışdı, o cümlədən qələbənin yarımçıq olması iddiaları ilə şüurlara təsir etməyə çalışan erməni mənbələrindən maliyələşən “özümüzkülər” də aktivləşmişdi. Ancaq 2023-cü il 20 sentyabrından sonra bu iddialar tamamilə aradan qalxdı, 7 fevral 2024 seçkisi isə təsdiqlədi ki, 3 ilə yaxındır erməni diasporu və bəzi Qərb mərkəzlərinin apardığı təbliğat kampaniyası tam uğursuzluğa düçar olub. Hətta seçki günü qurulan təxribat, guya “seçki saxtakarlığı faktlarının qeydə alınması” planı da alınmadı: külli miqdarda maliyyə ilə seçkilərdə nöqsanlar axtarmağa çalışanlar heç bir ciddi fakt ortaya qoya bilmədilər və bu, qurulan oyunların tam iflası oldu. Arqumentsizlik isə etiraflara yol açdı”. A.Camal bildirib ki, seçkidən cəmi 8 gün keçməsinə baxmayaraq, İlham Əliyevi Almaniya da daxil olmaqla, Avropa ölkələri də artıq təbrik edib: “Seçkidən cəmi 8 gün keçib və Prezident İlham Əliyevə gələn təbriklərin coğrafiyası heyrətamizdir. Yalnız Fransa istisnadır ki, bunun da səbəblərini hər kəs yaxşı bilir. AB-nin aparıcı iqtisadi gücü, eyni zamanda, siyasi güc baxımından Fransanın imkanlarına şərik olan Almaniya kansler səviyyəsində təbrik etməklə bərabər, Azərbaycan liderini Münhen Təhlükəsizlik Konfransına da dəvət etdi. Bu, Avropanın təhlükəsizlik arxitekturasında Azərbaycan liderinin xüsusi rolunun siyasi etirafıdır”. Politoloq hazırda bütün beynəlxalq analitiklərin Cənubi Qafqazla bağlı proqnozlarında əsas diqqəti İlham Əliyevə yönəltmələrinin təsadüfi olmadığını vurğulayıb: “Hər kəs regionun iddialı gücü Azərbaycanın əmin lideri İlham Əliyevin hansı mövqe sərgiləyəcəyini gözləyirdi. İlham Əliyev “seçim” etməliydimi? Etdi və bu, nə AB, nə də Rusiya oldu: “türk ailəsi” termini təkcə siyasi leksikona daxil edilmədi, həm də Azərbaycanın seçdiyi “tərəfi” nişan verdi: bu, yeni gücdür və burada artıq Azərbaycan kiminsə tərəfində deyil, öz tərəfindədir, öz ailəsindədir və bu gücü formalaşdıranlardan biridir”.
2024-02-16
832,931
Hərbçilərimiz Anıtqəbri ziyarət etdi - Foto
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Türkiyəyə səfər edib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Ulu Öndərlərin xatirəsi dərin hörmət və ehtiramla anılıb. Sonra Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyənin Milli Müdafiə Nazirliyi, müxtəlif qoşun növü komandanlıqları, eləcə də bir neçə hərbi təhsil müəssisəsində olub və bir sıra görüşlər keçirib. Keçirilən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, bu istiqamətdə görüləcək işlər, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra qardaş ölkədə təhsil alan kursantlarla görüş keçirilib. Azərbaycanlı nümayəndələr kursantların tədris prosesi ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb. Kursantlarla bir yerdə nahar edilib. Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti, həmçinin qardaş ölkənin "Havelsan" şirkətini ziyarət edib. Burada qonaqlara müxtəlif təyinatlı silah-texnika və hərbi təyinatlı vasitələr nümayiş etdirilib.
2024-02-16
832,932
Ermənilər bu dəfə Daşkəsəni atəşə tutdu
Fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
2024-02-16
832,936
Türkiyədə dolların məzənnəsi kəskin artacaq
Türkiyə Mərkəzi Bankı tərəfindən sorğu edilən bazar iştirakçıları inflyasiyanın ilin sonuna qədər 42%-i keçəcəyini proqnozlaşdırırlar. Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. “Fevral ayı sorğusunun nəticələrinə görə, ilin sonunda gözlənilən inflyasiya səviyyəsi 42,04%, dolların məzənnəsinin isə 40 lirə səviyyəsində olacağı gözlənilir”, - məlumatda deyilib. Qeyd edək ki, fevralın əvvəlində dollar 30 lirə həddini keçərək tarixi rekord qırmışdı. Hazırda dollar 30,8 lirəyədir.
2024-02-16
832,938
DTX "İrəvan"da əməliyyat keçirdi
Azərbaycan futbolunda oyun alğı-satqısı məsələsi yenidən gündəmə gəlib. Bu məsələdə şübhəli bilinən klublardan biri də "İrəvan"dır. Komandanın 7 üzvü dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Axar.az xəbər verir ki, bu barədə Publika.az-a "İrəvan"ın baş məşqçisi Nazim Süleymanov məlumat verib. Onun sözlərinə görə futbolçular dindirilsə də, onlarla bağlı qərarı AFFA açıqlayacaq: "Futbolçularımız dindiriliblər. Buna görə ötən gün "Şamaxı" ilə oyuna 13 futbolçu ilə çıxdıq. Cəmi bir əvəzetmə edə bildik. Proses davam edir, tək bizim yox, digər klubların da adı hallanır. Yəqin ki, araşdırma prosesi davam edir.Yekun qərarı AFFA açıqlayacaq".
2024-02-16
832,939
İstefa verən erməni nazir ev dustağı oldu
Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi müstəntiqin sabiq iqtisadiyyat naziri Vaan Kerobyana qarşı qətimkan tədbiri olaraq 2 ay müddətinə ev dustaqlığının tətbiqi ilə bağlı vəsatətini təmin edib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilib ki, sabiq nazirin həbsi ilə bağlı vəsatətin müzakirəsi ötən gün gecə saatlarına qədər davam edib. Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi İqtisadiyyat Nazirliyində aparılan axtarışlardan sonra 7 nəfəri saxlamışdı. Həmin şəxslər tender zamanı sui-istifadə hallarına yol verməkdə və kənd təsərrüfatı layihəsinin maliyyələşdirilməsindəki pozuntulara görə şübhəli bilinirlər. Saxlanılanlar arasında Ermənistan parlamentinin sədri Alen Simonyanın gəlini Ani Gevorkyan da olub. Daha sonra Gevorkyan yerini tərk etməmək barədə yazılı öhdəlik və zaminlik şərti ilə sərbəst buraxılıb. Kerobyan bu qalmaqal fonunda vəzifəsindən 14 fevralda istefa verib.
2024-02-16
832,940
Azərbaycan şəhərində 90 nəfər edam ediləcək
Güney Azərbaycanın Zəncan şəhərinin həbsxanasında saxlanılan məhkumlardan 90 nəfəri edam ediləcək. Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, edam ediləcək məhkumlar “narkotik maddələrin alveri”, “silahlı basqın”, “adam öldürmək” və başqa cinayətlərdə günahlandırılıblar.
2024-02-16
832,943
AŞPA-nın Azərbaycanla bağlı bu addımı... – Türkiyə XİN
Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Vurğulanıb ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir: “Əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə dəvət edir”.
2024-02-16
832,945
Prezidenti Münhenə səfərdə bu nazirimiz müşayiət edəcək
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak üçün Almaniyaya səfər edəcək. Axar.az xəbər verir ki, Prezident İlham Əliyevi səfərdə xarici işlər naziri Ceyhun Bayramov da müşayiət edəcək. Məlumat XİN tərəfindən saytımıza təsdiqlənib. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Münhenə yollanıb. Onunla bərabər Anna Akopyan və XİN başçısı Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan da gedib.
2024-02-16
832,947
Ukraynanın bu briqadası mühasirəyə düşdü
Ukrayna ordusunun 3-cü əlahiddə hücum briqadasının döyüşçüləri Avdeyevkada tam mühasirədədir. Axar.az xəbər verir ki, bunu briqada komandirinin müavini Rodion Kudryaşov deyib. “Düşmənin üzərimizdə böyük üstünlüyü var. Bizimlə döyüşdə Avdeyevka şəhərinə hücumda flaqman olan Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri də iştirak edir. Şəhərin vəziyyətinə gəlincə, bəzi yerlərdə kritik, bəzi yerlərdə gərgindir. 3-cü əlahiddə hücum briqadasının yerləşdiyi mövqe mühasirədədir. Lakin müdafiə qüvvələrinin hücumla bu mühasirəni yarmaq imkanları var”, - Kudryaşov bildirib.
2024-02-16
832,950
İran şərq sərhədlərini bağlayır
14:55 İran şərq və şimal-şərq sərhədlərini bağlamağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu İranın Quru Qoşunlarının komandanı Əmir Kiyumərs Heydəri deyib. O, Taliban hökumətinin rəsmi Tehranın bu qərarına etirazına münasibət bildirərək, sərhədlərin bağlanması barədə qərarın İranın hüququ olduğunu bildirib. “Sərhədlərimizi bağlamaq niyyətindəyik - heç kim buna etiraz edə bilməz. Başqaları bizim sərhədlərimiz daxilində nə edəcəyimizi bizə diktə edə bilməz. Bu, təhlükəsizliklə bağlı atılan addımdır. Bunu başqa ölkələr də edirlər. Burada hansısa qonşumuza qarşı haqsızlıq yoxdur”, - o bildirib. Qeyd edək ki, Tehran hakimiyyətinin bu addımına Taliban hökumətinin sözçüsü Zəbiullah Mücahid münasibət bildirərək, Əfqanıstanın heç bir ölkəyə təhdid olmadığını deyib. O, İran-Əfqanıstan sərhədinin bağlanmasının iki ölkənin razılığı əsasında olmalı olduğunu bildirib.
2024-02-16
832,954
Hizbullah İsrailin 10 hərbi bazasını vurdu
Hizbullah bu gün səhər saatlarında İsrailin 10 hərbi bazasını hədəfə aldığını bildirən bəyanat yayıb. Axar.az xəbər verir ki, məlumata əsasən, ölkənin şərq və qərb hissəsi ayrı-ayrı vaxtlarda müvafiq silahlarla hədəf alınıb. Bu hücumlar siyahısında “Rahab” bazasında yerləşən İsrailin kəşfiyyat texnikasının da vurulduğu bildirilib. İsrail mediası isə bu gün Livanın cənubunda Hizbullaha məxsus 3 binaya və terror infrastrukturuna zərbələr endirildiyini bildirib. Hələlik itki və tələfat haqqında məlumat verilməyib.
2024-02-16
832,958
Prezident bu nazirləri təsdiqlədi - Təcili
Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər: 1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov; 1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov; 1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev; 1.4. Azərbaycan Respublikasının daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov; 1.5. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev; 1.6. Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev; 1.7. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov; 1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev; 1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov; 1.10. Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov; 1.11. Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov; 1.12. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov; 1.13. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov; 1.14. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov; 1.15. Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli; 1.16. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov; 1.17. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev; 1.18. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev; 1.19. Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev; 1.20. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova; 1.21. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov; 1.22. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov; 1.23. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev; 1.24. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov; 1.25. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev; 1.26. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev; 1.27. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov; 1.28. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev; 1.29. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov; 1.30. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov; 1.31. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov; 1.32. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev; 1.33. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli; 1.34. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
2024-02-16
832,959
Bu nazir yeni kabinetdə yer almadı - Sərəncam
Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək ədliyyə naziri Fikrət Məmmədov idi.
2024-02-16
832,961
Bu komitə sədri də yola salındı
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək sözügedən vəzifəni Mübariz Qurbanlı icra edirdi.
2024-02-16
832,965
Fikrət Məmmədovu o əvəz edəcək - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib. Axar.az xəbər verir ki, Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub. Hüquqşunas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb, 1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib. 1986-cı ildə prokurorluq orqanlarına keçirilmiş, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb. 2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib, II dərəcəli dövlət ədliyyə müşaviridir. 2005-ci ilin fevralından, həmçinin, Məhkəmə-Hüquq Şurasının üzvüdür, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinə rəhbərlik edir. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi problemləri üzrə Azərbaycan-Avropa Şurası İşçi qruplarının həmsədri, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) üzvü kimi ölkəmizin məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması məsələləri ilə məşğul olmuş, müxtəlif vaxtlarda ədliyyə, məhkəmə və prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən və sair qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak edib. Beynəlxalq Prokurorlar Assosiasiyasının, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının üzvüdür. BMT-nin cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş 11-ci (2005-ci il) və 12-ci (2010-cu il) konqreslərində Azərbaycan Hökumətinin nümayəndə heyətinin tərkibində ölkəmizi təmsil edib. Hüquq elmləri doktorudur. "Azərbaycan prokurorluğu: islahatlara qədər və sonra. İslahatların əsasları", "Avropa Şurası demokratik cəmiyyətdə prokurorluğun roluna dair", "Azərbaycan Respublikası prokurorluq orqanlarının islahatı problemləri" və s. nəşrlərin, beynəlxalq və milli qanunvericilik üzrə suallar və cavablar toplusunun, çoxsaylı elmi və publistik məqalələrin müəllifidir. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, "Dövlət qulluğunda fərqlənməyə görə" Azərbaycan Respublikası medalı, "Azərbaycan Ədliyyəsinin 90 illiyi" xatirə medalı, Rusiya Vəkillər Gildiyasının "Fayda, şərəf və şöhrət" ordeni, "Prokurorluğun fəxri işçisi" döş nişanı və prokurorluğun fəxri fərmanı ilə təltif edilib. Ailəlidir, iki övladı var.
2024-02-16
832,966
İrəvan Rusiyada keçirilən turnirdən imtina etdi
Ermənistan 2024-cü ildə Kazanda keçiriləcək “Gələcək Oyunlar” beynəlxalq multi-idman turnirində iştirak etməyəcək. Axar.az xəbər verir ki, bunu Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin nümayəndəsi Artur Sedrakyan deyib. “Ermənistan iştirak etmək üçün bildiriş alıb. Bunu sənayedə qeydiyyatdan keçmiş bir neçə şirkətin e-poçt ünvanlarına göndərdik, lakin mənfi cavab aldıq. Müsabiqədə iştirak etmək üçün namizədlərinin olmadığını qeyd ediblər”, - o bildirib. Xatırladaq ki, turnir 2024-cü il fevralın 21-dən martın 3-dək Kazanda keçiriləcək. Müxtəlif ölkələrdən 260-dan çox təcrübəli komanda və 2000-dən çox idmançı 21 innovativ fənn üzrə iştirak edəcək.
2024-02-16
832,967
Aleksey Navalnı öldü - Son dəqiqə
Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin regional idarəsi məlumat yayıb. "Bu il fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib və təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri reanimasiya tədbirləri görülüb, lakin müsbət nəticə verməyib. Təcili yardımın həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır", - məlumatda deyilir.
2024-02-16
832,971
Qazaxıstanda rusiyalı iş adamı axtarışa verildi
Rusiyalı iş adamı və sənayeçi Mixail Sutyaginski Qazaxıstanda axtarışa verilib. Axar.az xəbər verir ki, bu barədə Almatı Polis İdarəsi məlumat yayıb. Məlumata görə, o, qətl təşkil etməkdə şübhəli bilinir: “Yanvarın 30-da müttəhim qətlin təşkilində şübhəli şəxs qismində tanınıb. Həmin şəxs barəsində məhkəmənin hökmü ilə qiyabi həbs qətimkan tədbiri seçilib, barəsində axtarış elan edilib”. Qeyd edək ki, Mixail Sutyaginski Rusiyanın əsas iş adamlarından və sənayeçilərindən biridir. O, Rusiya Dövlət Dumasının deputatı olub.