date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-20 | 834,325 | Sandu buna görə seçkilərdə məğlub ola bilər - Deputat | Moldova Prezidenti Maya Sandu və hakim Fəaliyyət və Həmrəylik Partiyası Avropaya inteqrasiya adı altında ölkədə neofeodalizm qururlar. Axar.az xəbər verir ki, bunu ölkənin Sosialist Partiyasının deputatı Boqdan Çırdya Teleqram kanalında bildirib. "Burada avrointeqrasiyadan danışırıq, amma əslində demodernizasiya, sənayesizləşmə və şəhərsizləşmə gedir. Moldovada neofeodalizm qurulur. Mən həmvətənlərimi ölkədə baş verənlərin əsas günahkarı olan Sandunu tənqid etməkdən çəkinməməyə çağırıram", - B.Tirdea deyib. Onun sözlərinə görə, Sandu və hakim partiyanın səhvləri və fəlakətli nəticələrinə görə bu il prezident seçkilərində, daha sonra isə gələn il keçiriləcək parlament seçkilərində uduzmaq şansı var. |
2024-02-20 | 834,326 | Qızına şiddət göstərən ata həbs edildi | Qızına şiddət göstərən Elnur Məmmədov həbs edilib. Axar.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Bildirilib k, Xəzər Rayon Məhkəməsinin qərarı ilə Elnur Məmmədov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar araşdırma başlayıb. |
2024-02-21 | 834,332 | Putindən qubernatora: Şahmatda iddia qoysanız... | Rusiya Prezidenti Vladimir Putin Yaroslavl vilayətinin qubernatoruna Mixail Yevrayevə məsləhət verib. Axar.az xəbər verir ki, Putin videokonfrans vasitəsilə ölkədə məktəblərin əsaslı təmiri proqramı ilə bağlı müşavirə keçirib. Yaroslavl qubernatoru vilayətdə əsaslı təmir edilən 32 nömrəli məktəb barədə prezidentə məlumat verib. O, həmçinin bildirib ki, rayonun digər məktəblərində olduğu kimi, bu məktəbdə də onun tapşırığı ilə ibtidai siniflərdə icbari şahmat dərsi keçirilir: "Biz hamının böyük şahmatçı olmasını yox, oğlan və qızlarımızın ağıllı olmasını istəyirik". Putin isə öz növbəsində qeyd edib: “Şahmatda qarşınıza iddialı məqsədlər qoysanız, nə vaxtsa onlara nail olacaqsınız". |
2024-02-21 | 834,333 | Putin casus səhvlərini aradan qaldırdı - "Ekonomist" | “Xüsusi təsir komitələri”nin rəhbərinin dəyişdirilməsi sayəsində Rusiya dünya səhnəsində kəşfiyyatını bərpa edə bildi. Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri yazıb. Məqalədə rus casusların bir sıra nəzərəçarpan uğursuzluqları qeyd olunub. Xüsusilə, rusiyalı müxalifətçi Aleksey Navalnını “noviçok” zəhəri ilə öldürmək cəhdi, Ukraynaya genişmiqyaslı işğal ərəfəsində Ukrayna Silahlı Qüvvələrinin lazımi səviyyədə qiymətləndirilməməsi və “Vaqner” liderinin ötənilki üsyanını dayandıra bilməməsi və s... "Rusiya öz agentlərindən daha dürüst hesabatlara ehtiyac duyduğunu anladı. Moskva Kreml administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonu "xüsusi təsir komitələri”nə rəhbər təyin etdi”, - nəşr yazır. Bu dəyişiklik rus kəşfiyyatının daha səmərəli işləməyə başlamasına səbəb oldu. |
2024-02-21 | 834,337 | Putindən ABŞ-a: Bu, mümkün olmayacaq! | Rusiya həm strateji sabitlik məsələsində, həm də Ukrayna ilə bağlı sülh dialoqundan heç vaxt imtina etməyib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. “ABŞ və Qərb bir tərəfdən Rusiyanın strateji məğlubiyyətinə çağırır, digər tərəfdən isə guya bizimlə strateji sabitlik haqqında danışmaq istəyirlər. Bir məsələnin digəri ilə heç bir əlaqəsi olmadığına inanaraq... Bu mümkün olmayacaq. Əgər onlar bizi strateji məğlubiyyətə uğratmağa çalışırlarsa, o zaman ölkəmiz üçün strateji sabitliyin nə demək olduğunu düşünməliyik”, - dövlət başçısı bildirib. Eyni zamanda Putin bildirib ki, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi vasitəsilə ABŞ-la strateji sabitlik üzrə təmaslar mümkündür: “Biz heç nəyi rədd etmirik, heç nədən imtina etmirik, amma onların nə istədiklərini anlamaq lazımdır. Onlar adətən birtərəfli üstünlüklərə nail olmaq istəyirlər. Bu baş verməyəcək”, - deyə o bildirib. |
2024-02-21 | 834,338 | Petro da Silvanın Qəzza ilə bağlı sözlərinə dəstək verdi | Kolumbiya Prezidenti Qustavo Petro Braziliya lideri Luiz İnasio Lula da Silvanın İsraillə bağlı çıxışına dəstək verib. Axar.az xəbər verir ki, Petro bu barədə X hesabında paylaşım edib. Q.Petro da Qəzzada zorakılığı dərhal dayandırmağa çağırıb: "Braziliya Prezidenti Lula ilə tam həmrəy olduğumu bildirirəm. Qəzzada soyqırım baş verir, minlərlə uşaq, qadın və qoca öldürülür. Lula sadəcə olaraq həqiqəti söylədi, həqiqəti müdafiə etmək lazımdır, əks halda barbarlıq bizi məhv edəcək". Bundan öncə Rusiya XİN başçısı Lavrov Silvanı müdafiə etmişdi. Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib. Buna cavab olaraq İsrail onu "persona non-qrata" elan edib. |
2024-02-21 | 834,339 | Ötən ay vətəndaşlar ən çox bu ölkəyə səfər edib | Yanvarda Azərbaycan vətəndaşları ən çox Türkiyəyə səfər edib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bildirilib ki, ötən ay xarici ölkələrə ümumilikdə 147,7 min nəfər səfər edib. Onlardan 36,6%-i Türkiyə, 22%-i Rusiya, 10,6%-i Gürcüstan, 8,2%-i İran, 22,6%-i isə digər ölkələrə gedib. |
2024-02-21 | 834,340 | Putin qələbəyə görə Şoyqunu təbrik edir - Video | Ümumi vəziyyətə gəldikdə, bu sözsüz ki, böyük uğurdur. Sizi təbrik edirəm. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun Adveyevkanın alınması ilə bağlı məruzəsindən sonra deyib. Kreml rəhbəri bu kimi uğurları davam etdirməyin vacibliyini bildirib: “Həm şəxsi heyət, həm texnika təchizatında, o cümlədən silah-sursat baxımından ciddi hazırlıq gərəkdir. Bunları ayrıca müzakirə edəcəyik”. Putin Şoyqu ilə söhbətində Avdeyevkanda qalan ukraynalı hərbçilərin təslim olmalarını tövsiyə edib: “Əgər kimsə qalıbsa, mənə məruzədə dedilər... Ratsiya ilə ağlamaq, təxliyə üçün yalvarmaq... Olmaz, qoy, təslim olsunlar”. |
2024-02-21 | 834,341 | İsveçdən etiraf: Ukraynaya yardım etdik, özümüz... | Silahlı qüvvələrə ayrılan maliyyə Ukraynaya tədarük edilən bütün texnikanı bir-bir əvəz etməyə kifayət etmir. Axar.az xəbər verir ki, bunu İsveç ordusunun komandiri Conni Lindfors bildirib. C.Lindfors söyləyib ki, ilkin olaraq Kiyev rejiminə bağışlanan avadanlıqların tez bir zamanda yeniləri ilə əvəz oluna biləcəyi güman edilirdi. Lakin müdafiə sənayesi qiymətlərin bəzi hallarda ikiqat artdığını görüb. O gileylənib ki, bu vəziyyət ölkənin döyüş hazırlığının aşağı düşməsinə gətirib çıxarır. Qeyd edək ki, çərşənbə axşamı müdafiə naziri Paul Conson İsveçin Ukraynaya təxminən 680 milyon dollar dəyərində 15-ci yardım paketini elan edəcəyini bildirib. |
2024-02-21 | 834,342 | Navalnının ölümü: Rusiya səfiri XİN-ə çağırıldı | Rusiyanın Lissabondakı səfiri Mixail Kamınin Aleksey Navalnının ölümü ilə bağlı Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir. Səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə şərh verməməsi göstərilib. Qeyd edək ki, fevralın 17-də Böyük Britaniya Xarici İşlər Nazirliyi Navalnının ölümü ilə bağlı Rusiya səfirinin müşavirini çağırıb. Ardınca Rusiya diplomatları İspaniya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Finlandiya, Fransa, Almaniya, İsveç, İtaliya və Estoniyanın Xarici İşlər nazirliklərinə də çağırılıb. Xatırladaq ki, fevralın 16-da A.Navalnı həbsxanada ölüb. |
2024-02-21 | 834,344 | Ruben Bakıya bu cür girmək istəyirmiş - Sirr açıldı | “Ameriabank”ın alıcısını Gürcüstan vasitəsilə Ermənistanın maliyyə bazarına daxil olmağa çalışan Türkiyə-Azərbaycan kapitalının dəstəklədiyi istisna deyil. Axar.az xəbər verir ki, bu sözləri “Alternativ” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı alim Tatul Manaseryan Ruben Vardanyanın bankının Gürcüstan bankı tərəfindən alınması haqda danışarkən deyib. O, Bakıda həbsdə olan separatçı, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın təşəbbüsü ilə uzun illər əvvəl edilən sövdələşmə cəhdini xatırladıb: “Vardanyan qurduğu “Troyka Dialoq” təşkilatının köməyi ilə Bakıdakı neft quyularından birini əldə etməyə çalışırdı. Biz ermənilərdən fərqli olaraq, azərbaycanlılar bunun arxasında kimin dayandığını, hansı kapital olduğunu və bu kapitalın Azərbaycana nə üçün girməyə çalışdığını anlamağa çalışırlar. Nəticədə azərbaycanlılar bu sövdələşməni qadağan etdilər və anlaşmanı pozdular”. O bildirib ki, Ruben Bardanyanın bankının o vaxtdan nəzarətdə olduğunu istisna etmir: “Yəni bizdə başqa bank yoxdur? 20-dən çox bank var, qoy istənilən başqa bankı alsınlar, halbuki onları daha ucuz ala bilərlər. Niyə məhz bu bank?” Manaseryanın sözlərinə görə, Ermənistanın bank sistemində banklara bank sirrini saxlamağa imkan verən müxtəlif ödəniş və məlumat ötürmə sistemləri mövcuddur: “Unutmayın ki, bank sirri dövlət sirrinin bir hissəsidir. Bu vəziyyətdə bu cür "xoş gəldin!” çox ağır nəticələr verə bilər. Hər şey dəyişir, dünya nizamı dəyişir, amma türk heç vaxt dəyişməyəcək. Onun arzuları və məqsədləri çox dəyişmir”. O, Ruben Vardanyanın azadlığa buraxılması üçün “Ameriabank” sövdələşməsinin fidyə ola biləcəyi ilə bağlı ehtimalı sadəlövhlük adlandırıb və belə bir varianta inanmadığını bildirib. Qeyd edək ki, “Bank of Georgia Group” “Ameriabank”ın əsas səhmlərini almaq niyyətini açıqlayıb. Bankın hazırkı səhmdarları arasında 10% pay Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq. İlkin məlumatlara görə, “Ameriabank”ın satışı üzrə əməliyyatın məbləği 303,6 milyon dollar təşkil edir. Əməliyyat həmçinin tərəflərin səhmdarlarının ümumi yığıncaqları və tənzimləyici orqanlar, o cümlədən Ermənistan Mərkəzi Bankı tərəfindən təsdiqlənməlidir. Manaseryan əminliklə bildirib ki, Ermənistan Mərkəzi Bankı bu əməliyyatı təsdiqləyəcək. “Ameriabank”ın səhmdarları sırasında 48,82 faizlə “Imast Group” şirkəti (Ruben Vardanyanın təsis etdiyi keçmiş “Ameria Group”), 17,71 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (13,91%), eləcə də 12,05 faizlə ESPS Group (buraya bir sıra Ameria Group menecerləri daxildir) var. |
2024-02-21 | 834,345 | Xoyda zəlzələ oldu | Güney Azərbaycanın Xoy bölgəsində ilə 3,9 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, yeraltı təkanlar 8 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ Salmas şəhərində də hiss olunub. Əlavə məlumat verilmir. |
2024-02-21 | 834,346 | Yardım olmasa, Kiyev qərar verəcək: Hansı şəhərlər... | ABŞ-ın yardımı olmadan Ukrayna Silahlı Qüvvələri hansı şəhərləri saxlaya biləcəyinə qərar verməli olacaq. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib. "Biz bu kritik yardım paketlərini təmin edə bilməsək, Ukrayna hansı şəhərləri, hansı yaşayış məntəqələrini əlində saxlaya biləcəyinə dair qərarlar qəbul etməli olacaq", - Sinq vurğulayıb. Sinq Nümayəndələr Palatasını Ağ Evin 60 milyard dollar tələbini təsdiqləmək üçün Senatın ardınca getməyə çağırıb. |
2024-02-21 | 834,349 | Ərdoğandan baş nazirə: Üşümürmü? - Video | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfərə gələn Albaniyanın Baş naziri Edi Ramanı rəsmi mərasimlə qarşılayıb. Axar.az xəbər verir ki, qarşılama mərasimində maraqlı dialoq yaşanıb. Belə ki, Prezident Ərdoğan Albaniyanın Baş naziri Edi Ramanı maşından enərkən paltosuz görəndə təəccüblənib. Müşaviri Səbri Dəmiriyə müraciət edən Ərdoğan “Üşümürmü?” deyə soruşub. |
2024-02-21 | 834,350 | İdmançımız ABŞ-da tanınmış döyüşçünü məğlub etdi | Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən "Lights Out Xtreme Fighting" yarışında kəmər qazanıb. Axar.az xəbər verir ki, 29 yaşlı idmançı yarışda 75 kiloda rəqibi tanınmış MMA döyüşçüsü, yerli idmançı Tommy Aarona qalib gəlib. O, qələbəsini arenada Azərbaycanın üç rəngli bayrağına bürünərək qeyd edib. Həmyerlimiz Report-a açıqlamasında deyib ki, qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edib: "Uşaqlıqda güləşlə məşğul olmuşam. Azərbaycanda bir çox çempionluqlarım var. MMA-da dəfələrlə Azərbaycan çempionu olmuşam və beynəlxalq yarışlarda ölkəmizi laqincə təmsil etmişəm. İki ildir, Kaliforniyada "America Kickboxing Academy (AKA)"-da yarışlara hazırlaşıram. Daha əvvəl də bir necə qələbə qazandım və bundan sonra da uğurların ardı gələcək. Ölkəmdən uzaqda olsam da bütün uğurlarımı Azərbaycana həsr edirəm. Bu qələbəmi Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizə həsr edirəm". M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də ("Ultimate Fighting Championship" (UFC)) iştirak etməkdir. |
2024-02-21 | 834,355 | Ukraynanın Qərbdən 1,5 milyardlıq xahişi | Ukrayna hakimiyyəti Qərb ölkələrindən öz ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına 1,5 milyard dollar sərmayə qoymağı xahiş edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko məlumat verib. "Biz Ukraynada PUA istehsalına 1,5 milyard dollar cəlb etmək imkanını axtarırıq. Tərəfdaşları pilotsuz təyyarələrin ən effektiv tədqiqi və inkişafına sərmayə qoymağa çağırırıq", - Y.Çernoqorenko qeyd edib. |
2024-02-21 | 834,356 | Rusiya yaşayış binasına zərbələr endirdi | Rusiya Silahlı Qüvvələri Ukraynanın Kramatorsk şəhərinə mülki infrastruktura zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin deyib. Bildirilib ki, yaşayış binasının hədəf alınması nəticəsində 6 nəfər xəsarət alıb. Həmçinin çoxmərtəbəli binaya ciddi zərər dəyib. |
2024-02-21 | 834,357 | İran Zəngəzura ordu göndərməyə hazırdır - Abramyan | Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı, Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın üzvü Tiqran Abramyan bir daha İrana səfəri və iranlıların “Zəngəzurla bağlı narahatlıqları” haqda danışıb. Axar.az xəbər verir ki, o, erməni mediasına açıqlamasında İranda rəsmilərlə keçirdiyi görşlərə toxunub. “İran Ermənistan və xüsusilə onun cənubunda yerləşən Zəngəzur bölgəsi ətrafında yaranmış vəziyyətdən ciddi şəkildə narahatdır”, - Abramyan bildirib. Onun sözlərinə görə, İran rəsmilərində belə bir fikir geniş yayılıb ki, Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçməsi ilə “Ermənistanın Zəngəzur bölgəsinə və İranın milli təhlükəsizliyinə” təhdid güclənib: “Tehranda çoxları bu fikirdədir ki, Qarabağ və Zəngəzur coğrafi və geosiyasət baxımından bütövdür. İranlı həmkarlarımla aparılan müzakirələrin nəticələrinə əsasən güclü şəkildə hiss etdim ki, Tehran Ermənistanla hərbi sahədə əməkdaşlığı intensivləşdirmək, bu əməkdaşlığı elə səviyyəyə çatdırmaq üçün yollar və mexanizmlər axtarır ki, Ermənistan öz müdafiəsini təmin edə bilsin”. Abramyanın sözlərinə görə, İran tərəfi hərbi təlimatçıların göndərilməsi, birgə təlimlərin keçirilməsi barədə danışıb, Zəngəzurda hərbi əməkdaşlığın gücləndirilməsinə dair eyhamlar edib: “Biz başa düşməliyik ki, bunlar son dərəcə incə və konkret məsələlərdir və dərin təhlil və müzakirə mövzusu olmalıdır. Amma aydındır ki, iki ölkənin ortaq maraqları, eləcə də bu maraqları reallaşdırmaq potensialı var”. Buna baxmayaraq, Abramyan xəbərdarlıq da edib: “Təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışarkən bir halı nəzərdən qaçırmaq olmaz: İran ənənəvi olaraq üçüncü tərəflərin regional işlərə qarışmasından ehtiyatlanır. Bu baxımdan, AB-nin monitorinq missiyasının Ermənistanda olması Tehranda müəyyən ehtiyatlılığa səbəb olub”. Onun sözlərinə görə, iranlıları narahat edən əsas məsələ indiki formada və vəziyyətdə olan missiya deyil, onun Qərbin Ermənistanda tamhüquqlu hərbi mövcudluğu üçün zəmin ola biləcəyi faktıdır. |
2024-02-21 | 834,358 | Beyin hüceyrələrini öldürən qida | Yaşlandıqca bəzi orqanlarda problemlər yaranır. Bu problemlərin kəskinliyi isə pəhrizdən, nə qədər idman etdiyinizdən və genetika kimi bir sıra amillərdən asılıdır. Beyin yaşdan ən çox təsirlənən orqandır. Yaddaş problemləri və beyinlə bağlı bir çox xəstəliklər əksər yaşlılarda müşahidə edilir. Ancaq düzgün qidalanma ilə beynin gücünü qorumaq öz əlimizdədir. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tədqiqatlara əsasən, müəyyən qidalardan daha çox istifadə etmək beyni qoruduğu kimi, bəzi qidalar isə əks təsir göstərir. Həkim-onkoloq Cenin Bourinq beyin hüceyrələrini məhv edən iki qidanın adını açıqlayıb. O, bu qidaların marqarin və kartof qızartması olduğunu bildirib. Həkimin sözlərinə görə, marqarin birbaşa beynə zərər verir: "Beyni zədələyən qidalardan ən birincisi marqarindir. Marqarin trans yağlardan hazırlanır, bu da bütün bədəninizdə iltihaba səbəb olur, lakin xüsusilə beyin və sinir sisteminiz üçün təhlükəlidir. Trans yağlar beyin və sinir sisteminə mənfi təsir göstərir”. Cenin Bourinqin sözlərinə görə, təkcə kartof qızartması yox, müəyyən yağlarda qızardılmış bütün qidalar beyin hüceyrələrini məhv edir: "Təəssüf ki, mən də kartof qızartmasını sevirəm. Qızartma üçün əsasən bitki və ya kanola yağından istifadə olunur. Bu yağ turşuları da iltihaba səbəb olur. Araşdırmalar göstərdi ki, qızardılmış qidalar beyin üçün çox təhlükəlidir”. |
2024-02-21 | 834,359 | Şoyqu yalan deyir, bu ərazi bizdədir - Ukrayna ordusu | “Cənub” operativ komandanlığı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Xersonun sol sahilindəki Krınki qəsəbəsinin “təmizlənməsi” ilə bağlı bəyanatını təkzib edib. Axar.az xəbər verir ki, bu barədə komandalığın məlumatında deyilir. “Rusiya işğalçı qüvvələri Xerson vilayətinin sol sahilində hücum əməliyyatlarında uğur qazana bilmədi, manipulyasiya və faktların saxtalaşdırılmasına əl atdılar. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi Dnepr çayının sol sahilindəki ərazisinin "təmizləndiyini" elan edib. Rəsmi olaraq bildiririk ki, bu məlumat həqiqətə uyğun deyil”, - deyə bildirilib. Qeyd edək ki, Şoyqu Krınkinin ələ keçirildiyini məruzə etmiş, Putin də öz növbəsində yaşayış məntəqəsinin rus ordusunun tam nəzarətində olduğunu təsdiqləmişdi. |
2024-02-21 | 834,360 | Kamil Zeynallı İrəvanın tələbi ilə saxlanıldı - Video | Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə idmançı İnstaqram hesabında məlumat yayıb. O, videomüraciətində bildirib ki, ölkəyə qayıdarkən, Moskva aeroportunda saxlanılıb. Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını vurğulayıb: “May ayından məni axtarışa veriblər. Lakin o vaxtdan 3 dəfə Rusiyaya gəlib-getmişəm. Yalnız indi saxladılar". İdmançı qeyd edib ki, sabah məhkəməyə çıxarılacaq. Ona polis bölməsində bildiriblər ki, ya özləri onu Ermənistana təhvil verəcək, ya da Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları onu gəlib aparacaq. O, Azərbaycan dövlətindən yardım istəyib. |
2024-02-21 | 834,361 | Baş bankirdən yeni qərar | Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”nı təsdiqləyib. Axar.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, test məqsədli alış nəzarət subyektinin fəaliyyətinə nəzarət, o cümlədən AMB-nin tətbiq etdiyi digər nəzarət tədbirlərini tamamlamaq məqsədilə həyata keçirilir. Test məqsədli alış gizli müşahidələr, telefon zəngləri, poçt və elektron poçt vasitəsilə, xidmətin təqdim edildiyi yerlərə, rəsmi internet səhifəsinə və rəqəmsal platformalara daxil olmaqla həyata keçirilir. Belə alış nəzarət subyektinin iş vaxtı hesab edilən gün və saatlarda, onlayn xidmətlər üzrə isə real vaxt rejimində, o cümlədən elan edilmədən, bir və yaxud bir neçə şəxs həyata keçirəcək. Bu alış zamanı hədəf qrupuna uyğun üçüncü şəxslər cəlb oluna bilər, bu halda AMB və həmin şəxslər arasında bağlanan müqavilələrdə məxfiliklə bağlı müddəalar əks olunacaq. Həmçinin test məqsədli alış nəzarət subyektinin və onun əməkdaşlarının reputasiyasına, habelə nəzarət subyektinin cari fəaliyyətinə maneə yaradacaq hərəkətlərə yol verilmədən aparılmalıdır. Bundan başqa, test məqsədli alışın nəticəsində nəzarət subyektinin fəaliyyətində pozuntu və yaxud çatışmazlıq aşkar edilərsə, AMB 7 iş günü ərzində bu barədə elektron üsulla və yaxud alınmasını təsdiq edən poçt vasitəsilə bildiriş göndərəcək. Bildirişdə test məqsədli alışın keçirilmə yeri, vaxtı, maliyyə xidmətinin növü, aşkar edilmiş nöqsanlar və çatışmazlıqlar göstəriləcək. Nəzarət subyekti 3 iş günü ərzində bildirişdə göstərilən hallara dair izahatını AMB-yə təqdim etməlidir. İzahat əsaslı hesab edilmədikdə, AMB test məqsədli alış zamanı aşkar olunmuş pozuntuların xarakterindən asılı olaraq nəzarət subyektinə icrası məcburi göstərişlər verəcək və yaxud maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş digər nəzarət tədbirləri həyata keçirəcək. AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb. |
2024-02-21 | 834,362 | Bir ailənin 3 üzvü göbələkdən zəhərləndi | 09:19 Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib. Axar.az xəbər verir ki, 15 yaşlı Ləman Şahin qızı Nəzərova, 23 yaşlı Orxan Şahin oğlu Nəzərov və 44 yaşlı Samirə Rəsul qızı Nəzərova axşam saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər. Onlar zəhərlənmə ilə bağlı Şirvan şəhər təcili yardım xidmətinə müraciət ediblər. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır. *** Şirvanda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Qeyd edilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. |
2024-02-21 | 834,367 | Bakıda məsciddə yanğın | Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 kvadratmetr sahədə yanıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2024-02-21 | 834,372 | Kiyev üçün vəziyyət çox ağırdır - Stoltenberq | Hazırda Ukrayna ordusu cəbhədə çox çətin vəziyyətdədir. Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. “Cəbhə xəttində vəziyyət çox ağırdır. Avdeyevkanın tutulması da daxil olmaqla, Rusiyanın bəzi nailiyyətlərini gördük. Bu ciddidir. Ukrayna ordusu NATO müttəfiqlərinin onları kifayət qədər döyüş sursatı ilə təmin edə bilməməsi, o cümlədən ABŞ-da Kiyevə hərbi dəstək vermək barədə qərarın olmaması səbəbindən bu vəziyyətə düşüb”, - o bildirib. Baş katib NATO üzvlərini Kiyevə dəstəyi gücləndirməyə çağırıb. |
2024-02-21 | 834,374 | Tramp ölkəni keçmişə sürükləyir - Bayden | Donald Tramp ölkəni keçmişə sürükləyir. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Kaliforniyada seçki kampaniyası üçün ianə toplama tədbirində çıxış edərkən deyib. “Tramp bizi gələcəyə aparmır, keçmişə çəkir”, - Bayden bildirib. |
2024-02-21 | 834,375 | Ermənistanda əmlak alan azərbaycanlıların sayı... | Türkiyə vətəndaşları 2023-cü ildə Ermənistanda çoxmənzilli yaşayış binalarından 3 mənzil alıblar. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Kadastr Komitəsindən məlumat verilib. “2023-cü ildə Türkiyə vətəndaşları İrəvanda çoxmənzilli yaşayış binasında 2 mənzil və Ararat rayonunda 1 torpaq sahəsi satıblar. 2022-ci ildə isə Türkiyə vətəndaşları İrəvan da daxil olmaqla, Ermənistanda 11 mənzil almışdı”, - məlumatda bildirilib. Qeyd olunub ki, Azərbaycan vətəndaşları 2023-cü ildə Ermənistanda əmlak almayıb, amma İrəvanda bir mənzil satıb. 2022-ci ildə isə Azərbaycan vətəndaşlarının İrəvan və Lori vilayətində iki mənzil aldıqları vurğulanıb. |
2024-02-21 | 834,377 | Azərbaycanın yeddi vətəndaşı Suriyadan gətirildi | Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək onların Türkiyə ərazisinə keçidi təşkil olunub: "İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın Türkiyədəki Səfirliyi müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımızı Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edib və onlar ölkəyə gətiriliblər. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur". |
2024-02-21 | 834,380 | Təbrizdə Ana Dili Günü ilə bağlı çağırış edildi | 21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı türkcə xəbər və yazılar paylaşaq. Axar.az xəbər verir ki, bu təkliflə Təbrizin "Azərəncümən" nəşri çıxış edib. Nəşrin bu çağırışı oxucular və internet istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycanlı sosial media istifadəçiləri bunun davamlı olmasını istəyiblər. Qeyd edək ki, bir neçə gündür Güney Azərbaycan şəhərlərində "Kimlik qalamız, ana dilimiz" adı altında mədəni aksiyalar keçirilir. Mədəni fəallar uşaqlara Azərbaycan dilində kitablar paylayır, ana dilində təhsilin vacibliyi barədə təbliğat aparırlar. |
2024-02-21 | 834,385 | Deputatlar Belarusdakı seçkiləri müşahidə edəcəklər | Azərbaycanlı deputatlar Belarusda keçiriləcək seçkiləri müşahidə edəcəklər. Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, Milli Məclisin deputatları Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün fevralın 22-də bu ölkənin paytaxtı Minsk şəhərinə səfər edəcəklər. Deputat İltizam Yusifov MDB PA-nın xətti ilə, deputat Sabir Hacıyev MDB İcraiyyə Komitəsinin xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcəklər. Səfər fevralın 27-də başa çatacaq. |
2024-02-21 | 834,386 | XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama | Məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yaydığı açıqlamada bildirib. "Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım xidməti göstərilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Kamil Zeynallı rəsmi İnstaqram səhifəsində açdığı canlı yayımda Moskvadan qayıdarkən aeroportda saxlanıldığını bildirib. Buna səbəb kimi Ermənistanın onu beynəlxalq axtarışa verməsi göstərilib. O deyib ki, bu gün məhkəməyə çıxarılacaq. |
2024-02-21 | 834,387 | Kamil İrəvana verilə bilməz: Onu kim aldadıb? | Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. K.Zeynallı bildirib ki, Ermənistan cinayət işi açdığı və beynəlxalq axtarışa verdiyi üçün onun Ermənistana təhvil verilə biləcəyi ehtimalı var. Axar.az-ın məlumatına görə, idmançı Ermənistana ekstradisiya edilə bilməz. Bunun başlıca səbəbi K.Zeynallının Ermənistanda hər hansı cinayət törətməməsidir. Yəni, K.Zeynallı nə Ermənistan vətəndaşıdır, nə də Ermənistan ərazisində hər hansı cinayət törədib. Onun Ermənistana ekstradisiyası üçün həmin ölkədə cinayət törətməlidir. O ki qaldı Qarabağ müharibəsi zamanı Kamil Zeynallının aktivliyinə, o, yalnız arxa cəbhədə fəallıq edib və əsgərlərə yardım etməyə çalışıb, bütün fəaliyyəti isə Azərbaycan sərhədləri daxilində olub. Kamil Zeynallı ən yaxşı halda Ermənistanda “persona non-qrata” elan edilə bilər. Yəni K.Zeynallı nəinki Ermənistana göndərilə bilər, hətta o istəsə belə, Ermənistana gedə bilməz. |
2024-02-21 | 834,389 | Bülbüloğlu təsdiqlədi: Kamil Zeynallı buna görə saxlanılıb | 10:10 Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Amma səfirlik olaraq dərhal bütün addımları atmışıq. Axar.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bu gün bəlli olacaq: “Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yanına göndərmişik. Səfirlik üzərinə düşən hər şeyi edir”. *** Polad Bülbüloğlu “Caliber”ə açıqlamasında Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanıldığını təsdiqləyib: "O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. Moskva vaxtı ilə təqribən gecə saat 3-də onunla şəxsən telefonla danışdım və səfirliyin artıq onun məsələsi ilə məşğul olduğu barədə məlumatlandırdım. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”. Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. |
2024-02-21 | 834,393 | Xankəndidə daha 27 silah tapıldı | Fevralın 20-də Xankəndi şəhəri ərazisində 27 silah tapılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-02-21 | 834,396 | Kamilin Rusiyada saxlanılma görüntüləri - Video | Tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılma görüntüləri yayılıb. Axar.az həmin görüntüləri təqdim edir: Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. |
2024-02-21 | 834,402 | “Kaan” ilk uçuşunu həyata keçirdi | Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, uçuş uğurla başa çatıb. Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq bu təyyarənin istehsalına başlayıb. Xatırladaq ki, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib. |
2024-02-21 | 834,404 | Tramp: Navalnı o qədər cəsarətli idi ki... | Navalnı çox cəsarətli insan idi, ancaq gərək Rusiyaya qayıtmayaydı. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp rusiyalı müxalif siyasətçi Aleksey Navalnınin ölümü barədə danışarkən deyib. O da hazırki ABŞ prezidenti və digər Qərb liderləri kimi Navalnının ölümündə Rusiya Prezidenti Vladimir Putini günahlandırıb: “Navalnının ölümü çox kədərlidir. O, Rusiyaya qayıtmağa qərar verən çox cəsur bir insan idi. O, bunu etməyə də bilərdi. Düzünü desəm, əgər ölkəsinə qayıtmasaydı və xaricdən danışmasaydı, bəlkə də onun üçün daha yaxşı olardı. Çünki hamı nə ola biləcəyini təxmin edirdi və düşünülən də oldu. Bu, dəhşətli hadisədir”. Qeyd edək ki, rusiyalı müxalif siyasətçi 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəflətən vəfat edib. Onun ölüm səbəbi araşdırılır. |
2024-02-21 | 834,405 | İranda blogerlərə təzyiq: Türkcə danışmayın! | İran təhlükəsizlik qurumları azərbaycanlı blogerləri təhdid edərək doğma dillərində danışmağı, Azərbaycan musiqisindən istifadə etməyi qadağan ediblər. Axar.az bildirir ki, bu barədə “Araz Nyus” məlumat yayıb. Məlumata görə, blogerlərin bəzilərindən insanları seçkilərə dəvət etmək istənilib. “Əgər məndən seçkiləri və ya rejimi dəstəkləyən yazı görsəniz, bilin ki, mən bu sözləri təzyiq altında yazmışam”, - blogerlərdən biri təhlükəsizlik qüvvələrinin təzyiqləri ilə bağlı məlumat verərkən deyib. |
2024-02-21 | 834,406 | Erməni mətbuatından şok: Kamil bu "qətlə" görə tutulub - Foto | Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb. Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib. “Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, - xəbərdə iddia olunur. Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıb. Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir. |
2024-02-21 | 834,408 | 728-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 728-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 406 080 hərbçi, 6 516 ədəd tank, 12 338 ədəd zirehli döyüş maşını, 9 826 ədəd artilleriya sistemi, 992 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 678 hava hücumundan müdafiə sistemi, 338 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 861 ədəd avtomobil texnikası, 7 560 ədəd PUA, 1 903 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 558 xüsusi avadanlıq itirib. |
2024-02-21 | 834,411 | Amerikalı porno ulduz Xameneiyə dəstək verdi | Fevralın əvvəllərində Tehrana səfəri zamanı paylaşdığı hicablı fotoları ilə gündəmə gələn amerikalı porno ulduz Uitni Rayt onu hicabı təbliğ etməkdə və etirazçıların öldürülməsinə göz yummaqda ittiham edən iranlılara cavab verib. Axar.az xəbər verir ki, o, sosial media hesabında iranlıları İranda keçiriləcək parlament seçkilərində iştiraka çağırıb. “Martın 1-də seçkilərdə iştirak etməyi unutmayın”, - Uitni Rayt yazıb. İranlı sosial media istifadəçiləri porno ulduzunun bu çağırışını Əli Xameneiyə dəstək kimi qiymətləndiriblər. |
2024-02-21 | 834,412 | Bakının bu məktəbində yanğın baş verdi - Video | Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəbdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildirilib ki, FHN əməkdaşları səhər 10:16-da hadisə yerinə yola düşüblər və yanğın 10:24-də söndürülüb. İlkin ehtimala görə, yanğın məişət tullantılarının yanması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır. |
2024-02-21 | 834,414 | “Kontakt” Tovuzda 3 mərtəbəli yeni mağazasını təqdim etdi | Sevindirən şəbəkə “Kontakt” bu dəfə yep-yeni mağazasını Tovuz şəhərində təqdim edib. Yaxın günlərdə baş tutan açılışa uşaqdan böyüyə onlarla bölgə sakini qatılıb. Onlar canlı musiqi və xüsusi şou-proqram sayəsində doyunca əylənib, hədiyyəli müsabiqələrdə iştirak edərək bir-birindən maraqlı sürprizlər qazanıblar. Bütün bunlardan başqa mağaza ziyarətçiləri nağd alışda 60%-dək endirimlərdən yararlanaraq evlərinin ehtiyaclarını ən yaxşı şəkildə qarşılıya biliblər. Qeyd edək ki, 700 m2-lıq 3 mərtəbəli “Kontakt” mağazasının -1 – ci mərtəbəsi böyük məişət, 1-ci mərtəbəsi rəqəmsal – smartfon, notbuk, planşet, akustika avadanlıqları, televizor, 2-ci mərtəbəsi isə kiçik məişət, qab-qacaq və şəxsi qulluq əşyalarının ən müasir çeşidləri ilə təchiz olunub. Onu da qeyd edək ki, açılışa özəl kampaniya şərtləri yuxarıdan sadalanan hər növdə məhsul çeşidlərini əhatə edib fevralın 25-dək davam edəcək. Yəni sözügedən tarixədək nəinki nağd alışda endirimlərdən, eyni zamanda hissəli alışda 18 ayadək ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlərdən yararlanmağınız mümkündür. İndi isə gəlin faydalı təkliflərin bəzilərinə nəzər salaq. Belə ki: 81 sm ekranlı, smart Toshiba televizorunu nağd alışda 600 yox, tam yarı qiymətinə; 1800 Vt-lıq, keramik altlıqlı Gorenje ütüsünü 60 yox, cəmi 30 manata; Ölçüləri 50x70 sm olan, bambu materiallı Sarvagelli yastığını 70 yox, cəmi 40 manata; 6 kq-lıq, 15 proqramlı Hoffmann paltaryuyanını hissəli alışda ayda cəmi 19 manata; 256 GB-lıq Xiaomi Redmi Note 13 smartfonunu isə ayda cəmi 29 manata ala bilərsiniz. Odur ki, həm mağaza imkanlarından, həm də sərfəli təkliflərdən yararlanmaq üçün Tovuz şəhəri, avtovağzalın yaxınlığında yerləşən “Kontakt” mağazasına mütləq baş çəkin! Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz. Məlumat üçün bildirək ki, hal-hazırda “Kontakt” mağazalar şəbəkəsinin Azərbaycan üzrə ümumilikdə 43 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 3, kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz. |
2024-02-21 | 834,416 | Rusiyanın daha bir qırıcısı məhv edildi | Ukrayna ordusu Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-34 qırıcısını məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk məlumat verib. Qeyd edək ki, Rusiya 1 həftə ərzində Ukraynada 7 təyyarə itirib. |
2024-02-21 | 834,418 | İrəvandan Kamil Zeynallı ilə bağlı rəsmi açıqlama | Ermənistan Baş Prokurorluğunda Kamil Zeynallının həbsi ilə bağlı məlumat yoxdur. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğudan “Sputnik Ermənistan”a açıqlamada bildirilib. Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. İdmançının iddiasına görə, Rusiyada saxlanılmasının səbəbi Ermənistan tərəfindən axtarışa verilməsidir. |
2024-02-21 | 834,421 | Rabitəbankda dollar əmanətiniz güvənli və qazanclı olacaq! | Rabitəbank müştərilərinə həm etibarlı, həm də rahatlıqla qazanc əldə etməyə imkan verən əmanət növləri təklif edir. Belə ki, müştərilər manat və ya dollar üzrə bankda əmanət yatıra və qazanc əldə edə bilərlər. Rabitəbank əmanətini dollar valyutası ilə saxlamaq istəyən müştərilər üçün sərfəli kampaniya elan edib. “Dollar əmanəti” kampaniyasında illik 3,8%-dək əlavə gəlir qazanmaq mümkün olacaq. Əmanət hesabı açmaq üçün minimal məbləğ 200 USD, müddət isə 3 aydan 24 ayadəkdir. Kampaniya aprelin 1-dək davam edəcək. Müştərilərin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Kampaniyadan yararlanmaq istəyən hər kəs bankın istənilən filialına yaxınlaşaraq hesab açdıra bilər. Qeyd edək ki, Rabitəbanka yatırılan bütün əmanətlər Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq qorunur. “Dollar əmanəti” kampaniyası haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/demanet "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. |
2024-02-21 | 834,424 | Qaluzin: Həyasız şəkildə deyirlər ki, ölən ukraynalılardır | Moskva ABŞ və müttəfiqlərinin Ukrayna böhranının sülh yolu ilə həllində maraqlı olduğunu görmür. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. “Qərblilərin orada baş verən hər şeyin Vaşinqton üçün sərfəli sövdələşmə olduğunu xatırlatması ənənə halını alıb: Ukrayna münaqişəsi üçün ayrılan və məbləği on milyardlarla ölçülən vəsaitin böyük hissəsi xaricdə qalır, Amerika hərbi-sənaye kompleksinin inkişafını stimullaşdırır və yeni iş yerləri yaradır. Döyüş meydanında ABŞ deyil, Ukrayna vətəndaşları ölür, bu da həyasız şəkildə vurğulanır. Diplomatik yolda Kiyev və Qərb ölkələri Zelenskinin tamamilə gözdən salınmış “formulunu” təbliğ etməyə davam edir. Bununla yanaşı, Ukrayna böhranının həlli üçün digər ölkələrin təklif etdiyi real təşəbbüsləri nəzərdən keçirməkdən qəti şəkildə imtina edirlər”, - Qaluzin bildirib. |
2024-02-21 | 834,427 | Psixiatriya Xəstəxanasında pasiyent öldü | Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanasında müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub. Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur. |
2024-02-21 | 834,428 | Əliyev aydın siqnal verdi: Heç kim qarışmayacaq! | Əliyev Münhendə Qərbə açıq siqnal verdi ki, o, Paşinyanla birbaşa danışıqlar aparacaq və heç kim müdaxilə etməyəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Fenenko deyib. “Göründüyü kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra İlham Əliyev Qərbin təsirindən fəal şəkildə xilas olur”, - o bildirib. Fenenko qeyd edib ki, Münhendə Paşinyanın Qərb tərəfdaşları Əliyev prizmasından keçərək aydın təhlükəsizlik zəmanəti verə bilməyəcəklərini nümayiş etdirdilər: “Paşinyanın onlara antirusiya mövqeyi formasında “hədiyyə”lər verməsindən asılı olmayaraq, heç kim Ermənistanı müdafiə etmək öhdəlikləri haqqında müqavilə imzalamağa hazırlaşmır”. |
2024-02-21 | 834,431 | Ukrayna HİMARS-la vurdu: 65 rus hərbçi məhv edildi | Ukrayna ordusu Donetsk vilayətinin işğal altında olan Trudovsk kəndi yaxınlığında rusların hərbi poliqonuna zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, dünən gündüz saatlarında hərbçilərin toplaşdığı əraziyə 3 HİMARS mərmisi atılıb. Nəticədə 36-cı qvardiya motoatıcı briqadasının 4, 5 və 6-cı bölüyünün 65 hərbçisi məhv edilib. Yaralıların sayı barədə məlumat yoxdur. Qeyd olunub ki, həmin vaxt hərbçilərlə Şərq Hərb Dairəsinin 29-cu ordusunun komandanı, general-mayor Oleq Moiseyevin görüşü gözlənilirdi. |
2024-02-21 | 834,434 | Bu tarixdə bütün sosial yardımlar ödəniləcək | Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Axar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. |
2024-02-21 | 834,438 | Kamil üzərində qurulan yüzmilyonluq çirkin oyun | Kamil Zeynallının Moskvadan qayıdarkən hava limanında saxlanılması ciddi hadisədir, artıq Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da Kamilin Ermənistanın tələbi əsasında saxlanıldığını təsdiqləyib. Kamil Zeynallı Ermənistan vətəndaşı deyil, hətta cinayət törədibsə belə, bu, Ermənistan ərazisində baş verməyib. Halbuki Qarabağ işğal altında olanda – yəni de-yure Azərbaycan torpaqları olduğunu Rusiyanın özünün təsdiqlədiyi vaxtlarda – o ərazilərdə qətliamlar törədən, soyqırım həyata keçirən şəxslərlə bağlı Azərbaycan Baş Prokurorluğu onlarla şəxsi beynəlxalq axtarışa verib: həmin şəxslər məhz Azərbaycan ərazisində cinayət törədiblər, sübutlar, faktlar təqdim edilib, onlardan bəziləri isə de-yure Azərbaycan vətəndaşları idilər. Buna baxmayaraq, Rusiya indiyə qədər bir separatçı-terrorçunu belə Azərbaycana təhvil verməyib. Və nəinki təhvil verməyib, hətta beynəlxalq axtarışa verildiyi üçün hansısa erməninin Moskvada saxlanıldığı barədə heç vaxt heç kim eşitməyib. Ancaq nədənsə Kamil Zeynallı – Ermənistanda heç bir cinayət törətməyən, Ermənistan vətəndaşı olmayan – de-yure və de-fakto – Moskvada saxlanılır və açıq şəkildə bunun Ermənistanın tələbi ilə olduğu bildirilir. Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulur, ratifikasiya edir, təntənəli surətdə qəbul olunur və Ermənistan Baş naziri Nikol Paşinyan “Putin İrəvana gələrsə, həbs ediləcəkmi” deyə verilən suala “Bunu məhkəmə həll edir” sözləri ilə Rusiya liderinin həbs ediləcəyini etiraf edir və aradan 3-4 gün keçəndən sonra Ermənistanın tələbi ilə heç bir cinayət törətməyən Kamil Zeynallı həbs edilir? Ciddi oyundur və burda fərqli, həm də məhz Rusiyanın məkrli niyyəti olduğu aşkardır. Daha bir məqam: Kamil Zeynallı haqda beynəlxalq axtarış 2023-cü ilin may ayında elan edilib. İdmançı özü deyir ki, ötən ilin may ayından bəri Rusiyaya – Moskvaya 3 dəfə gedib-gəlib və heç vaxt problem yaranmayıb. Maraqlıdır, niyə məhz indi problem yaranır və Rusiya hüquq-mühafizə orqanlarının “yadına düşür” ki, Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verilib? Daha bir nüans: Ermənistan Baş Prokurorluğu Kamil Zeynallının saxlanılması ilə bağlı onlara hər hansı rəsmi məlumat verilmədiyini açıqlayıb. Yəni Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılır və erməni hüquq-mühafizə orqanlarına bu barədə heç bir məlumat verilmir? Səbəb nədir? Əslində, Kamil Zeynallı saxlanıldığı anda Ermənistana dərhal sorğu verilməli idi. Çünki bu gün məhkəmə keçiriləcək və orada Ermənistanın iddiasını müdafiə edəcək kimsələr lazımdır. Proses göstərir ki, Kamil Zeynallının saxlanılması hüquqi deyil, siyasi qərardır və bu qərarı Rusiya Azərbaycanın xeyrinə 30 il müddətində bircə dəfə də verməyib – ancaq nədənsə Putini həbs edə biləcəyini belə açıq şəkildə elan edən, Rusiyanın maraqlarını baltalayan Ermənistanın xeyrinə bu siyasi qərarı verməkdədir. Hətta məhkəmənin nə qərar verməsindən, Kamil Zeynallını azadlığa buraxıb-buraxmamasından asılı olmayaraq, bu, Rusiyanın həyata keçirdiyi siyasi aktdır. Hansı səbəbdən? Kamil Zeynallını Ermənistana təhvil verib, əvəzində Bakıdakı separatçılardan hansısa biri ilə dəyişmək arzusuna görəmi? Bu, kim ola bilər? Separatçı Ruben Vardanyanın sahibi olduğu Ermənistanın ən böyük bankı – “Ameriabank”ın ötən gün Gürcüstan bankı tərəfindən alındığı haqda məlumat yayılmışdı. Satış qiyməti isə 306 milyon dollardır. Ruben Vardanyanın təsis etdiyi şirkətin idarəçisi olduğu bank birdən-birə niyə satılır və bu vəsait necə istifadə olunacaq? Nəzərə alaq ki, Ruben Vardanyan erməni əsilli rusiyalı milyarderdir, uzun illər Rusiyada yaşayıb və məhz Rusiyanın bəzi dairələrinin “məsləhəti” ilə 2022-ci ilin sentyabrında Qarabağa gələrək, burda separatizmin stimulvericisi kimi aktiv siyasi-ictimai fəaliyyətə başlamışdı. "Vardanyan layihəsi" alınmadı, əvəzində Azərbaycan torpaqlarını tam şəkildə azad edərək, separatçıbaşıların hamısını, o cümlədən Vardanyanı qoluqandallı Bakıya gətirdi. Vardanyanın sahibi olduğu bankın səhmlərinin külli miqdarda vəsaitə satılmasının ardınca Kamil Zeynallı kimi tanınmış – məhz tanınan, üzdə olan – bir şəxsin Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılması olduqca şübhəlidir. Ehtimal Ruben Vardanyanın satdığı bank səhmlərinin vəsaiti hesabına Rusiya hüquq-mühafizə orqanlarından xilas olması üçün əməliyyat qurmalarına şərait yaratma istəyidir. Nəzərə alın ki, Vardanyan rusiyalı milyarderdir və Rusiyanın bütün strukturları ilə yüksək səviyyədə əlaqəsi olub. Korrupsiya və rüşvət üstündə bərqərar olan Rusiyanın bəlli dairələrinin bu siyasi akt üçün külli miqdarda vəsait ala biləcəyi ehtimalı çox yüksəkdir. Zarafat deyil, ortada 306 milyon dollar var. Amma səhv edirlər, Azərbaycan Vardanyanı heç kəsə dəyişməyəcək, hətta Kamil Zeynallı İrəvana verilsə də. Əvəzində isə bu, Rusiya ilə siyasi münasibətlərə olduqca ciddi zərbə vuracaq... |
2024-02-21 | 834,442 | Əziz Orucovun həbs müddəti uzadıldı | 12:05 Bu gün 14:00-da Səbail rayon məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib. Axar.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat yayıb. Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb. Qeyd edək ki, Ə.Orucov ötən il, noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb. Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb. |
2024-02-21 | 834,443 | Avdeyevkada dəhşətli itki: rus bloger özünü güllələdi | “Bizə Yaninadan yazırlar” Teleqram kanalının rəhbəri, rusiyalı hərbi bloger Andrey Morozov özünü güllələyib. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, “Murz” ləqəbli bloger öz kanalında rusların Avdeyevkadakı dəhşətli itkilərindən bəhs edən yazı paylaşıb. Həmin yazıdan sonra Vladimir Solovyov da başda olmaqla, rusiyalı təbliğatçılar ondan həmin yazının silinməsini tələb ediblər, hətta hədə-qorxu da gəliblər. Bu barədə bloger ölümündən qabaq paylaşdığı məlumatda da qeyd edib. Qeyd edək ki, Morozov 2014-cü ildən Donbas separatçılarının tərəfidə döyüşüb. Bir müddət öncə o öz kanalında paylaşdığı məlumatda rusların oktyabr ayından bəri Avdeyevkada 16 min itki verdiyini yazmışdı. |
2024-02-21 | 834,444 | Kamil Zeynallıya qarşı irəli sürülən maddələr - Rəsmi | 12:14 Xəbər verdiyimiz kimi, bu gecə Moskvadan Azərbaycana qayıdarkən azərbaycanlı idmançı Kamil Zeynallı Domodedovo aeroportunda Ermənistanın tələbi isə saxlanılıb. Axar.az xəbər verir ki, Kamil Zeynallıya qarşı irəli sürülən ittihamın surəti yayılıb. İttihamda göstərilir ki, K.Zeynallı Ermənistanda CM-nin 149.1.1., 135.1.1., 135.6.1., 135.11.1., 140.2.2. və 147.1-ci maddələri ilə ittiham olunur. Ermənistan Cinayət Məcəlləsinin sözügedən maddələri bunları əhatə edir: 135-ci maddə (İnsanlığa qarşı cinayətlər): - 135.1.1. – qətl - 135.6.1. – işgəncə 135.11.1. - insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər. CM-in 140-cı maddəsi (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər): - 140.2.2. Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək. 147.1 - Muzdlu cəlb etmək, muzdluların təlim düşərgəsini təşkil etmək, muzdlu kimi fəaliyyət göstərmək üzrə bacarıqları öyrətmək və ya öyrənmək, muzdluları maliyyələşdirmək, silahlı münaqişə və ya hərbi əməliyyatlarda muzdlulardan istifadə etmək, yaxud silahlı münaqişə və ya döyüş əməliyyatlarında və ya razılaşdırılmış zorakılıq aktlarında muzdlu kimi iştirak etmək. Maddə 149 (Təcavüz) - 149.1. 1. Dövlətin siyasi və ya hərbi əməliyyatlarına faktiki rəhbərlik edən və ya onlara nəzarət edən və ya istiqamətləndirən şəxs tərəfindən təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi. |
2024-02-21 | 834,445 | Polşa Ukraynanı yeni məhdudiyyətlərlə hədələdi | Polşa Ukraynanı kənd təsərrüfatı məhsullarının tədarükünə yeni məhdudiyyətlərlə hədələyir. Axar.az xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı və kənd inkişafı nazirinin müavini Mixal Kolodzeyçak deyib. “Top Ukraynanın tərəfindədir. Ya Polşa ilə razılığa gələcəksiniz, ya da Ukrayna mallarının idxalına yeni məhdudiyyətlər tətbiq etməli olacağıq”, - o bildirib. Kolodzeyçak qeyd edib ki, yaxın vaxtlarda kənd təsərrüfatı idarəsinin rəhbəri Çeslav Sekerski ukraynalı həmkarı Nikolay Solski ilə danışıqlar aparacaq. Qeyd edək ki, hazırda Ukraynadan Polşaya buğda, qarğıdalı, günəbaxan və kolzanın idxalı qadağandır. |
2024-02-21 | 834,446 | “Əli ədaləti” İranın gizli sənədlərini yaydı | “Əli ədaləti” haker qrupu fevralın 20-də İranın məhkəmə sisteminə kiberhücum zamanı əldə etdiyi bir sıra sənədləri yayıb. Axar.az xəbər verir ki, bu barədə haker qrupunun sosial media şəbəkəsində paylaşım edilib. Sənədlərdə məhkəmə sistemi rəhbərliyi və işçilərinin mənimsəmə və israfçılıq faktları, məhkəməyə ayrılan vəsaitin bahalı otellər və ziyafətlərdə xərcləndiyi əks olunub. Bununla yanaşı, ifşa edilən sənədlərdə İrandan Suriyaya kimyəvi silahların hazırlanması üçün lazım olan materialların göndərilməsi ilə məşğul olan şəbəkənin fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhkəmə sisteminin bölgələrdəki etiraz aksiyalarının yatırılması, narazılara qarşı cinayət işlərinin açılması ilə bağlı başqa dövlət qurumları ilə əməkdaşlığını əks etdirən sənədlər yayılıb. Qeyd edək ki, fevralın 20-də “Əli ədaləti” haker qrupu İran məhkəmə sisteminin 3 milyon sənədini ələ keçirdiyi barədə məlumat yayıb. |
2024-02-21 | 834,452 | Sabah da Bakıya yağış yağacaq | Fevralın 22-də Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. |
2024-02-21 | 834,453 | Bakıda bu evlərin qiyməti bahalaşdı | Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Axar.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, yanvar ayında bağ evlərinə tələb azalsa da, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.2 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir. Yaşayış binalarında olan mənzillərdə 0.7 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində qiymət 1.1 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər 0.5 faiz artıb. |
2024-02-21 | 834,457 | Kamil Zeynallı burada saxlanılır - Video | 12:46 Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı Domodedovo bu gecə Ermənistanın tələbi ilə hava limanında saxlanılıb. Axar.az xəbər verir ki, hazırda onun Domodedovo hava limanının yaxınlığındakı beşmərtəbəli binada saxlanıldığı bildirilib. Həmin görüntüləri təqdim edirik: |
2024-02-21 | 834,459 | Ballistik raket buraxıldı, nazirin yanına düşdü... | Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yenilənmiş “Vanguard” nüvə sualtı qayığından “Trident II D5” ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə “San” qəzeti məlumat yayıb. “Nüvə sualtı qayığından ballistik raketin sınaq buraxılışı tam uğursuzluqla başa çatıb. Sözügedən raket buraxıldıqdan dərhal sonra kursdan çıxıb və göyərtəsində Böyük Britaniyanın müdafiə naziri Qrand Şepps, eləcə də admiral Ben Key olan sualtı qayığın yanına düşüb”, - məlumatda deyilir. Qeyd olunur ki, hadisə yanvarın 30-da ABŞ-ın Florida ştatının sahillərində Atlantik okeanında təlim zamanı baş verib. Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma başlanılıb. |
2024-02-21 | 834,464 | Tehran etiraf etdi: İsrail İrana hücum edib | Ölkənin qaz kəmərlərinin partlaması İsrail hücumları ilə bağlı olub. Axar.az xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ovci danışıb. O bildirib ki, düşmən böyük əyalətlərdə məişət qazını kəsməklə qaz təchizatında problem yaratmaq niyyətində olub: “Düşmənin sui-qəsdi zərərsizləşdirildi. Daha çox dağlıq və səhralıq ərazilərdə olan qaz xətləri ən qısa müddətdə təmir edildi”. Qeyd edək ki, ötən günlərdə Tehranın müxtəlif yerlərində silsilə partlayışlar olub. Bu barədə İsrail hücumu iddiası səslənsə də, iranlı rəsmilər bunun milli təhlükəsizliklə bağlı olmadığını iddia etmişdi. |
2024-02-21 | 834,465 | Kamil Zeynallını Rusiyada nə gözləyir? - Vəkil | Rusiya qanunvericiliyinə əsasən, o, bir ay müddətində təcridxanaya yerləşdirilməli və bu müddət ərzində Ermənistan bütün sənədləri Rusiyanın Baş Prokurorluğuna təqdim etməlidir. Bundan sonra onun Ermənistan tərəfinə verilib-verilməməsi məsələsinə baxılacaq. Axar.az xəbər verir ki, bu sözləri Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev Kamil Zeynallının saxlanılması ilə bağlı Baku TV-yə açıqlamasında deyib. “Beynəlxalq konvensiyalara əsasən, əgər ölkə düşmən ölkədirsə, vətəndaşı başqa düşmən ölkəyə vermək olmaz. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb. Ona görə də Rusiya dövləti onu heç cür Ermənistana verə bilməz. Kamil Zeynallının müdafiəsini heç bir maddi qarşılıq olmadan öz üzərimə götürürəm. Qanun çərçivəsində maksimum yardım ediləcək və onun Azərbaycana qaytarılması üzərində çalışacağıq”, - vəkil bildirib. |
2024-02-21 | 834,466 | Ermənistan DİN Zeynallı ilə bağlı açıqlama yaydı - Təcili | Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur. Axar.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib. “Sözügedən şəxs barəsində qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa başlanılıb”, -məlumatda deyilir. Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb. |
2024-02-21 | 834,469 | İsrail Dəməşqə zərbələr endirdi | İsrailin Dəməşqə hücumu nəticəsində yaşayış binasına ziyan dəyib. Axar.az xəbər verir ki, bu barədə Suriyanın "Əl-Əxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, paytaxtın cənub-qərbindəki “Kəfər Şuş” məhəlləsinin vurulması nəticəsində ölən və yaralıların olduğu bildirilib. Hələlik hadisənin təfərrüatı barədə məlumat verilməyib. |
2024-02-21 | 834,470 | Kamil Zeynallı Rusiyaya niyə getmişdi? | Kamil Zeynallı 17 fevralda Rusiyaya istirahət üçün getmişdi. Bu sözləri Axar.az-a açıqlamasında Kamil Zeynallının köməkçisi Nicati Nicat bildirib. “Kamil Zeynallı 17 fevralda Rusiyaya istirahət üçün getmişdi. Ondan əvvəl də dəfələrlə gedib-gəlməsinə baxmayaraq, heç bir problem yaşanmamışdı”. Qeyd edək ki, Kamil Zeynallı bu gecə Moskvadan Azərbaycana qayıdarkən Domodedovo hava limanında saxlanılıb. Onun Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyi üçün saxlanıldığı bildirilib. |
2024-02-21 | 834,473 | Hesab bizi aldatmamalıdır - Qurbanov | İlk oyunun hesabı bizi aldatmamalıdır. Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis ilk görüşdə səfərdə 4:2 hesablı qələbə qazanmalarına baxmayaraq, ehtiyatı əldən verməyəcəklərini bildirib: “Çox vacib, dəyərli oyundur. Bu matç ətrafında çox danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. Cavab qarşılaşmasında daha intizamlı oynamalıyıq. İnanıram ki, futbolçularımız soyuqqanlı olacaq və düzgün oynayacaqlar. Matçı yaxşı notda başa vurmaq istəyirik. Şans varsa, bundan istifadə etməyə çalışacağıq". Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ”-“Braqa” oyunu saat 21:45-də başlayacaq. |
2024-02-21 | 834,474 | Ana 16 yaşlı qızını evdən qovdu: Komitə hərəkətə keçdi | Bakıda ananın 16 yaşlı qızını evdən qovması məsələsi araşdırılır. Bu barədə Axar.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. "Məsələ ilə bağlı məlumatımız var, hazırda araşdırma aparılır", - qurumdan bildirilib. Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızı anasının evdən qovması və müxtəlif ünvanlarda gecələməli olduğu barədə məlumatlar yayılıb. |
2024-02-21 | 834,475 | Şahramanyanın mühafizəçisi narkotiklə saxlanıldı | Qarabağda özünü buraxmış separatçıların keçmiş “prezidenti” Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyan saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Fevralın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Danielyanı İrəvanın Abovyan küçəsindən narkotik maddə saxlamaq və satmaqda şübhəli bilərək polis bölməsinə gətiriblər. İstintaq Komitəsinə onunla bağlı protokol təqdim edilib. Hazırda faktla əlaqədar Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Müstəntiqin qərarı ilə o, saxlanılıb”. |
2024-02-21 | 834,477 | DYP-dən sürücülərə xəbərdarlıq: Bu yolverilməzdir! | Son vaxtlar avtomobillərdə üzərində hüquq-mühafizə orqanlarının adı, yaxud atributları həkk olunmuş aksesuarlardan istifadə halları geniş vüsət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a verilən məlumata görə, təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır. Təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır. Baş Dövlət Yol Polisi İdarəsi üzərində “POLİS”, “DİN”, “DYP” və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır, bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir. |
2024-02-21 | 834,480 | Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video | Fevralın 21-də ildə Yeni Kaledoniyanın paytaxtı Numeada Fransa daxili işlər naziri Cerald Darmanin və dənizaşırı ərazilərə məsul nazir Mari Guevenuxun səfərinə etiraz olaraq aksiya keçirilib. Axar.az xəbər verir ki, aksiyanın başlıca məqsədi Fransa hökuməti tərəfindən Yeni Kaledoniyada siyasi tarazlığı dəyişmək üçün yerli səsvermə prosedurunda etmək istədiyi dəyişiklərə qarşı yönəlib. Aksiya zamanı yenidən Azərbaycan bayrağı dalğalandırılıb. Qeyd edək ki, bundan əvvəl də Yeni Kaledoniyada Fransa əleyhinə keçirilən etiraz aksiyalarında Azərbaycan bayrağı dalğalandırılmışdı. |
2024-02-21 | 834,481 | İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı | 13:32 "Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir. Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə qərara alıram: 1. Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu (bundan sonra – Qoruq) elan edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etsin; 2.2. Qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün; 2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 1.1. 5.26-cı bənddə “və 320.6-cı” sözləri “, 320.6, 322.0.11–322.0.14, 324.1, 324.3, 324.5, 324.6, 324.8, 324.10, 324-1, 324-2 və 326-2-ci” sözləri ilə əvəz edilsin; 1.2. 5.27-2-ci bənddə “və 322.0.10-cu” sözləri “, 322.0.10, 324.2, 324.4, 324.7, 324.9 və 324-3-cü” sözləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. 2.1-ci və 2.2-ci bəndlərə “322.0.10,” rəqəmlərindən sonra “324.2, 324.4, 324.7, 324.9, 324-3,” rəqəmləri əlavə edilsin; 2.2. 2.4-cü bənddə “322.0.10-cu” sözləri “322.0.10, 324.2, 324.4, 324.7, 324.9, 324-3-cü” sözləri ilə əvəz edilsin. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”nin 7.4.15-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.4.16-cı yarımbənd əlavə edilsin: “7.4.16. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavə − “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 33-cü və 34-cü maddələrində nəzərdə tutulmuş icazələrin əlavələri olan buraxılış kartları üzrə məlumatlar.”. |
2024-02-21 | 834,483 | Nərimanov İH-in “əl işi”: binalar bir-birinə yapışır - Foto | Bakının Nərimanov rayonundakı yaşayış binalarına balkonların artırılması kütləvi hal alıb. Balkonların artırılması binaların dayanıqlığını zəiflədir, ümumi görünüşünü pozur. 50-60 il əvvəl tikilmiş köhnə binalar bu artırmalarla sakinlər üçün təhlükə mənbəyinə çevrilir. Axar.az xəbər verir ki, rayonun Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış binasına artırılan balkon az qala digər binaya yapışıb. Bununla bağlı hətta görüntülər də mövcuddur. Bu da həmin binada yaşayan sakinlərin haqlı narazılıqlarına səbəb olur. Amma buna baxmayaraq, Nərimanov Rayon İcra Hakimiyyəti bununla bağlı nəinki addım atmır, hətta buna nəyinsə müqabilində şərait yaradır. Xatırladaq ki, bu balkonların artılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı lazımdır. Bu razılıq olmadan binaya balkon artırıla bilməz. Əgər artırılırsa, burada İcra Hakimiyyəti məsuliyyət daşıyır. |
2024-02-21 | 834,486 | Münaqişəni sülhlə həll etmək üçün… - Lavrov | Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə açıqdır, ancaq əvvəlcə gərək Kiyev Moskva ilə dialoqda özünə qoyduğu qadağanı aradan götürsün. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyanın “O Qlobo” (O Globo) qəzetinə müsahibəsində bildirib. “Rusiya münaqişənin sülh yolu ilə həllinə açıqdır. Bununla belə, həm Kiyevdəki, həm də Qərbdəki opponentlərimiz Rusiyaya qəbuledilməz ultimatum qoyan Vladimir Zelenski düsturunu irəli sürməyə köklənib. Onlar digər təşəbbüsləri, o cümlədən Braziliyanın irəli sürdüyü təşəbbüsü qəti şəkildə rədd edirlər”, - o bildirib. |
2024-02-21 | 834,488 | Kamil müharibə başlayandan iki gün sonra axtarışa verilib... | Kamil Zeynallının hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun nəzarəti altında həyata keçirilir. Axar.az xəbər verir ki, bu barədə Report-a vəkil Ələkbər Qarayev məlumat verib. O qeyd edib ki, Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər: “2020-ci il sentyabrın 29-da Ermənistan Kamil Zeynallını 4 maddə üzrə axtarışa verib. O, bu gecə Rusiyada şübhəli şəxs qismində saxlanılıb. Hazırda prokurorluqda bununla bağlı iş gedir. Ermənistandan əlavə materiallar göndərilərsə, onunla bağlı həbs qətimkan tədbiri seçilə bilər”. Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib. |
2024-02-21 | 834,490 | Ödənişli yolda qəzaların əsas səbəbi... – Ekspert | Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda baş verən qəzaların sayı artır. Qaydalara əməl edilmədiyindən bu qəzaların sayı daha da çoxalır. Bunu Axar.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. “Ümumiyyətlə, istər ödənişli yolda, istərsə də digər yollarda qəzaların başlıca səbəbi sürətdir. Məsafə, region, hava şəraiti, yolun işıqlı olub-olmaması nəzərə alınmalı, sürət həddi ona uyğun olmalıdır. Sürücü yola çıxmamışdan əvvəl səhhətinə uyğun davranmalıdır ki, avtomobili idarə edən zaman yuxulamasın və yaxud səhhəti ilə bağlı problem yaşanmasın. Sürücü yol boyu nişanlara və radarlara fikir verməlidir. Yeni yaranan yolda nişanlar qoyulub, sadəcə bəzi sürücülər onlara fikir vermir. Bu yolda sürücülər diqqətli və məsuliyyətli olmalıdır. Çünki “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsində də deyildiyi kimi, ölkə daxilində magistral yollarda maksimal sürət saatda 110 km-dir”, - o bildirib. Mütəxəssis vurğulayıb ki, hətta inkişaf etmiş bəzi ölkələrdə də nəinki ödənişli, xüsusi texniki vasitə və nişanların belə olmadığı yollar mövcuddur: “Buna baxmayaraq, sürücülər maksimal sürəti aşmırlar”. Qeyd edək ki, Bakı-Quba-Rusiya ilə ödənişli avtomagistralının Xaçmazdan və Şabrandan keçən hissəsində ölümlə nəticələnən bir neçə avtomobil qəzası baş verib. |
2024-02-21 | 834,493 | Budanov: Say və silah baxımından ruslardan geridə qalırıq | Rusiyanın əsas strateji məqsədinə - bu ilin sonuna qədər Donetsk və Luqansk vilayətlərinin ələ keçirilməsinə nail olmaq gücü yoxdur. Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. O, say və silah baxımından ruslardan geridə olan Ukrayna qüvvələrinin çətin vəziyyətdə olduğunu etiraf edib: “Rusiyanın da problemləri var - onun peşəkar ordusu işğalın ilk ilində böyük ölçüdə məhv edilib. İndi Rusiya təlim keçməmiş çağırışçıları ölümə aparır. Eyni zamanda, Rusiya ordusu ölkənin istehsal edə biləcəyindən daha çox artilleriya mərmisi istifadə edir”. |
2024-02-21 | 834,495 | Səfirlikdən Kamil Zeynallı ilə bağlı yeni açıqlama | Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları bir gün əvvəl Domodedovo hava limanında saxlanılan Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər. Axar.az xəbər verir ki, bu barədə Report-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv ölkələr arasında imzalanmış dövlətlərarası saziş çərçivəsində verilib: “Azərbaycan vətəndaşının saxlanılması xəbəri gələn kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün konsul və vitse-konsul hava limanına göndərilib. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları onun saxlanıldığı təcridxanadadırlar”, – səfirlikdən bildiriblər. Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlikdən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüşüb və ona qanunvericilikdə nəzərdə tutulan hüquqlarını izah edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, hazırda Azərbaycan səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir. |
2024-02-21 | 834,505 | Kamili İrəvana versələr, bu qədər həbs alacaq – Şok | Xəbər verdiyimiz kimi, bu gecə Moskvadan Bakıya qayıdarkən İrəvanın tələbi ilə Domodedovo aeroportunda saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallı Ermənistan CM-nin 135.1.1., 135.6.1., 135.11.1., 140.2.2., 147.1 və 149.1-ci maddələri ilə beynəlxalq axtarışa verilib. Axar.az xəbər verir ki, Kamil Zeynallıya qarşı irəli sürülən CM maddələrinin əhatə etdiyi cəza aşağıdakı kimidir: - Ermənistan CM-in 1351.1., 135.6.1 və 135.11.1-ci maddəsi - on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır; - 140.2.2.-ci maddə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; - 147.1.-ci maddə - altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 149.1.-ci maddə - on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, bu maddələrlə ittiham elan edilən şəxsi 64 ilədək və yaxud iki dəfə ömürlük cəza gözləyir. |
2024-02-21 | 834,507 | Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılır | Gələn ay Ağdam şəhərində daha bir yaşayış məhəlləsinin inşasına başlanılması nəzərdə tutulub. Axar.az xəbər verir ki, bunu Bakıda keçirilən "Qarabağ bölgəsində su və irriqasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib. "Hazırda Ağdamda 3 kəndin inşası da gedir. Bunlar Sarıcalı, Xıdırlı və Kəngərli kəndləridir. Bu ilin sonuna kimi işlərin ikinci mərhələsinin yekunlaşdırılması, gələn il isə həmin ərazilərə əhalinin köçürülməsi planlaşdırılıb", - deyə o qeyd edib. "2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdam rayonunda bir şəhər, 12 kənd, Füzuli rayonunda 1 şəhər, 10 kənd, Xocavənd rayonunun Hardrut qəsəbəsi və Tuğ kəndi üzrə tikinti işləri davam etdiriləcək, digər hissələrdə isə layihə işləri tamamlanacaq", - B.Hacıyev vurğulayıb. |
2024-02-21 | 834,508 | Əhməd Psixiatriya Xəstəxanasına yerləşdirildi | Ailəsinin 5 üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Axar.az Trend-ə istinadən xəbər verir ki, məhkəmin qərarı ilə onun psixi xəstə olub-olmasının müəyyənləşdirilməsi məqsədilə qapalı tibb müəssisəsinə aparılıb. Ə.Əhmədov burada 20 gün saxlanılacaq və onun psixi vəziyyətilə bağlı rəy veriləcək. Xatırladaq ki, bu standart prosedur qaydasıdır. Ə.Əhmədovun psixi xəstəxanaya yerləşdirilməsi onun cəzadan yayınacağı anlamına gəlmir. Ə.Əhmədovun cəzası yekun məhkəmə qərarından sonra məlum olacaq. Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. |
2024-02-21 | 834,509 | Rusiya Kamilə görə Bakıdan nə, yoxsa kimi istəyir? | Kamil Zeynallının Ermənistanın tələbi ilə Rusiyada saxlanılması ətrafında çoxsaylı müəmma var, xüsusilə niyə indi saxlanılması maraqlıdır. Məlumata görə, Zeynallıya qarşı 29 sentyabr 2020-ci ildə cinayət işi açılıb, 2023-cü ilin mayında interpol xətti ilə axtarışa verilib: - prosesdur qaydalarına görə Ermənistan Azərbaycan vətəndaşını MDB məkanında axtarışa verirsə, bununla bağlı təşkilatın rəsmi məlumatı olmalı idi; - onun Ermənistan tərəfindən axtarışa verilməsindən sonra dəfələrlə Rusiyada olduğu haqda məlumatlar var, niyə indi saxlanılır? Ermənistan tərəfi ziddiyyətli açıqlamalar verdi: Baş Prokurorluğu “Zeynallının həbsi ilə bağlı onlarda məlumatın olmadığını” bildirdi, halbuki, rəsmi axtarışa veriblərsə, həbsdən dərhal sonra İrəvana məlumat verilməli idi. Bu təkzibdən sonra Ermənistan DİN Zeynallının axtarışa verildiyini təsdiqlədi. Ermənistan Baş Prokurorluğu və DİN-in ziddiyyətinin səbəbi müəmma olaraq qalır. Ermənistanın Zeynallıya qarşı irəli sürdüyü ittihamlar “müharibə” ilə bağlıdır. Söhbət onun 44 günlük müharibədə Qarabağda “etdiklərindən” gedir. Ki, bu yalnız Ermənistanın iddialarından ibarətdir. Lakin bu ittihamlara görə Zeynallının Ermənistana təhvil verilməsi hüquqi baxımdan mümkün deyil. Çünki Ermənistan Azərbaycan vətəndaşını, yaxud Azərbaycan Ermənistan və ya digər ölkənin vətəndaşını yalnız o halda həbs edə bilər ki, həmin şəxs axtarış tələbi ilə çıxış edən ölkənin ərazisində cinayət törətsin. Zeynallı Ermənistanda heç bir cinayət törətməyib, onun “nəsə etdiyi” iddia etdikləri Qarabağ Azərbaycan ərazisidir. Bu həbsdə Rusiyanın marağı daha çox görünür. Və istisna deyil ki, Zeynallını həbs edən Moskva onun qarşılığında Azərbaycandan nəsə, yaxud kimisə istəsin. Zeynallının 44 günlük müharibədə “nəsə etdiklərinə” dair görüntülərin olması və Ermənistan tərəfindən “ittiham edilməsi” “qurban” olaraq onun seçilməsində rol oynaya bilər, yaxud rusların “qurban” olaraq başqa seçimləri olmayıb. |
2024-02-21 | 834,515 | Müəllimlərin əmək haqları nə qədər artacaq? | Sosial şəbəkələrdə bizə ünvanlanan əsas suallardan biri də müəllimlərin əmək haqqı artımları ilə bağlıdır. Artımların sertifikasiya nəticələrinə, yoxsa ümumi prinsiplərə əsaslanması da müzakirə olunan məsələlərdəndir. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib. Bayramov qeyd edib ki, 2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub: “Bu il təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki il ilə müqayisədə 142.8 milyon manat artılaraq 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. Əmək haqqı artımları baxımdan digər mühim məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. Bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manatı məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək. Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əmək haqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur”. Deputat bildirib ki, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır: “Diferensial sistemin dəyişdirilməsinə və əmək haqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var. Bu baxımdan təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin”. |
2024-02-21 | 834,519 | Ağdaşda ana əməliyyatdan sonra öldü | Ağdaş rayonunda ana ölümü baş verib. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Nübar Mərdanova bir neçə gün əvvəl xəstəxanada qeysəriyyə əməliyyatı olub. Bu gün isə o, orada vəfat edib. Faktla bağlı araşdırma aparılır. |
2024-02-21 | 834,522 | "Braqa"dan Bakı ilə bağlı paylaşım - Video | "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliyanın "Braqa" klubu Bakının müxtəlif yerlərindən görüntülər paylaşıb. Axar.az xəbər verir ki, klub bu barədə rəsmi X hesabında paylaşım edib. Paylaşımda "Bakı xüsusidir" yazılıb. Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ”-“Braqa” oyunu saat 21:45-də başlanacaq. İlk görüşdə Azərbaycan çempionu qələbə qazanıb - 4:2. |
2024-02-21 | 834,524 | Kamil nümunəsi: Azərbaycan bu şok addımı ata bilər! | Azərbaycanlı idmançı Kamil Zeynallının Rusiyada Ermənistanın tələbi əsasında saxlanılması heç bir hüquqa sığmır, amma bunun siyasi qərar olması da şübhəsizdir. Əvvəla, Kamil Zeynallının İrəvana verilməsi baş verərsə, bu, o deməkdir ki, Rusiya münaqişənin baş verdiyi onillərdən sonra ilk presedent yaradır. Bu məntiqlə Rusiyaya gedən istənilən Azərbaycan vətəndaşı – o şəxslər ki, müharibədə iştirak edib və Ermənistan onlar barədə cinayət işi açıb – həbs edilə və Ermənistana verilə bilər. Eyni məntiq bizim generalitetimizə və siyasi rəhbərliyimizə də aiddir. İkincisi, Rusiya bu əməli törədərsə - Kamil Zeynallını Ermənistana təhvil verərsə, mütləq qarşılığını alacaq. Rusiya hazırda Ukrayna ilə müharibə aparır və Ukrayna saysız-hesabsız rusiyalıya qarşı cinayət işi açaraq, onları beynəlxalq axtarışa verib. Azərbaycan ölkəyə daxil olan Rusiya vətəndaşlarını araşdıra, onlar barədə hər hansı cinayət işi açılıb-açılmadığını müəyyənləşdirə və qərar verə bilər. Üstəlik, bu, yalnız Ukrayna ilə bağlı deyil. Azərbaycan hüquq-mühafizə orqanlarının bir çox Avropa ölkəsindəki həmkarları ilə əməkdaşlığı, anlaşmaları və razılaşmaları var. Qərb ölkələri isə hazırda heç də az rusiyalı haqda axtarış qərarı verməyib. Kamil Zeynallı Ermənistana verilərsə, Azərbaycan qarşılıqlı addım kimi axtarışda olan rusiyalıların ovuna çıxa bilər. 2022-ci il 22 fevral sazişinə görə, Rusiya Azərbaycanın müttəfiqi statusunu qazanıb. Azərbaycanın müttəfiqi düşmən ölkənin tələbi ilə heç bir beynəlxalq cinayət törətməyən, Ermənistan ərazisində hər hansı fəaliyyəti olmayan şəxs – Kamil Zeynallı haqda İrəvana ekstradisiya qərarı verərsə, onda strateji müttəfiklikdən söhbət gedə bilməz. Yəni Rusiya hüquq-mühafizə orqanlarının bu qanunsuzluğa əl atması faktiki olaraq Rusiya-Azərbaycan siyasi-strateji münasibətlərinə fundamental təsir göstərəcək. |
2024-02-21 | 834,526 | Kamil Zeynallı azadlığa buraxıldı - Təcili | Bu gecə Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb. Bu barədə Axar.az-a idmançının köməkçisi Nicati Nicat məlumat verib. Sosial şəbəkələrdə Kamil Zeynallının Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə azad edildiyi vurğulanıb. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. |
2024-02-21 | 834,529 | Şahramanyan idarəyə çağırıldı: Xəbərdarlıq... | Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi Qarabağda özünü buraxmış separatçıların keçmiş “prezidenti” Samvel Şahramanyana bildiriş göndərib. Ondan yaxın günlərdə idarəyə gəlməsi istənilib. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Nəşrin komitəyə ünvanladığı sorğu ətraflı şərh olunmasa da, Şahramanyana bununla bağlı məlumat verildiyi söylənilib. Nəşr öz mənbələrinə istinadən xəbər verir ki, Şahramanyana qarşı cinayət işi açılmayıb: “Hər hansı cinayət işi açılmayıb. Şahramanyanı istintaq orqanına çağırmaqda məqsəd Qarabağ (Arsax) erməni sakinlərini cilovlamaq və qorxutmaq ola bilər ki, “döyüşə” çıxmasınlar. Oktyabr ayından bəri müxtəlif “arsax” “rəsmiləri” istintaq orqanlarına çağırılır və onlarla “izahedici” işlər aparılır. Bununla da “artsax” sakinlərinin mümkün fəallığının qarşısını almağa çalışırlar. Şahramanyana bildiriş gəlməsi də təsadüf deyil və dünən bir çox “arsax” sakini hakimiyyətə qarşı mitinqdə iştirak etməklə yanaşı, tribunadan da çıxış ediblər”. |
2024-02-21 | 834,532 | Bakı metrosu sabah 1 saat artıq işləyəcək | Fevralın 22-dən fevralın 23-nə keçən gecə UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan “Qarabağ”ın ev oyunu ilə əlaqədar Bakı Metropoliteni QSC-nin iş rejimində dəyişikliklər ediləcək. Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə metropolitenin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq. “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyaya, əlavə işçi qüvvəsi ayrılmaqla, növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq. Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət edəcək. Axşam gur saat vaxtından sonra, zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq. |
2024-02-21 | 834,533 | Kamil Bakıya qayıdır - Son dəqiqə | Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı sərbəst buraxılıb. Axar.az xəbər verir ki, məlumatı onun vəkili Ələkbər Qarayev təsdiq edib. "Ermənistan dövləti əlavə vəsatətlərlə çıxış etmişdi. Ancaq Rusiya dövləti məsələyə humanist yanaşdı və Azərbaycan dövlətinin təkidi ilə Kamil Zeynallı azad edildi. Hər kəsə təşəkkür edirəm, xüsusilə Rusiyadakı səfirimiz Polad Bülbüloğluna minnətdaram. Çox böyük iş gördü", - vəkil bildirib. O qeyd edib ki, Kamil bu gün Bakıya qayıdacaq. |
2024-02-21 | 834,535 | İran dövlət kanalı əlilləri ələ saldı - Video | İran dövlət televiziyasında tamaşaçıları güldürmək, əyləndirmək üçün fiziki məhdudiyyətli insanları ələ salan və aşağılayan 10 dəqiqəlik şou nümayiş etdirilib. Axar.az xəbər verir ki, sözügedən mövzu İranın “Nəsim” telekanalında yayımlanan “Danış-gül” (Bequ-bexənd) verilişində olub. İran dövlət televiziyasının bu hərəkəti sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə yol açıb. “Gülmək üçün izlədiyiniz bu veriliş əlilləri ələ salan dəqiqəlik şounun yalnız bir hissəsidir”, - İran Əlillik Kampaniyası bildirib. |
2024-02-21 | 834,537 | İrəvan sərhəddə təxribat törədib, Rusiyanı ittiham etdi | Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı Nerkin-Hand kəndi yaxınlığında insidenti dayandırmamaqda ittiham edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Nerkin-Hand kəndi istiqamətində baş verən son hadisəyə gəlincə, bilirsiniz ki, AB missiyasının ora çıxışı yoxdur, yalnız Rusiyanın ora çıxışı var. Rusiya insidentin qarşısını ala bilməyib”, - o bildirib. O, Moskvanın AB-ni tənqid etməsinə cavab olaraq bildirib ki, “reallıq başqadır”: “Aydındır ki, AB-nin mülki missiyası sabitləşdirici rol oynayır. Onların fəaliyyətini tam dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik”. “Nə üçün AB missiyasının Nerkin-Hand kəndi yaxınlığındakı hissəyə çıxışı yoxdur” sualına Qriqoryan cavab verməyib. Qeyd edək ki, fevralın 12-də Ermənistan ordusunun Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. DSX-nin 13 fevralda keçirdiyi qisas əməliyyatı ilə sözügedən döyüş mövqeyi darmadağın edilib, 4 erməni həbçi isə məhv edilib. |
2024-02-21 | 834,543 | Birbankdan Novruza özəl “Hədiyyəli çərşənbələr” kampaniyası | 21-27 fevral 2024-cü il tarixlərində Birbank Cashback Mastercard taksit kartını onlayn olaraq əldə edən müştərilər 1 aprel 2024-cü il tarixinədək “Hotel” və “Aviabilet” kateqoriyaları üzrə ilk birdəfəlik 100 AZN və üzəri nağdsız əməliyyatları həyata keçirərək 30 AZN qazanacaq. Qazanılan məbləğ ödəniş edildikdən dərhal sonra müştərinin keşbek hesabına əlavə ediləcək. Onu da qeyd etmək lazımdır ki, fürsətlər taksit, POS terminal və onlayn ödənişlərə şamil olunur. Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, Vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin. |
2024-02-21 | 834,546 | Zəngilanın Alıbəyli kəndi belə olacaq - Foto | Yenidən salınacaq Zəngilan rayonu Alıbəyli kəndində öz ata-baba yurdlarına geri qayıdacaq keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait və məskunlaşma yaradılmasına dair işlər artıq başlayıb. Axar.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib. Bu yaşayış məskəninin konseptual layihəsinin bir hissəsini diqqətinizə təqdim edirik. Qeyd edək ki, Alıbəyli kəndində birinci mərhələdə 772 sakin üçün 197 fərdi yaşayış evi inşa olunacaq. Zəngilan rayonunun Alıbəyli kəndinin mövcud məskunlaşma ərazisi 103.51 ha ərazini əhatə edir. Layihələndirilən ərazi sahəsi 170.31 ha, birinci mərhələ ərazisi isə 58.25 ha təşkil edir. |
2024-02-21 | 834,547 | Kamil Zeynallının azadlığa buraxılma anı - Video | Xəbər verdiyimiz kimi, bu gecə Moskvadan Azərbaycana qayıdarkən Domodedovo hava limanında Ermənistanın tələbi ilə saxlanılan Kamil Zeynallının az öncə azadlığa buraxılıb. Axar.az Kamil Zeynallının azadlığa buraxılma görüntülərini təqdim edir: Qeyd edək ki, Kamil Zeynallı Ermənistan CM-nin 4 ağır maddələri ilə ittiham olunur və beynəlxalq axtarışa verilib. |
2024-02-21 | 834,548 | Gülay Kamilin azadlığına görə onlara təşəkkür etdi | Kamil Zeynallının həyat yoldaşı, tanınmış müğənni Gülay Zeynallı Rusiyada Ermənistanın tələbi ilə saxlanılan idmançının azadlığa çıxmasına görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna və Prezidentin köməkçisi Anar Ələkbərova təşəkkür edib. Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, bir müddət öncə Kamil Zeynallı azadlığa buraxılıb. |
2024-02-21 | 834,550 | Rusiyaya qarşı sanksiyalardan yayınmırıq - Tiflis | Gürcüstan hakimiyyəti 2022-ci ildən bəri tətbiq edilən antirusiya sanksiyalarının pozulması ilə bağlı heç bir fakt aşkar etməyib. Axar.az xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xuçiaşvili deyib. “Gömrük idarəsinin səmərəli işinin nəticəsidir ki, antirusiya sanksiyalarının tətbiq edildiyi dövrdən bəri bir dənə də olsun yayınma və ya pozuntu halı qeydə alınmayıb. Sanksiyaların tətbiq olunduğu ilk gündən Maliyyə Nazirliyində sanksiyalara məruz qalan mallara və fiziki şəxslərə nəzarət edən xüsusi qrup yaradılıb”, - Xuçiaşvili bildirib. Onun sözlərinə görə, sanksiyaların tətbiqindən bu günə kimi məhdudiyyətlərə məruz qalan 1,7 mindən çox yükün Gürcüstan ərazisindən daşınmasına icazə verilməyib. |
2024-02-21 | 834,555 | Bakıdan təklif almışıq – İrəvan | İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təklif paketi alıb. Axar.az xəbər verir ki, bunu jurnalistələrə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq. |
2024-02-21 | 834,557 | Bakıda bələdiyyə sədri həbs edildi | Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumatı yayıb. Bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Fikrət Quliyev Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. |
2024-02-21 | 834,558 | Kamil Zeynallı məhkəməyə belə çıxarılmadı - Mühüm | Xəbər verdiyimiz kimi, azərbaycanlı tanınmış idmançı, bu gecə Moskvadan Bakıya qayıdarkın Domodedovo hava limanında İrəvanın tələbi ilə saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb. Axar.az xəbər verir ki, onun azadlığa buraxılması ilə bağlı yayılan görüntülərdə Kamil Zeynallının hava limanı ərazisində saxlanıldığı binadan çıxdığı aydın olur. Bu isə o deməkdir ki, Kamil Zeynallının məhkəməsi belə keçirilmədən, hüquq-mühafizə orqanları onun azad edilməsinə qərar veriblər. Qeyd edək ki, vəkil Ələkbər Qarayev də mediaya açıqlamasında hər hansı məhkəmə barədə söz açmayıb və onun Rusiyanın humanist yanaşması, o cümlədən Azərbaycan dövlətinin israrlı təkidi ilə azadlığa buraxıldığını vurğulayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.