date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-29 | 837,192 | Alim Qasımovun fantastik toy qiyməti... | Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi "Natiq" ritm qrupunun toy qiymətlərini açıqlayıb. Kult.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında paylaşım edib. Nağara ustası quda olduğu xalq artisti Alim Qasımovla bərabər el şənliklərinə getdiyini bildirib. Şirinovun çıxışı üçün fantastik qonorar tələb etməsi diqqətdən qaçmayıb. Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəyişir. N.Şirinov toyda açılış və aş gətirmə mərasimi üçün 15 nəfərlik musiqiçinin iştirakı ilə 10 min manat tələb edir. Gəlin götürdü, açılış, aşgətirdi və yallı üçün musiqiçiyə 25 min manat, qavaldaşı üçün isə 17 min manat qonorar ödəməlisiniz. Toyda Alim Qasımovun yer aldığə təqdirdə bu qiymət 30 min manata qədər yüksəlir. Qrupun "Premium paket" adlandırdığı xidmət nə az, nə çox, düz 45 min manat təşkil edir. Sözügedən xidmətə isə gəlingötürdü, N.Şirinov və A.Qasımovun iştirakı ilə açılış mərasimi, aşgətirdi və yallı daxildir. |
2024-02-29 | 837,194 | Ukraynanın artilleriya sursatı tükənir - Pentaqon | ABŞ-ın dəstəyinin olmaması səbəbindən Ukrayna artilleriya və hava hücumundan müdafiə üçün sursat çatışmazlığı təhlükəsi ilə üzləşib. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin deyib. |
2024-02-29 | 837,195 | Ermənistanı buna məcbur edirlər - Simonyan | Adı açıqlanmayan qüvvələr Ermənistanı zorla İttifaq dövlətinin tərkibinə qatmaq niyyətində idilər, lakin erməni xalqı bu planın qarşısını ala bildi. Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə keçirdiyi brifinqdə bildirib. "Ermənistanın Rusiya və Belarusun İttifaq dövlətinə daxil edilməsi üçün böyük plan var", - deyə parlamentari bildirib. O, 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində erməni xalqının bu böyük geosiyasi planı iflasa uğratdığını deyib. |
2024-02-29 | 837,197 | Kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarıldı | Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Bu barədə Axar.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunan ərazidə davam edən baxış istintaq hərəkəti nəticəsində bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilib, bununla da kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 5 nəfərə (onlardan 2-nin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib. Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir. |
2024-02-29 | 837,200 | Sabah bu ərazilərdə qaz olmayacaq | Sabah Salyan rayon mərkəzinin (bir hissəsi) və rayonun 15 kəndinin, Neftçala rayonunun 12 kəndinin, həmçinin paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, "Qaz İxrac" idarəsi tərəfindən “Şorsulu əhali” ölçü qovşağı üzərində quraşdırılmış qaz sayğacının müvəqqəti qaz sayğacı ilə əvəzlənməsi məqsədilə martın 1-i 14:00-dan 16:00-dək “Şorsulu əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Bildirilib ki, həmçinin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində qeyri-yaşayış sahəsinə çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə martın 1-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. |
2024-02-29 | 837,201 | Daha bir neçə marşrut xətti müsabiqəyə çıxarılır | Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Biləsuvar, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Gəncə, Bakı-Ağcabədi, Bakı-Kürdəmir, Bakı-Qazax, Bakı-İmişli, Bakı-Şirvan, Salyan-Gəncə, Sumqayıt-Ağcabədi şəhərlərarası, paytaxtın 126 nömrəli şəhərətrafı, 501 və 504 nömrəli şəhərlərarası, eləcə də 508 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. AYNA-dan Axar.az-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. Sənədlər 29 mart saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək. İştirakçılardan sənədlərini təqdim edərkən mart ayında bayram günlərini nəzərə almaları xahiş olunur. Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Biləsuvar və Bakı-Göyçay istiqamətlərində 5 Lot üzrə aprelin 5-də; Bakı-Oğuz, Bakı-Ağcabədi, Salyan-Gəncə və Sumqayıt-Ağcabədi istiqamətlərində 5 Lot üzrə aprelin 9-da; Bakı-Kürdəmir, Bakı-Qazax, Bakı-İmişli istiqamətlərində 4 Lot üzrə aprelin 16-da; Bakı-Gəncə və Bakı-Şirvan istiqamətlərində 5 Lot üzrə aprelin 19-da; Paytaxtın 126 nömrəli şəhərətrafı, 501 nömrəli şəhərlərarası (Sumqayıt-Saray-BBAK), 504 nömrəli şəhərlərarası (Sumqayıt-BBAK), 508 nömrəli şəhərətrafı (BBAK-Saray) və 596 nömrəli şəhərətrafı (Xırdalan-“Binə t/m”) müntəzəm avtobus marşrutları üzrə 5 Lot üzrə aprelin 23-də baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz. Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır. |
2024-02-29 | 837,202 | Tiflisdən Vaşinqtona: Sübutunuz varsa, təqdim edin! | Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ABŞ-a müraciət edərək ölkə ərazisindən Rusiyaya qarşı sanksiyalardan yayınma ittihamlarına aydınlıq gətirilməsini tələb edib. Axar.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir. “Maliyyə Nazirliyinin Gəlirlər Xidməti artıq amerikalı həmkarları ilə əlaqə saxlayıb və bu bəyanatın Gürcüstanla bağlı hansı dəlil əsasında verildiyinə aydınlıq gətirilməsini istəyib. Əgər konkret sübut varsa, Amerika tərəfindən bunu Gürcüstanla bölüşməsi xahiş olunub”, - deyilir. Bundan əlavə, qeyd edilir ki, komitəyə Gürcüstanın beynəlxalq sanksiyaları pozmasını təsdiqləyən hər hansı konkret fakt təqdim edilməyib. Qeyd edək ki, amerikalı senatorların, maliyyə ekspertlərinin iştirakı ilə keçirilən iclasda Gürcüstanın Rusiyaya yarımkeçiricilərin tədarük edildiyi ölkə kimi istifadə olunduğu bildirilib. |
2024-02-29 | 837,204 | Almaniyadakı vətəndaşlarımızın nəzərinə: Martın 9-da... | Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır. Axar.az xəbər verir ki, ilk belə xidmət martın 9-da Köln şəhərində göstəriləcək. Növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq. Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ xidmət göstərməkdir. |
2024-02-29 | 837,207 | Bayden ağıl testindən keçməlidir - Tramp | ABŞ Prezidenti Co Bayden əqli qabiliyyət testindən keçməlidir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkədə yazıb. “Satılmış” Co Bayden əqli testdən keçməlidir. Bəlkə o zaman onun nə üçün pis qərarlar qəbul etdiyini aydınlaşdıra bilərik”, - deyə Tramp qeyd edib. O, özünün iki dəfə bu testdən keçdiyini əlavə edib. |
2024-02-29 | 837,209 | "Brilyant əməliyyatı”: Bakıya qarşı insiunasiya | Avropa Parlamenti (AP) AB-nin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi üçün iki qətnamə qəbul edib. Qətnamələrdə əksini tapan tələblər gülünc olduğu qədər, irrasionaldır. AP istəyir ki, Azərbaycanla imzalanan Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumu ləğv edilsin, Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar dayandırılsın. Və AB “Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü halında” Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı məqsədyönlü və fərdi sanksiyalar tətbiq etməyə, neft və qaz idxalını dayandırmağa hazır olsun. Birincisi, Azərbaycanla enerji tərəfdaşlığın ləğv edilməsindən əziyyət çəkən tərəflərdən biri Avropanın özü olacaq. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və daim etibarlı tərəfdaş kimi qiymətləndirilir. AP erməni maraqları naminə Avropanın enerji təhlükəsizliyini risk altına atmaq çağırışı edir. Ki, bu irrasional istəyi nə rəsmi Brüssel, nə də AB ölkələri qəbul edirlər. İkincisi, AP-nin qətnaməsi heç bir əsas olmadan “Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü halında” iddiasına əsaslanır. Bu amil qəbul edilən qətnamənin arxasında Avropa strukturlarında şəbəkələşmiş antiazərbaycan qüvvələri və erməni lobbisi dayanır. 44 günlük müharibəyə qədər AP də daxil olmaqla, Avropa strukturlarında erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana qarşı qəbul edilən qərarları “insan haqları” kimi məsələlərlə pərdələməyə çalışırdılar, müharibədən sonra artıq bunu gizlətmirlər. AP-nin sanksiya çağırışları və bu məqsədlə qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil. Belə bir qətnamənin qəbul edilməsi isə həm AP-də daxili maraqlardan, həm də Qərbin Cənubi Qafqazla bağlı planlarından qaynaqlanır. Avropa Parlamentində seçki mübarizəsi və brilyanta tapınanlar AP yeni seçkilərə hazırlaşır. İyunda keçiriləcək seçkilərdə erməni lobbisi yenidən mövqelərini qorumaq niyyətindədirlər, məhz buna görə bu şəbəkəyə daxil olan deputatlar özlərini erməni sponsorlarına ispatlamağa çalışır. Əsas sponsor kimi qara brilyant qaçaqmalçısı kimi tanınan Kaspar Karapetyanın adı çəkilir. Brüsseldə yaşayan Karapetyanın əsas işi almazların qaçaq yollarla Avropa bazarına çıxarılmasıdır. Erməni biznesmen Rusiyaya qarşı almaz biznesi ilə bağlı mövcud olan sanksiyaları “dəlir”, almazları bu ölkədən Belçikaya gətirir və orada cilalanaraq, satılır. Karapetyan almaz qaçaqmalçılığını Ermənistandan da həyata keçirir. O, qaçaq yollarla qurduğu brilyant biznesini qorumaq üçün avropalı siyasətçiləri pulla ələ alıb. Avropa Parlamenti onun korrupsiyaya bulaşdırdığı əsas strukturlardan biridir. Karapetyan rüşvətlə ələ aldığı avroparlamentarilər qarşısında həm də erməni maraqlarının müdafiəsi tələbini qoyub. Bu baxımdan, seçkilər öncəsi AP-də erməni lobbisinə daxil olan deputatların fəallığı özlərini sübut etmək məqsədi daşıyır. Azərbaycana qarşı çıxan deputatların kimliyinə nəzər yetirəndə də aydın olur ki, şəbəkənin tərkibi dəyişməyib, eyni siyasətçilər eyni sifarişi yerinə yetirir. Avropanın insinuasiyalara əsaslanan Cənubi Qafqaz siyasəti Azərbaycana qarşı intensivləşən qarayaxma kampaniyası Qərbin bölgədəki maraqlarından da qaynaqlanır. Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənməyə çalışan Qərb bu məqsədlə Azərbaycana təzyiq edir, rəsmi Bakının müstəqil siyasətindən erməni maraqları naminə imtina etməsinə nail olmağa çalışırlar. Bu prosesin başında Fransa Prezidenti Emmanuel Makron dayanır. “Azərbaycan Ermənistana hücum edəcək” yalanı üzərindən aparılan siyasət də Makronun “əl işidir”. Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edərkən, antiazərbaycan siyasətinin mahiyyətini açıqladı. “Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa Birliyi üçün adi hala çevrilib. Bu baxımdan, Jozep Borrellin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrell bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrell bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan antiazərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”, - dövlət başçısı vurğuladı. AP-də qəbul edilən qətnamələr də bu insinuasiyalara əsaslanır və belə siyasətin Avropa Parlamenti qarşısında heç bir öhdəliyi olmayan Azərbaycana təsirinin olmayacağı da bəllidir. Bu qətnamələr kağız parçasından başqa bir şey deyil. Bu kağız parçası da Azərbaycana yox, AB-nin Cənubi Qafqazdakı maraqlarına zərər vuracaq. |
2024-02-29 | 837,212 | Rusiya ABŞ-a qarşı güclənir - Amerikalı general | Rusiya ABŞ qarşısında mövqeyini yaxşılaşdırır və Moskvanın tempi bir neçə il əvvəlkindən xeyli yüksəkdir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri Entoni Kotton bildirib. “Rəqiblərimiz (Rusiya və Çin –red.) ABŞ-a münasibətdə mövqelərini yaxşılaşdırırlar”, - amerikalı general bildirib. O qeyd edib ki, Rusiya nüvə imkanlarını genişləndirir və modernləşdirir. |
2024-02-29 | 837,214 | Türkiyəli vloger Nəsiminin türbəsini ziyarət etdi - Video | Türkiyəli səyahət vlogeri Uğur Kola Suriyanın Hələb şəhərində Azərbaycan şairi Nəsiminin türbəsini ziyarət edib. Axar.az xəbər verir ki, türbənin ziyarət üçün hazırda qapalı olmasına baxmayaraq, U.Kola Nəsimi haqda izləyicilərini məlumatlandırmağa çalışıb. Sözügedən kadrları təqdim edirik: |
2024-02-29 | 837,215 | Putin nüvə ilə hədələdi, Makronun cavabı şok etdi | Qərb utanmadan Rusiyanın guya Avropaya hücum etmək niyyətində olduğunu söyləyərək yalan danışmağa davam edir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Federal Məclisə müraciətində deyib. O, Qərb ölkələrinə Ukraynaya qoşun göndərməmək barədə xəbərdarlıq edib və belə bir qərarın nəticələrinin faciəli olacağını bildirib: “Bütün bunlar həqiqətən nüvə silahının istifadəsi və sivilizasiyanın məhvi təhlükəsi yaradır. Onlar bunu başa düşmürlərmi?” Prezident Putin həmçinin Rusiyanın mürəkkəb silahları - hipersəs təyyarələri və pilotsuz sualtı maşınlarını xatırladıb və strateji nüvə qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu bildirib. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməmişdi. Putinin nüvə ilə hədələməsinin ardından Makronun bu mövzuda dediyi sözlərin “ölçülüb-biçilmiş, düşünülmüş və təsdiqlənmiş” olduğunu növbəti dəfə vurğulaması Rusiya və Fransa liderlərinin söz savaşı kimi qiymətləndirilib. |
2024-02-29 | 837,217 | BMT ilə iqlim dəyişikliyi müzakirə olundu | BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Proqramı üzrə icraçı direktoru İnger Andersenlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə COP29-un X hesabında paylaşım edilib. Plastik tullantılarla çirklənmənin azaldılmasından iqlim dəyişikliyinə qarşı maliyyənin genişləndirilməsinə qədər əməkdaşlıq məslələri müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan ikitərəfli təşəbbüslər çərçivəsində BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. |
2024-02-29 | 837,218 | Mirzoyanın Türkiyə səfəri ilə bağlı açıqlama... | Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib. "Müzakirələrdə və ikitərəfli görüşlərdə iştirak planlaşdırılır", - Badalyan yazıb. Qeyd edək ki, martın 1-3 tarixlərində Antalyada Diplomatik Forumu keçiriləcək. Azərbaycan XİN başçısı Ceyhun Bayramov artıq Türkiyədədir. |
2024-02-29 | 837,221 | Marukyan xarici siyasətdə fikir ayrılığına görə istefa verdi | Edmon Marukyan Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməsi üçün ərizə təqdim edib. Axar.az xəbər verir ki, o, bu barədə sosial səhifə hesabında yazıb. “Sizə bildirmək istəyirəm ki, mən Baş nazir Nikol Paşinyana Ermənistanın xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməyim üçün ərizə ilə müraciət etmişəm. Dövlətimiz və regionumuz üçün çətin bir dövrdə mən bu missiyanı böyük məsuliyyətlə və böyük fədakarlıqla öz üzərimə götürdüm. Lakin son vaxtlar bir sıra fundamental xarici siyasət məsələlərinə baxışlarımızdakı fərqliliklər mənim xarici siyasət cəbhəsində iştirakımı davam etdirməyimi qeyri-mümkün etdi”, - Marukyan yazıb. Qeyd edək ki, bu, Nikol Paşinyanın komandasında 2021-ci ildən sonra xarici siyasətə görə açıq şəkildə elan edilən ilk ciddi fikir ayrılığıdır. |
2024-02-29 | 837,225 | Heç kim Ukraynaya qoşun göndərmək istəmir - Fiala | Fransa Prezidenti Emmanuel Makronun nə deməsindən asılı olmayaraq, Avropada heç kim Ukraynaya qoşun göndərmək istəmir. Axar.az xəbər verir ki, bu barədə Çexiya Baş naziri Petr Fiala deyib. Onun sözlərinə görə, Parisdə keçirilən sülh sammitində NATO hərbi dövlətlərinin Ukraynaya göndərilməsi mövzusu minimum dərəcədə müzakirə olunub. |
2024-02-29 | 837,226 | Daha iki milyarder Rusiya pasportundan imtina etdi | “Veeam Software” və “Object First” İT şirkətlərinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər. Axar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Baronov və Timaşev 2017-2021-ci illər arasında "Rusiyanın 200 ən varlı iş adamı" reytinq siyahısına daxil edilib. Baronov 2020-ci ildə 1,2 milyard, Ratmir Timaşev isə 1 milyard dollara yaxın vəsaitlə bu reytinqdə yerlərini möhkəmlədiblər. Nəşr yazıb ki, bununla da Ukrayna müharibəsinin başlanmasından keçən iki il ərzində Rusiya vətəndaşlığından imtina edən milyonçuların sayı 9-a çatıb. Hazırda Baronov İsveçrədə, Timaşev ABŞ-da yaşayır. |
2024-02-29 | 837,228 | Bakıda daha bir ərazidə binalar sökülür - Video | Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib. Axar.az-ın məlumatına görə, Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var. Onların çoxu NZS qəsəbəsi ərazisində yerləşir. Bu binaların söküntüsü isə mərhələlə şəkildə həyata keçiriləcək. İlkin mərhələdə istismar müddətini başa vurmuş, qamış üzlüklü binaların söküntüsü aparılacaq. Hətta ünvanlar da artıq bəllidir. Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayevin sözlərinə görə, həmin binalarda təmir işləri aparmaq mümkünsüz olduğu üçün onların söküntüsü nəzərdə tutulub. Həmin binalarda yaşayanlara isə kompensasiya veriləcək. Sahib Babayev söküntünün fərdi yaşayış evlərinə aid olub-olmayacağına da münasibət bildirib. Qeyd edək ki, NZS qəsəbəsində aparılacaq söküntü işləri “Ağ Şəhər” layihəsinin tərkib hissəsidir. Ətraflı "Xəzər Xəbər"in süjetində: |
2024-02-29 | 837,231 | Açıq deyirəm: bu halda NATO-Rusiya savaşı başlayacaq | Ukrayna hazırki müharibədə məğlub olsa, NATO və Rusiya arasında toqquşma riski yaranacaq. Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin deyib. “Açıq deyəcəyəm, Ukrayna məğlub olsa, həqiqətən hesab edirəm ki, NATO və Rusiya arasında müharibə başlayacaq”, - deyə Ostin bildirib. |
2024-02-29 | 837,232 | Azərbaycanın xarici borcunun tərkibi açıqlandı | Azərbaycanın bu il yanvarın 1-nə 6 461,2 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 87,9%-i elə dollarda olub. Axar.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, borcun tərkibində avro 5,4%, yapon yeni 2,9%, digər valyutalar 0,5%, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,3% paya malik olub. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 43,1%-ni, sabit dərəcə ilə olanlar isə 56,9%-ni təşkil edib. Xarici dövlət borcunun 52,5%-i 5 ilə qədər olan müddətdə, 40,3%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 7,2%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Bu il yanvarın 1-nə xarici dövlət borcunun 55,7%-i çoxtərəfli maliyyə institutları üzrə, 35,4%-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 8,9%-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb. |
2024-02-29 | 837,233 | Lənkəranda avtomobil ağaca çırpıldı: sürücü öldü | Lənkəranda avtomobilin ağaca çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında rayonun Xanbulan kəndindən keçən hissəsində baş verib. Belə ki, VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2024-02-29 | 837,234 | Kurskda əhaliyə raket təhlükəsi ilə bağlı xəbərdarlıq... | Rusiyanın Kursk vilayətində raket təhlükəsi elan edilib. Axar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Starovoyt Teleqram kanalında yazıb. İctimai xəbərdarlıq sistemi işə salınıb. Sakinlərə təhlükəsiz yerlərə sığınmaq tövsiyə edilib. |
2024-02-29 | 837,238 | Leyenin yenidən AK sədri seçilməsini istəmirik | Macarıstan Avropa Komissiyasının sədri Ursula fon der Leyenin qərarlarının Avropa ölkələrində təhlükəsizlik vəziyyətinin gərginləşməsinə səbəb olmasına görə onun yenidən seçilməsini istəmir. Axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib. "Ümid edirik ki, Leyen mandatının bitməsinə qədər Avropadakı vəziyyəti daha da pisləşdirəcək bəyanatlar və qərarlar verməyəcək", - o qeyd edib. |
2024-03-01 | 837,241 | Polşadan Ukraynaya: Bu halda sərhəd bağlanacaq! | Brüssel və Kiyev Varşavanın tələblərini dinləməsə, Polşa Ukrayna ilə sərhədi bağlayacaq. Axar.az xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk etirazçı fermerlərlə görüşündə deyib. O bildirib ki, sərhəd tamamən bağlanarsa, ticarət dövriyyəsi dayanacaq. Qeyd edək ki, etirazçıların əsas tələbləri Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaq və Avropa Birliyinin ekoloji planlarından imtina etməkdir. |
2024-02-29 | 837,243 | Azərbaycanla Braziliya arasında məsləhətləşmələr oldu | Fevralın 29-da Bakı şəhərində Azərbaycan Respublikası və Braziliya Federativ Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 4-cü raundu keçirilib. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Braziliya nümayəndə heyətinə isə Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi (nazirin birinci müavini) xanım Maria Laura da Roşa rəhbərlik edib. Görüşün əvvəlində xanım Maria Laura da Roşa yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə Braziliyanın Prezidenti Luiz İnasio Lula da Silvanın adından Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubunu təqdim edərək ali ünvan sahibinə çatdırılmasını xahiş edib. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, turizm və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə təhsil, mədəniyyət, kənd təsərrüfatı, gömrük işinin təşkili, sərmayələrin təşviqi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə müqavilə-hüquq bazasının yaradılmasına qarşılıqlı dəstək ifadə olunub. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda cari ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlamətdar tədbirin həm ikitərəfli, həm də COP Üçlüyü (“Troika”) çərçivəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı diqqətə çatdırılıb. Bu xüsusda ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib. Qarşı tərəf cari ilin noyabr ayında Braziliyanın sədrliyi ilə keçiriləcək “Böyük İyirmiliyin” (G20) Sammiti qarşısında duran hədəflər və bu xüsusda Braziliyanın prioritetləri barədə məlumat verilib. Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın sülh gündəliyi və bu xüsusda bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib. Siyasi məsləhətləşmələr zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. |
2024-02-29 | 837,244 | İsrail ordusu bu ölkə ilə sərhədə texnika yığır - Video | İsrail ordusu Livanla sərhəddə hərbi texnika cəmləşdirir. Axar.az xəbər verir ki, lentə alınan görüntülərdə magistral yol kənarında İsrail tanklarının toplaşdığı məlum olur. Qeyd edək ki, bundan öncə “Nəşnl” nəşri İsrail ordusunun Livanda Hizbullaha qarşı əməliyyat keçirəcəyini iddia etmişdi. |
2024-03-01 | 837,245 | İranda gözlənilən gün gəldi: seçim başlayır | Martın 1-də İranda Ekspertlər Şurasına 6-cı çağırış və İslam Şurası Məclisinə (Parlament) 12-ci çağırış seçkiləri keçiriləcək. Axar.az xəbər verir ki, seçkilərdə namizədliyi irəli sürülən 24829 nəfərdən 12033-nün namizədliyi qeydə alınıb. Onlar 290 yer uğrunda mübarizə aparacaq. İranda 61 milyon 172 min 298 nəfər səsvermə hüququna malikdir. Ölkədə səsvermə hüququ olan kişilərin sayı 30 milyon 945 min 13, qadınların sayı isə 30 milyon 227 min 165 nəfərdir. Seçici hüququ olan 3,5 milyon seçici ilk dəfə (18 yaş və yuxarı) səs verir. Ekspertlər Şurasında isə 88 yer üçün 144 din xadimi mübarizə aparır. Bu seçkilər üçün İranda təxminən 59 min seçki məntəqəsi yaradılıb. Qeyd edək ki, çoxsaylı siyasi qüvvə və fəal seçkiləri boykota çağırış edib. |
2024-02-29 | 837,248 | Nazir mətbuat konfransında jurnalistlə “atışdı” – Video | Elm və təhsil naziri Emin Əmrullayev bu gün baş tutan mətbuat konfransında media nümayəndəsinə etiraz edib. Axar.az xəbər verir ki, nazir brifinqə başlayarkən, jurnalistlərin hər birinin ən çoxu iki sual verməsi ilə bağlı “reqlament” müəyyən edib. Jurnalistlərdən birinin 3 sual verməsi isə nazirin narazılığına səbəb olub. O, qaydalara riayət etməyə çağırıb. Bu zaman jurnalist “siz iki və daha çox sual verə bilərsiniz demişdiniz” sözləri isə naziri əsəbiləşdirib. E.Əmrullayev başa düşülməməsi ilə bağlı hər gün problem yaşadığını xüsusi vurğulayaraq, buna qəti etirazını bildirib. Sözügedən “atışmanı” təqdim edirik: |
2024-03-01 | 837,253 | İrəvana 2,6 milyardlıq yardım: 550 milyonu verildi - Maraqos | İki həftə əvvəl Brüsseldə yeni tərəfdaşlıq gündəliyinin hazırlanması üçün birgə təşəbbüs göstərdik. Əməkdaşlığımız güclüdür, lakin erməni xalqının istəklərinə cavab vermək, o cümlədən həyat keyfiyyətinin yüksəldilməsi və əlaqələrin genişləndirilməsi üçün tərəfdaşlığın yaxşılaşdırıla biləcəyi sahələr var. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komissiyasının üzvləri ilə görüşdə AB-nin ölkədəki səfiri Vasilis Maraqos deyib. Səfir təşkilatın dəstəyi ilə Ermənistanda müxtəlif sahələrdə həyata keçirilən proqramlar haqqında danışıb. O, AB-nin iqtisadi və investisiya proqramı çərçivəsində Ermənistana nəzərdə tutulan 2,6 milyard avroluq dəstək paketinin 550 milyonunun artıq ayrıldığını qeyd edib və bununla paralel olaraq büdcə dəstəyi proqramları çərçivəsində aparılan islahatların davam etdirildiyini vurğulayıb. Maraqosun sözlərinə görə, AB Ermənistanda məşğulluq sektorunda imkanların yaradılmasına töhfə verəcək layihələr həyata keçirməyə çalışır. |
2024-03-01 | 837,254 | Makron dəhşətli xəbərlər alır, panikaya düşüb - Merkuris | Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı ağır vəziyyətlə bağlı açıq-aşkar dəhşətli məlumat alır. Buna görə də gözlənilmədən Ukraynadakı vəziyyətlə bağlı Parisdə konfrans çağırdı. Axar.az xəbər verir ki, bu sözləri britaniyalı hərbi ekspert Aleksandr Merkuris internet kanalında deyib. “Makronun panikası onu deməyə əsas verir ki, onlar Ukraynadan məlumat alırlar. Bu isə onu göstərir ki, orada vəziyyət hətta bizim, münaqişənin gedişatını günbəgün izləyən insanların bildiyindən də pisdir”, - o bildirib. Merkurisin fikrincə, Makronun davranışı və Ukraynaya Qərb qoşunlarının göndərilməsini istisna etməməsi Brüssel elitasının əhval-ruhiyyəsindən xəbər verir. Ekspert vurğulayıb ki, onlar münaqişədə vəziyyətin onların nəzarətindən çıxdığını aydın görürlər. |
2024-03-01 | 837,257 | Köçkünlər geri qayıdır: boşalan mənzilləri satırlar? | Məcburi köçkünlərin Bakıda və digər bölgələrdə müvəqqəti məskunlaşdıqları fərdi evlər və mənzillər dövlətin xüsusi təyinatlı yaşayış fonduna məxsusdur. Buna görə də məcburi köçkünlərin həmin ev və mənzilləri satmaq və ya başqasına bağışlamaq hüququ yoxdur. Bu sözləri Axar.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına köçürüldükdən sonra boşalan mənzilləri satışa çıxardıqları barədə sosial şəbəkələrdə yayılan məlumatlar barədə danışarkən deyib. O bildirib ki, bu barədə yayılan məlumatlar tamamilə əsassızdır: “Tutaq ki, hansısa məcburi köçkün yaşadığı mənzili satışa qoyub, axı onun hansı sənədi var ki, onun əsasında da mənzili satsın? Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları fərdi evlər və mənzilləri dövlətin xüsusi təyinatlı yaşayış fonduna məxsus olduğu üçün boşaldır və aidiyyəti üzrə təhvil verirlər. Çünki vaxtilə məcburi köçkün ailələrinə dövlət tərəfindən fərdi ev və ya mənzil verilərkən onların burada müvəqqəti – işğal altındakı ərazilər azad edilənə və həmin ərazilərə qayıdış üçün şərait yaradılana qədər yaşaması nəzərdə tutulub”. İ.Mirzəyev əlavə edib ki, azad olunmuş ərazilərə ilk mərhələdə yataqxanalarda, bağça, məktəb, idarə və müəssisələrin inzibati binalarında məskunlaşan keçmiş məcburi köçkünlər köçürülür: “Baxın, bir nəfər də olsun Qobu qəsəbəsində məskunlaşan məcburi köçkün azad olunan ərazilərə köçürülməyib. Lakin Bakıda və digər bölgələrdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərin azad olunan ərazilərə köçürülməsi üçün təyin olunmuş toplanış məntəqəsi Qobuda yerləşir. Bütün keçmiş məcburi köçkünlər də buradan köçürülür. Buna görə də bir çoxu elə bilir ki, Qobuda yaşayan keçmiş məcburi köçkünlər köçürülür”. Mətbuat xidmətinin rəhbəri onu qeyd edib ki, bu günə qədər ümumilikdə 1384 ailə - 5443 nəfər azad olunmuş ərazilərə köçürülüb: “Füzuli şəhərinə 527 ailə - 1969 nəfər, Laçın şəhərinə 451 ailə - 1705 nəfər, Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə - 871 nəfər, Tərtər rayonunun Talış kəndinə 20 ailə - 90 nəfər, Laçın rayonunun Zabux kəndinə isə 211 ailə - 808 nəfər köçürülüb”. |
2024-03-01 | 837,259 | Zelenskidən yeni təyinat... | Ukrayna Prezidenti Vladimir Zelenski Vladimir Karpenkonu logistika qüvvələrinin yeni komandiri təyin edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat yayılıb. O, bu postda Oleq Qulyakı əvəz edib. |
2024-03-01 | 837,260 | "Qalatasaray"a kubokda şok zərbə | Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib. Axar.az xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Fateh Karagümrük"lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 6-cı dəqiqədə Markos Vinisius Amaral Alves açıb. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Rian Mendes müəyyənləşdirib. "Fateh Karagümrük" növbəti mərhələdə "Trabzonspor"la, "Beşiktaş" isə "Ankaragücü" ilə qarşılaşacaq. |
2024-03-01 | 837,262 | Ərdoğanın təklifi: Rusiya nümayəndə göndərə bilər! | Rusiya nümayəndə heyəti müvafiq göstəriş olarsa, Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, əvvəllər İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski “Şot” Teleqram kanalına açıqlamasında deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın növbəti dəfə Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olması barədə bəyanatını şərh edərkən bildirib ki, tövsiyə olarsa, gedərik. Qeyd edək ki, Türkiyə lideri Ərdoğan ölkəsinin Moskva ilə Kiyev arasında danışıqlar üçün növbəti dəfə platforma təqdim etməyə hazır olduğunu bəyan edib. |
2024-03-01 | 837,267 | Rusiyada azərbaycanlı ər və arvad qəzada həlak oldu | Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub. Axar.az Report-a məlumatına görə, əslən İmişli rayonunun Xələfli kəndindən olan 1990-ci il təvəllüdlü Hacıyev Feyzulla Hacı oğlu və onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Muradova Nəcibə Murad qızı Rusiyanın Ulyanov əyalətinin Dmitrovqrad rayonunda yol qəzasına düşüb. Məlumata görə, hadisəyə səbəb Feyzulla Hacıyevin idarə etdiyi "Lada Largus" markalı avtomobilin idarəetmədən çıxması olub. Belə ki, qarşı zolağa çıxan "Lada Largus" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı yük avtomobili ilə toqquşub. Onların nəşinin Azərbaycana göndərilərək dəfn ediləcəyi bildirilir. |
2024-03-01 | 837,268 | Xəbərdarlıq: Voronejə PUA-larla hücum edilir | Rusiyanın Voronej şəhəri istiqamətində PUA-lar hərəkət edir. Axar.az xəbər verir ki, bu barədə şəhər meriyasının Teleqram hesabında bildirilib. “Voronej istiqamətində 5-ə yaxın pilotsuz uçuş aparatının hərəkəti müşahidə olunur. Vətəndaşlara təlaşa düşməmək və sakit olmaq tövsiyə olunur", - məlumatda qeyd olunub. |
2024-03-01 | 837,269 | İrəvanla danışıqların çətin olmasının səbəbi budur | Azərbaycan və Ermənistan arasında təşkil edilən görüşlər harda baş tutmasından asılı olmayaraq, ilk növbədə tərəflər arasında keçirilir. Hansısa dövlətin ərazisində keçirilməsi simvolik xarakter daşıyır və ev sahibi olan ölkə danışıqlara müdaxilə etməməli, neytrallığını qorumalıdır. Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Berlində 28-29 fevralda keçirilən ikitərəfli görüşlər haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib. Professor Berlinin neytrallığının tərəfləri qane etdiyini bildirib: “Fransada belə bir görüşün keçirilməsi mümkün deyil, çünki tərəfdir. Azərbaycanın Almaniyanın təklifini qəbul etməsi isə Avropadan qaçmadığını və danışıqlar üçün platforma təklif edən ölkənin tərəfsizliyinin əsas şərt olduğunu göstərir. Bu görüş Vaşinqtonda, Moskvada, İstanbulda və s. yerlərdə keçirilə bilər. Ancaq görüşün birbaşa tərəflər arasında olduğunu danışıq üçün masa təklif edənlər unutmamalıdır. Müdaxilə yolverilməzdir. Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev, Olaf Şolts və Nikol Paşinyan arasında keçirilən ikitərəfli və üçtərəfli görüşlər, eyni zamanda bunun davamı kimi xarici işlər nazirlərinin Berlində 2 gün davam edən müzakirəsi müsbət hadisədir. Bu, ilk növbədə tərəflərin Almaniyanın neytral mövqeyini qəbul etdiyini, ikincisi isə masada irəliləyiş əldə olunduğunu göstərir. Nəticələr haqqında indidən danışmaq tezdir. Çünki Ermənistan konstitusional səviyyədə irəli sürdüyü ərazi iddialarından əl çəkməyə hazır deyil. Ermənistan bir dövlət kimi bu iddiaların üzərində bərqərar olub. Bunu dəyişmək uzun illərdir insanların beyninə yeridilən saxta və qan qoxan ideologiyadan imtina etmək deməkdir və olduqca çətin prosesdir. Vacib məqam isə odur ki, tərəflər masada oturmaq iradəsini nümayiş etdirə bilir. Ermənistan nə qədər tez sülh müqaviləsi imzalasa, işğalçılıqdan əl çəksə, bu onun üçün daha faydalı olar”. Alim Berlin və Paris arasındakı rəqabətin danışıqlara təsirindən də bəhs edib: “Fransa və Almaniya müttəfiq olsa da, onların arasında hər zaman rəqabət var. Rəqabət danışıqlara da təsir göstərə bilər. Fikrimcə, rəsmi Parisin İrəvana təzyiq göstərməsi, danışıqlarda Almaniyanın önə keçməsinə mane olmağa çalışması mümkündür. Ancaq bütün hallarda belə təhrik və təzyiqlərin effektiv olmayacağını düşünürəm. Çünki Almaniyanın Türkiyə və Rusiya ilə əlaqələri də məsələyə təsir edən amillərdəndir. Ümumiyyətlə, Almaniya iqtisadi əlaqələrin inkişafı ilə Cənubi Qafqazda möhkəmlənmək, Fransa isə güc yolu ilə Ermənistan üzərindən Azərbaycanın təhlükəsizlik maraqlarını heçə sayaraq bunu etmək istəyir. Ona görə Makron bundan sonra da oyundankənar vəziyyətdə qalacaq”. |
2024-03-01 | 837,270 | Rusiya istənilən düşmənlə qarşılaşmağa hazırdır | Rusiya Federasiyası istənilən düşməni dəf etmək üçün bütün lazımi vasitələrə malikdir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. “Ərazimizə təcavüz edən istənilən düşmənlə qarşılaşmaq üçün Rusiyanın hər şeyi var”, - Şoyqu bildirib. |
2024-03-01 | 837,271 | Türkiyə XİN-dən İsrailin hücumuna sərt reaksiya | İsrail Qəzza zolağında humanitar yardım paylayarkən fələstinliləri öldürməklə insanlığa qarşı yeni cinayət törədib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən Qəzzanın qərbində yerləşən Əl-Rəşid küçəsinə edilən hücumu şərh edərkən bildirilib. "İsrail Nabulsi meydanında fələstinliləri öldürməklə daha bir insanlıq cinayəti törədib. Qəzzada aclıqdan müharibə silahı kimi istifadə edən İsrailin indi də həyat qurtarmaq üçün yardım istəyən günahsız dinc insanlara hücum etməsi İsrailin bütün Fələstin əhalisini məhv etmək niyyətini nümayiş etdirir. İsrail Qəzzada hərbi əməliyyatı dərhal dayandırmalıdır, lakin İsrail hökumətinin bu qərarı vermək üçün nə sağlam düşüncəsi, nə də vicdanı var”, - deyə XİN-dən bildirilib. Qeyd edək ki, Fələstin mediası İsrailin fevralın 29-da Qəzzanın qərbindəki Əl-Rəşid küçəsinə hücumu nəticəsində azı 112 nəfər ölüb, 760 nəfər yaralanıb. |
2024-03-01 | 837,272 | HƏMAS-dan İsrailə: Bunu cavabsız qoymayacağıq! | İsrailin Qəzzada Nabulsi dairəsinə hücumu dəhşətli qətliamdır. Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı məlumatda bildirilir. “Nabulsidə baş verən dəhşətli insident cavabsız qalmayacaq. Qayıdışımız və azadlıq hüququmuz reallaşana qədər müqavimətimizi davam etdirəcəyik”, - deyə vurğulanıb. Qeyd edilir ki, sözügedən hücumda humanitar yardım gözləyən 100-dən çox fələstinli həlak olub. |
2024-03-01 | 837,273 | “Bakı hücum edəcək” uydurması ilə sənəd qəbul edərlər? | Özlərini gülünc vəziyyətə salırlar: ciddi, təsiri olan sənəd də deyil, buna bənzər qətnamələrin neçəsini qəbul ediblər. Bu sözləri Axar.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qətnamələr uydurma iddia üzərində qəbul olunur: “Uydururlar ki, “Azərbaycan Ermənistana hücum etdiyi halda” Avropa Birliyi Azərbaycanın rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməlidir, neftindən imtina etməldir və s. Azərbaycan Ermənistana hücum edibmi, yaxud bu barədə açıqlaması varmı ki, onlar belə addım atır? Bu təşəbbüslərin arxasında Makronun partiyasından seçilən fransalı deputatlar durub. Makron Fransada öz rəqibi olan Le Penə biabırçı şəkildə uduzur. Odur ki, erməni səslərini qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Tam gülünc bir səstoplama kampaniyasıdır. Təəssüf ki, Avropa Parlamenti hansısa cılız maraqlara görə öz hörmətini xərcləyir. Seçkilər yaxınlaşır, bu insanların o parlamentdə 3-4 ay ömrü qalıb”. Millət vəkili bildirib ki, bu cür qərəzli bəyanatlar Azərbaycan tərəfindən qəbul edilmir və lazım olduğu halda sərt şəkildə cavablandırılır: “Biz cavabsız qoymuruq, Milli Məclisdə bununla bağlı mövqeyimiz səslənir. Komitəmiz, ayrı-ayrı deputatlar, XİN öz reaksiyasını verir. Biz Azərbaycana qarşı qəbul edilmiş bu cür sənədləri qətiyyətlə rədd edirik. Avropa Parlamenti ilə bir vaxtlar, ümumiyyətlə, əlaqələri kəsmişdik. Belə davam edəcəyi halda yenə münasibətlərimizi kəsə də bilərik”. |
2024-03-01 | 837,274 | Bakının Parisə qarşı uğurlu siyasi gedişi | Almaniyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyi və artan fəallığı sülh danışıqlarında irəliləyişə səbəb olmasa da, bunun Fransanın prosesdən kənarlaşması baxımından ölkəmiz üçün əhəmiyyəti var. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Fransanın ermənipərəst mövqeyi bu ölkənin Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə əngəldir, rəsmi Bakı Parislə bu sahədə əməkdaşlıqdan imtina edib: “Bu isə öz növbəsində Almaniyanın işinə yarayıb. Berlin “Cənubi Qafqazda mən də varam” deməklə həm Fransanın kənarlaşmasında rol oynayıb, həm də gələcəkdə Azərbaycan və Mərkəzi Asiyanı əhatə edən regional layihələrdə faydalanmaq üçün imkan qazanıb. Rəsmi Bakı Berlinin təşəbbüslərində iştirak etməklə Almaniyanın Fransadan ön plana keçməsinə dəstək verir”. E.Şahinoğlunun sözlərinə görə, Parisin İrəvanın əli ilə Berlin platformasını pozmaq istəyi istisna edilməməlidir. |
2024-03-01 | 837,275 | Generaldan İrana xəbərdarlıq: İrəvana ötürülən silahlar... | Fransa addım-addım Ermənistanı müharibəyə hazırlayır. Cənubi Qafqazda sülh və sabitliyə ən böyük təhdid Fransadır. Bu sözləri Axar.az-a Fransanın Ermənistanı hərbi peykləri vasitəsilə kəşfiyyat məlumatları ilə təmin etməyi üzərinə götürməsi haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib. Karauz Fransanın belə addımlarla tamamilə bölgəni qarışdırmaq və burada söz sahibinə çevrilmək istədiyini qeyd edib: “Ötən ilin oktyabr ayında Paris və İrəvan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. Ermənistan sürətlə silahlandırılır. Xüsusilə HHM sistemləri, radarlar, zirehli texnika verilməsinə diqqət yetirilir. Bunlar əksər hallarda Qara dəniz və Gürcüstan, bəzən isə İran üzərindən İrəvana göndərir. Paşinyanın son Paris, Lekornunun İrəvan səfəri ilə hərbi əməkdaşlıq daha da dərinləşdirildi. Yaxın vaxtlarda Fransanın Ermənistanda hərbi bazasını açması gözlənilir. Fransanın rabitə, kəşfiyyat, müşahidə apara bilən çoxlu hərbi peykləri var. Burada ən çox diqqətçəkən məqam Fransanın İran, Azərbaycan, Türkiyə və Rusiya haqqında və xüsusilə sərhəd ərazilərində hərbi hərəkətlənmələr ilə bağlı peyk məlumatlarını Ermənistana ötürməyi öz üzərinə götürməsidir. Yəni rəsmi Paris İrəvana yardım pərdəsi altında bölgəni qarışdırmaq istəyir. Əlbəttə ki, bu, odla oynamaqdır və çox təhlükəlidir. Bu, Ermənistana sülh və sabitlik, əmin-amanlıq gətirməyəcək, əksinə, onu Fransanın müstəmləkəsi edəcək”. General Ermənistanın yeni müharibə cəhdinə cavabın çox kəskin olacağını vurğulayıb: “Fransa və Hindistan kimi ölkələr Ermənistanı əsasən İran üzərindən silahlandırırlar. Yəni Tehran İrəvana göndərilən silahların bir gün ona qarşı tuşlanacağını bilməlidir. Ermənistanı silahlandırmaq və öz təhlükəsizlik maraqlarını Türkiyə ilə Rusiyadan ayrı tutmaq vasitəsilə bölgədə sabitliyi təmin etmək mümkün deyil. Ermənistan isə Fransaya bel bağlayıb Türkiyə və Azərbaycana qarşı addımlardan çəkinməlidir. Ankara və Bakı arasında imzalanan Şuşa Bəyannaməsi sadəcə kağız üzərində yazılan bir sənəd deyil. Fransa və digərlərinin fitnəsi ilə bizə qarşı hansısa hərbi hərəkətlənmə olsa, əllərindəki kəşfiyyat məlumatlarından istifadə etməyə bir an belə imkanları olmayacaq. Bunu unutmamalıdırlar”. Qeyd edək ki, Paşinyanın Parisə səfərindən sonra Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ilə Ermənistan kəşfiyyatı arasında Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub. Fransa Ermənistana xüsusilə sərhədlər boyunca mövcud hərbi vəziyyətlə bağlı peyk məlumatlarını göndərməyi üzərinə götürüb. |
2024-03-01 | 837,276 | Səfərbərlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb. Axar.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Müvafiq əmrlə Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlsafa Məmmədov işdən azad edilərək, sərəncama götürülüb. Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib. |
2024-03-01 | 837,277 | Azərbaycanda bu Dövlət Xidmətinin rəisi işdən azad edildi | Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb. Qeyd edək ki, Bəxtiyar İsmayılov bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi. |
2024-03-01 | 837,278 | “Qüdrətli Nikol” bizim layihədir: bir gecəyə çökdürərik! | Rusiyada sonradan Qərb tərəfindən yem kimi udulan “Aleksey Navalnı” layihəsinin ortaya çıxması ilə eyni vaxtda Ermənistanda “Nikol Paşinyan” layihəsi parladı. Bu layihələri tez-tez müqayisə edərək, Paşinyanı “erməni Navalnı” adlandırırdılar. Güman edirəm ki, Moskvada kuratorlar eyni yüksək vəzifəli şəxslər idi. Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib. “Buna əsaslanaraq belə bir fərziyyə irəli sürə bilərik: Cənab Paşinyan Qərbin siyasi elitasına getdikcə daha dərindən nüfuz edir və onun Moskvaya ünvanladığı bütün rezonanslı bəyanatları (obyektiv olaraq heç bir ciddi real ziyan vurmur) onun “əfsanəsini” gücləndirir və təsdiqləyir”, - o bildirib. Arkovun sözlərinə görə, müəyyən məqamda Paşinyan Moskvadakı idarəçilərinin nəzarətindən kənara çıxıb: “O özünü müstəqil siyasətçi hesab edirdi, sonra isə Parisin nəzarəti altına keçdi. Hazırda elə məhz burda “Qüdrətli Nikolun” bəyanatları tərtib edilir və Ermənistanın siyasəti müəyyənləşdirilir. “Nə üçün Paşinyan bütün iqtisadi əlaqələri və Aİİ üzvlüyünü qoruyub saxlayaraq, KTMT və hərbi-texniki əməkdaşlıq məsələsində Moskvadan fəal şəkildə ayrılır” sualına da cavab var: nə Fransa, nə də bütövlükdə Qərb Ermənistanı onun üçün lazım olan sərmayələrlə təmin edir, nə də öz iri biznes layihələrinə daxil edir. Rusiya isə bunu çox fəal və səxavətlə edir. Bu gün İrəvan iqtisadiyyatı 70%-dən çox Rusiyadan asılıdır. Yeri gəlmişkən, bütün ictimai siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə Gürcüstan arasında da oxşar vəziyyət mövcud idi və qalır. Saakaşvilinin köməyi ilə Kremlin Qərb əleyhdarları Rusiyanı gürcü iqtisadiyyatından sıxışdırmağa çalışanda Tiflisin yeni dostları onun problemlərini çiyninə almaqdan imtina etdilər və gürcü iqtisadiyyatı bir gecədə çökdü. Rusiya yenidən köməyə gəldi, amma şərtlərlə. Güc pariteti əldə olundu və Gürcüstanı idarə etmək rıçaqları Bidzina İvanişviliyə keçdi. Güman edirəm ki, Baqramyan prospektində onlar qonşularının təcrübəsini nəzərə alıb və ayıq şəkildə başa düşürlər ki, Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi milli fəlakətə gətirib çıxaracaq, Paşinyan isə Saakaşvilinin taleyini təkrarlayacaq. Rusiya ilə iqtisadi əməkdaşlıqdan gözlənilməz gəlir əldə edə bildiyiniz halda, Qərb ölkələrinin boş vədləri ilə qidalanmaq tamamilə axmaqlıqdır. Xüsusilə indi, Rusiyanın qərb sərhədində endirilmiş “Dəmir pərdə” kontekstində, Avropanın ən böyük iqtisadiyyatının (dünyada beşinci) xarici ticarətinin əhəmiyyətli bir hissəsinin onun cənub sərhədindən, Cənubi Qafqazdan keçdiyi bir vaxtda”. |
2024-03-01 | 837,279 | Banqladeşdə restoran yandı: 43 nəfər öldü | Banqladeşin paytaxtı Dəkkədə restoranda baş verən yanğında azı 43 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə “Deyli Observer” qəzeti məlumat yayıb. Hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir və yanğının qarşısı alınıb. Yanğının səbəbi barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır. |
2024-03-01 | 837,280 | Edi Rama Azərbaycana gəldi | Albaniya Respublikasının Baş naziri Edi Rama martın 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Axar.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Baş nazir Edi Ramanı hava limanında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar. |
2024-03-01 | 837,284 | Xocalıda itən qardaşını tanıdı, infarkt keçirdi - Video | Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində qazıntı aparılan zaman kütləvi insan qalıqları aşkarlanıb. Meyitlərdən birini tanıyan Xocalı sakini infarkt keçirib. Axar.az xəbər verir ki, bununla bağlı süjet Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb. Bildirilib ki, hazırda Nəzakət xanım xəstəxanadadır, danışa bilmir. O, qardaşı Akifi geyimindən tanıyandan sonra infarkt keçirib. Qeyd edək ki, Nəzakət xanım Xocalı soyqırımı zamanı təkcə qardaşını deyil, anasını və digər yaxın qohumlarını da itirib. |
2024-03-01 | 837,286 | Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanacaq | Rusiyanın “İrAero” aviaşirkəti aprelin 2-dən Omsk-Bakı reysinə başlayacaq. Axar.az xəbər verir ki, bu barədə Omsk hava limanının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, “İrAero” aviaşirkəti Omsk-Bakı reysinə biletlərin satışına başlayıb. Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək. Səyahət vaxtı isə 3,5 saatdır. Qeyd edək ki, bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib. |
2024-03-01 | 837,287 | Azərbaycan bankına hücum edildi - Video | Azərbaycan bankına ABŞ-dən hücum olub. Axar.az xəbər verir ki, bu barədə şikayətçi Baku TV-yə müraciət edib. Onun sözlərinə görə, Azərbaycan banklarının birinə aid olan kart debet funksiyalıdır və hadisə olan zaman hesabında vəsait yox idi. Lakin bir müddətdən sonra bankdan ona zəng edilərək bildirilib ki, kart hesabına ABŞ-dən müdaxilə olunub və 267 manat overdraft borcu var. Ondan isə bu məbləğin ödənilməsi tələb edilir. Ətraflı süjetdə: |
2024-03-01 | 837,291 | Xaçmazda mikroavtobus körpüdən aşdı - Foto | Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, "Ford" markalı mikroavtobusun çaya aşması nəticəsində sürücü Mehdi İsayev xəsarət alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2024-03-01 | 837,294 | Abşeronun ərazisində dəyişiklik edilir | Abşeron rayonunun ərazisində dəyişiklik edilir. Axar.az xəbər verir ki, bununla bağlı “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunacaq. |
2024-03-01 | 837,297 | Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı | Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının Neftçala rayonunun Mayak kəndi ərazisində aparıqları profilaktiki-nəzarət tədbirləri zamanı Xəzər dənizində kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə balıq ovlayan rayonun Kürkənd kənd sakini E.Şirəliyev saxlanılıb. Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış 40-dan çox şamayı, külmə, kütüm, qarabel siyənək və kefal balığı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. |
2024-03-01 | 837,299 | Husilərin 6 raketi məhv edildi | ABŞ husilərə məxsus 6 gəmi əleyhinə raketi və 1 pilotsuz təyyarəni məhv edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. “ABŞ qüvvələri Qırmızı dənizə doğru atılmağa hazırlanan altı mobil gəmi əleyhinə qanadlı raketə qarşı iki özünümüdafiə zərbəsi endirib”, - məlumatda bildirilib. |
2024-03-01 | 837,301 | Azərbaycanla imzalanan protokol Türkiyədə qüvvəyə mindi | Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi”ndə dəyişiklik edilməsi ilə bağlı imzalanmış protokol qonşu ölkədə qüvvəyə minib. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə qanun “Rəsmi Qazete”də dərc olunub. Bildirilib ki, qanun dərc olunduğu gündən qüvvəyə minir. Xatırladaq ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin yenilənmiş variantına əsasən, tərəflər protokolda qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər edəcəklər. Əlavələrdə hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və yaxud əlavə gömrük rüsumu göstərilib. Bundan başqa, sənədə görə, Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi” çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılır. Beləliklə, 15 növ kənd təsərrüfatı və digər Azərbaycan və türk mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir (pendir, çay, şəkər, meyvə-tərəvəz çeşidləri və s.). Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır. Qeyri-neft ixracının artımı üçün əlverişli şəraitin yaradılması məqsədilə xarici ölkələrlə ticarət əlaqələrinin inkişafı ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Bu çərçivədə, ölkəmizin bağladığı və hazırda qüvvədə olan 10 ölkə ilə sərbəst ticarət, habelə bir çox ölkə ilə ikitərəfli ticarət və ya ticarət-iqtisadi əməkdaşlıq sahələrini tənzimləyən sazişlərə əlavə olaraq, Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biri olan Türkiyə Respublikası ilə də preferensial ticarət Sazişi imzalanıb. Belə ki, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi" 2020-ci ilin 31 may tarixində 115-VIQ nömrəli qanunla təsdiq edilib. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarat Sazişinə dəyişiklik haqqında Protokol 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb. Sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə töhfə verəcək. Protokola əsasən, tərəflər əlavələrində qeyd olunmuş mallara ticarət üçün güzəştlərə əlavə olaraq, bu Protokola əlavədə qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər verəcəklər. Hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və ya əlavə rüsumu bu əlavələrdə göstərilib. Əlavələrdə sadalanan 15 növ Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə idxal ediləcək sənaye və digər mallara preferensial ticarət rejimi çərçivəsində tətbiq ediləcək güzəştlər göstərilir. Buraya spirtli içki növləri, yarımfabrikatlar, karton malları, qablaşdırma və bükmə üçün avadanlıq, müxtəlif növ aparatura və s. kimi mallar aiddir. Bütövlüklə, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan və Türkiyə arasında tətbiq ediləm preferensial ticarət rejimi çərçivəsində ümumilikdə 30 növ kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı, həmçinin sənaye və digər malların güzəştli idxalı və ixracı həyata keçiriləcək. Həmçinin bu Protokol mövcud Sazişin 3-cü maddəsində nəzərdə tutulmuş müddəti Saziş çərçivəsində mallara verilən güzəştlərin qüvvəyə mindiyi tarixdən sonrakı 10 illik müddətə nəzərdə tutulur. Azərbaycan Milli Məclisi 2023-cü il iyulun 6-da sazişə dəyişikliyi təsdiqləyib. |
2024-03-01 | 837,302 | İranda 190 min polis hazır vəziyyətə gətirildi | Bu gün İranda keçirilən Ekspertlər Şurasına 6-cı çağırış, İran parlamentinin isə XII çağırış seçkilərinin təhlükəsizliyini təmin etmək məqsədilə 190 min polis hazır vəziyyətə gətirilib. Axar.az xəbər verir ki, bunu polis komandanlığının sözçüsü Səid Müntəzir Mehdi deyib. “Seçkilərin Təhlükəsizliyi Qərargahının rəhbəri Seyid Məcid Mirəhmədi isə 250 mindən çox SEPAH, “Bəsic” və polis üzvünün seçkilərin təhlükəsizliyini təmin etmək üçün cəlb edildiyini söyləyib”. Qeyd edək ki, bu gün İran parlamentinin 290 mandatı uğrunda 12033 namizəd yarışır. |
2024-03-01 | 837,307 | Vahid Ələkbərovun sərvəti 26 milyardı keçdi | Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti ilin ilk iki ayında 11,084 milyard dollar artıb. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Məlumata görə, ən çox qazanan “Yevroxim” və SUEK şirkətlərinin keçmiş benefisiarı Andrey Melniçenko olub: “O, reytinqdə altıncı yerə yüksəlib. Onun sərvəti 3,86 milyard dollar artaraq, 22,7 milyard dollara çatıb. “Nornikel”in əsas sahiblərindən biri Vladimir Potaninin sərvəti isə ilin əvvəlindən 37,1 milyon dollar azalaraq 31 milyard dollara düşüb. Lakin o, birinciliyini qoruya bilib. İkinci yeri “Novatek”in həmsahibi Leonid Mixelson tutur, onun da kapitalı 710 milyon dollar azalaraq 26,8 milyarda düşüb. Üçüncü yeri isə sərvəti 1,51 milyard dollar artaraq 26,2 milyarda çatan “Lukoyl”un sahibi Vahid Ələkbərov saxlayıb. Dördüncü yerdə sərvətini 1,49 milyard dollar artıraraq 25,4 milyarda çatdıran NLMK-nın benefisiarı Vladimir Lisin qərarlaşıb. Beşinci yeri “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşov tutur, onun sərvəti 2,08 milyard dollar artaraq 23 milyarda çatıb. Əlişir Usmanov (“Metalloinvest”, “Meqafon”) bu ay yeddinci yerə düşüb, onun kapitalı ilin əvvəlindən 875 milyon dollar azalaraq 20,2 milyard olub”. |
2024-03-01 | 837,308 | Universitet və kolleclərə sənəd qəbulu başladı | Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb. Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi martın 1-dən 15-dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 14 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 14 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Keçən il qəbul imtahanının I mərhələsində (buraxılış imtahanlarında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir. V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də martın 1-dən 15-dək qeydiyyatdan keçməlidirlər. Ərizə qəbulunun 1-ci mərhələsi ilə bağlı videotəlimata buradan baxa bilərsiniz. Ərizə qəbulunun 2-ci mərhələsi (I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün) I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2024-cü il aprelin 15-dən mayın 6-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər. Bu zaman abituriyentlər qəbul imtahanının II mərhələsində iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından silinir. Qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər öz istəklərinə əsasən təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan aşağıdakı seçimlərdən birini edirlər: I ixtisas qrupu üzrə: - RK; - Rİ; - RK və Rİ; III ixtisas qrupu üzrə: - DT; - TC; - DT və TC. I ixtisas qrupunun RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər “İnformatika”, III ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər isə “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün müvafiq qaydada əlavə ödəniş edirlər. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2024-cü il mayın 31-dən iyunun 17-dək aparılır. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçməlidirlər. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin hər iki cəhdində iştirak etmək istəyən abituriyentlər eyni və ya fərqli ixtisas qrupları üzrə imtahan verə bilərlər. Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün qəbul imtahanının I mərhələsində iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi ödənişli xidmətlərə edilən güzəştlər haqqında məlumat “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdi ödənişsizdir). “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir): Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron ərizələrini doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 11 may – 31 iyul tarixlərində internet vasitəsilə aparılacaq. Daha ətraflı məlumatla tələbə qəbulu haqqında elanın son hissəsində tanış ola bilərsiniz. 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 1-dən 15-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır: Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir). Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının bütün mərhələlərində Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Memarlıq və İnşaat Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. |
2024-03-01 | 837,310 | Gülüstan sarayında mühüm iclas: Prezident çıxış etdi | 10:15 Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı - Hörmətli Baş nazir cənab Rama. Hörmətli komissar xanım Simson. Hörmətli qonaqlar. Xanımlar və cənablar. İlk növbədə Baş nazir Edi Ramanı salamlamaq və bu vacib tədbirdə bizimlə birlikdə olduğuna görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan və Albaniya iki dost ölkədir. Biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik. Bizim olduqca fəal siyasi dialoqumuz var. Bizim cənab Baş nazirlə istər Azərbaycan, istər Albaniya, istərsə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimizin müntəzəm gündəliyi var. Biz bir-birimizi beynəlxalq təsisatlarda dəstəkləyir, habelə enerji təhlükəsizliyi məsələlərində fəal çalışırıq. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Hazırda isə biz enerji əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edirik. Əminəm ki, cənab Baş nazirlə bugünkü müzakirəmiz zamanı gündəlikdə duran bütün məsələləri əhatə edəcəyik. Mən, həmçinin xanım komissar Simsona da növbəti dəfə ölkəmizə səfər etdiyinə görə minnətdarlığımı ifadə etmək istərdim. Bildiyiniz kimi, Azərbaycan Respublikasının energetika naziri və xanım Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədrləridir. Onlar genişlənməkdə olan böyük heyətin bir araya gətirilməsi və əlbəttə, Avropa İttifaqının bütün planlarımızın reallaşdırılmasında yer alması baxımından vacib rol oynayırlar. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük. Burada, Gülüstan sarayında sonuncu - bir il əvvəlki görüşümüzdən bu yana bir neçə mühüm hadisə baş verib. Bildiyiniz kimi, adətən Məşvərət Şurasının toplantıları zamanı bu qrup görülmüş işləri və qarşıda duran məsələlərin həlli baxımından görüləcək əlavə tədbirləri nəzərdən keçirir. Ən başlıcası isə atılacaq birgə addımları planlaşdırır. Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Yeri gəlmişkən, onu da deyim ki, ötən il ərzində türkiyəli dostlarımızla fəal kommunikasiya nəticəsində biz Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəldik. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Çünki onların hər biri enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin maksimum səmərəliliklə təmin olunması kimi vahid məqsədə xidmət edir. Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Bizim enerji layihələrimizlə bağlı daha bir məqam ondan ibarətdir ki, dost Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Biz bunu alqışlayırıq, heyətimizə xoş gəlmisiniz. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir. Bizimlə birgə çalışmaq arzusunda olan enerji şirkətlərindən çoxsaylı müraciətlər daxil olur. Bu müraciətlər həmin şirkətlərin fəaliyyət göstəricilərinə və bizim enerji gündəliyimizə əsasən nəzərdən keçirilir. Gələcək planlarımıza gəldikdə, əlbəttə, bu gün biz onları geniş müzakirə edəcəyik. Mən onlardan yalnız bir neçəsini səsləndirmək istərdim. İlk növbədə, biz gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. Bununla yanaşı, bizim “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar. Beləliklə, bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi. Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq. Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır. Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq. Bu da Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaqdır. Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Beləliklə, biz indi vacib bir məqama gəlirik. Bu məqamın tərəfdaşlıq və əməkdaşlığın qurulması üçün enerjinin və qazıntı yanacağının bir alət və vasitə olduğunu görürük. Qazıntı yanacağı məsələsi ilə bağlı sonuncu məqam. Biz indi qazıntı yanacağının bir növ yalnız problem yaradan bir məsələ olması meylini görürük. Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız bundan sonra, ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, biz neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik. Bu məsələ haqqında danışarkən, əlbəttə, burada bu masada dünyanın aparıcı maliyyə institutlarının nümayəndələrinin olduğunu nəzərə alaraq diqqətinizi maliyyələşmə məsələsinə yönəltmək istəyirəm. Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın. Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət etmişdir, dediyim kimi artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır. Qaza tələbat var və bizim resurslarımız var, bizim infrastrukturumuz var. Hesab edirəm ki, Avropa maliyyə institutlarından maliyyələşmə, ən azından bu layihənin maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir. Biz hamımız nələrin baş verdiyini bilirik. Azərbaycan, qeyd etdiyimiz kimi yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, eyni zamanda, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Sonuncu məsələ, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Baxmayaraq ki, qeyd etdiyim kimi bu, qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir. Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik, lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi. Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə, sadəcə, məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir. Bununla da çıxışımı burada bitirirəm. Bir daha bizimlə bir yerdə olduğunuz üçün təşəkkür edirəm. Fürsətdən istifadə edərək hamınızı COP29-a aparan bu mühüm yolda bizim tərəfdaşımız olmağa dəvət etmək istəyirəm. Təşəkkür edirəm. Azərbaycanın energetika naziri Pərviz Şahbazov: - Zati-aliləri Prezident Əliyev, biz Sizin dəyərli çıxışınıza görə təşəkkürümüzü bildiririk və bu Məşvərət Şurası yarandığı gündən Cənub Qaz Dəhlizinə böyük töhfə vermişdir. İndi bu platforma məhz Sizin baxışlarınıza uyğun olaraq genişlənir. Çünki Yaşıl Enerji Məşvərət Şurası da var və biz Sizin davamlı dəstəyinizə ümid edirik. İndi isə mən sözü Zati-aliləri, Albaniyanın Baş naziri cənab Edi Ramaya vermək istəyirəm. Cənab Baş nazir, söz Sizindir. Albaniyanın Baş naziri çıxış etdi. Baş nazir Edi Ramanın çıxışı - Möhtərəm Prezident Əliyev, əziz dost. Hörmətli dostlar. Bu gün mənə göstərilən qonaqpərvərliyə görə hədsiz dərəcədə minnətdaram. Həmçinin cənab Prezidentin Azərbaycan və Albaniya arasında əməkdaşlığımızın mahiyyətini, habelə şəxsi münasibətimizi təsvir edən ifadələri məni qürurlandırdı. Səkkiz il əvvəl nazirlər səviyyəsində keçirilən iclasda Prezident Əliyev demişdir ki, Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın unikal formatının təməlini qoyur. Bu, ölkələr, şirkətlər və maliyyə institutları arasında olan yeni əməkdaşlıq təcrübəsi gələcək illər ərzində bir çox digər sahələri də əhatə edəcək. Cənab Prezident bunu proqnozlaşdıra bildi. Həqiqətən də bu yeni Enerji İpək Yolu olan Cənub Qaz Dəhlizi sıx əməkdaşlıq baxımından bir körpü oldu və ölkələr, şirkətlər, maliyyə institutlarını elə bir formatda bir araya gətirdi ki, bu layihənin təklif etdiyi imkanlara dair istəyi daha da artırdı. Bu gün bu format elə bir körpü rolunu oynayır ki, artıq onun tərkib hissəsini yaşıl enerji təşkil edir. Bu gün hamımız Cənub Qaz Dəhlizinin bir çoxlarının həyatını dəyişdirdiyinin şahidiyik və bu layihə Avropanı daha da təhlükəsiz etdi. Avropanın ehtiyatlarını artırmaqda olduğu bir vaxtda, Cənub Qaz Dəhlizi heç şübhəsiz ki, Avropa İttifaqına boru kəməri ilə nəql edilən təbii qazın nadir və sabit mənbələrindən biri olmaqda davam edəcək. Avropaya Rusiyadan nəql edilən qaz payının 40 faizdən 8 faizə və tezliklə sıfra bərabər olacağını, yaşıl gündəlik və karbonsuzlaşma məsələlərinin olduqca aktual olduğunu nəzərə alaraq, Azərbaycan qazı və Xəzər hövzəsi bizim birgə gələcəyimiz üçün mühüm rol oynayır. Albaniyaya gəldikdə, biz strateji baxımdan Trans-Adriatik boru kəmərinin marşrutu üzərində yerləşirik və bu, Cənub Qaz Dəhlizi layihəsinin mühüm halqasıdır. Əlbəttə ki, biz bu transformasiya imkanına malik dəhlizin imkanlarından istifadə etmək niyyətindəyik. Bunun üçün biz bərpaolunan enerji layihələrinə sərmayə qoymağı və dayanıqlı enerji infrastrukturu yaratmağı hədəfləyirik. Hazırda Albaniya tam şəkildə bərpaolunan enerjidən faydalanan ölkədir. Lakin bizə enerji mənbələrinin şaxələndirilməsi lazımdır və biz bu istiqamətdə çalışırıq. Bizim üçün şaxələndirilmə əsasən hidroelektrik enerjisi deməkdir. Bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu bizim üçün həlledicidir və son illərdə bu, Albaniyanı yaşıl keçid və enerji sektorunda innovasiyalar baxımından təbii məkana çevirib. Bu baxımdan Cənub Qaz Dəhlizi kontekstində yaşıl hidrogenə dair dialoq başladılması çox vacibdir. Bu, bir daha uzaqgörən təşəbbüsün dəyərini təsdiq edir. İlk olaraq bu, ətraf mühitin qorunması ilə bağlı narahatlıqla əlaqədar alət təklif edir və dəhlizin qlobal dayanıqlılıq hədəfləri ilə uyğunluğunu təşviq edir. İkincisi, yaşıl hidrogen yeni iqtisadi imkanlar açır, təmiz enerji sektorunda innovasiyanı, tədqiqatı və inkişafı təşviq edir. Nəhayət bu, dəhlizi karbonsuzlaşmanı hədəfləyən dünyanın dəyişməkdə olan tələblərinə cavab verən uzaqgörən layihə olaraq təqdim edir. Diqqətinizə çatdırmaq istərdim ki, azərbaycanlı dostlarımız mövcud infrastrukturumuzun inkişafı üçün ən əlverişli ssenarilərin müəyyən edilməsi və enerji sahəsinin çağırışlarına uyğunlaşdırılması baxımından təcrübələri ilə bölüşərək bizə əvəzsiz töhfə verirlər. Buna görə dərin minnətdarlığımızı bildiririk. Hazırda biz Albaniyanın qazlaşdırılması layihəsi üzərində işləyirik və Prezident Əliyevin dəstəyi sayəsində ənənələrin tarixən bizi məhrum etdiyi bir iş üzərində çalışırıq. Tariximizlə yaxından tanış olmayanlar üçün deyim ki, biz özümüzü hər zaman həm Qərbdən, həm də Şərqdən təcrid edərək, sanki əsl kommunizm uğrunda yeganə mübarizə aparan olmuşuq. Biz amerikan və sovet imperializmini rədd etmişik və Avropanın mərkəzində Şimali Koreyada yaşamışıq. Demək olar ki, bütün qaz və dəmir yolu sistemlərimiz ya mövcud olmayıb, ya da dünyadan təcrid vəziyyətdə olub. Həmin səbəbdən biz inkişaf kursumuzun bu mərhələsinə böyük əhəmiyyət veririk. TAP çərçivəsində əldə etdiyimiz təcrübəyə əsasən biz tərəfdaşlarımızla birlikdə Albaniyanın cənubunda maye qaz terminalları inşa etməyi planlaşdırırıq. Xanımlar və cənablar, Marko Polo Bakı ərazisində neft quyularının səpələndiyini, neftdən işıqlandırma və sağlamlıq məqsədləri üçün istifadə olunduğunu qeyd edirdi. Ancaq 1877-ci ildə Çarlz Marvin dünyaya sübut etmişdir ki, hətta İsa peyğəmbərdən əvvəl belə, bu gün Bakının yerləşdiyi Abşeron yarımadasından neft, indiki İran, İraq, Hindistan və digər ölkələrin ərazisindən nəql edilirdi. Keçmişdə Bakının nəhəng sərvəti Avropa və Asiya sivilizasiyalarının qızıl erasını dəstəkləyib. Bu gün həmin resurslar və həmin qaz yataqları bizim ölkələrin qızıl erasını dəstəkləmək potensialına malikdir. Bu, dekarbonizasiya və dayanıqlı enerji təchizatına əsaslanmış çoxtərəfli əməkdaşlıq, davamlı sülh və tərəqqi erasıdır. Çıxışımın yekununda Prezident Əliyev tərəfindən qeyd edilmiş bir təşəbbüsə münasibət bildirmək istərdim. COP ilə bağlı məşəlin Azərbaycan tərəfindən götürülməsini və tədbirə ev sahibliyi etməsini nəzərdə tuturam. Bu, böyük göstəricidir. Çünki qazıntı yanacağı ilə zəngin bir ölkə qərar verir ki, gəlin hamımız birlikdə düşünək - yaşıl enerjiyə keçid necə real və bütün dünya üçün faydalı ola bilər. Bu mənada Azərbaycan və bu tədbirə ev sahibliyi edən dəyərli şəxs ən yüksək təqdirə layiqdir. Cənab Prezident çox təşəkkür edirəm. Sağ olun. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasını həmsədri xanım Kadri Simson çıxış etdi. Komissar Kadri Simsonun çıxışı - Sağ olun. Prezident Əliyev, Baş nazir Rama, Zati-aliləri, xanımlar və cənablar! Mən bu gün Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasının açılışında iştirak etməkdən məmnunam. İcazə verin, mən çıxışıma Prezident Əliyevin yenidən dövlət başçısı seçilməyi münasibətilə təbriklə başlayım. Həmçinin ötən il məhsuldar əməkdaşlığa görə həmkarım nazir Şahbazova təşəkkürümü bildirmək istəyirəm. Həmişə olduğu kimi burada - Bakıda səmimi qəbula görə hamınıza minnətdaram. Mən artıq üçüncü dəfədir ki, Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edirəm və elə bilirəm xoş bir təsadüfdür ki, biz keçmişə nəzər salmalıyıq və Avropa İttifaqı-Azərbaycan arasındakı bu tərəfdaşlıq layihəyə nə verib. Mən 2019-cu il dekabrın 1-də səlahiyyətlərimin icrasına başladım və həmin vaxt məhz TANAP qaz boru kəmərinin Avropaya çıxması anı idi və Azərbaycan qazının Avropa İttifaqına ilk axını bir il sonra - 2020-ci il dekabrın 31-də başladı. O vaxt COVID vaxtı idi, təmaslar çətin idi. Avropada bəziləri düşünürdü ki, Cənub Qaz Dəhlizi artıq başa çatmış bir missiyadır və buna daha çox diqqət yetirilməli deyil. Mən belə düşünmürdüm. Mən hər zaman gördüm ki, Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var. Mən 2022-ci ildə buraya ilk iclasa gələndə dedim ki, necə etməliyik ki, məhz bizim münasibətlərimizin bütün potensialı daha da genişlənsin, bu dəhliz yeni bazarlara çıxsın və təmiz enerjiyə gəldikdə, biz öz işimizin miqyasını artıraq və bütün bunlar baş verdi. Bu gün məhz qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur. 2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar. Artıq dediyim kimi, biz ötən il sizin məhz Panavropa təchizatına çevrildiyinizi gördük və bu baxımdan, əslində, bu həcmlərin artırılması üzərində işləyirik. Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaqdır. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaqdır. Çünki hazırda biz görürük ki, digər etibarlı enerji tərəfdaşlarımız var və onlardan biri məhz Azərbaycandır. Sizi əmin edə bilərəm ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracağıq və ən vacibi isə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı öz çevikliyini və dinamikliyini göstərir. Cənub Qaz Dəhlizi, həmçinin bərpa edilən enerji və elektrik enerjisi sahəsində əməkdaşlıq üçün foruma çevrilə bildi. Bu, inanılmaz nəticədir və layihənin nə dərəcədə gələcəyə yönəlmiş və açıq olduğunu sübuta yetirdi. Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas hissəsinə çevirdik. Biz burada, Küləklər şəhərindəyik. Bu, Xəzər dənizində böyük bərpaolunan enerji potensialının növbəti bir nümunəsidir. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin həcmini üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlara qoşulmuşdur. Həmin beynəlxalq təşəbbüs, beynəlxalq ticarət və sərmayə üçün daha yaxşı şəraitləri yaratmaq və milli səviyyədə enerji keçidini sürətləndirmək üçün ölkələr daxilində aydın şəkildə müəyyən edilmiş öhdəliyə uyğundur. Mən bu sahədəki təşəbbüsü alqışlayıram və biz hazırda Azərbaycanla işləmək məqsədilə Avropa İttifaqının bərpaolunan enerji şirkətlərinin artan marağını görürük. Bu nazirlər iclasında Avropa İttifaqının külək enerjisi şirkətləri ilə Anlaşma memorandumunun imzalanması çox mühüm addımdır. Bərpaolunan enerjiyə aid bu öhdəlik, həmçinin Avropa ilə yeni qarşılıqlı layihələrə yol açır. Biz bu gün Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında Yaşıl enerji dəhlizi layihəsini müzakirə edəcəyik. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi təşəbbüsü region üçün xüsusi önəm daşıyır. O, həmçinin Avropa İttifaqına gələcəkdə elektrik enerjisi ixracında Azərbaycanı əsas tərəfdaş kimi müəyyən edir. Bu vacibdir, çünki Avropa İttifaqında elektrik enerjisinin istehlakı artacaqdır. 2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər elektrik enerjisi tələbatının artması nəzərdə tutulur. Bu, gələcək infrastruktur layihələri, həmçinin bizim üçün vacibdir. Təsadüfi deyil ki, Azərbaycan noyabrda BMT-nin növbəti İqlim Dəyişmələri Konfransına ev sahibi seçilmişdir və bu da Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Kompleks infrastruktur layihələrinin icrasında bacarığınızın təzahürüdür və təmiz keçidlə bağlı Sizin gələcək baxışlarınızdır. Şübhə etmirəm ki, bu, uğurlu COP29 olacaqdır və tam əminliklə Siz Avropa İttifaqının dəstəyinə arxalana bilərsiniz. Biz bütün maraqlı dairələrlə işləməyə hazırıq və enerji səmərəliliyi ilə bağlı olan təşəbbüslərin icrasına töhfə vermək istəyirik ki, həm ikitərəfli, həm qlobal metan qazı təşəbbüsü xətti ilə neft və qaz sənayesindən metanın havaya atılmasının azaldılması məsələsində çalışmağa hazırıq. Təbii ki, bu, bizim strateji məqsədlərimizdir. Zati-aliləri, xanımlar və cənablar! Son illər ərzində Cənub Qaz Dəhlizi uğur hekayəsinə çevrildi. Bu hekayənin yeni qəhrəmanları var. Mən bu gün xüsusi məmnunluqla Baş nazir Ramanın yanında əyləşmişəm və masa arxasında Qərbi Balkanlar və Cənub Şərqi Avropadan və Avropa İttifaqından rəsmi nümayəndələri görürəm. Şadam ki, Avropa İttifaqı ilə Azərbaycan bu cür müsbət münasibətlər qurub. Biz Cənub Qaz Dəhlizi üzrə bütün tərəfdaşlarla başladığımız işin davam etməsini səmimiyyətlə arzulayırıq. Enerji şaxələndirməsini birlikdə sürətləndirə bilərik və iqlim neytrallığı üçün əmin yolla gedə bilərik. Prezident Əliyev, çox səmimi qəbula görə bir daha Sizə təşəkkürümü bildirirəm və hamınıza diqqətinizə görə minnətdaram. Pərviz Şahbazov: Komissar Simson, fəal həmsədrliyinizə görə təşəkkürümü bildirirəm və bizim şura çərçivəsində enerji sahəsindəki əməkdaşlığa verdiyiniz dəstəyə görə minnətdaram. Bununla bizim açılış sessiyamız başa çatır. Cənab Prezident, cənab Baş nazir, bu gün bizimlə olduğunuza görə sizə təşəkkürümüzü bildiririk. Qeyd edək ki, toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Toplantı açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirib. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib. Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur. |
2024-03-01 | 837,312 | Şolts: Ukrayna ilə bağlı tənqiddən əsəbiləşirəm | Almaniya “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya ötürməyə hazır deyil, çünki onlardan Moskvaya hücum etmək üçün istifadə edilə bilər. Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. “500 kilometr mənzilə malik qanadlı raket (söhbət “Taurus”dan gedir - red.) elə bir silahdır ki, səhv istifadə olunarsa, Moskvanın bir yerində müəyyən hədəfə çata bilər”, - o bildirib. O qeyd edib ki, Ukraynanı “Taurus” ilə təmin etməkdən imtina etdiyi üçün ona edilən tənqiddən əsəbiləşib: “Çünki Berlin Kiyevi demək olar ki, bütün digər ölkələrdən daha çox silahla təmin edir”. |
2024-03-01 | 837,317 | Xankəndidə dronlar tapıldı | Polis əməkdaşları Xankəndi şəhərində avtomat və dronlar aşkarlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-03-01 | 837,318 | ABŞ Türkiyə əleyhinə qətnaməni rədd etdi | ABŞ senatorları F-16-ların Türkiyəyə satışını əngəlləməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə ”Röyters” xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, ABŞ Senatı respublikaçı senator Rand Polun Türkiyəyə 23 milyard dollar dəyərində F-16 döyüş təyyarələri və modernizasiya dəstlərinin satışını dayandırmaq təklifini səs çoxluğu rədd edib. Rand Polun təklifinə 79 nəfər qarşı çıxıb. Cəmi 13 nəfər onun qətnaməsinin lehinə səs verib. Qeyd edək ki, Türkiyə bu qırıcıları və modernləşdirmə dəstlərini almaq üçün 2021-ci ilin oktyabrından müraciət edib. |
2024-03-01 | 837,322 | Moskalkova: Cəsədləri Ukraynaya verməyə hazırıq! | Rusiya Belqorod vilayətində İl-76 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərini Ukrayna tərəfinə təhvil verməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiyanın İnsan Hüquqları üzrə Ombudsmanı Tatyana Moskalkova deyib. “Bəli, biz hazırıq, bunun üçün prosessual baxımdan lazım olan hər şey mövcuddur. Mövcud prosedurlara uyğun olaraq cəsədlər köçürülə bilər”, - o bildirib. Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya İl-76-nın Ukrayna tərəfindən vurulduğunu açıqlayıb. |
2024-03-01 | 837,324 | Salyanda tanınmış həkim və arvadı qətlə yetirildi - Rəsmi | 10:47 Salyanda ər və arvad qətlə yetirilib. Axar.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri - 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, İ.Məmmədov əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışıb. Bir neçə il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığı rayonda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub. Onun istixana (parnik) biznesi var imiş. *** Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür. |
2024-03-01 | 837,327 | 737-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 737-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 414 680 hərbçi, 6 610 ədəd tank, 12 582 ədəd zirehli döyüş maşını, 10 106 ədəd artilleriya sistemi, 1000 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 691 hava hücumundan müdafiə sistemi, 345 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 206 ədəd avtomobil texnikası, 7 794 ədəd PUA, 1 912 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 611 xüsusi avadanlıq itirib. |
2024-03-01 | 837,336 | Nikol “vaxt udur”: Makron heç nə etməyəcək - Balasanyan | KTMT nizamnaməsinin 11-ci maddəsində göstərilir ki, hər hansı dövlət təşkilatdan çıxmaq istəsə, 6 ay əvvəl xəbərdarlıq etməlidir. 6 aydan sonra ərizə geri götürülməsə, o zaman KTMT-ni tərk etmiş sayılır. Lakin nizamnamədə münasibətlərin dondurulması ilə bağlı bənd yoxdur: ya təşkilatın üzvüdür, ya da deyil. Axar.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri Qriqor Balasanyan deyib. “Belə görünür ki, Paşinyanın Mur və Şoltsla görüşündən sonra Ermənistanın KTMT-dən çıxması tələbi irəli sürülüb. Lakin Ermənistan rəhbərliyi onun fəlakətli nəticələrini tam anlayaraq, Qərbin kefini pozmamaq , ruslarla və KTMT ilə münasibətləri korlamamaq üçün aralıq bəyanatlar verir. Paşinyanın KTMT üzvlüyünün dondurulması ilə bağlı bəyanatı vaxt udmaq üçün atılan addımdır. Ancaq Ermənistana nə qədər vaxt ayrılacağı məlum deyil. İrəvan davamlı olaraq bu şəkildə iki geosiyasi mərkəz arasında manevr etməyə çalışırsa, bir gün onun qarşısında bu və ya digər şəkildə tələb irəli sürüləcəyini açıq şəkildə anlamalıdır. Odur ki, “B” planı varsa, vaxt qazanmaq olar, plan yoxdursa, vaxt qazanmaq heç nə verməyəcək, əksinə, iki geosiyasi mərkəz arasında münasibətləri daha da gərginləşdirəcək. Hazırda Ermənistanın Rusiyadan başqa heç bir dövlətlə müttəfiqlik münasibətləri yoxdur. Tərəfdaşlıq, bir-birinə gülümsəmək, avropalıları ermənicə salamlamaq onların Ermənistanın müttəfiqi olması demək deyil. Ən yüksək kooperativ statusa malik olan və iki ildir NATO-dan silah-sursatla təmin olunan Ukrayna belə NATO-nun onun müttəfiqi olduğunu iddia etmir. İrəvan müttəfiqi ilə münasibətləri kəsir, əksinə, Qərbdən heç bir status belə almır. Ona görə də heç nə almadan potensial düşmənlərimizə siqnal verirlər ki, Ermənistan artıq müdafiəsiz deyil, nə istəsələr, edə bilərlər. Bu təhlükəlidir. Yaxşı olardı ki, bu haqda fikirləşsinlər və münasibətləri Fransanın müdafiə naziri ilə salamlaşma desibelləri və ya Makronun ermənipərəst bəyanatları ilə ölçməsinlər, çünki bu, Ermənistana heç nə verməyəcək”. |
2024-03-01 | 837,337 | Əhmədin qətlə yetirdiyi ailəsi ilə xoşbəxt fotosu | Əhməd Əhmədovun qətlə yetirdiyi ailə üzvləri ilə çəkdirdiyi xoşbəxt fotosu yayılıb. Axar.az sosial şəbəkələrdə yayılan həmin fotonu təqdim edir: Qeyd edək ki, hadisə fevral ayının 13-də Bakıda baş verib. Əhməd Əhmədov adlı 25 yaşlı gənc ailəsinin 5 üzvünü – ata, ana, qardaş, bacı və bacısının körpə qızını qəsdən öldürüb. |
2024-03-01 | 837,340 | Yeni təşəbbüslər irəli sürmüşük və əminəm ki... - Əliyev | Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub. Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Biz yeni təşəbbüslər irəli sürmüşük və əminəm ki, onlar həyata keçiriləcək”, - deyən dövlət başçısı vurğulayıb ki, təkcə ötən ilin nəticələri bunu nümayiş etdirir. |
2024-03-01 | 837,342 | Berlin bu zərbəni müzakirə edir, əlimdə səs yazısı var | “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, onun əlində yüksək rütbəli Bundesver zabitlərinin Krım körpüsünə zərbələri müzakirə etdiyi səs yazısı var. Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında deyib. “Şolts NATO-nun Ukrayna münaqişəsində iştirak etmədiyini və iştirak etməyəcəyini dediyi gün rütbəli yoldaşlarım mənə çox maraqlı bir şey verdilər. Bu maraqlı səs yazısında Bundesverin yüksək rütbəli zabitləri Krım körpüsünü necə bombalayacaqlarını müzakirə edirlər. Söhbət iştirakçıları şübhənin Almaniyanın üzərinə düşməməsi üçün körpünü necə vurmağı araşdırırlar. Səs yazısı 40 dəqiqə davam edir, burada alman zabitlər uzun müddətdir münaqişədə birbaşa iştirak edən Amerika və Britaniya hərbçilərini də xatırladırlar. O qədər maraqlı audiodur ki, onu dərc etmək istəyirəm. Abunəçiləri sevindirmək istəyirəm. Bu vəziyyətlə bağlı Almaniyanın Moskvadakı səfirinə, Almaniyanın xarici işlər nazirinə və şəxsən kansler Şolstsa jurnalist kimi rəsmi müraciəti edirəm. Bunu necə başa düşmək olar? Rusiyanın Berlinə son dəfə rus körpülərinin partladılmasının Almaniya üçün necə başa çatdığını xatırlatmasının vaxtı deyilmi? Medianızdan gələn bütün müraciətlərdə adət olduğu kimi, bu gün nahar vaxtınadək cavabı görmək istərdim. Sabah nə olacağını heç vaxt bilmirsən”, - Simonyan qeyd edib. |
2024-03-01 | 837,343 | Türkiyənin məşhur qrupu Bakıya gəlir | Türkiyənin məşhur rok qrupu "Madrigal" Bakıda konsert verəcək. Kult.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert mayın 5-i Bakı İdman Sarayında baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 40, maksimum isə 55 manatdır. |
2024-03-01 | 837,347 | Benzinlə bağlı mühüm qərar | Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bu gündən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib. Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib. Yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib. |
2024-03-01 | 837,350 | Prezident AB rəsmisini qəbul etdi | 11:38 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa Birliyinin energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonu qəbul edib. Axar.az xəbər verir ki, Kadri Simson İlham Əliyevə prezident seçkilərində qələbə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu yubiley iclası münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib. Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Avropanın enerji təchizatında Azərbaycanın rolunun əhəmiyyətini və dayanıqlılığını vurğulayıb. Söhbət zamanı gələcəkdə enerji növləri ilə yanaşı, bərpaolunan enerji layihələrinin də həyata keçirilməsinin perspektivləri və Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar müzakirə olunub. Həm COP29, həm də enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar və fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizin qlobal metan azaldılması təşəbbüsünə qoşulması çox yüksək qiymətləndirilib. |
2024-03-01 | 837,351 | XTQ qarlı ərazidə “əməliyyat” keçirdi - Video | Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimlər davam edir. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yüksək dağlıq ərazidə xizəklə taktiki yerdəyişmə fəaliyyətlərini icra edən xüsusi təyinatlılar qarlı ərazidə qayaların və maneələrin keçilməsi, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş daşıma vasitələri ilə təxliyəsi, eləcə də xüsusi əməliyyatların icrası üzrə digər tapşırıqları yerinə yetiriblər. Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar peşəkarlıq nümayiş etdiriblər. |
2024-03-01 | 837,356 | Rusiyanın bu vilayətinə PUA hücumu edildi | Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə üç PUA ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Starovoyt məlumat yayıb. “Ukraynanın PUA hücumu nəticəsində Sucansk rayonunun üç kəndi işıqsız qalıb”, - Starovoyt bildirib. |
2024-03-01 | 837,358 | İlham Əliyev italiyalı naziri qəbul etdi | 11:50 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib. Axar.az xəbər verir ki, Cilberto Piketto-Fratin İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirdi və bununla bağlı dəvəti çatdırdı. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunuldu, çox sayda İtaliya şirkəti, o cümlədən “Ansaldi”, “Leonardo”, “Maritexnimont” və bir sıra digər şirkətlərin Azərbaycan ilə əməkdaşlıq etməsi, işğaldan azad olunmuş ərazilərilərimizdə İtaliya şirkətlərinin fəaliyyət göstərməsi məmnunluqla qeyd olundu. Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. |
2024-03-01 | 837,361 | Bu, uğur hekayəsidir - Prezident | Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında səsləndirib. Bunun, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı”. |
2024-03-01 | 837,364 | ABB yeni loyallıq proqramı - “Fayda Max”ı təqdim etdi! | ABB yeni loyallıq proqramı olan “Fayda Max”ı təqdim edib. Bank bu proqramla oyun qaydalarını dəyişir. Müştərilər yaranmış fürsətdən istifadə etməklə daha çox mükafatlar qazanırlar. Belə faydalı proqramların məqsədi müştərilərdə yeni təcrübələr formalaşdırmaq, onları nağdsız ödənişlərə stimullaşdırmaq, Banka bağlılığı gücləndirməkdir. Banka bağlılıq müştəriyə müxtəlif güzəştlər, imtiyazlar qazandırır. Banka loyallıq artdıqca bu güzəşt və imtiyazlar da yüksəlir. “Fayda Max” loyallıq proqramından qazanmaq üçün ABB mobile istifadəçisi olmaq və tətbiqin ana səhifəsindəki “Sənə özəl” bölməsinə keçid edib “Fayda Max”ı yalnız bircə dəfə aktivləşdirmək lazımdır. “Fayda Max”a qoşulduqdan sonra qazana biləcəyi mükafatların mərhələsini müştəri özü müəyyənləşdirir. Ay ərzində iştirakçı “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərindən hər hansı birini və ya hər üçünü tamamlaya bilər. ABB-də aktiv nağd krediti olan müştərilər bir ay müddətində cəmi 75 AZN nağdsız ödənişlə “Bürünc” mərhələyə, cəmi 250 AZN nağdsız ödənişlə “Gümüş” mərhələyə, cəmi 750 AZN nağdsız ödənişlə “Qızıl” mərhələyə yüksələ bilərlər. ABB-də aktiv nağd krediti olmayan müştərilər isə “Bürünc” mərhələyə çatmaq üçün ay ərzində ən azı 150 AZN, “Gümüş” mərhələyə çatmaq üçün 500 AZN, “Qızıl” mərhələyə çatmaq üçün 1500 AZN nağdsız ödəniş etməlidirlər. Müştəri qazandığı aylıq mükafatdan növbəti ay istifadə etməyə başlayır. Mükafatlar bunlardır: - “Kartdan karta” 30 000 komissiyasız köçürmələr (yalnız “Qızıl” mərhələ) - “2X ƏDV geri al” (“Qızıl” mərhələ) “Fayda Max”a qoşulmuş hər bir müştəri tətbiqin “Sənə özəl” hissəsindəki “Fayda Max” bölməsi vasitəsilə iştirak vəziyyətini, hədəflərini, hansı mərhələdə olduğunu, mükafatlarını izləyə bilər. Proqram mütəmadi olaraq yenilənəcək və müştərilər daha çox mükafatlar qazana biləcəklər. Bu imkandan yararlanmaq üçün ABB mobile istifadəçisi tətbiqi yeniləyərək onun 7.0.0 versiyasından istifadə etməlidir. “Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. |
2024-03-01 | 837,366 | İsrailin bu zərbəsi danışıqları çətinləşdirəcək - Bayden | Nabulsi dairəsinə hücum və ölümcül insidentin baş verməsi bilirəm ki, danışıqları daha da çətinləşdirəcək. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden İsrailin Qəzzadakı son əməliyyatı ilə bağlı danışarkən deyib. “Hazırda hadisə barədə xəbərləri yoxlayırıq, baş verənlərin iki rəqabətli versiyası var. Hələ ki, bir cavabım yoxdur. Ancaq bilirəm ki, baş verən hadisə danışıqları daha da çətinləşdirəcək”, - o bildirib. Qeyd edək ki, İsrailin Qəzzada Nabulsi dairəsinə hücumu nəticəsində humanitar yardım gözləyən 100-dən çox fələstinli həlak olub. |
2024-03-01 | 837,367 | “Azərlotereya” fevralda 14 böyük uduş qazandırıb | Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin çox sevilən “Poz-Qazan” oyunları qazandırmağa davam edir. Fevral ayında “Poz-Qazan” oyunlarında ümumilikdə 14 böyük uduş qazanılıb. Onlardan yeni satışa çıxmış “Bombardir”də böyük uduş - 50 000 manat Bakı sakini Rəşad Tomuyevə qismət olub. “Bombardir”də digər 2 ədəd 10 000 manatlıq bilet isə Bakı və İsmayıllıda udulub. Qaliblərdən biri Mübariz Babayev olub. Novruza özəl limitli sayda satışa çıxmış “Papaq at” lotereyasında da 4 ədəd 10 000 manatlıq bilet şanslı qaliblərini tapıb. Uduşlu biletlər Bakı, Şamaxı və Beyləqandan alınıb. Qaliblərdən paytaxt sakini İlham Baratov papaq atıb 10 000 manat qazanıb. Sumqayıt sakini Ehtibar Mustafayev “Ani 50”dən böyük uduş - 50 000 manata sahib olub. Sumqayıtda həm də “Qızıl” böyük uduş – 25 000 manatla sahibini tapıb. “Qızıl”ın digər 25 000 manatlıq bileti isə Şabran sakininə nəsib olub. “Qızıl Ekstra”nın da 10 000 manatlıq bileti yenə Sumqayıt sakininin bəxtinə çıxıb. Bakı sakini Mustafa Atayev də “Tap-Qazan”dan 25 000 manat qazanıb. “Uğurlu 7” isə 10 000 manatlıq uduşla Bakı sakini Mədinə Allahverdiyevaya uğur gətirib. “Uğurlu 7”də daha bir 10 000 manatlıq bilet də Ucarda alınıb. Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 200 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Misli” və “Azərlotereya” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür. |
2024-03-01 | 837,369 | Salyanda qətlə yetirilən keçmiş baş həkimin fotosu | Xəbər verdiyimiz kimi, Salyan rayonu Kərimbəyli kəndində keçmiş baş həkim İsrafil Məmmədov və onun həyat yoldaşı Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib. Axar.az İ.Məmmədovun fotosunu təqdim edir: |
2024-03-01 | 837,370 | Ceyhun Bayramov Haluk Gürgönlə görüşdü | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Müdafiə Sənayesi İdarəsinin prezidenti Haluk Gürgönlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onlar müdafiə sənayesi üzrə əməkdaşlığın gücləndirilməsi və mümkün asanlaşdırma sahələrini müzakirə ediblər. |
2024-03-01 | 837,374 | Rus sərhədçilər İrəvan aeroportundan çıxarılır | Ermənistan hakimiyyəti Zvartnots hava limanında Rusiya sərhədçilərinin varlığını müzakirə edir. Axar.az xəbər verir ki, bunu Mülki Müqavilə Partiyasından olan deputat Artur Ovannisyan deyib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizi narahat edir. Partiyamız daxilində müzakirələr gedir, hələ ki, bir qərar yoxdur”, - Ovannisyan bildirib. Mülki Müqavilə Partiyasından olan digər deputat Vladimir Vardanyan da deyib ki, ölkənin hava sərhədlərini ermənilər qorumalıdır. Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan və parlament sədri Alen Simonyan rus sərhədçilərin Zvardnotsda qalmasının heç bir hüquqi əsası olmadığını bildirmişdilər. |
2024-03-01 | 837,376 | İrlandiya prezidenti xəstəxanaya yerləşdirildi | İrlandiya Prezidenti Maykl Higgins səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb. Məlumata görə, 82 yaşlı prezident müayinə edildikdən sonra onun xəstəxanada qalmasına qərar verilib. |
2024-03-01 | 837,377 | Qarabağda müharibə gedir: nə vaxt bitəcək? | “Xocalıda aşkarlanan kütləvi məzarlıqda qardaşını tanıyan qadın infarkt keçirdi”. Əslində, bu cür hadisələr elə müharibənin özüdür, müharibənin özü qədər dəhşətlidir, müharibənin davam etməsidir – sadəcə, ictimai şəkildə yox, ayrı-ayrı insanların şəxsi həyatında. Bu adamlar ömrün heç bir çağında xoşbəxt ola bilmədilər. Uşaqlıqlarını, gəncliklərini müharibənin özü, ahıl yaşlarını da fəsadları məhv elədi. Beləcə, böyük bir nəsil məhv oldu. İndi bütün bu hadisələrin fonunda bu sözü demək olar: - Müharibə davam edir! Çünki: “Qarabağda çoban minaya düşdü”, “Səfər zamanı mina partladı”, “Ağdamda daha bir nəfər minaya düşdü”, “Kütləvi məzarlıq aşkar edildi” xəbərlərini az qala hər gün alırıq... Qarabağın ən qarabəxt yeri, yəqin ki, Xocalıdır. Burada törədilən vandalizmin miqyası daha böyük, tökülən qanlar daha qırmızı, alınan canlar daha çox idi. Yaxşı xatirimdədir, Bakıda Qarabağın hər bölgəsindən adam görürdük. Biri deyirdi, Füzulidənəm, biri deyirdi, Laçından, Ağdamdanam, Xankəndidənəm, amma heç kim demirdi ki, Xocalıdanam. Xocalıdan kimisə görəndə təəccüblənirdik. Adama elə gəlirdi, oradan bir nəfər belə sağ çıxmayıb. Ana tərəfdən xocavəndliyəm. Uşaqkən ilk dəfə rayona qəbirlərimizi ziyarətə gedəndə iki nəfərin qəbrini gördüm. Soruşdum, bunlar kimdir? Dedilər, anamın dayısı oğlanları. Ardınca da faciələrini danışdılar. Sən demə, Alov və Atəş adında olan bu iki qardaşı adlarına görə diri-diri yandırıblar. Bu, bəlkə də düşmənin törətdiyi faciələrin ən yüngüllərindəndir. Hər dəfə yeni bir faciə eşidəndə düşünürsən ki, yəqin, bundan o tərəfə allahsızlıq, vəhşilik olmaz. Sonra yenə bir məlumat öyrənirsən: “Qarnını yarıb, uşağı çıxartdılar”, “Ananın gözü qarşısında övladlarını öldürdülər”, “Atanın, qardaşın yanında qızını, bacısını zorladılar”. Hər nə qədər ağır olsa da, bunlar bizim, ələxsüsus da xocalıların başına gətirilən faciələrdir. Görəsən, hələ nə qədər, neçə il belə hadisələr olacaq? Görəsən, bu minalar neçə il partlamağa davam edəcək? Görəsən, yerin altına döşədikləri ölüm hələ nə qədər can aparacaq? Görəsən, qətliamların yerin altından çıxartdığımız sübutları nə qədər insanı infarkt edəcək? Görəsən, müharibə hələ nə qədər davam edəcək? |
2024-03-01 | 837,379 | Xocalıda daha 5 nəfərin qalıqları tapıldı - Təsirli fakt | Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2 nəfərin yetkinlik yaşına çatmayan olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib. Aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlarla birgə hadisə yerinin müayinəsi davam etdirilir", - məlumatda bildirilib. |
2024-03-01 | 837,384 | Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı | Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Xudaverdi oğlu Həsənov işdən azad olunub. Axar.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmr imzalayıb. Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Culfa Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Hüseynli Füzuli Cabbar oğluna həvalə edilib. |
2024-03-01 | 837,385 | NK-dan mühüm qərar: benzin ucuzlaşacaq? - Şərh | Martın 1-də qüvvəyə minmiş qərara əsasən, Rusiya benzinin ixracına qadağa qoydu. Yəqin ki, bundan sonra başqa ölkələrdən, əsasən də Qazaxıstandan çatışmayan hissənin idxal olunmasına başlanacaq. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Nazirlər Kabinetinin ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edilməsi və idxal olunan benzin üçün aksiz vergisinin 1 manata endirilməsi ilə bağlı qərarını şərh edərkən deyib. “Bu qərarın nəticəsi olaraq qiymət ucuzlaşması gözlənilməsə də, bahalaşması da gözlənilmir”, - o bildirib. Qeyd edək ki, yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla, mühərrik benzinlərinin hər tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib |
2024-03-01 | 837,390 | Türkiyədə Cənubi Qafqazla bağlı mühüm tədbir başladı | Türkiyənin Antalya vilayətində III Diplomatiya Forum çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və müstəqillik” mövzusunda panel keçirilir. Axar.az xəbər verir ki, paneldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç iştirak edirlər. |
2024-03-01 | 837,392 | Əliyev haqlıdır: Qərb Ermənistanı silahla doldursa... - Razuvayev | Bu gün Ermənistan açıq şəkildə Rusiyanı müttəfiq kimi mənfi səciyyələndirməyə çalışır. Həm də Azərbaycanı mənfi səciyyələndirir. Beləliklə, İrəvan özü Rusiya və Azərbaycanı barrikadanın eyni tərəfində qoyur. Axar.az xəbər verir ki, bunu rusiyalı siyasi şərhçi Aleksandr Razuvayev deyib. “Rusiya ilə Azərbaycanı, eləcə də Ermənistanı tarixi, mədəni və sosial bağlar birləşdirir. Bakı bu əlaqələrin saxlanmasının vacibliyini dərk edir, amma İrəvan bu gün onlardan qurtulmaq və açıq şəkildə tapdalamaq üçün hər şeyi edir. Ermənistan barrikanın o biri tərəfində dayanır”, - o bildirib. Razuvayevin sözlərinə görə, ABŞ və Fransanın Azərbaycana qarşı mövqeləri təəccüblü deyil, çünki onlar nəinki suveren dövlətlərə dözə bilmirlər, hətta Qərbdə də türkçülük və islamofobiyadan əziyyət çəkirlər: “Qərbdə elə göstərirlər ki, bunun əleyhinədirlər və tədricən Ermənistana qucaq açırlar, amma əslində bu, qucaqlaşma deyil, ölümcül tələdir. Qərb Paşinyanın timsalında regiona bomba hazırlayıb. Amma Fransa və ya digər AB ölkələri Ermənistanı silahla, öz ordusu ilə, kəşfiyyatı ilə doldursa, yeni müharibə başlasa belə, bu müharibədə sadəcə İrəvan parçalanacaq, dövlətçiliyini itirəcək. Paşinyan isə ən yaxşı halda Qərbə qaçacaq. Azərbaycanda oxşar vəziyyət yarana bilməz, çünki ölkədə güclü, ağıllı hökumət var. Qərb isə buna təzyiq edə bilməz. Bu gün rəsmi Bakı nümayiş etdirir ki, o, həm diplomatik, həm də hərbi müstəvidə cavab verməyə hazırdır. Cənab Əliyev ABŞ və Fransa ilə bağlı öz şərhində haqlıdır”. |
2024-03-01 | 837,393 | Ərdoğanın forumda mesajı: İrəvanın cəhdi alınmadı | Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu-2024-ün açılış mərasimində çıxışı zamanı “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək” deməklə İrəvana mesaj göndərmiş oldu. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bu, İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırma siyasətinin nəticə vermədiyini bir daha təsdiqləyir: “Əslində Ankaranın bu siyasəti Ermənistanın Baş naziri Nikol Paşinyanın manevr imkanlarını artırmalıdır. O, erməni cəmiyyətini inandırmalıdır ki, iki qonşusuyla problemlərin həlli və ölkəsinin regional əməkdaşlığa qoşulması Azərbaycanla sülh və ya çərçivə sazişinin imzalanmasından keçir. Antalya Forumunda çıxış edən prezidentin köməkçisi Hikmət Hacıyevin də Ermənistana mesajı var idi ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, bunu yayanlar bölgədə sülh istəməyən mərkəzlərdir. Türkiyənin xarici işlər naziri Hakan Fidan Forumda çıxış edərkən, Azərbaycanla Ermənistanın münasibətlərini normallaşdırmağa çox yaxın olduğunu bildirib. Top yenə Ermənistanın meydanındadır”. |
2024-03-01 | 837,394 | Bakıya qarşı “sərt mövqe” tutan Marukyan getdi... - Ekspert | Edmon Marukyanın istefa verəcəyini hardasa proqnozlaşdırmaq mümkün idi. Çünki bu müddət ərzində Nikol Paşinyan və hökumət üzvlərinin açıqlamalarına tərs olan çıxışlar edirdi, Azərbaycanın əleyhinə daha sərt ittihamlar səsləndirirdi. Bütün bunlardan Marukyanın hökumətin siyasətinə uyğun olmayan addımlar atdığı sezilirdi. Bu sözləri Axar.az-a Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın istefasının səbəbləri haqqında danışan siyasi şərhçi Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Marukyanın müxalifətə qoşulacağını düşünür: “Paşinyan hökumətindən başqa ayrılmaların da olması ehtimallar içərisindədir. Lakin hələ ki, Ermənistan baş naziri öz komandasını qorumağı bacarır. Komandada eyni çıxışlar edən və mövqe sərgiləməyə çalışan dörd əsas fiqur var. Bunlar Baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır. Hələ ki, sadaladıqlarımız arasında fikir ixtilafı yoxdur. Marukyana gəldikdə isə o, müxtəlif partiyaların üzvü və xarici işlər nazirinin müavini olub. Ona görə də Marukyan özünü sığortalamaq naminə hökumətin Azərbaycanla bağlı siyasətini bölüşmədiyi üçün komandadan ayrıldığını deyəcək. Daşnaklar və digər radikal qüvvələr Marukyanı öz tərəflərinə çəkməyə çalışacaqlar. Həmin qrupların içərisində hökumətdən ayrılanlar və ya əvvəllər ən yüksək vəzifədə olanlar var. Lakin bu, heç nəyi dəyişməyəcək. Marukyanın istefasının Paşinyanın mövqelərini zəiflətməsi və ya Azərbaycanla danışıqlara təsiri inandırıcı deyil”. Xatırladaq ki, Edmon Marukyan Nikol Paşinyana Ermənistanın xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməsi üçün ərizə təqdim edib. O, səbəb kimi son vaxtlar bir sıra fundamental xarici siyasət məsələlərinə baxışlardakı fərqlilikləri göstərib. |
2024-03-01 | 837,395 | Navalnı dəfn olundu - Video | 13:28 Rusiya müxalifətinin həbsxanada ölən lideri Aleksey Navalnı martın 1-də dəfn olunub. Axar.az xəbər verir ki, məlumatı “Bild” yayıb. Bildirilib ki, A.Navalnı Moskvanın Marino rayonunda dəfn edilib. Mərasim iştirakçıları “Aleksey, Aleksey”, “Navalnı, Navalnı”, “Sən qorxmadın, biz də qorxmuruq” şüarları səsləndiriblər. Aleksey Navalnı ilə vida mərasimində ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi, Almaniyanın səfiri Aleksandr Qraf Lambsdorf, Fransanın səfiri Pyer Levi və AB-yə üzv başqa ölkələrin diplomatik nümayəndələri görünüb. Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə müəssisəsində 47 yaşında qəfildən ölüb. |
2024-03-01 | 837,399 | Sabahın hava proqnozu açıqlandı | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. |
2024-03-01 | 837,400 | Azərbaycanda yeni fond yaradıldı | Prezident İlham Əliyev 13 fevral 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib. Axar.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, “Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişib. Belə ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” “İnnovasiyalar Mərkəzi” MMC ilə əvəzlənib. *** Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib. Müəyyən edilib ki, Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər. |
2024-03-01 | 837,403 | "Kontakt"da 8 Marta özəl xüsusi kampaniya | “Kontakt” mağazalar şəbəkəsi hamının mart ayında səbrsizliklə gözlədiyi kampaniyaya start verdi. Elə bu gündən martın 10-dək 8 Marta özəl “Qayğını paylaş” adlı kampaniya çərçivəsində nağd alışda 50%-dək endirimlərdən yararlana bilərsiniz. Kampaniyanın eksklüziv şərti isə bütün məhsulları “indi al, 3 ay sonra ödəməyə başla” imkanıdır. Belə ki, bu gündən etibarən smartfon, notbuk və planşetləri hissəli alış zamanı ilkin ödənişsiz, 18 ay faizsiz şərtlərlə alıb, aylıq ödənişə 3 ay sonra başlaya bilərsiniz. Bundan başqa qulaqlıq və smart saatları ilkin ödənişsiz, 18 ay faizsiz, televizor, məişət əşyaları, qab-qacaq, ev tekstili və mebelləri isə 24 ay ilkin ödənişsiz, faizsiz şərtlərlə almağınız mümkündür. Bütün kampaniya imkanları eyni zamanda kontakt.az onlayn mağazasında da keçərlidir. İndi isə sizi çox intizarda saxlamadan qayğınızı paylaşa biləcəyiniz təklifləri diqqətinizə çatdırırıq. Beləliklə: Maksimal dərəcəsi 230 °C olan, 6 rejimdə çalışa bilən Philips ütü fenini nağd alışda 120 yox, 50% endirimlə cəmi 60 manata; 11 parçalı, Schafer-in ağ rəngli cehiz dəstini 400 yox, cəmi 200 manata; 1900 Vt gücü olan Philips tozsoranını 500 yerinə, cəmi 300 manata; Hissəli alış zamanı isə: 256 GB yaddaşlı Xiaomi Redmi Note 13 smartfonunu xüsusi təkliflə ayda cəmi 29 manata; 109 sm ekranlı, 4k özəllikli Toshiba televizorunu isə ayda cəmi 37 manata ala bilərsiniz. Odur ki, bayramı yaxşı mənada bəhanə edib ətrafınızdakı və həyatınızdakı xanımlarla qayğınızı paylaşa bilməyiniz üçün şəbəkənin yaxınlıqda yerləşən mağazasına üz tutun. “Kontakt” qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları ürəkdən təbrik edir! |
2024-03-01 | 837,404 | FHN vəzifəli şəxsləri bir araya topladı - Foto | FHN-in təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Axar.az xəbər verir ki, “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin, müvafiq nazirliklərin, aidiyyəti dövlət orqanlarının mülki müdafiə sahəsində məsul vəzifəli şəxsləri, rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyalarının sədrləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirin əvvəlində mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub. Toplantını giriş sözü ilə açan FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülki Müdafiə Təşkilatının rolundan və bu təşkilatın Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarında nazirliyin fəaliyyətindən danışıb. Baş idarənin rəisi vurğulayıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əsas vəzifəsi əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Qeyd olunub ki, 1 mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. Çıxışında Baş idarə rəisi ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində nazirliyin vəzifələri, fəaliyyəti və bu sahədə görülən işlər haqqında geniş məlumat verib. Niyazi Zamanov vurğulayıb ki, mülki müdafiə sahəsində qarşıda duran digər mühüm məsələlərdən biri də ölkəmizdə mövcud qanunvericilik bazasına yenidən baxılması, mövcud normativ hüquqi sənədlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır. O, bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Eyni zamanda, Baş idarə rəisi öz çıxışında Mülki müdafiənin inkişaf istiqamətləri, bu sahədə innovativ texnologiyaların tətbiqinin vacibliyini diqqətə çatdırıb. Çıxışının sonunda N.Zamanov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan Respublikası üçün əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə səbəb olacaq. Tədbirin ölkəmizdə keçiriləcəyi müddətdə 100-dən çox ölkədən rəsmi nümayəndənin, həmçinin on minlərlə insanın ölkəmizə səfərinin baş tutacağını nəzərə alaraq, mülki müdafiə sahəsində cavabdeh şəxslərin istər tədbirin keçirilməsinə qədər hazırlıq ərəfəsində, istərsə də tədbirin keçirldiyi günlərdə iştirakçıların təhlükəsizliyi məsələlərinə diqqətin daha da artırılması tövsiyə olunub. Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin əməkdaşı Murad Qasımov mülki müdafiə sahəsində innovativ texnologiyalardan istifadənin vacibliyindən və bu texnologiyaların tətbiqi ilə bağlı yerinə yetiriləcək tədbirlər barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov çıxış edərək, mülki müdafiədə peyk texnologiyalarının tətbiqi barədə geniş məlumat verib. “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı öz çıxışında İctimai Birliklə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq, mülki müdafiə sahəsində gənclərin hazırlığı, mülki müdafiə tədbirlərində onların iştirakı barədə tədbir iştirakçılarını məlumatlandırıb. Azerconnect MMC-nin nümayəndəsi Orxan Nəcəfov böhran vəziyyətlərinin idarə olunmasında telekommunikasiya şirkətlərinin rolu haqqında çıxış edib. Daha sonra tədbirdə Azərbaycan Respublikas Dövlət Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik Əməliyyat Mərkəzinin rəisi Davud Rüstəmov, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun Fövqəladə hallar üzrə mütəxəssisi Bəxtiyar Səlimov mövzu ətrafında çıxışlar ediblər. Sonda 1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə, eləcə də təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyi adından “Fəxri fərman”la təltif olunublar. |
2024-03-01 | 837,406 | Qərbi Azərbaycanda rekord seçici aktivliyi gözlənilir | Bu gün İranda keçirilən 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinin seçkilərində Qərbi Azərbaycan əyalətinin Urmiya və Sulduz (Nəqədə) şəhərlərində seçici aktivliyinin yüksək olacağı gözlənilir. Axar.az xəbər verir ki, buna səbəb hökumətin bu dəfə də Azərbaycan şəhərlərində türk və kürd namizədlər arasında rəqabəti qızışdırmaq planının baş tutmasıdır. Hər iki tərəfdən olan namizədlər və onları dəstəkləyən qruplar başqa tərəfin namizədlərinin qalib gəlməməsi üçün çağırışlar edib, başqa şəhərlərdən qruplar halında Urmiya və Sulduza seçicilər gətirirlər. Yerli sosial media fəallarının verdiyi məlumata görə, səhər saatlarından başlayaraq, Soyuqbulaq, Bukan, Üşmü və başqa bir neçə bölgədən Urmiya və Sulduza kürd seçicilərin axını başlayıb. Bununla yanaşı, xaric və daxildə fəaliyyət göstərən bir neçə güneyli fəal və qurum da oxşar çağırışlar edərək, Azərbaycana qarşı ərazi iddiası edən kürd namizədlərin seçilməməsi üçün azərbaycanlıları Qərbi Azərbaycan əyalətində keçirilən seçkilərdə fəal olmağa çağırıb. Qərbi Azərbaycan əyalətinin 4 milyonluq əhalisinin təxminən 20 faizini kürdlər təşkil edir. |
2024-03-01 | 837,410 | Bakı gözləyir ki, İrəvan bu iddialara aydınlıq gətirsin | Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalyada keçirilən III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib. |
Subsets and Splits