date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-26
836,102
İsrail səfiri Xocalı faciəsindən yazdı: Bu vəhşiliklər...
Azərbaycanlıların Xocalı faciəsi ilə bağlı ağrı-acıları israillilərin qəlbində əks-səda verir. Axar.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik X hesabında yazıb. “Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanların xatirəsini yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Biz azərbaycanlı dostlarımızın acısını bölüşürük. Öz evlərində vəhşicəsinə qətlə yetirilən uşaqların, qadınların və qocaların da daxil olduğu günahsız həyatların şahidi olmağın dəhşətini birbaşa başa düşürük. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ortaq insanlığı qorumağa məcbur edir”, - paylaşımda qeyd edilib.
2024-02-26
836,107
Bayramovla Mirzoyanın görüş yeri və tarixi açıqlandı
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq. Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib.
2024-02-26
836,109
Dünyanın izləyici kimi qaldığı Xocalı soyqırımı... - Bayraqdar
Bəşəriyyətə qarşı cinayətin törədildiyi və eynilə bu gün olduğu kimi, dünyanın izləyici kimi qaldığı Xocalı soyqırımının 32-ci ildönümüdür. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar X hesabında paylaşım edib. "Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı və bacılarımızı rəhmətlə yad edirəm", - deyə o bildirib.
2024-02-26
836,110
Qərbin hökmranlığı dövrü başa çatdı - Borrell
Qərbin qlobal üstünlüyü dövrü Ukraynada müharibənin başlaması və Qəzzada İsraillə HƏMAS arasında münaqişə ilə başa çatdı. Axar.az xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell deyib. O, Qərb ölkələrini təhlükəsizlik və müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə çağırıb: “Qlobal cənubun bir çox ölkəsi Qərbi ikili standartlarda ittiham edir. Rusiya vəziyyətdən istifadə etməyi bacardı. Moskvanın Ukraynadakı hərəkətləri imperialist və müstəmləkəçi xarakter daşıyır. Qərbin hökmranlığı dövrü doğrudan da başa çatıb”.​
2024-02-26
836,111
İranın gələcək rəhbərinin adı buna görə gizli saxlanılır
İranın gələcək rəhbərinin adı onun həyatının təhlükəyə düşməməsi üçün gizli saxlanılır. Axar.az xəbər verir ki, bu barədə İranın dini liderinin səlahiyyətlərini müəyyən edən Ekspertlər Məclisinin üzvü Məhəmmədəli Musəvi Cəzayiri deyib. "Gələcək liderin adı məxfidir, çünki hər hansı namzədin adı məlum olarsa, İsrail və ABŞ onu öldürəcək, ona görə də bu məxfi qalmalıdır", - Cəzayiri iddia edib.
2024-02-26
836,114
Son 1 həftədə Qarabağda nə qədər mina tapılıb?
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.02.2024 - 25.02.2024) açıqlanıb. ANAMA-dan Axar.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 95 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 112 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 945.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
2024-02-26
836,116
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu
Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Axar.az xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırıldı, ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirildi. Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, onun önünə əklillər qoyub, qərənfillər düzüb. Respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, yürüşlər, fləşmoblar, mədəniyyət tədbirləri keçirilib. Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Şuşa və Ağdam məscidlərində, əzəmətli Azərbaycan Bayrağının dalğalandığı Xocalı, Xankəndi şəhərlərində və digər azad olunmuş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
2024-02-26
836,117
FHN-də Xocalı faciəsi qurbanları anıldı - Foto
Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Axar.az xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edənlər Xocalı soyqırımının XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd ediblər. Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror və kütləvi qırğın siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıblar. Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildirən natiqlər vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımı qurbanları və şəhidlərimizin intiqamını alıb. Tədbirdə Bakı Mühəndislik Universitetinin müəllimi tarix üzrə fəlsəfə doktoru, dosent Bilal Dədəyev “Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir” mövzusunda çıxış edərək soyqırımı ilə bağlı tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonda Xocalı soyqırımı haqqında “İnsanlıq utancı Xocalı soyqırımı” adlı sənədli film nümayiş olunub.
2024-02-26
836,122
Prezident Xocalı qurbanlarını bir dəqiqəlik sükutla andı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
2024-02-26
836,125
Layihə çoxdan hazır idi, amma hər il təxirə salırdım...
Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin layihəsi çoxdan hazır idi, yer də seçilmişdi. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlətimizin başçısı bildirib: “Ona görə ki, sizin kimi, mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün burada Memorial Kompleks yaradılacaq”.
2024-02-26
836,126
Bu çağırışımız cavabsız qaldı - Prezident
Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlət başçısı xatırladıb ki, səylərimizin nəticəsi olaraq 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanıyıb: “Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.
2024-02-26
836,128
Bunu inkar etmək ədalətsizlik və vicdansızlıqdır!
Biz bu həqiqəti (Xocalı soyqırımı ilə bağlı – red.) dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. “Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, - deyən dövlətimizin başçısı Ermənistan dövlətinin, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələrin bu hadisənin ört-basdır edilməsi üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb.
2024-02-26
836,129
Prezidentdən ağdamlılara müjdə: Gələn il...
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlətimizin başçısı deyib: “Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alır”.
2024-02-26
836,130
O dəhşətli videoya baxanda bizi qəzəb boğur - Prezident
Həm 2020-ci ildə, həm də keçən ilin sentyabrında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Bunun bir daha xalqımızın böyüklüyünü göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik”.
2024-02-26
836,134
Xocalı azad olunmadan sakitləşə bilməzdik - Prezident
Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib. “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”, - deyə dövlətimizin başçısı əlavə edib.
2024-02-26
836,135
Onların qisasını döyüş meydanında aldıq - Əliyev
Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Buna 30 il vaxt lazım olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradır”.
2024-02-26
836,136
Onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki…
Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
2024-02-26
836,145
Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir
Bu gün biz buradayıq (Xocalı – red.), burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə ifadə edib. Dövlətimizin başçısı, həmçinin diqqətə çatdırıb: “Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır”.
2024-02-26
836,146
733-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 733-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 574 təyyarəsi, 267 helikopteri, 13 354 PUA-sı, 474 zenit-raket kompleksi, 15 237 tank və digər zirehli texnikası, 1 226 reaktiv yaylım atəş sistemi, 8 167 artilleriya və minaatanı, 19 095 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-26
836,152
Abşeronda Xocalı soyqırımının 32-ci ildönümü yad edildi
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzərək xatirəsini ehtriamla yad ediblər. Axar.az xəbər verir ki, sonra “Xocalıya qayıdış” mövzusunda Abşeron məktəbliləri tərəfindən hazırlanan rəsm sərgisinə baxış keçirilib. Abşeron rayonunda məskunlaşan Xocalıların və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Xocalıda həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub. Sonra Rayon İcra Hakimiyyəti Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, RİH əməkdaşı, Vətən Müharibəsi şəhidi Səxavət Abbasovun anası Mayisə Abbasova, Xocalıdan olan Brilyant Hacıyeva və digərləri çıxış edərək ermənilərin xalqımızın başına gətirdiyi misli görünməmiş müsibətlərdən danışıblar. Ermənilər tərəfindən sadəcə olaraq azərbaycanlı olduqlarına görə əliyalın, günahsız və silahsız insanları qanına qəltan edilib, ahıl, qadın, uşaq olmalarına baxmayaraq hamısı gülləboran olunub və süngüdən keçirilib. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Qeyd edilib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyev verib. "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür" - deyən Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb. “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda deyilir ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndi. “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına xüsusi önəm verib. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Fondun "Xocalıya ədalət!" kampaniyasınin sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. "Xocalıya ədalət!" kampaniyasınin məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Qeyd edilib ki, Xocalı soyqırımının, eləcə də bütün şəhidlərimizin qisası döyüş meydanında layiqincə alınıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni diz çökdürüb. Bu gün Xocalı azaddır. Xocalılar azad, təhlükəsiz şəkildə öz yurdlarına, evlərinə dönə bilirlər. Azərbaycan xalqının Zəfəri ilə 30 illik vətən həsrəti bitib. Vətən müharibəsindəki parlaq Zəfərindən sonra artıq Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edirik.
2024-02-26
836,155
AZAL kollektivi Xocalı qurbanlarının xatirəsini yad etdi
Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Axar.az xəbər verir ki, AZAL-ın əməkdaşları “Ana harayı” abidəsinin önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.
2024-02-26
836,157
ABŞ yardımı dayandırsa, onu əvəz edə bilməyəcəyik
Hazırda ABŞ-ın oyundan çıxacağı təqdirdə Avropanın Ukraynaya dəstəyinin daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılır. Axar.az xəbər verir ki, bunu Estoniya müdafiə naziri Hanno Pevkur deyib. O qeyd edib ki, Avropa ABŞ-ın hərbi dəstəyini əvəz edə bilməyəcək.
2024-02-26
836,158
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bakı Sağlamlıq Mərkəzinin Cərahiyyə şöbəsinin müdiri Kamil Hacıyev Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyin olunub. Axar.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin etdilən Pərviz Məhsimovla bağlanan müqaviləyə fevral ayınin 23-də xitam verilib.
2024-02-26
836,159
Prezidentdən xocalılara: Bunu bilirdim, sizə deyə bilmirdim
Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi, sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. “Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik” - İ.Əliyev qeyd edib.
2024-02-26
836,160
Xocalı ilə bağlı paylaşımlar trend oldu
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycanda sosial media istifadəçilərinin etdiyi paylaşımlar həm ölkə daxilində, həm də xaricdə geniş yayılaraq trendə düşüb. Axar.az xəbər verir ki, fevralın 25-i Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial media hesablarından etdikləri paylaşımların ardınca sosial media istifadəçiləri soyqırıma dair çoxsaylı fotoşəkil, video-görüntü və məlumatlar, həm Xocalı faciəsini ilə bağlı 32 il əvvəl çəkilmiş, həm də Xocalının azad olunmasından sonra çəkilmiş görüntülər paylaşıblar. Xocalı sakinlərinin 32 ildən sonra öz doğma torpaqlarına qayıdışına həsr olunmuş hekayələr əsasında çəkilmiş reportajlar daha böyük maraqla qarşılanıb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşımda #XocalıyaƏdalət həştəqindən istifadə edib. Həmçinin ölkə başçısının Xocalıda soyqırım memorialının təməlini qoyması və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü də sosial mediada böyük maraq doğurub. Ümumilikdə, bu mövzuda paylaşımlar Amerika Birləşmiş Ştatları, Türkiyə, Ermənistan, Rusiya, İran, Hollandiya, Almaniya, Fransa, Kanada və digər ölkələrdə sosial media trendinə düşüb.
2024-02-26
836,161
Kəngərlidə qız qaçırıldı, Komitə işə qarışdı
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fevralın 24-də Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Xatirə Məmməd qızı Məmmədovanın (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsən Hüseyn oğlu Həsənov (ad şərtidir) tərəfindən qaçırılması barədə məlumat əldə edib. Axar.az xəbər verir ki, Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Xatirə Məmmədovanın (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülüb, müvafiq ünvana baxış keçirilib, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Xatirə Məmməd qızı Məmmədova (ad şərtidir) ailəsinin yanına qaytarılıb.
2024-02-26
836,162
Erməni nazir Türkiyəyə gedir
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, erməni nazir 1-3 mart tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumunda iştirak edəcək.
2024-02-26
836,164
Putin mənə dedi ki... - Ərdoğan
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığından sonra bildirib. "O, mənə səfəri gecikdirməyəcəyini bildirdi. Türkiyənin beynəlxalq platformadakı mühüm rolunu israrla qeyd etdi və iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnun olduğunu söylədi", - Ərdoğan qeyd edib.
2024-02-26
836,166
Biləsuvarda ağır yol qəzası: yaralılar var
Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Vəkilağa Əhmədağa oğlu Əbişov “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə sürücü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
2024-02-26
836,170
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Sabah Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Belə ki, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və qeyri-yaşayış sahəsinə çəkilmiş qaz xəttinin qaz təchizatına birləşdirilməsi məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bununla yanaşı, sabah Saatlı rayonunun bir hissəsinin (Saatlı şəhərinin böyük hissəsi, Novruzlu qəsəbəsi, Novruzlu, Bəylik, Mustafabəyli, Qıraqlı, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli kəndləri və 66 qeyri-yaşayış sahəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Buna səbəb "Saatlı” ölçü qovşağından qidalanan qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlıqlara “Təmiz Qaz” QSC tərəfindən texniki baxış keçirilərkən qaz kəməri üzərində quraşdırılmış “Şəhər kollektoru”nun əlaqələndirici hissələrinin qaynaq və yivli birləşmələrində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı təmir işlərinin aparılmasıdır. Nəticədə 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
2024-02-26
836,171
Hesablama Palatası bu nazirlikdə yoxlama aparır
Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində audit aparır. Axar.az xəbər verir ki, audit 2023-cü ili əhatə edir. Belə ki, ötən il nazirliyin və tabeliyində olan qurumların dövlət vəsaiti və dövlət əmlakından istifadəsinin auditi həyata keçirilir.
2024-02-26
836,173
Bu bankın ləğvi prosesi yekunlaşdı
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Borçalı” Kommersiya Bankının (KB) ləğv prosesini yekunlaşdırıb. Bu barədə Axar.az-a Fonddan bildirilib. 1992-ci ilin dekabr ayından fəaliyyət göstərmiş Bankın lisenziyası 31 yanvar 2005-ci ildə ləğv edilmiş və məcburi ləğv prosesi başlanılmışdı. Həmin vaxtdan 2017-ci ilə qədər ləğvetmə ilə “RR and VAM” Beynəlxalq auditor firması, daha sonra isə “RR&VAM Beynəlxalq Audit Konsaltinq” MMC məşğul olub. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.08.2017-ci il tarixli, 2-1(103)-1376/2017 nömrəli qərardadı ilə məcburi ləğv edilmiş “Borçalı” KB-yə təyin edilmiş “RR&VAM Beynəlxalq Audit Konsaltinq” MMC-nin ləğvedici qismində fəaliyyətinə xitam verilib və ƏSF Bankın ləğvedicisi təyin edilib. ƏSF Bankın öhdəliklərinin qısa müddət ərzində icrasının təmin edilməsi istiqamətində qanunla müəyyən edilmiş tədbirlər həyata keçirib və nəticədə bütün öhdəliklərin icrası tam təmin olunub. Fond ləğv prosesinin yekunlaşdırılması və Bankın ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilməsinə dair ərizə ilə müvafiq Məhkəməyə müraciət edilib. Ali Məhkəmənin 29 dekabr 2023-cü il tarixli, 2-3 (102)-12/2023 nömrəli qərarı ilə Fondun ərizəsi təmin edilərək, ləğvedici qismində Fondun fəaliyyətinə xitam verilib və Bankın ləğv prosesi yekunlaşdırılıb. Fondun ləğvetməsində hazırda 22 bank var. Fond bu bankların da ləğvetməsini kreditorların maraqlarına uyğun şəkildə mümkün ən qısa zaman ərzində yekunlaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.
2024-02-26
836,177
Daha bir ölkə Bakıya görə AŞPA-ya məktub ünvanladı
Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb. Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məktubda deyilir ki, Reykyavik Sammitində yenidən sadiqliyimizi bəyan etdiyimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları və prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasında daha böyük birliyə nail olmağa çalışmalıyıq. Bu birlik və onun gələcək perspektivləri üzv dövlətlərlə və onlar arasında həyata keçirilən dialoq vasitəsilə güclənir. Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vurduğundan, Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlmişdir. Fikrimizcə, bu üsula yalnız bütün mövcud vasitələr tükəndikdə və heç bir nəticə əldə olunmadıqda, son çarə kimi müraciət edilməlidir. Qeyd olunur ki, bu qərarın qəbul olunması ilə son bir neçə ildə təşkilatla Nazirlər Komitəsi arasında yaradılmış konstruktiv qurumlararası dialoq və ümumi maraq doğuran mövzularda davamlı məsləhətləşmələrin aparılması təcrübəsi də sarsılmış, qurumun iki orqanı arasında inamsızlığın yaranmasına gətirib çıxarmışdır. Bu mənada, biz hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır. Biz əminik ki, aparılan son müzakirələr və Nazirlər Komitəsinin müvafiq qərarı da bu zərurəti əks etdirməkdədir. Macarıstan nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA sədrini siyasi qruplarla birgə qətiyyətli addımlar atmağa və Azərbaycan parlament nümayəndə heyətinin təcili surətdə Parlament Assambleyasının işinə geri qayıtmasına icazə verməyə çağırıb. Bunun artıq qurumun aprel ayında keçiriləcək sessiyasında baş verməsi arzuolunan hesab edilib. Nemet əminliyini bildirib ki, belə bir addımın atılması Azərbaycana Avropa Şurasının məruzəçilərini ölkəyə dəvət etməyə və onların səfərini təşkil etməyə şərait yaratmaqla yanaşı, həmçinin Parlament Assambleyasını ölkədə keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün dəvət etməyə də imkan verəcək. Məktubun sonunda deyilir: “Qeyd olunanların fonunda, qış sessiyasında qəbul edilmiş 2527 (2024) saylı qətnaməyə bir daha etirazımızı ifadə edir, Azərbaycan nümayəndə heyətinin Parlament Assambleyasına geri qaytarılması istiqamətində davamlı səylər göstərmək məqsədilə şəxsən özümün və həmkarlarımın dəstəyini təklif edirəm”. Qeyd edək ki, bundan öncə Türkiyə, Serbiya, Ukrayna, Gürcüstan və Ərəb Parlamenti AŞPA-ya Azərbaycana görə müraciət edib.
2024-02-26
836,178
Biləsuvarda su arxının kənarında silah-sursat tapıldı
Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki su arxının yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat, 9 ədəd daraq və 293 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
2024-02-26
836,181
İlham Əliyev Ərdoğana zəng etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı yubileyi münasibətilə təbrik edib, Türkiyənin rifahı naminə fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Türkiyə dövlətinin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinə və xalqına başsağlığı verib. Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını ifadə edib. Söhbət zamanı İlham Əliyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin önəmi bir daha qeyd edilərək, bu səfərin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb. Dövlət başçıları Şuşa Bəyannaməsinin əhəmiyyətinə bir daha toxunaraq, bu Bəyannamənin uğurla həyata keçirilməsindən məmnunluqlarını bildiriblər. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
2024-02-26
836,182
Xersonun mərkəzində partlayışlar oldu
Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson şəhərində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bunu Ukraynanın Xerson hərbi administrasiyasının rəhbəri Roman Mroçko bildirib. “Şəhərin mərkəzində bir neçə partlayış baş verib", - o bildirib. Məlumata görə, bölgədə hava hücumu xəbərdarlığı elan edilməyib.
2024-02-26
836,184
Macarıstan İsveçin NATO üzvlüyü ilə bağlı qərar verdi
Macarıstan İsveçin NATO-ya üzvlüyünü təsdiq edib. Axar.az xəbər verir ki, sənədin lehinə 188 deputat, əleyhinə isə 6 deputat səs verib. Qeyd edək ki, Macarıstan İsveçin NATO üzvlüyünü ratifikasiya etməyən yeganə NATO ölkəsi idi. Bununla da İsveçin NATO üzvü olmasına heç bir maneə qalmayıb.
2024-02-26
836,186
Bu, Azərbaycanla əlaqələri yaxşılaşdıracaq - SEPAH
Rəşt-Astara və Çabahar-Zahidan dəmir yolu xətlərinin tamamlanması İran və Azərbaycan arasında əlaqəni yaxşılaşdıracaq. Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın rus dilində yayımlanan Teleqram kanalında məlumat yayılıb. “Rəşt -Astara və Çabahar-Zahidan dəmir yolu xətlərinin tamamlanması İran və Azərbaycan arasında əlaqəni yaxşılaşdıracaq, Hindistan isə qərb marşrutu ilə Avrasiyanın istənilən hissəsinə daha asan çıxış əldə edə biləcək”, - paylaşımda bildirib. Həmçinin qeyd olunub ki, marşurut Hindistan üçün böyük imkanlar açacaq.
2024-02-26
836,189
Ərdoğan İlham Əliyevə başsağlığı verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə fevralın 26-da baş tutan telefon danışığında bildirib. Dövlət başçısı başsağlığına görə minnətdarlığını qeyd edib.
2024-02-26
836,190
Xocalı ilə bağlı Ordumuzda tədbirlər keçirildi - Video
Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Bu barədə Axar.az-a Müdafiə Nazirlyindən bildirilib. Anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etməsindən danışıblar. Qeyd olunub ki, erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Keçirilən mərasimlərdə Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən qazanılan qələbədən və Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından bəhs edilib. Silsilə tədbirlərdə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətlər xüsusi qeyd olunub. Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar, fotosərgilər, videoçarxlar nümayiş etdirilib, Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli və digər filmlər izlənilib. Həmçinin hərbi qulluqçular Xocalı soyqırımı abidələrini ziyarət edib, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub və faciənin şahidləri ilə görüşlər keçirilib.
2024-02-26
836,193
Navalnı ilə vida mərasiminin vaxtı açıqlandı
Aleksey Navalnı ilə ictimai vida mərasiminin bu iş həftəsinin sonunda, yəni martın 1-nə qədər keçirilməsi planlaşdırılır. Axar.az xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış bildirib. “Biz Alekseylə vida mərasimi üçün zal axtarırıq. Vaxt: bu iş həftəsinin sonu. Uyğun binanız varsa, bizimlə əlaqə saxlayın”, – Yarmış X sosial şəbəkəsində yazıb. Qeyd edək ki, 16 fevralda cəzaçəkmə müəssisəsində 47 yaşında qəfildən ölən Aleksey Navalnının cənazəsi fevralın 24-də anası Lyudmila Navalnayaya təhvil verilib.
2024-02-26
836,194
İrəvan və Tiflis arasında kritik telefon danışığı
Gürcüstan baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə erməni həmkarı Suren Papikyan arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan Feysbuk hesabında yazıb. “Telefon danışığı zamanı həmkarımı Gürcüstanın müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdim. Müdafiə sahəsində əməkdaşlıq və qarşıda duran tədbirləri müzakirə etdik, təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. Biz qarşılıqlı münasibətlərin davamlı inkişafına hazır olduğumuzu təsdiqlədik", - Papikyan bildirib.
2024-02-26
836,196
Nadir hadisə yaxınlaşır: Bir də 18 ildən sonra olacaq
Aprelin 8-də Günəşin tam tutulması baş verəcək. Axar.az xəbər verir ki, NASA tam tutulmanın ümumi mərhələsinin 268 saniyə davam edəcəyini, kölgənin eninin 199 km olacağını açıqlayıb. Tutulma Meksika, ABŞ və Kanadada müşahidə ediləcək. Günəşin növbəti tam tutulması 2042-ci il aprelin 20-də olacaq.
2024-02-26
836,197
Xaçatryan sahibkarlarla birgə İraqa getdi
Ermənistan Prezidenti Vaaqn Xaçatryan İraqa rəsmi səfərə gedib. Axar.az xəbər verir ki, erməni mediası onun səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Rəşid və Baş nazir Məhəmməd Şia əs-Sudani ilə görüşəcəyini yazıb. O, həmçinin Ərbilə səfər edəcək və burada İraq Kürdüstanının fəxri prezidenti Məsud Bərzani və İraq Kürdüstanının rəhbəri Neçivan Bərzani ilə görüşlər keçirəcək. Vaaqn Xaçatryanın İraq və İraq Kürdüstanının erməni icmalarının nümayəndələri ilə də görüşəcəyi bildirilib. Ermənistan prezidentinin nümayəndə heyətinin tərkibində sahibkarlar da İraqa gedib və biznes forumda iştirak edəcəklər. Qeyd edək ki, bu gün Xaçatryan Küveytin Ermənistandakı səfiri ilə də görüşüb və iqtisadi əlaqələri müzakirə edib.
2024-02-26
836,198
Parlament Macarıstan prezidentini istefaya göndərdi
Macarıstan parlamenti ölkə Prezidenti Katalin Novakın istefasını qəbul edib. Axar.az xəbər verir ki, Novakın yerinə parlamentdə 2/3 səs çoxluğuna malik olan hakim partiyalar Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujokun namizədliyini irəli sürüb. Tamaş Şujokun namizədliyi yekdilliklə qəbul edilib və o, ölkənin yeni prezidenti olub. Qeyd edək ki, Macarıstan prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.
2024-02-26
836,200
Çingiz Mustafayevlə bağlı 32 illik gerçək üzə çıxdı
Xocalı soyqırımı Azərbaycan insanının yaddaşında həm də Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi kadrlarla qalıb. Axar.az xəbər verir ki, Azərbaycan münaqişə müddətində və sonrakı dövrdə bu kadrlardan beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün istifadə edə bilib. Lakin Çingizin soyqırımı qeydə aldığı kamerası ilə bağlı bu günə qədər deyilməyən həqiqətlər də var. Globalinfo.az-a danışan Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov Çingiz Mustafayevlə ilk dəfə döyüşlərdə qarşılaşdığını deyib: “Biz ilk dəfə 1991-ci ildə tanış olmuşuq. O zaman Kərkicahanda vəziyyət çox ağır idi. Ermənilər həmin kəndi nəzarətə götürmək istəyirdilər. Onda Çingiz Mustafayev, Vaqif Mustafayev və Mirşahin Ağayev bizim olduğumuz yerə gəldilər. Mirşahin Ağayev və Vaqif Mustafayev əllərinə avtomat götürdülər, amma Çingiz kamera ilə çəkilişə başladı. İlk dəfə o zaman tanış olduq. Daha sonra onlar Şuşada N saylı xüsusi təyinatlı hərbi hissəyə gəldilər. Bizimlə birlikdə zabit kazarmasında qalırdılar. Hələ o zaman həmin şəxslər Rusiya telekanallarında çalışırdılar. Qarabağda baş verənləri lentə alıb Moskvaya göndərirdilər. Onların bir ayağı Şuşada idi”. Polkovnik Milli Qəhrəmanın həlak olduğu yerdə əşyaları və pulunun oğurlandığını bildirib: “Biz Çingiz Mustafayevlə Daşaltı uğrunda əməliyyatlarda birlikdə iştirak etmişik. Döyüşlərin bir çoxunda bizimlə olub, işıqlandırıb. Çox cəsarətli, nikbin biri idi. Bir neçə dəfə Ağdamda rastlaşmışdıq. Xocalı rayonunun Naxçıvanlı kəndi uğrunda çox mübarizə apardıq. Oranı bir neçə dəfə nəzarətə götürdük, ancaq əlimizdə saxlamaq çox çətin idi. Ümumiyyətlə, döyüşlər zamanı onun həlak olduğu yerdə kamerası, tapançası, pulu oğurlanmışdı. Sonradan Vaqif Mustafayev onun vəfatının 7-ci gününə kimi bütün rayonları axtararaq itən əşyalarını tapdı”.
2024-02-26
836,202
Prokurorluq və DİN-dən Tərtərdəki qətllə bağlı məlumat
Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Elburus Cəbrayıl oğlu Şəmilovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Baş Prokurorluqdan verilən məlumatda qeyd olunub ki, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
2024-02-26
836,205
Erməni politoloqlar debatdan sonra əlbəyaxa dava etdi
Erməni politoloqlar Suren Saakyan və Areq Koçinyan İctimai Televiziyada debatdan sonra dava ediblər. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Məlumata görə, televiziya binasının həyətində baş verən dava o qədər ciddi olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırmaq lazım gəlib. Saakyan mediaya bildirib ki, davaya səbəb televiziya verilişi zamanı Areq Koçinyanın onun ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub. Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan insident faktını təsdiqləyib. Onun sözlərinə görə, iştirakçılar bir-birinin əleyhinə ifadələr yazıblar və bu ifadələr Ermənistanın İstintaq Komitəsinə göndərilib.
2024-02-26
836,208
Stoltenberq Macarıstanın qərarını alqışladı
Macarıstan parlamentinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiyasına səs verməsini alqışlayıram. Axar.az xəbər verir ki, bu barədə Stoltenberq X hesabında yazıb. "İsveçin üzvlüyü hamımızı daha güclü və təhlükəsiz edəcək", - Stoltenberq vurğulayıb. Qeyd edək ki, bu gün Macarıstan parlamenti İsveçin Alyansa üzvlüyünü ratifikasiya edib.
2024-02-26
836,209
Əgər Rusiya bu ərazini də işğal etsə... - NATO
Fevralın 28-də Tiraspolda keçiriləcək tədbirdə böyük ehtimalla Rusiya ilə Dnestryanı arasında da qeyri-qanuni olan yeni ticarət müqavilələri imzalamaq niyyəti açıqlanacaq. Axar.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana bildirib. "Dnestryanıda artıq referendum olub, onun nəticələrini bilirik. Rusiya Dnestryanı ərazini ilhaq etməyə çalışarsa, bu baş verərsə, NATO bu addımları pisləyəcək və Moldovanı dəstəkləməyə davam edəcək. Bu kiçik ölkə bizim üçün önəmlidir", - Coana söyləyib.
2024-02-26
836,213
VHP-çilər "Ana harayı" abidəsini ziyarət etdi - Foto
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının və Bakı rayon təşkilatı üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər. Axar.az xəbər verir ki, ziyarətdə VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, MNTK sədri Zeynal Fətullayev, partiyanın Mərkəzi İcra Aparatının və Bakı şəhər təşkilatlarının üzvləri iştirak ediblər.
2024-02-26
836,215
Ukrayna-Polşa sərhədində 2,2 min yük maşını gözləyir
Ukrayna-Polşa sərhədində fermerlər tərəfindən bloklanan 6 buraxılış məntəqəsində təxminən 2,2 min yük maşını toplanıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib. "Vəziyyət dəyişməyib. Nəqliyyatın bloklanması davam edir", - Demçenko vurğulayıb. Demçenkonun sözlərinə görə, avtomobillərin əksəriyyəti Krakovets, Ravva-Russkaya və Yaqodin keçid məntəqələrində toplanıb.
2024-02-26
836,217
Çölü qürbət, içi Vətən adam...
Bizim torpağımız fərqlidir bir az; əkdiyimizi ağ yeldən, qara yeldən daldalamaq üçün dərində əkməliyik. Sürülərimizi qurddan qorumaq üçün qurd kəfəni geyməliyik. Vətənin dizinin dibində ögey balayıq, sevgi görməmişik, mehr salmamışıq. O üzdən mənim insanlarım qaya kimi sərt, suları kimi cod, çinarları kimi dimdik, qara yeli kimi kəskindir. O üzdən hər zaman tətikdəyik, barışmazıq, çılğınıq. Qaraçöpük... Vətən olmağa məcburuq... Estoniya adı gələndə ilk yada düşən Xəqani Qayıblı olur. Bu ölkəni sevməyə bilmirsən. Onun içindəki uşaqlığa, mərhəmətə, sevgiyə toxunmayıb bu ölkə. Əksinə bütün bu gözəl duyğularını cilalayıb, məhrəmliyinə toxunmayıb, onu içində tərtəmiz saxlayıb. Xəqani Qayıblı altımış illik ömrünün qırx ilini bu ölkədə yaşayıb. Amma onun şeirlərində qürbətdən gileylənmə çox ötəri və epizodikdir. Çünki türk şairi Kamaləddin Kamu Kaminin “Mən qürbətdə deyiləm, qürbət mənim içimdə” deyimini Xəqani Qayıblı “Mən qürbətdə yaşadım, Vətən mənim içimdə” şəklində yaşayıb. İçindəki Vətəni yaşadığı toplumun dəyərlərində itirməyib, əksinə, dilinin saflığını, şivəsinin şirinliyini, dünyagörüşündəki fərqlilikləri hər iki toplumun dəyərləri sintezindən keçirib, kamilləşdirib, kamilləşib. Odur ki, Xəqani Qayıblı deyəndə baltik soyuqqanlılığı ilə çılğın türklüyünü, elit davranışları ilə çölçü ruhunun azadlığını bir arada hiss edirsən. Hiss edirsən ki, Vətəni öz içərisinə sığdıra bilən adam azadlığını da tam olaraq yaşayır; bütün ömrü qürbətdə keçsə belə... Qürbətdə keçən ömür 60 illik yubileyə çatdı. Vətəni Vətəndən kənarda yaşadanlarımız uzun yaşasın...
2024-02-26
836,218
Yəmən baş naziri Moskvaya səfərə getdi
Yəmən Baş naziri Əhməd Avvad bin Mübarək Moskvaya üçgünlük səfərə gedib. Axar.az xəbər verir ki, bu barədə Baş nazirin protokol rəhbəri Əhməd əl-Cövhəri bildirib. Cövhəri qeyd edib ki, sabah baş nazirin iştirakı ilə Rusiya Xarici İşlər Nazirliyinin binasında mətbuat konfransı keçiriləcək.
2024-02-26
836,219
Bakıda kinoteatr narkomanların yuvasına çevrilib - Video
Bir zamanlar tamaşaçılarını qarşılayan məkan indi narkomanların yuvasına çevrilib. Söhbət Xırdalanda yerləşən "Dostluq" kinoteatrından gedir. Axar.az xəbər verir ki, 1969-cu ildə tikilən kinoteatra hazırda narkotik asılılığından əziyyət çəkən şəxslər üz tuturlar. Mövcud vəziyyət ərazidə yaşayan sakinləri narahat edir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARB-yə bildirilib ki, ərazidə nəzarət işləri gücləndirilib. Köhnə tikintidə narkotikdən istifadə hallarının qarşısı alınıb. Ətraflı videomaterialda izləyə bilərsiniz:
2024-02-26
836,221
Lukaşenko Ərdoğana zəng etdi, görüş istədi
Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib. Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Lukaşenko Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib. Həmçinin Belarus lideri həmkarı ilə yaxın vaxtda görüşərək əməkdaşlığı və dünya gündəmini müzakirə etmək istədiyini bildirib.
2024-02-26
836,224
İsrail ordusu Qəzzadan təxliyə planını təqdim etdi
İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatları aparılan rayonlardan əhalinin təxliyə planını, eləcə də gələcək operativ planı hərbi kabinetə təqdim edib. Axar.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb. Qeyd edək ki, daha öncə İsrail Baş naziri Benyamin Netanyahu Rəfah ərazisində əməliyyatların HƏMAS ilə razılaşma çərçivəsində bir müddətlik təxirə salına biləcəyini bildirmişdi.
2024-02-26
836,225
Səudiyyənin Həcc və ümrə naziri Azərbaycana gəldi
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Tofiq bin Fuzən əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib. Axar.az xəbər verir ki, fevralın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub. Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib. Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub.
2024-02-26
836,227
Suraxanı İH yaşıllığı belə məhv edir - Foto
Suraxanı Rayon İcra Hakimiyyəti Əmircan qəsəbəsində ağacların dibinə kimi asfalt çəkib. Axar.az xəbər verir ki, fotolar Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi Feysbuk səhifəsində paylaşılıb. Məlumata görə, asfaltlanma işləri qəsəbənin Hasil Bayramov küçəsində aparılıb.
2024-02-26
836,228
Rasimin axtarışı: kanala suyun verilməsi dayandırıldı
İmişli rayonunda kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb. Axar.az Report-a istinadən xəbər verir ki, fevralın 28-i günün ikinci yarısı suyun kanala verilməsi gözlənilir. Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. Bəzi iddialara görə isə o, İran polisləri tərəfindən saxlanılıb.
2024-02-26
836,230
Təbrizdə türk dili müəllimləri işdən çıxarıldı, etiraz başladı
Türk dili və ədəbiyyatı fakültəsində dərsləri aidiyyəti olmayanlar tədris edir. Buna dəfələrlə etiraz etsək də, problem həll olunmamış qalıb. Belə qərara gəlmişik ki, Təbriz Universitetində dərs deyən fars dili və ədəbiyyatı müəllimlərinin dərslərində iştirak etməyək. Bu sözləri Axar.az-a güneyli tələbə Murad Arazlı Təbriz Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin problemləri haqqında danışarkən deyib. Universitetdə Azərbaycan dilinin sıxışdırıldığını, dərs keçən müəllimlərə təzyiq edildiyini deyən tələbə bildirib ki, müəllimlərin bir neçəsi işindən ayrılmalı olub: “8 ilə yaxındır universitetdə Azərbaycan dilinin Təbriz ləhcəsi üzrə Dil və ədəbiyyat fakültəsi açılıb. Elə ilk günlərdən də sıxışdırılıb. Təbriz ləhcəsi ilə dili öyrənmək olar? Mümkün deyil. İlk mərhələdə bu sahəyə türk ədəbiyyatı və dili üzrə ixtisaslaşmayan müəllimlər rəhbərlik edirdilər. Tələbələr 2017-ci ildə etiraz edərək, fakültəni başqa ixtisaslarda olduğu kimi, bu sahədə akademik savadı, təhsili olan professorların idarə etməsi tələbini irəli sürdülər və türk dilində doktorluq dərəcəsi almış professorları universitetə dəvət edilməsinə nail oldular. Bu zamana kimi yaxşı idi. Lakin ötən tədris ilinin axırlarından başlayaraq, Təbriz Universitetindən türk dili üzrə ixtisaslı professorları uzaqlaşdırmağa başlayıblar. Yerinə fars dili və ədəbiyyatı üzrə 3 müəllim təyin edilib. Onların isə bu istiqamətdə praktiki olaraq heç bir təcrübələri yoxdur. Müəllimlərimizin hamısı sərbəst olaraq gəlirlər. Universitet rəhbərliyi isə demək olar ki, onlara yaxşı davranmır”. O, universitet rəhbərliyinin Türk dili və ədəbiyyatı fakültəsinə olan ögey münasibətin səbəblərini anlamadıqlarını deyib: “Fars, ingilis və fransız dillərini öyrənənlərə qarşı heç vaxt belə münasibət göstərmirlər. Bizim fakültə daimi kabinet və ya sinif otağı ilə belə təmin olunmayıb. Kürd dili üçün də oxşar kurs yaradılıb. Ancaq onların bizim kimi problemləri yoxdur. Düzdür, bəzən etirazlarımız nəticə verir, lakin ötən ildən başlayan problemimizi hələ ki, yoluna qoymamışıq. Türk dili müəllimlərimizi geri istəyirik, məqsədimiz türk dili və mədəniyyətini qoruyub saxlamaqdır”.
2024-02-27
836,231
Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır”
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı mövqeyi sərtləşdikcə Moskva ilə iqtisadi münasibətlərdə sıçrayış baş verir. Axar.az xəbər verir ki, Paşinyanın Rusiyaya qarşı “kəskin mövqeyi” ilə qətiyyən uyğun gəlməyən bu statistika təbii olaraq iqtisadçıların da diqqətini çəkir. Ermənistan Statistika Komitəsinin son məlumatına görə, 2024-cü ilin yanvarında ölkədə iqtisadi aktivlik göstəricisi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10,7% artıb. İqtisadi artım inflyasiyaya da təsir edib: belə ki, qiymətlərdə ucuzlaşma qeydə alınıb və inflyasiya mənfi 0,9 faiz olub. Artım əsasən sənayedə (21%), ticarətdə (19,3%) qeydə alınıb. Tikintidə artım səngiyib (9,5%), eyni zamanda xidmətlər sektorunda da ötənilki temp aşağı düşüb (2023-cü ildəki 10,3%-lə müqayisədə 4,4%). Çox maraqlıdır ki, iqtisadi aktivliyin böyüməsinə rəğmən elektrik enerjisi istehsalı kəskin azalıb (mənfi 6,4%). Statistika Komitəsi bunu avtonom günəş panelləri ilə izah etməyə çalışsa da, sənaye inkişaf edirsə, elektrik istehsalı artmalı idi. Nəhayət, gəldik Ermənistan iqtisadiyyatının əsas göstəricilərinə: Statistika Komitəsi bildirib ki, idxal və ixracda yenidən sıçrayış baş verib - yanvarda ixrac 2,1 dəfə artaraq 934,1 milyon dollara, idxal 61,4% artaraq 1 milyard 212 milyon dollara çatıb. Diqqət edirsinizsə, Ermənistanın ixracı yenidən kəskin şəkildə artıb. Komitə bu ixracın hansı ölkəyə olduğunu açıqlamayıb, ancaq bunun “vasitəçilik ticarətinin intensivləşməsi ilə əlaqəli” olduğunu elan edib. Başqa sözlə desək, Ermənistan Qərb ölkələrindən məhsul idxal edərək, Rusiyaya ixracını daha da yüksəldib - yalnız yanvar ayında ixrac 2 dəfədən çox artıb. 2022-ci ildən – Ukraynada müharibə başlayandan və Rusiyaya sanksiyalar tətbiq ediləndən sonra Rusiyaya ixrac 2023-cü ilin sonuna qədər bir neçə dəfə (!!!)artmışdı və Rusiya ilə ticarət dövriyyəsi hər kəsi təəccübləndirəcək rəqəmə - 7,3 milyard dollara çatmışdı. Hazırda isə yeni “sıçrayışlar” yaşanır. Belə görünür ki, Nikol Paşinyan AB-də Rusiya əleyhinə çıxışlarını kəskinləşdirdikcə onun Rusiyaya sanksiyaları dəlməsinə daha çox göz yumulur. Nəticədə isə Rusiya sanksiyalardan yan keçərək, hərbi məqsədli mallar idxal edə bilir, Ermənistan isə bu vasitəçilikdən milyardlar qazanaraq, ölkə iqtisadiyyatında “sıçrayışlara” nail olur. Bu oyunun nə qədər davam edəcəyi bəlli olmasa da, faktiki olaraq Paşinyanın antirusiya siyasi ritorikasından ən çox qazanan elə Ermənistan və Rusiyadır.
2024-02-26
836,232
Almaniya Latviyaya qırıcılar yerləşdirir
Almaniya NATO hava məkanını qorumaq üçün Latviyaya beş "Tayfun" (“Eurofighter”) qırıcısı yerləşdirir. Axar.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrindən bildirilib. Hərbi təyyarələrin Riqanın cənub-şərqindəki Lielvarde hərbi aerodromuna yerləşdiriləcəyi və cari ilin noyabr ayının sonuna kimi Estoniya, Latviya və Litva üzərində NATO hava məkanını qoruyacağı qeyd olunub. Onlar martın əvvəlindən noyabrın sonuna kimi Estoniya, Latviya və Litva üzərində NATO hava məkanını qoruyacaq.
2024-02-27
836,234
Bu ölkələr Ukraynaya hərbçi göndərmək istəmir
Çexiya Ukraynaya hərbçilərini göndərməyə hazırlaşmır. Axar.az xəbər verir ki, bu barədə Çexiya Baş naziri Petr Fiala Parisdə Ukraynaya həsr edilmiş konfransda deyib. Qeyd edək ki, bundan öncə Slovakiya baş naziri də heç bir halda Ukraynaya hərbçi göndərməyəcəyini açıqlamışdı.
2024-02-26
836,236
Mirzoyan Bakıda həbsdə olanları “qaytarmaq” istəyir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 26-da Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri Miryana Spolyariç Eqqer ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir Mirzoyan Azərbaycanda saxlanılan şəxslərin qaytarılmasının, eləcə də itkin düşmüş şəxslərin taleyinin aşkarlanmasının vacibliyini xüsusilə vurğulayaraq, Ermənistan tərəfinin bu məsələdə əməkdaşlığa hazır olduğunu bildirib. Görüş zamanı tərəflər həmçinin Cənubi Qafqazda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
2024-02-27
836,238
Baş-beyin transplantasiyası ilə bağlı sensasion açıqlama
Akdeniz Universiteti Orqan Nəqli İnstitutunun direktoru professor Ömər Özkan hesab edir ki, baş transplantasiyası əməliyyatlarının həyata keçiriləcəyi günlər uzaqda deyil. Axar.az Publika.az-a istinadən xəbər verir ki, professor bu barədə Mimar Sinan Konqres Mərkəzində Akdeniz Universitetinin ev sahibliyi və Prezidentin İnsan Resursları Ofisinin təşkilatçılığı ilə keçirilən Cənubi Karyera Sərgisində deyib. Uşaqlıq və qol transplantasiyası əməliyyatları ilə dünya tibb ədəbiyyatına adını yazdıran Ömər Özkan ölümsüzlüyün mümkün olub-olmamasından danışıb: "Çox məşhur bir milyarder var idi. Ürək və qaraciyər transplantasiyası əməliyyatı keçirmişdi, amma sonda öldü. Orta əsrlərdə insanların əsas məqsədi ölümsüzlüyü tapmaq idi. Davamlı olaraq bunun üzərində çalışdılar. Bir müddət sonra ölməzliyi tapa bilməyəcəklərini anladılar. İndiki dövrdə orta statistik insan ömrü 80-85 civarındadır. 30-dan 80 yaşına çatmışıqsa, bəlkə də bu, 100-ə qədər uzanacaq. Amma mən daha dinc yaşamaqdan danışıram. Hədəfimiz həyat səviyyəsini hər zaman ən yüksək səviyyədə saxlamaqdır". Türkiyənin orqan transplantasiyası həyata keçirən ən yaxşı ölkələrdən biri olduğunu bildirən mütəxəssis beyin və baş transplantasiyasına dair suallara da cavab verib. "Beyin transplantasiyası əsrlərdir insanların ağlında olan bir şeydir. Çox fantastik səslənir. Beyin transplantasiyası niyə edilir? Faydalı ola biləcəyi bir neçə xəstəlik də var. Bunun üçün bədənə ehtiyacımız var. Baş transplantasiyasından əvvəl iflic problemini həll etmək lazımdır. Bilin ki, iflic olan xəstələri sağaldanda, baş transplantasiyası da mümkün olacaq. Tibbdə bu vəziyyət fərqlidir. Buxar maşınını hələ kəşf etməmişik. Hələ başlanğıc mərhələsindəyik. Bir gün görəcəksiniz ki, ürəyi sifariş edib taxacaqsınız. Utopik görünə bilər, amma 15-20 günə qədər ana bətnindən kənarda yaşadılan uşaqlar var", - həkim etiraf edib.
2024-02-27
836,241
"Qalatasaray" liderliyini bərpa etdi
Futbol üzrə Türkiyə Superliqasında XXVII tura yekun vurulub. Axar.az xəbər verir ki, bağlanış oyununda "Qalatasaray" "Antalyaspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. İstanbul təmsilçisinin heyətində qolları 12-ci və 45+1-ci dəqiqələrdə Kərəm Aktürkoğlu vurub. Qonaqlardan isə 33-cü dəqiqədə Sander van de Strik fərqlənib. Bu nəticədən sonra xallarını 72-yə çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. 35 xalı olan "Antalyaspor" isə 9-cudur. Qeyd edək ki, "Fənərbağça" 70 xalla ikinci yerdə qərarlaşıb.
2024-02-27
836,244
Şolts bu raketin Ukraynaya verilməsini istəmir
Almaniya kansleri Olaf Şolts ölkəsinin müharibəyə sürüklənə biləcəyindən ehtiyatlanaraq Ukraynaya “Taurus” uzaqmənzilli raketlərin verilməsinə qarşı çıxıb. Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. “Bəzi insanlar gördüyümüz işlərin müharibədə hər hansı formada iştiraka gətirib çıxaracağını düşünmürlər. Məni təəccübləndirir ki, hətta bəzilərini bu, narahat belə etmir. “Taurus”la bağlı debatlar Ukraynaya həqiqətən lazım olan şeylərdən fikirləri yayındırır. Ukraynada çatışmayan döyüş sursatlarıdır. Məhz bu ləvazimat ("Taurus" – red.) deyil”, - deyə agentlik kanslerin sözlərindən sitat gətirib. Qeyd edək ki, “Taurus” raketlərinin mənzili 500 km-dən çoxdur. Müqayisə üçün bildirək ki, Ukrayna sərhədindən Rusiya paytaxtına 450 km-dir. “Taurus”un xüsusi üstünlüklərindən biri də olduqca aşağı hündürlükdə - 50 metrə qədər uça bilməsidir ki, bu da onun radarlar tərəfindən aşkarlanmasını mümkünsüz edir.
2024-02-27
836,248
Bu, özünəqəsddir: Bakı anklavlara görə hücum etsə…
09:00 Ermənistanın siyasi addımları düşünülmüş strategiyadan daha çox, özünü qurban vermək aktına bənzəyir. Axar.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Vigen Akopyan Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana mümkün səfərini şərh edərkən yerli mediaya açıqlamasında deyib. “Bu səfərin Ermənistana təhlükəsizlik baxımından fayda verəcəyi şübhə doğurur. Eyni zamanda, rusiyalı ekspertlərin qeyd etdiyi kimi, Moskva üçün bu, Ermənistanın rəqibə doğru istiqamətini dəyişməsini simvolizə edir”, - Vigen Akopyan bildirib. O vurğulayıb ki, bu, Ukrayna məsələsinin Rusiyanın həm siyasi isteblişmenti, həm də cəmiyyəti üçün kifayət qədər həssas olduğunu nəzərə alsaq, xüsusilə aktualdır: “Bu ona gətirib çıxara bilər ki, Azərbaycanla mümkün eskalasiya olarsa, Moskva İrəvanın bəyanatlarını (Moskvanın Ukraynadakı müttəfiqi olmadığı haqda) və Zelenskinin səfərini hətta rəsmi müttəfiqlik öhdəliklərini yerinə yetirməmək üçün qanuni əsas kimi nəzərdən keçirəcək”. Siyasi şərhçi “yerdə” alternativ müttəfiqlərin olmaması və siyasi bəyannamələrin kifayət qədər ağırlığını nəzərə alaraq, Ermənistan üçün ciddi risklər barədə xəbərdarlıq edib: “Ukraynanın özünə gəlincə, indiki vəziyyətdə o, Ermənistan üçün heç bir mühüm müttəfiq kimi çıxış edə bilməz - nə iqtisadi, nə də hərbi-siyasi baxımdan. Buna görə də Zelenskinin ehtimal edilən səfəri daha çox gizli təxribata bənzəyir”. Akopyanın fikrincə, səfərin məqsədi həm də Azərbaycanla yeni eskalasiya və ya konflikt olarsa - məsələn, anklavlar və ya dəhliz məsələsi ilə bağlı - Rusiya üçün dilemma yaratmaq ola bilər. Rusiya bundan sonra aktiv müdaxilə və ya tam neytrallıq arasında seçim etməli olacaq. Akopyan regionu “ikinci cəbhə”yə çevirə biləcək bu seçimin mürəkkəbliyinə işarə edib və Rusiyanın resurslarını “dağıtmağa” çalışan Qərbin Zelenskinin səfərini Moskvaya təzyiq vasitəsi kimi görə biləcəyini istisna etməyib. O qeyd edib ki, 2020-ci ildəki qələbədən sonra Azərbaycan bir tərəfdən Moskva ilə dialoq imkanlarını genişləndirmək, digər tərəfdən isə Qərbə daha güclü təsir rıçaqlarına malik olmaqla Ermənistanla müqayisədə mövqelərini xeyli möhkəmləndirib: “Azərbaycanın Fransa ilə münasibətləri praktiki maraqlara bağlıdır, Ermənistanla isə daha çox deklarativ xarakter daşıyır. Mən Fransanın Ermənistana və erməni xalqına qarşı dost münasibətini şübhə altına almıram, amma quru rəqəmlər var. Bir yerdə deyirlər, digər yerdə hərəkət edirlər”. O vurğulayıb ki, Parisin İrəvana və erməni xalqına ünvanladığı dostluq bəyanatlarına baxmayaraq, Azərbaycanla real qarşılıqlı fəaliyyət və iqtisadi əlaqələr öz sözünü deyir: “Zelenskinin səfərinin Ermənistanın suverenliyinin nümayişi olması ilə bağlı iddialar isə çox sadəlövh görünür. Əsl suverenlik simvolik jestlərlə deyil, iqtisadi inkişaf, gücləndirilmiş müdafiə, fəal diplomatiya və güclü ittifaqlar vasitəsilə qurulur. Daha çox hansısa fəalın özünü yandırması aktına bənzəyən bu cür hərəkətlərin isə dövlət praqmatizmi ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə də bunun arxasında heç bir hesablama olmadığı halda”. Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda məlumat yayılıb. Ermənistan XİN xəbəri nə təsdiq, nə də təkzib edib.
2024-02-27
836,249
Putinin iştahı güclüdür: Ukraynadan sonra bu ölkələrdir!
Rusiya lideri Vladimir Putinin ambisiyaları nəhəngdir. Təkcə Baltikyanı ölkələri deyil, Gürcüstanı, Moldovanı da əhatə edir. Axar.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı qoşunlarının keçmiş baş komandanı Uesli Klark deyib. O bildirib ki, Moskva çoxdan digər ölkələrin ərazilərinə iştahını nümayiş etdirir: “Moldova, yaxud Baltikyanı ölkələr – Estoniya, Latviya, Litva. Ya da Polşa, Gürcüstan... Moskva rusların əcnəbi torpaqları zəbt etmək üçün köhnə, bir neçə əsrlik iştahını nümayiş etdirir", - Klark bildirib. General vurğulayıb ki, Rusiya hazırda imkanların onun tərəfində olduğuna əmindir. Klarkın fikrincə, dünyanın və Ukraynanın əsas vəzifəsi Putinə qalib olduğunu yox, uduzduğunu göstərməkdir.
2024-02-27
836,250
Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Novruzun ilk - Su çərşənbəsidir. Kult.az xəbər verir ki, Su çərşənbəsi ilə qədim bayrama hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır. Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir. Qeyd edək ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, İlaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
2024-02-27
836,251
Ukraynanın vəziyyəti getdikcə ağırlaşır - Makron
Kiyevin Qərb müttəfiqləri ona kömək etməkdə daha fəal olmalıdırlar. Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukraynaya dəstək konfransının açılışında çıxış edərkən deyib. "Ukraynanın cəbhədəki vəziyyəti getdikcə ağırlaşır. Müttəfiqlər Kiyevi dəstəkləməkdə daha fəal olmalıdırlar. Bu, güclü qərarların qəbulunu nəzərdə tutur", - deyə Makron bildirib.
2024-02-27
836,253
Putinsiz sülh mümkün deyil - Nehammer
Rusiya Prezidenti Vladimir Putinin danışıqlarda iştirakı olmadan Ukraynada sülhə nail olmaq mümkün deyil. Axar.az xəbər verir ki, bunu Parisdə Ukraynaya dəstək konfransında iştirak edən Avstriyanın federal kansleri Karl Nehammer deyib. “Putin danışıqlar masası arxasında da lazımdır, çünki əks halda sülhə nail ola bilmərik”, - Nehammer bildirib.
2024-02-27
836,254
Ukrayna Krımın yarısına nəzarəti ələ keçirsə...
Ukraynada rus işğalçılarına qarşı genişmiqyaslı müharibə gedir və ukraynalıların nəzarəti bərpa etməli olduğu ən mühüm ərazi Krımdır. Axar.az xəbər verir ki, bunu ABŞ Quru Qoşunlarının istefada olan sabiq komandanı Uesli Klark deyib. "Əgər Ukrayna tərəfi Krımın sahillərinə və ya yarımadanın yarısına nəzarəti ələ keçirsə, o zaman ruslar Krım torpaqlarından xüsusən raket meydançası kimi istifadə etmək imkanını itirəcək və bu, mühüm nailiyyət olardı. Krım həqiqətən də bu müharibədə Rusiyanın ən dəyərli nailiyyətidir. Bu, Ukraynanın öz nəzarətinə qaytarmalı olduğu ən vacib ərazidir, çünki Qara dənizdə naviqasiya azadlığına təsir göstərir. Bu, Ukrayna üçün vacibdir”, - U.Klark vurğulayıb. Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Krımı işğal edib və daha sonra Kerç boğazı üzərində körpü tikib.
2024-02-27
836,255
Bakı iki Avropa ölkəsinə neft tədarükü üzrə liderdir
Azərbaycan 2023-cü ildə İtaliya və Xorvatiyaya neft tədarükünə görə birinci yerdə olub. Axar.az Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir ki, İtaliya və Xorvatiyanın da daxil olduğu Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycandan son dörd ildə maksimum həcmdə - 20,3 milyon ton neft idxal ediblər. Tədarük edilən neftin ümumi dəyəri 12,4 milyard avro məbləğində qiymətləndirilir. Aİ ölkələri arasında ötən il Azərbaycandan ən iri neft idxalçılarının onluğuna İtaliya (11,3 milyon ton), Çexiya (2 milyon ton), İspaniya (1,4 milyon ton), Almaniya (1,2 milyon ton), Xorvatiya (1,15 milyon ton), Portuqaliya (631,3 min ton), İrlandiya (617,3 min ton), Yunanıstan (529,6 min ton), Avstriya (498,7 min ton) və Rumıniya (435,5 min ton) daxildir. İlin yekunlarına görə, Azərbaycan Aİ-nin ən böyük on neft ixracatçısının siyahısında ABŞ (67 milyon ton), Norveç (53,6 milyon ton), Qazaxıstan (44,2 milyon ton), Səudiyyə Ərəbistanı (35,2 milyon ton), Liviya (34,8 milyon ton), İraq (34,2 milyon ton), Nigeriya (29,1 milyon ton), Böyük Britaniya (24,1 milyon ton) və Rusiyadan (20,4 milyon ton) sonra onuncu yeri tutub. İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına əsasən, ötən il Azərbaycan İtaliyanın ən böyük neft tədarükçüsü olub. Avrostat və İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, ötən il Azərbaycan İtaliyaya neft ixracını 2022-ci illə müqayisədə 25 faiz artırıb. Hesabat dövründə, İtaliya “Azeri Light" markalı neftin idxalını 2022-ci illə müqayisədə 17,8 faiz artıraraq 7,3 milyon tona, “Azeri Brend”in idxalını isə 41,2 faiz artıraraq 4 milyon tona çatdırıb. Avrostatın məlumatlarına əsasən, tədarük olunan neftin dəyəri təxminən 6,8 milyard avro məbləğində qiymətləndirilir. 2023-cü ildə Azərbaycan Xorvatiyanın da əsas neft ixracatçısı olub. Bu ölkəyə 1,15 milyon ton neft tədarük edərək, bu məhsulun ixracatçıları arasında müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Qazaxıstanı (400 min ton) və Konqonu (117 min ton) geridə qoyub. Avrostatın məlumatına görə, Xorvatiya ötən il Azərbaycandan neft idxalını 2022-ci illə müqayisədə 18,5 faiz azaldıb. 2023-cü ildə idxal olunan neftin dəyəri təxminən 699,2 milyon avro məbləğində qiymətləndirilir. Azərbaycan 2023-cü ildə Çexiyaya Rusiyadan sonra ikinci ən böyük neft tədarükçüsüdür. Çexiya Statistika İdarəsinin verdiyi məlumata görə, ötən il Çexiya Azərbaycandan son dörd ildə maksimum həcmdə neft idxal edib, 2022-ci illə müqayisədə idxal 13,9 faiz artıb. Ötən il Azərbaycan İrlandiyanın neft ixracatçıları arasında ABŞ-dan sonra ikinci yeri tutub və bu ölkəyə rekord həcmdə - 617,3 min ton neft tədarük edib, 2022-ci illə müqayisədə ixrac 16,2 faiz artıb. 2023-cü ildə Azərbaycan Rumıniyaya Qazaxıstan və Liviyadan sonra üçüncü ən böyük neft tədarükçüsü olub. Hesabat dövründə, Azərbaycandan Rumıniyaya neft tədarükü 38,5 faiz azalıb. İlin yekunlarına görə, Azərbaycan Portuqaliya, Macarıstan və Avstriyaya ilk beş ən iri neft ixrac edən ölkələrin siyahısındadır, Yunanıstan və Polşaya neft ixracında isə ilk 10 tədarükçünün onluğuna daxil olub
2024-02-27
836,256
"Qarabağ"ın rəqibinin baş məşqçisi bu klubları istəyir
"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi Almaniya komandası "Bayer"in ispaniyalı baş məşqçisi Xabi Alonsonun çalışdırmaq istədiyi klubların adları bəlli olub. Axar.az xəbər verir ki, bu barədə "Footmercato" nəşri məlumat yayıb. Məlumata görə, Alonso baş məşqçi vəzifəsində "Liverpul", "Bavariya" və "Real"ı nəzərdən keçirir. Lakin Alonso klublarla müqavilə detallarını müzakirə etməyə hələ hazır deyil. Qeyd edək ki, X.Alonso 2022-ci ildən Leverkuzen təmsilçisini çalışdırır.
2024-02-27
836,257
Zelenski olduqca qəribə görünür - Britaniya mediası
Britaniya mətbuatı Ukrayna Prezidenti Vladimir Zelenskinin xarici görünüşündə qəribə dəyişikliklərə diqqət çəkib. Axar.az xəbər verir ki, “Quardian” nəşri Zelenskinin son konfranslarda “tükənmiş” halda olduğunu iddia edib. Nəşr Zelenskinin son görüşlərdə bərbad göründüyünü bildirən bir neçə mənbəyə istinad edir. Məqələdə o da qeyd edilib ki, Ukrayna cəmiyyəti münaqişədən yorulub, beynəlxalq dəstəyin parçalanması cəbhədə kəskin sursat çatışmazlığına gətirib çıxarır.
2024-02-27
836,258
FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) gələn ay dörd ölkədə sınaqdan keçiriləcək FIFA Seriyası adlı yeni beynəlxalq yoldaşlıq görüşləri turnirinə başlayıb. Axar.az xəbər verir ki, oyunlar 18-26 mart tarixlərində Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri-Lankada baş tutacaq. Hər ölkədə dörd komanda çıxış edəcək və onlardan hər biri iki oyun keçirəcək. FİFA Seriyası Əlcəzair Komandalar: Əlcəzair, Boliviya, Andorra, Cənubi Afrika Azərbaycan Komandalar: Azərbaycan, Monqolustan, Tanzaniya, Bolqarıstan Şri Lanka Komandalar: Şri Lanka, Papua Yeni Qvineya, Butan, Mərkəzi Afrika Respublikası Səudiyyə Ərəbistanı A qrupu: Kabo-Verde, Ekvatorial Qvineya, Qayana, Kamboca. B qrupu: Qvineya, Vanuatu, Bermud adaları, Bruney. Qalib komandaya heç bir kubok və ya pul mükafatı verilməyəcək. FİFA səyahət xərclərini qarşılamaq niyyətindədir.
2024-02-27
836,259
Tramp anlamır ki, Putin dayanmayacaq - Zelenski
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu müharibədə Ukraynaya deyil, Rusiyaya dəstək vermək qərarına gəlsə, amerikalılara qarşı çıxacaq. Axar.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Zelenski bildirib ki, ABŞ-ın keçmiş lideri sadəcə olaraq Putinin məqsədlərini başa düşmür: "Düşünürəm ki, Donald Tramp Putini tanımır. Onun Putinlə görüşdüyünü bilirəm, lakin o, heç vaxt Putinlə döyüşməyib. Heç vaxt. Mən daha yaxşı başa düşürəm. Məncə, o, Putinin heç vaxt dayanmayacağını anlamır”. Qeyd edək ki, daha əvvəl Donald Tramp dəfələrlə 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyinə söz verib.
2024-02-27
836,260
İrəvan Kiyevə silah verəcək, Zelenski isə... – Arkovdan şok
Zelenskinin qəfil Ermənistana səfər etmək istəyi 60-cı Münhen Təhlükəsizlik Konfransında Paşinyanın Ukrayna ilə münaqişədə Rusiyanın müttəfiqi olmadığını yüksək səslə bəyan etdikdən sonra ortaya çıxıb. Daha sonra “Frans 24” telekanalına müsahibəsində Paşinyan Ermənistanın KTMT üzvlüyünü dondurduğunu, eləcə də Rusiya hərbi bazasının mövcudluğunun sual olaraq qaldığını bildirib. Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib. “Eyni zamanda, İrəvanın Zvartnots hava limanından Rusiya sərhədçilərinin geri çəkilməsi ilə bağlı məlumatlar ortaya çıxıb. Başa düşmək lazımdır ki, həm Zelenskinin Ermənistana dövlət səfəri etmək istəyi, həm də Paşinyanın demarşları onların şəxsi qərarları deyil, Qərb kuratorlarından ilhamlanıb. Kiyev rejimi üçün vəziyyət indi fəlakətlidir: Ukrayna ordusu bir-birinin ardınca məğlubiyyət yaşayır, ABŞ-da prezident seçkisi öncəsi daxili siyasi ziddiyyətlər Ağ Evin əlavə maliyyə yardımı ayırmasını dayandırıb və AB artıq bu yükü təkbaşına daşımaq istəmir. Üstəlik, Ukraynadakı münaqişənin nəticələri (Rusiyaya qarşı sanksiyalar və Moskvanın cavab tədbirləri) AB üzvlərinin əksəriyyətinin iqtisadiyyatını əhəmiyyətli dərəcədə sarsıdıb. Zelenskinin isə tələsik şəkildə dəstək axtardığını görürük, əlbəttə ki, maliyyə dəstəyi daha yaxşı olardı, amma silahlar da işə yarayar. Aydındır ki, böyük ölçüdə kənar dəstəklər sayəsində mövcud olan Paşinyan rejiminin özü də Zelenskiyə maddi yardım edə biləcək. İrəvanda xeyli rus və sovet silahı var. Ermənistan Ukraynaya lazım olan Rusiya istehsalı silahlar göndərə bilər. Bu, Moskva və İrəvan arasında Rusiya silahlarının yalnız “Rosoboroneksport”un razılığı ilə üçüncü tərəfə verilməsinin mümkünlüyü barədə razılaşmanın açıq şəkildə pozulmasıdır. Paşinyan bu addımı atsa, daha bir böyük axmaqlıq edəcək”, - o bildirib. Arkov qeyd edib ki, Zelenskinin İrəvana səfəri dünya ictimaiyyətinə Moskvanın geosiyasi layihələrinin (Ermənistan KTMT və Aİİ üzvüdür) guya Kiyevin cəsarəti və qətiyyəti qarşısında iflasa uğradığını göstərmək üçün hazırlanmış siyasi təxribatdır: “Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeri Lobaxın sözlərinə də diqqət çəkərdim: “Ukrayna Ermənistanı dəstəkləməyə hazırdır. Bir neçə günə görəcəksiniz. İstənilən halda ölkəmiz regionun həlli və sabitləşməsi üçün hər şeyi edəcək”. Söhbətin Ermənistan-Azərbaycan münaqişəsinin həllindən getdiyini təxmin etmək çətin deyil. Bakının İrəvanla kompromis tapmaq, sülh müqaviləsi imzalamaq üçün bütün cəhdlərinə baxmayaraq, Paşinyan rejimi bu prosesi nəinki hər cür ləngidir, hətta sərhəddə yenidən silahlı təxribatlara başlayıb. Odur ki, Kiyev emissarının İrəvandakı sözlərini Ukraynanın Ermənistanın Azərbaycan ərazisini yeni işğal etmək cəhdlərinə dəstək verməsi kimi də şərh etmək olar. Fransanın onu hücum silahları ilə gücləndirməsi boş yerə deyil və indi ABŞ da buna qoşulacaq”. Qeyd edək ki, Zelenskinin 4 martda Ermənistana səfər edəcəyi haqda iddia yayılıb.
2024-02-27
836,263
Bu, NATO-nun Putinə siqnalıdır - Stoltenberq
İsveçin NATO-ya daxil olması Rusiya Prezidenti Vladimir Putinə alyansın qapılarının açıq olduğuna dair siqnaldır. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində deyib. O, İsveçin ittifaqa üzvlüyünün NATO üçün faydalı olduğunu açıqlayıb, çünki ölkənin yaxşı təchiz olunmuş silahlı qüvvələri, müasir qırıcıları və sualtı qayıqları var. Qeyd edək ki, Macarıstan parlamenti də İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya edib. Bununla da İsveçin NATO üzvlüyünə artıq heç bir maneə qalmayıb.
2024-02-27
836,266
İsrail Ukraynanı bununla gücləndirmək istəyir
İsrail Ukraynanı raket zərbələri və dron hücumları üçün erkən xəbərdarlıq sistemləri ilə təmin etməyə çalışır. Axar.az xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Baş Assambleyasının iclasında bildirib. "İsrail Ukraynanı dinc əhalini Rusiyanın raket və pilotsuz təyyarələrinin hücumlarından qorumaq üçün erkən xəbərdarlıq sistemləri ilə təmin etməyə çalışır. Biz bu sahədə araşdırmalar aparmağa məcbur olmuşuq və imkanlarımızı ukraynalı dostlarımızla bölüşməkdən məmnunuq", - G.Erdan deyib.
2024-02-27
836,267
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,46 dollara, yüngül neftin bir barreli isə 77,55 dollara təklif olunur.
2024-02-27
836,270
Ermənistan səfirliyi önündə Xocalı aksiyası - Foto
Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” aksiyası keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Vaşinqtondakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən aksiyada həmvətənlərimiz əllərində Xocalı soyqırımı haqqında faktların əks olunduğu plakatlarla səfirlik binasının önünə gəliblər. Onlar Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərinə müraciətlərində Xocalı faciəsinin səbəbkarlarının qanun qarşısında cavab verməsini tələb edib, “Ermənistana ar olsun!”, “Xocalıya Ədalət” şüarları səsləndiriblər. Aksiya zamanı həmvətənlərimiz yerli ictimaiyyəti Xocalı şəhərinin dinc əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, habelə Azərbaycan əhalisinin Ermənistan tərəfindən etnik təmizlənməyə məruz qalmasını barəsində məlumatlandırıblar. Bir neçə saat davam edən aksiyada Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən erməni canilərinin fotoları da nümayiş olunub və beynəlxalq təşkilatlardan əsrin ən böyük insanlıq cinayəti olan Xocalıya ədalət tələb olunub. Nümayişçilər aksiyanın sonunda Ermənistan səfirliyinin qapısına etiraz notası buraxıblar.
2024-02-27
836,273
Bu halda Ermənistan düşmənə böyük ziyan vurar - Rus ekspert
Qərbdən birdəfəlik texnikanın alınması Ermənistanın müdafiə qabiliyyətini artırmayacaq və bu problemi həll etməyəcək. Odur ki, ümumi müdafiə konsepsiyasına ehtiyac var. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov deyib. O bildirib ki, Ukraynadakı xüsusi hərbi əməliyyat səbəbindən Rusiyanın müdafiə sənayesi Ermənistanın ehtiyac duyduğu hərbi sistemləri İrəvana verə bilmir. Lakin Ermənistanın silah və sursatla təmin edilməsi məsələsi müxtəlif yollarla həll oluna bilər: “Məlum şəraitə görə Ermənistana tədarükdən danışmaq mümkün deyil. Amma Rusiyanın indi də Ermənistana yardımı davam etdirməsi təsdiqlənmiş faktdır. Üstəlik, Rusiya Ermənistana dost ölkələrdən silah almaq üçün müəyyən məbləğ ayıra bilər. Amma bütün bunlar açıq bəyanatlar deyil, məxfi danışıqlar məsələsidir”. Ekspertin sözlərinə görə, ABŞ bir neçə dəfə Ermənistanın İrandan silah almasına dair sövdələşmələrə mane olub: “Ermənistan Silahlı Qüvvələrinin NATO üslubunda qurulmasından danışmaqla, Fransa və ya digər Qərb ölkələrindən birdəfəlik sursat almaqla İrəvanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsini həll etmək mümkün deyil. Çünki lazım gələrsə, Azərbaycan və Türkiyə Qərbin bu silahlarının yerləşdiyi yerlərə qabaqlayıcı zərbə endirə bilər. Əgər Ermənistanın İsrail üslubunda total müdafiəsi olarsa və hər üçüncü şəxs kiçik pilotsuz təyyarələrə nəzarət edə bilərsə, o zaman silahlı münaqişədə Ermənistanın düşmənə böyük ziyan vurması mümkündür”.
2024-02-27
836,275
Yardımlı polisindən əməliyyat: 2 nəfər həbs edildi
Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı -Yardımlı yolunun 39-cu kilometrliyində keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov VAZ- 2106 markalı avtomobildə saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı saxlanılan şəxslərə məxsus olan 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. V.Əhmədov və X.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
2024-02-27
836,278
Paşinyan Yunanıstana getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Yunanıstana işgüzar səfərə gedib. Axar.az xəbər verir ki, məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Feysbuk səhifəsində yayıb. Bildirilib ki, N.Paşinyan planlaşdırılmış səfəri çərçivəsində Yunanıstan Prezidenti Katerina Sakellaroplu, Baş nazir Kiriakos Mitsotakis və parlamentin sədri Konstantin Tasulasla görüşəcək.
2024-02-27
836,281
Naxçıvanda bu şəxslər təltif edildi - Sərəncam
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib. Axar.az xəbər verir ki, bu barədə fevralın 27-də muxtar respublika Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, vergi orqanlarında səmərəli fəaliyyətlərinə görə fərqlənən Abbasova Aysel Yusif qızı, Eyvazova Gülşən Tofiq qızı, Əliyev Rəfail Əli oğlu, Əliyev Süleyman Yunis oğlu, Qənbərov Zahid Paşa oğlu, Quliyev Elməddin Hüsaməddin oğlu, Məsumova Xədicə Hacı qızı və Rzayev Rəşad Əli oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.
2024-02-27
836,284
Zərbə PUA-sı ilə “düşmən” məntəqələri vuruldu - Video
2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz xüsusi təyinatlıları ilə kəşfiyyat tapşırıqlarının icrası üzrə məşqlər keçirilib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Real döyüş şəraitinə uyğunlaşdırılmış təlim məşqlərində xüsusi təyinatlılar müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatlarının, o cümlədən yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Xüsusi təyinatlılar zərbə PUA-sı tətbiq edilməklə şərti düşmənin müşahidə məntəqələri və uzunmüddətli atəş nöqtələrini sıradan çıxarıb, aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil qruplar şəklində mövqelərə qəfil sızaraq pusqu, basqın təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Şərti terrorçu qrup tərəfindən ələ keçirilən gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqlarının icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib. Təlim məşqlərində qarşıya qoyulan tapşırıqlar dəniz xüsusi təyinatlıları tərəfindən müvəffəqiyyətlə icra olunub.
2024-02-27
836,288
Avropa Ukraynaya ordu göndərə bilər - Makron
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya Avropa qoşunlarının göndərilməsini istisna etməyib. Axar.az xəbər verir ki, bu barədə Fransa lideri ötən gün Parisdə Ukrayna məsələsinin müzakirəsi üçün 20-yə yaxın ölkə liderinin toplantısından sonra mediaya açıqlamasında deyib. Buna baxmayaraq, o, hazırkı mərhələdə bu məsələdə konsensus olmadığını da bildirib: “Hazırda Ukraynaya ordu göndərmək üçün konsensus yoxdur. Amma heç nəyi istisna etmək olmaz. Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”. Qeyd edək ki, ötən gün Çexiya və Slovakiya Ukraynaya heç bir halda ordu göndərməyəcəklərini elan etmişdilər.
2024-02-27
836,290
FHN-dən Novruz çərşənbələri ilə bağlı əhaliyə çağırış
Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib. Axar.az müraciətin mətnini təqdim edir: “Qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən, tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması sonda acı fəsadlara yol açır. Odur ki, qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına çağırır: - bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı; - tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı; - tonqal üzərindən atılarkən ehtiyatlı olmalı; - tonqal tam sönənədək nəzarətdə saxlanılmalı; - süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır".
2024-02-27
836,291
Fransadan şok: Azərbaycanla bağlı kəşfiyyat məlumatları...
Paşinyanın Parisə səfərindən sonra Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ilə Ermənistan kəşfiyyatı arasında Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub. Axar.az xəbər verir ki, bununla bağlı Fransanın “Aqoravox” nəşri məlumat yayıb. Məlumatda eyni zamanda Fransanın Ermənistana xüsusilə sərhədlər boyunca mövcud hərbi vəziyyətlə bağlı peyk məlumatlarını göndərməyi üzərinə götürdüyü bildirilib.
2024-02-27
836,292
Bu tarixdə İsrail və HƏMAS arasında atəşkəs olacaq
ABŞ Prezidenti Co Bayden gələn bazar ertəsi İsrail və HƏMAS arasında atəşkəs olacağına ümid etdiyini bildirib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. “Milli təhlükəsizlik müşavirim buna yaxın olduğumuzu deyir. Ümid edirəm ki, gələn bazar ertəsi biz atəşkəsə nail olacağıq”, - o bildirib. Qeyd edək ki, tərəflər Qətərdə danışıqlar zamanı başqa məqamlarla yanaşı, girovların azad edilməsi ilə bağlı razılıq əldə etməyə yaxınlaşıblar.
2024-02-27
836,298
Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü
Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb. Axar.az Unikal-a isinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib. Belə ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib. Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub. Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır. Faktla bağlı araşdırma aparılır.
2024-02-27
836,299
ABŞ diplomatları türk şirkətlərini hədələyir
ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğunun diplomatları türk şirkətlərinə və maliyyə qurumlarına baş çəkir və onları Rusiya ilə ticarət əlaqələri saxladıqları üçün hədələyirlər. Axar.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti mənbələrə istinadla məlumat verib. Qəzetə açıqlama verən şirkətlərdən birinin əməkdaşı bildirib ki, ABŞ rəsmiləri onları qapı-qapı gəzərək və ya birbaşa ABŞ səfirliyinə dəvət etməklə hədələyiblər. Mənbənin sözlərinə görə, bu məmurlardan biri ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə mütəxəssisi Gülin Kan Yükseltandır.
2024-02-27
836,301
Paşinyan Münhen görüşü haqda məlumat verdi
Dünən parlamentdə Nikol Paşinyan və hökumət deputatlarının qapalı görüşü baş tutub. Axar.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Bildirilib ki, görüş 3 saatdan çox davam edib. Nikol Paşinyan əvvəlcə Münhen danışıqlarının nəticələrini, xüsusən də Azərbaycan prezidenti ilə görüşü haqda məlumat verib. Paşinyan komanda yoldaşlarına eyham vurub ki, danışıqlar prosesində ciddi irəliləyiş yoxdur, Münhen görüşü sadəcə növbəti görüşdür və heç bir mühüm razılaşma əldə olunmayıb.
2024-02-27
836,304
734-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 734-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 411 550 hərbçi, 6 556 ədəd tank, 12 494 ədəd zirehli döyüş maşını, 1009 ədəd artilleriya sistemi, 1000 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 686 hava hücumundan müdafiə sistemi, 340 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 065 ədəd avtomobil texnikası, 7 729 ədəd PUA, 1 912 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 588 xüsusi avadanlıq itirib.
2024-02-27
836,309
Prezident Həcc və Ümrə nazirini qəbul etdi
10:38 Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib. Axar.az xəbər verir ki, Taufiq bin Fauzən Əl Rabiə İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik etdi. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Qonaq əvvəl çalışdığı vəzifələrdə də ölkəmizə səfər etdiyini xatırladaraq son dövrlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bütün sahələrdə olduğu kimi turizm sahəsində də əməkdaşlığın genişlənməsini və qarşılıqlı turist səfərlərinin artmasını məmnunluqla qeyd etdi, uçuş reyslərində olan dinamikanı müsbət qiymətləndirdi. Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyini deyən Taufiq bin Fauzən Əl Rabiə ölkəsinin də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atdığını diqqətə çatdırdı. Qonaq “Expo-2030”un və 2034-cü ildə futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Azərbaycanın verdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının İslam həmrəyliyi prinsipindən çıxış edərək Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan ilə diplomatik əlaqələr qurmamasını xatırladaraq, İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu cür ədalətli mövqedən çıxış etməsinin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Prezident İlham Əliyev hazırda Qarabağda aparılan bərpa-quruculuq işlərini qeyd etdi və Böyük qayıdış layihəsinin həyata keçirildiyini bildirdi. Azərbaycanda Səudiyyə Ərəbistandan olan turistlərin sayının artmasındakı müsbət dinamikaya toxunan dövlətimizin başçısı turistlərin sayı ilə bağlı COVID-19 pandemiyasından əvvəlki rəqəmlərə çatmağın vacibliyini vurğuladı və bu istiqamətdə böyük potensialın olduğunu dedi. Görüşdə Azərbaycanda və Səudiyyə Ərəbistanında ölkələrimizin iqtisadi, investisiya, turizm və digər potensialını əks etdirən sərgilərin təşkilinin vacibliyi bildirildi, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd edildi. Həm Azərbaycanda, həm də Səudiyyə Ərəbistanında urban inkişaf üzrə çox böyük layihələrin həyata keçirildiyi bildirilərək bu sahədə də əməkdaşlığın vacibliyi vurğulandı. Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
2024-02-27
836,310
Qarabağ Dirçəliş Fondu və “Azərxalça” birgə layihəyə start verdi
Qarabağ Dirçəliş Fondu və Azərxalça ASC Qarabağın bərpasına töhfə vermək üçün əməkdaşlığa başlayır. Axar.az xəbər verir ki, bu münasibətlə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Four Seasons” otelində Azərxalça ASC-yə məxsus butikdə usta toxucu tərəfindən hazırlanan Qarabağ xalçasına ilmə ataraq xalçanın hazırlanması prosesində iştirak edib. Məlumat üçün bildirək ki, sözügedən Qarabağ xalçasına ilk ilmələri 2022-ci ilin noyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atıb. Daha sonra 42 ölkədən olan 162 qonaq da xalçaya ilmə atmaqla bu möhtəşəm sənət əsərinin bir parçasına çevriliblər. Qeyd edək ki, Qarabağın mədəni dirçəlişini simvolizə edən bu xalça QDF və “Azərxalça” arasındakı uzunmüddətli əməkdaşlığın təməli sayıla bilər. Belə ki, Qarabağın rənglərini özündə təcəssüm etdirən bu xalça yaxın gələcəkdə QDF tərəfindən keçiriləcək xeyriyyə hərracında xüsusi lot kimi təqdim ediləcək. R.Hacıyev bu xeyriyyə təşəbbüsünə qoşulduğuna görə “Azərxalça”nın İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədova təşəkkürünü bildirib. E.Məmmədov gələcəkdə birgə digər layihələrin həyata keçirilməsində maraqlı olduğunu və belə layihələrin Qarabağın dirçəlişi prosesinə daha çox insanın cəlb olunmasına töhfə verəcəyini vurğulayıb. Sonda iştirakçılara butikdə yer alan digər xalçalar təqdim edilib və xatirə şəkli çəkilib.
2024-02-27
836,314
Budanov rus generalın oğlunu bu cür öldürüb - NYT
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı “2245-ci dəstə” adlı elit bölməsinin tərkibində olub. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Nəşrin məlumatına görə, Budanov MKİ-nin texniki işçilərinin onları dəyişdirə və şifrələmə sistemlərini poza bilməsi üçün Rusiya PUA-ları və rabitə avadanlıqlarını ələ keçirən bölmənin zabiti olub: “General Budanov “2245-ci dəstə”nin ulduzu idi. O, düşmən xəttinin arxasındakı cəsarətli əməliyyatları ilə tanınırdı və MKİ ilə dərin əlaqələrə malik idi. Agentlik ona təlim keçib və həmçinin Donbasda döyüşlər zamanı sağ qolundan yaralanandan sonra reabilitasiya üçün Merilənd ştatındakı “Valter Rid” Milli Hərbi Tibb Mərkəzinə göndərmək kimi fövqəladə addım atıb”. “Nyu York Tayms” yazır ki, əməliyyatların birində rus forması geyinmiş Budanov şişmə qayıqlarda əsgərləri dar boğazdan keçirərək işğal olunmuş Krıma çatdırıb. Yarımadada ukraynalı döyüşçüləri Rusiyanın elit xüsusi təyinatlı dəstəsi qarşılayıb. Döyüş zamanı ruslar itki veriblər, hətta ölənlər arasında rus generalın oğlu da olub.