date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-18
833,646
Nüvə silahını Ukraynaya qaytarın - Qonçarenko
Ali Radanın deputatı Aleksey Qonçarenko 1990-cı illərin ortalarında Ukraynanın imtina etdiyi nüvə silahlarının qaytarılması təklifi ilə çıxış edib. Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat yayıb Siyasətçinin fikrincə, Kiyev real sanksiyalar təhlükəsinə baxmayaraq, bunu etməlidir: "Bu halda NATO Ukraynanı alyansa qəbul etmək istəməz. Ukrayna Silahlı Qüvvələrinə minlərlə raket lazım deyil, onlara 20 raket lazımdır. Sanksiyalar olacağı təqdirdə Kiyev buna dözəcək, lakin başqa çıxış yolu yoxdur. Mən nüvə silahının Ukraynaya qaytarılmasının tərəfdarıyam. İnanıram ki, bu, yaşamaq üçün yeganə seçimimizdir".
2024-02-19
833,651
HƏMAS üzərində tam qələbə qazana bilərik - Netanyahu
İsrail radikal HƏMAS hərəkatı üzərində tam qələbəyə nail olmaq əzmindədir. Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərliyi qarşısında çıxışı zamanı deyib. “Biz HƏMAS üzərində tam qələbəyə nail olmaq əzmindəyik, bu da girovların azad edilməsi deməkdir. Bizim düsturumuz sadədir - güclü hərbi təzyiq və sərt danışıqlar mövqeyi", - deyə Netanyahu bildirib. Baş nazir qeyd edib ki, İsrail ordusu Qəzza zolağında HƏMAS batalyonlarının dörddə üçünü məhv edib. "Ümid edirəm ki, biz tezliklə girovların azad edilməsi ilə bağlı razılığa gələ biləcəyik", - deyə o vurğulayıb.
2024-02-19
833,653
Paşinyandan Rusiyaya: Bəyanatda elə bir bənd yoxdur
Qarabağda müharibənin dayandırılması (2020-ci il, 10 noyabr) ilə bağlı bəyanatda Ermənistan ərazisindən keçən nəqliyyat-kommunikasiya xətlərinə Rusiyanın nəzarətinin mümkünlüyü ilə bağlı bənd yoxdur. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Üçtərəfli bəyanatın 9-cu bəndində belə bir şey yoxdur ki, Rusiya Federasiyası bizim ərazimizdə nəyəsə nəzarət edə bilər. Azərbaycan və Rusiya faktiki olaraq öz öhdəliklərini tamamilə pozaraq bu sənədin digər bəndlərini cırıb atıblar”, - Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə bildirib. O, eyni zamanda, Rusiya Federasiyasının sülhməramlı kontingentinin artıq bölgədə qalmayan ermənilərin Qarabağdan çıxarılmasına cavabdeh olduğu fikrini də ifadə edib.
2024-02-19
833,657
Husilər hücumda ilk dəfə sualtı aparatdan istifadə etdi
ABŞ ordusu husilərin ilk dəfə sualtı pilotsuz aparatdan istifadə etdiyini aşkar edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb. Komandanlığın məlumatına görə, ABŞ ordusu husilərə məxsus bir pilotsuz sualtı, həmçinin bir pilotsuz suüstü gəmiyə beş zərbə endirib. “Bu, husilərin oktyabrın 23-də hücumlar başlayandan bəri sualtı pilotsuz aparatdan istifadəsi ilə bağlı müşahidə edilən ilk hadisədir”, - deyə məlumatda bildirilib.
2024-02-19
833,658
Rusiyanı terrorizmin sponsoru elan edək - Qrehem
ABŞ-ın republikaçı senatoru Lindsi Qrehem Rusiyanı terroru himayə edən ölkələr siyahısına əlavə etməyi təklif edib. Axar.az xəbər verir ki, bu barədə o, CBS-nin efirində deyib. O bildirib ki, bu qərar Vaşinqtona Moskvaya qarşı daha çox sanksiyalar tətbiq etməyə imkan verəcək: “Gəlin, Amerika qanununa uyğun olaraq, Rusiyanı terrorun sponsoru olan dövlət elan edək. Belə bir qanun layihəsi yaxın 30 gün ərzində təqdim oluna bilər”.
2024-02-19
833,659
Paşinyan: Xarici siyasətimizin hədəfi budur
Bizim xarici siyasət vəzifəmiz ərazi bütövlüyümüzü, müstəqilliyimizi və suverenliyimizi qorumaqdır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 18-də Münhen və qonşu regionların erməni icmasının nümayəndələri ilə görüşündə deyib. “AB və ümumiyyətlə, bütün Qərb tərəfdaşlarımızla münasibətlərdə mən təkcə maddi şeylərə deyil, həm də dəyərlərə əsaslanan əlaqələrə önəm verirəm. Demokratiyanın bizim üçün vacib olub-olmamasından çıxış etməliyik. Bu gün AB ilə münasibətlərimiz demokratiya sayəsində inkişaf edir. AB bizi demokratiya məsələsində dəstəkləyir və biz də demokratiyanın nə olduğunu öyrənirik”, - o bildirib.
2024-02-19
833,660
İsrail bu ölkənin səfirini cəzalandırdı
İsrail Baş naziri Benyamin Netanyahu və xarici işlər naziri İsrail Katz Braziliya prezidentinin İsrailin Qəzzadakı faəliyyətini nasist lider Adolf Hitlerin əməlləri ilə müqayisəsinə görə bu ölkənin səfərini çağıraraq onu kəskin qınayıblar. Axar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin məlumatında deyilir. Netanyahu bildirib ki, sözügedən müqayisə qırmızı xəttin keçilməsidir. O, Braziliya prezidentinin sözlərini “utanverici və qeyri-ciddi” adlandırıb Netanyahunun sözlərinə görə, o və xarici işlər naziri Katz “şiddətli töhmət” verilməsi üçün dərhal Braziliya səfirini çağırmaq qərarına gəliblər. Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.
2024-02-19
833,661
Paşinyan: İlham Əliyevlə Münhendə bunu razılaşdırdıq
Masada vacib bir məsələ vardı: tərəflər Praqada dördtərəfli görüş, eləcə də Brüssel danışıqları zamanı əldə edilmiş razılaşmaları təsdiqləyəcəklərmi? Ümumiləşdirsək, qeyd etmək olar ki, tərəflər bu razılaşmalara sadiq qalırlar. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə Prezident İlham Əliyevlə keçirdiyi görüşün nəticələri barədə erməni diasporuna məlumat verərkən deyib. “Xarici işlər nazirlərinin tezliklə görüşməsi, bundan sonra sərhədlərin demarkasiyası ilə bağlı görüşün də baş tutması razılaşdırılıb. Ümumiyyətlə, əldə olunmuş razılaşmalara əməl olunarsa, o zaman razılaşmaların həyata keçirilməsi sərhəddəki gərginliyin azaldılmasına kömək edər, bir daha deyirəm, razılaşmalara əməl olunarsa. Biz öz tərəfimizdən, əlbəttə ki, bu razılaşmalara əməl etməkdə qərarlıyıq”, - Paşinyan bildirib. Paşinyan qeyd edib ki, xarici işlər nazirlərinin görüşü sülh müqaviləsinin mətni üzrə gələcək müzakirələrə və razılığa həsr olunmalıdır: “Əlbəttə ki, sülh sazişinin bir sıra maddələri razılaşdırılıb, lakin bir sıra əsas maddələr hələ də razılaşdırılmayıb. Bu istiqamətdə işlər aparılmalıdır və biz bu işi həyata keçirməyə razılaşdıq”.
2024-02-19
833,662
Korotçenkodan Nikola: Bəs, imza atdığın nədir?
“Qarabağda müharibənin dayandırılması ilə bağlı bəyanatda Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyalarına Rusiyanın nəzarətinin mümkünlüyü barədə bənd yoxdur”. Paşinyan belə deyib. Bəs onda onun imza atdığı nədir? Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib. Korotçenko “Üçtərəfli bəyanatın 9-cu bəndində belə bir şey yoxdur” deyən Nikol Paşinyana xatırlatma üçün 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndini olduğu kimi təqdim edib: “9-cu bənd. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
2024-02-19
833,663
HƏMAS-ın Fələstinlə əlaqəsi yoxdur - Misir
HƏMAS qruplaşmasının rəsmi olaraq tanınan Fələstin hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Axar.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şükri Münhen Təhlükəsizlik Konfransında deyib. Onun sözlərinə görə, HƏMAS İsrailin mövqeyini tanımır və eskalasiya kursundan əl çəkmir. Şükri həmçinin HƏMAS-ın Qəzza zolağında hakimiyyətə necə gəldiyini, hərəkatın maliyyə mənbələri ilə bağlı narahatlığını da dilə gətirib.
2024-02-19
833,664
Netanyahudan Əqsa məscidi ilə bağlı qərar
İsrail Baş naziri Benyamin Netanyahu Daxili Təhlükəsizlik Təşkilatının (Şin-Bet) tövsiyələrinə əsasən, Ramazan ayında fələstinlilərin Əqsa Məscidinə girişini məhdudlaşdıracaq. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Belə ki, Ramazan ayında məsciddə məhdud sayda müsəlmanın ibadət etməsinə icazə veriləcəyi bildirilib. Məsələ ilə bağlı yaxın günlərdə yekun qərar veriləcək.
2024-02-19
833,665
Nikol Putini işğalçı sayır: Bəyanat Rusiyaya da aiddir
Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 1991-ci il Almatı Bəyannaməsi Ukraynadakı vəziyyətə də şamil edilməlidir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Biz Almatı Bəyannaməsinə hörmət edirik, lakin bu, təkcə bizi əhatə etmir. Onlar özləri təşəbbüskar olublar, belə ki, bu, Rusiya, Ukrayna və Belarusun Sovet İttifaqının artıq mövcud olmadığına qərar verdiyi Belovejski razılaşmasından başlayır, müstəqilliyi və bir-birinin sərhədlərini tanıyıblar. Biz ondan çıxış edirik ki, Almatı Bəyannaməsi bizim müstəqilliyimizin və ərazi bütövlüyümüzün tanınması üçün əsasdır və eyni şeyi Ukraynaya da tətbiq etmək lazımdır. Bu sənəd bizim hamımız üçün vacibdir və onun məhv edilməsi sistemin dağılmasına gətirib çıxara bilər”, - Paşinyan bildirib.
2024-02-19
833,669
Rusiya: Ukrayna ordusu əks-hücuma keçə bilər!
Qərb ölkələrindən ciddi dəstək olacağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin növbəti əks-hücum cəhdi istisna edilmir. Axar.az xəbər verir ki, bunu Rusiya Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy deyib. "Ukrayna Silahlı Qüvvələri aktiv əməliyyatlar aparmaq üçün döyüş qabiliyyətini hələ də saxlayır. Gələcəkdə Qərbin genişmiqyaslı hərbi yardımı olacağı təqdirdə növbəti əks-hücum cəhdini də istisna etmək olmaz", - o bildirib.
2024-02-19
833,671
Putin Navalnını onunla dəyişəcəkdi, azadlığa çıxırdı...
Aleksey Navalnını tezliklə azadlığa çıxacaqdı. Axar.az xəbər verir ki, bu barədə BİLD nəşri məlumat yayıb. Bildirilib ki, belə danışıqlar həqiqətən də olub və müzakirədə Moskva, Vaşinqton və Berlin iştirak edib. Belə ki, Vladimir Putin Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovu almaq istəyib. Onun müqabilində Navalnı azadlığa buraxılmalı idi. “Aleksey Navalnı azadlığa çıxmaq üzrə idi”, - deyə məqalədə bildirilib. Qeyd edək ki, 16 fevralda 47 yaşlı Aleksey Navalnı cəzaçəkmə müəssisəsində qəflətən ölüb.
2024-02-19
833,672
Bakıda oteldə yanğın: 25 nəfər təxliyə edildi
08:11 Fövqəladə Hallar Nazirliyi Bakıda oteldə baş verən yanğın barədə məlumat yayıb. FHN-dən Axar.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən Mont Inn Hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kv.m. olan altımərtəbəli otelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kv.m. sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən oteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.
2024-02-19
833,673
Neft həftəyə bu qiymətlə başladı
Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,88 dollara, yüngül neftin bir barreli isə 78,78 dollara təklif olunur.
2024-02-19
833,678
Fazil Mustafanı buna görə güllələdim - Şok ifadə
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə iclasda təqsirləndirilən Azər Səricanov dindirilib. O, Fazil Mustafanın sosial şəbəkələrdə işlətdiyi ifadələrdən xoşu gəlmədiyini və bundan qəzəbli olduğunu bildirib: "Fazil Mustafadan xoşum gəlməməsinin bir çox səbəbi var. O, Aşuranı təhqir edib. Aşura məclislərində insanlara “ulaşır”, “mələşir” deyirdi. Mən bunu necə qəbul edə bilərəm? Onun Feysbuk səhifəsini açın və hər şeyi özünüz görəcəksiniz. Mənlə birgə oturan təqsirləndirilən şəxslərin günahı yoxdu. Silah isə mənə məxsus idi". Təqsirləndirilən Rəşad Əhmədov ifadəsi zamanı bildirib ki, təqsirləndirilən şəxslərdən təkcə Azər Səricanovu tanıyır: "Azəri məsciddən tanıyıram. Onunla xırda biznesimiz olub, yağ satırdıq. Onun verdiyi silahı saxlamışam. Fazil Mustafaya qarşı hər hansı bir planının olması ilə bağlı məlumatım yox idi. Valehə gəldikdə isə o, mənim uşaqlıq dostum olub. Suriyada döyüşüb, ordan da səhv etmirəmsə, İrana keçərək yaşayır". R.Əhmədovun sözlərinə görə silahı ona hadisədən qabaq təqsirləndirilən şəxs Azər Səricanov verib: "Azər silahı saxlamağımı xahiş etdi. Mən də öz növbəmdə silahı Xəyyam adlı şəxsə verdim. Hərbiyə böyük marağım olub və arzum pilot olmaq idi. Ona görə də telefonumda bəzi yerlərin fotoların çəkib saxlayırdım. Azərin həbs olunmasını eşidib qorxdum və İrana - Qum şəhərinə getdim". Məhkəmə növbəti iclası martın 1-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov və Səbuhi Şirinov həbs ediliblər.
2024-02-19
833,681
Gəncədə itkin düşən ata və oğlu Bakıda tapıldı
Gəncə şəhərində fevralın 12-də itkin düşən 1971-ci il təvəllüdlü Nəriman Süleyman oğlu Əliyev və oğlu, 2008-ci il təvəllüdlü Rəvan Nəriman oğlu Əlizadə tapılıblar. Axar.az xəbər verir ki, onların yeri Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axrarış tədbirləri nəticəsində müəyyənləşib. N.Əliyev və R.Əlizadə Bakı şəhərində tapılıblar.
2024-02-19
833,684
Abşeronda 54 yaşlı kişi dəm qazından öldü
Abşeron rayonunun Saray qəsəbəsində 54 yaşlı kişi dəm qazından boğularaq ölüb. Axar.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Həsən Əskər oğlu Xəlilov gecə saatlarında evinin hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
2024-02-19
833,689
Türkiyədə zəlzələ oldu
Türkiyənin Muğla vilayatinin Mərmərə qəsəbəsində 4,3 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, məlumatı AFAD yayıb. Yerin 11,3 km dərinliyində meydana gələn zəlzələ zamanı tələfat və dağıntı qeydə alınmayıb.
2024-02-19
833,690
Paşinyanın Münhendə iddiasına XİN-dən cavab
Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan Baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur. Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın Münhendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib. "Baş nazirin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir. Ermənistan Baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir. Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə, bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir", - o bildirib.
2024-02-19
833,694
Japarov Rusiyaya səfər edəcək
Qırğızıstan Prezidenti Sadır Japarov fevralın 20-21-də Rusiyaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Japarovun Putinlə görüş planlaşdırılır.
2024-02-19
833,697
Lənkəranda 6 yaşlı qız qızılcadan öldü
Lənkəranda azyaşlı qız qızılcadan ölüb. Axar.az Report-a istinadən xəbər verir ki, rayonunun Veravul kənd sakini 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
2024-02-19
833,699
Rus ordusu bu zavodu da ukraynalılardan “təmizlədi”
Rus qoşunları Avdeyevkadakı koks-kimya zavodunu ukraynalı hərbçilərdən tamamilə “təmizləyib”. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Mərkəz” qüvvələr qrupu hücumu inkişaf etdirərək, Avdeyevski istiqamətində koks-kimya zavodunu tam nəzarətə götürüb. Zavodun inzibati binalarına Rusiya bayraqları asılıb”, - məlumatda deyilir. Qeyd olunur ki, Ukrayna ordusu nizamsız halda geri çəkilməyə davam edib.
2024-02-19
833,701
Ermənistan sərhəddə "hava təlimi" keçirir - Kazaryan
2024-cü ilin əvvəlindən Azərbaycan sərhəddə xüsusi təyinatlı hərbi hissələrin iştirakı ilə təlimlər keçirir. Buna paralel olaraq Ermənistan Daxili İşlər Nazirliyi də təlim hazırlıqlarına başlayıb. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi xadim Edqar Kazaryan yazıb. O bildirib ki, Azərbaycan Ordusu döyüş, Ermənistan qurumları isə “hava hücumu siqnalı” təlimi keçirir. “Tavuş vilayətində hava hücumu siqnalı verildikdə əhalinin xəbərdar edilməsi, sığınacağa yerləşdirilməsi və təxliyənin keçirilməsi təlimi təşkil ediləcək”, - o bildirib.
2024-02-19
833,702
Kobaxidze ilk xarici səfərini bu ölkəyə etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Belçikanın paytaxtı Brüsseldə səfərdədir. Axar.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb. Bildirilib ki, bu, İ.Kobaxidzenin baş nazir kimi ilk xarici səfəridir. Nümayəndə heyətində iqtisadiyyat, müdafiə və xarici işlər nazirləri də var.
2024-02-19
833,704
İsrail ilk dəfə dəqiq vaxt verdi: bu tarixdə Rəfaha giriləcək
HƏMAS tərəfindən saxlanılan girovlar yaxın müddətdə, xüsusuilə Ramazan ayından əvvəl (martın birinci ongünlüyündə) azad edilməsə, İsrail Rəfah şəhərinə hücum edəcək. Axar.az xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri və ölkənin fövqəladə hökumətinin üzvü Benni Qantz deyib. “Dünya və HƏMAS liderləri bilsinlər ki, Ramazana qədər girovlarımız evdə olmasalar, müharibə Rəfah da daxil olmaqla, hər yerdə davam edəcək”, - o bildirib. Qeyd edək ki, İsrailin Rəfahda quru əməliyyatına başlamaq qərarı bir müddətdir müzakirə edilirdi, lakin ilk dəfədir ki, İsrail bu hücum üçün konkret vaxt təyin edib.
2024-02-19
833,707
Türkiyəli nazirdən Zəngəzur mesajı: 2 alternativ var
Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var. Axar.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu “Hürriyyət”ə müsahibəsində bildirib. “Ermənistandan keçən bu marşrutun uzunluğu 43 kilometrdir. Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər. Rəsmi Bakının bununla bağlı Tehranla təmasları var. İki alternativ mövcuddur və bunların hər ikisi hazırda masadadır”, - nazir vurğulayıb. O bildirib ki, Azərbaycan tikinti işlərini davam etdirir: “Naxçıvan və bizim tərəf üçün tender keçirilib. 106 kilometrlik yolun bərpası, yaxud yenidən qurulması danışıqlar mövzusudur”.
2024-02-19
833,708
Türkiyə bu bayramların keçirilməsinə qadağa qoydu
Türkiyədə özəl məktəblərdə Hellouin və Sevgililər Gününün qeyd edilməsi qadağan edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb. “Özəl məktəblərdə türk millətinin milli, əxlaqi, humanitar, mənəvi və mədəni dəyərlərinə zidd olan, şagirdlərin psixo-sosial inkişafına töhfə verməyən tədbir və şənliklərin keçirilməsi qadağandır”, - məlumatda deyilir. Qeyd olunur ki, özəl təhsil müəssisələri haqqında əsasnaməyə müvafiq dəyişiklik edilib: “Bundan sonra Türkiyədə özəl məktəblərdə Hellouin, Sevgililər Günü, Milad və s. ilə əlaqədar bayram tədbirləri keçirilməyəcək”.
2024-02-19
833,710
Gözlər Türkiyədə: Əliyevlə Ərdoğanın yeni planı nədir?
İlham Əliyev 7 fevral seçkilərində 92 faizlə yenidən Prezident seçildikdən sonra ilk rəsmi səfərini ənənəyə uyğun olaraq Türkiyəyə etdi. İki ölkə arasındakı tarixi ənənə fonunda Əliyevin Ankara səfərinin heç bir fors-major tərəfi yoxdur. Lakin Əliyevlə Ərdoğanın geniş və vacib gündəliyinin olduğu da məlumdur. Səfərlə bağlı Türkiyə tərəfinin rəsmi məlumatında qeyd olunur ki, “iki ölkə arasında münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq, bununla yanaşı, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq”. Türkiyə və Azərbaycanın ikitərəfli münasibətlərdə müzakirə edəcəkləri məsələlər çoxsaylıdır. Cari dövrlə bağlı bu məsələlərdən bir neçəsi daha önəmlidir: - İqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması liderlərin gündəmində həmişə prioritet məsələlərdən biri olub; - Qarabağın yenidən qurulması, minaların təmizlənməsi istiqamətində görülən işlər və Türkiyə şirkətlərinin bu prosesdə fəaliyyətinin dəyərləndirilməsi əsas məsələlər arasındadır; - Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının dərinləşdirilməsi gündəmdədir, xüsusilə “Akıncı”nın ordumuzun hərbi arsenalına qatılmasından sonra bu PUA-ların Azərbaycanda istehsal edilməsi aktuallaşıb; - Və şübhəsiz ki, Azərbaycan və Türkiyənin xarici siyasətinin koordinasiya edilməsi, beynəlxalq münasibətlərdə birgə addımların atılması məsələsi masadakı gündəmdə olacaq; Regional müstəvidə tərəflərin əsas müzakirə mövzusu Cənubi Qafqazda baş verənlər ola bilər: - Ermənistanın son təxribatı, ümumiyyətlə, Fransanın timsalında Qərbin bu ölkəni silahlandırmasının perspektiv riskləri və buna qarşı atılacaq addımlar; - Sülh sazişi ətrafında son vəziyyət, Münhen görüşünün detalları; - Və ən mühüm gündəlik olan Zəngəzur dəhlizinin açılmasına nail olmağın yolları: Bakı və Ankaranın bununla bağlı planlarının olduğu istisna deyil, lakin Azərbaycanın “Kalininqrad təcrübəsi” təklifindən sonra layihə ətrafında yeni vəziyyət yaranıb; Əliyevlə Ərdoğanın bu məsələni də müzakirə edə biləcəyi gözləntisi var; Qlobal müstəvidə aparılacaq müzakirələrin də gündəliyi genişdir. Hərçənd, Bakı və Ankaranın cari dövr üçün Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, beynəlxalq təşkilat statusuna nail olmaq və türk coğrafiyasında dərin inteqrasiyanın sürətləndirilməsi əsas prioritetləri arasında olacaq.
2024-02-19
833,715
Soyuq hava nə vaxta kimi davam edəcək?
Hazırda Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə müşahidə olunan yağmursuz qeyri-sabit hava şəraiti sabah gün ərzində də davam edəcək. Bu sözləri Axar.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. “Sabah axşam saatlarında bəzi yerlərdə yağış yağması ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 5 dərəcəyədək isti olacaq. Bölgələrdə əsasən yağmursuz hava şəraiti gözlənilir. Amma bəzi dağlıq və dağətəyi rayonlarımızda qısamüddətli yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Havanın temperaturu aran rayonlarında 6-11 dərəcə isti, dağlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq”, - Məmmədova bildirib.
2024-02-19
833,719
726-cı gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 726-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 403 720 hərbçi, 6 498 ədəd tank, 12 232 ədəd zirehli döyüş maşını, 9 733 ədəd artilleriya sistemi, 986 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 674 hava hücumundan müdafiə sistemi, 336 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 767 ədəd avtomobil texnikası, 7 460 ədəd PUA, 1 898 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 545 xüsusi avadanlıq itirib.
2024-02-19
833,720
Ödənişli yolda qəza: BMV yararsız hala düşdü - Video
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb. Bildirilib ki, BMV markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşaraq yararsız hala düşüb. Qeyd edək ki, bundan əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan və Şabrandan keçən hissəsində də ölümlə nəticələnən avtomobil qəzaları baş vermişdi.
2024-02-19
833,722
Deputatlarımız ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
Milli Məclisin deputatları - ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər. Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, sessiya çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin və Daimi komitəsinin iclasları keçiriləcək. Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti qurumun qış sessiyasının və komitə iclaslarının gündəliklərinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək. Səfər fevralın 24-də başa çatacaq.
2024-02-19
833,725
Mövlud Süleymanlı süni tənəffüs aparatına qoşuldu
Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır. Kult.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib. R.Məmməd bildirib ki, o, süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir: "Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur".
2024-02-19
833,730
Yol polisindən sürücülərə müraciət
Son zamanlar bir çox yol qəzaları məhz sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə dair tələbləri pozmaları səbəbindən baş verir. Adətən maddi ziyanla nəticələnən kiçik toqquşmalar ilk baxışdan əhəmiyyətli görünmür. Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu növ qəzalar sürücü intizamına, hərəkət iştirakçıları arasında qarşılıqlı məsuliyyət hissinə mənfi təsir göstərən, eləcə də vaxt və iqtisadi itkilərə yol açan kifayət qədər ciddi yol-nəqliyyat hadisələridir. Yol hərəkəti qaydaları ara məsafəsi haqda sabit kəmiyyət müəyyən etmir. Bu sahədə qanunvericiliyin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Başqa sözlə sürücü hərəkət zamanı ara məsafəsini avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yol və hava şəraitindən asılı olaraq özü təyin etməlidir. Bununla yanaşı, sürücünün təcrübəsi, hadisəyə reaksiyası, daşıdığı yük, eləcə də qarşıdakı avtomobilin qəza riski də nəzərə alınması vacib olan amillərdəndir. Şəhər yollarında, xüsusilə də tıxaclarda ara məsafəsi mütləq gözlənilməlidir. Çünki, qarşıda baş verə biləcək kiçik bir toqquşma bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəzalara səbəb ola bilər. Avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə, ələlxüsus mobil telefondan istifadəyə aludə olan sürücüləri nəzərə alsaq, bu aqibətlə üzləşmə ehtimalının kifayət qədər yüksək olduğunu görərik. Baş Dövlət Yol Polisi İdarəsi kiçik qəzaların böyük faciələrə səbəb ola biləcəyini bir daha sürücülərin diqqətinə çatdırır və onları avtomobil idarə edərkən ara məsafəsinə dair tələblərə riayət etməyə çağırır.
2024-02-19
833,731
Cəbrail Fərzəliyevə hökm oxundu
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevə hökm oxunub. Axar.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Cəbrail Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, iş üzrə Paşabank ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat Gənclər Fonduna, 342 min manat isə "Paşabank"a qarşı mənimsəmədə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.
2024-02-19
833,733
İranla münasibətlərimiz gərginliyə səbəb olur - Paşinyan
İranla münasibətlər? Təbii ki, onlar dərindir və Ermənistan da o münasibətlərə köklənib. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə erməni diasporu ilə görüşündə deyib. O, İranla münasibətlərin heç də sadə olmadığını vurğulayıb: “Bizim İranla yaxşı münasibətlərimiz bəzi yerlərdə gərginliyə səbəb olur, digər yerlərlə yaxşı münasibətlərimiz isə İranda gərginlik yaradır”.
2024-02-19
833,738
Əliyev özünü Münhendə bu cür apardı - Baqdasaryan
Əliyevlə Paşinyanın görüşü göstərdi ki, Ermənistan Rusiyadan fərqli olaraq Qərb platformasında özünü çox rahat hiss etdiyini düşünür, amma Azərbaycan özünü həm Qərb, həm də Rusiya platformalarında eyni dərəcədə rahat hiss edir. Təsadüfi deyil ki, Münhendə də Bakı digər məkanlarda olduğu da eyni tələbləri irəli sürür. Yəni orada da bildirdi ki, son eskalasiyanın səbəbkarı erməni tərəfi olub, eyni zamanda, Ermənistandan qanunvericiliyin dəyişdirilməsini, Bakıya qarşı ərazi iddialarından əl çəkməsini tələb etdi. Qərb heç bir şəkildə buna qarşı durmadı, Azərbaycana kəskin və ya məqsədyönlü reaksiya olmadı. Axar.az xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti Əliyev ilə Ermənistanın Baş naziri Paşinyan arasında keçirilən görüşün yekunlarını şərh edərkən deyib. “Əliyev Qərb platformalarında özünü rahat hiss etdiyini nümayiş etdirdi, çünki o, Qərb siyasətinin praqmatik maraqlara, o cümlədən iqtisadi və enerji maraqlarına söykəndiyini çox gözəl anlayır. Bu platformada Azərbaycan özünü Qərbin, Qərb də Azərbaycanın mühüm tərəfdaş hesab edir. Ermənistan hakimiyyətinin görüşlərinə gəlincə, Şolts və Britaniya məxfi kəşfiyyatının rəhbəri ilə, yəni Rusiyanın özünə bir nömrəli düşməni hesab etdiyi bütün strukturlarla görüş göstərdi ki, Paşinyan əksinə, Qərbdə Rusiyanı təxribata çəkməkdən, hiddətləndirməkdən çəkinmir. Bu, başadüşülən deyil, çünki bunun müqabilində heç kim Qərbdən dəstək təklif etməyib və heç bir dəqiq vəd verməyib. Düşünürəm ki, Paşinyan sadəcə olaraq Qərbin bizi xilas edəcəyinə ümid edərək avantüraya əl atır. Ermənistanın gələcəyini və suverenliyini masaya qoyur. Buna “rus ruleti” də deyə bilərsiniz, baxmayaraq ki, rus ruletində sağ qalma ehtimalı 84,4%-dən yüksəkdirsə, Ermənistanın zərərsiz çıxmaq ehtimalı daha azdır. Bu çox çətin vəziyyətdə İrəvanın hazırki siyasətdən zərərsiz çıxmaq şansı azdır. Amma Nikol bu riskə getmək hüququ olmadan gedir. O öz əmlakını və ailəsinin əmlakını masanın üstünə qoya bilər, amma heç vaxt dövlətçiliyimizin və xalqımızın gələcəyini qoya bilməz. Bunu nəzərə almadan o, avantürist siyasətə əl atır ki, bunun da nəticələri çox ağır olacaq”, - o bildirib.
2024-02-19
833,739
Türkiyədə iş saatları azaldılacaq
Türkiyə hökuməti Əmək Məcəlləsinə iş həftəsini 48 saatdan 35-40 saata endirə biləcək qanunvericilik dəyişiklikləri hazırlayır. Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Məlumata görə, hakimiyyət sektorlara görə fərqlənən əmək qanunlarını birləşdirməyi və məşğulluq sektoru üçün hərtərəfli, vahid tənzimləmə hazırlamağı planlaşdırır: “Hökumət bütün peşə qrupları üçün qaydaları unifikasiya etmək, norma kimi həftədə 35-40 iş saatı tətbiq etmək niyyətindədir. Bu dəyişikliklərin texnoloji inkişafın mövcud vəziyyəti nəzərə alınmaqla hazırlanması planlaşdırılır ki, bu da proseslərin səmərəliliyini artırmaqla əməliyyat vaxtını azaltmağa imkan verir”.
2024-02-19
833,743
İlham Əliyev Anıtqəbri ziyarət etdi - Video
11:36 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbri ziyarət edib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi. Sonra xatirə şəkli çəkdirildi. Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.
2024-02-19
833,746
Ukrayna yenə Bryanska hücum etdi
Ukrayna ordusu Rusiyanın Bryansk vilayətinə bu gün səhər saatlarında yenidən PUA-larla hücum edib. Axar.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat yayıb. Məlumata görə, Ukraynaya məxsus iki PUA məhv edilib. Dağıntı və tələfat yoxdur.
2024-02-19
833,750
BƏƏ bankları rusların hesablarını bağlayır
BƏƏ-nin bankları, ikinci dərəcəli sanksiyalar riski səbəbindən Rusiyadan olan müştərilərlə işləmək üçün məhdudiyyətlər tətbiq etməyə başlayıb. Axar.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti rusiyalı iş adamlarına, vergi və hüquq məsləhətçilərinə, həmçinin “Delovaya Rossiya”nın nümayəndələrinə istinadən məlumat yayıb. “BƏƏ bankları Rusiyadan pul qəbulunu və rusiyalı müştərilərə ödəniş göndərməyi dayandırıb. Bundan əlavə, kredit təşkilatları sahibləri Rusiya vətəndaşı olan şirkətlərin hesablarını bağlayır”, - məlumatda deyilir. İş adamlarının sözlərinə görə, BƏƏ bankları ilə bağlı problemlər ABŞ Prezidenti Baydenin 2023-cü ilin dekabrında ikinci dərəcəli sanksiyalarla bağlı fərman verməsindən xeyli əvvəl başlayıb: “Rusların problemləri 2023-cü il ərzində başladı və sentyabr ayından etibarən daha da çətinləşdi. Hazırda Rusiya şirkətlərinin hesab açması demək olar ki, mümkün deyil”.
2024-02-19
833,754
Kovid insan beynini 20 il qocaldır
Alimlər müəyyən ediblər ki, kovid insan beynindən 20 ilə qədər həyat alır. Bəzi xəstələr üçün infeksiyanın nəticələri ciddi travmatik beyin zədələrinə bənzəyir. Axar.az xəbər verir ki, bu barədə alimlərin araşdırması “Nyus-Medikal” (“News-Medical”) jurnalında dərc olunub. “Hələ pandemiyanın ilk illərində həkimlər diqqəti “beyin dumanı”na cəlb edirdilər, əsasən də yorğunluq, yaddaş və konsentrasiya ilə bağlı problemlər toplusuna. 2022-ci ildə aparılan araşdırmaya görə, koviddən əziyyət çəkən xəstələrin 46%-i bu problemdən şikayətlənir. Liverpul Universitetinin İnfeksion Neyrobiologiya Laboratoriyasının alimlər qrupu bir il əvvəl koronavirusdan sağalmış xəstələr üzərində araşdırma aparıb. İştirakçılar koqnitiv testdən keçib, qan nümunəsi verib və beyin skanı ediliblər”, - məlumatda deyilir. Test nəticələrindən məlum olub ki, diqqətlə əlaqəli beyinin bəzi sahələrinin həcmi azalıb və bir sıra biomarkerlər hətta travmatik beyin zədəsini göstərə bilər.
2024-02-19
833,755
Prezident Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi
11:56 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Axar.az xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi. Qeyd edək ki, ərazisi təxminən 10 min kvadratmetr olan Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri görülüb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqlərinə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Heydər Əliyev Parkında 1200 nəfərlik amfiteatr fəaliyyət göstərir ki, burada müxtəlif bədii-kütləvi tədbirlər və konsertlər təşkil olunur. Parkın ərazisində tikilən “Buta” Azərbaycanı Təbliğ Evi milli mədəniyyətimizin qardaş ölkədə təbliğinə öz töhfəsini verir.
2024-02-19
833,757
Bir neçə vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycanda bir neçə bələdiyyə sədri barəsində cinayət işi başlanılıb. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub. Bildirilib ki, keçən il bələdiyyələrlə bağlı aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Onlardan 15-i üzrə artıq cinayət işi başlanıb. Belə ki, Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi sədrinin bələdiyyə mülkiyyətinə aid 49.7 ha torpaq sahəsindən maddi maraq müqabilində ayrı-ayrı şəxslərin qanunsuz istifadəsinə şərait yaratması nəticəsində bələdiyyə büdcəsinə 104,370 manat maddi ziyan vurması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (dələduzluq) və 312.1-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb. Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri tərəfindən yerli büdcə və saitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi nəticəsində bələdiyyə büdcəsinə 124.320 manat maddi ziyan vurulması faktı üzrə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Şabran rayonu Rəhimli bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin aynıması barədə təkbaşına qərar tərtib etməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb. Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına bələdiyyənin adından qərarlar tərtib etməklə yanaşı iclas protokollarında katib kimi qeyd olunan bələdiyyə üzvlərinin adlarının qarşısında imza etməsi faktı üzrə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanıb. Daşkəsən rayonu Əhmədli bələdiyyəsi sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan bələdiyyənin adından təkbaşına qərarlar tərtib edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verməsi faktı üzrə Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanıb. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçusu tərəfindən 45 000 manat müqabilində bələdiyyənin adından tərtib edilmiş saxta sənədlər əsasında 0.10 ha torpaq sahəsinin satılması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü, 308. 1-ci və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanıb.
2024-02-19
833,758
Azərbaycanın bu gücü İranı hədsiz narahat edir - Video
12:02 İranın müxtəlif dairələri ilə görüşlərim, müzakirələrim zamanı Zəngəzurla bağlı mövzu bəlkə də ən əsas mövzu oldu. Üstəlik, Zəngəzur mövzusunu həm coğrafi, həm də siyasi baxımdan Qarabağla eyni müstəvidə hesab edənlər də az deyil. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, müxalif siyasətçi Tiqran Abramyan deyib. “Tehranda Qarabağın Azərbaycanın nəzarətində olması İranın maraqlarına böyük ziyan kimi qəbul edilir. Ermənistan və İran Zəngəzurun təhlükəsizliyi, sabitliyi üçün hansı addımı atsalar da, Qarabağ azərbaycanlıların əlində olduğu müddətdə Zəngəzur və İran daim təhlükə altında olacaq. İranlılarla təmaslarımda xatırlatdım ki, 44 günlük müharibədən sonra Azərbaycanın irimiqyaslı silah-sursat alması, Orduda türkiyəyönlü islahatları, Qarabağın cənub bölgələrində hərbi infrastrukturun yaradılması onu göstərir ki, Bakı, Ankara və qeyri-sabitlik istəyən qeyri-regional qüvvələr diqqətlərini yalnız Zəngəzur üzərində cəmləşdirməyib, əsas zərbə İran istiqamətində də ola bilər. Ermənistan və xüsusilə Zəngəzur ətrafında yaranmış hərbi-siyasi vəziyyət İranı hədsiz dərəcədə narahat edir. Onlar bu riskləri neytrallaşdırmaq üçün İrəvanla müxtəlif formatlarda, ilk növbədə hərbi sahədə dərin əməkdaşlığa hazırdırlar. Bu hərbi əməkdaşlığın nədən ibarət olması və İrəvanın bunda nə dərəcədə maraqlı olması məsələnin tamam başqa səviyyəsidir, çünki problem çoxtərəflidir”, - o bildirib.
2024-02-19
833,763
Husilərin hücumuna məruz qalan Britaniya gəmisi batdı
12:21 Yəmənin cənub-qərb sahillərində yenidən gəmiyə hücum qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə İngiltərə Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzi məlumat yayıb. Məlumata görə, fevralın 19-na keçən gecə “Əl-Moxa” liman şəhərindən 35 dəniz mili cənubda insident baş verib: “Kapitan gəminin bilavasitə yaxınlığında partlayış baş verdiyini və bunun nəticəsində dağıntılar olduğunu bildirib. Eyni zamanda, kapitan bütün ekipaj üzvlərinin təhlükəsizlikdə olduğunu qeyd edib”. Qeyd edək ki, Bab əl-Məndəb boğazında hücuma məruz qalan yük gəmisi Livan tərəfindən istifadə edilsə də, Britaniyaya məxsus olub. *** Yəmən husilərinin Ədən körfəzində hücuma məruz qoyduqları Böyük Britaniyaya məxsus “Rubymar” gəmisi batıb. Bu barədə “Skay Nyus Arabia” (Sky News Arabia) məlumat yayıb.
2024-02-19
833,765
İsrail ordusunun itkiləri açıqlandı
Qəzza zolağında münaqişənin şiddətlənməsindən bəri İsrail Müdafiə Qüvvələrinin itkiləri 574 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, səhər saatlarında Qəzza zolağının cənubunda HƏMAS hərəkatı ilə döyüşlərdə daha bir İsrail əsgəri həlak olub: “Ümumilikdə, anklavda quru əməliyyatı başlayandan bəri İsrail ordusu 235 nəfəri itirib”.
2024-02-19
833,768
Azərbaycanlı iş adamı Rusiyada öldü
Rusiyada yaşayan azərbaycanlı iş adamı, 1957-ci il təvəllüdlü Rahim Rüstəm oğlu Cəfərov dünyasını dəyişib. Bu barədə Axar.az-a mərhumun yaxın qohumu məlumat verib. Bildirilib ki, onun hansı səbəbdən öldüyü məlum deyil: “Mərhumun nəşi ölkəmizə gətirilməyib, Rusiyada dəfn olunub”. Qeyd edək ki, R.Cəfərov Cəlilabaddandır. O, uzun illər Rusiyada yaşayıb. Mərhum bir neçə restoranın və ticarət mərkəzinin sahibi idi.
2024-02-19
833,770
İranla sərhəddə atəş açıldı - Foto
Sərhədçilər İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısını alıblar. Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar. Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram narkotik vasitə marixuana, 30 ədəd Prostahealth və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M-40 həbləri aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
2024-02-19
833,773
Navalnı 14:17-də ölür, 2 dəqiqə sonra... - Müəmma
Siyasi məhbus Aleksey Navalnının saxlandığı İK-3 “Qütb canavarı” cəzaçəkmə müəssisəsində gərgin hadisələr fevralın 15-də axşam saatlarında başlayıb, bu isə o deməkdir ki, müxalifətçi Rusiyanın bildirdiyindən xeyli tez ölmüş ola bilər. Axar.az xəbər verir ki, bu barədə “Novaya qazeta” (Europe) nəşri həmin cəzaçəkmə müəssisəsindəki məhbusa istinadən yayıb. “Navalnının ölüm şəhadətnaməsində müxalifətçinin fevralın 16-da cümə günü saat 14:17-də öldüyü bildirilir. Federal Penitensiar Xidmət bu barədə inanılmaz sürətlə, elə həmin gün saat 14:19-da rəsmi açıqlama yayıb. Çox güman ki, siyasi məhbus bir gün əvvəl dünyasını dəyişib. İK-3-də cəza çəkən məhbus iddia edir ki, fevralın 15-nə keçən gecə cəzaçəkmə müəssisəsində “anlaşılmaz ajiotaj” başlayıb. Onun sözlərinə görə, məcburi axşam yoxlaması “çox sürətləndirilib” və bundan sonra məhbuslar ağır mühafizə altında kazarmalara yollanıblar. Həmin gecə zonaya çoxlu avtomobilin daxil olduğu da eşidilib. Məhkumun dediyinə görə, fevralın 16-da səhər, yoxlamanın gözlənilmədən gəlməsi ilə əlaqədar olaraq, cəzaçəkmə müəssisəsinin işçiləri “ümumi axtarış” aparıblar. Koloniya üçün nəzarət tədbirləri adi haldır, lakin əvvəllər onlara ən azı bir ay əvvəldən məlumat verilirdi. Mənbə iddia edir ki, onlar Navalnının ölümü barədə danışmağa fevralın 16-da səhər saat 10-da başlayıblar. Hakimiyyət müxalifətçinin öldüyünü rəsmən elan etdikdən sonra “Qütb canavarı”nda təcili yardım maşını peyda olub. Federal Penitensiar Xidmətin məlumatına görə, guya Navalnı fevralın 16-da gəzinti zamanı özündən gedib və həkimlər onu xilas edə bilməyiblər. Rəsmi versiyaya görə, həkimlər zəngdən 7 dəqiqə sonra qonşu şəhərdən cəzaçəkmə müəssisəsinə gəliblər. Bu mümkün deyil. Belə məsafəni 7 dəqiqəyə qət etmək üçün təcili yardım maşını 300 km/saat sürətlə getməlidir. Rəsmi versiyadakı bu cür məqsədyönlü uyğunsuzluqlar göstərir ki, Moskva onların sözlərinə etimad göstərməkdən çəkinməyib. Navalnının ölümünün bütün dünya elitasını bir araya gətirən Münhen Təhlükəsizlik Konfransının başlanğıcında açıq şəkildə elan edilməsi də vacibdir...” - məlumatda deyilir.
2024-02-19
833,774
Tankçılarımız tapşırıqları icra etdi - Video
Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda "Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu" keçirilir. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mexanik-sürücü və tuşlayıcı-operator ixtisasları üzrə gənc əsgərlərin cəlb edildiyi kursda şəxsi heyət tank və müxtəlif təyinatlı döyüş maşınlarının təbii və süni maneələri dəf edərək idarə olunması üzrə tapşırıqları icra ediblər. Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən kursda bütün növ şərait yaradılıb.
2024-02-19
833,776
“Zeytun Bağları” “Liv Bone Dea”da sosial tədbir keçirdi
"Zeytun Bağları" markasının təşkilatçılığı ilə “Liv Bona Dea” Hospitalda "Zeytun yağının faydaları" mövzusunda sosial xarakterli tədbir keçirilib. Tədbirdə zeytun yağının növləri, faydaları, xərçəng xəstəliyindən qorunmada müsbət rol oynaması haqqında mövzulara toxunulub. Hospitalın həkimi, terapevt Nəzrin Namazova mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. Belə ki, zeytun yağı dəri xərçənginin qarşısını alır və dərinin sağlam qalmasını təmin edir, çox güclü nəmləndiricidir və ona görə ən sağlam təbii kosmetik vasitə hesab olunur. Bununla yanaşı tərkibində olan böyük miqdarda mono doymamış yağ turşuları və antioksidant maddələr sayəsində artıq çəki yaratmır. Həmçinin zeytun yağı həzm sistemində yaranan bir çox problemləri (qəbizlik, köp və s.) aradan qaldırmağa kömək etməklə yanaşı həzm prosesində metabolizmi sürələndirir. Qeyd edək ki, qanda şəkərin miqdarının artmasının və ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır. Damarların divarına yapışan pis xolesterolun (LDL) miqdarını aşağı salır, müsbət xasiyyətli xolesterolu isə (HDL) yüksəldir. Eləcə də, qanda laxtalanmanı azaldaraq, damarlarda tıxanma riskini aşağı salır. Zeytun yağı yüksək təzyiqin qarşısının alınması baxımından da müsbət təsirə malikdir. Zeytun yağından istifadə edən insanlarda qan təzyiqinin normal olduğu bilinir. Sərbəst radikalları zərərsizləşdirərək xərçəng xəstəliyin yaranmasın da qarşısını alır.
2024-02-19
833,778
Sabahın hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında da əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
2024-02-19
833,781
Vuçiçdən Navalnının ölümünə gözlənilməz reaksiya
Müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümü Serbiya ilə Rusiya arasında münasibətləri pisləşdirə bilər. Bununla belə, Belqrad Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil. Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. O, Vladimir Putin rejimini tənqid edən Navalnının ölüm xəbərindən dəhşətə gəldiyini bildirib: “İndi Serbiyanın Rusiyaya münasibəti Ukraynadakı vəziyyətin inkişafı və ABŞ-dakı prezident seçkisinin nəticələri kontekstində nəzərdən keçirilməlidir”.
2024-02-19
833,784
İran parlamentinin nümayəndə heyəti Bakıya gəlir
İran parlamentinin nümayəndə heyəti Asiya Parlament Assambleyasının tədbirinə qatılmaq üçün fevralın 19-da Azərbaycana səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, İran parlamentinin nümayəndə heyəti Assambleyanın toplantıları və komitələrinin iclaslarında iştirak edəcək. Qeyd edək ki, Asiya Parlament Assambleyasının toplantısı fevralın 20-də başlayacaq, fevralın 23-də başa çatacaq.
2024-02-19
833,787
Qırmızı Ürəklər Fondunun əməkdaşları Türkiyədə səfərdə...
Qırmızı Ürəklər Fondunun əməkdaşları Türkiyədə işgüzar səfər çərçivəsində vətəndaş cəmiyyəti institutları ilə əlaqələrini gücləndirmək məqsədi ilə görüşlər keçiriblər. Səfər çərçivəsində Fondun prezidenti Sevda Haqverdiyeva və vitse-prezident Nihad Salmanlı “Türk Eğitim Vakfı”nın sədri Banu Taşkın, “Ahbap Derneği”nin koordinatoru Gonca Akpınar, “Nef Vakfı”nın sosial xidmətlər üzrə koordinatoru Ercument Arabacı, “Sabancı Vakfı”nın sədri Nevgül Bilsel, “Vehbi Koç Vakfı”nın xüsusi layihələr üzrə meneceri Seçil Kınay, kommunikasiyalar üzrə menecer Çiğdem Toparlak ilə görüşlər keçiriblər. Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb. Qırmızı Ürəklər Fondunun əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nəzəri və praktiki bilikləri ilə tanış olublar. Fond nümayəndələrinə Türkiyə Respublikası daxilində QHT-lərlə işin təşkili, QHT-lərin aid olduqları şirkətlər tərəfindən göstərilən dəstək, ianələrin cəlb edilmə mexanizmi və müstəqil maddi resursların yaradılması haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
2024-02-19
833,788
Goranboyda baş direktoru 4 nəfər döydü - Anbaan video
Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər. O da “yox” cavabı verdiyi üçün döyülüb. Rauf Yəhyayev açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər: “Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər”. Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
2024-02-19
833,791
Ermənistanın ən böyük bankı Vardanyanın əlindən çıxdı
“Bank of Georgia” sahibləri Ermənistanın ən böyük bankı – “Ameriabank”ın əsas səhmlərini aldıqlarını elan ediblər. Axar.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Məlumata görə, əməliyyatın həcmi 303,6 milyon dollar təşkil edir. “Ameriabank”ın səhmdarları sırasında 48,82 faizlə “Imast Group” şirkəti (Ruben Vardanyanın təsis etdiyi keçmiş “Ameria Group”), 17,71 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (13,91%), eləcə də 12,05 faizlə ESPS Group (buraya bir sıra Ameria Group menecerləri daxildir) var idi. Qeyd edək ki, banka Ruben Vardanyan nəzarət edirdi. Vardanyan özü hələ 2023-cü ildə bankın səhmdarı olduğunu etiraf edib. Əvvəllər o, “Ameriabank”ın Direktorlar Şurasının sədri olub. 2023-cü ilin sonunda bankın aktivləri 1 trilyon 410 milyard dram (3 milyard 480 milyon dollardan bir qədər çox) təşkil edib.
2024-02-19
833,795
Diaspor üzvünün Paşinyana şok sualı
Getməyimi tələb edən çoxlu siyasi qüvvə var, amma biz xalqdan mandat almışıq. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Paşinyan Münhen və ətraf rayonlardakı erməni icmasının nümayəndələri ilə görüşündə “Qarabağın itirilməsindən, bu qədər uğursuzluqdan sonra istefa vermək cəsarəti sizdə varmı” sualına cavab verərkən deyib. “Amma biz bunu sadə bir səbəbdən edə bilmərik, xalqdan səlahiyyət və mandat almışıq, getsək, bu mandatı kimə buraxacağıq?” - o bildirib. Paşinyan əlavə edib ki, onlar mandatı iki dəfə geri qaytarıb, amma yenidən alıblar: “İndi vəzifəmiz “itirilmiş Vətən” haqqında sonsuz baxışlara uymamaq, dövlətə sahib olmağa diqqət etməkdir. Bütün bunları niyə deyirəm və edirəm? Mən satqınam, hansısa torpağı kiməsə vermək arzusunda olan xarici agentəm? Əlbəttə, belə düşünə bilərsiniz, amma bunu ona görə edirəm ki, eyni ruhda davam etsək, Vətənimizi itirəcəyik”.
2024-02-19
833,796
Bakıda bu ərazidə də binalar söküləcək
Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq. Axar.az Bakı.vs-yə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu, "Qara Qarayev" metrostansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar da plana düşüb. Həyata keçiriləcək pilot layihə nəticəsində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalar söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq. Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar. İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar. Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. Digər rayonlarda bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənin icra edilməsi üçün sakinlərin hamısı ilə razılıq əldə olunması gərəkdir.
2024-02-19
833,799
Fikrət Məmmədov onun yerinə təyin olunur
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibində yer almayan keçmiş ədliyyə naziri Fikrət Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Axar.az Modern.az-a istinadən xəbər verir ki, hazırda Konstitusiya Məhkəməsinin 8 hakimi var: Fərhad Abdullayev (Konstitusiya Məhkəməsinin sədri); - Sona Salmanova (sədr müavini); - Humay Əfəndiyeva (hakim); - Rövşən İsmayılov (hakim); - Ceyhun Qaracayev (hakim); - Rafael Qvaladze (hakim); - İsa Nəcəfov (hakim); - Kamran Şəfiyev (hakim). Amma Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarət olmalıdır. Konstitusiya Məhkəməsinin hakimlərindən biri - əməkdar hüquqşünas Mahir Muradov 2023-cü il yanvarın 5-də 66 yaşında vəfat edib. O, 2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu. Bu isə o deməkdir ki, Konstitusiya Məhkəməsi bir ildən çoxdur ki, 9-cu hakimin təyinatını gözləyir. Fikrət Məmmədovun məhz mərhum Mahir Muradovun yerini dolduracağı istisna deyil. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin hakimləri Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Fikrət Məmmədov 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdr. Daha sonra formalaşmış hökumətlərdə F.Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyinat almışdı. 2024-cü il fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inaqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə edilib.
2024-02-19
833,804
Nizami rayonunda qanunsuz tikilinin qarşısı alındı - Video
Nizami Rayon İcra Hakimiyyəti Qara Qarayev prospekti, 229 ünvanında qanunsuz tikinti işlərinin aparılması ilə bağlı açıqlama verib. İH-dən Axar.az-a bildirilib ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki tərəf arasında baş verib: “Fəaliyyətdə olan ticarət mərkəzinin sahibi özbaşına həmin obyektin yan tərəfinə avtomobil nəqliyyatı üçün nəzərdə tutulmayan və bununla bağlı aidiyyəti qurumların müvafiq icazə sənədi olmayan yolun inşasına cəhd göstərib. Eyni zamanda, digər sahibkar öz növbəsində yanında olan boş torpaq sahəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin müvafiq çıxarışı əsasında onun xüsusi mülkiyyətində olduğunu bildirərək, digər tərəfin hərəkətlərindən Rayon İcra Hakimiyyətinə şikayət edib. Tərəfimizdən qanunsuz avtomobil yolunun inşasının qarşısı alınıb. Ərazi və eyni zamanda piyadaların hərəkəti üçün nəzərdə tutulmuş pilləkən və səkinin vəziyyəti nəzarətdə saxlanılır. Lakin qanunsuz tikinti işləri aparan ticarət obyektinin sahibi yanlış izahat vermək məqsədi ilə öyrədilmiş şəxslərdən müsahibə aldıraraq mətbuata reallığı əks etdirməyən məlumatlar ötürüb və bununla da cəmiyyətdə yanlış fikirlər formalaşdırmağa çalışıb”. Qeyd edək ki, ərazidə qanunsuz tikinti işlərinin aparılması ilə bağlı məlumat ötən gün yayılmışdı.
2024-02-19
833,806
İlham Əliyev Atatürk haqda bu sözləri yazdı - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Axar.az xəbər verir ki, səfər çərçivəsində ölkə başçısı Anıtqəbri və Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident İlham Əliyev Anıtqəbirdə xatirə dəftərinə bu sözlərini yazıb: “Türk dünyasının böyük oğlu, istedadlı sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini ən səmimi hörmət və ehtiramla yad edirəm. Ulu öndər Mustafa Kamal Atatürk ən möhtəşəm əsəri olan Türkiyə Cümhuriyyətini yüz il əvvəl qurmaqla adını dünya tarixinin səhifələrinə və xalqının qəlbinə qızıl hərflərlə əbədi olaraq yazmışdır. Qardaş Azərbaycanın prezidenti kimi mən Mustafa Kamal Atatürkün qurucusu olduğu dövlətin bugünkü inkişaf səviyyəsini, rifahını və qüdrətini, qlobal dünyadakı nüfuzunu görməkdən xüsusi qürur duyuram. Xalqlarımızın ən böyük sərvəti olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığı, birlik və həmrəyliyini qorumaq və gələcək nəsillərə hədiyyə etmək, strateji müttəfiqliyimizi hər istiqamətdə inkişaf etdirmək və gücləndirmək hər iki ölkənin qarşısında duran ən ali vəzifədir. Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri bilən böyük şəxsiyyət Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Ruhu şad olsun”.
2024-02-19
833,808
Maaş və pensiyalarla bağlı şad xəbər - Yenidən artacaq
Yanvarın 1-dən pensiya və maaşlar artırılsa da, ictimaiyyətdə yenə də narazılıqlar var. İnsanlar bu artımdan sonra ərzağın 20-50 faiz aralığında bahalaşdığını bildirirlər. Bəs bu il bahalaşma nəzərə alınaraq maaş və pensiyalar yenidən artırıla bilərmi? Axar.az xəbər verir ki, ekspert Natiq Cəfərli Globalinfo.az-a deyib ki, maaş və pensiyaların yenidən artırılması üçün büdcəyə əlavələr və dəyişiklər edilməlidir. Onun sözlərinə görə, bunu başqa cür etmək mümkün deyil: “Yaxın zamanlarda belə bir dəyişikliklərin olacağını düşünmürəm, amma bizdə son illər may-iyun aylarında büdcəyə yenidən baxılır. Ola bilər ki, elə may və iyun ayında büdcəyə yenidən baxılarkən müəyyən artımlar nəzərdə tutulsun”. İqtisadçı deyib ki, maaş və pensiyaların yenidən artırılması may-iyun aylarına qədər Azərbaycandakı iqtisadi vəziyyətin rəqəmsal ifadəsindən asılı olacaq: “Yəni artım məhz neft qiymətlərindən, neftin hasilatından, Azərbaycanın əlavə gəlir əldə edib-etməməsindən asılı olacaq. Bunlar baş verərsə, neftin qiyməti də kifayət qədər konfortlu zonada olarsa, ola bilər ki, may-iyun aylarında büdcəyə yenidən baxılsın. Bu zaman müəyyən yeni artımlar da nəzərdə tutula bilər”.
2024-02-19
833,809
Parisin fiaskosu: Dövriyyəyə Şolts girir? - “Kommersant”
Almaniya Rusiyanın təşəbbüsünü ələ alaraq, Azərbaycan və Ermənistan arasında yeni vasitəçi ola bilər. Axar.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb. Məqalə müəllifi qeyd edir ki, Almaniya kansleri Şolts özünü Ermənistanla Azərbaycan arasında vasitəçi rolunda sınayır: “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyan Almaniya kansleri Şoltsun vasitəçiliyi ilə bu il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ilk görüşünü keçirərək, sülh müqaviləsi üzərində işi davam etdirmək barədə razılığa gəliblər. Bakının ABŞ və Fransanın vasitəçiliyindən imtina etdiyi, İrəvanın isə Qərb platformalarına üstünlük verdiyi bir şəraitdə Berlin təşəbbüsü Moskvadan ələ keçirib, Cənubi Qafqazda nizamlanmanın əsas vasitəçisinə çevrilməyə cəhd edə bilər”. Məqalədə Şoltsun səyləri nəticəsində sülh müqaviləsinin Qərb platformasında canlandırıla biləcəyi vurğulanıb: “Bütün bunların fonunda kansler Şoltsun səyləri ilə Berlinin gözlənilmədən Paris və Vaşinqton kimi Bakıda düşmənçilik yaratmayan başqa bir Qərb vasitəçisi roluna yüksəldilməsi sülh müqaviləsi bağlamaq ideyasını rus platformasında deyil, Qərbdə canlandıra bilər. Münhen görüşündən sonra belə bir perspektiv yaranır ki, Qərbin Cənubi Qafqazda sülhməramlılığı üçün ikinci nəfəs açılır”. Qeyd edək ki, Münhendə Əliyev və Paşinyan arasında görüş Şoltsun vasitəçiliyi deyil, təşəbbüsü ilə baş tutub. Görüş isə ikitərəfli qaydada keçirilib.
2024-02-19
833,812
Malıbəylidə azərbaycanlı əsirlərin saxlanıldığı tikili - Video
Erməni işğalından azad olunan Xocalı rayonunun Malıbəyli (2023-cü ilin dekabrınadək Şuşa rayonunun inzibati ərazi vahidi olub) kəndində azərbaycanlı əsir və girovların saxlanıldığı tikili aşkarlanıb. Axar.az Report-a istinadən xəbər verir ki, işğaldan əvvəl - 1992-ci ilədək yaşayış məntəqəsinin ərazidən keçən Ağvan çayının sahilində qədim su dəyirmanı və onun yardımçı binası olub. İşğal dövründə separatçılar oranı azərbaycanlı əsir və girovları qanunsuz saxlama yerinə çeviriblər. Bunun üçün dəyirmanın yardımçı tikilisinin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurublar, üzərinə qalın beton töküblər. Eyni zamanda, içəridə dəmir arakəsmələr yerləşdirərək, qəfəs formasına salıblar. Bundan başqa, əsir və girovlara nəzarət edənlər üçün ayrıca otaq yaradıblar. Tikilidə aşkarlanan izlər orada azərbaycanlı əsirlərin saxlanıldığını, onlara işgəncələr verildiyini deməyə ciddi əsas yaradır. Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları zamanı kənd işğaldan azad edilib. Azərbaycanlı əsirlərin saxlanıldığı və işgəncələr verildiyi tikilinin görüntülərini təqdim edirik:
2024-02-19
833,813
Ağdamda daha bir müəssisə yaradılır – Nazir açıqladı
Qreys.A. MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Axar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib. Nazir qeyd edib ki, şirkət Parka 6,5 milyon manat investisiya yatıraraq sement və beton qatqıların istehsalı müəssisəsi yaradacaq. "Müəssisədə 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur", - o qeyd edib.
2024-02-19
833,815
Paşinyan Putinə işğalçı dedi - Kremldən cavab
Kreml Ukrayna hadisələri ilə bağlı Rusiya və Ermənistanın mövqelərinin fərqli olduğunu təsdiqləyib. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı vəziyyətlə bağlı Moskva və İrəvanın mövqelərindəki fərq barədə danışan Paşinyanın bəyanatını şərh edərkən deyib. “Həqiqətən də Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu sirr deyil. Bu, məlum mövqedir”, - o bildirib. Peskov vurğulayıb ki, Rusiya İrəvanın bu mövqeyi ilə razı deyil və israrla haqlı olduğunu izah etməyə davam edəcək. Qeyd edək ki, Nikol Paşinyan 1991-ci il Almatı Bəyannaməsini Rusiyanın da imzaladığını vurğulayaraq, bu bəyannamə əsasında Ukraynanın ərazi bütövlüyünün tanınmasının Kremlin öhdəliyi olduğunu bildirib. Başqa sözlə, Paşinyan Rusiyanın Ukraynada işğalçı müharibə apardığını təsdiqləyib.
2024-02-19
833,822
Tehranda azərbaycanlı fəallara həbs cəzası verildi
Tehran şəhərinin Apellyasiya Məhkəməsi Azərbaycan əslli ictimai fəal Əhməd Xanbeygi və həyat yoldaşı Lalə Zari barədə ibtidai məhkəmənin həbs qərarını təsdiq edib. Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Əhməd Xanbeygi və həyat yoldaşı “hakimiyyətə qarşı təbliğat” və “daxili təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq”da günahlandırılaraq, hər biri 5 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, azərbaycanlı cütlük sentyabrın 18-də Tehrandakı şəxsi mənzillərində həbs edilib, 7 gün təhlükəsizlik təcridxanasında dindirildikdən sonra Evin həbsxanasına köçürülüblər.
2024-02-19
833,823
Çin: Navalnının ölümü Rusiyanın daxili işidir
Aleksey Navalnının ölümü Rusiyanın daxili işi adlandırıb. Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib. “Sizin verdiyiniz sual Rusiyanın daxili siyasətinə aiddir. Mən bunu şərh etmirəm”, - deyə Mao Ninq brifinqdə jurnalistlərdən birinin Navalnının ölümü ilə bağlı sualına cavab olaraq bildirib. Qeyd edək ki, 16 fevralda 47 yaşlı Aleksey Navalnı cəzaçəkmə müəssisəsində qəflətən ölüb.
2024-02-19
833,825
Vüqar Qurbanov onlara vəzifə verdi
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər. Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov ixtisasca otolorinolarinqoloqdur. O, bu təyinatadək Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsini icra edib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb. Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.
2024-02-19
833,827
"Azercell" Füzulidə!
Lider mobil operator Qarabağda xidmət mərkəzləri şəbəkəsini genişləndirir Azercell Telekom MMC azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində aparılan işlərə öz töhfəsini verməyə davam edir. Şirkət Füzulidə telekommunikasiya xidmətləri göstərən ilk və yeganə rəsmi mağazanı təqdim edir. Füzuli şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşən "Azercell"in satış və xidmət məntəqəsində nömrə ilə bir çox əməliyyatları rahatlıqla həyata keçirmək mümkündür. Ən müasir avadanlıqla təmin edilmiş mağazada həmçinin, gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazları, eləcə də smartfonları kredit və ya nağd şəkildə əldə etmək də olar. Xatırladaq ki, Qarabağda ilk mobil şəbəkə infrastrukturunu qurmaqla yanaşı, burada müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını açan ilk mobil operator məhz "Azercell" olub. Şirkət Şuşa şəhərində Eksklüziv ofisini, Zəngilanın Ağalı kəndində və Laçında isə diler mağazalarını istifadəyə verib. Eyni zamanda, "Azercell" bu günə kimi azad edilmiş ərazilərdə 150-yə yaxın 4G baza stansiyasını və bir neçə günəş enerjisi ilə çalışan “yaşıl” stansiyaları işə salıb.
2024-02-19
833,830
Bu, Bakının tələbi deyil, xalqın qərarı olacaq - Papoyan
Ümid edirəm ki, Ermənistan-Azərbaycan danışıqlarının yeni mərhələsi başlayacaq. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Büdcə Komitəsinin sədri, hakim “Mülki müqavilə” partiyasının üzvü Gevorq Papoyan deyib. O, Azərbaycanın Ermənistanın Konstitusiyaya dəyişikliklər etməsi tələbinə toxunub: “Ermənistanın Konstitusiyasını dəyişib-dəyişməmək daxili işimizdir, bu, Ermənistan Respublikasının Konstitusiyasına dəyişiklik etmək hüququna malik olan subyektlərdən asılıdır. Bunun heç bir ölkənin tələbi ilə əlaqəsi ola bilməz. Bu, qəbuledilməzdir və əminliklə deyə bilərəm ki, belə olmayacaq”. Papoyan vurğulayıb ki, Ermənistanda Konstitusiya haqda xalq qərar verəcək: “2018-ci ildən sonra bizdə seçkilər saxtalaşdırılmayıb və saxtalaşdırılmayacaq. Əgər yeni Konstitusiya qəbul olunsa, biz onunla barışmalıyıq, əks halda, yenə barışmalıyıq”.
2024-02-19
833,831
ABŞ Konqresinin üzvü İlham Əliyevi təbrik etdi
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Pol Qosar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az təbrikin mətnini təqdim edir: "Hörmətli Prezident Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqının böyük əksəriyyəti yüksək inam göstərərək dövləti idarə etmək üçün növbəti dəfə mandatı Sizə həvalə etdi. Xalq Sizə etimad göstərdi, qətiyyətli və güclü lider olduğunuz üçün ölkənin sükanını yenidən Sizə etibar etdi. Əminəm ki, Siz Azərbaycan üçün və Birləşmiş Ştatlar ilə əlaqələrin inkişafı istiqamətində gördüyünüz gözəl işləri davam etdirəcəksiniz. Ölkəniz xalqın mənafeyini hər şeydən üstün tutan, həm daxildə, həm də xaricdə sülh və firavanlığa sadiq olan güclü və bacarıqlı liderə layiqdir. Ümidvaram ki, yeni prezidentliyiniz dövründə ölkələrimiz iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Hesab edirəm ki, ölkələrimiz arasında ikitərəfli qarşılıqlı faydalı əlaqələr bundan sonra da inkişaf etməli və möhkəmlənməlidir. Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edirəm. Tanrı Sizi və bütün azərbaycanlıları qorusun, yeni liderlik dövrünüz sülh, firavanlıq və böyük uğurlar gətirsin!".
2024-02-19
833,833
General: Kiyev döyüş üçün kimyəvi taktika hazırlayır
Kiyev “xüsusi kimyəvi kəmər” üçün taktika hazırlayır. Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi general-leytenant İqor Kirillov deyib. “Kiyev rejimi Qərb kuratorlarının köməyi ilə “xüsusi kimyəvi kəmər”dən istifadə etməklə yeni döyüş taktikaları hazırlayır. Bu, Rusiya qoşunlarının irəliləməsi zamanı hidrosian turşusu və ammonyak ilə konteynerlərin partlamasını təmin edir”, - o bildirib. Kirillov qeyd edib ki, 2023-cü ilin sentyabrından oktyabr ayına qədər bu kimyəvi maddələr Kramatorsk və Kupyansk şəhərlərinin ərazilərinə çatdırılıb: “Kiyev onları magistral yollar boyunca əsas nəqliyyat qovşaqlarında yerləşdirməyi planlaşdırır. Gözlənilir ki, bu cür taktika Rusiya ordusunun hücum əməliyyatlarının fəaliyyətini xeyli çətinləşdirəcək, Kiyevə Zaporojye, Xarkov və Sumı vilayətlərində müdafiə xətlərinin hazırlanması üçün əlavə vaxt verəcək”.
2024-02-19
833,835
Qonşumuz ucuz işçi qüvvəsi tapdı: çinli məhbuslar...
Çinli məhbuslar İranda, xüsusən Tehran şəhərində yeni yaşayış komplekslərinin tikintisi üçün İrana gətirilir. Axar.az xəbər verir ki, bu barədə Mənzil İnşaatçıları Birliyinin katibi Ramin Quran məlumat yayıb. O, çinli məhbusların ucuz işçi qüvvəsi olduğuna görə onların İranda tikinti işinə cəlb olunmalarının yaxşı ideya olduğunu deyib.
2024-02-19
833,840
"Prius" marşrut avtobusu ilə toqquşdu
15:30 Mərdəkan şosesi, Milli Aviasiya Akademiyasının yaxınlığında “Toyota Prius” markalı avtomobil 171 saylı marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub. Axar.az Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza səbəbindən Mərdəkan qəsəbəsi istiqamətində sıxlıq yaranıb. Bildirilib ki, hadisə barədə yol polisinə məlumat verilib. Yaranan sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.
2024-02-19
833,844
Ankarada İlham Əliyevin rəsmi qarşılanma mərasimi... - Video
15:33 Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi. Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladı. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi. Sonra rəsmi foto çəkdirildi.
2024-02-19
833,846
Numan Qurtulmuş Azərbaycana gəlir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş fevralın 21-də Azərbaycana səfər edəcək. Axar.az xəbər verir ki, TBMM sədri fevralın 21-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına qatılacaq. Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.
2024-02-19
833,850
Azərbaycan ATƏT PA-da bu məsələləri qaldıracaq
ATƏT PA-nın qış sessiyasında əsasən Avropada təhlükəsizlik, Ukrayna münaqişəsi, Daimi Komitədə bir sıra təşkilati məsələlər müzakirə ediləcək, Prezident və Baş katibin hesabatı dinləniləcək. Bu sözləri Axar.az-a ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri, millət vəkili Azay Quliyev qurumun qış sessiyasında müzakirə olunacaq məsələlər haqda danışarkən deyib. O bildirib ki, bu sessiyada Azərbaycanın əleyhinə har hansı qərarın qəbul edilməsi gözlənilmir: “ATƏT PA-nın Azərbaycana ədalətli, obyektiv mövqeyini qoruyub saxlamaq istiqamətində nümayəndə heyəti var gücü ilə çalışacaq. ATƏT PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin müzakirəyə təqdim etdiyi və qaldırdığı məsələlər isə bunlardır: - COP29-la bağlı Azərbaycanın gördüyü işlər və prosesə ATƏT PA-nın verdiyi töhfə; - Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olması; - Orta Dəhlizin mühüm seqmenti kimi Türkiyəyə, oradan da Avropaya asan çıxışın yaradılması; - Zəngəzur dəhlizinin əhəmiyyəti və bölgəyə verəcəyi dividendlər; - Ermənistanla sülh sazişinin imzalanması üçün danışqların vasitəçi olmadan həyata keçirilməsinin əhəmiyyəti. Həmçinin Ermənistanın Konstitusiyasında qonşu dövlətlər, xüsusilə də Azərbaycana qarşı birbaşa ərazi iddiasının olması və Almatı Bəyannaməsinin şərtləri üzərində manipulyasiya etməsi sülh sazişinin imzalanmasında iki mühüm problem kimi diqqətə çatdırılacaq. ATƏT PA Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini birbaşa dəstəkləyir. Bu dəstək fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı qurumun hesabatında özünü bir daha göstərdi. Bundan başqa, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin öz ata-baba yurduna köçürülməsi ilə bağlı ATƏT PA Azərbaycana qarşı obyektiv mövqe nümayiş etdirir”. A.Quliyev əlavə edib ki, ATƏT PA-nın qış sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının qurumda təmsil olunan nümayəndə heyətləri bir araya gələcək: “Görüş zamanı əməkdaşlıq və birgə fəaliyyətimizi koordinasiya etməyi planlaşdırmışıq”. Qeyd edək ki, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər.
2024-02-19
833,852
Kapital Bank adı ilə “250 manatlıq hədiyyə” tələsi
Kapital Bankdan 250 manat hədiyyə qazanmaq təklifi ilə bağlı yayılan xəbərlər saxtadır. Sözügedən video dələduzluq halıdır. Videoda istinad edilən Teleqram səhifəsi Kapital Bankın rəsmi səhifəsi deyil. Bunu loqodan da görmək mümkündür. Bu sözləri Axar.az-a açıqlamasında Kapital Bankın İctimaiyyətlə əlaqələr üzrə rəsmisi Arzu Əliyeva deyib. “Təəssüf ki, kiberdələduzlar hər keçən gün şəxsi məlumatları ələ keçirmək üçün yeni üsullara əl atırlar. Müştərilərimizə bir daha bildirmək istəyirik ki, yalnız Kapitalbank.az saytında və bankımızın təsdiq olunan rəsmi sosial şəbəkə hesablarında paylaşılan məlumatlara güvənsinlər. Müştərilərimizi belə kiberhücumlardan qorumaq məqsədilə daim xüsusi təhlükəsizlik tədbirləri həyata keçiririk. Bununla belə tam təhlükəsizlik üçün birlikdə addımlamaq zəruridir. Bunun üçün müştərilərimizdən etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə edərkən diqqətli olmalarını, şəxsi məlumatlarını, istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi, kartın üzərində olan CVV kodu – yəni 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”, - o bildirib. Qeyd edək ki, Tiktok platformasında yayılan sözügedən videoda saxta Teleqram hesabı göstərilərək link verilir və linkə daxil olacağı tədqirdə vətəndaşların 250 manat hədiyyə qazanacağı iddia olunur.
2024-02-19
833,853
Paşinyan bununla işğalçılıq niyyətlərini etiraf etdi
Paşinyanın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlər əslində onun sülhün əldə edilməsində səmimi olmadığını göstərir. Bu sözləri Axar.az-a Nikol Paşinyanın Münhendə erməni icması ilə görüşündə səsləndirdiyi fikirlər haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib. Siyasi şərhçi Paşinyanın sözlərini məğlubiyyətin etirafı kimi dəyərləndirib: “Ermənistan baş naziri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın ölkəmizin ərazi olduğunu bəyan edib. İcma nümayəndələri ilə görüşdəki sözlərindən isə Ermənistanın dünya ictimaiyyətindən dəstək gəlmədiyi üçün məcburi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı nəticəsi çıxır. Proseslər əksinə cərəyan etsəydi, özünü dünyaya demokrat kimi sırımaq istəyən Paşinyan tamam fərqli hərəkət edəcəkdi. Digər tərəfdən Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası, “miatsum” məsələsi var. Əgər həqiqətən sülh istəyirlərsə, Konstitusiyadan da sözügedən maddələri çıxarmalıdırlar. Bununla yanaşı, Paşinyanın sözləri məğlubiyyətin də etirafıdır. Yəni İrəvan nə qədər əksini sübut etməyə çalışsa da, hətta ətəklərindən yapışdıqları hamiləri belə Qarabağın Azərbaycan ərazisi olduğunu, ölkəmizin orada hərb yolu ilə beynəlxalq hüquqa tam uyğun şəkildə öz suverenliyini bərpa etdiyini qəbul etməyə məcbur olublar”.
2024-02-19
833,856
Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirildi
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
2024-02-19
833,860
İsrail bu ölkə prezidentini arzuolunmaz şəxs elan etdi
Qəzza müharibəsini Holokostla müqayisə etdiyi üçün Braziliya Prezidenti Luis İnasio Lula da Silva arzuolunmaz şəxs elan edilib. Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrail Katz deyib. “İsrail XİN-i Braziliya Prezidenti Lula da Silvanı Qəzza müharibəsini Holokostla müqayisə etdiyi üçün persona non qrata elan edib”, - o bildirib. Qeyd edək ki, Braziliya Prezidenti İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.
2024-02-19
833,864
Ukrayna Rusiyanın daha iki qırıcısını vurdu
Bu gün səhər hava hücumundan müdafiə qüvvələri şərq istiqamətində Rusiyanın Su-34 qırıcı-bombardmançı və Su-35 qırıcısını vurub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat yayıb. “19 fevral 2024-cü il səhəri. Şərq istiqaməti. İşğalçının daha iki təyyarəsi! Bu, bizim torpağımız və səmamızdır! Hərbi işinizə görə hamınıza təşəkkür edirik! Davamı olacaq!” - o yazıb. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də təsdiqləyib.
2024-02-19
833,865
Qulinin ölümündə təqsirləndirilənlər azadlıqda...
“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlinə görə Antalya Ağır Cəza Məhkəməsində qərar verilib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, prokuror Azərbaycan Respublikasının vətəndaşları Əli Mövlamlı və Rəsul Həsənova bəraət verilməsinə dair hökm çıxarmaqla məhkəmə zalından azadlığa buraxıb. “Xan” ləqəbli Xaqan Zeynallı və Əmir Mövlamlı barəsində isə proses davam etdirilir. Qeyd edək ki, Əli Mövlamlı və Rəsul Həsənovun ömürlük həbsi tələb edilirdi. Xatırladaq ki, Lotu Quli 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
2024-02-19
833,866
"Marsel" Qattuzonu istefaya göndərdi
"Marsel"in baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib. Axar.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. F.Romano bildirib ki, bu gün sözügedən klub italiyalı mütəxəssisin işindən uzaqlaşdırılması ilə bağlı onu məlumatlandırıb. Qeyd edək ki, Cennaro Qattuzo ötən ilin sentyabrında Liqa 1 təmsilçisinə baş məşqçi təyin edilmişdi. Komanda hazırda Fransa çempionatında 30 xalla 9-cu pillədədir.
2024-02-19
833,867
Ordumuz S-300-ləri hazır vəziyyətə gətirdi - Video
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti ilə məşğələlər keçirilir. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məşğələlər zamanı həyəcan siqnalı ilə qaldırılan S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi, obyektlərin hava hücumundan mühafizəsi, şərti düşmənin raket zərbələrinin dəf edilməsi, eləcə də digər tapşırıqları icra edirlər. Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılmasıdır.
2024-02-19
833,874
Sərhəddə gözləyən yük maşınlarının sayı açıqlandı
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 150 avtomobil gözləyir. Axar.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Xanoba” gömrük postunda 5, "Samur" gömrük postunda 43, "Mazımqara" gömrük postunda 12, "Biləsuvar" gömrük postunda 70, "Astara" gömrük postunda isə 103 yük maşını var.
2024-02-19
833,877
Leyen namizədliyini irəli sürəcəyini açıqladı
Ursula fon der Leyen növbəti dəfə Avropa Komissiyası prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəyini açıqlayıb. Axar.az xəbər verir ki, o, bu barədə Berlində Xristian Demokrat İttifaq Partiyasının idarə heyətinin iclasında məlumat verib. Leyen bildirib ki, 2019-cu ildə ona Avropa Komissiyasının rəhbəri olmaq təklif edildikdə, o, bununla intuitiv olaraq razılaşıb: "Bu gün isə mən tamamilə şüurlu və düşünülmüş qərar verirəm. İkinci müddətə namizəd olmaq istəyirəm". Qeyd edək ki, daha əvvəl “Bild” nəşri Leyenin quruma ikinci müddətə rəhbərlik etmək niyyətində olduğunu yazmışdı.
2024-02-19
833,882
Cavanşir Quliyev səhhətindən danışdı
İndi yaxşıyam. Təhlükə keçdi. Zamanında müraciət olunduğu üçün hər şey zərərsiz bitdi. Kult.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə Türkiyədə cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev “Günün Səsi”nə açıqlaması zamanı bildirib. “Kifayət qədər ağır vəziyyət idi. Həkimlərin yüksək peşəkarlığı burada rol oynadı. Vaxtında müraciət, arxadan gələn dəstək – hamısı bu nəticəni verdi. Hazırda yaxşı vəziyyətə gəlib çatmışam. Hətta ondan da yaxşı vəziyyətə gəldim. Çünki bilmədiyim gizli sağlıq problemlərim də var imiş. Onlar da üzə çıxdı və həll etdilər. Sabaha, ya bu günə buraxılacağam. 4-5 gün evde qalacağam. Sonra Bakıya qayıdacağam. Hər kəsə diqqətinə görə minnətdaram. Heç kəsə cavab verə bilməsəm də, hamısını mənə deyirdilər. Açığı bu qədər dəstəyi heç gözləmirdim”, - deyə bəstəkar vurğulayıb. Qeyd edək ki, fevralın 12-si əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olmuşdu. Bəstəkarın müalicəsinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib.
2024-02-19
833,884
Əliyevlə Ərdoğan geniş tərkibdə görüşdülər
16:51 Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü olub. Axar.az xəbər verir ki, görüşdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi: - Hörmətli cənab Prezident, əziz qardaşım. Hörmətli heyət üzvləri. Sizləri ən səmimi duyğularım və məhəbbətlə salamlayıram. Fevralın 7-də keçirilən seçkilərdə tarixi zəfərə imza atmağınızdan sonra ilk rəsmi səfərinizdə Sizi Ankarada qonaq qəbul etməkdən böyük məmnunluq duyuram. Bu yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızı həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza ürəkdən inanıram. Əziz qardaşımla bir az əvvəl çox faydalı bir görüş keçirdik, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələrimizi müzakirə etdik. Ermənistanla münasibətlər başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi apardıq. İkitərəfli ticarət dövriyyəmizi bir il əvvəlkinə nisbətən 16 faizdən çox artımla 7,5 milyard dollar səviyyəsinə çatdırdıq. Təbii ki, bilirsiniz, hədəfimiz 15 milyard dollardır. Hörmətli Qardaşımla bu istiqamətdəki qətiyyətimizi möhkəmləndirdik. May ayında Ankarada keçirəcəyimiz birgə iqtisadi komissiyanın 11-ci iclası bu istiqamətdə hazırlanacaq “Yol Xəritəsi”nin müəyyənləşdirilməsinə fayda verəcək. Bu gün imzalanacaq “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” də hədəflərimizə çatmağımıza töhfə verəcək. Geosiyasi nizama təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslər Orta Dəhlizin etibarlı marşrut olduğunu bir daha göstərmişdir. 2017-ci ildə açılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin strateji mərhələsi olmuşdur. Bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilməsi ortaq mənfəətimizə xidmət edir. Çünki təmirlə əlaqədar yaşanan plansız bağlanma səbəbindən yük daşıyıcıları çətin vəziyyətdə qalıb. Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibəsini itirir. Quru yolu ilə tranzit daşımalarını ən qısa zamanda sərbəst vəziyyətə gətirməyimiz də əhəmiyyətlidir. Bu məsələdə dəstəyinizə güvənirəm. Hörmətli cənab Prezident ilə enerji sahəsindəki əməkdaşlığımızı ətraflı müzakirə etdik. Diqqəti Avropadan keçən layihələrdə birgə təşəbbüslərimizin artırılmasının önəminə cəlb etdik. Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin ən qısa zamanda başa çatdırılmasına önəm verirəm. Təhsil sahəsindəki əlaqələrimizin inkişafından da məmnunluq duyuram. Bu çərçivədə bir az sonra imzalanacaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq. Universitetimiz elm və texnologiya sahələrində münasibətlərimizi yeni səviyyəyə qaldıracaq. Bu istiqamətdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində təcrübə mübadiləmiz artacaq. Digər tərəfdən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a bu il ev sahibliyi etməyinizdən böyük məmnunluq duyuram. Dəyərli heyət üzvləri, Türk Dövlətləri Təşkilatımıza verdiyim böyük önəm sizə məlumdur. Növbəti fövqəladə Zirvə toplantımızı, İnşallah, Şuşada keçirəcəyik. Şimali Kipr Türk Cümhuriyyətinin Zirvə toplantısının tədbirlərinə qatılması məsələsində Azərbaycanın göstərdiyi həssaslığa və dəstəyə görə təşəkkür edirəm. Eyni həssaslığı təşkilatımızın digər üzvlərindən də gözləyirik. Təşkilatımız çərçivəsində əməkdaşlığı daha da inkişafı üçün ortaq səylərimizi davam etdirəcəyimizə inanıram. İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və D8 iqtisadi və ticarət sahəsindəki əməkdaşlığımızı taclandıran digər önəmli regional təşkilatlardır. Xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatının malik olduğu potensialdan daha çox istifadə edəcəyimizə inanıram. Ev sahibliyinizlə keçirilməsi nəzərdə tutulan növbəti Zirvə toplantısı ilə əlaqədar dəstəyimiz tamdır. Azərbaycanın D8-ə üzvlük müraciətini ən güclü şəkildə dəstəkləyirik. Bəzi tərəddüdləri olan Misir başda olmaqla, D8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürməkdə də davam edəcəyik. Bu düşüncələrlə çıxışımı bitirərkən hörmətli qardaşım Əliyevə və dəyərli heyətinə bu səfərə görə bir daha təşəkkür edirəm. Qarşıdakı dövrün Türkiyə və Azərbaycan üçün xeyirli olmasını Uca Rəbbimdən diləyirəm. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: - Əziz qardaşım, hörmətli cənab Prezident. Əziz dostlar. İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü bildirmək istəyirəm. Siz də qeyd etdiyiniz kimi, mənim prezident seçkilərindən sonra ilk rəsmi səfərim qardaş Türkiyəyədir. Bu da təbiidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bənzəri, tayı yoxdur və bu əlaqələr hər gün daha da güclənir. Bu gün təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik, bu il üçün və gələcək illər üçün “Yol xəritəsi”ni bir daha gözdən keçirdik. Müdafiə sənayesi sahəsində çox gözəl irəliləyişlər var və prezident seçkilərindən iki gün sonra mənim iştirak etdiyim ilk tədbir “Bayraktar Akıncı” PUA-sının təqdimatı idi. Artıq PUA-lar da Azərbaycan səmasında uçur və bu, bizim üçün həm əlavə imkanlar yaradır, eyni zamanda, texnoloji inkişafımız üçün önəmli şərtdir. “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılması üçün işlər sürətlə gedir. Ümid edirəm ki, bu il və ya gələn il bu gözəl mərkəz açılacaqdır. Eyni zamanda, Türkiyənin bir neçə şirkəti ilə ortaq istehsal üzrə danışıqların son mərhələsindəyik. Görüşdə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olundu. İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulandı. Dövlətimizin başçısı bir daha 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu bildirdi. Görüş çərçivəsində beynəlxalq təşkilatlarda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq, ölkələrimizin bir-birini daim dəstəklədiyi vurğulandı. Prezident Rəcəb Tayyib Ərdoğan COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı iki ölkə arasında bu əsnada əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu, Azərbaycanın da birgə əməkdaşlığa hazır olduğunu qeyd etdi. Həmçinin ölkələrimizin birgə təşəbbüslərlə çıxış etmələrinin vacibliyi diqqətə çatdırıldı. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını dedi. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bildirildi. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və iki ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərinin keçirilməsi məsələlərinə toxunuldu.
2024-02-19
833,885
Xamenei azərbaycanlılara səsləndi: Seçkilərdə fəal olun!
İranın dini rəhbəri Əli Xamenei fevralın 18-də Tehranda Şərqi Azərbaycandan olan bir qrup şəxslə görüşüb. Axar.az xəbər verir ki, o, görüşü zamanı martın 1-də keçiriləcək parlament və Ekspertlər Məclisinə seçkilərlə bağlı azərbaycanlılara çağırış edib: "Hər kəs seçkilərdə iştirak etməlidir. Seçkilər İslam Respublikası sisteminin əsas sütunudur və ölkədə islahat aparmağın yolu seçkilərdən keçir". İranda seçkilərin hər zaman şəffaf və ədalətli keçirildiyini iddia edən Xamenei bunun düşmənlər qarşısında milli birliyin təzahürü olduğunu vurğulayıb. Qeyd edək ki, İranın "Vətəne emruz" qəzetinin keçirdiyi rəy sorğusuna görə, iranlıların 52 faizi seçkilərin keçiriləcəyi tarix barədə məlumatsızdır.
2024-02-19
833,886
Paşinyan AB-nin mülki missiya komandanı ilə görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan AB-nin Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyatlar komandanı Stefano Tomatı qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Baş nazir Tomatla görüşündə AB-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədində fəaliyyətinin vacibliyini qeyd edib. Paşinyan missiyanın səmərəli fəaliyyətinin regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verdiyini bildirib”, - məlumatda deyilir. Qeyd olunur ki, Paşinyan və Tomat AB-nin müşahidəçi missiyasının nəticələrinə və onun gələcək fəaliyyəti ilə bağlı məsələlərə toxunub: “Tərəflər Ermənistan və AB arasında çoxsahəli əməkdaşlığın daim inkişafının vacibliyini vurğulayıblar”.
2024-02-19
833,888
Biləsuvar polisindən əməliyyat: saxlanılanlar var
Polis əməkdaşları Biləsuvar və İmişlidə oğurluqda şübhəli bilinən şəxsləri saxlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətininin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif obyekt və ərazilərdən oğurluqlar etməkdə şübhəli bilinən İmişli rayonunun Aranlı kənd sakinləri K.Balakişiyev, M.Mirzəyev və V.Nərmanlı müəyyən edilərək saxlanılıblar. Onların müxtəlif vaxtlarda Biləsuvar rayonu ərazisindəki ayrı-ayrı suvarma sahələrindən və mobil operatorlardan birinə məxsus radiostansiyadan ümumi dəyəri 10 min manatdan artıq olan elektrik avadanlıqları, su nasosu, naqillər və avtomobil ehtiyat hissələri oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi gizlətdikləri yerdən aşkarlanaraq götürülüb. Polis əməkdaşlarının keçirdikləri əlavə əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin İmişli rayonu ərazisindəki oğurluq əməllərinin də üstü açılıb. Belə ki, onların mobil baza stansiyasından və suvarma sahəsindən ümumi dəyəri 20 min manata yaxın olan müxtəlif məişət və elektrik avadanlıqlarını oğurladıqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
2024-02-19
833,891
Qarabağda daha 79 mina aşkarlandı
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.02.2024 - 28.02.2024) açıqlanıb. ANAMA-dan Axar.az-a verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda 33 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 886,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
2024-02-19
833,892
Rusiya Fransanın zenit kompleksini məhv etdi
Rusiya Silahlı Qüvvələri Fransadan Ukraynaya tədarük olunan zenit-raket kompleksini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukraynada Fransa istehsalı olan SAMP/T zenit-raket kompleksi məhv edilib.
2024-02-19
833,894
Zelenski Kupyanskda cəbhə xəttinə getdi
Fevralın 19-da Ukrayna Prezidenti Vladimir Zelenski Kupyansk vilayətində cəbhə xəttinə gedib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. “Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üzrə döyüş tapşırıqlarını yerinə yetirən “Böyük Knyaz Roman” adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon komandanlıq məntəqəsinə baş çəkib”, - qeyd edilib. Bildirilib ki, Ukrayna dövlət başçısı briqada komandiri polkovnik-leytenant Aleksey Trubnikovun cəbhənin bu hissəsindəki əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin bir-birinə yaxın bölmələri ilə qarşılıqlı əlaqə haqqında məruzəsini dinləyib.