date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-27 | 836,529 | Su çərşənbəsində 55 mindən çox ağac əkildi | Baharın ilk müjdəçisi olan Su çərşənbəsində ölkənin meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib. Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Axar.az-a bildirib ki, Su çərşənbəsində Lənkəran, Astara, Quba, Xaçmaz, Oğuz, Zaqatala, Şəki, Bərdə, Ağdaş, Göygöl, Qazax və Ağcabədi rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bir gündə 55 344 ədəd ağac əkilib, 546 kiloqram palıd toxumu səpilib. |
2024-02-27 | 836,530 | Rusiya səmasında UNO göründü - Video | Rusiyanın Çelyabinsk vilayətində səmada uçan naməlum obyekt görünüb. Axar.az xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkələrdə məlumat veriblər. Sakinlər naməlum obyektin aşağıya doğru sürətlə endiyini müşahidə ediblər. “Readovka” nəşrinə görə, Çelyabinskə növbəti dəfə meteorit düşüb. Hələlik meteoritin düşməsi təsdiqlənməyib. |
2024-02-27 | 836,531 | İdeal müxalifətimiz var, sizə təşəkkür edirəm - Simonyan | Əgər Ermənistanın indiki hakimiyyəti qapıları açıb getsə, müxalifət yenə də hakimiyyətə gələ bilməyəcək. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün parlamentdəki çıxışında müxalifətə cavab olaraq deyib. “Bu gün Ermənistanda ideal müxalifət var, buna görə sizə təşəkkür edirəm. Əgər indiki hakimiyyət qapıları açıb getsə, bu müxalifət yenə də hakimiyyətə gələ bilməyəcək, çünki Ermənistan vətəndaşları sizə bunu etməyə imkan verməyəcək”, - o bildirib. |
2024-02-27 | 836,532 | Paşinyana bu ölkədə qızıl medal verdilər | Ermənistan Baş naziri Nikol Paşinyan Afinada Yunanıstan parlamentinin sədri Konstantinos Tasulas ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilib ki, Tasoulas Paşinyanın səfərinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə yeni təkan verəcəyinə əminliyini ifadə edib. Konstantinos Tasulas Ermənistan baş nazirini Yunanıstan parlamentinin qızıl medalı ilə təltif edib. |
2024-02-27 | 836,536 | Balasanyanın Əsgəranda qoyub qaçdığı villa - Video | Xocalı cəlladı olaraq tanınanlardan biri, qatil Vitali Balansanyanın Əsgəranda qoyub qaçdığı villanın görüntüləri yayılıb. Axar.az İTV-yə istinadən görüntüləri təqdim edirik: |
2024-02-27 | 836,539 | ABŞ Ukraynaya qoşun göndərməyəcək - Ağ Ev | ABŞ Ukraynaya qoşun göndərmək niyyətində deyil. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Eydrien Uotson söyləyib. “Prezident Bayden ABŞ-ın Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcəyini açıq şəkildə söyləyib”, - deyə o bildirib. Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron Avropanın Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib. |
2024-02-27 | 836,543 | Zelenski Səudiyyə vəliəhdi ilə görüşdü | Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkənin vəliəhdi və baş naziri Məhəmməd bin Salman əs-Səudla görüşüb və onunla Sülh Formulunu müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. "Səudiyyə Ərəbistanı rəhbərliyi ədalətli həll yolları tapmağa kömək edə bilər. Biz qlobal sabitliyin təmin olunmasında eyni dərəcədə maraqlıyıq”, - Zelenski bildirib. Qeyd edilir ki, tərəflər dünyada mövcud vəziyyət və Ukraynada müharibəyə son qoymağın mümkün yolları barədə fikir mübadiləsi aparıblar. |
2024-02-27 | 836,544 | Məhkəmənin vaxtı açıqlandı: İrəvanın Bakıya qarşı 4 iddiası | Ermənistanın Azərbaycana qarşı iddiası çərçivəsində apreldə BMT-nin Beynəlxalq Məhkəməsində dinləmələr keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında Ermənistanın beynəlxalq məhkəmələrdəki nümayəndəsi Yegişe Kirakosyan deyib. O bildirib ki, Ermənistandan əvvəl Azərbaycanın iddiasına baxılacaq. Hər iki müzakirə aprelin 15-dən 26-dək keçiriləcək. Onun sözlərinə görə, Ermənistan BMT məhkəməsinə Azərbaycanın “kütləvi pozuntularına dair” yeni sübutlar təqdim edib. O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 4 iddiasına baxılır. “1) 44 günlük müharibə və döyüşlər zamanı törədilən qanun pozuntuları; 2) Azərbaycanda ermənilərə qarşı keçirilən qanunsuz məhkəmələr; 3) Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisində qanunsuz mövcudluğu; 4) Qarabağda 2022-ci ilin martından baş verən hadisələr: Bunlara qazın verilməsinin dayandırılması, Fərrux kəndi yaxınlığında gedən döyüşlər, Laçın dəhlizinin bağlanması və 2023-cü ilin sentyabrında Dağlıq Qarabağ ermənilərinin “məcburi” köçürülməsinə səbəb olan faciəvi hadisələr daxildir”. |
2024-02-27 | 836,545 | 32 ildən sonra Laçında qalanan tonqal - Video | Laçın sakinləri 32 ildən sonra Laçında Çərşənbə tonqalı qalayıblar. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyası (AZTV) video yayıb. Həmin görüntüləri təqdim edirik: |
2024-02-27 | 836,546 | Bayden üçün vacib olan budur, Ukrayna deyil - Konqres | ABŞ Prezidenti Co Bayden üçün prioritet cənub sərhədindəki böhranlı vəziyyətin nizama salınmasıdır, Ukraynaya üçün vəsaitlərin ayrılması deyil. Axar.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ Ev rəhbəri ilə görüşündən sonra deyib. O bildirib ki, ilk növbədə ABŞ-ın ehtiyacları qarşılanmalıdır. |
2024-02-27 | 836,547 | Putin Abramoviçlə razılaşıb - Navalnı dəyişdirilirdi | Rusiyalı siyasətçi Aleksey Navalnı gözlənilən mübadilədən xəbərdar olub və bununla razılaşıb. Axar.az xəbər verir ki, bu barədə “Röyters” Rusiyadakı mənbəsinə istinadən məlumat yayıb. Jurnalistlərin fikrincə, mübadilə fevralın ortalarında baş verməli idi, nəticədə VSJ-nin jurnalisti Evan Gerşkoviç də azad edilməli idi. “Əvvəlcə planda yalnız Gerşkoviçin iştirakı ilə mübadilə nəzərdə tutulurdu və Abramoviç bunu Putinlə müzakirə etdi. Putin onu Krasikov ilə dəyişməyə hazır idi. Amma almanlar bunun qəti əleyhinə idilər, çünki bu, Amerikanın problemi idi. Navalnı plana daxil ediləndə almanlar razılaşdılar”, - mənbə “Röyters”ə bildirib. Mənbələr bildirilib ki, mübadilə ilə bağlı danışıqlar son mərhələyə çatıbmış və artıq hər şey razılaşdırılıbmış. Putinlə birbaşa danışıqları isə oliqarx Roman Abramoviç aparırmış. Qeyd edək ki, 16 fevralda cəzaçəkmə müəssisəsində qəfildən ölən Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovla mübadiləsinin razılaşdırıldığı haqda bundan öncə də məlumat yayılmışdı. |
2024-02-27 | 836,548 | ABŞ-dan Bakı və İrəvana növbəti çağırış... | ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çağırmaqda davam edir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib. “Heç bir elanım yoxdur, lakin biz hər iki tərəfi uzunmüddətli razılaşma əldə etməyə təşviq etməyə davam edirik", - deyə o bildirib. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü fevralın 28-29-da Berlində keçiriləcək. |
2024-02-27 | 836,550 | Ukrayna nə qədər əsgər itirib? – Şoyqu açıqladı | Ukrayna Silahlı Qüvvələri Rusiya-Ukrayna müharibəsi zamanı 444 mindən çox hərbçi itirib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. “Ümumilikdə, xüsusi hərbi əməliyyat zamanı Ukrayna silahlı qüvvələri 444 mindən çox hərbçi itirib”, - o, Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib. |
2024-02-27 | 836,551 | Bakıda avtomobil marketin şüşəsinə çırpıldı | Bakıda yol qəzası olub, avtomobil marketin şüşəsinə çırpılıb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Mehdi Abbasov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili supermarketlərdən birinin yanında dayanan digər avtomobilə dəyib. Zərbənin təsirindən ikinci avtomobil supermarketin şüşəsinə çırpılıb. Xəsarət alanlar barədə məlumat yoxdur. |
2024-02-27 | 836,558 | Arazın sahilində qanunsuz ov edən şəxs saxlanıldı | İmişlidə qanunsuz olaraq ov edən şəxs müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı axşam saatlarında Araz çayının rayonun Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini E.Hacıyev saxlanılıb. Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir. |
2024-02-27 | 836,560 | Separatçılarla dialoq: Rusiya Bakını təklif etdi – Mühüm | Gürcüstan Cenevrə danışıqları çərçivəsində irəliləyişə nail olmaq üçün səylərini davam etdirəcək. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. “Gürcüstan Cenevrə beynəlxalq danışıqlarında ən mühüm məsələlər üzrə irəliləyiş əldə etmək üçün səylərini davam etdirir və gələcəkdə də davam etdirəcək və növbəti raund üçün hazırlaşır”, - XİN-in bəyanatında deyilir. Xarici İşlər Nazirliyinin məlumatına görə, Cenevrə formatı beynəlxalq danışıqların mühüm platformasıdır. Separatçı Abxaziyanın nümayəndələri bəyan ediblər ki, Moskva Cenevrə müzakirələrini Minskə və ya Bakıya köçürməyi düşünür. Hələ ki, Rusiya rəsmiləri bu məsələyə münasibət bildirməyib. Qeyd edək ki, Cenevrə danışıqları formatı 2008-ci ilin avqust müharibəsindən sonra yaradılıb. Görüşlərdə Gürcüstan, Rusiya, ABŞ nümayəndə heyətləri, Abxaziya və Cənubi Osetiya, Avropa Birliyi, BMT və ATƏT-in nümayəndələri iştirak edirlər. Bu gün Gürcüstan və Rusiya arasında siyasi dialoqun yeganə formatı budur. |
2024-02-28 | 836,561 | Makron Ukraynaya qoşun göndərir? - Anusauskas | Fransa prezidentinin söylədikləri - NATO qoşunlarının Ukraynaya göndərilməsi hərbi missiyalarda deyil, təlimlərdə iştirakdan ibarətdir, istənilən halda bu məsələ hələ də müzakirə olunur. Axar.az xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvydas Anusauskas LRT telekanalına müsahibəsində bildirib. “Biz təlim missiyaları, təlim komponentləri haqqında danışırıq", - nazir vurğulayıb. Nazirin sözlərinə görə, Litva hərbçiləri hazırda Böyük Britaniya, Almaniya və Litvada ukraynalılara təlim keçir və Vilnüs bunun üçün xüsusi mandata malikdir. Qeyd edək ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Qərb ölkələrinin liderləri Ukraynaya qoşun yeritmək imkanını müzakirə ediblər, lakin hələlik konsensus əldə olunmayıb. |
2024-02-28 | 836,564 | ABŞ F-16-ları Ukraynaya göndərir | Proqnozlarımıza görə, F-16-lar bu il tədarük ediləcək. Axar.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder deyib. O, konkret hansı tarixdə F-16-ların göndəriləcəyini açıqlamayıb. |
2024-02-28 | 836,565 | Makronun Rusiyaya qarşı ən ağır sözü budur! | Qərb Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamasını qəbul etmədi, lakin nüvə dövləti rəhbərinin ritorikasında daha ağır ifadə var idi. Axar.az xəbər verir ki, bu sözləri ukraynalı ekspert Andrey Veselovski deyib. O bildirib ki, Makronun həmin sözlərinin çəkisi daha ağır idi, lakin mediada geniş yayılmadı: “O daha ağır fraza səsləndirdi. Hansı ki, daha az hallanır: “Avropa hər şeyi etməlidir ki, təcavüzkar Rusiya mövcudluğunu dayandırsın”. Nüvə dövləti rəhbərinin “hər şey etməlidir” deməsi olduqca ciddi məsələdir”. |
2024-02-28 | 836,566 | Makbukun yeni seriyası satışa çıxarılır | 2024-cü ilin mart ayında “Makbuk Air”in yeni seriyası satışa çıxarılacaq. Cihazın xüsusiyyətləri təqdimat zamanı bilinəcək. Axar.az xəbər verir ki bu barədə “Shift Delete” kanalı məlumat yayıb. “Gözlənilən 13 və 15 düymlük Makbukun modellərinin prosessorları da açıqlanıb. Belə ki, M3 çipi ilə istifadəyə veriləcək Makbuk modelləri pro modelləri ilə eyni çipi paylaşacaq. M3 çipi əvvəlki M2 çipindən fərqli olaraq, 3 nanometrlik istehsal prosesi ilə hazırlanır. M3 çiplərinin performans nüvələri M2 çiplərindən 15, M1 çiplərindən isə 30 faizə qədər sürətlidir”, - məlumatda qeyd olunub. |
2024-02-28 | 836,567 | Baydenin bunun üçün yeni səlahiyyəti olmalıdır - Kirbi | Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi üçün ABŞ Prezidenti Co Baydenin yeni səlahiyyətə ehtiyacı var. Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O, eyni zamanda bildirib ki, Vaşinqton aktivlərin dondurulmasında iştirak edən koalisiya üzrə partnyorlarını da bu işə cəlb etməlidir. |
2024-02-28 | 836,569 | Sumqayıt hadisələrindən 36 il ötür | Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 36 il ötür. Axar.az xəbər verir ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, antiazərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır. 1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 6 azərbaycanlının öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi. Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Baş prokurorun qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi. İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. Buna sübut olaraq demək olar ki, 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər. Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar. 1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində, həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib. İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub. Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı “xidmətlərinə” görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib. İstintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilib. Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürüblər. Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib. SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə antiazərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb. Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib. |
2024-02-28 | 836,571 | Kreml izahat istədi, İrəvandan cavab yoxdur | Ermənistan hələ də öz tərəfdaşlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı atacağı addımlar barədə xəbərdar etməyib. Axar.az xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadla məlumat yayıb. “Xeyr, tərəfdaşların heç birinə izahat və ya bildiriş verilməyib”, - mənbə bildirib. Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-də fəaliyyətini dondurduğu barədə açıqlamasından sonra Kreml izahat tələb etmişdi. |
2024-02-28 | 836,574 | “Fənərbağça”ya şok: kubokda mübarizəni dayandırdı | Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib. Axar.az xəbər verir ki, açılış oyununda "Fənərbağça" "Ankaragücü"nün qonağı olub. Rəqibinə 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi turnirlə vidalaşıb. Meydan sahiblərinin heyətində qolları Olimpiu Morutsan, Anastasios Çatzicovannis və Geri Rodriges vurublar. Qeyd edək ki, Türkiyə Kubokunun son qalibi məhz "Fənərbağça" klubu olub. |
2024-02-28 | 836,575 | ABŞ bunu etsə, müttəfiqlər üz döndərəcək - Şumer | Ukrayna ABŞ-ın köməyi olmadan uduzacaq və müttəfiqləri Vaşinqtondan üz döndərəcək. Axar.az xəbər verir ki, bunu ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer Prezident Co Bayden və Konqresin partiya rəhbərliyi arasında aparılan danışıqlara münasibət bildirərkən deyib. “Otaqda konsensus ondan ibarət idi ki, əgər biz tez bir zamanda silah verməsək, Zelenski və Ukrayna müharibəni uduzacaq", - Ç.Şumer vurğulayıb. Şumer qeyd edib ki, Vaşinqton Kiyevin uduzmasına imkan verə bilməz. |
2024-02-28 | 836,576 | Avdeyevka dəhşəti: 10 illik əfqan savaşından çox... | Ukraynanın Avdeyevka şəhəri uğrunda dörd ay davam edən döyüşlərdə Rusiya ordusu SSRİ-nin Əfqanıstanda 10 ildə itirdiklərindən daha çox hərbçi itirib. Axar.az xəbər verir ki, bu barədə "Moskva vaxtı" (The Moscow Times) məlumat yayıb. Hərbi analitiklərin, rusiyalı hərbi blogerlərin və Ukrayna rəsmilərinin hesablamaları göstərir ki, Rusiya Avdeyevka uğrunda gedən döyüşdə Əfqanıstandakı onillik müharibədən daha çox əsgər itirib. Bildirilib ki, Sovet ordusunun 1979-1989-cu illərdə Əfqanıstanda ölən hərbçilərinin (KQB və DİN əməkdaşları daxil olmaqla – red.) sayı 15 mindən bir qədər çox idi. Ukrayna “Tavriya” komandanlığının nümayəndəsi Andrey Lixovoy rusların Avdeyevkada 17 min hərbçi itirdiyini, 30 mindən çox əsgərin də yaralandığını bildirib. Digər tərəfdən, rusiyalı hərbi jurnalist Andrey Morozov da Rusiya qoşunlarının böyük itkiləri olduğunu təsdiqləyib, bu rəqəmin 16 minə çatdığını qeyd edib. |
2024-02-28 | 836,580 | Nobelə iddialı Varis: Bu, mənə qarşı rəzillikdir! | Kult.az yazıçı Varis Yolçuyevlə müsahibəni təqdim edir: - Varis bəy, yazıçı üçün ən böyük xoşbəxtlik oxunmağıdır. Ən çox oxunan yazıçılardan olduğunuzu düşünürsünüzmü? - “Sənət sənət üçündür” postulatı iki əsr öncə burjua-dekodent ədəbiyyatı təmsilçiləri tərəfindən irəli sürülərək, bir növ, uğursuz yazarlar üçün sığorta alətinə çevrilib. Həqiqətdə isə yazıçı üçün ən böyük xoşbəxtlik onun oxunmasıdır. Yazıçı kitabı oxucunun mənəvi toxluğu üçün ərsəyə gətirir. Oxucu sayından şikayətim əsla yoxdur. Yeni çıxan, ilk 20 günə 732 nüsxəsi satılan “Qızıl cib saatı”nın tirajı bitmək üzrədir, “Sonuncu ölən ümidlərdir”in 7-ci təkrar nəşri də satılıb qurtarıb, 8-ci çapa hazırlanır. Bu kitabın Bakı Kitab Klubu tərəfindən müstəqil Azərbaycanda rəsmən ən çox satılan kitab elan edilməsi də əlbəttə, qürurvericidir. Üzümüzə gələn ay “Son məktub” və “Əzilmiş fotoşəkillər”in hər biri böyük oxucu tələbatı nəzərə alınaraq 4-cü dəfə təkrar nəşr olunacaq. İlin sonunadək daha 3 kitabım təkrar çap olunacaq. - Amma sizin əsərlərinizə qarşı tənqidlər də çox olur. Razılaşırsınız, yoxsa haqsız tənqidlərdir? - Hansısa ustad yazıçı, bilikli ədəbiyyatşünas, peşəkar tənqidçi əsərlərimdə nəyəsə obyektiv irad bildirərsə, bu iradı sevə-sevə qəbul edərəm, səhvlərimi düzəltməyə çalışaram. Ədəbi tənqid prosesi həqiqətən də ədəbiyyatı irəli aparan, yazıçını püxtələşdirən bir lokomotivdir. Amma bir də var, adı hər hansı dəftərdə belə olmayan və özünü “yazar” adlandıran biri səni “əsla yaza bilmir” kimi ibarələrlə “təltif” etsin, yaxud heç ədəbiyyata dəxli olmayan birisi sosial şəbəkədə sənin “səhvlərini” göstərsin, bax burada razılaşmamaq təbii hissdir. Və sizin sualınız da yəqin ki, belələrinin sosial media hesablarındakı statuslarını nəzərdə tutur. Diletantın, qeyri-peşəkarın “bu zəifdir” deyə hökm verməsi qərəz göstəricisidir, hətta deyərdim, tərbiyəsizlikdir. Çünki etik normalara görə, onun hüququ maksimum “mən bəyənmirəm”ə çata bilər. - Deyirlər ki, bulvar ədəbiyyatı yazırsınız, serialdır - yalnız romantika, yarımçıq qalmış sevgilər… - Gəlin bu suala ironiya ilə yanaşaq. Ən son yazdığım 3 romana diqqət edək. “Qızıl cib saatı” - 100 illik dövr ərzində İstanbuldan başlayaraq Qarabağa qədər erməni məsələsini özündə əks etdirir, Britaniya arxivlərinə, Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyasının materiallarına istinad edir, xalq yazıçımız Kamal Abdullanın ön sözü ilə çıxıb. “Azərbaycan” jurnalında bir fəsli dərc edildikdən sonra hələ azərbaycanca kitab çıxmamış onun həm bədii, həm siyasi yükünü hiss edərək türklər Türkiyədə TEDEV Yayınlarında Türkiyə türkcəsində çap ediblər. Budur bulvar ədəbiyyatı? Ondan əvvəlki “Amin” romanım 30 illik Qarabağ müharibəsi dövründə Rusiyada nəşriyyat hesabına çıxan Qarabağ müharibəsi mövzusunda ilk və yeganə Azərbaycan yazıçısının romanıdır. ABŞ-ın “East View” kompaniyası bu romanı planet üzrə yaymaq üçün yayım hüququ əldə edib. Ondan əvvəl çıxan, qürur hissi ilə deyim ki, müstəqil Azərbaycanda ilk və yeganə dövlət sifarişi ilə yazılan bədii ədəbiyyat nümunəsi olan, Heydər Əliyev Fondunun “Xocalıya Ədalət” kampaniyası çərçivəsində təbliğ olunan, Xocalı faciəsini ən təsirli boyalarla əks etdirən “Qırmızı ləçəklər” romanımdı bəlkə bulvar ədəbiyyatı? - Onda bu kitablarınızı oxumurlar, sadaladıqlarınızı görmürlər? - Mən doxsanıncı illərdə xalq yazıçısı İsmayıl Şıxlının “uğurlu yol”u ilə ədəbiyyata bir neçə hekayə ilə gəlsəm də, özümün ən güclü zərbələrimi yaşadığım zamanın ən zəif vaxtına saxlayaraq ədəbiyyatın kandarından içəri keçmədim, Qarabağ müharibəsi, müstəqillik quruculuğu, bir iqtisadi-siyasi formasiyadan digər formasiyaya keçid, kitab mağazalarının kütləvi qəssab və baqqal dükanlarına çevrilməsi, əlifbanın dəyişdirilməsi, bir sözlə, insanların kitablardan uzaq düşməsi reallığında mən jurnalistikaya üz tutdum, yazdıqlarımı isə yığıb saxladım, zamanla təkmilləşdirdim. Yalnız 2008-ci ildə ilk romanımla ədəbi debüt etdim. Hədəflərim tək yazıçı kimi məşhurlaşmaq deyildi, daha böyük idi: ölkədə mütaliə səviyyəsini yüksəltmək, oxucu sayını artırmaq, ədəbiyyatın kütləviliyinə dəstək olmaq. Odur ki, bu debütüm əslində bir sosial layihə idi, “kitab oxumağın zamanı yetişdi” devizi ilə icra olunurdu. Saydığım parametrlərə uyğun gələn roman təbii ki, statistik oxucunu özünə çəkə biləcək eşq romanı nümunəsi ola bilərdi, beləcə o dövr üçün (elə bu dövr üçün də) rekord tirajla - 10 min tirajla “Sonuncu ölən ümidlərdir” romanım işıq üzü gördü. Və inanılmaz bir kampaniya başladıq: kitabın 2 min nüsxəsini görüşlər, təqdimatlar keçirərək gənclərə hədiyyə etdik, metro stansiyaları, qəzet köşkləri, səyyar əl satışı ilə digər 8 min kitabın satışını təşkil etdik. İdarə və müəssisələrdə, ictimai nəqliyyatda, parklarda - hara gedirdinsə, əllərdə kitab görürdün. Mənə qarşı “ciddi ədəbiyyat yazmır” deyənlərin antimən kampaniyası da məhz bu debütümlə bağlı başlamışdı və 2008 - 2010-cu illərə təsadüf edirdi. - İndi də bu iradlar davam edir… - Sonrakı illərdə - artıq böyük oxucu auditoriyası qazandıqdan sonra mövzu spektrim tam dəyişdi. Ədəbiyyatda qızıl qayda var: öncə sən oxucuların ardınca get, onları əldə etdikdən sonra öz arxanca apar. - Tez- tez xarici ölkələrin ədəbiyyat mükafatlarına layiq görüldüyünüz barədə paylaşımlar edirsiniz. Bəziləri deyir ki, onların çoxu yalandır, yaxud da əhəmiyyətsiz, pul ilə alınan mükafatlardır. Bu söhbətin həqiqət tərəfi varmı? - Necə ola bilər ki, eyni şey həm əhəmiyyətsizdir, həm də pulla alınıb? Əhəmiyyətsiz şeyə pul verilərmi? Ümumiyyətlə, opponentlər “pulla alınan” hansısa bir mükafatın adını çəkə bilərlərmi? Ölkəmizdə ədəbiyyat sahəsində Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatı, Mir Cəlal Paşayevin “Ədibin evi” məkanının Hekayə müsabiqəsi, “Əli və Nino”nun “Milli kitab müsabiqəsi”, xalq yazıçımız Kamal Abdullanın Yaradıcılıq Fondunun “İlin kitabı” müsabiqəsi keçirilib, hansı birində kiminsə pulla mükafat aldığını eşidən olub? Sadəcə, cəfəngiyyatdır. Beynəlxalq müstəvidə isə ümumiyyətlə pulla mükafat almaq deyilən bir anlayış yoxdur. Bütün nüfuzlu mükafatlar istedadlıları stimullaşdırmaq, onlardan nəsə almaq yox, onlara nəsə vermək üçündür. İndi də “yalan” tərəfinə gələk. Bu lap əyləndiricidir. Yalandan necə demək olar ki, tutalım, mən Amerikanın Milli Kitab Mükafatını qazanmışam? Bəs deməzlər, göstər? Bunlar ölkənin bir-iki saytında mənim əleyhimə yazmaqdan usanmır, hətta televiziyanın canlı efirindən belə utanmadan oxuculara səslənirdilər ki, onu oxumayın, bizi oxuyun. Sadəcə, rəzalətdir. - Sizin yaradıcılığınızdan tənqidlər edəndə, adətən, adınız “Elxan Elatlı, Çingiz Abdullayev, Rövşən Abdullaoğlu” ilə yanaşı çəkilir, deyirlər ki, bunlar kimi yazmağa nə var! Bu müəlliflərlə yaradıcı yaxınlığınız varmı? - Siz üç yazıçının və mənim adımı qoşa çəkdiniz, bizləri yalnız bir şey birləşdirir: biz Azərbaycanda ən çox kitabları satılan və təbii ki, ən çox oxucuları olan müəlliflərik. Amma yaradıcı yaxınlığın olmamasını hətta kiçik yaşlı oxucu belə duya bilər. Çünki Çingiz Abdullayev və Elxan Elatlı detektiv, Rövşən Abdullaoğlu psixoloji-didaktik əsərlər, mənsə dram, triller yazıram. “Bunlar kimi yazmağa nə var” isə, inanın ki, pişik və ət məsələsidir. Əgər ədəbiyyatın gətirdiyi bütün dividendləri - bol oxucunu, ümumxalq sevgisini, maddi gəliri, yerli və beynəlxalq nüfuzu, mükafatları, dövlət və ictimaiyyət dəstəyini bu ədiblər, bunların yazdıqları ədəbiyyat qazanırsa və səninsə adın heç bir “dəftərdə” yoxdursa, amma onlar kimi yazmağın da asan olduğumu zənn edirsənsə, bəs onda niyə yazmırsan? Və ümumən, sənin kriteriyaların nədir, sən nədən və niyə yazırsan axı? Bizdə bəzi yazıçıların zərərli fikirləri var, böyük oxucu ordusu olan yerli yazarları tənqid edərkən, deyirlər, yaxşı əsərin oxucusu çox ola bilməz. Əcəba, bəs onda günü bu gün Markesin, Dostoyevskinin və digər böyük yazıçıların niyə milyonlarla tirajı var? - Necə düşünürsünüz, ciddi ədəbiyyat nədir, özünüz özünüzü bu ədəbiyyatda hesab edirsinizmi? - Ciddi və qeyri-ciddi ədəbiyyat bölgüsü tam nisbi, sərhədləri dəqiq olmayan, şərti bir bölgüdür. Adətən, ciddi ədəbiyyat anlayışı özündə düşündürə bilən ədəbiyyat mənasını ehtiva edir. Yəni ciddi ədəbiyyat düşündürür, qeyri-ciddi ədəbiyyat əyləndirir. Mən elə bu yerdə ədəbiyyatda hökm sürən bax bu tezisə istinad edərək nəsr janrlarının ciddi və ya qeyri-ciddi ədəbiyyat kvalifikasiyasına bölünməsi prinsipinə qarşı öz antitezisimi irəli sürürəm. Məncə, yazıçı istənilən janrda ciddi ədəbiyyat yarada bilər. Eşq romanı yəni düşündürə bilməz ki!.. - Siz Nobel ala bilərsiniz? - Mən maksimalistəm, qarşıma ən böyük məqsədlər qoyan və bunlara doğru durmadan irəliləyən şəxsəm. Yazıçıyamsa, yazıçılıqda ən ali fərqlənmə dərəcəsi Ədəbiyyat üzrə Nobel mükafatıdırsa, niyə də bu mükafatı qazanmaq istəməyim? Amma sirr deyil ki, Nobel mükafatı bədii yaradıcılıqdan başqa, daha çox digər kriteriyalara - sərgilənən siyasi və ictimai mövqeyə, təmsil etdiyin xalqın və dövlətin dünyanın aparıcı fikir və hərəkət tendensiyaları müstəvisində hazırkı yerinə görə verilir və sırf subyektiv seçimə əsaslanır. Ona görə də bu suala birmənalı cavab vermək mümkün deyil. Bu gün mənim qatarım təyinat nöqtəsindən uzaqdırsa, sabah yaxınlaşması labüd ola bilər. - Oxucularınız daha çox qadınlardır. Səbəbi nədə görürsünüz? Əsərlərinizin nakam sevgilərdən olduğuna görə ola bilər? - Ümumən ölkəmizdə kitab oxucusu sırasında qadın kişidən daha çoxdur, bunu həm yazıçılarla keçirilən görüşlər, həm kitab sərgiləri, həm kitab mağazalarındakı alıcı kontingenti sübut edir. Bu ümumiliyə söykənsəniz, irəli sürdüyünüz fikirə haqq qazandırmaq olar. Amma əsərlərin nakam sevgidən, yəni daha çox qadınlar üçün maraqlı olan mövzulardan bəhs etməsi burda əsas ola bilməz. Mənim müharibə mövzulu romanlarım, intellektual proza nümunələrim hara getsin onda? |
2024-02-28 | 836,582 | Türkiyə milli müdafiə naziri Bosniyada | Türkiyə milli müdafiə naziri Yaşar Gülər Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya səfər edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, daha öncə Yaşar Gülər Böyük Britaniyada səfərdə olub. |
2024-02-28 | 836,583 | Ukrayna qoşunları Bryanskı atəşə tutdu: yaralılar var | Ukrayna qoşunları Rusiyanın Bryansk vilayətinin Suzemka kəndində dəmiryol vağzalının binasını atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb. Bildirilib ki, zərbə nəticəsində dəmir yollarının platforması zədələnib, 5 nəfər isə yaralanıb. |
2024-02-28 | 836,584 | Nə Rusiya qalib gələcək, nə Ukrayna - Orban | Ukraynada münaqişənin qalibi məsələsi həllolunmazdır. Axar.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban Vişeqrad qrupu ölkələrinin baş nazirlərinin görüşündən sonra deyib. “Macarlar görür ki, Rusiya Ukraynaya qalib gələ bilməyəcək. Lakin həm də Qərbin dəstəklədiyi Ukrayna da Rusiyaya qalib gələ bilməyəcək. Belə situasiyada insanların həyatını xilas etmək və tez bir zamanda sülh danışıqları aparmaq labüddür”, - deyə Orban bildirib. |
2024-02-28 | 836,585 | Rusiya vətəndaşları bu ölkəyə gedə bilmir | Latviya hökuməti Rusiya vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri gələn ilin martın 4-dək uzadıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, ruslar turizm və istirahət məqsədilə respublika ərazisinə daxil ola bilməyəcəklər. Qeyd edək ki, 2022-ci il 19 sentyabr tarixində Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) və Polşa rusların turizm, mədəniyyət, idman və biznes məqsədləri üçün Şengen zonasına girişini bağlayıblar. |
2024-02-28 | 836,586 | Ağdamda Enian şəhəri rusları qorxutdu, qadağan etdilər… | Ağdamın qədim ərazi olmasını sübut edən faktlardan biri Əfətli kəndində yerləşən Çalağan təpəsində 7 min il yaşı olan buğdanın tapılmasıdır. İkinci fakt bu ərazidə arxeoloji axtarışlar zamanı sovet dövründə kəşf edilən, bütün infrastrukturu ilə təmin edilən Eniana şəhərinin olmasıdır. Orta əsr mənbələrində Yunan Íōnes şəhəri kimi də qeyd edilir. Məşhur yunan-Roma coğrafiyaçısı Strabon əsərlərində qeyd edir ki, Xəzər dənizi yaxınlığındakı dağın ətəyində vitilərin ərazisində enianlar möhkəmlənmiş şəhər salaraq, onu Enian adlandırdılar. Burada onlar yunan silahlarını, mis qabları və qəbirləri nümayiş etdirirdilər. Bu fakt Enianın həqiqətən də yunanlar tərəfindən salındığını sübut edir. Bəlkə də onlar şəhərin əsasını qoyan yunanların və yerli sakinlərin əcdadlarıdır. Amma enianlar qonşu xalqların yaddaşına elə yerli əhaliyə verilmiş yunan adı ilə həkk olundu. Vitilər erkən orta əsrlərdəki utilər və müasir udinlər idi. O zaman onlar Qarabağ düzənliyində məskunlaşmışdılar. Buradan belə nəticə çıxır ki, Enian özü də Ağdam rayonu ərazisinə daxil olub. Sonra bu ad Aluen və ən sonda Yunanla əvəzlənib. Gövürqalanın eradan əvvəl III əsrdən deyil, eramızın III əsrindən mövcud olması faktı isə onun lazımı səviyyədə öyrənilməməsi ilə bağlıdır. Bu fakt başqa cür də izah oluna bilər. Orta əsrlərdə şəhərlərin işğalı zamanı yerli sakinləri qarət edir və öldürürdülər. Buna görə həmin vaxt şəhər camaatı qaçıb ətrafdakı meşə və çöllərdə gizlənirdilər. Qoşunlar çıxıb gedəndən sonra isə yerli sakinlər heç də geri qayıtmır, gizləndikləri yerdə şəhər salıb yaşamağa başlayırdılar. Bundan əlavə, hökmdarlar da bu və digər səbəbdən şəhər sakinlərini başqa yerlərə köçürürdülər. Bu cür hadisələrlə tarixdə dönə-dönə qarşılaşmışıq. Məsələn, hazırkı Gəncə Nizaminin yaşadığı Gəncədən 5 km, Şəmkir isə orta əsrlərin Şəmkirindən 15-20 km aralıda yerləşir. Beləliklə, deyə bilərik ki, Ağdam bir yaşayış məskəni kimi Makedoniyalı İsgəndərin yürüşlərinin təsadüf etdiyi e.ə. IV-III əsrlərdə də olub. Sonradan burada yerli əhali məskunlaşsa da, qonşu xalqlar üçün “yunanların şəhəri” kimi qalıb. Enian şəhərinin adı da buradan götürülüb. E.ə. III əsrədək şəhər Kiçik Qafqazın qapısı rolunu oynayıb. Onların zənnincə, IX və X əsrlərdə Beyləqandan Yunan şəhərinədək olan məsafə 7 fərsəng və ya bir günlük yol olub. Yunandan Bərdəyə qədər olan məsafə də elə bu qədər olub. 1 fərsəng isə təqribən 7 km-ə bərabərdir. Buradan belə nəticə çıxır ki, Yunanla Bərdə və Beyləqan bir-birindən 50 km (7 km x 7 fərsəng) aralıda yerləşib. Bərdə ilə Beyləqan arasındakı məsafə 100 km, Bərdə ilə Örənqalanı birləşdirən quru yolun uzunluğu isə 60 km təşkil edib. Amma ticarət yolları üzərində yerləşən şəhərlər arasındakı məsafə daha dəqiq hesablanırdı. Bunu Azərbaycanın şəhərləri ilə Yaxın və Orta Şərq arasındakı məsafələr barədə qeydlər də sübut edir. Odur ki, 14 fərsəngi (100 km) 8,5 fərsəng (60 km) kimi qəbul edib, 40% səhv etmək mümkün deyildi. Bundan əlavə, iki şəhər arasındakı məsafə indinin özündə də onları birləşdirən yolun uzunluğu ilə ölçülür. Bunu nəzərə alan tədqiqatçılar Bərdə və Beyləqandan 50 km (7 fərsəng) aralıda axtarışlara başlayırlar. Onlar düşünürlər ki, şəhər Bərdə və Beyləqandan şərqdə yerləşə bilməzdi. Deməli, söhbət qərb ərazilərdən, Kür çayının o tayından gedirdi. Kürlə isə ticarət yolu yalnız Bərdədən sonra kəsişir. Bu müddəaları nəzərə alaraq, arxeoloqlar Yunan şəhərinin məhz Ağdam ərazisində yerləşməsi qərarına gəlirlər. Maraqlıdır ki, Ağdamda orta əsr şəhər yerinə bənzər ərazi mövcuddur. Bu, Ağdamdan 18 km şimal-qərbdə Boyəhmədli kəndindəki Gövürqaladır. Eyni zamanda buranı ərəb səyyah və tədqiqatçılar Yunan şəhəri də adlandırıb. Kufi (IX əsrin sonu - X əsrin əvvəlləri), İstəxri (X əsrin birinci yarısı), İbn Haukal (X əsrin ikinci yarısı), Müqəddəsi (X əsrin ikinci yarısı) və Yakutun (əvvəlləri) XIII əsr) əsərlərində buna rast gəlmək olar. Arxeoloji qazıntılar zamanı buradan muncuq, toxuculuq alətləri, daşdan tikilən evlər, bütpərəstliyə və xristianlara məxsus məbədlər, qəbiristan və s. aşkar edilmişdir. Tapıntılar içərisində Suriyada hazırlanmış şüşədən olan ətir qabı, Bizans imperatoru I Anastasinin (491-581) pulu və digər əşyalar da vardır. Əgər Gövürqalada aşkar olunmuş bu qalıqlar erkən orta əsrlər dövrü üçün səciyyəvidirsə, ondan bir qədər cənubda “Xırmanlar yeri” deyilən sahədə tədqiq edilmiş əzəmətli məbəd kompleksi son antik dövrə aiddir. Bu məbəd iri çiy kərpiclərdən hörülmüş bir neçə otaqdan və ümumi sahəsi təxminən 210 kv.m olan salondan ibarətdir. Kompleksin divarlarının qalınlığı 2,1 metrdir. Və maraqlı hadisələr bundan sonra başlanır. Tarixçi alim Rəhim Vahidov və arxeoloq alim Rəşid Göyüşov buranı tədqiq edən ilk alimlərdəndir. Onlar burada dünyada nadir hallarda rast gəlinən şəhər modelinin olduğunu qeyd edirlər. Şəhərə bulaq suyu keramika borularla verilirdi. Kanalizasiya sistemi qurulmuşdu, daş yolları vardı. Evlərin tikilişi elə formada idi ki, müasir şəhər standartlarına uyğun gəlirdi. Sovetlər dərhal bu axtarışları dayandırlar. Çünki ortaya çıxacaq fakt Qarabağın ən qədim türk məskəni olarağını sübut edəcəkdi. Burda tapılan əşyalar nəinki Yunan mədəniyyəti ilə bağlı idi, ondan da qat-qat öncələrə aid türklərə məxsus idi. Dərhal burada axtarışlar dayandılır və istiqamət Qalatəpə və Beyləqan ərazisinə yönləndirilir və Enian şəhərinin adının sənədlərdən silinməsinə cəhd edilir. Sovetlərin qorxduğu faktlar onunla bağlı idi ki, Enian şəhərinin axtarışları davam etsə, bu coğrafiyanın barəsində yazdıqları saxta tarixlər ifşa edilə bilərdi. Burada tapılan bəzi əşyalar sovet-rus-erməni tarixçilərinin illərlə “sübut” etməyə çalışdıqları faktları alt-üst edirdi. Moskvadan gələn xüsusi qrup ciddi təyziq göstərərək şəhərlə bağlı müəyyən tapıntıları dərhal özləri ilə aparırlar və bir daha burada axtarış edilməməsi tapşırığını verirlər. İşğal dövründə ermənilər burada “Tiqranakert” axtarışları edirlər və yüzlərlə arxeoloji tapıntını özləri ilə aparırlar. Şəhərin Yunan adı ilə bağlı olması onun əhalisinin yunan olması demək deyil. Burda sarmatlar, alban ittifaqına daxil olan türk tayfaları, utilər, kaspilər də yaşayıblar… |
2024-02-28 | 836,587 | Xocalı soyqırımı ilə bağlı məktub BMT sənədi kimi yayıldı | Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin 16 fevral 2024-cü il tarixli Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı qurumun Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Axar.az xəbər verir ki, sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı rayonunun 63-ü azyaşlı, 70-i qoca olmaqla 613 sakinin vəhşicəsinə qətlə yetirildiyi bildirilib. Məktubda xatırladılıb ki, Azərbaycan Ordusu 2020-ci ilin payızında həyata keçirdiyi əks-hücum əməliyyatı, habelə ötən ilin sentyabrın gerçəkləşdirdiyi antiterror tədbirləri nəticəsində ərazilərin otuzillik işğalına son qoyulub. “Azərbaycanın işğaldan azad edilmiş yüzlərlə şəhər, qəsəbə və kəndləri arasında indi tədricən həyatın qayıtdığı Xocalı da var idi. Azad edilmiş ərazilər vəhşiliklərin miqyasını, insan iztirablarını üzə çıxarıb. Bu ərazilərdə tapılan kütləvi məzarlıqlar Azərbaycanın mülki əhalisinin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsini təsdiqləyir”, – sənəddə diqqətə çatdırılıb. Bildirilib ki, “Ermənistan Xocalı qətliamını və öz qüvvələri, agentləri və məsul şəxsləri tərəfindən törədilmiş çoxsaylı hərbi cinayətlərin günahkarlarını məsuliyyətə cəlb etməkdən imtina edir”. Qeyd olunub ki, bu xüsusda Ermənistanın hərəkətsizliyi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Yaşar Əliyev nəql edib ki, İrəvanın bu fəaliyyətsizliyi cəzasızlığı möhkəmləndirir və bölgədə çoxdan gözlənilən sülhə təhlükə yaradır. Sənəddə qeyd olunub ki, bu xüsusda BMT-nin və bütövlükdə beynəlxalq ictimaiyyətin vəhşilikləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasında israrlı olması vacibdir. “Azərbaycan cəzasızlığa son qoymaq və regionda sülh və sabitliyin möhkəmləndirilməsi və qorunması istiqamətində səylərini davam etdirmək əzmindədir”, – məktubda vurğulanıb. |
2024-02-28 | 836,588 | Makronun "ordu göndərək" təklifinə ABŞ "hə" demişdi | Fransanın Ukraynaya Qərb ölkələrinin hərbçilərini göndərmək təklifi avropalı müttəfiqləri ilə bir neçə həftə müzakirə edilib. Axar.az xəbər verir ki, bu barədə AFP avropalı hərbi mənbəyə istinadən məlumat yayıb. “Və ABŞ bu ideyanı dəstəkləyib”, - deyə mənbə bildirib. Hərbçilərin hansı missiya adı ilə göndərilməsinin müzakirə olunduğu açıqlanmayıb. Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron Avropanın Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib. |
2024-02-28 | 836,589 | Arıqlamaq istəyənlərin diqqətinə! | Gündəlik qida rasionunuza sağlamlığa yararlı məhsullardan hazırlanmış az miqdarda şirniyyat əlavə etmək mövsümi keçid dövrlərini kökəlmədən keçirməyinizə kömək edə bilər. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həddən artıq iştahlısınızsa və ürəyiniz tez-tez şirniyyat istəyirsə, əvvəlcə həkiminizlə məsləhətləşməli və qan analizləri verərək bunun səbəblərini araşdırmalısınız. Əgər qan analizinizdə problem çıxmasa, evdə hazırladığınız şirniyyatlardan az miqdarda yeyə bilərsiniz. Uzman dietoloq Didəm Yıldız Küçük səhər yeməyində çörəyin üzərinə çəkərək və ya qəlyanaltıda biskvitlərlə yeyə biləcəyiniz arıqladan şokolad reseptini bölüşüb. O, evdə hazırlanmış bu cür qidaların iştahı nəzarət altında saxlamağı asanlaşdırdığını deyib. Tərkibi: - 250 qram qovrulmuş fındıq; - 2 xörək qaşığı kokos yağı; - 3 xörək qaşığı bal; - 1 çay qaşığı keçibuynuzu tozu; - 2 xörək qaşığı kakao. Hazırlanması: Qovrulmuş fındıq 180 dərəcədə qızdırılmış sobada 5-10 dəqiqə saxlanmalıdır ki, tərkibindəki yağ daha asan üzə çıxsın. Daha sonra fındıqları doğrayıcıdan keçirib əzmə halına gətirin. Fındıq yumşaq hala gələndən sonra digər inqrediyentləri əlavə edib qarışdırın. Qarışığı soyuducuda şüşə qabda saxlamaqla bir həftədən çox mühafizə etmək olar. İstifadə qaydası: Dietoloq hazırlanan şokoladdan gündə cəmi 2 çay qaşığı yeməyin kifayət etdiyini vurğulayıb. Şokoladı səhər və ya günorta saatlarında yemək daha məqsədəuyğundur. Xroniki xəstəlikləri olanlar həkimlə məsləhətləşmədən bu şokoladı istehlak etməməlidirlər. |
2024-02-28 | 836,590 | Alen Delonun evindən cəbbəxana çıxdı: 72 silah, 3 min patron | Fransa prokurorluğu 88 yaşlı aktyor Alen Delonun villasından ələ keçirilən silahlarla bağlı araşdırmalara başlayıb. Kult.az xəbər verir ki, bu barədə “Parisien” məlumat yayıb. Bildirilib ki, jandarmlar Alen Delonun Duşidəki villasından 72 odlu silah və 3 mindən çox patron ələ keçirib. Bunlar atıcı, xüsusilə A və B kateqoriyaları və kolleksiya silahlarıdır. Lakin aktyorun odlu silaha sahib olmasına icazə verən icazəsi olmayıb. Aktyorun qanunsuz silah əldə etməsi və saxlaması yoxlanılır. Müstəntiqlər villanın ərazisində atış tiri də aşkar ediblər. Villada axtarış sənətçinin ailəsindəki münaqişə və səhhəti ilə bağlı narahatlıqla bağlı növbəti araşdırmaya başlandıqdan sonra aparılıb. Yanvar ayında Delon məhkəmə nəzarəti altına alınıb və bir sıra hüquqlar, o cümlədən əmlak üzərində sərəncam vermək imkanları məhdudlaşdırılıb. |
2024-02-28 | 836,591 | Ermənistana hücum olsa, reaksiya verəcəyik, sanksiya isə... | Ermənistanın ərazi bütövlüyü və suverenliyi pozulacağı təqdirdə Avropa Birliyi buna reaksiya verəcək. Axar.az xəbər verir ki, bu sözləri AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Piter Stano erməni mediasına deyib. Onun sözlərinə görə, AB Ermənistana hücumun olmayacağına, danışıqlar zamanı bütün təhdidlərin aradan qaldırılacağına inanır. “AB-nin qırmızı xətti və Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün məcburi şərt nədir” sualına Stano belə cavab verib: “Biz hər şeyi həll edən yeganə sehrli çubuq kimi yalnız sanksiyalara diqqət yetirə bilmərik. AB sanksiyalarının tarixinə nəzər salsaq, görərik ki, biz adətən son çarə olaraq onlara müraciət edirik. Sanksiyalar 27 üzv dövlətin əlində bir alətdir və onlar əvvəlcə bir araya gəlib yekdil qərar qəbul etməlidirlər. Sanksiyalar özlüyündə bütün problemlərin həlli deyil. Bu, AB-nin problemlərin həlli, təhdid və çağırışların aradan qaldırılması üçün istifadə etməyə üstünlük verdiyi digər alətlərlə birlikdə dəstəkləyici tədbirdir. Sanksiyalar həmişə bizim istifadə etdiyimiz digər vasitələrlə birlikdə istifadə olunur. Biz adətən bütün digər vasitələr istənilən nəticələrə gətirib çıxarmayanda sanksiyalar tətbiq etməyə başlayırıq”. Stano qeyd edib ki, AB yeni tərəfdaşlıq çərçivəsində Ermənistana onun təhlükəsizliyini təhdid edən şəraitdə daha güclü və istənilən problemə qarşı daha davamlı olmağa kömək edəcək. Eyni zamanda, AB Azərbaycanla işləməyə davam edəcək, güc təhdidi və beynəlxalq hüququn pozulması kimi birtərəfli hərəkətlərin irəliyə doğru yol olmadığı və nəticələrinin olacağı mesajını çox güclü şəkildə çatdırmağa çalışacaq: “Biz Azərbaycanla münasibətlərin elə mərhələsindəyik ki, təhdidlərdənsə, iştirakçı olmağa üstünlük veririk. Amma vəziyyət mənfi istiqamətdə inkişaf etməkdə davam edərsə, üzv dövlətlər Azərbaycana təzyiq göstərəcəklər”. |
2024-02-28 | 836,592 | Növbəti köç Laçın və Zabuxa çatdı | 09:14 Böyük Qayıdış üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıb. Axar.az xəbər verir ki, Laçın rayonu bu dəfə 24 ailəyə qucaq açıb, daha 89 laçınlının yurd həsrəti bitib. Onlardan 20 ailə olmaqla, 78 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçüb. Uzun illər sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla, 808 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. |
2024-02-28 | 836,595 | Zelenski Albaniyada səfərdədir | Ukrayna Prezidenti Vladimir Zelenski Albaniyanın paytaxtı Tiranada səfərdədir. Axar.az xəbər verir ki, bu barədə Balkan ölkəsinin xarici işlər naziri İqli Hasani sosial şəbəkədə bildirib. “Prezident Zelenskini Tiranada salamlamaq böyük şərəfdir. Rusiya təcavüzünə qarşı qəhrəmancasına mübarizədə Ukrayna ilə ikitərəfli əlaqələri və həmrəyliyi gücləndirmək üçün vacib andır”, - diplomat dövlət başçısı ilə şəklini paylaşaraq qeyd edib. Xatırladaq ki, ötən gün Zelenski Səudiyyə Ərəbistanında səfərdə idi. |
2024-02-28 | 836,597 | Zaqatala polisindən əməliyyat: saxlanılan var | Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Gəncə şəhər sakini Mövsüm İsgəndərov keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb. Onun üstündə daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı M.İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncə şəhərinə apararaq orada satmaq istəməsi müəyyən edilib. M.İsgəndərov əvvəlcədən fotoşəkillər vasitəsilə ona göndərilən Zaqatala rayonundakı ünvandan narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
2024-02-28 | 836,599 | Kəlbəcərdə qızıl yataqlarını istismar edən şirkətə sanksiya... | Ermənistanda aktivlərə malik olan Rusiya şirkəti - Geopromining MMC ABŞ-ın sanksiyalarına məruz qalıb. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Vaşinqtonun təqdim etdiyi yeni antirusiya sanksiyalar paketində bu şirkətin də yer aldığı bildirilir. Məlumata görə, sözügedən şirkətin Ermənistandakı aktivlərinə Zəngəzur Mis Molibden Kombinatı, Zodda yerləşən qızıl mədəninin istismarı da daxildir. Qeyd edək ki, “Geopromining” şirkətinin işğal dövründə Kəlbəcərdəki qızıl yataqlarını qanunsuz şəkildə istismar etdiyinə dair məlumatlar var. Hətta Vətən müharibəsi ərəfəsində şirkətin Kəlbəcərin azad olunması və qızıl yataqlarına nəzarəti itirməkdən qorxduğu üçün əraziyə çox sayda silah və muzdlu topladığı da iddia edilir. |
2024-02-28 | 836,603 | Avtobus körpüdən aşdı: 31 ölü | Malidə avtobus körpüdən aşıb. Axar.az xəbər verir ki, bu barədə Malinin Nəqliyyat və İnfrastruktur Nazirliyi Feysbukda bildirib. Qəza nəticəsində 31 nəfər ölüb, 10 nəfərin isə yaralanıb. Bildirilib ki, ağır yol-nəqliyyat hadisəsi sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. |
2024-02-28 | 836,607 | Navalnını Ukrayna öldürə bilər - Karlson | Aleksey Navalnının ölümünün arxasında Ukrayna ola bilər. Axar.az xəbər verir ki, belə bir iddia ilə amerikalı jurnalist Taker Karlson çıxış edib. “Onlar Duginin qızını öldürüblər. Bəli, bu mümkündür”, - Karlson bildirib. |
2024-02-28 | 836,611 | Husilərin 5 PUA-sı məhv edildi | Husilərin nəzarətindəki bölgələrdən atılan beş PUA Qırmızı dəniz üzərində məhv edilib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. “Fevralın 27-də ABŞ təyyarəsi və koalisiyaya məxsus döyüş gəmisi Qırmızı dənizdə husilərə məxsus 5 PUA-nı vurub”, - məlumatda deyilib. |
2024-02-28 | 836,612 | Şadlıq saraylarında kimlik tələb ediləcək - Video | Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb. Axar.az xəbər verir ki, bununla bağlı Xəzər TV süjet hazırlayıb. Həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb. Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına, toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrini təqdim etmələri ilə bağlı göstəriş verilib. Maraqlıdır, toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı? Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, toy məkanının sahibi əgər bəylə gəlindən şəxsiyyət vəsiqəsi tələb etməyibsə, şadlıq evlərini heç bir məsuliyyət gözləmir. |
2024-02-28 | 836,614 | Kəlbəcərdə yeni məktəb binası tikilir - Video | Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir. Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir. Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. |
2024-02-28 | 836,616 | Yasamaldakı ASAN Xidmət bağlanır | Bakının Yasamal rayonunda yerləşən 3 saylı ASAN Xidmət mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 1-dən bir ay müddətinə bağlanacaq. Bu barədə Axar.az-a ASAN Xidmət mərkəzindən məlumat verilib. Bildirilib ki, hazır sənədlərini 3 saylı ASAN Xidmət mərkəzindən əldə etməli olan vətəndaşlardan martın 1-dən etibarən 7 saylı Bakı ASAN Xidmət mərkəzinə müraciət etmələri xahiş olunur. |
2024-02-28 | 836,618 | Aparıcının bu gün ərə getdiyi 4 uşaqlı icra başçısı... | Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə həyatı quracaq. Kult.az xəbər verir ki, Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi olub. 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. 11 mart 2021 tarixinədək bu vəzifəni icra edib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Seymur Orucov bundan öncə sabiq deputat, 2004-2014-cü illərdə İqtisad Universitetinin rektoru olmuş Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Bu izdivacdan cütlüyün dörd övladı (iki oğlan, iki qız) dünyaya gəlib. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar. |
2024-02-28 | 836,620 | 735-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 735-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 412 610 hərbçi, 6 570 ədəd tank, 12 508 ədəd zirehli döyüş maşını, 1029 ədəd artilleriya sistemi, 1000 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 688 hava hücumundan müdafiə sistemi, 342 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 112 ədəd avtomobil texnikası, 7 753 ədəd PUA, 1 912 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 594 xüsusi avadanlıq itirib. |
2024-02-28 | 836,622 | ABB Agile təcrübəsini sahibkarlarla paylaşıb | ABB-nin bir qrup sahibkar müştərisi üçün Bankın Agile ofisinə infotur təşkil edilib. Onlara Agile iş metodu barədə ətraflı məlumat verilib. ABB-də tətbiq edilən Agile təcrübə haqqında söhbət açılıb. Müştərilər Bankın ayrı-ayrı Agile struktur bölmələri ilə tanış olublar. Agile təcrübənin ən mühüm cəhətlərindən biri müştərilərlə müntəzəm kommunikasiyalardır. Müştərilərin layihələrə cəlb edilməsi, onların faydalı rəylərinin alınması məhsul və xidmətlərin daha da mükəmməlliyinə xidmət edir. Bu cür infoturların məqsədi də müştərilərin Agile iş prinsipləri barədə məlumatlılıq səviyyəsinin artırılması, məhsul və xidmətlərin yaradılması prosesində onların fəal iştirakının təmin olunmasıdır. Sahibkar müştərilərə ABB-nin bizneslər üçün yaratdığı yeni imkanlar haqqında da ətraflı məlumatlar təqdim edilib. O cümlədən, məsafədən hesabın açılması, biznes kartları, SİMA elektron imzasından istifadə, xidmət paketləri, POS terminal və e-ticarət həlləri, investisiya imkanları və s. haqqında geniş təqdimatlar olub. Sahibkarları maraqlandıran suallar cavablandırılıb. İnfoturda 20-dən çox şirkətin nümayəndəsi iştirak edib. Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 17 Agile struktur fəaliyyət göstərir. Bu strukturlarda 600-dən çox əməkdaş çalışır. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar. |
2024-02-28 | 836,624 | DİN İsrail səfirliyində... - Səfir təşəkkür etdi | Fevralın 18-də İsrailin Bakıdakı səfirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib. Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib. O bildirib ki, təlim ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığımızı möhkəmləndirməyə və genişləndirməyə yönəlmiş davamlı əməkdaşlığın bir hissəsidir: “Biz səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarına minnətdarıq. Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi. Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən, İsrail səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik”. |
2024-02-28 | 836,629 | Nikolay Rıjkov öldü | Keçmiş SSRİ-nin Nazirlər Sovetinin sədri Nikolay Rıjkov ölüb. Axar.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. SSRİ-nin sonuncu baş naziri 94 yaşında vəfat edib. |
2024-02-28 | 836,634 | Volodin: Makron Napoleonla bağlı tarixi xatırlasın! | AB ölkələrindən Ukraynaya qoşun göndərilməsi ehtimalından danışan Fransa Prezidenti Makron hakimiyyəti əlində saxlamaq istədiyi üçün belə açıqlama verib. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. “Şəxsi hakimiyyətini qorumaq üçün Makron Üçüncü Dünya müharibəsini alovlandırmaqdan daha yaxşı bir şey tapmadı. Onun təşəbbüsləri Fransa vətəndaşları üçün təhlükəli olur”, - o bildirib. Volodin Makrona Napoleonla bağlı tarixin nəticələrini xatırlatmağı tövsiyə edib: “Bir müddət əvvəl Makron müasir Fransanı Napoleon dövrü ilə müqayisə edərək, Bonapartın itkiləri nəzərə almadığını, lakin indi ölkənin insan həyatını hər şeydən üstün tutduğunu bildirmişdi”. Qeyd edək ki, Fransa Prezidenti Makron Avropanın Ukraynaya qoşun yeritməsini istisna etməyib. |
2024-02-28 | 836,635 | İrəvan Zelenskiyə zəmanət verir, Putinə yox! | Ermənistanda üstünlük təşkil edən antirusiya tezisi ölkə üçün böyük təhlükə yaradır. Çünki istəsək də, istəməsək də, Rusiya bugünkü reallıqda mühüm rol oynayır. Axar.az xəbər verir ki, bunu beynəlxalq siyasi məsləhətləşmələr üzrə erməni ekspert Ara Manuçaryan deyib. “Bugünkü böhranlar içərisində ən böyüyü inamsızlıq böhranıdır və bu ciddi problemdir, heç kim heç kimə inanmır. İndi İrəvan Rusiyanı günahlandırır, sabah Fransanı günahlandıra bilər. Bundan sonra nə olacaq, kimi günahlandıracaq? Uğuru daim bir istiqamətdə hərəkət edən siyasi qüvvə əldə edir və Ermənistanın ziqzaq addımları həm daxildə, həm də xaricdə inam və hörməti gücləndirmir. Zelenskinin səfərinə gəlincə, onun İrəvana gələcəyinə əmin deyiləm. Belə getsə, Ermənistan daha böyük təhlükə ilə üz-üzə qalacaq. Ermənistan hakimiyyəti Zelenskinin təhlükəsizliyinə zəmanət verir, Putinin isə yox. Hakimiyyət Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı Putinə zəmanət verməyə hazır olub-olmadığını belə dəqiqləşdirmir. Kreml sözçüsü bununla bağlı bir neçə dəfə İrəvandan aydınlıq tələb edib”, - o bildirib. |
2024-02-28 | 836,642 | Makron özünü ifşa etdi – Zaxarova | Makronun Qərb quru qüvvələrinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatı Fransa üçün biabırçılıqdır. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Kimi və hara göndərəcək? Zelenskinin bunkerini qorumağa? Əlbəttə ki, Fransa üçün belə ayıbdır. O özünü dövlət başçısı, siyasətçi kimi ifşa etdi. Bununla da kifayətlənmədi. Bu, antihitler koalisiyasının sıralarında bugünkü Fransanın BMT Təhlükəsizlik Şurasında yer almasını təmin edən insanlara atəş açmaqdır”, - o bildirib. |
2024-02-28 | 836,646 | Azərbaycanda su ehtiyatları kəskin azaldı | COP29 dünya ölkələrinin yekdil qərarı ilə Bakıda keçiriləcək. Axar.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. Sədr bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına mənfi təsiri getdikcə artmaqdadır: “Azərbaycan su ehtiyatları olduqca məhdud ölkədir. 30 milyard kub metr yerüstü su ehtiyatımız var. Son baş verən iqlim dəyişikliklərindən sonra bu ehtiyatlarımız kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard təşkil edib. Bunun da 4,8 milyard kub metri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub. Yeni su mənbələrinin yaradılması tələb olunur. Tullantı su təchizatlarının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir”. |
2024-02-28 | 836,647 | Başçıya bu gün ərə gedən tanınmış aparıcı - Dosye | Xəbər verdiyimiz kimi, bu gün Ağstafa rayonunun icra başçısı Seymur Orucovun teleaparıcı Alidə Mustafayeva ilə toyu olacaq. Kult.az xəbər verir ki, Alidə Fərhad qızı Mustafayeva (Alidə Fərhadqızı) 30 avqust 1987-ci ildə Bakıda anadan olub. Atası elmlər namizədi, dosent Fərhad Məhəmməd oğlu Mustafayev Qazaxın Aşağı Salahlı kəndində tanınmış Səməd Ağa Mustafayevin nəvəsidir. Anası İradə Baba qızı Kəsəmənli Ağstafanın Qıraq Kəsəmən kəndində tanınmış Səlim bəyin nəvəsidir. 2004-cü ildə Nəsimi rayonu Samir Hacıyev adına 5 saylı orta məktəbi, 2008-ci ildə ADU-nun Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin amerikaşünaslıq ixtisasını bitirib. 7 dekabr 2009-cu il tarixində ATV-də seçimlərdən keçərək, işə götürülüb. 2010-cu ilin sentyabr ayının 17-də 106 FM|106 və 106.3 FM dalğalarında “Son xəbər”i təqdim edib. 2011-ci il 20 iyun tarixindən ATV-də “Son Xəbər”in aparıcısı olub. Müxtəlif vaxtlarda xəbərlərlə yanaşı, “ATV Dünya” proqramlarının aparıcısı olub. 2016-cı il 8 aprel tarixində ATV-dən ayrılıb. 2016-cı il 4 iyul tarixindən ANS-də “Salam, Azərbaycan” və “Xəbərçi” proqramlarını aparıb. 2016-cı il 18 iyul tarixdə ANS fəaliyyətini dayandırdığı üçün buradan ayrılıb. Alidə Mustafayeva 2017-ci il 5 yanvar tarixdən Azərbaycan Televiziyasında işə qəbul edilib, 2017-ci il sentyabrın 8-də isə AzTV-dən işdən çıxıb. 11 sentyabr 2017-ci il tarixdə İctimai Televiziya və Radio Yayımları Şirkətində "Carçı" İnformasiya Proqramının və 90 FM-də "Xəbər vaxtı" proqramının aparıcısı kimi fəaliyyətə başlayıb. 2019-cu ildə "Diqqət Mərkəzi", "Diqqət Mərkəzi Yekun" proqramlarının aparıcısı olub. 21 yanvar 2021-ci ildə İTV-dən ayrılıb, 1 fevral 2021-ci ildən yenidən AzTV-də fəaliyyətə başlayıb. 4 may 2022-ci il tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri təyin edilib. 1 iyun 2022-ci ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Bakı Telefon Rabitəsi” MMC -nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsində çalışır. 5 sentyabr 2022-ci il tarixindən ASAN Radioda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ASAN Radionun birgə layihəsi olan “Rəqəmsal Dialoq” verilişini aparır. Xatırladaq ki, bu, Seymur Orucovun ikinci evliliyidir. |
2024-02-28 | 836,649 | Putin 2 hərbi dairə yaratdı: Savaşa hazırlaşır | Rusiya Prezidenti Vladimir Putin NATO-ya qarşı hərbi təcavüzün hazırlıqlarına başlayıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Putinin 26 fevralda verdiyi iki fərmana əsasən, Qərb Hərb Dairəsi ləğv olunur, əvəzində isə Moskva və Leninqrad Hərbi dairələri yaradılır. “Əvvəllər Qərb Hərbi Dairəsi Rusiyanın Ukrayna, Belarus və Baltikyanı ölkələrlə sərhədini əhatə edirdi. Onun strateji vəzifələrinə müharibə başlayandan sonra Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatlarına nəzarət, habelə NATO ilə mümkün qarşıdurmaya hazırlıq daxil idi. İndi isə Leninqrad Hərbi Dairəsi NATO-nun şimal-şərq sərhədi, Moskva Hərbi Dairəsi isə Ukrayna və Polşanın şimal-şərq hissəsi boyunca yerləşəcək. Bu, Moskvaya eyni vaxtda NATO-ya qarşı mövqe tutmağa və Ukraynada hərbi əməliyyatlara komandanlıq və nəzarəti sadələşdirməyə imkan verəcək”, - hesabatda bildirilib. İnstitutun analitikləri qeyd edir ki, Putin Finlandiyanın 2023-cü ildə NATO-ya qəbulundan sonra Leninqrad Hərbi Dairəsinin yaradılmasının vacibliyindən danışmışdı: “Leninqrad və Moskva Hərbi dairələrinin bərpası qısa və ortamüddətli perspektivdə Rusiyanın Ukraynadakı əməliyyatları üzərində nəzarəti gücləndirmək və uzunmüddətli perspektivdə NATO-ya qarşı genişmiqyaslı konvensional müharibəyə hazırlaşmaq kimi paralel məqsədlərə cavab verir”. |
2024-02-28 | 836,650 | Abşeronda abadlıq-təmizlik işlərinə başlanıldı - Foto | Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi ilə əlaqədar rayon ərazisində iməclik-abadlıq tədbirlərinə başlanılıb. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk olaraq rayon ərazisində şəhid ailələrinin, qazilərin və digər imtiyazlı şəxslərin yaşadığı yeni yaşayış massivində iməclik keçirilib. Axar.az xəbər verir ki, iməclik zamanı massivin ətrafı məişət tullantılarından təmizlənib və texniki vasitələrlə ərazidən uzaqlaşdırılıb. Bundan əlavə ərazidə yerləşən küçə işıqlandırılması sistemi təmir olunub və massivin gecə işıqlandırılmasının davamlılığı təmin edilib. O cümlədən, qəsəbənin məişət tullantılarının daşınmasının yaxşılaşdırılması məqsədilə tullantıların daşınması cari ilin ilk ayından etibarən RİH tərəfindən təhkim edilmiş şirkət vasitəsi ilə həyata keçirilir. Massivdə məişət tullantılarının yığılması üçün yeni ərazilər müəyyən edilərək xüsusi yerlər tikilib və yeni konteynerlərlə təmin olunub. Massiv ərazisində yığılan qrunt və kanalizasiya sularının çəkilməsi istiqamətində də RİH tərəfindən tədbirlər görülüb. Binalarda mövcud olan liftlərdə cari təmir işləri aparılıb və sakinlərin xidmətinə verilib. Bundan əlavə hal-hazırda ərazidə mövcud yaşıllıqların daimi suvarılması məqsədi ilə suvarma sisteminin bərpasına başlanılıb. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında massiv ərazisinə xidmət göstərən marşrut avtobusların sayı artırılıb, növbəti mərhələdə isə marşurut xəttinin kart sisteminə keçirilməsi və avtobuslararası intervalın daha da azadılması, həm də digər istiqamətlərdə marşrut xətlərinin açılması planlaşdırılıb. Bundan əlavə ərazidəki iməclik zamanı mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, yaşıllıq sahələrinin artırılması üçün yerlər müəyyənləşdirilib. Onu da qeyd edək ki, fevral ayının əvvəlində yaşayış massivində yerləşən 3 korpusdan ibarət 280 yerlik uşaq bağçasının fəaliyyəti təmin olunub. Sevindirici haldır ki, uşaq bağçasının işçi kollektivi şəhid və qazi ailələrindən formalaşdırılıb. Qeyd edək ki, abadlıq və təmizlik işləri rayon ərazisində Novruz bayramının son günlərinə qədər hər həftənin şənbə və bazar günləri davam etdiriləcək. |
2024-02-28 | 836,651 | Taksi sürücüsü sükan arxasında öldü, 2 maşını əzdi - Video | Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə bu gün Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 74 ünvanında qeydə alınıb. Belə ki, taksi kimi fəaliyyət göstərən "Renault" markalı avtomobilin sürücüsünün sükan arxasında halı qəfil pisləşib. Nəticədə maşın idarəetmədən çıxaraq yolun kənarında dayanan "Ford" və "Mersedes" markalı avtomobillərə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, "Renault" dayananda artıq sürücü dünyasını dəyişmişdi. |
2024-02-28 | 836,652 | Ermənilər Malıbəyli qəbiristanlığını tamamilə dağıdıb - Video | Erməni separatçıları işğal dövründə Xocalı rayonunun Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdaraq yer üzündən siliblər. Axar.az Report-a istinadən xəbər verir ki, düşmən 30 ildən çox işğal altında saxladığı kəndin dini, mədəni, tarixi abidələri ilə yanaşı məzarlıqları da dağıdaraq viran qoyub. İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər. Qəbirlərin başdaşlarını sındırıblar, oğurlayaraq aparıblar, məzarları isə qazıblar. Bir çox qəbirdaşları isə tanınmaz hala salınıb. Malıbəyli işğaldan azad ediləndən sonra qəbiristanlıqda bərpa işlərinə başlanılıb, bir neçə başdaşı əvvəlki yerinə qaytarılıb. Amma məzarların əksəriyyətinin yerini müəyyənləşdirmək belə mümkün deyil. Qəbiristanlığı ziyarət edən malıbəylilər doğmalarının məzarlarını tapa bilməyiblər. Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları zamanı kənd işğaldan azad edilib. |
2024-02-28 | 836,655 | Təcili eniş edən AZAL təyyarəsi yenidən yola düşdü | 11:30 Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib. Axar.az xəbər verir ki, məlumatı AZAL yayıb. Bildirilib ki, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək. *** AZAL-ın Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb. Bu barədə AZAL məlumat yayıb. |
2024-02-28 | 836,656 | İsrail Hizbullahın hərbi obyektlərini vurdu | İsrail ordusu Livan Hizbullahının hərbi obyektlərinə hava zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post”məlumat yayıb. Məlumata əsasən, İsrail qırıcıları Tayibe, Beyt Lif, Seddiqine və Xirbet Selm bölgələrindəki Hizbullah hərbi birləşmələrini və infrastrukturu hədəf alıb. Həmçinin İsrail döyüş təyyarələri Livanın cənubundakı Ayta əş-Şəab yaşayış məntəqəsi yaxınlığındakı hərbi obyektlərə və silahlı qruplara da zərbələr endirib. Hücumun detalları barədə əlavə məlumat verilməyib. |
2024-02-28 | 836,659 | Qərb xüsusi təyinatlıları Ukraynada döyüşür | Qərbin xüsusi təyinatlı dəstələri Ukraynada döyüşür. Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrinə istinadla məlumat yayıb. “Hər kəs bilir ki, Ukraynada Qərb xüsusi təyinatlıları var. Onlar sadəcə bunu rəsmi şəkildə etiraf etməyib”, - mənbə bildirib. Xüsusi təyinatlıların hansı ölkələrdən olduğu barədə məlumat verilməyib. |
2024-02-28 | 836,662 | Kolbasalar haqda dəhşətli faktlar - Video | Kolbasalar ət məhsulu hesab edilsə də, bu, heç də belə deyil. Çünki əksər kolbasa məhsullarının tərkibində ət çox az miqdarda olur. Maraqlıdır, görəsən, keyfiyyətli kolbasanı necə ayırd etmək olar? Axar.az xəbər verir ki, qida üzrə ekspert Məhsəti Hüseynova məhsulun rənginin keyfiyyətindən xəbər verdiyini bildirib: “Açıq rəngdə, çəhrayıya çalan rəng olmalıdır. Kolbasa ət məhsuludur. Onun hazırlanmasında 70 faiz ət, 30 faiz isə köməkçi maddələrdən istifadə edilməlidir. Həmçinin kolbasanın qabığını üzərindən ayıran zaman quru olmalıdır, üzəri yapışqan və ya sulu olmamalıdır”. Mütəxəssis qeyd edib ki, kolbasanın keyfiyyətli olduğunu göstərən amillərdən biri də məhsulun daha bərk olmasıdır: “Kolbasanı kəsəndə içindəki əlavə inqrediyentlər görünməməlidir və boşluqlar olmamalıdır. Əgər məsamələr varsa, bu o deməkdir ki, kolbasanın hazırlanmasında təkcə ətdən deyil, həm də dəri və qığırdaqlardan istifadə olunub”. Ətraflı Baku TV-nin süjetində: |
2024-02-28 | 836,667 | ABŞ onları qorumaq üçün milyonlar xərcləyir - SEPAH | Bayden administrasiyası ABŞ-ın iki keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və Robert Obreyenin fiziki müdafiəsi üçün bir il ərzində 12 milyon dollardan çox pul xərcləyib. Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın rus dilində yayımlanan Teleqram kanalında bildirilib. Məlumata görə, bu barədə əldə edilən yeni sənədlərdə bəhs olunub: “Sənəddə İranın adı çəkilməsə də, CBS şəbəkəsi iki şəxsin fiziki müdafiəsinin İrandan gələn potensial təhdidlərlə bağlı olduğunu bildirib”, - deyə məlumatda deyilir. Qeyd edək ki, kanal adıçəkilən şəxsləri Qasım Süleymaninin qatilləri adlandırıb. |
2024-02-28 | 836,668 | Bu Qərb ölkələri Kiyevə ordu göndərə bilər - Bild | Bəzi Qərb ölkələri Rusiya ordusu cəbhədə ciddi uğur əldə edəcəyi təqdirdə Ukraynaya öz hərbi qüvvələrini göndərmək imkanını istisna etmir. Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. “Rusiyanın genişmiqyaslı hücumu olacağı təqdirdə bəzi dövlətlər Ukraynaya öz silahlı qüvvələrini göndərmək imkanını nəzərdən keçirəcək. Belə bir ehtimalı nəzərdən keçirən ölkələr Fransa, Böyük Britaniya, Polşa, eləcə də Baltikyanı dövlətlərdir. Lakin bu dövlətlərin heç biri fevralın 26-da Yelisey sarayında keçirilən görüşdə hərbçilərin göndərilməsinin tərəfdarı olduqlarını açıq şəkildə bildirməyib”, - məlumatda deyilir. Mərkəzi Avropa ölkələrindən iki mənbə Qərbin Ukraynaya öz ordusunu göndərə biləcəyinə şübhə ilə yanaşır. Onlar hesab edirlər ki, Rusiya ilə birbaşa hərbi qarşıdurma qorxusu həddən artıq böyükdür və bəzi Qərb ölkələrinin hərbi resursları çox məhduddur. Qeyd olunur ki, Fransa doğrudan da Ukraynaya qoşun yeritmək məsələsini nəzərdən keçirmək istəyirdi: “Parisdə planlaşdırılan müzakirələr yalnız fundamental məsələlərə, məsələn, qüvvələrin Ukraynaya göndərilməsinə dair hüquqi tələblərə aid olmalı idi. Parisdəki görüş iştirakçıları ilk növbədə iki aktual hərbi məsələni müzakirə ediblər: Ukraynaya 155 mm-lik artilleriya sursatının tədarükü və hava hücumundan müdafiəni”. Qeyd edək ki, Fransa lideri Emmanuel Makronun Ukraynaya Avropanın hərbi qüvvələr göndərməsini istisna etməməsi qalmaqal yaradıb. |
2024-02-28 | 836,669 | İsrailin müharibə xərcləri açıqlandı | İsrailin Qəzza zolağında müharibə üçün ümumi xərcləri artıq 65 milyard dollar civarındadır. Axar.az xəbər verir ki, bu barədə Knessetin vitse-spikeri, “Evimiz İsraildir” partiyasından olan deputat Yevgeni Sova “İzvestiya”ya müsahibəsində deyib. “Bu qədər əsgərin hərbi xidmətə çağırılması iqtisadiyyata böyük yük qoydu: bir çox insan işini və biznesini tərk etdi. Artıq müharibənin ümumi dəyəri təqribən 250 milyard şekel və ya təxminən 65 milyard dollardır”, - deyə o bildirib. Onun sözlərinə görə, İsrail hökuməti bu vəsaiti büdcə kəsirini artırmaqla kompensasiya etməyi planlaşdırır. |
2024-02-28 | 836,670 | DYP bu sürücülərə müraciət etdi | Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib. Bu barədə Axar.az-a idarədən məlumat verilib. Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir. Belə ki, cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib, hərəkətdə olan nəqliyyat vasitəsi isə yol kənarındakı maneəyə dəyərək dayanıb. Ötən gün Goran qəsəbəsi ərazisində daha bir analoji yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu dəfə Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus avtomobili idarə edərkən səhhətində yaranan problem səbəbindən həyatını itirib, avtomobil isə yolun kənarında dayanan digər avtomobilə toqquşub. Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir. Baş Dövlət Yol Polisi İdarəsi sadalanan faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir. |
2024-02-28 | 836,671 | Hərbçimiz Ermənistana keçib? - MN | Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, erməni mənbələr Azərbaycanın iki hərbçisinin Ermənistan sərhədinə keçdiyi, birinin saxlanıldığı, digərinin isə axtarıldığı haqda iddia yayıb. |
2024-02-28 | 836,672 | Prezident Mixael Harmsı qəbul etdi - Foto | 12:08 Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Axar.az xəbər verir ki, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxildir. Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri nümayəndə heyətinin adından İlham Əliyevin yenidən prezident seçildiyi vaxtda qəbula görə minnətdarlığını bildirdi. Səfir prezident İlham Əliyevin Münxen səfəri zamanı Almaniya kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını dedi. O, eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə etdi və ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğuladı. Səfir qeyd etdi ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir. O, qeyd etdi ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Səfir vurğuladı ki, Azərbaycan Prezidentinin də inauqurasiya çıxışında dediyi kimi iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır. Xüsusi olaraq vurğuladı ki, Almaniya biznes dairələri və şirkətləri bu gündəliyə böyük töhfələrini verməyə hazırdır. O, qəbula görə bir daha dövlətimizin başçısına minnətdarlığını bildirərək nümayəndə heyətinin səfərinin əməkdaşlığın genişlənməsi baxımından səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi. Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərinin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi. Eyni zamanda, kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. Belə ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. ”Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir” – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı əfsuslar hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?! Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. Və indi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. Ukraynanı götürək: Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər, bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xəttlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki, əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq. Prezident İlham Əliyev bildirdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Dövlətimizin başçısı bir məsələni də əfsuslar hissi ilə qeyd etdi ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm” deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Dövlətimizin başçısı dedi: “Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”. Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa biz yenə də təəssüflənməyəcəyik. Sovet dövründə 70 il ölkəmizin dövlətçilikdən məhrum olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndlərimizi işğal etdilər, oraları dağıtdılar. 30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. Almaniyanın ölkəmizdəki səfiri verilən məlumatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və qeyd etdi ki, həqiqətən ölkəmiz haqqında təəssüratlara malik olmaq üçün buradakı prosesləri öz gözləri ilə görmək vacibdir və elə nümayəndə heyətinin səfərinin məqsədlərindən biri də bundan ibarətdir. Mixael Harms Münxendəki görüşdən az müddət sonra yenidən Azərbaycan Prezidentinin qəbulundan şərəf hissi keçirdiklərini bildirdi və buna görə minnətdarlığını ifadə etdi. Qonaq ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri ilə gəldiklərini vurğulayaraq Azərbaycanda səmərəli görüşlər keçirdiklərini bildirdi. O, müzakirələr zamanı belə bir nəticəyə gəldiklərini qeyd etdi ki, Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. Digər nəticə bundan ibarətdir ki, ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları var. O, vurğuladı ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir və bu da öz növbəsində bütün regionda müsbət inkişafın əsasını qoya bilər. Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla məsələlər ətrafında fikir mübadiləsi aparıldı. |
2024-02-28 | 836,676 | Kamran Əliyev onu Qubadlıya prokuror təyin etdi | 12:20 Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən 5 rayona prokuror təyin olunub. Bu barədə Axar.az-a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib. İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev və Qubadlı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Emil Kərimov həmin vəzifələrə təyin olunub. Qeyd edək ki, Emil Kərimov 2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Əvvəllər Tərtər hərbi prokurorluğunda müstəntiq, Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq, Hərbi Prokurorluqda şöbə prokuroru, Hərbi prokurorun böyük köməkçisi və Hərbi Prokurorluqda şöbə və idarə rəisi vəzifələrində çalışıb. Xatırladaq ki, Emil Kərimov Qubadlıda anadan olub və 14 yaşı olanda erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb. |
2024-02-28 | 836,678 | İranla sərhəddə əməliyyat: 42,5 kq narkotik götürüldü | Fevral ayının 26-da saat 19:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə (41 kq 535 qr marixuana; 1 kq 015 qr metafetamin) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
2024-02-28 | 836,680 | Rusiya Azərbaycan və Ermənistanı birləşdirmək istəyir - Şok | 12:30 Dünən Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə Mülki Müqavilə Partiyasından olan deputatlarla təxminən 2 saat yarım qapalı görüş keçirib. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Məlumata görə, iclas zamanı Münhen Təhlükəsizlik Konfransında keçirilən görüşlər və bununla bağlı məsələlər müzakirə edilib: “Partiya üzvləri ilə görüşün əvvəlində Paşinyan Münhen səfəri ilə bağlı öz dəyərləndirmələrini təqdim edib. Vurğulayıb ki, Qərb platforması vasitəsilə Əliyevlə təmasların bərpası faktını və ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və regionda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı digər işgüzar görüşləri müsbət hesab edir”. Paşinyan Münhendə razılıq əldə olunduğunu, fevralın 28-29-da Berlində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün keçiriləcəyini bildirib. “Sülh müqaviləsinin imzalanması prosesi daha qeyri-müəyyən mərhələyə qədəm qoyub. Deyə bilərik ki, bununla bağlı bizdə sıfır vəziyyət var, çünki Azərbaycan yeni tələblər irəli sürür. Yeri gəlmişkən, əgər dünən əsas prinsiplər üzrə razılaşma olubsa, bu gün artıq mövcud deyil”, - Paşinyan vurğulayıb. Nəşr yazıb ki, Münhen görüşü ilə bağlı təəssüratı və qiymətləndirmələrini açıqlayan Paşinyan deputatların suallarını cavablandırıb və onların müşahidələrini dinləyib: “Onun sözlərinə görə, indi Qərbin Ermənistana münasibəti bir neçə ay əvvələ nisbətən daha aydın və birmənalı olub. Qərb Azərbaycanla Ermənistan arasında “üzüb”, Azərbaycan tərəfinə dəqiq tələblər qoymur. Görünür ki, erməni tərəfi Əliyevin dəhlizlə bağlı tələblərinə boyun əyməməyi bacarıb. Bəlkə də bu səbəbdəndir ki, Əliyev daha dəhliz məsələsini qaldırmır, əvəzində 4 kəndin alınmasını tələb edir. Əliyevin hansı kəndləri tələb etdiyinə gəlincə, Paşinyan Tavuş tərəfə aydınlıq gətirib. Onun sözlərinə görə, həm də Qərbin sayəsində Azərbaycan Türkiyə və Rusiya ilə bu məqsədi güdsə də, hərbi yolla dəhlizi ələ keçirməyə qanuni haqq əldə edə bilməyib. O, həmçinin eyham vurub ki, Rusiya Ermənistanın hesabına Türkiyə və Azərbaycanla ticarətə girməyə və Ermənistanda hakimiyyət dəyişikliyi planlaşdırmaqla dəhlizə çatmağa çalışır. Paşinyan bildirib ki, Rusiya həm Azərbaycanı, həm də Ermənistanı birləşdirəcək birlik dövləti yaratmaq məqsədi daşıyır. Paşinyan o qədər təhlükəli bəyanatlar verib ki, hətta bəzi qərbyönlü, Soros qanadının deputatlarının narahatlığına səbəb olub. Onlar Mariya Karapetyanın uzun-uzadı və kifayət qədər dolğun çıxış etdiyini, bir millət və dövlət olaraq Avropa dəyər sistemlərindən kifayət qədər uzaq olduğumuzu və dövlətimizin siyasətini apararkən bu halın nəzərə alınması lazım olduğunu bildirdilər. Paşinyan isə deputatın müşahidələrinə cavab verməyib”. |
2024-02-28 | 836,686 | İki yük maşını toqquşdu: sürücülər belə xilas edildi - Video | Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən Axar.az-a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Şaqman" və "İsuzu" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücülər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2024-02-28 | 836,687 | Paşinyan: Zelenskinin səfərinə bu şərtlə razı oldum | Ermənistan Baş naziri Nikol Paşinyan Mülki Müqavilə Partiyasının parlamentdə təmsil olunan deputatları ilə keçirdiyi qapalı görüşündə Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfərini də müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Nəşrin məlumatına görə, Paşinyan Zelenskinin səfəri ilə bağlı razılaşmanın Münhendə əldə edildiyini bildirib. “Baş nazir vurğulayıb ki, Qərb Zelenskinin İrəvana səfərini təklif etsə də, bir neçə sutka düşündükdən sonra razılaşıb və cavab verib ki, əgər bu, regional səfər olacaqsa, Zelenskini Ermənistanda qəbul etməyə hazırıq, yəni Azərbaycana da səfər etsin. Paşinyan dürüst idi, Rusiyanın vəziyyətini düşünür və nəzərə alır, Ermənistana səfər ölkəmiz üçün çətin ola bilərdi. Bununla belə, Mülki Müqavilə Partiyasının üzvlərinin bəziləri ehtiyatla etiraz ediblər ki, bəlkə də ümumi maraqlar kontekstində Zelenskinin Azərbaycana səfəri bağışlanacaq, bəs bu, Ermənistana necə təsir edəcək? Paşinyan bildirib ki, özünü dünyadan təcrid etmək məntiqi ilə razıdır, çünki istənilən dövlətlə təmaslar digərinin əleyhinə dərk oluna bilər. Və o, açıq şəkildə bildirdi ki, Ermənistanın Avropa istiqamətində hərəkət etməkdən başqa yolu yoxdur və təbii ki, digər strateji tərəfdaşlar da bunu ağrılı şəkildə qəbul edəcəklər”, - məlumatda qeyd olunub. |
2024-02-28 | 836,689 | Ermənistan əsgərimizin saxlanıldığını açıqladı - Son dəqiqə | Ermənistan Milli Təhlükəsizlik Xidməti Zəngəzur rayonunun Dığ kəndi (Tex) yaxınlığında sərhədi keçən azərbaycanlı hərbçinin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, hadisə çərşənbə günü saat 05:15 radələrində baş verib: “Azərbaycan əsgərində “Kalaşnikov” (xəzinəsi ilə birgə) avtomatı olub”. Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. |
2024-02-28 | 836,690 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında fevralın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. |
2024-02-28 | 836,696 | Tənqid etdim, Paşinyan kepkasını çıxartdı - Foto | Yadınızdadırsa, mən Paşinyanı İcevanın kolxoz bazarında ərik satıcısı kimi geyindiyi üçün tənqid etmişdim. Axar.az xəbər verir ki, bu barədə rusiyalı ekspert İqor Korotçenko yazıb. O bildirib ki, tənqidi işə yarayıb: “Nikol Vovaeviç Yunanıstana kepkasız getdi. Və Anna Akopyan iş kostyumu geyindi - bədnam əbədi cins şalvar əvəzinə”. |
2024-02-28 | 836,698 | Ali Məhkəmədən sabiq deputatın işi ilə bağlı qərar | Ali Məhkəmə sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə qərar qəbul edib. Axar.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrlik etdiyi iclasda sabiq deputatın atasından aldığı əmlaka həbs qoyulan zərərçəkmiş Emin Bağırovun kassasiya şikayətinə baxılıb. Zərərçəkmiş tərəfdən verilən şikayət təmin olunmayıb. Qeyd edək ki, zərərçəkmiş E.Bağırov 2008-ci ildə H.Abdullayevin atasından etibarnamə əsasında daşınmaz əmlak alıb. Məhkəmənin qərarı ilə sabiq deputatın cinayət işi üzrə həmin əmlaka həbs qoyulub. Zərərçəkən tərəf apellyasiya şikayəti verib, lakin təmin olunmadığı üçün Ali Məhkəməyə müraciət edib. Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib. İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb. Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. |
2024-02-28 | 836,701 | İran qüvvələri Yəməndə ABŞ-a qarşı döyüşür | İran silahlı qruplarının və Livan Hizbullahının qüvvələrinin əhəmiyyətli bir hissəsi Yəmən daxilində husilərin hücumlarına dəstək verir. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Landerkinq deyib. O bildirib ki, ictimai arenada dərc olunan etibarlı hesabatlar bunu deməyə əsas verir: “Tehran ABŞ və Böyük Britaniyanın Yəmənə cavab zərbələri endirməsinə səbəb olan Husi hücumlarını silahla dəstəkləyir. Təsəvvür edə bilmirəm ki, Yəmən xalqı iranlıların öz ölkələrində olmasını istəyir”. |
2024-02-28 | 836,703 | PA rəhbəri yeni naziri kollektivə təqdim etdi | Fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib. Axar.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir ədliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyev adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və məqsədyönlü hüquqi islahatlar nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun yeni inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətini tənzimləyən normativ-hüquqi baza formalaşdırıldı, nazirliyin səlahiyyətləri genişləndirildi, cəmiyyətdə rolu artdı. Prezident Administrasiyasının rəhbəri bildirib ki, hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədliyyə sisteminin inkişafı məsələlərini və ümumilikdə hüquq islahatlarını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının təsdiq etdiyi qanunvericilik aktları ilə Ədliyyə Nazirliyinin yeni fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, ədliyyə orqanlarında qulluq keçmənin qaydaları və şərtləri müəyyən olunub, ədliyyə orqanlarının inkişaf etdirilməsi məqsədilə müvafiq addımlar atılıb. Azərbaycan Prezidentinin hüquqi dövlət quruculuğu prosesində ədliyyənin rolunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dövlət başçısının qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı qorunmasına xüsusi önəm verdiyini aydın göstərir. Qarşıdan gələn dövrdə nazirliyin qarşısında duran vəzifələrlə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş nazirə və kollektivə uğurlar arzulayıb. |
2024-02-28 | 836,704 | Bayramovun tonu və ifadəsi göstərir ki... - Surenyants | İstəsək də, istəməsək də, Azərbaycan gündəliyi həyata keçirilir, yəni 2023-cü il dekabrın 7-dən Bakı Ermənistanla birbaşa danışıqlar aparır. Belə görünür ki, İrəvan hakimiyyətinin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz məqsədinə nail olub. Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib. “Ceyhun Bayramovun tonu və ifadəsi açıq şəkildə göstərir ki, görüş Berlində baş tutsa belə, heç bir vasitəçi olmayacaq. Berlin ən uzağı koordinator statusuna malik ola bilər, yəni vasitəçilikdən söhbət gedə bilməz. Bu danışıqlar vasitəçi formatında baş tutmayacaq, belə olan halda danışıqlar masasını hansı ölkənin təqdim etməsi çox önəmli olur. Bunu İrəvan deyil, ilk elan edən Bakıdır, çünki İrəvan elan etsəydi, onların qaçmağa çalışdıqları bir sıra suallara cavab verməli olacaqdı. Eyni məntiqlə Ceyhun Bayramovun müşahidə missiyası ilə bağlı şübhələrinə baxın. Onlar ardıcıl olaraq hər şeyi birlikdə razılaşdırmağa çalışırlar, çünki üçüncü ölkələr əlavə müdaxilə edir. Başqa sözlə, Bakının məntiqi aydındır və qalan mülahizələr də bu məntiqdən irəli gəlir”, - o bildirib. |
2024-02-28 | 836,705 | Ermənistanda saxlanılan əsgərimizin - Fotosu | Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraiti səbəbindən Dığ kəndi istiqamətinə keçən və Ermənistan tərəfindən saxlanılan əsgər Ruslan Pənahov haqqında bəzi təfərrüat məlum olub. Axar.az Unikal-a istinadən xəbər verir ki, hərbçimiz əslən Şəmkir rayonundandır. O, ötən iyul ayında hərbi xidmətə yollanıb. Əsgərimizin fotosunu təqdim edirik: |
2024-02-28 | 836,708 | Bayramovla Mirzoyan arasında görüş başladı - Foto | Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb. Axar.az xəbər verir ki, görüş haqqında informasiyanı Ermənistan mətbuatı paylaşıb. Nazirlər Almaniyanın paytaxtı Berlin şəhərində görüşürlər. |
2024-02-28 | 836,709 | Paşinyan, səfəri ləğv et, yoxsa bədbəxtlik olacaq - Rus ekspert | Nikol Vovaeviç, Zelenskinin İrəvana səfərini ləğv edin. Əks halda bədbəxtlik olacaq! Axar.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko Ukrayna lideri Vladimir Zelenskinin İrəvana mümkün səfəri ilə bağlı Ermənistan Baş naziri Paşinyana çağırışında deyib. O bildirib ki, heç vaxt Paşinyana “pis məsləhət” vermir. Qeyd edək ki, Vladimir Zelenskinin 4 martda Ermənistana səfər edəcəyi haqda məlumat yayılıb. Erməni mediası iddia edib ki, Paşinyan bu barədə partiyasının deputatları ilə qapalı görüşdə danışıb və bildirib ki, Zelenskinin səfəri ilə bağlı təklif Münhen Təhlükəsizlik Konfransında olarkən verilib. Onun sözlərinə görə, bir neçə gün təkliflə bağlı düşünüb və nəhayət, Zelenskinin Bakıya da səfər edəcəyi halda buna razılıq verib. |
2024-02-28 | 836,716 | Laçında azan hərbçimizin atası danışdı | Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Axar.az xəbər verir ki, Bizim.media əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun atası ilə əlaqə yaradıb. Xəbəri yeni eşidən Eldəniz Pənahov oğluna görə narahatlığını ifadə edib: “Xəbəri indi eşitdik. Çox narahatıq. Yeddi aydır ki, Laçında hərbi xidmətdə idi. Sonuncu dəfə oğlumla dünən danışdıq. Səhhətinin yerində və hər şeyin qaydasında olduğunu dedi. Ümumiyyətlə, oğlumla mütəmadi danışırdıq, heç bir narahatlığının olmadığını bildirirdi”. |
2024-02-28 | 836,720 | Eminin Çelyabinskdəki konserti ləğv edildi | Xalq artisti Emin Ağalarovun Rusiyanın Çelyabinsk şəhərindəki M.İ.Qlinka adına Opera və Balet Teatrında martın 5-nə planlaşdırılan konserti ləğv edilib. Kult.az xəbər verir ki, bu barədə ifaçının Vkontakte səhifəsində məlumat yerləşdirilib. Bildirilib ki, martın 24-də Yekaterinburq, martın 25-də isə Tümen şəhərlərində müğənninin konsertləri olacaq. |
2024-02-28 | 836,725 | Rusiya və İrandan Ermənistana ildırımsürətli addım... | Qərbin köməyi ilə Qarabağ məsələsini həll edən Azərbaycan Rusiyanın köməyi ilə Zəngəzur dəhlizini həll edəcək. Ermənistan hakimiyyəti də Azərbaycanın bütün tələblərini qəbul edir. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Arqişti Kiviryan deyib. Kiviryan qeyd edib ki, Qərbin Cənubi Qafqaza girməyəcəyi bəllidir. “Ermənistanın Azərbaycan və Türkiyənin əyalətinə çevriləcəyi də göz qabağındadır. Çoxları düşünür ki, Rusiya və ya İran tərəfindən cəza tədbirləri olarsa, bu, aylar öncədən bilinəcək. Lakin fikrimcə, belə olmayacaq. Ermənistan hakimiyyətinin cəzalandırılması ilə bağlı qərar qəbul edilibsə, heç kim xəbərdarlıq etməyəcək. Həm İran, həm Rusiya tərəfindən Ermənistana qarşı ildırımsürətli addım atılacaq”, - erməni politoloq bildirib. |
2024-02-28 | 836,727 | Xudafərində ağır yol qəzası: 4 nəfər öldü | Bu gün səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Xudafərin şəhərinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Məlumatda iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib. |
2024-02-28 | 836,730 | Kamillə bacarmadılar, əsgərimiz saxlanıldı: nə baş verir? - Video | 14:12 21 fevralda Moskvada saxlanılan idmançı Kamil Zeynallı ilə bağlı hələ o zaman müəyyən iddialar səsləndirilirdi, ehtimal edilirdi ki, onu Ermənistan Bakıda saxlanılan terrorçulardan hansı iləsə dəyişmək üçün ələ keçirməyə çalışır. Məntiq də vardı: Ermənistan tərəfindən 2023-cü ilin mayında beynəlxalq axtarış elan olunandan sonra Kamil Zeynallı 3 dəfə Rusiyada olmuş və heç bir problemlə qarşılamamışdı. Özünün mediaya açıqlamasında bildirir ki, pasportundakı adlar uyğun gəlmirmiş- ermənilər “Kyamil” kimi axtarışa veriblər, onun pasportunda isə adı “Kamil” olaraq qeyd edilib. Ancaq nədənsə 21 fevralda Domodedovoda rus polislər “Kyamil”in elə məhz “Kamil” olduğuna qərar vermişdilər. Maraqlıdır, Kamil Zeynallının əvvəl iki dəfə Rusiyaya girib-çıxdığı haqda ermənilərə məlumatmı ötürülüb ki, onlar “Kyamil” adında dəyişiklik ediblər, yoxsa rus polisi bu “hərf fərqini” nəzərə almadan bu qərarı vermişdi? Bu müəmmalar içərisində rusiyalı milyarder, vaxtilə Xankəndiyə göndərilən və burada separatizmi, terrorçuluğu qızışdıran və terrorun maliyələşdiricisi qismində çıxış edən, hazırda Bakıda həbsdə olan Ruben Vardanın bir müddət öncə sahibi olduğu Ermənistanın ən böyük bankının səhmlərini satması informasiyası gündəmə gəldi. Belə ki, “Bank of Georgia Group”un “Ameriabank”ın əsas səhmlərini aldığı və qısa müddətdə rəsmiləşdirməni aparacağı barədə informasiya 19 fevralda mediada yayıldı. “Ameriabank”ın səhmdarları sırasında 48,82 faizlə “Imast Group” şirkəti (Ruben Vardanyanın təsis etdiyi keçmiş “Ameria Group”), eləcə də 12,05 faizlə “ESPS Group” (buraya bir sıra “Ameria Group” menecerləri daxildir, yəni Vardanyana bağlı şəxslər) var. Məlumata görə, əməliyyatın həcmi 303,6 milyon dollar təşkil edir. Ehtimal edilir ki, bu sövdələşmədən əldə edilən külli miqdarda vəsait Ruben Vardanyanın azadlığa çıxması üçün Rusiyanın bəlli dairələrinə təklif edilib. Nəzərə alaq ki, Vardanyan Rusiyada milyarder olub və burada çox böyük siyasi əlaqələri var. Onu da nəzərə alaq ki, Kamil Zeynallı Rusiyaya 17 fevralda getmişdi – nədənsə onu ölkəyə buraxanlar “ya” hərfinin “a” olduğunu “Ameriabank”ın satışının elan olunmasından iki gün əvvəl deyil, iki gün sonra “görmüşdülər” və Kamil Rusiyaya girəndə yox, Rusiyadan qayıdanda həbs edilmişdi. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Kamil Zeynallı azad edildi. Ancaq təəssüf ki, cəmi bir həftədən sonra sərhədi azan hərbçimiz Ermənistanda saxlanıldı. Azərbaycan dövləti üçün hər bir fərdin, əsgərin dəyərinin hansı qiymətə olduğunu ermənilər də yaxşı bilirlər. Yəni Kamil Zeynallı və yaxud bu gün saxlanılan əsgərimiz Ruslan Pənahovun heç bir fərqi yoxdur. Azərbaycan dövlətinin əsgərinə-vətəndaşına verdiyi dəyər bir müddət öncə də hər kəsə aydın oldu: Ermənistanın saxladığı iki əsgərimizi azad etmək üçün 32 ermənini geri qaytardıq. Belədə maraqlıdır: Dövlət başçısının Azərbaycan vətəndaşına qarşı bu qədər həssaslığını hər kəs bildiyi halda, əsgərimiz necə belə ehtiyatsızlıq edə bilər? İddiaya görə, əsgərimiz Dığ kəndi istiqamətində yolu azıb. Həmin ərazidə bir müddət əvvəl toqquşma da baş vermişdi və o ərazi AB missiyasının müşahidəsi altındadır. |
2024-02-28 | 836,732 | Lavrov Türkiyəyə gedir | Rusiya xarici işlər naziri Sergey Lavrov 1-2 mart tarixlərində Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər zamanı Lavrov Türkiyə xarici işlər naziri Hakan Fidanla Ukrayna və Suriyadakı vəziyyəti, eləcə də ticarət və energetika məsələlərini müzakirə edəcək. |
2024-02-28 | 836,735 | Türkiyənin oyunu qadın referimizə tapşırıldı | Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb. AFFA-dan Axar.az-a verilən məlumata görə, o, Türkiyənin Antalya şəhərində keçiriləcək qadınlardan ibarət Türkiyə-Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq. Ədalət təmsilçisinə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək. Qeyd edək ki, “Atatürk” Olimpiya Stadionundakı qarşılaşma fevralın 28-də gerçəkləşəcək. |
2024-02-28 | 836,736 | Navalnının dəfn yeri və tarixi bəlli oldu | Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnı martın 1-də dəfn olunacaq. Axar.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış özünün X hesabında yazıb. Bildirilir ki, dəfn mərasimi Borisov qəbiristanlığında keçiriləcək. Xatırladaq ki, fevralın 16-da Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər. |
2024-02-28 | 836,739 | ABŞ Putini izləmək üçün proqram yaratdı | ABŞ-ın kəşfiyyat orqanları ilə əlaqəli “PlanetRisk” kiçik startap şirkəti insanların, o cümlədən dünya liderlərinin mobil telefonlarının məlumatlarından istifadə edərək onların yerini izləməyə imkan verən proqram hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə “Wired” nəşri jurnalist Bayron Taunun fevralın 27-də nəşr olunan “Nəzarət alətləri” adlı kibatına istinadla məlumat yayıb. Məlumata görə, xidmət üzərində iş İT mütəxəssisi Mayk Yiqlinin 2016-cı ildə “PlanetRisk”ə qoşulmasından sonra başlayıb. “O, kəşfiyyatçılar üçün də daxil olmaqla, bir neçə təqdimat keçirib. Yiqli quraşdırılmış proqramların smartfon sahibləri haqqında hansı məlumatları toplamasından və icazəsiz şəxslərin nəyə giriş əldə edə biləcəyindən danışıb. Əpl və Quqldan olan hər bir smartfon sahibinə “anonim” reklam identifikatoru təyin olunur ki, bu da həmin şəxsin hara getdiyini, internetdə nə etdiyini və hansı proqramları quraşdırdığını izləmək üçün istifadə edilə bilər. Proqram Yiqlinin 10 yaşlı qızının təklifi ilə “Locomotive” (ərazi və motiv sözlərinin birləşməsi) adlandırılıb. Proqramın yaradılması 600 min dollara başa gəlib və Pentaqon tərəfindən maliyyələşdirilib”, - məlumatda qeyd olunub. Nəşr yazıb ki, “Locomotive” ilkin olaraq Suriyadakı vəziyyəti, o cümlədən İŞİD terrorçularını və onların yeni üzvlər cəlb etmək cəhdlərini izləmək üçün istifadə edilib. Lakin zaman keçdikcə tərtibatçılar başa düşüblər ki, proqram həm də ölkə liderlərinin və onların ətrafındakı insanların hərəkətlərini izləməyə imkan verir. Məqalədə deyilir ki, “PlanetRisk” Vladimir Putini əhatə edən sürücülərə, təhlükəsizlik işçilərinə, köməkçilərinə və digər personala aid cihazları da izləməyə çalışıb. Qeyd edək ki, Vladimir Putin 2021-ci ildə verdiyi açıqlamasında mobil telefon işlətmədiyini demişdi. |
2024-02-28 | 836,740 | Baş nazirdən İsa Həbibbəylinin oğlu ilə bağlı sərəncam | Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Ərəstü İsa oğlu Həbibbəyli təsdiqlənib. Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb. Qeyd edək ki, Ərəstü Həbibbəyli bir neçə il idir sözügedən şöbədə müdir vəzifəsini icra edirdi. Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışıb, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi vəzifəsində çalışıb. Ərəstü Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur. |
2024-02-28 | 836,743 | Birbankdan Od çərşənbəsinə özəl kampaniya | 28 fevral-5 mart 2024-cü il tarixlərində Birbank Cashback Mastercard taksit kartını onlayn olaraq əldə edən müştərilər 1 aprel 2024-cü il tarixinədək “Gül”, “Parfumeriya” və “Kosmetika” kateqoriyaları üzrə ilk birdəfəlik 50 AZN və üzəri nağdsız əməliyyatları həyata keçirərək 20 AZN qazanacaqlar. Qazanılan məbləğ ödəniş edildikdən dərhal sonra müştərinin keşbek hesabına əlavə ediləcək. Onu da qeyd edək ki, fürsətlər taksit, POS terminal və ya onlayn ödənişlərə şamil olunur. Ətraflı məlumat üçün: https://kbl.az/sdsds Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün -https://kbl.az/prcrc. |
2024-02-28 | 836,745 | DİM-dən buraxılış imtahanı ilə bağlı daha bir açıqlama | Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də buraxılış imtahanı keçirəcək. Bu barədə Axar.az-a DİM-dən məlumat verilib. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə baş tutacaq. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 22-dən etibarən çap edib götürə bilirlər. Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb. Martın 3-də keçiriləcək imtahanda 52 267 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Nəzərinizə çatdırırıq ki, martın 3-də Ağdərə rayonu, Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil edəcəyi ilk imtahandır. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir. |
2024-02-28 | 836,748 | “Braqa” ilə oyundan sonra Prezident zəng etdi - Qurbanov | Avropa Liqasının pley-off mərhələsindəki qələbədən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə əlavə motivasiya verdi. Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Anadolu" agentliyinə müsahibəsində deyib. 51 yaşlı mütəxəssis Ağdam təmsilçisinə işə başladığı vaxtı xatırlayıb: "Baş məşqçi təyin olunanda klubun prezidenti Abdulbari Gözəl mənə dedi ki, Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm. Bu, mənim üçün böyük motivasiya idi. İlk ildə çempion ola bilməsək də, Azərbaycan Kubokunu qazandıq. UEFA Kubokunda pley-off mərhələsinədək irəlilədik. Bu, həmin dövr üçün böyük uğur idi". Q.Qurbanov Xankəndi şəhər stadionunda MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışıb. O, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın matça baxdıqlarını deyib: "Şəhid övladları da orada idilər. Unudulmaz gün oldu. Ağdamda stadion tikiləcək və komandamız sonda ora qayıdacaq". Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyib. Səfərdə rəqibinə qalib gələn (4:2) Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. "Köhlən atlar" bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək. |
2024-02-28 | 836,750 | 31 il öncə Ağdamda basdırılan dəhşətlidir… - Video | İşğaldan azad edilən ərazilərdə qazıntılar, tapılanlar dəhşətdir: əli-qolu bağlı, azyaşlıların da olduğu kütləvi məzarlıqlar, uşaq bağçasının zirzəmisi də daxil olmaqla, gizlədilən cəbbəxanalar, başdan-başa torpaq altına döşənən minalar... Ermənilərin 30 il ərzində işğal etdikləri ərazilərə “əkdikləri” budur: ölüm, qan, qətliam, silah, mina... Dağılan, məhv edilən şəhərlər, kəndlər, qəbiristanlıqlar... Bir də azərbaycanlıların basdırdıqları var və ötən gün yayılan videonu həyəcansız izləmək olmur: yağla dolu balonlar, ərzaq... 31 il öncə ermənilərin işğalı ilə evini-eşiyini tərk etməyə məcbur olan insanların son anda azuqələrini torpağa əmanət etməsi, özü ilə götürə bilmədiyini yerə basdırması çox təsiredicidir. Hər kəs evindən çıxanda mütləq geri qayıdacağını düşünüb; o vurhavurda evinin qapısını bağlayıb, açarını özü ilə götürənlər də az olmayıb. Qısa zamanda öz evinə qayıdacağını düşünənlər tam 30 il gözləməyə məcbur oldular. Gözləyə bildilərmi? Nə qədər insan yurdundan, yuvasından, ev-eşiyindən kənarda dünyasını dəyişdi? Neçəsi həsrətlə bu dünyadan köçdü? Bir saata boşaldılan şəhərləri 30 ildən sonra azad edə bildik, ancaq 3 ildən çoxdur qayıda bilmirik: çünki yoxdur o evlər, ermənilər o kəndlərin daşını, çınqılını da yeyiblər. O torpaq altına basdırılan və indi üzə çıxanlar isə - Ümid idi, sarsılmaz İnam idi. Bu Ümidlə 30 il gözlədik, bu İnamla 44 günə qalib gəldik. Ümid və İnamın doğurduğu Sevinclə Qarabağ yenidən dirilir. Sayılı gün tez keçər – 2026-ya çox qalmadı... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.