date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-25 | 835,857 | Krım körpüsü bağlandı | Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə “Krım körpüsü: operativ məlumat” Teleqram kanalında məlumat verilib. “Tamandan gələn 180 maşın növbədə gözləyir. Gözləmə müddəti təxminən bir saatdır. Kerçdən də gələn 95 avtomobil növbədədir”, - məıumatda bildirilib. Qeyd edək ki, Ukrayna kəşfiyyatı Krım körpüsündən istifadə etməməyi tövsiyə etmişdi. |
2024-02-25 | 835,859 | XİN-dən Xocalı soyqırımı ilə bağlı bəyanat | Ermənistanın törədilən insanlıq əleyhinə cinayətlərə görə cəzasızlığına son qoyulmaması, bu ölkənin mövcud təcrübəsini davam etdirərək 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda, Gəncə, Bərdə, Tərtər kimi bölgələrdəki əhaliyə qarşı müharibə cinayətlərini törətməsinə gətirib çıxardı. Axar.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanatında yer alıb. “Bu bir daha soyqırım kimi universal yurisdiksiyanın tətbiq dairəsində olan insanlıq əleyhinə cinayətlərin təqsirkarlarının məsuliyyətə cəlb olunmamasının ağır nəticələrini göstərir", - nazirlik vurğulayıb. "Bu baxımdan, cinayətkarların cəzasızlığına son qoyulması istiqamətində milli, o cümlədən beynəlxalq səviyyədə görülən tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, habelə bu sahədə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir”, - XİN-dən əlavə olunub. |
2024-02-25 | 835,862 | Rusiya ordusu bu kəndə daxil oldu | Rusiya silahlı bölmələri Ukraynanın Rabotino yaşayış məntəqəsinə daxil olub və hücum əməliyyatlarını davam etdirir. Axar.az xəbər verir ki, bunu Rusiya tərəfindən Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski deyib. "Cəbhədəki vəziyyət kökündən dəyişdi. Cəsur döyüşçülərimiz Ukrayna Silahlı Qüvvələrinin qısamüddətli uğurunu tamamilə inkar edərək Rabotinoya daxil oldular", - deyə Balitski bildirib. |
2024-02-25 | 835,868 | Netanyahu açıqladı: Rəfahda əməliyyat olacaq! | Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusunun hərbi əməliyyatı qaçılmazdır. Yalnız danışıqlar üçün fasilə mümkündür, amma əməliyyatın tam ləğvi mümkün deyil. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Razılaşsaq, əməliyyat bir müddət gecikəcək, amma yenə də olacaq. Razılaşma olmasa, biz yenə də hərbi əməliyyat keçirəcəyik", - o bildirib. Netanyahunun sözlərinə görə, Rəfah əməliyyatının başlaması ilə İsrailin HƏMAS üzərində tam qələbəsinə aylar deyil, həftələr qalacaq: "Bəli, əməliyyat dayandırılmayacaq, qələbə yaxındır və HƏMAS-ı məhv edənə qədər qələbə qazana bilməyəcəyik". |
2024-02-25 | 835,870 | Ermənilər insanlığa qarşı cinayət törətdilər - Hacıyev | 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və şəhəri zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-dəki hesabında yazıb. “Daha 1 000 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşüb. 1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhalinin qəsdən törədilmiş kütləvi qırğını soyqırım və insanlığa qarşı cinayətdir. Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir. Xocalı soyqırımı İkinci Dünya müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi. Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edə bilər”, - H.Hacıyev qeyd edib. |
2024-02-25 | 835,873 | Batyadan şok: Milyardlıq təkliflə Bakıdan İrəvana getdim... | Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün keçirilən parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. Axar.az Müsavat.com-a istinadən xəbər verir ki, Belarus prezidenti vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində vasitəçi rolunu oynamasından danışıb. Lukaşenkonun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il ərzində sülh yolu ilə nizamlanmaya çağırış etməklə yanaşı, Ermənistan tərəfinə maliyyə dəstəyi də təklif edib: “Mən özüm də bilmədən vasitəçi oldum - Bakıdan İrəvana getdim və bu təklifi çatdırdım. Azərbaycan zəngin ölkədir. Ermənistan iqtisadiyyatına milyardlarla dollar investisiya təklifi vardı... Bu məsələnin sülh yolu ilə həlli üçün çoxlu təkliflər olub”. Lukaşenko deyib ki, Ermənistanın əvvəlki rəhbərliyi sülh yolu ilə nizamlanmaya razı olmayıb və problemli məsələlər yığılıb qalıb: ”Bütün bunlar Nikol Vovayeviç Paşinyanın, onun hökumətinin üzərində qalıb. Baş verənlərə görə əslində onun günahı azdır. Amma bu problemi həll etmək lazım idi”, - Belarus dövlətinin başçısı bildirib. “Yaxşı, biz müharibəni başa vurduq. Bizim mövqeyimiz necə olmalıdır? Ermənilər bizim əzizlərimiz, əziz xalqımızdır. Azərbaycan yad ölkədir? Ona görə də bu vəziyyətə düşdük. KTMT-nin bu münaqişəyə cəlb edilməsi üçün heç bir səbəb yox idi ”, - Lukaşenko vurğulayıb. O, bu mövzunun bir neçə dəfə müzakirə olunduğunu və KTMT-nin bütün üzvləri üçün Azərbaycanın xarici ölkə olmadığını qeyd edib: “KTMT-də çoxlu müsəlman ölkə var. Bunu siz də başa düşürsünüz. Bu, qismən müvafiq mövqedir. Üçüncüsü, Ermənistan özü Azərbaycanla arasındakı müharibəyə qarışmağımızı istəyirdimi? Hesab edirəm ki, Azərbaycan və Ermənistan, təəssüf ki, müharibə yolu ilə sonda məsələnin düzgün həllinə gəliblər”. Lukaşenko Ermənistanın Fransa ilə əlaqələrinə də işarə edib: “Onlar hər zaman orada, Fransada Emmanuel Makronla əlaqə saxlayırlar. Sonrakı bəyanatlar vardı: Fransa hava hücumundan müdafiə sistemləri, hərbi sahədə və iqtisadiyyatda Ermənistana kömək edəcək, ümumiyyətlə, İrəvanı "çiyninə alıb daşıyacaq". Heç kim heç kimi çiynində daşımayacaq. Fransada baş verənləri görürsüz. Ona görə də İrəvandakı siyasətçilər ayılmalı və sahib olduqlarını da itirməməlidirlər”. |
2024-02-26 | 835,875 | Makronu tez bir zamanda yola salmalıyıq - Filippo | Prezident Emmanuel Makron Ukrayna ordusuna yardımın artırılması ilə bağlı sözlərindən sonra istefaya göndərilməlidir. Axar.az xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” partiyasının rəhbəri Florian Filippo X sosial şəbəkəsindəki hesabında yazıb. "O, Ukraynaya Fransanın, xüsusən də fermerlərimizin hesabına daha çox pul xərcləməyə hazırlaşır! Gəlin, onu buradan tez bir zamanda uzaqlaşdıraq!" - o bildirib. Filippo hesab edir ki, dövlət başçısı fermerlərə qarşı ciddi təxribat törədir. |
2024-02-25 | 835,876 | Putinin mobil telefonu yoxdur, mənə necə zəng etsin? | Rusiya Prezidenti Vladimir Putin mənə zəng etməyəcək, çünki müharibəni bitirmək niyyəti yoxdur. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfrasında deyib. “Axı onun mobil telefonu yoxdur, necə zəng edəcək? Mən isə 1917-ci ilin teleqrafından istifadə etmirəm. Mənə zəng etməyəcək, müharibəni bitirmək istəmir. Bu gün bu, belədir”, - deyə dövlət başçısı jurnalistin sualını cavablandırarkən bildirib. |
2024-02-25 | 835,877 | Burkina-Fasoda terakt: 15 nəfər öldü | Burkina-Fasonun şimalındakı Essakane kəndində katolik kilsəsində törədilən terror aktı nəticəsində azı 15 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Məlumata görə, yaraqlıların hücumu nəticəsində daha iki nəfər yaralanıb. Essakane kəndi Burkina-Faso, Mali və Niger arasında sərhəddə yerləşir. Qeyd edək ki, 2015-ci ildən bəri Burkina-Fasoda terror hücumları nəticəsində 20 minə yaxın insan həyatını itirib. |
2024-02-26 | 835,878 | Rusiya bu tarixə qədər müharibə apara biləcək | Rusiya Ukraynaya qarşı müharibədə təxminən 2027-2028-ci ilə qədər dayana biləcək. Axar.az xəbər verir ki, bunu "Bild"ə açıqlamasında Avropa Xarici Əlaqələr Şurasının hərbi analitiki Qustav Qressel deyib. "Ukrayna güclü müdafiə xətləri və dronlarla mübarizə aparmağın yolunu tapana qədər bu müharibə tükəndirici olacaq", - o bildirib. |
2024-02-25 | 835,880 | MKİ rəhbəri gizlicə Ukraynaya gəldi | ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns fevralın 22-də Ukraynaya gizli səfər edib. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) məlumat yayıb. Bildirilib, bu, 2022-ci ilin fevralında münaqişənin başlanmasından bəri Börnsün 10-cu səfəridir. Səfərdə məqsəd ABŞ Nümayəndələr Palatasının Kiyevə əlavə maliyyə yardımını təsdiqləməməsi fonunda Ukrayna rəhbərliyini sakitləşdirmək olub. |
2024-02-26 | 835,883 | Dnepr və Xarkovda ardıcıl partlayışlar baş verdi | 2024.02.25. 23:54 Rusiya silahlı bölmələri Ukraynanın Dneprpetrovsk vilayətini kütləvi raket atəşinə tutub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Dnepr şəhəri yaxınlığında iki güclü partlayışın baş verdiyi bildirilib. Bəzi mənbələrə görə, “Şahid” PUA-sı ilə müəyyən ərazilərə zərbə endirilib. *** Ukraynanın Xarkov şəhərində hava həyəcanı siqnalından dərhal sonra ardıcıl partlayışlar baş verib. Bu barədə şəhər meri İqor Terexov deyib. O, əlavə hər hansı məlumat verməyib. |
2024-02-26 | 835,886 | Binəqədidə yaşayış binasında yanğın - Video | Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsində yaşayış binasında yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Həmin görüntüləri təqdim edirik: |
2024-02-26 | 835,888 | Xocalı soyqırımından 32 il ötür | Bu gün XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımından 32 il ötür. Axar.az xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım aktı törədib. Bu dəhşətli və misli-bərabəri olmayan qətliam zamanı yüzlərlə azərbaycanlı qətlə yetirilib, onlarla qadın-uşaq müxtəlif işgəncələrlə öldürülüb. İnsanlıq tarixinə qara və qanlı ləkə kimi düşən bu soyqırım fevralın 25-də başlayır. Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından Xocalı şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulur. Belə bir vəziyyətdə erməni silahlılarının mühasirəsində qalan əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olur. Lakin onların bu niyyəti baş tutmur. Azğınlaşmış erməni cəlladları şəhəri yerlə-yeksan edir, dinc əhaliyə qanlı divan tutur. Ümumilikdə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər həlak olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb. 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. Ermənilər müxtəlif vaxtlarda Xocalı soyqırımının məsuliyyətini öz üzərlərindən atmağa çalışsalar da, hər dəfə bu cəhdləri fiyaskoya uğrayıb. Belə ki, Ermənistanın sabiq prezidenti və Xocalı qətliamının iştirakçısı Serj Sərkisyan soyqırım aktını məşhur ingilis jurnalisti, politoloq Tomas de Vaala müsahibəsində bu sözlərlə etiraf edib: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu gün Kanada, Meksika, Kolumbiya, Sudan, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı faciəsinin soyqırım aktı kimi tanınması barədə qətnamə qəbul edib. 32 il ötməsinə baxmayaraq, Xocalı soyqırımı Azərbaycan insanın, türk dünyasının ürəyində dərin yara, Ermənistan dövlətinin alnında isə qara ləkə kimi qalıb. Allah şəhidlərimizə rəhmət eləsin! |
2024-02-26 | 835,891 | Mehriban Əliyevadan Xocalı soyqırımı ilə bağlı paylaşım | Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının 32-ci ildönümü ildönümü ilə bağlı paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda "Xocalıya ədalət" şüarı yer alıb. |
2024-02-26 | 835,892 | Türkiyə sahillərində zəlzələ baş verdi | Türkiyə sahillərində, Quşadası körfəzində 4 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Təkanlar İzmirdə də hiss edilib. Zəlzələnin yerin 7,7 km dərinlikdə meydana gəldiyi bildirilib. |
2024-02-26 | 835,894 | Xocalıların qətlə yetirildiyi yerdən görüntülər - Video | Xocalı sakinlərinin 32 il öncə qətlə yetirildiyi yerin görüntüləri lentə alınıb. Axar.az həmin görüntüləri təqdim edir: |
2024-02-26 | 835,895 | Xankəndidə azərbaycanlı ilə erməninin təsadüfi görüşü - Video | Xankəndidə azərbaycanlı və erməni tanışlar təsadüfən görüşüb. Axar.az xəbər verir ki, bu barədə görüntülər “İTV Xəbər Yekun”da yayımlanıb. Bildirilib ki, onlar bir-birini düz 40 il əvvəl görüblər. Zakir Həsənov aptekdə əczaçı işləyərkən Mişa Qriqoryan tez-tez ondan dərman alıb. Sonra ermənilərin təcavüzü nəticəsində Xankəndinin azərbaycanlı sakinləri yurdlarından uzaq düşüblər. İllər sonra Xankəndiyə qovuşan azərbaycanlılar öz evlərini, iş yerlərini axtarırlar. Bu səfərlər zamanı həm də erməni tanışlarla təsadüfi görüş yaşanır. Həmin görüntüləri təqdim edirik: |
2024-02-26 | 835,896 | "Liverpul" 10-cu dəfə İngiltərə Liqa kubokunu qazandı | İngiltərə Liqa kubokunda final oyunu keçirilib. Axar.az xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" üz-üzə gəlib. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 118-ci dəqiqədə qol vuran Mersisayd təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, Yurgen Kloppun baş məşqçisi olduğu komanda tarixində 10-cu dəfə İngiltərə Liqa Kubokunu qazanıb. "Liverpul" kuboku sonuncu dəfə 2022-ci ildə qazanmışdı. |
2024-02-26 | 835,897 | Türkiyəli səfirdən Xocalı paylaşımı: İmkan vermərik ki... | Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik. Axar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı X sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb. “Bitməyən ağrı Xocalı soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, - səfir qeyd edib. Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 32-ci ildönümüdür. |
2024-02-26 | 835,898 | Fələstin hökuməti istefa verdi | 01:25 Fələstinin baş naziri Məhəmməd əş-Ştayə və hökuməti istefa verib. Axar.az xəbər verir ki, o, bu barədə ərizəsini Fələstin dövlətinin başçısı Mahmud Abbasa təqdim edib. Bildirilib ki, yeni hökumət formalaşanadək o, Nazirlər Kabinetinə başçılıq edəcək. Məlumata görə, bu həftə Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin formalaşacağı gözlənilir. |
2024-02-26 | 835,899 | Sanksiyalar Rusiya iqtisadiyyatına təsir etmir - Sallivan | Rusiya iqtisadiyyatı antirusiya sanksiyalarına baxmayaraq, stabil olaraq qalır. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. "Rusiya iqtisadiyyatı hərbi nöqteyi-nəzərdən stabil olub və biz onunla mübarizəni davam etdirməliyik. Biz amansız olmalıyıq", - deyə o bildirib. |
2024-02-26 | 835,900 | Rus ordusu ilə ermənilər arasında “döyüş”... | 1991-ci ilin sonunda 366-cı motoatıcı alayının bir çox zabiti erməni silahlı birləşmələri tərəfində ödənişli əsaslarla döyüş əməliyyatlarında iştirak etmək təklifləri almağa başladılar. Bəzi hallarda zabitlər razılıq verib, standart zirehli maşınlardan istifadə etməklə döyüş əməliyyatlarında iştirak ediblər. O dövrdə alaya rəhbərlik edən Zaviqarov bunu guya onlara Moskvanın əmək haqqı verməməsi ilə əlaqələndirib. Əsgər və zabit heyəti pul qazanmaq üçün ermənilər tərəfdə döyüşüblər. Müəyyən bir hesablama sistemi var idi: Şuşa və Ağdam ərazisinə topdan hər atəşə görə 20 litr spirt, 20 min rubl, azərbaycanlılara qarşı əməliyyatda bir piyada döyüş maşınının iştirakına görə komandirə 5 min rubl pul verilirdi: atəş üçün - min rubl, hər öldürülən azərbaycanlı üçün 10 min rubl, əsir götürülən dinc sakinə görə 15 min rubl, hərbçi üçün 20 min rubl, kəşfiyyat üçün 30 min rubl, hər döyüş öncəsi yemək-içmək və ən yaxşı can qoyan əsgərə puldan əlavə qızıl hədiyyəsi… Məhz Xocalı soyqırımından öncə başda yüksək zabit heyəti Sergey Kraule, Zarviqorov və Ponomaryov alayın digər komandiri Ohanyan tərəfindən 5 milyon dollarlıq təklif alırlar və nəticədə Xocalıda dəhşətli soyqırım rus-erməni birlikləri tərəfindən həyata keçirilir. Əməliyyatda 366-cı motoatıcı alayın artilleriya divizyonu, zenit batareyası, tank rotası, 23 ədəd PDM və rus əsgərlərindən ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak etmək üçün hazırlanmışdı. 1992-ci il 23 yanvar tarixində 366-cı alayın 194 nəfər ləzgi, tatar, qazax, özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini tərxis etmişlər. Tərxis olunmuş hərbçilərin yerinə isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaiyyət gostərən erməni, ərəb və digər millətlərdən olan terrorçuları gətirmişdilər. 70 piyada döyüş maşını (PDM), 4 “Strela-10" raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir. 366-cı alayda xidmət edən və Xocalı soyqırımında iştirak etmiş erməni zabitlər: S.İ. Ohanyan - II alayının komandiri; V.İ.Çitçiyan - I taborun baş katibi; V.G.Ayriyan - alay kəşfiyyat idarəsinin rəisi; N.T.Akopyan - general-leytenant; V.A.Azaryan - batareya komandiri, leytenant. Bundan əlavə, soyqırımda 41 kiçik vəzifəli zabit iştirak etmişdir. Soyqırımda erməni pilotları və muzdlular da iştirak ediblər. Bu pilotlar 366-cı alayın əsgərləri idi. Xocalıları bombalayan vertolyotların və şəxsi heyətin siyahısı: Vertolyot N: 39, pilot Romb Kalakçyan - Livanlı erməni, peşəkar mühəndis; Vertolyot N: 40, pilot Razdan Minoyan - Suriyalı erməni, mühəndis; Vertolyot N: 17, pilot Ararat Saracyan - İrəvandan olan bir əsgər; Vertolyot N: 45, pilot Suren Pirimyan - İrəvandan gələn polis əməkdaşı. Xocalıda baş verən dəhşətlər barədə çox yazıblar. Lakin bir məktub barəsində qısa yazmaq istəyirəm: General Erin Yeltsinə yazırdı: "...Xocalıda qadınları, uşaqları, qocaları güllələdilər. Meyitlərin dərisi soyulmuşdu. Qulaqları kəsilmiş bir neçə uşaq gördüm, eyni zamanda yaşlı qadının üzünün sol yarısından dərisi kəsilmişdi. Kişilərin dərisi soyulmuşdu. Oğurluq əlamətləri olan meyitlər... Bir çox cəsədlər daha da eybəcər vəziyyətdə idi”. Xocalı soyqırımından dərhal sonra Rusiya 366-cı alayın Xankəndidən çıxarılması qərarını verir. Alay komandiri polkovnik Yuri Zarviqorova ordunu şimal istiqamətində geri çəkmək haqqında əmr gəlir. Bu əmrdən sonra Seyran Ohanyan adı çəkilən komandirlərlə görüş keçirir və silahların onlara satılmasını təklif edir. Görüşdə sonradan Ermənistanın prezidenti olan Robert Köçəryan da iştirak edir. 1.5 milyon dollarla razılaşırlar, silahları vermək üçün plan hazırlanır. Plan Xocalıdan çıxıb Gürcüstan istiqamətdə olan ərazilərin birində süni döyüş təşkil etmək olur. Ərazi olaraq isə Ballıca kəndi seçilir. Planın ilkin addımı Ohanyanın əmrə “tabe olmaması” olur. Bu barədə danışıqlar prosesində iştirak etmiş Robert Köçəryanın dedikləri: “Qərara gəldik ki, Stepanakertə gələn general Grekovun başçılığı ilə bir qrup yüksək rütbəli rus hərbi məmuru ilə görüşək və razılığa gəlməyə çalışaq. Təbii ki, içdik. Biz açıq şəkildə bildirdik ki, onlar heç bir halda texnikanı çıxara bilməyəcəklər, sadəcə, buraxmayacağıq. Əgər belə bir cəhd etsələr, mübarizə aparacağıq. Soruşdum ki, onlar, rus hərbçiləri onlar üçün şübhəli məqsəd naminə, əslində Azərbaycanın döyüş qüdrətini gücləndirmək naminə bizimlə döyüşməyə hazırdırlarmı? Cavab məni təəccübləndirmədi: onların heç biri döyüşmək istəmirdi. Biz razılaşdıq ki, onlar artıq etdikləri ilə məhdudlaşacaqlar: onlarla yanmış piyada döyüş maşını və onların kağızlarda göstərdikləri bizim işimiz deyil. Onlar xəbər verə bilərlər ki, Qarabağdan çıxarılması mümkün olmadığı üçün bütün texnika məhv edilib”. Zaqafqaziya Hərbi Dairəsinin bu əmrinə 2-ci motoatıcı batalyonun komandiri olan mayor Seyran Ohanyan dəstəsi ilə birlikdə Ballıca kəndi ərazisində əmrə tabe olmadığını elan edir. Alaydakı erməni hərbçilər Ohanyanı müdafiə edirlər. Bunun ardınca alay Ermənistan və Qarabağ erməni dəstələri tərəfindən mühasirəyə alınır. Bunu görən Zaqafqaziya Hərbi Dairəsi həyəcan siqnalı ilə 328-ci və 345-ci desant alaylarını ayağa qaldırır. Onlar 366-cı alaya yardıma göndərilir. Süni döyüş başlayır, guya iki tərəfdən də itkilər olur. Lakin heç bir tərəfdə ölü olması barədə rəsmi məlumat qeydiyyata düşmür. Bu zaman hərbi texnikanın böyük bir hissəsi : 9 ədəd T-72 tankı 5 ədəd BTR-70 döyüş maşını 49 ədəd BMP-1 piyada döyüş maşını 28 ədəd BMP-2 piyada döyüş maşını 5 ədəd BRM-1k döyüş texnikası 70 piyada döyüş maşını (PDM), 4 Strela-10 raket qurğusu, 8 top, 57 minaatan …və digər silah-sursat erməni birləşmələrinə təhvil verilir. Azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində də istifadə edilir. Bu hərbi texnika ilk dəfə 6 mart 1992-ci ildə Azərbaycan Ordusunun Əsgərana hücumunun qarşısını almaq üçün istifadə olundu. Alayın tərkibində xidmət edən 22 zabit daxil olmaqla, 180 əsgər erməni separatçılarının tərəfində döyüşmək üçün Qarabağda qaldı. Ballıca hadisəsi bir daha göstərir ki, məhz ermənilərin Xocalıda törətdikləri soyqırım təkcə onların deyil, eyni zamanda Rusiyanın planı olub. |
2024-02-26 | 835,901 | Tiflis Bakı və Ankaradan israrla bunu istəyir | Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında jurnalistlərə deyib ki, əvvəlcə Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaq lazımdır. Sonrakı mərhələdə buna Rusiya, İran və Ermənistan qoşulsunlar. Numan Qurtuluş bunu deyərkən, ötən həftə Ankarada görüşdüyü Gürcüstanın xarici işlər nazirin sözlərinə istinad edib: “Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı mexanizm yaratmaq”. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, gürcü nazirin bu sözləri maraqlıdır: “Birincisi, Gürcüstan hakimiyyəti 3+3 platformasında məhz ona görə iştirak etmir ki, orada Cənubi Osetiya və Abxaziyanı işğal edən Rusiya var. İkincisi, Gürcüstan Türkiyə və Azərbaycanla arzuladığı üçlü ittifaqı gücləndirmək üçün Ermənistanın silahlandırılması mövzusunda diqqətli olmalıdır. Fransa Ermənistana növbəti hərbi texnikanı Gürcüstan üzərindən çatdırmağa çalışacaq. Əgər Gürcüstan bu dəfə də ərazisini Fransa hərbi texnikasının Ermənistana çatdırılması üçün açsa, bu Gürcüstan-Azərbaycan münasibətlərində yeni suallar yaradacaq. Azərbaycan və Türkiyə ilə üçlü ittifaqın gücləndirilməsini arzulayan ölkə ərazisinin Ermənistanın silahlanmasında istifadəsinə razılaşmamalıdır”. |
2024-02-26 | 835,908 | Berdiməhəmmədov Ərdoğana fəxri ad verdi | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında qlobal sülhə və davamlı inkişafa öz töhfəsini verməkdədir. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun 70 illik yubileyi münasibətilə türkiyəli həmkarına göndərdiyi təbrikdə deyilir. “Türkmən xalqına qədim mehriban qonşuluq və yaşlı nəslə hörmət ənənələrinə sadiq qalaraq, Türkmənistan-Türkiyə münasibətlərinin inkişafına verdiyiniz böyük şəxsi töhfənizi, xalqlarımızın birliyinə yönəlmiş xidmətlərinizi yüksək qiymətləndirərək, həmçinin 70 illik yubileyi münasibətilə sizə “Hormatly il a ulusy” (“Türkmənistanın fəxri ağsaqqalı”) fəxri adının verilməsi qərara alınıb”, - Türkmənistan Prezidenti bildirib. S.Berdiməhəmmədovun sözlərinə görə, ölkəsinin xarici siyasətinin mühüm istiqamətlərindən biri Türkiyə ilə müxtəlif sahələrdə strateji və uzunmüddətli əlaqələrin ardıcıl inkişafı və möhkəmləndirilməsidir. Türkmənistan prezidenti, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT və Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib. S.Berdiməhəmmədov iki ölkə arasında artan ticarət dövriyyəsinə də diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə Türkmənistanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir, onun ölkəsində iqtisadi layihələrin həyata keçirilməsində iştirak edən çoxsaylı türk şirkətləri Türkmənistan iqtisadiyyatının şaxələndirilməsinə və sosial layihələrin həyata keçirilməsinə töhfə verir. S.Berdiməhəmmədov Ərdoğanı bütün türkmən xalqı adından "Türkmənistanın fəxri ağsaqqalı" adına layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik və ailə rifahı, Türkiyə Cümhuriyyətinin qardaş xalqına isə sülh, gələcək tərəqqi və firavanlıq arzulayıb. |
2024-02-26 | 835,910 | Neft həftəyə bu qiymətlə başladı | Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 81,26 dollara, yüngül neftin bir barreli isə 76,12 dollara təklif olunur. |
2024-02-26 | 835,914 | Türkiyə XİN Azərbaycana başsağlığı verdi | Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib. “26 fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”, - paylaşımda bildirilib. |
2024-02-26 | 835,918 | Bakıda temperatur 0 dərəcəyə düşdü | Fevralın 26-sı saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə arabir qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şəkidə 6 sm, Yardımlı, Qrızda 4 sm, Lerik, Şahdağda 3 sm, Oğuzda 2 sm, Qəbələ, Gədəbəydə 1 sm olub. Düşən yağıntının miqdarı Oğuz, Şəki, Qəbələ, Altıağac, Qrız, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Yardımlı, Lerik, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, İsmayıllı, Balakən, Zaqatala, Şamaxı, Quba, Xaltanda 2 mm-dək olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 5-10, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-12, yüksək dağlıq ərazilərdə isə 18 dərəcəyədək şaxta olub. |
2024-02-26 | 835,922 | Hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət etdi | Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Axar.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. |
2024-02-26 | 835,926 | Bu rayonda qaz olmayacaq | Bu gün İmişlinin qaz təchizatında fasilə yaranacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Qaz İxrac" idarəsi tərəfindən “İmişli 1” ölçü qovşağının təftiş edilməsi, həmçinin “İmişli 2” qaz ölçü qovşağının istismara verilməsi məqsədilə impuls xətlərinin çəkilməsi, çoxparametrli sensorun və daraldıcı qurğunun quraşdırılması ilə bağlı fevralın 26-da saat 14:00-dan 18:00-dək “İmişli 1” ölçü qovşağından qazın nəqlinin dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə İmişli şəhəri daxil olmaqla, rayonun 2 qəsəbəsinin (Yeni Bəhrəmtəpə və Bəhrəmtəpə Məcburi Köçkünlər qəsəbələri) və 20 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
2024-02-26 | 835,927 | Auld "Ana harayı" abidəsini ziyarət etdi - Foto | Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "Ana harayı" abidəsini ziyarət edib. Axar.az xəbər verir ki, o, bu barədə X hesabında yazıb. “Bu gün Xocalı faciəsinin qurbanlarını bütün azərbaycanlılarla birgə yad edirəm. Allah rəhmət eləsin!” - diplomat bildirib. |
2024-02-26 | 835,931 | Oğuzda yollar buz bağladı, hərəkət çətinləşdi | Qar və şaxtalı hava səbəbindən Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb. Axar.az xəbər verir ki, nəticədə avtomobillərin hərəkəti çətinləşib, bəzi nəqliyyat vasitələri yolda qalıb. Sürücülərin sözlərinə görə, şəhərin küçələrinə duz və qum səpilməyib. Nəticədə belə problemlər yaranıb. |
2024-02-26 | 835,934 | Xocalıda qürurla dalğalanan üçrəngli bayrağımız... - Nazir | Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir. Axar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib. O qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilməyib: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edildi, o cümlədən Xocalı rayonu da separatçılardan təmizləndi. Bu gün Xocalıda qürurla dalğalanan üçrəngli bayrağımız haqq-ədalətin təntənəsini, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bariz şəkildə nümayiş etdirir. Xocalı soyqırımının 32-ci ildönümündə faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik". |
2024-02-26 | 835,938 | "Bayer "-"Qarabağ" matçının biletləri satışa çıxarılır | Almaniyada yerli "Bayer" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub. Axar.az xəbər verir ki, biletlər fevralın 27-də, yerli vaxtla saat 12:00-da onlayn qaydada və "Bay Arena"dakı fan-şopda satışa çıxarılacaq. İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır. Qeyd edək ki, martın 14-də reallaşacaq "Bayer "-"Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. |
2024-02-26 | 835,939 | ABŞ pilotu İsrail səfirliyinin önündə özünü yandırdı - Video | ABŞ Hərbi Hava Qüvvələrinin pilotu ABŞ-ın Fələstində yürütdüyü siyasətə görə İsrailin Vaşinqtondakı səfirliyi qarşısında “Fələstinə azadlıq” qışqıraraq özünü yandırıb. Axar.az xəbər verir ki, bununla bağlı SHOT Teleqram kanalı məlumat yayıb. Pilot həmin anları “Tviç” ( Twitch) video platformasındakı səhifəsində canlı paylaşıb. O, İsraildən soyqırımı dayandırmağı tələb edib. Səfirliyin əməkdaşları ona mane olaraq yanğını söndürməyə çalışsalar da, pilot ciddi xəsarət alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə Netanyahunun Qəzzanın cənubundakı Rəfah şəhərində hərbi əməliyyat icazəsi üçün Nazirlər Kabinetinə müraciəti ilə eyni vaxtda baş verib. Pilotun adı açıqlanmayıb. |
2024-02-26 | 835,941 | İmam Zaman zühur edəndə... - Xameneinin sözçüsü | İmam Zamanın zühurundan sonra məktəblərin, universitetlərin və elmi seminariyaların 90 faizi bağlanacaq. Axar.az xəbər verir ki, bunu İranın dini rəhbəri Əli Xameneinin ofisinin sözçüsü Əlirza Pənahian deyib. O bildirib ki, zühur dövründə insanlarının təhsilə ehtiyacı olmayacaq. “Zühurdan öncə isə 27 elmi sahədən yalnız 2-i inkişaf edəcək”, - o iddia edib. |
2024-02-26 | 835,943 | Zelenski İrəvanla birgə, Bakıya da səfər etsə... - Suslov | Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfəri Ermənistan və Rusiya arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Suslov deyib. O bildirib ki, Ukrayna liderinin gəlişinin Ermənistanın real maraqları ilə heç bir əlaqəsi ola bilməz: “Bu, çox güman ki, kollektiv Qərbin Rusiyanın Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqələrini birdəfəlik məhv etmək istəyindən xəbər verir”. Suslovun fikrincə, Zelenskinin İrəvana səfəri Paşinyanın Rusiyadan Qərbə istiqamətlənmə siyasətinin zirvəsi olar: “Başa düşmək lazımdır ki, indiyədək Zelenski Baltikyanı ölkələr istisna olmaqla, heç bir postsovet ölkəsinə (hərbi əməliyyatdan bəri nəzərdə tutulur - red.) səfər etməyib. Heç birinə. O, nə Qazaxıstanda, nə Orta Asiya ölkələrində, nə Gürcüstanda, nə də Moldovada olub. Ona görə də onun Cənubi Qafqaz ölkələrinə gəlişi, necə deyərlər, bütün maskaların atılacağı siyasətin zirvəsi olardı. Təbii ki, Zelenski faktiki olaraq təkcə İrəvana deyil, Bakıya da səfər edərsə, bu, mənfi təsiri bir qədər yumşaldacaq, amma onu tam aradan qaldırmayacaq. Ermənistan Azərbaycandan fərqli olaraq rəsmi olaraq Rusiyanın müttəfiqidir. Ümumilikdə İrəvanla Moskvanın münasibətlərində hazırkı vəziyyət çox qeyri-müəyyəndir. Ticarət-iqtisadi sahədə ciddi və intensiv əməkdaşlıq davam edir, ticarət dövriyyəsi artır, Ermənistan Aİİ-yə sədrlik edir. Siyasət və təhlükəsizlik sferasında isə İrəvanın açıq şəkildə Rusiyanın opponentlərinin tərəfinə keçməsi müşahidə olunur. Bunu geri qaytarmaq hələ də mümkündür, lakin getdikcə çətinləşir. Zelenski İrəvana səfər edərsə, bu, geri dönüş nöqtəsinə çevriləcək və bu, Ermənistanın hazırkı rəhbərliyi ilə hansısa normallaşma ehtimalını əngəlləyəcək”. Qeyd edək ki, Ermənistan mətbuatında Zelenskinin martın 4-də İrəvana səfər edəcəyi iddia edilir. |
2024-02-26 | 835,945 | Bakıda məktəb işıqsız qaldı - Səbəb | Bir neçə gündür Binəqədi rayonunda yerləşən 335 saylı tam orta məktəbə elektrik enerjisinin verilişinin dayandırıldığı bildirilir. Bu səbəbdən təhsil müəssisəsinin kollektivi və orada təhsil alan şagirdlərin soyuqda, qaranlıqda qaldığı qeyd edilir. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddia olunur ki, buna səbəb məktəbin elektrik enerjisinə borcun yaranmasıdır. Məhz bu səbəbdən də ötən həftənin cümə günündən məktəbə verilən elektrik kəsilib. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, problem nəzarətə götürülüb və qısa müddətdə həll olunacaq. |
2024-02-26 | 835,948 | Xocalıda baş verən bəşəri cinayətləri unutmadıq! | 32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda baş verən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq. Axar.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı X hesabında bildirib. “Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, - o bildirib. |
2024-02-26 | 835,950 | Putin görüşümüz zamanı məndən bunu tələb etdi - Zelenski | Rusiya Prezidenti Vladimir Putin 2019-cu ildə Donbasda atəşkəsə çağırmışdı. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna. 2024” forumunda çıxışında deyib. Onun sözlərinə görə, 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində şəxsi görüşü zamanı Putin ondan Ukraynanın cənub-şərqində atəşkəsin əldə edilməsini istəyib: “Mən ona dedim ki, Minsk razılaşmaları işləmir, çünki qoşunların təmas xəttinə çəkilməsi ideyasının özü işləmir. O, daim atəşkəs məsələsini gündəmə gətirirdi. Dedim ki, biz hələ 20 il dondurulmuş münaqişə vəziyyətində olacağıq ki, bu da müharibənin bitmədiyini göstərir. Bu barədə danışdıq”. Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna lideri Vladimir Zelenskinin 2019-cu ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronu, sonra isə Almaniya kansleri Angela Merkeli aldatdığını açıqlamışdı. |
2024-02-26 | 835,953 | Ucarda su arxından kişi meyiti tapıldı | Ucar rayonunda su arxından kişi meyiti tapılıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, Ucar rayonu, Lək kənd sakini Əliağa Bəbəş oğlu Cəfərov su arxında ölmüş vəziyyətdə aşkar edilib. İlkin ehtimallara əsasən Ə.Cəfərov ürək tutmasından dünyasını dəyişərək su arxına yıxılıb. |
2024-02-26 | 835,954 | Almaniyada Xocalı soyqırımı ilə bağlı aksiya - Foto | Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildirilib ki, Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Köln Katedralının qarşısında baş tutan aksiyada Köln və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, Azərbaycana dost münasibəti bəsləyən icmaların nümayəndələri iştirak ediblər. İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra canlarını Vətən torpaqları uğrunda fəda edən şəhidlərin və Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, sədr müavini Sərdar Əliyev, mərkəzin idarə heyətinin üzvü Qəzənfər Kazımov, şəhid ailələrinin üzvləri və digər şəxslər çıxış edərək Xocalı soyqırımından 32 il ötməsinə baxmayaraq, xaricdə yaşayan azərbaycanlıların o dəhşətli günlərin ağrı-acısını unutmadığını, Xocalı soyqırımı törədənlərin layiqli cəza alması üçün Azərbaycan diasporu tərəfindən mütəmadi olaraq müxtəlif səpkili tədbirlər həyata keçirildiyini bildiriblər. Xocalı soyqırımının bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət olduğu və bu faciənin tarixdə ermənilərin həyata keçirdiyi yeganə soyqırımı aktı olmadığı bildirilib, bu qətliamın soyqırım aktı kimi tanınması üçün alman və Azərbaycan dillərində şüarlar səsləndirilib. Aksiyada tədbir iştirakçıları tərəfindən erməni vandalizmini əks etdirən informativ plakatlar nümayiş olunub, alman və ingilis dillərində nəşr olunmuş kitablar, fleyerlər, broşürlər şəhər sakinlərinə paylanıb. Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotolardan ibarət fotosərgi yerli ictimaiyyətin marağına səbəb olub. Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının dalğalandığı, 200-dən çox şəxsin iştirak etdiyi tədbir “Koroğlu” üvertürasının səslənməsi ilə başa çatıb. |
2024-02-26 | 835,956 | Ermənistanda bu nömrə 300 min dollara satıldı - Video | Ermənistanda “00 OO 000” avtomobil nömrə nişanı 300 min dollara satılıb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, nömrə “Mersedes” markalı avtomobilin sahibi tərəfindən alınıb. Bildirilib ki, “00 OO 000” nömrə nişanının ilkin satış qiyməti 50 min dollar olub. Bu nömrə üçün 98 nəfər mübarizə aparıb. Ermənistan DİN isə nömrənin hələ satılmadığını, hərracın davam etdiyini və 28 fevralda nəticənin elan ediləcəyini bildirib. |
2024-02-26 | 835,966 | Xocalıda arxeoloji park yaradılacaq - Foto | Xocalıda Azərbaycan xalqının tarixi keçmişini əks etdirən və erməni işğalı zamanı ağır zərbələrə məruz qalmış abidələr eramızdan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərində bu ərazinin böyük yaşayış məskəni olmasından xəbər verir. Əsasən “Böyük Kurqan” çölündə yerləşən Xocalı nekropolunun sahəsi 200 hektardır. İki zirvəsi olan “Haçatəpə kurqanı”nın diametri 300 metrdir. Qədim yaddaşı silmək məqsədilə ermənilərin dağıdıb gizlətməyə cəhd etdikləri abidələrin tədqiqi və bərpası tarix elmində yeni səhifə açacaq. Xocalının üç min ildən artıq bir dövrü əhatə edən abidələr kompleksi təkcə Azərbaycanın deyil, Qafqazın və Türk dünyasının maddi-mədəni irsinin araşdırılması baxımından da əhəmiyyətlidir. Axar.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ərazidə ilkin tədqiqat işlərinə başlayıblar. Əraziyə baxış keçirilib, arxeoloji abidələrin mövcud durumu öyrənilib. Mütəxəssislərin fikrincə, yeni araşdırmalar Qarabağın tarixinə dair qiymətli tarixi faktları aşkara çıxaracaq. Xocalıda “Bakı Abadlıq Xidməti”nin tikinti-quruculuq işləri zamanı, ərazidə olan kurqan tipli qəbir abidələrin tanıdılması və ictimailəşdirilməsi də nəzərdə tutulub. Müasir şəhər kimi dirçələcək Xocalıda unikal arxeoloji parkın təşkili turizmin inkişafına xidmət edəcək. Qədim abidələri ziyarət edən turistlər həm də yeni tarixin amansız faktı olan Xocalı soyqırımı barədə məlumat alacaqlar. Açıq hava altında muzey kimi fəaliyyət göstərəcək Xocalı arxeoloji parkı yeni formatda təqdim ediləcək, eyni zamanda, Qarabağın zəngin tarixi keçmişinin, maddi-mədəni irsinin təbliği və tanıdılması işində ən böyük layihə olacaq. Arxeoloji park sübut edəcək ki, Xocalı təkcə yeni inzibati ərazi deyil, tarixi min illərə söykənən qədim yaşayış məskənidir. |
2024-02-26 | 835,968 | 733-cü gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 733-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 410 700 hərbçi, 6 555 ədəd tank, 12 478 ədəd zirehli döyüş maşını, 9 993 ədəd artilleriya sistemi, 1000 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 686 hava hücumundan müdafiə sistemi, 340 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 037 ədəd avtomobil texnikası, 7 707 ədəd PUA, 1 910 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 580 xüsusi avadanlıq itirib. |
2024-02-26 | 835,969 | Bayramov açıqladı: Yaxın günlərdə görüş olacaq! | Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. “Danışıqlarda bəlli bir fasilə baş versə də, sülh sazişinin mətni üzərində işlər davam etdirilirdi. Lakin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar verilmişdi. Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”, - XİN başçısı bildirib. |
2024-02-26 | 835,970 | Qadınlar gözəl olmaq istəyirsə, bu dediyimi etsin | Tanınmış həkim Rəşid Mahmudovun Kult.az-a müsahibəsi: - Rəşid müəllim, “Autizm sağalan xəstəlikdir” deyirsiniz, bu da rezorans doğurub... - Düz deyirəm, elədir. Nəinki autizm, aşağı-yuxarı sağalmayan xəstəlik yoxdur. Televizora baxırsanmı? - Xeyr. Siz özünüz də televiziyada demişdiniz ki, efirlərimiz pis gündədir, baxmayın. - O düzdü, amma normal verilişlər də olur, onlara baxın. Mən 17 ildir televizordan bar-bar bağırıram ki, adamlarımızda yod çatışmır, yod. Bu, bilirsənmi nə deməkdir? - Bilmirəm… - Yod çatışmayanda insanda piylənmə gedir, kökəlir. Görürsənmi adamlarımız necə kökəlirlər? Saçları tökülür, dəriləri qurulaşır, yaddaşla bağlı problemləri də çoxalır, immunitetləri zəifləyir. Bu da xəstəliklərə yol açır. Bizim torpağın havasında-suyunda yod yoxdur. Mən bunu deməkdən yoruldum. Adamlar gərək buna diqqət eləsinlər. Hamı e, hamı. Tək kişilər yox, elə qadınlar da. İstəmirlər gözəl qalsınlar? İstifadə eləsinlər də. - Niyə indiyə qədər bu cür problemlər olmurdu? - Niyə olmurdu ki! Həmişə olub. Qoy, elmi tərəfdən də deyim. “Tiroid hormonları” deyilən hormon var. Onların sintezi üçün vacib olan məsələ “iz elementi”dir. Yod çatışmazlığı bütün dünyada neonatal və uşaqlıqda beyin zədələnməsinin ən çox görülən, qarşısı alına bilən bir səbəbidir. Yod bir çox qidalarda olsa da, bütün torpaqlarda eyni miqdarda olmur. Məsələn, bizdə də yoxdur. - Bəs harada olur, necə olmalıdır? - İodin şəklində olan yodun çox hissəsi okeanlarda olur, burada yodid ionları elementar yoda qədər azalır, daha sonra da atmosferə daxil olur və yağış vasitəsi ilə yerə düşür. Bununla da yodu torpaqlara ötürür. - İndi insanlar neyləsin ki, coğrafi şəraitimiz belədir… - Deyəcəm, səbirli ol. Yod çatışmazlığı daha çox daxili, dağlıq və tez-tez daşqın olan ərazilərdə olur. Bunun üçün mənim dediyim, təklif elədiyim “ionlaşmış yod” var. Bax, bunu istifadə eləsinlər. Bəs özümü niyə öldürürəm ki, ay camaat, bundan istifadə edin! - Autizmə də yol açır bu problem? - Bəs nə? Autizm geniş məsələdir, ilkin olaraq bunları deyə bilərəm. Hələ ən sadə məsələ budur. Bədəndə olan yod çatışmazlığı təpədən dırnağa qədər təsir edir. Bunlar elmdir, elm. Bizimkilər də elmi aparıb dəfn ediblər qəbiristanlıqda. Təkcə autizmə yox, şizofreniya və xərçəngə qədər gətirib çıxardır. Orqanizmdə tükdən tutmuş dırnağa qədər təsir edən yeganə hormon tiroksindir. Yod çatışmazlığı ən çox bu hormona təsir edir ki, nəticədə də autizm kimi xəstəliklər yaranır. 2020-ci ildən alimlər öyrənməyə çalışır ki, bədəndə qalan yod hara gedir? Hələ də elmə tam olaraq məlum deyil. - Deyirlər ki, autizm sindromdur, xəstəlik yox… - Desinlər də. Hərə bir söz deyir. Amma nəyə görə deyirlər? Hardan bilirlər? Hamısı elmlidirmi? Hansı əsasları var? Özlərini məndən ağıllı hesab edirlər? - Daha çox lağ edirlər… - Məni lağa qoyurlar, sağ olsunlar, amma heç olmasa, gedib elm də öyrənsinlər. Onda görəcəklər ki, mən düz deyirəm. Kim inanmır, gəlsin, şəxsən izah edim, göstərim. - Autizm xəstəliyini müailəcə edənə gərək Nobel versinlər axı… - Nobel lazım deyil, eşitsinlər, bəsdir. Lağ eləməklə bir şey olası deyil. - Sizin özünüzün autizmdən sağaltdınız insan var? - Sağaldıram da. Onu deyim ki, bu proses “ol” deyəndə olan proses deyil. Autizmin növləri var. Yüngül olur, ağır olur. Məsələn, dörd yaşlı uşağa iki il, səkkiz yaşlı uşağa dörd il müalicə lazımdır. Amma əlavə olaraq, sistemli müalicə də edilməlidir. Məsələn, loqopedlə də qarşılıqlı müalicə. Autizmin əlamətləri çox açıqdır, görünür ki, onlara autizmli uşaqlarda qarşılıqlı əlaqə zamanı keyfiyyət pozğunluğu, ünsiyyət problemi, məhdud fəaliyyətlər və eyni hərəkətlər müşahidə olunur. - Azərbaycanda xeyli autizm mərkəzləri var. Onlar niyə sağalda bilmir? - İndi kim nə istəsə, aça bilər. Saxta diplomlarla o qədər mərkəzlər açırlar ki! Mən bilmirəm onlar nə iş görürlər. O cür mərkəzlərin fəaliyyəti bəllidir. - Bəllidir, yəni, fırıldaqçılardır? - O cür mərkəzlərin əsas fəaliyyəti uşaqları məktəbə qədər hazırlamaqdır, onlarda müəyyən vərdişlər yaratmaqdır. Tam sağaldacaqlarını deyən varsa, hə, fırıldaqçıdır. Autizmli uşaqların müalicəsi ancaq tibb müəssisəsində deyil, o cümlədən, evdə, bağçada da aparılmalıdır. Burada psixoloq konsultasiyası da vacibdir. Bu elə xəstəlikdir ki, uşaqların da, valideynlərin də psixikasına təsir göstərir. - Autizmi “dahilik sindorumu” da adlandırırlar. - Hə, doğrudur, o cür uşaqlarda fərqli, xüsusi istedadlar da ola bilir. Bir sözlə, inanın, əmin olun, dediklərimə əməl edin. Mən bunları özümdən demirəm, bunları mənə elm deyir, bildiyim elmi də sizlərə, xəstələrə çatdırıram. |
2024-02-26 | 835,972 | Xocalı kimi faciələrin təkrarlanmaması üçün... - ABŞ səfiri | ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında bildirilib. “Bu gün Azərbaycan xalqının kədərini paylaşaraq 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-nin adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək borcumuzdur”, - o qeyd edib. |
2024-02-26 | 835,979 | Daha 12 İran casusu saxlanıldı - Foto | Azərbaycanda İranın molla rejiminə xidmət edən, onları təbliğ edənlərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Axar.az xəbər verir ki, bu barədə “Mouze” Teleqram kanalı məlumat yayıb. Kanalın yaydığı məlumata görə, son günlər həyata keçirilən əməliyyatlar zamanı xeyli sayla "İran aşiqi" saxlanılıb. Onlar – Bakı şəhər sakinləri Ceyhun Hacıyev, Cavanşir Cəfərli, Lənkəran şəhər sakini Hacı Sakit Məmmədov, Gəncə şəhər sakini Ceyhun Sayadov, Göyçay şəhər sakini Nəsrəddin Nəsirov, Biləsuvar sakini Rahil Ağayev, Astara sakini Bəxtiyar Məmmədov, MBH üzvü Amil Bilalov, Astara sakini Eyvaz Baxşıyev, Neftçala sakini Ramin Babayev, Göyçay sakini Ramiz Hüseynov və Hacı Elxan Zeynalovdur. |
2024-02-26 | 835,980 | MN və DSX rəhbərliyi "Ana harayı"nı ziyarət etdi - Foto | Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumların digər rəhbər heyəti Bakıdakı "Ana harayı" abidəsini ziyarət ediblər. Axar.az xəbər verir ki, qurumların rəhbərliyi abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdiriblər. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. |
2024-02-26 | 835,982 | AB-nin sərhəddəki missiyasının hərəkətləri... – XİN başçısı | Avropa Birliyinin (AB) sərhəddə olan missiyasının hərəkətləri, müxtəlif Qərb diplomatlarının sərhədə gətirilməsi, sərhəddə heç bir gərginliyin olmaması halında bu, məsələnin daim gündəmdə saxlanılması, gərginlik kimi təqdim edilməsinə xidmət edirdi. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naiziri Ceyhun Bayramov deyib. "Həmin missiyanın nəzarət zonasından Azərbaycan sərhədinin pozulması, sonra heç bir əsas olmasan snayper atəşi ilə hərbçimizin yaralanması buna misaldır". |
2024-02-26 | 835,983 | Ukrayna Qara dənizdə üstünlüyü ələ aldı | Qara dəniz taxıl təşəbbüsü uğursuzluğa düçar olanda Ukraynanın mövqeyi ona Qara dənizin qərbində hökmranlığı ələ keçirməyə imkan verdi. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ukraynanın hücumlarının ardıcıl uğuru Rusiyanın Qara dəniz Donanmasını davamlı olaraq geri çəkilməyə məcbur edir: “Bu yaxınlarda “İvanovets” və “Sezar Kunikov” gəmilərinin batması Qara dəniz Donanmasının ikinci komandirinin işdən çıxarılmasına səbəb olub. Ukraynanın strateji yanaşması Rusiyanı qonşu ölkənin dəniz ticarət yollarına müdaxilə imkanından məhrum edib. Qara dəniz taxıl təşəbbüsünün dağılmasından sonra Ukraynanın impulsu ona Qərbi Qara dənizdə üstünlük təşkil etməyə imkan verdi. Bu, birtərəfli humanitar dəhliz vasitəsilə ixracın artmasına gətirib çıxardı, BSGI çərçivəsində olduğundan daha böyük ticarət həcminə imkan verdi və onları müharibədən əvvəlki səviyyəyə qaytardı”. |
2024-02-26 | 835,986 | Zelenski Bakıya səfər edəcək? - XİN-dən açıqlama | Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfər edəcəyi ilə bağlı bizdə heç bir məlumat yoxdur. Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda erməni mediası məlumat yayıb. “Azadlıq” radiosunun erməni redaksiyası Zelenskinin Bakıya da səfərə hazırlaşdığını iddia etsə də, diplomatik mənbələr bu iddianı təsdiqləməyib. |
2024-02-26 | 835,993 | Xocalıda soyqırım törədənlərin məsuliyyətə cəlb olunması... | Xocalı soyqırımını törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir. Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, uzun illər ərzində Azərbaycan dövlətinin Xocalı soyqırımını törədən şəxslərin cinayət məsuliyyətinə cəlbi və tarixi ədalətin bərpası istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, sistemli tədbirlər görülüb: "Bütün bu addımların nəticəsidir ki, bu il Xocalı faciəsinin ildönümünü fərqli mühitdə qeyd edirik. İlk dəfədir ki, bütün ölkə ərazisində suverenlik bərpa olunub, Xocalıda da üçrəngli bayrağımız dalğalanır. Cinayətkarların cəzasız qalması müəyyən mənada Ermənistanda həmin şəxslər arasında cəzasızlıq mühiti yaradıb. Ona görə də Azərbaycan dövləti bu istiqamətdə işləri davam etdirir və bundan sonra da mütləq şəkildə davam etdirəcək. Artıq Xocalı cinayətkarlarının bir hissəsi cinayət məsuliyyətinə cəlb olunub və məhkəmə qarşısında cavab verməyə məcbur ediliblər”. |
2024-02-26 | 835,994 | Siyasi və ictimai fəallar İrandakı seçkiləri boykota çağırdı | 275 tanınmış siyasi və ictimai fəal martın 1-də İranda keçiriləcək parlament seçkilərini boykota çağıran bəyanat yayıb. Axar.az xəbər verir ki, bu barədə xarici medianın məlumatında bildirilib. Bəyanat müəllifləri seçkilərin nəticələrinin əvvəldən bəlli olduğunu və formal xarakter daşıdığını qeyd ediblər: “Xalqın ümumi hüquqları ilə ziddiyyət təşkil edən seçkilərdə iştirak etməməyi özümüzə borc bilirik”. |
2024-02-26 | 835,997 | Fransa məsələni gərginləşdirmək üçün... - Bayramov | Bütün bu istiqamətlərdə hər hansı bir müsbət addım atılan zaman Fransa çox böyük canfəşanlıq edir və onun bu canfəşanlığı məhz məsələni gərgiləşdirmək və müsbət istiqamətdə inkişafa yol verməməkdir. Axar.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. "Almaniya kansleri O.Şoltsun təşəbbüsü ilə görüş keçirildi. Görüş kifayət qədər müsbət qiymətləndirildi, normal mühitdə keçdi, prosesin davam etdirilməsinin vacibliyi qeyd edildi. Bundan dərhal sonra Fransa prezidenti açıqlama verdi, Fransa müdafiə naziri Ermrənistana gedərək təhrikedici açıqlamalar verdi. Bu addımlara baxanda görünür ki, bunlar məqsədli, planlı şəkildə müsbət istiqamətdə inkişafın qarşısını almaqdır. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bir çox mərkəzləri narahat edir", - C. Bayramov bildirib. |
2024-02-26 | 835,998 | Yaz fəsli Azərbaycana bu tarixdə daxil olacaq – Rəsmi | Azərbaycana yaz fəsli mart ayının 20-si saat 07:06-da daxil olacaq. Bu sözləri Axar.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib. “Bu tarixdə gecə ilə gündüz bərabərləşir, ölkə ərazisində Novruz bayramı qeyd olunacaq”, - N.İsmayılov bildirilib. |
2024-02-26 | 836,004 | Bayden Szinpinə “Rusiya prezidenti” dedi - Video | Co Bayden Milli Qubernatorlar Assosiasiyasının illik toplantısında çıxışı zamanı Çin dövlətinin başçısı Si Szinpini “Rusiya prezidenti” adlandırıb. Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus Avstraliya” görüntü paylaşıb. Bayden Barak Obamanın dövründəki vitse-prezidentliyini xatırlayıb və Rusiyaya rəhbərlik edəcəyi üçün sabiq prezidentin ona Si Szinpini tanımaq məsləhəti verdiyini vurğulayıb. |
2024-02-26 | 836,006 | Sabah Bakıda 2 dərəcə şaxta olacaq | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında da sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. |
2024-02-26 | 836,007 | Zelenskinin İrəvana səfərdə məqsədi... - Zülfüqarov | Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfər etməsinin, düşünürəm, o qədər də problemli tərəfi yoxdur. Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. “Burada əsas məqsəd Rusiyaya mesaj verməkdir. Zelenski Rusiyayanın müttəfiqi olan Ermənistana səfər edə biləcəyini göstərməklə, hətta onun hərbi müttəfiqlərinin də bu müharibədə Rusiyanı dəstəkləmədiyini nümayiş etdirmək istəyir. Ermənistanın buradakı xeyrini demək isə çətindir. Bəlkə də İrəvan işarə edir ki, o, qərbyönümlü siyasət yürüdür”, - T.Zülfüqarov bildirib. Qeyd edək ki, Ermənistan mətbuatı Zelenskinin martın 4-də İrəvana səfər edəcəyi haqda məlumat yayıb. |
2024-02-26 | 836,012 | Nasos stansiyasında oğurluq: qəsəbə susuz qaldı - Foto | Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC 26 saylı su nasos stansiyasında oğurluq hadisəsi baş verib. Agentlikdən Axar.az-a verilən məlumata görə, naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd elektrik idarəolunma lövhəsini sökərək oğurlayıb. Həmin avadanlıqlar stansiyanın 75 kilovoltluq 2 nasos qurğusunun idarə olunmasını təmin edirdi. Elektrik idarəolunma lövhələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarında Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb. Baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ərazidə təhqiqat və araşdırma işləri həyata keçirilir. Eyni zamanda, Azərsu ASC tərəfindən nasos stansiyasının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür. |
2024-02-26 | 836,015 | ABŞ-ın Ukraynada casus şəbəkəsi: nələr edirlər? | ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ukraynada Rusiya ilə sərhəddə 12 casus bazası yaradıb. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ, Avropa və Ukraynadakı mənbələrinə istinadla məlumat yayıb. Mənbələrin məlumatına görə, bu bazalardan istifadə edərək ABŞ kəşfiyyatı rus qoşunlarının hərəkətlərini izləyir, raket zərbələri üçün kəşfiyyat məlumatları alır və casus şəbəkələrinə dəstək verir. Bununla yanaşı, bu obyektlərdə hazırda Rusiya, Avropa, Kuba və digər yerlərdə fəaliyyət göstərən yeni nəsil ukraynalı casuslar hazırlanır: “Casus bazaları şəbəkəsi sayəsində Kiyev Vaşinqtonun ən mühüm kəşfiyyat tərəfdaşlarından birinə çevrilib. Ukraynalılar son vaxtlar MKİ-nin Rusiyadakı bazasından daha çox rus məlumatlarını ələ keçiriblər”. Nəşr bildirib ki, MKİ-nin Ukraynadakı bazalar şəbəkəsi 2016-cı ildən yaradılmağa başlayıb. “Casuslar hissə-hissə ABŞ-ın 3 prezidentinin - Barak Obama, Donald Tramp və Co Baydenin dövründə formalaşdırılıb. Əvvəlcə ABŞ kəşfiyyatı Kiyevlə işləməkdən çəkinirdi, çünki o, Ukrayna kəşfiyyatçılarının güzəştə gedə biləcəyindən və MKİ-nin onlarla əlaqəsinin Moskvanı qıcıqlandıracağından ehtiyat edirdi. Lakin hələ 2015-ci ildə Ukrayna hərbi kəşfiyyatının o vaxtkı rəhbəri vəzifəsini icra edən general Valeri Kondratyuk xəbərdarlıq etmədən olduqca məxfi fayllar toplusunu MKİ nümayəndəsinə təhvil verib. Bundan sonra Ukrayna kəşfiyyatı amerikalılara etimad şəraiti yaratmaq üçün mütəmadi olaraq gizli məlumatlar verirdi. Casus bazalarının işi nəticəsində ABŞ-ın Kiyevdəki səfirliyi Rusiya haqqında ən yaxşı məlumat, siqnal mənbəyinə çevrildi”. “Nyu York Tayms”ın məlumatına görə, Ukraynaya genişmiqyaslı hücumdan öncə Rusiya xüsusi xidmət orqanlarından birinin rəhbəri Vladimir Putinə MKİ və Mİ6-nın Kiyevə nəzarət etdiyini və ölkəni Moskvaya qarşı əməliyyatlar üçün pladstarma çevirdiyini məruzə edib: “Məhz bundan sonra Putin çıxışlarında dəfələrlə bildirdi ki, 2014-cü ildə Ukraynada hakimiyyət MKİ-nin dəstəyi ilə dəyişdi”. |
2024-02-26 | 836,017 | Fransa Xocalı soyqırımını vəhşilik adlandırdı | Fransanın Azərbaycandakı səfirliyi Xocalıda baş verən faciəvi hadisələrin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik X hesabında paylaşım edib. “Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının kədərinə şərikik. Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olmasına çalışmaq lazımdır”, - paylaşımda qeyd edilib.. |
2024-02-26 | 836,018 | Putindən Ərdoğana zəng: Təşəkkür etdi | Türkiyə Prezidenti Ərdoğan və Rusiya lideri Putin telefon danışığı aparıb və ikitərəfli münasibətləri müzakirə ediblər. Axar.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindən verilən məlumatda deyilir. “Rusiya prezidenti türkiyəli həmkarını yubileyi münasibətilə təbrik edib (Ərdoğanın bu gün 70 yaşı tamam olur - red.) və Moskva ilə Ankara arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib”, - məlumatda deyilir. |
2024-02-26 | 836,020 | Yeni tədris ilində Xocalıda dərslər başlayacaq? - Nazir | Xocalıda yerləşən məktəbdə son tamamlanma işləri aparılır. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yeni tədris ilində məktəbdə tədris prosesinin başlaması nəzərdə tutulur. |
2024-02-26 | 836,021 | Zelenski İrəvana gəlir, ölkə parçalanacaq - Rusiyadan baxış | Ermənistan XİN-in Zelenskinin İrəvana səfəri ilə bağlı məlumatı təkzib etməməsi təşviş doğurur. Deməli, bu barədə söhbət var. Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov deyib. “Bəs o, İrəvana necə gedəcək? Dövr edərək, yoxsa Polşa vasitəsilə? Zelenskinin Ermənistana çatması çox vaxt aparacaq. Hər halda, Zelenski Ermənistana gəlsə və orada dostluq danışıqları aparsa, bu, təbii ki, Rusiya ilə münasibətlərə növbəti zərbə olacaq. Paşinyan Ermənistanın Rusiyanın Ukraynadakı addımlarını əvvəldən dəstəkləmədiyini bəyan etmişdi”, - o bildirib. Mixaylovun sözlərinə görə, İrəvan Ukrayna və tərəfdaşları ilə öz müstəqil siyasətini qurur: “Görək, hansı danışıqlar, hansı bəyanatlar olacaq. Moskva bundan sonra İrəvana münasibəti ilə bağlı nəticə çıxaracaq. Nikol Vovayeviç bu oyunun sonunda bəzi ölkələrlə əraziləri bölüşmək məcburiyyətində qalacaq. Onun siyasəti ona gətirib çıxarır ki, Paşinyan və komandası son vaxtlar atdıqları addımların fəlakətini dərk etməsə, yaxın gələcəkdə Ermənistan dövlətçiliyini sonlandıracaq. Bu, Ermənistanı hərbiləşdirmək, eləcə də İrəvanı revanşa hazırlamaq üçün Fransa və digər NATO ölkələri ilə səylərin birləşdirilməsidir. Ermənistanı revanşa hazırlayana qədər heç kim durub gözləməyəcək. Zelenskinin səfəri baş tutsa, bu, Rusiya ilə münasibətlərdə tabutun növbəti qapağı olacaq. Bu kiçik, lakin qürurlu ölkədə hər hansı ərazi münaqişəsi olarsa, Moskva Ermənistana qarşı daha sərt mövqe tutacaq”. |
2024-02-26 | 836,024 | Türkiyədə mədən çökdü | Türkiyənin Elazığ vilayətinin Palu rayonunda xrom mədənində çökmə baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Çökmə səhər saat 10:00 radələrində olub. Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) verdiyi açıqlamada çöküntü altında qalan üç nəfərdən birinin çıxarıldığı, ikisinin axtarışının isə davam etdirildiyi qeyd olunub. |
2024-02-26 | 836,025 | Təbrizdə namizəd qalmaqal yaratdı: Sistem oğrudur | Təbriz Universitetində Təbriz, Üskü və Azərşəhr (Tufarqan) şəhərlərindən XII çağırış parlament seçkilərinə namizədlərin konfransında qalmaqal yaşanıb. Axar.az xəbər verir ki, bu barədə yerli sosial media şəbəkəsində paylaşımlar edilib. Qalmaqala Təbrizin İran parlamentindəki nümayəndəsi, keçmiş səhiyyə naziri Məsud Pezeşkianın tənqidi çıxışı səbəb olub. “Biz hamımız oğruyuq. Burada oturanlar oğrudur. Əgər sistemi düz qursaydıq, bu gün adi hala çevrilən korrupsiya, mənimsəmə və fəsad bu qədər artmazdı. Problem sistemin özündədir. Adam dəyişməklə sistemi düzəldə bilməzsiniz”, - Pezeşkian deyib. Təbrizli nümayəndənin bu çıxışı konfransda iştirak edən mühafizəkar siyasi cərəyana mənsub mollaların etirazlarına səbəb olub. Onlar Məsud Pezeşkianı ədəbsizlikdə, hakimiyyətə böhtan atmaqda ittiham ediblər. |
2024-02-26 | 836,026 | Prezident Xocalıda: Memorialın təməlini qoydu - Video | 13:12 Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Axar.az xəbər verir ki, dövlətimizin başçısı mərasim iştirakçıları ilə görüşdü. Qadın sakin: Xoş gəldiniz. Allah Sizi qorusun, cənab Prezident. Həyatımızın ən xoşbəxt günüdür. Sakinlər: Var olun, cənab Prezident, Allah Sizi qorusun. Prezident İlham Əliyev: Sağ olun. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: - İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə Memorial Kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq Memorial Kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz, Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir. Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, - təbii ki, onların da taleyi bəllidir, - 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir. Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni, biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında olan qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir. Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi, sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik. “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı. O vaxt - işğal dövründə mənim köçkünlərlə, - bu gün keçmiş köçkünlər adlandırılır, köçkün anlayışı artıq tamamilə silinib bütün bizim vətəndaşlarımızdan, - çoxsaylı görüşlər əsnasında hər dəfə onlara deyirdim ki, gün gələcək və biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Yüzdən çox köçkün qəsəbəsi salınmışdır və köçkün qəsəbələrinin hamısının açılışlarında mən iştirak etmişəm. Birinci köçkün qəsəbəsi o vaxt Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır və o vaxt bizim o qədər də böyük maliyyə imkanlarımız yox idi. Ancaq olan-qalan vəsait də bax o məqsədlər üçün istifadə olundu və bu, bir yol göstəricisi idi. Yəni, Ulu Öndər hamımıza göstərmişdi ki, biz ağır vəziyyətdə yaşayanlar üçün gərək şərait yaradaq. Eyni zamanda, bizim əsas məqsədimiz torpaqların azad edilməsi idi və o vaxt köçkünlərlə çoxsaylı görüşlər əsnasında deyirdim ki, bu şərait yaradılır, bu şərait yaxşıdır, - çadır şəhərcikləri, bilirsiniz ki, sonuncusu 2007-ci ildə ləğv edildi, - ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra ondan daha yaxşı şərait yaradılacaq sizin doğma torpaqlarınızda və bu gün biz bunu görürük. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb. Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də bu qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki? Yenə də deyirəm, bütün bunlar təbii bizim fikirlərimizdir, duyğularımızdır. Yenə də deyirəm, biz qisasımızı aldıq, biz həm 44 günlük İkinci Qarabağ müharibəsi ərzində, həm birgünlük antiterror əməliyyatı zamanı böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişik. Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Sakinlər: Allah rəhmət eləsin, amin. Prezident İlham Əliyev: Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir. Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır. Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin. Sakinlər: Amin. Prezident İlham Əliyev: Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Sağ olun. Azərbaycan Respublikası Prezidentinin köməkçisi dövlətimizin başçısına Xocalı Soyqırımı Memorialı barədə məlumat verdi. Bildirildi ki, Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq. Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyası, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq. Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq. Maarifləndirici materiallar, rəqəmsal məzmun vasitəsilə soyqırımı kimi faciələrin səbəbləri, nəticələri, qarşısının alınmasının zərurəti, cəmiyyətin insan haqlarına hörmət etməsinin vacibliyi diqqətə çatdırılacaq. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib. Bu faciə ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində həmişə bir vəhşilik aktı kimi yadda qalacaq. Heydər Əliyev Fondu yarandığı 2004-cü ildən etibarən Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlət tərəfindən görülmüş tədbirlərə dəstək olaraq bir sıra layihələr həyata keçirib. 2008-ci ildən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir. “Xocalıya ədalət!” kampaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın bir sıra ölkələri Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul edib. Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı bu dəhşətli soyqırımının ildönümünü artıq fərqli şəkildə anır. Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda həlak olmuş digər şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. Qanlı faciənin törədildiyi Xocalıda yaradılacaq Soyqırımı Memorialı isə faciə qurbanlarının, Vətənin müdafiəsi uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsinə ehtiram olmaqla yanaşı, bu qətliam barədə həqiqətlərin dünyaya çatdırılmasına və tariximizin yaşadılmasına xidmət edəcək. Dövlətimizin başçısı Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Sakinlər: Çox sağ olun, cənab Prezident. Sizə uğurlar. Kişi sakin: Sizə təşəkkür edirik, cənab Prezidentimiz. Otuz iki il öncə biz Xocalıdan məğlub çıxmışıq, soyqırımına məruz qalıblar. Otuz iki ildən sonra biz Xocalıya qalib olaraq gəlmişik və bu qalibiyyəti bizə qazandıran Siz olmusunuz. Sizin rəhbərliyiniz, Sizin sərkərdəliyiniz, Sizin müdrik siyasətiniz biz xocalılılara, bütün Azərbaycan xalqına, bütün Türk dünyasına bu Qələbəni qazandırıb. Var olasınız, bütün xocalılılar adından Sizi öpürük, bağrımıza basırıq. Təşəkkür edirik, cənab Prezident, var olasınız. Prezident İlham Əliyev: Sağ olun. Qadın sakin: Cənab Prezident, bir şəhid övladı kimi, biz də Sizə minnətdarıq bütün şəhid övladları adından. Mənim atam Xocalı soyqırımı zamanı ermənilər tərəfindən əsir götürülüb, özünümüdafiə batalyonunun döyüşçüsü olub. Onun sonrakı taleyi haqqında bu gün də bizim heç bir məlumatımız yoxdur. Məhz Sizin kimi bir sərkərdə ilə bu gün biz Xocalı soyqırımının 32-ci ildönümündə bu torpaqları ziyarət etmək o məzarsız şəhidlərimizin sanki məzarını ziyarət etmək qədər müqəddəs bir missiyadır. Xüsusilə Sizin ötən il oktyabrın 15-də, yəni Prezidentliyinizin 20-ci ilinin tamamında məhz Xocalıda Bayraq ucaltmağınız onu bir daha sübut etdi ki, bu neçə ildə ürəyiniz məhz Xocalıdan olan şəhid ailələri ilə birgə döyünür. Biz Sizə hər zaman minnətdarıq, Allah Sizi qorusun, Ordumuzu qorusun. Bütün şəhid övladları adından Sizə minnətdarıq. Prezident İlham Əliyev: Çox sağ olun. Kişi sakin: Cənab Prezident, bizim ailəmiz 1996-cı il fevralın 24-nə qədər tamamilə ümidinizi itirmişdi ki, bir daha nə Xocalını, nə də Qarabağı görməyəcəyik. 1996-cı il fevralın 24-də Ümummilli Liderimiz, böyük sərkərdəmiz, dünyaşöhrətli Heydər Əliyevimiz bizimlə - Xocalının şəhid ailələri, ziyalıları ilə görüş təyin etdi. Orada bizi əmin etdi ki, bir qarış torpağımızı da işğal altında qoymayacağıq. Onda demişdi ki, mən İlham Əliyevə özüm qədər inanıram. Onda mən hiss etdim ki, bu, onun gələcəyə verdiyi bir mesaj idi. O inanırdı ki, Ali Baş Komandanımız, cənab Prezident bunun öhdəsindən Siz gələcəksiniz, bunu Siz yerinə yetirəcəksiniz. Sizə böyük təşəkkürümüzü, minnətdarlığımızı bildiririk ki, bu gün bu şərəfi, bu şöhrəti bizə qazandırdınız. Çox sağ olun. Sizə minnətdarıq. Prezident İlham Əliyev: Sağ olun. Çox sağ olun. Kişi sakin: Cənab Prezident, bu gün diqqətinizə çatdırmaq istəyirəm ki, mən “Azərbaycan Bayrağı” ordenli həkiməm. 1994-cü ildə məhz Ulu Öndərin Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşəm. 1996-cı ildə həmin ordeni mənə şəxsən özü təqdim edən vaxt mən xocalılıların bir arzusunu çatdırmışdım ki, kaş o gün olsun, torpaqlarımız azad edilsin və biz Sizinlə Xocalıda görüşə bilək. Həmin gün bu günə təsadüf edir. Ulu Öndərin daxili və xarici siyasətini çox uğurla davam etdirən məhz Sizin sayənizdə bu gün doğma, azad Xocalımızdayıq. Çox sağ olun, var olun. Allah Sizi qorusun. Kişi sakin: Cənab Prezident, vaxtınızı çox almayaq. Bütün xocalılıların Ulu Öndərimiz qarşısında verdiyi bir vəd var. Mən vermişəm o vədi Ulu Öndərimizə. Mən demişdim ki, cənab Prezidentimiz, Sizin rəhbərliyinizlə biz torpaqlarımızı işğaldan azad etdikdən sonra Xocalının ən dəyərli, görkəmli bir yerində Sizin abidənizi ucaldacağıq. Cənab Prezidentimiz, Sizdən çox xahiş edirik, necə ki, bax bu yeri uğurla seçmisiniz, Xocalının ən dəyərli bir yerində Ulu Öndərimizin abidəsini ucaltmağı bütün xocalılılar adından Sizdən xahiş edirik. Prezident İlham Əliyev: Çox sağ olun. Sakinlər: Çox sağ olun, təşəkkür edirik. Prezident İlham Əliyev: Gedək indi Xocalıya. Sonra Prezident İlham Əliyev sakinlərlə birlikdə Xocalı şəhərində aparılan tikinti işləri ilə tanış olub. Dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri daha sonra Xankəndi şəhərində olublar. |
2024-02-26 | 836,031 | Qarabağ Universitetində bu tələbələrə təqaüd veriləcək | Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda universitetin fəaliyyətə başlaması üçün lazım olan hazırlıq işləri davam edir: “Universitetdə təhsil alacaq bütün tələbələrin orada qalması üçün hamısının yataqxanada qalması təmin ediləcək”. Qeyd edək ki, Qarabağ Universitetində yeni tədris ilindən tələbə qəbulunun aparılması nəzərdə tutulub. |
2024-02-26 | 836,033 | Fidan Xocalı soyqırımından yazdı | Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib. Axar.az xəbər verir ki, nazir bu barədə X hesabında paylaşım edib. “32 il əvvəl Xocalıda dünyanın gözləri qarşısında qətlə yetirilən qardaşlarımızın xatirəsini yad edir, can Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır”, - H.Fidan vurğulayıb. |
2024-02-26 | 836,037 | Zelenski İrəvana gəlir, bunun Rusiyaya nə dəxli? - Melkonyan | Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistana gəlmək qərarı versə, o zaman biz onu qəbul etməli olacağıq. Bizim problemimiz nədir? Bizə Rusiyanın necə reaksiya verəcəyi maraqlı deyil, bu, öz işimizdir. Axar.az xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” partiyasının deputatı Qagik Melkonyan erməni mediasına açıqlamasında deyib. O bildirib ki, biz öz dövlətimizin mənafeyində maraqlıyıq. Jurnalistlərin Ermənistanın sonda KTMT-ni tərk edib-etməyəcəyi sualına Melkonyan belə cavab verib: “Hər şey öz vaxtında. Zamanı gələndə hər şeyi edəcəyik. “Dondurmaq” (Nikol Paşinyan “Frans 24” kanalına müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu demişdi – red.) o deməkdir ki, biz bir ildən artıqdır ki, KTMT-nin heç bir iclasında iştirak etmirik”. Qeyd edək ki, Vladimir Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda məlumat yayılıb. Ermənistan Xİn bu məlumatı təkzib etməyib. |
2024-02-26 | 836,041 | İrəvandan Kamil Zeynallı haqda yeni açıqlama | Azərbaycanlı idmançı Rusiyada saxlanılan zaman bizə məlumat verildi, sorğu göndərildi. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan jurnalistlərə açıqlamasında deyib. Erməni nazir azərbaycanlı idmançı Kamil Zeynallının Rusiyada İrəvanın tələbi ilə saxlanılması, daha sonra azad edilməsinə münasibət bildirib: “Prosedur belədir, Ermənistanın axtarışa verdiyi şəxs saxlanılanda bizə sorğu göndərilir, məlumat verilir. Biz də həmin şəxsi axtarışa verib-vermədiyimizi rəsmi şəkildə bildiririk. Azərbaycanlı idmançı saxlanılanda Rusiya bizə sorğu göndərdi, biz də elə həmin gün cavabladıq. Həmçinin axtarışa verdiyimiz başqa şəxslər də var ki, onları həbs edib, sonra azadlığa buraxıblar. Rusiya buna da cavab verməlidir”. |
2024-02-26 | 836,044 | Ərdoğanın baş müşaviri Xocalıdan yazdı | 1992-ci il fevralın 26-da Rusiyanın dəstəklədiyi Ermənistan silahlı qüvvələri bu gün Qəzzada İsrailin etdiyi kimi, (keçmiş) Dağlıq Qarabağın Xocalı şəhərinə soxularaq, dinc əhaliyə, uşaq və qadınlara qarşı insanlıq cinayəti törətdilər. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. “Nə edirsiniz edin, amma soyqırımı unutmayın. Çünki unudulan soyqırım təkrarlanır” deyən lider Aliyə İzzətbeqoviçin dediyini unutmayıb, Xocalıda və bütün könül coğrafiyamızda baş verən və baş verməkdə olan qətliamları, insanlıq cinayətlərini unutmadıq, əsla unutmayacağıq. 32 il əvvəl Xocalıda törədilmiş insanlığa qarşı cinayətin ildönümündə Beynəlxalq İnsan Hüquqları Təşkilatlarından tələbimiz ondan ibarətdir ki, günahkarların qanuna uyğun olaraq layiq olduqları cəzanı alması üçün bəşəriyyət adından nə lazımdırsa, edilməlidir. Bütün bəşəriyyətə sülh və əmin-amanlıq diləyir, Xocalıda və bütün könül coğrafiyalarımızda əziz şəhidlərimizi rəhmət, hörmət və ehtiramla yad edirəm”, - Topçu bildirib. |
2024-02-26 | 836,045 | Berbokun avtomobilini rus dronu izləyib - Şok | Almaniya xarici işlər naziri Annalena Berbokun Nikolayev şəhərinə səfərini vaxtından əvvəl yarımçıq dayandırmasına səbəb onun kortejini Rusiyaya məxsus pilotsuz uçuş aparatının izləməsi olub. Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Məlumata görə, maşın karvanında “Bild”in əməkdaşı Nadya Asvad da olub və o, hadisə barədə yazıb: “Rusiyanın kəşfiyyat pilotsuz təyyarəsi maşın karvanına yaxınlaşdı. Ukrayna nümayəndə heyətinin üzvlərinin smartfonuna həyəcan siqnalı gəldi və sürücülər drondan uzaqlaşmağa çalışırlar. Lakin o, maşın karvanının arxasınca uçaraq onları təqib etdi. Sonda sürücülər drondan yaxa qurtarmağı bacardılar”. Qeyd edək ki, fevralın 24-də Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın Odessa şəhərinə səfəri zamanı həyəcan siqnalı səbəbindən 4 saat sığınacaqda qalmalı olub. |
2024-02-26 | 836,047 | MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək | Mayın 24-də Türkmənistanın paytaxtında MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Birlik İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. “Birliyə üzv dövlətlərin daimi səlahiyyətli nümayəndələri şurasının üzvləri (fevralın 27-də Minskdə keçirilən iclasda) MDB-nin Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasının gündəliyinin layihəsinə dair təkliflərə baxacaqlar”, - məlumatda deyilir. Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə baş tutub. |
2024-02-26 | 836,048 | Zelenski gəlsə, Nikol “erməni Mişa” olacaq - Korotçenko | Zelenskinin Ermənistana səfəri - əgər baş tutsa - o demək olacaq ki, Kreml üçün Paşinyan “erməni Saakaşviliyə” çevriləcək. Həm də bütün nəticələrlə birlikdə. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda erməni mediası məlumat yayıb. |
2024-02-26 | 836,050 | Paşinyanın deputatı: Lukaşenko quldur, biz isə qul idik... | Belarus Prezidenti Aleksandr Lukaşenko qul statusunda yaşayır, biz isə bu statusda yaşamaq istəmirik. Axar.az xcəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Qagik Melkonyan deyib. “Lukaşenko çox şey dedi. Amma onun əsas leytmotivi bu idi - Ermənistan hara qaçacaq? Lukaşenko qul statusunda yaşayır və biz bu statusda yaşamaq istəmirik. Müstəqil ölkə olmaq istəyirik ki, kiminlə istəsək, görüşüb müqavilə bağlayaq”, - o bildirib. Deputat Ermənistanın bundan əvvəl müstəqil olmadığını soruşduqda belə cavab verib: “Xeyr, Rusiyanın qulu idik, çünki bizə hər şeyi diktə edən o idi: kiminlə görüşməliyik, kiminlə ünsiyyətdə olmamalıyıq, kiminlə əlaqə saxlamalıyıq, ölkəmizdə kim prezident olmalıdır”. Belə olan halda İrəvanın niyə KTMT-dən çıxmadığını soruşduqda isə Melkonyan qeyd edib ki, vaxtı gələndə hər şeyi edəcəklər. |
2024-02-26 | 836,051 | İlham Əliyev Xankəndiyə getdi | Prezident İlham Əliyev və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində olublar. Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. |
2024-02-26 | 836,052 | Rus qoşunu hərəkətləndi, Həsənov Şoyquya zəng etdi? | Erməni mediası Rusiyanın müdafiə naziri Sergey Şoyqunun azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığı apardığı haqda məlumat yayıb. Axar.az xəbər verir ki, erməni mediası məlumatın mənbəyi kimi “RİA Novosti”ni də göstərib. İddia edilib ki, telefon danışığı Zakir Həsənovun təşəbbüsü ilə baş tutub. “Söhbət zamanı ikitərəfli əlaqələr və əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə edilib. Şoyqu cümə günü başlayan qoşunların döyüş hazırlığının qəfil yoxlanılması barədə Zakir Həsənova məlumat verib. O, bu hadisənin proqram xarakterli olduğunu və heç bir halda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı olmadığını vurğulayıb", - məlumatda qeyd edilib. Araşdırmalarımız zamanı bəlli oldu ki, Rusiya Müdafiə Nazirliyinin saytında son günlər Şoyqu ilə Həsənov arasında bu mövzuda hər hansı telefon danışığının olması barədə məlumat yoxdur. RİA-nın sözügedən xəbəri isə 2020-ci ilin 18 iyuluna aiddir. Həmin vaxt Tovuz hadisələri baş vermişdi və Rusiya lideri Vladimir Putinin 17 iyul tarixli əmri ilə Rusiyanın Cənub və Qərb hərb dairələrində döyüş hazırlığına başlanmışdı. Sözügedən telefon danışığı zamanı Şoyqu Zakir Həsənovu bu təlimin planlı olduğu və həmin ərəfədə Tovuz rayonu istiqamətində erməni təxribatı ilə heç bir əlaqəsi olmadığını bildirmişdi. Çox maraqlıdır ki, erməni mediası az qala 4 il əvvəl olan bir xəbəri yeniymiş kimi dövriyyəyə buraxır. Bu, erməni mediasının növbəti informasiya təxribatı sayıla bilər. |
2024-02-26 | 836,054 | DTX rəhbərliyi Xocalı abidəsini ziyarət etdi - Foto | Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət ediblər. Axar.az xəbər verir ki, bu barədə DTX Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib. |
2024-02-26 | 836,059 | Peskov Paşinyana cavab verdi | Bizim erməni tərəfdaşlarımızla kifayət qədər tez-tez təmaslarımız olur və təbii ki, biz buna aydınlıq gətirəcəyik. Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Paşinyanın KTMT-yə üzvlüyünün dondurulması ilə bağlı bəyanatından sonra İrəvanın təşkilatdakı fəaliyyətinin necə olacağı sualını cavablandırarkən deyib. “Çünki müvafiq sənədlərə əsasən, belə bir rejim (dondurulmuş üzvlük – red) de-yure KTMT planında sadəcə olaraq yoxdur. Danışıb, öyrənərik”, - o bildirib. |
2024-02-26 | 836,061 | Sərkisyanın Xocalı qətliamı haqda etirafı... | Faciənin 32-ci ildönümündə də həmişə olduğu kimi erməni mediası – xüsusilə erməni müxalifətinin nümayəndələri və onların nəzarətində olan KİV - Xocalıda baş verənlərin soyqırım deyil, Azərbaycanın təbliğatı olduğunu iddia edir. Axar.az xəbər verir ki, 1992-ci ilin fevralın 26-da baş verən soyqırımı Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 2000-ci ildə müdafiə naziri olarkən politoloq Tomas de Vaala müsahibəsində etiraf etmişdi. “Xocalıya qədər azərbaycanlılar bizim sadəcə zarafat etdiyimizi düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”, - Sərkisyan bildirmişdi. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər hadisədən bir neçə gün sonra dünya mediasında da dərc olundu. Dünyanın məşhur nəşrləri - “Vaşinqton Post”, “Nyu York Tayms”, “Boston Qlob”, “Voll Strit Jurnal”, “Sanday Tayms”, “Çikaqo Tribun”, Tayms”, “Quardian”, “Le Monde” qəzetləri, “Assoşeyted Press” və “Röyters” agentlikləri, “Taym” jurnalı, “BBC telekanalı və s. ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə faktlar, foto və videolar təqdim etdilər. “Vaşinqton Tayms” qəzeti 2 mart 1992-ci il tarixli məqaləsində baş vermiş qətliamı bu cür təsvir etmişdi: “Təxminən Xocalının on min nəfər sakininin 1000 nəfəri çərşənbə axşamı baş verən hücumda erməni ordusu tərəfindən qırğına məruz qaldı. Azərbaycan Televiziyası Xocalı şəhərinin ərazisindən daşınan cəsədlərlə dolu vaqonları göstərdi”. 1992-ci ilin martın 14-də Fransanın “Le Monde” qəzeti isə yazmışdı: “Ağdamda əcnəbi jurnalist öldürülmüş insanlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış bir qadın və üç uşaq görmüşdü. Bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır”. |
2024-02-26 | 836,067 | Dehli yüz minlərlə mərmi göndərməyə hazırlaşır - Gizli | Almaniya hakimiyyəti Ukrayna üçün artilleriya mərmilərinin alınması ilə bağlı Hindistanla gizli danışıqlar aparır. Axar.az xəbər verir ki, bu barədə “Der Spigel” nəşri mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, bu məsələnin müzakirəsi pərdə arxasında gedir, çünki Yeni Dehli Moskva ilə münasibətləri korlamamaq üçün açıq şəkildə silah satmaq istəmir: “Ümumilikdə Hindistanın Almaniyaya ötürə biləcəyi bir neçə yüz min sursatı var. Bənzər sövdələşmələr böyük sursat ehtiyatına malik ərəb ölkələri ilə də bağlana bilər. Lazımi sursatları Afrika ölkələrində, eləcə də Balkanlarda tapmaq olar”. |
2024-02-26 | 836,068 | Xocalı sakini övladlarını dəfn etdiyi yerdə... - Video | Qan yaddaşımız olan Xocalı soyqırımının törədilməsindən 32 il keçir. Axar.az xəbər verir ki, Xocalı qətliamının dəhşətlərini yaşayanlardan biri də keçmiş məcburi köçkün Sədaqət Hüseynovadır. S.Hüseynovanın iki oğlu, qızı, bacısı və onun övladları Xocalı qurbanı olub. İTV-nin əməkdaşı S.Hüseynova ilə birlikdə Xocalıda olub. S.Hüseynova uşaqlarını dəfn elədiyi yerdə gəzib: “Həmin vaxt ayaqlarım donmuşdu, isti suya qoyan kimi barmaqlarımın dərisi suya töküldü. Bizi xəstəxanaya aparanda ağlayırdım ki, mən getməyim. Balalarımı burada qoyub gedə bilmərəm. Mənə iynə vurdular, ayılanda gördüm ki, xəstəxanadayam”. |
2024-02-26 | 836,069 | Makronun İrəvanla sazişi Tiflisi də çaş-baş qoydu | Yelisey Sarayı üçün prioritet kimi görünən Paris və İrəvan arasında hərbi əməkdaşlığın yaxınlaşması Cənubi Qafqazda birmənalı qarşılanmır. Axar.az xəbər verir ki, bu barədə Fransanın “La Krua” nəşri məlumat yayıb. “Bəzi ekspertlərin fikrincə, bu, Sovet İttifaqının dağılmasından sonra Fransanın Qafqazda oynadığı vasitəçilik roluna ziddir. Fransa öz addımlarını Azərbaycanın Ermənistana qarşı aqressiv münasibəti, Ermənistan ərazisi ilə bağlı qeyri-müəyyən və şişirdilmiş ambisiyalar nümayiş etdirməsi ilə izah edir. Lakin Fransanın Ermənistana hərbi tədarükü təkcə Azərbaycan tərəfindən tənqid olunmur”, - məlumatda qeyd olunub. Nəşr qeyd edib ki, Tiflis bu məsələdə çaşqındır, çünki hesab edir ki, bu hərbi təchizat Ermənistan-Azərbaycan münaqişəsinin Qərbin himayəsi altında həlli perspektivini aradan qaldıra bilər: “Moskva da hərbi təhlükəsizlik sahəsində Ermənistan-Fransa əməkdaşlığının gücləndirilməsinin əleyhinədir. Bəzi rusiyalı ekspertlər qeyd ediblər ki, Emmanuel Makron şəxsən Ermənistan-Fransa münasibətlərinin yaxınlaşmasında və yeni səviyyəyə yüksəlməsində maraqlıdır. Rusiya tərəfdən “Makron Ermənistan hakimiyyətindən daha çox ermənipərəstdir” kimi qısqanc bəyanatlar səslənir”. |
2024-02-26 | 836,070 | Bakıda avtobus qəzaya uğradı: yaralılar var - Video | Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Axar.az Bakı.vs-yə istinadən xəbər verir ki, hadisə Hökməli qəsəbəsindən Sulutəpə istiqamətinə gedən yolda qeydə alınıb. Bu zaman 156 saylı marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya düşüb. Nəticədə 2-si uşaq olmaqla, ümumilikdə yeddi nəfər xəsarət alıb. Həmin görüntüləri təqdim edirik: |
2024-02-26 | 836,072 | Əvəz Zeynallıya hökm oxundu | “Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb. |
2024-02-26 | 836,073 | Roqozin Ostini meymuna bənzətdi - Foto | “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin ABŞ müdafiə naziri Lloyd Ostini meymuna bənzədib. Axar.az xəbər verir ki, Roqozin X səhifəsində birində qorilla ilə birlikdə şəkil çəkdirən piqmeylərin, digərində isə Ostin, Ukrayna Prezidenti Vladimir Zelenski və müdafiə naziri Rüstəm Umerovun yer aldığı iki foto paylaşıb. “ABŞ müdafiə naziri Lloyd Ostin xəstəliyinə qədər piqmeylərlə şəkil çəkdirməyi çox sevirdi”. Daha sonra Vkontakte səhifəsində Roqozin yazıb ki, ABŞ müdafiə nazirini piqmeylərə bənzətməyib: “Bəzi beynəlmiləlçi vətəndaşlar mənim ABŞ-ın müdafiə nazirini niyə meymun adlandırdığımdan çox üzüldülər. Belə ki, heç bir şübhə olmasın. Ostin, Bayden, Şolts və Rusiyanın digər düşmənləri çirkli quldur meymunlardır. Hərbi canilərdir”. |
2024-02-26 | 836,076 | Prezident Xocalıya bunu da apardı... | Azərbaycan xalqının Xocalı yarası heç vaxt sağalmayacaq, sağalmamalıdır da. Çünki bunu unutsaq, Xocalı düzündə əliyalın, köməksiz şəkildə qətlə yetirilən insanların ruhunu incidər və eyni taleyi yenidən yaşaya bilərik. Amma 32 il sonra ilk dəfə bu gün - soyqırımın ildönümünü Prezident İlham Əliyev bu dəhşətin yaşandığı torpaqlarda yad edərkən, Xocalı yarası qaysaqlandı. Biz xalq olaraq Xocalı adı gələndə ilk dəfə bu gün rahat nəfəs ala bildik. Bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Prezident İlham Əliyevin Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyması haqda danışarkən deyib. A.Camal qeyd edib ki, Prezidentin təməlini qoyduğu memorial təkcə soyqırımı abidəsi yox, Xocalı, bütövlükdə isə insanlıq üçün ədalətin abidəsidir: “Azərbayacan xalqı bu ədaləti 32 ildir gözləyirdi. Hər il 26 fevralda o dəhşəti yenidən yaşayır, kadrlara baxanda hamımız xocalılı olurduq. Bu illər ərzində ən böyük amalımız, istəyimiz, gözləntimiz torpaqlarımızın azad olunması ilə yanaşı, ədalətin bərpası idi. Bunu ədalətdən, hüquqdan danışan dünya etmədi, dünya birliyi faktiki olaraq, Azərbaycan xalqına heç nə vermədi, beynəlxalq hüququn bərpası üçün kiçik bir addım belə atmadı. Bu ədaləti bu gün Xocalıya ayaq basan, ədalətsizliyə son qoymağın simvolu olan abidə ucaldan Lider - bizə, bu ölkəyə, bu xalqa Zəfəri yaşadan Prezident İlham Əliyev bərpa etdi. Xocalıda təməli qoyulan memorialı həm də ədalətsizliyə "yox” deməyin abidəsi adlandıra bilərik. Azərbaycan dövləti və onun lideri bütün dünyaya nümayiş etdirdi ki, haqq-ədalət tez və ya gec mütləq zəfər çalır”. A.Camal bu gün Xocalıda ədalətin bərpa olunmasının torpaqlarımızın azad edilməsi, suverenliyimizin bərpa olunması qədər əhəmiyyətli olduğunu vurğulayıb: “Çünki Xocalı soyqırımı bütün insanlığa qarşı törədilmiş cinayətdir və XX əsrin sonuncu ən dəhşətli qətliamıdır. Əgər belə soyqırımlar unudularsa, yenidən təkrarlana bilər. Prezident İlham Əliyevin Xocalıda təməlini qoyduğu memorial bütün bəşəriyyət üçün ədalətin bərpa edilməsi kimi qiymətləndirilməlidir”. Politoloq 32 il sonra Xocalı soyqırımını bu dəhşətin yaşandığı torpaqlarda yad etməyin Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Prezident İlham Əliyev Xocalıya səfər etdi”, “Xocalıda soyqırım memorialının təməli qoyuldu” kimi bir cümləlik xəbərlərin mahiyyətində olduqca böyük məzmun və tarix var: “Bu, yaşadığımız, gördüyümüz ən böyük hadisələrdəndir. 44 günlük müharibəyə qədər hər il Xocalını uzaqdan yad edir, Xocalıya ədalət istəyirdik. Artıq Xocalıdayıq və dünyanın bizə vermədiyi, vermək istəmədiyi ədaləti özümüz gətirdik - gücümüzlə, birliyimizlə. Bu, Prezidentin memarı olduğu Azərbaycandır və bunu nə qədər kiçiltməyə, kölgələməyə çalışsalar da, tarix hər şeyi olduğu kimi yazacaq. Tarix Prezident İlham Əliyevi Azərbaycana Zəfəri və ədaləti gətirən, erməni faşizminə son qoyan lider olaraq tanıyacaq. Bunu kiçiltməyə cəhd edən, bəsit və diletant fikirlərlə kölgələmək istəyənlər var. Bacarmayacaqlar, çünki Azərbaycan xalqı və bəşər tarixi bu gün Xocalıda ədaləti kimin bərpa etdiyini öz gözləri ilə görür. Tarix buna kölgə salmaq istəyənləri də “unutmayacaq”, onların cılız iddiaları, ölkəmizin uğuruna olan nifrətləri özləri ilə birgə öləcək”. |
2024-02-26 | 836,080 | Çin qonşumuz üçün vizanı ləğv edir | Çinin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etməsi iqtisadiyyata müsbət təsir göstərəcək. Axar.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bildirib. Nazirin sözlərinə görə, vizasız rejimin qüvvəyə minməsi yaxın bir neçə günün işidir, hazırda texniki işlər aparılır. |
2024-02-26 | 836,081 | İsrail ilk dəfə bu əraziləri vurdu | Qəzza müharibəsinin başlamasından bəri İsrail ilk dəfə Livanın dərinliklərində Bekaa vadisində yerləşən Baalbek şəhərini hədəf alıb. Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb. İsrail bu şəhərin ətrafında eyni vaxtda iki hava hücumu həyata keçirib. Hücumun hədəfi Hizbullaha məxsus ikimərtəbəli bina və bu qruplaşmanın silah anbarı olub. Hücum nəticəsində azı iki Hizbullah üzvü öldürülüb. Hələlik bu barədə əlavə təfərrüat açıqlanmayıb. Həmçinin Hizbullah tərəfindən hücuma dair heç bir şərh verilməyib. Qeyd edək ki, sözügedən şəhər Hizbullahın əsas bazalarından biridir və Suriyanın qonşuluğunda, daha çox Hizbullah və İranla müttəfiq hökumətin nəzarəti altındakı bölgədə yerləşir. |
2024-02-26 | 836,084 | Rotşild öldü | Məşhur Rotşildlər ailəsindən olan britaniyalı maliyyəçi və biznesmen lord Ceykob Rotşild 87 yaşında ölüb. Axar.az xəbər verir ki, bu barədə Rotşildlərin idarə etdiyi fonddan məlumat verilib. |
2024-02-26 | 836,088 | Xəzərdə zəlzələ oldu | Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ 52 km dərinlikdə qeydə alınıb. |
2024-02-26 | 836,090 | Zelenski qalib Əliyevi təbrik etmişdi - Xaçatryan | Zelenskinin prezidentliyi dövründə Kiyevdə "Qarabağ Azərbaycandır" sözləri olan bannerlər asılmışdı. O, ərazi bütövlüyünün bərpası münasibətilə Əliyevi təbrik edib. Axar.az xəbər verir ki, bu sözləri müxalif “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana səfərini şərh edərkən deyib. “Zelenski Ermənistana risk və təhlükədən başqa heç nə gətirməyəcək. Onun səfəri Ermənistana heç nə verməyəcək, boş yerə hansısa ölkə ilə münasibətləri gərginləşdirməyin nə mənası var? O günə qalmışıq ki, ümidimiz Zelenskiyədir? Onun Ermənistana niyə gəlməsinin məntiqli izahı yoxdur. Düşünürəm ki, onun ölkəsində daha ciddi işləri var. Mən bir şeyi bilirəm ki, ərazi bütövlüyünü bərpa etdiyinə görə Əliyevi təbrik edən şəxs Ermənistana girməməlidir”. |
2024-02-26 | 836,092 | Kreml: Putin-Ərdoğan görüşü bu vaxt baş tutacaq | Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş Rusiyada keçiriləcək prezident seçkisindən əvvəl baş tutmayacaq, lakin yüksək səviyyəli təmaslara hazırlıq gedir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kreml nümayəndəsinin sözlərinə görə, prezidentin seçki öncəsi kifayət qədər sıx və gərgin qrafiki var: “Cənab Ərdoğanın da çox məşğul qrafiki var. Amma ən yüksək səviyyədə təmaslara hazırlıq gedir, bunu dəfələrlə bəyan etmişik. Bu təmaslar iki prezidentin iş qrafikinə ən uyğun olan vaxtda baş tutacaq”. |
2024-02-26 | 836,093 | ABŞ-ın köməyi olmasa, çoxlu insanımız öləcək - Zelenski | ABŞ-ın köməyi olmasa, Ukrayna çoxlu insan və ərazi itirəcək. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski NBC telekanalına müsahibəsində deyib. “Ümid edirəm ki, ABŞ həqiqətən də Ukraynanın qalib gəlməsini istəyir və münaqişə vasitəsilə Rusiyanı zəiflətməyə çalışmır. Ümid edirəm, yoxsa insanlara necə güvənə bilərəm?” - Zelenski bildirib. |
2024-02-26 | 836,097 | 2 aydır axtarılan Rasimlə bağlı şok: İran polisinin əlindədir | Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin İranda olduğu iddia olunur. Axar.az Sonxəbər.az-a istinadən xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı danışıb. "İrandan şəkil göndərilib. O şəkli ailəyə göndərmişəm. İddia olunur ki, Rasimi İranda sərhəddə görüblər. Bildirirlər ki, Xudafərinə çəkilişə gedən zaman bir əsgər Rasimi narkotik satanların arasında gördüyünü deyib. Guya narkotik satan kişini tutublar. Rasim İran polislərinin əlindədir. Bunu iddia edən İranın hüquqşunaslarından biridir". |
2024-02-26 | 836,099 | Qaz çatışmazlığı: İranda yenə idarələr bağlandı | Fevralın 26-da İranın müxtəlif bölgələrində dövlət idarələri və məktəblərdə tətil elan edilib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumatda bildirilir ki, ölkə əyalətlərinin yarısında məktəblər qaz çatışmazlığı və isitmə sistemində yaranan çətinliklər səbəbindən bağlanıb. Qeyd edək ki, İranın bir sıra elektrik stansiyaları qış aylarında qaz istehlakına qənaət etmək üçün mazutdan istifadəyə başlayıb. Bu, böyük şəhərlərdə havanın ciddi şəkildə çirklənməsinə, ekoloji problemlərin artmasına səbəb olub. |
2024-02-26 | 836,100 | Paşinyan İrəvanda alman deputatlarla görüşdü | Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmayer-Bekerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətindən məlumat verilib. Tərəflər Ermənistan-Almaniya və Ermənistan-Avropa Birliyi arasında əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən AB-nin Ermənistan-Azərbaycan sərhədində mülki missiyasının fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.