date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-29
836,966
Qərbi Azərbaycanda 50 sosial media fəalı həbs edildi
Qərbi Azərbaycan əyalətində 50 sosial media fəalı və sosial media şəbəkəsi admini həbs edilib. Axar.az xəbər verir ki, bu barədə əyalətin polis rəisi Rəhim Cahanbəxş bildirib. Polis rəisi fəalların 1 martda keçiriləcək parlament seçkiləri boykota çağırdıqları üçün saxlanıldıqlarını deyib. Məlumatda fəalların kimliyi və harada saxlanıldıqları barədə açıqlama verilməyib.
2024-02-29
836,968
Qurbanov Xankəndidə: Bundan şərəfli nə ola bilər?
Bu gün biz Xankəndidəyik. Bundan gözəl və şərəfli nə ola bilər? Axar.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndidə keçirilən ultura marafonun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, illər ərzində bütün ağrı və acını birlikdə yaşamışıq: “Mən özüm əslən Kəlbəcər rayonundanam. 30 il öncə ata-baba yurdumdan çıxmışdım. Prezident İlham Əliyevin başçılığı ilə bizim müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bütün bunların nəticəsində biz bu gün Xankəndidə tədbir təşkil edirik. Mənim üçün bundan gözəl heç nə ola bilməz. Hər bir azərbaycanlı üçün bu, fəxarətdir. Gözümüz aydın olsun”. Qeyd edək ki, 64 atletin iştirak etdiyi ultura marafon yarışı martın 4-dək davam edəcək.
2024-02-29
836,971
XİN başçılarının danışıqları başa çatdı
10:03 28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb. XİN-dən Axar.az-a verilən məlumata görə, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib. Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.
2024-02-29
836,972
Səfəryan: Putin dedi ki, Qarabağı qaytarın!
Rusiya bizə dedi ki, Qarabağı Azərbaycana verin, Ermənistanı da mənə təqdim edin. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Beynəlxalq və Təhlükəsizlik İnstitutunun təsisçisi Styopa Səfəryan deyib. O, Avrasiya İqtisadi İttifaqından çıxmağın Ermənistan iqtisadiyyatı üçün çətinliklər yaradacağını bildirib: “Ölkəni itirməkdənsə, bu iqtisadi çətinlikləri yaşamaq yaxşıdır. Bədəl ödəməli olacağıq. Əks halda Rusiyaya təslim olacağıq. Moskvanın bizə təqdim etdiyi plan bu idi: Qarabağı Azərbaycana verin, Ermənistanı isə mənə. Birincini qəbul etmədik, buna görə cəzalandırıldıq və Qarabağı itirdik. İndi ikincini qəbul etmirik. Qərb bizə deyir ki, Qarabağ məsələsində kömək edə bilmirlər, amma Ermənistanı müdafiə etməyə çalışacaqlar. Biz nə edək? Rusiyanın meydanına çıxıb Ermənistanı qurban verək? Ölkəni qorumaq üçün addımlar atmalıyıq”.
2024-02-29
836,976
Prokuror Nicata 6 il həbs istədi - Video
“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porşe” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.
2024-02-29
836,977
AP-dən Bakıya qarşı yeni qərəz: Sanksiya tələb edildi!
Avropa Parlamenti xarici, eləcə də AB-nin təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib. Onların hər biri Azərbaycana qarşı dərhal sanksiyaların tətbiq edilməsini və strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunun dayandırılmasını tələb edir. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Mülki Müqavilə” parlament fraksiyasının katibi Artur Ovannisyan sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, qətnamələrdə Azərbaycanın hərbi-siyasi rəhbərliyinə qarşı şəxsi sanksiyaların tətbiqinə hazırlıq görülməsi, Ermənistana qarşı istənilən hərbi təcavüz olacağı təqdirdə Bakıdan neft və qaz idxalının dayandırılması tələb olunur: “Sənədlərdə AB-nin İrəvandakı missiyasının mandatının gücləndirilməsi, onun genişləndirilməsi, qüvvədə olma müddətinin uzadılması və Türkiyə ilə sərhəddə müşahidəçilərin yerləşdirilməsi zərurətindən də bəhs edilir. Həmçinin Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılması təklif edilir”.​
2024-02-29
836,978
736-cı gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 736-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 413 760 hərbçi, 6 593 ədəd tank, 12 552 ədəd zirehli döyüş maşını, 10 070 ədəd artilleriya sistemi, 1000 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 690 hava hücumundan müdafiə sistemi, 342 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 152 ədəd avtomobil texnikası, 7 768 ədəd PUA, 1 912 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 601 xüsusi avadanlıq itirib.
2024-02-29
836,982
Azan əsgərimiz İrəvanda həbs edildi - Bunda ittiham edilir
Ötən gün Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək Ermənistan tərəfə keçən Ruslan Pənahov Ermənistanda həbs edilib. Axar.az xəbər verir ki, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri, 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə saxta ittiham irəli sürülüb. Sözügedən maddələr “təxribata cəhd”, “başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd”, o cümlədən “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozma”nı nəzərdə tutur.
2024-02-29
836,984
AB və NATO İrəvana hərbi yardım edəcək? - Starikov
AB hərbi mənada kimə kömək etdi? Cavab: Heç kimə. NATO hərbi mənada kimə kömək etdi ki! Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Nikolay Starikov Avropa siyasətçilərin Ermənistana kömək vədlərini şərh edərkən deyib. “Bu strukturlar problemləri həll etmək üçün deyil, onları yaratmaq, sonra isə onları həll etmək adı altında öz problemləri ilə məşğul olmaq üçün yaradılır. Bu formula istənilən ölkə və istənilən zaman üçün universaldır. Ona görə də bu bəyanatlar ciddi qəbul olunmamalıdır. Avropa Birliyi və NATO-nun necə fəaliyyət göstərdiyini və əslində nə üçün yaradıldığını asanlıqla təxmin etmək olar”, - o bildirib.
2024-02-29
836,991
Rusiya raketi İran peykini orbitə çıxardı - Video
“Soyuz-2.1b” raketi “Freqat” gücləndirici bloku ilə 2-4 nömrəli Meteor-M hidrometeoroloji aparatı, 17 Rusiya və bir İran kiçik peyki ilə birlikdə “Şərq” kosmodromundan havaya qalxıb. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Raket Moskva vaxtı ilə saat 08:43:26-da start götürüb. Cəmi 9 dəq 23 saniyədən sonra raket gücləndirilmiş bloku peyklərlə birlikdə yerin aşağı orbitinə çıxarıb. Buraxılışdan öncə İranın informasiya və rabitə texnologiyaları naziri İsa Zarepur bildirib ki, İran alimlərinin maraqları üçün “Pars-1” peyki Rusiya raketi ilə orbitə çıxarılacaq.
2024-02-29
836,992
Zurabişvili eyham vurdu: Mişanı əfv edəcək - Təcili
Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərar Gürcüstan prezidentinin mənəvi məsuliyyətidir və buna heç kim təsir edə bilməz. Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. “Mən bu məsələyə münasibət bildirmirəm. Bu, özümün verəcəyim və buna görə də özümə cavabdeh olacağım mənəvi qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi bir məsələ deyil”, - Zurabişvili bildirib. Prezident bununla yanaşı bildirib ki, Saakaşvili real səbəblərdən həbs edilib: “Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Razıyam ki, reputasiya baxımından onun başqa yerdə yerləşməsi daha yaxşı olardı. Bu, hökumətin verməli olduğu bir qərardır. Digər ölkələrin istifadə etdiyi bir çox imkanlar var - ev dustaqlığı, ekstradisiya. Ukrayna ekstradisiyaya hazır olduğunu bildirdi, amma bunun nə dərəcədə rəsmi olduğunu bilmirəm. Beləliklə, imkanlar var”. Qeyd edək ki, bir müddət öncə Ukrayna parlamenti Saakaşvilinin azad edilməsi ilə bağlı Prezident Salome Zurabişviliyə müraciət ünvanlamışdı.
2024-02-29
836,993
Şolts və Makron düşmənə çevrilirlər - Politiko
Olaf Şolts və Emmanuel Makron arasında Kiyevə yardımla əlaqədar fikir ayrılıqları Fransa Prezidentinin Ukraynaya qoşun göndərməsi ilə bağlı açıqlaması fonunda açıq düşmənçiliyə çevrilir. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. “Makron Ukrayna ilə bağlı sərt danışmağa hazırdır, lakin o, Berlinlə müqayisədə kifayət qədər addım atmayıb. Belə ki, Almaniya Ukraynaya 17 milyard avrodan çox, Fransa isə cəmi 640 milyon avro yardım göstərib və ya vəd edib”, - məlumatda deyilir. Eyni zamanda, nəşr iki ölkənin Ukraynaya yardım yanaşmalarını müqayisə edərək, Almaniyanın müəyyən növ silahlar, məsələn, “Taurus” raketlərini göndərməkdə ciddi tərəddüd etdiyini də qeyd edib.
2024-02-29
836,997
Veteranların müavinəti artırılsın - Ombudsman
“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur. Axar.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir. Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
2024-02-29
836,998
Bakının bu ərazisində də binalar söküləcək
Bakıda daha bir ərazidə istismar müddətini başa vurmuş binaların söküntüsünə başlanılacaq. Axar.az Bakı.vs-yə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Nizami küçəsindəki ikimərtəbəli binalar plana düşüb. Bildirilib ki, pilot layihə çərçivəsində sözügedən binalar söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq. Artıq tikinti işlərini aparan şirkət rəsmiləri ilə sakinlər arasında danışıqların aparıldığı vurğulanır. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 10-20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar. İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlərə 250-350 manat arasında kirayə pulu veriləcək. Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq.
2024-02-29
837,000
Onlara da şəhid statusu verilsin
Azərbaycandan kənarda sülhməramlı əməliyyatlarda həlak olan hərbçilərə şəhid statusunun verilməsi təklif olunur. Axar.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Məruzədə Azərbaycanın sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olan və ya ölmüş elan edilən hərbi qulluqçulara şəhid statusunun verilməsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi təklif olunub.
2024-02-29
837,002
İlham Əliyev Macarıstanın yeni prezidentini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Şuyok, Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik. Sizə ən xoş arzularımı çatdırır, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".
2024-02-29
837,004
Əsgərlərə 20 günlük məzuniyyət verilsin - Təklif
Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir. Axar.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən 10 günlük məzuniyyətin artırılması, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.
2024-02-29
837,009
Zurabişvilidən Rusiya xəbərdarlığı: Bu il görəcəyik!
İmperialistliyi heç vaxt dayandırmayacaq bir imperiyanın yanında yaşamağın nə demək olduğunu bilirik. Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisə Rusiya tərəfindən təzyiq hiss edilib-edilməməsi və Moskva ilə müharibə vəziyyətində olan Ukraynaya hansı məsləhəti verəcəyi sualını cavablandırarkən deyib. “Ukraynalılara hər hansı bir məsləhət verəcəyimizdən əmin deyiləm, çünki bizim demək olar ki, paralel tarixlərimiz olub: 19-cu əsrin imperialist Rusiyası, 20-ci əsrin Sovet Rusiyası, işğallar olub, bütün bunları birlikdə keçirmişik. Deməli, eyni yoldayıq, bilirik ki, yeganə perspektivimiz AB-yə yaxınlaşmaqdır. Moldova ilə birlikdə üçlük idik və Ukraynadakı müharibə əslində bu yolu sürətləndirdi və ölkələrimizi namizəd statusuna gətirdi”, - o bildirib. Rusiyanın Gürcüstana təsirindən danışan Zurabişvili qeyd edib ki, ölkədə parlament seçkisi ərəfəsində Moskvanın səsvermə prosesinə müdaxiləsi və hibrid müharibəyə başlayacağı ilə bağlı qorxular var: “Kiberhücumlar, mümkün iqtisadi təzyiqlərdən istifadə, təbliğat, marjinal qrupların maliyyələşdirilməsi və s. bütün bunları yaşayırıq. İşğal olunmuş ərazilərimiz var, ona görə də belə bir cəmiyyət üçün rusiyayönlü qrupların və partiyaların mövcudluğunu təsəvvür etmək olduqca çətindir. Lakin bunu açıq şəkildə bəyan etməyən rusiyayönlü qruplar var, bu qruplar üçün dəstək və müəyyən formada antiqərb təbliğatı maliyyələşdirilir. Gürcüstanda gördüklərimizi başqa yerlərdə də görürük, əminəm ki, bu il daha çoxunu görəcəyik, ona görə də çox diqqətli olmalıyıq”.
2024-02-29
837,010
Lisanidən çağırış: Seçkiyə yalnız burada qatılın!
Keçmiş siyasi məbus, milli hərəkatın tanınmış simalarından olan Abbas Lisani İranda martın 1-də keçiriləcək parlament seçkilərini boykota çağırıb. Axar.az xəbər verir ki, bu barədə Lisaninin adına fəaliyyət göstərən sosial media hesabında paylaşım edilib. Paylaşımda İranda insan haqlarınının pozulması halları vurğulanıb: “Bildiyiniz kimi, İran adlanan ölkədə parlament seçkiləri nümayişi ilə üz-üzəyik. Haqlı olaraq əksəriyyətin qərarı bu nümayişi boykot etməkdir. Ona görə ki, demokratik bir hakimyyət yoxdur. Burada illər boyu söz, toplaşma, partiya qurmaq və media azadlığı olmayıb, millətlərin haqları və sair hüquqlar pozulub”. O, buna baxmayaraq, Qərbi Azərbaycan əyalətində azərbaycanlıların seçkilərdə aktiv iştirak etmələrini istəyib: “Urmu, Sulduz, Makı, Tikantəpə və digər Qərbi Azərbaycan şəhərləri istisnadır. Burada yaşayan hər bir türk və türk millətçiyə sandıq başına gedib, səs vermək tarixi bir görəvdir. Bununla da fars rasistləri və kürd terror təşkilatlarının planlarını pozub, ayaqlar altına atsınlar”. Qeyd edək ki, bundan əvvəl bir qrup Qərbi azərbaycanlı ziyalı, tələbə, milli fəaldan ibarət olan Urmu Birlik Səsi koalisiyası da 3 azərbaycanlı namzədin dəstəklənməsi ilə bağlı bəyanat yayıb. Bəyanat müəllifləri Urmiyadan olan azərbaycanlı namizədlər Ruhullah Həzrətpur, Seyid Salman Zakir və Hüseyn Hacı Nəbini dəstəkləməyə çağırıblar.
2024-02-29
837,014
Yataqxanalarda yaşayan məcburi köçkünlərlə bağlı təklif
Yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin müvəqqəti olaraq köç edənlərin mənzillərində yaşamaqları təklif edilir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2023-cü il üzrə məruzəsində qeyd olunub. Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.
2024-02-29
837,015
Fələstin lideri Netanyahunun tələblərini rədd etdi
Fələstin lideri Mahmud Abbas İsrail Baş naziri Benyamin Netanyahunun “müharibədən sonrakı Qəzza” planının prinsiplərini rədd edib və bununla bağlı xarici liderlərə və beynəlxalq təşkilatların rəhbərlərinə məktublar göndərib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. O, məktublarında Netanyahunun prinsiplərini təhlükəli hesab etdiyini bildirib və bunun gözlənən nəticələri barədə xəbərdarlıq edib. İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılmasını, ərzaq, dərman və gündəlik tələbat məhsulları da daxil olmaqla, humanitar yardımın artırılmasını tələb edib.
2024-02-29
837,017
“Traktor” doğma meydanda qələbə qazandı
Fevralın 28-də futbol üzrə İran Premyer Liqasının 18-ci turunun oyunları keçirilib. Axar.az xəbər verir ki, Təbrizin “Traktor” klubu doğma divarlar arasında “İstiqlal Xuzistanı”ı qəbul edib. Oyun 2:0 hesabı ilə təbrizlilərin xeyrinə başa çatıb. Qələbə sayəsində xallarını 31-ə yüksəldən “Traktor” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
2024-02-29
837,018
Zabitlər öz arzularına uyğun ehtiyata buraxıla bilər
Zabitlərin öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanması təklif edilir. Axar.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Ombudsman qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmət keçməmiş kadr zabitlərinə, dövlət tərəfindən onların təhsilinə çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq onlardan dövlət nəfinə ödənilməsi şərti ilə öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanmasını məqsədəuyğun hesab edib.
2024-02-29
837,023
Xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif olunur
Təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir. Axar.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.
2024-02-29
837,024
Mart ayının havası açıqlandı
Mart ayında hava şəraitində tez-tez dəyişiklik müşahidə olunur. Mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Mart ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 20-27 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 15-17 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 36-52 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 13-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 39-52 mm). Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-48 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 23-90 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 4-9 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-45 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-19 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 56-112 mm).
2024-02-29
837,029
Azərbaycanda elmə ayrılan maliyyə çox azdır
Azərbaycanda elmə ayrılan maliyyə çox azdır. Axar.z xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib. O bildirib ki, birdən-birə maliyyə ayrılmaqla da qısa müddətdə yaxşı nəticə əldə etmək çətindir.
2024-02-29
837,030
Sabiq rəisin qanunsuz əməlləri ifşa olundu
Yevlax rayon qeydiyyat şöbəsinin sabiq vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Məbuat xidməti məlumat yayıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. İstintaq zamanı Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərə ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində almasına, habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Elşən Quliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə, barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
2024-02-29
837,032
Ruslanı yalvara-yalvara azad edəcəklər - Polkovnik
Ermənistan Azərbaycana yalvararaq Ruslan Pənahovu azad edəcək. Daha doğrusu, əsgərimizin azad olunması ilə bağlı qərar qəbul etməyə məcbur olacaq. Narahat olmağa dəyməz. Bəzi məsələlər var ki, hələlik açıqlaya bilmirəm, lakin deyə bilərəm ki, çox qısa bir müddətdə əsgərimiz azad olunacaq. O, heç bir təxribat, terror və ya hər hansı cinayət törətməyib. Onun həbs edilməsi absurddur. Bu sözləri Axar.az-a əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən Ruslan Pənahovun İrəvanda həbs edilməsi ilə bağlı danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Hərbi ekspert bildirib ki, bu, Ermənistanın növbəti saxtakarlıq və hiyləgərliyidir: “Azərbaycan 2020-ci ildən bu günə qədər heç bir şərt irəli sürmədən yüzlərlə erməni hərbçini azad edib. Hansı ki, o hərbçilərin Azərbaycan ərazisində həqiqətən terror və digər cinayətlərdə iştirakı sübut olunmuşdu. Bu, Ermənistanın bizə “çox sağoludur” ki, əlverişsiz hava şəraitində yolunu azan əsgərimizi terrorçu elan edib, 5 uydurma maddə ilə cinayət işi açır. Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, guya Ermənistan tərəfi Bakıda həbsdə olan sepratçıları – Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, David Manukyan, David Babayan, Ruben Vardanyan və Davit İşxanyanı dəyişmək üçün Ruslan Pənahovu həbs edib. Yox, belə deyil, Ermənistanda bu separatçıları çoxdan unudublar. Azərbaycanda xeyli sayda cəza çəkən erməni terrorçu var. Onların bir neçəsini azad etmək üçün Ruslan Pənahovu həbs edib. Lakin buna nail ola bilməyəcək. Ermənistan sonda Azərbaycan deyəni edəcək”.
2024-02-29
837,034
Gənc alimlərə ev verməkdənsə... - Əmrullayev
Gənc alimlərə ev verməkdənsə, onlara elə maaş vermək lazımdır ki, evi özü ala bilsin. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib. "Gənclərə səlahiyyət vermək daha önəmlidir. Bu gün artıq bizim məzunlarımız xaricdə təhsil alıb geri qayıtmağa başlayıb. Amma geri qayıdıb nə edəcək? Onları geri qaytarıb onlara hansısa texniki işi gördürəcəyiksə, bu lazım deyil, onlara müvafiq işlər verilməlidir. Onları ön sıralara çəkməliyik və bundan qorxmamalıyıq", - o bildirib.
2024-02-29
837,035
Rusiya əks-hücum planlarını ələ keçirdi - Budanov
Rusiya Ukraynanın əks-hücumla bağlı gizli planlarını əldə etdi. Axar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. “Mən prezidentdən çox deməyəcəm. Planların Rusiyaya məlum olması barədə sübutlar aldıq. Bu, ciddi problemdir və bununla bağlı tədbirlər görürük”, - Budanov bildirib.
2024-02-29
837,036
Əli Əsədov qərar imzaladı
Nazirlər Kabineti 12 oktyabr 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra notariusun və yaxud xüsusi notariusun köməkçisinin, Azərbaycan konsulluqlarının səlahiyyətli vəzifəli şəxslərinin və notariat ofisləri olmayan yaşayış məntəqələrinin yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin sorğusu əsasında vəfat edən şəxsin bank hesabları və əmanətləri, habelə bank saxlancında olan əmlakı barədə "Elektron notariat”dan məlumat almaq mümkün olacaq.
2024-02-29
837,044
Hədə ilə pul alıb, məhkumlara göndəriblərmiş...
Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib. DİN-dən Axar.az-a verilən məlumata görə, keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri Qadir Quliyev və Toğrul Zöhrabov saxlanılıb. Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in CAİ-nin əməkdaşları tərəfindən tutulub. Həmin şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər. Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-nın Daxili İşlər Nazrliyinin Təhqiqat və İstintaq idarəsində araşdırmalar aparılır. Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
2024-02-29
837,047
Peyğəmbər müqəddəs deyil - Elşad gündəmi silkələdi
Kult.az ilahiyyatçı Elşad Miri ilə müsahibəni təqdim edir: - Elşad bəy, 1400-ildir dəyişilməyən ənənvi islamı, deyəsən, siz dəyişərək modernləşdirmək, liberallaşdırmaq istəyirsiniz… - Əvvəlcə onu bilməliyik ki, mənim dediklərimi 1400 il ərzində deyə bilən olub, ya olmayıb? Olubsa, niyə indiyə qədər bizə çatmayıb? Cavab verim: Əlbəttə ki, olub. Bizə məlum olan mənbələrdən dolayı elə bilirik ki, sanki bunlar yenilikdir, mən də özümdən nələrisə uydururam. Əsaslandığım yeganə yer isə Qurandır, bizi ayıran yer də rəvayətlər. 21-ci əsrdə yaşayırıq. Təsəvvür edin ki, bu cür müasir bir əsrdə dövlət qurumu Elşad Mirinin “İslamda yoxdur” kitabını qadağan edir. Buna görə də Azərbaycan cəmiyyəti, oxucusu fikirlərimdən məhrum olur, həqiqətləri görə bilmir. Yenə yaxşıdır ki, internet əsridir, bir şəkildə çatdırıram. İndi dediyim məsələ də belə, mənim düşüncəmdə olan insanlar həmişə olub, sadəcə, onlara da bir şəkildə dövrə uyğun maneələr törədilib. - Əgər dedikləriniz və sizdən əvvəl bunları deyənlər də doğru deyirsə, bütün bu qadağaların, qorxunun səbəbi nədir? - Əlbəttə ki, ticarət anlayışı, mənfəət. Bu, keçmişdə də belə olub. - Eyni fikri ateistlər də Peyğəmbər üçün deyirlər. Məsələn, donuz ona görə haram buyurulub ki, Peyğəmbər donuz saxlamırdı, donuz saxlayanların da təsərrüfatına mane olmaq üçün haram hesab edilib… - Bu kimi söhbətlərin hamısı uydurmalardır. Donuzun konkret olaraq niyə haram olmasını mən də bilmirəm. Amma onu bilirəm ki, yəhudiliyin özündə belə qadağan olunub. Onun yağından-filandan qidalanmağa icazə verilmir. Xristianlıq isə bunu müəyyən formada dəyişməyə çalışdı. Amma bu gün insan ürəyinin klapanı ilə bağlı ondan istifadə olunur. Allah donuzun murdar olduğunu demir, sadəcə, qidada istifadə etməməyi bildirir, deyir, başqa cür istifadə edə bilərik. Allahın qoyduğu bütün qadağalar universaldır. - Elşad bəy, islamda din xadimi anlayışı varmı? - Xeyr, birmənalı şəkildə yoxdur. - Onda belə çıxır, axund və mollalar fırıldaqçılıqla məşğuldur? - Belə deyək, bu gün bunu bilərək edən var, bilməyərək edən var. Bu, artıq xüsusi bir peşədir. Mollalar nə işlə məşğuldur? Məsələn, ölüyə Quran oxumaq. Axı ölüyə Quran oxumaq dində yoxdur. Quran dirilər üçündür, ölülər üçün yox. Yasin surəsində də bu açıq-aşkar deyilir. Bəs bunun özü artıq bizə nəsə demirmi? Yas mərasimi qurulur. İslamda varmı? Yoxdur. Üç, yeddi, cümə axşamı mərasimləri olur. İslamda varmı? Yoxdur. Özlərinə uyğun ənənə formalaşdırıb, ondan da yaxşı mənada bəhrələnirlər, mənfəət əldə edirlər. Din xadimləri anlayışının bu gün həyata keçirdikləri din biznesidir. Yas məclislərinə gələn adamların hansı biri onları dinləyir, ya elə ərəbcə başa düşür? Toyla bağlı necə biznes anlayışı varsa, yasla bağlı da elədir. Qəbir üstüdür, baş daşıdır, yasdır... - hamısı biznesdir. - Elşad bəy, dində qadının açıq-saçıq geyinməsinin cəzası varmı? - Qurani-Kərimə əsaslansaq, heç bir cəza yoxdur. - Bəs onda hicab nə üçündür? - Hicab tamamilə başqa mövzudur. Əvvəla, bunu geniş izah etməliyəm. Quranda “Əhzab“ və “Nur” surəsindən gətirilən məsələdir. “Xımar” sözü işlənir. O, insanın baş örtüsü məsələlərindəndir. Bir yerdə də “hicab” sözü var, o da bildiyimiz hicab kimi deyil. Ona qalsa, Quranın gəldiyi dövrdə kişilər də örtünürdü. İndi başqa cür istifadə olunur, amma qumdan qorunmaq üçün əmmamə qoyurdular. Hələlik bunu deyə bilərəm ki, bu baş örtüsü anlayışı bizim nə əxlaq, nə namusla əlaqələndirə biləcək məsələdir. Baş örtüsü olan adamlara da hörmətlə yanaşıram, başımızın tacıdırlar, o cümlədən, örtməyənlər də. İnsanlara başının üstündəki yox, içindəkinə görə dəyər vermək lazımdır. - Elşad bəy, əgər Allah hər şeyi görür və bilirsə, hər şey onun iradəsi ilə olursa, o istəsə, hər kəsin qəlbinə iman sala bilərsə, demək ki, ateistlər də onun nəzərindədir? Demək, Allah özü istəmir ki, ateist imana gəlsin, bu, ssenaridir... - Gözəl sualdır. Bir intellektual xanım var idi, dedi, mən Quranı üç dəfə oxuyub ateist olmuşam, o da bu sualla bağlı məntiq yürütdü və haqlı idi də. Əgər belə bir ssenari yazılıbsa, demək, hər iki tərəf mükafatlandırılmalıdır. Təəssüflər olsun ki, sizin dediyiniz məsələ bütün Quran tərcümələrində belə yazılıb, insanlar da yanlış anlayır. Allah istədiyini deyil, istəyənə hidayət verər, istəyənə də zəlalət yolunu göstərər. - Bəs qədər, tale, alın yazısı, imtahan olunmaq? - İmtahan olunmaq başqadır. Tale, qədər, alın yazısını insanlar özündən uydurub. Allah bizim üçün heç bir zaman yaxşılıq və pislik yazmır, o, sadəcə, seçim şansı verir. Biz də bu seçimlərə uyğun olaraq hərəkət edirik. Dinin məqsədi bizi firavan etməkdir. Əgər bir din bu gün insanı firavan eləmirsə, demək, dinin özündə problem var. Peyğəmbərə istinad edilən gözəl ifadə var: Çətinləşdirməyin, asanlaşdırın; nifrət etdirməyin, sevindirin. Amma bugünkü din anlayışı, məsələn, qadınları məxluq kimi təqdim edir. - “Qadınlar sizin tarlanızdır” ifadəsi? - Tərcümədə o cür təqdim ediblər. Orada tarla məsələsi deyil, qadınların uşaq dünyaya gətirmək anlayışı ilə bağlı məsələdir. Tarla aşağılamaqdır. Bu gün analarımız, qızlarımız, yoldaşlarımız tarlamızmı olurlar? Bunu intim hadisə kimi təqdim edirlərsə, onda belə çıxır, kişilər də qadınların tarlasıdır? - Peyğəmbərlərin dövründə səhabələri, ətrafı həmişə məhərrəm ayında toy ediblər, amma indi bu ay haram hesab olunur... - Məhərrəm ayı 12 aydan biridir. Yanvar nə qədər haram və ya müqəddəsdirsə, məhərrəm ayı da o qədər müqəddəsdir. - Bəs müqəddəs günlər? Dini şəxslərin doğulduğu, öldüyü günlər müqəddəs hesab olunmurmu? - Olunmamalıdır. Sonradan uydurulub. Müqəddəs insan da yoxdur. Yəni, bunlar fərdi məsələdir. Mənim həyatımda, misalçün, doqquz sentyabr önəmli gündür, ona görə müqəddəsdir. Xüsusi günlər hamı üçün dəyərli olur. Tutalım ad günü, toy günü. Bunu ilahiləşdirmək gərəksizdir. Allah heç peyğəmbərləri müqəddəs insan kimi təqdim etmir. Qurana baxsaq, onların da səhvinin olduğunu deyir. Peyğəmbərin dövründən çox sonra baş verən Aşura böyük bir zülmdür, faciədir, bunu birmənalı qeyd edək, heç kim dana bilməz. Amma həmin günü sadəcə, islam tarixi ilə bağlı anlayış kimi qəbul edə bilərik, daha islamlaşdırıb təqdim eləmək olmaz. Heç bir yerdə, heç bir şəkildə hansısa gündə toy edib-etməməklə bağlı qadağa yoxdur. - Belə çıxır, bu da bir biznesdir? - Bəziləri bunu məzhəbləşdirib edir. Vəssalam. - Dində siğə var? Yaxud, əqd özü siğə demək deyilmi? - Əqd - söz müqaviləsidir, buna müvəqqəti nikah deyirlər. Bu bizim dilimizdə, qanunlarımızda da var. Dini anlayış deyil heç də. - Siz bu anlayışı qəbul edirsiniz? - Xeyr, bu, zinadır. Qurani-Kərimdə ayə var ki, zinanı nəinki edin, heç yaxınlaşmayın da. - Evlənmək şəraiti olmayan adamlar cinsi ehtiyacını necə ödəsin? - Başqa yolu yoxdur, evlənməlidir. Bu gün qanunvericilik də buna icazə verir ki, 18 yaşında ailə həyatı qura biləsən. Ən gözəl yol budur. - Bəs maddi imkana görə evlənə bilməyənlər necə dözsün? - Dözülməyəcək bir məsələdirmi? - Qismən, bəli. Daha dəqiq, bir yaşdan sonra buna görə insan orqanizmində də tibbi baxımdan problem yarana bilir… - Tibbin üstünə atmayaq. Adamdan adama, cəmiyyətdən cəmiyyətə dəyişir. Doğru yanaşma deyil. Bu günə qədər intim proses olmadan ölən insan olmayıb. - Homoseksuallara münasibətiniz necədir? Din onları öldürməyi buyururmu? Onları da Allah elə yaratmayıbmı? - Zinaya necə baxırıqsa, bu da elə. Buna heç kim haqq qazandıra bilməz, zinadır. Amma bu gün fərqli yerə çəkirlər. LGBT kimi qurumlar var ki, onlar da fərqli təqdim edirlər. Qurana baxanda isə öldürülmə cəzası-filan yoxdur. Bu gün bir şəxs homoseksual olduğunu özü etiraf eləməsə, necə biləcəksən? Zina edən etdiyini deməsə, necə bilmək olar? Özlərindən anlayış çıxarıblar: Daş-qalaq etmək. Quranda “daş-qalaq” anlayışı yoxdur. Bu anlayış yəhudilikdən gəlib. İsa Peyğəmbərin “Günahsız kimdirsə, ilk daşı o atsın” ifadəsi var. Məsələnin ikinci tərəfi odur ki, islam deyir, belə bir hadisə olduqda dörd nəfər şahid yoxdursa, yəni, şəxs özü bəyan etmirsə, cəza yoxdur. Yox, varsa, edirsə, o zaman cəmiyyətdəki ictimai əxlaq anlayışını, asayişi pozduğuna görə cəza mexanizmi var. “Nur” surəsinin ikinci ayəsində “cəldə” deyilən cəza növüdür. İnsanın dərisinə vurmaqla bağlı cəzadır. - Homoseksualları da Allah yaradıb? - Amma Allah onları LGBT fərdi kimi yaratmayıb, bu, artıq seçimdir. - Bəs transgenderlik, ümumiyyətlə, özündən asılı olmayan hormon pozuntusu? - Bu kimi məsələlər qida, mühit kimi amillərlə bağlıdır. - Daş-qalaqdan danışmışkən, Şeytanı daşlamaq necə? - Birinci, Şeytan niyə Kəbənin yanındadı? Başqa yerdə yoxdurmu? Şeytan, əslində, bir sifətdir, xüsusiyyətdir. Daşın üzərinə daş atmaqla ənənə formalaşıb. Quranda varmı? Xeyr, yoxdur. İyirmi-otuz il əvvəl bir dənə idisə, indi üç ədəd ediblər. Mən də orada olanda bilmədən bu ritualı həyata keçirmişəm. Amma yenə düşünürdüm ki, niyə? Mifik və əsassız yanaşmadır. Həccə gedəndə gördüm ki, ordakı prosesləri bir günə etmək olar, bəs niyə həftələrlə qalınır. Çünki dini turizmdir, başqa heç nə. “Həci”, “məşədi” anlayışı yaradıblar. Bunlar nə tituldur axı?! - Belə bir ifadə var ki, Şərq insanı həmişə özü üçün xilaskar gözləyir. Zühur olacaqmı, Mehdi gələcəkmi? - Quranın heç bir yerində Mehdiylə bağlı nəsə yoxdur. Qərbdə gözlənilmirmi? Gözlənilir. İsa Peyğəmbərin gələcəyi gözlənilir. Bəs yaxşı, insanlar necə düşünür? Mehdi necə gələcək? Qəbul ediləcəkmi? Əlində qılıncla gələcək, lazerlə gələcək, göydənmi düşəcək? Gəlib nə edəcək? Bunlar möcüzəvi söhbətdir. Quranda möcüzə yoxdur. Şiələrin gözlədiyi Mehdiylə sunnilərin gözlədiyi başqadır. Hərəsi fərqli bir şey deyir. Niyə kimisə gözləyirik ki, bizim eləməli olduğumuzu edəcəklər? Bu, tənbəllikdir. - Elşad bəy, ruhlara da inanmırsınız? - Xeyr. Bu, spirtualizmlə bağlı məsələdir. Qurani-Kərimdə ruh və cəsəd anlayışı yoxdur. Ruh sözü keçir, amma bunlar Allahın vəhyi və vəhyi gətirən mələklə bağlıdır. Bədən və ruh anlayışı Qədim Yunanıstanda orfizmlə əlaqələndirilən məsələdir. Bunu dinin çatışmayan cəhətləri ilə ortaya atmağa çalışırlar. Ölən insanlarla bizim aramızda bir bərzəx var. - Duaların gücü necə, varmı? - Bu, dua yazmağa qədər gedib çıxır. Bunun üzərində də biznes var. Qorxu, sevgi, bərəkət duası yazırlar. Duanın gücü onun insana verdiyi ümiddir. O, səndə hədəf müəyyənləşdirir, yəni, sən yalnız deyilsən, tək deyilsən, tənha deyilsən. Amma necə deyərlər, səndən hərəkət, məndən bərəkət. Duanın psixoloji gücü var. Əgər tək dua ilə olsaydı, elə işlərimiz ancaq bununla bitərdi. - Konkret deyək, Quran müqəddəsdirmi? - “Müqəddəs Quran” anlayışı yoxdur. Bizdə kitabi-müqəddəs, yəni, müqəddəs kitab deyiləndə “Tövrat” nəzərdə tutulub. Müqəddəs adlandırılanda kitaba toxunmaq olmaz. Quran bu gün telefonda da var. Quran üçün xüsusi dəstəmaz almaq, hansısa ritualları etmək gərəksizdir. Bu mənim həyat kitabımdır, yolumdur, naviqatorumdur. Vacib olan onun içindəkidir. - Azərbaycanca namaz qılmaq olarmı? - Bəli, insanlar öz dillərində namaz qıla bilərlər. Allah bizə 6236 ədəd mesaj (ayə) göndərib. Bunu ancaq anlamadığımız dildəmi oxumalıyıq? Namaz ancaq ərəblər üçün deyil axı. - Amma görünür, ərəbcə daha yaxşıdır oxumaq, çünki siz də tərcümədə səhv olduğunu deyirsiniz… - Bu da maraqlı yanaşmadır. Əgər həqiqətən tərcümələrin üzərindəki xətalar qalxmış olsaydı, bu gün bunları danışmazdıq. Ərəb dili müqəddəs dil deyil. Məsələn, heç Musa Peyğəmbər ərəb dilində danışmayıb. İsa Peyğəmbər ibrani dilində danışıb. O zaman o dillər niyə müqəddəs olmasın? - Quranı həm də poetik kitab hesab edirlər. Ədəbiyyatla dinin vəhdətində toqquşan bir məqam var ki, şair-yazıçıların Allaha ərkyana xitabı və yaradıcı üsyanı olur. Burada yanlış nəsə var? - Quranda “Şüara” surəsi şairlərdən bəhs edir. Amma Quranda şair məsələsinin hansı mənada istifadə edilməsini dəqiq bilmirəm. Üsyan məsələsi isə qınanılan məsələdir. Mən nəyimə üsyan edəcəm? Quranda Adəmin özünün Allaha üsyan etməsi var. Valideyn olaraq övladlarımızın bizə üsyanı necədirsə, necə təsir edirsə, bəndənin də Allaha üsyanı o cürdür. - Cənnət və cəhənnəm anlayışı Quranda necədir? Daha dəqiq, cənnət insanların bildiyi huri mələklər, təbiət, axar çaylar, şərab, cəhənnəm isə qaynar qazandırmı? - Əlbəttə ki, yox. Biz bu məsələləri müqayisəsiz deyə bilmirik. Allah bizə deyir ki, xəyalınıza belə gətirə bilməyəcəyiniz nemətlər var. Amma tərcümələrdə deyilir ki, kişilərə hurilər veriləcək. Bəs qadınlara nə veriləcək? - Qılman… - Bir kişiyə yüz minlərlə huri verilirsə, qadına da bu qədər hurimi veriləcək? Bu hansı təfəkkürdür? Burada içki qadağandır, özümü saxlayıram, amma orada içəcəm? İçki burada məni daha fərqli insana çevirirsə, meymuna döndərirsə, orada olsa, çevirməyəcəkmi? - Nar məməli qızlar məsələsi bəs? - Yoxdur Quranda belə bir şey. Yenə də tərcümənin problemləridir. Əmin olun, belə şeylər ola bilməz. Allah bizimlə bu cür danışmır. Tərcümə edənlərin fantaziyalarıdır. Məhəmməd Peyğəmbərin də adına belə şayiələr var. Guya doqquz yaşlı qızla zihafa girir. Bu təfəkkürdən çox şey gözləmək olmaz. Oradakı huri anlayışı köməkçi mənasındadır. İntimə bağlamaq doğru deyil. Anlayışla bağlı ifadələrdir.
2024-02-29
837,048
Səfərbərliyin 136 əməkdaşı məsuliyyətə cəlb edilib
Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib. Bu barədə Axar.az-a qurumdan məlumat verilib. Bildirilbi ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ildə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Bundan başqa, xaricdə ali təhsil almaları ilə bağlı saxta sənəd təqdim etməklə və digər yollarla müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxslərin hərəkətlərinə prosessual qiymət verilməsi üçün Xidmətin yerli qurumlarında toplanmış çoxsaylı materialların aidiyyəti istintaq orqanlarına göndərilməsi təmin edilib. "Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək", - məlumatda qeyd olunub.
2024-02-29
837,053
Namizəd ola bilmədi, MSK-nı məhkəməyə verdi
Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərində namizədliyi ilə bağlı müraciət edən, lakin imza vərəqini geri qaytarmadığı üçün namizədliyi qeydə alınmayan Sarvan Kərimov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib. Axar.az xəbər verir ki, o, inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr barədə iddia irəli sürüb. İddia Bakı İnzibati Məhkəməsinin hakimi Tural Məlikovun icraatına verilib. Qeyd edək ki, S.Kərimov ikinci dəfədir ki, MSK-nı məhkəməyə verir. O, bu il yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək prezidentliyə namizəd kimi qeydə alınmaq üçün tələb olunan 40 min imzanı müddətin qısa olması səbəbilə toplaya bilmədiyini iddia edib.
2024-02-29
837,056
Şaxta olacaq, yollar buz bağlayacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq. Azərbaycanın rayonlarında da sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
2024-02-29
837,058
Urmuya gedin, SEPAH üzvü də olsa, səs verin - Çöhrəqanlı
O yerlərdə ki seçkiləri boykot etməyimiz qeyri-türklərin qələbəsinə səbəb olacaq, orada bütün gücümüzlə seçkilərdə iştirak edəcək və SEPAH üzvü belə olsa, azərbaycanlı namizədlərə səs verək. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan milli fəal Mahmudəli Çöhrəqanlı deyib. Güney Azərbaycanın başqa bölgələrində seçkiləri boykota çağıran fəal vətəndaşlardan Urmiyada seçkilərdə aktiv şəkildə iştirak etməyi istəyib: “Urmiya istisnadır. Orada türk olan hər bir namizədə, hətta SEPAH üzvünə, rejimin çaqqalı belə olsa, səs verin. Yetər ki, türk olsun!” - o, təkid edib. Çöhrəqanlı bunu Qərbi Azərbaycan əyalətindəki kürd namizədlərin parlamentə getməsinin qarşısının alınması üçün vacib hesab edib. Milli fəal Təbriz, Ərdəbil və başqa şəhərlərdən qruplar halında türk namizədlərə səs vermək üçün Urmiyaya getmələrini istəyib.
2024-02-29
837,059
İsrail bu ölkədə böyük əməliyyata hazırlaşır
İsrail ordusu Livanın cənubunda Hizbullahı sərhəddən qovmaq üçün əməliyyat keçirə bilər. Axar.az xəbər verir ki, bu barədə “National” hər iki ölkənin silahlı qüvvələri və təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadla məlumat yayıb. Mənbələrdən biri nəşrə açıqlamasında deyib ki, ölkənin şimalında evlərini tərk edən israillilərin əksəriyyəti Hizbullah təhlükəsi keçməyənə qədər qayıtmaq istəmir: “Bu vəziyyət İsrail ordusuna və hökumətinə böyük təzyiq göstərə bilər. Bu, həm də növbəti böyük müharibə deməkdir”. Qeyd olunub ki, İsrail ordusunun əsas hədəfi Hizbullahı sərhəddən 10-15 km geri çəkməkdir.
2024-02-29
837,061
“Akıncı” PUA-larımız havaya qaldırıldı - Video
Azərbaycan Hərbi Hava Qüvvvələrinin “Akıncı” hücum pilotsuz uçuş aparatları hava kəşfiyyatı aparıb. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub. Əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqlar yerinə yetirilib. Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
2024-02-29
837,062
Eyvazov Anar Qafarova yüksək vəzifə verdi
Polis mayoru Anar Qafarov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi təyin edilib. Axar.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
2024-02-29
837,063
Budanovdan Zalujnının işdən çıxarılmasına reaksiya
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov keçmiş baş komandan Valeri Zalujnının işdən çıxarılmasına münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. O, Prezident Zelenski ilə Zalujnı arasında fikir ayrılığının olmasına şübhə etdiyini bildirib. Budanov qeyd edib ki, prezidentlə hərbi rəhbər arasında çətin ki, şəxsi fikir ayrılıqları olsun, çünki biri digərinə tabedir. Kəşfiyyatçı Zelenskinin düzgün qərar verdiyinə də eyham vurub: “Hər şey yaxşıdırsa, hər şey əladırsa və hər şey düzgün aparılırsa, onda biz niyə indi olduğumuz vəziyyətdəyik?”
2024-02-29
837,065
Bakıda qanunsuz tikililər söküldü - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikililəri söküb. FHN-dən Axar.az-a bildirilib ki, Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş tikililər sökülüb.
2024-02-29
837,066
8 ölkə Navalnıya görə Rusiyaya qarşı bu addımı atdı
Avropa Birliyinin səkkiz ölkəsi rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə görə Rusiya məhkəmə sisteminə sanksiyaların tətbiqi ilə bağlı çağırış edib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb. Məlumata əsasən, Avropa Birliyinin baş diplomatı Jozep Borrellə göndərilən məktubu Çexiya, Estoniya, Finlandiya, Litva, Latviya, Polşa, İsveç və Rumıniyanın xarici işlər nazirləri imzalayıb. Həmçinin rəsmilər bu təklifin Niderland, Fransa, İrlandiya və Danimarka tərəfindən də dəstəkləndiyini bildirib.
2024-02-29
837,073
4 uşaqlı icra başçısına "bəytərifi"
Ağstafanın icra başçısı Seymur Orucovun aparıcı Alidə Mustafayeva ilə ötən gün baş tutan toy mərasiminə medianın reaksiyası sosial şəbəkələrdə ikili, üçlü və... çoxlu reaksiyalara səbəb olub: bəziləri hesab edir ki, hər kəsin evlənmək haqqı var, burda qəribə heç nə yoxdur və media nahaq yerə bundan gündəm yaradır; bəziləri düşünür ki, bu, icra başçısını vurmaq üçün heç də yaxşı mövzu deyil; bəziləri sanır ki, media tiraj üçün şou tapıb və s... Əlbəttə, mövzunun şou hissəsi də yox deyil. Ancaq bu toyun gündəmə çevrilməsini şərtləndirən səbəblər də çoxdur: 1. Seymur Orucov bu ölkənin iri rayonlarından birinin başçısıdır, dövlətin siyasi-inzibati iradəsini yerdə təmsil edir. Onun özəl həyat anlayışı ola bilməz – bütün addımları ictimaidir. Azərbaycanda ikinci yox, 8-ci dəfə də evlənən şəxslər var, onlar haqda kimsə nəsə yazmır. S.Orucovun toy məsələsi buna görə ciddi medianın da diqqətini çəkdi; 2. Dövlətin siyasi iradəsini yerdə həyata keçirən şəxs olaraq S.Orucovun milli dəyərləri mütləq şəkildə qoruması artıq bir seçim deyil, vacibdir: sən bu ölkənin məmurusansa, ənənələri yaşatmağa borclusan. Azərbaycanda isə kişi 10 dəfə də evlənə bilər, ancaq yalnız bir dəfə “bəy” olur, özünə bir dəfə toy edir. Çox nadir istisnalar yalnız gənclərə aid ola bilər – o da əgər hansısa səbəbdən ayrıldıqdan sonra övladı yoxdursa. Bu baxımdan 4 uşaq atası olan bir şəxsin bu qədər irimiqyaslı toy-dügün keçirməsi diqqətləri özünə çəkməyə bilməzdi. 3. Başçının uşaqlarının anasının da qismən ictimai statusu. Doğrudur, artıq onun atası Şəmsəddin Hacıyev daha İqtisad Universitetinin rektoru, deputat deyil, buna baxmayaraq, özü iri sahibkardır, istixanaları var və “Azəriqaz” bir neçə dəfə yüzminlərlə borca görə bu xanımla məhkəmə çəkişməsi yaşayıb. “Dahası” da var: S.Orucov Şəmsəddin Hacıyevin rektor olduğu universitetdə ilk karyerasını qazanıb və prorektorluğa qədər yüksəlib. Təbii ki, “bağda ərik var idi...” düşüncəsi bu evliliyi və boşanmanı ictimailəşdirir. Hər kəsin doğrudan da ailə qurmaq, evlənmək, ərə getmək kimi təbii haqqı var. S.Orucov da birinin qolundan yapışıb, evinə aparsaydı, səssiz-küysüz – yəni musiqinin səsi bütün Bakını başına götürmədən – ciddi media bu olayı işıqlandırmayacaqdı. Anadolu türklərinin gözəl bir sözü var: “makamına sayğı göstərmək”. Özün istədiyin düşüncədə ola bilərsən, istədiyin həyatı yaşamaq haqqın da var, ancaq dövlət məqamındasansa, dövlət ərkanına, xalq ənənəsinə uyğun davranmaq öhdəliyini o vəzifəni qəbul edərkən götürmüsən demək.
2024-02-29
837,077
Əliyev təkzib edir, həmin gün AP, görün, hansı oyun qurur…
Avropa Parlamentinin Azərbaycana sanksiyaların tətbiq edilməsi çağırışını özündə əks etdirən iki qətnamə qəbul etməsi bu qurumun illərdir ölkəmizlə bağlı sərgilədiyi qərəzli mövqeyi fonunda təəccüblü deyil. Lakin burada iki məqam xüsusilə diqqətçəkəndir: birincisi, son dövrlər Qərbdə Azərbaycana sanksiyaların tətbiq edilməsi çağırışları intensivləşib; ikincisi, Azərbaycana qarşı çağırışlar, qəbul edilən qərarlar birmənalı olaraq Ermənistanın müdafiəsinə hesablanıb. Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi son qətnamələri şərh edərkən bildirib. A.Camal qeyd edib ki, Avropa strukturlarında Azərbaycana qarşı qəbul edilən qərarların arxasında həmişə erməni maraqlarının müdafiəsi dayanıb: “Avropa strukturlarında şəbəkələşmiş erməni lobbisi və Azərbaycana qarşı qüvvələr bu siyasətin yönləndirilməsini həyata keçiriblər. Lakin əvvəllər erməni maraqlarının müdafiəsi məqsədi daşıyan bu siyasəti “insan haqları”, “demokratiya” kimi məsələlər üzərindən pərdələyirdilər. İndi isə “Azərbaycanın Ermənistana ehtimal edilən hücumu” üzərində qurublar. Son qətnamədə də açıq şəkildə bildirilir ki, “Azərbaycan Ermənistana hücum edərsə”, Avropa Birliyi sanksiyalar tətbiq etməli, enerji anlaşmalarını dayandırmalıdır. Bu, nə deməkdir? Hansı məntiqlə bu qərarlar verilir? necə yəni “hücum edərsə”? Politoloq “Azərbaycanın Ermənistana hücum edəcəyi” iddiasının bölgə üzərində aparılan geosiyasi mübarizədəki oyun olduğunu hesab edir. Onun sözlərinə görə, məqsəd Qərb qüvvələrinin Cənubi Qafqazda möhkəmlənməsinə nail olmaqdır: “Proseslər göstərir ki, Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq və onun yerini tutmaq istəyirlər. Bu hədəfə nail olmaq üçün Azərbaycan üzərindən oyun qurmağa, ölkəmizi vasitə kimi istifadə etməyə çalışırlar. “Ermənistana hücum” iddiası ötən ilin 20 sentyabrında Qarabağda erməni separatizminin ləğvindən sonra aktuallaşdı. Çünki erməni separatizminin ləğvi Qərbin bölgədə təsir rıçaqlarına, o cümlədən Bakıya qarşı təzyiq imkanlarına ciddi zərbə vurdu, buna görə onlara yeni əsaslar lazımdır. “Azərbaycanın Ermənistana hərbi müdaxiləsi” haqda dezinformasiya axının yaradılması da buna hesablanıb. Bu, ilk növbədə rəsmi Bakıya təzyiq etmək və İrəvanla sülh danışıqlarının Qərb platformasında aparılmasına razı salmaq məqsədi daşıyır. Bu platformada irəli sürülən gündəlik erməni maraqlarına uyğun olduğu üçün Azərbaycan haqlı olaraq imtina edir və daha çox ikitərəfli formatı irəli sürür. Avropanın siyasi paytaxtlarında isə balanslı və ədalətli mövqe sərgiləmək əvəzinə, erməni lobbisinin təsiri ilə Azərbaycanı öz əleyhinə olan gündəliyin olduğu masaya əyləşməyə dəvət edirlər. Digər tərəfdən, “Ermənistana hücum” iddiaları Azərbaycana qarşı planlaşdırılan sərhəd təxribatlarına hazırlıq məqsədi daşıyır. Rusiyanın Ermənistandan çıxarılması üçün rəsmi İrəvana Moskvanı “təhlükəsizlik öhdəliklərini” yerinə yetirmədiyini göstərmək lazımdır, bu məqsədlə Azərbaycana qarşı təxribatın törədilməsi, bölgədə eskalasiyanın yaradılması, ardınca KTMT və Moskvadan imtinanın gündəmə gətirilməsi ssenarinin tətbiq ediləcəyi gözləntisi böyükdür. Azərbaycana qarşı aparılan çirkin kampaniyanın hədəflərindən biri də budur”. A.Camal qeyd edib ki, Azərbaycana qarşı aparılan bu kampaniyada qəribə vəziyyət yaranıb: “Rəsmi Bakı ən yüksək səviyyədə Ermənistana heç bir hücum planının, yaxud hazırlığının olmadığını dilə gətirir, bütün bu iddiaları təkzib edir. Avropa strukturları isə qulaqlarını bağlayır və heç nə eşitmək istəmir. Prezident İlham Əliyev dünən Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edərkən bu iddialara ətraflı şəkildə cavab verdi. Dövlət başçısı bəyan etdi ki, Azərbaycanın hücumla bağlı heç bir planı yoxdur, bütün bu uydurmalar da Makronun insinuasiyalarıdır. Prezident bu bəyanatı dünən – 28 fevralda günün ikinci yarısı verdi. Günün sonunda isə Avropa Parlamenti “Ermənistana hücum” iddiası ilə Azərbaycana sanksiya çağırışını etdi. Yaxud, Almaniya kansleri Olaf Şolts Bakı və İrəvan münasibətlərinin normallaşması işinə töhfə verməyə çalışır, Münhen və Berlin görüşü bunun nümunəsidir. Şoltsun lideri olduğu partiyanın AŞPA-da təmsil olunan nümayəndəsi isə Azərbaycana qarşı ədalətsiz qərarın müəllifidir. Qəribə vəziyyət yaranıb. Avropanın bu ziddiyyətli siyasəti gülüncdür, lakin ortada Azərbaycana qarşı oyun oynandığı həqiqəti də var. Bu oyun hər şeydən öncə Avropa Birliyinin Cənubi Qafqazdakı maraqlarına, o cümlədən, Avropanın enerji təhlükəsizliyinə ziddir. Görünür, Avropa erməni maraqlarını öz maraqlarına qurban verir və bundan zərər görən tərəf ilk növbədə özləri olacaq”.
2024-02-29
837,078
Nikol Konstitusiya islahatından imtina edir
Hakimiyyət Konstitusiyaya dəyişiklik ideyasından imtina etməyə başladı, çünki onlar anladılar ki, müxalifətin gücü çoxdur və ideyalarını həyata keçirmək şansları yoxdur. Lakin bu müvəqqəti fasilə o demək deyil ki, Konstitusiyaya dəyişiklik etmək fikrindən əl çəkiblər. Axar.az xəbər verir ki, bu barədə “HayaVote” təşəbbüsünün koordinatoru Avetik Çalabyan jurnalistlərlə söhbətində bildirib. “Əgər biz bununla mübarizə aparmasaq, ola bilər ki, onlar bunu etmək üçün hansısa vasitələrə əl atsınlar və ya tapsınlar, ya da daha da pisi, zorla etsinlər”, - Çalabyan bildirib.
2024-02-29
837,079
İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon (səkkiz milyon yüz min) manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
2024-02-29
837,083
BQXK-dən Ruslanla bağlı açıqlama
Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Xidməti vəzifəsini yerinə yetirərkən hava şəraiti səbəbindən azan hərbçimizin Ermənistanda hansı şəraitdə saxlanılması ilə bağlı hələ ki məlumatlar yoxdur. Maraqlıdır, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan əsgərimiz Ruslan Pənahova baş çəkəcəklərmi? Axar.az xəbər verir ki, qurumun mətbuat katibi İlahə Hüseynova Bizim.Media-ya aidiyyəti qurumlarla ikitərəfli konfidensial dialoq aparıldığını bildirib. "Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə rəftar və saxlanma şəraitini monitorinq etmək və onların ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir". Qeyd edək ki, hərbçi Ruslan Pənahov barəsində Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama və digər maddələr ilə cinayət işi açıb. Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub. Hazırda işin detalları aydınlaşdırılır.
2024-02-29
837,085
Moskvanın təklifi: Tiflis də Bakını seçərsə... - Ekspert
7-8 il öncə Rusiya və NATO hərbi rəhbərliyi Azərbaycanda görüşdü. Rusiyanın Baş Qərargah rəisi NATO-nun Avropadakı baş komandanı ilə məhz Bakıda üç dəfə görüşüb, fikir mübadiləsi apardı. Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Abxaziya ilə bağlı görüşlərin Bakıda keçirilməsi təklifi ilə bağlı məsələyə münasibətində qeyd edib. “Prinsip etibarı ilə Gürcüstan Azərbaycanın strateji tərəfdarıdır və Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Əgər Gürcüstanın da belə bir istəyi olarsa, bəli, razılaşmaq olar. Bu, Azərbaycanın bölgədəki rolunun artmasına işarədir”, - politoloq vurğulayıb. O bildirib ki, Rusiya və Gürcüstanın uzun müddətdir İsveçrədə apardığı nəticəsiz dialoqun Bakıda olması problemin həllinə töhfə verə bilər. Qeyd edək ki, Abxaziyanın nümayəndələri Moskvanın Cenevrə müzakirələrini Minskə və ya Bakıya köçürməyi düşündükləri barədə açıqlama veriblər.
2024-02-29
837,089
Qərbi məhv edəcək silahlarımız var - Putin
Rusiyanın Qərb ölkələrindəki hədəfləri vura biləcək silahları var. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib. “Qərb son nəticədə başa düşməlidir ki, bizim də silahlarımız var və onlar bundan xəbərdardırlar”, - Putin bildirib.
2024-02-29
837,090
Kremlin Yaxın Şərq həmləsi: HƏMAS və FƏTH-lə...
HƏMAS və FƏTH arasında danışıqların ev sahibi və vasitəçisi kimi Rusiyanın rolu xüsusilə diqqətəlayiqdir. Görünür, Moskva Yaxın Şərqdə təsirini genişləndirmək üçün Ukraynada qazandığı qələbələrdən istifadə edir. Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri yazıb. “Cümə axşamı günü planlaşdırılan bu toplantının əsas məqsədi vahid Fələstin hökumətinin yaradılması və Qəzzanın yenidən qurulmasını müzakirə etməkdir. Rusiyanın vasitəçi qismində cəlb olunması onun Yaxın Şərqdə, xüsusən də Ukraynada əldə etdiyi uğurlarından sonra təsirini gücləndirmək üçün artan ambisiyasını göstərir”, - məlumatda qeyd olunub. Nəşr bildirib ki, Moskva bu görüşü regionda öz rolunu nümayiş etdirmək üçün əlverişli məqam hesab edir. Qeyd edək ki, bu gün Moskvada HƏMAS FƏTH arasında görüş keçiriləcək. Görüşün martın 2-nə kimi davam edəcəyi bildirilir.
2024-02-29
837,091
Qərb elə bilir ki, Ukraynada baş verənlər cizgi filmidir
Qərb ölkələri artıq müharibənin nə olduğunu unudub, elə bilirlər ki, Ukraynada baş verənlər bir növ cizgi filmidir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib. “Bunlar çətin sınaqlardan keçməmiş insanlardır, artıq müharibənin nə olduğunu unudublar. Biz, hətta indiki nəslimiz də Qafqazda beynəlxalq terrorizmlə mübarizə zamanı belə çətin sınaqlardan keçmişik. İndi Ukraynadakı münaqişə kontekstində də eyni şey baş verir. Qərb düşünür ki, onlar üçün hər şey bir növ cizgi filmidir”, - Putin bildirib.
2024-02-29
837,094
Kapital Bankdan ilk kreditiniz sərfəli olsun
Ölkənin birinci bankı Kapital Bank nağd kredit almaq istəyən müştərilər üçün sərfəli fürsətlər yaradır. Belə ki, bankdan ilk dəfə gündəlik təlabat krediti əldə edənlər hər 2000 AZN üçün 51 manatdan başlayaraq aylıq ödəniş edəcəklər. İllik 10.9 %-dan başlayan şərtlərlə maksimum 50 000 manatadək təqdim edilən kredit 59 ayadək müddətə verilir. Kampaniyadan rəsmi gəliri olan hər kəs faydalana bilər. Bunun üçün həm onlayn müraciət edə, həm də sizə ən yaxın filiala yaxınlaşa bilərsiniz. Onlayn götürülən kreditlərdə nağdlaşdırma komissiyası tətbiq edilmir. Ətraflı məlumat üçün: https://kbl.az/frfr Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün - https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün -https://kbl.az/prcrc.
2024-02-29
837,096
FETÖ-çülərin dəbdəbəli həyatı: görün necə yaşayırlar... - Foto
Türkiyədə 15 iyul hadisələrində hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdindən əvvəl Fətullah Gülənə yaxın insanların hamısı ABŞ-a qaçıblar. FETÖ-nün gizli həyat sürən qondarma liderlərinin dəbdəbə içində yaşadıqları ortaya çıxıb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, “Sabah” nəşri Fətullahçı Terror Təşkilatının qaçaq komandasının 18 üzvünün yaşadığı lüks villaların fotolarını əldə edib. FETÖ lideri Fətullah Gülən ABŞ-dan idarə etdiyi təşkilatda məşvərət komitəsi yaradıb. O, təşkilatın Türkiyə imamını, həmçinin maliyyəni və gizli strukturları idarə edən bir çox şəxsi qondarma məsləhət heyətinə üzv edib. Çevriliş cəhdindən əvvəl Amerikaya qaçan fətullahçılar və onların ailə üzvləri qiyam uğurlu alınacağı təqdirdə, Gülənlə birlikdə Türkiyəyə qayıtmağı planlaşdırıblar. Topladıqları pulları ianə adı ilə xaricə aparan terrorçu rejim üzvləri bu pulları dəbdəbəli həyata yatırıblar. “Sabah” nəşri 18 yüksək səviyyəli liderin yaşadığı lüks villaların fotolarını əldə edib. Dəbdəbəli həyatı ilə seçilənlərin arasında Əhməd Kirmiç, Əli Ursavaş, Barbaros Kocakurt, Cəmil Koca, Cevdet Türkyolu, Həsən Əli Yurtsevər, Gültəkin Bibar, Həmdullah Bayram Öztürk, İsmail Büyükçelebi kimi adlar var.
2024-02-29
837,098
Təbrizli xanımın tarda ifası trend oldu - Video
Təbrizli Sevil Ağdaşlının ifası sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbət qazanıb. Kult.az xəbər verir ki, təbrizli xanım tarda Cahangir Cahangirovun “Ay qız” mahnısını ifa edib. Sosial şəbəkədə sürətlə paylaşılan həmin görüntüləri təqdim edirik:
2024-02-29
837,100
MM-dən AP-ın qərəzli hesabatına reaksiya
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda əksini tapmış qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız, laqeyd fikirləri kəskin şəkildə qınayır və buna qətiyyətlə etiraz edir. Axar.az xəbər verir ki, Milli Məclisin bəyanatında bildirilib. Bildirilib ki, uzun illər ərzində Avropa strukturlarının, xüsusən də Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinə, törədilmiş vandallıqlara, bir neçə gün əvvəl növbəti ildönümü qeyd olunmuş Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməkdən ardıcıl surətdə imtina etməsi bu dairələrin selektiv və ikili standartlara əsaslanan yanaşması baxımından adi hala çevrilmişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük qurbanlar hesabına öz torpaqlarını işğaldan azad edərək, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına yerinə yetirməsinə göstərilən münasibət də əvvəlkilərdən fərqlənmirdi. Lakin belə görünür ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda baş verən hadisələrə özünün riyakar və ikiüzlü yanaşmalarında “yeni nailiyyətlər” qazanmaq əzmini davam etdirmək niyyətindədir. Populizm və demaqogiyanı əlində rəhbər tutan, sülhə və sabitliyə xidmət etməyən sənədləri, açıqlamaları dövriyyəyə buraxmaqla özlərinə siyasi kapital qazanmağa çalışan avropalı siyasətçilər müəyyən dairələrin onlar üçün nəzərdə tutduğu “alət” rolunu inamla oynamaqda israrlıdırlar. Avropa Parlamentinin illik hesabatında əks olunmuş bir sıra məqamlar da məhz bunu deməyə əsas verir. Ermənistanın rəsmi bəyanatları ilə eynilik təşkil edən həmin məqamlara nəzər yetirdikdə, bu sənədin erməni lobbisinin təsiri və diktəsi altında hazırlandığı özünü aydın şəkildə büruzə verir. Qeyd olunan sənəd həm də Avropa Parlamentində Azərbaycanafob və islamafob təfəkkürün, şovinist və irqçi ideologiyanın getdikcə daha da güclənməkdə olduğunu göstərir. Bu zərərli tendensiyaların ardıcıl və davamlı şəkildə nümayiş etdirilməsi məsələsində Avropa Parlamentinin Avropa Şurası Parlament Assambleyası ilə açıq rəqabətə girdiyi aşkar sezilməkdədir. Diqqətə çatdırılıb ki, Avropa Parlamentinin bu hesabatı Cənubi Qafqaz regionundakı mövcud reallıqları nəinki təhrif edir, həm də cərəyan edən proseslər baxımından kifayət qədər təhlükəli xarakter daşıyır. Məhz Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylər, Ermənistanın isə ötən dövr ərzində sülh prosesinə zərbə vuran siyasi-hərbi təxribatları, şərti sərhəddə yaratdığı gərginliklər Avropa Parlamenti tərəfindən nədənsə bilərəkdən görməzdən gəlinir. Digər tərəfdən Almaniyada sülh danışıqlarının davam etdiyi bir vaxtda qəbul edilmiş bu qətnamə və irəli sürülən absurd iddialar ciddi suallar doğurur: Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında həqiqətən də maraqlıdırmı? Azərbaycana qarşı qəti addımların atılmasına, sanksiyaların tətbiqinə çağıran Avropalı parlamentarilər üçün Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Ermənistanın suverenliyi və ərazi bütövlüyündən daha az əhəmiyyətlidirmi? “Hesabatda Ermənistanın silahlandırılmasının zəruriliyinə dair yer alan fikirlər isə regiondakı vəziyyəti gərginləşdirmək, sülh prosesini əngəlləmək niyyətini bariz şəkildə əks etdirir. Görünən budur ki, Avropa Parlamenti artıq Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib, Makron və Borrel kimi “siyasətçilər”in konkret məqsədlərə xidmət edən düşüncələrini özünə siyasi xətt kimi seçib. Bu düşüncələri sülh, təhlükəsizlik və demokratiya səyləri ilə pərdələməkdən isə çəkinmirlər. Avropa Parlamenti başa düşməlidir ki, daha əvvəl qəbul etdiyi qətnamələr kimi, bu sənəd də Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç kim tərəfindən şübhə altına alına bilməz. Heç kim Azərbaycana təzyiq göstərə bilməz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz artıq yeni dövrə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərini bərpa edən, məcburi köçkünləri öz doğma torpaqlarına qaytaran güclü və qətiyyətli Azərbaycan üçün bu dövr həm də beynəlxalq səviyyədə sülhə, ədalətə, dürüstlüyə və səmimiyyətə əsaslanan əməkdaşlığı və tərəfdaşlığı ehtiva edir. Avropa Parlamentinin rəhbər tutduğu “prinsiplər” isə birmənalı şəkildə rədd edilir. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin regionda sülh və sabitliyin təmin olunması istiqamətində göstərilən səylərə zərbə vurmaq niyyətini qəti şəkildə qınayır, bu cür cılız təxribatlarla deyil, Avropanı narahat edən ciddi və təxirəsalınmaz məsələlərlə məşğul olmağı tövsiyə edir”, - deyə açıqlamada qeyd olunur.
2024-02-29
837,101
Vəzifəli şəxsin lüks maşını müəmmalı şəkildə yandı
Yaşadığım evin yaxınlığında mənə aid olan avtomobil yanıb. Hazırda araşdırma gedir, yanğının necə olduğu barədə dəqiq məlumat yoxdur. Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın müdiri Nizami Əhmədov deyib. O bildirib ki, nəqliyyat vasitəsi rəsmi olaraq oğlunun adına olsa da, özü idarə edirdi: “Hadisə dünən axşam saatlarında Sumqayıtda, 6-cı mikrorayon ərazisində, yaşadığımız evin yaxınlığında olub. Maşının necə yandığı barədə dəqiq məlumat yoxdur. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”. Qeyd edək ki, yanan avtomobil "Toyota Lənd Kruzer" markalı olub.
2024-02-29
837,102
Həbs edilən general məhkəməyə videokonfransla qatıldı
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Tofiq Həsənov məhkəməyə videokonfrans vasitəsilə qatılıb. İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub. Məhkəmədə şahidlər dindirilib. Tofiq Həsənovun vəkili Ələkbər Cəfərov vəsatət qaldırıb. Hakim təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib. Məhkəmə 18 mart 2024-cü il tarixinədək təxirə salınıb. Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.
2024-02-29
837,104
Litvalı jurnalist Bağırovdan elə təsirli yazdı ki...
Xocalı soyqırımının şahidi olmuş litvalı jurnalist Riçard Lapaytis Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə yazı paylaşıb. Axar.az xatirə yazısını təqdim edir: Xocalıdan yüz on gün sonra. Heç kim ondan sadiqlik istəmədi, amma o, Sadiqliyin özü idi! Onu heç kim müharibəyə çağırmadı, amma futbol meydançasını könüllülər batalyonuna dəyişdi! Xocalıları cəhənnəmdən xilas etmək üçün düşmənlə danışıq aparanda qorxan o yox, onun sərt baxışlarından titrəyən düşmən idi! Amma bəziləri üçün onun baxışları əziz bir candan daha isti idi! Allah onu gecənin qaranlığında məşəl kimi Qarabağ torpağına verdi. Yüz on gün və gecə Xocalıdan sonra o qədər tez əriyib yox oldu ki, müdafiə etdiyi doğma kəndləri göz yaşlarını silməyə belə vaxt tapmadı. Aranzəmin, Naxçıvanlı, Dəhraz, Mirkənd, Pircamal və doğma Ağdam. O günlərdə onun ailəsi onlar idi! Amma balaca uşaqları da onu gözləyirdilər. Möcüzə gözləyirmiş kimi gözlədilər, amma ataları heç vaxt öz qapılarını açmadı! Evə qayıtmaq nəsib olmadı! O, hər bir Xocalı sakinini qucaqlayırdı, amma özününküləri qucaqlamağa vaxtı yox idi! Mina partlayışından cəmi 15 kilometr! Ondan sevmək istənilmədi, amma o, bu yer üzündəki Sevgi idi! 1992-ci ilin iyununda onun cəmi 12 günü qalmışdı. Hətta müharibə illərində də bağlar meyvə verirdi, günəş işıq saçırdı, hardasa çiçəklər bitməyə çalışırdı. Lakin barıt, toz iyi verən UAZ-ı durdurmağı ağlına belə gətirmədi. Allahverdi o qədər kədər, o qədər itki gördü, ancaq bir an belə şübhə etmədi: Qələbə çox yaxın idi! Futbol topu böyük çəmənlikdə ilişib qalmışdı. Bağırovun formasına sədaqət, vəzifə və şərəf sözləri hopmuşdu! Qürur və cəsarət! Əsgərlərinə bir növ ata sevgisi! Xocalıdan yüz on gün sonra mindən çox insan erməni əsirliyindən xilas edildi. Qanı ilə böyük bir yara bağladı, boşluq yarasını və iman yarasını qoyub getdi! Sakit zərifliyə, döyüşçülərlə içdiyiniz çaya, inamınıza, həyatınıza, heç vaxt qorxmayan güllələrinizə görə təşəkkür edirəm! Hamı kimi olmadığınız üçün təşəkkür edirəm! Sağ olun ki, gəncliyimdə İnsan sözünün nə demək olduğunu öyrəndim!
2024-02-29
837,105
DSX-nin əsaslı təmir edilən sərhəd zastavası - Foto
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dəniz səviyyəsindən 1867 metr yüksəklikdə yerləşən “Sım” sərhəd zastavası təmir edilərək istifadəyə verilib. Bu barədə Axar.az-a DSX-dən məlumat verilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ərazi bütövlüyümüzün bərpa olunması və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinin dövlət sərhədinin mühafizəsinə ali diqqətin növbəti təzahürü olması xüsusi vurğulanıb. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov şəxsi heyətə çatdırıb. Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş sərhəd zastavasına baxış keçirilib, yaradılan şəraitlə tanış olunub. Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yeni inşa edilmiş 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib. Sonda şəxsi heyətlə birlikdə əsgər yeməkxanasında nahar edilib.
2024-02-29
837,108
Nikolun 4 kənd üçün “şərti” - Bakı rədd edəcək
Erməni mənbələrinə görə, Baş nazir Nikol Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq bunun qarşılığında Azərbaycan Ordusunun sərhəddəki strateji yüksəklikləri tərk etməsini istəyib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bu şərtin qəbul edilməsi mümkün deyil: “Həmin yüksəkliklər Ordumuz üçün strateji əhəmiyyət daşıyır. Həmin yüksəkliklərdən Ermənistanın yolları, şəhərləri və hava limanlarının bir qismi nəzarətimiz altındadır. Bu o deməkdir ki, həmin yüksəkliklər bizə qarşı mümkün təhdidlərin qarşısını alır. Nikol Paşinyan böyük ehtimalla 4 kəndlə bağlı araşdırma aparıb və onun üçün hazırlanan hesabatla tanışdır. Həmin kəndlər boşdur və Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur. Azərbaycanın digər ərazilərinə bitişik 4 kəndin geri qaytarılması Ermənistanın özü üçün faydalıdır ki, danışıqlarda müsbət atmosfer formalaşacaq. Buna baxmayaraq, Paşinyan həmin 4 kənddən alver predmeti kimi istifadə etmək istəyərək qarşılığında nəsə qazanmaq istəyir. Ancaq onun düşündüyü “qazanc” strateji yüksəkliklərə bərabər deyil”.
2024-02-29
837,112
İmtahana Qənirə Paşayeva ilə bağlı sual düşdü - Foto
Türkiyə Təhsil Nazirliyi tərəfindən xaricdə təyinat alacaq müəllimlərin test imtahanı üçün mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı sual tərtib olunub. Axar.az xəbər verir ki, bu barədə Qənirə Paşayevanın Feysbuk hesabında məlumat verilib. Sualda deyilir: “Türkiyədə çoxsaylı tədbirlərdə iştirak edən, türk dünyası ilə bağlı çoxsaylı yazı və çıxışları olan Qənirə Paşayeva millət vəkili vəzifəsi ilə yanaşı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub. “Türkiyənin güclü olması türk dünyasının güclü olmasıdır” fikrini müdafiə edənlərdən biri idi. 2023-cü ilin sentyabrında vəfat etməsi türk dünyasında böyük kədərlə qarşılanıb. Bu hissədə haqqında məlumat verilən Qənirə Paşayeva millət vəkili vəzifəsini hansı türk dövlətində icra edib?” Cavablar sırasında isə Qazaxıstan, Türkmənistan, Azərbaycan və Özbəkistan variantları yer alıb. Qeyd edək ki, Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar ötən il sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan 48 yaşlı deputat 5 gün sonra xəstəxanada vəfat etmişdi.
2024-02-29
837,114
Bakıda ərəb turistlərin sayı yenə artdı
Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb. Bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib. Gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O vurğulayıb ki, turistlərin mənşə coğrafiyasında dəyişiklik davam edir: “Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan 3,4 dəfə, Bəhreyndən 2,7 dəfə, Səudiyyə Ərəbistanından 2,7 dəfə, Hindistandan 2,5 dəfə, Omandan 2,4 dəfə, Özbəkistandan 2,4 dəfə, Tacikistandan 2,3 dəfə, Qazaxıstandan 2,3 dəfə, Filippindən 1,8 dəfə, İtaliyadan 1,7 dəfə, İspaniyadan 1,7 dəfə, Türkmənistandan 1,7 dəfə, Küveytdən 1,6 dəfə, Cənubi Koreyadan 1,6 dəfə, İordaniyadan 1,6 dəfə artıb. Digər diqqəti çəkən məqam 2 illik azalmadan sonra yenidən Körfəz ölkələrindən gələnlərin sayının artmasıdır. 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, AB ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrdən gələnlərin sayının artması mövsümi faktorlar ilə bağlı olsa da, o regiondan ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə edilməkdədir”.
2024-02-29
837,116
Bakıda evdə yanğın: ölən var
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2024-02-29
837,118
Bayramov Almaniyanın dövlət katibi ilə görüşdü
Berlində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın dövlət katibi Tomas Bagger ilə görüşüb. Axar.az xəbər verir ki, görüşdə Azərbaycan-Almaniya ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə edilib. Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri ilə müzakirələr barədə məlumat verib.
2024-02-29
837,122
Nazirdən məktəbli qızların davasına reaksiya
Şüvələnda iki qız arasında baş verən hadisə ilə bağlı cinayət işi aparılır. Axar.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib. “Burada müəllimləri, məktəbləri qınamaqda heç bir fayda və nümunəvi davranış görmürəm. Gözləntimiz odur ki, müəllimlərə qarşı hörmətsizlik edilməsin. Müəllimlərə qarşı hörmətsizlik yolverilməzdir. Yeniyetmələr arasında cinayət halları yalnız bizim ölkədə olmur, başqa ölkələrdə də olur. Bu və ya digər problemin həllində mütləq qaydalara əməl etmək vacibdir”, - nazir bildirib.
2024-02-29
837,125
Ermənistan ehtiyatda olanları çağırır: müharibə hazırlığı?
Ermənistan 1 aprel-28 iyun tarixində ehtiyatda olan hərbçi qulluqçuları təlimə çağırır: ümumilikdə 4799 nəfər təlimə cəlb olunacaq, onlardan 4353 nəfəri sıravi və kiçik rütbəli zabit, 144 nəfəri böyük rütbəli zabitdir, 302 nəfəri isə motoatıcı və rabitə korpusunun, o cümlədən, kəşfiyyat, mühəndislik və raket artilleriya üzrə ixtisaslaşmış zabitlərdir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib. Onun sözlərinə görə, bu təlimlər Ermənistanın Azərbaycanla müharibəyə hazırlığı fonunda təsadüfi deyil və ehtiyatdan çağırılan hərbçilərin mümkün təxribatlara cəlb olunacağı istisna edilməməlidir: “Ötən ilin sentyabrda analoji ssenari baş vermişdi: sərhəddə erməni təxribatından sonra Ordumuzun cavab addımları nəticəsində məhv edilən hərbçilər arasında 25 günlük təlimə çağırılanlar da vardı, misal üçün, 40 yaşlı Andranik Antonyan. Yenidən eyni ssenarinin tətbiqi mümkündür. Ehtiyatda olanların çağırışı ilə ordudakı canlı qüvvə çatışmazlığını aradan qaldıraraq, onlardan təxribat hücumlarında istifadə edə bilərlər. Söhbət 5 minə yaxın hərbçidən gedir”.
2024-02-29
837,127
Qarabağ Universitetinin müəllimləri evlə təmin olunacaq
Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar. Axar.az xəbər verir ki, bunu media nümayəndələri üçün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, növbəti tədris ilindən universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur: “Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən kompüter elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlayırıq”. Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb. “Burada həm azərbaycanlı, həm də türkiyəli müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib”, - nazir qeyd edib. Emin Əmrullayev onu da əlavə edib ki, Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar. Universitetdə çalışacaq müəllim və işçi heyəti isə yaşayış yeri ilə təmin ediləcək.
2024-02-29
837,128
Bakı və İrəvan sülhə doğru çətin yolla gedir - Berbok
Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir. Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok X hesabında Berlində Azərbaycan və Ermənistan XİN başçıları arasında sülh müqaviləsi layihəsi üzrə ikigünlük danışıqlara münasibət bildirərkən yazıb. “Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yolla gedir. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər bir addım vacibdir” , - paylaşımda qeyd olunub.
2024-02-29
837,131
Rəsmi Bakıdan AP-nin qətnaməsinə sərt reaksiya
Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" qətiyyətlə pisləyir və rədd edirik. Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" üzdə qəbul edilmiş qətnaməyə dair şərhində bildirilib. O qeyd edib ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa Birliyinin ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır. Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir. Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa Birliyinin bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı anti-terror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa Birliynin maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir. Nə qədər ki, Avropa Birliyi öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcəkdir.
2024-02-29
837,134
İranda seçkilərə etiraz: Bu qanlı oyuna girməyəcəyik!
İranda şəkər qamışı istehsal edən məşhur “Həft təpe” şirkətinin işçiləri İran seçkilərini boykot edib və bu seçkiləri “gülünc” adlandırıb. Axar.az xəbər verir ki, bu barədə “Müstəqil Həftəpe” adlı Teleqram kanalında dərc edilən bəyanatda bildirib. Onlar xalqdan hakimiyyətin “seçki” adlandırdığı bu cinayət oyununda iştirak etməməyə və seçkiləri boykota çağırıb: “Bülletenə barmaq basmaq üçün əlini rəngləyən hər kəs sevdiklərinin qanına toxunan və yaxınlarımızın edamında iştirak edib, əyağının altından stulu çəkən şəxsə bərabərdir”.
2024-02-29
837,138
Daha 30 min müəllim sertifikasiyadan keçiriləcək
Bu il əlavə olaraq 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesi həyata keçiriləcək. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib. Nazir qeyd edib ki, prosesə riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək. Emin Əmrullayev əlavə edib ki, bu günədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əmək haqqına 10 faiz, 8 min təhsilverənin əmək haqqına isə 35 faiz əlavə edilib. 2026-cı ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin maaşlarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
2024-02-29
837,141
Solovyov: Fransanı nüvə silahı ilə vurmalıyıq!
Rusiyalı jurnalist Vladimir Solovyov NATO ölkələrini nüvə zərbələri ilə hədələyib. Axar.az xəbər verir ki, o, bu barədə “Rossiya” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunun canlı yayımı zamanı danışıb. “Artıq Rusiyanın Fransa və Rumıniya ərazisinə taktiki nüvə silahı ilə zərbə endirmək üçün tutarlı səbəbləri var. F-16-lar nüvə başlıqları daşıya bilir. Hazırda Rumıniyada bu F-16-ların bazası üçün yerlər var. Onlar Rusiya ərazisinə doğru qalxsalar, bu hədəfləri yerindəcə vurmalıyıq. Gözləməməliyik ki, sərhədlərimizi pozsunlar, Kursk və ya Sankt-Peterburqu vursunlar. NATO ölkələrində yerləşən bu qanuni hərbi hədəflər məhv edilməlidir. Qərb qorxu hiss etməlidir. Fransa və Rumıniyadakı Rusiya üçün təhlükə yaradan hərbi bazalara taktiki nüvə raketləri ilə zərbələr endirilməlidir”, - o bildirib.
2024-02-29
837,144
Ukrayna bir gündə üç Su-34 təyyarəsini məhv etdi
Ukrayna ordusu bir gündə Rusiyaya məxsus üç Su-34 qırıcı-bombardmançı təyyarəsini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk məlumat verib. Təyyarələrdən biri gecə saatlarında, ikisi isə Avdeyev və Mariupol istiqamətlərində səhər saatlarında vurulub.
2024-02-29
837,145
Bu universitetin fəaliyyəti dayandırılır - Nazir açıqladı
“Naxçıvan” Universiteti fəaliyyətini dayandıracaq. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, “Naxçıvan” Universitetinin tələbələri bu tədris ilinin sonuna qədər təhsilini davam etdirəcək. Məzunlar diplomlarını “Naxçıvan” Universitetinin məzunu olaraq alacaqlar.
2024-02-29
837,147
Maaş az olub deyə, repetitorluq ediblər, bu, normaldır
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olması məsələsinə aydınlıq gətirib. Axar.az xəbər verir ki, bu barədə nazir bu gün keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, normalda müəllim özü dərsdən sonra qalaraq şagirdlə məşğul ola bilər: “Burada qeyri-qanuni heç nə yoxdur. Bu ondan qaynaqlanır ki, uzun müddət müəllimin maaşı yüksək olmayıb. Ona görə bəzi müəllimlər repetitorluq ediblər. Biz ona görə sertifikasiya edib müəllimlərin maaşını artırmağa çalışırıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq. Mənim fikrimcə, müəllim öz sinfində öz şagirdlərinə ödənişli formada dərs keçməməlidir”.
2024-02-29
837,151
İsrail Hizbullahın hərbi hədəflərini vurdu
İsrail ordusu Livanın cənubu Cəbəl-Blatdakı Hizbullah hədəflərini vurub. Axar.az xəbər verir ki, bu barədə ”Yerusəlim Post” məlumat yayıb. Məlumata əsasən, Cəbəl-Blatdakı hədəflər arasında Hizbullah üzvlərinin toplandığı kompleks, qruplaşmaya aid bir reaktiv yaylım atəş sistemi və hərbi infrastruktur olub. Həmçinin İsrail ordusu bu səhər ölkənin şimalındakı Adamit və Şlomi kəndinə edilən hücumlardan sonra raket buraxılış məntəqələrini vurub.
2024-02-29
837,152
736-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 736-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 575 təyyarəsi, 267 helikopteri, 13 715 PUA-sı, 475 zenit-raket kompleksi, 15 286 tank və digər zirehli texnikası, 1 227 reaktiv yaylım atəş sistemi, 8 223 artilleriya və minaatanı, 19 211 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-29
837,153
Bunun kökünü kəsmək üçün... – Putin meydan oxuyur
Rusiya hərbi əməliyyatları tamamlamaq, nasizmin kökünü kəsmək və xüsusi əməliyyatın bütün vəzifələrini həll etmək üçün hər şeyi edəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib. “Donbasda müharibəni biz başlamamışıq, amma dəfələrlə dediyim kimi, biz onu bitirmək, nasizmi kökündən kəsmək, xüsusi hərbi əməliyyatın bütün vəzifələrini həll etmək, vətəndaşlarımızın suverenliyini və təhlükəsizliyini qorumaq üçün hər şeyi edəcəyik”, - Putin bildirib.
2024-02-29
837,154
KTMT-dən çıxmağı bizdən xalq tələb edir
Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı yoxdur. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Heç bir vektorun dəyişdirilməsi və ya buna bənzər bir şeydən söhbət getmirdi. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma biz bunu istisna etmirik. Bizim cəmiyyət də bundan danışır, deyə bilərik ki, belə bir tələb qoyur”, - Simonyan bildirib.
2024-02-29
837,155
Fransa terrora dəstək verən əsas ölkədir - Ərdoğan
Fransa terrora dəstək verən əsas ölkədir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirdiyi mitinqdə deyib. O bildirib ki, Fransa şirkəti olan “La Farge” Suriyada terrorçular üçün mağaralar hazırlayır: “Amma bu, işə yaramadı. Biz Suriyanın şimalında “La Farge”nin bütün mağaralarını dağıtdıq”. Dövlət başçısı söyləyib ki, Türkiyəni istədikləri kimi idarə etməyə çalışan imperialist güclər var: “Biz həm daxili, həm də xarici təhdidlərlə mübarizə aparırıq. Koronavirus pandemiyası və Rusiya ilə Ukrayna arasında müharibə olmasa idi, imperialist güclər daha nələr edərdilər, Allah bilir. Bizim ən böyük uğurumuz bütün çətinliklərə rəğmən, ölkəmizdəki demokratiyanı qorumaqdır”.
2024-02-29
837,157
İmtahanların sayı azaldıla bilər - Əmrullayev
Azərbaycanda məktəblərdə imtahanların sayı azaldıla bilər. Axar.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur: "Hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir". Qeyd edək ki, 2018-ci ildəki qərara görə 1-ci sinifdə kiçik və böyük summativ qiymətləndirilmə aparılmır. Kiçik summativ qiymətləndirmə (KSQ) 2 və 11-ci siniflərdə, böyük summativ qiymətləndirmə isə 4, 9 və 11-ci sinifdə bütün fənlər üzrə, 5,6,7 və 8-ci siniflərdə isə yalnız buraxılış imtahanları fənləri üzrə aparılır.
2024-02-29
837,158
“Qolçaq” filmi ekranlara qayıdır
İran rejimin qadağa qoyduğu “Qolçaq” filmi Novruz bayramında nümayiş olunacaq. Axar.az xəbər verir ki, bu barədə “Təbriz Turan” Teleqram kanalı məlumat yayıb. Qadağan olunmuş film Kino Tənqidçiləri və Yazıçılar Assosiasiyasının üzvü, rejissor Əsgər Yusif Nicatın xatirəsini yad etmək məqsədi ilə nümayiş etdiriləcək. Filmin nümayişi “Seyfullah Dadxan” kinoteatrında planlaşdırılır. Xatırladaq ki, ekran əsəri türk dilində olduğu üçün “40-cı Fəcr Film Festivalı”nda seçim komissiyası tərəfindən nümayişi qadağan olunmuşdu. “Kukla” (Qolçağ) filmi İranda antitürk təbliğatını daş-qalaq edən bir əsərdir. Təbrizdə cərəyan edən hadisələri əks etdirən filmin prodüseri isə İran Kino Tənqidçiləri Assosiasiyasının üzvü Cəlil Sehatdır.
2024-02-29
837,159
Mərakeşdə Azərbaycan dili tədris oluna bilər
Mərakeşdə Azərbaycan dili tədris oluna bilər. Axar.az xəbər verir ki, bu barədə Report-a Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri, İSESKO yanında Daimi nümayəndəsi Nazim Səmədov məlumat verib. Onun sözlərinə görə, növbəti illərdə müvafiq dövlət qurumları ilə birlikdə Mərakeşdə Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən işlərin görülməsi nəzərdə tutulur. Səfir bildirib ki, 2015-ci ildə Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin nəzdində Azərbaycan dili, sivilizasiyası və mədəniyyəti tədris olunmağa başlasa da, bu layihə cəmi iki il icra edilib: "Tərəfimizdən yeni davamlı layihə ilə bağlı təkliflər hazırlanır və onlar Bakıya göndəriləcək. Azərbaycan dilinə maraq, əsasən, Mərakeşdə yaşayan azsaylı azərbaycanlı icması ilə əlaqəlidir".
2024-02-29
837,160
UEFA "Qarabağ"ın bu qolunu paylaşdı - Video
UEFA Avropa Liqası “Qarabağ”ın turnirin pley-off mərhələsinin cavab matçında Portuqaliyanın "Braqa" komandasına vurduğu qolu paylaşıb. Axar.az xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib. M.Silvanın rəqib qapısından keçirdiyi top fərqləndirilib. Xatırladaq ki, səfərdə "Braqa"ya qalib gələn (4:2) "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub olsa (2:3) da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək.
2024-02-29
837,161
Məktəblərdə iş dəftərləri ödənişsiz ola bilər
Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır. Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Nazir bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır: “Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”.
2024-02-29
837,165
Ceyhun Bayramov Türkiyəyə getdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
2024-02-29
837,166
DGK-dan yenilik: ödəniş əməliyyatları asanlaşır
Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları üçün Hökumət Ödəniş Portalına alternativ olacaq ödəniş əməliyyatı tətbiq edib. Komitədən Axar.az-a verilən məlumata görə, xarici ticarət iştirakçıları yanvardan fəaliyyətini dayandırmış Portal üzərindən həyata keçirdikləri ödəniş əməliyyatlarını “Elektron hesab səhifəsi”ndə və “Elektron gömrük ödənişləri xidməti”ndə yeni yaradılan “Avans ödənişləri” altbölməsi vasitəsi ilə reallaşdıra biləcəklər. Tətbiq edilən yenilik bütün ödəniş əməliyyatlarının müxtəlif banklara müraciət etmədən vahid məkandan həyata keçirilməsinə, vaxt itkisinin qarşısının alınmasına şərait yaradacaq. Xarici ticarət iştirakçıları “Avans ödənişləri” üzərindən şəxsi hesablarına vəsait əlavə etməklə bütün növ gömrük borclarını ödəyə biləcəklər.
2024-02-29
837,170
Krım üzərində Ukrayna PUA-sı məhv edildi
Rusiyanın havadan müdafiə sistemləri Krım üzərində Ukrayna PUA-sını məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. “Fevralın 29-da saat 15:45 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - məlumatda bildirilib.
2024-02-29
837,171
Ermənistan Avropa Birliyinə üzv olmaq istəyir
Ermənistan hakimiyyəti Avropa Birliyi (AB) ilə münasibətləri dərinləşdirmək niyyətindədir ki, ölkə gələcəkdə ittifaqa üzvlüyə namizəd ola bilsin. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Ermənistanın Avropaya inteqrasiya kursuna hazır olub-olmaması ilə bağlı suala o, belə cavab verib: “Biz birmənalı hazırıq”. Simonyanın sözlərinə görə, ölkə onu “maksimum təhlükəsizlik”lə təmin edəcək istiqamətdə hərəkət edəcək: “Bu gün demokratiya ən böyük təhlükəsizlik sistemidir. Biz inanırıq ki, təhlükəsizliyimiz demokratik ölkə olmaqdan, demokratik sistemlə sıx işləməkdən keçir”.
2024-02-29
837,173
Bu mövzuda dediyim hər söz... - Makron
Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı bəyanatlar balanslı və düşünülmüşdür. Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisin ətrafında gələcək Olimpiya kəndinə səfəri zamanı deyib. “Bu, kifayət qədər ciddi mövzudur. Bu mövzuda dediyim hər söz ölçülüb-biçilmiş, düşünülmüş və təsdiqlənmişdir”, - deyə o vurğulayıb. Lakin Fransa lideri bu mövzuda geosiyasi şərhlər verməkdən imtina edib.
2024-02-29
837,174
Rusiyada "Yermak" gəmisi yandı
Rusiyanın Sankt-Peterburq şəhərinin sahilində istismardan çıxarılan “Yermak” buzqıran gəmisində yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya FHN-in məlumatında deyilir. Gəmidə zibil tullantılarının yandığı bildirilib. Yanğının sahəsi 55 kv.m. təşkil edib və qısa zamanda söndürülüb. Xəsarət alan yoxdur.
2024-02-29
837,175
Bu marşrut xətti ləğv edildi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının kənd və qəsəbələri üzrə mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və səmərəsiz marşrutların ləğv olunması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Axar.az-a AYNA-dan məlumat verilib. Həyata keçirilən təhlil və monitorinq zamanı Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti üzrə köhnə və istismar vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələrinin nizamsız fəaliyyəti müşahidə edilib. Bu marşrutun həmin ərazidə nağdsız qaydada fəaliyyət göstərən 108A və 592 nömrəli marşrutların hərəkət sxemlərini təkrarlamasını da nəzərə alaraq martın 1-dən 134 nömrəli avtobusların istismarı dayandırılır.
2024-02-29
837,177
"Çılpaq gecə" ilə gündəmə gələn bloger deputat olacaq?
Bloger Nastya İvleyeva yenidən “doğuş yaşayır” və bu, onu dövlət qulluğuna gətirə bilər. Axar.az xəbər verir ki, bu barədə rusiyalı prodüsser Pavel Rudçenko deyb. “O, aktiv bir insan kimi ölkəmizin siyasi həyatı, inkişafı ilə maraqlanırsa, mümkündür ki, bu maraq onu dövlət qulluğuna kimi gətirsin. Hətta ola bilsin ki, o, deputat da ola bilər”, - deyə prodüsser bildirib. Qeyd edək ki, bir müddət öncə bloger Anastasiya İvleyevanın Rusiyada bəzi sənətçilərlə birgə “Çılpaq gecə” mərasimini təşkil etməsi böyük səs-küyə və tənqidlərə səbəb olmuşdu. Hətta dövlət başçısı Vladimir Putin də çıxışlarından birində bu olaylara eyham vurmuşdu. Bu hadisələrdən sonra bloger ictimai sferadan bir müddətlik uzaqlaşıb.
2024-02-29
837,178
İcra başçısının birinci müavini işdən çıxarıldı
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev vəzifədən azad olunub. Axar.az Cənublu.az-a istinadən xəbər verir ki, Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib. Hazırda Lənkəran ŞİH başçısının birinci müavini ilə yanaşı, başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsi də boşdur. Qeyd edək ki, M.Babayev 2017-ci ildə icra başçısının birinci müavini təyin edilmişdi.
2024-02-29
837,179
Benyamin Netanyahu İlham Əliyevi təbrik etdi
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Bu yaxınlarda yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İsrail xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Onilliklər ərzində xalqlarımız ortaq məqsəd və maraqlara əsaslanan isti münasibətlərə malik olublar. Siz iyirmi il əvvəl prezidentliyə başladığınız vaxtdan bizim əməkdaşlığımız bir çox sahələrdə genişlənib və yeni zirvələrə yüksəlib. Keçən il Azərbaycanın İsraildə səfirliyinin tarixi açılışında aydın şəkildə nümayiş etdirilən dostluq münasibətinə görə təşəkkür edirəm. Qarşıdakı illərdə tərəfdaşlığımızı daha da inkişaf etdirmək üçün Sizinlə yaxından işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm".
2024-02-29
837,180
İsmayıllıda avtomat tapıldı
İsmayıllıda avtomat aşkarlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə Quşencə kəndi ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub. Əraziyə keçirilən baxış zamanı oradan "Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.
2024-02-29
837,183
Hava Limanına metro xətti çəkiləcək? - Rəsmi
Dövlət başçısı metronun aktual problemlərini bilir və uğurlu işinə töhfələr verir. Məni sədr seçməklə göstərdiyi etimada görə Cənab Prezidentə təşəkkür edirəm. Axar.az bizim.media-ya istinadən bildirir ki, bu fikirləri "Dəyişməyən dəyərlər və dəyişən imkanlar" elmi-praktiki konfransında "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov deyib. O bildirib ki, Xırdalana metro çəkilməsi ilə bağlı plan yoxdur: "Hətta Bakının Baş Planında belə bir addım nəzərdə tutulmayıb. Bəlkə, yeni oldu. Tək Xırdalan yox, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına metro çəkilməsini də sonradan düşünə bilərik. Amma bu, dəqiq proqnoz deyil".
2024-02-29
837,188
Çin avtomobilləri buna görə təhlükəlidir - Bayden
ABŞ hakimiyyəti ölkəyə idxal edilən Çin avtomobilləri ilə bağlı ölkənin milli təhlükəsizliyinə təhdid səbəbindən araşdırmaya başlayıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezident Co Bayden deyib. "Çin kimi problemli ölkələrin texnologiyalarından istifadə etməklə internet şəbəkəsinə qoşulan avtomobillərlə bağlı araşdırma aparılması üçün ticarət nazirinə təlimat verdim”, - deyə Ağ Ev rəhbəri bildirib. Onun sözlərinə görə, Çin maşınları vətəndaşlar, eləcə də ABŞ infrastrukturu haqqında məlumatları toplayıb Çin hakimiyyətinə ötürə bilər.
2024-02-29
837,191
Dəniz suyunun duzsuzlaşdırılması müzakirə edildi
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyanla görüşüb. Nazirlikdən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb. “Yaşıl” enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu olduğu qeyd edilib. “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib. Tərəflər bərpa olunan enerji sahəsində birgə təşəbbüslər, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.