date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-20 | 834,110 | Şagirdlərin qeyri-etik davranışları ilə bağlı xüsusi cəza… | “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində məktəblilərin qeyri-etik davranışları ilə bağlı xüsusi cəza mexanizmlərinin yaradılması nəzərdə tutulub. Axar.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. Onun sözlərinə görə, belə hadislər baş verdikdə tədbirlər görülməsi vacibdir, valideynlər isə bu məsələdə daha diqqətli və həssas olmalıdırlar. Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli sərəncamı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb. |
2024-02-20 | 834,111 | Sabiq nazirin təyinatı müzakirəyə çıxarıldı | Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi barədə məsələ parlamentin plenar iclasına tövsiyə olunub. Axar.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılıb. Qeyd edək ki, Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib. Xatırladaq ki, F.Məmmədov ədliyyə naziri olub. |
2024-02-20 | 834,113 | Dağıstanda zəlzələ oldu | Dağıstanın Aqul rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, zəlzələ Yarkuq yaşayış məntəqəsindən 14 km aralıda, yerin 16 km dərinlikdə meydana gəlib. Yeraltı təkanları Rutul və Xiv rayonlarının sakinləri hiss edib. |
2024-02-20 | 834,117 | Sabah Bakıya yağış yağacaq | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. |
2024-02-20 | 834,120 | ABŞ yalan deyir, husilərə silah vermirik... - İran | İran Yəməndəki Husi qruplaşmasına silah göndərmir. Axar.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin TŞ-yə göndərdiyi məktubunda qeyd olunub. “İran bu əsassız ittihamları qəti şəkildə rədd edir və onları ABŞ-ın Yəmənə qarşı qanunsuz hərəkətlərinə və hərbi təcavüzünə haqq qazandırmaq üçün istifadə etdiyi bəhanə kimi görür. Tehran müntəzəm olaraq Yəməndəki böhranın sülh yolu ilə həllini müdafiə edir və heç vaxt BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd fəaliyyətlər, o cümlədən silah satışı və ya ötürülməsi ilə məşğul olmayıb”, - İrəvani bildirib. |
2024-02-20 | 834,123 | Şolts tez getdi, zavallı Nikolu Əliyevlə tək qoydu - KİV | Həmişə olduğu kimi, Əliyev bu dəfə də Münhendə Paşinyanla danışıqlar zamanı üzündə həqarətli təbəssümlə oturdu. O, hər şeyin öz planı üzrə getdiyini bilirsə, niyə də olmasın? Axar.az xəbər verir ki, bu barədə “Ermənistanın səsi” qəzetində yayımlanan məqalədə deyilir. Məqalədə “Əliyev Münhendə nəyə nail oldu” sualına bu cür cavab verilib: “Bakı-İrəvan münasibətlərinin indi vasitəçisiz tənzimləndiyi etiraf edildi. Azərbaycan Prezidenti bu barədə ATƏT sədrinə məlumat verdi və sonuncunu Minsk qrupunu rəsmən ləğv etməyə, fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi vəzifəsinə xitam verməyə dəvət etdi. Azərbaycan lideri onunla Paşinyan arasında əsas müzakirələrin ikitərəfli formatda aparılması şərti ilə Şoltsun vasitəsilə görüşə razılaşdı, amma Almaniya kansleri tezliklə oradan ayrılaraq zavallı Paşinyanı Əliyevlə tək qoydu. Faktdır ki, Əliyev indi Paşinyanla yalnız ikitərəfli platformada danışmaq niyyətindədir. Paşinyanla daha asandır. Amma bu ikitərəfli platformanın sonuncu olacağı fakt deyil. Mümkündür ki, müəyyən müddətdən sonra Azərbaycana güzəştlə bağlı danışıqları yenidən üçtərəfli formatda aparılsın. Yalnız bu dəfə Ankara-İrəvan-Bakı formatında. Əliyevin həqarətli gülüşünə təsəlli olaraq Britaniya Xarici Kəşfiyyatının (Mİ6) rəhbəri Riçard Mur Paşinyanla görüşüb. Demək olar ki, vacib heç nə danışılmayıb, yəqin ki, Paşinyan Armen Sərkisyana salamını çatdırıb”. |
2024-02-20 | 834,124 | “Sülh” arzuolunmaz sözə çevrilib - Vuçiç | Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, beynəlxalq aktyorlar artıq sülhə nail olmaq üçün çalışmırlar. Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Münhen Təhlükəsizlik Konfransı haqqında danışarkən deyib. “Mən dəfələrlə Münhen Konfransında olmuşam. Bu dəfə çox şey gördüm, lakin qorxuram ki, sülhün bərqərar olması və innovativ həllərin tapması üçün olan cəhdlərin kifayət qədər nəticəsi yoxdur. Mənə elə gəlir ki, artıq “sülh” - dünyada sevilməyən və arzuolunmaz sözə çevrilib”, - o bildirib. |
2024-02-20 | 834,125 | Əhməd kamerasında qışqırır, söyür, qapını təpikləyir... | Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Axar.az Gununsesi.info-ya istinadən xəbər verir ki, təcridxanada 1 nəfərlik kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir. Bu isə Əhmədovun saxlanıldığı II korpusdakı digər məhbusların rejiminə mənfi təsir edir. Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir. Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur. |
2024-02-20 | 834,132 | Azərbaycanın 4 şəhərində aksiya keçirildi | Təbriz, Ərak, Urmiya və Ərdəbil şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri aksiya keçiriblər. Axar.az xəbər verir ki, bu barədə Azad İşçilər Birliyi məlumat yayıb. Nazirliyin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər. Tələblərini əks etdirən plakatlar qaldıran təqaüdçülər “Vədləriniz yaxşıdır, ancaq hamısı yalandır”, “Haqqımızı almayınca, susmayacayıq”, “Süfrələrimiz boşdur” və başqa bu kimi şüarlar səsləndiriblər. |
2024-02-20 | 834,133 | İran nüvə silahı istehsalına hazırdır – Şok etiraf | İran uranı kommersiya ehtiyaclarından daha yüksək səviyyədə zənginləşdirməyə davam edir. Axar.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi “Röyters”ə açıqlamasında deyib. O, gələn ay İrana səfər etməyi planlaşdırdığını bildirib: “İran ötən ilin sonu ilə müqayisədə uranın zənginləşdirilməsini ləngitsə də, hələ də ayda 7 kq və 60 faiz saflıq dərəcəsi ilə uranı zənginləşdirir. Siz İran hakimiyyətinin bu yaxınlarda nüvə silahı əldə etmək üçün bütün lazımi elementlərə malik olduqlarını söylədiyini eşitmisiniz. Bu, narahatedici ritorikadır”, - o əlavə edib. |
2024-02-20 | 834,134 | Rasimin axtarışına 75 nəfər və 13 texnika cəlb olundu - Video | 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. Axar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Hazırda FHN-in Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 75 nəfərdən ibarət şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 13 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub. |
2024-02-20 | 834,138 | "Bavariya"nın veteran futbolçusu öldü | Almaniya millisinin sabiq futbolçusu Andreas Breme dünyasını dəyişib. Axar.az xəbər verir ki, keçmiş müdafiəçi 63 yaşında vəfat edib. Qeyd edək ki, A.Breme 1990-cı ildə Almaniya yığması ilə dünya çempionu olub. O, ölkəsində "Bavariya", İtaliyada "İnter", İspaniyada "Saraqosa" kimi klubların formasını geyinib. |
2024-02-20 | 834,140 | ABŞ husilərə zərbələr endirdi | ABŞ qüvvələri Yəməndə husilərin nəzarətində olan bölgələrə 2 hücum həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Məlumata əsasən, ABŞ qüvvələrinin bugecəki hücumunda bir mobil gəmi əleyhinə qanadlı raket qurğusu, ikinci hücumda isə PUA hədəf alınaraq məhv edilib. |
2024-02-20 | 834,141 | Dəniz suyundan məişətdə istifadə etmək üçün... - Təklif | Milli Məclisin plenar iclasında “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı mövzu ilə əlaqəli təkliflə çıxış etdim. Bu gün əhalinin sürətlə artdığı və istehsal sahələrinin çoxaldığı bir dövrdə su qıtlığı bütün dünya qarşısında duran ən aktual problemlərdən biridir. Təbii ki, ölkəmiz də qlobal dünyanın bir parçası olduğundan gələcəkdə yarana biləcək bu kimi problemlər hər birimizi düşündürməlidir. Axar.az xəbər verir ki, bu barədə millət vəkili Elnur Allahverdiyev sosial şəbəkə hesabında yazıb. O bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Ordumuz Qarabağ və Şərqi Zəngəzuru erməni işğalından azad etdikdən sonra su ehtiyatlarımız və mənbələrimiz xeyli artıb: “Bu, həm əhalinin içməli su ilə təminatı, həm də əkin sahələrinin suvarılması deməkdir. Bununla belə, biz dəniz suyunun təmizlənməsi və çay sularının yüksək keyfiyyətli filtrasiyadan keçirilməsi barədə düşünməliyik ki, buradan əldə etdiyimiz texniki sudan istehsalat və təsərrüfat sferalarında yararlana və içməli su ehtiyatlarımıza qənaət edə bilək. Hesab edirəm ki, bu prosesdə özəl sektorun iştirakını təmin etməklə həm operativliyə, həm də dövlətin yükünün azaldılmasına nail ola bilərik. Misal üçün, hər hansı şirkət suyun təmizlənməsi və filtrasiyası prosesini təşkil edir, təbii ki, bu işə investisiya yatırır. Eyni zamanda, dövlət də şirkətə onun istehsal etdiyi suyun istehsal sektorunda çalışan obyektlərə, kənd təsərrüfatında suvarma işi üçün satışına təminat verir. Yəni şirkətdə əminlik yaranır ki, yatırdığı investisiyanı geri qaytara və gəlir əldə edə biləcək. Düşünürəm ki, bu, bizə su ilə bağlı olan bir çox sahələrdə içməli suya qənaətsiz yanaşma və israfçılığın qarşısını almağa ciddi kömək edə bilər. Əlavə edim ki, ötən il oxşar təkliflə ekoloji cəhətdən təmiz enerji istehsalı ilə bağlı da təkliflə çıxış etmişdim. Yəni eyni qaydada, özəl sektor yaşıl enerji istehsalına vəsait yatıra bilər. İstehsal etdiyi enerjini isə istisnasız olaraq dövlətə satar. Dövlət də eyni qaydada əhaliyə. Fikirmcə, hər iki halda bu, qənaətə, dövlətin yükününün azaldılmasına səbəb olar və yeni iş yerlərinin açılmasına geniş imkanlar aça bilər”. |
2024-02-20 | 834,144 | Əliyev və Ərdoğan İrəvana xəbərdarlıq etdi - General | Cənab İlham Əliyev seçkidən sonra keçirilən andiçmə mərasimində bizim bir ailə olduğumuzu vurğuladı. Türkiyədə mətbuat konfransında prezidentlərimizin yan-yana, çiyin-çiyinə bütün dünyaya verdiyi mesajlar da bu sözləri bir daha təsdiqlədi. Ölkə başçılarının dilə gətirdiyi məsələlər yalnız mesaj deyil, eyni zamanda bizim üçün yol xəritəsidir. Bu sözləri Axar.az-a İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən ortaq mətbuat konfransında səsləndirilən fikirləri şərh edən qardaş ölkənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib. Onun sözlərinə görə, TDT-nin növbəti Zirvə Toplantısının Şuşada keçirilməsi və ortaq universitetin qurulması haqqında qərar mühüm tarixi əhəmiyyət daşıyır: “4 ay sonra Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə Toplantısına müşahidəçi statusunda Şimali Kipr Türk Respublikası Prezidentinin də dəvət olunması çox böyük tarixi hadisədir. Naxçıvan müqaviləsinin imzalanmasının 15-ci ildönümü ərəfəsində Ərsin Tatarın da Zirvədə iştirakı həm bir ailə olduğumuzu, həm də maneələrə baxmayaraq, qətiyyətlə gələcəyə doğru irəlilədiyimizi bütün dünyaya göstərəcək. Belə uğurlar çox böyük zəhmətlə və riskə getməklə qazanılır. Fikrimcə, burada cənab İlham Əliyevin əməyini xüsusi qeyd etmək lazımdır. Təbii ki, qarşıya qoyulan hədəflərə çatmaq və birliyimizi gücləndirmək üçün milli ruhda böyüyən, adət-ənənələrimizə yiyələn, bunu həyat tərzinə çevirən gənclər yetişdirilməlidir. Türkiyə-Azərbaycan Universitetinin qurulması üçün anlaşma memorandumunun imzalanması da sözügedən istiqamətdə atılan çox ciddi addımdır. Bu təhsil ocağı bütün qardaş ölkələrimizin gənclərini bağrına basacaq. Yetişən gənclər üzərlərinə düşən missiyanı şərəflə daşıyacaq və gələcək nəsillərə ötürəcəklər”. Yücel Karauz AŞPA-nın ölkəmizə qarşı haqsız addımlarından danışıb: “Əlbəttə, qazandığımız uğurlar dostlarımızı məmnun etdiyi kimi, bizi istəməyənləri də qıcıqlandırır. Ona görə də min bir bəhanə ilə qarşımızı kəsməyə çalışırlar. AŞPA-da Azərbaycana qarşı hüquq tanımayan, qərəzli davranış və atılan son addımlar da bunun bariz örnəyidir. Əlbəttə, bunu heç bir halda qəbul etmək mümkün deyil. Cənab Ərdoğan da bu məsələdə Türkiyənin sonadək Azərbaycanın yanında olacağını, dəstəyini əsirgəməyəcəyini bildirdi. Çünki biz qardaşıq və hər zaman bir-birimizin yanında olmaq yalnız strateji müttəfiqlikdən irəli gələn məsələ deyil. Bu bizim bir-birimizə qarşı qardaşlıq vəzifəmizdir”. General qazanılan qələbələrin Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət və tək Ordu” olduğunu sübut etdiyini vurğulayıb və Ermənistana xəbərdarlıq edib: “Ölkə başçılarımız dövlətlərimizin eyni zamanda ordu quruculuğu, müdafiə sənayesi sahəsində ortaq hədəflərə doğru qətiyyətlə irəliləməyə davam edəcəyini bildirdilər. İlham Əliyev Azərbaycan Ordusunun həm 44 günlük Vətən müharibəsində, həm də 24 saatlıq antiterror əməliyyatı zamanı öz gücünü göstərdiyini, Türkiyə ordu modelinə keçidin uğurla nəticələndiyini vurğuladı. Gücümüz dosta güvən, düşmənə isə qorxu salır”. Karauz Ermənistanın mövcud vəziyyətdə yaxşı düşünüb sonra addım atmalı olduğunu qeyd edib: “Mətbuat konfransında eyni zamanda Ermənistana xəbərdarlıq edildi. Ermənistan sülh əldə olunması üçün meydana çıxan tarixi fürsəti yaxşı dəyərləndirməlidir. Çünki sonra gec olacaq və əgər başqalarının fitnəsi ilə özünü oda atsa, kimisə köməyə çağırmağa belə imkan tapmayacaq, meydanda tək qalacaq. Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə tarixin ən üst səviyyəsinə çatan əlaqələri daha da inkişaf etdirməkdə qətiyyətlidir. Birliyimiz yalnız ölkələrimiz üçün deyil, qardaş ölkələrimizdə və bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün təminatdır”. |
2024-02-20 | 834,145 | Səbəbkar məktəbdir, yoxsa ailə? - Ekspert | İstər məktəb daxilində, istərsə də məktəbdən kənarda belə halların baş verməsində müəllimi günahlandırmaq doğru deyil. Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına münasibət bildirərkən deyib. E.Əfəndiyev bildirib ki, ailə tərbiyəsi başlıca şərtdir: “Məktəb tədris, təhsil prosesində iştirak edir. Tərbiyə prosesində məktəbin rolu ailənin rolu qədər deyil. Sinifdə 25-30 şagird varsa, müəllim şagirdlərin hər birinin tərbiyə prosesi ilə məşğul olmalıdır, yoxsa fənni öyrətməlidir? Təhsil prosesində müəllim müəyyən bir vəziyyətlə bağlı nəyinsə izahını və ya hər hansı bir ibrətamiz hekayə, təmsil oxumaqla şagirdi məlumatlandırırsa, şagird buradan nələrisə öyrənə bilər. Təbii ki, öyrənən düzgün ailə tərbiyəsi görmüş şəxslər olacaq. Digərləri üçün hekayənin məntiqi, ideası anlaşılmaz olaraq qalacaq. İlkin təməl bilik məktəbdə verilirsə, ilkin tərbiyəni də valideyn verir. Sözügedən situasiyaya nəzər salsaq görərik ki, şiddətə məruz qalan və şiddəti törədənin etdiyi hərəkətlər doğru deyil. Bu artıq onu göstərir ki, valideyn diqqətindən kənar böyüyüblər. Valideynlər qeyri-etik davranışları və zorakılıqları övladlarının gözü qarşısında sərgiləyib. Nəticə etibarı ilə uşaq o davranışları valideynindən götürüb. Erkən yaş dövründə uşağın təməl tərbiyəsini düzgün qoymamışıqsa, yuxarı siniflərdə və ya müəyyən bir dövrdə həmin şəxsin təməlində qoyulan təlim-tərbiyə öz nəticəsin verəcək. Valideyn övladını müəllimlə, müəllim şagirdini valideynlə çəkindirməlidir. Əvvəlki dövrdə belə olduğu üçün neqativ vəziyyət də yox idi. İndi isə müəllim müəyyən səbəblərdən valideyn qarşısında gözükölgəli olduğu üçün valideynin də, şagirdin də ötkəmi müəllim üzərində artır”. |
2024-02-20 | 834,150 | Kreml Navalnının yasından qorxur: nəşi verməyəcək | Kreml Navalnının cəsədini prezident seçkisinin sonuna qədər ailəyə verməyəcək, ya da heç vaxt verməyəcək. Axar.az xəbər verir ki, bu barədə “Moskva Tayms” Rusiyanın Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb. “Kreml indi Navalnı üçün yas mərasimini “söndürməyə” çalışır. Çünki o, Putinin martda keçiriləcək seçkidə yenidən prezident seçilməsini məhv edə bilər. Buna görə də hakimiyyət müxalifətçinin açıq yas mərasimindən qorxur. Bu, bizə lazım deyil, çünki bu, boss (Putin - red.) üçün problem olacaq. Hakimiyyət hətta Navalnının cəsədini heç vaxt təhvil verməmək kimi görünməmiş variantı nəzərdən keçirir. Meyitin gizlədilməsi üçün bəhanə kimi Kreml “terrorçuluq”da təqsirli bilinən şəxsin cəsədinə öz mülahizəsinə görə sərəncam vermək hüququna malik olduğunu göstərə bilər. Eyni zamanda, onlar cəsədi dəfn zamanı təhlükəli xəstəliklərin yayılması baxımından təhvil verməyə bilərlər”, - mənbə bildirib. Qeyd olunur ki, İstintaq Komitəsi Navalnının ölümü ilə bağlı araşdırmaya başlayıb və bu, ona meyiti 30 gün ərzində (seçkinin bitməsinə az qalmış) təhvil verməməyə imkan verir. Yaxın iki həftə ərzində siyasətçinin cəsədi bir növ kimyəvi müayinədən keçəcək. |
2024-02-20 | 834,151 | Fransa Karapetyanın malikanəsinə həbs qoydu | Fransa məhkəməsi erməni əsilli rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın şəxsi evinə həbs qoyub. Axar.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Rokebrün-Kap-Marten kommunasında yerləşən 120 milyon dollarlıq malikanə rəsmən Karapetyana məxsusdur. Lakin Paris Prokurorluğu real benefisiarın “Qazprom”un törəməsi olan “Qazpromneft” olduğunu bildirib. Qeyd olunub ki, dəbdəbəli malikanə bir neçə mərtəbədən ibarətdir. Həyətində üç hovuzu, tennis kortu və helikopter meydançası var. |
2024-02-20 | 834,154 | Paşinyana qarşı mitinq: növbəti aksiyanın vaxtı açıqlandı | 14:48 Bu gün “Miasin” alternativ ictimai-siyasi hərəkatının Koordinasiya Şurası İrəvanda “arsax hərəkatı”nın növbəti ildönümünə həsr olunmuş mitinq keçirəcək. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, mitinqdə əsas tələb “arsax”ı təslim edənlərin istefası olacaq. Bildirilib ki, mitinqdə Nikol Paşinyanın Ermənistanın baş naziri postundan istefa verməsinin 100-dən çox səbəbi açıqlanacaq. Ermənistan Demokratik Partiyasının rəhbəri Aram Sərkisyanın sözlərinə görə, mitinq iştirakçıları əvvəlcə Yerablur panteonuna gedəcək, daha sonra Azadlıq meydanında toplanacaq. Xatırladaq ki, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Xalq Deputatları Sovetinin Xankəndidə keçirilən növbədənkənar sessiyasında “Azərbaycan və Ermənistan SSR Ali Sovetlərinə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisindən çıxarılması xahişi ilə müraciət etmək haqqında” qərar qəbul edilib. *** İrəvanın mərkəzindəki Azadlıq meydanında “arsax hərəkatı”nın ildönümü ilə bağlı Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq başlayıb. Etirazçılar “Biz Nikol Paşinyanın istefasını tələb edirik”, “Arsaxın azadlıq mübarizəsi davam edir” yazılı plakatlar qaldırıblar. *** Nikol Paşinyana qarşı keçirilən mitinq başa çatıb. Təşkilatçılar fevralın 29-u saat 17:00-da növbəti mitinq təyin ediblər. |
2024-02-20 | 834,155 | DTX-dən sonra MİT hərəkətə keçdi: Fransa casusları... - Foto | Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) 3 casusunu ələ keçirib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bir il ərzində Türkiyədə fəaliyyət göstərən DGSE casusları MİT tərəfindən aylarla addım-addım izlənilib. Fransa casusları Türkiyə əleyhinə saxta sənədlərin hazırlanması, rəsmi Ankaranın miqrant siyasəti haqda informasiyaların toplanması işini həyata keçirib. Məlumata görə, İstanbulda yaşayan və “fəal jurnalist” kimi tanınan suriyalı miqrant Əhməd Katie ailəsi ilə birlikdə sığınacaq almaq üçün Fransa konsulluğuna müraciət edib. Bu müraciətdən sonra DGSE fəaliyyətə keçib və Ə.Katieyə sığınacaq ala bilməsi üçün Türkiyə əleyhinə siyasi və hərbi casusluq etməsini təklif edib. Casusluq fəaliyyətini Ə.Katie ilə yanaşı, İbrahim Şevais və Halis Elnahar həyata keçirib. DGSE bu casuslarla əlaqəni Parisdə fəaliyyət göstərən Hələb Dostları Cəmiyyəti (Coliectif Amis d'Alep) vasitəsilə qurub. Qeyd edək ki, MİT-dən öncə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti DGSE-nin casusluq fəaliyyətini ifşa etmişdi. DTX-nin əməliyyatı nətricəsində ölkəmizdə fəaliyyət göstərən Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ələ keçirilib. DTX-dan sonra MİT-in keçirdiyi əməliyyat Fransa kəşfiyyatına növbəti zərbədir. |
2024-02-20 | 834,157 | Qazinin 22 min manatını yeyən tələbə həbs edildi | Fevralın 15-də Azərbaycan Universitetinin 3-cü kurs tələbəsi, 1995-ci il təvəllüdlü Nurlan S. həbs edilib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi Nurlanı Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib. 29 yaşlı tələbə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və həmin gün məhkəmə zalında həbs edilib. Həmçinin məlum olub ki, həbs edilən tələbə GESKO şirkətində növbə rəisi vəzifəsində işləyirmiş. Dələduzluq hadisəsinə gəlincə Nurlan S.-in Mirqalib adlı qazini aldadaraq 22 min manat pul alması barədə şikayətdən sonra cinayət məsuliyyətinə cəlb edilməsi məlum olub. Belə ki, Nurlan həmin şəxsi aldadaraq ona müharibədə iştirakına görə torpaq sahəsi ayırtdıracağını və ev alacağını deyib. Bu adla o, həmin şəxsdən 22 min manata yaxın pul alıb və bütün pulları “Topaz”da mərc oyunlarına qoyaraq uduzub. Bundan sonra Mirqalib Q. polisə şikayət edib. Nurlanın ailəsi zərərçəkmişə cəmi 5 min manat qaytara bilib. |
2024-02-20 | 834,159 | "Kristal Abşeron"dan açıqlama - Foto | Son günlərdə kütləvi informasiya vasitələrində Yasamal gölünün qurudulması ilə bağlı bir sıra məlumatlar yayımlanıb. Bildirmək istəyirik ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir. Yayımlanan videonun çəkildiyi ərazi gölətrafı bulvar salınması üçün ayrılmış zonadır. Yəni bu hissədə heç bir bina tikintisi nəzərdə tutulmur. Ərazidə aparılan prosesin məqsədi gölü qurutmaq yox, sadəcə gölün səth hissəsində bərkitmə işləri aparmaqdır. Axar.az xəbər verir ki, bu sözlər "Kristal Abşeron"un yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, bərkitmə işləri yekunlaşdıqdan sonra gölətrafı bulvar ərazinin salınmasına başlanılacaq. Layihənin ilk iki mərhələsinin baş planını: "Bu baş plan Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən qiymətləndirilib. Layihənin tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlərə müsbət yöndə təsir edəcəyi qənaətinə gəlinib və icra üçün razılıq əldə edilib. Biz “Kristal Abşeron” şirkəti olaraq tikinti aparan zaman seçilmiş ərazidə yaşıllıq varsa, bu yaşıllığı landşaft elementi olaraq saxlayırıq və yeni yaşıl ərazilər salaraq ekoloji sağlam mühit yaradırıq. Gölətrafı 20 hektar bulvar ərazinin və 5 hektarlıq şamlıq parkının salınmasında da əsas məqsəd “Park Yasamal” sakinləri üçün təbiətə yaxın, ekoloji sağlam mühit təşkil etməkdir", - məlumatda qeyd olunub. |
2024-02-20 | 834,160 | Ramazan ayı bu tarixdə başlayır – Rəsmi | Ramazan ayının ilk günü mart ayının 11-i başlayır. Bunu Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi bildirib. “Qafqaz Müsəlmanları İdarəsindən Rəsadxanaya verilmiş sorğu əsasında deyə bilərik ki, bizdə olan təqvimə görə, mart ayının 11-i Ramazan ayının ilk günüdür. Aprel ayının 10-u isə bayram gözlənilir”, – QMİ bildirib. Qeyd edək ki, Türkiyə Dəyanət İşləri Nazirliyi də 11 martın Ramazanın ilk günü olduğunu elan edib. |
2024-02-20 | 834,162 | Ermənistandan qaçan Qarabağ ermənilərinin sayı açıqlandı | Qarabağdan köçən ermənilərin 15 faizi Ermənistanı tərk edib. Axar.az xəbər verir ki, bunu erməni professor Tatul Manaseryan deyib. Onun sözlərinə görə, Qarabağ sakinlərinin Ermənistandan getməsi əsasən iş tapmaqda yaranan çətinliklərlə bağlıdır. Manaseryan bildirib ki, əmək bazarında vəziyyət əmək miqrantlarının kütləvi axını ilə daha da ağırlaşıb: “Təkcə Hindistandan Ermənistana 14 minə yaxın əmək miqrantı gəlib. Ermənistan iqtisadi artıma görə Aİİ-də liderdir, lakin buna baxmayaraq, ölkədə yoxsulluğun səviyyəsi artıq üçüncü ildir ki, artmaqdadır. Rəsmi məlumatlara görə, Ermənistanda yoxsulluq səviyyəsi 42%-dir, lakin ekspertlərin hesablamalarına görə, Şirak bölgəsində bu rəqəm 60%-i keçir”. Erməni professor onu da qeyd edib ki, 2023-cü ildə Ermənistan iqtisadiyyatının sturkturu pisləşib: “Üstəlik, ərzaq, içki və geyim istehsalı da azalıb. Müvafiq olaraq, iqtisadiyyatın bu sahələrindən məhsulların ixracının həcmi də azalıb ki, bu da ixrac sektorunda ciddi problemləri əks etdirir”. |
2024-02-20 | 834,163 | Şagird həmcinsini buna görə alçaldıbmış - Özü açıqladı | 14:20 Öz məktəb yoldaşına qarşı zorakılıq göstərən Dilarə Rzaquliyeva özü də həmin qız tərəfindən bulinqə məruz qaldığını iddia edir. Onlar vaxtilə bir məktəbdə oxumaqla yanaşı, həm də qonşudurlar. Bulinqə məruz qalan qız 156 saylı məktəbin IX sinifindən çıxaraq peşəyə yönəlib. Hadisəni törədən Dilarə Rzaquliyeva isə məktəbin XI sinifində təhsil alır. O, bu hadisəni bir növ qisas almaq məqsədilə törətdiyini söyləyib. Axar.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a bu gün yayılmış qeyri-etik görüntü ilə bağlı məktəbdə olan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. Şura sədri bildirib ki, həmin qızlar və valideynləri ilə görüşə bilməsələr də, məktəbdə onlara hadisə barədə məlumat verilib. “Biz bulinq törədən qızın sinif yoldaşları ilə görüşdük. Onlar D.Rzaquliyevadan indiyədək heç bir zorakı davranış görmədiklərini bildirdilər. Məlum oldu ki, hazırda bulinqə məruz qalan qız özü də ona qarşı əvvəllər belə bir hərəkət edib. Sosial şəbəkələrdə Dilarənin uyğun olmayan qadınların şəkli ilə montaj edərək onun qeyri-etik xidmətlər göstərdiyini qeyd edib. Sadəcə məktəbli ondan acıq çıxmaq üçün səhv üsul seçib. Videogörüntü yayılmazdan öncə bu məsələ hüquq-mühafizə orqanlarında araşdırılırmış" - G.Səfərova bildirib. Qurum rəhbəri onu da əlavə edib ki, şagirdlərin təhsil aldığı məktəb şagird davranış qaydalarının pilot layihə şəklində tətbiq edildiyi təhsil müəssisəsidir. O bildirib ki, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdinin həmcinsinə qarşı etdiyi zorakılıq halı ilə bağlı video barədə Elm və Təhsil Nazirliyinə, aidiyyatı qurumlara məlumat verilib. Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılovanın verdiyi məlumata görə, şagird həmcinsi ilə zarafat etdiyini deyib. |
2024-02-20 | 834,167 | İrəvanda rayon rəhbərliyinin binası atəşə tutuldu | Fevralın 20-də İrəvanın Nor Nork rayon administrasiya rəhbərinin inzibati binasının pəncərələri atəşə tutulub. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Hadisə yerinə cəlb olunmuş polis qüvvələri 7 atəş izi aşkarlayıb. Hadisə ilə bağlı araşdırma aparılır. |
2024-02-20 | 834,168 | Müharibədən inanılmaz gəlir əldə edirlər - Lukaşenko | Benefisiarlar inanılmaz gəlirə görə Ukraynadakı döyüşləri dayandırmaqda maraqlı deyillər. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Müharibədən faydalananların özlərinə yad bir xalqın daxilindəki qırğınların dayandırılmasında heç bir marağı yoxdur. Bəhslər çox yüksəkdir və gəlir inanılmazdır. Məsələn, NATO-nun 155 mm-lik artilleriya mərmisinin qiyməti Ukraynada müharibə başlayandan bəri dörd dəfə artıb, yəni ikidən səkkiz min avroya. Necə deyərlər, şərhsiz. Şərq-Qərb sivilizasiyası qarşıdurmasının indiki mərhələsinin özəlliyini belə xarakterizə etmək istərdim: maskalar tamamilə atılıb”, - o bildirib. Lukaşenko qeyd edib ki, əvvəllər geosiyasi ambisiyalarını təmin etmək üçün Vaşinqton ən azı tutarlı bəhanə tapırdısa və bu, rəngli inqilablara, hibrid və proksi müharibələrə ilham verirdisə, bu gün açıq aqressiyaya doğru hərəkət edir: “Bizi tezislə qidalandırırlar ki, çoxqütblü dünya xaos agentlərinin nəzarətsiz böyüməsi dünyasıdır, bizə bir qlobal polis lazımdır. Yalandır. Sözdə nəzarətsiz artım Vaşinqton tərəfindən törədilib və hələ də nəzarət altındadır. Bu onların əzabıdır. Yalnız çoxqütblü dünya bütün qitələrdə tarazlıq yaratmağa və təhlükəsizliyi təmin etməyə qadirdir. Ona keçid çox gərgin və dramatikdir. Və başqa cür ola bilməz”. |
2024-02-20 | 834,169 | İsveç Ukraynaya hərbi yardım paketini elan etdi | İsveç hökuməti Ukraynaya 7,1 milyard kron (630 milyon avro) dəyərində indiyə qədər ən böyük hərbi yardım paketini təqdim edib. Axar.az xəbər verir ki, bu barədə İsveç müdafiə naziri Pol Yonson məlumat verib. Məlumata görə, yardım paketinə “Stridsbat 90” sinfindən olan 10 ədəd desant-hücum kateri, 20 ədəd desant kateri, sualtı sursatlar, minalar və torpedalar, “Robot 70” zenit sistemləri, TOV modelli tank əleyhinə robotlar, sursatları ilə birlikdə qumbaraatanlar, artilleriya sursatları, əl qumbaraları, “Karl Qustav” pulemyotları, tibbi avadanlıq və təcili tibbi yardım maşınları daxildir. Müdafiə nazirinin sözlərinə görə, yardım paketi tamamilə Ukraynanın sifarişləri əsasında hazırlanıb. |
2024-02-20 | 834,171 | Əsgərimizi yaralayan ermənilər həbs oluna bilər | Fevralın 12-də Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddin Zəngilan rayonu istiqamətində atəşkəsi pozaraq hərbçimizi yaralamaqda əli olan şəxslər həbs oluna bilər. Axar.az Unikal-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Hərbi Polisi məlumat yayıb. Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı Azərbaycan tərəfinin qeydə alaraq yaydığı görüntüləri şərh edə bilməyib. "Fevralın 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Qafan-Zəngilan hissəsində erməni mühafizəçilərin atəş açması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumat araşdırılır. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə yuxarı komandanlığın hərbi qulluqçunun atəş açması barədə yazılı əmri olmayıb. Bu hal təsdiq olunarsa, əmri pozmaqda təqsirli olan şəxslər məsuliyyətə cəlb olunacaqlar", - məlumatda deyilir. Xatırladaq ki, fevralın 12-də Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. DSX-nin 13 fevralda keçirdiyi qisas əməliyyatı ilə sözügedən döyüş mövqeyi darmadağın edilib, 4 erməni həbçi isə məhv edilib. |
2024-02-20 | 834,173 | Təhqir olunan yeniyetmənin nənəsi danışdı - Video | Nəvəm qıza nəsə pis söz deyib. Sonra onlar da yığışıb nəvəmi danışmağa çağırıblar. Nəvəm deyib ki, atama demə, döyər məni. Axar.az xəbər verir ki, bunu 156 nömrəli məktəbin yaxınlığında həmcinsi tərəfindən təhqir olunan yeniyetmə qızın nənəsi Cəmilə Hacıyeva deyib. O, zorakılığa məruz qalan nəvəsinin özünü müdafiə etmədiyini söyləyib. “Həmin qız bizim həm qonşumuz, həm də qohumumuzdur. Bizim aramızda heç bir problem olmayıb. Nəvəm 9-cu sinifdən çıxıb, o qız isə 11-ci sinifdir. Atası da, əmisi də qızın valideynləri ilə danışıb. Problemli ailə deyillər, bibisi Qala məktəbində direktor işləyib. Yaxşı adamlardır, yaxşı qonşu olmuşuq”, - deyə C.Hacıyeva əlavə edib. Qeyd edək ki, 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar. Daha ətraflı Baku TV-nin süjetində: |
2024-02-20 | 834,174 | Xocalının içməli su təchizatı yaxşılaşdırılır - Video | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Xocalı şəhərinin içməli su təchizatı yaxşılaşdırır. Qurumdan Axar.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması layihəsinin icrası intensiv qaydada davam etdirilir. Böyük Qayıdış Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Xocalının su təchizatının yaxşılaşdırılması üçün yeni su mənbəyi yaradılır. Proqramın icrası nəticəsində şəhərdə məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq 2 yeni subartezian quyusunun qazılmasına qərar verilib. Artıq quyulardan biri istismara hazır vəziyyətə gətirilib, digər quyunun qazıntısı işləri davam etdirilir. Yeni subartezian quyuları gələcəkdə şəhəri 24 saat fasiləsiz içməli su ilə təmin etməyə imkan verəcək. Xocalının içməli su təchizatı məqsədilə mənbədən götürülən su həcmi 500 kubmetr olan anbara ötürüləcək və buradan şəhərə paylanacaq. Xocalıda mövcud içməli və tullantı su şəbəkələrinin genişləndirilməsi işləri də həyata keçirilir. Yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə içməli və tullantı su xətləri çəkilir. Xocalının bir hissəsində mərkəzləşdirilmiş paylayıcı su şəbəkəsi mövcuddur. Kanalizasiya şəbəkəsi isə şəhərin kiçik bir hissəsini əhatə etməklə istismara yararsız vəziyyətdədir. Hazırda şəhərə, eləcə də rayonun bir neçə kənd və qəsəbəsinə Xocalı Sukanal İdarəsi xidmət göstərir. |
2024-02-20 | 834,178 | “Əli ədaləti” İranın 3 milyon məxfi sənədini ələ keçirdi | İranın məhkəmə sisteminə kiberhücum edilərək, milyonlarla məhkəmə sənədi ələ keçirilib. Axar.az xəbər verir ki, bu barədə "Əli ədaləti" haker qrupu məlumat yayıb. Qrup X hesabında yaydığı məlumatda yaxın saatlar ərzində İran məhkəmə sistemminin 3 milyon sənədini yayacağını bildirib. Bununla yanaşı, minlərlə məxfi və çox məxfi sənədin də ələ keçirildiyi qeyd edilib. |
2024-02-20 | 834,179 | İranın casus şəbəkəsinə qarşı yeni əməliyyat - Foto | Azərbaycanda İranın molla rejiminə xidmət edən saxta dindarlara qarşı yeni əməliyyat keçirilib. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Əməliyyat zamanı 10-a yaxın şəxs saxlanılıb. Saxlanılan şəxslərdən birinin Nefçala sakini olduğu bildirilir. Qeyd edək ki, əməliyyatla bağlı rəsmi açıqlama verilməyib. |
2024-02-20 | 834,181 | Şagirdlər azadlıqdan məhrum ediləcək? - Vəkil | Sosial şəbəkədə yayımlanan videodan görünür ki, qızlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindədir. Bu sözləri Axar.az-a açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Bakı şəhəri 156 saylı orta məktəbin qız şagirdlərinin qeyri-etik hərəkətləri barədə açıqlamasında deyib. “Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs isə qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə və s. cinayətlərə görə məsuliyyət daşıyır. Hadisə ilə bağlı yayılmış videodan bəlli olur ki, xuliqanlıq hərəkətləri edən ən azı iki nəfərdir. Odur ki, təqsirləri sübuta yetiriləcəyi təqdirdə hər iki qız üç il müddətinə azadlıqdan məhrum edilə bilər”, - vəkil bildirib. Hüquqşünas qeyd edib ki, bu hadisəni törədən şəxsin valideynləri cəmiyyət qarşısında mənəvi məsuliyyət daşıyır: “Azərbaycan xalqının milli dəyərlərinə qarşı belə açıq hörmətsizlik mənəvi deqradasiyanın ən son həddidir. Məsələni təkcə hüquq kontektsində qiymətləndirmək düzgün olmazdı. Məsələ kompleks yanaşma tələb edir. Həmin şəxsin valideynləri zərərçəkmiş şəxsdən və Azərbaycan xalqından üzr istəməlidirlər”. |
2024-02-20 | 834,182 | Həmcinsini təhqir edən şagirdlə bağlı qərar veriləcək | Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan qızın (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi hərəkətlərlə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsil müəssisəsində olub, məktəb rəhbərliyi, psixoloq, sinif rəhbərinin iştirakı ilə müəllim və şagirdlərlə görüşüb. Axar.az xəbər verir ki, məktəb kollektivi ilə keçirilən görüşdə uşaqlara həssas yanaşma və onların təhlükəsizliyinin təmin edilməsinin əsas hədəflərdən biri olduğu nəzərə çatdırılıb. Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması, valideyn məsuliyyətinin artırılması və şagird davranış qaydalarına nəzarətin daha da gücləndirilməsi məktəb kollektivinə tapşırılıb. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın nəticələri əsasında həmin şagirdlə bağlı uyğun qərar veriləcək. |
2024-02-20 | 834,183 | Salyanda mikroavtobus aşdı: 8 nəfər xəsarət aldı - Video | Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Axar.az Report-a istinadən xəbər verir ki, bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü İlqar Dursun oğlu Əsgərov, 2006-cı il təvəllüdlü Aysun Elmir qızı Əsədova, 1960-cı il təvəllüdlü Telman Sabir oğlu Əzizov, 1950-ci il təvəllüdlü Qönçə Habil qızı Rəhimova, 1951-ci il təvəllüdlü Südabə Allahverən qızı Mehdiyeva, 1969-cu il təvəllüdlü Nigar Məzahim qızı Qarayeva, 1957-ci il təvəllüdlü Qətibə Seyfulla qızı Əliyeva və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Aysel Valeh qızı Əsgərovadır. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2024-02-20 | 834,187 | "Land Rover"i 200-lə sürən qadın saxlanıldı - Video | Qayda pozuntusu törədərək sosial şəbəkədə paylaşan daha bir şəxs saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, idarə etdiyi "Land Rover Velar" markalı, 99 CN 222 qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Afət Əhməd qızı Quluzadə Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İzahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirən A.Quluzadə barəsində inzibati protokol tərtib edilib. "Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir və xəbərdarlıq edir ki, belə hallara yol verən şəxslər aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tənbeh tədbirləri görüləcək", - məlumatda deyilir. |
2024-02-20 | 834,192 | Bakı Ukraynaya yenə yardım göndərdi | Prezident İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq, ölkəmiz tərəfindən Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının sonuncu hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınıb. Axar.az xəbər verir ki, Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 670 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 26 ədəd transformator və komplekt transformator məntəqəsi daxildir. 25 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir. Qeyd edək ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan humanitar yardımın əvvəlki hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr, 8 dekabr və 2024-cü ilin 11 yanvar tarixlərində Ukraynaya göndərilib. Ümumilikdə, bu çərçivədə Ukraynaya 107 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3,3 milyon metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 72 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb. |
2024-02-20 | 834,193 | Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata saxlanıldı | Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Axar.az-a bildirib ki, sosial şəbəkədə yayılan görüntülər araşdırılıb: "Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir". |
2024-02-20 | 834,197 | Biz Əhmədlə Şüvəlanı araşdırırıq, ermənilər Bakı sərgisi keçirir… | Azərbaycan ictimai fikrinin və mediasının tam-tamına bütün diqqəti Əhməd istintaq təcridxanasında özünü necə aparması və Şüvəlan məktəblisinin bullinqinə kökləndiyi məqamda ermənilərin Sankt-Peterburqda Bakı ilə bağlı sərgi təşkil etdiyi haqda məlumat yayılır. Axar.az xəbər verir ki, sərgi “Bakının erməni tarixi-mədəni izi” adlanır. Məlumatda bildirilir ki, sərginin məqsədi erməni neft istehsalçılarının, memarlarının, inşaatçılarının, idman və mədəniyyət xadimlərinin “uzun əsrlər boyu” Bakı şəhərinin inkişafında əvəzsiz töhfələrini göstərməkdir. “Sərginin ziyarətçilərinə 1987-ci ildə Bakıdakı Müqəddəs Qriqori Erməni kilsəsində sonuncu Pasxa mərasiminə aid unikal videomateriallar, həmçinin 1930-cu illərdə dağıdılmış Müqəddəs Faddey və Varfolomey Katedralinin yenidən yaradılmış 3D modeli təqdim olunacaq", - deyə qeyd edilib. Tədbiri Sankt-Peterburq Erməni Regional Gənclər Birliyi keçirir. Erməni təbliğat maşını çalışır, Bakıda “yüzillərin erməni izini” dünyaya göstərirlər – halbuki Bakıya ermənilərin gəlişi ümumiyyətlə Çar Rusiyasının son dövrlərinə, Bakının neft şəhəri kimi məşhurlaşmasından sonraya təsadüf edir. Yeri gəlmişkən, bullinqə uğrayan qızın anasını-atasını tapmamışıq, həmçinin qızın başında qırılan yumurtanın hansı mağazadan və neçəyə alınması kimi ən mühüm detalı araşdırmaqda gecikirik. Əhmədin səs-küyünün də tempi, diapozonu və dustaqlardan dəqiq neçəsini narahat etdiyini üzə çıxarmaqda çətinlik çəkirik - baxşəliyevlər və onların efirlərdəki layiqli davamçıları mütləq bu gizlinləri aşkar edər, inşallah. Bir də səhv etmirəmsə, bu gün TV-lərdəki qazanlar ocaq üstündə qaldı… |
2024-02-20 | 834,201 | Bizdə azad və rəqabətli seçki yoxdur - Xatəmi | Biz azad seçici və sağlam rəqabətli seçki prosesindən çox uzağıq. Axar.az xəbər verir ki, bunu İranın eks-prezidenti Məhəmməd Xatəmi İslam Həmrəyliyi Partiyasının Mərkəzi Şurasının iclasında deyib. “Təəssüf ki, cəmiyyətdə geniş yayılmış narazılığın, hətta zorakılığın təsirlərini gördük. Cəmiyyətin narazı təbəqəsi dedikdə, elitadan və xüsusilə gənclərdən başqa, son iki seçkidə iştirak etməyən 50%-dən yuxarı çoxluğu, eləcə də etibarsız sayılmış bir neçə milyon səsi nəzərdə tuturam. Ehtimal etmək olmaz ki, seçkilərdə iştirak edənlərin hamısı ölkənin vəziyyətindən razıdır”, - o bildirib. |
2024-02-20 | 834,204 | İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı | 15:58 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti tikinti ilə əlaqədar “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqavilələrinin” və bu müqavilələrlə nəzərdə tutulmuş “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməli, Azərbaycan Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün dövlət başçısına təqdim etməli, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi və “Azərenerji” ASC ilə birlikdə investisiya müqaviləsində və enerji alqı-satqı müqaviləsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməli, aidiyyəti qurumlarla birlikdə layihənin həyata keçirildiyi ərazidə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, külək elektrik stansiyasının “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi” və “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan müddətdə və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, layihənin vaxtlı-vaxtında həyata keçirilməsini təmin etmək üçün tələb edilən digər inzibati və texniki məsələlərin icrası istiqamətində tədbirlər görülməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan daxili elektrik yarımstansiyası tikildikdən və quşların mühafizəsi sistemi quraşdırıldıqdan sonra “Azərenerji” ASC onu “ACWA Power Azerbaijan Renewable Energy” MMC-yə icarəyə verəcək. |
2024-02-20 | 834,207 | Hakim olmaq istəyənlərin nəzərinə - Bu tələb ləğv edilir | Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. Axar.az xəbər verir ki, bu, “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər. Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. |
2024-02-20 | 834,208 | Prezident onlara ali xüsusi rütbələr verildi | İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. Həmin şəxslər aşağıdakılardır: Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi. |
2024-02-20 | 834,210 | Dövlət Vergi Xidməti işçiləri təltif edildi | Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncamla vergi sisteminin inkişafında xidmətlərinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Vəliyev İlkin Etibar oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Musayev Orxan Azad oğlu 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə Abdullayev Vəli Həsən oğlu Kəngərli Cavid Muxtar oğlu Musayev Fəxrəddin Binnət oğlu Süleymanlı Elxan Süleyman oğlu Şahinzadə Fərman İlham oğlu 2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə Mahmudov Fuad Malik oğlu Məhərrəmov Ramiz Bulut oğlu 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə Əhmədov Rəşad Kazım oğlu. |
2024-02-20 | 834,212 | Səfirlər Navalnı üçün Hüseyn Cavidi ziyarət etdi - Foto | ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri Hüseyn Cavidin heykəli önündə həbsxanada ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının xatirəsini yad ediblər. Axar.az xəbər verir ki, bununla bağlı səfir Mark Libbi adından ABŞ səfirliyinin sosial media səhifələrində və Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auldun X səhifəsində paylaşım edilib. “Aleksey Navalnının həyat yoldaşı və ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hər yerdə azadlıqsevər insanlar onun şücaətini heç vaxt unutmayacaqlar”, - səfir Libbi bildirib. Böyük Britaniya səfiri Ferqus Auld isə qeyd edib: “Bu gün ABŞ səfiri Mark Libbi ilə birlikdə həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum”. |
2024-02-20 | 834,217 | Ramazan ayının təqvimi açıqlandı | Azərbaycanda Ramazan ayı martın 11-də başlayacaq. Axar.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. İdarənin təqviminə əsasən, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Ramazan bayramı aprelin 10-11-nə təsadüf edəcək. |
2024-02-20 | 834,218 | Peskov: Putinin bu qətldə əli olduğunu demək... | Navalnının ölümündə Putinin əli olması ilə bağlı iddialar tamamilə əsassızdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Yuliya Navalnayanın ərinin ölümündə əli olması ilə bağlı Rusiya Prezidentinə qarşı ittihamları şərh etməkdən imtina edib: “Bunlar Rusiya dövlət başçısına qarşı tamamilə əsassız, boşboğaz ittihamlarıdır, lakin Yuliya Navalnayanın dul qaldığını nəzərə alsaq, bunu şərhsiz buraxacağam”. Kremlin sözçüsü bildirib ki, Navalnayanın siyasətçinin cəsədinin hansısa zəhərin izlərini gizlətmək istəyinə görə qohumlarına verilməməsi ilə bağlı dediyi sözlərlə tanış deyil: “Amma belə sözlər olubsa, yenə də bunlar əsassız ittihamlardan başqa bir şey deyil. Çünki onları heç nə dəstəkləmir, təsdiq etmir”. O əlavə edib ki, Putin Navalnayanın ərinin işini davam etdirməyi planlaşdırdığına dair müraciətini də görməyib. Peskovun sözlərinə görə, Rusiya AB-nin Navalnının ölümü ilə bağlı beynəlxalq araşdırma aparmaq tələblərini qəbul etmir. |
2024-02-20 | 834,219 | İranda 18 yaşlı gənc həbsxanada öldürüldü | İsfahan əyalətinin Şəhrza şəhərində spirtli içki qəbul etdiyinə görə həbs edilən 18 yaşlı gənc Arin Qurbanişünas öldürülüb. Axar.az xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb. Bildirilib ki, gəncin heç bir xəstəliyi olmayıb. O, həbsxanaya aparıldıqdan iki gün sonra xəstəxanaya köçürülüb, bir gün sonra isə həyatını itirib. İnsan haqları müdafiəçiləri Arin Qurbanişünasın həbsxanada döyüldüyünü iddia ediblər. Gənc aldığı xəsarətlər nəticəsində həyatını itirib. |
2024-02-20 | 834,222 | Husilər AB-yə xəbərdarlıq etdilər: Odla oynamayın | Avropalılara deyirik ki, odla oynamayın, Britaniyadan ibrət götürün. İşğalçı qurumun müdafiəsində (İsrail nəzərdə tutulur – red.) ABŞ-ı dəstəkləməyə ehtiyac yoxdur. Axar.az xəbər verir ki, bu barədə Husi qruplaşmasının yüksək səviyyəli üzvü Məhəmməd Əli əl-Husi AB-nin Qırmızı dənizdə dəniz missiyasının başlaması ilə bağlı danışarkən deyib. “Sizin mövcudluğunuz Qırmızı dənizin militarizasiyasını artırır. Beynəlxalq naviqasiyanı hədəf alır. Bu ölkələrinizdəki bazarların ərzaq tədarükü zəncirinə təsir göstərəcək”, - o əlavə edib. Qeyd edək ki, ötən gün Avropa Birliyinin 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə AB-nin “Aspides” adlı yeni dəniz missiyasını başlatmaq barədə razılıq əldə edib. |
2024-02-20 | 834,224 | Ərsin Tatar İlham Əliyevin jestindən danışdı - Video | Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onu bu il Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə dəvət etməsinə münasibət bildirib. Axar.az xəbər verir ki, AzTV-nin “Hədəf” verilişində suallara cavab verən Ə.Tatar Prezident İlham Əliyevin dəvətindən məmnun olduğunu bildirib, dəvətə görə öz adından və Kipr xalqı adından ona təşəkkür edib. Ətraflı videoda: |
2024-02-20 | 834,226 | Navalnının qardaşı axtarışa verildi | Rusiya müxalifətinin həbsxanada müəmmalı şəkildə ölmüş nümayəndəsi Aleksey Navalnının qardaşı Oleq Navalnı barəsində axtarış elan edilib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Daxil İşlər Nazirliyindən bildirilib. Ona qarşı irəli sürülən ittiham hələ ki məlum deyil. Xatırladaq ki, bu il fevralın 16-da Aleksey Navalnı Rusiyanın Yamalo-Nenesk muxtar dairəsində 3 saylı islah əmək müəssisəsində ölüb. İstintaq Komitəsi siyasətçinin ölüm faktı üzrə araşdırmalara başlayıb. |
2024-02-20 | 834,230 | Belarusda dövlət çevrilişi hazırlanır - Lukaşenko | Xaricdəki Belarus müxalifəti respublikada seçki kampaniyası zamanı dövlət çevrilişi və ya hakimiyyətin ələ keçirilməsi ssenarisi üzərində işləyir. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Ölkədən qaçanlar və onların xüsusi xidmət orqanlarında olan xarici kuratorları bu dövr üçün üç əsas ssenari hazırlayırlar. Yaxın gələcəkdə ölkə üçün ən mühüm hadisələr olan vahid səsvermə günü və Ümumbelarus Xalq Assambleyasının yaradılması baş verəcək. Bizi yenidən sarsıtmağa çalışacaqlar. Qərb hakimiyyətin səhvə yol verməsini gözləyir”, - Lukaşenko bildirib. |
2024-02-20 | 834,231 | Navalnının anası Putinə müraciət etdi – Video | 16 fevralda cəzaçəkmə müəssisəsində ölən rusiyalı müxalifət lider Aleksey Navalnının anası Lyudmila Navalnaya Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, onu insan kimi dəfn edim”, - o bildirib. |
2024-02-20 | 834,233 | “Azəriqaz” əməkdaşlarına zor tətbiq olundu - Cinayət işi | Fevralın 12-də paytaxtın Nəsimi rayonu ərazisində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Axar.az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Araşdırmalarla qeyd edilən idarənin əməkdaşları Aqşin Muradlı və Ayxan Abazərlinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Nəsimi rayonu, İ.Qasımov küçəsi ünvanında yerləşən mənzillərdə birində təbii qaz sayğacından gələn borulara baxış keçirərkən həmin mənzildə yaşayan Fuad Məmmədovun sonunculara zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Fuad Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir. |
2024-02-20 | 834,235 | İrəvanın mərkəzində kişi sevgilisini güllələdi | İrəvanın mərkəzində kişi sevgilisini ayağından güllələyib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, dünən saat 21:40 radələrində şəhərin Rustaveli küçəsində iki nəfər mübahisə edib. Nəticədə kişi 30 yaşlı qadına atəş açıb. Qadın xəstəxanaya yerləşdirilib. Hazırda polis atəş açan şəxsi axtarır. |
2024-02-20 | 834,237 | Rusiya sabah deyəcək ki, Ermənistan olmayıb... – Sərkisyan | Hazırda Avropa gündəminin bir hissəsiyik, bu, Rusiya üçün qətiyyən qəbuledilməzdir. Çünki o, Ukraynanı dövlət kimi tanımır. Rusiya Ukrayna kimi dövlətin olmadığını iddia edir. Və bu gün Ukraynanı tanımırlarsa, sabah deyəcəklər ki, Ermənistan heç vaxt olmayıb. Sabah deməsələr də, o biri gün deyəcəklər. Rusiya Ukraynada qalib gəlsə, deyəcəklər ki, Polşa, Finlandiya və ya keçmiş sovet respublikaları kimi ölkələr belə olmayıb. Axar.az xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədri Aram Sərkisyan deyib. “Ona görə də bu kontekstdə Ermənistan hakimiyyətinin atmalı olduğu ilk addım siyasi qərar qəbul edib KTMT-dən çıxmaqdır. Ermənistan KTMT-nin bizi tərk etməsini gözləməməlidir. Hakimiyyət bəyan etməlidir ki, KTMT-dən çıxırıq, çünki bu hərbi-siyasi təşkilat bizim təhlükəsizliyimizi təmin etmir. İkinci addım Ermənistanın MDB adlı mənasız strukturdan getməsidir. Qazaxıstan və ya Qırğızıstanla münasibət qurmaq istəyiriksə, bunu birbaşa edə bilərik, burada heç bir problem yoxdur. Bundan sonra Rusiya özü deyəcək ki, sərhəd qoşunlarını geri çəkir. Söhbət Türkiyə və İranla sərhəddə dayanan sərhədçilərdən gedir. “Zvartnots” hava limanında və şərti Ermənistan-Azərbaycan sərhədində dayanan rus sərhədçilərin sadəcə İrəvanın başına tuşlanmış dolu tapança olması fikri ilə razıyam”, - o bildirib. |
2024-02-20 | 834,238 | Əli Əsədov qərar imzaladı | Nazirlər Kabineti 28 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü Qaydaları”nda dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra dövlət və bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 10 iş günü müddətində baxılacaq. İndiyə qədər bu müddət 20 gün idi. |
2024-02-20 | 834,239 | Bu ölkələr NATO üzvü olacaq - Lukaşenko | Bosniya və Herseqovina, Gürcüstan, Moldova və Serbiyanı da NATO-ya üzv edəcəklər. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Finlandiyanın və tezliklə İsveçin NATO-ya daxil olması şərqə doğru genişlənmənin növbəti mərhələsidir. Onlar Bosniya və Herseqovina, Moldova, Gürcüstan və Serbiyanı də alyansa cəlb edəcəklər. Və bütün bunlar Ukrayna ssenarisi üzrə olacaq. Kollektiv Qərbin iştahı və fəallığı artacaq. Vaşinqton və müttəfiqləri NATO-nu genişləndirməyə davam edəcəklər. Vəziyyət onlar üçün daha əlverişlidir”, - Lukaşenko bildirib. |
2024-02-20 | 834,241 | İstəSən tarif paketində yeniliklər davam edir! | Abunəçilərə Vatsap yazışmaları üçün əlavə trafik və tarifin istifadə müddəti bitmədən öncə yeniləmək imkanı verilib Müştərilərinə davamlı olaraq yeni texnoloji həllər və xidmətlər təqdim etməyi hədəfləyən "Azercell"in “İstəSən” tarif paketində yeniliklər davam edir. İstifadəçilərin istək və tələbatını nəzərə alan lider mobil operator ilk rəqəmsal tarif olan “İstəSən” paketində bu dəfə ödənişsiz Vatsap yazışmaları üçün 1GB internet trafik əlavə edib. Bundan əlavə abunəçilər tarifin əsas internet həcmi bitdikdə “Kabinetim” tətbiqində tarifi həm mövcud dizaynda, həm də istədikləri yeni dizayna dəyişərək istifadə müddəti bitmədən asanlıqla yeniləyə biləcəklər. Qeyd edək ki, “İstəSən” ilk dəfə olaraq sərbəst dizayn edilə bilən, ölkədaxili dəqiqələri, mobil internet və ən populyar sosial şəbəkələr üçün meqabaytları özündə birləşdirən rəqəmsal məhsuldur. Tarif dizaynına dəyişiklikləri özünəxidmət tətbiqi olan “Kabinetim”-də etmək mümkündür. Abunəçilər paketin üzərinə danışıq dəqiqələri, əsas internet balansı, eləcə də İnstaqram/Feysbuk, Yutub və Tiktok üçün internet əlavə etmək imkanına sahibdirlər. Daha çox həcm əldə edərək, mobil rabitə xərclərinə daha çox qənaət etmək olur. Ətraflı məlumat üçün bu linkə keçid alın. |
2024-02-20 | 834,243 | Komitə atası tərəfindən döyülən azyaşlıya baş çəkdi | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi atası tərəfindən zorakılığa məruz qalan azyaşlıya və ailəsinə baş çəkib. Bu barədə Axar.az-a komitədən məlumat verilib. Qeyd edilib ki, görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları, dövlət komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqu iştirak edib. Bildirilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Elnur Eltəmas oğlu Məmmədov ilə 2017-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsədə valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib. Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixoloji və sosial dəstək göstərilib. Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov polis tərəfindən saxlanılıb. |
2024-02-20 | 834,246 | Zəngəzur dəhlizi haqda gizli razılaşma - Münhen danışıqları | Münhen Təhlükəsizlik Konfransında iştirak edən Nikol Paşinyana Rusiya ilə əlaqələrin tamamilə qoparılması tapşırılıb. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib. Məlumata görə, Qərb nümayəndələri Nikol Paşinyana bir sıra vədlər veriblər: “Almaniyada Paşinyana tapşırıblar ki, Rusiya ilə arasındakı əlaqələri tamamilə dayandırsın, Moskvanın regiondan sıxışdırılmasına dəstək versin”. İddiaya görə, Qərb sadəcə bu tələblərin yerinə yetiriləcəyi halda Ermənistanı Azərbaycana qarşı müdafiə edəcəyini və Bakını dəhliz hədəfindən yayındırmağa çalışacağını bildirib. Hətta baş nazirin erməni icması ilə görüşdə Ermənistanın Ukrayna məsələsində Rusiya ilə mövqeyinin fərqli olduğunu təkrar vurğulamasının arxasında bu məsələnin dayandığı qeyd edilir. |
2024-02-20 | 834,247 | 727-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 727-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 404 950 hərbçi, 6 503 ədəd tank, 12 268 ədəd zirehli döyüş maşını, 9 773 ədəd artilleriya sistemi, 988 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 675 hava hücumundan müdafiə sistemi, 338 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 805 ədəd avtomobil texnikası, 7 521 ədəd PUA, 1 902 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 551 xüsusi avadanlıq itirib. |
2024-02-20 | 834,249 | Mişel Paşinyanla danışdı: Cənubi Qafqazda son durum… | Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Şarl Mişel X-də yazıb. Tərəflər AB-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. “Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi AB-nin gündəmində əsas yer tutur”, - AB rəsmisi yazıb. |
2024-02-20 | 834,251 | "Astara" postunda gözləyən yük maşınlarının sayı artdı | Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 120 yük maşını gözləmədədir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Axar.az-a bildirilib ki, “Biləsuvar” gömrük postunda 78, Astara gömrük postunda 315, “Mazımqara” gömrük postunda 20, “Samur” gömrük postunda 42 və “Xanoba” gömrük postunda 3 yük maşını keçid üçün gözləmədədir. Qeyd edək ki, ötən gün "Astara" postunda 103 maşın gözləyirdi. |
2024-02-20 | 834,252 | Malayziya kralı Əliyevə təbrik məktubu ünvanladı | Malayziyanın Kralı Sultan İbrahim Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Kraliça Raca Zarit Sofiah ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı bundan sonra daha yüksək tərəqqi və firavanlığa nail olacaqdır. Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni yüksək zirvələrə çatdırmaq üçün fəaliyyətinizdə daha böyük uğurlar nəsib etməsini diləyirəm. Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik qardaşlıq münasibətlərinin və dostluq əlaqələrinin xalqlarımıza qarşılıqlı fayda gətirərək daha da möhkəmlənməsini arzu edirəm". |
2024-02-20 | 834,253 | Nikolas Maduro İlham Əliyevi təbrik etdi | Venesuela Prezidenti Nikolas Maduro Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, təbrikdə deyilir: "Venesuela Bolivar Respublikası hökuməti və xalqı adından Sizə müraciət etməkdən şərəf duyur və bu fürsətdən istifadə edərək 2024-cü il fevralın 7-də keçirilmiş demokratik prezident seçkilərindəki parlaq qələbəniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırıram. Həmçinin seçki prosesində Azərbaycan qurumlarının fəaliyyəti zamanı əldə etdikləri uğurları yüksək qiymətləndiririk. Şübhəsiz ki, bu, hərtərəfli inkişafla yanaşı, sülh, rifah və təhlükəsizliyin qorunub saxlanılmasını təmin etməklə, xalqın milli suverenliyə sadiqliyini təsdiqləyən bariz bir qələbədir. Azərbaycan xalqının demokratik vətəndaş mövqeyinin ifadəsi ilə Simon Bolivar və Uqo Çavesin vətənindən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və multisentrik, çoxtərəfli dünyanın davamlı şəkildə möhkəmləndirilməsı yönündəki istəklərimizi Sizə çatdırırıq. Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha yüksək ehtiramımı və hörmətimi bildirirəm". |
2024-02-20 | 834,256 | "Braqa" Bakıya bu heyətlə gəlir | UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" ilə qarşılaşacaq "Braqa"nın Bakıya gələcək heyəti bəlli olub. Axar.az xəbər verir ki, baş məşqçi Artur Jorje səfər görüşündə 23 futbolçuya güvənəcək. Menisk əməliyyatından sonra bərpa prosesini başa vuran Bruma da heyətdə yer alıb. Kapitan Rikardo Orta isə bu dəfə də komandadan kənarda qalıb. Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendeş, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyu, Pittsi, Joau Moutinyu, Cibril Sumare Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rocer Fernandeş, Simon Banza. Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb. |
2024-02-20 | 834,258 | Əsgərlərə 5 min kitab və məktub göndəriləcək - Foto | Abşeron Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonunun birgə təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi çərçivəsində “Zəfərə aparan yol” adlı tədbir keçirilib. Axar.az xəbər verir ki, iştirakçılar öncə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra Abşeron Rayon Mədəniyyət Mərkəzində müstəqillik dövründə çəkilmiş fotolardan və müxtəlif səpkili kitablardan ibarət sərgilərlə tanışlıq olub. Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, N saylı hərbi hissənin zabiti Nemət Rəhimov, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri Şəhla Ağbulud və digərləri Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, suverenliyimiz uğrunda apardığı mübarizədən, onun məqsədyönlü siyasətindən söhbət açıb, Azərbaycan xalqının əldə etdiyi Zəfərdən bəhs ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsində xalqımız öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi, ordumuzun qüdrəti və xalqımızın sarsılmaz birliyi qarşısında düşmən məğlub oldu. Vətən müharibəsində qazanılan və xalqımızın hər il iftixar hissi ilə bayram günü kimi qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük hadisədir. Çıxışlardan sonra iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərə məktub vasitəsilə ürək sözlərini yazıblar. Məlumat üçün bildirək ki, aksiya müddətində Abşeron rayonunda məktəblilər, təşkilatlar və sakinlər tərəfindən 5000 elmi, publisistik, bədii və digər janrlarda olan kitablar və yazılan məktublar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə çatdırılacaq. |
2024-02-20 | 834,259 | Avromaydandan 10 il keçdi, Ukrayna dağıldı - Azarov | Avromaydandan keçən 10 il ərzində Ukrayna deqradasiyaya uğradı və faktiki olaraq dağıldı. Axar.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Ukrayna Nazirlər Kabinetinin keçmiş rəhbəri Nikolay Azarov deyib. "İnsanların həyat səviyyəsindən danışsaq, onu 2013-cü illə müqayisə etmək belə olmaz, çünki ərzaq qiymətləri əhəmiyyətli dərəcədə - 5 dəfədən 30 dəfəyə və daha çox artıb. İyirmi milyondan çox insan ölkəni ümumiliyyətlə tərk edib. Ukraynanın sənaye potensialının əhəmiyyətli hissəsini təşkil edən Donbas və Krım ayrıldı”, - Azarov qeyd edib. |
2024-02-20 | 834,262 | Mikanadze AŞPA-ya Bakı ilə bağlı məktub göndərdi | Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədrinə Azərbaycanla bağlı məktub ünvanlayıb. Bununla bağlı Axar.az-a Milli Məclisdən məlumat verilib. Qeyd edilib ki, Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktubunda AŞPA-nın sessiyası zamanı Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnaməyə toxunulur. Bildirilir ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur. Gürcüstanın qurumdakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək. "Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər" - deyə, gürcüstanlı deputatın məktubunda vurğulanıb. G.Mikanadze yuxarıda göstərilənləri nəzərə alaraq, AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırır. Məktubun sonunda bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminlik ifadə olunur. |
2024-02-20 | 834,265 | AB Tiflisdən tələb etdi: İttifaqa üzv olmaq üçün... | Avropa Birliyi (AB) Gürcüstandan gələcək illərdə ittifaqa üzv olmaq üçün Brüsselin xarici siyasət kursunu tam şəkildə izləməyi tövsiyə edir. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell deyib. O, həmçinin Gürcüstanı antiqərb dezinformasiyası ilə mübarizə aparmağa çağırıb. |
2024-02-20 | 834,266 | Nazir Aygün Bəylərin qızını himayəsinə götürdü | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb. Axar.az-ın Unikal-a istinadən verdiyi məlumata görə, nazir Cananın xərclərini qarşılayıb. C.Hümmətova Bakı şəhərində yerləşən 20 saylı orta məktəbdə 8-ci sinifdə təhsil alırdı. K.Heydərov bundan sonra sənətçinin qızının Avropa Azərbaycan Məktəbində oxumasını məsləhət görüb və illik təhsil haqqını da ödəyib. Qeyd edək ki, Aygün Bəylər Kəmaləddin Heydərovun bəslədiyi bir neçə məşhur mahnının ifaçısı olub. Bunlar "Qalanı xatirədir", "Özün günahkarsan", "İlahi", "Nə yaxşı ki, sən varsan" mahnılarıdır. Xatırladaq ki, Avropa Azərbaycan Məktəbi Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. |
2024-02-20 | 834,269 | Tokayev Rusiyaya gedir | Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev fevralın 21-də Rusiyaya işgüzar səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, səfərin məqsədi Kazanda keçiriləcək “Gələcək Oyunlar” beynəlxalq turnirinin açılış mərasimində iştirak etməkdir. |
2024-02-20 | 834,271 | Mehriban Əliyevanın dəstəyi olmasaydı... - Cavanşir Quliyev | Azərbaycan dövləti, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda mən bu gün əlil ola bilərdim. Səhhətimdə yaranan problemlər məhz Mehriban xanımın yüksək diqqət və qayğısı, dövlətimizin dəstəyi nəticəsində aradan qaldırıldı. Bunun üçün Mehriban xanıma xüsusi təşəkkürümü bildirirəm. Axar.az xəbər verir ki, bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Azərtac-a açıqlamasında ifadə edib. Səhhəti ilə bağlı danışan bəstəkar deyib: “Sağlamlıq hər kəs üçün çox vacibdir, lakin bəzən bunu unuduruq. Səhhətimdəki narahatlıq eyni vaxtda üç problemin yaranmasından irəli gəldi. Hazırda səhhətim qaydasındadır. Müalicə müddəti çox ağır idi. Bu müddət ərzində üç əməliyyat keçirdim. Mənim üçün ən sevindirici hal o oldu ki, əməliyyatlar nəticəsində hansısa qalıcı problem yaranmadı, hətta əvvəlki narahatlıqlarım da aradan qaldırıldı. Burada da əsas olan yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram”. |
2024-02-20 | 834,273 | Şoyqu Putinə məruzə etdi: Ordu qərbə tərəf irəliləyir | Avdeyevkadakı koks-kimya zavodu nəzarətə götürülüb, Rusiya Silahlı Qüvvələri qərb istiqamətində irəliləyir. Axar.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqunun Prezident Vladimir Putinə məruzəsində deyilir. |
2024-02-20 | 834,276 | İsmayıllı sakini odlu silahını polisə təhvil verdi | Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakini qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib. |
2024-02-20 | 834,277 | Bu ərazi Rusiyanın tam nəzarətinə keçdi - Putin | Rusiya qoşunları Xerson vilayətində Dnepr çayının sol sahilindəki Krınki yaşayış məntəqəsinə tam nəzarət edir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. “Orada 5-6 ukraynalı gizlənir. Onlara təslim olmaq təklif edilib”, - deyə Kreml rəhbəri bildirib. |
2024-02-20 | 834,278 | Fond Məmməd İsmayılın müalicəsini öz üzərinə götürdü | Heydər Əliyev Fondu tanınmış şair Məmməd İsmayılın müalicəsini öz üzərinə götürüb. Kult.az xəbər verir ki, bu barədə Bakupost.az-a Məmməd İsmayılın qızı İntizar İsmayıl bildirib. Onun sözlərinə görə, dünən atası “Liv Bona Dea Hospital”da müəyyən müayinələrdən keçib: “Nəticələr bəlli olduqdan sonra digər prosedurlar həyata keçiriləcək”. Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın vəziyyəti bir müddət əvvəl pisləşib. 85 yaşlı şairin ev şəraitində müalicəsi nəticə vermədiyinə görə, bir qrup ziyalı mətbuatda onun müalicəsinin dövlət tərəfindən nəzarətə götürülməsi ilə əlaqədar çağırış ediblər. |
2024-02-20 | 834,279 | Ukrayna əks-hücumda 166 min əsgər itirdi - Şoyqu | Əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələri 166 min əsgər, 800-dən çox tank itirib. Onlara verilən “Leopard” tanklarının yarıdan çoxu məhv edilib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. |
2024-02-20 | 834,281 | AB Ukraynaya 75 milyon avro ayırdı | Avropa Birliyi (AB) müharibədən zərər çəkmiş insanlara dəstək üçün 83 milyon avro məbləğində humanitar yardım göstərəcək və vəsaitin böyük hissəsi Ukraynaya ayrılacaq. Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının səhifəsində məlumat verilib. Bildirilib ki, humanitar yardım üçün ayrılan 83 milyon avrodan 75 milyonu Ukraynadakı humanitar layihələrə yönəldiləcək. |
2024-02-20 | 834,282 | Paşinyan sabah Fransaya gedir | Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Fransanın “L'Humanité” nəşri məlumat yayıb. Səfər dəvəti Fransa Prezidenti Emmanuel Makrondan gəlib. Bildirilib ki, erməni baş nazir Fransa Müqavimətinin erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinenin Parisdə Panteonda yenidən dəfn mərasimində iştirak edəcək. |
2024-02-20 | 834,285 | Rusiyanın kosmosda nüvə silahı var? - Şoyqu açıqladı | Rusiyanın kosmosdakı obyektləri məhv etmək üçün nüvə silahı yaratmaq layihəsi yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. "Birincisi, belə şeylər yoxdur (kosmosda nüvə silahı - red.). İkincisi, onlar bilirlər ki, bizdə yoxdur. Buna baxmayaraq, hay-küy salırlar", - nazir bildirib. |
2024-02-20 | 834,287 | Rusiyada anbarda böyük yanğın baş verdi | Rusiyanın Leninqrad vilayətində anbarda böyük yanğın baş verib. Axar.az Rusiya Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının sahəsi min kv.m ərazini əhatə edir. Əlavə məlumat verilmir. |
2024-02-20 | 834,291 | Mişelin Paşinyana zəngi: Brüssel hazırlığı başladı | Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanda prezident seçkisindən dərhal sonra İlham Əliyevə zəng etməsi, bu gün isə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışması Brüsselin liderlərin növbəti görüşünü təşkil etməyə hazırlıqla bağlıdır. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Şarl Mişel yaxın günlərdə İlham Əliyevlə Nikol Paşinyanı Brüsselə dəvət etmək istəyir: “Almaniya kansleri Olaf Şolstun Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev və Nikol Paşinyanla görüş təşkil etməsi Şarl Mişelin işinə yarayıb. Münhendə liderlər Brüsseldə daha əvvəl əldə etdikləri razılaşmalara sadiq qaldıqlarını bildirdilər. Şarl Mişel Brüssel görüşünü təşkil etməyə çalışsa da, bunun hazırlıqlarını da sürətləndirməlidir. Yəni Brüssel müzakirəsi sadəcə görüş xatirinə olmamalıdır, hansısa nəticəyə köklənmək lazımdır. Aydındır ki, növbəti görüşdə liderlərin sülh sazişi imzalaması problematikdir. Ancaq Brüssel müzakirələrində müəyyən irəliləyiş əldə edilməsi vacibdir, ortaq bəyanatın qəbulu mümkündür. Çünki ortamı yumşaltmağa ehtiyac var, müharibə heç kimin maraqlarına cavab vermir”. |
2024-02-20 | 834,293 | Baltikyanı ölkələrdə Rusiya casusları yaxalandı | Baltikyanı ölkələrdə Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edən şəxslər yaxalanıb. Axar.az xəbər verir ki, bu barədə Litva Dövlət Təhlükəsizliyi Xidmətinin saytında məlumat yayılıb. “Litva, Latviya və Estoniyanın təhlükəsizlik və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çərçivəsində Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə bu ölkələrin ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər Latviya və Estoniyada saxlanılıb”, - deyə məlumatda bildirilir. Neçə nəfərin saxlanıldığı açıqlanmır. |
2024-02-20 | 834,295 | Kiyevi dəstəkləyirik, ancaq Rusiyaya qarşı… - Kobaxidze | Tiflis antirusiya sanksiyalarına qoşulmaqdan imtina edib. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə keçirdiyi brifinqdə deyib. “Rusiyaya qarşı sanksiyalara gəlincə, bizim çox aydın mövqeyimiz var: biz sanksiyalar tətbiq etmirik və bu məsələdə çox ciddi arqumentlərimiz var. Biz Ukraynanı siyasi cəhətdən güclü şəkildə dəstəkləyirik, əhəmiyyətli humanitar yardım göstəririk və Ukrayna xalqı ilə çox yaxın münasibətlərimiz var. Amma biz bəzi Ukrayna rəsmilərinin Gürcüstanda “ikinci cəbhə”nin açılması ilə bağlı bəyanatlarından üzülürük”, - deyə Gürcüstanın baş naziri əlavə edib. Qeyd edək ki, bu gün AB baş diplomatı Borrell Gürcüstana gələcəkdə AB üzvü olmaq üçün “Brüsselin xarici siyasət kursunu tam şəkildə izləməyi” tövsiyə edib. |
2024-02-20 | 834,297 | Bu gün yalançı çərşənbədir: çillə bitdi | Bu gün artıq Novruz bayramının astanasına qədəm qoyduq. İyirmi gün ömrü olan Kiçik çillə öz yerini boz aya verdi. Bu sözləri Axar.az-a açıqlamasında folklorşünas İlhamə Qəsəbova deyib. “Fevral ayının 20-dən 21-nə keçən gecə boz ay daxil olur. Bu aya boz ay və ya Novruz ayı deyirlər. Kiçik çillə xüsusi ilə təbiət hadisələrinin sərt keçməsi ilə seçilir. Əslində bu gün “yalançı çərşənbə” adlanır. Bir çox bölgəmizdə simvolik olaraq “yalançı çərşənbə” keçirilir. İnsanlar evlərin yanında balaca tonqallar qalayaraq kiçik çilləni yola salırlar, bayrama hazırlığa sevinirlər. “Yalançı çərşənbə”də heç bir ritual keçirilmir, ayinlər olmur. Bir növ, buna bayram müjdəçisi demək olar”, - Qəsəbova bildirib. |
2024-02-20 | 834,300 | İranda səfirliyimizə hücum edən şəxsə ölüm hökmü verildi | Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxs haqqında ölüm hökmü çıxarılıb. Axar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib. K.Əliyev bildirib ki, təqsirləndirilən Yasin Hüseynzadəyə üç epizod üzrə ittiham verilib. Qeyd edək ki, İran qanunvericiliyinə əsasən, barəsində hökm çıxarılan şəxs 20 gün ərzində Ali Məhkəməyə şikayət verə bilər. Hüququndan istifadə edərsə, Ali Məhkəmənin qərarından sonra hökm icra ediləcək. |
2024-02-20 | 834,304 | Yuliya Navalnayanın X səhifəsi bloklandı - Şok | X sosial şəbəkəsi Aleksey Navalnının həyat yoldaşı Yuliyanın hesabını bloklayıb. Axar.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb. Qeyd edilib ki, Aleksey Navalnının həyat yoldaşı fevralın 19-da X-də qeydiyyatdan keçib. Qısa müddətdə onun səhifəsinə 90 mindən çox insan abunə olub. Aleksey Navalnının mübarizə yolunu davam etdirmək istəyən Navalnayanın X səhifəsinin niyə bloklandığı barədə açıqlama yoxdur. Qeyd edək ki, rusiyalı müxalif siyasətçi 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəflətən vəfat edib. Onun ölüm səbəbi araşdırılır. |
2024-02-20 | 834,305 | UEFA-dan Qarabağla bağlı paylaşım - Foto | UEFA Avropa Liqası “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın “Qarabağ” futbol klubu ilə bağlı paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda “Qarabağ”ın öz meydanında keçirdiyi son 26 oyunda qələbələri vurğulanıb. “Qarabağ” öz meydanında keçirdiyi UEFA-nın son 26 oyununun yalnız ikisində məğlub olub”, - UEFA Avropa Liqasının paylaşımında qeyd edilir. Qeyd edək ki, “Qarabağ” fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Braqa"nı qəbul edəcək. |
2024-02-20 | 834,307 | Batan gəmidən son video yayan Hüseynin meyiti tapıldı - Video | Türkiyənin Mərmərə dənizində İmralı adasının cənub-qərbində batmış “Batuhan A” adlı yük gəmisinin qalıqları içərisindən daha bir nəfərin meyiti tapılıb. Axar.az "Haber Global"a istinadla xəbər verir ki, aparılan axtarışların 6-cı günündə tapılan ikinci meyitin gəmi batmazdan əvvəl çəkdiyi videonu həyat yoldaşına göndərən Hüseyn Tutuka aid olduğu müəyyən edilib. İtkin düşən digər 4 nəfərin axtarışlarının davam etdiyi bildirilir. |
2024-02-20 | 834,308 | Bakıya qarşı çağırış edən Çernoviçə Doranın cavabı | Tanınmış amerikalı sağçı Maykl Cernoviç X hesabında Azərbaycan-İsrail münasibətlərini tənqid edən tvit paylaşıb. Tvitdə deyilir: “İsrail xristianları öldürmək üçün müsəlmanları pilotsuz təyyarələrlə təmin etmək istəyirsə, bu, onun öz işidir. Amerikalı xristianlar İsrailə pul göndərməyi necə rasional hesab edirlər, çünki pulun bir hissəsinin xristianları etnik təmizləmə və soyqırımı üçün istifadə edəcəklər?” Axar.az Publika.az-a istinadən xəbər verir ki, Çernoviç tvitinə Azərbaycan-İsrail əlaqələri haqda dərc olunmuş yazının skrinini də əlavə edib. Bu iddiaya tanınmış təhlilçi, öz təhlillərində Azərbaycanla bağlı obyektiv mövqedən çıxış edən Mayk Doran X səhifəsində İncildən sitat gətirməklə cavab verib: “Ermənistan İranın müttəfiqidir. Ermənistanla Azərbaycan arasında baş vermiş yeganə soyqırımı isə Ermənistanın 1992-1993-cü illərdə həyata keçirdiyi soyqırımıdır. “Xristian milləti” ideyasının özü İranın müttəfiqinin bizi manipulyasiya etmək üçün istifadə etdiyi bidətdir. Qalatiyalılara 3:28: “Nə yəhudi var, nə ellin var, nə qul var, nə azad, nə kişi var, nə də qadın; çünki hamınız İsa Məsihdə birsiniz”. 1977-ci il təvəllüdlü M.Çernoviç tanınmış sağ baxışlı bloger, siyasi şərhçi, konspirolqodur. Özünü alternativ sağın liderlərindən biri kimi təqdim edir. Vaxtilə Donald Trampın ardıcıllarından olub, hazırda ona qarşı çıxış edir, gender bərabərliyinə qarşıdır. “Pizzageyt” adı verdiyi qalmaqalla daha çox populyarlıq qazanıb. İddia edirdi ki, Demokrat Partiyasının rəhbərləri pedofillərdir. |
2024-02-21 | 834,313 | Türkiyə-Azərbaycan Universiteti Xankəndidə olacaq? | 08:30 Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır. Axar.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib. Müşavir bildirib ki, hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramlarının tədrisi olacaq: "İlkin mərhələdə texnoloji ixtisaslar üzrə qəbul planlaşdırılır". Onun sözlərinə görə, ixtisas sayı gələcək üçün artırılacaq: "Tədris binasının Bakıda yerləşməsi nəzərdə tutulub. Yaxın gələcəkdə iki ölkə arasında müqavilələr imzalandıqca daha detallı məlumat vermək mümkün olacaq. Türkiyə tərəfi akademik dəstək verəcək. İnzibati məsələlər isə Azərbaycan tərəfindən həll ediləcək". |
2024-02-20 | 834,314 | Polşalılar Ukrayna taxılını yerə töküb, sərhədi bağladı | Polşalı fermerlər Ukrayna ilə keçid məntəqələrini bağlayıb. Axar.az AP-yə istinadən xəbər verir ki, onlar etiraz əlaməti olaraq yola Ukrayna taxılını səpələyib, təkərlər yandırıblar. Fermerlər Ukrayna ərzaq məhsullarının idxalına və Avropa Birliyinin ekoloji siyasətinə qarşı ümummilli etiraz aksiyasını bərpa etdiklərini açıqlayıblar. Polşa fermerləri öz traktorları ilə Qdansk, Krakov və digər şəhərlərdə gəzərək, etiraz əlaməti olaraq yüksək səslə siqnal veriblər. Onlar tələbləri yerinə yetirilənə qədər aksiyaların daha da kəskin xarakter daşıyacağını bildiriblər. Digər yerlərdə magistral yolun girişlərini bağlayıblar. Qeyd edək ki, oxşar aksiyalar Avropanın bir sıra iri şəhərlərində də keçirilib. |
2024-02-20 | 834,315 | Baş prokuror elan etdi: Yaxın vaxtlarda separatçılara... | 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra xüsusi xidmət orqanları tərəfindən saxlanılan erməni separatçılarının rəhbərləri ilə bağlı istintaq davam edir. Axar.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Real TV-də Mir Şahin Ağayevə müsahibəsində deyib. "Həmin mütəşəkkil dəstə ilə bağlı istintaq qrupuna bir çox dövlət qurumları daxil edilib. Çünki onlar çoxsaylı cinayətlər törətmişlər. Hazırda prokurorluqda son ittihamlar üzərində işləyirik. Onların hər birinin törətdiyi əməl dəqiqləşdirilir. Çünki biz 1987-ci ildən törədilən bütün cinayətləri təhlil edirik, öyrənirik. Onlar hamısı bizdə sənədləşdirilib", - Baş prokuror bildirib. K.Əliyev diqqətə çatdırıb ki, yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək: "Bununla da beynəlxalq təşkilatlar, eləcə də bir qrup ölkələr şəffaf, hərtərəfli və obyektiv məhkəmə baxışının baş tutduğunun şahidi olacaqlar". |
2024-02-20 | 834,316 | Bu, Rusiyanın zamanıdır, dəyişirik - Putin | Rusiya hazırda xüsusi zamandan keçir, daxildən keyfiyyətcə dəyişir və özünü təmin edən ölkəyə çevrilir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Yeni zaman üçün güclü ideyalar” forumunun plenar iclasında çıxışı zamanı deyib. “Rusiya daxildən keyfiyyətcə dəyişir, özünü təmin edən, suveren və özünə inamlı olur. Bu, Rusiyanın vaxtıdır”, - Putin bildirib. Onun sözlərinə görə, kollektiv Qərb ölkələrinin qarşısına qoyduğu Rusiyanı təcrid etmək məqsədləri dağılıb. |
2024-02-20 | 834,317 | ABŞ "Navalnı sanksiyası"nın tarixini açıqladı | ABŞ müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümü ilə əlaqədar fevralın 23-də Rusiyaya qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Prezident Baydenin göstərişi ilə biz bu cümə günü Rusiyanın Navalnının başına gələnlərə görə cavabdehlik daşıması üçün böyük sanksiyalar paketini elan edəcəyik”, - deyə Kirbi bildirib. |
2024-02-20 | 834,320 | İsrail gəmisinə raket zərbələri endirildi | Ənsarullah hərəkatı Ədən körfəzində İsrailin “MSC Silver” gəmisinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb. O bildirib ki, bir sıra gəmi əleyhinə raketlərdən istifadə etməklə İsrailin “MSC Silver” gəmisinə zərbələr endirilib. Hücumla bağlı təfərrüatlı məlumat verilməyib. |
2024-02-20 | 834,323 | Bakıda toyda camaat namazı qılındı - Video | Sosial şəbəkələrdə şadlıq sarayında toy mərasimi zamanı camaat namazının qılındığını əks etdirən videogörüntülər yayılıb. Axar.az xəbər verir ki, bu hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Toy mərasiminin sahibi Oqtay Quliyev İqtisadiyyat.az-a açıqlamasında hadisəyə münasibət bildirib. "Məlum video ilə bağlı bir məsələyə aydınlıq gətirməliyəm. Toyu milli adət-ənənələrimizə uyğun olaraq təşkil etmişəm. Muğam üçlüyü əsas toyun aparıcısı idi. Təbii ki, digər toylardan fərqi içki və rəqsin olmaması idi. Toyda dindarlar və möminlərlə yanaşı qeyri-dindar qonaqlarım da iştirak edirdi. Möminləri nəzərə alaraq şadlıq evində bir otaqda namaz üçün şərait yaradılmışdı. Ancaq bəzi dindarların təşəbbüsü və təkidi ilə şadlıq evinin ortasında mənim fikrim nəzərə alınmadan camaat namazı qılındı. Həmin namazı lentə alan qonaqlar onu sosial şəbəkələrdə paylaşıblar. Özümə qalsa, bunu doğru hal hesab etmirəm. Düzdür, namaz vaxtında qılınmalıdır, ancaq bəzi məqamlarda şəraiti nəzərə almaq lazımdır. Bura toydur", - mərasimin sahibi qeyd edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.