date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-28 | 836,752 | Bayramov-Mirzoyan görüşü: diqqət çəkən məqam - Foto | Xəbər verdiyimiz kimi, Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir. Axar.az xəbər verir ki, görüşün heç bir vasitəçi olmadan keçirilməsi diqqət çəkib. Görüşlə bağlı açıqlamalarda da görüşöncəsi üçtərəfli danışıqlar haqda hər hansı informasiya yoxdur. Azərbaycan nümayəndə heyətinin tərkibində Ceyhun Bayramovla yanaşı, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev, XİN sözçüsü Ayxan Hacızadə və başqaları var. Ermənistan nümayəndə heyətinin tərkibində isə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan, ölkənin Almaniyadakı səfiri Viktor Enqibaryan və başqaları iştirak edir. |
2024-02-28 | 836,756 | Xandanyan: İrəvanın KTMT-də iştirakını dondurması... | Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı bəyanat hüquqi deyil, siyasi qiymətdir. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentin Xarici əlaqələr daimi komissiyasının rəhbəri Sərkis Xandanyan deyib. Xandanyan bildirib ki, Ermənistanla KTMT arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur və İrəvan bir ildən artıqdır ki, Təşkilatın işində iştirak etmir: “KTMT-nin fəaliyyəti və ya fəaliyyətsizliyi ilə bağlı dəfələrlə mövqelərimizi səsləndirmişik. Bu, vəziyyətin konkret ifadəsidir. Bundan sonrakı proseslərin davam edib-etməyəcəyini zaman göstərəcək”. Qeyd edək ki, Paşinyan Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştiraklarını dondurduqlarını bildirib. |
2024-02-28 | 836,757 | Şəhid anası baxımsız qaldı - Mərkəzdən açıqlama | Mədə qanaxması diaqnozu ilə fevral ayının 21-də Kliniki Tibbi Mərkəzə yatırılan şəhidimiz Ağa Hacıyevin anası Mələk Hacıyevanın övladları göstərilən tibbi xidmətdən narazıdır. Oğlu Seyidəli Hacıyev Axar.az-a bildirib ki, ağır vəziyyətdə olan Mələk Hacıyevaya ayrılan çarpayı sınıq olub. “Mələk xanım mədə qanaxması ilə Cərrahiyyə şöbəsinə köçürülüb. Cərrahiyyə şöbəsində bir neçə gün qalıb. Şöbə müdiri Nazim həkim deyib ki, bu xəstə bizim deyil və qastroenteroloji şöbədə yatmalıdır. Lakin qastroenteroloji şöbənin gecə növbəsində həkimlər olmadığı üçün xəstəni oraya qəbul etməkdən imtina ediblər. Xəstənin vəziyyəti pisləşəndən sonra reanimasiyaya köçürülüb. Reanimasiya şöbəsinin müdiri Ülviyə xanım xəstəyə yardım edildiyini və reanimasiyalıq olmadığı üçün onu Cərrahiyyə şöbəsinə geri qaytardıqlarını deyib. Cərrahiyyə şöbəsi də onların xəstəsi olmadığı üçün reanimasiyaya göndərib. Reanimasiya şöbəsi yenidən xəstəni cərrahın üstünə qaytarıb. Cərrah da xəstəni köçürməkdən imtina edərək deyir ki, əgər xəstəyə müalicə lazımdırsa, onu köçürsünlər reanimasiyaya, yox əgər bir küncdə yatmaq lazımdırsa, qoy gəlib yatsın. Bir sözlə, xəstəxananın içində xəstəni bir şöbədən digərinə köçürməklə məşğuldurlar. Hazırda Mələk xanımın mədə qanaması dayanıb, reanimasiyadadır. Danışa bilmir, vəziyyəti ağırdır. Xəstə yaxınına xəstə barəsində məlumat verilmir. Deyirlər ki, iynələr pulla alınmalıdır. TƏBİB deyir ki, dərmanlar pulsuzdur. 8 gündür buradayıq. Heç bir irəliləyiş yoxdur”. Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd isə bildirib ki, xəstəyə qarşı diqqətsizliklə bağlı iddialar həqiqəti əks etdirmir və vətəndaşın özünün də heç bir narazılığı yoxdur: “TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsində müalicə olunan vətəndaş Mələk Hacıyevanın səhhətindəki narahatlıqları artdığı üçün təkrar Reanimasiya şöbəsinə qaytarılıb. Hazırda da vətəndaşın müalicəsi orada davam etdirilir, dərman və ya digər təchizatlarla bağlı isə heç bir problem yaşanmır. Mərkəzdə hər bir xəstəyə xüsusi həssaslıqla yanaşılır”. |
2024-02-28 | 836,759 | Bitkoin sürətlə bahalaşır | Dünya bazarında bitkoinin qiyməti 5.45 faiz artaraq, 59.461 dollar olub. Axar.az xəbər verir ki, bu barədə “Coindesk” platforması məlumat yayıb. Qeyd edək ki, bitkoinin qiyməti sonuncu dəfə 2021-ci ilin noyabrında 59 min dolları ötmüşdü. |
2024-02-28 | 836,760 | ABB daha bir vacib maliyyə xidmətini də rəqəmsallaşdırdı! | Müştərilərin universal maliyyə tərəfdaşı olan ABB ehtiyacları nəzərə alaraq daha bir rəqəmsal həlli bazara təqdim edib. Artıq daşınmaz əmlakın icbari sığortasını da ABB mobile tətbiqindən əldə etmək mümkündür. Müştərilər bu sığorta məhsulunu rəqəmsal təcrübə ilə tətbiqdən ala bilərlər. Beləliklə, ABB mobile istifadəçilərə bu imkanı yaradan ilk bank tətbiqi olub. ABB bu imkanı “Atəşgah” sığorta şirkəti ilə tərəfdaşlıq əsasında yaradıb. Daşınmaz əmlak icbari sığorta edilərkən yanğın, təbii fəlakətlər və digər səbəblərdən əmlaklara dəymiş ziyan ödənir. Beləliklə, əmlak sahibinin gəliri qorunur, maddi ziyana düşməsinin qarşısı alınır. Bu sığorta məhsulundan başqa digər müxtəlif sığorta növlərini, o cümlədən avtomobil sığortasını da ABB mobile tətbiqindən əldə etmək mümkündür. Bu məhsulları tətbiqdən almağın üstünlüyü bunun son dərəcə rahatlığı, sadəliyi, cəmi bir neçə toxunuşla sürətli şəkildə həyata keçirilməsidir. Daha bir üstünlük isə budur ki, müştərilər sığorta müqavilələrini ABB mobile tətbiqində görə bilirlər. Tətbiq vasitəsilə sığorta müqavilələrinin müddətinin bitmə tarixini izləmək mümkündür. Daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. |
2024-02-28 | 836,765 | Arvadını döyən həkimlə bağlı yeni fakt... | Ötən gün həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərməsi ilə gündəmə gələn həkim-onkoloq İbrahim Əsədli ilə bağlı yeni fakt ortaya çıxıb. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, İ.Əsədli sertifikatı olmadan həkim kimi fəaliyyət göstərirmiş. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də bildirilib ki, İbrahim Novruz oğlu Əsədlinin sertifikasiya müddəti 5 oktyabr 2023-cü ildə bitib. |
2024-02-28 | 836,767 | Sumqayıtda ata oğlunu bıçaqladı | Sumqayıt şəhərində Arzuman Əhmədov oğlu Məhəmmədəli Əhmədova kəsici-deşici alətlə xəsarət yetirib. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilib. |
2024-02-28 | 836,771 | Cəbrayılda daha bir müəssisə yaradılacaq - Nazir | Mətanət MMC-yə Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib. Axar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib. Onun sözlərinə görə, şirkət Parkın ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradacaq: “İnvestisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir qeyd edib. |
2024-02-28 | 836,772 | Almaniya Fransadan fərqli olaraq sülh prosesində... - Əliyev | Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərinin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda, kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Belə ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. |
2024-02-28 | 836,773 | Putin: Azərbaycanla müttəfiqlik və strateji əlaqələr... | Rusiya-Azərbaycan arasında əməkdaşlıq xalqlarımız arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin 12-ci Rusiya-Azərbaycan regionlararası forumunda çıxışı zamanı deyib. “Regional əməkdaşlıq Rusiya-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin mühüm tərkib hissəsidir, xalqlarımız arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir, qarşılıqlı faydalı ticarət, investisiya və humanitar əlaqələrin təşviqi imkanlarını genişləndirir, hər iki ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına şərait yaradır”, - o bildirib. Putin qeyd edib ki, yaxşı ənənəyə çevrilmiş görüşlər regionlararası qarşılıqlı fəaliyyətin aktual məsələləri üzrə dövlət orqanları ilə ictimaiyyət, elm və işgüzar dairələrin nümayəndələri arasında birbaşa dialoqu təmin edir: “Forumun gündəliyi həmişə olduğu kimi bu il də həcmli və mənalıdır. Sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafının müxtəlif aspektləri, kiçik və orta biznesə dəstək, ətraf mühitin mühafizəsi üzrə birgə layihələr diqqət mərkəzindədir”. |
2024-02-28 | 836,775 | Tanınmış vəkilin oğlu qəzaya düşdü | Mingəçevirdə idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb. Axar.az Unikal-a istinadən xəbər verir ki, hadisə Samux küçəsində baş verib. "Mersedes" markalı minik maşını işıq dirəyinə çırpılması nəticəsində dirək və avtomobili yararsız hala düşüb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan iki nəfər 2000-ci il təvəllüdlü Samir Azər oğlu Tağızadə və 2002-ci il təvəllüdlü Elmir Fəzail oğlu Hacızadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Bildirək ki, Elmir Hacızadə tanınmış vəkil Fəzail Hacızadənin oğludur. |
2024-02-28 | 836,776 | Hüquqlarımız AŞPA-da bərpa olunmazsa... - Əliyev vaxt verdi | Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları AŞPA-da bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir: "Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq". |
2024-02-28 | 836,777 | Ermənistana hücum etmək planımız... - Prezident | Prezident İlham Əliyev Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bəyan edib. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Borrellin qeyri-adekvat bəyanatları Azərbaycan tərəfini çox məyus edib. “Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrell bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrell bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, - Prezident deyib. İlham Əliyev qeyd edib ki, bütün bunlar cənab Makronun insinuasiyalarıdır. “Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan antiazərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrell və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. “Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?!” |
2024-02-28 | 836,779 | Əliyevdən Harmsa: Ukraynaya dəstək verirsiz. Bəs, biz? | Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xətlərin qurulması cəhdlərini görürük. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. "Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. Və indi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq", - dövlət başçısı vurğulayıb. Prezident qeyd edib ki, biz Makron, Borrell və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq: "Ukraynanı götürək: Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər, bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insan belə düşünür ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir". |
2024-02-28 | 836,780 | ABŞ və Fransa yenə səhv etdi! - Prezident | 30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, həmin ölkələrin hər biri Azərbaycanı öz yolundan döndərmək üçün müxtəlif alətlərdən istifadə ediblər: "Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər", - deyə Prezident qeyd edib. |
2024-02-28 | 836,782 | Qaradağda sudan qanunsuz istifadə halları aşkarlandı | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Qaradağ rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb. Agentlikdən Axar.az-a verilən məlumata görə,Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən supermaketin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektin su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti yoxdur və müqavilə bağlanmayıb. Supermarketin su təchizatı şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılıb. Qobu Park yaşayış massivində çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən “Kabab evi”ndə sudan qanunsuz istifadə halı aşkar edilib. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan binanın daxili su təchizatı sisteminə özbaşına birləşmə verib. Lökbatan qəsəbəsi yaxınlığında yerləşən məişət avadanlıqlarının saxlanma anbarında da içməli sudan uçotsuz istifadə aşkarlanıb. Anbar sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərindən özbaşına su xətti çəkib. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib. "Vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni, sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə agentlik bəyan edib. 2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15533, Qaradağ rayonunda isə 159 fakt aşkarlanaraq qarşısı alınıb. |
2024-02-28 | 836,784 | Karapetyan: İrəvan son dərəcə təhlükəli oyun oynayır | Ermənistanın hazırkı hakimiyyəti KTMT, Aİİ və digər inteqrasiya strukturları ilə bağlı son dərəcə təhlükəli oyun oynayır ki, bunun da ağır nəticələri ola bilər. Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan deyib. “İrəvan başa düşmür ki, xarici siyasət istiqamətinin bir komponentinin dəyişdirilməsi kifayət deyil, dəyişiklik olarsa, bütün komponentləri diqqətlə yeniləmək lazımdır. Çünki yalnız bir amilin dəyişdirilməsi ölkəmiz üçün dağıdıcı ola bilər. İrəvanın xarici siyasət istiqamətini dəyişdirmək üçün atdığı addımlar təkcə siyasi deyil, həm də iqtisadi nəticələrə səbəb olacaq. Aydındır ki, Ermənistan Rusiya ilə ciddi tellərlə bağlıdır”, - o bildirib. |
2024-02-28 | 836,786 | İranda mina partladı: 1 ölü, 3 yaralı | İranın Xuzistan vilayətində mina partlayıb. Axar.az xəbər verir ki, bu barədə MOUZE məlumat yayıb. Məlumata görə, partlayış nəticəsində 19 yaşlı oğlan ölüb, üç nəfər isə yaralanıb. Xəsarət alan 57 yaşlı qadın, 10 və 12 yaşlı uşaqlar xəstəxanaya çatdırılıb. |
2024-02-28 | 836,788 | Rusiya ixraca qadağa qoydu: benzin bahalaşacaq? | Rusiyadan əsas aldığımız “Premium” markalı benzindir. Ona görə də hazırkı qadağanın Azərbaycana ciddi təsir edəcəyini düşünmürəm. Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın martın 1-dən benzin ixracına qadağa qoymasının Azərbaycanda yanacağın qiymətinə təsiri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Rusiyanın yanacaq ixracatına qadağa qoyması birinci dəfə deyil: “Bundan öncə də bənzər addımlar atılıb. Amma bəzi ölkələrə kvotalarla ixracın həyata keçirilməsinə icazə verilirdi. Tam qadağa deyil. Azərbaycan əvvəllər o kvotalardan istifadə edib”. Ekspert bildirib ki, Azərbaycanda yanacağın qiymətinin tənzimlənməsi Rusiya amilindən asılı deyil: “Birincisi, neftayırama zavodundakı təmirin böyük hissəsi başa çatıb. İkincisi isə Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzindən başqa, digərləri dövlət tərəfindən tənzimlənir, dünya bazarı ilə birbaşa əlaqəli deyil. Hansısa bir dəyişiklik olacağını düşünmürəm”. |
2024-02-28 | 836,789 | 735-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 735-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 575 təyyarəsi, 267 helikopteri, 13 622 PUA-sı, 474 zenit-raket kompleksi, 15 266 tank və digər zirehli texnikası, 1 226 reaktiv yaylım atəş sistemi, 8 203 artilleriya və minaatanı, 19 179 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-02-28 | 836,796 | Bakı imtina etməyib, İrəvana görə dalana dirənib - Zaxarova | Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı işlər Ermənistan tərəfinin mövqeyinə görə dayanıb. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 28-də keçirdiyi brifinqdə deyib. O xatırladıb ki, Ermənistan hakimiyyəti daha əvvəl regional kommunikasiyalar açmağa hazır olduğunu bildirib: “Azərbaycan bundan imtina etməyib. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu formatında bir neçə dəfə müzakirə olunub. Amma bu iş Ermənistan tərəfinin mövqeyi ucbatından dalana dirənib”. |
2024-02-28 | 836,799 | Rusiya NATO-ya hücum edəcək - Hoces | Ukraynada qələbə qazanacağı təqdirdə Rusiya Baltikyanı ölkələrə və ya digər NATO dövlətinə hücum edəcək. Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib. “Əgər Ukrayna uğur qazanmasa və Rusiya Ukraynanı məğlub edə bilsə, o zaman inanıram ki, Rusiyanın təhdidi davam edəcək. Litva, Latviya, Estoniya, Polşaya və ya Rumıniyaya hücum edəcək”, - general bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynadakı itkilərindən qurtulan kimi NATO-ya qarşı təcavüzə keçə biləcək: “Fikrimcə, Rusiya üçün üç-dörd ildən sonra belə bir təcavüz etmək o qədər də çətin məsələ deyil. Təbii ki, Ukrayna ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və digər Qərb dövlətlərinin köməyi ilə uğur qazansa, Rusiya bunu edə bilməyəcək. Əgər ABŞ və bütün ölkələr işə sadiqdirsə, o zaman düşünürəm ki, Rusiya bundan irəli getməyəcək”. |
2024-02-28 | 836,802 | Kür və Arazı bu ölkələr çirkləndirir - Qurbanov | Cənubi Qafqazdakı ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə Azərbaycanın payına düşür. Orta illik yerüstü su ehtiyatı isə 32,3 milyard kubmetrdir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmədə deyib. Onun sözlərinə görə, Azərbaycan ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir: “Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır. Təəssüf ki, bu sular da qonşu ölkələr tərəfindən daim çirkləndirilir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil”. |
2024-02-28 | 836,804 | “Rosatom” Türkiyədə II AES tikir | Türkiyə “Rosatom” dövlət korporasiyasına ölkədə atom elektrik stansiyalarının tikintisi üçün ikinci sahə verəcək. Axar.az xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçev deyib. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başqa bir sahənin bizə təhvil verilməsi ilə bağlı siyasi qərarın verildiyini açıq elan edib. Hazırda detalları öyrənirik. Çox güman ki, bu, Aralıq dənizində deyil, Qara dənizdə “Sinop” adlı bir sahə olacaq”, - o bildirib. Qeyd edək ki, Türkiyədəki ilk atom elektrik stansiyası “Akkuyu” Rusiyanın “Rosatom” dövlət şirkəti tərəfindən tikilir. “Akkuyu”nun ilk bloku bu il işə salınacaq. |
2024-02-28 | 836,805 | Bayramov Berbokla görüşdü - Foto | 16:58 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya xarici işlər naziri Annalena Berbok ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub. Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında son dövrlərdə dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. Almaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib. Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2024-02-28 | 836,809 | İrəvanın iddiaları qəbuledilməzdir! – Rusiya XİN | Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı iddialarını rədd edir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib. O bildirib ki, Rusiya üçün Ermənistanın iddiaları qəbuledilməzdir. M.Zaxarova Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olaraq qaldığını xatırladıb. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dondurduğunu bildirib. Kreml isə bununla bağlı Ermənistandan izahat tələb edib. |
2024-02-28 | 836,810 | ABŞ-ın Suriyadakı bazası raketlə vuruldu | Suriyanın Deyr əz-Zor vilayətindəki “Ömər” neft yatağı ərazisində yerləşən ABŞ hərbi bazasına raket və PUA hücumu edilib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb. “Ömər” neft yatağı ərazisindəki ABŞ bazasına beş raket atılıb. Bundan başqa, bazaya PUA hücumu da edilib. Bazanın cənub hissəsi zədələnib”, - məlumatda qeyd olunub. Mənbənin sözlərinə görə, raket hücumuna cavab olaraq, ABŞ Suriyanın Deyr əz-Zordakı qüvvələrinə zərbələr endirib. |
2024-02-28 | 836,814 | Bakıda fantastik qiymətə ev satılır - Foto | Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Səbail rayonunda yerləşən, 315 kvadratmetr olan mənzil dörd otaqdan ibarətdir. “Ağıllı ev” strukturu ilə təmir edilən mənzil 8 milyon manata alıcılara təklif edilib. |
2024-02-28 | 836,815 | Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı | Babək rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. Axar.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babək rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun məsləhətçisi Yusif Vüqar oğlu Səfərliyə həvalə edilib. |
2024-02-28 | 836,819 | Sabah 2 rayonda qaz olmayacaq | SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksəktəzyiqli magistral qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədilə yeni çəkilmiş diametri 325 mm-lik yüksəktəzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi nəzərdə tutulub. “Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, bununla əlaqədar 29.02.2024-cü il saat 09:00-dan işlər başa çatanadək “Lək 1-ci xətt”, “Zərdab”, “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Həmçinin “Ucar” qaz ölçü qovşağından qidalanan Ucar şəhərini və rayonun 20 kəndini təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində müxtəlif diametrli qaz xətlərində Təmiz Qaz QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi və qaz tənzimləyici qurğuların baypas xətləri üzərində olan siyirtmələrinin təmiri ilə bağlı, 29.02.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə Zərdab və Ucar rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
2024-02-28 | 836,824 | Əsgərimiz geri qaytarıla bilərmi? - Köçəryan | Kənd camaatının gördüklərini və dediklərini hələ aydınlaşdırmaq lazımdır. Amma fakt budur ki, Azərbaycandan bir nəfər silahlı şəxs sərhədi keçərkən tərəfimizdən zərərsizləşdirilib. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, hakim Mülki Müqavilə Partiyasından olan deputat Andranik Köçəryan deyib. “İstintaq Komitəsi hansı maddələrin olacağı ilə bağlı tezliklə açıqlama verəcək. Milli Təhlükəsizlik Xidməti artıq öz açıqlamasını verib və gün ərzində yazıların məzmunu ilə bağlı sizə məlumat veriləcək. Bakı söhbətin bir nəfərdən getdiyini inkar etmir, ikinci şəxs yoxdur”, - o bildirib. Azərbaycanlı hərbçinin sərhədi necə keçə bildiyini soruşduqda, o, belə cavab verib: “Müdafiə xətlərimiz arasında keçilə bilən çoxlu sahələr var, lakin çox vacibdir ki, müvafiq strukturlarımız keçdikdən sonra həmin şəxsi zərərsizləşdirək. Yəni indi xətlərimizi nəzərə almadan keçmək çox çətindir. Təqdim olunan maddələrdən məlum olacaq ki, o, hansı məqsədlə bizim ərazimizə keçib. Düşünürəm ki, o silahı olduğu üçün hər şey baş verə bilərdi. Bu təxribat ola bilərdi, aza bilərdi, sərxoş ola bilərdi, yaxud da onların hərbi hissələrində hökm sürən vəziyyətin nəticəsi ola bilərdi”. Köçəryan qeyd edib ki, maddədən asılı olaraq onun Azərbaycana qaytarılıb-qaytarılmayacağı bəlli olacaq: “Bundan sonra Azərbaycan tərəfi ilə danışmaq imkanımız olacaq. Bizim də əsirlərimiz var. Mübahisəli olan əvvəlki işdə qətl hadisəsi var idi. Lakin biz məhbus mübadiləsi ilə bağlı qanuni həllini gördük”. Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Ermənistan MTX Dığ kəndi istiqamətində əsgərimizin saxlanıldığını açıqlayıb. |
2024-02-28 | 836,830 | Berlində üçtərəfli görüş keçirildi - Foto | 18:10 Almaniyanın xarici işlər naziri Annalena Berbokun Berlində erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşü başlayıb. Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X hesabında bildirib. *** Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyanla birgə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Almaniya normallaşma istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir. Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük əzab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb. Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar: "Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır". |
2024-02-28 | 836,831 | Kuba prezidenti İlham Əliyevə məktub göndərdi | Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, təbrikdə qeyd olunur: "Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin Sizin rəhbərliyinizlə bundan sonra da möhkəmləndirilməsi istiqamətində Kubanın qətiyyətli mövqeyini bir daha ifadə edirəm. Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm". |
2024-02-28 | 836,832 | İstanbulda fabrikdə güclü yanğın başladı | Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda yerləşən fabrikdə yanğın başlayıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər, xilasedicilər cəlb olunub. Hadisə zamanı xəsarət alanlar barədə məlumat yoxdur. |
2024-02-28 | 836,833 | Qarabağ Universitetində işləmək üçün ilk vakansiya | Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib. Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Vakansiya üzrə son müraciət tarixi martın 15-dir. Namizədlər ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilər. Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək. |
2024-02-28 | 836,834 | KES tikintisi üzrə qurğuların icarə haqqı ləğv olundu | Nazirlər Kabineti “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 29 noyabr 2007-ci il tarixli qərarında dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, ölkə Prezidentinin qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında 20 fevral 2024-cü il tarixli sərəncamı çərçivəsində tikilən qurğular üzrə illik icarə haqqının minimum məbləği bu qərarda həmin qurğular üçün nəzərdə tutulmuş icarə haqqına sıfır əmsalı tətbiq edilməklə hesablanacaq. |
2024-02-28 | 836,835 | 5 aya yaxın sürən sabitliyin pozulması... - Bayramov | 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulması sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır. Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla görüşündə deyib. Nazir ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirib. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb. |
2024-02-28 | 836,838 | Bakı ilə reqlament layihəsi hazırlayacağıq - İrəvan | Birinci mərhələdə biz iş prosedurunu müzakirə etdik və təsdiqlədik, burada təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili üsulunu təsvir etdik. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində hökumət saatında baş nazirin müavini Mger Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiyası prosesindən danışarkən deyib. "Bu mərhələdə biz daha çox metodoloji təsviri özündə əks etdirən birgə fəaliyyətin reqlamentini müzakirə edirik. Biz bu işi başa çatdırandan sonra sənəd məzmunundan, nələrin təsvir olunacağından və hansı konsensusa nail olacağımızdan asılı olaraq çox güman ki, qanun layihəsi şəklində yayılacaq", - o deyib. Mülki Müqavilə Partiyasından olan deputat Sergey Baqratyanın demarkasiya və delimitasiya prosesi ilə bağlı sualı cavablandıran Qriqoryan deyib: “Hesab edirəm ki, əgər biz öz prinsipial mövqelərimiz çərçivəsində qalsaq və layihə ətrafında işlər Almatı Bəyannaməsi əsasında aparılsa, sonra iki-üç ay ərzində reqlament layihəsini hazırlaya biləcəyik, burada da işin metodologiyası əks olunacaq. Metodologiya təsdiq edildikdən sonra həm delimitasiya, həm də demarkasiya prosesi çox vaxt aparacaq, lakin buna baxmayaraq, konkret olaraq nə ilə məşğul olduğumuz hamımıza aydın olacaq". |
2024-02-28 | 836,839 | Makron Kiyevə gəlir: qoşun göndərməyi müzakirə edəcək | Fransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər edəcək. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Albaniyanın Baş naziri Edi Rama ilə birgə mətbuat konfransında deyib. O bildirib ki, Makronla Ukraynaya qoşun göndərməklə bağlı müzakirələr aparacaq. Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron Avropanın Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib. |
2024-02-28 | 836,840 | Moskva və Bakı bir sıra sənədlər imzaladı | Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində bir sıra ikitərəfli sənədlər (memorandum və investisiya əməkdaşlığı ilə bağlı sazişlər) imzalanıb. Axar.az xəbər verir ki, imzalanma mərasimi plenar iclasın yekunları üzrə iki ölkənin baş nazirinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukun iştirakı ilə keçirilib. Sənədlər sırasına Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Stavropol diyarının Ticarət və Sənaye Palatası” İttifaqı, “Kavkaz.RF” QSC ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Həştərxan vilayəti hökuməti ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq haqqında” və “Azərbaycan-Rusiya İşgüzar Şurası ilə Stavropol diyarının Ticarət və Sənaye Palataları İttifaqı arasında əməkdaşlıq haqqında” sazişlər, “Tərəvəz məhsullarının istehsalı üçün istixana kompleksinin tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsi haqqında”, “400 çarpayılıq sanatoriya-mehmanxana kompleksinin yaradılması üzrə investisiya layihəsinin həyata keçirilməsi haqqında”, “Rusel” sanatoriyasının tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsi haqqında” memorandumlar daxildir. Qeyd edək ki, Rusiya və Azərbaycan arasında iki dövlət başçılarının təşəbbüsü ilə təşkil olunan regionlararası forumlar 2009-cu ildən bəri keçirilir. Bu, iki ölkənin regionları arasında yeni əlaqələrin qurulmasına və birgə perspektivli layihələrin müzakirəsinə kömək edir. İlk forum Bakıda keçirilib və müxtəlif illərdə Rusiyanın Həştərxan, Volqoqrad, Yekaterinburq şəhərləri ilə yanaşı, Azərbaycanın Qəbələ şəhəri də tədbirə ev sahibliyi edib. XI forum Bakıda keçirilib. Nəticədə bir sıra ikitərəfli sənədlər imzalanıb. |
2024-02-28 | 836,842 | Rəsulzadənin məzarının abadlaşdırılmasına başlanıldı | Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin Türkiyənin paytaxtı Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlanılıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı Sərəncamına əsas tutaraq görülən işlər Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur. |
2024-02-28 | 836,843 | Zelenskinin bu təklifini dəstəkləyirəm - Ərdoğan | Ukrayna Prezidenti Vladimir Zelenskinin 10 maddəlik sülh təklifini dəstəkləyirəm. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Şərqi Avropadakı savaşın ədalətli və dayanıqlı sülhlə başa çatması üçün çalışırıq. Bunun üçün diplomatiya və dialoqa şans verilməlidir”, - Ərdoğan qeyd edib. |
2024-02-28 | 836,844 | Masallının bu ərazisində qaz olmayacaq | Masallı rayonunda 2 500 abonentin qaz təchizatında fasilə yaranacaq. Azəriqaz İB-dən Axar.az-a verilən məlumata görə, Masallı rayonu Ərkivan qəsəbəsindən keçən diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lürən, Qızılavar, Bala Kolatan kəndlərinin və Ərkivan qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 2500 abonentin qaz təchizatının martın 1-i saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır. "Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir", - məlumatda qeyd edilib. |
2024-02-28 | 836,850 | Nikoldan KTMT açıqlaması: De-yure dayandıra bilərik! | Biz KTMT-yə sual vermişik və bu günə qədər bu suala cavab almamışıq. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə deyib. “Bu sualın cavablanmaması, fikrimizcə, Ermənistanın milli təhlükəsizliyi və ərazi bütövlüyünə təhdidlər yaradır. Və bu sual çox sadədir: KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir? Artıq bir ildir ki, KTMT-də daimi nümayəndəmiz yoxdur. Biz uzun müddətdir ki, KTMT tədbirlərində yüksək səviyyədə iştirak etmirik. KTMT-də konsensus prinsipi qərarların qəbulu üçün işləyir, biz orda he nəyi bloklamırıq, lakin biz sadə səbəbdən orada iştirak etmirik, çünki sualımıza cavab yoxdur”, - Paşinyan bildirib. “Ermənistanın təhlükəsizliyinə adekvat mövqe və cavab verməli olan KTMT öz öhdəliklərinə baxmayaraq, bunun tam əksini edir. İndi biz faktiki olaraq fəaliyyətimizi dondurmuşuq və bu proses davam edərsə, biz de-yure dondurmalıyıq, başqa nə etməliyik?” – o əlavə edib. |
2024-02-28 | 836,851 | "Qarabağ"ın bombardiri zədələndi | "Qarabağ"ın futbolçusu Olavio Juninyo "Qəbələ" ilə matçda zədələnib. Axar.az xəbər verir ki, 27 yaşlı hücumçunun yerinə 40-cı dəqiqədə Leandro Andrade meydana daxil olub. Hazırda görüşdə ikinci hissə oynanılır. Qeyd edək ki, Juninyo Azərbaycan Premyer Liqasında 15 qolla bombardirdir. |
2024-02-28 | 836,853 | Ermənistan Rusiyaya nota verdi | Ermənistan Rusiyaya etiraz notası verib. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan məlumat verib. O qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya media kommunikasiyaları sahəsində sazişin pozulması hallarının davam etməsi ilə bağlı nota göndərib. |
2024-02-28 | 836,854 | Çanaqqala boğazı gəmilərin hərəkəti üçün bağlandı | Çanaqqala boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi məlumat yayılıb. Boğazın qatı duman səbəbindən bağlandığı, hava şəraitinin yaxşılaşmasından sonra hərəkətin bərpa olunacağı bildirilib. |
2024-02-28 | 836,855 | Tezliklə Qəzzada atəşkəs olacaq - Sisi | Qəzzada İsrail və HƏMAS yaxın günlərdə atəşkəslə bağlı razılığa gələcəklər. Axar.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Sisi bildirib. Qeyd edək ki, İsrail və HƏMAS arasında danışıqlar Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Dohada aparılır. |
2024-02-28 | 836,857 | Makron Ermənistana da ordu “göndərmək” istəsə… | Fransa Prezidenti Emmanuel Makronun Qərb dövlətlərinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə açıqlaması beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır. Makrondan başqa heç bir Qərb ölkəsinin lideri və ya müdafiə naziri bu barədə açıqlama verməyib. Belədirsə, Makron Qərb ölkələrinin adından niyə danışıb? Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, ehtimal ki, Makron bu yolla Rusiya ordusunun Ukraynada irəliləməsindən narahatlığını ortaya qoyub: “Bunun qarşısını almaq üçün məlum ifadəni işlədib ki, Kreml narahat olsun. Ancaq məsələ burasındadır ki, içi boş sözlərlə Rusiya geri çəkilməyəcək, tam əksinə, Makronun dedikləri reallaşmasa, rusiyalı rəsmilər “nə oldu, bəs üstümüzə gəlirdiniz” kimi kinayəli cümlələr işlədəcəklər. NATO ölkələri Rusiya ilə Ukrayna ərazisində savaşmaq istəmirlər, hətta Ağ Ev və Pentaqon Makronun açıqlamasını dəstəkləməyib. Avropa dövlətləri də müharibədə iştirak etmək istəmirlər. Ukraynaya silah və hərbi texnika göndərməklə vətəndaşlarını ölümə göndərmək arasında böyük fərq var. Fransanın özündə də Makronun açıqlaması tənqid olunub, fransalı gənclər Ukraynada ölmək istəmirlər”. Ekspertin fikrincə, Ukraynaya hərbi qüvvələrini göndərmək istəyən Makron eyni istəyi Ermənistan üçün də səsləndirə bilər: “Ancaq Fransa hərbçilərini Ermənistanda da rahat həyat gözləməyəcək. Ermənistanın Baş naziri Nikol Paşinyan hazırki siyasətinə görə ikiqat – Rusiya və Azərbaycanın təzyiqi altındadır, üstəgəl çox sayda fransalı hərbçini ölkəsinə gətirmək istəsə, bölgədə vəziyyət daha da gərginləşəcək və sülh sazişi imzalamaq imkanları miminuma enəcək”. |
2024-02-28 | 836,858 | AP-də italyan və alman deputatlar Bakıya qarşı… | Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini təəssüf ki, davam etdirir. Avropa Parlamentinin sonuncu iclasında italiyalı Fabio Kastaldo və almaniyalı Viola Kramon öz çıxışlarında 30 il Azərbaycan torpağını işğal altında saxlayan və həmin əraziləri tamamilə dağıdıb xarabalığa çevirən Ermənistana dəstək olmaqla yanaşı, ölkəmizə qarşı təhdidlərə də cəhd göstəriblər. Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib. O bilditib ki, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanın antiterror əməliyyatlarını “hərbi aqressiya” kimi qələmə vermək nəinki ədalətsiz və qərəzli mövqedir, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir: “Azərbaycan öz suveren hüquqları çərçivəsində ərazi bütövüyünü bərpa edib. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bir daha təsdiq etdi ki, qalib xalq Müzəffər Ali Baş Komandanının siyasətini tam dəstəkləyir. Azərbaycanın həyata keçiridiyi siyasət regionda sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir. Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyillərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlərlə regionda sülhə töhfə vermək olmaz”. |
2024-02-28 | 836,859 | UEFA "Qarabağ"a ciddi xəbərdarlıq etdi | UEFA "Qarabağ"a ciddi xəbərdarlıq edib. Axar.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" cavab oyununda azərbaycanlı blogerlərin qaydalara zidd şəkildə stadiondan çəkilişlər aparması və ümumi çəkiliş qaydalarını pozması UEFA-nın Ağdam təmsilçisinə ciddi xəbərdarlıq etməsinə səbəb olub. Bu barədə məlumatı Qol.az-a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də təsdiq edib. O, bəzi blogerlərin fotoqraf akkreditasiyası alaraq videoçəkilişlər etməsinə görə belə hal yaşandığını söyləyib: "UEFA-nın sırf meydankənarı, yəni, qapıarxası çəkiliş standartları var. O ərazi yalnız fotoqraflar üçün nəzərdə tutulub. Son oyunlarda belə hal müşahidə etdik ki, bizdən fotoqraf akkreditasiyası alırlar, telefon çəkilişləri, videoçəkilişlər edirlər. UEFA-nın sırf media hüquqlarına sahib şirkətlərlə bağlı çox ciddi yanaşması var. Çəkiliş hüququ sadəcə media hüquqlarına sahib şirkətlərə məxsusdur. Kənar hər hansı bir şəxs, televiziya və ya şirkət oyundan görüntülər çəkib onu yayımlamaq hüququna sahib deyil. Hətta klubun özü belə, 24 saat ərzində sosial şəbəkə hesabında. saytında, televiziyasında belə görüntülər yayımlaya bilməz". A.Hacıyev söyləyib ki, UEFA məsələ ilə əlaqədar "Qarabağ"a ciddi xəbərdarlıq edib, lakin klub cərimələnməyib: "Bəzi xəbərdarlıqlar oldu. Bu məsələ var. Digər tərəfdən də fəaliyyətin göstərilməsi ilə də bağlı bəzi problemlər var. Çəkilişlər aparan şəxslər müəyyən ərazidən kənara çıxmamalıdırlar. Onların konkret fəaliyyət ərazisi var. Sırf son matçda onların tez-tez bu ərazini tərk etməkləri, hətta qol anında meydana daxil olmaqları UEFA tərəfindən ciddi qayda pozuntusu kimi qeydə alınıb, bizə bu barədə xəbərdarlıq olunub. İnşallah, cərimələnmərik, UEFA hansısa bir halı nəzərə alar, cərimə etməz. Lakin sırf UEFA tərəfindən "Qarabağ" - "Braqa" oyununa təyin olunmuş nümayəndələr matçdan sonra bizə ciddi xəbərdarlıq etdilər. Bu halın təkrarlanmaması ilə əlaqədar ciddi xəbərdarlıqlar oldu". A.Hacıyev qeyd edib ki, Avroliqanın 1/8 final mərhələsində "Bayer"ə qarşı keçirəcəkləri ev oyunu üçün akkreditasiya məsələlərinə daha diqqətli və ciddi yanaşacaqlar: "Budəfəki akkreditasiya dövründə bu məsələləri nəzərə alacağıq. Yalnız işini ciddi görən, sırf iş prosesimizə mane olmayan media nümayəndələrinə akkreditasiya verəcəyik". Qeyd edək ki, "Qarabağ" "Braqa"nı iki oyunun cəmində məğlub edərək (ilk matç - 4:2, cavab oyunu - 2:3) Avropa Liqasının 1/8 final mərhələsinə adlayıb. Komanda bu mərhələdə "Bayer"lə qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşünü martın 7-də Bakıda, cavab oyununu isə martın 14-də Leverkuzendə keçirəcək. |
2024-02-28 | 836,861 | Yaponiya səs-küyə görə sakinlərə yarım milyard ödədi | Son onilliklərdə Yaponiya hökuməti aviasiya uçuşlarından yaranan səs-küyə görə təzminat kimi Amerika hərbi bazalarının yaxınlığında yaşayan insanlara təxminən 70,4 milyard yen (təxminən 467,4 milyon dollar) ödəyib. Axar.az xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin açıqlamasında bildirilib. “Mainichi” qəzeti isə Tokionun müvafiq müraciətlərinə baxmayaraq, ABŞ-ın heç bir ödəniş etmədiyini yazıb. Qeyd edək ki, Amerikanın beş bazasına yaxın ərazilərin sakinləri tərəfindən müxtəlif vaxtlarda çoxsaylı iddialar qaldırılıb. |
2024-02-28 | 836,862 | "Qarabağ" səfərdə darmadağınla qalib gəldi | Bu gün Misli Premyer Liqasının 23-cü turundan təxirə salınan “Qəbələ” – “Qarabağ” matçı baş tutub. Axar.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçirilib. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "Qəbələ"nin yeni baş məşqçi Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk qarşılaşması olub. Qeyd edək ki, "Qarabağ" bu qələbə ilə xalını 57-ə çatdırıb və ən yaxın izləyicisi "Sumqayıt"la (36 xal) xal fərqini 21-ə yüksəldib. |
2024-02-28 | 836,865 | Paşinyan Simonyanı təkzib etdi: Rusların mandatı deyil | Nerkin-Hand kəndi ərazisində rus sərhədçilərin olmasını tənzimləyən heç bir mandat və ya razılaşma yoxdur. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə "hökumət saatı"nda deyib. Ermənistan parlamentinin spikeri Alen Simonyan Nerkin-Handın Rusiyanın məsuliyyət zonası olması ilə bağlı açıqlmasını şərh edən Paşinyan bildirib: “Heç kim deməyib ki, Nerkin-Hand ərazisi Rusiyanın məsuliyyət zonasıdır. Ermənistan-Azərbaycan sərhədində hamıya məlum olan faktlar ucbatından kortəbii şəkildə yarana bilən bir çox vəziyyətlər var. Bu o deməkdir ki, Rusiya sərhədçiləri orada heç bir təhlükəsizlik funksiyasını yerinə yetirə bilməzlər. Bundan müvafiq nəticə çıxarmalıyıq". Qeyd edək ki, 12 fevralda Ermənistan ordusunun bölmələri Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərindən snayper atəşi ilə Azərbaycan sərhədçisini yaralamışdı. 13 fevralda isə DSX qisas əməliyyatı ilə atəş açılan döyüş mövqeyini darmadağın etdi, o cümlədən 4 erməni əsgər məhv edildi. Alen Simonyan həmin ərazilərin rus sərhədilərin "məsuliyyət zonası" olduğunu, AB müşahidəçilərini rus sərhədçilərin o bölgəyə buraxmadığını iddia etmişdi. |
2024-02-28 | 836,866 | AP Nikolu alqışladı: Hazır olaq, Kreml qəzəblənəcək! | Biz görürük ki, Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan təhlükəsizlik baxımından Rusiyadan asılılığını azaltmaq üçün aydın siyasi iradə nümayiş etdirir. Onu da xatırlayırıq ki, ötən il oktyabrın 17-də cənab Paşinyan Ermənistanın Avropanın mümkün hesab etdiyi qədər Avropaya yaxın olmaq istədiyini demişdi. Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin üzvü, Litvanın keçmiş baş naziri Andrus Kubilius Avropa Parlamentinin iclasında Ermənistan-AB münasibətləri haqda danışarkən deyib. O bildirib ki, Baş nazir Nikol Paşinyanın cəsarətli bəyanatını və bu ölkəni Avropa Birliyinə yaxınlaşdıran addımları alqışlayırlar: “Avropa Parlamenti siyasi cavab verməli, Ermənistanla gələcək real münasibətlər üçün iddialı gündəm təklif etməlidir. Biz Ermənistanı inteqrasiyanın bütün üstünlüklərindən istifadə edəcək Avropa ailəsinin bir hissəsi kimi görmək istəyirik. AB Ermənistanı AB ilə addım-addım yaxınlaşmağa, o cümlədən onun namizəd statusuna hazırlaşması üçün geniş xəritə hazırlamalıdır. Digər tərəfdən, Ermənistanın bu cür cəsarətli davranışına Rusiyanın qəzəblə reaksiya verəcəyi və bunun Ermənistan üçün təhlükəsizlik və iqtisadi baxımından çağırışa çevriləcəyi göz qabağındadır. Ermənistana Avropa Birliyi və Qərb demokratiyasından təminat lazımdır və AB Rusiyanın Ermənistan üçün yaratdığı iqtisadi çağırışları qəbul etməlidir. Ermənistanın Avropa perspektivi sabitliyin bərqərar olması üçün yeganə yoldur. Bu, Azərbaycan üçün də faydalı olacaq”. |
2024-02-28 | 836,870 | Ermənilər saxta video yaydı - MN-dən açıqlama | Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bugün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünki hadisə ilə heç bir əlaqəsi yoxdur. |
2024-02-28 | 836,874 | Bərdədə ağır qəza: ölənlər və yaralılar var - Foto | 21:18 Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə Bərdə rayonunun Həsənqaya kəndi ərazisində qeydə alınıb. 90 DN 287 dövlət nömrə nişanlı VAZ-2107 avtomobili ilə 99 UT 442 dövlət nömrə nişanlı “Mersedes”in toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. *** Bərdədə VAZ-2107 və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub. Ağır yol qəzasında 1985-ci il təvəllüdlü Anar Rafiq oğlu Qocayev və 1986-cı il təvəllüdlü Eldəniz Ələkbər oğlu Qasımov ölüblər. 2003-cü il təvəllüdlü Ömər Vüqar oğlu Abbasov, 1996-cı il təvəllüdlü Səxavət Novruz oğlu Əliyev, 2003-cü il təvəllüdlü Elşən Arif oğlu Allahverdiyev və 1991-ci il təvəllüdlü Elçin Nasif oğlu Qasımov xəsarət alıblar. |
2024-02-28 | 836,878 | Bakı və İrəvan cəsarətli addımlar atıb - Berbok | Azərbaycan və Ermənistan keçmişi arxada qoymaq və irəliləmək üçün cəsarətli addımlar atıb. Axar.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistandan olan həmkarları ilə üçtərəfli görüşdən öncə deyib. “Almaniya Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlərin sülh yolu ilə və güc tətbiq edilmədən həllini təmin etməyə sadiqdir. Bu məqsədlə iki ölkə arasında sülh danışıqlarının tez bir zamanda yekunlaşması vacibdir”, - Berbok qeyd edib. |
2024-02-28 | 836,881 | Separatçılar Rusiyanı köməyə çağırır: Yeni müharibə? | Dnestryanı separatçıları (“Dnestryanı Moldova Respublikası”) faktiki olaraq “respublika”ya iqtisadi blokada tətbiq edən Moldovanın təzyiqi ilə əlaqədar Rusiyaya müraciət edəcək. Axar.az xəbər verir ki, bu qərarı bu gün Tiraspolda keçirilən bütün səviyyəli deputatların qurultayının iştirakçıları qəbul ediblər. “220 mindən çox Rusiya vətəndaşının Dnestryanıda daimi yaşadığını və Rusiyanın Dnestryanıda sülhməramlılığının unikal müsbət təcrübəsini, həmçinin danışıqlar prosesində təminat və vasitəçi statusunu nəzərə alaraq, Moldovanın artan təzyiqi şəraitində Dnestryanı bölgəsinin qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi üçün Rusiya Federasiyasının Federal Şurasına və Dövlət Dumasına ünvanlanmış müraciəti qəbul edin”, - qətnamədə deyilir. Qətnamədə vurğulanır ki, Moldova əslində Dnestryanıya qarşı iqtisadi müharibəyə başlayıb, qəsdən milyonlarla dollarlıq büdcə kəsiri üçün şərait yaradıb. Deputatlar bəyan ediblər ki, Moldova dərman və tibbi avadanlıqların tədarükünü əngəlləyir. Bundan əlavə, Kişinyov separatizm haqqında qanun qəbul edib və bu qanun “Dnestryanı vətəndaşlarına cinayət təqibi üçün ilkin şərtlər” formalaşdırır. “Moldova bilərəkdən danışıqlara mane olur və tərəflərin ali rəhbərliyi səviyyəsində siyasi dialoqdan yayınır. Kişinyov Dnestryanı ilə əvvəllər əldə edilmiş razılaşmaların hamısını yerinə yetirməkdən imtina edib”, - deyə qətnamədə bildirilir. |
2024-02-28 | 836,882 | Ukrayna-Polşa sərhədi bağlanır? - 4 saatlıq görüş | Polşa hakimiyyəti ilə dörd saatlıq danışıqlar zamanı sərhədin bağlanması məsələsi müzakirə olunmayıb. Axar.az xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bildirib. “4 saatlıq danışıqlarda sərhədin bağlanması variantı qeyd olunmadı. Polşanın Baş naziri Donald Tuskun dediyi kimi, bu, iqtisadiyyatlarımız üçün çox ağrılı qərar olardı", - Kaçka söyləyib. Qeyd edək ki, daha öncə Polşanın Baş naziri Donald Tusk Varşavanın Ukrayna ilə sərhədi müvəqqəti olaraq daşımalar üçün tamamilə bağlamaqla bağlı danışıqlar apardığını söyləyib. |
2024-02-28 | 836,883 | Hikmət Hacıyev BMT rəsmiləri ilə görüşdü - Foto | Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin əməkdaşları ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalvo X hesabında yazıb. “Azərbaycan Prezident Administrasiyası ilə BMT İnkişaf Proqramı arasında güclü əməkdaşlıq… 2024-cü il bizim üçün gərgin il olacaq. Biz buna hazırıq”, – o qeyd edib. |
2024-02-28 | 836,891 | AB-nin Azərbaycanla sərhəddə nə iş gördüyünü bilirik | Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan növbəti dəfə faktları təhrif edir. Axar.az xəbər verir ki, bu sözləri həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibinin sərhəddə yerləşən Nerkin-Hand kəndi yaxınlığında baş vermiş insidentlə bağlı bəyanatını şərh edərkən deyib. “Biz bu cür bəyanatları müstəsna olaraq mənfi qiymətləndiririk. Bu, ilk dəfə deyil ki, Təhlükəsizlik Şurasının katibi Qərbdə kiminsə xoşuna gəlmək üçün faktları təhrif edir. Ola bilsin ki, Rusiyanı tənqid etmək üçün hansısa səbəb axtarır. Nerkin-Hand bölgəsində heç bir rus hərbçisi yoxdur. Orada erməni tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə FTX Sərhəd Xidmətinin postu yerləşdirilib. Amma eyni zamanda, indi bildiyimiz kimi, Ermənistanda təxribatların qarşısının alınması və sərhəd bölgəsində atəşkəsin qorunması tapşırığı ilə bağlı araşdırma aparılır. Biz Rusiya sərhədçilərini ləkələmək cəhdlərini əks-məhsuldar hesab edirik, çünki onlar 30 ildir respublikanın sərhədlərini qoruyurlar və lazımlı olduqlarını dəfələrlə sübut ediblər. Sərhədçilərimizdən fərqli olaraq, AB-nin psevdomüşahidəçiləri orda çağırıldıqları işi görmürlər. Onların əsas məşğuliyyəti Rusiya və İranla bağlı kəşfiyyat fəaliyyətidir. Və təbii ki, bir az özlərini piar etmək”, - Zaxarova qeyd edib. Xatırladaq ki, Armen Qriqoryan Rusiya tərəfinin Nerkin-Hand kəndi yaxınlığındakı şəxsi heyətlə son insidentin qarşısını ala bilmədiyini bildirmişdi. |
2024-02-28 | 836,892 | Bu gecə Bakı metrosunda təlim keçiriləcək | Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC 29 fevral 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək. Axar.az FHN-ə istinadən xəbər verir ki, təlimin metronun “Nəriman Nərimanov” stansiyasında keçirilməsi planlaşdırılır. “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda baş tutacaq təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur. |
2024-02-28 | 836,894 | Niyə nazirlərin Berlində görüşünə razı oldum? - Paşinyan | Nikol Paşinyan Azərbaycan və Ermənistan XİN başçılarının niyə Almaniyada görüşməsinə razı olduğuna aydınlıq gətirib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri parlamentdə deputatların sualına cavab olaraq deyib. “Niyə Almaniya? Çünki Almaniya Qranada dördtərəfli görüşünün iştirakçısıdır və 3 mühüm prinsip imzaladı: Almatı Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Almatı Bəyannaməsi demarkasiya və delimitasiya üçün əsas olmalıdır və regional kommunikasiyalar ərazisindən keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalı, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında fəaliyyət göstərməlidir. Hər hansı vasitəçi bunu çərçivədən çıxarmağa cəhd edərsə, bu, Ermənistan üçün qəbuledilməzdir”, - Paşinyan bildirib. |
2024-02-28 | 836,895 | Bayramov, Berbok və Mirzoyanın gəzintisi… - Video | Xəbər verdiyimiz kimi, bu gün Berlində Azərbaycan, Almaniya və Ermənistan XİN başçılarının birgə görüşü keçirilib. Axar.az xəbər verir ki, görüşdən əvvəl Ceyhun Bayramov, Annalena Berbok və Ararat Mirzoyanın birgə gəzintisi diqqət çəkib. Üç nazirin bununla müsbət mesaj vermək istədiyi iddia edilib. |
2024-02-28 | 836,896 | İsraillə HƏMAS arasında razılıq əldə olundu | İsraillə HƏMAS arasında atəşkəslə bağlı razılıq əldə olunub. Axar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb. Bildirilib ki, Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı prinsipial razılıq əldə olunub. |
2024-02-29 | 836,899 | "Trabzonspor" və "Beşiktaş" yarımfinalda! | 2024.02.28 - 23:16 Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib. Axar.az xəbər verir ki, "Trabzonspor" doğma meydanda "Başakşəhər"i qəbul edib. Görüş "bordo-mavililər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Trabzonspor" yarımfinalda "Qalatasaray" - "Fatih Karagümrük" matçının qalibi ilə qarşılaşacaq. Görüş fevralın 29-da baş tutacaq. Qeyd edək ki, ötən gün "Ankaragücü" "Fənərbağça"ya 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdıran ilk komanda olub. *** Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib. 1/4 finalda "Beşiktaş" və "Konyaspor" komandaları üz-üzə gəliblər. Görüş "qara qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da İstanbul nəhəngi adını yarımfinala yazdırıb. |
2024-02-28 | 836,900 | Azercell rəqəmsal məzmunu zənginləşdirməyə davam edir | “Litres”ə Azərbaycan dilində yeni audio-kitablar əlavə olunub. Azercell “Litres” beynəlxalq elektron kitabxanasına xüsusi olaraq Azərbaycan dilində hazırladığı 150 yeni audio-kitab əlavə edib. Bununla da Azərbaycan dilli “Litres”də e-kitab kolleksiyasının sayı 2700-ü ötüb. Müxtəlif dillərdə 200 mindən çox audio və e-kitabı özündə birləşdirən “Litres”, lisenziyalı elektron kitab bazarının lideridir. Azercell abunəçilərinə endirimli qiymətlə təklif olunan kitabxanada lider mobil operatorun yaratdığı eksklüziv məzmunla yanaşı bestsellerlər, klassiklər və müxtəlif xarici dillərdə ədəbiyyat yer alıb. “Azercell Telekom” MMC müasir cəmiyyətdə mütaliə mədəniyyətinin, Azərbaycan dilində ədəbi məzmunun geniş müstəvidə təbliğatına dəstək məqsədilə rəqəmsal kitabxana layihəsi çərçivəsində indiyədək İmadəddin Nəsiminin qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox əsərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif elmi işləri, Qarabağ ədiblərinin nəzm və nəsr nümunələrini audio və elektron kitab formatlarında oxucuların istifadəsinə verib. “Azercell Telekom”un 2017-ci ildən etibarən Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi rəqəmsal kitabxana və “Audiokitab” layihəsi Azərbaycan mədəni irsinin qorunub-saxlanılmasına, azərbaycanca rəqəmsal məzmunun zənginləşdirilməsinə xidmət edir. Uzunmüddətli layihə çərçivəsində hazırlanan kitablarla “Litres”, “Bookmate”, eləcə də Azercell-in “Youtube” kanalı vasitəsilə tanış olmaq olar. Azercell-in e-kitabxana tətbiqləri haqqında daha ətraflı məlumat almaq üçün: https://www.azercell.com/az/personal/digital-solutions/litres.html |
2024-02-28 | 836,902 | İlham Əliyevdən forum iştirakçılarına müraciət | Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Axar.az xəbər verir ki, müraciətdə deyilir: "İlk növbədə, sizi XII Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışı münasibətilə təbrik etmək istərdim. Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin Forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu, əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyə imkan verir. Forum, Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan platformadır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan tərəfdaşlığımız çoxşaxəlidir və demək olar ki, bütün sahələri əhatə edir. Bu gün ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlıq dinamik şəkildə inkişaf edir, ticarət dövriyyəsi artır, yeni istiqamətlər üzrə işlər davam etdirilir. Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə qarşılıqlı fəaliyyətin müzakirəsi iki ölkənin regionlararası səviyyədə əlaqələri daha da dərinləşdirmək istəyini əyani şəkildə nümayiş etdirir. Əlamətdar haldır ki, bugünkü Forum Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ikinci ildönümündə keçirilir. İki il bundan əvvəl - 2022-ci ilin fevralında xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran bu mühüm sənəd imzalanıb. Əminəm ki, bu Forum əvvəlkilər kimi, yaradıcı atmosferdə keçiriləcək, ümumi yanaşmaların işlənib hazırlanması üçün əlamətdar hadisə olacaq və dost ölkələrimizin rifahı naminə nəzərdə tutulan bütün məqsədlərə nail olmağa kömək edəcək. Forumun bütün iştirakçılarına uğurlu və səmərəli iş arzulayıram!" |
2024-02-28 | 836,904 | Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu | “Nar” ADA Universiteti və “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” saytı tam yeniləndi. İlk elektron jest dili lüğəti, nitq və eşitmə məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir. Saytın yeni versiyasında 4000 sözün video tərcüməsi ilə yanaşı, gündəlik həyatda istifadə edilən 500 cümlə nümunəsi də təqdim edilib. İstifadəçilərin rahatlığını təmin etmək üçün “jestdili.az”ın interfeysi də təkmilləşdirilib. ADA universitetinin İnformasiya Texnologiyaları fakültəsinin tələbələri saytın müasir dizayn, yenilənmiş axtarış sistemi və bir çox digər funksiyalarla zənginləşməsini təmin ediblər. “Ünsiyyət hər kəs üçün” adlı konfransda “Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin direktoru Əziz Axundov qeyd edib ki, “jestdili.az” saytındakı son yeniliklər bu resursun əhatə dairəsini genişləndirəcək. “Biz müştərilərimizə ən yaxın mobil operator olmaqla yanaşı, ünsiyyət məhdudiyyətlərini aradan qaldırmağı hədəfləyir, daha inklüziv cəmiyyətin qurulmasına dəstək oluruq”, - deyə Əziz Axundov vurğulayıb. Qeyd edək ki, “jestdili.az” layihəsi ən uğurlu sosial təşəbbüs kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən Golden World Award mükafatına layiq görülüb. “Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar. “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. |
2024-02-28 | 836,906 | Qəzzada ölənlərin sayı 29 minə çatdı | İsrail ordusunun əməliyyatları nəticəsində Qəzza zolağında ölənlərin sayı 28 985-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralıların sayı isə 68 883-ə yüksəlib. |
2024-02-28 | 836,907 | Müttəfiqlərlə razılaşmışıq, müharibədə iştirak etməyəcəyik | Biz Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsini istəmirik. Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts X hesabında bildirib. "Bütün müttəfiqlərimizlə bu barədə razılıq var", - Şolts qeyd edib. |
2024-02-29 | 836,913 | Dnestryanıda Rusiyanın hərəkətlərini izləyirik - ABŞ | Kişinyov və Tiraspolu fikir ayrılıqlarını aradan qaldırmaq üçün birgə işləməyə çağırırıq. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. "Rusiyanın Avropada getdikcə aqressiv və sabitliyi pozan rolunu nəzərə alaraq, biz Rusiyanın hərəkətlərini və Dnestryanıdakı ümumi vəziyyəti çox diqqətlə izləyirik", - Miller vurğulayıb. Qeyd edək ki, Dnestryanı Moldovanın iqtisadi blokadası ilə əlaqədar Rusiyadan kömək üçün qətnamə qəbul edib. |
2024-02-29 | 836,916 | Niderland Ukrayna üçün 9 ədəd haubitsa sifariş etdi | Niderland Çexiyanın “Excalibur Army” silah şirkətinə Ukrayna üçün 9 ədəd “Dita” özüyeriyən haubitsa sifariş edib. Axar.az xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb. Müqavilələrin dəyəri göstərilmir. Qeyd edək ki, “Dita” haubitsası təkərli artilleriya qurğusudur. Silahın çapı 155 mm, atəş məsafəsi 39 km-dir. |
2024-02-29 | 836,917 | Bu ölkədə çevriliş: Prezident sarayına hücum... | Çadın paytaxtı Ncamenada bir qrup hərbçi Prezident sarayına doğru irəliləyir və hakimiyyəti ələ keçirməyə çalışır. Axar.az xəbər verir ki, bu barədə “ChadOne” nəşri məlumat yayıb. Hakimiyyət qüvvələri və çevrilişçilər arasında qarşıdurmada itkilərin olduğu bildirilir. Qeyd edək ki, bundan öncə paytaxtda tankların və zirehli texnikanın hərəkəti barədə məlumat verilmişdi. Nəşrin məlumatına görə, hökumət qüvvələri müxalif Sərhədsiz Sosialist Partiyasının (PSF) keçid dövrünün prezidenti Məhəmməd İdris Debinin yaxını Yaya Dillonun rəhbərlik etdiyi qərargaha basqın edib. |
2024-02-29 | 836,918 | Ermənistanda ABŞ hava bazası açılır: Proses başladı! | Ermənistanda Amerikanın hərbi hava bazası olacaqmı? Olacaq. Artıq toxum səpilir. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko qeyd edib. Ekspert buna misal olaraq ABŞ hərbi attaşesinin Loriyə “humanitar yardım” aparmasına diqqət çəkib: “ABŞ-ın İrəvandakı hərbi attaşesi, polkovnik Kevin Stil və ABŞ səfirliyinin Müdafiə Əməkdaşlıq İdarəsinin nümayəndələri Lori vilayətinin qubernatoru Aram Kazaryanla görüşüblər ki, 40 tondan çox “humanitar yardım” göstərsinlər. Mixail Qorbaçovun dediyi kimi, “Proses başlayıb!” Amerikanın hərbi kəşfiyyatı və humanitar yardımı məhz bundan ibarətdir! Nensi Pelosinin İrəvanda necə qarşılandığını xatırlayaq - Sovet dövründə İrəvanda hətta Brejnev belə qarşılanmamışdı”. |
2024-02-29 | 836,921 | Moldovaya AB-dən jest: ianələri ödəməyəcək... | Moldova Avropa Birliyi proqramlarında iştirak üçün illik rüsumları ödəməkdən azad ediləcək. Axar.az xəbər verir ki, bu barədə Moldova parlamentinin mətbuat xidməti məlumat yayıb. "Moldova Avropa Birliyi proqramlarında iştirak üçün illik maliyyə ianələrini ödəməkdən azad ediləcək. Moldova ilə Avropa Komissiyası arasında Moldovanın AB proqramlarına maliyyə töhfələrinin dayandırılmasının tətbiqinə dair Çərçivə Sazişinin ratifikasiyası haqqında qanun layihəsinə bu gün parlamentin İqtisadiyyat, büdcə və maliyyə komissiyasında baxılıb", - məlumatda vurğulanıb. Sənəd Moldovanın 2027-ci ilə qədər ödənişlər üzrə öhdəliklərinin dayandırılmasını nəzərdə tutur. |
2024-02-29 | 836,924 | Vuçiçdən serblərə: Onlar da ruslar kimi qardaşlarımızdır! | Ukraynaya mənfi münasibət göstərən vətəndaşların mövqeyini bölüşmürəm. Axar.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. O, mənfi münasibətin səbəbini bilmədiyini söyləyib: “Ukrayna heç vaxt Serbiyaya qarşı nə isə etməyib. Kiyevlə dostluq əlaqələri qurmaq niyyətindəyik. Onlar bizim slavyan qardaşlarımızdır, eynilə slavyan qardaşlarımız ruslar kimi”. |
2024-02-29 | 836,925 | Almaniya freqatı ABŞ PUA-sını vurdu | Almaniyanın “Hesse” freqatı Qırmızı dənizdə səhvən ABŞ-ın PUA-sına hücum edib. Axar.az xəbər verir ki, bu barədə "Velt" nəşri yazıb. Nəşr qeyd edir ki, MQ-9 dronu dost və ya düşməni müəyyən etmək üçün transponder olmadan hərəkət edirmiş, üstəlik, onun hərəkəti barədə ABŞ-ın müttəfiq ölkələrinin nümayəndələrinə məlumat verilməyib. |
2024-02-29 | 836,926 | Bakı elan edib: Zəngəzur dəhlizi açılmasa… - Ekspert | Ermənistan Baş naziri Paşinyan yaxınlaşan müharibə ideyasını əsaslandırmağa çalışır. Bu əsaslandırmada yenə Zəngəzur dəhlizindən bəhs edərək, Rusiya və Türkiyəni də məsələyə qatır. Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib. “Azərbaycan açıq şəkildə bildirib ki, Ermənistan Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana yol verməsə, dövlətimiz hərbi yolla buna nail olmağa çalışmayacaq. Bölgədə hər hansı bir hərbi toqquşmanın olması və yaxud Ermənistanın ərazisini işğal etmək Azərbaycanın marağında deyil. Rusiya və Fransa öz məqsədləri üçün bu cür fikirləri irəli sürürlər. Rusiya hərbi müttəfiqliyini pozmasın deyə, Ermənistanı bizlə və Türkiyə ilə qorxudur. Fransa isə Ermənistanda daha çox mövqeyə sahib olmaq üçün çalışır. Çox qısa müddətdə Fransa Ermənistana hərbi müşavirlərini təyin edib və silah satışını daha da artıb. İş o həddə çatıb ki, Fransa Ermənistanın daxili siyasətinə də qarışır. Rəsmi Paris daşnaklarla Paşinyanın münasibətlərini yaxşılaşdırmaq niyyətindədir. Azərbaycan tərəfi isə sülh sazişinə dair öz təkliflərini irəli sürüb və prinsipial olaraq bunu davam etdirmək niyyətindədir. Paşinyan hökuməti bölgədə Rusiyanı əvəz etməyə çalışan Fransa üçün geosiyasi dayaq rolunu oynamağa çalışır”, - Məmmədov bildirib. |
2024-02-29 | 836,927 | Ukrayna 10 gündə Rusiyanın 10 qırıcısını məhv etdi | Ukrayna Silahlı Qüvvələri fevralın 17-dən 27-dək Rusiyanın 10 hərbi təyyarəsini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, 9 ədəd müasir Su-35 və Su-34 qırıcısı, həmçinin bir A-50 hədəf alınıb. |
2024-02-29 | 836,931 | Beynəlxalq Kosmik Stansiyada sızma aşkarlandı | Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində hava sızması aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə "Roskosmos"dan məlumat verilib. Bildirilib ki, ekipaj mümkün sızmaların tapılması və aradan qaldırılması üçün işlər aparır və stansiyadan alınan məlumatlar təhlil üçün mütəxəssislərə ötürülür. Ekipaj və stansiya üçün təhlükə yoxdur. |
2024-02-29 | 836,932 | Ukrayna əks-hücuma keçsə, ağır itkiləri olacaq - Ritter | Ukrayna Silahlı Qüvvələri yeni əks-hücum zamanı ağır itkilərə məruz qalacaq. Axar.az xəbər verir ki, bu sözləri Amerika kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib. Onun fikrincə, əks-hücum halında Ukrayna canlı qüvvə və texnikasını itirəcək. Ritter xatırladıb ki, Ukrayna ordusu yayda əks-hücum zamanı Rusiya müdafiəsinin ilk xəttini belə keçə bilmədi. |
2024-02-29 | 836,937 | Xersonda ukraynalı diversantlar zərərsizləşdirildi | Rusiya hərbçiləri Xerson vilayətində ukraynalı diversantları zərərsizləşdirib. Axar.az verir ki, bu barədə vilayət qubernatorunun mətbuat katibi Vladimir Vasilenko bildirib. “Ukraynalı diversantlar Qolopristanski rayonundakı Tendra çuxuruna enməyə cəhd edərkən məhv edilib", - məlumatda deyilib. Qeyd edək ki, Tendra Qara dənizin şimal-qərb sahili yaxınlığında yerləşən adadır. Xerson vilayətinə aiddir. |
2024-02-29 | 836,938 | Rusiya Fransa üçün birbaşa təhlükə yaradır - Attal | Rusiya Fransa üçün birbaşa təhlükə yaradır. Axar.az xəbər verir ki, bunu Fransa Baş naziri Qabriel Attal deyib. "Rusiya bütün aspektlərdə Fransa üçün birbaşa və bilavasitə təhlükə yaradır", - Q.Attal qeyd edib. |
2024-02-29 | 836,939 | Qərb yorulub, amma Putin yerindədir - Navalnaya | Vladimir Putini dayandırmaq üçün Qərb öz metodlarını kökündən dəyişməli və daha yaradıcı olmalıdır. Axar.az xəbər verir ki, bunu həbsdə ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının xanımı Yuliya Navalnaya deyib. O qeyd edib ki, Ukraynadakı müharibənin üçüncü ilində Qərbdə çox yorğunluq və məyusluq yaranıb, baxmayaraq ki, Putin hələ də yerindədir: “Burada ən pisi odur ki,hamı müharibəyə alışmağa başlayıb və sonda hələ də Putinlə danışıqlar aparmalı olacaqlarına inanır. Aleksey Navalnının nümayişkəranə qətli Putinin hər şeyə qadir olduğunu və onunla danışıqların aparıla bilməyəcəyini göstərdi. Rusiya diktatorunu məğlub etmək üçün Qərb siyasətçiləri darıxdırıcı olmağı dayandırmalı və daha innovativ addımlar atmalıdır”. |
2024-02-29 | 836,940 | ABŞ və Fransa İrəvanla hərbi sazişə hazırlaşır - Koribko | Rusiya rəsmi olaraq Ermənistan qarşısında müdafiə öhdəliklərini özündə saxlayır və çətin ki, Moskva İrəvanı KTMT-dən qovsun. Moskvanın maraqları ondan ibarətdir ki, İrəvanı bu addımı yenidən nəzərdən keçirməyə inandırsın. Yəqin ki, Rusiyanın “azğın tərəfdaşı” hazırda NATO-ya üzv olmaq yolunda ilk addım kimi Fransa və ABŞ-la ikitərəfli təhlükəsizlik paktları imzalamaq üçün danışıqlar aparır. Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun üzvü, amerikalı siyasi ekspert Endryu Koribko deyib. Ekspertin sözlərinə görə, Qərb 2020-ci ildən etibarən Paşinyanı Rusiyadan uzaqlaşmağa çalışır: “Paşinyan ötən həftə “Frans 24” telekanalına müsahibəsində Rusiyanın rəhbərlik etdiyi KTMT-də İrəvanın iştirakını dondurduqlarını və qarşıda atılacaq addımlara qərar vermək üçün bundan sonra baş verəcək prosesləri izləyəcəklərini deyib. Bundan sonra Paşinyan dərhal Rusiyanın Gümrüdəki bazasının bağlanması ilə əlaqədar müzakirə aparılmadığını və bu sahədə fəaliyyətin başqa bir müqavilə çərçivəsində tənzimləndiyini vurğuladı. Proseslərin belə inkişafı onun antirusiya platformasından hakimiyyətə gəlməsindən sonra proqnozlaşdırıla bilən idi. O, bu mövqeyini 2020-ci il müharibəsindən sonra daha da gücləndirdi. Fransa və ABŞ o vaxtdan bəri onu Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik blokundan çıxmağa təşviq etməyə çalışır. Paşinyan isə Azərbaycan ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri ilə işğal altındakı torpaqlarının geridə qalan hissəsini azad etdikdən sonra Rusiyaya qarşı ritorikasını daha da gücləndirib”. Koribko bildirib ki, Ermənistan indi geostrateji baxımdan boz zonadadır, çünki Azərbaycan və ya Türkiyənin “hücum”una yol açacağı narahatlığına görə KTMT-dən hələ çıxmayıb: “Lakin faktiki olaraq rəsmi İrəvan artıq KTMT-də iştirak etmir. Bütün hallarda Paşinyanın spekulyativ səyləri Fransa, ABŞ və s. dövlətlərin qoşunlarının ölkəyə dəvət edilməsi ilə nəticələnə bilər. Əlbəttə, Ermənistan ərazisində bəhs etdiyimiz ölkələrin qoşunlarının yerləşdirilməsi KTMT-nin şərtlərinin pozulması deməkdir. Nə Rusiya, nə də digər üzvlərin buna razı olması mümkündür. Bununla belə, Ermənistan artıq AB-nin müşahidə missiyasına ev sahibliyi edir və Moskva İrəvanı şərtləri pozduğuna görə KTMT-dən çıxarmaqla hədələmədi. Odur ki, daimi mövcudluq ssenarisi gerçəkləşdirmək və Rusiyanı tələyə çəkmək üçün xarici qoşunların müvəqqəti şəkildə yerləşdirilməsi də mümkündür. NATO-ya üzvlüyün ərəfəsində olan İsveç ötən il ABŞ-la ölkədəki bütün hərbi bazalara çıxış imkanı verəcək hərbi əməkdaşlıq sazişi imzalayıb. Fikrimcə, ABŞ və ya Fransa, yaxud hər ikisi birlikdə bu ilin sonunadək Ermənistanla da ordu və hərbi texnika göndərməyə imkan verən bənzər təhlükəsizlik müqaviləsi imzalaya bilər. Məqsəd isə Ermənistanın KTMT-dən çıxması real olduğu təqdirdə onu Türkiyə və ya Azərbaycandan, əslində isə Rusiyadan qorumaqdır. Hadisələrin inkişafı Ermənistanın təşkilatdan çıxmasının qaçılmaz olduğunu göstərir. Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana öz milli təhlükəsizliyini NATO-ya təhvil verməmək , bloka Rusiya qədər etibar etməyin qeyri-mümkünlüyü barədə xəbərdarlıq edib. Lakin Paşinyan başqa cür düşünməyə inandırılıb ki, bu da onun geostrateji dönüşə başlamasının əsasını təşkil edir. Əgər NATO Ukraynadan Rusiyaya qarşı istifadə etdiyi kimi, fərqli formalarda Ermənistandan Azərbaycan və ya Türkiyədə sabitliyi pozmaq üçün istifadə edərsə, onda Bakı ilə Ankara təhdidlərə son qoymaq üçün İrəvana qarşı öz xüsusi əməliyyatını keçirə bilər”. |
2024-02-29 | 836,941 | 5 min ildir xəstəliklərə çarə olan çay | Hindistanın məşhur içkilərindən biri olan masala çayının 5 min illik tarixi var. Uzun illər dərman hesab edilən bu çay süd və bəzi ədviyyatlar qarışdırılaraq əldə edilir. Axar.az Medicina.az-a istinadən masala çayının sağlamlığa təsirlərini təqdim edir: Masala çayı əsrlər boyu Hindistanda və Cənub-Şərqi Asiyada istehlak edilib. Qədim dövrlərdə hər cür ot və ədviyyatla dəmlənən çay zamanla indiki formasını alıb. Masala çayı tərkibindəki ədviyyatlar sayəsində immunitet sistemini gücləndirən xüsusiyyətlərə malikdir. Bədəndən zərərli toksinləri çıxarmaq üçün əla içkidir. Tərkibindəki antioksidantların bolluğu maddələr mübadiləsini sürətləndirir. Asanlıqla arıqlamaq istəyənlər üçün uyğundur. Masala çayının məlum təsirlərinə stress və gərginliyi azaltmaq da daxildir. Tərkibi: - 2 stəkan su; - 2 stəkan camış südü; - 2 xörək qaşığı qara çay; - 5 ədəd mixək; - 2 ədəd hil; - 2 ədəd darçın çubuğu; - 1 çay qaşığı zəncəfil; - 1-2 ədəd badyan; - 3-4 ədəd qara istiot dənəsi; - Yarım çay qaşığı zirə. Hazırlanması: Əvvəlcə kiçik bir qazana 2 stəkan su töküb qaynadın. Qaynayan suya qara çayı və daha sonra ədviyyatları əlavə edin. Çay zəif odda 5-8 dəqiqə qaynadıqdan sonra südü əlavə edin. 5 dəqiqə dəmləndikdən sonra çay hazırdır. Çayı belə hazırlamaq əvəzinə apteklərdən hazır şəkildə də alıb istifadə edə bilərsiniz. Zövqə uyğun olaraq çaya şəkər və ya bal əlavə etmək olar. |
2024-02-29 | 836,942 | Zelenski İrəvana nə üçün gəlməlidir? - Vasadze | Ukrayna lideri Zelenskinin Ermənistana səfər edəcəyinə az inanıram. Heç kim onun Ermənistanda təhlükəsizliyinə təminat verməyəcək. Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloqu Gela Vasadze deyib. “Bu səfərin mənasını görmürəm. Nə üçün lazımdır? Rusiyanın payını vermək üçün? Bunun üçün prezidenti riskə atmaq? Məncə, bu mümkün deyil. Gürcülərin yaxşı bir sözü var - yuxu görmək üçün yatmaq lazımdır. Baxaq, gözləyəcəyik, görək bütün bunlardan nə çıxacaq. Amma düşünmürəm ki, Zelenskinin səfəri ilə Ermənistan Rusiyadan Qərbə yönəlməsini nümayiş etdirmək istəyir. İrəvanı Rusiyadan uzaqlaşdırmaq üçün növbəti addım Rusiya sərhəd qoşunlarının Zvartnots hava limanından çıxarılması olardı. Daha yaxşısı isə rus sərhədçiləri Ermənistanın bütün sərhədlərindən uzaqlaşdırmaqdır. Və ya, məsələn, dəmir yolu müqaviləsinə xitam vermək”, - o bildirib. |
2024-02-29 | 836,943 | Rusiyada 100 milyona sanatoriya tikən azərbaycanlı... | Azərbaycan şirkəti Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağı planlaşdırır. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə kurortun rəhbəri Yevgeni Bakulin məlumat verib. "İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstərirlər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard rubl təşkil edəcək", - Y.Bakulin Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumunun kuluarında deyib. Onun sözlərinə görə, 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub: "Biz artıq Jeleznovodskda Azərbaycan sərmayələrini uğurla icrasının şahidi olmuşuq. Buraya Jeleznovodsk xüsusi iqtisadi zonasında ilk beşulduzlu sanatoriya daxildir. Jeleznovodskda xüsusi iqtisadi zonası daha da tanınır. Bu o deməkdir ki, Jeleznovodsk bundan sonra da inkişaf edəcək". |
2024-02-29 | 836,944 | Putin Ukraynadakı hədəfinə çatıb? - Sorğu | Rusiya vətəndaşları ölkənin Ukraynaya qarşı müharibəsini dəstəklədiklərini və uğurlu əməliyyat aparıldığını açıqlasalar da, əksəriyyət Putinin iki ildə çatdığı hədəflərdən birini də sadalaya bilməyib. Axar.az xəbər verir ki, bu barədə “Russian Field”in sorğusunun nəticələrində bildirilir. Sorğuda respondentlərə “Hazırda hərbi əməliyyatda hansı hədəflərə nail olunub?” sualı ünvanlanıb. 58,9 faiz iştirakçı heç bir hədəfin adını açıqlaya bilməyib, 35,8 faiz suala cavab verməkdə çətinlik çəkib, vətəndaşların 23,1 faizi isə heç bir hədəfə nail olunmadığını bildirib. Respondentlərin 2,3 faizi Putinin dünyada Rusiyanın gücünü nümayiş etdirməyə nail olduğuna, 2,2 faizi Donbas sakinlərini qoruduğuna, 1 faizdən azı xalqı birləşdirdiyinə və onun bütövlüyünü qoruduğuna inanır. Ümumilikdə respondentlərin 17%-i əldə olunan məqsədlər sırasında ərazilərin ilhaqını qeyd edib. Eyni zamanda, 10,3%-i Donbasın "azad edilməsi"ni, 6,7%-i onun birləşdirilməsini hədəflər arasında göstərib. Eyni sorğuya görə, rusların 68%-i ölkənin düzgün istiqamətdə getdiyinə inanır, 56%-i isə ordunun hərəkətlərini “uğurlu” kimi qiymətləndirir. Eyni zamanda, 71%-i müharibənin uzandığını qeyd edir. |
2024-02-29 | 836,945 | Rusiyada 9 milyarda otellər tikən azərbaycanlı deputat... - Video | 08:30 Xəbər verdiyimiz kimi, Azərbaycan şirkəti Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağı planlaşdırır. Axar.az xəbər verir ki, kurortun rəhbəri Yevgeni Bakulin azərbaycanlı investorun ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağladığını bildirib. Vurğulanıb ki, bu vəsaitə 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub. Bakulin artıq Jeleznovodskda Azərbaycan sərmayələrinin uğurla icrasının şahidi olduqlarını da xatırladıb. Qeyd edək ki, Jeleznovodskda Azərbaycan sərmayəsi yatıran və Bakulinin dediyi kimi, uğurlu iş görən şəxs sabiq deputat, biznesmen Əsabil Qasımovdur. O, 2021-ci ildə burada ən böyük kurortlarından biri olan beşulduzlu "İstoçnik Jeleznovodsk” sağlamlıq kurortunu istifadəyə vermişdi. Sanatoriyanın yataq tutumu 500 çarpayıdır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 2 milyard rubldan artıqdır. Əsabil Qasımov açılışda da iştirak etmişdi. Ə.Qasımov 2016-ci ildə Yessentukidə də 1.5 milyard rubl investisiya hesabına 400 yerlik "İstoçnik” sanatoriyasını açmışdı. Əsabil Qasımov “Karat Holdinq”in sahibidir. Şirkət 2006-cı ildə yaradılıb. 2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznesini yaxınlarına tapşırmışdı. “Karat Holdinq"ə bu şirkətlər daxildir: - Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); - “Azinvest” tikinti şirkəti; - "Everest-M", "Şin Servis" (armatur alqı-satqısı); - Karmen MMC (dəyirman və un alğı-satqısı); - Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; - ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq fabrikləri), taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); - Gəncə Fatoğlu (un dəyirmanı); - Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli; - Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; - Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ Saray"; - Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; - İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; - Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market". Əsabil Qasımov 2020-ci ilə qədər deputat olub. “Karat Holdinq”in Rusiyada biznesi bununla kifayətlənmir: bundan öncə şirkət Moskvanın cənubundakı Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və "Vasili Osipoviç Krasavin və qardaşları” ticarət birliyinə məxsus binanı demontaj edirdi. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxana tikilib. Paralel olaraq, "Karat Holding” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən "Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır. Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən "Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb. Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır. |
2024-02-29 | 836,946 | Xankəndi-Bakı ultra marafonu başladı - Video | Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi-Bakı ultra marafonu başlayıb. Axar.az xəbər verir ki, iştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər. Onlar ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar. Ardından Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var. Qeyd edək ki, hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar. |
2024-02-29 | 836,947 | Neftin bu günə olan qiyməti | Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,54 dollara, yüngül neftin bir barreli isə 78,46 dollara təklif olunur. |
2024-02-29 | 836,950 | Bakının 3 rayonunda qaz olmayacaq | Bu gün Bakının Xəzər, Xətai və Yasamal rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən bildirilib. Məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində diametri 219 mm və 76 mm-lik qaz xətlərinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Cavanşir küçəsində d325 mm-lik qaz xəttində və Yasamal rayonu, Yeni Yasamal ərazisində d530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədi ilə fevralın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Binə qəsəbəsinin bir hissəsi), Xətai rayonunun (Cavanşir, Sadıqcan, Qədir Məmmədov və M.Hadi küçələri) və Yasamal rayonunun (2-ci Alatava, Yeni Yasamal 1, 2 yaşayış massivləri, Şərifzadə, Ə.Əhmədov, Talıblı, Zərdabi, 7-ci Alatava, Kənar dairəvi, General Həmidov, V.Əliyev, Z.Kazımov, X.Dadaşov, D.Bünyadzadə, Ü.Əkbərov, M.Həsənov, K. Rəhimov və X. Musdafayev küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
2024-02-29 | 836,951 | Salyanda ev yandı: ölən var | Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə Axar.az-a FHN-dən bildirilib. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
2024-02-29 | 836,956 | Mİ6 şefi Paşinyana hansı göstərişi verib? - Böyük Turan... | Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Böyük Britaniya kəşfiyyatının (Mİ6) şefi Riçard Murla görüşü Ermənistan ictimai rəyində hələ də müzakirə olunur. Ermənistan müxalifətini, xüsusilə daşnak və revanşistləri narahat edən Murun Paşinyana Azərbaycanın maraqlarının qəbul edilməsi üçün təsir etməsi qorxusudur. Paşinyana müxalif media iddia edir ki, Mur Azərbaycan və Türkiyəni dəstəkləyir. Hətta Britaniyanın kəşfiyyat şefinin Böyük Turan ideyasını dəstəklədiyini hesab edirlər. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu kontekstdə “Hraparak” nəşrinin yazdıqları xüsusilə diqqət çəkir. Nəşr yazır ki, beynəlxalq diplomatik etiketə görə dövlət başçıları başqa dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşmür, amma problem bundan deyil: “Problem ondadır ki, Paşinyanla Murun görüşündə nələrin müzakirə edildiyi haqda məlumat yoxdur. Daha doğrusu, Riçard Murun bu dəfə Paşinyana nə tapşırdığı məlum deyil, çünki kəşfiyyat rəhbərləri məsələləri müzakirə etmir, yalnız özlərindən asılı olan şəxslərə göstərişlər verirlər”. Nəşr Riçar Murun tərcümeyi-halına diqqət çəkir və onun Böyük Turanın yaradılmasının tərəfdarı olduğunu iddia edir. “Mur 2003-2005-ci illərdə Türkiyədə yaşayıb və işləyib. 2014-2018-ci illərdə Britaniyanın Türkiyədəki səfiri olub. Onun fəaliyyəti dövründə Türkiyə və Britaniya əlaqələri inkişaf edib. Mur müxtəlif məqalə və müsahibələrində Böyük Turan ideyasnı tərifləyib. O hesab edir ki, Türkiyənin bölgədə güclənməsinə töhfə vermək, bununla da Rusiya, İran və Çini sıxışdırmaq lazımdır. Məlumatlara görə, Mur Ərdoğanla tez-tez Qarabağ məsələsini müzakirə edib. 2020-ci il müharibəsinin başa çatmasından iki gün sonra – 11 noyabrda Riçard Mur Britaniya kəşfiyyat xidmətinin rəhbəri kimi Ankaraya səfər edib və burada Türkiyə prezidentinin mətbuat katibi ilə (həmin vaxt İbrahim Kalın idi-red) Qarabağ məsələsini müzakirə edib. Onlar yəqin ki, qələbəni qeyd etmək üçün görüşmüşdülər. Riçard Mur ilk dəfə 2022-ci ildə Ermənistana səfər edib, Paşinyan və Armen Qriqoryanla görüşüb. Təsdiqlənməmiş məlumata görə, o, Cermukda (İstisu) da olub. Münxen görüşündən əvvəl Mur Londonda Qriqoryanı qəbul etmişdi, orada da nələrin müzakirə edildiyi haqda ətraflı məlumat verilməyib. Mur Qərbin hərbi-siyasi elitaları arasında kəskin döyüşkən və anti-Rusiya əhval-ruhiyyəsi ilə tanınır. Onun Ermənistanın yüksək rütbəli məmurları ilə görüşləri nə qədər tez-tez baş verirsə, sonuncular diaqonal hərəkət edir, Rusiya ilə körpüləri yandırır. Turançılıq tərəfdarının göstərişlərini yerinə yetirmək üçün Ermənistanın nə edəcəyini ehtimal etmək olar. Ermənistanı Turanın alətinə, qurbanına çevirirlər. Bunun nəticələri Ermənistan üçün dağıdıcı olacaq”, - nəşr iddia edir. |
2024-02-29 | 836,959 | 18 erməni əsgər necə ölüb? - Məhkəmə | 44 günlük müharibədə Ermənistan ordusunun 18 əsgərinin ölümünə görə ittiham olunan polkovnik-leytenant Andranik Veranyanın işi yenidən məhkəməyə göndərilib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, polkovnikin işi artıq dördüncü dəfədir məhkəməyə göndərilir və istintaq 2 ildən çoxdur davam edir. Erməni polkovnik ordunun 18 əsgərinə yanlış əmr verərək ölümlərinə səbəb olmaqda təqsirləndirilir. İttihama görə, A.Veranyan Mehri istiqamətində xidmət edən 19 əsgəri 2020-ci il oktyabrın 9-da yuxarı komandanlıqdan aldığı əmrə əsasən Horadiz qəsəbəsinə köçürüb. O, Qubadlı rayonunun Xanlıq kəndinə gedərkən yolda əsgərlərin PUA səsi eşitdiyinə görə maşını saxlayıb yerə yatdıqlarını görüb. Daha sonra öz avtomobilindən enərək əsgərlərə maşına minməyi əmr edib. Polkovnikə PUA-nın Ermənistana məxsus olmadığı, təhlükə daşıdığı bildirilsə də, o, əmri təkrarlayıb. Nəticədə əsgərlər yenidən onları daşıyan “Ural” markalı avtomibilə minib cəbhə xəttinə doğru hərəkət etməyə başlayıblar. Lakin PUA “Ural”ı vurub və nəticədə maşında olan 18 hərbçi ölüb, biri yaralanıb. Ölən əsgərlərin valideynləri də baş verənlərdə erməni polkovniki ittiham edirlər. |
2024-02-29 | 836,960 | Kamera ilə müəllimin arxasınca düşüb çəkmək olmaz | Məktəblərdə baş verən neqativ hallarla bağlı əsas məsələ vaxtında aidiyyəti üzrə müraciət etməkdir. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, əksər hallarda hadisədən 2-3 ay sonra müraciət edilir: "Nəzərə almaq lazımdır ki, məktəb istintaq yox, pedoqoji qurumdur. Gec müraciət ediləndə hadisənin səbəbini tapmaq çətin olur. Ən geçi bir həftəyə valideyn övladının başına gələni bilməlidir. Heç bir hadisə gizlədilməməlidir. Önəmli olan hadisənin səbəblərini araşdırmaqdır. Səbəb bilinmədən müəllimin alçaldılması qəti yolverilməzdir". Nazir qeyd edib ki, müəllimin arxasınca kamera ilə düşüb çəkmək tərbiyə alətlərini onun əlindən almaq deməkdir: "Çünki o nəsə etməyə çəkinəcək. Bu da yaxşı yerə gətirib çıxarmaz. Ölkədə olan 150 mindən çox müəllimdən 300-500-ü davranış qaydalarını poza bilər. Onsuz da ona qarşı lazımi addımlar atılacaq. Amma belə davranışlar müəllim olmaq istəyənlərin sayının azalmasına təsir göstərir. Elə şagird var ki, heç evdə onunla bacarmırlar". |
2024-02-29 | 836,965 | Bu ölkə LGBT-yə qarşı müharibə elan etdi | Qana parlamenti LGBT əleyhinə qanun layihəsini qəbul edib. Bu qanun layihəsi təkcə homoseksual münasibətləri deyil, onları dəstəkləyənləri də cinayət məsuliyyətinə cəlb edir. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “LGBT fəaliyyətini təbliğ edən, sponsorluq edən və ya dəstəkləyən hər kəs üçün beş ilə qədər həbs cəzası nəzərdə tutulur”, - məlumatda deyilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.