date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-21 | 834,561 | Əhmədin cinayət işinə bu halda xitam verilə bilər | Şizofreniyanın müxtəlif dərəcələri var. Ekspertiza cinayəti törədən şəxsi cinayət məsuliyyətinə cəlb etməyin mümkünlüyünü müəyyən etmək üçün təyin olunur. Yəni cinayət anında şübhəli affekt halında olub, ya şüuru özündə olub? İstənilən halda nəticədən asılı olaraq istintaq qərar qəbul edəcək. Axar.az xəbər verir ki, bu sözləri Musavat.com-a hüquqşünas Əsabəli Mustafayev bildirib. O qeyd edib ki, əgər ekspertiza Əhməd Əhmədovun cinayət zamanı şüurlu vəziyyətdə olduğuna dair rəy versə, cinayət işi davam edəcək: “Əgər desələr ki, affekt vəziyyətində olub, o zaman cinayət işinə birdəfəlik xitam veriləcək. Bu zaman o daimi müalicə alacaq. Qapalı müalicə müəssisələrində giriş-çıxış məhdudiyyəti var. Əhmədin əsəbi vəziyyətdə cinayətə əl atması müəyyən edilsə, müalicədən sonra mühakimə edəcəklər. Ruhi xəstə kimi qeydiyyata alınsa, cəzaçəkmə müəssisəsindən tibb müəssisəsinə keçirəcəklər. Müalicə bitdikdən sonra cəzaçəkmə müəssisəsinə qaytarılacaq. Əhməd Əhmədovun cəzadan azad edilməsi üçün yalnız affekt vəziyyəti əsas ola bilər”. Qeyd edək ki, Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov Respublika Psixiartiya Xəstəxanasına yerləşdirilib. |
2024-02-21 | 834,562 | AMB bu banka məcburi göstəriş verdi | Azərbaycan Mərkəzi Bankı (AMB) Azər-Türk Bank ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verib. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, bu addım filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində tənzimləyici quruma yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” qanunun 11.2-1 bəndi ilə müəyyən edilmiş tələbə vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb. |
2024-02-21 | 834,564 | Güclü duman: görünüş məsafəsi məhdudlaşdı | Fevralın 21-i saat 16:00-a olan məlumata əsasən Azərbaycanın şimal və şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidməti məlumat yayılıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Lənkəran rayonlarında hazırda yağıntılı hava şəraiti davam edir. Tərtər, Lerik, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusarda duman müşahidə olunur. Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 6-10, Aran rayonlarında 4-8 dərəcə isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxtadır. |
2024-02-21 | 834,565 | Lirədən tarixi minimum: Dollar kəskin bahalaşdı | Türkiyənin milli valyutası tarixi minimumunu yeniləyib. Axar.az xəbər verir ki, hazırda bir dollar 31 lirə, avro isə 33,46 lirəyədir. |
2024-02-21 | 834,569 | Rusiya kəşfiyyatının yalanı ABŞ-ı qarışdırdı | ABŞ Prezidenti Baydenə qarşı yalan ifadə verməkdə təqsirləndirilən FTB-nin keçmiş məlumatçısı Aleksandr Smirnov Rusiya kəşfiyyatından yalan məlumat aldığını bildirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prokurorluğunun məhkəməyə göndərdiyi iş materiallarında deyilir. Smirnov iddia edir ki, onun xarici kəşfiyyat xidmətlərinin nümayəndələri ilə geniş əlaqələri olub. Xüsusilə dörd rus rəsmisi ilə təmaslarından danışıb. Onların arasında yüksək rütbəli rus kəşfiyyatçılar da olub. Qeyd edək ki, 43 yaşlı Aleksandr Smirnov fevralın 15-də Las-Veqasdakı Harri Rid hava limanında xaricdən gələrkən saxlanılıb. O, ABŞ Prezidenti və onun oğlu Hanterin Ukraynanın enerji şirkəti “Burisma Holdinqs”lə sövdələşmələrdə iştirakı ilə bağlı yalan ifadələr verməkdə ittiham edilir. |
2024-02-21 | 834,570 | Salyanda “Kia” teplovozla toqquşdu | Bu gün Azərbaycanın dəmir yollarında sürücülərin diqqətsizliyinin nəticəsi olaraq 2 qəza baş verib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. Zaqatala stansiyasında teplovoz dəmiryol keçidində hərəkət edərkən “Qazel” markalı yük avtomobili qəfil dəmir yoluna çıxaraq toqquşmaya səbəb olub. Digər hadisə isə Salyan rayonu ərazisində baş verib. "Kia" markalı avtomobil dəmiryol keçidinə yaxınlaşarkən yol nişanlarını nəzərə almadan sürətini azaltmayıb və hərəkətdə olan teplovozla toqquşub. Hər iki hadisə nəticəsində xəsarət alan olmayıb. "ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır. Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib. |
2024-02-21 | 834,571 | Simferopol hospitalı doludur: Meyitlər “KamAZ”larla daşınır | Simferopol hərbi xəstəxanası tamamilə doludur. Cəbhənin iki istiqamətində yaralanan və öldürülən hərbçilər oraya aparılır. Axar.az xəbər verir ki, bu barədə “Atəş” partizan hərəkatı məlumat yayıb. “Hərbi nəqliyyat demək olar ki, gecə-gündüz Jukovski küçəsi boyunca hospitalın ərazisinə daxil olur. Bura gətirilənlər əsasən Zaporojye və Avdeyevka istiqamətində öldürülən və ya yaralanan hərbçilərdir. Hospital tamamilə doludur. Meyitlər o qədər çoxdur ki, “KamAZ”larla daşınır”, - məlumatda bildirilib. |
2024-02-21 | 834,573 | Yağış və qar yağacaq - Xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var. Fevralın 22-də əsasən Azərbaycanın şərq rayonlarında, 23-də isə əksər yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Lənkəran-Astara, Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, fevralın 23-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək. |
2024-02-21 | 834,576 | Prezident yeni başçı təyin etdi - Sərəncam | Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. |
2024-02-21 | 834,577 | İran Qrossinin səfər istəyini rədd etdi | İran MAQATE-nin baş direktoru Rafael Qrossinin İrana səfər cədvəlini təsdiqləmədi. Axar.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının hazırkı rəhbəri Məhəmməd İslami məlumat verib. “Onun səfəri bizim cədvəlimizə daxildir, ancaq çətin ki, mart ayında olsun. Qrafikdə çox sıxlıq var”, - o bildirib. Qeyd edək ki, ötən gün MAQATE-nin baş direktoru Rafael Qrossi Tehranın uranı kommersiya ehtiyaclarından daha yüksək səviyyədə zənginləşdirməyə davam etməsindən narahatlığını ifadə edərək, gələn ay İrana səfər etməyi planlaşdırdığını bildirmişdi. |
2024-02-21 | 834,580 | Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam | Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram: 1. 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar. 2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün. |
2024-02-21 | 834,581 | Prezidentin başçı təyin etdiyi 35 yaşlı gənc - Dosye | Xəbər verdiyimiz kimi, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Axar.az xəbər verir ki, Naim Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayonunun Kolanı kəndində anadan olub. 2006-2014-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində maliyyə və kredit ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 2014-cü ildən Naxçıvan Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyib. N.Cahidzadə 2018-ci ildə Rumıniyanın Piteşti Universitetində “Erasmus+” proqramı çərçivəsində “Müəllim mübadiləsi layihəsi”nə əsasən “Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri”, “Azərbaycan və dünya təcrübəsi fərqləri” mövzularında mühazirə oxuyub. Bir neçə fənn proqramı və məqalələrin müəllifidir. |
2024-02-21 | 834,587 | Şuşaya getmək istəyənlərin nəzərinə! | Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletlər 23 fevral saat 11:00-da satışa çıxarılacaq. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 691 reys həyata keçirilib, 28227 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib. |
2024-02-21 | 834,589 | Hərbi vəzifəlilərin təlim toplanışları – Yeni video | 2024-cü ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, minaatanların döyüşə hazır vəziyyətinə gətirilməsi öyrədilib. Həmçinin hərbi texnikaların təyinatı üzrə düzgün istismarı və hərbi yüklərin daşınması qaydaları izah olunub, hərbi nəqliyyat vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsi məşq etdirilib. Toplanış müddətində qarşıya qoyulan fəaliyyətlər hərbi vəzifəlilər tərəfindən uğurla yerinə yetirilib. Qeyd edək ki, toplanışın əsas məqsədi ehtiyatda olan bir qrup hərbi vəzifəlinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılmasıdır. |
2024-02-21 | 834,590 | 728-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 728-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 572 təyyarəsi, 266 helikopteri, 13 042 PUA-sı, 471 zenit-raket kompleksi, 15 149 tank və digər zirehli texnikası, 1 223 reaktiv yaylım atəş sistemi, 8124 artilleriya və minaatanı, 18 900 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-02-21 | 834,592 | İsrail Hizbullahın 3 qərargahını vurdu | İsrail Hizbullaha məxsus 3 hərbi qərargaha hücum edib. Axar.az xəbər verir ki, bu barədə “Yersusəlim Post” məlumat yayıb. Məlumata əsasən, Yaroun kəndində də təşkilata məxsus hərbi bina vurulub. İtkilərlə bağlı məlumat verilməyib. |
2024-02-21 | 834,595 | Ermənistan İran üçün Aİİ-yə qapıdır - İran rəsmisi | Ermənistanla ticarət, gömrük, azad iqtisadi zonalar, səhiyyə və turizm sahələriylə bağlı bir sıra razılaşmalar əldə olunub. Axar.az xəbər verir ki, bu sözləri İranın Proqram və Büdcə Təşkilatının rəhbəri Davud Mənzur jurnalistlərə bugünkü açıqlamasında deyib. O bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına açılan qapıdır: “İranla Ermənistan arasında 21 anlaşma imzalanıb. Onların həyata keçməsi İrəvanla ildə 3 milyard dollarlıq ticarət deməkdir”, - o əlavə edib. |
2024-02-21 | 834,599 | Sərhəddə saxlanılan Çexiya vətəndaşı... - Ritter | Avropa Birliyinin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Azərbaycanla sərhəddə saxlanılan Çexiya vətəndaşının missiyanın əməkdaşı olmadığını bildirib. Axar.az xəbər verir ki, Ritter bu barədə erməni mediasına açıqlamasında deyib. Xatırladaq ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycanda saxlanılıb. O, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub. Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşının Ermənistandan Azərbaycana keçməyə cəhd edərkən saxlanıldığını təsdiqləyib. |
2024-02-21 | 834,602 | DYP sürücülərə müraciət etdi | Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, BDYPİ hava şəraiti ilə bağlı verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir: "Yağışlı, qarlı havalarda avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına, eləcə də mövsümə uyğun təchizatına nəzarət etməlidirlər. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər. Piyadalardan isə ehtiyatlı olmaları, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamaları, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçmələri xahiş olunur". Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti fevralın 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağını, bəzi yerlərdə qar yağacağını, dağlıq və dağətəyi rayonlarda güclü külək əsəcəyini bildirib. |
2024-02-21 | 834,605 | Baş nazirdən “Azərsilah”la bağlı qərar | “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsinin, strukturunun və işçilərinin say həddinin təsdiq edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, QSC-nin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib. “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi ilə buradan tanış olmaq mümkündür. |
2024-02-21 | 834,606 | Bu hadisə Türkiyə üçün qürur mənbəyidir - Ərdoğan | Yerli beşinci nəsil "Kaan" təyyarəsinin ilk uçuşu uğurlu oldu. Bu hadisə Türkiyənin müdafiə sənayesi üçün qürur mənbəyidir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyonqarahisar əyalətində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində bildirib. Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesi gücünü artırmaqda davam edir və yeni nailiyyətlər hələ irəlidədir. “Bu gün beşinci nəsil "Kaan" təyyarəsinin hazırlanmasında növbəti mühüm mərhələni geridə qoyduq. Digər hərbi təyinatlı yeniliklərin yaradılmasını davam etdiririk”, - deyən Ərdoğan arsenalına artıq F-16 təyyarələri üçün döyüş sursatının daxil edildiyi pilotsuz “Qızılalma” döyüş təyyarəsinin layihəsini təqdim edib. Qeyd edək ki, bu gün Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib. |
2024-02-21 | 834,607 | Prezidentdən Zirvə Toplantısının iştirakçılarına müraciət | Prezident İlham Əliyev XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. Axar.az xəbər verir ki, müraciətdə qeyd olunur: "Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə ürəkdən salamlayıram. Xoş ənənəyə çevrilmiş Avrasiya İqtisadi Zirvə Toplantısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı, regionumuzda və qlobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platformadır. Sürətlə transformasiyaya məruz qalan müasir dünyada ənənəvi təhdidlərlə yanaşı bəşəriyyəti narahat edən yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və qlobal problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşdırılmasını labüd edir. Bu baxımdan Zirvə Toplantısının hər il olduğu kimi builki gündəliyi, o cümlədən iqlim böhranı, ətraf mühit və enerji məsələlərinə həsr olunmuş sessiyası xüsusi aktuallıq kəsb edir. Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri artıq həyatın bütün sahələrində özünü büruzə verir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir. Bununla yanaşı, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük önəm verir. Azərbaycan inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit ölkə olaraq Avrasiyada regional əməkdaşlığın irəlilədilməsi, iqtisadi tərəqqinin təşviq edilməsi, qarşılıqlı bağlılığın gücləndirilməsi baxımından vacib rol oynayır. Bu xüsusda ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətini vurğulamaq lazımdır. Qardaş Türkiyə ilə çoxşaxəli birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə mühüm töhfə verir. Əminəm ki, xalqlarımızın qardaşlığı və birliyindən, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir. Eyni zamanda, Avrasiya İqtisadi Zirvə Toplantısının xüsusi sessiyasının Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr edilməsinin rəmzi mənası vardır. “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin əsasının qoyulmasına böyük töhfə vermiş mərhum Süleyman Dəmirəl Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin formalaşmasında, qardaşlığımızın möhkəmləndirilməsində mühüm rolu olan görkəmli dövlət xadimi olub. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. İnanıram ki, bu iclas Avrasiya regionunun davamlı inkişafı naminə qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə töhfə verəcəkdir. Sizə ən xoş arzularımı yetirir, Zirvə Toplantısının işinə uğurlar diləyirəm". |
2024-02-21 | 834,608 | Sabah Bakının bu ərazisində qaz olmayacaq | Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Qeyd olunub ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə fevralın 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
2024-02-21 | 834,609 | Monqolustan lideri İlham Əliyevə məktub ünvanladı | Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az xəbər verir ki, məktubda qeyd olunur: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Mən çox məmnunam ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın dərinləşməsində mühüm rol oynayır. Buna görə də inanıram ki, Zati-alinizə ünvanladığım dəvətimi qəbul edəcək və Sizə uyğun zamanda Monqolustana səfər edəcəksiniz. Zati-aliləri cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzu edirəm”. |
2024-02-21 | 834,610 | Ölkədə monitorinq apara biləcək şirkətlərlə bağlı qərar | Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 30 dekabr 2016-cı il tarixli qərarında dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC əlavə olunub. Bundan başqa, ləğv edilmiş “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-lər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsləri ilə əvəzlənib. |
2024-02-21 | 834,611 | Anasının xəsarət yetirdiyi azyaşlının son vəziyyəti - Foto | Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri tərəfindən Ağstafada azyaşlının anası tərəfindən xəsarət yetirilməsi ilə bağlı mediada yayımlanmış məlumatla əlaqədar yerində araşdırma aparılıb. Axar.az xəbər verir ki, ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri ilə birlikdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında uşaqla görüşərək, onun müalicəsi və səhhəti ilə maraqlanıb, hazırkı vəziyyətinin qənaətbəxş olduğu məlum olub. Bununla yanaşı, uşağın anası və babası ilə də fərdi qaydada görüş keçirilib. Regional Mərkəzin əməkdaşları, eyni zamanda, uşağın məktəbdən kənarlaşdırılması məsələsinin araşdırılması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialının və Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin nümayəndələri ilə də görüş keçirib. Görüşlər zamanı azyaşlının hüquqlarının, o cümlədən təhsil hüququnun bərpası ilə bağlı müvafiq tövsiyələr verilib. Məsələnin nəzarətdə saxlanılması üçün səlahiyyətli orqanlara müraciətlər ünvanlanıb. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir. |
2024-02-21 | 834,612 | Mövlud Süleymanlı vəfat etdi | Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib. Kult.az xəbər verir ki, bu barədə yazıçının oğlu Elay Süleymanlı məlumat verib. Qeyd edək ki, 81 yaşlı xalq yazıçısı bir müddət öncə insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdi. |
2024-02-21 | 834,614 | Numan Qurtulmuş Bakıya gəldi | Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Bakıya səfər edib. Axar.az xəbər verir ki, bu barədə TBMM məlumat yayıb. TBMM sədri fevralın 21-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına qatılacaq. Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək. |
2024-02-21 | 834,615 | “Qalatasaray” - “Fənərbağça” oyunu ilə bağlı qərar verildi | Futbol üzrə Türkiyə Superkuboku uğrunda oyunun vaxtı açıqlanıb. Axar.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Superliqanın son çempionu “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbağça” arasındakı matç aprelin 7-də keçiriləcək. Şanlıurfada oynanılacaq qarşılaşma Türkiyə vaxtı ilə saat 21:00-da start götürəcək. Qeyd edək ki, ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilməli olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb. |
2024-02-21 | 834,617 | Kral Filip İlham Əliyevi təbrik etdi | Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, təbrikdə qeyd olunur: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır, uğurlar və xoşbəxtlik arzulayıram. Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz əməkdaşlığımızın daha da inkişaf etməsinə töhfə verəcəkdir". |
2024-02-21 | 834,618 | Makron çağırdı, Paşinyan Fransaya getdi | Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya ikigünlük işgüzar səfərə gedib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Qeyd edək ki, səfər dəvəti Fransa Prezidenti Emmanuel Makrondan gəlib. Erməni baş nazir Fransa Müqavimətinin erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinenin Parisdə Panteonda yenidən dəfn mərasimində iştirak edəcək. |
2024-02-21 | 834,619 | Azərbaycan bankları “Kontakt”la köçürmələri dayandırdı | Rusiya Mərkəzi Bankı fevralın 21-də "Qiwi Bank"ın lisenziyasını ləğv etdikdən sonra “Kontakt” ödəniş sistemi, o cümlədən Azərbaycan bankları vasitəsilə əməliyyatlarını dayandırıb. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə sistemin operatoru olan "Qiwi Bank”ın saytında bildirilir. Rusiya Mərkəzi Bankının məlumatına görə, “Qiwi Bank”ın kölgə əməliyyatları apardığı üçün lisenziyası ləğv edilib: "Bank fiziki şəxslərlə kölgə biznesləri arasında, o cümlədən kriptovalyutaların, onlayn kazinoların və bukmekerlərin xeyrinə hesablaşmalar həyata keçirib". Həmçinin, bu gün səhər saatlarında “Qiwi” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanmağa başlanılıb. Bankın saytında xidmətin müvəqqəti olaraq dayandırıldığı qeyd edilib. Qeyd edək ki, “Kontakt” ödəniş sistemi bütün Rusiyada, yaxın və uzaq xaricdə pul köçürmələrinin qəbulu və verilməsi üçün 760 mindən çox məntəqəyə malikdir. Son bir ildə Rusiya Mərkəzi Bankı “Qiwi Bank”a qarşı 5 dəfə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. O cümlədən, iki dəfə müəyyən əməliyyatları məhdudlaşdırılıb. Lisenziya ləğv edildikdən sonra tənzimləyici cinayət əlamətləri olan bank əməliyyatları haqqında məlumatları hüquq-mühafizə orqanlarına göndərəcək. |
2024-02-21 | 834,620 | Gənclər Fondunun Naxçıvan filialı yaradıldı | 19:54 “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib. Axar.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. *** Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialı yaradılıb. Filialın yaradılması qərarını Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurası qəbul edib. |
2024-02-21 | 834,623 | Hakan Fidan Braziliyada | Türkiyə xarici işlər naziri Hakan Fidan Braziliyaya səfər edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Onun Rio-de-Janeyroda G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcəyi gözlənilir. |
2024-02-21 | 834,625 | Vatsapa daha bir funksiya əlavə olundu | Android istifadəçiləri üçün Vatsapa daha bir funksiya əlavə olunub. Axar.az xəbər verir ki, yeni funksiya vasitəsilə status nişanı görünəcək. Statuslar vatsap istifadəçilərinin öz profillərində yerləşdirə biləcəyi şaquli video və fotoşəkillərdir. |
2024-02-21 | 834,628 | Başqa təhlükəsizlik təminatları axtarırıq - Qriqoryan | Ermənistan xarici və təhlükəsizlik sahəsində siyasətini genişləndirir. Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. A.Qriqoryan qeyd edib ki, Ermənistanın bir hissəsi olduğu təhlükəsizlik sistemi 2020-2021-ci illərdə işləməyib və buna görə də o, başqa təhlükəsizlik təminatları axtarır: “Mən bu məsələ ilə bağlı heç bir problem görmürəm, biz öz siyasətimizdə israrlıyıq”. |
2024-02-21 | 834,629 | Əhali ən çox hansı nəqliyyat vasitələrindən istifadə edir? | 2024-cü ilin yanvar ayında Azərbaycanda nəqliyyatçılar 145,6 milyon sərnişinə xidmət göstəriblər. Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 9,3 milyon ton yük, 127,5 milyon sərnişin daşınmış və əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 6,7 faiz və 5,9 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 95,4 faizi avtobus, 4,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi isə 6,9 faiz artmışdır. |
2024-02-21 | 834,633 | Bu ölkədə yük avtomobili dərəyə aşdı: 15 ölü | Filippinin Neqros Orinetal vilayətində fermer təsərrüfatının işçilərini daşıyan yük avtomobili dərəyə aşıb. Axar.az xəbər verir ki, hadisə bu gün Mabinay qəsəbəsi ərazisində günorta saatlarında baş verib. Polisin məlumatına əsasən, sürücünün idarəetməni itirməsi nəticəsində yük avtomobili aşaraq, təxminən 50 metr dərinlikdəki dərəyə düşüb. Qəza nəticəsində 15 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. |
2024-02-21 | 834,635 | Türkiyə ABŞ-a onu səfir təyin etdi | Türkiyə hökuməti ABŞ-a yeni səfir olaraq Sədat Önalı təyin edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında yayılan məlumatda bildirilib. Qeyd edək ki, S.Önal daha öncə Türkiyənin BMT-dəki daimi nümayəndəsi olub. Onu bu vəzifədə xarici işlər nazirinin müavini Əhməd Yıldız əvəz edəcək. |
2024-02-21 | 834,636 | Elə bir problem bilmirəm ki, onu həll etməyək - Putin | Rusiya ilə Tacikistan arasında münasibətlər uğurla inkişaf edir, həlli mümkün olmayan heç bir problem yoxdur. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı İmaməli Rəhmanla görüşündə deyib. "Münasibətlər çox uğurla inkişaf edir. Mən elə bir problem bilmirəm ki, biz onu xüsusilə görüşlərimizdən sonra həll etməyək. Biz bütün istiqamətlərdə hərəkət edəcəyik. Qismən bizim şəxsi münasibətlərimiz sayəsində - hesab edirəm ki, bu da belə ciddi amildir - biz irəliləyirik və əminəm ki, yaxşı templə irəliləyəcəyik”, - Putin qeyd edib. |
2024-02-21 | 834,638 | MM-dən Mövlud Süleymanlının vəfatına reaksiya | Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi xalq yazıçısı Mövlud Süleymanlının ailəsinə başsağlığı verib. Axar.az xəbər verir ki, başsağlığında qeyd olunub: "Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Görkəmli nasir, dramaturq, ssenarist, "Şöhrət", "Şərəf" ordenləri laureatı, xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib. Xalq yazıçısının ailəsinə, bütün doğmalarına başsağlığı verir, səbr diləyirik. Uca Tanrı rəhmət eləsin". Qeyd edək ki, M.Süleymanlı 18 mart 1943-cü ildə anadan olub. Bu gün vəfat edən yazıçı bir müddət öncə insult dianozu ilə xəstəxanaya yerləşdirilmişdi, komada idi. |
2024-02-21 | 834,640 | "Qarabağ"la oyunda başımızı itirmişdik - Jorje | Futbolçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik. Axar.az xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje “Qarabağ”a qarşı Bakıda keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis Azərbaycan klubu barədə xoş fikirlər səsləndirsə də, səfərə qələbə dalınca gəldiklərini bildirib: “İlk oyundakı hesab qarşımızda çətin missiyanın durduğunu göstərir. Nəzərə alaq ki, ötən həftəsonu çempionatda bir gərgin matç da keçirmişik. "Qarabağ" isə oynamayıb. Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil. Yaxın zamanda ölkə kubokunun qalibi olmuşduq. Mövsüm hələ bitməyib. Mərhələ keçməklə uğurun davamını gətirə bilərik. Bütün matçlarda qələbə qazanmaq iqtidarında deyilik. Çempionatda da mövsümü daha yüksək yerlərdə bitirə bilərik. "Braqa"nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır". O, komandanın qarşısına yüksək tələb qoyduqlarını bildirib: "Çox keyfiyyətli futbolçularımız var. Onlar istənilən anda matçın taleyini həll edəcək gücdədirlər. Onların qarşıya qoyulan hədəfi yerinə yetirəcəklərinə şübhə etmirəm. Bu, istəkdən xəbər verir. Qarşımızda çox güclü rəqib var. Amma istənilən halda hədəfimiz minimalhesablı qələbə yox, mərhələ adlamaqdır". Çalışdırıcı Portuqaliyadakı qarşılaşmada ilk qolun həlledici rol oynadığını düşünür: "Braqada ilk qolu buraxmağımız oyunun açar anı idi. "Qarabağ"ın üstünlüyə yiyələnməsi mühüm rol oynadı. İndiki mərhələdə hansısa rəqibi ciddi qəbul etməmək doğru olmaz. "Qarabağ" həm güclü komandadır, həm də individual cəhətdən yaxşı oyunçuları var. Etiraf etmək lazımdır ki, orada "Qarabağ" üstün idi. Bu da hesabda öz əksini tapdı. Hətta ikinci hissədə bir periodda başımızı itirmişdik. Lakin sabah mərhələ adlamaq istəyiriksə, daha diqqətli olmalıyıq". Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq. Komandaların Portuqaliyadakı ilk duelində Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb. |
2024-02-21 | 834,642 | Bakıda İmperatorun doğum günü qeyd olundu | Fevralın 21-də Bakıda Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub. Axar.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya Azərbaycanın COP29-a ev sahibliyi qərarının bu yeni eranın başlanğıcı kimi böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, yaşıl cəmiyyətin yaradılmasının yaxın illərdə təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün mühüm çağırış olduğunu diqqətə çatdırıb. Yaponiya ilə Azərbaycan arasında möhkəm dostluğun əhəmiyyətindən bəhs edən V.Katsuya ölkələr arasında əlaqələrin inkişafına müxtəlif beynəlxalq səviyyəli tədbirlərin də töhfə verdiyini deyib. Onun sözlərinə görə, bu əvəzsiz münasibətlərin əsası Prezident İlham Əliyev tərəfindən qoyulub. Səfir bildirib ki, İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 illiyini qeyd etdiyi bir vaxtda onun yenidən böyük dəstəklə seçilməsi Azərbaycan üçün yeni eranın başlanğıcını göstərir. Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov isə Azərbaycan-Yaponiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasın Yaponiyada keçirilməsi ilə bağlı müvafiq işlərin görüldüyünü vurğulayıb. O deyib ki, bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının davamıdır. |
2024-02-21 | 834,643 | Tokayev Putinlə görüşdü: Güclü komanda ilə gəlmişik | Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiyaya səfər edib. Axar.az xəbər verir ki, Tokayev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Kazan şəhərinə gedib. “Gələcək Oyunlar” beynəlxalq turnirinin açılışı çərçivəsində rusiyalı həmkarı ilə bir araya gələn Tokayev ölkəsinin yarışa güclü komanda ilə gəldiyini bildirib. O, Qazaxıstan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafından da məmnunluğunu vurğulayıb. |
2024-02-21 | 834,644 | Polşada azərbaycanlının güllələnmiş meyiti tapıldı | Polşada Azərbaycan vətəndaşının meyiti tapılıb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Polşada yaşayan həmyerlimiz Fərid Cəfərli məlumat verib. O bildirib ki, şəxsiyyəti hələ də açıqlanmayan 39 yaşlı Azərbaycan vətəndaşı kirayə qaldığı otaqda başından güllələnib. İlkin rəyə əsasən şəxsin özünü öldürdüyü ehtimal edilir. Hadisənin 2-ci Dünya müharibəsi silahı ilə törədildiyi qeyd edilir. Hadisə ilə əlaqədar Polşanın hüquq-mühafizə orqanları araşdırma aparır. |
2024-02-21 | 834,648 | Paşinyan Fransadan alınan silahlardan danışdı | Ermənistanın müdafiə qabiliyyətinin inkişafı heç kimi narahat etməməlidir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə keçirdiyi brifinqdə deyib. O əmin edib ki, Ermənistanın vəzifəsi regionda balans yaratmaqdır. “Ermənistanın müdafiə qabiliyyətinə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Mahiyyət etibarı ilə yeni olan müdafiə sahəsində əlaqələrimiz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün vacibdir”, - Paşinyan Makrona bildirib. O qeyd edib ki, bu kontekstdə tənqidlər var, lakin Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır. Emmanuel Makron da öz növbəsində Fransanın Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcəyini qeyd edib: “Fransa hərbi müdafiə ləvazimatlarının çatdırılmasına razılıq verib və Fransa hər hansı bir eskalasiya istəməyərək, bu sahədə davam edəcək”. |
2024-02-21 | 834,652 | DTX sanatoriyasını bu komandaya verdi | I Liqada debüt edən “Difai”nın qış təlim-məşq toplanışını harada keçirdiyi məlum olub. Axar.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bilgəh qəsəbəsində yerləşən sanatoriyası öz qapılarını “fədailər”in üzünə açıb. Qarabağ qazilərinin təmsilçisi 7 gün ərzində buradan istifadə edib. Elgiz Kərəmlinin çalışdırdığı komanda 14 turdan sonra turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Peşəkar çempionatda ilk mövsümün keçirən kollektivin hesabında 7 xal var. |
2024-02-21 | 834,653 | Nikol Makronu İrəvana çağırdı: Emosional bağlarımız var | Hesab edirəm ki, bizi (erməni və fransız xalqını – red.) dərin emosional bağlar birləşdirir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib. Paşinyan Fransa prezidentini Ermənistana dəvət edib: “Bu il Şarl Aznavurun 100 illiyi qeyd olunur və ümid edirəm ki, sentyabr ayında İrəvanda Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə birlikdə iştirak edəcəyik və cənab Prezident, dəvəti bir daha qeyd etmək istəyirəm. Ermənistana dövlət səfəri ilə səfər edin”. |
2024-02-21 | 834,656 | Sisi İlham Əliyevə məktub göndərdi | Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. "Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu xəbəri böyük sevinclə qarşıladım. İnamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə göstərdiyi etimadın və dəstəyin sübutudur. Bu, həm də Azərbaycan xalqının Sizin ölkəni inkişaf və tərəqqi yoluna aparmaq bacarığınıza inamını bir daha təsdiq edir. Əminəm ki, yenidən prezident seçilməyiniz Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. Cənab Prezident, mən Sizinlə əməkdaşlıq və koordinasiya sayəsində qarşıdakı dövrdə Misir-Azərbaycan münasibətlərinin yüksəlişinin şahidi olacağımı səbirsizliklə gözləyirəm", - təbrikdə qeyd olunub. |
2024-02-21 | 834,658 | Təəssüf ki, Azərbaycan əsgəri yaralandı, ancaq cavab... - Makron | Paris regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri təşviq etməyə davam edəcək. Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib. Makron qeyd edib ki, İrəvan ərazi bütövlüyü, demokratik yol və sülh istəyi məsələsində Parisin köməyinə ümid edə bilər. Fransa prezidentinin fikrincə, Zəngəzurdakı insident (Zəngilan rayonu istiqamətində ermənil hərbçilərin atəş açması – red.) eskalasiya təhlükəsinin hələ də qaldığını göstərir. Makron fevralın 12-də Azərbaycan əsgərinin yaralanmasından təəssüfləndiyini bildirib. Eyni zamanda fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin Nerkin-Hand kəndi yaxınlığındakı erməni mövqelərinə endirdiyi zərbəni qeyri-mütənasib adlandırıb: “Fransa həmçinin Azərbaycanın qeyri-mütənasib cavabından da təəssüflənir və nəticədə Ermənistan tərəfdən 4 ölü və 1 yaralı var". Onun fikrincə, regionda sülhə, beynəlxalq hüquqa, suverenliyə, sərhədlərin toxunulmazlığına və ölkələrin ərazi bütövlüyünə hörmət etməklə nail olmaq olar. Makron xatırladıb ki, Praqa görüşündə Paşinyan Almatı bəyannaməsinə sadiqliyini də bildirib: "Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və xəritələri ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırması lazımdır ki, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı vicdanlı iş aparılsın. Bu, öz növbəsində, hər iki tərəfdən qoşunların çıxarılması üçün əsas olacaq”. |
2024-02-21 | 834,659 | Keçmiş baş nazir müsahibə üçün bir milyon istədi | Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson müsahibə üçün amerikalı jurnalist Taker Karlsondan 1 milyon dollar istəyib. Axar.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson özü danışıb. O bildirib ki, müsahibə üçün sorğu göndərib, Consonun köməkçisi əvvəlcə müsahibədən imtina edib, lakin daha sonra ona maliyyə şərtləri təqdim edilib. |
2024-02-21 | 834,662 | İsrail rəsmən Fələstini tanımaqdan imtina etdi | İsrail parlamenti (Knesset) Fələstin dövlətinin birtərəfli tanınmasını rədd edən qətnaməni təsdiqləyib. Axar.az xəbər verir ki, Knesset Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasını və birtərəfli tanınmasını rədd edən qərarını dəstəkləyib. Sənədin lehinə 120 deputatdan 99-u səs verib. |
2024-02-21 | 834,664 | Azərbaycana 1 milyondan çox pul gətirən qadın saxlanıldı | Rusiyanın Həştərxan şəhərindən Bakıya gələn qadının çamadanında bəyan edilməmiş pul aşkarlanıb. Həştərxan hava limanının gömrükçüləri qanun pozuntusu aşkar edərək cinayət işi açıblar. Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakıya uçan sərnişinlərin əl yükünə və baqajına baxış zamanı 14 min dollardan artıq məbləğdə pulun qanunsuz çıxarılması aşkar edilib. Rusiyadan olan qadın nağd pulu bəyan etmədən "yaşıl dəhliz”dən keçmək istəyib. Bununla belə, gömrükçülər onun üzərindən külli miqdarda - 1,2 milyon rubldan çox pul və 95 Azərbaycan manatı, ümumilikdə 14 min dollardan çox pul aşkar ediblər. Həştərxan hava limanının gömrük postunun rəisinin sözlərinə görə, qadına 10 min dollar qaytarılıb, pulun qalan hissəsi isə müsadirə olunub. Vətəndaşı cərimə və ya müsadirə gözləyir. Gömrük Xidməti xatırladır ki, 10 min dollardan artıq məbləğin ixracı qadağandır və bəyan edilməlidir. |
2024-02-21 | 834,665 | Ukraynada danışıqlar üçün şərait yoxdur - Blinken | Vaşinqton Ukraynadakı münaqişənin həlli üçün danışıqlar şəraiti görmür. Axar.az “Röyters”ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə görüşündə Ukrayna və Qəzza müzakirəsi zamanı deyib. Qeyd edək ki, Blinken Silva ilə ölkənin paytaxtında görüşüb. Blinken G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün oradan Rio-de-Janeyroya gedib. |
2024-02-21 | 834,667 | İran Rusiyaya güclü ballistik raketlər verdi | İran Rusiyaya çoxlu güclü “yer-yer” ballistik raketləri verib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” altı mənbəyə istinadən məlumat yayıb. “Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”, - deyə İran rəsmilərindən biri agentliyə bildirib. Qeyd edilib ki, İran Rusiyaya 400-ə yaxın raket verib, onların çoxu “Fateh-110” yaxınmənzilli ballistik raketlər ailəsinə aiddir. Xüsusilə, söhbət 300-700 kilometr məsafədəki hədəfləri vura bilən “Zülfiqar” raketlərindən gedir. Tehran və Moskva görüşləri zamanı əldə olunmuş razılaşmanın şərtlərinə əsasən, Rusiyaya tədarük yanvarın əvvəlində başlayıb. |
2024-02-21 | 834,668 | Aybəniz Haşımovanın qardaşı həbs edildi | Quba polisi xüsusi əməliyyat keçirib. Axar.az Unikal-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb. Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Şaiq Həsən oğlu Həşimov tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb. Şaiq Həşimov Polis Şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb. Qeyd edək ki, Şaiq Həşimov xalq artisti Aybəniz Haşımovanın qardaşıdır. |
2024-02-21 | 834,669 | Tramp tezliklə müflis olduğunu elan edə bilər | ABŞ-ın keçmiş prezidenti Donald Tramp tezliklə müflis olduğunu elan edə bilər. Axar.az xəbər verir ki, bu barədə "Nyusvik" nəşri amerikalı hüquqşünas və Trampın keçmiş müşaviri Corc Konveyin ərinə istinadən məlumat verib. Konvey X hesbında yazıb ki, keçmiş prezidentin müflis olduğunu elan etmək şansları olduqca yüksəkdir. Belə ki, eks-prezident üst-üstə 500 milyon dollardan çox təzminat ödəməyi təxirə salmaq üçün bunu edə bilər. Qeyd edək ki, fevralın 16-da ABŞ məhkəməsi keçmiş prezidentə dələduzluq işi üzrə 355 milyon dollardan çox təzminat ödəməyi tələb edib. Eyni işdə onun oğlanları Donald və Erikin hər birindən dörd milyon dollar təzminat tələbi olub. |
2024-02-21 | 834,670 | Çexiya azərbaycanlı avtoriteti ABŞ-a ekstradisiya etdi | Çexiyanın ədliyyə naziri Pavel Blazek respublikada saxlanılan kriminal avtoritet, Gürcüstan vətəndaşı olan azərbaycanlı Polad Ömərovun ABŞ-a ekstradisiyasına dair sərəncam imzalayıb. Axar.az xəbər verir ki, Ömərovun Amerikaya təhvili yaxın günlərdə baş tutmalıdır. Bildirilib ki, nazirin məhbusun hansı ölkəyə təhvil verilməsi ilə bağlı seçimi olub, belə ki, ABŞ-dan başqa, Gürcüstan və Qazaxıstan da ekstradisiya üçün müraciət edib. P.Ömərov haqda ABŞ-da iki müxtəlif məhkəmə həbs qərarı verib: 8 dekabr 2022-ci ildə Nyu Yorkun Şərq Bölgəsi üzrə Dairə Məhkəməsi, daha sonra 30 yanvar 2023-cü ildə Cənub Dairəsi üzrə Dairə Məhkəməsi. O, çirkli pulların yuyulması üçün sui-qəsd təşkil etmək, hədə-qorxu ilə pul tələb etmək və reketlik etmək, hədə-qorxu gəlmək və odlu silah saxlamaqda ittiham olunur. Bundan başqa, ABŞ-da Ömərov ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini hazırlamaqda şübhəli bilinir. Onu ömürlük həbs gözləyir. |
2024-02-22 | 834,672 | Azərbaycan üçün 4 ölkə müraciət etdi: Qərar dəyişəcək? | Azərbaycana qarşı sərgilənən qərəzli mövqe istər-istəməz AŞPA-ya ciddi zərbə vurur və bu zərbənin əks-sədası getdikcə artacaq. Artıq Türkiyə, Serbiya, Ukrayna, Gürcüstan, eyni zamanda Ərəb Parlamentinin sədri öz etiraz məktubunu göndərib. Başqa ölkələr də göndərmək niyyətindədir. Bu sözləri Axar.az-a AŞPA-da ölkəmiz əleyhinə qəbul edilən qərarlara qarşı etiraz edən ölkələrin sayının artması haqqında danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Millət vəkili verilən qərarla Avropa Şurasının özünə böyük ziyan vurduğunu, Azərbaycanın milli maraqlar məsələsində güzəştə getməyəcəyini vurğulayıb: “Ümumilikdə isə proses Avropa Şurasının nüfuzuna ciddi xələl gətirdi. Axı bura dialoq və qarşılıqlı əməkdaşlıq platforması kimi təqdim olunan beynəlxalq təşkilatdır. Ancaq onlar danışıq və sülhün tələb olunduğu regionda dialoqdan, məsələləri araşdırmaqdan imtina etdilər. Deməli, bizi Azərbaycan əraziləri işğal altında və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğu halda dialoqa çağırırdınız? İndi isə bu məsələlər öz ədalətli həllini tapandan sonra kəskin addımlar atmağa və sanksiyalar qəbul etməyə qərar veribsiniz? Budur sizin mövqeyiniz? Bax, bu suallara Avropa Şurası özü cavab verməlidir. Nə qədər tez cavab verəcəksə, bu, bir o qədər təşkilatın artıq ciddi şəkildə çalxalanmış, öz yerindən oynadılmış və faktiki düşmüş nüfuzuna hansısa formada təsir göstərə bilər. Yox, bunu etməsə, öz-özünü daha da dərin quyuya salacaq. Ona görə ki, Azərbaycan öz fəaliyyətini davam etdirir. Yəqin ki, siz də cənab Prezidentin Münhen Təhlükəsizlik Konfransında iştirakını müşahidə etdiniz. Hamımız ölkə başçımızın qəbuluna düşmək üçün olan növbəni də gördük və bir neçə aydan sonra dövlətimiz dünyanın ən böyük tədbirlərindən hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Bütün sadaladığımız məsələlərə görə, AŞ kiməsə lazım olub-olmadığını fikirləşməlidir. Əgər lazımdırsa, düzgün addımlar atsın. Təşkilatın öz-özünü məhv etmək qərarı varsa, biz bunun qarşısını ala bilmərik. Amma Azərbaycanın milli maraqlarına heç kim müdaxilə edə bilməz”. Səməd Seyidov AŞPA-da ölkəmizə qarşı həyata keçirilən addımların öncədən planlaşdırılmış olduğunu qeyd edib: “Ötən ilin aprel və oktyabr aylarında təşkilatda qəbul edilən qətnamələri nəzərdən keçirsək, onların qərəz, yalan və böhtanla dolu olduğunu görərik. Bunlar sadəcə ünvanı səhv saldılar. Elə bildilər ki, nə yazsalar, nə desələr, Azərbaycan sakitcə qulaq asacaq və dedikləri ilə oturub duracaq. İndi tamamilə fərqli Azərbaycanımız var - alnıaçıq, başını dik tutan və qüdrətli, qalib xalqı olan!” Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA, eyni zamanda, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib. |
2024-02-21 | 834,674 | "Qarabağ" güclüdür, lakin... - "Braqa"nın futbolçusu | Sabahkı matçda 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. Axar.az xəbər verir ki, bu sözləri Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib. Evdə uduzmaqlarına baxmayaraq, hazırda çox istəkli olduqlarını bildirən 28 yaşlı hücumçu əlavə edib: "Qarabağ" güclü komandadır. Bizim də məqsədimiz yaxşı oyunla növbəti mərhələyə adlamaqdır. Mümkünsüz heç nə yoxdur. Brumanın heyətə qayıtması komandamız üçün çox yaxşı oldu. O, keyfiyyətli futbolçudur. Həm qol vurmağı, həm də çox yaxşı ötürmə etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir məhsuldar ötürmə verə biləcək”. O, “Braqa” rəhbərliyinin komandanın qarşısına tələb qoymasına da münasibət bildirib: “Bunun psixoloji cəhətdən kimə necə təsir etdiyini bilmək olmaz. Bir çoxları bunu təzyiq kimi görür, amma bu, bizə əksinə əlavə motivasiya verir". Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb. |
2024-02-21 | 834,675 | Ukrayna kəşfiyyatı: İranın Rusiyaya ballistik raket verməsi... | Ukrayna xüsusi xidmət orqanları İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı informasiyanı dəqiqləşdirir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib. “İranın Rusiyaya ballistik raketlər verməsi inandırıcı görünmür. Belə ki, Ukrayna kəşfiyyatı bununla bağlı hər hansı fakt qeydə almayıb”, - deyə bildirilib. Qeyd edək ki, “Röyters” agentliyi İranın Rusiyaya xeyli “yer-yer” ballistik raketləri verdiyini yazıb. |
2024-02-21 | 834,678 | Biz onları məhv edəcəyik - Netanyahu | Biz HƏMAS-ı məhv edəcəyik və heç kim bizə mane ola bilməz. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. O qeyd edib ki, heç bir kənar təzyiq ölkənin HƏMAS-la müharibəni və girovlar azad edilənə qədər əməliyyatı davam etdirməsinə mane olmayacaq: “Biz bütün məqsədlərimizə, o cümlədən girovların nəyin bahasına olursa-olsun azad edilməsinə dair razılaşma əldə olunana qədər mübarizə aparacağıq. Müharibə səbəbindən İsrail daxili və xarici təzyiq altındadır". |
2024-02-22 | 834,682 | Zelenski geniş tərkibdə konfrans keçirəcək | Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 25-də hərbi-siyasi rəhbərliyin, Baş nazirin və Ali Rada sədrinin iştirakı ilə konfrans keçirməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Sergey Nikiforov deyib. Onun sözlərinə görə, xarici liderlərin fevralın 24-də Ukraynaya səfəri planlaşdırılır. "Müəyyən səbəblərə görə kim olacağını deyə bilmərəm, lakin biz gözləyirik ki, bu, yalnız simvolik dəstək səfərləri olmayacaq, həm də praktiki nəticələr verəcək", - Nikiforov bildirib. Onun sözlərinə görə, həmçinin Ukrayna və “Yeddilik” qrupunun iştirakı ilə onlayn görüş keçiriləcək. |
2024-02-22 | 834,684 | Putinin İnə hədiyyəsi BMT TŞ-nın sanksiyalarını pozur | Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen İnə "Aurus" markalı avtomobili hədiyyə etməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. “BMT Təhlükəsizlik Şurasının qətnamələri BMT-yə üzv olan bütün ölkələrdən Şimali Koreyaya həm nəqliyyat vasitələrinin, həm də dəbdəbəli avtomobillərin tədarükünə qadağa qoymağı tələb edir. Əgər bu doğrudursa, o zaman belə görünür ki, Rusiya özünün dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozur”, - Miller qeyd edib. |
2024-02-22 | 834,685 | Putin hansı kompüter oyununa maraq göstərir? | Rusiya Prezidenti Vladimir Putinin kompüterində oyun olduğunu görməmişəm. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib. “Heç vaxt görməmişəm”, - deyə Peskov müvafiq suala cavabında bildirib. Qeyd edək ki, bundan öncə Putin internet-oyun bazarının tənzimlənməsi və onların serverlərinin Rusiya ərazisinə köçürülməsi ideyasını təsdiqləyib. |
2024-02-22 | 834,686 | Türkiyə ordusu Ermənistana girə bilər - Matevosyan | Ermənistan hakimiyyəti Rusiyanın hərbi mövcudluğunu regiondan sıxışdırıb çıxarmaq üçün əlindən gələni edəcək. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Benyamin Matevosyan deyib. O, AB-nin Ermənistandakı mülki missiyasının rəhbəri Markus Ritterin Nerkin-Hand yaşayış məskəni yaxınlığında baş vermiş insidenti şərh edərkən Rusiya hərbçilərinin avropalı müşahidəçiləri bu istiqamətə buraxmadıqları iddiasına, eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya hərbçilərini Nerkin-Hand kəndi yaxınlığında insidentin qarşısını almamaqda ittiham etməsinə münasibət bildirib. “Rusiya qoşunlarının mövcudluğuna qarşı bəyanatlar təsadüfi deyil. Rusiya sərhədçilərinin qərargahı önündə etiraz aksiyaları planlaşdırılır və bu, daha böyük siyasətin bir hissəsidir, məqsəd regionda Rusiyanın təsirindən qurtulmaqdır. O ki qaldı Qriqoryan və Ritterin bəyanatlarına, müvafiq informasiya fonunun formalaşdırılması üçün ilkin şərtlər yaradır ki, bu da Ermənistanın bloka daxil olmayan respublika statusunu yeni Konstitusiyada möhkəmləndirmək niyyətindən xəbər verə bilər”, - o vurğulayıb. Matevosyanın fikrincə, Ermənistanın heç bir hərbi bloka daxil olmamasının Konstitusiya dəyişikliyində əksini tapması 3-cü ölkələrin qüvvələrinin çıxarılmasını şərtləndirir ki, bu da Bakının əlinə işləyir: “Rus sərhədçilərin Ermənistan-Türkiyə sərhədindən çıxarılması isə yalnız Türkiyəyə sərfəlidir. PKK ilə mübarizə bəhanəsi ilə Türkiyə Ermənistana qarşı hərbi əməliyyatlara başlaya bilər”. O, Baş nazir Nikol Paşinyanın bu yaxınlarda verdiyi bəyanata istinad edərək bildirib ki, missiyanın vəzifələrinə digər məsələlərlə yanaşı, Rusiya və İran qoşunlarının hərəkətinə nəzarət də daxildir. O iddia edib ki, Rusiya və İran ona görə AB missiyasına qarşıdır. Ekspert həmçinin Armen Qriqoryanın Ermənistanın sadə “təhlükəsizlik istehlakçısı” olmaq istəmədiyi, lakin Avropa Birliyinin mülki missiyalarına töhfə verməyə hazır olduğu barədə bəyanatını tənqid edib: “AB indi təhlükəsizlik məsələlərində NATO-dan asılıdır. Biz gözəl ifadələr arxasında gizlənib, İranın narazılığına baxmayaraq, NATO-ya daxil olmaq arzusunu nümayiş etdiririk? Bu, məni ölkəmizin gələcəyi və ərazi bütövlüyü ilə bağlı narahat edir". |
2024-02-22 | 834,688 | Blinken hesab edir ki, İrəvan və Bakı... - Miller | ABŞ Dövlət katibi Entoni Blinken hesab edir ki, İrəvan və Bakı arasında sülh əlçatandır. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. “Biz sülhün əldə edilməsi üçün ABŞ-ın yardım və dəstəyini təklif etməyə davam edəcəyik”, - Miller qeyd edib. |
2024-02-22 | 834,689 | Rusiyanın Xersondakı qubernatoru öldürülüb? | Xerson vilayətinin qubernatoru (işğaldan sonra Kremlin təyin etdiyi – red.) Vladimir Saldonun ölümü ilə bağlı yayılan xəbərlər doğru deyil. Axar.az xəbər verir ki, bu barədə qubernatorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu kimi feyk məlumatlar Ukrayna tərəfinin saxtakarlığından başqa bir şey deyil. Qeyd edək ki, bundan əvvəl Vladimir Saldo 2022-ci ilin avqustunda baş vermiş zəhərlənməsinin təfərrüatını açıqlamışdı. Sonradan onun ritsin maddəsi ilə zəhərləndiyi məlum olmuşdu. Ritsin kalium sioniddən bir neçə dəfə daha zəhərli olan təhlükəli hərbi kimyəvi maddədir. |
2024-02-22 | 834,690 | Ermənistanda departament rəhbəri saxlanıldı | Ermənistanda Səhiyyə və Əmək Müfəttişliyi İdarəsinin Tibbi xidmət və xidmətlərə nəzarət departamentinin rəhbəri Kristina Abramyan saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiya ilə Mübarizə Komitəsi məlumat yayıb. Departament rəhbəri rüşvət almaqda ittiham olunur. |
2024-02-22 | 834,691 | Ukrayna savaşı nə zaman bitəcək? - Medvedyev | Yalnız Rusiya ərazisinə müdaxilələrə qarşı qoruyucu kordon yaradıldıqdan sonra “xüsusi hərbi əməliyyat”ın tapşırıqlarını başa çatmış hesab etmək olar. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. Medvedev həmçinin bildirib ki, Avdeyevkanın ələ keçirilməsi olduqca çətin olub, çünki Ukrayna Silahlı Qüvvələri orada möhkəmləndirilmiş ərazi yaradıb. “Bu münasibətilə hamını bir daha təbrik etmək istəyirəm”, - Medvedyev qeyd edib. |
2024-02-22 | 834,692 | Zelenski tezliklə Ərdoğanla görüşə bilər | Ukrayna Prezidenti Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə görüşə bilər. Axar.az xəbər verir ki, bu barədə "TRT World" məlumat yayıb. Görüşün konkret tarixi və məkanı barədə məlumat verilməyib. |
2024-02-22 | 834,698 | Ananın evdən qovduğu 16 yaşlı qızdan yeni xəbər | Dövlət Komitəsi məsələ ilə bağlı dərhal qızın anası ilə əlaqə saxlayıb. Hazırda heç bir problem yoxdur. Komitə məsələni nəzarətdə saxlayacaq. Bu sözləri Axar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Məmmədov Bakıda ananın 16 yaşlı qızını evdən qovması məsələsinə aydınlıq gətirərkən deyib. “Ana həmin qəsəbədə yaşayır. Həyat yoldaşından boşanıb. Qızın təhsil aldığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbinin direktoru ilə əlaqə saxladıq. Uşağın anası dərhal məktəbə dəvət edilib. Hazırda qız anası ilə birlikdə yaşayır və təhsilini davam etdirir”, - Məmmədov bildirib. Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızı anasının evdən qovması və müxtəlif ünvanlarda gecələməli olduğu barədə məlumatlar yayılmışdı. |
2024-02-22 | 834,699 | Qəzza ölüm zonasına çevrilib - ÜST | Qəzzada atışmalar nəticəsində ölənlərlə yanaşı, kəskin qida çatışmazlığı səbəbindən də ölən mülki əhalinin sayı artmaqdadır. Axar.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib. “Qəzza ölüm zonasına çevrilib. Ərazinin böyük hissəsi dağıdılıb, 29 mindən çox insan ölüb, xeylisi itkin düşüb, yaralanıb”, - deyə ÜST rəhbəri bildirib. |
2024-02-22 | 834,700 | İrəvan yenə həmin xəritəni gündəmə gətirdi | Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası SSRİ-nin son dövrünün xəritələrinə əsaslanmalıdır. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O bildirib ki, Almatı Bəyannaməsinə görə, SSRİ-nin süqutu zamanı mövcud olan inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınmalıdır: “Bu, o deməkdir ki, Ermənistanla Azərbaycan arasında Almatı Bəyannaməsinə uyğun beynəlxalq sərhəd mövcud olmalıdır. SSRİ dövründəki ən son xəritələrə əsaslanaraq onun bərpasına ehtiyac duyulur. Bununla bağlı Azərbaycanla razılığa gəlmək istəyirik. Əminik ki, bu, qanuni yanaşmadır, heç bir beynəlxalq prinsipləri pozmur və münasibətlərin normallaşmasına uyğundur. Müzakirələr davam edir və mən əminəm ki, biz son nəticədə razılığa gələcəyik”, – Qriqoryan vurğulayıb. |
2024-02-22 | 834,702 | Rusiyanın üstünlüyü yoxdur, ancaq uğurları var | ABŞ Rusiyanın Ukraynadakı müharibədə üstünlük əldə etdiyinə inanmır, lakin onun döyüş meydanındakı uğurlarını qəbul edir. Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib. "Əgər siz bu münaqişənin təkcə iki il ərzində deyil, yaxın keçmişdə dinamikasını öyrənsəniz, görərsiniz ki, bəli, Rusiya döyüş meydanında irəliləyir. Biz Ukraynanın öz qoşunlarını silahla təmin etmək imkanının olmaması səbəbindən həftə sonu Rusiyanın irəliləyişini gördük", - Miller söyləyib. O, Ukrayna hərbçiləri arasında döyüş sursatı çatışmazlığını ABŞ Konqresinin Ukraynanın ehtiyacları üçün əlavə maliyyənin təsdiqini gecikdirməsi ilə izah edib. |
2024-02-22 | 834,703 | Erməni ekspertdən qəribə iddia: Əgər Kamil qaytarılsa… | Erməni mediası və ekspertləri azərbaycanlı idmançı Kamil Zeynallının Moskvadan qayıdarkən Domodedovo hava limanında saxlanılması ətrafında “şərhləri” davam etdirirlər. Axar.az xəbər verir ki, az öncə Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin prezidenti Siranuş Saakyan Kamil Zeynallının Azərbaycana qaytarılacağı halda Rusiyanın “müharibəyə sponsorluq etdiyinin üzə çıxacağı” iddiası ilə şantaja başlayıb. O iddia edib ki, guya Kamil Zeynallı köməksiz erməni mülki şəxsi xüsusi amansızlıqla qətlə yetirib və bunu internetdə yayıb. Buna görə də Ermənistanda barəsində 4 maddə ilə cinayət işi açılaraq, beynəlxalq axtarışa verilib. Saakyan Ermənistana verilməyəcəyi halda K.Zeynallını Rusiyanın da "mühakimə etmək hüququ" olması ilə bağlı absurd fikir də səsləndirib. Qeyd edək ki, erməni mediasının yadığı görüntünün Kamil Zeynallıya aidiyyəti yoxdur və ümumiyyətlə onun Rusiyada saxlanılması qanunsuzdur. Digər tərəfdən, Kamil Zeynallı artıq azadlığa buraxılıb. Bu məlumatı erməni ekspertin bilməməsi isə çox qəribədir. Diqqəti çəkən digər məqam isə Kamil Zeynallının Azərbaycana qayıtması haqda məlumatın olmamasıdır. |
2024-02-22 | 834,704 | İran Ermənistana bunun üçün artıq yalvarır | Ermənistanda İranla hərbi və təhlükəsizlik istiqamətində yüksək səviyyəli saziş üçün təbliğat işləri getdikcə artır. Axar.az xəbər verir ki, bu təbliğat fonunda xüsusilə İranın təsir dairəsində olan kəsimin fəallaşdığı görünür. Belə bir sazişi imzalamaq üçün rəsmi Tehranın necə cani-dildən çalışdığı və Ermənistan hakimiyyətini razı salmaq istədiyini ekspertləri də təsdiqləyir. Belə ki, Qafqaz məsələləri üzrə iranlı ekspert Məcid Kərimi fevralın 20-də Tehranda “Regional və trans-regional təhdidlər fonunda İran və Ermənistanın milli təhlükəsizliyi” adlı seminarda çıxış edərək, Ermənistan və İran arasında Cənubi Qafqazda mövcud geosiyasi böhrandan çıxmaq və ümumi təhlükələri neytrallaşdırmaq üçün birgə müdafiə və təhlükəsizlik sazişi bağlamaq üçün tarixi imkan olduğunu bildirib. Bundan əvvəl isə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü, müxalifətçi Tiqran Abramyan İrana dəvət olunmuş, “bir sıra yüksək səviyyəli” görüşlər keçirmiş və bağlı qapılar arxasında müzakirələr aparmışdı. O, geri qayıdandan sonra İranın Ermənistanın təhlükəsizliyi üçün hərbi baxımdan hər şey etməyə hazır olduğunu elan etdi. İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan erməni mediasına deyib ki, Ermənistan təhlükəsizlik arxitekturasını formalaşdırmalı, təhlükəsizliyimizdə maraqlı olan müttəfiq dövlətləri bu prosesə cəlb etməlidir. Bu müttəfiqlərdən biri də İrandır. Voskanyan Məcid Kəriminin o sözləri təsadüfən demədiyinə də diqqət çəkib və vurğulayıb ki, Kərimi bu fikirləri bildirən yeganə adam deyil: “İranda ekspertlər əsasən dövlətin mövqeyini ifadə edirlər - o sözləri ki, diplomatlar dilə gətirmir, amma masa arxasında müzakirə edirlər. Buna görə də hesab edirəm ki, bu, İran dövlətinin və yaxud ən azı dövlət siyasətini müəyyən etməyə qadir olan bir strukturun rəsmi mövqeyidir”. Onun fikrincə, Ermənistanı regionda yalnız iki ölkə müdafiə edə bilər – birinci Rusiya, ikinci isə İran: “Tehranla münasibətlər İrəvan üçün son dərəcə vacibdir və bu, çox sadə bir vəziyyətlə bağlıdır - bir çox məsələlərdə Ermənistan və İranın maraqları üst-üstə düşür. Sözün daha geniş mənasında Ermənistan-İran sivilizasiya birliyi qurmaq olar. Və bu ideoloji himayə altında təhlükəsizlik, iqtisadi əlaqələr, mədəniyyət və təhsil sahələri ilə bağlı ayrı-ayrı komponentlər formalaşdırmaq mümkün olacaq. Biz İranla əməkdaşlıq etməsək, əslində Azərbaycan-Türkiyə-İsrail-Pakistan düşmən ittifaqı ilə baş-başa qalırıq. Ermənistanın isə təkbaşına bu alyansa qarşı durmaq imkanı yoxdur”. |
2024-02-22 | 834,705 | Putinin əhvalı yüksəlib, nikbindir - Britaniya nəşri | Qərb siyasətçiləri Rusiya Prezidenti Vladimir Putinin əhvalının nəzərəçarpacaq dərəcədə pozitivləşdiyini müşahidə ediblər. Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Quardian” qəzeti məlumat yayıb. Qeyd edilir ki, Rusiya liderinin nikbinliyinin artmasının səbəbi Vaşinqtonun Kiyevə bir neçə milyardlıq hərbi yardımının dayandırılması ilə əlaqədardır: “Qərb rəsmiləri hesab edir ki, Rusiya prezidenti ABŞ-ın Ukraynaya daha 60 milyard dollarlıq hərbi yardım göstərməməsindən ruhlanıb, bir il əvvəllə müqayisədə daha optimistdir”. Britaniyalı jurnalistlər onu da qeyd edirlər ki, Vladimir Putin Rusiya ordusunun son uğurlarını, xüsusən də Avdeyevka şəhərinin ələ keçirilməsini müsbət qiymətləndirir. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır. |
2024-02-22 | 834,706 | Makron ermənicə yazdı | Fransa Prezidenti Emmanuel Makron öz Feysbuk səhifəsində erməni dilində mesaj yerləşdirib. Axar.az xəbər verir ki, o, Fransanın Ermənistanı dəstəklədiyini ifadə edib. “Fransa Misak və Meline Manuçyanı şərəfləndirdiyi, ermənilərin fransız millətinə, Müqavimət ruhuna, azadlıq mübarizəsinə verdiyi töhfəni tanıdığı bu gündə sizin varlığınız bizim üçün önəmlidir. Mən sizə Fransanın dəstəyini bir daha ifadə edirəm”, - Makron yazıb. Qeyd edək ki, Fransa Müqavimətinin erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinenin Parisdə Panteonda yenidən dəfn mərasimi keçirilib. Ermənistan Baş naziri Paşinyan da makronla bərabər bu mərasimdə iştirak edib. |
2024-02-22 | 834,707 | Tramp 6 şəxslə bağlı qərar verəcək | ABŞ prezidentliyi uğrunda mübarizə aparan sabiq dövlət başçısı Donald Tramp onun hakimiyyəti dövründə vitse-prezidentliyə namizəd ola biləcək altı nəfərin adını sadalayıb. Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb. “Düzünü desəm, bu insanların hamısı yaxşıdır. Yaxşıdırlar, etibarlıdırlar”, - deyə Tramp bildirib. Siyahıya Trampın üç keçmiş rəqibi - Florida qubernatoru Ron DeSantis, senator Tim Skott və sahibkar Vivek Ramasvami daxil edilib. Tramp həmçinin Cənubi Dakota qubernatoru Kristi Noem, Nümayəndələr Palatasının üzvü Bayron Donalds və Demokratlar Partiyasından 2022-ci ildə ayrılan Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbardı vitse-prezident postuna potensial namizədlər kimi göstərib. |
2024-02-22 | 834,708 | Almaniyadan Ukrayna müharibəsi ilə bağlı şok təklif | Qərb Rusiyanı Ukraynaya silah tədarükünün 48 saatlıq dayandırılması müqabilində 48 saatlıq atəşkəsə razılaşmağa dəvət etməlidir. Axar.az xəbər verir ki, bunu tanınmış alman siyasətçisi Qreqor Qisi bildirib. “Qərb, əlbəttə ki, Ukrayna hökuməti ilə məsləhətləşmədən sonra deyə bilər ki, Rusiya 48 saatlıq atəşkəsə razılaşarsa, biz də 48 saat ərzində Ukraynaya silah tədarük etməyəcəyik”, - o deyib. Onun sözlərinə görə, əgər Rusiya bu təklifdən imtina edərsə, o zaman Ukraynaya silah tədarükü davam etməlidir, lakin Rusiya razılaşarsa, tərəflər atəşkəs əldə edəcək və bu, sülh danışıqlarına yol açacaq. |
2024-02-22 | 834,709 | Kamil anası ilə telefonla danışdı: Gəlirəm… - Video | Ötən gün Moskvada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı anası ilə telefonda danışıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Kamil Zeynallı anasına təyyarədə olduğunu bildirib. “Telefonu indi açdım, ilk sənə zəng etdim. Qızım Sahiləyə də zəng edəcəyəm”, - o bildirib. Qeyd edək ki, Kamil Zeynallı ötən gün Moskvada Ermənistanın tələbi ilə saxlanılmışdı. Lakin Azərbaycan dövlətinin müdaxiləsindən sonra birbaşa polis bölməsindən, məhkəməyə çıxarılmadan azad edildi. Həmin görüntüləri təqdim edirik: |
2024-02-22 | 834,713 | Kamil Zeynallı Bakıda - Foto | Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb. Axar.az xəbər verir ki, onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar. Xatırladaq ki, K.Zeynallı Moskvadan Bakıya gələrkən Domodedovo hava limanında Ermənistanın tələbi ilə saxlanılıb. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə K.Zeynallı məhkəmə belə keçirilmədən, polis bölməsindən azad edilib. |
2024-02-22 | 834,715 | Neftin bu günə olan qiyməti | Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,11 dollara, yüngül neftin bir barreli isə 78,01 dollara təklif olunur. |
2024-02-22 | 834,716 | Rəsmi Bakıdan Makrona cavab: Son qoyulmalıdır! | 21 fevral 2024-cü il tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir. "Bununla yanaşı, Alma-Ata Bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı. Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır. Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik". |
2024-02-22 | 834,719 | Fransanın bölgədə yeni gərginlik istəyi... - XİN | Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır”, - XİN-in şərhində vurğulanıb. |
2024-02-22 | 834,720 | Bakıda oyun zalında yanğın: xəsarət alan var | Bakının Nərimanov rayonunda oyun zalında yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Halllar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2024-02-22 | 834,722 | Makron ermənidən çox ermənilik edir - İcma | Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa Prezidenti Emmanuel Makronun bu haqda danışması ermənidən çox ermənilik etməkdir və gülüş doğurur. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir. “Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, - bəyanatda vurğulanıb. Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan fevralın 21-də Fransaya işgüzar səfər edib. O, E.Makronla görüşüb. Fransa rəhbəri birgə mətbuat konfransında Azərbaycana qarşı və Ermənistanı birtərəfli qaydada müdafiə edən iddialar səsləndirib. E.Makron iddia edib ki, guya Qarabağ erməniləri bölgəni məcburi tərk edib. Hansı ki, onlar Ermənistana könüllü şəkildə gediblər. |
2024-02-22 | 834,725 | Xankəndidə silah-sursat aşkarlandı | Xankəndidə xeyli silah-sursat aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-02-22 | 834,726 | Kamil: Anar Ələkbərov zəng elədi, dedi ki... - Video | 09:45 Baş verənləri film, yuxu kimi təsəvvür edirəm. Hadisələr necə baş verdi, məni necə sürətli şəkildə ölkəyə qaytardılar, hələ onun təsirindəyəm. Axar.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında bu gün səhər saaatlarında Bakıya qayıdan Kamil Zeynallı deyib. “Bir daha dövlətimizin gücünü gördük. Ən çox ailəmə görə narahat idim. Mən kişi xeylağıyam, çətinlik kişi üçündür. Hər bir çətinliyin öhdəsindən gəlmək olar, amma fikir çəkən anadır, yaxınlardır. Çox çətin proseslər oldu. Evə gəlib çıxacağımı düşünmürdüm. Özümə, dövlətimə güvənirəm. Amma hər şeyin belə tez həll olunacağını bilmirdim. Ali Baş Komandanımıza, Anar Ələkbərova, Heydər Əliyev Fonduna, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Rusiyadakı səfirliyimizə, Polad Bülbüloğluna təşəkkür edirəm. Düşünürdüm ki, artıq həbsə gedirəm. Məsələ də o idi. Amma dövlətimiz sağ olsun, əl qoymasaydı, məni həbsə göndərəcəkdilər. Orada prokuror mənə dedi ki, səni Ermənistana göndəririk. Mən də videonu çəkdim ki, xəbərdar olsunlar, kömək eləsinlər. MDB ölkələrinin heç birinə girə bilmərəm. Bunun da səbəbi müharibə vaxtı əsgərlərimizə, dövlətimizə bir vətəndaş kimi köməyim idi. Müharibə vaxtı bəzi videolarıma görə 2020-ci il sentyabrın 29-da cinayət işi açmışdılar. 2023-cü ilin iyun ayında isə axtarışa vermişdilər. Amma ad-soyadımda səhvlik olduğu üçün dekabrda iki dəfə Rusiyada gedəndə məni saxlamışdılar. Daha sonra pasportumu qaytarmışdılar ki, hərflər uyğun gəlmir. Müharibədən əvvəl də Rusiyada azərbaycanlılarla ermənilər arasında baş verən iğtişaşların başçısı kimi məni göstəmişdilər. Telefonu təhvil verəndə sonuncu dəfə Anar Ələkbərovla danışdım. O da dedi ki, möhkəm ol, dövlət sənin yanındadır”, - Zeynallı bildirib. |
2024-02-22 | 834,728 | XTQ “düşmən”in canlı qüvvəsini məhv etdi - Video | Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda növbəti taktiki-xüsusi təlim keçirilib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda xizəkli texnikalarla taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər. Döyüş qrupları şəklində şərti düşmənin dayaq məntəqəsinə qəfil pusqu keçirilib, həmlə obyektində və onun cinahlarinda aşkar edilmiş canlı qüvvə məhv edilib, təminat yolları bağlanıb və dəstək üçün gələn digər qüvvələrin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub. |
2024-02-22 | 834,732 | Hakan Fidan Blinkenlə Azərbaycanı müzakirə etdi | Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Entoni Blinken arasında Braziliyada görüş baş tutub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, görüş zamanı tərəflər Ukrayna müharibəsini, NATO-nun genişlənmə prosesini, Azərbaycan və Ermənistan arasında sülh danışıqları və digər regional məsələləri müzakirə ediblər. Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində G20 xarici işlər nazirlərinin zirvə toplantısı keçirilir. |
2024-02-22 | 834,737 | Qarabağda daha 6 yaşayış məntəqəsi layihələndirilir | Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha 6 yaşayış məntəqəsinin layihələndirilməsinə başlayır. Fonddan Axar.az-a verilən məlumata görə, layihələndirmə işləri Tərtər rayonunun Umudlu qəsəbəsi, Şuşa rayonunun Malıbəyli və Turşsu qəsəbələri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocavənd rayonunun Xocavənd kəndi və Xocalı şəhərini əhatə edəcək. |
2024-02-22 | 834,740 | Bakıda mühüm tədbir başladı | Bakıda Asiya Parlament Assambleyasının (АРА) 14-cü plenar sessiyasının açılış mərasimi keçirilir. Axar.az xəbər verir ki, sessiya “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub. Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir. Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyanın sonunda Bakı Bəyannaməsi və АРА-nın yekun hesabatı qəbul ediləcək. |
2024-02-22 | 834,742 | İranın casus şəbəkəsinə qarşı yeni əməliyyat | Azərbaycanda İranın molla rejimini təbliğ edənlərə qarşı əməliyyatlar davam edir. Axar.az xəbər verir ki, bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb. Məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində Astara rayon sakinləri Bəxtiyar Məmmədov, Eyvaz Baxşıyev, Biləsuvar rayon sakini Rahil Ağayev, Neftçala sakinləri Hüseyn Rzayev, Nəsrəddin Nəsirov və MBH üzvü Ceyhun Hacıyev tutulublar. Qeyd edək ki, əməliyyatla bağlı rəsmi məlumat yoxdur. |
2024-02-22 | 834,746 | Bayden Putini bu cür təhqir etdi | ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb. Axar.az xəbər verir ki, bu barədə “Quardian” qəzeti məlumat yayıb. “Bizim Putin və başqaları kimi başdanxarab it oğullarımız var və ona görə də həmişə nüvə münaqişəsindən narahat olmalıyıq. Lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”, - o bildirib. |
2024-02-22 | 834,752 | Erməni futbolçu “Qalatasaray”ın təklifini rədd etdi | Ermənistan millisinin və Moskva “Lokomotiv”inin üzvü Nair Tiknizyan qış transfer pəncərəsində Türkiyənin “Qalatasaray” klubuna keçməkdən imtina edib. Axar.az xəbər verir ki, məlumatı erməni mediası yayıb. 24 yaşlı müdafiəçinin Ermənistanla Türkiyə arasında münasibətlərin gərgin olması səbəbindən təklifi rədd etdiyi bildirilib. İş rəsmi danışıqlara çatmasa da, “Qalatasaray” erməni futbolçunu transfer etmək arzusunda olub. |
2024-02-22 | 834,755 | Azərbaycan bu rayonu öz ərazisi kimi görür - Manvelyan | Zəngəzur dəhlizi məsələsi Azərbaycan və Türkiyə üçün nəqliyyat və ya iqtisadi deyil, siyasi və strateji əhəmiyyət kəsb edir. Axar.az xəbər verir ki, bu iddia ilə enerji təhlükəsizliyi üzrə erməni ekspert Armen Manvelyan erməni mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, bu, Ermənistana təzyiq göstərməyə və Azərbaycana alternativsiz Ermənistanın Zəngəzur rayonundan keçən Naxçıvana ən qısa çıxış imkanı verəcək. “Azərbaycan gizlətmir ki, Zəngəzuru öz ərazisi hesab edir. Həm Azərbaycan, həm də Türkiyə bunu 44 günlük müharibədə qalib gəlməyin potensial faydalarından biri kimi görür və bu ideyadan əl çəkməyəcəklər”. |
2024-02-22 | 834,756 | ABŞ yenidən husilərə zərbələr endirdi | ABŞ husilərin mövqelərinə 4 raket zərbəsi endirərək 8 raket buraxılış sistemi qurğusunu məhv edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “ABŞ qüvvələri Qırmızı dənizə doğru atılmaq üçün hazırlanmış 7 mobil gəmi əleyhinə raket buraxılış qurğusuna və 1 mobil gəmi əleyhinə balistik raket buraxılış qurğusuna 4 özünümüdafiə zərbəsi endirib. Həmçinin bu müddət ərzində ABŞ qüvvələri husilərin kamikadze dronunu vurmağa nail olub”, -məlumatda bildirilib. |
2024-02-22 | 834,759 | DYP-dən “Qarabağ”ın oyunu ilə bağlı azarkeşlərə müraciət | Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bugünkü futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib. Bu barədə Axar.az-a idarədən məlumat verilib. Müraciətdə bu gün “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur: "Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunu nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur". |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.