date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-22
834,989
İrəvanda bomba həyəcanı: DİN hərəkətə keçdi
İrəvanın Gülbekyan küçəsi-33 ünvanında yerləşən bina yaxınlığına bomba qoyulması barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Axar.az yerli mediaya istinadən xəbər verir ki, hazırda mütəxəssislər həmin əraziyə yollanıb və məlumatı dəqiqləşdirirlər. Belə ki, ağacın altında partlayıcı qurğuya bənzər predmetin olduğu bildirilib. Erməni mediasının iddiasına görə, yaxınlıqdakı binada "Mülki müdafiə" fraksiyasından olan deputat Qurgen Arsenyanın ofisi yerləşir.
2024-02-23
834,990
Rusiya qarant deyil, Qərb olmayacaq: bəs, nə edək?
Çoxlarının beynində belə bir model var ki, bizim təhlükəsizliyimizi təmin etmək funksiyalarını yerinə yetirən hansısa bir Rusiya var idi və indi onun yerinə bu təhlükəsizlik funksiyalarını yerinə yetirəcək başqasını seçmək lazımdır. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan erməni mediasına açıqlamasında deyib. “Hər iki tezis səhvdir. Rusiya ən azı 2016-cı ildən bu funksiyaları yerinə yetirməyib, hələ də yerinə yetirmir və yerinə yetirmək niyyətində də deyil. Onlar məşğuldurlar, başqa yerlərdə öz qayğıları çoxdur. Rusiya qarant deyildi. Bu xəyali Rusiyanı başqası, o cümlədən Qərb əvəz edə bilərmi? Əlbəttə ki, yox. Gec-tez özümüz işləməli olacağıq, yoxsa işlər daha da pisləşəcək”, - o bildirib. Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, münaqişənin iki tərəfi razılığa gəlmək istəyəndə, lakin belə imkan olmadıqda, onlara texniki vasitəçi lazımdır: “Bunun üçün adətən regionda marağı olmayan ölkə seçilir. Məsələn, Rusiya sadəcə olaraq vicdanlı broker ola bilməz, çünki bu regionda oyunçudur, neytral ola bilməz”. O xatırladıb ki, Rusiya və Qərb çox kəskin münaqişə vəziyyətindədir, ona görə də Qərbin istənilən hərəkəti Rusiyada qısqanclığa səbəb olur: “Ancaq bizim cəbhələrimizdə Qərb-Rusiya ziddiyyətləri baxımından ciddi heç nə baş vermir. Media səs-küyünə az diqqət yetirmək lazımdır. Rusiya və Qərb ölkələrinin real ziddiyyətlər üçün yeri var - Ukrayna”.
2024-02-22
834,991
Husilər İsrail şəhərinə ballistik raketlə zərbə endirdi
Yəmən üsyançıları – husilər İsrailin Eylat şəhərinə ballistik raketlər və PUA-larla zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Əlavə informasiya verilmir.
2024-02-22
834,994
Bakı ilə prinsipial məsələdə razılıq… - Kostanyan
Hazırda qeyd edə bilərik ki, prinsipial məsələlər ətrafında razılıq yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbərinin müavini Vaan Kostanyan parlamentdə jurnalistlərlə söhbətində Azərbaycandan sülh müqaviləsi ilə bağlı qəbul edilən növbəti təkliflər haqda danışarkən deyib. “Ümid edirik ki, bütün məsələlərin müzakirə olunacağı xarici işlər nazirlərinin görüşü baş tutacaq. Hazırda tərəflər arasında fundamental məsələlərdə razılıq əldə olunmayıb. İndi sülh müqaviləsinin mətni ətrafında növbəti görüşlə bağlı müzakirələr gedir”, - Kostanyan bildirib. Xarici işlər nazirinin müavini danışıqların uğurlu gedişinə nəyin mane olduğunu soruşduqda belə cavab verib: “Mən Azərbaycana nəyin mane olduğunu qiymətləndirə bilmərəm, lakin təsdiq edə bilərəm ki, Ermənistan tərəfi Azərbaycanla münasibətləri tənzimləməkdə maraqlıdır və hazırdır. Münhen görüşü faktını müsbət hesab etmək olar, lakin biz görüşlərdən və müzakirələrdən daha çox əməli fəaliyyətə, son 2-3 ildə əldə edilmiş razılaşmalara, xüsusən də üç prinsip ətrafında son nəticəyə keçməliyik”. Danışıqlar üçün Qərb platformasının üstünlük təşkil etməsinə gəlincə, nazir müavini deyib: “Qərb platforması” ifadəsi mənim üçün bir az anlaşılmazdır, hazırda vaxt və məkanla bağlı müzakirələr gedir. Yekun razılaşma olanda təbii ki, ictimaiyyətə məlumat verəcəyik”. Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən Azərbaycandan sülh sazişi ilə bağlı yeni təkliflər paketi aldıqlarını təsdiqləyib.
2024-02-22
834,995
Şarl Mişel Zelenski ilə hərbi yardımı müzakirə etdi
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Mişel sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, Zelenski ilə telefon danışığı Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ildönümünə həsr olunub. Eyni zamanda, tərəflər Krım yarımadasının işğalının 10-cu ildönümünü də müzakirə ediblər. “Mən AB-nin Ukraynaya lazım olan qədər maliyyə və hərbi dəstəyini bir daha təsdiqlədim. Rusiya Ukraynada demokratiya alovunu heç vaxt söndürə bilməyəcək. Ukraynanın müqəddəratı AB-dədir”, – avropalı siyasətçi vurğulayıb.
2024-02-22
834,998
Bayden təhqir etdi, Rusiya nota göndərdi
Rusiyanın ABŞ-dakı səfirliyi Prezident Co Baydenin rusiyalı həmkarı Vladimir Putinin ünvanına yönəlik təhqiramiz sözlərinə görə Dövlət Departamentinə nota göndərib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi məlumat yayıb. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb. Kreml rəhbəri də öz növbəsində amerikalı həmkarının təhqirinə cavab verib.
2024-02-22
835,001
Navalnının ölüm səbəbi açıqlandı: “Təbii” imiş…
Aleksey Navalnının anası Lyudmila bildirib ki, fevralın 21-də Salexard morqunda ona oğlunun cəsədi göstərilib. Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, tibbi ölüm şəhadətnaməsinə imza atdığını bildirib. Lyudmila Navalnayaya təqdim edilən tibbi rəydə Aleksey Navalnının ölümünün səbəblərinin “təbii” olduğu yazılıb. Qeyd edək ki, 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəfildən ölüb.
2024-02-22
835,002
Rusiyaya görə İrana sanksiya tətbiq ediləcək
ABŞ yaxın günlərdə Rusiya ilə əməkdaşlığa görə İrana sanksiya tətbiq edəcək. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
2024-02-22
835,006
Braziliya şirkəti Lavrovun təyyarəsi üçün yanacaq vermədi
Braziliya şirkəti Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsini yanacaqla təmin etməkdən imtina edib. Axar.az xəbər verir ki, Rio-de-Janeyroda keçirilən G20 sammitində iştirak edən Rusiya xarici işlər naziri Braziliya Prezidenti Lula da Silva ilə görüş üçün oradan dərhal paytaxt Braziliyaya uça bilməyib. Braziliya operatoru ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək riski səbəbindən Rusiya nazirinin təyyarəsinə yanacaq verməkdən imtina edib. Nəhayət, Braziliya tərəfi Lavrovu da Silva ilə görüşə Braziliyanın xarici işlər naziri Mauro Vieyranın təyyarəsində uçmağa dəvət edib.
2024-02-22
835,008
Ermənistanın ən böyük ticarət tərəfdaşları – Türkiyə də var
Ermənistanın 2023-cü il üçün ən böyük ticarət tərəfdaşı olan 10 ölkənin adı açıqlanıb. Axar.az xəbər verir ki, ilk yerdə Rusiya qərarlaşıb. 2022-ci ildə Ukraynada müharibə başlayandan və Rusiyaya sanksiya tətbiq ediləndən sonra sanksiyaların dəlinməsində mühüm rol oynayaraq, ticarət həcmini 5 milyarda qaldıran Ermənistanın 2023-ci il nəticəsi, sadəcə, fantastik göstəricidir: Rusiya ilə ticarət 7 milyard 306 milyon dollara qalxıb. İkinci yerdə 2,298 milyard dollarla BƏƏ, 3-cü yerdə isə 2,127 milyard dollarla Çin qərarlaşıb. İlk onluğa daxil olan digər ölkələr belədir: 4. İran – 692,5 milyon dollar 5. ABŞ – 670 milyon dollar 6. Almaniya – 637,5 milyon dollar 7. İtaliya – 417,5 milyon dollar 8. Yaponiya – 348,1 milyon dollar 9. Türkiyə - 343,5 milyon dollar 10. Niderland – 298,8 milyon dollar. Qeyd edək ki, Rusiya ilə ticarət dövriyyəsinin 2023-cü ildə 6 milyard dollara qədər artacağı proqnozlaşdırılırdı. Belə görünür ki, Ermənistan Rusiyanın sanksiyaları dəlməsində bütün sərhədləri keçib və dövriyyə 7,3 milyard dolları aşıb. Maraqlıdır ki, Ermənistanın "böyük bacısı" Fransa ticarət tərəfdaşları siyahısında ilk onluğa belə düşməyib.
2024-02-23
835,010
Putin yük maşını sürücüsünə söz verdi
Çinlə sərhəddə yerləşən Kraskino və Poqraniçnı avtomobil keçid məntəqələrinin yenidən qurulmasını sürətləndirəcəyik. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin M-12 Şərq magistralının çoxfunksiyalı zonasında kafedə yük maşını sürücüləri ilə görüşü zamanı iştirakçılardan birinin təklifinə münasibət bildirərkən deyib. "Siz tamamilə haqlısınız, xüsusilə Çinə axın artıb. Orada çox iş var. Fikrimcə, yolun qurulması 2025-ci ilə qədər planlaşdırılırdı və növbəti ilin sonunda onlar yenidən qurulmalıdır. Bunu sürətləndirməyə çalışacağıq. Bunda hamımız maraqlıyıq, təkcə siz yük maşını sürücüsü yox, dövlət də maraqlıdır, məncə, çinli dostlarımız da maraqlıdır, onların da dövriyyəsi artacaq", - Putin qeyd edib.
2024-02-22
835,011
Lekornunun İrəvana “tarixi səfəri” başladı
Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti İrəvana rəsmi səfərə gəlib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Paytaxtın Zvartnots hava limanında fransalı naziri Ermənistanın Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini Edvard Asryan qarşılayıb. Qeyd edilir ki, sabah İrəvanda Lekornu ilə Ermənistan hərbi rəhbərliyi arasında danışıqlar keçiriləcək. Xatırladaq ki, Lekornu bu gün verdiyi açıqlamada səfərinin “tarixi” olduğunu bildirmişdi, çünki indiyə qədər Fransanın heç bir müdafiə naziri İrəvana gəlməyib.
2024-02-22
835,015
Putin "KamAZ" sürdü - Video
Rusiya Prezidenti Vladimir Putin M-12 Şərq magistralında “KamAZ” yük maşınını idarə edib. Axar.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Marat Xusnullin də “KamAZ”da əyləşib. Yola düşməzdən öncə Putin zarafatyana şəkildə Xusnullinə pulunun olub-olmadığını soruşub, müsbət cavab aldıqdan sonra yola düşüblər. Putin "KamAZ"la yeni M-12 Şərq şosesi ilə hərəkət edib. O, magistralın çoxfunksiyalı zonasında yerləşən kafedə logistika avtomobil şirkətlərinin rəhbərləri və yük maşını sürücüləri ilə görüş keçirib.
2024-02-22
835,016
Bu, Baydenin gücsüzlüyünü göstərir - Antonov
ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinə qarşı qəbuledilməz ritorikası yalnız gücsüzlüyünü və Rusiyaya qarşı mövcud siyasətdə sağlam düşüncənin olmadığını göstərir. Axar.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. Antonov əlavə edib ki, Ağ Ev administrasiyası öz hərəkətləri ilə Rusiya-Amerika münasibətlərinin irsinin qalıqlarını məhv etməyə davam edir. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb. Kreml rəhbəri də öz növbəsində amerikalı həmkarının təhqirinə cavab verib.
2024-02-23
835,018
Bryanskda Ukrayna PUA-sı məhv edildi
Rusiyanın havadan müdafiə sistemləri Braynsk vilayətinin Suraj rayonu üzərində pilotsuz uçuş aparatını məhv edib. Axar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz deyib. O bildirib ki, təyyarə tipli PUA-nın hücum cəhdinin qarşısı alınıb, dağıntı və tələfat yoxdur.
2024-02-23
835,019
İrəvana təzyiqləri görürük: Paşinyandan bunu gözləyirik
Rusiya Qərb dövlətlərinin, ABŞ və onun peyklərinin Moskva ilə bağlı regionda geosiyasi problemlərini həll etmək üçün Ermənistana necə təzyiq göstərdiyini başa düşür. Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib. O, Rusiya-Ermənistan münasibətlərdəki bəzi tendensiyalardan narahatlığını ifadə edib: “Müəyyən suallar, müəyyən narahatlıq var, çünki bəzən diversifikasiya kursu istər-istəməz Rusiyadan xeyli dərəcədə uzaqlaşma kimi qəbul edilir”. Səfir ABŞ administrasiyasının, xüsusən də Dövlət Departamentinin rəsmi nümayəndələrinin son illər və aylarda verdiyi bəyanatları xatırladıb: “Amerikalılar Ermənistanla münasibətləri açıq şəkildə Rusiya və İranın təsirinə qarşı mübarizə kontekstində qururlar. Ermənistan rəhbərliyindən bu məsələ ilə bağlı heç bir şərh eşitməmişik”. O, Rusiyanın Ermənistanın siyasi iradə nümayiş etdiriləcəyini gözlədiyini vurğulayıb.
2024-02-23
835,021
"Kaan" nə vaxt istifadəyə veriləcək?
Türkiyənin istehsal etdiyi beşinci nəsil hərbi təyyarələrin 2028-ci ildə döyüş növbətçiliyinə təhvil verilməsi planlaşdırılır. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli əyalətinin cənub-qərbində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində deyib. Onun sözlərinə görə, beşinci nəsil təyyarənin işlənib hazırlanması prosesi Türkiyədə təxminən 15 ildir davam edir və hazırda "Kaan" təyyarəsinin uçuş sınaqlarının başlanmasını nəzərdə tutan kritik mərhələ arxada qalıb. “Döyüş təyyarəsinin ilk uçuşu uğurla başa çatıb. İlk "Kaan" təyyarələrini 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verməyi planlaşdırırıq”, - Ərdoğan söyləyib. Dövlət başçısı Türkiyənin hərbi təyinatlı məhsullarının ixrac həcminin artdığını da vurğulayıb.
2024-02-23
835,022
Bayden buna görə Putini təhqir etdi - Ağ Ev
ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə bağlı təhqiramiz ifadələri milli təhlükəsizliklə bağlı narahatlıqdan qaynaqlanır. Axar.az xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb. Kreml rəhbəri də öz növbəsində amerikalı həmkarının təhqirinə cavab verib. Həmçinin Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə nota göndərib.
2024-02-23
835,025
Bayden Navalnının həyat yoldaşı və qızı ilə görüşdü - Foto
ABŞ Prezidenti Co Bayden Rusiya müxalifətinin həbsdə ölən lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya və qızı Daşa ilə görüşüb Axar.az xəbər verir ki, görüş Kaliforniya ştatında baş tutub. Öncədən görüşün anonsu verilməyib, həmçinin Baydenin qrafikində sözügedən görüş nəzərdə tutulmayıb. Qeyd edək ki, Navalnının qızı ABŞ-nin Stenford Universitetində təhsil alır.
2024-02-23
835,026
Qurban Qurbanov tarixi zəfəri şərh etdi
00:31 Ürəyimdə çox söz var. Bu insanların sevincinə çox sevinirəm. Hər birinə çox təşəkkür edirəm! Həqiqətən bu gün futbolçular böyük xarakter göstərdilər. Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Braqa" üzərində tarixi zəfəri şərh edərkən deyib. "Son vaxtlar müharibə dövründə Ali Baş Komandan Prezident İlham Əliyevin güclü çıxışları var idi. Başda Prezident olmaqla bütün qalib xalqımı təbrik edirəm. Futbolçulara da təşəkkür edirəm ki, əsl azərbaycanlı kimi vuruşdular", - Q.Qurbanov bildirib. “Futbolçularıma, möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Bir azərbaycanlı kimi, birliyimizi görəndə çox sevinirəm. Xalqımı çox sevirəm. Onların həmişə xoş gününü görmək istəyirəm. Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra Ali Baş Komandanımızın bir yumruq kimi möhkəm olmaq kimi çıxışları olurdu. Müharibədən sonra daha möhkəm olmuşuq. Bu sözlərdən həmişə istifadə edirəm, bu, mənə böyük motivasiya verir. Bu gün meydançada xalqın layiqli komandası var idi. Bizim etdiyimiz şəhidlərimizin, qazilərimizin etdiyinin 1 faizi deyil. Onlar elə miras qoyublar ki. Amma bu gün sanki döyüş var idi meydanda. Başda prezidentimiz olmaqla, qazilərimizi, müharibə veteranlarını təbrik edirəm. Hər kəsin sevincini görürdüm və qürur duyurdum. Prezident seçkilərindən bir gün sonra“Braqa”nı səfərdə məğlub etdik. Bugünkü qələbəmiz isə təbriki tam etdi”, - Q.Qurbanov qeyd edib. O, son qolun müəllifi Nəriman Axundzadə barədə xoş fikirlər səsləndirib: “İnsan məsuliyyətlidirsə, onun böyümək şansı çoxdur. Səfər oyunundan sonra Nəriman ağlayırdı. Bütün futbolçular ona təsəlli verirdi. Fikirli idi. Məşqlərdə üzərində çalışırdı, bazadan çıxmırdı. Allah onun əvəzini verdi”. Baş məşqçi Elvin Cəfərquliyevin qırmızı vərəqə almasına da toxunub: “Belə oyunlarda 3-5 dəqiqə ərzində iki sarı vərəqə vermək məncə, artıq ola bilər. Birdən-birə komandanı ruhdan sala bilər. Amma bunların hamısının bizə faydası var. Futbolçu dözümlü, hər bir problemə hazır olmalıdır. Azlıqda da ola bilərsən. Amma dözümlülük, iradə mühümdür”. Qeyd edək ki, "Qarabağ" - "Braqa" ilə matçda ümumi hesabda 6-5 qalib gələrək tarixində ilk dəfə Avropa Liqasının növbəti mərhələsinə - 1/8 finala yüksəlib.
2024-02-23
835,027
Qurbanov gözyaşlarına hakim ola bilmədi - Video
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Braqa” üzərində tarixi zəfərdən (ümumi hesabda 6-5) sonra göz yaşlarına hakim ola bilməyib. Axar.az həmin kadrları təqdim edir: Qeyd edək ki, Bakıda keçirilən cavab matçı bir neçə dəqiqə öncə başa çatıb.
2024-02-23
835,028
Ukraynaya hərbi texnikanı artırmaq üçün çalışırıq
Müttəfiqlərimizlə Ukraynaya hərbi avadanlığın tədarükünü mümkün qədər artırmaq üçün birgə çalışırıq. Axar.az xəbər verir ki, bunu Kanada Baş naziri Castin Trudo deyib. “Biz mümkün qədər daha çox hərbi avadanlıq göndərdiyimizə əmin olmaq və Ukraynaya göndərmək üçün bütün dünya üzrə tərəfdaşlarla işləyirik”, - Trudo qeyd edib.
2024-02-23
835,029
"Qarabağ"ın potensial rəqibləri...
Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Axar.az xəbər verir ki, "pley-off"da "Braqa" (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan "Qarabağ" da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Bu mərhələdə "pley-off"un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış "Bayer" də (Almaniya) var. Ümumilikdə Ağdam klubunun 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır: "Atalanta" (İtaliya) "Bayer" (Almaniya) "Brayton" (İngiltərə) "Vest Hem" (İngiltərə) "Vilyareal" (İspaniya) "Liverpul" (İngiltərə) "Reyncers" (Şotlandiya) "Slaviya" (Çexiya)
2024-02-23
835,030
"Qarabağ"ı növbəti mərhələyə yüksəldən qol - Video
Xəbər verdiyimiz kimi, "Qarabağ" futbol klubu tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib. Axar.az xəbər verir ki, "Qarabağ"a tarixi mərhələni gətirən qola (2-3) 122-ci dəqiqədə Nəriman Axundzadə imza atıb. Həmin qolu təqdim edirik:
2024-02-23
835,032
Çindən gözlənilməz: İsrailə müqavimət qanunidir!
Fələstinin İsrail işğalına qarşı silahlı müqaviməti qanunidir. Axar.az xəbər verir ki, bu sözləri Beynəlxalq Ədalət Məhkəməsinin Haaqada keçirilən iclasında Çin Xarici İşlər Nazirliyinin hüquq müşaviri Ma Sin-Min deyib. O vurğulayıb ki, bu hərəkətlər işğala, müstəmləkəçiliyə və imperializmə qarşı yönəldiyi üçün terror sayılmır.
2024-02-23
835,033
UEFA-dan "Qarabağ"la bağlı paylaşım - Foto
UEFA "Qarabağ" futbol klubunun tarixi zəfərinə biganə qalmayıb. Axar.az xəbər verir ki, UEFA Avropa Liqasının rəsmi sosial şəbəkə hesabında təmsilçimizlə bağlı paylaşım edilib. UEFA "Qarabağ"ın nəticəsi üçün "Tarix kitabları üçün!" paylaşımını edib. Qeyd edək ki, "Qarabağ" - "Braqa" ilə matçda ümumi hesabda 6-5 qalib gələrək tarixində ilk dəfə Avropa Liqasının növbəti mərhələsinə - 1/8 finala yüksəlib.
2024-02-23
835,034
"Braqa"nın baş məşqçisi: Bu səhvləri etməməli idik!
Səhvlərimiz cütün taleyini həll etdi. Axar.az xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib. Portuqaliyalı mütəxəssis ümumi hesabda 5:6 uduzaraq (ilk oyunda 2:4) mübarizəni dayandırmalarına münasibət bildirib: “İlk oyunda neqativ nəticə olmuşdu. Bura məğlub halda gəlmişdik. Mərhələ adlamaq üçün qalib gəlməli idik. Qələbə qazansaq da, bu, mərhələ adlamağa yetərli olmadı. 90 dəqiqə ərzində tarazlıq yaratdıq, komanda yaxşı işlədi. Amma bəzi səhvlərə yol verdik. Belə səviyyəli yarışlarda bunları etməməlisən”.
2024-02-23
835,035
"Qarabağ" azarkeşləri qələbəni belə qeyd edir - Video
Xəbər verdiyimiz kimi, "Qarabağ" futbol klubu tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalına yüksəlib. Axar.az xəbər verir ki, tarixi nəticədən sonra "Qarabağ" azarkeşləri qələbəni qeyd etməyə başlayıblar. Azarkeşlərin möhtəşəm qələbə sevincini təqdim edirik:
2024-02-23
835,038
Rusiya erməni əhalini hakimiyyəti devirməyə çağırdı
Bir neçə ay əvvəl Rusiya açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırdı. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24”ə müsahibəsində bildirib. O, Moskvadan sözügedən təbliğatın getdikcə artdığını qeyd edib.
2024-02-23
835,039
Sırski yoxlamalara başladı: 300 min döyüşür, bəs 600 min?..
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Müdafiə Qüvvələrində audit yoxlamasına başlayıb. Yoxlama zamanı heç vaxt döyüşlərdə iştirak etməyən minlərlə hərbçi aşkar edilib. Axar.az xəbər verir ki, bunu Ukraynanın hakim "Xalqın Xidmətçisi" fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya deyib. "İki il mütəmadi deyirlər ki, növbəsiz döyüşən briqadalar var. Elə birliklər də var ki, ümumiyyətlə cəbhəyə getməyiblər. Ordu 900 mindir, 300 min nəfər rotasiyasız döyüşür. Bəs onda 600 min haradadır? Belə bir anlayış var ki, müəyyən sayda hərbçi cəbhə xəttində döyüşçüləri təmin etmək üçün çalışır. Bununla belə, artıq yoxlamanın əvvəlində Sırski döyüş əməliyyatlarında birbaşa iştirak edə biləcək xeyli sayda hərbi qulluqçu tapdı. Yalnız Baş Qərargahda ezam olunmuş və döyüşməyən 8 min nəfər tapılıb”, – Araxamiya bildirib.
2024-02-23
835,040
KTMT-də iştirakımız dondurulub - Paşinyan
Ermənistanın Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində söyləyib. Eyni zamanda, hökumət başçısı vurğulayıb ki, Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu məsələsi gündəlikdə deyil.
2024-02-23
835,042
Mənə “xalq yazıçısı” adı versələr... – Aqil Abbas
Kult.az yazıçı, millət vəkili Aqil Abbasla müsahibəni təqdim edir. - Aqil müəllim, deyəsən, səhhətinizdə ciddi problemlər var. Bu yaxınlarda Türkiyədən müalicədən qayıtdınız... - Bala, bu səhhət söhbətləri nə qədər olar? Bu sualı çıx. Mən xəstə-zad deyiləm. Gərək ağır xəstəliyim olsun ki, müalicə alım? Sən kimlə müsahibə etməyə gəlmisən? Yazıçı Aqil Abbasla, düzdü? Olmaz elə ədəbiyyatdan danışaq? - Aqil müəllim, Türkiyədə əsəbinizi müalicə etdirməmisiniz deyəsən... - Yox, bala, əsəb deyil, bezmişəm. Az qala deyələr ki, Aqil, nə vaxt ölürsən? Yazıçının səhhətinin nə dəxli var məsələyə? - Aqil müəllim, deyirlər, parlament seçkiləri olacaq. Namizədliyinizi verəcəksinizmi? - İndi də keçdik siyasətə (gülür). Əgər seçkilər olsa, mən ilk növbədə öz seçicilərimlə görüşəcəm, söhbətləşəcəm. Görüm heç onlar məni təzədən istəyirlərmi? Bəlkə, elə deyəcəklər, ta bəsdi? - Sizə belə söz deyərlər ki? - Mən hardan bilim? Dediyim odur, namizəd olmağım seçicilərimin istəyindən asılıdır, ətrafımla, seçicilərimlə məsləhət edəcəm, uyğun görsələr, hə. - Aqil müəllim, “Ədalət”in vəziyyəti necədir? - Qəzetlərdəki ümumi vəziyyət it günündədir, amma mənim bu internet saytlarına etibarım yoxdur. Bir də gördün, Amerika bağladı. O günlərdə ermənilərdən yazdığım üçün yazılarımı da internetdən silmişdilər. Sanki qəzetləri tamam sıradan çıxartmaq istəyirlər. Cənab Prezident əlini çəksə, tamam yığışdıracaqlar. Sağ olsun. Abunəliklər yoxdur, qəzet qazanmır. - Qəzetləri oxuyan da yoxdur... - Yox, elə deməzdim. Az da olsa, var. Mən özüm tez-tez qəzetlərin arxivinə baxmaq üçün Milli Kitabxanaya gedirəm. Vallah, elə olur, oturmağa yer tapmıram. Gedin, özünüz də baxın, görəcəksiniz. Oxuyan yoxdursa, bu camaat kimdir? Tək orda yox, çox yerdə görürəm ki, oxuyurlar. İndi ürəyimiz istəyən səviyyədə deyil, o ayrı məsələdir. - Aqil müəllim, Ağdama gedirsinizmi? Necə hisslərdir, otuz illik boşluğu doldura bilirsinizmi? - Tez-tez gedirəm. Amma o boşluğu nətər doldurum? Mümkün deyil. Bizim, şəxsən mənim ömrümdən oğurlanmış illərdir. Dolmaz o yer, bala, heç nə ilə dolmaz. - Ağdamda özünüzə ev tikdirəcəksiniz? - Niyə tikdirmirəm ki? Hətta xanımımla razılaşmışıq, tikdirsəm heç, olmasa da, köçüb orada yaşamaq üçün dövlətdən ev istəyəcəm. Düzdür, işlər gedir, gözəlləşdirirlər, amma Ağdam hələ o Ağdam deyil. Bilirsən əsl Ağdam nə vaxt formalaşacaq? Kinoteatrın qabağında ağdamlı oğlanlar qız üstündə dalaşıb bıçaqlaşanda. Xarakter baxımından deyirəm. Təki ayağımız dəysin, suyu-havası dəysin, hər şey yoluna düşəcək. - Bəs işləriniz, Milli Məclis? - Oradan işləmək olmur? Musa Yaqub İsmayıllıda idi, Şəkər Aslan Lənkəranda. Naxçıvanlı deputat təyyara ilə gəlir, iclasda iştirak edib qayıdır. İndi elə yol çəkiblər, üç saata Bakıdasan. Bu il seçkilərdə də Prezidentdən nümunə götürdüm, səsimi də gedib Ağdamda məhz möhtərəm Prezidentə verib qayıtdım. Gedib-gəlməkdə çətinlik nə var ki? - Demişdiniz ki, Ağdamda İradə Tuncayla yenidən toy edəcəksiniz. Necə oldu, İradə xanım yenidən evləndimi sizinlə? - Əlbəttə, demişdim, elədim də. 40 illiyimizi Ağdamda, məscidin yanında 50-60 nəfərdən ibarət toy şəklində etdik. Amma içkisiz. - İçki niyə vermədiniz ki? - Toyda iştirak edənlər orada xidmət edən polis və hərbçilərimiz idi, içmək olmazdı. Amma yemək yaxşıydı. Hələ postlara da payladıq. Bircə dedim, qabları qaytarın, onlar dövlətindi (gülür). - Aqil müəllim, deyirlər ki, yazıçı gərək vəzifədə olmasın. Deputatlıq sizə heçmi mane olmadı? - Yox, niyə olsun ki? Mən xalqa xidmət edirəm də. Yazı yazmaq sevdiyin qızın dalınca getmək kimi bir şeydi. Qız dalınca gedəndə sənin qarşını nə kəsə bilər? Heç nə. İndi mən də yazmaq istəyəndə qarşımı heç nə kəsə bilməz, kəsmir də. - Yorulmursunuz, bezmirsinizmi? Sizə müraciətlər də çox olur.. - Bir adam bir xahişi on dəfə edəndə bezirəm.. - Yazıçı olduğunuz halda siyasətçi kimi tanınmaq da narahat etmir sizi? - Məni yazıçı kimi tanıyırlar. Hara gedirəmsə, yazıçı münasibəti görürəm, adamlar öz aralarında danışanda belə təqdim edir. Bir dəfə İsmayıllıya gedirdik. Avtobusdan düşəndə iki arvad bir-birinə “az, bu Famil Mehdi deyil?” dedi. Dedim, hə, Famil Mehdiyəm, on il qabaq ölmüşəm... - Məşhurluq yaman xoşunuza gəlir, deyəsən. - Hə, gəlir, kimin xoşuna gəlmir ki? Qaxda bir monastrda bir oğlan gəlib dedi, olar uşağı qucağınıza alasınız? Aldım, şəkil çəkdirdik, dedi, bu uşaq gələcəkdə deyəcək ki, mənim Aqil Abbasla şəklim var. Xoşuma gələr də. Gəlməsin? - Aqil müəllim, ” Dolu” hamıya məlumdur, bəs qələbədən nəsə yazmırsınız? Həm elə şikayət edirlər ki, yazıçılar qələbə ilə bağlı nəsə yazmırlar... - “Dolu-2”-nin ssenarisini yazıram. Amma bundan əlavə də povestlər yazmışam. Axırıncı povestimin birində erməni oğlanla azərbaycanlı oğlanın əvvəllər dost olması, müharibənin hər şeyə son qoymasını göstərmişəm. Əslində, yazırlar, mən çox görürəm, amma tutmur, şablondu. Müharibəyə başqa tərəfdən baxmaq lazımdır. Elə yazmağa nə var? - Cəmiyyətin tənqidindən çəkinmirsiniz? Bizdə erməni-azərbaycanlı münasibəti sərt tənqid olunur... - Nədən qorxacam? Mən kimin tənqidi, alqışı ilə yaranmışam ki, qarğışıyla da öləm, qorxam? Pis nə yazıram ki? Real deyil? Dostluqlar olmayıb? Olanı yazmışam da. - Niyə ancaq Qarabağdan yazırsınız? Adətən, bunu da tənqid edirlər ki, dil köhnədir, mövzu da kənd-kəsək. - Qələt eləyirlər! Bu nə sözlərdi? Belə də ədəbiyyat söhbətləri olar ki, elə yazma, belə yaz? Mən Qarabağdan yazıram ki, gənclər özünü unutmasın, dədə-babalarını, yurdlarını tanısınlar, bilsinlər kim kimdi, nə nədir. Buna da qadağa var? Nədən yazmağa yox, necə yazmağa baxmaq lazımdır. O vaxt AYO-çular “Ədalət” qəzetində yazırdılar ki, Rəsul Rza niyə Leninə poema yazıb? Onlara cavab yazmışdım ki, sən kimə yazdığını neynirsən? De görüm, poema yaxşıdırmı? Estetik tərəfindən danış, əsər kimi necədirsə, onu de. Hər şeyə belə yanaşmaq lazımdır. - Bəs Əkrəm Əylisliyə münasibətiniz necədir? - Əkrəm yazıçı kimi çox gözəl yazıçıdır, amma özünü o yaşda “Daş yuxular” əsəri ilə gözdən saldı. Kim aldatdı, necə aldatdılar ki, sənə Nobel veriləcək, bilinmir. Amma gərək, yazmazdı. Əsas məsələ odur ki, roman heç bədii-estetik roman olaraq da yaxşı deyil, qaldı ki, mövzusu ola. - Aqil müəllim, sizə niyə “xalq yazıçısı” adı vermirlər? Anar təqdim etmir? - Hardan bilim niyə vermirlər? Məni dövlət həmişə diqqətdə saxlayıb, cənab Prezident mükafatlandırıb. Özümə ustad saydığım Seyran Səxavətə də xalq yazıçısı adı verilməyib. Süleyman Abdullayev əməkdar artist öldü, amma gör nə boyda sənətkar idi! Hamı da ona “dədə” deyirdi. İndi olar ki, bir gün mənə də “xalq yazıçısı” adını verərlər. Kimin təqdim etməli olduğunu da bilmirəm, bircə onu bilirəm ki, mükafatı, adı Prezident verir. - Belə çıxır ki, sizin üçün fərqi yoxdur? - “Xalq yazıçısı” adını alsam, pis olmaz. Amma neyləyim? Səhər-axşam yatım durum ki, mənə ad verin, ad istəyirəm? Bu da bir iş deyil. Versələr də sağ olsunlar, verməsələr də. Məni belə də tanıyırlar, sevirlər, oxuyurlar.
2024-02-23
835,043
Qurbanov hansı ürəklə onu meydana buraxdı?
Oyundan öncə yazmışdım: bu matçda meydanda oyunçular döyüşəcəksə, ondan kənarda məşqçilər baş-başa gələcək, sona qədər mübarizə aparacaqlar. Elə də oldu. Başlanğıcı Artur Jorje, sonranı isə Qurban Qurbanov qazandı. Ən yaxşı gülən isə bilirik ki, sonra güləndi. Həm gülən Qurban oldu, həm də ağlayan. Sevincdən ağlayan! İlk oyunu analiz edərkən, elə ondan öncə də qeyd edirdik ki, rəqibin adından çəkinməyəcəyimiz halda onu keçmək şansımız yüksəkdir. Səfərdə də bunu gördük. Cavab matçı da fikirlərimizi təsdiqlədi. Etiraf edək ki, qarşılaşmanın əvvəlində son 3-4 ilin ən ehtiyatlı “Qarabağ”ını izlədik. Bəli, epizodlar əldə edildi, qaçırıldı, amma bu, ümumi görünüşü dəyişmirdi. İlk matçda qazanılan qələbəni əldən vermək qorxusu ağdamlıları həyəcanlandırmış, bu həyəcan yerini gərginliyə vermiş, o da qorxuya keçirmişdi. Bəli, meydandakı “Qarabağ” uduzmağa qorxurdu. Hesabda iki top irəlidə ola-ola, üstün tərəf ola-ola. Səbəbi yəqin ki, təcrübə çatışmazlığıdır. Maraqlısı da odu ki, “Braqa” da bizdən çəkinirdi və ona görə də birinci hissəni ehtiyalı oynadı, kəşfiyyat apardı, həmləsini fasilədən sonraya saxladı. Jorjenin gedişləri tezliklə effektini verdi və qırmızı vərəqədən sonra azlıqda da qalan meydan sahiblərini çaş-baş duruma sala bildi. Hər şey mənfi sonluğa doğru gedirdi. Amma Qurbanov da boş dayanmamışdı. Adam bir daha gördü ki, rəqib güclü olsa da, qorxunc deyil, məğlub edilə bilər, mübarizə aparmaq lazımdır. Effektiv olmayan Andradeni əvəzləyib, bu oyunu çox da yaxşı keçirməyən Veşoviçin önünə Mateusu saldı. Bu, həm ciddi problem yaşanan, ard-arda boşluqlar verən həmin cinahı bağlamaq, həm də əks-hücumlarda sürətli olaraq rəqibi yaxalamaq imkanı verdi. Silva işinin öhdəsindən gəldi. Keyta mərkəz hücumçusu mövqeyinə buraxılmışdı, amma onun qolçuluq bacarığı yox, sürət və gücü nəzərə alınmışdı. Hamidu xüsusi heç nə ilə yadda qalmadı, Mateus isə super idi. Marko Yankoviçi heç müzakirə etməyəcəm: turu məhz bu futbolçu hesabına keçdik desək, yanılmarıq. İnanılmaz bir qüvvə idi. İnanılmaz. Sadəcə, inanılmaz! Və Nəriman Axundzadə. Səfərdəki qolu vurmamaqla böyük tənqidlərə tuş gələn futbolçunu yenə eyni vaxtda meydana buraxmaq, onu döyüşə ataraq ikinci şansı vermək üçün adamda ürək və təbii ki, prinsipiallıq lazımdır. Bu addımı atmaq üçün gərək qorxmayasan. Bu addımı atmaq üçün addımında 100 yox, min yox, milyon faiz əmin olmalısan. Plana, strategiyaya, bunların düzgünlüyünə zərrə qədər şübhə etməməlisən. Qurban Qurbanov qorxmadı və məqamı gözlədi. Rəqibin başını qarışdırıb piyadanı son xanaya çatdırıb vəzirə çevirmək, bununla da qələbəni qazanmaq əsl şah, əsl qrossmeyster gedişi idi! Şah və mat! Rəqib təslim olur, əlimizi sıxır və uzaq vətəninə yollanır. Biz isə öz Vətənimizdə qalır, qələbəni bayram edir, AVROPA LİQASININ 1/8 FİNAL MƏRHƏLƏSİndə rəqibimizi gözləyirik! Dəhşətli hisslərdir...
2024-02-23
835,044
Həyatım boyu belə ləzzətli oyun izləməmişəm - Gözəl
Mən özüm həyatım boyu belə ləzzətli oyun izləməmişəm. Futbol tarixində bu cür - hər saniyəsi həyəcanlı olan çox az oyun olub. Bu gün bunu söyləmək istəyirəm ki, deyirlər, futbol taktikadır. Xeyr! İnsanı uğura aparan onun ruhudur. Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" cavab oyunundan (2:3, ilk oyun - 4:2) sonra jurnalistlərə açıqlamasında söyləyib. Klub rəhbəri Ağdam təmsilçisinin tarixi nəticəyə imza ataraq 1/8 finala adlamasını şərh edib: "Həyatın prinsipi odur ki, həmişə mübarizə aparasan. Biz 60 dəqiqə 10 nəfərlə mübarizə apardıq. "Qarabağ" yorula bilərdi. Deyə bilərdilər ki, bizə çətindir. Amma komanda son dəqiqəyə qədər mübarizə apardı. Bu, bütün xalq üçün ilhamdır. Hamımız bu axşam həyata bam-başqa ruhla davam edirik. Mən bu vətənə, bu xalqa aşiqəm. Həyat da elə gətirdi ki, Qurban Qurbanovun, futbolçularımızın, cənab Prezident İlham Əliyevin, azarkeşlərimizin dəstəyi ilə xalqımıza ən gözəl hədiyyəni bu axşam "Qarabağ" verdi. Bizim ruhumuz bizim uğurumuzun sirridir. Heç kim bizim qarşımızda dayana bilməz. Mən hiss edirdim ki, bu axşam tarixi bir axşam olacaq". O, Nəriman Axundzadənin 120+2-ci dəqiqədə "Qarabağ"ı 1/8 finala aparan qolu vurmasına da toxunub: "Nəriman mənim əzizimdir. Mənim yerlimin bu qolu vurması mənim üçün ikinci bir hədiyyədir. Onun gözlərindən öpürəm". Sonda Tahir Gözəl "Qarabağ"dan hansı mərhələyədək irəliləməyi gözləyirsiniz" sualına bu cür cavab verib: "Bu sualı yarımfinaldan sonra mənə verərsiniz".
2024-02-23
835,045
Xalatyan: Tramp İrəvanı Ərdoğana verəcək - Video
09:00 Rusiya Ukraynada xüsusi hərbi əməliyyatda qalib gəldikdən sonra Cənubi Qafqazda öz mövqeyini bərpa edəcək və Moskvanın burada indiki passivliyi müvəqqəti xarakter daşıyır. Axar.az xəbər verir ki, bunu Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan deyib. Ekspert hesab edir ki, Qərb və ABŞ Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün Ermənistan hakimiyyətini əlində alətə çevirib: “Ermənistan rəhbərliyi Rusiya ilə müttəfiqlik münasibətlərinə tam yenidən baxılması kursunu davam etdirir. Bu, əslində, mövcud gərginliyin əsas səbəbidir. Rusiya təhlükəsizlik sahəsində problemlərin olduğunu başa düşür və hesab edir ki, məhz Ermənistan rəhbərliyinin hərəkətləri İrəvana yardımın ya qeyri-mümkün, ya da çətinləşməsinə gətirib çıxarıb. Təbii ki, Ukrayna ətrafında baş verənlər Rusiyanın Cənubi Qafqaz regionundakı proseslərə təsir imkanlarını nəzərəçarpacaq dərəcədə məhdudlaşdırıb və bu, bir neçə dəfə müzakirə olunub. Amma problemin kökü Ermənistan hakimiyyətinə inamsızlıqdadır. Rusiya öz regional siyasətini Ermənistanın müttəfiq olmadığı paradiqmada qurmağa məcburdur”. Ekspert bildirib ki, Moskva getdikcə Ermənistanın öz yanlış hesablamaları ucbatından Türkiyə və Azərbaycana qarşı tək qalacağı, Qərbin isə gözləntilərin əksinə olaraq, imdadına çatmayacağı ssenarisini dilə gətirir: “Görünür, İrəvan öz milli maraqlarını deyil, başqa ölkələrin göstərişlərini rəhbər tutur. Yaxud səhvən belə hesab edirlər ki, antirusiya ritorikası nə qədər sərt olsa, Ermənistan Qərbdən bir o qədər çox yardım alacaq. Ermənistan rəhbərliyi unudur ki, Qərbin Azərbaycanla öz maraqları var. İndi Fransanın yeni strateji müttəfiq olduğunu, onun köməyinə gələcəyini, Ermənistana təcavüzə yol verməyəcəyini söyləmək dəb halını alıb. Soruşmaq istəyirəm, 2022-ci ilin oktyabrında Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Praqa Bəyannaməsi imzalananda Paşinyan, Mişel və Əliyevlə kim bir masa arxasında oturub? Makron oturmamışdı? Mən Fransa ilə münasibətlərin kəsilməsinin tərəfdarı deyiləm, lakin bu münasibətləri digər ölkələrlə, xüsusən də müttəfiqlərlə əlaqələrlə müqayisə etmək olmaz”. Onun fikrincə, ABŞ-dakı siyasi proseslər nəzərə alınarsa, Ermənistan rəhbərliyinin davranışı ikiqat qəribə və risklidir: “Respublikaçılar Partiyası hakimiyyətə gələrsə - və bu ehtimal çox yüksəkdir - Cənubi Qafqaz Vaşinqtonun xarici siyasətinin diqqət mərkəzində olmaqdan tamamilə çıxacaq və Türkiyənin Amerika administrasiyası üçün rolu xeyli artacaq. Respublikaçılar Ankaranın Yaxın Şərqdə Moskva və Tehrana qarşı çəkindirici kimi güclənməsində maraqlı olacaqlar. Təbii ki, Ərdoğan Qərb üçün problemli müttəfiqdir, amma hər halda müttəfiqdir. Rusiya Federasiyası getsə belə, onun yerini Qərbin tutacağı fakt deyil. İran Qərbin Cənubi Qafqazda güclənməsinə imkan verməyəcək”.
2024-02-23
835,046
Neft bahalaşdı
Dünya birjalarında neft cüzi bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,24 dollara, yüngül neftin bir barreli isə 78,17 dollara təklif olunur.
2024-02-23
835,052
Odessa atəşə tutuldu: ölənlər var
Rusiya Silahlı Qüvvələri raket və PUA-lar vasitəsilə Ukraynanın Odessa vilayətinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələri Teleqramda məlumat yayıb. Bildirilib ki, Rusiya hücumu “Şahid” PUA-ları ilə edib. Eyni zamanda, taktiki və strateji aviasiya təyyarələri Qara dənizdən X-31P və XX-22 tipli raketlər buraxıblar. Raketlər havada döyüş qabiliyyətini itirib. Hava hücumundan müdafiə bölmələri 9 kamikadze dronu vurub. Zərərsizləşdirilmiş PUA-lardan biri Odessanın sahil zonasında müəssisə binasının üzərinə düşüb. Bu da dağıntılara və yanğına səbəb olub. Yanğının söndürülməsi və dağıntıların ayırd edilməsi zamanı 3 nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatı başa çatıb.
2024-02-23
835,054
Bakıda dəm qazı daha bir can aldı
Bakıda 32 yaşlı kişi dəm qazından ölüb. Axar.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Rüstəm Əmircanov yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
2024-02-23
835,058
“Qarabağ” büdcəsini bu qədər zənginləşdirdi
Portuqaliyanın "Braqa" klubunu Avropa Liqasından kənarlaşdırmaq "Qarabağ"ın büdcəsini daha 1,2 milyon avro zənginləşdirib. Axar.az xəbər verir ki, Ağdam təmsilçisi 1/8 final mərhələsinə vəsiqə qazanmaqla ənənəvi olaraq bu məbləği hesabına köçürəcək. Azərbaycan çempionu bu turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək. Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda doğma azarkeşləri önündə Portuqaliya klubu “Braqa”ya 2:3 hesabla uduzsa da ümumi görüşün nəticəsinə görə 6:5 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb. Bu gün Bakı vaxtı ilə 15:00-da 1/8 final mərhələsinin püşkü atılacaq.
2024-02-23
835,060
Paşinyana Qarabağ haqda göndərilmiş “ölümcül sənəd”
Qarabağda ləğv edilmiş qondarma rejimin “başçısı” Samvel Şahramanyan 2023-cü ilin son iş günlərində Ermənistan Baş naziri Nikol Paşinyana separatçı rejimin buraxılması haqqında sənədin ləğvi barədə “qərar”ı göndərib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib. Nəşr yazır ki, Paşinyan üçün “ölümcül” olan bu “sənəd” onu və komanda yoldaşlarını məyus edib. “Onlar hesab edirdilər ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla Ermənistan Respublikasının 29,8 min kvadrat kilometr ərazisini xilas edəcəklər, lakin buna müvəffəq ola bilmədilər”, – məlumatda qeyd edilib. Qəzet Azərbaycanın 8 kənd məsələsində qərarlı olduğunu vurğulayıb.
2024-02-23
835,065
Xankəndidə daha 8 avtomat tapıldı
Fevralın 22-də Xankəndi şəhəri ərazisində silah-sursat aşkar edilib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 8 müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 43 patron darağı, 2297 müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
2024-02-23
835,066
Məktəbin həyətində yanğın törətdi, cəzalandırıldı - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən Axar.az-a verilən məlumata görə, fevralın 21-də paytaxtın Xətai rayonunda yerləşən 17 nömrəli tam orta məktəbin həyətində taxta tullantılarında yanğın baş verib və Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın 0,5 kvadratmetr sahəni əhatə edib, məktəbə, yaxud digər tikililərə ziyan dəyməyib. Belə halları daim diqqətdə saxlayan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınla bağlı araşdırma aparıb. Məlum olub ki, texniki işçi məktəbin rəhbərliyinin icazəsi olmadan təmizlik məqsədilə taxta qırıntılarını məktəbin həyətində bir yerə toplayaraq yandırıb və bununla da yanğın təhlükəsizliyi tələblərini pozub. Qeyd olunanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub, həmçinin aidiyyəti şəxslərlə yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi istiqamətində maarifləndirici söhbət aparılıb.
2024-02-23
835,068
Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
09:58 Fevralın 23-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti yağıntılı olub, dağlıq rayonlarda arabir qar yağıb. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 3 sm, Altıağac, Qubada 1 sm olub. Düşən yağıntının miqdarı Qubada 3 mm, Oğuz, Şəki, Gədəbəy, Balakən, Zaqatala, İsmayıllı, Altıağac, Qəbələ, Şabran, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Şirvan, Cəlilabad, Biləsuvar, Yardımlı, Astara, Şahbuz, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub. Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Yevlax, Yardımlı, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-də, Aran rayonlarında 3-5 dərəcə isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 25-dək, bölgələrdə isə 26-dək fasilələrlə davam edəcək. *** Fevralın 23-ü saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Şəki, Quba, Şamaxı, Qobustan, Qax, Qrızda qar, Naxçıvan, Şərur, Ordubad, Gəncə, Ağdam, Şabran, Sabirabad, Ağsu, Salyan, Lerik, Naftalan, Neftçalada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 9, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.
2024-02-23
835,073
Lekornunun səfəri təhlükədir: Bakıya savaş üçün əsas veririk
İlk dəfədir ki, Fransadan “Bastion” zirehli texnika gəlir və onların münaqişə zonasında olan Ermənistan üçün effekt verəcəyini düşünmürəm. Məsələn, onları Ukraynaya təklif etdilər, amma rədd edildi. Çünki onlar guya avtomatik silah atəşindən qoruyur, lakin ağır pulemyotdan istifadə edilərsə, o faydasız ola bilər. Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert Ayk Nahapetyan deyib. “Cəbhədə onların heç bir mənası yoxdur. Və istənilən ölkədən böyük miqdarda gecə görmə cihazlarını ala bilərsiniz, bu problem deyil. Hava hücumundan müdafiə sistemləri silah deyil, səmada pilotsuz uçan obyektləri aşkarlayır. Tutaq ki, onlar aşkar edilib, lakin onları məğlub edəcək avadanlıq yoxdursa, onda nə mənası var? Bu radarların İrəvana çatdırılmasının bir məqsədi var - Ermənistan Rusiya ilə hava hücumundan müdafiənin birgə idarə olunmasına dair müqavilə bağlayıb və onların vəzifəsi ümumi hava hücumundan müdafiə idarəetmə sisteminə daxil olmaqdır, çünki bu, Rusiya-Ukrayna cəbhəsinə daxil olmaq üçün Qərbə lazımdır. İrəvana gələn Fransa müdafiə nazirinin mesajı ilə bağlı demək istərdim ki, burada təhlükəli proseslər başlayır. Həmçinin Azərbaycan Prezidentinin İrəvan-Paris hərbi-texniki əməkdaşlığı ilə bağlı son dərəcə mənfi mövqeyini də nəzərə alaq. Fransa faktiki olaraq Ermənistana silah vermir, silah vermək imitasiyasını yaradır. Bu da Azərbaycan Prezidenti İlham Əliyevə Fransanın Ermənistanı Bakıya qarşı müharibəyə başlamaq üçün silahlandırmasını deməyə imkan verir. Üstəlik, bu, Azərbaycana hərbi əməliyyatlara başlamaq üçün tam legitim əsas verə bilər. Bu baxımdan Bakı qabaqlayıcı əks-hücuma keçə bilər. Fransanın da məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır. Çünki Ukrayna cəbhəsində onların hara getdiyi aydındır, gec-tez bu cəbhə NATO-nun məğlubiyyəti ilə bağlanacaq”, - o bildirib.
2024-02-23
835,076
HDQ “düşmən”in hava hədəflərini məhv etdi - Video
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, plana uyğun olaraq həyacan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş taşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər. İki mərhələdə keçirilən təlimdə üzən gəminin saxlanılması və baxışın keçirilməsi, neft-qaz boru kəməri rayonlarında patrullama fəaliyyətinin icrası, gəmi taktiki qruplarda lövbərdə sualtı diversiya əleyhinə müdafiənin təşkili və birgə üzmə fəaliyyətlərinin icra edərək təyin olunmuş rayona dəniz keçidi, düşmənin şərti suüstü və hava hədəflərinin məhv edilmsi üzrə tapşırıqlar icra edilib. Təlimin əsas məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərinin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Qeyd edək ki, taktiki təlimə HDQ-nin 26 vahid gəmisi və 450 nəfər şəxsi heyəti cəlb olunub.
2024-02-23
835,077
ABŞ Rusiyaya ən geniş sanksiyasını tətbiq etdi
ABŞ Ukrayna müharibəsində iştirak edən 500-dən çox Rusiya ilə bağlı fiziki şəxsə və quruma sanksiyalar tətbiq edəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, bu, Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı eyni vaxtda tətbiq edilən ən geniş sanksiyadır.
2024-02-23
835,078
İsrailin tənqidinə İrəvanın gecikmiş cavabı
Ermənistan XİN-i İsrailin Ermənistandakı səfiri Yoel Lyonun yanvarın 1-də nasist əməkdaşı Qaregin Njde haqqında səsləndirdiyi fikirləri indi şərh edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Milli və ya dini zəmində dözümsüzlükdən irəli gələn istənilən hərəkət, habelə bu mövzuda spekulyasiya – istər siyasi, istər təbliğat, istərsə də digər məqsədlər üçün qəbuledilməzdir. Eyni zamanda, Ermənistanda akkreditə olunmuş xarici diplomatlar qəbul edən ölkənin hökumətinə və xalqına aidiyyəti olmayan bu cür təxribatlara hörmətlə yanaşmalı və cavab verməməlidirlər”, - məlumatda deyilir. Qeyd edək ki, Njdenin ad günündə bir qrup insan onun abidəsi önündə nasist simvollarından istifadə edərək mitinq keçirib. Bundan sonra İsrailin Ermənistandakı səfiri Yoel Lyon X sosial şəbəkəsində bildirib ki, nasistlərlə əməkdaşlıq edən Njdenin tərənnümü qəbuledilməzdir və hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır.
2024-02-23
835,081
Rusiya Ukraynaya 31 PUA ilə hücum etdi
Rusiya ordusu Ukrayna ərazisinə 31 “Şahid” PUA-sı ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Odessa, Nikolayev, Poltava, Dnepropetrovsk və Xarkov vilayətlərində 23 “Şahid” PUA-sını məhv edib.
2024-02-23
835,084
Litvanın ruslara qarşı qərarı... – Moskvadan reaksiya
Rusiya Litva və AB-dən Kalininqrada həm sərnişin, həm də yük daşınması ilə bağlı siyasi və hüquqi öhdəliklərin yerinə yetirilməsinə çalışacaq. Axar.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib. “Bu qərar sadələşdirilmiş səyahət sənədi ilə Kalininqrada qatarla səyahət edən ruslara təsir etməyəcək, çünki bu halda minmə/düşmə yalnız son məntəqələrdə həyata keçirilir. Vilnüs tərəfindən rus və belaruslar üçün hər vasitə ilə əlavə çətinliklər yaratmaq cəhdləri var. Bu, keçmişdə də olub və litvalılar antirusiya impulslarında öz vətəndaşlarının maraqlarını düşünmürlər”, - o bildirib. Qeyd edək ki, 2022-ci ildə Litva AB sanksiyalarına görə Kalininqrad vilayətinə quru tranzitini məhdudlaşdırıb və məhdudiyyətə məruz qalan yüklərin dəmir yolu ilə daşınması üçün kvota tətbiq edib. Martın 1-dən isə Vilnus Belarusla sərhəddə yerləşən Lavorişkes və Rayqardas sərhəd-keçid məntəqələrini bağlamaq, həmçinin Kena və Kibartay dəmiryol stansiyalarında sərnişinlərin minib-düşməsini qadağan etmək qərarına gəlib.
2024-02-23
835,086
ABŞ İranı hədələdi: Sərt reaksiya olacaq!
ABŞ İrana Rusiyaya ballistik raketlər göndərməsi ilə bağlı xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb. Məlumata əsasən, ABŞ hökuməti bildirib ki, əgər bu məsələ təsdiqlənərsə, Tehran beynəlxalq ictimaiyyətin sürətli və sərt reaksiyası ilə üzləşəcək. Lakin hələlik Vaşinqton İranın Rusiyaya ballistik raketlər verdiyini təsdiq edə bilməyib. Qeyd edək ki, ötən gün yayılan məlumata görə, İran Rusiyaya içində “Fateh-110”un da olduğu 400-ə yaxın ballistik raket göndərib.
2024-02-23
835,088
Eyvazov polis mayoruna yüksək vəzifə verdi
Polis mayoru Pərviz Hüseynov Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Qeyd edək ki, P.Hüseynov bu təyinata qədər Mingəçevir Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.
2024-02-23
835,091
AB Ukrayna üçün 1.5 milyard dollar axtarır
Avropa ölkələri Ukraynaya döyüş sursatının çatdırılması ilə bağlı ehtiyat plan üçün 1,5 milyard dollar toplamaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb. Nəşrin məlumatına görə, Çexiya müdafiə xəttini gücləndirmək üçün Ukraynanı təcili olaraq artilleriya mərmiləri ilə təmin etmək təşəbbüsü ilə çıxış edib. “Kiyevə silah tədarükünün maliyyələşdirilməsinin əsas mexanizmi olan Avropa Sülh Fonduna 5 milyard avro əlavə edilməsi təklifi ilə bağlı AB paytaxtları arasında mübahisə getdiyi üçün Praqa milli hökumətlərin maliyyə töhfələrinə ehtiyac duyur. Artıq bəzi AB üzvləri öz töhfələrini veriblər”.
2024-02-23
835,094
Avropa Liqası: Lunyov və Romao liderdir
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəriciləri açıqlayıb. Axar.az UEFA-ya istinadən xəbər verir ki, "Qarabağ"ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır. Rusiyalı qolkiper 37 "seyv" edib. Kiprin "Aris" klubundan Vana Alves (30) ikinci, Polşanın "Rakuv" kollektivindən Vladan Kovaçeviç (27) üçüncü yeri tutub. "Köhlən atlar"ın braziliyalı yarımmüdafiəçisi Julio Romao isə Avropa Liqasında ikili mübarizələrdə ən çox qalib olan oyunçudur. O, 27 dəfə buna müvəffəq olub. Serbiyanın “Baçka Topola” klubundan Milan Radin (22) ikinci, "Aris"dən Culius Szoke (20) üçüncüdür. Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.
2024-02-23
835,095
730-cu gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 730-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 408 240 hərbçi, 6 526 ədəd tank, 12 410 ədəd zirehli döyüş maşını, 9 916 ədəd artilleriya sistemi, 999 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 682 hava hücumundan müdafiə sistemi, 339 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 960 ədəd avtomobil texnikası, 7 628 ədəd PUA, 1 903 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 575 xüsusi avadanlıq itirib.
2024-02-23
835,096
Bakı ərazi bütövlüyümüzü tanımır, hücum edə bilər
Azərbaycanın Ermənistana hücumu ehtimalı yüksəkdir. Axar.az xəbər verir ki, bunu ermənistan Baş naziri Nikol Paşinyan Parisdə “Frans 24” telekanalına müsahibəsində deyib. “Bizim vəzifəmiz beynəlxalq platformalarda əldə olunan razılaşmalar çərçivəsində bəyan edilən üç prinsipi sülh sazişində ifadə etməkdir. Bu problemləri və rəsmi Bakıdan gələn bəyanatları təhlil edərək belə qənaətə gəlirik ki, bəli, Ermənistana hücum ehtimalı çox böyükdür”, - Paşinyan bildirib. Erməni baş nazir qeyd edib ki, Bakının Qərbi Azərbaycanla bağlı rəsmi açıqlamaları Ermənistan ərazisinin böyük hissəsinin azərbaycanlı olması deməkdir: “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını praktiki olaraq tanımır, baxmayaraq ki, diplomatik səviyyədə Azərbaycan əmin edir ki, onun hücum etmək niyyəti yoxdur”.
2024-02-23
835,097
Bakının bu rayonunda su olmayacaq
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Qurum bununla əlaqədar abonentlərdən üzr istəyib.
2024-02-23
835,099
İcma Paşinyandan bunları tələb etdi!
Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, Paşinyan Qərbi Azərbaycan ifadəsinin Ermənistanın ərazi bütövlüyünə qarşı olduğunu iddia edərək, Azərbaycanı Ermənistana hücum etməyə hazırlaşmaqda ittiham etməyə çalışıb: "İlk öncə vurğulayaq ki, Qərbi Azərbaycan ifadəsi tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır. Dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bəyan edən Qərbi Azərbaycan İcmasının fəaliyyətinə irad tutmağa çalışan Paşinyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən separatçı ünsürlərin Ermənistan ərazisində fəaliyyətinə şərait yaratmasına, öz ölkəsinin qanunvericiliyində Azərbaycan ərazilərinin ilhaqı barədə müddəaları saxlanması məsələsinə aydınlıq gətirməlidir". "Açıq-aşkar görünür ki, Ermənistanın Baş naziri Fransanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub. Fransanın Ermənistana böyük miqdarda silahlar satması, o cümlədən Fransanın müdafiə naziri və bu ölkənin hərbi-sənaye şirkətlərinin rəhbərlərinin Ermənistana hazırkı səfəri bunları söyləməyə əsas verir ki, Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir. Biz N. Paşinyandan öz ölkəsini Fransanın oyunlarına alət etməməyi, kütləvi silahlanma siyasətinə son verməyi, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycan ilə sülhə getməyi tələb edirik"-, nəzərə çatdırılıb.
2024-02-23
835,100
Papikyan Lekornunu təntənə ilə qəbul etdi - Foto
Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvana rəsmi səfərə gələn fransalı həmkarı Sebastyan Lekornunu qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Lekornunun təntənəli qarşılanma mərasimi Eermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində fəxri qarovul və hərbi orkestrin iştirakı ilə baş tutub.
2024-02-23
835,101
Milli Məclisin iclası başladı
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Axar.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında 2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi 3. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 4. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 6. “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 7. “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 8. “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi 9. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 10. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 11. “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
2024-02-23
835,106
Əmrullayev bu xanımı BŞTİ-yə müdir təyin etdi - Foto
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yeni müdir təyin olunub. Axar.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə bu vəzifə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynovaya həvalə olunub. Nərminə Hüseynovanı kollektivə elm və təhsil nazirinin müavini Həsən Həsənli təqdim edib. Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi, tədris keyfiyyətinin artırılması və müəllimlərin sertifikatlaşdırma imtahanlarına hazırlığı məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Çıxış edən Nərminə Hüseynova öz növbəsində ona göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.
2024-02-23
835,109
İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu ünvanlayıb. Axar.az təbrikin mətnini təqdim edir: "Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
2024-02-23
835,111
KTMT-dən Paşinyanın bəyanatına reaksiya
İrəvandan KTMT katibliyinə üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama verilməyib. Axar.az xəbər verir ki, bu barədə KTMT məlumat yayıb. “Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı dediklərinə gəlincə, görünür, söhbət qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir”, - məlumatda deyilir. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans 24”ə müsahibəsində Rusiyanın rəhbərlik etdiyi KTMT-də İrəvanın iştirakını dondurduğunu bildirmişdi.
2024-02-23
835,113
Makron liderləri “Putinə siqnal üçün” toplayır
Fransa Prezidenti Emmanuel Makron Parisdə bir sıra ölkələrin liderləri ilə Ukraynaya yardımla bağlı görüş keçirəcək. Axar.az xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib. Fevralın 26-da keçiriləcək görüşdə hansı dövlətlərin iştirak edəcəkləri ilə bağlı məlumat verilməyib. Adlarının çəkilməsini istəməyən bir neçə fransız məmur isə “Röyters”ə bildirib ki, Makron ABŞ-ın davamlı dəstəyi ilə bağlı narahatlıqlara baxmayaraq, Moskvaya Avropanın Ukraynadan yorulmadığına dair siqnal göndərməkdə qərarlıdır. “Assoşeyted Press” isə yazıb ki, Polşa Prezidenti Andjey Duda görüşdə iştirak edəcəyinə söz verib.
2024-02-23
835,115
Bakıda məşhur ayaqqabı mağazası yandı - Video
Bakı şəhəri Koroğlu Rəhimov küçəsində yerləşən "Lutvelizade" ayaqqabı mağazasında yanğın olub. Axar.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.
2024-02-23
835,117
Prezident xəbərdarlıq etdi: Yerindən duran... – Deputat
Prezidentin andiçmə mərasimindəki çıxışında əsas məsəllərdən biri bu oldu ki, sülh prosesi ilə bağlı yerindən duran vasitəçilik təklifi irəli sürür. Dövlət başçısı bildirdi ki, gedin, işinizlə məşğul olun, öz problemlərinizi həll edin. Bu özünü Münhen Təhlükəsizlik Konfransında da göstərdi. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib. O bildirib ki, Almaniya kansleri vasitəçi rolunda deyil, sadəcə təşəbbüskar kimi hərəkət etdi: “Bu, görünür ki, bəzi ölkələrdə siyasi dairələri narahat edib. Paşinyanin Fransaya səfəri və Fransa Prezidenti Makronun açıqlamaları bunu sübut edir. Fransanın müdafiə naziri tarixdə ilk dəfədir ki, Ermənistana gəlir. Fransa yenidən regionda vəziyyəti gərginləşdirməyə çalışır”.
2024-02-23
835,120
Ukrayna uduza bilər, AB Çinə qarşı qəti qərar verdi
Avropa Birliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Brüssel Rusiya ilə bu və ya digər formada əməkdaşlıq edən şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq etməyi qərarlaşdırıb. Bu sırada ilk dəfə Çinin hüquqi və fiziki şəxslər var. Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib. Qeyd edilib ki, AB son ana qədər Rusiya ilə əməkdaşlığa görə Çini cəzalandırmaqdan çəkinirdi. Ancaq Brüssel siyasətini dəyişdirib: “Brüsseldə hesab edirlər ki, Rusiya və Kremlin strateji tərəfdaşları əleyinə qəti addımlar atılmasa, Ukrayna məğlub ola bilər. Brüssel Rusiya-Çin əməkdaşlığını hədəf alıb. Sanksiya siyahısında Çinin 7 şirkəti var. Bu say gələcəkdə arta da bilər. Bu şirkətlər Rusiya ilə sıx əməkdaşlıq edirlər. AB məmurlarından biri “Quardian” qəzetinə verdiyi açıqlamada Kremlin AB-nin iqtisadi və ticarət sanksiyalarından qurtulması üçün boşluqlardan istifadə etməyə çalışdığını deyib. Brüssel Rusiyaya sanksiyalardan yan keçməyə imkan verən bütün boşluqların qarşısını almağa qərar verib. Boşluqlardan biri də Rusiyanın müxtəlif ölkələrin şirkətləri vasitəsilə Avropa ölkələri ilə ticarət mübadiləsi aparmasıdır. Rusiyanın keyfiyyətli məhsullara və texnologiyalara ehtiyacı var”. Təhlildə vurğulanıb ki, ABŞ və Böyük Britaniya Brüsselin qərarını dəstəkləyib: “AB Pekini Rusiya ilə əməkdaşlıqla bağlı bir neçə dəfə xəbərdar edib. Misal üçün ötən ilin dekabrında Çin lideri Si Szinpinlə görüşən AB Şurası rəhbəri Şarl Mişel bir qrup Çin şirkətinin Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini bildirmişdi. Görünür, Mişel ümid edirdi ki, Pekin bu xəbərdarlığı nəzərə alaraq Çin şirkətlərini Rusiya ilə müəmmalı əməkdaşlıqdan çəkindirəcək. Bu baş vermədiyinə görə, Brüssel qəti addımlar atmaqa məcbur qalıb. Pekin Brüsselin qərarını sərt tənqid edib. Pekin AB-nin Çin şirkətlərinə qarşı sanksiyalarını beynəlxalq hüquqa zidd adlandırıb. Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, şirkətlərinin maraqlarını qoruyacağını açıqlayıb. Buna baxmayaraq, Çinin eyni ilə Avropa şirkətlərinə qarşı adekvat addlmlar atacağı barədə qərarı yoxdur. Pekin üçün Brüssellə münasibətləri gərginləşdirmək zərərlidir. 2022-i ildə Çinlə AB arasında ticarət mübadiləsinin həcmi 1.6 trilyon dollar təşkil edib. Bu, Çinin Rusiya ilə ticarət mübadiləsindən 8 dəfə çoxdur”.
2024-02-23
835,123
AB-nin İrəvandakı missiyası bu ölkələrə qarşıdır - Xramçixin
KTMT missiyasının Ermənistana gəlməməsini təmin etmək məqsədilə dərhal AB missiyası yerləşdirildi. Çünki həmin mərhələdə KTMT belə bir təklif irəli sürdü, lakin İrəvan tərəfindən rədd edildi. AB-nin vəzifəsi isə regiona nüfuz etmək, burada var olmaq və Rusiyanın mövcudluğunu aradan qaldırmaq üçün zəmin yaratmaq idi. Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik Aleksandr Xramçixin deyib. “İnsidentlərə gəlincə, bu il sərhədyanı qığılcımlar olub, əvvəllər də oxşar hadisələr baş verib. Bu, saxlamaq mexanizmi deyil. Saxlamaq siyasət və diplomatiya ilə həyata keçirilə bilər və missiyanın yerləşdirilməsi həm Rusiyanın, həm də qonşu İranın ambisiyalarını cilovlamaq üçün vacib olan geosiyasi mövcudluq məsələsini, AB-nin Cənubi Qafqazda mövcudluğunun təmin edilməsini həll edir. Hər şeyi öz adı ilə deməliyik, bu, AB üçün regionda siyasi məsələni həll edir. Bunun Ermənistan üçün hansı problemi həll etməsinə gəlincə, şərh verə bilmərəm. Tez-tez neqativ sərhəd hadisələri haqqında eşidirik, AB müşahidəçilərinin iştirakı ilə və onların təbiətinin dəyişdiyi görünür, daha kiçik və qısamüddətli kəskinləşmələrin şahidi oluruq. Cənubi Qafqaz üçün pis xəbər odur ki, region və bu münaqişə geosiyasi məsələlərin həlli platformasına çevrilib. Bu mürəkkəb və təhlükəli münaqişəyə kölgə salan geosiyasi məsələ gündəmə gəlib. Təbii ki, bu vəziyyət sabitliyə kömək etmir”, - o bildirib.
2024-02-23
835,124
Fikrət Məmmədov yeni vəzifəyə təyin edildi
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Axar.az xəbər verir ki, parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Fikrət oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb. Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.
2024-02-23
835,125
Fransa Münhendə görüşdə iştiraka çalışıb
Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən sonra ən ciddi hadisə Münhen Təhlükəsizlik Konfransı və orada keçirdiyi görüşlər oldu. Prezident orada yüksək hörmətlə qarşılandı. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, Fransa görüşdə iştirak etmək üçün israr etsə də, Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində prosesdən kənarda qaldı: “Kənarda qalan Fransa yenə də qərəzli mövqe tutmağa və regionu qarışdırmaq istiqamətində səy göstərir. Fransa Prezidenti Makronun Paşinyanı qəbul etdiyi zaman Azərbaycanın əleyhinə bir sıra fikirlər səsləndirməsi buna sübutdur”.
2024-02-23
835,127
Lekornu İrəvanda: Raket də verəcəyik!
“Bastion” zirehli maşınlarının daha bir partiyası olacaq. Mən hansı texnikanın gəldiyi barədə çox təfərrüata girməyəcəyəm, lakin onların hamısı müdafiə avadanlığıdır, çünki bu regionda həm əhalinin, həm də sərhədlərin qorunması prioritet məsələdir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib. “Fransa lazım gəlsə, Ermənistana raket də verəcək. Heç kəs öz ordusunun imkanlarını daha da inkişaf etdirdiyinə görə tənqid oluna bilməz. Ermənistana lazım olarsa, yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə raketləri də müdafiə qabiliyyətinin inkişafının tərkib hissəsi olacaq”.
2024-02-23
835,129
Fikrət Məmmədov parlamentdə and içdi
Bu vəzifəyə mənim namizədliyimi irəli sürdüyü üçün Prezidentə təşəkkür edirəm. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülən Fikrət Məmmədov deyib. Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı üçün and içib: “Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycan bütün ərazilərimizdə Konstitusiyamızın hüquqi qüvvəsi bərpa olunub. Hazırda ərazilərimiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə sürətlə bərpa olunur, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı sevincini yaşayırıq. Belə dövrdə Konstitusiyanın aliliyinə xidmət etmək sevinci mənə nəsib oldu”.
2024-02-23
835,131
Fikrət müəllimin 70 yaşına 1 il 4 ay var, amma... - Deputat
Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə ona verilmiş səlahiyyətlərindən istifadə edərək, Fikrət Məmmədovun namizədliyini müzakirəyə təqdim edib. Mən sadəcə olaraq bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, "Konstitusiya Məhkəməsi haqqında" qanununun 14.3-cü maddəsinə görə, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olması ilə bağlı yaş həddi 70-dir. Fikrət müəllimin hələ 1 il 4 ay vaxtı var. Yəni bu məsələdə hələ heç bir problem yoxdur. Sadəcə olaraq diqqəti ona yönəltmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin digər üzvləri var ki, onların 70 yaşı tamam olub. Axar.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələnin müzakirəsi zamanı deyib. “Hörmətli həmkarlar, biz təkcə Konstitusiya Məhkəməsində yox, digər dövlət orqanlarında da qanunla müəyyən olunmuş yaş həddini aşan insanların vəzifədə qalmasını görürük. Hesab edirəm, Azərbaycanda kifayət qədər hazırlıqlı, karyera yüksəlişi gözləyən vicdanlı hüquqşünaslar var. Onlar o vəzifələrə təyin oluna bilərlər. Əgər reallıqda bunu etmək mümkün deyilsə, onda qanunları dəyişmək lazımdır. O cümlədən "Konstitusiya Məhkəməsi haqqında" qanununu dəyişib, 70 yaş məsələsini çıxarmaq lazımdır. Yaxud hakimlərlə, digər dövlət orqanlarında vəzifəli şəxslərlə bağlı yaş məhdudiyyətini aradan qaldırmaq gərəkdir. Ona görə ki, dövlət hakimiyyəti orqanları qanunlara əməl etməyəndə, bu, vətəndaşlar üçün pis nümunə olur. Təklif edirəm ki, tezliklə biz müvafiq icra hakimiyyəti orqanı ilə müzakirələr aparaq və qanunları mövcud reallıqlara uyğunlaşdıraq”.
2024-02-23
835,132
Siyəzəndə məktəbin mühafizəçisinin meyiti tapıldı
Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb. Axar.az xəbər verir ki, hadisə Siyəzən Peşə Məktəbində baş verib. Belə ki, məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Alim Mütəllim oğlu Qafarovun meyiti iş yerində aşkarlanıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
2024-02-23
835,138
Sabahın hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlara qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti olacaq.
2024-02-23
835,141
Makronun İrəvana yeni vədləri: fəlakət olacaq - Qayiç
Fransa İrəvana öz məqsədlərinə çatmaq üçün bir vasitə kimi baxır. Və Rusiya Ermənistanda təsirini itirdiyindən Paris onun yerini tutmağa çalışır. Ermənistanın Baş naziri Paşinyanın siyasəti bütövlükdə ermənilər üçün tamamilə fəlakətli idi və belə də qalır. Axar.az xəbər verir ki, bunu Avropa Araşdırmaları İnstitutunun tədqiqatçısı Stevan Qayiç Fransa Prezidenti Emmanuel Makronun İrəvana verdiyi yeni vədləri şərh edərkən deyib. “Fransa verdiyi vədlərin bir hissəsini yerinə yetirəcək, Ermənistan isə müəyyən texnika alacaq, lakin bu, taktiki texnika olacaq. Strateji baxımdan KTMT-dən çıxmaq Ermənistan üçün fəlakətdir. Nəzərə alsaq ki, Azərbaycan vəziyyətdən kifayət qədər bacarıqla istifadə edir, Ermənistan indi çox çətin vəziyyətdədir. Bir tərəfdən Rusiya özü 2000-ci illərdəki vəziyyəti əldən verdi, amma Paşinyanın gəlişi ilə hər şey daha da pisləşdi və görürük ki, bir-birinin ardınca fəlakətli qərarlar verilir. Fransada kiminsə Şarl Aznavuru xatırlayacağına və ya erməni diasporunun nəsə edəcəyinə ümid etmək lazım deyil. ABŞ-da da böyük erməni diasporu var, amma faktiki olaraq ABŞ Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib. Vəziyyət çox ağır və çox acınacaqlıdır, çünki Ermənistan regionda tək qalıb. Onun potensial İrandan başqa heç bir müttəfiqi yoxdur. Fransızlara güvənmək fəlakətdir, çünki onların çoxlu problemləri var və indi sadəcə Rusiyaya zərər vermək istəyirlər”, - o bildirib.
2024-02-23
835,144
Hərbi toplanışların keçirilməsi qaydası dəyişir
Hərbi toplanışların keçirilməsi qaydası dəyişir. Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Bütün qoşun növlərində çağırışla bağlı sayın bir-birini tamamlaması üçün qanuna dəyişiklik təklif edilir. Say bərabərliyinin bir-birinə uyğun gəlməsi üçün 3 qurum (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qoşun növləri) toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını Ali Baş Komandanın razılığı ilə müəyyən edəcək. Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
2024-02-23
835,148
Bakıya qarşı “Münhen qisası”: Lekornu İrəvanda vəd verdi
Fransa müdafiə nazirləri içərisində ilk dəfə Sebastyan Lekornu İrəvana səfər etdi. Ötən gün başlayan və iki gün davam edəcək bu səfər “tarixi səfər” adlandırılır. Lekornunun əvvəlcədən elan etmədən, qəfildən İrəvana gəlməsi və özü ilə müdafiə sənayesi şirkətlərinin rəhbərlərini də gətirməsinin məntiqi nədir? Hazırda Paşinyan Parisdədir, İkinci Dünya müharibəsi zamanı ”nasizmə qarşı” fəaliyyət göstərən Misak Manuşyan adlı erməni əsilli şəxsin “yenidənbasdırılması əməliyyatında” iştirak edir: Manuşyan kommunist olub, hətta Fransa demokratiyası ilə toqquşub, həbs də olunub: 1944-cü ildə almanların güllələdiyi Manuşyanın bu qədər şişirdilməsi yalnız siyasi məqsədlidir. Əgər doğrudan da Fransa öz tarixinə sayğı göstərsə və Fransanın azadlığı üçün mücadilə aparan əcnəbiləri qiymətləndirmə yolunu tutsaydı, Əhmədiyyə Cəbrayılova – Armed Mişel abidə qoyar və onun xatirəsini əziz tutardı. Çünki Şarl de Qollun ən yaxın silahdaşı Armed Mişelin Fransa üçün nələr etdiyini bu ölkənin azadlıq müharibəsinə rəhbərlik edən şəxs tarixləşdirib, həmçinin Əhmədiyyə Cəbrayılov Fransa Qəhrəmanıdır... Makronun Manuşyan üzərindən siyasi oyunları zamanı Paşinyanın Fransa mediasına açıqlaması da, Ermənistan baş nazirinin Parisdə olduğu vaxt Lekornunun tələm-tələsik İrəvana gəlməsi də Emmanuel Makronun Azərbaycana qarşı necə aqressivləşdiyinin növbəti sübutudur: Paşinyan Fransa mediasına “İrəvanın KTMT-də fəaliyyətini dondurduğu”nu bildirir, “Azərbaycanın hücuma keçməsi ehtimalını yüksək qiymətləndirir”, Makron sosial şəbəkə hesabında Fransanın Ermənistana misilsiz dəstəyini bir də ermənicə ifadə edir, elə həmin anlarda böyük heyətlə İrəvana gələn Lekornu burda açıqlama verərək, Ermənistana hava hücumundan müdafiə silahları ilə yanaşı, yaxın, orta və uzaq mənzilli raketlər verilə biləcəyinin anonsunu verir. Olduqca maraqlı situasiyadır: Əgər Fransa doğrudan da hava hücumundan müdafiə silahları, müxtəlif çaplı raketlər vermək iqtidarındadırsa, aylardır mərmi-raket üçün yalvaran Ukraynaya niyə göndərmir bu silahları? Axı Azərbaycanın Ermənistana qarşı hər hansı təcavüzü yoxdur, ola bilməz, aradakı müzakirələr yalnız sərhədin müəyyənləşməsi və Ermənistanın işğalda saxladığı 8 kəndi geri qaytarması, 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməsidir. Ukrayna isə hava hücumuna məruz qalır, Rusiya bu ölkənin hava məkanında tam söz sahibidir: Rusiya Ukrayna şəhərlərini bir-bir işğal edir. Hazırda Ukraynanın yaxın, orta, uzaq mənzilli raketlərə əşhədü-ehtiyacı var. Bir neçə gündən sonra Avropanın bir neçə liderini toplayıb, Rusiyaya “güclü siqnal” verməyə hazırlaşan Makron elə bu raket, hava-müdafiə silahları ilə Ukraynaya real dəstək verə bilməzmi? Əlbəttə ki, fərqli oyun gedir: regiona soxulmağa çalışan Fransa burada Ermənistana təhdid yox, Ermənistanın özünü təhdid halına gətirməyə, Azərbaycanı hədələməyə çalışır. Lekornunun tələsik İrəvana gəlməsinin əsas səbəbini isə Münhendə axtarmaq lazım gəlir. Münhen Təhlükəsizlik Konfransında Əliyev-Paşinyan görüşünə Makronun “moderatorluq eşqi” rədd edildi; Makron faktiki olaraq kənarda qaldı, Şolts isə təşəbbüs göstərərək, ikitərəfli görüşə nail oldu. Başqa sözlə, Azərbaycan lideri Makronu nəinki “moderator”, hətta təşəbbüskar yerinə də almadı. Makron isə bunun sarsıntısını “çılğın-panik siyasi ataklar”la cavablandırır. Ermənistana tədarük edilən 3 ədəd GM-200 və yaxud 50 ədəd “Bastion”dan başqa Fransanın İrəvana real hərbi yardımı yoxdur. O hərbi tədarükləri də İlham Əliyev “metal yığını” kimi qiymətləndirmişdi. Əvəzində Azərbaycan Pakistandan ən müasir, F-16-ların analoqu sayılan JF-17, həm də son versiyasını alır – həcm də 1,6 milyard dollar. “Bastion”larmı dayanacaq bunların qarşısında? Yoxsa 3 ədəd GM-200? Azərbaycanın Türkiyədən ən müasir “Akıncı” PUA-ları da tədarük etdiyini İlham Əliyev bir neçə gün öncə bütün dünyaya göstərdi. Eyni zamanda digər ölkədən ən müasir PUA-lar gətirdiyi haqda informasiyanı isə elə erməni mediası yayıb. Fransa yalançı vədlərlə Ukraynanı Rusiyanın qucağına itələdiyi kimi, indi də sərhədlərindən minlərlə km uzaqlıqda olan Ermənistanı alovun içinə atdığının fərqindədirmi? Əlbəttə ki, fərqindədir, amma görünür, Ermənistan özü bu oyunu oynamaqda maraqlıdır. Ermənistanın isə Rusiyaya qarşı Fransa ilə qurduğu oyunda öz maraqları var və bu, qətiyyən Rusiyaya üzdə olan “sərt siyasi xəttə” uyğun gəlmir. Rusiya ilə razılaşdırılmış “sanksiyalardan yayınma” oyunu gedir: Ermənistan Rusiyaya qarşı sərt siyasi bəyanatlar verdikcə, bu ölkənin Rusiya ilə ticarət dövriyyəsi həndəsi silsilə ilə şişir... Əvəzində Fransa Ermənistanın xarici ticarət tərəfdaşları arasında heç ilk onluqda da qərar tutmayıb. Hər ölkə öz oyununu oynayır – ancaq unudulan bir məqam da var: Regionun sahibi Azərbaycandır. Azərbaycan isə oyun oynamır, iş görür – nəticəsi də olub, olur və mütləq olacaq.
2024-02-23
835,150
Ağdamda tikiləcək stadiona Qurbanovun adı verilsin
Dünən “Qarabağ” futbol klubunun qələbəsi bizi sevindirdi. Axar.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Deputat təklif edib ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin: “Ağdamda tikiləcək stadiona bizə bu sevinci yaşadan klubun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif edirəm. Dünya təcrübəsində də bu kimi hallar müşahidə etmişik. Məsələn, Şenol Güneş adına bu addım atılıb. Qurban Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addımı ata bilərik”.
2024-02-23
835,152
Fransanın təzədən basdırdığı Manuşyan kommunist idi
Fövqəldövlətlər və imperiyalar kiçik xalqların psixologiyasını öyrənib, onları necə çaşdırmaq lazım olduğunu anlayıb. Misak Manuşyanın yenidən dəfn edilməsi hekayəsi belə hadisələrdən biridir. Əsasən kiçik xalqları belə mövzularla aldatmağa, yoldan çıxarmağa çalışırlar. Axar.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib. “Bir çox erməni, hətta fransız Misak Manuşyanın tərcümeyi-halını bilmir. Onlar mövzudan bixəbərdilər. Hətta çoxları bilmir ki, Manuşyan kommunist olduğu üçün ilk dəfə Fransa hakimiyyəti tərəfindən həbs edilib. Fransa erməniləri aldatmaq üçün bir ermənini qəbiristanlıqdan çıxarıb yenidən dəfn etməyə hazırdır. Problem budur. Çünki psixologiyamızı öyrəniblər. Azərbaycanlıları belə aldada bilməzsən. Azərbaycanlılar real siyasət istəyirlər. Məsələn, görün Paris-Bakı münasibətləri nə qədər gərgindir, amma indiyədək heç nə Fransanın Azərbaycan iqtisadiyyatında iştirakına mane olmayıb. Erməni qərbpərəstlərinin fikrincə, bu günlərdə Qərb guya Bakını barmağı ilə hədələyir. Bu günlərdə Azərbaycanın energetika naziri ABŞ-da səfərdədir və orada müxtəlif enerji layihələri ilə bağlı çox dərin danışıqlar aparır. Ciddi ölkələr real nəticə əldə edir, kiçik ölkələr isə aldanır”, - o bildirib. Qeyd edək ki, faşizmə qarşı mübarizə apardığı bildirilən Misak Manuşyanın yenidən basdırılması mərasimində iştirak üçün Nikol Paşinyan və arvadı Fransaya gedib.
2024-02-23
835,153
“Nar” bu universitetlə əməkdaşlığa başladı
Azərbaycanda təhsilin inkişafına dəstək və yerli telekommunikasiya peşəkarlarının yetişdirilməsi məqsədilə, “Nar” və Azərbaycan Texnologiya Universiteti (ATU) arasında anlaşma memorandumu imzalandı. Anlaşma memorandumu Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universiteti (ATU) və mobil operator “Nar”ın birgə təlim, tədbir, konfrans və xüsusi görüşlər keçirməsini nəzərdə tutur. Memorandumun məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsidir. Bu əməkdaşlıq çərçivəsində “Nar”ın peşəkar texniki heyəti öz nəzəri və praktiki biliklərini universitetin tələbələri ilə bölüşəcək, eləcə də, tələbələr “Nar”ın ixtisaslarına uyğun departamentlərində təcrübə keçərək gələcək karyeraları üçün əvəzsiz üstünlük əldə edəcək. Yeni əməkdaşlıqla dair “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke əsas məqsədlərinin Azərbaycanda yerli rabitə peşəkarlarını yetişdirmək olduğunu bildirib: ““Nar” olaraq, üstün xidmətlərimizin məhz yerli mütəxəssislər tərəfindən təqdim olunmağı bizim üçün çox mühümdür. Bununla yanaşı, niyyətimiz azərbaycanlı mütəxəssisləri qlobal bazar üçün də tələb olunan peşəkarlar kimi yetişdirməkdir.” ATU rektoru Yaşar Ömərov “Nar”la əməkdaşlığın ilk növbədə tələbələr üçün faydalı olduğunu vurğulayıb: “Çox şadam ki, “Nar” bizimlə əməkdaşlığa başlayır. Əminəm ki, “Nar”ın peşəkar heyətinin zəngin təcrübəsi tələbələrimizin də bir mütəxəssis kimi yetişmələrində müstəsnə rolu olacaq. Çünki müasir dünya tələbələrdən təhsil aldığı dönəmdə təcrübi biliklərə də sahib olmalarını tələb edir.” Qeyd edək ki, KSM strategiyasının təhsilə dəstək istiqamətinə uyğun olaraq, “Nar” daha öncə Azərbaycan Texniki Universiteti (AzTU) və Naxçıvan Dövlət Universitet (NDU) ilə də birgə layihələr həyata keçirib. “Nar”ın dəstəyi ilə AzTU-da Azərbaycanda ilk və yeganə öz mobil şəbəkəsi olan “Nar” GSM laboratoriyası fəaliyyət göstərir. Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2024-02-23
835,156
Abşeron İH-in vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olundu
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. İstintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
2024-02-23
835,158
Cəriməni 200 manata qaldırmaq nə deməkdir?
İnzibati tənbehin məqsədləri ilə cəzanın tətbiqi anlayışları tamamilə fərqlidir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, inzibati tənbehdə məqsəd tərbiyələndirmədir, cəzanın məqsədi isə cinayət törətmiş şəxs üçün məhrumiyyətlərin yaradılmasıdır: “Minimum əmək haqqı 345 manat olan ölkədə cəriməni birdən-birə 40 manatdan 200 manata qaldırmaq haradan tənbeh olur?! Bunun harası tərbiyələndirməkdir?! Məhrumiyyət yaratma yalnız cinayət əməlinə görə olmalıdır. Cərimələrin birdən-birə bu qədər qaldırılması doğru deyil. Əgər şəxs əməlindən peşman olmursa, eyni əməli il ərzində təkrarlayırsa, onun üçün cinayət məsuliyyəti müəyyənləşdirək, əks halda cəriməni bu qədər qaldırmaq olmaz”.
2024-02-23
835,163
Yankoviç həftənin rəmzi komandasında - Foto
"Sofascore” nəşri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandasını açıqlayıb. Axar.az xəbər verir ki, "11-liy"ə "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də düşüb. Qeyd edək ki, monteneqrolu oyunçu Bakıda əlavə vaxtda Portuqaliyanın "Braqa" komandasına 2:3 hesabı ilə uduzduqları matçda 120 dəqiqə meydanda olub. Rəqibini səfərdə 4:2 hesabı ilə üstələyən "köhlən atlar" 1/8 finala yüksəlib.
2024-02-23
835,164
NATO-nu gətirənlərə mesaj: Biz Zəngəzur yolunu açacağıq!
Ölkəmizə qarşı son beynəlxalq hücumların ön cərgəsində yer alan Almaniya Bundestaqının üzvü Frank Şvab 16 fevral Münhen sammiti günlərində özünün X səhifəsində paylaşım edərək, 6 mart tarixində “Uçurumun kənarında” adlı film nümayiş etdirəcəklərini, Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarda apardığı siyasətə zərbə vuracaqlarını bildirib. Sitat: "Filmin məqsədi sarsıdıcı olmaq və dəyişiklik gətirməkdir”. Sual olunur, onlar hansı dəyişiklikdən danışırlar? Sirr deyil ki, söhbət Amerika, Fransa və Almaniya dövlətlərinin Qələbəmizdən sonra regiondan çıxarılan dayaqlarından, Cənubi Qafqaza iqtisadi və silahlı qayıdışından gedir. Ona görə də Prezident İlham Əliyev andiçmə mərasimində, məhz bu salonda yüksək tribunadan bəyan etdi ki, sarsılmaz daşları tərpətdiyimiz üçün bizdən əl çəkməyəcəklər, hücumlar artacaq. Lakin bizim cavab tədbirlərimiz daha təsirli olacaq! Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında deyib. "Halbuki Şvab parlamentarilərimizin mandatı ilə bağlı qərarı onunla əsaslandırırdı ki, Azərbaycan qərbli siyasətçiləri satın aldığı üçün onlar təmiz, maaşları ilə dolanan, hətta Martin Lüter Kinq kimi ölümü ilə yüksək siyasi ideallarından dönməyən sadiq avropalıları bizim əleyhimizə birləşdiriblər. Lakin son 30 ildə elə bir amerikalı və ya qərbli siyasətçi tanımırıq ki, sonda Bob Menendez və ya Eva Kaylin kimi korrupsiya qalmaqalı ilə ifşa olunmasınlar. BBC-yə müsahibəsində Şvab deyirdi ki, biz ərazi münaqişələri ilə məşğul olan təşkilat deyilik. Onda son iki ildə Ukraynada müharibə məsələsi niyə dəfələrlə müzakirələrə çıxarılıb, 8 qətnamə və qərar qəbul ediblər, Rusiyanı təcavükar adlandırıblar? Ölkəmizlə bağlı eyni addımları nə vaxt atıblar? Nikol Paşinyanın 19 fevralda Münhen sammiti proqramında Təşəkkür medalı ilə təltif etdiyi Avroparlamentin Təhlükəsizlik Komitəsinin sədri - Azərbaycana qarşı şəbəkənin əsas simalarından olan Natali Luazo bəyan etdi ki, onların əsas məqsədi bölgədə yerləşdirdikləri Avromissiyanın fəaliyyətidir. Bəli, strateji hədəf NATO-nun hərbi qüvvələrini regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır və 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir. Avropa Birliyinin Ermənistandakı səfiri Vasili Maraqosun 12 fevral tarixli müsahibəsində deyir - Zəngəzur Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək strateji yoldur. Biz həmin bölgənin təhülkəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq”, - deputat bildirib. Z.Oruc sual edib ki, ölkəmiz nə vaxt həmin əraziləri müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır?! "Artıq Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa Birliyinin missiyaları, biznes şirkətləri və digər çətirlər altında Zəngəzur mahalında yerləşiblər. Lakin unutmayaq ki, Avropa Birliyinin missiyalarının Bosniyada 20 il, Gürcüstanda 13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münqaişələri idarə etməklə ölkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi. Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar - o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar!"
2024-02-23
835,165
Dünya çox təhlükəli mərhələyə qədəm qoyub - Rəhman
Bəşəriyyət öz inkişafının tarixdə görünməmiş təhlükəli mərhələsinə qədəm qoyub. Dünyanın yenidən bölünməsi prosesləri güclənir, vəziyyət mürəkkəb xarakter alır. Axar.az xəbər verir ki, bunu Tacikistan Prezidenti İmaməli Rəhman deyib. “Son zamanlar dünyada vəziyyət getdikcə mürəkkəb xarakter alır, dünyanın yenidən bölünməsi prosesi, sürətli silahlanma, Soyuq müharibənin yeni mərhələsi, müasir təhdid və təhlükələr - terrorizm və ekstremizm, qanunsuz silah alveri, kibercinayətlər və transmilli mütəşəkkil cinayətin digər növləri güclənir. Yəni bəşəriyyət son vaxtlar tarixin xatırlamadığı çox həssas və təhlükəli bir mərhələyə qədəm qoyub”, - Rəhman bildirib.
2024-02-23
835,167
Xameneini tənqid edən təbrizli mollaya qarşı aksiya
Fevralın 17-də Qum şəhərində həbs edilən müxalif azərbaycanlı din xadimi Məhəmmədtağı Əkbərnejadın təcridcanaya köçürülmə videosu yayılıb. Axar.az xəbər verir ki, bu barədə sosial media kanallarında paylaşım edilib. Əkbərnejadın təcridxanaya aparıldığı zaman Əli Xameneinin tərəfdarları aksiya keçirib, təbrizli mollaya qarşı şüarlar səsləndiriblər. Onlar Məhəmmədtağı Əkbərnejadın molla paltarının soyundurulmasını istəyiblər. Qeyd edək ki, azərbaycanlı molla inqilabdan 45 il keçməsinə baxmayaraq, Əli Xamenei və komandasının fəaliyyətinin səmərəsiz olduğunu dedikdən sonra həbs edilib.
2024-02-23
835,168
İkimiz də onun pəncəsinə düşdük - Mişadan şok
2022-ci ilə qədər Putin Navalnı ilə məni özü üçün eyni dərəcədə təhlükəli hesab edirdi. İkimiz də onun pəncəsinə düşdük. Axar.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Ukrainskaya Pravda” nəşri üçün yazdığı məqaləsində bildirib. “Yaxın keçmişin əksər dövrlərində Aleksey Navalnıdan xoşum gəlmirdi. Mənim üçün onun 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu və Krımın ilhaqı ilə bağlı mövqeyi təhqiramiz idi. Amma insanlar dəyişə bilər. Navalnının mövqeyi də dəyişdi, xüsusən də zəhərləndikdən və Rusiyaya qəhrəmancasına qayıtdıqdan sonra. O, əvvəldən genişmiqyaslı işğalı pislədi və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütövlüyünə çağırdı. İşğaldan bir neçə gün sonra həbsxanada ağır metallarla zəhərlənəndən və ondan əvvəl mənim döyülməyim və təhqir olunmağım televiziyada göstərildikdən sonra Navalnı 2008-ci ildə söylədiyi fikirlərə görə gürcü xalqından açıq şəkildə üzr istədi, həmçinin mənə qarşı qeyri-insani rəftarı dayandırmağa çağırdı. Bilirəm ki, bir çox ukraynalı və gürcü onu hələ də bağışlamayıb. Amma mən hələ də inanıram ki, onun vəziyyətində mövqe dəyişikliyini ifadə etmək əlavə cəsarət tələb edir. Bir vaxtlar Putin məni postsovet məkanında (təbii ki, Vladimir Zelenski indi bu kateqoriyada inamla liderlik edir), Navalnını isə Rusiyanın daxilində özünün əsas düşməni hesab edirdi. Üstəlik, Putin Alekseyi soyadı ilə çağırmaqdan imtina edib və onu “Rusiyalı Saakaşvili” adlandırıb. 2017-ci ildə keçirilən böyük mətbuat konfransında Putin Navalnı ilə bağlı suala cavab olaraq demişdi: “Mən Saakaşvililərin Rusiyanın damlarında və meydanlarında qaçmasını istəmirəm”. Mənə gəlincə, o, artıq 2008-ci ildə Sarkoziyə qəti söz vermişdi ki, məni xayalarımdan asacaq. Daha sonra mətbuat konfranslarında təkrarladığı təhdid. Yəni dünyada Putinin öldürəcəyinə söz verdiyi və hələ də sağ olan yeganə insanam. Gürcüstan hökuməti, xüsusən də təhlükəsizlik qüvvələri tamamilə Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altındadır. Bu yaxınlarda Yevgeniya Kara-Murza (Rusiyalı müxalifətçi Vladimir Kara-Murzanın həyat yoldaşı – red.) ilə müsahibəni dinlədim və məlum oldu ki, ərinin zəhərləndikdən sonra keçirdiyi simptomlar mənim simptomlarıma 100% bənzəyir. Bu səbəbdən Ukrayna, Fransa, Polşa, Litva və Avropa Parlamenti mənim azadlığa buraxılmağımı tələb edir. Gürcü xalqının əksəriyyəti də bunu tələb edir, lakin bütün bunlar indiyə qədər Moskvaya tamamilə bağlı olan rus-gürcü oliqarx İvanişvilinin müqaviməti ilə qırılır. Mənim xilasım Ukrayna Silahlı Qüvvələrinin uğurundan asılıdır və mən şərin pəncəsinə düşmüş çoxlarından biriyəm”, - Saakaşvili qeyd edib.
2024-02-23
835,169
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər. Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
2024-02-23
835,172
Qurana and içmişdim ki, onun ölüm hökmünü çıxaracam
Hakimlik bəlkə də yeganə vəzifədir ki, qanunların aliliyi ilə bağlı qərarların qəbulu həm də onun vicdan və ədalətinə buraxılır. Axar.az Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib. Deputat özünün işlədiyi dövrlərdən danışıb: "Biz işləyən zaman qərar qəbul etmişdik ki, heç bir hakim məruzə etməyəcək. Hakim qanuna uyğun, ədalət və vicdanla məsələni həll etməlidir. Hətta o vaxt ölüm hökmü var idi. Demişəm ki, kim qanunu pozub rüşvət alacaqsa, and içirəm Qurana, ölüm hökmünü onun haqqında özüm çıxaracam".
2024-02-23
835,174
Ermənilər atəş açdı, Ordumuz cavab vermədi - Təcili
Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyi bildirir ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib. Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik.
2024-02-23
835,178
Əsədov Qurtulmuşla görüşdü
Baş nazir Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib. Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib. Dövlət başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsinin önəmi qeyd olunub, bunun iki ölkə rəhbərliyi arasında bir ənənəyə çevrilməsindən məmnunluq ifadə olunub. Eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin beynəlxalq təsisatlar çərçivəsində müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunub, xüsusilə Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq gücə çevrilməsi yolunda atılan birgə addımların əhəmiyyəti vurğulanıb. Tərəflər dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd ediblər, Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndiriblər. Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında quruma sədrliyin Türkiyədən Azərbaycana keçməsinin əhəmiyyətinə toxunan Ə.Əsədov Türkiyənin sədrliyi dövründə Assambleyanın beynəlxalq nüfuzunun daha da artdığını, qlobal sülh və inkişaf naminə parlamentlərarası əməkdaşlığın genişləndiyini bildirib.
2024-02-23
835,181
Təhlükə var, ritorikadan görünür - Papikyan
İnkar edə bilmərəm ki, təhlükə var və bu təhlükə indiki ritorikadan görünür. Bizim borcumuz ölkəmizin ərazi bütövlüyünü qorumaqdır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan müdafiə naziri Suren Papikyan fransalı həmkarı Lekornu ilə İrəvandakı görüşündə deyib. O bildirib ki, Ermənistan silah almağa davam edəcək: “Sülh sazişinin imzalanmasından sonra yaxın gələcəkdə bizim hansı təhlükəsizlik vəziyyətində olmağımızdan asılı olmayaraq, Ermənistan silah və sursat almağa davam edəcək. Ermənistan-Fransa əməkdaşlığı Ermənistanın xeyrinədir, heç kimə qarşı deyil. Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək hüququmuz var və bunu hamı bilməlidir. Fransalı tərəfdaşlarımız bu tərəfdaşlarla əməkdaşlığa hörmət edirlər, iranlı tərəfdaşlar bu əməkdaşlığa hörmətlə yanaşırlar və mən hesab edirəm ki, rusiyalı tərəfdaşlarımız da bunu etməlidir”.
2024-02-23
835,184
Makronla Nikolun Rusiyaya qarşı planı - Markov
Nikol Paşinyan və Emmanuel Makron faktiki olaraq Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və regionda Fransa hərbi bazaları yaratmaq planı hazırlayıblar. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Ermənistanın Baş naziri Paşinyan bildirib ki, İrəvan KTMT üzvlüyünü dondurur. Bu, Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına hazırlıqdır. Bu, Ermənistan rəhbərliyinin Rusiyaya xəyanətidir. Paşinyan və Makron, əslində, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Fransa hərbi bazalarını yerləşdirmək üçün plan hazırlayıblar. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas dostuna çevrilir”, - Markov bildirib.
2024-02-23
835,186
Türkiyə ordusu 4 PKK terrorçusunu məhv etdi
Türkiyə ordusu İraqın şimalında 4 PKK terrorçusunu məhv edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Pəncə-Kilid” əməliyyat bölgəsində zərərsizləşdirilib.
2024-02-23
835,187
Xalq artistinin vəsiyyəti: cənazəsi yandırılır, külü...
Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın xalq artisti Leyla Şərifovanın cənazəsinin yandırılması ilə bağlı məlumat yayılıb. Kult.az xəbər verir ki, ailənin yaxın dostu Əmirəli Qızıllı Moderator.az-a açıqlamasında Leyla Şərifovanın vəsiyyətinin yerinə yetiriləcəyini bildirib. “Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. Dünən nəvəsi Əmir ilə danışdım. Nəvəsi mənə dedi ki, nənəm vəsiyyət edib ki, məni yandırıb, külümü dənizə səpərsiniz. Nəvəsi dedi ki, onun vəsiyyətini yerinə yetirəcəyik. Azərbaycanda buna reaksiyaların necə olacağını isə artıq bilmirəm”, - o deyib. Qeyd edək ki, sənətkarın atası türkiyəli, anası isə azərbaycanlı olub. Leyla Şərifova Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.
2024-02-23
835,188
Xocalıda əlləri kəndirlə bağlanan skeletlər aşkarlandı
14:05 Xocalı rayonunda ən azı 4 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar edilib. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı rayon prokurorluğuna məlumat daxil olub məlumat daxil olub. Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
2024-02-23
835,192
Rəsmi Bakıdan Paşinyana cavab
Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “Frans 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir. Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, “Qərbi Azərbaycan İcması” üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır. Suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub. Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir. Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir. Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırırıq", - XİN-dən qeyd olunub.
2024-02-23
835,195
İran polisinin Məhsa Əmini cinayətindəki rolu təsdiq edildi
“Əli ədaləti” haker qrupunun ələ keçirdiyi sənədlər İranda “Məhsa etirazları” adlandırılan və 2022-ci ildə kütləvi iğtişaşlara səbəb olan Məhsa Əmini ölümünün İran əxlaq polisi ilə bağlı olduğunu təsdiq edib. Axar.az xəbər verir ki, bu barədə İran müxalif mediası məlumat yayıb. Məlumata əsasən, İran hakimiyyəti Məhsa Əmininin öldürülməsində əxlaq polisinin rolunu ört-basdır etmək və hökumət əleyhinə etirazların baş verməsinin qarşısını almaq üçün cidd-cəhdlər edib. Belə ki, onun ölümündən dərhal sonra təhlükəsizlik qüvvələri ailəsini və qohumlarını onun ölüm səbəbinin şəxsi sağlamlıq vəziyyəti ilə bağlı olduğunu və əxlaq polisinin bu cinayətdə heç bir rolu olmadığını təsdiqləməyə məcbur edib. Həmçinin hakimiyyətin medianı susdurmaq, sosial mediaya nəzarət etmək və etirazları daha da yayılmadan dəmir yumruqla yatırmaq üçün gördüyü müxtəlif tədbirlərin protokolları təqdim edilib. Qeyd edək ki, Məhsa Əmini qətlinə görə 2022-ci ilin sentyabrından İranda böyük iğtişaşlar başlamışdı.
2024-02-23
835,196
Ermənistan Almaniyanın səylərinə hörmətsizlik edib
Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən “Azərbaycan müharibəyə hazırlaşır” kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın “Frans 24” telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhdə bildirilib. "Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, - məlumatda deyilir.
2024-02-23
835,198
Tehrana Bakıdan təhdid yoxdur, İranın “dərdi” başqadır
İranın təhlükəsizliyinə Ermənistan ərazisindən təhdid, Fransa və ABŞ-ın İrəvanda mövcudluğunun güclənməsi, habelə onun NATO ilə əlaqələrinin inkişafı ilə bağlıdır, Azərbaycanın tarixi torpaqlarının qaytarılması ilə yox. Bu sözləri Axar.az -a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib. “Sirr deyil ki, Qərb Ermənistanı (İraqla birlikdə) İrana qarşı hərbi təcavüzə başlamaq üçün tramplinlərdən biri kimi görür. Tehranın İranın təhlükəsizliyinə Azərbaycandan və Türkiyədən real təhlükə olmadığını başa düşdüyünü güman etmək məntiqlidir. Aydındır ki, onlar öz böyük ambisiyalarına malik olduqları üçün Bakı və Ankaranın regionda artan təsirini müsbət qarşılamırlar. Üstəlik, Ermənistanı daim öz təsiri altında saxlayan İran İrəvanın Bakı və Ankaranın təsir dairəsinə düşməsini istəmir. Zəngəzur dəhlizi və bu dəhlizlə bağlı hər şey mühüm nəqliyyat, iqtisadi layihə kimi yox, strateji əhəmiyyətli siyasi məsələ kimi qiymətləndirilməlidir. Birincisi, onun yaranması Azərbaycan və Türkiyə tandemini gücləndirir. Həm də iki tərəfdaş dövlət arasında nəinki qısa quru əlaqəni təmin edir - iqtisadi baxımdan bu, hətta Ermənistanın cənub hissəsi üçün də faydalıdır. İkincisi, Naxçıvan MR ilə quru nəqliyyat əlaqələri baxımından Azərbaycanın İrandan asılılığını aradan qaldırır, Bakı artıq irimiqyaslı tikinti və yol işləri aparır. İndi Tehranla mövcud mübahisəli məsələləri nəzərə alaraq, Bakı İran ərazisindən keçən dəhlizin zərurətini nəzərə almağa, bəzən hətta sərt mövqenin uyğun olduğu yerlərdə də daha böyük diplomatiya nümayiş etdirməyə məcburdur. Üçüncüsü, Zəngəzur layihəsi onun təhlükəsizliyinin Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən təmin edilməsini nəzərdə tutur. Bu, həm İran-Ermənistan ticarət dövriyyəsinin mövcud modellərinə ciddi düzəlişlər edir (bunların çoxlu sayda qanunsuz fəaliyyəti var), həm də Rusiya təhlükəsizlik qüvvələrinin mövcudluğunu açıq şəkildə genişləndirir və ümumiyyətlə, Rusiyanın Ermənistanda təsirini nəzərəçarpacaq dərəcədə gücləndirir. Bu, indiki İran rəhbərliyinin maraqlarına ziddir. Baxmayaraq ki, ölkələrimiz arasında müşahidə olunan geniş tərəfdaşlıq var, lakin bu, situasiya xarakteri daşıyır”, - o bildirib.