date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-17
833,188
Gəncədə 5 otaqlı ev tamamilə yandı - Foto
Gəncə şəhərində fərdi evdə yanğın olub. Axar.az xəbər verir ki, hadisə şəhərin Ordubadi küçəsi 101 ünvanında yerləşən, 1995-ci il təvəllüdlü E.Aslanova məxsus evdə qeydə alınıb. Ümumi sahəsi 220 kvadratmetr olan 5 otaqlı evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Qeyd edək ki, hadisə nəticəsində ev içərisindəki əşyalarla birgə tamamilə yanıb. Faktla bağlı araşdırma aparılır.
2024-02-17
833,189
İlham Əliyev Baydenin xüsusi nümayəndəsi ilə görüşdü
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub. Axar.az xəbər verir ki, Con Kerri dövlətimizin başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcəkdir. Dövlətimizin başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd etdi, həmçinin Xəzər dənizinin dibində bərpaolunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırdı. Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğuladı. O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirdi. Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət etdi. Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırdı.
2024-02-17
833,190
İlham Əliyev Bərzani ilə görüşdü
11:58 Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzaninin görüşü olub. Axar.az xəbər verir ki, Nəçirvan Bərzani dövlətimizin başçısına prezident seçilməsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, ondan da səmimi təbrik məktubu almasını məmnunluqla qeyd etdi. İraq Kürdüstan Regionunun başçısı Azərbaycana səfərini və dövlətimizin başçısı ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırlatdı. Səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin nümayəndələrinin yaxından çalışdıqları vurğulandı. Həmçinin İraqın mərkəzi hökuməti ilə Azərbaycan arasında əlaqələr məmnunluqla qeyd olundu. Söhbət əsnasında İraqın müxtəlif şəhərləri ilə Azərbaycan arasında birbaşa uçuşların olmasının önəmi qeyd edildi. Regionla Azərbaycan arasında iqtisadi-ticari, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində məsələlər nəzərdən keçirildi. Nəçirvan Bərzani COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırdı. Dövlətimizin başçısı İraq Kürdüstan Regionunun başçısını COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət etdi. Söhbət zamanı iqlim dəyişikliyi istiqamətində də birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
2024-02-17
833,194
Kobaxidze Əli Əsədovu təbrik etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, məktubda İ.Kobaxidze Ə.Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan-Gürcüstan əməkdaşlığı və qarşılıqlı dəstəyi iki ölkənin strateji tərəfdaşlığının və sıx mehriban qonşuluq əlaqələrinin bariz ifadəsi kimi qiymətləndirilib, münasibətlərin gələcəkdə daha da intensiv və əhatəli olacağına əminlik ifadə olunub. Gürcüstanın Baş naziri iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə səy göstərməyə hazır olduğunu bildirib.
2024-02-17
833,197
Sabahın havası: qar yağacaq
Fevralın 18-də havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
2024-02-17
833,198
Əhmədin öldürdüyü doğma bacısı olmayıb? - Video
Hər kəs deyir ki, Elmira Əhmədova Mehman Əhmədovun ilk evliliyindən olan qızıdır, Əhməd Əhmədov isə Bikə Əhmədovanın ilk evliliyindən olan oğludur. Azyaşlı oğlan birgə nikahdan doğulub. Axar.az xəbər verir ki, bu barədə Speys TV telekanalında yayımlanan “Gəl, danış” verilişində Əhməd Əhmədovun anası Bikə Əhmədovanın qonşusu Əfsanə adlı xanım danışıb. “Qız Günəşlidə qalırdı. Tiktoker Ləman Vəliyeva onların qonşusu idi. Hər dəfə Bikə xanım səs-küyə görə Ləman Vəliyevadan şikayət edirdi. Son iki ayda bu ailədə söz-söhbət çox olurdu və hətta qonşular bunu adi hall kimi qəbul edirdi. Bikə xanımın yoldaşını sakit insan kimi tanımışıq. Atasının qohumu dedi ki, Əhməd həmin hadisəni törədəndə narkotik istifadə edib. Əhməd özündən razı, harın uşaq olub. O uşaq özünü qonşuların yanında “vor zakon” kimi aparırdı. Bikə xanımın müəllim yoldaşları gəldi. Onlarda təəssüf hissi müşahidə etmədik. Heç biri demədi ki, Bikə xanım yaxşı qadındır”, - qonşu bildirib. Daha ətraflı videoda:
2024-02-17
833,200
İlham Əliyev "İndra" şirkətinin prezidenti ilə görüşdü
12:27 Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “İndra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub. Axar.az xəbər verir ki, görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı. Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparıldı və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olundu.
2024-02-17
833,203
İsrail Tehranda zavodu partlatdı
Tehranda kimya zavodunda baş verən partlayışa görə İsrail məsuliyyət daşıyır. Axar.az xəbət verir ki, bi barədə “Nyu York Tayms” qəzeti Qərb mediasına istinadən məlumat yayıb. “Bu yeni hücumlar İsrail və İranın illərdir hava, quru, dəniz və kiberhücumlarla apardıqları dolayı müharibədə əhəmiyyətli dəyişikliyi göstərir”, - məlumatda bildirilib. Qeyd edək ki, ötən gün Tehran ostanının Şəhri-Qüds bölgəsində bir neçə güclü partlayış olub. Rəsmilər isə bunun milli təhlükəsizliklə bağlı olmadığını iddia etmişdi.
2024-02-17
833,204
Əliyev Bərzanini Bakıya dəvət etdi
İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzani COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət olunub. Axar.az xəbər verir ki, dəvət Prezident İlham Əliyevin fevralın 17-də Münhendə Neçirvan Bərzani ilə görüşü zamanı gerçəkləşib. Xatırladaq ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib.
2024-02-17
833,206
9 gəmi istifadəçisi cərimələndi
Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini pozan 9 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb edilib. Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunun Pirallahı və Gürgan qəsəbələri, Sabunçu rayonunun Nardaran qəsəbəsi, Qaradağ rayonunun Ələt qəsəbəsi və Salyan rayonunun Xıdırlı kəndində Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş nəzarət tədbirləri zamanı ümumilikdə 35 qayıq saxlanılıb. Bildirilib ki, sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə qaydalarınl pozan 9 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib. Həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.
2024-02-17
833,207
Blinken Münhendə İlham Əliyevlə görüşəcək
ABŞ Dövlət katibi Entoni Blinken Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib. Qeyd edək ki, hazırda Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.
2024-02-17
833,208
MN-də 143 milyonluq mənimsəmə... - Şok ifadə
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Fariz Nəbiyev bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrinin birində maliyyə rəisi işləyib. Hazırda bölmə rəisi işləyir. İşlədiyi hərbi hissədə 2017-2022-ci illər arasında 740 min manata yaxın pul mənimsənilib: “Bu puldan 335 min manat mənə çatıb, qalanını korpusun maliyyə rəisi Yaşar Rzayevə vermişəm. Rəis gəlib deyirdi ki, pulun 50 faizini mənə verməlisən. Mənimsənilən pulun mənə aid olan hissəsindən 243 min manatını büdcəyə ödəmişəm”. Həmin vaxt Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində maliyyə rəisi və Müdafiə Nazirliyində baş təftişçi işləmiş şahid Nazim Süleymanov bildirib ki, ümumilikdə 2 hərbi hissənin maliyyə yoxlamasında iştirak edib. Onun sözlərinə görə, həmin hərbi hissələrin birində 1 milyon çatışmazlıq aşkar olunub: “Çatışmazlıq aşkar olunanda özümüzə düşən payı götürüb gedirdik. Pulları Rafael Xələfovun göstərişi ilə onun dediyi adamlara vermişik. Cəmi 350 min manata yaxın pul mənə qalıb. İkinci hərbi hissədə 649 min manat çatışmazlıq aşkar edilmişdi. Mənə bu puldan 420 min manat çatıb, onu da büdcəyə qaytarmışam”. O əlavə edib ki, 2019-2021-ci illərdə korpusda maliyyə xidmət rəisi olub. Maliyyə və büdcə idarəsinin təftiş şöbəsini rəisi Rafail Xələfova 1 milyon 80 min manat pul verib. R.Xələfovla üzləşəndə o, öz üzərinə düşən məbləğdən boyun qaçırıb. Hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyən şahid Emin Hüseynov təftiş dövrü ərzində 3 hərbi hissədə işlədiyini deyib. Birinci hərbi hissədə 169 min manat, digər hərbi hissədə isə 505 min çatışmazlıq olub, 300 min manata yaxın pulu Cəlal Kazımova verib: “İşlədiyim digər hərbi hissədə 690 min manat çatışmazlıq aşkar olunmuşdu. Cari hesabda qalan 105 min manatı Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Həsən Paşayevə vermişəm”. O, əlavə edib ki, qalan pulun 65 faizini Cəlal Kazımova verib, 35 faizi isə özünə qalıb. Ümumilikdə işlədiyi bütün hərbi hissələrdə mənimsənilən pullardan 350 min manat ona qalıb, dəymiş ziyandan 17 min manatı ödəyib. Şahid Cəmil Quliyev bildirib ki, hadisə vaxtı maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı 1 milyona yaxın çatışmazlıq aşkar olunub: "Pulun 60 faizini həmin vaxt korpus komandiri işləmiş Yaşar Rzayev və Nazim Süleymanova vermişəm, 290 min manat pul isə özümə qalıb. Həmin məbləğdən 10 min manatı büdcəyə ödəmişəm" . Proses fevralın 23-də davam etdiriləcək. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
2024-02-17
833,214
Rəisidən Qriqoryana xəbərdarlıq: İran ordusu Qafana gələ bilər
Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri gərgin atmosferdə keçib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Buna səbəb isə Ermənistanın Rusiyanı öz ərazisində sıxışdırması, əvəzində Avropa Birliyi missiyasını genişləndirməsi, “sərhəd təhlükəsizliyi” məsələsində onlara güvənməsi, regiona xarici qüvvələrin gəlməsinə şərait yaratmasıdır. İddia edilib ki, İran Prezidenti İbrahim Rəisi Ermənistan nümayəndə heyətinin üzvləri ilə görüşündə “Rusiyanın Ermənistandan çıxarılacağı halda Qərb qüvvələrinin Ermənistanda cəmləşməyəcəyinə ümid etdiyini” bildirib. Rəisi hətta xəbərdarlıq da edib ki, İran regionda xarici qüvvələrin olmasına imkan verməyəcək. Rəisi açıq şəkildə təklif də verib: əgər İrəvan təhlükəsizlikdən narahatdırsa və Rusiya ilə müttəfiqlikdən imtina edirsə, o zaman İran Ermənistanın təhlükəsizliyini təmin edə bilər. Rəisi Zəngəzurda İran hərbi bazasının qurulmasını da təklif edib. Qeyd edək ki, görüşlə bağlı Tehranın yaydığı rəsmi məlumatda da Ermənistan nümayəndələrinə xəbərdarlıq edildiyinə işarə var. Belə ki, İran prezidentinin rəsmi saytında erməni nümayəndələrlə görüşdən Rəisinin bu sitatı verilib: “Biz problemlərin həlli bəhanəsi ilə regionda kənar qüvvələrin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, əksinə, xalqlar və hökumətlər üçün daha böyük problemə çevriləcək”. Xatırladaq ki, Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti 14-15 fevralda İranda səfərdə olub, ikitərəfli iqtisadi məsələlər və yol infrastrukturu müzakirə edilib.
2024-02-17
833,220
Özbəkistanın Baş naziri Əli Əsədovu təbrik etdi
Özbəkistan Nazirlər Kabinetinin sədri Abdulla Aripov Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, A.Aripov Ə.Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Məktubda Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçıları tərəfindən iki ölkə hökumətləri qarşısında qoyulmuş mühüm vəzifələrin həyata keçirilməsində sıx əməkdaşlığa ümid ifadə olunur. A.Aripov, həmçinin nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əldə edilmiş razılaşmaların ardıcıl surətdə həyata keçiriləcəyinə əmin olduğunu qeyd edib.
2024-02-17
833,224
Makron da Zelenski ilə saziş imzaladı
Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski Parisdə keçirilən görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar. Axar.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb. “Bir daha vurğulamaq istərdim ki, Fransa uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə davam edəcək. Bu, Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq, imzaladığımız onillik sazişin məqsədi budur”, - Makron bildirib. Müqavilə çərçivəsində Paris Ukraynaya 3,24 milyard avro əlavə hərbi yardım verəcək, həmçinin Kiyevə silah göndərəcək və əsgər və zabitlərin təlimində iştirak edəcək. Qeyd edək ki, analoji sazişi ötən gün Zelenski Berlində Almaniya kansleri Olaf Şoltsla imzalamışdı.
2024-02-17
833,229
Mitxun Çakraborti öldü?
“Disko rəqqası” filmi ilə məşhurlaşan Hindistanın tanınmış aktyoru Mitxun Çakrabortinin ölümü ilə bağlı yayılan xəbərlər təsdiqlənməyib. Kult.az Rusiya mediasına istinadla xəbər verir ki, 73 yaşlı aktyor haqda ölüm xəbəri 15 fevralda sosial şəbəkələrdə yayılıb. Onun ölüm xəbərinin yayılması isə xəstəliyi ilə bağlıdır. Belə ki, 10 fevral 2024-cü ildə o, insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 12 fevralda isə evə buraxılıb. Hazırda onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.
2024-02-17
833,232
İlham Əliyev Şoltsla görüşdü
13:40 Fevralın 17-də Münhendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kansler Olaf Şolts ilə görüşü olub. Axar.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. Olaf Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır. Sonra Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdə Almaniya Kansleri açılış nitqi ilə çıxış edib. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.
2024-02-17
833,235
Generallar komandoların qış şəraitində hazırlığını izlədi
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti komando hərbi hissələrindən birində olublar. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildeirilib ki, hərbi hissənin komandir-rəis heyəti ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları onlara çatdırıb, müvafiq göstərişlər verib. Baş Qərargah rəisi hərbi hissənin gündəlik fəaliyyəti, döyüş hazırlığının vəziyyəti və xidmət şəraiti ilə maraqlanıb. Məruzə olunub ki, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və çətin şəraitdə tapşırıqları yerinə yetirməsi üçün lazımi şərait yaradılıb, müxtəlif tədbirlər keçirilir. Sonra general-polkovnik K.Vəliyev komandoların yüksək dağlıq ərazi və sərt qış şəraitində keçirilən döyüş və xüsusi hazırlığı üzrə praktiki məşqlərini izləyib. Komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub. Hərbi hissənin qarşısında duran tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bu kimi təlim və məşqlərin keyfiyyətinin daha da artırılmasına dair komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.
2024-02-17
833,237
Paşinyan Blinkenə sərhəd insidentindən nələr dedi?
Xəbər verdiyimiz kimi, bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Axar.az erməni mediasına istinadla xəbər verir ki, Nikol Paşinyanın Blinkenə sərhəd insidenti haqda danışmaq istədiyini deyib. “Sizi görmək çox xoşdur. Biz ikitərəfli münasibətlərimizdə mövcud olan dinamikanı yüksək qiymətləndiririk. Hesab edirəm ki, çox səmərəli tərəfdaşlıq qurmuşuq və 2019-cu ildə strateji dialoqa başlamışıq. Bu il də vacibdir, biz amerikalı tərəfdaşlarımızla kifayət qədər geniş gündəliyə malik görüşü gözləyirik. Bu dialoqumuzu daha səmərəli etmək üçün müxtəlif məsələləri müzakirə etmək üçün çox yaxşı fürsət olacaq. Təbii ki, bizim gündəliyimiz üçün regional məsələlər çox önəmlidir. Təəssüflər olsun ki, indiki məqamda Ermənistanla Azərbaycan arasında gərginliyin yeni mərhələsi var, son vaxtlar gərginliyin yeni yüksəlişi baş verib və bu, böyük itkilərə səbəb olub. Azərbaycanla sərhəddə erməni hərbçilər öldürülüb. Bu vəziyyəti sizinlə də müzakirə etmək istərdim”, - Paşinyan bildirib. Entoni Blinken isə deyib: “Ermənistan ABŞ üçün çox dəyərli tərəfdaşdır və biz onun davamlı sülhə sadiqliyini yüksək qiymətləndiririk. Biz həmçinin ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələri gücləndirə bilərik”. Entoni Blinken ABŞ-ın danışıqlar və sülh prosesində səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb və dialoqun davam etdiriləcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, 12 fevralda Ermənistan ordusu Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqeyindən Azərbaycan sərhədçilərini atəşə tutub. Snayperdən açılan atəş nəticəsində bir sərhədçimiz ağır yaralanıb. 13 fevralda DSX-nin keçirdiyi qisas əməliyyatı ilə atəş açılan döyüş mövqeyi darmadağın edilib, 4 erməni əsgər ölüb.
2024-02-17
833,239
İlham Əliyev Paşinyanla görüşdü: delimitasiya müzakirəsi
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub. Axar.az xəbər verir ki, görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.
2024-02-17
833,244
Fikrət Məmmədov bu vəzifəyə təyin olunur
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilir. Bu barədə Axar.az-a Milli Məclisdən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Təqdimata parlamentdə müvafiq qaydada baxılacaq. Xatırladaq ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.
2024-02-17
833,245
Navalnı öldü, məni xilas edin - Saakaşvili
Aleksey Navalnı Putin rejiminə qarşı müqavimətin böyük qəhrəmanı idi. Onun ölümü böyük faciədir, lakin onun qaçılmaz təhlükəsi uzun müddətdir var idi. Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili rusiyalı müxalif lider Aleksey Navalnının ötən gün 47 yaşında cəzaçəkmə müəssisəsində qəfil ölümü ilə bağlı qeyd edib. Saalaşvili bildirib ki, əvvəllər Navalnı ilə arasında fikir ayrılıqları olub: “Lakin mən onun cəsarətinə və böyük istedadına heyran olmuşam və Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada mənimlə pis rəftar edildiyi zaman onun mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi mən Qərbi və Münhen Təhlükəsizlik Konfransının iştirakçılarını ən azı Vladimir Kara-Murza, İlya Yaşini və Rusiya rejiminin digər siyasi məhbuslarını xilas etməyə çalışmağa çağırıram. Məni də xilas etməyə çalışın. Mən də Vladimir Putinin şəxsi məhbusuyam və bütün dünyanın gözü qarşısında həbsxanada zəhərlənmişəm. Bəlkə də mən Putinin ölüm siyahısında növbətiyəm”.
2024-02-17
833,247
Zəngilanda 30 ildən sonra ilk toy - Video
Zəngilanın Ağalı kəndində 30 ildən sonra ilk dəfə toy mərasimi təşkil olunub. Kult.az xəbər verir ki, bəyin atası Baloğlan İsmayılov bu xoş gündə təəssüratlarını bölüşüb: “Bu günləri çoxdan arzulayırdıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Müzəffər Ali Baş Komandanımız, qəhrəman ordumuz sayəsində bu günləri yaşayırıq. Çox həsrətini çox çəkmişdik. Bu, bizim arzularımız idi, onlar çin oldu. Şükürlər olsun ki, öz kəndimizdə toy edirik. Qarabağ torpağına toy yaraşır, “Cəngi” yaraşır. Bəyimiz də, mən də döyüşçü olmuşuq. İkimizin də arzusu olub ki, bu torpaqlarda yaşayaq. İndi o arzumuz gerçəkləşib”. Qeyd edək ki, yenidən qurulan Ağalıda 871 sakin yaşayır.
2024-02-17
833,249
Husilər növbəti dəfə Britaniya gəmisini vurdu
Husilər Qırmızı dəniz akvatoriyasında Britaniyanın “Pollux” neft tankerini hədəf alıb. Axar.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb. “Bu əməliyyatda Britaniyanın neft tankerinə bir neçə raket atılıb və raketlər birbaşa hədəfə dəyib”, - o bildirib. ABŞ Dövlət Departamenti də Hindistana gedən xam neft daşıyan Panama bayraqlı "Pollux" tankerinin raket hücumuna məruz qaldığını təsdiq edib. Hələlik itki və tələfat barədə məlumat verilməyib.
2024-02-17
833,254
MN sabahkı andiçmə mərasimləri ilə bağlı məlumat yaydı
Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alınaraq sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq. "Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik", - məlumatda vurğulanıb.
2024-02-17
833,257
Nazirlər Kabinetinin dəyişməməsinin səbəbləri...
Fevralın 16-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqlədi. Bir nazir (Fikrət Məmmədov) və bir komitə sədri (Mübariz Qurbanlı) istisna olmaqla kabinet üzvləri vəzifələrində qaldı. Nazirlər Kabinetinin dəyişməməsi diqqət çəkir. Görünən odur ki, onlara Prezident etimad göstərir. Xatırladaq ki, bəzi proqnozlar Kabinetin tərkibinin əsaslı şəkildə dəyişəcəyi yönündə idi. Nazirlər Kabinetinin dəyişməməsi nə ilə bağlıdır? Nələr olacaq? Yeni dövrdə hansı yeniliklərə şahidlik edəcəyik? Axar.az xəbər verir ki, deputat Hikmət Babaoğlu Globalinfo.az-a ​açıqlamasında Prezident tərəfindən Nazirlər Kabinetinin bu tərkibdə təsdiq olunacağının gözlənildiyini deyib: “Azərbaycanda islahatların aparılması və buna bağlı olaraq mövcud siyasi komandanın dəyişməsi radikal formada təzahür etmir. Bu, ardıcıl islahatlar kontekstində baş verir. Əslində seçkilərdən öncə Nazirlər Kabinetinin bu tərkibdə qalacağı bilinirdi. Çünki bu kabinet ən kritik dövrdə iqtisadiyyatın qorunması və inkişaf etməsi ilə bağlı işlər görüb. Misal üçün, 44 günlük müharibə zamanı, eləcə də pandemiya dövründə bu kabinet ortaya real iş qoyub. Azərbaycan Prezidenti cənab İlham Əliyev andiçmə mərasimi zamanı çıxış edərkən ölkəmizin gələcəyi ilə bağlı konseptual məsələləri qeyd etdi. Bu fikirlər həm də Nazirlər Kabinetinin bundan sonrakı işinin əsasını təşkil edəcək. Qarşıda görüləcək işlər çoxdur. İnnovativ yeniliklərin tətbiqi, yaşıl enerji sahəsində işlərin görülməsi, habelə vətəndaşlara keyfiyyətli xidmət kimi çox məsələ var. Hesab edirəm, yeni hökumət kabineti yeni çağırışlar üzrə öz fəaliyyətlərini quracaq. Cənab Prezidentin müəyyən etdiyi kursun icrasını yüksək səviyyədə yerinə yetirəcəklərini düşünürəm. Bu proses ardıcıl, davamlıdır. Hədəflərimiz bəllidir. Sevindirici haldır ki, yenidən Baş nazir seçilən Əli Əsədov da Prezidentin çıxışda qeyd etdiyi məqamlar üzrə işlərin görüləcəyini qeyd edib”.
2024-02-17
833,260
Narkoşəbəkənin Bakıdakı təbliğatçıları saxlanıldı
Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər – 1999-cu il təvəllüdlü İ.E, 2002-ci il təvəllüdlü C.E, 2004-cü il təvəllüdlü Ə.Ə, 2003-cü il təvəllüdlü A.H olduğu məlum olub. Qeyd edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında Teleqram platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər. Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər. "DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onlar barəsində məsuliyyət tədbirləri görüləcəkdir. Teleqram platformasında həmin informasiya mənbələrinin məhdudlaşdırılması ilə bağlı müvafiq təqdimatlar alınaraq aidiyyəti üzrə göndərilib", - deyə məlumatda vurğulanıb.
2024-02-17
833,261
İlham Əliyevin qarşıya qoyduğu yeni hədəflər... - Kılıç
O, hamımızın arzusu, qəlblərimizin gizli və bir o qədər də açıq amalı olan bu müqəddəs məqsədə addım-addım, səbirlə və təmkinlə, böyük strateji dühası və dövlətçilik zəkası ağlı ilə yaxınlaşırdı. Türk xalqlarının minillik diləyi vahid ideoloji məkanda birləşməkdir. Bunu Türk millətinin fərdlərinin yaşadıqları bütün coğrafiyaya, yəni, Qafqazdan Anadoluya, Mərkəzi Asiyaya, tarixi Ötükənə, ucsuz-bucaqsız Türküstana yaymaq, Türk birliyini qurmaq və bunu dönməz etmək onun ən böyük məqsədlərindən biridir. And içərkən belə “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” dedi. Bu sözləri ifadə edərkən Prezident İlham Əliyevin nə qədər qəlbən sevinc və qürur hissləri keçirdiyini görməmək mümkün deyildi. Həqiqət budur ki, Türk dünyasının böyük oğlu, Prezident İlham Əliyev bu kəlmələri deyərkən, sadəcə, Azərbaycan Lideri kimi çıxış etmirdi. Həmin vaxt qətiyyəti və sarsılmaz iradəsi ilə birmənalı şəkildə artıq yolumuzun hara istiqamətləndiyini və bu məqsədə çatmaq üçün yeni dövrün başladığını ifadə edirdi. Bu addımı xaricdən olan inanılmaz və ədalətsiz basqılara rəğmən atmaq cəsarətini göstərən bu, dahi insanın hünəri ilə bir Türk oğlu olaraq qürur duymamaq sadəcə mümkün deyil. Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç ifadə edib. Xalqının mütləq əksəriyyətinin dəstəyini qazanan Prezident İlham Əliyevin tutduğu yolun doğru olduğunu mütləq dünyaya çox böyük şücaətlə nümayiş etdirdiyini vurğulayan Hulusi Kılıç deyib: “Mən bu qətiyyəti və iradəni ancaq İstanbulu fəth etmiş Fateh Sultan Mehmetin 14 yaşında İmperiya qurmuş Şah İsmayıl Səfəvinin, Türkiyəni necə deyərlər küllərindən dirçəltmiş Mustafa Kamal Atatürkün və Azərbaycanı dağılmaqdan xilas edərək dövlət qurmuş Heydər Əliyevin göstərdikləri, şanlı Türk tarixinə yazılmış əzmkarlıq və qorxmazlıqları ilə müqayisə edə bilərəm”. Prezident İlham Əliyevin ifadələrinin tarixə qızıl hərflərlə yazıldığını qeyd edən H.Kılıç Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlərindən bu sitatları gətirib: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Qeyd edib ki, Prezident İlham Əliyevin bu sözləri Türk Dövlətləri Təşkilatının indiki statusundan daha ciddi və əhatəli, vahid mövqedən çıxış edən, eyni kökdən və soydan olan xalqların yaratdığı mühüm güc mərkəzi olacağını ifadə edir. Xüsusilə “Türk dövlətləri böyük hərbi gücdür!” ifadəsi yaxın perspektivdə TDT coğrafiyasında hansı mühüm proseslərin gedəcəyindən xəbər verən, bu strateji istiqamətə işarə vuran olduqca vacib və tarixi cümlədir. “Fikrimcə, Türk dövlətlərinin birliyi tədricən Avropa İttifaqına bənzər modeldə formalaşma mərhələsinə qədəm qoyacaq. İnteqrasiya siyasi, iqtisadi, hətta hərbi istiqamətdə daha aydın və məqsədyönlü şəkildə həyata keçiriləcək. Düşünürəm ki, biz artıq TDT liderlərinin Naxçıvan zirvə toplantısında əsasını qoyduqları strateji hədəfə sürətlə yaxınlaşmaqdayıq və ona görə də bu mənada da yeni dövrü başlatdığımızı indidən söyləyə bilərik. Burada ,əlbəttə, bütün Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi çox vacibdir. Məncə, artıq hər bir Türk dövlətində bu iradə və məqsəd var və biz yaxın zamanlarda bunun konkret nəticələrini mütləq görəcəyik. Çünki indiyədək keçilmiş bir uğurlu və çətin yol var. Hamımız bu yolla bütün xarici təzyiqlərə və maneələrə rəğmən inamla və mətnliklə irəliləmişik. Bu, həqiqətdir. Bütün Türk dünyası bunu yaxşı başa düşür”. Türk xalqlarını birləşdirən amalın ortaq tarix, mədəniyyət, dil və sairə amillərin olduğunu vurğulayan sabiq səfir bildirib ki, artıq yeni dövrdə daha çevik qərar mexanizmlərinin mövcud olduğu strateji məna və əhəmiyyət daşıyacaq. Azərbaycan Prezidentinin andiçmə mərasimində səsləndirdiyi bu böyük coğrafiyadakı Türk dövlətlərinin potensialı haqqındakı fikirləri də əslində faktdır. Bu potensial artıq tərəfimizdən hərəkətə keçirilib. Bu birlik bizə milli-mənəvi aspektlə yanaşı, həm də siyasi, iqtisadi, geo-siyasi və hərbi mənada da çox da uzaq olmayan parlaq və öz sözünü deyə bilən bir gələcək vəd edir. Fikrimcə, bu mütləqdir. İndi dünyanın analitik dairələrinin təhlillərində də bu fakt çox qabardılır və əsaslandırılır. Türk coğrafiyasının, xüsusilə Qarabağ münaqişəsinin tam həllindən sonra dünya üçün həyati əhəmiyyət kəsb edən önəm qazandığını vurğulayan H.Kılıç qeyd edib ki, Orta Dəhliz üzərində yerləşən dəniz, dəmir və avtomobil yolları, limanlar, qovşaqlar faktiki olaraq hazırda dünya iqtisadiyyatının xilası rolunu oynamaqdadır. “Əmin olun ki, yaxın perspektivdə bu amil daha da güclü və bariz şəkildə özünü göstərəcək, həmin o qərb dövlətləri bu marşrutların əhəmiyyətini nəzərə alaraq real addımlar atacaqlar. Azərbaycan ilə Türkiyə başda olmaqla bütün Türk dövlətləri ilə daha sıx münasibətlərin qurulması və mövcud münasibətlərin inkişafı onlar üçün həyati reallıqdır. Zamanında nə deyirdik? XXI əsr Türk əsri olacaq. Məncə, biz artıq Türk əsri haqqında tədricən gələcək zamandan daha çox, indiki zamanda danışmağa öyrəşməliyik. Bu gerçəklik məhz İlham Əliyev kimi böyük Türk Liderinin sayəsində mümkün olub”, -deyə sabiq səfir bildirib. Mühüm bir məqamı xüsusilə vurğulamaq istədiyini ifadə edən Hulusi Kılıç qeyd edib ki, andiçmə mərasimində Prezident İlham Əliyevin dünyaya verdiyi mesaj olduqca açıq və aydın idi. Azərbaycanın siyasəti tam müstəqil, milli maraqlara söykənən siyasətdir və ondan qəti surətdə geri çəkilməyəcəyik, heç kimə heç bir güzəşt də olmayacaq. Prezident İlham Əliyevin xalqın birmənalı dəstəyi ilə həyata keçirdiyi siyasətinin mahiyyəti məhz budur və biz bununla ancaq qürur duya bilərik. Bu böyük və müqəddəs yolda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türk liderlərinə uğurlar diləyirəm.
2024-02-17
833,262
4 ölkə Türkiyəyə qoyulan embarqonu ləğv etdi - Nazir
Müdafiə sənayesində uğurlar əldə etdikcə Türkiyəyə qoyulan embarqolar yavaş-yavaş aradan qaldırılır. Axar.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib. “Son bir ay ərzində 3-4 mühüm ölkə bu embarqoları ləğv etdi. Allahın izni ilə güclü, inkişaf etmiş, müdafiə sənayesi və güclü iqtisadiyyatı olan Türkiyəyə heç kim yan baxa bilməyəcək”, - nazir bildirib.
2024-02-17
833,263
Con Kerri Azərbaycana gəlir
ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev fevralın 17-də Münhendə Con Kerri ilə görüşü zamanı onu COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib. Con Kerri isə COP29-da məmnuniyyətlə iştirak edəcəyini bildirib. Qeyd edək ki, COP29 cari ilin noyabrında Azərbaycanda keçiriləcək.
2024-02-17
833,264
Allahşükür Paşazadə Ər-Riyada gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə səfərə yola düşür. İdarədən Axar.az-a verilən məlumata görə, səfərdə məqsəd “Sülh quruculuğu və müxtəliflik üçün Mediada körpülərin qurulması və strateji tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli panel müzakirəsində iştirak etməkdir. KAICIID Beynəlxalq Dialoq Mərkəzinin təşkilatçılığı ilə Media Siyasəti Forumu Layihəsinin mühüm tərkib hissəsi olan tədbir “Səudiyyə Media Forumu” ilə əməkdaşlıq çərçivəsində baş tutur. Mərkəzin Direktorlar Şurasının üzvü olan A.Paşazadə KAİCİİD rəsmisi olaraq tədbirin dinlərarası və mədəniyyətlərarası dialoqu və anlaşmanı fəal şəkildə təşviq edən, nifrət nitqinin qarşısını alan təşəbbüslərdə öncüllük etmək məqsədini daşıyan panel müzakirəsinin açılışında çıxış edəcək. Tədbir 19-21 fevral tarixlərində baş tutacaq.
2024-02-17
833,267
“Prius” yük maşınını aşırdı - Foto
Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb. Belə ki, "İsuzu" markalı yük avtomobili ilə "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə "İsuzu" aşaraq restoranın məhəccərlərini yararsız hala salıb. Qəza zamanı "Toyota Prius"un sürücüsü 1998-ci il təvəllüdlü Vüsal Hacılı və 1991-ci il təvəllüdlü Tural Şəyiyev xəsarət alıb, onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.
2024-02-17
833,269
Avropa Liqası tarixinin ən yaxşı 10 komandası
“FourFourTwo” nəşri UEFA Avropa Liqası tarixinin ən yaxşı komandalarını dərc edib. Axar.az xəbər verir ki, siyahıya 10 klub salınıb. Qitənin ən nüfuzlu ikinci dərəcəli klub turnirinin ən güclüsü 1998-ci ildə kuboku qazanan İtaliya “İnter”idir. Avropa Liqasının ən yaxşı 10 komandası: 1. “İnter” (İtaliya) - 1998 2. “Atletiko” (İspaniya) - 2018 3. “Parma” (İtaliya) - 1999 4. “Portu” (Portuqaliya) - 2003 5. “Valensiya” (İspaniya) - 2004 6. “Liverpul” (İngiltərə) - 2001 7. “Atletiko” (İspaniya) - 2012 8. “Sevilya” (İspaniya) - 2016 9. “Çelsi” (İngiltərə) - 2013 10. “Real” (İspaniya) - 1986
2024-02-17
833,270
İlham Əliyev Vladimir Zelenski ilə görüşdü - Foto
15:14 Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü olub. Axar.az xəbər verir ki, Prezident Vladimir Zelenski dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik etdi, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, Vladimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd etdi. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olundu. Prezident Vladimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
2024-02-17
833,275
Hərbi vəzifəlilərin təlimindən yeni görüntülər
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, təlim toplanışı çərçivəsində hərbi vəzifəlilərə atıcı silahların, qumbaratanların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir. Bundan başqa, təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetirilir. Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi onların döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdririlməsidir.
2024-02-17
833,278
Bayramovla Mirzoyan yaxın zamanda görüşəcək
Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilmiş ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Axar.az Apa-ya istinadən xəbər verir ki, eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqları davam etdirilməsi ilə də bağlı tapşırıq verilib.
2024-02-17
833,289
Torpaq sürüşməsi: mədənin lisenziyası ləğv edildi
Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda torpaq sürüşməsi baş verən qızıl mədəninin lisenziyası ləğv edilib. Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Bildirilib ki, Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi araşdırmadan sonra belə bir qərar qəbul edib. Araşdırmalar zamanı sürüşmə baş verən ərazidə tapılan materialın Sabırlı çayına və karxana ərazisinə doğru axması mədənin ekoloji icazəsi və lisenziya şəhadətnaməsinin ləğv edilməsinə səbəb olub. Xatırladaq ki, fevralın 13-də Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəni ərazisində torpaq sürüşməsi baş verib.
2024-02-17
833,291
Bakı və İrəvan arasında sülh danışıqları... - Şolts
Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts X hesabında yazıb. “Həm Almaniya, həm də Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına hər cür dəstəyi verməyə hazırdır. Mən bunu hər iki ölkə ilə aparılan danışıqlarda da vurğuladım”, - paylaşımda qeyd olunub. Xatırladaq ki, fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
2024-02-17
833,295
Blinkenlə Kuleba Münhendə görüşdü
ABŞ Dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Blinken X hesabında yazıb. “ABŞ Ukraynanın müdafiəsi və gələcəyinə sadiqdir. Bu gün Münhendə Dmitri Kuleba ilə görüşdə ABŞ-ın bərpa səylərinə, eyni zamanda azad və firavan Ukraynaya dəstəyi haqqında danışdım", - Blinken qeyd edib.
2024-02-17
833,296
DYP-dən əlverişsiz hava ilə bağlı xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Axar.az müraciətin mətnini təqdim edir: “Əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, xüsusilə gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, avtomobillərinin texniki sazlığından əmin olmağı, mövsümə uyğun təchiz edilməyən, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlardan daha diqqətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik". Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə həftə sonu Abşeron yarımadasında yağışın sulu qarla qarışıq, ölkənin dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənilir.
2024-02-17
833,297
Vəliyev və Mirzəyev Qarabağdakı hərbi hissələrdə - Video
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Quru Qoşunların rəhbər heyəti, briqada komandirləri, onların müavinləri və əlahiddə hərbi hissələrin komandirləri ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları komandir-rəis heyətinə çatdırıb, onların icrası ilə əlaqədar müvafiq göstərişlər verib. Baş Qərargah rəisi səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb, döyüş və atəş hazırlığını izləyib, onların təkmilləşdirilməsinə dair göstərişlər verib. Bildirilib ki, təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin əksəriyyəti Vətən müharibəsi və ondan sonra keçirilmiş əməliyyatlarda iştirak etmiş ehtiyatda olan hərbi qulluqçulardır. Baş Qərargah rəisi səfərbərlik hazırlığı və səfərbərlik ehtiyatlarının yaradılması üzrə keçirilən tədbirlərin planlı şəkildə davam etdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb. General-polkovnik K.Vəliyev səfərbərlik ehtiyatlarının cəlb olunması ilə təşkil edilmiş komanda-qərargah təliminin gedişi ilə də maraqlanıb. Təlimin keçirilmə yerinə və səhra şəraitində açılmış təlim nöqtələrinə gələn Baş Qərargah rəisi aidiyyəti vəzifəli şəxslərin məruzələrini dinləyib. Təlimlərin keyfiyyətinin daha da artırılması, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə dair hərbi hissələrin komandanlıqları qarşısında konkret tapşırıqlar qoyulub. Sonra Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində olan Baş Qərargah rəisi təlim və məşqlərin keyfiyyətinin, eləcə də onların çöl şəraitində keçirilməsinin intensivliyinin artırılması, həmçinin döyüş heyətlərinin praktiki vərdişlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Kəlbəcər və Laçın istiqamətlərində dislokasiya olunmuş hərbi hissələrə baş çəkən general-polkovnik K.Vəliyevə görülən işlər barədə məruzə olunub. İnşası davam etdirilən hərbi obyektlərdə tədbirlərin plana uyğun yerinə yetirilməsi, habelə işlərin təyin edilmiş müddətdə başa çatdırılması barədə Müdafiə nazirinin göstərişləri aidiyyəti vəzifəli şəxslərə çatdırılıb.
2024-02-17
833,298
Cavanşir Quliyevin son durumu...
Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Kult.az xəbər verir ki, bu barədə Report-a İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadəm Xəstəxanasında intensiv şəraitdən stasionar müalicəyə köçürülüb: “Reanimasiyadan palataya gətirlib. Bir neçə dəfə əməliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”. Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, Etfal Araşdırma Xəstəxanasına aparılıb, sonradan Acıbadəm Xəstəxanasına nəql edilib. Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.
2024-02-17
833,299
“Qarabağ”-“Braqa” oyununa nə qədər bilet satılıb?
UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb. Klubdan Axar.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matça 26 500 bilet satılıb. Biletlərin qiyməti müvafiq olaraq, 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manatdır. Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar. Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ”-“Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
2024-02-17
833,300
Qəzzada ölənlərin sayı 29 minə yaxınlaşır
İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzada həlak olanların sayı 28 858 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Hücumlarda həmçinin 68 667 fələstinli yaralanıb.
2024-02-17
833,302
Haniyədən atəşkəs açıqlaması: Şərtlərimiz...
Atəşkəs razılaşmasında irəliləyişin olmamasına görə İsrail məsuliyyət daşıyır. Axar.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib. İ.Haniyə HƏMAS-ın şərtlərini də açıqlayıb: “Hücumun tamamilə dayandırılması, İsrail ordusunun Qəzzadan çıxarılması və mühasirənin geri götürülməsindən başqa heç nəyi qəbul etməyəcəyik”.
2024-02-17
833,303
Türkiyədə yük gəmisi batdı: 1 nəfərin meyiti tapıldı
Türkiyədə Mərmərə dənizində batan yük gəmisində olan 6 nəfərdən birinin meyiti tapılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, gəminin qalıqları dənizin 51 metr dərinliyində tapılıb. Məlumata gərə, 700 nəfərin iştirakı ilə axtarış-xilasetmə işləri davam etdirilir.
2024-02-17
833,306
Kadırovun oğlu nazir təyin edildi
Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırov Çeçenistan Respublikasının gənclərlə iş üzrə naziri təyin edilib. Axar.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib. O, həmçinin regionun ali mükafatına - respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Əhməd Kadırov adına orden”ə də layiq görülüb.
2024-02-17
833,312
CHP-yə sədr gələn əvvəlkinə şükür oxudur - Ərdoğan
Türkiyənin ən böyük bədbəxtliyi dəyişikliyə müqavimət göstərən, bacarıqsız, tənbəl və mühafizəkar müxalifətə sahib olmasıdır. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə baş tutan mitinqdəki çıxışı zamanı deyib. “Hər dəfə standartı aşağı salırlar. Həmişə belə olub. CHP-yə sədr gələn şəxs mütləq ondan əvvəlkinə şükür oxutdurub. Son sədr dəyişikliyində də bu ənənə pozulmadı”, - Ərdoğan bildirib.
2024-02-17
833,315
İlham Əliyev Blinkenlə görüşdü - Foto
18:06 Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinkenin görüşü olub. Axar.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan Entoni Blinken deyib: - Hər vaxtınız xeyir, cənab Prezident. Prezident Əliyevlə görüşmək imkanını çox yüksək qiymətləndirirəm. Son bir neçə ildə bizim görüşmək və söhbət etmək üçün bir çox imkanımız olub. Hesab edirəm ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Biz bu məsələni ciddi dəstəkləyirik. Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var. Cənab Prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Prezident İlham Əliyev deyib: Təşəkkür edirəm, cənab Dövlət katibi. Siz də qeyd etdiyiniz kimi, COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Cənab Dövlət katibinin qeyd etdiyi kimi, gündəlimiyizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm. Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Entoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğuladı ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu dedi. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır. Dövlətimizin başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğuladı, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd etdi və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirdi. Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir. Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
2024-02-17
833,321
Zelenski İrpinlə bağlı Azərbaycana təşəkkür etdi
Ukrayna Prezidenti Vladimir Zelenski İrpinin bərpası layihələrinin həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Axar.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədə yazıb. “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə potensial ortaq iqtisadi layihələr, eləcə də ticarət, iqtisadiyyat, enerji, humanitar yardım və digər sahələrdə ikitərəfli əməkdaşlıq müzakirə edilib. İrpinin bərpası ilə bağlı layihələrin həyata keçirilməsinə görə Prezident Əliyevə minnətdaram”, - o qeyd edib. Ukrayna Prezidenti ölkələr arasında əlaqələrin yalnız möhkəmlənəcəyinə əminliyini ifadə edib.
2024-02-17
833,322
İlham Əliyev Şevçoviçlə bir araya gəldi - Foto
18:22 Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü olub. Axar.az xəbər verir ki, Maroş Şefçoviç Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etməsinin məmnunluq doğurduğunu vurğuladı. O, Azərbaycanın pan-Avropa enerji təchizatçısı olduğunu yüksək qiymətləndirdi. Tezliklə ölkəmizə səfər etmək niyyətində olduğunu bildirən Maroş Şevçoviç COP29-un Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını diqqətə çatdırdı. O, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un sessiyasının əsas gündəliyinin çox vacib mövzulardan birinin iqlim maliyyələşdirilməsi olacağını deyərək, Avropa İttifaqının da iqlim dəyişikliyi üzrə proseslərdə yaxından iştirak edən tərəfdaş kimi Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər üzv təşkilatlarda apardığı iş, Avropa İttifaqı ilə əlaqələri və digər tərəfdaşlarla münasibətləri bu cür həmrəyliyin əldə edilməsinə töhfə verə bilər. Dövlətimizin başçısı, həmçinin COP çərçivəsində ilk dəfə olaraq Üçlük mexanizminin yaradıldığını qeyd etdi və Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın bir araya gələrək bu istiqamətdə birgə iş aparacağını vurğuladı.
2024-02-17
833,323
"Sabah"dan əzmkar qələbə, "Səbail"in matçında 4 qol
18:30 Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. Axar.az xəbər verir ki, ilk matç “Sabah”la “Kəpəz” arasında baş tutub. 3:2 hesablı əzmkar qələbə qazanan “Sabah” xallarının sayını 31-ə çatdıraraq, turnir cədvəlində beşinci pilləyə yüksəlib. Doqquzuncu sırada qərarlaşan “Kəpəz” isə 20 xalda qalıb. Günün ikinci görüşündə “Səbail”lə “Araz-Naxçıvan” qarşılaşacaqlar. Qeyd edək ki, turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” matçı isə ikincilərin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb. *** Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu baş tutub. Günün ikinci matçında “Səbail”lə “Araz-Naxçıvan” birincilərin meydançasında qarşılaşıblar. Buna qədər eyni xala malik komandaların duelində qollu bərabərlik qeydə alınıb – 2:2. Bərabərliyin ardından hər iki komanda hesabındakı xal sayını 31-ə yüksəldib.
2024-02-17
833,324
ABŞ və Böyük Britaniya husilərə zərbələr endirdi
ABŞ və Böyük Britaniya ordusu Ənsarullah hərəkatının nəzarəti altında olan Yəmən ərazisinə silsilə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə hərəkatın “Əl Masirah” telekanalı məlumat yayıb. Həlak olanlar və yaralananlar barədə məlumat verilmir.
2024-02-17
833,325
Bu Avropa ölkəsi müdafiə xərclərini kəskin artırır
Norveç hökuməti yazda parlamentə II Dünya müharibəsindən sonra milli müdafiə xərclərinin ən böyük artımı planını təqdim etməyi planlaşdırır. Axar.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Norveç hökumətinin başçısı Yonas Qahr Stör deyib. "Bir neçə aydan sonra mən parlamentə müdafiə xərclərimizdə II Dünya müharibəsindən bəri ən böyük artımla bağlı təkliflər təqdim edəcəyəm - həm struktur, həm də maliyyə. Biz bunu razılaşdırılmış regional planlara uyğun olaraq edirik", - Stör bildirib. O, Ukraynada davam edən münaqişədən danışaraq, Atlantikanın hər iki tərəfində silah istehsalının artırılması, NATO çərçivəsində, eləcə də alyansla Kiyev arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.
2024-02-17
833,326
Əliyev Banqladeşin baş naziri ilə görüşdü - Foto
18:49 Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub. Axar.az xəbər verir ki, Qoşulmama Hərəkatının Zirvə görüşü çərçivəsində ölkəmizə səfərini və Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladan Şeyx Hasina dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Banqladeşin Baş naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin də qlobal iqlim dəyişikliyindən əziyyət çəkdiyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda, Avropa təsisatları ilə əlaqələrinin bu istiqamətdə həmrəyliyin gücləndirilməsi işinə töhfə verəcəyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti COP29-da iştirak etmək üçün Banqladeşin Baş nazirini ölkəmizə səfərə dəvət etdi. Şeyx Hasina dəvəti məmnuniyyətlə qəbul etdi. Görüşdə Banqladeşlə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, əczaçılıq, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycan-Banqladeş iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun yaradılmasının və iki ölkənin biznes dairələri arasında əlaqələrin qurulmasının vacibliyi vurğulandı. Ölkələrimizin xarici işlər nazirləri və aidiyyəti dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi və siyasi məsləhətləşmələr mexanizminin yaradılması məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
2024-02-17
833,327
Harrisdən Zelenskiyə: Yardım davam edəcək...
Ukraynaya dəstəyimiz dəyişməz olaraq qalır. Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə deyib. “ABŞ Prezident Co Bayden və mən sizə, Ukrayna xalqına yardım məsələsində qətiyyətliyik”, - Harris qeyd edib.
2024-02-17
833,328
Maşında köməksiz qalan azyaşlı xilas edildi
Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı avtomobilin qapısının təsadüfən kilidlənməsi nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, valideynlərin və ətrafdakıların cəhdlərinə baxmayaraq avtomobilin qapısını açmaq mümkün olmadığından uşağın valideynləri nazirliyin "112" qaynar telefon xəttinə zəng ediblər. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər xüsusi vasitələrlə qapıları bağlanmış avtomobilin qapısını açaraq 2022-ci il təvəllüdlü uşağı xilas edərək ailəsinə təhvil veriblər.
2024-02-17
833,329
ABŞ və Fransa arasında Yaxın Şərq müzakirəsi
ABŞ Dövlət katibi Entoni Blinken ilə Fransanın xarici işlər naziri Stefan Sejurne arasında görüş olub. Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. “Onlar Qəzzada münaqişənin yayılmasının qarşısının alınmasının, o cümlədən Livanda gərginliyin, həmçinin Yəmən üsyançılarının (husilərin) ticarət gəmilərinə hücumlarının qarşısının alınmasının vacibliyini müzakirə ediblər. Bundan əlavə, Blinken və Sejurne Yaxın Şərqdə münaqişənin eskalasiyasını, ABŞ və Fransanın Ukraynaya gələcək dəstəyindən danışıb və Vaşinqtonda keçiriləcək NATO sammitini müzakirə ediblər”, - məlumatda bildirilib.
2024-02-17
833,331
Əliyevdən Blinkenə: Bu, bizim maraqlarımıza cavab verir
Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Münhendə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə deyib. Dövlət başçısı Amerika Birləşmiş Ştatlarına və xüsusilə Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edib.
2024-02-17
833,335
Prezident Münhendə Sultan Əhmədlə görüşdü - Foto
19:35 Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd əl-Cabirin görüşü olub. Axar.az xəbər verir ki, Sultan Əhməd əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın salamlarını və ən xoş arzularını, həmçinin prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına səmimi təbriklərini çatdırdı. Dövlətimizin başçısı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirdi, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev bu yaxınlarda Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla telefon danışığını və onun Azərbaycana səfərini məmnunluqla xatırladı. Qeyd etdi ki, bu, tarixi səfər idi. Belə ki, BƏƏ Prezidenti ilk dəfə Azərbaycana rəsmi səfər edirdi. COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycanı təbrik edən nazir Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın tapşırığına əsasən BƏƏ-nin COP heyətinin hazırda Azərbaycan nümayəndə heyəti ilə yaxından işlədiyini diqqətə çatdırdı. O, COP29-un COP-un tarixində ən uğurlu sessiyalardan biri olacağına əminliyini ifadə etdi. Azərbaycan Prezidenti COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu bildirdi. Dövlətimizin başçısı BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizminin çox uğurlu addım olduğunu diqqətə çatdırdı. Görüşdə Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən ölkəmizdə bərpaolunan enerji sahəsində əməkdaşlıq xüsusi vurğulandı. “Masdar” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizin qeyri-neft sənayesinə yatırdığı investisiyalar məmnunluqla qeyd edildi, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
2024-02-17
833,336
Kuleba canlı yayımda siqaret çəkdi - Video
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba canlı yayımda siqaret çəkib. Axar.az xəbər verir ki, nazirin siqaret çəkməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, küçədə nazirlə birlikdə olan aparıcı ona canlı yayımın bitdiyini bildirib. Daha sonra nazir əlində olan siqareti çəkməyə davam edib. Sözügedən görüntüləri təqdim edirik:
2024-02-17
833,337
Rafael Ağayevə federasiyada yüksək vəzifə verildi
Rafael Ağayev və Qurban Tağıyev Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunublar. Axar.az xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, digər dəyişiklik yığma komanda ilə bağlıdır. Belə ki, Şahin Atamov kişilərdən ibarət yığmanın baş məşqçisi təyin edilib. Ona Niyazi Əliyev və Rəşad Hüseynov köməklik göstərəcəklər.
2024-02-17
833,338
Sabiq dövlət katibinin qızı vəfat etdi
Mərhum dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova vəfat edib. Axar.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. Mərhumun vəfat səbəbi açıqlanmayıb.
2024-02-17
833,339
Dudayevin qardaşı oğlu Türkiyədən deport edilib?
Çeçenistanın eks-prezidenti Cövhər Dudayevin (1944-1996) qardaşı oğlu, 18 yaşlı Mansur Dudayev və çeçen müxalifətçilərin qohumları Türkiyədən deportasiya edilməyib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb. “Müxtəlif elektron media resurslarında spekulyasiya mövzusuna çevrilən fotoşəkillərin yoxlanılması nəticəsində onların Türkiyədəki deportasiya mərkəzlərinin heç birində çəkilmədiyi müəyyən edilib”, - məlumatda qeyd olunub.
2024-02-17
833,340
Qafqazda bunun üçün əlimizdən gələni edəcəyik - Blinken
Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib. Dövlət katibi bildirib ki, ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcək.
2024-02-17
833,342
İtaliya Ukraynanın enerji sektoruna sərmayə yatırır
İtaliya və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın enerji sektoruna sərmayə yatıracaqlar. Axar.az xəbər verir ki, bununla bağlı hər üç tərəfin iştirakı ilə Münhen Təhlükəsizlik Konfransında müqavilə imzalanıb. İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, “Cassa Depositi e Prestiti” maliyyə institutu tərəfindən idarə olunan xüsusi fondun resursları hesabına 100 milyon avro məbləğində subsidiyalaşdırılmış kreditin şərtləri müəyyənləşdirilir. "Bu vəsaitlə İtaliya Ukraynanın əsas hidroenergetika şirkəti olan "Ukrhidroenerqo"ya dəstək verəcək. İtaliya krediti ümumi dəyəri 200 milyon avro olan proqramın ayrılmaz hissəsinə çevriləcək, bunun 100 milyon avrosu Ukrayna dövlət şirkətinin xeyrinə birbaşa AYİB tərəfindən veriləcək”, - bəyanatda deyilib.
2024-02-17
833,343
Orban: Bu sazişi tezliklə ratifikasiya edəcəyik
Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək. Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. “İsveçlə bağlı məsələ sona çatmaq üzrədir. İsveçin baş naziri ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atmışıq. Parlament yaz sessiyasında İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər. Buna doğru gedirik”, - Orban bildirib. Qeyd edək ki, Macarıstan parlamentinin yaz sessiyası qış tətilindən sonra fevralın 26-da başlayacaq. Hökumət ötən ilin yayında İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.
2024-02-17
833,347
Ukraynanın NATO-ya üzvlüyü təhlükəlidir – İtaliya
Ukraynanın dərhal NATO-ya daxil olması hamı üçün təhlükəlidir. Axar.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajani deyib. “Hazırda bu, hamı üçün təhlükəli olardı, çünki Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir”, - nazir bildirib.
2024-02-17
833,348
Rokfeller Fondunun rəsmisi Əliyevlə görüşdü - Foto
21:02 Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub. Axar.az xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor “The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd etdi. O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdi. Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir. Ölkəmizin “The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət etdi.
2024-02-17
833,351
Aleksey Navalnının cəsədi yoxdur - Yarmış
Rusiyalı müxalifətçi Aleksey Navalnının cəsədi itib. Axar.az xəbər verir ki, barədə Navalnının mətbuat katibi Kira Yarmış bildirib. O qeyd edib ki, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə məlumat verilib: "Navalnının vəkili və anası Salexard morquna getsələr də, ora bağlı olub. Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng etdi. Onların morqunda Alekseyin cəsədi yoxdur”. Qeyd edək ki, fevralın 16-da Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.
2024-02-17
833,360
Rus ordusu Xarkova zərbələr endirdi - Video
Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərindəki yaşayış binalarına zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib. Bildirilib ki, hücum nəticəsində ikimərtəbəli evin iki bloku dağılıb, azı 5 fərdi ev zərər dəyib, azı beş nəfər yaralanıb. Eyni zamanda, ölkənin Sum vilayətinin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub.
2024-02-17
833,362
Türk ordusu daha bir şəhid verdi
İraqın şimalındakı “Pəncə-Qaplan” əməliyyat bölgəsində Türkiyə ordusu şəhid verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, terrorçularla silahlı atışma zamanı Türkiyənin bir hərbçisi şəhid olub, digəri isə yaralanıb.
2024-02-17
833,363
Qəzza ilə bağlı danışıqlar ürəkaçan deyil - Qətər
HƏMAS hərəkatının Qəzza zolağında saxladığı israilli girovların azad edilməsi ilə bağlı aparılan danışıqlardakı vəziyyəti o qədər də ürəkaçan deyil. Axar.az xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani deyib. "Qəzzadakı vəziyyətin nizamlanması üzrə danışıqların humanitar hissəsində bəzi fikir ayrılıqları qalmaqdadır və vaxt bizim tərəfimizdə deyil. Son bir neçə gündə danışıqlarda vəziyyət o qədər də ürəkaçan deyil", - nazir bildirib.
2024-02-17
833,370
Bu ölkələrin üçlü mexanizmi çox uğurludur - Əliyev
BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizmi çox uğurlu addımdır. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə görüşündə bildirib. Azərbaycan Prezidenti İlham Əliyev COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.
2024-02-17
833,375
400 kq olan azərbaycanlı qadın hər kəsi şoka saldı - Video
ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişində hər kəsi şoka salan hadisə yaşanıb. Axar.az xəbər verir ki, efir zamanı 400 kiloqram çəkisi olan Rita adlı qadının görüntüləri nümayiş edilib. Bildirilib ki, qadın əvvəl hər kəs kimi normal həyat yaşayıb. 2000-ci ildə keçirdiyi əməliyyatdan sonra isə onun bədəni şişməyə başlayıb. Rita çəkisi çox olduğundan artıq 3 ildir ki, evinin girişində qalır. Onu bura kranla yerləşdiriblər. Görüntüləri nümayiş olunan Ritanın fil xəstəliyindən əziyyət çəkdiyi qeyd edilib. Qadının iki övladı da olub. Lakin onlar vəfat ediblər. Ətraflı videoda:
2024-02-17
833,376
ABŞ-da yeni prezidentin kimliyindən asılı olmayaraq...
ABŞ-da növbəti prezidentin kimliyindən asılı olmayaraq, Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoymalıdır. Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. “Biz həm indi, həm də gələcəkdə öz təhlükəsizliyimizlə daha çox məşğul olmalıyıq”, - O.Şolts bildirib. Onun sözlərinə görə, ABŞ-da növbəti prezidentin kimliyindən asılı olmayaraq, Avropa Birliyi öz təhlükəsizliyinin gücləndirilməsi üçün səy göstərməlidir.
2024-02-17
833,379
Hindistan yeni nəsil peykini orbitə çıxardı
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb. Axar.az xəbər verir ki, bu barədə ISRO-nun X hesabında məlumat paylaşılıb. Bildirilib ki, 2274 kiloqram çəkisi olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək. Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.
2024-02-18
833,381
Bizim hərbi təzyiqimiz işləyir - Netanyahu
İsrail Qəzza zolağında bütün təyin edilmiş müharibə məqsədlərinə çatana qədər hərbi əməliyyatları davam etdirəcək. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Bizim hərbi təzyiqimiz işləyir, Qəzza zolağında ağlasığmaz ərazilərə çatmışıq. İsrail tam qələbə çalana qədər mübarizə aparacaq, buraya Rəfahdakı hərəkətlər də daxildir”, - nazir bildirib.
2024-02-17
833,382
Azərbaycanda təyyarə ilə nə qədər sərnişin daşınıb?
Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 31,3 min ton yük, 267,9 min sərnişin daşınıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və 47,1% çoxdur. Sərnişin daşımalarının 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus hava nəqliyyat vasitələri ilə həyata keçirilib.
2024-02-17
833,383
“Bank of Baku”ya yeni sədr seçildi
“Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişib. Axar.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın İdarə Heyəti sədrinin birinci müavini Həsən Quliyev İdarə Heyətinin yeni sədri seçilib. O, bu vəzifədə Filiz Yunus Əmrəni əvəzləyib. Filiz Yunus Emre isə bankın İdarə Heyətinin üzvü olaraq qalıb. Qeyd edək ki, bankın İdarə Heyəti sədrinin müavini Tural Məmmədovdur.
2024-02-18
833,386
Rusiya səmasında Ukrayna PUA-sı vuruldu
Ukrayna ordusu Rusiyanın Bryansk vilayətinə PUA ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Aleksandr Boqomaz məlumat yayıb. Məlumata görə, hücumun qarşısı alınıb. Dağıntı və tələfat yoxdur.
2024-02-17
833,387
ABŞ Rusiya ordusunun itkisini açıqladı - Şok rəqəm
Rusiya ordusu Ukrayna müharibəsində 315 min əsgər itirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu rəqəm həm ölən, həm də yaralanan əsgərlərin sayıdır. Ukrayna ordusu həmçinin Rusiya donanmasının 20 gəmisini və bir tankerini məhv edib. Rusiya birbaşa müharibəyə indiyədək 211 milyard dollar xərcləyib.
2024-02-17
833,388
İstanbula uçan təyyarədə yanğın: Moskvaya qayıtdı
Rusiyanın paytaxtı Moskvanın Şeremetyevo hava limanından İstanbula uçan təyyarə geri qayıtmağa məcbur olub. Axar.az xəbər verir ki, bu barədə “Aviatorschina" Teleqram kanalı məlumat paylaşıb. Bildirilib ki, "Aeroflot" şirkətinə məxsus sərnişin təyyarəsi göyərtəsində baş verən yanğınla əlaqədar Şeremetyevoya qayıdıb. Şeremetyevoda “mavi” kodlu təcili xilasetmə qrupu üçün xəbərdarlıq elan edilib. Havaya qalxdıqdan 15 dəqiqə sonra təyyarə yerə uğurla eniş edə bilib. Üç saatdan bir qədər artıq müddətdən sonra "Aeroflot" ehtiyat təyyarə ilə sərnişinləri İstanbula yola salıb.
2024-02-17
833,389
Rusiyadan təzminat tələb edəcəyik - Harris
Rusiyadan Ukraynaya dəymiş ziyana görə təzminat tələb edəcəyik. Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Kamala Harris bildirib. “Biz ədalətli və davamlı sülhə nail olmaq üçün səylərimizi davam etdirəcəyik. Biz Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməsini təmin edəcəyik”, - K.Harris qeyd edib.
2024-02-17
833,390
ABŞ-ın Ukrayna ilə bağlı "B" planı yoxdur
Ağ Ev qanunvericilərə Kiyevə əlavə hərbi yardım göstərmək üçün təzyiq göstərməyə davam edəcək. Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Münhendə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə bildirib. K.Harris Ukrayna ilə bağlı "B" planının mövcud olmadığını vurğulayıb.
2024-02-17
833,392
Fidan Berbokla Qəzzanı müzakirə etdi
Türkiyə xarici işlər naziri Hakan Fidanla almaniyalı həmkarı Annalena Berbok arasında görüş olub. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Hakan Fidan həmkarına Qəzzada davam edən savaşın dərhal dayandırılması üçün tədbirlər görülməsinin vacibliyini bildirib. Görüş zamanı hər iki tərəf Qəzzaya humanitar yardımın çatdırılması üçün daha çox səy göstərilməsi ilə bağlı razılığa gəlib.
2024-02-18
833,394
Zelenski Münhendə: Bayden zəng etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Teleqram kanalında məlumat yayıb. "Münhen Təhlükəsizlik Konfransında mən ABŞ Prezidenti Co Baydenlə telefonla danışdım. Biz döyüş meydanındakı mövcud vəziyyəti müzakirə etdik. Şadam ki, ABŞ Prezidentinin tam dəstəyinə arxalana bilərəm”, - Zelenski bildirib. Ağ Evdən verilən açıqlamada isə Baydenin Zelenskiyə zəng etdiyi bildirilib. Qeyd edilib ki, Ukrayna ordusunun Avdeyevkadan geri çəkilməsinə toxunulub və Bayden Rusiyanın qəddar işğalının iki illiyi ərəfəsində ABŞ-ın Ukraynaya dəstək vermək öhdəliyinə sadiq qaldığını vurğulayıb. Bayden həmçinin Respublikaçılar Partiyasında Donald Trampın tərəfdarlarının çoxunun etirazına baxmayaraq, Konqresin müvafiq maliyyələşdirməni təsdiq edəcəyinə ümid etdiyini bildirib.
2024-02-17
833,395
Əliyevin Paşinyanla görüşü: Makron “ofsaytda” qaldı
Əliyevlə Paşinyan Münhün Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə görüşüb, sonra isə ikitərəfli formatda müzakirə aparıblar. - Azərbaycanın iştirak etmədiyi Qranada görüşündən sonra Avropada ilk olan bu görüş Bakı üçün Fransanın olmaması baxımından əhəmiyyətlidir: İrəvanın maraqlarını müdafiə edən Paris prosesdən bir qədər də uzaqlaşır; - Bu görüş Avropaya uzun müddət sonra ilk təması qurmaqla vasitəçiliyini yenidən aktuallaşdırmaq imkanı verir, ən azından, irəliyə doğru addım hesab oluna bilər. Təmasın Münhendə baş tutması Almaniyanın da önə çıxması şəraitini yaradır. Berlinin Parislə müqayisədə daha balansı mövqeyini nəzərə alsaq, bu da müəyyən irəliləyişdir. Lakin Münhen görüşünün bütün razılaşmalara rəğmən, tərəflərin uzlaşmasında rol oynayacağı ehtimalı hələ də azdır. Birincisi, sərhəd və kommunikasiya məsələsində mövcud olan ciddi fikir ayrılığı son dövrlər daha da dərinləşib; İkincisi, üçüncü tərəflərin iştirakı prosesə müdaxiləsi fonunda uzlaşmanı çətinləşdirir. Bu kontekstdə Bakı və İrəvanın Xarici İşlər nazirliklərinə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə verdiyi təlimatın necə işləyəcəyi əsasdır. Xarici işlər nazirləri müzakirələri üçüncü ölkələrdə, yoxsa sərhəddə aparacaq? Bu, prosesin inkişafına yön verəcək amildir.
2024-02-18
833,396
Mətni videoya çevirən süni intellekt texnologiyası yaradıldı
Mətni videoya çevirən süni intellekt texnologiyası yaradılıb. Axar.az xəbər verir ki, süni intellekt şirkəti "OpenAI" yeni yaratdığı “Sora” adlı texnologiyanı təqdim edib. Yazılı mətni videoya çevirən süni intellekt texnologiyasının reallıq səviyyəsi bu sahədə video istehsal edən youtuberlərdə təəccüb doğurub. Son bir neçə ildə süni intellekt texnologiyası o həddə çatıb ki, sanki insan əli ilə, əmr əsasında fotoşəkillər, rəsmlər və şeirlər istehsal edə bilir. Şirkət istifadəçilərin bir dəqiqəyə qədər video hazırlaya biləcəklərini açıqlayıb. Bildirilib ki, hazırda “Sora” hər kəs üçün əlçatan texnologiya deyil. "OpenAI" ortaya çıxa biləcək təhlükələrin qarşısını almaq üçün “Sora”nın əvvəlcə təyin edilmiş mütəxəssislər tərəfindən sınaqdan keçiriləcəyini diqqətə çatdırıb. Süni intellekt şirkəti “Sora”nın, ilk növbədə, kino və dizayn sahələrində məşğul olan insanlar üçün yaradıldığını qeyd edib. "OpenAI "izah edib ki, “Sora” mürəkkəb səhnələrə cavab vermək iqtidarındadır. Bununla da istifadəçi tələb etdiyi obyektlərin real dünyada necə mövcud olduğunu anlaya bilir.
2024-02-17
833,399
Rusiya bu ölkənin mövqeyini ikicə günə dəyişdirdi – bananla…
Əvvəllər zəif, xarici qüvvələrdən, dövlətlərdən çox asılı olan ölkələrə “banan respublikaları” deyirdilər, indi bütün dünya siyasəti “bananlaşıb”, hətta fransızca “banal” sözünə istinad etsək, “banallaşıb”, yəni bəsitləşib. Axar.az xəbər verir ki, bu sözləri siyasi müşahidəçi və iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O buna misal olaraq ABŞ-ın Ekvadora SSRİ-dən aldıqları silah-sursatları Ukraynaya göndərmək tapşırığını xatırladıb: “Ekvador da bu təklifə razılaşdı. Rusiya dərhal Ekvadordan bananın ölkəyə idxalına qadağa qoydu. Banan Ekvadorun bir nömrəli ixrac məhsuludur, dünya banan bazarının 27%-i bu ölkənin əlindədir və Rusiya 91% banan ehtiyacını məhz Ekvadordan alırdı; hər il Ekvador Rusiyaya ortalama 1 mlrd. dollarlıq banan satır. Yeri gəlmişkən, Ekvadordan bananı Rusiyaya bizimkilər, azərbaycanlılar gətirib satır. ABŞ Ekvadora deyir ki, Ukraynaya tank-top, mərmi ver, ölkə dərhal razılaşır, sonra Rusiya banana qadağa qoyur və Ekvador hökuməti fikrini dəyişir və elan edir ki, Ukraynaya silah-sursat verməkdən imtina edir. Elə həmin gün də Rusiya Ekvador bananına qoyduğu qadağanı götürür. Müasir dünyanın mənzərəsinə baxın, əvvəl ABŞ-ın sözünün üstünə söz deyə bilməyənlər indi banana görə Vaşinqtonun sözünü yerə salırlar”.
2024-02-18
833,400
Erməni ordusuna yardıma hazırıq - Alman nazir
Almaniyaya işgüzar səfəri çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan və Almaniyanın milli müdafiə naziri Boris Pistorius arasında qısa görüş keçirilib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Papikyan və Pistorius Ermənistan-Almaniya əməkdaşlığının hazırkı mərhələsini müzakirə edib və əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Nazirlər həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin vacibliyini qeyd ediblər. Almaniya tərəfi Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlara yardım etməyə hazır olduğunu bildirib.
2024-02-18
833,402
Şoyqu Putinə bu şəhərin işğal olunduğunu məruzə etdi
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə Avdeyevka şəhərinin tam nəzarətə götürülməsi barədə məruzə edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Şoyqu Avdeyevkanın general-polkovnik Mordviçevin komandanlığı altındakı mərkəz qoşun qruplaşmasının tam nəzarətinə keçdiyi barədə Putini məlumatlandırıb.
2024-02-18
833,403
Avropa çempionatı: üç güləşçimiz medal qazandı
Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Avropa çempionatında medal əldə edib. Axar.az xəbər verir ki, 97 kiloqramda Maqomedxan Maqomedov həlledici görüşdə gürcüstanlı Givi Matçaraşviliyə uduzub. Üçüncü yer uğrunda mübarizədə İslam Bazarqanov (57 kiloqram) ukraynalı Kamil Kərimovu, Əli Rəhimzadə (65 kiloqram) fransalı Həmzət Arsamerzuyevi məğlub edib. Bu gün mübarizəyə qoşulan güləşçilərdən Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram) sabah bürünc medal üçün yarışacaqlar. Qeyd edək ki, Azərbaycan hazırkı Avropa çempionatında indiyədək 9 medal qazanıb. Yunan-Roma güləşçiləri 6 (3 qızıl, 2 gümüş, 1 bürünc), qadın idmançılar isə 3 (2 qızıl, 1 bürünc) medal əldə ediblər. Yarışa fevralın 18-də yekun vurulacaq.
2024-02-18
833,404
Əliyevin görüşləri erməniləri dəli etdi, əxlaqsızlığa başladılar
Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı görüşlərində diqqətçəkən hal yaşanır: Prezidentin Mətbuat Xidmətinin də vurğuladığı kimi, İlham Əliyev heç kimlə xüsusi təşəbbüslə görüşməyə cəhd etmir, əksinə, bütün görüşlər qarşı tərəflərin müraciəti əsasında baş tutur. Bu, hətta ev yiyəsi Almaniya kansleri Olaf Şoltsa da aiddir. Bu, regionun parlayan gücü Azərbaycanın liderinə olan həssas münasibətin göstəricisidir və birmənalı olaraq rəsmi açıqlamada da bu fakt çəkinmədən nümayiş etdirilir. Münhen Təhlükəsizlik Konfransında İlham Əliyevi cəlbedici edən yalnız seçkilərdə yüksək faizlə qələbə qazanması və xalqın birmənalı dəstəyini alması deyil, eyni zamanda, İlham Əliyevin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, o cümlədən regionda heç bir təşəbbüsün Bakının razılığı olmadan həyata keçirilməməsi ilə bağlıdır. İlham Əliyevin andiçmə mərasimində “Nə Qərb, nə Rusiya - yalnız türk ailəsi” tezisi isə Azərbaycanın manevr imkanlarını həddən artıq genişləndirdi və qarşıduran tərəflərlə məsafəli davranışı bu liderlə münasibətləri qorumaq zərurətini bir daha ortaya qoydu. Digər məqam İlham Əliyevin qətiyyəti ilə bağlıdır: Münhen Təhlükəsizlik Konfransı öncəsi Zəngilan istiqamətində erməni ordusunun təxribatına anında və olduqca sərt reaksiya verildi - bir əsgərimizin yaralanması qarşılığında 4 erməni hərbçi məhv edildi, yaralananlar oldu və təxribatın törədildiyi döyüş mövqeyi darmadağın edildi. İlham Əliyevin xəbərdarlığı idi: Münhen və ya Brüssel görüşü ərəfəsində kimsə Azərbaycanla hərbi-siyasi oyun oynaya və gündəm müəyyən edə bilməz. Bu həqiqətləri anlayan erməni mediası da İlham Əliyevin bütün görüşləri qarşı tərəfin müraciətləri əsasında keçirməsinə diqqət çəkib və bunu böyük qısqanclıqla qarşılayıb. Qərbin buyruq qulu olan Soros uşağı Nikol Paşinyanla İlham Əliyev arasında böyük fərq – Azərbaycan liderinin beynəlxalq nüfuzu erməniləri əlbəttə ki, “özündən çıxarmalıydı”. Ermənilər bu nüfuza kölgə salmaq üçün yalnız görüşlərə münasibəti "şərh etmirlər", həm də çirkin və əxlaqdankənar hücumlara da başlayıblar. Azərbaycan liderinə qarşı erməni mediasının bu əxlaqsız hücumunun səbəbi aydındır: İlham Əliyevin hansı səviyyədə qarşılandığını, ona necə sayğı göstərildiyini görür, hər kəsin Əliyevlə görüşə can atmasından partlayırlar və bütün kin-nifrət və xəbisliklərini ortaya qoyublar...
2024-02-18
833,405
Əliyev-Nikol görüşü: Makron “getdi”, Şolts vasitəçi olur?
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Münhendə görüş Almaniya kansleri Olaf Şolstun istəyi ilə baş tutub. Hər iki tərəf ev sahibinə “yox” deməmək üçün görüşə razılaşıblar. Ancaq əvvəlcədən də aydın idi ki, mümkün görüşdə irəliləyiş əldə olunmayacaq. Çünki tərəflərin baxışlarındakı fərqlər ortadan qaldırılmayıb. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Münhendə baş tutan görüşlə bağlı qeyd edib. O bildirib ki, bütün hallarda Münhen görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderlərinin hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirməsi və yenidən yaxın zamanda görüşmək tapşırığı verməsi ortamın yumşaldılmasına xidmət etməlidir: “Liderlər eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq da veriblər. Almaniyanın vasitəçilik təşəbbüsünə gəldikdə, bunun daimi xarakter daşıyacağını söyləmək çətindir. Əlbəttə, Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır. Ancaq Berlin vasitəçilik təşəbbüsündə Brüsseli əvəz etməyəcək. Digər tərəfdən, baş verənlərin fonunda Azərbaycanın vasitəçilərə inamı və ehtiyacı yoxdur. Sadəcə, kansler Olaf Şolts Münhen Təhlükəsizlik Konfransının imkanlarından istifadə edərək İlham Əliyevlə Nikol Paşinyanı görüşdürüb. Şoltsun vasitəçiliyini davam etdirməsi üçün xüsusi planı yoxdur. Şolts görüşü təşkil etməklə özünün və ölkəsinin Avropada rolunu və Fransadan geri qalmaq istəmədiyini göstərməyə çalışıb. Onun sosial hesabında yazdığı “hər iki tərəfin zorakılıq olmadan qalan məsələləri həll etməyə razı olması yaxşıdır” cümləsi də Şoltsun xanəsinə yazıla bilər. Ancaq Ermənistan yenə sərhəddə təxribata əl atarsa, artıqlamasıyla cavabını alacaq və Şolts bunun qarşısını ala bilməyəcək”.
2024-02-18
833,406
Arvadımı kimin zəhərlədiyini bilirəm: cavabı görəcəksiniz
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov arvadı Mariannanı kimin zəhərlədiyini bildiyini deyib. Axar.az xəbər verir ki, o, bu barədə Fransanın “Liberation” nəşrinə müsahibəsində danışıb. “Həyat yoldaşım özünü indi daha yaxşı hiss edir. Mən artıq bir çox sui-qəsd cəhdlərindən sağ çıxmışam və yəqin ki, hələ də sağ olacağam. Düşünürəm ki, yaxın gələcəkdə siz Rusiya ərazisində cavab tədbirləri görəcəksiz və bunu hamı başa düşəcək”, - o vurğulayıb. Qeyd edək ki, 2023-cü ilin noyabrında Ukrayna kəşfiyyatının rəhbərinin həyat yoldaşı Marianna Budanova ağır metallarla zəhərlənmişdi. Zəhərlənmədən sonra şöbədə əlavə təhlükəsizlik tədbirləri görülüb.
2024-02-18
833,407
Şolts onun NATO rəhbəri olmasına imkan vermir
Almaniya kansleri Olaf Şolts Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin NATO-nun baş katibi postuna namizədliyi ilə razılaşmayıb. Axar.az xəbər verir ki, bu barədə alman mediası yazıb. Bildirilib ki, Şolts Leyenin NATO-nun rəhbəri olmasının qəti əleyhinədir. İddiaya görə, səbəblərdən biri Avropa Komissiyasının rəhbərinin Rusiyaya qarşı son dərəcə tənqidi münasibətidir. Bundan əlavə, Şolts onu həm də daxili səbəblərdən qısqanır: Leyen Almaniya Sosial Demokrat Partiyasına müxalifətdə olan Xristian Demokrat İttifaqının nümayəndəsidir. Ehtimal edilir ki, bu, Niderland Baş naziri Mark Ruttenin NATO-nun baş katibi postunu olmaq imkanlarını artırır.
2024-02-18
833,409
Vanqa: Xoşbəxtlik üçün evdə bunları saxlayın!
Dünyaca məşhur görücü Vanqaya evdə saxlanılan bəzi şeylərin uğur və xoşbəxtlik gətirdiyini bildirib. Axar.az Vanqanın evdə saxlamağı məsləhət gördüklərini təqdim edir: 1. Kəhrəba; 2. Qum saatı (vaxtın qədrini bilmək üçün); 3. Şamlar (müsbət enerji üçün lazımdır); 4. Top (evi qorumağa kömək edir); 5. Sabun (evi müxtəlif xoşagəlməzliklərdən və pis ruhlardan təmizləməyə kömək edir); 6. Girişdə at nalı (evə xoşbəxtlik gətirir və uğurlar cəlb etməyə kömək edir); 7. Sarımsaq (tavanın altına, otağın uzaq küncünə qoyun, pis ruhları qorxudur); 8. Alma (mətbəxinizdə alma varsa, ev harmoniya və rifahla dolar); 9. Çubuq (evə müsbət enerji gətirməyə və uğursuzluqlardan qurtulmağa kömək edir); 10. Güzgü (xüsusən də yuvarlaq olan yaxşını özündə saxlayır); 11. Yun saplar; 12. İkona; 13. Xoşbəxtlik quşu; 14. Bal (rifah simvoludur); 15. Söyüd və xurma; 16. Boyunbağılar; 17. Qara daş; 18. Qarmaq.
2024-02-18
833,410
Rus ordusu Slavyansk və Kramatorsku atəşə tutdu - Video
Rusiya ordusu Ukraynanın Donetsk vilayətində Slavyansk və Kramatorsku atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib. Məlumata görə, evlərdən birinin dağıntıları altında 14 və 16 yaşlı yeniyetmələr də daxil olmaqla, 4 nəfərlik ailə qalıb. Ümumilikdə şəhərdə 2 ev dağılıb, daha 23 evə ziyan dəyib.
2024-02-18
833,411
Bu geyimlə Münhenə gedərlər, Paşinyan?! - Korotçenko
Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Vovayeviç Paşinyan yolları başına taxılmış kepkası ilə fəth edir. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert İqor Korotçenko Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransına yeni imici – kepkalı getməsi haqda qeyd edib. “Qulaq asın, Ermənistanın baş nazirinin imicinə kim cavabdehdir? Hanı protokol? Ora Avropadır, Münhendir, Qərb siyasətinin aparıcılarıdır - Paşinyan isə İcevandakı kolxoz bazarında ərik satıcısı kimi geyinib. Axı insanı geyiminə görə qarşılayırlar. Nikol Vovayeviçin yaxşı zövqü olan arvadı var - bəlkə də heç olmasa ona kepka taxmağa ehtiyac olmadığını söyləyəcək. Başınız üşüyürsə (halbuki Münhendə çox istidir), kepka yerinə dəbli şlyapa qoyun, ya da kapüşonlu gödəkcə də pis deyil”.