date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-24 | 835,405 | Hakan Fidan Maduro ilə görüşdü | Türkiyə xarici işlər naziri Hakan Fidan Venesuelaya rəsmi səfər edib. Axar.az xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro X hesabında paylaşım edib. “Hakan Fidanla möhtəşəm iclas keçirdik. Qardaş xalq Türkiyə ilə sıx işgüzar gündəmi, konkret razılaşmalar və hüquqlarımızın ümumi rifahı üçün nailiyyətlərlə dolu güclü dostluğu möhkəmləndiririk. Bu yola birgə davam edirik”, - N.Maduro bildirib. |
2024-02-24 | 835,406 | Ukrayna bu ərazidən 10 km geri çəkildi - Şoyqu | Ukrayna ordusu kəskin silah-sursat çatışmazlığına baxmayaraq, artilleriya hücumlarının intensivliyini azaltmayıb. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Mərkəz” qrupunun qərargahında keçirdiyi iclasda deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Adyevkadan ən azı 10 kilometr geri çəkilib: “Pilotsuz uçuş aparatları ilə son iki həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin 700-dən çox hədəfi məhv edilib”. S.Şoyqu eyni zamanda şəxsi heyətin elektron döyüş texnikası imkanlarının gücləndirilməsi barədə tapşırıq verib. |
2024-02-24 | 835,409 | 731-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 731-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 409 010 hərbçi, 6 534 ədəd tank, 12 425 ədəd zirehli döyüş maşını, 9 952 ədəd artilleriya sistemi, 999 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 684 hava hücumundan müdafiə sistemi, 340 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 988 ədəd avtomobil texnikası, 7 659 ədəd PUA, 1 905 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 576 xüsusi avadanlıq itirib. |
2024-02-24 | 835,410 | Bakıda qadın dəm qazından öldü | Bakıda qadın dəm qazından boğularaq ölüb. Axar.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, Zülfiyyə Zülfüqarova yaşadığı evin hamam otağında çimərkən dəm qazının toksik təsirindən zəhərlənərək vəfat edib. |
2024-02-24 | 835,414 | Almaniya onu Azərbaycana təhvil verdi | Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib. Bu barədə Axar.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, nazirlik İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi Azərbaycan vətəndaşı Marvud Vaqifzadəni ölkəmizə ekstradisiyasını həyata keçirib. Belə ki, 2021-ci ildə Vorld Telekom MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri) ittiham edilmiş M.Vaqifzadənin yeri Almaniyada müəyyən olunub və o, həbs edilib. Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında razılıq əldə olunaraq o, Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Qeyd edək ki, bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan gətirilib. |
2024-02-24 | 835,417 | "Fənərbağça" "Qarabağ"ın bu futbolçusu ilə maraqlanır | Türkiyənin "Fənərbağça" klubunun skautları "Qarabağ"ın futbolçusu Olavio Juninyo üçün Bakıya gəliblər. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Fotospor" nəşri məlumat yayıb. Bildirilib ki, Türkiyə təmsilçisinin rəsmiləri "Qarabağ"ın "Braqa" ilə Bakıda keçirdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu izləyiblər. “Fənərbağça”nın 27 yaşlı braziliyalı forvard barədə araşdırmaları davam etdirəcəyi vurğulanıb. Qeyd edək ki, Juninyo 2023-cü ilin yayında "Qarabağ"a keçib. |
2024-02-24 | 835,421 | “Qarabağ”ın “Bayer”lə oyunlarının başlama saatı | "Qarabağ"ın Avropa Liqasının 1/8 finalında "Bayer"lə oyunlarının başlama saatı müəyyənləşib. Axar.az xəbər verir ki, komandalar arasında ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq. Cavab oyunu martın 14-də Leverkuzendəki "BayArena" stadionunda keçiriləcək və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək. Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubun Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib. |
2024-02-24 | 835,423 | ABŞ F-35-lərlə bağlı Türkiyənin qapısını döyəcək | Çox yaxın gələcəkdə ABŞ F-35 qırıcılarını satın alması üçün Türkiyənin qapısını döyəcək. Axar.az xəbər verir ki, bunu türkiyəli jurnalist Zəfər Şahin deyib. “ABŞ-la müəyyən sahələr üzrə əlaqələrimiz bəlli bir nöqtədədir. ABŞ F-35 qırıcılarını satın alması üçün Türkiyənin qapısını döyəcək. Bunun çox yaxın zamanda baş verəcəyinə inanıram. “Kaan” layihəsinin sürətlənməsində Türkiyənin F-35-lərlə bağlı kənarda qalmasının çox böyük töhfəsi var”, - jurnalist bildirib. |
2024-02-24 | 835,425 | DYP-dən hərəkət iştirakçılarına müraciət | Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayı artıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, piyada diqqətsizliyi bir çox hallarda sonradan bərpası mümkün olmayan nəticələrə səbəb olur: "Yol hərəkət iştirakçıları içərisində ən az müdafiə olunan piyadalar arasında hələ də öz təhlükəsizliyinə biganə yanaşan, özləri ilə bərabər digər hərəkət iştirakçılarını çıxılmaz vəziyyətə salan şəxslərə hər gün rast gəlirik ki, bu kimi hallar təəssüf ki bəzən bərpası mümkün olmayan nəticələrə səbəb olur. Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayının artması səbəbindən bir daha piyadalara səslənirik. Küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, əlvan geyimlər üstünlük verin, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün yolu keçərkən ondan istifadə etməkdən çəkinin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olun". |
2024-02-24 | 835,427 | Putinə etibar edirmi? – Paşinyan sualdan qaçdı | Bilirsiniz, biz dövlətlərarası əlaqələr qurmuşuq. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinə etibar edib-etmədiyi barədə suala cavab verərkən deyib. “Ermənistanla Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu əlaqələrin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz bu ənənələr çərçivəsindəyik”, - Paşinyan bildirib. “Siz hazırda Vladimir Putinlə əlaqə saxlayırsınızmı?” sualına Paşinyan belə cavab verib: “Bəli, sonuncu dəfə dekabrda danışmışam”. Qeyd edək ki, Paşinyan Putinə inanıb-inanmadığı sualına konkret cavab verməsə də, Azərbaycan lideri ilə arasında qarşılıqlı inamsızlıq olduğunu etiraf etmişdi. |
2024-02-24 | 835,429 | Baydenlə Makron Ukrayna və Qəzzanı müzakirə etdi | ABŞ Prezidenti Co Bayden Fransa Prezidenti Emmanuel Makronla danışıb. Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. “Liderlər bir sıra ikitərəfli və qlobal məsələləri, o cümlədən Rusiyanın sabitliyi pozan hərəkətlərini, Rusiyanın işğalının iki illiyi ərəfəsində Ukraynaya dəstək və Konqresin Ukraynaya maliyyə yardımı məsələsini müzakirə etməsi ətrafında fikir mübadiləsi aparıblar. Onlar həmçinin Yaxın Şərqdəki hadisələri müzakirə ediblər”, - məlumatda bildirilib. |
2024-02-24 | 835,430 | İrəvan Təbrizdə konsulluq açmaq üçün işlər aparır | Təbrizdə Ermənistanın Baş Konsulluğunun açılması üçün hazırlıq işləri aparılır. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Hazırda hazırlıq işləri gedir. Departament müvafiq olaraq növbəti dəyişikliklər barədə məlumat yayacaq”, - XİN-dən bildirilib. |
2024-02-24 | 835,431 | Bu ərazilərimizə qar yağdı | Fevralın 24-ü saat 10:30-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şərurda 5 sm, Şahdağda 4 sm, Qrızda 3 sm, Qobustanda 1 sm olub. Düşən yağıntının miqdarı Oğuzda 11 mm, Neftçalada 7 mm, Qaxda 5 mm, Göygöl, Balakən, Şərur, Şahbuz, Şabran, Qobustan, Qəbələ, Şəki, Zaqatala, Daşkəsən, Gədəbəy, Sədərək, Ordubad, Lerik, Sabirabad, Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Ağdam, Şamaxı, Quba, Qusar, Xaltan, Tərtər, Beyləqan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 6 mm-dək olub. Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Qobustan, Şamaxı, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 1, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta olub. |
2024-02-24 | 835,432 | Xankəndidə 5 avtomat, 8 qumbara tapıldı | Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 23-də Xankəndi şəhəri ərazisində 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 8 ədəd qumbara, 28 patron darağı, 705 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-02-24 | 835,433 | Zakir Həsənov müşavirə keçirdi, göstərişlər verdi | Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müdafiə naziri yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində, eləcə də qardaş ölkəyə rəsmi səfəri zamanı fevralın 19-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin Azərbaycan Ordusuna verilən yüksək qiymət, eyni zamanda, ordumuzun inkişafı ilə bağlı qarşıya qoyulan mühüm tapşırıqlar olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb. General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda hərbi təhsil, silahlanma, təminat-təchizat və digər istiqamətlərdə aparılan uğurlu islahatların gedişatından danışıb və bu işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib. Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib. 2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb. Müdafiə naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiya prosesinə həssaslıqla yanaşılması, xidmət dövründə şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması və xidmət müddətini başa vurmuş gənclərin yola salınması ilə bağlı göstərişlər verib. General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Nazir tərbiyəvi və ideoloji işin planlı şəkildə aparılması, mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi, həmçinin hərbi intizamın daim yüksək səviyyədə saxlanılması ilə bağlı tələblərini komandir heyətinin diqqətinə çatdırıb. Sonda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da artırılmasına xüsusi diqqətin yetirilməsi, eləcə də 2024-cü ildə qarşıda duran digər vəzifələrin yüksək keyfiyyətlə icrası ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verilib. |
2024-02-24 | 835,436 | Ermənistanla sərhəddə əməliyyat şəraiti təhlil edildi | Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib. Axar.az xəbər verir ki, müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib. 2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb. |
2024-02-24 | 835,437 | Sabah toyu olacaq gənc faciəvi şəkildə öldü - Foto | Sabah toyu olacaq gənc yol qəzasında ölüb. Axar.az Apa-ya istindən xəbər verir ki, hadisə ötən gün Yevlax rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Şəki rayonu Böyük Dəhnə kənd sakini, Elnur Şubay oğlu Abdulayevin idarə etdiyi minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı sürücü E.Abdullayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində həyatını itirib. Qeyd edək ki, E.Abdullayev nişanlı olub. O, sabah baş tutacaq qız toyu mərasimi üçün rayona gəlirmiş. Mart ayının 2-də isə öz toyu olmalı idi. Faktla bağlı araşdırma aparılır. |
2024-02-24 | 835,438 | Navalnının ölümü haqda məlumat üçün 100 min ayrıldı | Aleksey Navalnının tərəfdarlarının siyasətçinin ölümü ilə bağlı məlumat üçün vəd etdikləri mükafatın məbləği 100 min avroya yüksəlib. Axar.az xəbər verir ki, bunu Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov deyib. Qeyd edilib ki, bundan əvvəl müxalifətçinin həmkarları onun ölümü ilə bağlı məlumat (qətl) və lazım gələrsə, Rusiyadan getməsinin təşkili üçün 20 min avro mükafat təklif etmişdilər. Təklif təhlükəsizlik qüvvələri, FTX, İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və Prokurorluğun əməkdaşlarına ünvanlanıb. “Sizin statusunuz və Aleksey Navalnının siyasi fikirlərini bölüşüb-bölüşməməyinizin əhəmiyyəti yoxdur. Əsas universal prinsiplər var: ananı ələ salıb öldürülən oğlunun meyiti ilə şantaj etmək olmaz. Siz bunu dəstəkləyə bilməzsiniz və etməməlisiniz. İnsanlıq göstərin, oğlunu itirən anaya başsağlığı verin. Putinin mütləq cəhənnəm qəddarlığını və əxlaqsız cinayətlərini dəstəkləməyin”, - fondun direktoru İvan Jdanov videomüraciətində bildirib. |
2024-02-24 | 835,440 | Bu xəstəxananın direktoru işdən çıxarıldı | Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru Pərviz Məhsimov vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Xəstəxananın İctimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib. Bildirilib ki, P.Məhsimov işdən yol verdiyi nöqsanlara görə çıxarılıb. Qeyd edək ki, P.Məhsimov ixtisasca cərrahdır. O, bu vəzifəyə 2023-cü ilin noyabr ayında təyin edilmişdi. |
2024-02-24 | 835,447 | Güclü külək əsəcək, yollar buz bağlayacaq | Azərbaycan ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 26-dək fasilələrlə davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Şərq küləyi 25-də ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. |
2024-02-24 | 835,451 | Azərbaycanda baş məşqçi istefa verdi | “Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib. Axar.az xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib. 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulundan baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub. |
2024-02-24 | 835,453 | Maaşım ay sonuna çatmır: bəs kasıblar… - Deputat | Yanvar ayının 1-dən əmək pensiyaları artırılsa da, hər kəsin gözlədiyi minimum əmək haqqı artırılmadı. Hər kəs ərzağın, kommunal ödənişlərin baha olduğunu, 350-400 manatla yaşamağın çətinliyini qeyd edir. Bəs yaxşı yaşamaq üçün minimum maaşı nə qədər olmalıdır? Axar.az xəbər verir ki, deputat Aqil Abbas Globalinfo.az-a deyib ki, minimum maaş 500 manat olmalıdır. O, 345 manat maaş alanlar üçün dolanışığın ürəkaçan olmadığını bildirib: “Maaş az olduğu üçün əksəriyyət kasıb yaşayır. Məsələn, satıcılar minimum maaş alırlar. Bu, doğru deyil. Bir tərəfdən də cərimələrin məbləğinin artırılması təklif olundu. Bu cəmiyyət nə maaş alır ki, ondan da cərimə ödəsinlər?! Hər şeyə görə cərimə olmaz axı. 300 manat maaş alan adam nətər dolansın, cəriməni necə ödəsin, nə yesin? Bunları nəzərə almaq lazımdır”. Aqil Abbas deyib ki, düşündükdə, bu gün heç 500 manat da dolanışıq üçün kifayət etmir: “Çox istərəm ki, insanlarımız yaxşı dolansınlar. Düzdür, müharibədən yeni çıxmışıq, Qarabağın quruculuq işləri davam etdirilir, elə təkcə Ağdam üçün azı 80-90 milyard dollar pul lazımdır. İqtisadiyyatımız gücləndirilsə, sosial məsələlər də həllini tapacaq. Amma bu məbləğ az da olsa, istərəm ki, heç olmasa minimum əmək haqqı 500 manat olsun. Ərzaq da bahadır, almaq olmur. Bir sözlə, 345 manat azdır, heç nəyə bəs etmir. Ölkədə yüksək maaş alanlardan biri mənəm, lakin aldığım məbləğ heç ay sonuna çatmır. Bəs bu kasıb nə etsin?!” |
2024-02-24 | 835,454 | Xocalıda erməni evindən tapılan kasetlər şok etdi - Foto | Xocalıda çəkiliş aparan AzTV əməkdaşları ermənilərin yaşadığı evlərdən azərbaycanlı ifaçılar - Könül Xasıyeva, Aygün Bəylər və Zeynəb Xanlarovanın kasetlərini tapıblar. Kult.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. |
2024-02-24 | 835,457 | Hərbi vəzifəlilərin atəş hazırlığı... - Video | Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib. Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb. Təhlükəsizlik qaydaları izah olunduqdan sonra peyda olan hədəflərə atəş mövqeyini dəyişməklə müxtəlif vəziyyətlərdən atəşin aparılması üzrə tapşırıqlar icra olunub. Döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən toplanışda fəaliyyətlər uğurla yerinə yetirilib. |
2024-02-24 | 835,462 | Bazar günü hava necə olacaq? | Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. |
2024-02-24 | 835,465 | Rusiya Ali Məhkəməsinin sədri öldü | Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev Moskvada vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. 80 yaşlı Vyaçeslav Mixayloviç Lebedev son bir neçə gündür xəstəxanada müalicə alırdı. Onun xəstəliyinin nə olduğu açıqlanmayıb. |
2024-02-24 | 835,468 | Polisimiz KOK peşəkar kəmərinin sahibi oldu - Video | Xətai RPİ-nin 37ci Polis Şöbəsinin YYÇ-nin ispektoru polis kapitanı Tunc İsmayıl oğlu Abbas (75 kq) ötən gün Türkiyənin Düzcə şəhərində keçirilən kikboksinq üzrə döyüşdə hollandiyali Kevns Simonsu məğlub edib. Axar.az xəbər verir ki, idmançımız 1-ci raundda texniki nakaultla qalib gələrək, KOK peşəkar kəmərinin sahibi olub. |
2024-02-24 | 835,469 | İran Hizbullaha silah tədarükünü sürətləndirib - Katz | Qəzza zolağında müharibə başlayandan bəri İran Suriya vasitəsilə Hizbullaha silah göndərilməsi prosesini sürətləndirib. Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrail Katz BMT Təhlükəsizlik Şurasına yazdığı məktubda qeyd edib. O bildirib ki, Təhlükəsizlik Şurası bununla bağlı heç bir tədbir görməsə, İsrail özünü müdafiə etməkdən çəkinməyəcək: “İsrailin səbri tükənib. Plkənin öz torpaqlarını və vətəndaşlarını müdafiə etmək hüququ var. Ötən aylar ərzində İsrail bir neçə cəbhədə döyüşdüyü vaxtda İran Hizbullaha qurudan, Suriya və Livan sərhədlərindən, eləcə də hava və dənizdən istifadə edərək silah göndərib. İranın göndərdiyi silahlara hava hücumundan müdafiə sistemlərinin hissələri, pilotsuz təyyarələr və müxtəlif raket növləri daxildir”. Nazirin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda həmçinin İrandan Livana silah ötürülməsində İslam İnqilabı Keşikçiləri Korpusu və Hizbullah bölmələrinin fəal iştirak etdiyi, bu əməliyyatların vaxtı və yeri ətraflı təsvir edilib: “Təhlükəsizlik Şurası Livan hökumətindən öhdəliklərini tam yerinə yetirməyi, məsuliyyəti öz üzərinə götürməyi və öz torpağından İsrailə qarşı hücumların qarşısını almağı tələb etməlidir”. Qeyd edək ki, İran tərəfinin 1701 saylı qətnamənin, habelə Təhlükəsizlik Şurasının 2231 və 1540 saylı qətnamələrini kobud şəkildə pozduğu bildirilir. Bu, BMT Təhlükəsizlik Şurasının tədbir görməyəcəyi təqdirdə İsrailin İrana qisas və önləyici zərbələr endirməsini əsaslandıra bilər. |
2024-02-24 | 835,470 | İranda zəlzələ oldu | Bu gün yerli vaxtla saat 11-də İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 4,8 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar 21 km dərinlikdə qeydə alınıb. Zəlzələ Fin şəhərinin 27 kilometrliyində baş verib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. |
2024-02-24 | 835,476 | Şərti düşmənin yerləşdiyi yüksəkliyə basqın... - Video | Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimdə əvvəlcə qarlı-çovğunlu havalar və çətin keçiləbilən ərazilərdə şəxsi heyətin fəaliyyəti üçün lazım olan təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təminatı, həmçinin bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyəti yoxlanılıb. Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə praktiki məşğələlər keçirilib. Məşğələlər zamanı yüksək dağlıq ərazilərdə qrupun hərəkəti, himayəli irəliləmə, sərt yamaclarda hərəkət, xizəklə qrupun döyüş düzülüşləri, dağçılıq ləvazimatlarından istifadə etməklə sərt enişlərdə, sıldırım yamaclarda hərəkət qaydaları məşq etdirilib. Hər zaman yüksək dözümlülük və bacarıq tələb edən əməliyyatlarda iştirak edən xüsusi təyinatlıların şiddətli soyuqlara orqanizmlərinin öyrəşdirilməsi üçün müxtəlif təlimlər keçirilib. Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının yoxlanıldığı taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirərək şərti düşmən arxasında taktiki fəaliyyətləri icra edib. Verilən tapşırığa əsasən qruplarla şərti düşmənin yerləşdiyi yüksəkliyə basqın fəaliyyəti yerinə yetirilib. Basqın fəaliyyəti zamanı yaralanan hərbi qulluqçuya çevik şəkildə tibbi yardım göstərildikdən sonra çətin keçiləbilən ərazilər üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə yaralının təxliyəsi həyata keçirilib. Soyuq havalarda ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edərək döyüş əməliyyatlarının aparılması, yaralıların təxliyə edilməsi və qarlı-şaxtalı şəraitdə şəxsi heyətin xizək sürmə vərdişlərinin təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub. |
2024-02-24 | 835,477 | Paşinyan Konstitusiya layihəsini müzakirəyə çıxarır | Ermənistanın Baş naziri Nikol Paşinyan martın 1-dən Ermənistan Konstitusiyasının dəyişdirilməsinə başlayacaq. Axar.az xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, Nikol Paşinyan İrəvanda Ermənistan Konstitusiyasına əlavə və dəyişiklikləri hazırlayan komissiyanın üzvləri ilə görüşəcək. Onlar referenduma çıxarılması planlaşdırılan Konstitusiyaya dəyişikliklər layihəsini müzakirə edəcəklər. Vurğulanır ki, Paşinyan komissiyanın yeni tərkibini çağırmayıb. Sənədə əvvəllər dəyişiklik edən həmin şəxslər yeni düzəlişlər hazırlayacaqlar. “Məsələ vaxt çatışmazlığındadır və Ermənistan hakimiyyəti düzəlişlər etməyə tələsir”, - məlumatlarda qeyd olunur. |
2024-02-24 | 835,478 | Beynəlxalq qurum İranı qara siyahıda saxladı | Beynəlxalq Maliyyə Tədbirləri üzrə İşçi Qrupu - FATF fevralın 23-də keçirdiyi toplantıda İranı yenidən qara siyahıda saxlayıb. Axar.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilib. “İran İslam Respublikası hökumətinin 2024-cü ilin yanvarında quruma təqdim etdiyi son hesabatı qeyri-kafi hesab edilir və İran hökumətinin öz yanaşmasını dəyişməsi istənilir", - məlumatda qeyd edilib. Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupu əlavə edib ki, İran fəaliyyət planında terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə aşkar edilmiş çatışmazlıqları aradan qaldırmalıdır: “Əks təqdirdə İranın terrorizmi maliyyələşdirməsi təhlükəsi və bunun beynəlxalq maliyyə sistemi üçün yaratdığı təhlükə ilə bağlı narahatlıqlar davam edəcək”, - beynəlxalq qurum vurğulayıb. |
2024-02-24 | 835,479 | Prezidentdən Akif Əli Zadə ilə bağlı sərəncam | Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib. Qeyd edək ki, Akif Əli Zadə 1934-cü ildə Bakıda anadan olub. O, 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub. Fevralın 25-də akademikin 90 yaşı tamam olur. |
2024-02-24 | 835,487 | İstanbulda Makrona açıq məktub ünvanlandı - Video | 14:20 İstanbulda Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: İntibahın oyanışı” ("Decolonization: Awakening of the Renaissance") adlı beynəlxalq konfrans keçirilib. Axar.az xəbər verir ki, beynəlxalq konfransda 13 ölkə və 4 beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib. Bunlar arasında Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilər – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Wallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqı (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) xüsusi üstünlük təşkil edir. Konfransda Fransız Qvianası Assambleyasının (Parlament) vitse-prezidenti Samantha Françoise Cyriaque, Yeni Kaledoniyanın xarici işlər, mədəniyyət, gənclər və idman naziri Mickael Forrest, BMT-nin idarəçilik üzrə eksperti, Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Corbin, Martinik Assambleyasının deputatı Luc Francis Carole, Fransız Polineziyası Parlamentində Avropa və xarici işlər Komissiyasının sədri Maurea Maamaatuaiahutapu, Korsika Parlamentinin sabiq prezidenti Jean-Guy Talamoni, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob Bicep, Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı (SETA) Tunç Demirtaş və başqaları çıxış ediblər. Tədbir müzakirələr formatında davam etdirilib. Tədbirin sonunda iştirakçılar Fransa Prezidentinə açıq məktub ünvanlayıblar. Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çox müddətdə qəbul edilməsinə baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupunda yaşayan xalqların bu gün də fransız kolonializm və neokolonializmdən əziyyət çəkdiyi vurğulanır. Məktubda sözügedən adalar qrupunda Fransa hökuməti tərəfindən törədilən müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən mane törədilməsi, yerli əhalilərin pestisidlərlə zəhərləndirilməsi və əhalinin bu zəhərlənmənin fəsadlarından əziyyət çəkməsi, yerli əhalinin məcburən emmiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də davam etməsi, ərazilərdə kolonial məhkəmə sistemlərinin tətbiq edilməsi və s. faktlar öz əksini tapıb. Tədbir iştirakçıları E.Makrondan Fransız hökumətinin bu qanunsuzluqlarını dayandırmasını tələb edib, ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün YUNESKO missiyasının həmin ərazilərə göndərilməsinin əhəmiyyətini vurğulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalinin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının koloniyalara göndərilməsi üçün ATƏT-ə müraciət edilməsinə çağırış olunub. Eyni zamanda tədbirin sonunda elan edilib ki, Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq materik Fransaya daşınan 100 mindən artıq maddi və mədəni sərvətlərin geri qaytarılması üçün petisiyaya start verilib. Bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək. Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb. Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər. Bakı Təşəbbüs Qrupu indiyədək dünyada 6 belə konfrans təşkil edib. |
2024-02-24 | 835,490 | Ombudsman Xocalı soyqırımının törədildiyi ərazidə - Video | Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqrımından sağ çıxmağı bacaran bir qrup sakinlə birlikdə qətliamın törədildiyi əraziyə gedib. Axar.az xəbər verir ki, bu, ombudsmanın Xocalı işğaldan azad olunandan sonra həmin əraziyə ilk başçəkməsidir. O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının azərbaycanlıların başına gətirdikləri müsibətlərlə bağlı şahidlərin fikirlərini dinləyib. Eyni zamanda soyqırımla bağlı yeni faktlar lentə alınıb. S.Əliyeva qətliamın törədildiyi yerdən dünya ictimaiyyətinə müraciət edib. Ombudsman xocalıların başına gətirilən müsibətləri elə həmin ərazilərdə əyani şəkildə ictimaiyyətə çatdırıb. O, beynəlxalq təşkilatların Xocalı soyqırımı günahkarlarının məsuliyyətə cəlb edilməsinə dəstək göstərməsini istəyib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edilib, yerli əhaliyə qarşı soyqırımı törədilib, şəhər yerlə yeksan olunub. Soyqırımı nəticəsində 63 uşaq, 106 qadın və 70 ahıl olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 76 uşaq olmaqla, 487 nəfər ağır yaralanıb. Qətlə yetirilmiş şəxslərdən 56 nəfəri xüsusi qəddarlıqlarla öldürülüb, diri-diri yandırılıb, başının dərisi soyulub, digər dəhşətli işgəncələrə məruz qalıb. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır. |
2024-02-24 | 835,491 | MN-də 143 milyonluq mənimsəmə ilə bağlı yeni ifadələr | Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xXidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Şirin Şükürov bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrindən birində maliyyə xidmət rəisi işləyib: “Keçirilən yoxlamalar zamanı 2017-2021-ci illərdəki təftiş dövründə 1 milyon 600 min manatdan çox çatışmazlıq aşkar olunmuşdu. Təqsirləndirilən şəxslərdən birbaşa tapşırıq almamışam. Ümumi məbləğdən 600 min manatı mənə qalıb, 33 min manatını dövlət büdcəsinə ödəmişəm, qalanını da yaxın müddətdə ödəyəcəyəm”. O qeyd edib ki, bir təftişdə 140 min manata yaxın çatışmazlıq aşkar olunub. Yoxlamaya gələnlərə veriləcək məbləğin göstərişini korpusun maliyyə xidmətinin rəisi Ceyhun Musayevdən alıb. “Kimə nə qədər verilməsini biz müəyyən etmirdik, standartlar belə idi. Müxtəlif vaxtlarda təftişə Azər və Teymur müəllim gəlirdi. Pulları onlara vermişəm”, - o deyib. Şahid Tərlan Əliyev bildirib ki, həmin dövrdə hHərbi Akademiyada Maliyyə Xidmət rəisi işləyib. Yoxlamalar zamanı 1 milyon manata yaxın çatışmazlıq aşkar olunub. Həmin puldan 500 min manatı ona qalıb. Dövlətə dəyən ziyanı tam ödəyib. “Maliyyə və büdcə idarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfova hər dəfə təxmini 30-35 min manat olmaqla 4 dəfə pul vermişəm, amma o, istintaq zamanı üzləşəndə bunu inkar edib”, - şahid bildirib. O, həmçinin əlavə edib ki, qohumlarının adına kart hesabları açdırıb, onların əksəriyyəti hərbçi olmayıb. Rafael Xələfov istintaqa verdiyi ifadədə Tərlan Əliyevdən cəmi 60 min manat pul alaraq Nizami Məmmədova verdiyini bildirib. Müttəhim Nizami Məmmədov etiraz edib: “Rafael Xələfov istintaq zamanı qaranlıq məqamlarla bağlı deyirdi ki, pulları mənə verib, lakin mənim bununla bağlı xüsusi tapşırığım olmayıb". Şahid Fariz Nəbiyev bildirib ki, həmin vaxt Hərbi Hava Qüvvələrinin hərbi hissəsində maliyyə xidmət rəisinin köməkçisi işləyib, istintaq materiallarında 90 min manata yaxın çatışmazlıq aşkar olunduğu qeyd olunub. Bu məbləğin 20-25 min manatı ilə razı deyil. Mənimsənilən pullardan 33 min manatı ona qalıb. Həmin puldan 6500 manatını ödəyib, qalanını da yaxın vaxtda ödəyəcək. Nizami Məmmədov bildirib ki, Fariz Nəbiyev pul məsələsi ilə bağlı işdən çıxmaq istəyib: “Ona çatan pulla razı deyildi. Rafael və Cəlalla aralarında pul məsələsi var idi. Mənə ev almaq istədiyini bildirdi. Mən də Rafael Xələfovla Cəlal Kazımovu yanıma çağırıb məsələni yoluna qoydum”. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin rəisi Bayram Bayramov, Maliyyə İdarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. |
2024-02-24 | 835,492 | Hindistanda dəhşətli qəza: 22 nəfər öldü | Hindistanın Uttarkxand ştatında baş verən yol qəzasında 8-i uşaq olmaqla azı 22 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi Raciv Aqraval bildirib. Qeyd edilib ki, onları daşıyan traktorun yol kənarındakı gölməçəyə aşması nəticəsində həlak olublar. "Hazırkı məlumatlara görə, 22 nəfər ölüb, 5 nəfər yerli xəstəxanalardadır. Təxminən 10 nəfər yaralanıb", - Aqraval jurnalistlərə bildirib. |
2024-02-24 | 835,494 | Bakıda orta aylıq əmək haqqı açıqlandı | 2023-cü ildə Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 183 manat olub. Bu barədə Axar.az-a Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib. Bildirilir ki, orta aylıq nominal əmək haqqı 2022-ci illə müqayisədə 6,8% çoxdur. Xatırladaq ki, 2023-cü ilin ilkin məlumatlarına əsasən Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal maaşı 2022-ci ilə nisbətən 11,2% artaraq 933,8 manata çatıb. |
2024-02-24 | 835,495 | Ramazan bayramı: İş və istirahət günlərinin yerləri dəyişdirildi | Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib. Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10, 11, 12, 13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib. |
2024-02-24 | 835,496 | Məhkəmədən Nərgiz Absalamova ilə bağlı qərar | “Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri daha 3 ay uzadılıb. Axar.az xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində keçirilən iclasda elan olunub. Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. |
2024-02-24 | 835,499 | Qəzzada ölən fələstinlilərin sayı 29,6 mini keçdi | Qəzza zolağında ölən fələstinlilərin sayı 29 606 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qəzzada müharibə başlayandan indiyədək 69 737 nəfər xəsarət alıb. |
2024-02-24 | 835,501 | Etirazçı fermerlərdən Parisdə Makrona “sürpriz” - Video | Parisdə hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edən fransalı fermerlər polis səddini yarıb Prezident Emmanuel Makronun olduğu kənd təsərrüfatı sərgisinin keçirildiyi məkana daxil olublar. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, ötən gecə yüzlərlə narazı vətəndaş həmin sərginin keçirildiyi binanın yaxınlığında qurulmuş çadır şəhərciyində gecələyib. Bəzi fermerlər traktorlarla Fransa paytaxtına gəliblər. Məlumata görə, səhər saatlarında etirazçılar “Port de Versal”ın girişinə toplaşıblar. Onlar fit çalıb, hay-küy salıblar. Daha sonra yüzlərlə fermer mərkəzin girişini bağlayan hüquq-mühafizə orqanlarının qurduğu səddi yararaq içəri girə bilib. Nəticədə mərkəzin ərazisində narazı vətəndaşlarla polis əməkdaşları arasında toqquşma yaranıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları binaya soxulan insanları küçəyə çıxarmağa çalışıblar. Makron həmin an binanın ikinci mərtəbəsində olub. O, fermerlər və həmkarlar ittifaqları ilə danışmaq istəyib. Lakin kənd təsərrüfatı sənayesinin yalnız bəzi nümayəndələri dövlət başçısı ilə görüşməyə razı olub. Bir çox fermerlər onun salonda olmasından narazı qalıb, fitə basıblar. |
2024-02-24 | 835,504 | İcra başçısı ağac əkdi - Foto | Xətai rayonunda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Cavanşir küçəsi 21 və Babək prospektində ağacəkmə aksiyası keçirilib. Axar.az xəbər verir ki, tədbirdə Xətai rayon icra başçısı Rafiq Quluyev, YAP Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələri və MKTB-nin kollektivləri iştirak ediblər. Aksiyada ümumilikdə 500-dən çox ağac əkilib. Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. |
2024-02-24 | 835,506 | Fransa İrəvana silahı hansı ölkədən göndərəcək? - Video | Fransa Ermənistanı müharibəyə hazırlayır. Axar.az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı videomaterialda qeyd olunub. “Ermənilərdən daha çox erməni kimi davranan Fransa Prezidenti Emmanuel Makron Ermənistana silah tədarükünü davam etdirəcəklərini söyləyib. Açıqlamanın ardından Fransa müdafiə nazirinin İrəvana gedəcəyi məlum oldu. Makron administrasiyası bölgədə sülh və əməkdaşlıq yerinə, silahlanma siyasətini tətbiq etmək istəyini bir daha nümayiş etdirdi”, - süjetdə bildirilib. Kanalın əldə etdiyi məlumata görə, Ermənistana silah tədarükü Qara dəniz və ya İran üzərindən həyata keçiriləcək: "Lakin Qara dənizdən gəmi ilə silah tədarükünə dost və qardaş Türkiyə mane olacaq. Buna görə də İran üzərindən aparılması müzakirə olunur. Lakin Paris-İrəvan çirkli əməkdaşlığına Tehran rejiminin müsbət baxmayacağı söylənilir". Ətraflı videodamaterialda: |
2024-02-24 | 835,509 | İranlı narkotacirlərin narkokuryeri saxlanıldı | İranlı narkotacirlərin ölkəmizdəki növbəti narkokuryeri saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb. Həmin şəxsdən külli miqdarda - 2 kiloqram 355 qram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu “Həsən” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. İ.Kərimli barəsində araşdırmalar davam etdirilir. |
2024-02-24 | 835,510 | Qarabağda aşkarlanan kütləvi məzarlıqların sayı | İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb. Axar.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı itkilərinin naməlum taleyindən bəhs edən "13" adlı bədii-sənədli filmin təqdimatında deyib. O bildirib ki, Azərbaycan torpaqları erməni işğalından azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur: "Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq". E.Səmədov söyləyib ki, itkin düşənlərin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə yaxın günlərdə yenidən məlumat veriləcək. Qeyd edək ki, fevralın 21-də Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb. Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfərə (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub. |
2024-02-24 | 835,511 | Ərdoğan Xocalı soyqırımından danışdı | Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil oluna mitinqdə çıxışı zamanı deyib. O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: “BTM Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bu, onu deməyə əsas verir ki, BMT TŞ artıq işlək qurum deyil”. |
2024-02-24 | 835,512 | İran Rusiyaya güclü ballistik raketlər verib? | İranın BMT-dəki daimi nümayəndəliyi “Röyters”in Tehranın Moskvaya çox sayda güclü “yer-yer” ballistik raketlər verməsi ilə bağlı iddialarını təkzib edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Ballistik raketlərin satışı ilə bağlı qanuni məhdudiyyətlər olmasa da, İran əxlaqi cəhətdən Rusiya-Ukrayna münaqişəsi zamanı müharibəni alovlandırmamaq üçün silah ticarətindən çəkinməyə borcludur və bu, İranın beynəlxalq hüquqa, eyni zamanda BMT Nizamnaməsinə riayət etməsi ilə bağlıdır”, - nümayəndəliyin məlumatında bildirilib. |
2024-02-24 | 835,513 | “Altılı masa” buna görə dağıldı – İncə | “Altılı masa” mənfəətlərin, maraqların ittifaqı idi. Axar.az xəbər verir ki, bunu Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə yerli mediaya açıqlamasında deyib. “Masada əksəriyyət ölkənin vitse-prezidenti olmaq istəyirdi. Bu fikirlə ittifaq qurmaq olmaz. Layihə başdan yanlış idi. Bir ittifaq yaradanda gərək qarşına məqsəd qoyasan. Misal, deyə bilərsən ki, biz hakimiyyətə gəlsək, elmi, təhsili əsas götürəcəyik və yaxud məhsulun qiymətini hansısa yolla aşağı salacağıq. Bu prinsiplə addımlar atılmalı idi. “Altılı masa” isə mənfəətlərin, maraqların ittifaqı idi”, - partiya sədri bildirib. |
2024-02-24 | 835,514 | Ermənilər yenə atəşə tutdu - Son dəqiqə | Fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
2024-02-24 | 835,517 | 731-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 731-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 574 təyyarəsi, 267 helikopteri, 13 315 PUA-sı, 473 zenit-raket kompleksi, 15 207 tank və digər zirehli texnikası, 1 223 reaktiv yaylım atəş sistemi, 8 152 artilleriya və minaatanı, 19 030 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-02-24 | 835,521 | Türkiyə daxilində terrorçu qalmayıb - Ərdoğan | Terrora qarşı uğurla mübarizə aparırıq. Artıq Türkiyə daxilində terrorçu qalmayıb. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə bütün çətinliklərə rəğmən, imperialistlərə, terrorçulara təslim olmayıb: “Cənub sərhədlərimizdə terror dövlətlərinin yaradılmasına da imkan vermədik. Arxalarında kimin olmasından asılı olmayaraq, son terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcəyik”. |
2024-02-24 | 835,524 | İlham Əliyev Küveyt Əmirini təbrik etdi | Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. İnanıram ki, Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". |
2024-02-24 | 835,526 | Necati Şaşmazın fabriki yandı | Türkiyənin məşhur aktyoru Necati Şaşmaza məxsus “Novavud” adlı taxta fabrikində yanğın baş verib. Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, fabrikin kənarında yerləşdirilmiş yonqarlar yanmağa başlayıb. Yanğın qısa müddət ərzində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, N.Şaşmaz “Qurdlar vadisi” serialında Polad Ələmdar obrazı ilə məşhurlaşıb. |
2024-02-24 | 835,529 | Zelenski İrəvana gəlir? – Ermənistan XİN | Ermənistan XİN Ukrayna Prezidenti Vladimir Zelenskinin martın 4-də İrəvana səfər edəcəyi ilə bağlı məlumatı şərh edib. Axar.az xəbər verir ki, Zelenskinin Ermənistana gələcəyi ilə bağlı KİV-də yayılan xəbəri nazirlik nə təkzib edib, nə də təsdiq edib. "Deyə bilərik ki, yüksək səviyyəli səfərlər haqda vaxtında məlumat verilir", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib. |
2024-02-24 | 835,535 | Kəmaləddin Heydərov 3 rayonun sakinləri ilə görüşdü - Foto | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulunu keçirib. Axar.az xəbər verir ki, əvvəlcə nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Masallı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib. Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib. Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qəbul edib. |
2024-02-24 | 835,536 | ABŞ-dan Türkiyənin 16 şirkətinə sanksiya | ABŞ müxtəlif ölkələrdən olan 93 şirkətə yeni ticarət sanksiyaları tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, sanksiya tətbiq edilən ölkələr siyahısında Rusiya, Çin, Qırğızıstan, Hindistan, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə yer alır. Siyahıda Türkiyədən 16, Rusiyadan 63, Çindən 8, BƏƏ-dən də 4 şirkətın adı var. Bu şirkətlərə Rusiyaya dolayı olaraq dəstək verməsi əsas gətirilərək ixrac məhdudiyyəti qoyulub. |
2024-02-24 | 835,537 | İrəvandan KTMT-yə qarşı daha bir addım | Ermənistanın KTMT Parlament Assambleyasındakı (PA) nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində getməyiblər. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, Ermənistan istisna olmaqla KTMT-nin bütün üzvləri seçkilərdə müşahidəçi qismində təmsil olunurlar. Ermənistanın seçkilərdə müşahidəçi qismində iştirak etmədiyinin səbəbi açıqlanmayıb. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24”ə açıqlamasında Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu bildirib. Bu açıqlama Rusiyanın dərhal reaksiyasına səbəb olub. Kreml İrəvandan bu fikirlərə izahat verilməsini tələb edib. |
2024-02-24 | 835,542 | Göygölə yeni rəis təyin edildi | İsmayıllı Rayon Polis Şöbəsinin rəisi polkovnik Şəmşir Kazımov tutduğu vəzifədən azad edilib. Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin digər əmrinə əsasən, Şəmşir Kazımov Göygöl Rayon Polis Şöbəsinə rəis təyin edilib. |
2024-02-24 | 835,545 | İrəvan yenidən təxribatlara əl atarsa, cavabımız... | Hazırda Ermənistanın daxilində və dünyada baş verən proseslər, İrəvana verilən dəstək sülh müqaviləsi ilə bağlı müzakirələrin son aylarda irəli aparılmasını çətinləşdirir. Əgər Ermənistan yenidən hər hansı təxribatlara əl atarsa, bizim cavabımız proporsional olacaq. Ümumiyyətlə, adekvat cavablar olmasaydı, biz tez-tez erməni təxribatlarının şahidi olardıq. Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib. O bildirilib ki, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və bu istiqamətdə çoxlu təşəbbüslərlə çıxış edib: “Ermənistan tərəfi isə keçən zaman ərzində müxtəlif bəhanələr irəli sürərək sülhdən yayınmaq üçün fərqli mövqe ortaya qoyur. Belə ki, rəsmi İrəvan ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif edib. Hazırkı vəziyyətdə Ermənistanın bu təklifinin heç bir məntiqi əsası yoxdur. Çünki Azərbaycanın Ermənistana təklif etdiyi 5 baza prinsipi daxilində “dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək” barədə yazılıb. Bu təklifi Azərbaycan irəli sürdüyü üçün yenidən Ermənistanın oxşar bəyanat verməsi “oyun oynamaq”dan başqa bir şey deyil”. Fərid Şəfiyev qeyd edib ki, 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra 5 aya yaxın müddətdə şərti sərhəddə sabitlik hökm sürdü: “Lakin ermənilərin şərti sərhəddə təxribat törətməsi faktiki olaraq Ermənistanın münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərdi. Sülh müqaviləsi ilə bağlı müzakirələrin getdiyi bir zamanda ən fundamental məsələ Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Ona görə də bu iddialar hüquqi sənədlərdən çıxarıldıqdan sonra sülh müqaviləsi imzalana bilər. Bunun da presedenti yoxdur”. |
2024-02-24 | 835,546 | Arda Gülər “Real”dakı gələcəyi ilə bağlı qərar verdi | "Real"ın yarımmüdafiəçisi Arda Gülər klubdakı gələcəyi ilə bağlı qərar verib. Axar.az xəbər verir ki, futbolçu növbəti mövsümdə komandada qalmaq və əsas heyətdə yer almaq üçün mübarizə aparmaq qərarına gəlib. Buna baxmayaraq, türk yarımmüdafiəçinin 1 illik icarə əsasında Avropa klublarından birinə getməsi ehtimalı hələ də qalmaqdadır. Qeyd edək ki, ötən yay "Fənərbağça"dan "Real"a keçən Gülər bu mövsüm cəmi 3 matçda meydana çıxıb. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir. |
2024-02-24 | 835,550 | Səmədova bu xəstəxanaya direktor təyin olundu | Şirinxanım Vaqif qızı Səmədova Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru təyin olunub. Axar.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Qeyd edək ki, Ş.Səmədova 1974-cü ildə Salyanda anadan olub. Son təyinatadək Şirvan Şəhər Uşaq Poliklinikasının müdiri işləyib. Xatırladaq ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının əvvəlki direktoru Ramil Qasımov idi. |
2024-02-24 | 835,551 | Qərbdə Ukraynanın qalib gəlməsini istəməyənlər var | Qərbdə heç də hamı Ukraynanın qalib gəlməsini istəmir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “İstəsəydilər, bizə vaxtında müasir silahlar verərdilər. Qərb buna göz yumur, adekvat cavab vermək istəmir", - Danilov vurğulayıb. Danilovun fikrincə, əgər Kiyev F-16 qırıcılarını alsaydı, Avdeyevkanın işğalının qarşısını ala bilərdi. |
2024-02-24 | 835,552 | Ukraynada sülh üçün planlar çoxdur – İsveçrə | Hazırda dünya ictimaiyyətində Ukrayna ilə bağlı 10-a yaxın sülh planı mövcuddur, onların əksəriyyəti ictimaiyyətə məlumdur, lakin bir neçəsi məxfidir. Axar.az xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis deyib. Kassisin fikrincə, İsveçrə konfransında mümkün qədər çox təklifi nəzərdən keçirmək lazımdır: "Fikirlər çoxdur. Bəzi fikirləri olan dövlətlər var və bu konfrans onları təhlil etməyə, ortaq məxrəc tapmağa və ondan başlayaraq addım-addım hərəkət etməyə imkan verməlidir". |
2024-02-24 | 835,553 | 4 il əvvəl itkin düşmüş qızı atası öldürübmüş - DİN | Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş Ağdam rayon sakini, 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın qəsdən öldürülməsi müəyyən edilib. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib. Belə ki, Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfova tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Şikar Nəcəfov və Ramilə Nəcəfova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. İtkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması istiqamətində prokurorluq orqanları tərəfindən mütəmadi olaraq aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir. |
2024-02-24 | 835,558 | Ukrayna güzəştə getməyə hazır idi... - Berbok | İki ildir ki, Ukraynada sülh üçün dayanmadan çalışırıq. Axar.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib. "Beynəlxalq tərəfdaşlarla birlikdə sülhün Ukraynaya gəlməsini təmin etmək üçün yorulmadan çalışırıq. 2022-ci ilin yazında İstanbulda aparılan danışıqlarda Rusiyanın qoşunlarını geri çəkəcəyi əsasında Ukrayna güzəştə getməyə hazır idi. Ukraynada bu müharibənin bitməsini istəməyən adam yoxdur. Biz bu ümidin gerçəkləşməsi üçün hər şeyi edirik", - Berbok qeyd edib. |
2024-02-24 | 835,559 | AB Ukraynaya bu qədər maddi yardım göndərib | Avropa Birliyi (AB) 24 fevral 2022-ci ildən Ukraynaya 130 milyard avrodan çox yardım proqramları ayırıb. Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel deyib. "Biz 24 fevral 2022-ci ildən Ukraynanı dəstəkləmək üçün 83 milyard avro ayırdıq. Daha 50 milyard avro makromaliyyə yardımının əlavə paketinə daxildir", - Mişel bildirib. |
2024-02-24 | 835,560 | Ukrayna bu ölkə ilə də təhlükəsizlik sazişi imzaladı | Ukrayna və İtaliya təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatında bildirilib. "İtaliya hökumətinin başçısı ilə görüşlərimiz həmişə mənalıdır. Bugünün mühüm nəticəsi ikitərəfli təhlükəsizlik sazişinin imzalanması oldu. Bu sənəd Ukrayna və İtaliya arasında uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı üçün möhkəm zəmin yaradır", - Zelenski qeyd edib. |
2024-02-24 | 835,561 | Qubernator ölkə prezidentini hədələdi | Argentinanın Çubut əyalətinin qubernatoru İqnasio Torres ölkə Prezidenti Xavyer Mileyi hədələyib. Axar.az xəbər verir ki, bu barədə qubernator X hesabında yazıb. “Cənab Prezident, sizə demək istəyirəm ki, başqalarından fərqli olaraq sizdən qorxmuram. Biz sizin hədələrinizə və təzyiqlərinizə boyun əyməyəcəyik. Sona qədər Çubut xalqını müdafiə edəcəyəm. Siz ölkəni argentinalıların maraqlarını nəzərə alaraq idarə etməlisiniz, ona görə onlar sizə səs verdilər. Mən əyalətimin maraqlarını qorumaq üçün seçilmişəm və bunu da edəcəyəm”, - qubernator qeyd edib. |
2024-02-24 | 835,562 | Ukrayna ordusu bu qəsəbədən geri çəkildi | Ukrayna ordusu Avdeyevkanın qərbində yerləşən Lastoçkino qəsəbəsindən geri çəkilib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb. Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin cinahları və təchizat yolları təhlükə altında olduğundan geri çəkilmək qərarı verilib. Hələlik bu barədə rəsmi məlumat yoxdur. |
2024-02-24 | 835,568 | "Neftçi"dən bərabərlik, "Sabah" uduzdu | Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun iki görüşü baş tutub. Axar.az xəbər verir ki, ilk matç Tovuzda baş tutub. Yerli komanda "Turan Tovuz" "Neftçi"ni qəbul edib. Görüş 1-1 hesabı ilə yekunlaşıb. Günün digər matçında isə "Səbail" "Sabah"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, XXIV turun "Araz-Naxçıvan" - "Zirə" və "Qarabağ" - "Sumqayıt" matçları fevralın 25-də olacaq. Ötən gün "Kəpəz" "Qəbələ"ni 2-1 məğlub edib. |
2024-02-24 | 835,570 | Atəş açan erməni postunun koordinatı... - MN | Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Atəşin bu koordinatlarda (40° 05' 04" N; 45° 52' 28" E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib. Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yayıb və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib. Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmayıb və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib", - məlumatda qeyd edilib. |
2024-02-24 | 835,571 | Aleksey Navalnının cənazəsi anasına verildi | Aleksey Navalnının cənazəsi anası Lyudmila Navalnayaya təhvil verilib. Axar.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib. “Navalnın meyitinin anasına qaytarılmasını tələb edən hər kəsə təşəkkür edirik. Lyudmila İvanovna Salexarddadır. Dəfn hələ qarşıdadır. Səlahiyyətlilərin dəfnin ailənin istədiyi və Alekseyə layiq şəkildə həyata keçirməsinə mane olub-olmayacağını bilmirik. Məlumat əldə olunan kimi təqdim edəcəyik”, - Yarmış bildirib. |
2024-02-24 | 835,572 | Abşeronda silsilə tədbirlər keçirildi - Foto | Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Abşeron rayonunda mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir. Axar.az xəbər verir ki, görüşlərdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak ediblər. Abdin Fərzəliyev Abşeron rayonunda görülən işlər, həyata keçirilən infrastruktur layihələr barədə ətraflı məlumat verərək kənd və qəsəbələrin mövcud problemlərinin həlli istiqamətində müvafiq addımların atıldığını söyləyib. Bildirilib ki, son üç ay ərzində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Parkda cari təmir işləri aparılıb, yaşıllıq zonaları bərpa edilib. Şəhərin Nəsibə Zeynalova küçəsində abad məhəllə yaradılıb, burada həyətyanı sahə mişar daşı ilə əhatəyə alınıb, aqlay daşı ilə üzlənib, tamet daşı döşənib, sakinlər üçün söhbətgah və uşaqlar üçün idman qurğuları quraşdırılıb, gecə işıqlandırılması üçün dirəklər quraşdırılıb, əraziyə oturacaq və məişət tullantıları üçün konteynlər düzülüb. Xırdalan şəhərində 4 binanın ümumi sahəsi 5400 kv.m olan dam örtüyü yenilənib, 3 binanın giriş və pilləkən qəfəslərində təmir-abadlıq işləri aparılıb. Mehdiabad qəsəbə Parkında yerləşən Şəhidlər Xatirə Kompleksində əsaslı təmir işləri aparılıb, Kompleksin, o cümlədn parkın bütün ərazisi gecə işıqlandırılması ilə təmin edilib. Həmçinin, Ceyranbatan qəsəbəsində yerləşən parkda cari təmir-abadlıq işləri aparılıb, söhbətgah və oturacaqlar yenilənmiş, yaşıllıqlar artırılıb. Abşeron rayonunun bütün kənd və qəsəbələrində məişət tullantıları üçün xüsusi ərazilər ayrılıb, həmin yerlər mişar daşı ilə əhatələnib, abadlaşdırılıb və yeni konteynerlərlə təmin olunub. Masazır və Mehdiabad qəsəbəsinin bir neçə küçəsi kanalizasiya xətti ilə təmin olunub. Rayon ərazisində avtomobil axınının tənzimlənməsi məqsədi ilə sakinlərin müraciəti əsasında 5 yeni işıqfor və surət ölçən radarlar quraşdırılıb. Yağış və qrunt sularının axıdılması məqsədilə Saray və Qobu qəsəbəsində ümumi uzunluğu 450 metr olmaqla yerüstü və yeraltı kanal çəkilib. Son 3 ayda rayon ərazisində 1000-dən çox həmişəyaşıl ağac əkilib. Ümumilikdə son bir neçə ay ərzində rayon üzrə 14 küçə, ümumilikdə 16 kilometrə yaxın ərazi asfaltlanıb, 27 küçə abdalaşdırılıb, müxtəlif materiallar tökülərək yayılaraq sakinlərin istifadəsinə verilib. Vurğulanıb ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında ötən il Bakı Abadlıq İdarəsi tərəfindən rayon ərazisində 111 km uzunluğunda olan 86 küçəyə gecə işıqlandırılması çəkilib. Cari ildə isə 200 km uzunluğunda, ümumilikdə 233 küçənin gecə işıqlandırılması ilə təmin olunması planlaşdırılıb. O cümlədən bildirilib ki, Rayon İcra Hakimiyyəti tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib. |
2024-02-24 | 835,574 | Mirzə Cəlilin Tiflisdəki ev-muzeyi bərpa olunur | Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür. Kult.az xəbər verir ki, böyük ədibin yubileyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Gürcüstanda da müxtəlif işlər görülür, layihələr icra olunur. Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə böyük ədibin Tiflisdə yaşayıb yaratdığı evin bərpasına başlanılıb. Ev-muzeyin himayədarı, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov Report-a müsahibəsində deyib ki, böyük ədib uzun illər Tiflisdə yaşayıb-yaradıb və “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib. “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində fəaliyyət göstərib. Ev-muzeyin ədibin 150 illiyinə qədər bərpa olunacağı gözlənilirdi. Tiflisdə səfərdə olan Azərbaycanın rəsmi nümayəndələri ev-muzeyə dəfələrlə baxış keçiriblər və məkanın təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıblar. Binanın bərpası ilə əlaqədar səfirlik ilə Tiflis şəhər meriyası arasında danışıqlar aparılırdı. Sonda Tiflis şəhər meriyası ev-muzeyin bərpasına razılıq verib və hazırda binada bərpa işləri gedir. Bərpa işlərinə bu ilin fevral ayında başlanılıb. Hazırda binada özülbərkitmə işləri görülür. Sonra binanın otaqlarının divarlarında bərpa işləri aparılacaq. Onun sözlərinə görə, ev-muzeyə sadəcə olaraq birinci mərtəbə və zirzəmi hissə aiddir, bu da ümumi sahənin 180 kvadratmetrini təşkil edir. Qalan 180 kvadratmetri isə ikinci mərtəbədə yaşayan ailələrə məxsusdur. Binanın bərpasına ümumilikdə 350 min lari vəsait ayrılıb. Bunun da 3 faizi SOCAR-n Gürcüstan nümayəndəliyi tərəfindən ödəniləcək. Binada bərpa-bərkitmə işlərinin bu ilin avqust ayında başa çatdırılması nəzərdə tutulub. Bərpa-bərkitmə işləri başa çatdırıldıqdan sonra isə muzeyin təmirinə başlanılacaq. Muzeyin bərpası Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək. Qeyd edək ki, ikiotaqlı muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Deyilənlərə görə, vaxtilə binanın hər iki mərtəbəsi Mirzə Cəlilə məxsus olub. Sonradan binada ailələr məskunlaşıb, birinci mərtəbədəki ikiotaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. 1997-ci il oktyabrın 11-də həmin evdə C.Məmmədquluzadənin ev-muzeyi açılıb. |
2024-02-24 | 835,576 | "Akıncı C" ilk uçuş sınağını başa vurdu - Video | Türkiyənin "Bayraqdar Akıncı C" PUA-sı ilk uçuş sınaqlarını uğurla başa vurub. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, sınaq fəaliyyətində "Bayraqdar Akıncı C" 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametrlər uğurla sınaqdan çıxıb. |
2024-02-24 | 835,579 | ABŞ Rusiyaya niyə "öldürücü" sanksiyalar tətbiq etmir? | ABŞ hakimiyyəti Rusiyaya qarşı ən riskli sanksiyaları tətbiq etməkdən çəkinir. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyində dərc edilən məqalədə bildirilib. Nəşrin məlumatına görə, Rusiyaya məxsus, yaxud Rusiyaya bağlı iri şirkətlərə, eləcə də banklara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq olunub. Jurnalistlərin fikrincə, bu ehtiyatlılıq onu əks etdirir ki, ABŞ Prezidenti Co Baydenin sanksiyalarla bağlı bütün söhbətlərinə baxmayaraq, onun komandası hələ də Rusiya iqtisadiyyatına zərbə vura biləcək gəlir axını ilə məşğul olmaq istəmir. Bildirilib ki, onlar ABŞ iqtisadiyyatına təsir edə biləcək ciddi sarsıntılara səbəb olmaqdan qorxurlar. Nəşr qeyd edib ki, daha aqressiv yanaşmanın mümkün hədəfləri Rusiya Federasiyasına texnologiya və materialların alınmasına, həmçinin zənginləşdirilmiş uran və alüminium və nikel kimi metalların ticarətinə kömək edən xarici banklar ola bilər. ABŞ Rusiya hökumətinin dondurulmuş ehtiyatlarını da ələ keçirə bilər, lakin jurnalistlərin vurğuladığı kimi, bütün bu tədbirlər əhəmiyyətli risklərlə əlaqələndirilir. "Rusiyaya həqiqətən təsir etmək üçün biz bütövlükdə qlobal iqtisadiyyat üçün zərərli nəticələrə səbəb ola biləcək daha strateji addımlar atmalı olacağıq. Biz daha çətin qərarlar qəbul etməli və bu qərarların nəticələri ilə barışmalı olacağıq", - bu sözləri ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi və Atlantik Şuranın İqtisadi Dövlət Təşəbbüsünün direktoru Kim Donovan deyib. |
2024-02-24 | 835,580 | Gimnastlarımız beynəlxalq turnirdə gümüş qazandı | Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Rumıniyanın Ployeşti şəhərində keçirilən XXIII “Irina Deleanu Cup” beynəlxalq turnirində uğurlu çıxış edib. Axar.az xəbər verir ki, yığma yarışda gümüş medal qazanıb. Uğur qazanan komandanın heyətində Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova yer alıblar. |
2024-02-24 | 835,582 | AB Kiyevdə yeni müdafiə ofisi açacaq | AB Kiyevdə “müdafiə və innovasiya ofisi” açmaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib. “Ukrayna getdikcə Avropa təhlükəsizlik sistemində iştirak edəcək, məsələn, üç həftə ərzində təqdim edəcəyimiz müdafiə sənayesi strategiyasına daxil ediləcək. Biz müdafiə və innovasiya ofisini açacağıq”, - Leyen bildirib. |
2024-02-24 | 835,591 | Türkiyə 4 ilə 14 min km dəmir yolu çəkəcək? | Türkiyədə 2028-ci ilədək 1780 kilometr avtomobil və 14 min kilometrədək dəmir yolunun salınması planlaşdırılır. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu İzmirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Türkiyədə dəmir yollarının ümumi uzunluğunu 28 min kilometrə çatdırmaq planlaşdırılır. “Yaxın illərdə Türkiyə hökuməti mülki aviasiya sahəsində mühüm addımlar atacaq, lakin nəqliyyat sahəsində əsas diqqət dəmir yollarına ayrılacaq. Məhz bu məsələyə dövlət investisiyaları nəzərdə tutulub. Bu, prioritetdir”, - nazir qeyd edib. |
2024-02-24 | 835,592 | Berbok və Kuleba Odessada | Almaniyanın xarici işlər naziri Annalena Berbok və ukraynalı həmkarı Dmitri Kuleba Odessadadır. Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Onların şəhərə səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib. Qeyd edək ki, fevralın 23-də Berbok və Kuleba BMT Baş Assambleyasının iclasında iştirak etdikdən sonra Nyu Yorkdan Almaniya hökumətinin təyyarəsi ilə Berlinə gəlmişdilər. |
2024-02-24 | 835,594 | Makron G7 sammitində iştirakdan imtina etdi | Fransa Prezidenti Emmanuel Makron G7 sammitində iştirakdan imtina edib. Axar.az xəbər verir ki, bu barədə “La Repubblika” qəzeti məlumat yayıb. Məlumata görə, Makron fermerlərin etirazları ilə bağlı daxili işlərlə məşğul olduğu üçün sammitdə iştirakdan imtina edib. |
2024-02-24 | 835,595 | Zelenski İrəvana gəlir: Rusiyaya II cəbhə açılır? | Erməni mənbələrinin Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana səfəri edəcəyi barədə xəbəri düşündürücüdür. Rusiya ilə ağır döyüşlərin davam etdiyi günlərdə Zelenski niyə Ermənistana səfər etsin? Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Zelenskinin Avropa ölkələrinə və ABŞ-a səfərləri anlaşılandır, çünki bu ölkələrdən silah, hərbi texnika və maliyyə almağa ümid edir: “Ermənistanda bunların heç biri yoxdur, üstəgəl Münhen Təhlükəsizlik Konfransında Vladimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev görüşdü və bu görüşdən iki gün sonra Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi. Zelenski bu yardımlara görə hər zaman İlham Əliyevə minnətdar olub. Ermənistan Ukraynaya hansı həcmdə yardım göndərib? Bundan başqa, Zelenski Cənubi Qafqazda artan gərginlikdən məlumatlıdır, Azərbaycanla Ermənistan sülh sazişi imzalamağa yaxın deyillər. Zelenski anlamalıdır ki, belə bir gərgin ərəfədə Ermənistana səfər Azərbaycanda haqlı suallar yaradacaq. Doğrudur, Vladimir Zelenskinin prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər etdiyini də unutmamaq lazımdır”. Ekspertin fikrincə, Vladimir Zelenskinin Ermənistana mümkün səfərini yalnız bir amillə izah etmək olar: “Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir. Kiyev çox istəyərdi ki, Rusiya Ermənistana da müdaxilə etsin. Bu halda Kreml, birincisi, iki cəbhədə mübarizə aparmalı olacaq, ikincisi, Ermənistanı qorumağı vəd verən Qərblə münasibətləri daha da gərginləşəcək. Zelenski bu amilləri rəhbər tutaraq Ermənistana səfər planlaşdıra bilər. Mümkündür ki, Zelenskinin Ermənistana səfər etməsini Qərb ölkələrindən biri məsləhət görüb. Ancaq bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Nikol Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq ki, bu, Ermənistana yaxşı heç nə vəd etmir”. |
2024-02-24 | 835,598 | Putin müharibəyə bu niyyətlə başlamışdı, əksi oldu | Ukrayna bu gün NATO-ya əvvəlkindən daha yaxındır. Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib. Onun sözlərinə görə, Ukraynanın Alyansa daxil olması artıq zaman məsələsidir: "Putin bu müharibəyə NATO-nun qapılarını bağlamaq və Ukraynanın öz yolunu seçmək hüququnu əlindən almaq üçün başladı. Amma o, bunun tam əksinə nail oldu. Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır və NATO-ya üzv olacaq". |
2024-02-24 | 835,602 | Sırski elan etdi: Daha çox rus təyyarəsi… | Ukrayna tezliklə daha çox rus təyyarəsini vura biləcək. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümü ilə bağlı çıxışında deyib. “Düşünürəm ki, yaxın gələcəkdə biz havada rus işğalçısına asimmetrik cavab verəcəyik. Daha çox yanan Rusiya təyyarələri olacaq. Dövlət rəhbərliyi bunun üçün mümkün olan hər şeyi edir”, - Sirski bildirib. O xatırladıb ki, Ukrayna iki il ərzində şimalı və Xarkov vilayətini, Xerson vilayətinin bir hissəsini, İlanlar adasını azad etməklə, həmçinin Qara dənizi Rusiya donanmasından təmizləməklə nəzərəçarpacaq uğurlar əldə edib. |
2024-02-24 | 835,603 | İdmançımız dünya kubokunda qızıl qazandı | Almaniyanın Kotbus şəhərində keçirilən dünya kubokunda iştirak edən Azərbaycan gimnastı uğurlu nəticə qazanıb. Axar.az xəbər verir ki, yığmanın üzvü Nikita Simonov qızıl medal əldə edib. O, buna halqalar ilə hərəkətlərin icrasında nail olub. |
2024-02-24 | 835,604 | Nikol mövqe seçdi: Fransız silahı, Zelenskinin səfəri | Zelenskinin səfəri haqda xəbər Nikol Paşinyanın son müsahibəsi ilə sıx bağlıdır və bu müsahibə zamanı Paşinyan Ermənistanın KTMT ilə münasibətlərini dondurduğunu bəyan edib. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan erməni mediasına açıqlamasında 4 martda Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfər edəcəyi haqda mediada yayılan məlumatı şərh edərkən deyib. O bildirib ki, Zelenskinin səfəri barədə məlumat Paşinyanın Paris səfərindən sonra səslənib: “Düşünürəm ki, Fransa silahlarının Ermənistana tədarükü ilə bağlı açıqlama Ermənistanın hansı düşərgədə olduğuna aydın şəkildə qərar verməsi ilə bağlıdır. Silah siyasətdir, texnologiyadır. Əslində, bu iki hadisənin - Zelenskinin səfəri və silah tədarükü ilə bağlı açıqlamaların eyni vaxtda olması təsadüf deyil. Paşinyan paralel olaraq, KTMT ilə münasibətləri dondurduğunu da açıqlayıb. Təbii ki, hüquqi baxımdan belə bir ifadə yoxdur. Həmin bəyanat manipulyasiyadır, lakin manipulyasiyanın mənası belə idi: biz KTMT-dən çıxmırıq, amma Qərb üçün bəyanatlar veririk”. Politoloq bildirib ki, bu, Qərbdən sifariş edilən bir aksiyadır: “Nikol Paşinyan Ermənistanın bütün siyasətini alt-üst edib. Onun hərəkətləri nəticəsində Ermənistan çətin vəziyyətə düşüb. Onun əməlləri nəticəsində minlərlə itki və itkilər verdik. Bundan sonra onun əməllərindən danışmaq belə mənasızdır”. |
2024-02-24 | 835,606 | Ukrayna güzəştə gedəcək vəziyyətdə deyil | Ukrayna indi elə vəziyyətdə deyil ki, hərbi təchizatla bağlı hər hansı güzəştə getsin. Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib. O qeyd edib ki, silahlarla bağlı B planı yoxdur, çünki Ukrayna əsgəri dövləti qorumaq üçün hər şeylə təmin edilməlidir: "Müharibədə özünüz üçün B planı yaratdığınız zaman əmin olun ki, məhz bu B planı gələcək. Müharibədə siz həmişə A planına diqqət etməlisiniz, çünki bu, maraqlarınızın maksimum nəzərə alınmasıdır. Biz hərbi təchizatla bağlı hər hansı güzəştə gedə biləcəyimiz vəziyyətdə deyilik". O vurğulayıb ki, ukraynalı əsgərin nə qədər artilleriya mərmisi olacağı ilə bağlı kompromis ola bilməz, çünki onların sayı maksimum olmalıdır. |
2024-02-25 | 835,607 | Sarayda binada yanğın oldu: sakinlər təxliyə edildi | 2024.02.24 - 22:15 Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olub. Axar.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Qeyd edək ki, partlayışın yaşayış binasının 14-cü mərtəbəsində olduğu barədə məlumat yayılıb. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. *** Bu gün saat 21:44 radələrində Abşeron rayonu Saray qəsəbəsində hündürmərtəbəli yaşayış binasında mənzillərin birində baş verən yanğın hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Dərhal hadisə yerinə 1 briqada cəlb olunub. Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub. Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. *** Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasında baş verən partlayış nəticəsində mənzilin qapı və pəncərələri çərçivədən çıxaraq əraziyə atılıb və liftin şaxtası müəyyən qədər deformasiya olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov Report-a məlumat verib. Onun sözlərinə görə, yanğının ümumi sahəsi 40 kv.m olub. “Mənzildə bir otağın 20 kv.m və dəhlizin 10 kv.m sahəsində yanğın olub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı binada olan sakinlər dərhal təxliyə olunub". |
2024-02-24 | 835,613 | Makron Putinin “arxa bağçasına” bayraq sancdı | Ermənistanı heç kim özəlləşdirməz. Axar.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini X-dəki mikrobloqunda yazıb. “Ermənistan heç kimin “axra bağçası” deyil. Bu, suverenliyi və ərazi bütövlüyü Fransa tərəfindən dəstəklənən dost və demokratik ölkədir”, - deyə səfir qeyd edib. Qeyd edək ki, bundan öncə “Politiko”da “Fransa Ermənistanla silah müqaviləsi bağlamaqla Rusiyanın arxa bağçasına bayraq sancdı” başlıqlı məqalə yayıb. |
2024-02-25 | 835,615 | Ukrayna Rusiya ərazisinə hücum etdi | Rusiyanın havadan müdafiə sistemləri Belqorod vilayəti üzərində növbəti Ukrayna PUA-sını məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. “Fevralın 24-də Moskva vaxtı ilə saat 20:00 radələrində Kiyevin Rusiya ərazisindəki obyektlərə PUA-dan istifadə etməklə hücum cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus PUA Belqorod vilayəti ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - məlumatda qeyd edilib. |
2024-02-24 | 835,618 | Mişadan Ukrayna açıqlaması: Mənə əzab verən budur! | Ukraynada olmamaq və onu qoruya bilməmək mənə əzab verir. Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili Rusiyanın Ukraynaya hücumunun 2-ci ildönümü ilə bağlı sosial şəbəkə hesabında yazıb. “Əziz Ukrayna, bu iki il ərzində mənə ən çox əzab verən odur ki, mən Ukraynada deyiləm və fəxr etdiyim və çox darıxdığım sevimli qəhrəman müdafiəçilərimlə çiyin-çiyinə sizi qorumaqdan məhrumam. Tez, layiqli qələbə arzulayıram, buna bir an belə şübhə etmirəm”, - o bildirib. |
2024-02-25 | 835,620 | Ağstafa qatarında halı pisləşən sərnişindən son xəbər | 2024.02.24 - 22:56 Ağstafa-Bakı ekspress qatarında sərnişinin halı pisləşib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar qatar Sənqəçal stansiyasında dayanmalı olub. Hazırda təcili-tibbi yardım briqadasının gəlməsi gözlənilir. *** Sərnişinlərin iradından sonra halı pisləşən qadın təcili-tibbi yardım briqadasının müşayiəti ilə ərazidəki xəstəxanaya aparılıb. Son məlumata görə, bu dəqiqələrdə qatar Bakı Dəmiryol Vağzalına çatıb. |
2024-02-24 | 835,622 | Bakıda bu telefon nömrəsi 100 minə satışa qoyuldu | Azərbaycanda “Nar” mobil operatoruna məxsus (070) 888-88-88 nömrəsi satışa çıxarılıb. Axar.az lent.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarından birində məlumat paylaşılıb. Bildirilib ki, nömrə 100 min manata təklif edilir. |
2024-02-24 | 835,624 | Boris Conson Kiyevə gəldi - Video | Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynaya gəlib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb. Məlumata görə, Conson səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. |
2024-02-24 | 835,626 | Təbrizdə “Qarabağ”ın qələbəsi belə qeyd edildi - Foto | Bu gün Təbriz şəhərində milli fəallar “Qarabağ” futbol komandasının “Braqa” komandası üzərində qalibiyyətindən sonra dəstək vərəqələri paylayıblar. Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Qeyd olunur ki, milli fəallar “Birləşək” başlıqlı vərəqələrdə “Təbriz səni alqışlayır, Qarabağ!” şüarlarını yazıblar. |
2024-02-24 | 835,629 | Dağlıq ərazilərdə yollar buz bağlayacaq - Diqqət | Fevralın 25-də gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Məlumata görə, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var. |
2024-02-24 | 835,631 | Ukrayna Donetskdə toy mərasimini HİMARS-la vurdu | Ukrayna hərbçiləri Donetskdə toy keçirilən restorana zərbə endiriblər. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, zərbə HİMARS sistemlərindən endirilib. Məlumata görə, cəmi bir nəfər xəsarət alıb. |
2024-02-24 | 835,632 | “Fənərbağça” yenidən liderliyə yüksəldi | Futbol üzrə Türkiyə Superliqasında XXVII turun oyunları davam edir. Axar.az xəbər verir ki, ikinci oyun günündə dörd matç keçirilib. "Fənərbağça" doğma meydanda "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlib. Günün daha əvvəl keçirilən oyunlarında "Kayserispor" "Ankaragücü"nü 3:2, "İstanbul Başakşəhər" "Qaziantep"i, "Konyaspor" isə "Hatayspor"u 2:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, bu nəticədən sonra turnir cədvəlinə 70 xalla "Fənərbağça" rəhbərlik edir. Rəqibindən bir oyun az keçirən "Qalatasaray" 2-ci, aktivlərində 43 xalı olan "Trabzonspor" ilə "Beşiktaş" komandaları isə üçüncü və dördüncü pillələri bölüşürlər. |
2024-02-25 | 835,633 | İsrail Hizbullahın obyektlərinə zərbə endirdi | İsrailə məxsus qırıcı təyyarələr Livandakı Hizbullah hərəkatının hərbi obyektlərinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İsrail ordusu son bir neçə saat ərzində Livanın Rab əl-Talatin, Ayta əl-Şab və Blida bölgələrində Hizbullahın hərbi obyektlərinə zərbələr endirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.