date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-18 | 833,413 | "Fənərbağça" yenidən liderliyə yüksəldi | Futbol üzrə Türkiyə Super Liqasında XXVI turun daha 3 oyunu keçirilib. Axar.az xəbər verir ki, günün ilk oyunlarında "Antalyaspor" "İstanbulspor"la 2:2, "Sivasspor" "Hatayspor"la 1:1 hesablı heç-heçə edib. Günün son matçında isə "Fənərbağça" səfərdə "Rizəspor"a 3:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xallarını 67-yə çatdıran İstanbul təmsilçisi liderliyə yüksəlib. "Qalatasaray" isə 66 xalla ikincidir. Qeyd edək ki, turun digər oyunları fevralın 18-də keçiriləcək. |
2024-02-18 | 833,414 | Zelenski Trampı cəbhəyə çağırdı | Donald Trampla birlikdə Ukrayna hərbçilərinin mövqelərinə baş çəkməyə hazıram. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında deyib. “Əgər müharibəni necə bitirmək barədə söhbətimiz olacaqsa, qərar qəbul edənlərə əsl müharibənin necə göründüyünü nümayiş etdirməliyik. İnstaqramdakı müharibə yox, əsl müharibə”, – o qeyd edib. |
2024-02-18 | 833,415 | Rus ordusu sürətlə hücum etdi, başqa yol qalmadı | Ukrayna döyüşçüləri Avdeyevka şəhərindən düşmənin çox sürətli hücumu səbəbindən çıxıblar. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib. Ekspert bildirib ki, Ukrayna müdafiəçiləri artıq düşməni cilovlamaq imkanına malik deyildilər: “Ruslar şimal cinahından kifayət qədər fəal hərəkət etdilər, döyüşlər Avdeyevkanın özündə getdi. Qoşunların çıxarılmasına həm də rəqiblərin logistikanı əngəlləməyə başlaması səbəb olub. Bundan əlavə, düşmənlərin aviasiyadan fəal istifadə etməsi də öz rolunu oynadı, idarə olunan aviabombalarla vurulan zərbələrin sayı artdı. Nəticədə mühasirəyə düşmə təhlükəsi yarandı”. Qeyd edək ki, Rusiya ordusu Avdeyevka şəhərini iki gün öncə işğal edib. |
2024-02-18 | 833,416 | 36 şəhərdə Navalnıya görə 401 nəfər saxlanıldı | Rusiya şəhərlərində müxalifət lideri Aleksey Navalnının xatirəsinə keçirilən aksiyalarda 401 adam saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə “OVD-İnfo” layihəsinin əməkdaşı Dmitri Anisimov deyib. “Ən çox məhbus Sankt-Peterburqdadır: təqribən 130 nəfər. Dünən orada xüsusilə sərt həbslər aparılıb. Hüquqşünaslar uzun müddət bəzi polis idarələrinə buraxılmayıb. Bundan əlavə, Sankt-Peterburqda polis dəyənəklərdən və səs qumbaralarından istifadə edir, baxmayaraq ki, saxlanılanlar müqavimət göstərmirlər”, - Anisimov əlavə edib. O qeyd edib ki, insanlar əsasən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ittiham olunurlar. Hazırda Rusiyanın 36 şəhərində həbslər məlumdur. Sankt-Peterburqla yanaşı, Moskva və Nijni Novqorodda da insanlar kütləvi şəkildə saxlanılıb. Qeyd edək ki, fevralın 16-da rusiyalı müxalif lider, 47 yaşlı Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır. |
2024-02-18 | 833,417 | İranda dəhşət: atasını, qardaşını və 10 qohumunu öldürdü | İranın cənub-şərqində 30 yaşlı kişi 12 nəfəri güllələyib. Axar.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb. Bildirilib ki, kişi fevralın 17-də ailə münaqişəsi zəminində atasına, qardaşına və digər qohumlarına atəş açıb. Onun “Kalaşnikov” avtomatından istifadə etdiyi qeyd edilir. |
2024-02-18 | 833,418 | Daha bir şəhəri itirə bilərik - "Azov" komandiri | Avdeyevkada yaranan vəziyyət cəbhədəki yeganə vəziyyət deyil. Axar.az xəbər verir ki, bunu "Azov" briqadasının qərargah rəisi Boqdan Kroteviç bildirib. "Bizim ən böyük problemimiz - həm orduda, həm də siyasətdə səhvlərimizi etiraf etməməyimizdir", - Kroteviç vurğulayıb. Boqdan Kroteviç rus qoşunlarına zərbələr endirmək planlarını siyasi və hərbi rəhbərliyə məruzə etdiyini, lakin cavab olaraq heç nə eşitmədiyini söyləyib: "Avdeyevkadakı vəziyyət cəbhədəki yeganə belə vəziyyət deyil. Biz indi Serebryanskdayıq. Yaxınlıqda da oxşar vəziyyət var". O bildirib ki, obyektiv məlumatlar hər zaman ali rəhbərliyə çatdırılmır. Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqu Avdeyevkanın tam işğal edildiyi barədə Vladimir Putinə məruzə edib. |
2024-02-18 | 833,419 | Navalnıya görə sanksiyalar olacaq - Kemeron | Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcəyik. Axar.az xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Kemeron "Skay Nyus" telekanalına müsahibəsində bildirib. "Buna görə məsuliyyət daşıyan ayrı-ayrı adamların və bu istiqamətdə görüləcək tədbirlərin olub-olmamasına baxırıq. Sanksiyaları əvvəlcədən elan etmirik, ona görə də əlavə bir şey deyə bilmərəm", - Kemeron söyləyib. Qeyd edək ki, fevralın 16-da rusiyalı müxalif lider, 47 yaşlı Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır. |
2024-02-18 | 833,420 | Nikol bu sözlə məni məyus etdi, Münhen görüşü isə… | Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Münhendə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı razılığa gəlməsini çox müsbət hal hesab edirəm. Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq ekspert, Ceymstaun Fondunun idarə heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilən ikitərəfli görüşünün yekunlarını Azərtac-a şərh edərkən deyib. Ekspert bildirib ki, növbəti görüşün Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcəyini ehtimal edib. Azərbaycan sərhədçisinin yaralanması ilə nəticələnən şərti sərhəddə baş vermiş son insidentlə bağlı Metyu Brayza vurğulayıb ki, bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyənlərin növbəti təxribatıdır: “Baş nazir Nikol Paşinyan Azərbaycanın genişmiqyaslı müharibəyə hazırlaşdığını deyəndə məni məyus etdi, çünki bu, doğru deyil. Beləliklə, indi həqiqətən doğru zamandır və hesab edirəm ki, Şarl Mişel iki lideri bir araya gətirəcək və Paşinyan həqiqətən də görüşdə iştirak etsə, çox müsbət olacaq. Çünki bu, vəziyyətin deeskalasiyasına kömək edəcək”. |
2024-02-18 | 833,443 | Pərviz Şahbazov ABŞ-a getdi | Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib. Bu barədə Axar.az-a Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. |
2024-02-18 | 833,445 | 725-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 725-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 402 430 hərbçi, 6 487 ədəd tank, 12 198 ədəd zirehli döyüş maşını, 9 709 ədəd artilleriya sistemi, 984 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 674 hava hücumundan müdafiə sistemi, 335 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 736 ədəd avtomobil texnikası, 7 449 ədəd PUA, 1 898 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 540 xüsusi avadanlıq itirib. |
2024-02-18 | 833,448 | ABŞ yolunu azıb, gücünü itirib - Tramp | Co Bayden administrasiyasının siyasəti ucbatından ABŞ yolunu azıb, gücünü və inamını itirib. Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. “Biz indi tənəzzülə uğrayan bir xalqıq. Çox kədərlidir. Biz millət olaraq uğursuzluğa düçar oluruq. Biz inamını, iradəsini, qüdrətini itirmiş xalqıq. Biz yolunu azmış xalqıq”, - Tramp bildirib. |
2024-02-18 | 833,454 | Rusiyanın daha bir təyyarəsi vuruldu | Ukrayna Hava Qüvvələri Rusiyanın daha bir Su-34 təyyərəsini vurub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk məlumat verib. Onun sözlərinə görə, hava hücumundan müdafiə vasitələri son sutkada həmçinin 12 ədəd “Şahid” PUA-sı və bir ədəd X-59 aviasiya raketini məhv edib. |
2024-02-18 | 833,455 | Ukrayna bu şəhəri ABŞ-a görə itirdi - Baydendən çağırış | ABŞ Prezidenti Co Bayden Ukrayna qoşunlarının Avdeyevkadan çəkilməsindən sonra konqresmenləri Ukraynaya əlavə hərbi yardım haqqında qanun layihəsini dərhal nəzərdən keçirməyə və qəbul etməyə çağırıb. Axar.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib. “Ukrayna hərbçiləri Konqresin hərəkətsizliyi nəticəsində təchizatın azalması səbəbindən döyüş sursatından istifadəni azaltmaq məcburiyyətində qaldıqdan sonra Avdeyevkadan geri çəkilməyə məcbur olub”, - o deyib. Bayden jurnalistlərə açıqlamasında vurğulayb ki, onun administrasiyası Konqresə Kiyev üçün əlavə maliyyə ayrılmasını təsdiqləməyə nail ola biləcək. |
2024-02-18 | 833,457 | NATO silah istehsalını sürətlə artırmalıdır - Stoltenberq | NATO ölkələri silah istehsalını sürətlə artırmalıdır. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib. “Bizdən bu yanaşmada təcili şəkildə daha böyük səylər göstərmək tələb olunur”, - baş katib bildirib. Stoltenberq xatırladıb ki, NATO ölkələri son illər müdafiəyə daha çox vəsait sərf etməyə başlayıblar. Onun sözlərinə görə, Şimali Atlantika Alyansının Avropa üzvləri bu baxımdan daha böyük səylər göstərməlidir. |
2024-02-18 | 833,459 | İnsanın ən xoşbəxt yaş dövrü... – Alimlər açıqladı | Almaniyanın Köln İdman Universiteti, Bohum Rur Universiteti, Mainz Yohannes Qutenberq Universiteti və İsveçrənin Bern və Bazel universitetlərinin tədqiqatçıları “ən xoşbəxt yaş”ı tapmaq üçün birgə araşdırma aparıblar. Axar.az xəbər verir ki, “Psychology Bulletin” jurnalında dərc olunan araşdırma ümumilikdə 460 min 902 iştirakçıdan 443 nümunənin məlumatlarına əsaslanır. Araşdırmaya görə, həyatdan məmnunluq 9-16 yaş arasında azalır, sonra 70 yaşa qədər yenidən yüksəlir. Bu yaşdan sonra isə həyatdan məmnunluq 96 yaşa qədər yenidən azalır. Mənfi emosional vəziyyətlər 9-22 yaş arasında bir qədər yüksəlir, sonra 60 yaşa qədər azalır və 60-dan sonra yenidən yüksəlir. Köln İdman Universitetinin dosenti Suzanna Büker deyib: “9-16 yaş arasında həyatdan məmnunluğun azalması çox vaxt yeniyetməlik dövrü ilə əlaqəli olan bədəndə və sosial həyatda baş verən dəyişikliklərlə əlaqələndirilə bilər. Nəticələrə görə, gənclər yetkinliyə addım atdıqca həyatdan məmnunluq yenidən artır. Yaşı çox olan insanlarda isə fiziki performansın azalması, sağlamlığın tez-tez pisləşməsi və xüsusilə, həmyaşıdlarının ölümü ilə əlaqədar vəziyyətlər onlarda mənfi emosional halların artmasına səbəb ola ola bilər”. |
2024-02-18 | 833,460 | Türkiyədə avtobus qəzaya uğradı: 15 yaralı... | Türkiyədə ağır yol qəzası baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Adana vilayətinin Yüreğir rayonunda təsərrüfatı işçilərini daşıyan avtobusun səkiyə çırpılaraq aşması nəticəsində 15 nəfər yaralanıb. Hadisə yerinə polis, təcili yardım və xilasedicilər cəlb edilib. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır. |
2024-02-18 | 833,463 | Ərdəbildə Ana Dili Günü ilə bağlı aksiya keçirildi | 21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində milli-mədəni fəallar Ərdəbil şəhərində mədəni aksiya keçirib və uşaqlara Azərbaycan dilində kitablar paylayıblar. Kult.az xəbər verir ki, bu barədə fəallar sosial mediada paylaşım ediblər. "Kimlik qalamız, ana dilimiz" şüarı altında keçirilən mədəni aksiyada Azərbaycan dili, mədəniyyəti və ana dilində təhsil hüququ ilə bağlı maarifləndirici bülletenlər də paylanılıb. Qeyd edək ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, bu prinsipin həyata keçirilməsinə mane olur və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edir. |
2024-02-18 | 833,471 | Ukrayna bizim üçün ölüm-dirim məsələsidir - Putin | Ukrayna ətrafındakı vəziyyət Qərb üçün sadəcə taktiki mövqe, Rusiya üçün isə ölüm-dirim məsələsidir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsi ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, müsahibə Ukrayna istiqamətində baş verən hər şeyin nə qədər həssas və vacib olduğunu başa düşmək üçün vacib idi: “Qərb üçün bu müharibə taktiki mövqelərinin yüksəlməsidir, bizim üçün isə taledir, ölüm-dirim məsələsidir. İstərdim ki, müsahibəyə baxan insanlar bunu başa düşsünlər”. |
2024-02-18 | 833,472 | X İranın məhkəmə sisteminin saytına qadağa qoydu | X sosial media platforması İran məhkəmə sisteminin media orqanı olan "Mizan" saytına daimi qadağa tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə "Mizan" saytı məlumat yayıb. Məlumatda bildirilib ki, saytın hesabı davamlı olaraq nifrət mahiyyətli materiallar yaydığı üçün bloklanıb. Bununla yanaşı, “Mizan” X sosial şəbəkəsində yeni hesab aça bilməyəcək. Qeyd edək ki, bir neçə gün əvvəl X İran hökumətinə bağlı bir neçə xəbər agentliyi və televizya kanalının təsdiq nişanını silib. |
2024-02-18 | 833,473 | F-16-lar Ukraynaya iyunda veriləcək - Anuşauskas | F-16 qırıcılarının ilk partiyası təxminən 2024-cü ilin iyununda Ukraynaya veriləcək. Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” Litva müdafiə naziri Arvidas Anuşauskasa istinadla məlumat yayıb. “Fikrimcə, iyunda F-16-ları Ukraynada görə biləcəyik”, - nazir bildirib. |
2024-02-18 | 833,474 | Qazaxda iki piyadanı avtomobil vurdu | Qazaxda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Qarapapaq-Ağköynək-Çaylı avtomobil yolunun Ağköynək kəndi ərazisində qeydə alınıb. Axar.az xəbər verir ki, Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi VAZ 2107 ilə hərəkətdə olan zaman iki piyadanı vurub. Xəsarət alan piyadalar 49 yaşlı Elmira Şıxlinski və 17 yaşlı Rəqsanə Məmmədovadır. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. |
2024-02-18 | 833,476 | Melitopolda uşaqların yarışında qumbara partladı – Video | Ukraynanın işğal altında olan Melitopol şəhərində uşaqlar arasında keçirilən sambo yarışı zamanı qumbara partlayıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı görüntü paylaşıb. Yarışın keçirildiyi idman məktəbində eyni zamanda silah və forma sərgisinin keçirildiyi, ehtiyatsız davranış nəticəsində partlayışın baş verdiyi bildirilib. Partlayış zamanı 6 nəfər yaralanıb. |
2024-02-18 | 833,478 | Ukraynada yaralanan rusiyalı polkovnik öldü | Rusiya Silahlı Qüvvələrinin 18-ci ordusunun komandir müavini, polkovnik Maqomedali Maqomedjanov Sevastopoldakı hospitalda ölüb. Axar.az xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Sergey Melikov məlumat verib. Onun sözlərinə görə, Maqomedjanov bir neçə gün öncə Ukraynada döyüşlər zamanı ağır yaralanmışdı. Polkovnik əslən Dağıstanın Zlyut kəndindəndir. |
2024-02-18 | 833,479 | Sabahın hava proqnozu açıqlandı | Fevralın 19-da gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacaq. |
2024-02-18 | 833,480 | Fələstinlilərin Rəfahdan çıxarılması Misirə təhdiddir – XİN | Fələstinlilərin Rəfahdan çıxarılması Misirin milli təhlükəsizliyinə təhdid yaradacaq. Axar.az xəbər verir ki, bu sözləri Misirin xarici işlər naziri Sameh Şükri deyib. “Misirin ölkənin milli təhlükəsizlik məsələləri ilə bağlı öz qırmızı xətləri var. Qəzzanın cənubundakı Rəfahda İsrailin mümkün əməliyyatı Misirin milli təhlükəsizliyinə təhdid yaradır”, - diplomat bildirib. |
2024-02-18 | 833,481 | Sızıldamayın, Ukraynaya yardım edin... - Rutte | Avropa Donald Trampın ABŞ prezidentliyinə qayıtması ehtimalından şikayət etməyi dayandırmalı və bunun əvəzinə Ukraynaya yardıma diqqət etməlidir. Axar.az xəbər verir ki, bu sözləri Niderlandın Baş naziri Mark Rutte deyib. “Tramp haqqında sızlamağı və inildəməyi dayandırmalıyıq. Buna amerikalılar qərar verəcək. Mən amerikalı deyiləm, ABŞ-da səs verə bilmərəm. Meydanda olanlarla işləməliyik. Son bir neçə gündə davamlı olaraq şikayətlər eşidirəm. Gəlin bunu dayandıraq”, - Rutte bildirib. |
2024-02-18 | 833,482 | Bu ölkə bütün artilleriyasını Ukraynaya verir | Danimarka ehtiyatda olan bütün artilleriyasını Ukraynaya vermək qərarına gəlib. Axar.az xəbər verir ki, bu bəyanatla Danimarkanın Baş naziri Mette Frederiksen Münhendəki çıxışında bildirib. O qeyd edib ki, silah təchizatı ilə bağlı Avropa liderləri tez-tez istehsal problemlərinə istinad edirlər: “Ukrayna indi bizdən sursat və artilleriya istəyir. Danimarka bütün artilleriyasını Ukraynaya vermək qərarına gəldi. Avropada hərbi texnika var, bu təkcə istehsal məsələsi deyil. İstifadə etmədiyimiz silah-sursat və hava hücumundan müdafiə sistemləri var. Onların Ukraynaya təhvil verilməsi lazımdır”. |
2024-02-18 | 833,489 | İrəvanın ümidi puç oldu: Əliyev üçün sıraya düzüldülər | Dünyada bir neçə ənənəvi konfrans və forum o birilərindən fərqlənir, liderlərin və medianın bu toplantılara marağı daha çox olur. Bunlardan biri MünHen Təhlükəsizlik Konfransıdır. Liderlər Münhendə açıq diskussiya aparır, panellərdə müxtəlif təhlükələrin miqyasının mənzərəsini təsvir etməyə çalışırlar. Bu toplantılarda bəzi liderlər gələcək planları barədə də mesaj verirlər. Misal üçün Rusiya Prezidenti Vladimir Putin Kremlin xarici və təhlükəsizlik siyasətinin sərtləşəcəyini ilk dəfə 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında bəyan etmişdi. Dediyi kimi də oldu, Rusiya bir il sonra Gürcüstanın ərazilərini işğal etdi, 7 il sonra isə Krımı ilhaq edərək Ukraynanın şərqinin işğalını planlaşdırdı. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Qərb dövlətləri 2007-ci ildə Putinin çıxışını diqqətə alıb zəruri tədbirlər görsəydilər, bəlkə də bugünkü faciələr baş verməzdi: “Misal üçün Gürcüstan və Ukrayna elə həmin ərəfədə NATO-a üzv qəbul edilsəydilər, Rusiya Şimali Atlantika Blokuna yeni üzv olan ölkələrə hücuma risk etməzdi. Azərbaycan Prezidenti İlham Əliyev üçün də Münhen Təhlükəsizlik Konfransında iştirak vacibdir. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakıdır. Münhendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki Ermənistanın ümidi onaydı ki, Qarabağda anti-terror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaq. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münhen Təhlükəsizlik Konfransı bir daha göstərdi. Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, onların sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar. Ukrayna Prezidenti Vladimir Zelenski Münhendə İlham Əliyevlə görüşdə ölkəsinə humanitar dəstəyi davam etdirdiyinə görə Azərbaycanın dövlət başçısına bir daha minnətdarlığını bildirdi. ABŞ və Avropa Birliyi Rusiya işğalı qarşısında Ukraynaya dəstəkdən imtina etməyən, Kiyevə yanacaq və zəruri avadanlıqlar göndərən Azərbaycanın bu rolunu da nəzərə almaq məcburiyyətindədirlər”. |
2024-02-18 | 833,490 | Qubada qar qəzaya səbəb oldu - Video | Quba rayonunda müşahidə olunan qarlı hava şəraiti yollarda sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Axar.az BakuTV-yə istinadla xəbər verir ki, Quba-Qusar yolunun buz bağlaması səbəbindən avtomobil idarəetməni itirərək ağaca çırpılıb. |
2024-02-18 | 833,492 | Erməni komandirlərin “yaxın günlərdə müharibə” tapşırığı… | Ermənistan Müdafiə Nazirliyi ordunun komandir heyətinin əsgərlərə yaxın günlərdə müharibə olacağı və hazırlaşmaq lazım gəldiyi barədə tapşırıq vermələri ilə bağlı yayılan informasiyanı təkzib edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN-in məlumatında deyilir. Bildirilib ki, mediada saytında yayılan xəbərdə “Çəmbərək hərbi hissəsində əvvəlcə mümkün müharibə elan edilib, sonra xəstələrə hərbi hissəni tərk etməyi qadağan ediblər” iddiası həqiqəti əks etdirmir. “Müdafiə Nazirliyi bildirir ki, heç bir hərbi hissədə xəstəliyin yayılması halı qeydə alınmayıb”, - məlumatda vurğulanıb. Qeyd edək ki, “Oragir.news” saytı öz mənbələrinə istinadla komandir heyətinin açıq şəkildə yaxın gələcəkdə müharibə gözlənildiyi və ordunun hazır olması ilə bağlı göstəriş verdiyini yazıb. |
2024-02-18 | 833,493 | Xəzərdə üçüncü dəfə zəlzələ oldu | 13:21 Xəzər dənizində zəlzələ olub. Bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, yerli vaxtla saat 12.30-da Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ olub. *** Yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. *** Xəzər dənizində gün ərzində üçüncü dəfə zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Yeraltı təkanlar yerli vaxtla saat 18:49-da qeydə alınıb. Zəlzələ 3.3 maqnitudada olub. |
2024-02-18 | 833,496 | Türkiyə vitse-prezidenti Əli Əsədovu təbrik etdi | Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Azərbaycanın Baş naziri Əli Əsədovu təbrik edib. Axar.az xəbər verir ki, bununla bağlı C.Yılmaz məktub göndərib. Təbrikdə qeyd edilib ki, qarşıdan gələn yeni dövrdə onsuz da mükəmməl səviyyədə olan güclü əməkdaşlığımızı və əlaqələrimizi daha da möhkəmləndirərək hər zaman olduğundan daha yüksək səviyyələrə çatdıracağımıza inanıram. C.Yılmaz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Əli Əsədovu Türkiyəyə də dəvət edib. |
2024-02-18 | 833,499 | Əsgərlərimiz and içdi | Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, fevralın 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib. Andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları çıxış edərək gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər. Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər. |
2024-02-18 | 833,501 | İran qorxdu: İsraili başqa savaşa çəkməyin! - VP | ABŞ-la birbaşa qarşıdurmaya təhrik edilməkdən ehtiyat edən İran xüsusi olaraq Hizbullahı və Yaxın Şərqdəki digər silahlı hərəkatları bölgədəki Amerika qüvvələrinə qarşı təmkinli olmağa çağırıb. Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. “ABŞ qüvvələri bu ay Yəmən, Suriya və İraqda İranın dəstəklədiyi qruplaşmalara zərbələr endirdikdə, Tehran açıq şəkildə ordusunun istənilən təhlükəyə cavab verməyə hazır olduğunu bildirdi. Ancaq Livan və İraqın danışıqlar haqda məlumatlı məmurlarının sözlərinə görə, yüksəkçinli liderlər ehtiyatlı olmağa çağırır”, - məqalədə bildirilib. Vurğulanıb ki, İraq şiə qruplaşması Kətaib Hizbullah üç amerikalı hərbçinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürdükdən bir neçə gün sonra İran hərbi komandiri yanvar ayında Bağdada gedib və hərəkat liderlərindən Amerika obyektlərinə hücumları dayandırdıqlarını elan edən bəyanatla çıxış etməyi tələb edib. İraqlı bir rəsmi qəzetə bildirib ki, liderlər buna könülsüz razılaşıblar. Hizbullah hərəkatındakı mənbə qəzetə deyib ki, fevral ayında Livanda keçirilən toplantıda İran rəsmiləri hərəkat üzvlərinə İsrailin Baş naziri Binyamin Netanyahuya Livan və ya başqa bir yerdə daha geniş müharibəyə başlamaq üçün səbəb verməkdə maraqlı olmadıqlarını izah ediblər. |
2024-02-18 | 833,504 | Paşinyan Münhendə qapalı görüşdə iştirak etdi | Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Avropa qitəsində boz zonalar” mövzusunda dəyirmi masada iştirak edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib. “Görüş qapalı keçirilib. Paşinyan görüşdə çıxış edib”, - məlumatda qeyd olunub. |
2024-02-18 | 833,508 | Türkiyə bu sahədə ən etibarlı tərəfdaşdır - Putin | Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində deyib. Onun sözlərinə görə, Almaniyanın Rusiya yanacağından qismən imtina etməsindən sonra Türkiyə bu sektorda ən etibarlı tərəfdaşa çevrilib. “Almaniya daxili siyasi mübarizə ilə məşğuldur, onların siyasətinin iqtisadiyyata ziyan vurduğu göz qabağındadır”, - Putin bildirib. |
2024-02-18 | 833,509 | ABŞ və Britaniya səfirlikləri İrəvanı qarışdırdı | ABŞ və Böyük Britaniyanın Ermənistandakı səfirliklərinin nümayəndələrinin erməni şair Yegişe Çarentsin abidəsi önünə güllər və bir neçə gün öncə ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının şəkillərini qoyması son dərəcə təhqiramizdir. Axar.az xəbər verir ki, bu bəyanatla Ermənistanın “Milli” tarix-mədəniyyət ictimai təşkilatı çıxış edib. “Böyük Britaniya və ABŞ nümayəndələrinin belə bir addım atması erməni xalqını öz geosiyasi proseslərinə cəlb etmək cəhdi, erməni ziyalılarının rolunu aşağılamaq istəyidir. Biz hər iki səfirlikdən bu addıma aydınlıq gətirməsini tələb edirik”, - bəyanatda qeyd olunub. |
2024-02-18 | 833,512 | Qırğızıstan və Tacikistan bu məsələdə razılığa gəldi | Qırğızıstan və Tacikistan sərhədin daha 1,11 km-lik hissəsi haqqında razılığa gəlib. Axar.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb. Məlumatda son bir neçə ayda tərəflərin sərhədin 200 kilometrə yaxın hissəsini dəqiqləşdirdikləri bildirilib. Qeyd edək ki, iki ölkə arasında sərhədinin ümumi uzunluğu 972 km-dir. |
2024-02-18 | 833,514 | Türkiyəli 29 yaşlı futbolçu xərçəngdən öldü | Türkiyənin 2-ci liqasında yer alan “Serik Bələdiyyəspor”da forma geyinən 29 yaşlı futbolçu Mömin Talib Pazarlı vəfat edib. Axar.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Futbolçunun qan xərçəngindən vəfat etdiyi bildirilib. Klubdan bildirilib ki, futbolçuya bir müddət öncə qan xərçəngi diaqnozu qoyulmuşdu. 1 ay əvvəl “Ankara Dəmirspor” klubundan transfer olan futbolçu sonuncu dəfə yanvarın 31-də “Mərsin İdmanyurdu”na qarşı keçirilən oyunda iştirak etmişdi. |
2024-02-18 | 833,515 | Abituriyentlər sınaq imtahanı verdilər | 18 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil olunub. Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. İmtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb. Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3‑ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur. |
2024-02-18 | 833,518 | Fransa ilə Yunanıstandan Türkiyəyə qarşı şok addım | Fransa, Yunanıstan və Kipr AB-nin Ukrayna üçün Türkiyənin “Bayraqdar” PUA-larını almasına qarşı çıxıb. Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. Məlumata görə, sözügedən ölkələr AB-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin iclasında Ukraynanın ehtiyacları üçün Türkiyədən “Bayraqdar” PUA-ları və artilleriya mərmilərinin satın alınması ilə bağlı qərara veto qoyub. “Fransa silah bazarında rəqabətdə maraqlı olmadığı, Yunanıstan isə Avropa əhalisinin ödədiyi vergi pullarının Türkiyənin müdafiə sənayesinə getməsini istəmədiyi üçün bu addımı atıb”, - məlumatda qeyd olunub. |
2024-02-18 | 833,520 | Yeni dövrün missiyası Böyük Türk Birliyidir - Feyziyev | Milli Məclis növbəti dəfə Prezident İlham Əliyevin andiçmə mərasiminə ev sahibliyi etdi. Bu çox rəmzi məna daşıyır. Prezidentin andiçmə mərasiminin xalq tərəfindən seçilmiş təmsilçilərin iştirakı ilə keçirilməsi sadəcə deputatların deyil, onların təmsil etdiyi bütün xalqın qarşısında and içmək anlamına gəlir. Budəfəki prezident seçkilərində İlham Əliyevin ən yüksək nəticə ilə qalib gəlməsi onun həmişə öz andına sadiq qalması ilə bağlıdır. Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. “Yaxşı xatırlayıram ki, 2003-cü ildə gənc namizəd İlham Əliyev seçildiyi təqdirdə 5 il ərazində qaçqın düşərgələrini ləğv edəcəyini və 600 min iş yeri yaradacağını vəd etmişdi. Bu vədlər həmin illər üçün həddindən artıq iddialı görünürdü və əslində verilən sözlərin heç olmasa bir hissəsinin yerinə yetirilməsi də xalqı qane edəcəkdi. Amma ilk 5 il İlham Əliyevin hansı gücə və iradəyə qadir olduğunu göstərdi. Doğrudan da ölkənin bir çox bölgələrində qaçqınların və məcburi köçkünlərin sığınması üçün tikilmiş bütün düşərgələr ləğv olundu və soydaşlarımızın daha rahat bir şəraitdə müvəqqəti yaşaması təmin olundu. İlham Əliyev, eyni zamanda, 660 min yeni iş yerinin yaradılmasına nail oldu və bu, vətəndaşların rifahının nəzərəçarpacaq dərəcədə yaxşılaşmasında da özünü göstərdi”, - C.Feyziyev vurğulayıb. Deputat qeyd edib ki, 2008 və 2013-cü il seçkilərində Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və layihələr əsasən ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək, ölkədə institusional islahatların keçirilməsi ilə bağlı idi: “İlham Əliyev 10 il davam edən sonrakı iki prezidentlik müddətində bu vəzifələrin də öhdəsindən artıqlaması ilə gəldi. Enerji resurslarından asılılığı azaltmaq məqsədilə iqtisadiyyatın şaxələndirilməsi üzrə çox mühüm layihələr həyata keçirildi, korrupsiya ilə mübarizənin səmərəli şəkildə həyata keçirilməsi üçün dövlət–vətəndaş münasibətlərinin tənzimlənməsi istiqamətində çoxsaylı sistem islahatları aparıldı, vətəndaşların orta aylıq gəlirləri nəzərəçarpacaq dərəcədə artdı, bütün ölkə boyunca irihəcmli infrastruktur layihələri reallaşdırıldı. Xarici siyasət sahəsində də mühüm nailiyyətlər əldə olundu. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir neçə beynəlxalq təşkilatın qərar və qətnamələrində öz əksini tapdı. Bu illər ərzində Azərbaycan xalqı bütün çətinliklərə və problemlərə baxmayaraq, İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək davamlı inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”. Cavanşir Feyziyev diqqətə çatdırıb ki, 2003-cü ildən davam edən dövlət quruculuğu prosesində mühüm yeri ordu quruculuğu tuturdu: “İlham Əliyevin prezidentliyi dövründə ordumuz ən müasir standartlar əsasında yenidən quruldu və torpaqlarımızın işğaldan azad olunması üçün hər zaman müharibəyə hazır vəziyyətə gətirildi. 2020-ci ilin Vətən müharibəsindəki Zəfərimiz Azərbaycan xalqının son iki əsrlik tarixində ən böyük qələbəsi oldu. Bu qələbəni əldə edən, ordunu və xalqı daim bu qələbəyə hazırlayan və bu şanlı qələbəni tariximizə yazan Ali Baş Komandan İlham Əliyev oldu. Xalq İlham Əliyevin 20 illik prezidentliyi dövründə görünməmiş müsbət dəyişikliklərin şahidi oldu. Ona görə də 7 fevral seçkilərində xalq, demək olar ki, yekdilliklə İlham Əliyevə səs verdi. Prezident İlham Əliyevin özünün də vurğuladığı kimi, bu seçkilərlə yeni dövrə qədəm qoyuruq”. Milli Məclisin deputatı qeyd edib ki, yeni dövrün yeni vəzifələri və nəhəng layihələri var. Vətən müharibəsindən keçən 3 il göstərdi ki, dünyada güc mərkəzi sayılan heç bir dövlət və heç bir beynəlxalq təşkilat təmənnasız olaraq, sadəcə beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın haqlı mövqeyini müdafiə etmək fikrində və əzmində deyil. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, biz öz haqqımızı öz gücümüzlə aldıq. Ona görə Azərbaycanın dünya siyasi və iqtisadi sisteminə gələcək inteqrasiyası da məhz bu rakursdan dəyərləndirilməli və yeni dövrdə siyasi gələcəyimizlə bağlı doğru və hərtərəfli ölçülüb biçilmiş addımlar atılmalıdır. Bu addımların sayı çoxdur, amma onların içərisində xalqımız üçün taleyüklü sayıla biləcək biri var. Bu, müstəqil türk dövlətləri arasında inteqrasiya proseslərini sürətləndirməklə Türk Dövlətləri Birliyini yaratmaqdır. Biz bugünkü ədalətsiz dünyanın qarşısına tək-tək deyil, bütün qardaş türk dövlətləri ilə birlikdə, əbədi müttəfiqlər kimi çıxmalıyıq. Prezident İlham Əliyev özünün andiçmə mərasimindəki çıxışında qısa da olsa bu mövzuya toxunaraq türk xalqlarını bir ailə kimi dəyərləndirdi. Bu doğrudan da belədir. Tarixən də belə olub və bu gün də belədir. Vətən müharibəsi zamanı bütün türk xalqlarının bizimlə həmrəylik nümayiş etdirməsi, bütün türk xalqlarının bizim Zəfərimizlə öyünməsi aramızdakı qırılmaz mənəvi bağlılığın həmişəyaşar olmasının göstəricisi idi. Prezident andiçmə mərasimində çıxışındakı qısa toxunuşla Azərbaycanın dünya siyasi meydanındakı gələcək mövqeyini açıq-aydın ifadə etmiş oldu. Əcdadlarımızın əsrlər boyu can atdıqları, bəzən əldə etdikləri və çox hallarda da itirdikləri böyük türk birliyi bütün müstəqil türk dövlətlərinin və ilk növbədə, Azərbaycanın siyasi gündəliyində öndə duran məsələyə çevrilir. SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş bütün türk dövlətlərində xalqlar daim bu birliyə can atıblar, onu gələcəyimizin etibarlı təminatı kimi görüblər. “İndiyədək dövlətimizin və xalqımızın gələcəyi ilə bağlı bütün faydalı və səmərəli təşəbbüsləri böyük uğurla həyata keçirmiş Prezident İlham Əliyevin növbəti prezidentlik dövründə dünya türk xalqlarının ən müqəddəs arzusu olan birlik ideyasını gerçəkləşdirəcəyi də şübhəsizdir. O zaman bizim daha böyük və daha güclü olacağımız da şübhəsizdir. Hələ minilliklər öncə Bilgə Xaqanın söylədiyi kimi: “...Ey Türk, titrə və özünə dön. Sən özünə dönəndə böyük olursan”. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında bütün Türk dünyasının böyüklüyünü, qüdrətini özünə qaytarmaq və bütün türk xalqlarının xoş gələcəyini təmin etmək kimi şərəfli bir missiyanın yolundadır. Yolumuz uğurlu olsun!”, - Cavanşir Feyziyev fikrini yekunlaşdırıb. |
2024-02-18 | 833,522 | Avdeyevka böyük itki deyil - Admiral | Avdeyevka hərbi baxımdan böyük itki deyil. Kütləvi Rusiya bombardmanı nəticəsində şəhərin bütün infrastrukturu məhv edilib. Axar.az xəbər verir ki, bunu NATO-nun Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib. “Pessimistlər müharibələrdə məğlub olur. Ukrayna üçün çətindir? Bəli. Əgər siz 1942-ci ildə Avropada soruşsaydınız ki, müharibə necə gedir, məncə, optimistlər çox olmazdı. Amma biz qalib gəldik”, - Bauer bildirib. |
2024-02-18 | 833,523 | Mirzoyan Hindistan XİN başçısı ilə görüşdü | Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Həmsöhbətlər ikitərəfli tərəfdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər. Yüksək səviyyəli siyasi dialoq, müxtəlif sahələrdə əməkdaşlığı birgə dərinləşdirmək istəyi məmnunluqla qeyd olunub”, - məlumatda qeyd olunub. Bildirilib ki, Mirzoyan Cənubi Qafqazda təhlükəsizlik vəziyyətini təqdim edib, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə toxunub. |
2024-02-18 | 833,525 | Türkiyə dünyanın ilk üçlüyinə daxil olmaq istəyir – Nazir | Türkiyə hökuməti 2028-ci ilə qədər turistlərin sayına görə ilk üçlüyə daxil olmaq niyyətindədir. Axar.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib. “Hazırda Türkiyə dünyanın ən yaxşı və ən intensiv təbliğ edilən turizm ölkəsidir. 2022-ci ildə pandemiya ilə yaxşı mübarizəmiz sayəsində biz dünyanın dördüncü ən böyük turizm məkanı olduq. Bu il ümid edirəm ki, beşinci yeri qoruyacağıq. 2028-ci ilə qədər üçüncü yeri tutmaq istəyirik”, - nazir bildirib. Onun sözlərinə görə, Türkiyə 2028-ci ildə turizmdən 100 milyard dollar qazanmağı hesablayır. |
2024-02-18 | 833,529 | DİN-dən xəbərdarlıq: Bu yollar təhlükəlidir | Sinoptiklərin məlumatına görə ölkənin dağlıq və dağətəyi rayonlarında qarlı və şaxtalı hava şəraitinin fevralın 21-dək davam edəcəyi gözlənilir. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır. DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir. “Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə çaşqınlıq hissi yaranır ki, bu da idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma, və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır. Dəyərli sürücülər! İnanırıq ki, yol və hava şəraiti, sürət həddi, avtomobillərin qışa hazırlıq səviyyəsi, eləcə də sizin təhlükəsizliyiniz üçün verilmiş digər tövsiyələrə əməl etməklə qış fəslinin gətirdiyi çətinliklərin öhdəsindən gələcək, doğmalarınıza nigaranlıq hissi yaşatmayacaqsınız”, - nazirlikdən bildirilib. |
2024-02-18 | 833,535 | 725-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 725-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 571 təyyarəsi, 266 helikopteri, 12 723 PUA-sı, 470 zenit-raket kompleksi, 15 098 tank və digər zirehli texnikası, 1 222 reaktiv yaylım atəş sistemi, 8091 artilleriya və minaatanı, 18 8017 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-02-18 | 833,536 | Kiyevə vaxtında silah versəydik... - Borrell | Əgər Avropa Birliyi Kiyevə yeni silahların tədarükü ilə bağlı daha tez qərarlar qəbul etsəydi, Ukraynadakı döyüşlər başqa cür inkişaf edə bilərdi. Axar.az xəbər verir ki, Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib. "İki il əvvəl biz Ukraynaya dəbilqə tədarükünü müzakirə edirdik, indi F-16-lardan danışırıq. Amma iki il sonra. Yeni silah növlərinin tədarükünə daha tez qərar versəydik, bəlkə də müharibə fərqli inkişaf etmiş olardı”, - Borrell bildirib. |
2024-02-18 | 833,538 | Rusiyada Teleqramın işində problemlər yarandı | Rusiyada Teleqram sosial şəbəkəsinin işində problemlər yaranıb. Axar.az xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb. Məlumata görə, sosial şəbəkənin mobil və kompüter versiyaları işləmir. |
2024-02-18 | 833,540 | Ruslar hücuma keçdi, darmadağın olundular - Video | Rusiya ordusu Zaporojye istiqamətində hücuma keçib, lakin Ukrayna hərbçiləri onları əvvəlki mövqelərinə çəkilməyə məcbur edib. Axar.az xəbər verir ki, bu barədə “Qərb” operativ komandanlığı məlumat yayıb. “Hücum zamanı ruslar 30 zirehli texnika və çoxlu sayda canlı qüvvədən istifadə edib. Ukrayna hərbçiləri düşmənin 18 hərbi texnikasını məhv edib. 70-ə yaxın rus hərbçisi məhv edilib, 80 nəfər isə yaralanıb”, - məlumatda qeyd olunub. |
2024-02-18 | 833,541 | İlham Əliyev Armin Laşetlə görüşdü | Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Bundestaqın Xristian-Demokrat / Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü Armin Laşetin görüşü olub. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. |
2024-02-18 | 833,543 | Avropadan ən çox pul alan bu ölkədir - Putin | Polşa ümumavropa fondlarından ən çox pul alan ölkədir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində deyib. “Əsas maliyyə donoru da Almaniyadır. O da silah da daxil olmaqla, əl açan hər kəsə kömək edir”, - Putin bildirib. |
2024-02-18 | 833,544 | İlham Əliyev Kristof Xoysqenlə görüşdü | 16:44 Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Xoysqenin görüşü olub. Axar.az xəbər verir ki, Kristof Xoysqen Münhen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29 ilə əlaqədar təbriklərə görə minnətdarlığını ifadə etdi. Kristof Xoysqen qeyd etdi ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münhen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğuladı. Bu təklif dövlət başçısı tərəfindən məmnunluqla qəbul edildi. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münhen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırıldı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir. Görüşdə həmçinin regional məsələlər müzakirə olundu. Dövlət başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini dedi. Bu istiqamətdə Almaniya Kansleri Olaf Şotsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırdı. |
2024-02-18 | 833,545 | Fransa ən müasir kamikadze dronlarını Ukraynaya verir | Fransanın hazırlanma mərhələsində olan ən müasir kamikadze dronları Ukraynaya təhvil veriləcək. Axar.az xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib. “Çox güman ki, 2024-cü ildə yeni hərbi imkanlar baxımından böyük uğurlar görəcəyik. Belə nümunələrdən biri yeni nəsil kamikadze dronların hazırlanmasına aiddir. Bu layihə hazırda sınaq mərhələsindədir. Ukrayna yaxın həftələrdə bu dronları alan ilklərdən biri olacaq”, - nazir bildirib. |
2024-02-18 | 833,547 | Prezident Aksel Trotsenburqla görüşdü | 17:02 Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub. Axar.az xəbər verir ki, Aksel Trotsenburq Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı, bunun ölkəmizin yaşıl keçidə və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyin təzahürü olduğunu bildirdi. O, Dünya Bankının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduğunu qeyd etdi. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu. Azərbaycanın xarici borcunun hazırda 7 faiz civarında olmasının çox müsbət göstərici olduğu və bütövlükdə iqtisadi göstəricilərin çox müsbət xarakter daşıdığı vurğulandı. COP29-un iqlim maliyyələşdirilməsi mövzusuna həsr ediləcəyi nəzərə alınaraq, bu mühüm tədbir çərçivəsində də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı. Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri haqqında məlumat verdi. Bunların, ilk növbədə, milli və regional səviyyədə layihələr olduğunu dedi, bu xüsusda, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsi və Xəzər dənizində Azərbaycanın bərpaolunan enerji potensialının 157 qiqavatdan artıq olduğu, ölkəmizin yaxın müddətdə yaşıl enerji ixracatçısı olacağı qeyd edildi və bütün bunlar müsbət addım kimi qiymətləndirildi. |
2024-02-18 | 833,548 | Misir İsrailə görə BƏM-ə nota göndərəcək | Misir İsrailin Fələstin ərazilərindəki hərəkətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə nota göndərməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İhbariyə” telekanalı məlumat yayıb. Məlumata görə, Misir hökuməti notanı fevralın 21-də təqdim edəcək. |
2024-02-18 | 833,550 | İlham Əliyev ATƏT-in baş katibi ilə görüşdü | 17:27 Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub. Axar.az xəbər verir ki, ATƏT-in Baş katibi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Söhbət zamanı Azərbaycanla ATƏT arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq, bu xüsusda birgə tədbirlərin keçirilməsi məsələlərinə toxunuldu. Həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd etdi, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırdı. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirdi. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırıldı. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırdı. |
2024-02-18 | 833,552 | Ruslar dayanmır: Avdeyevkadan sonra bura tutulacaq... | Rusiya ordusu Avdeyevkada dayanmaq niyyətində deyil. Ruslar şəhərin işğalından sonra daha irəliyə hücuma cəhd edirlər. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. “Hazırda rus ordusu Lastoçkino yaşayış məntəqəsini tutmağa hazırlaşır. Artıq ruslar buraya sutka ərzində 14 dəfə hücum ediblər”, - məlumatda qeyd olunub. |
2024-02-18 | 833,562 | Leyen yenə prezident seçilmək istəyir | Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen quruma ikinci müddətə rəhbərlik etmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, onun namizədliyi martın 7-də mühafizəkar Avropa Xalq Partiyasının Buxarestdə keçiriləcək qurultayında rəsmən təsdiqlənə bilər. |
2024-02-18 | 833,565 | Bəşər Əsədin qardaşı öldürüldü - Şok | Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrail kəşfiyyatı tərəfindən həyata keçirilən sui-qəsd nəticəsində öldürülüb. Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” mənbələrə istinadla məlumat yayıb. İsrailli jurnalist Edi Kohen də X sosial şəbəkə hesabında Mahir Əsədlə bağlı tvit paylaşıb: “Hörmətli atanıza və Qasım Süleymaniyə salam deyin”. Qeyd edək ki, Mahir Əsəd Suriya kəşfiyyatına rəhbərlik edirdi. |
2024-02-18 | 833,566 | Daha bir cüdoçumuz qızıl medal qazandı | Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb. Axar.az xəbər verir ki, yarışın son günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev macarıstanlı Krisztian Tothu məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıb. 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib. Bu gün, həmçinin millinin digər üzvü - Camal Qamzatxanov (100 kiloqram) qızıl mükafat qazanmağa çalışacaq. Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar. |
2024-02-18 | 833,567 | İrəvanda Fərid Fəttahovun meyiti tapıldı | İrəvanda əcnəbi vətəndaş mənzildə özünü asıb. Axar.az erməni mediasına istinadən xəbər verir ki, Rusiya və Türkiyə vətəndaşlığı olan 32 yaşlı Fərid Fəttahov adlı şəxs yaşadığı mənzilin tavanından özünü asıb. Əraziyə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları Fəttahovun öldüyünü müəyyən edib. Bildirilib ki, onun mənzildə meyitini ilk olaraq Rusiya vətəndaşı olan həyat yoldaşı aşkar edib. |
2024-02-18 | 833,570 | Türkiyənin yeni radar sistemi: 24 saat qoruyacaq! | Türkiyədə yaradılan yerli istehsal radar ölkənin bütün hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək. Axar.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu deyib. Onun sözlərinə görə, türkiyəli mühəndislər tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı ölkənin cənub-şərqində Qaziantep hava limanında quraşdırılıb: “Fərqli ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində 1 milyon kvadrat kilometrlik ərazidə bütün Türkiyə hava sahəsi gecə-gündüz izlənəcək. Avropa Hava Hərəkəti Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) tövsiyələrinə uyğun olaraq hazırlanmış MGR radarı bütün Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına cavab verir”. |
2024-02-18 | 833,573 | İsrail Fələstinin müstəqilliyini tanıyacaqmı? | Fələstin dövlətinin yaradılmasına İsrailin razılıq verməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun Ofisi məlumat yayıb. Qeyd edək ki, “İsrail Hayom” qəzeti İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşması qarşılığında rəsmi Təl-Əvivin Fələstin dövlətinin yaradılmasını tanıyacağı barədə məlumat yaymışdı. |
2024-02-18 | 833,575 | Rusiyadan Fransaya kiberhücumlar edilir - Lekornu | Rusiya Federasiyasından Fransanın hərbi müəssisələrinə kiberhücumlar edilib. Axar.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib. O bildirib ki, bir neçə ay əvvəl hakerlər ölkənin iri müdafiə müəssisəsinə hücum ediblər. |
2024-02-18 | 833,577 | Brazliya lideri İsraili qınadı: Yalnız Hitler belə etmişdi! | Braziliya Prezidenti Luis İnasio Lula da Silva İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib. Axar.az xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb. "Qəzza zolağında Fələstin xalqının başına gələnlər dünyada indiyədək heç bir yerdə baş verməyib. Orada olanları ancaq Hitlerin yəhudiləri məhv etmək qərarı ilə müqayisə etmək olar", - o bildirib. |
2024-02-18 | 833,583 | Rusiya Navalnının ölümü ilə bu mesajı verdi - Zurabişvili | Düşünürəm ki, həbsdə olan müxalifət lideri Aleksey Navalnının ölümünün elan edilməsi vaxtı təsadüf deyildi, Rusiyanın mesajı idi. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. “Hesab edirəm ki, Navalnının ölümünün Münhen konfransının başlamasına bir neçə saat və ya dəqiqə qalmış elan edilməsi təsadüfi deyil”, - Zurabişvili qeyd edib. Gürcüstan prezidenti hesab edir ki, bu, Münhen konfransının iştirakçıları üçün bir mesaj idi: “Rusiya bununla istənilən yerdə istənilən şey edə biləcəyinə dair ümumi psixoloji təəssürat yaratmağa çalışdı”. |
2024-02-18 | 833,584 | Karlson nümunəsi: Kiselyov da Baydenə müraciət etdi | Rusiyalı aparıcı, “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ Prezidenti Co Baydenlə müsahibə üçün Ağ Evə sorğu göndərdiyini açıqlayıb. Axar.az xəbər verir ki, o, Rusiya və ABŞ-da bir-birini dinləmək imkanının yetərli olmadığını bildirib. “Hesab edirik ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ jurnalistinə müsahibəyə razılıq verməklə layiqli nümunə göstərib”, - Kiselyovun məktubunda xüsusi qeyd olunur. O bildirib ki, müsahibəni şəxsən, “Rossiya 1” telekanalının “Həftənin xəbərləri” informativ-analitik proqramı çərçivəsində aparmağı planlaşdırır. Qeyd edək ki, məşhur amerikalı jurnalist Taker Karlsonun Rusiya lideri Putindən götürdüyü müsahibə 8 fevralda yayımlanıb. |
2024-02-18 | 833,585 | Əliyev Paşinyanla keçirdiyi görüşü qiymətləndirdi | Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə (Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli - red.) təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd edib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid ilə Münhendə görüşündə deyib. Prezident İlham Əliyev artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırdı. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirib. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi qeyd edib. |
2024-02-18 | 833,586 | Ukraynada vəziyyət 3 aya həll olunacaq – Borrelldən çağırış | Ukraynadakı vəziyyət üç ay ərzində həll olunacaq. Axar.az xəbər verir ki, bu sözləri AB diplomatiyasının rəhbəri Jozep Borrel Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. Borrell hesab edir ki, Ukraynadakı vəziyyət üç ay ərzində döyüş meydanında həll olunacaq, ona görə də konfrans iştirakçılarını daha tez qərar qəbul etməyə və Kiyevə daha fəal kömək etməyə çağırıb: “Artıq “Avropa seçkilərini gözləyək” və ya “daha ətraflı öyrənmək istəyirik” deyə bilmərik. Biz daha sürətli, daha qətiyyətli olmalıyıq, müharibə şəraitində yaşayırıq”. |
2024-02-18 | 833,587 | Bolqarıstan baş naziri istefa verəcək | Bolqarıstanın Baş naziri Nikolay Denkov istefa vermək niyyətini təsdiqləyib. Axar.az xəbər verir ki, Denkov bu barədə Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə açıqlayıb. "Martın 6-da istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək", - o bildirib. Denkov qeyd edib ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır. |
2024-02-19 | 833,589 | Ukraynada fəlakət: Ciddi kadr çatışmazlığı var! | Ukraynada əvvəllər olmadığı qədər kadr çatışmazlığı var. Axar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının İqtisadi inkişaf komitəsinin sədri Dmitri Nataluxa deyib. "Kadra gəlincə, bu, fəlakətdir, bizdə istehsalatda müəyyən ixtisaslar üzrə güclü kadr çatışmazlığı var, indiyədək belə hal olmayıb. Bu təbiidir: çox adam ölkədən getdi, bəziləri də cəbhəyə yollandı, bəziləri reabilitasiya üçün xəstəxanalardadır və yenidən hazırlıq proqramının həyata keçirilməsinə vaxt yoxdur", - o bildirib. |
2024-02-18 | 833,590 | Ordumuza əsir düşən erməni qızın taleyi... - Video | Səs yazısı 1:35-dən sonra başlayır. Bizimlə 1 ay 10 gün yaşadı, amma bu qədər həyəcan keçirmədi. Bu erməni qızın ata-anası yoxdur, Ermənistandan Şuşanın kəndinə – nənəsinin yanına gəlmişdi, sonra yollar bağlandığından geri qayıda bilmirdi. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov Ordumuza əsir düşmüş erməni qızın taleyi barədə suallara aydınlıq gətirərkən deyib. O bildirib ki, həmin qız Şuşada 3 nömrəli internat məktəbinin yerindəki hərbi hissənin zabit kazarmasında yaşayıb. “Lap yuxarıda öz çarpayısı vardı, həkim və tibb bacıları ilə birlikdə idi. Tez uyğunlaşdı bizə. Bekar qalmaq istəmirdi, zabit kazarmasını silib-süpürür, yataqları səliqəyə salırdı. Gülərüz qız idi. Əynindəki xəz palto (gödəkcəni) və çəkmələrini bizim zabitlərdən biri, səhv etmirəmsə, baş-leytenant Ceyhun öz pulu ilə almışdı. Təbii ki, biz qız-qadın davası yox, torpaq davası edirdik. Ermənilər Daşaltıdakı şəhidlərimizin meyitlərini vermək istəmirdilər, ona görə də bu qızı təhvil verib 19 şəhidimizin cənazəsini aldıq”, – Azay Kərimov qeyd edib. |
2024-02-18 | 833,592 | Münhendə Ermənistan bölüşdürüldü - Ayvazyandan şok | Münhen Təhlükəsizlik Konfransı NATO-nun təhlükəsizlik məsələlərini müzakirə edən platformadır. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Luys” informasiya-analitik mərkəzinin rəhbəri Ayk Ayvazyan deyib. O iddia edib ki, sözügedən konfransda Qərbin Rusiyaya qarşı müharibə aparması müzakirə edilib: “Rusiya dünyanın Qərb “demokratiyasının” boyunduruğundan azad edilməsi prosesinin lideridir. Ona görə də Ermənistanın və onun dövlətçiliyinin qurban edildiyi Münhen Təhlükəsizlik Konfransında Rusiyaya qarşı müharibə aparmaq məsələsi müzakirə olunur”. Ayvazyan bildirib ki, Ermənistanın qonşuları ölkənin parçalanmasından öz paylarını almağa çalışacaqlar. “Əgər Ermənistan könüllü olaraq özünü Qərbin maraqlarına qurban verirsə, niyə də olmasın?! Yalnız Rusiya Ermənistan dövlətçiliyinin qorunub saxlanmasında maraqlıdır və təkcə Moskvanın köməyi ilə biz onu saxlaya bilərik”, – A.Ayvazyan qeyd edib. |
2024-02-18 | 833,594 | Çindən Ukraynaya: Rusiyaya öldürücü silah satmırıq! | Pekin Rusiyaya öldürücü silah satmır. Axar.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə deyib. "Çin heç bir halda vəziyyətdən istifadə etmir və münaqişə zonalarına, eləcə də münaqişə tərəflərinə öldürücü silahlar satmır. Çin qaynar nöqtələrdəki problemlərin siyasi həllinə sadiqdir və sülh danışıqlarını irəlilətməkdə israrlıdır. Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Pekin ümid edir ki, Çin-Ukrayna münasibətləri normal inkişaf edəcək və iki xalqa fayda verməyə davam edəcək",- çinli nazir bildirib. |
2024-02-18 | 833,596 | "Neftçi" - "Zirə"ni məğlub etdi | Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. Axar.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub. Bu nəticədən sonra xallarının sayınə 35-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Qartallar" 32 xalla dördüncüdür. Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edib. Ötən gün "Sabah" "Kəpəz"i üstələyib - 3:2. "Səbail" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2. Turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb. |
2024-02-18 | 833,599 | Naxçıvanda bəzi əraziləri su basdı - Video | 20:55 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub. FHN-dən Axar.az-a verilən məlumata görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. |
2024-02-19 | 833,600 | Əliyevin Münhendə tələbi: Ləğv edin! | Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT rəhbərləri ilə görüşü və onlardan tələbi diqqət çəkib. Axar.az xəbər verir ki, fevralın 16-da Münhendə İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşündə artıq Qarabağ münaqişəsinin başa çatdırığını bir daha vurğulayıb. “Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib” deyən İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğvini tələb edib. Prezident ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib. Prezident İlham Əliyev 18 fevralda qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidlə görüşdə də eyni tələbi səsləndirib. Bu, həmçinin Prezident Əliyevin qəti mövqeyidir – münaqişə bitib, bu qurumların fəaliyyət dövrü artıq keçmişdə qalıb və onların fəaliyyətinin mümkünlüyündən söhbət gedə bilməz. Daha bir vacib məqam da Prezident İlham Əliyevin Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığına xüsusi vurğu etməsidir. Prezident Əliyev bunu ATƏT sədri ilə görüşdə də səsləndirdi. Bu kontekstdə Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşündə “vasitəçi” deyil, “təşəbbüsçü” olmasının qabardılmasının da məqsədi budur. Şolts vasitəçi deyil, ev sahibi kimi görüşün baş tutmasına təşəbbüs göstərib, görüş isə ikitərəfli formatda olub – çünki Azərbaycan-Ermənistan münasibətləri artıq ikitərəfli xarakter daşıyır. |
2024-02-18 | 833,601 | Novruz çərşənbələrinin tarixi açıqlandı | Bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək. Axar.az xəbər verir ki, Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək. Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq. |
2024-02-18 | 833,602 | 39 yaşlı bank işçisi futbol oynayarkən qəfil öldü | Azərbaycanda bank işçisi futbol oynayarkən qəfildən ölüb. Axar.az Busaat.az-a istinadən xəbər verir ki, hadisə ötən axşam Gəncədə yerləşən özəl futbol meydançalarından birində baş verib. “Access Bank”ın Gəncə filialının işçisi, 39 yaşlı Elçin Əhmədov futbol oynadığı zaman qəfil halı pisləşib və meydançada dünyasını dəyişib. Məlumat üçün bildirək ki, mərhum sözügedən bankda 15 ilə yaxındır işləyirmiş. Onun səhhətində təzyiq problemi olduğu bildirilir. |
2024-02-18 | 833,605 | Araş ailəsi ilə Azərbaycana gəldi - Foto | Dünyaca məşhur müğənni Araş istirahət üçün Azərbaycana gəlib. Kult.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni Şahdağda dincəlir. Araş əkizləri Darian və Doni ilə olan fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb. Sənətçi fotolara "Azərbaycanda xizək sürmək" qısa şərhini yazıb. Qeyd edək ki, Araş Aysel Teymurzadə ilə birlikdə 2009-cu ildə Azərbaycanı "Avroviziya"da təmsil edib. |
2024-02-18 | 833,607 | İran-Türkiyə sərhədində 10 km-lik TIR növbəsi yarandı | İran tərəfində yaranan texniki problemlər səbəbindən Türkiyənin Hakkari vilayətinin Yüksekova ilçəsindəki Esendərə sərhəd-keçid məntəqəsində təxminən 10 kilometrə çatan TIR növbəsi yaranıb. Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, sürücülər günlərdir İrana keçməyi gözləyirlər. Problemin konkret olaraq nədən qaynaqlandığı bəlli deyil. |
2024-02-19 | 833,609 | Bu, rus fəthlərinin ilk kulminasiyasıdır - Röpke | Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı arasında münaqişə Avdeyevkanın təslim olmasına səbəb olub. Axar.az xəbər verir ki, bunu "Bild" nəşrinin hərbi eksperti Julian Röpke deyib Ekspert qeyd edib ki, prezidentlə generalın Avdeyevka probleminə fərqli yanaşmaları olub və onların mübahisəsi məhz Rusiyanın bu şəhərə hücumu səbəbindən qızışıb: "Zalujnı 2023-cü ilin mayında Baxmutda olduğu kimi, böyük itkilərlə qoşunların mühasirəyə alınmasının qarşısını almaq istəyirdi. Zelenski isə son dəqiqəyə qədər Avdeyevkanı müdafiə etməkdə israr edirdi. Zalujnının tələb etdiyi kimi noyabrın ortalarında geri çəkilmək əvəzinə, dekabrın sonunda prezident özü şəhərə getdi". O qeyd edib ki, Avdeyevka bir sıra rus fəthlərinin və Ukrayna məğlubiyyətlərinin ilkin kulminasiya nöqtəsi ola bilər. |
2024-02-18 | 833,611 | Türkiyə süni intellektlə lazer silahları hazırladı - Foto | Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb. Onun növlərindən biri ROKETSAN şirkəti tərəfindən hazırlanan ALKA (yönləndirilmiş enerji silah sistemi) lazer silahıdır. Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, ALKA süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir. Belə ki, asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir. ALKA sistemi ilk dəfə İstanbulda keçirilən IDEF-2019 müdafiə sərgisində təqdim edilib. Bildirilib ki, bu silah növü zirehli maşınlara və stasionar obyektlərə quraşdırıla bilər, o, əsasən pilotsuz təyyarələrin məhv edilməsi, həmçinin minaların və əldəqayırma partlayıcı qurğuların uzaqdan partladılması üçün nəzərdə tutulub. Silah üçün maksimal məsafə 4 km, dronun effektiv məhvetmə məsafəsi 1 km-ə qədərdir. ALKA fərqli hədəflərə zərbə endirə bilər. Beləliklə, obyektlərin PUA hücumlarına qarşı müdafiəsi vahid quruluşa malik olacaq. |
2024-02-18 | 833,613 | Ukrayna ordusu bu cür qaçır - Video | Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Avdeyevkadan Rusiya hərbçilərinin atəşi altında çıxışını əks etdirən video yayılıb. Axar.az xəbər verir ki, görüntüləri Rusiya Müdafiə Nazirliyi paylaşıb. "Rusiya ordusunun daimi atəşi altında olan yollarla kütləvi şəkildə qaçan hərbçilərin hərəkəti görünür. Yol kənarlarına Ukrayna Silahlı Qüvvələrinin vurulmuş texnikası səpələnib”, - videonun şərhində Rusiya MN qeyd edib. |
2024-02-18 | 833,619 | Sabah üçün maqnit qasırğası elan edildi | Fevralın 19-da Azərbaycanda maqnit qasırğası müşahidə olunacaq. Axar.az xəbər verir ki, bu gün və sabah havada kiçik pozuntular olacaq. Sabah günortadan etibarən isə havada maqnit qasırğası müşahidə olunacaq. Qasırğa saat 12:00-dan etibarən aktivləşəcək. Maqnit qasırğası saat 15:00-dək davam edəcək. |
2024-02-18 | 833,620 | İsraildən Qəzzaya növbəti zərbə: ölənlər var | İsrail aviasiyası Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin qərb ərazilərinə zərbələr endirir. Axar.az xəbər verir ki, bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb. Qeyd olunur ki, tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Məlumata görə, İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Lahiya şəhərində yaşayış binasını da atəşə tutub. Aralarında uşaqların da olduğu ən azı 5 nəfər həlak olub. |
2024-02-18 | 833,623 | Rusiya bundan istifadə edir: hücuma keçəcək - Dikiy | Ukraynada müharibə davam edir və Rusiya komandanlığı Donetsk vilayətindəki Avdeyevka şəhərini ələ keçirdikdən sonra orduya dincəlməyə imkan verməyəcək. Onlar Ukrayna Müdafiə Qüvvələrinin “mərmi aclığından” istifadə edəcək və hərbçiləri cəbhənin digər istiqamətlərinə köçürəcək. Axar.az xəbər verir ki, bunu Ukraynanın "Aydar" batalyonunun keçmiş taqım komandiri Yevgeni Dikiy deyib. O bildirib ki, ruslar bunu edəcəklər, yəni qüvvələrini 100% köçürəcəklər: "Sizə deyirəm, dincəlməyə imkan verməyəcəklər. İndi hərbçiləri yenidən bölüşdürəcəklər. Ruslar Kramatorsk-Slavyansk aqlomerasiyası (Donetsk vilayəti) istiqamətində hücum əməliyyatı keçirməyə çalışacaqlar. Mərmi qıtlığımız olduğu müddətdən maksimum yararlanmağa çalışırlar". |
2024-02-18 | 833,624 | Rusiya ilə sərhəd rayonlarda polis postları quruldu - Video | Azərbaycanla Rusiyanın sərhədində “Sərhəd-Sipər” şərti adlı birgə kompleks əməliyyat-axtarış tədbirləri davam edir. Axar.az-ın RTV-yə istinadən məlumatına görə, əməliyyat həm də profilaktik xarakter daşıyır. Əsas məqsəd sərhədyanı əməkdaşlıq sahəsindəki qərarların icrası, transmilli mütəşəkkil dəstələr və terrorçu qrupların üzvlərinin zərərsizləşdirilməsi, eləcə də silah-sursat, partlayıcı, narkotik vasitələrin keçirilməsi və digər hüquqazidd əməllərin qarşısının alınması, qeyri-leqal maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilməsidir. Qeyd edək ki, bu kimi tədbirlər insan hüquq və azadlıqları və milli maraqların qorunması, habelə qanunçuluğa ciddi riayət olunması məqsədilə mütəmadi olaraq icra olunur. |
2024-02-18 | 833,625 | Rusiyanın bu qərarından qorxmuram - Baş nazir | Estoniyanın Baş naziri Kaya Kallas Rusiya Daxili İşlər Nazirliyinin onun barəsində axtarış elan edilməsi ilə bağlı qərarından qorxmadığını bildirib. Axar.az xəbər verir ki, bu barədə o, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Röyters” agentliyinə müsahibəsində deyib. “Bu hərəkət məni qorxutmaq, verəcəyim qərarlardan çəkindirmək məqsədi daşıyır. Ancaq bu, Rusiyanın ssenarisidir. Bunda təəccüblü heç nə yoxdur və biz qorxmuruq”, - Kallas deyib. Qeyd edək ki, fevralın 13-də Rusiya Daxili İşlər Nazirliyi Kaya Kallas və Estoniyanın dövlət katibi Taymar Peterkopu axtarışa verib. |
2024-02-18 | 833,627 | Avdeyevkada 7 min rusiyalı hərbçi öldürüldü | Ukraynanın 47-ci mexanikləşdirilmiş əlahiddə briqadası Avdeyevkada 7 min rusiyalı hərbçini və yüzdən çox texnikanı məhv edib. Axar.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb. Bildirilib ki, briqada Avdeyevka istiqamətində müəyyən əraziləri əldə saxlamaqdadır. Qeyd edək ki, Britaniya Müdafiə Nazirliyi Avdeyevkanı ələ keçirmək üçün Rusiyanın ən azı 400 tank, PDM və digər ağır texnika, həmçinin, şəxsi heyətin minlərlə üzvünü itirdiyini bildirmişdi. |
2024-02-19 | 833,628 | ABŞ Rusiyaya kosmosda cavab verməyə hazırlaşır | ABŞ Rusiyanın kosmosa nüvə bombası yerləşdirmək planlarına cavab hazırlamağa başlayıb. Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Mayk Törner deyib. Törner bildirib ki, Rusiyanın kosmik nüvə proqramı var və bu, ABŞ-ın milli təhlükəsizliyinə çox ciddi təhlükə yaradır: "Milli təhlükəsizlik müşaviri Sallivan ilə görüşdük. O, bu problemi həll etməyə kömək edəcək bir plan hazırlamağa başladı". Qeyd edək ki, fevralın əvvəlində "ABC Nyus" mənbələrə istinadən Rusiya nüvə bombasının kosmosda yerləşdirilməsi barədə məlumat vermişdi. |
2024-02-18 | 833,630 | Nikol Əliyevlə görüşü barədə onlara danışdı | Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen və ətraf rayonların erməni icmasının nümayəndələri ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Baş nazir görüşdə ilk növbədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərin və müzakirələrin, eləcə də Azərbaycan Prezidenti ilə görüşün yekunlarına toxunub. Nikol Paşinyan Ermənistanın üzləşdiyi problemlər, onların aradan qaldırılması üçün atılan addımlar və digər mövzularla bağlı bir sıra suallara cavab verib. Baş nazir Paşinyanın Münhenə üç günlük işgüzar səfəri başa çatıb. |
2024-02-18 | 833,634 | Ermənistanın daha bir rayonu boşalır | Ermənistanın daha bir vilayətinin boşaldılma riski var. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Vedi (Ararat) rayonunda kənd təsərrüfatı üçün ciddi maneələr yaranıb: əkinçilik azalıb, heyvandarlıq aşağı düşüb. Əkinçilər və heyvandarlıqla məşğul olanlar artıq özlərini dolandıra bilmirlər. Yerli sakinlərin sözlərinə görə, artıq illərdir mövsüm vaxtı su verilmir, bu da bağ sahələrində və əkində məhsuldarlığa ciddi təsir edir, çünki istiləşmə ilə bağlı mövsüm çox quraq keçir. Bu, otlaq sahələrinə də təsir edir, üstəlik, satış bazarı da yoxdur. Sakinlərin sözlərinə görə, bu problemlər kəndlərdən əhalinin köçünü sürətləndirir. Qeyd edən ki, Qərbi Zəngəzur ərazisində də analoji vəziyyət yaşandığı haqda məlumat yayılmışdı. |
2024-02-19 | 833,636 | Ukrayna ordusu sarsılıb, Sırski gələn kimi... - Davis | Ukrayna hərbçiləri Avdeyevka şəhərinin təslim olmasından sonra Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskiyə etibar etmirlər. Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis deyib. Onun sözlərinə görə, Ukrayna tərəfi hazırda sarsılıb: "Onların daxili siyasi fikir ayrılıqları var, onlar məşhur baş komandan Zalujnını itiriblər. İndi isə etibar etmək istəmədikləri bir oğlan gəlib şəhəri (Avdeyevka - red.) saxlayacağını dedi, iki gün sonra isə şəhər təslim oldu". |
2024-02-18 | 833,637 | Bakı sakini Biləsuvarda dəm qazından boğuldu | Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 61 yaşlı Füzuli Əliyev dünən axşam saatlarında kirayə qaldığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. Onun meyiti bu gün aşkar olunub. Faktla bağlı araşdırma aparılır. |
2024-02-18 | 833,638 | Paşinyan: Bu məsələdə Rusiyanın müttəfiqi deyilik! | Ukrayna məsələsində İrəvan Moskvanın müttəfiqi deyil. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu da bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizi çox ağrıdır. Ukrayna xalqı dost xalqdır”, - Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə bildirib. |
2024-02-18 | 833,641 | "Qalatasaray" darmadağınla yenidən liderliyi ələ keçirdi | Futbol üzrə Türkiyə Superliqasında XXVII turun daha 4 oyunu keçirilib. Axar.az xəbər verir ki, çempionluğa iddialı "Qalatasaray" səfərdə "Ankaragücü"nün qonağı olub. Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kərəm Dəmirbay, Davinson Sançes və Mauro İkardi vurublar. Bu qələbə ilə xallarını 69-a çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. İkinci pillədə 67 xalla "Fənərbağça" qərarlaşıb. Günün digər oyunlarında "Alanyaspor" "Adana Dəmirspor"la 3:3, "Qaziantep" "Samsunspor"la 1:1 hesablı heç-heçə edib, "Trabzonspor" isə "Pendikspor"a 2 cavabsız qolla qalib gəlib. |
2024-02-18 | 833,642 | İlham Əliyev Türkiyəyə səfər etdi - Foto | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gəlib. Axar.az xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşıladılar. |
2024-02-18 | 833,645 | Cəlilabadda ev tamamən yanaraq kül oldu - Video | Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğın yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikaları cəlb olunub. Buna baxmayaraq ümumi sahəsi 100 kvadratmetrə yaxın olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.