date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-27 | 836,318 | İran 5 ölkədə terror fəaliyyəti həyata keçirir - ABŞ | Tehran hökuməti 2009-cu ildən Əl-Qaidəyə İrandan keçən əsas koordinasiya xətti vasitəsilə öz terror fəaliyyətlərini asanlaşdırmağa, vəsaitləri və döyüşçüləri Cənubi Asiya, Suriya və başqa yerlərə köçürməyə icazə verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti yazılı açıqlamasında bildirib. “İran Əl-Qaidə üçün təhlükəsiz sığınacağa çevrilib. Əl-Qaidə rəhbərlərinin bu ölkədə olması barədə sübutların mövcudluğuna baxmayaraq, İran bunu inkar edir”, - açıqlamada qeyd olunub. Həmçinin bildirilib ki, 1979-cu ildən bəri İran Yaxın Şərqdə qeyri-sabitliyin əsas amili kimi çıxış edir: “İran terrorizmin əsas himayəçisidir. Bu ölkə Hizbullah, HƏMAS kimi proksi qrupları və terrorçular vasitəsilə Bəhreyn, İraq, Livan, Suriya və Yəməndə geniş spektrli terror və digər qeyri-qanuni fəaliyyətlərə şərait yaradır”. |
2024-02-27 | 836,321 | Xankəndidə bağçanın zirzəmisindən dron tapıldı | Xankəndidə uşaq bağçasının zirzəmisindən dron, 29 avtomat və 416 qumbara aşkarlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən 1 ədəd dron, 1 ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1178 patron darağı, 8508 ədəd mərmi, 24320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-02-27 | 836,323 | Süleymanov onu ANAMA-ya Aparat rəhbəri təyin etdi | Rauf Hüseynov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyin olunub. Axar.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov müvafiq əmr imzalayıb. Qeyd edək ki, R.Hüseynov uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan Azərbaycan Sənaye Korporasiyası ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri, 2023-cü ilin aprel ayından son təyinatadək AzərTürkBank ASC-də İdarə Heyəti sədrinin müşaviri olub. |
2024-02-27 | 836,327 | Lekornunun LGBT tələbi - Papikyan çaşdı | Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşdə çətin vəziyyətə düşüb. Axar.az xəbər verir ki, bu barədə “Kavkazskaya Büro” Teleqram kanalında məlumat yayılıb. Məlumata görə, Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvana səfəri zamanı açıq şəkildə erməni həmkarı Suren Papikyandan hərbi idarədə və bütövlükdə Ermənistan hökumətində neçə LGBT+ nümayəndəsinin işlədiyini soruşub. Papikyan çaşqın halda bildirib ki, Ermənistanda bu məsələ üzərində işləyirlər. |
2024-02-27 | 836,328 | Erməniləri indiki əraziyə Rusiya yerləşdirib – Markov | Ermənistanın KTMT üzvlüyünü dondurması barədə Paşinyanın elanı radikal addım deyil. Çünki faktiki dondurma daha öncə olub, bir neçə ay ərzində İrəvan nə KTMT tədbirlərində, nə də yüksək səviyyəli görüşlərdə iştirak edib. Digər tərəfdən, KTMT Ermənistandan hələlik heç bir açıqlama almayıb. Yəni hələlik bu dondurma əməldə və sözdə olsa da, hüquqi xarakter daşımayıb. Münasibətlərin dondurulması Paşinyanın indi Rusiya ilə bağlı həyata keçirdiyi min kiçik addım taktikasıdır. Məhz bu taktika hazırda Qərb tərəfindən Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı həyata keçirilir və çox uğurlu hesab olunur. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Düşmənin çox ciddi “kartı” olanda min kiçik addım taktikası tətbiq olunur. Məsələn, Qərb nöqteyi-nəzərindən Ukrayna böhranından danışsaq, Rusiyanın taktiki nüvə silahından istifadə etmə ehtimalı belə bir “kozırdır”. Nikolun nöqteyi-nəzərindən belə bir “kozır” Rusiyanın Paşinyanın başçılıq etdiyi antirusiya rəhbərliyini hakimiyyətdən uzaqlaşdırmağa çağırması ehtimalıdır. Görünür, Paşinyan min kiçik addımın taktikasını Fransa Prezidenti Makronla birgə formalaşdırıb. Fransa indi Paşinyanın əsas müttəfiqidir. Faktiki olaraq Nikol və Makron Rusiyaya, eləcə də erməni xalqına qarşı qəsd təşkil edir. Erməni xalqı Paşinyanın bu siyasətinə qarşıdır. Ermənistanın əhalisi əsasən rusiyapərəstdir, baxmayaraq ki, onlar Qarabağ müharibəsində Azərbaycanın Ermənistan ordusunu tamamilə məğlub etdiyi, üç ildən sonra isə Qarabağ üzərində tam nəzarəti bərqərar etdiyi zaman məğlubiyyətində Rusiyanı günahkar hesab edirlər. Rusiya Bakının bunu etməsinə mane olmadı. Ona görə də Ermənistan əhalisi Rusiyanı günahkar hesab edir, amma daha çox özlərini, siyasi rəhbərliyini, o cümlədən Paşinyanı və onun bütün rəqiblərini günahkar sayır. Nikol reallığı Qarabağ müharibəsinin tempi və onun uğursuzluğu baxımından qəbul edirsə də, erməni xalqı Rusiyanın Ermənistanı dəfələrlə, o cümlədən Fars imperiyasının qırğınından xilas etdiyini anlayaraq, vəziyyəti çoxəsrlik nöqteyi-nəzərdən qiymətləndirir. Rusiya imperiyası erməniləri əsasən onların indi yaşadıqları bu ərazilərdə yerləşdirib və ermənilər bir çox cəhətdən özlərini məhz Rusiya vasitəsilə reallaşdırıblar. Ona görə də erməni əhalisi sadə fikirləşir: indi Rusiyadan qopub Fransaya getsək, o zaman Paris bizi qorumayacaq, Türkiyə və Azərbaycanla üz-üzə qalacağıq, erməni xalqını fəlakət gözləyə bilər. Paşinyan qorxur və Rusiyadan qopmaq üçün heç bir radikal addım ata bilməz, ona görə də min kiçik addım taktikasından istifadə edir. Onun məqsədi Rusiya ilə münasibətləri kəsməkdən çox, Qərbin əsas müttəfiqinə çevrilməkdir. Rusiyanı düşmən etmək yox, Qərbi dost etmək lazımdır. Paşinyan bunu istəyir və bu, normal olardı, amma mümkün deyil”, - o bildirib. |
2024-02-27 | 836,330 | DYP-dən valideynlərə çağırış: Bu, ciddi təhlükədir! | Baş Dövlət Yol Polisi idarəsi valideynlərə çağırış edib. Axar.az çağırışın mətnini təqdim edir: “Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir. Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həm də məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə belə, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar. Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır, eyni zamanda, bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq”. |
2024-02-27 | 836,333 | İran təklif etdi: Farsdilli Ölkələr Birliyi yaradılsın! | Farsdilli Ölkələr Birliyinin yaradılması ideyasının reallaşdırılması üçün işçi qrupu təşkil olunsun. Axar.az xəbər verir ki, bu təkliflə İranın Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının sədr müavini Əli Darayi çıxış edib. O, bu təklifi İran-Tacikistan ortaq mədəni irsi ilə bağlı keçirilən tədbirdə İrəli sürüb. Tədbirdə Tacikistan nümayəndə heyəti və Düşənbənin Tehrandakı səfirliyinin nümayəndələri iştirak edib. Əli Darayi hər iki ölkənin mədəni və milli irsinin beynəlxalq səviyyədə qeydə alınması ilə bağlı əməkdaşlıq edəcəklərini söyləyib. Qeyd edək ki, İran Tacikistanda siyasi-ideoloji təbliğat apardığına və bu ölkədə radikal dini cərəyanları dəstəklədiyiniə görə rəsmi Düşənbə Tehranla münasibətdə ehtiyatlı davranır. |
2024-02-27 | 836,335 | Bu uşaqların 1 milyonluq müalicə pulu necə ələ keçirilib? | Talassemiyalı uşaqlar üçün toplanmış 980 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işinin bəzi detalları məlum olub. Axar.az Report-a istinadən xəbər verir ki, istintaqla təqsirləndirilən şəxslər - N.Seyidova, A.Bayramova və A.Məmmədovanın qabaqcadan əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə etdikləri müəyyən edilib. Belə ki, həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə dələduzluq ediblər. Əvvəlcə N.Seyidova və A.Bayramova ilə birgə yalan vəd verərək Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Vüqar İsayev və Xəyal İlmanovdan 34 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq ediblər. İttiham aktında göstərilib ki, N.Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq edib. Daha sonra N.Seyidova bu dəfə A.Məmmədova ilə qabaqcadan əlbir olaraq, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər. İstintaqla o da müəyyən edilib ki, N.Seyidova tanışı A.Bayramova təkrarən qabaqcadan əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000 , Faiq Nəcəfovdan 5 100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər. Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş qismində 36 şəxs tanınıb. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. |
2024-02-27 | 836,337 | Müharibə Fransa ərazisinə keçə bilər – Rusiyadan şok hədə | Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə bağlı açıqlamaları ilə yeni dünya müharibəsinin başlaması istiqamətində ciddi addım atıb. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Sergey Çekov deyib. “Makron döyüşkən ritorikası üzərində düşünməli və dayanmalıdır. Bu ehtiyatsız və məsuliyyətsiz bəyanat NATO-nu Rusiya ilə müharibəyə yaxınlaşdırır. Bu, əslində yeni dünya müharibəsinin başlaması istiqamətində çox ciddi addım, münaqişənin eskalasiyasını uzatmaq, ona daha çox müdaxilə və koordinasiya etmək niyyətidir”, - Çekov bildirib. Onun sözlərinə görə, məhz Qərb ölkələri on ildən artıqdır ki, həyata keçirdikləri siyasətləri ilə Ukraynada münaqişəni alovlandırdılar: “Təəssüf ki, onlar bu münaqişəni dayandırmaq istəmirlər. Makron öz hərəkətləri ilə münaqişənin Fransa ərazisinə keçmə riskini artırır. Ümid edək ki, Avropa xalqları bu çılğın siyasətçilərin qarşısını alacaq”. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini demişdi. |
2024-02-27 | 836,338 | Azərbaycanlı futbolçular döyüşdü, əşyaları oğurlandı | Kirmanşahda “Besət” futbol komandası ilə oynamağa gedən “Ümid Traktor”un futbolçuları stadionun girişində naməlum şəxslərin hücumuna məruz qalıblar. Axar.az xəbər verir ki, bu barədə “Traktor” Futbol Akademiyasının direktoru Kazım Mahmudi məlumat yayıb. “12 təbrizli futbolçuya soyuq silahla hücum edilib. Həmin şəxslər yeniyetmə oyunçuları döydükdən sonra onların şəxsi əşyalarını, forma və ayaqqabılarını oğurlayaraq qaçıblar”, - məlumatda deyilir. Qeyd edək ki, bəzi mənbələrdə hücum edən şəxslərin kürdlərdən ibarət dəstə olduğu bildirilir. |
2024-02-27 | 836,340 | Yeniyetmə avtobus sürdü, atası cəzalandırıldı - Video | Sosial şəbəkələrdə və bir sıra KİV-də “İsuzu” markalı avtobusun azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib. Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Baş DYP İdarəsi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır. |
2024-02-27 | 836,342 | Hərbi sirlərimizi Azərbaycana onlar satır - Miskaryan | KTMT-nin məhdudiyyətləri var. Mütləq KTMT-yə silahlarımız barədə məlumat verməliyik. Axar.az xəbər verir ki, bu sözləri “Demokratik Platforma” fondunun direktoru Qaregin Miskaryan erməni mediasına müsahibəsində deyib. O iddia edib ki, KTMT bu məlumatları alandan sonra düşmənlərə (Azərbaycan nəzərdə tutulur – red.) ötürür: “Çünki KTMT bizim müttəfiqimiz deyil. KTMT timsalında Rusiya indiki mərhələdə bizim düşmənimizdir. Bu, bizim maraqlarımızın birbaşa toqquşduğu dövlətdir. Bu gün Kremldə oturanlar cinayətkardırsa, biz Rusiya Federasiyası ilə hər cəhətdən əlaqəmizi kəsməliyik. Bizim problemimiz rus xalqı ilə deyil, KTMT-dədir”. |
2024-02-27 | 836,344 | Prezident yeni nazir təyin etdi - Sərəncam | Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. |
2024-02-27 | 836,346 | Prezidentin nazir təyin etdiyi 45 yaşlı Əhmədov kimdir? | Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Axar.az xəbər verir ki, nazir təyin edilən Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb. 2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsili almaq məqsədilə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. F.Əhmədov 2000-2004-cü illərdə "Ədalət" hüquq firmasında hüquqşünas, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. O, 2009-2011-ci illərdə Oksford Universitetinin "Foreign Service" proqramında magistratura pilləsində beynəlxalq hüquq fənni üzrə seminar müəllimi, 2011-2015-ci illərdə ADA Universitetində hüquq sahəsi üzrə baş müəllim olub. 2015-2017-ci illərdə "Azərbaycan" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb. 2021-ci ildən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2022-ci ilin mayından hazırkı təyinata qədər isə nazir müavini olub. Rus və ingilis dillərini bilir. |
2024-02-27 | 836,348 | Birbank Bizneslə biznes həyatınız rahat və sürətlidir | Birbank Biznes bizneslə məşğul olan şəxslərə rahat imkanlar yartamaq üçün onlayn və sürətli xidmətlər təklif edir. Bu imkanlardan biri də bank qarantiyası məhsuluna aiddir. Belə ki, müştərilər “Sürətli tender” üzrə qarantiya məktubunu Birbank Biznes vasitəsilə tam olaraq onlayn şəkildə ala bilərlər. Bu rəqəmsal xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, filiala gələrək vaxt itirməyə və kuratora, bank əməkdaşına müraciət etməyə ehtiyac yoxdur. Qarantiyanın ayrılması üçün biznes sahibləri Birbank Biznes vasitəsilə müraciət edə bilərlər. Müraciət ərizəsi isə avtomatik sistem vasitəsilə formalaşır. Daha sonra müştəri ərizəsini ASAN imza ilə təsdiq edərək, məktubu tam olaraq onlayn formada əldə edir. Birbank Biznesin “Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir. Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra məhsullar var: - Qarantiya məhsulları: tender, icra, avans, keyfiyyət, ödəniş, gömrük qarantiyası və s. - Sürətli tender - Nağd təminatlı qarantiya - “Biznes overdraft” - Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə: faktorinq, satışın maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə - Gömrük krediti - Sürətli kredit - Biznes ipoteka krediti - Maliyyə lizinqi - Ənənəvi kredit / Kredit xətti Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin. |
2024-02-27 | 836,352 | Ermənistan Ukraynaya ordu göndərə bilər - Sensasiya | Rusiyanın təsəvvürləri onların problemidir. Bu sual bizi narahat etməməlidir. Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında “Demokratik Platforma” fondunun direktoru Qaregin Miskaryan Ukrayna lideri Vladimir Zelenskinin 4 martda Ermənistana səfər edəcəyi haqda məlumata Rusiyanın reaksiyasını şərh edərkən deyib. O bildirib ki, xarici əlaqələr baxımından İrəvan mümkün qədər çox ölkə ilə əməkdaşlıq etməlidir: “Çünki biz bu yaxınlarda başa düşdük ki, Rusiya bizim dostumuz deyil”. Onun sözlərinə görə, bu gün dünyada iki qütb arasında mübarizə gedir: “Ermənistanın alternativi yoxdur. Ya biz demokratik dünyaya inteqrasiya olunmuş ölkə olacağıq, ya da bütün nəticələri ilə suveren dövlət olmaqdan çıxacağıq. Hətta ola bilər ki, Ermənistandan Ukrayna ordusuna çağırılsınlar”. |
2024-02-27 | 836,353 | KTMT öz-özünü “söndürüb” - Simonyan | Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etməməsi əslində münasibətlərin dondurulması deməkdir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Məsələ burasındadır ki, Baş nazir Nikol Paşinyan bizim təşkilatda iştirak etməməyimizin əslində münasibətlərin dondurulması olduğunu bəyan edib. Bəli, ümumiləşdirsək, KTMT-yə cavabsız qalan bir sual verdik: KTMT-nin məsuliyyət zonası haradadır? Bu sualın cavabı hələ yoxdur. Buna görə də fikrimcə, KTMT öz-özünü “söndürüb” və fəaliyyət göstərmir”, - o qeyd edib. |
2024-02-27 | 836,355 | Naxçıvanda bu qurumda yoxlamalara başlanıldı | Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində yoxlamalar aparılır. Axar.az xəbər verir ki, yoxlama Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət İdarəsi tərəfindən aparılır. Məqsəd 2021-ci ilin yanvar ayından 2023-cü il dekabr ayının 31-i tarixinədək olan dövrlərin maliyyə təsərrüfat fəaliyyətinin təftişidir. |
2024-02-27 | 836,356 | Bu addım Rusiyanın xoşuna gəlməyəcək - İsveç | İsveçin NATO-ya qoşulması Rusiyanın xoşuna gəlməyəcək. Axar.az xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristersson deyib. “Rusiyaya gəldikdə isə, deyə bilərik ki, İsveçin NATO-ya üzv olması onların xoşuna gəlməyəcək. Finlandiyanın NATO-ya üzv olması da onların xoşuna gəlmirdi”, - baş nazir bildirib. Onun sözlərinə görə, Rusiyanın NATO-nun genişlənməsini məhdudlaşdırmaq ambisiyaları əks nəticə verdi: “İsveç 200 illik bitərəfliyi və bloklara qoşulmamağı geridə qoyur. Bu, böyük addımdır və ciddi qəbul edilməlidir. NATO-ya üzvlük o deməkdir ki, biz indi daha çox demokratiyaya qayıdırıq”. |
2024-02-27 | 836,359 | Qadının 21 il öncəki cinayəti üzə çıxdı: Ərini öldürüb... | 21 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Məlumata görə, ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Kəngərli rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan istintaq-əməliyyat tədbirləri ilə qeyri-aşkar şəraitdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qaradağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun baş nahiyəsindən daşla zərbələr endirərək qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub. Həlimə Kərimovanın göstərdiyi yerdə prokuror-kriminalist və tibb sahəsində ekspertin iştirakı ilə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilərək müvafiq qaydada götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib. Faktla bağlı Kəngərli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. |
2024-02-27 | 836,363 | Dünyanın ən böyük təyyarəsi Ermənistana nə gətirmişdi? | İki il öncə - 2022-ci ilin fevralın 27-də Qostomel hava limanında Rusiya tərəfindən məhv edilən An-225 “Mriya” təyyarəsi dünya aviasiya tarixinin ağır yük daşıyan təyyarəsi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Axar.az xəbər verir ki, “Mriya” fəaliyyət olduğu dövrlərdə 240-dan çox dünya rekordu qırmağı bacarıb. Təyyarə ən ağır yüklərdən birini 2004-cü ilin 16 iyununda Praqadan (Çexiya) Daşkəndə (Özbəkistan) neft kəməri üçün nəqliyyat avadanlıqları daşımaqla həyata keçirib. Həmin yükün çəkisi 247 ton olub. An-225 2009-cu ilin avqustun 11-də Frankfurtdan (Almaniya) İrəvana (Ermənistan) qaz elektrik stansiyası üçün 187,6 ton ağırlığında generator daşıyıb. Daşınan generatorun uzunluğu 16,23 m, diametri 4,27 m idi, təyyarə tərəfindən daşınan ən ağır tək yük kimi Ginnesin Rekordlar Kitabına düşüb. Qeyd edək ki, təyyarənin uzunluğu 84 m, hündürlüyü isə 18.2 metr idi. Təyyarənin ümumi çəkisi boş halda 216 ton, maksimum yüklə birlikdə isə 640 ton təşkil edir. An-225 300 ton yanacaq daşımaq qabilliyətinə malik idi. |
2024-02-27 | 836,364 | Şaxta olacaq, yollar buz bağlayacaq | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. |
2024-02-27 | 836,366 | Nikol oyun qurub, İrəvanın taleyi qorxuludur - Minçenko | Ermənistan, Qazaxıstan və Moldova kimi postsovet ölkələrindəki vəziyyət narahatlıq doğurur. Axar.az xəbər verir ki, bunu “Minçenko konsaltinq” şirkətinin prezidenti Yevgeni Minçenko “Rusiyanın qonşu ölkələrlə əlaqə və dostluq reytinqi”nin təqdimatında deyib. Minçenko vurğulayıb ki, ümumilikdə tədqiqatın aşkar etdiyi əlaqə dinamikası həyəcanverici görünür: “Qazaxıstan bir vaxtlar postsovet məkanında inteqrasiyanın qabaqcılı, keçmiş prezident Nazarbayev bir vaxtlar Avrasiya inteqrasiyasının və bir çox digər inteqrasiya proseslərinin yaradılmasının əsas ideoloqu olub. Bütün bunların fonunda Qazaxıstanın reytinqinin aşağı düşməsi olduqca qorxulu görünür. Ermənistandakı vəziyyət təkcə Rusiya ilə münasibətlər nöqteyi-nəzərindən deyil, həm də bütövlükdə ölkənin gələcək taleyi baxımından qorxuludur. İrəvan elə bir oyun qurub ki, bütün səhvləri, səhv hesablamaları Rusiyaya aid edilir. Daimi tərəddüd, bəzi fikirləri atıb, sonra onlara geri qayıtmaq Ermənistandakı vəziyyəti açıq şəkildə xarakterizə edir. İrəvanın indiki hökumətinin üslubu Trotskinin 1918-ci ildəki hərəkətlərini xatırladır. Nə sülh, nə də müharibə şəraitində ordunu dağıtmaq və müttəfiqlərlə mübahisə etmək bu gün Paşinyanın fəaliyyətini səciyyələndirir”. |
2024-02-27 | 836,367 | Qudyalçay dondu, Quba susuz qaldı | Qubada şəhər əhalisini içməli su ilə təmin edən əsas su xətləri şaxtalı hava səbəbilə donub. Bu barədə Axar.az-a yerli sakinlər məlumat verib. Bildirilib ki, xətlərin donması səbəbilə əhali susuz qalıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib ki, Qudyalçay donduğu üçün sistemə süzülən suyun həcmi azalıb: “Su xətləri donmayıb. Qudyalçay donduğu üçün çaydakı drenajlarda boğulma yaranıb. Buna görə də şəhər əhalisinə içməli suyun verilməsində müəyyən çətinliklər var. Hazırda şəhər əhalisini normal içməli su ilə təmin etmək istiqamətində ərazidə işlər görülür”. |
2024-02-27 | 836,368 | Bu ailələrə “uşaq pulu” verilir - Say azaldılsın! | Hazırda Azərbaycanda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çoxuşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər. Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, çoxuşaqlı ailələrin daha yaxından dəstəklənməsi təqdirəlayiqdir: “Azərbaycan təbii artıma malik olan ölkələrdən olsa da, belə təşviqedici metodlar ilə bu tendensiyanın qorunub saxlanması üçün çox vacibdir. Bununla yanaşı, çoxuşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədə uyğundur. Belə ki, SSRİ dağılandan sonra çoxuşaqlı ailələrin sayında kəskin azalmalar müşahidə edilməkdədir. Bu isə “çoxuşaqlı ailə” anlayışına yenidən baxılmasını zəruri edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sonuncu siyahıyaalmada 2 milyon 293 min ailə qeydiyyatdan keçib. 1 milyon 347 min ailədə isə 18 yaşadək uşaqlar var. Say baxımdan 2 uşaqlı ailələr üstünlük təşkil edir: 557 min ailə. 6 və daha çox uşağı olan ailələrin sayı isə 16 min 169-dır. 9 332 ailədə altı, 3 565 ailədə yeddi, 1 748 ailədə səkkiz, 1 524 ailədə isə doqquz və daha çox uşaq var. Göründüyü kimi, 6 və daha çox uşağı olan ailələrin sayı ölkə üzrə ümumi ailələrin sayı ilə müqayisədə xeyili azdır. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsi baş verərsə, bu, daha çox ailəni əhatə edə bilər. Hazırda 110 min ailədə 4 və daha çox uşaq var. Bu isə o deməkdir ki, çoxuşaqlı ailə anlayışına yeni yanaşma olduğu halda 110 min ailə bu növ müavinətdən faydalana bilər. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsinin maliyyə yükünün hesablanması və buna uyğun qərarın verilməsi məqsədəuyğun olardı”. |
2024-02-27 | 836,369 | Nazirlər niyə Münhendə görüşür və nə gözlənilir? | Azərbaycan və Ermənistan xarici işlər nazirləri sabah (28-29 fevral) Berlində görüşəcək: müzakirələr Münhendə Əliyev və Paşinyanın sülh sazişi üzrə danışıqların davam etdirilməsi, eləcə də sərhədin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi ilə bağlı XİN rəhbərlərinə verdiyi tapşırığa uyğun aparılır. Nazirlərin ikitərəfli formatda görüşü sərhəddə keçirməsi, yaxud ən azı sülh sazişi ətrafında böyük ambisiyaları olmayan Gürcüstanda bir araya gəlməsi nəticə əldə etmək baxımından daha effektli olardı, nəinki bölgədə maraq mübarizəsi aparan iki cəbhədən birində. Görüşün Berlində keçirilməsi Münhen razılaşmasının davamıdır və belə görünür ki, Avropanın danışıqlarda iştirakı Almaniyaya həvalə olunur. Hərçənd, nəticə əldə edilməsi, yaxud mümkün razılaşmaların praktiki mərhələdə işləyəcəyi sual altından çıxmayıb. - Ermənistan bu görüşdə Qərb platformasının ön plana çıxması və gündəliyinin qəbul edilməsi, yaxud ən azı Bakının tələbləri qarşısında müəyyən dəstək əldə etmək üçün maraqlıdır; - Azərbaycan danışıqların ikitərəfli formatda davam etdirilməsini istəsə də, Qərb platformasında iki səbəb görə iştirak edir: 1. Qərb platformasından davamlı şəkildə imtina etmək təzyiqlərin edilməsinə və Avropada Ermənistanın mövqeyinin güclənməsinə şərait yarada bilər; 2. AB-nin vasitəçiliyində Fransaya qarşı Almaniyanı alternativ kimi istifadə etməklə balans yaratmağa çalışır. Lakin bu görüşə getmək Bakının gündəliyinə hansısa dəyişiklik etməsi demək deyil. Əliyev də Xocalıda bəyan etdi ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Bu baxımdan, Münhen razılaşmasına əsasən nazirlərin Berlində bir araya gəlməsinin sülh prosesində köklü irəliləyişə zəmin yaradacağı ehtimalı azdır. |
2024-02-27 | 836,370 | Zelenski Bakıya getməyəcək? - Simonyan əsəbiləşdi | Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri baş tutsa, bu, regional xarakter daşımalıdır. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Simonyan qeyd edib ki, hazırda Zelenskinin səfəri barədə məlumatı yoxdur. Jurnalistin “Azərbaycan Zelenskinin Bakıya səfərinin planlaşdırılmadığını bildirib” sözlərinə cavab olaraq spiker əsəbiləşib: “Təəccüblənirəm ki, Azərbaycan rəsmilərinin dedikləri son həqiqət hesab olunur. Bəs onun Azərbaycana getdiyi üzə çıxsa? Onda nə deyirsən?!” Onun sözlərinə görə, səfərin Bakı ilə İrəvan arasında sülhə nail olmaq məqsədi daşıdığı barədə söhbətlər, səfər hər iki ölkəyə ediləcəksə, məqbuldur: “Ümid edirəm ki, belə bir səfər baş tutsa, müsbət dəyişikliklər gətirəcək, baxmayaraq ki, hazırda dəqiq bir şey deyə bilmərəm”. |
2024-02-27 | 836,374 | Son illərin ən soyuq Su çərşənbəsidir | 2024-cü ilin Su çərşənbəsində havanın temperaturu əvvəlki illərlə müqayisədə aşağıdır. Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib. Onun sözlərinə görə, son illərin statistikasında Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında mülayim isti hava şəraiti müşahidə olunsa da, bu il havanın temperaturu bir qədər aşağıdır: "Məsələn, 2018-ci ilin Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 10 dərəcə isti, 2019-cu ildə 12 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 10 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə isə 16 dərəcə isti olub. Bu gün isə 7 dərəcəyədək isti müşahidə olunur”. Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 7 dərəcə, Aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. |
2024-02-27 | 836,376 | Azərbaycan 4 kənd üçün hərbi gücə əl ata bilər? | Bununla bağlı danışıqlar gedir, həll olunmamış məsələlər isə çoxdur. İndiki məqamda ən aktual məsələ sülh sazişidir. Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov erməni politoloqların Azərbaycanın erməni işğalında olan 8 kənddən anklav olmayan 4 kəndi hərbi yolla azad edə biləcəyi haqda iddialarına münasibətində deyib. O bildirib ki, erməni tərəfi qəsdən belə fikirlər yayaraq, özlərinə məxsus mövqeyi təbliğ edirlər: “Bu cür fikirlər ətrafında da Fransa kimi ölkələr öz siyasətini qurur ki, guya Ermənistanı müdafiə etmək lazımdır. Axı nədən, kimdən? Sülh sazişi çərçivə sazişi olacaq, sərhədin haradan keçməsi isə bağlı isə ikitərəfli komissiya bəlli xəritələr əsasında qərar verəcək”. |
2024-02-27 | 836,381 | Qalmaqallı məktəb direktoru işdən qovuldu - Bu videoya görə | Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyev əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə azad edilib. Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb. Bildirilib ki, buna səbəb A.Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərdir. Qeyd edək ki, Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb. |
2024-02-27 | 836,383 | İranın cümhuriyyətə və islama dəxli yoxdur - Ceyş əl-Ədl | Bəluclar İranda seçkiləri boykot etməyə çağırıblar. Axar.az xəbər verir ki, bu barədə “Ceyş əl-Ədl” Bəluc silahlı qruplaşması bəyanat yayıb. “Vilayət əl-Fəqih rejimi (İranda hakim rejim) öz biabırçı əməllərini qanuniləşdirmək üçün bir vasitə kimi respublikadan və islamdan sui-istifadə edir. Bizim vəzifəmiz bu məzhəbçi rejimin cümhuriyyət və islamla heç bir əlaqəsi olmadığını göstərməkdir”, - bəyanatda qeyd olunub. |
2024-02-27 | 836,384 | Məni qorxutmaq olar? - Simonyan | Baş nazirlə mənim münasibətlərim institusional, dostluq əsasındadır. Hansı rəqabətdən, kiminlə rəqabətdən danışırıq? Axar.az xəbər verir ki, bunu jurnalistələrə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan Nikol Paşinyanla münasibətləri haqqında danışarkən deyib. “Belə söz deyənlər, görünür, münasibətimizdən xəbərsizdir”, - Simonyan bildirib. Jurnalistin “bəlkə, sizi qorxutmaq və ya idarə etmək istəyirlər” sualını isə Simonyan belə cavablayıb: “Yaxşı, bəsdir, məni qorxutmaq olar?” |
2024-02-27 | 836,386 | Ermənistan İran vasitəsi ilə Yaxın Şərqə girəcək - SEPAH | İran və İraq arasında çəkiləcək dəmir yolundan Ermənistan da istifadə edə bilər. Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın rus dilində yayımlanan Teleqram kanalında məlumat yayılıb. “Bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransında Ermənistan və İraqın baş nazirləri görüşüb. Onlar Ermənistan və İraq arasında çoxsahəli əməkdaşlığın və əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini bildiriblər”, - məlumatda bildirilib. |
2024-02-27 | 836,387 | Rus sərhədçilər bu ərazini tərk etsin - İrəvandan tələb | Rusiya sərhədçiləri Zvardnots hava limanını tərk etməlidir. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalı, oranı tərk etməlidirlər. Çünki ölkəmizin sərhədlərini biz qoruyacağıq, amma onların qoruyacağına əmin deyiləm”, - deyə parlament rəhbəri bildirib. |
2024-02-27 | 836,389 | Azərbaycanın dəniz sərhədi pozuldu - Video | Azərbaycan Respublikasının dəniz sərhədini pozan şəxslər saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Fevral ayının 22-də Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gözətçi gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində “Şahdağ” sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edilib. Hədəfin saxlanılması məqsədilə Sahil Mühafizəsinin gəmiləri tərəfindən təqibetmə əməliyyatlarına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, regional şöbələrin texniki müşahidə məntəqələri tərəfindən müşahidələr gücləndirilib və sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər görülüb. Sərhəd gözətçi gəmisinin sürətli manevrləri nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində Kürdili adası reydində “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan itisürətli qayıq saxlanılıb. Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları — 1986-cı il təvəllüdlü Yusifinecat Mehran Tağı oğlu və 1994-cü il təvəllüdlü Şəhram Mahmudi Qafur oğlu olduqları müəyyən edilib. Fаktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. |
2024-02-27 | 836,391 | Solovyova büdcədən bu qədər pul ayrılır - Fantastik məbləğ | 2023 və 2024-cü illərdə Rusiya hakimiyyəti teleaparıcı Vladimir Solovyova 3 milyard (hər il 1,5 milyard rubl/16 milyon 340 min dollar – red.) pul ayırıb. Axar.az xəbər verir ki, bu barədə “Delfi Estonia” Putin administrasiyasının daxili sənədlərinin “sızmasın”dan əldə etdiyi məlumatlara əsasən bildirib. “Sənəd Sergey Kiriyenkonun rəhbərlik etdiyi Prezident Administrasiyasının daxili siyasi şöbəsindən “sızıb”. Sənəddə büdcə üç kateqoriyaya bölünüb və bunun üçün 110 milyard rubl ayrılıb: prezident seçkisi, informasiya və ideoloji müharibə və yeni regionlar. 2024-cü ildə Solovyova üç milyard rubl ayrılması planlaşdırılıb, lakin sonda məbləğ 2023-cü ildə olduğu kimi qalıb. Sənəddə onun (Solovyov - red.) adı hallanan hissədə belə bir cümlə də var: “Solovyovun prezidentlə görüşünü gözləyirik”, - məlumatda deyilir. |
2024-02-27 | 836,396 | Putin hər gün qalib gəlir - Sallivan | ABŞ Nümayəndələr Palatası Ukraynaya yeni yardım paketini qəbul edənə qədər Rusiya Prezidenti Vladimir Putin hər gün qalib gəlir. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. “Reallıq budur ki, Ukrayna ehtiyac duyduğu resursları almadığı üçün Putin hər gün qalib gəlir, Ukrayna isə əziyyət çəkir”, - Sallivan bildirib. |
2024-02-27 | 836,398 | Müharibə proqnozu... – Simonyan “nankor” dedi | Müharibənin proqnozlaşdırılması nankor bir işdir. Amma hər şeyi etmişik və edirik ki, belə bir təhlükə olmasın və gördüyünüz kimi, müəyyən dərəcədə uğur qazanırıq. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Ermənistan əsirlərin qaytarılması məsələsi ilə bağlı danışıqları davam etdirir: “Hazırda Qarabağın keçmiş “rəhbərlərini” saysaq, Azərbaycanda 25-ə yaxın təsdiqlənmiş əsir var, bu istiqamətdə danışıqlar davam edir”, - o bildirib. |
2024-02-27 | 836,401 | Husilər beynəlxalq internet kabellərini zədələdi | 14:40 Yəməndəki husi qiyamçıları Qırmızı dənizdə Asiya, Avropa və Afrikanı birləşdirən beynəlxalq sualtı kabel şəbəkəsini zədələyib. Axar.az xəbər verir ki, bu barədə “Globe” nəşri yazıb. Məlumata görə, husilərin hücumu nəticəsində Səudiyyə Ərəbistanı ilə Cibuti arasında yerləşən 4 kommunikasiya kabeli ciddi zədə alıb. Nəticədə Fars körfəzi ölkələri və Hindistanda internetin işində fasilələr yaranıb. Digər kabellər normal işlədiyi üçün dəymiş ziyan kritik hesab olunmayıb. Zədələnmiş xətlərin bərpası isə minimum iki ay çəkəcək. |
2024-02-27 | 836,402 | Makron qoşun göndərir? – Kremlin cavabı | Belə olan halda münaqişənin ehtimalından yox, qaçılmazlığından danışmaq lazımdır. Biz bunu belə qiymətləndiririk. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Makronun Fransa qoşunlarını Ukraynaya göndərmək niyyəti ilə bağlı açıqlamasını şərh edərkən deyib. “Bu ölkələr də bunu dəyərləndirməli, bilməli, özlərinə sual verməlidir ki, bu, onların, eləcə də vətəndaşlarının mənafeyinə uyğundurmu?” - o bildirib. |
2024-02-27 | 836,406 | Ukrayna bir gündə Rusiyanın iki Su-34-nü vurdu | 14:53 Ukrayna ordusu Rusiyaya məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk məlumat verib. Oleşukun sözlərinə görə, S-34 bu gün səhər şərq istiqamətində məhv edilib. *** Ukrayna ordusu gün ərzində Rusiyaya məxsus daha bir Su-34 qırıcı-bombardmançısını məhv edib. Bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk məlumat yayıb. |
2024-02-27 | 836,409 | AZAL-dan Türkiyəyə getmək istəyənlərə əla fürsət | Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Təklif çərçivəsində Türkiyənin aşağıdakı şəhərlərinə endirimli qiymətlərlə aviabilet əldə etmək mümkündür: İstanbul (İstanbul və “Sabiha Gökçen” hava limanları), Antalya, Ankara, İzmir və Trabzon. Aksiya Novruz çərşənbələrindən biri olan Su çərşənbəsinə həsr olunub. Belə ki, fevralın 27-də əldə edilən aviabiletlərə xüsusi qiymətlər tətbiq edilir. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel-31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir. İstanbul şəhərinə yeni hava limanı vasitəsilə səyahət edərkən aviabiletləri bir tərəfə 219 manata, hər iki istiqamətdə 309 manata, “Sabiha Gökçen” hava limanı vasitəsilə səyahət edərkən bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini 258 manata əldə etmək mümkündür. Antalya şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 219 manat, hər iki istiqamətdə 309 manat təşkil edir. Ankara, İzmir və Trabzon şəhərlərinə bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini isə 258 manata əldə etmək olar. Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur. Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Endirimli qiymətlərdən yararlanaraq yaz aylarında qardaş ölkəyə səyahət etmək fürsətini qaçırmayın. |
2024-02-27 | 836,410 | Milli geyimə görə Azərbaycan rəqsinə izn verilmədi | Təbrizin Xavəran Mədəniyyət Kompleksində keçirilən musiqi tədbirində “Barış” musiqi qrupunun nəzdində olan Azərbaycan rəqs truppasının çıxışına icazə verilməyib. Kult.az xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb. Məlumata görə, buna rəqqasların Azərbaycan milli paltar geyinməsi səbəb olub. Musiqi qrupunun başçısı Məsud Əmirsepehrin rəqsin icra edilməsi üçün israrları nəticə verməyib və qrup üzvləri kompleksdən çıxarılıb. Rəqs qrupunun icrasına Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin mane olduğu bildirilib. |
2024-02-27 | 836,411 | Bakı ilə sülh olmalıdır, başqa təklif eşitmək istəmirəm! | Bütün dövlətlər bir-biri ilə sülh şəraitində yaşamalıdır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün keçirdiyi brifinqdə deyib. "Mən Azərbaycan və Türkiyə ilə sülh içində yaşamağın əleyhinə deyiləm. Kiminsə təklif etdiyi başqa variant varsa, mən onu eşitməyə belə hazır deyiləm", - parlament sədri vurğulayıb. |
2024-02-27 | 836,413 | Ölkədə ilk keşbek və depozit gəlirli premium biznes kart! | Rabitəbankın Kartmane Biznes Visa Platinum kartı ölkədə ilk keşbek və depozit gəlirli premium biznes kartıdır. Sahibkar fiziki şəxslər üçün təqdim edilən kart bir çox üstünlükləri ilə seçilir. Belə ki, kart sahibləri səyahət zamanı bir çox imtiyazlara sahib olurlar. Hava limanlarında VIP Lounge Key Biznes zallarına pulsuz giriş Beynəlxalq hava limanında sürətli keçid Səyahət zamanı tam beynəlxalq sığorta Otellərin endirimli rezervasiyasi Endirimli avtomobil icarəsi Qlobal Biznes Dəstək Xidməti "Apple Pay" və "Google Pay" ilə ödənişlərdə isə kart yüksək keşbeklər qazandırır. Yanacaqdoldurma məntəqələri və kinoteatrlarda 5%, kafe, restoran, supermarketlər, ictimai nəqliyyat və taksilərdə 3%, digər ödənişlərdə 2%-dək, partnyor şəbəkələrində isə 40%-dək keşbek qazanmaq mümkündür. Bundan başqa, kartdakı qalıq məbləğinə görə illik 4% gəlir əlavə olunur. Kartmane Biznes Visa Platinum kartını Rabitəbankın rəsmi internet səhifəsindən və ya bankın istənilən filialına yaxınlaşaraq sifariş edə bilərsiniz. Kartmane Biznes Visa Platinum kartı haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/kartmanebiz "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. |
2024-02-27 | 836,415 | Rusiyada saxlanılan sabiq güləşçimizə hökm oxundu | Rusiyada saxlanılan Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva şəhərindəki Basmannı məhkəməsi qərar çıxarıb. O, qanunsuz olaraq odlu silah, onların əsas hissələrini, döyüş sursatı satmaqda təqsirli bilinib. Qeyd edək ki, Cabbar Yusifi 2023-cü ilin martında saxlanılıb. İdmançı qaçmaq istədiyi üçün polislər atəş açmağa məcbur qalıblar. Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxs İnterpolun axtarışında olan Cabbar Yusifidir. Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarıb. Həmin vaxt güləşçinin üzərində tapança aşkarlanıb. Xatırladaq ki, Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib. |
2024-02-27 | 836,417 | Abşeronda şəhidlərimiz anıldı, qazilərimiz ziyarət edildi | Şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu antiterror tədbirləri zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunan Arzullayev Murad Təvəkkül oğlunun anadan olmasının 26-cı ildönümü Xırdalan şəhərində qeyd edilib. Axar.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və məktəblilər iştirak edib. İştirakçılar Fəxri Xiyabanda qəhrəmanımızın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra Xırdalan şəhərində davam edən tədbirdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev düşmən üzərində qazanılan şanlı qələbədən danışıb. O bildirib ki, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə xalqımız döyüş meydanında düşmənə qalib gəlməsi ilə haqq ədalət bərpa olunub. İşğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb. Sonra şəhid Murad Arzullayevin atası Təvəkkül Arzullayev, Abşeron rayon Ağsaqqallar şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov və digərləri çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova şəhid Murad Arzullayevin əvvəllər yaşadığı evə gələrək onun ailə üzvləri ilə görüşüblər. Ailənin qayğıları ilə maraqlanan RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medallarına layiq görülən şəhid mayor Mayılov Emil Şahid oğlu 37-ci doğum günündə anılıb. Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə çiçəklər düzülüb. Daha sonra RİH başçısı Abdin Fərzəliyev Emil Mailovun əvvəllər yaşadığı evinə gələrək onun ailə üzvləri ilə görüşüb, ailənin qayğıları ilə maraqlanıblar. Bildirilib ki, Emil Mayılov 2021-ci il 30 noyabr tarixində Mi-17 hərbi helikoterin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətdən və şücaətdən bəhs edilib. RİH başçısı Abdin Fərzəliyev Abşeron Rayon Mərkəzi xəstəxanasında müalicə olunan Vətən Müharibəsi şəhidi Ziyəddin Rəşidovun atası Arzu Rəşidova, o cümlədən müharibə iştirakçıları Nurlan Babayev, Rasim Hacıyev və Bəxtiyar Ağayeva baş çəkib. Onların səhhətləri, müalicələri ilə maraqlanan Abdin Fərzəliyev tezliklə sağalmalarını arzulayıb, şəfa diləyib. Şəhid atası, eləcə də qazilər dövlətin hər bir qayğısı ilə əhatə olunduqlarını, müalicələrinin yüksək səviyyədə həyata keçirildiyini, xəstəxanada bütün lazimi tibbi tədbirlərin görüldüyünü vurğulayaraq onların müalicələrinin, reablitasiyasının təşkilində göstərilən böyük diqqətə görə dövlətimizin başçısına təşəkikürlərini vurğulayıblar. Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, "Hərbi xidmətlərə görə" , “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülən Şabanov Rüfət Rauf oğlunun anadan olmasının 23-cü ildönümü yad edilib. Şəhidimizin Ceyranbatan qəsəbəsinəki məzarı ziyarət edilib, önünə gül dəstələri düzərək xatirəsini anılıb. Bildirilib ki, Azərbaycan Ordusunun əsgəri olan Rüfət Şabanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib, Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rüfət Şabanov 3 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Keçirilmiş görüş və tədbirlərdə şəhid ailələri və qazilər ilk günlərdən onlara göstərilən diqqət və qayğının yüksək qiymətləndirdiklərini, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. |
2024-02-27 | 836,419 | Əsədov jurnalistlərlə bağlı bu qaydaya dəyişiklik etdi | "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"na dəyişiklik edilib. Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Dəyişikliklə Qaydanın 1.2-ci və 1.3-cü bəndləri aşağıdakı redaksiyada verilib: - “Media haqqında” qanunun 72.1-ci maddəsinə əsasən media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər. - Dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradılır. Dəyişiklikdən əvvəl Qaydanın 1.2-ci və 1.3-cü bəndləri aşağıdakı kimi idi: - “Kütləvi informasiya vasitələri haqqında” qanunun 50-ci maddəsinə əsasən KİV dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin razılığı ilə və müəyyən etdikləri akkreditasiya qaydasına əməl etməklə, onların nəzdində öz jurnalistlərini akkreditə etdirə bilərlər. KİV, eyni zamanda, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən müəyyən edilmiş akkreditə qaydasına riayət etməklə öz nümayəndələrini akkreditə edə bilər. - Akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır. |
2024-02-27 | 836,421 | Ermənistan bu əraziləri təhvil verir | Baş nazir Nikol Paşinyanın Tiflisə səfərindən sonra iki ölkə arasında sərhədin demarkasiyası prosesinin sürətləndirildiyi, Ermənistanın bəzi kəndlərinin Gürcüstana veriləcəyinə dair iddialar yayılıb. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, iki ölkənin sərhədində yerləşən Loru vilayətinin Alaverdi kəndinə bitişik ərazilərin demarkasiya zamanı Gürcüstan torpağı kimi qeydə alınacağı bildirilir. Ermənistan Xarici İşlər Nazirliyi demarkasiya prosesinin sürətləndirildiyini açıqlayıb: “Ermənistan və Gürcüstanın yüksək səviyyəli nümayəndələrinin son təmasları zamanı ümumi razılaşma əldə olunub. Sərhədlərin demarkasiya prosesinin sürətləndirilməsi qərarlaşdırılıb. Proseslə bağlı mütəmmadi şəkildə ictimaiyyətə məlumat veriləcək”. Ermənistan XİN-in bu cavabı iddianı dolayı yolla təsdiqləmək və sorğudan yayınma kimi dəyərləndirilib. |
2024-02-27 | 836,422 | Məşhur din xadiminin İrana işləyən oğlu həbs edildi - Foto | Azərbaycanın tanınmış din xadiminin oğlu İrana xidmət etdiyinə görə həbs edilib. Axar.az xəbər verir ki, bu barədə "Mouze" Teleqram kanalı məlumat yayıb. "Azərbaycanda "İran aşiqləri"nə qarşı əməliyyatlar davam edir. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində biləsuvarlı Şeyx Molla Əhmədin oğlu Kərbəlayi Hüseyn də tutulub", - məlumatda bildirilir. Qeyd edək ki, Şeyx Molla Əhməd tanınmış din xadimi olub. |
2024-02-27 | 836,425 | Mirzoyanın Bayramovla buna nail olacağına ümid edirəm | Nikol Paşinyan Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla fevralın 28-29-da Berlində keçiriləcək görüşündə sülh sazişi üzrə irəliləyişə nail olunacağına ümid etdiyini bildirib. Axar.az xəbər verir ki, o, bu barədə Afinada yunanıstanlı həmkarı Kiriakos Mitsotakis ilə görüşü zamanı deyib. “Bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Ümid edirəm ki, bu görüşün nəticəsində irəliləyiş əldə olunacaq”, - o bildirib. |
2024-02-27 | 836,427 | Novruz bayramında neçə gün iş olmayacaq? | Novruz bayramında 7 gün iş olmayacaq. Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq. Beləliklə, Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq. |
2024-02-27 | 836,434 | İrəvandan Kremlə milyardlarla dollarlıq dəstək | 2023-cü ilin doqquz ayı ərzində Rusiya 8,77 milyard dollar dəyərində sanksiyalar altında olan hərbi məhsullar idxal edib. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Məlumata görə, idxal olunan məhsulların 450 milyon avro dəyərində olan hissəsi Avropa Birliyinin payına düşür. Agentlik bildirib ki, Ukraynada müharibə başlayandan bəri Avropa Birliyi ilə Rusiya arasında ticarətin həcminin azalmasından sonra həmin məhsulların Avropa ölkələrindən üçüncü ölkələrə ixracı kəskin şəkildə artıb. Sanksiyalardan yayınaraq AB məhsullarını Rusiyaya ötürən ölkələr arasında Ermənistan liderdir. Bunu rəqəmlərdə də görmək mümkündür. Ermənistan Statistika Komitəsinin son yaydığı rəqəmlərdə qeyd olunub ki, 2024-cü ilin yanvarında ixrac 2,1 dəfə artaraq 934,1 milyon dollara çatıb. Xatırladaq ki, 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Ermənistanın Rusiyaya ixracı bir neçə dəfə artıb və 2023-cü ildə ticarət dövriyyəsi görünməmiş həddə - 7,3 milyard dollara çatıb. |
2024-02-27 | 836,435 | Makronun başına at təpdi, özünü buraxdı... - Medvedyev | Fransa Prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı və Andorra şahzadəsi Emmanuel Jan-Mişel Frederik Makronun eyni anda iki problemi yaranıb: əvvəlcə onun başına at təpib, sonra isə "dilinin qadağası" sıradan çıxıb. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Makronun Avropa hərbi qüvvələrinin Ukraynaya yeridilməsinin mümkünlüyü barədə açıqlamasını şərh edərkən deyib. Medvedyev bu ”xüsusi idiomu” onun üçün seçdiyini bildirib, çünki, bu, səfeh reaksiyalara meyilli insanlara münasibətdə istifadə edilir: “Makronun Fransanın nüvə arsenalını bütün istəkli avropalılarla bölüşmək istəyini də nəzərə alsaq, deyə bilərik ki, onun “özünü buraxması” uzunmüddətli və ağrılı xəstəlikdəndir”. |
2024-02-27 | 836,438 | Belə çıxır ki, dönərin içərisindəki ət pulsuzdur - Deputat | Ali təhsil müəssisələrinin qarşısında fəaliyyət göstərən dönərxanalarda satılan dönərlərin qiyməti ayranla birlikdə 1 manat 50 qəpikdir. Nəzərə alın ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir. Axar.az xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib. “Belə çıxır ki, dönərin içərisindəki ət pulsuzdur. O zaman ortaya bir sual çıxır: Dönərxanalar əti haradan və neçəyə alır?! Görəsən həmin obyektlərin sertifikatı varmı? AQTA buna nəzarət edirmi? Son zamanlar tələbələr arasında dönərdən zəhərlənmə hallarına rast gəlirik. Bu səbəbdən AQTA bu işə məsuliyyətlə yanaşmalı və nəzarət daha da güclənməlidir”, - deputat bildirib. |
2024-02-27 | 836,439 | Bu tarixdə Sumqayıtda qaz olmayacaq | Sumqayıtda 38 500 abonentin qaz təchizatında fasilə yaranacaq. Axar.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb. Bildirilib ki,Sumqayıt şəhəri “Şəhər-4” təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkarlanmış qaz sızmalarının aradan qaldırılması və d-200 mm-lik RDUK baypas xətlərinin d-108 mm-likdən 159-mm-lik boru ilə əvəzlənməsi əlaqədar olaraq fevralın 28-də saat 10:00-dan etibarən işlər yekunlaşana qədər Sumqayıt şəhərinin Corat bağları, Novxanı bağları, Saray bağları, Ceyranbatan, Yaşıl dərə yaşayış massivi, Qurd dərəsi, Novruz qəsəbəsi, Təzə və köhnə Corat, 10, 11, 12, 13, 16, 17, 18, 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 50, 51, 52-ci məhəllə ərazilərinin 38 500 sayda əhali abonentinin qaz təminatında məhdudiyyətlər yaranacaq. |
2024-02-27 | 836,441 | Bu xəstəliyə qarşı peyvəndləmə helikopterlə aparıldı - Video | Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb. Axar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib. Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 1000 kilometrə yaxın məsafədə 13 min ədəd aldadıcı yem səpilib. |
2024-02-27 | 836,442 | Həsənov Gülərin müavinini təltif etdi - Video | Fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. Müdafiə Nazirliyində keçirilən görüşdə Türkiyə nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən müdafiə naziri hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb. General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb. Özünün də Azərbaycanın bir övladı olduğunu qeyd edən Ş.Alpay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ş.Alpay Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin salamlarını çatdırıb, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan, uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluğunu ifadə edib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının da iştirak etdiyi görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.Müdafiə naziri Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilən Ş.Alpaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib. Sonra Ş.Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb. Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb. |
2024-02-27 | 836,445 | Qarabağla Ukraynanı müqayisə etmək olmaz - Almaniya | Təbii ki, insan haqları bütün hallarda bərabərdir, lakin beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycan ərazisidir və Rusiyanın Ukraynanın suveren ərazisində başlatdığı təcavüzkar müharibə ilə heç bir şəkildə müqayisə edilə bilməz. Axar.az xəbər verir ki, bunu Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekker Almaniyanın Qarabağ sakinlərinin “məcburi köçkünləri” ilə bağlı işə baxılması üçün BCM-ə müraciət etmək təşəbbüsü ilə çıxış edib-etməyəcəyi sualını cavablandırarkən deyib. “Bu, xarici siyasət sualıdır və mənim ona cavab vermək səlahiyyətim yoxdur. Ukraynalılara gəlincə, onlar Almaniyada qaçqındırlar. Biz onlara mümkün sınaqlar zamanı dəstək məsələsində kömək edirik. Ukrayna bizim qonşumuzdur və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var”, - o bildirib. |
2024-02-27 | 836,446 | Ukraynaya hərbi qüvvə göndərmək planı... - Stoltenberq | NATO-nun Ukraynaya hərbi qüvvə göndərmək planı yoxdur. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. “NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra fəaliyyətimizi gücləndirdik. Lakin NATO qoşunlarının Ukraynada yerləşdirilməsi planı yoxdur”, - Stoltenberq bildirib. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini demişdi. |
2024-02-27 | 836,452 | Pxenyan Rusiyaya mərmi dolu 6700 konteyner göndərdi | Şimali Koreya Rusiyaya təxminən 3 milyon 152 mm mərminin yer aldığı 6700 konteyner göndərib. Axar.az xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Şin Von Şik deyib. “Bunun müqabilində Rusiya Şimali Koreyaya ərzaq, xammal və silah istehsalında istifadə olunan hissələri tədarük edir. Ərzaq yardımı Kim Çenə zəruri malların qiymətlərini sabitləşdirməyə kömək edib. Silah tədarükü genişlənərsə, Rusiya KXDR-ə getdikcə daha çox hərbi texnologiya ötürəcək ki, bu da Pxenyanın regionu təhdid etmək qabiliyyətini artıra bilər”, - o bildirib. |
2024-02-27 | 836,454 | Azərbaycan şəhərində 17 dərəcə şaxta qeydə alındı | Ötən 24 saat ərzində Şərqi Azərbaycan əyalətinin Tikmədaş şəhəri İranda ən soyuq şəhər olub. Axar.az xəbər verir ki, bu barədə İran Meteorologiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, Tikmədaş ölkədə -17 dərəcə şaxta ilə birinci, Ərdəbil şəhəri isə -14 dərəcə şaxta ilə ikinci soyuq şəhər olub. |
2024-02-27 | 836,455 | Qarabağın erməni dərsliyində “yeri” qalmaqal yaratdı | 7-ci sinif şagirdlərinin valideynləri Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini məhkəməyə verir. Axar.az xəbər verir ki, bu barədə Vəkillər Palatasının keçmiş prezidenti Ara Zöhrabyan məlumat yayıb. Nazirliyə qarşı iddianın səbəbi 7-ci sinif dərsliklərində “arsax”ın Azərbaycanın tərkib hissəsi kimi təqdim olunmasıdır. İddiaçılar nazirin əmrinin qüvvədən düşmüş hesab edilməsini tələb edir. Qeyd edək ki, bundan əvvəl İrəvanda bu məsələ ilə bağlı etiraz aksiyaları keçirilib və tarixçilər məhkəməyə müraciət etmək niyyətində olduqlarını bəyan ediblər. |
2024-02-27 | 836,456 | İrana bağlı qüvvələr Pakistanda bəlucu öldürdü | Pakistanın Kəraçi şəhərinin Melir bölgəsində iranlı bəluc fəal öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, İrana bağlı qüvvələr Sistan və Bəlucistan əyalətinin Sərbaz şəhərindən olan Əyyub Qohərəmzehini güllələyərək öldürüblər. |
2024-02-27 | 836,460 | Bakıda çılpaq gəzən şəxs kimdir? | Bakı küçələrində çılpaq gəzən şəxs polis əməkdaşları tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində saxlanılıb. Axar.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində qeydiyyatda olan şəxs nəzarətçilərin diqqətindən yayınaraq oradan qaçıb. Polis əməkdaşları tərəfindən saxlanılan yeniyetmə yenidən dispanserə yerləşdirilib. Qeyd edək ki, Bakıda çılpaq gəzən şəxsin görüntüləri sosial şəbəkədə yayılıb. |
2024-02-27 | 836,463 | AZAL Tivat şəhərinə bilet satışına start verib | Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayın 2-nə planlaşdırılıb. Axar.az xəbər verir ki, bu marşrut üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. May ayında Bakı ilə Tivat arasında uçuşlar həftədə bir dəfə — cümə axşamı günləri yerinə yetiriləcək, iyunun 10-dan isə bu istiqamətdə daha bir reys — bazar ertəsi günləri əlavə olunacaq. Səyahət və istirahət üçün mükəmməl seçim olan Tivat gözəl çimərlikləri, füsunkar təbiəti və bənzərsiz memarlığı ilə səyahətçiləri cəlb edir. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. |
2024-02-27 | 836,464 | Rəsmi Bakı Ermənistanın iddialarına cavab verdi | Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır. Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb. O vurğulayıb ki, bu bəyanat, 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdidir: "Ermənistan XİN-ə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi. Həmçinin qeyd edək ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların müəyyən edildiyi hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb. 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb. Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib. Bununla yanaşı, Azərbaycan ərazilərinə qarşı hərbi təcavüz zamanı Ermənistanın Xocalı daxil olmaqla bir çox şəhər və kəndlərdə törətdiyi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətləri törədənlərdən heç kimin bu günədək hüquqi məsuliyyətə cəlb olunmadığı Ermənistan XİN-ə məlumdur. Ermənistan XİN-ə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, ərazi bütövlüyü və suverenliyini təmin edib. Ermənistan tərəfinin guya ermənilərə qarşı “etnik təmizləmə” siyasəti həyata keçirildiyi, tarixi və dini abidələrin hədəf alındığı barədə iddialar səsləndirmək əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər yetirməsi daha faydalı olardı". |
2024-02-27 | 836,466 | Kapital Bankın dəstəyi ilə Respublika Fənn Olimpiadası keçirilir | Ölkənin birinci bankı Kapital Bankın dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Respublika Fənn Olimpiadası keçirilir. Ötən gün olimpiadanın yarımfinal mərhələsi yekunlaşıb. Bu mərhəldə Rayon (şəhər) mərhələsini geridə qoyan 10 997 şagird iştirak edib. Onlar biliklərini riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə sınayıblar. Respublika Fənn Olimpiadasının final turu isə aprel-may aylarında Respublika Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçiriləcək. Bu mərhələdə yarımfinal turunu uğurla geridə qoyan şagirdlər iştirak edəcəklər. Respublika Fənn Olimpiadalarının təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc. |
2024-02-27 | 836,468 | DİN-dən əməliyyat: 19 silahlı şəxs həbs edildi - Video | Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib. DİN-dən Axar.az-a verilən məlumata görə, idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. |
2024-02-27 | 836,472 | 734-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 734-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 575 təyyarəsi, 267 helikopteri, 13 523 PUA-sı, 474 zenit-raket kompleksi, 15 252 tank və digər zirehli texnikası, 1 226 reaktiv yaylım atəş sistemi, 8 176 artilleriya və minaatanı, 19 138 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-02-27 | 836,474 | Bu mərkəzin işçiləri bu qədər maaş alacaq | Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddi artırılıb. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli 2415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. Qərara əsasən, Mərkəzin işçilərinin say həddi 20-dən 21-ə qaldırılıb. Cədvələ "icraçı direktorun müavini" ştatı əlavə edilib. Həmçinin, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” aşağıdakı redaksiyada təsdiqlənib: 1. İcraçı direktor - 2732 manat; 2. İcraçı direktorun müavini - 2458 manat; 3. Müşavir - 2125 manat; 4. Baş mühasib - 2001 manat; 5. Şöbə müdiri - 1946 manat; 6. Baş məsləhətçi - 1732 manat; 7. Aparıcı məsləhətçi - 1421 manat; 8. Məsləhətçi - 1283 manat; 9. Hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis - 1104 manat; 10. Avtomobil sürücüsü - 495 manat. |
2024-02-27 | 836,475 | Ərdoğan Baxçalının göndərdiyi hədiyyədən danışdı | Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana doğum günü münasibətilə 70 qızılgül göndərib. Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Ərdoğan Baxçalının bu hərəkətini təqdir edib: “Əvvəla, cənab Dövlət Baxçalı hər zamankı kimi nəzakət və mehribanlıq nümayiş etdirdi. O mənə yaşım qədər qızılgül göndərib. Həmçinin özünəməxsus estetikaya malik bir qələm də hədiyyə edib. Mümkün olan ən yaxşı şəkildə həmrəyliyimizi davam etdirəcəyik”. |
2024-02-27 | 836,476 | Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir | “Nar” Azərbaycanın mobil rabitə sahəsinin peşəkarlar kadrlarının yetişdirilməsi məqsədilə, İT və rabitə ixtisasları üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı. Seçilən 10 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçəcək. May ayının sonunadək davam edəcək proqram çərçivəsində tələbələr “Nar”ın peşəkar texniki heyətilə birgə çalışacaq və gələcək karyeraları üçün əvəzsiz təcrübi biliklər qazanacaq. Təcrübə proqramı “Nar”ın KSM strategiyasının təhsilə dəstək istiqaməti üzrə və Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq çərçivəsində keçirilir. Bu əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası fəaliyyət göstərir, “Nar”ın texniki heyəti mobil rabitənin əsasları barədə təlimlər keçir və AzTU tələbələri təcrübə proqramlarına cəlb edilir. Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. |
2024-02-27 | 836,477 | İranlı "ilin gözəli" seçildi, almanlar qəzəbləndi | Almaniyada keçirilən “Miss Germany 2024” gözəllik yarışmasında 39 yaşlı iranlı ölkənin ən gözəl qadını seçilib. Kult.az Publika.az-a istinadən xəbər verir ki, 15 min qadının qatıldığı yarışmanın qalibi 6 yaşında ailəsi ilə birlikdə İrandan Almaniyaya köçən Apameh Senauer olub. Alman əri və iki övladı olan gənc qadın “Qalib gəldiyimə inana bilmirəm” deyib. Müsabiqənin qalibi olaraq Apamehə 25 min avro pul mükafatı təqdim olunub. “Miss Germany 2024” cəmiyyətin müxtəlifliyini əhatə edərək maneələri aşır və gözəllik standartlarını yenidən müəyyənləşdirir. İndi hər bir insanın unikallığı müsabiqə üçün vacibdir, ona görə də bu yolla təşkilatçılar hər kəsə səlahiyyət mesajı göndərmək istəyirlər. İndi "Miss Germany" üçün əsas meyarlar individuallıq, cəmiyyətin inkişafına töhfə, məsuliyyət götürmək istəyi və şəxsi keyfiyyətlərdir. Həmçinin, qaliblər artıq tacı gözləməli deyillər. Əvəzində onların ali təhsil almaq və 25 min avro pul mükafatı qazanmaq imkanı var. Müsabiqədə yaş məhdudiyyəti ləğv edilib, əvvəllər müsabiqədə yaşı 39-dan yuxarı olmayan qadınlar iştirak edə bilirdi. Buna baxmayaraq, bir çox alman bu qələbəni qəbul etmək fikrində deyil: onlar hesab edirlər ki, titul sahibi Almaniyanın ən gözəl qadınına bənzəmir və yarışda iştirak etmək üçün çox qocadır. “Miss Germany”in isə əsas məqsədi insanlara ilham verə biləcək nümunələri nümayiş etdirməkdir. Tədbirin təsisçilərinin fikrincə, gözəllik müsabiqələri ilə bağlı tanış anlayışlar köhnəlib və cəmiyyətin tələbatını ödəmir. |
2024-02-27 | 836,478 | Rusiya daha bir kəndi ələ keçirdi | Rusiya ordusu Ukraynanın Avdeyevka şəhəri istiqamətində daha bir kəndi işğal edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, tutulan Severnoe kəndi Donetsk vilayətinin Yasinovatsky rayonunda yerləşir. |
2024-02-28 | 836,479 | Türkiyədə növbəti zəlzələ baş verdi | 2024.02.27. 17:43 Türkiyənin Çanaqqala vilayətinin Biqa rayonunda 4,6 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yerin 7 kilometr dərinliyində meydana gələn zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb. *** Çanaqqalanın Biqa rayonunda 3,8 bal gücündə növbəti yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin 7,19 km dərinlikdə meydana gəldiyi bildirilib. |
2024-02-27 | 836,481 | Zelenski Səudiyyə Ərəbistanına getdi | Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Zelenskinin Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla Sülh formulunu və əsirlərin qayıtarılmasını müzakirə edəcəyi gözlənilir. |
2024-02-27 | 836,482 | İranlı narkotacirə kuryerlik edən şəxs saxlanıldı - Video | Bakının Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü paytaxt sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyev saxlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxsdən külli miqdarda 3 kiloqram 105 qram narkotik vasitə olan marixuana aşkar edilib. S. Nəbiyev marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. Araşdırmaların gedişi zamanı saxlanılan şəxsin iranlı narkotacirlə əlaqələri, onun dediyi ünvanlarda narkotik vasitələri yerləşdirməyi sübuta yetirilib. |
2024-02-27 | 836,484 | "Qarabağ" futbolçularına bu qədər mükafat verildi | «Qarabağ» ötən həftə tarixinin ən böyük uğurunu əldə edib. Ağdam təmsilçisi Avropa Liqasında pley-off səddini aşıb. “Braqa” ilə üz-üzə gələn “köhlən atlılar” Bakıda 2:3 hesabıyla uduzsa da, Portuqaliyada əldə etdiyi nəticəyə (4:2) görə 1/8 final mərhələsinə vəsiqə qazanıb. Axar.az sportinfo.az-a istinadən xəbər verir ki, şanlı zəfər klub rəhbərliyi tərəfindən qiymətləndirilib. Əsas heyətdə meydana çıxan hər bir futbolçuya 50 min manat mükafat ödənilib. Oyuna sonradan daxil olanlar bu məbləğin 75 faizini alıb. Ehtiyatda qalanlara 25 min manat verilib. |
2024-02-27 | 836,486 | Bayramov Mirzoyanla görüş üçün Almaniyaya getdi | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. |
2024-02-27 | 836,488 | Pakistanda İçərişəhərlə bağlı sərgi təşkil olundu | “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin rəhbərlik etdiyi nümayəndə heyəti 23-27 fevral 2024-cü il tarixlərində Pakistan İslam Respublikasının Lahor Qala Şəhəri Administrasiyasının Baş direktoru Kamran Laşarinin dəvəti ilə Lahorda işgüzar səfərdə olub. Axar.az xəbər verir ki, səfər Azərbaycan-Pakistan Hökümətlərarası Birgə Komissiyasının 7-ci Sessiyasının qərarı, habelə Lahor Qala Şəhəri Administrasiyası ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə imzalanan “Dostluq və Əməkdaşlıq haqqında Protokol” (24 noyabr 2021-ci il tarixli) əsasında həyata keçirilib. Lahor şəhərinə səfər çərçivəsində Lahor Qala Şəhəri Administrasiyasının rəhbəri Kamran Laşari ilə görüş keçirilib, iki qurum arasında əlaqələr və mümkün birgə layihələrin icrası perspektivləri müzakirə olunub. Səfər zamanı Lahor şəhərində onlarla abidənin, o cümlədən, ümumdünya irs mirası hesab olunan Lahor Fort kompleksinin restavrasiyasını həyata keçirən "Ağa Xan" Fondunun rəhbərliyi ilə görüş keçirilib, bərpa və restavrasiya layihələri ilə tanış olunub və ətraflı fikir mübadiləsi aparılıb. Bundan əlavə, Lahor şəhərinin ən çox ziyarət olunan tarixi məkanı, UNESCO mirası "Lahor Fort" kompleksində “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin məhsullarından və “İçərişəhərim” sərgisinin fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Açıq hava şəraitində, insanların çoxluq təşkil etdiyi məkanda keçirilən sərgi yerli və xarici qonaqların marağına səbəb olub. Qeyd edək ki, səfərin təşkilində əsas məqsəd UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan iki qədimi şəhər mərkəzi arasında tarix və mədəniyyət abidələrinin konservasiyası və idarə olunması sahəsində təcrübə mübadiləsinin davam etdirilməsi, eləcə də Azərbaycan memarlığının incisi olan İçərişəhərin zəngin mədəni irsinin tanıdılması və Azərbaycan-Pakistan mədəni əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir. |
2024-02-27 | 836,490 | İraq Prezidenti İlham Əliyevi təbrik etdi | İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, fəaliyyətinizdə uğurlar arzulayırıq. Uca və Qadir Allahdan Sizə möhkəm cansağlığı, uğurlar, dost xalqınıza xeyir və firavanlıq diləyirik. Sizin yenidən Prezident seçilməyiniz peşəkarlığınız, səriştəniz və siyasi təcrübəniz sayəsində möhtərəm xalqınızın Sizə olan yüksək etimadını və fəaliyyətinizin təqdir olunmasını əks etdirir. İraqın müxtəlif sahələrdə dost ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə əməkdaşlığı davam etdirmək və qarşılıqlı əlaqələrin inkişafına nail olmaq istəyini Zati-alinizin diqqətinə bir daha çatdırırıq". |
2024-02-27 | 836,492 | Bu qurumun işçilərinin maaşlarında dəyişiklik edildi | Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərində dəyişiklik edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir. |
2024-02-27 | 836,493 | Niderland Kralı Əliyevə təbrik məktubu ünvanladı | Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az xəbər verir ki, təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ölkələrimiz arasında dialoqun və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm. Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək şəhər kimi seçilməsi ölkənizin hər bir vətəndaşı və bütün dünya üçün dayanıqlı və təhlükəsiz gələcəyə töhfə verməklə yanaşı, Azərbaycana beynəlxalq nüfuzunu nümayiş etdirmək imkanı yaradır. Qarşıda duran vəzifələrin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram". |
2024-02-27 | 836,495 | Ümrə ziyarəti üçün E-Viza istifadəyə verildi | Möhtərəm cənablar, hörmətli iştirakçılar. Allahın salamı, bərəkəti və rəhməti üzərinizdə olsun. Mən bu gün Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevlə görüşməkdən məmnun oldum. Biz Azərbaycan Respublikasından Səudiyyə Ərəbistanına gələn Allahın qonaqları (zəvvarlar) üçün prosedurların asanlaşdırılması və sadələşdirilməsi yollarını, Krallıq Hökumətinin bu sahədəki səylərini müzakirə etdik. Səmimi qəbula və səxavətli qonaqpərvərliyə görə Zati-alilərinə təşəkkür edirəm. Axar.az xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən əl-Rabiə keçirdiyi brifinqdə söyləyib. Onu bu səfərdə hökumət və özəl sektorları təmsil edən yüksək səviyyəli nümayəndə heyətinin müşayiət etdiyini bildirən nazir deyib: “Məqsədimiz “Səudiyyə: 2030-cu ilə Baxış” hədəflərinə uyğun olaraq rəqəmsal xidmətləri inkişaf etdirmək və müstəsna təcrübənin tətbiqi ilə yaradılan təşəbbüs və imkanlar haqqında Azərbaycan Respublikasındakı qardaşlarımıza məlumat verməkdir. Sizi əmin edirəm ki, Krallığın Hökuməti və onun bütün dövlət və özəl sektorları iki Müqəddəs Məscidi ziyarət etmək üçün dünyanın hər yerindən daha çox müsəlmanın gəlməsini asanlaşdırmaq məqsədi daşıyan prosedurlar və qanunlar hazırlamağa səy göstərir, onların Ümrə ziyarəti və iman səyahətlərini mükəmməlləşdirməyə, mədəni təcrübələrini zənginləşdirməyə çalışır”. Nazir diqqətə çatdırıb: “Azərbaycan Respublikası vətəndaşlarının ziyarətini asanlaşdırmaq məqsədilə VİSİTSAUDİ portalı vasitəsilə və ya ölkəyə gəldikdən sonra hava limanlarında əldə edə biləcəkləri, birillik çoxdəfəlik E-Viza istifadəyə verilib ki, onunla qalma müddəti 90 günə qədərdir. Bu da onlara Ümrə ziyarətini yerinə yetirmək və Krallığın qalan bölgələrini ziyarət etmək imkanı verir. Həmçinin müvafiq tətbiqi vasitəsilə Ümrə icazəsi və ər-Raudə əş-Şərifə ziyarət icazəsini asanlıqla və rahatlıqla əldə etməyə şərait yaradır”. |
2024-02-27 | 836,500 | İsrail gəmilərinə bu halda hücum edilməyəcək - Husilər | Ənsarullah Qəzza zolağında "müqavimət" şərtləri əsasında atəşkəs razılaşması əldə olunarsa, İsrail gəmilərinə hücumu dayandıracaq. Axar.az xəbər verir ki, bunu hərəkatın mətbuat xidmətinin rəhbərinin müavini Nəsrəddin Amer deyib. “Qəzza zolağında atəşkəs razılaşması əldə olunarsa və müqavimətin şərtlərinə uyğun olaraq blokadası götürülərsə, işğal olunmuş Fələstinin limanlarına gedən İsrail gəmilərinin keçidini əngəlləmək qərarı ləğv ediləcək”, - deyə bildirilib. |
2024-02-27 | 836,504 | Norveç kralı xəstəxanaya yerləşdirildi | Malayziyada istirahətdə olan Norveç kralı V Harald infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Norveçin NRC yayım korporasiyası məlumat yayıb. Bildirilib ki, 87 yaşlı monarxa bütün zəruri yardımlar göstərilir. |
2024-02-27 | 836,505 | Ümrə ziyarətinə gedənlərin sayı açıqlandı | Bakı ilə Səudiyyə Ərəbistanının şəhərləri arasında birbaşa uçuşların sayı həftədə 20 reysə çatıb. Bununla bağlı, “Flynas” hava şirkətinin Bakı-Ciddə marşrutu üzrə ucuz qiymətli reyslərinin artdığını məmnuniyyətlə elan edirəm. Uçuşlar həftədə 3-dən 7-yə çatdırılıb ki, bu da ayda 80-dən çox reys deməkdir. Biz bu təşəbbüsün Azərbaycan Respublikasından daha çox zəvvarın İki Müqəddəs Məscidi, həmçinin Krallığın digər bölgələrini ziyarət etməsinə şərait yaradacağını gözləyirik. Axar.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən əl-Rabiə keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, dövlət qurumları və özəl sektor tərəfindən həyata keçirilən birgə və bir-birini tamamlayan səylər Azərbaycan Respublikasından olan Ümrə zəvvarlarının sayının artmasına töhfə verib. Belə ki, zəvvarların sayı 2023-cü ildə 15 min 380-nə çatıb. “Hazırda biz bir sıra dövlət qurumları və özəl sektorla əməkdaşlıq edərək, Peyğəmbərin pak həyatı ilə bağlı tarixi yerlərin, abidələrin, digər arxeoloji ərazilərin ziyarətçilərin qəbulu üçün əlçatan olması, abadlaşdırılması üzərində işləyirik. Bu gün mən və həmkarlarım Qafqaz Müsəlmanları İdarəsinin sədri qardaşım Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə səmərəli və konstruktiv görüş keçirdik. Burada biz Azərbaycan Respublikasından daha çox zəvvar və ziyarətçinin səfərini asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək, habelə bir sıra təşəbbüsləri və tədbirləri müzakirə etdik. Mən Azərbaycan Respublikasındakı qardaşları Səudiyyə Ərəbistanı Krallığına səfər etməyə, Ümrə ayinlərini yerinə yetirməyə, İki Müqəddəs Məscidi ziyarət etməyə, tarixi və mədəni abidələrə malik digər bölgələrə gedərək Krallığın zəngin coğrafi və mədəni müxtəlifliklərindən zövq almağa dəvət edirəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!” - deyə nazir vurğulayıb. |
2024-02-27 | 836,507 | Kəşfiyyat açıqladı: Bu tarixdə Zelenski devrilə bilər! | Ukrayna Prezidenti Vladimir Zelenskinin legitimliyi şübhə altına alına və yazda çevrilişə cəhd oluna bilər. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti yanında Kəşfiyyat Komitəsi məlumat yayıb. “Maydan-3” xüsusi əməliyyatı 2024-cü ilin mart-may aylarında kulminasiya nöqtəsinə çatacaq”, - komitənin bəyanatında deyilir. Bildirilib ki, qarşıdakı həftələrdə həm Ukrayna daxilində, həm də dünyanın digər yerlərində münaqişələri qızışdırmaq cəhdləri olacaq və mayın 20-dən sonra Zelenskinin legitimliyi şübhə altına düşə bilər. Komitə həmçinin iddia edir ki, iyunun birinci yarısına qədər Ukraynadakı vəziyyəti qarışdırmaq, sonra isə ölkənin şərqində Kiyevin hərbi məğlubiyyətə uğradılması planlaşdırılır. |
2024-02-27 | 836,509 | Quranı yandıran şəxsin cəzası bəlli oldu | Qroznı məhkəməsi ötən il Volqoqrad şəhərində müsəlmanların müqəddəs kitabı olan Quranı yandıran Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib. Axar.az Konkret.az-a istinadən xəbər verir ki, Juravelə qarşı Cinayət Məcəlləsinin 148-ci (dini mərasimlərin keçirildiyi yerlərdə dindarların hisslərini açıq şəkildə təhqir etmə) və 213-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri üzrə ittihamlar irəli sürülüb. İstintaq Komitəsindən bildirilib ki, Çeçenistan Respublikası sakinlərinin çoxsaylı müraciətləri əsasında Juravelin məhkəməsi Çeçenistanda baş tutub. Qroznıdan olan 13 imam işdə zərərçəkmiş kimi tanınıb. Məhbusun dindirilməsi videosu Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən yayımlanıb. O, sifarişi Ukrayna Təhlükəsizlik Xidmətindən aldığını deyib: “Məndən Volqoqrad vilayətində xristianlar və müsəlmanlar arasında dini ədavəti qızışdırmaq tələb olunurdu. Göstərişlə hərəkət etmişəm və buna görə 10 min rublun veriləcəyini demişdilər” Xatırladaq ki, Juravel 2023-cü ildə təcridxanada Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu Adam tərəfindən döyülüb. Ramzan Kadırov isə döyülmə anının görüntülərini paylaşıb və oğlunun əməli ilə fəxr etdiyini bildirib. |
2024-02-27 | 836,510 | Diş üstündə dava: Həkimi söydü, həbs edildi | Fevralın 22-də Şəmkir şəhərində yerləşən stomotoloji kabinetdə insident olub. Axar.az-ın Publika.az-a istinadən məlumatına görə, stomotoloji xidmətlərin göstərildiyi yerə gələn Orxan adlı şəxs orada çalışan həkim L.Əsgərovanı söyərək təhqir edib, həmçinin uca səslə ictimai yerdə xuliqanlıq hərəkətləri törədib. Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıblar. Məlum olub ki, stomotoloji kabinetdə xuliqanlıq edən şəxs Şəmkir şəhər sakini 1985-ci il təvəllüdlü Orxan Əhmədovdur. Onun barəsində inzibati protokol tərtib edilib. Hadisə ilə bağlı ifadə verən həkim bildirib ki, 2022-ci ildə Orxanın dişlərini düzəldib: “Orxan 2 il sonra gəlib deyir ki, onun dişlərini yaxşı düzəltməmişəm və pul tələb edir. Halbuki həmin vaxt dişlərə görə ödənişi Orxan yox, onun qardaşı edib”. Şəmkir Rayon Məhkəməsinin 22 fevral tarixli qərarı ilə Orxan Əhmədova 15 sutka inzbati həbs cəzası verilib. |
2024-02-27 | 836,511 | İmişlidə itkin düşən uşağın axtarışları Biləsuvarda aparılır | İmişli rayonunda kanalda batması ehtimal olunan yeniyetmənin axtarışı Cənub-Muğan kanalının Biləsuvardan keçən hissəsində davam edir. Axar.az-ın Report-a istinadən məlumatına görə, bu gün həmin kanalda FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri və yerli sakinlər axtarış tədbirləri aparıblar. Belə ki, dalğıc-xilasediciləri Araz çayından ayrılan qolun, həmin istiqamətdən keçən körpünün altında yığılıb-qalan sularda axtarış tədbirlərini davam etdirirlər. Qeyd edək ki, ötən ilin dekabr ayının 26-da İmişli rayonu Qaragüvəndikli kəndində Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bir neçə istiqamətdə aparılır. |
2024-02-27 | 836,512 | Türkiyədə zəlzələ anı - Video | Xəbər verdiyimiz kimi, Türkiyənin Çanaqqala vilayətinin Biqa rayonunda 4,6 bal gücündə zəlzələ olub. Zəlzələ anı restoranlardan birinin müşahidə kamerası tərəfindən lentə alınıb. Axar.az görüntüləri təqdim edir: |
2024-02-27 | 836,513 | İcra başçısı tanınmış aparıcı ilə evlənir | Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sabah toyudur. Axar.az-ın Axşam.az-a istinadən məlumatına görə, icra başçısı aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur. Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçiriləcək. Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar. |
2024-02-27 | 836,520 | Avropa qoşunları Ukraynaya göndərilsə... - Fransa XİN | Qərb qoşunları Ukraynaya nəzəri olaraq göndəriləcəyi təqdirdə hərbi əməliyyatlarda iştirak etməyəcək. Axar.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Stefan Sejurne deyib. “Onlar konkret tələblərdə iştirak etməlidirlər - minaların təmizlənməsi, kibermüdafiə, yerli silah istehsalını nəzərdə tuturam”, - deyə bildirilib. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini demişdi. |
2024-02-27 | 836,522 | Bakıda yaşayış binasında yanğın baş verdi | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları və 1 ədəd plastik qapı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2024-02-27 | 836,525 | Rusiya ilə savaş başlasa, bu regionu məhv edəcəyik - Litva | Rusiya NATO ilə hərbi münaqişəyə başlasa, ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”. Axar.az xəbər verir ki, bu barədə Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus X səhifəsində yazıb. Diplomat qeyd edib ki, İsveç NATO-ya daxil olduqdan sonra Baltik dənizi alyansın daxili dənizinə çevriləcək. “Rusiyanın NATO tərəfindən mühasirəyə alınması ilə bağlı əvvəlki ittihamlar indi reallığa çevrilir”, - Linkyaviçyus bildirib. |
2024-02-27 | 836,526 | Nazirlərin görüşü: Makron yenə hər şeyi sıfırlayacaq | Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində sabah keçirəcəkləri görüşü irəliləyiş kimi qiymətləndirib. Simonyan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə olmadığını da sözlərinə əlavə edib. Görünür, Alen Simonyan bu yolla son zamanlar iki ölkə arasında artan gərginliyi azaltmaq istəyib. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bu kimi açıqlamalar ortamı yumşaltmayacaq: “Real addımlara ehtiyac var. Baş nazir Nikol Paşinyan partiyasının deputatları ilə keçirdiyi qapalı toplantıda Azərbaycan Prezidenti İlham Əliyevlə Münhen görüşündə nəticə əldə edilmədiyini bildirib. Əslində Münhen görüşü müsbət nəticəyə hesablanmamışdı, həmin müzakirə gərginliyi azaltmağa hədəflənmişdi. Ancaq Paşinyanın Münhendən dərhal sonra Parisə çağırılması və Fransadan alacağı yeni hərbi texnika, üstəgəl sərhəddə atəşkəsin pozulması hallarının artması Almaniyadakı müzakirələri heçə endirdi. Bu dəfə də belə olacaq, xarici işlər nazirlərinin görüşündən sonra Fransa-Ermənistan cütlüyünün növbəti təxribatçı addımı hər şeyin üstündən xətt çəkəcək”. Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının Almaniyada görüşü 28-29 fevral tarixlərində olacaq. Ceyhun Bayramov artıq Almaniyaya yola düşüb. |
2024-02-27 | 836,527 | Tehranda tələbə qızlar etiraza qalxdı - Video | Tehranın Şəhid Çamran Universitetinin qızlar yataqxanasında tələbələr universitetin rektoru Məhəmməd Əli Axundun Ramazan ayı bəhanəsi ilə dərslərin onlayn keçirilməsi və yataqxananın boşaldılması ilə bağlı göstərişinə etiraz ediblər. Axar.az-ın “Azad İran” Teleqram kanalına istinadən məlumatına görə, qərara qarşı etiraz aksiyası keçirən tələbələr şüarlar səsləndiriblər: “Biz sizin tamaşa etməyinizi istəmirik, bizə qoşulun!”, “Onlayn təhsil istəmirik, istəmirik!”, “Tələbə qışqır, haqqını alanadək fəryad et!” Qeyd olunub ki, tələbələr universitetin bu qərarını qızlara qarşı ayrı-seçkilik hesab ediblər. |
2024-02-27 | 836,528 | Fəaliyyətsizliyimiz Ukrayna üçün ölümcüldür - Bayden | Fəaliyyətsizliyin nəticələri Ukrayna üçün hər gün daha ölümcül olur. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evdə respublikaçılar və demokratların liderləri ilə görüşündə deyib. “Düşünürəm ki, Ukraynanın ehtiyacları təcilidir”, - deyə Ağ Ev rəhbəri bildirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.