date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-23 | 835,202 | Saziş hazırlanır: İran İrəvana ordu göndərəcək - SEPAH kanalı | İran və Ermənistan arasında hərtərəfli müdafiə və təhlükəsizlik paktı imzalanacaq. Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın rus dilində fəaliyyət göstərən Teleqram kanalı məlumat yayıb. “Cənubi Qafqazda mövcud geosiyasi böhranın aradan qaldırılması və ümumi təhdidlərin neytrallaşdırılması üçün Ermənistan və İran arasında birgə müdafiə və təhlükəsizlik haqqında sazişin imzalanması gündəlikdədir. Bu razılaşma İrana Ermənistanda öz hərbi mövcudluğunu təmin etməyə imkan verir”, - məlumatda deyilir. Qeyd edək ki, İranın Ermənistanla yüksək səviyyəli hərbi müttəfiqlik sazişi imzalamaq üçün uzun müddətdir cəhd etdiyi haqda məlumat yayılırdı. |
2024-02-23 | 835,204 | Daha bir “Əhməd”: dəlilik kağızı ilə nələr edir? – Video | Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Abbasov qohumu Səbuhi Abbasova qarşı qaldırdığı məhkəmə iddiasının təmin edilməməsi ilə bağlı saytımıza müraciət ünvanlayıb. Məsələ ilə bağlı Axar.az-a danışan Nazim Ziyadxan oğlu Abbasov bildirib ki, Səbuhi Tərlan oğlu Abbasovun ona olan borcunu qaytarması tələbi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edib. “Məhkəmə 24 oktyabr 2013-cü il tarixdə iddianı təmin edib və cavabdeh Səbuhi Abbasovdan 23.335 (iyirmi üç min üç yüz otuz beş) manat pulun alınaraq mənə ödənilməsinə dair qətnamə qəbul edib. Lakin cavabdehlər borcu ödəməmək üçün müxtəlif yollara əl atıblar. Belə ki, Səbuhi Abbasovun atası Tərlan Abbasov Cəlilabad Rayon Məhkəməsinə ərizə ilə müraciət edib və oğlu S.Abbasovun tam fəaliyyət qabiliyyəti olmaması barədə qərar çıxarılmasını istəyib. Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2014-cü il tarixdə çıxardığı qərarla S.Abbasov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib”. İddiaçı bildirir ki, bütün bunlar cavabdeh tərəfindən düşünülmüş şəkildə həyata keçrilib və S.Abbasovun fəaliyyət qabilliyətli olması barədə məhkəməyə müraciət etsə də, subyektivliklə qarşılaşıb: “Təssüflə bildirirəm ki, Cəlilabad Məhkəməsinin hakimi Elxan Əmirəliyev 18.07.2023-cü il tarixdə guya mənim məhkəmə iclasında iştirak etməməyimi əsas gətirərək işi baxılmamış saxlayıb. Tamamilə əsassız qərardır. Mənim vəkilim iclasda iştirak edib. Eyni zamanda dəfələrlə müraciət etdikdən sonra bu qərardadın surətini ala bilmişəm. Mən hakmin qərəzli hərəkətlərindən Məhkəmə Hüquq Şurasına şikayət edəcəm”, - iddiaçı vurğulayıb. N.Abbasovun hüquqlarını təmsil edən Səməd Vəkilov saytımıza açıqlamasında bildirib ki, borcunu ödəməmək üçün özünü fəaliyyət qabilliyəti olmayan şəxs elan edən Cəlilabad rayon sakini Səbuhi Abbasov bir neçə dəfə cinayət törədib: “Lakin “fəaliyyət qabilliyəti olmadığına” görə cinayət məsuliyyətindən yayına bilib. Hazırda S.Abbasov Cəlilabad küçələrində rahat şəkildə avtomobil idarə edir. O, kimisə avtomobillə vursa, fəaliyyət qabiliyəti olmayan şəxs olduğu üçün cinayət məsuliyyətinə cəlb edilməyəcək. Belə bir şəxs barəsində tədbir görməmək çox böyük məsuliyyətsizlikdir. Bu günlərdə ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun törətdiyi hadisə onu göstərdi ki, belə məsələdə dövlət oraqanları öz məsuliyyətlərini dərk etməlidirlər”. S.Vəkilov əlavə edib ki, mülki qanunvericiliyə əsasən, Səbuhi Abbasovun 3 ay müddətində himayəçi orqan tərəfindən himayəyə verilməsi məsələsinə baxılmalı və problem həllini tapmalıdır: “Bu imperativ normadır, məcburidir. Lakin təəssüf ki, bir neçə ildir Cəlilabad Rayon İcra Hakimiyyəti bu məsələni həll etmək istəmir”. Şikayətçi S.Abbasovun at ətini mal əti adı ilə satmasına görə saxlanıldığını və bunu etiraf etdiyini əks etdirən görüntüləri də redaksiyaya təqdim edib: “2023-cü ilin iyunun 20-də S.Abbasovun xəstə atların ətini mal əti adı ilə satdığı və buna görə saxlanıldığı haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Fəaliyyət qabiliyyəti olmayan şəxs, görün, nələrlə məşğuldur. Bu cinayəti törətməsinə və saxlanılmasına baxmayaraq, o, həbs də olunmayıb. Onun daha hansı qanunsuzluq edə biləcəyini və yaxud hazırda etdiyini təsəvvür belə etmək olmur”. |
2024-02-23 | 835,207 | Urmiya gölündə duz mədəni su altında qaldı - Video | Urmiya gölünün yatağından duz yığılması dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə yerli mediada məlumatlar və videogörüntülər yayılıb. Fevral ayında yağan leysan yağışları və gölün suyunun səviyyəsinin artması nəticəsində duz mədəni su altında qalıb. Nəticədə Urmiya gölündən duz çıxarılması dayandırılıb. |
2024-02-23 | 835,208 | Makron ssenarisi: Bakının cavabı Ermənistanı parçalayacaq! | Ermənistan Baş naziri Nikol Paşinyanın Parisə səfəri, Makronla görüşdə verilən açıqlamalar, ardınca Fransa müdafiə nazirinin İrəvana gəlişi və imzalanan hərbi əməkdaşlıq müqavilələrinin mahiyyəti bölgədə sülhə qarşı təhlükəli planların hazırlanmasından xəbər verir. Bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib. Politoloq hesab edir ki, Ermənistan Fransanın təşəbbüsü ilə sülh prosesinin indiyə qədər mövcud olan gündəliyini sıfırlamaq niyyətindədir: “Nikol Paşinyanın Parisdə verdiyi açıqlamalar da bu yöndə idi. Sülh gündəliyinin sıfırlanması, yaxud ən azı arxa plana keçməsi Ermənistana sərhədin delimitasiyası və kommunikasiyanın hansı prinsiplərlə açılmasındakı maraqlarına görə lazımdır. Çünki bu gündəlik dəyişmədən sülh sazişinin müzakirə edilməsi prosesin Bakının tələbləri çərçivəsində irəliləyəcəyini deməyə əsas verir. Buna görə rəsmi İrəvan sülh sazişi üzrə müzakirələrin ən azı təxirə düşməsinə zəmin yaradacaq siyasət yürüdür. Bu məsələdə onun əsas “müəllimi” Fransadır. Əslində Paşinyan Parisə səfərindən öncə sülh sazişi üzrə daha konstruktiv mövqe sərgiləyirdi. Sonuncu dəfə Münhendə Azərbaycan Prezidenti ilə keçirilən görüş də müsbət qiymətləndirilirdi. Lakin Münhen görüşündən sonra Paşinyan Fransaya səfər edir, Makronla görüşür və bir neçə gün öncəki mövqeyinə tamam zidd mövqe sərgiləyir. Bu mövqe dəyişikliyində rəsmi İrəvanın öz maraqları olsa da, onu buna sövq edən və belə demək mümkünsə, arxasında dayanan qüvvə rəsmi Parisdir”. A.Camal Fransanın niyyətinin mövcud sülh prosesini pozmaq və siyasi-hərbi müstəvidə qarşıdurma yaradaraq, öz maraqlarını təmin etmək olduğunu vurğulayıb. Politoloqun fikrincə, Fransa həm Rusiyaya, həm də Avropa Birliyi daxilindəki digər oyunçulara qarşı gediş edir: “Fransanın məqsədi Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu zəiflətmək, mümkün olarsa, tamamilə çıxarmaq və onun yerini doldurmaqdır. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatların hədəflərindən biri də budur. Hadisələrin inkişafına nəzər yetirdikdə də hər şey aydın olur: Ermənistan Zəngilan istiqamətində təxribat törətdi, Paşinyan Fransaya səfər etdi, ardınca Fransa müdafiə naziri İrəvana gəldi və yeni hərbi əməkdaşlıq sazişləri imzalandı. Aydındır ki, bölgədə miqyasından asılı olmayaraq, müəyyən hərbi toqquşma yaradaraq, Rusiyanın Ermənistanın təhlükəsizliyində heç bir rol oynamadığını göstərirlər. Bundan sonra Fransa prosesə daxil olur və Ermənistanın hərbi sferasına yatırımlar edir. Fransa bu hədəfinə nail olmaq üçün Ermənistan-Azərbaycan sərhədində yeni təxribatların baş verməsi ssenarilərini bundan sonra da təkrarlaya bilər”. A.Camal bildirib ki, rəsmi Parisin antisülh siyasəti həm də Avropa Birliyinə, belə demək mümkünsə, birbaşa Şarl Mişelin təşəbbüslərinə qarşı da yönəlib: “Avropada anlayırlar ki, Fransanın Bakı-İrəvan danışıqlarında iştirakı onların öz mövqelərini zəiflədir. Çünki Azərbaycan Ermənistanın mövqeyindən çıxış edən Fransanın prosesdə iştirakını qəbul etmir, bu halda rəsmi Brüssel iki seçim qarşısında qalır: ya Parisin iştirakında israr etməlidir - bu AB-nin özünün oyundankənar vəziyyətə düşməsi ilə nəticələnə bilər; ya da Fransanın iştirakını arxa plana keçirərək, Brüssel formatı üzərində dayanmalı, yaxud yeni oyunçuları dövriyyəyə salmalıdır. Şarl Mişelin Brüssel formatını bərpa etmək istiqamətində telefon trafiki, eyni zamanda, Münhendə görüşün təşkil edilməsi o deməkdir ki, AB Fransaya görə prosesdən kənarda qalmaq niyyətində deyil. Bu, Fransanın həm AB-də aparıcı roluna mənfi təsir edir, həm də Bakı-İrəvan münasibətləri üzərindən Cənubi Qafqazdakı maraqlarını həyata keçirmək strategiyasına ziddir. Buna görə rəsmi Paris Ermənistanı silahlandırmaqla sülh prosesini pozmaq siyasətini həyata keçirir”. A.Camal hesab edir ki, bu siyasət sülhə qarşı olan hər iki oyunçunun – Fransa və Ermənistanın prosesdən itki ilə çıxması ilə nəticələnə bilər: “Fransanın öz maraqları naminə AB-nin maraqlarına zidd siyasəti ittifaq daxilində bu ölkəyə qarşı cəbhə yarada bilər, eyni zamanda, Paris Bakının istəyi olmadığı müddətdə Cənubi Qafqazda nəsə etmək imkanı əldə edə bilməyəcək. Fransaya arxalanan Ermənistan isə ən yaxşı halda “dalan ölkə” olaraq qalacaq, lakin bölgədə yeni eskalasiyanın baş verməsi halında Ermənistanın parçalanması kimi daha riskli ssenarilər də istisna edilməməlidir”. |
2024-02-23 | 835,211 | Xəbərdarlıq: bunu edənlər 50 AZN cərimələnəcək | Azərbaycanda bilet-uçot vərəqi olmadan sərnişin daşınması həyata keçirənlər 50 manat cərimələnəcək. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişindaşımalarının həyata keçirilməsinə yol verilmir. “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərlə əsasən şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir", - məlumatda qeyd olunub. |
2024-02-23 | 835,214 | “Qarabağ”ın 1/8 finaldakı rəqibi bəlli oldu - Video | 14:55 Hazırda Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilir. Axar.az xəbər verir ki, mərasimdə “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibləri də bəlli olacaq. *** “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi Almaniyanın "Bayer Leverkuzen" klubu oldu. |
2024-02-23 | 835,222 | İrəvan artıq getdi, Bakı isə müttəfiq deyil - Kolerov | Münhen konfransı Paşinyanın Rusiyadakı reputasiyasına və İrəvanla Moskva arasında münasibətlərin erkən pozulma ehtimalına yeni heç nə əlavə etmədi. Bu qaçılmazdır və bunun üçün yeni səbəblərə ehtiyac yoxdur. Axar.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Modest Kolerov deyib. “Paşinyan Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını dedi və bu, çoxdanın məlum xəbəridir. İrəvandan başqa hamı artıq başa düşüb ki, Nikol Rusiya ilə münasibətləri pozub. Növbəti addım KTMT-dən çıxmaq və Rusiya bazasının Ermənistandan çıxarılması olacaq. İlk addım KTMT sessiyasının Ermənistandan kənarda keçirilməsi təşəbbüsü oldu”, - o bildirib. Əliyevin də analoji bəyanatla çıxış edərək, Ukraynanın ərazi bütövlüyünü tanıdığını deməsinə gəlincə, Kolerov vurğulayıb ki, Çin də oxşar bəyanatlar verir: “Amma bunu bacaran ölkələr də var, bacarmayanlar da. Belə bəyanatları Çin verə bilər, Ermənistan yox. Azərbaycanla bağlı fikirlər fərqlidir. Son iki ildə Bakı və İrəvandan bizim müharibə ilə bağlı belə bəyanatlar praktiki olaraq sıfıra endirilib. Hətta Çinin nəzakətli neytrallığı belə vəziyyətə təsir edə bilməz. Rusiya Bakı ilə münasibətləri kəsməyə hazır deyil, çünki bizim Bakı ilə ümumi sərhədimiz var, Ermənistanla isə ümumi sərhədimiz yoxdur. Əliyevin bütün bu Qərb platformalarını rədd etdikdən sonra Münhenə getməsini onun manevri kimi görürəm. O, heç vaxt Qərblə kəskin qırılma nöqtəsinə getməyəcək. Azərbaycan Rusiyanın müttəfiqi olmayacaq. Bakı NATO üzvü olan Türkiyənin müttəfiqidir”. Rusiyalı politoloq bir daha qeyd edib ki, Ermənistan Rusiyanı birdəfəlik tərk edib: “Hələ də texniki problemlər var, geri qayıtmayacaq”. |
2024-02-23 | 835,227 | Bu ölkəni dənizdən Türkiyə qoruyacaq – Anlaşma | Türkiyə və Somali 20 ilə yaxındır ki, bir çox sahələrdə, eyni zamanda təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Somali coğrafi baxımdan strateji mövqeyə sahibdir. Belə ki, ölkə Hind okeanı və Qırmızı dənizin girişindəki Bab əl-Məndəb boğazına çıxan bir sahil xəttinə sahibdir. Şimalda yerləşən Efiopiyanın Somaliyə qarşı müxtəlif iddiaları, imperialist yanaşmaları var. Bu sözləri Axar.az-a Somali ilə Türkiyə arasında imzalanan “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Müqaviləsi”nin Moqadişu tərəfindən təsdiqlənməsi haqqında danışan qardaş ölkənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib. Alim imzalanan müqavilənin Somali üçün həyati önəm daşıdığını vurğulayıb: “Somalidə Efiopiyanın və bir sıra beynəlxalq güclərin dəstəklədiyi, Əl-Qaidə ilə yaxın əlaqələri olan Əş-Şabab terror təşkilatı ölkədə sabitliyi pozan başlıca faktorlardandır. Bəzi ölkələr terror vasitəsilə təbii sərvətlər ilə zəngin liman ölkəsi olan Somalini təsir altına almağa çalışırlar. Digər tərəfdən Birləşmiş Ərəb Əmirliyinin də ölkədə təsiri güclüdür. Burada bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, həm BƏƏ, həm də Türkiyə Somalidə ordunun hazırlığı ilə məşğul olur. Ancaq BƏƏ hazırlayacağı şəxsləri özü seçir, Türkiyə isə bunu hökumətin təqdimatı əsasında edir. Yəni Türkiyə Somalinin ordusunu yenidən qurur. Bütün bunlar fonunda ölkələrimiz arasında 8 fevral tarixində imzalanan “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Müqaviləsi”nin hökumət tərəfindən təsdiqlənməsi ilə qarşıdakı 10 il ərzində Somalinin dəniz sərhədlərinin qorunması Türkiyəyə həvalə edildi. Sənəd terrorizm, xarici təhdidlər, dəniz quldurluğu və qanunsuz balıq ovuna qarşı mübarizəni əhatə edir. Bunun üçün Türkiyə və Somali birgə dəniz qüvvələri formalaşdıracaq. Qeyd edək ki, dənizə heç bir çıxışı olmayan 120 milyonluq Efiopiyanın 1 yanvarda ölkədən ayrılmaq istəyən Somaliləndlə anlaşma memorandumu imzalaması burada diqqətçəkən məqamdır. Somaliləndin separatçı hökuməti müstəqilliyini tanıması şərtilə Efiopiyaya liman vermək vəd edib. İmzalanan memorandum da bununla bağlıdır”. Gökçə Türkiyənin Afrikaya yanaşmasının Qərb ölkələrindən tamamilə fərqləndiyini bildirib: “Türkiyə bütün dünyada sülhün təmin olunması üçün çalışır və Qərbdən fərqli olaraq ancaq mənfəətimizi yox, dostlarımızı, qardaşlarımızı düşünürük. Somali Baş naziri Həmzə Abdi Barrenin ölkəmiz haqqında dediyi “Somali beynəlxalq arenada gerçək bir müttəfiqə, dosta və qardaşa sahib olacaq” sözləri də bunun əyani sübutudur. Türkiyənin oradakı varlığı Misir ilə Efiopiya arasında olan gərginliyin də aradan qaldırılmasına müsbət təsir göstərəcək. 10 illik müddət bitdikdən sonra isə Somali özünü qorumaq üçün güclü donanmaya sahib olacaq”. |
2024-02-23 | 835,228 | Batareyaları təhvil ver, təbiəti qoru: 1362 kq batareya toplandı | Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində fəaliyyətə başlayan “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi öz töhfəsini verməyə davam edir. Belə ki, layihə çərçivəsində Kapital Bank və “Access Bank”ın baş ofislərindən, Gəncə, İsmayıllı, Lənkəran və Zaqatala region filiallarından, “Bravo” supermarketlər şəbəkəsinin “Gənclik Mall” filialından, “Landau” məktəbindən və “Fly Inn Baku” mehmanxanasından ümumilikdə 125 kq istifadəyə yararsız elektrik batareyası toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib. Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir. İstifadə müddəti bitmiş batareyalar ümumi tullantılarla qarışdıqda təbiətdə hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv olur. Nəticədə tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir. Bu səbəbdən də “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır. Layihə çərçivəsində Bakıda və regionlarda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, market şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə ümumilikdə təhvil qutuları yerləşdirilib. Layihə çərçivəsində bu günədək 1362 kq işlənmiş batareya təhvil alınıb. Qeyd edək ki, “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar. |
2024-02-23 | 835,229 | "Dalğa Arena"nın adı dəyişdirildi | AFFA və “Liv Bona Dea Hospital” arasında sponsorluq müqaviləsi imzalanıb. Axar.az xəbər verir ki, müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbək imzalayıb. Sponsorluq müqaviləsinə əsasən, “Dalğa Arena” bundan sonra 4 il ərzində “Liv Bona Dea Arena” adlandırılacaq. Həmçinin Azərbaycan Premyer Liqası oyunlarında “Liv Bona Dea Hospital” tərəfindən tibbi dəstək veriləcək. |
2024-02-23 | 835,232 | “Bayer Leverkuzen”dən “Qarabağ”la bağlı paylaşım | Almaniyanın "Bayer Leverkuzen" klubu “Qarabağ”la bağlı paylaşım edib. Axar.az xəbər verir ki, bu barədə klubun X hesabında paylaşım edilib. “Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibimiz “Qarabağ”dır", - paylaşımda bildirilib. Qeyd edək ki, “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi Almaniyanın "Bayer Leverkuzen" klubu olub. |
2024-02-23 | 835,233 | “Ana harayı”nın yerləşdiyi park abadlaşdırılır - Foto | Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksini soyqırımın ildönümü ilə əlaqədar yüz minlərlə insan ziyarət edir. Soyqırımının 32-ci ildönümü ilə bağlı abidənin yerləşdiyi parkda aparılan hazırlıq işləri yekunlaşıb. Axar.az xəbər verir ki, görülən işlər çərçivəsində Xocalı prospektində abadlıq, təmizlik işləri həyata keçirilib və yeni güllər əkilib. Parkın ərazisinin yaşıl örtüyü yenilənib. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşlarla üzlənmə işləri, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb. Xocalı prospekti boyunca yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. Prospektdə, eləcə də Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilib. Anım günü ilə bağlı ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilib. |
2024-02-23 | 835,235 | Zelenski hücum anonsu verdi: Sürpriz olacaq | 2024-cü ildə Ukrayna təkcə özünü müdafiə etməyi deyil, həm də yeni əks-hücum hazırlamağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Müdafiə olunmaq bir nömrəli tapşırıqdır. Qara dənizdə uğurlu tariximizi davam etdirəcəyik. Detallara toxunmayacağam, amma ruslar sürprizlərlə qarşılaşacaq”, - Zelenski bildirib. |
2024-02-23 | 835,236 | “Qarabağ”-“Bayer” oyunu harada, nə vaxt keçiriləcək? | Xəbər verdiyimiz kimi, Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ" Almaniyanın "Bayer Leverkusen" klubu ilə qarşılaşacaq. Axar.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyunu martın 7-də, cavab görüşü isə martın 14-də olacaq. Komandalar arasında ilk oyun Bakıda baş tutacaq. |
2024-02-23 | 835,237 | Prezident fərman imzaladı | Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 1. Həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinə “dövriyyə” sözündən əvvəl “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi məqsədilə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün alınmış kreditlər istisna olmaqla,” sözləri əlavə edilsin. 2. Həmin Fərmanla təsdiq edilmiş Əlavə 5 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nın 3.2-ci bəndinə (birinci halda) “miqdarında,” sözündən sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi fəaliyyəti ilə məşğul olan sahibkara,” sözləri əlavə edilsin. |
2024-02-23 | 835,239 | Ağdamda partlamamış döyüş sursatları aşkarlandı - Video | Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib. Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd olunub. |
2024-02-23 | 835,243 | Bakı-İrəvan sülhü bu il imzalanacaq - Mömini | Ermənistanla Azərbaycan arasında sülh sazişi 2024-cü ildə imzalanacaq. Axar.az xəbər verir ki, bu iddia ilə Qafqaz üzrə iranlı ekspert Qasım Mömini İLNA-ya müsahibəsində çıxış edib. Onun sözlərinə görə, hər iki ölkə Qərbin dəstəyi ilə sülh əldə edə biləcək. O, iki ölkə arasında sülhün təmin olunmasında Rusiyanın marağına da toxunub: “Ruslar birbaşa və ya dolayısı ilə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması məsələsində öz maraqlarını ifadə ediblər. Nəzərə almaq lazımdır ki, Rusiyada 4 milyona yaxın erməni yaşayır. Digər tərəfdən Rusiya ordusu hələ də Ermənistanda yerləşir və bu ölkədə bir neçə hərbi bazası var. Buna görə də düşünürəm ki, əgər Moskva Ermənistan tərəfindən təhlükə hiss etsə, çox güman ki, balansı pozacaq. Sözügedən məlumatlara və dünyanın hazırkı vəziyyətinə nəzər saldıqda diqqətə alınmalı məqam budur ki, ruslar Qərbin və xüsusilə NATO-nun öz ənənəvi təsir dairəsində təzyiq göstərməsini və mövcudluğunu istəmirlər”. |
2024-02-23 | 835,245 | Türkiyədə neft quyusunda partlayış: ölən var - Video | Türkiyənin Diyarbəkir şəhərində neft quyusunda partlayış olub. Axar.az xəbər verir ki, hadisə qazma işləri zamanı baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Partlayışa səbəb kimi həddən artıq qaz yığılması göstərilir. Məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha 3 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün təhlükə yoxdur. Hadisə ilə bağlı araşdırma başladılıb. |
2024-02-23 | 835,249 | Avropa Liqası: Kim kimə rəqib oldu? | Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Axar.az püşkün nəticəsini təqdim edir: Avropa Liqası 1/8 final "Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə) "Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya) "Roma" (İtaliya) - "Brayton" (İngiltərə) "Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) "Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə) "Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya) "Milan" (İtaliya) - "Slaviya" (Çexiya) "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya) Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq. |
2024-02-23 | 835,250 | Konfrans Liqası: 1/8 finalın püşkü atıldı | UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Axar.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi "Fənərbağça"nın da rəqibi bəlli olub. UEFA Konfrans Liqası 1/8 final mərhələsi “Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya) “Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə) “Molde” (Norveç) - “Brügge” (Belçika) “Union” (Belçika) - “Fənərbağça” (Türkiyə) “Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan) “Şturm” (Avstriya) - “Lill” (Fransa) “Makkabi” (Hayfa, İsrail) - “Fiorentina” (İtaliya) “Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail) Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək. |
2024-02-23 | 835,253 | Azərbaycanda bu bələdiyyələr birləşdirilir | Azərbaycanda min evdən az olan kəndlərin bələdiyyələri birləşdirilir. Axar.az Report-a istinadən xəbər verir ki, bu “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Buna kiçik bələdiyyələrin vergiləri toplaya bilməməsi və digər əsaslı səbəblər var. Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. |
2024-02-23 | 835,254 | “Bayer”in baş direktorundan “Qarabağ” açıqlaması | Bu rəqibi ciddi qəbul etməliyik və həmişə olduğu kimi diqqətli olmalıyıq. Axar.az Report-a istinadən xəbər verir ki, bunu “Bayer 04” klubunun baş direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a rəqib olmaları barədə danışarkən deyib. Funksioner Azərbaycan çempionunun pley-offda Portuqaliyanın "Braqa" komandasını mübarizədən kənarlaşdırdığını xatırladıb: "Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik. "Qarabağ"la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var". Qeyd edək ki, tərəflər arasındakı ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək. |
2024-02-23 | 835,255 | “Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı oldu | “Nar”ın dəstəyi ilə "Şəkərbura Şou" intellektual oyununun fevral ayının finalı keçirilib. Mobil operator oyunun qaliblərini mükafatlandırıb. 2022-ci ildə start götürən "Şəkərbura Şou" layihəsi hər mövsüm öz biliklərini, intuisiya və komandada işləmək bacarığını sınamaq istəyən yüzlərlə oyunçunu bir araya gətirir. Oyunda ümumilikdə 27 komanda olmaqla, 200-ə yaxın oyunçu iştirak edib. “Nar” sosial məsuliyyətli mobil operator olaraq asudə intellektual vaxtın keçirilməsini təşviq edən təşəbbüsləri dəstəkləyir. Mobil operatorun bu istiqamətdəki fəaliyyəti ilə nar.az/projects səhifəsində tanış ola bilərsiniz. “Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. |
2024-02-23 | 835,257 | Azərbaycanda 1100 bələdiyyə ləğv edilir | Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir. Axar.az Report-a istinadən xəbər verir ki, bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Belə ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək. Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. |
2024-02-23 | 835,261 | Paşinyan bu sözünə izah verməlidir - Kreml | Ermənistan KTMT üzvlüyünün dondurulması ilə bağlı rəsmi addım atmayıb. Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Rusiya Ermənistanla əlaqə saxlamağı və bu bəyanatların mənasına aydınlıq gətirməyi planlaşdırır. Burada təfərrüatı başa düşmək çox vacibdir. Ona görə də ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”, - o bildirib. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans 24”ə müsahibəsində Rusiyanın rəhbərlik etdiyi KTMT-də İrəvanın iştirakını dondurduğunu bildirib. |
2024-02-23 | 835,262 | Erməni hərbçi öldürüldü, atəşkəs pozuldu... - Həbs edilən var | Ermənistanda "Torpaq Mühafizəsi" hərəkatının üzvü olan hərbçi Qor Asatryan fevralın 13-də qəflətən ölməyibmiş. Axar.az Publika.az-a istinadən xəbər verir ki, istintaqın ilkin nəticələrinə görə, hərbçi Zəngilanda təxribat baş verən gün, yəni fevralın 12-də öldürülüb. Məlumata görə, 40 yaşlı hərbçi mübahisədən sonra fevralın 12-nə keçən gecə güllələnib. Onu öldürməkdə şübhəli bilinən hərbçi yoldaşı T.K. artıq həbs edilib. Qeyd edək ki, bu hadisədən bir neçə saat sonra eyni ərazidə atəşkəs pozulub. Həbs edilən hərbçinin bu əməlini ört-basdır etmək üçün atəşkəsi qəsdən pozduğu da istisna edilmir. Xatıradaq ki, fevralın 12-də Zəngilan rayonu istiqamətindəki şərti sərhəddə baş verən erməni snayperinin təxribatı nəticəsində DSX-nin bir hərbçisi yaralanıb. Buna cavab olaraq DSX 13 fevralda qisas əməliyyatı keçirib, düşmənin sözügedən postunu dağıdaraq 4 erməni hərbçini məhv edib. |
2024-02-23 | 835,263 | Abdullah Gül İlham Əliyevə məktub göndərdi | Türkiyənin 11-ci Prezidenti Abdullah Güldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident. Qardaş Azərbaycan xalqının prezident seçkilərində Sizə bir daha etimad göstərməsini böyük məmnunluq hissi ilə qarşıladım. Ulu Öndərimiz Heydər Əliyevin bu ali dövləti vəzifənizdə indiyədək müvəffəqiyyətlə davam etdirdiyiniz irsini daha da irəliyə aparacağınıza ürəkdən inanıram. Bu xüsusda seçkilərdə qazandığınız zəfər münasibətilə Zati-alinizi ürəkdən təbrik edirəm. Sizin liderliyinizlə Azərbaycan Ordusunun və xalqının göstərdiyi cəsarət və əzm nəticəsində Qarabağın işğaldan azad edilməsini sonsuz sevinc və qürur hissi ilə izləmişəm. Heç şübhəsiz ki, bu şanlı Zəfər bütün Türk dünyasının daha sıx birləşməsi istiqamətində dönüş nöqtəsidir. Qarabağ Zəfəri göstərdi ki, Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə bölgədə lider ölkədir. Bundan sonrakı müddətdə həmin Zəfərin sülh müqaviləsi ilə taclandırılması problemlərin ortaq iradə və konstruktiv düşüncə ilə birdəfəlik həllinin mümkünlüyünü bütün dünyaya göstərəcəkdir. Fürsətdən istifadə edərək, Zati-alinizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və ailənizə, bütün Azərbaycan xalqına əmin-amanlıq arzulayıram". |
2024-02-23 | 835,264 | “Qarabağ”ın itirəcək heç nəyi yoxdur, zövq alaq - Abuşov | “Qarabağ” elə bir mərhələyə gəlib çatıb ki, bizim üçün itirəcək heç bir şey yoxdur. Belə bir məqamda nədənsə qorxmaq da lazım deyil. Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abuşov Avropa Liqasının 1/8 final mərhələsi üçün püşkatmanın nəticələrini şərh edərkən deyib. “Qurban Qurbanov yetərincə istedadlı və cəsarətli mütəxəssisdir. Maraqlıdır ki, bir müddət əvvəl Qurban bəy özü “Bayer”in düşərgəsində olub, Alonso ilə də fikir mübadiləsi aparmışdı. İndi həmin o səfərdən faydalanmağın zamanıdır”, - Abuşov bildirib. Ekspert rəqibin xeyli güclü, uzunmüddətli məğlubedilməz oyunlar seriyasına sahib olduğunu vurğulayıb: “Amma “Qarabağ” heç “Braqa” ilə görüşün də favoriti deyildi, çoxları hesab edirdi ki, təmsilçimiz Avropa Liqasının qrupuna vəsiqə qazanmaqla missiyasını bu mövsümlük başa vurub. “Köhlən atlar” isə nəinki qrupdan çıxmağı, hətta Portuqaliya təmsilçisi “Braqa”nı da yolundan kənarlaşdırmağı bacardı. Deməli, ümidsiz olmağa dəyməz. Ən azından ona görə ki, “Qarabağ” “Bayer”ə qarşı layiqli mübarizə aparacaq. Bizə qalan zövqlü futbola baxıb həzz almaq, “Qarabağ”la fəxr etməkdir”. Qeyd edək ki, “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi Almaniyanın "Bayer Leverkuzen" klubu olub. |
2024-02-23 | 835,269 | Vətəndaşların pulunu mənimsədi, həbs edildi | Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs məsuliyyətə cəlb olunub. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Mirdaməd Əzizovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə Mirdaməd Əzizovun özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək sözügedən qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət etmiş çoxsaylı vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyi barədə yalan vədlər verib saxta sənədlər təqdim etməklə həmin şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Qeyd edilən şəxsin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur. |
2024-02-23 | 835,273 | Türkiyədə zəlzələ baş verdi | Türkiyədə Bursanın Gemlik rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin təxminən 10,86 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat yoxdur. |
2024-02-23 | 835,274 | Hacıyev: Ermənistan hələ də üzr istəməyib | Xocalıda daha bir kütləvi məzarlıq aşkar edilib. Bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapıldı. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-də yazıb. H.Hacıyev qeyd edib ki, onların kimliyi DNT analizi ilə müəyyən ediləcək: “Ermənistanın hərbi təcavüzü nəticəsində dörd minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumatı verməkdən imtina edir. Bir dövlətin beynəlxalq hüquqa zidd olan hər bir hərəkəti beynəlxalq hüquqa uyğun olaraq həmin dövlətin beynəlxalq məsuliyyətinə əsas verir”. Prezident köməkçisi vurğulayıb ki, Ermənistan Xocalı soyqırımına və Azərbaycana qarşı törədilmiş digər qanunsuz hərəkətlərə görə dövlət olaraq məsuliyyət daşıyır: “Ermənistan Respublikası 30 illik hərbi işğala və xüsusilə də Xocalı soyqırımına görə Azərbaycan xalqından və dövlətindən hələ də üzr istəməyib”. |
2024-02-23 | 835,275 | Elçin Şıxlının müəllim qohumu faciəli şəkildə öldü - Foto | 17:41 Qazax rayonunda bir neçə gün əvvəl yol qəzası nəticəsində ağır xəsarət alan 1975-ci il təvəllüdlü Elmira Şıxlinskaya dünyasını dəyişib. Axar.az xəbər verir ki, o, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. Elmira Şıxlinskaya Qarapapaq kənd məktəbində ingilis dili müəllimi olub. Hadisə fevralın 17-də baş verib. Həmin vaxt avtomobil yolu keçmək istəyən Elmira Şıxlinskayanı vurub. Qeyd edək ki, E.Şıxlinskaya tanınmış jurnalist Elçin Şıxlının qohumudur. |
2024-02-23 | 835,276 | Bu komanda düşsəydi, daha asan olardı - Lunyov | Qələbə qazanmağa və yolumuza davam etməyə çalışacağıq. Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov "Matç TV"yə müsahibəsində Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer 04" klubuna rəqib olmaları barədə danışarkən deyib. Rusiyalı qolkiper Leverkuzen təmsilçisinin çox yaxşı komanda olduğunu bildirib: "Daha əvvəl qrupda üz-üzə gəlməyimiz bir tərəfdən müsbət məqamdır. Bu kollektivlə tanışıq. Rəqib məğlubiyyətsiz oyunlar seriyasına malikdir və onlarda əlavə stimul var. Bu, "Bayer 04"dür. Onlara qarşı yaxşı mübarizə aparmaq lazımdır". A.Lunyov 1/8 finalda mümkün rəqiblərdən ən çətini ilə üz-üzə gələcəklərini söyləyib: "Onlar turnirin favoritlərindən biridirlər. "Slaviya" (Çexiya) düşsəydi, daha asan olardı. Amma məncə, indiki mərhələdə zəif rəqib yoxdur". Qeyd edək ki, "Qarabağ" ilə "Bayer 04" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək. Xatırladaq ki, Lunyov 2021-2023-cü illərdə Leverkuzen təmsilçisinin formasını geyinib. |
2024-02-23 | 835,277 | Avropanı yenidən təəccübləndirəcəyik – Tahir Gözəl | Son ana - “Slaviya Praqa” və “Bayer Leverkuzen” qalana qədər ümid edirdim ki, biz “Slaviya Praqa” ilə qarşılaşacağıq. Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl püşkatmanın nəticəsini dəyərləndirərkən deyib. O bildirib ki, rəqib çox güclüdür, buna baxmayaraq, "Qarabağ" ən yüksək səviyyədə oyun nümayiş etdirib Avropanı və UEFA-nı yenidən təəccübləndirəcək: "Çox güclü rəqibdir. Rekord üzrə rekord qıran yenilməz rəqibdir. Xüsusilə bu mövsüm ən üst səviyyədə performans göstərirlər. Əlbəttə ki, çətin oyun olmayacaq. Ən azından onlar bizi, biz onları bilirik. “Qarabağ”ın dünənki möhtəşəm qələbəsi bizi ruhlandırır. Güman edirəm ki, ən yüksək səviyyədə oyun nümayiş etdirib Avropanı və UEFA-nı təəccübləndirəcəyik". |
2024-02-23 | 835,281 | Tailand Kralı İlham Əliyevə məktub göndərdi | Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə Tailand xalqı adından Sizə ən səmimi təbriklərimizi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm. Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizə və siyasətinizə xalqınızın etimadının bariz təsdiqidir. Biz ölkələrimiz arasında dostluq münasibətlərini və sıx əməkdaşlığı yüksək qiymətləndiririk. Əminəm ki, Zati-alinizin dəstəyi ilə qarşıdakı illərdə Tailand-Azərbaycan dostluq münasibətləri və əməkdaşlığı daha da möhkəmlənəcəkdir". |
2024-02-23 | 835,283 | Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto | Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Xətai rayon İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xocalıdan olan şəhid ailələri iştirak ediblər. Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Axar.az xəbər verir ki, çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Onların məqsədi Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar qəhrəmanlıq göstərib, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşub, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazıblar.Yalnız ümummilli lider Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini alıb. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb. Prezident İlham Əliyev bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna işlər görüb. “Xocalıya ədalət!” şüarı ilə haqq səsimizi dünyaya çatdırmaq istiqamətində xüsusi tapşırıqlar icra edilib.Vətən müharibəsində qazanılan Qələbə və Böyük Zəfər onu deməyə əsas verir ki, xocalıların və bütün şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı və demək olar ki, artıq Qarabağa dönüş başlanılıb. YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi həkk olunub. Lakin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu erməni işğalçılarına tarixi bir dərs verdi və şəhidlərimizin qanı yerdə qalmadı. Anım mərasimi zamanı Rafiq Quluyev əslən Xocalıdan olan şəxslərlə söhbət edib, onların problem və qayğıları ilə maraqlanıb. Tədbirdə bir neçə şəhid ailəsi çıxış edərək onlara göstərilən diqqətə, qayğıya və yaradılan şəraitə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra tədbir iştirakçıları Xocalı parkına gələrək faciədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər. |
2024-02-23 | 835,285 | Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış | Ombudsman Səbinə Əliyeva Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış edib . Bu barədə Axar.az-a İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatından bildirilib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərində davamlı şəkildə aşkar olunan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini üzə çıxarır: "Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Xocalı şəhəri ərazisində növbəti kütləvi məzarlığın tapılması faktı Ermənistanın inkar etməyə çalışdığı qeyri-insani əməllərini bir daha açıq şəkildə sübuta yetirmiş oldu. Belə ki, bu ilin 21 fevral tarixində Xocalı şəhərində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən növbəti kütləvi dəfn yeri aşkarlanıb. Ərazidə hələ də davam edən qazıntılar zamanı ilkin olaraq müəyyən edilmiş insan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, onların əllərinin kəndirlə bağlanması və işgəncələrlə qətlə yetirilməsi faktları Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət və soyqırımı siyasətini, müharibə və insanlıq əleyhinə törətmiş olduğu cinayətləri sübut edir. Dəhşətli faktlardan biri də ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olması ehtimalı ilə bağlıdır". Ombudsmanın məlumatında xatırladılıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının, o cümlədən Xocalı soyqırımı nəticəsində əsir və girov götürülmüş 150 nəfərin taleyi bugünədək məlum deyil: "Təəssüf ki, Ermənistan tərəfi bu illər ərzində itkin düşmüş şəxslərlə bağlı məlumatları, o cümlədən kütləvi məzarlıqların koordinatlarını ölkəmizə təqdim etməkdən yayınmış, yalnız azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində bir neçə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilib". "Qeyd olunanları nəzərə alaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları bu cür faktlara biganə yanaşmamağa, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət zəminində cinayət əməllərinin törədilməsində təqsirli olan şəxslərin ədalət mühakiməsinə cəlb olunması istiqamətində zəruri addımlar atmağa çağırıram" - deyə, ombudsman Səbinə Əliyeva bildirib. Qeyd edək ki, bu gün Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib. Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfərə (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub. |
2024-02-23 | 835,286 | Xocalıda məzarlığın aşkarlandığı ərazi ilə bağlı məlumat | Xocalı rayonunda kütləvi məzarlığın aşkarlandığı ərazidə əlavə qazıntı işləri aparılır. Axar.az Report-a istinadən xəbər verir ki, kütləvi insan qalıqları aşkar olunandan sonra ərazidə digər işlər dayandırılıb. Baş Prokurorluğun və digər dövlət qurumlarının nümayəndələri ərazidədir. Bundan başqa, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları da əraziyə dəvət olunub. Məzarlıqda tapılan insan qalıqlarına zərər dəyməməsi üçün ehtiyatla çıxarılaraq götürülür və aktlaşdırılır. Qeyd edək ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça Fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı Prokurorluğuna məlumat daxil olub: "Baş Prokurorluğun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib". Məlumata görə, hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfərə (onlardan 1-nin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. |
2024-02-23 | 835,287 | PA-da qəbul günləri: Cədvəl açıqlandı | Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin mart ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Axar.az xəbər verir ki, vətəndaşların qəbul günləri ilə bağlı cədvəllə bu link vasitəsilə tanış olmaq mümkündür. |
2024-02-23 | 835,288 | Şimali Koreyanın müdafiə naziri qara siyahıya düşdü | Avropa Birliyi Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam və ölkənin Baş Raket İdarəsinə sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə AB-nin yaydığı bəyanatda bildirilib. Qeyd olunur ki, sanksiyaya məruz qalanlar Ukraynaya qarşı atılan addımlara dəstək veriblər. |
2024-02-23 | 835,289 | Qərar: Əmək Nazirliyinə onlar kömək göstərəcək | Nazirlər Kabineti 30 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə və 30 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra uşaq evləri və ailə tipli kiçik qrup evləri uşaqlarla bağlı Ailə Məcəlləsinə uyğun olaraq fərdi inkişaf planının hazırlanmasında və icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) kömək göstərəcək. |
2024-02-23 | 835,290 | ABŞ və AB-nin ardınca Kanadadan Rusiya ilə bağlı qərar | 18:58 Kanada Rusiya Federasiyasından olan 153 hüquqi və on fiziki şəxsə yeni sanksiyalar tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında məlumat verilib. Kanadanın sanksiya siyahısına Rusiya Prezidentinin köməkçisi İqor Levitin və Rusiya Şahmat Federasiyasının rəhbəri Andrey Filatov, sahibkarlar Leonid Levitin, Andrey Filatov, Nikita Mişin, Andrey Molçanov, Andrey Bokarev, Konstantin Xamlay, Sergey və Nikolay Sərkisovlar, Vladimir Pavlov daxil edilib. Bundan başqa, “Almaz-Antey” konserni, “Rusiya vertolyot sistemləri” şirkəti, “Aerokosmik sistemlər” şirkəti, S.V.İlyuşin adına Aviasiya Kompleksi, “Patriot” hərbi-vətənpərvərlik parkı və s. Kanadanın məhdudiyyətləri altına düşüb. Qeyd edək ki, fevralın 23-də ABŞ Prezidenti Co Bayden Rusiyanın 500 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib. Bu gün AB də Rusiyaya qarşı sanksiyaların 13-cü paketini qəbul edib. |
2024-02-23 | 835,291 | Azərbaycanda iki institut yaradıldı | “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib. Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Dəyişikliklər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ilə əlaqədardır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə fəlsəfə və elmlər doktorları hazırlayan Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu (AzETSPİ) və “Azərbaycan Hidrotexnika və Meliorasiya” Elmi-İstehsalat Birliyi (“AzH və M” EİB), “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə fəlsəfə doktorları hazırlayan “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə fəlsəfə və elmlər doktorları hazırlayan Su və Meliorasiya Elmi Tədqiqat İnstitut və Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb. |
2024-02-23 | 835,294 | Vəli Səfərov yüksək vəzifəyə təyin olundu | Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatına yeni rəhbər təyin olunub. Axar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışıb. |
2024-02-23 | 835,298 | Fransa Ermənistanı buna sürükləyir - Juravlyov | 19:23 Fransalı müşavirlər ABŞ-ın İrəvandakı səfirliyinin minlərlə əməkdaşı ilə birgə Ermənistanı tamamilə yoxsulluğa sürükləyəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Nyus.ru-ya açıqlamasında deyib. O qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-də iştirakını dayandırmaq qərarını cəsarətlilik görüntüsü kimi dəyərləndirib: "Görünür, Paşinyanın növbəti cəsarətlilik görüntüsü Ermənistanın KTMT-də iştirakını dayandırmaq qərarına gələn bu faktla bağlıdır. Aydındır ki, o, uzun müddətdir diqqətini NATO ölkələrinə yönəldir, lakin nədənsə Moskva həmişə Bakı ilə İrəvan arasında münasibətləri tənzimləməli olub”. Deputatın sözlərinə görə, Paşinyan özünün “açıq qərbyönümü” ilə Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib. "Fransalı müşavirlər ABŞ-ın İrəvandakı səfirliyinin minlərlə əməkdaşı ilə birlikdə Ermənistanı tam yoxsulluğa sürükləyəcək, bəlkə də ölkənin mövcudluğunu təhlükəyə salacaqlar. Paris uzun müddət özlərinə gələnə qədər Afrikanın yarısını sağdı və fransız hərbi müşavirlər rüsvayçılıqla qovuldular", - deputat deyib. |
2024-02-23 | 835,302 | Ötən il ölən erməni hərbçilərin sayı açıqlandı | Ötən il Ermənistan ordusunun 64 hərbçisi qeyri-döyüş şəraitində ölüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin hesabatında bildirilib. Ermənistanın 19 hərbçisinin isə döyüş şəraitində öldüyü qeyd olunub. |
2024-02-23 | 835,303 | "Qəbələ" "Kəpəz"ə məğlub oldu | Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. Axar.az xəbər verir ki, günün yeganə matçında "Kəpəz" və "Qəbələ" komandaları Qəbələdə qarşılaşıblar. Görüş "Kəpəz"in 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra "Kəpəz" 23 xalla 9-cu, "Qəbələ" isə 15 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də keçiriləcək. |
2024-02-23 | 835,304 | Paşinyan gürcü həmkarı ilə danışdı, İrəvana dəvət etdi | Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə erməni həmkarı Nikol Paşinyan arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, telefon danışığında ikitərəfli münasibətlər müzakirə mövzusu olub. Paşinyan həmkarını Ermənistana dəvət edib. |
2024-02-23 | 835,305 | Fikrət Məmmədov kollektivə təqdim olundu | Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimi Fikrət Məmmədov kollektivə təqdim olunub. Bu barədə Axar.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib. Tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin təqdimatına əsasən Milli Məclis tərəfindən hakim vəzifəsinə təyin olunması münasibətilə Fikrət Məmmədovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. F.Məmmədov göstərilən etimada görə dövlət başçısına təşəkkürünü ifadə edərək hakimlik fəaliyyətində də səylərini əsirgəməyəcəyini bildirib. |
2024-02-23 | 835,306 | Bu ay üçün bütün sosial yardımlar ödənildi | Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb. Dövlət Sosial Müdafiə Fondundan Axar.az-a verilən məlumata görə, bundan əvvəl – fevralın 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin fevral ayının pensiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb. |
2024-02-23 | 835,309 | Xəzər dənizində zəlzələ oldu | Xəzər dənizində zəlzələ olub. Bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Məlumata görə, yerli vaxtla saat 18:51-də Xəzər dənizində 65 km dərinlikdə maqnitudası 3 olan zəlzələ qeydə alınıb. |
2024-02-23 | 835,311 | Ermənistanda iki Türkiyə vətəndaşı saxlanıldı | Ermənistanda sərhədi keçmək istəyən Türkiyənin iki vətəndaşı həbs olunub. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, Türkiyə vətəndaşları Ermənistan vətəndaşının köməyi ilə saxta pasport əldə ediblər və bu yolla Gürcüstandan Baqrataşen nəzarət buraxılış məntəqəsi vasitəsilə keçmək istəyiblər. Türkiyə vətəndaşlarına qarşı rəsmi ittiham irəli sürülüb. |
2024-02-23 | 835,313 | Mehdiyevin vaxtında təsis edilən vəzifələr ləğv olundu | Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib. Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Akademiyadan məlumat əldə edib. Bildirilib ki, Akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib. Bu vəzifələrin AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq təsdiq edildiyi bildirilib. Xatırladaq ki, əvvəllər də AMEA-nın institutlarında direktor və müavin vəzifələri mövcud olub. Baş direktor və icraçı direktor vəzifələri Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə təsis edilmişdi. |
2024-02-23 | 835,316 | Rusiya PUA istehsal olunan sexləri vurdu | Fevralın 23-nə keçən gecə Rusiya bölmələri neft bazasına, Ukrayna Silahlı Qüvvələrinin anbarlarına və Dnepropetrovskdakı Cənub Maşınqayırma Zavodunun anbarlarına hücum edib. Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. “Cənub Maşınqayırma Zavodu, yeni pilotsuz uçuş aparatları istehsal olunan sexlər vurulub", - məlumatda qeyd edilib. |
2024-02-23 | 835,318 | Ölkəmizdən Azərbaycana turist axını sürətlə artıb - Səfir | Küveytdən Azərbaycana turist axını sürətlə artır. Belə ki, 2023-cü ildə Azərbaycana gələn küveytli turistlərin sayı bir il əvvələ nisbətən 30 min nəfərə yaxın olub. Axar.az xəbər verir ki, bunu Küveytin ölkəmizdəki səfiri Abdullah Məhəmməd Abdullah Almauidi ölkəsinin 63-cü Milli Günü və 33-cü Qurtuluş Gününün ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib. O bildirib ki, turist sayının artmasında ölkələrimiz arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinin də böyük rolu var. |
2024-02-23 | 835,320 | Rusiya XİN də Ermənistandan izahat tələb etdi | Moskva Ermənistandan ikitərəfli kanallar vasitəsilə bu ölkənin Baş naziri Nikol Paşinyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurulması ilə bağlı dediklərinin nə demək olduğuna dair əsaslandırıcı izahat gözləyir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd edilib ki, İrəvanın təşkilatın tədbirlərində iştirakının dinamikası azalıb: “Ümid edirik İrəvanda anlayacaqlar ki, mövcud narahatlıqlar ictimai müstəvidə qaldırmaq yolu ilə həll edilmir, onlar etibarlı dialoq vasitəsilə müzakirə olunmalı və aradan qaldırılmalıdır”. XİN vurğulayıb ki, 2022-ci ildə Ermənistan tərəfinin xahişi ilə operativ şəkildə KTMT Katibliyinin və Birləşmiş Qərargahının qiymətləndirmə missiyası formalaşdırılıb və ölkənin sərhəd rayonlarına göndərilib. Nəticələr üzrə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistanda monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı qərar hazırlanıb: “Bunun müqabilində isə İrəvan nümayişkaranə şəkildə ölkəyə Avropa Birliyinin psevdo-müşahidəçilərini dəvət etməyi seçdi – bu faktlar hər kəsə məlumdur və onların gördüyü işin səmərəsizliyi də göz qabağındadır”. Qeyd edək ki, Nikol Paşinyan "Frans 24" nəşrinə müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu bildirib. |
2024-02-23 | 835,323 | ABŞ-ın sanksiya tətbiq etdiyi rus səfir danışdı | Qərbin bütün bu məhdudlaşdırıcı tədbirləri çoxdan öz mənasını itirib. Axar.az xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib. "Bütün bu sanksiyalar çoxdan öz mənasını itirib. Onlar yalnız Qərbin gücsüzlüyünü açıq şəkildə nümayiş etdirir", - Qrızlov söyləyib. Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bu gün Qrızlov da daxil olmaqla, yeni antirusiya sanksiyalar paketini dərc edib. |
2024-02-23 | 835,324 | Rusiya nümayəndələri BMT iclasını tərk etdi | Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya və onun birinci müavini Dmitri Polyanski Baş Assambleyanın Ukraynanın işğal olunmuş ərazilərinə həsr olunmuş iclasını tərk ediblər. Axar.az xəbər verir ki, bununla bağlı Nebenzya açıqlama verib. "Ukraynanın "işğal olunmuş əraziləri" anlayışı mövcud deyil. Rusiyanın yalnız yeni əraziləri var. Kollektiv Qərb gec-tez Ukrayna ilə bağlı etdiklərinə görə cavab verməli olacaq", - Nebenzya qeyd edib. |
2024-02-23 | 835,327 | Qurbanov püşkü dəyərləndirdi: Yenə bu komanda... | “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir. Axar.az xəbər verir ki, bunu klubun saytına açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Avropa Liqasının 1/8 final mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirən təcrübəli mütəxəssis “Bayer”lə qrup mərhələsində qarşılaşdıqlarını xatırladıb. Qurbanov güclü rəqiblə matçlarda baxımlı oyun nümayiş etdirməyə çalışacaqlarını bildirib: “Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu. Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir". Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab matçı bir həftə sonra Leverkuzendə olacaq. |
2024-02-23 | 835,328 | Kremlin təcili tələbi: Nikolun 2 yolu var – Yeni dövr başladı | Kreml təcili surətdə Nikol Paşinyandan “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurub” açıqlamasına aydınlıq gətirməsini istəyib. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyanın bu vəziyyətdə iki çıxış yolu var: “O, birinci halda Kremli sakitləşdirəcək açıqlama verərək, KTMT-dən uzaqlaşmanı və ayrılmanı ağrısız və tədricən həyata keçirməyə çalışacaq ki, bu, onun zamanını alacaq. İkinci halda məsələni köklü şəkildə həll etməyə çalışacaq və KTMT-dən ayrılmanın anonsunu verəcək ki, Kremlin zərbələrini Fransa ilə birgə dəf edə bilsin. Paşinyan tələsdiyinə görə ikinci varianta üstünlük verə bilər. Çünki Paşinyanda belə qənaət var ki, bölgədə yeni toqquşma olarsa, Rusiya Ermənistanı qorumayacaq və Azərbaycan yeni hədəflərinə çatacaq. Ona görə də Paşinyan düşünür ki, o, həm də zamanla mübarizə apardığına görə hadisələri qabaqlamaldır. Paşinyan Parislə ortaq çalışamalar həyata keçirərkən, Kreml də boş dayanmayacaq”. Politoloq bildirib ki, Paşinyanın bu açıqlaması ilə bölgə yeni dövrə qədəm qoyur. |
2024-02-23 | 835,329 | MİT əməliyyat keçirdi: Mazlum Mardin yaxalandı | PKK terror təşkilatının üzvlərindən olan “Mazlum Mardin” kod adlı Murad Kızıl Avropaya qaçmağa fürsət tapmadan ələ keçirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilib ki, Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və Təhlükəsizlik Kəşfiyyat İdarəsi birgə əməliyyat keçiriblər. Terrorçu Murad Kızılın gizləndiyi yer müəyyən edilib. Murat Kızıl Türkiyəyə gətirilib və məhkəmə məsuliyyətinə cəlb edilib. Qeyd edilib ki, o, 2015-ci ildə Suriya və İraqda terror fəaliyyəti göstərib. |
2024-02-23 | 835,330 | Papikyan İranın riyakar simasını ifşa etdi | Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın Ermənistana hərbi texnika göndərməsini şərh edərkən deyib ki, İran Ermənistanın Fransa ilə hərbi əməkdaşlığına hörmətlə yanaşır. Maraqlıdır, “bölgəyə aidiyyəti olmayan ölkələr Cənubi Qafqaza müdaxilə etməsinlər” tələbini irəli sürən İran rəsmilərinin, din xadimlərinin, diplomatlarının, generallarının həqiqətənmi İrəvana deyəcəkləri sözü yoxdur? Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastyan Lekornu ilə İrəanda keçirdiyi görüşdə səsləndirdiyi fikirləri şərh edərkən qeyd edib. Ekspert bildirib ki, Azərbaycan hansısa Qərb ölkəsindən silah və hərbi texnika alsaydı, Tehranın Bakı əleyhinə açıqlamaları ard-arda gələrdi: “Söhbət Ermənistandan getdiyinə görə susurlar. Tehran Avropa Birliyinin hərbi müşahidə missiyasının Ermənistan ərazisində İranla sərhədə yaxın ərazidə yerləşməsinə də seyrçidir. Deməli, Tehran mübarizə apardığı hər hansı Qərb ölkəsinin istənilən antiazərbaycan siyasətinin yanındadır”. |
2024-02-23 | 835,332 | Bakıda ən ucuz torpaq sahələri... - Siyahı | Abşeron, Zirə, Türkan kimi bakıətrafı qəsəbə və kəndlərdə yerləşən ən ucuz topraq sahəsinin qiyməti 5 min manatdan başlayır. Axar.az Metbuat.az-a istinadən xəbər verir ki, bu fikirləri əmlak üzrə ekspert Elnur Azadov deyib. O bildirib ki, hazırda çıxarışı və təyinatı yaşayış məntəqəsi olan torpaq sahəsi tapmaq çətinləşib: “Vətəndaşlar, çıxarışsız və təyinatı fərqli torpaq sahəsi alsalar da, o ərazidə ev tikə bilmirlər. Ən baha torpaq sahələri mərkəzdə olan ərazilərdə satışa çıxarılır. Burada alıcılıq qabiliyyəti az olmaqla bərabər, belə yerlərdə bir sot torpağın qiyməti 400 min manata qədər yüksələ bilər. Hazırda daşınmaz əmlak bazarında qiymətlərə diqtə edən də tikinti şirkətləridir. 2024-cü ilin sonuna qədər tikinti şirkətlərinin alqı-satqı obyektlərinə müəyyən qədər təsir edəcəyi gözlənilir. Qeyd edim ki, həm fərdi evlərdə, həm də torpaq sahələrinin qiymətində 10 faiz bahalaşma gözlənilir". |
2024-02-23 | 835,334 | Şok: Zelenski Ermənistana səfərə gəlir | Ukrayna Prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Ermənistana səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Factor.am öz mənbələrinə istinadən xəbər yayıb. “Etibarlı mənbəmizin bildirdiyinə görə, hazırda Ukrayna prezidentinin Ermənistana səfəri hazırlanır, lakin səfərin tarixi son olaraq təsdiqlənməyib. Vaxtla bağlı Ukrayna tərəfi ilə danışıqlar aparılır. Vladimir Zelenskinin İrəvana martda gələcəyi gözlənilir”, - məlumatda qeyd edilib. |
2024-02-23 | 835,335 | Rusiya təyyarəsi Azov üzərində vuruldu - Video | Rusiyanın Azov dənizi üzərində daha bir A-50 təyyarəsi vurulub. Axar.az xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görüntülər yayılıb. İddiaya görə, sözügedən təyyarədən Rusiyanın arsenalında cəmi 3-ü qalmışdı. |
2024-02-23 | 835,338 | Belarus MN-dən Ermənistanla bağlı çağırış | Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlı qüvvələri mövcud planlar üzrə işləyir, Ermənistanın təşkilatda iştirakı məsələlərinə dair nəticə çıxarmaq hələ tezdir. Axar.az xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko deyib. “KTMT çərçivəsində əməkdaşlığa gəlincə. Məncə, nəticə çıxarmaq tezdir. Siyasi bəyanatlar ayrıdır, silahlı qüvvələr arasında bu gün mövcud olan münasibətlər ayrı - bizim planlarımız var, biz bu planlar üzrə işləyirik”, - deyə o, STV telekanalında bildirib. O, siyasi bəyanatları bir kənara qoyub əməkdaşlığı inkişaf etdirməyə çağırıb: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı hazırkı tərəfdaşımız Ermənistanla əməkdaşlığı inkişaf etdirəcəyik”. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24”ə açıqlamasında Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu bildirib. Bu açıqlama Rusiyanın dərhal reaksiyasına səbəb olub. Kreml İrəvandan bu fikirlərə izahat verilməsini tələb edir. |
2024-02-23 | 835,339 | Rusiyadan hədə: Ermənistan ərazi itirəcək! | Ermənistan KTMT-dən çıxacağı təqdirdə ərazi bütövlüyünü itirmək riski daşıyır. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov "Nyus.ru"ya açıqlamasında deyib. "Baş nazir Nikol Paşinyan yadda saxlamalıdır: KTMT nizamnaməsində təşkilata üzvlüyün dondurulması nəzərdə tutulmur", - Juravlyov vurğulayıb. Deputatın sözlərinə görə, Paşinyan bütün məsuliyyəti KTMT-nin üzərinə atmağa çalışır: "Paşinyan ilan kimi qıvrılır, bütün siyasi və hərbi uğursuzluqlarının günahkarının KTMT olduğunu təsəvvür etməyə çalışır. Amma KTMT üzv ölkələrin ərazilərini qoruyur və Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb. Bütün beynəlxalq standartlara görə Qarabağ Azərbaycanın olub. Paşinyana xatırlatmaq istəyirəm: KTMT nizamnaməsində heç bir dondurma nəzərdə tutulmur. Siz ancaq blokdan çıxa bilərsiniz, o zaman çətin ki, kimsə Ermənistanın ərazi bütövlüyünə təminat verə bilsin". Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan "Frans 24"ə müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu açıqlayıb. |
2024-02-23 | 835,343 | “Mançester”in əfsanəsi "Qarabağ"ın zəfərini qeyd etdi | Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının keçirildiyi UEFA-nın mənzil-qərargahında bizə çox isti münasibət göstərdilər. Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasında 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib. Funksioner ardıcıl ikinci dəfə püşkatmada iştirak etdiyini bildirib: “1/8 finala yüksəldikdən sonra pley-offun püşkatmasından daha fərqli münasibət gördük. Qurumun baş katibinin müavini Corco Markettinin və tədbirin bütün aparıcılarının “Qarabağ” haqda xüsusi danışması, komandamızın 1/8 finala möhtəşəm mübarizə ilə yüksəldiyini vurğulaması məni qürurlandırdı. İrlandiyanın paytaxtı Dublində keçiriləcək final oyununun səfiri, “Mançester Yunayted”in əfsanələrindən olan Con Oşi özü də bunu xüsusi qeyd etdi". Onun sözlərinə görə, Ağdam təmsilçisi “Braqa” səddini keçməklə bütün Avropanı təəccübləndirdi: "Hamı “Qarabağ”a ehtiramla, heyranlıqla yanaşır. “Qarabağ” sözünün, Azərbaycan bayrağının bu səviyyədə tanınması göstərir ki, klubumuzda böyük iş görülüb. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bu mərhələyə qədər irəliləmişik. 1/8 finalda ən yaxşılar oynayır. Avropada 1000-dən çox klub var və biz Avropa Liqasının 16 ən yaxşısı arasına düşmüşük. Bunun özü tarixi nailiyyətdir. Mən xalqımızı və Ali Baş Komandanımızı təbrik edirəm”. Qeyd edək ki, "Qarabağ" ilə "Bayer" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Leverkuzendə baş tutacaq. |
2024-02-23 | 835,348 | Ukrayna baş naziri sərhəddə gözlədi, polyaklar gəlmədi | Polşa hakimiyyətinin nümayəndələri Ukrayna baş naziri ilə iki ölkə sərhədində nəzərdə tutulan görüşə gəlməyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal özü Teleqram hesabında məlumat verib. “Bir ay əvvəl biz razılaşdıq ki, sərhədi bağlamaq ölkələrimizə zərər verir və bu cür hadisələrin qarşısının alınması vacibdir. Aradan bir ay keçdi və yenidən bu vəziyyətə qayıtdıq. Yalnız indi biz açıq-aşkar təxribatları görürük”, - deyən Şmıqal bir ay əvvəl Polşa Baş naziri Donald Tuskun Polşanı Ukraynanın ən etibarlı və ən mühüm müttəfiqi adlandırdığını xatırladıb. Onun sözlərinə görə, görüşə müavinləri Olqa Stefanişina və Aleksandr Kubrakov, daxili işlər naziri İqor Klimenko, kənd təsərrüfatı naziri Nikolay Solski, xarici işlər nazirinin müavini Yevgeni Perebiynis, iqtisadiyyat nazirinin müavini Taras Kaçka, infrastruktur nazirinin müavini, İnfrastruktur şöbəsinin rəhbəri Sergey Derkaç, Dövlət Sərhəd Xidmətinin rəhbəri general Sergey Deyneko və gömrük rəisi Sergey Zvyagintsev ilə gedib. İddiaya görə, Polşa hakimiyyəti sərhəddə görüşə “təhlükəsizlik səbəbindən” gəlməyib. |
2024-02-23 | 835,349 | İran Zəngəzura ordu göndərməyə hazırdır - Bəyan etdi | Elə bu gün İran tərəfi bəyan edib ki, Tehran Ermənistanla hərbi ittifaq imzalamağa və qoşunlarını Zəngəzurda yerləşdirməyə hazırdır. Axar.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert David Camalyan yerli mediaya açıqlamasında deyib. O, İranın Zəngəzurun ermənilərdə qalmasında maraqlı olduğuna əminliyini bildirib: “İran Qarabağın da ermənilərdə qalmasında maraqlı idi. İndi İran açıq mətnlə deyir ki, o, nəiniki silah-sursat, qoşun da verə bilər. Hamı başa düşür ki, Zəngəzurun süqutu İrana qarşı uzunmüddətli planların tərkib hissəsi olacaq”. Onun sözlərinə görə, İran Ermənistana deyir ki, əldə olunan razılaşmalara ciddi əməl etmək lazımdır: “Ehtimal etmək olar ki, İran tərəfdən təkliflər olub - İrəvan ya qəbul etməyib, ya da qəbul edib, amma həyata keçirməyib”. |
2024-02-24 | 835,351 | Paşinyanın açıqlaması yeni müharibə deməkdir - Camalyan | Biz müharibənin astanasındayıq. Axar.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert David Camalyan yerli mediaya açıqlamasında deyib. O, Ermənistan Baş naziri Nikol Paşinyanın “Frans 24”ə müsahibəsinin nəticəsinin yeni müharibə, yeni ərazi və insan itkiləri olacağını iddia edib: “Müharibənin qarşısını almaq üçün KTMT ilə münasibətləri dondurmaq yox, Ermənistan-Rusiya alyansının bütün hərbi-siyasi resurslarından istifadə etmək, Ermənistana sürətlə silah, lazım gələrsə, silahlı qüvvələr gətirmək lazımdır. Əgər zərurət yaranarsa, KTMT ilə əlaqə saxlamalı və 4-cü maddəyə istinad etməlisiniz. İran tərəfinin silah tədarükündən tutmuş, lazım gələrsə, silahlı qüvvələrin göndərilməsinə qədər çox şirnikləndirici təkliflərini qəbul etmək lazımdır”. Onun fikrincə, bütün bu faciəli hadisələr zamanı İrəvan ölkənin müdafiəsini imitasiya edəcək, bunun sayəsində Azərbaycan istədiyinə nail olmağa çalışacaq: “Yalnız bir “amma” var: söhbət Rusiya və İranın irimiqyaslı müqavimətindən gedir. Bu iki çəkindirici amil işləsə, böyük fəlakətin qarşısını almaq olar”. |
2024-02-23 | 835,352 | Rusiyanın cavabı gecikmədi: siyahı genişləndirildi | Rusiya ölkəyə girişi qadağan olunan AB vətəndaşlarının siyahısını genişləndirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu addım Avropa Birlyinin 13-cü sanksiyalar paketinə cavab olaraq atılıb. Qeyd edək ki, daha öncə AB Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib. |
2024-02-23 | 835,354 | Bu kəndlərə ilk dəfə elektrik enerjisi verilir | Masallının ucqar dağ kəndləri olan Dico və Ulum kəndləri ilk dəfə elektrik enerjisi ilə təmin olunacaq. Axar.az xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyətinin məlumatında deyilir. Bildirilib ki, Nazirlər Kabineti tərəfindən sözügedən kəndlərə elektrik enerjisi xəttinin çəkilməsi istiqamətində qərar qəbul edilib. Rayon mərkəzindən 20-25 kilometr aralıda yerləşən Miyankü kənd inzibati ərazi dairəsinə daxil olan Dico və Ulum kəndlərinin yaxın zamanda elektrik enerjisi ilə təmin olunması prosesinə başlanılacaq. |
2024-02-23 | 835,355 | Bakıda hərəkətə mane olan qadın saxlanıldı - Video | Bakı yollarında avtomobillərin hərəkətinə mane olan qadın saxlanılıb. Axar.az xəbər verir ki, görüntülər daha əvvəl sosial şəbəkələrdə yayılıb. Sürücülər bildiriblər ki, Həsən Seyidbəyli və Mirzağı Əliyev küçələrində yolda avtomobillərin hərəkətinə mane olan qəribə geyimli şəxslə qarşılaşıblar. Paytaxtın Səbail rayonunda polis əməkdaşları psixiatriya dispanserində qeydiyyatda olan 1962-ci il təvəllüdlü həmin qadını saxlayıblar. |
2024-02-23 | 835,356 | Paşinyan dayanmır: Rusiyaya qarşı daha bir bəyanat | Ukraynada baş verənlər Almatı Bəyannaməsinin pozulmasıdır və əslində bizi ciddi narahat edir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” kanalına müsahibəsində deyib. O bildirib ki, Almatı Bəyannaməsi İrəvan üçün çox vacibdir: “Bu bəyannaməni həm Rusiya, həm Ukrayna, həm də Azərbaycan imzalayıb. Yeri gəlmişkən, həmin bəyannamə Belarus, Rusiya və Ukraynanın imzaladığı Belovej müqaviləsi ilə başladı. Daha sonra Almatıda keçmiş Sovet İttifaqının doqquz respublikasının qoşulduğu bu müqavilə iki məsələdən ibarətdir: Sovet İttifaqının mövcudluğunu dayandırması və ikincisi, Sovet respublikalarının müstəqil dövlət olması, bir-birinin ərazi bütövlüyünü tanıması və sərhədlərin toxunulmazlığı. İndi bizim təhlükəsizliyimiz üçün də çox vacib olan Almatı Bəyannaməsi fonunda Ukraynada baş verənlərin bu bəyannaməsinin pozulması olduğunu görürük və ciddi şəkildə narahatıq”. Qeyd edək ki, bundan öncə də Paşinyan bu fikri dilə gətirmiş, Kreml isə Ermənistan baş nazirinin haqsız olduğunu açıqlamışdı. Paşinyanın “Frans 24” kanalına müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini doldurduğu barədə açıqlaması isə Rusiyada ciddi gərginlik yaradıb. |
2024-02-24 | 835,360 | BƏƏ Misirə 35 milyard dollarlıq investisiya yatırır | Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Misirə 35 milyard dollar dəyərində investisiya yatıracaq. Axar.az xəbər verir ki, bu barədə Misirin rəsmi agentliyi MENA məlumat yayıb. Bildirilib ki, Misir Baş naziri Mustafa Medbuli, əmlak naziri Asım əl-Cəzzar və BƏƏ investisiya naziri Məhəmməd Həsən əs-Suveydinin iştirakı ilə ölkə tarixinin ən böyük birbaşa investisiya müqaviləsi imzalanıb. İnvestisiya layihəsi Ras əl-Hikmə regionunda turizm, əmlak və urbanizasiya sahələrini əhatə edəcək. Layihənin 15 və 20 milyard dollar olmaqla iki hissədən ibarət olacağı bildirilib. Misir hökumətinin bu layihədən 35 faiz gəlir əldə etməsi gözlənilir. |
2024-02-23 | 835,361 | Bu, İrəvanın iradəsindən asılıdır - Əmirbəyov | “İndependent Arabia“ nəşrində Azərbaycan və Ermənistan arasında sülh danışıqları və Fransanın bu prosesə təsirinə dair məqalə yayımlanıb. Axar.az xəbər verir ki, məqalədə ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın bu günlərdə Fransaya rəsmi səfəri, burada dövlət başçısı Emmanuel Makron ilə görüşü və verilən bəyanatlara diqqət ayrılıb. Qeyd edilir ki, Fransa və Ermənistanı tarixi bağlar birləşdirir, çünki Fransada 600 mindən çox erməni yaşayır. Buna görə də Fransa Ermənistanın arsenalının gücləndirilməsində iştirak edir və bu gedişat Azərbaycan tərəfindən birmənalı qarşılanmır. Rəsmi Bakı Fransanı Ermənistanın hücumameylli siyasətini dəstəkləməkdə və onu qonşuları ilə müharibəyə təhrik etməkdə ittiham edir. Nəşr mövzu ilə bağlı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovdan müsahibə alıb. Müsahibədə vaxtilə Fransada səfir vəzifəsində çalışmış Azərbaycan rəsmisinin sülh danışıqlarına dair fikirləri yer alıb. E.Əmirbəyov qeyd edib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş Qarabağ regionunu azad etdikdən sonra yekun sülh müqaviləsinin bağlanması üçün fürsətlər yaranıb. O, bu kontekstdə hər iki ölkənin rəhbərlərinin ən son olaraq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşlərinə işarə edib. İkitərəfli münasibətlərin inkişafı və sülh müqaviləsinin bağlanması üçün yaranan imkanlardan, eləcə də Azərbaycan və Fransa arasında soyuq olan əlaqələrdən bəhs edən E.Əmirbəyov, hazırda Ermənistan tərəfindən xoş niyyətin nümayiş etdirilməli olduğunu vacib hesab edib. Çünki sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır. Azərbaycan rəsmisi müsahibədə, həmçinin bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından rəsmi olaraq imtina etməyib. Çünki Ermənistanda 1990-2000-ci illər arasında qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı coğrafi ərazi iddiaları öz əksini tapır. Həmin qanunvericilik aktlarının hələ də qüvvədə olması sülh müqaviləsinin bağlanması istiqamətində əsas maneələrdən sayıla bilər. Eyni zamanda, bu sənədlərin hələ də mövcudluğu Ermənistanın sülh bağlanmasına maraq göstərməməsi kimi dəyərləndirilir. Həmçinin bu sənədlər beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır, çünki beynəlxalq ictimaiyyət 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul olunarkən Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Bundan başqa, Ermənistan Azərbaycan kəndlərini hələ də işğal altında saxlayır və Azərbaycana qarşı Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə şikayətlə müraciət edib. E.Əmirbəyov müsahibədə Ermənistan tərəfinin Azərbaycanın Ermənistan ərazilərinə iddialı olması kimi cəfəng fikirlərinə aydınlıq gətirərək bildirib ki, Azərbaycan sülh müqaviləsinin müsbət nəticəsi kimi bütün nəqliyyat yollarının açılmasının tərəfdarıdır. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı saxlayan, qışda Gürcüstan ilə yolların keçilməz olduğu və yalnız İranla rahat gediş-gəlişə malik Ermənistan bu məsələdə dilemma qarşısındadır. Azərbaycan rəsmisi sonda bildirib ki, sülh müqaviləsinin bağlanması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması özü ilə bir çox üstünlüklər gətirə bilər və region tranzit yüklərin daşınması üçün əhəmiyyət qazanar. Belə ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla kommunikasiya vasitəsilə birləşməsi Orta Dəhlizin inkişafına və Çindən Avropa ölkələrinə yüklərin daşınmasına təkan verə bilər. E.Əmirbəyov bu məsələnin iqtisadi və kommersiya aspektlərinin Ermənistan üçün də maraqlı olacağına əminliyini bildirib. Müsahibədə, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada görülən işlərdən, keçmiş məcburi köçkünlərin tədricən öz torpaqlarına qayıdışından bəhs olunub, o cümlədən 2026-cı ilədək 140 min insanın öz dədə-baba yurduna geri dönüşünün təmin ediləcəyi vurğulanıb. |
2024-02-23 | 835,364 | Nikol açıq-aşkar yalan danışdı: Qərbi ələ salır | Rusiyaya mövcud sanksiyaları nəzərə alırıq. Həm də ona görə yox ki, bizə təzyiq edirlər və ya bizdən tələb edirlər, ona görə ki, əgər biz bu sanksiyalara əməl etməsək, bu, onları yaradan ölkələrlə münasibətlərimizə təsir edəcək. Və bu ölkələrlə əlaqələr önəmlidir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” kanalına açıqlamasında “Qərb Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur edirmi” sualına cavab verərkən deyib. “Bu sualı verdiyiniz üçün çox şadam, çünki xüsusən də Avropa Birliyində zaman-zaman Ermənistanın sanksiyalara əməl etməməsi, sanksiyalar rejimini pozması ilə bağlı ittihamlar səslənir, lakin deyə bilərəm ki, axırıncı dəfə 2023-cü ildə biz bir neçə dəfə AB və ABŞ-ın nümayəndə heyətlərini qəbul etdik, onların məqsədi İrəvanın beynəlxalq öhdəliklərinə necə əməl etdiyini, sanksiyalar baxımından özünü necə apardığını müşahidə etmək idi. Və qeyd etməliyik ki, nə Avropa Birliyi, nə də Amerika Birləşmiş Ştatları bizimlə bağlı heç bir qeyd-şərt qoymayıb. Avropa Birliyinin bəzi ölkələrində bəzi dairələr tərəfindən yayılan, həmçinin mətbuatda tirajlanan əks-təbliğat və dezinformasiya əsasında bəzən Ermənistanı ittiham edən bəyanatlar verilir. Amma bir daha deyirəm: həm Avropa Birliyi, həm də Amerika Birləşmiş Ştatları rəsmi şəkildə bəyan ediblər ki, bu məsələdə Ermənistanı günahlandırmaq üçün heç bir əsas yoxdur”, - Paşinyan bildirib. Qeyd edək ki, 2022-ci ildə Ukrayna müharibəsi başlayandan az sonra Ermənistanın Rusiyaya ixracında kəskin artım meydana gəldi. İlin sonunda bəlli oldu ki, Ermənistandan Rusiyaya avtomobil ehtiyat hissələri, mikroçiplər və s. Avropa məhsullarının ixracı 12 dəfəyə qədər artıb. Rusiyaya sanksiya siyahısına düşən məhsulların Ermənistandan ixracı nəticəsində yalnız 2022-ci ildə Ermənistanın Rusiyaya ixracı 4 dəfə artdı və ticarət dövriyyəsi 5 milyadı aşdı. Tarixdə ilk dəfə Rusiya ilə ticarət dövriyyəsində Ermənistan müsbət saldo əldə etdi. 2023-cü ildə isə bu rəqəm yenidən fantastik həddə çatıb. Belə ki, əgər Rusiyaya sanksiyalar səbəbindən Ermənistanla dövriyyənin 6 milyardı aşacağı proqnozlaşdırılsa da, ötən gün rəsmi rəqəm çoxlarında təəccüb yaratdı: 2023-cü ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 7,3 milyard dollardan çox olub. Bu, bir daha Ermənistanın Rusiyaya sanksiyaları hansı həcmdə dəldiyini sübut edir. |
2024-02-24 | 835,366 | Belqorodda daha bir Ukrayna PUA-sı məhv edildi | Rusiyanın havadan müdafiə sistemləri Belqorod vilayəti üzərində növbəti Ukrayna PUA-sını məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Əlavə məlumat verilmir. |
2024-02-23 | 835,367 | İlham Əliyevə güvənirmi? – Paşinyanın cavabı | Hesab edirəm ki, münasibətlərimizin tarixi artıq dərin inamsızlıq üçün əsasdır. Və Azərbaycanın liderindən və məndən soruşmağın mənası yoxdur ki, biz bir-birimizə güvənirik, ya yox? Aydındır ki, yox. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevə güvənib-güvənmədiyi sualına cavab verərkən deyib. “Ancaq problem bu deyil, problem budur: kiçik addımlarla inam yaradacağıqmı? Məhz etimadın yaradılması prosesində biz çətinliklərlə qarşılaşırıq”, - Paşinyan bildirib. “Əliyev sülhə hazır olduğu deyib, əslində isə müharibəyə hazırlaşırmı” sualına Paşinyan müsbət cavab verib: "Azərbaycan lideri diplomatik təmaslar zamanı bəyan edir ki, onların hücum etmək niyyəti yoxdur. Problem ondadır ki, bir daha təkrar edirəm: bir çox analitikə belə qənaətə gəlmək üçün əsas verən ictimai müzakirələr, sonrakı praktiki işlər və “yerdə” gedən proseslərdir. Bəzən bunun niyə belə olmadığına etiraz etmək və əks arqumentlər gətirmək çox çətin olur”. |
2024-02-24 | 835,371 | Pişik bələdiyyə sədrinin çıxışına mane oldu - Video | Türkiyədə bələdiyyə sədrinin çıxışı zamanı kuryoz hadisə yaşanıb. Axar.az xəbər verir ki, Beykoz şəhərinin bələdiyyə sədri Murad Aydın çıxışına mavrıya (pişik balasına) görə fasilə verməli olub. Bələdiyyə sədri çıxış edərkən mavrı onun üstünə qalxıb, o, çıxışına fasilə verərək, mavrını əzizləyib. Həmin görüntüləri təqdim edirik: |
2024-02-24 | 835,373 | Keçmiş kanslerə həbs cəzası verildi | Vyanada regional məhkəmə keçmiş kansler Sebastian Kurtsu korrupsiya iddiaları ilə bağlı yalan bəyannamə verməkdə təqsirli bilərək, ona 8 ay müddətinə şərti həbs cəzası verib. Axar.az xəbər verir ki, bu barədə “Heute” məlumat yayıb. Qeyd edək ki, Kurts 2017-2019 və 2020-2021-ci illərdə Avstriyanın federal kansleri vəzifəsini icra edib. |
2024-02-24 | 835,377 | Lənkəranlı tanınmış molla İrana görə həbs edildi – Foto | Azərbaycanda İranın molla rejiminə xidmət edən, onları təbliğ edənlərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Axar.az MOUZE Teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatlar zamanı Lənkəranın tanınmış ruhanisi Kərbəlayi Rövşən Şərifov da saxlanılıb. |
2024-02-24 | 835,379 | İran Pakistanda əməliyyat keçirdi: Şahbəxşi öldürüldü | İran təhlükəsizlik qüvvələri “Ceyş əl-Ədl” qruplaşmasının yüksək rütbəli komandiri İsmayıl Şahbəxşi öldürüb. Axar.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. Bildirilib ki, İran İslam İnqilabının sərhəd təhlükəsizliyi qüvvələrinin Pakistanda keçirdiyi əməliyyat nəticəsində Şahbəxşi ilə yanaşı onun tərəfdaşları da öldürülüb. |
2024-02-24 | 835,381 | Ərəblərin gözü qarşısında fələstinlilər məhv edilir | İsrailin Qəzzanın şimalına qida və tibbi ləvazimatların girişinin qarşısını alması 700 mindən çox insanın həyatı üçün birbaşa təhlükə yaradır. Axar.az xəbər verir ki, bu barədə Qəzzanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, regiondakı insanların həyat şərtləri hər keçən gün ağırlaşır: “Ərəb dünyası başda olmaqla, bütün dünyanın gözü qarşısında on minlərlə insan İsrailin hücumları və aclıq səbəbindən ölümü gözləyir”. |
2024-02-24 | 835,382 | ABŞ-dakı azərbaycanlıların diqqətinə: səyyar xidmət... | ABŞ Çikaqo şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq. Axar.az xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunan səyyar konsulluq xidməti fevralın 24-də baş tutacaq. Səfirlik Çikaqo şəhəri və yaxın ərazilərdə yaşayan azərbaycan vətəndaşlarına müraciət edərək onlara tələbləri ilə bağlı səfirliklə əlaqə saxlamaqla, görüş vaxtının təyin olunmasını xahiş edib. Həmvətənlərimizə qəbul çərçivəsində pasportların rəsmiləşdirilməsi, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub. Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin səyləri nəticəsində 2021-ci ildən etibarən mütəmadi keçirilir. Ötən müddət ərzində ABŞ qərb, cənub şəhər və ştatlarında, Texasda, Bostonda, Nyu Yorkda artıq səyyar konsulluq xidmətləri keçirilib və bu fəaliyyətlərin əhatə dairəsini genişləndirilməsi nəzərdə tutulub. |
2024-02-24 | 835,387 | Rusiya 2 ildə Ukraynanın nə qədər ərazisini işğal edib? | Rusiya 2022-ci ilin 24 fevralından bəri Ukraynanın 62 min kv.km-dən çox ərazisini işğal edib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” Teleqram kanalının hesabatında qeyd olunub. Hərbi əməliyyatların ilk həftəsində Rusiya Ukraynanın Kiyev, Çerniqov, Sum, Xarkov, Zaporojye, Xerson, Donetsk və Luqansk (bu iki vilayətin ərazisinin bir hissəsi 2014-cü ildə işğal olunmuşdu – red.) vilayətlərinin bir hissəsini işğal etmişdi. Lakin 2022-ci ilin martın sonu-aprelin əvvəllərində rus ordusu işğal etdiyi Kiyev, Çerniqov və Sum vilayətlərinin ərazisindən çıxmağa məcbur oldu. Sentyabrın 6-da isə Ukrayna ordusunun başlatdığı əks-hücum əməliyyatları nəticəsində Xarkov vilayətinin də işğal olunmuş əraziləri ruslardan təmizləndi. 6 sentyabr-10 oktyabr əməliyyatları nəticəsində Ukrayna Xarkov istiqamətindəki dövlət sərhədini bərpa etdi. Bundan başqa, Donetsk və Luqansk vilayətlərinin işğal altında olan bəzi əraziləri də azad edildi. Ukrayna Silahlı Qüvvələrinin avqustun 29-da Xerson istiqamətində başladığı əks-hücum əməliyyatları noyabrın 11-də rus ordusunun Xerson şəhərindən çıxması ilə başa çatdı. Bu əməliyyat nəticəsində Rusiya ordusu Dnepr çayının sağ sahilindən çıxmağa məcbur oldu. Ukrayna ordusunun 2023-cü ilin iyununda Zaporojye istiqamətində başlatdığı əks-hücum əməliyyatı isə uğursuzluqla nəticələndi. Ukraynalılar rusların “Surovikin xətti” adlandırdıqları müdafiə xəttini tam yara bilmədilər. Nəticədə Ukrayna ordusu yalnız bir neçə yüz kv.km ərazini azad edə bildi. Hazırda isə Rusiya ordusu hücumdadır və ən son Avdeyevka şəhərini işğal edib. |
2024-02-24 | 835,388 | Rusiya bu il daha 400 min insanı savaşa yollayacaq | Avdeyevkanın ələ keçirilməsindən sonra Rusiya rəhbərliyi müharibəni piyada qoşunların hücumları ilə davam etdirməyi hədəfləyir. Axar.az xəbər verir ki, bu barədə "Moskva vaxtı" (The Moscow Times) nəşri məlumat yayıb. "Əldə edilən informasiyaya görə, Rusiya Müdafiə Nazirliyi 2024-cü il ərzində orduya 400 min hərbçi qəbul etməyi planlaşdırır. İnsanların orduya cəlb edilməsi üçün aylıq 70 min rubl (təxminən 760 dollar) ödəmək, ön cəbhədə döyüşənlər üçün isə aylıq ödənişi 304 min rubla (təxminən 3200 dollar) qədər artırmaq nəzərdə tutulub. Üstəlik, müqaviləli hərbçilərə müharibə bitənə qədər cəbhədə qalmaq məcburiyyəti tətbiq ediləcək", - məlumatda qeyd edilib. Nəşrə açıqlama verən adı açıqlanmayan yüksək rütbəli hərbçilərdən biri ordu üçün yaradılan imkanların məhdud olduğunu, insan resursunun tükənməyə doğru yaxınlaşdığını və cari illə bağlı planların reallığı əks etdirmədiyini bildirib. |
2024-02-24 | 835,389 | Makron Paşinyanla onu görüşdürdü, qalmaqal düşdü | Emmanuel Makron Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının sədri Murad Papazyanı bu ölkədə səfərdə olan Nikol Paşinyanla görüşdürüb. Axar.az xəbər verir ki, bu barədə Papazyan özü erməni mediasına açıqlamasında deyib. Papazyanın sözlərinə görə, panteondakı tədbir (Misak Manuşyanın yenidən basdırılması – red.) bitəndə Makron onunla görüşüb və Nikol Paşinyanla birgə nahar edib, danışmağı təklif edib: “Mən, Makron, Nikol Paşinyan və Ara Toranyan görüşdük. Mövzunu Makron özü açdı, dedi ki, bizim bir yerdə danışa bilməyimizi istəyir, çünki bir tərəfdə erməni xalqının seçdiyi Ermənistanın baş naziri, digər tərəfdə isə Fransadakı erməni icmasının liderləri var. Makron dedi ki, biz Ermənistanı və erməni davasını heç kimin qoruya bilməyəcəyi şəkildə qoruduğumuza əmin ola bilərik. Makron bildirdi ki, o, bizim fürsətdən istifadə etməyimizi və söhbət etməyimizi istəyir. Mən çıxışa başladım və Paşinyana dedim ki, Fransa prezidentinə hörmət üçün fransızca danışmaq istəyirəm, tərcüməçi gəlsin. Paşinyana dedim: Cənab baş nazir, mənim Ermənistana girişimi qadağan etməyinizi qəbuledilməz sayıram, çünki ilk növbədə sizin belə bir addım atmağa haqqınız yox idi. 19 aydan sonra heç bir səbəb olmadığı məhkəmə vasitəsilə təsdiqləndi. Aramızda fikir ayrılıqları var, mən müxalifətdəyəm, siyasətinizi ciddi tənqid etdim, pislədim, amma bu, demokratik ölkədə mənim haqqımdır və o hüququmdan istifadə edəcəyəm. Mənim bu hüququmdan istifadə etməyimə heç kim mane ola bilməz. Sonra dedim: Siz bu hərəkətinizlə diasporu və Ermənistanı daha da parçaladınız, hətta tərəfdarlarınız da özlərini aldanmış hiss etdikləri üçün problem yaşadılar. Siz diasporu zəiflətməyə çalışdınız və bu, erməni tərəfini zəiflətmək deməkdir. Dedim, fikir ayrılığımız ola bilər, problem deyil, demokratik həyatda bir-birimizlə razılaşmaya, mübahisə edə, bir-birimizi tənqid edə bilərik və siz bunu qəbul etməlisiniz. Siz qəbul etməlisiniz ki, biz Qarabağ məsələsində sizinlə razı deyilik, biz Azərbaycanla müqavilə ilə razı deyilik, biz Konstitusiyaya dəyişikliklərlə razı deyilik; siz qəbul etməlisiniz ki, biz Türkiyə ilə gələcək münasibətlərə də razı deyilik”. Murad Papazyanın sözlərinə görə, onun sözlərini eşidən Nikol Paşinyan əvvəlcə əsəbiləşib: “O, sadəcə əsəbiləşdi, sonra dedi ki, Fransa prezidentinin qarşısında niyə siyasətdən danışırsan? Ayıbdır”. Dedim, ayıb deyil, çünki bu təşəbbüsü göstərən Fransa prezidenti olub və yəqin ki, yalnız o, bu addımı ata bilərdi. Makron problemləri danışmaq üçün bizi toplamaq istədi və mən bu problemi səmimiyyətlə deyirəm. Nikol Paşinyan dedi: “Bilirsən niyə Ermənistana gəlməyi qadağan etdim?” Dedim, yox, o, davam etdi: “Çünki 2021-ci il iyunun 1-də nümayiş təşkil etmisən və mənim maşınıma hücum təşkil etmisən”. Dedim, cənab baş nazir, yalandır, mən təşkil etməmişəm. Dedi: “Sənsən, bilirəm ki, sənsən”. Dedim ki, siz bu qədər əmin olsanız ki, bu mənəm, o zaman MTX o faktları məhkəməyə təqdim edərdi, amma 19 aydan sonra məhkəməyə heç bir fakt verilmədiyi üçün onu mənim təşkil etdiyimə əmin ola bilməzsiniz və sizə deyirəm ki, mənim o nümayişlə heç bir əlaqəm yoxdur. Amma o nümayişi mən təşkil etmiş olsam belə, bu mənim haqqım və azadlığımdır. Biz demokratik ölkədə nümayişlər təşkil edə bilərik. İnqilabınızı nümayişlərlə həyata keçirdiniz, radio evini zəbt etdiniz, amma sizi həbsxanaya aparan olmadı, sizi heç kim qınamadı, sizə heç bir şey qadağan olunmadı. Ara Toranyan yanımda idi, Paşinyana dedi: “Sizi əmin edə bilərəm ki, Murad o nümayişi təşkil etməyib”. Onun Toranyana münasibəti çox pisdir, dedi: “Hardan bilirsən?” Toranyan, “Bilirəm, çünki biz həmişə bir yerdəyik, bilirəm ki, o bunu etməyib”. Papazyan bundan sonra Makronla da söhbət etdiyini bildirib: “Mən Makrona dedim: Cənab prezident, düzünü deyin, bu adammı bizi qorumalıdır, bu adammı Ermənistana rəhbərlik etməlidir, bu adammı Putin, Əliyev və Ərdoğanla danışmalıdır? Siz Ermənistanın rəhbərliyini bu səviyyəli adama verdiniz. Dedim, düzünü desək, cənab prezident, günah bizdədir, günah erməni xalqındadır ki, onların başında belə bir lider var ki, həqiqətən də səviyyəsizdir, tez qəzəblənir, çünki o, cahildir. Fransa prezidentinin qarşısında belə tez əsəbləşdiyinə görə ayıb olsun, mən həmişə sakit və təmkinlə məsələləri təqdim etmişəm, onu qınamışam, tənqid etmişəm. Söhbət bitdi, Makron Paşinyanı apardı, 5 dəqiqəyə yaxın ayrılıqda danışdılar, gördüm ki, Paşinyana əsəbiləşib. Tədbir bitəndən sonra getdim, Paşinyanla sağollaşdım, dedim: Sağ ol, cənab baş nazir, bir-birimizlə razılaşmaya bilərik, bu, problem deyil. Sözümü kəsdi və dedi ki, məhkəmədə işi udmusan? Dedim hə, uddum, amma yenə də apellyasiya verə bilərsiniz, dedi, şikayət etməyəcəyəm, MTX-yə deyəcəyəm ki, şikayət etmə. Fransa prezidenti ona müraciət etməməyi deyib. Bu, reallıqdır”. |
2024-02-24 | 835,390 | Şuşa-Laçın yolunda vəhşi atlar göründü - Video | Şuşa-Laçın avtomobil yolunda nadir hallarda rast gəlinən anlar qeydə alınıb. Dağlıq ərazidə aşırımlardan keçən yolda vəhşi atlar görünüb. Axar.az xəbər verir ki, qızılı rəng çalarları olan 30-dan çox vəhşi atın yürüşü ötən gün saat 21 radələrində Şuşa-Laçın avtomobil yolunun “Yeddi dolama” adlanan hissəsində qeydə alınıb. Görüntülər havanın dumanlı olması səbəbindən atlar meşəlikdən çıxaraq yolla irəliləyən zaman çəkilib. Atların hündür boyu, bədən quruluşu, çevikliyi və yürüşü onların Qarabağ cinsindən olması ehtimalını artırır. |
2024-02-24 | 835,391 | Müharibənin iki ili: Rusiya və Ukrayna nələr itirdi? | Fevralın 24-də Rusiyanın Ukraynaya irimiqyaslı təcavüzünün iki ili tamam olur. Axar.az iki il ərzində Rusiya və Ukraynanın döyüş meydanında verdiyi canlı qüvvə və hərbi texnika itkilərinin siyahısını təqdim edir. Ukrayna Baş Qərargahının yaydığı hesabata əsasən, Rusiyanın iki il ərzində 408 240 hərbçisi zərərsizləşdirilib. Rusiya ordusu döyüş meydanında 6 526 ədəd tank, 12 410 ədəd zirehli döyüş maşını, 9 916 ədəd artilleriya sistemi, 999 ədəd reaktiv yaylım atəş sistemi, 682 hava hücumundan müdafiə sistemi, 12 960 ədəd avtomobil texnikası və 1 575 xüsusi avadanlıq itirib. Bundan başqa, Ukrayna rusların 339 hərbi təyyarəsini, 325 helikopterini, 7 628 ədəd PUA-sını, 1 903 qanadlı raketini məhv edib. Müharibə başlayandan bəri itki baxımından ən çox ziyan çəkən Rusiyanın Qara dəniz donanması olub. Donanma iki il ərzində 25 gəmi və kater və 1 sualtı qayıq itirib. Donanmanın itkilərinə “Moskva” kreyseri, “Saratov”, “Novoçerkassk”, “Minsk” və “Sezar Kunnikov” desant gəmiləri və “Rostov Don” sualtı qayığı daxildir. Rusiya Müdafiə Nazirliyinin son hesabatına əsasən isə Ukrayna iki il ərzində döyüş meydanında 572 təyyarə, 266 helikopter, 13 137 PUA, 473 zenit-raket kompleksi, 15 171 tank və digər zirehli texnika, 1 223 reaktiv yaylım atəş sistemi, 8138 artilleriya və minaatan, 18 950 xüsusi hərbi avtomobil texnikası itirib. Rusiya MN gündəlik hesabatlarında Ukrayna canlı qüvvə itkisi ilə bağlı məlumat vermir. Lakin Rusiya müdafiə naziri Sergey Şoyqu 2023-cü ilin dekabrın 19-da verdiyi açıqlamasında Ukrayna ordusunun canlı qüvvə itkisinin 383 min nəfər (ölü və yaralılarla birlikdə - red.) olduğunu bildirmişdi. ABŞ Müdafiə Nazirliyi isə 2024-cü ilin fevralın 15-də açıqladığı hesabatda Ukraynanın 300 minə yaxın canlı qüvvə itkisi verdiyini açıqlamışdı. Pentaqonun məlumatlarına görə bu rəqəmin 60 minini ölü sayı təşkil edir. |
2024-02-24 | 835,392 | Ərdoğan yeni əməliyyatın anonsunu verdi | Terroristana qarşı yeni əməliyyatlar icra edəcəyik. Cənubumuzda yaradılmasına cəhd edilən strukturu darmadağın edəcəyik. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə mitinqdə çıxışında deyib. |
2024-02-24 | 835,393 | Kəlbəcərin ecazkar qarlı mənzərəsi - Video | İşğaldan azad olunmuş Kəlbəcər rayonundan yeni görüntülər yayılıb. Axar.az xəbər verir ki, kadrlar İTV-nin efirində yayımlanıb. Görüntülərdə Kəlbəcərin İstisu qəsəbəsi, qarlı yolları əks olunub. Həmin görüntüləri təqdim edirik: |
2024-02-24 | 835,394 | Zelenski İrəvanla bərabər Bakıya da gəlir? – Erməni yalanı | Ukrayna lideri Vladimir Zelenskinin mart ayında Ermənistana gələcəyi haqda erməni mediası məlumat yayıb. Axar.az xəbər verir ki, “Azadlıq” radiosu Zelenskinin Azərbaycanı da “səfər çərçivəsində” ziyarət edəcəyini yazıb. “Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Zelenskinin Azərbaycana səfər edəcəyi barədə məlumat feykdir. Belə ki, Zelenski yalnız Ermənistana səfər edəcək. Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana gələcəyi haqda xəbər sensasiya doğurub. Bu, Ermənistanın müttəfiqi sayılan Rusiyadan tam imtina etməsi anlamına gəlir. |
2024-02-24 | 835,396 | İrəvanın bu addımına Kreml dözməyəcək – Polkovnik | Fransa müdafiə nazirinin Ermənistana gəlməsi iki ölkənin daxili işidir. Lakin burada müəyyən bir özəllik var ki, Ermənistanla bizim sülh müqaviləmiz yoxdur. Bu sözləri Axar.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Fransa müdafiə naziri Sebastyan Lekornunun Ermənistana səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, avropalı nazirin Cənubi Qafqazda görünməsini, İrəvana verilən vədləri nəinki Azərbaycan, heç region ölkələri də xeyirə yozmur: “Paris bu gün Ermənistanı hər cəhətdən dəstəkləyərək Azərbaycana qarşı haqsız mövqe tutur. Azərbaycanla sülh müqaviləsi olmayan bir ölkənin silahlandırılması, müdafiə nazirinin səfəri və ondan öncə Avropanın müşahidə missiyası ilə görüşə Fransa generalının gəlməsi Azərbaycanı bu məsələlərə diqqətlə izləməyə vadar edir. Biz fransalı nazirin Ermənistana gəlməsinə bu prizmadan yanaşırıq. Ermənistanın sülh müqaviləsini bağlamamasının səbəbkarlarından biri olan Fransanın müdafiə nazirinin bu səfərini təhrik kimi oxuya bilərik. Prinsipcə, bu gün Ermənistanın mövqeyi, silahlanması, tutduğu siyasi yol, Azərbaycana qarşı işlətdiyi ritorikada kəskinlik və revanş xarakterli fikirləri regiona ciddi təsir göstərir. Regionda çox böyük logistik layihələrin həyata keçirilməsi ilə bağlı planlar var. Bura böyük sərmayələr qoyulub. Bu layihələrin həyata keçirilməsi ancaq burada təhlükəsizlik zəmanəti əsasında ola bilər. Ermənistanın Cənubi Qafqaza Qərbi gətirməsi region ölkələrini də qıcıqlandırır”. Ermənistan vasitəsi ilə ABŞ-AB və Rusiyanın maraqlarının toqquşmasının ağır nəticələrinin ola biləcəyinə diqqət çəkən hərbi mütəxəssis bildirib ki, Moskva qırmızı xəttinin keçilməsinə dözməyəcək: “Rusiya bu proseslərdən kənarda qalmayacaq və İrəvana əlində olan bütün imkanlarla təzyiq edəcək. Lazım olarsa, güc yolu ilə burdakı maraqlarını qoruyacaq. Bu da əlbəttə, Ermənistan ərazisində prosesin alovlandırılmasına, nəzərdə tutulmuş bütün layihələrin ləngiməsinə gətirib çıxaracaq. Hər halda Ermənistanın bu mövqeyi region üçün təhülkəlidir və İravana qətiyyən xeyir gətirməyəcək”. |
2024-02-24 | 835,398 | Ordumuz məcburetmə tədbirinə əl ata bilər - Ekspert | Paşinyanın müsahibəsində ən maraqlı məqam müzakirəyə səbəb olan açıqlamalarını niyə indi və bu formada verməsidir. Bu sözləri Axar.az-a Nikol Paşinyanın “Frans 24” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib. Siyasi şərhçi Ermənistanın sülh müqaviləsinin imzalanmasını yubatması halında Azərbaycanın alternativ variantlardan istifadə edəcəyini bildirib: “Paşinyan Rusiyadan uzaqlaşmaq, bölgəyə Qərbi gətirmək və hərbi varlığını genişləndirmək istəyir. Ona görə də xəyanətdə ittiham olunur və Rusiya Paşinyanın hakimiyyətdən getməsinə çalışır və bunu bir çox hallarda gizlətmir. Ermənistan baş nazirinin çevriliş açıqlaması bununla bağlıdır. Digər tərəfdən, o, Azərbaycanı işğalçılıq niyyətinin olmasında ittiham edir. Dövlətimizin isə heç kimin, o cümlədən Ermənistanın ərazisində gözü yoxdur. Ancaq əgər rəsmi İrəvan sülh prosesini yubatsa, onda Bakı sülhəməcburetmə və ya sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı qısamüddətli əməliyyatlar keçirə, anklav olmayan 4 kəndimizin geri qaytarılmasına nail ola bilər”. Turab Rzayev Paşinyanın Qərbə arxayınlığının artdığını qeyd edib: “Müsahibədə diqqətçəkən digər bir məqam KTMT-Ermənistan əlaqələri ilə bağlıdır. Artıq İrəvanın KTMT ilə əlaqələri de-fakto dondurulub. KTMT rəhbəri Ermənistanda həbs edildi və Putinin xahişi ilə buraxıldı. Bunlarla bərabər Roma Statutu ratifikasiya olundu və Rusiya prezidenti İrəvana səfər etsə, həbs ediləcək. KTMT təlimlərinin keçirilməsinə də icazə verilmədi, amma ABŞ, Fransa və NATO ölkələri ilə əlaqələr inkişaf etdirilir. Paşinyan bütün bunları indi açıqlayır, çünki Qərb ona dəstək vədi verib və kütləvi silahlanma yolunu göstərib. Fransa müdafiə nazirinin dünən İrəvandakı açıqlamalarından da Ermənistanın silahlandırılmasının davam edəcəyini görürük. Paşinyanı arxayınlaşdırırlar, o da danışıqlarda “plankanı” artırmağa cəhd edir. Amma heç bir yardım nəticəni dəyişdirə bilməyəcək. Ayaq altında qalan isə yenə Ermənistan olacaq”. |
2024-02-24 | 835,401 | Hərbi helikopter qəzaya uğradı: ölənlər var | ABŞ Milli Qvardiyasına məxsus “AH-64 Apaçi” helikopteri Missisipi ştatında qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Teyt Rivz X hesabında məlumat yayıb. "Missisipi Milli Qvardiyasının “AH-64 Apaçi” helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan hər iki hərbi qulluqçu həyatını itirib", - T.Rivz bildirib. Faktla bağlı araşdırma aparılır. |
2024-02-24 | 835,402 | Mikroavtobusla yük maşını toqquşdu: 1 ölü, 6 yaralı | Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə zamanı "Mersedes Vito" markalı mikroavtobusla QAZ-53 markalı yük maşını toqquşub. Nəticədə Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Habelə Şəmkir rayon sakinləri - 1965-ci il təvəllüdlü Xalidə İsayeva, 1985-ci il təvəllüdlü Vüsal Babayev, 1994-cü il təvəllüdlü M.Məmmədli, 1972-ci il təvəllüdlü Xudayar Musayev, 1993-cü il təvəllüdlü Anar Qasımov və 2004-cü il təvəllüdlü Elşanə Musalı xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. |
2024-02-24 | 835,403 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı | Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 81,62 dollara, yüngül neftin bir barreli isə 76,49 dollara təklif olunur. |
2024-02-24 | 835,404 | Çində yaşayış binasında yanğın: 15 ölü | Çinin Szyansu əyalətinin Nankin şəhərində yaşayış binasında yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Yanğın zamanı 15 nəfər ölüb, 44 nəfər isə yaralanıb. İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.